You are on page 1of 10

Mayelərin hərəkət rejimləri.

Laminar hərəkətdə sürətin ən kəsikdə


paylanması
Mayelərin hərəkət rejimlərinin müxtəlif olmasını ilk dəfə 1869-cu ildə Qaqen
müəyyən etmişdir, 1883-cü ildə ingilis alimi Osborn Reynolds müxtəlif diametrli
şüşə borularda hərəkəti üzərində apardığı təcrübə əsasında ayrı-ayrı mayelərin
hərəkətinin iki rejimdə: təbəqəli və qarışıq rejimlərdə olduğunu müəyyən etmişdir.
Reynoldsun təcrübələri.
Mayenin 2 növ hərəkət rejiminin olmasını ingilis alimi Reynolds sxemi
göstərmiş qurğuda aparmış təcrübələrlə müəyyən etmişdir. Qurğu aşağıdakı əsas
hissələrdən ibarətdir (şəkil 24.1) .

Şəkil 1

1. Rəngli maye yerləşən qab D.


2. Rəngli mayeni axına daxil etdirmək üçün kran E.
3. Tədqiq olunan mayenin yerləşdiyi çən A.
4. Hərəkət rejiminin müşahidə edilməsi üçün şüşə boru B.
5. Şüşə boruda mayenin sürətini tənzimləmək üçün ventil C.
6. Ölçü çəni.
Təcrübənin aparılması:
Tətqiq olunan maye şəffaf olmalıdır və tədqiq olunan maye ilə rəngli
mayenin sıxlıqları eyni olmalıdır.
C ventili az dərəcədə açılıb şüşə boruda mayenin kiçik orta sürətlə
qərarlaşmiş hərəkəti yaradılır. Bunu əldə etmək uçun çəndə mayenin səviyyəsi
sabit saxlanmalıdır. E kranı açılır və rəngli maye axına daxil edilir. Orta surətin
kiçik qiymətlərində müşahidə edilir ki, rəngli maye tətqiq olunan mayeyə
qarışmayıb təbəqə şəklində (I-ci hal) və yaxud nazik xətt şəklində hərəkət edir. Bu
onu gostərir ki, şüşə boruda maye hissəcikləri bir-birinə parallel hərəkət edir,
onların trayektoriyaları qarışmır. Mayenin belə hərəkəti laminar rejim adlanir.
C ventilinin açılma dərəcəsini artıraraq boruda axının sürəti artırılır. Bu
zaman rəngli mayenin axına daxil olması kəsilməməlidir. Sürətin müəyyən
qiymətində rəngli mayenin dalğavari hərəkəti muşahidə edilir. Sürət bir qədərdə
artırılsa rəngli maye tədqiq olunan mayeyə qarışıb ümumi qarışıq halda hərəkət
edəcək (II-ci hal). Bu onu göstərir ki, şüşə boruda maye hissəciklərinin parallel
təbəqəli hərəkəti pozulur. Belə hərəkət rejimi turbulent adlanır (şəkil 24.2)..
Sürəti azaldanda müşahidə edilər ki, hərəkət rejimi turbulentdən laminara
keçir. Bu keçidə uyğun gələn orta sürətə böhran orta sürəti deyilir. Mayenin iki
növ hərəkət rejiminin olması mayenin hərəkəti zamanı yaranan axının İ ətalət
qüvvəsi ilə T mayedaxili sürtünmə qüvvəsinin nisbəti ilə əlaqəlidir.

Şəkil2.2
O.Reynolds aparılan təcrübələrlə mayenin bir rejimdən digərinə keçməsinin
sürətdən asılı olduğunu göstərmişdir. Boruda sürətin dəyişməsi borunun
diametrindən, mayenin fiziki xassələrindən və boru divarının kələ-kötürlüyündən
asılıdır. Axın boyunca baş verən enerji itkisi hər rejim üçün ayrı qiymət alır. Bu da
rejimlərin ayrılıqda öyrənməsinin əhəmiyətini göstərir.
Bir rejimdən digərinə keçidə uyğun olan axının sürətini böhran sürəti
adlandırılmışdır. Tədqiqatlar nəticəsində iki növ böhran sürətinin olduğu
müəyyən edilmişdir. Bunlardan biri aşağı υ b 1, digəri yuxarı böhran sürətidirυ b 2.
Axının sürəti υ <υ b 1olduqda hərəkət rejimi dayanıqlı laminar, υ >υ b 2 olduqda hərəkət
rejimi dayanıqlı turbulent olur, υ b 1< υ<υ b 2 olduqda rejim həm laminar ola bilər həm
turbulent (şəkil 24.3):

laminar qarışıq turbulent


υb 1 υb 2 υ

Şəkil .3
Bəzən boru divarını hamarlaşdırmaqla laminar rejimdən dayanıqlı turbulentə
keçid sürəti üçün daha böyük qiymət alınır ki, bu da yuxarı böhran sürətinin geniş
diapazonda qiymət ala biləcəyini göstərir. Ona görə də əsas diqqət aşağı böhran
sürətə yönəlmişdir ki, bunu da böhran sürətiυ böhadlandırırlar.
Hidravliki oxşar axınlar üçün eyni qiymət alan, dayanıqlı laminar rejimin
turbulent rejimə keçməsini qiymətləndirən, axının İ ətalət qüvvəsinin T sürtünmə
qüvvəsinə nisbətinə bərabər olan ölçüsüz əmsal O.Reynoldsun şərəfinə Reynolds
ədədi adlandırılmışdır :
İ
ℜ= (1)
T

υlρ υl
ℜ= = (2)
μ ν

Burada υ - axının orta sürəti, ν , μ - mayenin kinematik və dinamik


özlülükləridir, l - xarakterik uzunluqdur. Maye basqılı dairəvi boruda hərəkət
etdikdə l = d (borunun diametri) götürülür:

υdρ
ℜ= (24.3)
μ

Maye qeyri dairəvi və ya açıq axınlarda və basqısız borularda axdıqda (24.1)


ifadəsində l əvəzinə hidravliki radius R' götürülür (bax (17.2)):
υ R' ρ
ℜ=
μ

Böhran sürətinə uyğun olan Reynolds ədədinin qiyməti böhran Reynolds ədədi
adlanır və belə hesablanır:

υ böh R'
ℜböh= (24.4)
ν

Beləliklə böhran Reynolds ədədi hərəkət rejimin növünü xarakterizə edir:


Re<Reböh olduqda hərəkət rejimi laminar hesab edilir;
Re>Reböh olduqda hərəkər rejimi turbulent proqnozlaşdırılır.
Hidravliki hesabatlarda Reynolds ədədinin əsasən aşağı böhran sürətə üyğun olan
qiyməti işlənir. Buna görə də elmi tədqiqatlar bu qiymətin təyininə və
dəqiqləşdirilməsinə yönəlmişdir. Son illərdə qəbul edilmiş Re-nin böhran qiyməti
 mayenin basqılı dairəvi borularda hərəkəti üçün 2320;
 mayenin basqısız, qeyri-dairəvi və açıq axınları üçün 580 -dır.

hesablamalarda enerji itkisinin təyini ən vacib məsələlərdəndir. Hərəkət


zamanı enerji itkisi mayenin hidravlik müqavimətlərdən keçməsinə sərf edilən
enerjiyə bərabərdir. Maye axının qarşısına çıxan hidravlik müqavimətlər iki növdə
olur: yerli və sürtünmə müqavimətləri. Hidravliki müqavimətlərə sərf edilən basqı
itkisi bu iki növ müqavimətlərə sərf olunan basqı itkilərin cəminə bərabərdir:

hi =h y +h s

Sürtünmə müqaviməti axının hərəkət istiqamətində, yəni uzunluğunda yaranır.


Bu müqavimət bərabərsürətli hərəkətdə yarandıqda uzunluğun artması ilə düz
mütənasib olaraq artır. Sürtünmə müqavimətinin yaranmasına əsas səbəb mayenin
daxili sürtünmə və mayenin boru divarlarına sürtünmə prosesidir (şəkil 25.2).
boru ilə sürtünmə
daxili sürtünmə

Şəkil 4
h s=h boru +hdaxili

Burada,
 h s−¿sürtünməyə sərf olunan basqı itkisi,
 h boru−¿mayenin boru ilə sürtünməsində basqı itkisi,
 h daxili−¿mayenin təbəqələrarası (daxili) sürtünməyə sərf olan basqı itkisidir.
Laminar axında borunun daxili səthini örtən maye təbəqəsi boruya sürtünmə
hadisəsini kəskin azaldır: h boru ≈ 0 . Turbulent axında h boru-nun qiyməti borunun

daxili səthi üzərindəki dəyişən özlü maye qatının qalınlığından asılıdır, h daxili−¿yə
isə mayenin turbulentliyinə sərf olunan basqı itkisi əlavə edilir. Laminar rejimdə
daxili sürtünmə mayenin təbəqələri arasında baş verirsə, turbulent rejimdə daxili
sürtünmə mayedaxili intensiv qarışma proseslərin nəticəsidir.
Yerli müavimətlər sürətin qiymət və istiqsməti dəyişildikdə baş verir ki, bu da
axının quruluşunun dəyişməsi nəticəsində yaranır. Maye yerli müqavimətdən
keçdikdə onun sürətinin istiqamətinin dəyişməsi səbəbindən axına mane olan
burulğanlar yaranır Mayenin enerjisinin bir hissəsi bu burulğanlara sərf olunur.
Yerli müqavimətlərə sərf olan basqı itkisini hy ilə işarə edilir.
Şəkil 5

Nyuton mayesinin üfüqi dairəvi sabit en kəsikli boruda qərarlaşmış basqılı


müntəzəm laminar rejimli hərəkətini araşdıraq (şəkil 26.1).

Şəkil 6
Mayeyə təsir edən təzyiq qüvvəsi və Nyutonun sürtünmə qüvvəsidir ki, bunlarında
müntəzəm axında tarazlıq şərtinə görə cəmi sıfıra bərabərdir:

∆ P+T =0 (3)

Burada borunun en kəsiyi üçün S1=S 2=S n olduğundan cari r qiyməti üçün

∆ P=P1−P2= p1 S 1− p2 S 2=( p1− p2 ) S n=∆ pπ r 2

olar.
Nyutonun sürtünmə qüvvəsi üçün

du
T =μ S
dr

Burada,
 r – silindrik borunun cari radiusu;;
 u – r -ə uyğun olan maye təbəqəsinin sürəti, μ- mayenin dinamik özlülük
əmsalı, S=2 πrl - r diametrli axın borusunun daxili səthin sahəsi,
du
 l –borunun uzunluğu, dr - sürətin qradiyentidir.

Onda hərəkət tənliyi aşağıdakı kimi yazıla bilər:

du
∆ pπ r 2 + μ 2 πrl=0
dr

du
∆ pπ r 2=−μ 2 πrl(4 )
dr
−∆ pr
du= dr
2 μl

Bu ifadəni hər iki tərəfiniu<u<u maxvə 0< r< r 0=R aralıqlarında inteqrallamaqla
yazmaq olar ki
0 R
pr
∫ du=∫ −∆
2 μl
dr
u r

∆ p R2 r 2
u= ( )
− (5)
2 μl 2 2
Buradaki
∆p
 γ
=h−¿basqı itkisi,

h
 l =i−¿hidravliki maillik adlanır.

Bunları nəzərə almaqla (5)-i aşağıdakı Stoks qanunu adlanan şəkildə yazmaq
olar:

γi 2 2
u ( r )= ( R −r ) (6)

(5) düsturundan görünür ki, mayenin boruda müntəzam laminar rejimdə


hərəkəti zamanı sürətin axının en kəsiyi üzrə dəyişməsi parabolik şəkildə olur
(7).

Şəkil 7

Burada, borunun divarında r =r 0=R olduqda mayenin sürəti u=0 olur, borunun
mərkəzi oxunda r =0 olduqda u=umax sürətin ən böyük qiyməti alınır:
∆ p R2
umax = (6)
4 μl

Sürətin orta qiymətinin ifadəsini (17.10)-a əsasən və d S n ( r )=d ( π r 2) =2 πrdr


olduğundan alaq:

R R
1 ∆ p R2 r 2 1 ∆ p R2 r 2
υ= 2∫ (
− d S n (r )=
π R 0 2 μl 2 2 ) 2∫ (
− 2 πrdr
π R 0 2 μl 2 2 )
∆ p R2
υ= (7)
8 μl

Onda buna uyğun sərfin ifadəsi (Puazeyl düsturu)

π ∆ p R4
Q=υ S n= (8)
8 μl

olar.
Boru kəmərlərinin düz hissələrində sürtünmə müqavimətləri daha böyük rol
oynayır. Bu müqavimətlərlə əlaqədar basqı itkisini riyazi olaraq ifadə etmək üçün
əvvəlcə laminar rejimli hərəkətə baxaq.(26.5)-dən basqı itkisi üçün aşağıdakı
ifadədən istifadə edilir:

∆ p 8 μlυ 32 μl
h1−2= =
ρg ρg R 2
=
( )
ρg d 2
υ¿

(9) ifadəsi Puazeyl-Qaqen düsturu adlanır. (27.1)-dən laminar rejimdə basqı


itkisinin sürətin birinci dərəcəsindən asılılığı aydın görünür.
Buradan
64 μl υ 2 64 μ l υ 2
h1−2= =
ρυdd 2 g ρυd d 2 g
μ 1
=ℜ
ρυd

olduğunu nəzərə alaraq .


64 l υ2
h1−2= ℜ
d 2g
olar.
64
=λ (10)

(7) əvəzləməsini etməklə yazmaq olar ki,

l υ2
h1−2= λ (11)
d 2g

Buradakı λ əmsalı hidravlik müqavimət əmsalı adlanır. Onun laminar


rejimdə qiyməti (8) ifadəsi ilə hesablanır.
(9) ifadəsiboru kəmərində sürtünməyə sərf olunan basqı itkisini hesablamaq
üçün Darsi-Veysbax düsturu adlanır.

İstifadə edilmiş ədəbiyyat:

1. A.X.Mirzəcanzadə, R.C.Qurbanov, Z.M.Əhmədov – “Hidravlika” -


“Maarif” Nəşriyyati
2. S.H.Abdurahimov – “Hidravlika” (Mühazirələr)

You might also like