You are on page 1of 159

Adı: "Sevgidən doğan and—bu Əli yolu haqqı!

"
Müəllif, redaktor və korrektor: Rəhman Abdullayev.
Müəllif huquqları şəriət hökümlərinə əsasən
qorunur!
.Atam Sabir Abdullayevə ithaf edirəm
Əgər bu kitabçanin ərsəyə çataraq işığ üzü görməsində zərrə
qədər də olsa savab varsa, atamın pak ruhuna bağışlayır və Uca
Allahdan onun timsalında dini savadları olmamasına baxmayaraq
Əhli-Beyt(ə)-a fitrətdən doğan məhəbbət bəsləmiş hər bir kəsə
rəhmət eləməsini, günahlarını bağışlamasını və Cənnətlə
müjdələməsini diləyirəm!
Rəsulullah sallallahu aleyhi və alihi buyurmuşdur:

"Kim Mənim həyatımı yaşamaq, ölümümü ölmək və


Rəbbimin Mənə və`d etdiyi əbədiyyət Cənnətinə sakin
olmaq istəyirsə, Əli ibn Əbu Talibi özünə rəhbər, ağa
bilsin! O, sizi heç bir vaxt haqq yoldan—hidayətdən
çıxarmaz və heç bir vaxt zəlalətə uğratmaz!"

(Hakim Nisaburi "Mustədrək alə Əs-Sahiheyn", 3-cü cild, səh.


128.)
Mərhəmətli və Rəhmdil Allahın adı ilə!

Müqəddimə
Uzun müddətdir ki, İmam Əmir Əl-Mö`minin Əli(ə) haqda
kitab yazmağı düşünür, lakin özümü buna layiq bilmir və cür`ət
etmirdim. Bu da, mövzunun o qədər çoxşaxəli olub, O Həzrət(ə)-
ın iman, təqva, elm, şücaət və s. səciyyə və fəzilətlərini bir cilddə
cəm etməyin çətinliyi qorxusundan irəli gəlirdi. Lakin, Əmir Əl-
Mö`minin(ə)-a bəslədiyim rəğbət və sevgi səbəbilə müxtəlif
ittihamlara mə`ruz qaldığımdan və çox götür-qoy etdikdən sonra,
nəhayət ki, O Həzrət(ə)-ın kimliyini və Rəsulullah(s)-in verdiyi
müjdələr əsasında Ona bəslənilən sevginin mükafatının nədən
ibarət olduğunu—İslam aləmində mö`təbər hesab edilən
kitablarda qeyd edilmiş səhih hədislərlə—açıqlayacaq bir kitab
yazmağı qərara aldım. Bu kitabda Əli(ə)-ın müxtəlif fəzilətlərini
ayrı-ayrı başlıqlar altında deyil, söhbət əsnasında yeri gəldikcə
qeyd etməyi daha uyğun gördüm.Yazılacaq bu kitabın ərəb və fars
dillərindən tərcümə olunan kitablar külliyyatına milli düşüncə
tərzimizin məhsulu və əcnəbi dillərin tə`sirindən uzaq bir kitab
təki əlavə edilməsinə ümidvaram.
Bu kitabı yazmağa məni təhrik edən səbəblərdən biri də son
səma elçisi olan Rəsulullah(s)-dən bu dini bizə çatdıran bə`zi
insanların şəxsiyyətlərinə aydınlıq gətirmək olmuşdur. Belə ki,
dövrümüzdə yaşayaraq, istər: "Mən Rəsulullah(s)-in yolunu
gedirəm!"—söyləyənlər, istərsə də: "Mən Əli(ə) tərafdarıyam!—
deyənlər Həzrət Rəsulullah(s)-in müasirləri olmadıqlarından—
zaman müxtəlifliyinə görə—dini O Həzrət(s)-dən birbaşa əldə edə
bilmələrinin qeyri-mümkünlüyü səbəbilə səhabələrə, yaxud da
Əhli-Beyt(ə)-a müraciət etməli olurlar. Tovhiddən tutmuş, ta ən
bəsit hədislərədək dini məsələləri bizə çatdıran insanların
şəxsiyyətləri, tərcümeyi-halları, davranış və əxlaqları onların iman
və təqvaları ilə yanaşı çox mühüm əhəmiyyət kəsb edir. Məhz, bu
səbəbdən də İslamın bə`zi bariz nümayəndələrinin həyatını,
sadaladığımız bu yönləri əldə əsas tutaraq, təhlil etməyə
çalışacağıq ki, görək bu insanlar Rəsulullah(s)-in sünnəsini təbliğ
etməyə və sonrakı nəsillərə ötürməyə layiqdirlər, yoxsa, yox.
Rəsulullah(s)-in sünnəsini bu insanlardan götürməyimiz daha
doğru və məqsədəuyğun olardı, yoxsa, O Həzrət(s)-in, elə, Öz
Əhli-Beytindən?!
Hər bir bəşər övladı üçün həyatın ən mühüm ayrılmaz
hissəsi olan dini öz adı ətrafından heç bir şəkk və şübhə küləyi
əsdirməyən insanlardan götürməsi labüddür.
İslam tarixində əvəzsiz xidmətləri olmuş—iman, təqva, itaət,
abidlik və zahidlik, habelə, şücaət, elm, həlimlik, ədalət, səxavət
və bir sözlə kamillik sifətlərini özündə cəm edən—İmam Əli(ə)-ın
şəxsiyyəti daim bir qrup insanın diqqət mərkəzində olub. Bə`ziləri
O Həzrət(ə)-ın fəzilətlərini ört-basdır etdikləri bir vaxt digərləri
isə O(ə)-ı, Rəsulullah(s) ilə özləri arasındakı dini gələcək nəsillərə
ötürən vasitə qərar vermiş və fəzilətlərini yaymağa cəhd etmişlər.
Uzun illərin mütaliə və araşdırması olan bu kitabı oxucu kütləsinə
çatdırmaqda qayə ümumi səhabələr ilə Əhli-Beyt(ə) və Onlar(ə)-a
yaxın olan say-seçmə səhabələr arasında kimlərin gələcək
nəsillərə sünnənin ötürülməsində daha layiq olduğunu bəyan
etməkdir.

Kitabın həcminə qənaət etmək məqsədilə və bir də lüzum


bilmədiyimdən ayə və hədislərin orijinal mətnlərini—ərəb
variantını kitaba əlavə etməyərək, yalnız tərcümələri ilə
kifayətləndim. Bir də onu qeyd etmək istərdim ki, bu kitabı bir
tərəfli mövqedən çıxış edərək deyil, əksinə, sırf neytral şərqşünas
mövqe tutaraq qələmə aldım. Belə ki, əgər bu kitabda kimlərsə
böyük sevgi və dərin məhəbbət bəslədikləri səhabələrdən bə`ziləri
haqda xoşlamadıqları sözlərlə qarşılaşsalar, bunlar dini
təəssübkeşlikdən doğan yalan və batil ittihamlar deyil, sadəcə
olaraq dini kitablarda bu insanlara ünvanlanmış söz və hədislərdir.
Yazılmış hər bir hədisin, hər bir sözün səhih və doğruluğunda
əmin olmaq üçün haşiyələrdə qeyd olunmuş mənbələrə müraciət
edilməsini xahiş edirəm. İstifadə olunmuş qaynaqlaradan iki-üç
kitabı çıxmaq şərtilə hamısı Əhli-Sünnə qardaşlarımızın e`timad
etdikləri kitablardır.
﴾...Mənim müvəffəqiyyətim, yalnız, Allahın köməyilədir.
Mən, yalnız, Ona təvəkkül etdim və məhz, Onun hüzuruna
dönəcəyəm!﴿ ("Hud" surəsi, ayə 88.)
Giriş

Bu günümüzədək İslam dini və İslam peygəmbəri haqda


saysız-hesabsız kitablar yazılmış və yazılmaqdadı. Lakin çox
təəssüflər olsun ki, İslamın yayılmasında əvəzsiz xidmətləri olmuş
Canfədai Allah Aslanı—Əmir Əl-Mö`minin Əli(ə) haqda
yetərincə kitab yazılmamış, əksinə, İslam tarixini əks etdirən
kitablarda o həzrəti daim arxa planlarda qələmə vermişlər. Qeyri
dinlərə mənsub şəxslərin Əli(ə)-ın bir insan kimi əqidəsi uğrunda
göstərdiyi xidmətlərini yüksək qiymətləndirərək həyatının bə`zi
məqamlarını olduqca obyektiv əks etdirmələrinə baxmayaraq
"müsəlmanlar" o həzrətlə əlaqəli çox həqiqətləri gizlətmiş, tarixi
faktların üzərinə örtük çəkmişlər. Bunun başlıca səbəblərindən biri
də o həzrətin müharibələr zamanı—Məkkənin fəthindən sonra
çıxılmaz vəziyyətdə qalaraq İslamı qəbul edəcək—bə`zi şəxslərin
ata və qardaşlarını qətlə yetirməsi olmuşdur ki, sonradan
hakimiyyətə gələrək yüksək mənsəbləri tutan bu qəbil insanlar
öncə O Həzrətin Özü ilə, şəhadətindən sonra isə adı ilə mübarizə
aparmışlar. Onlar, nəinki Peygəmbər hədislərini, eləcə də Qur`an
ayələrinin təfsirini belə dəyişməyə cür`ət etməkdən
çəkinməmişdilər. Çünki bu ayə və hədislərin istisnasız bir tək
Əli(ə)-a şamil olması O Həzrətin Peyğəmbər(s)-dən sonra əvəzi
olmayan bir şəxs kimi digər səhabələrdən seçilməsinə səbəb
olacaqdi. Odur ki, Bəni-Üməyya(Əməvilər) sülaləsi tərəfindən
təməli qoyulan siyasətə görə bu hədislərə və ayələrdən bir
qisminin təfsirinə digər səhabələri də şərik etmək, o biri qisminə
gəlincə isə onları, bir növ, ümumişləklikdən çıxararaq bacardıq
qədər toxunulmazlığına şərait yaratmaq gərəkirdi. Yə`ni, xütbə
edərkən və ya kitab yazarkən elə bir mövzular seçilməli idi ki, bu
ayə və hədislərdən misal gətirilməsin. Onların bu mübarizəsi
Əli(ə)-ın tərəfdarlarından da yan keçməmişdir. Belə ki, bu
tərəfdarlardan çoxu vaxtaşırı müxtəlif tə`qib və zorakılığlara
mə`ruz qalmış, əsassız şəkildə və müxtəlif bəhanələrlə İslamın
mərkəzi olan Məkkə və Mədinədən uzaqlaşdırılmışlar. Kitabın
məzmununu nəzərə alaraq bütün bunların təfsilatına varmaq
istəməzdim. Amma girişə son olaraq onu qeyd etmək istərdim ki,
Günəşin qarşısına keçən qara buludlar onun nurunun, yalnız bir
hissəsini örtə bilər. O da ki, müvəqqəti. Daha dolğununu isə
Allah-Təala Qur`ani-Kərimdə, "Tövbə" surəsinin 32-ci ayəsində
söyləmişdir:

﴾Ağızları iıə Allahın Nurunu söndürmək istəyirlər, lakin


kafirlərin xoşuna gəlməsə belə Allah Öz nurunu, mütləq,
tamamlayacaqdır!﴿

Əli(ə)-ın fəzilətlərini gizlətməyə sə`y göstərən bu insanlara


kafirlərdən bəhs edən ayəni misal gətirməkdə qayə Peyğəmbər(s)-
dən rəvayət olunan hədisdir:

"Əli ən xeyirli, ən üstün insandır, bunu qəbul etməyən küfr


etmiş olur." 1
"Əlinin bu ümmət üzərindəki haqqı atanın öz övladı
üzərindəki haqqı kimidir." 2

Əli(ə) Allahın bir nuru idi. Onu ağızları ilə söndürməyə nə


qədər cəhd göstərdilərsə də, buna müyəssər ola bilmədilər.
Onların bu bəd niyyətləri Allahın lütfündən böyük ola bilməzdi.
Belə ki, bə`zi kitabxanalarda Əli(ə)-ın fəzilətlərinə dair ayə və
hədisləri ehtiva edən bir çox qədimi kitablar, hələ də, mövcuddur.
Əli(ə)-ın fəzilət nurunun qarşısındakı bu qara buludlar da
İmam Mehdi(ə)-ın zühuru ilə aradan qalxacaqdır.

﴾Allahı zalımların etdiyi əmməllərdən əsla xəbərsiz


sanma! Allah onların cəzasını elə bir günə yubadıb ki, həmin
gün gözlər hədəqəsindən çıxar.﴿ ("İbrahim", 42)

1
Ibn Əsakir "Tərix Mədinət Diməşq"(Beyrut çapı), 42-ci cild, səh. 372; Müttəqi Hindi "Kənz əl-Umməl",
2-ci cild, səh. 221; İbn Həcər "Lisən əl-Mizən"(Heydərabad çapı), 2-ci cild, səh 252; Xətib Bağdadi "Tərix
Bəğdəd"(Misir, Əs-Səadəh çapı), 3-cü cild, səh. 154/7-ci cild, səh. 421; Cəlaləddin Süyuti Şafi`i "Əl-
Ləəli əl-Masnuah", 1-ci cild, səh. 170.
2
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 3-cü cild, səh. 198; İbn əl-Əsir "Usud əl-Ğabəh", 3-cü cild, səh.
40; Deyləmi "Firdaus əl-Əxbər", 2-ci cild, səh. 132; Cuveyni "Fəraid əs-Sımteyn", 1-ci cild, səh 296; İbn
Məğazəli "Əl-Mənaqib", səh. 47.
﴾De ki, istədiyinizi edin! Allah, Onun Rəsulu və
mö`minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən
Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi
xəbər verəcəkdir.﴿ ("Tövbə", 105).

Bu kitabı yazmaqda məqsəd yuxarıda qeyd etdiyimiz ayə və


hədislərdən bir qismini oxucu kütləsinə çatdırmaqdır.
Kitabı dəyərincə sona yetirmək üçün Allahdan uğur
diləyirəm!

08.08.2010
Tarixə müxtəsər baxış

Bağlar və meşələr qələm, dənizlər


mürəkkəb olsa, cinlər sayar, insanlar
isə yazar olsalar, Əli ibn Əbu Talibin
fəzilətlərini hesablaya bilməyəcəklər! 1

Dünya yarandığı gündən və eləcə də axirətədək heç bir bəşər


övladına nəsib olmayan ali bir səciyyə―Müqəddəs Kə`bədə
dünyaya göz açmaq. Bəli... Bu elə bir səciyyə idi ki, bununla da
sanki Allah-Təala yeni doğulacaq bu uşağın qeyri-adi
muqəddəsliyini və bəşəriyyətə göstərəcəyi xidmətləri əyan etmək
istəyirdi.
"Müqəddəslik" anlamını "Qeyri-adi" tə`birilə ifadə etməkdə
məqsəd Allah evində dünyaya göz açmağın, hətta beş ümumbəşər
peyğəmbərdən olan İsa(ə)-a belə nəsib olmadığını vurğulamaqdır.
Belə ki, Məryəm anamız Allah evindən çıxaraq İsa(ə)-ı xurma
agacının altında dünyaya gətirmişdir. Bu hadisə Qur`ani-Kərimdə
"Məryəm" surəsinin 16-26-cı ayələrində təfsilatı ilə öz əksini
tapmışdır.
Fəzilət dolu həyat axarını əxlaq nümunələrini tamamlamaq
üçün son səmavi elçitək göndəriləcək əmisi oğlu Məhəmməd(s)-in
himayəsində keçirən Əli(ə) O(s)-in tərbiyəsindən çağlamış və
əxlaqından bəhrələnmişdir. Kiçik olmasına baxmayaraq daim
əmisi oğlunu Hira mağarasına müşayət edən Əli(ə) O(s)-in
xilqətin yaradılışına dair dərin düşüncələrə dalmasına şərik olmuş,
eləcə də möhtəşəm kainatın özbaşına və ya təsadüfən deyil, əksinə
Ali Varlığın qüdrət əli ilə yaradılmasında tam yəqinlik tapmışdır.
İnsan vücudundakı kamillik, sonsuz səmada sayrışan ulduzlar və
bir sözlə kainatdakı nizam və gözəllik bir tək Yaradanın olduğuna
sübut kimi onun canına, qanına hopmuş və beyninə nüfuz
etmişdir. Odur ki, bu müqəddəs insan bircə dəfə də olsa bütə
tapınmamış və ağlı kəsəndən bütün varlığı ilə aləmlərin Xaliqi
olan Allaha ibadət etmişdir. Heç də təsadüfi deyildir ki,

1
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", səh.143; Əllamə Kənci Şafii "Kifayət ət-Talib", 62-ci bölüm,
səh.123; Müvəffəq ibn Əhməd Xavarəzmi Hənəfi "Əl-Mənaqib", səh.18.
Məhəmməd(s)-ə peygəmbərliyin e`lan olunduğu və ilk Qur`an
ayələrinin nazil olduğu günün sabahı doqquz yaşlı Əli(ə) İslamı
qəbul edir. Beləcə Əli(ə) kişilər arasında İslamı ilk qəbul edən
şəxs kimi tarix səhifəsində özünə yer alır. Bunu Peyğəmbər(s)
müxtəlif zaman və məkanda söylədiyi hədislərdə bəyan etmişdir:

"Yeddi il mələklər bir tək Mənə və Əli ibn Əbu Talibə


salavat deyərək xeyir-dua etmişlər. Bu da ona görə ki, bu müddət
ərzində ondan savayı Mənimlə birgə namaz qılan digər bir kişi
olmamışdır."1

İmam Əmir Əl-Mö`minin Əli(ə)-ın Rəsulullah(s) ilə birgə


yeddi il namaz qılmasına dair İbn Əsakir isə özünün "Tərix
Mədinət Diməşq" kitabında Əbu Rafi`dən rəvayət etdiyi hədisdə
belə yazır: "Peyğəmbər(s) bazar ertəsi gününün əvvəli (sübhü),
Xədicə isə bazar ertəsi gününün sonu (xüftən, yatsı) namaz
qıldılar. Əli çərşənbə axşamının səhəri namaz qıldı. O(ə), hələ
Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm ilə bir kimsənin
namaz qılmasından yeddi il və bir neçə ay öncədən gizli namaz
qılmışdı." 2

Habelə, İbn Əsakir döyüşlərə Rəsulullah(s) ilə birgə çıxaraq


yaralıları müalicə edib xəstələri muayinə edən Leyla Ğifariyyədən
rəvayət etdiyi hədisində yazır:
"Rəsulullah(s) Aişəyə dedi: "Bu, insanların ilk iman gətirəni
— Əli ibn Əbu Talibdir." 3

(Əli(ə)-ın əlindən tutaraq:) "Həqiqətən, Bu, Mənə ilk iman gətirən


və Qiyamət günü Mənimlə ilk görüşəcək kəsdir. ...." 4

".... Fatimə! Allahın Sənə olan səxavətidir ki, İslamı daha


öncə qəbul edən, elmi digərlərindən daha çox olan və həlimliyi

1
İbn əl-Əsir "Usud əl-Ğabəh", 4-cü cild, səh. 103. (Buna bənzər bir hədisi hənəfi məzhəbli Zərəndi də
özünün "Nuzum Durar əs-Sımteyn" kitabında səh. 82-də qeyd etmişdir).
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 28.
3
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 44.
4
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh 923; Təbərani "Əl-Mucəm əl-Kəbir", 6-cı cild, səh. 269.
digərlərindən daha əzəmətli olan biri ilə Sənə ailə həyatı
qurdurub..." 1

"Sizlərdən hovuz başına ilk yetişən İslamı ilk qəbul edən—


Əli ibn Əbu Talib olacaq!" 2

Hənəfi məzhəbli Zərəndi "Nuzum Durar Əs-Sımteyn"


kitabında Əfif Kindinin dilindən, Şafii məzhəbli Məhəmməd ibn
Talha isə "Mətalib Əs-Su`ul Fi Mənaqib Əəl Ər-Rəsul(ə)"
kitabında Yəhya ibn Əfifdən rəvayət etdiyi hədisdə yazırlar:
"Abbas mənim dostum idi və hər dəfə (Məkkəyə
gəldiyimdə) onun evində qalırdım. Məkkəyə gəlmişdim və onun
yanında qalırdım. Günorta vaxtı Kə`bə evi yaxınlığında idim və
Kə`bəyə tamaşa edirdim. Birdən haradansa gənc bir kişi xeylağı
gəldi və səmaya nəzər saldıqdan sonra üzü Kə`bəyə durdu. Çox
keçmədi ki, bir oğlan uşağı da gəlib onun sağında durdu. Daha
sonra bir qadın gəlib onların arxasında durdu. Gənc (rüku halında)
əyildi. Oğlan və qadın da (rüku halında) əyildilər. Gənc qalxdıqda
oğlan və qadın da qalxdı. Gənc səcdə etdi və oğlanla qadın da
səcdə etdilər. (Abbasa) dedim: "Qəribə və əzəmətli bir işdir".
Cavab olaraq dedi: "Qəribə və əzəmətli bir işdir. Bilirsənmi bu
gənc kimdir?!" Dedim: "Xeyr!" Dedi: "Bu, qardaşımın oğlu—
Abdullahın oğlu Məhəmməddır. Bəs, bu oğlanın kim olduğunu
bilirsən?!" Dedim: "Xeyr." Söylədi ki: "Bu da qardaşımın oğlu—
Əbu Talibin oğlu Əlidir. Bəs, bu qadının kim olduğunu bilirsən?!"
Dedim: "Xeyr." Cavab verdi: "Bu, Onun (Məhəmmədin) həyat
yoldaşı Xuveylid qızı Xədicədir. Həqiqətən, bu qardaş oğlum
mənə e`taqad bəslədiyi bu dini göylər və Yerin Rəbbi olan
Rəbbinin ona əmr etdiyini söyləmişdir. Allaha and olsun ki, bütün
Yer üzündə bu üç nəfərdən savayı bu dinə e`tiqad edən bir kimsə
yoxdur." 3 (Əfif Kindi İslam dinini qəbul edib dərinliklərinə
vardıqdan sonra deyərdi: "Kaş ki, onların dördüncüsü mən
olardım.") 4
1
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", səh. 93; Müvəffəq ibn Əhməd Xəvarəzmi "Əl-Mənaqib", səh.
111; İbn Əbulfəth Ərbili "Kəşf əl-Ğimmə", 1-ci cild, səh. 151.
2
Mühibbiddin Təbəri "Zəxəir əl-Uqbə", səh. 65; Müttəqi Hindi "Kənz əl-Umməl", 6-cı cild, səh. 154;
Hakim Nisapuri "Mustədrək alə-s-Sahiheyn("Əl-Mustədrək")", 3-cü cild, səh. 136.
3
Məhəmməd ibn Talha Şafii "Mətalib əs-Su`ul fi Mənaqib Əəl ər-Rəsul(ə)", səh. 65; İbn Əsakir "Tərix
Mədinət Diməşq", 42-ci cild, səh. 35.
4
Hənəfi Zərəndi "Nuzum Durar əs-Sımteyn", səh. 85.
Uca və Qadir Allahın, hətta dünyaya göz açmasını belə
bütün Adəm övladlarından fərqləndirdiyi, risalət nurunun
tərbiyəsindən qaynaqlanan və kiçik yaşlarından İslamı qəbul
edərək gələcəkdə onu daha da rövnəqləndirəcəyinə imza atan Əli
ibn Əbu Talib(ə)-ın bütün həyatı fəzilət çeşməsi idi. Onun nəinki,
Rəsulullah(s)-in əmisi oğlu olması, eləcə də, Allah yolunda və
İslamın yayılaraq geniş vüs`ət alması uğrunda göstərdiyi
xidmətləri, döyüş meydanlarındakı şücaəti, elmi, şə`ninə, yalnız
mədh ayələrinin nazil olması, Peyğəmbərin gözünün ağı-qarası
bircə qızı—dünya və axirət qadınlarının xanımı Fatimə(yi)-
Zəhra(s.ə.) ilə evliliyi bir çoxlarının Ona həsəd aparmalarına, hətta
düşmən kəsilmələrinə belə səbəb olmuşdur. Bu insanlar tarix boyu
Onun şə`nini kiçiltməyə çalışmış, fəzilətlərini və mədhinə deyilən
hədisləri və eləcə də nazil olan ayələri digərlərinin adına qələmə
vermişlər. Onlar, elə bil:—"Təki, Əli ibn Əbu Talibin adı
olmasın!"—prinsipinə xidmət etmiş və sanki, addımbaaddım onu
izləyərək nöqsan tutmağa çalışmışlar. Dəfələrlə Ondan
Rəsulullah(s)-ə şikayət etmələrinə baxmayaraq hər dəfə O
Həzrət(s) Əli ibn Əbu Talib(ə)-ı müdafiə edərək Onun haqlı
olduğunu bildirmişdi:

"Nə istəyirsiniz Əlidən?! Nə istəyirsiniz Əlidən?! Nə istəyirsiniz


Əlidən?!(Üç dəfə). Həqiqətən, Əli Məndən və Mən də Ondanam.
O, hər bir mö`minin Məndən sonrakı vəlisi, ağasıdır." 1

"Ey Əmr! Allaha and olsun ki, sən Məni incitdin!"


(Əmr ibn Şə`s Əsləmi cavab verərək deyir:)" Səni incitməkdən
Allaha pənah aparıram, ey Allahın Rəsulu!" Peygəmbər(s)
buyurur:
"Bəli... Əlini incidən Məni incitmiş olur!" 2

(Bir qrup insan Əli ibn Əbu Talib(ə)-dan Rəsulullah(s)-ə şikayət


edir və O(s), xütbə edərək buyurur:

1
Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 632("Kitəb əl-Mənaqib" bölümündə Əli ibn Əbu Talib(ə)-ın
fəzilətləri).
2
Hakim Nisapuri "Əl-Mustədrək", 3-cü cild, səh. 122.
"Ey insanlar! Əlidən şikayət etməyin! Allaha and olsun ki, O,
Allah yolunda və Allah əmrlərini həyata keçirməkdə çox sərt və
acımasızdır." 1

.....(Bureydə bin Hasıb Əsləmiyə xitabən):


"Əliyə qarşı bədgümanlı olma! Həqiqətən, O, Məndən və Mən də
Ondanam. O, Məndən sonrakı vəliniz, ağanızdır!" 2

...Peygəmbər(s) qəzəbli halda Bərra ibn Azibə deyir:


"Allahı və Rəsulunu sevən, eləcə də Allahın və Rəsulunun sevdiyi
bir kişidən nə istəyirsən?!".... 3

Bunlara bənzər başqa bir hədisi də Tirmizi öz "Sünən"-ində,


Əhməd İbn Hənbəl öz "Musnəd"-ində, Nisə`i öz "Xəsa`is"-ində,
Hakim Nisapuri öz "Mustədrək"-ində və s.-ləri qeyd etmişlər. Bu
hədisdə deyilir:
"Rəsulullah(s) (döyüşlərdən birinə) ordu göndərir və bu
orduya rəhbərliyi Əli ibn Əbu Talib(ə)-a həvalə edir. O(ə),
qoşunla hərəkətə başlayır. (Döyüş başa çatdıqdan sonra Əli(ə)) bir
cariyə ələ keçirir. Bu, bir çoxlarının xoşuna gəlmir. Rəsulullah(s)-
in səhabələrindən dördü öz aralarında razılığa gələrək deyirlər:
"Rəsulullah(s)-in yanına çatdıqda Əlinin etdiklərini Ona xəbər
verərik!"
(Müsəlmanlar səfərdən qayıtdıqda ilk öncə Rəsulullah(s)-in
yanına gələr, Onunla görüşdükdən sonra isə evlərinə
dağılışardılar).
Ordu yetişdikdə (hamı) Rəsulullah(s)-i salamlayır. Dörd
nəfərdən biri (Rəsulullah(s)-in yanına gələrək Əli(ə)-ın etdiklərini
sadaladıqdan sonra) deyir: "Əli ibn Əbu Talibin nə etdiyini
görmürsənmi?!" Rəsulullah ondan üzünü döndərir. Sonra ikinci
gələrək onun (birincinin) söylədiklərinin eynisini söyləyir.
(Rəsulullah(s)) ondan da üzünü çevirir. Daha sonra üçüncü də
gələrək eyni sözü deyir və (O Həzrət(s)) ondan da üzünü çevirir.
Dördüncü də eyni sözü dedikdə Rəsulullah(s) üzündə qəzəbi
sezilən bir şəkildə onlara tərəf gələrək buyurur:
1
Hakim Nisapuri "Əl-Mustədrək", 3-cü cild, səh. 134.
2
İbn Kəsir "Əl-Bidəyə va ən-Nihəyəh", 7-ci cild, səh. 356.
3
Tirmizi "Əs-Sunən", 5-ci cild, səh. 296("Kitəb əl-Mənaqib" bölümündə Əli ibn Əbu Talib(ə)-ın
fəzilətləri).
"Nə istəyirsiniz Əlidən?! Nə istəyirsiniz Əlidən?! Nə
istəyirsiniz Əlidən?! Həqiqətən, Əli Məndən və Mən də Ondanam!
O, hər bir mö`minin Məndən sonrakı vəlisi, ağasıdır!" 1

Buna bənzər hallar vaxtaşırı baş vermış və hər dəfə bir


mö`min müdaxilə edərək Əhli-Beyt(ə)-ın haqqını müdafiə
etmişdir. İbn Əsakir "Tərix Mədinət Diməşq" kitabında yazır:
"İbrahim Qarazıdan nəql olunur ki, Muxtarın evində
oturmuşduq və Zeyd ibn Ərqəm də bizimlə idi. Əlidən söhbət
salıb arxasınca danışdılar. Zeyd yerindən sıçrayıb dedi: "Siz necə
insanlarsınız?! Allaha and olsun ki, siz hamıdan yeddi il öncə
namaz qılmış bir kişinin arxasınca danışırsınız!" 2

Peyğəmbər(s) Əli(ə)-ın şə`ninə dair nə söyləmiş oldusa da


belə, O(s)-in söylədikləri, heç də, həmin insanların qəlblərindəki
kin-küdurət və nifrət hissini söndürmədi və bu hiss getdikcə daha
da alovlandı.

"Ya Əli, əgər Sən olmasaydın, Məndən sonra kimin mö`min


olması bilinməzdi." 3

Rəsulullah(s)-in dünyasını dəyişməsindən sonra bu hədis


Əli(ə)-ı münafiqlərin tanınmasında bir me`yara çevirir. Hətta,
səhabələrdən bə`ziləri bunu açıq-aşkar qeyd etmişlər:

Cabir ibn Abdullah Ənsaridən Əli(ə) haqda soruşurlar və o,


cavab verərək deyir:—"Əli ən xeyirli insanlardan idi. Biz
münafiqləri, yalnız, ona olan nifrətləri ilə tanıyardıq." 4

Əbu Sə`id Xudri demişdir: "Biz münafiqləri Əli İbn Əbu


Talibə nifrət bəsləmələrindən tanıyırdıq." 5
1
Tirmizi "Sunən Ət-Tirmizi"; 5-ci cild, səh. 296; Əhməd ibn Hənbəl, "Musnəd Əhməd", 4-cü cild, səh.
437/5-ci cild, səh. 356; Əbu Yə`alə "Musnəd Əbi Yələ", 1-ci cild, səh. 293; Hakim Nisapuri "Əl-
Mustədrək", 3-cü cild, səh. 110; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğa", 4-cü cild, səh. 83.
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 38.
3
Müttəqi Hindi "Kənz əl-Umməl", 13-cü cild, səh. 152.
4
İmam Əhməd ibn Hənbəl "Əl-Fadail", 2-ci cild, səh. 671.
5
Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 296("Kitəb əl-Mənaqib" bölümündə Əli ibn Əbu Talib(ə)-ın
fəzilətləri).
Əbu Dərda demişdir: "Biz Ənsarlar münafiqləri Əli İbn Əbu
Talibə nifrət bəsləmələrindın tanıyardıq." 1

Eyni məzmunda hədis Əbu Zərrdən və Zeyd ibn Ərqəmdən


də rəvayət olunmuşdur. 2

Uca və Qadir Allahın izni ilə qeybdən xəbərdar olan


Rəsulullah(s) Allah və Onun Rəsulunun əmrlərinə tabe olmayan
və tapşırıqlarına məhəl belə qoymayan bu varlıqların—
münafiqlərin öz şəxsi qərəzlərinə görə törədəcəklərinin
müqabilində biganə qala bilməzdi. O(s), Özündən sonra ümmətə
kimin rəhbərlik etməli olduğuna dair aşkar Qur`an ayələrinin
olması ilə yanaşı söylədiyi hədislərdə də bunu dönə-dönə
vurğulamış və vəfatından sonra fitnə baş verəcəyinə dair
müsəlmanları xəbərdar etmişdir. Habelə, bə`zi səhabələr də
Peyğəmbər(s)-in onlara fitnə gözlənildiyini və gözlənilən bu fitnə
zamanı necə davranmalarının gərəkdiyini söyləməsini
açıqlamışlar:

"Məndən sonra fitnə olacaq! Bunun baş verəcəyi təqdirdə


Əli ibn Əbu Talibdən ayrılmayın! Həqiqətən, O, Qiyamət günü
Məni ilk görəcək və Mənimlə ilk görüşəcək şəxsdir!...." 3

Əbu Rafi` demişdir: "Rəbəzədə ikən Əbu Zərr ilə


vidalaşmaq üçün yanına gəldim. Getmək istərkən mənə və
yanımda olan insanlara söylədi: "Fitnə olacaq. Allahdan qorxun!
Sizə müdrük ahıldan—Əli ibn Əbu Talibdən bərk yapışmağı
nəsihət edirəm. Ondan ayrılmayın! Həqiqətən, mən Rəsulullah(s)-
in Ona: -"Sən Mənə ilk iman gətirən və Qiyamət günü Mənimlə ilk
görüşəcək şəxssən. Sən ən böyük doğru danışansan, Sən haqqı
batildən ayıransan, ...!" - deyə buyurduğunu eşitmişəm." 4

1
Cərullah Zəməxşəri "Əl-Kəşşaf ", 3-cü cild, səh. 537.
2
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 6-cı cild, səh. 296; Nisə`i "Xəsais Əmir Əl-Muminin", səh. 37.
3
İbn Həcər Əsqəlani "Əl-İsabə", 7-ci cild, səh. 354; Hafiz Zəhəbi "Mizən əl-İtidəl", 1-ci cild, səh. 339;
İbn Həcər Əsqəlani "Lisən əl-Mizən", 1-ci cild, səh. 357.
4
İbn Əbulhədid Mö`təzili "Şərh Nəhc əl-Bələğə", 13-cü cild, səh. 228.
Sözü gedən bu fitnənin təməli, heç də Peyğəmbər(s)-in
dünyasını dəyişməsindən uzun müddət sonra yaşamış insanlar,
yaxud da qeyri din və e`tiqadlara mənsub şəxslər tərəfindən deyil,
məhz, O Həzrət(s)-in müasirləri olmuş və mübarək simasını
görərək söhbətini dinləmiş bir qrup üzdəniraq "səhabələr"
tərəfindən qoyulmuşdur. Onlar öz çirkin məqsədlərinə çatmaq
üçün ruhu bədənindən yenicə ayrılaraq mübarək cəsədi hələ
soyumamış, Allahın Sevimlisi—Məhəmməd(s)-ə qarşı laqeyd
münasibət bəsləyib soyuqqanlılıqla kənardə xəlifə seçkisi üçün
toplanırlar. Peyğəmbər(s)-in cənazəsi başında isə, yalnız azsaylı
sadiq səhabələr qalır.1 O üzdəniraqların belə bir mövqedən çıxış
etmələri, əlbəttə ki, qərəzli idi. Çünki ölüm yatağında olan
Peyğəmbər(s)-in söylədikləri və hadisələrin onların təxmin
etdiklərindən fərqli bir şəkildə silsiləvari cərəyanı bu insanları
belə davranmağa sövq edir. O dönəmdə baş verənlərə ani bir baxış
keçirək:
Vida həccindən və "Dinin kamala yetməsi ayəsi" kimi
tanınan "Maidə" surəsinin 3-cü ayəsinin nazil olmasından sonra
müsəlmanlar Peyğəmbər(s) tərəfindən ilahi vəzifənin layiqincə
sona çatdırıldığını anlayırlar. Həccdən qayıdarkən etdiyi xütbədə
əcəlinin yaxınlaşdığını söyləyən Rəsulullah(s) çox keçmir ki,
xəstələnərək yatağa düşür və vəziyyəti getdikcə ağırlaşır. Artıq
hamı O Həzrət(s)-lə son günləri yaşadıqlarını dərk edirlər. Bu
arada O(s), heç bir kəsin gözləmədiyi bir addımı atır—Ənsar və
Mühacirlərdən hamıya bir nəfər kimi 17 yaşlı Usamə ibn Zeydin
komandanlığı altında rumlularla müharibəyə getmələrini əmr edir.
Usamənin ordusuna qoşulacaq insanlar arasında Ənsar və
Mühacirlərin ən bariz nümayəndələri olan Əbu Bəkr, Ömər, Əbu
Übeydə ibn Cərrah, Sə`d ibn Vaqqas, Səid ibn Zeyd, Qutadə ibn
Nu`man da var idi. 2 Lakin uzaq Şam torpaqlarına ediləcək
yürüşün nə qədər sürəcəyindən, eləcə də kimin qətlə yetirilib
kimin sağ qayıdacağından və qayıdarkən də Rəsulullah(s)-in
dünyasını dəyişərək ümmətə rəhbərlik başında Əli İbn Əbu
1
Məs`udi "Ət-Tənbih va əl-İşraf" kitabının 325-ci səhifəsində ("Əbu Bəkrin xilafəti" bölümündə)
yazır:-"....Əli, Abbas və mühacirlərdən bir qismi isə Peyğəmbər(s)-in cənazəsinin hazırlanması və dəfni ilə
məşğul idilər. Bu, Peyğəmbər(s)-in dünyasını dəyişməsindən sonra müsəlmanlar arasında baş vermiş ilk
parçalanma oldu."
2
İbn Həcər Əsqəlani "Fəth əl-Bari fi Şərh əl-Buxari", 8-ci cild, səh. 124. İbn Sə`d "Ət-Tabəqat əl-Kubra",
2-ci cild, səh. 190; İbn Əl-Əsir "Əl-Kəmil fi ət-Tərix", 2-ci cild, səh. 316.
Talib(ə)-ı görəcəklərindən bir narahatlıq hissi keçirən münafiqlər
Usamə ibn Zeydin yaşının azlığını və döyüş səriştəsi olmadığını
söyləyərək əmrdən yayınırlar. Sanki, Rəsulullah(s) onun yaşının
azlığından və döyüş təcrübəsindən xəbərsiz idi. Onların Əli(ə)-a
qarşı keçirdikləri narahatlıqları isə ﴾Yaxın qohumlarını
xəbərdar et!﴿ 1 ayəsinin nazil olmasından e`tibarən Vida
həccinədək, habelə, Qədir-Xumda və eləcə də Mədinəyə
döndükdən sonra şə`ninə deyilən hədislər səbəbindən doğmuşdur.
Şama yürüş etməkdən yayınma xəbəri Rəsulullah(s)-ə
çatdıqda qəzəblənərək xəstə və halsız olmasına baxmayaraq
Abbas ibn Abdulmüttəlib(r.a.) və Əli ibn Əbu Talib(ə)-ın
köməkliyi ilə başı sarıqlı vəziyyətdə məscidə gəlib xütbə edir. 2
Söylədiklərindən biri də bu olur ki, -"Ay camaat! Usaməni ordu
başçısı tə`yin etdiyim üçün sizin bə`zilərinizdən Mənə yetişən bu
nə sözdür belə?! Əgər onu başçı tə`yin etməyimə tə`nə
vurursunuzsa, öncə də onun atasını başçı tə`yin etdiyimdə tə`nə
vurmuşdunuz..... Usamənin ordusundan yayınana Allahın lə`nəti
olsun!" 3

Amma onlar dünyaya bağlılıqları səbəbilə Allahın lə`nətini


qazanmağı üstün tuturlar. Çünki Usamənin ordusundan yayınaraq
yürüşə çıxmamaq istənilən an dünyasını dəyişmə ehtimalı olan
Peyğəmbər(s)-dən sonra onlara planlarını həyata keçirmək üçün
şərait yaradacaqdı. Axirətlərini dünyalarına satan bu "insanlar"
haqda Rəsulullah(s) buyurmuşdur:

"Sizlər ayağıyalın və çılpaq vəziyyətdə məhşər ayağına


çəkiləcəksiniz. Qiyamət günü cisminə örtük çəkiləcək ilk şəxs
İbrahim olacaq. Həqiqətən, səhabələrimdən bir qrupunu
Cəhənnəmə atacaqlar. Mən: - "Səhabələrim, səhabələrim" -
deyəcəyəm və Mənə xitab olunacaq ki:-" Sən onları tərk etdiyin
andan onlar dindən çıxmışlar..." (Bə`zi qaynaqlarda isə cüz`i söz

1
"Şüara" surəsi, 214-cü ayə.
2
Məhəmməd ibn Sə`d "Ət-Tabəqat Əl-Kubra", 2-ci cild, səh.190
3
Şəhristani "Əl-Miləl və ən-Nihal", 1-ci cild, səh. 23(Misir çapı); İbn Əbulhədid Mö`təzili "Şərh Nəhc Əl-
Bələğə", 6-cı cild, səh .52.
fərqi ilə belə qeyd olunmuşdur:) "Məgər Sən bilmirsən ki, onlar
Səndən sonra dinə nə yeniliklər gətirmişlər..." 1

Amma Usamənin ordusuna qoşulmamaqda bundan artıq


yubanmaq olmazdı. Çünki, əks təqdirdə, üzdə Peygəmbər(s)-in ən
yaxın səhabələri kimi tanınıb sonradan isə ardıcılları hesab edilən
bu insanların iç üzləri açılaraq həqiqətləri aşkar olacaq və adları
tarix səhifəsində münafiqlər siyahısında hallanacaqdı. Odur ki, bu
iki yoldan birini seçmək gərəkirdi:
1. Orduya qoşularaq yürüşə çıxmaq,
2. Mədinədə qalaraq Peyğəmbər(s)-in lə`nətini öz üzərinə
götürmək.
Lakin bu yollardan heç biri münafiqlərin mənafelərinə xidmət
etmirdi. Elə isə nə etməli?!

Rəsulullah(s)-in həyat yoldaşlarından biri demişdir:

"Xəstə yatarkən biz Ona (Peyğəmbər(s)-ə) içirtdik 2 və O[s],


bizə "(Mənə heç nə) İçirtməyin!"- deyə işarə edirdi." 3

Bu hədisi oxuyarkən belə bir sual meydana çıxır:


"Görəsən, Allahın maarifləndirdiyi və me`rac zamanı heç bir bəşər
övladına nəsib olmayan və olmayacaq bir mərhələyə—göyün
yeddinci qatınadək yüksəltdiyi Peyğəmbərinin xəstəyə dərmanın
xeyri olduğunu bilməməsi nə dərəcədə məntiqə sığır?! Yoxsa, O
Həzrət(s) bu "insanlar"-ın növbəti xəbis bir plan qurduqlarını
güman etmişdi?!"
Son cümlədə "növbəti xəbis bir plan" yazmaqda məqsəd,
hələ, qabaqlar da Peyğəmbər(s)-ə qarşı bir neçə dəfə sui-qəsd
hazırlandığına işarə etməkdir. Belə ki, ilk sui-qəsd son səma
elçisinin kimin belindən törəyəcəyini çox gözəl bilən yəhudilər
tərəfindən həyata keçirilmişdir. Öz dini kitablarındakı müjdələrə
əsasən son peyğəmbərin dünyaya gələcəyi anın yaxınlaşdığını
1
Buxari "Səhih əl-Buxari", 4-cü cild, (Kitəb Bəd əl-Xəlq) bölümü, səh. 110; Mülim Nisaburi "Sahih
Muslim", 7-ci cild ("İsbət haud nəbiyyinə") bölümü, səh. 68; Hakim Nisaburi "Əl-Mustədrək", 2-ci cild,
səh. 447; Heysəmi "Məcmə əz-Zəvaid", 10-cu cild, səh. 365.
2
Orijinal mətndə işlədilən "LƏDƏDNƏ" fe`li "LƏDDƏ" kökündən olub halsız və ya huşunu itirmiş
insana çənəsini aralayaraq maye içirtmək mə`nasını daşıyır.
3
Buxari "Sahih əl-Buxari", 7-ci cild, ("Kitəb ət-Tıbb") bölümü, səh. 17; Tirmizi "Sunən ət-Tirmizi", 4-cü
cild, səh. 340; Hakim Nisaburi "Əl-Mustədrək", 4-cü cild, səh. 202.
dərk edən yəhudilər Onun atası Abdullahı aradan götürürlər.
İndiyədək onun nə zaman, harada və hansı şəraitdə dünyasını
dəyişməsi müəmma olaraq qalır. Bir tək onu söylədilər ki, səfər
zamanı xəstələnib öldü. Amma, Allahın sonsuz mərhəmətindən və
təqdirindən Son Elçinin rüşeymi, artıq, ana bətnində inkişafda idi.
Ona hər bir an xətər yetirilə biləcəyini hələ kiçik yaşlarında
ikən qəyyumluğunda olduğu əmisi Əbu Talib(ə) ilə Şama səfərə
çıxdıqlarında rastlaşdıqları Buheyra adlı bir rahib də söyləmişdi.
Buheyra bunu Onun qeyri-adi bir uşaq olduğunun, kürəyində
peyğəmbərlik nişanəsinin və başı üzərində isə bir buludun daim
hərəkətdə olaraq Onu Günəşin şüalarından qoruyaraq kölgədə
saxladığının şahidi olduqdan sonra bildirmişdi. Digər sui-
qəsdlərdən biri Xeybər qalası alındıqdan sonra baş verdi. Belə ki,
yəhudi bir qadın(Zeynəb bint Haris) qızardılmış qoç ətinə zəhər
qatmaqla Peyğəmbər(s)-i öldürmək istəmişdi. Yenə də
Rəsulullah(s) ilahi mö`cüzə sayəsində sağ qalmışdı. Elə də olmalı
idi. Çünki, O(s), Allahın seçdiyi idi, Sevimlisi idi və Uca Yaradan
da təkallahlığı tərənnüm edən dinlərinin sonuncusunun Yer
üzərində bərqərar olması üçün şərait yaradaraq Onu qorumalı idi.
Peyğəmbər(s)-ə neçə dəfə sui-qəsd olunduğunu bir tək Allah bilir.
Sui-qəsd cinayətkarların öz məramlarına yetmələri üçün ən
asan zalım vasitədir. Növbəti sui-qəsd isə "Təbuk" döyüşündən
qayıdarkən Şam ilə Hicaz arasında yerləşən bir dağın sıldırımında
—"Əqəbə" adlanan yerdə baş vermişdi. Bu sui-qəsdin
öncəkilərdən fərqi ondan ibarət olmuşdu ki, bu dəfə
Peyğəmbər(s)-ə qıyanlar yəhudilər deyil, İslam cildinə girmiş
münafiqlər olmuşdular. Belə ki, onlar Rəsulullah(s)-i dağın
sıldırımından itələyib atmaqla həyatına son qoymağı
planlaşdırmış, Allah da Öz Elçisini onların bu planından agah edib
sə`ylərini puça çıxarmışdı. Bu haqda Heysəmi özünün "Məcmə
Əz-Zəva`id" kitabında yazır:
"Sılə ibn Zufr dedi: "Huzeyfədən(Huzeyfə ibn Yəmandan):
─(Ey Huzeyfə!) necə oldu ki, sən münafiqlərin məsələsindən agah
oldun? Axı, Rəsulullah(s)-in səhabələrindən bir kimsə, hətta Əbu
Bəkr və Ömər radıya Allahu anhumə belə, onlardan xəbərsiz
idilər."-deyə soruşduq.
Cavab verərək dedi:
─(Əqəbə günü) Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin
arxasınca yürüyürdüm. O(s), miniyinin üzərində yatmışdı. Birdən
insanlardan kiminsə: "Əgər Onu miniyindən itələyib atsaq, boynu
qırılar və canımız da dincələrdi!"-söylədiklərini eşitdim.
Rəsulullah(s) ilə onların arasına keçib Qur`an oxuyaraq səsimi
yüksəltməyə başladım. Rəsulullah sallallahu aleyhi [və alihi] və
səlləm oyanaraq soruşdu:
─Kimdir o?
Cavab verdim:
─Huzeyfədir.
Bir daha soruşdu:
─Bəs, onlar kimlərdir?
Cavab verdim:
─Filankəs, filankəs, (ta ki, onların hamısını bircə-bircə adları ilə
sadaladım).
O(s), yenə soruşdu:
─Nə söylədiklərini eşitdinmi?!
Cavab verdim:
─Bəli. Məhz, ona görə də onlarla Sənin arana keçdim.
O(s), buyurdu:
─Həqiqətən, filankəs, filankəs (onların hamısını bircə-bircə adları
ilə sadaladı) münafiqlərdir. Məbadə, bir kəsə xəbər verəsən!
(Heysəmi "Məcmə Əz-Zəva`id", 1-ci cild, səh. 109).

Bu hadisə haqda Təbərani özünün "Əl-Mucəm Əl-Ausat",


habelə, Heysəmi özünün "Məcmə Əz-Zəva`id" kitablarında
yazırlar:
Huzeyfədən rəvayət olunur: "(Əqəbə günü) Rəsulullah
sallallahu aleyhi [və alihi] və səlləmin dəvəsinin yüyənindən tutub
dəvəni sürür, Əmmar (bin Yasir) isə onu istiqamətləndirir, hərdən
də mən dəvəni istiqamətləndirir, Əmmar isə yüyənindən tutub
sürürdü. Birdən on iki üzü bağlı kişi ilə üzləşdik.
O(Rəsulullah(s)), dedi: "Bunlar Qiyamət gününədək
münafiqlərdir!" Soruşduq: "Ya Rəsulullah! Onlardan hər birinin
üzərinə adam göndərib öldürtməyəcəksənmi?!" Cavab verərək
buyurdu: "İnsanların:—Məhəmməd Öz səhabələrini öldürür!—
söyləmələrindən ehtiyat edirəm".
(Təbərani "Əl-Mucəm Əl-Ausat", 8-ci cild, səh. 103; Heysəmi
"Məcmə Əz-Zəva`id", 1-ci cild, səh. 109.)
Adlarını qeyd etdiyimiz bu kitablarda yazılanları oxuyarkən
aydın olur ki, "Əqəbə"-də Rəsulullah(s)-ə sui-qəsd hazırlayanlar,
məhz, O Həzrət(s)-in Öz səhabələri olmuş və onlara qarşı hər
hansı bir tədbir görməkdə O Həzrət(s)-i qorxudan isə digər dinlərə
mənsub olanların və eləcə də, İslama meyl göstərən insanların:
"Məhəmməd öncə İslamı təbliğ edərək yayır, sonra da Öz
yaxınlarını öldürtür!"-söyləmələri ehtimalı olmuşdur. Çünki, digər
dinlərə mənsub insanlar bu sui-qəsdçilərin iç üzlərini bilmir,
zahirən isə onların Peyğəmbər(s)-in səhabələri olduqlarını
görürdülər.
Aləmlərə mərhəmət olaraq göndərilən Rəsulullah(s)-in
kimin nifaq əhli olduğunu çox gözəl bilməsinə baxmayaraq O(s),
bu "insanlar"ın kimliyini heç bir vaxt açıqlamadı. Onların özləri
isə hər bir an kimliklərinin açıqlanması xofu ilə yaşadılar. Necə ki,
Uca Yaradan "Tövbə" surəsinin 64-cü ayəsində buyurmuşdu:
﴾Münafiqlər ürəklərində olanı xəbər verəcək bir surənin
nazil edilməsindən çəkinir, ehtiyat edirlər. De ki: "Siz istehza
etməyinizdə olun! Həqiqətən, Allah qorxub-çəkindiyiniz şeyi
üzə çıxaracaqdır."﴿
Məhz, bu qəbildən olan səhabələr haqda Peyğəmbər(s)
buyurmuşdur: "Həqiqətən, səhabələrimdən elələri vardır ki,
dünyamı dəyişdikdən sonra heç bir vaxt, nə Mən onları görəcək,
nə də onlar Məni görəcəklər!" 1
"Əqəbə"də münafiqləri görüb tanıdıqdan və Rəsulullah(s)-
in: "Məbadə, bir kəsə xəbər verəsən!"-söyləməsindən sonra
Huzeyfə ibn Yəman səhabələrin arasında "Peyğəmbər(s) sirrini
saxlayan" adını aldı. 2 Rəsulullah(s) münafiqləri bir tək Huzeyfə
ibn Yəmana tanıtdı 3 və o da münafiqlərin adlarını gizli saxladı.
Huzeyfənin bu adları gizli saxlamasının səbəbi Rəsulullah(s)-in

1
İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 6-cı cild, səh. 298; Heysəmi "Məcmə` Əl-Zəvaid", 1-ci cild,
səh. 112; İbn Əsakir "Tərix Mədinət Diməşq", 44-cü cild, səh. 307; İbn Abdulbırr "Əl-İstii`ab", 2-ci cild,
səh. 849.
2
Buxari "Sahih əl-Buxari", 4-cü cild, səh. 215("Mənaqib əl-Muhəcirin va fadluhum" bölümü); İbn Həcər
"Fəth əl-Bari", 7-ci cild, səh. 73; Ayni "ʻUmdət əl-Qari", 2-ci cild, səh. 12/ 16-cı cild, səh. 236; Zəhəbi
"Siyər Əʻaləm ən-Nubələ`", 2-ci cild, səh. 362.
3
İbn Həcər "Fəth Əl-Bari", 13-cü cild, səh. 31; Ayni "ʻUmdət Əl-Qari", 22-ci cild, səh. 262; Tabərani "
Əl-Muʻcəm əl-Kəbir", 6-cı cild, səh. 214.
ona: "Məbadə, bir kəsə xəbər verəsən!"-buyurması olmuşdur ki,
özü də e`tiraf edərək demişdir: "Əgər çay qırağında olub bütün
bildiklərimi sizə danışaraq (içmək üçün) əlimi suya salsam, əlimi
ağzıma aparmazdan öncə qətlə yetirilərəm." 1
Demək ki, münafiqlərdən birinin adı hallansaydı,
Huzeyfənin qətl fərmanı qaçılmaz olacaqdı. Elə isə, necə oldu?!
Münafiqlərin kimliyi bilinmədimi?! Bu sirr Huzeyfənin özü ilə
torpağa basdırıldı?! Yoxsa...
Səhabələrdən bə`ziləri münafiqləri birisi vəfat etdikdə
Huzeyfə ibn Yəmanın onun cənazə namazında iştirak edib-
etməməsindən ayırd edərdilər. Çünki, "Tövbə" surəsinin 84-cü
ayəsində Allah-Təala münafiqlər üçün cənazə namazının
qılınmasını və onların qəbirləri üzərində durulmasını qadağan
etmişdi.
Maraq doğuran hallardan biri də İbn Həzəm Əndəlusinin
"Əl-Muhallə" kitabında qeyd etdikləridir. O, yazır:
"Huzeyfənin hədisinə gəlincə, bu hədis Vəlid ibn Cumey`,
yə`ni Malik, tərəfindən rəvayət olunduğuna görə e`tibarsızdır. Biz
onun hansı hədisin qondarma olduğunu bilmədiyini görürük. O,
Əbu Bəkr, Ömər, Osman, Təlha, Sə`d ibn Əbu Vəqqas (radıya
Allahu anhum)-un Peyğəmbər(sallallahu aleyhi [və alihi] və
səlləm)-i Təbukda sıldırımdan yuvarlandırmaqla öldürmək
istədiklərini söyləyən xəbərlər də rəvayət etmişdi. Bu da Allah-
Təalanın (hədisi) qondaran şəxsə tə`nə vurduğu qondarma yalanın
özüdür ki, var! Bununla da bu hədisə bağlılıq və istinad e`tibardan
düşmüşdür və həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!.." 2
İbn Həzəm Əndəlusinin "Əl-Muhallə" kitabından Vəlid ibn
Cumey`in adları çəkilən səhabələr haqda nə söylədiyi bəlli oldu. O
ki, qaldı Vəlid ibn Cumey`in şəxsiyyətinə, e`tibarlı olub-
olmamasına, buna dair aparılan araşdırmanın nəticəsini hədis
alimlərinin dilindən oxuculara çatdırırıq:
İbn Həcər Əsqəlani demişdir:
"Kufədə yaşamış Məkkəli Vəlid ibn Cumey` Zuhri çox doğru
danışandır." 3

1
İbn Əsakir "Tərix Mədinət Diməşq", 12-ci cild, səh. 289; Müttəqi Hindi "Kənz əl-Umməl", 13-cü cild,
səh. 345; Zəhəbi "Mizən Əl-İ`tidəl", 3-cü cild, səh. 575.
2
İbn Həzəm Əndəlusi "Əl-Muhallə", 11-ci cild, səh. 224.
3
İbn Həcər Əsqəlani "Təqrib ət-Təhzib", 2-ci cild, səh. 286.
Habelə, Abdulrəhman ibn Qudamə özünün "Əş-Şərh Əl-
Kəbir" kitabında (1-ci cild, səh. 390-da) İbn Hibban və Yəhya ibn
Mu`inin Vəlid ibn Cumey`i e`tibarlı hesab etdiklərini yazmışdir.
İbn Hibbanın "Əs-Siqat" kitabında Vəlid ibn Cumey`i
e`tibarlı hesab etməsini Zeylə`i də "Nasb ər-Ra`yə" kitabında (2-ci
cild, səh. 40-da) qeyd etmişdir.
Əhməd ibn Hənbəl də özünün "Musnəd Əhməd" kitabının
müxtəlif cildlərində Vəlid ibn Cumey`dən bir neçə hədis rəvayət
etmişdir.
Hakim Nisaburi də özünün "Əl-Mustədrək" kitabında (1-ci
cild, səh. 203; 2-ci cild, səh. 367 və 4-cü cild səh. 485-də) Vəlid
ibn Cumey`dən hədislər rəvayət etmiş və bu hədisləri səhih isnadlı
hədislər adlandırmışdı.
Yəhya ibn Mu`in də "Tərix ibn Muin" kitabında (səh. 222-
də) onun e`tibarlı olduğunu yazmışdır.
Razi özünün "Əl-Cərh və Ət-Tədil" kitabında Vəlid haqda
söylənilənləri qeyd edərək yazır:
"Əhməd ibn Məhəmməd ibn Hənbəl yazmışdır:-"Vəlid ibn
Cumey` irad tutulası adam deyildir!"
"Yəhya ibn Mu`in demişdir:-"Vəlid ibn Cumey` e`tibarlı
birisidir!"
Abdulrəhman atasından Vəlid ibn Cumey` haqda
soruşulduğunu və onun da:-"Hədisi saleh olan birisidir!"-deyə
cavab verdiyini rəvayət etmişdi." 1

Daha çox maraq doğuran hallardan biri də Ömərin özünün


"Əqəbə" münafiqlərindən olub olmaması haqda dəfələrlə
Huzeyfədən soruşması olmuşdur. Necə ki, bu haqda kitablarda
yazılır:
"Ömər Huzeyfədən soruşardı:—"Ey Huzeyfə! Səni and
verirəm Allaha, mən onlardanammı?!" 2
İbn Həzəm özünün "Əl-Muhallə" kitabında yazır:

1
Razi "Əl-Cərh va ət-Tədil", 9-cu cild, səh. 8.
2
İbn Həcər "Fəth əl-Bari", 8-ci cild, səh. 486; Qurtubi "Təfsir əl-Qurtubi", 1-ci cild, səh. 200; Əbu
Həyyan Əndəlusi "Təfsir əl-Bəhr əl-Muhit", 5-ci cild, səh. 82; Heysəmi "Məcmə əl-Zəvaid", 3-cü cild,
səh. 42; İbn Kəsir "Əl-Bidəyə va ən-Nihəyə", 5-ci cild, səh. 25.
Huzeyfə dedi:-Münafiqlərdən biri öldü və cənazə namazına
getmədim. O, onlardan(yə`ni Əqəbə münafiqlərindən) idi. Ömər
soruşdu:-Mən də onlardanam?" 3
Huzeyfənin Ömərə verdiyi cavab, əlbəttə ki, bəllidir! Axı,
Rəsulullah(s) ona:-"Məbadə, bir kəsə xəbər verəsən!"-buyuraraq
göstəriş vermiş və o da hər hansı bir adın hallanmasının özü üçün
nə qədər təhlükəli olacağını dərk edərək:—"Əgər çay qırağında
olub bütün bildiklərimi sizə danışaraq (içmək üçün) əlimi suya
salsam, əlimi ağzıma aparmazdan öncə qətlə yetirilərəm."-
demişdi.
Digər bə`zi kitablarda isə Huzeyfədən rəvayət olunur:
Mən məsciddə oturmuşdum və Ömər ibn Xəttab yanıma
gələrək:—"Huzeyfə! Filankəs, artıq, öldü. Gedək sən də (cənazə
mərasimində) iştirak et!"—dedi və yoluna davam etdi. Məsciddən
çıxar-çıxmaz üzünü çevirdi və məni yerimdə oturaraq qaldığımı
görüb getmək niyyətində olmadığımı anladı. O, yanıma geri
dönüb soruşdu:—"Ey Huzeyfə! Səni and verirəm Allaha, mən də
o qövmdənəmmi?!" Cavab verərək dedim: "Allaha and olsun ki,
xeyr və Xeyr! Səndən sonra heç kimə bəraət qazandırmayacağam.
Ömərin gözlərinin hədəqəsindən çıxdığını gördüm." 2
Hədis kitablarında o səhabənin adının gizlədilərək
"Filankəs" kimi qələmə verilməsi, eləcə də, Ömərin gözlərinin
hədəqəsindən çıxması onun kimlər üçünsə nə qədər əhəmiyyətli
olmasından xəbər verir. Şübhəsiz ki, bu hədisdə "Filankəs" kimi
qələmə verilən bu insan, sanki, mə`sum imiş kimi çoxlarının
haqlarında danışmağa cür`ət etmədikləri insanlardan biridir.
Bu günümüzədək istər əhli-sünnə, istərsə də vəhhabi təbliğ
telekanallarında və məsciddlərində olunan xütbələrdə Ömərin:
—"Ey Huzeyfə! Səni and verirəm Allaha, mən
onlardanammı?!"—deyə soruşduğu sualını onun fəziləti və
imanının zirvəsi kimi qiymətləndirirlər. Amma, bu sual özlüyündə
heç də şübhə doğurmaya bilməz! Onu, habelə, Ömərin öz adının
hallanıb-hallanmamasında xofa düşməsi kimi də anlamaq olar.
Çünki, onun verdiyi bu sual qeybə və yaxud da, hər hansı bir şər`i
məsələyə aid deyil, onun özü ilə əlaqəli idi. İnsanın da nə zaman
3
İbn Həzəm Əndəlusi "Əl-Muhallə", 11-ci cild, səh. 221/225.
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 12-ci cild, səh. 276; Müttəqi Hindi "Kənz əl-Umməl", 1-ci cild, səh.
369.
və harada olmasını, eləcə də, qəlbinin dərinliklərində gizlətdiyini
(Allah istisna olmaqla) onun özündən yaxşı bilən olmaz!
Daha doğru olanını Allah bilir!

Yenidən Rəsulullah(s)-in dünyasını dəyişməsindən bəhs


etdiyimiz, həyat yoldaşlarından birinin:-"Xəstə yatarkən biz Ona
içirtdik.."-söylədiyi mərhələyə dönüş alaq:
"Huşu özünə qayıtdıqdan sonra:- "Məgər, Mənə nəsə
içirtməyinizi qadağan etmədimmi?!" 1- deyə buyurur.
Demək, onlar mənafelərinə daha çox xidmət edəcək fərqli
bir yol seçmişdilər. Bu yolla həm yürüşdən yayınacaq, həm də
Peyğəmbər lə`nətini öz üzərilərinə götürməməkdə digər
müsəlmanlar tərəfindən bəra`ət qazanacaqdılar. Amma
Rəsulullah(s)-in vücudunda gözlənilməz bir şəkildə qızdırmanın
şiddətlənməsi və güclü başağrısının yaranması O Həzrətin
zəhərlənməsindən xəbər verirdi. Buna necə don geydiriləcəkdi?!
Onlar bunu Xeybər qalası alındıqdan sonra bir yəhudi
qadın(Zeynəb bint Haris) tərəfindən Peyğəmbər(s)-ə təqdim
olunan qızardılmış zəhərli qoç ətinin öz tə`sirini biruzə verməsi
kimi qələmə verdilər.
Bu hadisəni özündə əks etdirən tarix və hədis kitablarına
nəzər salsaq, orada qızardılmış qoç ətinin özünün zəhərli
olduğunu Peyğəmbər(s)-ə bildirməsini görərik. 2 Bəli.. Bu ilahi
bir mö`cüzə idi. Lakin niyə görə bu mö`cüzə Peyğəmbər(s)-in əti
dadmasından öncə baş vermədi?! Yaxud da ki, Allahın Sevimlisi
olan Rəsulunun zəhərli əti yeyib mə`dəsinə ötürdükdən sonra bu
qızardılmış ətin Ona özünün zəhərli olduğunu bildırməsi kimi
mö`cüzənin nə mə`nası olacaqdı?! Həqiqətə uyğun olanı İbn
Hişamın qeyd etdiyi kimi Rəsulullah(s)-in bu ətdən
dadmamasıdır.3
Bir də ki, Xeybərin alınması hicrətin yeddinci ili baş
vermişdi. Rəsulullah(s)-in dünyasını dəyişməsi isə hisrətin on
birinci ilinə təsadüf edir. O Həzrət(s)-in bu ətdən dadmasını fərz

1
İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 6-cı cild, səh. 298; Heysəmi "Məcmə əl-Zəvaid", 1-ci cild,
səh. 112; İbn Əsakir "Tərix Mədinət Diməşq", 44-cü cild, səh. 307; İbn Abdulbırr "Əl-İstiab", 2-ci cild,
səh. 849.
2
İbn Sə`d "Ət-Tabəqat əl-Kubra", 2-ci cild, səh. 201; Heysəmi "Məcmə Əz-Zəvaid", 8-ci cild, səh. 296.
3
İbn Hişam "Əs-sira ən-Nəbəviyyə", 3-cü cild, səh. 801.
etsək, zəhərin dörd il sonra öz tə`sirini göstərməsi hansı məntiqə
sığır?!
Nəticə e`tibarı ilə Peyğəmbər(s)-ə içirtdikləri dərman deyil,
zəhər olmuşdur. 1 Bunun bir gerçək olduğunu Peyğəmbər(s)-in
huşunu itirməzdən öncə onlara dönə-dönə:-"Mənə heç nə
içirtməyin!"-deyə israr etməsindən və eləcə də, huşu Özünə
qayıtdıqdan bilavasitə sonra atdığı addımdan anlamaq olar. Belə
ki, huşu Özünə qayıdan O Həzrət(s) əmr və tapşırıqlarının həyata
keçirilmədiyini, əksinə Özünə qarşı sui-qəsd olunduğunu və
qarşısında çox az bir zaman qaldığını görüncə münafiqlərin
hesaba almadıqları bir başqa göstəriş verir. O(s), vəsiyyət yazmaq
üçün mürəkkəblə kağız istəyir:

Mənə mürəkkəblə kağız gətirin! Sizin üçün elə bir şey


yazacağam ki, Məndən sonra, əsla yolunuzu azmayacaqsınız!"

Peyğəmbər(s) dünyasını dəyişərkən yanında münafiiqlərin


olmaması üçün hamıya rumlularla müharibəyə getmələrini əmr
etdi, onlar isə itaətdən boyun qaçırdılar, sonra əmrə tabe
olmayacaq şəxsləri lə`nətlədi, onlar isə O Həzrətin Özünə(s) sui-
qəsd etdilər, indi də vəsiyyətini yazmaq istəyir. Vəsiyyətin
məzmununun təxminən nədən ibarət olduğunu anlayan bu
insanlar, görən, onun yazılmasına imkan verəcəkdilərmi?! Əsla...
Çünki bu vəsiyyət yazılsaydı, onda Peyğəmbər(s)-in dünyasını
dəyişməsindən sonra həyata keçirməyi planlaşdırdıqları hər bir
şeyin önünə səd çəkiləcəkdi. Odur ki, onlar Peyğəmbər(s)-in
qaydına qalırmış kimi Ona əziyyət olmasın deyə:-"O,
sayıqlayır(bə`zi mənbələrdə isə-"Ağrıları Ona güc gəlir"). Qur`an
əlinizdədir, Allahın kitabı bizə yetər!"-söyləyirlər.
Bu hadisənin ardıcıllıqla necə baş verdiyini əks etdirən hədis
kitablarına nəzər salaq:

İbn Abbas (Peyğəmbər(s)-in dünyasını dəyişdiyi) cümə


axşamı gününü xatırlayıb göz yaşlarını axıdaraq dedi:

1
Hakim Nisaburi özünün "Əl-Mustədrək" kitabının 3-cü cild, səh.59 və 64-də yazır:
Davud ibn Yezid Avdi demişdir:
Mən Şa`binin:-"Allaha and olsun ki, Rəsulullah(s)-i zəhərlədilər!...."-dediyini eşitdim."
"Rəsulullah(s):-"Mənə mürəkkəblə kağız gətirin! Sizin üçün
elə bir yazı yazacağam ki, Məndən sonra, əsla yolunuzu
azmayacaqsınız!"-deyə buyurdu. Onlar isə cavabında:-"Həqiqətən,
Rəsulullah(s) sayıqlayır. Qur`an əlinizdədir, Allahın kitabı bizə
yetər!"-söylədilər. 1

"Rəsulullah(s) ölüm ayağında ikən evdə(yanında) kişilər var


idi. Ömər ibn Xəttab da onların arasında idi. Peyğəmbər(s)
dedi:-"Gəlin sizin üçün elə bir yazı yazım ki, ondan sonra
yolunuzu azmayasınız!" Ömər dedi:-"Artıq ağrıları Peyğəmbərə
güc gəldi. Qur`an əlinizdədir, Allahın kitabı bizə yetər!" Evdə
olan insanlar arasında fikir ayrılığı yaranır. Kimisi:-"Gətirin! Qoy
Peygəmbər(s) heç bir zaman yolunuzu azmamağınız üçün
yazsın!"-deyir, kimisi də Ömərin dediyini təsdiqləyirdi....". 2
Yaranmış bu səs-küydən və itaətsizlik mənzərəsindən narahat olan
Peyğəmbər(s) hamıya otağı tərk etmələrini əmr edərək pak və
müqəddəs ruhunu tapşırır. 3

Beləliklə, Kainatın Ağası, Allahın Sevimlisi, başqa bir sözlə


desək, vəsfində dillərin aciz olduğu—Rəsulullah(s) vəsiyyətini
yazmadan dünyasını dəyişdi. İbn Abbas həmin o günü
Rəsulullah(s)-lə yazacağı vəsiyyət arasına sədd, maneə çəkilən
"Bədbəxtlik" adlandırmışdı.
Görəsən, Peyğəmbər(s) üçün "Sayıqlayır" deyərkən, Ömər
Allah-Təalanın:
﴾Sizin yoldaşınız(Məhəmməd(s)) nə haqq yoldan sapmış,
nə də azmışdır. O havadan(keyfi istəyəni) danışmır. O, ancaq
nazil olan vəhydir.﴿ 4
﴾Həqiqətən, o, çox möhtəşəm bir elçinin sözüdür. O, şair sözü
deyildir! Nə az inanırsınız! O, kahin sözü də deyildir. Nə az
düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən nazil

1
Muslim "Sahih Muslim", 5-ci cild, səh. 86("Kitəb əl-Vasiyyəh" bölümü); Buxari "Sahih Əl-Buxari", 5-ci
cild, səh. 137("Marad ən-Nəbiyy" bölümü); Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 1-ci cild, səh 355.
2
Buxari "Sahih əl-Buxari", 7-ci cild, səh. 9("Əl-Marda va ət-Tıbb" bölümü).
3
Muslim "Sahih Muslim", 3-cü cild("Kitəb əl-Vasıyyəh" bölümü), 22-ci hədis.
4
"Ən-Nəcm" surəsi, ayə. 2-4.
edilmişdir﴿ 1 - buyurduğunu bilmirdimi?! Bəlkə, doğrudan da
özünün e`tiraf etdiyi kimi Qur`andan xəbəri olmayıb?! 2
Yoxsa, həqiqətən, O Həzrət(s)-in qaydına qalmaq istəyib?!
Əgər belədirsə, onda niyə görə "Qur`an əlinizdədir, Allahın
kitabı bizə yetər!"-ifadəsini işlədib?! Çünki, bu ifadə:-"Ya
Rəsulallah! Qur`an bizə bəs eləyir də, Sənin vəsiyyətinə
ehtiyacımız yoxdur!"-anlamına gəlir.
Buna aydınlıq gətirmək heç də çətin olmayacaq. Belə ki, bir
daha tarixə müraciət edək! Zəhəbi özünün "Təzkirat əl-Hifaz"
kitabında yazır:
"Siddiq (Əbu Bəkri nəzərdə tutur) Peyğəmbərlərinin
vəfatından sonra insanları bir yerə yığaraq deyir:-"Həqiqətən, siz
Rəsulullah(s)-dən eyni məzmunu daşıyan hədisləri biri
digərinizdən fərqli şəkildə söyləyirsiniz. Sizdən sonra insanlar
daha böyük ixtilafda olurlar. Bir daha Rəsulullahdan bir şey
söyləməyin! Sizdən kimsə nəsə soruşsa, deyin ki,-"Bizimlə sizin
aranızda Allah kitabı vardır". Habelə, onun(Allah kitabının)
halalına halal, haramına da haram deyin!" 3
Rəsulullah(s)-in ilk xəlifəsi kimi tanınan Əbu Bəkrin xilafət
başına keçməsindən sonra verdiyi ilk sərəncamlardan biri də hədis
deyilməsinə qadağa qoyması oldu. Əgər, bə`zi insanların sənəd
baxımından zəif hədisləri misal gətirərək hədislərin yazıya
alınmasının Peyğəmbər(s) tərəfindən qadağan edildiyini iddia
etmələri həqiqət olsaydı, onda, Əbu Bəkrin:-"Sizdən sonra
insanlar daha böyük ixtilafda olurlar"- söyləməsi deyil, şəriət
mənbəyi olan Rəsulullah(s)-in bunu qadağan etdiyini söyləməsi
daha məqsədəuyğun olardı. Sonrası da, əgər bu hədislərin sənəd
baxımından zəif olmadığını təsəvvür etsək, məzmun baxımından
orada hədislərin şifahi nəqlinin deyil, yazıya alınmasının qadağan
olunduğundan bəhs edilir. Əbu Bəkrin qoyduğu qadağada
isə:-"Bir daha Rəsulullahdan bir şey söyləməyin!"-deyilirdi.
1
"Əl-Haqqa" surəsi, ayə. 40-43.
2
İbn Kəsir "Əs-Sira ən-Nəbəviyyə" kitabının 4-cildinin 482-ci səhifəsində yazır:
"(Rəsulullah(s)-in dünyasını dəyişməsindən sonra Əbu Bəkr etdiyi xütbəsində deyir):
Uca Allah buyurmuşdur:
﴾Məhəmməd bir elçidir. Ondan öncə də elçilər olmuşdur...﴿(Ali İmran-144)".
Ömər soruşur:
"Qur`anda belə bir ayə var?! Allaha and olsun ki, bu günədək belə bir ayənin nazil olduğunu
bilmirdim...."
3
Zəhəbi "Təzkirat əl-Hifaz", 1-ci cild, səh. 2("Əbu Bəkr" bölümü).
Görəsən Uca və Qadir Allahın bəşəriyyəti hidayət etmək
üçün göndərdiyi Rəsulunun hədisləri, doğrudan da, insanlar
arasında ixtilafa səbəb olurdu, yoxsa ...?
Əbu Bəkrin (istər yazılı, istərsə də şifahi şəkildə) hədislərin
yayılmasına qadağa qoyması onun tarixdə ilk dəfə Ömər
tərəfindən yüksələn "Allahın kitabı bizə yetər!"- şüarı ilə
həmrə`y olmasından irəli gəlirdi.
Bu hal eynilə digər xəlifələrin hakimiyyəti dövründə də
davam etmiş, ikinci xəlifə Ömərin dönəmində isə daha qabarıq
şəkil almışdı. Belə ki, hədis söyləmələrinə görə, hətta,
səhabələrdən bə`ziləri həbs olunmuş, bə`ziləri də ev dustağına
çevrilmişlər. Ibn Sə`d özünün "Ət-Tabəqat Əl-Kubra" kitabında
yazır:
"Ömər ibn Xəttabın hakimiyyəti dövründə (yazılı) hədislərin
sayı artır və o, insanlara bu hədislərin toplanmasına dair göstəriş
verir. Hədisləri toplayıb Ömərə gətirdikdən sonra yandırılmasını
əmr edir." 1
Zəhəbi "Təzkirat Əl-Hıfaz" kitabında yazır:
"Ömər üç nəfəri—İbn Məs`udu, Əbu Dərdanı və Əbu
Məs`ud Ənsarini həbs edərək:-"Peyğəmbər hədislərini çox
söyləməyə başladınız."-deyir." 2
Müttəqi Hindi "Kənz əl-Ummal" kitabında Abdulrəhman ibn
Ovfdan rəvayət edərək yazır:
"Ömər hələ sağ ikən Rəsulullah(s)-in səhabələrindən
Abdullah ibn Hüzeyfəni, Əbu Dərdanı, Əbu Zərri və Üqbə ibn
Amiri çağırtmaq üçün arxalarınca bölgələrə adam göndərir.
(Onları cəm etdikdən sonra) deyir:-"Ucqarlarda Rəsulullahdan
yaydığınız bu nə hədislərdir belə?" Soruşurlar:-"Bizə qadağanmı
edirsən?!" Cavab verərək deyir:-"Xeyr. Yanımda qalacaqsınız!
Allaha and olsun ki, nə qədər sağam, yanımdan
ayrılmayacaqsınız! Biz sizdən (nəyi) alıb, sizə (necə) cavab
verməyi bilirik."
O(Ömər), ölənədək ondan ayrılmadılar." 3
İbn Abdulbırr öz kitabında Abdullah ibn Ömərdən rəvayət
edərək yazır:
1
İbn Sə`d "Ət-Tabəqat əl-Kubra", 5-ci cild, səh. 187(Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin tərcümeyi-
hali bölümü).
2
Zəhəbi "Təzkirat əl-Hifaz", 1-ci cild, səh. 7(Ömər ibn Xəttabın tərcümeyi-halı).
3
Müttəqi Hindi "Kənz əl-Umməl", 5-ci cild, səh. 239.
"Rəsulullah(s)-dən eşitdiyim hər bir şeyi əzbərləməm üçün
qeyd edərək yazırdım. Qureyş bunu mənə qadağan etdi.
Soruşdular:-"Eşitdiyin hər bir şeyi yazıyamı alırsan? Halbuki,
Rəsulullah adi hallarda və eləcə də, qəzəbli olarkən danışır." Bir
daha hədis yazmadım. Bunu Rəsulullah(s)-ə bildirdiyimdə
barmağı ilə ağzina işarə edib dedi:-"Yaz! Varlığıma sahib
olana(Allaha) and olsun ki, buradan, yalnız, haqq söz çıxır!" 1

Beləliklə də, qeyd etdiyimiz bu hədislərdən bə`zilərində


adları çəkilən, bə`zilərində isə Qureyş kimi qələmə verilən
insanların istər şifahi, istərsə də yazılı hədislərə qadağa
qoymalarında şər`i hökmə istinad etmədiklərinin şahidi oluruq.
Şər`i hökmün olmadığı təqdirdə, şəxsi mənafenin olması
qaçılmazdir.

Bu məqamda haşiyə çıxaraq bir həqiqəti qeyd etmək yerinə


düşərdi: "Vəhhabilik", başqa adla desək, "Sələfilik" əqidəsinə
e`tiqad edən insanların: "Tarix və hədisdən, yaxud da tarix və
hədis kitablarından sitat gətirməyin! Onu da mənim və sənin kimi
bir insan yazib... Qur`anda belə bir şey var?!"-söyləmələri, məhz,
Ömərin yüksəltdiyi "Qur`an əlinizdədir, Allahın kitabı bizə
yetər!"- şüarından qaynaqlanır!

Nə çox həqiqətləri özündə cəm edən və eləcə də, elmi


kəşflərin əsası ola biləcək nə qədər hədisin yaddaş səhifəsindən
silindiyini, yaxud da yandırılaraq yox edildiyini, yalnız, bir tək
Allah bilir. Bəlkə də, bütün bunlar həmin hədislərdə Əhli-Beyt(ə)-
in fəzilətlərinin və digər səhabələrdən üstünlüyünün əks
etdirilməsi səbəbindən irəli gəlmişdir.
Amma bütün bu qeyd etdiklərimizlə yanaşı Rəsulullah(s)-in
bə`zi sadiq səhabələri o zamanki qanunverici orqan olan
xəlifələrin haqsız qadağalarını gözə alaraq hədisləri yazıya
almışlar. Məhz, bu insanların sayəsində Əhli-Beyt(ə)-ın, xüsusilə
də, Əli ibn Əbu Talib(ə)-ın elminə, şücaətinə, dühasına və s.-ə aid
hədislər qorunub saxlanılmışdır.

1
İbn Abdulbırr "Cəmi Bəyan əl-İlm və Fadlihi", 1-ci cild, səh. 81.
Müttəqi Hindi özünün "Kənz Əl-Umməl" kitabında, İbn
Əsakir özünün "Tərix Mədinət Diməşq" kitabında, Zəhəbi özünün
"Mizən Əl-İ`tidəl" kitabında, İbn Həcər özünün "Lisən Əl-Mizən"
kitabında və s.-ləri Əbu Tufeyl Amir ibn Vasilədən rəvayət edərək
yazırlar:
"(Osman ibn Əffanın xəlifə seçkisində) şura günü qapının
ağzında idim. Birdən səslər yüksəldi və onların arasından Əlinin
səsini eşitdim. O, deyirdi:-"İnsanlar Əbu Bəkrə bey`ət etdilər.
Amma Allaha and olsun ki, bu bey`ətə mənim ondan daha çox
haqqım var idi və bey`ətə Mən ondan daha cox layiq idim.
İnsanların küfrə qayıdaraq bir-birilərinin boynunu qılıncdan
keçirmələrindən qorxub susdum və vəziyyətlə barışdım. Sonra isə
Ömərə bey`ət etdilər. Allaha and olsun ki, yenə bu bey`ətə Mənim
ondan daha çox haqqım var idi və bey`ətə Mən ondan da daha çox
layiq idim. Bu dəfə də insanların küfrə qayıdaraq bir-birilərinin
boynunu qılıncdan keçirmələrindən qorxub susdum və vəziyyətlə
barışdım. İndi isə Osmana bey`ət etmək istəyirsiniz. Yenə də
susub vəziyyətlə barışacağam. Ömər Məni şura üzvlərindən
altıncısı olacağım beş nəfərə əlavə edib. O, xeyir və yararlılıqda
Mənim onlardan üstün olduğumu qəbul etmir. Bu insanlar da
Mənim onlardan üstünlüyümü qəbul etmirlər. Sanki, bizim
hamımız (fəzilət baxımından) eyniyik. Allaha and olsun ki, əgər
Mən danışmaq istəsəm, istər ərəbləri, istərsə də əcəmləri, istər
(İslama) əhdi olanları, istərsə də müşrikləri səciyyələrimdən biri
müqabilində belə bir söz deyə bilməzlər....." 1

Digər kitablara nəzər salsaq, xəlifə seçkisi zamanı Əli(ə)-ın


sevincinin həddi-hüdudu olmadığının, hətta, Əbu Bəkrə bey`ət
etmək üçün qaçaraq gələrkən sevincindən əbasını belə evdə
unutduğunun yazıldığını görərik. 2 Demək, onlar öz əməllərinə
don geydirmək üçün Əli(ə)-ın adından da sui-istifadə etmişlər.
Çünki, Əli(ə)-ın atdığı hər bir addım, gördüyü hər bir iş
tərəfdarları tərəfindən müzakirə edilmədən e`tirazsız qəbul edilmiş
və ediləcəkdir. Bu da ona görədir ki, Əli(ə) tərəfdarları
Rəsulullah(s)-dən rəvayət olunan: "Ey Əli! Məndən sonra
1
Müttəqi Hindi "Kənz əl-Umməl", 5-ci cild, səh. 724("Osman ibn Əffanın xilafəti" bölümü); İbn Əsakir
"Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 434; Zəhəbi "Mizən əl-İtidəl", 1-ci cild, səh. 442;
İbn Həcər "Lisən əl-Mizən", 2-ci cild, səh. 157.
2
İbn Əl-Əsir "Əl-Kəmil fi-t-Tərix", 2-ci cild, səh. 326. Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 448.
ümmətim üçün ixtilafda olacaqları məsələlərə Sən aydınlıq
gətirəcəksən!" 1—söylədiyi hədisini digər hədislər sırasında
özlərinə şüar götürmüşlər.

Rəsulullah(s)-in dünyasını dəyişdiyi andan sonrakı hadisələri


əks etdirən kitablara ümumi nəzər salsaq, orada bir çox təzadların
olduğunu görərik. Həqiqətdə isə hadisələr tam başqa bir şəkildə
cərəyan etmişdi. Əbu Bəkrə olunan bey`əti Ömərin fitnə
adlandırması,2 azyaşlı İmam Hüseyn(ə)-ın minbərdə xütbə edən
Ömərə: -"Düş atamın minbərindən!"-deməsi3, ilk xəlifə seçkisində
Ənsarların:-"Biz Əlidən qeyrisinə bey`ət etməyəcəyik!"4-
söyləmələri, Ömərin Əbu Bəkrə bey`ət üçün hazırladıqları planın
pozulmasından qorxduğunu e`tiraf etməsi,5 eləcə də, onun Sə`d
ibn Ubadəyə:-"Səni elə əzərəm ki, bədən üzvlərin parça-tikə
olar!"-deməsi6, Əli(ə)-dan bey`ət almaları üçün Ömərin
Fatimə(s.ə)-nın evinin ətrafına odun yığıb evi yandırmaq istəməsi7
və s. və s. həqiqətin bir hissəsini təşkil edir.

1
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 387; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild,
səh. 122; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 615; Hakim Haskani "Şəvahid ət-Tənzil", 1-ci
cild, səh. 383-ün haşiyəsi; İbn Hibban "Kitəb Əl-Məcruhin", 1-ci cild, səh. 380.
2
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 1-ci cild, səh. 55; İbn Kəsir "Əs-sira ən-Nəbəviyyə", 4-cü cil, səh.
487; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 446; İbn Əbulhədid Mö`təzili "Şərh Nəhc əl-Bələğəh", 2-ci
cild, səh. 26; İbn Hişam "Əs-Sira ən-Nəbəviyyə", 4-cü cild, səh. 1073; İbn Əl-Əsir "Əl-Kəmil fi ət-Tərix",
2-ci cild, səh. 327. Bu kitablarda Ömərin xütbə edərkən:- "Heç bir kəsə Əbu Bəkrə olunan bey`ət fitnə
idi."-söyləməsi qürur verməsin! Həqiqətən də, elə idi. Lakin Allah bizi onun (bu fitnənin) şərrindən
qorudu!.. "-deməsi yazılır.
3
Müttəqi Hindi "Kənz əl-Umməl" kitabının 13-cü cild, səh. 654-də, eləcə də, İbn Əbulfəth Ərbili "Kəşf
əl-Ğimmə" kitabının 2-ci cild, səh. 42-də yazırlar:
"Ömər ibn Xəttab minbərdə xütbə edirdi. (Kiçik yaşlı)Hüseyn ibn Əli ona yaxinlaşıb dedi: "Düş atamın
minbərindən!" Ömər isə Ona cavab olaraq dedi: "Sənin atanın minbəridir, düzdür! Mənim atamın minbəri
deyil!"
4
Ibn Əl-Əsir "Əl-Kəmil fi ət-Tərix" kitbının 2-ci cildi səh. 325-də yazır:
"Ənsarlar, yaxud da ənsarlardan bə`ziləri: "Biz Əlidən qeyrisinə bey`ət etməyəcəyik!"-dedilər; Təbəri
"Tərix ət-Tabəri", 2-ci cild, səh. 443.
5
Təbəri özünün "Tarix" kitabının 2-ci cildində(səh. 447/459), eləcə də, İbn Əl-Əsir özünün "Əl-Kəmil fi
ət-Tərix" kitabının 2-ci cildində(səh. 328) yazırlar:
"(Ömər ibn Xəttab xütbəsində demişdir):-".... Allaha and olsun ki, biz Əbu Bəkrin bey`ətindən daha böyük
bir şey yaşamamışdıq. Camaatın bizimlə razılaşmayacağı təqdirdə bu bey`ətin baş tutmayacağından və
digər birinə bey`ət olunacağından qorxduq. ...Əsləmin bir qrup insanla gəldiyini gördüyümdə bey`ətdə
qələbə çaldığımıza əmin oldum."
6
Bundan öncəki qaynaq, səh. 459-da yazılır:"(Xəlifə seçkisində) Ömər Sə`d ibn Ubadənin başının üstünü
kəsdirib deyir:
-"Səni elə əzərəm ki, bədən üzvlərin parça-tikə olar."
Sə`d Ömərin saqqalından yapışıb deyir:
"Allaha and olsun ki, əgər saçımın bir tükünə toxunsan, burdan sağ çıxmazsan!"
7
Təbəri"Tərix ət-Tabəri", 2-ci cild, səh. 443; İbn Quteybə "Əl-İməmə va əs-Siyəsə", 1-ci cild, səh. 19.
Ömərin Əli(ə)-dan bey`ət almaq üçün Xanım Zəhra(s.ə.)-nın
evinin ətrafına odun yığıb evi yandırmaq istəməsi haqda Təbəri
özünün "Tərix Ət-Tabəri" kitabında (2-ci cild, səh. 443-də) yazır:
"..Ömər ibn Xəttab Əlinin evinə gəldi. Təlha, Zubeyr və
Mühacirlərdən bir qrupu da orda (evdə) idilər. Ömər dedi:
"Mütləq bey`ət üçün çıxacaqsınız, yoxsa, Allaha and olsun ki, evi
yandıracağam!..."

Bu barədə danışarkən İbn Quteybə isə özünün "Əl-İməmə va


Əs-Siyəsə" kitabında (1-ci cild, səh. 19-da) yazır:
"Əbu Bəkr radıya Allahu anhu bey`ətdən yayınan bir qrup
insanın Əli kərrəm Allahu vachəhunun evinə sığındıqlarını bildi
və onların üzərinə Öməri göndərdi. (Ömər) gəlib onları (evdən
çıxmağa) çağırdı. Onlar Əlinin evində idilər və çıxmaqdan imtina
etdilər. (Ömər) odun gətirilməsini əmr etdi və dedi: "Ömərin
varlığına sahib olana (Allaha) and olsun ki, mütləq çıxacaqsınız!
Yoxsa, evi içərisindəkilərlə birgə od vurub yandıracağam!" Birisi
dedi: "Ey Əbu Hafs (yə`ni: Ey Ömər)! Fatimə də evdədir!"
(Cavabında isə Ömər) dedi: "O(yə`ni Fatimə(s.ə.)), olsa belə!.."

Görün, Ömər Əhli-Beyt(ə)-a sevgi, məhəbbət və ülfət


bəslənilməsinin vacib buyurulduğu "Əl-Məvaddə" ayəsinə nə
qədər aludə olmuşdu, nə qədər bağlanmışdı ki, Xanım-Zəhra(s.ə.)-
nı ev qarışıq yandırmağa belə cəsarət etməyə hazır olmuşdu.
Bu idimi "Əl-Məvaddə" ayəsinə bağlılıq?!
Bu idimi Rəsulullah(s) və Əhli-Beytinə sevgi?!
Məgər Xanım Zəhra(s.ə.) Peyğəmbər(s)-in bir tək
ciyərparəsi, eləcə də, dünya və Axirət qadınlarının xanımı
deyildimi?! Məgər Fatimə(s.ə.)-dan başqa elə bir insan olubmu ki,
Rəsulullah(s) onu qarşılamaq üçün ayağa qalxsın və bu da
yetmirmiş kimi onun ayağına getsin, eləcə də Öz yerində
əyləşdirsin?! Necə ki, hədislərdə bu haqda yazılır:
"Aişədən rəvayət olunur ki, Rəsulullah sallallahu aleyhi [və
alihi] və səlləm hər dəfə qızı Fatimənin gəldiyini gördükdə Onu
salamlayar, sonra isə öpər və əlindən tutaraq gətirib Öz yerində
əyləşdirərdi." 1
1
İbn Həcər "Fəth əl-Bari", 11-ci cild, səh. 41; Buxari "Əl-Ədəb əl-Mufrad", səh. 202; Nisə`i "Əs-Sunən
əl-Kubra", 5-ci cild, səh. 392.
Rəsulullah(s)-in bu cür qayğı və ehtiram göstərdiyi o zərif
məxluqa qarşı Ömərin belə davranmasına nə ad qoymaq olar???
Fəzilət?!
Şücaət?!
Rəsulullah(s) və Əhli-Beytinə məhəbbət?!
Qur`andakı Allah əmrlərinə itaət?!
Nə isə... Qoy nəticəni oxucu özü çıxartsın!
Məgər Rəsulullah(s): "Allahın qəzəbinə səbəb olacaq
şeylərlə bəndənin razılığını qazanmağa çalışmayın!" 1-deyə
buyurmamışdımı?!

Ümumiyyətlə, Rəsulullah(s)-in şəhadətindən sonra baş verən


hadisələri oxuduqda dəhşətə gəlməmək mümkün deyil. Sanki, bu
insanlar Peyğəmbər(s)-in səhabələri—o nümunəvi cəmiyyətin
numayəndələri deyil, meşə qanunlarının hökm sürdüyü bir
cəmiyyətin üzvləri olmuşdular.
Islam tarixinin qara səhifəsi olan bu dövrdə baş vermiş
hadisələri oxuduqda bir neçə sual meydana çıxır:

Görəsən, Əmir Əl-Mö`minin Əli ibn Əbu Talib(ə)-ın Əbu


Bəkrə bey`ət etməsində altı ay yubanmasının səbəbi nə idi?!2 Əgər
bey`ət edəcəkdisə, öncədən edərdi. Yox, əgər bey`ət etməməkdə
israrlı idisə, heç etməzdi. Niyə görə Xanım Zəhra(s.ə.)-nın
şəhadətindən bilavasitə sonra, həm də, könüllü şəkildə gələrək
bey`ət etdi?! Olmaya, Xanım Zəhra(s.ə.) Əli(ə)-la bu insanlar
arasında, bir növ, sipər rolunu oynamışdı?! Belə ki, hər dəfə
Əli(ə)-a yetişmək istədikdə önlərində Peyğəmbər ciyərparəsini—
dünya və axirət qadınlarının xanımı Fatimeyi-Zəhra(s.ə)-nı
görürdülər. Necə ki, Yaqubi özünün "Tarix" kitabında yazmışdır. 3
1
Deyləmi "Əlam əd-Din fi Sıfət əl-Muminin", səh. 302.
2
İbn Əl-Əsir özunun "Əl-Kəmil fi ət-Tərix" kitabının 2-ci cildinin 331-ci səhifəsində yazır:
"Əli, Haşim övladları və Zubeyr Fatimə vəfat edənədək, altı ay Əbu Bəkrə bey`ət etmədilər;
"Təbəri özünün "Tərix ət-Tabəri" kitabının 2-ci cild, səh. 448-də yazır:
"Fatimə Rəsulullah(s)-in dünyasını dəyişməsindən sonra altı ay yaşadı." Müammar dedi:-"Bir
nəfər Zöhridən soruşdu:-"Əli altı ay bey`ət etmədimi?!" O, cavab verərək dedi:-"Xeyr. Əli bey`ət
edənədək Haşim övladlarından heç kim bey`ət etmədi."
3
"...Mühacir və Ənsarlardan bir qrupunun Əli ibn Əbu Taliblə birgə Rəsulullahın qızı Fatimənin evində
toplanmaları xəbəri Əbu Bəkrlə Ömərə çatdıqda bir toplum insanla gələrək evə hücum edirlər.... Evə daxil
olurlar. Fatimə onların qarşısına çıxaraq deyir:
"Allaha and olsun ki, (indi evdən) çıxacaqsınız, yoxsa, başımı(hicabımı) açaraq sizə Allahın lə`nətini
oxuyacağam."
Evi tərk edirlər.(Yaqubi "Tərix", 2-ci cild, səh.126.)
İbn Quteybə isə o dönəmdə baş verənləri qələmə alarkən
qeyd edir:
"....Əlini evdən çıxarıb Əbu Bəkrin yanına gətirdilər və
dedilər: "(Əbu Bəkrə) bey`ət et!" (Əli(ə)) cavab verərək dedi:
"Əgər etməsəm, onda necə?" Dedilər: "Onda, Özündən başqa
mə`bud olmayan Allaha and olsun ki, boynunu vuracağıq!" (Əli(ə)
dedi: "Elə isə, Allahın qulunu və Rəsulunun qardaşını
öldürəcəksiniz?!" Ömər dedi: "Allahın quluna gəlincə, bəli,
Rəsulunun qardaşına gəlincə isə, xeyr!" Əbu Bəkr susurdu,
danışmırdı. Ömər ondan(Əbu Bəkrdən) soruşdu: "Ona dair əmrini
verməyəcəksənmi?!" (Əbu Bəkr) cavab verdi: "Nə qədər Fatimə
Onun yanındadır, nəyə görəsə Ona kin bəsləmək istəmirəm!" 1
(Ömərin-"Allahın quluna gəlincə, bəli, Rəsulunun qardaşına
gəlincə isə, xeyr!"-söyləməsi onun Əli(ə)-ın Allahın qulu olmasını
qəbul etməsi, Rəsulullah(s)-ın qardaşı olmasını isə təkzib etməsi
demək idi! Sanki, o, Rəsulullah(s)-in müsəlmanları bir-birilərinə
qardaş etdiyində Əli(ə)-a: "Şübhəsiz, Səni Özümə qardaş etmək
üçün axıra saxladım!" 2-deyə buyurduğunun şahidi olmamışdı.
Deyək ki, Ömər bu hadisəni unutmuşdu, amma Rəsulullah(s)
Əli(ə)-ı Özünə qardaş qərar verdiyini bir tək onda deyil, dəfələrlə
söyləmişdi. Bunlardan sonuncusunda da Ömər şəxsən iştirak
etmişdi. Bu hadisə haqda kitablar yazır:
"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm xəstə
yatarkən(həyatının son anlarında) buyurur: "Qardaşımı çağırın!"
Öməri çağırırlar. O(s), üzünü çevirir və sonra deyir: "Qardaşımı
çağırın!" Əbu Bəkri çağırırlar. O(s), yenə üzünü çevirir və deyir:
"Qardaşımı çağırın!" Osmanı çağırırlar. O(s) ondan da üzünü
çevirir. Sonra isə Əli ibn Əbu Talibi çağırırlar. Rəsulullah(s)
örtüyünü Onun da üzərinə cəkir. Əli[ə] O(s)-in yanından
qalxdıqda: "O[s], Sənə nə dedi?"-deyə soruşurlar. Cavab verərək
deyir: "O(s), Mənə elmin elə min qapısını öyrətdi ki, hər birindən
min qapı açılır." 3
1
İbn Quteybə "Əl-İməmə va əs-Siyəsə"(Zeyninin araşdırması), 1-ci cild, səh. 20.
2
Təbəri "Zəxə`ir əl-Uqbə", səh. 66; Zərəndi Hənəfi "Nuzum Durar əs-Sımteyn", 95; Müttəqi Hindi "Kənz
əl-Umməl", 13-cü cild, səh. 140; İbn Dəməşqi "Cəvahir əl-Mətalib fi Mənaqib əl-İməm Ali(ə)", 1-ci cild,
səh. 69.
3
İbn Hibban "Kitəb əl-Məcruhin", 2-ci cild, səh. 14; Zəhəbi "Siyər Əʻləm ən-Nubələ", 8-ci cild, səh.
24/"Mizən əl-İtidəl", 2-ci cild, səh. 482/"Tərix əl-İsləm", 11-ci cild, səh. 224.
Xanım Zəhra(s.ə.)-nın bir qadın, eyni zamanda da
Peyğəmbər qızı olması həmin o insanları bir qədər ehtiyatlı
davranmağa vadar etmişdi. Bəlkə də, yox! Onları ehtiyatlı
davranmağa vadar edən, artıq bir dəfə Xanım Zəhra(s.ə.)-nın
evinə hücum edərək Ona əl qaldırmaları 1 və ikinci belə bir səhvin
bütün müsəlmanların onlara qarşı çıxmaları ilə nəticələnəcəyindən
qorxmaları olmuşdur?!
Lakin O Xanımın dünyasını dəyişməsi bu insanların Əli(ə)
istiqamətindəki yolları üzərində yaşıl bir işığa çevriləcəkdi ki, bu
da Əli(ə)-a qarşı sui-qəsd olunaraq müəmmalı bir şəkildə yoxa
çıxması ilə sona yetəcəkdi. Bu və bizim bilmədiyimiz digər bə`zi
səbəblər üzündən Əmir Əl-Mö`minin altı aydan—Xanım
Fatimə(yi) Zəhra(s.ə)-nın vəfatından dərhal sonra Əbu Bəkrə
bey`ət etmək məcburiyyətində qalır.
Maraq doğuran hallardan biri də bə`zi kitablarda İmam
Əli(ə)-ın Əbu Bəkrə bey`ət etməsindən sonra insanların O(ə)-
a:-"Doğru addım atdın! Yaxşı iş gördün!" 2-söyləmələrinin, eləcə
də:-"Əli haqq və doğru olana yaxınlaşdıqdan sonra insanlar da
Onu özlərinə yaxın bildilər." 3- kimi ifadə və cümlələrin
işlədilməsidir. Görəsən, bu kitabların müəllifləri, doğrudan da,
Əli(ə)-ın haqq yoldan azdığına e`tiqad bəsləmişlər, yoxsa, bu,
sadəcə olaraq Əbu Bəkrə olan bey`ətə haqq qazandırmaq üçün
yazılan bir şeydir?!
"Əl-İməmə va Əs-Siyəsə" kitabının müəllifi İbn Quteybə
eyni adlı kitabının 1-ci cildində "Əli (kərrəm Allahu vachəhu)-
nun Əbu Bəkr(radıya Allahu anhumə)-nin bey`ətini qəbul
etməməsi" başlığı altında qeyd etdikləri də yuxarıda bəhs
etdiklərimizə daha çox aydınlıq gətirər. O, yazır:
"Sonra isə Əli kərrəm Allahu vachəhunu Əbu Bəkrin yanına
gətirirlər. O(Əli), deyirdi: "Mən Allahın qulu, Rəsulunun isə
qardaşıyam." Ona söyləyirlər: "Əbu Bəkrə bey`ət et!" Cavab
olaraq deyir: "Mən bu işə, məqama (xilafətə) sizdən daha
1
Şəhristani özünün "Əl-Miləl va ən-Nihal" kitabının 1-ci cildinin 56-cı səhifəsində şiəliyə qarşı çox sərt
mövqedə olan "Nizamiyyə"firqəsinin e`tiqadından bəhs edərkən yazır:
"....Ömər Fatimənin qarnına vurdu və O(Fatimə(s.ə.)), bətnindəki uşağı düşürdü.
O(Ömər),:-"Onun(Fatimənin) evini içəridəkilərlə birgə od vurub yandırın!"-deyə qışqırırdı. Əli, Fatimə,
Həsən və Hüseyn də evdə idilər."
2
İbn Quteybə "Əl-İməmə va əs-Siyəsə", 1-ci cild, səh. 22.
3
Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 448.
layiqəm! Sizə bey`ət etməyəcəyəm! Sizlərin Mənə bey`ət
etməyiniz daha yerində atılmış addımdır! Sizlər Peyğəmbər
sallallahu aleyhi [və alihi] və səlləmə yaxınlığınızı dəlil gətirərək
bu işi (xilafəti) Ənsarlardan aldınız və Biz Əhli-Beytdən də qəsb
edirsiniz?! Məgər Ənsarlara Məhəmmədin sizlərə (yə`ni Qureyşə)
mənsubluğunu söyləyib bu işə daha yaxın, daha layiq olduğunuzu
iddia edən sizlər deyilsinizmi?! Ənsarlar da rəhbərliyi sizə verərək
qanunvericiliyi sizə təslim etdilər. Siz Ənsarlara dəlil gətirdiyiniz
kimi Mən də sizə dəlil gətirirəm. Rəsulullah sağikən də, dünyasını
dəyişdikdən sonra da Biz(Əhli-Beyt) Ona ən yaxın olanlarıq. Əgər
(Allaha) iman edirsinizsə, Bizə qarşı insafla, haqqına davranin!
Əks təqdirdə, (nə etdiyinizi) bilirsiniz, zülmə düçar olun!" Ömər
Ona deyir: "Bey`ət etməyincə Səndən əl çəkməyəcəyik!" Əli isə
ona belə cavab verir: "Mənfəətinin bir başı sənə yetişəcək işində
ol! Bu gün bu işdə(xilafət məsələsində) onun(Əbu Bəkrin)
arxasını möhkəmlət ki, sabah onu(yə`ni, xilafəti) sənə qaytarsın!"
Sonra sözünə davam edərək dedi: "Ömər! Allaha and olsun ki,
sənin sözünü də qəbul etmirəm, ona da bey`ət etməyəcəyəm!"
Əbu Bəkr isə Ona(Əliyə) deyir: "Əgər bey`ət etməsən, Sənə kin
bəsləmərəm!" Əbu Ubeydə ibn Cərrah isə Əli kərrəm Allahu
vachəhuya deyir: "Ey əmioğlu! Sən hələ gəncsən, bunlar isə Sənin
qövmünün ağsaqqallarıdır. Onlarda olan təcrübə və işləri
anlama(vəziyyəti dəyərləndirmə) Səndə yoxdur. Mən bu iş
(xilafət) üçün Əbu Bəkri Səndən daha güclü, daha dözümlü və
daha səriştəli görürəm. Bu işi Əbu Bəkrə təslim et! Əgər yaşasan,
çox qalmış olsan, fəzilətin, dinin, elmin, dərrakən, nəsəbin, İslamı
ilk qəbul edənlərdən və Peyğəmbər(s)-in kürəkəni olmanla Sən də
bu işə yararlı və haqqı olanlardan olarsan!" Əli kərrəm Allahu
vachəhu da deyir: "Ey mühacirlər! Sizləri Allaha tapşırıram,
Məhəmmədin ərəblər arasındakı Sultanını evindən çıxarıb öz
evlərinizə sürükləməyin! Onun ailəsini insanlar arasındakı
mövqelərindən düşürüb haqqlarını əllərindən almayın! Ey
mühacirlər! Allaha and olsun ki, yalnız, Biz, şübhəsiz,
buna(xilafətə) daha layiq olanlarıq! Nə qədər Bizlərin arasında
Allahın kitabını oxuyan, Allahın dinini dərindən dərk edən,
Rəsulullahın sünnəsini bilən, rəiyyətin işlərinə yaxından bələd
olan, pis əməlləri onlardan uzaqlaşdıraraq onları müdafiə edən və
onların arasında (dövlətin verəcəyi yardım və ətaları) bərabər
bölən olacaqsa, Əhli-Beyt olduğumuz üçün Biz bu işə sizlərdən
daha layiq olacağıq! Allaha and olsun ki, belə bir adam Bizlərin
arasındadır! İstəklərinizin arxasınca getməyin, Allahın yolundan
saparsınız!" Bəşir ibn Sə`d Ənsari deyir: "Əgər Ənsarlar Sənin bu
sözlərini Əbu Bəkrə olunan bey`ətdən öncə eşitsəydilər, ey Əli,
Sənə bey`ətdə tərəddüd etməzdilər." Əli kərrəm Allahu vachəhu
gecə ikən Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin qızı
Fatimə[s.ə.]-nı miniyə mindirib Ənsarların toplandıqları
yığıncaqları dolaşdı və O(Fatimə), ənsarlardan kömək dilədi.
Ənsarlar isə cavab olaraq dedilər: "Ey Rəsulullahın qızı! Bizim
bey`ətimiz bu kişiyə oldu və bitdi. Əgər Sənin həyat yoldaşın və
əmioğlun yanımıza Əbu Bəkrdən öncə gəlsəydi, Onu heç kimə
dəyişməzdik." Əli kərrəm Allahu vachəhu dedi: "Məgər
Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmi dəfn etmədən
evdə qoyub camaatla xəlifəlik mübarizəsi aparacaqdım?!"
Fatimə[s.ə.] da dedi: "Əbul-Həsən(yə`ni Əli(ə)) Ona vacib olanı
etdi. Bu insanlar isə Allahın onlardan tələb edərək hesabını
soracağı bir iş tutdular." 1

Görəsən, "Peyğəmbər elminin qapısı" təxəllüslü Əli ibn Əbu


Talib(ə), eləcə də Abbas və Xanım Zəhra(s.ə.) dini hökmləri bu
qədərmi zəif bilirdilər ki, Əbu Bəkrdən miras istəməyə gəlirlər?!
Miras hadisəsini əks etdirən kitablar özlüyündə iki qismə
bölünür. Birinci qisim kitablarda Əbu Bəkrin:
Allah Elçisi(s) buyurmuşdur:
"Biz Peyğəmbərlər Özümüzdən sonra miras qoymuruq! Tərk
etdiyimiz hər bir şey sədəqədir!"-deyə Xanım Zəhra(s.ə.)-nı
atasının hədiyyəsindən məhrum etməsi yazılır. Fərz edək ki,
Peyğəmbər(s) belə bir söz demişdi. Amma Xanım Zəhra(s.ə.)
miras istəməyə gəlməmişdi. Əksinə, atası Rəsulullah(s)-in, hələ
dünyasını dəyişməsindən çox öncə, Xeybərin fəthindən sonra Ona
bağışladığı Fədək bağlarını Əbu Bəkrdən geri almağa gəlmişdi.
Görəsən, Əbu Bəkr Peyğəmbər(s)-in adından belə bir söz
deyərkən Uca və Qadir Allahın Qur`ani-Kərimdə:-﴾Süleyman

1
İbn Quteybə "Əl-İməmə va əs-Siyəsə", 1-ci cild, səh. 18-19.
Davuddan miras aldi ...﴿ 1-söylədiyini bilmirdimi?! Bə`zı
insanlar bu ayədə sözü gedən "Miras"ın peyğəmbərlik olduğunu
və Fatimeti-Zəhra(s.ə.) ilə Əbu Bəkr arasındakı miras problemi ilə
heç bir əlaqəsi olmadığını söyləyirlər. Amma peyğəmbərlik atadan
övlada keçəcək bir vərəsə deyildir. Əksinə, Allahın seçdiyi
bəndəsinə həvalə etdiyi ilahi bir vəzifədir. Əgər atadan övlada
keçəcək vərəsə olsaydı, onda Nuh(ə)-ın oğlu da Allah tərəfindən
təkallahlığı qəbul edərək nə vaxtsa atasından peyğəmbərliyi miras
alacaq bir insan qərar verilərdi. Bu ayənin təfsirinə müraciət
etdikdə isə tam başqa bir şeyin şahidi olarıq. 2

Ikinci qisim kitablarda isə Əbu Bəkrin Xanim Zəhra(s.ə.)-


dan Peyğəmbər(s)-in Fədəki Ona bağışlamasını təsdiqləyəcək
şahid istəməsi və Əli ibn Əbu Talib(ə) ilə Əsma bint Ümeys və
Umm Eymənin (bə`zi kitablarda isə Umm Eymənlə Rəsulullah(s)-
in qulluqçusu Rəbahın) şahidlik etmələri göstərilir.3/4
Görəsən, Əli(ə) və ya Fatimə(s.ə.) şahidlik üçün
Peyğəmbər(s)-in səhabələrindən üç nəfər könüllü tapa
bilməzdilərmi?! Əlbəttə ki, üç nəfər deyil, daha artıq şahid
gətirmək iqtidarında idilər. Sadəcə olaraq, şahid söhbətinin bir
bəhanə olduğunda və Fədəkin Onlara bir daha yetişməyəcəyində
əmin oldular və höccətlərini tamamladılar.
(Fədək hadisəsindən bəhs edən rəvayətləri araşdırarkən
Xanım Zəhra(s.ə.)-nın Fədəki, hətta Rəsulullah(s)-dən Öz dili ilə
1
"Ən-Nəml" surəsi, ayə 16.
2
Bu ayənin şərh edərkən Sə`ləbi özünün "Təfsir" kitabinda(8-ci cild, səh. 199-da) yazır:
"Süleyman atası Davuddan min at miras aldı. ..";
Müqatil ibn Süleyman özünün "Təfsir" kitabında(2-ci cild, səh. 472-də) yazır:
"Süleyman Davudun elmini və var-dövlətini miras aldı.";
Eləcə də, İbn Sə`d özünün "Ət-Tabəqat əl-Kubra" kitabının 2-ci cild səh. 315-də yazır:
"Fatimə Əbu Bəkrin yanına gələrək mirasını istəyir. Əbu Bəkr Rəsulullahın:--"Biz miras
qoymuruq, tərk etdiyimiz hər bir şey sədəqədir!"-buyurduğunu söyləyib əlavə edərək deyir:-"Peyğəmbər
kimin xərclərini qarşılamışdısa, mən də onu edəcəyəm." Əli(ə) deyir:-"Süleyman Davuddan miras aldi,
(eləcə də) Zəkəriyyə dedi ki, məndən və Yaqub ailəsindən miras alacaq birisi...." Əbu Bəkr cavab verərək
deyir:
"Orası elədir, Allaha and olsun ki, mənim bildiyimi sən də bilirsən." Əli:-"Bunu deyən Allahın kitabıdır!"-
buyurur. Onlar isə susurlar. (Əli, Fatimə və Abbas) otağı tərk edib gedirlər.
3
Bəlazəri özünün "Futuh əl-Buldən" kitabında(1-ci cild, səh. 35-də) yazır:
"Fatimə Əbu Bəkrə dedi:-"Rəsulullah(s) Fədəki mənə bağışlayıb." Əli ibn Əbu Talib(ə) da Onun
üçün şahidlik edir. O(Əbu Bəkr), daha bir şahid istəyir. Umm Eymən(Eymənin anası) də şahidlik edir.
Əbu Bəkr deyir:-"Ey Rəsulullahın gızı! Bilirsən ki, yalnız, iki kişinin, yaxud da bir kişi ilə iki qadının
şahidliyi qəbul olunur." Fatimə(s.ə.) oranı tərk edir."
4
Bundan öncəki qaynaqdakı növbəti hədisdə şahidlik edənlərin Umm Eymənlə Rəsulullah(s)-in
qulluqçusu Rəbahin olduğu qeyd edilir. Ibn Tavusun "Ət-Təraif" kitabında isə Umm Eymənin, Əsma bint
Ümeysin və Əli ibn Əbu Talıbin şahidlik etmələri göstərilir.
istəməsini və Rəsulullah(s)-in isə e`tiraz etməsini yazan yalan
hədislərə də rast gəlinir. Bu hədisləri yalan hədislər
adlandırmağımıza dəlil Peyğəmbər(s) elminin qapısı—Əmir Əl-
Mö`minin(ə)-ın Xanım Zəhra(s.ə.) üçün şahidlik etməsidir.)

İbn Tavus özünün "Ət-Tara`if" kitabının 250-ci səhifəsində


abbasi xəlifəsi Mə`munun Fədək məsələsinə aydınlıq gətirmək
üçün Hicaz, İraq və s. ölkələrdən çağırtdığı iki yüz alimə e`tiraz
edərək belə söylədiyini yazır:
"Dediniz ki, Əli ibn Əbu Talib(ə) Peyğəmbərləri
Məhəmməd(s)-in vəfatından sonra:-"Rəsulullah(s)-in kimə borcu
və ya verdiyi bir və`d varsa, gəlsin!"-deyə hamıya müraciət
olunmasına dair göstəriş verir. Bir qrup insan gəlir və Əli ibn Əbu
Talib(ə) onların söylədiklərini (məbləğləri) heç bir dəlil, sübut
tələb etmədən verir. Habelə, dediniz ki, Əbu Bəkr də eyni xitabla
hamıya müraciət etmiş və Cərir ibn Abdullah Peyğəmbərlərinin
ona və`di olduğunu söyləmişdir. Əbu Bəkr heç bir dəlil, sübut
tələb etmədən (ona söylədiyi məbləği) vermişdir. Daha sonra
Cabir ibn Abdullah Peyğəmbərlərinin ona Bəhreyndən gələcək
puldan üç ovuc verəcəyini və`d etdiyini söyləmiş və Əbu Bəkr də
heç bir dəlil, sübut tələb etmədən Bəhreyndən gələn puldan ona üç
ovuc vermişdir. ..." 1
Görən, niyə görə Əbu Bəkr Cərirdən və ya Cabirdən şahid
gətirmələrini tələb etmədi?! Məgər, şahid, yalnız, Fədək üçünmü,
başqa sözlə desək, yalnız, Xanım Zəhra(s.ə.) üçünmü gərəkirdi?!
Halbuki, şər`i hökmlərə görə dünyasını dəyişmiş şəxsin sağlığında
vermiş olduğu və`də e`timad olunmur. Yə`ni, insanın dünyasını
dəyişməsi vermiş olduğu və`dləri qüvvədən, e`tibarlıqdan salır.

Azlıq təşkil edən digər bir qisim kitablar da vardır ki, burada
Xanım Zəhra(s.ə.)-nın şahid gətirməsindən sonra Əbu Bəkrin
Fədəki O(s.ə.)-ya qaytarılmasına dair göstəriş yazması və bunu
eşidən Ömər ibn Xəttabın:-"Ər öz həyat yoldaşı ücün şahidlik edə
bilməz və iki qadının da şahidliyi kifayət etmir!"-deyərək Əbu
Bəkrin göstəriş yazmış olduğu kağızı cırması əks olunur. 2
1
Bu hədisi Müslim də özünün "Sahih Muslim" kitabının 7-ci cild, 75-ci səhifəsində qeyd etmişdir. Buna
bənzər bir hədisi Heysəmi "Məcmə Əz-Zəvaid" kitabında (9-cu cild, səh. 113-də) qeyd etmişdir.
2
Nurullah Tustəri "İhqaq əl-Haqq", səh. 297; İbn Tavus "Ət-Tara`if" , səh. 249.
Hədislərin müxtəlifliyinə görə tarixdə Fədək çox qarışıq bir
məsələ olmuşdur. Xeybərin fəthindən sonra ﴾Yaxınına haqqını
ver..!﴿ 1 ayəsi nazil olduqda Rəsulullah(s)-in Fədəki Fatimə(s.ə.)-
ya bağışlamasına2 baxmayaraq, nəticə e`tibarilə onu Xanım
Zəhra(s.ə.)-dan müsadirə etmişlər.
Bu hadisədən sonra Əbu Bəkrlə Ömər ibn Xəttaba
qəzəblənən Xanım(s.ə.) dünyasını dəyişənədək (altı ay) onlarla
kəlmə belə kəsmir.3 Görən, bə`zilərinin iddia etdiyi kimi Fatimeyi-
Zəhra(s.ə.) son nəfəsində onlarla barışaraq haqqını halal etdimi?! 4
Əgər Xanım Zəhra(s.ə.) Əbu Bəkrlə barışaraq haqqını ona
halal etdisə, onda niyə görə gecə torpağa tapşırılmasını və Əbu
Bəkrin dəfn mərasimində iştirak etməməsini vəsiyyət etdi?! 5
Zəhra anamız(s.ə.)-nın Əbu Bəkrlə barışaraq haqqını ona
halal edib-etməməsi haqda İbn Quteybənin "Əl-İməmə va Əs-
Siyəsə" kitabında (1-ci cild, səh. 20-də) qeyd etdiyi sətirləri sitat
gətirmək kifayət edər. O, yazır:
"Ömər Əbu Bəkrə -radıya Allahu anhuma- dedi: "Gəl gedək
Fatimənin ziyarətinə! Şübhəsiz, biz Onu qəzəbləndirdik." Hər ikisi
birgə yola düzəldilər. Fatiməni görmək üçün izn istədilər.
O(Fatimə), onlara(Əbu Bəkrlə Ömərə) izn vermədi. Onlar Əlinin
yanına gələrək Ondan xahiş etdilər və Əli (Fatimə(s.ə.)-nın
razılığını aldıqdan sonra) onlarla birgə Fatimənin otağına daxil
oldu. Onlar (Əbu Bəkrlə Ömər) (O Xanımla) üzbəüz oturdular və
O(Fatımə(s.ə.) isə üzünü divara sarı çevirdi. Onlar salam verdilər
və O(Fatimə), onların salamını almadı. Əbu Bəkr sözə başlayaraq
dedi: "Ey Rəsulullahın sevimlisi! Allaha and olsun ki,
Rəsulullahın yaxınları mənə öz yaxınlarımdan daha əzizdir!
1
"Əl-İsra" surəsi, ayə 26.
2
Məhəmməd ibn Məs`ud Əyyaşi "Təfsir əl-ʻAyyəşi", 2-ci cild, səh. 287.
3
Buxari "Sahih əl-Buxari", 5-ci cild, səh. 82(Bəəb Ğəzvat Xeybər)/ 8-ci cild, səh. 3(Kitəb əl-Fəra`id); Ibn
Kəsir "Əs-Sirah ən-Nəbəviyyəh", 4-cü cild, səh. 495,496/567,568; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh.
448; Muslim "Sahih Muslim", 5-ci cild, səh. 154.
4
Ibn Kəsir "Əs-Sira ən-Nəbəviyyə" kitabının 4-cü cildinin 574/575-ci səhifələrində Hafiz Əbu Bəkr
Beyhəqidən sitat gətirərək yazir:
"Fatimə xəstələndiyində Əbu Bəkr gələrək ziyarət üçün izn istəyir. Əli(ə) Fatimə(s.ə.)-ya deyir:-"Gələn
Əbu Bəkrdi. Izn istəyir." Xanım(s.ə.) soruşur:-"İzn verməmi istəyirsən?" O(ə),-"Bəli"-deyə cavab verir.
Xanım(s.ə.) izn verdikdən sonra Əbu Bəkr O(s.ə.)-nın könlünü alaraq razı salmaq üçün deyir:-"Allaha and
olsun ki, mən evimi, var-dövlətimi, ailəmi və qohum-əqrəbamı, yalnız Allahın, Rəsulunun və Siz Əhli-
Beytin razılığını qazanmaq üçün tərk etmişəm. O, Xanim(s.ə.)-nın könlünü alır və Xanım ondan razı
qalır."
5
Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 448; Abdurrəzzaq Sən`ani "Əl-Musannəf", 3-cü cild, səh. 521.
Həqiqətən, Sən mənə qızım Aişədən daha sevimlisən! Sənin Atan
dünyasını dəyişdiyi gün, mən də ölümümü arzuladım ki, Ondan
sonra yaşamayım. Mənim Səni tanıya-tanıya, fəzilət və şərəfini
bilə-bilə haqqından və Rəsulullahdan qalan mirasından məhrum
etməyim, yalnız, Atan Rəsulullah sallallahu aleyhi [və alihi] və
səlləmdən: "Biz miras qoymuruq, tərk etdiyimiz hər bir şey
sədəqədir!"-söyləməsi səbəbindəndir. O(Fatimə), dedi: "Sizin
ikinizə Rəsulullah salla Allahu aleyhi [və alihi] və səlləmdən bilib
əməl etdiyiniz bir hədis söyləyimmi?!" Onlar: "Bəli!"-deyə cavab
verdilər. O(Fatimə), dedi: "Sizi and verırəm Allaha, məgər,
Rəsulullahın: "Fatimənin razılığı Mənim razılığımdandır və
Fatimənin qəzəbi Mənim qəzəbimdəndir! Qızım Fatıməni sevən
Məni sevmiş olar! Fatiməni razı salan Məni razı salmış olar və
Fatiməni qəzəbləndirən isə Məni qəzəbləndirmiş olar!"-deyə
buyurduğunu eşitməmisinizmi?! Onlar: "Bəli! Rəsulullah
sallallahu aleyhi [və alihi] və səlləmdən bunu eşitmişik!"-deyə
cavab verdilər. (Fatimə) buyurdu: "Mən Allaha və Onun
mələklərinə şəhadət verirəm ki, sizin ikiniz də Məni
qəzəbləndirdiniz və razı salmadınız! Peyğəmbərə qovuşduğum
anda sizin ikinizdən də Ona şikayət edəcəyəm! Əbu Bəkr dedi:
"Ey Fatimə! Mən Allahın və Sənin qəzəbindən Uca Allahın Özünə
pənah aparıram!" Sonra isə Əbu Bəkr hönkürərək ağladı. Az qala
nəfəsi kəsiləcəkdi. O(Fatimə) isə deyirdi: "Allaha and olsun ki,
qıldığım hər namazda Allahdan sənə lə`nət oxuyacağam!"

O ki, qaldı Zəhra anamız(s.ə.)-nın gecə torpağa


tapşırılmasına və Əbu Bəkrin dəfn mərasimində iştirak
etməməsinə, bu haqda Təbəri özünün "Tərix ət-Tabəri" kitabında
(2-ci cild, səh. 448), eləcə də Abdulrəzzaq Sən`ani özünün "Əl-
Musannəf" kitabında (3-cü cild, səh. 521) yazırlar:
"...(Fatimə(s.ə.)) dünyasını dəyişənədək onu(Əbu Bəkri)
danışdırmadı. Əli Onu(Fatimə(s.ə.)-nı) gecə ikən dəfn etdi və Əbu
Bəkrə dəfn mərasimində iştirak etməyə izn verilmədi. .."
İbn Şəhr Aşub isə "Mənaqib Əəl Əbi Talib" kitabında (3-cü
cild, səh. 137-də) Vaqididən, daha sonra isə İbn Abbasdan rəvayət
edərək yazır:
"Fatimə ölüm ayağında ikən dünyasını dəyişəcəyini Əbu
Bəkrlə Ömərə bildirilməməsini və onların da cənazə namazını
qılmamalarını vəsiyyət etdi. Əli Onu gecə ikən dəfn etdi və onlara
(Əbu Bəkrlə Ömərə) bu haqda bildirilmədi."

Xanım Fatimə(s.ə.)-nın gecə dəfn olunmasını və Əbu Bəkrin


dəfn mərasimində iştirak etməsinə izn verilməməsini İbn
Əbulhədid özünün "Şərh Nəhc Əl-Bələğə" kitabında (6-cı cild,
səh. 46-da), İbn Hibban özünün "Əs-Siqat" kitabında (2-ci cild,
səh.170-də) və sairləri də qeyd etmişlər.

Bəlkə də, Xanım Fatimeyi-Zəhra(s.ə.) qurulmuş bu


ssenaridən—başına gələcəklərdən xəbərdar idi. Odur ki,
Peyğəmbər(s)-in dəfn mərasimindən qayıdan Ənəsə
xitabən:-"Rəsulullah(s)-in üzərini torpaqla örtdünüz, ürəyiniz
yerinə gəldi?" 1-deyə buyurur.
O Xanımın başına gələnləri oxuyarkən qeyrət və vicdanı
olan insanın nə hiss keçirdiyini, yalnız, qeyrət və vicdanı olan
kəslər bilər.
Axı O(s.ə.), Peyğəmbərimiz(s)-in qızı idi.
Axı O(s.ə.), Rəsulullah(s)-in bircəciyi idi.
Hansı ata qızına qarşı kobud davranılmasına razı olar?!
Görən, Allah Öz sevimlisinin sevimlisi(s.ə.)-ya qarşı belə
kobud və sərt davranmış bu insanlar üçün nə kimi aqibət tədarük
görmüşdür?!
Məgər, Peyğəmbər(s):
"Fatimə Mənim ciyərparəmdir, Onu incidən Məni incitmiş
olur... 2
"Ailəmi incitməklə Məni incidən, Allahı incitmiş olar!" 3
-deməmişdimi?!
Uca və Qadir Allah da Qur`ani-Kərimin "Əl-Əhzab"
surəsinin 57-ci ayəsində buyurmuşdur:

1
Ibn Kəsir "Əs-sira ən-Nəbəviyyə", 4-cü cild, səh. 543.
2
İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 4-cü cild, səh. 5/328; Buxari "Sahih əl-Buxari", 6-cı cild,
səh. 158; Muslim Nisaburi "Sahih Muslim", 7-ci cild, səh. 141. Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh.
359; Nisə`i "Fada`il əs-Sahabə", səh. 78.
3
Müttəqi Hindi "Kənz əl-ʻUmməl", 12-ci cild, səh. 103.
﴾Allahı və Rəsulunu incidən kəsləri Allah bu dünyada və
Axirətdə lə`nətləyər və onlar üçün qorxulu bir əzab
hazırlamışdır!﴿

Görəsən:-"Yox! Peyğəmbər ölməyib! Allaha and olsun ki,


O, sagdır....., Peyğəmbər öldü" - söyləyəni qılıncdan
keçirəcəyəm!" 1-deyərkən Ömər, doğrudan da, O Həzrət(s)-ə olan
dərin sevgisi səbəbindən hissə qapılmışdı?! Yoxsa, həmrə`y
olduğu Əbu Bəkrin Sunhdan 2 gəlməsinədək vaxtı uzadırdı?!
Əgər:-"Peyğəmbər(s) öldü"-deyəni qılıncdan keçirəcəkdisə, bu
söz Əbu Bəkrə də şamil olmalı idi. Çünki, Əbu Bəkr də ona
Peyğəmbər(s)-in ölümünü söylədi. Ömərin digər insanların
söylədiklərinə məhəl qoymayaraq bir tək Əbu Bəkrin sözü ilə
dərhal fikrini dəyişərək sakitləşməsi şübhə doğurur. Ona görə ki,
bundan daha öncə Əsma bint Ümeys Peyğəmbər(s)-in dünyasını
dəyişdiyini şübhə edilməyəcək bir şəkildə tam əminliklə hamıya
açıqlamışdı. 3
Bir də ki, Rəsulullah(s)-in rumlularla müharibə üçün ümumi
səfərbərlik e`lan etdiyi bir vaxtda niyə görə Əbu Bəkr Sunha
getmişdi axı?!

Xəlifə seçildiyi günün sabahı xütbə edərkən:-"Kim Allaha


ibadət edirdisə,(qoy bilsin ki,) həqiqətən, Allah sağdır, ölməzdir!
Kim Məhəmmədə ibadət edirdisə,(qoy bilsin ki,) artıq,
Məhəmməd öldü!" 4-dedikdə Əbu Bəkr nəyi və ya kimi nəzərdə
tutmuşdu. Məgər İslamın yayılmasındakı iyirmi üç illik
əziyyətdən və bu səmavi dinin Hicazın hüdudlarını aşmağa
başlamasından sonra Məhəmməd Peyğəmbər(s)-ə ibadət edənmi
var idi?! Olmaya bu, Əmir Əl-Mö`minin Əli(ə)-a bir işarə idi.
Belə ki, Əli ibn Əbu Talib(ə)-dan Rəsulullah(s)-lə olan əlaqəsi,
1
Ibn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 2-ci cild, səh. 40; İbn əl-Əsir "Usud əl-Ğabə", 2-ci cild, səh 247;
Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 443.
2
Sunh-Mədinənin məhəllələrindən birinin adıdır.
3
İbn Kəsir "Əs-sirah ən-Nəbəviyyəh" kitabının 4-cü cildinin 483-cü səhifəsində, eləcə də "Əl-Bidəyəh va
ən-Nihəyəh" kitabının 5-ci cildinin 264-cü səhifəsində yazır:
"....Kimisi:-"Peyğəmbər öldü", kimisi də:-"Yox, ölməyib"-dedi. Əsma bint Ümeys əlini Rəsulullah(s)-in
çiyninə qoyduqdan sonra deyir:-"Rəsulullah(s) dünyasını dəyişdi. Artıq çiyinləri arasındakı peyğəmbərlik
möhürü də qaldırılmışdır."
4
Buxari "Sahih əl-Buxari", 2-ci cild, səh.81; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 443; İbn Kəsir "Əs-
Sira ən-Nəbəviyyə", 4-cü cild, səh. 480-481; İbn Əl-Əsir "Əl-Kəmil fi ət-Tərix", 2-ci cild, səh. 324.
münasibəti haqda soruşarkən O(ə):-"Mən Məhəmməd(s)-in
nökərlərindən biriyəm." 1-söyləmişdi. (İmam Əli(ə)-ın "Nökər"
mə`nasında işlətdiyi "Abdun" sözü ərəbcə bir çox mə`nanı özündə
birləşdirən "Abədə" kökündən olub birinci mə`nası "Nökərçilik
etmək, xidmətçilik etmək"-dir. (Abdulrəsul—Rəsulun nökəri;
Abdulnəbi—Peyğəmbərin nökəri; Abdulhüseyn—Hüseynin
nökəri və s. kimi şəxsi adlar, məhz, bu kökdəndir). İkinci mə`nası
isə, "İbadət etmək, qul olmaq"-dır. Bəlkə də, Əbu Bəkr bu sözün
birinci mə`nasını nəzərdə tutub ikinci mə`nasını işlətmişdir. Bu
qənaətdən çıxış etməyimizə səbəb—yuxarıda qeyd etdiyimiz kimi
—Məhəmməd Peyğəmbər(s)-ə ibadət etmiş bir kimsənin
olmamasıdır. Elə isə, bu ifadənin mə`na tərcüməsi belə
olacaqdı:-"Kim Məhəmmədə nökərçilik edirdisə,(qoy bilsin ki,)
artıq, Məhəmməd öldü!", yə`ni, artıq tək qaldın; arxasız, dayaqsız
qaldın.)

Görəsən, "Səqifə"dəki xəlifə seçkisini Rəsulullah(s)-in qüsl


və kəfən mərasimindən üstün tutan Əbu Bəkrin başı dövlət
işlərinə bu qədərmi qarışır ki, ömrünün sonunadək o, Son Səma
Elçisi(s)-in necə kəfənləndiyinə dair soruşmağa vaxt tapmır?
Hakim Nisaburi yazır:
"Əbu Bəkr ölüm ayağında qızı Aişə(r.a.)-dən
soruşur:-"Rəsulullah(s)-i neçə tikə parçada kəfənlədiniz?" Cavab
verərək deyir:-"Üç". (Əbu Bəkr) deyir:-"Məni də, eyni ilə, o cür
kəfənləyin!" 2

Məgər, Əbu Bəkrdən savayı Rəsulullah(s)-in Me`raca


getdiyini təsdiq edən digər ikinci bir mö`min yox idi ki,
müsəlmanlarin arasından "Siddiq" ləqəbi bir tək ona verildi?! 3
Halbuki, bu müsəlmanlar arasında:-"Gözlərimin önündən pərdə
qaldırılsa(yə`ni, mələk, cin, ruh və s. aləmləri görsəm), əminliyim
zərrə qədər də artmaz!" 4-söyləyən Əli ibn Əbu Talib(ə) da var idi.

1
Amili "Əl-İntisar", 6-cı cild, səh. 108; Tureyhi "Məcmə əl-Bəhreyn", 4-cü cild, səh. 249-250.
2
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 65.
3
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 62-də yazır:
"Əbu Bəkr Rəsulullah(s)-in Me`raca getməsini təsdiq etdiyi üçün "Siddiq" adlandırıldı.
4
Məhəmməd ibn Talha Şafii "Mətalib əs-Su`ul fi Mənaqib Əəl ər-Rəsul", səh. 175; Seyyid Əli Bəhbəhani
"Əl-Fəvaʼid əl-ʻAliyyəh", 2-ci cild, səh. 393; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələgə", 7-ci cild, səh. 253.
("Siddiq" ləqəbinə "Əli ibn Əbu Talib(ə) Peyğəmbər(s)
hədislərində" başlığı altında qeyd edəcəyimiz hədislərdə bir
qədər aydınlıq gətirəcəyik.)

Məgər, Allahın Sevimlisi adını almış Rəsulullah(s) sevimlisi


olan Allaha bağlılığında, Allahın hökmlərini həyata keçirməkdə
bu qədərmi boşluq etmişdi ki, Əbu Bəkr də O(s)-ə irad tutmuşdu?!
Belə ki, bir çox kitablarda yazılır:
Aişə(r.a.)-dan rəvayət olunur: "Rəsulullah sallallahu aleyhi
[və alihi] və səlləm (evimə) daxil oldu. Evimdə iki cariyə
(Mədinənin Bi`as məntəqəsinə xas olan) mahnı oxuyurdular. O(s),
yatağa uzanaraq üzünü çevirdi. Əbu Bəkr içəri daxil olub, məni
itələyərək dedi: "Şeytanın tütəyi Rəsulullah sallallahu aleyhi və
səlləmin evində?!" Rəsulullah sallallahu aleyhi [və alihi] və
səlləm ona tərəf gələrək dedi: "Onunla (bə`zi kitablarda isə:
"Onlarla") işin olmasın!...." 1
Allah hökmlərini bəşəriyyətə çatdıran Rəsulullah(s), məgər,
mahnının haram olduğunu bilmirdimi?!
Olmaya, O(s), qadın səsinin kişi üçün haram olduğundan
qafil idi?! Yox, əgər, O(s),—haşiyədə qeyd etdiyimiz mö`təbər
kitablarda yazıldığı kimi—bütün bunlardan xəbərdar ola-ola belə
bir addım atmış olsaydı, onda Uca Yaradanın: ﴾Siz insanlara
xeyir işləri görməyi əmr edirsiniz, özünüzü isə
unudursunuz?!..﴿ 2- söylədiyi ayəsi ilk öncə O Həzrət(s)-in
Özünə şamil olardı.
Nəticə e`tibarilə onu vurğulaya bilərəm ki, həmişə olduğu
kimi növbəti dəfə də səhabənin şə`nini yüksəltmək üçün Allahın
Sevimlisinə ləkə yaxaraq O(s)-i günaha batmaq səviyyəsinədək
alçaltdılar.

Buna bənzər bir halı kitablarda, "Ömərin fəzilətləri"


bölümündə Şeytanın Ömərdən qorxduğunu vurğulamaq məqsədilə
söylənilən hədislərdə də rastlamaq olar. Bu kitablar Abdullah ibn
Bureydənin atasından rəvayət etdiyi hədisi qeyd edərək yazır:
1
Buxari "Sahih əl-Buxari", 2-ci cild, səh. 3./3-cü cild, səh. 228/ 4-cü cild, səh. 266; Muslim "Sahih
Muslim", 3-cü cild, səh. 21; İbn Həzəm "Əl-Muhallə", 5-ci cild, səh. 92./9-cu cild, səh. 61; Şoukani "Neyl
əl-Autar", 8-ci cild, səh. 282; Beyhəqi "Əs-Sunən əl-Kubra", 10-cu cild, səh. 218.
2
"Əl-Bəqərə" surəsi, ayə-44.
"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm
döyüşlərdən birinə çıxır. Qayıtdıqda qara dərili bir cariyə gəlib
deyir: "Ya Rəsulallah! Mən nəzir demişdim ki, əgər Allah Səni
sağ-salamat geri qaytarsa, qarşında dəf çalıb-oxuyum." Rəsulullah
sallallahu aleyhi [və alihi] və səlləm ona buyurdu: "Əgər nəzir
demisənsə, onda çal! Yoxsa, yox!" O(cariyə), dəf çalmağa
başlayır. Əbu Bəkr ora daxil olur, cariyə isə dəf çalıb-oxumağında
idi. Sonra da Əli[ə] daxil olur, cariyə isə dəf çalıb-oxumağında idi.
Sonra Osman daxil olur, cariyə yenə dəf çalıb-oxumağında idi.
Daha sonra Ömər daxil olur, cariyə (onu görcək) dəfi altına atıb
üzərində oturdu. Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm
buyurdu: "Ey Ömər, Şeytan səndən qorxur. Mən oturmuşdum,
o(cariyə) isə dəf çalıb-oxuyurdu. Əbu Bəkr daxil oldu, o, yenə
çalıb-oxuyurdu. Sonra Əli daxil oldu, o, hələ çalıb-oxuyurdu.
Sonra Osman daxil oldu, o, hələ də çalıb-oxuyurdu. Sən daxil
olduqda, o, dəfi atdı." 1
Çox qəribə və təəccüb doğuran bir hədisdir! Bu hədisin
doğru və səhih olduğuna inanan insanlara bir neçə sualla müraciət
etmək istərdim:
Bu hadisənin, həqiqətən də, baş verdiyini fərz etsək, onda
niyə görə bundan öncəki hədisdə:—"Şeytanın tütəyi Rəsulullahın
evində?"-deyə həm təəccüb, həm də e`tiraz edən Əbu Bəkr
susdu?!
Əgər bu hadisə bir həqiqət olsaydı, onda içki, narkotik və s.
kimi pis vərdişlərə aludə olan insanlar bu vərdişlərinə don
geydirmək üçün:—"Mən nəzir demişdim."—söyləmələri ilə
kifayətlənməzdilərmi?!
Məgər, bu hədisin məzmununa görə şeytanın Ömərdən
qorxması onun Rəsulullah(s)-dən qorxmaması demək deyildimi?!
Bu iki hədisin səhihliyinə inanmaq Əbu Bəkr ilə Ömərin
olmayacaqları təqdirdə Rəsulullah(s)-in Şeytana uyaraq onu
dinləyəcəyinin qaçılmaz olacağı demək deyilmi?!
Əsirlər boyu Rəsulullah(s)-i sevdiklərini iddia edərək O
Həzrət(s)-in şə`nini kiçildən bu qəbil gülünc hədislər uydurmaq

1
Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 284-285("Mənaqib Əbi Hafs ʻUmar bin əl-Xattab" bölümü);
Beyhəqi "Əs-Sunən Əl-Kubra", 10-cu cild, səh. 77; Albani "İrva əl-Ğəlil", 8-ci cild, səh. 214; İbn Əl-Əsir
"Usud əl-Ğabə", 4-cü cild, səh. 64.
Bəşəriyyətin ağası—Rəsulullah(s)-in timsalında İslama vurulan ən
böyük zərbələrdir!
(Canlarımız Sənə fəda olsun, ya Rəsulullah(s)! Sən bütün
bu iftiralardan münəzzəhsən!)

Görəsən, niyə görə xilafət başına keçən Əbu Bəkr


sərkərdələrinin özbaşnalığına göz yummuş, Xalid ibn Vəlidin
İslam dininə e`tiqad edən Malik ibn Nüveyrənin—arvadına gözü
düşdüyü üçün—boynunu vuraraq həmin günün gecəsi arvadı ilə
cinsi əlaqədə olması kimi şəriətə zidd hərəkətini cəzasız
qoymuşdu?! 1
Bu hadisənin təfsilatı haqda danışan İbn əl-Əsir də özünün
"Əl-Kəmil Fi Ət-Tərix" kitabında Ömərin Əbu Bəkrə Xalidin
törətdiklərini şikayət etməsindən sonra Əbu Bəkrin cavabını qeyd
edərək belə yazır:
"...(Əbu Bəkr) dedi: "Eeh, Ömər! (Xalid) düşündü (ictihad
etdi) və yanıldı. Bir də (bu mövzuda) Xalidin adını dilinə gətirmə!
Mən Allahın kafirlər üzərinə sıyırdığı bir qılınca eyib tutmaram!
Əbu Bəkr Xalidi çağırtmaq üçün məktub göndərir və o da gəlir.
(Xalid) üzərində qübbə (onun da üzərini dəmir pası örtmüş) olan
məscidə daxil oldu. Xalid əmmaməsinə oxlar sancmışdı. Ömər
onun yanına gəlib əmmaməsindəki oxları çıxararaq sındırır və
deyir: "Müsəlman bir kişini öldürüb arvadına təcavüz etdin.
Allaha and olsun ki, səni öz daşlarınla daş-qalaq edəcəyəm!"
Xalid Əbu Bəkrin də eyni düşüncədə olduğunu zənn edib Ömərə
cavab vermir. Sonra Xalid Əbu Bəkrin yanına gələrək olanları ona
xəbər verib üzr istəyir. Əbu Bəkr onu bağışlayaraq etdiyinə göz
yumur..." 2

Beləliklə, "Peyğəmbər(s)-in xəlifəsi" adı verilmiş Əbu


Bəkrin "müdrüklüyü" sayəsində İslam dininə e`tiqad edən Malik
ibn Nüveyrənin qanı yerdə, həyat yoldaşına olunan təcavüz isə
cəzasız qaldı. Ən azından bu dünyada.

1
Yaqubi "Tərix əl-Yəqubi", 2-ci cild, səh. 131-132("Əbu Bəkrin xilafəti günləri" bölümü).

2
İbn Əl-Əsir "Əl-Kəmil fi ət-Tərix", 2-ci cild, səh. 359.
﴾Hər kəs bir mö`min şəxsi qəsddən öldürərsə, onun
cəzası əbədi qalacağı Cəhənnəmdir! Allah ona qəzəb və lə`nət
edər, [axirətdə] onun üçün böyük əzab hazırlar!﴿ 1

O da, həmin Xalid idi ki, Məkkə fəth edildikdən sonra


Peyğəmbər(s) onu sülh məramı ilə ərəb qəbilələri arasında İslamı
təbliğ etmək üçün göndərir və o da, Bəni-Cüzeymə qəbiləsinə
yetişdikdə əmisi Fakih ibn Muğirənin qisasını alaraq silahsız
insanları qılıncdan keçirir. 2
Bu xəbər Rəsulullah(s)-ə yetişdikdə O(s), mübarək əllərini
göyə qaldıraraq demişdir:-"Ey Allahım, Xalidin törətdiklərində
Mən müqəssir və cavabdeh deyiləm". Sonra isə O Həzrət(s),
Xalidin bu hərəkətini "Cahiliyyə davranışı" adlandırmış və Əli ibn
Əbu Talib(ə)-ı Bəni-Cüzeymə qəbiləsi ilə danışıqlara
göndərmişdi. Bəni-Cüzeymə qəbiləsi qana qan deyil, öldürülən
hər bir üzvü üçün "Diyə(qan pulu)" tələb etmişdi. Əli(ə) qəbilə
üzvlərinə diyəni ödəyərək onları razı salmışdır. 3

Görəsən, Əbu Bəkr Rəsulullah(s)-in hüzurunda qızına öyüd-


nəsihət verərkən kobudluq əvəzinə bir qədər nəzakətli söz işlədə
bilməzdimi?! Kitablar Nu`man ibn Bəşirdən nəql edərək yazır:
"Əbu Bəkr Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin
yanına daxil olmaq üçün izn istəyir. O, Aişənin iki və ya üç dəfə
yüksək səslə: "Allaha and olsun, indi bildim ki, Sənin üçün Əli
məndən və atamdan daha əzizdir!"-dediyini eşidir. O, içəri daxil
olub qızına tərəf əyilərək deyir: "Ey filan qadının qızı! Səni bir də
Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmə səsini yüksəltən
görməyim!" 4

﴾Həqiqətən, Rəsulullahın yanında astadan danışanlar o


kəslərdir ki, Allah onların ürəklərini təqva üçün imtahana

1
"Ən-Nisa`" surəsi, ayə 93.
2
İbn Hişam "Əs-Sira ən-Nəbəviyyə", 4-cü cild, səh. 882-884.
3
Balazəri "Ənsəb əl-Əşraaf",səh. 105; Ibn Hişam "Əs-Sira ən-Nəbəviyyə", 4-cü cild, səh. 882-884.
4
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 4-cü cild, səh. 275; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh.
126-202; Nisə`i "Xasais Əmir Əl-Muminin", səh. 109; İbn Əsakir "Tərix Mədinət Diməşq", 30-cu cild,
səh. 215; Zəhəbi "Siyər Ələm ən-Nubələ", 2-ci cild, səh. 171.
çəkmişdir. Onları bağışlanılma və əzəmətli mükafat [Cənnət]
gözləyir!﴿ 1

Görəsən, ölüm yatagında Osman ibn Əffana vəsiyyətini


yazdıran zaman huşunu itirən Əbu Bəkrin özünə gəldikdən sonra
hakimiyyət başına keçəcək xəlifənin adının Osman tərəfindən
"Ömər" yazıldığını bildiyində ona e`tiraz etməməsi, 2
əksinə:-"Əgər öz adını yazsaydın, sən də buna layiq olardın." 3-
deməsi bütün bunların öncədən planlaşdırıldığına dəlalət
etmirmi?!

Görəsən, İslamı qəbul etdikdən sonra Peyğəmbər(s)-in


yaxınlarından birinə çevrilən və sonunda da xilafət kürsüsünə
yetişən Əbu Bəkr həyatdan nə təəsüratlarla ayrılırdı?! Əbu Bəkrin
e`tiraf etdiyi bu təəsuratlardan bə`ziləri haqda Yaqubi və Təbəri
özlərinin "Tarix" kitablarında yazırlar:
"Əbu Bəkr dedi:-"Etdiklərimdən üç şeyin peşmançılığın
çəkirəm. (Birincisi) Kaş bu işi (xilafəti) öz üzərimə götürməzdim.
Öməri önə verib özüm isə ona köməkçi olardım. (İkincisi) Kaş
Rəsulullahın qızı Fatimənin evinə kişiləri salıb evi axtartmazdım.
(Üçüncü) Kaş ki, Füca`ə Əsləmini yandırtmazdım, yüngül və tez
ölümlə öldürərdim və ya azad edərdim. .." 4

Məgər hicrət zamanı Rəsulullah(s)-i yol boyu müşayət


etmək, eləcə də, mağarada ikən girişdə hörümcəyin tor qurması və
göyərçinin yuva salaraq yumurtalaması kimi mö`cüzələri görmək
fürsəti müsəlmanlar arasından bir tək Əbu Bəkrə nəsib olmadımı?
Buna dair Qur`an ayəsi də nazil olmuşdur:
﴾[Ey mö`minlər] Əgər siz Peyğəmbərə kömək etməsəniz,
Allah Ona kömək göstərmiş olar. Necə ki, kafirlər Onu
[Məkkədən] iki nəfərdən biri [ikinin ikincisi] olaraq
çıxartdıqları, hər ikisi mağarada olduğu və yoldaşına [Əbu
Bəkrə]: "Qəm yemə, Allah bizimlədir!"— dediyi zaman
1
"Əl-Hucurat" surəsi, ayə 3.
2
İbn əl-Əsir "Əl-Kəmil fi-t-Tərix", 2-ci cild, səh. 425; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 619.
3
İbn Covzi "Mənəqib Umar", səh. 49-50; Təbəri "Tərix", 2-ci cild, səh. 438; İbn Xaldun "Tərix ibn
Xəldun", 2-ci cild, səh. 85.
4
Yaqubi "Tərix əl-Yəqubi", 2-ci cild, səh. 137; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 619.
göstərmişdi. Allah da Ona Öz rahatlığını nazil etmiş, Onu
sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş və kafirlərin
sözünü alçaltmışdı. ...﴿ 1
Bu ayədə Allahın Öz rahatlığını kimə nazil etdiyinə dair
müxtəlif fikirlər yürütmüşlər. Kimisi bu şəxsin Əbu Bəkr
olduğunu iddia etmiş, kimisi də Rəsulullah(s) olduğunu
söyləmişdir. Əgər Allahın Öz rahatlığını nazil etdiyi şəxs Əbu
Bəkr olmuşdusa, onda belə çıxır ki, Allah Öz sevimlisi olan
Rəsulullah(s)-i həyəcan, qorxu və narahatlıq içərisində qoymuşdu.
Noolsun ki, Məhəmməd(s) bir Peyğəmbər idi. Axı, həm də O(s),
bir insan idi. Allahın dayaq və yardımı olmasaydı, O(s) də hissə
qapıla bilərdi. Necə ki, bu hal Allahın Peyğəmbərləri olan Musa
və Harun ilə baş vermişdi. Qur`ani-Kərim Onların əhvalatını belə
nəql edir:
﴾Onlar [Musa və Harun]: "Ey Rəbbimiz! [Biz] Fir`onun
Bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini
aşmasından qorxuruq!"— dedilər. Allah buyurdu:
"Qorxmayın! Mən də Sizinləyəm, [Hər şeyi] eşidirəm və
görürəm."﴿ 2, eləcə də, Yusif Peyğəmbərin hekayətindən
danışarkən qeyd edir:
﴾Doğrudan da qadın [Züleyxa] Ona meyl salmışdı. Əgər
Rəbbinin dəlilini görməsəydi, O [Yusif] da ona meyl edərdi.
Biz pisliyi və biabırçılığı Ondan sovuşdurmaq üçün belə
etdik....﴿ 3
Demək, bu ayələrdən belə nəticə hasil olur ki, Peyğəmbərlər
də, hardasa, hissə qapılmamaları üçün daim Allahın istinad və
yardımına ehtiyac duymuşlar. Beləliklə, ﴾...Allah da Ona Öz
rahatlığını nazil etmiş, Onu sizin görmədiyiniz əsgərlərlə
müdafiə etmiş və kafirlərin sözünü alçaltmışdı. ...﴿ —söylədiyi
ayəsində Öz rahatlığını nazil etdiyi şəxs, məhz, Rəsulullah(s)
olmuşdur. Elə isə, görəsən, niyə görə Uca Allah mağarada olan iki
nəfərdən birinə—Rəsulullah(s)-ə Öz rahatlığını nazil etdi, digərinə
—Əbu Bəkrə isə laqeydlik göstərdi?!
1
"Ət-Tovbə" surəsi, ayə 40.
2
"Taha" surəsi, ayə 45-46.
3
"Yusif" surəsi, ayə 24.
Uca Yaradan Qur`ani–Kərimdə buyurub:
﴾İmanları üstünə iman artırmaq üçün mö`minlərin
qəlblərinə rahatlıq nazil edən Odur [Allahdır]. Göylərdəki və
yerdəki ordular Allaha məxsusdur! Allah [hər şeyi] biləndir,
hikmət sahibidir!﴿ 1
﴾Ağac altında Sənə bey`ət etdikləri zaman Allah
mö`minlərdən razı qalmışdı. Allah onların ürəklərində
olanları bildi, onlara[mö`minlərə] rahatlıq nazil etdi və onları
yaxın gələcəkdə qazanılacaq bir qələbə [Xeybərin fəthi] ilə
mükafatlandırdı.﴿ 2
﴾Kafirlər öz ürəklərində Cahiliyyə təkəbbürü və
təəssübünə qapıldıqları zaman Allah Rəsuluna və mö`minlərə
Öz rahatlğını nazil etdi və onlara təqva kəlməsini xas etdi...﴿ 3
﴾Sonra da Allah Öz rahatlığını Rəsuluna və mö`minlərə
nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba
düçar etdi. ...﴿ 4
Allah kəlamlarından qeyd etdiyimiz bu dörd ayəyə əsasən
rahatlığın, yalnız Rəsulullah(s)-ə və mö`minlərə nazil olması bəlli
olur. Mağarada isə cəmi iki nəfər olmuşdu. Biri Rəsulullah(s),
digəri isə sıravi bir müsəlman. Rahatlığın sıravi müsəlmanı şamil
etməsi üçün onun da mö`min olması gərəkirdi!

Əbu Bəkri Peyğəmbər(s)-in xəlifə tə`yin etməsini iddia edən


şəxslərə uzun-uzadı deyil, çox qısa və Peyğəmbər(s)-in
səhabələrinin dili ilə cavab verəcəyik:
İbn Abbas Əbu Bəkrə dedi:-"Əgər səni müsəlmanlar seçibsə,
onda özünü Peyğəmbər xəlifəsi adlandırmağın həqiqətdən nə
qədər uzaqdır." 5
(Ölüm yatağında olan Ömərdən özündən sonra xəlifə tə`yin
edib-etməyəcəyi haqda soruşduqlarında cavab verərək deyir):
"Əgər kimisə tə`yin etsəm, məndən daha xeyirlisi, daha
üstünü—yə`ni, Əbu Bəkr—də özündən sonra, xəlifə tə`yin
1
"Əl-Fəth" surəsi, ayə 4.
2
"Əl-Fəth" surəsi, ayə 18.
3
"Əl-Fəth" surəsi, ayə 26.
4
"Ət-Tovbə" surəsi, ayə 26.
5
Yaqubi "Tərix əl-Yəqubi", 2-ci cild, səh. 126.
etmişdi. Yox, əgər etməsəm, bundan öncə məndən daha xeyirlisi,
daha üstünü—yə`ni, Rəsulullah—Özündən sonra xəlifə tə`yin
etmədi." 1

Görəsən, niyə görə Peyğəmbər(s) vəsiyyət yazmaq istərkən:-


"Allahin kitabı bizə yetər!"-söyləyən Ömər Əbu Bəkrin yazdığı
vəsiyyət üçün eyni sözü demədi?! Olmaya, bu dəfə onu susmağa
vadar edən vəsiyyətdə xilafətin ona təslim ediləcəyinin yazılması
oldu?! Halbuki, ölüm yatağında ikən Əbu Bəkrin vəziyyəti
Rəsulullah(s)-in vəziyyətindən daha ağır idi. Heç olmazsa,
vəsiyyəti yazan Osman Əbu Bəkrə mərhəmət edib vəsiyyətə
ehtiyac olmadığını söyləyərdi. Görünür bu işdə bizim dərk edə
bilməyəcəyimiz bir hikmət var.
Deyirlər, hər bir şeyin çoxunun bir ziyanı, zərəri var. Hətta,
şirinin çoxu belə acı dadır. Olmaya, Hüdeybiyyədə müşriklərlə
sülh bağlanıldığı zaman Rəsulullah(s)-in, həqiqətən, Allah Elçisi
və müsəlmanların da haqq olmalarında Ömər ibn Xəttabın şəkki
imanının çoxluğu və gücü səbəbindən doğmuşdu?! Bu haqda İbn
Hişam "Əs-Sirah ən-Nəbəviyyəh" kitabında yazır:
"Süheyl ibn Amr Rəsulullah(s)-in yanına yetişdikdə sözə
başlayır. O, uzun-uzadı danışdıqdan sonra hər ikisi (söhbəti)
yekunlaşdırır. Daha sonra isə aralarında sülh danışıqları gedir.
Razılaşma əldə olunaraq sazişi yazmağa başlarkən Ömər ibn
Xəttab yerindən sıçrayaraq Əbu Bəkrin yanına gəlib soruşur:-"Ey
Əbu Bəkr! Məgər O, Allah elçisi deyil?!". Əbu Bəkr:-"Bəli"-deyə
cavab verir. Sonra isə soruşur:-"Məgər biz müsəlman deyilik?!".
O, yenə:-"Bəli"-deyə cavab verir. Daha sonra:-"Məgər onlar
müşrik deyillər?!"-deyə soruşur. ...
(Bu bəs etmirmiş kimi Ömər eyni sualları Rəsulullah(s)-ə də
ünvanlamışdı.)" 2
Ömərin Hüdeybiyyə günü Rəsulullah(s)-ın peyğəmbərliyinə
olan şəkkini Sə`ləbi özünün "Təfsir Əs-Sə`ləbi" kitabında (9-cu
cild, səh. 60-da), Bəğəvi özünün "Təfsir Əl-Bəğəvi" kitabında (4-
cü cild, səh. 202-də), Süyuti "Əd-Durr Əl-Mənsur"unda (6-cı cild,
səh. 77-də), İbn Hibban özünün "Sahih ibn Hibban" kitabında (11-
1
Buxari "Sahih əl-Buxari", 8-ci cild, səh.126; İbn Kəsir "Əs-Sira ən-Nəbəviyyə", 4-cü cild, səh.497.
2
Ibn Hişam "Əs-Sira ən-Nəbəviyyə", 3-cü cild, səh. 781; Maqrizi "İmtə əl-Əsmə", 1-ci cild, səh. 293;
Vaqidi "Əl-Məğazi", 2-ci cild, səh. 607; İbn Kəsir "Əl-Bidəyəh və-n-Nihəyəh", 4-cü cild, səh. 192.
ci cild, səh. 224-də), Təbərani özünün "Əl-Mu`cəm Əl-Kəbir"
kitabında (20-ci cild, səh. 13-də), Zəhəbi özünün "Tərix Əl-İsləm"
kitabında (2-ci cild, səh. 371-də) və s.-ləri öz kitablarında qeyd
etmişlər.
İman şəkkin, şəkk də imanın təzadıdır. Rəsulullah(s)-in
səhabəsi olub O(s)-in risalətinə şəkk etmək iman məfhumuna
sıxmayan bir şeydir!
Bə`zi digər müəlliflər isə Əbu Həyyan Əndəlusinin "Əl-Bəhr
əl-Muhibb" təfsir kitabının 8-ci cildinin 89-cu səhifəsində olduğu
kimi şəkk edənin adını çəkməmiş, sadəcə olaraq, onu "Münafiq"
adlandırmışlar.

Görəsən, bütün tarix və hədis kitablarında öz şücaəti və


qətiyyəti ilə səciyyələndirilən Ömər ibn Xəttabın Xeybər
döyüşündə qorxub geri qayıtmasına nə kimi ad vermək olar?! Bu
döyüşü əks etdirən kitablar yazır:
"...Rəsulullah(s) Xeybər əhlinin qalasına yetişdikdə bayrağı
Ömər ibn Xəttaba verir və insanlardan bir qismi onunla birgə
(Xeybərə doğru) çıxır. Onlar Xeybər əhalisi ilə rastlaşdıqda Ömər
və yoldaşları Xeybər əhalisi tərəfindən ifşa olunur(bə`zi
mənbələrdə isə: qısa bir müddət ərzində məğlub olunur) və
Rəsulullah(s)-in yanına qayıdırlar. Yoldaşları onun qorxduğunu,
Ömər isə yoldaşlarının qorxduğunu söyləyirlər." 1
Azlıq çoxluğa tabe olduğu kimi məntiqlə də bir insanın
deyil, çoxluğun söylədiyi daha inandırıcıdır.
Ömərin bu döyüşdən qaçdığını Rəsulullah(s)-in söylədiyi
hədis də təsdiqləyir:
"Sabah bayrağı elə bir kişiyə verəcəyəm ki, o, Allah və
Rəsulunu sevir. Allah və Rəsulu da onu sevirlər. O, təkrar-təkrar
həmlələr edər, qorxub qaçmaz! Allah (bu qalanı) onun əli ilə fəth
edəcək! Cəbrail onun sağında, Mikail isə solunda olacaqlar..." 2

1
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 93; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 300;
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 37.
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 41-ci cild, səh. 219; Yaqubi "Tərix əl-Yəqubi", 2-ci cild, səh. 56;
İbn Hibban "Əs-Siqat", 2-ci cild, səh. 12; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 300; Müttəqi Hindi
"Kənz əl-Umməl", 10-cu cild, səh. 462.
Görəsən, Ömər ibn Xəttab Peyğəmbər(s)-dən sonra dinə
yenilik gətirərək 1 bunu:-"Yenilikdirsə də, necə də gözəl
yenilikdir!" 2-adlandırdığında O Həzrət(s)-in gözəl və ya eybəcər
bölgüsü aparmadan:-"(Dinə gətirilən) hər bir yenilik zəlalətdir və
hər bir zəlalət də Cəhənnəmlikdir!" 3-söylədiyini bilmirdimi?!

Görəsən, bə`zi səhabələr Ömərin davranışından Əbu Bəkrə


şikayət etdiklərində nəyi nəzərdə tutmuşdular? Bu barədə bir çox
kitablar yazir:
"Təlha ibn Ubeydullah Əbu Bəkrin yanına gələrək deyir:
İnsanlar üzərinə Ömərimi xəlifə tə`yin etdin?! Onların Ömərdən
nə çəkdiyini özün gördün. Hələ sən sağsan o, belə edir, sən
getdikdən sonra hakimiyyətdə tək qaldığında nələr edəcək?!
Allaha qovuşduğun zaman O, rəiyyəti haqda soruşacağında nə
cavab verəcəksən?!" Əbu Bəkr deyir:-"Söyləyəcəyəm ki:
"Bəndələrin üzərinə onlar arasında ən xeyirlisini, ən üstün
olanını tə`yin etdim." 4

Bəlkə də, Peyğəmbər(s)-in dünyasını dəyişdiyi mərhələ


haqda danışarkən Ömərin Qur`an ayələrindən xəbəri olmadığını
söyləyib İbn Kəsirdən ("Əs-Sira Ən-Nəbəviyyə" kitabının 4-cü
cildinin 482-ci səhifəsindən) sitat gətirdiyimizdə yanılmışdıq.
Belə ki, bəlkə də, Ömər o dərəcədə elm və kəramət sahibi
olmuşdur ki, Rəsulullah(s)-ə Allah hökmünü bəyan edəcək Qur`an
ayəsinin nazil olmasından öncə, yə`ni Rəsulullah(s)-dən öncə bu
hökmdən xəbəri olmuşdur? Necə ki, Buxari öz "Səhih"-ində yazır:
"Abdullah ibn Ubeyy vəfat etdikdə oğlu Peyğəmbər(s)-in
yanına gəlib deyir:—"Ya Rəsulullah, köynəyini ver (atamı)
onunla kəfənləyim və ona cənazə namazını qılıb günahlarının
bağışlanılması üçün dua et!" Peyğəmbər(s) Öz köynəyini ona
verib deyir:-"(Hazır olduğunda) xəbər ver gəlib cənazə namazını
1
Peyğəmbər(s), eləcə də, Əbu Bəkr dövründə Ramazan ayında fərdi qılınan "Təravih" namazını camaat
halında qılınmasını əmr edərək bunu bir sünnəyə çevirir.
2
Yaqubi "Tərix əl-Yəqubi", 2-ci cild, səh.141(Ömər ibn Xəttabın xilafəti günləri); İbn Qudamə "Əl-
Muğni", 2-ci cild, səh.166; İbn Covzi "Tərix Umar bin əl-Xəttab", səh. 54; Təbəri "Tərix ət-Tabəri", 5-ci
cild, səh. 22; İbn əl-Əsir "Əl-Kəmil fi-t-Tərix", 2-ci cild, səh. 41.
3
Təbərani "Əl-Mucəm əl-Kəbir", 9-cu cild, səh. 97; Mənavi "Feyd əl-Qadir", 2-ci cild, səh. 217; Səm`ani
"Təfsir əs-Səmani", 2-ci cild, səh. 160; Şovkani "Fəth əl-Qadir", 2-ci cild, səh. 267; Dər Qutni "İləl əd-Dər
Qutni", 1-ci cild, səh. 5.
4
Ibn əl-Əsir "Əl-Kəmil fi-t-Tərix", 2-ci cild, səh. 425; İbn Quteybə "Əl-İməmə va əs-Siyəsə"(Şeyrinin
araşdırması), 1-ci cild, səh. 38; İbn Şibə Numeyri "Tərix əl-Mədinə", 2-ci cild, səh. 668.
qılım!" və o, (hər şeyi hazırladıqdan sonra Peyğəmbər(s)-ə) xəbər
verir. (Peyğəmbər(s)) cənazə namazını qılmaq istərkən Ömər
O(s)-i özünə tərəf dartıb deyir:-"Məgər Allah Sənə münafiqlər
üçün namaz qılmağı qadağan etməyib?!" Peyğəmbər(s):-"Mən iki
seçim qarşısındayam. Allah-Təala demişdir:-﴾Onlar üçün
günahlarının bağışlanılmasını istə və yaxud istəmə, hətta
yetmiş dəfə günahlarının bağışlanılmasını istəsən belə, Allah
onların günahlarını bağışlamayacaq!﴿-deyib namazı qılır. Ayə
nazil olur:-﴾Öldüklərində onlardan heç biri üçün heç vaxt
namaz qılma!﴿ 1
Əgər bu ayə, bu hökm həmin hadisədən sonra nazil
olmuşdusa, onda necə olur ki, Ömər Rəsulullah(s)-dən öncə bu
hökmdən xəbərdar olmuşdur?! Axı, vəhy Rəsulullah(s)-dən
qeyrisinə nazil olmur. Bir də ki, istər Ömər olsun, istər Əli(ə),
istərsə də qeyrisi, necə olur ki, əlini Rəsulullah(s)-ə sarı uzadıb
O(s)-i ozünə tərəf dartmağa, çəkməyə cür`ət edir?! Axı, Allah-
Təala "Əl-Hucurat" surəsinin 2-ci ayəsində:-﴾Ey iman
gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə
qaldırmayın!..﴿-buyurub O Həzrət(s)-in hüzurunda yüksək tonla
danışmağı belə qadağan etmişdi.

Əbu Bəkr hakimiyyət başına gəldikdən sonra, gec də olsa,


Rəsulullah(s)-in əmrinin həyata keçirilməsi üçün Usamənin
ordusuna rumlularla döyüşə getmələri əmrini verdiyində, görəsən,
Ömər ona:-"Ənsarlar Usamədən yaşca böyük olan birisini
istəyirlər!"-deyərkən, öz şəxsi mövqeyindən çıxış etmişdi, yoxsa,
həqiqətən də, ənsarların tələbi belə olmuşdu?! Bunu Əbu Bəkrin
ona verdiyi cavabdan anlamaq olar. Belə ki, Əbu Bəkr oturduğu
yerdən sıçrayaraq Ömərin saqqalından tutub demişdir:-"Anan
yasına otursun, ey Xəttab oğlu! Onu Rəsulullah(s) tə`yin edib.
Onu orduya rəhbərlikdən uzaqlaşdırmamı mənə əmr edirsən?!" 2

1
Buxari "Sahih əl-Buxari", 2-ci cild, səh.76(Əl-Cəna`iz" bölümü).
2
İbn əl-Əsir "Əl-Kəmil fi ət-Tərix", 2-ci cild, səh. 335; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 462.
Görəsən, bədəvi bir ərəb Ömərin tuluğundan "Nəbiz" 1 içib
sərxoş olduğunda, niyə görə Ömər ona şər`i cəza kəsərək
şallaqlamışdı?! Bu hadisəni əks etdirən kitablar yazır:
Bədəvi bir ərəb Ömərin tuluğundan "Nəbiz" içib sərxoş olur.
Ömər onun şallaqlanmasını əmr edir. O(bədəvi), deyir:-"Mən
nəbizi sənin çuluğundan içmişəm." Ömər də cavabında:- "Biz isə
səni sərxoş olduğuna görə şallaqlayırıq"-söyləyir. 2
Görəsən, İslam dövləti başçısının tuluğunda məstedici bir
içki niyə də olmalıdır axı?! Şər`i hökmlərə görə məstedici içkiləri
alan da, satan da, evində saxlayan da, daşıyan da, içən də günah
sahibləridir. Nəbizin sirop və ya məstedici bir içki olması haqda
ayrıca başlıq altında bir qədər müfəssəl şəkildə danışmazdan öncə
onu da qeyd edim ki, Ömər ibn Xəttaba sui-qəsd olunduqdan
sonra içdiyi ən son içki nəbiz olmuşdur. Bu haqda kitablar yazır:
"Ömər bıçaqlandıqda deyir:-"Həkim çağırın yarama baxsın!"
Ərəblərdən olan bir həkim çağırırlar. Həkim soruşur:-"Hansı
içkini daha çox xoşlayırsan?" Cavab verərək deyir:-"Nəbizi."
(Həkim) nəbiz gətirilməsini söyləyir. O, (nəbizi) içir və
yarasından axır. Həkim deyir:-"(Bunun qan və ya nəbiz olduğunu)
ayırd etmək olmur. Süd gətirin!" Süd gətirirlər və o(Ömər), südü
içir. Süd də yaradan axır. Həkim deyir:-"Vəsiyyətini et! Mən sənin
bu gün, yaxud da, sabah öləcəyini güman edirəm." 3

Xilafət başına keçən Osmanın qanunvericilikdə və


idarəçilikdəki yalnışları ilk iki xəlifədən, həm daha çox, həm də
fərqli olmuşdu.
Görən, Rəsulullah(s)-i görüb O(s)-in səhabəsi hesab edilən
Osman hakimiyyətdəki özbaşnalığına və qohumbazlığına son
qoymasını nəsihət edən Əbu Zərr(rizvanullahi aleyhi)-nin
dediklərindən ibrət almalı deyildimi?! Amma, o, ibrət almaq
əvəzinə Əbu Zərr(r.a.)-i Rəbəzəyə sürgün etdi. Məhəmməd ibn
Sə`d özünün "Ət-Tabəqat Əl-Kubra" kitabında Əbu Zərrin qısa
tərcümeyi-halından danışarkən Osmanın onu sürgün etməsinin
1
Bə`ziləri "Nəbiz"in kişmiş və ya xurma, yaxud da buna bənzər digər ne`mətlərin su ilə qatışığından
düzələn sirop, bə`ziləri isə bu günümüzdəki pivəyə bənzər, lakın ondan daha tünd, daha sərt bir içki
olduğunu söyləyirlər. Bunu ayrıca bir başlıqda bir qədər müfəssəl izah etməyə çalışacağıq.
2
İbn Həcər Əsqəlani "Əd-Dirayə fi Təxric Əhadis əl-Hidəyə", 2-ci cild, səh.106; Zəhəbi "Tənqih ət-
Təhqiq fi Əhadis ət-Təliq", 2-ci cild, səh. 306; Zeylə`i "Nasb ər-Rayə", 4-cü cild, səh. 161.
3
Ibn Həcər "Fəth əl-Bari", 7-ci cild, səh. 52; İbn Quteybə "Əl-İməmə va əs-Siyəsə", 1-ci cild, səh. 39;
Beyhəqi "Əs-Sunən əl-Kubra", 3-cü cild, səh. 113.
səbəbinin Mədinə və Şamda fəsad törətməsi olduğunu qeyd
etdikdən sonra yazır: "Osman Əbu Zərri Rəbəzəyə sürgün
etdiyində və talehin son müqəddəratında (əcəli yetişdikdə)
yanında zövcəsindən və xadimindən başqa bir kimsə yox idi..." 1
Eyni məzmunlu hədisi Təbəri özünün "Tərix Ət-Tabəri"
kitabında (2-ci cild, səh. 371-də), İbn Əl-Əsir "Əl-Kəmil Fi Ət-
Tərix" kitabında (2-ci cild, səh. 28-də), İbn Hişam "Əs-Sira Ən-
Nəbəviyyə" kitabında (4-cü cild, səh. 951-də) və s.-ləri öz
kitablarında qeyd etmişlər.
İbn Əbulhədid "Şərh Nəhc Əl-Bələğə" kitabında (3-cü cild,
səh. 56-da) Əbu Zərrin Osmana: "Mən sənə nəsihət etdim, amma,
dinləmədin!" söyləməsinin qarşılığı Osmanın ona: "Yalan
deyirsən! Sən fitnə-fəsad istəyirsən!"-deyə cavab verməsini yazır.
Məgər, Rəsulullah(s)-in "Ən doğru danışan" adı ilə
səciyyələndirdiyi bir şəxs yalan danışaraq fəsad törədə bilərdimi?!
O Həzrət(s) Əbu Zərr(r.a.)-nın doğru danışanlardan
olduğunun şiddətini vurğulayaraq buyurmuşdur:

"Əbu Zərrdən daha doğru danışan natiqi nə Yer öz üzərində


saxlamış, nə də səma ona kölgə salmışdır." 2

Şamda fəsad törətməsini bəhanə edərək Osmanın Əbu Zərri


yəhərsiz qatır belində fasiləsiz, durmadan Mədinəyədək
gətizdirməsini, sonra isə Rəbəzəyə sürgününü sadaladığımız
qaynaqların əksəriyyəti qeyd edir.

Görəsən, altı aylığında uşaq dünyaya gətirən imanlı


müsəlman bir qadını zinakar hökmü ilə daş-qalaq etdirib öldürən
Osman—qadının günahsız olduğunu Əli(ə) "Əl-Əhqaf" surəsinin
15-ci və "Loğman" surəsinin 14-cü ayələri ilə sübuta yetirmişdi—
bu hökmün məs`uliyyət və aqibətini çəkə biləcəkmi?!
Bu hadisəni İbn Şibə Numeyri "Tərix Əl-Mədinə" kitabında (3-cü
cild, səh. 97-də) və Yaqubi "Tərix Əl-Yə`qubi" kitabında (2-ci
cild, səh. 174-də) qeyd etmişlər. Məgər bu, dini savadsızlıq
üzündən qəsddən mö`min öldürmək demək deyildimi?!
1
Məhəmməd ibn Sə`d "Ət-Tabaqat əl-Kubra", 4-cü cild, səh. 234.
2
Heysəmi "Məvarid Əz-Zaməən", 7-ci cild, səh. 162; İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 6-cı
cild, səh. 442; Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 334; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild,
səh. 342; Təbərani "Əl-Mucəm əl-Ausat", 5-ci cild, səh. 223.
Görəsən, Rəsulullah(s)-in qovmuş olduğu Həkəm ibn Əbul-
Ası yenidən Mədinəyə qaytarmaqda Osman nə məqsəd
güdmüşdü?! Axı, Osmanın dost-doğma əmisi olan Həkəm ibn
Əbul-Ası Əbu Bəkr belə geri çağırtmaqdan imtina etmişdi.1 Məgər
bu addım qohumbazlığı dindən üstün tutmaq deyildimi?! Eləcə də,
Rəsulullah(s)-in sünnəsinə və şəriətə zidd bir hərəkət deyildimi?!

Bəs, Abdullah İbn Məs`ud(r.a.) kimi yaşlı bir səhabəni


döydürərək qabırğalarını sındırmasına və Beytul-maldan ona
ayrılan payın uzun müddət durdurmasına nə ad qoymaq olar?! İbn
Əbulhədid bunu İbn Məs`udun Qur`anın oxunuşunda insanları
Zeyd ibn Sabitin qiraətində cəm edilməsinə e`tiraz etməsi və fərqli
Qur`an nüsxələrinin yandırılmasına qarşı çıxaraq Osmana sərt
cavab verməsi ilə əlaqələndirmiş, daha sonra isə yazmışdır:
"...İbn Məs`udun döyülməsini Osmanın şəxsən əmr etməsi
doğru olsa belə, bunda Osmana deyil, İbn Məs`uda vəbal tutmaq
gərəkir. Çünki, imamın borcu digərlərini tərbiyələndirməkdir!
Yox ki, kim isə imamın səhvlərini araşdırıb üzə vursun!..Osmanın
ondan üzr istəməsini və İbn Məs`udun da onun üzrünü qəbul
etməməsini rəvayət edirlər. İbn Məs`ud xəstə ikən ona Beytul-
maldan olan payını gətirən Osmana deyir: "Mənə fayda verəcəyi
zaman məni ondan məhrum etdin, öləcəyimdəmi gətirirsən?!
(Bunu səndən) qəbul etmirəm!"
İbn Əbulhədid daha sonra isə Osmanın Peyğəmbər sallallahu
aleyhi [və alihi] və səlləmin zövcəsi Umm Həbibə(r.a.)-dən İbn
Məs`udla olan münasibətinin qaydasına salınması üçün vasitəçi
olmasını istəməsini və İbn Məs`udun da buna heç bir reaksiya
verməməsini qeyd etmiş, habelə Osmanın keçirdiyi peşmançılığını
qəbul etməməsinə görə İbn Məs`udu təqsirkar görmüşdü." 2
Nəticə e`tibarilə, İbn Məs`udu döydülər, İbn Əbulhədidin
tə`birincə desək, tərbiyələndirdilər. Özü də, elə tərbiyələndirdilər
ki, qabırğalarını da sındırdılar.

1
İbn Əbulhədid "Şərh Nəhc Əl-Bələğə", 3-cü cild, səh. 29; Cəssas "Əl-Fusul fi əl-Usul", 3-cü cild, səh.
103; Ğəzzali "Əl-Mustasfə", səh. 122.
2
İbn Əbulhədid "Şərh Nəhc Əl-Bələğə", 3-cü cild, səh. 41.
Əbu Zərri sürgün etdirən və İbn Məs`udu döydürən Osmanın
hakimiyyətdəki tüğyanının dalğası Əmmar bin Yasirdən də yan
keçməmişdi. Belə ki, səhabələr Osmanın əməllərindən hiddətlənib
nöqsanlarını sadalayaraq ona məktub göndərirlər. Əmmar
məktubu ona təslim etdikdən sonra məktubun məzmunu ilə tanış
olan Osman öz haşiyəsi ilə birgə Əmmarı kötəkləyirlər. Qarnından
aldığı dərin yarasının ağrısına dözməyərək huşunu itirən Əmmarı
sürüyərək qapıdan bayıra atırlar. Bu hadisəni təfsilatı ilə qeyd
edən İbn Quteybə "Əl-İməmə va Əs-Siyəsə" kitabında (1-ci cild,
səh. 35-də) Osmanın əməllərini sadalayarkən yazır:
"Allahın, Rəsulunun, Əhli-Beytin, yetim və kasıbların haqq
və hüququ olan Afrika xümsünü Mərvana hədiyyə edərək
bağışlaması, eləcə də, Nailənin evi, Aişənin evi misalı qızları və
qohumları üçün Beytul-maldan sayı yeddiyə çatan evlər
tikdirməsi, Mərvanın Zi-Xuşub məntəqəsində qəsr tikdirməsi,
habelə, (Osmanın) ailə üzvlərini, əmioğlularını və Bəni-
Üməyyanı,—səriştələrinin olmadığı halda—mənsəblərə tə`yin
edərək onları Rəsulullah(s)-i görüb səhabəsi olan insanlardan
üstün tutması, Kufəyə vali tə`yin etdiyi və sərxoş vəziyyətdə sübh
namazını dörd rək`ət qılıb: "Azdırsa, artıra bilərəm."-deyən Vəlid
ibn Üqbənin cəzasını yubadması, Ənsar və Mühacirləri tamamilə
uzaqlaşdıraraq onlarla heç bir şeydə məşvərət etməməsi, Beytul-
maldan pay və hədiyyələri Mədinədə Peyğəmbər(s)-i heç
görməmiş və səhabəsi olmamış insanlar arasında bölməsi və s.
əhalinin, xüsusilə də səhabələrin e`tiraz və narazılığına səbəb
olmuşdu."

İbn Xəldun da özünün "Tərix İbn Xəldun" kitabında (2-ci


cild, səh. 145-də) Osmanın Mərvana Afrika xümsünü hədiyyə
etməsinin, Rəsulullah(s)-in sağlığında Mina və Ərafatda qəsr
(yə`ni, iki rək`ət) qılınan namazı dörd rək`ət qıldırmasının,
Peyğəmbər(s)-in üzüyünün (Osmanın) əlindən Ureys quyusuna
düşüb itməsinin, Vəlid ibn Üqbənin sərxoş namaz qıldığının
cəzasını yubadmasının səhabələrin hiddətinə səbəb olduğunu
yazmışdı.

Habelə, mənbələr Osmanın Uhud müharibəsindən qorxub


qaçdığını, "Rizvan" bey`ətində olmadığını və Bədr müharibəsində
iştirak etmədiyini yazır, eləcə də, məntiqsiz və əsassız dəlillərlə
ona bəra`ət qazandıraraq mövqeyini təmizə çıxarmağa çalışır. Bu
mənbələr yazır:
"Misir əhlindən olan bir şəxs həcc ziyarətini edir. (Kəbə
yaxınlığında) bir qrup insanın oturduğunu görüb soruşur:
—Bunlar kimdir?
Cavab verirlər:
—Qureyş.
Sonra isə soruşur:
—Bəs o qoca kimdir?
Cavab verərək deyirlər:
—(Abdullah) İbn Ömər.
(Misirli Zəvvar) İbn Ömərin yanına gəlib deyir: "Səndən bir şey
soruşacağam və səni and verirəm bu evin (Kə`bənin)
müqəddəsliyinə ki, cavab verəsən! Osmanın Uhud
müharibəsindən qaçdığını bilirsən?!
İbn Ömər cavab verərək deyir:
—Bəli.
Sonra isə (misirli) soruşur:
—Onun "Rizvan" bey`ətində olmadığını və bu bey`ətdə iştirak
etmədiyini bilirsən?!
İbn Ömər cavab verir:
—Bəli.
Zəvvar yenə soruşur:
—Onun Bədr müharibəsində də olmadığını və bu döyüşdə iştirak
etmədiyini bilirsən?!
İbn Ömər: "Bəli."-deyə cavab verir. Misirli zəvvar (dəhşətə
gələrək): "Allahu Əkbər!"-deyir. İbn Ömər ona: "İndi də gəl, mən
sənə soruşduqlarının səbəbini açıqlayım"-deyib sözünə davam
edir: "Osmanın Uhud müharibəsindən qaçmasına gəlincə,mən
şəhadət verirəm ki, Allah onu bağışlayaraq günahından keçmişdi.
Bədr müharibəsinə gəlincə, o, Rəsulullah salla Allahu aleyhi [və
alihi] və səlləmin kürəkəni (qızının əri) olduğu üçün Rəsulullah
sallallahu aleyhi [və alihi] və səlləm ona: "Bədr müharibəsində
iştirak edib vuruşan şəxsin əcr və savabına sən də maliksən."-deyə
buyurmuşdu. "Rizvan" bey`ətində iştirak etməməsinə gəlincə isə,
Rəsulullah(s)-ə görə Məkkədə Osmandan daha əziz birisi olsaydı,
O Həzrət(s) Osmanın əvəzinə onu göndərərdi. Rəsulullah
sallallahu aleyhi [və alihi] və səlləm Osmanı göndərdi. Osman
Məkkəyə getdikdən sonra "Rizvan" bey`əti baş verdi.Rəsulullah
sağ əlini sol əlinə qoyub: "Bu, Osmanın əlidir."-deyə buyurdu." 1
Eyni məzmunlu hədisi cüz`i söz dəyişikliyilə Əhməd ibn
Hənbəl "Musnəd Əhməd"də (2-ci cild, səh. 120-də), İbn Kəsir
"Təfsir İbn Kəsir"də (1-ci cild, səh. 423-də) və s.-ləri qeyd
etmişlər.
İbn Ömərin misirli zəvvarın suallarına verdiyi açıqlamalar
həqiqətdən bir qədər uzaq görünür. Əgər Uca Yaradan Uhud
müharıbəsindən qaçanlar haqda Qur`ani-Kərimdə:
﴾[Uhud müharibəsində] iki ordu qarşılaşdığı gündə sizdən
üz döndərən şəxslərin kəsb etdiyi bə`zi şeylər [günahlar]
şeytanın onları yoldan çıxartmaq istəməsi üzündən baş verdi.
[Tövbə etdikdən sonra] Allah artıq onları bağışladı. Həqiqətən,
Allah bağışlayan və həlimdir!﴿ 2-deyə söyləmişdisə, eləcə də:
﴾(Uhud müharibəsində) iki ordunun qarşılaşdığı gündə
başınıza gələn fəlakət də Allahın izni ilə oldu ki, mö`minləri
ayırd etsin.﴿ 3-deyə buyurmuşdur.
Digər bir ayədə isə Qadir Allah döyüşdən yayınmağın və
qaçmağın və bununla da, Rəsulullah(s)-in həyatını və İslamın
müqəddəratını təhlükəyə atmağın imandan olmadığını
vurğulayaraq buyurmuşdu:
﴾Məgər siz andlarını, əhdlərini pozan, Peyğəmbəri [Öz
yurdundan] çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə
döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınızmı?
Məgər onlardan qorxursunuz?! Əgər mö`minlərsinizsə, [bilin
ki,] əslində, qorxmalı olduğunuz, məhz, Allahdır!﴿ 4
O ki, qaldı Bədr müharibəsinə, Osmanın bu müharibədə
iştirak etmədiyi bir halda Rəsulullah(s)-in ona: "Bədr
müharibəsində iştirak edib vuruşan şəxsin əcr və savabına sən də
maliksən."-deməsi məntiqsizlikdir, qeyri-mümkündür və O
1
Buxari "Sahih əl-Buxari", 4-cü cild, səh. 203; Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 294; Qurtubi
"Təfsir əl-Qurtubi", 4-cü cild, səh. 245.
2
"Ali-İmran" surəsi, ayə 155.
3
"Ali-İmran" surəsi, ayə 166.
4
"Ət-Tovbə" surəsi, ayə 13.
Həzrət(s)-in adına ağ uydurmadır. Ədaləti ilahi ədalətdən
qaynaqlanan və Allahın mükafat və cəza hökmlərinin icrasında
ayrı-seçkilik salmadan acımasız olduğunu vurğulayıb—"Qızım
Fatimə belə oğurluq etsə, əlini kəsərəm!"—deyərək, hətta, Öz
ciyərparəsinə belə qıymağa hazır olan Rəsulullah(s)-ın evdə rahat
oturan şəxsin Allah yolunda canını təhlükəyə atıb cihad edənlə
eyni savabı qazandığını söyləməsini demək O Həzrət(s)-ə iftiradır.
Axı, Rəsulullah(s) döyüş zamanı hər an şəhid olması, yaxud da
yaralanması ehtimalı olan kəsi evində rahat oturan birisi ilə necə
bərabər tuta bilərdi?! Allah "Əl-Bəqərə" surəsinin 95-96-cı
ayələrində buyurub:
﴾...Allah cihad edənlərə evlərində oturanlardan daha
böyük mükafatla imtiyaz vermişdir. [Onları] Allah tərəfindən
yüksək dərəcələr, bağışlanmaq və mərhəmət gözləyir. Allah
bağışlayan və rəhm edəndir!﴿
Allahın cihad edəni evdə oturandan üstün tutduğu bir halda
Rəsulunun onları bərabər tutması mümkündürmü? Əsla, yox!

﴾Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və


insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm
etmənizi əmr edir...﴿ 1

Osmanın mühüm əhəmiyyət kəsb edən "Rizvan" bey`ətində


iştirak etməməsini Rəsulullah(s)-in onu Məkkəyə səbəbi
açıqlanmayan bir göndərişi ilə əlaqələndirirlər. Fakt isə, haqqında
yuxarıdakıları sadaladığımız Osmanın bu bey`ətdə olmamasıdır.
Buna don geydirmək üçün də çox şey söyləmək olardı. Çünki,
zəvvarın suallarına açıqlama verən də dinin sütunu olan namazı
xarici və fasiqin arxasında qılan İbn Ömər olmuşdu. Bu haqda İbn
Həzəm yazır:
"İbn Ömər Həccac ilə Nəcdənin arxasında namaz qılırdı.
Onlardan biri xarici, digəri isə yaradılmışların ən fasiqi idi." 2 İbn
Ömərin Həccac ibn Yusif Səqəfinin arxasında namaz qılmasını
Albani "İrva` Əl-Ğəlil" kitabında (2-ci cild, səh. 303-də), İbn
Həcər "Təlxıs Əl-Hubeyr" kitabında (4-cü cild, səh. 426-da) və s.-
1
"Ən-Nisa" surəsi, ayə 57.
2
İbn Həzəm "Əl-Muhallə", 4-cü cild, səh. 213.
ləri qeyd etmiş və buna əsaslanaraq facir və fasiqlərin arxalarında
namaz qılınmasında heç bir vəbal olmadığına dair sər`i hökm
çıxarmışlar.

Görən, bütün bu qeyd etdiklərimizdən sonra canını Allahın


razılığına satan və Allah evindən (Kə`bədə göz açmasından) Allah
evinədək (Kufə məscidində zərbətlənməsinədək) nöqsansız şərəfli
həyat yaşamış Əmir Əl-Mö`minin İmam Əli(ə)-ın şə`nini
kiçildərək bu insanları O(ə)-dan üstün tutmaq, heç, insaf və
ədalətdəndirmi?! İbn Dəməşqi yazır:
"Əhli-sünnənin yekdilliklə rə`y birliyində olduqları şey
Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmdən sonra
insanların ən fəzilətlisinin Əbu Bəkr Siddiq və sonra isə Ömər ibn
Xəttab(r.a.) olmalarıdır. Bir tək ixtilaf Osman ilə Əli(r.a.) arasında
kimin daha fəzilətli olmasındadır. Əksəriyyət təşkil edən qrup
Osmanı Əlidən üstün tutur. Həsən Bəsri də daxil olmaqla digər
(azlıq təşkil edən) qrup isə Əlini Osmandan daha fəzilətli
bilmişdi." 1
Rəsulullah(s)-dən sonra ən fəzilətli insanın Əbu Bəkr, sonra
Ömər daha sonra isə Osmanın olmasını söyləyən kitabların
adlarını qeyd etmək istəsək, onda İslam tarixi boyu Şiəliyə zidd
olmuş bütün məzhəb və dini cərəyanlara mənsub olan müəlliflərin
kitablarını—istisnasız—sadalamalı olarıq!
Bu əqidəyə qulluq edən insanlar, nəinki, ilk üç xəlifəni Əmir
Əl-Mö`minin(ə)-dan üstün tutmuş, hətta çox vaxt Əli(ə)-ın adının
üstündən sükutla keçmişlər. Onlar İslam dininin həqiqi
qəhrəmanını—Allahın yenilməz Aslanı, Peyğəmbər(s) elminin
qapısı, iman və təqva ümmanının möhtəşəm gəmisi olan Əli(ə)-ı
pərdə arxasında qoyaraq qurduqları tamaşanın səhnəsinə öz
qəhrəmanlarını çıxarmışdılar. Belə ki, onlarla hədislərdə ilk üç
xəlifənin adı yan-yana hallanmış, İmam Əli(ə)-ın adından isə əsər-
əlamət olmamışdır. Bu hədislərə dair bir neçə misal göstərmək
istərdim:
İmam Əhməd ibn Hənbəl özünün "Musnəd Əhməd"
kitabının 3-cü cildində Ənəs ibn Malikdən rəvayət edərək yazır:

1
İbn Dəməşqi "Cəvahir əl-Mətalib fi Mənəqib əl-İməm Ali", 1-ci cild, səh. 227.
Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm Uhud dağına
çıxır. Əbu Bəkr, Ömər və Osman da O(s)-i izləyərək ardınca
çıxırlar. Dağ titrəməyə başlayır. (Peyğəmbər(s)) ayağını dağa
çırparaq buyurur:
"Sakit ol! Sənin üzərində bir Peyğəmbər, bir siddiq və iki şəhid
var." 1 (Bu hədisi Buxari də özünün "Sahih Əl-Buxari" kitabında,
4-cü cild, səh. 199-da qeyd etmişdir.)
Əhməd ibn Hənbəl eyni adlı kitabının 5-ci cildində də bu
hədisi qeyd etmiş, lakin bu dəfə dağın adını Uhud deyil, Hira
yazmışdı. 2

İbn Ömərdən rəvayət olunur:


"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin sağlığında biz
daim Əbu Bəkr, Ömər və Osman deyərdik." 3
Bu hədisi Heysəmi "Məcmə Əz-Zəva`id"də (5-ci cild, səh.
177-də) qeyd etmiş, adların sadalanmasını isə xilafətlə
əlaqələndirmişdi.

Heysəmi, habelə, "Məcmə Əz-Zəva`id"də (9-cu cild, səh.


58-də) İbn Ömərdən rəvayət edərək yazır:
"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin
sağlığında biz: "Peyğəmbərdən sonra bu ümmətin ən fəzilətlisi
Əbu Bəkr, Ömər və Osmandır"-deyirdik və Peyğəmbər sallallahu
aleyhi [və alihi] və səlləm də bunu eşidir, amma inkar etmirdi."
Ümumiyyətlə, Rəsulullah(s)-in həyatının müxtəlif
mərhələləri haqda oxuyarkən insanda elə təsəvvür yaranır ki,
sanki, O Həzrət(s)-in yanında, nəinki, Əli(ə), habelə, Salman
Məhəmmədi, Əbu Zərr Ğiffari, Miqdad Kindi, Əmmar bin Yasir,
Cabir ibn Abdullah, İbn Abbas və s. adlı insanlardan—o əzəmətli
səhabələrdən əsər-əlamət olmayıb, Əbu Bəkr ilə Ömər isə daim
O(s)-in yanında yer almış və ayrılmaz bir hissəsi olmuşlar. Bunu
bə`zi hədislərdən də anlamaq olar:
"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm yemək
yedi, Əbu Bəkr və Ömər də yedi...." 4

1
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 3-cü cild, səh. 112(Musnəd Ənəs ibn Malik).
2
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 5-cü cild, səh. 346(Bureydə Əsləminin hədisi).
3
Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 292.
4
Abdullah ibn Qudamə "Əl-Muğni", 8-ci cild, səh. 124.
"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm, Əbu Bəkr
və Ömər namazı:-"Əl-Həmdu Li-l-lahi Rabbi-l-Aləmin" ilə
başlardılar." 1

"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm hər bir


(sübh, məğrib və işa kimi) səslə və (zöhr, əsr və nafilə kimi) səssiz
qılınan namazlarda, eləcə də, qalxarkən və oturarkən
"Təkbir(Allahu Əkbər)" deyərdi. Əbu Bəkr ilə Ömər də." 2

"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm ayaq üstə


xütbə edərdi. Əbu Bəkr, Ömər və Osman da. (Xütbə edərkən)
minbərə ilk oturan şəxs Müaviyə oldu." 3

"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm dedi:


"(Bir dəfə) bir kişi inəyə minir. Birdən inək (dil açaraq) deyir:
"Mən bunun üçün(minilmək üçün) deyil, xış qoşulması üçün xəlq
olunmuşam!" Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm
(sözünə davam edərək) dedi: "Buna Mən də inanıram, Əbu Bəkr
və Ömər də." Əbu Səlma Əbu Bəkr ilə Ömərin həmin gün orada
olmadıqlarını deyir. 4
Rəsulullah(s)-in söylədiyi iddia olunan buna bənzər digər
qondarma bir hədisdə isə deyilir:

"Bir dəfə bir kişi qoyunlarını otarır. Birdən canavar gəlib bir
qoçu götürür. Yiyəsi yetişərək qoçu ondan xilas edir. Canavar (dil
açaraq) deyir: "Bu qoçun məndən başqa çobanı olmayacağı gün—
Qiyamət günü necə edəcəksən?!" Rəsulullah sallallahu aleyhi [və
alihi] və səlləm buyurdu: "Buna Mən də inandım, Əbu Bəkr və
Ömər də." Əbu Səlma Əbu Bəkr ilə Ömərin həmin gün orada
olmadıqlarını dedi. 5
1
Abdulrəhman ibn Qudamə "Əş-Şərh əl-Kəbir", 1-ci cild, səh. 515; Buhuti Hənbəli "Kəşşəf əl-Qina`", 1-
ci cild, səh. 403; İmam Malik "Əl-Mudəvvanə əl-Kubra", 1-ci cild, səh. 62.
2
İbn Həcər "Təlxıs əl-Hubeyr", 3-cü cild, səh. 387; Abdulrəhman ibn Qudamə "Əş-Şərh əl-Kəbir", 1-ci
cild, səh. 539.
3
Şovkani "Neyl əl-Autar", 3-cü cild, səh. 330.
4
Muslim "Sahih Muslim", 7-ci cild, səh. 111; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, 560; Tirmizi
"Sunən ət-Tirmizi", 5-ci cild, səh. 279; Albani "İrva əl-Ğəlil", 7-ci cild, səh. 242.
5
Buxari "Sahih əl-Buxari", 3-cü cild, səh. 67("Mə cəə fi əl-Hars va əl-Muzəraa") bölümü; Əhməd ibn
Hənbəl "Musnəd Əhməd", 2-ci cild, səh. 382; Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 286("Mənaqib
Əbi Hafs Umar bin Əl-Xattab" bölümü); Nisə`i "Fada`il əs-Sahabə", səh. 6.
Məzmun baxımından eyni, lakin rollarının ifaçıları müxtəlif
olan bu hədisləri oxuyarkən onların Əbu Bəkr ilə Ömərin şə`nini
yüksəltmək üçün qondarma olmalarına dair əqli dəlil axtarmağa,
heç, ehtiyac duyulmur! Hüdeybiyyədə Məhəmməd Peyğəmbər(s)-
in risalətinə şəkk edən və bu şəkkini gizlədə bilməyən Ömər
qoyunun danışmasınamı inanacaqdı?! İstər müharibələrdə, istərsə
də, dinc dövrdə O Həzrət(s)-in mö`cüzələrini görərək risalətinə
şəkk edən insan üçün iştirak etmədiyi bir söhbətə inanmasını
söyləmək Məhəmməd Peyğəmbər(s)-in adına söylənilən ağ
yalandır!

Tirmizi özünün "Sunən Ət-Tirmizi" kitabında (5-ci cild, səh.


269-da, "Əbu Bəkrin fəzilətləri" bölümündə) Abdullah ibn
Şəqiqin dilindən rəvayət edərək yazır:
Aişədən[r.a.] soruşdum:
—Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmin
səhabələrindən kim Rəsulullah sallallahu aleyhi [və alihi] və
səlləmə görə daha sevimli, daha əziz idi?
Cavab verərək dedi:
—Əbu Bəkr.
Yenə soruşdum:
—Sonra kim?
Cavab verdi:
—Ömər.
Bir daha soruşdum:
—Sonra kim?
Cavab verdi:
—Sonra isə Əbu Übeydə ibn Cərrah.
Yenə də soruşdum:
—Sonra kim?
Aişə [r.a.] susdu."

Hədislərdən bu qədəri ilə kifayətlənirik. Amma, onu qeyd


etmək istərdim ki, İslam kitabları bu qəbildən olan hədislərlə
zəngindir. Məgər Mö`minlərin Əmiri Əli(ə), "Peyğəmbər(s) sirrini
saxlayan" Huzeyfə bin Yəman, "Ümmətin mürəkkəbi" ləqəbli İbn
Abbas, Rəsulullah(s)-in Öz Əhli-Beytindən(ə) hesab etdiyi
Salman Farsi Məhəmmədi, Rəsulullah(s)-in: "Gözümlə burnum
arasındakı incə dəri"-adlandırdığı Əmmar və digərləri O
Həzrət(s)-in yanında deyildilərmi?!

﴾Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə,


zalımlardır!﴿ ("Əl-Ma`idə" surəsi, ayə 45.)
﴾Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə,
fasiqlərdir!﴿ ("Əl-Ma`idə" surəsi, ayə 47.)
﴾Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə,
kafirlərdir!﴿ ("Əl-Ma`idə" surəsi, ayə 44.)
Ədalətli hökm yürütməyi oxucuların öz vicdanlarına
buraxırıq!

﴾Doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox


layiqdir, yoxsa, doğru yol göstərilmədikcə özü onu tapa
bilməyən kəs?! Necə mühakimə yürüdürsünüz?﴿
("Yunus" surəsi, ayə 35.)
Nəbiz—sirop, yoxsa, məstedici bir içki?
Tarix və hədis kitablarına nəzər saldıqda nəbizlə bağlı
ziddiyətli halları görərik. Belə ki, Peyğəmbər(s) səhabələrindən
bir qrupu nəbizin məstedici bir içki olduğunu və sair məstedici
şərablarla eyni hökmü daşıdığını—haram olduğunu söyləmiş və
bu içkidən uzaq qalınmasını tövsiyə etmişlər. Digər qrup isə,
özlərinin nəbiz içmələri ilə yanaşı başqalarına da bu içkinin halal
olduğunu söyləmişlər. Nəbizin halallığını iddia edənlər bu içkinin
kişmiş, xurma, arpa və s.-nin üzərinə su əlavə etməklə hazırlanan
sirop olduğunu və hazırlanmasından sonra ilk iki gün ərzində
içilməsi gərəkdiyini deyirlər. Haram olduğunu söyləyənlər isə
yuxarıda qeyd etdiyimiz ne`mətlərin üzərinə su əlavə etməklə bir
müddət toxunmayaraq saxlayıb sirkədən sonrakı mərhələyə
keçməsi ilə hazırlanan bir içki olduğunu qeyd edirlər. Lakin ərəb
dili haqqında mə`lumatı olan hər bir şəxsə bu dilin zəngin söz
ehtiyatına malik çoxsinonimli və hər bir incəliyi ayrıca bir sözlə
ifadə edən bir dil olması faktı mə`lumdur. Bu nöqteyi-nəzərdən
çıxış edərək onu deyə bilərik ki, yuxarıda qeyd etdiyimiz
ne`mətlərin su ilə qarışığının bir adı, sirkədən sonrakı
mərhələsinin isə, tam fərqli bir adı olmalı idi. Biz hər iki tərəfin
söylədiyi hədislərdən misallar gətirdikdən sonra bu məsələ bir
qədər aydın olacaq. İlk öncə bu içkinin halal olduğunu söyləyən
bə`zi hədislərə bir baxış keçirək:
Abdulrəhman ibn Qasim rəvayət edir:
"Ömər ibn Xəttabın nökəri Əsləm Məkkəyə yola çıxacaq
Abdullah ibn Əyyaş Məxzumini ziyarət edib onun qarşısında
nəbiz görür və deyir:-"Həqiqətən, Ömər ibn Xəttab bu içkini
xoşlayır." Abdullah ibn Əyyaş böyük bir badəni doldurub Ömər
ibn Xəttabın yanına gələrək badəni onun qarşısına qoyur. Ömər
badəni ağzına yaxınlaşdırır və sonra başını qaldırıb
deyir:-"Həqiqətən, bu, yaxşı şərabdır." Daha sonra isə ondan
içir..." 1

Mücalid ibn Əbu Raşiddən rəvayət olunur:


"İbn Məs`udun yanına gəldik və o, bizə nəbiz içirtdi." 2

Ə`maş İbrahim ibn Əlqəmənin:-"Abdullahin evində


məstedici tünd nəbiz içdim."-söylədiyini rəvayət edir." 3

Əlqəmədən rəvayət olunur:


"İbn Məs`udla yemək yedim. Bizim üçün Sirinin (Əbu
Übeydə ibn Abdullah ibn Məs`udun anasının) yaşıl kuzədə
hazırladığı nəbizdən gətirirlər. (Onlar) bu nəbizdən içirlər." 4

Əlqəmədən rəvayət olunur:


"Bədəvi bir ərəb Ömərin içkisindən içir və sərxoş olur.
Ömər ona şər`i cəza kəsir(şallaqlayır). Bədəvi ərəb
deyir:-"Həqiqətən, mən sənin içkindən içmişəm!" Ömər içkisinin
gətirilməsini söyləyir və ona su əlavə etdikdən sonra ondan içir və
deyir:-"Kim öz içkisinə, az da olsa, şübhə etsə, ona su əlavə etsin!
(İbrahim Nəx`i də Ömərdən buna bənzər bir hədis rəvayət
etmişdir)". 5

Indi də nəbizin haram olduğunu yazan hədislərə baxaq:

İbn Abbas demişdir:


"Kim Allah və Onun Rəsulunun haram buyurduqlarını
haram bilməsinə sevinmək istəyirsə, yaxud da, kim Allah və Onun
Rəsulunun haramını haram bilirsə, nəbizi haram bilsin!" 6
1
İmam Malik "Əl-Muvatta", 2-ci cild, səh. 893.
2
Buxari "Ət-Tərix əl-Kəbir", 8-ci cild, səh. 10
3
Xətib Bağdadi "Tərix Bəğdəd", 6-cı cild, səh. 154.
4
Ibn Həzəm "Əl-Muhallə", 7-ci cild, səh. 489.
5
Cəssas "Əhkam əl-Quran", 2-ci cild, səh. 582.
6
Nisə`i "Əs-Sunən", 8-ci cild, səh. 322; Darimi "Əs-Sunən", 2-ci cild, səh. 118; Zəhəbi "Tənqih ət-Təhqiq
fi Əhadis ət-Təliq", 2-ci cild, səh. 304.
"....Aralarında kiminsə toyu olduqda Təlha və Zubeyr bal və
süd paylayardılar. (Bir dəfə)Təlhadan soruşurlar:
—"Bizə nəbiz verməyəcəksən?"
Cavab verərək deyir:
—"Hər hansı bir müsəlmanın mənim üzümdən sərxoş
olmasını xoşlamıram." 1

Darim, yə`ni, İbn Abdulhəmid Hənəfi rəvayət edərək


demişdir:-"Ətanı nəbiz haqda soruşduqlarında gördüm. Cavab
verərək dedi:
"Rəsulullah(s) buyurmuşdur:-"Ağlı başdan aparan hər bir
şey haramdır!" 2

Rəsulullah(s) buyurmuşdur:
"Nəbizdən keyləşmiş üzün(insanın) etdiyi yaxşı əməllər (toz
kimi) bircə-bircə səpələnərək yox olar!" 3

Həmmam ibn Münəbbih demişdir:-"İbn Ömərdən nəbiz


haqda soruşaraq dedim:
—"Ey Əbu Abdulrəhman! Bu içki haqda nə deyirsən?"
Cavab verdi:
—"Ağlı başdan aparan hər bir şey haramdır!" 4

Əbzi demişdir:-"Ubeyy ibn Kə`bdən nəbiz haqda soruşdum.


Dedi:
—"Su iç! Buğda həlimi iç! Faydalı olan süd iç!"
Dedim:
—"Bu içkilər zövqümcə deyil."
Dedi:
—"Onda sən şərab içmək istəyirsən." 5

Abdulrəhman ibn Əbu Bəkr və Abdulməlik Abbasdan


rəvayət edərək demişlər:-"Məhəmməd ibn İshaq Rey yolunda
1
Nisə`i "Əs-Sunən", 8-ci cild, səh. 336; Sə`ləbi "Təfsir əs-Sələbi", 2-ci cild, səh. 147.
2
Beyhəqi "Əs-Sunən əl-Kubra", 8-ci cild, səh. 305.
3
Təbərani "Əl-Mucəm əl-Kəbir", 7-ci cild, səh. 303.
4
Əbdürrəzzaq Sən`ani "Əl-Musannəf", 9-cu cild, səh. 222(17008-ci hədis).
5
Bundan öncəki qaynaq, səh. 223(17013-cü hədis).
Bureydə ibn Süfyanı şərab içərkən gördüyünü Yəhyaya
söyləmişdi. (Abdulrəhman) İbn Əbu Bəkr bu hədisin açıqlaması
üçün Abbasın:-"Mədinə və Məkkə əhli nəbizin şərab olduğunu
söyləyərək içilməsini qadağan edirdilər. (Məhəmməd ibn İshaq)
Bureydəni nəbiz içərkən gördüyü üçün "Şərab içir" demişdir."-
söyləmişdir." 1

Muafə ibn Zəkəriyyə "Əl-Cəlis va Əl-Ənis" kitabında


Abdulrəhman ibn Muğərradan rəvayət edərək yazmışdır:-"Bir
nəfər Əbu Hənifənin yanına gələrək soruşur:
—"Mən dünən nəbiz içmişdim. Bilmırəm arvadıma təlaq
verdim(boşadım), yoxsa, yox."
(Əbu Hənifə) cavab verir:
—"Təlaq vermənə(boşamana) tam əmin olanadək qadın sənin
arvadındır." 2

Bütün bu qeyd etdiklərimizdən belə bir nəticə hasil olur ki,


hədislərdə adı "Nəbiz" gedən bu içki, heç də, sirop deyil, əksinə,
pivədən daha tünd, daha sərt olub bu günkü günümüzdə "Çaxır"
kimi tanınan içkinin eynisidir. Əgər elə olmasaydı, sərxoşluq
dərəcəsinədək gətirib çıxarmazdı.
Daha doğru olanını Allah bilir.
"Nəbiz" haqda ayrıca başlıq altında danışdıqdan sonra
yenidən mövzumuza dönüş alaq!

1
Abdullah ibn Udeyy "Əl-Kəmil", 2-ci cild, səh. 61; Yəhya ibn Mu`in "Tərix ibn Muin əd-Dauri", 1-ci
cild, səh. 56/290.
2
İbn Xəlliqan "Vafəyət əl-Əyan va Ənbə Əbnə əz-Zəmən", 2-ci cild, səh. 318.
Əli(ə) Qur`ani-Kərimdə

İbn Abbas(r.a.)-dan rəvayət olunur:


"Allah kitabında heç bir kəs üçün Əliyə dair nazil olan qədər
ayə nazil olmamışdır." 1

"Əlinin mədhinə dair üç yüzdən artıq ayə nazil olmuşdur." 2

Bu hədisləri oxuduqda belə bir sual meydana çıxır:


Görən, bu hansı ayələrdir?! Axı biz "Mübahələ", "Salavat",
"(Rükuda)Sədəqə", "Təthir" və bu kimi bir neçə ayədən savayı
başqa bir ayə bilmirik.
Bir çox qaynaqlarda İbn Abbas(r.a.)-dan belə bir hədis
rəvayət olunur:
"Qur`anda ﴾Ey iman gətirənlər!..﴿ xitabı ilə başlayan elə
bir ayə yoxdur ki, Əli onun ilki, əmiri və şərəf vericisi olmasın.
Allah Qur`anda Məhəmmədin səhabələrini danlayaraq tənbeh
etmiş, Əlini isə, yalnız, xoş sözlərlə yad etmişdir." 3

"Əliyə dair Allah kitabında bu ümmətdən heç bir kəsin ortaq


olmadığı səksən seçilmiş ayə nazil olmuşdur." 4

Bu ayələrdən bə`zilərinə nəzər salaq:


1
Suyuti "Tərix əl-Xuləfə", səh. 172; Hakim Haskani "Şəvahid ət-Tənzil", 1-ci cild, səh. 53.
2
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 377.
3
Ibn Diməşqi "Cəvahir əl-Mətalib fi Mənaqib Əl-İməm Ali(ə)", 1-ci cild, səh. 221; Hakim Haskani
"Şəvahid ət-Tənzil", 1-ci cild, səh. 30/65; Qunduzi Hənəfi "Yənəbiʻ əl-Məvaddə", 1-ci cild, səh. 377;
Təbəri "Zəxəir əl-Uqbə", səh. 89; Əbu Bəkr Əhməd ibn Musa ibn Mərdabeyh "Mənaqib Ali ibn Əbi
Talib(ə) va mə Nuzilə min əl-Quran fi Ali(ə)", səh. 220.
4
Hakim Haskani "Şəvahid ət-Tənzil", 1-ci cild, səh. 55.
"Ər-Rə`d" surəsi, ayə 43

Bu ayədə Uca və Qadir Allah buyurur:


﴾Küfr edənlər:-"Sən göndərilən (Allah tərəfindən
göndərilən elçi, peyğəmbər) deyilsən!"-deyirlər. (Onlara cavab
verərək) de:-"Mənimlə sizin aranızda (Peyğəmbər olmağıma)
Allahın və bir də, kitabın elmi olanın şahid olması yetər!﴿ 1
Sə`ləbi və İbn Məğazəli özlərinin təfsir kitablarında bu
ayənin şərhi haqda danışarkən yazırlar:
"Abdullah ibn Əta demişdir:-"Məsciddə Əbu Cəfər(r.a.) ilə
birgə oturmuşdum. Abdullah ibn Salamın oğlunun digər bir
tərəfdə oturduğunu gördüm və Əbu Cəfərə dedim:-" Deyirlər,
kitabın elmi olan şəxs Abdullah ibn Salamdır." Əbu Cəfər
dedi:-"Həqiqətən, kitabın elmi olan şəxs Əli ibn Əbu Talib(ə)-dır."
2

Habelə, Sə`ləbi Əbu Ömər Zadanın belə rəvayət etdiyini


yazır:-" Məhəmməd ibn Hənəfiyyədən soruşurlar:
—Kitabın elmi olan kimdir?
Cavab verərək deyir:
—O, Əli ibn Əbu Talibdir. 3
Görən, bu ayədə Uca və Qadir Allah niyə görə Əli ibn Əbu
Talib(ə)-ı "Kitabın elmi olan" adı ilə tanıtmışdı?!
Qur`ani-Kərimin "Ən-Nəml" surəsində Uca və Qadir Allah
Süleyman peyğəmbərin hekayəsindən bəhs edərkən demişdir:
﴾(Süleyman) dedi: "Ey ə`yanlar! Onlar müt`i vəziyyətdə
yanıma gəlməzdən öncə hansınız onun (Bilqesin) taxtını mənə
gətirə bilər?" Cinlərdən olan bir İfrit dedi: "Sən yerindən
qalxaraq dikəlməzdən öncə mən onu sənə gətirərəm. Mən bu
işi görməyə çox qüvvətli və e`tibarlıyam." (Süleyman taxtın
daha tez gətirilməsini istədi.) Kitabdan bir qədər elmi olan
birisi dedi: "Mən onu sənə bir göz qırpımında

1
"Ər-Rə`d" surəsi, ayə 43.
2
Sə`ləbi "Təfsir əs-Sələbi", 5-ci cild, səh. 302; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 305.
3
Bundan öncəki qaynaqlar.
gətirərəm!"(Süleyman) taxtı yanında hazır durmuş görüncə
dedi: "Bu, Rəbbimin lütfündən və mərhəmətindəndir...﴿ 1
Bu ayələri oxuduqda Süleyman peyğəmbərin vəziri olan
Asif ibn Bərxəyanın öz iman və təqvası ilə necə yüksək məqama
yüksəldiyinin şahidi oluruq. Belə ki, bir göz qırpımında bir
ölkədən digərinə (Yəməndən Həbəşistana) səfər edib qızıldan olan
ağır şah taxtını yenidən öz ölkəsinə gətirmək kimi vəzifənin
öhdəsindən gəlmək hər bir insana, daha doğrusu adi bir insana
nəsib olmur. Bu, Uca və Qadir Allahın hədisi-qüdsidə: "Ey
mənim qulum! Mənə itaət et, Mənim kimi olarsan! Ol deyərsən,
olar!"- söylədiyi təki Allaha layiqincə itaət edən qullarına nəsib
olan bir şərəfdir. Allahın "Kitabdan bir qədər elmi olan birisi"
adlandırdığı Asif ibn Bərxəya bir göz qırpımında bunu etmişdisə,
onda "Kitabın elmi olan" Əli ibn Əbu Talib(ə) nələr etmək
iqtidarında idi?! Axı, İmam Əli(ə) Uca Allahın söylədiyinə görə
Asif ibn Bərxəya kimi kitabdan bir qədər elmə deyil, əksinə, bütün
kitabın elminə malik idi.
Bu barədə İmam(ə)-ın Öz e`tirafı da vardır. Belə ki, Qunduzi
Hənəfi "Yənəbi Əl-Məvaddə"-də "Əl-Mənaqib" kitabından
gətirdiyi sitatda yazır:
"Əli(ə)-dan soruşurlar:
"Həqiqətən, Məryam oğlu İsa ölüləri dirildirdi və Davud
oğlu Süleyman quşlarin dilini bilirdi, sizin bu cür imkanlariniz,
bacarığınız varmı?" O, cavab verərək deyir: "Davud oğlu
Süleyman(ə) şanapipik quşunu görmədikdə əsəbləşdi. Çünki,
şanapipik suya bələddir və suyun yerini bilirdi. Süleyman isə
küləklərin, qarışqaların, insanların, cinlərin, şeytanların və
itaətdən çıxmışların ona tabe və itaətdə olmalarına baxmayaraq
səma altında suyun harda olduğunu bilmirdi. Allah isə kitab haqda
demişdir: ﴾Əgər Qur`anla dağlar hərəkətə gətirilsə, yaxud yer
parçalansa və ya ölülər danışdırılsaydılar...﴿ 2, habelə,
demişdir: ﴾Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-
aydın kitabda olmasın!﴿ 3, eləcə də Uca Allah demişdir: ﴾Sonra

1
"Ən-Nəml" surəsi, ayə 38-40.
2
"Ər-Rə`d" surəsi, ayə 31.
3
"Ən-Nəml" surəsi, ayə. 75.
Kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq﴿ 1 .
Dağları hərəkətə gətirən, (yeri) ölkələrə bölən və ölüləri dirildən
sirrlərin olduğu bu Qur`anı biz miras aldıq və onunla(Qur`andakı
elmlər vasitəsilə) suyun da yerini bilirik. Biz hər bir şeyin bəyanı
olan bu Kitabı miras aldıq." 2
Ətiyyə İvafi Əbu Səid Xudri(r.a.)-dan rəvayət edərək
demişdir:
"Rəsulullah(s)-dən bu ayə-("Kitabdan bir qədər elmi olan
birisi"-haqda soruşdum. Cavab verdi: "O, qardaşım Süleyman ibn
Davud(ə)-ın vəsisidir." Sonra isə Uca və Qadir Allahın:-"Mənimlə
sizin aranızda (Peyğəmbər olmağıma) Allahın və bir də, kitabın
elmi olanın şahid olması yetər!"-söyləməsi haqda soruşdum.
Cavab verdi: "O, qardaşım Əli ibn Əbu Talibdir" 3
Habelə, İbn Abbas(r.a.)-dan rəvayət olunur:
"Kitabın elmi olan, şübhəsiz ki, Əlidir. O, Qur`an ayələrinin
təfsirini, yozumunu, nasixini(digər ayəni hökmdən, qüvvədən
salan ayələri) və mənsuxunu(hökmdən, qüvvədən düşmüş ayələri)
bilirdi. 4
Bəlkə də, məhz, bu qeyd olunanlara görədir ki, Uca və Qadir
Allah ayədə Əli ibn Əbu Talib(ə)-ı "Kitabın elmi olan" adı ilə
tanıtmışdı.

"Məryəm" surəsi, ayə 96

İbn Abbas(r.a.)-dan rəvayət olunur:


"Peyğəmbər(s) mənim və Əli ibn Əbu Talibin əlindən tutub
nəzərlərdən xəlvətə—Subeyr dağına gətirdi. Uzun-uzadı namaz
qıldıqdan sonra əllərini göyə qaldırıb dua edərək dedi: "Ey
Allahım! Musa ibn İmran dua edərək Səndən istədi. Mən də Sənin
peyğəmbərin Məhəmmədəm. Səndən köksümü açıb genişlətməni,
işimi yüngülləşdirməni, sözümü yaxşı anlasınlar deyə dilimdəki
düyünü açmanı, Mənə ailəmdən birini—Əli ibn Əbu Talibi vəzir
1
"Fatir" surəsi, ayə 32.
2
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 307.
3
Hakim Haskani "Şəvahid ət-Tənzil", 1-ci cild, səh. 402; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild,
səh. 307.
4
Hakim Haskani "Şəvahid ət-Tənzil", 1-ci cild, səh. 310; İbn Şəhr Aşub "Mənaqib Əəl Əbi Talib", 2-ci
cild, səh. 29.
qərar verməni, Onunla arxamı möhkəmləndirməni və Onu işimə
ortaq etməni diləyirəm!" İbn Abbas dedi: "Səs eşitdim və bu səs
deyirdi: "Ey Əhməd! Diləklərin qəbul olundu!" Peyğəmbər(s)
Əliyə buyurdu: "Ey Əbəl-Həsən! Əlini göyə qaldır, Rəbbinə dua
et və dilə! Istədiyini verəcək!" Əli əlini göyə qaldıraraq dedi: "Ey
Allahım! Məni dərgahında əhdi və qəlblərdə sevgisi olanlardan
qərar ver!" Allah Peyğəmbərinə: ﴾Həqiqətən, iman gətirib saleh
əməllər edənlər üçün Rəhman olan Allah (ürəklərdə) bir sevgi
yaradacaqdır.﴿ 1—ayəsini nazil etdi. Peyğəmbər(s) bu ayəni
səhabələrinə oxuduqda şiddətli şəkildə təəccüblənirlər.
Peyğəmbər(s) buyurur: "Təəccübünüzün səbəbi nədir?!
Həqiqətən, Qur`an dörd hissəyə bölünür. Onun dörddə biri,
xüsusilə, Biz Əhli-Beytə, digər dörddə biri düşmənlərimizə, o biri
dörddə biri halal və harama, son dörddə biri isə, vacib və şər`i
hökmlərə aid nazil olmuşdur. Həqiqətən, Allah Qur`anın ən
kəramətli ayələrini Əliyə dair nazil etmişdir." 2
İbn Covzi də özünün "Zəd Əl-Məsir" kitabında İbn
Abbasdan rəvayət etdiyi hədisdə deyir: "Bu ayə Əli(r.a.) üçün
nazil olmuşdur." 3
Sə`ləbi özünün "Təfsir" kitabında Azibdən rəvayət edərək
yazır: "Rəsulullah(s) Əli ibn Əbu Talibə dedi: "Əli! De ki,-"Ey
Allahım! Məni Öz dərgahında əhdi olanlardan və mö`minlərin
sinələrində (ürəklərində) sevgisi olanlardan qərar ver!" Uca Allah
da: ﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər üçün
Rəhman olan Allah (ürəklərdə) bir sevgi yaradacaqdır.﴿-
ayəsini nazil edir." 4
Hafiz Muhibbiddin Təbəri "Zəxə`ir Əl-Uqbə" kitabında,
eləcə də, şafii məzhəbli İbn Dəməşqi "Cəvahir Əl-Mətalib fi
Mənaqib Əl-İməm Ali(ə)" kitabında bu ayənin təfsirindən bəhs
edərkən İbn Hənəfiyyədən rəvayət etdikləri hədisdə yazırlar:
"Elə bir mö`min qalmayacaq ki, onun qəlbində Əliyə və
ailəsinə sevgı olmasın!" 5
1
"Məryəm" surəsi, ayə 96.
2
Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci cild, səh. 57.
3
Ibn Covzi "Zəəd əl-Məsir", 5-ci cild, səh. 185.
4
Sə`ləbi "Təfsir əs-Sələbi", 6-ci cild, səh. 233.
5
Təbəri "Zəxəir əl-Uqbə", səh. 89; İbn Dəməşqi Şafii "Cəvahir əl-Mətalib fi Mənaqib əl-İməm Ali(ə)", 1-
ci cild, səh. 220; Zərəndi Şafii "Məaric əl-Vusul ilə Mərifət Əəl ər-Rəsul", səh. 34.
Bu ayənin İmam Əmir Əl-Mö`minin(ə) üçün nazil olduğunu
Vahidi özünün "Təfsir" kitabında (2-ci cild, səh. 690-da), İmam
İzzəddin Dəməşqi Şafii "Təfsir İzzi-d-Din Abdi-s-Sələm"
kitabında (2-ci cild, səh. 290-da), Cəlaləddin Süyuti özünün "Əd-
Durr Əl-Mənsur" kitabında (4-cü cild, səh. 287-də), İbn Əbul-Fəth
Ərbili özünün "Kəşf Əl-Ğimmə" kitabında(1-ci cild, səh. 319-da),
Müvəffəq Xəvarəzmi özünün "Mənaqib" kitabında (səh. 278-də),
Zərəndi Şafii özünün "Məaric Əl-Vusul İlə Mərifət Əəl Ər-Rəsul"
kitabında(səh. 34-də), İbn Dəməşqi özünün "Cəvahir Əl-Mətalib
Fi Mənaqib Əl-İməm Ali" kitabında (1-ci cild, səh. 220) və s.-ləri
də qeyd etmişlər.

"Taha" surəsi, ayə 82

Bu ayədə isə Qadir Allah buyurmuşdur:


﴾Həqiqətən, Mən tövbə edib, iman gətirib və saleh əməl
edib sonra hidayət tapanları çox bağışlayanam!﴿
Bu ayəni oxuyarkən belə bir sual meydana çıxır: "Məgər,
tövbə etmək və iman gətirmək, elə, hidayət tapmağın eyni
deyilmi?!" Əgər elədirsə, onda niyə görə Uca və Qadir Allah bu
ayədə eyni mə`nanı daşıyan həmin ifadələri birgə işlədib?! Məgər,
bu ayəni nazil edərkən: "Həqiqətən, Mən tövbə edib, iman gətirib
və saleh əməl edənləri bağışlayanam!"- deməsi kifayət
etməzdimi?! Görən, "Sonra" ədatı vasitəsilə "Hidayət tapanları"
ifadəsini öncəki "Tövbə edib, iman gətirib və saleh əməl edib"-
dən ayırmağın nə mə`nası var?!
Hənəfi məzhəbli Qunduzi bu ayənin təfsirində Ovn ibn Əbu
Cuheyfənin öz atasından rəvayət etdiyi hədisində yazır:
"Əli (kərrəm Allahu vachəhu) bu ayə haqda demişdir:
"Bizim vilayətimizə hidayət tapanları." 1
Qurtubi özünün "Təfsir Əl-Qurtubi" kitabında (11-ci cild,
səh. 231-də) bu ayənin təfsiri haqda: "Peyğəmbər(s)-in Əhli-
Beytinin(ə) vilayətinə hidayət tapanları"-deyə qeyd etmişdir.
Hakim Haskani "Şavahid Ət-Tənzil" kitabında Abdullah ibn
Cəfər ibn Məhəmməd ibn Feyzin öz atasından rəvayət etdiyi
1
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 329.
hədisini qeyd edərək yazır: "(Əbu Cəfər) Məhəmməd(Baqir) ibn
Əli(Zeynulabidin) atasından, O da babasından nəql edir ki, bir gün
Rəsulullah(s) çıxıb dedi:-"Uca Allah buyurur:
﴾Həqiqətən, Mən tövbə edib, iman gətirib və saleh əməl
edib sonra hidayət tapanları çox bağışlayanam!﴿. Sonra da
O(s), Əli ibn Əbu Talibə xitabən buyurdu: "Sənin vilayətinə
hidayət tapanları." 1
Demək bu ayədə Uca və Qadir Allah bizə bağışlanılmanın
şərtlərini açıqlamış oldu.

"Əl-Mə`aric" surəsi, ayə 1-3

Bu surənin ilk üç ayəsində Uca Tanrı buyurmuşdur:


﴾Birisi vaqe olacaq (baş verəcək) əzab istədi. O əzabı
kafirlərdən dəf edəcək bir kimsə yoxdur. O əzab yüksək
dərəcələr sahibi olan Allahdandır!﴿
Çox təəssüflər olsun ki, müqəddəs Qur`ani-Kərimi tərcümə
edərkən bu və buna bənzər bir çox ayələrin təfsirinə, habelə,
ayələrin nazil olma səbəblərinə müraciət olunmamış və nəticədə
tərcümə mə`na tərcüməsi deyil, hərfi tərcümə xarakteri daşımışdır.
Məhz, indi danışdığımız bu ayələr üçün Qur`anın mövcud
tərcümələrinə nəzər salsaq, orada kafirlərdən birinin Qiyamət
günü baş verəcək əzab haqda soruşduğunu görərik. Amma, qədimi
kitablardan bu ayələrin təfsiri və nazil olma səbəblərini araşdırsaq
tam fərqli bir şeyin şahidi olarıq:
Əbu İshaq Sə`ləbi özünün "Təfsir" kitabında yazır:
Süfyan ibn Üyeynədən Uca və Qadir Allahın ﴾Birisi vaqe
olacaq (baş verəcək) əzab istədi﴿ söylədiyi ayəsini kimin üçün
nazil etdiyini soruşurlar. O(Süfyan), cavab verərək deyir: "Sən
məndən elə bir məsələ haqda soruşdun ki, səndən öncə bu barədə
heç bir kəs soruşmamışdır. Atam Cəfər ibn Məhəmməd(ə)-dan
rəvayət edərək demişdir ki, Rəsulullah(s) Qədir-Xumda olarkən
insanlara toplanmalarına dair səslənir və hamı bir yerə cəm olur.
O(s), Əli(radiyallahu anhu)-nun əlini qaldıraraq deyir: "Mən kimin
ağasıyamsa, Əli də onun ağasıdır!" Bu hadisə bölgələrə, ölkələrə
.Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci cild, səh. 493 1
uçaraq hər tərəfə yayılır. Eləcə də, Haris ibn Nu`man Fehriyə də
yetişir. O(Haris), dəvəsini minib Rəsulullah(s)-in yanına gəlir.
Dəvəsindən enərək onu azad buraxıb deyir: "Ey Məhəmməd! Uca
və Qadir Allaha dair "Allahdan başqa mə`bud yoxdur! "-deyə
şəhadət verməyimizi əmr etdin, qəbul etdik. Beş namaz
qılmağımızı əmr etdin, Səndən bunu da qəbul etdik. Zəkat
verməmizi əmr etdin, qəbul etdik. Ramazanı oruc tutmağımızı əmr
etdin, qəbul etdik. Həcc etməyimizi əmr etdin, qəbul etdik. Daha
sonra isə bütün bunlardan razı deyilmiş (bütün bunlar bəs
etmirmiş) kimi əmin oğlunu bizdən üstün qərar verib əlini
qaldıraraq dedin: "Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır!"
Bu, özündən dediyin bir şeydir, yoxsa, Uca və Qadir Allahdan?!"
Peyğəmbər(s) cavab verərək deyir: "Özündən savayı mə`bud
olmayan Allaha and olsun ki, həqiqətən, bu, Uca və Qadir
Allahdandır!" Haris ibn Nu`man üzünü çevirib:- "Ey Allahım!
Əgər Məhəmmədin dediyi bir həqiqətdirsə, onda göydən başımıza
daş yağdır, yaxud da, bizə ağrılı bir əzab ver!"-deyərək miniyinə
(dəvəsinə) tərəf üz tutur. Dəvəsinə çatmamışdı ki, Uca və Qadir
Allah tərəfindən (atılan) bir daş onun başından (əmgək
sümüyündən) girib arxasından çıxaraq onu öldürür. Uca və Qadir
Allah: ﴾Birisi vaqe olacaq (baş verəcək) əzab istədi. O əzabı
kafirlərdən dəf edəcək bir kimsə yoxdur.﴿-ayəsini nazil edir." 1
Təfsir kitablarında bu ayələrin nazil olma səbəbini
oxuduqdan sonra belə bir qənaətə gəlirik ki, tərcümələrdə bu ayə:
"(Kafirlərdən) biri vaqe olacaq əzab barədə soruşdu."-kimi deyil,
məhz, "Birisi vaqe olacaq əzab istədi."-kimi olmalıdır. Habelə,
onu qeyd etmək yerinə düşərdi ki, bu ayədə "Soruşdu" kimi
tərcümə edilmiş "Sə`ələ" fe`linin bir mə`nası da "İstədi"-dir.
Bu ayə və onun nazil olma səbəbi özlüyündə "Qədir-
Xum"da baş verən əhvalatı—Rəsulullah(s)-in mö`minlərin Əmiri,
təqvalıların İmamı, Allahın yenilməz Cəngavəri, elmlər Qapısı
olan Əli ibn Əbu Talib(ə)-ın əlini qaldıraraq: "Mən kimin vəlisi,
ağasıyamsa, Əli də onun vəlisi, ağasıdır!"-söyləməsini dananlara,
1
Sə`ləbi "Təfsir əs-Sələbi", 10-cu cild, səh. 35; Hakim Haskani "Şavahid ət-Tənzil", 2-ci cild, səh. 382;
Qurtubi "Təfsir əl-Qurtubi", 18-ci cild, səh. 278; Əbu Bəkr Əhməd ibn Musa ibn Mərdaveyh İsfahani
"Mənaqib Ali ibn Əbi Talib(ə) va mə Nuzilə min əl-Quran fi Ali(ə)", səh. 247; Qunduzi Hənəfi "Yənəbi
əl-Məvaddə", 2-ci cild, səh. 369; Zərəndi Hənəfi "Nuzum Durar əs-Sımteyn", səh. 94; Zərəndi Şafii
"Məaric əl-Vusul ilə Mərifət Əəl ər-Rəsul", səh. 39.
eləcə də, "Vəlisi" sözünü "Dostu" kimi qələmə verənlərə
sübutlardan biridir. Çünki, bu əhvalat zamanı Peyğəmbər(s)-in
işlətdiyi "Vəli" sözü "Dost" mə`nasını daşısaydı, onda Haris ibn
Nu`man Fehrinin uzun məsafə qət edərək gəlib Peyğəmbər(s)-ə
belə e`tiraz etməsinə və Allahın Öz canfədaisinə görə onu bu cür
ağır cəzaya məhkum etməsinə zərurət olmazdı!
Bu ayənin İmam Əmir Əl-mö`minin Əli(ə) haqda nazil
olmasını Alusi özünün "Təfsir"-ində (29-cu cild, səh.55), Əbu
Sə`ud özünün "Təfsir"-ində (9-cu cild, səh. 29), İbn Şəhr Aşub
özünün "Mənaqib Əəl Əbi Talib" kitabında (2-ci cild, səh.
166/301), İbn Tavus özünün "Ət-Tara`if Fi Mə`rifət Məzəhib Ət-
Tava`if" kitabında (səh.152) və s.-ləri də qeyd etmişlər.

"Ən-Nəcm" surəsi, ayə 1-7

Uca Yaradan bu ayələrdə buyurmuşdur:


﴾Batmaqda olan ulduza and olsun ki, sizin yoldaşınız nə
haqq yoldan sapmış, nə də azmışdır. O, kefi istəyəni danışmır.
O, ancaq nazil olan bir vəhydir. Onu çox qüvvətli olan
(Cəbrail) öyrətdi. O qüvvət sahibi göründü. O, ən uca üfüqdə
idi.﴿
Bir çox kitablarda İbn Abbasdan rəvayət olunan hədisdə
qeyd olunur:
"Haşim övladlarından olan gənclərlə birgə Peyğəmbər
sallallahu aleyhi [və alihi] və səlləmin yanında idim. Birdən bir
ulduz axdı. Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm
buyurdu:
"Bu ulduz kimin evinə düşsə, o, Məndən sonrakı vəsidir".
Haşim övladlarından olan gənclər qalxıb ulduzu müşahidə etdilər.
Ulduz Əlinin evinə düşdü. (Haşim övladlarından olan gənclər)
dedilər: "Ya Rəsulullah, Sən Əliyə olan sevgində azmısan." Uca
Allah da bu ayələri nazil etdi: ﴾Batmaqda olan ulduza and olsun
ki, sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır. O,
kefi istəyəni danışmır. O, ancaq nazil olan bir vəhydir. (Ta ki,
"O, ən uca üfüqdə idi.﴿-ayəsinədək)"1

"Əs-Saffat" surəsi, ayə 24

Qadir Allah bu ayədə buyurur:


﴾Durdurun onları! Həqiqətən, onlar sorğu-sual
olunacaqlar!﴿
Alusi özünün "Təfsir Əl-Alusi" kitabında İbn Cübeyrin İbn
Abbasdan rəvayət etdiyi hədisini qeyd edərək yazır:
"Onlar Əli(kərrəm Allahu-Təala vachəhu)-nun vilayətinə
dair sorğu-sual olunacaqlar.(Bu hədisi Əbu Səid Xudridən də
rəvayət edirlər.)" 2
Eyni məzmunlu hədisi İbn Həcər özünün "Lisən Əl-Mizən",
eləcə də "Əs-Savaiq Əl-Muhriqa" kitablarında da qeyd etmişdir. 3
Bu ayənin Qiyamət günü Əli İbn Əbu Talib(ə)-ın vilayətinə
dair sorğu-sual olunacağına görə nazil olduğunu Əbu Bəkr Əhməd
İsfahani özünün "Mənaqib Əli ibn Əbi Talib Va Mə Nuzilə Min
Əl-Qur`an Fi Əli(ə)" kitabında (səh. 311-də) Mücahid və İbn
Abbasdan rəvayət etdiyi hədislərdə, Müvəffəq Xavarəzmi özünün
"Əl-Mənaqib" kitabında (səh. 275-də) Əbu İshaqdan rəvayət
etdiyi hədisdə, İbn Əbulfəth Ərbili "Kəşf Əl-Ğimmə" kitabında
(1-ci cild, səh. 319-da) Əbu Səid Xudridən və (1-ci cild, səh. 322-
də) İbn Abbasdan rəvayət etdiyi hədislərdə, Hənəfi Qunduzi
"Yənəbi Əl-Məvaddə" kitabında (1-ci cild, səh. 334-də) və s.ləri
də söyləmişlər.
Zərəndi Şafii "Məaric Əl-Vusul İlə Mərifət Fadl Əəl Ər-
Rəsul(ə)" kitabında (səh. 44-də) Peyğəmbər(s)-in Vida həccindən
qayıdarkən Qədir-Xumda etdiyi xütbəsini və Əli ibn Əbu Talib(ə)-
ın əlini qaldırıb: "Mən kimin vəlisi, ağasiyamsa, Əli də onun
vəlisi, ağasıdır"-söyləməsini qeyd etdikdən sonra yazır:
İmam Əbul-Həsən Vahidi demişdir:

1
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 392; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci
cild, səh. 249; Hakim Haskani "Şavahid ət-Tənzil", 2-ci cild, səh. 278.
2
Alusi "Təfsir əl-Alusi", 23-cü cild, səh. 80.
3
İbn Həcər "Lisən əl-Mizən", 4-cü cild, səh. 212/"Əs-Savaiq əl-Muhriqa", səh. 149.
"Bu, Peyğəmbər(s)-in təsbit etdiyi və Qiyamət günü
haqqında soruşulacaq vilayətdir. (Sonra isə Vahidinin Uca və
Qadir Allahın: ﴾Durdurun onları! Həqiqətən, onlar sorğu-sual
olunacaqlar.﴿-ayəsinin təfsirini əlavə edərək yazmışdır) : "Yə`ni,
Əli(radiya Allahu anhu)-nun və Əhli-Beytin vilayətinə dair sorğu-
sual olunacaqlar. Çünki, Allah Öz Peyğəmbəri(s)-ə risalətin
təbliği müqabilində yaxınlara sevgi, məhəbbət, ülfət və xoş
davranışdan başqa bir şey istəməməsini xilqətə çatdırmasını
bildirmişdi. Bu da o deməkdir ki, onlar Əhli-Beyt(ə)-a
Peyğəmbər(s)-in vəsiyyət etdiyi kimi həqiqi mə`nada sevgi,
məhəbbət, ülfət və xoş davranışda olmaları, yaxud da laqeyd
münasibət bəsləyib ciddiyə almamaları haqda sorğu-sual
olunacaqlar.
Əbu Hənifə, Malik, Şafii, Əhməd və sairləri kimi yaşayıb
yaratmış ictihad dərəcəsinə yetən alimlər və doğru yol göstərən
hidayət tapmış imamlardan(Allah onlara rəhmət eləsin!) elə birisi
olmayıb ki, Əhli-Beytin istək və qayğılarına bağlılıqları,
ləpirlərini izləmələri və nurlarıyla hidayət tapmaları səbəbilə
Onların vilayətini öz kitablarında bol fürsət və böyük fəxr
bilməsinlər. Hətta, İmam Şafii Mətləbi özünün Əhli-Beyt şiəsi
olduğunu car çəkərək söylədiyində onun arxasınca danışmışdılar.
O isə aşağıdakı beytlərlə cavab verərək demişdi:

Dedilər: "Rafizi(yə`ni, şiə) oldun",


Cavab verdim:"Xeyr, nə dinimdir rafizilik, nə də e`tiqadım!
Lakin, vəli, ağa seçdim, şübhəsiz ən xeyirli İmamı, ən xeyirli
hidayətçini,
Əgər, vəlinin, ağanın məhəbbəti rafizilikdirsə,
Onda ən rafizisiyəm mən qulların!" 1

"Əl-Əhzab" surəsi, ayə 25

Bu ayədə isə Uca Yaradan buyurmuşdur:

1
Zərəndi Şafii "Məaric əl-Vusul ilə Mərifət Fadl Əəl ər-Rəsul(ə)", səh. 45.
﴾... Allah mö`minlərə [zəfər çalmaq üçün] döyüşü kifayət
bildi. Allah qüvvət və qüdrət sahibidir!﴿ 1

İbn Məs`uddan rəvayət olunur ki, o, bu ayəni belə oxuyardı:


"Allah mö`minlərə döyüşü Əli ibn Əbu Taliblə kifayət bildi." 2
İbn Məs`udun bu ayəni: "Allah mö`minlərə döyüşü Əli ibn
Əbu Taliblə kifayət bildi."-kimi oxumasını Alusi özünün "Təfsir
Əl-Alusi" kitabında (21-ci cild, səh. 175-də) və Zəhəbi özünün
"Mizən Əl-İtidəl" kitabında (2-ci cild, səh. 379-da) qeyd etmişlər.
Əbu Bəkr Əhməd ibn Musa ibn Mərdaveyh İsfahani
"Mənaqib Əli ibn Əbi Talib(ə) va Mə Nuzilə Min Əl-Qur`ən fi
Əli" kitabında (səh. 300-də) İbn Abbasdan rəvayət edərək yazır:
"Rəsulullahın sağlığında bu ayəni: "Allah mö`minlərə
döyüşü Əli ibn Əbu Taliblə kifayət bildi."-oxuyurduq.
Qunduzi Hənəfi və habelə, Alusi bu ayənin Əmir Əl-
Mö`minin(ə)-ın Xəndək müharibəsində Əmr ibn Abduvədd
üzərində qələbə çalmasından sonra şə`ninə dair nazil olduğunu
yazırlar. 3
O həmin Əmr ibn Abduvədd idi ki, yaşı doxsanı ötməsinə
baxmayaraq ona "Ərəblərin dayağı" ləqəbi verilmiş və min
süvariyə bərabər bir cəngavər hesab edilmişdi.4 Bu döyüşün
müsəlmanlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayan
Rəsulullah(s) buyurmuşdu: "Kamil iman tam şirklə mübarizəyə
qalxdı". 5 Habelə, O Həzrət(s) Allahın Yenilməz Aslanının bu
döyüşünü layiqincə dəyərləndirərək:—"Əlinin Xəndək günündəki
zərbəsi cin və insanların Qiyamət gününədək edəcəkləri ibadətdən
üstündür!" 6-buyurmuşdu.
İbn Teymiyə özünün e`timad etdiyi kitablarda bu hədisin,
zəif isnadla da olsa belə, qeyd edilməməsinə görə onu qondarma
hədis hesab etmiş, habelə demişdir: "Bir kafirin qətlə yetirilməsi
cin və insanların ibadətindən necə üstün ola bilər? Halbuki, bu
1
"Əl-Əhzab" surəsi, ayə 25.
2
Cəlaləddin Süyuti "Əd-Durr əl-Mənsur", 5-ci cild, səh. 192.
3
Alusi "Təfsir əl-Alusi", 21-ci cild, səh.175; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 281.
4
İbn Şəhr Aşub "Mənaqib Əəl Əbi Talib", 2-ci cild, səh. 324.
5
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 13-cü cild, səh. 261-285/19-cu cild, səh. 61; Hakim Haskani
"Şəvahid ət-Tənzil", 2-ci cild, səh. 17; İbn Sabbağ "Əl-Fusul əl-Muhimmə fi Mərifət əl-Əimmə", 1-ci cild,
səh. 348; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 281.
6
İbn Sabbağ "Əl-Fusul əl-Muhimmə fi Mərifət əl-Əimmə", 1-ci cild, səh. 101; Hələbi "Əs-Sira əl-
Hələbiyyə", 2-ci cild, səh. 642.
insanların arasında Peyğəmbərlər də olmuşdur. Bir də ki, bu Əmr
ibn Abduvədd, heç də, tanınmış birisi olmayıb. Onun adı bir tək
bu döyüşdə çəkilir."
Hələbi özünün "Əs-Sira Əl-Haləbiyyə" kitabında (2-ci cild,
səh. 644-də) İbn Teymiyəyə cavab verərək yazır:
"Əmr ibn Abduvəddin tanınmış birisi olmayaraq adının bir
tək bu döyüşdə çəkilməsi əsası olmayan bir sözdür! Əmr ibn
Abduvəddin Bədr günü döyüşməsi və hətta, yaralanması sübuta
yetirilmişdir. O, Uhud döyüşündə iştirak etməmişdi. Xəndək günü
isə digərlərindən seçilməsi və yerinin bəlli olması və
habelə:-"Məhəmməd (sallallahu aleyhi [və alihi] və səlləm)-i
öldürməyincə başıma yağ sürtməyəcəyəm!"-deyə etdiyi nəzirə
cavab vermək istəyənlərin ayırd etmələri üçün fərqli bir əlamətlə
çıxmışdı. İbn Teymiyənin:-"...necə üstün ola bilər?"-deyə
soruşaraq dəlil gətirməsinə ayrıca baxış keçirmək lazımdır. Çünki,
onun öldürülməsi dinə yardım etmək və kafirləri isə istinadsız,
dayaqsız qoymaq demək idi."
Peyğəmbər(s)-in duaları ilə Əli(ə)-ın Əmr ibn Abduvəddi
öldürməsi sayca müsəlmanlardan qat-qat çox olan müşrik
ordusunu lərzəyə salaraq məğlub olmaları ilə nəticələndi ki, Uca
Allah da: ﴾... Allah mö`minlərə [zəfər çalmaq üçün] döyüşü
kifayət bildi. Allah qüvvət və qüdrət sahibidir!﴿-ayəsini nazil
etdi.
İbn Əbulhədid "Şərh Nəhc Əl-Bələgə" kitabında yazır:
Cabir ibn Abdullah Ənsari demişdir: "Allaha and olsun ki,
Əhzab, yə`ni Xəndək, günü Əlinin Əmri öldürməsini və ondan
sonra müşrikləri dayaqsız, axrasız qoymasını mən Allah-Təalanın:
﴾Onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər.
Davud Calutu öldürdü.﴿1-söylədiyi ayəsində rəvayət etdiyi Talut
ilə Calutun hekayəsinə bənzədirəm."
Əmr ibn Əzhər Əmr ibn Ubeyddən, o da Həsəndən rəvayət
edir ki, Əli əleyhis-salam Əmri öldürdükdə başını kəsərək gətirib
Rəsulullah sallallahu aleyhi və alihinin qarşısına atır. Əbu Bəkr və
Ömər gəlib Əlinin alnından öpürlər. Rəsulullah sallallahu aleyhi

1
"Əl-Bəqərə" surəsi, ayə-251.
və alihi sevinc və bayram əhval-ruhiyyəsində buyurur: "Bu,
qələbədir!" (yaxud da, dedi: "Bu, qələbənin başlanğıcıdır!") 1
Buna bənzər bir hədisi İbn Əbulfəth Ərbili özünün "Kəşf Əl-
Ğimmə" kitabında (1-ci cild, səh. 204-də) Cabir ibn Abdullahdan
və Müvəffəq Xəvarəzmi özünün "Əl-Mənaqib" kitabında (səh.
171-də) Yəhya ibn Adəmdən rəvayət etmişlər.
Razi özünün "Təfsir Ər-Razi" kitabında yazır:
"Rəvayət olunur ki, Əli radıyallahu anhu Əmr ibn Abduvədd
ilə döyüşdükdən sonra Peyğəmbər(s) Ondan soruşmuşdu: "Özünü
necə görürdün (hiss edirdin), ey Əli?" (Əli(ə)) cavab verərək
söyləmişdi: "Deyirdim, əgər bütün Mədinə əhli bir tərəfdə, Mən
isə digər tərəfdə yalnız qalsaydım belə, onları yenərdim!" 2

Ər-Rə`d surəsi, ayə-7

Allah-Təala bu ayədə buyurmuşdur:


﴾... Sən ancaq xəbərdar edənsən (qorxudansan) və hər bir
qövmün bir hidayət edəni vardır!﴿

İbn Abbasdan rəvayət olunur:


﴾... Sən ancaq xəbərdar edənsən (qorxudansan) və hər bir
qövmün bir hidayət edəni vardır!﴿-ayəsi nazil olduqda
Rəsulullah(s) əlini sinəsinə qoyub dedi: "Xəbərdar edən
(qorxudan) Mənəm." Sonra da əli ilə Əlinin çiyninə işarə edib
buyurdu: "Sənsən hidayət edən, ey Əli! Məndən sonra hidayət
axtaranlar Səninlə hidayət tapacaqlar!" 3
Eyni məzmunlu hədisi Razi özünün "Təfsir Ər-Razi"
kitabında (19-cu cild, səh. 14-də), Əbu Həyyan Əndəlusi özünün
"Təfsir Əl-Bəhr Əl-Muhit" kitabında (5-ci cild, səh. 360-da),
Alusi özünün "Təfsir Əl-Alusi" kitabında (13-cü cild, səh. 108-də)
və s.-ləri qeyd etmişlər.

1
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 19-cu cild, səh. 63.
2
Razi "Təfsir ər-Razi", 6-cı cild, səh. 211.
3
Cəlaləddin Suyuti "Əd-Durr əl-Mənsur", 4-cü cild, səh. 45; Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci
cild, səh. 383; Təbəri "Cəmi əl-Bəyən", 13-cü cild, səh. 142; İbn Ətiyyə Əndəlusi "Əl-Muharrir əl-Vaciz fi
Təfsir əl-Kitəb əl-Aziz", 3-cü cild, səh. 297; İbn Şəhr Aşub "Mənaqib Əəl Əbi Talib", 2-ci cild, səh. 280.
İbn Covzi özünün "Zəəd Əl-Məsir" kitabında (4-cü cild, səh.
228-də) Sə`id ibn Cubeyr və İbn Abbasdan rəvayət olunan bu
hədisi təfsir alimlərinin öz kitablarında yazıya almalarını e`tiraf və
təsbit etmiş, lakin bu hədisin adı çəkilən səhabələrdən rəvayət
olunduğunun sübuta yetirilmədiyini və rafizilərin (yə`ni, şiələrin)
qondarmalarından biri olduğunu söyləmişdir.
Təfsir alimlərinə qarşı belə yetənəksiz söz və əsassız ittiham
onların elmini və əməyini kiçiltməkdən başqa bir şey deyildir!
Xüsusilə də, təfsir elminin şahı hesab edilə biləcək Razi kimi bu
elmdə öz dəsti-xəttini qoymuş və imzasını atmış bir şəxsə qarşı
belə davranış təvazödən tam uzaqdır!
Elə də olmalı idi! Çünki, bu ayə Əmir Əl-Mö`minin(ə)-ın
şə`ninə dair nazil olmuş və bu hədis O Həzrət(ə) haqda
söylənilmişdi. Gər ki, digər səhabə nəzərdə tutulsaydı, hədis isnad
baxımından zəif olsaydı belə, səhih və e`tibarlı olmasına dair
müxtəlif variant nə vasitələrə əl atılacaqdı! Əhli-Beyt(ə)-a qarşı
tutduqları bu düşmən mövqelərinə görə İbn Teymiyə və İbn
Covzi, inşaallah ki, Uca və Qadir Allahın Əli(ə)-ın vilayətinə dair:
﴾Durdurun onları! Həqiqətən, onlar sorğu-sual olunacaqlar.﴿-
söylədiyi ayəsinin tətbiq olunacağı ilk şəxslər olacaqlar!
Bə`zi qaynaqlarda İmam Əli(ə)-ın Öz dilindən rəvayət etdiyi
hədisdə deyilir: "Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm
xəbərdar edəndir, Mən isə hidayət edənəm!" 1

"Ə`raf" surəsi, ayə 46-48

Allah-Təala buyurmuşdur:
﴾Ə`raf üzərində hamını (Cənnət və Cəhənnəm əhlini)
üzlərindən tanıyan kişilər vardır. Onlar Cənnət əhlinə:
"Salam olsun sizə!"-deyə səslənərlər. Onlar (Ə`raf əhli)
Cənnətə can atarkən hələ ora daxil olmamış şəxslərdir.
Onların nəzərləri Cəhənnəm əhlinə çevrildiyi zaman: "Ey
Rəbbimiz! Bizi zalım qövmlə birgə etmə!"-deyərlər. Ə`raf əhli
üzlərindən tanıdıqları kişilərə müraciət edib: "Sizə nə
1
Alusi "Təfsir əl-Alusi", 13-cü cild, səh. 108; Cəlaləddin Suyuti "Əd-Durr əl-Mənsur", 4-cü cild, səh. 45;
Əbu Bəkr Əhməd ibn Musa ibn Mərdaveyh İsfahani "Mənaqib Ali ibn Əbi Talib(ə) va mə Nuzilə min əl-
Qurən fi Ali", səh. 267.
yığdığınız var-dövlət, nə də təkəbbürünüz bir fayda verdi!"-
deyə səslənəcəklər.﴿

Ə`raf—yüksəklik, qum təpələri deməkdir. Bu ayədəki


"Ə`raf" təfsir kitablarında Cənnəti Cəhənnəmdən ayıran səd,
bə`zilərində Sirat, digərlərində isə bütün məhşər əhlinin müşahidə
oluna bilməsi mümkün olan yüksəklik kimi verilir. "Ə`raf
üzərində hamını üzlərindən tanıyan kişilər" ifadəsi tərcümədə
"Savab və günahları bərabər olan insanlar" kimi göstərilmişdi.
"Əraf üzərindəki kişilər"-in kimliyinə dair müxtəlif
fərziyələr söylənilmişdir. Kimisi onların savab və günahları
bərabər olan insanlar, kimisi valideyn xeyir-duası almadan cihad
etmiş insanlar, kimisi bu dünyada kasıbçılıqla yaşamalarına
baxmayaraq dinlərini dəyişməmiş insanlar, kimisi də onların
mələklər olduğunu və s. söyləmişlər. Ən əsası isə bu insanların
orijinal mətndə, yə`ni Qur`ani-Kərimdə qeyd olunduğu kimi
"Ricəəlun", yə`ni kişilər olmalarıdır.
Bu qeyd etdiklərimizdən sonra belə bir sual meydana çıxır
ki, Ə`raf üzərindəki kişilər savab və günahları bərabər olan və
yaxud, bu dünyada kasıbçılıqla yaşamalarına baxmayaraq
dinlərini dəyişməmiş kişilərdirsə, onda bu qəbildən olan qadınlar
harada olacaqlar?! Məgər savab və günahları bərabər olan, habelə,
bu dünyada kasıbçılıqla yaşamalarına baxmayaraq dinlərini
dəyişməmiş qadınlar olmayıb və olmayacaqmı? Onu da qeyd edək
ki, qadın və kişilərin bir arada cəm olmalarının haramlığı Qiyamət
gününə şamil deyildir. Çünki,Qiyamət günü bütün insanların
(mə`sumlar istisna olmaqla) lüt-üryan həşr olunacaqlarına
baxmayaraq, hamı sorğu-sualının əzəmət və aqibətini yaşayacaq
və hər bir kəs öz hayında olacaqdır. Uca Allah dünyanın sonunun
dəhşətini Qur`ani-Kərimin bir çox surələrində, habelə, "Əbəsə"
surəsinin 33-36-cı ayələrində:
﴾Qulaqları kar edən o dəhşətli səs gələndə
O gün insan öz qardaşından
Anasından və atasından
Zövcəsindən və övladlarından qaçacaq.﴿
"Əl-Vaqiə" surəsinin 4-6-cı ayələrində:
﴾Yer hərəkətə gəlib şiddətlə titrədiyi
Dağlar parça-parça olub ovulduğu
Və toz kimi səpələndiyi zaman...﴿- və s. ayələrdə təsvir
etmişdi. Bütün bu hadisələri yaşadıqdan və bu haqda deyilənlərin
haqq olduğunda əminlik tapdıqdan sonra Qiyamət sorğu-sualına
durmuş insanların öz haylarına qalmaqdan başqa düşüncələri
olmayacaqdır!
O ki, qaldı valideyn xeyir-duası almadan cihad etmiş
şəxslərə, dinin vacib buyurduğu əməl və Peyğəmbər(s) duası
valideyn xeyir-duasından da üstündür. Ə`raf əhlinin mələklər
olması fərziyyəsini də ayədə açıq-aşkar işlədilmiş "Kişilər" sözü
heçə çıxarır.
Ə`rafda olacaq insanların hamını (Cənnət və Cəhənnəm
əhlini) üzlərindən tanımalarına gəlincə, təfsir alimləri bunu Cənnət
əhlinin üzlərinin ağ, sevincli və gülərüzlü olmaları, Cəhənnəm
əhlinin isə üzlərinin qara və gözlərinin göy olması səciyyəsi ilə
əlaqələndirmişlər. Razi isə özünün "Təfsir"-ində (14-cü cild, səh.
88-də) bu söylənilənlərin bütün Cənnət və Cəhənnəm əhlinin
özlərinin belə ayırd edib biləcəyi və "Ə`raf əhlinə" xas fərqli bir
səciyyə olmadığını söyləmişdi.
Elə isə, kimdir bu Ə`raf əhli?
Razi demişdir ki, Ə`raf əhlinin Peyğəmbərlər olduğunu
söyləyənlər də var.
Bu həqiqətə daha çox yaxındır. Çünki, Cənnət əhlindən belə,
üstün tutularaq bütün məhşər əhlini görə biləcəkləri və məhşər
əhlinin də onları görəcəkləri bu ali məqam onların fərqli insanlar,
haqq təbliğçiləri olmalarından xəbər verir.
Ə`raf əhli Uca Allahın haqlarında:-﴾Onlar Cənnətə can
atarkən hələ ora daxil olmamış şəxslərdir.﴿-söylədiyi kəslərdir.
Razi bu ayədəki "Can atmağın" şəkkdən doğan rəğbət deyil,
əminlikdən doğan istək olduğunu söyləmiş və bu can atmağın
"Əş-Şu`əra" surəsinin 82-ci ayəsində Allahın dostu ləqəbli
İbrahim Xəlil(ə)-ın bir peyğəmbər olaraq:-﴾Qiyamət günü
xətamı bağışlayacağına can atdığım da Odur!﴿-söylədiyinin
eyni olduğunu vurğulamışdı.
Belə ki, bu insanlar Cəhənnəmə düşməyəcəklərində tam
əmin olub Cənnətə tez düşməyin şövqündə olanlardır. Dünyəvi
paradlarda tribuna təki kürsülərdə əyləşərək nümayiş olunanları
sonunadək izləyən ali mənsəblilərin əksi misalı Ə`raf əhli Allaha
ibadət, itaət, cihad və verdikləri qurbanlar sayəsində hansı
məqama yetmələrinin bütün məhşər əhli—bütün yaradılmışlar
tərəfindən müşahidə olunması üçün mükafatlarını əldə edənədək
həmin o yüksək mövqedə saxlanılacaqlar.
Ə`raf əhlinin Abbas, Həmzə, Əli(ə) və Cəfər ibn Əbu Talib
(Rizvanullahi aleyhim) olduqlarını söyləyənlər də vardır. 1

Əsbağ ibn Nəbatədən rəvayət olunur:


"Əli radıyallahu anhunun yanında oturmuşdum. Abdullah ibn
Kəva gələrək bu ayə—(﴾Ə`raf üzərində hamını (Cənnət və
Cəhənnəm əhlini) üzlərindən tanıyan kişilər vardır.﴿)—haqda
soruşdu. (Əli(ə)) cavab verərək dedi: " Ey Kəvanın oğlu! Ay
bədbəxt, Qiyamət günü Cənnət ilə Cəhənnəmin arasında duran
Bizlər olacağıq! Bizi sevəni Biz üzündən tanıyarıq və Cənnətə
salarıq, Bizə nifrət bəsləyəni də üzündən tanıyarıq və o,
Cəhənnəmə vasil olar!" 2
Bu hədisi eynilə Hakim Haskani özünün "Şəvahid Ət-
Tənzil" kitabında (1-ci cild, səh. 263-də) da qeyd etmişdi.
Əbu Bəkr Əhməd ibn Musa ibn Mərdaveyh İsfahani özünün
"Mənaqib `Əli ibn Əbi Talib(ə) Va Mə Nuzilə Min Əl-Qur`an Fi
Əli(ə)" kitabında Əli(ə)-dan rəvayət edərək yazır:
"Ə`raf üzərində duran Bizlər olacağıq! Üzündən tanıdığımız
kəsləri Cənnətə daxil edəcəyik!" 3
Demək, Ə`raf üzərində duraraq hamını üzlərindən
tanıyanlar, başda Rəsulullah(s) və İmam Əmir Əl-Mö`minin
Əli(ə) olmaqla mə`sum imamlarımız olacaqlar. Əyyaşi
Səmərqəndi özünün "Təfsir Əl-Ayyəşi" kitabında yazır:
"Əbu Cəfərdən (Yə`ni, Məhəmməd Baqir(ə)-dan) Allahın: ﴾
Ə`raf üzərində hamını (Cənnət və Cəhənnəm əhlini) üzlərindən

1
Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci cild, səh. 265; Qortubi "Təfsir əl-Qurtubi", 7-ci cild, səh. 212.
2
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1- ci cild, səh. 303.
3
Əbu Bəkr Əhməd ibn Musa ibn Mərdaveyh İsfahani "Mənaqib Ali ibn Əbi Talib(ə) va mə Nuzilə min əl-
Qurən fi Ali", səh. 243; İbn Əbulfəth Ərbili "Kəşf əl-Ğimmə", 1-ci cild, səh. 331.
tanıyan kişilər vardır.﴿-söylədiyi ayəsi haqda soruşurlar. Əbu
Cəfər cavab olaraq deyir: "Ə`raf(Ə`raf əhli) Bizik! O kəslər ki,
Allah, yalnız, Bizim tanınmağımız (və Onu tanıtmağımız)
səbəbilə (yalnışdan uzaq və dürüst şəkildə) tanınar! Ə`raf Bizik! O
kəslər ki, Cənnətə, yalnız, Bizi tanıyan və Bizim tanıdığımız
şəxslər daxil olar! Cəhənnəmə də, yalnız, Bizi inkar edən və
Bizim də inkar etdiyimiz şəxslər vasil olar! Bu da ona görədir ki,
əgər Allah Özünü insanlara vasitəsiz tanıtmaq istəsəydi, bunu
edərdi. Lakin O, Bizi bu işin (Özünün yalnışdan uzaq və dürüst
şəkildə)—tanınmasının səbəbi, yolu və qapısı qərar vermişdi" 1
Salman Farsi(r.a.)-dan rəvayət olunur:
Mən Rəsulullah(s)-in Əliyə on dəfədən artıq:
"Əli! Sən və Sənin nəslindən olan vəsilər Cənnət ilə Cəhənnəm
arasındakı Ə`rafsınız! Cənnətə, yalnız, Sizi tanıyan və Sizin də
tanıdığınız kəslər daxil olacaq. Cəhənnəmə də, yalnız, Sizi inkar
edən və Sizin də inkar etdiyiniz kəslər vasil olacaq!"-deyə
buyurduğunu eşitmişəm. 2

Razinin qeyd etdiyi kimi o ali məqamın—Ə`rafın əhlinin də


hamını üzlərindən tanımaları Özlərinə xas fərqli bir tərzdə
olacaqdır. Görən bu fərqli tərz hansıdır?

Bir çox kitablarda Cabir ibn Abdullahdan rəvayət olunaraq


yazılır:
Cəfər ibn Əbu Talib Həbəşistandan gəldikdə Peyğəmbər
sallallahu aleyhi [və alihi] və səlləm onu alnından öpərək demişdi:
"Əzizim! Sən insanlar arasında yaradılış və əxlaq
baxımından Mənə ən çox bənzəyənsən! Sən Mənim xəlq olduğum
torpağdan yaradılmısan." 3

Rəsulullah(s) buyurub:
"...Əli Məndəndir, Mən də Ondanam. O, Mənim torpağımdan xəlq
olunub, Mən də İbrahimin..." 4

1
Məhəmməd ibn Məs`ud Əyyaşi Səmərqəndi "Təfsir əl-Ayyəşi", 2-ci cild, səh. 20.
2
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 303.
3
Təbəri "Zəxəir əl-Uqbə", səh. 215; Heysəmi "Məcmə əz-Zəvaid", 5-ci cild, səh. 208; Təbərani "Əl-
Mucəm əl-Kəbir", 6-cı cild, səh. 334; Müttəqi Hindi "Kənz əl-Umməl", 13-cü cild, səh. 321.
4
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 128; Təbərani "Əl-Mucəm əl-Ausat", 6-cı cild, səh. 162.
Digər bə`zi mənbələrdə O Həzrət(s)-dən rəvayət olunur:
"Kim Mənim həyatımı yaşamaq, ölümümü ölmək və
Rəbbimin becərdiyi Ədn Cənnətinin sakini olmaq istəyirsə, ....
Məndən sonrakı imamları izləsin! Onlar Mənim ailəmdirlər və
torpağımdan xəlq olunmuşlar!" 1
Əhli-Beyt(ə)-ın, eyni ilə, Peyğəmbər(s)-in torpağından xəlq
olunmaları məzmununu daşıyan hədisi Müttəqi Hindi də özünün
"Kənz Əl-Ummal" kitabında (12-ci cild, səh. 98-də) qeyd
etmişdir.

Rəsulullah sallallahu aleyhu və səlləmdən rəvayət olunur:


"Həqiqətən, Firdovs cənnətində dadı baldan şirin olan,
köpükdən yumşaq, qardan soyuq və müşkdən ətirli bir çeşmə
mövcuddur. Orada (bu çeşmənin ətrafında digərlərindən fərqli)
torpaq vardır. Allah Bizi və şiələrimizi bu torpaqdan xəlq
etmişdir. O torpaqdan xəlq olunmayanlar Bizdən və Bizim
şiələrimizdən deyillər! Bu torpaq Əli ibn Əbu Talibin vilayətinə
dair Allahın qullarından aldığı sövdələşmə, qətnamədir!" 2
(Şiəlik haqda ayrıca başlıq altda ətraflı bəhs edəcəyik!)

Beləliklə, Ə`raf üzərində duranlar, ibadətlərində və Allaha


bağlılıqlarında hər biri İmam Hüseyn(ə) misalı—malik olduqları
hər şeyi qurban verməyə hazır olan və eyni zamanda da haqları
tapdanmış mə`sumlarımız olacaqlar! Mə`sumlar Allaha doğru-
dürüst ibadət etmək üçün Onların Özlərinə itaət etmiş və habelə,
mübarək torpaqlarının qalığından xəlq edilmiş hər bir
kəsə:-"Salam olsun sizə!"-deyə səslənəcək və onları, Allahın izni
ilə, Cənnətə daxil edəcəklər. Haqqlarını tapdamış və özülləri fərqli
torpaqdan yoğurulmuş insanlara isə:- "Sizə nə yığdığınız var-
dövlət, nə də təkəbbürünüz bir fayda verdi!"-deyəcəklər.
Məhz, bu qeyd etdiklərimiz Rəsulullah(s)-in İmam Əli(ə)
haqda söylədiyi: "Ey Əli! Sən Qiyamət günü Cənnət ilə
Cəhənnəmi çox doğru bölüşdürənsən. Cəhənnəmə deyəcəksən:
"Bu sənindir, bu isə Mənim!" 3-hədisinin, bir növ, tamamıdır. Bu

1
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh. 170.
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 65; Zəhəbi "Mizən əl-İtidəl", 3-cü cild, səh. 23; İbn
Həcər "Lisən əl-Mizən", 4-cü cild, səh. 124.
3
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 254; İbn Həcər "Əs-Savaiq əl-Muhriqa", səh. 75.
hədisi Daraqutni Əbu Zərr(r.a.)-dan bir qədər fərqli şəkildə qeyd
etmişdi. O, yazır:
Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm
buyurmuşdur:-"Əli Cəhənnəmi çox doğru böləndir. Ona dost
olanlar Cənnətə, düşmənləri isə Cəhənnəmə daxil olacaqlar!" 1
Rəsulullah(s)-in Əli(ə) haqda:-"Ey Əli! Sən Qiyamət günü
Cənnət ilə Cəhənnəmi çox doğru bölüşdürənsən."-söyləməsini O
Həzrət(ə) "Şura" günü Öz mövqeyini müdafiə etmək məqsədilə
etdiyi xütbəsi də daxil olmaqla bir neçə dəfə vurğulayaraq
buyurmuşdur: "Mən Cəhənnəmi çox doğru bölənəm." 2

Bütün bu yazılanlara sonluq olaraq bir şeyi də qeyd etsək,


bəlkə də, yanılmarıq:
Buxari və Muslimin "Səhih"lərində olduğu kimi mö`təbər hesab
edilən bir çox kitablarda yazılan hədislərdə Qiyamət günü
Rəsulullah(s)-ə hovuz başında yetışmək istəyən səhabələri O
Həzrət(s)-dən uzaqlaşdıran və:-" Sən onları tərk etdiyin andan
onlar dindən çıxmışlar..."(Bə`zi qaynaqlarda isə cüz`i söz fərqi
ilə): "Məgər Sən bilmirsən ki, onlar Səndən sonra dinə nə
yeniliklər gətirmişlər..."-söyləyəcək şəxs, məhz, Əli ibn Əbu
Talib(ə) olacaqdır.
Daha doğru olanını Allah bilir!

Əl-Bəyyinə surəsi, ayə 7-8

Uca yaradan buyurmuşdur:


﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər
yaradılmışların ən xeyirliləri, üstünləridir! Onların öz Rəbbi
yanındakı mükafatı altından çaylar axan və orada əbədi
qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar
da Allahdan. Bu (ne`mətlər) Rəbbindən qorxanlar üçündür.﴿

1
Daraqutni "İləl əd-Dər Qutni", 6-cı cild, səh. 273.
2
Cərullah Zəməxşəri "Əl-Fəyiq fi Ğərib əl-Hədis", 3-cü cild, səh. 97; İbn Əbulhədid "Şərh Nəhc əl-
Bələğə", 2-ci cild, səh. 260/ 19-cu cild, səh. 139; Müttəqi Hindi "Kənz əl-Umməl", 13-cü cild, səh. 152.
Şovkani "Fəth Əl-Qadir" kitabında İbn Mərdaveyhin
Rəsulullah(s)-in zövcəsi Aişə(r.a.)-dən rəvayət etdiyi hədisini
qeyd edərək yazır:
O(Aişə(r.a.)), Rəsulullah(s)-dən soruşdu:
"Ya Rəsulullah! Allaha görə xilqətin ən kəramətlisi kimdir?"
Cavab verərək dedi:
"Aişə! Məgər:-﴾Həqiqətən, iman gətirib saleh əməllər
edənlər yaradılmışların ən xeyirliləri, üstünləridir!﴿-ayəsini
oxumursan?! 1

Bə`zi qaynaqlarda bu ayənin təkcə insanlara deyil, eləcə də


cin və mələklərə də aid olduğu vurğulanır. Buna dair Üməyya ibn
Əmr ibn Sə`idin Ərrak ibn Malik və Ömər ibn Abduləziz ilə birgə
iştirak etdikləri məclisdəki bəhslərini qeyd etmək olar. Bu haqda
qaynaqlar Məhəmməd ibn Kə`bdən rəvayət edərək yazır:
Ömər ibn Abduləziz:
—Uca və Qadir Allaha görə Adəm övladından daha
kəramətlisi yoxdur. Uca və Qadir Yaradan:─﴾Həqiqətən, iman
gətirib saleh əməllər edənlər yaradılmışların ən xeyirliləri,
üstünləridir!﴿-buyurmuşdur."—deyir.
Üməyya ibn Əmr də Ömər ibn Abduləzizin dediyini
söyləyir. Ərrak ibn Malik isə:
—Allaha görə mələklərindən daha kəramətlisi yoxdur. Onlar
Allahı tanıyan alimlərin xadimləri və peyğəmbərlərinə elçiləridir.
İblis də Adəmi, məhz:—﴾...Rəbbiniz sizə bu ağacı, yalnız,
mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan
etmişdir. Şübhəsiz ki, mən sizə xeyirxah məsləhətçiyəm..﴿ 2-
deyib and içməklə aldatdı."—söyləyir.
Ömər ibn Abduləziz məndən—(yə`ni, Məhəmməd ibn
Kə`bdən): "Ey Əbu Həmzə! Dolaşığa düşdüyümüz bu məsələyə
dair rə`yin nədir?"-deyə soruşdu.
Cavab verdim:
"Allah Adəmi şərafət və kəramətləndirdi. Onu Öz əli ilə xəlq
etdi, ona Öz ruhundan üfürdü, mələklərə ona səcdə etmələrini əmr
1
Şovkani "Fəth əl-Qadir", 5-ci cild, səh. 477.
2
"Əl-Ə`raf" surəsi, ayə 20.
etdi, onun nəslindən mələklərin ziyarət etdikləri şəxslər və eləcə
də, onun nəslindən peyğəmbərlər və elçilər qərar verdi. ﴾
Həqiqətən, iman gətirib saleh əməllər edənlər yaradılmışların
ən xeyirliləri, üstünləridir!﴿—ayəsinə gəlincə, bu ayə bütün
yaradılmışlara aiddir. Eləcə də, Münəzzəh Xaliqin haqqlarında: ﴾
Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəbbini həmd-
səna ilə təqdis edir, Ona inanır və mö`minlərin bağışlanmasını
diləyərək deyirlər:-"Ey Rəbbimiz! Sənin mərhəmət və elmin
hər şeyi ehtiva etmişdir...﴿ 1—buyurduğu mələklər də iman
gətirib saleh əməllər edənlərdəndir. Daha sonra Allah cinlərdən
danışaraq onların:—﴾Doğrusu, biz haqq yolu göstərəni (yə`ni,
Qur`anı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə
iman gətirsə, nə (yaxşı əməllərinin mükafatının) əskilməsindən,
nə də haqsızlığa mə`ruz qalmaqdan qorxar. Şübhəsiz ki,
aramızda müsəlmanlar da var...﴿ 2—söyləmələrini
vurğulamışdır. Onlar da iman gətirib saleh əməllər edənlərdəndir.
Sonra isə (Allah) bütün yaradılmışları cəm edərək: ﴾Həqiqətən,
iman gətirib saleh əməllər edənlər yaradılmışların ən
xeyirliləri, üstünləridir!﴿—demişdir. Bunlar—mələklər, insanlar
və cinlərdir. Bu, bir tək Adəm övladına xas səciyyə deyildir!" 3

Qur`ani-Kərim Məhəmməd Peyğəmbər(s)-ə nazil olmuşdur


və hər hansı bir ayəyə dair O Həzrət(s)-in şərh və açıqlaması
olduğu təqdirdə, yalnız, O(s)-in sözü əsas götürülür!
Cabir ibn Abdullahdan nəql olunur:
Peyğəmbər(s)-in yanında idik və Əli də gəldi. Peyğəmbər(s):
"Varlığıma sahib olana (yə`ni, Allaha) and olsun ki, həqiqətən, bu
və şiələri Qiyamət günü qələbə çalanlardır!"-deyə buyurdu. Sonra
da,—﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər
yaradılmışların ən xeyirliləri, üstünləridir!﴿—ayəsi nazil oldu.

1
"Ğafir" surəsi, ayə 7.
2
"Əl-Cinn" surəsi, ayə 13-14.
3
İbn Əsakir "Tərix Mədinət Diməşq", 9-cu cild, səh.303; Məzi "Təhzib əl-Kəməl", 3-cü cild, səh. 339; İbn
Kəsir "Əl-Bidəyə va ən-Nihəyə", 1-ci cild, səh. 58.
(Bu hadisədən sonra) Məhəmməd(s)-in səhabələri Əli
gəldikdə:-"Yaradılmışların ən xeyirlisi, üstünü gəldi."-deyərdilər. 1
İbn Əsakir, Müvəffəq Xəvarəzmi və bir sıra digər müəlliflər
isə bu hədisi Cabirdən bir qədər fərqli tərzdə rəvayət edərək
yazmışlar:
Peyğəmbər (sallallahu aleyhi [və alihi] və səlləm)-in
hüzurunda idik. Bu dəm Əli ibn Əbu Talib də gəldi. Peyğəmbər
(sallallahu aleyhi [və alihi] və səlləm) buyurdu: "Artıq, qardaşım
da gəldi." Sonra üzünü Kə`bəyə çevirərək əlini divarına qoyub
dedi: "Varlığıma sahib olana (yə`ni, Allaha) and olsun ki,
həqiqətən, bu və şiələri Qiyamət günü qələbə çalanlardır. Daha
sonra sözünə davam edərək buyurdu: "O, sizlərin arasından
Mənimlə ilk iman gətirən, Allah əhdinə sizlərdən ən vəfalı olan,
Allah əmrinə sizlərdən ən dürüst riayət edən, rəiyyətə sizlərdən ən
ədalətli olan, aranızda bölgünü ən bərabər bölən və səciyyəsi
Allah dərgahında sizlərdən ən əzəmətli olanınızdır." Sonra da,
—﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər
yaradılmışların ən xeyirliləri, üstünləridir!﴿—ayəsi nazil oldu.
Cabir dedi:
(Bu hadisədən sonra) Məhəmməd(s)-in səhabələri Əli
gəldikdə:-"Yaradılmışların ən xeyirlisi, üstünü gəldi."-deyərdilər."
2

İbn Abbasdan rəvayət olunur:


Bu ayə:—﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər
yaradılmışların ən xeyirliləri, üstünləridir!﴿—nazil olduqda
(Rəsulullah(s)) Əliyə dedi: "Onlar Sən və Sənin şiələrindir!
Qiyamət günü Sən və Sənin şiələrin (Allahdan) razı və Allah da
sizlərdən razı tərzdə gələcək, düşmənlərin isə qəzəbli və Allahın
qəzəbinə tuş gəlmiş şəkildə gələcəklər!.. ". 3

Bu ayəyə və özündə birləşdirdiyi sözlərə diqqət yetirdikdə,


onun İmam Əli(ə)-ın şə`ninə dair nazil olan digər bir ayənin
1
Hakim Haskani "Şavahid ət-Tənzil", 2-ci cild, səh. 468-in haşiyəsi; Cəlaləddin Süyuti "Əd-Durr əl-
Mənsur", 6-cı cild, səh. 379; Şovkani "Fəth əl-Qadir", 5-ci cild, səh. 477.
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 372; Müvəffəq Xəvarəzmi "Əl-Mənaqib", səh. 111;
İbn Əbulfəth Ərbili "Kəşf əl-Ğimmə", 1-ci cild, səh. 151; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild,
səh. 196.
3
Zərəndi Hənəfi "Nuzum Durar əs-Sımteyn", səh. 92; İbn Həcər "Əs-Savaiq əl-Muhriqa", səh. 75.
—﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər üçün
Rəhman olan Allah (ürəklərdə) bir sevgi yaradacaqdır.
﴿—"Məryəm" surəsinin 96-cı ayəsinin bir növ tamamı olduğunu
görərik.
Rəsulullah(s)-in İmam Əmir Əl-Mö`minin Əli ibn Əbu
Talib(ə) haqda:—"Əli ən xeyirli, ən üstün insandır, bunu qəbul
etməyən küfr etmiş olur." 1—söylədiyi hədisi də, məhz, bu ayədən
qaynaqlanır.

Bu ayənin İmam Əmir Əl-Mö`minin(ə) haqda nazil olmasını


İbn Cərir Təbəri özünün "Cəmi Əl-Bəyan" kitabında (30-cu cild,
səh. 335-də), Cəlaləddin Süyuti "Əd-Durr Əl-Mənsur" kitabında
(6-cı cild, səh. 379-da), Alusi özünün "Təfsir Əl-Alusi" kitabında
(30-cu cild, səh. 208-də) və başqaları qeyd etmişlər.

"Əl-Bəqərə" surəsi, ayə 207

﴾İnsanların eləsi də vardır ki, canını Allahın razılığına


satar (Allahın razılığını qazanmaq üçün canını fəda edər). Allah
Öz bəndələrinə qarşı çox mehribandır!﴿

Bu ayənin İmam Əli(ə)-ın şə`ninə dair nazil olmasını bütün


İslam məzhəb və dini cərəyanları yekdilliklə qəbul edir. Hicrət
etməkdə olan Rəsulullah(s)-in yatağına uzanmaqla Əli(ə)-ın O
Həzrət(s)-i Öz canı bahasına müşriklərdən qorumasını əks etdirən
bu ayə haqda uzun-uzadı danışmaq fikrində deyiləm. Amma, Uca
və Qadir Yaradanın Həzrət Əli(ə)-ın bu şücaətini necə yüksək
dəyərləndirdiyini qeyd etmək istərdim. Bu hadisəni əks etdirən
qaynaqlar yazır:
Rəsulullah(s) buyurmuşdur:
"Allah Cəbrail və Mikailə vəhy edərək dedi:-"Mən sizi bir-
birinizə qardaş qərar verdim və birinizin ömrünü digərindən uzun
1
Ibn Əsakir "Tərix Diməşq"(Beyrut çapı), 42-ci cild, səh. 372; Müttəqi Hindi "Kənz əl-Ummal", 2-ci cild,
səh. 221; İbn Həcər "Lisən əl-Mizən"(Heydərabad çapı), 2-ci cild, səh 252; Xətib Bağdadi "Tərix
Bəğdəd"(Misir,əs-Səadəh çapı), 3-cü cild, səh. 154/7-ci cild, səh. 421; Cəlaləddin Süyuti Şafii "Əl-Ləʼəli
əl-Masnuah", 1-ci cild, səh. 170.
təqdir etdim. Sizdən kim öz ömrünü (uzun ömürlülüyünü)
qardaşına qurban verər?"
Onların hər ikisi də həyatı seçib əziz bildi. Allah onların
ikisinə də vəhy edərək buyurdu:
"Məgər Əli ibn Əbu Talib təki ola bilməzsiniz?! Mən Onu
Peyğəmbərim Məhəmməd sallallahu aleyhi (və alihi) və səlləm ilə
qardaş qərar verdim və O(Əli), Peyğəmbərimin yatağında
yataraq Özünü Ona fəda etdi, həyatını Ona qurban verdi. Yerə
enin və Onu düşmənindən qoruyun!" [Onlar Yerə enirlər] Cəbrail
əleyhi-s-salam Onun(Əlinin) ayaqları tərəfdə, Mikail isə başı
üstündə durur. Cəbrail deyirdi:-"Bəh, bəh. Xoş halına, ey Əbu
Talibin oğlu! Allah mələklərə Səninlə öyünür. Allah da: ﴾
İnsanların eləsi də vardır ki, canını Allahın razılığına satar
(Allahın razılığını qazanmaq üçün canını fəda edər). Allah Öz
bəndələrinə qarşı çox mehribandır!﴿-ayəsini nazil etdi." 1

Canfədai Allah Aslanı—İmam Əli(ə) risalət çeşməsini


qoruyaraq Xaliqinin razılığını qazanmaq üçün tərəddüd etmədən
və şəhadətini gözə alaraq Rəsulullah(s)-in yatağına uzandı. Bu
şücaətin də mükafatı şə`ninə mədh ayəsinin nazil edilməsi oldu.
Çünki, O(ə), heç bir zaman bütə tapınmamış və ən başlıcası isə,
gələcəkdə (küfrü təcəssüm etdirən) Əmr ibn Abduvədd ilə
döyüşəcəyi zaman Rəsulullah(s)-in vəsfini verəcəyi "Kamil iman"
idi. Allahın Sevimlisi ləqəbli ən son Peyğəmbər(s)-in yanında—
mağarada olarkən bir an içində hörümçəyin tor salmasıyla
göyərçinin yuva qurub yumurtalaması kimi ilahi möcüzələri
görüb-yaşamasına baxmayaraq, yenə də, qorxu içində hüzünlənən
iman deyildi!
O(ə)-ın Rəsulullah(s)-in yatağında yatması, məhz,
təkallahlığı tərənnüm edən əqidənin, yenidən, oyanması üçün idi!

"Əl-Ənfal surəsi, ayə 62"

1
Razi "Təfsir ər-Razi", 5-ci cild, səh. 224; Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci cild, səh. 123; İbn Əl-
Əsir "Usud əl-Ğabə", 4-cü cild, səh. 25; İbn Dəməşqi "Cəvahir əl-Mətalib fi Mənaqib əl-İməm Ali", 1- ci
cild, səh. 217; Hələbi "Əs-Sira əl-Haləbiyyə", 2-ci cild, səh. 192; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə" ,
1-ci cild, səh. 274.
Uca və Qadir Tanrı bu ayədə buyurub:
﴾...Sənə Öz köməyilə və mö`minlərlə [müdafiə edərək] arxa,
dayaq olan Odur.﴿

Suyuti bu ayənin təfsirindən danışarkən özünün "Əd-Durr


Əl-Mənsur" kitabında yazır:
Əbu Hüreyrə radıyallahu anhudan rəvayət olunur ki, ərşin
üzərində: "Məndən başqa mə`bud yoxdur! Təkəm və şərikim
yoxdur! Məhəmməd Mənim qulum və rəsulumdur! Ona Əli ilə
arxa, dayaq oldum!"-yazılmışdır. Bu, Allahın:—﴾...Sənə Öz
köməyilə və mö`minlərlə [müdafiə edərək] arxa, dayaq olan
Odur.﴿—söylədiyi ayəsidir. 1
Bu hədisi İbn Əsakir özünün "Tərix Mədinət Diməşq"
kitabında (42-ci cild, səh. 360-da), Hakim Haskani özünün
"Şavahid Ət-Tənzil" kitabında (1-ci cild, səh. 289-da), Əbu Bəkr
Əhməd ibn Musa ibn Mərdaveyh İsfəhani özünün "Mənaqib `Əli
ibn Əbi Talib Va Mə Nuzilə Min Əl-Qur`an Fi `Əli" kitabında
(səh. 249-da), Qunduzi Hənəfi özünün "Yənəbi Əl-Məvaddə"
kitabında (1-ci cild, səh. 282-də) və s.ləri qeyd etmişlər.
Heysəmi "Məcmə Əz-Zəva`id" kitabında bu ayənin, bir növ,
özülündən doğan hədisi Peyğəmbər sallallahu aleyhi [və alihi] və
səlləmin xadimi Əbu Hamradan rəvayət edərək yazır:
"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmin:- "Mən
səmaya Me`rac edildiyimdə Cənnətə daxil oldum və ərşin
sütununda:-"Allahdan başqa mə`bud yoxdur! Məhəmməd Onun
Rəsuludur! Ona Əli ilə arxa, dayaq oldum və Ona(Məhəmməd[s]-
ə) kömək oldum!"-yazııldığını gördüm."-buyurduğunu eşitdim. Bu
hədisi Təbərani də qeyd etmişdir. Lakin sənədində [hədisi rəvayət
edən şəxslər silsiləsində] Əmr ibn Sabit də vardır. Əmr ibn Sabit
(hədisi) tərk olunandır." 2
Təbərani bu hədisi özünün "Əl-Mucəm Əl-Kəbir" kitabında
(22-ci cild, səh. 200-də) Əbu Hamra Hilal ibn Harisdən bəhs
edərkən səhih hədis olaraq qeyd etmişdir. Bu hədisi Müttəqi Hindi
də özünün "Kənz Əl-Umməl" kitabında (11-ci cild, səh. 624-də)
yazmışdır.
1
Cəlalətdin Suyuti "Əd-Durr əl-Mənsur", 3-cü cild, səh. 199.
2
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 121.
Heysəmi bu hədisi rəvayətçilər silsiləsində Əmr ibn Sabitin
olduğuna görə qəbul etməmişdir. Başda İbn Əsakir olmaqla bir
çox alimlər isə Əmr ibn Sabitdən müxtəlif səhih hədislər rəvayət
etmişlər. Bu alimlərə misal olaraq Darimini (özünün "Sunən Əd-
Darimi" kitabında "Məhərrəm ayının orucu" bölümündə), Hakim
Nisaburini (özünün "Mustədrək"ində), İbn Həcəri ("Fəth Əl-
Bari"də), Əbu Ya`ləni ("Musnəd Əbi Yələ"də), Təbəranini ("Kitəb
Əd-Dua`"da), İbn Kəsiri ("Təfsir ibn Kəsir"də), İbn Əbi Hatəm
Razini ("Təfsir ibn Əbi Hatəm"də), Təbərini ("Cəmi Əl-
Bəyən"də) Beyhəqini ("Əs-Sunən Əl-Kubra"da) və digərlərini
göstərə bilərik.

﴾Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra


göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi
gizlədən şəxslər Allahın lə`nətinə düçar olar və bütün lə`nət
edə bilənlər də onlara lə`nət oxuyar!﴿ 1

﴾Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və


onun müqabilində bir az pul alanların yedikləri qarınlarında,
ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onları dindirməz
və təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!﴿ 2

Qur`an ayələrindən bu qədəri ilə kifayətlənirik!

Şiəlik—Rafizilik, yoxsa, Həqiqi İslam?!

1
"Əl-Bəqərə" surəsi, ayə 159.
2
"Əl-Bəqərə" surəsi, ayə 174.
Ayələrdən bəhs edərkən "Şiə" və "Rafizi" kimi sözlərlə
üzləşdik. Öncə bu ifadələrin mənşəyi və mə`naları ilə tanış olaq.
Ərəb mənşəli Şiə sözü "Şəəa" kökündən olub lüğəti mə`nası—
(kiməsə) tərəfdar; ardıcıl; izləyən; firqədir. Qur`ani-Kərimin bir
neçə surəsində bu söz müxtəlif mə`nalarda keçmişdi. "Məryəm"
surəsinin 69-cu ayəsi olan:
﴾Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb
çıxardacağıq.﴿-ayəsində bu söz "Firqə" mə`nasında, "Əl-Qəsəs"
surəsinin 15-ci ayəsində:
﴾[Musa] şəhərə əhalisi xəbərsizkən daxil oldu. Orda iki nəfərin
vuruşduğunu gördü. Onlardan biri öz tərəfdarlarından, digəri
isə düşmənlərindən idi.﴿-ayəsində "Tərəfdar" mə`nasında, "Əs-
Saffat" surəsinin 83-cü ayəsində isə:
﴾Həqiqətən, İbrahim də onun [Nuhun] ardıcıllarından idi.﴿-
ayəsində "Ardıcıl" mə`nasında işlədilmişdi.
Görən, bu günümüzdə "Şiə" e`tiqadı ilə tanınan və bir adı da
"Cəfəri" olan məzhəbin təşəkkül taparaq yaranması haqda nə
söyləyirlər?!
Bə`ziləri bu məzhəbin əsasının hicrətin 83-cü ilində anadan
olmuş İmam Əbu Abdullah Cəfər (Sadiq) ibn Məhəmməd(ə)
tərəfindən qoyulduğunu iddia edirlər. Amma, həqiqətdə İmam
Cəfər Sadiq(ə), heç də, bu məzhəbin banisi olmamış, sadəcə
olaraq yaşadığı zamandakı əlverişli mühit O(ə)-a bu əqidəni
tərənnüm edən məktəbləri açmasına şərait yaratmışdı. Belə ki,
O(ə), əməvilər sülaləsinin tənəzzülə uğradığı və abbasilər
sülaləsinin qüvvəyə minməyə başladığı bir dövrdə yaşamışdı. Bu,
hər iki sülalənin—birinin tənəzzülə uğrayaraq, digərinin isə
hakimiyyətə gəlmək ərəfəsində olaraq keçirtdikləri zəiflik
mərhələsi idi. Digər məzhəblərin də bir çox bariz nümayəndələri,
məhz, İmam Sadiq(ə)-ın əlindən dərs almışlar. Şiəliyin İmam
Cəfər Sadiq(ə)-dək mövcud olması və O Həzrət(ə)-ın, heç də, bu
məzhəbin banisi olmadığı bir qədər sonra daha aydın olacaq.
Digərləri isə bu məzhəbin əsasının Abdullah ibn Səba
tərəfindən qoyulduğunu iddia edirlər. Bu insanlar "Səbailik"
e`tiqadını "Şiəlik"lə səhv salırlar. İbn Həcər Əsqəlani "Fəth Əl-
Bari" kitabında yazır:
"Təbərani "(Əl-Mucəm) Əl-Ausat" kitabında Suveyd ibn
Ğəflənin dilindən rəvayət edərək qeyd edir ki, bir toplum insanın
İslam dinindən çıxmaları xəbəri Əli[ə]-a yetişdikdə arxalarınca
adam göndərib onları çağırtdırır. (Əli(ə)) onları yedirtdikdən sonra
bir daha İslama də`vət edir. Onlar isə bu də`vəti rədd edirlər.
(Əli(ə)) çala qazıyır. Sonra isə onları gətirib boyunlarını
vurduqdan sonra həmin çalaya atır və üzərilərinə odun yığıb
yandırır və deyir: "Allah və Rəsulu doğrunu deyənlərdir!" (İbn
Həcər davam edərək yazır:) Əbulmüzəffər Əsfərayini "Əl-Miləl
va Ən-Nihal" kitabında yazır ki, Əli[ə]-ın yandırdığı kəslər O[ə]-
ın Allah olduğunu iddia edən "Səbailik"ə mənsub bir qrup rafizi
idi. Onların böyüyü isə əvvəl yəhudi olub, sonra isə İslamı qəbul
etdiyini bildirən Abdullah ibn Səba olmuşdur." 1
"Şiəlik"ə qarşı çox sərt mövqedən çıxış edən və onları,
əsassız olaraq, "Əli şiəsi" deyil, "şeytanın şiəsi" adlandıran İbn
Həcər "Muqaddəmət Fəth Əl-Bari"-də ("Cihad" bölümündə)
yazır:
"İbn Abbasın rəvayət etdiyi hədisdə Əli[ə]-ın yandırdığı
insanlar Abdullah ibn Səbanın ardıcılları olan Səbailər olmuşdur.
Onlar Əli[ə]-ı özlərinə Rəbb olduğunu söyləyirdilər. Allah onların
söylədiklərindən Uca və Müqəddəsdir!" 2

Abdullah ibn Səbanın tam fərqli bir əqidənin əsasını


qoyduğunu və onun ardıcıllarının da "Səbailər" adlandırıldığını
İbn Quteybə "Tə`vil Muxtələf Əl-Hədis" kitabında (səh. 70-də),
eləcə də "Əl-Məarif" kitabında (səh. 622-də), İbn Hibban "Kitəb
Əl-Məcruhin"-də (1-ci cild, səh. 208-də), İbn Əsakir "Tərix
Mədinət Diməşq" kitabında (39-cu cild, səh. 300-də), Zəhəbi
"Siyər Ələm Ən-Nubələ" kitabında (4-cü cild, səh. 129-un
haşiyəsində), eləcə də, "Mizən Əl-İtidəl" kitabında (2-ci cild, səh.
426-da), İbn Həcər "Lisən Əl-Mizən" kitabında (3-cü cild, səh.
290-da), Səm`ani "Əl-Ənsab" kitabında (3-cü cild, səh. 209-da) və
digərləri qeyd etmişlər.
Bu yazdıqlarımızla da, Şiəliyin əsasının Abdullah ibn Səba
tərəfindən qoyulması iddiasının ağ yalan və iftira olması üzə çıxır.

1
İbn Həcər Əsqəlani "Fəth əl-Bari", 12-ci cild, səh. 238("Mürtədd" qadın və kişinin hökmü bölümü).
2
İbn Həcər Əsqəlani "Muqaddəmət Fəth əl-Bari", səh. 288("Cihad" bölümü).
Elə isə, Şiəliyin əsası nə zaman və kim tərəfindən
qoyulmuşdur?

"Əl- Beyyinə" surəsinin 7 və 8-ci ayələrindən bəhs edərkən


Cabir ibn Abdullah(r.a.)-dan nəql olunan qeyd etdiyimiz hədisdə
deyilirdi:
Peyğəmbər(s)-in yanında idik və Əli də gəldi. Peyğəmbər(s):
"Varlığıma sahib olana (yə`ni, Allaha) and olsun ki, həqiqətən,
Bu və şiələri Qiyamət günü qələbə çalanlardır!"-deyə buyurdu.
Sonra da,—﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər
yaradılmışların ən xeyirliləri, üstünləridir!﴿—ayəsi nazil oldu.
(Bu hadisədən sonra) Məhəmməd(s)-in səhabələri Əli[ə] gəldikdə:
—"Yaradılmışların ən xeyirlisi, üstünü gəldi."—deyərdilər." 1
Bəlazuri özünün "Ənsab Əl-Əşraf" kitabında (səh. 182-nin
haşiyəsində) Cabir ibn Yezidin Məhəmməd ibn Əlidən nəql etdiyi
hədisini qeyd edərək yazır:
"Peyğəmbər[s]-in zövcəsi Umm Sələmə[r.a]-dən Əli[ə]
haqda soruşdum və O(Umm Sələmə(r.a.), cavab verərək dedi:
"Mən Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmin:
"Həqiqətən, Əli və şiələri Qiyamət günü qələbə çalanlardır!"—
deyə buyurduğunu eşitmişəm."
Heysəmi "Məcmə Əz-Zəva`id" kitabında (9-cu cild, səh.
131-də) Əli(ə)-ın dilindən rəvayət edərək yazır:
"..Xəlilim (Rəsulullah(s)) buyurmuşdur:—"Ey Əli! Sən və
Sənin şiələrin Allahın hüzuruna Ondan(Allahdan) razı və Allah da
sizlərdən razı tərzdə gələcək, düşmənlərin isə qəzəbli və Allahın
qəzəbinə tuş gəlmiş şəkildə gətiriləcəklər!
Bu hədisi Təbərani özünün "Əl-Mucəm Əl-Ausat" kitabında
(4-cü cild, səh. 187-də), İbn Mənzur özünün "Lisən Əl-Arab"
kitabında (2-ci cild, səh. 566-da) və Qunduzi Hənəfi özünün
"Yənəbi Əl-Məvaddə" kitabında (2-ci cild, səh. 445-də), Heysəmi
"Məcmə Əz-Zəva`id" kitabında (9-cu cild, səh. 131-də) qeyd
etmişlər.
Digər bir çox qaynaqlarda Rəsulullah(s)-in İmam Əli(ə)-a
belə söyləməsi rəvayət olunur:
1
Hakim Haskani "Şavahid ət-Tənzil", 2-ci cild, səh. 468-in haşiyəsi; Cəlaləddin Süyuti "Əd-Durr əl-
Mənsur", 6-cı cild, səh. 379; Şovkani "Fəth əl-Qadir", 5-ci cild, səh. 477; Zərəndi Hənəfi "Nuzum Durar
əs-Sımteyn", səh. 92.
"Həqiqətən, Cənnətə ilk daxil olacaq dörd nəfər şəxs—Mən,
Sən, Həsən və Hüseyn olacağıq. Övladlarımız arxamızca,
qadınlarımız isə övladlarımızın arxasınca və şiələrimiz də
sağımızda və solumuzda olacaqlar." 1

Qeyd etdiyimiz bu hədislərdən mə`lum olur ki, Əli


tərəfdarlarına "Şiə" adını ilk dəfə, məhz, Rəsulullah(s)-in Özü
vermişdir. Allahın lütf və izni ilə qeybdən xəbərdar olan
Rəsulullah(s) vəfatından sonra nə kimi fitnələrin baş
verəcəyindən, səhabələrindən çoxluq təşkil edəcək insanların
İslama nə kimi yeniliklər gətirərək tövhid dinini necə
dəyişəcəklərindən narahatlıq hissi keçirərək əqidələrinə sadiq
qalacaq azlıq təşkil edən insanlara öz e`tiqadlarında sapmamaları
üçün buyurmuşdur:
"Məndən sonra fitnə olacaq! Bunun baş verəcəyi təqdirdə
Əli ibn Əbu Talibdən ayrılmayın! Həqiqətən, O, Qiyamət günü
Məni ilk görəcək və Mənimlə ilk görüşəcək şəxsdir!...." 2

Rəsulullah(s) fayda və mənfəəti, elə, müsəlmanların özlərinə


yetişəcək:—"Əli ibn Əbu Talibdən ayrılmayın!"—deyə verdiyi
göstərişinin səbəbini:—"Ey Əli! Məndən sonra ümmətim üçün
ixtilafda olacaqları məsələlərə Sən aydınlıq gətirəcəksən!" 3-deyə
açıqlamışdı. Allahın Sevimlisi olan O Həzrət(s)-in verdiyi bu
göstərişə də, məhz, əqidələrinə sadiq qalacaq azlıq təşkil edən
insanlar riayət etmişdilər. Azlıq təşkil edən bu toplumu da Həzrət
Rəsulullah(s ), hələ sağikən, "Müsəlmanlar" adı altında cəm olmuş
çeşidli qərəzli və müxtəlif simalı insanlardan ayıraraq onlara "Şiə"
adını verdi. Çünki, bu insanlar Rəsulullah(s)-in sağlığında
əmrlərindən çıxmadıqları təki vəfatından sonraya dair göstərişinə
də əməl edərək Əli ibn Əbu Talib(ə)-ı özlərinə imam bilib
tərəfdarı olacaqdılar. Rəsulullah(s)-in müsəlmanlara Özündən

1
Təbərani "Əl-Mucəm əl-Kəbir", 1-ci cild, səh. 319/3-cü cild, səh. 41; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu
cild, səh. 131; Zeylə`i "Təxric əl-Əhadis va əl-Əəsər", 3-cü cild, səh. 336; İbn Əsakir "Tərix Mədinət
Diməşq", 14-cü cild, səh. 169; Müttəqi Hindi "Kənz əl-Umməl", 12-ci cild, səh. 104; Qunduzi Hənəfi
"Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 451.
2
İbn Həcər Əsqəlani "Əl-İsabə", 7-ci cild, səh. 354/"Lisən əl-Mizən", 1-ci cild, səh. 357; Hafiz Zəhəbi
"Mizən əl-İtidəl", 1-ci cild, səh. 339.
3
İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 387; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild,
səh. 122; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 615; Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci
cild, səh. 383-ün haşiyəsi; İbn Hibban "Kitəb əl-Məcruhin", 1-ci cild, səh. 380.
sonra Əli ibn Əbu Talib(ə)-ın ardından getmələrini tövsiyə və əmr
etməsi Əli(ə)-ın imanına, təqvasına və elminə yaxından bələd
olmasından irəli gəlmişdi. Axı, Əli ibn Əbu Talib(ə) bəndələrin
deyil, Allahın seçib təsbit etdiyi imam idi.
Bu arada bir haşiyə çıxaraq onu qeyd etmək istərdim ki,
imam mövzusunda müsəlmanlar arasında böyük fikir ayrılığı
vardır. Müsəlmanların əksəriyyəti imamın toplum, insanlar
tərəfindən seçilməsini qənaətbəxş bilir. Amma, istər məscidlərdəki
bir çox imam-camaatın törətdiyi fəsadlar, istərsə də ki, vəqf və
dini qurumlarda imam e`lan edilmiş alimlərdən bir çoxunun
vermiş olduğu yalnış fətvalar bu əqidənin düzgün olmadığını
söyləyir. Yalnız, azlıq təşkil edən şiələr Qur`ani-Kərimdən:
﴾Rəbbi İbrahimi bir neçə sözlə imtahana çəkdiyi zaman
O, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda
Allah) Ona:"Səni insanlara imam qərar verəcəyəm!",-dedi.
O(İbrahim) isə: "Nəslimdən necə?"-deyə soruşdu. Allah [Onun
cavabında]: "[Sənin nəslindən olan] zalımlar Mənim əhdimə
[imamlığa] nail olmazlar!"-buyurdu. ﴿1-ayəsini əsas tutaraq
imamın bəndə, toplum tərəfindən deyil, məhz, Uca və Qadir Allah
tərəfindən seçildiyini söyləyirlər. Uca Yaradanın bu ayədə: "Səni
insanlara imam qərar verəcəyəm!"-söyləməsinin də heç bir
şərhə ehtiyacı yoxdur!
İmamın insanlar tərəfindən deyil, Qadir Yaradan tərəfindən
təsbit edilməsini Qur`ani-Kərim digər ayələrdə belə ifadə edir:
﴾O kəslər ki: "Ey Rəbbimiz! Bizə zövcələrimizdən və
uşaqlarımızdan gözümüzün bəbəyi olacaq övladlar hədiyyə et
və bizi təqvalılara imam qərar ver!"—deyərlər. ﴿2

﴾Biz onları əmrimizlə [insanları] doğru yola gətirən


imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı
və oruc tutmağı vəhy etdik. Onlar, yalnız Bizə ibadət edirdilər.
﴿3

1
"Əl-Bəqərə" surəsi, ayə 124.
2
"Əl-Furqan" surəsi, ayə 74.
3
"Əl-Ənbiya" surəsi, ayə 73.
﴾Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün
Biz onlardan əmrimizlə haqq yolu göstərən imamlar qərar
verdik.﴿ 1
(Allahın qərar verdiyi imamların kimlər olduğu və onların sayı
fərqli mövzular olduğundan bu kitabda həmin mövzulara
toxunmayacağıq!)
İslam dini bir tək o dövr və Ərəbistan yarımadası üçün
deyil, əksinə, irqindən asılı olmayaraq bütün xalqlar üçün
göndərilmiş və Qiyamətədək mövcud olacağı təqdir olunan bir
dindir.
Rəsulullah(s) Öz Əhli-Beytini(ə) Nuh(ə)-ın gəmisinə
bənzətdi və dedi:
"Həqiqətən, Mənim Əhli-Beytimin sizlər arasındakı misalı
Nuhun gəmisinə bənzər. O gəmiyə minən nicat tapdı, ondan uzaq
qalan isə, həlak oldu." 2
O Həzrət(s) Öz Əhli-Beytinin(ə) fəzilətini və bəşəriyyət
üçün əhəmiyyətini bəyan etmək məqsədilə Onlar(ə)-ı zirvəsinin
əlçatmazlığı ilə səciyyələnən Everest dağına, yaxud da
Qalaktikamız üçün bədəlsiz istilik və nur mənbəyi olan Günəşə
deyil, Yer üzərində hansısa bir gəmiyə bənzətdi. Bunun da
məntiqi dünyanı su basan zaman nəhəng dalğalar altında boğulub
ölməmək üçün Nuh(ə)-ın gəmisinin yeganə sağ qalmaq imtiyazı
olmasından ibarət idi. Nuh(ə)-ın bir gəmisi var idi. Əgər iki və
daha artıq gəmisi olsaydı, onda boğulub-ölməmək üçün hansı
gəmiyə miniləcəyinə dair sərbəst seçim edilməsi mümkün olardı.
Demək, sağ qalmağın, seçim etmə variantı olmadan, bir tək yolu
olmuşdur—nəhəng dalğalara Allahın himayəsində mətanətlə sinə
gərən o tənha gəmiyə minmək.
Nuh(ə) tufanında insanların sağ qalmalarının bir tək yolu
olduğu üçün Məhəmməd Peyğəmbər(s) də Öz Əhli-Beytini(ə)
həmin o gəmiyə bənzətməklə müsəlmanlara yollarından
azmamalarının, əqidələrindən sapmamalarının və nəhayət
Cənnətlə müjdələnmələrinin, məhz, bir tək yolu olduğunu anlatdı.
1
"Əs-Səcdə" surəsi, ayə 24.
2
Təbərani "Əl-Mucəm əl-Ausat", 4-cü cild, səh. səh. 10/"Əl-Mucəm əs-Sağir", 1-ci cild, səh. 139; Zərəndi
Hənəfi "Nuzum Durar əs-Sımteyn", səh. 235; Cəlaləddin Süyuti "Əl-Cəmi əs-Sağir", 1-ci cild, səh. 373;
Müttəqi Hindi "Kənz əl-Umməl", 12-ci cild, səh. 94; İbn Kəsir "Təfsir İbn Kəsir", 4-cü cild, səh. 123;
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 93; Hakim Nisaburi "Əl-Mustədrək", 2-ci cild, səh.
343.
Rəsulullah(s) buyurmuşdur:
"Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Birindən
başqa (birini çıxmaq şərtilə) hamısı Cəhənnəmə düşəcək!" 1
Demək, nicat tapacaq firqə həyatın bütün sahələrində, başda
Rəsulullah(s) olmaqla Əhli-Beyt(ə)-ı dəyərincə izləyənlər olacaq!
Çünki, onlar Allahın himayəsində küfr, şirk və nifaqın nəhəng
dalğalarına mətanətlə sinə gərmiş Peyğəmbər(s) Əhli-Beytinə(ə)
bütün varlıqları ilə bağlanmış insanlardır.
Rəsulullah(s) çox gözəl bilirdi ki, iman, təqva, şücaət, dini
və dünyavi elmləri mənimsəmə, eləcə də, dürüst şər`i hökm
çıxarmada Öz Əhli-Beytinin tayı-bərabəri olmayacaqdı. Çünki,
başda Rəsulullah(s)-in Özü olmaqla Əhli-Beyt(ə) Allah tərəfindən
bəşəriyyəti haqqa hidayət etmək üçün seçilmiş insanlar idilər.
Odur ki, O Həzrət(s) Öz Əhli-Beytini(ə) İsrail oğullarının "Hıtta"
qapısına da bənzədərək:
"Sizlər üçün Mənim Əhli-Beytimin misalı, həqiqətən, İsrail
övladları arasındakı Hıtta qapısına bənzər! O qapıdan daxil
olanın günahları bağışlanıldı." 2-deyə buyurmuşdu.
"Hıtta" qapısının hekayəti uzun olduğundan ixtisarla onu
demək istərdim ki, daima göndərilən peyğəmbərləri işgəncə ilə
qətlə yetirən İsrail qövmünü Allah Öz sonsuz mərhəmətilə bir
daha bağışlamaq istəmiş və onlara, Öz istəyindən doğan, bir
göstəriş, əmr vermişdi:— "Hıtta" deyərək qapıdan keçin! Bununla
da, bütün günahlarınızı bağışlayacağam!
İsrail oğulları həmişə olduğu kimi bu dəfə də Allahın əmrini
ucuz tutaraq qapıdan keçərkən istehza etmiş və "Hıtta" sözünü
başqa sözlə dəyişmiş və beləliklə də, Allahın qəzəbinə düçar
olmuşdular.
Rəsulullah(s) də Öz Əhli-Beyti(ə)-ı İsrail oğullarının
günahlarının bağışlanılmasına vəsilə olacağı "Hıtta" qapısına
bənzətdi.
O Həzrət(s)-in, hələ, sağlığından Əli(ə)-ın tərəfdarlarına
verdiyi: "Şiə", yaxud da "Əli şiəsi" adı bu insanları digər
müsəlmanlardan ayırıb fərqləndirdi. "Müsəlmanlar" adı altında
cəm olmuş insanlardan bir qrupunun "Şiə" adı ilə digərlərindən
1
Heysəmi "Məcmə əz-Zəvaid", 1-ci cild, səh. 189; Müttəqi Hindi "Kənz əl-Umməl", 1-ci cild, səh. 210;
İbn Həcər "Lisən əl-Mizən", 6-cı cild, səh. 56.
2
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 168; Təbərani "Əl-Mucəm əl-Ausat", 4-cü cild, səh. 10;
İbn Həcər "Əs-Savaiq əl-Muhriqa", səh. 111.
fərqləndirilərək seçilmələri digərlərinin, bir növ, adsız qalmaları
demək idi. Bu hal hicrətin qırx birinci ilinədək davam etdi.
Qaynaqlar İmam Əmir əl-Mö`minin Əli(ə)-ın şəhadətindən
sonra altı ayadək hakimiyyətdə olmuş oğlu İmam Həsən(ə)-ın
hökmranlıq üstə müsəlman qanının axıdılmaması üçün sülh
bağlayıb xilafəti Müaviyəyə təslim etməsindən sonra Müaviyənin
Şamda qurduğu səltənətinin hüdudlarını aşıb bütün İslam aləminə
ortaqsız ağalıq edəcəyini bayram edərək həmin ili "Camaat ili" və
"Sünnə ili" adlandırmasını yazır. Müaviyə cümlə İslam aləminə
ortaqsız hakim olmasını onun bütün müsəlmanlar tərəfindən
istisnasız bəyənilib-sevilməsi kimi dəyərləndirdi. Müaviyənin
həmin ili "Camaat ili" adlandırmasını İbn Tavus özünün "Ət-
Tara`if Fi Mə`rifət Məzəhib Ət-Tava`if" kitabında (səh. 205-də)
İbn Battanın "Əl-İbənə" kitabından gətirdiyi sitatda, habelə, İbn
Abdulbırr özünün "Əl-İstiab" kitabında (1-ci cild, səh. 387-də)
qeyd etmişlər. İbn Tavus eyni adlı kitabında (səh. 205-də)
Əskərinin "Kitəb Əz-Zəvacir"-indən sitat gətirərək yazır:
"Müaviyə həmin ili "Sünnə ili" adlandırdı."
Zərəndi Hənəfi "Nuzum Durar Əs-Sımteyn" kitabında yazır:
"Qırx birinci ilin Cəmadəl-əvvəl ayında hamı Müaviyəyə bey`ət
etdi. Hamının bir imam arxasında cəm olduqlarına görə həmin il
"Camaat ili" adlandırıldı. 1
İbn Kəsir isə bu haqda özünün "Təfsir İbn Kəsir"ində yazır:
"Bey`ət Müaviyə üçün cəm olduğundan həmin il "Camaat ili"
adlandırıldı." 2
Müaviyəyə bey`ət olunan ilin "Camaat ili" adlandırılmasını
İbn Əsakir özünün "Tərix Mədinət Diməşq" kitabında (28-ci cild,
səh. 35-də) və Xətib Bağdadi özünün "Tərix Bəğdəd" kitabında
(1-ci cild, səh. 22-də) qeyd etmişlər.
Beləliklə, hicrətin qırx birinci ili "Sünnə və camaat ili",
Müaviyənin xilafətini qəbul edənlər isə "Sünnə və camaat əhli"
adlandırıldılar.
"Rafizi" sözünə gəlincə isə, bu söz də ərəb mənşəli olub
"Rafəda" kökündəndir. Bu sözün mə`nası—qəbul etməmək;
imtina etmək; üz döndərmək; təkzib etməkdir.

1
Zərəndi Hənəfi "Nuzum Durar əs-Sımteyn", səh. 196.
2
İbn Kəsir "Təfsir İbn Kəsir", 4-cü cild, səh. 567.
Peyğəmbər(s)-dən rəvayət olunan hədislərdə işlədilən bu söz
müxtəlif dövrlərdə ayrı-ayrı dini təriqət və cərəyanlara şamil
edilmişdir. Bu söz ən çox da Əbu Bəkr ilə Ömərin xilafətinin
qeyri-şər`i olduğunu söyləyənlərə tətbiq olunardı. Özlərini saleh
sələflərin ardıcılları—"Sələfilər" adlandıran Vəhhabilər də daxil
olmaqla bir çoxları bu adla şiələri xarakterizə etmişlər. Rafizilərin
kimliyini açıqlayan hədislərə nəzər salaq:
İbn Abbas(r.a.)-dan rəvayət olunur:
Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmin yanında idim.
Əli[ə] də orda idi. Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm
buyurdu:
"Ey Əli! Mənim ümmətimdə özlərini Əhli-Beyti sevən təki
qələmə verən tayfa olacaqdır. Onların məxsus ləqəbi olacaq:
—"Rafizi" adlanacaqlar. Vuruşun onlarla! Çünki, onlar
müşriklərdir." 1
Habelə, rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi [və
alihi] və səlləm buyurmuşdur:
"Axır-zamanda bir tayfa olacaq. Onlar fərqli ləqəblə
çağırılacaq:—"Rafizi" adlandırılacaqlar. Gördüyünüzdə öldürün
onları! Çünki, onlar müşriklərdir." 2
Eyni məzmunlu bir hədisi də Müttəqi Hindi cüz`i söz fərqi
ilə özünün "Kənz Əl-Umməl" kitabında (1-ci cild, səh. 223-də)
qeyd etmişdi.
Tarix boyu bir çox təəssübkeş insanlar bu və buna bənzər
digər hədisləri əldə əsas tutaraq öz cahillikləri səbəbilə şiələri bu
tayfadan hesab etmiş və onlara olmazın əziyyətlər verərək qətllər
törətmiş, qan və mallarını halal bilmiş, bununla da Cənnəti
qazandıqlarına inam bəsləmişlər. Eyni hal bu günümüzdə də
davam etməkdədir. Yalnış fətvalara uyan bu qəbil insanlar
Məhərrəmlik və bu kimi sair dini mərasimlərdə şiələrin
toplandıqları yerlərə gələrək kamikadze təki özlərini partladaraq
günahsız insanları qətlə yetirirlər. Onlar müqəddəs amal—İslam
uğrunda şəhid olacaqlarına inanan aldadılmış insanlardır. Onlar və
arxalarında duraraq bu addımı atmağa onları təhrik edən insanlar
istəsələr də, istəməsələr də, qəbul etsələr də, etməsələr də, şiələr
kəlimeyi-şəhadəti söyləmiş müsəlmanlardır. Daha doğrusu, həqiqi
1
Heysəmi "Məcmə əz-Zəvaid", 10-cu cild, səh. 22; Əmr ibn Əbi Asım "Kitəb əs-Sunnə", səh. 462.
2
Xətib Bağdadi "Tərix Bəğdəd", 2-ci cild, səh. 300; Maqrizi "İmtə əl-Əsma`", 12-ci cild, səh. 363.
müsəlmanlardır. Şiələrin rafizi olduğunu zənn edən və onlara qarşı
haqsız ittiham yürüdən cahillərə Peyğəmbər(s)-in hədisləri ilə
cavab vermək istərdim:

"(Ey Əli!) Sən və Sənin şiələrin Cənnətdəsiniz! Fərqli ləqəbə


malik bir tayfa gələcək. Onlara rafizi deyəcəklər. Onları gördükdə
öldürün! Çünki, onlar müşrikdirlər." 1
Digər mənbələrdə isə qeyd olunur:
(Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm Əli[ə]-a dedi)
"Ey Əli! Sən və Sənin səhabələrin Cənnətdəsiniz, Sən və Sənin
şiələrin Cənnətdəsiniz! Lakin, Səni sevdiyini iddia edən
insanlardan elələri də olacaq ki, onlar İslam dinində qarışıqlıq
yaratdıqdan sonra Rəhman olan Allahdan üz döndərəcəklər. Nə
qədər dürüst və səlist Qur`an oxusalar belə, tilavətləri qəbul
olunmayacaq! Onların məxsus ləqəbi olacaq—rafizi
adlanacaqlar. Onlara yetişsən, onlara qarşı cihad et! Çünki,
onlar müşriklərdir." (Əli(ə) Peyğəmbər(s)-dən soruşdu)—"Ya
Rəsulallah! Onlar necə tanınacaqlar?" (O Həzrət(s) cavab verərək
buyurdu) "Onlar cümə və camaat namazlarını qılmaz, sələflərə də
tə`nə vurarlar!" 2
Bir çox qaynaqlarda bu hədis cüz`i dəyişikliklə belə qeyd
edilmişdir:
"Ey Əli! Sən və Sənin şiələrin Cənnətdəsiniz! Rafizi adlanan
insanlar olacaqdır. Onları gördükdə öldür! Çünki, onlar
müşriklərdir." 3
Bütün bu qeyd olunan hədislərdən belə bir nəticə hasil olur
ki, şiələr, heç də, rafizi deyillər. Əgər şiə rafizi olsaydı, onda
Rəsulullah(s) Əmir Əl-Mö`minin(ə)-a:—"Ey Əli! Sən və Sənin
şiələrin Cənnətdəsiniz!"—deyərək şiələrə müjdə verməzdi. Bir
maraqlı fakt da Rəsulullah(s)-in Allah və Rəsulunun(s) əmrlərini
icra etməkdə heç bir zaman tərəddüd etməmiş İmam Əli(ə)-a
rafizilərin müşrik olmalarını söyləyərək onlarla vuruşmasını,
onlara qarşı cihad etməsini və öldürməsini əmr etməsidir.
1
Müttəqi Hindi "Kənz əl-Umməl", 1-ci cild, səh. 223.
2
Təbərani "Əl-Mucəm əl-Ausat", 6-cı cild, səh. 354; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh.
324; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 334; Xətib Bağdadi "Tərix Bəğdəd", 12-ci cild,
səh. 353.
3
Abdullah ibn Udeyy "Əl-Kəmil", 7-ci cild, səh. 213; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh.
334; Zəhəbi "Mizən əl-İtidəl", 4-cü cild, səh. 371.
Tarix səhifələrini vərəqləyərək İmam Əmir Əl-Mö`minin(ə)-
ın kimlərlə vuruşaraq cihad etdiyini nəzərdən keçirsək, üç ən
böyük döyüşün:—"Cəməl", "Sıffeyn" və "Nəhrivan" döyüşlərinin
şahidi olarıq. Bu döyüşlərdən biri xəlifə Osmanın intiqamını
almaq bəhanəsi və Rəsulullah(s)-in zövcəsi Aişə(r.a.)-nin də
iştirakı ilə baş vermiş, digəri xilafəti ələ keçirmək arzusuyla
yaşayan Müaviyənin başçılıq etdiyi Şam qoşununa qarşı və
sonuncu da xaricilərə qarşı aparılmış döyüşlər idi. Heç bir
mənbədə İmam Əli(ə)-ın Öz şiəsini qətlə yetirməsi faktı yoxdur.
Ona görə ki, Əli(ə)-a şiə olmaq O Həzrət(ə)-ın bütün əmr, tapşırıq
və hökmlərinə e`tiraz, şərt və tərəddüdsüz əməl etmək deməkdir!
Çünki, Əli ibn Əbu Talib(ə) Rəsulullah(s)-in dünyasını
dəyişməsindən sonra insanları haqqa hidayət etmək üçün Allah
tərəfindən seçilmiş imamların ilki idi. O(ə)-ın əmr və
tapşırığından çıxan isə şiə sayılmaz! Necə ki, bu hal Şam qoşunu
ilə vuruşan zaman İmam Əli(ə)-ın əmrindən çıxaraq "Xarici"
damğası alan insanlarla baş verdi.
Demək, rafizilik kiminsə xilafətini danmaq deyil, Allahın
Qur`ani-Kərimdə:—﴾Durdurun onları! Həqiqətən, onlar sorğu-
sual olunacaqlar!﴿ 1—deyə buyuraraq Qiyamət günü haqqında
soruşacağı Əmir Əl-Mö`minin İmam Əli(ə)-ın vilayətini danmaq,
təkzib etmək, qəbul etməməkdir!

Rafiziliyə dair qeyd etdiyimiz hədislərdən bir qismində də


bu insanların axır—zamanda peyda olacaqlarının yazıldığını
gördük. Bu vəsf də şiəliyə uyğun gəlmir. Çünki, şiəliyin mənşəyi
haqda danışarkən bu adı onlara Rəsulullah(s)-in qoyduğunu qeyd
etmişdik. Belə də ki, axır—zamanda ən son yaranmış və özlərini
Əhli-Beyt(ə)-ı sevən təki qələmə verən dini cərəyan—əsasını
Məhəmməd ibn Abdulvəhhabın qoyduğu vəhhabilikdir. Əgər belə
olmasaydı, onda onlar və sələfləri Rəsulullah(s)-in söylədiyi
büllur təki şəffaf hədislər müqabilində "Əhli-Beyt" məfhumunu öz
məcrasından çıxararaq bu məfhum altında müxtəlif insanları cəm
etməzdilər. (Əhli-Beyt(ə)-ın kimliyi və bu məfhumun kimləri
özündə cəm etməsi haqda ayrıca başlıq altda bir qədər müfəssəl
danışacağıq!)
1
"Əs-Saffat" surəsi, ayə 24.
O ki, qaldı cümə və camaat namazlarını qılmamağa və
sələflərə tə`nə vurmağa, dünyanın dörd bir tərəfində—müqəddəs
Məkkə və Mədinənin yerləşdiyi Hicaz məmləkətində, İraqda,
Küveytdə, Bəhreyndə, Livanda, Hindistanda, Əfqanıstanda,
Pakistanda, Azərbaycanda, İranda və hətta, Nigeriya və Qana da
belə—şiələr yaşayan bütün məmləkətlərdə cümə və camaat
namazları qılınmış və qılınmaqdadır. Sadəcə olaraq, şiələr dinin
sütunu olan namazı nabələd, yə`ni iman və təqvasına bələd
olmadıqları və kimə qulluq etdikləri bəlli olmayan insanların
arxasında qılmaz və adlarına ləkə götürməmiş sələflərə tə`nə
vurmazlar!

İftixarla: "Mənim adımı Rəsulullah(s) qoyub"—deyə


öyünməyə layiq olan şiələr rafizi deyil, həqiqi müsəlmanlardır.

Bəşəriyyəti hidayət etmək üçün son səmavi dini göndərən və


eyni zamanda da bu dinin yetmiş üç məzhəbə bölünməsini təqdir
edən Uca Yaradanın hansı məzhəbin nicat tapacaq məzhəb
olduğuna dair Müqəddəs Qur`anda heç bir işarə qoymaması,
sözün həqiqi mə`nasında, məntiqsizlik olardı. Çünki, son din və
son səmavi kitab ayələrindən yalnış yozumlar etməklə verilən
səhv fətvalar sayəsində bəşəriyyəti çaşqınlığa salaraq zəlalətə
uğratmaq üçün deyil, məhz, dürüst çıxarışlarla hidayət etmək üçün
təsbit edilmişdi.
Uca və Qadir Allah Qur`ani-Kərimdə buyurub:

﴾De ki: "Mən sizdən bunun [risaləti təbliğ etməyimin]


müqabilində qohumluq məhəbbətindən [yaxınlara sevgi,
məhəbbət və ülfətdən] başqa bir qarşılıq istəmirəm! ..."﴿ 1

﴾De ki: "Mən sizdən nə qarşılıq istədimsə, o, sizin


üçündür [istədiyim qarşılıq sizin öz xeyrinizədir]. Mənim
mükafatım, ancaq Allaha aiddir. O, hər şeyə şahiddir."﴿ 2

1
"Əş-Şura" surəsi, ayə 23("Əl-Məvaddə" ayəsi).
2
"Səba" surəsi, ayə 47.
﴾De ki: "Mən sizdən buna [risaləti təbliğ etməyə] görə,
ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr
olmasından başqa heç bir qarşılıq istəmirəm." ﴿ 1

Qaynaqlar yazır ki, "Əl-Məvaddə" adı ilə tanınan: ﴾De ki:


"Mən sizdən bunun [risaləti təbliğ etməyimin] müqabilində
qohumluq məhəbbətindən [yaxınlara sevgi, məhəbbət və
ülfətdən] başqa bir qarşılıq istəmirəm!"﴿ ayəsi nazil olduqda,
Rəsulullah(s)-dən soruşurlar:
"Ya Rəsulallah(s)! Məhəbbətləri vacib buyurulan
qohumların, yaxınların kimlərdir?" Cavab verərək deyir:
"Əli, Fatimə və Onların iki oğlu." 2

Bu ayənin Əhli-Beyt(ə)-a dair nazil olduğunu İmam Həsən


Müctəba(ə) da Öz xütbə və çıxışlarında qeyd etmişdi. Bu barədə
qaynaqlarda yazılır:
"Əli ibn Əbu Talib radıyallahu anhu qətlə yetirildikdə
Həsən[ə] insanlara xütbə edərək dedi:
"... Ey camaat! Məni tanıyan tanıdı. Tanımayan isə, qoy bilsin ki,
Mən Əlinin oğlu Həsənəm! Mən Vəsinin oğluyam! Mən müjdə
verənin oğluyam! Mən xəbərdar edənin oğluyam! Mən Allahın
izni ilə Allaha (Allah dininə) də`vət edənin və işıqlı, nur saçan
çırağın oğluyam! Mən Allahın çirkinliyi yox edərək tərtəmiz, pak
qərar verdiyi Əhli-Beytdənəm! Mən Allahın Öz Peyğəmbəri
sallallahu aleyhi [və alihi] və səlləmə: ﴾De ki: "Mən sizdən
bunun [risaləti təbliğ etməyimin] müqabilində qohumluq
məhəbbətindən [yaxınlara sevgi, məhəbbət və ülfətdən] başqa
bir qarşılıq istəmirəm! Kim yaxşı bir iş görərsə, onun
yaxşılığının savabını, mükafatını artırarıq!"﴿—deyərək
məhəbbətlərini, sevgilərini hər bir müsəlmana vacib buyurduğu
Əhli-Beytdənəm! (Ayədəki) Yaxşı iş də, Biz Əhli-Beytə sevgi və
məhəbbət bəsləməkdir!" 3
1
"Əl-Furqan" surəsi, ayə 57.
2
Təbəri "Zəxəir əl-Uqbə", səh. 26; Heysəmi "Məcmə əz-Zəvaid", 7-ci cild, səh. 103/9-cu cild, səh. 168;
Təbərani "Əl-Mucəm əl-Kəbir", 3-cü cild, səh. 47/11-ci cild, səh. 351; Zeylə`i "Təxric əl-Əhadiis va əl-
Əəsər", 3-cü cild, səh. 234.
3
Təbəri "Zəxəir əl-Uqbə", səh. 139; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 172; Heysəmi
"Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 146; Təbərani "Əl-Mucəm əl-Ausat", 2-ci cild, səh. 337.
Hədislərdən aydın olduğu kimi bu ayə,—başda Rəsulullah(s)
olmaqla, İmam Əli(ə), Xanım Fatimə(s.ə.) və Onların iki oğlu
olan Həsən(ə) və Hüseyn(ə)-a dair nazil olmuşdur. Eyni cümlə
quruluşuna və söz düzümünə malik qeyd etdiyimiz son üç ayədən
də belə nəticə hasil olur ki, Əhli-Beyt(ə)-a sözdə deyil, əməldə
sevgi bəsləmək və Onlar(ə)-ı izləmək hər bir müsəlmana vacib
buyurulmuş və bu əmrə itaət etməyin xeyri, nə Allaha, nə
Rəsulu(s)-ə, nə də Əhli-Beyt(ə)-a deyil, məhz, bizlərə—hər bir
müsəlmana yetişəcək. Bu xeyir də Rəbbə tərəf doğru yolu
tapmaqdan ibarətdir. Demək, bu ayələrin xülasəsi olaraq onu qeyd
etmək yetər ki, Əhli-Beyt(ə)-a sevgi bəsləmək, izləmək və
ardıcılları olmaq Rəbbimizə tərəf haqq yolda olmaqdır.

Allah bizləri Əhli-Beyt(ə)-a sevgi bəsləyərək izləməklə haqq


yolda sabitqədəm qərar versin!

Kimlərdir Əhli-Beyt(ə)?

Rəsulullah(s) buyurmuşdur:
"Ey Əli! Həqiqətən, İslam üryandır. Onun libası təqva,
bəzəyi hidayət, cilvəsi həya, dayağı itaətkarlıq, vərdişi saleh
əməldir. İslamın bünövrəsi isə Mənim sevgimlə Əhli-Beytimin
sevgisidir!" 1

Rəsulullah(s)-in dünyasını dəyişməsindən bəri Əhli-Beyt(ə)-


ın kimliyi haqda ziddiyyətli sözlər söylənilmişdir. Başda Əməvilər
olmaqla Əli(ə)-a düşmən kəsilmiş insanlar O Həzrət(ə)-ın
ailəsinin də şə`nini kiçiltməyə sə`y etməyi unutmamışdılar. "Ev
1
Müttəqi Hindi "Kənz əl-Umməl", 12-ci cild, səh. 105/13-cü cild, səh. 645; İbn Əsakir "Tərix Mədinət
Diməşq", 43-cü cild, səh. 241.
əhli" kimi tərcümə olunan bu məfhumun hərfi mə`nasından sui-
istifadə etmiş insanlardan kimisi Rəsulullah(s)-in zövcələrini,
kimisi də Abbas, Əqil, Cəfər və s.-nin ailələrini də bu məfhum
altında cəm etməyə cəhq göstərmişdilər. Bu insanlar həqiqətləri
gizlətməyə çalışarkən Əli(ə) da daxil olmaqla Əhli-Beyt(ə)-ın
timsalında Rəsulullah(s)-ə olan düşmənçiliklərini biruzə verirdilər.
Çünki, ibadət, itaət və Allaha, sözün həqiqi mə`nasında, təslim
olmaları nəticəsində nail olduqları fəzilətlərilə Əhli-Beyt(ə)-ı
bütün bəşər övladları içərisindən seçib yüksəldən, nə
Rəsulullah(s), nə də Onlar(ə)-ın Özləri deyil, məhz, Uca və Qadir
Yaradan olmuşdur. Qadir Allahın Qur`ani-Kərimdə şə`nlərinə
dair: ﴾Siz ey Əhli-Beyt! Allah Sizdən çirkinliyi yox etmək və
Sizi tərtəmiz, pak etmək istər!﴿ 1—söylədiyi Əhli-Beyt(ə)-ın
kimliyini açıqlamazdan öncə müqəddəs kitabda haqlarında digər
bir ayənin də:—﴾De ki: "Mən sizdən bunun [risaləti təbliğ
etməyimin] müqabilində qohumluq məhəbbətindən [yaxınlara
sevgi, məhəbbət və ülfətdən] başqa bir qarşılıq istəmirəm!" ...﴿
2
—ayəsinin də mövcud olduğunu vurğulamaq istərdim. Demək,
Rəsulullah(s) risalətin təbliğindəki iyirmi üç illik məşəqqətinin
əvəzi olaraq (Allahın göstərişi ilə) Əhli-Beyti(ə)-a qarşı məhəbbət,
ülfət və sevgi ilə davranılmasını insanlara əmr etdi. Bu əmr
Qur`ani-Kərimdə "Tövhid", "Nübuvvət" və s. kimi dinin əsaslarını
aşılayan hökmlərdən sonra yer almışdı. Peyğəmbər(s)-ə olunan
itaət də Allaha olunan itaət idi:
﴾Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət
etmiş olur...﴿ 3

Bu haqda O Həzrət(s)-in Özü də buyurmuşdu:

"Mənə itaət edən Allaha itaət etmiş olur, Mənim əmrimdən


çıxan Allahın əmrindən çıxmış olur! ..." 4

1
"Əl-Əhzab" surəsi, ayə 33("Ət-Tathir" ayəsi).
2
"Əş-Şura" surəsi, ayə 23("Əl-Məvaddə" ayəsi).
3
"Ən-Nisa" surəsi, ayə 80.
4
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 2-ci cild, səh. 252/270; Buxari "Sahih əl-Buxari", 4-cü cild, səh.
8/8-ci cild, səh. 104; Muslim "Sahih Muslim", 6-cı cild, səh. 13.
Allah kitabındakı bütün əmr və göstərişlər istisnasız qəbul
olunmalı və bunlara sözdə deyil, əməldə riayət olunmalıdır! Əhli-
Beyt(ə)-a sevgi və ülfət bəslənilməsini əmr edən "Əl-Məvaddə"
ayəsini sözdə qəbul edib Onlar(ə)-ın əmr və tapşrıqlarını icra
etməyərək aşkar Qur`an ayələri və hədislər müqabilində ictihad
etməklə kimləri isə Onlar(ə)-dan üstün tutan insanlar Qur`ani-
Kərimin: ﴾...Məgər siz kitabın bir hissəsinə inanıb, digər
qismini inkar edirsiniz?! Sizlərdən bu cür işlər görənlərin
cəzası dünyada, yalnız rüsvay və biabırçılığa mə`ruz olmaq,
Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah
etdiklərinizin heç birindən xəbərsiz deyildir!﴿ 1—ayəsində
vəsfini verdiyi insanlar misalındadırlar!

"Ulduzlar yer əhlinin batmamalarının (yollarından


azmamalarının) tə`minatıdır. Əhli-Beytim isə ümmətimin ixtilafda
olmamalarının tə`minatçılarıdır. Əgər ərəb qəbilələrindən biri
Onlara(Əhli-Beytə) müxalif çıxsa, onda onlar(qəbilə üzvləri)
ixtilafda olaraq pərakəndə düşər və İblisin partiyasına
(tərəfdarlarına) çevrilərlər!" 2

"Mənim Əhli-Beytim ulduzlar misalıdır. Onlardan hansını


izləsəniz, hidayət taparsınız!" 3

Rəsulullah(s)-dən Əhli-Beyt(ə)-a dair nəql edilən bu


hədisləri də Onlar(ə)-ın tərəf müqabilləri olan səhabələrin adına
qələmə vermişlər. Əhli-Beyt(ə)-ın fəzilətlərindən olan bu hədisləri
səhabələrin adına qələmə verən bir çox qaynaqlar yazır:

Rəsulullah(s) buyurmuşdur:

1
"Əl-Bəqərə" surəsi, ayə 85.
2
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 149; Müttəqi Hindi "Kənz əl-Umməl", 12-ci cild, səh.
102; İbn Həcər "Əs-Savaiq əl-Muhriqa", səh. 140; Təbəri "Zəxəir əl-Uqbə", səh. 17; Zərəndi Hənəfi
"Nuzum Durar əs-Sımteyn", səh. 234; Süyuti "Əl-Cəmi əs-Sağir", 2-ci cild, səh. 680; Qunduzi Hənəfi
"Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 442; İbn Hibban "Kitəb əl-Məcruhin", 2-ci cild, səh. 236.
3
Zəhəbi "Mizən əl-İtidəl", 1-ci cild, səh. 82; İbn Həcər "Lisən əl-Mizən", 1-ci cild, 136.
"Ulduzlar səma əhlinin əmin-amanlığıdır, səhabələrim isə
ümmətimin." 4

"Mənim səhabələrim ulduzlar misalıdır. Onlardan hansını


izləsəniz, hidayət taparsınız" 2

Amma tarixi geri səhifələyərək bə`zi səhabələrin


tərcümeyi-halları, onların Rəsulullah(s)-in sağlığında və dünyasını
dəyişməsindən sonrakı dönəmlərdə olan davranışları ilə tanış
olduqda bu hədislərin Rəsulullah(s)-in adına nisbət verilən
uydurma, yalan hədislər olduğunda tam əmin olarıq. Çünki, bir-
biri ilə ədavətdə olan, bir-birini söyən və hətta döyən, müharibələr
edərək bir-birini qılıncdan keçirən—"səhabələr" adlanan insanları
ulduzlara bənzətmək və onlardan hər hansının izləniləcəyi
təqdirdə doğru yoldan sapılmayacağını demək Rəsulullah(s)-in
adına söylənilən məntiqsizlikdir! Çünki, səhabə hesab edilən
Müaviyə ilə İmam Əli(ə) arasında baş vermiş müharibədə Əli(ə)-
ın qoşununda döyüşüb şəhid olan insan Müaviyənin qoşununda
döyüşüb öldürülən insanla eyni ola bilməz! Haqqı deyən iki insan
da öz aralarında nə dalaşar, nə də ki, döyüşər! Əgər Əli(ə) ilə
Müaviyə arasında müharibə olmuşdursa, demək, onlardan biri
haqqı, digəri isə batili söyləmişdir. Kimin haqqı, kimin də batili
söyləməsinin me`yarını ədalət tərəzisi olan Rəsulullah(s)
müəyyənləşdirmişdi. O Həzrət(s) buyurmuşdur:

"Ey Əli! Sənin müharibən Mənim müharibəmdir!" 3

(Əbu Hüreyrədən rəvayət olunur ki, Rəsulullah(s) Əli,


Fatimə, Həsən və Hüseynə (Onlara Allahın xeyir-duası olsun!)
baxaraq buyurmuşdur):
"Mən Sizinlə müharibə edəcək insanlara qarşı müharibə,
əmin-amanlıqla davranacaq insanlara qarşı isə sülhəm!" 4
4
Heysəmi "Məcmə əz-Zəvaid", 10-cu cild, səh. 17; Təbərani "Əl-Mucəm əl-Ausat", 4-cü cild, səh. 237;
Xətib Bağdadi "Tərix Bəğdəd", 3-cü cild, səh. 281.
2
Sərəxsi "Əl-Məbsut", 16-cı cild, səh. 83; Abdullah ibn Qudamə "Əl-Muğni", 3-cü cild, səh. 535; İbn
Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 20-ci cild, səh. 11; Zəməxşəri "Əl-Kəşşəf", 2-ci cild, səh. 424-ün şərhi.
3
Alusi "Təfsir əl-Alusi", 26-cı cild, səh. 151; Hakim Haskani "Şəvahid ət-Tənzil", 1-ci cild, səh. 416-nın
haşiyəsi; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 18-ci cild, səh. 24/20-ci cild, səh. 221.
4
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 2-ci cild, səh. 442; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild,
səh. 149; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 169; İbn Hibban "Sahih İbn Hibban", 15-ci cild,
(Rəsulullah(s) Müaviyəyə qarşı müharibədə Əli(ə)-ın
qoşununda döyüşərək şəhid olmuş Əmmar bin Yasirə Xəndək
müharibəsi ərəfəsində çala qazıyarkən demişdir):
"Vay sənin halına, ey Summəyanın oğlu! Səni həddini aşmış
zalım bir toplum öldürəcək!" 1

Bu qeyd etdiklərimizdən bir nəticə də hasil olur ki,—


kimliyindən asılı olmayaraq—Əli(ə)-a qarşı vuruşmuş hər bir
insan Rəsulullah(s)-in Özünə qarşı müharibə etmiş hökmündə
olmuşdur!

﴾Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer


üzərində fitnə-fəsad salmağa çalışanların cəzası, ancaq
öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari
kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır.
Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə
onları böyük bir əzab gözləyir!﴿ 2

Son qeyd etdiyimiz hədislərə görə səhabə hesab edilən


Osmanı da izləsək, hidayət tapmış olarıq, onun döymüş olduğu
İbn Məs`udu da, Əmmar bin Yasiri də və sürgün etdirdiyi Əbu
Zərri də! Habelə, Xalid ibn Vəlidi də izləsək, hidayət taparıq,
öldürərək arvadına təcavüz etdiyi Malik ibn Nüveyrəni də!
Hüdeybiyyədə Rəsulullah(s)-in risalətinə şəkk edən və Xanım
Zəhra(s.ə.)-nın evini yandıran Öməri də izləsək, hidayət taparıq,
həmin an evdə mövcud olan hidayət çırağlarını—İmam Əli(ə)-ı
da, İmam Həsən və Hüseyn(ə)-ı da! (Bu cür onlarla qarşıdurma
yazmaq olar.)
Bu necə məntiqdir belə?! Haqqı da izləmək hidayətdir, batili
də.
Bə`zi üzdəniraq səhabələrin möhtəşəm İslamın tarixinə
vurduqları ləkələrə don geydirmək üçün onların mövqelərinin

səh. 434.
1
Muslim Nisaburi "Sahih Muslim", 8-ci cild, səh. 185; Cəlaləddin Süyuti "Əd-Diibəc alə Muslim", 6-cı
cild, səh. 234; Məhəmməd ibn Sə`d "Ət-Tabəqat əl-Kubra", 3-cü cild, səh. 253; İbn Əsakir "Tərix Mədinət
Diməşq", 43-cü cild, səh. 430; Zəhəbi "Siyər Ələm ən-Nubələ", 16-cı cild, səh. 186-nın haşiyəsi.
2
"Əl-Məidə" surəsi, ayə 33.
müdafiəsini sığortalayacaq hədislər söyləmək gərəkirdi. Belə ki,
tarix və hədis kitabları səhabələr haqda danışmağı qadağan edən,
onları müqəddəsləşdirən, bə`zən də onları Rəsulullah(s)-dən belə
üstün tutan hədislərlə zəngindir. Məhz, bu hədislər sayəsində
səhabələrin—istisna təşkil etmədən hamısının ədalətli olmaları
inancı bir çox məzhəb və dini cərəyanlara yol tapdı. Bu günkü
günümüzdə də bu inanc şiəlikdən başqa bütün məzhəb və
təriqətlərə hakim kəsilmişdir. Bu məzhəb və təriqətlərin üzvləri
səhabələrin şəxsiyyət və imanlarını araşdırmadan—sanki,
mə`sumdurlarmış kimi—onlardan dini hökmləri götürmüş,
hədislər rəvayət etmişlər. Aydın məsələdir ki, səhabələr arasında
İslamı sidqi-ürəkdən qəbul etmiş, dinə yeniliklər gətirməmiş,
Allah yolunda və Rəsulullah(s) ilə Əhli-Beyti(ə) uğrunda
canlarından keçənləri və hər an keçməyə hazır olanları da
olmuşdur.
Uca və Qadir Allah Qur`ani-Kərimdə: ﴾İnsan bir yeməyinə
baxsın!﴿ 1–deyə buyurmuşdur. Mə`nəvi qidamız olan dinimizi
Rəsulullah(s)-dən bizə çatdıran insanların şəxsiyyətlərini, iman,
təqva və elmlərini araşdırmaq mühüm mə`na kəsb edir.
Səhabələr mövzusu çox geniş olduğundan bu qədəri ilə
kifayətlənib Əhli-Beyt(ə) mövzusuna dönüş alaq:

Kimlərdir Rəsulullah(s)-in "Mənim Əhli-Beytim"-deyərkən


nəzərdə tutduğu Əhli-Beyt? O(s)-in zövcələri və bütün qohumları
bu məfhuma daxildirlər, yoxsa, yox?

Təfsir alimlərindən də bə`ziləri daxil olmaqla bir qisim insan


"Əl-Əhzab" surəsinin 33 və 34-cü ayələrini əldə rəhbər tutaraq
Rəsulullah(s)-in zövcələrinin də Əhli-Beyt(ə)-dan olduğunu
söyləmişlər. Bu ayələrdə deyilir:
﴾(Siz ey Peyğəmbərin zövcələri!) Evlərinizdə qərar tutun!
İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın! [Bər-
bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə
göstərməyin!] Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna
itaət edin! Siz ey Əhli-Beyt! Allah Sizdən çirkinliyi yox etmək
və Sizi tərtəmiz, pak etmək istər! (Siz ey Peyğəmbərin
1
"Əbəsə" surəsi, ayə 24.
zövcələri!) Allahın evlərinizdə oxunan ayələrini və hikməti
xatırlayın! Həqiqətən, Allah [mö`minlərə] lütfkardır və
[bəndələrinin bütün əməllərindən] xəbərdardır!﴿

Muslim Nisaburi—(kimlər üçünsə Qur`ani-Kərimdən sonra


ən mö`təbər və səhih hesab edilən kitablardan ikincisi olan)
—"Sahih Muslim"-də (7-ci cild, səh. 122-də, "Fada`il Ali radıya
Allahu anhu" bölümündə) Zeyd ibn Ərqəmin Rəsulullah(s)-dən
Qədir-Xumda etdiyi xütbəsini qeyd etdikdən sonra "Səqəleyn"
hədisinə də toxunaraq yazır: "...(Rəsulullah(s) buyurdu):—"Mən
sizlər arasında iki ağır əmanət qoyub gedirəm. Onlardan birincisi
Allah kitabıdır. Onda hidayət və nur vardır. Allahın kitabını
götürün və ondan bərk yapışın!
(O(s), hamını Allah kitabına təşviq etdi və sonra yenə
buyurdu:)
İkincisi isə Əhli-Beytimdir. Mən sizə Əhli-Beytimlə necə
rəftar etdiyinizi Allah dərgahında xatırladacağam! Mən sizə Əhli-
Beytimlə necə rəftar etdiyinizi Allah dərgahında xatırladacağam!
Mən sizə Əhli-Beytimlə necə rəftar etdiyinizi Allah dərgahında
xatırladacağam!" Husayn Zeyddən soruşdu: "Onun Əhli-Beyti
kimlərdir, ey Zeyd? Məgər zövcələri Əhli-Beytindən deyilmi?!"
(Zeyd) cavab verərək dedi: "Zövcələri Əhli-Beytindəndir. Lakin,
Əhli-Beyti sədəqənin haram buyurulduğu kəslərdir!" Husayn yenə
soruşdu: "Sədəqənin haram buyurulduğu kəslər kimlərdir?"
(Zeyd) Cavab verərək dedi: "Onlar Əlinin ailəsi, Əqilin ailəsi,
Cəfərin ailəsi, Abbasın ailəsidir. Onların hamısına sədəqə haram
buyrulmuşdur."

Bu hədis özlüyündə "Səqəleyn"-in "Allah kitabı və sünnə"


olduğunu iddia edənlərə bir dəlildir!
(Ümumiyyətlə, "Səqəleyn hədisi"-ni: "Mən sizlər arasında
iki ağır əmanət qoyub gedirəm: Allah kitabı və itrətim, Əhli-
Beytim."-kimi qeyd edən mənbələrə misal olaraq: Əhməd ibn
Hənbəlin "Musnəd Əhməd" kitabını (3-cü cild, səh. 14/17/26; 5-ci
cild, səh. 182), Tirmizinin "Sunən Ət-Tirmizi" kitabını (5-ci cild,
səh. 328/329), Nisə`inin "Fada`il Əs-Sahabə" kitabını (səh. 15),
eləcə də, "Əs-Sunən Əl-Kubra"-sını (5-ci cild, səh. 45/130),
Heysəminin "Məcmə Əz-Zəva`id"-ini (9-cu cild, səh. 163/165; 10-
cu cild, səh. 363), Təbəraninin "Əl-Mucəm Əl-Ausat"-ını (3-cü
cild, səh. 374/ 4-cü cild, səh. 33), eləcə də, "Əl-Mucəm Əl-Kəbir"-
ini (3-cü cild, səh. 65) göstərə bilərik!)

Muslim eyni adlı kitabının eyni nömrəli səhifəsindəki (7-ci


cild, səh. 122-də) növbəti hədisində həmin o Zeyd ibn Ərqəmin:
"Məgər (Rəsulullah(s)-in) zövcələri Əhli-Beytindən deyilmi?!"—
sualına "Xeyr!"-deyə cavab verdiyini qeyd edərək yazır:
"...(Zeyddən:—"Məgər zövcələri Əhli-Beytindən deyilmi?!"—
deyə soruşduq. Cavab verərək dedi: "Allaha and olsun ki, xeyr!
Qadın kişi ilə bir müddət evlilikdə yaşadıqdan sonra əgər kişi ona
təlaq verərsə(boşayarsa), qadın atasının və tayfasının (əqrəbasının)
yanına qayıdacaqdır. (Peyğəmbər(s)-in) Əhli-Beyti isə sədəqənin
haram buyurulduğu qohum-əqrəbasıdır."

Nəvəvi Müslümün "Səhih"-inə yazdığı "Şərh Muslim" adlı


kitabında (15-ci cild, səh. 180-də) qeyd edir:
"("Sahih Muslim"-dəki) bu iki hədis arasında ziddiyyət
vardır. Mə`lumdur ki, Muslimin "Sahih"indəki hədisdən başqa
digər əksər kitablardakı hədislərdə Zeyd (Rəsulullah(s)-in)
zövcələrinin Əhli-Beytindən olmadıqlarını demişdir..."
Zeydin Rəsulullah(s)-in zövcələrinin Əhli-Beytdən
olmadıqlarını söyləyən hədisini Təbərani özünün "Əl-Mucəm Əl-
Kəbir"-ində (5-ci cild, səh. 182-də), İbn Kəsir "Təfsir İbn Kəsir"-
də (3-cü cild, səh. 494-da), Alusi "Təfsir Əl-Alusi"-də (22-ci cild,
səh. 14-də), İbn Əsakir "Tərix Mədinət Diməşq"-də (41-ci cild,
səh. 19-da) qeyd etmişlər.
"Sahih Muslim"də Zeyd ibn Ərqəmdən rəvayət olunmuş
eyni məzmunu daşıyan bu iki təzadlı hədisləri qeyd etməklə
Peyğəmbər(s)-in zövcələrinin Əhli-Beytdən olmalarını iddia edən
insanların öz iddialarına bəraət qazandırmaları üçün Zeydin adına
hədis söyləməyə cəhd göstərdiklərinə işarə etməkdir. Əgər belə
olmasaydı, onda bu qəbil insanlar Allahın Sevimlisi olan
Rəsulu(s)-in itaətindən yayınan və Qur`an ayələri ilə məzəmmət
olunan zövcələrini mə`sumluğun sübutu olan "Ət-Tathir" ayəsinin
təfsirinə yapmazdılar. Təfsir və hədis kitablarına müraciət etsək,
davranışlarına görə Aişə ilə Hafsanı məzəmmət və tənbeh edən
ayələrin nazil olduğunu görərik. Qeyd etdiklərimizi bir neçə
misalla əsaslandıraq:
"Aişə(r.a)-dən nəql olunur ki, Peyğəmbər sallallahu aleyhi
[və alihi] və səlləm (zövcələrindən) Zeynəb bint Cəhşin yanında
çox qalar və orda bal yeyərdi. Mən(yə`ni, Aişə) Hafsa ilə birgə
qərara gəldik ki, Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm
hansımızın yanına gəlsə: "Nə yemisən? Ağzından çox pis iy
gəlir!"—deyək. Peyğəmbər(s)-ə bu sözü dedikdə, O(s): "Zeynəb
bint Cəhşin yanında bal yemişəm, bir də yemərəm!"-deyə cabav
verir." ﴾Ya Peyğəmbər! Zövcələrinin razı qalmasını diləyərək
Allahın Sənə halal etdiyi şeyi niyə Özünə haram edirsən?!﴿ və
﴾[Ey Hafsa, ey Aişə!] Əgər ikiniz də Allaha tövbə etsəniz...﴿—
ayələri ("Ət-Təhrim" surəsinin 1-ci və 4-cü ayələri) nazil olur." 1

Buxari öz "Səhih"-ində İbn Abbas(r.a.)-dan rəvayət edərək


yazır:
"Ömərdən: "Ya Əmir Əl-Mö`minin! Allah:—﴾Əgər ikiniz
də Allaha tövbə etsəniz...﴿—ayəsini Peyğəmbər sallallahu aleyhi
[və alihi] və səlləmin zövcələrindən hansı iki qadın haqda nazil
edib?"-deyə soruşdum. O:—"(Bunu bilmədiyinə görə) sənə
təəccüb edirəm, ey İbn Abbas! Aişə və Hafsa haqda."-deyə cavab
verir." 2
"Ət-Təhrim" surəsinin dördüncü və beşinci ayələrində Uca
Allah buyurur:
﴾[Ey Hafsa, ey Aişə!] Əgər ikiniz də Allaha tövbə etsəniz
[çox yaxşı olar]. Çünki, qəlbləriniz [günaha] meyl etdi. Əgər
Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, [bilin ki,] Allah
Onun hamisi, Cəbrail, əməlisaleh mö`minlər və bunlardan
sonra mələklər də Onun köməkçiləridir.
Əgər O, sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə Ona
sizdən daha yaxşı zövcələr—müsəlman, mö`min, itaətkar,

1
İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 6-cı cild, səh. 221; Muslim "Sahih Muslim", 4-cü cild, səh.
184; İbn əl-Əş`əs Sicistani "Sunən Əbi Davud", 2-ci cild, səh. 191.
2
Buxari "Sahih əl-Buxari", 3-cü cild, səh. 103("Kitəb əl-Mazalim" bölümü)/6-cı cild, səh. 70("Ət-Təhrim"
surəsi); Muslim "Sahih Muslim", 4-cü cild, səh. 192; Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 93.
tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə
qızlar versin!﴿
Allah kəlamı olan bu ayələrin axarından anlaşıldığı kimi
Peyğəmbər(s)-in zövcələri, heç də, nümunəvi qadınlar,
ictimaiyyətdəki məqamlarını dürüst dəyərləndirən şəxsiyyətlər
olmayıblar. Əgər belə olsaydı, onda eyni surənin 10 və 12-ci
ayələrində:
﴾Allah kafirlərə Nuhun xanımı ilə Lutun xanımını məsəl
çəkir. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini
altında idilər. Onlar ərlərinə xəyanət etdilər. ...﴿ 1, habelə:
﴾Allah iman gətirənlərə fir`onun zövcəsini [Asiyə bint
Məzahimi] məsəl çəkir. O zaman o: "Ey Rəbbim! ..."—
demişdi.﴿
﴾Allah, həmçinin, namusunu, ismətini möhkəm qoruyub
saxlamış İmran qızı Məryəmi də məsəl çəkir. ..﴿ —söyləyən
Allah Öz Rəsulunun(s) zövcələrini: ﴾Əgər O, sizi boşasa, ola
bilsin ki, Rəbbi sizin əvəzinizə Ona sizdən daha yaxşı zövcələr
—müsəlman, mö`min, itaətkar, tövbə edən, ibadət edən, oruc
tutan dul qadınlar və bakirə qızlar versin!﴿—deyə məzəmmət
deyil, əksinə, xoş sözlərlə mədh edərdi.
Mənbələr Rəsulullah(s)-in zövcələrindən bə`zilərinin
digərlərini lağa qoymalarını və buna dair ayə də nazil olmasını
qeyd edir:
"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin zövcələri
(bə`zi mənbələrdə Aişə ilə Hafsa) Umm Sələməyə işarə edərək
boyunun qısa olduğunu lağa qoyurlar və:
﴾.. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə,
rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar. ...﴿
("Əl-Hucurat" surəsi, ayə 11.) ayəsi nazil olur." 2

1
"Ət-Təhrim" surəsi, ayə 10.
2
Sə`ləbi "Təfsir əl-Sələbi", 9-cu cild, səh. 81; Bəğəvi "Təfsir əl-Bəğəvi", 4-cü cild, səh. 214; Əbu Leys
Səmərqəndi "Təfsir əs-Səmərqəndi", 3-cü cild, səh. 311; Müqatil İbn Süleyman "Təfsir Muqatil bin
Suleymən", 3-cü cild, səh. 262; Qurtubi "Təfsir əl-Qurtubi", 16-cı cild, səh. 326.
Mənbələr qeyd edir ki, zövcələri Rəsulullah(s)-i elə
əsəbləşdirərdilər ki, hətta gün boyu hirsi soyumazdı. 3
Habelə, bə`zi mənbələr Ömərin öz qızı Hafsaya: "Niyə
Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmə əziyyət
verirsən?! Bilirsən ki, Rəsulullah sallallahu aleyhi [və alihi] və
səlləm, artıq, səni sevmir."-söylədiyini yazır. 2
Eləcə də, mənbələr Rəsulullah(s)-in Hafsa bint Öməri
(Ömərin qızı Həfsanı) boşadığını və sonra da geri qaytardığını
vurğulayaraq yazır:
"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm Hafsanı
(bint Ömər ibn Xəttabı) boşadı və sonra da geri qaytardı." 3
Bu qeyd etdiklərimiz, sadəcə olaraq, rastladığımız bir neçə
misal idi. Bir tək Allah bilir zövcələri Rəsulullah(s)-ə nələr
çəkdirmişdilər ki, O Həzrət(s) onlar arasından Aişənin evini
göstərərək bu evi "fitnə" adlandırmışdı. Bu haqda da mənbələr
yazır:
"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm xütbə edib
əli ilə Aişənin evi səmti göstərərək: "Fitnə, baxın, buradadır(üç
dəfə). O yer ki, şeytanın buynuzu ordan çıxacaq!"-deyə buyurdu."4
Bir çox qaynaqlar isə bu hədisi bir qədər fərqli qeyd
etmişlər:
"Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm Aişənin
evindən çıxıb: "Küfrün başı, özəyi, bax, burdan zahir olacaq! O
yer ki, şeytanın buynuzu ordan çıxacaqdır!"-deyə buyurdu." 5

Bütün bu qeyd olunanların, bilavasitə, səbəbkarı olan həmin


o qadınları kiçicik günah və səhvlərdən təmizlənmiş
mə`sumlardan hesab etmək nə dərəcədə həqiqətə uyğundur?!
Bir də ki, Rəsulullah(s)-in bir neçə zövcəsi olmuş və bu
zövcələrin də hər biri ayrıca, müstəqil evdə yaşamışlar. "Ət-
3
Buxari "Sahih əl-Buxari", 6-cı cild, səh. 69("Ət-Təhrim" surəsi); Müslim Nisaburi "Sahih Muslim", 4-cü
cild, səh. 190; İbn Həcər "Fəth əl-Bari", 9-cu cild, səh. 245; Hələbi "Əs-Sira əl-Haləbiyyə", 3-cü cild, səh.
404.
2
Müslim "Sahih Muslim", 4-cü cild, səh. 188; İbn Həcər "Fəth əl-Bari", 9-cu cild, səh. 250; Əbu Yə`lə
Mosuli "Musnəd Əbi Yələ", 1-ci cild, səh. 150; Müttəqi Hindi "Kənz əl-Umməl", 2-ci cild, səh. 528.
3
İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 3-cü cild, səh. 478; Şovkani "Neyl əl-Autar", 7-ci cild, səh.
2; Məhəmməd ibn Yezid Qəzvini "Sunən İbn Macə", 1-ci cild, səh. 650; İbn Əş`əs Sicistani "Sunən Əbi
Davud", 1-ci cild, səh. 510; Nisə`i "Sunən ən-Nisə`i", 6-cı cild, səh. 213; Hakim Nisaburi "Əl-Mustədrək",
2-ci cild, səh. 217.
4
Buxari "Sahih əl-Buxari", 4-cü cild, səh. 46.
5
İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 2-ci cild, səh. 23; Müslim Nisaburi "Sahih Muslim", 8-ci
cild, səh. 181.
Tathir" ayəsi isə bir evin əhlindən—Əhli-Beytdən bəhs edir. Bu
ayənin Rəsulullah(s)-in zövcələrinə də şamil olması üçün onların
bir evdə cəm olaraq yaşamaları, yaxud da, ayənin "İnnəmə
yuriidu-l-lahu li-yuzhibə ankumu-r-riczə Əhlə-l-beyti va
yutahhirakum tathira(Siz ey Əhli-Beyt(ey ev əhli)! Allah
Sizdən çirkinliyi yox etmək və Sizi tərtəmiz, pak etmək
istər!)", kimi deyil, "İnnəmə yuriidu-l-lahu li-yizhibə ankum-r-
riczə Əhlə-l-buyuuti va yutahhirakum tathira(Siz ey Əhli-
Buyuut(ey evlərin əhli)! Allah Sizdən çirkinliyi yox etmək və Sizi
tərtəmiz, pak etmək istər!)" kimi keçməsi gərəkirdi. Necə ki, "Əl-
Əhzab" surəsinin 53-cü ayəsində: ﴾Yəə eyyuhə-l-ləzinə əəmənu!
Lə tədxuluu buyuutə-n-nəbiyyi illə ən yu`zənə ləkum ...(Ey
iman gətirənlər! ... icazə verilmədən Peyğəmbərin evlərinə
daxil olmayın!)﴿ –deyilmişdi.

Bəs, onda niyə görə Əhli-Beytə aid olan "Ət-Tathir" ayəsi


Peyğəmbər(s)-in zövcələrinə tövsiyə xarakterli ayələrin arasında
yer almışdı?!
Demək, Allahın hikmət və istəyi belə imiş!
Çünki, Əhli-Beytin kimliyini Allahın Sevimlisi ləqəbli
Rəsulullah(s)-in Özü açıqlamışdı. Uca Yaradan da Qur`ani-
Kərimdə buyurmuşdur:
﴾Allah və Rəsulu bir işi hökm etdiyi zaman heç bir
mö`min kişi və mö`minə qadın öz işlərində başqa bir seçim edə
bilməz! Allaha və Onun Rəsuluna asi (isyankar) olan kəs,
şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır.﴿ 1
Uca və (hər şeydən) Xəbərdar olan, eləcə də Özü haqda:
﴾... Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik.
Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl
tanıyır!﴿ 2
﴾Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də
çox gözəl tanıyandır!﴿ 3-söyləyən Allah Rəsulullah(s)-in Öz
Əhli-Beytini təşxis etməsindən sonra, sanki, kimlərin O Həzrət(s)-
1
"Əl-Əhzab" surəsi, ayə 36.
2
"Əl-Ənkəbut" surəsi, ayə 3.
3
"Əl-Ənkəbut" surəsi, ayə 11.
in sözünü sükutla qəbul edəcəyini və kimlərin də asi olacağını
bəşər övladlarına əyan etmək istəyirdi.
İndi də görək, Rəsulullah(s)-in şəxsiyyətlərini açıqladığı
Əhli-Beyti kimlərdir:
"Ət-Tathir" ayəsinin nazil olma səbəbini nəzərdən keçirən
şəxsin "Örtük hədisi" ("Hədis Əl-Kisəə`") ilə rastlaşmaması qeyri-
mümkündür. Rəsulullah(s)-in dili ilə Əhli-Beytin kimliyini
müəyyənləşdirən və bu mövzuya dair dolaşan bir çox suallara
aydınlıq gətirən bu hadisəni əks etdirən kitablar yazır:
"Rəsulullah(s)-in zövcəsi Umm Sələmə(r.a.)-dan rəvayət
olunur ki, (bir gün) Rəsulullah sallallahu aleyhi [və alihi] və
səlləm Fatimə[s.a.]-ya dedi: "Get, həyat yoldaşını və iki oğlunu da
çağır gəl!" (Fatimə[s.a.]) Onlarla birgə gəldi. Rəsulullah(s) Fədək
e`malı olan örtüyü Onların üzərinə atdı, əlini Onların üzərinə
qoydu və buyurdu: "Ey Allahım! Həqiqətən, Məhəmmədin ailəsi
Bunlardır! Öz xeyir-dua və bərəkətini Məhəmmədə və
Məhəmmədin ailəsinə bəxş et! Həqiqətən, Sən tükənməz və əvəzsiz
ne`mət, ehsan və kərəm sahibisən!" Umm Sələmə[r.a.] dedi:
"Örtüyü qaldırdım ki, mən də Onların arasına daxil olum,
Rəsulullah(s) örtüyü əlimdən dartıb: "Sənin aqibətin də xoşdur!"
—deyə buyurdu." 1

Habelə, bə`zi mənbələr yazır:


"Əbu Sə`id Xudri: ﴾Siz ey Əhli-Beyt! Allah Sizdən
çirkinliyi yox etmək və Sizi tərtəmiz, pak etmək istər!﴿
-ayəsinin fəqət beş nəfərin:—Rəsulullahın, Əlinin, Fatimənin,
Həsənin və Hüseynin [Onlara Allahın salamı olsun!] şə`ninə nazil
olduğunu rəvayət etmişdir." 2

Rəsulullah(s)-in zövcələrinin, habelə, Abbas, Əqil, Cəfər və


s.-nin də ailələrinin Əhli-Beytdən olmalarının söylənilməsi
qaçılmaz idi. Çünki, "Ət-Tathir" ayəsində Uca və Qadir Allah
1
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 6-cı cild, səh. 324; Təbəri "Zəxəir əl-Uqbə", səh. 21; Əbu Yə`la
Mosuli "Musnəd Əbi Yələ", 12-ci cild, səh. 344; Təbərani "Əl-Mucəm əl-Kəbir", 3-cü cild, səh. 53;
Müttəqi Hindi "Kənz əl-Umməl", 13-cü cild, səh. 645; Sə`ləbi "Təfsir əs-Sələbi", 8-ci cild, səh. 311.
2
Təbərani "Əl-Mucəm əl-Ausat", 3-cü cild, səh. 380/"Əl-Mucəm əs-Sağir", 1-ci cild, səh. 135; Vahidi
"Əsbəb Nuzul əl-Ayət", səh. 239; Hakim Haskani "Şəvahid ət-Tənzil", 2-ci cild, səh. 41; İbn Hibban
"Tabəqat əl-Muhaddisin bi-Isbəhan", 3-cü cild, səh. 384; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci cild,
səh. 429.
Əhli-Beyti kiçicik səhv və günahlardan münəzzəh etdiyinə
şəhadət verirdi. Əli(ə), Fatimə(s.ə.), Həsən(ə) və Hüseyn(ə)-ın bu
səciyyə ilə digər bütün müsəlmanlardan üstün qərar verilmələri
kimlər üçünsə qəbuledilməz idi.
Amma, bütün bunlara baxmayaraq Rəsulullah(s) Öz Əhli-
Beytinin, məhz, bu insanların olduqlarını dəfələrlə və müxtəlif
məqamlarda qeyd etmişdir.
"Ət-Tathir" ayəsinin, yalnız, Rəsulullah(s), İmam Əli(ə),
Xanım Zəhra(s.ə.), İmam Həsən(ə) və İmam Hüseyn(ə)-ın
şə`nlərinə dair nazil olduğunu Əhməd ibn Hənbəl özünün
"Musnəd Əhməd" kitabında (6-cı cild, səh. 292-də), Muslim
Nisaburi "Sahih Muslim" kitabında (7-ci cild, səh. 130-da),
Tirmizi "Sunən Ət-Titmizi" kitabında (5-ci cild, səh. 30-da və
328-də), Hakim Nisaburi "Əl-Mustədrək" kitabında (2-ci cild, səh.
416-da) və s. və s.-ləri qeyd etmişlər.

Rəsulullah(s) Öz Əhli-Beytinın, məhz, bu insanlardan ibarət


olduğunu "Mübahilə" adı ilə məşhur olan "Ali İmran" surəsinin
61-ci ayəsi:
﴾...Onlara de ki: "Gəlin biz də oğlanlarımızı, siz də
oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də
özümüzü, siz də özünüzü [bura] çağıraq! Sonra [Allaha]
yalvarıb yalançılara Allahın lə`nət etməsini diləyək!"﴿— nazil
olduqdan sonra da vurğulamışdır. Bu haqda mənbələr yazır:
﴾...Onlara de ki: "Gəlin biz də oğlanlarımızı, siz də
oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı...﴿—
ayəsi nazil olduqda Rəsulullah sallallahu aleyhi [və alihi] və
səlləm Əli, Fatimə, Həsən və Hüseyni [Onlara Allahın salamı
olsun!] çağırıb deyir: "Ey Allahım! Mənim Ailəm Bunlardır!" 1

İmanı yetərincə olan insan üçün Rəsulullah(s)-in Əli(ə),


Fatimə(s.ə.), Həsən(ə) və Hüseyn(ə) haqda: "Ey Allahım! Mənim
Əhli-Beytim Bunlardır!"-deyə buyurması kifayət edərdi. Havadan,
kefi istəyəni danışmadığına dair Allahın Ən-Nəcm surəsinin 2-ci

1
Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 302; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 150;
Beyhəqi "Əs-Sunən əl-Kubra", 7-ci cild, səh. 63; İbn Həcər "Fəth əl-Bari", 7-ci cild, səh. 60.
və 4-cü ayələrində: ﴾Sizin yoldaşınız(Məhəmməd(s)) nə haqq
yoldan sapmış, nə də azmışdır. O havadan(keyfi istəyəni)
danışmır. O, ancaq nazil olan vəhydir.﴿ —deyə şəhadət verdiyi
Rəsulullah(s)-in sözünün üstünə söz demək O Həzrət(s)-ə cahillik
sifətini nisbət verməkdən başqa bir şey deyildir! Allahın Sevimlisi
də bu sifətdən münəzzəhdir!
Allahın izni ilə qeybdən xəbərdar olan Rəsulullah(s) bə`zi
bədniyyətli müsəlmanların "Əhli-Beyt" məfhumunu da öz
məcrasından çıxaracaqlarından agah olduğu üçün bu məfhumun
bir tək İmam Əli(ə)-ın evinə şamil olmasını təsbit edərək altı ay
müddətində hər gün sübh namazına gedərkən bu evin astanasında
duraraq: "Namazdır, ey Əhli-Beyt!"-demişdir. Bunu əks etdirən
kitablar yazır:
Ənəs ibn Malikdən rəvayət olunur ki, Peyğəmbər sallallahu
aleyhi [və alihi] və səlləm sübh namazına gedərkən altı ay
Fatimə[s.ə.]-nin evi yanından keçərək: "Namazdır, ey Əhli-Beyt!
Siz ey Əhli-Beyt! Allah Sizdən çirkinliyi yox etmək və Sizi
tərtəmiz, pak etmək istər!"-deyə buyurardı." 1
Bu hədisi, habelə, İbn Kəsir özünün "Təfsir İbn Kəsir" kitabında
(3-cü cild, səh. 492-də), eləcə də "Əl-Bidəyə Va Ən-Nihəyə"
kitabında (8-ci cild, səh. 224-də), Cəlaləddin Süyuti "Əd-Durr Əl-
Mənsur" kitabında (5-ci cild, səh. 199-da), Şovkani "Fəth Əl-
Qadir" kitabında (4-cü cild, səh. 280-da) və digərləri qeyd
etmişlər.

Şübhəsiz ki, bütün bu qeyd etdiklərimiz kimlər tərəfindənsə


təəccüb, kimlər tərəfindənsə də şəkk ilə qarşılanacaq və bə`zi
oxucularda belə bir sual yaranacaq ki: "Əgər bütün bunlar,
həqiqətən də, baş vermişdirsə, onda niyə görə əksəriyyət bunlara
tərəddüd ilə yanaşır, qəbul etmir?!"
Birincisi, sözümü onlara ünvanlayaraq demək istəyirəm ki,
"Əksəriyyət" ölçü vahidi deyildir, əgər olsaydı, Uca Yaradan da
əksəriyyət haqda buyurmuşdur:

1
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 3-cü cild, səh. 259/285; Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh.
31; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 158; Müttəqi Hindi "Kənz əl-Umməl", 13-cü cild,
səh. 646; Hakim Haskani "Şəvahid ət-Tənzil", 2-ci cild, səh. 18; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild,
səh. 121.
﴾Onların əksəriyyəti üz döndərib dinləməz.﴿ 2
﴾[İblis dedi:] Sonra onların qarşılarından və
arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən
onların əksəriyyətini şükr edən görməyəcəksən!﴿ 2
﴾Biz onları(göyləri və yeri), yalnız haqq olaraq yaratdıq,
lakin onların əksəriyyəti bilməz!﴿ 3
﴾De ki: "Yer üzünü gəzib dolaşın və [sizdən] əvvəlkilərin
axırının necə olduğuna baxın! Onların əksəriyyəti müşrik
idi."﴿ 4
﴾Həqiqətən, Sənin Rəbbin insanlara mərhəmətlidir,
lakin onların əksəriyyəti şükr etmir.﴿ 5

Bu kitabda da işlədilmiş hər bir hədis və hər bir sitat qeyd


olunmuş qaynaqlardan qərəzli və biryönlü deyil, Qiyamət günü
sorğu-sualının cavabdehliyi məs`uliyyətilə doğru-dürüst tərcümə
edilmişdir. Sonrası da, qəbul edib-etməməyə gəlincə, onsuz da
Əhli-Beyt(ə)-a ədavət bəsləyən, düşmən kəsilən insanlar məqsədli
şəkildə—unutdurmaq və ya şə`nlərini kiçiltmək üçün—Əhli-
Beyt(ə)-ın adlarını və zikrlərini çox yerdən ləğv edərək aradan
qaldırmışlar. Necə ki, bu hal Rəsulullah(s)-ə deyilən salavatda baş
vermişdi. Bu haqda kitablar yazır:

"﴾Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat


(xeyir-dua) göndərirlər ...﴿ 6 ayəsi nazil olduqda (Rəsulullah(s)-
dən) soruşurlar: "Ey Allahın Peyğəmbəri! Sənə necə salavat
göndərək?" Cavab verərək buyurur ki, deyin: "Allahummə salli
alə Muhamməd(in) va Əəli Muhamməd(in), kəmə salleytə alə
İbraahiimə va Əəli İbraahiim. İnnəkə Hamiidun Məciid. Vabəərik
alə Muhamməd(in) va Əəli Muhamməd(in), kəmə bəərəktə alə
İbraahiimə va Əəli İbraahiim. İnnəkə Hamiidun Məciid!(Ey
2
"Fussılət" surəsi, ayə 4.
2
"Əl-Əraf" surəsi, ayə 17.
3
"Əd-Duxan" surəsi, ayə 39.
4
"Ər-Rum" surəsi, ayə 42.
5
"Ən-Nəml" surəsi, ayə 73.
6
"Əl-Əhzab" surəsi, ayə 56.
Allahım! İbrahimə və İbrahimin ailəsinə salavat(xeyir-dua)
göndərdiyin kimi Məhəmmədə və Məhəmmədin ailəsinə də salavat
göndər! Həqiqətən, Sən tükənməz və əvəzsiz ne`mət, ehsan və
kərəm sahibisən! İbrahimə və İbrahimin ailəsinə xeyir-bərəkətini
bəxş etdiyin kimi Məhəmmədə və Məhəmmədin ailəsinə də xeyir-
bərəkətini bəxş et! Həqiqətən, Sən tükənməz və əvəzsiz ne`mət,
ehsan və kərəm sahibisən!)" 1 (Bu hədisi Cəlaləddin Süyuti cüz`i
dəyişikliyilə özünün "Tənvir Əl-Havalik" kitabında səh. 182-də
qeyd etmişdir.)

Digər bə`zi mənbələrdə isə bu hədis belə qeyd edilmişdir:

"Ya Rəsulallah! Səni necə salamlamağımızı bildik. Bəs,


salavat necə göndərək?" Cavab verərək buyurur ki, deyin:
"Allahummə salli alə Muhamməd(in) va Əəli Muhamməd(in),
kəmə salleytə alə Əəli İbraahiim. İnnəkə Hamiidun Məciid. Va
bəərik alə Muhamməd(in) va Əəli Muhamməd(in), kəmə bəərəktə
alə Əəli İbraahiim. İnnəkə Hamiidun Məciid!(Ey Allahım!
İbrahimin ailəsinə salavat(xeyir-dua) göndərdiyin kimi
Məhəmmədə və Məhəmmədin ailəsinə də salavat göndər!
Həqiqətən, Sən tükənməz və əvəzsiz ne`mət, ehsan və kərəm
sahibisən! İbrahimin ailəsinə xeyir-bərəkətini bəxş etdiyin kimi
Məhəmmədə və Məhəmmədin ailəsinə də xeyir-bərəkətini bəxş et!
Həqiqətən, Sən tükənməz və əvəzsiz ne`mət, ehsan və kərəm
sahibisən!" 2

Rəsulullah(s) salavatda Öz mübarək adı ilə yanaşı Əhli-


Beyti(ə)-ın da zikr olunmasını sünnə qərar verdi. Amma çox
əfsuslar olsun ki, özlərinə "Peyğəmbər(s)-in yolunu gedənlər",
"Peyğəmbər(s)-in sünnəsinə əməl edənlər" adını qoymuş insanlar
buna, bir tək gündəlik namazlarının təşəhhüdündə doğru-dürüst
əməl edirlər. Cümə, bayram və s. bu kimi münasibətlərin
xütbələrində onlar iman və təqvaları müəmmalarla dolu olan
səhabələri də Rəsulullah(s) və Əhli-Beyti(ə) ilə bərabər, eyni
1
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 4-cü cild, səh. 244.
2
Buxari "Sahih əl-Buxari", 6-cı cild, səh. 27/7-ci cild, səh. 156; Abdullah ibn Qudamə "Əl-Muğni", 1-ci
cild, səh. 58; Abdulrəhman ibn Qudamə "Əş-Şərh əl-Kəbir", 1-ci cild, səh. 580; İbn Həzəm "Əl-Muhallə",
3-cü cild, səh. 272/4-cü cild, səh. 134; Şovkani "Neyl əl-Autar", 2-ci cild, səh. 319; Darimi "Sunən əd-
Darimi", 1-ci cild, səh. 309;
səviyyədə tutaraq onların da zikrini salavata əlavə edirlər. Adi
hallarda isə Əhli-Beyt(ə)-ı zikr etmədən: "Salla Allahu aleyhi və
səlləm"-deməklə kifayətlənirlər. O Həzrət(s) də bu salavatı, məhz,
"Natamam, yarımçıq salavat" adlandırmış və bunu qadağan edərək
buyurmuşdur:
"Mənə yarımçıq salavat göndərməyin!" Soruşdular:
"Yarımçıq salavat nədir?" Cavab verərək buyurdu: "Allahummə
salli alə Muhamməd(Ey Allahım! Məhəmmədə salavat göndər!)"-
deyib susursunuz. Əksinə, deyin ki: "Allahummə salli alə
Muhamməd(in) va Əəli Muhamməd(in)!(Ey Allahım! Məhəmmədə
və Məhəmmədin ailəsinə salavat göndər!)" 1

Salavatda Əhli-Beyt(ə)-ın zikr olunmaları, görün, nə qədər


əhəmiyyət kəsb edir ki, Rəsulullah(s) həmin zikri bu qədər israr
etmış və Əhli-Beyt(ə)-ın zikri olmayan salavatı "Natamam,
yarımçıq salavat" adlandırmışdı.

﴾Allah yolunda öldürülənlərə "ölü" deməyin! Əksinə,


onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz!﴿ 2
Bu ayə şəhidlərə aid nazil olmuşdur. Bəşəriyyətin ağası olan
Rəsulullah(s) də şəhidlərdən üstündür. Demək, hər dəfə Əhli-
Beyt(ə)-ın zikri olmayan salavat söylənildikdə Rəsulullah(s):
"Mənə yarımçıq salavat göndərməyin!"-deyə buyurur, lakin bu
salavatı söyləyənlər O(s)-i hiss etmirlər.

Salavatda Əhli-Beyt(ə)-ın zikr edilməsi, eləcə də, duanın


qəbul olunmasının qayəsidir. Bu haqda Rəsulullah(s)-dən
söylənilən hədisdə deyilir:
"Məhəmməd Peyğəmbərə və Əhli-Beytinə salavat
göndərilməyənədək duanın Allah dərgahına yüksəlməsinın önünə
maneə çəkilər!" 3

1
Ibn Həcər "Əs-Savaiq əl-Muhriqa", səh. 87.
2
"Əl-Bəqərə" surəsi, ayə 154.
3
Zeylə`i "Təxric əl-Əhadis va əl-Əəsər", 3-cü cild, səh. 135; Cəlaləddin Süyuti "Əl-Cəmi əl-Sağir", 1-ci
cild, səh. 656; Müttəqi Hindi "Kənz əl-Umməl", 2-ci cild, səh. 78; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə",
2-ci cild, səh. 434.
İmam Şafi`i namazın tərkib hissəsi olan təşəhhüddəki
salavatda Əhli-Beyt(ə)-in zikr edilməyəcəyi təqdirdə bu namazın
batil olduğunu qəsidə beytlərilə belə ifadə etmişdi:

Ey Rəsulallahın Əhli-Beyti! Sizin sevginiz,


Allahdan Qur`anda nazil olan bir fərzdir(vacibdir).
Belə bir əzəmətli məqam Sizlərə bəsdir.
Ki, kim Sizə salavat deməsə, namazı əbəsdir.

Haqqı gizlədənlər nadanlardır. Rəsulullah(s)-in tə`birincə


desək: "Haqqı bilib, susan lal şeytandır!" 1

Rəsulullah(s)-in dilindən rəvayət olunan bir hədisdə deyilir:


"Varlığıma sahib olana and olsun ki, Mənim Əhli-Beytimə
nifrət və kin-küdurət bəsləyən elə bir insan olmayacaq ki, Allah
onu Cəhənnəmə atmasın!" 2

İmam Əmir Əl-Mö`minin Əli(ə)-dan nəql olunur ki,


Rəsulullah(s) (şəhadət barmaqlarını cütləyərək) buyurmuşdur:
"Mənim Əhli-Beytim və ümmətimdən Onları sevənlər hovuz
başına bu şəhadət barmaqları kimi yetişəcəklər!" 3

Beləliklə də, Əhli-Beyt(ə)-a ədavət bəsləyənlərin, Onlar(ə)-a


düşmən kəsilənlərin aqibətlərinin necə olacağı bəlli olur. Bu
günkü günümüzdə də müasirlərimiz arasında o dövrlərin
haqsızlıqlarını qəbul edərək bu qəbil insanların timsalında
Müaviyəyə "Mö`minlərin Əmiri", "Radıyallahu anhu(Allah ondan
razı olsun!)"-söyləyənlər də vardır. Demək onlar (həmin
insanların timsalında) Müaviyənin törətdiklərindən razı qalmış,
üstəlik Allahın da ondan razı qalmasını diləmişlər.

O da, həmin Müaviyə idi ki, insanlara İmam Əmir Əl-


Mö`minin Əli(ə)-ı söymələrini əmr edirdi. Bu haqda qaynaqlar
yazır:

1
Nüvəvi "Şərh Muslim", 2-ci cild, səh. 20.
2
İbn Hibban "Sahih İbn Hibban", 15-ci cild, səh. 435; Müttəqi Hindi "Kənz əl-Umməl", 12-ci cild, səh.
104.
3
Təbəri "Zəxəir əl-Uqbə", səh. 18.
"Müaviyə ibn Əbu Süfyan Sə`də əmr edərək dedi: "Əbu
Turabı(yə`ni, Əli ibn Əbu Talib(ə)-ı) söyməkdə sənə mane olan
nədir(yə`ni, niyə söymürsən)?..." 1

Rəsulullah(s) də buyurmuşdur:
"Əlini söyən Məni söymüş olur!" 2

O həmin Müaviyə idi ki, qoşun çəkərək "Sıffeyn"də İmam


Əli(ə)-a qarşı vuruşdu. Rəsulullah(s) də buyurmuşdur:

"Ey Əli! Sənin müharibən Mənim müharibəmdir!" 3

O həmin Müaviyə idi ki, yemək yediyinə görə üç dəfə


Rəsulullah(s)-in çağırışına cavab verməyərək itaətdən çıxdığı
üçün O Həzrət(s): "Allah qarnını doydurmasın!"-deyə ona bəd dua
etmişdi. 4
Rəsulullah(s)-in bu bəd duasından sonra həddən artıq
kökələrək piylənmiş Müaviyə İslam tarixində oturaraq xütbə edən
ilk adam oldu. 5

Heysəmi özünün "Məcmə Əz-Zəva`id" kitabında (9-cu cild,


səh. 125-də) İbn Abbasdan rəvayət edərək yazır: "Əli ibn Əbu
Talibin şə`ninə: ﴾Həqiqətən, iman gətirib saleh əməllər edənlər
üçün Rəhman olan Allah (ürəklərdə) bir sevgi yaradacaqdır.﴿ 6
ayəsi nazil olmuşdur. Yə`ni, mö`minlərin ürəklərində məhəbbət
yaradacaqdır."

Əgər Müaviyənin ürəyində İmam Əli ibn Əbu Talib(ə)-a


sevgi, məhəbbət olsaydı, o, bu təşəbbüslərin icrasına can atmazdı.
1
Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 301; İbn Həcər "Fəth əl-Bari", 7-ci cild, səh. 60; Nisə`i "Əs-
Sunən əl-Kubra", 5-ci cild, səh. 107/"Xasais Əmir Əl-Muminin", səh. 48.
2
Əhməd ibn Hənbəl "Musnəd Əhməd", 6-cı cild, səh. 323; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild,
səh. 121; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 130.
3
Alusi "Təfsir əl-Alusi", 26-cı cild, səh. 151; Hakim Haskani "Şəvahid ət-Tənzil", 1-ci cild, səh. 416-nın
haşiyəsi; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 18-ci cild, səh. 24/20-ci cild, səh. 221.
4
Muslim Nisaburi "Sahih Muslim", 8-ci cild, səh. 27; Nüvəvi "Şərh Muslim", 16-cı cild, səh. 152;
Süleyman ibn Davud Tiyalsi "Musnəd Əbi Davud ət-Tıyalsi", səh. 359.
5
Zəhəbi "Siyər Ələm ən-Nubələ", 3-cü cild, səh. 156; İbn Kəsir "Əl-Bidəyə va ən-Nihəyə", 8-ci cild, səh.
148; Alusi "Təfsir əl-Alusi", 28-ci cild, səh. 106; Əbu Həyyan Əndəlusi "Təfsir əl-Bəhr əl-Muhit", 8-ci
cild, səh. 265.
6
"Məryəm" surəsi, ayə 96.
Demək, bu ayənin məzmununa görə də Müaviyə mö`min
olmamışdır!

Qeyd etdiyimiz kimi Müaviyəyə "Mö`minlərin Əmiri",


"Radıyallahu anhu(Allah ondan razı olsun!)"-söyləyənlər onun
bütün bu davranış və törətdiklərindən razı olduqları üçün Allahın
da ondan razı olmasını diləmişlər.

Rəsulullah(s) buyurmuşdur:

"Hansısa bir tayfanı sevən insan onların zümrəsində məhşər


ayağına çəkilər!" 1

﴾Həmin gün[Qiyamət günü] bütün insanları öz imamları


ilə birlikdə [hüzurumuza] çağıracağıq. ..﴿ 2

Əbu Rafi`dən rəvayət olunan hədisdə deyilir:


Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin yanına daxil
oldum. O[s], yatmışdı, yaxud da Ona vəhy nazil olurdu. Birdən
evin yaxınlığında bir ilan peyda oldu. Rəsulullah[s]-i oyatmaqdan
çəkindiyim üçün ilanı öldürmədim. Rəsulullah ilə ilanın arasında
uzandım ki, əgər bir xətər olacaqsa, mənə yetsin! Rəsulullah[s]
oyandıqda: ﴾Sizin ağanız, ancaq Allah, Onun Rəsulu və iman
gətirənlərdir...﴿ 3—ayəsini tilavət edirdi. Sonra: "Həmd Allaha
məxsusdur!"—dedi. Məni yanında uzanan görüb soruşdu: "Sən
burda niyə uzanmısan?!" Cavab verərək dedim: "Bu ilana görə."
O[s], buyurdu: "Qalx və onu öldür!" İlanı öldürdüyümdə
Rəsulullah[s] Allaha həmd etdi, sonra əlimdən tutdu və buyurdu:
"Ey Əbu Rafi`! Məndən sonra Əli ilə vuruşacaq bir qövm
olacaqdır. Onlara qarşı cihad izni Allahın haqqıdır! Onlara qarşı
vuruşaraq cihad edə bilməyən dili ilə cihad etsin! Dili ilə cihad
edə bilməyən qəlbi ilə cihad etsin! Bundan da o yanı yoxdur!" 4
1
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 18; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci cild,
səh. 256; Mənavi "Fayd əl-Qadir Şarh əl-Cəmi əs-Sağir", 6-cı cild, səh. 115.
2
"Əl-İsra" surəsi, ayə 71.
3
"Əl-Ma`idə" surəsi, ayə 55.
4
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 134; Təbərani "Əl-Mucəm əl-Kəbir", 1-ci cild, səh. 321;
Müttəqi Hindi "Kənz əl-Umməl", 15-ci cild, səh. 102.
Allah bu qəbil insanların törətdiklərini alqışlayaraq adları
çəkilən zaman: "Radıyallahu anhu(Allah ondan razı olsun!)"-
deyənləri onlarla, Əhli-Beyt(ə)-ı sevib, Onlar(ə)-ı özlərinə örnək
bilənləri isə, Əhli-Beyt(ə) ilə birgə məhşərə çəksin!

Əli ibn Əbu Talib(ə) Peyğəmbər(s)


hədislərində

Gözləri götürmədi Əli(ə)-ı. Paxıllıq etdilər. Qibtə deyil,


həsəd apardılar. Sonunda da düşmən kəsildilər. Əleyhinə siyasət
yürüdərək illər boyu söydülər, minbərlərdən lə`nət oxudular.
Nifrət toxumu səpərək Əli(ə)-a kor-koranə kin-küdurət bəsləyən
nəsillər yetişdirdilər. Bütün bunlar yetmirmiş kimi O Həzrət(ə)-ı
küfrdə ittiham etdilər.
Bunun səbəbini qısa şəkildə açıqlamaq istəsək, bir şeyi qeyd
etməklə kifayətlənərik: "Çünki, O, Əli ibn Əbu Talib(ə) idi."

Əli ibn Əbu Talib(ə) hər bir döyüşündə külli-miqdarda kafir


qətlə yetirirdi. Sonradan da bu və ya digər səbəbdən (yə`ni,
canlarının, cəmiyyətdəki ehtiramlarını itirmələrinin, İslam
torpağında yaşamalarına görə vergi ödəmələrinin və sairənin
qorxusundan) İslamı qəbul etmiş insanlar qohumlarının qatili olan
Əli(ə)-dan intiqam almaq hissi ilə yaşamışdılar. Çünki, onlar
Cahiliyyə dövrünün adət-ən`ənəsindən tam qırılmamış və İslama
bütün varlıqları ilə bağlanmamışdılar.

Əli(ə)—Allahın Aslanı, İslamın vuran əli, Rəsulullah(s)-in


himayəçisi, kafirlərin qənimi—yə`ni, Yenilməzlik və eyni
zamanda da—iman, təqva və elm ümmanı—yə`ni, Bənzərsizlik
demək idi.
Bütün imtiyazlar O(ə)-a məxsus idi: Allah evində dünyaya
göz açması, bir dəfə olsa da belə bütə tapınmaması, İslamı ilk
qəbul etməsi, Rəsulullah(s)-in yatağına girərək O Həzrət(s)-ə
ünvanlanacaq silahlara sinə gərməsi, müharibələrdə qorxu
bilmədən daima ön sırada olması, şirk və küfr ayinlərini yenməsi,
Rəsulullah(s)-in gözünün ağı-qarası olan bircəciyi—dünya və
axirət qadınlarının xanımı ilə evlənməsi, risalət ocağı nəslinin
atası olması, şə`ninə Uca Yaradan tərəfindən, yalnız, mədh
ayələrinin nazil olması və Peyğəmbər(s) tərəfindən haqqında,
yalnız, xoş sözlərin deyilməsi, səhv və günahlardan münəzzəh
olması və s. və s. onlarla, bəlkə də, yüzlərlə səciyyə sadalamaq
olar.
Əli(ə)-ın, heç bir kəsin istisna təşkil etmədən, bütün
səhabələrdən üstün olduğunu bildirən səciyyələrindən biri təki
Allahın bütün müsəlmanlara məscidə qüsullu halda girmələrinə
qadağa qoyduğu bir halda orada, yalnız, Rəsulullah(s) ilə O
Həzrət(ə)-ın boyunlarına qüsul gəlməsinə izn verməsini göstərmək
yetər. Bu haqda kitablar yazır:

Əbu Sə`id rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi [və


alihi] və səlləm buyurmuşdur:

"Ey Əli! Bu məsciddə Mənimlə Səndən başqa bir kimsənin


"Cünub" olması (boynuna cənabət qüslu gəlməsi) haramdır!" 1
(Bu hədisi Heysəmi özünün "Məcmə Əz-Zəva`id" kitabının 9-cu
cildində səh. 115-də "Məsciddə Ona(Əli[ə]-a) nələr etməyə izn
verilmişdir" başlığı altında qeyd etmişdir).

1
Təbəri "Zəxəir əl-Uqbə", səh. 77; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 115; Tirmizi "Sunən ət-
Tirmizi", 5-ci cild, səh. 303; Zeylə`i "Təxric əl-Əhadis va əl-Əəsər", 1-ci cild, səh. 326; Müttəqi Hindi
"Kənz əl-Umməl", 11-ci cild, səh. 599; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 140; Zəhəbi
"Siyər Ələm ən-Nubələ", 13-cü cild, səh. 272; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 170.
Budur Əli ibn Əbu Talib(ə)-ın Allah dərgahındakı bizlərin,
hələ də, anlamadığımız ali məqamı! Budur Əli ibn Əbu Talib(ə)-ın
ibadət, itaət və (İslam dininin dəyərlərinə) mütləq əminliyinin
mükafatı! Allah digər bütün müsəlmanlara qüsullu halda məscidə
yaxın düşmələrini belə qadağan edərək məscidə açılan qapılarını
bağlamalarına dair əmr verdiyi bir halda Sevimlisi Məhəmməd(s)
ilə sevdiyi ikinci bir şəxsə—Əli ibn Əbu Talib(ə)-a Öz evində
(yə`ni, İslam aləmində müqəddəs tutulan məsciddə) halalları ilə
olaraq boyunlarına qüsul gəlməsinə izn verdi.
Aydın məsələdir ki, nə Rəsulullah(s), nə də ki, İmam Əli(ə)
heç bir zaman belə bir iş tutmazdılar. Bu, sadəcə olaraq Uca və
Qadir Allah tərəfindən Onlara verilən imtiyaz idi. Bu səciyyəni
adiləşdirmək gərəkirdi. Çünki, o, Əli(ə)-ı bütün səhabələrdən
fərqləndirib üstün edir və O(ə)-ı Rəsulullah(s)-in malik olduğu
səciyyələrdən birinə şərik edirdi.

Rəsulullah(s)-in digər müsəlmanlara məscidə açılan


qapılarını bağlamalarına dair əmr verməsi haqda İbn Həcər
özünün "Fəth Əl-Bari" kitabında yazır:
"Sə`d ibn Əbu Vəqqas demişdir ki, Rəsulullah sallallahu
aleyhi [və alihi] və səlləm bizə (evlərimizin) məscidə açılan
qapıları(nı) bağlamağımızı əmr edib Əlinin qapısını açıq saxladı.
Bu hədisi Əhməd (ibn Hənbəl) və Nəsə`i də öz kitablarında qeyd
etmişlər. Bu hədisin isnadı (rəvayətçilər silsiləsi) güclüdür.
Təbərani "Əl-Ausat" kitabında rəvayətçiləri həddən ziyadə
e`tibarlı olan hədisində qeyd edir:
"Ya Rəsulullah! Qapılarımızı bağlatdın"-deyə O Həzrət(s)-ə
müraciət edirlər. Cavab verərək buyurur: "Onları Mən
bağlatmadım, Allah bağlatdı!". Eləcə də, Zeyd ibn Ərqəmdən
rəvayət olunur ki, səhabələrdən bir neçəsinin məscidə açılan
qapıları var idi. Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm
buyurdu: "Əlinin qapısından başqa hamınız bu qapılarınızı
bağlayın!" İnsanlar buna narazılıq etdilər. Rəsulullah sallallahu
aleyhi [və alihi] və səlləm də buyurdu: "Allaha and olsun ki, Mən
Öz istəyimlə nəyi isə açıb, nəyi isə bağlamamışam! Fəqət, Mənə
əmr olunanı icra etmışəm." Rəvayətçiləri e`tibarlı olan bu hədisi
Əhməd (ibn Hənbəl), Nəsə`i və Hakim (Nisaburi) öz kitablarında
qeyd etmişlər." 1

Əli(ə)-ın bu səciyyə ilə də digər səhabələrdən seçilərək üstün


tutulması yenə kimlər üçünsə dözülməz idi, sərfəli deyildi. Odur
ki, bu səciyyəyə də kimi isə ortaq etmək, yaxud buna bənzər bir
hədisi kiminsə adına qələmə vermək, yaxud da hədisin zəif
olduğuna dəlil və bəhanələr tapmaq gərəkirdi. Əli(ə)-ın
fəzilətlərinə dair söylənilən hədislərdə, həmişə, O(ə)-a tərəf
müqabili olmuşdur. Belə ki, əgər Rəsulullah(s) elmin şəhəri və O
Həzrət(ə) bu şəhərin qapısı idisə, kimsə bu şəhərin divarı, digəri
bu qapının qıfılı olmalı idi, əgər məscidə açılan bütün qapılar
bağlanaraq bir tək O Həzrət(ə)-ın qapısı açıq saxlanmışdısa,
kiminsə pəncərəsinin nəfəsliyi açılmalı idi, əgər Əhli-Beyt(ə)
göydəki ulduzlara və sairəyə bənzədildisə, səhabələr də
bənzədilməli idi. Bu hal nə qədər çox təkrarlanmışdısa da, hədislər
arasındakı ziddiyyət məntiqsizliklə nəticələnmişdi.
Evlərin məscidə açılan qapılarını bağladaraq bir tək Əli(ə)-ın
qapısının açıq saxlanması hadisəsinin müqabilində məscidə açılan
kiçik pəncərələri(nəfəslikləri) bağladaraq Əbu Bəkrin nəfəsliyinin
açıq saxlanılması hədisi qondarıldı.

İbn Həcər özünün "Əl-Qaul Əl-Musəddəd Fi Musnəd


Əhməd" kitabında bu iki hədis haqda yazır:
"("Qapıların bağlanması" hədisinin) mö`təbər hesab edilən şəxslər
yolu ilə söylənilməsi onun səhih olmasına güclü dəlildir. Bu,
hədisi söyləyən şəxsin nöqteyi-nəzərinin qayəsidir. Amma, bu
hədisin mətninin hər iki "Səhih"-də Əbu Sə`id Xudridən rəvayət
olunaraq təsbit edilmiş hədisin mətninə zidd olmasına gəlincə, bu
heç də belə deyildir və bu hədislər arasında ziddiyyət yoxdur!
Əksinə, qapıların bağlanılması hədisi nəfəsliyin bağlanmasından
fərqli bir hədisdir. Çünki, Əli ibn Əbu Talib[ə]-ın evi məscidin
daxilində, Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmin
evlərinə qonşu idi. Qazi İsmail ibn İshaq Maliki özünün "Əhkəm
Əl-Qur`ən" kitabında yazır: "İbrahim ibn Həmzə Süfyan ibn
Həmzədən, o da Kəsir ibn Zeyddən, o da Müttəlibdən (yə`ni, ibn

1
İbn Həcər "Fəth əl-Bari", 7-ci cild, səh. 12.
Abdullah ibn Hantabdan) rəvayət edir ki, Peyğəmbər sallallahu
aleyhi [və alihi] və səlləm Əli ibn Əbu Talibdən başqa heç bir
kəsə qüsullu halda məsciddən keçməsinə və orada oturmasına izn
vermirdi. Çünki, Onun (Əli(ə)-in) evi məsciddə idi. Bu güclü
mürsəl hədisdir." 1

Əgər bu hədis İmam Əli(ə)-ın fəzilətini bəyan etməsəydi,


daha doğrusu, əgər Əli(ə) bu fəzilətə layiq olmasaydı, onda risalət
mənbəyi olan Rəsulullah(s) O(ə)-a evini tərk edərək başqa bir
yerdə yaşamasını və ev tikdirməsini əmr edərdi. Amma, İbn
Həcərdən sitat gətirdiyimiz son hədisdən aydın olur ki, İmam
Əli(ə)-ın qüsullu halda məsciddən keçməsi, hətta, orada oturması
O Həzrət(ə) üçün günah hesab edilməmiş, əksinə Allah tərəfindən
izn verilmişdir. Demək, Allah İslamın ali məqam sahibləri olan
Rəsulullah(s) ilə Vəsisi İmam Əli(ə)-a məsciddə Öz evlərindəki
kimi davranmağa imtiyaz verdi.
İmam Əli(ə) haqda, bir az əvvəl, "Allahın sevdiyi ikinci
şəxs" söyləməyimin səbəbi Rəsulullah(s)-dən rəvayət olunan iki
hədisə əsaslanmağım olmuşdur. Onlardan birincisi O Həzrət(s)-in
Xeybər müharibəsi zamanı İmam Əli(ə) haqda: "Sabah bayrağı
elə bir kişiyə verəcəyəm ki, o, Allah və Rəsulunu sevir. Allah və
Rəsulu da onu sevirlər. O, təkrar-təkrar həmlələr edər, qorxub
qaçmaz! Allah (bu qalanı) onun əli ilə fəth edəcək! Cəbrail onun
sağında, Mikail isə solunda olacaqlar..." 2-söyləməsi, ikincisi isə
"Qızardılmış quş" adı ilə tanınan bir hədis olmuşdur ki, bu hədisdə
deyilir:
"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmə
(qızardılmış) quş hədiyyə etdilər. O(s), dua edərək buyurdu: "Ey
Allahım! Sənə ən sevimli olan bəndəni göndər Mənimlə bu quşu
yesin!" Əli[ə] gəldi və O(s) ilə birgə yedilər." 3
(Haşiyədə qeyd etdiyimiz qaynaqlardan bə`zilərində bu hədis
ixtisarla, digərlərində isə bir qədər müfəssəl yazılmış, bə`zilərində
"Qızardılmış quş", digərlərində "Qızardılmış çolpa" kimi keçmiş
1
İbn Həcər "Əl-Qaul əl-Musəddəd fi Musnəd Əhməd", səh. 31.
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 41-ci cild, səh. 219; Yaqubi "Tərix əl-Yəqubi", 2-ci cild, səh. 56;
İbn Hibban "Əs-Siqat", 2-ci cild, səh. 12; Təbəri "Tərix ət-Tabəri", 2-ci cild, səh. 300; Müttəqi Hindi
"Kənz əl-Umməl", 10-cu cild, səh. 462.
3
Buxari "Ət-Tərix əl-Kəbir", 2-ci cild, səh. 2; Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 300; Hakim
Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 130; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 125/126;
Təbərani "Əl-Mucəm əl-Ausat", 2-ci cild, səh. 207: Müttəqi Hindi "Kənz əl-Ummal", 13-cü cild, səh. 167.
və bir başqa hədislərdə də Peyğəmbər(s)-ə onu hədiyyə edənin
Umm Eymən olduğu yazılmışdır.)
Bu hədisi müfəssəl qeyd edən qaynaqlar yazır:
Ənəs ibn Malikdən rəvayət olunur ki, Rəsulullah sallallahu
aleyhi və alihi və səlləmə xidmət edirdim. Rəsulullah sallallahu
aleyhi və alihi üçün qızardılmış çolpa gətirirlər. O(s) deyir: "Ey
Allahım! Sənə ən sevimli olan bəndəni göndər Mənimlə bu quşdan
yesin!" Dua edərək dedim: "Ey Allahım! Gələcək insan kimdirsə,
onu Ənsarlardan et(yə`ni, Ənsarlardan biri gəlsin)!" Əli
radiyallahu anhu gəldi. Ona: "Rəsulullah sallallahu aleyhi və alihi
su başındadır!"-dedim. (Bir az sonra) yenə gəldi və bir daha Ona:
"Rəsulullah sallallahu aleyhi və alihi su başındadır!"-söylədim.
Sonra bir daha gəldi və Rəsulullah sallallahu aleyhi və alihi: "Aç
qapını!"-deyə buyurdu. (Əli[ə]) otağa daxil oldu. Rəsulullah
sallallahu aleyhi və alihi (Ondan) soruşdu: "Niyə gecikdin?!"
Cavab verərək dedi: "Bu üçüncü dəfədir ki, Ənəs Sənin su başında
olduğunu iddia edərək içəri daxil olmama mane olur".
(Rəsulullah(s) məndən) soruşdu: "Bu cür davranmağa səni nə
vadar etdi?" Cavab verərək dedim: "Ya Rəsulallah! Sənin duanı
eşitdim və mənim tayfamdan(yə`ni, Ənsarlardan) birinin
gəlməsini istədim. ..." 1
Əli(ə)-ın fəzilətlərini gizlətməyə çalışan insanların O
Həzrət(ə)-ın adına deyilən hədisləri digər səhabələrin adlarına
qələmə vermələri, yaxud hədisin özünün zəif olmasına dair
bəhanələr gətirmələri faktı danılmazdır, amma risalətə tə`nə
vurmağa cür`ət etmələri, heç ağıla belə gəlməzdi! Belə ki, Əli(ə)-
ın Rəsulullah(s)-dən sonra Allaha görə ən sevimli bəndə olduğunu
söyləyən bu hədis haqda bir çox mənbələr Abdullah İbn Udeyyin
"Əl-Kəmil" kitabından gətirdikləri sitatda yazır:
"Əli ibn Abdullah Dahiri Rey vilayətində olarkən İbn Əbu
Davuddan "Qızardılmış quş hədisi" haqda soruşduğunu dedi. (İbn
Əbu Davud) cavab verərək demişdi:
"Əgər bu hədis—("Qızardılmış quş hədisi") doğrudursa,
onda Peyğəmbərin nübuvvəti (yə`ni, peyğəmbərliyi) batildir.
Çünki, bu hədis Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmin

1
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 130; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 125;
Təbərani "Əl-Mucəm əl-Ausat", 6-cı cild, səh. 336/ "Əl-Mucəm əl-Kəbir", 1-ci cild, səh. 253.
xadimini xəyanətdə ittiham edir. Peyğəmbər sallallahu aleyhi [və
alihi] və səlləmin xadimi xain ola bilməz!" 1
Nə qədər məntiqsiz bir çıxarış!
Peyğəmbərin səhabələri münafiq, fasiq və facir olarsa, heç
eybi yox, xadimi xain olarsa, nübuvvəti batilmi olur?! Məgər,
Peyğəmbər(s)-in xadimi mə`sum idi?! Nuh və Lut peyğəmbərlərin
həyat yoldaşları müşrik idilər, xadimdən daha yaxın olan həyat
yoldaşlarının peyğəmbərlik vəzifəsi ilə nə əlaqəsi?!

Bu hədis üçün də İmam Əli(ə)-ın tərəf müqabili olmuşdur.


Belə ki, bə`zi qaynaqlarda bu hədis belə qeyd olunmuşdur:
"Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləmə
(qızardılmış) quş hədiyyə etdilər. O(s), dua edərək buyurdu: "Ey
Allahım! Sənə ən sevimli olan bəndəni göndər Mənimlə bu quşdan
yesin!" Əbu Bəkr gəlir və O(s) Əbu Bəkri qəbul etməyərək geri
göndərir. Sonra Ömər gəlir. (Rəsulullah(s)) onu da qəbul etmir.
Daha sonra Əli[ə] gəlir və O(Rəsulullah[s]), Əli[ə]-a izn verir." 2

Bu hadisənin doğru olduğuna inanmaq Rəsulullah(s)-in ilk


iki nəfərin Allaha görə ən sevimli bəndələri olduqlarına, ya e`tiraz
etməsindən, ya onları Özü(s) ilə bir süfrə arxasında oturmağa
layiq bilməməsindən ("Ya" ədatı qoymaqla çox variantlar
söyləmək olar) irəli gəlir. Rəsulullah(s) isə Allahın bəyənib-
sevdiyi kimsələri bəyənib-sevməməsi sifətindən münəzzəhdir.
Demək, bu hədisə Əbu Bəkr ilə Ömərin adlarını artırmaq yersiz
olduğu qədər də Rəsulullah(s)-in adına xələl yetirəcək məntiqsiz
bir addım idi.

Peyğəmbər sallallahu aleyhi [və alihi] və səlləm


buyurmuşdur:
"Siddiqlər (doğru danışanlar; təsdiq edənlər) üç nəfərdirlər:
Yasin ailəsinin mö`mini olan (və şəhərin ən ucqar tərəfindən
çaparaq gəlib): "﴾Ey qövmüm! Elçilərin ardınca gedin!﴿"—
söyləyən Həbib Nəccar, Fir`on ailəsinin mö`mini olan (və imanını
1
Abdullah İbn Udeyy "Əl-Kəmil", 4-cü cild, səh. 266; İbn Əsakir "Tərix Mədinət Diməşq", 29-cu cild,
səh. 87; Zəhəbi "Siyər Ələm ən-Nubələ", 13-cü cild, səh. 232/ "Tərix əl-İsləm", 23-cü cild, səh. 517.
2
Nisə`i "Əs-Sunən əl-Kubra", 5-ci cild, səh. 107/"Xəsais Əmir əl-Muminin", səh. 51; Əbu Yə`lə Mousuli
"Musnəd Əbi Yələ", 7-ci cild, səh. 105.
gizli saxlayıb): "﴾Məgər siz bir adamı: "Rəbbim Allahdır!"-
deməyinə görə öldürəcəksiniz?!﴿"—söyləyən Hizqil və Əli ibn
Əbu Talib. O(Əli ibn Əbu Talib), onların ən fəzilətlisi, ən
üstünüdür!" 1
Bu hədisi, habelə, Alusi özünün "Təfsir Əl-Alusi" kitabında
(16-cı cild, səh. 145-də), Razi özünün "Təfsir Ər-Razi" kitabında
(27-ci cild, səh. 57-də), Əbu Həyyan Əndəlusi özünün "Təfsir Əl-
Bəhr Əl-Muhit" kitabında (7-ci cild, səh. 442-də), Süyuti özünün
"Əd-Durr Əl-Mənsur" kitabında (5-ci cild, səh. 262-də) və s.-ləri
qeyd etmişlər.
Bu hədisin mətninə əsasən Rəsulullah(s) tarix boyu yaşamış
doğru danışanların, (risaləti) təsdiq edənlərin şəxsiyyətlərini
müəyyən etmişdir. Sayı üç nəfərdən ibarət olan bu insanların ən
üstünü, ən fəzilətlisi də ən son səmavi din olan İslam dininin
doğru danışanı, təsdiq edəni—Əli ibn Əbu Talib(ə) olmuşdur.
Rəsulullah(s)-in ilahi ölçülərlə kimin doğru danışan, (risaləti)
təsdiq edən olduğunu müəyyənləşdirməsindən sonra bu adı
—"Siddiq" ləqəbini İmam Əli(ə)-dan başqa digər bir kimsəyə
tətbiq etmək O Həzrət(s)-in sözü üzərinə söz demək idi!

İmam Əmir Əl-Mö`minin Əli(ə)-ın doğru danışan, (risaləti)


təsdiq edən olduğunu Rəsulullah(s) dəfələrlə qeyd etmiş və hətta
bunu daha qabarıq şəkildə vurğulayaraq O Həzrət(ə)-ı "Ən böyük
siddiq(doğru danışan, təstiq edən)" adlandıraraq buyurmuşdur:
"Həqiqətən, Bu, Mənə ilk iman gətirən şəxsdir, Bu, Qiyamət
günü Mənimlə ilk görüşəcək şəxsdir, Bu, ən böyük doğru
danışandır, Bu, ümmətin haqqı batildən daha doğru ayıran,
fərqləndirən bölüşdürücüsüdür, Bu, mö`minlərin ağası, ə`la-
həzrətidir.." 2
Bu hədisdə Rəsulullah(s), nəinki, ən böyük "Siddiq"(doğru
danışan; təsdiq edən) adının, habelə, "Faruq"(daha doğru ayıran,
fərqləndirən) adının da İmam Əli(ə)-a aid olduğunu vurğulamışdı.

1
Təbəri "Zəxəir əl-Uqbə", səh. 56; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh. 172; Cəlaləddin
Süyuti "Əl-Cəmi əs-Sağir", 2-ci cild, səh. 115; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 601.
2
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 102; Təbərani "Əl-Mucəm əl-Kəbir", 6-cı cild, səh. 269;
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 616; Mənavi "Fayd əl-Qadir Şərh əl-Cəmi əl-Sağır", 4-
cü cild, səh. 472; Abdullah ibn Udeyy "Əl-Kəmil", 4-cü cild, səh. 229; İbn Əsakir "Tərix Mədinət
Diməşq", 42-ci cild, səh. 41.
Eyni məzmunlu hədis İmam Əli(ə)-ın Öz dilindən də nəql
olunmuşdur:
"Həqiqətən, Mən Allahın qulu, Rəsulunun isə qardaşıyam!
Mən ən böyük doğru danışanam! Məndən savayı bu sözləri, yalnız
yalançı söylər! Mən insanlardan yeddi il öncə—bu ümmətdən bir
kimsənin (Allaha) ibadət etməsindən öncə namaz qılmışam!" 1

"Siddiqlər (doğru danışanlar; təsdiq edənlər) üç


nəfərdirlər..."-hədisinin bənzəri olub, onu tamamlayacaq digər bir
hədis də vardır ki, qeyd edilməsi yerinə düşərdi. Bu, "Əl-Vaqiə"
surəsinin 10-cü və 12-ci:—﴾Və bir də qabaqcıllar, qabaqcıllar
[ilk yetişənlər, ilk yetişənlər]! Onlar [Allahın lütf və
mərhəmətinə] yaxın olanlardır. [Onlar] Nə`im cənnətlərində
olacaqlar!﴿—ayələrinin təfsirində Mühacirlər və Ənsar kimi başa
düşülərək qələmə verilən: "Əs-Səəbiquunə-s-Səəbiquun
(qabaqcıllar, qabaqcıllar [ilk yetişənlər, ilk yetişənlər])"-in
açıqlamasıdır. Rəsulullah(s) buyurmuşdur:
"Qabaqcıllar, ilk yetişənlər üç nəfərdirlər: (qövmü
içərisindən) hamını qabaqlayaraq Musaya ilk yetişən—Yoşa ibn
Nun, İsaya (qövmü içərisindən) ilk yetişən—Yasində zikri
keçən(Həbib Nəccar) və Məhəmməd sallallahu aleyhi [və alihi] və
səlləmə (qövmü içərisindən) ilk yetişən—Əli ibn Əbu Talib
radıyallahu anhu." 2

Əbu Sə`id (Xudri) radiyallahu anhudan nəql olunur ki,


Rəsulullah sallallahu aleyhi və alihi ilə birlikdə idik. O(s)-in
başmağı qırılır. Əli[ə] başmağı götürüb tə`mir etməyə başlayır.
(Rəsulullah(s)) bir qədər irəlilədikdən sonra buyurur: "Mənim
Qur`anın nazil olması uğrunda vuruşduğum kimi, həqiqətən,
sizlərdən biri onun yozumu (düzgün təfsiri, ayələrinin
mə`nalarının dürüst açıqlanması) uğrunda vuruşacaqdır!"
Əbu Bəkr soruşdu:
—O, mənəm?
1
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 112; Nisə`i "Xasa`is Əmir əl-Mminin", səh. 46; Təbəri
"Tərix ət-Tabəri", 2-ci cild, səh. 56; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 13-cü cild, səh. 200; İbn Əl-
Əsir "Əl-Kəmil fi ət-Tərix", 2-ci cild, səh. 57; İbn Kəsir "Əl-Bidəyə va ən-Nihəyə", 3-cü cild, səh. 36.
2
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 102; İbn Həcər "Fəth əl-Bari", 6-cı cild, səh. 337; Təbərani
"Əl-Mucəm əl-Kəbir", 11-ci cild, səh. 77; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 601;
Cəlaləddin Süyuti "Əl-Cəmi əl-Sağır", 2-ci cild, səh. 66.
Buyurdu:
—Xeyr!
Ömər soruşdu:
—O, mənəm?
Cavab verərək buyurdu:
—Xeyr! O, başmağı tə`mir edəndir. (Yəni, Əli(ə)).
Əli[ə]-ın yanına gələrək Ona müjdə verdik. Amma, heç başını da
qaldırmadı. Sanki, Onun Özü də Rəsulullah sallallahu aleyhi və
alihidən bunu eşitmişdi. 1
Bu hədisə əsasən onu deyə bilərik ki, İslam tarixində
Rəsulullah(s)-dən sonra aparılan müharibələr arasında bütün
səhabələrin deyil, yalnız İmam Əli(ə)-ın başçılıq etdiyi
müharibələr sırf dini xarakter daşımışdır(yə`ni, O(ə)-ın
müharibələri Allah, İslam və Qur`an uğrunda olmuşdur).

Əmmar bin Yasirdən nəql olunur ki, Rəsulullah(s)


buyurmuşdur:
"Mənə iman gətirib (risalətimi) təsdiqləyən kəslərə Əli ibn
Əbu Talibin vilayətini tövsiyə edirəm. Onu özünə rəhbər tutan,
Məni özünə rəhbər tutur. Məni özünə rəhbər tutan isə Uca və
Qadir Allahı özünə rəhbər tutmuş olar! Onu sevən Məni sevmiş
olur, Məni sevən isə Uca Allahı sevmiş olar! Ona nifrət bəsləyən
Mənə nifrət bəsləmiş olur, Mənə nifrət bəsləyən isə Uca və Qadir
Allaha nifrət bəsləmiş olar!" 2

Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm Əli[ə]-a


xitabən buyurmuşdur:
"Varlığıma sahib olana and olsun ki, xristianların Məryəm
oğlu İsa barəsində söylədiklərini Mənim ümmətim ayrı-ayrı
tayfaları Sənin barəndə söyləməyəcəkdisə, bu gün Sənin haqqında
elə bir söz deyərdim ki, hər hansı bir müsəlmanın yanından

1
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 123; Heysəmi "Məcmə əz-Zəvaid", 5-ci cild, səh. 186/9-
cu cild, səh. 133; Nisə`i "Xasais Əmir əl-Muminin", səh. 131; Əbu Yə`lə Mosuli, "Musnəd Əbi Yələ", 2-ci
cild, səh. 341; İbn Hibban "Sahih İbn Hibban", 15-ci cild, səh. 385; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə",
2-ci cild, səh. 277/3-cü cild, səh. 207; Heysəmi "Məvarid əz-Zaməən", 7-ci cild, səh. 145; Müttəqi Hindi
"Kənz əl-Umməl", 13-cü cild, səh. 107.
2
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 610; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild,
səh. 239; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 109; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci
cild, səh. 246.
keçdiyində ayaqlarının altından təbərrük üçün torpaq
götürərdilər!" 1

Peyğəmbər(s) buyurmuşdur:
"Ey Əli! Əgər qullardan biri Nuhun öz ümməti arasında
olduğu müddət qədər Allaha ibadət etsə və Uhud dağı qədər qızılı
olub, bu qızılı Allah yolunda xərcləsə, sonra isə ömrü daha da
uzadılaraq min il Həcci yürüyüb ziyarət etsə və Səfa ilə Mərva
arasında məzlum halda öldürülsə, sonra da, ey Əli, Səni özünə
rəhbər, ağa bilməsə, Cənnətin qoxusunu duymaz və Cənnətə daxil
olmaz!" 2

İbn Abbasdan nəql olunur ki, Peyğəmbər(s) buyurmuşdur:


"Əğər insanlar Əli ibn Əbu Talibi sevməkdə cəm olsaydılar,
Allah Cəhənnəmi yaratmazdı!" 3

Rəsulullah(s) buyurmuşdur:
"Mö`minin əməl kitabının adı—"Əli ibn Əbu Talibə sevgi"-
dir." 4
Digər bə`zi mənbələr bu hədisi Ənəs ibn Malikdən belə nəql
edir:
"Özündən başqa mə`bud olmayan Allaha and olsun ki, mən
Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin: "Mö`minin
əməl kitabının adı, sərlövhəsi—"Əli ibn Əbu Talibə sevgi"-dir."—
söylədiyini eşitmişəm." 5

Buna bənzər bir hədisi xəlifə Əbu Bəkrdən nəql edirlər. O,


Rəsulullah(s)-in belə buyurduğunu eşitdiyini demişdir:

1
Təbərani "Əl-Mucəm əl-Kəbir", 1-ci cild, səh. 320; Heysəmi "Məcmə əz-Zəva`id", 9-cu cild, səh. 131;
Hakim Haskani "Şəvahid ət-Tənzil", 2-ci cild, səh. 233; Müvəffəq Xəvarəzmi "Əl-Mənaqib", səh. 129.
2
Müvəffəq Xavərəzmi "Əl-Mənaqib", səh. 68; Deyləmi "Firdaus əl-Əxbar", 3-cü cild, səh. 419; Əbu Bəkr
Əhməd ibn Musa ibn Mərdaveyh İsfəhani "Mənaqib Ali ibn Əbi Talib va mə Nuzilə min əl-Qur`an fi Ali",
səh. 73.
3
Müvəffəq Xavarəzmi "Əl-Mənaqib" səh.568; Əbulfəth Ərbili "Kəşf əl-Ğimmə", 1-ci cild, səh. 98;
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 272/376.
4
Cəlaləddin Süyuti "Əl-Cəmi əs-Sağir", 2-ci cild, səh. 182; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild,
səh. 601; Mənavi "Fayd əl-Qadir Şərh əl-Cəmi əs-Sağir", 4-cü cild, səh. 481;
5
Xətib Bağdadi "Tərix Bəğdəd", 5-ci cild, səh. 177; İbn Əsakir "Tərix Mədinət Diməşq", 5-ci cild, səh.
230; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 272.
"Siratdan(Sirat körpüsündən) Əlinin icazə yazdığı şəxsdən
qeyrisi keçə bilməyəcək!" 1

Rəsulullah(s)-dən "Əs-Səffat" surəsinin 24-cü ayəsi olan: ﴾


Durdurun onları! Həqiqətən, onlar sorğu-sual olunacaqlar!﴿
-ın təfsirində Qiyamət günü Əli ibn Əbu Talib(ə)-ın vilayətinə
dair sorğu-sual olunacağını eşidən İbn Abbas(r.a.) da, öz
növbəsində, ölüm ayağında ikən demişdir:
"Ey Allahım! Mən Sənə Əli ibn Əbu Talibin vilayətilə
yaxınlaşıram!" 2

Rəsulullah(s) buyurmuşdur:
"Kim Əlidən cüda (ayrı, uzaq) gəzsə, Məndən uzaq qalar!
Məndən uzaq qalan isə Allahdan uzaqlaşmış olar!" 3

Rəsulullah(s) Əmir Əl-Mö`minin İmam Əli ibn Əbu


Talib(ə)-a xitabən buyurmuşdur:
"Xoş Səni sevib (vilayətini, məqamını) təsdiqləyənin halına!
Vay Sənə nifrət, kin-küdurət bəsləyib təkzib edənin halına!" 4

Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmin qızı


Fatimə[s.ə.]-dən nəql olunur ki, Rəsulullah sallallahu aleyhi [və
alihi] və səlləm Ərafat gecəsi qarşımıza çıxıb buyurdu:
"Həqiqətən, Uca Allah Sizinlə (Əhli-Beyt(ə)-la) ümumi
şəkildə öyünüb fəxr etmiş və günahlarınızı bağışlamış, Əli ilə də
xüsusi. Mən Allahın sizlərə göndərdiyi və qohumbazlıqdan uzaq
olan elçisiyəm. Budur, Cəbrail bildirir ki, xoşbəxtin xoşbəxti Əlini
sağlığında və dünyasını dəyişməsindən sonra sevənlərdir!

1
İbn Həcər Heysəmi "Əs-Savaiq əl-Muhriqa", səh. 195; Təbəri "Zəxəir əl-Uqbə", səh. 71; Qunduzi Hənəfi
"Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 162; İbn Dəməşqi "Cəvahir əl-Mətalib fi Mənaqib əl-İməm Ali", 1-
ci cild, səh. 18.
2
İbn Dəməşqi "Cəvahir əl-Mətalib fi Mənaqib əl-İməm Ali", 1-ci cild, səh.89; İbn Şəhr Aşub "Mənaqib
Əəl Əbi Talib", 4-cü cild, səh. 4.
3
Təbərani "Əl-Mucəm əl-Kəbir", 12-ci cild, səh. 323; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh.
614; Müvəffəq Xəvarəzmi "Əl-Mənaqib", səh. 105; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh.
173.
4
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 135; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh.
622; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 281; Abdullah ibn Udeyy "Əl-Kəmil", 5-ci cild,
səh. 187; Xətib Bağdadi "Tərix Bəğdəd", 9-cu cild, səh. 74; Müvəffəq Xəvarəzmi "Əl-Mənaqib", səh. 70;
Zərəndi Hənəfi "Nuzum Durar əs-Sımeyn", səh. 102; Təbəri "Zəxəir əl Uqbə", səh. 92.
Bədbəxtin bədbəxti isə Əliyə sağlığında və dünyasını
dəyişməsindən sonra nifrət bəsləyənlərdir!" 1

Rəsulullah(s) buyurmuşdur:
"Allah kitabından ümmətimin ən dürüst hökm yürüdəni—
Əlidir. Məni sevən, Onu sevsin! Həqiqətən, Allahın (hər hansı bir)
qulu Mənim vilayətimə, yalnız Əlini sevməklə nail olar!" 2

Rəsulullah(s) buyurmuşdur:
"Allah Əlinin məhəbbətini bir mö`minin qəlbində təsbit
edərsə, ayağı büdrəsə belə, Allah onu Qiyamət günü Siratda
sabitqədəm edər!" 3

İmam Əli ibn Əbu Talib(ə)-dan nəql olunur:


"Toxumu cücərtənə və nəfəsləri (yaradılmışları) xəlq edənə
and olsun ki, savadsız (yə`ni, təhsil almadan ilahi möcüzə ilə
savadlanan) Peyğəmbər: "Məndən sonra ümmət Sənə məkr və
hiylə quracaq!"—deyə Mənə əhd edərək buyurmuşdur." 4

İmam Əmir Əl-Mö`minin(ə)-dan nəql olunur:


"Rəsulullah(s) ilə Mədinənin küçələrində gəzirdik. Bir bağın
yanından keçərkən dedim: "Ya Rəsulallah! Nə gözəl bağdır."
Cavab verərək buyurdu: "Sənin üçün Cənnətdə bundan da gözəl
bağ vardır!" Daha sonra başqa bir bağın yanından keçdik. Yenə
dedim: "Ya Rəsulallah! Nə gözəl bağdır." Yenə cavab verərək
buyurdu: "Sənin üçün Cənnətdə bundan da gözəl bağ vardır!"
Beləliklə, yeddi bağın yanından keçdik və hər biri üçün: "Nə gözəl
bağdır."-dediyimdə Rəsulullah(s): "Sənin üçün Cənnətdə bundan
da gözəl bağ vardır!"-deyə cavab verdi. Sağollaşdıqda O(s), Məni
qucaqlayaraq hönkürtü ilə ağladı. Soruşdum: "Ya Rəsulallah!
Ağlamağının səbəbi nədir?" Buyurdu: "İnsanların sinələrində
Sənə qarşı olan şiddətli kin, nifrət. Onlar bunu, yalnız, Mən
1
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 132; Təbərani "Əl-Mucəm əl-Kəbir", 22-ci cild, səh. 415;
Müttəqi Hindi "Kənz əl-Umməl", 13-ci cild, səh. 146.
2
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 622; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild,
səh. 241.
3
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 621.
4
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 20-ci cild, səh. 326; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild,
səh. 617; Xətib Bağdadi "Tərix Bəğdəd", 11-ci cild, səh. 216 ; Zəhəbi "Təzkirat əl-Hifaz", 3-cü cild, səh.
995.
dünyamı dəyişdikdən sonra biruzə verəcəklər." Soruşdum:
"Dinimdən salamatda olacağam?" "Dinindən salamatda
olacaqsan!"-deyə cavab verdi." 1

Rəsulullah sallallahu aleyhi və alihi və səlləm buyurub:


"Ərəblərin sərvərini, ağasını yanıma çağırın!" Aişə radıyallahu
anhə soruşur: "Ya Rəsulallah! Məgər ərəblərin ağası Sən
deyilsən?!" Cavab verərək buyurur: "Mən Adəm övladlarının
sərvəri, ağasıyam, Əli isə ərəblərin ağasıdır!" 2

Əmmar bin Yasirdən rəvayət olunur ki, Rəsulullah sallallahu


aleyhi [və alihi] və səlləm Əli[ə]-a xitabən buyurmuşdur:
"Allah Səni elə bir zinətlə zinətləndirmişdir ki, qullardan
heç birini bundan daha çox sevdiyi bir zinətlə
zinətləndirməmişdir! Bu,—yaxşı əməl və itaət sahiblərinin zinəti—
dünyada zahidlikdir. Allah Səni elə qərar vermişdir ki, dünyadan
heç bir şeyə malik deyilsən, dünyanı da elə qərar vermişdir ki,
Səndən bir şey qopara bilmir. (Allah) Sənə kasıbların sevgisini
bəxş etmişdir." 3
Digər bə`zi mənbələr bu hədisi bir qədər müfəssəl qeyd
etmiş və hədisə sonluq əlavə edərək yazmışlar:
"(Allah) Sənə kasıbları və onlara yaxın olmağı sevdirmiş,
Səni onlara onlardan razı qaldığın İmam qərar vermiş, onları da
Səndən razı qalan ardıcıllar təsbit etmişdir. Xoş Səni sevib
(vilayətini, məqamını) təsdiqləyənin halına!" 4

Rəsulullah(s) Ənsarları çağırtdıraraq deyir:


"Ey Ənsar qövm! Sizə elə bir şey anlatımmı ki, əgər ondan
ayrılmasanız, əsla, yolunuzu azmazsınız?!" Cavab verərək
deyirlər: "Bəli, ya Rəsulallah!" O(s), buyurur: "Bu, Əlidir! Onu
Mənə olan sevginizlə sevin və Ona Mənə olan hörmətinizlə
1
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 118; Əbu Yə`lə mosuli "Musnəd Əbi Yələ", 1-ci cild, səh.
427; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 322; Xəvarəzmi "Əl-Mənaqib", səh. 65;
Təbərani "Əl-Mucəm əl-Kəbir", 11-ci cild, səh. 61.
2
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 124; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh.
618; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 131; Təbərani "Əl-Mucəm əl-Kəbir", 3-cü cild, səh. 88;
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh. 170.
3
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 121.
4
Təbərani "Əl-Mucəm əl-Ausat", 2-ci cild, səh. 337; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh.
166/11-ci cild, səh. 232; Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci cild, səh. 459; İbn Əsakir "Tərix
Mədinət Diməşq", 42-ci cild, səh. 282; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 189.
hörmət bəsləyin! Bunu sizə söyləməyimi Mənə Uca və Münəzzəh
Allahdan Cəbrail əleyhi-s-salam əmr etmişdir!" 1

İmam Əmir Əl-Mö`minin Əli(ə) xəlifə seçkisi zamanı öz


fəzilətlərini sadalayarkən demişdir:
"... Sizi and verirəm Allaha, siz Cəbrailin Rəsulullah(s)-ın
hüzuruna nazil olaraq: "Ey Məhəmməd! Allah Sənə Əlini sevməyi
və Əlini sevənləri də sevməyi əmr edir! Həqiqətən, Allah Əlini
sevir və Əlini sevənləri də sevir."—deyə buyurduğunu bilirsiniz?"
Onlar(xəlifə seçkisində iştirak edən səhabələr): "Bəli, bilirik."—
deyə cavab verirlər. 2

İbn Abbas radıyallahu anhudan nəql olunur ki, Rəsulullah


sallallahu aleyhi [və alihi] və səlləm buyurmuşdur:
"Atəş odunu yandırıb yox etdiyi təki Əlinin sevgisi də
günahları yox edər!" 3

Rəsulullah(s) Əli(ə)-a xitabən buyurmuşdur:


"Sən Mənim qardaşım və övladlarımın atasısan. Sən Mənim
sünnəm uğrunda vuruşacaq və halallığımı alacaqsan(borc və
əmanətləri qaytaracaq, verdiyim və`dləri həyata keçirəcəksən).
Mənim dövrümdə dünyasını dəyişmək Allahın xəzinəsinə nail
olmaq, Sənin dövründə dünyasını dəyişmək isə şəhid olmaqdır.
Sən dünyanı dəyişdikdən sonra, Günəş doğduqca, yaxud qürüb
etdikcə (yə`ni, həyat davam etdikcə) Sənə sevgi bəsləyərək vəfat
edənin aqibətini Allah əmin-amanlıq və imanla xətm edəcək! Sənə
nifrət bəsləyərək ölən isə Cahilillyə ölüsü kimi (yə`ni, qeyri-
müsəlman təki) öləcək və İslamda törətdiklərinin hesabını
verəcək!" 4

1
Təbəri "Zəxəir əl-Uqbə", səh. 70; Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 132; Təbərani "Əl-
Muʻcəm əl-Kəbir", 3-cü cild, səh. 88; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh. 170; Müttəqi
Hindi "Kənz əl-Umməl", 13-cü cild, səh. 143; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 281.
2
İbn Əsakir "Tərix Mədinət Diməşq", 39-cu cild, səh. 201; Müttəqi Hindi "Kənz əl-Umməl", 5-ci cild,
səh. 723; Müvəffəq Xəvarəzmi "Əl-Mənaqib", səh. 301; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild,
səh. 433.
3
Təbəri "Zəxəir əl-Uqbə", səh. 91; İbn Əsakir "Tərix Mədinət Diməşq", 13-cü cild, səh. 52; Müttəqi Hindi
"Kənz əl-Umməl", 11-ci cild, səh. 621; İbn Dəməşqi "Cəvahir əl-Mətalib fi Mənaqib əl-İməm Ali", 1-ci
cild, səh. 253; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 75.
4
Heysəmi "Məcmə əz-Zəvaid", 9-cu cild, səh. 122; İbn Əbulfəth Ərbili "Kəşf əl-Ğimmə", 1-ci cild, səh.
334; Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 374; Əbu Yə`lə Mosuli "Musnəd Əbi Yələ", 1-
ci cild, səh. 403; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 55.
Peyğəmbər(s):-"Gözlərimin önündən pərdə qaldırılsa (yə`ni,
mələk, cin, ruh və s. aləmləri görsəm), əminliyim zərrə qədər də
artmaz!" 1—söyləyən İmam Əmir Əl-Mö`minin(ə)-ın imanının
şiddətini vurğulayaraq buyurmuşdur:
"Əgər göylər və Yer tərəzinin bir gözünə, Əlinin imanı isə
digər gözünə qoyulsa, Əlinin imanı ağır gələr!" 2

Rəsulullah(s) buyurmuşdur:
"Əli! Sən elə yeddi xas xüsusiyyətə maliksən ki, Qiyamət
günü heç kim bu xüsusiyyətlər əsasında Səninlə höcətləşə
bilməyəcək! Sən mö`minlərdən Allaha ilk iman gətirənisən! Sən
Allah əhdinə ən vəfalı olansan! Sən Allah əmrlərini icra etməkdə
ən güclü olansan! Sən rəiyyətə ən mərhəmətli olansan! Sən (pay
və ətaları) ən bərabər bölənsən! Sən hökmləri ən düzgün bilənsən!
Sən Qiyamət günü ən əzəmətli səciyyəyə malik olansan!" 3

İmam Əli(ə) xütbələrindən birində buyurmuşdur:


"Mənim üçün döşəkçə salsalar (yə`ni, əlverişli, münasib
şərait yaratsalar), Tövrat əhli arasında öz Tövratları ilə, İncil əhli
arasında öz İncilləri ilə, Zəbur əhli arasında öz Zəburları ilə,
Fürqan(Qur`an) əhli arasında da öz Fürqanları ilə hökm edərdim!
Allah kitabından—yamacda və dağda nazil olan—elə bir ayə
yoxdur ki, Mən onun nə zaman nazil olduğunu və kimə dair nazil
olduğunu bilməyim! .." 4
Bu hədis özlüyündə Rəsulullah(s)-in:
"Mən elmin şəhəri, Əli isə bu şəhərin qapısıdır. Şəhərə daxil
olmaq istəyən qapıya üz tutsun!" 5 söylədiyi hədisinin, habelə,
ölüm yatağında ikən: "Qardaşımı çağırın!"-deyə İmam Əli(ə)-ı
çağırtdırdıqdan sonra O Həzrət(ə)-ın: "Rəsulullah(s), Mənə elmin
elə min qapısını öyrətdi ki, hər birindən min qapı açılır." 6-
1
Məhəmməd ibn Talha Şafii "Mətalib əs-Su`ul fi Mənaqib Əəl ər-Rəsul", səh. 175; Seyyid Əli Bəhbəhani
"Əl-Fəvaid əl-Aliyyəh", 2-ci cild, səh. 393; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələgə", 7-ci cild, səh. 253.
2
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 617.
3
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh.617.
4
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 6-cı cild, səh. 136; Sə`ləbi "Təfsir əs-Sələbi", 5-ci cild, səh. 162;
Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci cild, səh. 366.
5
Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 126-127; Təbərani "Əl-Mucəm əl-Kəbir", 11-ci cild,
səh. 55; İbn Abdulbırr "Əl-İstiab", 3-cü cild, səh. 1102; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 7-cı cild,
səh. 219; Süyuti "Əl-Cəmi əs-Sağir", 1-ci cild, səh. 415; Müttəqi Hindi "Kənz əl-Umməl",11-ci cild, səh.
600/13-cü cild, səh. 147; Zərəndi Hənəfi "Nuzum Durar əs-Sımteyn", səh. 113.
6
İbn Hibban "Kitəb əl-Məcruhin", 2-ci cild, səh. 14; Zəhəbi "Siyər Ələm ən-Nubələ", 8-ci cild, səh.
24/"Mizən əl-İtidəl", 2-ci cild, səh. 482/"Tərix əl-İsləm", 11-ci cild, səh. 224.
söyləməsinin tamamıdır. Ümumiyyətlə, İmam Əmir Əl-
Mö`minin(ə)-ın elmi mövzusu o qədər genişdir ki, buna Özündən
öncəki xəlifələrin yalnış hökmlərinə verdiyi düzəlişlərini də əlavə
etməklə bir neçə cilddən ibarət ayrıca kitab yazmaq olar. Amma
bu kitabımızda O Həzrət(ə)-ın elminə dair bir neçə hədisi qeyd
etməklə kifayətlənəcəyik.

Son səma Elçisi buyurmuşdur:


"Əli Mənim elmimin dəyərli mücrüsüdür." 1
"Əli elmimi cəm edib toplayandır." 2
İmam Əmir Əl-Mö`minin Əli(ə), bəlkə, bir tək İslam
tarixində deyil, habelə, bütün bəşər tarixində yeganə şəxsiyyətdir
ki, daim:—"Məndən soruşun!"—deyərdi. Bu söz O Həzrət(ə)-ın
nə qədər geniş mə`lumata və ensiklopedik biliyə malik olmasına,
ixtisarla desək, elm ümmanı olmasına dəlalət edir. Mənbələrdə bu
hədis belə nəql olunur:
"Nə qədər ki, Məni itirməmisiniz, soruşun Məndən!.." 3

İmam Əmir Əl-Mö`minin(ə) elmin dərinliklərinə necə


yiyələnməsini açıqlayarkən buyurmuşdur:
"Rəsulullah(s)-ə Qur`andan elə bir ayə nazil olmamışdır ki,
onu Mənə öz xəttimlə yazdırmasın və Mənə onun yozumunu,
təfsirini, nasixini, mənsuxunu, möhkəm və mütəşabihini
öyrətməsin!" 4
"Mən Rəsulullah sallallahu aleyhi və alihidən (bir şey)
soruşduqda cavab verər, susduğumda isə Özü sözə başlardı." 5
"(Rəsulullah) Sallallahu aleyhi [və alihi] və səlləmin əlini
sinəmə qoyaraq Allaha qəlbimi dərrakə, elm, hikmət və nur ilə
doldurmasını dua etməsindən bəri yozumlarını açıqladığı və heç

1
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh. 165; Süyuti "Əl-Cəmi əs-Sağir", 2-ci cild, səh. 177;
Mənavi "Fayd əl-Qadir Şərh əl-Cəmi əs-Sağir", 4-cü cild, səh. 469; Abdullah ibn Udeyy "Əl-Kəmil", 4-cü
cild, səh. 101; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 385; Zəhəbi "Mizən əl-İtidəl", 2-ci
cild, səh. 327; Müvəffəq Xəvarəzmi "Əl-Mənaqib", səh. 87.
2
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh. 165.
3
Hakim Nisaburi "Əl-Mustədrək", 2-ci cild, səh. 352; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 2-cı cild,
səh. 286; İskafi Mötəzili "Əl-Miyar va əl-Muvazənə", səh. 82.
4
Əyyaşi "Təfsir əl-Ayyəşi", 1-ci cild, səh. 253.
5
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 2-ci cild, səh. 184; Təbəri "Zəxə`ir əl-Uqbə", səh. 94; Tirmizi
"Sunən ət-Tirmizi", 5-ci cild, səh. 301; Hakim Nisaburi "Əl-Mustədrək", 3-cü cild, səh. 125; Nisə`i "Əs-
Sunən əl-Kubra", 5-ci cild, səh. 142.
bir şeyi tərk etmədən öyrəndiyim halal və haramlardan bir hərf də
unutmadım." 1
"Əl-Haqqə" surəsinin 12-ci ayəsi olan: ﴾...Ona görə ki,
bunu [mö`minlərə nicat verib kafirləri məhv etməyimizi] sizə bir
ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda
saxlasın!﴿—ayəsi nazil olduqda Rəsulullah(s) İmam Əli(ə)-a
xitabən buyurur:
"Mən Rəbbimdən dərk edən qulağı Sənin qulağını qərar
verməsini dilədim və O da etdi." 2

İmam Əmir Əl-Mö`minin Əli(ə)-ın ali məqam və yüksək


mövqeyə malik olmasını tərənnüm edən fəzilətlərindən biri
"Mubahələ" adı ilə məşhur olan "Ali İmran" surəsinin 61-ci ayəsi:
﴾...Onlara de ki: "Gəlin biz də oğlanlarımızı, siz də
oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də
özümüzü, siz də özünüzü [bura] çağıraq! Sonra [Allaha]
yalvarıb yalançılara Allahın lə`nət etməsini diləyək!"﴿—nazil
olduqda Rəsulullah(s)-in "Oğlanlarımızı" təki azyaşlı Həsən(ə)
və Hüseyn(ə)-ı, "Qadınlarımızı" təki Xanım Zəhra(s.ə.)-nı və
"Özümüzü" təki İmam Əli(ə)-ı çağırması olmuşdur. Yə`ni, bu
hadisədə Rəsulullah(s) İmam Əli(ə)-ı Özünə bərabər qərar
vermişdi. Digər fəziləti isə Rəsulullah(s)-in əvəzinə icra edilməli
olan şeyi Allahın müsəlmanlar arasından bir tək İmam Əli(ə)-ın
həyata keçirməsini təqdir etməsi və bir tək O Həzrət(ə)-ı bu
məqama layiq bilməsidir. Necə ki, bu hal "Bəraət" (Yə`ni,
"Tövbə") surəsi nazil olduqda baş verdi. Bu haqda mənbələr yazır:
"Rəsulullah (hicri) doqquzuncu ilin (Həcc) mövsümündə
Əbu Bəkri "Bəraət" surəsini mövsüm əhli arasında təbliğ etmək
üçün Məkkəyə göndərir. Cəbrail(ə) nazil olaraq Rəsulullah(s)-ə
buyurur: "Ya Rəsulallah! Sənin vəzifəni, yalnız Səndən olan kişi
icra edə bilər!" Rəsulullah(s) Əli[ə]-ı dəvəsinə mindirib Əbu
Bəkrin ardından göndərir. Əli[ə] Zi-l-Huleyfə məntəqəsində Əbu
Bəkrə yetişib "Bəraət" surəsini ondan götürərək mövsüm əhlinə
1
İskafi Mötəzili "Əl-Miyar va əl-Muvazənə", səh. 300.
2
İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 7-cı cild, səh. 220/18-ci cild, səh. 375; Zərəndi Hənəfi "Nuzum
Durar əs-Sımteyn", səh. 92; Zeylə`i "Təxric əl-Əhadis va əl-Əəsər", 4-cü cild, səh. 84; Müttəqi Hindi
"Kənz əl-Umməl", 13-cü cild, səh. 135.
bəyan edir. Əbu Bəkr geri dönərək Rəsulullah(s)-dən: "Məgər
mənim barəmdə ayə nazil oldu?!"-deyə soruşur." 1

Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləm Ta`if günü


Əli[ə]-ı çağırtdıraraq Onunla xəlvətdə danışır. Səhabədən
bə`ziləri:—"Əmisi oğlu ilə məxfi danışığı uzun çəkdi."-deyirlər.
Bu söz Rəsulullah sallallahu aleyhi [və alihi] və səlləmə
yetişdikdə, buyurur: "Onu məxfi danışığa çağırtdıran Mən yox,
Allah olmuşdur!" 2

İmam Əli(ə)-dan nəql olunur:


"Allah kitabında belə bir ayə vardır ki, bu ayəyə (ayənin
hökmünə), nə Məndən öncə bir kimsə əməl etmiş, nə də Məndən
sonra əməl edəcək! Bu, "Nəcva" ayəsidir:—﴾Ey iman gətirənlər!
Peyğəmbərlə məxfi danışığa gedərkən sədəqə verin! ...﴿. 3
Mənim bir dinar pulum var idi və onu on dirhəmlə dəyişdim. Hər
dəfə Rəsulullah sallallahu aleyhi və alihi və səlləm ilə məxfi
danışığa getməzdən öncə bir dirhəm sədəqə verirdim. Sonra bu
ayə nəsx olundu (hökmü qaldırıldı) və bu ayəyə qeyri bir kimsə
əməl etmədi və: ﴾Məgər siz məxfi danışmazdan əvvəl sədəqə
verməkdən qorxdunuzmu?﴿ 4—ayəsi nazil oldu." 5

Rəsulullah(s) mübarək əlini İmam Əli(ə)-ın başına qoyaraq


buyurmuşdur:
"Sənə burdan bir zərbə endirilməyənədək və zərbədən
(İmam(ə)-ın saqqalına işarə edərək) bu, boyanmayanadək dünyanı
dəyişməyəcəksən! Səmud qövmündən olan bir toplumun ən

1
Zeylə`i "Təxric əl-Əhadis va əl-Əəsər", 2-ci cild, səh. 49; Əyyaşi "Təfsir əl-Ayyəşi", 2-ci cild, səh. 74;
Muqatil ibn Süleyman "Təfsir Muqatil bin Suleymən", 2-ci cild, səh. 33; Cassas "Əl-Fusul fi əl-Usul", 3-
cü cild, səh. 242; Sərəxsi "Usul əl-Sərəxsi", 2-ci cild, səh. 95; Zəməxşəri "Əl-Kəşşaf", 2-ci cild, səh. 172.
2
Tirmizi "Sunən ət-Tirmizi", 5-ci cild, səh. 303; Əbu Yə`lə Mosuli "Musnəd Əbi Yələ", 4-cü cild, səh.
118; İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə", 9-cu cild, səh. 173; Təbəri "Zəxə`ir əl-Uqbə", səh. 85;
Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 183.
3
"Əl-Mucadələ" surəsi, ayə 12.
4
"Əl-Mucadələ" surəsi, ayə 13.
5
Hakim Nisaburi "Əl-Mustədrək", 2-ci cild, səh. 482; Şovkani "Fəth əl-Qadir", 5-ci cild, səh. 192; Alusi
"Təfsir əl-Alusi", 28-ci cild, səh. 31; İbn Əbulfəth Ərbili "Kəşf əl-Ğimmə", 1-ci cild, səh. 168; Qunduzi
Hənəfi "Yənəbi əl-Məvaddə", 1-ci cild, səh. 300; Zeylə`i "Təxric əl-Əhadis va əl-Əəsər", 3-cü cild, səh.
430.
bədbəxti Allahın (mö`cüzə təki göndərdiyi) dəvəsini tutub kəsdiyi
kimi Səni də bu ümmətin ən bədbəxt insanı qətlə yetirəcək!" 1

Rəsulullah(s) buyurmuşdur:
"Ərşin sağında Mənim üçün qırmızı yaqutdan, solunda isə
İbrahim üçün yaşıl yaqutdan qübbə ucalacağı gün bizlərin
arasında Əli ibn Əbu Talib üçün ağ mirvaridən qübbə
ucaldılacaq. İki dost arasındakı sevimlinin mövqeyi haqda nə
düşünürdünüz?!" 2

Kə`b ibn Əcradan nəql olunur ki, Rəsulullah sallallahu


aleyhi [və alihi] və səlləm ilə birlikdə oturmuşduq.
Yaxınlığımızdan üzü bağlı bir kişi keçdi. Rəsulullah sallallahu
aleyhi [və alihi] və səlləm buyurdu: "(Məndən sonra) insanlar
arasında mübahisə və münaqişələr baş verəcək. Bu və səhabələri
haqlı olacaqlar!" Kə`b dedi: "Üzü bağlıya yetişib diqqətlə nəzər
yetirdikdən sonra kim olduğunu bildim."
(Əli ilə Kufəyə yola düşənədən Kə`bdən: "O kişi kim idi?"- deyə
soruşar, o isə həmin kişinin kimliyini açıqlamaqdan imtina edərdi.
Kə`bin dünyasını dəyişənədək Əlidən ayrılmamasından həmin o
üzü bağlının, məhz, Əli radıyallahu anhu olduğunu anladıq.) 3

Cabir ibn Abdullah(r.a.)-nun Rəsulullah(s)-dən nəql etdiyi


hədisdə deyilir:
"Həqiqətən, Allah Əlini, həyat yoldaşını və övladlarını
yaratdıqları üzərində höccətləri qərar vermişdir. Onlar elmin
ümmətim arasındakı qapılarıdır. Kim onları izləsə, doğru, düzgün
yola hidayət tapmış olar!" 4

Rəsulullah(s) Əmmar bin Yasir(r.a.)-ə xitabən buyurmuşdur:


"Ey Əmmar! Əgər Əlini bir vadinin yolunu, insanların isə
başqa bir vadinin yolunu tutmuş görsən, insanlardan vaz keç və

1
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 617; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild,
səh. 543; İbn əl-Əsir "Usud əl-Ğabə", 4-cü cild, səh. 34.
2
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 615.
3
Təbərani "Əl-Mucəm əl-Kəbir", 19-cu cild, səh. 147; Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh.
621.
4
Hakim Haskani "Şavahid ət-Tənzil", 1-ci cild, səh. 76.
Əlinin yolunu tut! O, səni heç vaxt zəlalətə uğratmaz və haqq
yoldan (hidayətdən) çıxartmaz!" 5

El arasında çox geniş yayılmış: "Bu Əli yolu haqqı!"—andı


da məhz, Əli(ə)-ın haqq yol göstəricisi və tutduğu yolun da haqq
yol olduğunu vurğulayan bu hədislərdən qaynaqlanmışdır!

İstifadə olunmuş qaynaqlar:


1) Müqəddəs Qur`ani-Kərim,
2) Z.Bünyadov və V.Məmmədəliyev Qur`ani-Kərim (Azərbaycan dilində),
3) Hakim Nisaburi "Əl-Mustədrək",
4) Buxari "Sahih əl-Buxari"; "Ət-Tərix əl-Kəbir",
5) Muslim "Sahih Muslim",
6) Nəvəvi "Şərh Muslim",
7) Nəsə`i "Əs-Sunən əl-Kubra"; "Fada`il əs-Sahabə"; "Xasais Əmir Əl-
Muminin",
8) Tirmizi "Sunən ət-Tirmizi",
5
Müttəqi Hindi "Kənz əl-Umməl", 11-ci cild, səh. 613; Xətib Bağdadi "Tərix Bəğdəd", 13-cü cild, səh.
188; İbn Əsakir "Tərix Mədinət Diməşq", 42-ci cild, səh. 472; İbn Kəsir "Əl-Bidəyə va ən-Nihəyə", 7-ci
cild, səh. 34.
9) Məhəmməd ibn Yezid Qəzvini "Sunən İbn Macə",
10) İbn Əş`əs Sicistani "Sunən Əbi Davud",
11) Müttəqi Hindi "Kənz əl-Umməl",
12) Təbərani "Əl-Mucəm əl-Kəbir"; "Əl-Mucəm əl-Ausat"; "Əl-Mucəm əs-
Sağir",
13) İbn Əsakir "Tərix Mədinət Diməşq",
14) Darimi "Sunən əd-Darimi",
15) Süleyman ibn Davud Tiyalsi "Musnəd Əbi Davud ət-Tıyalsi",
16) İbn Həcər "Fəth əl-Bari"; "Lisən əl-Mizən"; "Əs-Savaiq əl-Muhriqa";
"Təlxıs əl-Hubeyr";
17) "Muqaddəmət Fəth əl-Bari"; "Əl-Qaul əl-Musəddəd fi Musnəd
Əhməd"; "Təqrib ət-Təhzib",
18) Ayni "Umdət əl-Qari",
19) İbn Kəsir "Əl-Bidəyə va ən-Nihəyə"; "Əs-Sira ən-Nəbəviyyə",
20) Təbəri "Tərix ət-Tabəri"; "Zəxə`ir əl-Uqbə"; "Cəmi əl-Bəyən",
21) İbn Xaldun "Tərix ibn Xəldun",
22) Yaqubi "Tərix əl-Yəqubi",
23) Xətib Bağdadi "Tərix Bəğdəd",
24) Yəhya ibn Mu`in "Tərix ibn Muin əd-Dauri",
25) İbn əl-Əsir "Usud əl-Ğabə"; "Əl-Kəmil fi-t-Tərix",
26) Hakim Haskani "Şavahid ət-Tənzil",
27) Qunduzi Hənəfi "Yənəbi əl-Məvaddə",
28) Zeylə`i "Təxric əl-Əhadis va əl-Əəsər"; "Nasb ər-Rayə",
29) Əbu Yə`lə Mosuli "Musnəd Əbi Yələ",
30) İbn Əbulhədid "Şərh Nəhc əl-Bələğə",
31) Şovkani "Fəth əl-Qadir"; "Neyl əl-Autar",
32) Beyhəqi "Əs-Sunən əl-Kubra",
33) Razi "Təfsir ər-Razi"; "Əl-Cərh va ət-Tədil",
34) Alusi "Təfsir əl-Alusi",
35) Bəğəvi "Təfsir əl-Bəğəvi",
36) Əbu Leys Səmərqəndi "Təfsir əs-Səmərqəndi",
37) İbn Kəsir "Təfsir İbn Kəsir",
38) Vahidi "Əsbəb Nuzul əl-Ayət",
39) İbn Ətiyyə Əndəlusi "Əl-Muharrir əl-Vaciz fi Təfsir əl-Kitəb əl-Aziz",
40) Məhəmməd ibn Məs`ud Əyyaşi Səmərqəndi "Təfsir əl-Ayyəşi",
41) Əbu Həyyan Əndəlusi "Təfsir əl-Bəhr əl-Muhit",
42) Qurtubi "Təfsir əl-Qurtubi",
43) Səm`ani "Təfsir əs-Səmani",
44) Sə`ləbi "Təfsir əs-Sələbi",
45) Muqatil ibn Süleyman "Təfsir Muqatil bin Suleymən",
46) Cassas "Əl-Fusul fi əl-Usul",
47) Sərəxsi "Usul əs-Sərəxsi",
48) Zəməxşəri "Əl-Kəşşaf", "Əl-Fəyiq fi Ğərib əl-Hədis",
49) Zərəndi Hənəfi "Nuzum Durar əs-Sımteyn",
50) Zərəndi Şafii "Məaric əl-Vusul ilə Mərifət Əəl ər-Rəsul",
51) Zəhəbi "Siyər Ələm ən-Nubələ"; "Mizən əl-İtidəl"; "Tərix əl-İsləm";
"Təzkirat əl-Hifaz"; "Tənqih ət-52) Təhqiq fi Əhadis ət-Təliq",
53) Müvəffəq Xəvarəzmi "Əl-Mənaqib",
54) Cəlaləddin Süyuti Şafi`i "Əl-Ləəli əl-Masnuah"; "Əd-Durr əl-Mənsur";
"Əl-Cəmi əs-Sağir"; "Tərix əl-Xuləfə",
55) Mənavi "Fayd əl-Qadir Şarh əl-Cəmi əs-Sağir",
56) İmam Əhməd ibn Hənbəl "Musnəd Əhməd"; "Əl-Fadail",
57) Deyləmi "Firdaus əl-Əxbər"; "Əlam əd-Din fi Sıfət əl-Muminin",
58) Cuveyni "Fəraid əs-Simteyn",
59) Əllamə Kənci Şafii "Kifayət ət-Talib",
60) Məhəmməd ibn Talha Şafii "Mətalib əs-Su`ul fi Mənaqib Əəl ər-
Rəsul(ə)",
61) Məs`udi "Ət-Tənbih va əl-İşraf",
62) İbn Məğazəli "Əl-Mənaqib",
63) İbn Həzəm Əndəlusi "Əl-Muhallə",
64) İbn Hişam "Əs-sira ən-Nəbəviyyə",
65) İbn Sə`d "Ət-Tabəqat əl-Kubra",
66) İbn Abdulbırr "Cəmi Bəyan əl-İlm və Fadlihi"; "Əl-İstiab",
67) İbn Quteybə "Əl-İməmə va əs-Siyəsə",
68) İbn Hibban "Kitəb Əl-Məcruhin", "Əs-Siqat"; "Sahih İbn Hibban";
"Tabəqat əl-Muhaddisin bi-Isbəhan",
69) İbn Əbulfəth Ərbili "Kəşf əl-Ğimmə",
70) İbn Dəməşqi "Cəvahir əl-Mətalib fi Mənaqib əl-İməm Ali(ə)",
71) İskafi Mötəzili "Əl-Miyar va əl-Muvazənə",
72) Bəlazuri "Futuh əl-Buldən"; "Ənsəb əl-Əşraaf",
73) Heysəmi "Məcmə Əz-Zəvaid"; "Məvarid Əz-Zaməən",
74) Abdurrəzzaq Sən`ani "Əl-Musannəf",
75) Albani "İrva əl-Ğəlil",
76) İbn Covzi "Mənəqib Umar"; "Tərix Umar bin əl-Xəttab",
77) Maqrizi "İmtə əl-Əsmə",
78) Vaqidi "Əl-Məğazi",
79) İbn Qudamə "Əl-Muğni",
80) Abdulrəhman ibn Qudamə "Əş-Şərh əl-Kəbir",
81) Dəraqutni "İləl əd-Dəraqutni",
82) İbn Şibə Numeyri "Tərix əl-Mədinə",
83) Ğəzzali "Əl-Mustasfə",
84) Buhuti Hənbəli "Kəşşəf əl-Qina`",
85) İmam Malik "Əl-Mudəvvanə əl-Kubra",
86) Əbdürrəzzaq Sən`ani "Əl-Musannəf",
87) Abdullah ibn Udeyy "Əl-Kəmil",
88) Ibn Xəlliqan "Vafəyət əl-Əyan va Ənbə Əbnə əz-Zəmən",
89) Əbu Bəkr Əhməd ibn Musa ibn Mərdabeyh "Mənaqib Ali ibn Əbi
Talib(ə) va mə Nuzilə min əl-Quran fi Ali(ə)",
90) İbn Şəhr Aşub "Mənaqib Əəl Əbi Talib",
91) İbn Sabbağ "Əl-Fusul əl-Muhimmə fi Mərifət əl-Əimmə",
92) Məzi "Təhzib əl-Kəməl",
93) Hələbi "Əs-Sira əl-Haləbiyyə",
94) Əmr ibn Əbi Asım "Kitəb əs-Sunnə",
95) Seyyid Əli Bəhbəhani "Əl-Fəvaid əl-Aliyyəh",
96) Şəhristani "Əl-Miləl və ən-Nihal",
97) Nurullah Tustəri "İhqaq əl-Haqq",
98) İbn Tavus "Ət-Tara`if".
99) Nəcah Ta`i "İğtiyəl ən-Nəbiyy".

You might also like