You are on page 1of 4

Cəbr

Natural ədədlər
1. Sayma nəticəsində alınan ədədlərə natural ədədlər deyilir. Natural ədədlər
çoxluğu N hərfi ilə işarə edilir.
N={1,2,3,..., n,...}
2. Natural ədədlər tək və ya cüt olur.
Tək ədədlər: {1, 3, 5, ..., 2n-1, ...},
Cüt ədədlər: {2, 4, 6, ..., 2n, ...},
Tək və ya cüt ədədlər üzərində əməllər: T+T=C; T*C=C; C+C=C; T: T=T;
T*C=C; T"=T C.C=C;
3.Ədədləri yazmaq üçün istifadə olunan işarələrə rəqəmlər deyilir: { 0,1,2,3,..., 9}
Bir ədədi o biri ədədə böldükdə alınan qalıq sıfırdan fərqli ədəd olarsa, bu qalıqlı
bölünmədir.
a = bc+r
Bir ədədi o biri ədədə böldükdə qalıq sıfır olarsa, bu qalıqsız bölünmədir. r=0>
a=b.c Burada a-bölünən, b-bölən, c-qismət, r-qalıqdır.
5. Natural ədədlərdə bölünmə əlamətləri aşağıdakılardır:
✓ Cüt ədədlər 2-yə bölünür.
✓ Rəqəmləri cəmi 3-ə bölünən bütün ədədlər 3-ə bölünür.
✓ Rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür.
✓ Verilmiş ədədin son iki rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünərsə və ya
son iki rəqəmi sıfır olan ədədlər 4-ə bölünər.
✓ Son rəqəmi 0 və ya 5 olan ədədlər 5-ə bölünür. v 3-ə bölünən bütün cüt
ədədlər 6-ya bölünür. ✓ Verilmiş ədədin son üç rəqəminin əmələ gətirdiyi ədəd 8-
ə bölünərsə, həmin
ədəd də 8-ə bölünər. Son üç rəqəmi sıfır olan ədədlər də 8-ə bölünür. Son
rəqəmi sıfır olan ədədlər 10-a bölünür. 3-ə və 4-ə bölünən ədədlər 12-yə bölünür.
Riyaziyyat

Bölünmə ələmətləri

*Axırıncı rəqəmi, sıfırla və ya cüt rəqəmlə qurtaran ədədlər 2-yə qalıqsız bölünür.
Məsələn: 77770, 999994, 333332,556 və s.

*Rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Məsələn: 9012 (9+0+1+2=12:3=4)

* Rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür.Məsələn 77778,(7+7+7+7+8=36:9=4)

*Axırıncı iki rəqəmi"00" və ya axırıncı iki rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə,
həmin ədəd 4-ə bölünür. Məsələn: 11111100, 999916,77756, 5555504 və s.

*Son rəqəmi 0 və ya 5 olan ədədlər 5-ə bölünür. 111110, 7775,999990,777775 və.s

*3-a bölünən bütün cüt ədədlər 6-ya bölünür. Məsələn:555552,77772 88884 va.s

*Axırıncı üç rəqəmi"000" və ya axırıncı üç rəqəminin əmələ gətirdiyi ədəd 8-ə bölünərsə,

həmin ədəd 8-ə bölünür. Məsələn: 111016, 777832, 9999888 və s.

*Son rəqəmi sıfır olan ədədlər 10-a bölünür. Məsələn: 123450, 333300,999990 və s.

*ədədin sağdan sola tək yerdə duran rəqəmlərin cəmindən cüt yerdə duran rəqəmlərin
cəmini çıxdıqda alınan ədəd 11-ə bölünərsə verilmiş ədəd də 11-ə bölünər. 

 Məsələn: 91927(25-3=22)

*3-a və 4-a bölünən ədədlər 12-yə bölünür. Məsələn: 110016, 776736, 55555524,va s *
Axırıncı iki rəqəmi" "00" va ya axırıncı iki rəqəminin əmələ" gətirdiyi ədəd 25-ə
bölünərsə, həmin ədəd 25-ə bölünür. Məsələn: 777700, 999975,111150 və s. ,

*Axırıncı üç rəqəmi "000" və ya axırıncı üç rəqəminin əmələ" gətirdiyi ədəd 125-ə


bölünərsə, həmin ədəd 125-ə bölünür. Məsələn: 11111250, 777777000, 6666375 və s.

Natural ədədlər sadə və mürəkkəb olur.

Sadə ədədlər.

Yalnız vahidə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. 1-dən-100-ə qədər sadə

ədədlər: 2,3,5,7,11, 13, 17,19,23,29,31,37,41,43,47,53,59,61,67,71,73,79,83,89,97,


Cüt ədədlərdən yalnız 2 ədədi sadədir.Ən kiçik sadə adəd 2-dir.

Vahiddən və özündən başqa böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir.

Məsələn:4,6,8,9,10,12,14,15,16,18,20,və s

Vahid nə sadə nə də mürəkkəb ədəddir. Hər bir mürəkkəb ədədi yeganə üsulla sadə
vuruqlarına ayırmaq olar. Məsələn: 36 = 22:32 və 350=2.52.7 və s

Bir neçə ədədin bölündüyü ən böyük ədədə bu ədədlərin ən böyük ortaq böləni ƏBOB
deyilir.

Məsələn; ƏBOB(15;20)=5

ƏBOB-un tapılması:

1. ədədlər sadə vuruqlara ayrılır.

2.Sadə vuruqların ortaq ən kiçik qüvvətləri götürülür.

You might also like