You are on page 1of 13

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

İnzibati İdarəetmə Fakültəsi

Azərbaycan Dilində Işgüzar və Akademik Kommunikasiya

“TƏSDİQ EDİRƏMˮ

I (Tədris işləri üzrə) prorektor

_prof. Ə.Z.Abdullayev

23 sentyabr 2021-ci il

İŞÇİ-TƏDRİS PROQRAMI

(Sillabus)

I Semestr

İxtisas: Dövlət və Bələdiyyə, Kompüter elmləri, İqtisadiyyat

Kurs: I

Qrup: Db-212 (r/b), K-212 (r/b), İ-212 (r/b)

Fənni tədris edən müəllim: f.e.f.d. Rzayeva Aygün –


aygun.rzayeva@teams.dia.edu.az

Fənnə ayrılmış saat: 49 saat

Məşğələ dərsləri: 45 saat

Imtahan: 3 saat

Məsləhət: 1 saat
Kurs haqqında məlumat:

Kurs təkmilləşmiş akademik parametrlər və gündəlik həyatımızda


Azərbaycan dilinin imkanlarından istifadə etməkdə yardımçı olmaq, analitik və
tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirmək üçün hazırlanmışdır. Həmçinin, kurs
hər bir ixtisasa uyğun olaraq kommunikasiya vasitələrindən təşkil olunan
mövzuları əhatə edir. Dərslər həftədə iki dəfə olmaqla, 12 həftə davam edəcəkdir.
Tələbələrin qiymətləndirilməsi isə tələbənin dərs zamanı qiymətləndirilməsi və
buraxılış imtahanlarına əsaslanacaqdır.

Kursun Təsviri və Məqsədləri:

Kurs Azərbaycan dilində akademik ünsiyyət yaratmaq, işgüzar məsələlər ilə


bağlı şifahi və yazılı kommunikasiya qurmaq, bu peşəkar yazılı və şifahi ünsiyyəti
təhlil etmək, peşəkar yazılı materiallardan istifadə etmək bacarığını və s. öyrədir.
Həmçinin, bakalavrların gələcək iş yerlərində kimlərlə və hansı şəkildə ünsiyyət
quracağını araşdırır, eləcə də, gələcək iş yerində istifadə edilən səciyyəvi ünsiyyət
üsullarını təsvir edir, gələcək iş yerində səciyyəvi ünsiyyət problemlərini araşdırır.
İxtisasından asılı olaraq, səciyyəvi şifahi ünsiyyəti təhlil etmək, ixtisasla bağlı
şifahi təqdimat keçirmək bacarığını aşılayır. Bütün bu deyilənlərə nail olmaq üçün
aşağıdakı məqsədlərə nail olmalısınız:

– Effektiv olaraq daxili şifahi ünsiyyəti təsvir etmək, xarici şifahi ünsiyyəti
təsvir etmək; peşəsindəki səciyyəvi yazılı ünsiyyəti təhlil etmək, daxili ünsiyyətin
yazılı nümunələrini təqdim etmək kursun əsas vəzifələrindən biridir. Azərbaycan
mediasının yazılı və şifahi dilindən istifadə edərək, onları həm təhlil etmək, həm də
tələbələr üçün müvafiq peşəkar materialı şifahi olaraq təqdim etmək vərdişlərini
öyrədir. Kursda 23 mövzu əhatə olunmuşdur.

– “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnini tam


olaraq əldə edən, mənimsəyən şəxs harada və hansı şəraitdə işləməsindən asılı
olmayaraq, hansı peşədə çalışmasından, hansı vəzifədə olmasından asılı
olmayaraq, düzgün dəqiq və ifadəli, mədəni peşəkar şifahi və yazılı nitqə malik
olacaq, peşəkar fəaliyyətində məqsəd və istəklərinə uyğun ünsiyyət qura biləcək,
peşəkar ünsiyyəti ilə bağlı şirkətdaxili və iş yerinin xaricində sənədləşmə işlərini
uğurla və düzgün aparacaq.

– Kursun strukturu və məzmunu tələbələrin bu modulu bitirdikdən sonra


özünü inkişaf yolu ilə daha çox peşəkar ünsiyyət bacarıqları əldə etməklərini
dəstəkləyir.

– Kurs boyu həm dərs zamanı, həm də dərsdən kənar vaxtda tələbələr
natiqlərin, şair və yazışıların, dil mütəxəssislərinin səslərini dinləyəcək və
izləyəcək, suallara cavab vermək, qeydlər aparmaq kimi müxtəlif üsullarla öz
fikirlərini bildirəcəklər.

– Danışıq fəaliyyəti növləri olan prezentasiyalar, debat və ya qrup


müzakirələri sizə spontan (təbii) nitqi təcrübədən keçirmənizə imkan yaradacaq.
Bu kimi danışıq fəaliyyəti növləri sayəsində yeni lüğət ehtiyatınızı artırmaqla
özünüzə inamı, danışıq səlistliyinizi inkişaf etdirəcəksiniz.

– Tələbələrin orijinal oxu tapşırıqlarına dair fərqli fəaliyyət növləri və


təqdimatlar ediləcək. Səmərəli oxumaq, əsas mənanı müəyyən etmək və oxunun
tənqidi təhlili üçün strategiyaları öyrənəcəksiniz. Oxu materialları həm peşə
marağınız, həm academik təhsil sahəsinə əsaslanacaqdır.

– Tələbələr yazı bacarıqlarını inkişaf etdirməyi öyrənəcəklər. Yazıları necə


təşkil etmək, redaktə etmək və eləcədə həmyaşıdlarınıza rəy bildirməyi
öyrənəcəksiniz. Akademik yazı qaydaları ilə bağlı bəzi tapşırıqlar da yerinə
yetiriləcəkdir. Tələbələrə həm dərs zamanı həm də dərsdən kənar vaxtda yazı üçün
müxtəlif fəaliyyət növləri təyin olunacaq.
Kursun Qaydaları:

Bütün dərslərə davamiyyət məcburidir. Dərsə gecikənlər iştirak etmir kimi


qeyd ediləcək. Tələbələrin dərsə hazır olması və bütün fəaliyyət növlərində iştirak
etmələri zəruridir. Dərsdə pis davranışa görə tələbələr məsuliyyət daşıyır. Dərs
zamanı mobil telefonlar söndürülməlidir. Tələbələr ozlərinə, həmçinin müəllimə
hörmət etməlidirlər. Tapşırıqarın yerinə yetirilməsinin son tarixləri müzakirə edilə
bilməz.

Əlaqə Məlumatları:

Müəllimlər və tələbələr əsas kommunikasiya mənbəyi kimi elektron poçtdan


istifadə edəcəklər. Bütün vacib məlumatlar elektron poçt vasitəsilə sizə
catdirilacaq. Ona görə də, elektron poçt hesablarınızı mütəmadi olaraq
yoxlamağınıza əmin olmanızı xahiş edirəm. Həmçinin bütün tədris ili ərzində
elektron məktublar yaza bilərsiniz. Xahiş edirəm elektron ünvanınızı düzgün
şəkildə qeyd edin. Yazdığınız elektron məktubun mövzusunu həmişə daxil edin.

Qiymətləndirmə Qrafiki (cədvəli):

A = 91-100 B = 81 – 90 C = 71 – 80 D = 61- 70

(Əla) (Çoxyaxşı) (Yaxşı) (Qənaətbəxş)


E = 51-60 F = 51
Təyinatlar Qiymət

(Kafi) (Pis)

Davamiyyət 10
Dərsdə İştirak 10
Danışıq Üzrə Layihə 10
Qiymətləndirmə I 10
Qiymətləndirmə II
10
Sərbəst şəkildə video təqdimat
Buraxılış imtahanları 50%
Ümumi 100%
Qiymətləndirmə Meyarları

Davamiyyət: 10 bal

Davamiyyətə görə, bütün dərslərdə iştirak etməlisiniz. Bunu etmədiyiniz təqdirdə


iştirakınız üçün nəzərdə tutulan 10 balın yekun qiymətləndirmədə davamiyyətdən
çıxarılması ilə nəticələnəcəkdir. Dərsin pozulmaması üçün vaxtında dərsdə iştirak
etməlisiz. Dərsi icazəsiz tərk etsəniz və ya dərsə qayıtmasanız, iştirak etməmiş
kimi qeyd ediləcəksiniz. Müəllimlər dərsə davamiyyət izləməli və tələbələr
dərslərdə iştirak etmədikdə dekanlığa məlumat verməkləri tələb olunur.
Azərbaycan qanunvericiliyində 75% dərsə qatılmayan şagirdlərin kursdan
keçməyəcəyi nəzərdə tutulur. Əgər dərslərin 25% iştirak etməsəniz, kursu
keçməmiş hesab olunacaqsınız. Tələbə dərsi tərk etdikdən 5 dəqiqə sonra
geriqayıtmasa, dərsdən kənarlaşdırılacaqdır (iştirak etmir kimi qeyd olunacaq).
Bundan başqa, davamiyyət nisbətinin aşağı olması davamiyyətin aşağı
qiymətləndirilməsinə gətirib çıxaracaqdır.

Dərsdə İştirak: 10 bal

Dərs zamanı qrupda müzakirələrdə/suallara cavab verməkdə/həmyaşıdlarına rəy


bildirməkdə fəal iştirak etmək
Ev tapşırığınızı tamamlamaq
Dərsə hazır olmaq
Həmyaşıdlarınızı dinləyin və onlarla əmək daşlıq edin, müdaxilə etməmək
Dərs zamanı azərbaycan dilində danışmaq
Öyrənmək üçün əlverişli şərait yaratmaq
Tapşırıqların son tarixlərinə diqqət etmək
Başqalarının diqqətini yayındırmamaq, dostlarınıza və müəllimlərinizə hörmət
etmək
Yalan söyləməmək, aldatmamaq
Müəllimin icazəsi olmadan telefon və ya hər hansı bir rəqəmsal qurğulardan
istifadə etməmək
Müəllimin icazəsi olmadan auditoriyada heç bir səs yazmamaq və video
cəkməmək

Danışıq üzrə:10 bal

Kurs boyunca müxtəlif danışıq fəaliyyələri (debatlar, qrup işləri, rol tamaşaları,
prezentasiyalar) ilə məşğul olacaqsınız, yekunda isə bir şifahi məruzə əsasında
qiymətləndiriləcəksiniz. Müəlliminiz sizə bir mövzu verəcək və siz ya qrup və ya
fərdi təqdimat hazırlayacaqsınız. Prezentasiyalar əsasən öz ixtisasınıza əsaslana
bilər.

Qiymətləndirmə I 10 bal

Verilən mövzu ətrafında geniş şəkildə danışmalı, söylənilən fikirləri öz


misallarınızla təsdiq etməlisiniz.Yerigəldikcə, mövzudan asılı olaraq müxtəlif elmi
ədəbiyyatdan istifadə etməlisiniz. Bu zaman ədəbi dilin fonetik, leksik, qrammatik
normalarına düzgün şəkildə riayət etməlisiniz.

Qiymətləndirmə II 10 bal

Tapşırıq yazılı şəkildə yerinə yetirilir və materialın mənimsənilməsini yoxlayan


kiçik məşqlərdən ibarət olur. Tələbələrə elektron poçtla göndərilir. Tələbələlər
müəllimə elektron poçtla da cavab göndərirlər.
Sərbəst şəkildə video təqdimat

Verilən hər hansı bir sərbəst mövzu geniş şəkildə araşdırılmalı, mövzu ilə
bağlı təqdimat hazırlanmalıdır. Bu zaman elmi ədəbiyyatla bərabər, internet
resurslarından istifadə edərək təqdim edilməlidir. Təqdimat tək və qrup halında
keçirilə bilər.

Buraxılış imtahanı 50 bal

Buraxılış imtahanı təxmini iki hissədən ibarət olacaq.

Tələb olunan dərs kitabları:

1. Bayramov A., Məhərrəmov Z., İsgəndərzadə M. Azərbaycan dili və nitq


mədəniyyəti. Ulu nəşriyyatı, Bakı, 2015, 236 s.

2. Fətəliyeva V. Ana dilində ünsiyyət. Bakı, 2019.

3. Şiriyev F. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Ali məktəblər


üçün dərs vəsaiti. — Bakı: Nurlar, 2014. — 396 s.

4. Xəlilov N. Diplomatiya mədəniyyəti və natiqlik sənətinin kateqoriyaları. B.,


1994.

Əlavə ədəbiyyat:

1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı 2013,


-274 s.

2. Balakişiyev Ş., Namazov İ. “Əməli yazı nümunələri”, Bakı -2006

3. Muradov N. Nitq mədəniyyəti. B., 2007.

Kursun Məqsədləri Orta Səviyyə:


• Dinləmə: Tələbələr məzmunu necə proqnozlaşdırmağı, əsas fikirləri və detalları
dinləməyi, sətirlər (sıralar) arasında dinləməyi və məna çıxarmağı öyrənəcəklər.
Formallığın müxtəlif səviyyələrini anlamağı, arqument və detalları fərqləndirməyi
və qısa bir xülasə verməyi bacarmaq. Söhbəti davam etdirmək üçün müxtəlif
vasitələrdən istifadə etmək. Çıxışlardan və ya təəssüratlardan vurğular (aksent)
haqqında munasibət bildirmək. Natiqin (danışanın) duyğularını anlamaq üçün
qulaq asmaq. Vurğular haqqında fikirləri müəyyənləşdirmək. Dinləmə zamanı
ziddiyyətli fikirləri müəyyənləşdirmək. Faktiki informasiyanı fikirdən
fərqləndirmək.

 Danışıq: Bölmələrin məzmunu haqqında fərziyyəirəli sürmək, şəxsi


məlumatların oğurlanması ilə bağlı fikirlər bildirmək və onları müdafiə etmək,
şəxsi məlumatların oğurlanmasının qarşısını almaq üçün məsləhətlər vermək, rol
oyunları keçirmək, müsahibə və ya debat aparmaq və cinayət haqqında öz şəxsi
fikirlərini bölüşmək, ifadələrlə razılaşmaq və ya razılaşmamaq, qrup müzakirəsinə
rəhbərlik etmək, problemin həllindən danışmaq, azərbaycan dilinin
təkmilləşdirilməsi planını təqdim etmək, şəxsi hədəfləri gələcək istəklərlə
əlaqələndirmək, problemi təsvir etmək, səbəbləri və nəticələr haqqında fərziyyə
yürütmək, simulyasiyalarda iştirak etmək.
 Oxu: tələbələr proqnozları hazırlayıb təsdiqləyəcəklər, əsas fikirləri və
müxtəlif növ köməkçi detalları müəyyənləşdirəcəklər, xronologiyanı başa düşmək
üçün mətni səhifələyərək nəzərdən keçirmək, xüsusi xronologiyanı qaydaya
salmaq, oxuda xronoloji ardıcıllığı izləmək, iki mətndən məlumatları
kateqoriyalara ayırmaq, ətraflı verilən nümunələri müəyyənləşdirmək, tənqidi
düşünmək və tənqidi oxu vərdişlərini tətbiq etmək, mətnin başa düşülməsi əsasında
nəticələr çıxarmaq, mətnin məzmununu şifahi və yazılı şəkildə müzakirə etmək,
tematik lüğət ehtiyatını inkişaf etdirmək.
 Yazı: tələbələr abzasın düzgün quruluşunu müəyyənləşdirəcək, hekayəni
izah edən bir abzas yazacaq, yazının təşkilini mənimsəyəcəklər; giriş, əsas, nəticə.
Mətndə tezisin qoyulmasını, mövzunun cümlələrini və köməkçi detallarının
müəyyənləşdirilməsi, səmərəli köməkçi detalların qiymətləndirilməsi, rəy,
esselərin yazılması, əks arqument təqdim edilməsi üçün ziddiyyət keçidlərindən
istifadə, köməkçi detallarla əks paraqrafın yazılması.
 Qrammatika: Dərslər aşağıdakı qrammatikanı əhatə edəcəkdir: tövsiyə
üsulları, gələcək proqnozlar, zərflərin müqayisəsi. Tələbələr məqsədli qrammatik
tərkibdən mənalı və uyğun bir şəkildə necə istifadə edəcəyini, tövsiyə üsullarını
tanıyacaqlarını və onlarınf unksiyasını və düzgün istifadəsini başa düşəcək,
məsləhət almaq üçün uyğun vasitələrdən istifadəedəcək, müqayis əzərflərinin
düzgün formasını və yerində istifadə olunmasını öyrənəcəklər.

Bu, müvəqqəti tədris planıdır, dəyişikliklər auditoriyada müzakirə ediləcək və elan


ediləcəkdir.

Həftə Tarix Mövzu Saat

1 Mövzu №1. Azərbaycan dili və ona 4


göstərilən dövlət qayğısı. Fənnin məqsəd
və vəzifələri. («Ulu öndər Heydər Əliyev
və Azərbaycan dili» movzusunda təqdimat
hazırlamaq).

Mövzu №2. Şifahi və yazılı akademik


kommunikasiya prosesində köməkçi nitq
hissələrinin rolu. (Şifahi kommunikasiyada
köməkçi nitq hissələrini işlətmək. Yazılı
kommunikasiyada köməkçi nitq hissələrini
işlətmək).
2 Mövzu №3. Nitqə verilən başlıca tələblər. 4
(Mətnlərdə nitqin düzgünlüyünü,
dəqiqliyini, aydınlığını ayıra bilmək).
Mövzu №4. Ritorika və nitq mədəniyyəti.
(Qədim natiqlərin çıxışlarını dinləmək və
mənimsəmək).
3 Mövzu №5. Azərbaycan ədəbi dilinin 4
üslubları. (Dünyada son dövrlər baş verən
pandemiya ilə bağlı elmi və publisistik
mətnin hazırlanması).

Mövzu №6. Azərbaycan ədəbi dilinin


normaları. (Ədəbi dil normalarının
gözlənilməsi və pozulması hallarının
mətnlər üzərində iş aparmaq).
4 Mövzu №7. Azərbaycan ədəbi dilinin aktiv 4
və passiv leksikası. (Mətnlərdə aktiv
leksikadan istifadə etmək).

Mövzu №8. Nitqin növləri. (Vətən


müharibəsində Prezidentimiz Ali Baş
Komandan İlham Əliyevin xarici və yerli
mətbuatda, eyni zamanda xalqa
müraciətləri üzərində iş).
5 Mövzu №9. Nitqin formaları. (Mətnlərdə 4
yazılı nitqin xüsusiyyətlərindən istifadə
etmək; mətnlərdə şifahi nitqdə intonasiya
tiplərini istifadə etmək).

Mövzu №10. Natiqliyin növləri (İctimai-


siyasi, diplomatik, akademik və məhkəmə
natiqlik növlərini dinləmək və hazırlamaq).
6 Mövzu №11. Dinləmə mədəniyyəti 4
kommunikasiya növü kimi. (Dinləmə
bacarıqlarına yiyələnmək).

Mövzu №12. Azərbaycan dilində işgüzar


kommunikasiya. İşgüzar ünsiyyət
mədəniyyəti. (Rəhbər – işçi münasibəti
qurmağı bacarmaq; yazılı şəkildə işgüzar
kommunikasiya yaratmağı bacarmaq).
7 Mövzu №13. İşgüzar və akademik 4
kommunikasiyada etik normal riayət
edilməsinin zəruriliyi. (İşgüzar
məktublarda şablon sözləri və ifadələri
işlətmək).

Mövzu №14. İşgüzar və akademik


kommunikasiyada bədən dili. (Çıxış
zamanı bədən dilindən istifadə etmək).
8 Mövzu №15. İşgüzar və akademik 4
kommunikasiyada informasiya-
kommunikasiya texnologiyaların rolu.
(Elektron sənədlərin yaradılması,
saxlanılması, ötürülməsi və s.).

Mövzu №16. Rəsmi-işgüzar sənədlərin


hazırlanması. (Məktubların rolu, elektron
və onlayn kommunikasiyaya diqqət
yetirmək).

9 Mövzu №17. Müasir dövrdə yazı 4


mədəniyyəti. (İxtisasla bağlı esse
hazırlamaq).
Mövzu №18. Akademik yazışmalar.
(Elektron məktub yazmaq).
10 Mövzu №19. Akademik kommunikasiya. 4
(Məruzə hazırlamaq və çıxış etmək).

Mövzu №20. Effektiv nitq ve yazı.


(Düzgün, dəqiq və ifadəli nitq hazırlamaq
və çıxış etmək).
11 Mövzu №21. Akademik nitqin ve yazının 4
hazırlanması. (Mətn hazırlamaq və çıxış
etmək; akademik yazı ilə tanış olomaq).

Mövzu №22. Kommunikasiyada sosial


media. (Sosial media nümunələri ilə tanış
olmaq).
12 1
Mövzu №23. Kommunikasiyada psixoloji
təsir məsələləri. (Sosial-psixoloji təsir
metodlarını kommunikasiyada istifadə
etmək).

İşçi tədris proqramı (sillabus) “Dillər‟ kafedrasının 23 sentyabr 1 saylı


protokol 2021-ci il tarixli iclasında müzakirə edilib təsdiq olunmuşdur.

Müəllim: f.f.d. Rzayeva Aygün

Kafedra müdiri: f.f.d. Şəfiyeva Ülkər

You might also like