You are on page 1of 15

Davamlı inkişaf və alternativ energetika

Davamlı cəmiyyət modeli bəşəriyyət üçün vacib olan ətraf mühit, iqtisadiyyat və
sosial sahə arasındakı münasibətlərin harmonik şəkildə inkişafını özündə əks edir.

Sosial ədalət yalnız iqtisadi və sosial amillər nəzərə alınmaqla əldə edilə bilər,
lakin ətraf mühitin davamlılığına zəmanət verə bilməz.

Qabaqcıl texnologiya işlətməklə yüksək istifadə dəyərinə nail olmaq mümkündür


və bununla da ətraf muhitdən iqtisadi cəhətdən qənaətli istifadə edilə bilər. Lakin
bəzi hallarda social ədalət unudula bilər. Ancaq bəzi hallarda sosial ədalət unudula
bilər.

Davamlı iqtisadiyyat eyni zamanda iqtisadi inkişafı, sosial ədaləti və ekoloji


tarazlığıni təmin etməyə çalıçan iqtisadiyyata deyilir. Davamlı Cəmiyyət
quruculuöunun vacib bir parçası sayılan Yaşıl iqtisadiyyat məhz belə
iqtisadiyyatdır.

İnkişaf etmiş ölkələrdə və dünyadakı bərpa olunan enerji mənbələri ilə zəngil olan
ölkələrdə son 10 ildə bu məsələyə diqqət artmışdır. Bu problemin ən əsası iqlim
dəyişmələri ilə əlaqədar olması ona münasibəti müsbət şəkildə dəyişdirir.

Bir çox ölkələrdə bu növ enerji mənbələrinin, yəni alternative enerjinin tətbiqi
ləngiyir. Buna səbəb olaraq əhalinin müxtəlif təbəqələrinin bu məsələ haqqında
məlumatsızliğini qeyd etmək olar. Xüsusi ilə də, kişik enerjitutumlu sahələrdə
alternativ enerjinin istifadəsinin mühümlüyünü dərk etmək üçün , əhali arasında
məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini tələb edir.

Əhalinin bu sahəyə olan marağını artırmaq üçün, bir neçə layihələr təşkil edilə
bilər. Buna nümunə olaraq alternativ enerji mənbələrinin resursları, onların fiziki-
texniki aspektləri, ekoloji və iqtisadi göstəriciləri və s. aspektlər haqqında
təbliğatın təşkili, nümayiş və pilot layihələrinin həyata keçirilməsini qeyd edə
bilərik. Xüsusi ilə onu vuröulamaq istərdim ki, bu sahənin inkişafına təkan vermək
üçün zəngin məlumat bazasının, insan resurslarının, texniki və maliyyə
potensialının yaradılmasına ehtiyac vardır.

1.Azərbaycanda istilik effekti yaradan qazların emissiyası və onun dəyişmə


dinamikası.

Qlobal iqlim dəyişikliyinin baş verdiyini sübut etməyə çalışan alimlərin fikrincə,
problemin əsas yaranma səbəbi Yer atmosferindəki karbon-dioksid və digər istilik
effekti yaradan qazların artması ilə bağlıdır.
Müxtəlif növ tərəvəz və bitkilərin böyüməsi üçün lazımlı temperatur yaradan
istixanalar kimi, atmosferdəki qazlar da günəşdən istiliyi tutub saxlayaraq
planetimizdə həyat üçün lazımlı temperatur şəraiti yaradır. Alimlərin fikrincə, əgər
atmosferdə istilik effekti yaradan qazlar olmasaydı, o zaman Yer Kürəsində orta
illik temperatur təxminən -19° C təşkil edərdi. Bu səbəbdən bu qazlara "istixana
qazları" və ya istilik effekti yaradan qazlar adlandırılır.

Karbon qazı atmosferə müxtəlif mənbələrdən daxil olur:

kənd təsərrüfatı

, landşaftda baş verən təbii-antrapogen proseslər,

sənaye sahələri,

tullantılar,

energetika və sair.

Sənayenin inkişafı və enerji əldə etmək məqsədilə atmosferdə karbon və digər


qazların miqdarı sürətlə artmışdır. Bunun başlıca səbəbi kimi sənayenin inkişafı
ilə bərabər üzv maddələrin yandırılmasını göstərmək olar.

Atmosferdəki istixana qazlarının konsentrasiyasının artması, öz növbəsində,


atmosferdə günəş istiliyinin daha çox tutulmasına gətirib çıxarır. Atmosferdə
sərhədlərin olmaması və havada karbon qazının sərbəst hərəkəti emissiya
mənbələrinin zəif inkişaf etdiyi və ya mövcud olmadığı yerlərdə temperaturun
artmasına gətirib çıxarır. Bu prosses alimlər tərəfindən qlobal istiləşmə
adlandırılır.

Sənaye erası başladıqdan sonar qlobal orta temperaturun 0,7°C artması sübuta
yetirilmişdir. Əgər gələcək 80-100 ildə bu sahədə heç bir tədbir görülməzsə, o
zaman bu artım artaraq , bir neçə dərəcə ola bilər. Orta temperaturun artması ilə
bərabər planetimizdı iqıim dəyişikliyidə müşahidə olunur. Onu da qeyd edim ki,
iqlim dəyişmələri davamlı insan inkişafı problemlərinin həllində maneələr törədir.
İqlim dəyişməsi bir ölkə və ya sırf bir sahədə özünü biruzə vermir, iqlim
dəyişmələri özünü bütün ölkələrdə, bütün sahələrdə və hətta hər kəsə təsir göstərir.

İqlim dəyişmələrindən ən çox əziyyət çəkən təbii ki , yoxsul insan təbəqələri olur.
Onlar bu təhlükə ilə mübarizə aparmaq üçün kifayyət qədər resursa malik olmadığı
üçün bu təhlükənin bir addımlığında dayanırlar. Lakin bu problemə vaxtında
diqqət yetirilməsə, bu problemin həlli tapılmasa nəinki inkişaf etməmiş ölkələr,
hətta inkişaf etmiş ölkələrə belə təsir edəcəkdir.
Ona görə də BMT-nin davamlı inkişaf məqsədləri arasında “İqlim dəyişmələrinə
qarşı mübarizəni” xüsusi yer tutur.

Beləliklə, nəzərə alsaq ki atmosferə atılan karbon qazı CO2 uzun müddət yaşamaq
qabiliyyətinə malikdir, o zaman karbon-dioksidin miqdarının azaldılmasında ən
mühüm potensial üzvi yanacaqların enerji mənbəyi kimi yandırılmasının
azaldılması və ya tam qarşısının alınmalıdır.

2. Alternativ və bərpa olunan enerji mənbələrinin

potensialı.

Günəş və külək enerjisi bərpa olunan enerji mənbələri sırasında ehtiyatların


miqyasına, ekoloji təmizliyinə və coğrafi yayılmasına görə daha çox
perspektivlidir. Təbii ki, günəş və küləkdən başqa hidroenerji, dalğa enerjisi,
geotermal enerji, biokütlə enerjisi və s. enerji mənbələri üzvi yanacaqlara alternativ
kimi inkişaf etdirilə bilər.

Nəzərə alsaq ki, alimlərin araşdırmasına görə hər il Günəşdən Yerə təxminən 1,6 ·
1016 kVt/saat şüalarla enerji daxil olur, bu o deməkdir kibu enerji hazırda Yer
Kürəsində istifadə olunan bütün enerji mənbələrinin enerjisindən 20000 dəfə
çoxdur. Günəş enerjisi ekoloji cəhətdən təmiz, tükənməz və bərpa olunan enerji
mənbəsi ilə fərqlənir .

Günəş enerjisi bərpa olunan enerjinin digər növü - külək enerjisini yaradır və
mühafizə edir. Əgər bütün küləyi elektrogeneratorların turbinlərinə yığmaq
mümkün olsa idi, onda ildə 80 mlrd ton yanacağa qənaət etmək olardı. Əgər orta
hesabla götürsək, o zaman planetin 1 km2 sahəsi üçün külək selinin gücü 500 kVt
təşkil edir.

Bu tükənməz mənbələrdən enerji mənbəyi kimi istifadə etmək çox vacib bir
məsələdir. Bu baxımdan günəş və külək turbinlərinin, xüsusən “kiçik
energetikada” - elektrik şəbəkəsi olmayan ərazilərdə istifadəsi, fərdi istifadəçilər
üçün geniş imkanlar yaradır.

Günəş enerjisi istilik və elektrik enerjisinə çevrilərək kimyəvi və bioloji


proseslərdə istifadə edilə bilər. Böyük Britaniya, Fransa, Danimarka, Almaniya,
ABŞ, İsrail, Hollandiya, və s. ölkələrdə günəş və külək enerjisinin istifadəsində
əldə olunan uğurlar ilk öncə bu məsələlərin həlli ilə əlaqədardır.
3500
3000
2500
2000
1500
1000
500
0

Özbəkistan və Taci...

Qazaxıstan (Qırğızı...

Azərbaycan Naxciv...
gürcüstan

Azərbaycan

Türkmənistan
Günəş saatlarının illik miqdarı

Günəş enerjisinin istifadəsi sahəsində beynəlxalq təcrübə.

Hal-hazırda dünyada yaşayış və ictimai binaların mərkəzləşmiş isti su təchizatı


sistemlərində, fərdi yaşayış evlərində 5 milyondan çox günəş suqızdırıcı qurğuları
istifadə olunur. ABŞ, Yaponiya, Türkiyə, Fransa, İtaliya, İspaniya, Hindistan,
Avstraliya, Cənubi Afrika və s.-də günəş su qızdırıcılarının sənaye istehsalı bu
kimi ölkələrdə qaydaya salınmışdır. Dünyanın inkişaf etmiş ölkələrində günəş su
qızdırıcıları balkonlarda və ya damlarda quraşdırılır. Hər günəş suqızdırıcısı 100 kq
suyu təxminən 50-600 C temperatura qədər qızdırır. Dünyanın 70-dən çox
ölkəsində helioenerji (günəş enerjisi) qurğuları istifadə olunur. Belə ki,
Almaniyada 2250-dən çox evdə fotovoltaik qurğulardan istifadə olunur. Bu ölkədə
“100 min Günəş çardağı” Proqramı həyata keçirilir, yəni evlərin yarısında su
qızdırıcıları kimi günəş kollektorundan istifadə edilir. Bu batareyaların alnması və
istifadəsi üçün Almanya höküməti vətəndaşlara güzəştli iqtisadi şərait yaratmışdır.

Yalnız Almanyada deyil eləcə də, ABŞ-da “Milyon Günəş çardağı” adlı Proqram
çərçivəsində 1 milyondan çox evdə Günəş su qızdırıcıları quraşdırılmışdır. Təbii
ki, bərpa olunan enermi mənbələri ilə enerji ehtiyaclarının tamamilə qarşılanması
və yaxud tamamilə bərpa olunan enerji mənbələrinə keçirilməsi hələlik çox
çətindir. Lakin bu enerjinin 20% istifadə etmək belə böyük uğur hesab edilir.

Türkmənistanda “Günəş” elmi-istehsalat birliyində çoban evi yaradılmışdır. Bu


evin xüsusiyəti ondan ibarətdir ki, günəş enerjisi yayda isə kondensasiya, qışda
isitmə sistemi üçün istifadə olunur. Evdə olan məişət texnikaları soyuducu,
televizor və s. günəş enerjisi ilə təmin olunur. Çoban evlərində yaşayan bu evlərin
sakinləri üçün bütün “şəhər” şəraiti qurulmuşdur.

Hazırda havanın kondensasiyası üçün günəş enerjisi vasitəsilə süni soyuğun bir
sıra alınma üsulları mövcuddur. Bu kimi soyutma sistemləri Yaponiya, ABŞ,
Misir, Malaziya, Fransa, Şri-Lanka, və Pakistan kimi ölkələr daxil olmaqla bir çox
ölkələrdə istifadə olunur.

Beynəlxalq təşkilatların məlumatlarına əsasən 2030-cu ildə alternativ enerjinin


payının dünyanın tam enerji balansında 7.8% təşkil edəcəkdir. Bu rəqəm inkişaf
etmiş ölkələrdə (ABŞ, Britaniya və s.) 20%-ə çatacaq. Avropa ölkələrində 2030-cu
ildə yaşayış sahələrinin 70%-ə qədəri bu enerji növləri ilə təchiz olunacaqdır.

Hazırda bu enerji sistemlərindən istifadənin ən əsas problemi buqurğuların


nisbətən bahalı olmasıdır. Təbii ki, elm və texnologiya inkişaf etdikcə bu qiymətlər
aşağı düşməkdədir, bundan savayı ənənəvi enerji növləri ilə çalışan qurğuların
qiyməti artdığı üçün alternative enerhi növlərinin istifadəsi üçün yeni imkanlar
yaranır.

4. Yaşıl iqtisadiyyat, azkarbonlu texnologiyalar və

alternativ energetika.

Yaşıl iqtisadiyyat”a keçidin vacibliyi alternativ enerji mənbələrindən geniş istifadə


olunmasını zəruri edən şərtlərdən biri sayılır. Ekoloji risk və resurs qıtlığını nəzərə
almaqla insanların daha yüksək həyat səviyyəsini və cəmiyyətdə sosial bərabərliyi
təmin edən iqtisadiyyat elə məhz Yaşıl iqtisadiyyatdır. Yaşıl iqtisadiyyatın digər
iqtisadi modellərindən əsas fərqi əvvəllər dəyəri bilinmədən istifadə edilən
resurların əsl dəyərini nəzərə alınmasıdır.Yəni, təbiətdən pulsuz götürülən
resurların ( havanın, suyun və yaxud bioloji resursların ) dəyərinin nəzərə
alınmasının vacibliyini qeyd edir.

Bəşəriyyət üçün neft, qaz və kömür ehtiyatlarının qiymətini və dəyərini götürsək,


gələcək nəsillər üçün bu resurların ehtiyatla işlədilməsi mühüm bir məsələ kimi
qarşıya çıxır. Yaşıl iqtisadiyyat modeli bəşəriyyətin daha ahəngdar inkişafına
imkan verəcəkdir.

BMT-nin keçmiş baş katibi Ban ki-Moon 18 yanvar 2012-ci il Birləşmiş Ərəb
Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilmiş “Gələcək Dünya Enerji
Sammit”indəki çıxışında 2012-ci ili “Dayanıqlı enerji hamı üçün” ili elan etmişdir.
Bu təşəbbüsdə dünya dövlətlərinin qarşısında 2030-cu ilə qədər davamlı enerjinin
payını iki qat artırmağı hədəfləmişdır.
Bu gün əsas enerji mənbəyi bərpa olunmayan yer altından çıxarılan (neft, qaz,
kömür və s.) enerji mənbələridir. İstifadə olunan enerji miqdarının, istifadədəki
artımın və yandırılan yanacaq miqdarının müqayisəsi göstərir ki, bütün ehtiyat 100
ildən də az müddətdə sərf oluna bilər.

5. Azərbaycanda alternativ enerji mənbələrinin potensialı və istifadə


perspektivləri.

Azərbaycanda alternative enerji mənbələrindən istifadənin hədəfinə çatmaq üçün

21 oktyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında Alternativ və Bərpa

olunan Enerji Mənbələrindən istifadə haqqında Dövlət Proqramı” 462 saylı


Sərəncam ilə təsdiq edilmişdir.

. Bu proqramın əsas hədəfi elektrik

enerjisinin istehsalında alternativ enerjinin payını 2020-ci ildə

20%-ə , ümumi enerji istehsalında isə 9.7% çatdırmaqdır.

150

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin imkanlarının


öyrənilməsi məqsədilə 21 ölçü- müşahidə

stansiyası quraşdırılmışdır. Bu stansiyaların köməyilə küləyin

sürəti, günəş enerjisinin potensialı, termal mənbələrin və kiçik

su elektrik stansiyalarının (SES) imkanlarının müəyyən edilməsi

mümkün olacaqdır. Azərbaycanda heyvandarlığın inkişafı biokütlə enerjisinin


inkişafı üçün də münbit şərait yaradır.

Energetika Nazirliyinin planlarına əsasən yaxın illərdə 61

kiçik SES-in tikintisi nəticəsində bu stansiyalarda illik elektrik

enerjisi istehsalının 3,2 milyard kW/saat olması gözlənilir. Bu

istiqamətdə Beynəlxalq təşkilatların, o cümlədən BMT İnkişaf

Proqramı tərəfijndən kiçik SES-lərə texniki yardım layihəsi

həyata keçirilmişdir.
Qeyd edək ki, Azərbaycanın alternativ enerjinin rentabelli

olması üçün tariflərin əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac

vardır, amma bu tariflərin sürətlə enməsi və yaxın gələcəkdə

rəqabət qabiliyyətinin artması gözlənilir. Digər tərəfdən istilik

effekti yaradan qazların atmosferə atılmasına məhdudiyyətlər

qoyulduqca və bu məsələ iqtisadi sanksiyalarla müşaiyət olunduqca problemin


həllinin mümkünlüyü aydın görünür.

6. Enerji effektivliyi, karbon emissiyaları və alternativ

enerji.

Enerji istehsalı və istehlakı Davamlı Cəmiyyətin inkişafını

təmin edən və onun inkişaf dərəcəsini müəyyən edən ən mühüm

göstəricilərdən biridir. BMT-nin Minilliyin Bəyannaməsində və

2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədləri arasında ölkələrin əsas inkişaf
göstəriciləri və məqsədləri kimi enerji effektivliyi (vahid enerjiyə düşən
ümumdaxili məhsul), adambaşına

düşən karbon emissiyaları və s. bu kimi kəmiyyətlər mühüm yer

tutur. 2012-ci ildə qəbul olunmuş “Azərbaycan 2020: Gələcəyə

baxış” İnkişaf Konsepsiyasında da davamlı Enerji və ətraf mühit

məsələlərinin həlli ölkənin Milli prioritetləri sırasında yer almışdır. “Yaşıl


iqtisadiyyat” və Azkarbonlu texnologiyaların əsasını

təşkil edən alternativ və bərpa olunan enerji mənbələrinin ölkə

iqtisadiyyatında tətbiqi bu qəbildən olan problemlərin həllində

151

mühüm rol oynayır. «Azərbaycan Respublikasında 2009-2015

-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” adlı sənəddə də

bu məsələlər öz geniş əksini tapmışdır.

Üzvi yanacağın sərfiyyatının və karbon emissiyalarının


azaldılmasının və bununla da iqlim dəyişmələrinin zəiflədilməsi

yollaraından biri də enerji effektivliyinin artırılmasıdır. Azərbaycanda üzvi


yanacaqdan elektrik enerjisinin alınması prosesindən başlayaraq, demək olar enerji
istehlakının bütün sahələrində enerji effektivliyi aşağı olmaqdadır.

Enerji səmərəliliyinin artırılması da Azərbaycan üçün karbon emissiyalarını 30-


40% azaltmağa imkan verə bilər və ona

görə də bu istiqamətdə fəaliyyətlər genişləndirilməlidir. Enerjinin 40%-ə qədərini


istehlak edən ev təsərrüfatlarında, 15-20%

-ni istehlak edən nəqliyyatda və digər enerji tutumlu sahələrdə

bu məsələnin həlli “Azkarbonlu texnologiyalar”a keçidin əsasını

təşkil edir.

Bu günə qədər ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində

enerji effektivliyi, karbon emissiyaları, alternativ və bərpa olunan enerjiyə keçid


imkanları və resursları ətraflı olaraq təhlil

edilməmiş, aparılmış ayrı-ayrı tədqiqatlar ya bir sahəni, ya da

ayrı-ayrı dövrləri əhatə etmişdir.

Təbii ki, bu rəqəmləri inkişafın mütləq və birmənalı göstəricisi kimi də təqdim


etmək olmaz, bu rəqəmlər ölkə iqtisadiyyatının strukturundan, əhalinin
məişətindən, ölkənin təbii-iqlim

şəraitindən və s. parametrlərdən asılıdır ki, bunu konkret müqayisələr zamanı


nəzərə almaq lazımdır.

Qeyd etmək lazımdır ki, ölkədə istifadə olunan enerjinin

90%-ə yaxını neft və qazın yandırılmasından alınır. Bu və ya

digər səbəblərdən ölkədə istixana qazlarının emissiyası ildə 50

mln. tondan çox olur. Bu isə ölkənin üzvü olduğu İqlim

Dəyişmələri Konvensiyası qarşısında öhdəliklərin yerinə yetirilməsində çətinlik


törədə bilər. İstixana qazlarının azaldılması

üçün bir tərəfdən enerji effektivliyinin artırılması, digər tərəfdən

alternativ enerji mənbələrinin enerji balansına daxil edilməsi


vacib məsələ kimi ortaya çıxır. Baxmayaraq ki, ölkə bu sahədə

152

10 il əvvəl Dövlət Proqramı qəbul etmiş və uyğun infrastruktur

yaratmışdır ki, bu proses arzu olunan sürətlə baş vermir. Belə ki, bu

enerjinin maya dəyərinin bir qədər yüksək olması, bu mənbələrin

gücünün məhdud olması, onun tətbiqi üçün xüsusi əlverişli şəraitin

(həm qanunvericilik, həm institusional, həm də insan resursları)

olmaması və digər səbəblərdən Proqramın gerçəkləşdirilməsində

gecikmələr baş verir. Hazırda ölkə iqtisadiyyatının bütün

sahələrində və ev təsərrüfatlarında enerji istehlakçıları gücə və

əlyetərliliyə görə təsnifatlandırılmamışdır.

Azərbaycanda neft istehsalında 2013-ci ildən sonra azalma

baş verir, digər tərəfdən sənayeləşmənin, xüsusilə də enerjitutumlu

sahələrin inkişafı və əhalinin artımı enerjiyə olan ehtiyacın da

artmasına gətirəcəkdir. Üzvi yanacaqlar əsasında energetikanın bu

tempdə inkişafı bəzi problemlər yarada bilər.

Bu gün ölkənin iri şəhərlərində istilik effekti yaradan qazların emissiyasının


miqdarı yüksək olmaqdadır. İstixana effekti

yaradan qazların emissiyasının dəyişmə dinamikası göstərir ki,

1993-1997-ci illərdə bu qazların həcmi azalmışdır. 2000-2025-ci

illər ərzində isə istixana effekti yaradan qazların həcminin artımı

müşahidə olunmaqdadır və proqnozlara görə artım 0,9-2% təşkil

edəcəkdir. Üzvi yanacaqların yanmasından alınan digər zərərli

qazların da miqdarının artması tendensiyası müşahidə olunur.

Nəqliyyat tullantıları ilə birlikdə bu qazların atılması ölkə ərazisində atmosfer


havasının keyfiyyətini kəskin surətdə aşağı salmaqdadır. Artan enerji ehtiyacının
təmin olunması və zərərli qazların
azaldılması yolu ilə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması alternativ
enerji mənbələrindən istifadə edilməsi zərurətini yaradan amillərdəndir.

Alternativ enerji mənbələri arasında atom enerjisindən

geniş istifadə də bəşəriyyətin qarşısında duran perspektiv məsələdir. Bu enerji


növü radiasiya riski ilə bağlı olduğundan ondan

istifadə mükəmməl potensialın yaradılmasını və atom enerji qurğularının daha da


təkmilləşdirilməsini tələb edir. Digər tərəfdən

ölkənin enerji ehtiyaclarının əsas hissəsinin atom enerjisi vasitəsilə qarşılanması bu


yüzillikdə az ehtimallıdır.

153

Azərbaycan öz coğrafi mövqeyinə görə günəş və külək

resursları ilə zəngindir. Abşeron yarımadası və Xəzər dənizinin

sahilboyu zolağında günəşli saatlarda 1 m2

sahəyə düşən günəş

enerjisinin miqdarı praktiki olaraq orta hesabla 0,8-1,0 kVt

təşkil edir. Günəş şüalarının davamlılığı ildə 2500 saata bərabərdir. Naxçıvan
Muxtar Respublikası üçün isə günəş enerjisi

1,1-1,2 kVt, günəş şüalarının davamlılığı isə ildə 3200 saatdır.

Külək enerjisinə gəldikdə isə, məlumdur ki, Abşeron

yarımadasında və Xəzər dənizinin sahilboyu zolağında ilin 270

günü çox güclü küləkli olur, küləyin orta illik sürəti isə 7,2

m/san təşkil edir.

7. Azərbaycanda Alternativ enerji mənbələrinin istifadəsi üzrə nümunələr.

Azərbaycanın rayonlarında illik Günəş radiasiyası 1500-

1800 kVt·saat/m2

-dir. Günəş və külək enerjisini səmərəli

istifadə etməklə istilik sərfini isitmə sistemlərində 25%-ə qədər,


su təchizatı sistemlərində isə 50%-ə qədər təmin etmək olar.

Bunun sayəsində üzvi yanacaqların sərfinin, habelə atmosferə

tərkibində karbon, azot və kükürd oksidləri olan tullantılarla

çirklənməsinin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkündür.

Göstərmək lazımdır ki, yanacağın qiymətinin artması,

günəş və külək avadanlıqlarının dəyərinin azalması Azərbaycanda gələcəkdə


“böyük energetika”da bərpa olunan enerji mənbələrinin genişmiqyaslı istifadəsinə
imkan verəcəkdir. Bu enerji

mənbələrinin istifadəsini stimullaşdıran faktorlar arasında yanma məhsullarının


atmosferə buraxılmasını məhdudlaşdıran tədbirlər də mühüm yer tuta bilər.

“Təmiz enerji” mənbələrinin istifadə miqyasını genişləndirmək üçün yaxın 15 il


ərzində ölkədə yüksək keyfiyyətli və

səmərəli günəş avadanlıqlarının və ucuz külək aqreqatlarının

istehsalının təşkili zəruridir və bu tip müəssisələr artıq yaradılmışdır. Məlum


olduğu kimi, energetik və iqtisadi baxımdan

daha effektiv günəş və külək qurğularının alınması yalnız

154

müasir texnologiya və dizaynın tətbiqi ilə böyük miqyaslı

istehsalat şəraitində mümkündür.

21 oktyabr 2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında alternativ və


bərpa olunan enerji mənbələrindən

istifadə olunması üzrə Dövlət Proqramı”na əsasən ölkəmizdə

bərpa olunan və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi

və bu mənbələrdən istifadə etməklə müxtəlif tələbatçıların enerji

təchizatının yaxşılaşdırılması sahəsində addımlar atılmağa başlanılmışdır. Bu


sahədə institusional potensialı artırmaq məqsədilə 2009-cu ildə “Azərbaycanda
Alternativ və Bərpa olunan

enerji mənbələri üzrə Dövlət Agentliyi” yaradılmışdır. 2010-cu


“Ekologiya ili”ndə ekoloji təbliğat tədbirləri daha da sürətləndirilmiş və bundan
sonrakı dövrdə bu sahədə fəaliyyətlər davam

etdirilməkdədir.

Təbii ki, bərpa olunan enerji mənbələrinin az enerjitutumlu sahələrdə, yəni evlərdə,
fərdi təsərrüfatlarda, kiçik miqyaslı

istehsal sahələrində istifadəsi daha əlverişlidir. Ona görə də əhali

arasında bu sahədə təbliğat işini nəzərdə tutan fəaliyyətlərə daha

geniş yer verilməsi vacibdir. Böyük miqyaslı enerji istehsalı

prosesləri təbii ki, ölkənin ümumi enerji şəbəkəsinə inteqrasiya

məsələlərini də nəzərə almalıdır.

Alternativ enerji mənbələri tətbiq olunan qurğuların istehsalının və istehlakının


ləng getməsinin əsas səbəblərindən biri

əhali arasında bu sahədə səhih məlumatların olmamasıdır. Belə

ki, bu qurğuların texniki-iqtisadi göstəriciləri, istismar qaydaları,

qiyməti, əldə olunması mexanizmi və s. məlumatlar maraqlı

tərəflər arasında kifayət dərəcədə yayılmamışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bu enerji növlərinin potensialı yüksək


olmaqla yanaşı, həm də bir çox ucqar

kəndlərdə enerji mənbəyi kimi meşələrin istifadəsinin qarşısını

almaq üçün səmərəli üsul ola bilər.

Alternativ enerjidən istifadənin davamlı olmasının təbliği

və meşələrə olan antropogen təzyiqin azaldılması məqsədilə ilə

5 ədəd bioqaz istehsal edən qurğu Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin maliyyə vəsaiti hesabına alınmış və təmənnasız

155

olaraq İsmayıllı, Lerik, Astara və Quba rayonlarının kəndlərində

quraşdırılıb istifadəyə verilmişdir. Bu qurğularda alınan metan


qazı 1 ailənin məişətdə qaza olan tələbatını ödəyir. Qurğu həmçinin ailəni gündə
100 litr isti su ilə təmin edir;

Ölkəmizdə Günəş enerjisindən istifadə olunmasında geniş

imkanlar vardır. Belə ki, Bakı-Abşeron yarımadasında, MilMuğan düzündə, cənub


rayonlarında və Naxçıvan Muxtar

Respublikasında Günəş kollektorlarından və batareyalarından

istifadə olunması müxtəlif tələbatçıların ekoloji cəhətdən təmiz

enerji ilə təmin olunmasına geniş şərait yaratmış olardı.

Avropa Birliyinin Qafqaz üçün Regional Ekoloji Mərkəz

və CENN təşkilatları tərəfindən həyata keçirilən Layihə çərçivəsində “Ruzgar”


ekoloji-ictimai Birliyi Şəki rayonunun Çeşməli

bələdiyyəsində “Yaşıl ev” Pilot Layihəsini həyata keçirmiş və

2.3 kW gücündə Günəş bataeriyası, 1,0 kW gücündə Günəş

kollektoru vasitəsilə “Fermer 2000” təsərrüfatını enerji ilə qismən təmin etmişdir.
ABŞ Səfirliyinin maliyyə dəstəyi ilə “Ruzgar” ekoloji-ictimai Birliyinin 2009-
2010-cu illərdə həyata

keçirdiyi “İcmalar üçün alternativ Enerji” layihəsi icmalar

arasında bu sahədə təbliğat işlərinə həsr olunmuşdur. Ölkənin

Şəki, İsmayıllı, Zaqatala, Balakən və Şamaxı, rayonlarında

seçilmiş icmalarda Günəş enerjisinin istifadəsi sahəsində təbliğat işləri həyata


keçirilmışdır. Günəş kollektorları və Günəş

batareyaları vasitəsilə isti su və elektrik enerjisi alınması

sahəsində təbliğat materialları və qurğuların təlimatları yayılmış,

habelə icmalara pilot qurğuların istismarı sahəsində təlimlər

təşkil olunmuşdur. Pilot icmalarda keçirilən təlimlərə qonşu

icmaların da nümayəndələri dəvət olunur və təbliğat materiallarının əhali arasında


daha geniş yayılması təmin olunmaqdadır.

Nəticələr. Bərpa olunan enerji mənbələrinin genişmiqyaslı


istifadəsini təmin etmək üçün ən azı 3 prioritet istiqamətdə

fəaliyyət təşkil edilməlidir:

1. Bərpa olunan enerji növlərinin istifadəsi sahəsində

sistem səviyyədə potensial yaradılmalıdır. Bu fəaliyyət istiqamətinə


qanunvericiliyin inkişaf etdirilməsi, strategiyanın və

156

fəaliyyət planının yaradılması, iqtisadi mexanizmlərin və Proqramların işlənilməsi


və s. daxildir.

2. Bərpa olunan enerji növlərinin istifadəsinə aid institusional potensialın inkişafı.


Burada xüsusi qurumların, texniki

potensialın yaradılması, insan potensialının yetişdirilməsi və

maliyyə resurslarının cəlb olunması aiddir. Bərpa olunan enerji

mənbələrindən enerjinin alınmasını və istifadəsini nəzərdə tutan

texniki imkanlar, qurğular, sistemlər, standartlar və normativlərin yaradılması da


bu fəaliyyətə aiddir

3. Bərpa olunan enerji növlərinin istifadəsi sahəsində

ictimaiyyətin məlumatlandırma və maarifləndirmə səviyyəsinin

yüksəldilməsi. Bu sahədə planlaşdırılan təbliğat işi müxtəlif

səviyyəli auditoriyalara hesablanmalıdır. Həm qərar qəbul edənlər, həm də


müxtəlif səviyyəli maraqlı tərəflər arasında aparılan

təbliğat kampaniyası son nəticədə bərpa olunan enerji mənbələrinin tətbiqi üçün
əlverişli şərait yaratmalıdır.

İstifadə olunmuş ədəbiyyat

1. http://www.afdc.energy.gov/fuels/natural_gas.html

2. Armstrong, Robert C., Catherine Wolfram, Robert Gross,

Nathan S. Lewis, and M.V. Ramana et al. The Frontiers of

Energy, Nature Energy, Vol 1, 11 January 2016

3. Dövlət Statistika Komitəsinin illik hesabatları. Bakı,


2016-2018

4. “Azərbaycan Respublikasında Alternativ və Bərpa olunan

Enerji Mənbələrindən istifadə haqqında Dövlət Proqramı”

2004.

5. Насибов В.Х. Тенденция развития экономики

Азербайджана и задачи энергетической безопасности.

Алматы,18-20 ноября 2013.

6. «Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin

inkisafı (2005—2015-ci illər) üzrə Dövlət Proqramı» 2004.

7. Прогноз развития мировой энергетики до 2030 года.

BP -2011

157

8. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası.

2012

9. İqlim dəyişmələri üzrə 1-3 Milli Məlumatlar 2000-2015.

You might also like