You are on page 1of 11

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

Sərbəst İş

Fakültə: İnzibati idarəetmə


İxtisas: Dövlət və bələdiyyə idarəetməsi
Qrup: D/B 181
Fənn: Sosial məsuliyyət və idarəetmə etikası
Mövzu: Azərbaycanda korporativ sosial məsuliyyətin yaranması
zəruriliyi
Tələbə: Əliyeva Nərmin
Tədris edən müəllim: Kərimova Mələk
1.Azərbaycanda korporativ sosial məsuliyyətin yaranması zəruriliyi
Amerika və Avropa modellərindən və müəyyən dərəcədə sovet dövründən
miras qalmış komanda sisteminin elementlərindən fərqli olaraq Azərbaycanda
biznesin sosial missiyasının formalaşması və inkişafında dövlətin rolu kifayət
qədər yüksəkdir.Beləki,əsas fərqləndirici milli xüsusiyyət ondan ibarətdir
ki,regional və dövlət səviyyəsində sosial töhvə əsasən müxtəlif sosial və mədəni
proqramların həyata keçirilməsində biznesin məcburi iştirakı ilə məhdudlaşır.
Tənzimləmə mənbələrinə əsasən sosial məsuliyyətin Azərbaycan variantı
formalaşma təcrübəsi və inkişafına görə Britaniya modelinin (könüllü biznes
təşəbbüsü) və kontinental sxeminin (müəssisələrin dövlətdən dəqiq davranış
çərçivəsi almaq istəyi) elementlərindən istifadə edərək müştərək formada mövcud
olmasıdır.
Azərbaycanda qloballaşma baxımından geniş miqyaslı iqtisadi islahatların
elan olunması dövlət ilə cəmiyyət və biznes arasında yeni əlaqələrin
uyğunlaşdırılması məsələlərini gündəmə gətirir. Müasir şəraitdə
biznesin,steykholderlərin (maraqlı tərəflər) ehtiyaclarını təmin etmək üçün mövcud
olması barəsində maarifləndirmə işləri aparılmalıdır.Yalnız bu şərtlər altında
səhmdarlar üçün ölkənin davamlı inkişafı üçün və bütövlükdə cəmiyyət üçün
uzunmüddətli gəlirlərə arxalanmaq olar. Sosial məsuliyyətli biznes
institutu,bazar dəyərləri əsasında davamlı iqtisadiyyatı,qədim demoqrafik
ənənələri,inkişaf etmiş vətəndaş cəmiyyəti olan əksər ölkələr üçün
xarakterikdir.Bizim ölkəmiz üçün isə bu,yeni sayılır.Son bir neçə il ərzində bu
mövzu ətrafında ictimai müzakirələr zamanı biznes fəaliyyəti ilə bağlı suallar
meydana çıxır.Yəqin,bu onunla izah olunur ki,müasir dövrə qədər biznes əhali
tərəfindən birmənalı qəbul olunmurdu,ancaq dövlət də öz növbəsində sosial
tələbatları səmərəli vətam ölçüdə maliyyələşdirə bilmir.Bundan əlavə dövlət
hökumət təşkilatlarında şəxsləndirilmiş məsuliyyət hissəsini cəmiyyət qarşısında
həmişə yaxşı yerinə yetirmir.Lakin Azərbaycan biznesinin miqyası hələ kifayət
qədər gəlir təmin edən səviyyəyə çatmamışdır.
Sovet iri müəssisə və təşkilatlıların sosial siyasətinin paternalist modelindən
vəhşi kapitalizmin vasitəsilə ilkin kapital yığımından daha sivil münasibətlərə çətin
keçid baş verir.
Bizim dövlətimizdə biznesin (korporativ) sosial missiyasının formalaşmasının
ilkin mərhələsi ilə əlaqəli vahid konsepsiyada,sübut olunmuş təcrübədə və onların
faydalılığında bir anlaşılmazlıq var. Əvvəl olduğu kimi sosial məsuliyyət
steykholderlərin - dövlət,mülkiyyətçilər və heyətə (təşkilat və onun təmsilçiləri)
yaxın çevrəsinə yönəldilmiş olur. Maraqlı tərəflərin (steykholder) (yerli icmalar,
ərazi icmalar, regionlar, təchizatçılar, istehlakçılar) daha geniş dairəsi göstərilmiş
prosesdən praktiki olaraq uzaqlaşdırılıb.
BMT-nin son biznes mühiti tədqiqatının nəticəsi göstərdi ki,Azərbaycanda
biznesin sosial missiyası ilə çox az dərəcədə tanışdırlar.Araşdırmaların nəticələrinə
əsasən beynəlxalq müqavilələr təşəbbüsü reallaşır və Azərbaycan müəssisələri də
buraya qoşulmalıdırlar.Lakin ölkəmizin hazırki inkişaf mərhələsi üçün korporativ
sosial məsuliyyətin həyata keçirilməsinin ən praqmatik forması sosial
investisiyalardır.Azərbaycan biznesinin cəmiyyətin həyatındakı iştirak
tendensiyasının son təhlili göstərir ki,artıq xaotik xeyriyyəçilikdən sosial
investisiyalaşdırma mərhələsinə keçidə başlayır.
Hər şeydən əvvəl,institusional natamamlığına görə dövlət səmərəli hüquqi və
sosial təməli,eləcədə,sosial inkişaf sahəsində prioritetləri formalaşdırmır.Digər
tərəfdən sahibkarlıq fəaliyyətinin subyektləri dövlətin səhvlərini düzəltməyə
məcburdurlar və sosial investisiyalar yolu ilə qismən onun funksiyasını dəyişə
bilərlər.
Mövcud olan milli reallıqlar nöqteyi-nəzərindən çıxış edərək, öz biznes
anlayışından dövlət rəhbərliyinin sosial inkişafının ayrı-ayrı tərəflərinə,vəzifəli
şəxslər,siyasətçilər,xüsusilə mənəviyyat sahəsində sosial sərmayənin hüquqi
prinsiplərinin və himayəçiliyin meydana gəlməsinə keçid daha məqbuldur.Məhz
mövcud olan qanun əsasında Azərbaycan cəmiyyəti biznesdən sivil və səmərəli
sosial dəstəyi alar,biznes isə cəmiyyət tərəfindən tanınar və hüquqi dəstək alar.

2.Azərbaycanda korporativ sosial məsuliyyət


İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən korporativ sosial fəaliyyətlə
bağlı aparılan araşdırma Azərbaycanda bu sahədə mövcud vəziyyətin
dəyərləndirilməsini aparmışdır. Nəticəyə əsasən Azərbaycanda şirkətlərin sosial
fəaliyyətlə bağlı səviyyəsi dünya ölkələri ilə müqayisədə kifayət qədər aşağıdır.
Sovet İttifaqı tərkibində olmuş digər dövlətlər kimi Azərbaycanda da kollektiv
sistemin tətbiqi, dövlətin özəl bizneslərə yaratdığı maneələr və qoyduğu qadağalar
bu sahənin inkişafdan qalmasına səbəb olmuşdur.
Ölkədə bu sahədə atılmış əsas təqdirəlayiq addım dünyada bir ilk kimi 2012-
ci ildə “Korporativ Sosial Məsuliyyət (KSM) - Azərbaycan”ın yaradılması
olmuşdur. Bu təşkilat Azərbaycanda şirkətlərin sosial fəaliyyətinə nəzarət, onun
inkişafı, şirkətlərin gördüyü işlərlə bağlı hesabat verməsinin təmin olunması kimi
vəzifələri öhdəsinə götürmüşdür.
Azərbaycanda korporativ sosial fəaliyyət həyata keçirən şirkətlər arasında
mobil operator şirkətləri, banklar və neft şirkətləri üstünlük təşkil edir. Şirkətlərin
sosial fəaliyyəti mövcud olan 6 fəaliyyət növündən əsasən ikisi ilə məhdudlaşır ki,
bunlar da sponsorluq və ya xeyriyyəçilik tədbirlərindən ibarətdir. KSM fəaliyyəti
ilə seçilən başlıca iri şirkətlərdən biri kimi dövlət neft şirkəti olan ARDNŞ bu
istiqamətdə bir sıra layihələrə imza atmışdır. Şirkətin verdiyi sosial hesabataəsasən
idmanın təbliği və inkişafında vacib rolu olan “Neftçi” İdman Sağlamlıq Mərkəzi
yaradılmış, humanitar tədbirlər çərçivəsində Ağdam rayonunda yerləşən məcburi
köçkünlərə bayramla əlaqədar ərzaq yardımları etmişdir.
KSM sahəsində fəallığı ilə seçilən digər iri şirkətlərdən biri də "Azəri-Çıraq
Günəşli" neft və "Şahdəniz" qaz yataqlarına operatorluq edən "BP Azərbaycan"-
dır. Şirkət sosial,iqtisadi,təhsilin inkişafı əlaqədar layihələr həyata keçirmiş,
xeyriyyəçilik tədbirləri görmüşdür. “BP-Azərbaycan” 2010-cu ildə Layihə
İdarəetmə Məktəbi yaratmışdır. Məktəbdə əsasən özəl və ictimai sektordakı
şəxslərin layihə idarəetmə bacarığı inkişaf etdirilir. Bundan əlavə şirkətkimya
mühəndisliyi fakültəsi üçün 2011-ci ildə Qafqaz Universitetində beş yeni
laboratoriyasını açmışdır. Azərbaycanda və Türkiyə universitetlərinin neft
mühəndisliyi fakültəsindəki yerli tələbələrə dəstək məqsədilə təqaüd proqramları
hazırlamışdır.
Ölkədə KSM sahəsində bankların da fəallığı özünü göstərir. Belə ki, “Bank
Technique”in sosial hesabatında qeyd olunur ki, bank 2013-cü ilin may ayında
talassemiyalı uşaqlara qanvermə aksiyası təşkil etmiş, Ümummilli Lider Heydər
Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq, şahmat turniri və futbol çempionatı
keçirmişdir.Eyni zamanda bank incəsənət sahəsində bacarığı olan,istedadlı
gənclərə dəstək məqsədilə “İndi” layihəsini həyata keçirmişdir. “Avropada ən
yaxşı KSM Proqramı” nominasiyasında mükafat almış Paşa Bankın İctimaiyyətlə
əlaqələr və marketinq departamentinin məlumatına əsasən qısa müddət keçsədə
bankın KSM sahəsində böyük nailiyyətlərə imza atdığını bildirib. Təhsil, idman və
mədəniyyət layihələri həyata keçirilib. “Atabank” da öz fəaliyyətində korporativ
sosial fəaliyyətə, idman,mədəniyyət təhsil layihələrinə xüsusi diqqət ayırır. Bank
humanitar tədbirlər çərçivəsində kimsəsiz uşaqlar arasında rəsm müsabiqəsi
keçirmiş, Novruz bayramı ərəfəsində uşaq evlərinə ziyarət etmiş, idmana qayğı
məqsədilə Xokkey Çempionatı keçirmişdir.
Mobil operator şirkətləri arasında ilk növbədə“Bakcell” şirkətinin KSM
fəaliyyətini qeyd etmək lazımdır. Belə ki, “Bakcell” şirkətinin UAFA ilə birgə
əməkdaşlıq çərçivəsində 1 iyun Uşaqların Müdafiə günü ilə əlaqədar olaraq
Azərbaycanın bir çox rayonlarında uşaq 4 evlərini ziyarət etmiş, tədbirlər
keçirmişdir. Şirkət SOS uşaq kəndlərinə dəstəyini əsirgəməmişdir. "Uşaqların
tolerantlıq təhsili" layihəsini hazırlamış, Azərbaycanda qadınların idman və fiziki
tərbiyəsi, həmçinin onların bu sahədə fəaliyyətinin inkişafı ilə əlaqədar "İdman
qadınlar üçün" layihəsinə imza atmışdır. Digər bir mobil operatorun- “Nar Mobile”
şirkətinin KSM fəaliyyətində də xeyriyyəçilik ön plandadır. 2012-ci ildə şirkət
“Savab dünyası” Talassemiya Assosiasiyası ilə birgə qanvermə aksiyası
keçirmişdir. “Nar Mobile”-ın KSM siyasətində təhsilə və gənclərə yönəlmiş
layihələr üstünlük təşkil edir. Belə ki, karyera həftəsi çərçivəsində şirkət
Azərbaycan Diplomatik Akademiyasında gənclərlə görüşmüş,onları şirkətin
fəaliyyəti və orada karyera imkanları barədə məlumatlandırmışdır.
Ümumilikdə hal-hazırda Azərbaycanda korporativ məsuliyyət
yetərincə inkişaf etməyib. Bu sahədə transmilli korporasiyalarin fəaliyyəti üstünlük
təşkil edir. İri beynəlxalq şirkətlər tərəfindən xüsusilə ətraf mühitin mühafizəsi ilə
bağlı əhəmiyyətli sosial layihələr həyata keçirilib. Sosial obyektlər tikilib
istifadəyə verilib, ehtiyatda olan torpaqlar təmizlənib, yaşıllıqlar salınıb, həmçinin
təhsilə də diqqət ayrılıb.Ekspertlərin gəldiyi nəticəyə əsasən, transmilli
korporasiyalardan fərqli olaraq yerli şirkətlərin sosial fəaliyyət olaraq göstərdiyi
xeyriyyəçilik tədbirləri KSM fəaliyyətinə aid edilə bilməz. Şirkətin KSM fəaliyyəti
üçün strategiyaya sahib olması və hər hansı bir layihəyə məqsədyönlü şəkildə
sərmayə qoyması lazımdır.
Şirkətlər sosial məsuliyyət fəaliyyətinin əsil nümunəsini Heydər Əliyev
Fondunun həyata keçirdiyi işlərin timsalında görə bilərlər. Məhz, Heydər Əliyev
Fondu korporativ sosial məsuliyyətin əsas prinsiplərini reallaşdırır, cəmiyyəti
narahat edən sosial problemləri həll edir, insanların həyat şəraitinin, təhsilinin
səviyyəsinin, sağlamlığının yüksəldilməsi üçün layihələr həyata keçirir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə körpələr evləri, baxçalar, məktəblər, valideyn
himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün yaşayış binaları,
səhiyyə ocaqları, təhlükəli xəstəliklərin müalicəsi mərkəzləri, mədəniyyət ocaqları
inşa edilir, həmçinin, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və
zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi”, kimsəsizlərin istirahətə
və müalicəyə göndərilməsi, eyni zamanda, idman, İKT, ətraf mühit sahəsində
yüksək sosial əhəmiyyəti olan layihələr reallaşdırılır. Heydər Əliyev Fondu təkcə
Azərbaycanda deyil, eyni zamanda, Avropada, Asiyada, hətta, Afrikada da
müxtəlif sosial layihələr reallaşdırmaqla bütün dünyaya korporativ sosial
məsuliyyətin nümunəsini təqdim edir.
Azərbaycanda dövlət və regionlar səviyyəsində aşağıdakı sosial
investisiyaların növləri təklif olunur:
-Büdcəsosial investisiyaları-həm ümumdövlət həm də regional təminat.Onlar
dövlət və regional neqativ sosial proseslərin,hadisələrin reallaşdırılmasına,eləcədə
sosial sfera obyektlərinin inkişafına yönəldilir;
-İnsan kapitalının inkişafında biznesin şəxsləşdirilmiş sosial
investisiyaları(təhsil layihələrinə,səhiyyə,xüsusən də narkomaniyanın qarşısının
alınması,AIDS vəs.yatırımlar);
-Hakimiyyət və biznesin regional sosial layihələrə birgə dəstəyinin
başlanğıcı.Hökumət biznesi onunla birgə,regional səviyyədə müxtəlif cür sosial
əhəmiyyətli layihələrin reallaşdırılmasına təhrik etməlidir;
-Himayəçilik əsasında sosial sferanın ayrı-ayrı sektorlarına biznesdən sosial
dəstək.Bu əsasən mədəniyyət sahələri,incəsənət,idman,xüsusən də futbolla
bağlıdır;
-Kiçik biznes tərəfindən əhalinin sosial bağlı qruplarına və ayrı-ayrı sosial
obyektlərin yerləşməsi yerinə görə sistemli dəstək;
-Beynəlxalq təşkilatların iştirakı ilə sosial layihələr.Bir qayda olaraq onlar
cəmiyyəti investisiya obyektlərini müəyyənləşdirməkvəfəallığa cəlb etməyə
istiqamətlənirlər;
-Təbii fəlakət, texnogen hadisələr, milli müqəddəs yerlərin vəs. bərpası
zamanı biznesin və cəmiyyətin xeyriyyəçilik fəaliyyəti.

3. KSM-də mövcud problemlər və onların aradan qaldırılması

Araşdırmanın nəticələri göstərir ki, beynəlxalq təcrübədə şirkətlərin üstünlük


verdiyi sosial hesabat məsələsinə Azərbaycandakı şirkətlər demək olar ki,
əhəmiyyət vermir. Onların yalnız az bir qismi korporativ sosial fəaliyyətlə məşğul
olur və bu barədə sosial hesabat verməyi vacib sayır. Əksər şirkətlər sosial
fəaliyyətlə məşğul olduğunu bildirsə də sosial hesabat verməkdən yayınır.
Şirkətlərin KSM fəaliyyətini nizama salacaq qanunverici bazanın
yoxluğu. Qanunvericilik bazası KSM fəaliyyətinə stimulverici səbəb olmaqdan da
əlavə təşkilatların belə fəaliyyətlərə xüsusi qayğı ilə yanaşmasına zəmin yaradır.
Bu sahədə qanunun olmaması nəticəsində şirkətlər sosial məsuliyyətə ciddi
yanaşmır, vacib hesab etmədiyi üçün onu öz işində tətbiq etmir.
Qanunvericilik bazasının olmaması KSM-in inkişafına nə qədər pis təsir
eləsə də, sahibkarların da kifayət qədər məlumatının olmaması bu sahənin
inkişafında öz sözünü deyir. Belə ki, onlara əsasən işin maliyyə tərəfi, və
bizneslərini genişləndirmək maraqlıdır. Lakin bu zaman onlar unudurlar ki, daha
hazırlıqlı və dünyagörünüşlü insanların onların təşkilatına qoşulması onlara çox
kömək edə bilər. Lakin təəssüflər olsun ki, onların KSM anlayışı ilə bağlı
təsəvvürləri isə sadəcə xeyriyyəçilik və sponsorluq fəaliyyətindən ibarətdir.
Onların bu fəaliyyətləri isə daha çox reklam xarakterlidir.
KSM üzrə yerli kadrların, Azərbaycan dilində
informativ materiallar və kitabların olmaması.Ölkədə təhsil müəssisələrində KSM-
lə bağlı tədris verilmir, mütəxəssislər yetişdirilmir. Bu problemi qızışdıran
məqamlardan biri də KSM fəaliyyəti ilə məşğul olan şirkətlərin bir-biri ilə təcrübə
mübadiləsi kimi fəaliyyətlərə qoşulmamasıdır. Bütün bunlar nəinki KSM-in
inkişafına yardım etmir, hətta ona maneçilik törədir.

Problemlərin aradan qaldırılması:


 KSM treninq və seminarların təşkil olunması;
 KSM tədqiqatların aparılması;
 KSM üzrə konsaltinq servisləri;
 KSM layihələrin hazırlanması və təşkilatçılığı;
 KSM barədə məlumatların yayımı.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu
sahədə hüquqi bazanın formalaşmasını, bizneslə Vətəndaş Cəmiyyəti Təşkilatları
arasında əməkdaşlığın yaradılmasını qarşısına məqsəd qoymuşdur. 2011-ci ildə
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən KSM haqqında qanun layihəsinin
hazırlanmasınada cəhd göstərilmişdir. Bu qanun biznes, hökumət və QHT-lərin
birgə əməkdaşlığını təmin etməyə yönəlmişdi. Qanun layihəsi müzakirəyə çıxarılsa
da Milli Məclis onun qəbul olunmasına ehtiyac görməyib. Milli Məclisin rəyinə
əsasən dünya təcrübəsində də bu sahədə qanun anlayışı mövcud deyil. Qanun
layihəsinin xartiya kimi qəbul olunması və bu barədə digər mexanizmlərin
yaradılması daha məqsədəuyğun sayılıb. QHT-lərə Dövlət Dəstək Şurası xartiyanın
qəbulu ilə bağlı növbəti mərhələlərin nələrdən ibarət olacağı barədə hələ ki
məlumat verməmişdir.
KSM-in inkişafı üçün normativ hüquqi bazanın yaradılması istiqamətində
həmçinin İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının
əməkdaşlığı ilə təşkil olunmuş tədbirdə dünyanın qabaqcıl şirkətlərinin
təcrübəsindən yaranmaqla Azərbaycan şirkətləri üçün Korporativ Etika Məcəlləsi
hazırlanıb. Məcəllə özündə şirkətlərin əməkdaşlarına hörmətlə davranmalı
olduğunu, təkcə əməkdaşlıq etdiyi şirkətlər qarşısında deyil, bütünlükdə cəmiyyət
qarşısındakı olan öhdəliklərini əks etdirir. Məcəllədə göstərilənlərə riayət etmək
şirkətlər üçün vacibdir. Əks təqdirdə isə onlar şərtlərə niyə əməl etmədiklərini izah
etməyə borcludurlar. Bütün bu layihələrin həyata keçirilməsi zamanı əsas
amillərdən biri hesabatlılıq prinsipinə əməl olunmasıdır. Məcəllənin qanunverici
aktlardan üstünlüyü ondadır ki, ona davamlı olaraq ona əlavə və dəyişikliklərin
edilməsi mümkündür. Lakin hələ də məcəllənin təqdimatı olmayıb. Hüquqi
bazanın inkişafı üçün İqtisadi İnkişaf Nazirliyi tərəfindən Korporativ İdarəetmə
standartları da hazırlanıb.
Azərbaycanda biznesin sosial məsuliyyət konsepsiyasını uyğunlaşdırsaq,
aşağıdakılar artıq zəruri olar:
-etik prinsiplər əsasında biznesin sosial məsuliyyətinin milli standartlarını mezo və
makro səviyyədə tətbiqi üçün işləyib hazırlamaq ;
-sosial-əmək münasibətlərinin tənzimlənməsini bütün səviyyələrdə əhatə edən
sosial məsuliyyətin parametrləri ilə konseptual müəyyənləşdirmək;
-sosial məsuliyyətli kompaniyanın əmanətlərini qiymətləndirmək üçün meyarlar
işləyib hazırlamaq və onları ictimai reytinq sıralamasına daxil etmək;
-sosial investisiyalaşdırmaq üçün,xüsusən də kompaniyanın müsbət imicinin
tanınması və formalaşması baxımından təsirli motivasiya mexanizmləri tətbiq
etmək;
-dövlətdə real vəziyyəti öyrənmək məqsədilə,bütün təsərrüfat subyektlərinə sosial
hesabat təqdim etmək;
-bu fəaliyyətin digər istiqamətləri elmi və peşəkar müzakirələrin nəticəsi kimi
meydana çıxmalıdır.

Ölkədə KSM-in inkişafı üçün təkliflər:


 Stimulverici tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, vergi
güzəştlərinin tətbiq olunması, vergi kreditləri və vergi tətillərinin təyin
olunması;
 Maarifləndirmə işinin aparılması;
 Dövlət və özəl sektor şirkətlərinb eynəlxalq çağırışlara qoşulması;
 Sosial məsuliyyət məcəlləsinin təşviq olunması, korporativ idarəetmə
standartlarının işlənilməsi,şirkətlərin sosial hesabatlılıqlarının artırılmasına
təşviq olunması;
 Hökumət və yerli özünüidarəetmə orqanlarının KSM sahəsində illik
prioritetlərini müəyyənləşdirib, elan etməsi;
 Xarici transmilli korporasiyalar və yerli şirkətlərin KSM siyasətini həyata
keçirərkən daha çox yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa
üstünlük verməsi;
 KSM mədəniyyətinin zəifliyinin aradan qaldırılması üçün Azərbaycan dilində
ədəbiyyatın çap olunması, iqtisadi fakültələrdə KSM fənninin tədris olunması.

Ədəbiyyat siyahısı:

 AZƏRBAYCANDA KORPORATİV SOSİAL MƏSULİYYƏTİN


MÖVCUD VƏZİYYƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ
https://www.kas.de/c/document_library/get_file?uuid=0c6394b5-1b5b-
7656-5f75-efecc4429f5a&groupId=252038
 «Korporativ sosial məsuliyyət»,Q.Ramil,Biznes Universiteti,Bakı 2017,
səh 279
 https://modern.az/articles/21598/1/
 https://sia.az/az/news/economy/623367.html
TESTLƏR

1. “Korporativ Sosial Məsuliyyət (KSM) - Azərbaycan” təşkilatı hansı


vəzifələri öhdəsinə götürmüşdür?
A) şirkətlərin sosial fəaliyyətinə nəzarət
B) şirkətlərin sosial fəaliyyətinin inkişafı
C) şirkətlərin gördüyü işlərlə bağlı hesabat verməsinin təmin
olunması
D) bütün variantlar doğrudur

2. Azərbaycanda sosial fəaliyyət həyata keçirən şirkətlər arasında hansı(lar)


üstünlük təşkil edir?
A) mobil operator şirkətləri
B) banklar
C) neft şirkətləri
D) bütün variantlar doğrudur

3. Şirkət KSM fəaliyyəti üçün nə etməlidir?


A) strategiyaya sahib olmalı və hər hansı bir layihəyə məqsədyönlü
şəkildə sərmayə qoymalıdır
B) xeyriyyəçilik tədbirləri
C) sosial layihələr həyata keçirməli
D) təhsilə diqqət ayırmalı

4.Azərbaycanda KSM-də mövcud problemlərdən hansı yanlışdır?


A) stimulverici səbəbin olmaması
B) qanunverici bazanın yoxluğu
C) KSM üzrə yerli kadrların,Azərbaycan dilində informativ
materiallar və kitabların olmaması
D) sahibkarların kifayət qədər məlumatının olmaması

5. Sosial məsuliyyətin Azərbaycan variantı formalaşma təcrübəsi və inkişafına


görə ........ və kontinental sxeminin elementlərindən istifadə edərək müştərək
formada mövcud olmasıdır. Nöqtələrə uyğun gələni seçin.
A) ABŞ modelinin (klassik model)
B) Britaniya modelinin (könüllü biznes təşəbbüsü)
C) Almaniya modelinin (mühafizəkar model)
D) Rusiya modeli (tətbiqi dövlət təşkilatlarından və koordinasiya
prosesindən ayrılmazdır)

6. Sovet İttifaqı tərkibində olmuş Azərbaycanda KSM-nin inkişafdan qalma


səbəb(lər)i:
A) kollektiv sistemin tətbiqi
B) dövlətin özəl bizneslərə yaratdığı maneələr
C) qadağalar
D) bütün variantlar doğrudur

7. Azərbaycanda KSM sahəsində ........ fəaliyyəti üstünlük təşkil edir.


Nöqtələrə uyğun gələni seçin.
A) transmilli korporasiyalarin
B) mobil şirkətlərin
C) bankların
D) neft şirkətlərinin

8. “Avropada ən yaxşı KSM Proqramı” nominasiyasına aşağıdakılardan hansı


layiq görülmüşdür:
A) “Bank Technique”
B) “Bank of America”
C) “Paşa Bank”
D) heç biri doğru deyil

9. Nə üçün şirkətlər sosial məsuliyyətə ciddi yanaşmır və vacib hesab etmədiyi


üçün onu öz işində tətbiq etmir? (əsas səbəbi seçin)
A) bu sahədə qanun olmadığı üçün
B) bu sahədə mənfəət olmadığı üçün
C) KSM haqqında az məlumatlı olduğları üçün
D) heç biri doğru deyil

10. KSM-in inkişafı üçün normativ hüquqi bazanın yaradılması istiqamətində


atılan addımlara aiddir:
A) Dövlət Dəstəyi Şurası tərəfindən KSM haqqında qanun
layihəsinin hazırlanmasına cəhd
B) Koporativ Etika məcəlləsi
C) İqtisadi İnkişaf Nazirliyi tərəfindən Korporativ İdarəetmə
standartlarının hazırlanması
D) bütün variantlar doğrudur
Cavablar: 1.D 2.D 3.A 4.A 5.B 6.D 7.A 8.C 9.A 10.D

You might also like