You are on page 1of 8

Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu

araba ilə təmin edilməsi qaydaları haqqında


 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ QƏRARI
 
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Tibbi göstərişlər üzrə xüsusi avtonəqliyyat almağa hüququ olan əlillərin
avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında təlimat təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin sifarişi ilə tibbi göstərişlər əsasında Qarabağın Dağlıq
hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını
erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin növbədənkənar,
1990-cı ildə Bakı şəhərində və respublikanın yaşayış məntəqələrində baş vermiş
faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan
qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və
onlara bərabər tutulanların isə ümumi növbə ilə pulsuz xüsusi avtonəqliyyatla təmin
olunması üçün dövlət büdcəsindən bu məqsədə ayrılmış vəsait daxilində
mərhələlərlə vəsait ayırsın.[1]
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi minik avtomobillərinin illik
limitinin bölgüsü zamanı respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
istər adi, istərsə də əllə idarə olunan xüsusi minik avtomobillərinə olan tələbatını
nəzərə alsın.
4. “Əlillərin adi və əl ilə idarə olunan avtomobillərlə və motorlu arabalarla
təmin olunması qaydaları haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 20
aprel tarixli 130 nömrəli qərarı qüvvəsini itirmiş hesab edilsin.
 
Baş nazir   S.HÜSEYNOV
 
Bakı şəhəri, 5 avqust 1993-cü il
     № 433
 
 

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin


1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil
və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında
 
TƏLİMAT
 
I. Ümumi müddəalar[2]
 
1. Tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin
avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat
Xidməti tərəfindən növbə qaydasında həyata keçirilir.[3]
2. Əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial
ekspert komissiyası (TSEK ) rəyi avtomobil və motorlu arabanın növbəyə
götürülməsi və verilməsi üçün əsasdır
TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika
Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair
Əsasnamə”dən istifadə edirlər.
3. Avtomobil və motorlu araba almaq hüququ olan əlillərin istifadəsində
göstərilən nəqliyyatın yalnız bir növü ola bilər.
4. Əlillərə pulsuz olaraq avtomobillər və motorlu arabalar istismar müddəti
müəyyən edilmədən birdəfəlik verilir. Əlillər avtomobil və motorlu arabaları satmaq
və bağışlamaq hüququna malik deyillər. Minik avtomobilini idarə etmək hüququ
həm əlilə, həm də onunla eyni yaşayış məntəqəsində birgə yaşayan ailə üzvünə
verilir.
5. Xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu
idarə etməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100
faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
sistemində qocalar və əlillər üçün internat evlərində dövlət təminatında olan əlillərə
avtomobil və motorlu arabalar pulsuz və ya güzəştli şərtlərlə verilmir.
7. Əlillərə əl ilə idarə olunan avtomobil və motorlu arabaların idarə edilməsinin
öyrədilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil edir.
Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında
Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş
şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində
baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini
aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərin və
onlara bərabər tutulanların öyrədilməsilə əlaqədar tədris yerinə gəlmək və qayıtmaq,
yemək, həmçinin yataqxanada yaşamaq xərcləri Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi nazirlikləri üçün nəzərdə tutulan büdcə vəsaiti hesabına həyata
keçirilir.
Əmək xəsarətinə (və ya peşə xəstəliyinə) görə əlillərin öyrənilməsi ilə əlaqədar
xərclər əlilliyin alındığı müəssisə və təşkilatlar tərəfindən ödənilir, haqqı
ödənilməklə avtomaşın almağa TSEK qərarı ilə hüququ olan digər əlillərin
öyrədilməsi özlərinin vəsaitinin hesabına keçirilir.
 
II. Tibbi-sosial ekspert komissiyalarında əlillərin müayinə qaydaları
 
8. Əlillərin TSEK -dən keçirilməsi müalicə profilaktika müəssisələrinin
göndərişi əsasında həyata keçirilir.
Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə
edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona
TSEK -na göndəriş verir.
9. TSEK tibbi sənədlərin böyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi
avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən
edir. Qərar qəbul edilərkən müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li
forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
şəhər, rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti əsas götürülür.[4]
TSEK ekspert qərarının verilməsində çətinlik çəkdiyi hallarda xəstəni əlavə
müayinə olunmaq üçün müalicə müəssisəsinə göndərir.
10. Tibbi göstəricilərin təyini üçün müayinə hər bir əlilə görə əl ilə idarə olunan
avtonəqliyyat və ya motorlu araba almaq üçün tibbi göstərişlərin təyini barədə akt
qərtib edilir. Müayinə aktları müayinə keçirilmiş TSEK -da saxlanılır.
11. Xüsusi avtonəqliyyatla təmin olunma hüququ olduğu hallarda TSEK
müayinə aktından çıxarışı 5 gün ərzində müvafiq olaraq Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Sosial Təminat Xidmətinə göndəriş
Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında
Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş
şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində
baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini
aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərin və
onlara bərabər tutulanların müayinə aktından çıxarışının ikinci nüsxəsi Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun şəhər, rayon şöbələrinə göndərilir.[5]
12. Xüsusi avtonəqliyyat almağa tibbi göstərişi olan əlillər avtomobili idarə
etməyə əks göstərişi olmadıqda və əlilin sürücülük vəsiqəsi yoxdursa, TSEK
tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan
Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə arayış və 3
ədəd fotoşəkil göndərilir.
13. Əl ilə idarə olunan avtomobilin modifikasiyası müvafiq siyahıya uyğun
olaraq TSEK tərəfindən müəyyən edilir.
14. Müayinə əsasında TSEK əl ilə idarə edilən xüsusi avtonəqliyyat almaq
hüququ verən tibbi göstərişlərin olmaması haqqında və ya onları idarə etmək üçün
qeyri-məqbul qərar çıxardıqda komissiyanın sədri qəbul olunmuş qərarı əlavə izah
edir.
TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların təkrar
müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçirilir. [6]
 
III. Əlillərin avtomobil və motorlu arabalarla təmin edilməsi qaydaları
 
15. Motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd
edilən əlillərə pulsuz verilir:
Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında
Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş
şəxslərə (növbədənkənar);
1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş
vermiş faciəli yanvar hadisələri zamanı əlil olmuş şəxslərə;
Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş
şəxslərə;
II dünya müharibəsi əlillərinə və onlara bərabər tutulanlara.
16. Əgər pulsuz alınmış avtomobilin istismar prosesində əlil üçün onun idarə
olunmasına əks göstəriş aşkar olunarsa, əlillə eyni yaşayış məntəqəsində birgə
yaşayan hər hansı bir ailə üzvünə avtomobilin idarəetmə hüququnun verilməsi
məsələsinə hər bir konkret halda bu şəxsin avtomobili idarə etməsinə etibarnamənin
tərtib olunması yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən baxılır.[7]
 
IV. Nəqliyyat vasitələrinin verilməsi və onların qeydiyyata götürülməsinin tərtibi
qaydaları
 
17. Nəqliyyat vasitəsi ilə təmin edilməsinə dair tibbi göstərişlərin müəyyən
edilməsi haqqında 5 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirliklərinə, Dövlət Sosial Təminat Xidmətinə, tibbi-sosial ekspert
komissiyaları tərəfindən göndərilən müayinə aktlarından çıxarış əlillərin qeydiyyata
götürülməsi üçün əsasdır. Əlillər tibbi-sosial ekspert komissiyasından keçdikləri
gündən qeydiyyata götürülürlər və növbələri əsasında nəqliyyat vasitəsi ilə təmin
olunurlar.
18. Hər növ nəqliyyat vasitələrilə təmin olunmağa ehtiyacı olan əlillərin
qeydiyyatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən həyata keçirilir və nəqliyyat
vasitəsinin növünə görə xüsusi kitabda ayrıca qeydiyyatı aparılır.
19. Əlillərə özləri idarə edəcəyi avtomaşının növbə qaydasında verilməsi üçün
(istər pulsuz, istərsə də dəyəri ödənilməklə) avtomaşının alınmasına dair TSEK -nın
müayinə aktından çıxarış və sürücülük vəsiqəsinin surəti əsas hesab olunur.
20. Ailə üzvünün idarə etməsi şərti ilə avtomaşının növbə qaydasında verilməsi
üçün əsas TSEK -nın müayinə aktından çıxarış, sürücülük vəsiqəsi olan üzvünün
əlillə eјni yaşayış məntəqəsində birgə yaşamasına dair arayış, ailə üzvünün
sürücülük vəsiqəsinin surətidir.
21. Əlillərə avtomaşın yalnız onlar sağ olduqda verilir. Pulsuz avtomobil və ya
motorlu araba almış əlil vəfat etdikdən sonra avtomobil və ya motorlu araba onun
ailəsinin mülkiyyətində qalır, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon
şöbələrinin qeydiyyatından çıxarılır. Avtomobil və ya motorlu arabanın ailə
üzvlərindən birinin adına yenidən qeydiyyata götürülməsi Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidmətinin icazəsi ilə
əlilin avtonəqliyyatın sahibi kimi qeydiyyatda durduğu dövlət avtomobil müfəttişliyi
tərəfindən həyata keçirilir.[8]
Ümumi mülkiyyətdə paya dair mübahisələr ailə üzvlərindən hər hansı birinin
iddiası üzrə müəyyən olunmuş qaydada məhkəmə orqanları tərəfindən həll olunur.
22. Ölümündən sonra ailəsinin mülkiyyətində qalmış, əlil tərəfindən pulsuz
alınmış avtomobil və ya motorlu arabanın satılması, vəsiyyət edilməsi və s. qanunla
müəyyən olunmuş qaydada həyata keçirilir.
Avtomobil və ya motorlu arabanın satılması üçün Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun
şəhər, rayon şöbələrininicazəsi tələb olunmur.
23. Avtomobil və ya motorlu arabanı pulsuz almış ailəsi olmayan əlil vəfat
etdikdə nəqliyyat vasitəsi əmək və əhalinin sosial müdafiəsi orqanları tərəfindən
müəyyən edilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən növbədə duran digər əlilə vermək üçün götürülür.
24. Avtomobil və ya motorlu araba almış əlillərin qeydiyyat işləri nəqliyyat
vasitəsini vermiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrində daimi
saxlanılmalıdır. Əlil öldüyü halda onun nəqliyyat işi arxivə verilir və beş il
müddətində saxlanılmalıdır.[9]
25. Sənədlərin qəsdən düzgün olmayaraq tərtib edilməsi və avtomobil, yaxud
motorlu arabanın qanunsuz verilməsinə təqsirkar şəxs müəyyən olunmuş qaydada
məsuliyyətə cəlb olunur.
26. Avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə
avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi  əmək pensiyasının
minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir.[10]
 
İşlər müdiri   M.ABBASOV
 
 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


 
1.       19 yanvar 1998-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 50)
2.       9 avqust 2004-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 08, maddə 656)
3.       26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830)
4.       7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
5.       10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)
6.       5 fevral 2016-cı il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 376)
7.       28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)
8.       12 sentyabr 2017-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1729)
 
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 

[1]
 9 avqust 2004-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 08, maddə 656) ilə "Xüsusi
nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi
qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il il 5 avqust tarixli 433
nömrəli qərarının 2-ci bəndində "respublika büdcəsindən" sözləri "dövlət büdcəsindən" sözləri ilə
əvəz edilmişdir.
 
[2]
 19 yanvar 1998-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 50) ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli qərarı ilə təsdiq
edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba
ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın mətnində “həkim-əmək ekspert
komissiyası” sözləri “tibbi-sosial ekspert komissiyası” sözləri ilə əvəz edilmişdir.
 
[3]
 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 1-ci hissədə
"Bakı şəhər əhalinin sosial müdafiəsi mərkəzi" sözləri, 16-cı, 18-ci hissələrdə "Bakı şəhər Əhalinin
Sosial Müdafiəsi Mərkəzi" sözləri "Dövlət Sosial Təminat Xidməti" sözləri ilə əvəz edilmişdir.
5 fevral 2016-cı il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 376) ilə 1-ci, 11-ci, 16-cı, 17-ci, 18-ci, 21-ci
hissələrdən ismin müvafiq hallarında “Dövlət Sosial Təminat Xidməti” sözləri çıxarılmışdır.
 
[4]
 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 9-cu hissədə “əhalinin sosial müdafiəsi mərkəzi” sözləri
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun şəhər, rayon şöbəsi” sözləri ilə əvəz edilmişdir.
 
[5]
 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 11-ci və 17-ci
hissələrdə "Bakı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə" sözləri "Dövlət Sosial Təminat
Xidmətinə" sözləri ilə əvəz edilmişdir.
28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 11-ci hissədə “əhalinin sosial müdafiəsi mərkəzlərinə”
sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri ilə əvəz edilmişdir.
 
[6]
 5 fevral 2016-cı il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 376) ilə 14-cü hissənin ikinci abzası yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əlil, ilkin TSEK qərarı ilə razılaşmadıqda bir ay ərzində şikayət vermək və Ali TSEK-dan
keçmək hüququna malikdir. Bu halda Əhalinin Sosial Müdafiəsi Mərkəzi əlilin tibbi-ekspert
sənədlərini 3 gün ərzində Ali TSEK göndərməlidir.
 
[7]
 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə 16-cı
bəndində “vəkalətnamənin” sözü “etibarnamənin” sözü ilə əvəz edilmişdir.
 
[8]
 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 21-ci hissədə
"Bakı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin" sözləri "Dövlət Sosial Təminat Xidmətinin"
sözləri ilə əvəz edilmişdir.
 
[9]
 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 21-ci, 22-ci və 24-cü hissələrdə ismin müvafiq hallarında
“əmək və əhalinin sosial müdafiəsi orqanları” sözləri ismin müvafiq hallarında “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilmişdir.
 
[10]
 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə
830) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli qərarı ilə
təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu
araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”ın 26-cı bəndində “pensiyanın minimum
məbləğində” sözləri “pensiyanın baza hissəsinin 20 faizi məbləğində” sözləri ilə əvəz edilmişdir.
 
12 sentyabr 2017-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, №9 , maddə 1729) ilə “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan
əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”ın 26-cı hissəsində
“yaşa görə pensiyanın baza hissəsinin” sözləri “əmək pensiyasının minimum məbləğinin” sözləri
ilə əvəz edilmişdir.
 

You might also like