You are on page 1of 15

Üçüncü qayda ətrafında açıqlama

Şeyx Əbu Malik ət-Təmimi

-təqabbələhullah-
Bismilləhir Rahmənin Rahim. Aləmlərin Rəbbi Allaha həmd-sənalar
olsun. Allahın Elçisi Muhammədə, onun ailəsinə və əshabına Allahın ən kamil
salavatı və salamı olsun. Sən Pak və Müqəddəssən! Sənin bizə
öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Sən Bilənsən, Müdriksən!
Ey Rəbbimiz bizi dində bilikli et və bizim elmimizi çoxalt! Ey Rəbbimiz bizə
faydalı olacaq şeyləri öyrət, öyrətdiyin şeyləri bizim üçün faydalı et və bizdə
hidayəti, təqvanı, salehliyi və doğru yolu artır, ey aləmlərin Rəbbi!

Sevimli qardaşlarım! Elm əhlinin qeyd etdikləri həmin qaydanı oxumağa


davam edirik. Artıq öncəki dərsdə qeyd etdik ki, həmin qayda alimlər arasında
icma və yekdilliklə qəbul olunmuş qaydadır. Bu da: "Kafiri təkfir etməyən
yaxud onun küfründə şübhə edən yaxud onun yolunu doğru sayan kafir olur."-
qaydasıdır. Öncəki dərsdə həmin qaydanın məsələlərinə və əhkamlarına
keçməzdən öncə vacib olan əsasları bəyan etdik. Təkrarən qeyd edirik ki,
bizim bu dərslərdə danışdığımız mövzu, yalnız kafirə üzr gətirən şəxsə yaxud
küfrə düşən şəxsə üzr gətirənə aiddir.

Bəzən qeyd olunan müəyyən təməlləri küfrə düşən şəxsə kökündən


endirmək mümkün olmur. Çünki biz bu qaydada gələn məsələlərin
araşdırılmasını elm əhlindən səriştə (əhliyyət) sahibinə bağlamışıq. O kəs ki,
məsələləri gözdən keçirtmək səriştəsinə və imkanlarına malikdir. Nə üçün biz
bunu dedik? Çünki kafiri təkfir etməyən məsələsinin müxtəlif formaları və
halları vardır. Bəzən həmin məsələdə qapalılıq, bəzən isə açıqlıq olur.
Araşdırmaq səriştəsində olmayan və bu imkanlara malik olmayan şəxs gəlib
bu haqda danışsa, bunun nəticə nə olacaq? Həmin məsələdə yanlışlıq olacaq.
Lakin şirkə düşmüş şəxsin halının zahir olması, tamamilə fərqli məsələdir.
Ələxsus, həmin məsələ zahiri məsələlərdən olacağı zaman. Buna görə ötən
dərsdə qeyd etdiyimiz ilk əsas hansı idi? Zahiri məsələlərdə böyük şirk edən
şəxs cahil yaxud təvil etsə də, kafir və mürtəddir. Həmin məsələni qeyd edib
bitirdik. Bizim danışdığımız mövzü böyük şirk edən şəxsə üzr gətirən adam
barəsindədir.

Bir çox insanların bu qaydanı doğru anlamaqda çətinlik çəkmələri, elm


əhlindən nəql edilən bir sıra sözlərə görədir. Belə ki, elm əhlindən həmin
məsələyə dair nəql edilən sözlər iki haldan kənara çıxmır:

Birinci hal: Gətirilən nəqlin zahiri başlanğıcdan (hüccətsiz) üzr gətirənin


təkfir edilməsini ifadə edir.

Elm əhlindən gələn bəzi nəqllərin zahiri üzr gətirənin başlanğıcdan təkfir
ediləcəyini ifadə edir.
İkinci hal: Gətirilən nəqlin zahiri üzr gətirənin başlanğıcdan təkfir
edilməyəcəyini ifadə edir. Həmin nəqllərdə, təkfir yalnız hüccətdən sonra
yaxud əsaslandırma və aydınlatmadan (‫ )المحاجة و المكاشفة‬sonra olur.

Bu səbəbdən bəzi insanlar həmin məsələdə yanlışlığa düşmüşlər. Artıq


biz üç şeyi bəyan edib qeyd etdik ki, üzr gətirənin İslam dininə mənsub olub
şirk edən şəxslə bir neçə halı vardır:

Birinci hal: Felin açıq olması və həmçinin feli edən şəxsin halının açıq
olmasıdır.

İkinci: Felin açıq olması və feli edən şəxsin halının qapalı olmasıdır.

Üçüncü: Felin qapalı olmasıdır.

Məsələnin bir neçə halı vardır hamısı bir hal üzərə deyil.

Bu səbəbdən bəzi adamlar həmin qaydanı anlamaqda dolaşığa


düşmüşlər. Dolaşığa düşmələrinə səbəblərdən biri, elm əhlindən nəql edilən
sözlərdir.

Qeyd etdik ki, elm əhlindən gələn bəzi nəqllərin zahiri üzr gətirən şəxsin
başlanğıcdan təkfir ediləcəyini ifadə edir. Digər nəqllər isə üzr gətirənin
başlanğıcdan təkfir edilməyəcəyini və bunun yalnız hüccətin qaldırılmasından
sonra olacağını ifadə edir.

Biz burada bəzi nəqlləri qeyd edəcəyik daha sonra cavabı və həmin
məsələyə dair deyilməsi mümkün olan nəqllərin cəm edilməsini gtirəcəyik.

Qeyd etdiyimiz birinci hala şahidlik edən nəqllər. Birinci hal deyildikdə,
elm əhlindən nəql edilən bəzi sözlərin başlanğıcdan (hüccətsiz) üzr gətirənin
təkfir ediləcəyini ifadə edən sözlər qəsd edilir. Məsələn bunu Sufyən ibn
Uyeynənin sözləri ifadə edir. İmam buyurur:

"Quran Allahın kəlamıdır. Kim onun məxluq olduğunu desə kafirdir. Onun
küfründə şübhə edən də, kafirdir."

Bu sözlərin zahiri, bu cür adamın hüccətsiz təkfir edilməsidir.

Əslində mənim bu nəqlləri ərz etməkdə məqsədim vardır. Madam ki, biz
elm məclisindəyik, biz elm tələbələrinin elm əhlinin sözlərini doğru anlamaq
üçün əhliyyətə yiyələnmələri üçün çalışırıq.
Digər nəqlə nəzər yetirək. Bu nəqldə imam Əhməd Quranın məxluq
olduğunu deyən şəxsin kafir və cəhmi olduğunu qeyd etdikdən sonra buyurur:

"Həmin tayfanı təkfir etməyən şəxs də, onlar mislindədir."

Bu nəqldən nəyi anlayırsınız? Həmin nəqlin zahiri hüccətsiz təkfirdir.


Bəzi adamlar bu nəqllərə nəzər yetirmiş və onu bir-başa tətbiq etmişlər və
öncəki dərsdə bəyan etdiyimiz bölgüləri və halları diqqətsiz buraxmışdır.

Zahirən üzr gətirənin hüccətsiz təkfir edilməsini ifadə edən nəqllərdən


biri də, Muhamməd ibn Səhnun əl-Məlikinin dediyi sözlərdir. İbn Səhnun
buyurdu:

"Alimlər icma etmişlər ki, Peyğəmbəri -salləllahu aleyhi və səlləm- söyən


və onu aşağılayan şəxs kafirdir, Allahın əzab verəcəyi haqda təhdidi də, ona
keçərlidir. Ümmətin qatında onun hökmü qətlə yetirilməsidir. Onun küfründə
və əzabında şübhə edən də, kafirdir."

Nəqlin zahiri başlanğıcdan (hüccətsiz) üzr gətirənin təkfir edilməsidir.

Bu növdən olan digər nəqllərdə mövcuddur. Lakin bununla kifayətlənək


və başqa tərzdə gələn nəqllərə nəzər yetirək. Yəni zahirdə üzr gətirənin
hüccətsiz təkfir edilməyəcəyini və yalnız əsaslandırma və aydınlatmadan
(yəni hüccətin iqamə edilməsindən) sonra təkfir ediləcəyini ifadə edən
nəqllər. Buna şahidlik edən nəqllərdən biri, Əbu Zuranın dediyi sözlərdir.
İmam buyurur:

"Kim Quranın məxluq olduğunu iddia etsə, beləsi İslamdan çıxaran küfr
işlədən kafirdir. Anlayan və cahil olmayan şəxslərdən biri onun küfründə
şübhə etsə, o da kafirdir."

Burada yeni bir qeyd ortaya çıxır. Birinci hal barədə gələn nəqllərdə itlaq
(ümumilik) gəlir. Burada gələn nəqldə isə müəyyən qeydlər gəlir. Digər nəqli
əlavə edək daha sonra bu nəqllərdə gələn şəriətin əsaslarını bəyan edək.

Muhamməd ibn Abdul-Lətif Ali Şeyx -rahiməhullah-suala cavab verir.


Həmin sualda gəlir:

İlk cahiliyyət bayramları mislində bizim Hadrami ölkəmizin müxtəlif


yerlərində mövcud olan bəzi məzarlarda, pirlərdə qeyd edilən mövsümlər və
bayramlar haqda nə deyərdiz? Onlar həmin məzarlarda övliyaların olduqlarını
iddia edirlər, onları ziyarət etmək üçün uzaq yerlərdən gəlirlər. Həmin
gümbəzlərin və böyük məqbərələrin ətrafında mərasimlər, mövludlar və
böyük tədbirlər təşkil edilir. İnsanlar orada pirləri öpür, ona sürtünür, ağlayır,
onun daşlarına əl sürtür, onun torpağını götürüb təbərrük edir və xeyirin
çoxalması məqsədilə onu başlarına səpələyirlər. Habelə orada digər çirkin
işlər və münkərlər yayılır v.s.

Cavab: Müvəffəqiyyət Allahdandır. Bil ki, bu əməllər cahiliyyət


dinindəndir. Allah Rəsulu -salləllahu aleyhi və səlləm- onu rədd etmək, onu
aradan qaldırmaq və onun qalıqlarını məhv etmək üçün göndərildi. Çünki
qeyd edilən şeylər böyük şirkdir. Açıq-aydın ayələr onun haramlığına dəlalət
edir. Bu bayramlar həmçinin, cahiliyyət bayramlarına bənzəyir. Kim onun
icazəli və halal olduğunu və onun ibadət və din olduğunu etiqad etsə, beləsi
Allahın yaratdıqları içində ən kafir və sapmış olanlardandır. Üzərindən hüccət
qalxandan sonra onların küfründə şübhə edənlər də kafir olur."

Göründüyü kimi bu nəql həmçinin müəyyən qeydlə (müqayyəd) gəlir.


Həmçinin şeyx -rahiməhullah- bəzi yerləri ibadət üçün xüsusiləşdirən,
məsələn bəzi ağacların yanında duran şəxsin Zül-Hiccə ayının doqquzunda
Arafada durmuş kimi sayılacağını etiqad edən və buna bənzər adamlar haqda
soruşuldu.

Şeyx Muhamməd cavab verib dedi: “Əgər biri bəzi məkanları ibadət
üçün xüsusiləşdirər yaxud orada duracağı zaman həcc öhdəçiliyindən azad
olacağını etiqad edərsə, beləsinin küfründə İslam haqqında cuzi bilgisi olan
şəxs şübhə etməz. Onun küfründə şübhə edənin üzərindən hüccəti qaldırmaq
və bunun küfr və şirk olduğunu, habelə ibadət məqsədilə orada durmağın və
həmin daşları ibadət üçün məkan etməyin, Allahın şüarlarına oxşarlıq
olduğunu bəyan etmək labüddür. Onun üzərindən hüccət qalxacağı zaman
israrla öz dediyində durarsa onun küfründə heç bir şübhə qalmaz.”

Bu nəqlin zahiri müəyyən qeydlərlə gəlir. Bu nəqlə digər birini də əlavə


edək. Şeyx Süleyman ibn Səhman -rahiməhullah- deyir:

“Əgər fərz edilsə ki, alimlərdən biri cəhmilərə təqlid edən həmin
cahillərin yaxud qəbirə sitayiş edənlərə təqlid edən cahillərin təkfirində
dayanarsa, onun üçün üzr gətirməyimiz və onun yanlışlıq edib üzürlü
olduğunu deməyimiz mümkündür. Yanlışlığa düşməkdən sığortalanmağıdı
üçün onun küfrü haqda söz demirik. Buna dair icma qətidir...Bir qədər sonra
dedi: Yanlışlıq və xəta edəni təkfir etməsini iddia etmək isə yalan və batil
gərəkdirmədir. Belə ki, alimlərdən heç biri, alim üçün üzr olacaq hər hansı bir
səbəbə görə insanın təkfirində dayandığına görə onu təkfir etməmişlər.Çünki
bəzən (alim) xəta edir və həmin vəsfə yiyələnən insanın kafir olacağını ifadə
edən dəlil ona aydın olmur."

Bu mövzuda gələn nəqllər çoxdur. Lakin bəyan etmək istədiyim ən


önəmli şey odur ki, bu məsələdə elm əhlindən nəql edilən bəzi sözlər
başlanğıcdan, habelə təfsilatsız və qeydsiz şəkildə üzr gətirən şəxsin küfrünü
ifadə edir. Eyni zamanda digər nəqllər üzr gətirən şəxsin əsaslandırma və
aydınlatma yaxud hüccətin iqaməsindən sonra təkfir ediləcəyini ifadə edir.

Təbii ki, irəlidə bu müəmmalı hala aydınlıq gətirib cavab verəcəm. Bilmək
lazımdır ki, elm əhlinin sözlərini oxuduğunuz zaman onların bəzi yerlərdə
mütləq danışdıqlarını, bəzi yerlərdə isə qeydlərlə danışdıqlarını görə bilərsiz.
Bunun cavabı varmıdır?

Bu dərsin əvvəlində bəyan etdiyimiz ilk məsələnin işığında qaranlıq


qalan bu məsələyə aydınlıq gətirib cavab verməyimiz mümkündür. Yəni bəzi
insanlara elm əhlindən rəvayət edilən sözlər qaranlıq qalmışdır. Həmin
sözlərin bəzisinin zahiri, şirk edənə yaxud küfr edənə üzr gətirənin bir-başa
(hüccətsiz) təkfir ediləcəyinə dəlalət edir. Habelə digər nəqllər üzr gətirənin
bir-başa təkfir edilməyəcəyini və yalnız əsaslandırma və aydınlatmadan sonra
təkfir ediləcəyini ifadə edir. Bəziləri bu məsələni mütləq (ümumilik olan)
nəqllərə yönəltmişlər, digərləri isə mütləq olaraq (yəni hər bir halda) həmin
nəqlləri qeydli şəkildə gələn (müqayyəd) nəqllərə yönəltmişlər. Haqq isə, ikisi
arasında olan orta yoldur. Lakin həmin qaranlıq məqamların altında bir sıra
cavabları qeyd etmək mümkündür.

Birinci cavab: Alimlərin bəzi yerlərdə mütləq olaraq qeyd etdikləri


sözlərini, digər yerlərdə qeydli şəkildə vurğuladıqları nəqllərə yönəltməyimiz
vasitəsilə olur. Biz bunu, elm əhlinin qatında qəbul edilmiş üsuli bir qaydanı
həyata keçirtmək məqsədilə edirik. Həmin qayda belədir: Mütləq müqayyədə
həml edilir. Həmin qayda, elm əhli arasında məşhurdur. Onlar bəzi yerlərdə
yığcam danışır, digər yerlərdə isə təfsilata varırlar.

Şeyxul-İslam İbn Teymiyyə -rahiməhullah- vurğulamışdır ki, məzhəblərə


tabe olanların ən qabarıq xətalarından biri də odur ki, onlar öz imamlarının
bir yerdə mütləq olaraq qeyd etdikləri şeylərlə digər yerdə müqayyəd olaraq
qeyd etdikləri şeyləri ayırmamışlar.

Bu səbəbdən, elm əhli şəriətin nassları barədə deyirlər: Səbəb və hökm


birləşəcəyi zaman, mütləq olan müqayyəd olana həml ediləcək. Səbəb və
hökm deyildikdə nə qəsd edilir? Səbəb kafiri təkfir etməməkdir. Hökm isə
təkfir etməyənin küfrüdür. Səbəb ilə hökm birləşəcəyini zaman mütləq olan
müqayyəd olana həml ediləcək. Mütləq nasslarda səbəbə və hökmə nəzər
yetirək, habelə müqayyəd nasslarda səbəbə və hökmə nəzər yetirək.

Məsələn mütləq nasslarda görə bilərik ki, səbəb, kafirin təkfir edilməsi
məsələsində üzr gətirməkdir (yəni küfrə düşənə üzr gətirməkdir). Hökm isə
həmin şəxsin küfrə düşməsidir. Müqayyəd nasslarda həmçinin kafirin təkfir
edilməməsidir. Onun hökmü də, küfrə düşməsidir. Lakin müqayyəd nasslarda
belə şəxsin hüccətin iqaməsindən sonra küfrə düşməsi vurğulanır. Bəlli olur
ki, alimlərin yekdilliyi ilə səbəb və hökm birləşəcəyi zaman mütləq nasslar
müqayyəd nasslara həml edilir. Alimlərin yekdilliyi ilə, səbəb və hökm
birləşəcəyi zaman mütləq müqayyədə həml ediləcək. Habelə əgər səbəb fərqli
olsa lakin hökm birləşsə, bu halda cumhur alimlərinə görə yenə mütləq
müqayyədə həlm ediləcək və bu məsələdə yalnız Əbu Hənifə müxalif
olmuşdur. Buna bir misal gətirək: Zıhar məsələsi. Uca Allah həmin məsələ
haqda buyurur: "Yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad
etməlidirlər." (əl-Mucadilə:3) Lakin Uca Allah qətlin kəffarəsi haqda buyurur:
"Mömin bir qul azad etməlidir ". (ən-Nisa:92) Zıhar ayəsinə nəzər yetirək.
Allah buyurur ki, yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Burada
səbəb nədir? Səbəb zıhardır. Hökm nədir? Hökm isə qul azad etməkdir. Qətlə
yetirməkdə səbəb nədir? Səbəb, qətlin baş verməsidir. Hökmü nədir? Hökmü
isə qul azad etməkdir. Burada gələn hökmdə isə bir əlavə qeyd gəlir. O da
mömin qulun azad edilməsidir. Bu ikisi arasında səbəb fərqlidir (biri zıhardır
digəri isə qətldir). Hökm isə birdir. Həm zıharın həm də qətlin hökmü birdir,
bu da qul azad etməkdir. Lakin birincidə səbəb zıhardır, ikincidə isə qətldir.
Səbəb fərqlidir lakin hökm birdir. Buna əsasən Əbu Hənifədən fərqli olaraq
cumhur alimlərinə görə, bu halda da mütləq olan müqayyəd olana həml edilir.
Buna görə Əbu Hənifə zıhar məsələsində mömin olmayan qul azad etməyin
icazəli olduğunu deyir. Yəni bu halda, mütləqi müqayyədə həml etmir. Halbuki
cumhur alimləri, qul azad etməkdə iman şərtini qoyurlar, yəni azad edilən
qulun hər bir halda mömin olmasını şərt qoyurlar. Üstün görüş də -doğrusunu
Allah bilir- cumhur alimlərinin görüşüdür. Çünki Allah Rəsulu -salləllahu
aleyhi və səlləm- buyurur: "Onu azad et, çünki o mömindir!" Birinci cavab
budur.

Elm əhlindən üzr gətirənin hökmünə dair nəql edilən sözlər barədə qeyd
etdik ki, bəzi nəqllər zahirən başlanğıcdan (hüccətsiz) üzr gətirənin təkfir
ediləcəyini ifadə edir. Habelə digər nəqllər zahirdə üzr gətirənin başlanğıcdan
təkfir edilməyəcəyini və yalnız əsaslandırma və aydınlatmadan sonra təkfir
ediləcəyini ifadə edir. Birinci cavabı bildik. İndi isə ikinci cavabı qeyd edək.

İkinci cavab: Bu məsələ, növ təkfiri barədə mütləq deyilən söz qəbilindən
bir şeydir. Məlumdur ki, növün təkfiri və müəyyənin təkfiri deyilən anlam
vardır. Bu sözlər (yəni kafiri təkfir etməyənin kafir olması), növün təkfiri
haqda gəlmişdir. Müəyyənin təkfiri məsələsində isə, şərtlərin mövcud
olmasına və maneələrin aradan qalxmasına riayət edilir. Bu da, növbəti
cavabdır. Həmçinin buna şahidlik edən digər amil, Şeyxul-İslam İbn
Teymiyyənin -rahiməhullah- dediyi sözlərdir:

"Ümumi təkfir, ümumi təhdid mislindədir. Onun ümumi və mütləq


deyilməsi vacibdir. Müəyyən şəxsin kafir olmasına yaxud onun cəhənnəmlik
olmasına hökm vermək isə, müəyyən dəlilə dayanır. Çünki hökm şərtlərin
sabit olmasına və maneələrin aradan qalxmasına dayanır."

Bu da, ikinci cavabdır. Bu məsələdə səbəb odur ki, alimlərdən nəql edilən
sözlər və onun bəzi yerlərdə mütləq, bəzi yerlərdə isə müqayyəd gəlməsi
növün təkfiri qəbilindən olan bir şeydir. Çünki elm əhli daimə deyirlər ki, kim
filan sözləri desə kafirdir. Onlar mütləq sözlər işlədirlər. Lakin hökmü
müəyyən şəxsə endirmək məsələsinə gəldikləri zaman, onların daha da çox
təfsilata vardıqlarını, habelə məsələdə əlavə təfsilatın və bəyanın olduğunu
görürsən. Qeyd edildiyi kimi Şeyxul-İslam bəyan etmişdir ki, ümumi təkfir
ümumi təhdid mislindədir. Ona dair sözü mütləq və ümumi demək vacibdir.
Hökmü müəyyən şəxsə endirmək isə tamamilə başqa məsələdir. Bu səbəbdən
alimlərin bəzi yerlərdə mütləq sözlər, digər yerlərdə isə müqayyəd sözlər
dediklərini görürsən. Görə bilərsən ki, bəzi yerlərdə deyilən mütləq sözlər,
sadəcə qaydanın vurğulanmasıdır. Ancaq qeydli (müqayyəd) sözlər, hökmün
endirilməsi üçün deyilir.

Üçüncü cavab: Onların mütləq olaraq qeyd etdikləri sözləri, dəlilin açıq-
aşkar olmasına yönəldirik. Yaxud belə deyə bilərik: Onların mütləq olaraq
qeyd etdikləri sözləri, həm xüsusi adamların həm də adi adamların qatında
dəlilin aydın və halın aşkar olmasına yönəldirik. Nəticədə belə deyilməlidir:
Artıq hüccət catdı və o dərəcədə aşkar oldu ki, ondan sonra yalnız inadkarlıq
və israr gəlir. Onların mütləq olaraq qeyd etdikləri sözləri belə yönəldirik. Bir
sıra qeydlərlə dedikləri sözləri haqda isə deyirik: Onların həmin müqayyəd
sözlərində şübhə edənin küfrünü bəyan və açıqlama ilə bağlı etmələrini, halın
qapalı olmasına və dolaşıqlığın aşkar olmasına həml edirik.
Biz deyirik: Elə fellər vardır ki, həmin fellər açıq-aşkardır, onu edən
şəxsin halı da aşkardır. Habelə elə fellər vardır ki, həmin fellər açıq-aşkardır,
onu edən şəxsin halı isə qapalıdır. Habelə bəzi fellər aşkar deyil. Biz bu
bölgünü qeyd etdik. Əgər insan bu bölgünü tənzimləsə, bu nəqlləri doğru
istiqamətə yönəldəcək. Həmin qayda şəriətin nasslarında olsa da, elm əhli
qaydanı qeyd edirlər. Bəzi nəqllərdə ziddiyət ortaya gəldiyi zaman, nəqlləri
cəm etmək onu tərk etməkdən daha öndə gəlir. Yəni bəzi nassları tərk edib
digərinə əməl etmək qəsd edilir. Əslində isə cəm etmək mümkün olacağı
zaman, bunu etmək labüddür.

Məsələn biz dedik ki, onlar bunu dəlilin aydın və halın aşkar olmasına aid
etmişlər. Mütləq qeyd etmələri, yəni insanın hüccətsiz küfrə düşməsidir. Sizə
bir misal çəkim: Bəşər Əsədin küfrü aşkardır yoxsa aşkar deyil? Onun halı
aşkardır yoxsa yox? Aşkardır. Onun küfrü aşkar və halı aşkardır. Bu səbəbdən
kim onun küfründə şübhə edərsə yaxud onun yolunu doğru sayarsa, kafir olur.
Lakin bir başqa adam vardır. Onun etdiyi küfr feli aşkardır, lakin onun halı
aşkar deyil. Bu halda biz başlanğıcdan deyirikmi: Kim kafiri təkfir etməsə
yaxud onun küfründə şübhə etsə kafirdir? Sizə bir misal çəkim: Alimlər bir
şəxsin kafir olmasına icma etmişlər. Mən isə bilirəm ki, bir çox müsəlmanlar
onu tanımırlar. Bu da, İbn Arabidir. Hazırki dönəmdə ola bilsin ki, onu yalnız
elm adamları tanıyır. Halbuki onun zamanında alimlər onun küfrünə icma
etmişlər. Üstəlik onu təkfir etməyəni təkfir etmişlər. Çünki onların dönəmində
İbn Arabinin feli aşkar idi, habelə onun halı da aşkar idi. Buna görə də, onu və
onun küfründə şübhə edəni təkfir etmişlər. Lakin hal-hazırda avam camaatın
yanında İbn Arabının halı necədir? Küçədə keçən bir adamın yanına gəlib
desən: Əssələmu aleykum. İbn Arabi kafirdirmi? O isə: İbn Arabi kimdir? Mən
bu adamı təkfir etmirəm,-deyəcək. Həmin şəxs onun təkfirində dayandı yoxsa
dayandı? Təkfirində dayandı. Burada diqqət çəkən məqam: Elm əhli onun
küfrünə icma etmişlər, üstəlik onu təkfir etməyəni təkfir etmişlər. Bu isə nəyə
aid edilir? Onun küfrünün aşkar olmasına aid edilir. Çünki İbn Arabi hulul və
ittihad kimi küfr etiqadında idi. Onun halı da, aşkar idi. Alimlər onun hökmünü
bəyan etmişlər. Bu səbəbdən həm xüsusi insanlar həm də adi camaat onun
hökmünü bilməkdə demək olar ki, bərabər olmuşlar. Hal-hazırda Bəşərin
hökmü yalnız alimlər arasında məlumdur? Xeyr! Həm xas insanlar həm də adi
insanlar arasında məlumdur. Xüsusən də, biz bunu burada cümə xütbələrində,
dərslərdə və mühazirələrdə və digər yerlərdə bəyan edirik. Buna görə deyirik:
Elm əhlinin mütləq olaraq qeyd etdikləri sözlər bu kimi hala aid edilir. Küfrə
düşən şəxsin küfrü aşkardır və onun halı da, aşkardır. Necə ki, İbn Arabinin
dönəmində onun halı aşkar və aydın idi. Bu səbəbdən alimlər onun küfrünə
icma etmişlər və onu təkfir etməyəni təkfir etmişlər. Burada diqqət çəkən
məqam: Əgər bizim yanımıza bir adam gəlsə və İbn Arabi haqda soruşulsa və
onun düşdüyü küfr həmin adama bəyan edilsə, ona bəyan ediləndən sonra isə
onun küfründə şübhə etsə kafir olacaq. Lakin onun halı bəlli olmazdan öncə,
onu təkfir etməyəcəyik. Çünki həmin şəxs İbn Arabinin halı haqda cahildir.
Buna bir misal da, çəkdim. Dedim ki, ən çox dinlərin olduğu ölkə Hindistandır.
Orada bir çox din olduğu kimi onların bir çox ilahları da, vardır. Hindistanda
Əhli-Sünnədən olan hidayət və haqq əhli vardır, onlar orada yaşayırlar və
orada Allahdan başqa ibadət olunan bir çox tağutları tanıyırlar. Lakin əgər
Hindistandan Əhli Sünnədən olan bir adam bura gəlir və burada olan
adamlardan birinə orda olan tağutlardan biri haqda danışır. Halbuki insan
onun halını və düşdüyü küfrü bilmir. Ondan soruşur: Filankəs tağutdurmu və
filankəs kafirdirmi? Bu isə deyir: Vallahi, mən bilmirəm. Yəni dayanır, bir söz
demir. Elm əhlindən nəql edilən sözlər bu hala aid edilə bilərmi? Yəni
hüccətsiz üzr gətirənin təkfir edilməsi haqda olan nəqllər buna aid edilə
bilərmi? Deyirik, xeyr! Çünki burada həmin şəxsin halı ona qapalı, gizli qalır.
Bu səbəbdən deyirik: Elm əhlinin zahirdə hüccətsiz üzr gətirənin təkfir
edilməsini ifadə edir nəqlləri, dəlilin aşkar və halın aşkar olmasına həml edilir.
Üzr gətirənin təkfirini hüccətin iqamə edilməsinə və haqq yolun bəyan
edilməsinə bağladıqları nəqllər isə, dəlilin aşkar olmamasına yaxud halın
aşkar olmamasına həml edilir.

Öncələr qeyd etdiyimiz əsası yenidən təkrar edib deyirik ki, elm əhli
insanları bu qaydanın altında bir neçə qismə ayırmışlar.

Birinci qism: Müəyyən olaraq təkfirinə dair nassların varid olduğu


şəxslərdir. Habelə dedik ki, bunlar iki qismə bölünürlər: Tayfalar və fərdlər.
Fərdlər misal olaraq: Firon, Haman, Qarun, İblis, Əbu Ləhəb, habelə Kitab və
Sünnənin nasslarında müəyyən olaraq kafir olduqları bəyan edilən digərləri.
Tayfalar isə: Yəhudilər, nəsranilər, məcusilər və qeyriləri. Bunların müəyyən
olaraq təkfiri nasslarda açıq şəkildə bəyan olunur. Bu səbəbdən, kim onları
müəyyən olaraq təkfir etməsə, özü kafirdir. Çünki beləsi açıq-aydın nassları
rədd edir və yalanlayır. Buna isə inkar edən, üz çevirən və təkəbbürlük
edənlərin küfrünə dəlalət edən hər bir ayə dəlil gətiriləcək.

Daha sonra ikinci qismi qeyd edib dedik: Elə sözlər və fellər vardır ki,
nasslar həmin sözləri danışan yaxud felləri edən şəxslərin təkfir ediləcəyinə
dəlalət edir. Bu fellərdən bəzisi: Allahdan qeyrisinə qurban kəsmək, yalnız
Allahın qadir olduğu şeylərdə Ondan qeyrisindən mədəd diləmək, habelə
Allahın nazil etmədiyi ilə hökm vermək, tağutlara mühakimə olunmaq.
Nasslarda bu felləri edənlərin küfrünə hökm verilir. Şübhə yoxdur ki, həmin
küfrləri edənlər İslam dininə mənsub olurlar. Buna əsasən küfr vəsfi onlara
təməldən deyil sonradan yapışır. Artıq qeyd etdik ki, bunların hökmü bir neçə
qismdən ibarətdir. Yəni küfr əməlləri edənlərdə dayanan adamların hökmü.

Qeyd etdik ki, insan şəriətdə mötəbər olan, keçərli sayılan maneənin
olmasından dolayı onların təkfirində dayanır. Misal üçün bir insan Allahdan
qeyrisinə qurban kəsməyə məcbur edilir, yəni ikrah altında olur. Bunu təkfir
etməmək doğrudur yoxsa doğru deyil? Doğrudur. Çünki təməldən bu hal,
həmin qaydanın xaricindədir. Belə ki, bu cür şəxslərin təkfirindən imtina
edənlər hadqa qələn birinci hal budur. Yəıni şəriətdə mötəbər olan maneəni
gətirməsidir. İnsan Allahdan qeyrisinə qurban kəsməyə ikrah edilir və bu
halda ona küfr hökmü yapışmır. Çünki Uca Allah buyurur: "Qəlbi imanla sabit
olduğu halda (küfr etməyə) məcbur edilən istisnadır."

İkinci qism: İnsan təkfir etməkdən imtina edir və əslən edilən əməlin küfr
olduğunu qəbul etmir. Deyir ki, Allahdan qeyrisinə qurban kəsmək icazəlidir
yaxud Allahın nazil etmədiyi ilə hökm vermək icazəlidir. Beləsi -Allah
qorusun- kafir olur. Onun bu halda küfrü, yalnız şəxsin təkfirində dayanması
üzündən deyil. Əslində həmin şəxs təməldən nassı rədd edir və Allahın
hökmünü kökündən inkar edir.

Üçüncü qism: Bu hal, bizim müzakirə etdiyimiz mövzudur. Həmin


qaydanın məsələləri də, onun ətrafında dövr edir.

Həmin hal: Bir adam, İslama mənsub olduğu halda küfr əməli edən şəxsin
təkfirindən hər hansı bir maneə gördüyündən dolayı imtina edir. Lakin həmin
maneə keçərsiz də ola bilər və keçərli də ola bilər, ancaq hər bir halda hökmün
endirilməsi səhih olmur. Bu qismə daxil olan insan küfrü edən şəxsin əməlinin
küfr olduğunu qəbul edir, lakin ona hər hansı maneə zahir olmuşdur və bu hal
ona həmin hökmü qeyd olunan şəxsə endirməyə mane olmuşdur. Öncələr
qaydanı qeyd etdiyimiz kimi, kafiri təkfir etməyənin mənatı (illəti), biləndən
sonra Allahın hökmünü inkar və rədd etməkdir. Qeyd etdiyimiz bu adam
Allahın hökmünü rədd edibmi? Əslində o həmin hökmü qəbul edir. Lakin o
deyir ki, həmin şəxsə küfr hökmünü endirməyə müəyyən bir maneə əngəl
olur. Həmin şəxs məsələləri dolaşdırır. Bu şəxsə nə vaxt küfr hökmü verilir?
Onun üzərindən hüccətin qaldırılması ilə hökm verilir. Əgər bundan sonra da,
israr edib inadkarlıq göstərsə kafir olacaq.

Yəni məsələn, bir adam hər hansı bir uzaq ölkədə Allahdan qeyrisi ilə
yalnız Allahın qadir olduğu şeydə istiğasə edir (ondan mədəd diləyir v.s.). Bir
adam isə deyir ki, beləsi cahilliyindən dolayı üzürlüdür. Halbuki biz bilirik ki,
cahillik bir sıra məsələlərdə şər`i maneə sayılır, digər məsələlərdə isə maneə
sayılmır. Lakin bu adam (üzr gətirən) cahilliyi bu məsələdə (yəni istiğasə
məsələsində) gətirir. Lakin cahillik bu məsələdə maneədir yoxsa maneə deyil?
Cavab: Maneə deyil. Bu məsələ zahirdir və dindən zəruri bilinən məsələdir. Bu
səbəbdən onda cahillik üzr deyil, istər həmin əməli edən cahil olsun yaxud
təvil edən olsun. Lakin burada üzr gətirən vardır. Həmin şəxs məsələni
dolaşdırmış və onun cahilliyini maneə etmişdir. Üzr gətirən deyir: Mən
Allahdan qeyrisi ilə istiğasə etməyin küfr olduğunu bilirəm lakin o cahil
olduğuna görə mən ona kafir hökmünü endirmirəm. Çünki cahillik onu təkfir
etmək üçün maneədir. Biz ona nə deyirik: Biz ona bəyan edirik ki, bu
məsələdə cahillik keçərli maneə sayılmır. Əgər ona həmin məsələyə, yəni şirk
edən şəxsə dair Allahın hökmü çatandan və həmin hökmün öz təsdiqini
tapması çatandan sonra, israr edib inadkarlıq göstərsə, bu halda onun
üzərindən hüccət qaldırılmış olacaq. Bundan sonra da, israr edib inadkarlıq
göstərsə hökm onu şamil edəcək (yəni kafir olacaq) və həmin qayda ona şamil
ediləcək.

Lakin həmin mövzuda, yəni bəzi insanların təkfiri məsələsində ictihadi


məsələlər də, mövcuddur. Sələfin dönəmində bu cür hallar baş vermişdir.
Misal üçün, sələfin Həccacın hökmünə dair ixtilaf etmələri. Alimlər Həccacın
hökmü dair ixtilaf etmişlər. Tavus, Səid ibn Cubeyr, Nəxai və bir çox sələf
imamları Həccacın kafir olmasını hesab etmişlər. Bir sıra alimlər isə onlara bu
məsələdə müxalif olmuşlar. Onlardan biri də, İbn Ömərdir. O onların
görüşündə deyildi. Tavus -rahiməhullah- deyir: "İraq əhlindən olan
qardaşlarımıza təəccüb edirəm. Həccacın mömin olduğunu deyirlər." Onlar
Həccacı təkfir etməmişlər. Halbuki Tavus onu təkfir etdi. Lakin Tavus həmin
qaydanı onlarda tətbiq etmədi. Çünki bəzi müəyyən şəxslər vardır ki, onların
etdikləri küfr fellər qapalı olur yaxud küfr edən şəxsin halı qapalı olur. Bu da
varid olan hallardır.

Diqqət çəkən məqam odur ki, elm əhli bu qaydanın altına bir sıra qismləri
daxil etmişlər. Qeyd etdiyimiz bütün bu şeylərdən anlayırıq ki, bəzi hallar və
qisimlər barədə dəlillər aşkar olur, habelə küfr edənin halı aşkar olur, üstəlik
onların küfrü dindən zəruri bilinir. Yəhudilər və nəsranilər buna misaldır. Kim
onların küfründə dayansa yaxud onların yolunu doğru saysa kafir olacaq. Ara-
sıra eşidə bilərik ki, bəzi adamlar danışdıqları zaman: Yəhudi qardaşlarımız
yaxud nəsrani qardaşlarımız,-deyirlər. Bəziləri isə deyirlər: Onlar xeyir
üzərədirlər. Onların da cənnət əhlindən olmaları umulur. Bütün bu sözlər
küfrdür-Allah qorusun. Bu sözü deyən şəxsə isə başlanğıcdan küfr hökmü
şamil edilir. Bu, dindən zəruri bilinən məsələdir. Dünənki dərsdə, Qadı İyadın
"əş-Şifə" kitabında hekayət etdiyi icmanı qeyd etdik. Habelə Əbə Buteynin və
bir sıra digər alimlərin gətirdikləri icmanı qeyd etdik. Məsələlər içində zahiri
və aşkar məsələlər vardır. Onun əhlinin halı da, zahir və aşkardır.

Beləliklə mövzunun xülasəsini qeyd edək:

Müşrikin təkfiri, digər əhkamlar kimi şər`i bir hökmdür. Onda açıqlıq və
qapalılıq nəzərə alınır. Bu isə həm feli həm də faili şamil edir. Buna əsasən
deyiləcək ki, heç də kafiri təkfir etməyən hər bir şəxs bir-başa kafir olmur.
Əslində bu, məsələnin növünə uyğun tənzimlənir. Belə ki, bəzi küfr əməllərin
hökmü dindən zəruri olaraq bilinir. Ancaq bir sıra digər küfr əməllər fərqlidir.
Habelə bəzi şəxslər yaxud tayfaların hökmü açıq-aşkardır. Onların küfrü isə
dindən zəruri bilinir. Habelə bu vəsfdə olmayanlar vardır. Həmin səbəblərdən
dolayı hökm də, müxtəlif olur. Dindən zəruri bilinən küfr əməllərin olduğunu
bilməyimiz, habelə bu vəsfdə olmayan əməllərin də olacağını bilməyimiz, üzr
gətirən şəxsə nisbətdə halın dolaşıq olmasını mümkün edir. Habelə bəzi
fərdlərin və tayfaların küfrü aşkardır, habelə dindən zəruri bilinir, həmçinin
bu vəsfdə olmayan tayfalar vardır. Bəzi hallarda onun müəyyən şəxslərə
qapalı qalması mümkündür. Həmçinin bəzi halların müəyyən cüziyyətləri
nəinki adi insanlara hətta elm əhlindən olan xüsusi adamlara qapalı qalır
yaxud dolaşıqlı olur. Buna görə də, biz bu məsələləri nəzərdən keçirtməyə
çalışırıq. Çünki biz bu mövzuda əhliyyətin vacibliyini önə çəkirik. Bu məsələyə
nəzər yetirən və onu araşdıran şəxs əhliyyət (səriştə) sahibi olmalıdır. Nə
üçün biz bunu deyirik? Çünki bu məsələdə bir növ dolaşıqlıq və qapalılıq
vardır. Bəzən məsələ, nəinki adi insanlara hətta elm əhlinə qapalı qalır. Lakin
biri gəlib bu sözləri, dəlili dindən zəruri bilinən və icma ilə küfr olan felə
endirib: Bu hal əhliyyət sahibinə dayanmır,-desə, ona deyəcəyik: Biz bu qism
insanlar haqda deyil üzr gətirən şəxslər haqda danışırıq. Yəni üzr gətirənin
təkfiri haqda danışırıq. Bu məsələyə qapalılıq daxil olur. Yaxud bəzən onun
bəzi cüziyyətlərində elm adamları arasında belə dolaşıqlıq olur.

Mövzunu, bu məsələdə hüccətin qalxma qaydasını qeyd etməklə bitirək.


Bu da, müxtəsər qaydadır. İnsan onu asanlıqla əzbərləyə və anlaya bilər. Onu
iki bənd çərçivəsində etdim.

Birinci bənd: Üzr gətirən şəxsə həmin məsələdə Allahın hökmünün


çatmasıdır.
İkinci bənd: Allahın hökmünün, (küfr) feli edən şəxsə uyğun gəlməsi
məsələsində öz təsdiqini tapmasıdır.

Belə olan halda əgər insan bundan sonra da, israr edib inadkarlıq
göstərsə, hökm ona şamil ediləcək və həmin qaydaya daxil olacaq.

Əsaslandırma və aydınlatmanın (‫ )المحاجةةةة و المكاشةةةفة‬nə vaxt olacağını


deyirik?

Felin zahir olacağı lakin feli edən şəxsin halının zahir olmayacağı vaxt
yaxud da, felin zahir olmayacağı vaxt.

Dünən və bugünki dərslərdə danışdığımız şeylərin xülasəsini qeyd edək:

Qısa olaraq sizə deyirəm:

Bu məsələnin tərəfləri: İslam dininə mənsub olduğu halda böyük şirk


edən şəxsə üzr gətirənə üzr gətirən.

Biz qeyd etdik ki, birinci şəxs (yəni, böyük şirk edən) istər cahil olsun,
istərsə də, təvil edən, kafir və mürtəddir.

İkinci şəxsin isə (ona üzr gətirənin) halı qeyd etdiyimiz təfsilata uyğun
müəyyənləşir. Bəzi adamlar, nasslarda kafir olduqları açıq bildirilən insanlara
üzr gətirirlər. Bir sıra nasslarda vardır ki, müəyyən sözləri danışan və ya
felləri edən şəxslərin kafir olacağına dəlalət edir. Bu da, az öncə qeyd
etdiyimiz təfsilata uyğun müəyyənləşir.

İnsanların baş vurduqları bir məsələ də, vardır. Bu məsələ də, üzr gətirən
şəxsə üzr gətirən barəsindədir. Yəni üçüncü şəxsin hökmü. Bu adam
ümumiyyətlə həmin hökmə daxil deyil. Yəni ikinci şəxsdə dayanan yaxud
şübhə edən şəxs. Onu ikincinin hökmünə daxil etmək çox uzaqdır. Əhli Sünnə
bu kimi hallarda insanın, əgər xəta edibsə yalnız xəta etdiyini deyirlər.

İmam Maltinin qeyd etdiyi bir nəql vardır. Malti Bəsrənin və Bağdadın
mötəzililəri haqda danışarkən demişdir:

"Bağdad mötəzililərinin Bəsrə mötəzililərini təkfir etmələri, şübhə edənin


və şübhə edəndə şübhə edənin məsələsindən qaynaqlanır. Bunun mənası isə
odur ki, Bəsrə mötəzililərinin və bütün qiblə əhlinin arasında, kafirin
küfründə şübhə edənin kafir olmasında ixtilaf yoxdur."

Yəni hətta mötəzililər Əhli Sünnəyə ikinci şəxsin hökmündə müvafiq


olmuşlar ki, kafirin küfründə şübhə edən kafirdir.
"Çünki küfrdə şübhə edənin imanı yoxdur. Çünki o küfrü imandan
ayırmır. Mötəzililər və digərləri daxil olmaqla bütün ümmətin qatında kafirdə
şübhə edənin kafir olmasında ixtilaf yoxdur."

Burada Əhli Sünnənin mötəzililər ilə olan əlaqəsi bitir.

"Daha sonra Bağdad mötəzililəri Bəsrə mötəzililərinə əlavə edib


demişlər: Şübhə edəndə şübhə edən, şübhə edəndə isə şübhə edən sonsuza
qədər hamısı kafirdirlər və onların durumu birinci şübhə edənin durumudur.
Bəsrə mötəzililəri isə dedilər: Birinci şübhə edən kafirdir. Çünki o küfrdə
şübhə etmişdir. İkinci şübhə edən isə, hansı ki, şübhə edəndə şübhə edib kafir
deyil fasiqdir. Çünki beləsi küfrdə şübhə etmədi. O yalnız şübhə edənin bu
şübhəsi ilə kafir olub olmayacağı haqda şübhə etdi. Onun küfrdə durumu
birinci şübhə edənin durumu mislində deyil. Habelə onlara görə şübhə edəndə
şübhə edən və şübhə edəndə şübhə edən sonsuza qədər hamısı fasiqdirlər.
Yalnız birinci şübhə edən onlara görə kafirdir. Açığı onların sözləri Bağdad
əhlinin sözündən daha yaxşıdır."

Maltinin -rahiməhullah- sözləri burada bitir. Bizə bəlli olur ki, qiblə əhli
birinci şübhə edənin küfründə icma etmişlər. Yəni bu, ümumi hökm olaraq
belədir. Lakin təfsilata vardığımız zaman, elə məsələlər vardır ki, insan
başlanğıcdan kafir olur, elə məsələlər də, vardır ki, insan yalnız əsaslandırma
və aydınlatmadan (yəni hüccətin iqaməsindən) sonra kafir olur. Ümid edirəm
ki, bu qaydanın məsələlərini bəyan etmiş olduq. Uca Allahdan, danışdığımız
sözləri faydalı etməsini, habelə sözlərimizi qiyamət günündə bizim əleyhimizə
deyil bizim lehimizə etməsini diləyirik!

Doğrusunu Allah bilir. Allahın salavatı və salamı Peyğəmbərimizə, onun


ailəsinə və səhabələrinə olsun!

You might also like