You are on page 1of 302

Əbdülhəmid əbu Süleyman

İslama görə beynəlxalq münasibətlərin


nəzəri əsasları: müsəlman •ikri və
metodologiyasının yeni istiqamətləri

BAKI – 2014
“İdrak” İctimai Birliyi
AZ1100, Bakı ş., Bakı Universiteti MTK,
M. Seyidov 3138, D korpusu, 1-ci mərtəbə
www.idrak.org.az

Əbdülhəmid əbu Süleyman


İslama görə beynəlxalq münasibətlərin nəzəri əsasları: müsəl-
man fikri və metodologiyasının yeni istiqamətləri / Tərcüməçi
və redaktor, ön söz və şərhlərin müəllifi: fəlsəfə üzrə fəlsəfə
doktoru Elvüsal Mәmmәdov. Bakı: CBS, 2014, 300 sәh.

Kitab Dini Qurumlarla İş üzrә Dövlәt Komitәsinin icazәsi ilә nәşr olunur
(DK-966/Q)

© “İdrak“ İctimai Birliyi, 2014


Mərhəmətli və Rəhimli Allahın adı ilə!

İslam dini fərdin həm mənəvi həyatının formalaşmasında,


həm də ətrafla münasibətlərinin tənzimlənməsində mühüm rol
oynayır. Elə buna görə də onun təlimləri universaldır, deməli,
ictimaidir, odur ki müxtəlif səviyyədə münasibətlərin qurul-
masına çağırış edir. İctimai münasibətlərin bütün formalarına
əhəmiyyətin verilməsi islamın bariz xüsusiyyətidir. Bir tərəfdən,
insanın daxili dünyasına səslənən mənəvi-əxlaqi təlimlər, digər
tərəfdən isə xarici aləmə açılmış “pəncərə”lər sonuncu səmavi
dinin varlığa universal baxışını əks etdirir. İlahi Vəhy tələb
edir ki, müsəlman həm zəngin mənəvi aləmə sahib olsun,
həm də ətrafı ilə möhkəm ünsiyyət yaratsın. Çünki insanın
dünyadakı vəzifəsi – ibadət, varislik və mənəvi abadlaşdırma-
dır. Allahın yer üzündəki varisi (xəlifəsi) sayılan insan əvvəlcə
özünü, sonra ətrafını islah etməli, haqq və ədalətin bərqərar
edilməsinə çağıran rəbbani missiyanı həyata keçirməlidir. Var-
lığa hərtərəfli baxışın nəticəsidir ki, bu din Ərəbistan qum-
luqlarında itib-batmamış, daxili – mənəvi və xarici – sosial
münasibətlərin vəhdətindən qaynayan rəbbani şövqlə yayılma
arealını genişləndirmiş, nəhəng Müsəlman sivilizasiyasını bəşə-
riyyətə əta etmişdi.
İslamın ictimailiyi o deməkdir ki, özünü ətrafdan təcrid et-
mir, müxtəlifliklərə dözümlü münasibət bəsləyir, hər kəs və hər
şeylə əlaqə yaradır. Məhəmməd peyğəmbərin (Ona Allahın xeyir-duası və
4 Tərcüməçinin ön sözü

“aləmlərə rəhmət olaraq” göndərilməsi də islamdakı


salamı olsun!)

ictimailiyin ən bariz göstəricisidir.


İslam üçün ictimailik – ətrafa açılma çox mühümdür. Çünki
digər səmavi dinlərdən fərqli olaraq islam məhəlli səciyyə daşı-
mır: Quran və hədislərdə daha geniş coğrafiyanın – dünyanın
dini olaraq təqdim edilir. Bu üzdən islamın maraqları ibtidai
ictimai münasibətlərlə məhdudlaşmır, daha mürəkkəb sahəni
– beynəlxalq əlaqələri də ehtiva edir.
Orta əsrlərdə müsəlman hüquqşünasları sosial münasibətləri
müəyyən çərçivədə (nikah, alış-veriş və s.) öyrənmiş, beynəlxalq
münasibətlər probleminə olduqca az yer ayırmışlar. O döv-
rün qeyri-müsəlman dövlətləri və ölkələrə münasibətdə islam
hüququ bir sıra Quran ayələrini, məhdud sayda hədisləri və
Peyğəmbərin zamanına aid tarixi presedentləri əsas götürürdü.
Bir tərəfdən, Xilafətin və ayrı-ayrı müsəlman xanədanlarının
güclü olmağı, digər tərəfdən isə qeyri-müsəlman cəbhənin bu
güc qarşısında diplomatik münasibətlərin qurulmasını zəruri
etməyəcək qədər zəifliyi, bəlkə də, beynəlxalq münasibətlərin
müfəssəl nəzəri əsaslarının işlənib-hazırlanması ehtiyacını ortaya
çıxarmamışdı. Bir sözlə, Orta əsr müsəlman hüquq sistemində
diplomatik beynəlxalq münasibətlərin bir problem kimi qar-
şıya qoyulmamağının səbəbi kimi həmin dövrdə dünyanın si-
yasi mənzərəsi çıxış edir. Həmin vaxt silahlı toqquşmalar və
müharibə şəraiti (təhlükəsi) dövlətlərarası münasibətlərin təbiə-
tinin əsas elementləri sayılırdı.
Yeri gəlmişkən, o da qeyd edilməlidir ki, Xilafət sərhədlərin-
dən kənarda yaşayan qeyri-müsəlmanların şəriət statusu prob-
lemi islam hüququnda “müstə`minlərin hüquqları” başlığı al-
Tərcüməçinin ön sözü 5
tında öyrənilmişdi. İslam tarixinə ənənəvi qərəzli yanaşma
tərzinin əksinə olaraq, obyektiv tədqiqatlar göstərir ki, Orta
əsrlərdə istər Xilafət daxilində, istərsə də xaricində yaşayan qey-
ri-müsəlmanlar haqda fiqhi hökmlər təsis edilmişdi. Deməli,
onlar islam hüquq sistemində müəyyən hüquq və vəzifələri
olan subyektlər kimi nəzərdən keçirilmişdilər.
Müxtəlif siyasi, hətta dini tərəflərə münasibətdə Peyğəmbər
təcrübəsi dinc yaşama və sülh müqavilələrinin bağlanması ilə
səciyyələnirdi. Belə ki Məhəmməd peyğəmbər (Ona Allahın xeyir-duası
və salamı olsun!) Mədinəyə köçdükdən sonra həm müşriklər, həm

də yəhudilərlə müqavilə bağlamış, dinc münasibətlərə xüsusi


əhəmiyyət vermişdi. Məkkə müşrikləri ilə münasibətlərin ən
gərgin dövründə məşhur Hüdeybiyyə sülh sazişinin bağlanması
da Peyğəmbərin xarici siyasətində diplomatiyanın əhəmiyyətli
yerinə işarə edir. Bu cür siyasi kursun seçilməsini həm islam
dininin təbiəti, həm də mövcud siyasi-ictimai vəziyyət zəruri
etmişdi. Allah elçisinin hərbi səfərlərinə gəlincə, buna müşrik
ərəblərin təcavüzkarlığı, müqavilələri pozmaları, Peyğəmbərin
müttəfiqlərinə hücum etmələri səbəb olmuşdur. Davamlı zülmə
məruz qalmış müsəlmanların psixoloji haləti, hər an hücu-
ma keçə biləcək bütpərəst qəbilələrə qarşı müdafiə olunma-
ğın zəruriliyi o dövrdə siyasi münasibətlərin formasına təsir
göstərirdi. Qərbli müəlliflər Mədinə dövlətinin xarici siyasətini
o dövrdə baş vermiş hadisələrin müsəlmanlarda formalaşdır-
dığı psixoloji haləti dərk edə bilmədiklərindən qeyri-obyektiv
şəkildə izah edirlər. Hicrətdən (622-ci il) sonrakı mərhələdə
ərəb müşrikləri ilə münasibətlərin təbiətini tədqiq edərkən
6 Tərcüməçinin ön sözü

dövrün psixoloji abı-havasını nəzərə almaq elmi obyektivliyi


təmin edəcəkdir.
Sonralar Əməvi və Abbası sülalələri ilə təmsil olunan Xi-
lafət özünün ən qüdrətli dövrünü yaşadıqda qeyri-müsəlman
dövlətlərə münasibətdə bəzi sərt fiqhi hökmlər çıxarılmışdı.
Əslində bunu həmin dövrdə dövlətlərarası əlaqələrin təbiəti
zəruri edirdi. Bu cəhəti diqqətdən qaçırsaq, problemi düzgün
təhlil edə bilməyəcəyik. Tarixin müəyyən mərhələsinin şərtləri
daxilində çıxarılmış bu fiqhi hökmlər indiki dövrdə qəribə gö-
rünür, lakin məsələyə tarixi aspektdə toxunduqda bu təəccüb
elmi xatircəmliklə əvəz olunacaqdır. Əlaqədar siyasi vəziyyət
dövlətlərarası münasibətlərin təbiətinə təsir göstərmişdi. Kənar-
dan davamlı təhlükələrə məruz qalan, ətraf dövlətlərin hərbi
ekspansiyalarının hədəfinə çevrilən müsəlmanlar düşmənə qarşı
hazırlıqlı olmalı, ümməti qorumalı idilər. Onlar müharibələrə
təhlükəsizliyi qorumağın zəruri vasitəsi kimi baxırdılar. Mü-
dafiə ilə yanaşı, hücuma keçmək özünüqoruma variantı kimi
qəbul edilirdi. Bu dövrdə ətraf dövlətlərlə diplomatik müna-
sibətlərin, demək olar ki, kəsilməsi tarixin həmin mərhələsini
səciyyələndirən siyasi vəziyyətlə əlaqədardır.
Lakin sonralar, XVII əsrdən etibarən qeyri-müsəlman döv-
lətlərlə əlaqələrin təbiətində ciddi dəyişikliklər baş verdi. Belə
ki müharibə ilə səciyyələnən münasibətlər diplomatik xarakter
aldı. Siyasi vəziyyətin dəyişməsi beynəlxalq münasibətlərə dair
ənənəvi fiqhi hökmlərin yenidən nəzərdən keçirilməsini zəruri
etdi. Zəifləmiş Müsəlman dünyası ilə getdikcə güclənən Avropa
dövlətlərinin münasibətlərini dövrə uyğun şəkildə tənzimləmə-
yə ehtiyac vardı.
Tərcüməçinin ön sözü 7
Müasir dövrdə isə vəziyyət tamamilə başqadır. Qərbin siyasi,
iqtisadi və elmi cəhətdən üstünlüyü, Müsəlman dünyasında va-
hid dövlət sisteminin olmamağı, müsəlmanların güclü tərəfdən
asılı tərəfə çevrilmələri, müharibələrin formatı, problemləri
həll etmədə qılıncın yeganə vasitə seçilməməyi və sair amillər
zəruri edir ki, islam hüququnda beynəlxalq münasibətlərin yeni
qaydaları işlənsin.
Oxucuya təqdim edilən bu kitab sözügedən problemin aka-
demik müstəvidə həllinə cəhdi ifadə edir. Kitabda beynəlxalq
münasibətlərin Qərb modeli tənqid olunur, çatışmayan tərəfləri
göstərilir, alternativ olaraq islam nöqteyi-nəzəri təqdim edilir.
Müəllif beynəlxalq münasibətlərə dair islam modelini təqdim
etmədən əvvəl ənənəvi islam fikrinin əsas mənbələri haqda da-
nışır, bir-sıra anlayışların (cihad, zimmi, cizyə, darülküfr, darü-
lislam və s.) qeyri-ənənəvi izahına cəhd göstərir. O qeyd edir
ki, müasir islam fikrinin bir sıra problemləri, o cümlədən dö-
nüklük, etiqad azadlığı və cizyə məsələləri yeni baxış əsasında
izah olunmalıdır.
Kitabın əhəmiyyəti, həm də ondadır ki, müəllif islam fikrinin
indiki dövrdə fəal və səmərəli rol oynaya bilməməyinin gizli
səbəblərinə toxunub. O, həm də belə bir suala cavab tapmağa
cəhd göstərib: Beynəlxalq münasibətlər sahəsində, sülh, əmin-
amanlıq, əməkdaşlıq kimi aktual problemlərə baxışda Qərb
fikrinin müvəffəqiyyətsizliyə uğramasından irəli gələn çatışmaz-
lıqları aradan qaldırmada islam fikri nə üçün yeni alternativlər
təqdim edə bilməyib?
Metodoloji problemlərdən də söz açan müəllif belə qənaətə
gəlir ki, bəzi dini mətnlərin və real şəraitin ya nəzərə alınma-
8 Tərcüməçinin ön sözü

mağı, yaxud qərəzli şəkildə izah edilməsi, ya da sırf ibadət


məsələlərindən hesab olunması və nəhayət, hər şeyi “nəsx”
iddiası ilə ört-basdır etmək cəhdi səhv və kortəbii yanaşmadır.
Kitabda problemin qeyri-ənənəvi formada qoyulmağı oxucu-
nun diqqətindən qaçmayacaqdır.
Müəllif göstərir ki, şəriətin məqsədləri və prinsiplərini konk-
ret zamanla, məkanla əlaqəli siyasi şəraitdən fərqləndirmək bir
sıra problemləri həll edə bilər. Dövrün tələbləri ilə səsləşən
yeni seçim və alternativlərin müəyyənləşdirilməsində tarixi şə-
raitin yenidən nəzərdən keçirilməsi faydalıdır.
Kitabda qarşıya qoyulan əsas məqsəd islama görə yeni mü-
nasibət modellərinin müəyyən edilməsidir.
Fikrimizcə, bu kitab islam siyasi fikri ilə maraqlanan hər
bir mütəxəssis üçün faydalı mənbədir. Diqqətli mütaliə imkan
verəcəkdir ki, hörmətli oxucu beynəlxalq münasibətlər prob-
leminə islamın baxışını əks etdirən maraqlı məlumatlarla tanış
olsun.

Elvüsal Məmmədov
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun
əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dinşünas
KİTABIN ƏRƏBCƏ NƏŞRİNƏ ÖN SÖZ

Sovet imperiyasının dağılıb, ateist-marksist və materialist


ideologiyanın tənəzzül etməsindən sonrakı dövrdə Müsəlman
dünyasının qarşılaşdığı təhlükələr azalmamış, əksinə, artmış və
mürəkkəb hal almışdır.
Yeni vəziyyət milli maraqlar çərçivəsində dövlətlərarası rəqa-
bət və mübarizəni dağıdıcı müstəviyə daşımışdır.
Qeyd edək ki, iqtisadi, əxlaqi, sosial “yorğunluq” və çətinlik-
lər təkcə post-sovet məkanı üçün xarakterik deyildir, həm də
Qərbi Avropa dövlətlərini, ABŞ-ı bürümüşdür. Təbii ki, bu
vəziyyət dünyəvi-materialist Qərb mədəniyyətinin “kök”lərinin
o qədər də dərinə işləməməyindən xəbər verir.
Yeni dünya mənzərəsi sosial-iqtisadi nizamsızlıqdan əziyyət
çəkən, milli maraqlar müstəvisində çəkişmələrə atılan dövlətlə-
rin əli ilə “cızılır”. Bu dövlətlər balaca və zəif ölkələr üçün
daimi təhlükə mənbəyidir. Odur ki həmin ölkələr mübarizə
və rəqabət poliqonuna çevrilir, müstəmləkəçi arzuların obyekti
rolunu oynayır.
Müsəlman ümmətini əmələ gətirən xalqlar və dövlətlərə gə-
lincə, onlar hər şeydən əvvəl əqidəvi (həm də ideoloji), fikri və
mənəvi sağlamlığını bərpa etməlidirlər. Bu baş verdikdə İslam
ümmətinin siyasi, iqtisadi və mədəni gücü özünə qayıdacaqdır;
10 Kitabın ərəbcə nəşrinə ön söz

müsəlmanlar “camaat”ın1, ümmətin, mədəni, siyasi, iqtisadi bir-


lik və həmrəyliyin nə olduğunu yenidən başa düşəcəklər.
Milli maraqlar uğrunda rəqabətin gücləndiyi, beynəlxalq və
regional blokların (siyasi, iqtisadi...), güc mərkəzlərinin möv-
cud olduğu bir dövrdə Müsəlman dünyası dövlətləri fəal və
səmərəli siyasi kurs yürütməyi bacarmalıdır. Söhbət birliyi tə-
min edəcək, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın
münasib tərəflərini müəyyənləşdirəcək siyasi kursdan gedir. Bu-
nunla da, Müsəlman dövlətlərinin maraqları qorunacaq, bu və
ya digər dövlətin imperializmin saxta adlarla təqdim etdiyi,
gizli məqsədlərə xidmət edən ikitərəfli əlaqələr “tələ”sinə düş-
məsinin qarşısı alınacaqdır.
Qərbdə bir çox siyasətçi, lider və ideoloq birliyi təmin
edəcək, ziddiyyətləri aradan qaldıracaq platformanın müəyyən-
ləşdirilməsi istiqamətində islama və Müsəlman dünyasına dair
fikirlərini açıqlamışlar.
İslam dünyası diqqət olunası xəbərdarlıqla üz-üzədir. Bu xə-
bərdarlığın tarixi dərsləri monqol və səlibçilərin hücumlarında,
Qranada və Qüdsün xarabalıqlarında daha qabarıq görünür.
Sülh fəlsəfəsi (buraya insanın və dünyanın qorunması, var-
lığın təkliyi və insanın birliyi, varislik və abadlaşdırma vəzifəsi
daxildir) canlı (əyani) islam nümunəsi olmadıqca həyata keç-
məyəcəkdir. Bu canlı nümunə özündə müsəlman xalqları və

1
Camaat: (ərəb. “topluluq”). Müsəlmanların din qardaşlığı prinsipinə
əsasən təsis etdikləri və üzv olduqları sosial-dini və siyasi birlik, toplum;
namaz zamanı imamın arxasında duranlar; bu və ya digər əqidə və hərə-
kat nöqteyi-nəzərindən müsəlmanların yaratdığı birlik. Burada yuxarıdakı
mənalardan birincisi və sonuncusu nəzərdə tutulub – tərcüməçinin qeydi.
Kitabın ərəbcə nəşrinə ön söz 11
mütəfəkkirlərinin fərdi və beynəlxalq münasibətlər (həm də
sistemlər) müstəvisində islah arzusunu əks etdirməlidir.
Kitabda işlənmiş problemlərin çoxu akademik dairələrdə
elmi təsdiqini tapsa da, oxucuya qeyri-adi görünən məsələlər
də istisna olunmur. Bu səbəbdən müəllif bu məsələlərə obyek-
tiv münasibəti əks etdirən hər bir sağlam tənqidi və dialoqu
alqışlayır. Çünki bu cür tənqid və dialoq yeni ideyalar doğurur,
müəyyən məqamlara aydınlıq gətirir, kitabda qarşıya qoyulmuş
məqsədin reallaşmasına imkan verir. Kitabın məqsədi isə fikri
və mədəni islah işinin aparılmasını təmin etməkdir. Təəssüf
ki, ümmətin başbilənləri və rəhbərlikləri arasında əməkdaşlıq
və dialoq kəsildikdən, müsəlman düşüncəsinə qorxu və ətalət
çökdükdən sonra mədəni-fikri islahat təşəbbüslərinə rast gəlin-
məyib.
Uğur Allahdandır!

Professor Əbdülhəmid Əhməd əbu Süleyman


Kuala-Lumpur, 1992.
GİRİŞ

Kitab iki əsas məqsədə xidmət edir. Birincisi budur ki, islam
nöqteyi-nəzəri təqdim olunur; islam fikrinin əsas mənbələri
haqda danışılır; islama görə beynəlxalq münasibətlərin nəzəri
tərəflərinin akademik üslubda obyektiv izahına cəhd göstərilir.
İkincisi, kitabda islam fikrinin indiki dövrdə fəal və səmərəli
rol oynaya bilməməyinin gizli səbəblərinə toxunulur. Bununla
yanaşı, belə bir suala cavab tapmağa cəhd göstərilir ki, beynəlxalq
münasibətlər sahəsində, sülh, əmin-amanlıq, əməkdaşlıq kimi
aktual problemlərə baxışda Qərb fikrinin müvəffəqiyyətsizliyə
uğramasından irəli gələn çatışmazlıqları aradan qaldırmada is-
lam fikri nə üçün yeni alternativlər təqdim edə bilməyib.
Bu kitab “İslamda iqtisadiyyat nəzəriyyəsi: mahiyyəti və mü-
asir vasitələr (Qahirə, 1960)” adlı digər tədqiqat işimi1 hazır-
layarkən qazandığım elmi təcrübə əsasında yazılmışdır.
Elmi təcrübəm göstərmişdir ki, həm ətalət, həm də ənənəvi
müsəlman metodologiyasının məhdud tətbiqi islam fikrinin do-
nuqlaşıb, reallıdan uzaq qalmağına səbəb olmuşdur.
Beynəlxalq münasibətlərdən bəhs edən bu tədqiqat islamda
iqtisadiyyat fəlsəfəsi haqda yazılmış məlum kitabın metodolo-

1
Kitabın faydalı xülasəsi üçün bax: Contemporary Aspects of Economic
Thinking in Islam: The Proceedings of The Third East Coast Conference
of The Muslim Students` Association of The United States and Canada,
April, 1968 (Plainfield, IN.: American Trust Publications, 1976).
Giriş 13
giyası ilə əlaqəli yeni fikirlərin, yanaşma və mülahizələrin üzə
çıxarılmasına fürsət yaradır. Bu metodologiya ondan ibarətdir
ki, əvvəlcə, iqtisadiyyat sahəsi ilə əlaqəli bütün dini mətnlər –
ayə və hədislər bir yerə cəm edilib. Sonrakı mərhələdə həmin
dini mətnlərin mənası izah olunur, onlarda ifadəsini tapmış
anlayışların bir-biri ilə əlaqəsi müəyyən edilir. Təbii ki, bu, həm
filoloji araşdırma, həm də tarixi şəraitin, vasitə və imkanların,
əlaqədar mühitin təhlilini tələb edir. İqtisadiyyat sahəsində isla-
mın məqsədləri ilə əlaqəli ayə və hədislərin tədqiqində istifadə
etdiyim bu məntiqi-fikri üslub fəal sistematik metodun inkişaf
etdirilməsinə gətirib çıxarmışdır.
Həmçinin bu metod müxtəlif fəaliyyət istiqamətləri və şüur-
lu münasibət arasında əlaqənin mövcudluğunu üzə çıxarır. Bu
fəaliyyət istiqamətlərinin mühümlüyü və erkən islam dövrünün
tarixi təcrübəsi zamanı inkişaf mərhələlərini keçməsi sağlam
yanaşmanın ortaya çıxmasında, kortəbii üslublardan imtinada
böyük təsirə malikdir. Bəzi dini mətnlərin və real şəraitin ya
nəzərə alınmaması, ya da qərəzli şəkildə izah edilməsi, ya da
sırf ibadət məsələlərindən hesab olunması və nəhayət, hər şeyi
“nəsx” iddiası ilə ört-basdır etmək səhv və kortəbii yanaşma ilə
müşayiət olunmuşdur.
Şəriətin məqsədləri və prinsiplərini konkret zamanla, məkan-
la əlaqəli siyasi şəraitdən fərqləndirmək bir sıra problemləri
həll edəcəkdir. Belə ki dövrün tələbləri ilə səsləşən yeni seçim
və alternativlərin müəyyənləşdirilməsində həmin tarixi şəraitin
yenidən nəzərdən keçirilməsi faydalı olardı.
Bu səbəbdən kitabda islama görə yeni münasibət model-
lərinin müəyyən edilməsinə cəhd göstərilir ki, bu da xalqlar,
14 Giriş

millətlər arasında sülh, təhlükəsizlik, əməkdaşlıq və ortaqlı-


ğı möhkəmlətmək məqsədi daşıyır. Həmçinin islam fikrində
indiyədək əsas götürülən ənənəvi müsəlman metodologiyası-
nın öyrənilməsi və təhlili bu kitabda qarşıya qoyulmuş məq-
sədlərdən biridir.
Habelə biz bu kitabda müasir islam fikrinin bir sıra prob-
lemlərini, o cümlədən dönüklük, etiqad azadlığı və cizyə məsə-
lələrini yeni baxış əsasında izah etməyi düşünürük. Dinin ana
prinsip (üsul) və funksiyalarını induktiv metodla araşdırmaq,
din alimləri və dünyəvi mütəfəkkirlərin rolunu öyrənmək, in-
diki dövrdə islam fikrinin düçar olduğu davamlı donuqluğun
bütün bunlarla əlaqəsini üzə çıxarmaq – bütün bunlar da kita-
bın tədqiqat obyektinə daxildir.
Qeyd edək ki, beynəlxalq münasibətlərin əsaslanacağı islam
nəzəriyyəsi müasir dünyada sülhü təmin edəcək yeganə nəzə-
riyyə kimi çıxış edə bilər. Bu nəzəriyyə qəti şəkildə göstərir ki,
bütün insanların eyni kökdən gəlməsi, ortaq maraqlar və ortaq
tale insanın, insan-ətraf mühit münasibətlərinin, cəmiyyətlər-
arası təsirlərin mahiyyətini başa düşmədə sabit və yeganə əsas-
lar rolunu oynayır. Mühüm olaraq qeyd edilməlidir ki, islamda
insan, bəşəri maraqlar və sosial münasibətlər əsas götürülür. Bu
dinə görə, sosial münasibətlər həmhüdud dairələri xatırladır:
dairələr fərddən başlanır, bəşəriyyətlə tamamlanır. Qohumlar,
qonşular, nəsillər və vətən iç-içə olan dairələrə oxşayır. Bu
dairələrdə insanlar bəşəri qardaşlıq prinsipi əsasında nəzərdən
keçirilir; dil, əqidə və irq fərqlərinə baxmayaraq, hamının sev-
giyə layiq olduğu təlqin edilir.
Giriş 15
Digər fəlsəfi yanaşma və ideologiyalara görə, sülh münaqişə
və müharibələrin tənzimlənməsi bacarığıdır, bəşəriyyəti onla-
rın zərərlərindən qoruma cəhdidir. Qeyd edək ki, Qərbin fəl-
səfi yanaşmaları millətçilik, siniflərarası mübarizə anlayışlarına
əsaslanır. Bu səbəbdən anlayış, mənafe fərqlərinə, təzadlı ten-
densiyalara görə bəşəri münasibətlərdə mənfilik faktoru əsas
götürülür. Təbii ki, bu cür yanaşma müharibələrin baş ver-
məsinə səbəb olur, bəşəriyyətə böyük zərər vurur.
Tarixdən bilirik ki, sülhün davamlılığı üçün insanların eyni
kökdən törədiyini, eyni maraqları və talelərinin olduğunu dərk
etmək, özü də şüurlu şəkildə dərk etmək lazımdır.
Bəşəriyyət dövlətlərarası münasibətlərin çoxəsrlik ənənəsinə
sahibdir. Beynəlxalq təşkilatlanma konkret mütərəqqi hadisə
sayılır. Qurub-yaradan fəlsəfi qaydalar əsasında, islamın da can
atdığı barış və sülh prinsipləri çərçivəsində bu ənənəni təkmil-
ləşdirmək mümkündür.
Beləliklə, bu kitabda problemin qeyri-ənənəvi formada qo-
yulmağı bəşəriyyətin tərəqqisi üçün yeni ümidlər doğurur.
Ümid edirik ki, araşdırmamız müsəlman mütəfəkkirləri, rəh-
bər və başbilənlərinin diqqətini özünə çəkəcəkdir. Onlar da
bəşəriyyətin gələcəyi naminə bu işin iştirakçısına çevriləcəklər.
İslam fikri metodologiyasının təhlilinə əsaslanan bu tədqiqat
müsəlman mütəxəssislərinə insan təbiəti və sosial münasibətlər
kimi problemlərə hərtərəfli yanaşmaq imkanı verəcəkdir. Elə
islamın məqsədləri, prinsipləri, dəyər və təlimləri də bunu tələb
edir. Söhbət təkcə düzgün yanaşmadan getmir, məsələ həm də
bundadır ki, obyektiv metodologiya “varislik elmləri” adlandırı-
16 Giriş

la biləcək sosial, humanitar və təbiət elmlərinin yeni “cizgi”sini


cızacaq qeyri-ənənəvi koqnitiv tədqiqatlara stimul verəcəkdir.
Habelə mən Müsəlman ümmətinin zəif tərəflərini araşdır-
mışam, onun fikir tarixi və keçmişinə nəzər salmışam. Bəlkə
də, bu, kitabda qarşıya qoyulmuş məqsəddən uzaqlaşmaq kimi
görünür. Amma mədəni, iqtisadi, siyasi və hərbi sahələrdə mü-
səlmanların geri qalmalarının səbəblərini öyrənmək baxımın-
dan belə bir araşdırma çox mühümdür.
Mən bir müsəlman olaraq, şanlı tarixi ərzində İslam dün-
yasının uğurlarını, eyniadlı dinin qarşıya qoyduğu məqsədləri
tam yəqinliyi ilə iqrar edirəm. Bu səbəbdən ümməti əvvəlki
“sağlamlığ”ına qaytarmaq işində şüurlu surətdə iştirak etmək
istəyirəm. Ümmət intibah mərhələsinə qədəm basarsa, müasir
dövrdə bəşəriyyətin düzgün yola çıxması, müsəlman heysiy-
yətinin qorunması mümkün olacaqdır.
Tam yəqinliyi ilə başa düşürəm ki, müasir dünya sağlam
dini prinsip və dəyərlərə, deməli, rəbbani din sayılan islama
möhtacdır. Odur ki kitabda xalqlar və dövlətlərarası səmərəli
münasibətlərin qurulması üçün zəruri sayılan şərtləri təmin
edəcək əsas prinsip və dəyərlərin müəyyənləşdirilməsinə cəhd
göstərmişəm.
Ümidvaram ki, bu tədqiqat müsəlman olmayan mütəfəkkir-
ləri islama sağlam üslubda nəzər salmağa sövq edəcəkdir. Bu-
nunla da, onlar dinlərinin adını qara çıxaran bəzi müsəlmanların
nə üçün belə etdiklərinin səbəbini öyrənmiş olacaq, bugünün
dünyasının problemlərini həll etmədə islam nöqteyi-nəzərini
başa düşəcəklər. Habelə qeyri-müsəlman alim və mütəfəkkirlər
islama bəslədikləri nifrət və tarixi ədavəti bir qırağa qoyacaq,
Giriş 17
müsəlmanlarla əməkdaşlıq çərçivəsində ortaq məqsədlərin real-
laşmasına “hə” deyəcəklər.
Müsəlmanlar və başqaları başa düşməlidirlər ki, sülhün,
əməkdaşlığın hökm sürdüyü ümumdünya qardaşlıq sisteminin
qurulması və mühafizəsi üçün dini əqidələri onlara məsuliyyət
yükləyib. Belə ki ümumdünya islam sistemi prinsipi elə bir
dünya qurmağı məqsəd güdür ki, bütün insanlar və xalqların
öz etiqadlarına uyğun yaşamaq haqqı vardır. Və belə bir dünya-
da hər kəs başqaları ilə qarşılıqlı ehtiram əsasında əməkdaşlıq
edir.
Belə bir baxış öz növbəsində insanların dünyagörüşünün
genişlənməsinə, ortaq dəyər və maraqların inkişaf etdirilməsinə
səbəb olacaqdır. Nəticədə, fəal əməli siyasi bünövrə qurulacaq,
sosial qruplar arasındakı münasibətləri tənzimləyəcək beynəl-
xalq qanunlar təsis olunacaqdır. Bu, sülh, təhlükəsizlik, əmək-
daşlıq və səmərəli ortaqlıq prinsiplərinə əsaslanan ümumdün-
ya sisteminin formalaşdırılmasında yeganə sağlam vasitədir.
Bəşəriyyət bu cür sistemin inşası üçün indiyədək müxtəlif va-
sitələrdən istifadə etsə də, uğursuzluğa düçar olmuşdur.
Hər şeydən əvvəl, müsəlmanlar mədəni-psixoloji imkanları-
nı səfərbər etmək, təsəvvür və yanaşmalarını düzəltmək üçün
özlərindən başlamalıdırlar. Habelə onlar öz aralarında qardaşlıq
və həmrəylik abı-havası formalaşdırmalıdırlar. Bununla yanaşı,
onlardan islam tarixinin təşkilatlanma sahəsindəki uğurları və
mütərəqqi addımlarını dirçəltmək tələb olunur. Bunun üçün
onlar hər şeydən əvvəl öz aralarında səmimi olmalı, başqaları-
nın nəzərində ciddiyyət qazanmalıdırlar. Belə olduğu təqdirdə
18 Giriş

başqalarını müsəlmanlarla əməkdaşlığa cəlb etmək mümkün


olacaqdır.
Kitabın yazılma məqsədlərindən biri də islam fikri və me-
todologiyasının yenilənməsi mexanizmi ətrafında dialoq və
müzakirələrə qapı açmaqdır. Məqsədimiz islam fikrində nəyin
doğru olduğunu üzə çıxarmaq deyildir; əksinə, burada bizi
düşüncə və davranışlarda hansı nöqsanların olduğunu müəy-
yənləşdirmək, onları hansı vasitələrlə aradan qaldırmaq maraq-
landırır. Ümmətin vəziyyəti, doğrudan da, narahatlıq və dəhşət
doğurur. Bu səbəbdən biz tənqid etməyə məcburuq. Düşü-
nürük ki, bu tənqid bizə çox şey qazandıracaqdır. Amma bu
tənqid sağlam mühakimə, obyektiv təhlil, düzgün müzakirə
əsasında baş tutmalıdır. Məhz bu halda bizə ümməti bürümüş
geriliyin səbəbləri və “xəstəlik”ləri məlum olacaqdır.
Kitabda gəlinən nəticələr fitva və ya dini hökm xarakte-
ri daşımır. Biz sadəcə olaraq, öz mülahizələrimizi bildirmiş,
təhlillərimizi aparmışıq. Bu təhlil və mülahizələr imkan verəcək-
dir ki, səhv təsəvvürlərin təshihini aparmaq, yeni həll variant-
ları təqdim etmək üçün dialoq və müzakirələr genişləndirilsin.
Bununla da, ümmətin ülvi məqsədlərini reallaşdırmaq, islam
fikrini aktivləşdirmək, ona üstün funksiyalar yükləmək müm-
kün olacaqdır.
Mərhum professor İsmayıl Faruqinin son yazısını kitabımıza
müqəddimə seçməyimiz bizim üçün şərəfdir. Bu yazıda biz
islamı, müsəlmanları və bütün bəşəriyyəti səmimiyyətlə sevən
canlı nümunənin şahidi oluruq. Diləyimiz budur ki, həmin
müqəddimə axirət həyatında onun pak ruhunu mübarək qılsın,
ona Allahın rəhmətini qazandırsın! Qoy müsəlmanlar və yer
Giriş 19
üzünün bütün səmimi insanları bu yazının nurundan faydalan-
sınlar!
Son olaraq, bir müəllif kimi bildirirəm ki, prinsip və dəyər-
lərin bərpası, metodologiyanın yenilənməsi, fəal və səmərəli
islam fikrinin formalaşdırılması istiqamətində atılacaq ortaq
addımlar çərçivəsində hər bir tənqid və təklifləri alqışlayıram.
Allahdan arzum budur ki, həm dünyada, həm də axirətdə
məni xeyirlə mükafatlandırsın, haqq və ədaləti bərqərar etmədə
bu kitabımı vasitə qılsın, digər müsəlman mütəfəkkirlərinə bu
işdə mənə kömək etsinlər deyə ilham versin, hər birimizi doğ-
ru yolda sabitqədəm etsin!
Doğrudan da, O eşidəndir, duaları qəbul edəndir!

Professor Əbdülhəmid Əhməd əbu Süleyman


Vaşinqton, fevral 1987.
Müqəddimə
ŞƏHİD PROFESSOR İSMAYIL FARUQİNİN
YAZDIĞI ÖN SÖZ

Beynəlxalq İslam Fikri İnstitutunun oxuculara İngilis dilində


təqdim etdiyi bu kitab beynəlxalq münasibətlər mövzusunda
Pensilvaniya Universitetində müdafiə olunmuş doktorluq dis-
sertasiyasından ibarətdir. Şübhə yox ki, kitabın akademik tərəfi
ağır basır, amma elmi dəyəri daha çoxdur. Çünki tədqiqat möv-
zusu olaraq islamda beynəlxalq münasibətlər seçilib. Müəllif
erkən islam dövründə Müsəlman dünyasındakı prosesləri tən-
zimləyən ümumi prinsipləri və onların inkişaf xəttini tədqiq
etmişdir.
Əslində, kitab təkcə ona görə uğurlu alınmayıb ki, müəllifin
müvəffəqiyyətlə müdafiə etdiyi dissertasiyadır; həm də ona
görə uğurlu alınıb ki, indiki dövrün ən əhəmiyyətli tədqiqat
mövzularından biri ilə – ümumdünya sistemi mövzusu ilə sıx
əlaqəli islam anlayışlarına toxunmuşdur.
Bu günlərdə ən əhəmiyyətli məsələ bəşəriyyəti məhv olmaq
təhlükəsi ilə üz-üzə qoymuş ümumdünya sistemi haqda insan-
ları maarifləndirməkdir1. Bəşəriyyətin bugün qorxu içərisində

1
Bu sətirlərin yazıldığı dövrdə iki hegemon qütb: SSRİ-nin rəhbərliyi
ilə sosialist bloku və ABŞ-ın aparıcı tərəf olduğu NATO bloku dünyaya
ağalıq uğrunda mübarizə aparırdı. Bu mübarizənin doğura biləcəyi nüvə
müharibəsi, təbii ki, bəşəriyyətin mövcudluğu üçün təhlükə idi. İndiki
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 21
yaşamağının “baiskar”ı son iki əsr ərzində Qərbin dünya üzə-
rindəki hegemonluğudur. Habelə indiki dövrdə dünyanın düş-
düyü çıxılmaz vəziyyət Qərbdə ümumdünya cəmiyyəti ideya-
sından irəli gələn tarixi “ifrazat”ların nəticəsidir. Bu çıxılmaz
vəziyyətdən xilas olmağın ən düzgün yolunu tapmaq üçün
həmin ideyanın yaranma tarixi və mahiyyəti ilə tanış olmaq
lazımdır.

1. XIX əsrin sonunadək “ümumdünya


cəmiyyəti” ideyası

Yəhudilikdə islahatçılıq (reformasiya) hərəkatı hesab olunan


Şərq xristianlığının əksinə olaraq, Qərb xristianlığı Roma im-
periyasına əvəz kimi ümumdünya cəmiyyəti ideyasını ortaya
atmışdır. Kilsə həmin dövrdən başlayaraq bu ideyanın qızğın
müdafiəçisi olmuşdur. Amma bu ideya uğur qazanmadı. Qısa
müddət ərzində Kilsə hakimiyyətinin hegemon olduğu dövlət
qurulsa da, bu dövlət ümumdünya dövlətinə çevrilə bilmədi.
Əslində bu dövlət Kilsənin nüfuzunu genişləndirmək məqsədi
daşıyırdı.
Avropa xristianlarının Kilsə tərəfindən məruz qaldıqları zülm
və işgəncə hallarını üzə çıxaran uzun siyahıları təqdim etməyə
ehtiyac yoxdur. Onsuz da Reformasiya hərəkatı (protestantlıq)

dövrdə dünya ikiqütblü mənzərədən təkqütblü mənzərəyə keçsə də, nüvə


müharibəsi təhlükəsi sovuşmayıb. Qərbin, xüsusən də ABŞ-ın hegemonluq
siyasəti və bu siyasətə qarşı çıxan blokların narazılığı, yeni dünya sisteminə
uyğun olaraq, dövlətlər arasında silahlanma yarışı gələcəkdə bəşəriyyəti
məhv edə biləcək nüvə müharibəsinin baş verməyəcəyini zəmanət altına
almır – tərcüməçinin qeydi.
22 Müqəddimə

Kilsənin dünya hakimiyyətini ləğv etməklə bunu bariz şəkildə


ortaya qoymuşdur. Kilsənin təkcə siyasi və iqtisadi hakimiyyəti
ləğv olunmamış, həm də kilsə məhkəmələrinin fəaliyyəti da-
yandırılmış, təbiəti və kainatın sirlərini öyrənsin deyə insan ağlı
buxovlardan azad edilmişdir. Mühüm məqamlardan biri bu-
dur ki, Avropa xristianlıqdan mənsubiyyət və subyektiv kimlik
vasitəsi olaraq imtina etmiş, insan ağlına şəxsiyyətin formalaş-
ması və idarə olunmasının başlıca vasitəsi statusu vermiş, onu
vətəndaşlığın əsasında duran amil kimi nəzərdən keçirmişdir.
Reformasiya dövründən sonra bu tendensiyanın sürətli in-
kişafı nəticəsində Maarifçilik hərəkatı yarandı. Maarifçilik də
ümumdünya cəmiyyəti ideyasına çağırırdı, amma onun bayra-
ğını dinə deyil, ağıla həvalə edirdi. Lakin Avropa maarifçiliyi
doğru hesab etdiyi şeyi həyata keçirmək üçün özündə kifayət
qədər güc tapmadı. Bir tərəfdən, Maarifçilik müdafiəçiləri və
tərəfdarlarını inandırmışdı ki, dinə qarşı çıxmır. Bununla da
o, zəmanət verilməsi və inanılması qeyri-mümkün ümum-
dünya üstqurumu üçün əsas hazırlamışdı. Digər tərəfdən isə
Maarifçiliyin tərəfdarları dünyaya car çəkdikləri şeyin əksinə
hərəkət edərək, saxtakarlıq göstərdilər. Belə ki onlar bəşəriyyət
və dünya haqda ağızdolusu danışsalar da, əslində bununla Av-
ropa xalqlarını nəzərdə tuturdular. Bu səbəbdən Maarifçilik
sərt müqavimətlə qarşılaşdı. Həmçinin xristianlıq onu ultra-
rasionalizmə əsaslandığı üçün özünə təhlükə hesab edirdi. Av-
ropa kralları da Maarifçiliyə müqavimət göstərirdilər. Çünki
Maarifçilik onların nəzərində Kilsə hakimiyyətinin ləğvindən
sonra qazandıqlarını təhlükə altına salan amil idi. Bu səbəbdən
birincilər romantizmə, ikincilər isə millətçiliyə üstünlük verdilər.
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 23
Bütün bunlara görə Maarifçiliyin “ümumdünya cəmiyyəti”
ideyası başlanğıcdaca müvəffəqiyyətsizliyə uğradı. Avropanın
“islahatçı” kilsələri krallarla çiyin-çiyinə verib, rasionalizmə
müharibə elan etdilər. Krallar da öz növbələrində romantizmi
əsas götürdülər. Romantizm xristianlığı inkar etməsə də, inanc
anlayışına bir az fərqli yanaşırdı. Romantizmin inanc anlayışı
hisslər və emosiyalar (həyəcan) əsasında həqiqət və dəyərlərin
təsdiqinə söykənirdi. Bu inancda ağıl və təsəvvürlərə yer yox
idi. Həmçinin millətçilik və ya “özmərkəzlilik” (əlahiddəlik)
əsasında müəyyən qrupa “sadiq” görünməklə krallar öz nüfuz-
larını qoruyub saxlamağı bacardılar. Millətçilik ümumi mənafe
mənasına gəlirdi. Çünki həmin xudbin qrupun mənafeyini tə-
min etməklə yanaşı, krala və xalqa sədaqət təsəvvürü bağışla-
yırdı.
Şleyermaxer romantizmin, Fostel de Kolang isə millətçiliyin
müdafiəçisi idi. Hər ikisi siyasi yerliçilik (regionçuluq) cərəyanı
qarşısında öz nöqteyi-nəzərlərini tutarlı şəkildə müdafiə edən
əsərlər yazmışlar. Regionçuluq – problemlərin metafizik, dəyər
və əxlaq müstəvisinə daşındığı cərəyandır ki, bununla da
“ümumdünya cəmiyyəti” ideyası darmadağın olmuşdur.
Maarifçiliyin tənəzzülü, həm də iki nəticəyə gətirib çı-
xardı; elmdə başlıca aktiv qüvvə sayılan ağıl (zəka) təbiət
üzərində qələbə çalmağın özünəməxsus mütləq vasitəsinə çev-
rildi. Dövlətlər təbiətdəki sirləri öyrənmək, onu insan iradəsinə
tabe etmək üstündə bir-biri ilə rəqabət aparmağa başladılar
ki, bu da zəkanın aktivləşməsinə gətirib çıxardı. Təbii ki, bu
rəqabətdə hər bir dövlət öz milli maraqlarını, o cümlədən
müdafiə məsələlərini əsas götürürdü. Təbiətə rasional baxışın
24 Müqəddimə

üstünlük kəsb etdiyi bir mühitdə əxlaq və dəyər məsələləri


küncə sıxışdırılıb ikinci dərəcəli biliklər kimi nəzərdən keçiril-
di. Halbuki bu biliklər həqiqəti üzə çıxarmağa kömək etməklə
yanaşı, zəkanın tədqiqat predmetinə çevrilə bilərdi. Hisslər və
şəxsi təcrübədə bu sahələr könüllü şəxslər üçün sərbəst və açıq
sahələr sayılırdı. Bu subyektiv və nisbi yanaşma, tez keçmədi,
öz “bəhrə”sini verdi: xristianlıq ultra-rasional Maarifçilikdən xi-
las olmaq üçün əxlaq və dəyərlər fəlsəfəsinə yenidən müraciət
etdi.

2. XX əsrin yarısınadək “ümumdünya


cəmiyyəti” ideyası

“Ümumdünya cəmiyyəti” ideyası ilə yanaşı, xristianlığın baş-


lıca əqidə prinsiplərindən imtina etmək də şüurlu proses idi.
Avropa beynəlxalq müstəvidə dini (xristianlığı) eybəcər şəkildə
təsvir etməyi bacarmışdı. Belə ki Fridrix Engels və Karl Marksə
görə, din – xalqların tiryəki idi. Fərdi müstəvidə isə Fridrix
Nitşe və Ziqmund Freyd dini əxlaqı və psixologiyanı təhlil
etdikdən sonra “dinin bir illüziya olaraq ömrünü başa vurdu-
ğunu” bildirmiş, amma “Gələcəkdə din öz dəyərlərini yenidən
möhkəmlədə bilər!” xəbərdarlığını etmişdilər.
Bütün bunlar Avropada yeganə hegemon dinin xristianlıq
olduğu bir vaxtda baş vermişdi. Maarifçilik dövründə avropalı
tənqidçilər din dedikdə xristianlığı nəzərdə tuturdular. Kommu-
nizm Avropanın mərkəzindəki bu “alovlu” və hiddətli gücləri
bir yerə topladı, rəqabət aparan sistemlər arasında ziddiyyət
oyatdı, Avropada müharibələrə səbəb oldu. Beləliklə, romantizm
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 25
tənqid olundu. Çünki romantizm hisslərə, subyektiv təcrübə və
mədəni nisbiliyə əsaslanan dinin millətçiliklə müqəddəs sayıl-
mayan “müttəfiqliy”ini əks etdirirdi.
Bu dəfə də kommunizm “ümumdünya cəmiyyəti” ideya-
sı ilə çıxış etdi, amma hissləri və subyektiv təcrübəni əsas
götürmədi. Çünki kommunist yanaşmada materiya və tarixin
materialist izahı əsas sayılırdı. Bu ideologiya İkinci Dünya
müharibəsinədək xristianlıq və millətçiliklə amansız mübarizə
apardı. Kommunistlər “ümumdünya cəmiyyəti” ideyasını əsas
götürərək, materializm və proletariatın (işçi sinfinin) hakim ol-
duğu dünya yaratmaq istəyirdilər. Lakin İkinci Dünya mühari-
bəsi zamanı və ondan sonra Ana Rusiya bu ideyadan istehlakçı
cəmiyyət naminə imtina etdi. Çin inqilabı da müharibənin
sonunda Sovet İttifaqının “ümumdünya cəmiyyəti” ideyasına
xələl gətirməsinə əks-reaksiya olaraq həmin ideyaya əsaslanmaq
və genişlənmək istədi, amma inqilabın rəhbəri və nəzəriyyəçisi
Mao Tsi hələ ölmədən bu plan müvəffəqiyyətsizliyə uğradı. Əgər
SSRİ “ümumdünya cəmiyyəti” ideyasına sadiq qalıb, özündə
təmərküzləşmək işində Çinə kömək etsəydi, bu ideyanın sədası
uzaqlardan gələr, ömrü də uzun olardı. Bədbəxtlikdən bu ide-
ya Qərbdə necə varsa elə mövcud olduğu halda, kommunizm
dünyasında ölü və donuqdur.
Böyük Britaniya və Fransa iki dünya müharibəsi arasında
dünyanın ümumi mənzərəsini əbəs yerə qoruyub saxlamağa
çalışdılar. Onlar Millətlər Liqasında aparıcı gücə sahib oldu-
ğundan müstəmləkəçiliyin əldən çıxmamağı üçün bu amildən
istifadə etməyə cəhd göstərmişdilər. Amma onların hadisələri
istiqamətləndirmə siyasəti təcavüzkarlığa əsaslanırdı. Əslində
26 Müqəddimə

bu iki dövlət mövcud mənzərəni qoruyub saxlamaqla Asiya və


Afrikadakı müstəmləkə siyasətlərini ört-basdır etməyi məqsəd
güdürdülər.
Maarifçilik idealizminin təsiri altında, özünütəcrid siyasətinə
cavab olaraq, prezident Vudro Vilson ABŞ-ın Millətlər Liqa-
sından çıxmağı haqda qərar qəbul etdi. Əslində bu, özbaşına
qərarlar verən Avropaya etiraz idi. Sovet İttifaqına gəlincə, mü-
xalifliyi və qəsdən yürütdüyü özünütəcrid siyasəti səbəbindən
Liqaya daxil edilmədi.
İkinci Dünya müharibəsindən sonra “ümumdünya cəmiy-
yəti” ideyası dördüncü dəfə BMT vasitəsilə gündəmə gətirildi.
Ümid edilirdi ki, BMT Millətlər Liqasından daha mütərəqqi
olacaqdır. Amma başlanğıc prinsiplər həmin prinsiplər idi və
hər iki təşkilata öz təsirini göstərə bilmişdi. Elan edildi ki,
BMT-yə üzvlükdə təşkilati prinsip bir dövlətin suveren olmağı
və öz imkanları hesabına şəxsi maraqlarını təmin edə bilməsidir.
Buna əsasən, üzv dövlətlər tərəfindən qərarların icra edilməsi
ixtiyari idi; hər dövlət öz maraqlarını əsas götürürdü və həmin
qərarlara tabe olmağa məcbur deyildi. Təbii ki, böyük güclər
kiçik dövlətlər qarşısında əzələ nümayiş etdirməyi yaxşı baca-
rır, onları həmin qərarlara uymağa məcbur etməyin müxtəlif
yollarını tapa bilirdilər. Millətlər Liqasındakı münaqişələrin (çə-
kişmələrin) həlli Beynəlxalq Ədalət Məhkəməsinə həvalə olu-
nurdu. Bu qurum İkinci Dünya müharibəsindən sonra da öz
mövcudluğunu qoruyub saxlamışdı, amma gözəl “heykəl” və
təşviqat kürsüsü olaraq!
BMT-yə gəlincə, həm qanunverici, həm icraedici hakimiyyəti,
həm də səlahiyyətləri iki qurum: Baş Assambleya və Təhlükə-
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 27
sizlik Şurası arasında bölüşdürülüb. Təhlükəsizlik Şurası beş da-
imi üzvdən ibarətdir. Güclü dövlətlərlə təmsil olunan bu beş üzv
veto hüququna sahibdir. Bununla yanaşı, Baş Assambleyanın
üzv dövlətlərindən bir neçəsi növbəli surətdə TŞ-yə müşahidəçi
qismində seçilir. Təhlükəsizlik Şurası icraedici quruma rəhbərlik
edir. Şura Baş Assambleyanın qərarlarını əhəmiyyətsiz saymaq
səlahiyyətinə sahibdir. Habelə Təhlükəsizlik Şurası nadir hallar-
da bütöv qurum kimi fəaliyyət göstərir. Belə ki beş daimi üzv
dövlətdən biri çıxarılmış bu və ya digər qərarın özünün milli
maraqları ilə üst-üstə düşmədiyini gördükdə veto hüququndan
istifadə edir. Beləliklə, digər daimi üzv dövlətlərin həmin qərara
dəstək verməsi bir şey ifadə etmir.
Aydın məsələdir ki, bu iki beynəlxalq təşkilat subyektiv
ziddiyyətlər əsasında qurulmuşdu. Bir dövlətin bu iki quruma
üzvlüyü beynəlxalq birlik vasitəsi ilə təmin olunurdu. Yəni, bir
dövlətin milli suverenliyi milli maraqlar prinsipinə əsaslanırdı
və milli maraqlar həmin dövlətin mövcudluğunu göstərən başlı-
ca amil idi. Elə isə milli maraqlara sahib bir dövlətin beynəlxalq
maraqları əsas götürməsi qeyri-mümkündür. “Şəxsi maraqları
təmin etmək üçün hər şeydən keçmək!” fəlsəfəsindən çıxış
edən bir dövlət başqalarının mənafeyini əsas götürə bilməz.
Millətçilik bir dövlətin milli maraqlarında güzəştə getməsinə
əngəl törədən amil kimi çıxış edir. Bu amil həm də üzv
dövlətlər arasında ədalətin təmininə səy göstərən aktiv ümum-
dünya cəmiyyətinin qurulmasında tələb olunur. Milli mənafe
bir dövləti məcbur edir ki, nəyin bahasına olursa-olsun öz
maraqlarını əsas götürsün. Bu səbəbdən böyük dövlətlər veto
qoymaq hüququnu öz əllərinə keçiriblər. Onlar beynəlxalq are-
28 Müqəddimə

nada daha çox öz maraqlarını güdürlər. Bu dövlətlər Baş As-


sambleyanın qərarlarını da qüvvədən sala bilirlər. Çünki bu
qərarların icrası üçün İcraedici aparatın təsdiqi lazımdır ki, bu
aparatda da söz sahibi Təhlükəsizlik Şurasının daimi üzvləridir.
BMT-də digər qurumlar da fəaliyyət göstərir. Bu qurum-
lar xüsusi layihələri həyata keçirmək, müəyyən problemləri
həll etmək, dünya dövlətlərinin daimi ehtiyaclarına münasibət
bildirmək üçün mövcuddur. Böyük güclər bu qurumlar üzərin-
də də ya birbaşa, ya da dolayısı yolla təsirə malikdir. Çün-
ki həmin qurumların büdcəsinin yaranmasında bu güclər pay
sahibidirlər. Deməli, böyük güclər belə olan halda istədiklərini
asanlıqla əldə edirlər. Əgər bu qurumlarda onların əleyhinə
bir qərar çıxarılarsa, ya maliyyə dəstəyini dayandırır, ya da
onu kəsməklə hədələyirlər. Hər iki vəziyyət həmin qurumun
fəaliyyətinin dayanmasına səbəb ola bilir. Aralarında razılıq
əldə olunmazsa, həmin qərarın icrasını əngəlləmək üçün veto
hüququndan istifadə edilir. Elə bu səbəbdəndir ki, müəyyən
vaxtlarda İsrail Baş Assambleyanın qərarlarına meydan oxumuş-
dur. Deməli, BMT-nin öz iradəsi yoxdur, hətta ona üzv bəzi
dövlətlərin səsi ümumiyyətlə eşidilmir. Çox vaxt təcavüzkar
tərəf kimi ya böyük güclər, ya da onlara tabe dövlətlər çıxış
edir. Bu zaman BMT çarəsiz vəziyyətə düşür. Təcavüzkarlıq
faktının qınanması isə olsa-olsa Baş Assambleyada səsə çı-
xarılır. Amma təcavüz davam edir, BMT tərəfindən qınanma
kiminsə vecinə olmur.
Bir sözlə, BMT ümumdünya hökuməti deyildir. Bu səbəb-
dən üzv dövlətlər arasında baş vermiş təcavüzün dayandırıl-
masında passivdir. Buna baxmayaraq, hələ də mövcuddur, hələ
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 29
də sələfi – Millətlər Liqası kimi heç bir işə yaramır. Olsa-olsa,
natiqlər üçün əla xitabət kürsüsüdür!
Amma məsələ böyük güclərin məsələsi olanda BMT ya
dərhal razılıq verir, ya da gözləmə mövqeyi tutur. İkinci Dün-
ya müharibəsindən sonrakı qısa müddət ərzində elə təsəvvür
yaranmışdı ki, BMT bir daha müharibələrin başlanmasına
icazə verməyəcək, sülhün və ədalətin bərqərar olmağı üçün
dünya dövlətləri federal birliyinin yaranması istiqamətində iş
görəcəkdir. Bugün isə bu ideyaya ancaq sadəlövh insanlar ina-
nır.
Keçmiş müstəmləkələrin siyasi, iqtisadi, hərbi və təhsil me-
xanizmlərinə nəzarət uğrunda mübarizə əvvəllər Avropanın bö-
yük gücləri arasında gedirdi. Lakin İkinci Dünya müharibə-
sindən sonra bu mübarizə iki böyük gücün – ABŞ və SSRİ-
nin meydana daxil olmağı ilə daha da qızışdı. Yeni güclər
Avropa müstəmləkəçiliyini əvəz etdilər, Yer kürəsinin hər bir
nöqtəsində nüfuz sahibi oldular.

3. “Ümumdünya cəmiyyəti” ideyası və ABŞ

İnqilab Amerikası Avropa Maarifçilik hərəkatının “bətn”ində


vassal dövlət olaraq “doğulmuşdu”. Avropanın düşdüyü çətin
vəziyyətdən xilas olmağın alternativi kimi “ümumdünya cəmiy-
yəti” ideyasının gerçəkləşməsində bu “bətn”in rolu danılmazdır.
1776-cı ildə müstəqilliyini elan etmiş ABŞ-ın Avropa və “köh-
nə” dünyadan uzaqda yerləşməsi onu hamının sığına biləcəyi
dövlətə çevirmişdi. Hər kəs bu yeni dünyaya axışır, öz milli və
dini xüsusiyyətlərinə münasib mühitlə qarşılaşırdı. Hamıda belə
30 Müqəddimə

bir qənaət hasil olmuşdu ki, yeni cəmiyyəti ilə köhnə dünyanın
yerini tutmaq Amerikanın taleyinə yazılıb. Amma bu sevinc
bir neçə onillik davam etdi. Avropa millətçiliyinin yaranmasına
qapı açan ümumdünya dili özünə yer etdikcə İngiltərə və İspa-
niya ilə rəqabət başlandı. Bu rəqabət ABŞ-ı öz milli iradəsinə
sahib çıxmağa vadar etdi və Monronun “Amerika amerikalıla-
rındır!” prinsipi əsas götürüldü. İspaniya ilə müharibədən qa-
lib çıxan ABŞ daha da milliləşdi. Latın Amerikası dövlətləri
və Ana İspaniya sivil mərkəzli dövlət anlayışı qarşında ABŞ
məcbur oldu ki, özünü yenidən anqlo-sakson sisteminə daxil
etsin. Həm Birinci, həm də İkinci Dünya müharibələrindən
sonra Qərb müstəmləkə sisteminin sarsılması nəticəsində ABŞ
özünə qapılmış Avropanın qürur varisi olaraq meydanlarda
göründü. Dünyanın qalan yerlərində müstəmləkəçiliyin yeni
pioneri də məhz ABŞ oldu.

4. Qərbin müvəffəqiyyətsizliyi

Bu, sülhün və ədalətin hökm sürdüyü ümumdünya sistemi


yaratmada Qərbin, o cümlədən şərqi Avropanın müvəffəqiyyət-
sizliyi haqda bir xülasədir. Əslində bu müvəffəqiyyətsizliyin
səbəbi ondadır ki, Qərbdə “ümumdünya cəmiyyəti” ideyasını
reallaşdıracaq prinsipin nə olduğunu bilmirlər. Qərb zehniyyəti
və mədəniyyəti dövlət anlayışından sosial tənzimləmə mexaniz-
mi olaraq heç vaxt kənara çıxa bilməyib. Daha dəqiq desək,
xristianlıq həmin ideyanı öz zehninə həkk etmiş, əsrlər boyu bu
fikirlə yaşamışdır. Amma müəyyən vaxt sonra dövlət və xristi-
anlıq arasında ziddiyyət yaranmış, nəticədə, onlar bir-birindən
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 31
ayrılmışlar. Bununla da xristianlığın ümumdünya hakimiyyəti ar-
zuları boşa çıxmışdır. Hər bir halda, dini istiqamətin tərəfdarları
“ümumdünya cəmiyyəti” ideyasını müdafiə edirdilər. Çünki
dünyaya və tarixə yuxarıdan aşağı baxır və düşünürdülər ki,
dünya dağılmaq üzrədir, onu “çarəsizlik dəyirmanı üyüdür, şey-
tanın krallığı da didib-parçalayır”. Bu səbəbdən onlar alternativ
olaraq Kilsədən irəli gələn, İsa Məsihin simvolik və mənəvi ma-
hiyyətini əks etdirən “ümumdünya cəmiyyəti” ideyasına dəstək
verirdilər. Təbii ki, onlar Qanuna, məhkəmə sistemi və orduya
əsaslanan dövlət formasını alqışlaya bilməzdilər. Habelə Şərqdə
və Qərbdə dünyəvi sistemin tərəfdarları bu ideyaya qılıqla-
nıb, ondan öz milli maraqlarını həyata keçirmək üçün istifadə
etdiklərindən xristian ideoloqlarını narazı salmışdılar.
Böyük güclərin törətdiyi əməllər o qədər çoxalıb ki, dün-
ya tarixində analoqu yoxdur və bəşəriyyətin əmin-amanlığı,
stabilliyi üçün təhlükəyə çevrilmişdir. Son iki əsrdə Qərb mə-
dəniyyətinin mübarizə aparılmayacaq qədər hegemonluq qa-
zanması dünyada iki nəhəng gücün yaranmasına gətirib çı-
xarıb. Bu güclər bir-birini darmadağın etməyə, bununla da
bəşəriyyətə öldürücü zərbə vurmağa qadirdir. Haradasa, belə
demək mümkündür ki, bu iki nəhəngin hərbi gücünü hesabla-
saq, yer üzündə adambaşına 250 kq-dan artıq partlayıcı maddə
düşür. Habelə bu mübarizənin sonu görünmür və onun sülhlə
başa çatması qeyri-mümkün hesab olunur. Onlardan hər biri
digərini özündən asılı vəziyyətə salmaq, bununla da yer üzü-
nün təbii və insan resurslarını istismar etmək istəyir. Hətta bu
iki böyük güc arasında müəyyən məsələdə razılıq əldə olunar-
sa, bu, dünyanın digər xalqlarının “başında çatlayır”. Belə ki
32 Müqəddimə

xalqlar həmin nəhənglərin genişlənməsinin qurbanına çevrilir.


Bir sözlə, bu iki nəhəngin müəyyən razılaşmaları müvəqqətidir;
imkan düşən kimi onlardan biri “iş başına” keçir, Yer kürəsinin
harasındasa özünə yeni nüfuz nöqtəsi qazanmağa çalışır. Sülh
şəraitində keçən və “Soyuq müharibə dövrü” adlanan son qırx
il, əslində böyük güclər arasında qorxunun tarazlaşdırılmasın-
dan ibarətdir. Yəni, bir tərəfin digər tərəfi məhv edəcək gücü
əldə etməklə dünyada öz lehinə yaratdığı qorxunu müəyyən
vaxtdan sonra digər tərəf də öz lehinə qazanmağa çalışır. Bəzən
elə anlar yaranır ki, bəşəriyyət sonunun gəldiyini düşünərək
tir-tir əsir. Bəlkə də, bəşəriyyət son otuz il ərzində bu iki
nəhəngin Berlin, Fələstin, Macarıstan, Kipr, Vyetnam, Kuba və
Koreya münaqişələri zamanı bir-biri ilə razılaşmamağı ucbatın-
dan bir neçə dəfə yoxolma təhlükəsi ilə üz-üzə qalıb. Onların
bu çəkişməsi dünyanın yerdə qalan ərazilərində əmin-amanlığı
pozmuş, stabilliyə xələl gətirmişdir.
Həm ABŞ, həm SSRİ, həm də avropalı müttəfiqləri milli
gəlirin böyük hissəsini hərbi sənayeyə ayırırlar. Nəhəng xərclə-
mələr, yeni-yeni hərbi avadanlıqların istehsalı və bu iki güc
arasında əzələ nümayişi məqsədilə yeni silah növlərinin sı-
naqdan keçirilməsi zəruri edir ki, üçüncü dünya ölkələri ara-
sında təcavüzkarlıq aktları törədilsin. Onsuz da bu dövlətlərin
əksəriyyəti vaxtı ilə müstəmləkəçi güclər tərəfindən qurulub və
sərhədləri də siyasi-ideoloji qələmin məhsuludur. Sərhədlər elə
cızılıb ki, milli dövlətlər hey münaqişə içərisindədirlər. ABŞ və
SSRİ həm üçüncü dünya dövlətləri arasında münaqişələri qı-
zışdırır, həm köhnə “haqq-hesab”ları yenidən gündəmə gətirir,
həm də yeni-yeni problemlər yaradırlar. Bununla yanaşı, onlar
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 33
hər bir ölkədə təxribatçı qruplara kömək əli uzadır, onsuz da
xalqın və qonşularının narazılığını qazanmış hakim təbəqələrdə
qorxu yaratmaqla onları özlərindən asılı vəziyyətə salırlar. Qər-
bin həmin kasıb ölkələri silah almağa məcbur etmək siyasətini
də elə bu nöqteyi-nəzərdən izah etmək lazımdır. Təsəvvür edin
ki, Qərbdən məcbur qalıb silah alan bu kasıb dövlətlərin bir-
biri ilə çəkişib müharibə etməsi nəticəsində ölkənin iqtisadiy-
yatı tənəzzülə uğrayır, dövlət büdcəsinin əhəmiyyətli hissəsi
xaricdən silah almağa xərcləndiyindən daha mühüm iqtisadi,
sosial layihələr kağız üzərində qalır. Daimi müharibələrin get-
diyi ölkələrin infrastrukturu dağılır və yenidən qurulur. Qa-
zanan isə silah satıb varlanan həmin böyük dövlətlər olur.
Yox, əgər “qurban edilmiş” dövlət güclüdürsə, onda “Makiavel-
li siyasəti”nə uyğun olaraq, həmin dövlətin daxili resurslarını
tükəndirmək lazım gəlir. Bunun üçün elə şərait yaradılır ki,
həmin resurslar səmərəli məqsədlərə sərf edilmir, əksinə, böyük
güclərin “cib”inə axır. Beləliklə, xaricdən asılılıq artır. Yox, əgər
dövlət kasıbdırsa, onda həmin güclər ona kredit ayırırlar ki,
hərbi avadanlıqlarını ala bilsin, mallarını da istehlak etsin. Bu
minvalla kasıb dövlətlər böyük güclərin köləsi halına gəlir.
Resursları əlindən alınmış və dağınıq vəziyyətə düşmüş
üçüncü dünya ölkələri daxili münaqişələrə, qanlı müharibələrə
səhnədir. ABŞ və SSRİ-nin xammal bazasına çevrilmiş bu ölkə-
lər sənaye və kənd təsərrüfatı mallarını Avropa və ABŞ-dan
almağa məcburdurlar. Böyük güclərin üçüncü dünya ölkələri
üçün cızdığı sistemin ümumi mənzərəsi bundan ibarətdir. Bu
elə bir sistemdir ki, dünyəvi (sekulyar) prinsiplərlə idarə olu-
nur, əxlaq dəyərlərindən uzaq siyasi kursa əsaslanır. Raynhold
34 Müqəddimə

Nepor qeyd edir ki, kralın krallığını Məsihin krallığından ayır-


maq milli siyasət anlayışını doğurmuş, milli siyasəti Məsihin
əxlaq prinsiplərindən uzaqlaşdırmış, milli dövlətə hər bir əxlaq
dəyərini sarsıtmaq səlahiyyəti vermişdir.
Qərb elə bu səbəbdən ümumi büdcədən vətəndaşlarına az
ödəyir. Məqsəd budur ki, əsas diqqət istehsala yönəlsin, bu-
nunla da qiymətlər aşağı düşməsin. Qərbin əxlaq məntiqinə
görə, almaq və yığmaq lazımdır. Elə ki anbarlar əmtəə ilə dol-
du onlar qiymətləri tənzimləmək üçün bu anbarlardakı ərzaq
məhsullarını məhv etməkdə tərəddüd göstərmirlər. İstehsalı dur-
ğunlaşdıran, möhtəkirlik və ərzaq məhsullarını məhv etməklə
səciyyələnən bu qeyri-insani və qeyri-əxlaqi “əməliyyat”ın apa-
rıldığı dövrdə dünya əhalisinin əksəriyyəti pis qidalanmadan
şikayət edir, yüz milyonlarla insan aclıqdan əziyyət çəkir, yox-
sulluqdan ölür.
Bəşəriyyəti daim qorxuda saxlamaq üçün bu iki nəhəng
dövlət yeni-yeni döyüş avadanlıqlarının istehsalı məqsədilə hər-
bi sənayeni hey inkişaf etdirir. Bu, bağışlanmaz səhvdir, insan-
lığa yönəldilmiş cinayətdir, şeytani davranışdır. Bilməliyik ki,
hərbi sənaye ən təhlükəli iqtisadi fəaliyyətdir. Dövlətin gücünün
qorunub saxlanması, şəxsi maraqların əsas götürülməsi və fərdi
məqsədlərin gerçəkləşdirilməsi üçün insanlar arasında nifrət və
ədavət yaradılır. Bütün bunlar son iki əsrdə, Qərb öz nüfuzunu
və hegemonluğunu dünyaya qəbul etdirdikdən sonra baş verib.
Nəticədə, dünya əmin-amanlıq, asayiş və sülh üzünə həsrət qa-
lıb, hər an partlaya biləcək saat mexanizmli bomba halına gəlib.
Həm ABŞ, həm də SSRİ blokunda bir-neçə milyon insan son
dərəcə dəb-dəbəli həyat sürdüyü halda əksəriyyət haqda bun-
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 35
ları deyə bilmərik. Bu insanlar ideal həyat tərzi, yüksək maaşlı
iş arzulayırlar. Hətta bəziləri bəxtlərinin gətirməsini gözləyir,
həmin varlılarda olduğu kimi güc və zənginlik qapılarının onla-
rın da üzünə açılmasına ümid edirlər. Bəşəriyyətin qalan hissəsi
isə pis qidalanmadan, aclıq və yoxsulluqdan əziyyət çəkir. Bu,
qaçılmaz müvəffəqiyyətsizlik deyil, əksinə, ağrılı-acılı faciədir.

5. Ümumdünya sistemi sahəsində


ikir kasadlığı

Beynəlxalq qanunlar və ya ümumdünya sistemi sahəsində


Qərb fikri olduqca kasaddır. Belə ki bəzi ənənələr istisna
olmaqla ümumdünya sisteminə Qərbin “töhfə”si müəyyən mü-
qavilələr və güc tətbiqetmə hallarından ibarətdir. Görəsən, fi-
kir kasadlığımı Qərbi bu cür davranmağa sövq edib? Təcrübə
göstərir ki, Qərbdə beynəlxalq qanunlar ancaq müqavilələr əsa-
sında tətbiq olunub. Odur ki dövlətlərarası münaqişələr danışıq-
larla və ya əvvəlki müqavilələri yeniləməklə həll olunurdu. Bu
cür müqavilələr əksər hallarda imkan verirdi ki, müharibə asta-
nasında dayanmış dövlətlər “əllərini tətikdən çəksinlər”. Amma
həmin müqavilələr ümumiyyətlə yox idisə, onda münaqişənin
həllində güc tətbiq etmək, ya da “dəyənək” siyasətinə əl atmaq
lazım gəlirdi.
Orta əsrlərdə, xüsusilə sxolastikanın yaranmasından sonra
tədqiq olunan “təbii hüquq” prinsipləri akademik-ilahiyyat kon-
teksti ilə məhdudlaşmış, beynəlxalq münasibətlərə tətbiq edil-
məmişdi. Nəzəriyyə ilə praktikanı əlahiddə götürmək isə Qərb
insanının ağlına sonralar, XVII əsrdə gəlmişdi.
36 Müqəddimə

Dini müharibələr, müstəmləkələr uğrunda mübarizə və çə-


kişmələr Avropa dövlətlərinə “ilham” verdi ki, “təbii hüquq”u əsas
götürsünlər. Məqsəd öz aralarında razılığa gəlmək, müqavilələr
bağlamaq idi. Maarifçilik hərəkatı da bu ideyanı dəstəklədi.
Amma romantizmin yaranması ilə Maarifçiliyin ümumdünya
sistemi hayqırtısı eşidilməz oldu. Beynəlxalq fəaliyyət nəzəri
kontekstdən uzaqlaşdı.
Avropalılardan qeyrilərinə gəlincə, onlarla heç bir müqavilə
bağlanmamışdı. Bununla yanaşı, asiyalılar və afrikalılar bir av-
ropalıya görə kafir sayılırdılar və Tanrı onların məhkum qalma-
sını istəyirdi. Odur ki güc məntiqi əsas və yeganə vasitə olaraq
seçilmişdi. Bu səbəbdən avropalılar onları tək-tək və ya kütləvi
surətdə məğlub etmək üçün ən vəhşi vasitələrə əl atmaqda
tərəddüd göstərməmişdilər.
Bundan əvvəl, Millətlər Liqası və Birləşmiş Millətlər Təş-
kilatının yarandığı şərait haqqında danışmış, hər iki qurumun
müvəffəqiyyətsizliyindən söz açmışdıq. Qəribəsi, daha doğ-
rusu, dəhşətlisi budur ki, bu müvəffəqiyyətsizlik Birinci və
İkinci Dünya müharibələrindən sonra Qərb insanını optimal
alternativlər axtarışına sövq edə bilməyib. Amerikalı, yaxud da
avropalı olsun fərqi yoxdur, bu insan yerində saymağa davam
edir, məlum böhrandan xilas olmaq üçün hərəkətə keçmir.

6. İndiki dövrdə yeni ümumdünya


sisteminə ehtiyac vardır

İndiki dövrdə dünyanın yeni beynəlxalq sistemə ehtiyacı var-


dır. Bu yeni sistem daimi sülhü, ədaləti təmin etməli, zülmə və
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 37
azğınlığa yox deməlidir. Bununla yanaşı, bu sistemdə xalqların
mədəni, dini və sosial-iqtisadi fərqlilikləri təbii qəbul edilməli,
ortaq tələbatlara uyğun qanunlar çıxarılmalı, ədalət və azadlığın
hökm sürdüyü mühit formalaşdırılmalıdır. Bu cür ümumdün-
ya sistemi icraedici və təhlükəsizlik qurumları olan ümum-
dünya federal (və ya konfederativ) hökumətinin yaradılmasına
imkan verəcəkdir. Federal hökumət isə beynəlxalq qanun və
məhkəmə sisteminin köməyi ilə hamıya: hökumətlərə, qurum-
lara, cəmiyyət və fərdlərə ədalətli münasibət bəsləyəcəkdir.
Konfederativ sistem yaranmazsa, dünyada sülh olmayacaqdır.
Müasir dövlətlər birləşmiş ümumdünya hökuməti naminə milli
maraqlarından vaz keçmədikcə dünyada ədalət bərqərar olma-
yacaq, əmin-amanlıq yaranmayacaqdır.
İndiki dövrdə ümumdünya hökuməti (forması nəzərə alın-
masa belə) qaçılmaz mütləq zərurətə çevrilib. Nüvə silahları-
nın çoxalması, demoqrafik partlayış, böyük güclərin dünyanın
resurslarını acgözlüklə istismar etməsi, insanların əksəriyyətini
bürüyən və tədricən daha ekstremist abı-hava formalaşdıran
qəzəbli narahatlıq – bütün bunlar göstərir ki, Qərb fikrinin
məhsulu sayılan və son iki əsr ərzində əsas götürülən indiki
ümumdünya sistemini yaşatmaq mümkün deyildir. Ya bu sis-
tem yox olmalı, ya da sivil formada dəyişdirilib bəşəriyyətin
arzu və maraqlarına cavab verməlidir.
Bu səbəbdən Yer kürəsinin sakinləri ya “qabaqda gedən ke-
çinin arxasınca qaçıb özünü qayadan ataraq məhv edən dağ
keçiləri kimi təpədən aşağıya kəlləmayallaq düşməli (Arnold
Toynbe)”, ya da ağıllı hərəkət etməlidirlər. Yəni, milli dəlilikdən
əl çəkmək, yeni ümumdünya sistemi qurmaq lazımdır. Beləliklə,
38 Müqəddimə

bəşəriyyətin görəcəyi ilk iş bu yeni dünya sisteminin kontur-


larını cızmaq, verə biləcəyi töhfələrdən söz açmaq olmalıdır.
Lakin bəşəriyyət mədəni islam irsi istisna olmaqla yeni ümum-
dünya sisteminə dair heç bir fikir mirasına sahib deyildir.
Bu yaxınlarda BMT üzv dövlətlər arasında münasibətləri
müəyyənləşdirən analoji qanunu təsis etməyə cəhd göstərdi.
Ümumdünya İnsan Haqları Bəyannaməsinin elanı istiqamətində
cəhdlər öz bəhrəsini verdi. Bir çox müsbət tərəfləri olan bu
sənəd insan haqlarının beynəlxalq hüquqi aktı kimi xarakterizə
edilsə də, ideal deyildi. Sənədin mətnində öz əksini tapmış bəzi
dəyərlər Qərb fikrinin məhsulu idi. Xalqı təmsil etməyən formal
rejimlər də bu dəyərləri qəbul etmişdilər. Amma sözügedən akt
onu qəbul etmiş emosional qüvvələr üzündən uğur qazanmadı.
Çünki onlar bu aktı öz rəqibləri və düşmənlərinə qarşı təbliğat
vasitəsi kimi istifadə edirdilər.
Həmçinin bu bəyannamə məhkəmələrə heç nə qazandırma-
dı. Halbuki məhkəmələr məlum qanun vasitəsilə məzlumların
səsini dünya ictimaiyyətinə çatdıra, onların hüquqlarını bərpa
edə bilərdi. İnsan haqları qanununun pozulması böyük güclərin
və ya vassallarının milli maraqlarına uyğun gəldiyindən həmin
qanun indiyədək mövcuddur, amma vərəq üzərində, özü də təb-
liğat vasitəsi olaraq!

7. Ümumdünya islam sistemi

Həqiqət budur ki, dünya beynəlxalq əxlaq normaları və


hüquq sahəsində islam mədəni irsinin rolunu etiraf edir. Bu
kitab həmin normaların əsaslandırılmasına həsr olunub. Ümid
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 39
edirik ki, kitabımız beynəlxalq sistemin prinsipləri ətrafında
müzakirələrin aparılmasına, rəy və mülahizələrin bildirilməsinə
səbəb olacaq, bu sistemin qurulması istiqamətində sağlam əsas-
ların təqdiminə zəmin hazırlayacaqdır.
Biz bu müqəddimədə islamın rolunun gücləndirilməsi möv-
zusuna toxunmaq istəmirik. Çünki kitab elə bu mövzuya həsr
olunub. Müqəddiməni yazmaqda məqsədimiz bu dissertasiya
haqda ümumi təsəvvür oyatmaqdır.

7.1. İslam iltizamı

İslam hesab edir ki, müsəlmanlar yeni ümumdünya sistemi


qurmalıdırlar. Bu din öz mənsublarından tələb edir ki, məlum
məsələni mövcud çətin vəziyyətdən xilas olmağın yeganə və
optimal yolu olaraq nəzərdən keçirsinlər.
Hər şeydən əvvəl, bu, onlara Allah Təalaya itaət və təslim
olmaq imkanı verəcəkdir. Allah əmr edir ki, insanlar sülhün
hökm sürdüyü dünya qursunlar, problemləri ədalət və qardaş-
lıq kontekstində tənzimləsinlər.
İkincisi, insanlar bu sistem sayəsində davamlı rəqabətdən,
mənasız həyəcandan, ağrı-acıdan, baş verə biləcək yoxolmadan
qurtula bilərlər. Deməli, müsəlmanların sülhün, ədalət və qar-
daşlığın hökm sürdüyü ümumdünya sisteminə tərəfdar çıxma-
ları həm dini borcdur, həm də faydalıdır.
İslama görə, belə bir sistemi həm arzulamaq, həm də qurmaq
üçün fədakarlıq göstərmək qəhrəmanlıqdır, təqvadır, fəzilət və
ibadətdir. Bu sistemi qurmaq naminə həyatlarını fəda edənlər
40 Müqəddimə

əbədi cənnətə aparan şəhidlik badəsini içmişlər. Elə isə bundan


daha güclü stimul mövcud ola bilməz.

7.2. İslama əsaslanan sülh

İslamın çağırış etdiyi ümumdünya sistemində müharibələr


birdəfəlik qadağan olunur, sülhə mütləq şəkildə riayət edilir. Bu
sistemə görə, sülhə dünya müstəvisində riayət etmək mütləq və
hərtərəfli səciyyə daşıyır.
Hər hansı bir xalq bu sistemə daxil olmaq istəyərsə, ordunu
buraxmalı, silahları ya məhv etməli, ya da ümumdünya hö-
kumətinə təhvil verməlidir. Bununla yanaşı, o, ümumi asayişi
qorumaq və məhkəmə qərarlarını icra etmək üçün zəruri sayılan
silahları özündə saxlaya bilər. Bu sistemin istənilən münaqişə və
iddiaya məhkəmə hökmü və ya danışıqlar əsasında nəzər salan
sülh bəyannaməsi bütün xalqlara şamil edilməlidir. Hər bir xal-
qın haqqıdır ki, bu bəyannaməyə qoşulsun. Beynəlxalq qanun-
vericiliyin verdiyi məhkəmə hökmünə etiraz edən, yaxud sülh
bəyannaməsinə qoşulmaq istəməyən bir xalq, doğrudan da, ya
müharibə istəyir, ya da özünü dünyadan təcrid etməyi düşünür.
Təbii ki, bu, nə əqli, nə də əxlaqi cəhətdən mümkündür. İslam
bütün dövlət və xalqlardan sülh dünyasına üzv olmağı tələb
edir, müsəlmanları isə bu işdə əllərindən gələni etməyə, özü
də səmimiyyətlə etməyə səsləyir. O öz mənsublarına bildirir ki,
istənilən qiyamçı dövlətə qarşı kollektiv məcburetmə siyasəti
yürütsünlər. Əgər hər hansı bir dövlət hamının qəbul etdiyi
və dünya müstəvisində təsdiqlənmiş əsaslara söykənən sülh
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 41
şəraitinə yox deyərsə, islam bu vəziyyəti müharibə elan etmək
kimi səciyyələndirir.

7.3. Üzvlüyün şərtləri

Beynəlxalq islam qanunvericiliyi dini cəmiyyəti üzvlük və ya


mənsubluğun əsas meyarı qəbul edir. Ümumdünya islam sis-
temi müsəlman, xristian, yəhudi, zərdüşt, sabii, hindu, buddist
camaatlarından təşkil olunur. Məlumdur ki, islam tayfabazlıq və
millətçiliyə yox deyir. Çünki islamda irqi, maddi, dil və mədəni
özmərkəzçilik (millətçilik) şər qəbul edilir, Allahın bərabər ya-
radıb öz ruhundan üfürdüyü insanlara yaraşmır. Etnik (irqi)
xüsusiyyətlərin əsas meyar sayılması insanın qədir-qiymətini
aşağı salır. Yaxşısı budur ki, insana qiymət verildikdə onun fi-
kirləri, təsəvvür və davranışları, gördüyü işlər, nailiyyətləri əsas
götürülsün, doğulduğu yer, böyüyüb boya-başa çatdığı sosial
mühit qabardılmasın.
Yəhudilər 622-ci ildə “Mədinə sənədi” əsasında qanuni hesab
olunan ilk qeyri-islam icmasını əmələ gətirmişdilər. Onlardan
sonra xristianlar, sabiilər, hindular, buddistlər gəlir. Onlar dini
mənsubiyyətə uyğun olaraq bu siyahıya daxil edilirlər. İslam
fiqhi həm də o xalqları qəbul edir ki, qeyri-dini həyat tərzinə
üstünlük veriblər, problemlərinin də pozitiv (hətta dünyəvi)
hüquq çərçivəsində həll edilməsini istəyirlər. Nizamnamələri
sülhə zidd olan, ümumdünya sisteminə ədavət bəsləyən dini ca-
maatlıqların üzvlüyü isə qadağan edilir. İdeyalarının dini, əxlaqi,
sosial-siyasi məzmunu nə olursa-olsun, insanların ümumdün-
42 Müqəddimə

ya sisteminə aidliyində onların insanpərvərliyi və sülhsevərliyi


əsas götürülməlidir.
Beləliklə, islam fiqhi təsdiqləyir ki, sözügedən məqsədə can
atan istənilən camaatlıq (icma) bu ümumdünya sisteminə daxil
ola bilər.

7.4. Azadlıq

İslamda, habelə ona əsaslanacaq ümumdünya sistemində


qəbul olunub ki, hər kəs azad doğulur. Təbii ki, əsirlikdə do-
ğulanlar istisnadırlar. Döyüşənlərin əsir götürülməsinin yeganə
qanuni məkanı döyüş meydanıdır. Əsirlərin, hər bir halda,
onlarla maraqlananlar tərəfindən qanuni şəkildə azad edilməsi
mümkündür. Əsir götürən tərəf də əsirləri azad edə bilər.
Əsirlər özlərinin azad edilməsi ilə bağlı müqaviləni təsdiqləmək
hüququna sahibdir. İslam hüququna görə, əsir sahibi əsirlərin
ona işləmək müqabilində azad olmaq tələbini rədd edə bilməz.
Nə olursa-olsun, insanpərvərlik tələb edir ki, müvafiq hüqu-
qi əsaslar olmadan kimisə əsir almaq, həbs etmək, tutub sax-
lamaq yolverilməzdir. Hüquqi qaydada ittiham irəli sürmədən,
məhkəmə qarşısına çıxarmadan kimisə həbs etmək “səlahiy-
yət”inə sahib istənilən rəsmi quruma islam yox deyir.
Ümumdünya islam sistemində hər kəsin sərbəst təhsil və
tədris hüququ vardır. Hər kəs mənsub olduğu millətin (ca-
maatın) adət-ənənəsinə uyğun formalaşmış vicdanının səsinə
qulaq asmaqla öz həyatını qura bilər. Heç kəs hər hansı bir
camaata məcburən daxil edilə bilməz. Hər kəsin bir camaat-
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 43
dan digərinə keçmək hüququ vardır. Onun bu qərarına bütün
tərəflər hörmətlə yanaşmalıdır.

7.5. Sərbəstlik

Arzu edilən ümumdünya islam sistemi hesab edir ki, Yer


kürəsi Allahındır və hər bir kəs Allahın razılığını qazanmaq
üçün səy göstərməlidir. Bu o deməkdir ki, insanlar qalıb məs-
kunlaşmaq üçün yer seçməkdə sərbəstdirlər. Onlar yaşadıqları
ölkənin qanunlarına əməl etməlidirlər. Onlara şərait yaradılma-
lıdır ki, istədikləri zaman bir ölkəyə daxil ola, orada qala və ya
oranı tərk edə bilsinlər. İnsanlara, yüklərinə bir ölkədən digə-
rinə keçərkən əngəllər yaradılmamalıdır. Artıq yüz ildir tətbiq
olunan giriş və çıxış, qalma (resenziya), biznes vizaları, gömrük
mühafizəsi rüsumu və əlaqədar qurumlar ləğv edilməlidir.
Ümumdünya islam sistemində peşə seçmək, işləmək, mül-
kiyyətə sahib olmaq hər bir fərdin qanunla qorunan hüququ
hesab olunur. Habelə hər kəs şəxsi mülkiyyətini istədiyi yerə
daşımaq hüququna sahibdir. Bir fərdin hüquqları o halda məh-
dudlaşdırıla bilər ki, başqalarının mülkiyyətini qəsb etsin, hü-
quqlarını pozsun.
Bu sistemdə bir ölkənin iqtisadiyyatı və tənzimlənməsi dün-
yadakı ümumi vəziyyətə müvafiq olmalıdır.
44 Müqəddimə

7.6. Bərabərlik və bərabər olanlar

İnsanlar anadangəlmə azaddırlar, təhsildə, vəzifə bölgüsündə,


iş və təzminatda bərabərhüquqludurlar. Təbii ki, zəkalarına,
biliklərinə, məsuliyyətli olmalarına, əmək və peşə bacarıqları-
na... görə aralarında fərq qoymaq da lazımdır.
Məlumdur ki, bir insanın var-dövləti onun ölümündən sonra
varislərinə keçə bilir. Bu səbəbdən həmin varislər həyatda baş-
qaları ilə müqayisədə daha şanslıdırlar. Amma bu, bərabərlik
anlayışına xələl gətirmir, olsa-olsa sosial təbəqələşmə doğurur.
Təbii ki, sosial təbəqələşmənin olması qaçılmazdır. Ümumdün-
ya islam sisteminə görə bir camaat, bir qrup, bir cəmiyyət bu
sistemə inteqrasiya olmaq istəyirsə, başqalarına qapalı olmama-
lıdır.
İslamda bildirilir ki, irqi, dil, mədəni, yaş və milli ayrı-seç-
kilik bəşəriyyətə xəyanətdir, insanlığa təcavüzdür. Habelə bu
vəziyyət insanı yaradan Allah qarşısında günah işləməkdir. Bir
sözlə, islam ayrı-seçkiliyə cəzalandırılmağa layiq cinayət kimi
baxır.

7.7. Beynəlmiləlçilik

Ümumdünya islam sistemində bütün insanlar qardaşdırlar.


Burada insanlar arasında etnik, sosial, mədəni və irqi (bioloji)
ayrı-seçkiliyə yol vermək qadağandır. Axı irqi, mədəni... ayrı-
seçkilik tarix boyu dünya xalqları arasında müharibələrə, mü-
naqişələrə səbəb olmuşdur.
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 45
Ümumdünya islam sisteminə görə milli dövlətlər tərəfindən
qoyulmuş vətəndaşlıq və immiqrasiya qanunları ləğv edilməli-
dir. Məlumdur ki, həmin dövlətlər bu qanunlardan identik
mərkəzçilik siyasətini yürütmək, özlərinin fərqli sosial, iqtisadi
və siyasi statuslarını qoruyub saxlamaq üçün istifadə edirlər.
Müxtəlif toplumlara gəlincə, onların inteqrasiyası mümkün-
dür və ümumdünya islam sistemində bu prosesə təşviq vardır.
Şübhə yoxdur ki, həqiqi beynəlmiləlçilik bəşəriyyətin infrast-
rukturunda böyük sosial dəyişikliklərə səbəb olacaqdır. Milli
identik təmərküzləşmələrin aradan qalxması ilə, bəlkə də, bəzi
cəmiyyətlər də beynəlmiləlçi abı-havaya bürünəcəkdir. Belə bir
bəşər cəmiyyətini qurmaq üçün müxtəlif milli, irqi və region
ayrı-seçkiliyindən xilas olmaqla yanaşı, həm də bütün insan-
lara insan kimi münasibət bəsləmək, aralarında ancaq şəxsi
keyfiyyətləri və nailiyyətlərinə görə fərq qoymaq lazımdır.
Mütərəqqi sosial məqsədlərə xidmət edəcək ümumdünya
cəmiyyəti və ya bəşər qardaşlığı ideyası digər ictimai ideyalar-
dan üstündür. Belə bir cəmiyyətdə yaşayacaq insanlar mənsubu
olduqları əvvəlki milli-etnik cəmiyyətlərdən fərqli olaraq özləri-
ni daha rahat və tamhüquqlu hesab edəcəklər. Bununla da onlar
hamıya açıq digər cəmiyyətlərə asanlıqla inteqrasiya edəcəklər.

7.8. Ədalət

Ümumdünya islam sistemində azlıqlar azlıq olaraq qalmağa,


ya da çoxluğun qanunları ilə yaşamağa məcbur deyillər. Çünki
çoxluğun qanunları ilə icbari surətdə yaşamaq azlıqların iden-
tik xüsusiyyətlərinin itirilməsinə, onların tədricən yox olmasına
46 Müqəddimə

gətirib çıxarır. Ümumdünya islam sistemində azlıqlar konsti-


tusiyaya sahibdirlər və onların öz qanunları ilə idarə olunmaq
hüququ vardır. Həmçinin eyni dinə mənsub fərqli etnik qrup-
lar mövcuddursa, onlar inteqrasiya olunmaq və daha böyük
qruplar yaratmaq səlahiyyətinə sahibdir.
Ümumdünya islam qanunvericiliyi müxtəlifliyə “hə” deyir,
istənilən toplum (camaat) və qrupun qanunlarının qorunma-
sına təminat verir. Azlıqlar bu qanunlar əsasında azlıq olaraq
qalmayacaqdır. Çünki beynəlxalq qanunvericilik çoxluqlara ol-
duğu kimi onlara da eyni dərəcədə legitimlik tanıyacaqdır. Yox,
əgər azlıqlar sırf öz istəkləri ilə bu legitimlikdən imtina edərsə,
ümumdünya sistemi bu qərara hörmətlə yanaşır.
Bir xalq (millət, camaat) digərinə qarşı ədalətsizliyə yol ve-
rərsə, aralarındakı münasibətlər korlanarsa, zərərçəkən tərəf
məhkəməyə müraciət edir. Məhkəmə də ümumi qanunların
ona verdiyi səlahiyyətlər çərçivəsində bu şikayətə baxıb hökm
çıxarır. Habelə məhkəmədə bir fərdin öz camaatı və ya ümum-
dünya sistemi əleyhinə qaldırdığı iddiaya (şikayətə) baxılır.
Ədalət – qeyri-məhdud, məhkəmə icraatları da yorucu və
əngəlləyici olmamalıdır. Məhkəmə hökmləri tez icra edilməlidir,
bununla da ümumdünya islam sisteminin vətəndaşları öz hü-
quqlarının qorunmasının əyani şahidi olmalıdırlar.
Hər bir vətəndaş ədalətin öz yerini tutacağından əmin ol-
malıdır. Bunun üçün ədalətin, xüsusən məhkəmə icraatların-
da gözlənilməsi zəruridir. İslam qanunvericiliyi tələb edir ki,
məhkəməyə qarşı çıxanlara, hökmlərinə etinasız yanaşanlara,
yalandan and içib şahidlik edənlərə sərt cəzalar kəsilsin. Bu
cəzalar hüquqi statusun ləğvi, cərimələr və təzminat ola bilər.
Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz 47
Fərd maddi imkansızlıq səbəbindən cərimələri ödəyə bilməzsə,
cəzası fiziki cəza ilə əvəzlənməlidir. Onu da deyək ki, (tərbiyə
və islah xarakterli) fiziki cəzalar təlim-tədris əməliyyatına oxşa-
yır, profilaktik tədbir mahiyyəti daşıyır.
Bu sistemdə məzlumlar əsas fiqur rolunu oynayırlar. On-
lar əmin olmalıdırlar ki, haqlarını tələb etmək üçün sistemin
ədalətinə sığına bilərlər.

7.9. Qane etmək və olmaq azadlığı

Ümumdünya islam sistemi hər kəsə sərbəst düşünmək,


müstəqil qərar qəbul etmək hüququ verir. Bu sistemdə hər bir
fərd istədiyi icmaya (“camaat”a) keçməkdə sərbəstdir. Hər kəs
qane olduğu qanunlarla həyatını tənzimləyə bilər. Ümumdünya
islam sistemində qəbul olunur ki, Allahın ağıl nemətinə sa-
hib hər kəs öz seçimində, alternativləri qəbul etməkdə ixtiyar
sahibidir. Bir sözlə, o öz əqli imkanlarını istifadədə azaddır.
Düşüncə qəyyumluğu ilə mübarizə aparan islam təlimlərində
qəbul olunub ki, din və qanun məsələlərində kənardan müdaxilə
insana qarşı hörmətsizlikdir. İslam qanunvericiliyinə görə,
həqiqətləri öz vətəndaşlarından gizlətmək üçün milli dövlətlər
tərəfindən istifadə olunan bütün “örtük”lər cırılıb atılmalı, bir
daha təsdiqlənməlidir ki, haqqı gizlətmək mümkün deyildir və
o, gec-tez ortaya çıxacaqdır. Həqiqət isə Allahı tanımaq, Ona
yəqinliklə inanmaq, Onun iradəsinə uyğun hərəkət etmək və
düz yolla getməkdir.
Pensilvaniya ştatı, Filadelfiya
Fevral, 1986
Birinci fəsil
GİRİŞ: “BÜNÖVRƏ” VƏ ARXA PLANLAR

İndiki dövrdə Müsəlman dünyası daxili zəiflikdən, gerilikdən,


münaqişələrdən, parçalanmadan əziyyət çəkir. Onun potensial
imkanlarına yad qüvvələr hökm edir. Onlar bu imkanların hədər
getməsində maraqlıdırlar. Bir sözlə, söhbət ciddi böhrandan ge-
dir. İslam tarixi şanlı erkən dövrlərin əksinə olaraq, günümüzdə
faciələr, fəlakətlər tarixidir. Həmin şanlı əsrlərin şahidi oldu-
ğu inqilabi dəyişikliklər müsəlmanları bəşər mədəniyyətinin
hamilərinə, sülhün keşikçilərinə, mütərəqqiliyin daşıyıcılarına
çevirmişdi. İslam məmləkətləri elmin və mədəniyyətin Kə`bəsi,
dünyanın mərkəzi halına gəlmişdi. Müsəlmanlar o dövrdə mə-
dəni dünyanın pionerləri və idarəçiləri rolunu oynayırdılar.
Dövrümüzə gəlincə, İslam aləmi beynəlxalq siyasətin forma-
laşmasında nəinki aparıcı tərəf, heç iştirakçı kimi də çıxış edə
bilmir. Çox vaxt islam və müsəlmanlar beynəlxalq siyasətdə
problemli tərəf kimi nəzərdən keçirilir.
Müsəlmanlar nə üçün bu vəziyyətə düşmüşlər? Onlar hansı
yollarla öz vəziyyətlərini dəyişə bilərlər?
Müsəlman dünyasındakı bütün problemlər və “xəstəlik”lərin
səbəbkarı kimi əcnəbi gücləri, yeni dövr imperializmini göstər-
mək bizdə adət halını alıb. Düzdür, kənar amillər müsəlmanların
başına gələnlərdə özünəməxsus paya sahibdir, amma İslam
ümmətinin bağrına yara açan, onun zəifləyib heydən düşməsinə
Giriş: “bünövrə” və arxa planlar 49
ciddi təsir göstərən bütün problemlərin “baiskar”ı deyildir.
Ümmətin zəifləməsinin doğurduğu nəticələr onun qarşılaşdı-
ğı çətinlikləri mürəkkəbləşdirmiş, bu da öz növbəsində xarici
güclərin hərbi və mədəni müdaxiləsini asanlaşdırmışdır. Deməli,
daxili amilləri şüurlu və hərtərəfli şəkildə dərk etmədikcə xarici
amillərin doğurduğu problemləri düzgün qiymətləndirmək və
aradan qaldırmaq mümkün deyildir.

1. İlk və əsas anlayışlar

Bu mövzunu izah etmək üçün onun əsas tarixi “kök”lərini


araşdırmaq, bəzi nəzəri təriflərin icmalını vermək lazımdır.
İslam hərtərəfli və bitkin həyat tərzidir, universal dindir, VII
əsrdə yaranmışdır. Sonuncu peyğəmbər Həzrəti Məhəmməd
(570-632) məşhur ərəb qəbiləsi Qüreyşə mənsub idi. Qürey-
şin soyu-kökü isə İbrahim peyğəmbərin oğlu Həzrəti İsmayıla
gedib çıxır. Bu qəbilə zəvvarlara xidmət göstərir, Ərəbistan ya-
rımadasının qərbində, Məkkədə yerləşən Kə`bəni qoruyurdu.
Həzrəti Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!) 40 yaşına çatdıq-
da Allah ona vəhy endirib peyğəmbərlik verdi. Vəhy Quranda
öz əksini tapmış ilahi kəlamdır, şəriətin əsas mənbəyidir. Şəriət
isə Allahın iradəsidir, həyatın bütün sahələrində insanların
davranışları ilə əlaqədar Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!)
nazil edilmiş təlimatlardır. Peyğəmbərin sözlərini, əməlləri və
təsdiqləmələrini özündə ehtiva edən Sünnə isə şəriətin ikinci
mənbəyi hesab olunur.
Sistemli qanunvericiliyi təmin etmək üçün islam fiqhi
metodologiyası hey inkişaf yolu keçmişdir. Söhbət təfsir və
50 Bı̇rı̇ncı̇ fəsı̇l

hökm çıxarma (mühakimə – istinbat) metodologiyasından


gedir. “Qiyas”1 və “icma”nın2 daxil olduğu bu metodologiya
şəriətlə tam üst-üstə düşür. Həm bu metodologiya, həm də
əsas mənbələr (və ya hökmlərin dəlilləri) “üsul” (əsaslar) ad-
lanır. “Üsul” dəlillər əsasında hökm çıxarmada fəqihə müəyyən
vasitələr təqdim edən metodlardır. Bu metodların (“üsul”un)
bəziləri əsasdır, bəziləri də ikinci dərəcəlidir, izafidir, tamam-
layıcıdır. Müsəlman alimləri və hüquqşünaslarına (fəqihlərinə)
görə, əsas metodlar (“üsul”) dörddür: Quran, Sünnə, “icma”
və “qiyas”.
Müxtəlif fiqh məktəbləri əsas götürdükləri mənbələrin sayı-
na görə bir-birindən fərqlənir. Amma onlar Quran və Sünnənin
əsas və ilk iki mənbə olmağı ətrafında həmrəydirlər. Biz kita-
bımızın üçüncü fəslində islam fikrində metodologiya problemi
haqqında danışarkən bu mövzuya təfsilatı ilə toxunacağıq.
Hicri III, miladi X əsrin əvvəllərində Müsəlman dünyasın-
da başlıca dörd sünni hüquq məktəbi möhkəmləndi. Həmin
dövrdən etibarən islam fikri bəzi istisnalar çıxılmaqla donuqlaş-
dı; təqlid adət halına gəlib, Müsəlman dünyasına hakim kəsildi.
XIX əsrdə islam fiqhinə və qanunvericiliyinə “təlfiq” anlayışı

1
Qiyas: (ərəb. “müqayisə”). İslam fiqhi termini olub, ayə və hədislərdə
izahını tapmış oxşar məsələlərin müqayisəsini aparmaqla Quran və Sünnə-
də birbaşa münasibətin bildirilmədiyi bir məsələ haqqında hökm çıxarmaq
– tərcüməçinin qeydi.
2
İcma: İslam alimlərinin dini bir məsələnin şəriət statusu ətrafında yekdil
qərara gəlmələri və bütün müsəlmanların bu qərarı qəbul etmələrini ifadə
edən termin; konsensus; müsəlman hüququnun (fiqhin) üç mənbəyindən
biri. Azərbaycan dilindəki “icma” sözü ilə qarışıq salınmamalıdır – tər-
cüməçinin qeydi.
Giriş: “bünövrə” və arxa planlar 51
gətirildi. İddia olundu ki, “təlfiq” yeni ictihad adlandırılan şe-
yin arxasında gizlənmiş hakim gücdür. N.C. Colson yazırdı:
“Yeni ictihad adlandırılan şey ilahi (dini) mətnləri qabaqca-
dan müəyyən edilmiş subyektiv meyarlara uyğun təfsir (izah)
etməkdir... Qısası, yeni islam hüququ sistemli üsluba sahib de-
yildir. (Bu hüquq) metodoloji prinsiplərə möhtac olduğundan
şəriətin məqsədləri əsasında islah əməliyyatı üzərində işləməyə
başladı. Bununla yanaşı, uzun müddət həqiqi islahatların çoxu
müvəqqəti, “elastik” və tədrici vasitələr kimi görünür”.
Beynəlxalq münasibətlər sahəsindən bəhs edən Orta əsr qa-
nunvericilik fikri bu kitabda təqlidçi nəzəriyyə və ya təqlidçi
fikir olaraq göstəriləcəkdir.

2. Ənənə (təqlidçilik) və qərbliləşdirmə

Təqlidin bir metod olaraq seçilməsi ilə müsəlman sosial


fikri və sisteminə donuqluq hakim kəsildikdən sonra Avropa
inkişaf etdi, düşüncə və metodologiyada böyük nailiyyətlər qa-
zandı. Artıq XIX əsrdə Avropa müharibə meydanlarında, siyasi
təşkilatçılıq işində Müsəlman dünyasını xeyli arxada qoymuşdu.
Müsəlmanlar məcbur oldular ki, bu inkişaf qarşısında müdafiə
mövqeyi seçsinlər.
Avropa ilə davamlı yaxınlaşma və təmas müsəlman höku-
mətlərini məcbur etdi ki, xüsusilə hərbi sahədə Qərb təhsili və
texnologiyasının nailiyyətlərindən faydalansınlar. Bu məqsədlə
avropasayağı hərbi-peşə məktəbləri təsis edildi, tədris işinə av-
ropalı müəllimlər cəlb olundu1. Digər tərəfdən isə yeni baca-

1
XIX əsrin əvvəllərində Misirdə vali Məhəmməd Əlinin təhsil, ordu və
52 Bı̇rı̇ncı̇ fəsı̇l

rıqlar, mütərəqqi texniki biliklər qazanmaq üçün Avropa insti-


tutları və məktəblərinə tələbələr göndərildi. Amma bu addımlar
nəticəsində Müsəlman dünyasının ictimai quruluşunda ciddi
problemlər meydana gəldi. Belə ki cəmiyyətin dindar hissəsi
ilə dünyəvi hissəsi arasında uçurum yaranmışdı1. Qeyd edək ki,
dünyəvilik islam üçün yad anlayışdır. Bu mürəkkəb vəziyyət bir
neçə əsr davam etdi. Çünki həm din, həm də elm xadimləri
islam qanunvericiliyində təqliddən və hərfilikdən bərk yapış-
mışdılar. Odur ki cəmiyyətin işində kənar və alt “haşiyə”lərdə
qalmışdılar, təlim-təhsildə sistemli praktik müşahidə metoduna
möhtac idilər; yeni sosial elmlər, tətbiq məsələləri və vasitələr
onları maraqlandırmırdı. Bu səbəbdən yeni bilikləri başa düşə
bilmədilər, qeyri-ənənəvi sosial təşkilatçılıq üsullarından bixəbər
qaldılar. Habelə onlar bu yeni bilikləri islam modeli əsasında
nəzərdən keçirməyə qadir deyildilər.

sosial sahədə apardığı islahatların hərəkətverici qüvvəsi də Qərbin elmi-


texnoloji nailiyyətləri olmuşdur. Məhəmməd Əli ölkədə yeni tərzdə hərbi
və peşə məktəbləri açdırmış, Avropaya tələbələr göndərmişdi – tərcüməçi-
nin qeydi.
1
Maraqlıdır, bu dövrdə Müsəlman dünyasında texnoloji-iqtisadi sahədə
çətinliklər olduğu halda Avropaya təhsil almağa gedənlərin, demək olar
ki, əksəriyyəti sosiologiya və hüquq ixtisaslarına üz tutmuşdu. Halbuki
onların öz ölkələrinə texnoloji və iqtisadi bilikləri mənimsəyərək geri
qayıtmaları daha məqsədəuyğun idi. Lakin biz, dediyimiz kimi, bunun
əksini görürük; nəticədə, ənənəvi müsəlman cəmiyyətində Avropanın
sosial dəyərlərini (texnoloji nailiyyətlərini deyil!) yaymağa çalışan, aktual
iqtisadi-texnoloji problemləri bir kənara qoyaraq dini-sosial və mədəni
mövzuları Qərb dünyagörüşü əsasında nəzərdən keçirən liberal və ya
dünyəvi ziyalı təbəqəsi formalaşmışdı. Odur ki islam cəmiyyətlərində din-
dar təbəqə ilə dünyəvi təbəqə arasında yaranmış uçurum təbii və obyektiv
şəraitdən deyil, ideoloji səbəblərdən irəli gəlirdi – tərcüməçinin qeydi.
Giriş: “bünövrə” və arxa planlar 53
Mədəniyyət və elmlə maraqlanan təbəqələrin yaranması,
müsəlman idarəçilərin ixtisaslı islam biliklərinə sahib olma-
maqları, din alimləri və fəqihlərdə olduğu kimi şüurlu inanc
və dini iltizam sarıdan korluq çəkmələri, müəyyən peşələrdə
söz sahibi olan qeyri-müsəlman azlıqlar, avropalıların davamlı
təsir və müdaxilələri – bütün bunlar elm və bilik sahələrinin
ikiləşməsinə gətirib çıxarmışdı. Beləliklə, dini və dünyəvi elm
sahələri təsnifatı meydana çıxdı; din alimləri və fəqihlər dünyəvi
elm sahələrindən tamamilə təcrid edildilər.
Dini təhsil “quru” tarixi dini ənənələrin hamisi halına gəldi.
Dünyəvi təhsil yavaş-yavaş özünə yer etdi, islama yad qərb ide-
yaları ilə zənginləşdi. Amma bu, Müsəlman dünyasında təhsilin
dirçəlməsinə, islam fikrinin mütərəqqi səciyyə kəsb etməsinə
səbəb olmadı. Habelə sistemli empirik müşahidə metodu is-
lam təhsilində pedaqoji vasitə rolunu oynaya bilmədi. İslam
təhsilinin ətaləti davam etdi.
Bu cür bölünmənin doğurduğu ağır bürokratik nəticələr hər
iki tərəfə təsir göstərdi. Dünyəvilik din alimləri və fəqihləri
sosial həyatdan təcrid etdi, bürokratiya və hakimiyyəti xalqdan
uzaqlaşdırdı, keçmişə donuq nəzərlərlə baxan təqlidçilərin mey-
dana çıxmağına səbəb oldu. Dünyəvilər isə arzu və qayələrində
bütünlüklə Qərbə bağlandılar. Müsəlman mütəfəkkirlərinin təq-
lid və “təlfiq” üsulu həm yeni islam psixologiyasının yaradılması
işinə, həm də islamı dirçəltmə prinsipinə əsaslanan mütərəqqi
baxışlara zərbə vurdu.
İndiki dövrdə “dünyəvi olan”ın “dini olan”la vəhdətdə götü-
rülməsi Allahdan qorxan, vicdanı ayıq hər bir müsəlman üçün
zəruridir. Bəli, islam nöqteyi-nəzəri ilə həyatın maddi tərəfi
54 Bı̇rı̇ncı̇ fəsı̇l

arasında tələb olunan uyğunluğun yaradılması baxımından bu


çox zəruridir. Deməli, müsəlmanlar islamı başa düşmək və
tətbiq etməklə əlaqədar olaraq zaman və məkan məsələsinə
aydınlıq gətirməlidirlər. Bu aktual problemin həlli real, praktik
və dinamik fəaliyyəti təmin edəcəkdir. Bunu mümkün hala
gətirmək üçün ənənəvi islam fikrində, xüsusən xarici əlaqələrə
dair məsələlərdə istifadə olunmuş mexanizmi izah etməliyik.
Bu mexanizm hüquqi-siyasi amillərlə fəal surətdə bağlı olmuş-
dur; qeyri-müsəlman tərəflə müharibə və sülh məsələləri bu
mexanizmlə tənzimlənirdi.

3. “Siyər”1* – Qanunun mənbəyi kimi

Müsəlman alimlərinin dövlətlərarası münasibətlərə dair ça-


lışmalarını araşdırmış bəzi müəlliflər səhvən qeyd edirlər ki,
fiqh təkcə islam şəriətinin ikinci mənbəyi deyil, həm də qa-
nunun, qanunvericiliyin özüdür. Yeri gəlmişkən, fiqhlə əlaqəli
bu nöqteyi-nəzəri başa düşmək çox əhəmiyyətlidir. Əgər indiki
dövrdə hüquqi islam qanunvericilikləri və icraatlarını yenidən
təsnif və tərtibdə müsəlmanların cəhdlərinin1 səmərəli olma-
2


“Siyər” ərəb dilində “yol, üsul, vasitə” mənalarını verən “sirət” sözünün
cəmidir. Fiqh terminologiyasında “siyər” sözü müharibə və qəzəvatlarda
dövlətin tutduğu mövqe mənasında işlədilmişdir. Bu anlayış, həm də
Peyğəmbərin müharibə və sülh siyasətini, hərbi yürüşlərini ifadə edir –
tərcüməçinin qeydi.
1
Muhammad Hamidullah, The Muslim Conduct of State, 5th rev. ed.:
(Lahore, Pakistan: H.S. Muhammad Ashraf, 1963), pp. vii-viii and 3-10;
Majid Khadduri, War and Peace in the Law of Islam (Baltimore: Johns
Hopkins University Press, 1952), pp. 251-295, and Majid Khadduri,
“Introduction” to the Classical Work of Siyar by Muhammad Shaybani in
Giriş: “bünövrə” və arxa planlar 55
ğını istəyiriksə, Orta əsr müsəlman hakimiyyəti formalarının
tədqiqinə xüsusi diqqət ayırmalıyıq.
“Fiqh”, “üsuli-fiqh” və “şəriət” anlayışlarının bir-birindən nə
ilə fərqləndiyini izah etmək olduqca vacibdir.
Şəriət Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) vəhy edilən və
bu dünyada insan oğlunun həyat tərzi ilə əlaqəli ilahi iradəni
ifadə edir. Deməli, şəriət dedikdə ibadət formaları, dini qanun-
lar və davranış normaları başa düşülür.
Üsuli-fiqh dini mətnlərdən hökm çıxarmaq yollarını fəqihə
öyrədən qaydalar toplusunun adıdır.
Fiqh (hərf.: bilmə, başa düşmə) isə “müfəssəl dəlillər əsasın-
da çıxarılacaq əməli şəriət hökmlərini müəyyən etmək”dir.
Beləliklə, görürük ki, üsuli-fiqh hökm çıxarmada fəqihin
əməl etdiyi üsulları müəyyənləşdirən metodlardan bəhs edir.
Fiqh isə bu metodlar əsasında hökm çıxarmaqla yanaşı, həm
də əməli olaraq Quran və Sünnəyə istinad edən fiqh və təfsir
ədəbiyyatında fəqih və müfəssirlərin görüşlərinin (hökmlərinin)
məcmusudur. Habelə fiqh şəriətin məqsəd güddüyü şeydir, çün-
ki ilahi vəhyin, rəbbani iradənin məqsədlərini əməli-müfəssəl
metodla ifadə edir (Bu baxımdan şəriət islam sistemi ilə əlaqəli
bütün hökmləri özündə ehtiva edir). Daha geniş mənada, fiqh
bütün fiqh və “üsul” ədəbiyyatlarını özündə birləşdirən sahədir 1.

the Islamic Law of Nations (Baltimore: Johns Hopkins University Press,


1966), pp. 63-68.
1
Abbas Mahnud əl-Əqqad. İslam haqqında nə deyirlər? səh. 129-134;
Əbdülhəmid Mütəvəlli. İslamda hakimiyyət üsul-idarəsinin prinsipləri
(yeni konstitusional prinsiplərlə müqayisə əsasında), İsgəndəriyyə: “əl-
Məarif ” qurumu, 1966, səh. 7-18, 35, 270-273, 381-389; Əbdülvəhhab
Xəllaf. Fiqhin əsasları, Küveyt: “əd-Dar əl-küveytiyyə”, 1968, səh. 11-15;
56 Bı̇rı̇ncı̇ fəsı̇l

İslam nöqteyi-nəzərinə görə, qanun ilahi məqsədləri həyata


keçirməyə yönəlmiş təlimatlandırıcı dəyərlərin toplusudur. Bu
səbəbdən islamda qanun dedikdə ənənəvi dini mətnlərdən
daha çox əxlaqi tərbiyə prinsipləri başa düşülür.
Qərbdə isə qanun başqa məna ifadə edir. Qərb fikrində
qanun dedikdə həyata keçirib riayət etmək üçün dövlətlər
tərəfindən təsdiqlənmiş qaydalar və hökmlər nəzərdə tutulur.
Bu hökmlərin icrası müxtəlif vasitələrlə mümkündür. Bunlar
ya müqavilələr və qanunvericiliklər, ya da dini-mənəvi adət-
ənənələr, öhdəliklər və sair ola bilər.
Tədqiqatlarda anlayışlara aydınlıq gətirməklə yanaşı, ya bü-
tövlükdə şəriət hökmlərini, ya da beynəlxalq münasibətlərlə
əlaqəli şəriət qaydalarını müasir Qərbin qanunları ilə müqayisə
etmək çox zəruridir. Bu, güclü və zəif tərəflərimizin aşkarlan-
masına, donuqluq və geriliyin səbəblərinin üzə çıxarılmasına
imkan verəcəkdir.
Bu yolla biz müsəlman xalqlarının əsas problemlərindən
birini müəyyən edə biləcəyik. Söhbət fikirlə (düşüncə) metod
arasındakı ziddiyyət problemindən gedir. Bu problem müsəl-
manların hər hansı bir hökmü və ya qaydanı seçmələrindən
və ya məqbul görmələrindən, ya da ki rədd etmələrindən irəli
gəlmir. Məsələ islam fikrindəki yanlışlığı öyrənmək məsələsidir.

Əbdülvəhhab Xəllaf. Dini mətnlər olmadıqda qanunvericiliyin mənbələri,


Küveyt: “Dar əl-qələm”, 1972, səh. 7-17; J.N.D. Anderson, Islamic Law
in the Modern World (New York: New York University Press, 1959,
pp. 2-16; Məhəmməd əbu Zəhrə. Fiqhin əsasları, Qahirə: “Dar əl-fikir
əl-ərəbi”, 1957, səh. 3-16, 379-401; Mustafa Əhməd əz-Zərqa. Yeni
müsəlman hüququ: fiqhə giriş, Beyrut: “Dar əl-fikir”, səh. 3-5, 30-32; N.J.
Coulson, Islamic Law, pp. 6-20, 75-102, 223-225.
Giriş: “bünövrə” və arxa planlar 57
Və ya belə deyə bilərik: İslam adına çağırışlarda hansı səhvə yol
verilib? Nə üçün indiki dövrdə şəriət müsəlmanlara ətrafa təsir
göstərmək, müqəddəratlarını özləri təyin etmək üçün hökm və
sistemlər (modellər) təqdim edə bilmir? Biz kitabımızın üçün-
cü fəslində bu problemi araşdırmışıq. İzah etməyə çalışmışıq
ki, sosial dəyişikliklərə səbəb olmuş ənənəvi islam metodologi-
yasındakı çatışmazlıq müasir müsəlman fikrinin düşdüyü çətin
vəziyyətin əsasını təşkil edir.
Habelə biz problemin mahiyyətini izah etməyə, səhv an-
layış və müqayisələrdən irəli gələn qaranlıq məqamlara ay-
dınlıq gətirməyə cəhd göstərmişik. Qeyd etmişik ki, fiqhin
və “siyər”in ənənəvi sosial sistem mexanizmində oynadığı
həqiqi rol müsəlman cəmiyyətində qanunun əsas mənbəyini
əmələ gətirmək məqsədi daşıyırdı. Müasir Qərb qanunveri-
ciliyi ilə paralellər apararkən bununla bağlı müxtəlif icraatları
başa düşməli, yeni islam cəmiyyətində bu cür qanunları təsis
edərkən tələb olunan zəruri dəyişiklikləri nəzərə almalıyıq1.
Bu mövzu haqqında danışmazdan əvvəl Sərəxşinin “siyər”
məfhumuna verdiyi tərifə toxunmaq istəyirik. Nəticədə, islam
fiqhi ilə əlaqəli müxtəlif məsələlərə aydınlıq gətirə biləcəyik.
Habelə biz “Siyər” və fiqh sahələri nə üçün bir qanun kimi
öz vəzifələrini icra edə bilmədi, nə üçün islam qanununun

1
Ənənəvi metodologiyada ümumi mənafe prinsipinin bir hissəsi sayılan
zərurət konsepsiyası və ənənə anlayışı Qərb siyasi fikri və sistemlərini
mənimsəmə zamanı birlikdə nəzərdən keçirilir. Zərurət konsepsiyası və
mənafe nəzəriyyəsi haqqında ətraflı məlumat üçün bax: Vəhbə Züheyli.
Şəriətdə zərurət nəzəriyyəsi: pozitiv qanunvericiliklə paralellər, Dəməşq:
“Məktəbət əl-Farabi”, 1969, səh. 49-53, 64-69, 140-272.
58 Bı̇rı̇ncı̇ fəsı̇l

mənbəyi olmaqla kifayətləndi?” sualına cavab tapa biləcəyik.


Sərəxşi “siyər”i fiqhi mənada bu cür izah etmişdi:
“Bil ki, “siyər” “sirət” sözünün cəmidir. Bu kitab ona görə
“siyər” adlanır ki, həm müharibə edən müşriklərlə, həm müqa-
vilə bağlayanlarla (onlara müstə`minlər1 və zimmilər daxildir),
həm mürtədlərlə (onlar iman gətirdikdən sonra onu inkar
etdikləri üçün kafirlərdən daha pisdirlər), həm də əxlaqsızlarla
(onların vəziyyəti cahil olsalar da, müşriklərinkindən daha pis-
dir) münasibətdə müsəlmanların tutduğu yoldan bəhs edir”2.
Həmin qruplarla necə davranmaq haqda Quranın dedikləri
ilə yanaşı, “siyər” fiqhi müsəlmanlarla dostluq və sülh şəraitində
yaşamaq istəyən dövlətlər və xalqlara münasibət qaydalarını
özündə ehtiva edir.
“Fiqh islam hüququnun mənbəyidir” dedikdə o başa
düşülmür ki, fiqhlə mənbələri – Quran və Sünnə arasında
ziddiyyət mövcuddur. Yəni, fiqh ictihad izahlarının, hüquqi
hökmçıxarmaların məcmusundan ibarətdir. Özü də bu izahlar
və hökmçıxarmalar o müsəlman alimləri və fəqihlərinin görüş-
ləri əsasındadır ki, ictihad mərtəbəsinə çatmış, düşüncə və
mühakimədə müstəqillikləri ilə, bacarıq və ixtisas sahibi olmaq-
ları ilə fərqlənmişlər 3.

1
Müstə`min: (ərəb. aman diləyən; sığınacaq istəyən). Bu və ya digər
islam ölkəsinə icazə (indiki dövrdə viza və s.) əsasında girib-çıxan qeyri-
müsəlmanlara verilmiş ad – tərcüməçinin qeydi.
2
Majid Khadduri, “Introduction” to the Classical Work of Siyar by
Muhammad Shaybani in the Islamic Law of Nations (Baltimore: Johns
Hopkins University Press, 1966), pp. 40; Şəmsəddin Məhəmməd ibn
Əhməd ibn Səhl əs-Sərəxşi. əl-Məbsut, Qahirə, 1906, X cild, səh. 2.
3
Fiqh elminə dair ədəbiyyatda Quran və Sünnədən fiqhi hökmlərin
Giriş: “bünövrə” və arxa planlar 59
Əməvi hakimiyyəti zamanı islam coğrafiyasının genişlənməsi
və hakimiyyət uğrunda müxtəlif tərəflərin qanlı mübarizəsi nə-
ticəsində fiqh bu vəziyyətə gəldi. Xalqın vəziyyətini düşünənlər
isə dini məsələlərlə, sosial və fikri problemlərlə yaxından ma-
raqlandılar.
İlk islam tarixinin bu mərhələsini (Peyğəmbərin (Ona Allahın xeyir-
duası və salamı olsun!) zamanından Raşidi xəlifələr və səhabələrin döv-

rünədək) ideal hesab etmək mümkündür. Çünki bir çox dini


presedentlərin əsası məhz bu mərhələdə qoyulmuşdu. Amma
Əməvilərin hakimiyyətə gəlməsi nəticəsində fəqihlərin görüşləri

çıxarılmasında ictihadın rolu və qaydası izah edilir. Həmçinin bu kitab-


larda fərqli ictihadlar və mövqelərdən danışılır. Əsrlər keçdikcə bu cür
müxtəliflik qərar sahibi hökmdarlar üzündən daha da artdı. Və bu
hökmdarlar fitvalara təsir göstərməyə, istədiklərini etməyə başladılar.
Bununla da dini mətnlər və şərhlərinin məzmunu ilə adi insanların və
rəhbərlərin etdikləri arasında dərin uçurum yarandı. Bu səbəbdən fiqhi
çalışmalar Qərb fikri baxımından Qanunun mənbələri hesab edilməlidir.
Bu, həm siyasi mühitdə, həm də “siyər” kitablarında aşkar görünür. Bax:
Əbdülvəhhab Xəllaf. Qısa islam qanunvericiliyi tarixi, Küveyt: “Dar əl-
ərqam” nəşriyyatı, 1971, səh. 23-49, 65-82; Məhəmməd əbu Zəhrə. İmam
Zeyd: həyatı, dövrü, görüşləri və fiqhi baxışları, Qahirə: “Dar əl-fikir əl-
ərəbi” nəşriyyatı, 1959, səh. 11-17, 173-179, 463-481; Məhəmməd Yusif
Musa. İslam fiqhi: sosial münasibətlər sisteminin tədqiqinə giriş, Qahirə:
“Dar əl-lutub əl-hədisə” nəşriyyatı, 1958, səh. 11-83; N.J. Coulson, Islamic
Law, pp. 86-88; Said Ramadan, Three Maior Problems Confronting the
World of Islam (Takoma Park, Md.: Crescent Publications, n.d.) pp. 1-6:
Şihabəddin əbu əl-Abbas Əhməd ibn İdris əl-Qərafi. Fitvaları qazı və
imamların hərəkətləri və hökmlərindən fərqləndirmə haqda möhkəm söz
/ araşdırıb çap edən: Əbdülfəttah əbu Qüddə, Hələb: “Məktəb əl-mətbuat
əl-islamiyyə”, 1967, səh. 75-85; Vəhbə Züheyli. Müharibənin islam fiqhinə
təsiri: müqayisəli araşdırma, Dəməşq: “əl-Məktəbə əl-hədisə”, 1965, səh.
130-135.
60 Bı̇rı̇ncı̇ fəsı̇l

ilə yanaşı, bir sıra dövlət icraatları da sosial həyatda təsirli


rola malik oldu. Belə ki islamı qəbul edən, amma hələ də
yerli adət-ənənələrin təsirində qalan müxtəlif xalqlar fəqihlər
və mərkəzi hakimiyyət tərəfindən qoyulmuş qaydalardan fərqli
yolla getdilər.
Müsəlmanların əksəriyyətinin fiqhi sünni fiqhidir. Bu fiqh
indiki dövrdə dörd məzhəbi: hənəfilik, malikilik, şafeilik və
hənbəliliyi özündə birləşdirir. Bu məzhəblər, demək olar ki,
oxşar mövqelərdən çıxış edirlər. Amma onlar hər nə qədər
islamın ümumi əsaslarında vahid mövqe nümayiş etdirsələr də,
fiqhi görüşlərə eyni gözlə baxmırlar.
Beynəlxalq münasibətlər (“siyər”) sahəsində səhv qənaətlər
mövcuddur və bu səhvlər dövrümüzədək davam edib. Belə
ki ənənəvi cihad və “siyər” mövzularına dair əsas ədəbiyyat
beynəlxalq islam qanununu formalaşdıran hüquqi baza rolu-
nu oynamışdır. Məhz bu ədəbiyyat vahid ənənəvi prinsipləri,
qayda və adətləri müəyyənləşdirmişdir1. Bu qənaətlər göstərir
ki, həmin məzhəblər ölüm və həyat məsələlərində fərqli möv-
qelərdən çıxış etmişlər. Məsələn, müəyyən problemə görə müt-
təhimə ölüm hökmü çıxaran bir məzhəbin əksinə olaraq, başqa
məzhəb elə həmin problemə görə eyni müttəhimə ölüm hök-
münü rədd edir. Yəni, bir məsələdə bütün məzhəblərin mümkün

1
Ətraflı məlumat üçün bax: Muhammad Hamidullah, The Muslim Con-
duct of State, 5th rev. ed.: (Lahore, Pakistan: H.S. Muhammad Ashraf,
1963); Majid Khadduri, War and Peace in the Law of Islam (Baltimore:
Johns Hopkins University Press, 1952); Said Ramadan, Three Maior
Problems Confronting the World of Islam (Takoma Park, Md.: Crescent
Publications, n.d.) pp. 1-6; Əbdülvəhhab Xəllaf. Qısa islam qanunvericiliyi
tarixi. Küveyt: “Dar əl-ərqam” nəşriyyatı, 1971, səh. 65-82.
Giriş: “bünövrə” və arxa planlar 61
görüşləri öz əksini tapa bilir. Onu da deyək ki, bu məzhəblər
arasındakı kəskin fikir ayrılıqları təkcə nəzəri yanaşmaların nə-
ticəsində meydana çıxmayıb. Biz kitabımızın üçüncü fəslində
görəcəyik ki, sözügedən məzhəblər əsas məsələlərdə həm cüzi
formada həmrəy olmuş, həm də cüzi formada fərqlənmişdir.
Çünki əsas məsələlərdən hökmçıxarma mənbələri və metod-
ları törəyir. Amma bu dörd məzhəb bütün sahələrdə Quran
və Sünnə ilə eyni mövqedən çıxış etmiş, bir metod olaraq
“icma”nı təsdiqləmişlər. Fərq onların “icma”nı hansı həddədək
tətbiq etmələrindədir.
Sual yaranır: Söhbət kimin “icma”sından gedir? Görəsən, bu,
səhabələrin, yoxsa Mədinə əhlinin (alimlərinin) “icma”sıdır?
Yoxsa bu, “həll və əqd əhli”nin yekdil rəyidir? Bəlkə, bu, bütün
alimlərin, fəqihlərin, yaxud da bütövlükdə ümmətin “icma”sı-
dır?1
Problem “istehsan”2 qaydasında daha da mürəkkəbləşirdi. Hə-
nəfilər “istehsan”ı fiqhi qayda olaraq tətbiq etdikləri halda şafei-
lər onu rədd edirlər.

1
Məhəmməd əbu Zəhrə. İmam Malik: həyatı, dövrü, görüşləri və fiqhi
baxışları. Qahirə: “Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, səh. 322-335,
352-360.
2
İstehsan: bir məsələ haqda çıxarılmış iki hökmdən birini asanlıq məq-
sədilə seçməkdir. İslam fiqh tarixində hənəfilər hikmətə əsaslanmayan “qi-
yas”ı bir kənara qoyaraq, hikməti təmsil edən “istehsan”ı (aprobasiya) özlə-
rinə metod seçmişlər. Ümumi götürdükdə “istehsan”ı müctəhidin qənaəti
hesab etmək mümkündir. İbn Rüşd demişdir: “Bir çox hallarda “istehsan”
ümumi mənafe və ədalətə meyl göstərməkdir”. Dini hökmlərə bu cür
yanaşamaq fəqihlərin arasında fikir ayrılığına səbəb olmuşdur. Məsələn,
İmam Şafei deyirdi: “Kim (mövcud fikirlərdən birini) bəyənib seçərsə (“is-
tehsan”ı tətbiq edərsə), yeni din yaratmışdır” – tərcüməçinin qeydi.
62 Bı̇rı̇ncı̇ fəsı̇l

Əsas məsələlərin məzmunu məsələsində də fəqihlər arasın-


da ciddi fikir ayrılığı yaranmışdı. Belə ki metodların, üsul və
qaydaların ümumi nəzəri tərəfi yox idi. Bu metodlar müəy-
yən məsələlərin həllində Quran və Sünnədən hökm çıxarmaq
məqsədilə fərdi qaydada tətbiq olunurdu. Amma əsası Peyğəm-
bər (Ona Allahın xeyir-duası və salamı olsun!) tərəfindən qoyulmuş müəyyən icti-
mai sistem vardı və alimlər, eləcə də fəqihlər onu nəzərə alaraq
fəaliyyət göstərirdilər.
Aşağıdakı suallar fiqhi görüşlərin bir-birindən fərqləndiyini
təfsilatı ilə bizə izah edir:

Birinci sual. Görəsən, cihad (Allah yolunda çalışmaq və


vuruşmaq) hücum müharibəsini başlatmaq, yoxsa islamı
müdafiə etmək üçün vacibdir?

Bu suala cavab axtardığımızda görürük ki, İmam Sövri və


İmam Əbu Hənifə oxşar mövqedən çıxış etmişlər. Halbuki digər
hənəfi fəqihi Sərəxsi onlarla razılaşmamış, şafei məzhəbinin bu
məsələdəki mövqeyi ilə üst-üstə düşən görüş irəli sürmüşdür1.
İmam Sövri demişdir:
“Müşriklərlə vuruşmaq onlar (müharibəyə) başlamadıqca va-
cib (“fərz”) deyildir. Əgər onlar müharibəyə başlasalar, “Sizinlə
savaşsalar, savaşın” ayəsinin zahiri məzmununa uyğun olaraq,
onlarla vuruşmaq lazımdır”.
İmam Əbu Hənifə demişdir:

1
Şafei. Ana kitab, IV cild, səh. 84-85, 90; Şeybani. “Siyər”in şərhi, I cild,
səh. 187-188.
Giriş: “bünövrə” və arxa planlar 63
“Cihad etmək müsəlmanlara vacibdir. Amma onlara ehtiyac
yaranmadıqca cihaddan azaddırlar”.
Sərəxsi isə demişdir:
“Bir sözlə, “Allah yolunda döyüşün və bilin ki, Allah hər
şeyi eşidəndir, biləndir” ayəsinə uyğun olaraq, cihad və savaş
əmri müəyyən tərtiblə gəlmişdir (ən axırda, müşriklərlə vuruş-
maq əmri nazil olub). Ən son əmr elə bundan ibarətdir. Bir
əmrin müstəsnasızlığı zərurət ifadə edir. Deməli, vuruşmaq dini
gücləndirmək və müşrikləri məğlub etmək üçün zəruridir”.
İmam Şafei demişdir:
“Cihad “fərz” deyil, “mübah” sayıldıqdan sonra Allah onlara
onu vacib qıldı”.
Cihadın vacibliyi imkanı (bacarığı) olanın onu etməsinə
əsaslanır ki, bu da iki halda baş verir: birincisi, müsəlmanları
qorxuda saxlayan düşmənin qarşısını ala biləcək kəslər möv-
cuddur; ikincisi, bütpərəstlər islamı qəbul edib, Kitab əhli də
cizyə versin deyə müsəlmanlardan imkanı çatan cihad edir.
İmam Şafeiyə görə, müsəlmanlardan imkanı çatanlar cihad
edərlərsə, cihada getməyənlər günahkar sayılmazlar1.

İkinci sual. Aman əhdi verildikdən sonra islam diyarında


törətdikləri cinayətlərə görə müsəlmanlara düşmən hərbi-
lərə2 “hədd” cəzası3 düşürmü?

1
Şafei. Ana kitab, IV cild, səh. 90.
2
Hərbi: Darülhərbdə (müharibə şəraitində olan ərazilər) yaşayan şəxslər –
tərcüməçinin qeydi.
3
Hədd cəzası: Şəriətdə forması və məzmunu konkret olaraq göstərilmiş
cəza növü. Məsələn, zina, oğurluq, sərxoşluq, namuslu qadınlara iftira kimi
günahlar üçün konkret cəza növləri vardır – tərcüməçinin qeydi.
64 Bı̇rı̇ncı̇ fəsı̇l

Şamın mötəbər fəqihlərindən İmam Övzai bildirir ki, on-


lara “hədd” cəzası düşmür və onlar islam qaydaları əsasında
cəzalandırılmırlar.
Aman əhdi verilmiş hərbilərin zina və oğurluq etmələri haq-
da suala İmam Əbu Hənifə belə cavab vermişdi:
“Ona “hədd” cəzası düşmür. Əksinə, o, oğurluğa görə təz-
minat ödəyir. Çünki sülh bağlamayıb və “müahidə”si (razılaş-
ma) yoxdur”.
Deməli, zina da etsələr, hərbilərə “hədd” cəzası düşmür1.
İmam Şafei isə deyib:
“Müharibə diyarının insanları aman əhdi ilə İslam diyarına
getdikdə və “hədd” cəzasını zəruri edən işlər törətdikdə iki
hal nəzərə alınmalıdır: əgər etdikləri günah Allahın haqqı ilə
əlaqəlidirsə və onlar qul haqqına girməyiblərsə, bağışlanılırlar.
Yox, qul haqqı ilə bağlı günahlar işləyiblərsə, onlara “hədd”
cəzası düşür”2.

1
İmam Məhəmməd əbu Zəhrəyə görə, Əbu Hənifə bu məsələdə fəqihlərin
böyük əksəriyyətinə – “cümhur”a əks getmişdir: “Həm Allahın, həm də
bəndənin haqqı pozulduqda tələb olunan cəzalar üstün keyfiyyətlərin
(fəzilətin) mühafizəsi üçündür. Amma bu cəzalar “müstə`min”lərə tətbiq
olunmur. Çünki onlar Ədalət və İnsaf qanununa uyğun olaraq İslam
ölkəsində qalmağa razılaşıblar. Müstə`minlər razılaşdıqları şeylərə görə
mühakimə olunarlar. Üstün keyfiyyətlərə xələl gətirən davranışlara görə
verilən cəzaları kəsmək üçün hakim külli-ixtiyara sahib olmalıdır. Və
müsəlman hakim “müstə`min”lər üzərində tam ixtiyar sahibi deyildir.
Çünki “müstə`min” şəxs islam ölkəsində müəyyən müddətədək qalır. Bax:
Məhəmməd əbu Zəhrə. İslama görə qanun və beynəlxalq münasibətlər.
Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı, 1982, səh. 99.
2
Şafei. Ana kitab, VII cild, səh. 325-326.
Giriş: “bünövrə” və arxa planlar 65
Üçüncü sual. Bir müahidi qəsdən öldürən müsəlman cə-
zalandırılmalıdırmı?

Bu məsələ barədə İmam Əbu Hənifə demişdir:


“Bir yəhudiyə, xristian və atəşpərəstə veriləcək qanbahası bir
müsəlmana veriləcək qanbahası qədərdir. Onlardan hər hansı
birini öldürən müsəlman qanbahası ödəməlidir”.
İmam Şafei isə fərqli düşünür:
“Bir kafirə görə mömini öldürmək olmaz. Bir yəhudi və xris-
tianın qanbahası müsəlmanın qanbahasının üçdə biri qədərdir.
Atəşpərəstin qanbahası isə səkkiz yüz dirhəmdir”1.

Dördüncü sual. Qeyri-müsəlmanların həyatını qorumaq


və bunun müqabilində onlardan cizyə almaq necə başa
düşülməlidir?

Bu məsələ haqda sünni fiqhində üç əsas görüş mövcuddur.


Şafei və hənbəli məzhəblərinə görə, cizyə yalnız Kitab əhli
və atəşpərəstlərdən alınmalıdır. Müşriklərdən cizyə almaq ol-
maz. Hənəfi və malikilər isə ərəb müşrikləri istisna olmaqla
qeyri-müsəlman sayılan hər kəsdən cizyə almağı qəbul edirlər.
İmam Malikə aid edilən, İmam Övzai və İmam Sövrinin də
təsdiqlədiyi üçüncü, amma məşhur olmayan görüş də vardır ki,
bu da hər kəsdən cizyənin alınmasıdır2.

1
Yenə orada, səh. 290-291.
2
İbn Qüdamə. əl-Müğni, IX cild, səh. 194-195, 319-324; Vəhbə Züheyli.
Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: “əl-Mək-
təbə əl-hədisə”, 1965, səh. 712-715.
66 Bı̇rı̇ncı̇ fəsı̇l

Müqayisə etsək görərik ki, sonuncu görüş müşriklər üçün


ümumi “amnistiya” elan edir, onların həyatını zəmanət altına
alır. Birinci görüş isə onlara heç bir imtiyaz tanımır.

Beşinci sual. Müharibə zamanı hansı kateqoriya insanları


öldürmək olmaz?

İmam Malik və İmam Əbu Hənifə demişlər:


“Korları, ağıldankəmləri, ahıl qocaları, məbəddəki insanları
öldürmək olmaz. Var-dövlətlərindən onlara yaşamalarına bəs
edəcək qədər saxlamaq lazımdır”1.
İmam Övzai və İmam Sövri demişlər:
“Təkcə qocaları öldürmək olmaz”2.
İmam Şafei demişdir:
“Bütün bu insanlar öldürülməlidir”3.
İbn Rüşd yazırdı:
“Onların (imamların) bu məsələdə fərqli düşünmələrinin sə-
bəbi Kitab və səhih hədislərdəki ümumi məzmundur. (Məsə-
lən:) “Allahdan başqa ilah yoxdur” – demədikcə insanlarla
savaşmaq mənə əmr olunub” hədisi, “Haram aylar başa çatdıq-
dan sonra harada görsəniz müşriklərlə savaşın” ayəsi rahib və
digər müşriklərin öldürülməsini zəruri edir...
Onların bütün fikir ayrılıqlarının kökündə qətli zəruri edən
səbəb ətrafında fərqli düşünmələri dayanır. Bəziləri deyir ki,

1
İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə
ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 310-311.
2
Yenə orada.
3
Yenə orada.
Giriş: “bünövrə” və arxa planlar 67
qətli zəruri edən səbəb küfrdür, deməli, hər bir müşrik öldü-
rülməlidir. Digərləri isə iddia edir ki, döyüşməyi bacaranlar
öldürülməlidir. Deməli, kafir olsalar da, qadınları öldürmək
olmaz. Elə isə döyüşməyə gücü yetməyənlər, o cümlədən əkin-
çi və günəmuzdçularda olduğu kimi özlərini döyüşçü hesab
etməyənləri öldürmək yolverilməzdir. Peyğəmbərin (Ona Allahın xeyir-
duası və salamı olsun!) dediyi kimi: “Uşaqları, günəmuzdlular və qadın-

ları öldürmək olmaz”1.


Müasir müsəlman müəlliflərindən biri bu mövzunu müzaki-
rəyə çıxarmışdır. Onun fikrincə, fəqihlər, bir tərəfdən, “dində
məcburiyyət yoxdur” qaydasını təsdiqləyir, digər tərəfdən, mə-
suliyyətə cəlb olunmada seçim azadlığını şərt kimi irəli sürürlər.
Təbii ki, bu, açıq-aşkar ziddiyyətdir 2.
Başqa müəllif isə bildirmişdir ki, bütün fiqhi hökmlərin
müqayisəsi aparılarsa, fəqihlər arasında ciddi fikir ayrılıqları-
nın mövcudluğu məlum olacaqdır. Bəzən bu fikir ayrılıqları o
qədər ciddidir ki, bir fəqih müəyyən məsələyə görə bir şəx-
sin ölümünə fitva çıxarır, digəri isə həmin vəziyyətdə qətlin
qeyri-vacibliyini bildirir. Elə də olur ki, bir fəqih müttəhimə
mülkiyyət hüququ tanıyır, digər isə tanımır və s3.
İlk dəfə bu məsələni bir problem kimi İbn əl-Müqəffə qal-
dırmışdır. O, xəlifə Mənsura təklif etmişdi ki, bütün fiqhi
görüşlər lazımi dəlilləri ilə bir kitabda cəm olunsun və xəlifə

1
Yenə orada.
2
Əbdülmütəali əs-Səidi. İslamda din azadlığı. Qahirə: “Dar əl-fikir əl-ərə-
bi” nəşriyyatı, (tarix göstərilməyib), səh. 46.
3
Məhəmməd Fəthi Osman. Hicrətdən sonra İslam peyğəmbərinin qur-
duğu ideya dövləti: tarixdə ilk ideoloji dövlət təcrübəsi. Küveyt: “əd-Dar
əl-küveytiyyə” nəşriyyatı, 1968, səh. 83.
68 Bı̇rı̇ncı̇ fəsı̇l

həmin görüşləri təsdiqləsin. Bununla da bütün hökmlər dəqiq


və oxşar olacaqdır1.
Deyilənə görə, xəlifə Mənsur İmam Malikdən istəyir ki, fiq-
hi görüşlərini yazıb dövlətin qanunvericilik aktı halına sal-
sın. İmam Malik fiqhə dair mühüm mənbə – “Müvətta” ki-
tabını yazmışdı. Amma buna rəğmən o, “Müvətta”nın islam
dövlətində hamının icbari qəbul edəcəyi yeganə ana qanun
kitabına çevrilməsini qəbul etmədi2.
Məlumdur ki, tarix boyu alimlər məhkəmə qazılarının işləri-
ni görmüş, fitvalar vermişlər. Bəzən elə olurdu ki, Osmanlı
sultanları qanunvericilik işini öz boyunlarına götürür, qanunlar
çıxarır, dini əmrlər verirdilər. Bəzən də bunu siyasi və inzibati
maraqları əsas tutan şəxslərə tapşırırdılar3.
Fiqhin beynəlxalq münasibətlərlə məşğul olan hissəsi yal-
nız cihaddan, onunla əlaqəli anlayışlardan (cihad və “siyər”)
bəhs edirdi. Əslində bu məsələlər siyasi məzmun daşıyırdı. Bu

1
Sübhi Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin vəziyyəti: keçmiş-
də və indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı, 1965, səh. 158-159.
2
Məhəmməd Fəthi Osman. Hicrətdən sonra İslam peyğəmbərinin qur-
duğu ideya dövləti: tarixdə ilk ideoloji dövlət təcrübəsi. Küveyt: “əd-Dar
əl-küveytiyyə” nəşriyyatı, 1968, səh. 83.
3
H.A.R. Gibb, Studies on the Civilization of Islam. Ed. By Stanford
J. Shaw and William R. Polk (Boston: Beacon Press, 1962), PP. 7-14,
148-149; H.A.R. Gibb, “Religion and Politics in Christianity and Islam”,
J. Procter ed., Islam and International Relations, (New York: Frederick
A. Praeger, 1965), pp. 10-12; Sübhi Məhməsani. Ərəb dövlətlərində
qanunvericiliyin vəziyyəti: keçmişdə və indi. Beyrut: “Dar əl-elm lil-
məlayin” nəşriyyatı, 1965, səh. 174-175; Thomas Naff, “The Setting and
Rationale of Ottomon Diplomacy in the Region of Selim III (1789-
1807)”, pp. 3-4.
Giriş: “bünövrə” və arxa planlar 69
məsələləri hakimiyyətdən, qanunverici aparatdan yavaş-yavaş
uzaqlaşdırılan alimlərin görüşlərinin tətbiqi hesab etmək, de-
mək olar ki, çətindir1.
Deməliyik ki, fiqh bütöv bir sistem kimi Müsəlman mədə-
niyyətinin çiçəkləndiyi dövrdə ənənəvi islam fikrinin ayrılmaz
hissəsi olmuşdur. Ali Xəlifəlik adı ilə məşhur olan bu mədəniy-
yət təxminən 1100-cü ilədək davam etmişdir. Bu müddət
ərzində ənənəvi həyat tərzinin cizgiləri və əsas komponentləri
bütün aydınlığı ilə özünü büruzə vermişdi. Belə bir həyat
tərzinin təsiri ilə sağlam cəmiyyət yaranmış, üstün mədəniyyət
formalaşmış, siyasi-iqtisadi, sosial, əxlaqi və hüquqi sahələrdə
nailiyyətlər əldə olunmuşdu. Fiqh və “siyər” qərarnamələrin
hazırlanmasında vasitələr hesab olunurdu. İndiki dövrdə isə
fiqh və “siyər”i islam qanunvericiliyinin mənbələri hesab etmək
lazımdır, qanunvericiliyin özü deyil!
Fiqhə məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Bunun-
la da müasir müsəlman zehniyyəti yeni tələblər və təhlükələr
əsasında fiqhi çalışmaları yenidən nəzərdən keçirmək ehtiyacı
hiss edəcəkdir. Təbii ki, söhbət şəriətin mahiyyəti ilə səsləşən
tələblərdən gedir. Biz bunu “ictihad qapısı”nın yenidən açılması
da adlandıra bilərik. Bu cür sağlam yanaşma yeni islam qa-
nunvericiliyinin formalaşdırılmasında alimlərin qarşılaşdığı bəzi
nəzəri çətinliklərin aradan qaldırılmasına da kömək edəcəkdir.
Müsəlman fəqihlərinin görüşləri, bir gün də olsun, indiki
məna ilə desək, qanun rolunu oynamamış, əksinə, qanunun
mənbəyi kimi çıxış etmişdir. Fiqhin əhəmiyyəti həm də ona

1
Thomas Naff, “The Setting and Rationale of Ottomon Diplomacy in the
Region of Selim III (1789-1807)”, pp. 17.
70 Bı̇rı̇ncı̇ fəsı̇l

görə böyükdür ki, Quran və Pak Sünnə onun mənbələri kimi


çıxış edir. Bu iki mənbə müsəlman psixikasına təsir etmək ba-
xımından müstəsna rola malikdir. Müsəlmanların vəziyyəti ilə
əlaqəli görüşlərin müvafiqliyi bu mənbəyə (fiqhə) xüsusi çəki
vermişdir.
Ali Xəlifəlik zamanı islam hökumətinin qanunvericilik, icraiy-
yə və məhkəmə funksionallığı yeknəsəq olmamışdır. Hökumət
qurumları arasındakı əlaqə dövrdən dövrə, xanədandan xanə-
dana, xəlifədən xəlifəyə dəyişmişdir. İndiki dövrdə isə islamın
sosial-inzibati bazisindəki köklü dəyişikliklərin baş verməsi, ic-
timai quruluş və idarəetmədə sistematikliyə ehtiyacın yaran-
ması nəticəsində müsəlman rejimlər ali islam prinsiplərinə,
məqsəd və ideallara riayət etməyə, fəal surətdə siyasi baza-
larını möhkəmləndirməyə, hökumətin funksiyalarını yenidən
tənzimləməyə başlamışdır. Təbii ki, bu prosesin uğurla başa
çatması üçün həmin islam prinsipləri və məqsədlərinin əks
olunduğu təlim-tərbiyə və konstitusiya sistemlərində islahatlar
aparılmalı, yeni tələblər və vəzifələr nəzərə alınmalıdır.
Müsəlman alimləri və fəqihləri yeni layihə üçün öz ideyala-
rını irəli sürməli, onun hazırlanmasında fəal iştirak etməlidirlər.
Amma bu görüşlər qanunlarla dolaşıq salınmazsa, islam cəmiy-
yətində müxtəlif sahələrin ziddiyyəti az hallarda baş verəcəkdir
ki, bu da ənənəvi iqtidar mexanizminə öz vəzifəsini daha asan,
daha çevik icra etmədə köməklik göstərəcəkdir.
Giriş: “bünövrə” və arxa planlar 71
Kitabın ikinci fəsli fiqh və “siyər” ədəbiyyatında cihadla əla-
qədar deyilənlərin təhlilinə həsr olunub. Biz problemin islam
formatını müəyyənləşdirməyə çalışmışıq. Bir sözlə, problemi bu
cür qoymuşuq: Müsəlmanların beynəlxalq münasibətlərdə işti-
rakı hansı həddə qədər mümkündür?
İkinci fəsil
ƏNƏNƏVİ NƏZƏRİYYƏ
VƏ DAVAMLI İNKİŞAF

Müzakirəyə çıxarılmış ənənəvi “siyər” nəzəriyyəsi Orta əsr


müsəlman fəqihlərinin görüşlərini əhatə edir. Təbii ki, söhbət
xarici münasibətlərə dair görüşlərdən gedir. Biz müsəlman
mütəfəkkirlərindən Əbülhəsən Şeybaninin, Məhəmməd ibn İd-
ris əş-Şafeinin, Əbülhəsən Mavərdinin, Əbu Hamid əl-Qəzali və
Təqiyyədin ibn Teymiyyənin əlaqədar görüşlərinə toxunacağıq.

1. Ənənəvi islam nəzəriyyəsi


nədən ibarətdir?

Dövlətlərarası münasibətlərə dair ənənəvi islam nəzəriyyəsini


təhlil etməzdən əvvəl bu nəzəriyyənin nədən ibarət olduğunu
bilməyimiz çox zəruridir. Və maraqlıdır ki, hələ əsrlər qabaq
nəzəriyyə sözü beynəlxalq münasibətlər sahəsində bir neçə
mənada istifadə olunmuşdur.
Birinci fəsildə dedik ki, ənənəvi nəzəriyyə meyar (aksioloji
prinsiplər) nəzəriyyəsidir. Hər şeydən əvvəl bu nəzəriyyə ilahi
mənbələrin (Quran və Pak Sünnənin) avtoritetliyinə əsaslanır
və özündə bir sıra dəyər və meyarları ehtiva edir. Həmin dəyər
və prinsiplər siyasi davranışları tənzimləyən amilləri müəyyən-
ləşdirir. Əslində ənənəvi nəzəriyyə fiqh ədəbiyyatı və çalışma-
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 73
ları əsasında müsəlmanların öz dostları, düşmənləri və qeyri-
müsəlman azlıqlarla münasibətlərinə olan tarixi fiqhi baxışını
əks etdirir1.
Bu o demək deyildir ki, müsəlman hökmdarlar (xəlifələr, sul-
tanlar...) ənənəvi nəzəriyyəyə hər bir vəziyyətdə əməl etmişlər.
Lakin hamı tərəfindən qəbul edilmiş əsasları, hərtərəfli tətbiqi
və münasib rolu nəzərə alınarsa, bu nəzəriyyə uzun müddət
siyasi mövqe və davranışların müəyyənləşdirilməsində rəğbət
görmüşdür.
İslam çalışmalarını ya başlıca sənədlər, ya da ikinci dərəcəli
materiallar hesab etmək mümkündür. Bütünlükdə isə bu ça-
lışmalar araşdırılacaq mövzunu təsdiqləyən arqumentlər kimi
çıxış edir. Tarixi tədqiqatlardan görürük ki, İbn Hişam, Təbəri
və Vaqidinin fiqhə, “sirə” və tarixə dair əsas çalışmaları birinci
dərəcəli mənbələr hesab olunur. Bu çalışmalar həm də tarixi
sənədlərdir.
İslam əqidəsi, fikri və ideologiyasını məzmunca təhlil etdikdə
görürük ki, Quran və Pak Sünnə başlıca mənbə və sənəd kimi
qəbul edilmişdir. Fiqhi çalışmalar isə ikinci dərəcəli (əlavə) ma-
terial olaraq seçilmişdir.
Xarici əlaqələrə dair ənənəvi nəzəriyyənin tərkib hissələrinin
müəyyən edilməsində fiqhi ədəbiyyatdan birinci dərəcəli ədə-
biyyat kimi istifadə edəcəyik. Amma dördüncü fəsildə islam
formatı (çərçivəsi, konstruksiyası) haqda danışarkən əsas mənbə
1
Edward Shils, “The Concept and Foundation of Ideology”, International
Encyclopedia of Social Sciences, ed. David Sills, (New York: Free Press,
1968), vol, vii, pp. 66-67; James E. Dougherty and Robert L. Pfaltzgraff,
Jr., Contending Theories of International Relations (Philadelphia: J.B.
Lippincott, 1971), pp. 25-28.
74 İkı̇nci fəsı̇l

kimi Quran və Sünnəni götürəcək, fiqhi materiallara isə əlavə


mənbə gözü ilə baxacağıq.

2. Əsas anlayışlar və izahlar

Bundan əvvəl qeyd etdik ki, beynəlxalq münasibətlərə dair


aparılmış islam araşdırmalarında qaranlıq nəzəri məqamlar və
anlayış qarmaqarışlığı vardır. Görünür, bu həm qanunun mən-
bəyi olmada fiqhə yüklənən funksiyanın qeyri-konkretliyindən,
həm də onun sosial həyatdakı əhəmiyyətindən irəli gəlir. Belə
olan vəziyyətdə fiqh islam dövlətində rəsmi qərarları və siyasi
kursu ifadə etmir. Bəzi müasir müəlliflər bu məsələdə yanlış
qənaətə gəlmişlər. Çünki onlar fəqihlərin görüşləri ilə əsasını
Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) qoyduğu möhkəm sosial
nizam arasındakı sıx əlaqəni dərk edə bilməyiblər.
Ən çətin məsələ fəqihlərin fərqli-fərqli görüşlərini ümumiləş-
dirməkdir. Bəli, buna cəhd göstərmək lazımdır. Bu ona görə
vacibdir ki, Ali Xəlifəlik ideyasının həqiqi mahiyyəti haqda
tam təsəvvür hasil olsun. Bəzi səhv qənaətlərin təshihi üçün
müsəlman fəqihlərinin beynəlxalq münasibətlərlə əlaqədar təq-
dim etdikləri başlıca məfhum və terminləri yenidən nəzərdən
keçirmək tələb olunur.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 75

2.1. Cihad, Darülislam,


Darüləhd və Darülhərb

İslam fikri və fiqhinə daxil olmuş bu dörd termin ənənəvi


müsəlman cəmiyyətinin beynəlxalq münasibətləri ilə birbaşa
əlaqəlidir.
Cihad. Müsəlman islama çağırış vəzifəsini icra edərkən, əla-
qədar öhdəlikləri yerinə yetirərkən əlindən gələni etməlidir ki,
haqq bərqərar olsun, batil və zülm aradan qalxsın. Bu məqsədlə
əməli işlər görməlidir. Yox, bacarmazsa, haqqı car çəkib, zülmü
ifşa etməlidir, qınaqlardan qorxmamalıdır. Əgər bunu da bacar-
mazsa, qəlbi ilə etiraz etməlidir.
Cihad təkcə zahiri deyil, həm də daxili əməldir. Çünki da-
xilən çalışmaq insanda əzmkarlığı artırır və o özündəki səhv və
qüsurları aradan qaldırmaq gücünə sahib olur (ən böyük cihad
da (cihadi-əkbər) elə budur). Bu nöqteyi-nəzər qəti şəkildə
göstərir ki, cihad dedikdə təkcə müharibə etmək (hücum və
ya müdafiə xarakterli olsun – fərqi yoxdur) başa düşülmür. Bu
kitabda görəcəyik ki, cihad haqda irəli sürdüyümüz bu nöqteyi-
nəzərə əks mövqedən çıxış edən müəllif və fəqihlər vardır.
Darülislam. İslam dövlətinin hakimiyyəti altında olan, müsəl-
manların azad və əmin-amanlıqda yaşadıqları, şəriət hökmləri-
nin tətbiq olunduğu torpaqların ümumi adıdır1.

1
Muhammad Hamidullah, The Muslim Conduct of State, 5th rev. ed.:
(Lahore, Pakistan: H.S. Muhammad Ashraf, 1963), pp. 85, 129-131;
Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma,
Dəməşq: “əl-Məktəbə əl-hədisə”, 1965, səh. 192-196.
76 İkı̇nci fəsı̇l

Darüləhd. Bəzən darüssülh də adlandırılır. Bu sözü ilk dəfə


İmam Şafei işlətmişdir. Sonuncuya görə, darüləhd – əhalisi ilə
sülh bağlanmış qeyri-islam torpaqlarını ifadə edir. Bu torpaq-
lar müəyyən müqavilə əsasında islam dövlətinə tabe olsa da,
sakinləri yerli müstəqilliyə, o cümlədən siyasi və dini azadlıq-
lara sahibdir. İmam Şafei düşünürdü ki, bu cür müqavilələrin
təsdiqlənməsi islam şəriətinin həmin ərazilərdə tətbiqi mənasına
gəlir. Belə ki oranın əhalisi dövlət xəzinəsinə xərac ödəyirlər.
Xərac isə cizyə qəbilindən vergi sayılır1.
Darülhərb. Müsəlmanlara ədavət bəsləyən, onların azadlığı
və əmin-amanlığı üçün təhlükə yaradan qeyri-islam torpaqları
darülhərb adlanırdı.
Bəzi müəlliflər, xüsusən də Məcid Xədduri bır sıra müctə-
hid fəqihlərin izahlarına ifrat formada üstünlük vermək təma-
yülünün baiskarları hesab olunur. Məsələn, Xədduri yazırdı
ki, müsəlmanlara görə cihad Allahın mömin qullarına vacib
əmridir. Allah buyurur: “Harada görsəniz, müşriklərlə vuru-
şun”. Habelə Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) hədisi buna
dəlildir: “Allahdan başqa ilah yoxdur” – demədikləri müddətdə
insanlarla savaşmaq mənə əmr olunub”.
Xədduri iddia edir ki, islam şəriətinə görə cihad möminlərə
daimi vacib əmrdir. Və müsəlmanlar darülislam darülhərbə
qalib gələnədək davamlı şəkildə siyasi, psixoloji, hətta əməli
müharibə yolu ilə cihad etməlidirlər. Xədduri onu da əlavə edir
ki, “İslam dövləti, ya sülh, ya da aman müqaviləsinə uyğun

1
İbn əl-Qəyyim. Zimmilərə dair hökmlər, II cild, səh. 475-490; Şafei. əl-
Umm, IV cild, səh. 103-104.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 77
olaraq, darülhərb əhalisinə qısa müddətə dinclik verə bilər. Bu
müddət isə on ildən artıq olmamalıdır”1.
Xəddurinin dinc (sülh) dövr üçün göstərdiyi müddətə nəzər
salaq. Məlum olur ki, o, sülh müqaviləsinin müddətini maksi-
mum on il göstərmişdir. Xədduri bu məsələdə İmam Şafeinin
ictihadını2 əsas götürmüşdür. İmam Əbu Hənifənin ictihadı isə
fərqlidir və daha mötəbərdir. Əbu Hənifə onillik müqavilənin
müddətinin icarə müqaviləsində olduğu kimi artırılmasını “caiz”
saymışdır. Çünki “...ümumi olan şey (müqavilə, əhd – mü-
tərcim) onillik müddətlə konkretləşdirilib ki, bunu artırmaq
olar. Bu müddətdə mənafe (fayda) vardır. Çünki sülhün faydası
müharibənin faydasından bəzən çox olur” 3.
Həm İbn Qüdamə, həm də İbn Rüşd fikirlərində İmam
Malik və İmam Əbu Hənifədən (bəzi məlumatlara görə İmam
Əhməddən) təsirlənmişlər. Onlara görə, müqavilənin müddəti
islam dövlətinin maraqlarına uyğun olaraq dəyişir4.
Bütün bunlar göstərir ki, məlum məsələ ətrafında müctəhid
fəqihlər fərqli düşünmüşlər. Deməli, islamın mövqeyini ifadə
edən xüsusi görüş mövcud deyildir.

1
Majid Khadduri, “Introduction” to the Classical Work of Siyar by
Muhammad Shaybani in the Islamic Law of Nations (Baltimore: Johns
Hopkins University Press, 1966), pp. 16-17.
2
Şafei. əl-Umm, IV cild, səh. 109.
3
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 286.
4
Yenə orada; İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad:
“Məktəbə ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 313; Vəhbə Züheyli.
Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: “əl-
Məktəbə əl-hədisə”, 1965, səh. 675-678.
78 İkı̇nci fəsı̇l

Müşriklər, onlara qarşı müsəlmanların tolerant davranmala-


rının qeyri-mümkünlüyü haqda mülahizələrinə Xədduri belə
haqq qazandırır: “Görünür, şirk bütpərəstliyə yaxın anlayışdır
və uca ilahın mövcudluğunu dolayı yolla qəbul etmir”1.
Bu məsələdə “icma” mövcud olmadığından Xəddurinin iddi-
asını qəbul etmək çətindir.
Əbu Hənifə bu sözlə əlaqəli ayə və hədislərdə söhbətin müş-
rik ərəblərdən getdiyini bildirir. İmam Malikə aid edilən bir
görüşə görə isə söhbət yalnız Qüreyşdən gedir 2. Həm İmam
Övzai və İmam Sövri, həm də digər bir mülahizəsində İmam
Malik3 bildirmişdir ki, bu anlayış bütpərəst kafirlərə aid de-
yildir. Göründüyü kimi, müctəhid fəqihlər son dərəcə tolerant
olmuşlar. Bununla yanaşı, məlum olur ki, bir müctəhidin bəzən
müsəlmanların “icma”sına (konsensusa) tabe olmamağı müm-
kündür.
“...İslam şəriətinə görə cihad möminlərə daimi vacib əmrdir.
Və müsəlmanlar darülislam darülhərbə qalib gələnədək davamlı
şəkildə siyasi, psixoloji, hətta əməli müharibə yolu ilə cihad
etməlidirlər. Bu müharibələr həm islam ölkələrinin daxilində,
həm də xaricində aparıla bilər”4 – deyən Xədduri iddiasını

1
Majid Khadduri, War and Peace in the Law of Islam (Baltimore: Johns
Hopkins University Press, 1952), pp. 74-75.
2
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 195.
3
Yenə orada.
4
Majid Khadduri, “Introduction” to the Classical Work of Siyar by
Muhammad Shaybani in the Islamic Law of Nations (Baltimore: Johns
Hopkins University Press, 1966), pp. 16; Majid Khadduri, War and Peace
in the Law of Islam (Baltimore: Johns Hopkins University Press, 1952),
pp. 55-56.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 79
sübut etmək üçün Quran və Pak Sünnədən iqtibaslar gətirir.
Kontekstdən “qayçılanaraq” götürülmüş bu iqtibaslar Quran və
Sünnənin ilahi mənbələr olduğunu qəbul edən bir oxucunu
azdıra bilər. Oxucu elə zənn edər ki, cihad anlayışı asan an-
layışdır və islam fiqhində bu barədə heç fikir ayrılığı yoxdur.
Beləliklə, onda belə bir təsəvvür yarana bilər ki, müsəlman
fəqihləri cihadın daimi müharibə olmağı ətrafında həmrəylik
nümayiş etdirmişlər (və ya bu barədə “icma” mövcuddur). Ya
da cihad, Xəddurinin əsaslandırmağa çalışdığı kimi, “Allahdan
başqa ilah yoxdur” – demədikləri müddətdə insanlarla savaş-
maq əmridir”.
Əslində, bütün müsəlman fəqihləri bu cür düşünmür. Bir
çox müsəlman fəqihi öz etiqadlarına bağlı qalan bütpərəst
müşriklərə münasibətdə tolerant davranmışdır. Belə ki müşriklər
cizyə ödədikdən sonra əmin-amanlıq şəraitində yaşayır, islam
dövlətinin himayəsi altına girirdilər. İmam Əbu Hənifə bil-
dirmişdir ki, ərəb bütpərəstlər istisna olmaqla hər bir müşrik
kafirdən cizyə alınmalıdır. İmam Malikə aid edilən bir görüşə
görə isə cizyə Qüreyş qəbiləsindən savayı hər kəsdən – bütün
müşriklərdən alınırmış. Habelə İmam Övzai, İmam Sövri və
İmam Malik cizyənin istisnasız olaraq hər bir müşrikdən alın-
mağı görüşünü müdafiə etmişlər1.
Xədduri sülh müddəti və müşriklərə münasibət məsələləri
barədə necə düşünürsə, cihad və bitərəflik problemi haqda da
o cür düşünür. Bu, təəccüblü deyildir. Çünki o, öz iddiaların-

1
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 193; Vəhbə Züheyli. Müharibənin
islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: “əl-Məktəbə əl-hədisə”,
1965, səh. 712-715.
80 İkı̇nci fəsı̇l

da yalnız bir fiqhi mənbəyə – İmam Şafeiyə istinad etmişdir.


Bir daha deyirik: əgər bu məsələdə müsəlman hüquqşünasları
vahid mövqedən çıxış etsəydilər, Xəddurinin dediklərini doğru
saymaq mümkün idi. Amma cihad, bitərəflik, sülh müddəti və
müşriklərlə tolerant davranmaq məsələləri barədə “icma” möv-
cud deyil.
Qərbdə Averrois adı ilə tanınan müsəlman hüquqşünası İbn
Rüşd fəqihlərin müharibə və sülhə dair bəzi görüşlərini xülasə
edərək yazırdı:
“İmam (dövlət başçısı) faydalı hesab edəcəyi təqdirdə (müş-
riklərlə) sülh bağlamağın “caiz” olduğunu deyənlər Malik, Şafei
və Əbu Hənifədir. Amma Şafei sülh müddətinin Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!) Hüdeybiyyə ilində kafirlərlə bağladığı

sülh müqaviləsinin müddətindən çox olmağını “caiz” hesab


etmir. Zərurət olmadıqda sülhün bağlanması ətrafında onların
ixtilafa düşmələrinin səbəbi Allah Təalanın “Haram aylar (on-
lara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl
ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün...”1 və “Kitab
əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın
və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və
haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz
əlləri ilə cizyə verincəyə qədər vuruşun”2 kəlamlarının zahirən
“Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl
et və Allaha bel bağla...” kəlamı3 ilə ziddiyyətindən irəli gəlir.
Amma ya müsəlman olanadək, ya da cizyə verənədək kafirlərlə

1
“ət-Tövbə” surəsi, 5-ci ayə – tərcüməçinin qeydi.
2
“ət-Tövbə” surəsi, 29-cu ayə – tərcüməçinin qeydi.
3
“əl-Ənfal” surəsi, 61-ci ayə – tərcüməçinin qeydi.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 81
vuruşmağı əmr edən ayənin sülh ayəsini qüvvədən saldığını
(“nəsx” etdiyini) düşünənlər bildirmişlər ki, yalnız zəruri hal-
larda sülh bağlanmalıdır. Sülh ayəsini digər ayələri konkretləş-
dirdiyini düşünənlər isə demişlər: “İmam (dövlət başçısı) mü-
nasib bilərsə, sülh bağlamaq “caiz”dir”1.
Bu qeyd olunanlar açıq şəkildə sübut edir ki, fəqihlər zə-
rurət olmadıqda və konkret müddət göstərilmədən qeyri-müsəl-
manlarla sülh bağlamaq ideyası ilə razılaşırlar.
Sərəxsi, İmam Əbu Hənifənin sülhü təqdir edən görüşü ilə
yanaşı, İmam Sövrinin dediklərini də rəvayət etmişdir. İbn
Ömər, Əta, Əmr ibn Dinar və İbn Şəbrəmə kimi fəqihlər də
İmam Sövri ilə həmfikirdirlər. Sərəxsi yazırdı:
“Cihad könüllülükdür, “fərz” deyildir. Cihad əmri “məndub-
luq”2 ifadə edir. Onlarla vuruşmaq Allah Təalanın “Əgər sizinlə
vuruşsalar, onları öldürün” və “Müşriklərin hamısı sizinlə vu-
ruşduqları kimi, siz də onlarla vuruşun...”3 kəlamlarının zahiri
mənasına görə vacibdir”4.
Nəhayət, Xədduri iddia edir ki, islamda bitərəflik deyilən şey
mövcud deyildir. Təbii ki, bu iddianı onun cihad məfhumuna
baxışı doğurur. Dedik ki, cihada bu cür baxış fəqihlərin böyük

1
İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə
ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 313.
2
Məndub – edilməsini Allahın və ya peyğəmbərinin qəti şəkildə tələb
etmədiyi şeydir. Edənə savab yazılar, etməyənə də cəza düşməz – tərcü-
məçinin qeydi.
3
“ət-Tövbə” surəsi, 36-cı ayə – tərcüməçinin qeydi.
4
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 286-287; Vəhbə Züheyli. Müha-
ribənin islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: “əl-Məktəbə
əl-hədisə”, 1965, səh. 86-87; Şeybani. “Siyər”in şərhi, I cild, səh. 190-191.
82 İkı̇nci fəsı̇l

əksəriyyəti – cümhur tərəfindən məqbul sayılmır. Göründü-


yü kimi, Xəddurinin cihada baxışı onda bitərəflik haqda səhv
təsəvvür yaratmışdır1.
Xəddurinin tarixi presedentləri subyektiv şəkildə təhlil edərək
“islam hüququ nəzəriyyəsi bitərəfliyə deyil, bitərəfləşdirməyə
icazə verir” qənaətinə gəlməsi də yanlışdır. Onu da deyək ki,
professorlar Məhəmməd Həmidullah və Vəhbə Züheyli fərqli
düşünürlər Belə ki onlar Quranı və Pak Sünnəni araşdırmaqla
tarixi presedentlərə islamda bitərəflik prinsipinin mövcudluğu-
nu sübut edən arqumentlər kimi baxmışlar 2.
Ümumiyyətlə, bir tədqiqatçı başlıca islam mənbələrindən
iqtibas gətirərkən diqqətli olmalı, ənənəvi islam ədəbiyyatını
ümumiləşdirdikdə ehtiyatlı hərəkət etməlidir. Bu onun yanıl-
mağının, həqiqətləri təhrif etməyinin qarşısını alacaq, islam
fikrinin düzgün başa düşməsinə, doğru nəticələr əldə etməsinə
səbəb olacaqdır.
Haqqı bərqərar etmək və ədaləti yaymaq vəzifəsi sayılan
cihad insan haqlarının qorunmasını ifadə edir. Söhbət dinində,
əqidəsində, şəxsiyyətinin mühafizəsində, canının, şərəfinin, nəs-
linin, ümumi və xüsusi mülkiyyətinin, ağlının (ifadə, vicdan və

1
Majid Khadduri, “Introduction” to the Classical Work of Siyar by
Muhammad Shaybani in the Islamic Law of Nations (Baltimore: Johns
Hopkins University Press, 1966), pp. 18-19; Majid Khadduri, War and
Peace in the Law of Islam (Baltimore: Johns Hopkins University Press,
1952), pp. 251-267.
2
Muhammad Hamidullah, The Muslim Conduct of State, 5th rev. ed.:
(Lahore, Pakistan: H.S. Muhammad Ashraf, 1963), pp. 285-300; Vəhbə
Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq:
“əl-Məktəbə əl-hədisə”, 1965, səh. 197-220.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 83
düşünmə azadlığı) qorunmasında, təlim və tərbiyə vasitələri
ilə təmin edilmədə bir insanın sahib olduğu hüquqlardan ge-
dir. Bu məqsədləri həyata keçirməklə, onlardan Allahın razılığı
üçün faydalanmaqla insan oğlunun özü özünü dəyişdirməsi –
budur cihaddakı ən ülvi qayə! Cihaddakı digər başlıca məqsəd
başqalarının hüquqlarını müdafiə etməkdir. Cihad bu nöqteyi-
nəzərdən hər bir dövr və məkanda hər kəs üçün ədaləti təmin
etmək vasitəsi olaraq başa düşülməlidir. Ədalətin mayasında isə
insan hüquqlarını qorumaq yatır.
Başa düşməyimiz son dərəcə əhəmiyyətlidir ki, islam tari-
xində hegemon olmayıb deyə bu və ya digər siyasi sistemi
inkar etmək doğru deyildir. Hər hansı bir siyasi sistemin yaran-
ması bir prinsiplə əlverişli şərait arasındakı əlaqənin nəticəsidir.
Nə vaxt isə müəyyən bir sistemə ehtiyacın olmamağı onun
başqa şəraitlərdə işə yaramamağı mənasına gəlmir.

2.2. Əhd və aman

Əhd. Ərəb dilində müqavilə (razılaşma) məfhumunu ifadə


etmək üçün bir sıra sözlərdən istifadə olunur. Məsələn, “əhd”,
“hidnə”, “müvadəə”, “misaq”, “sülh” və “hilf ” və s. Amma bunlar
dəryadan bir damcıdır1.
Şəriət baxımından əhd dedikdə qanuni işlərdə (bir şeyi)
qəbul etmək, (bir şeyə) razı olmaq başa düşülür. Bu zaman
əlaqədar tərəflər razılaşdırılmış müqavilə şərtlərinə riayət etmə-
lidirlər.

1
İbn əl-Qəyyim. Zimmilərə dair hökmlər, II cild, səh. 475; Şafei. əl-Umm,
IV cild, səh. 109-114; İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 284-292.
84 İkı̇nci fəsı̇l

Fəqihlərə görə, əhd o halda başa çatır ki, ya tərəflərdən biri


müqavilənin bəndlərini pozur, ya da bəndlərdə şəriətlə zidd
məqamlar mövcuddur.
Müqavilənin məzmununda əksini tapacaq bənd və məsələlərə
gəlincə, onları aidiyyəti fiqhi məktəb müəyyənləşdirir. Bu mək-
təb həmin müqavilənin legitimlik və ya qeyri-legitimliyini
nəzərdən keçirir. Məsələn, mövcud siyasi hakimiyyət müddəti
on ildən artıq sülh müqaviləsini ratifikasiya edərsə, heç bir fiqhi
hökm ortaya çıxmayacaqdır. Bu ona görədir ki, şafei məzhəbi
sülh müqaviləsinin müddətini konkret (on il) göstərdiyi halda
hənəfilər bu müddətin çox ola biləcəyini məqbul hesab edirlər.
Habelə müqavilənin ləğv olunmasını elan etmək məsələsi də
diqqətdən qaçmamalıdır. Belə ki islam fəqihlərinə görə, mü-
qavilənin müsəlmanlar tərəfindən birtərəfli ləğvi doğru deyil-
dir. Çünki qarşı tərəfin bununla razılaşıb-razılaşmamağı şübhəli
məsələdir. Bu səbəbdən, müqavilənin pozulmasını aydın şəkildə
sübut edən konkret vəziyyətin yaranması şərtdir. Hənəfilər is-
tisna olmaqla digər fəqihlər hesab edirlər ki, qanuni müqaviləni
pozmaq olmaz. Əgər qarşı tərəf bilərəkdən və ya bilməyərəkdən
müqaviləni pozarsa, müsəlmanlar da ikinci tərəfə müqavilənin
başa çatdığını bildirməlidirlər1.
Bəzi hənəfi fəqihləri cihada islamı yayma vasitəsi kimi bax-
dıqlarından vəziyyət müsəlmanların xeyrinə dəyişdikdə möv-
cud hakimiyyətə müqaviləni birtərəfli dayandırmağı (nəbz)
tövsiyə edirlər. Onlar hesab edirlər ki, islamın mənafeyi ən

1
İmam Fəxrəddin Razi. Böyük təfsir. Qahirə, 1938, XV cild, səh. 182-
183; Şafei. əl-Umm, IV cild, səh. 107-109; Şeybani. “Siyər”in şərhi, I cild,
səh. 190-191; Təbəri. Came əl-Bəyan, X cild, səh. 26-27.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 85
yaxşı şəkildə cihada riayət zamanı qorunur. Odur ki vəziyyət
dəyişdikdə imam (dövlət başçısı) müqaviləni dayandırmalıdır.
Amma onların bu görüşünə digər fəqihlər qarşı çıxır. Onlara
görə, bu, müqaviləni pozmaqdır. Çünki müsəlmanların ma-
raqları məhz sülh müqaviləsi bağlananda nəzərə alınır, ondan
sonra deyil1.
“Əhd” başlıca diplomatik vasitə sayılırdı. Alimlər, fəqihlər
sülh müqavilələrində olduğu kimi digər xarici işlərlə əlaqəli
müxtəlif məsələləri tənzimləyərkən əhddən istifadə edirdilər.
Habelə “əhd” aman və himayə funksiyasına sahib idi.
Tarixən “əhd”dən qeyri-müsəlman xalqlarla siyasi, mədəni
və sosial, o cümlədən ticarət münasibətlərinin asanlaşdırılması
məqsədilə istifadə edilmişdir.
Aman. Qeyri-müsəlmanlarla siyasi münasibətlər (sülh və s.)
dövlətin inhisarında olduğu halda ticarət, sənətkarlıq və iqtisadi
məsələlərdə vəziyyət başqa cür idi. Belə ki bütün müsəlmanlar
qeyri-müsəlmanlarla istədikləri kimi ticarət etmək, sənətkarlıqda
işbirliyi qurmaq səlahiyyətinə sahib idilər. Təbii ki, bütün bun-
lar ənənəvi fiqhə və aman müqaviləsinin şərtlərinə uyğun şə-
kildə aparılırdı. Fəqihlərin böyük əksəriyyətinə – cümhura görə,
bu ağlı başında olan hər bir müsəlmanın haqqıdır 2.

1
Şafei. əl-Umm, IV cild, səh. 107; Şeybani. “Siyər”in şərhi, I cild, səh.
187-191; Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli
araşdırma. Dəməşq: “əl-Məktəbə əl-hədisə”, 1965, səh. 358-362.
2
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 226-233, 312-313; Malik. əl-
Müdəvvənə, II cild, səh. 41-42; Majid Khadduri, “Introduction” to the
Classical Work of Siyar by Muhammad Shaybani in the Islamic Law of
Nations (Baltimore: Johns Hopkins University Press, 1966), pp. 53; Şafei.
əl-Umm, IV cild, səh. 145-146, 196-197; Şeybani. “Siyər”in şərhi, I cild,
86 İkı̇nci fəsı̇l

Hənbəlilərdən başqa bütün fəqihlər islam ölkələrinə gələn


qeyri-müsəlmanlara iqtisadi maraqları və sosial münasibətləri
çərçivəsində qayğının (himayənin) göstərilməsini bildirmişlər1.
Bu fəqihlər müsəlmanlardan tələb edirdilər ki, aman müqavilə-
sinə uyğun olaraq islam torpaqlarına gələn qeyri-müsəlmanlarla
ədalətli və dürüst davransınlar. Dediyimiz kimi, aman müqavi-
ləsi islam ölkələri ilə qeyri-müsəlman ölkələr arasında münasi-
bətlərin qurulmasını asanlaşdırmışdı.

2.3. Müşriklər, zimmilik və cizyə

Müşriklər. Müşrik sözü şirk sözündən törəmişdir. Şirk sözü-


nün lüğəvi mənası ortaq etmə, şərik tutma deməkdir. Termino-
loji mənası isə ilah və rəbb olmada Allaha kimisə (nəyisə) ortaq
etməkdir. Bu söz Quranda və hədislərdə “Allahın təkliyini qəbul
etməmək”, “Allahın ortaqlarının olduğunu iddia etmək” olaraq
işlədilir. Amma bu ayə və hədislərdə mühüm sayılan məqam
müsəlmanların müşriklərlə necə davranmaları məsələsidir.
Kimin müşrik sayılması və müşriklərin təsnifatı məsələləri
ətrafında fəqihlər fikir ayrılığına düşmüşlər. Nəzəri baxımdan
bu fikir ayrılıqlarını adi saymaq qeyri-mümkündür. Ənənəvi
fiqhdə nəzəri təhlilin olmamağı müşrik sözünün konkret nəyi

səh. 306; Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli


araşdırma. Dəməşq: “əl-Məktəbə əl-hədisə”, 1965, səh. 220-344.
1
Majid Khadduri, War and Peace in the Law of Islam (Baltimore: Johns
Hopkins University Press, 1952), pp. 162-169; İbn Rüşd. Bidayə əl-
müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə ər-Riyad əl-hədisə”
nəşriyyatı, I cild, səh. 308-309; Şafei. əl-Umm, IV cild, səh. 196-197,
290-291, 325-326.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 87
ifadə etməsi ətrafında anlaşılmazlıq və qeyri-müəyyənlik do-
ğurmuşdur. Buna görə də bu sözə dair müxtəlif təriflər nəzəri
ziddiyyətlərə gətirib çıxarmışdır.
Müsəlman fəqihlər müşrikləri əsas iki kateqoriyada təsnif
edirlər: a) Kitab əhli; b) bütpərəstlər. Fiqhi nöqteyi-nəzərlər
müxtəlif olduğundan bu iki kateqoriyaya bəzi qeyri-müsəlman
qrupların aidiyyəti məsələsi də mübahisəlidir. Buna baxmaya-
raq, hər bir halda Kitab əhli dedikdə yəhudilər və xristianlar
başa düşülür. Dediyimiz kimi, bu məsələdə – hansı qrupların
Kitab əhli və bütpərəstlərdən sayılmağı ətrafında bəzi fəqihlər
uzun-uzadı mübahisələrə girişmişlər1.
Atəşpərəstlər (zərdüştilər) məsələsində də eyni hal müşahidə
olunur. Onlara da Kitab əhli kimi münasibət bəslənilmişdir.
Elə zənn olunurdu ki, onlara da kitab nazil edilib. Habelə Pey-
ğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) atəşpərəstlər haqqında hədisi
vardır. Hədisdə zərdüştilərlə Kitab əhli kimi davranmaq əmr
edilir. Kitab əhlinə icazə verilmişdi ki, cizyə ödəmək şərti ilə
öz dini azadlıqlarından faydalansınlar.
Ənənəvi fiqhi məktəblərə görə, (Quranda) müşriklər dedikdə
ya Kitab əhli çıxılmaqla bütün qeyri-müsəlmanlar, ya da yalnız
ərəb bütpərəstlər, yaxud da Qüreyş qəbiləsi nəzərdə tutulur.
Fəqihlər bütpərəstlərə münasibət məsələsində də fikir ayrı-
lığına düşmüşlər. Bəzi fəqihlər bildirmişlər ki, bütpərəstlərə
seçim – islamı qəbul etmək seçimi vermək lazımdır. İmtina
edərlərsə, onlarla vuruşmaq zəruridir. Başqalarına görə isə büt-
pərəstlərdən Kitab əhli kimi cizyə almaq, onlarla bu əsasda
davranmaq lazımdır.

1
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 194-195.
88 İkı̇nci fəsı̇l

Şübhə yoxdur ki, bəzi müşrik qrupları zorla müsəlman etmək,


dindən dönənlərə “hədd” cəzası kəsmək qeyri-müsəlmanlarla
münasibətləri gərginləşdirirdi. Bəzi fəqihlərin əsas anlayışlarla
bağlı ayələri “mənsux” saymaları vəziyyəti daha da mürəkkəb-
ləşdirmişdi. Bunun müqabilində isə müasir müfəssirlər həmin
ayələri yenidən nəzərdən keçirmişlər ki, problemlərin həllində
fəal rol oynasın. Bununla da onlar mürtədlik və sülh problemləri
ilə əlaqəli qədim irsi yeni formatda gözdən keçirdilər. Amma
bu müfəssirlər prinsiplərdə davamlılıq nümayiş etdirmədilər.
Heç metodoloji sistemlilik anlayışları da yox idi. Nəticədə,
onlar sözügedən problemlərə dair hərtərəfli nəzəriyyə işləyib-
hazırlaya bilmədilər.
Zimmilik. Ənənəvi fiqhdə zimmilik dedikdə elə müqavilə
forması başa düşülür ki, islam hökuməti ilə qeyri-müsəlmanlar
arasında bağlansın, Kitab əhlindən olan qeyri-müsəlmanlara ciz-
yə vergisi ödəmək müqabilində islam torpaqlarında daimi qal-
maq və şəriət tərəfindən qorunmaq hüququ versin. Zimmilərin
islam ölkələrini qorumaq öhdəliyi yoxdur. Fəqihlər yəqinliklə
bildirmişlər ki, islam dövləti qeyri-müsəlmanların dini etiqad
və ayinlərinə dözümlü yanaşmalı, onların mülkiyyətlərini qoru-
malıdır. Çünki “... qanları qanımızdır, malları malımızdır”1.

1
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 271-272; İmam Məhəmməd ibn
İsmayıl əl-Kəhlani. Sülhün yolları: “Hökmlərdəki dəlillərdən məqsədi aş-
karlama (Büluğ əl-məram min ədillə əl-əhkam)” kitabının şərhi. Qahirə:
“Məktəbə ticariyyə kübra” nəşriyyatı, (çap tarixi göstərilməyib), IV cild,
səh. 65.
Belə nəql olunur ki, Raşidi xəlifəsi Əmirəlmö`minin Əbülhəsən Əli ibn
əbu Talibin (Allah ondan razı qalsın!) yanına bir müsəlmanı gətirirlər. Bir zim-
mini öldürübmüş. Məhkəmə qurulur və kişinin qətlinə fərman verilir.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 89
Ümumiyyətlə, dində məcburiyyət yoxdur. Bəzi fəqihlər cihadı
müsəlmanların daimi vəzifəsi saysalar da, zimmilik müqaviləsi
müsəlmanlarla qeyri-müsəlmanların yaxınlaşmasını, münasibət-
lərinin yaxşılaşmasını təmin etmişdir. Əgər islam düzgün başa
düşülərsə, məqsədləri və sosial ədalətliliyi dərk olunarsa, qeyri-
müsəlmanların islama baxışı dəyişər. Belə olan halda onlar
müsəlman olmaq və ya öz dinlərində qalmaq barədə müstəqil
qərar vermiş olarlar.
Cihad barədə qarmaqarışıq nəzəri görüşlər həm zimmilik
müqaviləsinin, həm də cizyə vergisinin mahiyyəti, eləcə də əhə-
miyyəti ətrafında çaşqınlıq yaratmışdı. Məsələn, İbn Qəyyim
əl-Cövziyyə (1291-1351) zimmilik müqaviləsinə uyğun olaraq
qeyri-müsəlmanların cizyə ödəməli olduqlarını və cizyənin on-
ları cəzalandırmaq qəbilindən vergi sayıldığını bildirən görüşə
tərəfdar çıxmışdır. Bu onu göstərir ki, həmin vaxtlar müsəl-
manlarla qeyriləri arasında münasibətlər gərgin imiş.

Bu zaman öldürülmüş zimminin qardaşı gələrək deyir: “Mən onun


təqsirindən keçirəm.” Həzrəti Əli ondan soruşur: “Bəlkə, sənə hədə-qorxu
gəlib qorxudublar?” Kişi deyir: “Xeyr. Axı onun qətli qardaşımı mənə
qaytarmayacaq. Odur ki qanbahasını – qətlə görə təzminatı mənə ödə-
yiblər və mən də razı qalmışam.” Həzrəti Əli deyir: “Məsləhət sənin-
dir. (Ancaq bil,) kim ki bizim himayəmiz altındadır, onun qanı bizim
qanımızdır, qanbahası bizim qanbahamızdır (Başqa bir yerdə isə belə
deyilir: “Zimmilər ona görə cizyə ödəyirlər ki, qanları qanımız, malları
da malımız olsun”). Bax: Yusif əl-Qərdavi. İslam cəmiyyətində qeyri-
müsəlmanlar. Qahirə: “Məktəbə vəhbə” nəşriyyatı, 1992, səh. 13 – tər-
cüməçinin qeydi.
90 İkı̇nci fəsı̇l

İbn Qəyyimin mövqeyini üç əsasda izah etmək mümkündür:


a) əsrlər boyu müsəlman torpaqlarının ucqarlarında müsəlman–
qeyri-müsəlman münasibətləri gərgin imiş1; b) Monqol-tatar və
xaçlı işğalları müsəlmanlarda qeyri-müsəlmanlar haqda mənfi
təəssürat oyatmışdı; c) İslamın nəzəri əsaslarını başa düşmədə
ümumi çaşqınlıq mövcud olmuşdur.
Erkən dövr islam tarixini araşdıran fəqihlər islamın başqa
tərəfləri qala-qala müsəlmanlarla başqalarının münasibətlərini
səciyyələndirən düşmənçilik və münaqişə faktlarından bərk
təsirlənmişdilər. Beləliklə, onlar islam dəvəti və missiyasının
həqiqi mahiyyəti ilə bağlı digər məsələlərə etinasız yanaşmış-
dılar. Məsələn, fəqihlər zəlillik, alçalma ifadə edən “Kitab əh-
lindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın
və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və
haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz
əlləri ilə cizyə verincəyə qədər vuruşun” ayəsinə2 ifrat formada
diqqət yetirmiş, nəzərə almamışdılar ki, bu ayə müsəlmanlarla
qeyri-müsəlmanlar arasında davamlı müharibə və münaqişələrin
getdiyi bir vaxtda enmişdir. Habelə onlar Peyğəmbərlə (Ona Allahın
xeyir-duası və salamı olsun!) Nəcran xristianları arasında bağlanmış zimmilik

müqaviləsinin əhəmiyyətinə, müsəlmanlarla yəhudilərin “Mədi-


nə sənədi”nə laqeyd yanaşmışlar. Halbuki müsəlmanlarla baş-

1
Sübhi Saleh. İbn Qəyyimin “Zimmilərə dair hökmlər” kitabına yazdığı
ön söz. I cild, səh. 8-9, 17, 23-25; Majid Khadduri, War and Peace in
the Law of Islam (Baltimore: Johns Hopkins University Press, 1952), pp.
176-177; İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad:
“Məktəbə ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 328; Şafei. əl-Umm,
IV cild, səh. 110-112; İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 285-289.
2
“ət-Tövbə” surəsi, 29-cu ayə.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 91
qalarının münasibətlərini təsvir edərkən təkcə “zəlil olanadək”
sözündən yapışmamaq, həm də bu müqavilələri nəzərə almaq
lazım idi1.
İbn Qəyyimin görüşü müsəlman cəmiyyəti ideyasına dair
hərtərəfli nəzəri təsəvvürlərin olmadığını göstərir. Deməli, ənə-
nəvi fəqihlər islama birtərəfli və təsviri formada baxdıqların-
dan2 səhv etmişdilər. Bununla da islamın sosial sistem anlayı-
şına baxışda naqislik meydana çıxmışdır. Biz bu haqda kitabın
növbəti fəslində danışacağıq.
Cizyə. Cizyə zimmilik müqaviləsinin ayrılmaz komponenti-
dir. Bu mənada o, qeyri-müsəlman rəiyyətin islam dövlətinin
onlara göstərdiyi xidmətlərə görə verməli olduğu vergi növü-
dür.
Hər bir halda, cizyə dedikdə vergidən daha çox, savaş da-
yandırılsın deyə hərbi əməliyyatlar başa çatdıqda verilən haq-
dır. Cizyənin verilməsi göstərir ki, düşmən tərəf müsəlmanlar
əleyhinə hərbi kampaniyaların olmasını istəmir. Bu mənada
cizyə onu ödəyənlərin İslam şəriəti tərəfindən himayə olun-
masını heç də həmişə zəruri etmir. Cizyəyə baş vergisi kimi
də baxmaq olar. İslam fiqhinin tətbiqini tələb edən, himayəni
zəruri bilməyən əhd müqaviləsinə gəlincə, bu halda alınan ver-
gi cizyə deyil, xərac adlanır3.
İndi isə cizyənin miqdarı məsələsinə toxunaq. Sünnəni rəh-
bər tutan bəzi fəqihlər cizyənin maksimum və minimum miq-

1
Bax: İbn Qəyyim. Zimmilərə dair hökmlər. II cild, səh. 22-25; Şafei.
əl-Umm, IV cild, səh. 97-99.
2
Söhbət Qurana və Sünnəyə hərfi və dar yanaşmadan gedir.
3
əl-Fərra. əl-Əhkam, səh. 153-209; Şafei. əl-Umm, IV cild, səh. 103-104.
92 İkı̇nci fəsı̇l

darını göstərmişlər. Bəzi fəqihlər isə yalnız minimum miqdar-


dan söz açmışlar. Elə fəqihlər də olmuşdur ki, cizyə miqdarının
müəyyən edilməsini mövcud hakimiyyətin ictihadına buraxmış-
lar1.
Adətən cizyə qazanmaq bacarığı olanlardan alınır. Qadınlar,
azyaşlılar, qocalar, rahiblər, korlar və başqaları cizyə vermirlər.
Bır neçə alim hesab edir ki, bu qrupların heç də hamısı
cizyədən azad deyildir. Zəkatdan (yoxsullar çıxılmaqla hər bir
müsəlmandan alınır) fərqli olaraq, cizyə müəyyən məqsədlər
üçün xərclənmir. Cizyənin haraya xərclənməsi dövlətin öz işi-
dir, münasib bildiyi yerlərə sərf edə bilər2.
Bu izah göstərir ki, bəzi müsəlman rəhbərlər insanların isla-
mı qəbul etməsində həvəsli deyildilər. Çünki yığılan cizyə ver-
gisi dövlətə bu və ya digər şəkildə mənfəət gətirirdi3.
İslam şəriətinin mahiyyəti, islam xarici siyasətində dövlətlərə
eyni gözlə baxmaq məsələsi ilə əlaqəli müəyyən suallara cavab
1
İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə
ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 327.
2
İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə
ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 326-327, 329.
3
Müəllifin yuxarıdakı iddiası heç bir arqument və tarixi fakt göstəril-
mədiyindən subyektivdir. Bəlkə, bu vəziyyəti islamın insanlara verdiyi
dini azadlıq hüququ və mövcud iqtidarların bu hüquqla barışmağı ilə
əlaqələndirək! Çünki şəriət zimmilik və cizyə qaydalarını qoymaqla qeyri-
müsəlmanlara öz dinlərində qalmaq sərbəstliyi vermiş, islam dininində
etiqadın zorla qəbul etdirilməsinin yolverilməzliyini isbatlamışdır. Xəlifələr
bu qaydaları təsis edən tərəf olmadıqlarından yuxarıdakı mülahizə əsas-
sızdır. Dövlət başçıları sadəcə olaraq Peyğəmbər tərəfindən qoyulmuş
qaydalara riayət etmişlər. Peyğəmbər də zimmilik anlayışı ilə bir daha
göstərmişdir ki, islam insanların zorla müsəlman olmağını istəmir – tər-
cüməçinin qeydi.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 93
tapmaq olduqca zəruridir. Bəzi müəlliflər bu suallara tələsərək
cavab vermiş, məsələləri bir-biri ilə dolaşıq salmışlar. Onlar
iddia etmişlər ki, islam şəriəti müasir Qərb qanunvericiliyinin
əksinə olaraq regional deyil, sahə xüsusiyyətinə sahibdir. Ha-
belə bildirmişlər ki, beynəlxalq islam qanunvericiliyində Orta
əsr xristian qanunvericiliyi ilə müqayisədə suveren dövlətlərin
bərabərliyi prinsipi (bu prinsip indiki dövrdə beynəlxalq siste-
min əsasını təşkil edir) ifadə olunmayıb.
Məsələlərə baş-ayaq münasibətin bəsləndiyi bu nəzəri müba-
hisənin bəzi məqamları o halda qəbul ediləndir ki, tarixi mü-
nasibətlərin bır sıra ənənəvi fiqhi görüşlərlə qarışıq salınma-
ğı faktı məntiqi cəhətdən təbii hesab olunsun. Bu məqamda
müxtəlif mədəniyyətlərin, ideologiyaların daşıyıcısı olan müx-
təlif müəlliflər arasında dərin “uçurum”un olduğu ortaya çıxır.
Sözügedən dolaşıqlığın fonunda islam qəddar təlimlərin, boş
ənənələrin məcmusu təsəvvürü bağışlayır.
Madam ki söhbət islam şəriətindən gedir, onda biz bundan
əvvəl qeyd etdiyimiz müzakirələrdən o nəticəni çıxara bilərik
ki, klassik müsəlman mütəfəkkirləri xarici əlaqələri tənzimləmək
üçün mürəkkəb sistem işləyib hazırlamışlar. Zimmilik müqavi-
ləsi, darülislam, darülhərb və darüləhdlə bağlı islam fikrinə yox-
layıcı nəzər salsaq, görərik ki, regional və sahə qanunvericiliyi ilə
əlaqəli məfhumlar nəzəri hakimiyyət sistemini formalaşdırmaq
üçün işlənib hazırlanmışdır. Bu sistemin əsasını konstitusional
sazişlər, ya da hakimiyyətin bazis və strukturunu əmələ gətirən
müxtəlif ardıcıllıqları müəyyənləşdirən müqavilələr təşkil edir-
di. Məlum məfhumlar islam dövlətinin vətəndaşları (rəiyyəti)
94 İkı̇nci fəsı̇l

sayılan qeyri-müsəlmanlara imkan vermişdi ki, dini işləri və


şəxsi məsələlərində müstəqil hərəkət etsinlər.
İslam şəriəti həm ümumi, həm də xüsusi qanunvericilik
hallarında tətbiq olunmalı idi. İlk dəfə olaraq, bu hal Peyğəm-
bərlə (Ona Allahın xeyir-duası və salamı olsun!) Mədinədəki yəhudi qəbilələri
arasında bağlanmış müqavilədə öz əksini tapmışdı. Habelə
Nəcran xristianlarına muxtariyyət verilmiş (631) və bu müqa-
vilə Peyğəmbərin vəfatınadək (632) davam etmişdi. Bu prese-
dentlərə əsaslanan fəqihlər bildirmişlər ki, müsəlmanlar islam
hakimiyyətinə tabe olmayan torpaqlarda da öz işlərini islam
şəriəti əsasında tənzimləməlidirlər. Bununla yanaşı, həmin fə-
qihlər müsəlmanlara yaşadıqları qeyri-islam torpaqlarının yerli
qanunları və adətlərinə qarşı çıxmamağı tövsiyə etmişlər. Əslin-
də fəqihlər bu icraatlarla əlaqəli şəxsi məsələlərə də “qapı” aç-
mışlar. Məsələn, onlar islam torpaqlarında qeyri-müsəlmanların
donuzçuluqla məşğul olmalarına, ətindən istifadə etmələrinə
qarşı çıxmamışlar. Amma fəqihlər qeyri-müsəlmanlara sosial
ədalətə xələl gətirən, müsəlmanlar üçün həssas sayılan məsələlə-
rə zidd hallarla (sələmçilik və s.) əlaqəli müqavilələr bağlamaq
icazəsi verməmişlər.
İslam fiqhində müsəlmanlara qeyri-müsəlmanların ümumi
qanunlarını pozmaq qadağan edilir. Bununla yanaşı, (xarici
ölkələrdə) müsəlmanlar şəxsi hallarla bağlı islam qanunları-
na diqqətlə əməl etməlidirlər. Ümumi (ictimai) qanunlarla
əlaqədar olaraq, fəqihlər bildirmişlər ki, müsəlmanlar şəriətlə
cəzalandırılan davranışlara yol verməmək şərti ilə yaşadıqları
ölkənin qanunlarına mümkün qədər riayət etməlidirlər. Gö-
ründüyü kimi, bu cür yanaşmada nəyin şəxsi, nəyin də ümu-
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 95
mi kateqoriyaya aidliyi məlum deyildir. Odur ki yeni dövlət
üsul-idarəsi vətəndaşların, xüsusilə də azlıqların mədəni-dini
tələbatları ilə üst-üstə düşən vətəndaş vəziyyətləri qanununa
möhtacdır.
İslam dövlətinin xarici siyasətdə ətraf ölkələrə (dövlətlərə)
eyni gözlə baxmamağı məsələsinə gəlincə, bu çox mürəkkəb
problemdir. Bu mövzunu mürəkkəbləşdirən bır sıra məqamlara
aydınlıq gətirmək çox vacibdir. Əgər xilafət tarixini düzgün
başa düşə bilsək, əgər həmin dövrdə bütün güclü xalqların,
demək olar ki, bir-biri ilə müharibə apardığını diqqətdən qa-
çırmasaq və xarici əlaqələrin əsasən suveren dövlətlərlə qurul-
duğunu nəzərə alsaq, məlum olacaqdır ki, təkcə müsəlmanlar
xarici əlaqələrdə bu cür davranmamışlar. Ola bilsin ki, cihada
“şahin gözü” ilə baxmaq erkən islam dövründə mövcud ol-
muş münasibətlərin təbiətinə təsir göstərmişdir. Eyni zamanda
xilafətlə bağlı islam fikri “göyərçin uçurma”ğa meyl göstərmişdir.
Bu meylləri dövlətlərarası bərabərlik ideyasının ilk rüşeymləri
saymaq mümkündür. Həmin ideya Əbu Hənifə və Sövri kimi
böyük fəqihlərin cihad barədəki mötəbər ictihadlarında öz
əksini tapmışdı. Onlar cihada müdafiə aktı kimi baxmışlar ki,
bunu da dövlətlərarası qanunların inkişafında münasib nəzəri
əsas hesab etmək olar. Təbii ki, belə qanunlar həmin dövlətlər
arasındakı münasibətləri sülh və bərabərlik prinsipləri əsasında
tənzimləyir. Hər nə qədər bu ideya islam fikrinin mühüm
tərəfini əks etdirsə də, əsas güclərin ictimai sistemləri arasındakı
real münasibətlərin təbiəti həmin ideyanın səmərəliliyinə mane
oldu. Çünki bu güclər islam dövlətinin meydana çıxmasını
qəbul etmədilər. Həmçinin onlar öz vətəndaşlarına (rəiyyətinə)
96 İkı̇nci fəsı̇l

azad din seçimi haqqı tanımadılar, islamı qəbul edən hər kəsi
cəzalandırdılar. Bu səbəbdən deyə bilərik ki, ənənəvi islam fikri
xilafətin çiçəkləndiyi əsrlərdə beynəlxalq bərabərlik ideyası ilə
səsləşən xüsusiyyətlərə sahib olmuşdur. Odur ki yeni dövrdə
müsəlmanlar dövlətlərarası bərabərlik ideyasını razılıqla qəbul
etmişdilər. Onlar hələ də beynəlxalq münasibətlərdə islam mo-
delini təsis etmək üçün ən münasib və doğru vasitələr axtarı-
şındadırlar.
Avropada Orta əsr xristian ictimai sisteminin dağılması,
sənaye inqilabının başlanması və avropalıların dünyanın bö-
yük hissəsində siyasi söz sahibinə çevrilməsi – bütün bunlar
dövlətlərarası münasibətlərdə bərabərlik ideyası ətrafında dö-
nüş yaratdı. Dövlət üsul-idarəsində yeni Avropa modeli dün-
yaya qəbul etdirildi. Avropanın gücü qarşısında hər kəs bu
modeli məcburən qəbul etməli oldu.
İslamın lehinə və ya əleyhinə cərəyan etmiş bu hadisələri
real surətdə başa düşdükdən sonra ifrat iddialarla çıxış etməyə
gərək yoxdur. Habelə müsəlmanların “Yeni şəraitə uyğunlaşmaq
“öz”ün itirilməsi deməkdir” iddiası ilə bu dəyişikliklərə etiraz
etməsi yersiz görünür.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 97

2.4. Xəlifə, Əmirəlmö`minin,


İmam və Sultan

Bu dörd termin islam dövləti və cəmiyyətində siyasi haki-


miyyəti, gücü ifadə edir. “Sultan” termini bir az fərqlidir. Bu an-
layışlar siyasi məzmunla məhdudlaşmamış, daha geniş mənalar
daşımışdır.
Xəlifə. Qurana görə Allah Təala insana dünyanı idarə et-
mək gücü vermiş, dünyaya nəzarəti əmanət olaraq ona tap-
şırmışdır. O, bu vəzifəyə əməl etməklə axirətdəki əbədi ta-
leyini müəyyənləşdirir. Bunu nəzərə alsaq, xəlifə Əbu Cəfər
əl-Mənsur haqda deyilənləri daha düzgün başa düşəcəyik: “O,
Allahın xəlifəsi və yer üzündəki kölgəsidir. Zalım ondan qorxur,
məzlum isə ona sığınır”1.
Papanın əksinə olaraq, xəlifə şəriətə tabe idi; onu dəyişdir-
mək və ya ona düzəliş etmək səlahiyyəti yox idi. Olsa-olsa öz
açıqlamaları və bəyanatları ilə şəriət adı altında öz hakimiyyə-
tini möhkəmlətməyə çalışırdı2.
1
Sir Thomas W. Arnold, The Caliphate, with a concluding chapter by
Sylvia A. Haim (New York: Barnes Noble, 1965), p. 51. Habelə bax: əl-
Fərra. əl-Əhkam əs-sultaniyyə.
2
Abbas Mahmud Əqqad. İslamın mahiyyəti və düşmənlərin böhtanları.
Qahirə: “Dar əl-qələm” nəşriyyatı, 1966, səh. 236-253. Əbüləla əl-Mövdudi.
İslam nəzəriyyəsi və haqq yolu / urdu dilindən tərcümə edən: Cəlil
Həsən əl-İslahi. Beyrut: “Dar əl-fikir” nəşriyyatı, 1967, səh. 48-52; Əbu
Yusif Yaqub ibn İbrahim Həbib ibn Xənis əl-Ənsarinin “Xərac” kitabının
müqəddiməsinin islam siyasi fikri mətnləri arasındakı yeri: Əhli-sünnəyə
görə imamlıq / araşdırıb çapa hazırlayan: Yusif Əybəş. Beyrut: “Dar
ət-təliə” nəşriyyatı, 1966, səh. 11-14; A. Hourani, Arabic Thought, pp
98 İkı̇nci fəsı̇l

İslam siyasi fikrində xəlifə, həm də ilk xəlifə – Peyğəmbərin


xəlifəsi Əbubəkr əs-Siddiqin vəzifəsinin rəmzi idi. Bu mənada
xəlifə ümmətə rəhbərlik edən şəxs idi.
Sonuncu peyğəmbər Həzrət Məhəmmədin (Ona Allahın xeyir-duası və
salamı olsun!) vəfatı ilə vəhy kəsilmiş, peyğəmbərlik başa çatmışdı.

Hər halda, dini insanlara Peyğəmbər kimi çatdıra bilmək hər


hansı bir xəlifənin bacaracağı iş deyildir.
İmam. Əmirəlmö`minin sözünün əksinə olaraq, imam de-
dikdə ümmətin mənəvi işlərinə daha çox diqqət ayıran rəhbər
başa düşülür. İnsanlara namaz qıldıran müsəlman da, müttəqi
avtoritet mütəfəkkir də bu mənada imamdır1.
Sultan. Hərfi mənada səltənətin, gücün rəmzidir. Siyasi as-
pektdə isə sultan ümmətə mənəvi rəhbərlikdən daha çox ha-
kimiyyət sistemində təhkimçilik haqqına sahib şəxsdir 2.

14-15; E.J. Rosenthal, Political Thought in Medieval Islam (Cambridge:


The Cambridge University Press, 1958, pp. 21-27; Məhəmməd əbu
Zəhrə. İslam kölgəsində bəşər cəmiyyəti. Beyrut: “Dar əl-fikir” nəşriyyatı,
tarix göstərilməyib, səh. 167-170; Şihabəddin əbu əl-Abbas Əhməd ibn
İdris əl-Qərafi. Fitvaları qazı və imamların hərəkətləri və hökmlərindən
fərqləndirmə haqda möhkəm söz / araşdırıb çap edən: Əbdülfəttah əbu
Qüddə, Hələb: “Məktəb əl-mətbuat əl-islamiyyə”, 1967, səh. 84-97; İbn
Kəsir. Quranın təfsiri, I cild, səh. 70-72, II cild, səh. 199-200, III cild
səh. 522-524; Sir Thomas W. Arnold, The Caliphate, with a concluding
chapter by Sylvia A. Haim (New York: Barnes Noble, 1965), pp. 10-22,
52-57, 170, 195-197.
1
İbn Kəsir. Quranın təfsiri, III cild, səh. 330.
2
E.J. Rosenthal, Political Thought in Medieval Islam (Cambridge: The
Cambridge University Press, 1958, pp. 8, 38-39, 54, 241-242, 244; Mə-
həmməd ibn Əbubəkr ər-Razi. Düzgünlərin seçildiyi kitab (Muxtar əs-
sihah). Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1950,
səh. 330.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 99
Xəlifəlik təsisatının inkişafını bütün detalları ilə təsvir etmək
mövzudan kənara çıxmaq olardı. Bizi islam siyasi fikrinin in-
kişafında, güc, hakimiyyət və islam cəmiyyətində siyasi birlik
məsələlərinə fəqihlərin münasibəti maraqlandırır.
Xəlifəmərkəzliliyə gəlincə, islam siyasi fikri müsəlman fəqih-
lərin nəzərində bir neçə sahədə ideal olmuşdur. İslamın ideolo-
ji problemlərini həldə xəlifə hakimiyyətinin imkanlarına verilən
diqqət bunun bariz nümunəsidir1.
Şübhə yoxdur ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) sahib
olduğu bütün imkanlardan islam ümməti və dövlətinin yara-
nıb inkişaf etməsi üçün istifadə etmişdir. Amma onun vəfat
etməsi ilə bəzi ərəb qəbilələri üsyana başladılar. Bu üsyanlara
qarşı mühacirlərdən ibarət seçkin müsəlmanlar – müdrikliyi,
idarəçiliyi, uzaqgörənliyi, fədakarlığı, var-dövlətini Allah yolun-
da xərcləməyi ilə seçilən təbəqə xəlifənin siyasi mövqeyindən
müsəlman cəmiyyətinin birliyini qorumaq və möhkəmləndirmək
vasitəsi olaraq istifadə etdilər. Onlar xəlifənin Peyğəmbərin (Ona
Allahın xeyir-duası və salamı olsun!) qəbiləsindən – Qüreyşdən seçilməsini

onunla izah edirdilər ki, belə xəlifəyə bütün ərəb qəbilələri


dəstək verəcək, tabe olacaqdı2.

1
E.J. Rosenthal, Political Thought in Medieval Islam (Cambridge: The
Cambridge University Press, 1958, p. 27; H.A.R. Gibb, Studies on the
Civilization of Islam. Ed. By Stanford J. Shaw and William R. Polk
(Boston: Beacon Press, 1962), pp. 148-149; Sir Thomas W. Arnold, The
Caliphate, with a concluding chapter by Sylvia A. Haim (New York:
Barnes Noble, 1965), pp. 11, 25.
2
İbn Hişam. Peyğəmbərin həyatı, II cild, səh. 657-660; İbn Əsir. Tarixə
dair bitkin əsər. Beyrut: “Dar ət-tibaə vən-nəşr”, 1960, II cild, səh. 327.
100 İkı̇nci fəsı̇l

Xəlifə Əbubəkr dindən dönən üsyançıların üstünə islam or-


dularını göndərdi və qəti təlimatlar verdi ki, “hər kəsdən yalnız
islama gəlməyi qəbul ediləcəkdir”1 və onlar zəkatlarını ödəmə-
lidirlər. Sözügedən seçkin səhabələr islam dövlətini möhkəmlət-
mə işində Həzrəti Əbubəkrə hərtərəfli dəstək verdilər2.
Bundan təxminən 30 il sonra Həzrəti Əli (Allah ondan razı qalsın!) və
Müaviyə ibn əbu Süfyan arasında baş verən vətəndaş mühari-
bəsində də seçilmiş insanlar mərkəzi hakimiyyəti dəstəklədilər.

1
Xəlifə Əbubəkrin dönüklərlə müharibəsində bu şərtdən çıxış etməyi
məsələsi şübhəlidir. Xəlifəni bu müharibəyə sövq edən amil dönüklükdən
ziyadə siyasi amillərlə, eləcə də şəriəti tətbiqlə əlaqəli idi. Əbubəkr əs-
Siddiqin (632-634) hakimiyyəti zamanı dindən dönənlərin cəzalandırılma-
sı faktı özündə mürtədlərin cəzalandırılmasına əsas verəcək heç bir ciddi
arqumenti ehtiva etmir. Çünki həmin müharibəni başladan tərəf kimi
Əbubəkr deyil, mövcud siyasi vəziyyətdən öz maraqları üçün istifadə etməyə
çalışan bəzi ərəb qəbilələri çıxış etmişdir. Onlar Məhəmməd peyğəmbərin
vəfatından sonra yeni hakimiyyətə həm zəkat ödəməkdən, həm də tabe
olmaqdan imtina etmiş, Mədinəyə hücum etməyi planlaşdırmışdılar. Xə-
lifə Əbubəkr həm bu qəbilələri zəkat verməyə məcbur etmək, həm də
Mədinəni mümkün hücumdan qorumaq üçün onlarla müharibə etməli
olmuşdu. Bir daha deyirik, müharibə “dönükləri haqqa qaytarmaq” şüarı
adı altında aparılmırdı. Çünki bu qəbilələrin əksəriyyəti dönük deyildi,
əksinə, zəkat vermək istəmirdi. Bəzi səhabələrin, o cümlədən Ömər ibn
əl-Xəttabın xəlifəyə etiraz edərək onu müsəlmanlarla vuruşmaqdan çəkin-
dirmək istəməsi də buna dəlalət edir. Xəlifə də onlara cavabında həmin
qəbilələrlə zəkat vermək istəmədikləri üçün müharibə etdiyini bildirmişdi.
Deməli, xəlifənin dönüklərlə müharibəsi onların islam dövlətinə zəkat
verməkdən boyun qaçırıb, Mədinəyə hücum etmək istəmələri ilə əlaqəli
olduğundan etiqad müharibəsi hesab edilməməlidir – tərcüməçinin qeydi.
2
Məhəmməd Həmidullah. Peyğəmbər dövrünə və Raşidi xilafətinə aid
siyasi sənədlər. Beyrut: “Dar əl-irşad” Nəşr və Çatdırma müəssisəsi, 1959,
səh. 29, 287-305.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 101
Seçkin müsəlmanlar və fəqihlərin böyük əksəriyyəti Həzrəti
Əliyə meyl göstərdilər. Amma əvvəl-əvvəl Həzrəti Əlinin tərə-
fində dayanan bəzi qruplar (xaricilər...) müsəlman icmasından
ayrıldı. Onlar mərkəzi hakimiyyətə tabe olmadılar ki, bu da
Həzrəti Əli iqtidarının zəifləməsinə, əməvilərin üstünlük qazan-
masına gətirib çıxardı. Axırda seçkin müsəlmanlar və elm əhli
güc qazanmış bu hakimiyyətə tabe oldular ki, ümmətin birliyi
və islam dövlətində hakimiyyətin mövqeyi mühafizə olunsun1.
Həmçinin müsəlman fəqihləri nəzəri planda nümunəvi mər-
kəzi hakimiyyət ideyasını müdafiə etdilər. Amma reallığa uyğun
olaraq, çox vaxt mövcud vəziyyətlə barışmalı oldular. Mövcud
vəziyyət onların arzularını heç əks etdirmirdi. Habelə tarixdən
dərs çıxaran üləma belə bir qənaətə gəldi ki, inqilaba apa-
rıb çıxaran köklü zorakı islahatlar daha çox qanın axmasına,
vətəndaş müharibəsinə səbəb olur. Nəticədə, ümmət çox zərər
görür. Bununla da sünni fiqhi zərurəti nəzərə alaraq mərkəzi
xəlifəliyə itaəti əsas götürdü2. Amma onlar (fəqihlər) çox vaxt
könüllü (dinc) müxalifətdə dururdular. Mərkəzi hakimiyyətə
kömək etmək, şəriətə xidmət üçün dövlətin siyasi birliyini qo-
rumaq məqsədilə bütün mümkün dəlillər istifadə olunmuşdu3.
Türklər və məmlüklər hakimiyyət yükünü boyunlarına gö-
türdüklərində xəlifənin hakimiyyəti və nüfuzu əvvəlki kimi ol-
madı. Fəqihlər cəmiyyətdə islam identikliyinin qorunması üçün

1
H.A.R. Gibb, Studies on the Civilization of Islam. Ed. By Stanford J.
Shaw and William R. Polk (Boston: Beacon Press, 1962), pp. 7-14.
2
Sir Thomas W. Arnold, The Caliphate, with a concluding chapter by
Sylvia A. Haim (New York: Barnes Noble, 1965), p. 25.
3
E.J. Rosenthal, Political Thought in Medieval Islam (Cambridge: The
Cambridge University Press, 1958, pp. 27-47.
102 İkı̇nci fəsı̇l

kütlələrə yönəldilər. Onlar kütlələrlə iş aparır, islama çağırışı


möhkəmləndirmək və bu istiqamətdə mövcud rejimlərə təsir
göstərmək istəyirdilər. Amma adəti üzrə bu rejimlər kütlələrin
razılığını qazanmaq üçün islam şəriətinə bağlı qaldıqlarını iddia
edirdilər1.
İslama və müsəlmanlara xidmətdə erkən dövr müsəlman
mütəfəkkirlərinin oynadığı rol sonralar İmam İbn Teymiyyə
tərəfindən sözdə və əməldə cəsarətlə davam etdirildi. Bəzi elm
əhlinin, o cümlədən İzzəddin ibn Abdussalamın nümayiş et-
dirdiyi mövqe onların islam şəriətinə olan bağlılıqlarının gös-
təricisi idi.
Qeyd edilməlidir ki, erkən dövr islam fikrində mərkəzlə inki-
şaf etmiş əyalətlərin münasibətlərini əks etdirən dağınıq güclə-
rin birləşdirilməsinə (barışdırılmasına) cəhd göstərilmişdi. Bəzi
müsəlman fəqihləri müstəqil legitim siyasi vahidlərin (qurumla-
rın) mövcudluğunu qəbul etmişdilər2. Bu o zaman baş vermişdi

1
E.J. Rosenthal, Political Thought in Medieval Islam (Cambridge: The
Cambridge University Press, 1958, pp. 27, 32-35, 51; H.A.R. Gibb,
Studies on the Civilization of Islam. Ed. By Stanford J. Shaw and William
R. Polk (Boston: Beacon Press, 1962), pp. 4-22, 141-149, 151, 164;
Məhəmməd Ziyaddin ər-Ris. İslam siyasi nəzəriyyələri. Qahirə: “Dar əl-
məarif ” nəşriyyatı, 1967, səh. 71, 92-112; Əbu Yusif Yaqub ibn İbrahim
Həbib ibn Xənis əl-Ənsarinin “Xərac” kitabının müqəddiməsinin islam
siyasi fikri mətnləri arasındakı yeri: Əhli-sünnəyə görə imamlıq / araşdırıb
çapa hazırlayan: Yusif Əybəş. Beyrut: “Dar ət-təliə” nəşriyyatı, 1966, səh.
11-14.
2
Söhbət ölkənin, ümmətin və hakimiyyətin birliyindən gedir. Görünür,
ənənəvi fiqhdə ümmətin birliyi fonunda və tək xəlifənin ümumi nəzarəti
altında müstəqil qanuni inzibati vahidlər və hakimlərin mövcudluğu fak-
tını qəbul etmək meyli olmuşdur – tərcüməçinin qeydi.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 103
ki, əyalətlər (mərkəzi hakimiyyətdən) coğrafi baxımdan ayrıl-
mış, ölkə ərazisi son dərəcə genişlənmiş, vahid mərkəzdən onla-
rı idarə etmək çətinləşmişdi. Fəqihlər də bunu başa düşürdülər.
Bununla da mərkəzi xəlifəlik və təkhakimiyyətlilik əvvəlki kimi
fəqihləri maraqlandırmırdı. Onlar əmin olmuşdular ki, əvvəllər
olduğu kimi mərkəzi xəlifəliyi saxlamaq mümkün deyildir1.

3. Beynəlxalq münasibətlərə baxışda


erkən dövr ənənəvi islam ikrinin
psixoloji və tarixi tərə ləri

Bir çox modernist müəllif islam tarixinin öyrənilməsi və


təhlilində indiki dövrün şərtlərindən çıxış edir. Məsələn, onlar
erkən dövrdə islam coğrafiyasının sürətlə genişlənməsinin sə-
bəbi kimi demoqrafik və iqtisadi amilləri əsas götürürlər. Bu
sadəlövh yanaşma, təbii ki, bır sıra səhv qənaətlərin yaranma-
sına səbəb olacaqdır 2. Real şərait və ya təbii meydanagəlmə

1
İmam əl-Hərəmeyn Əbdülməlik ibn Abdullah ibn Yusif ibn Həyuye əl-
Cüveyninin “İki şəxsin imamlığının təsdiqlənməsi haqda” yazdıqlarının
islam siyasi fikri mətnləri arasındakı yeri: Əhli-sünnəyə görə imamlıq /
araşdırıb çapa hazırlayan: Yusif Əybəş. Beyrut: “Dar ət-təliə” nəşriyyatı,
1966, səh. 279.
2
Arnold Toynbee, Civilization on Trial and the World and the West
(Cleveland: World Publishing Co 1958), p. 325; Francesco Gabrielle,
Muhammad and the Conquests of Islam, translated From Italian by
Virginia Luling and Rosamund Linell (New York: McGraw-Hill 1968),
pp. 103-105; J. Hell. Ərəb mədəniyyəti / alman dilindən ərəb dilinə
tərcümə edən: İbrahim əl-Ədəvi. Qahirə: “Məktəbə əl-ənclu əl-misriyyə”
nəşriyyatı, 1957, səh. 12-14; Con Lamonte. Səlib müharibələri / İslam
təhqiqatları. Beyrut: “Dar əl-Əndəlüs” nəşriyyatı, 1960, səh. 103-140; Sir
104 İkı̇nci fəsı̇l

ilə əlaqəli iki vəziyyət arasındakı oxşarlıq müəyyən metodoloji


yanaşma nümayiş etdirmək üçün kafi deyildir. Həyat tərzini
müəyyənləşdirən, dövlətin tarixini cızan sosial, psixoloji və ta-
rixi amillər də vardır. Ənənəvi islam fikrini tədqiq edərkən bu
amilləri nəzərə almalıyıq. Yalnız bu təqdirdə məsələləri (mövqe-
ləri, situasiya və anlayışları) düzgün anlaya bilərik.
Bundan əvvəl demişdik ki, alimlərdəki səmimi diqqət və
dərin iman islam ümməti və dövlətinin qorunub saxlanması-
na imkan vermişdi. İslam dövləti və hakimiyyətini öyrənərkən
üləmanın bu məziyyəti əsla diqqətdən kənarda qalmamalı-
dır. İmam Malik, İmam Şafei, İmam Qəzali, Mavərdi və İbn
Teymiyyə kimi fəqihlərin əsərlərini mütaliə etdikdə görürük
ki, yaşadıqları siyasi mühit və ictimai amillər onların yara-
dıcılığına təsir göstərmişdir. Halbuki onların əsas məramları
islam ideallarını, ülvi dəyərlərini həyata keçirmək olmuşdur.
Onlar ömürləri boyu bu arzunu həyata keçirmək üçün çalış-
mışlar. Üləma yaxşı başa düşürdü ki, mərkəzi siyasi hakimiyyət
vətəndaş müharibələrinin, məzhəb iğtişaşlarının aradan qaldırıl-
masında çox əhəmiyyətlidir. Odur ki siyasi güc və hakimiyyətlə
əlaqəli vəziyyətlərdə real manevrlər nümayiş etdirmişdilər. On-
ların düşüncələrinə təsir etmiş ictimai-siyasi amillərlə yanaşı,
gəlmiş olduqları ideoloji qənaətlər də bu baxımdan heç bir
şübhə doğurmur. Elə bu mövzunu tədqiq etmiş bəzi müəlliflər
də sözügedən amillərə toxunmuşlar.

Thomas W. Arnold, The Caliphate, with a concluding chapter by Sylvia


A. Haim (New York: Barnes Noble, 1965), pp. 23-24; Wilfred Cantwell
Smith, Islam in Modern History (Princeton, NJ: Princeton Univ. Press,
1957), pp. 6-35.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 105
Digər tərəfdən, biz Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!)
zamanında tarixi təcrübənin psixoloji tərəflərini, bu təcrübəni
müşayiət etmiş bir sıra hadisələri üzə çıxarmaq istəyirik. Bu
cəhəti nəzərə almadan müsəlmanların başqalarına münasibətini
obyektiv şəkildə qiymətləndirmək çətindir. Məsələn, bu cəhəti
nəzərə almasaq, bizanslılara münasibətdə fəqihlərə hakim kəsil-
miş qorxu hissini heç nə ilə izah edə bilməyəcəyik:
“(İbn əl-Qasim deyib:) “Ondan (Malikdən) mənə gəlib ça-
tıb ki, qorxulu dövrlərdə, Rum əhli (bizanslılar) etdiklərini
etdiklərində onlarla cihad etmək eyib deyildir... (İbn əl-Qasim
deyir:) “Malikə dedim: “Ey Əbu Abdullah, onlar bunu edirlər.”
Dedi: “Ordularla (onlara hücum etmək) eyib deyildir. İnsanların
etdikləri də qəbahət sayılmır. Burada bir qəbahət görmürəm.”
Deyirdi: “Əgər bu, (cihad) bir kənara qoyularsa, əhli-islama
zərər gələr”1.
Göründüyü kimi, həmin vaxtlar bizanslılardan irəli gələn bir
qorxu vardı. Çünki onlar müsəlmanlara hücum edir, mülklə-
rini talayırdılar. Bu səbəbdən cihad lazım idi. Bizanslılara qar-
şı hərbi kampaniyalar aparılmazdısa, onların yürüşləri davam
edər, müsəlmanlara zərər görərdilər.
Əksər müsəlman müəllifləri başa düşmüşdülər ki, erkən
dövr müsəlmanları nisbətən daha zəif idilər və başqaları ilə
münasibətlərində daha çox təhlükələrlə üzləşirdilər. Buna bax-
mayaraq, bir çox şərqşünas iddia edir ki, bu cür yanaşma
müsəlmanlara bəraət qazandırmaq məqsədi güdür. Təbii ki,

1
İmam Malik ibn Ənəs. əl-Müdəvvənə, III cild, səh. 5. Eyni hissləri
Əhməd ibn Hənbəl də keçirmişdir. Bax: İbn Qüdamə. əl-Müğni, IX cild,
səh. 183.
106 İkı̇nci fəsı̇l

onların bu iddiası (müsəlmanların başqalarına qəsdən zülm


etmələri) qətiyyən doğru deyildir. Çünki o dövrün müsəlman
müəlliflərinin səmimiyyətinə şübhə salacaq heç bir məntiqli
əsas mövcud deyildir. Bəlkə də, o dövrün müsəlman psixikasını
təhlil etmək bu məsələyə aydınlıq gətirəcəkdir.
Deməli, xarici əlaqələrdə müsəlmanların mövqeyini başa
düşmək üçün psixoloji amil əhəmiyyətli dərəcədə nəzərə alınma-
lıdır. Bu amil müsəlmanların yaddaşlarına bərk həkk olunmuş-
du. Məhz psixoloji amil izah edir ki, ayələrin nəsxi məsələsində
nə üçün ifrat mövqe nümayiş etdirilib, qeyri-müsəlmanlarla
münasibətdə daha çox düşmənlik ifadə edən tarixi presedentlər
əsas götürülüb. Həmçinin qarşı tərəfin düşmənçilik hərəkətləri
və hərbi təcavüzünün doğurduğu psixoloji abı-hava (əks-reak-
siya) müsəlman mütəfəkkirlər tərəfindən sosial sistemin bü-
töv deyil, natamam təhlilinə səbəb olmuşdur. Biz bu məsələni
növbəti fəsildə ətraflı izah edəcəyik. Bu məqamda diqqət edilə-
cək əsas cəhət budur ki, tarixi təcrübənin psixoloji təsirini legi-
timləşdirmək üçün nəsxdən bir vasitə kimi istifadə olunmuşdur.
Quran mətnləri, hədislər və Peyğəmbərin həyatı real surətdə
göstərir ki, erkən dövrdə həm ədaləti, fəzilət və haqqı təmsil
edən, həm də zülmə məruz qalan müsəlmanlarla təkəbbürlü, za-
lım, fitnə-fəsadçı və müstəbid müşriklər arasında münaqişə baş
vermişdir. Həmin dövrdə meydana çıxmış hadisələrin doğurdu-
ğu psixoloji təsiri qərbli müəlliflər bütün aydınlığı ilə dərk edə
bilmirlər1. Elə isə həmin hadisələri təhlil etmək, hadisələr ara-

1
Bernard Lewis, The Arabs in History (New York: Harper and Row,
1960), pp. 42-48; Carl Brockelman, History of the Islamic Peoples,
translated by Joel Carmichael and Moshe Perlman. (New York: Enpriarn
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 107
sında paralellər aparmaq, müsəlmanların qeyri-müsəlmanlarla
əlaqələrinin təbiətinə bu hadisələr əsasında qiymət vermək –
bütün bunlar bizə imkan verəcəkdir ki, təkcə həmin tarixi ha-
disələri deyil, həm də qeyri-müsəlmanlara olan ədavət hissini
formalaşdıran psixoloji əks-reaksiyanı başa düşək.
Aşağıda bu faktlar və bu faktlardan irəli gələn nəticələrin
müxtəsər təhlilinə cəhd göstərilib. Belə ki davamlı sosial-iqtisadi
boykot, işgəncələr, alçaltma və qətllər ilk müsəlmanları məcbur
etmişdi ki, Həbəşistana hicrət etsinlər, dözülməz vəziyyətdən
xilas olsunlar. Habelə Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!)
Yəsribə hicrəti müsəlmanlarla müşriklər arasında toqquşmala-
rın başa çatması mənasına gəlmirdi. Müsəlmanlar Allaha dua
edirdilər ki, Peyğəmbəri hicrət zamanı təqib edən Qüreyşə qa-
lib gəlmədə onlara yardım etsin.
Qüreyş Mədinədə də müsəlmanlara rahatlıq vermədi. Müx-
təlif yollarla onlara təzyiq göstərdi, təcavüzkarlıq aktlarına əl
atdı; dəvətə mane olub, yeni dini məhv etmək üçün yəhudi və
digər ərəb qəbilələri ilə iş birliyinə girdi, müsəlmanlar əleyhinə
vahid cəbhə formalaşdırmağa çalışdı.
Allah Təala Quranda bu vəziyyəti belə təsvir edir:
“(Ya rəsulum!) Haram olan ayda döyüş haqqında səndən
soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin
Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək,
Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara
çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə)

Books edition, 1960), pp. 22-25; Norman Daniel, Islam and the West
(Edinburgh: University Press, 1960), pp. 229-307; W. Montgomery Watt,
What is Islam? (New York: Frederick A. Praeger, 1968), p. 8.
108 İkı̇nci fəsı̇l

fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir”!


(Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi
dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edə-
cəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə,
belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri)
dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və ora-
da əbədi qalacaqlar!” (əl-Bəqərə, 217).
Davamlı zülm müsəlmanları çətin vəziyyətə salmışdı. Ya düş-
mənlərinin onlara hücum edəcəyini gözləməli, ya da özləri hü-
cuma keçməli idilər. Bədr döyüşündən qabaq müsəlmanlar zəif
olduqlarını bildikləri halda hücum taktikasını seçdilər.
Quran bu vəziyyəti belə izah edir:
“(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə
(Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də)
adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə
bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə
köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən)
ruzi verdi ki, bəlkə, şükür edəsiniz!” (əl-Ənfal, 26);
“O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan
karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş
əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz)
karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu
barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və
kafirlərin kökünü kəsmək istəyirdi.
(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı
(islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi”
(əl-Ənfal, 7-8);
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 109
“(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman rəbbin mələklərə
belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mə-
tanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onla-
rın boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğ-
rayın!”
Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına
görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin
ki) Allah (ona) şiddətli əzab verər.
Hələ ki bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik
cəhənnəm əzabı da gözləyir” (əl-Ənfal, 12-14);
“(Ey möminlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz,
Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc
torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla
möminləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı
bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!”
(əl-Ənfal, 17).
Xüsusən Rəci və Bi`ri-mə`un hadisələrindən sonra müsəl-
manlarla müşriklərin münasibətlərində gərginlik və narahatlı-
ğın yaranması təbii idi. Hadisə belə olmuşdu: bəzi bütpərəst
qəbilələrin nümayəndələri Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı
olsun!) yanına gələrək, ondan “onlara dinlərini ətraflı öyrədəcək,

onlara Quran oxuyacaq, islamın ayinlərini başa salacaq” hafizlər


göndərməsini xahiş etdilər. Bu onların qurduğu bir tələ idi. Si-
lahsız və mömin müsəlmanlar həmin qəbilələrin torpaqlarına
çatdıqda mühasirəyə alındılar və hamılıqda qətlə yetirildilər1.
Tarixi mənbələr göstərir ki, müsəlmanlara zülm davam etmiş-
di. Mədinədəki müsəlman icmasının kökünü kəsmək üçün bu

1
İbn Hişam. Peyğəmbərin həyatı, II cild, səh. 169-185.
110 İkı̇nci fəsı̇l

dəfə Qüreyş və Qətəfan qəbilələri ilə plan hazırlayan yəhudilər


hərəkətə keçmişdilər. Yəhudilərlə müşrik ərəblərin müttəfiqliyi
müsəlmanlar üçün ciddi təhlükə törədirdi. Odur ki Mədinənin
ətrafına xəndək qazmalı olmuşdular. Peyğəmbərlə (Ona Allahın xeyir-
duası və salamı olsun!) müqavilə bağlamış və mühasirədə olan Mədinə-

də məskunlaşmış Bəni-Qüreyzə yəhudilərinin arxadan hücu-


ma keçmək barədə Qüreyşlə gizli danışıqlar aparması vəziyyəti
daha da qəlizləşdirmişdi1.
Allah Təala baş verənləri öz kitabında bu cür təsvir edir:
“O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən
(vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan)
gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah
barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Möminlər Alla-
hın Öz vədinə doğru olduğuna inanır, münafiqlər isə etiqadı
zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola
bilməyəcəyini güman edirdilər).
Məhz onda (Xəndək vuruşunda) möminlər imtahana çəkil-
miş (kimin həqiqi mömin, kimin münafiq olduğu bəlli olmuş)
və möhkəm sarsılmışdılar.
O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar:
“Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər
çala bilməyəcəyik)” – deyirdilər.
O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Bu-
rada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!”
– demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir,
oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün)
Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz)

1
Yenə orada, səh. 214-233.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 111
deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər” (əl-Əh-
zab, 10-13);
“Möminlər içərilərində elə ərlər də vardır ki, Allaha etdikləri
əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş,
kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla
dəyişməzlər” (əl-Əhzab, 23).
Göründüyü kimi, həmin vaxt müsəlmanların vəziyyəti çox
çətin idi. Allah düşmən tərəfin üzərinə soyuq və güclü göndərə-
rək Mədinəni mühasirədən xilas etmişdi. Düşmənin cəbhəsi
pərən-pərən düşmüş, müsəlmanlar da bu məğlubiyyəti Allahın
saleh bəndələrə köməyi olaraq qəbul etmişdilər.
Quranda deyilir:
“Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları)
halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə
bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət
etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin
ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onla-
rın bir qismini öldürür, bir qismini də əsir alırdınız” (əl-Əhzab,
25-26).
Sonralar Hüdeybiyyə sülh müqaviləsi imzalansa da, müsəl-
manlara yönəlmiş zülm davam etdi. Belə ki Qüreyşin müttəfiqi
Bəni-Bəkr qəbiləsi müsəlmanların müttəfiqi sayılan Xüzaə qə-
biləsinə hücum edərək onları qılıncdan keçirdi. Bu zaman
müsəlmanlara aydın oldu ki, müşriklərin əsas məqsədi möv-
cud vəziyyətdən istifadə etməkdir. Bu haqda Quranın bir çox
ayəsində məlumat vardır. Ayələrdə müşriklərin təcavüzkarlığına
əks-reaksiya öz əksini tapmışdır. Pak və Uca Allah buyurur:
112 İkı̇nci fəsı̇l

“Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağ-


ladığınız kəslər (Bəni-Zəmirə və Kinanə qəbilələri) istisna ol-
maqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə
əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi
pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən,
Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri)
sevər!
Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə
də bir əhdə əməl edərlər? Onlar ürəkləri istəmədikləri halda,
sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi
olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!” (ət-Tövbə, 7-8);
“Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dinini-
zi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan)
küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri)
yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur).
Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!
(Ey möminlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan,
Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan,
üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruş-
mayacaqsınızmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi)
möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz
Allahdır!
Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin,
onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb mö-
minlərin ürəklərini fərəhləndirsin” (ət-Tövbə, 12-19);
“Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm,
səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz,
öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 113
yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz
qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Hə-
qiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (ət-Tövbə, 5);
“(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət
etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi
əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə
öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua
edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”
(ən-Nisa, 75);
“Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din
(ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər
onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruş-
maqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə
qarşı olur” (əl-Bəqərə, 193).
Deməliyik ki, bu tarixi hadisələrin psixoloji təsirini nəzərə
almasaq, erkən dövr müsəlmanlarının müşriklərə olan inamsız-
lığını başa düşə bilməyəcəyik. Məhz həmin müsəlmanlar idi ki,
sonralar nəhəng humanist dönüşə imza atmışdılar: ölkələri o
dövrdə dünyanın mədəniyyət mərkəzinə çevrilmişdi.
Dərk etmək olduqca mühümdür ki, həmin dövrün gərgin
mənzərəsini dardüşüncəli, müharibə həvəskarları yaratmışdılar.
Belə ki erkən dövr müsəlmanları müşriklərin davamlı təca-
vüzünə, dözülməz zülmünə məruz qalırdılar. Bu müşriklər mü-
səlman icması əleyhinə iş aparır, ədavət bəsləyib hərc-mərclik
çıxarırdılar. Şübhə yox ki, bu məsələ fəqihlərin zehnində cid-
di izlər buraxırdı. Bununla da müharibə və savaş müşriklərə
münasibətdə əsas səciyyəvi cəhətə çevrilmişdi. Onu da deyək
ki, bəzi müsəlman fəqihləri müsəlmanları müharibəyə təşviq
114 İkı̇nci fəsı̇l

etməmişlər, amma təcavüz baş verdikdə ələ silah almağa çağır-


mışlar1.
Erkən islam dövründə baş vermiş silahlı mübarizənin psixo-
loji təsiri və qonşu güclərlə, ələlxüsus bizanslılarla davamlı toq-
quşmalar beynəlxalq münasibətlərdə “nəsx” məfhumunun ifrat
formada aktuallaşmasının səbəbini, haradasa, bizə izah edir.
Alimlər təcavüzkar qonşu güclərə qarşı hərbi kampaniyalara
legitimlik qazandırmaq üçün bu məfhumdan istifadə etmişlər.
Amma bu hal onların gələcəyi oxumalarına, mövcud şəraitdən
fərqli mühit haqda düşünmələrinə mane olmuşdur.

4. Nəsx2: səhv izah və yanlış təsəvvür

Nəsx şəriətdə, xüsusən fiqh və təfsirdə mühüm rol oynamış,


indi də oynamaqdadır. Şübhə yoxdur ki, müsəlman fəqihlərinin
psixoloji vəziyyəti onların nəsx metoduna təsir göstərmişdir.
Xarici əlaqələr mövzusunda ən çox mübahisə və müzakirə-
lərin getdiyi məsələ “qılınc ayəsi”dir3. Bəzi fəqihlər islam yaran-

1
İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə
ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 313.
2
Nəsx (ərəb. “ləğv etmə”, “köçürmə”): sonrakı dini mətnlərlə (dəlillərlə)
əvvəlki hökmün qüvvədən salınması deməkdir. Bununla əlaqədar olaraq,
“nasix” və “mənsux” terminləri də vardır. Belə ki, “nasix” qüvvədən salan,
“mənsux” da qüvvədən salınmış dəlilləri (dini mətnləri) ifadə edən ter-
minlərdir – tərcüməçinin qeydi.
3
Həmin ayədə deyilir: “Haram aylar (onlara möhlət verilmiş zülhiccə,
məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz,
öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – ke-
çidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları
sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 115
dığı dövrdə müşriklərin təcavüzkar fəaliyyətinin təsiri altında
qalaraq bu ayəni sərt şəkildə təfsir etmişlər. Bəzi alimlər isə
bildirmişlər ki, bu ayə əvvəlki ayələri – səbir, məcburiyyətin ol-
mamağı, “onlara hakim deyilsən” ayələrini qüvvədən salmışdır
(nəsx etmişdir)1. Məsələn, İbn əl-Ərəbi və İbn Səlamə hesab
edirlər ki, qılınc ayəsi müşrikləri bağışlamağı əmr edən 124
ayəni qüvvədən salmışdır. Mustafa əbu Zeyd isə bu rəqəmin
140-dan artıq olduğunu deyir2.
Bundan əvvəl qeyd etmişdik ki, fəqihlər cihad haqqında fərq-
li düşünürlər3. Bəzi fəqihlər Quran ayələrinin müəyyən hissəsi-
nin qüvvədən düşdüyünü iddia edərək, cihadın vuruş (hücum)
xarakterli olduğunu bildirmişlər. Qeyd edək ki, bərabərhüquqlu
cəmiyyət qurmaq üçün bəşər şüurunu inkişaf etdirmək əvəzinə

edəndir!” (ət-Tövbə, 5). Bax: Əbülqasım Hibətullah ibn Səlamə. ən-Nasix


vəl-mənsux. Qahirə: “Hələbi və oğulları” mətbəəsi, 1967, səh. 51.
1
Məhəmməd Əbdüləzim əz-Zərqani. Mənahil əl-irfan fi ülum əl-Quran
(Quran elmlərinə dair bilik çeşmələri). Qahirə: “Dar ehya əl-kutub əl-
ərəbiyyə”, çap tarixi göstərilməyib, II cild, səh. 156; Mustafa əbu Zeyd.
Nəsx edən və olunan ayələr: tənqidi araşdırma. Qahirə: “Dar əl-fikir əl-
ərəbi” nəşriyyatı, 1963, I cild, səh. 289-501, II cild, səh. 503-583.
2
Bax: İmam Bədrəddin Məhəmməd ibn Abdullah əz-Zərkəşi. əl-Burhan
fi ülum əl-Quran (Quran elmlərinə dair dəlil-sübut) / araşdırıb çapa
hazırlayan: Məhəmməd Əbülfəzl İbrahim. Qahirə: “Dar ehya əl-kutub
əl-ərəbiyyə” nəşriyyatı, 1957, II cild, səh. 40; Mustafa əbu Zeyd. Nəsx
edən və olunan ayələr: tənqidi araşdırma. Qahirə: “Dar əl-fikir əl-ərəbi”
nəşriyyatı, 1963, II cild, səh. 508.
3
Erkən dövr fəqihlərinin cihad barədəki fərqli görüşləri üçün bax: İbn
Kəsir. Quran təfsiri, I cild, səh. 310-311, II cild, səh. 322, 336-337; Tə-
bəri. Ca`me əl-bəyan (Quran ayələrinə dair izahları toplayan kitab), II
cild, səh. 198-199, 332-335, III cild, səh. 14-21, IX cild, səh. 153-155,
X cild, səh. 33-34.
116 İkı̇nci fəsı̇l

məsələyə bu cür yanaşmağımız islamın məqamını cılızlaşdı-


rır, onun universallığına xələl gətirir. Ümumiyyətlə, nəsxdən
bu məqsədlə istifadə etmək təcrübənin kasadlaşmasına, Quran
ayələrinin dar məzmunda tətbiqinə səbəb olmuşdur.
Forma və məzmun bir-biri ilə dolaşıq salınmazsa, bu qarışıq-
lıq düzələr, nəsxdən səhv istifadə baş verməz. Bununla da belə
bir nəsx metodundan irəli gələn mənfi nəticələr aradan qalxar.
Əgər islam ədavət ruhu ilə dolu izahlarla məhdudlaşdırılarsa,
Quran mətnlərinin, erkən dövrdə Məkkə və Mədinədəki tari-
xi hadisələrin psixoloji məzmunu nəzərə alınmazsa, bir insa-
nın gələcəyə xoş ümidlərlə baxmağı, ədaləti bərqərar etməyi,
hətta həyatda qalmağı qeyri-mümkün hala gələr. İslam Quran
təcrübəsini bir daha tətbiq etməlidir. Quran təcrübəsi cəmiyyətdə
insanın rolunu tənzimləyən dəyərlərə və strategiyaya sahibdir.
Bu səbəbdən həmin təcrübənin mahiyyəti yenidən araşdırılma-
lı, nəsx anlayışı bir daha nəzərdən keçirilməlidir. Nəticədə, nəsx
dairəsinin müəyyənləşdirilməsində köklü dəyişiklik baş verəcək,
ənənəvi fiqhi yanaşma öz gücünü itirəcəkdir.

5. Tolerantlıq və birlik: ənənəvi irs

Xarici əlaqələrdən bəhs edən erkən islam fikri haqda daha


aydın təsəvvürə sahib olmaq üçün ənənəvi fikrin əsas iki xü-
susiyyətini dərindən öyrənmək lazımdır.
Biz bundan qabaq islam siyasi fikri anlayışını izah etmişdik.
Amma bu kifayət etmir, odur ki irəliyə bir addım da atmalı-
yıq. Bunun üçün ənənəvi fikirdəki anlayışlarla indiki dövrün
beynəlxalq münasibətlər sistemi ilə əlaqəli oxşar anlayışlar ara-
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 117
sında paralellər aparmalıyıq. Habelə bu anlayışların məzmunu-
nu, beynəlxalq münasibətlər sahəsinin müasir problemləri ilə nə
qədər əlaqəli olduğunu başa düşmək üçün müəyyən təhlillərə
ehtiyac vardır. Bu anlayışları ənənəvi formatda araşdırdıqları
zaman Qərb fikrini əsas götürənlər yeni islam siyasi fikrində
baş verənləri başa düşməkdə çətinlik çəkəcəklər. Belə olduğu
halda onlara islam nöqteyi-nəzərlərini dərindən başa düşmək
asan olmayacaqdır.
Şübhə yox ki, islam formatında tolerantlıq mövzusu – ma-
hiyyətcə ideolojidir və şəxsi təşəbbüslərdə öz əksini tapıb –
birbaşa olmayan dini iltizama əsaslanır. Belə iltizam isə xarici
əlaqələrdə müsəlman tərəfinin əsas götürdüyü cəhətdir. Ənənəvi
məzmunda bu əlaqələr müsəlmanların qeyriləri ilə (dövlətlərlə,
qruplarla...) münasibətlərini əks etdirir. Hətta islam dövlətində
qeyri-müsəlmanlar azlıq təşkil etdikdə (müsəlman ənənəsində
dünya iki yerə: Darüssəlam və Darülhərbə bölünür. Bu haqda
sonralar danışacağıq) məsələ bəzi beynəlxalq ünsürlər məsələsi
halına gəlməklə yanaşı, insan hüquqlarını, əcnəbi hökumət və
beynəlxalq təşkilatların siyasi maraqlarını əhatə edir.
Müsəlman ümmətinin birliyi məsələsinə gəlincə, islam dün-
yasındakı müstəqil dövlətlərin yeni üsul-idarə sistemi, ərəb döv-
lətləri arasındakı beynəlxalq problemlər və müsəlmanların qar-
şılıqlı münasibətləri – bütün bunları ən düzgün formada başa
düşmək üçün erkən dövr islam siyasi fikrinin başlıca səciyyəvi
xüsusiyyətləri əsas götürülməli, müsəlmanların daxildə və xaric-
də qeyriləri ilə münasibətlərinin ümumi tərəfləri diqqətə alın-
malıdır.
118 İkı̇nci fəsı̇l

Bu fəsildə iki başlıca mövzunu: tolerantlıq və birlik mövzu-


larını araşdıracağıq. Bizi maraqlandıran məsələ ənənəvi islam
fikrinin bu iki məfhumla üst-üstə düşüb-düşmədiyidir. Habelə
biz tolerantlıq və birlik mövzularına necə yanaşmağın mexaniz-
mini də öyrənmək istəyirik. Kitabın III və IV fəsillərində bu
məsələlərlə əlaqəli olaraq həll yolları və alternativlər təqdim
etmişik.

5.1. Tolerantlıq və insan ləyaqətinə ehtiram

Ənənəvi islam fikrində tolerantlıq bir sıra suallarla müşayiət


olunan mövzudur. Bu suallardan ən mühümü budur: Kimlərlə
və necə tolerant davranmaq lazımdır? Bu məqamda fəqihlərin
əhəmiyyətli hissəsi – cümhur bildirmişdir ki, hər şeydən əvvəl,
Kitab əhli ilə, yəni xristian və yəhudilərlə, daha sonra, onlarla
birbaşa və dolayısı ilə əlaqəsi olan digər qruplarla tolerant dav-
ranmaq lazımdır. Bu qruplara, hədislərə müvafiq olaraq, sabi-
ilər və zərdüştilər daxildir1.
Ərəb bütpərəstlərə gəlincə, bəzi fəqihlər onlarla tolerant dav-
ranmağın vacib olmadığını bildirmişlər; ya onlar öz xoşları-
na islamı qəbul etməlidirlər, ya da onlarla savaşmaq lazımdır.
Ayələr və hədislər də bunu təsdiqləyir. Bu fəqihlər öz möv-
qelərini belə əsaslandırdılar ki, ərəb bütpərəstlərinə kitab nazil
edilməyibdir və həmçinin onlar Peyğəmbərin (Ona Allahın xeyir-duası və sa-
lamı olsun!) xalqıdır, deməli, islamı qəbul etməkdən başqa seçimləri

1
Bax: İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 194-195; Şafei. əl-Umm, IV
cild, səh. 94-97.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 119
yoxdur. Bəzi elm əhli digər bütpərəst xalqlarla da bu cür dav-
ranmağın tərəfdarı olmuşdur1.
Təəccüblüdür ki, həmin fəqihlərin müşriklərlə əlaqəli erkən
dövr islam təcrübəsindən xəbərləri yoxdur. Onlar Quran ayələ-
rini əsas götürərkən konteksti və ümumi mənanı nəzərə alma-
mışlar. Qurani-Kərim və Pak Sünnədə əmr olunur ki, bütpərəst
ərəblərə qarşı hərtərəfli müharibə aparmaq lazımdır. Ayə və
hədislərdə ərəb bütpərəstləri müşrik adlandırılır. Quran hər
dəfə bütpərəst ərəblərdən söz açdığında onların qəddarlığı,
vəhşiliyi, təcavüzkarlığı, ikiüzlülüyü və zərərləri haqda danı-
şır. Bu ayələrdə nəzərdə tutulan ərəblər, hər şeydən əvvəl,
müsəlmanlara hücum və zülm edən, müsəlmanlara verdikləri
əhdləri pozan, müqavilələrə əməl etməyən bədəvi ərəblərdir.
Bu səbəbdən Quran onlara vəhşi, qeyri-mədəni, ədəb-ərkana,
mülayimliyə, müəyyən biliklərə möhtac, humanist davranış nor-
maları və məsuliyyətdən bixəbər xalq kimi baxır. Habelə fəqih-
lər yəhudi və xristianların Kitab əhli adlandırılmasının hik-
mətini nəzərə almamışdılar. Belə ki Quran kontekstində oxu
və yazı, birbaşa olmasa da, bilik və mədəniyyət mənasına gəlir.
Quranı araşdıranlar Kitab əhlinin həmin ərəblərlə müqayisədə
necə bir üstün mərtəbəyə, ali məqama sahib olduğunu görə
bilərlər.

1
İbn Qüdamə. əl-Muğni, IX cild, səh. 323.
120 İkı̇nci fəsı̇l

Müşriklərlə bağlı həm Məkkə, həm də Mədinə ayələrini


diqqətlə nəzərdən keçirsək, islamın müşriklərə münasibəti
tam aydınlığı ilə üzə çıxacaqdır. Özü də bu münasibət erkən
dövr müctəhid fəqihlərinin görüşləri ilə müqayisədə daha ta-
razlaşdırıcıdır1. İslam Ədnan ərəbləri və Qüreyş rəhbərliyi ilə
hərtərəfli müharibə aparmalı olmuşdu. Çünki sonuncular bu
dinə qarşı kəskin əks mövqedə idilər2. İslamın bu cür düşmən
mövqe tutmağının səbəbi elə həmin vəhşi ərəblər olmuşlar.
Bu ərəblər onlara hər hansı bir humanist vəzifə yükləyəcək,
mütəşəkkil bəşəri həmrəylik qabiliyyəti bəxş edəcək sosial in-
kişaf mərhələsinə qədəm basmamışdılar. Elə isə bu barbarları
zəruri dəyişiklikləri qəbul etməyə məcbur etmək lazım idi.
Bununla da onlar sivil mədəniyyət qurmağı öyrənəcək, qarşı-
lıqlı mədəni təsir mexanizmini mənimsəyəcəkdilər. Əslində bu
dəyişikliklər o halda baş verə bilərdi ki, Ərəbistan yarımadası
islama tabe olsun. Əvvəlcə, bu yarımadada başlıca insan haqları
təmin olunacaq, daha sonra ərəblər islam bayrağı altında mə-
dəni-tarixi səfərlərinə başlayacaqdılar.
Həqiqət budur ki, bədəvi ərəblərə islamın münasibətini başa
düşməyən həmin fəqihlər Məkkənin fəthindən sonra Peyğəm-
bərin (Ona Allahın xeyir-duası və salamı olsun!) yanına gələn Nəcran xristian-

1
Bax: Əbdülmütəali əs-Səidi. İslamda din azadlığı. Qahirə: “Dar əl-fikir əl-
ərəbi” nəşriyyatı, (tarix göstərilməyib), səh. 19-173; Əbüləla əl-Mövdudi.
İslam müasir təhlükələrlə üz-üzə // tərcümə edən: Xəlil Əhməd əl-
Hamidi. Küveyt: “Dar əl-qələm” nəşriyyatı, 1971, səh. 39-62, 171-189;
Məhəmməd Fəthi Osman. İslam fikri və inkişaf. Küveyt: “əd-Dar əl-kü-
veytiyyə” nəşriyyatı, 1969, səh. 254-279.
2
İbn Hişam. Peyğəmbərin həyatı. I cild, səh. 464-490, II cild, səh. 169-
190, 308-328, 389-425, 543-560.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 121
larının onunla bağladığı sazişi, yəhudilərlə bağlanmış digər mü-
qaviləni – “Mədinə sənədi”ni lazımınca qiymətləndirməmişlər.
Bu müqaviləyə əsasən yəhudilərə Yəsribdə yaşamaq icazəsi
verilmişdi. Amma sonralar yəhudilər müqaviləni pozdular. Yəs-
rib və Xeybərdə yaşayan yəhudi qəbilələri ilə müharibə başlan-
dı ki, nəticədə, yəhudilərin siyasi-hərbi gücü darmadağın edildi.
Halbuki müsəlmanlar onlarla olduqca tolerant davranır, onları
müsəlman olmağa məcbur etmirdilər.
Qeyri-müsəlman qurumlarla necə davranmaq məsələsinə gə-
lincə, ənənəvi fəqihlərin mövqeyi bu tolerantlığın dinamikliyinə
müəyyən qədər xələl gətirmişdi. Buna məhdud və dar yanaş-
manı əks etdirən izahlar, mühakimələr səbəb olmuşdu. Halbuki
bu tolerantlıq əsasında yaradıcı siyasi kursu daha da inkişaf
etdirmək mümkün idi, amma əksi baş verdi: siyasi yanaşma-
lar donuqlaşdı, müxtəlif tarixi presedentlərlə məhdudlaşdırıldı.
Buna səbəb kimi həm tolerantlığa çağıran ayələrin qüvvədən
düşdüyünü (nəsx olunduğunu) ifrat formada gündəmdə sax-
lamaq, həm də erkən müsəlman cəmiyyətinin sosial quruluşu
haqda hərtərəfli təsəvvür və nəzəri yanaşmanın olmamağı fakt-
larını göstərmək mümkündür.
Tolerantlıq məfhumu ilə sıx əlaqəsi olan məsələlərdən biri
də cizyə məsələsidir. Fəqihlər bu məsələdə yalnız bir ayəni əsas
götürürlər. Həmin ayə budur:
“Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən,
Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bil-
məyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə
düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun” (ət-Tövbə,
29).
122 İkı̇nci fəsı̇l

Fəqihlər zəlil etmək məsələsinə daha çox diqqət vermişlər.


Halbuki əsas diqqət bu suallara yönəlməli idi: Hansı hallarda
və nə üçün zəlil etmək olar?
Allahın “zəlil vəziyyətə düşüb...” kəlamını bəzi alimlər iki
cür təfsir etmişlər. Birincisi budur ki, onlar islam hakimiyyəti
ilə kifayətlənməli, yəni islamın hökmlərini qəbul etməlidirlər.
İkincisi isə, cizyə vermədə tabe olmaqdır1. Təbii ki, birinci izah
islamın ruhu ilə üst-üstə düşmür. Belə ki islam səmimi abı-ha-
vanın hökm sürdüyü sivil cəmiyyət qurmağa can atan dindir.
Allah Təala Quranda buyurur:
“Səni də (ey rəsulum) aləmlərə yalnız rəhmət olaraq göndər-
dik” (əl-Ənbiya, 108).
Bu məqamda bəzi fəqihlər bildirmişlər ki, islamda həmin
insanları alçaltma vardır. Odur ki ayədəki rəhmət onlara aid
deyil. Bu zaman onlar “Tövbə” surəsinin 29-cu ayəsini dəlil
göstərirlər. Amma bu ayə əlaqədar kontekstdən təcrid edilir,
əvvəlki və sonrakı ayələrlə birlikdə nəzərdən keçirilmir. Və bu
ayələr sözügedən fəqihlərin nöqteyi-nəzərini təsdiqləmir.
Bu baxımdan məlum olur ki, yuxarıdakı ayə, bir tərəfdən,
müsəlmanlarla düşmənlik edən, onlara savaş açan müşriklərə,
digər tərəfdən də, həmin müşriklərlə əlbir olub müsəlmanlara
qarşı vuruşan Kitab əhlinə şamil olunur. Uca və Qüdrətli Allah
buyurur:
“Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağız-
ları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin

1
Bax: İbn əl-Qəyyim. Zimmilərə dair hökmlər, I cild, səh. 16-18; Şafei.
əl-Umm, IV cild, səh. 99-101.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 123
xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq
istər.
Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin
fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini
doğru yolla və haqq dinlə göndərən Odur!
Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) ra-
hiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (on-
ları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş
yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla
müjdələ!” (ət-Tövbə, 32-34).
Bu ayələr aşağıdakı kəlamla tamamlanır:
“...Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlar-
la vuruşun və bilin ki, Allah müttəqilərlədir!” (ət-Tövbə, 36).
Nəticə etibarı ilə, fəqihlər təcavüzkar düşmənlə əlaqəli bu
göstərişi bütün qeyri-müsəlmanlara şamil etmiş, həm bu qeyri-
müsəlmanların vəziyyətini nəzərə almamış, həm də islamın bə-
şəriyyətə xidmət üçün qarşısına qoyduğu başlıca məqsədləri
sərf-nəzər etmişlər. Ənənəçi fəqihlərin bu mühüm iddiasını qə-
bul etsək, onda Mədinə və Nəcranda bağlanmış müqavilələrin
əhəmiyyətini heç sayaraq, zəlillik və cizyə vermək arasındakı
əlaqəni nəzərə almamış olacağıq. Dediyimiz kimi, söhbət fərqli
vəziyyətlərdən gedir. Bu vəziyyətlərdə qeyri-müsəlmanlara mü-
nasibət də dəyişilməlidir. Habelə zəlillik məsələsi bütün qeyri-
müsəlmanlara şamil edilməməlidir. Bir daha deyirik, fərqli inan-
cı seçdiyi üçün deyil, müsəlman xalqlarına qarşı təcavüzkar
siyasət yürütdüyü üçün qarşı tərəfin zəlil edilməsi Quranda
əmr edilmişdir. Bu təcavüzkar siyasət ədalətlə səsləşmir, islamın
124 İkı̇nci fəsı̇l

insan haqlarını himayə, sülh içərisində yaşama, vicdan azadlığı


konsepsiyaları ilə ziddiyyət əmələ gətirir.
Ümumiyyətlə, bu kiçik tədqiqat zamanı məlum olur ki, is-
lam siyasi fikrinin xarici münasibətlərlə əlaqəli ənənəvi formatı
müəyyən qədər qənaətbəxş olmamışdır.

5.2. Ümmətin birliyi

Qurani-Kərimdə ümmət sözü bir neçə mənada işlədilmişdir.


Bu söz yerindən asılı olaraq, “din”, “əməlisaleh şəxs”, “zaman”,
“insanlar” və “camaat” mənasını verir1.
Ənənəçi fəqihlər müsəlman ümməti dedikdə kafirlər qarşısın-
da möminləri nəzərdə tuturdular. Halbuki müsəlman ümməti
ideoloji-fəlsəfi anlayışdır. Habelə onlar bu mənada darülislam
sözündən istifadə etmişlər. Qalan torpaqlar isə darülküfr sayı-
lırdı. Bu da öz növbəsində zəruri edirdi ki, islam hakimiyyəti
və qanunları həmin torpaqlara da uzansın, xilafət qanunvericili-
yi oralarda tətbiq edilsin. Nəticədə, qeyri-müsəlman dövlətlərlə
münasibətlər yeni format kəsb edirdi.
Buna baxmayaraq, erkən dövr müsəlmanları və ənənəçi fəqih-
lər müəyyən dərəcədə müdrik idilər. Bu müdriklik onlara im-
kan vermişdi ki, müəyyən məsələlərin zərərini başa düşsünlər.
Həmin məsələlərdə israr etmək konkret çətinliklər doğura bi-
lərdi. Onlar bilirdilər ki, sözügedən məsələlərdən imtina etmək
müsəlman ümmətinin inkişafını və davamlılığını təmin edə bi-

1
Ümmət sözünün işlədildiyi ayələr bunlardır: XVI, 120; XXXXII, 8;
XXXXIII, 23; XIII, 45; XI, 8; VII, 159; VII, 164; XXVIII, 23; III, 104;
XVI, 92; XXIII, 34; XXXV, 24; II, 134; XXIII, 52.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 125
lər, islama, əsrlər keçsə də, canlılıq və həyatilik qazandırar.
Amma sonrakı nəsillərə hakim kəsilən zehni çaşqınlıq, fikri do-
laşıqlıq islam torpaqlarının genişlənməsinə əngəl oldu, Müsəl-
man dünyasının siyasi tənəzzülü ilə nəticələndi.
İslam yarandığı zaman müsəlmanlar siyasi hakimiyyətin əhə-
miyyətini, ümməti yaradıb mühafizə etmədəki rolunu yaxşı
başa düşmüşdülər. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) və-
fatından sonra birinci xəlifə Əbubəkr əs-Siddiqin (Allah ondan razı
qalsın!) başçılığı altında ilk islam hökuməti qəbilə üsyanlarını

yatırdıqda onlar bunun əyani şahidi oldular. Dövlət mərkəzi


hakimiyyətə qarşı qiyam edən bu qəbilələrə “qulaqburması”
verməklə, ümmətin birliyi və davamlılığını mühafizə etmişdi.
Xəlifənin qərarı tarixi qərar idi, çünki özbaşınalıq və təxribata
son qoymaq, dövləti gücləndirib, stabilliyi möhkəmlətmək la-
zım idi. Beləliklə, Həzrəti Əbubəkrin israrı mərkəzi hakimiyyəti
möhkəmləndirib, müxtəlif qrupları müsəlman ümməti bayrağı
altında birləşdirdi.
Vahid hakimiyyət və şəriət ətrafında müxtəlif xalqları,
qrupları birləşdirən xilafət demoqrafik və coğrafi cəhətdən
genişləndikcə yenidən təşkilatlanmaq lazım idi. Müsəlman dün-
yası müstəqil və yarımmüstəqil vilayətlərə bölündüyü zaman
bu, faktiki olaraq baş verdi. XI-XIV əsrlərdə yazıb yaratmış bəzi
ənənəçi fəqihlər, o cümlədən Əbdülqadir Bağdadi, Mavərdi,
Əbu Yə`la və Qəzali vahid mərkəzi hakimiyyətin vacibliyi-
ni irəli sürdülər. Halbuki onlar zərurət halında İslam dünya-
sında bir neçə siyasi hakimiyyətin mövcudluğunu caiz hesab
etmişdilər. Buna baxmayaraq, onlar İslam dünyasının yenidən
siyasi təşkilatlanmasında, yeni geo-siyasi vahidlərə legitimli-
126 İkı̇nci fəsı̇l

yin verilməsində könülsüz görünürdülər. Bəlkə də, elm əhli


Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) sadə və vahid dövləti
ilə Əbubəkr, Ömər, Osman, Əli və Müaviyənin hakimiyyəti
zamanı meydana çıxan özbaşınalıq və vətəndaş müharibələri
ilə səciyyələnən acı xatirələr, Əməvi və Abbasi xəlifələri za-
manı baş vermiş daxili münaqişələr (Əbdülməlik ibn Mərvan
– Abdullah ibn Zübeyr, Əbu Cəfər əl-Mənsur – Məhəmməd
ibn Abdullah ibn Həsən arasında baş verən hadisələr) arasında
qalmışdılar1.
XII əsrin gəlməsi ilə məlum oldu ki, xəlifə mərkəzli hakimiy-
yət tənəzzülə uğrayıb. Fəqihlər islamın şənini yüksəltmək, üm-
mətin məqamını ucaltmaq üçün siyasi-inzibati birlikdən daha
çox ideoloji-fəlsəfi birlik haqda danışmağa başladılar2. Buna
baxmayaraq, onlar İslam dünyasındakı yeni dəyişikliklərə siyasi
forma verə bilmədilər. Əslində müsəlman müəlliflər güc və inki-
şafı islam ümmətinin siyasi birliyi ilə şərtləndirmişlər. Onlar öz
mövqelərində Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) rəhbərlik
nümunəsinə, ekstremizm, üsyanlar və hərbi vəziyyətlərlə əlaqəli
dini mətnlərə əsaslanırdılar3. Bu naqis yanaşma indiki dövrdə
beynəlxalq münasibətlərə islamın baxışını müəyyənləşdirən
1
Bax: İmam əl-Hərəmeyn Əbdülməlik ibn Abdullah ibn Yusif ibn Həyuye
əl-Cüveyninin “İki şəxsin imamlığının təsdiqlənməsi haqda” yazdıqlarının
islam siyasi fikri mətnləri arasındakı yeri: Əhli-sünnəyə görə imamlıq /
araşdırıb çapa hazırlayan: Yusif Əybəş. Beyrut: “Dar ət-təliə” nəşriyyatı,
1966, səh. 279.
2
İbn Teymiyyə. Şəriət siyasəti, səh. 5, 42, 136, 138, 143.
3
Bax: Fərranın “İmama itaətin mənadan düşməsi” haqda yazdıqlarının
islam siyasi fikri mətnləri arasındakı yeri: Əhli-sünnəyə görə imamlıq /
araşdırıb çapa hazırlayan: Yusif Əybəş. Beyrut: “Dar ət-təliə” nəşriyyatı,
1966, səh. 216-218.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 127
amil olaraq qalır. Görünür, əksər müəlliflər özbaşınalıq və
mərkəzi siyasi hakimiyyət arasında seçim etməli olduqlarından
bu qənaətə gəliblərmiş. Bununla yanaşı, onlar islam dövləti
genişlənib, müxtəlif vilayətlərə bölünməyə üz tutduğu zaman
baş vermiş dəyişiklikləri dərk edə bilməmişdilər; məqsədləri
real olmaqdan daha çox utopik idi. Bu cür yanaşmada xaos,
dağınıqlıq hallarının aradan qaldırılması üçün mərkəzi siyasi
hakimiyyətin gücü əsas vasitə olaraq göstərilirdi. Ümid edilirdi
ki, bu, Müsəlman dünyasının birliyini, inzibati-siyasi bütövlü-
yünü təmin edəcəkdir. Amma bu müəlliflər inkişaf alternativləri
və faydalı praktik seçimlər təqdim edə bilmədilər. Bu səbəbdən
onların istəklərinin əksinə olaraq, İslam dünyası parçalanmış,
siyasi dağınıqlığa düçar olmuşdu1.

1
Müəllifin bu fikirləri ilə razılaşmaq mümkün deyildir. Müəllif Orta
əsrlərin siyasi-inzibati mənzərəsinə indiki dövrün siyasi-inzibati birlik me-
yarları əsasında yanaşdığından səhv qənaətə gəlmişdir. Unutmaq olmaz ki,
həm quldarlıq, həm də feodalizm quruluşlarında dövlətin gücü mərkəzi
hakimiyyətin birliyi ilə ölçülür, çoxvahidli idarə sistemində mərkəzin
avtoritetliyi əsas şərt olaraq irəli sürülürdü. Bununla yanaşı, İslam xilafəti
dinə əsaslanan, deməli, dini mənsubiyyəti ilə səciyyələnən sosiumun dövləti
idi. Belə dövlətdə sosiumun birliyini qorumaq üçün mərkəzdənidarə
sistemi ən optimal vasitə sayılırdı. Həm tarixi presedentlər, həm də xilafət
ərazisindəki separatçı təmayüllərin doğurduğu mənfi hallar o dövrün
müsəlman alimlərində belə bir haqlı qənaət yaratmışdı ki, ümmətin birliyi
və təhlükəsizliyi üçün ən münasib vasitə xəlifənin mərkəzi hakimiyyətidir
– tərcüməçinin qeydi.
128 İkı̇nci fəsı̇l

5.3. Ənənəvi nəzəriyyənin


səciyyəvi cəhətləri

Atlantik okeanından Çinədək uzanan nəhəng coğrafiyaya


– Müsəlman dünyasına nəzər salanlar islam dini və fikrinin
yaranmasının dünyada nəhəng inqilabi dəyişikliklərə səbəb ol-
duğunu, yeni sosial münasibətlərin formalaşmasına öz töhfə-
sini verdiyini dərk edəcəklər. İslamdakı bərabərlik anlayışı
müsəlmanlar arasında irq, rəng, dil ayrı-seçkiliyini ləğv etmiş,
qəbilə təəssübkeşliyini aradan qaldırmışdı. Lakin qeyri-müsəl-
man mədəni amillərinin təsiri ilə bərabərlik çağırışları istənilən
həddə çatmadı. Bu işdə fəqihlərin birtərəfli yanaşmalarının da
payı vardır. Bu amillərin təsirini bir-birini əvəz edən müsəlman
dövlətlərində görmək mümkündür.
Müsəlmanlarla qeyri-müsəlmanların münasibətlərinə gəlincə,
ilk dövrlərdə bu münasibətlər qənaətbəxş idi; qeyri-müsəlman-
lara hüquqi-dini azadlıqlar verilmiş, onlara qarşı qərəzsiz möv-
qe nümayiş etdirilmiş, sivil münasibət formaları əsas götürül-
müşdü. Amma qeyri-müsəlmanlarla əlaqəli bərabərlik anlayışı
erkən dövrə aid misallarla məhdudlaşmış, bununla da, islamda
tələb olunan səviyyəyə çatmamışdı1.

1
Təbii ki, bunun real səbəbləri vardır. Qeyri-müsəlmanların islamın haqq
təlimlərinə göz yummaları, öz dini ənənələrini davam etdirmələri, xilafət
ərazisindəki etiqad azadlığından istifadə edərək öz dini-mədəni və ictimai
muxtariyyətlərini qoruyub saxlamaları zəruri edirdi ki, islam dünyagö-
rüşünə əsaslanan qanunların tətbiqi zamanı onlara aid xüsusi hallar işlənib-
hazırlansın. Bununla yanaşı, xilafət ərazisində yaşayan qeyri-müsəlman-
lar sosial-məişət məsələlərini öz dinlərinin qayda-qanunları çərçivəsində
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 129
Bərabərlik konsepsiyasının uğurlu tarixi ənənəsini davam
etdirmək vacibdir ki, bütün bəşəriyyətə şamil edilsin. Bu zaman
başqaları ilə münasibətləri bədbinlik deyil, nikbinlik əsasında
qurmaq lazımdır. Elə şərait yaradılmalıdır ki, İslam dünyası və
islam dəvəti bu nikbin metoda sahib ola bilsin. Amma bu o
demək deyil ki, müsəlman ənənəsi tarix boyu Quran ruhundan
uzaq olmuşdur.
Əməvi hakimiyyətinin səbəb olduğu qəbilə təəssübkeşliyi
müəyyən dərəcədə ənənəvi fiqhi çalışmalara təsir göstərmişdi.
Bu qəbilə təəssübkeşliyi ədavətə əsaslanır, müxtəlif ünsiyyət və
əlaqə vasitələrini məhdudlaşdırırdı. Bütün bunlar öz növbəsində
islamın məsuliyyət anlayışına xələl gətirmiş, təkəbbür və təşəx-
xüs təmayüllərinə səbəb olmuşdu. Halbuki islamın sosial ədalət
və bəşəri bərabərlik, ilahi iradəyə, əmr və qadağalara itaət çağı-
rışı tələb edirdi ki, müsəlmanlar məsuliyyət anlayışını dərindən
başa düşüb, həm daxili, həm də xarici münasibətlərdə təkəbbür,
təşəxxüs, lovğalıq kimi mənfi hallardan uzaqlaşsınlar.
XVIII-XIX əsrlərdə Avropa müstəmləkəçiliyi yarandığı zaman
müsəlman fəqihlərinin qeyri-müsəlman azlıqlara münasibəti,
habelə bu azlıqların vəziyyəti avropalıların islam dövlətlərinin,
xüsusilə də Osmanlı dövlətinin daxili işlərinə qarışmalarına bə-
hanə oldu1.

tənzimlədiklərindən islam qanunvericiliyinin onlara tətbiqində fərqlilik


meydana çıxmışdı – tərcüməçinin qeydi.
1
Müəllifin bu qeydi də tarixi reallıqla ziddiyyət əmələ gətirir. İslam öl-
kələrində qeyri-müsəlmanların vəziyyəti o dərəcədə qənaətbəxş olmuşdur
ki, bunu bir sıra Qərb müəllifləri də etiraf etmişlər. Ətraflı məlumat üçün
bax: Saleh ibn Hüseyn əl-Ayid. İslam ölkələrində qeyri-müsəlmanların
hüquqları / ərəb dilindən tərcümə edən: Elvüsal Məmmədov. Bakı: “CBS
130 İkı̇nci fəsı̇l

Bundan əlavə, ənənəvi islam fikrində ümmətin birliyi mə-


sələsinə son dərəcə çox diqqət yetirilmişdir. Bu ideya müsəlman
xalqlarının XIX əsrdə Avropa dövlətlərinin mədəni, siyasi, iqti-
sadi və hərbi istiqamətdə həyata keçirdikləri qəsbkarlığa qarşı
mübarizəsində əhəmiyyətli rol oynamışdır. Amma ümmətin bir-
liyi anlayışının qeyri-konkretliyi çox hallarda istənilən nəticəni
verməmişdi; daxili çəkişmələr meydana çıxmış və bu çəkişmələr
qurumların yaradıcı fəaliyyətinin və aktiv əməkdaşlığın olma-
mağı nəticəsində daha da kəskinləşmişdi.
Beynəlxalq münasibətlərlə əlaqəli ənənəvi islam fikrinin təd-
qiqinin ortaya qoyduğu xülasə budur ki, müəyyən mənfi halla-
rın aradan qaldırılmasına ehtiyac vardır. Bu, ciddi əmək tələb
edən məsələdir. Müsəlman xalqlarının inkişafı və əməkdaşlığı
üçün münasib şərait yaratmaq son dərəcə vacibdir.

5.4. Ənənəvi !ikrin tənəzzülü

Müəlliflər ənənəvi islam nəzəriyyəsindən danışarkən Quran


və Sünnəni deyil, fiqhi çalışmaları nəzərdə tuturlar. Bu çalış-
malar islam mədəniyyətinin ən parlaq mərhələlərinə aiddir.
Ali xəlifəliklə – Abbasi epoxası (750-1258) ilə təmsil olunan
bu dövrdə İslam dünyası nəhəng fiqh alimlərinin, xüsusilə də
sünni fiqh məktəblərinin banilərinin, Şeybani və Mavərdi kimi
görkəmli fəqihlərin şahidi olmuşdur. İbn Teymiyyə və Cəma-
ləddin Süyuti kimi parlaq şəxsiyyətlər də ənənəvi islam fikrinin
yetişdirmələridir1.

– Polygraphic Production”, 2010 – tərcüməçinin qeydi.


1
N.J. Coulson, Islamic Law, pp. 75-85, 202-203; M. Khadduri, “From Reli-
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 131
Müasir tədqiqatçılar ənənəçi fəqihlərin gəldiyi nəticələrlə ki-
fayətlənir, həmin nəticələri doğurmuş vəziyyəti nəzərə almırlar1.
Müasir tədqiqatçılar həmin fəqihlərin əsas götürdükləri me-
todologiyaya, yaşadıqları dövrün xüsusiyyətlərinə lazımi diqqət
yetirmirlər. Tənqidçilər ənənəvi islam fikrinə müasir qərb me-
todologiyası əsasında toxunur, yanlış hipotezlərdən istifadə et-
dikləri üçün subyektiv nəticələrə gəlirlər.
Müsəlman fiqhinə sadiq qalanlar isə yeni problemlərin həlli
məqsədilə klassik meyarları əsas götürüb ənənəvi üslubdan isti-
fadə etsələr də, qeyri-ənənəvi şəraiti və dəyişiklikləri düzgün
qiymətləndirməyi bacarmırlar. Odur ki cəhdləri emosionallıq
və ekspressivlik ifadə edir. Məsələn, islam sosial sisteminin ye-
nidən qurulması üçün təqdim etdikləri yollar reallığa uyğun
gəlmir, problemlərin çox az hissəsini həll edir.
Bəzi müsəlman müəlliflər problemləri müəyyənləşdirib, ge-
riliyin səbəblərini göstərmədə daha çox xarici amillərə diqqət
yetirirlər. Düzdür, İslam dünyasına Qərbin hücumu ənənəvi
yanaşmanın əsas götürdüyü faktdır, amma bu hücum islam
fikrinin tənəzzülünün səbəbkarı deyildir; əksinə, bu hücum baş
verdikdə məlum oldu ki, ənənəvi islam fikri çoxdan tənəzzülə

gious to National Law” in Modernization. Ed. J.H. Thompson and R.D.


Reischauer, pp. 40-41; S. Ramadan. Islamic Law, pp. 27-30; Məhəmməd
Yusif Musa. İslam fiqhi: sosial münasibətlər sisteminin tədqiqinə giriş.
Qahirə: “Dar əl-lutub əl-hədisə” nəşriyyatı, 1958, səh. 27-61.
1
Fayez A. Sayegh, “Islam and Neutralism” in Islam and International
Relations, ed. J.H. Procter, pp. 90-93; Majid Khadduri, War and Peace in
the Law of Islam (Baltimore: Johns Hopkins University Press, 1952), pp.
268-296; S. Ramadan. Islamic Law; Vəhbə Züheyli. Müharibənin islam
fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: “əl-Məktəbə əl-hədisə”, 1965.
132 İkı̇nci fəsı̇l

uğrayıb. Sadəcə vaxta ehtiyac vardı. Vaxt gəlib çatdıqda möv-


cud fikir sisteminin işə yaramadığı ortaya çıxdı. Müsəlmanlar
da bu tənəzzül qarşısında susdular, Qurana və Sünnəyə, tarixi
nailiyyətlər haqda xatirələrə sarılmaqla kifayətləndilər. Deməli,
Qərbin məlum hücumunu daha qabarıq göstərən amil islam
fikrinin düşdüyü böhranlı vəziyyət olmuşdur1.
Məlum oldu ki, mətn hökmlərini, erkən islam dövrünə aid
məhdud halları əsas götürən qeyri-dinamik və donuq təbiətli
islam fikri rasional-empirik metodologiyaya əsaslanan dinamik
ideyalarla, fəal metodika və səmərəli üsullarla silahlanmış Av-
ropa ilə qarşı-qarşıyadır. Nəticədə, müsəlmanlar reallığı başa
düşmək həssaslığını itirdilər, müəyyən məqamları gözdən qaçır-
dılar, dövrün tələblərinə uyğun olaraq düşüncə tərzini yeniləyə
bilmədilər.
Belə bir vəziyyətdə hücum, yoxsa müdafiə cihadı, sahə, yoxsa
regional qanunvericilik, bitərəflik, yoxsa kənarda qalmaq kimi
məsələlər ətrafında faydasız mübahisələr başlandı. Halbuki yeni
metodlar kəşf etmək, onlara müəyyən funksiyalar yükləmək
dövrün tələbi idi.

6. Yeni inkişaf və metodologiya çatışmazlığı

İslam fikrindəki prosesləri təhlil edən, tarixi arxa planı araş-


dıran, inkişaf stimullarını öyrənən kəs görəcəkdir ki, beynəlxalq
1
Hisham Sharabi, “Islam and Modernization in the Arab World” in
Modernization, ed. Ed. J.H. Thompson and R.D. Reischauer, pp. 32-34;
Thomas Naff, “The Setting and Rationale of Ottomon Diplomacy in the
Region of Selim III (1789-1807)”, p. 28; W. Montgomery Watt, What is
Islam? (New York: Frederick A. Praeger, 1968), p. 225.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 133
münasibətlər sahəsi ilə əlaqəli yeni vəziyyətləri tədqiq etmək
daha az problemlidir.
Fiqh tarixini, fəqihlərin fikirlərinə təsir göstərmiş zaman və
məkan xüsusiyyətlərini bilməyənlər indiki dövrdə İslam dünya-
sının şahidi olduğu çətin vəziyyəti, səsləndirilən sərt nöqteyi-
nəzərləri düzgün qiymətləndirə bilməzlər.
XX əsrdə İslam fikrində Avropa hegemonluğunun birbaşa
təsiri altında bəzi oyanmalar baş verdi. Müsəlman ölkələrində
əcnəbi mövcudluq əleyhinə yaranan inqilabi oyanışla yanaşı,
güclü və hegemon düşmənə yaxınlaşmaq formasında təzahür
edən oyanmalar da vardı. Liberalizmi müdafiə etmək bu oyan-
malar üçün səciyyəvi cəhət idi. Oyanmalarda əsas götürülən
sülh, azadlıq və tolerantlıq prinsipləri həm hakim müsəlman
siniflər, həm də avropalılarla birbaşa təmasda olan müsəlman
ziyalıları və mütəfəkkirləri tərəfindən dəstəklənirdi. Həmin zi-
yalılar Avropa fikri və nüfuzuna boyun əymişdilər. Onlar eyni
zamanda müsəlmanların vəziyyətini, geridə qaldıqlarını yaxşı
başa düşürdülər1. Osmanlı dövlətində Tənzimat islahatları buna
misaldır. Tənzimat hərəkatı Qərb mədəniyyətinə yaxın mütə-
fəkkirlər tərəfindən başladılmışdı.
Söhbət bu cür mövqe nümayiş etdirmiş ziyalı sinfinin mü-
səlman və ya qeyri-müsəlman olmağından getmir. Məsələ bun-
dadır ki, cihad anlayışını təcavüzkar deyil, dinc proses olaraq
izah etmək onların islam ölkələrində Qərbin hegemonluğuna

1
A. Hourani, Arabic Thought, pp. 157-160; Məhəmməd Hüseyn. İslam
və Qərb mədəniyyəti. Beyrut: “Dar əl-İrşad” nəşriyyatı, 1969, səh. 91-
104; Wilfred Cantwell Smith, Islam in Modern History (Princeton, NJ:
Princeton Univ. Press, 1957), pp. 55-73.
134 İkı̇nci fəsı̇l

uyğunlaşmalarını təmin etdi. Avropanın təzyiqi ilə liberallığı


qəbul edən təmayüllər formalaşdı. Müsəlman mütəfəkkirləri
sülh, əməkdaşlıq və tolerantlıq prinsiplərini dinc silah olaraq
qəbul etdilər. Onlara görə, bu “silah” əcnəbi müstəbidlərə təz-
yiq vasitəsi olmaqla yanaşı, müsəlman dövlətlərindəki acınacaq-
lı vəziyyəti aradan qaldırmaq üçün lazımdır.
Bu təmayül eyni ölkədə yaşayan müsəlman və qeyri-müsəl-
man xalqları vahid milli cəbhədə birləşdirməyə cəhd göstərdi.
Məqsəd bu idi ki, müxtəlif dini camaatların məzhəb parçalan-
maları və gərginləşmələrinə alət edilməsi halları azalsın. Qeyri-
müsəlman dairələr tərəfindən idarə olunduqları üçün müsəl-
manların düşdüyü dözülməz vəziyyət nəticəsində meydana gə-
lən toqquşmalar da intensivliyini itirdi. Habelə bu, müsəlman
xalqlarının ağılsız toqquşmalara və macəralara girməsinin qarşı-
sını aldı. Nəticədə, müsəlmanlar onları əsarət altına almış Qərb
hakimiyyətinə müqavimət istiqamətində mühüm islahatlar
aparmaq imkanı qazandılar. Bu nöqteyi-nəzərdən biz cəmiyyət
və din mövzuları ilə məşğul olanların mövqeyi və ideyaları-
nı yaxşı başa düşmək imkanı əldə edirik. İmam Məhəmməd
Əbduh (1845-1905) belə şəxsiyyətlərdəndir. Əbduh Britaniya
hökuməti ilə dostluq münasibətləri çərçivəsində təlim-tərbiyə,
təhsil və şəriət sahələrində, əqidə mövzularında islahatlara çağı-
rırdı1. Təbii ki, onun bu mövqeyini bəziləri düzgün başa düşə

1
Əbduh belə hesab edirdi ki, sözügedən islahatlar ingilis ağalığının uğurla
aradan qaldırılması üçün ən münasib yoldur. Çünki həmin islahatlar dini
və sosial intibah yaradacaqdır ki, bu da mövcud cəmiyyəti baş verənləri
dərk edən şüurlu cəmiyyətə çevirəcəkdir. Amma siyasi-inzibati şərait Şeyx
Əbduha öz islahatlarını arzuladığı şəkildə həyata keçirmək imkanı vermədi
– tərcüməçinin qeydi.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 135
bilmədilər. Onlara görə, Əbduhun bu ideyaları Misirdə Britani-
ya müstəmləkəçiliyinin möhkəmlənməsinə kömək edir1.
Qərb müstəmləkəçiliyi əleyhinə fərqli formada qarşı çıxmaq
təmayülü də vardı. Bu təmayülün tərəfdarları hesab edirdilər ki,
islam torpaqlarını azad etmək üçün ənənəvi rəhbərliklər (Su-
danda Mehdilik hərəkatı, Hindistanda Əhməd xanın rəhbərlik
etdiyi Cihad hərəkatı, İsmayıl Şəhidin başçılıq etdiyi hərəkat və
s.) ətrafında toplanmış aparıcı xalqları təşkilatlandırmaq lazım-
dır. Bu hərəkatlar müxalifətdə durur, cihad anlayışını ənənəvi
mənada başa düşür, şəri aradan qaldırıb, təcavüzkar kafirlərlə
vuruşmağı müsəlmanlara vacib sayırdılar. Amma dünyanı islah
üçün cihada çağırış atın qabağına arabanı qoymaq idi. Odur
ki bu çağırış istənilən nəticəni vermədi. Çünki müvəffəqiyyət
üçün zəruri şərait formalaşmamışdı; islam fikrini müasir əsaslar
üzərinə qaldırmaq həmin dövrdə mümkün deyildi2.
Müsəlman xalqlar XVIII-XIX əsrlərdə ənənəvi rəhbərliklərin
(Hindistanda Seyyid Əhməd Xan, Sudanda Məhəmməd Mehdi,
Əlcəzairdə Əbdülqadir əl-Cəzairi) bayrağı altında cihad edərək
müstəqillik qazanmaq istəsələr də, müvəffəqiyyətsizliyə uğradı-
lar. Aydın oldu ki, klassik düşüncə və ənənəvi rəhbərliklər yeni
1
A. Hourani, Arabic Thought, pp. 157-160; Məhəmməd Hüseyn. İslam
və Qərb mədəniyyəti. Beyrut: “Dar əl-İrşad” nəşriyyatı, 1969, səh. 91-
104; Wilfred Cantwell Smith, Islam in Modern History (Princeton, NJ:
Princeton Univ. Press, 1957), pp. 55-73.
2
Məsud ən-Nədvi. Hindistanda islama çağırışın tarixi. Beyrut: “Dar əl-
ərəbiyyə” nəşriyyatı, (tarix göstərilməyib), səh. 163-177, 265-280; Şkib
Arslan. Müsəlmanlar nə üçün geri qaldılar, başqları isə nə üçün inkişaf
etdilər? Beyrut: “Məktəbə dar əl-həyat” nəşriyyatı, 1965, səh. 43-55, 149-
161; Wilfred Cantwell Smith, Islam in Modern History (Princeton, NJ:
Princeton Univ. Press, 1957), pp. 89-92.
136 İkı̇nci fəsı̇l

Avropanın dünyəvi qurumları ilə, elmi-texniki tərəqqi ilə ayaq-


laşmaq iqtidarında deyildir.
Habelə hökumətin içdən islahında, azad demokratik cəmiy-
yət yaratmada, dövlətlərarası, xüsusilə Qərb nəhəngləri ilə mü-
nasibətlərdə əməkdaşlıq və sülhü əsas götürən beynəlxalq sis-
tem qurmada liberalizm də uğur qazana bilmədi1.
XX əsrin əvvəllərində liberalizmdən fərqli hərəkətlənmə baş
verdi. Ərəblər Birinci Dünya müharibəsində türklər əleyhinə
üsyan edərək, müttəfiqlərə (Antanta dövlətləri nəzərdə tutu-
lur – mütərcim) qoşuldular. Amma bu onlara vəd edilmiş
istiqlaliyyəti qazandırmadı; əskinə, onlar müstəmləkəçiliyin
pəncəsinə keçdilər, mandatlıq sistemi adı altında Avropa işğalı-
na məruz qaldılar. İkinci Dünya müharibəsindən sonra ərəblər

1
Albert Hourani, Arabic Thought, pp. 341-373; Bernard Lewis, The
Emergence of Modern Turkey (2nd ed. London: Oxford University
Press, 1968), pp. 124-128; H.A.R. Gibb, “The Reaction in the Middle
East against Western Culture”, in the Contemporay Middle East, ed. B.
Rivlin and J. S. Szylionwicz, pp. 132-140; Əbüləla əl-Mövdudi, Həsən əl-
Bənna və Seyyid Qütb: Allah yolunda cihad. Beyrut: “əl-İttihad əl-aləmi
lli-cəmiyyat ət-tullabiyyə”, 1970, səh. 103-134; Majid Khadduri, War and
Peace in the Law of Islam (Baltimore: Johns Hopkins University Press,
1952), pp. 294-296; Məhəmməd əl-Mübarək. Yeni islam fikri, səh. 50-
131; Nadav Safran, Egypt in Search of Political Community (Cambridge,
Mass.: Harvard University Press, 1961), pp. 181-258; Nayf Havatme.
Ərəb Cənubunda inqilab böhranı: tənqid və təhlil. Beyrut: “Dar ət-təliə”
nəşriyyatı, 1968, səh. 239-249; Thomas Naff, “The Setting and Rationale
of Ottomon Diplomacy in the Region of Selim III (1789-1807)”, pp.
27-28; Wilfred Cantwell Smith, Islam in Modern History (Princeton, NJ:
Princeton Univ. Press, 1957), pp. 58-89; W. Montgomery Watt, What is
Islam? (New York: Frederick A. Praeger, 1968), p. 225; W. Montgomery
Watt, Islamic Political Thought, pp. 118-119.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 137
Fələstini itirdilər. Bəzi müsəlman ölkələri müstəqillik qazandı və
bu, Qərb liberalizmi buxovlarını parçaladı, Qərb qurumlarına
olan heyranlığa son qoydu. Bir sözlə, Qərblə əməkdaşlıq kəsildi,
liberalizm süquta uğradı. Liberalizm yaddaşlarda müstəqillik
qazandıran, Avropa əsarətindən xilas edən, stabillik, çiçəklənmə
və firavanlıq yaradan sehrə malik tilsim olaraq qaldı.
İkinci Dünya müharibəsindən sonra müsəlman ölkələrinin
xarici siyasət kursu Qərblə ədavətə əsaslanırdı. Bu mərhələdə
ərəb dövlətləri Fələstin problemində, Şimali Afrikada müsəlman
ərəblərin Avropa müstəmləkəçiliyi əleyhinə üsyanları məsələ-
sində çətinliyə düşdülər. İndoneziya müsəlmanları isə Hollan-
diya müstəmləkəçiliyinə qarşı partizan müharibəsi aparırdılar.
Bütün müstəqil müsəlman dövlətləri BMT-yə üzv oldular və bu
üzvlükdən Qərb imperializminə qarşı siyasi mübarizədə istifadə
etməyə cəhd göstərdilər. İkinci Dünya müharibəsindən sonra
hegemon gücə çevrilmiş Sovet İttifaqı müsəlman ölkələrinə,
xüsusən də ərəb dövlətlərinə iqtisadi-texniki və siyasi dəstək
verdi. Ərəblər sovet dəstəyini məmnuniyyətlə qəbul etdilər.
Təəccüblü deyildir ki, bu proseslər marksizm nəzəriyyəsinin
bəzi cəhətlərini islam fikrinə daxil etdi. Məsələn, azadlıq mü-
haribələri anlayışı (cihad məfhumunun yeni forması) ərəblər
arasında geniş şəkildə istifadə olundu. Halbuki marksizmin ide-
oloji anlayışları və terminləri ənənəvi islam fikri ilə ziddiyyət
əmələ gətirən bir fəlsəfənin məhsulu idi1. Belə ki islam fik-
1
Əbdülhəmid Siddiqi. Tarixin izahı / tərcümə edən: Kazım Cavad. Kü-
veyt: “Dar əl-Küveytiyyə” nəşriyyatı, (çap ili göstərilməyib), səh. 78-126;
A.K. Brohi, Islam in the Modern World, comiled and edited under the
ausprices of Islamic Reserch Academy of Karachi by Khurshid Ahmad
(Karachi: Chiragh-E-Rah Publications, 1968), pp. 69-91; H.A.R. Gibb,
138 İkı̇nci fəsı̇l

ri Allahın tək, uca və hər şey qadir olmağını əsas götürür.


Marksizmə isə zəhmətkeş fəhlə sinfinin – proletariatın bur-
juaziya ilə mübarizəsi prinsipi hakimdir. Hər bir halda, İslam
fikrinin beynəlxalq münasibətlər sahəsinə marksizmin təsiri o
qədər güclü olmadı. Habelə marksizm anlayışları və terminləri
çaşqınlıq və heyrət doğurmuşdu. Məlum deyildi ki, kimdən
və nə üçün azad olmaq lazımdır? Məsələn, Əlcəzairdəki azad-
lıq, Yəməndəki vətəndaş müharibələrində bu anlayışlar cihad
məfhumuna qaranlıq məzmun kəsb etdirmişdi. Demək müm-
kündür ki, marksizmin ideoloji meydana daxil olması həmin
vaxtlar sosial ədalətə olan ehtiyacın göstəricisi idi. Amma mark-
sizm inqilab və keçmiş sistemlə mübarizə məntiqinə əsaslandığı
üçün stabilliyin zəifləməsinə səbəb olurdu.
Bununla yanaşı, müasir müsəlman mütəfəkkirləri və fəqihləri
yeni problemlərlə ayaqlaşacaq islam siyasi fikri yarada bilmədi-
lər. Onlar müasir beynəlxalq münasibətlərdə müsəlmanların
iştirakını təmin etmək baxımından da uğursuzluğa düçar oldu-
lar. Odur ki liberal qərb fikri və marksizm islam siyasi fikrində
beynəlxalq münasibətlərlə əlaqəli heç bir konkret həqiqi inki-
şafa imza ata bilmədi.

“The Reaction in the Middle East against Western Culture”, in the


Contemporay Middle East, ed. B. Rivlin and J. S. Szylionwicz, pp. 132-
149; Cihad Qələci. Daha güclü İslam. Beyrut: “Dar əl-kitab əl-ərəbi”
nəşriyyatı, (çap ili göstərilməyib), səh. 97-167; Khalifah Abdul-Hakim,
Islam and Communism, 3rd. ed. (Lahore, Pakistan: Institute of Islamic
Culture, 1962), pp. 43-67; M. Rafi Ud-Din, Ideology of the Future,
3rd. ed., (Lahore, Pakistan: Sh. Muhammad Ashraf, 1970), pp. 411-481;
Məhəmməd əl-Qəzali. İslam qırmızı hücumla üz-üzə. Küveyt: “Məktəbə
əl-əməl” nəşriyyatı, (çap ili göstərilməyib), səh. 20-58.
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 139
Qeyd olunmalıdır ki, islam fikrinin ümumi acınacaqlı vəziy-
yəti və beynəlxalq arenada müsəlmanların praktik gücsüzlüyü
beynəlxalq münasibətlər mövzusunu öyrənməyi əsas prioritet
olaraq zəruri edir. Amma müasir islam tədqiqatlarında bu möv-
zunun öyrənilmə səviyyəsi heç də ürəkaçan deyildir1.
Həmçinin başa düşmək lazımdır ki, nə sülh, nə tolerant-
lıq, nə müdafiə və ya hücum cihadı, hətta azadlıq cihadı belə
müsəlmanların indiki dövrdə beynəlxalq münasibətlərdə iştirakı-
nı uğurla təmin edəcək əsaslar hazırlamayıb. Müsəlman hökumət
və xalqlarının beynəlxalq münasibətlərə baxışı ənənədən kənara
çıxmır. Nəticədə, müsəlman xalqlar yeni dünya mənzərəsində
fəal görünmürlər. Onlar ya tarixi presedentlərin müzakirəsinə,
ya da bitərəfliyə üstünlük verirlər. Göründüyü kimi, problem

1
Klassik metodologiyada ümumi mənafe prinsipinin bir hissəsi sayılan
zərurət konsepsiyası və ənənə anlayışı Qərb siyasi fikri və sistemlərini
əxz etmədə birlikdə nəzərdən keçirilir. Zərurət konsepsiyası və mənafe
nəzəriyyəsi haqqında daha ətraflı məlumat üçün bax: Vəhbə Züheyli.
Şəriətdə zərurət nəzəriyyəsi: pozitiv qanunvericiliklə paralellər. Dəməşq:
“Məktəbət əl-Farabi”, 1969, səh. 49-53, 64-69, 140-272; Hisham Sharabi,
“Islam and Modernization in the Arab World” in Modernization, ed.
Ed. J.H. Thompson and R.D. Reischauer, p. 32; H.A.R. Gibb, Modern
Trends in Islam, p. 66; Malik ibn Nəbi. İslam dünyagörüşü / tərcümə
edən: Abdussabur Şahin. Beyrut: “Dar əl-fikr” nəşriyyatı, 1970, səh. 77;
A. Hourani, Arabic Thought, pp. 372-373; Malcolm H. Kerr, Islamic
Reform: The Political and Legal Theories of Muhammad Abduh and
Rashid Rida (Berkeley: University of California Press, 1966)Ş pp. 221-
222; Ə. Mahmud. İslama çağırış, səh. 317-342; Əbu Hədid. Ümumi
mühazirələrdə sülh və azadlıq motivləri. Əzhər universiteti İslam Mə-
dəniyyəti Baş İdarəsinin nəşrləri, səh. 367-391; Mahmud Şəltut. İslam və
beynəlxalq münasibətlər: sülh və müharibə kontekstində. Qahirə, 1951,
səh. 26-69.
140 İkı̇nci fəsı̇l

zənn edildiyindən də mürəkkəbdir. Bu, yeni dövr islam fikrinin


qüsurlu tərəfidir.
Müsəlmanlar son dövrlərdə baş vermiş dəyişikliklərin islam
fikrində doğurduğu problem və çətinlikləri başa düşməlidirlər.
Bu məqamda belə bir sual yaranır: Müsəlmanlar həm yeni bilik
və görüşlərdən, həm də ənənəvi rəy və tarixi təcrübə ilə təmsil
olunan həqiqi irsdən istifadə etməklə müasir şəraitə necə uy-
ğunlaşa bilərlər? Və ya belə deyə bilərik: Ənənə ilə müasirliyi
necə uyğunlaşdırmaq mümkündür?
Şübhə yoxdur ki, cihad əməliyyatları klassik dövrdə müsəl-
man cəmiyyətinin dinamikliyi və gücünün göstəricisi idi. Amma
bu vasitə özünün klassik formatı ilə müasir dövrdə müsəlman
dövlət xadimləri və siyasətçilərinin karına gəlmədi. Çünki li-
beral, marksist-sosialist üsullar yad fəlsəfi, tarixi və sosial
təcrübəyə, Qərb ənənəsinə əsaslanırdı. Odur ki bu cərəyanlarla
əlaqəli istənilən ideya və ya təşəbbüs islam ümmətinin vicdanı
ilə üst-üstə düşmədiyindən daxili qarışıqlıq və çəkişmələri ar-
tırırdı. Təbii ki, bu, ümmətin dəyişiklikləri həzm etmək, yeni
şəraitlə yaradıcı münasibət qurmaq imkanlarına xələl gətirirdi.
Müsəlman mütəfəkkirlər başa düşməlidirlər ki, yeni dünya
cəmiyyəti haqda lazımi məlumata sahib olmadıqca müəyyən
problemlərə ənənəvi islam fikrinin münasibətini tam şəkildə
müəyyən etmək qeyri-mümkündür. Ənənəvi anlayışlar və ter-
minlər əsasında indiki dövrün hadisələrinə qiymət vermək
mümkün deyildir. Bununla da, problem yeni ideya və həll
yolları təklif edəcək metodologiyanın təsis edilməsi probleminə
çevrilmişdir. Habelə bu, ənənəvi islam fikrinin ictimai sistemi
qorumaq mexanizmi problemidir. Qeyd edək ki, müsəlmanlar
Ənənəvi nəzəriyyə və davamlı inkişaf 141
yeni dünyanı başa düşmək, inkişafla ayaqlaşmaq üçün, təəssüf
ki, ənənəvi metodologiyanı bir daha nəzərdən keçirməyiblər.
İslam fikrində başlıca metod müxtəlif üsullara uyğunlaşa bil-
mə xüsusiyyətini qoruyub saxlamışdır. Amma bu metod fərqli
meyarlara uyğunlaşmaq, tarixi faktları indiki dövrlə müqayisə
etmək məqsədi daşımayıb1.
Həmçinin müsəlman fəqih və mütəfəkkirləri yeni metod və
üsullar işləyib hazırlamaq baxımından islam fikrinin əsaslarını
yenidən araşdırmadıqları üçün səmərəli nailiyyətlərə imza ata
bilməyiblər2. Belə bir şəraitdə nə universallıq, nə mütəşəkkilik,

1
Beynəlxalq münasibətlərlə əlaqəli müasir islam siyasi fikrinə dair ayrıca
məqalələrlə yanaşı, Peyğəmbərin həyatından bəhs edən ədəbiyyat da
bu mövzuda mənbə olaraq göstərilir. Qeyd olunmalıdır ki, universitet
nəşrlərində müxtəsər də olsa islamın beynəlxalq münasibətlərə baxışına
toxunulub. Bax: Məhəmməd Hafiz Qanim. Beynəlxalq qanunvericiliyin
prinsipləri. Qahirə, 1964, səh. 50-55; Əli Mənsur. İslam şəriəti və pozitiv
qanunlar: paralellər və müqayisələr. Beyrut: “Dar əl-fəth” nəşriyyatı, 1970,
səh. 54-68, 75-131; Seyyid Sabiq. Sünnənin fəlsəfəsi. Küveyt: “Dar əl-
bəyan” nəşriyyatı, səh. 1968, XI cild, səh. 140-235; Məhəmməd Əhməd
Şümeyl. Bəni-Qüreyzə döyüşü, səh. 236-283; Muhammad Hamidullah,
The Muslim Conduct of State, 5th rev. ed.: (Lahore, Pakistan: H.S.
Muhammad Ashraf, 1963), pp. vii-viii; Vəhbə Züheyli. Müharibənin islam
fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: “əl-Məktəbə əl-hədisə”,
1965, səh. 14-27.
2
Metodologiyanın əsasları ilə əlaqəli tədqiqatların əksəriyyəti təsvir
xarakteri daşıyır. Təhlil və tənqid metodu ancaq hədislərin məzmunu və
istinadlarının dəqiqləşdirilməsi sahəsində tətbiq olunmuşdur. Yeni-yeni
ictihadlar üçün ümumi dəvət sahəsində də bu metodun tətbiqinə rast
gəlirik. Ətraflı məlumat üçün bax: Əbdülvəhhab Xəllaf. Fiqhin əsasları,
Küveyt: “əd-Dar əl-küveytiyyə”, 1968, səh. 8-10; Əbdülvəhhab Xəllaf. Qısa
islam qanunvericiliyi tarixi, Küveyt: “Dar əl-ərqam” nəşriyyatı, 1971, səh.
103-104; Əbdülvəhhab Xəllaf. Dini mətnlər olmadıqda qanunvericiliyin
142 İkı̇nci fəsı̇l

nə konsensus, nə də yaradıcılıq özünü göstərib. Bu səbəbdən is-


lam fikrində metodologiya problemini tədqiq etmək, əsaslarını,
məruz qaldığı dəyişiklikləri öyrənmək çox zəruridir. Bu öz
növbəsində yeni-yeni ideyaların yaranmasına, başqaları ilə mü-
səlmanların münasibətlərində yeni istiqamətlərin formalaşması-
na kömək edə bilər. Bu o halda mümkündür ki, metodologiya
ilə bağlı problemlərə, qüsurlu metodlara yenidən münasibət
bildirilsin.

mənbələri, Küveyt: “Dar əl-qələm”, 1972, səh. 5-18; Anwar Ahmad


Qadiri, Islamic Jurisprudence in the Modern World: A Reflection upon
Comparative Study of the Law (Bombay: N.M. Tripathi Pvt. Ltd., 1963),
pp. 55-81, 305-324; Fazlur Rahman, Islamic Methodology, pp. v-viii, 1-84,
and 175-191; Məhəmməd əl-Mübarək. Yeni islam fikri, səh. 7-26, 150-
151, 186-195; Məhəmməd Yusif Musa. İslam fiqhi: sosial münasibətlər
sisteminin tədqiqinə giriş, Qahirə: “Dar əl-lutub əl-hədisə” nəşriyyatı,
1958, səh. 175-206; N.J. Coulson, Islamic Law, pp. 182-218.
Üçüncü fəsil
İSLAM FİKRİ METODOLOGİYASININ
İSLAHI

İslam metodologiyası dedikdə “üsul” (əsaslar, ana qaydalar)1


başa düşülür. Əslində bu metodologiya ənənəvi fiqh meto-
dologiyasıdır. Pozitiv Qərb qanunlarının əksinə olaraq, “üsul”
mənəviyyat məsələlərini də özündə birləşdirir, müsəlman xalq-
larının daxili və xarici problemləri ilə maraqlanır. Həmçinin
bu metodologiya təkcə ayrı-ayrı metodların məcmusu deyildir,
həm də islam fikrinin başlıca mənbələrinin əsaslandığı baza-
dır. İkinci fəsildə qeyd etdiyimiz kimi, islam siyasi fikri, o
cümlədən beynəlxalq münasibətlərin islam nəzəriyyəsi ənənə-
vilikdən kənara çıxa bilməmişdir.
Bu haqda Hişam Şirabi yazır:
“XIX əsrdə islam oyanışı ilə təmsil olunan islahatçılıq hərə-
katı fikri oyanma olmayıb, hərbi və siyasi meydanda Avropa
təhlükəsinə qarşı əks-reaksiya idi. Hətta Avropa təsiri mədəni
təhlükə müstəvisinə qalxdıqda buna qarşı çıxma hallarının bö-
yük hissəsi müdafiə xarakterli mənfi əks-reaksiyalar olmuşdur”.

1
Söhbət fiqhin əsaslarından gedir. Müəllif də bundan qabaq göstərmişdir
ki, bu mənada üsul müfəssəl dəlillərdən şəriət hökmlərini çıxarmaq üçün
istifadə olunan qaydalardır. Şəriətin əsasları mənasında istifadə olunan
“üsul”a gəlincə, Qurani-Kərim, Sünnə, İcma və Qiyas nəzərdə tutulur –
tərcüməçinin qeydi.
144 Üçüncü fəsil

Mövzu barədə Hamilton Gibb deyir:


“Biliyin heç bir dinamik təbiəti yoxdur. Əksinə, ona güc
lazımdır. Çünki bilik bütöv bədən olmayıb, parçalanmış his-
sələrdən ibarətdir. Habelə ona hər zaman ideologiya və ha-
kimiyyət ağalıq edir. Müsəlman hakimiyyətlərini bütövlükdə
Qərb hakimiyyətləri ilə eyniləşdirmək dolaşıqlıq olardı. Bu
ona görədir ki, bizdə hər iki hakimiyyət növünü bir-birindən
fərqləndirəcək fikri prezumpsiyalar (oxşar şərait və dəlillər)
mövcud deyildir. Özü də bu dolaşıqlığı islam fikrindəki dini
təmayül daha da gücləndirir”1.
Malik ibn Nəbi də deyilənləri təsdiqləyir:
“Yeni islam mədəni hərəkatı konkret nəzəriyyəyə əsaslanmır.
Bu hal qarşıya qoyulmuş məqsədlərdə də, istifadə olunan vasi-
tələrdə də özünü göstərir. Bu təqdirdə yeni olan hər şeyə güclü
rəğbət yaranır. Əsas məqsəd müsəlmanı Qərb mədəniyyətinin
müqəvva müştərisinə çevirməkdir. O Qərb mədəniyyətinin ki,
məktəblərindən daha çox mağazalarının qapısını açıq saxlayır.
Qorxur ki, şagirdlər məqsədlərinə çatmaq üçün bacarıqlarından
istifadənin qaydalarını öyrənərlər”2.
“İslam islahatçılığı” adlı tədqiqatının son hissəsində Malkom
Keyr yazır:
“İndiki dövrdə milli vicdan ümmət üçün mənəvi təlimatlar
(Albert Houraniyə görə: prinsiplər) təsis edə bilmir. Habelə
sosial ədalətə lazımi şəkildə diqqət yetirilmir. Çünki milli vic-

1
İslamda yeni cərəyanlar / tərcümə edən: Haşim Hüseyni. Beyrut: “Dar
məktəbə əl-həyat” nəşriyyatı, 1966, səh. 96.
2
Malik ibn Nəbi. İslam dünyagörüşü / tərcümə edən: Abdussabur Şahin.
Beyrut: “Dar əl-fikr” nəşriyyatı, 1970, səh. 65.
İslam fikri metodologiyasının islahı 145
dan millətçiliyin ifadə vasitəsidir. Və biz bu səbəbdən Yaxın
şərqdə sosial ədalətin sönük olduğunu görürük”1.
Tarix boyu islam siyasi fikrinin hərəkətverici və “xəlbirləyici”
qüvvəsi hesab olunman ənənəvi islam metodologiyasını hərtə-
rəfli başa düşmək dirçəliş və oyanışın vacib şərtlərindən biri-
dir2. Habelə beynəlxalq münasibətlərin islam modelinin yeni
baza formatı üçün tələb olunur ki, indiki dövrdə müsəlman
ideoloqlarının tələblərinə cavab verə bilən, dinamik, həqiqi
siyasi fikir sistemi təsis edilsin. Bu haqda Hamilton Gibbin de-
dikləri maraq doğurur:
“Quran və Sünnə əksər hallarda şəriət yanaşmalarının əsası
olaraq deyil, mənbəyi kimi çıxış edir. Başlıca əsas kimi məntiqi-
rasional yanaşma göstərilməlidir. Məhz bu yanaşma əsasında
həmin mənbələrdən istifadənin necəliyini müəyyən edən yollar
təsis edilir...

1
Hisham Sharabi, “Islam and Modernization in the Arab World” in
Modernization, ed. Ed. J.H. Thompson and R.D. Reischauer, p. 32;
H.A.R. Gibb, Modern Trends in Islam, pp. 66; Malik ibn Nəbi. İslam
dünyagörüşü / tərcümə edən: Abdussabur Şahin. Beyrut: “Dar əl-fikr”
nəşriyyatı, 1970, səh. 77; A. Hourani, Arabic Thought, pp. 372-373;
Malcolm H. Kerr, Islamic Reform: The Political and Legal Theories of
Muhammad Abduh and Rashid Rida (Berkeley: University of California
Press, 1966)Ş pp. 221-222; Ə. Mahmud. İslama çağırış, səh. 317-342; Əbu
Hədid. Ümumi mühazirələrdə sülh və azadlıq motivləri. Əzhər univer-
siteti İslam Mədəniyyəti Baş İdarəsinin nəşrləri, səh. 367-391; Mahmud
Şəltut. İslam və beynəlxalq münasibətlər: sülh və müharibə kontekstində.
Qahirə, 1951, səh. 26-69.
2
Bax: Əllal əl-Fasi. İslam şəriətinin məqsədləri və üstün xüsusiyyətləri.
Kasablanka: “Məktəbə əl-vəhdət əl-ərəbiyyə” nəşriyyatı, 1963, səh. 82-
194; Məhəmməd Məruf əd-Dəvalibi. Fiqh üsuluna giriş. Beyrut: “Dar
əl-elm lil-məlayin” nəşriyyatı, 1965, səh. 256-348.
146 Üçüncü fəsil

Eyni nəticələri əldə etmək üçün hər bir elmi polemika


mümkün olanı dəyişmədiyi təqdirdə və yeni vasitələrə ehtiyac
olmadıqda bu yanaşmaya təhkim edilməlidir”1.

1. İslam metodologiyası: zaman


və məkan problemi

Hər şeydən qabaq islam fikrində zaman və məkan proble-


minin nədən ibarət olduğuna toxunaq. Müəyyən dövrdə bir
cəmiyyətdə mövcud olan sosial qurum və sistemləri həmin
cəmiyyətin tələbləri doğurur. Zaman və məkan dəyişdikcə sosi-
al infrastrukturda da buna müvafiq dəyişikliklər baş verməlidir.
Çünki bu qurum və sistemlərin həm tənəzzülə uğramağı, həm
də yeni tələbatlara uyğun şəkildə dəyişilmək arzusu haqqın-
da danışacağımız problemə təsir göstərir. Biz məhz bu baxış
bucağından həm islam siyasi fikri və metodologiyasına, həm
də indiki dövrdə müsəlmanların tələbləri ilə bağlı problemlərə
toxunacağıq.
Ənənəvi islam metodologiyası – “üsul” həyatın müxtəlif
sahələrinə, o cümlədən beynəlxalq münasibətlərə münasibəti
müəyyənləşdirən dəlillərin mənbələri və isbatlama vasitələri
haqda danışır. Həmin mənbələrə Qurani-Kərim, Pak Sünnə,
“icma” və ictihad daxildir. İctihad özündə “qiyas”ı və digər me-
todları (istehsan, məsalehi-mürsələ, ürf-adət və s.) ehtiva edir2.
1
H.A.R. Gibb, Muhammadanism: A Historical Survery. 2nd ed., (New
York: Oxford University Press, 1962), p. 91.
2
Əbdülvəhhab Xəllaf. Fiqhin əsasları. Küveyt: “əd-Dar əl-küveytiyyə”
nəşriyyatı, 1968, səh. 149; Əbdülvəhhab Xəllaf. Dini mətnlər olmadıqda
qanunvericiliyin mənbələri. Küveyt: “Dar əl-qələm”, 1972, səh. 19-103;
İslam fikri metodologiyasının islahı 147
Qurani-Kərim istisna olmaqla yerdə qalan mənbələr erkən
dövrlərin islam nöqteyi-nəzərini özündə əks etdirir1. Quranda
isə bir çox məsələlər, o cümlədən beynəlxalq münasibətlərlə
əlaqəli cəhətlər ümumi yanaşmalara açıqdır.
Habelə zaman və məkan amili təkcə Pak Sünnədə, ənənəvi
islam fikrində deyil, həm də “üsul”da metodoloji cəhətdən özü-
nü göstərmişdir. Bununla yanaşı, bir tərəfdən, “üsul”dakı dar və
məhdud ənənəvi yanaşma, digər tərəfdən isə mühəddislər və
şərqşünasların hədislərin səhihliyi və arqumentliliyi məsələsinə
daha çox diqqət yetirmələri, sanki, diqqəti müasir islam fikrinin
qarşılaşdığı başlıca problemdən yayındırmaq üçündür2. Ənə-
nəvi metodologiyanın zaman və məkan formatı doğru şəkildə

Joseph Schacht, The Origins of Muhammadan Jurisprudence (Oxford


University Press, 1950), pp. 120-130; Məhəmməd əbu Zəhrə. Əhməd
ibn Hənbəl: həyatı, yaşadığı dövr, görüşləri və fiqhi. Qahirə: “Dar əl-
fikir əl-ərəbi” nəşriyyatı, 1947, səh. 287-332; Məhəmməd əbu Zəhrə.
İmam Malik: həyatı, dövrü, görüşləri və fiqhi baxışları. Qahirə: “Dar
əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, səh. 324-358; Məhəmməd əbu Zəhrə.
İslam məzhəbləri tarixi, səh. 73-359; Şafei. Risalə, səh. 288-290; Sübhi
Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin vəziyyəti: keçmişdə və
indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı, 1965, səh. 150-160; Said
Ramadan, Islamic Law, p. 23.
1
Quranın sosial münasibətlərlə əlaqəli ayələri dinə (bəlkə, ibadətə –
mütərcim), əxlaqa dair ayələrlə müqayisədə az olmağına baxmayaraq, is-
lam qanunvericiliyinin başlıca universal prinsiplərini özündə ehtiva edir.
Təqribən 6000 ayənin 500-ə yaxını şəriət hakimiyyətinə müvafiqliyi ilə
seçilir. Yerdə qalan ayələr ümumi mövzulardan bəhs edir. Sayı heç də az
olmayan elə ayələr vardır ki, ümumi əxlaq məsələlərindən, bəşəriyyətin
birliyi, etiqad azadlığı, təcavüz etməmə, özünümüdafiə, sərvəti bölüşdürmə,
ticarətdə düzgünlük və sair mövzulardan bəhs edir. Bax: J.N.D. Anderson,
Islamic Law in Contemporary Cultural Change, p. 14.
2
H.A.R. Gibb, Modern Trends in Islam, p. 124.
148 Üçüncü fəsil

başa düşülmədikcə islam siyasi fikri konkret səciyyəsi, zəngin


və orijinal məzmunu olan metodologiyadan məhrum qalacaq,
təqliddən xilas ola bilməyəcəkdir.

1.1. Ənənəvi metodologiyanın


(“üsul”un) islam "ikrinə təsiri

İslam fiqhinin əsaslarını (“üsul”u), ondakı gizli mənbələri


müzakirə obyekti seçməzdən əvvəl islam fikrinə istiqamət ver-
mədə, fiqhi inkişaf etdirmədə başlıca mənbələrin (“üsul”un)
rolu və funksiyalarına toxunmaq istəyirik.
Qərbin pozitiv qanunları və qanunvericiliyinin əksinə olaraq,
islam hüququ mənəviyyat və əxlaqla əlaqəli bütün məsələləri
özündə ehtiva edir1.
“Fiqh təkcə ibadət və iman məsələlərində dəqiq müfəssəl
məqamları tənzimləmir... Onun bir çox vacib əmrləri bütövlük-
də fərdin vicdanına yönəlib. Fiqh davranışları kateqoriyalarda
(məndub, müstəhəb, məkruh...) təsnif etsə də, buna uyğun ola-
raq, təsdiq və ya inkar hökmü çıxarsa da, belə davranışlara görə
şəriət cəzası kəsmir... Xalq hərəkatları göstərdi ki, şəriəti hökm
olaraq seçmək hələ də sosial ədalət axtarışında təşviqedici
vasitə hesab olunur”2.
Fikirlər, davranış və qurumlar sünni üləması tərəfindən o
halda qanuni sayılır ki, ənənəvi metodologiyaya (“üsul”a) uy-
1
J.N.D. Anderson, Islamic Law in the Modern World (New York: New
York University Press, 1959, p. 4.
2
H.A.R. Gibb, Muhammadanism: A Historical Survery. 2nd ed., (New
York: Oxford University Press, 1962), pp. 191-192; J.N.D. Anderson,
Islamic Law in Contemporary Cultural Change, p. 14.
İslam fikri metodologiyasının islahı 149
ğun olsun. Hər hansı fikir və ya qurumun həmin “imtahan”dan
kəsilməsi o deməkdir ki, yad ünsürlərdən asılı qalmaq qorxu-
su hələ də mövcuddur. Habelə həmin fikir və qurumlar is-
lam identikliyinə – doğma məzmuna möhtacdır. Bu psixoloji
böhranı əyani şəkildə başa düşmək üçün görkəmli müsəlman
alimi Şeyx Məhəmməd Rəşid Rzanın müzakirəyə çıxardığı iki
məsələyə: mürtədlik və sələm məsələlərinə toxunaq1.
Mürtədlik məsələsində Rəşid Rza başlıca islam mənbələrin-
dən çıxış edir, Quranın açıq ayəsinə əsaslanmadığı üçün (bu
məsələ ilə əlaqəli) “icma”nı başlıca arqument saymır: “Əksinə,
dində bütün məcburetmə hallarını haram sayan ayələr mövcud-
dur”. Bununla da, Rəşid Rzaya görə “icma” daha üstün əsasa
(dəlilə) əks olduğundan qeyri-məqbul hesab edilməlidir.
Faiz və ya sələm məsələsinə gəlincə, Rəşid Rza hesab edir ki,
bugünkü dövrdə islam heç bir dövrdə olmadığı qədər təhlükə
ilə üz-üzədir. Bu, Qərb kapitalizminin kök salması və iqtisadi
cəhətdən hər yerdə hökmranlıq etməsidir. “Zərurət qadağaları
götürür” qaydasından çıxış edən Rəşid Rza istifadəsi mümkün
hər yerdə faiz əməliyyatlarını istisna etməmişdir.
Amma nə Rəşid Rza, nə ondan qabaq Cəmaləddin Əfqani,
nə də sonralar Əzhər şeyxi İmam Mahmud Şəltut zərurət prin-
sipindən çıxış etmələrinə baxmayaraq, faiz problemini birdəfəlik
həll edə bilməmişlər. Hələ də bu problem müsəlmanlar arasın-
da gərgin mübahisələrə səbəb olur. Bu səbəbdən müəyyən iq-
tisadi sistem və bank işi İslam dünyasında “sarsılmış bünövrə”

1
A. Hourani, Arabic Thought, pp 237-238; Əbdülmütəali əs-Səidi. Din
azadlığı, səh. 30-33, 160-161.
150 Üçüncü fəsil

üzərində dayanır. Faiz problemi ətrafındakı qeyri-müəyyənlik


onun həlli istiqamətinəki təşəbbüs və təşviqlərə mane olur1.
Təbii ki, bu problemə cavab tapmaq üçün “olar” və ya “ol-
maz”, “haramdır” və ya “halaldır” məzmunlu fitvalar kifayət
etmir. O məsələ ki, əvvəllər oxşar məsələlər əsasında nəzərdən
keçirilib, müxtəlif qanunvericilik vəziyyətləri ilə tənzimlənib.
Deməli, vəziyyət dəyişdikcə, bu məsələ ilə bağlı əməli alter-
nativlər tapmaq lazımdır. Odur ki köhnə yanaşmaları əsas gö-
türmək problemi həll etmir, gərginlik və mübahisələrə səbəb
olur2.
Görürük ki, Rəşid Rzanın mürtədliklə bağlı ideyaları faiz
barədə irəli sürdüyü iddialarından daha çox qəbul olunub. Sə-
ləm haqda dedikləri isə hələ də şübhə doğurur, qızğın müba-
hisələrlə müşayiət olunur.
Bu iki problem arasında tədqiq edilməsi zəruri fərq var-
dır. Belə ki birinci məsələ ənənəvi metodologiyanın “formal
imtahan”ını verdiyi halda ikincisi “kəsilmişdir”. Hər şeydən əv-
vəl, deyək ki, yeni ideyalar, sistem və qurumlarla islam identik-
liyi arasında “birgə yaşama” haradasa qeyri-mümkündür. Çünki

1
Anderson, Islamic Law in the Modern World (New York: New York
University Press, 1959, p. 3.
2
Abdul-Hadi Ghanamah, “The Interestless Economy” in the Contemporary
Aspects of Economic and Social Thinking in Islam, The Muslim Students
Association of the United States and Canada, (Gary, Indiana: The Muslim
Students Association of the United States and Canada, 1970), pp. 85-
100; Abdul-Hamid Abu Sulayman “The Theory of Economics in Islam:
The Theory of “Tawhid” in The Contemporary Aspects of Economic and
Social Thinking in Islam, The Muslim Students Association of the United
States and Canada, (Gary, Indiana: The Muslim Students Association of
the United States and Canada, 1970), pp. 26-79.
İslam fikri metodologiyasının islahı 151
bu ideya və qurumlar “ənənəvi metodologiya imtahanı”nı vermə
bilmədiyindən yad görünür, yalnız “zərurət” prinsipinin tətbiq
edildiyi məqamlarda “gözə dəyir”. Düzdür, praktik əlaqələndir-
mə məqsədilə “təlfiq” qaydası tətbiq edilmişdir. Amma nəticə
etibarı ilə, müasir islam fikrində yaradıcılıq və orijinallıq mövcud
deyildir1.
Görünür, əsas diqqət islam fikrinin məzmununa yönəlib.
Metodologiya ilə əlaqəli işlər isə çox azdır. Nəticədə, yad ide-
yaları, ideologiya və sistemləri idxal etmək ənənəsi yaranıb.
Amma bunun özü də islam fikrinə canlılıq bəxş edə bilməyib.
Bu səbəbdən müsəlmanların həyatı teatr səhnəsini xatırladır:
bir qrup ziyalı bu səhnədə Professor Jekl və Cənab Hayd2 ro-
lunda çıxış edir. Bəzən onlar islam motivlərinə üz tutur, bəzən
də Qərbin təzyiqlərinə davam gətirmir, yad ideya və sistemləri
idxal etmək üçün pozuq təhriklərə əl atırlar. Belə olan halda

1
Müəllifin bu mülahizəsi kitabın yazıldığı dövrdə doğru olsa da, eyni
şeyi sonrakı on illiklər üçün söyləyə bilmərik. Şiə siyasi fikrində “vilayəti-
fəqih” konsepsiyası və İran İslam İnqilabı ilə praktik təsdiqini tapmağı,
XXI əsrin ilk illərində Türkiyədə, 2011-ci ildən sonra Tunisdə islamın
bır sıra təlimlərinin sosial-siyasi müstəvidə dünyəviliklə sintez edilərək
tətbiq edilməsi, sünni alimi və mütəfəkkiri Yusif əl-Qərdavinin Qərbdəki
müsəlman azlıqların maliyyə vəziyyəti ilə əlaqəli fitvaları və bu fitvaların
alimin rəhbərlik etdiyi Fitva və Araşdırmalar Avropa Şurası tərəfindən əsas
götürülməsi və s. – bütün bunları XX əsrin sonu, XXI əsrin əvvələrində
islam sosial-siyasi fikrinin yeni istiqamətləri hesab etmək mümkündür –
tərcüməçinin qeydi.
2
Qərb teatrlarında göstərilən məşhur pyes. Pyesin baş qəhrəmanı ikişəxsiy-
yətlilikdən əziyyət çəkir. Fərqli iki xarakterin əsarətində qaldığından tez-
tez şizofrenik hallar keçirir.
152 Üçüncü fəsil

on cərgədəkilər fərqlənmək və üstün görünmək üçün əl çalır,


arxadakılar isə mürgüləyirlər1.
Metodologiyada islahat aparmaq hər nə qədər vacib və aktu-
al sayılsa da, bir o qədər də çətindir. Çünki hər iki tərəf: həm
ənənəçilər, həm də yenilikçilər özlərini ilahiyyat məsələləri, hə-
dislərin səhihliyi və arqumentliliyi ilə məşğul etmişlər.
Həqiqət budur ki, Qərbin siyasi-hərbi təhlükəsinə əks-reak-
siya olaraq mütəfəkkirlər arasında yaranmış çaşqınlıq və şübhə
ənənəvi dini sistemi özünəməxsus, həm də yeni formatda
öyrənməyi zəruri edir. Habelə bu vəziyyət iki qrupun yaran-
masına gətirib çıxarmışdır: a) ənənəçilər; b) Avropa mədəni
həyat tərzini mənimsəmiş ziyalılar. Hər iki qrupun öz üslubu,
fəaliyyət forması vardır. Həm ənənəçilərlə islahatçılar arasın-
dakı dərin “uçurum”, həm də ziyalılar tərəfindən yeni ideya
və ideologiyaların, sistemlərin təqlidsayağı mənimsənməsi is-
lam fikrində həqiqi və orijinal oyanışın baş verməsinə əngəl
olub. Halbuki yeni ideyalar və zəruri metodoloji dəyişikliklər
əsasında bunu etmək mümkün idi2. İctihad qapılarının taybatay
açıldığı elan edilsə də, islam sosial sisteminin inkişafına, islam
fikri mexanizminin yenilənməsinə kömək edəcək fəal əməli hə-
rəkətlənmənin (hərəkatın) şahidi olmamışıq3.

1
Bax: Malik ibn Nəbi. İslam dünyagörüşü / tərcümə edən: Abdussabur
Şahin. Beyrut: “Dar əl-fikr” nəşriyyatı, 1970, səh. 57; Məhəmməd əl-Bəhi.
İslam fikri, səh. 490-491.
2
H.A.R. Gibb, Modern Trends in Islam, pp. 22, 73, 84, 104, 107;
W. Montgomery Watt, Islamic Political Thought: The Basic Concepts
(Edinburgh: Edinburgh University Press, 1968), pp. 128-129.
3
Fazlur Rahman, Islamic Methodology in History (Karachi: Central Insti-
tute of Islamic Research, 1965), p. 149; H.A.R. Gibb, Modern Trends in
İslam fikri metodologiyasının islahı 153
İndiyədək deyilənlərdən məlum olur ki, ənənəvi islam fik-
rində fiqhin və “üsul”un əhəmiyyətli yeri vardır. Bununla ya-
naşı, həm “üsul”un vəzifələrini başa düşmədə, həm də islam
nöqteyi-nəzərindən onu inkişaf etdirmədə müvəffəqiyyətsizlik
müsəlman xalqlarının fikri və psixoloji böhranından xəbər verir.
Növbəti addım olaraq, biz “üsul”u (ana mənbələri) araş-
dıracaq, mahiyyəti və funksiyalarına hərtərəfli bələd olmağa
çalışacağıq. Müasir dövrdə islam dünyasının tələblərinə cavab
verəcək yeni vasitələri müəyyən etmək baxımından bu, çox
mühümdür.

1.2. “Üsul”: tarixi arxa plan

Fiqhi hökmləri çıxarma əməliyyatının əsas mənbələri (“üsul”u)


dörddür: Quran, Sünnə, “icma” və qiyas. Quran və Sünnə fiq-
hin başlıca dəlil mənbələri sayıldığından İki Əsil adlanır. Bəzən
Quran və Sünnəni “icma” ilə birlikdə “Üç Əsil” olaraq nəzərdən
keçirirlər. Bu baxımdan qiyası bu üç mənbədən fərqləndirirlər.
Çünki qiyas Quran və Sünnədəki dini mətnlərə istinad etməklə
məntiqi dəlillərlə rasional mühakimə yürütmədir.

Islam, pp. 22, 60, 73, 84, 104-105; J. Anderson and N. Coulsin, “Islamic
Law in Contemporary Cultural Change”, pp. 49, 54; Malik ibn Nəbi.
İslam dünyagörüşü / tərcümə edən: Abdussabur Şahin. Beyrut: “Dar əl-
fikr” nəşriyyatı, 1970, səh. 83, 185.
154 Üçüncü fəsil

1.2.1. Qurani-Kərim
Quran Allah Təalanın sözüdür. Allah onu insanlara açıq-aş-
kar dəlillərlə göndərmişdir. Quran fiqhin başlıca mənbəyi, is-
lam fikrinin ilk qanunvericiliyi və hüquqi-fikri bazasıdır. Quran
ərəbcə yazılmışdır. Altı mindən çox ayəni özündə birləşdirən
yüz on dörd surədən ibarətdir. Məhəmməd peyğəmbərin (Ona
Allahın xeyir-duası və salamı olsun!) həyatının son 23 ilində ona vəhy yolu

ilə həm Məkkədə, həm də Mədinədə nazil edilmişdir. Bütün


müsəlman fəqihləri Quran ayələrinin olduğu kimi bizə gəlib
çatmağı ətrafında həmrəydirlər.
M. Vatt hesab edir ki, “Rasional səciyyə daşıyan əş`əri fiq-
hi prinsiplərinin xalq kütlələri üzərində təsiri Quran dili ilə
müqayisədə çox az idi. Bir çox müsəlman Qurana, hənbəlisayağı
fiqhi bəyan üslubuna üstünlük vermişdir”.
Quran dəyərləri şəriətin əsasını əmələ gətirir. Quran həm
birbaşa, həm də dolayı yolla (dini təlim və ayinlər vasitəsi ilə)
müsəlman dünyagörüşü və vicdanının bünövrəsini təşkil edir,
ümmətin gələcəyini müəyyənləşdirir1.

1
H.A.R. Gibb, Modern Trends in Islam, pp. 49-50; Ismail al-Faruqi, “Islam
in the Great Asian Religions: an Anthology, Compiled by wingtset Chan,
Ismail R. al-Faruqi, Joseph M. Kitagawa 78 and P.T. Ragu, (London:
Collier – Macmillan Ltd., 1969), p. 336; Muhammed Ibn Idris al-Shafi`i;
Islamic Jurisprudence: Shafi`i Risala, translated with an introduction,
notes and appendices by Majid Khadduri, (Baltimore: The Johns Hopkins
Press, 1961) pp. 66-80; Məhəmməd İzzət Dərvəzə. Quran konstitusiyası
və həyat məsələləri. Qahirə: “Dar ehya əl-kutub əl-ərəbiyyə” nəşriyyatı,
“İsa əl-babi əl-hələbi” mətbəəsi, (çap ili göstərilməyib), səh. 2-80.
İslam fikri metodologiyasının islahı 155

1.2.2. Sünnə

Fəqihlərə görə, Sünnəyə Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı


olsun!) sözləri, əməlləri və təsdiqləmələri daxildir. Ümumiyyətlə,

Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) və səhabələrin (Allah onlardan


razı qalsın!) həyatı və fəaliyyəti Sünnənin tədqiqat obyektidir. Səhih

toplulardakı hədislər ikinci əsas sayılır. Çünki Allah Təala


peyğəmbərinin dili ilə Qurandakı ümumi mənaları və hökmləri
izah etmişdir. Bu izahlar Sünnə adlanır. İmam Şafei özünün
“Risalə” adlanan möhtəşəm kitabında Sünnənin üsulşünaslıq
elmindəki yerini aydınlığı ilə göstərə bilmişdir1.
Hədislərin təsnif olunub cəm edildiyi ən məşhur toplular
Altı Kitab (Kutubi-sittə) adı ilə tanınır. Bu topluya İmam Bu-
xarinin (809-870) “Came əs-səhih”, İmam Müslimin (821-875)
“Səhih”, İbn Macə, Tirmizi, Nəsai və Əbu Davudun eyniadlı
“Sünən” kitabları daxildir. İlk iki kitab daha məşhurdur. Hədis
alimləri bu iki kitabı dəqiqlik və rəvayət şərtləri baxımından
daha mötəbər qəbul edirlər. İmam Malikin “Müvətta” kitabı
mötəbərlik cəhətdən adı çəkilən altı kitabdan heç də geri qal-
mır. Sünnəyə dair qədim mənbə hesab olunsa da, “Müvətta”
hədis toplusundan daha çox fiqh kitabıdır. Çünki İmam Malik
onu, hər şeydən əvvəl, bir fiqh kitabı olaraq qələmə almışdır.

1
J. Anderson and N. Coulsin, “Islamic Law in Contemporary Cultural
Change”, pp. 23-24; Sübhi Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin
vəziyyəti: keçmişdə və indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1965, səh. 146-148.
156 Üçüncü fəsil

Bu hədis toplularından savayı digər kitablar da vardır. Amma


onlar bu yeddi kitab səviyyəsində deyildir.
Yuxarıda deyilənlərdən bu nəticə hasil olur ki, Quranın izah
edicisi və tamamlayıcısı olaraq Sünnə islam fikrinin başlıca
mənbələrindən biri olub, özündə zəngin materialı ehtiva edir.
Sünnə mövzusu həm geniş, həm də mübahisə doğurduğu
üçün çətin mövzudur. Hər şeydən əvvəl, sünnə sözünün özü
mübahisəlidir. Sünnə nə deməkdir? Sünnə ümmətlə bağlı möv-
zuları açıqlayan metoddurmu? Görəsən, Sünnə dedikdə tək-
cə Peyğəmbərin zamanında tətbiq olunmuş qaydalarmı başa
düşülür? Qurani-Kərim və Peyğəmbərin sünnəsini ümmətin
riayət etdiyi sünnə ilə necə əlaqələndirmək olar? Sünnə necə
rəvayət olunub və səhihliyi nə dərəcədədir? Nə vaxt yazıya
köçürülmüşdür? Hansı hissəsi qorunub saxlanmışdır? Dini iğti-
şaşlar, siyasi çəkişmələr Sünnənin arqumentliliyi və dəqiqliyinə
necə təsir göstərmişdir? Sünnəyə münasibətdə hansı meyarlar
vardır? Sünnənin formasını, yoxsa məzmununu, yoxsa həm
məzmunu, həm də formasını tənqid etmək mümkündürmü?
Vəhyə əsaslanan insan ağıla nə dərəcədə etimad göstərə bilər?1
III Raşidi xəlifəsi Osman ibn Əffanın qətlindən sonra (656)
başlanmış vətəndaş müharibələrindən etibarən bu və bu kimi
suallar meydana çıxmışdır.

1
D.S. Margoliouth, The Early Development of Muhammadanism (London:
Williams and Wargate, 1914), pp. 79-98; Fazlur Rahman, Islamic
Methodology, pp. 2-84; Joseph Schacht, The Origins of Muhammadan
Jurisprudence (Oxford University Press, 1950), pp. 1-5, 11-13, 329;
Məhəmməd əbu Zəhrə. İslam məzhəbləri tarixi. Qahirə: “Dar əl-fikir əl-
ərəbi” nəşriyyatı, II cild, səh. 66-69.
İslam fikri metodologiyasının islahı 157
Məlum məsələdir ki, Sünnə məsələsi erkən islam tarixində
aktual olmuş, konkret qaydaları təsis edilmişdir. Bu işdə İmam
Şafeinin xidmətləri böyükdür. Fiqh “üsul”u elminin banisi sayılan
İmam Şafei əlaqədar fikirlərini “Peyğəmbərin sünnəsini bəyan
risaləsi” (Risalə fi tibyan əs-sünnə ən-nəbəviyyə) adlı qiymətli
kitabında toplamışdır1. Bununla yanaşı, digər müsəlman alimləri
hədisləri tədqiq və dəqiqləşdirmədə böyük işlər görmüşlər2.
Amma Sünnənin sonralar mübahisəli problem olaraq gün-
dəmə gətirilməməyinin mühüm səbəbi vardır. Belə ki Şafei
fiqhinin meydana çıxmağı ilə şəriət məsələlərinin əksəriyyəti
işlənib hazırlanmış, fiqhi meyarlar təsis edilmişdi. Odur ki
Sünnə üçün ciddi konyunktura və təhlükəli abı-hava mövcud
deyildi. Bu göstərir ki, hədislərin səhihliyi və digər əlaqədar
məsələlər heç də həmişə dini-elmi fəaliyyətin səmərəsi kimi
meydana çıxmamış, həm də siyasi və fərdi maraqlarla bağlı ol-
muşdur.

1
J. Anderson and N. Coulsin, “Islamic Law in Contemporary Cultural
Change”, pp. 22-24; Sübhi Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin
vəziyyəti: keçmişdə və indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1965, səh. 146.
2
H.A.R. Gibb, Muhammadanism: A Historical Survery. 2nd ed., (New
York: Oxford University Press, 1962), p. 85; Muhammad Habiballah,
The Earliest Extensive Work on the Hadith: Sahifat Hammam Munabbih,
trans. Muhammad Rahimuddin (5th rev. ed.; Paris: Centre Cultural
Islamique, 1961), pp. 1-69; Muhammad M. Azami, Studies in Early
Hadith Literature with a Critical Edition of Some Early Texts. (Beirut:
Al-Maktab al-Islami, 1968), pp. 246-247, 266-268, 289-292; Sübhi
Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin vəziyyəti: keçmişdə və
indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı, 1965, səh. 147-149.
158 Üçüncü fəsil

Hər şeydən əvvəl, Sünnənin aktiv metodologiyadakı yeri və


alimlərin bu sahədəki bacarıqları bir problem olaraq öyrənilir1.
Bu sahədə Sünnənin (hədislərin) səhihliyi və arqumentliliyi ar-
tıq qəbul edilib. Çünki Sünnə həmişə sünni metodologiyasın-
da xüsusi əhəmiyyət daşımışdır. Amma digər fikir məktəbləri,
məsələn, zahirilik get-gedə yox olmuşdur. Bu, ya onun davam-
çılarının olmamağı, ya ucqar yerlərdə yayılmağı, ya da şiə fikir
məktəbində olduğu kimi azlıqlarla təmsil olunmağı ilə əlaqə-
dardır.
Keçən bir neçə əsr ərzində İslam dünyasında baş verənləri və
mövcud problemləri başa düşsək, Sünnə mövzusunun nə üçün
yenidən gündəmə gəldiyini təxmin edə bilərik. İlk növbədə, bu
məsələni modernistlər və bəzi islahatçılar ənənəvi yanaşmalar-
dan xilas olmaq üçün gündəmə gətirirlər. Biz bu sahədə müm-
kün ehtimalların nə üçün reallaşmamağı məsələsinə aydınlıq
gətirəcəyik. Nə baş verdi ki, islam fikrində yaradıcılıq “çarx”ını
işə salmaq mümkün olmadı? Bu suala cavab tapmaq üçün
ənənəvi islam fikri ilə bağlı fərziyyələri və Müsəlman dünyasın-
da baş vermiş əsas dəyişiklikləri izah etmək lazımdır. Habelə
Sünnəni tədqiqlə bağlı başlıca problemləri bir daha nəzərdən
keçirmək tələb olunur.

1
Əbubəkr Məhəmməd ibn Musa ibn Həzm əl-Həməzani. Nasix və mənsux
dini mətnlər haqda mötəbər kitab (Kitab əl-etibar fin-nasix vl-mənsux
min əl-asar) / araşdırıb çap edən: Ratib əl-Həkim. Homs: “əl-Əndəlüs”
mətbəəsi, 1966, səh. 29, 200-201, 218-219; Səlahəddin əl-Müncid və
Yusif əl-Xuri. İmam Məhəmməd Rəşid Rzanın fitvaları. Beyrut: “Dar əl-
kitab əl-cədid” nəşriyyatı, 1970.
İslam fikri metodologiyasının islahı 159
Sünnə və mötəbərliyi mövzusunu başa düşmək üçün nəhəng
hədis materialını araşdırmaq lazım gələcəkdir. Bəlkə də, bu
faydasız addım olardı. Amma bu mövzu ətrafında aparılmış
bir-birinə zidd iki tədqiqat əsərinə nəzər salmaq kifayətdir. Bi-
rinci tədqiqat Cozef Şaxtın “İslam fiqhinin kökləri” adlı kitabı-
dır. “Peyğəmbərin hədisləri və yazıya köçürülməsi tarixinə dair
tədqiqatlar” adlı ikinci əsərin müəllifi isə Məhəmməd Mustafa
əl-Əzəmidir. Sonuncu kitaba ön söz yazmış Artur Con Arberi
qeyd edirdi ki, “Bu sahədə, yəni Sünnə sahəsində professor
Əzəmi son dərəcə qiymətli əsər yazmışdır. Onun bu əsəri elmi
tədqiqatın obyektiv tələblərinə cavab verir”.
Daha aydın təsəvvürə sahib olmaq üçün hər iki kitabdan
iqtibas gətirmək istəyirik. Bu iqtibaslar bizim faydasız yanaşma-
lardan uzaqlaşmağımıza, yeni ideyalar irəli sürməyimizə səbəb
ola bilər.
Kitabının sonunda Şaxt yazır:
“Formalaşma mərhələsi ilə bağlı indi əldə etdiyimiz nəticələr
zehinlərə bənd edilmiş ənənəvi təsəvvürlərdən köklü surətdə
fərqlənir. Özü də bu ənənəvi təsəvvürlər hicri III əsrin əvvəlin-
dən etibarən zehinlərə hakim kəsilib”1.
Mustafa əl-Əzəmi isə tədqiqatında aşağıdakı nəticəyə gəlmiş-
dir:
“Şaxtın gətirdiyi misallar onun istinad nəzəriyyəsinə cavab
verir. Çünki onlarla böyük şəhərdə yaşamış çoxsaylı ravi nəsil-
lərinin mövcudluğu istinad ravilərini uydurmaq və süni is-
tinadlar qayırmaq nəzəriyyələrini diqqətdən kənarda saxlayır

1 Joseph Schacht, The Origins of Muhammadan Jurisprudence (Oxford


University Press, 1950), pp. 329.
160 Üçüncü fəsil

və qeyri-mümkün göstərir... Hədis alimləri mətn və istinadları


həm cəsarətlə, həm də səmimiyyətlə tənqid etmiş, bu işdə heç
tərəddüd göstərməmişlər”1.

1.2.3. Qiyas

Erkən islam dövrünə xas ikinci dərəcəli (dolayı) fərziyyələri


nəzərə almasaq, qiyasdan geniş istifadə və digər “üsul”ların
meydana gəlməsinin səbəblərini başa düşmək mümkün de-
yildir. Abbasi dövlətində ənənəvi fikir və ictimai sistem, o
cümlədən əsasını Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) qoydu-
ğu nümunə ilə əlaqəli nailiyyətlər arasında bir uyuşum vardı.
Bu səbəbdən ənənəvi fikrin, yəni islam metodologiyasının əsas
vəzifəsi həmin ideal nümunəni qoruyub saxlamaq olmuşdur2.

1
Muhammad M. Azami, Studies in Early Hadith Literature with a
Critical Edition of Some Early Texts. (Beirut: Al-Maktab al-Islami, 1968),
p. 437. Habelə bax: Əbdülvəhhab Xəllaf. Fiqhin əsasları. Küveyt: “əd-
Dar əl-küveytiyyə”, 1968, səh. 45; Məhəmməd əbu Zəhrə. İmam Malik:
həyatı, dövrü, görüşləri və fiqhi baxışları. Qahirə: “Dar əl-fikir əl-ərəbi”
nəşriyyatı, 1963, səh. 322-341; Sübhi Məhməsani. Ərəb dövlətlərində
qanunvericiliyin vəziyyəti: keçmişdə və indi. Beyrut: “Dar əl-elm lil-
məlayin” nəşriyyatı, 1965, səh. 150.
2
İmam İbn Kəsir (vəf. – 1372) ənənəvi fiqhdə Sünnənin rolunu bu cür
göstərib: “Əgər soruşsalar ki, təfsirdə ən yaxşı yol hansıdır, cavab belə
olar: “Bu işdə ən düzgün yol Quranı Quranla təfsir etməkdir. (Çünki) bir
yerdə ümumi olanın digər yerdə təfsiri verilib. Əgər bu sənə çətin olarsa
(və ya bunu bacarmasan), Sünnəyə müraciət et. Çünki Sünnə Quranı şərh
və izah edəndir. İmam Əbu Abdullah Məhəmməd ibn İdris əş-Şafei (Allah
rəhmət etsin!) deyib: “Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı
olsun!) verdiyi hər bir hökm Qurandan başa düşdüyü şeylərdir...”. Əgər
nə Quranla, nə də Sünnə ilə təfsir edə bilməsək, səhabələrin dediklərinə
İslam fikri metodologiyasının islahı 161
Qiyas erkən təcrübə, xüsusən də Peyğəmbərin (Ona Allahın xeyir-duası
və salamı olsun!) zamanında baş vermiş hallarla yeni faktlar arasın-

dakı oxşarlığın göstəricisi kimi meydana gəlmişdi (Yəni, qiyas


əvvəlki faktlara yenilərini “bənd” etməklə çıxarılacaq hökmün
səbəbində (“illət”ində) onları bərabərləşdirmək əməliyyatının
adı idi). Habelə ənənəvi islam fikrində digər vasitə və üsullar
da təsis edilmişdi. Məsələn, “mənafe” (məsaleh) qaydası yeni
halları tənzimləmədə bir prinsip olaraq nəzərdən keçirilirdi.
Çünki dini mətnlərdən istifadə etməklə, ya da “illət”i nəzərə
alan “qiyas”a əsaslanmaqla bu yeni hallara münasibət bildirmək
çox çətin idi1. Məsələn, müəyyən faktla əlaqəli dini mətn və ya
“icma” olmadıqda “mənafe” bu faktın dini statusunu müəyyən
edən vasitə kimi çıxış edirdi. Habelə dini mətn və ya “icma”
müəyyən hala uyğun gəlmədikdə, yaxud da onları tətbiqdə
münasib şərtlər mövcud olmadıqda2 “mənafe”yə müraciət edi-
lirdi. İmam Əbu Hamid əl-Qəzali “əl-Müstəsfa min elm əl-

müraciət etməliyik. Çünki onlar bunu ən yaxşı bilənlərdir. Çünki onlar


bununla bağlı hal və münasibətlərin şahidi olmuşdular. Çünki fəhmləri
tam, elmləri düzgün, əməlləri saleh idi...”. Bax: İbn Kəsir. Quranın təfsiri,
I cild, səh. 7.
1
“Mənafe”nin ən düzgün tərifini, düşünürük ki, İmam Əbu Hamid əl-
Qəzali verib: “Mənafe şəriətin məqsəd bildiyini qorumaqdır. Şəriət isə
insanların beş (mənafeyini qorumağı) məqsəd bilir: dinlərini, canlarını,
ağıllarını, nəsillərini və var-dövlətlərini qorumaq. Bu beş əsası qoruyan
hər bir şey “mənafe”dir. Bu əsasları fövtə verən hər bir şey “zərər”
(məfsədə), bu zərərləri dəf etmək isə “mənafe”dir. (bax: Əbu Hamid
əl-Qəzali. əl-Müstəsfa min elm əl-üsul. Qahirə: “ət-Ticariyyə” mətbəəsi,
1938, I cild, səh. 140.
2
Yəni, səbəblər və adətlər dəyişərsə, ürf-adətlər inkişaf edərsə, bəndələrin
mənafeyi üçün “icma”ya yenidən nəzər salmaq olar.
162 Üçüncü fəsil

üsul” (Üsul elmindən seçmələr) kitabında bu mövzudan söz


açmışdır. Belə ki Qəzali kafirlər tərəfindən döyüşdə bir qalxan
kimi istifadə edilən müsəlman əsirləri öldürmək barədə fitva
vermişdi. Çünki bu əsirləri öldürmək düşmənin səflərinə daxil
olub onlara qalib gəlməyi təmin edəcəkdi. Göründüyü kimi,
bu məqamda “mənafe” müsəlmanı öldürməyi haram bilən dini
mətnlərə əksdir1. Zaman keçdikcə ənənəçi fəqihlər “mənafe”
prinsipindən daha çox istifadə etmişlər. Bu hala şəriət siyasəti
haqda danışan hənbəli fəqihlərində də rast gəlinir2.
Daxili və xarici dəyişikliyin doğurduğu vəziyyət nəticəsində
müsəlmanların mövcud ictimai sistemi qorumaq üçün zəruri
sayılan ənənəvi nümunə əsasında hərəkət etmələri çətinləşirdi.
Yeni problemlər islam metodologiyası qarşısında bir sıra tə-
ləblər qoymuşdu. Odur ki daxili və xarici məsələlərdə indi-
ki dövrün tələbləri ilə səsləşən, islamın başlıca məqsədlərinə,
uca dəyərlərinə müvafiq düşən orijinal fikri yanaşmalar çox
zəruridir.

1
Bax: Əbdülvəhhab Xəllaf. Fiqhin əsasları. Küveyt: “əd-Dar əl-küveytiyyə”,
1968, səh. 101-102; əl-Fərra. əl-Əhkam, səh. 37, 43, 49; İbn Qüdamə. əl-
Müğni, IX cild, səh. 204-205; Vəhbə Züheyli. Şəriətdə zərurət nəzəriyyəsi:
pozitiv qanunvericiliklə paralellər. Dəməşq: “Məktəbət əl-Farabi”, 1969,
səh. 164, 168, 243.
2
Məhəmməd əbu Zəhrə. Əhməd ibn Hənbəl: həyatı, yaşadığı dövr, görüş-
ləri və fiqhi. Qahirə: “Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1947, səh. 218-331.
İslam fikri metodologiyasının islahı 163

2. Sünnə: zaman və məkan problemi

Beynəlxalq münasibətlərdən bəhs edən ənənəvi islam fikrinə


indiki dövrdə yönəldilmiş tənqidlər adətən Sünnəni hədəf alır1.
Həm indiki dövrdə zorakılıq və sərtlik təsəvvürü bağışlayan
qeyri-müsəlmanlarla əlaqəli hədislər, həm də elmi dairələrdə
narazılıq doğuran keçmiş təcrübə elə meyarlar əsasında tənqid
olunur ki, Qərbin utopik ideyaları və anlayışlarını əks etdirir.
Məsələn, cizyə, qeyri-müsəlmanlarla xarici əlaqələr və hərbi mü-
nasibətlər mövzusunda bu hala rast gəlirik. Sünnə və islam fiq-
hinin ənənəçi müdafiəçiləri Qərb təcrübəsinin mənfi təzahürlə-
rini (irqi ayrı-seçkilik, imperializm...) misal gətirməklə bu iddi-
alara əks-reaksiya verdilər. Bununla da, Qərb mədəniyyətindən
təsirlənmiş tənqidçi və kompromis tərəfdarlarında ümidsizlik
yarandı.
İndiki dövrdə ənənəvi fikrə münasibətdə müsəlman dairə-
lərdə hökm sürən narazılıq (bu narazılıq Qərb təhlükəsinə
müsəlmanların qarşı çıxmağı və Qərbdəki maddi-texnoloji in-
kişafı öz ölkələrində təmin etməyi bacarmamaqlarından irəli
gəlir) əsasən modernistlərin fəaliyyətinin nəticəsidir. Sünnədə
səhvlərin olduğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxan
bu modernistlərə görə, ona əsaslanan ənənəvi fikrin özülü “sı-
radan çıxıb”. Amma modernistlərin islam siyasi fikrini döv-

1
J. Anderson and N. Coulsin, “Islamic Law in Contemporary Cultural
Change”, pp. 23-24; Sübhi Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin
vəziyyəti: keçmişdə və indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1965, səh. 146-148.
164 Üçüncü fəsil

rün tələblərinə uyğunlaşdırmaq cəhdləri uğursuz oldu. Çünki


onların məlum iddiası Sünnə, xüsusən də onun beynəlxalq
münasibətlərlə əlaqəli problemlərin yaranmasında rol oynayıb-
oynamamağı ətrafında konkret və mürəkkəb sualların yaranma-
sına səbəb olmuşdu. Hədislərin səhihliyinə olan hədsiz maraq
göstərir ki, ənənəvi müsəlman ictimai quruluşuna təsir edən
mənfi nəticələrdən yeni islam fikrini kənar saxlamaq zəruri
idi. Söhbət on əsrdir ki, zaman və məkan amili probleminin
müzakirə olunduğu ənənəvi fikirdən gedir. Deməli, islam siyasi
fikrinin mühüm mənbələrindən sayılan Sünnə haqda danışarkən
zaman və məkan amilini nəzərə almaq çox mühümdür.
Aşağıdakı hədislər “siyər”, onunla bağlı məsələlərdə zaman
və məkan amilinin rolunu göstərir:
1. Ənəs ibn Malik (Allah ondan razı qalsın!) rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!) deyib:

“Allahın naminə və Peyğəmbərin ümməti adına (savaşa) çı-


xın. Ahıl qocaları, uşaq və qadınları öldürməyin. Həddi aş-
mayın, qənimətlərinizi toplayın. (Yer üzündə) əmin-amanlıq
yaradın, yaxşılıq edin. Çünki Allah yaxşılıq edənləri sevir”1.
2. Həzrəti Əli (Allah ondan razı qalsın!) deyib:
“Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) əlində ərəb yayı vardı.
Əlində fars yayı tutmuş bir şəxsi görüb dedi: “Nədir bu? At
onu yerə. Bu və ona bənzəyənlər, parlaq nizələr sizə bəsdir.

1
Hədisi Əbu Davud rəvayət etmişdir. Bax: Vəliyyəddin Məhəmməd
ibn Abdullah əl-Xətib əl-Üməri ət-Təbrizi. Mişkat əl-məsabih / çapa
hazırlayan: Məhəmməd Nasirəddin əl-Əlbani. Dəməşq: “əl-Məktəb əl-
islami” mətbəəsi, 1961. Habelə bax: eyni əsərin izahlarla tərcüməsi,
Lahor, 1963, III cild, səh. 838 (Tərcümə Ceyms Robsonundur).
İslam fikri metodologiyasının islahı 165
Çünki bunlarla Allah dində sizi dəstəkləyir, ölkənizdə sizi
möhkəm qılır”1.
3. Əbu Üseyd əs-Saidi rəvayət edir ki, Peyğəmbər (Ona Allahın
xeyir-duası və salamı olsun!) Bədr günü deyibmiş:

“Sizə yaxınlaşan kimi, onlara (ox, nizə...) atın. Onları əhatəyə


almadıqca qılınclarınızı çıxarmayın”2.
Ənənəvi islam siyasi fikrinin bütövlükdə əsaslandığı bu hə-
disləri diqqətlə araşdırsaq, görəcəyik ki, bütün bu təlimatlar
Orta əsrlərdə müharibə əməliyyatları üçün səciyyəvidir. Və hə-
min hədislərə münasibətdə zaman və məkan kontekstini nəzə-
rə almamaq səhv olardı. Mühümdür ki, həmin hədisləri düz-
gün tətbiq etmək üçün onların deyildiyi mədəni şəraiti deyil,
onlardakı dolayı məzmunu nəzərə alaq.
Məlumdur ki, ənənəçi fəqihlər bu hədisləri müzakirə edər-
kən müqayisəli hərfi təhlilə, formal uyğunlaşdırmalara (for-
manı forma ilə uyğunlaşdırmağa), dəlili dəlillə ölçməyə üs-
tünlük vermişlər3. Amma indiki fəqihlər eyni şeyi sözbəsöz
təkrar etdiklərində məlum olur ki, onlar dünyada baş verən də-

1
Hədisi İbn Macə rəvayət edib. Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-
Xətib əl-Üməri ət-Təbrizi. Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd
Nasirəddin əl-Əlbani. Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, II
cild, səh. 372. Habelə bax: eyni əsərin izahlarla tərcüməsi, Lahor, 1963,
III cild, səh. 825 (Tərcümə Ceyms Robsonundur).
2
Hədisi İmam Buxari rəvayət edib. Bax: Təbrizinin “Mişkat əl-məsabih”
əsərinin izahlarla tərcüməsi, Lahor, 1963, III cild, səh. 821, 837-838
(Tərcümə Ceyms Robsonundur); Şeybani. “Siyər”in şərhi, I cild, səh. 87
(1971-ci il çapında: səh. 58).
3
Bax: İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad:
“Məktəbə ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 311-312; Malik. əl-
Müdəvvənə, III cild, səh. 8; Şeybani. “Siyər”in şərhi, I cild, səh. 42.
166 Üçüncü fəsil

yişiklikləri dərk edə bilmirlər. Müharibələrdə qadınların, uşaq-


ların öldürülməsini haram sayan tarixi təlimatlara münasibətdə
aydın olur ki, dövrümüzün fəqihləri müharibələrin necəliyinə
və müasir silahlara bələd deyillər1. Odur ki məlum təlimatlar
heç bir halda komandir və digər hərbçilərin karına gəlmir və
bəzən də bir şey ifadə etmir. Çünki müharibələrdə silah seçi-
mi qaydalarla tənzimlənmir, əksər hallarda mülki vətəndaşları
dağıdıcı silahların təsirindən qorumaq mümkün olmur. Artıq
məsələ kimin öldürülüb-öldürülməməsi məsələsi deyil, müm-
kün qədər mülki vətəndaşların müharibədən az əziyyət çəkmə-
si məsələsidir.
İmam Şafei müsəlman hökmdarlarına ildə ən azı bir dəfə
müşriklərə hücum etməyi tövsiyə etmiş, Peyğəmbərin (Ona Alla-
hın xeyir-duası və salamı olsun!) sünnəsinə uyğun olaraq, onlarla bağlanmış

sülh müqaviləsinin on ildən artıq davam etməsinin qəbuledil-


məzliyini bildirmişdir2. Amma elə bir dövlət başçısı yoxdur ki,
müharibələrin təhlükəli və ağır olduğu, mövcud dünya nizamı-
nın qərar tapdığı bu dövrdə İmam Şafeinin məlum “qiyas”ını
qəbul etsin.
“Əzəmətli Quranın təfsiri” kitabında İmam İbn Kəsir yazır:
“Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) və səhabələri Məkkə-
yə gəlmişdilər. Yəsrib (Mədinə) qızdırması onları zəiflətmiş və

1
Məhəmməd əbu Zəhrə. İslamda beynəlxalq münasibətlər. Qahirə: “Dar
əl-qövmiyyə lit-tibaə vən-nəşr” mətbəəsi, 1964, səh. 43; Seyyid Sabiq.
Sünnəni necə başa düşməli? Küveyt: “Dar əl-bəyan” nəşriyyatı, səh. 1968,
XI cild, səh. 48-49, 129-132.
2
Şafei. əl-Umm, IV cild, səh. 90-91; İbn Rüşd. Bidayə əl-müctəhid nihayə
əl-müqtəsid. Ər-Riyad: “Məktəbə ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild,
səh. 313-314.
İslam fikri metodologiyasının islahı 167
onlar xeyli zərər çəkmişdilər. Müşriklər (Məkkə sakinlərinə)
dedilər: “Sizin yanınıza Yəsrib qızdırmasının heydən saldı-
ğı insanlar gəlir. Onlar ondan çox zərər görüblər.” Müşriklər
(Kə`bədəki) Qara daş tərəfdə əyləşib (müsəlmanları gözləməyə
başladılar). Allah Təala peyğəmbərini (Ona Allahın xeyir-duası və salamı olsun!)
müşriklərin dediyindən xəbərdar etdi. O da səhabələrinə əmr
etdi ki, müşriklər onların dözümünü görsünlər deyə (Kə`bənin
ətrafına dolandıqları zaman) üç şövtü (ara məsafəni) yeyin
addımlarla qət etsinlər. Onlar da üç şövtü yeyin addımlarla
qət etdilər. Sonra əmr etdi ki, müşriklərin onları gördükləri
(Kə`bənin) iki küncü arasındakı məsafəni isə gəzişərək qət
etsinlər. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) onların bütün
şövtləri yeyin addımlarla qət etmələrinə əngəl olmadı. Müşrik-
lər dedilər: “Bəs iddia edirdiniz ki, qızdırma onları zəiflədib
heydən salıb. Onlar ki filandan və filandan güclüdürlər”1.
Bu hadisə göstərir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı ol-
sun!) taktiki gediş etmiş, müsəlmanların dəstələrini darmadağın

etmək üçün fürsət gözləyən düşmənin təhlükəsini sovuşdur-


muşdur. Məlum olur ki, o, (Ona Allahın xeyir-duası və salamı olsun!) mövcud
şəraiti diqqətlə nəzərə almışdır. Məkan və zaman amillərinin
davamlı təsirini isbatlamaq o qədər asan deyildir. Bunun üçün
ciddi təhlil və geniş araşdırma tələb olunur.
Üsul və ənənəvi islam siyasi fikri ilə yanaşı, Sünnə ilə bağlı
əsl problem budur ki, ona zaman və məkan amillərinin təsiri
lazımınca öyrənilməyib. Müəyyən davranışlarla, sistemlə bağlı

1
Həmmad ibn Ziyada istinadən İmam Buxari və Müslim rəvayət etmişlər.
Bax: İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Mək-
təbə ər-Riyad əl-hədisə” nəşriyyatı, IV cild, səh. 202.
168 Üçüncü fəsil

təlimatlara bu amillərin təsirini isbatlamaq çox vacibdir. Təbii


ki, Sünnə, göstərişləri və ülvi məqsədləri heç də həmişə zaman
və məkan amillərinin təsirində olmamışdır. Odur ki həmin
dövrü, mövcud şəraiti, yeni halları dərindən bilmək lazımdır.
Yuxarıdakı misal zəruri edir ki, sosial münasibətlərdə müqa-
yisəli yanaşmalara mümkün qədər diqqət verilsin. Həmçinin
uzun zamanın keçməsi və ciddi məkan dəyişikliyi bəzən ayrı-
ayrı halları və formaca oxşar yanaşmaları əsas götürmədə mü-
qayisələrə lazımınca imkan yaratmır.
İslam fikri metodologiyasının islahı 169

3. Qurani-Kərimdən konkret misallar

Bundan qabaq qeyd etmişdik ki, Qurani-Kərim Pak Sünnə


kimi deyildir. Çünki ayələr əksər hallarda fəlsəfi-ideoloji göstə-
rişlər olaraq ümumi açıqlamaları özündə ehtiva edir. Ümumi
məzmunlu bu ayələr islam dünyagörüşü və etiqadının əsasını
əmələ gətirir. Axı bu müqəddəs kitab dəyərlərin əmələ gəl-
məsində başlıca rol oynayır, onları həm fərdi, həm də icti-
mai müstəvidə mühafizə edir. Hər bir halda, Quran müəyyən
problemlərdən danışıb, misallar gətirdikdə zaman və məkan
amilini də, bəzi hədislərdə olduğu kimi, nəzərdən qaçırmır. Bu
hadisə və faktlara nəzər salanlar ümumi hökmlərin, xüsusən
də xarici əlaqələrlə bağlı hökmlərin çıxarılmasında ayıq və
diqqətli olmalıdırlar. Ümumiyyətlə, erkən islam dövrünün za-
man və məkan xüsusiyyətlərini (dəyişikliklərini) nəzərə alma-
dan dini mətnlərdən çıxarılmış bəsit və birbaşa mühakimələri
tətbiq etmək ağır nəticə verir. Erkən dövr fəqihləri bu cür
gedişlər etmişdilər, çünki ilk əsrin ictimai quruluşu sonrakı
əsrlərdə də özü forması və məzmununu qoruyub saxlamışdır.
İlk və sonrakı əsrlərin səciyyəvi cəhəti budur ki, müsəlman
cəmiyyətləri əksər hallarda aqrar cəmiyyətlər idi. Buna bax-
mayaraq, müsəlmanlar bu əsrlər ərzində dünyaya hökm etmiş,
böyük gücləri məğlubiyyətə uğratmış, mədəniyyət yaratmışlar.
Beynəlxalq münasibətlərdə başlıca anlayış sayılan güc anla-
yışından danışan aşağıdakı misallara baxaq:
“Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et).
İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi
170 Üçüncü fəsil

olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın


möminlərə olan köməyini) anlamayan bir tayfadır!
(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çün-
ki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz
səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min
nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbir edənlərlədir!”
(əl-Ənfal, 65-66).
Aydındır ki, bu ayələr Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı ol-
sun!) döyüş hazırlığı ilə əlaqəli göstərişlərini ifadə edir. Habelə

ayədə müşriklər qarşısında müsəlmanların say nisbətindən (10-


un 1-ə, 2-nin 1-ə) danışılır. Yəni, qələbə çalmaq bacarığı olan
dəstələrin say nisbəti müəyyən edilir. Habelə bu ayələrdə iman-
dan, səbirdən, səbatdan söz açılır. Mühüm bir cəhətə diqqət
edək: əgər əsrlər keçdikcə döyüş bacarıqları, texniki imkanlar
və say dəyişilməyib olduğu kimi qalarsa, ayədə göstərilmiş say
nisbəti saxlanıla bilər. Çünki ayədə buna işarə edilib: “İndi
Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik
olduğunu bilirdi...”. Bu, Allah onlardakı zəifliyi bildiyi üçün
onlara edilmiş güzəştdir (rüsxətdir). Bu səbəbdən iki kafirə
qarşı bir müsəlmanın savaşması qərara alındı. Beləliklə, bilikli
oxucu və ya ayıq tədqiqatçı hər bir dəyişikliklərdən xəbər tut-
malı, bunun düşmən əleyhinə hazırlanmış strategiyalara təsirini
dərk etməlidir. Amma şərhçilər və fəqihlər məlum ayələrdəki
dolayısı mənanı başa düşə bilmədiklərində, ayəni təfsir edərkən
sadəcə göstərilmiş say nisbəti üzərində israr etdiklərində ciddi
səhvə yol vermiş olurlar. Bu cür hallar olmuşdur. Beləliklə, Qu-
randakı həqiqi mənalar səhv başa düşülür.
İslam fikri metodologiyasının islahı 171
Mövzu ilə əlaqədar olaraq, müxtəlif dövrlərdə yaşayıb-yarat-
mış iki müsəlman fəqihin dediklərini müqayisə etmək istəyirik.
VIII əsrin görkəmli müsəlman hüquqşünası İmam Şafei
(767-820) yazır:
“İbn Abbas deyib: “...İçərinizdə iyirmi səbirli kişi olsa, iki
yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr...” ayəsi
nazil olduqda Qüdrətli və Böyük Allah “İndi Allah (yükünü-
zü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi.
Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min
kişi olsa, iki min nəfərə Allahın izni ilə qələbə çalar...” kəlamını
endirdi. Yəni, Allah onların işini asanlaşdırdı və vacib etdi ki,
yüz (müsəlman döyüşdə) iki yüz (kafirdən) qaçmasın. İbn
Abbasın dediyi kimi, Allah Təala ayəni endirməklə (yuxarı-
dakı ayəni) izah etdi. Allah Təala buyurur: “Kafir olanlar sizə
hücum etsələr, onlara arxa çevirib (qaçmayın)”. Müsəlmanlar
döyüşə çıxdıqlarında və ya döyüşə çıxıb savaşa hazırlaşdıqla-
rında düşmənlərindən zəif olduqlarını gördülər. (Belə olduqda)
onlara onlardan üz çevirib (qaçmaq) haram edildi. Amma baş-
qa dəstəyə qoşulmaq üçün üz çevirib (qaçmaq) müstəsnadır.
Hətta düşmənləri onlardan çox olsalar belə onlara onlardan üz
çevirib (qaçmaq) və Allahın qəzəbini qazanmaq xoş deyildi.
Əgər onlar başqa dəstəyə qoşulmaq və ya başqa yerdə döyüşə
girmək məqsədilə deyil, digər məqsədlər üçün (düşmənlərdən)
üz çevirib qaçsaydılar, Qüdrətli və Böyük Allah “fərz” əmələ
riayət etməyənlərə qəzəbini vacib qılardı. Allahın “fərz” etdiyi
əməl isə cihaddır ki, zəif də olsalar müsəlmanlar düşmənləri
ilə cihad etməlidirlər. Müsəlmanlar az və zəif düşmənə qarşı
172 Üçüncü fəsil

çıxmağa qadir olduqları halda düşmən onlardan birinin başının


üstünü kəsdirərsə, müsəlmanlar buna görə günah qazanırlar...”1.
Göründüyü kimi, İmam Şafei döyüşənlərin sayına əsas diq-
qət yetirib. Təbii ki, o bu nəticəyə yaşadığı dövrü nəzərə
aldığından gəlib. Çünki onun dövrü Peyğəmbərin (Ona Allahın xeyir-
duası və salamı olsun!) dövrünə yaxın idi. Həmçinin islam tarixinin ilk

əsrində yaşamış İmam Malik bu ayələrdən bəhs edərkən belə


bir nəticəyə gəlmişdi ki, problem zəifliyin sayda deyil, gücdə
özünü göstərməyindədir2.
XX əsrin fəqihi – Seyyid Sabiq bu mövzunu tədqiq edər-
kən İmam Malikin görüşünü əsas götürmüşdür. Seyyid Sabiqin
bu barədə yazdıqlarına nəzər salaq:
“Bundan əvvəl deyildi ki, döyüşdə (düşmənin qabağından)
qaçmaq haramdır. Ancaq iki hal müstəsnadır. Birincisi dö-
yüş manevridir. İkincisi isə digər dəstələrə qoşulmaq üçündür.
Qeyd edək ki, döyüşdə düşmənlərin sayı iki dəfədən artıq
olarsa, qaçmaq “caiz”dir. Yox, düşmənin sayı iki dəfədən çox
deyildirsə, qaçmaq haramdır. Qüdrətli və Böyük Allah buyu-
rur: “İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir
zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa,
iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın
izni ilə qələbə çalar. Allah səbr edənlərlədir!” (əl-Ənfal, 66).
“Mühəzzəb” kitabında deyilir: “Onların sayı müsəlmanların sa-
yından iki dəfədən çox olarsa, qaçmaq caizdir”. Amma onlar
təxmin etsələr ki, məğlub olmazlar, qaçmayıb səbat göstərmək

1
Şafei. əl-Umm, IV cild, səh. 92.
2
İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə
ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 313.
İslam fikri metodologiyasının islahı 173
daha yaxşıdır. Yox, təxmin etsələr ki, həlak ola bilərlər, iki
hal özünü göstərir: a) çəkilib getmək lazımdır. Allah Təala
buyurur: “Özünüzü öz əlinizlə təhlükəyə atmayın”; b) çəkilib
getmək müstəhəbdir. Çünki öldürülsələr, şəhid olacaqlar.
Kafirlərin sayı müsəlmanlarınkından iki dəfə çox deyildirsə
və onlar məğlub olacaqlarını təxmin etmirlərsə, qaçmaq caiz
deyildir. Yox, zənn etsələr ki, məğlub ola bilərlər, iki hal özü-
nü göstərəcək: a) qaçmaq caizdir. Çünki Allah Təala buyurur:
“Özünüzü öz əlinizlə təhlükəyə atmayın”; b) qaçmaq caiz deyil.
Çünki ayənin zahiri mənası bunu deyir. Hakim deyib: “Bu,
vuruşanın zənni və ictihadı ilə bağlı məsələdir. Müqavimət
göstərə biləcəyini zənn etsə, qaçmaq haramdır. Yox, məğlub
olacağını zənn etsə, cihaddan boyun qaçırmamaq şərti ilə qaçıb
digər dəstəyə (uzaq olsa belə) qoşulması caizdir”.
İmam Malikə görə İbn Macşun deyib: “Zəiflik sayda deyil,
gücdədir. Odur ki düşmənin atları sürətli, silahları yaxşı və
gücü çox olarsa, bir müsəlmanın bir kafirdən qaça bilər. Bu ki
aydın məsələdir”1.
Bu, müəllifin mövzu ilə əlaqədar dedikləridir. Güc anlayışı-
nın nəzəri və əməli təhlilinə, demək olar ki, müəllifin söylədik-
lərində rast gəlinmir. Qeyd edək ki, XX əsrin bir sıra müsəlman
müəllifləri sözügedən anlayışa bu baxımdan toxunmamışlar.
XX əsrdə ənənəvi baxışdan qurtula bilməyən müasir müəllif
nə dərəcədə dövlət adamını təmsil edə bilər?! Görəsən, bu
yazıların, çalışmaların İslam dünyasının reallıqları ilə əlaqəsi
vardırmı?!

1
Seyyid Sabiq. Sünnəni necə başa düşməli? Küveyt: “Dar əl-bəyan”
nəşriyyatı, səh. 1968, XI cild, səh. 127-128.
174 Üçüncü fəsil

Güc anlayışının müasir məzmunun bu dərəcədə araşdırıl-


ması, təbii ki, ənənəvi nəticəni doğuracaqdır: güc dedikdə say
başa düşülür! Ənənəvi yanaşmaya “sadiq” qalmaq o deməkdir
ki, müsəlmanların sayı çox olarsa, qalib gələcəklər!
Əsas strateji prinsip bu idi ki, bir şəxs düşmənindən
güclüdürsə, ona qalib gələcəkdir, – geniş mənada güc dedikdə
məhz bu başa düşülür. Müasir araşdırmalar göstərir ki, güc
özündə insan həyatının bütün komponentlərini (hərbi, texniki,
iqtisadi, psixoloji, mənəvi) ehtiva edir.
Məşhur fəqih İbn Rüşd güc anlayışını sırf fiziki bərabərliklə
əlaqələndirdiyindən səhvə yol vermişdi. O, İmam Malikin
görüşlərini “Zəiflik gücdədir, sayda deyil” kimi xülasə etmiş-
di. Onu da deyək ki, İmam Malik “güc” sözündən istifadə
etməyib. Amma güc anlayışı ilə həmin sözün müqayisəsi o hal-
da doğrudur ki, İmam Malik güc anlayışını təkcə maddi (fiziki)
güclə məhdudlaşdırmasın. Bu nöqteyi-nəzərə görə, düşmənin
gücü müsəlmanlarınkından çox olsa, müsəlmanlar uduzacaq-
lar. Əsas problem güc sözünün maddi və mənəvi tərəfləri ilə
başa düşülüb-düşülməməsidir. Hər bir halda, İmam Malik güc
dedikdə fiziki gücü (düşmənin silahdan, atlardan məharətlə
istifadə etməsi) nəzərdə tutmuşdur. Deməli, İmam Malikə görə,
düşmən daha yaxşı hazırlıqlıdırsa, silah-sursat və minik sarıdan
üstündürsə, müsəlmanlar döyüşməyə bilərlər. Bundan əvvəl de-
dik ki, zəifin aqibətinə məğlubiyyət, güclünün də nəsibinə
qələbənin yazılmağı aksiomatik məsələdir. Bu aksiomatik prob-
lemin həllində açar kimi güc anlayışının hərtərəfli izahı (fiziki
və mənəvi baxımdan) çıxış edir.
İslam fikri metodologiyasının islahı 175
Zaman və məkan amilini nəzərə almamağımızın nəticəsidir
ki, “nəsx” məsələsində də ənənədən kənara çıxa bilmirik. Bu
səbəbdən erkən islam təcrübəsinin Məkkə mərhələsi və Mədinə
dövlətinin ilk dövrləri ilə əlaqəli bir sıra prinsiplər sonradan
təsis edilib. Mədinə dövlətinin son mərhələsi diqqətimizi daha
çox cəlb edir. Bu dövrdə Mədinə dövlətinin vəziyyəti güc-
lü dövlətlərin (Əməvilər, Abbasilər...) vəziyyətini xatırlatsa da,
keçmişdə qalmışdı. Odur ki tarixi nöqteyi-nəzərdən “mənsux”
hesab olunur. Müasir müsəlman fəqihləri, dediyimiz kimi,
nəsx məsələsini yenidən izah edərkən ənənədən kənara çıxa
bilməmiş, klassik nəsx anlayışı ilə əlaqəli zaman və məkan
amilini nəzərdən qaçırmışlar. Bu fəqihlər bildirirlər ki, islam
tarixində nəsxdən imtina təşəbbüsünə rast gəlinmədiyi üçün
onlar da onu yenidən izah etməklə kifayətlənmişlər. Məsələn,
“qılınc” ayəsi nəsx məsələsini müzakirədə həmişə aktual olmuş-
dur1. Bir çox mötəbər təfsir ədəbiyyatına görə “qılınc” ayəsi
aşağıdakıdır:
“...Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlar-
la vuruşun...” (ət-Tövbə, 36).
Sərəxsi İmam Şeybaninin “əs-Siyər əl-kəbir” kitabını şərh
edərkən yazmışdı:
“Nəticə budur ki, cihad və döyüş əmri müəyyən ardıcıllıqla
olmuşdur. Əvvəl-əvvəl Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!)

1
Mustafa əbu Zeyd. Nasix və mənsux ayələr: tənqidi araşdırma. Qahirə:
“Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, I cild, səh. 11, 504; Vəhbə Züheyli.
Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: “əl-
Məktəbə əl-hədisə”, 1965, səh. 56.
176 Üçüncü fəsil

dini insanlara çatdırıb müşriklərdən üz döndərmək əmr edil-


mişdi. Allah Təala buyurur:
“(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ
et və müşriklərdən üz döndər!” (əl-Hicr, 94); “...Sən (müş-
riklərdən) yaxşıca üz döndər” (əl-Hicr, 85). Sonra əmr olundu
ki, onlarla ən gözəl şəkildə mübahisə etsin: “Sən rəbbinin yo-
luna hikmətlə, gözəl öyüd-nəsihətlə çağır”; “Kitab əhli ilə ən
gözəl şəkildə mübahisə edin”.
Sonra onlara savaşmaq izni verildi: “Zülmə məruz qaldıqları-
na görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə)
izin verilmişdir...”. Sonra əmr olundu ki, zülmə məruz qaldıq-
larında döyüşə başlaya bilərlər. Daha sonra haram ayların başa
çatması şərti ilə döyüşmək əmr olundu: “Haram aylar başa
çatdıqda müşriklərlə döyüşün”. Nəhayət, ümumiyyətlə savaş-
maq əmr olundu: “Allah yolunda döyüşün və bilin ki, Allah
eşidəndir, biləndir”.
Əmr bu şəkildə bərqərar oldu. Əmrin ümumiliyi zərurəti bil-
dirir ki, bu da dini gücləndirmək, müşrikləri məğlub etməkdir”1.
Vəhbə Züheyli qeyd edir ki, VIII əsr müsəlman hüquqşünas-
larına görə müsəlmanlarla başqalarının münasibətlərində əsas
cəhət müharibədir. Buna səbəb onların nəsxdən ifrat forma-
da istifadə etmələri olmuşdur2. Onlar Quranı başa düşmədə
uzaqgörənlik göstərməmiş, hər bir ayəni əlahiddə, özü də za-
hiri mənada nəzərdən keçirmişdilər. Müxtəlif ayələri kompleks
nəzərdən keçirmək onlara yad olmuşdur. “Zahiri ziddiyyətin

1
Şeybani. “Siyər”in şərhi, I cild, səh. 188.
2
Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma.
Dəməşq: “əl-Məktəbə əl-hədisə”, 1965, səh. 130-131.
İslam fikri metodologiyasının islahı 177
doğurduğu təşvişdən xilas olmaq üçün onlar iddia edirdilər ki,
müəyyən ayə başqa ayəni qüvvədən salmışdır (nəsx etmişdir)”.
Bəlkə də, belə fiqhi yanaşma dövrə görə doğrudur. Züheyli
bildirir ki, bu yanaşma o dövrdə müsəlmanların düşmənlər
qarşısında tab gətirmək, islamı və ümməti qorumaq üçün da-
ima müharibəyə hazır olmaq zərurətindən irəli gəlirdi. Belə
bir siyasi şəraitdə nəsxdən bu cür istifadəni başa düşmək heç
də çətin deyildir. Çünki bu, düşmənlə üz-üzə gələn müsəlman
əsgərinə mənəvi güc verirdi. Nəzərə alınsa ki, müharibələr şəri
dəf etmək vasitəsi idi və düşmənlər etiqad (vicdan) azadlı-
ğı prinsipini heç vaxt qəbul etməmişdilər, onda müsəlmanlar
müharibələrə öz təhlükəsizliyini qorumaq baxımından bir
zərurət kimi yanaşırdılar. Deməli, darülislam-darülhərb arasın-
dakı ənənəvi münasibətlərdə müharibə qəbul edilmiş vasitə
sayılırdı.
İndiki dövrdə beynəlxalq sistem dünya xalqları arasındakı
münaqişələri azaltmaq üçün seçim və alternativlər təqdim etmə-
yə cəhd göstərir. Çünki dövlətlər arasında siyasi münaqişələrin
həllində müharibələrin legitim vasitə olaraq seçilməsi çox
təhlükəlidir. Ənənəyə sadiq müsəlman mütəfəkkirləri məlum
nəsx üsulunu metod olaraq seçdiklərindən çıxılmaz vəziyyətə
düşmüşlər. Çünki bu üsulda Məkkə və Mədinədə müsəlman–
qeyri-müsəlman münasibətlərinin təbiəti nəzərə alınmayıb. Möv-
zunu araşdırmış Vəhbə Züheyli bu nəticəyə gəlmişdir: “Fəqih-
lərin “Münasibətlərin əsasında müharibə dayanır” sözü kiməsə
dəlil ola bilməz. Çünki bu yanaşmanı Quran və Sünnədən heç
178 Üçüncü fəsil

bir arqument təsdiqləmir. Bu görüş dövrə uyğun çıxarılmış


hökm qəbilindəndir”1.
Qurani-Kərim dünyanın hər yerində müsəlmanlar üçün həm
sosial quruluşun, həm də fərdi münasibətlərin dəyər əsasını
təşkil edir. Müsəlmanlar islamın onlar üçün müəyyənləşdirdiyi
ideal prinsiplərə düzgün riayət etməsələr də, həmişə Qurandan
təsirlənmiş, ona tabe olmuşlar. Odur ki bu həqiqəti nəzərə
almayan və ya bunun ziddini təklif edən islah cəhdləri uğur
qazanmır. Amma Quran əsasında indiki vəziyyəti təhlil edərkən
müəyyən məqamlarda zaman və məkan amilini nəzərə almaq
lazımdır.

1
Yenə orada, səh. 135.
İslam fikri metodologiyasının islahı 179

4. “İcma” və dəyişən dünya

“İcma” həmrəylik, hamılıqla razılaşma deməkdir. Şəriətin


əsaslarından biri olaraq “icma” – müəyyən dövrdə bütün
müctəhidlərin bu və ya digər dini məsələ (hökm) barədə eyni
fikirdə olmalarıdır. Qeyd edək ki, Qurana və Sünnəyə zidd
“icma” mövcud deyildir. Belə olan halda “icma”ya riayət hər
bir müsəlman üçün məcburidir. Hüquqşünasların əhəmiyyətli
hissəsinin razılaşdırdığı məsələlər gündəlik beşvaxt namaz,
zəkat və bu qəbil ibadətlərlə əlaqəli məsələlərdir. Əslində bu
məsələlər həm Qurana, həm Sünnəyə, həm də səhabələrin (Al-
lah onlardan razı qalsın!) “icma”sına görə sabit vacib ayinləri ifadə edir.

Digər məsələlərə gəlincə, mütləq mənada “icma”ya rast gəlmək


mümkün deyildir. Əksinə, bu kimi məsələlər müxtəlif fiqh
məktəbləri arasında davamlı mübahisə obyekti olmuşdur1.
Bəzi müəlliflər nikbinliklə qeyd edirlər ki, yeni islam fiqhi-
nin inkişafında “icma”dan bir vasitəsi olaraq istifadə etmək
həmişə mümkündür2. Amma ənənəvi fikri abı-hava ilə səciyyə-
lənən mövcud şəraitlə, xüsusən də “üsul”la əlaqəli əsas proble-
mi nəzərdən qaçırmamalıyıq; Hər hansı bir məsələdə “icma”nı
müəyyən etmək şərt deyildir. Əsas məsələ şəraitə uyğun
“icma”nı birdəfəlik qanun (hökm) halına gətirməkdir.
1
Məhəmməd əbu Zəhrə. İmam Malik: həyatı, dövrü, görüşləri və fiqhi
baxışları. Qahirə: “Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, səh. 324-325.
2
Əbdülvəhhab Xəllaf. Fiqhin əsasları. Küveyt: “əd-Dar əl-küveytiyyə”,
1968, səh. 149; Sübhi Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin
vəziyyəti: keçmişdə və indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1965, səh. 150.
180 Üçüncü fəsil

Ənənəçi fəqihlər “icma”nı bütün müctəhidlərin razılaşdırdığı


şey olaraq qəbul edirlər. İndiki dövrdə bu, mötəbər, nüfuzlu
alimlərin konsensusu deməkdir. Amma indiki dövrdə bu cür
tərif qənaətbəxş görünmür. Çünki həmin alimlər bir müsəlman
mütəfəkkirin dünyagörüşünü formalaşdıran anlayışları qəbul et-
məyə bilərlər. Habelə onların təlimləri bugünkü dəyişiklikləri
əks etdirmir. Bu səbəbdən onların görüşləri çox vaxt mövcud
vəziyyətə aydınlıq gətirmir.
Aydın məsələdir ki, ənənəvi sadə “icma” prinsipi yeni ictimai
quruluşla səsləşmir. Çünki indiki dövrdə xüsusən beynəlxalq
münasibətlərlə əlaqəli qanunların hazırlanması, siyasi kursların
müəyyən edilməsi mürəkkəb üsullar, ənənəvi olmayan nöqteyi-
nəzərlər tələb edir.
Həmçinin müəyyən mövzularda artıq mövcud olan “icma”
indiki dövrdə tələb edir ki, cəmiyyətin digər qruplarının da razı-
lığı əldə olunsun. Özü də o cəmiyyətlərdə ki, “icma” əməliyyatı
üçün yalnız müsəlman alimlərin “hə”si kifayət deyildir1. Bu-
nunla yanaşı, zaman və məkan baxımından hey dəyişən dünya-
mızda, özü də beynəlxalq münasibətlər kimi çevik təbəddülat
tələb edən sahələrdə daimi “icma” prinsipini tətbiq etmək çox
çətindir.

1
Müəllifin bu iddiası özlüyündə mübahisəlidir. Çünki “icma” hər hansı bir
problemə islamın baxışını ortaya çıxaran konsensusu ifadə edir. Müsəlman
olmayan qrupların və ya mütəxəssislərin yeni problemlərə baxışında islam
nöqteyi-nəzəri əsas götürülmədiyindən onların yanaşması “icma”nın təsis
edilməsində rol oynaya bilmir – tərcüməçinin qeydi.
İslam fikri metodologiyasının islahı 181

5. Əsas çatışmazlıqlar:
obyektiv empirik yanaşma və hərtərə#li
sistemləşdirmənin olmamağı

Bundan əvvəl izah etdik ki, ənənəçi və müasir mütəfəkkirlər


(həm də fəqihlər) əksər hallarda zaman və məkan amilini nə-
zərdən qaçırmışlar. Biz bu hala ənənəvi islam metodologiyasının
təsis və tətbiq edilməsində də rast gəlirik. Bu metodologiyanı
müşayiət etmiş digər iki çatışmazlıq da vardır. Bu çatışmaz-
lıqlar faktların toplanması və praktik dəlillərin müqayisəsində,
sistemləşdirici üsulların istifadəsində özünü göstərmişdir.

5.1. Empirik metodun olmamağı

Müsəlman fəqihləri dini mətnlərdən hökm çıxarmaq əməliy-


yatını (istinbat) biliyi kəsbdə əsas vasitə hesab etmişlər. Onla-
ra görə bu vasitə daxili və xarici müstəvidə şəriət hökmlərinə
uyğun ictimai quruluşu saxlamağın da başlıca vasitəsi idi. On-
lar bunu “fiqh hökmlərini çıxarma qaydaları” (üsul istinbat
əl-fiqh) adlandırmışdılar1. Hər nə olursa olsun, müsəlmanlar
təbiət elmlərində (tibb, riyaziyyat, coğrafiya) ağılla yanaşı, nəqlə
də əsaslanmışlar. Deməli, bu mənada onlar həm empirik, həm
də eksperimentator idilər, deduktiv və induktiv metodlardan

1
Əbdülvəhhab Xəllaf. Fiqhin əsasları. Küveyt: “əd-Dar əl-küveytiyyə”,
1968, səh. 11-12; Məhəmməd əbu Zəhrə. Əhməd ibn Hənbəl: həyatı,
yaşadığı dövr, görüşləri və fiqhi. Qahirə: “Dar əl-fikir əl-ərəbi” nəşriyyatı,
1947, səh. 205.
182 Üçüncü fəsil

istifadə edirdilər. Amma sosial elmlər (siyasət, psixologiya, so-


siologiya, sosial psixologiya) yaranıb inkişaf etməmişdi. Çünki
empirik və sistemli induktiv yanaşma mövcud deyildi. İnsanı,
təbiətini və ictimai mahiyyətini öyrənən ciddi elmi araşdırma-
lar aparılmamışdı. Bəlkə də, bu sahədə yeganə istisna XIV əsrin
görkəmli müsəlman alimi və mütəfəkkiri, müasir sosial elmlərin
“rüşeym”lərini işləyib hazırlamış Əbdürrəhman ibn Xəldundur
(1332-1406).
Qeyd olunmalıdır ki, islam dünyasında bu cür qeyri-bəra-
bər inkişafın iki əsas səbəbi vardır. Birinci səbəb, bundan
əvvəl dediyimiz kimi, əsası Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!)
tərəfindən qoyulan və dini mətnlərdən “qidalanan” ictimai qu-
ruluşun müsəlmanların nəzərində qənaətbəxş olmağıdır. İkinci
səbəb isə IX əsrdə mö`təzili alimlərinin ağıl və vəhy məsələsinə
islam kontekstində yanaşa bilməməkləridir. Bu səbəbdən onlar
islamda rasional fəlsəfənin inkişafı üçün daimi və dəyişməz
əsaslar təsis edə bilməmişdilər1.
IX-X əsrlərdə həm yunan fəlsəfəsi, həm də ağıl-nəql prob-
leminə mö`təzililərin qeyri-ənənəvi münasibəti əleyhinə abı-
hava formalaşmışdı. Nəticə etibarı ilə, mötəzili təcrübəsinə

1
E.J. Rosenthal, Political Thought in Medieval Islam (Cambridge: The
Cambridge University Press, 1958, pp. 114-115; E. Qoldzier. Klassik sünni
alimlərinin qədim xalqların elmlərinə münasibəti // “İslam mədəniyyəti
və yunan irsi” – görkəmli şərqşünasların araşdırmaları. Qahirə: “Dar ən-
nəhzə əl-ərəbiyyə” nəşriyyatı, 1965, səh. 123-172; Məhəmməd əbu Zəhrə.
İslam kölgəsində bəşər cəmiyyəti. Beyrut: “Dar əl-fikir” nəşriyyatı, (tarix
göstərilməyib), səh. 17-30; T.C. de Bur. İslam fəlsəfəsi tarixi / ərəb dilinə
tərcümə edən: Məhəmməd Əbdülhadi əbu Ridə. Qahirə: “Ləcnə ət-təlif
vət-tərcəmə vən-nəşr”, 1957, səh. 95-125.
İslam fikri metodologiyasının islahı 183
məhdudiyyət qoyulmuş, müsəlman sosial elmlərində empirik
yanaşma tənəzzül etmiş, sistemli tədqiqatlar aparılmamışdı1.
Məsələn, XII əsrdə İmam Əbu Hamid əl-Qəzalinin “Filosofla-
rın tutarsızlığı” kitabı rasional təfəkkür əleyhinə savaşda2 dönüş
nöqtəsi sayılır.
Bu cür yanaşma ənənəvi təhsil sistemində də öz əksini tap-
mışdı. Bu sistem dini mətnlər üzərində köklənmişdi. Sistemli
rasional biliklər lazımi şəkildə inkişaf etdirilməmişdi. Biz bu
hala qanunlarla, sosial quruluşla əlaqəli məsələlərdə də rast
gəlirik3. Quranın mədəni nümunəvilik (şahidlik) konsepsiya-

1
A. Hourani, Arabic Thought, p. 18; H.A.R. Gibb, Studies on the
Civilization of Islam. Ed. By Stanford J. Shaw and William R. Polk
(Boston: Beacon Press, 1962), pp. 10-14, 148-149; W. Montgomery Watt,
Islamic Political Thought: The Basic Concepts (Edinburgh: Edinburgh
University Press, 1968), pp. 126-127.
2
Müəllifin bu yanaşmasında subyektivliyin və ənənəvi yanaşmadan kənara
çıxa bilməməyin şahidi oluruq. Məlum dövrə aid materialları araşdırdıqda
aydın olur ki, Orta əsr Müsəlman dünyasında ağıla, rasional təfəkkürə qarşı
abı-hava mövcud olmamışdır; əksinə, müsəlman ilahiyyatçıları (Qəzali,
İbn Teymiyyə və s.) islamın irrasional mahiyyətli əsaslarını rasional
təfəkkürün süzgəcindən keçirmək istəyən fəlsəfi-rasional yanaşmalara qarşı
cəbhə açmışdılar. Məsələ ağıl, rasional təfəkkür məsələsi deyildi, dinin
inanmaq tələb olunan konsepsiyalarını fəlsəfi metodlarla izah etməyə
cəhd məsələsi idi. Qəzalinin əsərlərinin bütöv korpusunun təhlili göstərir
ki, o, ağıla, rasional təfəkkürə deyil, islamın etiqad əsaslarını – məsələn:
Allahın, mələklərin, vəhyin, axirətin... mahiyyətini yunan fəlsəfəsi əsasında
izah cəhdlərinə qarşı çıxmışdır. Qəzalini fəlsəfi təfəkkür deyil, süni şəkildə
islamlaşdırılan Aristotel fəlsəfəsi narahat edirdi – tərcüməçinin qeydi.
3
Fazlur Rahman, Islamic Methodology in History (Karachi: Central
Institute of Islamic Research, 1965), pp. 168-179; Məhəmməd Fəthi
Osman. İslam fikri və inkişaf. Küveyt: “əd-Dar əl-Küveytiyyə” nəşriyyatı,
1969, səh. 535-547.
184 Üçüncü fəsil

sı ilə səsləşməyən bu yanaşma mövcud vəziyyətin qorunub


saxlanmasında maraqlı olan mühafizəkarlar tərəfindən məqbul
sayılmışdı. Nəticə olaraq, sosial tədqiqatlara və qərarlara təsir
edəcək münasib ideyalar yaranmadı. İş o yerə çatdı ki, ictimai
elmlərdə sistemli yanaşma prinsipi birdəfəlik “qeyb”ə çəkildi.
Bu səbəbdən “siyər” formal şəkildə öyrənildi.
Fəqihlər dini hökmləri təsis edərkən subyektiv yanaşmadan,
sahib olduqları biliklərdən çıxış edirdilər. Habelə sosial elmlərdə
empirik metodlardan istifadə etməmək ciddi səhvlərə, parça-
lanma və müxtəlif yanaşmalara səbəb oldu. Qərbdəki yeni me-
todoloji yanaşmaların təsiri altında müsəlmanlar tələm-tələsik
öz dini mətnlərini yeni faktlar əsasında izah etməli oldular.
Buna baxmayaraq, onlar ictimai elmlər, qanun və sistemlər, o
cümlədən beynəlxalq münasibətlər sahəsində yeni, ciddi və bü-
töv tədqiqatlar apara bilmədilər. Hələ də müsəlman dünyasın-
dakı təhsil sistemi bu istiqamətdə orijinallığa möhtacdır. Çünki
bu sistem əcnəbi təhsil sistemlərinin kor təqlidindən başqa bir
şey deyildir.
Qeyri-empirik yanaşmanın sosial tədqiqatlara və müsəlman
ictimai quruluşunun inkişafına necə təsir etdiyinə dair üç mi-
sala nəzər salaq.
Birinci misal döyüşdə müsəlmanlar və müşriklərin say nis-
bəti ilə əlaqəlidir. Quranın “Ənfal” surəsinin 66-cı ayəsində bu
haqda danışılır. Güc probleminə sistemli və empirik yanaşma
imkan verəcəkdir ki, ayədəki say nisbətinin nə üçün məlum
rəqəmlərlə göstərildiyini başa düşək. Belə yanaşma isbatlayır ki,
güc sayda deyildir. Çünki döyüşçülərin sayı ordunun gücünün
yalnız bir tərəfini əks etdirir. Quranda say nisbətinin 1:10 –dan
İslam fikri metodologiyasının islahı 185
1:2 –ə dəyişdirilməsi də erkən dövrdə müsəlmanların gücünü
əmələ gətirən komponentlərin dəyişilməsini göstərir. Məlum
məsələdir ki, müasir dövrdə müharibələr daha ağır formada baş
verir; gücü müəyyən edən komponentlərin sayı da artmışdır.
Hətta güc amili partizan və nüvə müharibələrində müvafiq
surətdə dəyişir.
İkinci misal ağacları kəsmədə, yaşayış məskənlərini dağıt-
mada, mal-qaranı öldürmədə ordunun səlahiyyət sahibi olub-
olmamağı ilə əlaqəlidir. Böyük fəqih və filosof İbn Rüşdün
dediklərinə nəzər salaq:
“(Döyüşən ordunun ağacları kəsməsi, yaşayış məskənlərini
dağıdıb, mal-qaranı tələf etməsi barədə) onların (fəqihlərin)
arasındakı fikir ayrılıqlarının səbəbi Əbubəkrin bu məsələdə
etdiyinin Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) etdiyinə əks
olmağıdır. Məlumdur ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!)
Bəni-Nəzir qəbiləsinin xurmalıqlarını yandırtmışdı. Əbubəkr
isə (ordunu müharibəyə yola salarkən sərkərdələrə) demişdi:
“Ağacları kəsməyin, abad yerləri xarabazara çevirməyin”. Kim
zənn etsə ki, Əbubəkrin bu hərəkəti yerə (məkana) görədir,
onda Əbubəkr bunu Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!)
hərəkətinin “nəsx” olunduğunu bildiyi üçün etmişdir. Çünki
Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) bunu etdiyini bildiyi hal-
da Əbubəkr onun əksinə hərəkət etməzdi. Kim də hesab etsə
ki, bu hal təkcə Bəni-Nəzirlə məhdudlaşır, Əbubəkrin dediyini
demişdir. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) hərəkətinə eti-
mad göstərən və başqalarının sözünü əsas götürməyən kəs isə
ağacların yandırılmasını təsdiqləyir. Malik heyvanlarla ağaclar
186 Üçüncü fəsil

arasında fərq qoymuşdur. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!)


heyvanları öldürtməsi haqda heç bir rəvayət bizə çatmayıb”1.
Sərəxsi bu məsələyə belə münasibət bildirir:
“Abadlaşdırmağa can atmaq təriflənən hərəkət olduğu kimi,
xarabazarlığa çevirmək də pislənən davranışdır. Lakin deyirik
ki, onların (düşmənlərin) gücünü zəiflətmək üçün əgər insan-
ları öldürməyə icazə verilirsə – bu ən böyük haramlardan biri-
dir, – onda binaları dağıtmaq, ağacları kəsmək adi şeydir. Axı
birinci məsələ (müharibədə qarşı tərəfin adamlarını öldürmək)
caizdir”2.
Təbii ki, bütün bu mübahisələrin indiki dövrə aidiyyəti
yoxdur. İndiki dövr müharibələrində kütləvi qırğın qaçılmaz
hala çevrilib. Amma burada bizi maraqlandıran cəhət budur
ki, həmin mübahisəni müharibələri empirik və rasional ba-
xımdan təhlil edə bilməmək doğurub. Tarixə nəzər salsaq,
əmin olarıq ki, nə Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!), nə
də Həzrəti Əbubəkr verdikləri həmin əmrlərlə ordunun hər
gün riayət edəcəyi konkret hərbi təlimatları nəzərdə tutma-
mışlar. Bununla yanaşı, onlar dəyişkən şəraitə uyğun olaraq,
ordu sərkərdələrinin düşmənə qarşı münasib tədbirləri görmək
səlahiyyətini məhdudlaşdırmamışdılar.
Məlum olur ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) və
Həzrəti Əbubəkr (Allah ondan razı qalsın!) şəraitə uyğun hərəkət etmiş,
mövcud vəziyyəti nəzərə almışdılar. Bəni-Nəzir hadisəsi zama-
nı Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) müsəlmanlara ədavət

1
İbn Rüşd. Bidayə əl-müctəhid nihayə əl-müqtəsid. Ər-Riyad: “Məktəbə
ər-Riyad əl-hədisə” nəşriyyatı, I cild, səh. 311-312.
2
Şeybani. “Siyər”in şərhi, I cild, səh. 43.
İslam fikri metodologiyasının islahı 187
və nifrət bəsləyən, Mədinənin arxasındakı qalalarda yaşayan
bir düşmənlə üz-üzə qalmışdı. Bu səbəbdə Peyğəmbər qərara
gəlmişdi ki, yəhudiləri qaladan çıxarıb təslim olmağa məcbur
etmək üçün onları güzəranlıq mənbələrindən məhrum etsin.
Çünki həmin qəbilə bol su mənbələrinə, xurma bağlarına sahib
idi ki, bu da onu daimi qida ilə təmin edirdi. Peyğəmbər (Ona
Allahın xeyir-duası və salamı olsun!) bu bağları məhv etməklə hərbi strategiya-

sını həyata keçirmiş oldu: yəhudi cəbhəsi sıradan çıxarıldı və


müsəlmanlar əsas qüvvələrini birləşmiş Qüreyş ordusuna qarşı
yönəldə bildilər.
Əbubəkrə (Allah ondan razı qalsın!) gəlincə, vəziyyət tam fərqli idi.
Belə ki o, müsəlman ordusunu geniş ərazilərə göndərmişdi.
Habelə buraların əhalisi – suriyalı və iraqlılar müsəlmanlara
qarşı düşmənlə müttəfiq halında deyildilər; əksinə, Bizans
və Sasani zülmü altında əzilirdilər. Bu səbəbdən bu xalqların
ruzi mənbələrini məhv etmək axmaqlıq olar, nəticədə onlar
müsəlmanlara nifrət edə, düşmənə çevrilə bilərdilər. Bu tor-
paqlara göndərilmiş müsəlman ordularının əsas məqsədi həmin
xalqların sevgisini qazanmaq idi. Bütün bunlar əslində Quranın
əxlaq prinsipləri və dəyərlərini göstərir. Quran əmr edir ki,
yer üzündə fitnə-fəsad çıxarmaq, savaşlarda belə ifrata varmaq
olmaz; zərurət olmazsa, qılınca əl atmaq yolverilməzdir. Şübhə
yox ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) və Həzrəti Əbubəkr
(Allah ondan razı qalsın!) hər zaman, o cümlədən qələbə çaldıqlarında,

insanları himayə etdiklərində bu prinsipləri əsas götürmüşlər.


Üçüncü misal “nəsx”in bir sıra məsələlərdə oynadığı roldan
bəhs edir. Elə “qılınc” ayəsini götürək. Müasir müsəlman alimləri
erkən dövr fəqihlərini bu məsələdə nahaq yerə qınayırlar. İddia
188 Üçüncü fəsil

edirlər ki, həmin fəqihlər kompromisə getmiş, ani vəziyyətlərin


diktəsi ilə hərəkət etmişlər1. Bəzi müasir fəqihlərin erkən dövr
hüquqşünaslarının yaşadığı dövrə nabələdliyi üzündən bu cür
səhvə yol vermələrini başa düşmək çox çətindir. Təbii ki, yaşa-
dıqları dövr həmin fəqihlərin düşüncəsinə, dünyagörüşünə təsir
etmişdir. Və onlar Məkkə ilə başlanıb, Mədinə ilə başa çatan
Quran təcrübəsini də nəzərə almışdılar. Belə ki İslam tarixinin
ilk əsri Mədinə dövrü (628-632) ilə başlanır. Müsəlmanlar
bu dövrdə vəziyyəti nəzarətdə saxlaya, düşmənlərinə üstün
gələ bilmişdilər. Habelə Əməvilər və ilk Abbasilər zamanın-
da fiqh və fiqh üsulu elmlərinin də meydana gəldiyi “tədvin”
(müxtəlif biliklərin toplanıb təsnif edilməsi) dövrü erkən
Mədinə dövründə olduğu kimi uğurlu təcrübə sayılmalıdır.
Bəlkə də, bu məsələdə fəqihlərin böyük əksəriyyətinin – cüm-
hurun mövqeyini haqlı saymaq mümkündür. Belə ki onlar
erkən Məkkə və Mədinə təcrübəsini “nəsx” əməliyyatları ilə
“qüvvə”dən salmışdılar. Şübhə yoxdur ki, Məkkə və Mədinədəki
islam hərəkatını, Ərəbistan yarımadasında müsəlman – qeyri-
müsəlman münasibətlərinin inkişafını ciddi şəkildə təhlil etmək
və empirik cəhətdən öyrənmək, bəlkə də, “nəsx” üsulunun
müxtəlif formalarda tətbiqinə, əlaqədar ayələrdən digər hüquqi-
qanuni nəticələrin çıxarılmasına gətirib çıxarmışdır.
Yuxarıdakı üç misalı Orta əsr Müsəlman dünyasında hökm
sürmüş yanaşmalar və şərait çərçivəsində başa düşmək müm-

1
Mustafa əbu Zeyd. Nasix və mənsux ayələr: tənqidi araşdırma. Qahirə:
“Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, II cild, səh. 506-508; Vəhbə
Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq:
“əl-Məktəbə əl-hədisə”, 1965, səh. 79-81, 108, 113, 135-138, 192.
İslam fikri metodologiyasının islahı 189
kündür. Laikin indiki dövrdə həmin yanaşmalara sadiq qalmaq,
ənənədən kənara çıxa bilməmək yolverilməzdir. Çünki bu, in-
diki dövrdə islamın bir sıra məqsədləri ilə üst-üstə düşmür.
Ümumiyyətlə, müsəlman dövlətləri islam sosial fikrinin yeni
formatına möhtacdır. Elə bir formata ki, sosial həyatın müxtəlif
tərəfləri və sahələrini sistemli və məqsədyönlü şəkildə araşdırır.
Belə olan halda yaşamağa və islam dəyərlərini qorumağa qa-
dir yeni fəlsəfi-mənəvi quruluş (sistem) inşa etmək mümkün
hala gələcəkdir. Bu məqsədi həyata keçirərkən aparılan sosial
tədqiqatlarda induktiv və deduktiv metodları düzgün şəkildə
tətbiq etmək lazımdır. Əsas mənbələr dəyişilmədiyi üçün XI
əsrdə “ictihad qapısının bağlanmağı” təəccüblə qarşılanmama-
lıdır.
Həmçinin fiqhi və sosial araşdırmalarda yeni stimulların
olmamağı qeyri-ənənəvi hökmlərin sistemli empirik yanaşma
əsasında çıxarılmasını zəruri etməyib1.
Müsəlman sosial elmləri və ictimai tədqiqatlar orijinal məz-
mun kəsb etmədikcə, həm dini mətnlərə, həm də empirik me-
todlara (deduksiya, induksiya...) əsaslanmadıqca ictihad qapısı
praktik səbəblərdən bağlı qalacaq, islam fikri yaradıcılıq və di-
namiklikdən uzaq olacaqdır.

1
H.A.R. Gibb, Modern Trends in Islam, p. 124.
190 Üçüncü fəsil

5.2. Bütöv metodoloji


sistemləşdirmənin olmamağı

Quran tə`vili haqda danışarkən professor İsmayıl Faruqi bö-


yük fəqih və müfəssirlərin yazdıqlarındakı sistemli problemlərə
toxunur:
“Deməliyik ki, sələflərimiz böyük işlər görmüş, zəngin miras
qoyub getmişlər. Buna baxmayaraq, onlar bu üsuldan (aksioloji
sistemləşdirmə) istifadə etməyiblər. Onların elmi nailiyyətləri
və müdrik ideyalarından hər zaman istifadə etməliyik, – bunu
inkar etmək qeyri-mümkündür. Amma onlardan heç kəs bu-
gün ehtiyacımızın olduğu aksioloji təsnifatı (və ya metodoloji
sistemləşdirməni) aparmamışdır”1.
Fəzlürrəhman da deyilənlərlə razılaşır2:
1
Ismail R. Al-Faruqi, “Towards A New Methodology For Quranic
Exegesis” Islamic Studies I, (March, 1962), p. 47.
2
Fəzlürrəhmanın islam hüququnun sistemliliyi probleminə dair tənqidi
mülahizələri ilə tanış olmadan əvvəl onun tənqid etdiyi məsələ haqda bir
sıra fundamental əsərləri oxumaq lazım gələcəkdir. Əks halda, oxucuda
hüquqi mirasa və Sünnəyə naqis baxış formalaşacaqdır. Fəzlürrəhman
kimi tədqiqatçının klassik islam irsinə münasibətdə yanılması onda idi ki,
“şəraitə uyğun qaydalar” məntiqini diqqətdən qaçırmış, müsəlman fiqhini
sonradan sistemləşdirilmiş Qərb pozitiv hüququnun sistematikliyi əsasında
nəzərdən keçirmişdi. Tədqiqatçı fiqhin metodoloji problemlərindən danı-
şarkən özü də metodoloji subyektivliyə yol vermişdi. Yuxarıdakı iqtibasda
professor Faruqi də eyni problemə toxunur, lakin onu da vurğulayır ki,
indiki dövrdə ehtiyacın yarandığı sistemləşdirmə işi o dövrdə aparılma-
yıb. Bununla da o, müsəlman fiqhinin yarandığı və inkişaf etdiyi dövr
üçün münasibliyini təsdiqləmişdir. Təəssüf ki, Fəzlürrəhman problemi
işləyərkən tarixiliyin şərtlərini nəzərdən qaçırmışdır – tərcüməçinin qeydi.
İslam fikri metodologiyasının islahı 191
“Fiqhi irsimizin heyrətamiz və başlıca səciyyəvi cəhəti bu-
dur ki, hissələri müxtəlifdir, mövzu və formaları bir-biri ilə
əlaqəli deyildir. Bu üzdən fiqhdə möhkəm sistematikliyə rast
gəlmirik... Əslində adi tədqiqatçı da belə fiqhi “toz dənələr”ini
(dağınıq dənələri) müşahidə edə bilir. Bu, əslində əksər forma-
ları dağınıq olan fikri inkişafdır. Odur ki ona bir sistem kimi
deyil, dağınıq toz dənələrinin nəhəng məcmusu olaraq baxmaq
lazımdır. Və bu topada hər bir toz dənəsinin ayrıca nüvəsi var-
dır ki, bu da özlüyündə əlahiddə sistemdir. Ümumiyyətlə, fiqh
qanunverici sistemin başlıca materiallarından ibarətdir. Lakin o,
özlüyündə qanunverici sistem deyildir. Biz fiqhi digər qanunve-
rici sistemlərdən fərqləndirən özünəməxsusluğu inkar etmirik.
Bu, onun islamiliyidir. Onu da etiraf edirik ki, komponentləri
arasında müəyyən qanunauyğunluğun olduğu qanunverici sis-
temə xas məntiqi əlaqədarlıq, fikri bütövlük (islam fiqhində)
mövcud deyildir”1.
Fiqh və “siyər”ə dair ənənəvi çalışmalardakı bütöv sistem-
sizlik bir sıra mövzularda da müşahidə edilir. Hüquq və sosial
islam elmlərində hərtərəfli sistemli yanaşmalara ehtiyac indiki
dövrün problemlərindən biridir2. Əvvəlki fəqih və alimlər bu
problemlə qarşılaşmamışdılar. Çünki məqsədləri sosial quru-
luşu ləğv etmək, mövcud sistemdə köklü dəyişikliklər apar-
maq deyildi; əksinə, onlar əsas diqqəti mövcud sistemin bütün
xırdalıqlarının öyrənilməsinə yönəltmişdilər. Həmin fəqihlərin

1
Fazlur Rahman, Islamic Methodology in History (Karachi: Central Ins-
titute of Islamic Research, 1965), p. 184; Mustafa Əhməd əz-Zərqa. Yeni
müsəlman hüququ: fiqhə giriş. Beyrut: “Dar əl-fikir”, səh. 1-5.
2
N.J. Coulson, A History of Islamic Law, pp. 1-7, 220-221.
192 Üçüncü fəsil

çoxsahəli fəaliyyəti dövrə uyğun idi. Amma indiki dövrdə mü-


səlman ictimai quruluşu yeni dəyişiklik və tələbatların, müxtəlif
təhlükələrin fonunda “laxlayıb”. Özü də elə laxlayıb ki, həyatda
qalmaq və ya keçmiş quruluşu qoruyub saxlamaq qeyri-müm-
kün hala gəlib.
Bugün müsəlman mütəfəkkirləri ictimai quruluşun, sosial
elmlərin, xarici aləmlə münasibətlərin yeni – praktik, məqbul
və konkret formatını işləyib hazırlamalıdırlar. Peyğəmbərin (Ona
Allahın xeyir-duası və salamı olsun!) və böyük səhabələrin qoyub getdikləri

nümunə (bu nümunə əsasında Sünnə hökmlərinin məcmusu


formalaşıb) fəhmdə, islam dəyərləri və nöqteyi-nəzərlərinin
müəyyənləşdirilməsində mühüm rol oynaya bilər. Təhlükələrə
sinə gərəcək, tələbatlarla ayaqlaşacaq yeni ictimai qurulu-
şu həmin quruluş əsasında bina etmək mümkündür, amma
ənənəvi quruluşu indiki dövrdə olduğu kimi “diriltmək” müm-
kün deyildir.
Sistemli və empirik yanaşmamaq dövrümüzün tələbələrinə
də xasdır. Onlar ənənəvi metodlardan istifadə edirlər; erkən
dövrlə əlaqəli fikri hipotezlər irəli sürməkdən, dövrün tələblərini
nəzərə almaqdan uzaqdırlar1.
Hal-hazırda eyni problemdən ənənəçilər kimi modernistlər
də əziyyət çəkir2. Tarixi sistemləri təqlid etmək yad sistemləri

1
Bax: Əllal əl-Fasi. İslam şəriətinin məqsədləri və üstün xüsusiyyətləri.
Kasablanka: “Məktəbə əl-vəhdət əl-ərəbiyyə” nəşriyyatı, 1963, səh. 82-
194; Məhəmməd Məruf əd-Dəvalibi. Fiqh üsuluna giriş. Beyrut: “Dar
əl-elm lil-məlayin” nəşriyyatı, 1965, səh. 256-348.
2
Əbdülvəhhab Xəllaf. Fiqhin əsasları. Küveyt: “əd-Dar əl-küveytiyyə”,
1968, səh. 20-96; Məhəmməd Yusif Musa. İslam fiqhi: sosial münasibətlər
sisteminin tədqiqinə giriş. Qahirə: “Dar əl-kutub əl-hədisə” nəşriyyatı, 1958,
İslam fikri metodologiyasının islahı 193
mənimsəmək qədər səhv addımdır. Çünki hər iki yanaşma bu-
günkü islam dünyasının reallığını hərtərəfli dərk etməyə imkan
vermir.
Bir sözlə, müsəlman mütəfəkkirləri və alimləri başa düşmə-
lidirlər ki, islam sosial quruluşu və həyatının problemlərinə
müvəqqəti və təsadüfi əks-reaksiyalar kifayət etmir; əksinə, ic-
timai-humanitar elm sahələrində ciddi islahatlara, yaradıcı ya-
naşmalara ehtiyac vardır. İslam dünyasının mövcud reallığını
öyrənərkən məqsəd və vasitələr sistematik səciyyə daşımalı,
sosial həyatın mahiyyəti nəzərə alınmalıdır. Təbii ki, islamın
qaydaları və dini mətnlərinə sadiq qalmaq şərtdir. Habelə de-
duksiya və induksiyaya əsaslanan hərtərəfli islam metodologi-
yası təsis etdirməlidir.

6. Nəticələr

1. Problem islam siyasi fikrinin məzmunu və ya mahiyyətin-


də deyil, metodologiyasındadır.
2. Sünnənin isbatlama gücü və mötəbərliyi probleminin ya-
ranmasına müsəlmanların nəzərində sonrakı dövr islam hüqu-
qunun qənaətbəxş olmamağı səbəb olub.

səh. 48, 65-84; Sübhi Məhməsani. Ərəb dövlətlərində qanunvericiliyin


vəziyyəti: keçmişdə və indi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1965, səh. 90-108; S. Ramadan. Islamic Law, pp. 11-12, 184; H.A.R.
Gibb, Modern Trends in Islam, pp. 73, 84, 107, 121-124; Ismail R. Al-
Faruqi, “Towards A New Methodology For Quranic Exegesis” Islamic
Studies I, (March, 1962), p. 47; N.J. Coulson, A History of Islamic Law,
pp. 202-225.
194 Üçüncü fəsil

3. İctihad, fiqh və “siyər” məsələləri ilə əlaqəli problemlər


“üsul”un nə olduğunu başa düşməməkdən, zəruri dəyişikliklərin
edilməməsindən irəli gəlir.
4. Fiqhi hökmləri çıxarma qaydaları (üsul) Orta əsr müsəl-
man ictimai quruluşunu qoruyub saxlamaq üçün təsis edilmiş-
dir.
5. Yeni Qərb yaranıb, sənaye cəmiyyəti qurulduqdan sonra
ənənəvi analiz formatı qeyri-məqbul və qeyri-mümkün hala
gəlmişdir.
6. “Üsul” natamam analizə əsaslana bilməz. Odur ki hərtərəfli
və sistemli analizə söykənməsi üçün “üsul”u yenidən formalaş-
dırmaq lazımdır. Belə olan halda “üsul” islam ictimai quru-
luşunu yenidən bina edəcək, müsəlman sosial elmlərinə yeni
məzmun qazandıracaqdır.
7. Həm ictimai quruluşun yenidən formalaşması, həm də
beynəlxalq münasibətlərə dair yeni tədqiqatların aparılması ak-
sioloji nəzəri yanaşma və əsas istiqamətlərə bələdlik tələb edir.
Belə olarsa, Müsəlman dünyası öz fəallığını bərpa edəcəkdir.
8. “Üsul” elmi orijinal, sistemli və hərtərəfli təhlilə əsaslanaraq
inkişaf etməlidir.
9. Humanitar-sosial elmlərdə islama əsaslanan sistemli-em-
pirik tədqiqatların aparılması müsəlman mütəfəkkirlərin qarşı-
sında duran əsas məsələ olmalıdır. Nəticədə, reallığa müvafiq
qarşılıqlı təsir baş verəcəkdir.
10. Deduksiya, induksiya, elmi və məqsədyönlü yanaşma im-
kan verəcəkdir ki, izahedici faktlar və arqumentlər ortaya qoyaq,
ictimai quruluşun yenidən formalaşmasında Quran və Sünnəni
düzgün tətbiq edək. Bu metodlardan bacarıqla istifadə edib,
İslam fikri metodologiyasının islahı 195
islam məfkurəsinin başlıca mənbələrinə dair sanballı tədqiqatlar
aparmaqla müsəlman mütəfəkkirləri, alim və fəqihləri özlərini
zəruri vasitə və informasiya ilə təchiz edəcəklər. Həmçinin
müasir dövrün təsir vasitələri və dəyişikliklərinə bələd olmaq
zəmanət verəcəkdir ki, müsəlman mütəfəkkirləri ictimai quru-
luşda baş verən inkişaf və təbəddülatı real və şüurlu surətdə
başa düşsünlər, islam cəmiyyətinin inkişafı üçün sağlam plan-
laşdırma və düzgün istiqamətləndirmə işində uğur qazansınlar.
11. Hədisləri yenidən təhlil etmək onların mötəbərliyinə
şübhə ilə yanaşmaqdan irəli gəlmir. Əksinə, buna hədisləri düz-
gün başa düşməmək, zaman və məkan amilini nəzərə almamaq
səbəb olub.
12. “Qiyas” hərtərəfli və sistemli metod halına gətirilməlidir.
13. “İcma” mahiyyət etibarı ilə təkcə bir neçə mütəxəssis və
fəqihin bir məsələ ətrafında razılığa gəlməsi deyildir, həm də
müəyyən siyasi quruluşun hüquqi funksiyasına müvafiq kollek-
tiv qərardır. Bu qərar reallıqla ideal arasında uyğunluq yaradan
fəal və praktik münasibətləri formalaşdıra bilər.
14. Zəngin Quran və islam təcrübəsini cılızlaşdırmaq, onu
müəyyən sosial quruluşla əlaqəli tarixi hadisələrlə məhdud-
laşdırmaq cəhdi kimi qiymətləndirilən “nəsx” metodunu düz-
gün başa düşmək zəruri və aktualdır. Bunun üçün məsələyə
hüquqi müstəvidə deyil, nəzəri və sistemli şəkildə yanaşmaq
lazımdır.
15. Münasib islam ədəbiyyatını üzə çıxarmaq, ictimai qu-
ruluş yaratmaq, qərar və qanunlar təsis etmək barədə ciddi
araşdırmalar aparmaq müsəlmanları yaradıcı fəaliyyətlərində
müvafiq əməli təlimatlarla təmin edəcəkdir. İndiki dövrdə mü-
196 Üçüncü fəsil

səlmanların tələbatlarını təmin etməyin yolu təlim-təhsildən


keçir, hədislərin səhihliyi və digər faydasız məsələlər ətrafında
mübahisə aparmaqdan deyil!
Növbəti fəsildə “redaktə edilmiş” metodologiyanın tətbiqinə
cəhd göstəriləcəkdir. Sonra sistemli təhlil metodundan istifadə
etməklə əsas mənbələri – Quran və Pak Sünnəni araşdıraca-
ğıq. Bunun üçün bu iki mənbəni, ələlxüsus ikincisini nəzəri
cəhətdən düzgün başa düşmək tələb olunur. Erkən islam döv-
ründə, xüsusilə də Peyğəmbərin zamanında ictimai quruluşa
zaman və məkan amilinin təsiri problemini də tədqiq edəcəyik.
Bəlkə də, bizə bu işdə real vəziyyəti nəzərə alan yanaşma və
təsəvvürlər, indiki dövrdə İslam dünyasının şahidi olduğu yeni
təhlükələri başa düşən baxış bucaqları kömək edəcəkdir.
Dördüncü fəsil
FORMAL QANUNVERİCİLİK
DÜŞÜNCƏSİNDƏN OBYEKTİV SİYASİ
DÜŞÜNCƏYƏ DOĞRU

Kitabımızın ikinci fəslində ənənəvi islam fikri və yeni


dəyişikliklərin icmalını vermişdik. İndiki dövrdə xarici əlaqələr
sahəsində müsəlman fikrinin düşdüyü böhranı müzakirə edən
açar söz varsa, o da “qopuqluq”dur.
Hal-hazırda görürük ki, cihadın ənənəvi izahından irəli gələn
düşmənçilik fikri, siyasi və iqtisadi baxımdan geridə qalan in-
sanlar üçün maraqlı deyildir.
Sülh və tolerantlıq, eləcə də müdafiə məsələlərində düşünmə-
yi zəruri hesab edən liberal nöqteyi-nəzər1 daha çox siyasi-icti-
mai və iqtisadi azadlıq üçün səylərin artırıldığı dünyamızda ob-
yektivliyini qoruyub saxlaya bilməyib. Daxili və xarici vəziyyətlə
mübarizədə imkanlarını səfərbər etməli olan müsəlmanlara gə-
lincə, liberalizm onlar üçün faydalı olmayıb.
Beynəlxalq münasibətlər sahəsində müasir islam fikri ya mü-
səlman xarakteri (psixologiyası) və vicdanının xüsusiyyətlərinə
bələd deyildir, ya da müsəlmanların da bir parçası olduqları

1
II fəsil, alt haşiyə № 77. Həmçinin bax: Charles C. Adams, Islam and
Modernism in Egypt (New York: Russel and Russel, 1933), pp. 248-268;
Erwin I.J. Rosenthal, Islam in the Modern National State (Cambridge:
The Cambridge University Press, 1965), pp. Xi-xiii.
198 Dördüncü fəsil

beynəlxalq reallıqdan qopuqdur. Güman etmək səhv olardı ki,


müsəlman psixologiyası, şüuru, tarixi, coğrafiyası və xalqları
bütünlükdə forma cəhətdən yararsızdır; əksinə, müsəlmanlara
vacibdir ki, yeni əcnəbi qurumlara, sistem və təhlükələrə har-
monik münasibət bəsləsinlər, islam nöqteyi-nəzərindən çıxış
edərək uyğunlaşma mərhələsinə qədəm qoysunlar. Elə bu sə-
bəbdən müsəlmanlar siyasi kurs və strategiyaların dəyişdirilib
İslam dünyasının müxtəlif regionları və xalqlarına, eləcə də za-
mana uyğunlaşdırılması zərurətini başa düşməlidirlər. Məsələn,
XIV-XV-ci əsrlərdə türklərin apardığı siyasət XIX əsrdəkindən
tamamilə fərqlənir. Habelə indiki dövrdə İran, Pakistan və Tür-
kiyə üçün münasib siyasi kurs Misir və Suriya üçün müvafiq
olmaya bilər.
Kitabın ikinci və üçüncü fəsillərində göstərilmişdir ki, icti-
mai elmlər sahəsində empirik və sistemli yanaşmalara ehtiyac
vardır. Faktlara, reallığı müşahidəyə və elmi nəticələrə əsaslanan
empirik-sistemli yanaşma beynəlxalq münasibətlər sahəsində
yeni praktik islam formatının yaradılmasında çox mühümdür.
İslam fikrində bu yanaşma o halda qanunidir (leqaldır) ki,
ilk islam mənbələri ilə əlaqəli olsun. Bunun üçün, əvvəlcə,
Mədinə dövlətində Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) xarici
siyasət kursunu sistematik-empirik formada araşdırmalıyıq. Bu
da öz növbəsində imkan verəcəkdir ki, həmin siyasi kursa dair
ənənəvi yanaşmalardan (izahlardan) xilas olaq. İkincisi, yaradan
Allahla yaradılmış insanın münasibətlərinə ənənəvi baxışı əks
etdirən başlıca mənbələri təshih etmək lazımdır. Üçüncüsü,
beynəlxalq münasibətlərdə aktiv islam bazasını inkişaf etdirmək
çox mühümdür. Bu, bizi siyasi kurs və qərarların müəyyənləş-
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 199
dirilməsində zaman və məkan amilini nəzərə almayan ənənəvi
yanaşmadan xilas edə bilər. Bununla da, müsəlman şəxsiyyət
müasir dünyada baş verən real dəyişiklikləri düzgün şəkildə
qiymətləndirəcəkdir.
Nəhayət, tərəfimizdən təklif edilən baza indiki dövrdə mü-
səlman xarici siyasətində əsas götürülməlidir. Nəzərə alınma-
lıdır ki, bir ideoloji bazanın müvəffəqiyyəti onun həm həmin
ideologiyanın başlıca ehtimalları ilə uyğunluğundan, həm də
siyasi kurs və qərarların müəllifləri tərəfindən necə həyata ke-
çirilməsindən asılıdır.
Əvvəlcə, keçmişə səyahət edib Peyğəmbərin (Ona Allahın xeyir-duası və
salamı olsun!) xarici siyasət kursunu araşdıraq.

1. Tarixi yenidən yaratmaq: Peyğəmbərin


xarici siyasət kursunun məntiqi bazası

Bundan əvvəl dedik ki, erkən islam təcrübəsinə baxışda


bir sıra səhvlər vardır. Həmin dövrdə müsəlmanların başqa-
ları ilə münasibətlərində hökm sürən gərginlik dövrün abı-
havasından irəli gəlirdi. Belə bir gərginlik, bir tərəfdən, fede-
ral dövlət quruluşunun inkişafına mane olmuş, digər tərəfdən
isə insan hüquqlarını və qeyri-müsəlman azlıqların aktivliyini
məhdudlaşdırmışdır1. Aydın məsələdir ki, belə səhv yanaşma

1
Müasir dünyanın siyasi-ideoloji mənzərəsi ilə əlaqəli anlayışlar əsasın-
da tarixin müəyyən dövrünü qiymətləndirmək, düşünürük ki, düzgün
metodoloji yanaşma deyildir. Bir tarixi dövrün obyektiv şəkildə qiymət-
ləndirilməsi o halda mümkündür ki, həmin dövr ona xas abı-hava və
siyasi-ideoloji münasibətlərin, eləcə də ovaxtkı dünyanın ümumi mənzərəsi
fonunda nəzərdən keçirilsin – tərcüməçinin qeydi.
200 Dördüncü fəsil

müsəlmanlarla qeyri-müsəlmanların münasibətlərində yaradıcı


əməkdaşlığa əngəl olmuşdur.
İslam fikrində bu vəziyyətin yaranmasının səbəblərini araşdı-
rarkən qeyd etdiklərimizə yeni bir şey əlavə etmək niyyətində
deyilik. Habelə bu vəziyyətin yaranmasında hər iki tərəfin pay
sahibi olmağı faktını oxucuya xatırlatmağa ehtiyac yoxdur.
Belə düşmən münasibətin nəticəsidir ki, müasir müsəlman
mütəfəkkirlərin islam tarixini yenidən izah etmək istiqamətində
qələmə aldıqları yazılar ziddiyyətli və bəraət qazandırıcıdır. On-
lar zəngin və çoxəsrlik islam təcrübəsinin siyasi əhəmiyyəti və
məntiqi səbəblərini nəzərə almırlar. Bu məqamda dörd məsələni
araşdırmağı təklif edirik. Ənənəçi müəlliflər bu məsələləri düz-
gün başa düşə bilməyiblər. Sözügedən məsələlər Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!) xarici siyasət kursunun məntiqi siyasi

səbəblərinə aydınlıq gətirir. Həmin dörd məsələyə daxildir:


1. Bədr döyüşü əsirləri.
2. Ərəbistan yarımadası yəhudilərinə, xüsusilə də Mədinədəki
Bəni-Qüreyzə qəbiləsinə yönəlmiş kampaniya.
3. İlk müsəlmanların qatı və qəddar düşmənlərinə – qü-
reyşlilərə qarşı yumşaq siyasi kursun seçilməsi.
4. Kitab əhli ilə münasibətlərdə davamlı və ehtiramlı tole-
rantlığın hökm sürməsi.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 201

1.1. Bədr döyüşü əsirləri

Bədr döyüşü müsəlmanlarla Qüreyş qəbiləsi arasında hicrətin


ikinci ilində baş vermişdir1. Döyüşdə iştirak edən müsəlmanların
sayı təxminən üç yüz, qüreyşlilərinki isə min nəfər idi. Döyüş
müsəlmanların qəti qələbəsi ilə başa çatdı; Qüreyş aristokratiya-
sının müəyyən hissəsi öldürüldü, yetmiş qüreyşli isə əsir alındı.
Bu əsirlərdən ikisi edam edilmiş, qalanları isə fidyə (müəyyən
miqdarda pul) müqabilində sərbəst buraxılmışdı. Bədr döyüşü
Qüreyşlə, yəhudilər və digər ərəb qəbilələri ilə müsəlmanların
ilk silahlı toqquşması idi. Məkkədə müsəlmanlara edilən olma-
zın əzab-əziyyət, təzyiq və zülmdən on iki il sonra bu döyüş
baş vermişdi. Məlumdur ki, həmin əzab-əziyyət nəticəsində
müsəlmanların çoxu əvvəlcə Həbəşistana, sonra isə Mədinəyə
köçməyə məcbur olmuşdu2.
Qüreyş çalışırdı ki, Mədinə əhalisi Peyğəmbəri və səhabələri-
ni himayə etməyib şəhərdən qovsunlar. Amma Peyğəmbər (Ona
Allahın xeyir-duası və salamı olsun!) baş verməsi labüd toqquşma qarşısında

islam cəbhəsini gücləndirmək üçün ciddi iş aparırdı3. Federal

1
Əbu Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb
çap edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi.
Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, I cild, səh.
606-715, II cild, səh. 3-43. İbn Kəsir. əl-Kamil fit-tarix, II cild, səh. 37.
2
Əbu Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb
çap edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi.
Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, I cild, səh.
265-395, 642-646.
3
Yenə orada, səh. 317-390, 419-428, 591-606.
202 Dördüncü fəsil

birliyə nail olmaq üçün sülh əməliyyatlarına start vermişdi:


müsəlmanlarla Mədinə yəhudiləri arasında “Mədinə səhifəsi”
adlanan müqavilə bağlanmışdı; Məkkə müsəlmanlarını – mü-
hacirləri Mədinəli müsəlmanlarla – ənsarla qardaşlaşdırmışdı;
həm əmin-amanlıq və sülhün möhkəmlənməsi, həm də özünə
dəstək məqsədilə ətraf qəbilələrə elçilər göndərmişdi1.
Həmin dövrdə Abdullah ibn Cəhşin səriyyəsi∗ ilk dəfə ola-
2

raq Qüreyş karvanına hücum etmişdi. Nəticədə, Qüreyş ordusu


Mədinəyə yollanmış, Bədr döyüşü baş vermişdi. Bu vaxt aşa-
ğıdakı ayə enmişdi:
“Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək
üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri
özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad
etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dün-
ya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı
istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (əl-
Ənfal, 67).
Müsəlman müəlliflərin qanunvericilik mətnlərini son dərəcə
hərfi mənada başa düşmələri yuxarıdakı ayəyə bəraət qazandır-
malarına və bu məqsədlə başqa bir ayəni dəlil göstərmələrinə
səbəb olmuşdur. Həmin ayə budur:

1
Məhəmməd Həmidullah. Peyğəmbər dövrünə və Raşidi xilafətinə aid
siyasi sənədlər. Beyrut: “Dar əl-irşad” Nəşr və Çatdırma müəssisəsi, 1959,
səh. 39-47; Əbu Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı
/ araşdırıb çap edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd
Şəlbi. Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, I
cild, səh. 501-504, 590-606.

Səriyyə: Peyğəmbərin zamanında 9-400 nəfərlik mobil dəstələr – tər-
cüməçinin qeydi.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 203
“(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığı-
nız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-
küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm
bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına
minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin!..”
(Muhəmməd, 4)1.
Həmin müəlliflərin müzakirələri bundan ibarətdir ki, birin-
ci ayənin hökmü daimi deyildir. İkinci ayəyə gəlincə, zahiri
mənasına görə, ondakı müharibə əsirlərinin taleyi ilə əlaqəli
hökm daimidir. Birinci ayə ona görə nazil edilmişdi ki, həmin
gün müsəlmanlar daha çox fidyə almaq üçün çoxlu əsir götür-
müşdülər. Halbuki onlar düşməni döyüş meydanında öldürməli
idilər. Çünki bu addım atmaq həmin dövrdə islamın gücünü
artırmaq baxımından olduqca zəruri idi. Bu mənada həmin
ayə fidyə alıb əsirləri öldürməmək haqda Allahın istəyini ifadə
edən digər ayəyə zidd deyildir 2.
Məlumdur ki, bu yanaşma klassik və donuq “nəsx” üslubu-
nu yeni qaydada tətbiq etməkdir. Çox vaxt müasir müəlliflər
bu məsələdə liberal yanaşma nümayiş etdirirlər. Bu yanaşmaya
görə düzgün addım müharibə əsirlərini azad etməkdir. Onlar
nəzərdən qaçırırlar ki, Bədr döyüşündə əsirləri öldürmədikləri
üçün müsəlmanları məzəmmətləyən ayə mövcuddur. Amma
həmin ayəni də belə izah edirlər ki, ilk müsəlman dövlətinin
yarandığı bir dövrdə bu addım müstəsna səciyyə daşıyırdı3.

1
Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma.
Dəməşq: “əl-Məktəbə əl-hədisə”, 1965, səh. 406-408.
2
Yenə orada.
3
Yenə orada.
204 Dördüncü fəsil

Bu məsələyə müasir müəlliflərin digər yanaşması isə bundan


ibarətdir ki, məsələ müharibə əsirləri məsələsi deyildir, müha-
ribə caniləri məsələsidir1.
Görünür, bu müəlliflər islam düşmənlərinə “qulaqburması”
vermək istiqamətində müəyyən tədbirlərin görülməsini zəruri
edən şəraiti nəzərə almırlar. Məlum məsələdir ki, birinci ayə
endikdə müsəlmanlar az idilər və şiddətli təzyiqlərə məruz
qalırdılar. Sonralar enmiş ikinci ayəni diqqətlə araşdırsaq, gö-
rəcəyik ki, sayları çoxalıb gücləri artdığı üçün müsəlmanlar
qalib vəziyyətdə olmuşlar.
Bir tərəfdən, Mədinədə ilk islam dövrü ilə əlaqəli hökm və
siyasi fəaliyyəti, digər tərəfdən isə Bədr döyüşünə səbəb ol-
muş mövcud şəraiti düzgün başa düşmək üçün Bədrdə enmiş2
“Ənfal” surəsinin müəyyən ayələrini diqqətlə təhlil etməliyik.
Maraqlıdır ki, islam icmasını qorumaq üçün qəti tədbirlər
görsün deyə Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) təlimatlar
verən bəzi ayələr “Əhzab” surəsində deyil, “Ənfal” surəsindədir.
Sonuncu surədə açıq şəkildə Xəndək, Bəni-Qüreyzə döyüş-
lərinə və müsəlmanlara Allahın köməyinə işarə edilib. Bu da

1
Məhəmməd Əhməd Şəmil. Böyük Bədr döyüşü / İslam tarixində həlledici
döyüşlər. Beyrut: “Dar əl-kutub” mətbəəsi, 1968, I cild, səh. 227-229;
Məhəmməd Qəzali. Peyğəmbərin həyatını necə öyrənməli? Qahirə: “Dar
əl-kutub əl-hədisə” nəşriyyatı, 1964, səh. 254-255; Nadav Safran, Egypt
in Search of Political Community (Cambridge, Mass.: Harvard University
Press, 1961), p. 213.
2
Bax: ən-Nisaburi əl-Vahidi. Ayələrin nazil səbəbləri. səh. 132-138; Əbu
Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb çap
edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi. Qahirə:
“Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, I cild, səh. 666-
667; Təbəri. Came əl-bəyan, IX cild, səh. 168-250, X cild, səh. 1-57.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 205
öz növbəsində göstərir ki, “Ənfal” surəsində Mədinə islam
dövlətinin qurulmasından sonra müsəlmanlara edilən təzyiq-
lərdən söz açılır, gələcəkdə eyni hallar qarşısında ehtiyatlı ol-
sunlar deyə onlara göstərişlər verilir1.
Bu surə göstərir ki, gücsüz və sayları az olduğundan müsəl-
manlar qorxu içərisində idilər; onlar psixoloji müharibəyə hazır
deyildilər; Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) say və təchizat
baxımından üstün olan düşmənin qarşısını almaq üçün aktiv iş
aparırdı; müsəlmanlara zülm etməyib, dinə qarşı çıxmazlarsa,
düşmənlərlə sülh və dinc şəraitdə yaşamağa çağırış edilir.
Bədr əsirlərindən bəhs edən ayələrdən məlum olur ki, dö-
yüş meydanında düşmənə “qulaqburması” verməklə hədə-qorxu
gəlmək həmin dövrdə psixoloji müharibənin uğurlu vasitəsi
olmuşdur. Amma bu hala biz Bədr döyüşündə rast gəlmirik.
Ümumiyyətlə, bəzi istisnalar çıxılmaqla Peyğəmbərin (Ona Allahın
xeyir-duası və salamı olsun!) sağlığında müharibə əsirləri öldürülməmişdir.

Elə isə bu ayələrdəki təlimatlar dini deyil, siyasi məqsəd daşıyır.

1.2. Bəni-Qüreyzə: təhlükəsizlik və psixoloji


məqsədlər üçün sərt tədbirlərin görülməsi

Ərəb qəbilələri islamı qəbul etdiyi bir vaxtda Bəni-Qüreyzə


Mədinədə yaşayan yəhudi qəbilələrindən biri idi. Yəhudilərin
sayı çox deyildi, hərbi gücləri də yox idi. Amma onlar ərəblər-
1
Əbu Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb
çap edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi.
Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, II cild,
səh. 245-250; Təbəri. Came əl-bəyan, X cild, səh. 25-35; Qurani-Kərim:
“Ənfal” surəsi, 19, 26, 30, 38-39, 45, 57-58, 60, 67, 70-73 və 81-ci ayələr.
206 Dördüncü fəsil

dən iqtisadi və mədəni cəhətdən üstün idilər; aralarında savadlı


şəxslər, sənətkarlar çox idi1.
Bu qəbilə Mədinədəki yəhudi qəbilələri ilə müsəlmanların
daxil olduğu birliyin tərkibində idi. “Mədinə sənədi”nə görə
yəhudilərə etiqad azadlığı, inzibati muxtariyyət verilmişdi; yə-
hudilər Qüreyşə qarşı müsəlmanların hərbi müttəfiqi sayılırdı-
lar2.
Gözlənildiyi kimi, Qüreyş, Qətəfan, Qeys Əylan və Bəni-
Nəzir qəbilələri bir blokda birləşərək, böyük bir ordu yaratdılar
və Mədinəyə hücum etdilər. Bu zaman Bəni-Qüreyzə yəhudiləri
müsəlmanlarla bağladıqları müqaviləni pozaraq müttəfiqlərlə
danışığa başladılar.
Bəni-Nəzir qəbiləsindən Hüyey ibn Əxtəb bu danışıqla-
rın təşəbbüskarı idi. Bu qəbilə Qüreyşə qoşulmuşdu və mü-
səlmanlar əleyhinə təcavüzdə iştirak edirdi. Amma Bəni-Qü-
reyzənin tələbləri yerinə yetirilmədiyindən danışıqlar baş tut-
madı. Mədinənin mühasirəsi yarımçıq qaldı. Bundan sonra mü-
səlmanlarla Bəni-Qüreyzə yəhudləri üz-üzə gəldilər. Yəhudilər
təslim oldular, döyüşçülərinin də boynu vuruldu.

1
Bernard Lewis, The Arabs in History (New York: Harper and Row,
1960), p. 40.
2
Bernard Lewis, The Arabs in History (New York: Harper and Row,
1960), pp. 42-45; F. Gabrieli, Muhammad, pp. 64-65, 72-76; Muhammad
Hamidullah, The First Written Constitution in the World; An Important
Document of The Time of the Holy Prophet. 2nd rev. ed., (Lahore,
Pakistan, Sh. Muhammad Ashraf 1968), pp. 48-49, 51-52; M.T. al-
Ghunaimi, The Muslim Conception of International Law (The Hague,
Martinus Njhoff, 1968), p. 37.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 207
İkinci fəsildə də qeyd etmişdik ki, Xəndək döyüşü və
“Böyük müttəfiqlik” hadisələri müsəlmanlar üçün kabus idi.
Hətta həmin günlərdə Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!)
müttəfiqlərindən ayrılsınlar deyə Qətəfan qəbiləsinə Mədəninin
illik gəlirinin üçdə birini vermək qərarına gəlmişdi. Qurani-
Kərim bu günlərdə müsəlmanların hiss etdikləri qorxunu və
onlara edilən şiddətli təzyiqləri bəlağətli dillə təsvir edir1.
Bəni-Qüreyzənin aldadıldığını və bu səbəbdən müsəlmanlarla
müqaviləni pozduğunu deyən bəzi müəlliflər iddia edirlər ki,
əslində bu müharibəni müsəlmanlar özləri istəyirdilər. Məq-
səd yəhudilərin var-dövlətini və sahib olduqları resursları mə-
nimsəmək idi2.
Görünür, əsrlər sonra müəlliflər Quranın açıqlamasına etina-
sız yanaşıb, bu cür müttəfiqliyin doğurduğu təhlükəni nəzərə
almamışlar. Habelə onu da diqqətdən qaçırmışdılar ki, yəhudi-
lərin müttəfiqlikdən imtina etmələri müsəlmanlara psixoloji cə-
hətdən təsir etmişdi və sonuncular sərt və müstəsna tədbirlərə
əl atmağa məcbur qalmışdılar. Bəni-Qüreyzə qəbiləsi əleyhinə

1
Bax: “Əhzab” surəsi, 9-27-ci ayələr – tərcüməçinin qeydi.
2
F. Gabrieli, Muhammad, pp. 64-80; Məhəmməd Əhməd Şəmil. Bəni-
Qüreyzə döyüşü / İslam tarixində həlledici döyüşlər. Beyrut: “Dar əl-fəth
lit-tibaə vən-nəşr” nəşriyyatı, 1966, IV cild, səh. 238-270; Məhəmməd
Qəzali. Peyğəmbərin həyatını necə öyrənməli? Qahirə: “Dar əl-kutub
əl-hədisə” nəşriyyatı, 1964, səh. 257-264, 335-346; Mahmud Şit Xəttab.
Sərkərdə Peyğəmbər. Bağdad: “Dar məktəbə əl-həyat və məktəbə ən-
nəhzə” nəşriyyatı, 1960, səh. 161-162; S. Ameer Ali, The Spirit of Islam:
A History of the Evolution and Ideals of Islam with a Life of the Prophet
(London: Methuen, 1922), pp. 72-82; W.M. Watt, Muhammad. pp, 166-
175; M.T. al-Ghunaimi, The Muslim Conception of International Law
(The Hague, Martinus Njhoff, 1968), pp. 38-39.
208 Dördüncü fəsil

bu sərt addım ona görə əhəmiyyətli idi ki, düşmənlər gələcəkdə


oxşar müttəfiqlikdən uzaq duracaqdılar. Məlum qəbiləyə veril-
miş bu sərt qulaqburmasının səbəbini məhz bunda axtarmaq
lazımdır.
Fərz edək ki, bu sərt tədbirlərin arxasında yəhudilərin var-
dövlətini mənimsəmək dayanır. Amma bu yanaşma bir suala
cavab verə bilmir: Nə üçün digər ərəb və yəhudi qəbilələrinə
qarşı Bəni-Qüreyzədə olduğu kimi sərt addımlar atılmadı?
Habelə əgər səbəb yəhudilərin müqaviləni pozmaları və dağıdı-
cı fəaliyyətlə məşğul olmalarıdırsa, – bəzi müəlliflər bu cür dü-
şünür – onda ağıla ilk olaraq bu gəlir ki, Xəndək döyüşündən
həm əvvəl, həm də sonra başqa ərəb və yəhudi qəbilələri (Bəni-
Nəzir, Qüreyş...) eyni addımı atmışlar. Qeyd edək ki, Uhud
döyüşündən sonra Bəni-Nəzir yəhudiləri Mədinədən qovuldu-
lar; Hüdeybiyyə sülhü bağlandıqdan sonra Xeybərdəki yəhudi
qəbilələrinə illik məhsullarının yarısı qədər vergi qoyuldu ki,
bu da onların siyasi-iqtisadi gücünü məhdudlaşdırdı. Bir il son-
ra Qüreyş qəbiləsi də təslim oldu. Növbəti paraqrafda Qüreyşə
və Xeybər yəhudilərinə qarşı fərqli siyasətin yürüdülməsinin
siyasi səbəblərinə toxunulacaqdır.
İslam özünəməxsus dini ayinlərə (namaz, oruc...) sahib olsa
da, digər səmavi din mənsublarının etiqad azadlığını ləğv etmə-
mişdir. Bütün mübahisələr düşmənə qarşı cavab addımların
atılması ətrafında yaranıb. Əslində bu, siyasi məsələdir və ilk
müsəlman icmasının baza siyasətinin harmonikliyi və reallığına
dəlalət edir. Bu o demək deyildir ki, xarici münasibətlərin islam
formatı əxlaqi-mənəvi dəyərlərdən uzaqdır. Belə ki Quran və
Pak Sünnə bu iddianın puçluğunu isbatlayır. Cəzalandırma və
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 209
cavab tədbirlərinin müxtəlifliyi dolayısı ilə göstərir ki, müsəlman
icması və dövlətinin mənafeyinə uyğun siyasi qərarlar real və
elastik (təbii ki, islam çərçivəsində!) olmalıdır. İslam əxlaq
prinsiplərinə əsaslansa da, (böhran vəziyyətlərində) siyasətçi
liderlərə (qəti addımlar atmaq) səlahiyyəti verir.
Davamlı hücumlar, ərəb müşrikləri və yəhudilərin xəyanə-
ti, Bəni-Nəzir qəbiləsinin son dərəcə təhlükəli addımı – bü-
tün bunlar müsəlman icmasına psixoloji təsir göstərir, onlarda
birdəfəlik məhv edilmə qorxusu yaradırdı. Odur ki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!) düşməni sıradan çıxarmaqla islamın

təhlükəsizliyini təmin etmək üçün mümkün siyasi-hərbi vasi-


tələrdən istifadə etməli olmuşdu. Aydın məsələdir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!) bütün bunlardan sonra Bəni-Qüreyzə

yəhudilərinin Mədinədə qalmalarına, yəni həmin çətin şəraitdə


düşmənin gücünün artmasına razılıq verə bilməzdi1.
Siyasi mübarizə və hərbi toqquşmalar sərt addımların atıl-
masını tələb etsə də, dini əsaslara söykənən islam nöqteyi-
nəzəri qeyri-müsəlman azlıqlara dinc yaşamaq imkanı vermişdi.
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) ömrü boyu bu kursa sadiq
qalmışdı. Qələbələri göstərdi ki, o, xarici əlaqələrdə əxlaqa
əsaslanan mövqe nümayiş etdirmişdir. Peyğəmbər (Ona Allahın xeyir-

1
Əbu Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb
çap edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi. Qahirə:
“Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, II cild, səh. 51-58,
273-276; M.T. al-Ghunaimi, The Muslim Conception of International
Law (The Hague, Martinus Njhoff, 1968), pp. 38-42; W.M. Watt, Mu-
hammad. pp, 144-176; Yusuf Ali, The Holy Quran: Text, Translation
and Commentary (Brentwood, Maryland: Amana Corporation, 1983),
Footnote 3701-3704 on pp. 1111-1112.
210 Dördüncü fəsil

duası və salamı olsun!) həmişə müqavilələrə, əhdnamələrə sadiq qalmışdı


ki, bu da düşmənin cəbhəsinə psixoloji olaraq təsir edirdi1.
Xarici siyasət kursunda həm əxlaq iltizamı, həm də düzgün
planlaşdırma və uğurlu tətbiq ideoloji cəmiyyətlərin müvəf-
fəqiyyət qazanmağında böyük rol oynayır. Peyğəmbərin (Ona Allahın
xeyir-duası və salamı olsun!) bu iki məsələyə xüsusi əhəmiyyət verməsi onun

dahiliyini göstərir. Şübhə yoxdur ki, indiki dövrdə beynəlxalq


münasibətlərdə əxlaq iltizamının gözlənilməməsi dünyada sül-
hün qarşısında dayanan əngəllərdən biridir.
Qeyd edilməlidir ki, cavab tədbirlərində (sürgün etmə, misli
ilə cəzalandırma və s.) müxtəlif üsulların tətbiqi siyasətinin

1
Bax: Qurani-Kərim, XXIII, 8; XVII, 91; V, 1; XVI, 91-92; IX, 1-14;
II, 100; VIII, 72; III, 76-77; II, 177; XIII, 20, 25; VI, 152; XVII, 34;
XXXIII, 15; VIII, 61. Habelə bax: Əli Mənsur. İslam şəriəti və pozitiv
qanunlar: paralellər və müqayisələr. Beyrut: “Dar əl-fəth” nəşriyyatı, 1970,
səh. 57-61; əl-Fərra. əl-Əhkam, səh. 48-49; İbn Kəsir. Quranın təfsiri, II
cild, səh. 320; Məhəmməd əbu Zəhrə. İslama görə qanun və beynəlxalq
münasibətlər. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı, 1982, səh. 40-41;
Malik ibn Ənəs. əl-Müvətta, I cild, səh. 298; Muhammad Hamidullah, The
Muslim Conduct of State, 5th rev. ed.: (Lahore, Pakistan: H.S. Muhammad
Ashraf, 1963), pp. 82, 208; Majid Khadduri, War and Peace in the Law
of Islam (Baltimore: Johns Hopkins University Press, 1952), pp. 218-220;
M.T. al-Ghunaimi, The Muslim Conception of International Law (The
Hague, Martinus Njhoff, 1968), p. 161, n. 11; Seyyid Məhəmməd Rəşid
Rza. “Mənar” təfsiri. Qahirə: “Dar əl-mənar” nəşriyyatı, 1954, X cild, səh.
53-60, 169, 178-203, 217-222, 229-234, XI cild, səh. 281; Şafei. əl-Umm,
IV cild, səh. 184-186; Təbəri. Came əl-bəyan, X cild, səh. 26-27. İlk islam
dövründə müqavilələrə riayət faktları üçün bax: Məhəmməd Həmidullah.
Peyğəmbər dövrünə və Raşidi xilafətinə aid siyasi sənədlər. Beyrut: “Dar
əl-irşad” Nəşr və Çatdırma müəssisəsi, 1959, səh. 58-63, 369, 371-372,
387, 393-394. Osmanlı dövrünə aid müqavilələr üçün bax: J.C. Hurewitz,
Diplomacy in the Near and Middle East, vol. 1, pp. 1-5, 7-9.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 211
əhəmiyyəti Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) həyatının son
on ilində baş vermiş hərbi-siyasi fəaliyyətdə izafi tərəflərin üzə
çıxması ilə daha da artmışdır. Belə ki Peyğəmbər (Ona Allahın xeyir-
duası və salamı olsun!) düşmənin liderlərini məhv etmək üçün xüsusi

dəstələr göndərmişdir. Bəni-Nəzir qəbiləsindən Kə`b ibn Əşrəfi


öldürmək üçün xüsusi dəstənin göndərilməsi hadisəsi daha
məşhurdur1.
Müsəlman müəlliflər sırf dini anlayışlardan istifadə etməklə
əsas diqqəti bu müharibələrə və həmin dəstələrin əməllərinə
bəraət qazandırmağa yönəltmişlər. Halbuki əsas diqqət həmin
halların siyasi və strateji əhəmiyyətinə yönəldilməlidir.
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) və ilk səhabələr (Allah
onlardan razı qalsın!) yeni həyat tərzini mənimsədiklərinə görə Qü-

reyş və digər ərəb qəbilələrinin onlara düşmən kəsiləcəklərinin


fərqində idilər. Odur ki müdafiə mövqeyi seçməyə məcbur ol-
muşdular. Müsəlmanların cavab həmlələrini psixoloji cəhətdən
əsaslandırmaq mümkündür, amma bu yanaşma həmin addım-
ların strateji tərəfini izah etmir.
Mədinəyə gəldikdən dərhal sonra Peyğəmbər (Ona Allahın xeyir-duası
və salamı olsun!) Qüreyşin iqtisadi gücünü zəiflətmək və ticarət yolla-

rını nəzarətdə saxlamaq strategiyasını mənimsəmişdi. Habelə o,


qəfil hərəkətə keçən mobil dəstələrlə lokal toqquşmalar siyasəti
yürüdürdü. Məsələn, indiki partizan dəstələrinə oxşayan fədai
qruplarını təşkil etmək üçün Əbu Bəsir adlı səhabəyə təlimat

1
Əbu Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb
çap edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi.
Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, II cild,
səh. 389-397.
212 Dördüncü fəsil

verilmişdi. Bununla yanaşı, müsəlmanlara qarşı blok yaradan


müttəfiq qrupların liderlərini məhv etmək üçün xüsusi dəstələr
yaradılmışdı. Beləliklə, gözlənilməz fəaliyyət, fədai dəstələrin
hücumları, sərt cəzalandırma ilə hədələmə, “qulaqburması” təd-
birlərinin görülməsi, misli ilə cavab vermə – bütün bunlar
düşməni qorxutmada, səflərini parçalayıb ruh düşkünlüyü ya-
ratmada uğurlu olmuşdu. Bu kimi tədbirlərin sayəsində xeyli
sayda düşmən müsəlmanların tərəfinə keçmişdi.
Bütün bunlar obyektiv reallığın ümumi mənzərəsidir. Habelə
bu, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) xarici siyasət kursunda
liderlik bacarığının, uğurlu strategiyasının, düzgün seçimlərinin
göstəricisidir. Biz bu məsələlərə hərfi-hərfinə yanaşmamalı, for-
mallıqdan qaçmalıyıq.

1.3. Qüreyş: məğlub möhtərəmlər

Xeybər döyüşündən sonra Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı


olsun!) Mədinədə və ətraf ərazilərdə təcavüzkar yəhudi hegemon-

luğuna son qoydu. Nəticədə, narahat və aciz Qüreyş siyasi və


iqtisadi dəstəkdən məhrum oldu.
Qüreyş Hüdeybiyyə sülhünün şərtlərini pozduqdan sonra
(Qüreyşin müttəfiqi sayılan Bəni-Bəkr qəbiləsi müsəlmanların
müttəfiqi olan Xüzaə qəbiləsinə hücum edib onları qılıncdan
keçirmişdi) Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) fürsətdən isti-
fadə etmək qərarına gəldi; bacarıqlı və gözlənilməz həmlə
ilə Məkkəni fəth etməyin vaxtı çatmışdı1. Apardığı psixolo-

1
İbn Əsir. Tarixə dair bitkin əsər. Beyrut: “Dar ət-tibaə vən-nəşr”, 1960,
II cild, səh. 239-240.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 213
ji müharibə nəticəsində Məkkə və Qüreyş təslim oldu1. Heç
bir toqquşma baş vermədi, dağıdıcı addımlar atılmadı, qisas
da alınmadı. Müsəlmanlar Qüreyşin əlindən olmazın zülm və
işgəncə görsələr də, acı və kədərli xatirələr qəlblərini parçalasa
da, düşmənləri ilə sərt davranmadılar. Əksinə, Peyğəmbər (Ona
Allahın xeyir-duası və salamı olsun!) Məkkənin və aman verdiyi kimsələrin

(tüləqa) təhlükəsizliyi üçün əlindən gələni etdi, qəlblərini isla-


ma isinişdirmək, dəstək qazanmaq məqsədilə bütün imkanların-
dan faydalandı. Bununla da, Ərəbistan yarımadasının rəhbərinə
çevrildi. Peyğəmbər Qüreyş və digər ərəb qəbilələrinə (Həvazin
və s.) qarşı “səxavətli əl” siyasəti yürütməyin də faydalı olduğu-
nu bilirdi2. Bu cür addım həm də siyasi vəziyyətə uyğun olaraq
atılmışdı. Artıq müsəlmanlar daha güclü idilər. Siyasi xəritədə
yeni strategiyalar cızıldı, istiqamətlər müəyyənləşdirildi. Xeybər
döyüşündən sonra Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) başa
düşmüşdü ki, Bizans və Sasani İranı ilə silahlı toqquşma qaçıl-
mazdır. Müsəlmanlarla bizanslıların ilk belə qanlı toqquşması
Mutə ərazisində baş verdi.
Qüreyş qəbiləsinin təslim olub, Ərəbistan yarımadasının Pey-
ğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) bayrağı altında birləşdiril-
məsindən sonra müsəlmanlar şimala – Bizans qalaları və isteh-
kamlarının yerləşdiyi ərazilərə yönəldilər. Yeni düşmənlə üz-üzə
gəlib hərbi toqquşmalara daxil olmaq ərəb qəbilələri arasında
birliyin möhkəmlənməsinə kömək etdi. Gənc islam dövlətinin
1
Əbu Məhəmməd Əbdülməlik ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb
çap edən: Məhəmməd əs-Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi.
Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih” mətbəəsi, 1955, II cild,
səh. 397-407.
2
Yenə orada, səh. 482-486.
214 Dördüncü fəsil

genişlənmə zərurətini nəzərə almadan və akademik müzakirəyə


cəlb etmədən həmin silahlı toqquşmaların mahiyyətini anlamaq
çətindir1.
Məkkə şəhərini fəth etdikdən sonra Peyğəmbər (Ona Allahın xe-
yir-duası və salamı olsun!) Mədinəyə qayıtdı. Böyük ordu yaradaraq, Fə-

ləstinlə həmsərhəd Təbuk ərazisinə göndərdi. Hərbi səfər Bi-


zansın müsəlmanlara qarşı təcavüzkar fəaliyyətini dayandırmaq
məqsədi daşıyırdı. Bu, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!)
rəhbərlik etdiyi sonuncu hərbi səfər idi. Habelə Üsamə ibn
Zeydin başçılığı ilə şimala göndərmək üçün toplanmış ordu
Peyğəmbərin sağlığında gördüyü son iş idi. Peyğəmbər vəfat
etdiyindən ordunun şimala gedib-getməyəcəyi məlum deyildi.
Amma yeni xəlifə seçilmiş Həzrəti Əbubəkr (Allah ondan razı qalsın!) or-
dunun şimala hərəkət etməsi üçün əmr verdi. Sonrakı hadisələr
göstərdi ki, böyük güclərlə – Bizans imperiyası və Sasani İranı
ilə toqquşmadan qabaq Ərəbistanda müsəlmanların güclənməsi
və birləşməsi lazımdır. Və Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!)
bu istiqamətdə misilsiz siyasi müdriklik göstərmişdi.

1
Abdul Rahman Azzam, The Eternal Message of Muhmmad, translation
from arabic by Caesar E. Farah (New York: New American Library,
1965), p. 46; İbn Əsir. Tarixə dair bitkin əsər. Beyrut: “Dar ət-tibaə vən-
nəşr”, 1960, II cild, səh. 277; Əbu Məhəmməd Əbdülməlik ibn Hişam.
Peyğəmbərin həyatı / araşdırıb çap edən: Məhəmməd əs-Səqa, İbrahim
əl-Əbyari və Əhməd Şəlbi. Qahirə: “Mustafa əl-babi əl-hələbi və övladih”
mətbəəsi, 1955, II cild, səh. 591-592, 606-607, 641-642; Məhəmməd
Qəzali. Peyğəmbərin həyatını necə öyrənməli? Qahirə: “Dar əl-kutub əl-
hədisə” nəşriyyatı, 1964, səh. 395-396, 435-438, 442.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 215

1.4. Dini etiqad azadlığı

Dini etiqad azadlığı mövzusu müasir islam siyasi fikrindəki


ziddiyyət və anlaşılmazlığın mühüm səbəblərindən birini əmələ
gətirir. Ənənəvi yanaşma müsəlman xalqların başqaları ilə mü-
nasibətlərində şübhə və qorxu abı-havasının yaranmasına səbəb
olmuşdur. Nəticədə, ünsiyyət bağları qopmuş, əməkdaşlıq ol-
duqca qəliz məsələ halını almışdır. Üç məsələdən bəhs edən
başlıca mənbələrin erkən dövrdə özünəməxsus şəkildə izah
edilməsi ənənəvi yanaşmanın formalaşmasında mühüm rol oy-
namışdır. Həmin üç məsələ budur: a) dönüklük; b) bütpərəst
ərəblərə islam dininin məcburən qəbul etdirilməsi ətrafında ge-
dən müzakirələrdə tarixilik amili; c) qeyri-müsəlmanlara cizyə
vergisinin kəsilməsi.
Bu məsələlər bir daha sübut edir ki, bugün müsəlmanlarla
başqalarının münasibətlərində əsas götürüləcək yaradıcı və düz-
gün islam metodunun təsis edilməsinə məhz ənənəvi yanaşma
əngəl törədir.
Müsəlman novatorları və islahatçıları, o cümlədən Məhəm-
məd Əbduh, Məhəmməd Rəşid Rza, Əbdürrəhman Əzzam,
Əbdülmütəali əs-Səidi və başqaları bu problemin həlli üçün
böyük işlər görmüşlər. Amma məsələ nəzəri müstəvidə hələ də
öz həllini tapmayıb1. Digər amilləri nəzərə almasaq, müsəlman

1
Əbdülkərim Osman. İslamda siyasi system. Beyrut: “Dar əl-irşad”
nəşriyyatı, 1968, səh. 60-67; Məhəmməd əbu Zəhrə. İslama görə qanun
və beynəlxalq münasibətlər. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1982, səh. 142-143; Məhəmməd Əbduh. Elmə və mədəniyyətə islam və
216 Dördüncü fəsil

cəmiyyətlərində dini etiqad azadlığı mövzusunun hərtərəfli araş-


dırılmasına ehtiyac vardır1. Qeyd edək ki, bu mövzu müsəlman
cəmiyyətləri üçün təkcə daxili məsələ sayılmır, həm də digər
xalq və dövlətlərlə münasibətlərin ideoloji tərəfini ifadə edir.
Əgər müsəlman cəmiyyəti açıq cəmiyyətə çevrilmək, heç bir
dini təəssübkeşliyə yol vermədən, plüralizm əsasında mülki hü-
quqların cəmiyyətin hər bir fərdi üçün əlçatan olmağını təmin
etmək istəyirsə, bu mövzuya aydınlıq gətirməlidir. Dinindən
asılı olmayaraq hər kəsə münasibətdə səmimi və dürüst olmaq,
hamının xoşbəxtliyi üçün çalışmaq fərdlərin, kollektivlərin hü-
quq və vəzifələrini təmin etməyin ən doğru vasitəsidir. Habelə
dinc vasitələrlə dəstəklənən ideoloji və dini etiqad azadlığı
mütərəqqi və çiçəklənən cəmiyyətlər üçün çox zəruridir.
Bundan qabaq – ikinci fəsildə cizyə vergisi və Kitab əhlinə
münasibət haqda danışmışdıq. Bu məqamda demək istəyirik ki,
islam dini insana və onun digər insanlarla münasibətinə böyük
əhəmiyyət verir2. Bütün müsəlmanlar, xüsusən də mütəfəkkirlər

xristianlığın baxışı. Qahirə: “Məktəbə və mətbəə Məhəmməd Əli Səbih


və övladih”, 1954, səh. 64; Məhəmməd əl-Bəhi. İslam fikri, səh. 130-137;
Məhəmməd Qəzali. Peyğəmbərin həyatını necə öyrənməli? Qahirə: “Dar
əl-kutub əl-hədisə” nəşriyyatı, 1964, səh. 453-455, 458-464; Əbdülmütəali
əs-Səidi. İslamda din azadlığı. Qahirə: “Dar əl-fikir əl-ərəbi” nəşriyyatı,
(tarix göstərilməyib), səh. 25, 30.
1
Məhəmməd əl-Qəzali. Təəssübkeşlik və xristianlıqla islam arasında
tolerantlıq: şübhə və iftiraları təkzib. Küveyt: “Dar əl-bəyan” nəşriyyatı,
(tarix göstərilməyib), səh. 37-66; Wilfred Cantwell Smith, Islam in
Modern History (Princeton, NJ: Princeton Univ. Press, 1957), pp. 266-
291.
2
Bax: Qurani-Kərim: LX, 8-9; XI, 84; XXVI, 135; XLVI, 21; V, 118;
XVIII, 87; XXVI, 3; XXXIV, 28; XXI, 107; III, 104; IX, 67; XI, 116;
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 217
bu məsələni məxsusi şəkildə nəzərə almalıdırlar. Qurani-Kərim
və Pak Sünnədə insanların bir-biri ilə necə davranmağı haqda
danışılır, sosial münasibətlərdə sevginin, dostluğun, rəhmdilli-
yin, yaxşılığın, dada çatmağın, mehribanlığın, gözəl danışığın,
arxa çıxmağın, himayə etməyin, çətinlikləri aradan qaldırmağın,
qarşılıqlı nəsihətin... əhəmiyyəti vurğulanır.
Hər bir halda, bu məsələ ilə erkən islam təcrübəsi arasında
formal paralellər aparmaq düzgün olmazdı. Söhbət ilk dövrdə
müsəlmanların Ərəbistan yarımadasındakı fəaliyyətindən gedir.
Belə ki Nəcrandakı dost xristian qəbilələrinə cizyə vergisi kəsən
müqavilənin mətnini hazırlayan məhz Peyğəmbərin (Ona Allahın xeyir-
duası və salamı olsun!) özüdür. Hələ bundan qabaq “Mədinə vəsiqəsi”nə

uyğun olaraq, yəhudi qəbilələri ilə əməkdaşlıq və birgə dinc


yaşamanın əsasları işlənib hazırlanmışdı. Həmçinin Mədinədəki
müsəlman icmasını məhv etməyə cəhd göstərmiş bu qəbilələrlə
ölüm-qalım savaşını aparan da məhz Allahın rəsulu olmuş-
dur. Bu toqquşmalar lokal və taktiki səciyyə daşıyırdı, odur

XVI, 125; IL, XIII; XXVI, 151-152; LXVIII, 10-12; XLII, 41-43; XVI,
90-91; CVIII, 1-7; XC, 12-20. Habelə bax: Əbu Abdullah Məhəmməd
ibn İsmayıl əl-Buxari. Hədislər (kənar haşiyələrdə istinadlarla birlikdə).
Qahirə: “Dar ehya əl-kutub əl-ərəbiyyə” nəşriyyatı, 1960, I cild, səh. 228,
II cild, səh. 171-172; Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib
əl-Üməri ət-Təbrizi. Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd
Nasirəddin əl-Əlbani. Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, II
cild, səh. 605, 608, 613; İmam Fəxrəddin Razi. Böyük təfsir. Qahirə,
1938, XXVI cild, səh. 54-61; Seyyid Məhəmməd Rəşid Rza. “Mənar”
təfsiri. Qahirə: “Dar əl-mənar” nəşriyyatı, 1954, IV cild, səh. 25-45, IX
cild, səh. 290-291; Təbəri. Ca`me əl-bəyan (Quran ayələrinə dair izahları
toplayan kitab), II cild, səh. 98-105; Məhəmməd İzzət Dərvəzə. Yeni
təfsir. Qahirə: “İsa əl-babi əl-hələbi” mətbəəsi, 1964, səh. 200-203.
218 Dördüncü fəsil

ki islamın əsaslarına xələl gətirə bilməzdi. Qurani-Kərim, Pak


Sünnə və Sirət islamın real və ağlabatan metodunun üzə çı-
xarılmasında əsas rol oynaya bilər. Ayrı-ayrı hallara gəlincə,
onları müəyyən siyasi şəraitin doğurduğu tarixi hadisələr, islam
dəvətini qorumaq üçün Peyğəmbər və tərəfdarlarının atdığı
siyasi addımlar hesab etmək lazımdır.
İslamı qəbul etsinlər deyə bütpərəst ərəb qəbilələri ilə aparıl-
mış genişmiqyaslı müharibəni zorakılıq və ideoloji müstəbidlik
olaraq başa düşmək mümkün deyildir. Nəzərdən qaçırmaq ol-
maz ki, bu qərar Mədinədə islam dövlətinin qurulmasından və
iyirmi üç illik zülm, əzab-əziyyət və işgəncədən sonra çıxarılmış-
dı. “Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) üçün ərəb qəbilələrini
zorla müsəlman etmək bir zərurət idi” iddiası (ənənəçilər
bu cür düşünürlər) qeyri-məqbul iddiadır. Çünki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!) bədəvi ərəblərə islamın zorla qəbil

etdirilməsi əmrini verdiyində Kitab əhlindən cizyə almaq ayəsi


hələ enməmişdi1. Habelə Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!)
Mədinədəki yəhudi qəbilələri və Nəcrandakı xristianları gücdən
istifadə etməklə müsəlmanlaşdırmağı əsla düşünməmişdi. İyir-
mi üç illik təcrübədən sonra islamlaşdırma ilə bağlı verilmiş
qərar müsəlmanlar və digər ərəblərin hüquqlarını möhkəmlədib
himayə etmək məqsədi daşıyırdı. Həmçinin Ərəbistan yarı-
madasındakı bədəvi ərəblərin müsəlmanlaşdırılması münasib
düzgün sosial quruluşa zəmanət verəcək, müxtəlif qəbilələr
arasında qarşılıqlı əməkdaşlığı təmin edəcək formatın tapılması

1
Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma.
Dəməşq: “əl-Məktəbə əl-hədisə” nəşriyyatı, 1965, səh. 102.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 219
məqsədini güdürdü1. Bu cür dəyişdirmə, doğrudan da, onun
düzgün niyyətinə, dürüst hərəkətlərinə dəlalət edir. Tarix son-
radan göstərdi ki, məlum addım ərəblərə ancaq fayda gətirdi.
Göründüyü kimi, Peyğəmbər bu addımları atarkən bunun fay-
da gətirəcəyini yəqinliklə bilirmiş. Digər xalqların, məsələn:
monqol qəbilələrinin, germanların mədəni irsinin əksinə olaraq,
bədəvi ərəblər islamın gətirdiyi inzibati və islahatçı amillərin
təsiri nəticəsində mədəniyyət və bilik daşıyıcılarına çevrilib,
abadlaşdırma və yaradıcı fəaliyyətdə ad qazandılar. Bununla
da aydın olur ki, o dövrdə bəşər tarixinə məlum ən əzəmətli
mədəniyyətin qurulmasında digər müsəlman xalqları ilə yanaşı,
ərəblərin də böyük rolu vardır. O mədəniyyətin ki, ümumbəşər
sivilizasiyasının inkişafında əhəmiyyətli rola sahibdir.
Allah Təala buyurur:
“(Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib
yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt
bağışlayan və doğru yola yönəldən deyildir!” (ən-Nisa, 137);
“Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə
əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin
din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün
belə ətraflı izah edirik!” (ət-Tövbə, 10-11);
“(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi
ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! On-
lara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz isla-
mı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!”

1
Seyyid Məhəmməd Rəşid Rza. “Mənar” təfsiri. Qahirə: “Dar əl-mənar”
nəşriyyatı, 1954, X cild, səh. 178-179.
220 Dördüncü fəsil

– deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki


iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız
zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət
etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (müka-
fatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm
edəndir!” (əl-Hucurat, 14);
“Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar.
De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr,
əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi ima-
na müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət
qoymuş olur!” (əl-Hucurat, 17);
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və
(firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə ver-
diyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin
qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində
bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kə-
narında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin
üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”
(Ali-İmran, 103).
Dediyimiz kimi, əgər məcburən müsəlmanlaşdırmaq işi
üstünlüyü nümayiş etdirmək, ya da dini azadlıq hüququ-
nu inkar etmək məqsədi daşısaydı, onda Mədinədəki yəhudi
qəbilələrini müsəlmanlaşdırmaq üçün Peyğəmbərin əlində bir
çox səbəb və kifayət qədər vaxt vardı. Amma o, ərəb qə-
bilələrini müsəlmanlaşdırmaq əmrini nə verməkdən əvvəl,
nə də verdikdən sonra yəhudilərə bunu tətbiq etmədi. İkin-
ci fəsildə göstərdiyimiz kimi, Quran ayələri də bu məsələyə
aydınlıq gətirir. Elə isə Ərəbistan yarımadasındakı bütpərəst
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 221
ərəblərin zorla müsəlmanlaşdırılması probleminə insan oğlunun
şərəf-izzətinə əsaslanan bəşəri həmrəyliyi təmin edəcək möh-
kəm mədəni “qala”nın inşasını zəruri edən problem olaraq
nəzər salmalıyıq. Bunun ideoloji tolerantlığa xələl gətirməyən,
əksinə, onu möhkəmlədən, insan oğlunun başlıca hüquqlarına
əhəmiyyət verən addım olduğunu deməyimiz tam yerinə dü-
şür. Çünki insan haqları yer üzündə ümmətin başçısı sayılan
xəlifənin daşıdığı məsuliyyətin ayrılmaz hissəsidir1.
Nəzəri müstəvidə mürtədlik problemi diqqəti daha çox
cəlb edir. Belə ki ənənəçi müəlliflərin əksəriyyətinə görə, iman
gətirdikdən sonra islamı inkar etmək mürtədlikdir və bir kim-
sə mürtədliyində davam edərsə, ona ölüm cəzası kəsilməlidir2.
Bu məqamda ikitərəfli problem meydana çıxır: birincisi zaman
və məkan amilidir; ikincisi mövzu ilə əlaqəli nəzəri problemdir.
Zaman və məkan amilinə, eləcə də bunun mürtədlik məsə-
ləsinə təsirinə gəlincə, problem bəzi yəhudi qrupların planlaşdır-
dığı sui-qəsdlərlə əlaqəli olmuşdur. O qruplar ki, mürtədlikdən
sui-qəsd üçün istifadə etmişlər. Onlar, əvvəlcə, islamı qəbul

1
Abu Zayd (Abdul Rahman Ibn Muhammad) Ibn Khaldun, The Mu-
qaddimah (An Introduction to History), translated from Arabic by Franz
Rosenthal, ed. N.J. Dawood (Princeton: Princeton University Press,
1967), pp. 118-122; Əhməd Əmin. İslamın doğuşu. Qahirə: “Məktəbə
ən-nəhzə əl-misriyyə” nəşriyyatı, 1964, səh. 30-38; Cavad Əli. İslamdan
qabaq ərəblərin qısa tarixi. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1970, IV cild, səh. 334; Məhəmməd Kamil Leyləh. Ərəb cəmiyyəti və
ərəb millətçiliyi. Qahirə: “Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1966, səh. 85-
91, 108-111; W. Montgomery Watt, Islamic Political Thought: The Basic
Concepts (Edinburgh: Edinburgh University Press, 1968), pp. 6-7.
2
Əbdülmütəali əs-Səidi. İslamda din azadlığı. Qahirə: “Dar əl-fikir əl-
ərəbi” nəşriyyatı, (tarix göstərilməyib), səh. 25-33.
222 Dördüncü fəsil

etdiklərini bildirir, sonra isə gənc müsəlman icması arasında


xaos, qarmaqarışıqlıq və dağınıqlıq yaratmaq üçün dəstə-dəstə
dindən dönürdülər. Qeyd edilməlidir ki, Quranda bu məkrli
plan haqda deyilir:
“Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi:
“Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər
vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu
inkar edin! Bəlkə, (möminlər öz dinlərindən) üz döndərsinlər.
Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”
(Ya Rəsulum! Onlara) söylə: “Əlbəttə, doğru yol, Allahın yo-
ludur”. (Yəhudilər öz adamlarına dedilər:) “Sizə verilən şeyin
(Tövratın və bəzi digər nemətlərin) bənzərinin başqa birisinə
(müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların
sizinlə mübahisə edəcəyinə (inanmayın)!” (Ya Rəsulum!) De:
“Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş
edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!” (Ali-
İmran, 72-73).
Mürtədlik olduqca mühüm və təhlükəli məsələ ilə əlaqəlidir.
Söhbət Quranın bir çox ayəsində söz açılan münafiqlikdən
(ikiüzlülük) gedir. Belə ki Mədinə münafiqləri gənc müsəlman
icması üçün ikili problem yaradırdılar; bir tərəfdən, düşmənə
yardım edir, müharibə hazırlıqlarına mane olur, digər tərəfdən
isə müsəlmanları mənəvi cəhətdən sarsıtmağa çalışırdılar. Qu-
rani-Kərim bu haqda buyurur:
“Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yal-
nız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq
üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da var-
dır. Allah zalımları tanıyandır!
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 223
Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş
və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar
istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu.
Onlardan (münafiqlərdən): “Mənə (döyüşə getməməyə) izin
ver, məni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar
(özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bü-
rüyəcəkdir!
Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis
olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan
görmüşük!” deyər və sevincək halda dönüb gedərlər.
De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından baş-
qa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir.
Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”
De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi
əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq
iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) biri-
nin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə
gözləməkdəyik!” (ət-Tövbə, 47-52).
Aydın məsələdir ki, ən şiddətli cəzalarla hədə-qorxu gəlmək
münafiqlərin ayaqlanmaları və sui-qəsd planlarının qarşısını al-
maq məqsədi daşımışdır. Çünki münafiqlər rahat dayanmırdı-
lar. Odur ki Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) etdiklərini
bu kontekstdə başa düşmək lazımdır. Məsələn, o, müsəlman
olduqdan sonra dinindən dönən və Qüreyşə sığınan Abdul-
lah ibn Sə`d ibn əbu əs-Sərəhin öldürülməsi əmrini vermişdi.
Həmin bu şəxs vəhyi yazanlardan biri idi. Mürtəd olduqdan
sonra iddia edirdi ki, ona deyilənləri yazarkən sözlərin yeri-
ni dəyişdirmiş, özündən əlavələr etmişdir. Əgər Osman ibn
224 Dördüncü fəsil

Əffan (Allah ondan razı qalsın!) təkidlə qarşı çıxmasaydı, müsəlmanlar


bu mürtədi edam edəcəkdilər. Osmanın istəyindən sonra Pey-
ğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) onu bağışlamışdı. Təbii ki, iki-
üzlülük və dönüklüyə əsaslanan bu cür alçaq və rəzil hərəkətlər
cəmiyyətdə çaxnaşma yaradacaq cinayət qəbilindən idi. Bu
səbəbdən belə hərəkətlərə yol verənləri şəraitə uyğun olaraq
şiddətlə cəzalandırmaq tam təbii hal hesab olunmalıdır.
Erkən islam dövründə sözügedən problem ətrafında nəzəri
mübahisələr də baş vermişdi. Belə ki mürtədliklə səciyyələnən
siyasi sui-qəsd baş vermişdi. Əsas məqsəd müsəlman icmasını
məhv etmək idi. Sonralar bəzi müəlliflər bu hadisəni təhlil
edərkən dini etiqad azadlığının məhdudlaşdırılmasından söz
açmışdılar. Halbuki onlar bu məsələyə olduqca dar çərçivədə
toxunmuş, səhvən mürtədliyi müqəddəratı təyin edən davranış
olaraq nəzərdən keçirmişdilər.
Qurani-Kərimdəki “dönüklük” sözü və mənası, habelə hə-
disdə dönüklüyə görə göstərilmiş cəza növü ətrafında yaranmış
fikir ayrılıqları ənənəvi fiqhdə tolerantlıq və məsuliyyət anlayış-
larının dini bünövrəsini laxlatmışdır.
İlk nəsil müsəlmanlarının nəzərində mürtədliyə görə cəza
kəsmək vicdan və etiqad azadlığını məhdudlaşdırmaq mənasına
gəlmirdi. Müsəlmanların məqsədi bir-birinə düşmən kəsilmiş
bədəvi qəbilələri müsəlmanlaşdırmaq və Mədinə icmasına qarşı
sui-qəsd planlarının qarşısını almaq idi1. Din və etiqad azadlı-
ğına islamın baxışı aydındır. Allah Təala buyurur:

1
Əfif Əbdülfəttah Təbbarə. Qurani-Kərimdə yəhudilər: hədislər, İbrahim,
Yusif və Musa peyğəmbərlə bağlı dini qissələr əsasında yəhudilərdən bəhs
edən ayələrin elmi təhlili. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 225
“Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq
(iman) azğınlıqdan (küfrdən) ayırd edildi...” (əl-Bəqərə, 256);
“Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vu-
ruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə
mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və
özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblə-
rinə soyuqqanlılıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət
edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz
də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə
verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin:
“Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil
olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də
Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (əl-Ənkəbut,
46).
İslam haqq dinidir və müsəlmanların imanı haqdır. Buna
rəğmən islam düşüncə, etiqad və söz azadlığı, seçim sərbəstliyi
ilə təmsil olunan insan haqlarını qorumuşdur.
Erkən dövr alimləri etiqad azadlığı məsələsində nəzəri “do-
laşıqlığ”a düşmüşlər. Nəticə etibarı ilə, ənənəvi siyasi fikri təm-
sil edəm müsəlman üləması Peyğəmbərin (Ona Allahın xeyir-duası və sa-
lamı olsun!) uzaqgörənliyini, nəyin onu sərt və zorakı bədəviləri

müsəlmanlaşdırmağa vadar etdiyini başa düşə bilməmişdir.


Habelə onlar bu məsələ ilə əlaqəli cinayət tərkibli hərəkətləri,

1966, səh. 30-32; Məhəmməd Seyyid Təntavi. Qurani-Kərim və hədislərdə


İsrailoğulları, səh. 168-263; İbn Əsir. Tarixə dair bitkin əsər. Beyrut: “Dar
ət-tibaə vən-nəşr”, 1960, II cild, səh. 249; Əbu Məhəmməd Əbdülməlik
ibn Hişam. Peyğəmbərin həyatı / araşdırıb çap edən: Məhəmməd əs-
Səqa, İbrahim əl-Əbyari və Əhməd Şəlbi. Qahirə: “Mustafa əl-babi əl-
hələbi və övladih” mətbəəsi, 1955, II cild, səh. 409.
226 Dördüncü fəsil

ilk müsəlman nəslinin möhtac olduğu təhlükəsiz mühiti nəzər-


dən qaçırmışdılar. Söhbət o təhlükəsiz mühitdən gedir ki, həm
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!), həm də müsəlmanlar
mürtədliyi onu zədələyəcək amil sayırdılar. Bütün bunlara görə
müsəlman fəqihlər fikir ayrılığına düşmüş, problemdən çıxış
üçün “nəsx”dən qeyri-münasib formada istifadə etmişdilər.
Birinci xəlifə Həzrəti Əbubəkrin (Allah ondan razı qalsın!) zamanın-
da müsəlmanlar əleyhinə başladılmış “riddə” (dönüklük) mü-
haribələri etiqad və ya söz azadlığından istifadənin ifadəsi de-
yildi. Əksinə, bu, əvvəlki quruluşa qayıtmaq, yeni ictimai-siyasi
mühitdən sıyrılmaq istəyən bəzi bədəvi ərəb qəbilələrinin şü-
urlu fəaliyyəti idi. Həzrəti Əbubəkrin hakimiyyətinə qarşı çıxan
həmin qəbilələr zəkat vermək və Ərəbistan yarımadasındakı
mərkəzləşdirilmiş yeni siyasi birliyə tabe olmaq istəmirdilər.
Məşhur alim İbn əl-Qəyyim dönüklük əleyhinə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!) Mədinədə təsis etdiyi qanunların nə-

zəri əhəmiyyətini düzgün başa düşdüyü üçün qeyd etmişdi ki,


bütün bu qanunlar dağıdıcı və təxribatçı fəaliyyətə cavab xa-
rakterli siyasi icraatlardır, etiqad (söz) azadlığı ilə əlaqəli deyil-
dir1. Olduqca mühümdür ki, müsəlmanlar islamda fərdi əxlaqi
məsuliyyət və etiqad azadlığının dəyərini başa düşsünlər, xır-
dalıqlar, dini mətnlər ətrafında gedən, səthilik, formallıq, hər-
filik və ənənəvilikdən uzaqlaşa bilməyən akademik polemikalar
içərisində itib-batmasınlar. Qoy bundan sonra düşüncə azadlığı
istənilən sivil bəşəri ideologiyanın zəruri tərəfinə çevrilsin.

1
Əbdülkərim Osman. İslamda siyasi system. Beyrut: “Dar əl-irşad” nəş-
riyyatı, 1968, səh. 66-67.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 227

2. Qurani-Kərimi təfsirdə əlaqələndirmə


və kəsilməzlik

İkinci və üçüncü fəsillərdə izah etdik ki, ənənəçi fəqihlər


əsasını Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) qoyduğu quruluşa
oxşar ictimai sistemin davamlılığında maraqlı olmuşlar. Onlar,
bəlkə də, elə buna görə dövrün ictimai quruluşuna uyğun izah-
lar vermişlər.
Ənənəvi “nəsx” metodundan istifadə etməklə həmin fəqihlər
siyasi fəaliyyətə dar çərçivədə nəzər salmışlar. Onlar siyasi
fəaliyyəti Mədinə dövlətinin sonrakı dövründə ilk rəhbərin
– Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) atdığı addımlarla
məhdudlaşdırmışlar. Məlumdur ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və
salamı olsun!) nəzarət və idarədə “böyük güc” siyasətini tətbiq etmiş-

dir. Çünki Mədinədə hələ əvvəldən bəzi siyasi əngəllər mövcud


idi. Özü də bu əngəllər müsəlmanlara düşmən kəsilmiş müşrik
hakim elitanın işinə yarayırdı.
Həm düşmən cəbhənin zəifləməsi, həm də islam hakimiy-
yətinin güclənməsi imkan vermişdi ki, müsəlman ümməti bu
cür siyasət yürütsün. Amma bu o demək deyildir ki, sözügedən
siyasi kursdan uzaqlaşmaq olmaz; bəzən hakimiyyət siyasi və-
ziyyətə uyğun olaraq qeyri-ənənəvi addımlar atmışdır.
Müsəlman cəbhəsini müdafiə cəbhəsi, dinc və tolerant cəbhə
olaraq göstərən liberal modernistlər “nəsx”in heç də həmişə
faydalı olmadığını bildirmişlər. Çox vaxt “nəsx” nəzəri labirint
effekti yaradır. Nəticədə, biz məcbur qalırıq ki, ələlxüsus Qu-
ranın göstərdiyi konkret məqamlarda bu problemi həll edək,
228 Dördüncü fəsil

bu müqəddəs kitabın daxili strukturunun əhəmiyyətini düz-


gün başa düşək. Əks halda, Qurani-Kərim erkən dövr islam
tarixindən bəhs edən kitab təsəvvürü bağışlayacaqdır.

2.1. Nəsx

Ümumiyyətlə erkən dövr islam, xüsusilə də Quran təcrübə-


sinə nəzər salsaq, görəcəyik ki, həmin vaxt müsəlmanların hə-
yatında mühüm və köklü dəyişikliklər baş vermişdir. Müsəl-
manlar ədalət və sülhün təmininə səy göstərmişlər. Çünki onlar
həm dünyada, həm də axirətdə uğur qazanmalı idilər. Allah
Təala onlar barədə buyurur:
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yox-
sullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından
keçərlər. Allah yaxşılıq edənləri sevər.
O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə
zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günah-
larının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa
kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis
olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağac-
ları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaq-
lar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!” (Ali-İmran,
134-136).
Quran insana həm bir fərd, həm də kollektivin fəal üzvü
olaraq baxır. Qurana görə, insan fərd olmaqdan çıxıb, sosial-
laşmağa üz tutmalı, cəmiyyət və dövlətin həyatında mühüm
rol oynamalıdır. İnsan zülm, alçalma və tənəzzülə yox deməklə
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 229
ədalətə, tərəqqi və şərəf-izzətə can atmalıdır. İslam bütün bun-
ları həyata keçirdi, özü də həm müharibə, həm də dinc şəraitdə
həyata keçirdi. Təbii ki, bütün bunları real həyatda icra etmək
üçün islam insanların mənəviyyatı və düşüncəsini dəyişdi.
Məlumdur ki, insan həyatı və bəşər cəmiyyətinə fayda gə-
tirəcək zəruri məqsədlərə çatmaq üçün islam başlıca dəyərlər,
prinsip və məhdudlaşdırmalar təsis etmişdir. Bununla da islam
idarəçiliyinə fəal planlama və yaradıcı siyasi fəaliyyət səlahiyyəti
verilmişdir.
Buna baxmayaraq, alim və fəqihlər hər hansı bir ayənin
digərini nəsx etməsi məsələsində Peyğəmbərin (Ona Allahın xeyir-duası və
1
salamı olsun!) səhabələrinin dediklərini əsas götürmüşlər . Onlar han-

sı ayənin bir digərini nəsx etməsi haqda Peyğəmbərdən (Ona Allahın


xeyir-duası və salamı olsun!) birbaşa iqtibas gətirməmişlər. Əslində həmin

fəqihlər Quranda nəsxin olduğunu isbatlamaq üçün əllərindən


gələni etmişlər2. Onlar (hətta müasir alimlər də!) “nəsx”in
tərifinin müəyyənləşdirilməsinə böyük əhəmiyyət versələr də,
onun tətbiqi tərəflərinə (nə üçün və harada tətbiq edilməsi,
ümumi məzmunu və s.) biganə qalmışlar3. Belə bir nəticəyə
gəlmək mümkündür ki, bu problem (nəsxin səbəbləri və tətbiqi
sahələri) inkişaf etdirilməmiş, donuq və məhdud vəziyyətdə ol-
muşdur; nəsx tarixdə bir dəfə baş vermiş hadisənin nəticəsidir;

1
Mustafa əbu Zeyd. Nasix və mənsux problemi: tənqidi araşdırma. Qahirə:
“Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, I cild, səh. 125-134, II cild, səh.
553, 563-568, 579-581.
2
Yenə orada, I cild, səh. 221-285.
3
Bu məqamda mühüm məsələ qeyd olunmalıdır. Belə ki nəsx üçün
müəyyən edilmiş dəyişməz qaydalara riayət etməmək hələ səhvə yol ver-
mək deyildir. Çünki vəziyyət dəyişdikdə hökm və yanaşma da dəyişir.
230 Dördüncü fəsil

müsəlmanlar keçmişdə baş vermiş təsadüfi(!) hadisənin ardın-


dan subyektiv vəziyyət formalaşdırmışlar. Onu da deyək ki,
erkən dövr fəqihləri müsəlmanlara stabil və güclü cəmiyyət
olaraq baxırdılar. Lakin müasir alimlər bunu nəzərdən qaçırır-
lar. Odur ki ya indiki dövrdə müsəlman xalq və rejimlərin üz-
üzə gəldiyi real və əməli problemləri bütövlükdə ifadə etməyən
ümumi anlayışlar haqda danışır, ya da hakimiyyətə sahib-
lik kimi görünən xəyallardan söz açırlar. Hətta müsəlmanlar
həmin dövrün abı-havası ilə yaşayırlar. Bu səbəbdən cavabdeh
islam qurumları lazımi informasiyaya, hərtərəfli islam siyasi
fikrinə möhtacdır. Möhtacdır ona görə ki, indiki dövrdə dün-
yada baş verən hadisələrlə ayaqlaşsın, yeni problemlərə yaradıcı
münasibət bəsləsin1.
Daha bir mühüm məsələni qeyd edək. Bu, nəsxin hansı
tarixi kontekst çərçivəsində və hansı şeylər üçün baş verdiyini
araşdırmaq məsələsidir. Habelə vəhyin başa çatmasından əvvəl
Peyğəmbərə nazil olmuş ayələrin nəsx edildiyi faktını da unut-
mayaq. Onu da deyək ki, dəvətin, ümmətin tarixi təcrübəsinin
bütün mərhələ və prinsipləri düzgündür. Dəyişkən mühit zəruri
etdikcə bu mərhələ və prinsiplər üzərində düşünmək lazımdır.
İslam sistemləri və hökmləri yararlı olmalı, insanların yeni-yeni
ehtiyaclarına cavab verməlidir. Belə olan halda islam dəyərləri
və prinsiplərini rəhbər tutan məqsədlər həyata keçəcəkdir. Bü-
tün bunlarla yanaşı, “nəsx”i yalnız açıq-aşkar problemlərdə ax-
1
Mustafa əbu Zeyd. Nasix vəl-mənsux problemi: tənqidi araşdırma.
Qahirə: “Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, I cild, səh. 205-220; Mə-
həmməd Əbdüləzim əz-Zərqani. Mənahil əl-irfan fi ülum əl-Quran (Quran
elmlərində bilik çeçmələri). Qahirə: “Dar ehya əl-kutub əl-ərəbiyyə”, (çap
tarixi göstərilməyib), II cild, səh. 69-76.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 231
tarmaq lazımdır. Qiblənin Qüdsdən Məkkəyə dəyişdirilməsi
buna misaldır1.
Həm müsəlman mütəfəkkirləri, həm də islam təşkilat və
orqanları hüquqi, siyasi və fikri sahələrdə hərəkətə keçməli,
onu da nəzərə almalıdırlar ki, Məkkə və Mədinədə enən ayələr
o dövrün vəziyyəti, abı-havası ilə bağlı olmuşdur. Mülayim-
lik, ehtiram, rəhmdillik və təvazökarlıq kimi sərtlik, zorakılıq,
qabalıq da bəşər cəmiyyəti ilə birbaşa əlaqəlidir. Erkən dövr
müsəlmanlarının tarixi təcrübəsi bunu təsdiqləyir.
İndiki dövrdə müsəlmanlar (başqaları ilə) səbirlə, ən gözəl
şəkildə münasibətlər yaratmağı bacarmalıdırlar. Təbii ki, zərurət
tələb etdikdə canla, var-dövlətlə cihad istisna edilmir.
Həqiqət budur ki, çoxistiqamətli Quran dünyagörüşünün
müxtəlif tərəflərindən istifadə etməyə icazə verən hüquqi, siyasi
və fikri azadlıq mütərəqqi cəmiyyətlərin xarakterik xüsusiyyə-
tidir. Bu vəziyyətə həm Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!)
həm də xəlifələrinin, xüsusilə də Həzrəti Ömərin (Allah ondan razı qalsın!)
vaxtında rast gəlirik. Həmin vəziyyətin təkrarlanması üçün ya-
radıcı yolla, sağlam bünövrə ilə, özü də yaxın gələcəkdə həmin
zaman və məkan boşluğunu doldurmaq lazımdır. Bu məsələdə
Əbu Müslim əl-İsfəhaninin nəsxin tərifi ilə bağlı görüşlərindən
istifadə etmək olar.

1
Mustafa əbu Zeyd. ən-Nasix vəl-mənsux: tənqidi araşdırma. Qahirə:
“Dar əl-fikir əl-ərəbi” nəşriyyatı, 1963, I cild, səh. 236-242, 399-501, II
cild, səh. 503-538; Məhəmməd Əbdüləzim əz-Zərqani. Mənahil əl-irfan
fi ülum əl-Quran (Quran elmlərində bilik çeçmələri). Qahirə: “Dar ehya
əl-kutub əl-ərəbiyyə”, çap tarixi göstərilməyib, II cild, səh. 152-165.
232 Dördüncü fəsil

2.2. Ayələri tədqiqdə Quran


kontekstinin əhəmiyyəti

İslam ədəbiyyatı ilə tanış olanlar əksər hallarda hiss edirlər


ki, Qurandan iqtibas gətirilərkən kontekst nəzərə alınmır. Dü-
şünürük ki, bunun bir sıra səbəbləri vardır. Birincisi nəsxin
donuq və formal tətbiqidir. İkincisi Quranın daxili strukturunu
başa düşməməkdir. Sonuncu vəziyyət iki nəticə doğurub: a)
Qurandakı məsələləri ifrat formada adiləşdirmək və mübhəm
şəkildə ümumiləşdirmək (bu da öz növbəsində ayələrin nazi-
li ilə bağlı zaman və məkan amillərinin nəzərə alınmamasına
səbəb olub); b) ayələrin daxili strukturu və tərtibatlı ardıcıl-
lığını nəzərdən qaçırmaq. Sonuncu vəziyyət nəticəsində xır-
da məsələlər böyüdülmüş, universallıq məhdudlaşdırılmışdır.
Nəticə etibarı ilə, Quran dünyagörüşü qaranlıq məzmun kəsb
etmiş, konkret məqsəd və prioritetlər itirilmişdir.
Məlum vəziyyəti doğuran üçüncü səbəb də vardır. Düşünü-
rük ki, Qurana münasibətdə sistemli üslubun, universal mü-
hakimənin olmamağı müsəlman cəmiyyətinin, dövlətə “ehkam”
kəsən hüquq təşkilatlarının, təhsildən, dəyərlərin qorunmasın-
dan cavabdeh sosial qurumları öz funksiyalarını düzgün başa
düşməməklərindən irəli gəlir.

2.2.1. Quranda konkret məsələlərin mənası

Qurani-Kərim əsas etibarı ilə ümumi prinsipləri, istiqamət


və təlimləri izah edən ayələrdən ibarətdir. Konkret problem və
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 233
məsələlərdən bəhs edən ayələr də vardır. Bu ayələr ya həmin
ümumi ayələri izah edir, ya da müəyyən qrup müsəlmanlara
bəzi göstəriş və əmrlər yükləyir.
Erkən dövr müfəssirləri bu ayələrin nazil edildiyi konteks-
tin əhəmiyyətinə, səciyyəvi tərəflərinə biganə qalmışlar. Çün-
ki sözügedən ayələri ümumiləşdirir, bununla da məqsəd və
məzmunları əsasında nəzərdən keçirmirdilər. Məsələn, “qılınc”
ayəsi buna konkret misaldır. Fiqhdə ənənəvi və sadə “nəsx”
üslubu Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) vəfatından qa-
baq şimalda böyük güclərlə aparılan müharibə faktlarını qa-
bartmış, hökm halına salmışdır. Əslində belə bir nəsx üslubu
baş verənlərə ibtidai şəkildə yanaşmaq ənənəsini formalaşdır-
mış, şimalda müsəlmanlara pusqu qurmuş mənfur bizanslılarla
müharibədə mənəvi stimul rolunu oynamışdır.
“Qılınc” ayəsi budur:
“Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla
vuruşun...” (ət-Tövbə, 36).
Habelə bu ayə ilə əlaqəli başqa ayədə deyilir:
“Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun.
Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər...” (ət-Tövbə,
123).
Qeyd edək ki, bu iki ayə dövlətlərarası münasibətlərə islamın
baxışını müəyyənləşdirən ənənəvi fiqhdə başlıca rol oynamış-
dır. İndiki dövrdə belə yanaşma zərərli və faydasızdır. Habelə
o, müasir dünyanın problemləri ilə, tələbatları ilə səsləşmir1.

1
Əbülqasım Hibətullah ibn Səlamə. Nasix və mənsux problemi. Qahirə:
“Hələbi və oğulları” mətbəəsi, 1967, səh. 19, 51; Mustafa əbu Zeyd. Nasix
və mənsux problemi: tənqidi araşdırma. Qahirə: “Dar əl-fikir əl-ərəbi”
234 Dördüncü fəsil

Müsəlman alimləri vəhyə, universal Quran təcrübəsinə əsas-


lanaraq, dövrün problemlərini nəzərə alaraq Quranı anlama və
təfsir üslubunu, islamı bütün bəşəriyyətə çatdırma yollarını təs-
hih etməlidirlər. Habelə zaman və məkan amili nəzərə alınmaq-
la konkret faktlar son dərəcə diqqətlə tədqiq edilməlidir. Bu
ona görədir ki, həmin ayələrin mənası başa düşülsün, Quranda
və erkən islam təcrübəsində öz əksini tapmış aksioloji sistem
vasitəsilə onun əhəmiyyəti izah edilsin.
Diqqətlə araşdırdıqda görürük ki, “döyüş” ayələri erkən
dövr müsəlmanlarının yaşadıqları vəziyyəti əks etdirir. Elə bir
vəziyyəti ki, müsəlmanlarla Qüreyş qəbiləsi və müttəfiqləri ara-
sında baş vermiş amansız müharibələrlə müşayiət olunurdu. Bu
müharibələr qızışdıqca həmin ayələr müsəlmanlara istiqamət
verir, qəddar və amansız düşmənə münasibətdə ən münasib
strateji üsullardan istifadəni əmr edirdi. Deməli, həmin ayələr
konkret vəziyyəti əks etdirir, islam siyasi sisteminin xarici əla-
qələrində ümumi hökmlərin tamamlanmasını məqsəd güdür.

nəşriyyatı, 1963, II cild, səh. 503-583; İmam Bədrəddin Məhəmməd ibn


Abdullah əz-Zərkəşi. əl-Burhan fi ülum əl-Quran (Quran elmlərinə dair
dəlil-sübut) / araşdırıb çapa hazırlayan: Məhəmməd Əbülfəzl İbrahim.
Qahirə: “Dar ehya əl-kutub əl-ərəbiyyə” nəşriyyatı, 1957, II cild, səh.
40; Məhəmməd Əbdüləzim əz-Zərqani. Mənahil əl-irfan fi ülum əl-
Quran (Quran elmlərində bilik çeçmələri). Qahirə: “Dar ehya əl-kutub
əl-ərəbiyyə”, çap tarixi göstərilməyib, II cild, səh. 156; Vəhbə Züheyli.
Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma, Dəməşq: “əl-
Məktəbə əl-hədisə”, 1965, səh. 78-89.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 235

2.2.2. Qurani-Kərimin daxili strukturu

Qurani-Kərimin (surə və ayələrinin) “struktur”unu düzgün


qiymətləndirə bilməmək klassik (ənənəvi) metodologiyanın baş-
lıca qüsurudur. Müsəlman alimlərinin Quran ayələrini müstəqil
elementlər olaraq nəzərdən keçirmələri adət halını almışdır.
Onlar bir surənin ayələrində və ya bir-biri ilə əlaqəli surələrdə
öz əksini tapmış ana məzmuna çox az diqqət yetirmişlər. Bu
səbəbdən bir ayə və ya ondan bir hissə: a) kontekst daxilində;
b) surədəki sıralanmaya uyğun şəkildə; c) həmin surənin digər
ayələri ilə vəhdətdə təfsir olunmurdu. Bu cür yanaşma im-
kan verdi ki, müəyyən şəxslər Qurani-Kərimi naqis və sub-
yektiv formada izah etsinlər. Habelə “nəsx”i əsas götürən bəzi
ənənəçi fəqihlər müəyyən ayələri və onlardakı hissələri subyek-
tiv şəkildə izah etdilər, konteksti nəzərə almadılar. Bu yolla on-
lar öz ideyalarını erkən dövr müsəlmanlarının yaşadıqları şərait
və dövrə uyğun şəkildə əsaslandırmaq istəyirdilər. O dövrə ki,
müsəlmanlar həmin vaxt yer üzünün hegemon gücləri idilər,
amansız düşmənlərlə müharibə aparırdılar. Və müharibə, görü-
nür, siyasi çəkişmələrin həllində ən ağlabatan vasitə təsəvvürü
bağışlayırdı. Halbuki bu üslub indiki dövrdə rəğbətlə qarşılan-
mır.
Bu məqamda bizim Quranı öyrənmə və təfsir metodumu-
za nəzər salmaq lazım gələcəkdir. Həmçinin biz Quranın da-
xili quruluşunu qiymətləndirməli, onun hansı tərtibdə, hansı
şəraitdə ayəbəayə, surəbəsurə Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı
olsun!) endiyini diqqətlə öyrənməliyik.
236 Dördüncü fəsil

Məlum məsələdir ki, Allah Təala peyğəmbərinə istiqamət


verəcək ilahi üsul göndərmişdir. Bu üsula uyğun olaraq, Qu-
ranın hər bir ayəsi, hər bir sözü müəyyən sıralama ilə nazil
olmuşdur. Yəni, hər söz və ayənin öz yeri, öz məqamı vardır1.
Aşağıdakı iki misal ənənəvi metodologiyadakı çatışmazlığı
göstərir. Birinci misal aşağıdakı ayəni izahda müfəssirlərin üs-
lubu ilə əlaqəlidir:
“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan
çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar
etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (əl-
Mumtəhinə, 8).
Müfəssir və fəqihlər bu ayənin “qılınc” ayəsi ilə qüvvədən
salınıb-salınmadığı ətrafında ixtilafa düşmüşlər2.
Əgər biz bu ayənin “Mumtəhinə” surəsindəki yerinə nəzər
salsaq, görəcəyik ki, o, ümumi bir qaydanı özündə əks etdi-
rib. Bu, islamı qəbul etməmiş qohumları, qonşuları ilə müsəl-
manların dinc münasibətini əks etdirən qaydadır. Bu ayə mü-
səlmanlara həmin qohum-qonşularla dostluq münasibətləri qur-
mağı, onlara yardım əli uzatmağı, onlarla ədalətli davranmağı
əmr edir. Əslində ayə müharibə və sülh vəziyyətlərini aydın
şəkildə bir-birindən ayırır. Müharibə zamanı müsəlmanlar kafir

1
İbn Kəsir. Quranın təfsiri, II cild, səh. 331; Məna əl-Qəttan. Quran
elmlərinə dair tədqiqatlar. Ciddə: “əd-Dar əl-ərəbiyyə lin-nəşr” nəşriyyatı,
(çap tarixi göstərilməyib), səh. 49-57.
2
Əbülqasım Hibətullah ibn Səlamə. Nasix və mənsux problemi. Qahirə:
“Hələbi və oğulları” mətbəəsi, 1967, səh. 91; Mustafa əbu Zeyd. Nasix
və mənsux problemi: tənqidi araşdırma. Qahirə: “Dar əl-fikir əl-ərəbi”
nəşriyyatı, 1963, II cild, səh. 551-553.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 237
düşmənlərdən ehtiyat etməli, səflərini birləşdirməli, onlara heç
bir kömək göstərməməli, onlarla dostluq etməməlidirlər.
Bu surə və ayə problemin gizli səbəbini bizlərə başa salır.
Bu səbəb müharibə və ya sülh şəraitində kafir xalqlara ümumi
islam metodunun münasibəti ilə əlaqəlidir. Habelə surə izah
edir ki, müharibə müvəqqəti haldır. Bu baxımdan görürük ki,
həmin ayədəki rəbbani təlimat aşağıdakı ayədən başlanır:
“(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdi-
yiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə
gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qa-
dirdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Mumtəhinə, 7).
İndi isə ikinci misala baxaq:
“(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de:
“Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa
çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb
müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət
etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə
olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı
bir əzab verər” (əl-Fəth, 16)1.
Qurani-Kərimin təfsiri ilə bağlı başlıca çalışmalara (Təbəri,
İbn Kəsir, Razi...) nəzər salsaq, görərik ki, əsas diqqət ayələrin
həmin insanlara münasibətdə təsis etməyə çalışdığı qaydanın
öyrənilməsinə deyil, Quranın “çox güclü” deyə təsvir etdiyi
qövmün kim olduğunu müəyyənləşdirməyə yönəlib. Məsələn,

1
İmam Fəxrəddin Razi. Böyük təfsir. Qahirə, 1938, XXVIII cild, səh. 93;
Arthur J. Arberry`s translation, The Quran Interpreted (New York: The
Macmillan Company, 1955), p. 227; A.Y. Ali`s translation, The Quran,
pp. 1395-1396; M. Pickthall`s tarnslation, The Glorious Quran, p. 366.
238 Dördüncü fəsil

Təbəri həmin güclü qövmün kimliyini araşdıran alimlərin icti-


hadlarından ibarət bütöv siyahı təqdim edir. Bu siyahının ba-
şında farslar (sasanilər), bizanslılar, Həvazin, Qətəfan və Bəni-
Hüneyfə qəbiləsi gəlir. Həmçinin bəzi alimlər güman edirlər
ki, bu ayə gələcəkdə meydana çıxacaq bir dəstəni (qövmü)
nəzərdə tutub. Təbəri sonda qeyd edir ki, həmin ayənin mənası
heç də adı çəkilmiş alimlərin dedikləri kimi deyil; onların
ictihadları ancaq və ancaq həmin güclü qövmün kimliyinin
müəyyənləşdirilməsi ilə məhdudlaşıb1.
İbn Kəsir həmin siyahıya başqa adları da daxil edib: Əhli-
Səqif, bütpərəstlər, kürdlər, xırda gözlü, sivri burunlu, düz
sifətli xalqlar (deyilənə görə İbn Kəsir bununla türkləri nəzər-
də tutub)2. Razinin izahı hər nə qədər müfəssəl olmasa da,
mahiyyətcə əvvəlki izahlardan fərqlənmir3.
“Fəth” surəsi strukturu və sıralanması baxımından maraq do-
ğurur, odur ki araşdırdığımız mövzu ilə birbaşa əlaqəlidir. Belə
ki ilk müsəlmanlar həm yadelli düşmənlərin, həm də daxildə
münafiqlərin təzyiqi, işgəncə və əzab-əziyyətinə məruz qalmışdı-
lar. Bu surə də məhz müsəlmanlara həmin təhlükələr qarşısında
hansı strategiyanı seçməyin, hansı addımlar atmağın lazım oldu-
ğunu təfsilatı ilə başa salmaq üçün nazil olmuşdu. Həmçinin bu
surədə bədəvi ərəblərə müəyyən qaydalar öyrədilir; bildirilir ki,
onlar münasib davranış formalarına yiyələnməli, hərəkətlərinə
nəzarət etməlidirlər; əgər müsəlmanların dərdinə şərik çıxsa-

1
Təbəri. Came əl-bəyan (İzahları toplayan kitab), II cild, səh. 82-84.
2
İbn Kəsir. Quranın təfsiri, IV cild, səh. 90-93.
3
İmam Fəxrəddin Razi. Böyük təfsir. Qahirə, 1938, XXVIII cild, səh.
91-93.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 239
lar, güclü müsəlman icmasına qoşulsalar, gözəl münasibət gö-
rəcəklər.
Görünür, ənənəçi fəqihlər Quranın daxili strukturuna lazı-
mi diqqət yetirməmişlər. Habelə onlar yalnız o məsələlərdə
Quran ayələrini təhlil etmişlər ki, məhduddur və yaşadıqları
dövr üçün aktualdır. Amma bu yanaşma, dediyimiz kimi, həm
az saylı məsələlərlə məhdudlaşmış, həm də mütəmadilik kəsb
etməmişdir. Halbuki Qurandakı başlıca məsələlər, təlimat və
dəyərlər araşdırılmalı, təhlil obyekti olaraq seçilməli idi. Bu
məqsədlə Quran surələri və ayələrinin daxili sıralanması, struk-
turu əsas götürülməlidir.
Hafiz ibn Kəsir “Bəqərə” surəsinin 256-cı ayəsini təfsir edərkən
gəldiyi nəticəyə əsaslanaraq ənənəvi metodologiyanın formatı-
nı izah edib. Həmin ayə budur: “Dində heç bir məcburiyyət
yoxdur”. Görürük ki, İbn Kəsir həm “Fəth” surəsinin 16-cı və
“Tövbə” surəsinin 36-cı ayələrindən istifadə edir. O, birinci
ayənin ilk hissəsini belə izah edir:
“Çox sayda alim bu qənaətdədir ki, “Dində heç bir məc-
buriyyət yoxdur” ayəsi Kitab əhlinə aiddir. Kim onların dininə
girsə, “nəsx”i qəbul edib, cizyə ödəməlidir (Bəzi alimlərə görə,
bu ayə “döyüş” ayəsi ilə nəsx olunub). Habelə onlar deyirlər
ki, bütün xalqlar hənif islam dinini qəbul etməyə çağırılmalıdır.
Onlardan kim istəməzsə, cizyə ödəyərsə və buna baxmayaraq
ona qarşı savaş açılarsa, – budur məcburiyyət. Allah Təala
buyurur: “(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə
de: “Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruş-
mağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar
dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır)…”
240 Dördüncü fəsil

(əl-Fəth, 16); “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı


vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə
məhv et!) Onlarla sərt davran!” (ət-Tövbə, 73)”1.
Müsəlman alimlərdən tələb olunur ki, bu metodologiyanın
müəyyən tərəflərini diqqətlə öyrənib, qüsurları və praktikliyini
araşdırsınlar2. Məsələn, “Fi zilal əl-Quran” (Quranın kölgəsində)
adlı sanballı təfsirində Seyyid Qütb Quranın daxili strukturu-
nun əhəmiyyətini izah etmək üçün paraqraflı sistemdən istifadə
etmişdir. Seyyid Qütbün bu təfsiri sözügedən sahədə atılmış
azsaylı addımlardan biridir. Daxili strukturunu öyrənməklə Qu-
ranı daha sistemli və düzgün, həm də hərtərəfli başa düşmək
üçün ciddi iş görülməlidir.

3. Fanatizmdən rasionallığa

Beynəlxalq münasibətlər sahəsində islam fikrini inkişaf et-


dirmək üçün atılacaq ikinci sistemli və empirik addım Allah-in-
san münasibətləri barədə yaranmış səhv qənaəti təshih etmək-
dir. Bu səhv qənaətin nəticəsidir ki, bəzən müəyyən vəziyyətlər-
də müsəlmanlarla qeyri-müsəlman xalqların münasibətləri fana-
tizm üzərində qurulur.
Fanatiklər islam ictimai quruluşunun tənəzzülü problemlə-
rinə qeyri-adi dərəcədə diqqət ayırır, sərt mövqe nümayiş
etdirirlər. Bu fanatiklər bildirirlər ki, ən güclüdürlər; qeyri-

1
İbn Kəsir. Quranın təfsiri, I cild, səh. 310-311.
2
Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma.
Dəməşq: “əl-Məktəbə əl-hədisə” nəşriyyatı, 1965, səh. 99.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 241
müsəlmanlara yuxarıdan aşağı baxıb deyirlər ki, onlar müsəl-
manları yollarından azdırmaq istəyirlər.
Bu cür yanaşma nəinki müsəlmanlarla qeyri-müsəlmanların
əlaqələri üçün zərərlidir, həm də islam risalətinin bina edildiyi
“bünövrə”yə ziddir. Bu “bünövrə”ni Qurani-Kərim belə izah
edir:
“Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə)
ancaq bir rəhmət olaraq göndərdik...” (əl-Ənbiya, 107);
“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan
çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar
etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (əl-
Mumtəhinə, 8).
Bəzi müsəlmanların qeyri-müsəlmanlara fanatik münasibə-
tinin formalaşmasında iki amil başlıca rol oynayıb: 1. Bun-
dan əvvəl dedik ki, ilk nəsil müsəlmanlarının ağrılı-acılı tarixi
təcrübələri ətraf düşmən qəbilələrlə – yəhudi və ərəb qəbilələri
ilə onların münasibətlərinə təsir göstərib. 2. Quranın xitab etdi-
yi subyektlərə müsəlmanların münasibətində səhv qənaət möv-
cuddur. Halbuki nə Quran, nə də hənif islam dini insanın ilahi
səltənət (teokratiya) yiyəsi olmaq səlahiyyətini təsdiqləməyib.
Lakin müsəlmanlar Quranda göstərilmiş mütləq ilahi səltənətə
oxşar səltənət qurmaqla başqalarına hökm etməyi özlərinə rəva
bildiklərindən fanatik dözümsüzlük (və ya: dikbaşlıq) meydana
çıxmışdır1. Məsələn, Pak və Uca Allah müsəlmanlara aşağıdakı
ayələri misal göstərir:

1
Bax: Həsən əl-İşmavi. Liderin digər ürəyi. Beyrut: “Dar əl-fəth” nəşriyyatı,
1970, səh. 98-180; Məhəmməd Ziyaddin ər-Ris. İslam siyasi nəzəriyyələri.
Qahirə: “Dar əl-məarif ” nəşriyyatı, 1967, səh. 320-341; ; Majid Khadduri,
242 Dördüncü fəsil

“Kafir olanlar (öz dostlarına): “Bu Quranı dinləməyin, o


oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəl-
kə, (bununla Məhəmmədə) qalib gələsiniz!” – dedilər.
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdik-
ləri əməllərin ən şiddətli cəzasını verəcəyik!
Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm (cəhənnəm
odu)! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi
məskəni oradadır!” (Fussilət, 26-28);
“Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində
əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab)
onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qov-
du). Onları daimi bir əzab gözləyir!” (ət-Tövbə, 68).
Bu cür ayələr çoxdur. Lakin qeyri-müsəlmanlara münasibət-
də müsəlmanların özlərini Allahın yerinə qoymaları bağışlan-
maz xətadır. Ayələrdə Allah Təala özünün ali hakimiyyəti və
mütləq biliyi ilə insanlara xitab edir. Müsəlmanlar Allahın
kafirlərə münasibətini, onları məzəmmətləməsini əks etdirən
bu ayələri təcavüzə cavab vermək əmrinin verildiyi ayələrin
məzmun üslubu əsasında təfsir etməməli, bu üslubun bütün
zamanlar üçün qeyri-müsəlmanlara münasibətin formatını əks
etdirdiyi nəticəsinə gəlməməlidirlər. Bu cür səhv təfsir və izah-
lar həmin ayələr çərçivəsində zaman və məkan amilinin nəzərə
alınmasına əngəl törədir, ümumdünya islam missiyasının da-
şıyıcıları olaraq müsəlmanların oynadığı rola zərbə vurur. Bu
səbəbdən onlar əbədi çağırışın funksionerləri olaraq Quran
ayələrinin onlara əmanət edildiyini nəzərdən qaçırmamalı, ayə-

War and Peace in the Law of Islam (Baltimore: Johns Hopkins University
Press, 1952), pp. 7-18.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 243
ləri məhz bu əsasda diqqətlə öyrənməlidirlər. Məsələn, belə
ayələrə daxildir:
“(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik
etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam
dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şe-
yə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!
Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan
çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar
etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (əl-
Mumtəhinə, 7-8);
“(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatır-
la! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər
gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə
belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük
günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxu-
ram!”” (əl-Əhqaf, 21);
“O mömin adam dedi: “Ey qövmüm! Mən sizə (kafir) firqə-
lərə gəlmiş olan bir günün gəlməsindən qorxuram!
Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin
cəzası kimi bir cəza verilməsindən (ehtiyat edirəm). Allah Öz
bəndələrinə əsla zülm etmək istəməz! (Allah Öz qullarına on-
lar günah etmədən cəza verməz, günahı olanları da cəzasız
buraxmaz!)
Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qor-
xuram!
(Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan (Alla-
hın əzabından) qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə
də yol göstərən olmaz!” (əl-Mumin, 30-33);
244 Dördüncü fəsil

“(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə,


bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)” (əş-
Şüəra, 3);
“(Ya Rəsulum!) De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə
haqq (Quran və Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə
savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə
zamin deyiləm!”” (Yunis, 108).
Həmçinin bütün müsəlmanlar əllərindən gələni etməlidirlər
ki, digər xalqlarla əlaqə yaransın. Tarixi hadisə və iğtişaşlar
müsəlmanlarla yaxşı keçinən fərdlərə və xalqlara qarşı təcavüz-
kar abı-hava formalaşdırmamalıdır. Təcavüzkar xalqlara gəlincə,
zəruridir ki, şərait nəzərə alınsın və onlara ağıllı surətdə və
həddində cavab verilsin. Qüdrətli və Böyük Allah buyurur:
“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda
vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları
sevməz!
Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi
çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə
(müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə
Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada
vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öl-
dürün. Kafirlərin cəzası ancaq budur!
Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçər-
lərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!
Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (iba-
dət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər
onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruş-
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 245
maqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə
qarşı olur” (əl-Bəqərə, 190-193);
“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir.
Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) ba-
rışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları
sevməz!
Zülmə məruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çı-
xanlara heç bir cəza verilməz (onların heç bir günahı yoxdur,
uğradıqları haqsızlığın əvəzini çıxmışlar).
Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzün-
də fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab
gözləyir!
Əlbəttə, hər kəs (pisliyə) səbir edib (qisası) bağışlasa, (onun
bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!” (əş-Şura,
40-43).
Bu ayələr həm müsəlman cəmiyyətinin daxilində, həm də
qeyri-müsəlmanlara münasibətdə meydana çıxan fanatizmin nə
qədər təhlükəli olduğunu izah edir. Bu fanatizm qeyri-mü-
səlmanlara yad varlıqlar olaraq baxır. Əgər vəziyyət dəyişərsə,
həmin fanatizm öz əməli addımlarını atacaqdır. Bu vəziyyətdən
xilas olmaq üçün müsəlmanlar Uca və Pak Allahın rolunu Qu-
randa mütləq ifadə və təbirlərlə qəlbinə birbaşa müraciət olu-
nan insanın rolundan fərqləndirməyi bacarmalıdırlar. Həmçinin
Allah Təala müsəlmana yer üzündə xəlifəlik vəzifəsini ona görə
tapşırıb ki, qardaşlarına – insanlara diqqət göstərib qayğıları-
na qalsın. Elə isə islam hökumətləri və təşkilatları bu böyük
246 Dördüncü fəsil

vəzifənin icrası üçün bütün qapıları açmalıdırlar. Çünki bu və-


zifədə əmanət və məsuliyyət vardır1.
Deməli, Qurani-Kərimi, Pak Sünnə və erkən dövr islam
tarixini araşdırdıqda nəzəri məntiqliliyə riayət olunmalıdır. Mü-
səlmanlar digər xalqlar və millətlərə dürüst və səmimi yanaş-
malı, irq, rəng, dil, region və ideologiya fərqlərinə baxmayaraq
onlarla faydalı əməkdaşlığa can atmalıdırlar.
Qurani-Kərim ayələrinin təsdiqlədiyi islam tolerantlığı bü-
tün insanların mümkün ünsiyyət yollarını təmin edə bilər. Bu
yollar süni sədləri yıxacaq, yer üzündə insanın daha yaxşı ya-
şaması üçün bütün imkanları dəstəkləyəcəkdir. Bununla da yer
üzündə ədalət və bərabərlik bərqərar olacaqdır.

4. İslam formatı

Üçüncü addım beynəlxalq münasibətlər sahəsində mütəşək-


kil empirik metoda müvafiq islam formatını və ya ideoloji əsa-
sını müəyyənləşdirməkdir.
Ənənəvi islam siyasi fikrinə və ilk dövr müsəlman dövlətinə
nəzər salsaq, görəcəyik ki, siyasi kursu müəyyənləşdirənlər, qə-
rar çıxaranlar Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) düzgün si-
yasi addımlarını əsas götürmüşlər. Təbii ki, o dövrün siyasi sis-
tem anlayışı, ideoloji infrastrukturu, hərbi və diplomatik üsullar
buna imkan verirdi. Amma həmin sistem və üsullar dəyişdikdə

1
Quranda müsəlmanları rəhm göstərməyə, dostluq və qardaşlaşmağa
çağıran çoxlu ayələr vardır. Habelə bu ayələr islam hökumətlərini insana
kömək və xidmət sahəsində mümkün addımları atmağa təşviq edir. Bax:
Qurani-Kərim, III, 159; XIV, 36; XXIX, 46; VI, 8; III, 103-105; II, 190.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 247
ilk dövr islam tarixinin beynəlxalq münasibətlərlə əlaqəli siya-
si presedentlərini əsas götürmək heç bir fayda gətirmədi. Bu
səbəbdən elə bir yeni müstəqil araşdırma layihəsinə ehtiyac
vardır ki, müsəlman siyasətçilərinin karına gəlsin, müasir tələb
və üsullara cavab versin, həmin siyasətçilərə hərtərəfli, empirik
ictimai elmlərdən istifadənin zəruriliyini başa salsın. Həmçinin
müsəlman siyasətçisinə lazım olan ilk islam mənbələri və əməli
tarixi-siyasi təcrübə çıraq rolunu oynayacaq ideoloji nümunə
funksiyasını yerinə yetirəcəkdir. Elə bir çıraq ki, tarixi irsin
davam etməsi, müsəlman xalqların vicdanı ilə səsləşməsi, əv-
vəlki güclərinin geri qaytarılması üçün işıq saçacaqdır. İslam
formatı təkcə təlimat vermək üçün deyil, həm də başlıca priori-
tetlərin müəyyənləşdirilməsi üçün zəruridir. Bu format kifayət
qədər ümumi olmalı, zaman və məkan amilinin bəzi lüzum-
suz məhdudlaşdırmalarının təsiri altında qalmamalıdır. Bu za-
man müsəlman siyasətçiləri real dünyanın seçimlərindən uğurla
istifadə etməyi bacaracaqlar.
Bu məqamda islam fikrinin bəzi əsas prinsip və dəyərlərinə1
toxunmaq olduqca zəruridir. Əgər bunlar nəzərə alınarsa, in-
diki dövrdə müsəlman qərar sahiblərinin addımları və siyasi
hərəkətlərini başa düşmək asanlaşacaqdır.

1
Bax: Qurani-Kərim, VI, 101-104; IV, 1; IL, 13; LXVII, 2; II, XXX;
VII, 32;XXI, 35; XVI, 125-126; III, 159; XVI, 90-91; III, 64; V, 2; XXI,
94; IX, 36; II, 193; Həmçinin bax: Donald Eugene Smith, Religion and
Political Development (Boston: Little Brown and Co., 1970), pp. 20-21.
248 Dördüncü fəsil

4.1. İslam formatının başlıca prinsipləri

4.1.1. Tövhid

İslamın ən başlıca prinsipi tövhiddir. Çünki o, islam forma-


tına məzmun və məqsədyönlülük qazandırır. Tövhid – Allahın
mövcudluğu və təkliyini, yaratma və idarəetmədə misilsizliyini
ifadə edir. Yəni, Allah yaradandır, ruzi verəndir, idarə edəndir.
Həmçinin tövhid dedikdə insanlar arasında bərabərlik və qo-
humluğun birliyi1 başa düşülür. Allah Təala insanı yer üzünün
xəlifəsi təyin etmişdir və o, ilahi əmrlərə uyğun olaraq fəaliyyət
göstərməlidir.
İslamda əsas ideya və ideoloji baza tövhid prinsipinə
əsaslanır. Tövhid insan həyatının məğzini izah edərək bildirir
ki, həyat Allaha bağlı olmalıdır; həyat bir imtahandır və insan
oğlu bu imtahan zamanı yaxşı əməllər işləməli, xeyirxahlıq
etməlidir. Bu səbəbdən cəmiyyətdə fərdin boynuna məsuliyyət
düşür və o, təşəbbüskar tərəfə çevrilir; sosial münasibətləri
müəyyənləşdirmədə süni bölünmələrə, irq, rəng, dil, var-dövlət
ayrı-seçkiliyinə yer qalmır. Göründüyü kimi, tövhid yer üzündə
Allahın xəlifəsi sayılan insana məsuliyyət yükləməklə bəşər
cəmiyyətinin özüllərini atır. Deməli, insanlar və cəmiyyətlərin
fərqi vəzifəyə görə deyil, konkret işə, əməli nailiyyətlərə uyğun
olaraq müəyyən edilir.

1
Allah Təala buyurur: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq
edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və
qadınlar törədən Rəbbinizdən qorxun!” (ən-Nisa, 1).
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 249
Tövhid prinsipi hərəkətləri və müqəddəratını müəyyən etmə-
də insana azadlıq verib. Müsəlmanlarla başqa xalqların arasında
mövcud olmuş dini tolerantlığın əsasında məhz bu prinsip
dayanır1.

4.1.2. Ədalət

İslam müsəlmanlara hətta düşmənləri ilə münasibətlərində


ədalətli olmağı əmr etmişdir. Qurani-Kərimdə bu haqda deyilir:
“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə
yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı
bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin.
Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Al-
lah etdiklərinizdən xəbərdardır!” (əl-Maidə, 8)2.
İslamın başlıca prinsiplərindən sayılan ədalət bütün müqavilə
və iltizamlarda gözlənilməli, xarici münasibətlərdə tətbiq edil-
məlidir.
“Bu və ya digər işdə ədalətin formatı necə olmalıdır; ədalətə
əsaslanaraq müəyyən qənaətə necə gəlmək olar; müsəlmanlar
müasir beynəlxalq sistemə necə təsir edə bilərlər; müsəlmanların
bu sistemin məzmunu ilə əlaqəli görüşlərini başqalarının möv-
qeyi ilə necə uyğunlaşdırmaq mümkündür?” suallarına gəlincə,
sözügedən sistem vasitəsilə və əlaqədar tərəflərin qarşılıqlı razı-

1
Əlaqədar məlumat üçün bax: Məhəmməd əbu Zəhrə. İslama görə qanun
və beynəlxalq münasibətlər. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
1982, səh. 19-47; Seyyid Qütb. Dünyada sülh və islam. Qahirə: “Dar
ehya əl-kutub əl-ərəbiyyə” nəşriyyatı, 1967, səh. 128-155.
2
Bax: Qurani-Kərim, XVI, 90; LVII, 25; VII, 29; IV, 58, 135; IL, 9; LX,
8.
250 Dördüncü fəsil

lığı əsasında bütün bu məsələlər haqda mülahizələr yürütmək


mümkündür.

4.1.3. Sülh, köməkləşmə və əməkdaşlıq

Sülh və əməkdaşlıq beynəlxalq münasibətlər sahəsində islam


birliyinin qurulmasının başlıca şərtlərindən hesab olunur. Pak
və Uca Allah buyurur:
“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də
(aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin
və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb)
rəhm olunasınız!” (əl-Hucurat, 10);
“...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir
olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə
kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı
şiddətlidir!” (əl-Maidə, 2).
Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) hədislərində bu prin-
sip belə ifadə olunur:
“Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməməlidir.
Kim qardaşının bir ehtiyacını ödəyərsə, Allah da (qiyamət
günü) onun ehtiyacını ödəyər. Kim bir müsəlmanın bir dərdinə
dərman olarsa, Allah da qiyamət günü onun bir dərdinə əlac
olar. Kim müsəlmanın bir aybını örtərsə, Allah da qiyamət
günü onun bir ayıbını gizləyər”1.

1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət edib. Habelə bax:
Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib əl-Üməri ət-Təbrizi. Mişkat
əl-məsabih / çapa hazırlayan: Məhəmməd Nasirəddin əl-Əlbani. Dəməşq:
“əl-Məktəb əl-islami” mətbəəsi, 1961, I cild, səh. 606.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 251
Həmçinin o (Ona Allahın xeyir-duası və salamı olsun!), imanı eyni müsəlman-
ların bir-birinə münasibətini şərtləndirən başlıca ünsürləri belə
ifadə etmişdir:
“Müsəlman o kəsdir ki, dili və əlindən (başqa) müsəlmanlara
zərər toxunmur”1.
Bütün bu ayə və hədislər fərd, toplum və dövlət olaraq,
müsəlmanların münasibətlərini tənzimləyən prinsiplərin nədən
ibarət olduğunu bizə başa salır. Həmçinin bu dini mətnlərdə
müsəlmanların ədalətə, qardaşlığa əsaslanan münasibətləri üçün
zəruri şərtlər (qurucu əməkdaşlıq, köməkləşmə) göstərilmişdir.
İslam müsəlmanları müxtəlif müsəlman xalqlar arasında sül-
hün və ədalətin bərqərar olmağı üçün bütün mümkün vasi-
tələrdən istifadəyə təşviq edir. Qurani-Kərim tələb edir ki,
müsəlmanlar mümkün qədər özlərinə nizam versinlər, xoşbəxt
və stabil həyat üçün bütün kollektiv təhlükəsizlik formaların-
dan istifadə etsinlər, müsəlman icmasını parçalayan dağıdıcı
ünsürlərə qarşı yeri gələrsə güc tətbiq etsinlər. Bu haqda Allah
Təala buyurur:
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal
barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq
edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun.
(Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin
arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki,
Allah insaflıları sevər!” (əl-Hucurat, 9).

1
Muhammad Muhsin Khan, The Translation of The Meaning of Sahih
al-Bukhari (Gujaranwala, Pakistan: Sethi Straw Mills Limited n.d.), vol.
I, pp. 18-19.
252 Dördüncü fəsil

Nəzərə alaq ki, həmin zəruri addımlar ayrı-ayrı faktları ifadə


edir; Peyğəmbərin və Raşidi xəlifələrinin dövründə müsəlman
cəmiyyəti və dövləti üçün səciyyəvi sayılan hadisələri düzgün
izah edə bilsək, həmin addımları atmaq daha məqsədəuyğundur.
Müsəlmanlar arasında silahlı çəkişmə və təcavüzkar fəaliyyətin
qarşısının alınmağı, həmrəylik abı-havasının hökm sürməsi –
bütün bunlar üçün konkret siyasi quruluşa ehtiyac yoxdur.
Çünki islam təşviq edir ki, müsəlmanlar parlaq nəticə naminə
siyasi, mədəni, sosial və iqtisadi cəhətdən mümkün addımları
atsınlar, – bu ki islam qarşısında onların daşıdığı vəzifə və
məsuliyyət deməkdir.
Həqiqət bundan ibarətdir ki, islam birliyi və siyasi-inzibati
məsələlərdə ilk islam mənbələrinin ənənəvi izahı yeni islam
fikrində bir çox qarmaqarışıqlığın yaranmasına səbəb olub.
Odur ki bu məqama aydınlıq gətirmək xüsusi əhəmiyyət da-
şıyır. İslam birliyinin ənənəvi izahı əsasən ondan ibarətdir ki,
Mədinədəki ilk islam hökuməti tərzində mərkəzi siyasi struk-
tur mövcud olmalıdır. Bu ənənəvi yanaşma az saylı hədislərlə
əsaslandırılır. Bu hədislər islam idarəetməsinin siyasi mexanizmi
ilə əlaqəlidir1. Məlumdur ki, ənənəvi yanaşmada bu hədislərin
1
Əhməd Əmin. İslamın günü. Qahirə: “Müəssisə əl-xanci” nəşriyyatı, 1958,
səh. 143-152; Aziz Ahmad, Islamic Modernism in India and Pakistan:
1857-1964 (London: Oxford University Press, 1967). pp. 139-140; Macid
Fəxri. Ərəb fikrinə dair tədqiqatlar. Beyrut: “Dar ən-nəhar” nəşriyyatı,
1970, səh. 250-251; Məhəmməd Əbduh. İslam və onu tənqid edənlərə
cavab. Qahirə: “əl-Məktəbə ət-ticariyyə əl-kübra” nəşriyyatı, 1928, səh.
76; Məhəmməd Cəlal Köşk. İslamda anlayışlar: millətçilik və düşüncə
qəsbkarlığı. Küveyt: “Məktəbə əl-əməl” nəşriyyatı, 1967, səh. 187-212;
Richard P. Mitchell, The Society of the Muslim Brotherhood (London:
Oxford University Press, 1969), pp. 264-271; T. Cuyler Young “Pan-
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 253
deyildiyi zaman və məkan nəzərə alınmır. Elə isə nümunə ola-
raq bəzi hədislərin qısa müzakirəsi həmin izahdan irəli gələn
dolaşıqlığın konkretləşməsi üçün faydalı ola bilər. Eləcə də bu
addım islam siyasi sistemində siyasi birlik və güc anlayışları-
nın daha düzgün başa düşülməsinə kömək edəcəkdir. Həmin
hədislər aşağıdakılardır:
Ərfəcəyə istinadən Əbu Məhəmməd əl-Xəllal rəvayət edir
ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) deyib: “Məndən sonra
fitnə-fəsadlar meydana gələcək. Kim cəm ikən bu ümməti par-
çalamaq istəsə, kimliyindən asılı olmayaraq, boynunu qılıncla
vurun”1;
Cərir belə rəvayət edir: “Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!)
Vida həccində mənə dedi: “İnsanlardan sakitləşməyi (susub
qulaq asmağı) tələb et. Məndən sonra bir-birinin boynunu vu-
ran kafirlər kimi olmayın!”2
Ürvəyə, İbn Şihab və Süfyana istinadən Əli ibn Abdul-
lah rəvayət edir ki, Üsamə ibn Zeyd (Allah ondan razı qalsın!) deyib:
“Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) Mədinədəki evlərdən biri-

Islamism in the Modern World: Solidarity and Conflict among Muslim


Countries” in Islam and International Relations, ed. J. H. Proctor, pp
215-216; Wilfred Cantwell Smith, Islam in Modern History (Princeton,
NJ: Princeton Univ. Press, 1957), pp. 37-85.
1
Hafiz əl-Münziri. Müxtəsər “Səhihi-Müslim” / araşdırıb çapa hazırlayan:
Nasirəddin əl-Əlbani. Küveyt: Vəqflər və İslam İşləri Nazirliyinin nəşrləri,
1969, II cild, səh. 94.
2
Əbu Abdullah Məhəmməd ibn İsmayıl əl-Buxari. Hədislər (kənar
haşiyələrdə istinadlarla birlikdə). Qahirə: “Dar ehya əl-kutub əl-ərəbiyyə”
nəşriyyatı, 1960, XI cild, səh. 42-43; Hafiz əl-Münziri. Müxtəsər “Səhihi-
Müslim” / araşdırıb çapa hazırlayan: Nasirəddin əl-Əlbani. Küveyt: Vəqflər
və İslam İşləri Nazirliyinin nəşrləri, 1969, I cild, səh. 19.
254 Dördüncü fəsil

nə baxaraq, (ətrafındakılardan) soruşdu: “Gördüyümü görür-


sünüzmü? – sözünə davam etdi: – Mən evlərinizin arasından
çıxacaq fitnə-fəsad alovları görürəm”1.
Əbdürrəhman ibn Əbdürəbb deyib: “Məscidə (əl-Haram
məscidinə) daxil oldum. Gördüm ki, Abdullah ibn Əmr ibn
əl-As (Allah onlardan razı qalsın!) Kə`bənin kölgəsində əyləşib, insanlar da
başına toplaşıblar. Yanlarına gedib qarşısında əyləşdim. Mənə
dedi: “Peyğəmbərlə (Ona Allahın xeyir-duası və salamı olsun!) səfərə çıxmışdım.
Bir yerdə mənzil saldıq. Bəzimiz çadırını düzəldir, bəzimiz ox
və nizələrini çıxarır, bəzimiz də miniklərini otlağa buraxırdı.
Elə bu vaxt Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) carçısı haray
çəkdi: “Namaz bir araya toplayandır!” Peyğəmbərin (Ona Allahın xeyir-
duası və salamı olsun!) yanına toplandıq. Dedi: “Məndən qabaq elə bir

peyğəmbər olmayıb ki, ümmətinə onlar üçün bildiyi xeyri xəbər


verməsin, onları gözləyən şər barədə də xəbərdarlıq etməsin.
Bu ümmətinizin əvvəli xeyirdir. Sonu isə inkar etdiyiniz bəla və
(digər) hallara düçar olacaqdır... Kim cəhənnəmdən uzaq qalıb,
cənnətə düşmək istəyirsə, Allaha və axirətə iman etmiş halda
əcəlini qarşılasın, özü ilə necə davranılmasını istəyirsə, insan-
larla da elə davransın. Kim bir imama (liderə, hökmdara...)
əlindən tutub, səmimiyyətlə bey`ət edərsə, bacardığı qədər ona
itaət göstərsin. Və kimsə meydana çıxıb onunla çəkişərsə, boy-
nunu vurun”2.

1
Əbu Abdullah Məhəmməd ibn İsmayıl əl-Buxari. Hədislər (kənar ha-
şiyələrdə istinadlarla birlikdə). Qahirə: “Dar ehya əl-kutub əl-ərəbiyyə”
nəşriyyatı, 1960, XI cild, səh. 40-41.
2
Hafiz əl-Münziri. Müxtəsər “Səhihi-Müslim” / araşdırıb çapa hazırlayan:
Nasirəddin əl-Əlbani. Küveyt: Vəqflər və İslam İşləri Nazirliyinin nəşrləri,
1969, II cild, səh. 87. Fikir versək, görəcəyik ki, Peyğəmbər (Ona Allahın
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 255
Bu hədislər Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) vəfatından
az əvvəl Ərəbistan yarımadasındakı şəraitlə bağlı olmuşdur.
Həmin vaxt bəzi bədəvi qəbilələr dindən dönməyə başla-
mış, Müseyləmə, Əsvəd Ənsi kimiləri peyğəmbərliklərini elan
etmişdilər. Bütün bunlar Peyğəmbərə və Mədinədəki mərkəzi
hakimiyyətə yönəlmiş təhlükələrdən xəbər verirdi. Bu səbəbdən
həmin hədislərdə Mədinə dövlətinin siyasi bütövlüyünə yönəl-
miş təhlükələrdən, sui-qəsd və qiyamlardan söz açılır.
İlk islam dövründə bir neçə mənada işlədilmiş “ümmət”
sözü yuxarıda göstərilmiş hədislərdə açar söz rolunu oyna-
yır. Aydın idi ki, bu hədislərdə ümmət dedikdə həmin ilk
nəsil müsəlmanları nəzərdə tutulub. Ənənəvi izahdakı ümumi-
ləşdirməyə gəlincə, problem budur ki, həmin izahlarda sözügedən
hədislərlə əlaqəli zaman və məkan amili nəzərə alınmayıb. Əgər
bu hədislərdə zaman və məkan göstərilsəydi, “ümmət” yerinə
“ilk müsəlmanlar” yazılsaydı, bu, lazımi siyasi nümunələr üçün
heç bir problem doğurmayacaq, yeni beynəlxalq siyasi nizam-
da müsəlmanların iştirakını təmin edəcəkdi. Müasir beynəlxalq
qanunlar baxımından bu hədislər müharibə şəraiti ilə əlaqəlidir
və yeni yaranan, düşmənlərin hədəsinə məruz qaldığı üçün
gücdən istifadə haqqına sahib olan dövlətdən bəhs edir. Çün-
ki bu, həmin dövlət üçün daxili məsələ hesab olunur1. Tarixi

xeyir-duası və salamı olsun!) sonuncu hədisdə ümumi şəkildə müvəqqəti


məsələlər və gələcəkdə baş verəcək problemlər haqda danışır.
1
Charles G. Fenwick, International Law. 3rd rev. (New York: Appleton-
Century-Grafts, Inc., 1948), pp. 140-148; Hans Kelsen, Principles of
International Law. 2nd ed (New York: Holt, Rinehart and Winston, Inc.,
1966), pp. 414-418; Məhəmməd Hafiz Qanim. Beynəlxalq qanunvericiliyin
prinsipləri. Qahirə, 1964, səh. 292-295.
256 Dördüncü fəsil

baxımdan demək mümkündür ki, müsəlmanları mərkəzi siyasi


hakimiyyət qurmağa və onu qorumağa təşviq edən bu hədislərin
ənənəvi izahı yeni yaranmış müsəlman cəmiyyətinin mühafizə
edilib genişlənməsinə kömək etmişdir. Habelə müşahidə edirik
ki, həmin vaxtdan etibarən islam siyasi fikri Müsəlman dün-
yasında baş verən siyasi dəyişikliklərlə, reallıqlarla ayaqlaşmağı
bacarmayıb. İkinci fəsildə dediyimiz kimi, fəqihlərin yeni ba-
xışlar və əməli həll variantları təqdim edə bilməməyi onları
məcbur etmişdi ki, qeyri-qanuni müstəqil hökumətlərin hərbi
müstəbidliyi və siyasi pozuqluğuna bəraət qazandırsınlar. Bu
hal Abbasi xilafətinin tarix səhnəsindən silinməsinədək davam
etmişdir.
Həmin vaxtdan onlar federativ dövlət quruluşunu qəbul et-
məmişlər. Onların nəzərində həm konfederativ, həm federa-
tiv dövlət tipləri, həm də İslam dünyasının müstəqil siyasi
özünüidarəetmə formaları qeyri-məqbul idi. Buna baxmaya-
raq, fəqihlər mərkəzi hökumətin qurulmasında əvvəldə olduğu
qədər israr etmədilər. Lakin onlar bundan qeyri siyasi quru-
luşlara ağrılı-acılı siyasi zərurət reallığı baxımından nəzər saldı-
lar, məsələni lazımınca araşdırmadılar. Bu minvalla islam siyasi
fikri ümumdünya sistemi cərəyanları və müasir dünyanın siyasi
hadisələrindən kənarda qaldı, müsəlman xalqlarını baş verənlər
qarşısında heyrətdə buraxdı.
Siyasi gücün dinamikliyini islam nöqteyi-nəzərindən düzgün
başa düşmək hələ də aktual və zəruri problem olaraq qalır. Bu
problemin həlli imkan verəcəkdir ki, müsəlman nəzəriyyəçilər
forma birliyini funksional birlikdən ayırd etsinlər. Nəticədə, onlar
real (dəyər və məzmuna sahib) müttəfiq qrupların (birliklərin)
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 257
yarana biləcəyi ideyası ilə razılaşacaq, bunu mərkəzləşdirilmiş
islam hökumətinin alternativi olaraq qəbul edəcəklər.
İkinci Dünya müharibəsindən sonra bir çox müsəlman öl-
kəsi müstəqillik qazandı, əksər kommunikasiya vasitələri və
möhkəm əməkdaşlığı təmin edəcək təşkilati orqanlara sahib
oldu. Ərəb dünyasında Ərəb Dövlətləri Liqası təsis edildi, iq-
tisadi inkişaf və maliyyə qurumu sayılan Ərəb Sosial-iqtisadi
İnkişaf Fondu, Ərəb İqtisadi Birliyi Şurası – Ortaq Ərəb Ba-
zarı yaradıldı, Liqa ölkələri arasında ortaq müdafiə və iqtisadi
əməkdaşlıq anlaşmaları (Ortaq Müdafiə Şurası və Sosial-iqtisa-
di Şura) üzərində iş aparıldı və s1.İslam Konfransı Təşkilatının,
daimi assambleyalarının, siyasi, iqtisadi, mədəni, sosial şurala-
rının yaradılması nəticəsində İslam dünyası ilə əlaqələr inkişaf
etdi.
Bu qurumlar, öhdəlik və anlaşmalar göstərir ki, ərəb və
qeyri-ərəb müsəlman xalqların birlik və əməkdaşlığı təmin et-
mək, gərginlik və çəkişmələri aradan qaldırmaq üçün əlavə

1
Ərəb təşkilatlarına daxildir: Ərəb Simli və Simsiz Rabitə Birliyi (1957),
Cinayətkarlıqla İctimai Mübarizə Ərəb Təşkilatı (1965), Ərəb Dövlətləri
Mülki Aviasiya Şurası (1967), Göstəricilər və Meyarlar Ərəb Təşkilatı
(1968), Neft İxracedən Ərəb Ölkələri Təşkilatı (1968), Ərəb Dövlətləri
Radio Federasiyası (1969), İdarəetmə Elmləri Ərəb Təşkilatı (1969),
Təlim-tərbiyə, Mədəniyyət və Elm Ərəb Təşkilatı (1970), Ərəb Quraqlıq
Ərazilər və Susuz Torpaqlara dair Araşdırmalar Mərkəzi (1971), Ərəb
Biznes Təşkilatı (1972), Ərəb Aqrar İnkişaf Təşkilatı (1972), Ərəb Poçt
Federasiyası (1972), İnvestisiyalara Zəmanət Ərəb Qurumu (1975),
Dəniz Daşınmaları Ərəb Akademiyası (1975), Afrikanın İqtisadi İnkişafı
Ərəb Bankı (1975), Ərəb Valyuta Fondu (1977), Ərəb Kosmik Rabitə
Qurumu (1978), Mədən Sərvətləri Ərəb Təşkilatı (1979), Ərəb Sənaye
İnkişafı Təşkilatı, Ərəb Səhiyyə Təşkilatı və s.
258 Dördüncü fəsil

beynəlxalq qurumlara ehtiyacları yoxdur1. Mövcud qurum və


öhdəliklər vasitəsilə onlar müstəqilliklərini möhkəmlədə, güclə-
nə, ümumdünya cəmiyyəti quruculuğunda fəal iştirak edə bi-
lərlər.
Danılmaz həqiqətdir ki, bu məqsədləri reallaşdırmaq üçün
müsəlmanların lazımi resurs və qurumları vardır. Amma onlar
həmin qurum və ideyalara baxışlarını dəyişməlidirlər. Odur ki
yeni, müsbət və yaradıcı baxışın formalaşması həmin resursla-
rın cəmlənməsinə şərait yaradacaq, məlum qurumların, ideya-
ların inkişafında stimul olacaq, bununla da qarşıya qoyulmuş
məqsədlər reallaşacaqdır. Müsəlmanlar İslam dünyasındakı si-
yasi bazisi siyasi-iqtisadi problemləri, informasiya, kommunika-
siya və sosial təşkilatlanmanı nəzərə almaqla mahiyyət etibarı
ilə dəyişə bilərlər2.

1
Əbdülqadir Camal. Orta Şərqin problemləri. Qahirə: “Məktəbə əl-ənclu
əl-misriyyə” nəşriyyatı, 1955, səh. 320-477; Norman D. Palmer and
Howard C. Perkins, International Relations: The World Community in
Transition. 3rd. ed, (Bostin: Houghon Mifflin, 1969), pp. 580-583; Robert
W. MacDonald, The League of Arab States: A Study in the Dynamism
of Regional Organization (Princeton, N.J.: Princeton University Press,
1965), p. 241.
2
Daniel Katz, “Nationalism and Strategies of International Conflict
Resolution”, in the International Behavior: A Social-Psychological Analysis,
ed. Herbert C. Kelman (New York: Holt, Rinehart and Winston, 1965),
pp. 354-391; John H. Herz, “The Territorial State Revisited: Reflections
on the Future of the Nation-State”, in International Politics and Foreign
Policy: A Reader in Research and Theory, ed. James N. Rosenau (New
York: Free Press, 1969), pp. 76-90; Karl W. Deutsch, Nationalism and
Social Communication: an Inquiry into the Foundations of Nationalism
(Cambridge, MA.: M.I.T., 1966).
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 259
Müsəlman mütəfəkkirləri, alim və qərar sahibləri situasiya-
lara yeni forma verməyi bacarmalı, siyasət və güc anlayışlarını
düzgün başa düşməli, ABŞ, SSRİ və AB ilə təmsil olunan
beynəlxalq birlik təcrübəsini diqqətlə nəzərdən keçirməlidirlər1.
Bu təcrübə çoxmillətli cəmiyyətlərə münasibətdə müxtəlif üsul-
lar təqdim edir, yeni islam baxışının meydana çıxmasına imkan
verir. ABŞ təcrübəsində konfederasiya üsulu və demokratik
gediş imkan verir ki, daxili problemlərin əhəmiyyətli hissəsini
yerli hökumətlər həll etsin. Avropada isə ortaq iqtisadi ma-
raqlar əməli səviyyədə mühüm rol oynayır. SSRİ-yə gəlincə,
birliyin təminatçısı kimi ideologiya çıxış edir.

4.1.4. Cihad

İnsan oğlu yer üzündə Allahın xəlifəsi olaraq məsuliyyət da-


şıyır. Odur ki Quran və Pak Sünnənin göstərişlərinə bacardığı
qədər riayət etməlidir. Məlumdur ki, fərdi və kollektiv işlərdə,
daxili və xarici fəaliyyətdə fədakarlıq cihadın mahiyyətini,
ibadətin cövhərini əmələ gətirir. İslama görə ibadət – düz yolla
getməklə Allaha itaət göstərməkdir. Allah Təala Qiyamət günü
buna görə qullarını mükafatlandıracaqdır. O da məlum məsələ-
dir ki, həyatının bütün mərhələlərində mümkün vasitələrlə fayda
gətirib, zərəri uzaqlaşdırmaq üçün cihad etmək bir müsəlmana
vacibdir. Təbii ki, cihad dedikdə, həm də döyüş meydanla-
rında savaşmaq başa düşülür. Amma cihadı ancaq müharibə

1
Karl W. Deutsch and others, Political Community and the North
Atlantic Area: International Organization in the Light of Historical Ex-
perience (Princeton, N.J.: Princeton University Press, 1968).
260 Dördüncü fəsil

ilə eyniləşdirmək, savaşla məhdudlaşdırmaq doğru deyildir. Bu


cür yanaşmada naqislik vardır və bu naqislik erkən dövr is-
lam tarixi təcrübəsini düzgün başa düşməməkdən, ilk nəsil
müsəlmanlarının tarixini səhv izah etməkdən irəli gəlir.
İmam Buxari və İmam Müslim rəvayət edirlər ki, bir kişi
gələrək Peyğəmbərdən (Ona Allahın xeyir-duası və salamı olsun!) cihada çıxıb
müsəlmanların ordusuna qoşulmaq üçün icazə istədi. Peyğəmbər
soruşdu: “Valideynlərin sağdırmı?” Kişi: “Bəli”, – deyə cavab
verdi. Peyğəmbər dedi: “Onların qayğısına qal”1.
Bu hədis açıq-aşkar göstərir ki, cihad – məsuliyyətinin öhdə-
sindən gəlib, islama müvafiq şəkildə hərəkət etsin deyə bir
müsəlmanın fədakarlıq göstərməsidir. Yəni, cihad təkcə savaş
deyildir, əksinə, onu son addım olaraq nəzərdən keçirməkdir.
Çünki cihad iltizam və məsuliyyətin, müxtəlif əməli fəaliyyətdə
əlaqədar vəzifələrin icra edilməsinin həqiqi ifadəsidir.
Cihadı ancaq və ancaq müdafiə və hücum müharibəsi kimi
xarakterizə etmək həm bu sözün lüğəvi mənasını, həm də fəlsəfi
məzmununu düzgün başa düşməməyin nəticəsidir. Həmçinin
bəzi ənənəçi və modernistlərdə olduğu kimi, cihadı müqəddəs
müharibə hesab etmək ciddi səhvdir. Cihadı Yeni dövrdən qa-
baq müsəlman dünyasının başqa xalqlarla xarici münasibətinin
əsası kimi nəzərdən keçirmək də ciddi yanılmadır. İkinci fəsildə
göstərdik ki, erkən dövr fəqihləri cihadı müxtəlif mənalarda
izah etmişlər. Son dövrlərdə yazılmış ədəbiyyatda cihad islam
tarixində, xüsusən ilk əsrdə müdafiə aktı kimi xarakterizə olu-

1
Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib əl-Üməri ət-Təbrizi.
Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd Nasirəddin əl-Əlbani.
Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, II cild, səh. 354.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 261
nur. Eyni zamanda görürük ki, qeyri-müsəlman müəlliflərin
çoxu cihadı sırf daxili səbəblərə görə müsəlmanların başqa
xalqlara hücumu olaraq təsvir edirlər. Amma bu qeyri-obyek-
tiv yanaşma tarixi hadisələrin başlıca təsviri rolunu oynaya
bilməyib. Çünki həqiqət əlaqədar tərəflərə gün kimi aydındır.
Amma hər bir halda bizi bu məqam maraqlandırmır. Ancaq onu
deyə bilərik ki, hər müəllif öz fərziyyəsi və anlayışları əsasında
məsələyə yanaşır. Demək istədiyimiz budur ki, Qurani-Kərimdə
cihad anlayışı heç də həmişə döyüş meydanlarında mübarizə
və fədakarlığı ifadə etmir1.
Bir müsəlman dövlətinin xarici siyasət kursunda cihaddan
istifadə məsələsini real surətdə təhlil etmək üçün islam forma-
tının ideoloji nöqteyi-nəzərləri ilə kifayətlənmək olmaz. Bu və
ya digər müsəlman dövlətinin fəaliyyət forması – istər bunu
cihad adlandırsın, istərsə də yox – islam təlimlərinə uyğun ol-
maqla yanaşı, həmişə daxili və xarici amillərin qarşılıqlı təsirinə
əsaslanır. Bəzi hallarda bu qarşılıqlı təsir rəhbərliklərin islam
ideologiyasına riayət etməməyinin fonunda qeyri-müqəddəs
müharibələrin elan edilməsi ilə nəticələnir. Bu zaman ənənəçi
fəqihlər bu müharibələrə cihad donu geydirən kimsələrin id-
dialarını başa düşməkdə çətinlik çəkirlər. Düzdür, cihad isla-
mı müdafiədə silahlı çəkişmənin mümkünlüyünü istisna etmir,
amma beynəlxalq münasibətləri araşdıran tədqiqatçılar əsas
diqqəti müəyyən vəziyyətlərdə cihadın fərqli vasitələrlə real-
laşması məsələsinə yönəltməlidirlər. Yalnız belə olan təqdirdə

1
Bax: Qurani-Kərim, XXII, 77-78; IL, 14; XXIX, 69; XXV, 51; XVI, 110;
III, 157; II, 190-195.
262 Dördüncü fəsil

islam xarici siyasətində müəyyən proses və istiqamətləri ən


düzgün şəkildə başa düşmək mümkündür.

4.1.5. Öhdəliklərə hörmət və riayət

Öhdəliklərə riayət tövhid prinsipi ilə əlaqəlidir. Məsuliyyət,


insanların birliyi və bərabərliyi tələb edir ki, müsəlmanlar fərdi
və kollektiv şəkildə mədəni öhdəliklərə riayət etsinlər, şəxsi
əhdlərə vəfa göstərsinlər, milli və beynəlxalq müqavilələrə sadiq
qalsınlar. Əslində bu prinsip islamın bütün başlıca dəyər və
prinsipləri ilə üst-üstə düşür. Belə ki bir çox ayə müsəlmanları
öhdəliklərə riayətə çağırır. Bu da öz növbəsində göstərir ki,
islamın sözügedən məsələdəki mövqeyi qətidir1. Habelə bu
işdə ikili standartlıq yoxdur. Çünki müsəlman dövlət adamı
və ya qanunverici səlahiyyətə sahib şəxs qəsdən və ya bil-

1
Bax: Qurani-Kərim: LX, 8-9; XI, 84; XXVI, 135; XLVI, 21; V, 118;
XVIII, 87; XXVI, 3; XXXIV, 28; XXI, 107; III, 104; IX, 67; XI, 116;
XVI, 125; IL, XIII; XXVI, 151-152; LXVIII, 10-12; XLII, 41-43; XVI,
90-91; CVIII, 1-7; XC, 12-20. Habelə bax: Əbu Abdullah Məhəmməd
ibn İsmayıl əl-Buxari. Hədislər (kənar haşiyələrdə istinadlarla birlikdə).
Qahirə: “Dar ehya əl-kutub əl-ərəbiyyə” nəşriyyatı, 1960, I cild, səh. 228,
II cild, səh. 171-172; Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib
əl-Üməri ət-Təbrizi. Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd
Nasirəddin əl-Əlbani. Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, II
cild, səh. 605, 608, 613; İmam Fəxrəddin Razi. Böyük təfsir. Qahirə,
1938, XXVI cild, səh. 54-61; əs-Seyyid Məhəmməd Rəşid Rza. “Mənar”
təfsiri. Qahirə: “Dar əl-mənar” nəşriyyatı, 1954, IV cild, səh. 25-45, IX
cild, səh. 290-291; Təbəri. Ca`me əl-bəyan (Quran ayələrinə dair izahları
toplayan kitab), II cild, səh. 98-105; Məhəmməd İzzət Dərvəzə. Yeni
təfsir. Qahirə: “İsa əl-babi əl-hələbi” mətbəəsi, 1964, səh. 200-203.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 263
məyərəkdən müqavilələri pozarsa, bu işə bəraət qazandırmada
islam prinsipləri və dəyərlərindən istifadə edə bilməz.
Sərəxsinin dediklərinə nəzər salaq. O belə hesab edir ki,
vaxt qazanmaq üçün müsəlmanlar güclü düşmənlə sülh sazişi
bağlaya, fürsət ələ düşən kimi, sazişi pozub savaşa girə, qələbə
qazandıqdan sonra onu dayandıra bilərlər. Belə bir yanaşma
onunla əsaslandırılır ki, müşriklərlə döyüşmək müsəlmanlara
vacibdir və onu təxirə salmaq ancaq və ancaq boynunda olanı
qaytaranadək borcluya möhlət verməyə oxşayır1. Və bu vəziyyət
islam fiqhində müstəsnalıq təşkil edir.
Düşünürük ki, müqayisə düzgün aparılmayıb, çünki mövzu
ilə bağlı Quran ayələri və hədislərin ruhuna ziddir. Həmçinin
bu ayələr müəyyən mühitlə əlaqəli həmin donuq və hərfi izahı
təsdiqləmir. Həmin mühit Bəni-Qüreyzə ilə əlaqəli idi. Bu ayə
də həmin mühitin ümumi səciyyəsini belə ifadə edib:
“Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə bilə-
cəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan
əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et.
Çünki Allah xainləri sevməz!” (əl-Ənfal, 58).
Yuxarıdakı ayə müəyyən sazişlərin birtərəfli pozulmasına əsas
verəcək arqument rolunu oynamır2.

1
Şeybani. “Siyər”in şərhi, I cild, səh. 190-191.
2
İbn Kəsir. Quranın təfsiri, II cild, səh. 320; Təbəri. Ca`me əl-bəyan (Quran
ayələrinə dair izahları toplayan kitab), X cild, səh. 26-27. Həmçinin bax:
Qurani-Kərim: LX, 8-9; XI, 84; XXVI, 135; XLVI, 21; V, 118; XVIII, 87;
XXVI, 3; XXXIV, 28; XXI, 107; III, 104; IX, 67; XI, 116; XVI, 125; IL,
XIII; XXVI, 151-152; LXVIII, 10-12; XLII, 41-43; XVI, 90-91; CVIII,
1-7; XC, 12-20. Habelə bax: Əbu Abdullah Məhəmməd ibn İsmayıl əl-
Buxari. Hədislər (kənar haşiyələrdə istinadlarla birlikdə). Qahirə: “Dar
264 Dördüncü fəsil

Bilmək vacibdir ki, atom bombaları və kütləvi qırğın silah-


ları əsrində ayədəki “Əgər (əhd bağladığın) bir tayfanın sənə
xəyanət edə biləcəyindən qorxsan” sözü nə ifadə edir və ya
Qurandakı “düşmən” terminini siyasi anlayış olaraq necə izah
etmək mümkündür? Qərar vermək səlahiyyəti olan şəxslər bu
cür vəziyyətlərdə hansı addımları atmalıdırlar?
Bu cür hallar mövcud şəraitə uyğun olaraq tənzimlənməlidir.
Quran ayələri, xüsusilə də “Ənfal” surəsinin 56-58-ci ayələri
tezliklə baş verə biləcək təhlükə vəziyyətində atılacaq real və
münasib addımların əsaslandığı prinsipi təqdim edir. Bununla
yanaşı, bəzi suallara da cavab tapmaq tələb olunur. Məsələn,
qərar vermək səlahiyyəti olan şəxs dövlətin təhlükəsizliyini
necə qiymətləndirə bilər; o, bu zaman hansı lazımi tədbirləri
görməlidir? Müxtəlif qanun sistemlərinin olduğu bir vaxtda
islam dövləti münaqişələrə necə münasibət bəsləməlidir?
Bu məsələlər olduqca mürəkkəbdir və davamlı şəkildə də-
yişir1. Həmçinin qanunvericilik aktları və lazımi mexanizmlər

ehya əl-kutub əl-ərəbiyyə” nəşriyyatı, 1960, I cild, səh. 228, II cild, səh.
171-172; Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib əl-Üməri ət-
Təbrizi. Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd Nasirəddin əl-
Əlbani. Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, II cild, səh. 605,
608, 613; İmam Fəxrəddin Razi. Böyük təfsir. Qahirə, 1938, XXVI cild,
səh. 54-61; Seyyid Məhəmməd Rəşid Rza. “Mənar” təfsiri. Qahirə: “Dar
əl-mənar” nəşriyyatı, 1954, IV cild, səh. 25-45, IX cild, səh. 290-291;
Təbəri. Ca`me əl-bəyan (Quran ayələrinə dair izahları toplayan kitab),
II cild, səh. 98-105; Məhəmməd İzzət Dərvəzə. Yeni təfsir. Qahirə: “İsa
əl-babi əl-hələbi” mətbəəsi, 1964, səh. 200-203.
1
Bax: A.A. Fatouros, “Participation of the “New” States in the International
Legal Order of the Future” in the Future of the International Legal Order,
eds. Richard A. Falk and Cyrile E. Black (Princeton, N.J.: Princeton
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 265
mövcud şəraitdə tətbiq edilməyə qabil deyildir. Odur ki qərar
vermək səlahiyyəti olan şəxslər belə bir vəziyyətdə lazımi təd-
birləri görmək üçün müstəqil hərəkət etməlidirlər1.
Öz-özümüzə soruşuruq: Ədalətsiz sazişə məcbur edilmiş
gücsüz tərəf (müstəmləkəçi dövlətlərin müstəmləkələri buna
misaldır) müqaviləni pozarkən özünə nə dərəcədə bəraət qa-
zandıra bilər? Və ya lazımi imkanlara sahib olmayanların real
vəziyyəti dəyişdirməyə çağırış etmələrinə nə dərəcədə haqq
qazandırmaq mümkündür? Bu məqamda qeyd edilməlidir ki,
müsəlman dövlətləri öhdəliklərlə əlaqəli dəqiq planlaşdırma
aparmalıdırlar. Müqavilənin bəndlərini pozmaq və ya siyasi
səhvə yol vermək onun ləğvinə səbəb olub, dövlətin nüfuzuna
xələl gətirə bilər. Odur ki qərar vermək səlahiyyəti olan şəxslər
bu cür səhvləri etməkdən uzaq olmalıdırlar.
Müqavilələr hesabına cüzi “qazanc” faydalı deyildir. İslam
formatı və yuxarıda göstərilmiş ayələr ciddi nöqteyi-nəzərlər
qarşısında heç bir şəkk-şübhəyə yer qoymur və müsəlmanlara
belə bir məsuliyyət aşılayır ki, müsbət imic beynəlxalq mü-
nasibətlərdə mühümdür. Dini arqumentlər göstərir ki, mütəşək-

University Press, 1969), vol. I, pp. 350-371; Adda B. Bozeman, The


Future of Law in a Multicultural World (Princeton: Princeton University
Press, 1971), pp. 161-186; Murty, “Foundation of Universal International
Law”, in Asian States and the Development of Universal International
Law, ed. R.P. Anand (Delhi: Vicas Publications, 1972), pp. 173-178; Josef
L. Kunz, The Changing Law of Nations: Essays on International Law
(Columbus: Ohio State University Press, 1968), pp. 3-5; Məhəmməd
Hafiz Qanim. Beynəlxalq qanunvericiliyin prinsipləri. Qahirə, 1964, səh.
3-16.
1
Inis L. Claude, Jr., Power and International Relations (New York:
Random House, 1962), pp. 197-204.
266 Dördüncü fəsil

kil qarşılıqlı münasibətlərdə öhdəliklər həlledici və başlıca amil


rolunu oynayır. Müsəlmanlardan öhdəliklərə riayət etməyi, da-
xili və xarici əlaqələrdə buna diqqətli yanaşmağı istəyən Qurani-
Kərim mövzunun son dərəcə mühüm olduğunu bizlərə çatdırır.
Deməli, beynəlxalq sistemin iştirakçıları müqavilələrin hüquqi
tərəflərində ifrata varmamalıdırlar. Onlar başa düşməlidirlər ki,
gözəl niyyət, dostluq münasibətləri və ortaq maraqlar ikitərəfli
və ya çoxtərəfli müqavilələrin düzgün icrasında vacib şərtlərdir.
Lakin xəbis məqsədlər, kələkbazlıq və maraqların toqquşması
ədavətə səbəb olur, sazişlərin pozulmasına gətirib çıxarır. Bəlkə
də, sonda tərəflər silahlı toqquşmaya sürüklənirlər. Müharibə
başlandıqda əksər müqavilə və öhdəliklər pozulur, tərəflər qə-
ləbə qazanmaq üçün hərbi hiylələrə əl atır, müxtəlif manevrlər
edirlər. Peyğəmbər demişkən: “Müharibə – biclikdir”1.

4.2. Əsas dəyər və ideallar

Dini mətnlərə və tarixi təcrübəyə nəzər salsaq, görərik ki, is-


lam formatına xüsusi məzmun verən, vacib strategiyalarda dini
şüura təsir göstərən başlıca dəyərlər mövcuddur. Bu dəyərlərin
fəal surətdə rol oynaya bilməməyi, bundan qabaq dediyimiz
kimi, tarixi təcrübəni düzgün başa düşməməkdən irəli gəlir.
Həyatın müxtəlif sahələrində, o cümlədən xarici əlaqələrdə is-
lam formatını məhdudlaşdıran “qəlib”lər qoymağa cəhd etmiş
ənənəçilərin sərt mövqeyi də bu işdə rol oynayıb.

1
Bax: Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib əl-Üməri ət-Təbrizi.
Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd Nasirəddin əl-Əlbani.
Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, II cild, səh. 384.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 267
Başlıca dəyərlərə baxışda zaman və məkan amili bir kənara
qoyulmalıdır. Belə olduqda bu dəyərlər Peyğəmbərin (Ona Alla-
hın xeyir-duası və salamı olsun!) və xəlifələrinin zamanına xas dinamik li-

derliyi bərpa etmək istəyən müsəlman rəhbərlərin diqqətini


özünə cəlb edəcəkdir. Bu dəyərlər ədalətin bərqərar olması-
nı təmin edib, nəfsi cilovlaya bilər. Həmçinin bu dəyərlərə
əsaslanmaqla müsəlman siyasətçilər müxtəlif fəaliyyət növlərini
müəyyənləşdirə, vasitələrdə donuqlaşmayıb, əsas diqqəti məq-
sədlərə yönəldə bilərlər.
Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) daxili və xarici fəaliy-
yət sahələrində təqdim etdiyi dəyər və ideallara daxildir:
Ədavətə yox! – Azğınlığa yox! – Fitnə-fəsada yox! – İfrata
(həddini aşmağa) yox!
İslamda bu dəyər və idealların yerini göstərmək üçün bəzi
ayə və hədislərə nəzər salaq:
Allah Təala buyurur:
“(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (on-
lara boyun əyməyin)!
O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən,
günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!” (əş-Şüəra,
151-152);
“(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə,
alçağa;
Qeybət edənə, söz gəzdirənə;
Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha ba-
tana…” (əl-Qələm, 10-12);
“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz
ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!
268 Dördüncü fəsil

Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə)


düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm
qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti
yaxşılıq edənlərə çox yaxındır!” (əl-Əraf, 55-56);
“Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə),
həqiqətən, azğınlaşıb həddini aşmışdır.
Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin,
yaxud (Rəbbindən) qorxsun!”
Onlar: “Ey Rəbbimiz! (Fironun möcüzə göstərməyimizə
hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğın-
laşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!”
– dedilər” (Taha, 43-45);
“Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer
üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli
əzab gözləyir!
Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun
bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!” (əş-Şura,
42-43);
“...(Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan ca-
maata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm
və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis
əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düş-
mənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan
qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (əl-Maidə, 2).
Abdullah ibn Əmr rəvayət edir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası
və salamı olsun!) deyib:
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 269
“Rəhm edənlərə Rəhman mərhəmət göstərər. Yerdəkilərə
rəhm edin ki, səmadakı sizə mərhəmət göstərsin”1.
Cərir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər (Ona Allahın xeyir-duası
və salamı olsun!) deyib:

“İnsanlara rəhm göstərməyənə Allah mərhəmət etməz”2.

4.2.1. Müasir dünyada beynəlxalq


münasibətlərdə islam formatı

İkinci fəsildə biz (Ona Allahın xeyir-duası və salamı olsun!) xarici siyasətdə
Peyğəmbərin atdığı bəzi addımlar və müəyyən situasiyalar haq-
da danışmışdıq. Həmin situasiyalar dostluqla, əməkdaşlıqla,
müharibələrlə, çəkişmələrlə müşayiət olunurdu ki, bu da siya-
si kursun formatına təsir göstərmişdi. Bu səbəbdən çoxəsrlik
tarixləri boyu müsəlmanlar gah əməkdaşlıqla, gah iqtisadi təz-
yiqlərlə, gah psixoloji müharibə ilə, gah da partizan və niza-
mi müharibə ilə səciyyələnən siyasi kurs yürütməyə məcbur
olmuşdular.
Bu cür siyasi kurs başlıca islam dəyərləri və prinsiplərinin
təsirini əks etdirir. Bu prinsiplər daxili və xarici amillər nəzərə
1
Bax: Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib əl-Üməri ət-Təbrizi.
Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd Nasirəddin əl-Əlbani.
Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, II cild, səh. 608. Habelə
bax: eyni əsərin izahlarla tərcüməsi, Lahor, 1963, III cild, səh. 1034
(Tərcümə Ceyms Robsonundur).
2
Vəliyyəddin Məhəmməd ibn Abdullah əl-Xətib əl-Üməri ət-Təbrizi.
Mişkat əl-məsabih / çapa hazırlayan: Məhəmməd Nasirəddin əl-Əlbani.
Dəməşq: “əl-Məktəb əl-islami” mətbəəsi, 1961, III cild, səh. 605. Habelə
bax: eyni əsərin izahlarla tərcüməsi, Lahor, 1963, III cild, səh. 1031
(Tərcümə Ceyms Robsonundur).
270 Dördüncü fəsil

alınmaqla Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) tərəfindən


təqdim edilmişdi. Peyğəmbərin atdığı addımlar müsəlman ic-
masına xidmət etmək, problemləri aradan qaldırmaq məqsədi
daşıyırdı. Həmçinin bu addımlar şəraitə uyğun olaraq atılmışdı.
Səlahiyyət sahibləri mümkün hallarda bu addımları təkrarlaya
bilərlər. Erkən dövr müsəlman təcrübəsi və ilk siyasi addımların
müxtəlifliyi də buna əsas verir. Zaman və məkan amili bu ad-
dımların fərqlənməsinə səbəb olmuşdu. Deməli, indiki dövrdə
müsəlmanlar dəyişikliklərə dözümlü yanaşmalı, siyasətdə yaradı-
cı mövqedən çıxış etməlidirlər. Misal üçün götürək beynəlxalq
münasibətlərdə bitərəflik problemini. Erkən islam tarixində bi-
tərəfliyə az əhəmiyyət verilmişdir. Bu, həmin dövrdə böyük
güclərin bir-birinə düşmən münasibət bəsləməsinə görə idi.
Halbuki yeni diplomatik vasitələr baxımından bitərəflik XIX
əsr Avropa siyasi sisteminin əsas elementlərindən biri sayılır-
dı. Lakin İkinci Dünya müharibəsindən sonra beynəlxalq mü-
nasibətlər və müharibə mexanizmlərində baş vermiş nəhəng
dəyişikliklər, eləcə də siyasi ittifaqlar nəticəsində bitərəflik qey-
ri-mümkün oldu.
Yeni situasiyaların keçmişlə əlaqəli dəyişməz mövqelərdən
fərqlənməsi, yaradıcı siyasətin olmamağı xoşagəlməz nəticələr
doğurur. Başlıca dəyər və prinsiplərin rolunu düzgün qiymət-
ləndirməmək xalqların milli şüuruna əks təsir göstərir, va-
hid xarici siyasət kursunu dəstəkləmələrinə mane olur. Əgər
belədirsə, onda islam fikri bu çatışmazlığı bütün aydınlığı ilə
üzə çıxarır. Siyasət mexanizmlərinə təsir edəcək daxili fəaliyyət
və islam formatını qiymətləndirmək üçün “öz”ün yoxlanılması-
na ciddi ehtiyac vardır.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 271
Üç sxemə nəzər salaq. Paralel xətlər islam dövlətlərinin gizli
dinamik təbiətini, üfüqi xətlər isə siyasi kursunu göstərir. Birin-
ci sxemdə beynəlxalq münasibətlərin ənənəvi izahı göstərilib.
İkinci fəsildə qeyd etdiyimiz kimi, bu izah “siyər” və cihad möv-
zularına ənənəçi fəqihlərin münasibətini əks etdirir. Ənənəvi
yanaşma indiki dövrdə beynəlxalq münasibətlərə təsir göstərə
bilmədiyindən bu münasibətləri düzgün təhlil etməkdən uzaq-
dır. Buna görə də donuq və səthi nəticələr doğurur, müsəlman
siyasətçiləri və qərar vermək səlahiyyəti olanların karına gəlmir.
İkinci sxem isə modernist-novatorların beynəlxalq münasi-
bətlərə baxışını əks etdirir. Modern yanaşmada əcnəbi güclərin,
yad mühitin təsiri hiss olunur. Buna baxmayaraq, modernistlər
xalq kütlələrini hərəkətə keçirməyə, xalqın gizli potensialını üzə
çıxarmağa qadir deyillər. İkinci fəsildə modernistlərin problemə
baxışını müzakirə etmişdik. Bu baxış islam siyasi fikrinə xas
mühiti əks etdirir. Modernist baxış tərzinin mərkəzində yeni,
amma donuq islam fikri problemi gizlənir. Təqlid və “təlfiq” qa-
lıqlarından ibarət modern metod bu baxışa təsir edib. İdeologi-
ya, mühit, müsəlmanların güclənməsi və beynəlxalq münasibət-
lərdə iştirak – bütün bunların bir-birinə qarşılıqlı müsbət təsirini
həmin metodun başlıca xüsusiyyəti hesab etmək çox çətindir.
Modernistlər düşünürlər ki, islam xarici siyasəti iflasa uğrayıb.
Bu ondan irəli gəlmir ki, islama söykənən açıq-aydın (konkret)
stimul və məqsədlər mövcud deyil; əksinə, ondan irəli gəlir ki,
müsəlman siyasətçiləri tələb olunan iqtisadi inkişafı təmin edə
bilməyiblər, siyasi kurslarını dəstəkləmək, müsəlman xalqların
yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün lazımi siyasi potensial
yaratmada müvəffəqiyyətsizliyə uğrayıblar.
272 Dördüncü fəsil

Üçüncü sxemə gəlincə, o, beynəlxalq münasibətlər sahəsin-


də təklif etdiyimiz islam formatını əks etdirir. Bu formatda
islam dini xalqların ideologiyası rolunu oynayır. Həmçinin o,
müsəlman siyasətçilərinə dəyər və prinsiplərin toplusu olaraq
təqdim edilir. Təqdim etdiyimiz bu format ənənəvi metodun
çatışmayan tərəflərindən (zaman və məkan amilinin nəzərə
alınmamağı, sistemli-empirik yanaşmanın olmamağı və s.)
uzaqdır. Çünki o, mühitlə ideologiyanı dinamik surətdə bir-biri
ilə əlaqələndirir.
Əgər bu yeni formatdan siyasi kursun müəyyənləşdirilmə-
sində istifadə edilərsə, modernist yanaşmanın çatışmayan cə-
hətlərini aradan qaldırmaq mümkün olacaqdır. Yuxarıda qeyd
etdik ki, modernist yanaşma xalq kütlələrini hərəkətə keçirib,
gizli imkanlarını üzə çıxara bilmir.
Təklif olunan bu format müsəlman fikrinin düşdüyü böhran-
lı vəziyyəti aradan qaldıra bilər. Böhranlı vəziyyəti isə tarixi və
əcnəbi təcrübədə özünü göstərmiş yanlışlıqlar doğurub.
Beləliklə, bu format müsəlman siyasətçilərinə xarici siyasət
kursunda düzgün fəaliyyət göstərmək imkanı yaradır.
Sxemdə əxlaq və mənəvi prinsiplər tarixi prinsip və prese-
dentlərdən ibarət olsa da, siyasi fəaliyyətdə donuqluq və for-
mallıq yaratmır.
Siyasətçilərdən xüsusi şəkildə tələb olunur ki, addımlarını bu
formata əsasən atsınlar.
Bu və ya digər siyasi kurs müəyyən situasiyalarla qarşılaşdıq-
da donuqlaşmasın deyə qərar vermək səlahiyyəti olan şəxslər
beş amili nəzərə almalıdırlar:
1. Başlıca islam dəyərləri və prinsipləri;
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 273
2. Mövcud təhlükələrin necəliyi və əsas islam məqsədlərinin
həyata keçirilməsi imkanları;
3. Müsəlman cəmiyyətlərinin gücü və məhdud imkanları;
4. Düşmən və müttəfiqlərin resursları;
5. Beynəlxalq mühitin məhdudiyyətləri.
Sözügedən format bütün növ siyasi-strateji kurslara uyğun
gəlməli, mövcud beynəlxalq cəmiyyətin əməli addımları ilə
“işə başlamalıdır” ki, Fransa müstəmləkəçilərinə qarşı Əlcəzair
azadlıq müharibəsi zamanı özünü göstərən siyasi ekstremizm
təkrarlanmasın. Tədqiqatlar göstərir ki, bu və ya digər müsəlman
dövlətinin xarici və daxili siyasi kursu xüsusi vəziyyətə əsaslanır.
Özü də bu vəziyyətə həmin dövlət nəzarət edir. Deməli, keçmiş
əsrlərin sərt qanunvericilik hökmlərinin siyasətçilər tərəfindən
qəbul edilməsini gözləmək sadəlövhlükdür. Belə sərt qanunve-
ricilik hökmlərini qəbul etmək islam əsasında xarici əlaqələri
tənzimləmək mənasına gəlmir.
274 Dördüncü fəsil
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 275
276 Dördüncü fəsil

4.2.2. Başlıca islam siyasi


kurslarının öyrənilməsi

Bu tədqiqatda biz diqqətimizi erkən islam dövründən yeni


müsəlman dövlətlərinin siyasi kurslarına yönəldirik. Məqsədimiz
həmin siyasi kurslardan hər hansı birinin dəyişdirilməsini təklif
etmək deyildir; əksinə, xarici siyasətini tənzimləmədə bu və ya
digər müsəlman dövlətinin reallığa uyğun olaraq mənimsədiyi
fəaliyyət yollarını qiymətləndirmədə ənənəvi-hüquqi üslubun
qeyri-münasibliyinə işarə etməkdir. Habelə biz zaman və mə-
kan amilinin təsirində qalmayan ideoloji formatı mənimsədik-
ləri təqdirdə müsəlman siyasətçiləri üçün yaranacaq fürsət və
imkanlardan danışmaq istəyirik. Bəli, onlar real və sistemli em-
pirik metoddan istifadə etməklə dinamik sistem yarada bilərlər.
Bu səbəbdən üç əsas siyasi kursu təhlil etmək çox vacib-
dir. Birincisi qeyri-müsəlmanlarla xarici əlaqələrdə müharibə və
silahlı toqquşmalara son qoymaqdır. Artıq bu barədə danış-
mışıq. İkinci və üçüncü siyasi kurslara gəlincə, söhbət qeyri-
müsəlman dövlətlərlə diplomatik mübadilə və müttəfiqlikdən,
müsbət bitərəflik prinsipinə riayətdən gedir.
Qeyd edək ki, bizi məlum siyasi kursların səbəbləri və məq-
sədləri daha çox maraqlandırır. Biz bu siyasi kursların məntiqi
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 277
əsasları və məqsədləri baxımından ziddiyyətli bir problemi
qiymətləndirə biləcəyik. Bu, siyasi kurslar və islamın ziddiyyəti
problemidir. Düşünürük ki, islamdan imtina bu kursların mü-
vəffəqiyyət qazanmamağının başlıca səbəbidir.

4.2.2.1. Diplomatik strategiyalar


və müttə iqlik

Vaxtı ilə o qədər də nüfuzu olmayan Avropaya münasibətdə


Osmanlı sultanları diplomatiyadan çox az istifadə etmişlər1.
Avropada intibah baş verib, ticarət yolları üzərində rəqabət
gücləndikcə osmanlılarla avropalıların siyasi münasibətlərin-
də yeni mərhələ başlandı. Əməkdaşlıq münasibətləri qarşılıqlı
maraqları təmin etmək məqsədi güdürdü. Beləliklə, Osmanlı
dövləti ilə Avropa gücləri arasında diplomatik münasibətlər
mərhələsi başlanmış oldu. Osmanlılar avropalı tacirlər üçün
asanlaşdırıcı qaydalar təsis etdilər ki, sonralar bu qaydalar im-
tiyaz müqavilələri adlandırıldı. Avropadan Osmanlı sarayına
çoxlu diplomatik heyətlər gəlməyə başladı2.
Bir tərəfdən, Avropa dövlətləri texniki və iqtisadi cəhətdən
inkişaf edir, digər tərəfdən isə Osmanlı üsul-idarəsi siyasi, mə-
dəni və sosial sahələrdə tənəzzülə uğrayırdı. Bu vəziyyətdə
osmanlılar onlardan hərbi cəhətdən üstün düşmənə müqavi-
mət göstərmək üçün diplomatik üsullara əl atmağa başladı-

1
Thomas Naff, “Reform and Conduct of Ottomon Diplomacy in the
Region of Selim III (1789-1807)”, unpublished paper, p. 295.
2
R.H. Davison, The Modern Nations in Historical Perspective: Turkey,
pp. 46-47.
278 Dördüncü fəsil

lar. Mütəmadi hücumlar qarşısında himayəsiz qalmış nəhəng


dövləti parçalamaq istəyən avropalılara diplomatik yollarla
“müqavimət” göstərmək həmin dövrdə ən optimal vasitələrdən
biri idi. Osmanlılar Avropanın xristian dövlətlərinə diplomatik
heyətlər göndərməyə başladılar, onlarla müəyyən ittifaqlara da-
xil olub saziş bağladılar. Bır sıra sazişləri avropalılar özləri təklif
etmişdilər. Çünki bəzi Avropa dövlətləri osmanlılardan daha
çox imtiyaz qoparmaq istəyirdilər1.
Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti tarix-
dən silindi. Kamalist Türkiyə qarşılıqlı diplomatik münasibətlər
sahəsində osmanlıların yolunu davam etdirsə də, islam dini
dövlətin xarici siyasət kursunu tənzimləmə işindən uzaqlaşdırıl-
dı. Osmanlı siyasətini analiz etdikdə görürük ki, bəzi müəlliflər
ənənəvi metodda israr edir, islama bu əsasda nəzər salırlar. On-
lar ənənəvi metodu dini mətnlər və ürf-adətlərdən ibarət hesab
edir, dəyər sistemi və özül olduğunu nəzərdən qaçırırlar2. Bu
səbəbdən onlar Osmanlı siyasətini qiymətləndirmədə hənəfi fiq-
hi mətnlərinə istinad edir, bu mətnləri islamdan kənar mətnlər
olaraq xarakterizə edirlər3. Onlar tez-tez bu sualı verirlər:

1
Bernard Lewis, The Middle East and the West (New York: Harper and
Row, 1966), pp. 116-118; Thomas Naff, “The Setting and Rationale of
Ottomon Diplomacy in the Region of Selim III (1789-1807)”, pp. 22,
26; Thomas Naff, “Reform and Conduct of Ottomon Diplomacy in the
Region of Selim III (1789-1807)”, unpublished paper, p. 310.
2
Majid Khadduri, “Introduction” to the Classical Work of Siyar by
Muhammad Shaybani in the Islamic Law of Nations (Baltimore: Johns
Hopkins University Press, 1966), pp. 62-67.
3
M.T. al-Ghunaimi, The Muslim Conception of International Law (The
Hague, Martinus Njhoff, 1968), pp. 18-54; Majid Khadduri, “Introduction”
to the Classical Work of Siyar by Muhammad Shaybani in the Islamic
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 279
Madam ki islam on ildən çox müddətə bir saziş imzalamaq
icazəsi verib, onda adi müsəlman vətəndaş qeyri-müsəlman
məhkəmələrində müttəhim kürsüsündə əyləşə bilərmi?
Donuq və formal metoda əsaslanan bu insanlar onu da id-
dia edirlər ki, hər hansı bir məzhəbi seçib ənənəvi məzhəblər
fiqhindən üz çevirmək islamdan sapmaqdır.
Məlumdur ki, islamda din və dövlət dualizmi mövcud de-
yildir. Siyasi hakimiyyətlə fəqihlərin mübahisəsi o demək deyil-
dir ki, həm fəqihlər, həm də siyasi hakimiyyət bu işdə məsuliy-
yət daşımır. Məsələyə obyektiv nəzər salmaq lazımdır. Müm-
kündür ki, həm müəyyən siyasi meyllərin təsiri nəticəsində,
həm də bu amillər mühafizəkar fiqhi formatda təqdim edildikdə
siyasi hakimiyyət sistemin ideoloji amillərinə az əhəmiyyət ver-
sin. Habelə problem fəqihlərin siyasi amillərdən baş çıxarma-
maqlarından irəli gəlir.
Osmanlılar din siyasəti yürütmüşlər, – bunda heç bir şübhə
yoxdur. Onlara yönəldilmiş ittihamlara gəlincə, bu, mübahisəli
məsələdir. Həmçinin osmanlı sultanları mühafizəkar dini dün-
yagörüşünə sahib idilər. Tənqidçilər hesab edirlər ki, erkən
islam təcrübəsindən kənara çıxmaq bidət və zəlalətdir. Bu mə-
qamda deyə bilərik ki, ənənəvi fikir və tarixi presedentlər get-
gedə güclənən Avropa ölkələrindən gələn təhlükə ilə üz-üzə
qalmış Osmanlı dövlət adamları tərəfindən qəbul edilməmişdi.
Belə bir şəraiti nəzərə almadan ittihamlar səsləndirmək, osman-
lı dövlət adamlarını sapqın saymaq doğru deyildir. Bu, onların
haqqını tapdalamaqdır. Osmanlı tarixinə diqqətlə nəzər salanlar

Law of Nations (Baltimore: Johns Hopkins University Press, 1966), pp.


63-64.
280 Dördüncü fəsil

görəcəklər ki, həmin diplomatik addımlar “Az zərərlə işdən çıx-


maq” məntiqinə əsaslanır1.
1865-ci ildə Paris sülh konfransında Avropa dövlətləri it-
tifaqına üzv qəbul edilmiş Osmanlı xilafəti yeni şəraitə və
dəyişkən inkişafa dinamik münasibət bəsləmək məqsədilə dip-
lomatik üsullara əl atdı2. Dövlətin mövcudluğunu saxlamaq
və yeni islahatlar proqramını həyata keçirmək üçün bu, ol-
duqca zəruri idi. Ölüm-qalım məsələsi ilə əlaqəli bu addımlar
nəticəsində Osmanlı metodunu “islamlaşdırma” problemini for-
mal xırdalıqlardan (on ildən çox müddətə müqavilə bağlamaq,
qeyri-müsəlman dövlətlə müttəfiqliyin “mübahlığ”ı haqda boş
mübahisələr və s.) xilas olub daha mühüm və köklü problemə
çevrildi. Çünki islamın məqsədlərini həyata keçirmək üçün
mövcud şəraitə uyğun hərəkət etmək daha vacib problem sa-
yılırdı3.
Suallar yaranır: Nə üçün Osmanlı sultanları diplomatik üsul-
lara əl atdılar? Onlar nə üçün xristian Avropa dövlətləri ilə
əməkdaşlıq siyasi kursunu inkişaf etdirdilər? Bu yeni strategi-
yanın məqsədi nə idi?

1
Görünür, Osmanlılar ənənəvi prinsipə əsaslanırmışlar. Bu, “mənafe
prinsipi”dir. Zərurətə uyğun olaraq, siyasətdə bu prinsip əsas götürülmüşdür.
2
Charles G. Fenwick, International Law. 3rd rev. (New York: Appleton-
Century-Grafts, Inc., 1948), p. 18; Roderic .H. Davison, Reform in The
Ottoman Empire 1850-1870 (Princeton, N.J.: Princeton University Press,
1963), p. 4; J.C. Hurewitz, Diplomacy in the Near and Middle East, pp.
153-156.
3
Bernard Lewis, The Middle East and the West (New York: Harper and
Row, 1966), p. 118; Majid Khadduri, “Introduction” to the Classical
Work of Siyar by Muhammad Shaybani in the Islamic Law of Nations
(Baltimore: Johns Hopkins University Press, 1966), pp. 63-64.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 281
Osmanlı dövlətinin hərbi və iqtisadi gücü zəiflədikcə avro-
palılar güclənirdilər. Məhz bu amil Osmanlı xarici siyasətində
dönüş yaratmışdı. Osmanlılar Avropa dövlətləri arasında se-
çim etməklə dövləti dağılmaq və parçalanmaqdan qorumaq
istəyirdilər. Belə bir şəraitdə güman olunurdu ki, islahatlar
Osmanlı dövlətinin əvvəlki qüdrətini geri qaytaracaq, get-gedə
artan təhlükələr qarşısında onu davamlı edəcəkdir1. Təbii ki,
bu siyasi kursun uğur qazanıb-qazanmamağı sosial quruluşun
müxtəlif sferaları arasındakı münasibətlərə təsir edəcəkdi.
Məlumdur ki, Osmanlı siyasətçiləri məqsədlərinə çata bil-
mədilər. Məqsədləri Osmanlı dövlətinin hərbi üstünlüyünü
bərpa etmək, əvvəlki qüdrətini geri qaytarmaq idi. Onlar an-
caq və ancaq bir sıra konstitusional islahatlar apara bildilər ki,
bunların da bəzisi ya formal şəkildə icra olundu, ya da çox
pis formada həyata keçirildi. Bunun səbəbi həm də onda idi
ki, osmanlılar Avropada baş vermiş inkişaf fenomenini düz-
gün başa düşə bilməmişdilər. Belə ki osmanlılar hüquqi-for-
mal məhdudiyyətin təsirində qalmış, siyasi və sosial inkişaf-
la ayaqlaşacaq orijinal rasional dəyərlər sistemi təqdim edə
bilməmişdilər. Bir əsrdən artıq zəhmətin “səmərə”si daha artıq
dünyəviləşmək və qərbliləşmək oldu2. İslam fikri isə daha da
donuqlaşıb hərəkətdən qaldı.

1
R.H. Davison, The Modern Nations in Historical Perspective: Turkey,
pp. 68-77.
2 Thomas Naff, “The Setting and Rationale of Ottomon Diplomacy in
the Region of Selim III (1789-1807)”, pp. 62-63; Niyazi Berkes, The
Development of Secularism in Turkey (Montreal: McGill University Press,
1964), pp. 23-289; R.H. Davison, The Modern Nations in Historical
Perspective: Turkey, pp. 62-63, 53-143; Bernard Lewis, The Emergence
282 Dördüncü fəsil

Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı


dövləti süqut etdi. Bununla da Müsəlman dünyası ilə Avro-
pa arasında geniş boş sahə yarandı. Osmanlıların səhvi onda
deyildi ki, onlar yeni vəziyyətlə ayaqlaşmağa çalışmış, ayaqda
qalıb islahatlar aparmaq məqsədilə vaxt qazanmağa cəhd gös-
tərmişdilər; əksinə, onda idi ki, müsəlman islahatçılığı sahəsində
orijinal fəaliyyət əvəzinə modernistlərin formal islahatlarını
əsas götürmüşdülər.
Müsəlman dünyasının böyük hissəsi müstəqillik qazanmaq
üçün İkinci Dünya müharibəsinin başa çatmasını gözləməli
oldu. Bu səbəbdən onlar beynəlxalq proseslərdə iştirak edə
bilmədilər. Bəzi müsəlman dövlətləri Qərblə müttəfiqlik kur-
sunu seçdi. Bəzi dövlətlər isə üzünü Şərqə tutdu. Bitərəf qa-
lıb, bloklara qoşulmamaq siyasətini mənimsəyən müsəlman
dövlətləri də tapıldı.
İndi isə bu iki siyasi kursu müzakirə edək. Görək dünyəvi
Türkiyə qarşıya qoyduğu məqsədlərə çata bilmişdirmi?
Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti sü-
qut etdi. Qərb dövlətləri keçmiş osmanlı əyalətlərini öz ara-
larında bölüşdürüb, mandatlıq sistemi yaratdılar. İkinci Dünya
müharibəsinədək Avropa və müsəlman dövlətləri arasında bir
neçə müqavilə bağlandı. Kağız üzərində dostluq və müttəfiqlik-
dən bəhs olunurdu. Əslində isə qalib Avropa dövlətləri məğlub
tərəfə istədiklərini diktə edirdi. Belə müqavilələr 1936-cı ildə
Fransa və Suriya, Fransa və Livan, 1922 və 1936-cı illərdə Bö-

of Modern Turkey (2nd ed. London: Oxford University Press, 1968), pp.
124-128, 230-238; Don Peretz, The Middle East Today (New York: Holt,
Rinehart and Winston, Inc., 1965), pp. 53-80 and 445-449.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 283
yük Britaniya və Misir, 1922 və 1930-cu illərdə İraq və Böyük
Britaniya arasında imzalanmışdı1.
İkinci Dünya müharibəsindən sonra vəziyyət dəyişmişdi:
Avropa dövlətləri əvvəlki kimi beynəlxalq güc rolunu oynaya
bilmədilər. Habelə yeni vəziyyət onlara Orta Şərq regionun-
da ağalıq etmək imkanı vermirdi. Odur ki müttəfiqlik böyük
əhəmiyyət kəsb etməyə başladı. Yeni super güclər meydana
çıxmışdı: ABŞ və SSRİ. Bu iki dövlətin sözügedən regionda
öz maraqları vardı. Keçmiş və yeni güclər arasında regiona
hegemonluq etmək üstündə rəqabət başlandı. Orta Şərqin mü-
səlman dövlətləri alternativ tapmaq siyasətini yürütməli oldu-
lar2.
Bu müsəlman dövlətlərin siyasi kursunu başa düşmək üçün
tarixi və geosiyasi amillər nəzərə alınmalıdır. Bu amillər həmin
dövlətləri “sərhəd regionu” və “ərəb dünyası regionu” olmaqla
iki yerə ayırır. Sərhəd regionu dövlətləri “şimal qurşağı”nı əmələ
gətirir ki, buraya Türkiyə, İran, Pakistan və Əfqanıstan daxildir.

1
1922 və 1930-cu illərdə Böyük Britaniya ilə İraq arasında bağlanmış
müttəfiqlik və dostluq müqaviləsinin ərəbcə mətni üçün bax: Seyyid
Əbdürrəzzaq əl-Hüseyni. İraqın yeni siyasi tarixi. Livan: “İrfan” nəşriyyatı,
1958, II hissə, səh. 30-38, 41-42, 45-81, 204-234; Hüseyn Fövzi ən-
Nəccar. Orta Şərqdə siyasət və strategiya. Qahirə: “Məktəbə ən-nəhzə
əl-misriyyə” nəşriyyatı, 1953, səh. 470-471, 476, 501-504, 510-512, 586-
610. Böyük Britaniya ilə İraq arasında bağlanmış müttəfiqlik və dostluq
müqaviləsinin ərəbcə mətni üçün bax: Orta Şərqdə siyasət və strategiya.
Qahirə: “Məktəbə ən-nəhzə əl-misriyyə” nəşriyyatı, 1953, səh. 592-609;
Nicola A. Ziyadeh, Syria and Lebanon (Beirut: Lebanon Bookshop,
1968), pp. 53-55.
2
J.C. Hurewitz, “Origin of the Rivalry” in Soviet American Rivalry, ed.
by J. Hurewitz, pp. 1-7.
284 Dördüncü fəsil

Hər iki region dövlətləri müxtəlif təhlükələrlə üzləşiblər. Odur


ki regionda siyasi maraqları olan nəhəng güclər qarşısında on-
ların xarici siyasət kursu fərqli olacaqdır. Sərhəd regionu boyu
müsəlman ölkələri SSRİ ilə qarşıdurma vəziyyətindədirlər. Keç-
mişdə əsasən İran və Osmanlı dövlətindən ibarət bu regiona
Çar Rusiyası göz dikmişdi. Rusiya bu dövlətlər üçün təhlükə
mənbəyi idi. Qərbin hegemon gücləri isə şəxsi maraqlar üçün
həmin müsəlman dövlətlərini müdafiə edirdilər. Habelə Rusiya-
nın genişlənmə siyasəti, Hİnd okeanına çıxış əldə etmək istəyi
və bu məqsədlə bəzi sərhəd dövlətlərini işğal etməsi Asiya və
Afrikada Qərb müstəmləkəçiliyinə təhlükə yaradırdı.
Hündür dağlar və uzun sərhədlər arasında itib-batmış Əfqa-
nıstan istisna olmaqla digər şimal qurşağı ölkələrinin SSRİ-dən
qorxmağa əsasları vardı. Pakistana gəlincə, SSRİ-nin müttəfiqi
sayılan Hindistanla münaqişə içərisində olduğundan Qərblə,
xüsusilə də ABŞ-la real müttəfiqlik siyasəti yürüdürdü.
Məlum olur ki, şimali qurşağı dövlətlərinin xarici siyasət
kursu müttəfiqlik və paktlara qoşulmaq ilə səciyyələnirdi. Bağ-
dad (SANTO)1, Cənub-şərqi Asiya (SİYANTO) və Şimali At-
lantika Hərbi Alyansı (NATO) belə ittifaqlardan sayılır.
Ərəb dünyası ölkələrinə gəlincə, burada vəziyyət tamamilə
fərqlidir. Bu regionun özünəməxsus strateji və tarixi təcrübəsi

1
Qeyd edək ki, İraqın çəkilməsi ilə Bağdad paktının adı SANTO olaraq
dəyişdirildi. Qərb ölkələrindən Böyük Britaniya da bu ittifaqa daxil idi.
ABŞ isə paktın bəzi texniki komitələrinin iştirakçı üzvü idi. Göründüyü
kimi, ABŞ bu ittifaqa daxil olsa da, tərəfdaş qismində çıxış etmir, ancaq
müəyyən maraqlar güdürdü. Bax: Norman D. Palmer and Howard C.
Perkins, International Relations: The World Community in Transition.
3rd. ed, (Bostin: Houghon Mifflin, 1969), pp. 583-584.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 285
vardır. Mühüm strateji mövqedə yerləşməsi, başlıca kommu-
nikasiya “xətlər”inə sahib olmağı, xammal ehtiyatının çoxluğu
nəticəsində Ərəb dünyası XVIII əsrdən etibarən Qərbin da-
vamlı təzyiqlərinə və hegemonluq siyasətinə məruz qalıb. Bi-
rinci Dünya müharibəsində ərəblərin Osmanlı dövləti əleyhinə
qərblilərlə müttəfiqlik etməsi (bununla da müstəqillik qazana-
caqlarını düşünürdülər) ağır nəticələr verdi: ərəblər mandatlıq
sisteminə daxil edildilər. İkinci Dünya müharibəsindən sonra,
regiona hökmranlıq edən və əsasən Fransa və Böyük Britaniya
ilə təmsil olunan köhnə güclər zəiflədi və əvvəlki rolunu oyna-
ya bilmədi. ABŞ-ın neft siyasəti, Britaniya mandatlıq sisteminin
nəticəsi olaraq ərəb Fələstini üzərində qurulan sionist İsrail
dövləti ilə yaxşı münasibətdə olmağı Qərb hegemonluğuna
qarşı azadlıq və müstəqillik hərəkatlarına güclü təkan verdi.
286 Dördüncü fəsil

4.2.2.2. Bitərə lik strategiyaları

İkinci Dünya müharibəsindən sonra Ərəb dünyası və Qərb


arasında siyasi münasibətlər əksər hallarda düşmənçiliyə əsasla-
nırdı. SSRİ və ABŞ arasında soyuq müharibənin güclənməsi,
Stalindən sonra, xüsusən Orta Şərq regionuna münasibətdə
sovetlərin mövqeyində strateji dəyişikliklərin baş verməsi,
kommunistlərin inkişaf etməkdə olan ölkələrə iqtisadi və hərbi
kömək göstərmələri – bütün bunlar yeni seçimlərdən bir neçə
on illik ərzində istifadə imkanı yaratdı. Bu seçim sonralar
“müsbət bitərəflik və bloklara qoşulmama” adlandırıldı1.
Müəyyən tarixi-strateji səbəblər izah edir ki, Pakistan-
la Qərbin müttəfiqliyi nə üçün başa çatıb; nə üçün İran və
Türkiyədə Qərb əvvəlki nüfuzunu itirib. Məsələn, əzəli düşmən
sayılan Hindistana ABŞ-ın hərbi yardım göstərməsi Pakistanda
ABŞ-a olan etimadı sarsıdıb2. Habelə Bağdad paktına əsasən
Qərbin müttəfiq sayılan Nuri Səidin xarici siyasət kursunun Mi-
sir tərəfindən tənqid edilməsi tarixi-strateji amillərlə izah edilə
bilər. Sovet İttifaqının düşməni sayılan Qərbə münasibətdə
“bloklara qoşulmamaq” siyasətini yürütmək regionun inkişaf

1
Alvin Z. Rubinstein, (ed.) The Foreign Policy of the Soviet Union, 2nd
ed., (New York: Random House, 1966), pp. 379-392, 396-397.
2
G. W. Chaudhuri, Pakistan`s Relations with India (Meerut, India:
Meenakshi, Prakashan, 1971), pp. 1-8; Muhammad Ahsan, Pakistan and
the Great Powers (Karachi: Council of Pakistan Studies, 1970), pp. 32-
62; Mohammed Ayub Khan, Pakistan Perspective (Washington, D.C.:
The Pakistan Embassy, n.d.), pp.17-34; Murtaza Rizwi, The Frontiers of
Pakistan (Karachi, National Publishing House, 1971), pp. 3-11, 143-168.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 287
etmək istəyən, Qərb ağalığı və sionizm özbaşınalığından xilas
olub müstəqillik qazanmağa can atan dövlətlərinin maraqlarına
zidd idi. Ərəb dünyası, xüsusən də Misir yeni sovet siyasəti
ilə üst-üstə düşən “müsbət bitərəflik” prinsipini özünə şüar
seçmişdi1. Amma bu prinsip düzgün izah olunmamışdı. Bu
prinsipi düzgün başa düşmək üçün əlaqədar siyasi kurs və
mövqeləri izah etmək çox vacibdir. Tarixi proseslər zəruri et-
mişdi ki, ərəblər Qərbə düşmən olsunlar. Lakin həmin vaxt
ərəblər regionda güclü deyildilər, odur ki Qərblə ehtiyatlı dav-
ranmalı idilər2. Nəticədə, Qərbin ən böyük düşməni sayılan
SSRİ ərəblərin təbii müttəfiqinə çevrildi. Qərblə mübarizədə
SSRİ-nin hərbi və iqtisadi yardımına çox böyük ehtiyac olsa
da, ideoloji fərqlər və Sovet İttifaqı ilə həmsərhəd regionda-
kı qardaşlarının tarixi təcrübəsi ərəblərdə qorxu yaratmışdı.
Ərəblər Qərbə necə baxırdılarsa, SSRİ-yə də elə baxmağa baş-
ladılar. Əməkdaşlığa baxmayaraq, onlar SSRİ-yə ehtiyatlı və
ayıq münasibət bəsləyirdilər3. Məsələn, Misir SSRİ ilə mü-
nasibətlərdə “müsbət bitərəflik” siyasətini yürütsə də, ölkədə
sosialist partiyaların təsis edilməsini istəməmişdi.
Regiona nəzarət uğrunda bir-biri ilə rəqabət aparan böyük
güclər qarşısında seçilmiş “müsbət bitərəflik” siyasəti ehtiyat
addımı olaraq qiymətləndirilsə də, ərəb dövlətlərinin vahid xa-

1
Fayez A. Sayegh, “Islam and Neutralism” in Islam and International
Relations, ed. J.H. Procter, pp. 90-93; P.J. Vaikiotis, “Islam and the
Foreign Policy of Egypt” in Islam and International Relations, ed. J. H.
Proctor, pp. 66-93, 120-157.
2
Biz bu fəsildə Qərb dedikdə Qərbi Avropa və ABŞ-ı nəzərdə tuturuq.
3
Bayard Dodge, “The Significance of Religion in Arab Nationalism” in
Islam and International Relations, ed. J. H. Proctor, pp. 112-113.
288 Dördüncü fəsil

rici siyasət kursunu əks etdirmirdi. Çünki həmin dövlətlər digər


ərəb və müsəlman dövlətlərinə qarşı fərqli siyasət yürüdürdülər.
Münaqişəli problemlər öyrənilərkən ideoloji, milli və tarixi
amillər nəzərə alınmalıdır. Bununla yanaşı, Müsəlman dünyasın-
dakı dəyişkən siyasi abı-havanı düzgün başa düşmək istəyiriksə,
zəruri addımları, iştirakçı tərəfləri, bu və ya digər tərəfin seçdi-
yi siyasi kursları diqqətlə öyrənməliyik.
İki hegemon gücün münasibətlərində yaranan dəyişikliklər,
soyuq müharibə, gərginlik və toqquşma müstəvisindən razılaş-
ma müstəvisinə keçmə – bütün bunlar həmin vaxtlar SSRİ-nin
nüfuz dairəsinə daxil olan Hind okeanı və Cənubi Afrika regio-
nundan, eləcə də Əfqanıstandan Qərbin vaz keçməsi təsəvvürü
bağışlayırdı. Həm bu amil, həm Qərbin müttəfiqi hesab olunan
Şahlıq İranının süqutu, həm də dağıdıcı İraq-İran müharibəsi
strategiyaların dəyişilməsi ilə nəticələndi. Təbii ki, bu dəyişiklik
ümumiyyətlə Müsəlman dünyasına, xüsusən də Orta Şərqin
ərəb dövlətlərinə fayda gətirmədi. Çünki bu dövlətlər isti su-
lara və Hind okeanına çıxmaq istəyən SSRİ üçün quru yolu
dəhlizinin bir hissəsini əmələ gətirirdilər.
Sövdələşmədən sonra SSRİ və Qərbə münasibətdə müsbət
bitərəflik ya da onlardan biri ilə müttəfiqlik siyasi kursları
Müsəlman dünyası üçün səmərəsiz oldu. Müsəlman dövlətləri
siyasi, iqtisadi, hərbi-strateji sahələrdə “fəal bütövləşmə” və ya-
radıcı əməkdaşlıq yollarını axtarmalı oldular. Əks halda, ya
rusların, ya da Qərb və İsrailin hegemonluğu altında yaşamalı
olacaqdılar.
Təəssüf ki, Müsəlman dünyası beynəlxalq münasibətlərdə
baş vermiş böyük dəyişikliklərə (soyuq müharibənin başa çat-
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 289
mağı...) istənilən şəkildə reaksiya verməyib. Səfləri birləşdirib
ortaq maraqları qorumaq üçün əməkdaşlıq və koordinasiya
imkanları səfərbər edilmədi, xarici güclərlə qarşılıqlı razılaş-
manı təmin edəcək addımlar atılmadı. Avropa və Asiyada bir
sıra ittifaqlar yarandığı halda daxili siyasi sistemin bərbadlığı,
xarici güclərin diktəsi nəticəsində Müsəlman dünyası dövlətləri
dağıdıcı çəkişmələr meydanına çevrildi.
SSRİ-nin dağılıb, ateist-marksist ideologiyanın çökdüyü, fər-
diyyətçi, dünyəvi-liberal, kapitalist və demokratik quruluşun
meydanda tək qaldığı bir vaxtda müsəlman dövlətlər həm mü-
hüm imkanlar, həm də təhlükələrlə qarşı-qarşıyadır. Düzgün
və ya yanlış seçim növbəti nəsillərin müqəddəratını, bəşər
mədəniyyətinin taleyini təyin edəcəkdir. Bu ona görədir ki,
fərdiyyətçi-dünyəvi mədəni quruluşlarda get-gedə artan çatış-
mazlıqlar mövcuddur.
Milli maraqlar uğrunda çəkişmələrin çoxaldığı beynəlxalq
quruluşun doğurduğu təhlükələr müharibə alovunu körükləyib,
müstəmləkəçilik abı-havasını gücləndirir. Belə bir vəziyyətdə
islam ölkələri hegemon güclərin azğın istəklərinə tuş gəlir.
Dünya müharibələri, bir-biri ilə rəqabət aparan nəhəng
güclərin Vyetnam, Əlcəzair və Əfqanıstandakı “azadlıq” müba-
rizələri, beynəlxalq güclər və imperiyaların taleyi – bütün
bunlar heç bir dövlətə təkbaşına hökmranlıq etmək imkanı
verməyəcəkdir. SSRİ-nin süqutu, ABŞ-dakı nasazlıq və zəifləmə
göz qabağındadır. Odur ki təkbaşına hökmranlığa can atıb,
müəyyən mənafeyi olan tərəflərə müqavimət göstərmək istəni-
lən nəticəni verməyəcəkdir. Tarix də bunu sübut edir.
290 Dördüncü fəsil

Mənafelərin uzlaşdırılacağı beynəlxalq quruluşa ehtiyac var-


dır. Belə bir quruluş XX əsrin ağrı-acılarını unutdura bilər.
Əks halda, milli maraqların toqquşub çəkişmələrin güclənməsi
nəticəsində bəşəriyyətə dəyən zərər qarşısında Birinci və İkinci
Dünya müharibələri “yalan olacaqdır”. Gec-tez baş verə biləcək
dağıdıcı dünya müharibəsindən bəşəriyyəti xilas etmək üçün
belə quruluş çox vacibdir.
Şübhə yoxdur ki, tamahkarları özünə cəlb edən, müstəm-
ləkəçilərin mübarizə meydanı sayılan “zəif ” regionların möv-
cudluğu – İslam dünyası belə regionlardan biridir – qara bu-
ludları dünya səmasını örtməkdə olan yeni beynəlxalq qurulu-
şun təhlükəli tərəflərini daha qabarıq göstərir.
İslam dünyası köklü mədəni islahatlar apararsa, həm özü xi-
las olar, həm də torpaq və resurslar üstündə mübarizə aparan-
ları meydandan uzaqlaşdırar. Bunu etmək həm də bəşəriyyətə
xidmət deməkdir. Müsəlman mütəfəkkirləri və idarəçiləri bu
missiya uğrunda əllərindən gələni etməlidirlər.
Müsəlman dünyası təkcə özünü xilas etməməli, həm də
yeni mədəni alternativ təqdim etmək üçün bütün imkanla-
rı nəzərdən keçirməlidir. Bu mədəni alternativ özünəməxsus
mexanizmə sahib olmalı, tövhid, varislik, insanların birliyi və
ortaq tale prinsiplərinə əsaslanmalı, ruhla materiyanı, qeyb
aləmi ilə real dünyanı, vəhy və ağlı birləşdirməlidir. Məhz bu
alternativ fərd və kollektiv arasındakı çatışmazlıqları aradan qal-
dıra, dəyər və prinsiplərin ziddiyyətini həll edə, eyni məqsəd və
imkanlarla tənzimlənən azadlıqları təmin edə bilər. Bu imkan
və məqsədlər fərdlərin, kollektivlərin hüquqlarını qoruyacaq,
ehtiyaclarını tənzimləyəcəkdir.
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 291
Növbəti enişli-yoxuşlu mərhələdə Müsəlman dünyası ölkələ-
rinin milli və beynəlxalq siyasət kursu islamın islahatçılıq məq-
sədlərinə uyğun gəlməlidir. Bunun üçün həmrəy olmaq, səfləri
birləşdirmək, resurslar uğrunda baş vermiş çəkişmələri aradan
qaldırmaq, prioritetləri müəyyənləşdirmək tələb olunur. Elə
isə, hər şeydən əvvəl, düşüncədə islahat aparmaq, təlim-tərbiyə
metodları və ictimai sistemləri yenidən təsis etmək lazımdır.
Bütün bunlar nəticə etibarı ilə möhkəm ideoloji, psixoloji və
fikri struktur, yaradıcı və aktiv sosial-iqtisadi və siyasi sistemləri
əmələ gətirəcəkdir.
Müsəlman dövlətlərinin siyasi kursunun islamlaşdırılması
üçün presedent və dini-tarixi mətnlərlə uyğunluq şərt deyildir;
əksinə, bu işdə islamın məqsədləri, dəyər və prinsipləri əsas
götürülməlidir.
Ümumiyyətlə, Osmanlı xarici siyasəti, yaxud da istənilən
müsəlman dövlətinin siyasi fəaliyyətinə qiymət vermək istəyirik-
sə, bilməliyik ki, formal (natamam) fiqhi yanaşma karımıza
gəlməyəcəkdir. Bunun üçün həmin dövlətlərin siyasi maraq-
larını, prinsip və dəyərlərini, həmin siyasi maraqları həyata
keçirəcək siyasi kursların aktivlik dərəcəsini nəzərə almaq la-
zımdır.
Təəssüf ki, Osmanlıların xələfləri onlardan yaxşı olmadılar.
Bir sıra beynəlxalq tendensiyalar (“müsbət bitərəflik”, “bloklara
qoşulmama”, “ortaq təhlükələrə qarşı müttəfiqlik və əməkdaşlıq
siyasəti”) hər nə qədər sağlam görünsə də, praktikada özünü
doğrultmadı; əksər hallarda bu siyasi kurslar mövcud prob-
lemləri daha da qəlizləşdirdi. Nəticədə, əcnəbilərin nüfuzu
gücləndi, müsəlmanların dağınıqlığı dərinləşdi, İslam dünyası
292 Dördüncü fəsil

ölkələri arasında çəkişmə fitili alovlandı. Müsəlman dünyası


iqtisadi, texnoloji və hərbi cəhətdən zəifləyib heydən düşdü.
Müsəlman xalqları və rəhbərlikləri praktik siyasət yürütmə-
sələr, islamın məqsədlərindən irəli gələn köklü və sistemli is-
lahatlar aparmasalar, zərər çoxalacaq, məğlubiyyət silsiləsi kə-
silməyəcək, gerilik və zəiflik davam edəcəkdir. Bir sözlə, ələ
düşəcək imkanlardan istifadə etməmək həm İslam dünyasının,
həm də bəşəriyyətin gələcəyi üçün yaxşı şey vəd etmir.

4.2.2.3. Son

Üçüncü sxemə uyğun olaraq, xarici siyasət kursunun məq-


sədləri haqda dediklərimizdən məlum olur ki, təklif etdiyimiz
model islama zidd deyildir.
Ənənəvi yanaşmaya gəlincə (bax: sxem 1), onu qəbul etmək
və islamsayağı olduğunu demək çox çətindir. Çünki bu ya-
naşma müxtəlif sahələrdə tarixi-siyasi istiqamətlərə uyğun de-
yildir. Dünyəvi yanaşma (sxem 2) bir prinsip olaraq həmin
siyasi istiqamətləri təsdiqləsə də, islam fikrinin islahatçılıq və
novatorluq baxımından canlanmasına dırnaqarası baxır, islam
ideologiyasına etimad göstərmir. Göründüyü kimi, bu iki ya-
naşma tarixi-siyasi kurslara ziddir. Çünki həmin siyasi kurslar
müsəlmanların dini, tarixi və mədəni cəhətdən islama aidliyini
Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 293
ifadə edir. Həmçinin dünyəvi-modernist yanaşma Müsəlman
dünyasının beynəlxalq güclərin ideoloji çəkişmə meydanına
çevrilməsinə imkan yaradır.
Xarici siyasi istiqamətlərin islam formatı (bax: sxem 3)
daxilində tədqiqi göstərir ki, müsəlman siyasi fikrində köklü
islahatların aparılmasına ehtiyac vardır. Bu formata əsasən gü-
man edilir ki, həm ənənəvi siyasi fikirdə öyrənilməmiş zaman
və məkan problemini həll etmək, həm də ənənədən uzaqlaş-
mamaq mümkündür. Təklif olunan format mümkün edir ki,
siyasətçilər Müsəlman dünyasının daxili və xaricində islam ide-
ologiyasının mənəvi gücündən istifadə etsinlər. Həmçinin bu
format islam ölkələrinin müstəmləkəçilik, imperializm və irqi
ayrı-seçkilik qarşısında tutduğu əvvəlki mövqe ilə müqayisədə
daha mütərəqqi ideologiya təqdim edir.
Əgər bu format beynəlxalq münasibətlər sahəsində düzgün
tətbiq olunarsa, müsəlmanlar yaradıcı vasitələrə sahib olacaq-
lar. Həmçinin irqi və milli ayrı-seçkiliklə mübarizədə bir sıra
prinsipləri (insan oğlunun hörmət-izzəti, insan haqları və s.)
gücləndirmək üçün islam əsas götürülməlidir. Bunun üçün üs-
tünlük əxlaq və zəhmətlə ölçülməli, siyasi təşkilatlarda, qanun-
vericilik şuralarında, iqtisadi, siyasi, mədəni-sosial əməkdaşlığa
çağırış qurumlarında avtoritetliyə son qoyulmalıdır. Bu işdə
xeyirxahlıq, bəşəri tərəqqi, üstün keyfiyyətlər və sosial ədalət
əsas götürülməlidir1.
1
Arnold Toynbee, Civilization on Trial and the World and the West
(Cleveland: World Publishing Co 1958), pp. 182-187; Donald Eugene
Smith, Religion and Political Development (Boston: Little Brown and
Co., 1970), pp. 21-22; Məhəmməd əbu Zəhrə. İslama görə qanun və
beynəlxalq münasibətlər. Beyrut: “Dar əl-elm lil-məlayin” nəşriyyatı,
294 Dördüncü fəsil

Deməli, qanuni məqsədlərinə çatmaq üçün müsəlmanların


resurslara, müəssisə və dəyərlərə deyil, problemlərə, sistem və
ideologiyalara dinamik yanaşma tərzinə ehtiyacı vardır. Çünki
yaradıcı və dinamik yanaşma qarşıya qoyulmuş məqsədə çat-
maq üçün olduqca zəruridir.
Habelə hesab edirik ki, islam fikrində üslub və metod
dəyişikliyinə ehtiyac vardır. Münasib dini-ictimai quruluş yarat-
maq və onu mühafizə etmək üçün bu çox vacibdir. Daxildə və
xaricdə müsəlmanların mövqeyini gücləndirmək üçün islahatlar
aparılmalıdır.
Müsəlman xalqları və liderləri başa düşməlidirlər ki, bir-
lik və inkişaf çox mühümdür. Onlar düzgün mövqe nüma-
yiş etdirməli, konkret həll yolları təqdim etməli, münasib al-
ternativlər seçməli, islam xalqlarının birliyinə töhfə verəcək
lazımi bazis yaratmalıdırlar. Bu baş verərsə, islamın məqsədləri
həyata keçəcəkdir.
Müsəlman ümməti müxtəlif təşkilatları, xüsusən də İslam
Konfransı Təşkilatını (indiki İslam Əməkdaşlığı Təşkilatı –
mütərcim), baş katibliyini, köməkçi qurumlarını inkişaf etdir-
məlidir. Məqsəd islama xidmət etmək, müsəlmanların maraq-
larını qorumaq, islam birliyi və əməkdaşlığını gücləndirmək
olmalıdır.
Sonda qeyd edilməlidir ki, beynəlxalq münasibətlərə dair
islam prinsipləri, dəyər və məqsədləri hələ də yaradıcı xari-
ci istiqamətləri tənzimləməyə qadirdir. Amma bir şərtlə: mü-
səlmanlar bu prinsip və məqsədlərə əməl etməlidirlər. Həmçinin
onlar sistemli fəhm və sağlam düşüncə naminə erkən islam

1982, səh. 19-46.


Formal qanunvericilik düşüncəsindən obyektiv siyasi düşüncəyə doğru 295
dövrü ilə əlaqəli təsəvvürləri redaktə etməlidirlər. Nəticə etibarı
ilə beynəlxalq əlaqələrdən bəhs edən praktik islam tədqiqatları
vüsət kəsb edəcəkdir. Bununla da müsəlman dövlət adamları və
mütəfəkkirləri ümmətə xidmət göstərib, islama kömək etmək,
bəşəriyyətə fayda vermək məqsədilə fəaliyyət istiqamətlərini
yeniləyəcək, münasib alternativlər təqdim edəcəklər.
MÜNDƏRİCAT
Tərcüməçinin ön sözü. . . . . . . . . . . . . . . . . . . . . . . . . . .3
Kitabın ərəbcə nəşrinə ön söz . . . . . . . . . . . . . . . . . . . . . . . . . 9
Giriş. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 12
Müqəddimə. Şəhid professor İsmayıl Faruqinin yazdığı ön söz . . . . 20
1. XIX əsrin sonunadək “ümumdünya cəmiyyəti” ideyası . . . . . . . 21
2. XX əsrin yarısınadək “ümumdünya cəmiyyəti” ideyası . . . . . . . 24
3. “Ümumdünya cəmiyyəti” ideyası və ABŞ . . . . . . . . . . . . . . . 29
4. Qərbin müvəffəqiyyətsizliyi. . . . . . . . . . . . . . . . . . . . . . . . 30
5. Ümumdünya sistemi sahəsində fikir kasadlığı. . . . . . . . . . . . . 35
6. İndiki dövrdə yeni ümumdünya sisteminə ehtiyac vardır . . . . . . 36
7. Ümumdünya islam sistemi . . . . . . . . . . . . . . . . . . . . . . . . 38
7.1. İslam iltizamı. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 39
7.2. İslama əsaslanan sülh. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 40
7.3. Üzvlüyün şərtləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 41
7.4. Azadlıq . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 42
7.5. Sərbəstlik . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 43
7.6. Bərabərlik və bərabər olanlar . . . . . . . . . . . . . . . . . . . . . . 44
7.7. Beynəlmiləlçilik . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 44
7.8. Ədalət . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 45
7.9. Qane etmək və olmaq azadlığı . . . . . . . . . . . . . . . . . . . . . 47
Mündərı̇cat 297
Birinci fəsil. Giriş: “bünövrə” və arxa planlar. . . . . . . . . . . . . . 48
1. İlk və əsas anlayışlar. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 49
2. Ənənə (təqlidçilik) və qərbliləşdirmə . . . . . . . . . . . . . . . . . . 51
3. “Siyər” – Qanunun mənbəyi kimi . . . . . . . . . . . . . . . . . . . . 54
Birinci sual. Görəsən, cihad (Allah yolunda çalışmaq və
vuruşmaq) hücum müharibəsini başlatmaq, yoxsa islamı
müdafiə etmək üçün vacibdir? . . . . . . . . . . . . . . . . . . . . . . 62
İkinci sual. Aman əhdi verildikdən sonra islam diyarında
törətdikləri cinayətlərə görə müsəlmanlara düşmən hərbilərə
“hədd” cəzası düşürmü? . . . . . . . . . . . . . . . . . . . . . . . . . 63
Üçüncü sual. Bir müahidi qəsdən öldürən müsəlman
cəzalandırılmalıdırmı? . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 65
Dördüncü sual. Qeyri-müsəlmanların həyatını qorumaq
və bunun müqabilində onlardan cizyə almaq necə başa
düşülməlidir? . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 65
Beşinci sual. Müharibə zamanı hansı kateqoriya insanları
öldürmək olmaz? . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 66
İkinci fəsil. Ənənəvi nəzəriyyə və davamlı inkişaf . . . . . . . . . . . 72
1. Ənənəvi islam nəzəriyyəsi nədən ibarətdir? . . . . . . . . . . . . . . 72
2. Əsas anlayışlar və izahlar . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 74
2.1. Cihad, Darülislam, Darüləhd və Darülhərb . . . . . . . . . . . . . 75
2.2. Əhd və aman . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 83
2.3. Müşriklər, zimmilik və cizyə . . . . . . . . . . . . . . . . . . . . . . 86
2.4. Xəlifə, Əmirəlmö`minin, İmam və Sultan . . . . . . . . . . . . . . 97
298 Mündərı̇cat

3. Beynəlxalq münasibətlərə baxışda erkən dövr ənənəvi islam


fikrinin psixoloji və tarixi tərəfləri. . . . . . . . . . . . . . . . . . . . . 103
4. Nəsx: səhv izah və yanlış təsəvvür . . . . . . . . . . . . . . . . . . . 114
5. Tolerantlıq və birlik: ənənəvi irs . . . . . . . . . . . . . . . . . . . . 116
5.1. Tolerantlıq və insan ləyaqətinə ehtiram . . . . . . . . . . . . . . 118
5.2. Ümmətin birliyi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 124
5.3. Ənənəvi nəzəriyyənin səciyyəvi cəhətləri . . . . . . . . . . . . . 128
5.4. Ənənəvi fikrin tənəzzülü. . . . . . . . . . . . . . . . . . . . . . . . 130
6. Yeni inkişaf və metodologiya çatışmazlığı . . . . . . . . . . . . . . 132
Üçüncü fəsil. İslam fikri metodologiyasının islahı. . . . . . . . . . 143
1. İslam metodologiyası: zaman və məkan problemi . . . . . . . . . 146
1.1. Ənənəvi metodologiyanın (“üsul”un) islam fikrinə təsiri. . . . 148
1.2. “Üsul”: tarixi arxa plan . . . . . . . . . . . . . . . . . . . . . . . . . 153
1.2.1. Qurani-Kərim . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 154
1.2.2. Sünnə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 155
1.2.3. Qiyas . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 160
2. Sünnə: zaman və məkan problemi . . . . . . . . . . . . . . . . . . . 163
3. Qurani-Kərimdən konkret misallar . . . . . . . . . . . . . . . . . . 169
4. “İcma” və dəyişən dünya . . . . . . . . . . . . . . . . . . . . . . . . . 179
5. Əsas çatışmazlıqlar: obyektiv empirik yanaşma və hərtərəfli
sistemləşdirmənin olmamağı . . . . . . . . . . . . . . . . . . . . . . . 181
5.1. Empirik metodun olmamağı . . . . . . . . . . . . . . . . . . . . . 181
5.2. Bütöv metodoloji sistemləşdirmənin olmamağı . . . . . . . . . 190
6. Nəticələr . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 193
Dördüncü fəsil. Formal qanunvericilik düşüncəsindən obyektiv
siyasi düşüncəyə doğru . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 197
Mündərı̇cat 299
1. Tarixi yenidən yaratmaq: Peyğəmbərin xarici siyasət kursunun
məntiqi bazası. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 199
1.1. Bədr döyüşü əsirləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 201
1.2. Bəni-Qüreyzə: təhlükəsizlik və psixoloji məqsədlər üçün sərt
tədbirlərin görülməsi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 205
1.3. Qüreyş: məğlub möhtərəmlər . . . . . . . . . . . . . . . . . . . . 212
1.4. Dini etiqad azadlığı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 215
2. Qurani-Kərimi təfsirdə əlaqələndirmə və kəsilməzlik . . . . . . . 227
2.1. Nəsx . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 228
2.2. Ayələri tədqiqdə Quran kontekstinin əhəmiyyəti . . . . . . . . 232
2.2.1. Quranda konkret məsələlərin mənası . . . . . . . . . . . . . . 232
2.2.2. Qurani-Kərimin daxili strukturu . . . . . . . . . . . . . . . . . 235
3. Fanatizmdən rasionallığa . . . . . . . . . . . . . . . . . . . . . . . . 240
4. İslam formatı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 246
4.1. İslam formatının başlıca prinsipləri . . . . . . . . . . . . . . . . . 248
4.1.1. Tövhid . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 248
4.1.2. Ədalət . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 249
4.1.3. Sülh, köməkləşmə və əməkdaşlıq . . . . . . . . . . . . . . . . . 250
4.1.4. Cihad . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 259
4.1.5. Öhdəliklərə hörmət və riayət. . . . . . . . . . . . . . . . . . . . 262
4.2. Əsas dəyər və ideallar. . . . . . . . . . . . . . . . . . . . . . . . . . 266
4.2.1. Müasir dünyada beynəlxalq münasibətlərdə islam formatı . 269
4.2.2. Başlıca islam siyasi kurslarının öyrənilməsi . . . . . . . . . . . 276
4.2.2.1. Diplomatik strategiyalar və müttəfiqlik . . . . . . . . . . . . 277
4.2.2.2. Bitərəflik strategiyaları. . . . . . . . . . . . . . . . . . . . . . . 286
4.2.2.3. Son . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 292
Əbdülhəmid əbu Süleyman

İslama görə beynəlxalq münasibətlərin


nəzəri əsasları: müsəlman •ikri
və metodologiyasının yeni istiqamətləri

Bədii və texniki tərtibat:


Həsən Həsənov

“İdrak” İctimai Birliyi


AZ1100, Bakı ş., Bakı Universiteti MTK,
M. Seyidov 3138, D korpusu, 1-ci mərtəbə
www.idrak.org.az

Yığılmağa verilib: 05.05.14. Çapa imzalanıb: 20.05.14


Çap vərəqi: 18,75. Sifariş №:

mətbəəsində çap olunub

You might also like