You are on page 1of 11

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU

İMADƏDDİN NƏSİMİNİN POETİK DİLİ


VƏ AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN
TARİXİ MƏSƏLƏLƏRİ

RESPUBLİKA ELMİ KONFRANSININ

MATERİALLARI
29 noyabr 2019-cu il

BAKI – “ELM” – 2019


İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri
Azərbaycan Milli Elmlər Akademiyasının adına Dilçilik İnstitutu Elmi Şurasının
25 noyabr 2019-cu il tarixli iclasının 9 №-li protokoluna əsasasən çap olunur.

KONFRANSIN TƏŞKİLATÇISI: AMEA Nəsimi adına Dilçilik İnstitutu

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ: MÖHSÜN NAĞISOYLU


AMEA Nəsimi adına Dilçilik İnstitutunun
direktoru, akademik, sədr
BABA MƏHƏRRƏMLİ
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi
işlər üzrə direktor müavini, fil.ü.f.d., dosent,
müavin

KONFRANSIN MƏSUL KATİBİ: TEYYUB QULİYEV


AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Azərbaycan dilinin tarixi şöbəsinin müdiri,
fil.ü.f.d., dosent

KONFRANSIN MƏTBUAT KATİBİ: TƏRANƏ ŞÜKÜRLÜ


fil.ü.f.d., dosent

KONFRANSIN TƏSKİLAT KOMİTƏSİNİN ÜZVLƏRİ:

SEVİL MEHDİYEVA fil.e.d., prof.


QƏZƏNFƏR KAZIMOV fil.e.d., prof.
İSMAYIL KAZIMOV fil.,e.d., prof.
İSMAYIL MƏMMƏDLİ fil.e.d., prof.
KAMİLƏ VƏLİYEVA fil.e.d., prof.
MƏSUD MAHMUDOV fil.e.d., prof.
İLHAM TAHİROV fil.e.d., prof.
SAYALI SADIQOVA fil.e.d., prof.
İLHAMİ CƏFƏRSOY fil.e.d.
MAYIL ƏSGƏROV fil.e.d.
SEVİNC ƏLİYEVA fil.e.d.
İDRİS ABBASOV fil.e.d.
AYNEL MƏSƏDİYEVA fil.ü.f.d., dos.
VAHİD ZAHİDOĞLU fil.ü.f.d., dos.
KİFAYƏT İMAMQULİYEVA fil.ü.f.d., dos.
ELCIN IBRAHIMOV fil.ü.f.d., dos.
QƏTİBƏ QULİYEVA fil.ü.f.d., dos.

2
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri

Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütə-
fəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində
mühüm əhəmiyyətə malikdir.
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcı-
lığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli təd-
qiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçi-
rildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin
və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olundu-
ğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin ya-
radıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı ta-
rixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüş-
dür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, küt-
ləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata
keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmi-
zin paytaxtında heykəli ucaldılmışdır.
2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 il-
liyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənə-
viyyat festivalı keçirilmişdir.
2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni
fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azər-
baycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilmə-
si tapşırılmışdır.
Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-
mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublika-
sı Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2019-cu il.

3
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri

MÜNDƏRİCAT
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri

Sevil MEHDİYEVA. AZƏRBAYCAN YAZILI ƏDƏBİ DİLİNİN BAŞLANĞIC


MƏRHƏLƏSİNDƏ İMADƏDDİN NƏSİMİ FENOMENİ .................................................................6
Vahid ZAHİDOĞLU. NƏSİMİ DİLİNİN BƏZİ POEİTİK-ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ .............11
Qüdsiyyə QƏMBƏROVA. NƏSİMİ DİLİNDƏ SÖZ YARADICILIĞI .............................................17
Elçin MƏMMƏDOV. NƏSİMİNİN DİLİNDƏ ARXAİKLƏŞMİŞ FEİLLƏR ..................................21
Türkan ƏSGƏROVA. AZƏRBAYCAN ƏDƏBİ DİLİ TARİXİNDƏ SEYİD ƏLİ
NƏSİMİNİN ROLU ...........................................................................................................................28
Şahnazxanım ŞÜKÜRZADƏ. NƏSİMİNİN “DİVAN”INDA TƏBİƏT LEKSİKASI .......................32
Baba MƏHƏRRƏMLİ. İMADƏDDİN NƏSİMİNİN POETİK DİLİNDƏ İŞLƏNƏN KÖK
MORFEMLƏR ...................................................................................................................................35
Teyyub QULİYEV. NƏSİMİNİN DİLİNDƏ BƏZİ ƏVƏZLİKLƏRİN MÜVAZİLİYİ.....................40
Aynel MƏŞƏDİYEVA. NƏSİMİ DİLİNDƏ VƏ TÜRK DİLLƏRİNİN DİALEKTLƏRİNDƏ
FEİLİN BƏZİ SPESİFİK ŞƏXSSİZ FORMALARINA DAİR..........................................................45
İsmayıl KAZIMOV. Hüsniyyə ÇOBANOVA. NƏSİMİ ŞEİRLƏRİNDƏ ETNOS
ADLARI ....................................................................................................................... 51
İsmayıl MƏMMƏDLİ. NƏSİMİ ŞEİRLƏRİNİN DİLİNDƏ ETNOQRAFİZMLƏR ........................59
Reyhan MƏDƏTOVA. NƏSİMİ DİLİNDƏ İŞLƏNMİŞ MƏSDƏRLƏRİN CÜMLƏDƏ
SİNTAKTİK ROLU ...........................................................................................................................61
Zülfiyyə İSMAYIL. NƏSİMİ YARADICILIĞINDA QEYRİ-TƏYİNİ İSMİ
BİRLƏŞMƏLƏRİN XÜSUSİYYƏTLƏRİ ........................................................................................65
Rəşad ZÜLFÜQAROV. NƏSİMİ YARADICILIĞINDA İŞLƏNƏN ARXAİZMLƏRİN
NAXÇIVAN DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ ƏKSİ ........................................................................69
Xalidə ABDULLAYEVA. NƏSİMİ ŞEİRLƏRİNDƏ İNVERSİYANIN XÜSUSİYYƏTLƏRİ .........72
Aytən ƏHMƏDOVA. NƏSİMİ DÜHASI VƏ AZƏRBAYCAN ƏDƏBİ DİLİ. .................................76
Elnar CƏFƏROVA. AZƏRBAYCAN ƏDƏBİ DİL TARİXİNDƏ NƏSİMİ MƏRHƏLƏSİ ...........79
Günel BAYRAMOVA. İ.NƏSİMİ YARADICILIĞINDA KONSEPTUAL METAFORALAR .........82
Günel ORUCOVA. ŞAH İSMAYIL XƏTAİ NƏSİMİNİN DİL VƏ FİKİR HAMİSİ KİMİ .............86
Aytən HACIYEVA . İMADƏDDİN NƏSİMİNİN POETİK DİLİ – MÜƏLLİFİN DİL
ŞƏXSİYYƏTİNİN SƏCİYYƏLƏNDİRİCİ İNİKASI KİMİ ............................................................90
Məhəbbət ƏSƏDOVA . İ. NƏSİMİNİN POETİK DİLİ VƏ BƏZİ ARXAİK
ƏVƏZLİKLƏRİN PERSONALİZASİYA KATEQORİYASININ İFADƏSİNDƏ
ROLUNA DAİR .................................................................................................................................94
Bəhram MƏMMƏDOV. İMADƏDDİN NƏSİMİ POEZİYASINDA SİNONİMLƏR ......................98
Aliyə MUSAYEVA. NƏSİMİ DİLİ PROF. Y.SEYİDOVUN ARAŞDIRMALARINDA .................102
Nağdəli ZAMANOV, Natəvan HACIYEVA. NƏSİMİ YARADICILIĞINDA SÖZ KONSEPTİ .....107
Nailə MİRZƏYEVA. NƏSİMİ YARADICILIĞINDA DİALEKTİZMLƏRİN ÜSLUBİ
İMKANLARI ....................................................................................................................................110
Aydın NAĞDALIYEV. NƏSİMİNİN DİLİNDƏ FƏRQLİ MORFOLOJİ XÜSUSİYYƏTLƏR ......113
Nuray ƏLİYEVA. İMADƏDDİN NƏSİMİ YARADICILIĞINDA QARA VƏ AĞ
RƏNGLƏRİN SEMANTİKASI .......................................................................................................117
Ramilə SÜLEYMANOVA. İMADƏDDİN NƏSİMİNİN ƏSƏRLƏRİNDƏ İŞLƏNƏN
TÜRKİYƏ TÜRKCƏSİ İLƏ MÜŞTƏRƏK DİALEKT SÖZLƏRİ ................................................121
Çinarə RZAYEVA. İMADƏDDİN NƏSİMİ ƏSƏRLƏRİNDƏ İŞLƏNƏN ÜSLUBİ
FİQURLAR (RİTORİK SUAL, ANTİTEZA, TƏKRİR) .................................................................125
Sədaqət HƏSƏNOVA. NƏSİMİNİN DİLİNDƏ LEKSİK-QRAMMATİK DİL
FAKTLARININ ÜSLUB ÖZƏLLİKLƏRİ ......................................................................................130
Təranə İSMAYILOVA. NƏSİMİ ŞEİRİNDƏ CANLI DANIŞIQ-NİTQ ELEMENTLƏRİ .............135
Arifə ZEYNALOVA. İ.NƏSİMİNİN DİLİNDƏ İŞLƏNƏN MƏCAZLAR VƏ ONLARIN
SEMANTİK XÜSUSİYYƏTLƏRİ ..................................................................................................140

4
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri
Teyyub QULİYEV
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu,
fil.ü.f.dok., dosent

NƏSİMİNİN DİLİNDƏ BƏZİ ƏVƏZLİKLƏRİN MÜVAZİLİYİ

Açar sözlər: Nəsimi, əvəzlik, paralellik, türk dilləri, Altay dilləri


Ключевые слова: Насими, местоимение, параллельность, тюркские языки, Алтайские
языки
Keywords: Nasimi, pronoun, parallelism, turkish languages, Altaic languages

Nəsiminin əsərlərinin dili Azərbaycan ədəbi dilinin əsas mərhələlərindən biridir. Bunu şərt-
ləndirən bir sıra xüsusiyyətlər var ki, ilk yerdə dahi şairin doğma ana dilindən qaynaqlanan bir dildə
yazması durur. Nəsimi sözün əsl mənasında milli şairdir. Öz düşüncələrini, arzusunu, mənsub oldu-
ğu təriqətin ideyalarını həmişə sadə xalqla bölüşməyə, xalqa yetirməyə can atan söz ustadıdır. Nəsi-
mi şəxsiyyətində kamil olduğu kimi, şeiriyyətinin dilində də kamildir. Onun dili hamı üçündür. Onu
hamı başa düşür, anlayır. Mürəkkəb izafətlərdən, yüz illərdir qulaqların öyrəşdiyi qəlibləşmiş ərəb
və fars qafiyə ahəngindən sonra Nəsiminin doğma ana dili ruhu oxşayır, insanı saflaşdırır, duruldur.
Nəsiminin də istədiyi bu idi. Qədim tarixi olan ana dilindən güc alaraq nəinki Şərq, bəşər ədəbiyya-
tının dahisinə çevrilmək, Azərbaycan dilini ən incə, poetik dil kimi dünyaya tanıtmaq-bu idi Nəsi-
minin tarixi missiyası!
Azərbaycan dilçiliyində Nəsiminin poetik dili müxtəlif istiqamətlərdən öyrənilib və etiraf
edək ki, xeyli nəticələr, uğurlar əldə edilib. Biz yazımızda tarixi qrammatika üçün maraqlı olan və
Nəsiminin dilində də müşahidə olunan bəzi əvəzliklərin müvazi işlənməsinə diqqət edəcəyik və bu
paralelliyin izahına cəhd göstərəcəyik:
Mən-(man)a ~ bən-(ban)a müvaziliyi
Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum,
Uyxuda qaldı münkir nəqşü xəyal içində.

Mənəm yardan cüda, ol yar məndən,


İlahi, olmasın hiç kimsə biyar!

Dəхi nеdərəm dünya mənə ərzani qılsa,


Səni dilərəm, qılma məni qеyrə həvalə.

Professor Hadi Mirzəzadə qeyd edirdi ki, tarixi materialların dilindən aydın olur ki, Azərbay-
can dilində birinci şəxsin təkini əvəz edən söz iki mənada mən/bən formalarında yayılmışdır, bən
formasına Azərbaycan dilinin ancaq qədim və orta dövrlərində yazılmış ədəbi əsərlərin dilində rast
gəlinir (8,104). Bu baxımdan Ə.Tanrıverdinin statistik məlumatı xüsusi maraq doğurur: “Orxon-Ye-
nisey abidələrində 28 dəfə mən, 48 dəfə bən, M.Kaşğarinin «Divan»ında 105 dəfə mən, 3 dəfə bən,
«Kitab»da 403 dəfə mən, 54 dəfə bən şəklində işlənmə müəyyənləşdirilmişdir” (12, 259).
Nəsiminin də ədəbi dilində mən//bən müvaziliyi özünü göstərir, lakin mən əvəzliyinin üstün-
lüyü açıq müşahidə edilir. Bu mənada biz mərhum Ə.Tanrıverdinin o nöqteyi-nəzəri ilə razıyıq ki,
“XVIII əsrə qədərki ədəbi dilimizdə də «mən» şəklində işlənmə üstün mövqedə görünür” (12, 259).

Bən səninlə söyləşəndə gər zəmistan, gər bahar,


Hər nə çağ görsəm səni, aləm gülistandur bana (6, 143)

Çün yarə vasil oldun bənüm ilən cəhandə,


Vəslünə qane oldum kövnü məkan gərəkməz. (6, 143)

40
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri
H.Mirzəzadə ədəbi abidələrin dilinə əsaslanaraq göstərir ki, birinci şəxs əvəzliyinin təki ismin
yönlük halında iki şəkildə mənə<maƞa<baƞa işlənmişdir (8,105). Əgər dialektlərimizdə I şəxsin tə-
kinin yönlük halda məə, mə̄, məyə, maƞa, maã, mā̄̃, mağa formalarda (11, 177) işləndiyi nəzərə
alsaq, onda Azərbaycan dilində də *m səsindən sonrakı saitin qeyri-müəyyən olduğu (incə və ya
qalın, ə və ya a) qənaətinə gələrik və dilimizdəki əvəzliyin də nostratik *mV(e) modelinə uyğun
olduğunu deyə bilərik. Onsuz da türkoloji ədəbiyyatlarda I və II şəxs əvəzliklərinin mə+n, sə+n
hissələrinə ayrıldığı bildirilmiş və şəxs əvəzliklərinin I şəxsdə bi//be və ya mi//me, II şəxsdə si//se
olduğu göstərilmişdir. O da qeyd olunmuşdur ki, sözlərin sonundakı n səsi yiyəlik halın qalığıdır
(5,5). Bəzi tədqiqatçıların fikrincə isə, -n təklik əlamətidir və -r\-z ilə oppozisiyadadır (b\m+n- I
şəxs tək; bi+z I şəxs cəm) (3, 202). Deməli, *mV tipində vokal səsin (i/e/ə/a) sabit olmaması bu
modelin Azərbaycan dili üçün də uyğun olduğu fikrini bir daha təsdiq etmiş olur.
I şəxsin təkindəki *m- və ya *b- səsinin hansının ilkin olması fikri nəinki Azərbaycan
dilçiliyində, ümumiyyətlə türkoloji dilçilikdə uzun müddət mübahisə doğurmuşdur. Hələ vaxtilə
M.Kaşğari qeyd etmişdir ki, ben əvəzliyi oğuz və qıpçaq dillərinə aiddir. Əbu Həyyan isə bu
formanı türk (Osmanlı türk. – T.Q.) forması hesab edir. M.Rəsənen söz əvvəlində b>m əvəzlən-
məsinin təsadüfi olduğunu və bunun burun səsi -n- nin təsiri ilə baş verdiyini yazır. Altay dillərində,
xüsusilə türk və monqol dillərində m>b əvəzlənməsinin də mövcudluğu samitlərdən (b və ya m)
hansının ilkin olduğuna aydınlıq gətirməyə çətinlik törədir. B.Serebrennikovun qənaətinə görə, söz
əvvəlindəki b türk dillərində p səsinin cingiltiləşməsinin nəticəsidir, sonradan b>m əvəzlənməsi baş
verir, lakin bu fonetik qanunlara uyğun deyil (15, 51).
I şəxsin təkində b və m samitlərinin müvaziliyi qədim türk daş kitabələrində mövcuddur. Rus
türkoloqu V.Ponaryadov yazır ki, əski türk runik yazılarında I şəxs təki ilk samiti olan bän və män
şəklində ortaya çıxır. Ara-sıra bunların ayrı-ayrı şivələrə aid olduğu göstərilir. Məsələn, Yenisey ça-
yı bölgəsi abidələrində män sadəcə əski qırğız yazılarında, bän isə sadəcə Çik yazılarında işlənmiş-
dir (9,90). Tədqiqatçı sonra qeyd edir ki, Göytürk xaqanlığına aid Orxon abidələri içərisində Kül
Teqin və Bilgə Kağan yazılarında da ancaq män işlənir. Lakin eyni dövrə və eyni yerə aid üçüncü
böyük abidə olan Tonyukuk abidəsində həm bän, həm də män şəkillərinə təsadüf edilir. (9, 91).
Mən əvəzliyinin vaxtilə Azərbaycan dilində işlənmiş və hal-hazırda işlənən fonovariantlarını
(bən\mən\məƞ\man\men və s.) türk dil arealında izləyək:
Qədim türk.(Orxon-Yenisey, qədim uyğur.): men, Qaraxanlı türk. (“Divanü-lüğətit-türk”,
“Qutadqu bilik”) men, Türkiyə türk. ben, qaqauz. ben, türkmən. men, salar. mē(n), Xalac. mən,
özbək. men, uyğur. mən, Krım tatar. men, tatar. min, başqırd. min, qırğız. men, qazax. min,
qaraçay-balkar. men, qaraqalpaq. men, qumuq. men, noqay. men, sarı uyğur. men, xakas. min, şor.
men, oyrot. men, Tuva türk. men, tofalar. men, çuvaş. e-bə, yakut. min, dolqan. min (1, 341).
Göründüyü kimi, mən əvəzliyi çox cüzi dəyişikliklə türk dillərinin hamısında eyni cür işlənir.
Lakin bu əvəzliyin praforması haqqındakı fikirlər müxtəlifdir. Məsələn, A. Şerbak bu praformanı
əvvəlcə *pän (pä:nˀ), sonra isə yalnız pän, M. Rəsənen isə *mi(n), çuvaş dili üçün εbə-*bi
formalarında bərpa etmişdir. M.Rəsənenin fikrincə, I şəxsdə m-~b- əvəzlənməsi qədim hadisədir.
G.Klouson ilk səsin p- olduğunu qəbul etsə də, ben formasının daha qədim olduğunu düşünmüşdür;
men isə erkən dövrlərdə yaranan assimilyasiya olunmuş variantdır. V.Kotviç bir neçə variant bərpa
etmişdir: mä(n), bi(n), mi(n). F.Aşnin isə praformanı belə sıralandırır: *bi(*män-<bän-). B.
Serebrennikov məsələyə fonetik qanunauyğunluq baxımından yanaşmışdır. O, sondakı –n səsinin
lap əvvəldən işlənməsinə şübhə ilə yanaşmış və özünün fonetik konsepsiyasına (p-, p->b-, b->-m)
əsaslanaraq praformanı *pə, sonra *pən>bən kimi bərpa etmişdir. A.Kononov ben\men əvəzliyinin
iki morfemdən ibarət olduğunu qeyd edərək göstərirdi ki, kök morfem bo- ümumaltaya (protoaltay
dilinə -T.Q.) aiddir, -n- isə possesivlik (yiyəlik, sahiblik) göstəricisidir. Burada I şəxsin kök
morfemini (bo-ni) *be~*bi əsaslı bu~bo əvəzliyi ilə müqayisə etmək olar (15, 53-54).
Digər Altay dillərində, o cümlədən protomonqol dilində də şəxs əvəzliyində (həm tək, həm də
cəmdə) b~m əvəzlənməsi özünü bariz şəkildə göstərir: *bi, *min-mən; *ba, *man-biz. Bu formalar
bütün monqol dil ailəsi üçün səciyyəvidir: Orta dövr monqol dilində (XIII əsrə aid mətnlərdə,
“Monqolların gizli tarixində”): bi, ba, mino (yiyəlik hal.); bi, “İbn Mühənna lüğəti”ndə, “Ərəb

41
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri
filoloqu türk dili haqqında” (P.Melioranski): m(e)ni; yazılı monq. bi, minu (yiyəlik hal.), xalxa
monqol. bi, minij (yiyəlik hal.), buryat. bi, menī (yiyəlik hal.), kalmık. bi, minε̄ (yiyəlik hal.),
ordos.bi, mini (yiyəlik hal.), moqol. bi, nami, name, mini (yiyəlik hal.), daqur. bı̄ , bā, minı̄ (yiyəlik
hal.), şira-uyğur. bə, monqr. bu (1, 341; 4,1276; 13,155).
Protomonqol dili üçün də *bV(e) arxetipini uyğun hesab etmək olar.
Prototunqus-mancur dilində b və m səslərinin sərhəddi nisbətən dəqiqidir. Belə ki, *b yalnız I
şəxs əvəzliyinin təkinin əsasını təşkil edir. Cəmdə isə b~m paralelliyi müşahidə olunur: *bi-mən,
*bue, *mü-n-biz: evenk: bi , even: bi , neqidal: bi , mancur danışıq dili: bī , mancur yazılı
dili: bi , curçen: mi-n , ulç: bi , orok: bi , nanay: mi, oroç: bi , udegey: bi , solon: bi (1, 341; 4,
1276-1277).
Prototunqus-mancur dili üçün də *bV(i) arxetipini əsas kök hesab edirik.
Maraqlıdır ki, I şəxs əvəzliyi (təki və cəmi) protoyapon dilində də Altay dillərinin əksəriy-
yətində olduğu kimi, *ba arxetipində bərpa olunur: qədim yapon. wa- ; orta yapon. wàré, wátákúsı́;
Tokio. wátashi; Kioto. wáte və s.
Protokoreya dilində isə yalnız I şəxsin cəmi bu arxetipə uyğun gəlir: *úrı́-biz. Tədqiqat-
çıların fikrincə, ola bilsin ki, söz əvvəlindəki samit (məsələn *b) qeyri-müntəzəm baş verən səs
düşümünə uğramışdır: *b-(*úrı́<*bú-rı́) (1, 342).
Deməli, sadalanan dil faktlarına əsaslanaraq protoaltay dili üçün I şəxs əvəzliyinin təkini
*bV~*mV formasında bərpası daha uyğundur. Bütün Altay dillərində b~m əvəzlənməsinin səbəbi-
nin müxtəlif cür izahını ümumiləşdirsək, Azərbaycan dili üçün (daha doğrusu, protoAzərbaycan dili
üçün) təklif etdiyimiz *mV praformasını protoAltay praformasının variantı hesab etmək olar.
Sən~san(a) müvaziliyi
Sən sana gər yar isən var, ey könul, yar istəmə!
Yarü dildar ol sana, sən yaru dildar istəmə!

Səndə ara, istə səni, ta bulasan səndə səni,


Sən sana yar ol bul anı, sanma ki, yarın yox imiş.

Sən sana gəl, sən, sana həq yar ola,


İstədigin cümlə səndə var ola.
Azərbaycan dilinin tarixi qrammatikasının görkəmli tədqiqatçısı H.Mirzəzadə qeyd edir ki,
“birinci şəxsin təkində olduğu kimi, ikinci şəxsin təki də iki şəkildə sənə >saƞa işlənmişdir; Daha
sonra müəllif əlavə edir ki, XVIII əsrlərə qədər olan dövr ərzində ədəbi-bədii əsərlərin dilində tez-
tez rast gəldiyimiz sana şəkli bu dövrdən sonra, demək olar ki, nisbətən çox az işlənmişdir. Yazı
dilimizdə bir qayda olaraq sənə sabitləşmişdir (8, 106). Nəsiminin dilindən gətirilən nümunələrdən
aydın olur ki, işlənmə nisbətinin dəyişməsindən əlavə, hətta bir mətnin içərisində sən~san müva-
ziliyi də olmuşdur. Bir məqamı xüsusi vurğulamaq istəyirik ki, o dövrün bədii mətnlərində II şəxsin
təki adlıq halda sən formasında işləndiyi halda, adətən yönlük halda saƞa\\sana qəlibində işlənir.
Dil tarixindən fərqli olaraq Azərbaycan dilinin dialektlərində II şəxs əvəzliyinin sen (Qax
rayonu şivələri və Quba dialektində) və san (Zəngilan və Füzuli rayonları şivələrində və Ordubad
dialektində) formalarına, yönlük halda isə saƞa, saā, sā̄̃ - Əsas tafoutun mən saƞa dēm. (Ağdam)-
(Qərb, qismən də şimal qrupu dialektlərində), sağa - Gel gidax, sen mağa yoldaş, men sağa qarda.ş
(Qax) - (Zaqatala-Qax və Gədəbəy-Ayrım şivəsində) variantlarına bu gün də rast gəlinir (5, s. 9, 13;
11, 177).
Türkologiyada böyük əksəriyyət tərəfindən qəbul edilmiş fikrə görə, şəxs əvəzliyinin II
şəxsdə əsası si/se olmuşdur. Sondakı -n morfemi isə ya yiyəlik halın qalığı, ya da possesivlik
əlaməti hesab olunur (5,7). Bəri başdan qeyd edək ki, biz də bu fikri dəstəkləyirik. Çünki müşa-
hidələr göstərir ki, istər qədim, istərsə də müasir türk dillərindəki sVn-sVz cütlüyündə özək CV
heca tipi (sV və irəlidə görəcəyimiz kimi onun digər allomorfları hV, tV və s.) həmişə dəyişməz
qalır və çox böyük ehtimalla, bu tip çox qədim çağlardan dildə sabitləşib. Yeri gəlmişkən, sV~tV
müvaziliyi istər Altay dillərində (məsələn, monqol dillərində *thi>*tyi>či və *ta variantları

42
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri
sabitləşib), istərsə də dünya dillərində çox geniş yayıldığından II şəxs əvəzliyinin hər iki istiqa-
mətdəki inkişafına və arealına ayrılıqda diqqət etmək istərdik.
II şəxs əvəzliklərində son samit fonemlərin (-n və -z) yerinə yetirdiyi funksiyadan asılı
olmayaraq şəkilçi morfem olduğu asan bəlli olur. Bu fonemlərdən də -n-nin mövqeyi, demək olar
ki, sabitdir. -z isə r~z müvaziliyinə uyğun olaraq bəzən -r foneminə keçir ki, fikrimizcə, bu türk
dillərində qədim dialekt fərqidir: siz// siler (seler) - qırğız, Tuva, şor; sler - Altay; sirer (serer) -
xakas (14, 209). F. Cəlilov də bu fikirdədir ki, dialekt fərqini əks etdirən -r//-z elementi topluluq
bildirən morfemdir (2, 156).
Göytürk dilində əvəzliklərdən bəhs edən Ə.Rəcəbli də güman edir ki, I və II şəxs əvəzliyinin
təkindəki -n ünsürü təklik, -z ünsürü isə cəmlik yaratmağa xidmət etmişdir. -z ünsürü əvəllər hər cür
cəmliyi deyil, təkcə cüt kəmiyyət göstərmişdir (10, 199-201). A.P.Potseluyevski II şəxs əvəzliyinin
əsasının si//se morfemləri olduğunu qeyd edir və göstərir ki, i saitli morfemlər e saitli morfemlərdən
daha qədimdir. Təkdəki n samit səsinin mənşəyi qaranlıq qalsa da, z səsi cəmlik ifadə edir. O, II
şəxsin cəminin inkişafını belə təsvir edir: s-ing+-iz(-is)>s-ing-iz>s-in-iz>si:z>siz (Bax: 7, 33).
A.Şerbak II şəxsin təkinin praformasını*sän (sǟn) və säƞ, M.Rəsənen *si(n), G.Kloson sen,
V.Kotviç sän(n), si(n), F.Aşnin -*si (*sän-), B.Serebrennikov -sə kimi bərpa etmişdir. Diqqəti
çəkən digər məqam isə budur ki, N.Baskakov se(n)//sə(n) şəxs əvəzlikləri ilə şu işarə əvəzliyi
arasında genetik, E.Sevortyan isə (se-//si- şəxs əvəzlikləri ilə şu//so//sı işarə əvəzlikləri) tarixi əlaqə
olduğunu yazıb (Bax: 5, 8).
II şəxs əvəzliyinin və onun fonovariantlarının türk dillərində yayılma arealına və işlənmə
formalarına diqqət edək:
Qədim türkdə (qədim uyğur) sen; Qaraxanlı türk. sen; Türkiyə türk. sen; qaqauz. sən; türk-
mən. sen; salar. se(n); özbək. sen; uyğur. san; Krım tatar. sɨn; tat. sin; başqırd. hin; qırğız. sen; qa-
zax. sen; qaraçay-balkar. sen; qaraqalpaq. sen; qumuq. sen; noqay. sen; sarı uyğur. sen; xakas. sin;
şor. sen; oyrot. sen; Tuva. sen; Tofa. sen; çuv. ezə; yak. en; Dolqan. en. (1, 1237-1238).

Bu(nca) ~mu(nca)
Nəsimi, gəl sücud еylə bə-vəchüllahə ki, həqdir,
Anın şənində gəlmişdir bu munca vəscüdat andan.

Fələkin əsli nədəndür, mələkin nəsli nədən,


Adəmin surətinə bunca tələbkar nədür?

Dünya hiçü malı hiçü ömrü hiçü səyi hiç,


Hec yerə niçindürür bu munca zəhmət, karübar?
H. Mirzəzadə qeyd edir ki, “Dil tarixi materiallarının verdiyi faktlardan məlum olur ki,
dilimizdə işlənən işarə əvəzliklərinin sayı bugünkünə nisbətən çox olmuşdur. Lakin zaman keçdikcə
nisbət dəyişmiş, belə əvəzliklər kəmiyyətcə azalmışdır” (8, 110).
Bu işarə əvəzliyi dil tarixində öz formasını ismin adlıq halında və birləşmə daxilində mü-
hafizə etmişdi (8,110). Tarixən bu əvəzliyinin hallanması zamanı b<m əvəzlənməsi baş vermişdir
ki, bu hadisə Azərbaycan dilinin dialekt və şivələri üçün (xüsusilə Şərq qrupu dialektlərində) bu gün
də xarakterikdir. Hətta şərq və cənub qrupunda bı, qərb qrupunda isə pu fonovariantlarına da rast
gəlinir (5, 59).
Müşahidə etdik ki, Azərbaycan dilinin dialekt və şivələrində işarə əvəzliklərinin sayı çox olsa
da (o, u, ho, hu, ol, bu, bı, pu, mı və s.) müasir ədəbi dildə işarə əvəzliklərinin sayı azdır. Qədim və
müasir türk dillərinin bəzilərində də bu müvazilik özünü göstərir:
Qədim türk. bu, bun- (Orx.), bu, mun- (qədim uyğur.); Qaraxan. bu, mun- (Mahmud Kaş-
ğari); T. türkcəsində. bu; qaqauz. bu; türkm. bu; salar. bu, vu; xalac. bo; özbək. bu; uyğur. bu;
qaraim. bu, mu; tatar. bu; başqırd. bɨ-l; qırğız. bu(l); qazax. bu-l; qaraçay-balkar. bu; qaraqalpaq.
bu-l; kumandin. bu; noqay. bu; sarı uyğur. bu; xakas. pu; şor. pu; oyrot. bu; Tuva. bo; tofalar. bo;
Yakut. bu; dolqan. bu (mun-) (4, 912).

43
İmadəddin Nəsimi və Azərbaycan dilinin tarixi məsələləri
ƏDƏBİYYAT

1. An Etymological Dictionary of Altaic Languages. (S. A. Starostin, A. V. Dybo, O. A.


Mudrak), Brill, 2003, 2096 pp.
2. Cəlilov F. Azərbaycan dilinin morfonologiyası. Bakı, “Maarif”, 1988, 285 səh.
3. Cравнительно-историческая грамматика тюркских языков. Морфология М.: Наука,
1988,560 s.
4. Dolgopolsky A. Nostratic Dictionary, McDonald Institute for Archaeological Research,
University of Cambridge, Third Edition, 2012, 3659 pp.
5. İslamov M. Türk dillərində əvəzliklər. Bakı, “Elm”, 1986, 204 s.
6. Qəhrəmanov C. Nəsimi “Divan”ının leksikası. Bakı, Elm, 1970, 566 s.
7. Qurbanova G. Oğuz dillərində əvəzliklər və onların mətn yaranmasında rolu.Bakı,
“Kooperasiya”, 216, 144 s.
8. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Azərbaycan Universiteti nəş-
riyyatı, 1990, 376 s.
9. Ponryadov V. Tonyukuk yazıtında bän ve män. Journal of Turkish Linguistics. Skopje,
2008, №1, s. 90-94
10. Rəcəbli Ə. Göytürk dilinin morfologiyası. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2002, 471 s.
11. Şirəliyev M. Azərbaycan dilaektologiyasının əsasları. Bakı, “Şərq-Qərb”, 2008, 416 s.
12. Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 2007, 538 səh.
13. Иллич-Свитыч В. М. Сравнительный словарь (l–ʒ́). Указатели / Под ред. В. А.
Дыбо. М.: "Наука, 1976, 156 s.
14. Исхаков Ф. Местоимения. Исследования по сравнительной грамматике тюркских
языков.(Морфология). Москва, Изд-во Академии наук СССР, 1956, səh.208-262
15. Этимологический словарь тюркских языков. Общетюркские и межтюркские
основы на буквы «Л», «М», «Н», «П», «С». – М.: Восточная литература РАН, 2003, 446 с.

Тейюб Кулиев
Параллельность некоторых местоимений в языке Насими
Резюме

В статье исследуется параллельное использование местоимений в алтайском и тюрк-


ских языках, в том числе в языке Насими. В исследовании показано, что параллельное
использование местоимений было связано с фонетическими изменениями. После XVIII века
данное явление постепенно вышло из обихода и в языке наблюдается стабильность.

Teyyub Guliyev
The parallelism of some pronouns in Nasimi’s language
Summary

The article investigated parallel use of pronouns in the Altai and Turkic languages, including
the Nasimi language. The study showed that parallel use of pronouns was associated with phonetic
changes. After the XVIII century, this phenomenon gradually went out of use and stability is
observed in the language.

44
Dilçilik, ədəbiyyatşünaslıq, tarix və fəlsəfə məsələləri

Nəşriyyatın direktoru: Səbuhi Qəhrəmanov


Kompüter tərtibçisi: Rəvanə İlmanqızı
Bədii tərtibat: Şəlalə Məmməd

251

You might also like