You are on page 1of 5

Dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar.

Dünya
ölkələrinin bəzilərində müəllimlərin vaxta qənaət etməsi və uşaqlarda dərs
yükünün və stresin səviyyəsinin azaldılması məqsədi ilə məktəbdə ev
tapşırıqlarının tamamilə ləğv olunması xəbəri bu məsəni ölkəmizdə də
yenidən gündəmə gətirib.
"Ev tapşırığı” deyəndə bu, bizdə əsasən müəllim tərəfindən şagirdə dərsdən sonra
müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq kimi nəzərdə
tutulur. Bu mənada ev tapşırığının verilməsində məqsəd belə hesab olunur ki, yeni
keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır. Şagirdlərə ev tapşırıqlarının
verilib-verilməsi ilə bağlı yayılan fikirlərə Təhsil Nazirliyi , ibtidai sinif
müəllimlərinə şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə
diqqət yetirmələrini tövsiyə etmək və məktəbəhazırlıq qruplarında ev tapşırığının
olmayacağını bəyan edib.
Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idrakı
inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir. Ev
tapşırığı hansısa şagird üçün nə qədər üzücü, hansısa valideyn üçün nə qədər
zəhlətökən olsa da, eyni zamanda şagirdləri öz asudə vaxtlarını daha sərbəst və
mənalı keçirməsində, valideynlərə məişət və digər sosial qayğıları ilə məşğul
olmalarında maneə yaratsa belə biz hələ ki, bu tapşırıqdan imtina etməyə bir növ
tam hazır deyilik. Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə öyrədib,
mənimsətməyi öyrətməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya
bilmərik. Bu halda, necə deyərlər həm Əli aşından məhrum olarıq, həm də Vəli.
Bəs, ev tapşırıqlarının verilməsi nəyə xidmət edir?
 
• Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi
məqsədini güdən sərbəst iş formasıdır

• Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı


işlər, referatlar, layihələr, tədqiqatlar,modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;

• Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri


nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə
etmək lazımdır;

• Şagirdlər yuxarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi
artırılmalıdır.
Nə üçün bəzi şagirdlər dərsə həvəslə yanaşmır?
Adətən yaxşı oxuyan uşaqlarda belə problemlər az yaşanır. Çünki onların
fikirlərinə üstünlük verən, onların uğurlu nəticələrinə sevinən, onları daim
dəstəkləyən valideynləri və müəllimləri var. .Bəs uşaqlarda dərsə olan həvəsi
azaldan nədir ?
1. HƏDDİNDƏN ARTIQ YÜKLƏMƏK
Müəllim uşağı çox yükləyəndə onda dərsə olan həvəs ölür. Məsələn, yay tətili üçün
bütün müəllimlər evə tapşırıq verir.Ancaq bu aşırı dərəcədə olanda valideyn də
tələblərinin nəticəsiz olduğunu görür. Bundan əlavə olaraq hər gün müəllim evə
müəyyən qədər tapşırıq verir. Çalışmalıyıq ki, dərslikdəki tapşırığın heç olmazsa
70 %-ni sinifdə elətdirək və ya ən çətinlərini sinifdə həll edək. Evə isə qədərində,
şagirdin yaş və psixoloji imkanlarına uyğun tapşırıq verməliyik. Evə verilən
tapşırıqlar ağır olarsa, artıq uşaq dərs edək sözünü eşidəndə psixoloji gərginlik
keçirməyə başlayır. Bu hal hər gün yaşandıqda isə nəticə daha pis olur.İbtidai sinif
şagirdlərinin hər gün 4 və ya 5 dərsi olur. Onların hər birindən 1-2 səhifə ev
tapşırığı, yazı verən müəllim əslində şagirdi tərəfindən sevgi deyil, nifrət qazanır.
Normalda bir fəndən yazılı tapşırıq verilirsə, digər fəndən şifahi şəkildə
təqdimat hazırlamağı tapşırmaq daha uyğun olar. Və ya ev tapşırığı
araşdırma xarakterli ola bilər. Belə tapşırıqlar uşağı yormur.

2.HƏVƏS VƏ ÖZGÜVƏN YARATMAMAQ


Öz götürümünə, bilik və bacarığına görə sinif yoldaşlarından geri qalan uşaqlar
müəllimi tərəfindən sevilmədiyini düşünür. Bəzən sinifdə öz varlığı ilə yoxluğunun
bilinmədiyini düşünürlər. Çünki müəllimi yalnız yüksək nəticə göstərən şagirdlərin
üzünə gülür, yalnız onların adını hallandırır. Özümüzdən götürək, məktəbdə
rəhbərlik tərəfindən işimizin dəyərləndirilməsini gözləyirik, dəyərləndirilməyəndə
müəyyən qədər həvəsdən düşürük və ya ev xanımı əziyyət çəkib ləzzətli bir xörək
bişirəndə evdəkilərdən tərif gözləyir. Sinifdə də uşaq elədir. Müəllimindən
diqqət , sevgi gözləyir. Müəllim onun yerinə yetirdiyi hər hansı tapşırığa görə
sevinəndə uşaq da sevinir. Onun gördüyü ən xırda bir işə görə müəllimin üzündə
gülüş yaranmalıdır. İnanın ki, ən çox həvəs və özgüvən lazımdır hər bir insana ,
eləcə də şagirdlərimizə. Çünki həvəs və özgüvən olanda onsuz da hər şey yolunda
olur.

3. VALİDEYNLƏ DÜZGÜN ŞƏKİLDƏ ƏMƏKDAŞLIQ ETMƏMƏK


Adətən müəllim xırda bir problemlə qarşılaşan kimi valideyndən kömək istəməyə
can atır. Uşağın valideynini məktəbə çağırır və uşağın yanında valideynə şikayət
edir. Valideyn də uşağı danlamağa başlayır. Beləcə uşaqda müəllimə qarşı nifrət
yaranır. Normalda valideynlə əməkdaşlıq etmək belə olmur. Hər xırda problemi
valideynə demək düzgün deyil, müəllim özü çıxış yolu tapmağa üstünlük
verməlidir. Valideynlə uşağın yanlış davranışları barədə söhbət edərkən çalışmaq
lazımdır ki, uşaq bu söhbətin iştirakçısı olmasın. Uşaqda olan mənfi xüsusiyyəti
valideynə çatdıraraq onun tədbir görməsini istəmək lazım deyil, birlikdə
əməkdaşlıq edərək o problemin aradan qaldırılması yollarını axtarmaq lazımdır.
Mənfi xüsusiyyəti aradan qaldırmağın əsas yolu isə uşağı danlamaq, ona qadağalar
qoymaq deyil, həmin problemi yaradan səbəbi tapıb üzə çıxarmaqdır. Bəzən bu
problemlər diqqət , sevgi görməməkdən qaynaqlanır.

4. ONUN QARŞISINA QOYULAN PROBLEMLƏRİN HƏLLİ ONUN


ÜÇÜN ƏLÇATMAZ VƏ ÇƏTİN GÖRÜNDÜKDƏ
Sinifdəki şagirdlər hamısı eyni səviyyədə ola bilməz. Deyək ki, birində məntiqi
təfəkkür digərinə nisbətən daha çox inkişaf edib. Ancaq digər uşaqda da yaradıcılıq
imkanları daha çox ola bilər. Yəni şagirdlərimiz bir-birindən fərqlidir. Onların hər
birinə diferensial yanaşmağı bacarmalıyıq. Əgər zəif şagird çətin tapşırığı həll
etməyi bacarmayacaqsa, ona mütləq öz bacaracağı tapşırığı vermək lazımdır
ki, dərs prosesində özünün bir işə yaramadığını düşünməsin. Yerinə yetirdiyi
tapşırığa görə də müəllimindən mütləq təşəkkür eşitməlidir.

Təhsil Nazirliyi ibtidai sinif şagirdlərinə verilən ev tapşırıqları ilə bağlı


valideynlərin şikayətlərinə münasibət bildirib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov


açıqlamasında valideynlərin şikayətlərinin bir çox hallarda haqlı olduğunu
söyləyib:

“Valideynlər şikayət edirlər ki, ibtadi sinif şagirdlərini ev tapşırıqları ilə


yükləyirlər. Onlar haqlıdır. Əslində, ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı
verilməməlidir. 1-ci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir. Yuxarı
siniflərdə də ev tapşırığı elə olmalıdır ki, uşaq evə gələndə sevinclə gözləsin ki,
bir az istirahət edib, ev tapşırığını edim. Bu, ona sevinc gətirsin”.

A.Əhmədovun sözlərinə görə, şagirdlərə verilən tapşırıqlar yaradıcı olmalı, onu


həvəsləndirməlidir. Bu məsələ isə müəllimlərdən və onun məsələyə
yanaşmasından asılıdır:

“Bu, müəllimin ustalığından asılıdır. Müəllimlərimiz müasir yanaşmaları tez


öyrənməlidirlər. Bilməlidir ki, indiki dövrdə nələr tələb olunur, keçmişlə indi
arasında hansı fərqlər var, rəqabətin gücləndiyi belə bir dövrdə biz uşaqda hansı
bacarıqları formalaşdırmalıyıq ki, o, rəqabətə davamlı olsun, cibindəki təhsil
sənədi ilə cəmiyyətdə yaşaya və fəaliyyət göstərə bilsin. Təhsil problemləri də
məhz bunların həllinə yönəlməlidir. Biz buna çalışırıq. Yəni burada
əzbərçilikdən təfəkkürə keçid məsələsi var”.
A.Əhmədov qeyd edib ki, hazırda ən vacib məsələ təhsil proqramlarının düşüncə,
təfəkkür üzərində qurulmasıdır:

“Ona görə bəzən valideynlər "proqram çətindir” deyir. Amma çətin deyil. O
mənada çətin deyil ki, biz uşağın fikirləşməsi üçün çalışırıq. Əgər müəllim
cavabı hazır desə, uşaq onu kor-koranə qəbul edəcək. Əsas məsələ odur ki, uşaq
cavabı müəllimin köməyi ilə özü yavaş-yavaş tapsın. Belə olduqda bu, həm uşaqda
xoş əhval-ruhiyyə yaranır, həm də onun yaddaşında daha yaxşı qalır. Əsas məsələ
düşüncənin ön mərkəzə gətirilməsi və proqramların ona uyğunlaşdırılmasıdır.
Bəzən valideyn deyir ki, riyaziyyatdan elə məsələ veriblər ki, onu mən edə
bilmirəm. Biz məgər məsələni valideyn üçün veririk?! Əgər valideyn edə bilmirsə,
bu, o demək deyil ki, məsələ səhvdir. Ona görə də riyaziyyatı və ya başqa fənn
proqramının uyğunluq səviyyəsini valideynin səviyyəsi ilə ölçmək olmaz”.

Ev tapşırıqlarının həcmi Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin tikintisinə,


maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri,
şagird yerləri ilə təminat normativləri"nin təsdiq edilməsi haqqında Qərarı ilə
tənzimlənir:
"Bu qərarın 2.2 bəndində tədris prosesi rejiminə dair tələblər öz əksini tapıb.
Həmin tələblərdə göstərilib ki, ev tapşırıqları verildikdə, şagirdlərin onları hansı
müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır. Belə ki, bu müddətlər
1-ci sinifdə dərs ilinin ikinci yarısından etibarən — 1 saata qədər, 2-ci sinifdə —
1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə — 2 saata qədər, 5-ci və 6-cı siniflərdə —
2,5 saata qədər, 7-ci və 8-ci siniflərdə — 3 saata qədər, 9-cu və 11-ci siniflərdə —
4 saata qədər təşkil etməlidir. Bu bütün fənlər üzrə nəzərdə tutulur. Yəni, 1-ci
sinifdə təhsil alan şagirdə bütün fənlərdən ev tapşırığı elə verilməlidir ki, onların
hamısını hazırlamaq şagirdin 1 saata qədər vaxtını alsın. Bu, qayda digər siniflər
üçün də eynidir".
Aşağıda Riyaziyyat fənninə aid şagirdin icra etdiyi tapşırığa əsasən 2 cür
qiymətləndirmə öz əksini tapmışdır. Birinci şəkil ənənəvi təhsildə
qiymətləndirməni, ikincisi isə qiymətləndirmədə əks-əlaqəni ifadə edir.

Dəstəkləyici əks-əlaqə vermək üçün əvvəlcə, şagirdə tapşırığı icrası ilə bağlı
müsbət cəhətləri qeyd edin, daha sonra səhvləri və ya çatışmayan cəhətləri deyin
və şagirdi daha səmərəli iş üçün istiqamətləndirin.

Davamlı olaraq tapşırıq və fəaliyyətlərlə bağlı dəstəkləyici əks-əlaqə alan


şagirdlər:

 Onlara verilmiş qiymətlərin nəyə əsaslandığını bilirlər.


 Növbəti tapşırıq və ya fəaliyyətləri necə daha səmərəli icra edəcəklərini
bilirlər.
 Təlim nailiyyətlərini artırmağın yolunu dərk edirlər.
 Güclü və zəif tərəflərini müəyyənləşdirirlər.
 Özünü və başqalarını düzgün qiymətləndirmə bacarıqları inkişaf edir.
 Ömür boyu öyrənənlərdən olurlar.
 Öz bilik və bacarıqlarını başqaları ilə deyil, yalnız özlərinin əvvəlki
göstəriciləri ilə müqayisə edirlər.

You might also like