Hüseyn Cavidin Yaradıcılığında Multikultural Çıxışlar

You might also like

You are on page 1of 15

QƏRBİ KASPİ UNİVERSİTETİ

Fakültə: Tərcümə və Filologiya fakültəsi

İxtisas: Tərcüməçilik

Hüseyn Cavidin yaradıcılığında multikultural çıxışlar

Mövzusunda

Sərbəst iş

Kurs: 2

Qrup: 329 T1

Fənn:

Müəllim:

Tələbə: Həsənova Aygün

BAKI-2021
Mündəricat:
I. Giriş.............................................................................................................................səh3
II. Hüseyn Cavidin yaradıcılığında multikultural çıxışlar.....................................................3
III. Nəticə..............................................................................................................................15
IV. İstifadə edilmiş ədəbiyyat ..............................................................................................15

2
Giriş

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı və
inkişaf etdirəni, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yüksək
tribunalardan dəfələrlə multikulturalizmin Azərbaycanın həyat tərzi olması, dünya ictimai-siyasi
həyatında bunun alternativinin olmaması haqqında müdrik fikirlər səsləndirir. Möhtərəm
Prezidentimizin irəli sürdüyü mühüm fikirlərdən biri də multikulturalizmin Azərbaycanda çox
qədim ənənələrə malik olması haqqındadır ki, bunun bariz sübutlarından biri kimi bizim
çoxəsrlik ədəbiyyatımızdakı humanizm, tolerantlıq, başqa mədəniyyətlərə açıqlıq, hörmət və
milli səmimiyyətdir.

Multikultural əhvalın, tolerant durumun klassik ədəbiyyatımızda əsirlər boyu formalaşan


və konkret bədii nümunələrdə yaşayan təzahürü çoxşaxəli və çoxistiqamətlidir.

Bəşəriyyətin bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı xalqları mənəvi xətlərlə birləşdirən
amilləri aramaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin
müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər
kəsi mərhəmətlə, şəfqətlə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi
dilindən, dinindən aslı olmadan bütün xalqlar üçün əsas həyat pirinsipi olmasının tərənnümü və
bir sıra digər bu kimi dəyərlər ədəbiyyatımızın dərin qatda pərvaz edən ruhunun göstəricisidir.

Cəsarətlə demək olar ki, minillik tarixə malik klassik ədəbiyyatımızın hər bir
nümayəndəsi bu dəyərləri nəinki qəbul etmiş, hətta onları öz dünyagörüşünə çevirmişdir.

Və hər ədəbi yaradıcılığın arxasında öz dövrünə xas ictimai-siyasi mühitin nəfəsini,


ritmini, nəbzini hiss etməmək mümkün deyil. Bu ədəbi nümunələr bizə Azərbaycan
cəmiyyətində müxtəlif dövrlərdə multikultural əhval və tolerantmünasibətlərin necə “hakimi-
mütləq” olmasından xəbər verir. Bu ədəbi nümunələr tarixi keçmişdə qalan və artıq bizim görə
bilmədiyimiz real həyat mənzərələrinin bədii “kardioqramı”nı dəqiqliklə çəkir. Belə olan
təqdirdə biz bu kitabdakı nümunələrdən aydın şəkildə görürük ki, xalqımız, onun öncül yaradıcı
şəxsləri özündə milli, dini təəssübkeşlik hisləri ilə yanaşı, bəşəri dəyərləridə yaşatmağı bacarmış
və “özününkü” saydığını “özgəninki” olanda çox zaman fərqləndirməmişdir. “Öz-özgə”
qarşıdurması xalqımızın formalaşma tarixi boyunca özünün ən yumşaq halında təzahür etmişdir.

“Eşqdir mehrabı uca göylərin” ideyasını yaradıcılığının cövhəri bəyan edən Nizamidən
başlayaraq, “mənim tanrım gözəllikdi, sevgidir” etirafında bulunan Cavidə qədər Azərbaycan
ədəbiyyatı eşq üstündə köklənmişdir. Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi dönəmlərdə
irqindən, rəngindən, dinindən, dilindən aslı olmadan bütün bəşəriyyəti sevib. Eyni zamanda bu
ədəbiyyatın sahibi olan Azərbaycan xalqı öz əvəzsiz mənəvi-əxlaqi, ədəbi-bədii töhfəsini də
ümumbəşər dəyərlər xəzinəsinə səxavətlə təqdim və daxil edib.

Hüseyn Cavidin yaradıcılığında multikultural çıxışlar

Dahi Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid XX əsr söz sənətinin ən


qüdrətli və özünəməxsus nümayəndələrindən biridir. Bənzərsiz sənətkarın yaradıcılığına son yüz
il ərzində neçə-neçə nəsillər müraciət etmiş, onun irsini layiqincə dəyərləndirməyə və dərk
etməyə can atmışlar. Bir məsələ həqiqətdir ki, böyük Cavid ilk kitabını çap etdirdiyi 1913-cü
ildən başlayaraq ta bugünümüzə qədər həmişə və fasiləsiz olaraq diqqət mərkəzində dayanmış

3
sənət sahiblərindən olub. Onun yaradıcılığına münasibəti və ümumilikdə, cavidşünaslığın
keçdiyi keşməkeşli tarixi inkişaf yolunu, təxminən, aşağıdakı kimi dövrləşdirmək olar;

1. İnqilaba qədərki dövr (1913-1920);

2. 20-ci illər - Cavid sənətinin nisbətən obyektiv, tənqidi və polemik dərki dövrü;

3. 30-cu illər - Cavid yaradıcılığına inkarçı və nihilist münasibət dövrü;

4. 40-50-ci illər - Cavid sənətinə lal münasibət dövrü;

5. 50-ci illərin sonu və 60-cı illərdən başlayan Cavidi təqdir və təsdiq dövrü.

Bu dövrü də öz daxilində bir neçə mühüm və fərqli mərhələlərə bölmək olar:

1) 60-80-ci illərin cavidşünaslığı;

2) Müstəqillik dövrünün cavidşünaslığı.

İstedadlı cavidşünas alim, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "Hüseyn
Cavid sənətinin qüdrəti" (Bakı, 2018) monoqrafiyası yüz illik bir inkişaf tarixinə malik elmin
üfüqlərini genişləndirən və ona yenilik gətirən bir tədqiqat əsəri kimi diqqəti cəlb edir. Zəngin
mündəricata malik, 5 bölmədən ibarət bu kitabın əsas məziyyəti ondan ibarətdir ki, müəllif
Hüseyn Cavidin möhtəşəm və mürəkkəb mahiyyətə malik yaradıcılığını bütöv halda
ümumiləşdirməyə və dəyərləndirmyə çalışmışdır. Tədqiqatın bu elmi-nəzəri özəlliyini və
keyfiyyətini ayrıca vurğulayan kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü, prof. Kamran
Əliyev, eyni zamanda, məhz bu xüsusiyyətinə görə monoqrafiyanın cavidşünaslıqda yenilikçi və
üstün mövqeyə malik olduğunu da diqqətə çatdırıb.

Monoqrafiyadakı bölmələrin adı müəllifin elmi-nəzəri məqsədini və əsas hədəflərini


dolğun ifadə edir: "Poeziyadan dramaturgiyaya", "Əfsanə və romantik düşüncə", "Mif və
reallıq", "Peyğəmbər və əxlaqi dəyərlər", "Tarix və həqiqət". Hər bir bölmə isə özündə tədqiqatın
əsas müddəa və nəzəri tezislərini əks etdirən 5-6 yarımfəsilə ayrılmışdır. Ədəbi-estetik təhlil və
tədqiqatın məhz bu şəkildə düşünülməsi və formalaşdırılması monoqrafiyaya özünəməxsus bir
çoxqatlılıq və elmi təfəkkür miqyaslarının genişliyi keyfiyyətini qazandırmışdır. Zatən, hər biri
5-6 yarımfəsildən ibarət olan bölmələr ayrı-ayrılıqda müstəqil monoqrafik tədqiqat təəssüratı
yarada bilir. Məhz buna görə də bu kitab sanki bir-birini davam etdirən və zənginləşdirən
tədqiqatlar silsiləsi, tədqiqatların cəmi qənaətini möhkəmləndirir.

"Poeziyadan dramaturgiyaya" bölməsində Cavid sənətinin və dünyagörüşünün


şəkillənməsindən bəhs edən müəllif orijinal bir tədqiqat üsulu seçərək dahi dramaturqun doğuluş
və formalaşma prosesini onun ilk qələm təcrübələri olan dramatik əsərlərindən, ilk pyeslərinin
daxili poetik quruluşundan deyil, məhz ilk lirikasından, ilk sevgi şeirlərindən, birinci romantik
qəlb təcrübələrinin izharından və ifadəsindən axtarır, araşdırır və tapmağa nail olur. Bu mənada
alimin böyük şairin ilk şeirlər toplusu "Keçmiş günlər" (1913) kitabındakı şeirlərdəki gözəlliyə
romantik vurğunluqdan bəhs etməsi də, bu şeirlərdəki poetik sual-cavablarda, lirikanın təbiətinə
və xarakterinə o qədər də uyğun gəlməyən, amma Cavid dühasının möcüzəli bir məharətlə ram
etdiyi, poeziyanın təbiətinə və mahiyyətinə uyğunlaşdırdığı son dərəcə səmimi monoloq və

4
dialoqlarda gələcək dahi dramaturq istedadının işartılarını və nişanələrini həssaslıqla müşahidə
etməsini xüsusi qeyd etməyi vacib bilirik.

Bu cəhətdən birinci bölmənin "Romantik şeirdə dialoq" adlanan yarımfəslində Cavid


poeziyasındakı dramaturji element və xüsusiyyətlərin araşdırılması diqqəti cəlb edir. Hələ 80-ci
illərdə cavidşünaslığın bu problemi xüsusi qeyd etdiyini nəzərimizə çatdıran müəllif akademik
İsa Həbibbləylinin Cavid poeziyası haqqındakı fikirlərini misal gətirir: "H.Cavidin romantik-
fəlsəfi üslubunda dialoqların da özünməxsus funksiyası vardır. Dialoqlar şairin lirikasına
müəyyən süjet əlamətləri daxil etmişdir". Bu nəzəri-estetik müşahidələrə əsaslanaraq müəllif öz
fikirlərini davam və inkişaf etdirir. Cavid lirikasındakı dramaturji ünsürlərin bədii mövqeyi və
missiyası barəsində mühüm fikirlərini ortaya qoyur. Tədqiqatçının təhlilə cəlb etdiyi şeirlər,
həqiqətən, elmi məqsədin araşdırılmasına və reallaşmasına xidmət edir. Xüsusən, "Qız
məktəbində", "Çiçək sevgisi", "Öksüz Ənvər", "Bakıda" şeirlərinin bir müstəvidə və ardıcıl
şəkildə tədqiqi Cavid yaradıcılığında dramatik poeziyanın mənşəyi və bədii dinamikası yönündə
düşünmək üçün əlverişli zəmin yaradır. Alimin məsələyə yanaşması və bir-birini təkrarlamayan
tədqiq üsulları oxucunu qətiyyən yormur, əksinə, məsələnin mahiyyətinə varmağa və qarşıya
qoyulan problemi hərtərəfli təsəvvür etməyə imkan yaradır. Tədqiqatda oxuyuruq: "Qız
məktəbində" və "Çiçək sevgisi" şeirləri bir-birini tamamlayan poetik nümunələrdir. Onların hər
ikisinin dialoq əsasında qurulması H.Cavidin dramaturgiyaya marağını əks etdirir". (s. 59).
Cavid poeziyasının özünəməxsus dramatizmindən bəhs edərkən müəllifin "Bakıda" şeirinə
müraciət etməsi və bu şeirin detallı, dəlil-sübutlarla təhlili elmi-nəzəri mühakimənin dəyərini,
sanbalını qüvvətləndirir: "H.Cavidin "Bakıda" şeirini isə elə birbaşa dramatik şeir də
adlandırmaq olar. Ən başlıcası odur ki, şeir bütünlüklə Məsud və Şəfiqənin dialoqu üzərində
qurulmuşdur". (s. 61).

"Monoloq və dialoqların vəhdəti: "Azər" yarımfəslində isə lirik şeirdə deyil, epik
poeziyada dramaturji komponentlərin funksiyası araşdırılır. Əgər əvvəlki yarımfəsillərdə lirik
şeirlərdəki ilkin dramaturji əlamət və cəhətlərə diqqət yönəlmişdisə, "Azər"in təhlilində isə artıq
təcrübəli və şöhrətli dramaturqun epik şeirə məqsədli şəkildə gətirdiyi dramaturji ifadə
üsullarından bəhs edilir. "Hüseyn Cavidin şeir yaradıcılığında dramaturgiyaya keçidin aşkar və
ya gizli əlamətləri olduğu kimi, dramaturgiyaya aid elementlərin də onun lirikasına təsiri aydın
hiss edilməkdədir". (səh. 63). "Azər" poemasının təhlili əsnasında tədqiqatçının irəli sürdüyü
fikir və mülahizələr həm düşündürücü, həm də məntiqlidir. Alim "Azər" poemasındakı obrazları
H.Cavidin məşhur dramatik surətləri - Səlma, İxtiyar və Şəmsa ilə yanaşı gətirərək yazır: "Hər
halda bu üç obrazın poemada ifadə olunan xüsusiyyətləri pyeslərdə əks etdirdiyi xüsusiyyətləri
ilə tam üst-üstə düşməsə də, onların adlarının "Azər" poemasında təkrarən işlədilməsi təsadüfi
deyil və şübhəsiz, müəllifin bilərəkdən istifadə etdiyi bir bədii üsuldur". (səh. 64).

AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyevin tədqiqatı səciyyələndirən aşağıdakı


mühüm mülahizələri diqqətəlayiqdir: "Monoqrafiyada H.Cavid şeirlərində mətn hadisəsi kimi
meydana çıxan monoloq və dialoqların dramaturgiyaya keçidin hazırlıq mərhələsi kimi izahı,
eyni zamanda, dramaturji elementlərin poeziyaya doğru mütəşəkkil hərəkəti, xüsusilə, "Azər"
poemasında bunun qabarıq formada ifadəsinin şərhi bir yaradıcılıq daxilində nümunə olacaq
qədər şeir və dramaturgiyanın qarşılıqlı əlaqələrinin əsas məzmununu ortaya çıxarır. H.Cavid
yaradıcılığındakı janr müxtəlifliyinin ədibin əsərlərini bir-birindən ayıran amil kimi deyil, bir-

5
birinə yaxınlaşdıran və birləşdirən keyfiyyət göstəricisi səviyyəsində təqdimi müəllifin Cavidə
doğru yönəlmiş strateji elmi düşüncə tərzinin nəticəsi kimi reallaşır". (səh. 13).

"Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyasındakı əsas problemlərdən və


bölmələrdən biri "Əfsanə və romantik düşüncə" adlanır. XX yüzilin əvvəllərində Azərbaycan
bədii təfəkküründə və xüsusən, H.Cavid yaradıcılığında baş verən güclü təbəddülat və
dəyişmələr tədqiqatın bu hissəsində əsas təhlil obyektinə çevrilib. H.Cavid romantizminin və
romantik idealının dinamikasında baş verən yeniləşmələr müəllif tərəfindən, demək olar ki,
hərtərəfli araşdırılır. Bu məsələləri dərindən təhlil etmək üçün tədqiqatda seçilmiş elmi yanaşma
və araşdırma üsulları orijinal və yenidir. H.Cavidin "Şeyx Sənan" faciəsini səciyyələndirmək və
qiymətləndirmək üçün müəllif milli romantizmin tarixinə müraciət edir: "Azərbaycan
ədəbiyyatında romantik metodun tarixi kifayət qədər zəngin və qədimdir. Onun ən parlaq
təmsilçisi olan Nizami Gəncəvidən başlayaraq Nəsimi və Füzuli də daxil olmaqla, Hüseyn
Cavidə qədər olan ədəbiyyatımızın böyük bir dövrü romantik metodla bağlılığını qoruyub
saxlamışdır. Nizami və Füzulinin "Leyli və Məcnun" poemalarında olduğu kimi, H.Cavidin də
"Şeyx Sənan" faciəsində romantik inikas üsulu özünü bariz şəkildə göstərir..." (səh. 111).
H.Cavidin Nizami və Füzulinin romantik ənənələrinin və estetik təcrübəsinin istedadlı davamçısı
olması barəsindəki elmi-nəzəri düşüncələr də doğru və məntiqlidir: "Daha maraqlı cəhət isə
ondan ibarətdir ki, hər üç əsərdə əfsanə ilə romantik metodun vəhdəti vardır. Ola bilsin ki,
H.Cavidin ədəbiyyat tariximizdə ilk dəfə olaraq faciəni mənzum formada - şeirlə qələmə alması
və bu əsərdə əfsanə ilə romantik metodun vəhdətini yaratması Nizami və Füzulu ənənələrinə
sədaqətdən irəli gəlmişdir". (səh. 111). H.Cavidin "Şeyx Sənan" faciəsini Nizami və Füzuli
"Leyli və Məcnun"ları ilə bir müstəvidə və müqayisəli şəkildə araşdıran müəllif hər üç dahi
sənətkarın yaradıcılığı və poetik inikas üsulları arasında diqqətəlayiq bənzərlikləri kəşf edir.
Dramatik manerada və üslubda yazılmış "Şeyx Sənan" faciəsinin Orta əsrlərdə qələmə alınmış və
epik üslubda yazılmış məşhur "Leyli və Məcnun" faciələrinin davamı olduğunu elmi cəhətdən
əsaslandırmağa müvəffəq olur. XII və XVI əsrlərdə misilsiz sənətkarlıq nümayiş etdirərək ərəb
əfsanəsini ilk dəfə poeziyaya gətirən Nizaminin və öz ustadının poetik qüdrətini ana dilində
yenidən canlandıran Füzulinin ənənələrini yaşadaraq, Cavid tamamilə fərqli ictimai-siyasi və
mənəvi-əxlaqi mühitdə başqa bir ərəb əfsanəsini - Şeyx Sənanı türkləşdirir, əbədiləşdirir. Klassik
romantizmin mahiyyətinə və qanunlarına sadiq qalan Cavid Orta əsrlərdə olduğu kimi, XX
yüzilin əvvəllərində də ilahi eşq sahiblərinin və Ulu Tanrı aşiqlərinin yenə də faciəyə məhkum
olduqlarını məharətlə nümayiş etdirir. Yəni, Leyli və Məcnun olmaq Orta əsrlərin müsəlman
mühitində nə qədər ağır və dözülməz idisə, Cavid zamanında da, hətta ondan sonra da o eşqi
qəlbində yaşatmaq, yəni Şeyx Sənan olmaq da, din və məzhəblərdən, şəriət və təriqətlərdən
yüksəkdə dayanaraq Allah vüsalına qovuşmaq, əsl və böyük həqiqətə çatmaq ehtirası insana
misilsiz müsibətlər gətirməkdədir. Tədqiqatçının "Şeyx Sənan" faciəsini "Leyli və Məcnun"
poemaları ilə ətraflı və uğurlu müqayisəsi Cavid sənətinin təkcə milli dəyərini deyil, ümumbəşəri
əhəmiyyətini, XX yüzilin bədii təfəkküründə tutduğu müqayisəedilməz mövqeyini
inkarolunmaz arqumentlərlə açıb göstərməyə zəmin və imkan yaradır. Monoqrafiyada irəli
sürülən elmi nəticələr konkret elmi dəlil və sübutlara söykənir: "Şeyx Sənan öz sufi əzəməti ilə
yalnız H.Cavidin yaradıcılığında deyil, bütövlükdə Azərbaycan ədəbiyyatında təkrarsız
obrazdır". Bu xülasə də müəllifin düşüncələrinin yekunu kimi yeni və yaddaqalandır: "Şeyx
Sənan" pyesi Tanrıya olan eşqin hər şeydən, hətta dini təriqətlərdən belə uca olduğunu bəyan
etməklə, H.Cavidin mənzum dramaturgiya yaradıcılığının zirvəsini təşkil edir. Amma H.Cavid

6
heç vaxt islam dininin əleyhinə olmamışdır və "Peyğəmbər" pyesi də bu fikri tamamilə təsdiq
edir".

Sona Vəliyevanın yuxarıdakı mülahizələri ilə tamamilə razıyıq. Xüsusən, "Şeyx Sənan"
faciəsinin məna və mahiyyəti haqqındakı düşüncələr, əsərdə Tanrıya olan eşqin hər şeydən,
bütün dinlərdən və təriqətlərdən üstün olması ilə bağlı fikirlər həm də bu faciənin H.Cavid
mənzum dramaturgiyasının zirvəsi hesab edilməsi, bizcə, son dərəcə doğru və aydın
münasibətdir. Maraqlı tərəfi ondadır ki, tədqiqatçının özünəməxsus elmi təhlil və düşüncə
manerası oxucuda da adekvat ovqat yaradır. Yəni bu monoqrafiyada ifadə olunan və sizin də
razılaşdığınız elmi nəticələr məsələnin mahiyyətinə varmaqda sanki müəlliflə həmkarlıqda
düşünmək və Cavid sənətinin dərinliklərinə, Cavid dünyasının sonsuzluğuna baş vurmaq həvəsi
yaradır. Bu cəhətdən "Şeyx Sənan" faciəsinin "Təsəvvüf romantizmi"nin nümunəsi olması
barəsində müəllifin fikirləri həm orijinallığı, həm də ədəbiyyatşünaslığımız üçün yeniliyi
nöqteyi-nəzərindən diqqəti özünə cəlb edir. Həqiqətən, H.Cavid öz yaradıcılığında, ələlxüsus da,
"Şeyx Sənan" da Avropa romantizminin təcrübəsi ilə yanaşı olaraq, ənənəvi Şərq romantizmi və
təsəvvüf poetikasının estetik təcrübəsini də davam etdirməyə, onları yüksək səviyyədə
birləşdirməyə çalışmışdır.

"Mif və reallıq" bölməsi monoqrafiyanın təkrarsız mülahizələr və elmi təhlillərlə zəngin


hissələrindən biridir. Bu bölmədə Cavid romantizminin özünəməxsus estetik keyfiyyətlərini
uğurla əks etdirən "İblis" faciəsi tədqiqatın əsas obyektinə çevirilib. Həqiqətən, "İblis" təkcə
Cavid yaradıclığının deyil, ümumən, Azərbaycan və ümumtürk bədii təfəkkürünün cahanşümul
yeniliklərindən biridir. Bu əsərlə dahi mütəfəkkir və dramaturq Azərbaycan bədii təfəkkürünün
Dədə Qorqud, Xaqani, Nizami, Nəsimi və Füzuli kimi ümumbəşəri zirvələrindən heç də
uzaqlaşmadığını, əksinə, XX əsrdə Cavid dühasının timsalında həmin zirvələrə daha da
yaxınlaşdığını göstərməkdədir. Cavid yaradıcılığında və ümumən, XX yüzil Azərbaycan
ədəbiyyatında mərkəzi mövqe tutan "İblis" faciəsinin və xüsusən, onun baş qəhrəmanlarından
biri İblisin bənzərsizliyi barəsində müəllifin fikirləri mühümdür: "...H.Cavidin İblisə münasibəti
dünya filosoflarının, dünya ədəbiyyatı klassiklərinin yaratdıqlarının dərkindən sonra meydana
gəlmiş və bu İblis daha dağıdıcı, daha çox qiyafəli, tez-tez donunu dəyişə bilən, insanların
könlünü fəth etməyi bacaran elə bir İblisdir ki, digərləri ilə müqayisə olunmayacaq dərəcədə
İblisdir, hiyləgər, ürəksiz, rəhmsiz məxluqdur" Dünya ədəbiyyatındakı İblis obrazlarına və
onların estetik özəlliyinə dərindən bələd olan tədqiqatçının aşağıdakı düşüncələri ilə də
razılaşmalıyıq: "H.Cavidin "İblis" faciəsi yalnız Cavid yaradıcılığının deyil, indiyə qədər dünya
ədəbiyyatında bu mövzuda yazılan bütün əsərlər içərisində şah əsər hesab edilə bilər" . Alim
Cavid "İblis"inin təkrarsız keyfiyyətlərini bir-bir vurğulayır: "Dağıdıcı funksiyasının
intəhasızlığı, öz münasibətində qılıqlı olması, könüllərə daha tez enməyi bacarması və könülləri
fəth etməyin ən hiyləgər yolunu bilməsi bu İblisin tamamilə fərqli bir İblis olmasının sübutudur".
"İlbis"in yarandığı dövr insanlıq tarixinin ən kəskin, mübarizələrlə zəngin və müharibələrlə
dolub-daşan bir mərhələsidir. Şərqdə və Qərbdə qanlı inqilablarla, qırğın və qətliamlarla
başlayan XX yüzilin ikinci onilliyi bəşəriyyətə Birinci Dünya müharibəsini "ərməğan" etdi. Elə
bu səbəbdən "Müharibə mövzusu o dövrkü dünya ədəbiyyatında yayılmış bir mövzu idi..."
(akademik Yaşar Qarayev). Amma "İblis"i sadəcə olaraq müharibə mövzusunda yazılmış bir əsər
kimi dəyərləndirmək o qədər də məqsədə müvafiq deyil. "İblis"də insanın və dünyanın taleyi
diqqət mərkəzindədir; müəllif Cavidin yaradıcılıq kredosunu və əsərdə qarşıya qoyduğu əsas
məqsədləri son dərəcə aydın şəkildə vurğulayır; İnsanın mahiyyəti dəyişəcəkmi? Dünya Şərin və
7
ya Xeyrin idarəçiliynə keçəcək? Dünyaya kim hökmranlıq edəcək, İblis yoxsa Tanrı? Tanrının
yaratdığı insan kamillik zirvəsinə qalxa biləcəkmi?

Monoqrafiya müəllifi "İblis" faciəsinin 1918-ci ildə yazılmasının təsadüfi olmadığını da


diqqətimizə çatdırır. Həqiqətən, həmin il bəşəriyyət tarixində yaddan çıxmayan illərdən biridir.
Birinci Cahan savaşı insanlığa saysız-hesabsız fəlakətlər, dözülməz müsibətlər, ucu-bucağı
görünməyən xarabalıqlar, dağıntılar, dəhşətli faciələr "yadigar" qoyaraq sona yetmişdi. İnsan və
İblis qarşıdurması sanki öz zirvəsinə çatmışdı. Bu ölüm-dirim mübarizəsindən kim qalib
çıxmışdı? Daha doğrusu, Birinci Dünya müharibəsinin dəhşətli nəticələrinin insanlığa təlqin
etdiyi əsas həqiqət nədən ibarət idi? İnsanın məğlubiyyəti və acınacaqlı vəziyyətə düşməsi bütün
açıqlığı və amansızlığı ilə görünürdü. Bəs İblis hansı durumda idi? İnsanın bu acı məğlubiyyətini
İblisin parlaq qələbəsi kimi qiymətəndirmək olardımı? Bu nəticə ictimai həyatda necə qəbul
olunmuşdu və faciədə necə əks edib? Ən dəhşətlisi odur ki, Birinci Dünya müharibəsi təkcə
Tanrının mərhəmət və şəfqətinə deyil, həm də insanın dəyişməsinə və düzəlməsinə olan bütün
inamları alt-üst etmişdi. Dünyada İblis qalib gəlmişdi. Cavid dühasının, artıq "İblis"də Cavid
romantizminin deyil, Cavid realizminin aləmşümul qələbəsi ondan ibarət idi ki, o, dünya bədii və
fəlsəfi fikrində birincilərdən olaraq məhz İblisin qələbə çaldığını təkcə Şərqə deyil, bütün
dünyaya elan etməyə cəsarət etmişdi!..

Cavid yaradıcılığında dünyanın və insan taleyinin realist və romantik nöqteyi-nəzərdən


dəyərləndirilməsinə də müəllif aydınlıq gətirir. Hər iki bədii inikas üsulunun Cavid üslubunda
birləşməsi və vəhdətdə gerçəkləşməsi məsələsinə münasibət bildirərək müəllif yazır: "H.Cavid
romantizmin estetik prinsiplərinə sadiq qalaraq nə qədər göylər şairi, səma şairi olsa da, o,
dövrün real hadisələrini romantik yüksəklikdən müşahidə etmək qabiliyyətinə malik idi".
Tədqiqatçının Cavidin görkəmli müasirlərindən biri Abdulla Şaiqin, əsərdə nə qədər romantiklik
olsa belə, bu romantikliyin, bu romantizmin içində bir realizm vardır, fikirlərinə əsaslanaraq,
aşağıdakı mülahizələri irəli sürməsi də məntiqli və həyati əhəmiyyətə malikdir: "Bu mənada
H.Cavid, Abdulla Şaiqin dediyi kimi, romantizm cərəyanından istifdadə edərək dövrün real
hadisələrini daha düzgün şəkildə əks etdirə bilmişdir". (

Ümumən, "Mif və reallıq" bölməsinin tərkibinə daxil olan "Mifik qəhrəman: İblis" və
"İblis və Arif" yarımfəsillərinin yüksək elmi səviyyədə yazıldığını və orijinal mülahizələrlə
zəngin olduğunu ayrıca vurğulamaq lazım gəlir. Dahi dramaturqun cəmi bir neçə misra ilə
yaşadığı zamanın və dünyanın obyektiv obrazını yaratması müəllif tərəfindən haqlı olaraq
xüsusi dəyərləndirilir. Böyük Cavidin Allaha xitabı təkcə öz emosionallığı ilə deyil, həm də
fəlsəfi sanbalı və əzəməti ilə yüz il keçsə də, nəsilləri düşündürür: "Ya Rəbb, bu cinayət, bu
xəyanət, bu səfalət Bulmazmı nihayət? İnsanları xəlq etmədə var bəlkə də hikmət, İblisə nə
hacət!?" İblisin dəhşətli və dağıdıcı bir güc olduğunu dərindən anlayan müəllif ona qarşı
mübarizənin və İblisi dəf etməyin mümkünsüzlüyünü sövqi-təbii hiss edir. Amma dahi Cavid
İblislə qarşıdurmanın nə ilə və necə qurtarmasından asılı olmayaraq, ona qarşı axıra qədər
mübarizə aparmağı insanın ən şərəfli və müqəddəs borcu sayır. Bu amansız mübarizədə Cavid
yalnız Allahın insana yardım edə biləcəyini dərindən dərk etdiyi üçün, Ona müraciət edir və
israrlı suallarını Xaliqə ünvanlayır:

Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət

Bitməzmi, İlahi! Bu qədər səbrə nə hacət?


8
"İblis" faciəsində əsas bədii-fəlsəfi məqsəd və konsepsiya İblis və Arifin gərgin, son
dərəcə dramatik mücadiləsi müstəvisində reallaşır. Arif bütün gücünü və iradəsini işə salaraq öz
mənəvi inam və ideallarını axıra qədər qorumağa can atır. Lakin İblis min bir hiylə və
fəndgirliklə bütün insanları, cəmi insanlığı məğlub etdiyi kimi, o, Arifin də qəlbini fəth etməyə
nail olur. Arif obrazı haqqında monoqrafiyadakı aşağıdakı mülahizələr əsərin mənasını və
fəlsəfəsini doğru-düzgün ifadə edir: "Arifin bu sözlərindən sonra kənardan İblisin mənalı və
istehzalı qəhqəhələri eşidilir. Əvvəlki qəhqəhələr kimi bu qəhqəhələr də İblisin istəyinə
çatmasının işarəsidir... Burada artıq Arifin İblisə tamamilə tabe olması təsdiqini tapır". Faciənin
sonluğu və İblisin mübarizəsinin məntiqi nəticəsi aşağıdakı misrada parlaq şəkildə əks
etməkdədir:

Dünyada əgər varsa rəqibim o da: Allah!..

İblisin bu dəhşətli etirafı insanın mahiyyətini və dünyanın taleyini çox amansız, lakin açıq
və sərt şəkildə göstərir. Demək, İblis yer üzündə öz hökmranlığını təmin etmişdir. Özünün dediyi
kimi, onun hədəfi, rəqibi çoxdan insan deyil, yalnız və yalnız Allahdır. O indi bütün dünyaya,
dünyalara hakimlik etmək ehtirası ilə alışıb-yanmaqdadır. Bu dəhşətli həqiqəti bizə və bütün
insanlığa Cavidin məşhur qəhrəmanı düz yüz il bundan əvvəl söyləmişdi:

Hər yerdə ki vardır əzəmət, qəhr ilə dəhşət,

Hakimdir o yerlərdə şu qarşındakı xilqət.

"Peyğəmbər və əxlaqi dəyərlər" və "Tarix və həqiqət" bölmələri də öz tərkibinin və


ehtiva etdiyi problemlərin müxtəlifliyi ilə seçilir. "Peyğəmbər" pyesinin fəlsəfi və bədii
mündəricəsini işıqlandıran "Müqəddəs qəhrəman: Peyğəmbər", "Peyğəmbərin Tanrı eşqi",
"Peyğəmbər və Şəmsa" yarımfəsillərində dünya ədəbiyyatının ən qiymətli nümunələrindən və
incilərindən biri olan bu əsərin yüksək elmi səviyyədə və böyük məhəbbətlə araşdırıldığını qeyd
etmək vacibdir. Pyesdə Peyğəmbərin şair olmasından bəhs edilir. Bi fikri Peyğəmbərin özü də
etiraf edir, amma:

Bən fəqət hüsnü-Xuda şairiyim,

Yerə enməm də, səma şairiyim.

Tədqiqatçı bu misraları həm böyük Peyğəmbər, həm də Cavidin özü və yaradıcılığı


haqqında söylənmiş tarixi dəyərləndirmə kimi səciyyələndirir. Onun fikrincə, Cavid
yaradıcılığının əsas mahiyyəti və şəxsi ləyaqət düsturu bu misralarda əks edib. Yəni "...yerlərdə
baş verən proseslərdən çox-çox uzaq, Tanrısına aşiq və onun insanlığa göndərdiyi ali ideyaların
təbliğində mühitin kasadlığı, sosializm dövründəki çətinliklər şairi qəlbində düşündüklərini belə
izhar etməyə yönəldirdi". "Peyğəmbər" pyesinin Cavidin bədii metodunun mahiyyət və
miqyaslarını hərtərəfli ifadə etməsi ilə bağlı alimin fikirləri də aydın və sərrastdır: "Peyğəmbər"
pyesi sübut edir ki, Cavid romantizm cərəyanının tələblərindən qat-qat üstün dəyərləri əks
etdirən bir sənətkardır və Cavid yaradıcılığı yeni fəlsəfi düşüncələrin ifadəsidir". Və
"Peyğəmbər" pyesi Cavidin fəlsəfi və ədəbi şəxsiyyətini də bütün dolğunluğu və əzəməti ilə əks
etdirən dahiyanə əsərdir: "H.Cavid həqiqəti, məhəbbəti, təsəvvüfü və irfanı özündə birləşdirən
sənətkardır. Onun üçün Yerdə olan bütün hadisələr ədalətli olmalı, haqqa, məhəbbətə
söykənməlidir. Əks halda, əxlaqi gözəlliklərin, iman nurunun yoxa çıxdığı, mənəviyyatın,

9
əxlaqın siyasi çirkə bulaşdığı bir zamanda irfan şairi, övliya Cavidin yerlərdə nə işi vardır? Bu
mənada H.Cavid də, onun yaratdığı "Peyğəmbər"də göylər şairidir".

"Tarix və həqiqət" bölməsində yer alan və orijinal elmi üslubda yazılmış "Hökmdar
qəhrəman: Topal Teymur", "Sərkərdə qəhrəman: Səyavuş", "Xəyyam tarixdə və bədii
yaradıcılıqda", "Şair qəhrəman: Xəyyam" yarımfəsillərində də böyük sənətkarın əzəmətli
obrazları, dərin və yeni fəlsəfi görüşləri, həyata və dünyaya baxışı ətraflı tədqiq olunur.
Ümumən, monoqrafiyada alimin konkret və dərin təhlilləri ilə geniş və əhatəli
ümumiləşdirmələri həmişə bir-birini tamamlayır. Məsələn, tədqiqatçı Cavidin yaradıcılığının
bütövlüyündən və bütün janrların bir-birini dialektik davam etdirdiyindən bəhs edərkən irəli
sürdüyü mülahizələr fikrimizə sübut ola bilər. Məhz bu monoqrafiyada böyük şairin "Hübuti-
Adəm" və "Hərb və fəlakət" şeirlərindən "İblis"ə, "Şeyx Sənan" qəzəlindən "Şeyx Sənan"
faciəsinə, "Bakıda - Şəfiqə və Məsud" dialoqundan "Knyaz"a yol gəldiyini, "İştə bir divanədən
bir xatirə" şeirindən "Xəyyam"a, "Məzlumlar üçün" şeirindən "Topal Teymur"a, "Şərq
qadını"ndan "Ana"ya, "Qoca türkün vəsiyyəti"ndən "Uçurum"a daxili əlaqə xətlərinin uzandığını
və bu əsərlərin bir-biri ilə üzvi vəhdətdə olduğunu cavidşünaslıqda müəllif ilk dəfə kəşf etməyə
və göstərməyə müvəffəq olmuşdur. Bu nöqteyi-nəzərdən Sona Vəliyevanın Cavid sənətinin
qüdrət və əzəməti haqqındakı aşağıdakı mülahizələri də öz ümumiləşmə miqyasına görə diqqəti
cəlb edir: "O, "Şeyx Sənan"ı əsatirdən reallığa gətirərək, tarixdə özündən əvvəl yazılmış "Şeyx
Sənan"ları kölgədə qoydu; "İblis" əsəri ilə mifik obraz olan İblisin daxili aləmini açıb
göstərməklə və onu oxuculara dərk etdirməklə hər kəsin içindəki iblisə - nəfsə qalib gəlməsinin
təlimini oxucuya bəyan etdi; "Peyğəmbər"də Tanrı və insan - Peyğəmbər obrazları ilə dünyanın
inkişafına, tərəqqisinə yeni məzmun gətirən İslam erasının təzahürlərini canlandırdı. "Topal
Teymur"da tarixi qardaş savaşlarının ilkini - birincisini dramturgiyaya gətirərək səhv və
mənəmlik üzündən yaranan "qardaş yarasının daha acı, daha qorxunc" olduğunu göstərdi".

"Hüseyn Cavid sənətinin qüdrəti" monoqrafiyasının mühüm elmi keyfiyyətlərindən və


göstəricilərindən biri tədqiqatda 100 illik şərəfli və mübarizələrlə zəngin bir inkişaf yolu keçmiş
cavidşünaslıq elminin başlıca problemlərinin və nailiyyətlərinin ümumiləşdirilməsi, ehtiva
olunmasıdır. Azərbaycan ədəbiyyatşünaslığının və sənətşünaslığının korifeyləri M.Cəfər,
A.Zamanov, C.Cəfərov, M.Məmmədov, M.Əlioğlu, Y.Qarayev, İ.Həbibbəyli, R. Hüseynov,
T.Kərimli, N.Cəfərov, V.Osmanlı, K.Əliyev, Z.Əsgərli, Ə.İbadoğludan tutmuş nisbətən cavan
nəslin nümayəndələrinə qədər - C.Qasımov, H.Həşimli, T.Məmməd, B.Şəfiyev, G.Kəngərli,
C.Məmmədli, Ü.Rəhimova və başqalarının elmi düşüncə imkanları və uğurları bu elmi
tədqiqatda öz əksini tapmışdır.

Azərbayan ədəbiyyatının böyük sənətkarı Hüseyn Cavid yazırdı: İnsanlar Allahsız


yaşayamaz. Hər əsrə məxsus bir Allah var və bu allahlar insanların kəndi məxluqi sayılır. Ondan
mərhəmət umanlar pək zəif; cəllad, zalım deyənlər də pək abdaldır. Hər Şeydən yorulan insan
qaranlıq gecələr, çıxılmaz dərin şübhələr içinə yuvarlanaraq yenə bir sabah arar. Halbuki o
sabahın varlığıyla yoxluğu birdir. Toprağı sevəlim, təqdis edəlim. Bizlər yalnız topraqdan həyat
buluruz. Həyatda səadət var, cənnət var. İştə ən böyük din həyat - yaşayış dinidir. Ən böyük
fəlsəfə həyat - yaşayış fəlsəfəsidir.

Araşdırma və tədqiqatlar göstərir ki, Hüseyn Cavid sənətinə və estetik idealına İblis –
Allah antitezası xasdır. Orta əsr Şərq mütəfəkkiri Eynəlqüzat Miyanəçi yazırdı: ―Allah saysız-
hesabsız atributlarda təzahür edən substansiyadır. XVII əsrin görkəmli Holland filosofu
10
B.Spinoza isə deyirdi: ―Allahdan başqa heç bir substansiya nə mövcud ola bilər, nə də təsəvvür
edilə bilər. Mütəfəkkir sənətkar S.Təbrizi də təsdiq edirdi ki, ―bütün varlıq Allahdır. Allahın
sirlərini axtaranlar nəticə etibarilə küll halında olan varlıqla qovuşurlar.

M.Həbüstəri göstərirdi ki, ―insan Allahı özündə axtarmalı və öz gücünə inanmalıdır.


Nəsimi Allahın təbii-naturalist dərkindən onun əxlaqi-etik anlamına doğru gedir. Ənəlhəq, yəni
―həqiqət, Allah mənəm iddiası da məhz belə bir mövqedən doğur:

Mən mülki-cəhan, cahan mənəm mən!

Mən Həqqə məkan, məkan mənəm mən!

Hüseyn Cavid də bir sənətkar-filosof olaraq yazır:

Dinlə həp kainatı, seyr elə.

Hər günəş ondan iştə bir şölə...

Hər ufaq zərrə, hər kiçik yapraq

Sənə söylər bu rəmzi pək parlaq (6, 10).

Şərq bədii-fəlsəfi fikrindən, sufi-panteist dünyagörüşündən bəhrələnən

Hüseyn Cavid ―Allah anlayışında fəlsəfi-etik məzmun görürdü:

Kim ki, Allahı istiyor görmək,

Arasın qəlbi-tabnakində.

Hər kimin qəlbi, ruhi düzgündür,

Daima hiss edər də həqqi görür.

Feyləsufanə ruha malik olan,

Yaşamaz ayrı hərgiz Allahdan .

Cavidin fikrincə, Allah-təkcə ən ali əxlaqi-mənəvi keyfiyyətlərin məcmusu deyildir, həm


də bu keyfiyyətlərin, insani kamilliyin təşəkkül və təcəssümünə imkan verən mühit və şəraitdir,
zəmanə və dövrandır:

– Nerdə parlarsa həqq, şərəf, vicdan,

İyilik doğruluq, gözəllik, inan,

Orda var sevgi, orda var iman,

Orda var, şübhəsiz, böyük yaradan (6, 24-25).

Allah – ―Hüsni-mütləq, ―Vücudi-mütləq, ―Hüsni-əzəlidir, bir sözlə, kamil gözəlliyi


ifadə edən varlıqdır. Elə onun özü də gözəl (kamil) insanları sevir:

11
―O, gözəldir, sevər əlbət gözəli. Peyğəmbər (s) buyururdu: - ―Allah-gözəlliyin özüdür
və gözəllikdən də xoşu gəlir. Allah-zaman və məkanca mövcud ―uçurumların fövqündə duran
elə bir cəmiyyətin (gözəllik və məhəbbət səltənətinin) daxili qanunlar məcəlləsinin yaradıcısıdır
ki, burada bütün insanlar bərabər, azad və xoşbəxt bir həyat yaşayırlar. Allah - ictimai ədaləti
bərqərar edən və onun keşiyində duran bir qüvvədir. Allah - gözəllik və məhəbbət diktə edən
hakimdir; əxlaqi sərvətləri qoruyan himayəçidir.

Ulu tanrı, o görünməz yaradan

Əmr edər yalnız ədalət, ehsan.

O fəna iŞləri, föhşiyyatı

Nəhy edər, varlığının isbatı

Bu təbiət, bu məhabətli fəza...

Onca birdir: ulu, zəngin, füqəra (5, 55).

Hüseyn Cavidin qəhrəmanları da məhz belə bir Allaha tapınır və öz həmvətənlərini, yer
üzünün bütün xalqlarını bu Tanrıya iman gətirməyə çağırır, onun bir həqiqət kimi real təcəssümü
uğrunda mübarizə aparırlar. Allah - həqiqətdirsə (haqq), həqiqət isə gözəllik və məhəbbət
səltənətidirsə, deməli, hər bir insanın həyat amalı, məqsədi, idealı bu haqqa (Allaha) yüksəlmək,
yetiŞmək və ona qovuşmaqdan ibarət olmalıdır. Cavid fəlsəfəsində buna nəfsə qalib gəlməklə,
iblisliyi məhv etməklə nail olmaq mümkündür.

Mövcud həyat - rəzalət, səfalət və cəhalətdən yoğrulmuş ―uçurumlar haqsızlıqdır ideal


həyat - ülvü, lahuti, ilahi yüksəklikdə duran gözəllik və məhəbbət səltənəti isə haqqdır. Bu
mənada Allaha inam-gözəllik və məhəbbət səltənətinin gerçək ola biləcəyinə və onun
gerçəkləşməsi uğrunda mübarizə zərurətinə olan inamdır. Vahid Allaha tapınmaq ideoloji
funksiya daşıyır və bütün insanları, xalqları bir bayraq altında birləŞməyə çağırır, onları ali
məqsəd naminə fəaliyyətə təhrik edir. ―Şeyx Sənan faciəsinin ikinci pərdəsində Dərvişin:

Həqiqət istərəm, yalnız həqiqət!

Yetər artıq şəriət, ya təriqət! (7, 50).

– sözləri zahirən sufizmin idrak mərhələlərini xatırladır; ancaq unutmaq

olmaz ki, Hüseyn Cavid sənətində ―həqiqəti , deməli ―Allah anlayışı hansı məzmun
kəsb edir. Bu baxımdan Şeyx Sənan Dərvişin ideya-nəzəri məramnaməsini həyata keçirərək
həqiqətə (Allaha) qovuŞmaq - gözəllik və məhəbbət səltənətinə yetişmək nümunəsi göstərir.

Caviddə ―həqiqət aləmi - gözəllik və məhəbbət səltənətidir. Bu aləmin işığı, nuru ona
qovuŞanların üzündə əks olunubdur. Elə ona görə də Şeyx Sənanın―cəmalında nuri-həqq
parlayır. Hədislərin birində deyilir ki, islam peyğəmbəri Məhəmmədin arvadı Aişənin
söylədiklərinə görə, qüreyŞilərdən biri islam peyğəmbəri Məhəmməddən meraca gedərkən -
göyə səyahət zamanı Allahı görüb görmədiyini soruşmuşdu. Məhəmməd peyğəmbər belə cavab
vermişdi:

12
―Mən nur gördüm və onu indi də görürəm‖.

Ona görə Quranda açıqca deyilir: ―Allahü nurun ―Allah nurdur.

Allah adildir, yəni onun H.Cavid sənətində bir rəmz olaraq təcəssüm etdirdiyi gözəllik və
məhəbbət səltənəti ədalətlidir. Məhz ona görə də Allaha (həqiqətə) qovuşmaq ədalətli cəmiyyətə
yetişmək deməkdir. Mövcud cəmiyyət, real həyat, yəni uçurumlar zülmün bəhrəsidir; can atılan,
arzusunda olunan ―həqiqət aləmi isə ədalətin meyvəsidir. Elə onun üçün də kor ərəbin ah-
naləsini və şikayətini başa düşürük:

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!

Nə öncə öylə səadət, nə böylə zillət olaydı .

Ümumiyyətlə, Hüseyn Cavid yaradıcılığındakı Allah, həqiqət, gözəllik, məhəbbət,


multikulturalizm, dini-fəlsəfi və islami anlayışlar, tolerant dəyərlər tarixiənənəvi məzmunlu
olmaqla bərabər, böyük sənətkarın özünəməxsus bədii təxəyyül və təfəkkürünün qüdrəti ilə yeni
həyat və sənət ömrü əxz etmişdir.

Böyük dramaturqun ilk mənsur dramı olan ―Maral faciəsinin hələ lap başlanğıcında –
Əşxas hissəsində Hüseyn Cavid multikulturalizminin ilk işartılarını görmək mümkündür. Belə
ki, əsas qəhrəmanları türk olan əsərdə Doktor obrazının rus olduğu xüsusi qeyd edilir. Bundan
başqa, bir epizodik ləzgi obrazı vardır. Birinci pərdənin remarkasında isə Turxan bəyin otağının
divarından Şeyx Şamilin şəklinin asıldığı göstərilir.

Faciənin müsbət qəhrəmanlarından biri olan və türkçülük ideyalarını qızğın şəkildə təbliğ
edən Çingiz bəy Dağıstan xalqına məhəbbətini Şamilin şəklinə baxaraq belə ifadə edir:

―İştə həm fazil, həm cəngavər bir dağıstanlı! iştə Şeyx Şamil!.. Baqınız, yalnız şu
heykəli-cəladət, şu qoca qəhrəman ilələbəd dağıstanlı adını yaşatmaq için kafidir! Ah, nədənsə
bilməm, daima şu böyük simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss
edərim. ġu parlaq nasiyədə, şu düşüncəli gözlərdə öylə mənalı bir əzəmət, öylə əzəmətli bir
məhabət var ki, yalnız dostları deyil, düşmanları belə bir baqışda heyran olub qalırlar.

Əsərdəki mutikultural məzmunnlu dəyərlərdən biri də məşhur tarixi şəxsiyyətlərə


müxtəlif baxış bucağının öz bədii əksini tapmasıdır. Bu əksqütblü polemika Aşıq Sultan obrazı
ilə Çingiz bəy arasında baş verir. Aşıq Sultan böyük hökmdarlara, sərkərdələrə xalq münasibətini
ifadə edərək aşağıdakı misralarla dünyanın faniliyinə işarə vurur:

Nə buldular İsgəndərlər, Çingizlər?!

Qanlar döküb, canlar yaqıb getdilər!..

Cihanı titrədib alt-üst etdilər,

Qanlı bir iz bıraqdılar ellərdə.

Bu sözlərinə görə Aşığı məclisdən qovan Çingiz bəy öz hərəkətini belə əsaslandırır:

―Böyük Çingiz, o sarsılmaz hökmdar tariximizin ən Şanlı bir qəhrəmanı olduğu halda,
təhqir ediliyor da, kimsə əhəmiyyət vermiyor.
13
Maraqlıdır ki, faciənin mənfi qəhrəmanlarından biri olan Turxan bəy də Aşıq Sultanın
baxış bucağını bölüşərək deyir:

―Bu, təhqir deyil, əzizim, bəlkə tarixlərdə görünmüş bir həqiqətdir.

Bu cavabdan daha da əsəbiləşən Çingiz bəy tarixi şəxsiyyətə baxışda Qərb və Şərq
dəyərlərini üz-üzə qoyur və belə bir nəticəyə gəlir:

―Əfv edərsiniz, əfəndim! Öylə çürük həqiqətlər bir taqım boş qafalara yerləşə bilir.
Mühakiməli bir adam öylə iftiralara əsla qulaq verməz. Azacıq insaf etməli. İŞtə hər millətin
tarixi meydanda... Əcnəbilər böyük İsgəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr
yapdırıyor, heykəllər dikdiriyorlar. Fəqət bizlər!.. Bizlər isə Çingiz kibi cihangirlərə, Teymur
kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istiyoruz!

Əslində, böyük Cavid Çingiz bəyin dili ilə tarix boyu Avropada hökm sürmüş və müasir
dövrdə daha da şiddətlənmiş ikili standartları ifşa etmək məqsədi güdür və bu məqsədinə nail
olur. Əsərin başqa bir obrazı – Bəypolad da Çingiz bəyin fikirlərinə müsbət qiymət verərək
deyir:

―Doğrusu, bu xüsusda bən də səninlə həmfikirim. Gerçəkdən, millətimiz pək sönük, pək
mühakiməsiz... Daima düşman ağzından eşitdiyi iftiraları bir həqiqət zənn edib də ona görə söz
söylər. Həm də bu iftiralar, bu həqarətlər Şərq şəxsiyyətlərinə qarşı bir haqsızlıqdır.

Məlum olduğu kimi, Azərbaycan xalqı, Azərbaycan dövlətləri tarix boyu başqa dinlərə və
etnoslara tolerant yanaşmış, onlara qarşı dözümlülük nümayiş etdirmişdir. Xalqımızın qürur
mənbəyi olan və başqalarına örnək göstərə biləcəyimiz bu insanlıq xüsusiyyəti ədəbiyyatımızda
da özünün parlaq əksini tapmışdır.

Bunun əyani sübutlarından biri də ədəbiyyatımızda xristianların Tanrı səviyyəsinə


qaldırdıqları İsa peyğəmbərə göstərilən hörmət və məhəbbətdir. Biz bunu dahi Nizami
Gəncəvinin, dahi Məhəmməd Füzulinin və bir çox başqa klassiklərimizin yaradıcılığında da görə
bilirik.

Hüseyn Cavidin ―Maral faciəsində də İsa peyğəmbərin bir möcüzəsinə - onun ölüləri
dirildə bilməsinə işarə vurulur. Humaya məhəbbətindən yatağa düşmüş və ölüm ayağında olan
Cəmil öz sevgilisini İsa peyğəmbərlə müqayisə edərək deyir:

―Sənmi!? Humay, sənmisin?! Ah, yıqdığın heykəli dikməyəmi gəldin?

Yoqsa İsa kibi ölü diriltməkmi istiyorsun?! Ha-ha-ha! Hiç ölü dirilirmi ya?..

Bütün əsərlərində olduğu kimi, ―Maral faciəsində də Cavid qadın azadlığı probleminə,
feminizm məsələlərinə toxunur və bunu multikultural dəyərlər prizmasından nəzərdən keçirir.
Qadını bütün fəlakətlərin mənbəyi hesab edən Turxan bəylə işıqlı fikirləri ilə seçilən Nadir bəyin
dialoqunda Cavid bu problemin bütün kəskinliyi ilə cəmiyyət qarşısında durduğuna diqqəti çəkir.
Müxtəlif mədəniyyətlərdə qadının vəziyyətini göstərən Nadir bəyin multikultural fikirləri qadın
azadlığı ideyasına söykənir:

14
―Sağlam bir tərbiyəyə, sarsılmaz bir əxlaqa malik olan xanımların açıq gəzməsində heç
bir məhzur görəmiyorum. Bununla bərabər, əcnəbilərdə olan mənasız sərbəstliyə də əsla tərəfdar
deyilim .

Burada multikultural dəyərlər mədəniyyətlərin bir-birini zənginləşdirmək imkanları


baxımından özünü büruzə verməkdədir. Yuxarıda gördüyümüz kimi, Qərbin ikili standartlarına
qarşı çıxan Cavid, bu mədəniyyətin qabaqcıl tərəflərinin əxz edilməsinin də əleyhinə deyildir və
bu da onun bir müdrik yazıçı kimi səmimiliyinin göstəricisidir.

Əsərdə epizodik, karikatura Şəklində verilmiş Qazı üçün isə, bir müsəlman qadının
xristianlar kimi üzüaçıq gəzməsi əsil fəlakətdir və yaxınlaŞan Tanrı cəzasının əlamətlərindən
biridir. Bu isə mürtəce bir din xadiminin multikultural dəyərləri qəbul etməməsinin və buna görə
də mənfi planda təqdim edilməsinin göstəricisidir.

―Qazı (birdən-birə bağıraraq). Nə söyləyim ki, xalqın arasına yeni bidət qoyursunuz...
Gəlinin islam qızı olduğu halda, bir xristiandan seçilmiyor. (Qayət sinirli). Ah!.. Ah!..
Müsəlmanlıq böylə gedərsə, çoq sürməz ki, ev-eşiyimiz Lut Şəhri kibi yerin dibinə keçər!

Qazının ―odlu-alovlu nitqinə Nadir bəyin verdiyi məntiqi cavab, onun və onun dili ilə
Hüseyn Cavidin multikultural dəyərlər necə böyük önəm verdiyini göstərir:

―Əfv edərsiniz, qazı əfəndi!.. Əvvəla, bu, vicdani bir məsələdir. Saniyən, bunu siz bidət
bildiyiniz halda, ən böyük üləma tamamilə şəriətə müvafiq görüyor.

Bütün bunlar bir daha onu təsdiq edir ki, zəngin Azərbaycan ədəbiyyatı tarixində ən
dəyərli humanist ənənələrinin davamçısı olan və onu inkişaf etdirən dahi Azərbaycan şairi,
dramaturqu və filosofu Hüseyn Cavidin yaradıcılığında multikultural dəyərlər aparıcı yerlərdən
birini tutur.

Nəticə

Azərbaycan multikulturalizmini ədəbiyyat, mədəniyyət müstəvisində öyrənmək və təbliğ


etmək üçün böyük şair və dramaturqumuz Hüseyn Cavidin (1882-1941) zəngin yaradıcılığı çox
mükəmməl ədəbi-bədii və fəlsəfi bir məxəzdir.

Böyük mütəfəkkirimizin insanların birgə yaşayışı, etnik mənsubiyyətindən asılı


olmayaraq cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, hörmət, həmrəylik haqqındakı
çağırıŞları, dahiyanə fikirləri onun bir çox əsərlərində, xüsusilə də “Şeyx Sənan” və “Maral”
mənsur faciələrində öz əksini tapmışdır. Bu əsərlər Azərbaycan ədəbiyyatının əsas simalarından
biri kimi böyük Cavidin həyat fəlsəfəsində humanizm mövqeyində dayandığını, insanpərvərlik,
ədalət çarçısı, birlikbərabərlik ideyalarının təbliğatçısı olduğunu çox aydın şəkildə göstərir

İstifadə edilmiş ədəbiyyat:

1. Məmmədov Z. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. – Bakı: Elm,


1978.
2. Cavid H. Əsərləri, Dörd cilddə: 3-cü cild - Bakı: Yazıçı, 1984.
3. Cavid H. Əsərləri, Dörd cilddə: 2-ci cild. - Bakı: Yazıçı, 1982.
4. Cavid H. Əsərləri, BeŞ cilddə: 2-ci cild. - Bakı, 2005.

15

You might also like