You are on page 1of 4

Çiçəklərin baş tacı!...

Bu çiçək haqqında yəqin ki, hamımız eşitmişik və bu təbiidir, çünki, bu


gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın rəmzidir.
Qeyri-adi görkəmə malik olan bu gülə baxdıqda bülbül təsvirini
aydın görmək olur.
Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə
bilirik? Deyilənə görə bu gül yalnız Şuşada bitir.  Bu gül haqqında gözəl
bir əfsanə vardır:
Lüğət
1. tac- венец, корона
2. təbii- естественно
3. rəmz- символ
4. görkəmə malik olan- наделённый чертами
5. təsvir- образ
6. aydın görmək olur- можно ясно увидеть
7. yalnız- только

***
"Biri varmış biri yoxmuş, bir bülbül varmış. Bu bülbül bir gülə aşiq
olubmuş. O, gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və
onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun
şirəsini çəkmək istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını
görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada
toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və
cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə
döndərir”.

Lüğət
1. aşiq olmaq- влюбиться
2. başına dolanır- холить, лелеять
3. cəh-cəh vurur- петь трели
4. toqquşur – столкнулся
5. cəsarət- отвага, смелость
6. sancmaq- ужалить
7. birlikdə- вместе
8. döndərmək- превращать
***
 
Başqa bir əfsanə də var ki, Qarabağ xanı öz qızını İran şahına ərə
veribmiş. Xan qızı İranda darıxır, sıxılır və şah onun ürəyini açmaq üçün
sarayda "Vətən bağı”nın salınmasını əmr edir. Bağ salınır və Qarabağda
bitən bütün güllər, bitkilər gətizdirilib, bu bağda əkilir. Bu bitkilərin
hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur.
Lüğət
1. darıxmaq- тосковать, скучать
2. sıxılmaq- тошно
3. ürəyini açmaq üçün- развеселить; скрасить
4. saray- дворец
5. əmr edir- приказал
6. bitkilər- растения
7. yad- чужой
8. torpaq- земля
9. solur- увял
***
Rəvayətə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək
istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri
qarşısında alçaltmaq imiş.
 Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə,
hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun
qarşısında əyilərmiş. Bir gün külək var qüvvəsilə əsirmiş. Nəhəng
çinarlar, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız
zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu.
Bunu görən külək heyrətə gəldi:
-Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu
gücü hardan alırsan?
Gül inamla cavab verdi:
- Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o
heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti
məni baş əyməyə qoymaz.
- Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
 Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bülbül sevgilisi gülün
görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan
tutmuş fil gövdəli ağaclara qədər ona baş əyirdi. Artıq gül son qüvvəsini
toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək
qalmışdı. Əgər bülbül yanında olsaydı…
 Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən
uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü ilə ikiqat edəcəkdi.
Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş
əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün
əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə
sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə
həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarı
bülbül qalır. Gül Xarı bülbül görkəmində güllər açır. Həmin Xarı bülbül
gülü heç bir qızılgül koluna və gülünə bənzəmir.
Lüğət
1. məqsəd- цель
2. alçatmaq- унизить
3. güc- сила
4. qüvvə- сила
5. həddindən artıq inanmaq- верить чрезмерно
6. tozanaq- пыль
7. nəhəng- гигантские
8. salxım söyüd- плакучая ива
9. yekəxanalıq- высокомерие
10.tabe olmamaq- не подчиняться
11.zəif- слабый
12.cəsarət- смелость
13.inamla- с верой
14.vüqarla- c гордостью
15.saf- чистая
16.məhəbbət- любовь
17.sinə- грудь
18.gövdə- cтвол
19.toplamaq- собирать
20.uğuldamaq- завыл
21.tikan- шип, колючка
22.məhv etmək- уничтожить
23.fəda edən- принёс в жертву
24.qızılgül- роза
25.kol- куст
26.bənzəmək- быть похожим

You might also like