You are on page 1of 127

Azərbaycan dili (mühazirə) (seminar)

1. Azərbaycan dili haqqında ümumi məlumat . Fonetika……………...............2


2. Orfoepiya, orfoqrafiya, yazı.........................................................................2
3. Leksikologiya………………………………………………………………..2
4. Azərbaycan dilinin aktiv və passivliyə, mənşəyinə, işlənmə dairəsinə görə
leksikası və sözlərin semantik strukturu..........................................................2
5. Sözün morfoloji quruluşu. Sözlərin leksik və qrammatik qrupları.................2
6. Sintaktik əlaqələr və söz birləşmələri……………………………………......2
7. Cümlə üzvlərinin iştirakına görə sadə cümlənin növləri…………………… 2
8. Tabeli mürəkkəb cümlə və növləri.................................................................1
Cəmi: 15 saat.

downloaded from KitabYurdu.org


1. Azərbaycan dili haqqında ümumi məlumat

Plan:
1. Azərbaycan dili haqqında ümumi məlumat
2. Dilimiz müstəqillik şəraitində
3. Azərbaycan dilinin Dövlət səviyyəsində qorunması və tətbiqi üçün
verilən fərman və sərəncamlar.

Ədəbiyyat:
1. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2009.
2. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2011.
3. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 18 iyun 2001.
4. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.
Bakı şəhəri, 4 iyul 2001.
5. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı. Bakı
şəhəri, 9 avqust 2001.
6. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan
Respublikasının qanunu. Bakı şəhəri, 30 sentyabr 2002.
7. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan
Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin fərmanı. Bakı şəhəri, 2 yanvar 2003.
8. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09
aprel 2013-cü il tarixli Sərəncamı.

Azərbaycan dili dünyanın ən zəngin, qədim dillərindən biridir. Azərbaycan


dili Azərbaycan millətinin ana dili, Azərbaycan Respublikasının dövlət dilidir.
1989 – cu ilin siyahıya alınmasınz görə Quzey Azərbaycanda 6811 min
nəfər azərbaycanlı olmuşdur. Seyidağa Onullahinin verdiyi məlumata görə,
dünyada azərbaycanlıların sayı 30 milyondan artıqdır.
Azərbaycanlıların sayından danışarkən iki cəhəti mütləq aydınlaşdırmaq
lazımdır. Birincisi, istər İran, istərsə də rus mənbələri qəsdən bu xalqın sayını
həmişə az göstərməyə çalışır. Məsələn, B. N. Qolovin azərbaycanlıların sayının
həm o taylı, həm də bu taylı cəmi 7 milyona qədər olduğunu göstərir.1 “ Məşhur2
şərqşünas İqor Belyayev isə savadsızlığın ucundanmı, ya təəssükeşliyin
təsirindənmi cənubdakı azərbaycanlılarıvbaşqa soy – kökünə aid edir. Eyni sözləri
fars mənbələri və müəllifləri haqqında da demək olar ki, onlar da azərbaycanlıların
İranda xüsusi çəkisinin – sayca çoxluğunun təhlükəli olduğunu bilib, həmişə bu
xalqı sayca az göstərməyə çalışır.
1
Головин Б. Н, Введение в языкознание. М., 1973, стр. 259.
2

downloaded from KitabYurdu.org


Ikinci cəhəıt bundan ibarətdir ki, azərbaycanlılar bir neçə tarixi səbəbdən
dünyanın hər yerinə səpələnməli olmuşlar. Quzey Azərbaycanda Sovet hakimiyyəti
qələbə çalanda az – çox varlı olanlar qaçmalı oldular. Böyük Vətən Müharibəsi
dövründə əsir düşən minlərlə azərbaycanlı vətən xaini kimi güllələnməkdən
qorxduğuna görə başqa qitələrə və ölkələrə getməli olmuşlar.
Güney Azərbaycanda isə şah rejimi azərbaycanlıları iqtisadi və hüquqi
cəhətdən o qədər sıxmışdır ki, onlar kütləvi surətdə öz vətənlərini tərk etməli
olmuşlar. Prof. S. Onullahi uzun müddət bu sahədə axtarış apardıqdan sonra
müəyyən etmişdir ki, dünyanın hər yerində azərbaycanlı yaşayır.
Yuxarıda dediyimiz kimi, Azərbaycan xalqı dünyanın ən qədim və mədəni
xalqlarından biridir. Lakin ana dilimizdə XIII əsrdən əvvələ aid material
olmadığından qədim dövrlər haqqında tutarlı söz demək çətin olur. Buna görə də
Azərbaycan xalqının etnogenezi haqqında yanlış, bəzən qərəzli məlumatlar, “elmi
dəlillər” irəli sürülür. Azərbaycan xalqının soy kökünün müəyyənləşdirilməsində
bir neçə yanlış mövqelər vardır.
Xalqımızın etnogenezi haqqında mövcud olan fikirlərdən biri budur ki,
Cənubi Azərbaycanda oğuz – səlcuq işğalları dövründə (XI – XII əsrlər) əhali
irandilli idi. Bu fikri İ. M. Dyakonov, İ. H. Əliyev, E. A. Qraibovski və başqaları
müdafiə edirlər. Başqa bir yanlış fikir – erkən orta əsr Şimali Azərbaycanda
yaşayan əhali Qafqazdilli idi. Bu fikri müdafiə edənlər arasında A.Q.Şanidze, Q.
A. Melikişvili, Q. A. Klimov, İ. M. Dyakonov, İ. H. Əliyev, K. V.Trever, Y. A.
Kruppov, A. N. Novoseltsev və s. göstərmək olar. Deməli, şimalda Qafqazdilli,
Cənubda İrandilli xalqlar olub. Bu tarixi böhtanı başqa təəssübkeş millətlərin
nümayəndələri ilə yanaşı, Azərbaycan tarix elminin ağsaqqallarından biri kimi
tanıdığımız İ. H. Əliyevin də iddia etməsi hər bir azərbaycanlıda qəzəb oyadır.
Necə ola bilər ki, bir ərazi daxilində əhali iki dildə olub və həmin əhali danışdığı
dili dərhal dəyişə bilibdir? Bu fikirlər kökündən yanlışdır. Əgər Cənubi
Azərbaycan farsdilli, biz isə Qafqaz- Dağıstan dili olmuşuqsa, onda biz kimik?
Bizi hansı xalqa bağlamaq istəyirlər? Onlar unudurlar ki, Alban – Arran dili, elə
türk dili olmuşdur. Alban tayfanın adıdır və o, türkdilli olmuşdur. Burada
Azərbaycan dilinin tarixinin görkəmli nümayəndələrindən biri T. İ. Hacıyevin bir
fikrini yada salmaq yerinə düşər ki, nəyə görə müasir Azərbaycan dilində və onun
dialektlərində bu dildən – Qafqaz dilindən bircə dənə də olsun söz yoxdur.1 Bir
daha təsdiq etmək olur ki, (həm dil materialı, həm yazılı abidələr, həm də
toponimlər əsasında) alban dili Qafqazdilli olmamışdır. Bu sahədə Q. Ə.
Qeybiullayevin qənaətləri ilə tam razılaşmaq olar. “Azərbaycanda qədimdən,
avtoxton (yunanca autochton-yerli) türkdilli tayfalar məskun idilər. Bunlar alban,
quqar, kaspi, qarqar, şəki və b. Idi. Eramızın əvvəllərində burada aran, bulqar,
qoros, kənkor, qıpçaq, peçeneq, hun, çul, tərtər və b. türk tayfaları da yaşamağa
başalamışdılar. Daha sonralar buraya suvarlar, xəzərlər, XI əsrdən sonra isə səlcuq
– oğuzlar gəlmişlər. Məhz yerli türkdilli albanlar Azərbaycan xalqının soykökünü
təşkil edirlər. Əgər oğuz – səlcuq türklərinin XI – XII əsrlərdə Azərbaycan işğal
edilənədək burada türkdilli əhali yaşamasaydı, iki – üç yüz il müddətində,
1
T. Hacıyev, K. Vəliyev. Azərbaycan dili tarixi. B., 1983. Səh. 11.
3

downloaded from KitabYurdu.org


köhnəlmiş konsepsiyanın tərəfdarlarının dedikləri ilə razılaşsaq, “Qafqazdilli”
əhali necə assimilyasiyaya uğrayaraq bütünlüklə türkləşə bilərdi? XI – XII əsrlərə
qədər mövcud olmuş Gəncə, Bərdə, Şamaxı, Bakı, Şəmkir, Naxçıvan, Beyləqan və
başqa şəhərlərdə hansı Qafqazdilli xalq yaşamışdır? Maldar həyatı keçirən köçəri
oğuzlar XI – XII əsrlərdən sonra qısa müddətdə bu şəhərlərin “Qafqazdilli”
əhalisinin dilini necə dəyişdirə bilərdi?”2
Müəlliflə razılaşmaq olar. Çünki hər hansı bir xalq başqasına öz dilini,
dinini, mədəniyyətini qəbul etdirmək istəyirsə, onda bu dediyimiz sahələrin
hamısında üstün olmalıdır. Köçəri oğuz – səlcuqlar 1054-cü ildə buraya gələnə
qədər yerli türkdilli tayfaların zəngin ədəbiyyatı, mədəniyyəti və dili var idi.
Azərbaycanı İrandilli, Qafqazdilli tayfalr ölkəsi hesab edən bəzi üzdəniraq
tarixçilərin müəmmalı iddialarını görkəmli şərqşünas alim akad. Z.M. Bunyadovun
son tədqiqatları alt – üst edir. O, “Kitab ət – tican”, “Ümumtürk tarixinə
giriş”(türkcə), “Məcmə əl – təvarix vəl – qissə” və s. kimi yüzlərlə qədim
mənbələrə əsaslanaraq təsdiq edir ki, “Azərbaycan və Arranın türkləşməsi prosesi
ərəblər siyasi səhnəyə çıxmazdan çox əvvəl, hələ Sasanilər imperiyası daxilində
başlanmışdı. Ərəblərin Azərbaycanı istila edib burada məskən salmaları əvvəllərdə
bu prosesi dayandırdı, lakin az sonra ərəblərlə türklərin assimilyasının başlanması
bu prosesi sürətləndirdi; həm də o dərəcədə ki, cəmi yüz ildən sonra bu proses çox
geniş vüsət aldı.
Gördüyümüz kimi, ərəblər Azərbaycanı və Arranı istila edərkən bu ərazidə
türk tayfalarına rast gəlmişdilər. Ərəb mənbəyində ərəblərin istilasından əvvəl
Azərbaycanda türklərin yaşadığı haqqında məlumata rast gəldik. Rəvayətə görə,
Əməvi xəlifəsi Müaviyyə bir dəfə qədim tarixə bələd olan yəmənli Abid ibn
Şəriyyəyə belə sual verir: ”Türklər və Azərbaycan nə deməkdir?” Abid cavab
verir: “Azərbaycan – qədimdən türklərin yaşadığı ölkədir”. Bu rəvayəti şübhə
altına almaq olardı. Lakin 1126- cı ildə farsca tərtib edilmiş imzasız bir əsərdə də
həmin rəvayətə rast gəlirik. Burada belə deyilir: “Azərbaycan qədimdən türklərin
əlində olan bir ölkədir.”. bu imzasız əsər müəllifi hiyari padşahlarından biri olan
Raiş haqqında məlumat verərkən deyir ki, bu ölkə türklərin əlindədir”.1
Bu sözlərdən sonra Azərbaycan xalqının, Azərbaycan dilinin mənşəyi
haqqında təsəvvür yarana bilər.
Tarixdən məlumdur ki, Sasanilər III – VII əsrlərdə hökmranlıq etmişlər.
Ərəb istilası Sasanilərin hakimiyyətinə son qoymuşdur.
Ilk yazılı abidəmiz olan “Dədə Qorqud” lap birinci cümləsi də bu fikri təsdiq
edir. Orada deyilir: “ Rəsul əleyhissalam zamanına yaqın Bayat boyundan Qorqud
ata derlər bir ər qopdu”2.
Bu iki fikir nə qədər bir – birini tamamlayır. Məlumdur ki, VII əsrdə
Azərbaycanın Dəvdək adlı şairi də olmuşdur. Lakin ərəb istilası Alban dövlətini,
onun mədəniyyətini türkdilli tayfaların yaratmış olduğu bütün maddi – mədəni
sərvətləri məhv etdiyindən indi əlimizdə o dövrlərə aid qədim türk dilində heç nə

2
Q. Ə. Qeybullayev. Qarabağ. B., 1990, səh. 44.
1
Z. Bunyadov. Azərbaycan VII – IX əsrlərdə. B., 1989, səh. 174.
2
“Kitabi – Dədə Qorqud”. B., 1989., səh. 36.
4

downloaded from KitabYurdu.org


yoxdur. Ulu babalarımız islam dinini qəbul etdikdən sonra “bismillahi rəhmanir
rəhm”lə başlamayan bütün yazılı abidələri məhv etmiş, ərəb dilinə daha çox meyl
göstərmişdilər.Türk - Azərbaycan dili yalnız məişətdə işlənmişdir.
XI əsrdən başlayaraq Azərbaycan dilinə maraq artmağa başlayır. Bu, bir
tərəfdən Azərbaycanda sənətkarlığın, digər tərəfdən ədəbiyyat və sənətin inkişafına
kömək etdi. Bu dövrün görkəmli alimlərindən olan təriqət başçısı şair Baba Kuhi –
Bakuvi və onun qardaşı Pir Hüseyn Şirvani məşhur olmuşlar.Fəqih Əbülvəfa
Məhəmməd Mərəndi (1022), Təriqət şeyxi Əbuzər (1025), Bəhmənyar və Xətib
Təbrizi kimi alimlər eyni zamanda şeir – sənət adamı olmuşlar. Bu alimlər
içərisində Xətib Təbrizi daha çox diqqəti cəlb edir. 1030 – cu ildə Təbriz
şəhərində anadan olmuş Əbu Zəkəriyyə Yəhya ibn – Əli Xətib Təbrizi haqqında
Məhəmmədəli Tərbiyətin verdiyi çox lazımlı bir məlumat dilimizin tarixi üçün də
çox əhəmiyyətlidir.
“ Bir gün məsciddə (Bağdadda) Əbülüla Müərri ilə oturmuşdum. Iki ilə
qədər var idi ki, vətəndən və dostlardan xəbərim yox idi. Bu zaman təbrizli
qonşularımdm birisi məscidə daxil oldu. Həddindən artıq sevindim. Əbülüla
sevincimin səbəbini soruşdu. Dediim ki, “Təbriz qonşularımdan birisi gəlib”. Dedi
ki, “Dur, şəhərindən və adamlarından xəbər öyrən”. Söhbətdən sonra Əbülüla
soruşdu ki, bu hansı dildir ki, danışırsınız? Dedim: “Azərbaycan dilidir”. Dedi ki,
“Sizin dili anlamıram. Amma nə ki, danışmışsınız, əzbərlədim”. O,
danışıqlarımızın hamısını hərf – hərf təkrar etdi... Mən onun qüvveyi hafizəsinə
təəccüb etdim”.1
XI əsrdə yaşayan şairlər içərisində Qətran Təbrizi də şeir, sənət və dilimizin
inkişafında xüsusi rol oynamışdır. Bundan əlavə, XI – XII əsrlərdə yetişmiş
şairlərin əsərlərindəki türk dili sistemləri də Azərbaycan dilinin daha qədimdən
mövcud olmasına canlı sübutdur. Tarixi əsərlərlə yanaşı, Xaqani, Nizami kimi
sənətkarların əsərlərində bu gün də işlətdiyimiz atalar sözləri və zərbül məsəllər
işlənmişdir. Məsələn:
Doşab almışam, bal çıxıb.
Hər kəsin tüstüsü öz bacasından düz çıxar.
Ev oğrusunu tutmaq olmaz.
Ot kökü üstə bitər.
Pişik balasını istıdiyindən yeyər.2
Nizami, Xaqani və başqa görkəmli Azərbaycan şairlərinin əsərlərində rast
gəldiyimiz külli miqdarda dil elementləri və izləri sübut edir ki, onlar dəbdə olan
ərəb və fars dillərindən əlavə ana dillərini də mükəmməl bilmişlər. XIII əsrdə
yaşamış İzəddin Həsənoğlu “Apardı könlümü” qəzəlinin mənasını müasir
Azərbaycan dilini bilən hər bir adam çətinlik çəkmədən başa düşər ( İzzəddin
Həsənoğlu doğma Azərbaycan dilində şeirləri hifz olunmuş ilk şairlərdəndir.
Azərbaycan dilində yazılmış və bu günə gəlib çatan üç şerində Həsənoğlu[1],
farsca şeirlərində Puri-Həsən təxəllüsünü işlətmişdir).
Apardı könlümü bir xoş qəmər üz, canfəza dilbər

1
M. Tərbiyət. “Danişməndane Azərbaycan”. Tehran, 1314 (hicri). Bakı, Azərnəşr, 1987, səh. 367.
2
Azərbaycan ədəbiyyatı tarixi, I c., B., 1959, səh. 47.
5

downloaded from KitabYurdu.org


Nə dilbər!? dilbər-i şahid, nə şahid!? şahid-i sərvər

Mən ölsəm, sən büt-i şəngül, surahı eyləmə qulqul


Nə qulqul?! qulqul-i badə, nə badə?! badə-yi əhmər

Başımdan geçmədi hərgiz, səninlə içdiyim badə


Nə badə?! badə-yi məsti, nə məsti?! məsti-yi sağər

Şəha! şirin sözün qılır, Misirdə hər zaman kasid


Nə kasid?! kasid-i qiymət, nə qiymət?! qiymət-i şəkkər

Tutuşmayınca dər atəş, bəlirməz xislət-i ənbər


Nə ənbər?! ənbər-i suziş, nə suziş?! suziş-i micmər

Əzəldə canım içində, yazıldı surət-i mə'ni


Nə mə'ni?! mə'ni-yi surət, nə surət?! surət-i dəftər

Həsənoğlu sənə gərçi, duaçıdır, vəli sadiq


Nə sadiq?! sadiq-i bəndə, nə bəndə?! bəndə-yi çakər.

Azərbaycan dilində misilsiz əsərlər yaratmış olan Seyid İmadəddin Nəsimi


sübut etdi ki, bu dil nəinki qədim dillərdəndir, habelə yüksək inkişaf etmiş şeir –
sənət dilidir.
Azərbaycan dilinin inkişaf tarixində XVI əsr xüsusi bir mərhələ kimi qeyd
edilir. Bu, hər şeydən əvvəl iki nəfər qeyrətli Azərbaycan oğlunun fəaliyyətinin
nəticəsi idi. Bu, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli idi.
Şah İsmayıl Xətainin zamanında mədrəsələrdə ərəb dili ilə yanaşı
azərbaycan dilində də danışırdılar. Azərbaycan ədəbi dili dövlət idarələrində,
sarayda, hərbi hissələrdə özünə möhkəm yer tutmuşdu. Müasir fars dilində işlənən
tüfəng, qundaq, xan, xanım, yaylaq, el, oba və s. kimi sözlər Səfəvilər dövründə
Azərbaycan dilindən keçmişdir.
Azərbaycan dilinin əməli şəkildə işlədilməsi, onun incə və dərin fikirlər
ifadə etməyə qadir olduğunu sübut edilməsi bilavasitə dahi Füzulinin adı ilə
bağlıdır....M. Füzuli ana dilində elə şeir inciləri yaratdı ki, fars dilində onun
bənzəri olmasın. Amma şair yenə ana dilində şeir yazmadığını təəssüflə yad edirdi:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi türki qəbuli-nəzm tərkib eyləsə,
Əksərən əlfazı namərbutü,nahəmvar olur
Məndə tövfiq olsa bu düşvari asan eylərəm,
Növbahar olğac dikəndən bərgi-gül izhar olur.
XVI əsrdə Azərbaycan xalqı təşəkkül tapmağa, tayfalararsı inteqrasiya
prosesinə başladı.

downloaded from KitabYurdu.org


XVIII əsrdə xalq danışıq dili M. P. Vaqifin yaradıcılığı sayəsində ədəbi –
bədii dilin əsası qoyuldu. Vaqif əsərlərini təmiz xalq danışıq dilində yazdı.üç yuz
ilə qədər bir dövr ayırmasına baxmayaraq, müasir dilimizlə Vaqif dili arasında
böyük bir fərq yoxdur.
XIX əsrdə Azərbaycanda maarif, mədəniyyət, elm, sənaye və ticarət
təsərrüfatı sürətlə inkişaf etməyə başladı. “Əkinçi” qəzetinin nəşrə başlanması, milli
teatrın meydana gəlməsi xalq dilində tayfa elementlərinin sıxışdırılmasına, dildə
seçmə və əvəzetmə prosesinə səbəb oldu ki, bu da ümumxalq ədəbi dilinin
yaranması demək idi. Əslində xalq kimi çoxdan formalaşan azərbaycanlılar öz milli
dili, ümumiləşmiş adət - ənənəsi əsasında inkişaf edib millətə çevrildilər.
Milli dilin yaranmasında M. F. Axundov, H. Zərdabi, S. Ə. Şirvani, N. B.
Vəzirov, M. Ə. Sabir, C. Məmmədquluzadə və s. kimi ziyalıların əsərləri misilsiz
rol oynadı. Çox vaxt belə fikirlərə rast gəlirik ki, Azərbaycan milli ədəbi dili Bakı
dialekti əsasında yaranmışdır. Bu fikir yanlışdır. Bakı elm, incəsənət və sənaye
mərkəzi olduğundan burada Azərbaycanın hər yerindən, bütün dialektlərin
nümayəndələri olmuşdur. Buna görə də milli ədəbi dilimizin formalaşmasında bütün
dialektlərin payı vardır.
Azərbaycan dili 1920 – ci ildən dövlət dili elan edilmişdir. Lakin bu, tam
mənası ilə dövlət dili hüququ verilməsi demək deyildi. Doğrudur, mətbuat, radio –
televiziya, təlim – tədris bu dildə aparılırdı. Lakin ana dilimiz dövlət idarələrindən
qovulurdu. Azərbaycan Respublikası Konstitusiyasının 83 – cü maddəsinə əsasən
Azərbaycan Respublikasının Dövlət Dilinin Azərbaycan dili olmasına baxmayaraq
heç bir rəsmi dairədə işlədilmirdi. Son vaxtlar Azərbaycan xalqında öz soykökünə
qayıtmaq meyli güclənmiş və bu, dövlət əhəmiyyəti almışdır. Belə ki, Azərbaycan
dilinin dövlət dili kimi bütün idarə və təşkilatlarda işlədilməsi haqqında 1988 – ci il
18 avqust tarixli, habelə Azərbaycan Respublikası Ali Sovetinin 23 sentyabr
tarixli qərarı dilimizin hörmətini qaldırmağa xidmət etmişdir. Azərbaycan dilinin
nüfuzunun qaldırılmasında H. Əliyevin xüsusi xidməti vardır. Respublika
prezidenti kimi H. Əliyev Azərbaycan dilinin tətbiqi və qorunması haqqında 18.
06.2001, 04.07.2001, 19. 04. 2002, 30. 09. 2002, 05. 01. 2003 tarixdə 5 fərman
vermişdir. Müasir Azərbaycan dili geniş şəkildə tədris və tətbiq edilməlidir.
Azərbaycan dili – Sovet hakimiyyəti illərində demək olar ki, bütün böyük
məclislərdən (qurultay, plenum, konfrans, sessiya) qovulmuşdu. Hətta
Konstitusiyanın 73 – cü maddəsinə də əməl olunmurdu. Müstəqillik qazandıqdan
sonra dilimiz Dövlət statusu aldı.
Azərbaycan dilinin dövlət səviyyəsində qorunması və tətbiqi, Azərbaycan
dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı imzalanan tarixi fərman və
sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan
yaratmışdır.
A. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 18 iyun 2001.
B. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Bakı şəhəri,
4 iyul 2001.

downloaded from KitabYurdu.org


C. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin fərmanı. Bakı şəhəri, 9 avqust 2001.
Ç. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan
Respublikasının qanunu. Bakı şəhəri, 30 sentyabr 2002.
D. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan
Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin fərmanı. Bakı şəhəri, 2 yanvar 2003.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və
yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində
Heydər Əliyevin yeritdiyi siyasət bu gün uğurla davam etdirilməkdədir. Ölkə
Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz tarixi – ictimai
əhəmiyyətinə görə kifayət qədər uğurlu bir sənəd kimi qiymətləndirilir. Ana
dilimizə göstərilən xüsusi qayğı baxımından “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin
12 yanvar, 2004 - cü il fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən
hər il avqust ayının 1– i Ana dili günü kimi qeyd olunur. Ulu öndərimizin dil
siyasətinin uğurlu davamı kimi, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının ( 23 may 2012) da
qeyd olunması vacibdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2013-cü il
tarixli Sərəncamı qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün
tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etmək baxımından
aktuallıq kəsb edir.

downloaded from KitabYurdu.org


Fonetika

Plan:
1. Fonetikanın ümumi problemləri.
2. Fonetikanın növləri.
3. Azərbaycan dilinin sait və samitlər sistemi.
4. Fonetik hadisə və qanunlar.
5. Heca, vurğu və intonasiya.
6. Pauza (fasilə).

Ədəbiyyat:
1. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, 1982. Bakı: Şərq-Qərb,
2007.
2. A. Axundov. Azərbaycan dilinin tarixi fonetikası, Bakı, 1973.
3. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2009.
4. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2011.
5. M Yusifov. Azərbaycan dili fonetikasının əsasları. Bakı, 2012.

Hər hansı bir dilin istər nəzəri cəhətdən, istərsə də praktik cəhətdən
öyrənilməsi fonetikadan başlamalıdır. Fonetika dilçiliyin əhəmiyyətli bir bölməsi
olub. Dilin səs sistemini, səs qanunlarını öyrənir. Fonetika səsin akustik fizioloji
cəhətlərini, ictimai mahiyyətini, səslərin dəyişməsi qanunlarını, səs- fonem
problemini, vurğu, intonasiya, heca, fonetik hadisə və qanunları öyrənir.
Azərbaycan dilinin fonetikası bütün bu problemləri Azərbaycan dili magterialı
əsasında öyrənir.
FONETIKANIN NÖVLƏRI.

1. Təsviri fonetika. Təsviri fonetika dilimizin müasir vəziyyətindəki səs


sistemini öyrənir. Təsviri fonetikanın əhəmiyyəti, ümumiyyətlə, fonetikanın dil
sistemindəki yeri deməkdir. Dilimizin müasir dövrdəki səslənməsindən tutmuş ,
fonetik hadisə və qanunların tədqiqinə qədər bütün məsələlər təsviri fonetikanın
üzərinə düşür. Bəzən təsviri fonetikada hər hansı bir səsin, səs kompleksinin necə
dəyişdiyini öyrənmək lazım gəlir. Bu zaman fonetikanın ikinci bir növü – tarixi
fonetika dəqiqləşdirməyə kömək edir.
2. Tarixi fonetika – Azərbaycan dilinin tarixi fonetikası dilimizin keçirdiyi
tarixi prosesləri əks etdirir. Məsələn, dilimizin tarixində işlənmiş sağır nun deyilən
bir səs müasir dilimizdə işlənmir. Əslində bu “sağır nun” un işlənməsi bir sıra
məsələlərdə aydınlıq yarada bilərdi. Məsələn, indi deyəndə ki, atanı gördüm
məlum olmur ki, ikinci şəxsin atasını görmüşəm, ya ümumiyyətlə ata adlanan
adamı. Və yaxud deyəndə ki, əlinə nə olub müəyyən olmur ki, sənin əlinə, ya onun
əlinə nə isə olub. Buna görə də sağır nun indi qalsa idi, belə anlaşılmazlıq olmazdı.
Tarixi fonetika dilin səs tərkibində gedən inkişaf və dəyişikliyi öyrənir. Buna görə
də bu fonetikanın obyekti müasir dil ola bilməz. Bu fonetika öz tədqiqatını tarixi –
yazılı abidələr üzərində aparır. Tarixi fonetika bəzən dildə müəyyən səs

downloaded from KitabYurdu.org


dəyişmələrini aşkar edir. Belə aşkarlamanı təsdiq etmək üçün qohum dillərə
müraciət etmək lazım gəlir ki, bu da fonetikanın 3– cü növünü zəruri edir.
3. Müqayisəli fonetika. Müqayisəli fonetika həm dilimizin dialektlərini
müqayisə yolu ilə, həm də qohum dillərin leksik tərkibinə müraciət etməklə öz
tədqiqatını aparır. Məsələn, B – M (bən – mən, kimi – kibi), D- T (daş – taş), T –
S (dutsaq - dustaq). Belə səs dəyişmələrini azərbaycan dilinin müqayisəsi əsasında
müəyyənləşdirmək olur.
4. Fizioloji fonetika. Fonetikanın bu növü öz qənaətlərini fiziologiyadan alır.
Çünki səs cihazı (ağciyər, bronxlar, dil, dilçək, dodaqlar, dişlər, burun boşluğu və
s.) fozolologiyanın tədqiqat sahəsidir. Bu orqanların köməyi ilə insan səs çıxara
bilir. Amma fizioloji fonetika insanın çıxara bildiyi bütün səsləri deyil. Ictimai
səsləri, onların akustik fizioloji xüsusiyyətlərini öyrənir. Fizioloji fonetika səsin
yaranması və tələffüzü ilə yanaşı, səsin eşidilməsi, analiz edilməsi və
mənalandırılması prosesini öyrənir.
5. Təcrübi – eksperimental fonetika. Bu fonetika Azərbaycan dilçiliyində ən
gənc sahədir. Səsin akustik keyfiyyətləri: tembri, tezliyi, səs dalğasının uzunluğu,
dalğanın amplitudası və s. kimi cəhətləri xüsusi cihazlar (assiloqramlar,
kimoqramlar və s.) vasitəsilə öyrənilir. Təcrübi fonetika əslində özünün bütün
məlumatlarını fizikadan alır. Məsələn, səs dalğasının tezliyinin onun amplitudası
ilə düz, dalğa uzunluğu ilə tərs mütənasib olması (T = h/s) məlumatını fizikada
almışdır.

AZƏRBAYCAN DILININ SAIT VƏ SAMITLƏR SISTEMI

Dünyada bizdən asılı və asılı olmayaraq milyonlarla səs baş verir. Bu


səslər akustik, melodik və fonetik deyə üç qrupa bölünür. Akustik səslər fiziki –
təbiət səsləridir ki, bunları fizikanən akustika bölməsində öyrənirlər. melodik
səslər isə davamlı səslər olub, bir – birinə qoşularaq musiqi səsləri yaradır. Dünya
melodik sistemində 7 səs vardır ki, onlar həndəsi çoxluqlar və ardıcıllıqlar şəklində
bir – biri ilə birləşərək, bir – birinə bəmzəməyən musiqilər yaradırlar. Fonetik səs
isə ictimai məna daşıyan səslərdir ki, bu səslərin birləşməsindən semantik –
linqvistik məna yaranır. Insan yalnız fonemlərlə danışıb bir - birini başa düşür.
Azərbaycan dilində olan həmin fonemləri sait və samit olaraq iki qrupa bölürlər.
Sait səslər. Görkəmli dilçi alim Ə. M. Dəmiçizadə sait səslər haqqında
yazırdı: ” Ağ ciyərdən gələn hava axını gərgin vəziyyətdə olan səs tellərinə
toxunub rəqslənmiş dalğalar şəklində səs cığırından ağız boşluğuna keçir və avaza
(musiqili tona) çevrilir... belə avazlar xüsusən ağız boşluğunda əlavə avazlanma ilə
rənglənir və bu yolla da müxtəlif saitlər yaranır... Ağız boşluğunda dilin müxtəlif
vəziyyətdə olması - önə uzanması, arxaya çəkilməsi, yuxarı qalxması. Dodaqların
az və ya çox açılması, dairəvi şəkil alması və daha bir sıra hallar saitlərin
yaranmasında mühüm rol oynayır. Məhz buna görə də saitlərin təsnifində dilin və
dodaqların iştirakı əsas əlamətda ölçü vahidləri kimi nəzərə alınır”.1 biz iki prinsip

1
Dəmirçizadə Ə. M. Müasir Azərbaycan dili, B., 1972, s. 40.
10

downloaded from KitabYurdu.org


üzrə saitləri təsnif edəcəyik: 1) dilin üfüqi vəziyyətinə görə; 2) dodaqların
vəziyyətinə görə.
1) Dilin üfüqi vəziyyətinə görə saitlər üç qrupa bölünür:
Dilönü saitlər: ə, ö, i, ü
Dilarxası saitlər: a, ı, o, u
Dilortası sait: e
2) Dodaqların vəziyyətinə görə saitlər iki qrupa bölünür:
Dodaqlanan: o, u, ö, ü
Dodaqlanmayan: a, ı, i, e, ə
Dilimizdə sait səslərin çoxluğu onu melodik və xoşavaz etmişdir.
Azərbaycan dilində samit səslər daha çoxdur. Azərbaycan dili samitləri (23
samit) də 7 prinsipə görə təsnif olunur. Amma bizim məqsədimiz dilimizdəki
bütün samit səslərin xarakteristikasını vermək deyil. Ona görə də təkcə səs
tellərinin iştirakına görə onların təsnifini verməyi məqsədəuyğun sayırıq. Bu
cəhətdən samit səslər cingiltili və kar olaraq iki qrupa bölünür.
Danışıq zamanı səs telləri kipləşir, səs kanalı daralır, beləliklə cingiltili
səslər meydana gəlir. Səs telləri az gərildikdə, hava axını onların arasından keçərək
ağız boşluğuna daxil ola bilir. Bu zaman kar samitlər yaranır. Bundan əlavə ağızda
tonun küyə üstün gəlməsi ilə sonor samitlər yaranır. Beləliklə,
Cingiltili samitlər: b, v, g, d, q, z, j, c, ğ ,y
Kar samitlər: p, f, k, t, s, ş, ç, x, h
Sonorlar: l, m, n, r
Aşiq oldur kim gəlir canın fəda cananına.
Burada sözlərin sayı müxtəlifdir, amma saitlər uzanaraq onları tarazlaşdırır.

FONETIK HADISƏ VƏ QANUNLAR

Dilin bütün sistemində tarixi dəyişiklik gedir. Bu dəyişikliklər təbiidir.


Çünki hər bir dilin dialektlərində müxtəlif sözlər yaşadığı kimi, müxtəlif fonetik
hadisələr də yaranır və yaşayır. Bunlardan bəziləri ədəbi dilin normasına çevrilir
– qanunlaşır. Bəziləri isə dialekt səviyyəsində - hadisə olaraq qalır. Fonetik
qanunlar ədəbi dilin həm yazılı, həm də şifahi forması üçün zəruridir. Fonetik
hadisələr isə yalnız şifahi danışıqda yaşayır. O ədəbi dilə keçə bilmir. Buna görə də
onlardan yazıda istifadə etmək linqvistik səhv hesab olunur.
A. Fonetik qanunlar.
Dilimizdə ən geniş yayılmış və onun atributuna çevrilmiş fonetik qanun
ahəng qanunudur. Bu qanun dünya dilləri içərisində yalnız türk dillərində
mövcuddur. əgər bu qanunun bütün növlərini və sabitliyini axtarsaq, onu türk
dilləri içərisində yalnız Azərbaycan dilində taparıq. Çünki başqa türk dillərində bu
qanun ekstralinqvistik təsirlər nəticəsində zəifləmişdir. Azərbaycan dilində isə
nəinki başqa dillər təsir edərək ahəng qanununu zəiflətmişdir, əksinə, başqa
dillərdən aldığımız sözləri ahəngə tabe etmişik. Məsələn: ərəbcədən: məsləhət,
adam, məktəb, mükəmməl, farscadan: güzəşt, xəkəndaz, aşpaz, küftə, xanəndə və
s. Dilimizdə ahəng qanununun olması eyni zamanda saitlərin çoxluğu ilə də

11

downloaded from KitabYurdu.org


bağlıdır ki, bu da Azərbaycan dilinin, hətta italyan dilindən də musiqili olmasına
səbəb olmuşdur. Ahəng qanunu eynicinsli səslərin bir – birini izləməsinə deyilir.
Bundan əlavə, öz şəkilçilərimiz olan dörd cür yazılan şəkilçilər həmişə kökün
ahənginə tabe olur. Məs. üzüm – çü – lük, ütü – lə - mək və s.
Cingiltiləşmə qanunu. Bir sıra hallarda iki sait arasında (intervokal mövqe)
kar və karlaşmış samitlər cingiltiləşir. Məsələn, əsəd, kitab, qab və s. kimi sözlərdə
axırıncı samitlər karlaşır. Amma onlara saitlə başlayan şəkilçi artırıldıqda
cingiltiləşir. Məs. dərd + ə, kənd + ə, qənd + ə
B. Fonetik hadisələr.
Nitq axını zamanı danışıq üzvləri müxtəlif xarakterli səsləri tələffüz etmək
üçün tez – tez dəyişə bilmir. Hər bir səsin öz məxrəci olduğu üçün danışıq üzvləri
müxtəlif məxrəclərdə qurula bilmir. Buna görə də nitqdə səs təhrifləri yaranır ki,
buna fonetik hadisə deyilir. Ümumiyyətlə, dildə 10 fonetik hadisə qeyd olunur.
Azərbaycan dilində bunlardan 5 – i daha geniş yayılmışdır.
1. Assimilyasiya – bir səsin başqa birisinə təsir edərək onu tamamilə öz məxrəcinə
və ya özünə yaxın məxrəcə salmasına assimilyasiya deyilir. Birinci halda tam,
ikinci halda yarımçıq assimilyasiya baş verir.
2. Dissimilyasiya. Bu fonetik hadisə assimilyasiyanın tam əksidir. Əgər
assimilyasiyada səslər biri digərinə təsir edərək onu öz məxrəcinə və yaxud özünə
yaxın məxrəcə salırsa, dissimilyasiyada eyni səs öz cinsindən olan səsə təsir edərək
onun məxrəcini dəyişir. Məs. qararmaq – qaralmaq, sararmaq – saralmaq,
hammal – hambal
3. Metateza. Səslərin yerdəyişməsi. Bəzən danışıq zamanı səslər öz mövqeyini
(yerini) dəyişir. Azərbaycan dilində metateza söz daxilində yanaşı gələn samitlərin
yerdəyişməsi hesabına baş verir. Məs. məşhur – məhşur, yanlış – yalnış, doörama
– dorğama, qeyrət – qiryət, süfrə - sürfə vağzal – vazğal və s.
4. Proteza – səsartırma. Alınma sözlərin əvvəlinə (bəzən də sonuna) sait səs
artırılır. Doğrudur, bu, Azərbaycan dilinin fonetik qanunu ilə əlaqədardır ki, söz
başında iki samit yanaşı işlənməsin. Lakin bu, ədəbi dilimiz üçün normal sayılmır.
a) st, şk səs kompleksi ilə başlanan alınma sözlərə “i” saiti artırılır. Məsələn,
stəkan-istəkan, stansiya-istansiya, şkaf-işkaf, stadion-istadion, stol-istol.
b) Yenə söz başındakı samit yanaşı gəlirsə, onda iki samitin arasına bir sait səs
artırılır. Məsələn, klub-kulub, qram-qıram, qrup-qurup, xlor-xılor, xrom-
xırom.
c) Azərbaycan dilində r samiti ilə başlayan söz demək olar ki, yoxdur. Buna
görə də alınma sözlərin əvvəlinə “i” saiti artırılır. Məsələn,
Farsca: Rza-İrza, razı-irazı
Ərəbcə: Rəsul-İrəsul, rəhm-irəhm.
d) Sözün sonunda da alınma sözlərdə iki samit yanaşı gəldikdə onların arasına
sait səs artırılır. Məsələn, dövr-dövür, sədr-sədir, qədr-qədir, səbr-səbir.
Dilimizdə artıq qanuniləmiş proteza hadisəsi də vardır. Sonu saitlə bitən
sözlər, hal və mənsubiyyət şəkilçisi qəbul edərkən n, s və sair səsləri artırılır. Belə

12

downloaded from KitabYurdu.org


səs artırılmasına indiyədək bitişdirici samit deyilirdi. Səbəbi aydın deyil. Nə
üçün səs artırılması bitişdirici ünsür samit (ünsür) adlanmalıdır. Məsələn,
Ata-atanın, ana-ananın
Ata-atası, ana-anası.

5. Eliziya- səsdüşümü. Azərbaycan dilinin fonetik tərkibi üçün azhecalılıq xasdır.


Bəzən bir neçə sözün qovuşması (birləşməsi) və ya sözə şəkilçilərin artırılması
zamanı çoxhecalılıq yaranır. Sözü müəyyən dərəcədə qısaldaraq Azərbaycan
dilinin fonetik çərçivəsinə salmaq üçün danışıq zamanı müxtəlif samit və ya sait
səslər düşür.

1. Dialektlərimizdə: Qovurma-qourma, söyüd-söüd, dostunuz-dostuuz. Belə


səsdüşümü yazıda sabitləşə bilməz. Amma elə səsdüşümü hadisələri vardır ki,
bunlar artıq yazıda sabitləşmişlər.

Bunlar aşağıdakı hallarda baş verir:

a) Bir qrup Azərbaycan sözlərində hal və mənsubiyyət şəkilçiləri qəbul etdikdə


ikinci hecanın saiti düşür. Məsələn, oğul,alın, ağız, boyun, burun və s. kimi
sözlər hal və mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecadakı sait səs
düşəcək.
b) Ərəb və fars mənşəli sözlərdə də dilimizin bu fonetik qanunu özünü göstərir.
Buna o səbəbdən qanun deyirik ki, artıq dildə sabitləşmiş və yazıda da öz
əksini tapmışdır. Məsələn, fikir-fikrim, şəkil-şəklim, ömür-ömrün, nəsil-
nəsliniz.

HECA, VURĞU VƏ İNTONASIYA.

Heca. Danışıq zamanı sözlər asanlıqla hissələrə bölünür. Bunlar heca adlanır.
Hecanın varlığı sait səslərə bağlıdır. Çünki sözdə neçə sait varsa, bir o qədər heca
vardır. Hələ orta məktəbdən məlumdur ki, hecalar açıq-qapalı, saf-qovuşuq,
bundan əlavə, örtülü-örtüsüz olaraq müxtəlif qruplara bölünür.

1. Təkcə bir saidən ibarət olan heca saf heca adlanır: adam. Dilimizin
qanununa görə saf heca, əsasən, sözün əvvəlində gəlir.
2. Sait və samitdən ibarət olan hecalar qovuşuq heca adlanır.: ba-ba, nə-və.
3. Samitlə başlayıb, saitlə qurtaran heca açıq heca adlanır: xa-la, bi-bi.
4. Samitlə bitən heca qapalı heca adlanır: ət, əl, ox, ot.
5. Samitlə başlayıb samitlə qurtaran örtülü-qapalı heca adlanır: qar-daş.
Alınma sözlərdə bir sait və bir neçə samitin birləşməsindən hecaların
yaranması mümkündür. Məsələn: plyaj, şpris, Marks, dram, qram və s.

13

downloaded from KitabYurdu.org


Hecalanmanın dildə praktik əhəmiyyəti bundan ibarətdir ki, nəfəsalmanı
asanlaşdırır, tələffüzü normallaşdırır, orfoqrafik cəhətdən sözün sətirdən-sətrə
keçirilməsini tənzimləyir.
Vurğu. Azərbaycan dilində fonosemantika əsasən vurğu və intonasiya ilə
əmələ gəlir. Elementar məktəb qrammatikalarından məlumdur ki, sözdə bir
hecanın, cümlədə bir sözün xüsusi olaraq (daha güclü və ucadan) tələffüz edilməsi
vurğu adlanır. Vurğu bəzən sözün mənasını dəyişir. Omoqraflar məhz belə
yaranır. Məs. qovurma – qovurma, gəlin – gəlin
Azərbaycan dilində vurğu əsasən sözün son hecası üzərinə düşür. Bu, öz
sözlərimizlə yanaşı, dilimizin təsiri ilə fonetik cəhətdən azərbaycanlaşmış sözlərə
də aiddir. Məs. öz sözlərimiz: ata, ağac, odun, ayaq, dodaq, barmaq və s.
Alınma sözlərə ərəb – fars mənşəli: tələbə, müəllim, məktəb, kağız
Rus – Avropa mənşəli: qəzet, problem, aktiv, telefon, partizan, parovoz
Bəzən belə təsirə qapılaraq bütün alınma sözlərdə vurğunu son hecanın ya da
ondan əvvəlki hecanın üzərinə salırlar. Bu, düzgün deyil. Məs. İngiltərə, delta,
dinamo, Pavlov, texnika və s.
Məntiqi vurğu. Məntiqi vurğunun fonosemantik təsir dairəsi heca vurğusuna
nisbətən geniş və əhatəlidir. Çünki məntiqi vurğu cümlənin məna yönümünü
dəyişə bilir (ona yeni məna verir). Vurğulu söz cümlədə aktuallaşmış üzv hesab
olunur. Məs. mən gördüm ki, kim isə gəldi. Amma kim gəldi bilmədim. Bu
cümlələrdəki kim sözünün üzərinə düşən vurğunun mənanı necə dəyişdiyinə fikir
verin.
Cümlədə hansı sözün üzərinə vurğu düşmüş olursa, o, cümlənin məna
yükünü (semantik siqlətini) öz üzərinə götürür.
Məs. 1) Dünən Əzimə Humaya kitab verdi.
2) Dünən Əzimə Humaya kitab verdi.
3) Dünən Əzimə Humaya kitab verdi.
4) Dünən Əzimə Humaya kitab verdi.
5) Dünən Əzimə Humaya kitab verdi.
Vurğunun bir sözün üzərinə düşməsində də üslubi çalarlıqlar yaranır. Buna
həyəcanlı vurğu deyilir. Burada modallıq da ifadə olunur. Azərbaycan dilində
geminat (qoşa samit) yoxdur. Amma həyəcanlı – emfatik vurğu zamanı belə
geminatlar yaranır. Məs. Əccəb oldu, qoy ollsun! Danışş! və s.
İntonasiya. Şifahi nitqdə danışan ifadə edəcəyi fikirdən asılı olaraq dediyi
cümlənin intonasiyasını seçir. Cümlə boyu orada iştirak edən səslər gah ucalır, gah
alçalır, gah uzanır, gah qısalır, bütün bunlar nitqin ekspressivliyini təmin etmək
üçündür. Intonasiya həm fonosemantik, həm də fonosintaktik mahiyyət daşıyır.
Beləliklə, intonasiyaya belə bir tərif vermək olar ki, nitq axını zamanı danışanın
ifadə edəcəyi fikirdən asılı olaraq formalaşan ritmik – melodik səs quruluşuna
intonasiya deyilir. Intonasiya cümlənin mənasını müəyyənləşdirir. Başqa sözlə
desək, eyni söz və ya eyni sözlərdən ibarət cümlə müxtəlif məntiqi və qrammatik
məna verir.
Intonasiyanın aşağıdakı fonosintaktik mənaları vardır:
14

downloaded from KitabYurdu.org


1. Nəqli, sual, əmr və nida cümlələrini formalaşdıran intonasiya.
2. Arzu, xahiş məzmunu ifadə edən intonasiya.
3. Sadalama, qarşılaşdırma bildirən intonasiya. ( Bu intonasiya növü
bağlayıcısız mürəkkəb cümlələrin də yaranmasında aparıcı rol oynayır.
4. Cümlə daxilində xitabları, ara sözləri, ümumiləşdirici sözləri, əlavələri,
xüsusiləşmələri nəzərə çarpdıran və ayıran intonasiya.

PAUZA (FASILƏ)

Nitq axını zamanı cümləyə fonosintaktik çalar verən təkcə vurğu və


intonasiya deyil, pauzanın (fasilənin) da xüsusi rolu, yeri vardır. Cümlədə fonetik
ritmin qrupun yaranmasında pauza xüsusi rol oynayır. Pauza təfilələri
müəyyənləşdirir. Əruz vəznində pauza təfilələri bir – birindən ayırır.Əpuzun
ntələbinə görə, hətta bir söz iki hissəyə bölünə bilər. məs.
Müxtəsər kim, böylə dövrandan gərək etmək həzər
Ondan ötrün kim, deyildir öz yerində Xeyri Şər.
Pauza – fasilə - durğu şifahi nitqdə xüsusi rol oynayır. Onsuz insanlar
normal kommunikativ münasibət yarada bilməzlər. yazıda isə həmin pauzanı –
durğunu xüsusi işarələr – durğu işarələri təmin edir. Təkcə vergül işarəsinin yerini
dəyişək:
Gözəl qız atasının əlini sıxdı.
Gözəl, qız atasının əlini sıxdı.

Əmioğlun ölməyib ki, ağlayırsan!


Əmi, oğlun ölməyib ki, ağlayırsan!

Durğu işarələrinin hər birinin öz funksiyası vardır.


1. Vergül xitabları, ara sözləri, bağlayıcılı tabeli mürəkkıb cümlələri,
həmcins üzvləri, sadalamanı bildirmək üçün işlədilir.
Vergülün bəzən insan həyatını, insan taleyini həll etməsi halları çox
olmuşdur. Yusif Seyidovun kiçik bir xatirəsi bu cəhətdən maraqlıdır.1
Mən and içdim rəhbərimin vicdanındakı,
Günəşdən də parlaq olan bir şeiriyyətə.
Cümlədə ən çox funksiyası olan durğu işarəsi vergüldür.
2. Nöqtə. Hər hansı bir məlumatın bitdiyini bildirmək üçün yazıda nöqtə
işarəsi qoyulur və tam və qeyri – emosional durğu. Fasilə edilir.
3. Qoşanöqtə ümumiləşdirici sözdən sonra və fasiləsiz nitqdən əvvəl
qoyulur.
4. Üç nöqtə nitq axını, məna bitkinliyi, məntiqi tamlığı olmadığını bildirir.
5. Sual işarəsi sual cümləsinin sonunda sual intonasiyası bildirmək üçün
qoyulur. Bu işarə emosionallıq ifadə edən hər hansı bie sözdən və cümlədən soznra
nida işarəsi ilə birlikdə qoyulur.

1
Y. Seyidov. Kiçik bir xatirə. Əsərləri, VII cild, səh. 114 – 115.
15

downloaded from KitabYurdu.org


6. Nida –hər hansı emosional durğunu bidirən söz və cümlədən sonra
qoyulur.
7. Nöqtəli vergül – iki fikir arasında aydınlaşdırma bildirmək üçün qoyulur
və xüsusi fasilə tələb edir.
8. Tire. Tire defisdən uzun olub bəzən vergülün də funksiyalarını yerinə
yetirir. Amma onların ifadə etdiyi mənalı fasilə bir –birindən fərqlənir.

16

downloaded from KitabYurdu.org


1. Azərbaycan dili haqqında ümumi məlumat . Fonetika

Tapşırıqlar:

a. Azərbaycan dili haqqında ümumi məlumatı öyrənin.


b. “Ana dilim” şerini əzbərləyin.

17

downloaded from KitabYurdu.org


1. Azərbaycan dili haqqında ümumi məlumat . Fonetika

Tapşırıqlar:
1. Aşağıdakı mətni koçürün, açıq saitlərin altından bir, qapalı saitlərin
altından iki xətt çəkin, mətnin məzmununu danışın.

Azərbaycan xalqının ilk qəhrəman qadını Tomris


Tomris eramızdan təqribən 800 il əvvəl yaşamışdır. Həmin illərdə Kir adlı
işğalçı İran şahı bütün Azərbaycanı özünə tabe etmək istəyir. O, azərbaycanlıların
əcdadları olan massagetləri qul etmək fıkrinə düşür. Həmin vaxt massagetlərin
başçısı ölür və onun yerini cəsur azərbaycanlı qadın Tomris tutur. Kir elçi göndərib
onunla evlənmək istəyir. Ağıllı Tomris başa düşür ki, Kir Azərbaycanın bərəkətli
torpağına göz dikib. Tomris cəsarətli və qoçaq olduğu qədər də namuslu və qeyrətli
bir qadın idi, odur ki, bu təkliflə razı olmur. Azərbaycan torpağında yad kişilərin
hökmranlıq etməsini istəmir. Ona görə də Tomris Kirin təklifini rədd edir. Kir
qoşunu ilə Arazı keçib döyüşə başlayır. Hiylə işlədib Tomrisin oğlu Sparqanisesi
yatan yerdə tutur. Oğlan buna dözməyib özünü öldürür. Kirin azğınlığından
hiddətlənən Tomris kişilərtək döyüş palları geyir, nizə, qalxan götürüb sərkərdə
kimi qoşunun qabağında gedərək Kirin qoşununu məğlub edir.
2. Şeri köçürüb hecalara ayırın.

18

downloaded from KitabYurdu.org


3. Mətni köçürün, incə saitllərin altından bir, qalın saitlərin altından iki xətt çəkin.

Torpağımızın bəhrələrini qoruyun


Azərbaycan torpağı münbitliyı, rəngarəng təbiəti və iqlimi ilə qədim
zamanlardan məşhurdur. Bitkilər aləminin zənginliyi cəhətdən isə dünyada çoxdan
tanınmışdır. Respublikamız yüzlərlə «möcü-zəli» yabanı otların, şəfa verən dərman
bitkilərinin vətənidir. Burada dünyanın 30-dan artıq ölkəsinə dərman bitkilərinin
toxumu göndərilir. Nəinki ölkəmizin, hətta İngiltərənin, Amerika Birləşmiş
Ştatlarının, Fransanın, İtaliyanın və bir sıra başqa dövlətlərin təbiət müzeylərini
yurdumuzun herbariləri bəzəyir.

4. Verilmiş cədvəl əsasında sözlərin yazılışı ilə tələffüzü arasındakı fərqi


gostərin:

Yazılır Tələffüz olunur


saflalı [şafdalı]

səkkiz, doqquz, əlbəttə, cəmiyyət, rəssam, inşaat, ləzzət, tüfəng, ağac, rəng,
həftə, teatr, müəllim.

5. Aşağıdakı sözlərdə vurğunun yerini dəyişin, hər sözü cümlədə işlədib,


dəftərinizə yazın.

biçin, süzmə, suvarma, gəlmə, alma, qazma, bulama, əkin, səpin, yarma,
qovurma, soyulma, çığırtma, çəkmə, dösəmə.
Nümunə; Sahədə biçin başladı. Taxılı itkisiz biçin.

19

downloaded from KitabYurdu.org


2. Orfoepiya, orfoqrafiya, yazı

Plan:
1. Yazı, orfoqrafiya, orfoepiya.
2. M. F. Axundov və yeni əlifba ideyası.
3. M. F. Axundovun ardıcılları.
4. Sovet dövründə yeni əlifba məsələsi.
5. I Ümumittifaq türkoloji qurultay.
6. Orfoqrafiya.
7. Orfoepiya.

Ədəbiyyat:
1. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, 1982. Bakı: Şərq-Qərb,
2007.
2. A. Axundov. Azərbaycan dilinin tarixi fonetikası, Bakı, 1973.
3. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2009.
4. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2011.
5. "Mirzə Fətəli Axundov və Azərbaycan əlifbası"
http://sabuncu.libmks.az/home/254-mirzy-fytyli-axundov-vy-azyrbaycan-
ylifbasd.html
6. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 2004.

Yazı, bəşər mədəniyyətinin ən mühüm amili, onun dildən sonra ən böyük


nailiyyətidir. Azərbaycan xalqı qədim və mədəni xalq olduğu üçün 1000 ildən çox
yazı tarixinə malikdir. Indiki azərbaycanlıların ulu babaları əvvəlcə Alban
əlifbsından, müsəlmanlığı qəbul etdikdən sonra ərəb əlifbasından istifadə etmişlər.
Ərəb əlifbası isə Sami dil üçün yaradıldığından 9 sait səsi olan Azərbaycan
dilinə yaramırdı. Uzun əsrlərdən bəri Azərbaycan ziyalıları ərəb əlifbasının
namünasib olduğunu göstərmişlər.

A. M. F. Axundov və yeni əlifba ideyası.


M. F. Axundov XIX əsr Azərbaycan mədəniyyəti, elmi, ədəbiyyatı tarixinə
dahi şəxsiyyət kimi daxil olmuşdur. Onun ədəbi – bədii elmi – fəlsəfi irsi, habelə
həyat və fəaliyyəti çox geniş şəkildə tədqiq olunmuşdur. Çox tədqiq olunma
baxımından XIX-XX əsr ziyalıları içərisində yalnız Mirzə Kazımbəy
M.F.Axundovla müqayisə edilə bilər. M.F.Axundovun həyatı, fəaliyyəti, bədii,
fəlsəfi, elmi dünyagörüşü kifayət qədər tədqiq edilmişdir.
M.F.Axundov Azərbaycan ədəbiyyatına yeni janr- dramaturgiya, realist nəsr
gətirdiyi kimi, XIX əsrin əvvəllərində Azərbaycanda yaranmaqda olan maarifçilik
ideyasını böyük bir hərəkata çevirmişdir. Xalqın maariflənməsi, elmlərin tədrisi,
dilimizin məktəblərdə öyrənilməsi kimi böyük problemlər ədibi həmişə
düşündürmüş və öz coşğun fəaliyyətini bu məsələlərin həllinə həsr etmişdir.
M.F.Axundova qədər və ondan sonra da ərəb əlifbasının türk dilinə yaramadığını

downloaded from KitabYurdu.org


söyləyənlər olmuşdur. Lakin XIX və XX əsrdə onun səviyyəsində heç kəs
məsələni ciddiliyi ilə qoyub fəaliyyət göstərməmişdir.
M.F.Axundov ömrünün 25-30 ilini yeni əlifba yaratmaq ideyasına həsr
etmişdir.
Köhnə ərəb əlifbasının türk dilinə yaramadığını həm birbaşa, həm də dolayı
yolla deyənlər öz ideyasında ardıcıl olmadıqlarına görə yeni əlifba ideyasının atası
M.F.Axundov hesab olunur. Böyük mütəfəkkir keçən əsrin 50-ci illərindən
başlayaraq ömrünün son günlərinə qədər bu arzunu həyata keçirmək üçün çalışmış
zehnini, qələmini, vaxtını, pulunu bu yolda sərf etmişdir. M.F.Axundov dilimizin
fonetik sisteminə uyğun gəlməyən ərəb əlifbasını aşağıdakı səbəblərə görə yenisi
ilə əvəz etməyi zəruri hesab edirdi.
1) Əlifbamızdakı hərflərin çoxunun şəkli eynidir və onlar bir-birindən
nöqtələrlə fərqlənir. Bəzən elə olur ki, nöqtələr öz yerlərində qoyulmur və ya
tamamilə unudulur.
2) Nəhvçilərin istilahında erab adlanan sait hərflər sözün tərkibində
yazılmır, ancaq ehtimal ilə təyin olunur.
3) Bir neçə sait və bir neçə samit hərflər bizim əlifbamızda tamamilə
yoxdur. Lakin dilimizdə deyilir.Samit hərflərindən biri (g) hərfidir ki, “gərd”, yəni
toz və “gürd” yəni pəhlivan bu hərf ilə yazılır. Əcəm gafı (g) olan bu hərfin ərəb
kafı (k) ilə yazılır ki, “gərd” (etdi) sözündə feldir.
4) Təyin olunan erablardan fəthə və kəsrə arasında bir səs də (e) vardır ki,
dilimizdə mövcuddur. Məsələn,”mey” (şərab) və”peyda” (aşkar) kəlmələrdən
birinci hərfdən sonra gələn ke, “beş” və “gec” kəlmələrində də eyni səs
mövcuddur. Lakin əlifbamızda bu səs (hərf) yoxdur”.
Bu nöqsanları islah etmək dilimizin səs sisteminə uyğun bir əlifba tərtib
etmək, bununla da xalqın savadlanması məsələsini xeyli asanlaşdırmaq arzusu
M.F.Axundovu bir neçə əlifba layihəsi tərtib etməyə vadar etdi.
1857 – ci ildə o, ilk əlifba layihəsi tərtib etdi. Burada o, yeni latın tipli əlifba
təklif etmirdi. Bu layihədə müəllif köhnə ərəb əlifbasını müəyyən mənada islah
etmək, orada olmayan sait səsləri (hürufi müsəvvətə) əlavə edirdi.
Bundan əlavə, ərəb əlifbasında olmayan, hərc – mərcliyə gətirib çıxaran durğu
işarələrini (əlamət) də həmin layihəyə əlavə edirdi. Cəmi durğu işarələri –
(əlamət) bunlrdır:
1. Əlamət – sual -?
2. Do qovs () – Moqabele bəraye cümleye mötərizə ya kəlmə miyaniyə dər
cuf ənha.
3. Əlamət qovl “ğeyr” – “ ”
4. Əlaməte bəyane – (:)
5. Əlamət təəmel – (...)
6. Əlamət təəcob təhir və nida – (!)
7. Əlaməte etmame mətləb – (.)
Birinci layihənin sonunda polkovnik Mirzə Fətəli Axundzadə hicri 1290
yazılıb.

downloaded from KitabYurdu.org


Bu əlifba layihəsində müəllif əvvəlcədən güclü müqavimətəvrast
gələcəyini bildiyindən İslam dini əleyhinə olmadığını göstərmək üçün onu belə
başlayır. Bismillahirrəhmanirrəhim. Əlhəmdülillahi Rəbbil aləmin. Vəssəlatu
Vəsəlamu əla Nəbiyyina və aliyə cəmin. Sonra “Əlifbayi cədidə”nin zəruriliyini
göstərən yuxarıda dediyimiz dörd arqumenti göstərir.
Bu əlifbanın həyata keçirilməsi üçün çalışan, dost və tanışlarının, dövlət
xadimlərinin hər cür köməyindən istifadə edən müəllif layihənin birinci
müzakirəsini 1863 - ildə Türkiyədə təşkil etdirir. Məlumdur ki. Türkiyə Elmlər
Akademiyasında həmin layihə bəyənilmişdi. Amma bəzi düzəlişlər etmək də
tövsiyə edilmişdi. Lakin məsələ müsbət həll olunmamışdı. Sonra M.F.Axundov
eyni xahişlə İran dövlətinə müraciət edir, yenə rədd cavabı alır. Amma o, bu
ideyadan əl çəkmir. Islah edilmiş ərəb əlifbasında nümunələr və onun yeni
proyekti, 17 səhifəlik bir məqalə, əski ərəb əlifbasının tənqidi, yeni əlifba ilə
kəlmələrin yazılışı, şəkilləri, əski əlifbanın öyrənilməsi çətinlikləri və müqayisəsi
(fars və rus dillərində), və onlarla yazıda bu problemin başa çatması üçün çalışır.
O, hər vasitə ilə çalışırdı ki, həm yuxarı təşkilatlarda, həm dini təbəqələrdə, həm də
geniş xalq kütlələrində yeni əlifbanın yalnız xeyirli olduğunu, dinə toxunmadığını
sübut etsin. Bu işin ilk növbədə yazıb oxumaq və nəşriyyat işi üçün xeyirli
olduğunu göstərirdi.
Beləliklə, müəllif sübut edir ki, hər bir hərfi yazıldığı üçün yeni əlifba türk
dili üçün münasibdir.
M.F.Axundov əlifba layihələrini göndərdiyi İran dövlət nümayəndələri bu
məsələyə çox ciddi şəkildə mane oldular. Lakin bu kimi uğursuzluqlar
M.F.Axundovu ruhdan salmadı. Çünki öz əlifbasının təsir dairəsini görürdü. Ağıllı
və proqressiv adamlardan, görkəmli alimlərdən sevindirici məlumatlar alırdı.
Onun xaricdəki dostları və həmfikirləri əlifba haqqında yazılan əsərlər, çap olunan
məqalələrdən bəhs edirdilər. ..1869 – cu ildə Parisdən Mirzə Yusif xan yazırdı:
“...Sizə müjdə verməliyəm ki, sizin əlifba haqqındakı fikriniz bu son vaxtlarda
İstanbulda özünə xalqın beynində daha çox yer etmişdir... Sizin fikrinizin çoxlu
tərəfdarları vardır...”
1870 – ci ildə Mirzə Melikumxan İstanbuldan yazırdı: “Buradakı
qəzetlərdə bizim məqsədimizə dair fransızca müfəssəl izahatlar yazıldı... İslam
xalqlarının tərəqqisi xatirinə, dünyanın tərəqqisi xatirinə hər bir mütəfəkkir insan
bu əlifbanın islahı uğrunda çalışmalıdır...” İranın Tiflisdə baş kponsulu olmuş Əli
xan Tehrandan yazırdı: “ Yaxın gələcəkdə Sizin əlifba haqqında paytaxtda bir
vəlvələ qaldıracağam. Ümid edirəm ki, allah – taalanın köməyilə cənabınızın
məram və məqsədincə bir xidmət edə biləcəyəm.”
M.F.Axundov uğursuzluqlara görə ruhdan düşmürdü. Bu ideyanın xalqın
tərəqqisinə xidmət etdiyinə varlığı qədər inanırdı. Bu səbəbdən də bu yolda bütün
maddi və mənəvi çətinliklərə dözür, var – dövlətini xərcləyir, son nəfəsinə qədər
bu işdən dönməyəcəyini bildirirdi.
M.F.Axundov 1871 – ci il Irun ayının 2 – də İstanbulda Mirzə Melkum
xana yazdığı məktubda düyirdi: “ Nə qədər ki, mən sağam, əlifba fikrindən və onu
həyata keçirmək arzusundan ayrıla bilməyəcəyəm...10 ildən artıqdır ki, bu yolda

downloaded from KitabYurdu.org


böyük zəhmətlərə və ağır xərclərə qatlaşmışam. İşin başlanğıcında tələbələri
həvəsləndirmək üçün dəftərimdə qeyd etdiyimə görə, hər birisinə bir ərəfi ənam
adı ilə verməklə 80 qızıl şərəfi bağışlamışam ki, yeni əlifbanı öyrənsinlər. bir qədər
pul da xoşbəxt mirzələrə vermişəm ki, yeni əlifbanın bir çox surətlərini
çıxartmışlar. İstanbula gedib – gəlmək üçün 500 manat xərcim çıxıb... Bundan sora
da bu yolda nə qədər zəhmət və məxaric lazım olarsa, səmimi – qəlbdən qəbul
edəcəyəm ki, öz həmvətənlərimi qaranlıqdan işığa çıxarıb və bunun mənəvi
ləzzətini dadım.”
20 ilə qədər uğrunda mübarizə apardığı üçün yeni əlifba ideyasından
ayrılmayan M.F.Axundov bu yoldakı çətinliklərdən ruhdan düşməmişdi. 1874 –
cü il yanvarın 20 – də İran şahzadəsi Etizalüssəltənəyə yazdığı məktubda deyirdi:
Bəli, mən özüm də anlayıram, amma yenə yazıram. Və diri olduqca yazacağamda,
taki əlifbanı dəyişdirmək fikri bütün millətin arasında yayılmış olsun. Necə ki, on
beş ilə yaxındır ki, bu fikrin toxumunu İran və Türkiyə torpağında səpmişəm.
Şübhəsiz, bu toxum xələflərimizin əsrində üz göstərəcəkdir.

B. M.F.Axundovun ardıcılları.
Əlifba məsələsi həm elmi – linqvistik, həm mədəni, həm də maarif
problemi olduğu üçün çox geniş vüsət almışdı. XIX əsrin əvvəllərindən başlayaraq
nəşr dilməyə başlayan dərsliklər içərisində elə birinə rast gəlmək olmaz ki, əlifba
məsələsinə toxunulmasın. Azərbaycan yazısı ərəb əlifbası əsasında olduğu üçün
bütün müəlliflər bu əlifbanın xüsusiyyətlərindən, onun dilimizin fonetik sisteminə
uyğun gəlmədiyindən bəhs etmişlər. Bu məsələ M. F. Axundova qədər və ondan
sonra da mövcud olmuşdur. M. F. Axundova qədər bu problem həm səthi, həm də
qeyri – ardıcıl şəkildə qoyulurdu. M. F. Axundov isə bu qeyri – mütəşəkkil
ideyanı qüvvətləndirib milyonların əqidəsinə çevirdi. Xalqın savadlanması üçün
ərəb – sillabi əlifbasının çətinlik törətdiyini və yeni əlifbaya keçmək zərurətini dərk
edən ziyalılar arasında görkəmli alim F. Köçərlinin də xüsusi yeri vardır. F.
Köçərli yorulmaz tədqiqatçı alim olaraq dilimizin tədrisi ilə bağlı bir sıra əsərlər
yazdığı kimi, əlifba məsələsinə də öz layiqli töhfəsini vermişdir. O, 1911 – ci ildə
Tiflis şəhərində M. F. Axundovun həyatı, ictimai fəaliyyəti, bədii yaradıcılığı,
fəlsəfi əsərləri və yeni əlifba haqqında mübarizəsini əks etdirən 71 səhifəlik bir
kitab yazmışdı. Burada F. Köçərli M. F. Axundovun bu sahədəki xidmətlərinin
böyüklüyünü göstərmək üçün, onun başladığı işin nə qədər böyük və lazımlı
olduğunu belə şərh edir. “Ərəbdən götürdüyümüz əlifba sillabi və təqrirə gələsi
deyil və müsəlmanların tərəqqi və təali yolunda Avropa əhlindən dalda
qalmağımızın böyük səbəblərindən birisi də həmin bu mayeyi səadət məbdayi
tərəqqimiz olan oxumq və yazmaq alət və əsbabının qüsur ilə dolu olmasıdır.”
Sonra F. Köçərli ürək ağrısı ilə bu böyük və lazımlı işə başalmış M. F. Axundovun
əməyinin bəhrə verə bilmıdiyini də göstərir: “...Müsəlman əlifbasının təğyir və
təbdili M. F. Axundovun baş fikirlərindən olub, bu yolda artıq sər və təlaş etmişdir.
Amma çifayda, bir tərəfdən qəflət və cəhalət və digər bir tərəfdən qərəzi – şəxsi,
büxl və həsəd bizim camaat və millət işlərinin çoxuna mane olduğu kimi, mərhum

downloaded from KitabYurdu.org


Mirzənin dəxi bu gözəl fikrinə mane olub onun bu qədər çəkdiyi səy və zəhmətini
səmərəsiz qoyub.”
Yeni əlifba uğrunda çalışan Azərbaycan ziyalılarından biri də Məmmədağa
Şahtaxtinskidir. Görkəmli jurnalist və yazıçı M. Şahtaxtinski uzun müddət
Azərbaycan mətbuatının, yeni tipli məktəbinin, maarifinin yaranıb inkişaf etməsi
yolunda çalışmış, yeni əlifbanın yaradılması işinə xüsusi fikir vermişdir. O,
təxminən 1902 – 1903- cü illərdəTiflisdə “Sövti – Şərq əlifbası” adlı bir əsər nəşr
etdirmişdir.müəllif burada özünü M. F. Axundovun şagirdi hesab edir. “Xəttimizin
islahına aid fikrin müvəccidi (vəcdə gətirəni – A.B.) və mücahidi o ədib pürhikmət
olduğundan mənim də bu nəcib əsərimin sahibi – mənəvisi o ustadi –
təməddündür”.
Müəllif öz əlifbası üçün əsas olaraq (məxəzitttixaz) ərəb əlifbasını
götürmüşdür. Ərəb əlifbasının müxtəlif məqamlarda, müxtəlif formalarda olması
və başqasına bitişməsi kimi naqis cəhəti göz önündə tutaraq yeni əlifbada hərflərin
ayrı yazılması şərtini əsas qəbul etmişdir. Bu haqda müəllif yazır: “
...İstemalımızda bulunan ərəb əlifbasını məxəz – ittixaz edib, Şərq üçün fonetik bir
əlifba tənzim etmişəm ki, onun vasitəsilə ərəbi, farsi və türki kəlmələrin hamısını
dildə deyilən kimi yazmaq mümkündür.”
M. Şahtaxtinski öz əlifbasının yeniliklərini belə şərh edir: “ Nöqtələr yerinə
mən hürufun əşkali - əsasiyyəsinə təzə cızıqlar əlavə edib hər hərfə özünəməxsus
bitişik bir şəkil vermişəm. Bizim hürufun mətbu heyətləri ilə yazma şəkilləri
arasında təfavüt yoxdur. Nə yazıda, nə basmada bir - birinə yapışdırılmazlar.
Bizim hürufun hamısının boyu birdir”. Yeri gəlmişkən qeyd edək ki, bu əlifbanı
təşkil edən hərflərin şəkilləri estetik cəhətdən o qədər də məqbul deyil.
Yeni əlifba uğrunda mübarizə aparan ziyalılardan biri də görkəmli ədib,
böyük jurnalist, dilimizin saflığı uğrunda böyük mübariz C. Məmmədquluzadədir.
O, yeni əlifba uğrunda ciddi və qətiyyətli mübarizə aparmışdır.
C. Məmmədquluzadə M. F. Axundov işinin böyük davamçısı kimi “Molla
Nəsrəddin” jurnalında bu məsələyə çoxlu felyeton həsr etmişdir.
M. F. Axundovun açmış olduğu yolla bir çox alim və ziyalılar getdilər.
Mirzə Sadiq Fani, Mirzə Həsən Rüşdiyyə, Mammadtağı Sidqi, C.
Məmmədquluzadə, F. Köçərli, Şeyxzadə Hafiz Məhəmmədəmin, Qafarzadə
Əbdülxaliq Cənnəti, Mahmudbəy Mahmudbəyov, Nəriman Nərimanov, Abbas
Səhhət Mehdizadə, Mirzə Hüseyn Həsənzadə, Abdulla Şaiq, Qafur Rəşad
Mirzəzadə və b. bu ideyanın həyata keçməsi üçün çalışmışlar.
Yeri gəlmişkən, göstərmək lazımdır ki, ərəb əlifbasından danışarkən imla
məsələsinə də toxunulmuşdur. Bu məsələdə ən böyük xidmət M. F. Axundova
aiddir.
C. Sovet dövründə yeni əlifba məsələsi.
Azərbaycan yazısı problemi, demək olar ki, bütün savadlı ziyalıları
düşündürən elmi – praktik məsələ idi. M. Füzulidən başlamış Azərbaycan dilini
tədris edən bütün müəllimlərə qədər hamı ərəb əlifbasının türk dilinə yaramadığını
göstərmişdi. XIX əsrdə M. F. Axundov bu məsələni bütün Zaqafqaziyaya. İran və
Türkiyə miqyasına çıxarıb böyük bir hərəkata çevirdi. Öz ardınca M. Şahtaxtinski,

downloaded from KitabYurdu.org


M. Mahmudbəyov, S. Vəlibəyov, N. Nərimanov, Ü. Hacıbəyov və onlarla başqa
ziyalıları aprdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan cəmi 1 il 8 ay sonra XKS bu
məsələni müzakirə edib dövlət səviyyəsində həll etməyə qərar verdi. Əlifba
məsələsində yenə də fikirlər haçalanmışdı. Bir qrup iddia edirdi ki, ərəb əlifbasını
islah etməklə, ona müxtəlif sait səslər artırmaqla kifayətlənmək lazımdır. Bir qrup
ziyalı isə başda N. Nərimanov, S. Ağamılıoğlu, M. Şahtaxtlı, T. Şahbazi, C.
Məmmədquluzadə, Ü. Hacıbəyov, F. Ağazadə Şərqli, S. Vəlibəyov qəti şəkildə
köhnə əlifbadan birdəfəlik qurtarmağı, latın qrafikası əsasında yeni əlifbaya
keçməyi tələb edirdi.
N. Nərimanovun təşəbbüsü ilə 1922 – ci il yanvarın 6 – da Azərbaycan
ziyalılarının iclasında “Latınçılar” “İslahatçılar”a yeni əlifbanın zəruriliyini sübut
edə bildilər. Latınçıların təşəbbüsü ilə yeni əlifbaya keçmək üçü xüsusi bir
komissiya yaradıldı.
Komissiyaya aşağıdakı ziyalılar daxil idi: 1) Fərhad Ağazadə (sədr), 2)
Xudadadbəy Məlikaslanov (sədrin müavini), 3) Məhəmməd Əmin Əfəndizadə
(katib). Üzvlər: Həmidbəy Şahtaxtinski, Azadbəy Əmirov, Əhməd bəy Pepinov,
Abdulla Tağızadə və Hüseyn İsraflbəyov. Bu komissiya çox fəal işləyərək latın
əlifbasının üstünliklərini sübut edir, latın hərflərini dilimizə uyğunlaşdırır,
“Kommunist” qəzeti və başqa mətbu orqanlarda elmi məqalələrlə çıxış edirlər. Bu
komissiya üzvlərindən görkəmli alim və maarif xadimi Fərhad Ağazadənin (1880 –
1931) adını çəkmək lazımdır. Hələ inqilabdan əvvəl müəllim işləyərkən F.
Ağazadə yeni əlifba ideyasının düzgün və ardıcıl tərəfdarı idi. O, 1922 – ci ildə
“Nə üçün ərəb hərfləri türk dilinə yaramır” adlı əsərində elmi şəkildə dilimizin
fonetik sistemi. Səslərimizin ərəb əlifbasında əks olunmaması kimi məsələləri
sübut edirdi. Ərəb əlifbasının tarixi, xüsusiyyətləri, ümumi qüsurlarını göstərdiyi
bu əsər dövrü üçün çox əhəmiyyətli idi. 1926-cı ildə F.Ağazadə Yeni türk əlibası
komitəsinin üzvü kimi I türkoloji qurultayın çağırılması işində fəal iştirak
etməkdən əlavə ardıcıl şəkildə elmi məqalələrlə də çıxış edirdi. Qurultaydan sonra
F.Ağazadə yeni əlifba məsələsinə aid 3 kitab nəşr etdirmişdir.
Yeni əlifba məsələsindən danışarkən Məhəmmədağa Şahtaxtlının da
xidmətini qeyd etmək lazımdır. M.Şahtaxtlı o vaxt yazırdı: “Söz yoxdur ki,
əlifbamız o qədər geniş olmalıdır ki, onun ilə Avropa sözlərindən başqa, bütün türk
və tatar dillərinin, fars və ərəb dillərinin kəlmələrini dəxi tələffüzə müvafiq yöndə
yazmaq mümkün olsun. Belə əlifbamız olduqda tələffüzü türklərə məlum olmayan
və ya az məlum olan hər kəlməni öz yazımızla, bu fonetik əlifbamızla yazırız ki,
hər oxuyan tələffüzü bilsin.
Resbuplika Əlyazmalar İnstitutunda “Dilimizin islahı” adlı “Kommunist”
qəzetinin əlavəsi(4nömrə) saxlanılır. Burada dilimizin islahı, terminlər yaradılması
problemləri, yazı, orfoqrafiya və dil məsələləri ilə əlaqədar maraqlı materiallar
vardır. Təəssüf ki, “Əlavə”nin hansı ilə aid olması göstərilməmişdir. Bu “Əlavə”də
deyilir ki, hələ yenicə islamı qəbul etmiş türklər yeni əlifba yaradıb ərəb hərflərinə
qoşula bilməzdilər; Bu müşkül və bəlkə heç mümkün iş deyildi. Buna görə türk dili
ərəbləşdi, farslaşdı və kəndicə kasıblaşdı. “Azərbaycan MİK nəzdindəki mərkəzi

downloaded from KitabYurdu.org


islah komissionunun nəşr əfkarı” olan bu əlavənin 4-cü hissəsində göstərilir ki,
hərf məsələsi ilə dil məsələsini qarışdırmamalıdır. MİK yanındakı komissionun
vəzifə və məqsədi dil üzərində işləməkdir. Bu komissiyaya hərf məsələsinin dəxli
yoxdur. Gələn nömrələr üçün məhz dil məsələlərindən yazın”. Bununla əlaqədar
olaraq həmin “Əlavə”də dil problemlərinə aid müxtəlif məqalələr nəşr edilmişdir.
1922-ci ilin mart ayında N.Nərimanovun təklifi ilə S.Ağamalıoğlunun
rəhbərlik etdiyi bir komissiya yarandı. Həmin ilin iyul ayında komissiya Yeni Türk
Əlifbası komitəsinə çevrildi. Bu komitə qəzet və jurnalların yeni əlifbaya keçməsi,
mətbəələrdə latın şriftli maşınların quraşdırılması işində müəyyən uğurlar
qazanmışdı. YTƏK-in təklifi ilə Azərbaycan MİK 1922-ci ilin oktyabrın 20-də
idarə və müəssisələrin kargüzarlıq işlərinin yeni və köhnə əlifba ilə paralel
işlədilməsi haqqında dekret verir. Həmin ildən “Yeni yol” qəzeti latın əlifbası ilə
nəşr edilməyə başladı. Bununla belə, hələ latın əlifbasının tam uğurlu şəkildə qəbul
edilməsindən danışmaq olmazdı. Çünki latın əlifbasının özündə belə dilimizin bir
sıra sait və samit səslərini göstərən hərfi işarələr yox idi. Bundan əlavə, hər bir
qrafiki işarənin (qrafemin) bir neçə forması (alloqrafı) olmalıdır. Bu qrafemlərin və
alloqrafların nə kimi şəkilləri olmalıdır, bu şəkillər yazı işini çətinləşdirməzmi və s.
bu kimi problemlər yalnız yüksək ixtisaslı alimlər tərəfindən həll edilə bilərdi.
Buna görə də YTƏK sədri S.Ağamalıoğlu 1924-cü ildə B.Çobanzadəni Bakıya
dəvət etmişdi. 1924-cü ilin sentyabrında Bakıya gələn B.Çobanzadə “Yeni yol”
qəzeti müxbirinin suallarına belə cavab vermişdi: “Mən Bakıya təzə gəlmişəm...
Burada məktəblər daha əsri, əməli və xalqa yaxındır... Türklər məlum olduğu üzrə
şimdiyə kadar 13 əlifba kullanmışlar və bunların heç birisi türk dilinin təbiət və
üzviyyətinə uyğun olmamışdır. Bunların ən fənasını ərəb əlifbası saymaq
mümkündür... Ərəb əlifbası bu gün təmz və xalq türkcəsilə yazmaq istəyən
adamların işinə gəlməz. Çürük təməl üzərində yeni bina qurmaq, yəni bütün
mahiyyəti ilə dilimizə uymayan ərəb əlifbasını islah etmək gücdür. Ərəb əlifbasını
islah etmək, yalnız yeni hərflər icad etmək deyil, bəlkə bütün sistemi dəyişmək
məsələsidir ki, bu təqdirdə yeni bir əlifba meydana gətirmiş oluruz. Latın əlifbası
xaricdən əvvəl Azərbaycanda tam müvəffəqiyyət qazanmalıdır.
Alim yeni əlifbanın gələcəkdə milli mədəniyyətimizin inkişafına misli
görünməmiş dərəcədə kömək edəcəyinə inanaraq həmin müsahibəsində demişdi:
“Yeni və dilimizin qanunlarına uyğun bir əlifba xalq dili ilə ədəbi üslub arasında
divarı yıxaraq vahid bir maarif və ziyalı sinif yetişdirəcəkdir ki, çox keçmədən
bunlar bütün xalq arasında elmin və texnikanın mənfəətlərini nəşr və ümumiləşdirə
bilərlər. Çox qolay isbat etmək olar ki, ərəb əlifbası bizi ərəb dili və ədəbiyyatı ilə
sıx-sıxıya bağlamış və türk xalq dilinin ədəbiləşməsinə mane olmuşdur. Latın
əlifbasının ən böyük məziyyətlərindən biri dilimizin əcnəbilər tərəfindən çabuk
öyrənilməsinə və bu sürətlə ədəbiyyatımızın millətlər arasında bir yer almasına
yardım etməsidir”.
Bu müsahibəsində o, bu məsələni geniş bir qurultay miqyasında həll etməyi
lazım bilirdi.
Yeni Türk əlifbası layihəsi üzərində qızğın iş gedirdi. 1925-ci il sentaybrın
15-də Moskvada S.Ağamalıoğlunun sədrliyi ilə keçən şərqşünasların iclası yeni

downloaded from KitabYurdu.org


əlifbaya keçmək üçün bütün ölkə türkoloqlarının iştirak edə biləcəyi bir qurultay
çağırmaq haqqında qərar qəbul etdi. Bu qurultayı çağırmaq SSRİ Şərqşünaslar
cəmiyyəti ilə Azərbaycan tədqiq-tətəbbə Cəmiyyətinə tapşırıldı. Cəmiyyətin
türkologiya seksiyasında oktyabrın 20-də məruzə edən B.Çobanzadə deyirdi:
“...Gənc Azərbaycan qoca Şərqin intəhasız qaranlıqları içərisində başqalarının
mədəniyyəti üçün nümunə ölkəsi olmağı qəti olaraq qət etmişdir. Bu respublikanın
elm və texnika sahəsindəki görkəmli müvəffəqiyyətlərini bilərək heç kəs
qurultayın keçirilməsi üçün yer - Azərbaycan paytaxtı Bakının seçilməsinə qarşı
etiraz etmədi”.
Bundan sonra I türkoloji qurultayı çağırıb keçirmək üçün təşkilat
komissiyası yaradıldı. Bu komissiya dil və əlifba məsələlərinə aid çoxlu məqalə
nəşr etməklə qurultayın həll etməli olduğu məsələləri müzakirə edirdi. Prof. B.
Çobanzadə isə yeni türk əlifba komitəsinin elmi rəhbəri kimi bu qurultayın planını
və əməli vəzifələrini müəyyənləşdirir, əsas məruzə hazırlayır və yeni əlifba
layihəsini tərtib edirdi. Nəhayət, 1926 – cı il fevralın 26 – dan martın 5 – dək
Azərbaycan tədqiq və tətəbbö cəmiyyətivə SSRİ Şərqşünaslar Cəmiyyəti Bakıda
birinci Ümumittifaq türkoloji qurultayı çağırdı. Qurultay Maarif sarayında (indiki
EA Rəyasət heyətinin binasında) keçirildi. Qurultaya 131 nümayəndə gəlmişdi.
Qurultayı Azərbaycan ÜTƏK sədri, AZMİK sədri Səməd Ağamılıoğlu giriş sözü
ilə açdı. Abdul Cabbarovun təklifi ilə qurultayın Rəyasət heyəti seçildi. Fəxri
rəyasət heyətinə isə 6 nəfər: Əlibəy Hüseynzadə, Banq, Mustafa Quliyev, Marr,
Lunaçarski, Tomsen seçildi. Habelə 600 nəfər dilçi, ədəbiyyatşünas, şərqşünas və
başqa elm sahələrinin nümayəndələri iştirak edirdi. Dilçiyimizin və mədəni
quruculuq tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq qurultay haqqında geniş
məlumat verməyi vacib hesab edirik.
Qurultay 5 nəfərlik mandat, 6 nəfərlik redaksiya komissiyası seçdikdən
sonra SSRİ MİK sədri Qəzənfər Musabəyov qurultay iştirakçılarını Sovet dövləti
və Azərbaycan XKS adından təbrik etdi. Bir neçə təşkilat adından çıxış edən
natiqlər qurultay iştirakçılarını təbrik etdilər. Sonra Ömər Əiyevin təklifi ilə SSRİ
və Azərbaycan MİK - ə, SSRİ Millətlər Sovetinə, Stalinə təbrik teleqramları
hazırlandı. Bununla birinci iclas qurtardı.
Qurultayın 17 iclası keçirilmiş, burada 37 məruzə dilnlənilmişdir. Bu
məruzələrin 5 – i türk xalqlarının tarix və etnoqrafiyasına, 2- si türk xalqlarının
ədəbiyyatına, 7- si türk xalqlarının dillərinə, 7 – si əlifba probleminə, 2 – si türk
xalqlarının mədəniyyətinə, 6 – sı orfoqrafiya problemlərinə, 5 məruzə türk ədəbi
dilinin terminologiya problemlərinə, 3 məruzə isə türk dillərinin tədrisi
məsələlərinə həsr edilmişdi.
Qurultayda V.V,Batrold, Miller, L.V.Şerba, Oldenburq kimi alimlər məruzə
etmişdilər.
Qurultayın martın 27 – də keçirilən iclasında bircə məruzə - prof. B.
Çobanzadənin “O близком родстве тюркских языков” (“Türk dillərinin yaxın
qohumluğu haqqında”) adlı məruzəsi dinlənildi. Bu məruzədə alim M. Kaşğariyə
və başqa mənbələrə əsaslanaraq türk dillərinin yaxın qohumluğunu sübut etməkdən
əlavə, bu sahədəki nöqsanları da göstərirdi. Alim məruzəsində deyirdi:

downloaded from KitabYurdu.org


1) Türk dillərinin tədqiqi çox halda tarixi, iqtisadi və siyasi məsələləri
işıqlandırmaq məqsədi ilə yardımçı, köməkçi vasitə olmuşdur.
2) Müxtəlif türk dillərini nə qədər müqayisə etməyə çalışsalar da, bir çox
halda, son nəticədə bu tədqiqlər məhdudlaşıb qapanır və həmin dilin çərçivəsindən
kənara çıxmır.
3) Türk dillərinin təsnifinə həsr olunmuş əsərlərin isə aşağıdakı qüsurları
vardır:
a) Yalnız səs xüsusiyyətləri əsas götürülür.
b) Tarixi faktlara və xüsusiyyətlərə toxunulmur və onlarla hesablaşmırlar.
c) Çox halda bir prinsip başqası ilə qarışdırılır.
IV iclasda 2 məruzə dinlənilmişdi.
Qurultayın V iclasında A. Samoyloviç, S.Y.Malov və İ.İ.Aşmarin türk
dillərinin tarixi problemlərindən danışdılar.
Qurultayın VI iclası Qorxmazovun sədrliyi ilə keçmiş, burada 6 məruzə
dinlənilmişdir. Məruzələrin hamısı orfoqrafiya məsələlərinə həsr edilmişdir.
Məruzəçilər: A.V.Şerba, L. Jirkov, Q. İbrahimov, Ş. Rəhimli, F. Ağazadə və
Baytursun orfoqrafiya məsələləri haqqında məruzə etmişdilər.
Qurultayın martın 2 – də keçirilən VIII iclasında Ağamalı oğlu sədrlik
edirdi. B. Çobanzadə, H. Zeynallı, Baytursun və Odabaş elmi - ədəbi dilin
teminologiya problemləri haqqında məruzə etdilər.
B. Çobanzadə elmin inkişafı üçün terminlər sisteminin əhəmiyyətindən, türk
dillərindəki termin kasıblığından bəhs edərək elmi terminlər yaratmaq üçün 3 əsas
baza təklif edirdi: ümumtürk, ərəb – fars və rus Avropa (B. Çobanzadə məruzəsini
azərbaycanca etmişdi).
H. Zeynallı “Türk dillərində elmi terminologiya sistemi” adlı məruzəsində
alınma terminləri yalnız kök kimi qəbul edərək onları türk dilinə tabe etmək, türk
dilində alınma terminlərin qarşılığını axtarmağı təklif edirdi.
Türkoloji qurultayın IX – X – XI – XII və XIII iclası məhz yeni əlifba
probleminə həsr edildi. B. Çobanzadənin rəhbərliyi ilə hazırlanmış yeni türk
əlifbasının layihəsi qurultay iştirakçılarının böyük mafrağına səbəb oldu. Başqa
respublikalardan gəlmiş türkoloq – alimlər həmin əlifba layihəsi əsasında öz dilləri
üçün yazı sistemi tərtib etməyə qərar verdilər.
Qurultayda 5 məruzə ilə yanaşı, C. Məmmədquluzadənin “Türk dillərinin
əlifba sistemləri” haqqındakı məruzəsi də çox maraq doğurdu.
Lakin ərəbçilər də qurultayda yox deyildi. Ərəbçilər adından Tatarıstan
nümayəndəsi Qalımcan Şərəf çıxış etdi. Məruzəçi ərəb əlifbasının latına nisbətən 5
üstün cəhətini qeyd edərək deyirdi: xalq mədəni cəhətdən nə qədər yüksəkdirsə,
onun mədəni dəyərləri nə qədər çoxdursa, yeni şriftə keçmək həmin xalq üçün bir
o qədər çətin olacaq. Bu çətinliklər təkcə iqtisadi – maliyyə ilə deyil, ictimai
cəhətlə də əlaqədardır.
Qurultayın XIII iclasında Qorxmazov qurultayın yeni əlifba haqqında
qərarını oxuyur və təklif edir. Qurultay bütün türk respublikalarına tövsiyə edir ki,
Azərbaycanın təcrübə və metodlarına söykənərək özlərində yeni latın əlifbasına
keçsinlər.

downloaded from KitabYurdu.org


Q.Şərəf təklif edir: ərəb əlifbası saxlanılsın.
S.Ağamalıoğlu səs qoyur: Latınçılar-101 səs, Ərəbçilər- 2 səs, Bitərəf qalır-9
nəfər.
Qurultay bu barədə qətnamə mətnini hazırlamaq üçün 26 nəfərdən ibarət
komissiya seçir. Onların içərisində H. Cəbiyev, C. Məmmədquluzadə, B.
Çobanzadə və Şahmuradov da var idi.
Qeyd etməliyik ki, qurultaya bir çoxları ərəbçi kimi gəlsələr də, latınçı kimi
getdilər. (məsələn, H. S. Ayvazov, Ağaçörəkli və s. ) bu hadisə 1926 – cı il martın
4 – də olmuşdu. Bu gün dahi özbək şairi Ə .Nəvainin 485 illik yubileyi keçirilirdi.
Qurultayın bütün 500 iştirakçısı birlikdə həmin yubileyə getdi.
Sonrakı iclasda Mehmed Fuad Köprülüzadə “Türk xalqlarında ədəbi dilin
inkişafı” mövzusunda məruzə etdi.
Qurultayın son iclasında 3 məruzə türk dillərinin məktəblərdə yeri və tədrisi
metodikası məsələlərinə həsr edilmişdir.
Qurultay bütün müzakirə edilən məsələlərə aid qətnamələr qəbul etmişdir.
Qurultay martın 6 – da öz işini qurtardı. Qurultay iştirakçıları çox mühüm
qərar və qətnamələr qəbul etdilər.
1) İki ildən bir türkoloji qurultay çağırılsın. Növbəti qurultay iki ildən sonra
Səmərqənd şəhərində çağırılsın.
2) Latın əlifbasına keçmək üzrə Azərbaycanın təcrübəsindən istifadə edilsin.
(Demək lazımdır ki, bir çox xalq-50-dək Bakıya, yeni türk əlifbası komitəsinə
müraciət edib onlara əlifba tərtib etməyi xahiş etmişdi. )
3) Azərbaycan Yeni türk əlifbası komitəsinin təqdim etdiyi layihə
bəyənilsin və s.
Bu qurultaydan sonra Azərbaycan YTƏK SSRİ MİK-in sərəncamına keçdi.
Bundan sonra respublika alimlərinin fəaliyyəti ümumittifaq miqyasına çıxdı.

ORFOQRAFIYA

Orfoqrafiya problemi Azərbaycan dilçiliyi üçün təzə deyildir. Hələ keçən


əsrin əvvəllərində bir elmi problem səviyyəsinə qaldırılan orfoqrafiyanın tarixi
kökləri neçə yüz illər əvvələ gedib çıxır. Türk dilindən dərs deyən, türk dilində
yazan hər bir adam ərəb əlifbasında düzgün yazmağın çətin olduğunu deyirdi.
Bununla əlaqədar demək olar ki, bütün dərsliklərdə düzgün yazmağın zərurəti
hamının eyni cür yazıb oxuması üçün bir qaydalar sisteminin lüzumu haqqında
bəhs edilirdi. Yeni- latın qrafikası əsasında tərtib edilmiş türk əlifbası ilə düzgün
yazma qaydalarının təsbit və tətbiq edilməsi təkcə Azərbaycanda deyil, yeni
əlifbanı qəbul etmiş bütün türk respublikalarının qarşısında duran birinci dərəcəli
elmi-mədəni problem idi. Yeni əlifba probleminin aktuallığı haqqında prof. M.
Hüseynzadə yazırdı: “Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra...
klassik rus və Sovet yazıçılarının əsərlərinin kütləvi surətdə Azərbaycan dilinə
tərcümə edilməsi, məktəblərdə Azərbaycan dilinin görkəmli və aparıcı yer tutması,

10

downloaded from KitabYurdu.org


dilimizin fonetik qanunlarının möhkəmlənməsi, canlı dilimizin dialekt və
şivələrinin tədqiq edilməsi və bir sıra başqa məsələlər dilimizi normallaşdırmaq,
onun bütün xüsusiyyətlərini zahirə çıxartmaq, təsbiq etmək, onun gələcək yollarını
aydınlaşdırmaq ehtiyacını doğurdu. Bunun üçün də ədəbi dilimizin yeni
orfoqrafiya qaydalarının tərtib edilməsi məsələsi ortaya çıxdı. 1928 və 1931 – ci
illərdə çağırılan orfoqrafiya konfranslarında aydın oldu ki, dilimizdəki
dəyişiklikləri nəzərə alaraq, yeni orfoqrafiya qaydaları tərtib etmək ən zəruri
məsələlərdən biridir. Orfoqrafiya elmi əhəmiyyətlə yanaşı, mədəni əhəmiyyətə də
malikdir. Bir dilin vahid düzgün yazma qaydalarının olması mətbuat, təhsil sistemi
və s. sahələrdə sabitlik yaratdığı kimi, ədəbi dilin normalarının da sabitləşməsinə
kömək edir. Orfoqrafiya normaları ilə orfoepiya normaları arasındakı münasibətin
sabitləşməsi üçün onların hər biri ğzlüyündə müəyyənləşdirilməlidir. Belə
dürüstləşdirmə mədəni yazı qaydalarının meydana gəlməsinə kömək etdiyi kimi,
ədəbi tələffüzü də dəqiqləşdirərdi. Əks halda orfoqrafiya prinsiplərinin hər hansı
birinə verilən üstünlük yazıda anlaşılmazığa, ədəbi tələffüzdə bayağılığa gətirib
çıxara bilərdi.
O vaxtlar Azərbaycan dilçilərinin qarşısında təkcə öz dilimizin orfoqrfiya
qaydalarını tərtib etmək məsələsi deyil, başqa türk xalqlarının dilləri üçün də
orfoqrafiya qaydaları müəyyənləşdirmək məsələsi dururdu. Azərbaycan dilçiləri,
xüsusilə B. Çobanzadə 1927 – ci ilin sentyabrında və 1929 – cu ilin avqust
aylarında Krımda və Qazanda, 1928 – ci ilin yanvarında Bakıda, 1929 – cu ilin
mayında Daşkənddə, 1930 – cu ilin mayında Türkmənistanda çağırılan imla
konfranslarında vahid orfoqrafiya qanunları tərtib edilməsi və həyata keçirilmısi
işində fəal iştirak edirdi. B. Çobanzadə “Türlkoloji qurultayın müəllimlər üçün
əhəmiyyəti” adlı məqaləsində yazırdı:” Qurultay ədəbi tələffüzlərin göz önündə
tutulmasını və nəhayət, bütün türk – tatar şivələrinin ümumi xüsusiyyətlərini əsas
alaraq vahid, birlik trankripsiyon əlifbası meydana gətirilməsini tövsiyə etməklə
fərdi, anarxiyalı, qaidəsiz və ölçüsüz imlanın qarşısına keçmək üçün ən əsaslı
çarələri göstərmiş oldu. Azərbaycan, Tatarıstan, Özbəkistan... kimi az – çox uzun
bir maziyə malik ədəbiyatları olan türk ölkələri üçün ədəbi tələffüz üzərində vahid
imla yaratmaq qayət asan bir işdir. Yalnız burada iradə və normativ fəaliyyət
şərtdir”. Orfoqrafiya tərtib edərkən heç bir prinsipi yeganə hesab etmək olmaz. O
vaxt B. Çobanzadə orfoqrafiya qaydaları tərtib edərkən mütləq tələffüzə müəyyən
yer vermək lazım olduğunu göstərirdi. O, yeni orfoqrafiya qaydalarının tərtibində
aşağıdakı prinsiplərə əsaslanmağı təklif edirdi: 1. Tarixi; 2. Əcnəbi sözləri; 3.
Təxalif; 4. Şəkli (morfoloji); 5. Sövti (fonetik).
Bu prisipləri o, rus dilində yazmış olduğu “O принципе Азербаджанского
правописания” adlı məqaləsində də göstərmişdi.
Yeni orfoqrafiya qaydalarının tərtibi geniş elmi problem olduğu kimi, həm
də dövlət əhəmiyyətli bir iş idi. Bu səbəbdən də yeni bir konfrans çağırmaq, burada
orfoqrafiya qaydaları tərtibi prinsiplərini geniş müzakirə etmək və dövlət qərarı ilə
təsdiq etmək lazımdır.
Yeni əlifbaya keçdikdən iki il sonra, 1928 – ci ildə Azərbaycanda ilk imla
konfransı çağırıldı. Bu konfransda B. Çobanzadə sədr olmuş və əsas məruzə ilə

11

downloaded from KitabYurdu.org


çıxış etmişdir. Konfrans B. Çobanzadənin “İmlada ümumi prinsiplər” adlı və V.
Xuluflunun “Yeni əlifba və imla əsasları” adlı məruzələrinin tezislərinə
əsaslanaraq qərara gəldi:
1. Türk dili və onun yazı qanunlarına əsas olaraq Sövti (fonetik) prinsip
qəbul edilməlidir.
2. Şəkli – morfoloji prinsip dilimizdə üç cür tətbiq olunmalıdır: a) sözlərin
köklərində, b) fars - ərəb və Avropa dillərindən alınmış sözlərin yazılışında, e)
Suffikslərdə (ədatlarda)
3. Bu dörd (namus, qrpız, pambıq, dərt) sözdən başqa bütün türkcə və
türkmənşəli kəlmələrdən tarixi ənənə və formanı atmalı, bu kimi sözləri canlı dilin
tələffüz etdiyi kimi yazmalı və oxumalıdır.
4. Azərbaycan türkcəsində səslərin yerdəyişməsi hadisəsi nəticəsində bəzi
sözlər müxtəlif cür yazılır. Məs. topraq, yapraq və s. Bunu torpaq, yarpaq kimi
işlətməli.
5. Dilimizdə “x” ilə bitən sözlər “q”, “k” ilə yazılmalı. Məs. torpaq –
torpağı.
Bən, şimdi, bənimsəmək kimi sözləri ümumi Azərbaycan dilində olan
mən, indi, mənimsəmək - -deyə qəbul etməli və yazmalı.
6. Ədadı vəsfiyyənin sonuncu ədatı ahəngə uyaraq – ıncı4 deyə
bitişməlidir. Məs. ikinci, altıncı və s.
...Bundan sonra 1936 – cı ildə ilk orfoqrafiya qaydaları nəşr edilir. Bu
qaydalar bəzi nöqsanlarına baxmayaraq, 1928 – ci ildə qəbul edilmiş qaydalara
nisbətən irəliyə doğru bir addım idi. 1939 – cu ildə Azərbaycanda kiril əlifbasının
qəbulu ilə əlaqədar olaraq 1940 –cı ildə “Azərbaycan dilinin orfoqrafiyası” adı ilə
üçüncü orfoqrafiya qaydaları meydana çıxdı. 1936 – cı ildən sonra indiki
orfoqrafiya qaydalarının qəbuluna (1958) qədər 6 dəfə dəyişdirilmişdir.
Orfoqrafiyamızın sabitləşməsində prof. M. Hüseynzadənin xidmətlərini
xüsusi qeyd etməliyik.
1955 – ci ildə M. Hüseynzadənin tərtib etdiyi “Azərbaycan dilinin
orfoqrafiya qaydaları” layihəsi elmi ictimaiyyətin müzakirəsinə verilmişdi.
Təxminən ictimaiyyətin üç illik müzakirəsindən sonra həmin layihə əsasında
Azərbaycan SSR Nazirlər Sovetinin 1958 – ci il 24 idyll tarixli 497 nömrəli qərarı
ilə “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edildi. 1959 – cu ildə yenə
Respublika Nazirlər Sovetinin 6 aprel tarixli 268 nömrəli qərarı ilə həmin
orfoqrafiya qaydalarının 8 – ci paraqrafı dəyişdirilmişdir. Bu , M. Hüseynzadənin
dilçiliyimiz qarşısında “Azərbaycan dilçilik elmi”nin xalqımız qarşısında
göstərdiyi xidmətlərin ən böyüyü idi.
Orfoqrafiya qaydalarının nəzəri və təcrübi problemləri ilə daha çox məşğul
olan prof. Ə. Rə Əfəndizadənin də bu sahədəki xidmətlərini xüsusi qeyd etmək
lazımdır. Alimin bu sahəyə həsr etdiyi “Azərbaycan dili orfoqrafiya tədrisinin elmi
əsasları”, “Düzgün yazı təliminin elmi əsasları” əsərləri daha çox diqqəti cəlb edir.
Orfoqrafiya problemlərinə dair A. Axundovun “Dil və mədəniyyət”, A. M.
Qurbanovun “Müasir Azərbaycan dilinin qrafikası və orfoqrafiyası”, Ə. M.
Dəmirçizadənin “Müasir Azərbaycan dili” (fonetika, orfoepiya, orfoqrafiya), N.

12

downloaded from KitabYurdu.org


Abdullayevin “Orfoepiya və orfoqrafiya təlimi məsələləri” adlı monoqrafiya,
dərslik və dərs vəsaitlərini göstərmək olar.
(1992 – ci ildən yenidən latın qrafikası əsasında tərtib olunmuş əlifbaya
keçilmişdir.) "Азярбайъан дилинин oрфографийа лцьяти” 2004 – cü ildə nəşr
edilmişdir.

ORFOEPIYA

Orfoepiya da yunanca olib optho – düzgün, ephos – nitq, danışıq deməkdir.


Orfoqrafiya ilə orfoepiyanın sərhədlərini müəyyənləşdirmək filologiya
elminin ən başlıca vəzifələrindəndir. Yanə danışdığımız kimi yazmalı, və ya
yazdığımız kimi danışmalıyıq. Bunların heç biri mütləq ola bilməz. Çünki
yazdığımız kimi danışsaq, nitqdə bayağılıq olacaq, danışdığımız kimi yazsaq,
yazıda hərc – mərclik olacaq. Ona görə də hər ikisinin tələblərinə əməl etməliyik.
Düzgün ədəbi tələffüz üslubundan danışan müəlliflər müxtəlif üslublar təklif
edirlər. məs. rus dilinin orfoepiyasındakı üslublardan bəhs edənlər: 1) kitab üslubu,
2) danışıq üslubu, 3) sadə nitq üslubu ayırırlar. Kitab üslubuna poetik, akademik
natiqlik üslubunu aid edirlər. Danışıq üslubunu ciddi və sərbəst olaraq 2 qrupa
bölürlər. düzgün ədəbi tələffüz qaydaları 3 mənbədən pozula bilər: 1) şivələr, 2)
yazı, 3) başqa dillər.
1. Şivələr hesabına ədəbi tələffüz normalarının pozulmasına daha çox rast
gəlirik. Ədəbi dilin təsiri nə qədər güclü olsa da, hər yerdə (məişətdən başqa) ədəbi
dil mühiti mövcud olsa da, çox adam dialekt təsirindən qurtara bilmir.
2. Yazı dedikdə düzgün orfoqrafik yazı nəzərdə tuturuq. Yəni orfoqrafiyanın
tələbləri əsasında danışmağı çox adam mədənilik elementi hesab edir.
3. Başqa dillərdən alınmış sözlər adətən dilimizin qanunları əsasında tələffüz
olunur. Bəzən hər hansı bir sözü mənbə dildə olduğu kimi tələffüz etmək hallarına
da rast gəlirik. Belə olduqda dilimizin fonetik- orfoqrafik qnunları pozulmuş olur.
Dilimizin düzgün ədəbi tələffüz qaydalarından Ə. Əfəndizadə, Ə.
Dəmirçizadə, M. Şirəliyev və başqaları bəhs etmişlər. Ə. Dəmirçizadənin
tədqiqatları daha çox diqqəti cəlb edir. Ə. Dəmirçizadə orfoepiya qaydalarının 3
şəraitdə formalaşdığını göstərir.
A. Lüğəvi şərait. Burada söz daxilində səslərin yeri məqamı ilə əlaqədar
düzgün tələffüz olunma qaydalarından bəhs edlir. Burada hər bir səsin söz
daxilində necə tələffüz olunmasını göstərən alim yazır: Azərbaycan dilində olan
saitlər və samitlər sözün başında və sonundaeyni cüfr işlədilmir. – dost – dos,
kommunist – kommunis.
B. Qrafiki şərait. Məliumdur ki, bir sıra idarə və təşkilat adları, dünya
dövlətlərinin (ölkələrin) adları, mürəkkəb adları bütövlükdə vermək
məqsədəuyğun sayılmır. Mürəkkəb adları sadəcə olaraq abreviatura şəklində (baş
hərflərdən ibarət) vermək daha məqsədəuyğundur. Amma abreviatur ların
tələffüzündə çox vaxt təhriflər meydana gəlir.
C.Qrammatik şəraitdə tələffüz. Bu, əsasən, morfemlərin tələffüzünə aiddir.
Köklərə şəkilçilərin birləşməsi zamanı çoxlu təhriflər – fonetik hadisələr meydan

13

downloaded from KitabYurdu.org


çıxır. Buna görə də fonomorfoloji və fono sintaktik hadisə və normalardan bəhs
etmək lazım gəlir.

Lüğəvi şəraitdə tələffüz.


A saiti. Dilimizin tarixində olduğu kimi, müasir dilimizdə də, a saiti
yalnız alınma sözlərdə uzun tələffüz olunur. Müq. et. Alim – alma, Qbil – sancaq.
Bəzi alınama sözlərdə a iki vahiddə tələffüz olunur. Saat, maarif.
Ə saiti. A saitinin incə variantı olan ə saiti də dilimizdə yüksək tezliyə
malik olan səslərdən olub, sözün bütün mövqelərində işlənir. Dilimizin öz
sözlərində ə saiti bütün mövqelərdə adi kəmiyyətdə tələffüz olunur.Əl, təpə, çiçək.
Ərəb və fars dillərindən alınma sözlərdə müəyyən qədər uzun tələffüz
olunur. Məs. Rəna, qəbul, təlim.
I saiti. Bu sait daha çox öz söalərimizdə işlənir. Məlum olduğu üzrə, bu
sait sözün əvvəlində işlənmir. Bu saitin uzanıb qısalma çalarları da başqalarına
nisbətəbn məhduddur. Bəzi sözlərdə hətta o eşidilməz olur. Məs. qıfıl, qızartı.
İ saiti ı saitinin incə variantıdır. İ saiti ı saitinə nisbətən daha çox işlənmə
tezliyinə malikdir. Bu sait dilimizdə hər bir məqamda işlənə bilir. Azərbaycan
dilində köməkçi sözlər olan idi, imiş, ikən, ilə, isə sözlərində i səsi azacıq uzun
tələffüz olunur. Yalnız alınma sözlərdə i saiti uzun tələffüz olunur. Məs. İran,
bixəbər, nizə.
U saiti. Müəyyən mənada uğursuz sait sayıla bilər. Çünki musiqidə onu
uzun tələffüz etmək olmaz, onun içərisində zəngulə vurmaq olmaz. Bu sait
dilimizdə sözün bütün mövqelərində işlənə bilər. məs. uzaq, uşaq, oxu, duru.
Alınma sözlərdə bəzən u saiti uzun tələffüz olunur. Məs: asudə, Füzuli .
Ü saiti. Bu sait səs də dilimizin öz sözlərində bütün məqamlarda işlənir.
Məs: ütü, bütün.
Ü saiti təkcə sual bildirən sözlərdə (suzl ədatı işlənmədikdə) uzanır. Məs:
Sən gördün? Ğzün gördün?
O saiti. Bu sait Azərbaycan sözlərinin ilk hecasında işlənib, sözün
sonunda işlənmir. Məs: odun, oraq, qoçaq, oğlan.
Bəzi şivələrdə o saitindən sonra gələn y, v, n samitləri düşərək diftonq
yaradır. Məs: dovşan, yovşan, qovurma, soyuq. Toyuq.
Alınma sözlərdə (filoloq, texnoloq, geoloq) bir qədər uzun tələffüz
olunur. Başqa hallarda o saiti adi kəmiyyətdə tələffüz olunur.
E saiti dilimizdə çox geniş işlənmə tezliyinə malik deyil. Sözün bütün
mövqelərində işlənir: el, elə, tel.
E saiti alınma sözlərdə bir qədər uzun tələffüz olunur. Bu da keçmiş
apostrof işarəsi ilə yazılan sözlərdə baş verirdi. Məs: edam, elan, istedad.
Avropa mənşəli sözlərdə mənbə dildə olduğu kimi tələffüz etdikdə e
uzanır. Məs: era, etika, epos.
Qey etmək lazımdır ki, dilimizdə iki sait səsin yanaşı gəlməsi dilimizin
fonetik qanununa uyğun deyil. Ona görə də belə hallarda iki saitin arasında bir
samit də tələffüz olunur.
Ai – aid –ayid

14

downloaded from KitabYurdu.org


Ae – aerostat – ayrostat
Ea – reaksiya – reyaksiya

Samitlərin tələffüzü.
Nitq mədəniyyəti baxımından samitlərin də düzgün, orfoepik qaydalara
əməl edərək tələffüz edilməsi böyük əhəmiyyətə malikdir.
B samiti. Bu cingiltili samit Azərbaycan dilində sözün bütün
məqamlarında işlənir. Məsələn,
Sözün əvvəlində: baş, baba, bol, burun, boran.
Sözün ortasında: tabaq, qabaq, səbət, oba, qabıq.
Sözün sonunda: qab, dib, cib, innab, doşab.
Bu samit çoxhecalı sözlərin sonunda karlaşır. Məsələn, kitab, qutab,
məktəb, məktub.
Alınma sözlərin ortasında dominant yarandıqda (yanaşı işləndikdə) birinci
b səsi karlaşır. Məsələn, təkəbbür, təşəbbüs, Cabbar, Abbas.
V samiti. Bu cingiltili samit də sözün əvvəlində, ortasında və axırında
işlənə bilir. Məsələn,
Sözün əvvəlində: ver, var, vur.
Sözün ortasında: suvaq, duvaq, qovar, davar.
Sözün sonunda: ev, sev, div, alov, qaşov.
Alınma sözlərdə kar samitdən əvvəl gəldikdəgeri assimilyasiya
nəticəsində V karlaşır. Məsələn, avtobus, avtomat, avtoritet, Avstraliya, Ovşar,
avtomobil.
Familyaların- soyadların sonunda gələn –ov,-yev şəkilçilərində v samiti
karlaşır. Məsələn, Dadaşov, Quliyev, Rüstəmov, Bağırov.
Q samiti. Q cingiltili samiti də sözün bütün məqamlarında işlənir. Çox
vaxt öz adi məxrəcində tələffüz olunur. Məsələn,
Sözün əvvəlində: qab, qov, qol, quş, qul, qucaq.
Sözün ortasında: Azərbaycan dilinin öz sözlərində q samiti sözün
ortasında az işlənir. Məsələn, qoruqda.
Sözün ortasında qoşa (dominant şəkildə) işləndikdə birinci q karlaşır.
Məsələn, doqquz, doqqaz, saqqız.
Sözün sonunda gələn q samiti karlaşır: dodaq, qonaq, qaymq.
D samiti. Sözün bütün məqamlarında işlənir və çox vaxt adi məxrəcində
tələffüz olunur. Məsələn,
Sözün əvvəlində: daş, diş, dil, dib, don, dar.
Sözün ortasında: odun, dodaq, badya, aydın, qundaq.
Sözün sonunda:Təkhecalı sözlərdə karlaşır. Dörd, kənd.
Çoxhecalı sözlərdə d samiti karlaşaraq t kimi tələffüz olunur. Məsələn,
qanaq, palıd, armud.
Z samiti. Sözün əvvəlində: zəli, zolaq, zoğ, zəng, ziba,Zümrüd.
Sözün ortasında: pozan, qazanc, qəzet, əzələ, qəzəl, gözəl
Sözün sonunda:Təkhecalə sözlərdə saitdən sonra karlaşmır. Naz, qaz, daz,
tez, iz

15

downloaded from KitabYurdu.org


Sözün sonunda:
a) Kar samitdən sonra gəldikdə irəli assimilyasiya nəticəsində karlaşır.
Məsələn, ləfz, məhz.
b) Çoxhecalı sözlərdə sözün sonunda karlaşır. Qorxmaz, dəryaz, kələkbaz,
saqqız, Nərgiz.

G samiti. Bu cingiltili samit də çox vaxt öz adi məxrəcində tələffüz olunur.


Sözün əvvəlində: gavalı, gecə, gec, gen, göz, göy, göl.
Sözün ortasında: çəngəl, xəngəl, güzgü, düzgün.
Sözün ortasında iki saitin arasında gəldikdə y samiti kimi tələffüz
olunur.Məsələn, əyər, məyər, Niyar, iyid.
Sözün sonunda g samiti mütləq karlaşır. Məsələn, qəşəng, tüfəng, zəng,
pələng.
C samiti. C samiti də dilimizdə sözün bütün məqamlarında işlənir.
Sözün əvvəlində: cib, cin, cod, corab, cılız.
Sözün ortasında: aciz, qanacaq, dayanacaq, sancaq, qucaq, bucaq, böcək,
dərəcə.
Sözün sonunda karlaşır: çəkic, dinc.
Dilimizdə sonor samitlər bütün məqamlarda öz adi məxrəcində tələffüz
olunur. Sonorlar: m,n,r.
Bundan əlavə j, ğ, y samitləri də bütün mövqelərdə öz adi məxrəcində
tələffüz olunur.
Kar samitlər.
Cingiltili samitlərdən fərqli olaraq kar samitlərdə karlaşma yoxdur. Onların
müxtəlif çalarlıqlarda tələffüzü də cingiltili samitlərə nisbətən məhduddur.
P samiti. Bu kar samit də müxtəlif mövqelərdə işlənə bilir. Daha çox öz adi
məxrəcində tələffüz olunur.
Sözün başında: papaq, parça.
Sözün ortasında: təpə, qoparmaq, kəpək, kirpi.
Sözün sonunda: sap, top, lap.
Bəzən söz daxilində iki p səsi yanaçı gəldikdə ikinci p cingiltiləşir. Məs:
tappıltı, guppultu, ağappaq.
F samiti. Bu kar samit dilimizdə geniş yayıldığı kimi, sözün hər üç
məqamında işlənir. F samiti çox vaxt adi məxrəcində tələffüz olunur.
Sözün əvvəlində: Fərəməz,Fərhad, fikir, fərq.
Sözün ortasında: dəftər, Cəfər, səfir, tüfəng, Şəfəq.
Sözün sonunda: Şərəf, Sədəf, hədəf.
K samiti. K samiti dilimizdə- öz sözlərimizdə çox məhduddur.
Rus və Avropa sözlərindən k samiti olan sözlər dilimizə keçən ilk mərhələdə
q kimi tələffüz olunur. Məsələn, Kolxoz- qolxoz, kombayn- qombayn, kadr-qadr.
Sonralar bu samit ədəbi dilimizdə sabit tələffüz məxrəci qazandı. Indi heç
kəs knopka əvəzinə qnopka və s. deməz.
T samiti. Bu kar samit dilimizdə çox işlənən səslərdəndir. Sözün bütün
məqamlarında işlənir.

16

downloaded from KitabYurdu.org


Sözün əvvəlində: top, tar, torpaq.
Sözün ortasında: ətək, ata, qatar.
Sözün sonunda: tut, çat, qat.
Sözün ortasında geminat şəklində işləndikdə bu samitin ikincisi bir qədər
cingiltiləşir. Məs: Səttar, müttəhim, əttar.
K samiti. Bu samit səs dilimizdə geniş şəkildə işlənməklə bərabər, daha çox
halda öz məxrəcində tələffüz olunur. Məs:
Sözün əvvəlində: Kərim, kitab, kor.
Sözün ortasında: iki, Şəkil, səki.
Sözün sonunda: tük, yük, tək, tük.
Bu səs sözün ortasında gəldikdə - kar samitdən sonra bir qədər cingiltiləşir.
Məs: Yetkin, küskün, məskun.
K samiti sözün sonunda bəzən y və x ilə sanki əvəz olunur. Məs: yemək,
kəpək, çürük, köpük.
Kar samitlərdən x, h, s, c həmişə eyni məxrəcdə tələffüz olunur. J samiti
haqqında da eyni sözləri demək olar.
Düzgün ədəbi tələffüz normalarının sabitləşməsi də orfoqrafiya qanunları
kimi həm elmi, həm də mədəni məsələdir.Dilin düzgün, sabit ədəbi tələffüz
normalarına əməl edilməsi nitq fəaliyyətinin bütün sahələri üçün lazımdır. Qeyd
etmək lazımdır ki, orfoqrafiya məsələlərindən çox bəhs edilməsinə baxmayaraq,
düzgün ədəbi ədəbi tələffüz məsələlərindən o qədər də geniş bəhs edilməmişdir.
Doğrudur, XIX əsr alim və yazıçılarının bu və ya digər əsərində müəyyən samit
səslərin tələffüzü haqqında bəhs edilmişdir. Amma bütövlükdə ardıcıl şəkildə
orfoepiya problemlərindən Sovet hakimiyyəti illərində bəhs edilmişdir. Hələ 1947
– ci ildə böyük sıhnı xadimi, alim və rejissor Kazım Ziya səhnə sənətinin əsası olan
aktyor tələffüzü haqqında elmi əsər yazmışdı.
Orfoepiya sahəsində Əziz Əfəndizadənin xidmətlərini xüsusi qeyd etmək
lazımdır. O. 1954 – cü ildə namizədlik dissertasiyası kimi müdafiə etdiyi
“Azərbaycan dilinin orfoepiyası” adlı əsərində ilk dəfə olaraq dilimizin ədəbi
tələffüz normalarından sistemli və əhatəli şəkildə bəhs etmişdir.
Göstərmək lazımdır ki, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun
nəşr etdiyi üçcildlik “Müasir Azərbaycan dili” kitabının I cildində də orfoepiya
məsələlərindən bəhs edilmişdir. Bundan əlavə, onlarla məqalədə bu və ya digər
münasibətlə dilimizin ədəbi tələffüz normalarına toxunulmuşdur.

17

downloaded from KitabYurdu.org


2. Orfoepiya, orfoqrafiya, yazı

Tapşırıqlar:

1. Orfoepik normalara əməl edərək, mətni ucadan oxuyun.

Qətran Təbrizi
(1012-1088)

XI əsr saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi Qətran Təbrizidir. O,


Təbriz yaxınlığında doğulmuş, gənc yaşlarında Gəncəyə gələrək, bir müddət
burada Şəddadilər sarayında yaşamışdır. Şair sonradan Təbrizə qayıdaraq,
ömrünün çoxunu Rəvvadilər sarayında keçirmişdir.
O, Şərq şeirinin müxtəlif janrlarında əsərlər yazmışdır. Farsca yazsa da, onun
şeirlərində Azərbaycan düşüncə tərzi, azərbaycanlı ruhu hiss olunur. Şair
əsərlərində Azərbaycan dili sözlərindən də istifadə etmişdir.
Qətran Təbrizi öz dövrünün dünya elm və mədəniyyət xəzinəsinə yaxından bələd
olmuşdur. Ona görə də onun əsərləri yüksək bədii keyfiyyətləri ilə də, tarixi elmi
mahiyyəti ilə də qiymətli sənət nümunələri hesab olunur.
Onun farsca lirik şeirlər toplusu - «Divan»ı və «Əttəfasir» («İzahlar») adlı farsca
izahlı lüğəti vardır. Qətran Təbrizinin şeirlərinin çoxu mədhiyyələrdir. Şairin lirik
şeirlərində məhəbbət və təbiət təsvirləri də geniş yer tutur. Lirik şeirləri qəsidə,
qəzəl və rübai janrlarındadQ.Təbrizi 1088-ci ildə Təbrizdə vəfat etmiş, orada da
dəfn olunmuşdur.

2. Aşağıdakı sözlərdə buraxılmış orfoqrafik səhvləri düzəldin və


orfoqrafik prinsiplər üzrə cədvəldə göstərin.

3. “Elm insanı ucaldır” mövzusunda kiçik bir inşa yazın. Yazarkən


orfoqrafiya qaydalarına, oxuyarkən orfoepiya qaydalarına necə əməl edildiyinə
diqqət edin.

4. Şerdə müasir tələffüzə və orfoqrafiyaya uyğun olmayan sözləri tapıb


dəftərinizə yazın. Şeri əzbərləyin.

18

downloaded from KitabYurdu.org


19

downloaded from KitabYurdu.org


3. Leksikologiya
Plan:
1. Leksikologiyanın şöbələri.
2. Frazeologiya.
3. Leksikoqrafiya.
4. Söz. Onun mahiyyəti.

Ədəbiyyat:
1. S. Cəfərov. Müasir Azərbaycan dili. Leksika. Bakı: Şərq-Qərb, 2007.
2. B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008.
3. Müasir Azərbaycan dili. I I hissə (leksika),Bakı,1982.
4. H.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı,1988.
5. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2009.
6. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2011.

Leksikologiya dilçiliyin əhəmiyyətli sahələrindən biri olub, dilin leksik


tərkibini öyrənir. Mənşəcə yunan sözü olub mənası (lexis – söz, logos – elm). Yəni
söz haqqında elm. Leksikologiya da öz tədqiqat istiqamətinə görə üç qismə
bölünür: 1. Təsviri leksikologiya, 2. Tarixi leksikologiya, 3. Müqayisəli
leksikologiya.
Təsviri leksikologiya – konkret bir dilin və ya dil ailəsinin leksik tərkibini
müasir inkişaf səviyyəsində öyrənir. Təsviri leksikologiyada bu gün dildə işlənən
leksik vahidlərin sistemini, məna qruplarını, dildə işlənmə xüsusiyyətlərini öyrənir.
Tarixi leksikologiya – hər hansı bir dilin və ya geniş mənada dil ailəsinin
leksik sistemini tarixi inkişaf aspektində öyrənir. Bəzən elə hallar olur ki, bir dildə
iki söz müvazi işlənir. tarixi inkişaf nəticəsində bunlardan biri dildən çıxır. (Məs.
arxaikləşən sinonim sözlər).
Dildə hər hansı bir sözün nə vaxt dildə peyda olması və yaxud hər hansı bir
sözün dildən çıxması tarixi leksikologiyanın tədqiqat obyektinə daxildir. Bundan
əlavə, tarixi leksikologiya sözün etmologiyasını da öyrənir. etimologiya iki yerə
bölünür: 1) uydurma, yalançı xalq etmologiyası, 2) elmi etimologiya.
Uydurma – xalq etimologiyası sözün xarici formasına əsaslanır və bu
formanın keçirdiyi tarixi inkişaf və dəyişikliyi nəzərə almır. Məs. rus dilində
Norveqiə - norvexiə.
Azərbaycan dilində kommunist – qəmnist, poliklinika – poliklinka, pasport –
başbilit və s.
Elmi etimologiya isə sözün daxili formasından çıxış edərək, onun keçirdiy
tarixi inkişaf və təkamülü, fonetik dəyişikliyi nəzərə alır. Sözün etimoloji
mənasının müəyyənləşdirilməsində üç cəhətlə rastlaşırıq. 1) söz öz ilkin mənası ilə
əlaqəsini kəsməmişdir; 2) sözün müasir forması ilə ilkin forması arasındakı əlaqə
kəsilmək üzrədir; 3) əlaqə tamam kəsilmişdir.
Birinci vəziyyətdə olan sözlər dildə daha çoxdur. Bunların mənasını
dürüstləşdirmək çox çətindir. Məs.su, çörək, yel, getmək, gəlmək və s. Belə sözlər,

downloaded from KitabYurdu.org


əlbəttə, dildə təsadüfi yaranmamışdır. Bununla belə, onların mənasını axtarmaq
elm üçün o qədər də faydalı deyil.
Ikinci vəziyyətdə - -yəni ilkin məna ilə əlaqəsini itirməkdə olan sözlər
dilçilik üçün daha maraqlıdır. Çünki həmin sözlərin daxili formasından, onların
keçirdiyi tarixi dəyişiklikdən çıxış edərək ilkin mənasını və müasir mənanın
törəmə yuvasını müəyyənləşdirmək olur. Məs. yastıq, dustaq sözlərini götürək. Bu
günkü formada onlarınmənasını müəyyənləşdirmək o qədər də asan deyil.
Dilimizin tarixində s və t səslərinin yerdəyişmə hadisəsini nəzərə aldıqda həmin
sözlərin yatsıq və dutsaq, yəni yatılan yer və tut saxla sözlərindən törədiyini
görərik.
Üçüncü vəziyyətdə olan – yəni ilkin məna və forması ilə əlaqəni tam itirmiş
sözlərin etimoloji mənasını tapmaqda dilçilik tarixi hadisə və rəvayətlərə əsaslanır.
Bəzən hadisə və rəvayət unudulsa da, onunla bağlı ad qalır. Məs. Təvəkkül dərəsi,
Dilbər döngəsi toponimlərində olduğu kimi. Dilbərin igidlik göstərdiyi döngə
onların adı ilə adlanır, neçə əsr keçəndən sonra da həmin toponimlər həmin adı
daşıyır.
Tarixi leksikologiya təsviri leksikologiyanın bir sıra qaranlıq məsələlərini
aydınlaşdırır.
Müqayisəli leksikologiya da tarixi leksikologiya üçün sanki məhək daşı
rolunu oynayır. Müqayisəli leksikologiya qohum dillərin tarixi və təsviri
leksikasını müqayisə edir. Belə ki, hər hansı bir leksemin bir dildə mənasını
müəyyənləşdirmək üçün onun qohum dildəki mənası ilə müqayisə edilir. Belə
müqayisə elmi məqsəd daşıyır. Belə ki, müqayisə nəticəsində məlum olur ki,
qohum dillərin leksik tərkibində tarixi yaxınlıq, eynilik olmuşdur. Zaman keçdikcə,
qohum dillrə arasında diferensial cəhətlər çoxaldıqca, dil vahidləri – o cümlədən də
sözlər arasında mənaca uzaqlaşma baş vermişdir. məs. aşağıdakı sözlərə diqqət
edək:
Azərbaycanca Tatarca
tüstü tütün
yandırmaq yakmaq
gənc - cavan yaş
qoca qarı

LEKSIKOLOGIYANIN ŞÖBƏLƏRI

Leksikologiyanın şöbələri aşağıdakılardır: a) semasiologiya, b)


onomastika, c) frazeologiya, ç) leksikoqrafiya.
Semasiologiya (sema –yunanca məna, işarə loqos – elm deməkdir).sözün
mənası haqqında elmdir. Leksikologiya və semasiologiyanın hər ikisinin vahidi
sözdür. Lakin leksikologiya sözə bir lüğəti vahid kimi yanaşıb, formalarını,
morfem tərkibini öyrənir. Söz yaratma, söz formalarının yaranması, konversiyası,
leksik və qrammatik keyfiyyət alması, avto və monosemantik səviyyələr məhz
leksikologiyada öyrənilir. Lakin sözlər eyni bir formada, eyni leksik qrammatik
2

downloaded from KitabYurdu.org


səviyyədə qalmır. Funksiolnal fəaliyyətlə əlaqədar olaraq onlar yeni məna və məna
çalarlığı (sözlərin üslubi layları) kəsb edir ki, onları leksikologiyanın meyarı ilə
öyrənmək mümükün deyil. Ona görə də sözlərin daxili mahiyyətinə nüfuz edə
bilən bir sahənin – semasiologiyanın meydana gəlməsi lüzumu yaranır. Hətta bəzi
tədqiqat əsərlərində frazeologiyanı da semasiologiyanın bir qolu hesab edirlər.
Leksikologiya ilə semasiologiya arasında qəti sərhəd qoymaq olmaz. Belə
ki, sözlərin bəzi qrupları (tabu, evfemizm, arqo və jarqonlar) hər iki elm sahəsinin
birləşməsini tələb edir. Semasiologiyasözün funksional fəaliyyəti zamanı kəsb
etdiyi mənaları, onun daxili məna və geniş məhiyyət dəyişikliyni öyrənir. bu
səbəbdən də sözlərin məna qrupları, üslubi layları kimi sahələr semasiologiyanın
sahəsinə aiddir.
Onomastika – ingiliscə - onomastica, fransızca - onomatgue, almanca -
onomastik adlanan bu elm sahəsi yunanca – onuma xüsusi ad haqqında elm
deməkdir. Onomastika dedikdə adşünaslıq yada düşür. Belə ki, böyük bir zümrənin
adlar sistemi onomastika üçün əsas obyekt təşkil edir. Məs. antrponimika (şəxs
adları), toponimika (yer adları), oykonimika (şəhər və kənd adları), fitonimika
(bitki adları), kosmonimika (səma cisimlərinin adları), hidronimika (dəniz, çay və
göl adları) və s. onomastikanın daxili şöbələridir.
Şəxs adlarının və familiyaların öyrənilməsi təkcə dilçilk üçün deyil, tarix,
etnoqrafiya, ədəbiyyatşünaslıq və s. üçün də böyük əhəmiyyətə malikdir. Şəxs
adları müəyyən mənada tarxi kataqoriyadır. Yəni hər hansı bir xalqın vəziyyəti,
dünyagörüşü, məişət tərzi və təsərrüfat həyatı və s. şəxs adlarının yaranmasında
xüsusi rol oynayır. Islam dinini qəbul edənə qədər yalnız öz adlarımız – Qazan,
Beyrək, Tural və s. mövcud idi. Islam dinini qəbul etdikdən sonra Allahqulu,
Həsənqulu, Əliverdi, Allahverdi və s. adlar qoyuldu. Qol, verdi və s. hissələr
olmazsa, kimin ixtiyarı vardı uşağını Məhəmməd, Əli, Həsən, Hüseyn adlandırsın?
İslama fanatik münasibət dəyişdikdən sonra hər kəs Məhəmməd, Əli, Həsən,
Hüseyn və s. kimi adlar qoya bildi.
Familiyalar da belədir. Əvvəllər neçə mərhələli olmasına baxmayaraq, hər
kəsin adı, atasının, babasının, böyük babasının adları dəqiq olurdu. XIX əsrin
birinci yarısından sonra rus üsulu ilə “ov”. “yev” şəkilçiləri artırıldı. Bu, çox böyük
qeyri – dəqiqlik yaratdı. Məs. bütöv bir nəsil Məmmədov familiyasını daşıyır.
Kimdir Məmməd? Familiyanı daşıyanların çoxu bunu bulmir və buna heç
əhəmiyyət də vermir. Bu səbəbdən də nəslillərin tarixi itir.
Uşaqlara zövqsüz adlar vermək olmaz. Unutmaq olmaz ki, bu günkü körpə
sabah öz adı ilə cəmiyyət içinə çıxanda utana bilər.
Toponimikanın da əhəmiyyəti böyükdür. Bəllidir ki, yer adları ana dilində
yaranır. Yer adları müxtəlif münasibətlə yaranır. Toponimlər xalqın tarixini
öyrənmək işində çox mühüm mənbə rolu oynayır.

FRAZEOLOGIYA

Frazeologiya termini iki yunan sözünün (frasis-ifadə, logos-elm)


birləşməsindən əmələ gəlib, dildəki sabit birləşmələri əhatə edir. Frazeologiya

downloaded from KitabYurdu.org


geniş mənada iki sahəni əhatə edir: 1) dildəki frazeoloji birləşmələrin məcmusunu;
2) bir birləşmələri öyrənən elm sahəsini.
Dildəki söz birləşmələri müxtəlif xarakterdə olur. Sintaksis bəhsində
görəcəyimiz kimi, sözlər elə üsulla birləşə bilər ki, öz əvvəlki mənasını saxlasın.
Belə birləşmələr nitq prosesində yaranır və həmin sözlər asanlıqla birləşmə
tərkibindən çıxıb başqa sözlərə birləşərək yeni söz birləşməsi yaradır. Belə
birləşmələr nitq vahidi olub, sərbəst birləşmələr adlanır. Frazeoloji birləşmələrdə
isə birləşmənin komponentləri əvvəlki leksik mənasından uzaqlaşmış olur. Sərbəst
söz birləşmələrinə nisbətən sabit söz birləşmələri dildə sonralar yaranır. Bunu
sadəcə belə bir məntiqlə sübut etmək olar ki, sabit birləşmələr sərbəst söz
birləşmələri əsasında yaranır. Doğrudur, bunu inkar edənlər də vardır, amma
frazeoloji birləşməni göydəndüşmə hesab etmək olmaz. Hər hansı bir söz bu və ya
digər əlamətinə görə öz ilkin məna yuvasından uzaqlaşmış səviyyədə başqa bir
sözlə birləşir. Burada xalqın dünyagörüşü, həyat tərzi ilə yanaşı həmin sözün aid
olduğu əşya və anlayışın aparıcı rolu olur. Məsələn, Azərbaycan xalqının
dünyagörüşünə görə, gözəl odur ki, qaşı, gözü qara olsun. Rus xalqında isə sarıya
üstünlük verilir. Bu səbəbdən eyni ekspressiv ifadə zonasında müxtəlif idiomatik
ifadələrdən istifadə edilir: Niyə sənin qaşın qaradır? Почему, ты рыжая что ли?
Yuxarıda dediyimiz kimi, frazeoloji birləşmələr xalqın dünyagörüşündən və
dilin daxili qanunlarından yarandığı üçün nə tərkib hissələrinə ayrılır, nə də başqa
dilə tərcümə edilir.
B.N.Qolovinin sözləri ilə desək, frazeologizmlər danışan tərəfindən
hazırlanmır. Onlar dildə hazır şəkildə mövcuddur. Hamı onlardan hazır şəkildə dil
vahidi kimi istifadə edir.
Sərbəst söz birləşmələrinə nisbətən frazeoloji birləşmələrin öyrənilmə tarixi
o qədər də qədim deyil. Bu günə qədər dünya dilçiləri arasında frazeologiya
haqqında hamının qəbul edə biləcəyi ümumi, konkret bir fikir yoxdur. Dildə hazır
şəkildə mövcud olan bütün söz birləşmələrinin hamısını frazeoloji birləşmə hesab
edənlərlə yanaşı, belə söz birləşmələrinə komponentlərinin parçalanması,
üzvlənməsi mümkün olmayan söz birləşmələrini daxil edənlər də vardır.
Dilçilik tarixində frazeologiyanın tədqiqat tarixi Ferdinand de Sössür və
Ş.Ballidən başlayır. Rus dilçiliyində V.V.Vinoqradov, N.M.Şanski,
O.S.Axmanova; Azərbaycan dilçiliyində H.B.Bayramov, S.Ə.Cəfərov və başqaları
frazeologiya üzərində əhəmiyyətli araşdırma aparmışlar. Indi dilçiliyimizdə
frazeologiyanın bütöv bir sistemi hazırlanmışdır.
Ümumi və xüsusi dilçilik aspektində frazeologiya haqqında kifayət qədər
bəhs edildiyini nəzərə alaraq bu məsələdən geniş bəhs etməyə lüzum görmürük.
Frazeoloji birləşmələrin quruluşu, komponentləri arasındakı münsibətlərdən bəhs
etmək istərdik.
Idiomlar. Belə birləşmələrdə komponentlərin hər ikisi öz müstəqil mənasını
itirir. Belə birləşmələr frazeoloji qovuşma adlanır. Məsələn,
Gözüm su içməyir heç Xuramandan,
Onu başqa ruhda böyütmüş zaman. (S.Vurğun)
O gedən gündən evimizin hər bucağına qəm çilənib. (A.Babayev)

downloaded from KitabYurdu.org


Bu cümlələrdə gözü su içməmək, qəm çiləmək frazeoloji qovuşmadır.
Frazeoloji birlik.Belə birləşmələrdə komponentlərdən birinin mənası hiss
edilir. Məsələn, söz salmaq, gözdən pərdə asmaq, pişiyini ağaca dırmaşdırmaq,
nazını çəkmək və s. Məsələn,
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim,
Aldı fələk əldən onu, yarım yada düşdü. (C.Cabbarlı)
Frazeoloji birləşmə. Frazeoloji birləşmələrdə komponentlərdən biri öz
əvvəlki mənasında işlədilir. Məsalən, qayğı çəkmək, dilə-dişə düşmək, daşa
dönmək və s.
Saqiya, cam tut ol aşiqə kim qayğuludur
Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur. (Füzuli)
Qeyd etmək lazımdır ki, dildə frazeoloji söz birləşmələri olduğu kimi,
frazeoloji cümlələr də olur ki, onları təhlil etmək, cümlə üzvlərinə ayırmaq olmur.
Məsələn: Sənin ağzın nədir, mənim bir sözünü iki eləyəsən və yaxud, Pristavın ağzı
nə idi ki, Nəbinin qabağına ağac tuta.
Bu cümlələri sintaktik cəhətdən təhlil etmək olmaz.

LEKSİKOQRAFİYA.
LÜĞƏTLƏRİN NÖVLƏRİ VƏ TƏRTİBİ PRİNSİPLƏRİ.
Leksikoqrafiya.
Bu termin də yunanca leksis-söz, graphe-yazıram sözlərinin birləşməsindən
ibarət olub, ilkin mərhələdə sözlərin qeydə alınması, dilin leksik tərkibinin təsviri
mənasında işlənmiş, zaman keçdikcə adamların bu məsələyə münasibəti dəyişmiş,
genişlənmiş və dərinləşmişdir. Bunun nəticəsində də bu günkü lüğətçilik anlayışı
meydana gəlmişdir. Dildəki sözlərin bu və ya digər xarakterinə görə qeydə almaq
dilçilik tarixində lüğətlərin və bu sahədə müəyyən peşənin meydana gəlməsinə
səbəb olmuşdur. VII əsrdə ərəb alimi Əbül Əsvadın Əli İbn Talibin tələbi ilə
Quranın sinonimləri lüğətini tərtib etməsi, XI əsrdə görkəmli leksikoqraf alim
Mahmud Kaşğarinin “Divani-lüğəti-it-türk” adlı üçcildlik lüğət tərtib etməsi bu
işin başlanğıcını qoymuşdur.
Ispan alimi Kasares leksikoqrafiyanı elmdən çox sənət hesab edir. Çünki
leksikoqraf dərin elmi mühakimələr, axtarışlar qarşısında dayanmaqdan daha çox
vahid prinsip üzrə material toplayır. Kasareslə tam razılaşmaq olmaz. Çünki
lüğətlərin elə növləri vardır ki, nəinki bir, hətta bütün elmlər orada əhatə
olunmalıdır. Məsələn, izahlı və ensiklopedik lüğətlərdə bütün elmi terminlər izah
edilməlidir.
Tərcümə və izahlı lüğətlər iki hissədən ibarətdir. Birinci hissə sözlük, ikinci
hissə məqalə adlanır. Bəzi lüğətlərdə (orfoqrafiya, tezlik və s.) isə yalnız birinci
hissə olur.
Lüğətlərin növləri.
Bütün lüğətlər linqvistik və ensiklopedikolaraq 2 qrupa bölünür.
Lüğətlərin aşağıdakı növləri vardır:

downloaded from KitabYurdu.org


1) Tərcümə lüğətləri. bu lüğətlər iki və daha çoxdilli olur. Məsələn: “ Rusca-
azərbaycanca lüğət”, “Azərbaycanca-rusca lüğət” (ikidilli), “Farsca-rusca-
azərbaycanca lüğət” (üçdilli), V.V.Radlovun “Opıt slovarya tyurkskix
nareçiy” adlı lüğəti və s.
2) Orfoqrafik lüğətlər. Bu və ya digər dildəki bütün sözlərin məcmusunu
göstərən və onların düzgün yazılma əsaslarını verən lüğətlər. Məsələn,
“ Azərbaycan dilinin orfoqrafiya lüğəti”.
3) Dialektoloji lüğətlər. Bu və ya digər dialektdə işlədilən və ya bir dilin
dialektlərində işlədilən dialekt sözlərinin təsviri. Bunlar ədəbi dildəki
ekvivalenti və ya izahı ilə verilir. Məsələn, “ Azərbaycan dilinin dialektoloji
lüğəti”.
4) Terminoloji lüğətlər. Hər bir elmin öz terminlər sistemi vardır ki, bunların
mənasını izah edən lüğətlərə terminoloji lüğətlər deyilir. Məsələn,
“Ədəbiyyatşünaslıq terminləri lüğəti”, “Dilçilik terminləri lüğəti”.
5) İzahlı lüğətlər. İzahlı lüğətlər, əsasən, birdilli olur, bir dildə işlədilən söz və
sabit söz birləşmələrini izah edir. Məsələn, “Azərbaycan dilinin izahlı
lüğəti” və s.
6) Etimoloji lüğətlər. Adından göründüyü kimi, belə lüöətlər dildə işlənən
etimonların ilkin- həqiqi mənasını öyrənən lüğətlərdir.Belə lüğətlər bir, iki
və ya çoxdilli ola bilər. Məsələn, “Türk dillərinin etimoloji lüğəti”,
“Kartavel dillərinin etimoloji lüğəti” və s.
7) Ensiklopedik lüğətlər. Bu, lüğətlərin ən mükəmməl növüdür. Ensiklopedik
lüğətlər formasına görə izahlı lüğətlər fərqlənmir.Amma məzmununa, əhatə
dairəsinə görə öz mükəmməlliyi ilə izahlı lüğətlərdən seçilir. Ensiklopedik
lüğətlər xalqın elmi və mədəni inkişafının nəticəsində meydana gəlir.Əgər
başqa lüğətləri bir nəfər tərtib edə bilirsə, ensiklopedik lüğətləri böyük bir
qrup tərtib edir. Çünki burada bütün elm və sənət sahələrinə, terminlərə,
toponimik və antroponimik adlara aid dürüst məlumat vermək lazım gəlir.
Buna görə də belə lüğətlərin tərtibi bir nəfərin imkanı xaricindədir.
Bunlardan başqa, tezlik, omonim, antonim, sinonim, tarixi və s. lüğət növləri
də vardır.

Lüğətlərin tərtibi prinsipi.


Tətbiqi dilçiliyin xüsusi sahəsi kimi, lüğətçilik üzrə bütün dünya dilçi-
leksikoqraflarının əməl etdiyi xüsusi prinsiplər sistemi hazırlanmışdır. Bütün
lüğətlərin tərtibində baş prinsip- əlifba prinsipidir. Bu prinsip lüğətdən istifadə
məsələsini asanlaşdırır. İkinci prinsip izahedici lüğətlərin məqalə hissəsinə aiddir.
Burada çoxmənalı sözlərin izahı verilərkən lüğəvi məna yuvasına yaxınlıq əsas
götürülüb, sözlər izah edilir.

downloaded from KitabYurdu.org


SÖZ. MAHİYYƏTİ. ŞAİR VƏ MÜTƏFƏKKİRLƏRİN SÖZ-KƏLAM-DİL
HAQQINDA MÜLAHİZƏLƏRİ.
Söz dilin semantik yarusunun əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi,
ifadəçisidir. Dilin əsas funksiyalarından biri olan nominativ funksiya məhz sözlər
əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr
dilidir. Dil sözlər dilidir. Söz olmasa, obyektiv gerçəklikdəki əşyaları və insan
şüurundakı anlayışları adlandırmaq olmaz. Dildəki sözlərin mexaniki çoxluğu dilin
inkişafından xəbər verir. Dilin inkişaf dərəcəsi onun qrammatik quruluşu ilə deyil,
leksik tərkibinin zənginliyi ilə ölçülür. Sözü çox olan xalqın (dilin) təfəkkürü
zəngin olur.
Sözsüz dilin nə leksik-semantik, nə də sintaktik-qrammatik səviyyəsi olardı.
Cümlədə əsas məna yükü sözün üzərinə düşür. Habelə semantik sahədə söz
ətrafında yaranır. Sözün ümumi dil strukturunda yeri o dərəcədə əhəmiyyətlidir ki,
qrammatik məna daşıyıcıları olan bütün vasitələr məhz sözlə münasibətə girdikdən
sonra ünsiyyət elementinə çevrilir. Istər köməkçi nitq hissələri, istərsə də başqa
qrammatik əlaqə vasitələri (artikllar, prefikslər, infikslər və s.) sözlər vasitəsilə və
onlarla əlaqədə reallaşır. Dildə söz qədər çoxfunksiyalı, geniş imkanlı vahid
yoxdur. Məsələn, sakit sözünü götürük.
Sakit dərs danışır cümləsində isim, sakit uşaq adamı yormur cümləsində
sifət, sakitlik sözündə struktur ünsür, sakit- vəziyyətində isə bir cümlədir. Dildəki
sözlər belə elastik xüsusiyyətə malik olmasaydı, nə üslublardan, nə üslubi
laylardan, nə də çoxmənalılıqdan danışmaq olardı.
Sözün tərifi haqqında. Məntiqdən məlumdur ki, tərif təriflənənin əsas
əlamətlərini. Ketfiyyətlərini. Daxili məzmununu, funksional xarakterini əhatə
etməlidir. Sözün çoxcəhətliliyi belə bir tərifi verməyə mane olur.
Alimlər çox vaxt sözün müəyyən bir cəhətini əsas götürüb ona tərif
vermişlər. belə bir tərif sözə başqa mövqedən yanaşanları qane etmir.
N. Məmmədov və A. Axundovun “Dilçiliyə giriş” adlı dərsliyində sözə belə
bir tərif verilir: “Sözün müəyyən səs tərkibindən ibarət olması, müəyyən kollektiv
üzvləri tərəfindən anlaşılması, qrammatik cəhətdən formalaşaraq dilin leksik vahidi
olmasından ibarətdir”.1
Bu tərifi qeydsiz – şərtsiz qəbul etmək olmaz. Çünki bu kollektivin
anlamadığı söz, başqa kollektiv üçün anlaşıqlı ola bilər.
Sözə müxtəlif mövqedən yanaşdıqda ona müxtəlif təriflər vermək
mümkündür. Əgər sözə məntiqi – semantik mövqedən yanaşsaq, ona məfhum
işarəsi kimi baxaraq belə bir təriflə razılaşmaq olar:” Əşya və hadisələrin insan
şüurunda ümumiləşmiş inikasına məfhum deyilir. Məfhumların adlarına isə söz
deyilir.” Bu tərif də sözün ümumi cəhətlərini əks etdirmir. Çünki bir çox sözlər
(əvəzliklər, saylar, köməkçi nitq hissələri) məfhum işarəsi ola bilmir.
Fonetik mövqedən yanaşaraq sözü səs kompleksi kimi də qəbul etmək
düzgün olmazdı. Çünki çoxlu morfemlər, artikllər vardır ki, səs kompleksi olub
məna ifadə etmir. Rus alimlərindən V.V.Vinoqradov, Q.S.Axmanova, B. N.
Qolovin və Y.M. Qalkina – Fedoruk və s. sözə müxtəlif təriflər vermişlər. B. N.
1
N. Məmmədov və A. Axundov. “Dilçiliyə giriş” Bakı, 1966, səh. 167.
7

downloaded from KitabYurdu.org


Qolovin sözə belə bir tərif verir:”Söz dilin fikir ifadə etmək üçün nitqdə sərbəst
işlənən ən kiçik mənalı vahididir”.
Bu tərifi də qeydsiz – şərtsiz qəbul etmək çətindir. Çünki burada da sözün
anlayış ifadə etmək kimi əsas cəhəti əks olunmur. Y.M. Qalkina – Fedoruk B. N.
Qolovinə nisübətən bir addım irəli getmişdir. Y.M. Qalkina – Fedorukun tərifinə
nəzər salaq: “Söz tarixən birləşmiş insan kollektivi tərəfindən eyni cür başa
düşülən və varlığın ayrı – ayrı hissələrini bidirən, qrammatik cəhətdən formalaşmış
nitq vahididir”1
Əslində bu tərifi də tam hesab etmək olmaz. Çünki sabit söz birləşmələri də
həmin keyfiyyətləri daşıyır. Bunula belə, bu tərif sözün ictimai xarakterini əks
etdirdiyinə görə müəyyən mənada məqbul hesab edilə bilər. Prof. Z. Verdiyeva, F.
Ağayeva və M. Adilov da həmin tərifi məqbul sayırlar.
Sözün əksər əlamətlərini əks etdirə bilən belə bir tərif də etiraz
doğurardı:”Müəyyən səs konpleksindən ibarət olub, müstəqil lüğıvi məna daşıyıb
anlayış ifadə edən leksik vahidə söz deyilir”.
Sözün mənası dedikdə onun məntiqi – semantik mahiyyəti nəzərdə tutulur.
“Məna” anlayışı ilə sözün mənası anlayışlarını eyniləşdirmək olmaz. Məna insan
şüurunda bu və ya digər şeyin, hadisənin qiymətləndirilməsi, onun haqqında bilik,
anlayış əks etdirilməsidir. Bu geniş fəlsəfi anlayış insan təfəkkürünün bütün
sahələrini əhatə edir. Çünki mənasız nə şüur, nə təfəkkür, nə də dil elementi ola
bilərdi. Insan təfəkkürünün məntiqi – semantik mənalar sistemi geniş və
mürəkkəbdir. Dil və onun qanunları, daxili qrammatik quruluşdan doğan
funksional fəaliyyət prosesində reallaşan qrammatik mənalar da mürəkkəb və
çoxşaxəlidir. Məntiqi – qrammatik təfəkkürlə dildəki qrammatika arasında üzvi
yaxınlıq vardır. Əks təqdirdə dildəki qrammatik məmalar reallaşa bilməz və
dinləyicidə müəyyən fikir yarada bilməz. Dinləyəndə danışanı bir fikir ətrafında
yaxınlaşdırıb birləşdirən məhz mənadır. Məntiqi – semantik məna ona görə geniş
hesab edilir ki, insan təfəkküründə mücərrəd cəhətlər daha genişdir. Bəzən bir
qrammatik mənanın dinləyicidə başqa bir fikir oyatması da buradan irəli gəlir, yəni
danışanın gerçəklikdəki əşya və hadisələrə müraciəti ilə dinləyənin münasibəti
arasında fərq olur. Bu zaman onların arasında kommunikasiya olmur. Bu çox
mürəkkəb problemdir.
Məs. “qıpqırmızı” anlayışını biz haradan götürmüşük? Əlbəttə, qırmızı
haqqında anlayışımız olmazsa, onun şiddətləndirilməsi də olmazdı. Söhbət
“qıpqırmızı” olna əşyadan getdikdə qırmızı sıfır anlayışı kimi mütləq xatirimizdə
canlanmışdır.

Şair və mütəfəkkirlərin söz-kəlam-dil haqqında mülahizələri.


Əlbəttə, şair və mütəfəkkirlər dilin struktur elementləri haqqında fikir
söyləmirlər. Aim və şairlər dilin fəlsəfi – sosial – ekstralinqvistik problemləri
haqqında müəyyən fikir söyləyirlər. Bütün şair və mütəfəkkirləri dil– kəlam – söz
məsələsi ətrafında belə bir ümumi cəhət birləşdirir ki, onların hamısı sözə qiymət
vermək, az danışmaq, yersiz söz deməmək məsələsindən bəhs edir. Məsələn:
1
Головин Б. Н. «Введение в языкознание» M., 1977, стр. 69
8

downloaded from KitabYurdu.org


9

downloaded from KitabYurdu.org


10

downloaded from KitabYurdu.org


11

downloaded from KitabYurdu.org


12

downloaded from KitabYurdu.org


13

downloaded from KitabYurdu.org


14

downloaded from KitabYurdu.org


Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyata keçid olduğu üçün, şair və
mütəfəkkirlərin di haqqındakı fikirləri də əsil dilçiliyin yaranması üçün bir bünövrə
rolunu oynayır. Şair və mütəfəkkirlərimizin dil haqqındakı mülahizələri müəyyən
sistem təşkil edir. Bu sistemləri aşağıdakı kimi ümumiləşdirmək olar:
1) Sözün qüdrəti haqqında:
2) Dil və təfəkkür məsələsi:
3) Sözü az işlətmək – qənaət etmək, çox danışmamaq haqqında:
4) Sözün yoxdan var olması:
5) Ana dili məsələsi:
6) Sözü canlı – insan vücudu ilə bərabər tutmaq, insanlığın ən ümdə əlaməti
hesab etmək.

15

downloaded from KitabYurdu.org


3. Leksikologiya

Tapşırıqlar:

1. Şair və mütəfəkkirlərin söz-kəlam-dil haqqinda mülahizələrini öyrənin.

2. Verilmiş frazeoloji birləşmələrə aid sinonim sözlər tapıb birlikdə yazın.

Ağız açmaq, özünü çəkmək, başa düşmək, qulaq asmaq, bel bağlamaq, əldən
düşmək, quyruq bulamaq, gözdən pərdə asmaq, ağızdan-ağıza düşmək,
qulaqardına vurmaq.
Nümunə: quyruq bulamaq - yaltaqlanmaq.

3. Bir neçə frazeoloji birləşmə söyləyin.

16

downloaded from KitabYurdu.org


4. Azərbaycan dilinin aktiv və passivliyə, mənşəyinə, işlənmə dairəsinə
görə leksikası və sözlərin semantik strukturu.

Plan:

1. Lüğət fondu və lüğət tərkibi.


2. Azərbaycan dilinin aktiv və passivliyə görə lüğət tərkibi.
3. Mənşəyə görə lüğət tərkibi.
4. İşlənmə dairəsinə görə leksikası.
5. Lüğət tərkibindəki sözlərin məna qrupları.
6. Lüğət tərkibindəki sözlərin üslubi layları.
7. Ümumişlək sözlər.

Ədəbiyyat:

1. S. Cəfərov. Müasir Azərbaycan dili. Leksika. Bakı: Şərq-Qərb, 2007.


2. B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008.
3. Müasir Azərbaycan dili. I I hissə (leksika),Bakı,1982.
4. H.Həsənov. Müasir Azərbaycan dilinin leksikası. Bakı,1988.
5. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2009.
6. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2011.

ARXAİZMLƏR

Tarixi inkişaf nəticəsində insanın sosial həyatında, məişətində,


təsərrüfatında, dünyagörüşündə dəyişiklik davam edir, yeni-yeni anlayışlar
meydana gəlir. Bu proses elə həmin sferalarda bəzi anlayışların (habelə onların
adlarının ), bəzi əşyaların (onların adlarının) köhnəlib dildən çıxmasına səbəb olur.
Müəyyən mənada demək olar ki, dildən çıxan sözlər dilin arxivinə, lüğət tərkibinin
qeyri-işlək sferasına keçir. Arxaik sözlərə belə bir tərif vermək olar: müəyyən
səbəb nəticəsində köhnələrək dildən çıxan sözlərə arxaik sözlər deyilir.
Dildə sözlər birdən-birə arxaikləşmir, müəyyən müddət dildə onu əvəz
edən sözlə bəzən müvazi işlənir. məsələn, səs-ün, xəstə-saynı, sağ-əsən və s. kimi
sözlər XVI əsr Azərbaycan dilində müvazi işlənmiş, sonra ün öz yerini “səs”ə,
sayru “xəstə”yə, əsən “sağ”a vermişdir. Məsələn,
Can olmaz isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana. (Xətai)
Bəzən dilin öz sözünü alınma sözlər dildən çıxarır. Məsələn, “su”
Azərbaycan dilinin öz sözü olduğu halda ərəb sözü tərəf bunu dilimizdən
çıxarmışdır. Belə ki, XVI əsrdə fəal surətdə Azərbaycan dilində işlənən su sözünü
tərəf sözü əvəz etmişdir.
Sular axadır çəməndə hər su,
Nərkiz gülünün gözündə uyğu. (Xətai)

downloaded from KitabYurdu.org


Eyni sözü “us” ağıl sözləri haqqında da demək olar. Məsələn,
Usum yeridi, bulandı beynim,
Öz yolunu görməz oldu eynim. (Xətai)
Arxaikləşmiş sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:
a) Fellərin arxaikləşməsi: ayıtmaq (demək), irişmək (yetmək), ağırlamaq
(adını anmaq). Məsələn:
Dəli ozan aydır:
And içəyim bu köz boğaz qısrağa bildikim yoq. (D.Q.)
b) Müxtəlif səbəbdən arxaikləşən sözlər: duş-yuxu, çağ-vaxt, suç-günah
və s. Məsələn,
Düşdə gördü dün Xətan, yar olubdur həmdəmi,
Ya duşumdur, ya xəyalım, bu nə halətdir mana. (Xətai)
Köhnələrək dildən çıxan sözlərin bir qrupunu da tarixmlər təşkil edir.
Bunlar müəyyən tarixi hadisə, köhnə ictimai-siyasi qurumun məişət həyatı,
təsərrüfat fəaliyyəti və s. ilə bağlı olaraq köhnəlib dildən çıxan əşyaların adlarıdır:
Məsələn,
a) Köhnə ictimai münasibətlər ilə bağlı olan arxaizmlər: bəy, xan, barin,
nökər və s. Məsələn,
Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa və qonaqların
hamısı qaçdılar akoşqaların qabağına. (C.Məmmədquluzadə)
b) Köhnə idarə üsulu ilə bağlı olan arxaizmlər: qorodovoy, polis, pristav,
yasovul, qlava, katda və s. Məsələn:
Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul
və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmir.
(C.Məmmədquluzadə)
c) Köhnə çəki və ölçü adları bildirən arxaizmlər: girvənkə, arşın, qulac
və s. Məsələn,
Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran
gətirsin. (C.Məmmədquluzadə)
ç) Köhnə geyim adları bildirən arxaizmlər: çuxa, oba, qoba, tuman,
arxalıq, çəpkən, çadra, çarşab, rübənd və s. Məsələn,
Köhnə qara laskirddən arxalıq gen və uzun olmaq cəhətə həmçinin özgə
arxalığa oxşayırdı. (C.Məmmədquluzadə)
d) Köhnə silah adları bildirən arxaizmlər: ox, kaman, nizə, kürz, qılınc,
əmud. Məsələn,
Dəli Həsən ilə Koroğlu dava eləyəsi oldular, qılınclarını çəkib bir-birinə
hücum etdilər. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar, əmuddan murad
hasil olmadı, nizəyə əl uzatdılar. (Koroğlu)
e) Köhnə ticarət sistemi ilə bağlı arxaizmlər: baqqal, tacir, sövdəgər və s.
Məsələn:
Ay nənə bir qırmızı saqqal kişi,
Ağzı dualı qoca baqqal kişi. (Sabir)
Dilin lüğət tərkində daim dəyişmə və inkişaf etmə prosesi gedir.

downloaded from KitabYurdu.org


NEOLOGIZMLƏR

Neo – yeni, logos – söz deməkdir. Neologizmlər yeni yaranmış sözlərə


deyilir.
Həyat durmadan dəyişir, yeniləşir, yeni – yeni anlayışlar meydan gəlir.
həmin anlayışları adlandırmaq üçün yeni sözlərin dildə yaranması da təbii haldır.
Neologizmləri iki qrupa bölmək olar:
a) Dilin öz materialı əsasında yaranan yeni sözlər. belə sözlər müstəqim və
kalka olaraq iki qrupa bölünür. Məs. əyləc, toxtac, önləmək vəs. dilimizin öz
materialı əsasında yaranmışdır. Amma bu sözlərin tormoz (saxlayan), önləmək
(qabaqlamaq) əsasında yaranmadığını demək olmaz. Belə sözlər dilimizdə çoxdur:
açıqlamaq (şərh etmək), yelçəkər (skvoznyak), soyuducu (xolodilnik). Belə sözlər
kalka üsulu ilə yaranmış yeni sözlərdir. Bundan əlavə, bəzən dildə olan bir çox
əcnəbi sözlər dilin öz materialı əsasında düzəldilmiş, düşünülüb tapılmış sözlərlə
əvəz etmə də yeni sözlər yaranmasına səbəb olur. Məs. soyad – familiya, olay –
hadisə, güvənc – fəxr etmə və s. belə sözləri dildə yaratmağın müsbət və mənfi
cəhətləri vardır. Yaxşı cəhət ondan ibarətdir ki, dil doğmalaşır, öz soy kökünə daha
möhkəm bağlanır. Çatışmayan cəhət odur ki, xalq illərdən bəri adət etdiyi sözü
unuda bilmir. Bundan əlavə yeni yaranmış söz dilin qrammatik quruluşuna çətin
daxil olur. Bəzən isim və fel düzəldən şəkilçilərin artırıldığı sözü hansı nitq
hissəsinə aid etmək çətin olur. Məs. yuyum (moyka) sözünün isim fə ya fel
olduğunu fərqləndirmək çətin olur. Ona görə də yeni söz yaradılması prosesində
ehtiyatlı olmaq lazımdır. 30 – cu illərdə Azərbaycanda belə bir hərəkat başlamışdı
Zəncir– düzgü, pəncərə -görük astronomiya – göybil və s.
b) Dildə yeni yaranan sözlərin bir qrupu da başqa dillərdən keçən sözlərdir.
Belə sözlər,” adətən dilin daha çox təmasda olduğu dildən keçir”. Vaxtilə
fransızlarla ingilislərin sıx əlaqəsi oldiğundan çoxlu fransız mənşəli söz ingilis
dilinə keçmişdir. Avropada fransız və alman dilləri mötəbər hesab edildiyindən
XIX əsr Rusiyasında hamı bu dilə meyl göstərmişdir. Buna görə də həmin
dillərdən rus dilinə çoxlu sözlər keçmişdir.
XIX əsrə qədər Azərbaycan dilinə külli miqdarda ərəb və fars sözləri
keçmişdir. Rusiyanın tərkibinə keçdikdən sonra Azərbaycan dilinin Şimal qolu
Cənubdan fərqlənməyə başlamışdır. Rus dilindən və bu dil vasitəsilə Avropa
dillərindən sözlər dilimizə axın təşkil eimişdir.
20 – ci illərdə isə bu axın daha da güclənmiş, dilimizdə Avropa mənşəli
leksikonun çəkisini artırmışdı.
Neologizmlər dilə keçəndə ilk mərhələdə gəldiyi dilin fonetik tərkibinə
uyğun şəkildə, əslində olduğundan fərqli şəkildə işlədilir. Sonralar həmin sözlər ya
dildən çıxır, ya da əslində yaxın şəkildə dildə vətəndaşlıq qazanır.

LÜĞƏT FONDU VƏ LÜĞƏT TƏRKIBI

downloaded from KitabYurdu.org


Lüğət tərkibi nədir? Dildə olan bütün sözlərin və sabit birləşmələrin
məcmuyuna lüğət tərkibi deyilir. Hər hansı bir dildə danışanların hamısının
mənasını bildiyi və bilmədiyi sözlər və sabit söz birləşmələri həmin dilin lüğət
tərkibini təşkil edir. Dildəki bütün sözlərin etimoloji mənasını bilmək mümkün
deyil. Dilin lüğət tərkibində sözlərin sayının çox olması həmin xalqın təfəkkürünün
zənginliyindən xəbər verir. Lüğət tərkibinin zənginliyi həmin dilin inkişafını
şərtləndirir. Dilin inkişafını onun qrammatik quruluşunda deyil, məhz lüğət
tərkibində axtarmaq lazımdır. Belə ki, cəmi 100 – 200 sözə malik olan dillər
vardır ki, qrammatik quruluşa malik olsalar belə, həmin dillərə inkişaf etmiş demək
olmaz.
Dilin lüğət tərkibində elə bir sfera vardır ki, oradakı sözlərin mənasını hamı
bilir və gündəlik həyatda onları işlədir. Leksikonun bu sferası lüğət fondu adlanır.
Bu fond dilin lüğət tərkibinin bir hissəsidir. Bəzən belə hesab edirlər ki, dilin əsas
lüğət fondu həmin dilin yalnız öz sözlərindən ibarət olur. Bəzən isə sözlərin
sözdüzəldici şəkilçilər qəbul etməsini lüğət fonduna keçid üçün şərt hesab edirlər.
Bu mənada A.A.Reformatskinin fikri daha dəqiq və elmidir. O, göstərir ki, dilin
lüğət fonduna keçən sözlər üç əsas cavab verməlidir: kimə? hansı şəraitdə?nə
vaxt? Yəni, kimə? - hamıya, harada? – hər yerdə, nə vaxt?- hər vaxt.
Aydın olan sözlər dilin lüğət fonduna daxil olur. Dilin lüğət fonduna həmin
dilin öz sözləri və özününküləşmiş sözlər daxildir. Hər hansı bir dildə danışanların
hamısı tərəfindən hər yerdə, hər vaxt anlaşılan sözlər sferinə lüğət fondu deyilir.
Lüğət fondu ilə lüğət tərkibi arasında fərqlər:
1. Lüğət fondu lüğət tərkibinin işərisində işlənir. daha doğrusu onun tərkib
hissəsidir.
2. Lüğət tərkibi ilə lüğət fondu arasında ziddiyyət yox, qarşılıqlı əlaqə
vardır. Yəni onlar bir – birini zənginləşdirir.
3. Dilin lüğət tərkibi daha sürətlə dəyişdiyi halda, lüğət fondu ləng dəyişib
müəyyən mənada sabit olur.
4. Dilin lüğət fondu qohum dillərin lüğət fonduna daha yaxın olur. Çünki
buradakı sözlər əsrlərlə dilin lüğət fondunda işlənmiş başqa sözlə, ümumi bir
mənbədən törəmişdir.
5. Alinma sözlər ilk dəfə lüğət tərkibinə daxil olur.

Dilin lüğət tərkibinin zəmginləşməsinin mənbələri və yolları.


Lüğət tərkibinin zənginləşməsi üçün iki əsas baza – mənbə mövcuddur:
1. Dilin öz milli bazası – lüğət fondu; 2. Başqa dillər.
Dilin öz milli bazası – lüğət fondu hesabına lüğət tərkibinin
zənginləşməsi daha mütərəqqi haldır. Belə ki, elmi, ədəbi – bədii dil və
ümumiyyətlə, milli ədəbi dilin bütün üslubi sahələri milli mənbə hesabına
zənginləşdikdə daha anlaşıqlı və ifadəli olur.
Dilin milli bazası hesabına lüğət tərkibi aşağıdakı yollarla zənginləşir.
1. Leksik yolla. Bu üsulla zənginləşmə prosesində dilin öz və
özününküləşmiş sözləri hazır şəkildə lüğət tərkibinə keçir.

downloaded from KitabYurdu.org


2. Morfoloji yolla. Bu yolla sözlər müxtəlif sözdüzəldici şəkilçilər qəbul
edərək yeni sözlər yaradır. Beləliklə, şəkilçi artırmaqla dilin öz sözləri hesabına
yeni sözlər lüğət tərkibini zənginləşdirir. Məs. beynəlmiləlçi, qabaqcıl .
Azərbaycan dilinin məhsuldar şəkilçiləri yeni söz yaradılmasında fəal iştirak
edir. Bu, hər şeydən əvvəl, dilimizin iltisaqilik xüsusiyyətindən irəli gəlir.
a) –çı4 – şəkilçiləri, əsasən, qoşulduğu sözdən peşə, sənət, ixtisas sahibi
anlayışı yaradır. Məs. çörəkçi, qapıçı.
b) – ıcı4 - şəkilçiləri, əsasən, feldən isim düzəldir. Məs. göstərici, qoruyucu,
üzücü və s.
c) – inc4- şəkilçiləri fellərdən sifət, bəzən də isim düzəldir. Məs.qorxunc .
ç) - cıl4 - şəkilçiləri müxtəlif nitq hissələrindən sifət yaradır. Nəs. kefcil, işcil.
d) – lıq4- şəkilçiləri dilimizin ən qədim və məhsuldar şəkilçiləri hesab edilir.
Bu şəkilçilərin işlənmə diapazonu çox genişdir.
e) – lı4 - şəkilçiləri müsbət anlayış ifadə edən sifətlər (- sız şəkilçisinin əksi)
və isimlər yaradır. Məs. sulu, ağıllı, başlı və s.
ə) - sız4 şəkilçiləri dörd cür yazılan –lı şəliçisinin əksinə olaraq hər hansı bir
əşyada bu və ya digər əlamətin olmadığını bildirir.
f) - ış4 şəkilçiləri fel köklərinə artırılaraq isim yaradır. Məs. gülüş, dönüş və
s.
g) – laş2 şəkilçiləri isim, sifət və saylara artırılaraq düzəltmə fel əmələ gətirir.
Məs. birləş, yaxşılaş və s.
3. Sintaktik yolla. Bu üsulla dilin öz sözləri və özününküləşmiş sözləri
birləşərək bir anlayış ifadə edir. Məs. seçki qabağı, bayram sayağı və s.
4. Kalka yolu ilə. Buna vaxtilə basmaqəlib üsulu deyirdilər. burada anlayış
gəlmə, söz milli olur. Məs. udarnik – zərbəçi, xolodilnik – soyuducu.

Başqa dillərdən alınma sözlər.


Müasir dövrdə elə bir dil yoxdur ki, onun lüğət tərkibi yalnız öz sözlərindən
ibarət olsun. Əgər belə bir dil olarsa. Deməli, o, inkişaf etməmişdir. Başqa dildən
sözalmanın iki üsulu vardır:
Birinci üsul. Alınma – vasitəsiz keçmə. Alınma sözlər bir dildən başqa
birisinə üçüncü dilin iştirakı olmadan keçir. Belə sözlər az təhrif olunmuş
olur.
1. Rus dilindən alınma sözlər: traktor, samovar
2. Fars dilindən: şəkər, kandar, dilbər, xətkeş, sənətkar.
3. Ərəb dilindən fars dilinə, fars dilindən də Azərbaycan dilinə keçən sözlər:
zülmkar, cəfakeş, saatsaz vəs.
Başqa dildən sözalmanın ikinci üsulu – üçüncü dilin vasitəsilə sözlərin
keçməsidir. Belə sözlərə qısaca olaraq gəlmə sözlər demək olar. Çünki onlar bir
dildən başqasına keçib, sonra üçüncü dilə keçir. Bu mənada Azərbaycan dilinin
gəlmə sözlər hesabına zənginləşməsində rus dilinin böyük rolu olmuşdur. Avropa
mənşəli sözlər:
a) Alman sözləri: şlaqen – vurmaq, baum – ağac (şlaqbaum), soldat, ştat və s.
b) Ingilis sözləri: vağzal, mitinq, folklor və s.

downloaded from KitabYurdu.org


c) Fransız sözləri: loja, adres, büro, püre, milyon.
ç) Latın sözləri: proses, radio, respublika və s.
d) Yunan mənşəli sözlər: dialekt, aqronom, omonim, sinonim, antonim, monument
və s.
e) İtalyan sözləri: opera, ariya, duet, solo, pianino və s.
Sözlərin keçməsindən bəhs edərkən bəzən onların uzun marşrut üzrə hərəkət
etdiyinin şahidi oluruq. Məs. Azərbaycan dilinə rus dili vasitəsilə keçmiş olan
sarafan sözü fars mənşəlidir. Fars dilində bu söz sər (baş) – pa (ayaq) – başdan
ayağa geyilən paltar mənasındadır. Bu söz fransız dilinə keçmiş, f samiti p ilə əvəz
edilmiş, oradan rus dilinə keçmiş, sonra sarafan şəklində Azərbaycan dilinə
gəlmişdir.
Eyni sözü ərəb mənşəli çamadan, protokol, alkoqol və s. sözlər haqqında da
demək olar.
Sözalma kortəbii olmamalı, elmi prinsipə əsaslanmalıdır. Əgər söz zərurət
nəticəsində keçərsə, onda dili zənginləşdirir. Əgər biz maşın sözünü almaqla
dilimizi zənginləşdiririksə, xleb (çörək), voda (su) və s. sözləri alıb işlətsək,
dilimizi zibilləmiş olarıq. Çünki həmin sözlərin ekvivalenti dilimizdə vardır.
N.Nərimanov dilə söz gətirərkən ehtiyatlı olmağı, lüzumsuz yerə sözləri
tərcümə etməməyi tələb edirdi. Məs. liberal, teatr, fanatik, despotizm sözlərini
tərcümə etməməyi tələb edirdi. Böyük ədib bəzi Avropa mənşəli sözləri tərcümə
edərək dilimizi bayağılaşdıranlara qarşı amansız mövqe tutur.

DILIN LÜĞƏT TƏRKIBINDƏKI SÖZLƏRIN MƏNA QRUPLARI.

Dilin lüğət tərkibində çoxlu sözlər mövcud olur. Onlara müxtəlif


mövqelərdən yanaşaraq qruplaşdırmaq, tədqiq etmək mümkündür. Belə üsullardan
biri də sözlərin forma və məzmununu nəzərə alaraq onların çoxcəhətli və
mürəkkəb olduğu kimi, sözlər də çoxcəhətli, çoxaspektlidir. Göstərmək lazımdır
ki, sözlər dildə işləndikcə xalqın təfəkkür tərzi, məişət və təsrrüfat həyatı ilə bağlı
olaraq ilkin mənanı genişləndirir, yeni – yeni məna çalarlığı alır, müxtəlif mənalda
işlədilir, öz formasını dəyişir və s. bu proses dildə həmişə davam etdiyindən
sözlərin forma və məna münasibətləri də dəyişir. Buna görə də dildə mənaların
şaxələnməsi, köçürülməsi, müxtəlif istiqamətlərdə dəyişməsi baş verir. Beləliklə,
bəzən söz öz ilkin lüğəvi mənasından uzaqlaşır, yeni – yeni mənalar kəsb edir. Bu
prosesin tədqiqi leksikologiya və semasiologiyanınbirgə fəaliyyətini tələb edir. Bu,
xüsusilə çoxmənalılıqda lazımdır.

Çoxmənalılıq.
Sözün çoxmənalılığı və ya polisemiya dildəki bu və ya digər leksik vahidin
ilkin mənadan başqa yeni mənalarda işlənməsini öyrənir. (poli – yunanca çox,
sema – məna, işarə deməkdir). Sözlərin bir əşyadan başqasına köçürülmısi, bir
əşyanın əlamətinin, ya onun bir cəhətinin adlanması çoxmənalılığı şərtləndirir. Çox
vaxt köçürmə üslubi, habelə bədii – üslubi mahiyyət daşıyır.
Dildə çoxmənalılığın yaranması bir neçə səbəbdən ola bilər.

downloaded from KitabYurdu.org


Metafora.
Funksional çoxmənalılıq. Sözlər aid olduğu əşyanın əsas funksiyasına görə
başqa əşyalara köçürülür, funksional köçürmədə əşyanın xarici forması deyil, onun
daxili məzmunu – vəzifəsi əsas rol oynayır. Məs. ayaq sözü insan və ya başqa
canlıların dayanmasını, ayaqüstü durmasını təmin edən bədən hissəsidir. Ayaq
sözünün bir neçə işlənmə məqaməna nəzər salaq:
Çətin məqam mənasında: dar ayaq
Yerin, zəminin ayağı, musiqidə muğam ayağı:
Sürət mənasında: Uşaq ayağı ilə yol getsən, axşama mənzilə çatarsan.
Son, vaxt mənasında: O, sözünün nə başını bilir, nə də ayağını.
Miqdar mənasında: beş ayaq gedib –gəlmək.
Çoxmənalılıq müxtəlif funksihyalarla əlaqədar olaraq genişlənə və
təkrarlana bilər. vəzifə oxşarlığına görə keçən sözlə, elə məcazlana bilər ki, hətta
onun ilkin mənası ilə əlaqəsi zəifləyər. məs. dayı ananın qardaşı mənasında indi də
dilimizdə işlənir. Amma onun yeni mənası –( hami) meydana gəlmişdir.
Metaforalar çoxmənalılığın əlamət üzrə də keçməsidir ki, burada həm
konkret, həm də mücərrəd anlayışlar, yeni mənalar alır. Mücərrəd anlayışlar
əsasında da sözlər metafora təşkil edir.
Forma oxşarlığına görə, yəni xarici əlamətlərinə görə sözlərin keçməsi. Bu
üsulla yaranan çoxmənalılıq daha geniş yayılmışdır. Çünki burada həcm, xarici
şəkil, rəng və s. kimi əlamətlər metafora yaradılmasında xüsusi rol oynayır. Məs.
topa – toplanmış mənasında həm pambıq, həm də bulud ilə əlaqədardır. Hətta
insan topası da işlədilir. Göz -insanın gözü, bulağın gözü, evin gözü.
Səslənməyə görə sözlərin keçməsi: külək ulayır, qurd ulayır. Metaforaların
bir növü də hərflərin məlandırılmasıdır. Ərəb əlifbasında hər bir hərfin öz yeri və
mənası vardır. Geniş mənada hürufilik təriqətinin özü hərflərin məzmun və
mahiyyətindən istifadə etmək nəticəsində yaranmışdır. Ərəb hərflərinin əbcəd
hesabında öz sabit yeri vardır. Məs.
Əlif qəddim dönübdür
Qımindən dalə sənsiz.

Rəqəm metaforaları. Bütün dünya xalqlarında rəqəmlərə məna verilmişdir.


Bu. Şərq xalqlarına da aiddir. Bir, iki, üç, beş, yeddi, qırx, yüz və s. rəqəmlər
müqəddəsdir. Bu, xüsusilə klassik ədəbiyyatımızda geniş yayılmışdır.
Metonimiya.
Metoforalar sözlərin oxşarlığına görə keçməsi idisə, metonimiya sözlərin
əlaqə üzrə keçməsidir. (meta – dəyişmə, nim – ad). Metonimlər aşağıdakı kimi
təsnif etmək olar: a) məkana görə adın köçürülməsi; b) zamana görə adın
köçürülməsi; c) müəllif - əsər köçürülməsi; ç) canlı – məkan köçürülməsi (forma –
mündəricə); d) maddi əsas görə köçürmə.
Məkana görə köçürmə. Əsasən, məkanla bağlı olanlara məkanın adının
verilməsi əsasında olur. Məs. Auditoriya sakit idi. Bütün şəhər meydana axışırdı.
Zamana görə adın keçməsi. Zaman anlayışı bildirən sözlər mənaca
genişlənərək başqa adlara keçə bildiyi kimi, müstəqil şəkildə də işlənərək yeni

downloaded from KitabYurdu.org


məna kəsb edir. Məs. gün, həftə, ay, il və s. zaman anlayışı ifadə edən sözlərdir. Bu
sözlər müxtəlif məqamlarda işlənərək yeni mənalar kəsb edir. Məs. Sən gedəndən
sonra nə gecəm gecədir, nə gündüzüm gündüz.
Müəllif - əsər münasibəti əsasında adın köçürülməsi. Müəlliflə əsərin yerini
dəyişmək və ya bunsuz müəllifi əsər əvəzinə işlətməklə metonim yaranır. Məs.
Sabiri əzbər bilməyən və sevməyən yoxdur.
Canlı ilə onun əlaqədar olduğu məkanın əsasında yaranan metonimlər. Hər
hansı bir müəssisənin kollektivi əvəzinə müəssisənin özünün adı işlənirsə, onda
metonimlər yaranır. Məs. Bakı Dövlət Universiteti tələbə qəbulu elan edir.
Aydındır ki, tələbə qəbulu elan edən təşkilat deyil, onunla əlaqədar olan
admlardır.
Sinekdoxa.
Dildə bəzən bir şey haqqında danışarkən onun bütövün deyil, bir hissəsinin
adını deməklə təsəvvür yaranır. Bəzən tam hissəsini işlətdikdə cümlə üslubi –
ekspressivlik cəhətdən daha effektli olur. Məs.Ağa, axı buğdaya səkkiz göz baxır!
Burada göz bədənin bir hissəsi kimi çıxış etmir. Öz funksiyası ilə yanaşı adam
mənasını da ifadə edir. Cümləni “Buğdaya dörd adam baxır!” kimi işlətsək,
əvvələn rəqəmin təsiri azalacaq, ikinci “göz baxır” ilə “adam baxır” ifadələri
arasındakı məna effektliyi göz qabağındadır. Sonekdoxanın müəyyən növləri
vardır:
Hərfi sinekdoxa. Bir sözü bildirmək üçün onun bir hərfini göstərmək və
bununla da fikri ifadə etmək mümkündür. Məs. “T” şəhəri, adı “Ş” hərfi ilə
başlanan şəhərə və s.
Tamın – bütövün bir issəsi. Tam – bütöv mənası bildirən bir əşyadan bir
hissə həmin tamı əhatə etmir, əksinə, ondan müəyyən qədər götürüldüyünü bildirir.
Məs. Dərmandan bir qaşıq ağzıma qoyanda ağzım, sonra boğazım, axırda qarnım
hamısı odlaşdı. (Ə.H.)
Sinekdoxanın başqa bir növü bir neçə hissənin ifadə etdiyi mənanı bir
bütövlə ifadə etməsidir. Məs. Təəccüblü burası idi ki, burnuma plov iyi gəldi,
yəqin etdim ki, cəhənnəmdə hamıdan çox yananlar plovyeyənlərdir. (Ə.H.)
Plovyeyənlər sözü ilə müəllif varlıları, xalqın qanını soranları və s. nəzərdə
tutur.
Omonimlər.
Bu termin iki yunan sözünün (homos – eyni, onuma - ad) birləşməsindən
əmələ gəlmişdir.
Omonimlərin aşağıdakı növləri vardır:
1. Leksik omonimlər.
2. Omofonlar (fonetik omonimlər).
3. Omoqraflar (qrafiki omonimlər).
Leksik omonimlər. belə omonimlər heç bir qrammatik əlamət qəbul
etmədən, heç bir fonetik dəyişikliyə uğramadan omonim məna ifadə edirlər. kök
(ağac kökü) – kök (adam).
Konversiya əsasında düzələn omonimlər də bu qəbildəndir. Konversiya
müxtəlif nitq hissələrinə aid olan sözlərin eyni səs tərkibi ilə (adla) ifadə

downloaded from KitabYurdu.org


edilməsidir. Məsələn, at (fel) –at (isim), tut (fel) – tut (meyvə, isim) və s. Rus
dilində stolovaə (isim) – stolovaə lojka (sifət), metr (100 sm), metr (stixotvornıy
razmer).
Bəzən sözlər öz etimoloji mənalardan da uzaqlaşaraq omonimlik əmələ
gətirirlər. Rus dilində italyan dilindən götürülmüş banda sözü “banditlər yığımı”
kimi mənalandırılır.
Sonralar italyan musiqiçilərinin jarqonu kimi rus dilinə keçmiş banda sözü
səhnədə çalan “nəfəsli orkestr” anlayışını ifadə edir. Aydındır ki, səhnədə,
orkestrdə banditlər deyil, bandistlər çalır.
Omofonlar. Omonimlərin bir növü də omofonlardır. Omofonlar yalnız
səslənməyə görə eyni olur. Onların yazılışı müxtəlif olur. Omofonlar çox vaxt nitq
prosesində səslərin təhrifi ilə əlaqədar yaranır. Məsələn, külək qapını aşdı (açdı),
oğlan dağı aşdı. Saşdı (sancdı)-saşdı (ağrıdı).
Omofonlara hər bir dilin dialektlərində daha çox rast gəlmək olur. Çünki
ədəbi dilə nisbətən dialektlərdə nitq prosesində daha çox səs təhrifləri baş verir.
Məsələn, qaşdı (qaçdı) – qaşdı (qaşlı) və s.
Bəzən poeziyada sözlər ritm və qafiyə xatirinə omofon şəklinə salınır. Bu
həm fonetik-üslubu, həm də semantik-məntiqi cəhətdən fikri qüvvətləndirir.
Məsələn,
Ələsgər də sözün deməz tərsinə
Tərs gəzən dünyada düşər tərsinə
Tər sinəyə qismət olsun tərsinə
Qoy söykənsin narın üzə narın üz.
Buradakı tərsinə sözləri cinasdır. Tərsinə sözünü bir vurğu altında işlətməklə
(fonetik vasitə) – omofon yaranmışdır.
Omoqraflar. Omoqraf – qrafiki omonim deməkdir. Burada sözlərin yazılışı
eyni olub, səslənməsi müxtəlif olur. Məsələn, gəlin (isim) – gəlin (fel), qazma
(alət, zirzəmi) – qazma (fel), açar (isim) – açar (fel).
Omoformlar da dildə geniş yayılmışdır. Müxtəlif nitq hissələrinə aid sözlər,
hər hansı bir morfoloji əlamət qəbul edərək başqasının eyni qrafiki şəklinə düşür.
Bunun nəticəsində də omoqraflar yaranır. Məsələn,
Əzizinəm göy bağlar,
Göy bağçalar, göy bağlar,
Gözəldə nə qaydadır,
Ağ buxağa göy bağlar.
Buradakı bağlar ismi bağlayar (felin müzare gələcəyi üçüncü şəxs tək) feli
ilə omoform əmələ gətirmişdir.
Çoxmənalılıq ilə omonimliyi eyniləşdirmək olmaz. Doğrudur, həm
omonimlik, həm də çoxmənalılıq eyni dil materialı əsasında müxtəlif təfəkkür
elementlərinin işarəsidir, yəni eyni səs kompleksi – söz müxtəlif mənaları ifadə
edir. Yeri gəlmişkən, göstərmək lazımdır ki, əgər sinonimlər dildə mənanı daha
dəqiq ifadə etmək üçün işlədərək dil üçün müsbət hal kimi qiymətləndirilirsə,
omonimlər dilin söz kasıblığını göstərir. Omonimlərlə çoxmənalı sözlər arasında
aşağıdakı fərqlər vardır:

downloaded from KitabYurdu.org


a) Çoxmənalı sözlər eyni məfhumun və ya anlayışın işarəsidirsə, omonimlər
müxtəlif məfhumun eyni işarəsidir. Məsələn, baş müəllim, baş həkim, baş
redaktor, dəstə başı, həkim başı və s. Buradakı baş sözləri demək olar ki,
eyni anlayışı bildirir. Qaz (təsirsiz qaz) – qaz (quş). Bu sözlər isə tam
müstəqil anlayışların eyni səs tərkibi ilə ifadəsidir.
b) Çoxmənalılıqda sözlər biri digərini yada salır, yəni yaxın olur.
Omonimlərdə isə bu cəhət yoxdur.
c) Əgər sözlərin sinonimləri bir-birinə yaxın deyilsə, deməli, onlar
çoxmənalı deyil, omonimdir. Məsələn, dağ-təpə, dağ-isti.
d) Sözlərin antonimi yaxın deyilsə, çoxmənalılıq yox, omonimdir. Məsələn,
ağ-qara, ağ (böyük mənasında) – kiçik.
Dilimizdə ağ eləmək, ağ yalan danışmaq indi də böyük mənasında
işlənməkdədir.
Kiçik və qara sözləri yaxın mənalı olmadığından ağ sözləri omonimdir.

Sinonimlər.
Sinonim – yunanca – eyni adlanma deməkdir. Dildə sinonimlərin əhəmiyyəti
böyükdür. Məlumdur ki, anlayışlar müxtəlif məna çalarlarına malik ola bilir. Belə
məna çalarlıqlarını sinonimlərlə daha dəqiq ifadə etmək, həm fikrin reallaşması,
həm də mənanın başqasına çatdırılması cəhətdən böyük əhəmiyyət kəsb edir.
Bəzən məntiqə əsaslanaraq, sinonimlərə belə bir tərif verilir ki, mənaca eyni,
şəkildə müxtəlif olan sözlərə sinonimlər deyilir. Bu fikir yanlışdır. Eyni məzmuna
malik olan iki dil vahidi dildə yaşamaz. Eyni mahiyyətli nə fomen, nə leksem ola
bilər. belə vahidlər dildə olmuşdur. Bu ən əvvəl xalq dilinin formalaşdığı ilkin
mərhələdə ola bilər. Çünki xalq dilini əmələ gətirən tayfa dil elementləri
ümumixalq dilinə keçərkən ya bir-birinin eyni olmamalı, ya da bir-birini inkar
etməlidir. Belə ki, bir tayfa əyləş, bir tayfa otur, bir tayfa qaxıl, bir tayfa şöngü,
başqa birisi çaxıl və s. şəkildə eyni anlayışı ifadə edir. Xalq dilinə keçərkən
bunların hər biri öz yerini ona görə tuta bilir ki, eyni məzmun və mənaya malik
deyildir. Əgər oturmaq ilə qaxılmaq eyni mənaya malik olsaydı, biri digərini inkar
edərdi. Yəni dildə biri qalardı. Onların hər ikisinin dildə yaşamasının səbəbi budur
ki, eyni mənanı müxtəlif üslubi çalarlıqda ifadə edirlər.
Sürü əvəzinə - xızan, xıl, umman (Sabirabad)
Birinci söz ədəbi dilimizdə, qarşılığındakı sözlər isə dialektlərdə eyni
mənada işlədilir. Əlbəttə, bunları sinonim hesab etmək olmaz. Çünki birinci (ədəbi
dildəki sözlər) dialektlərdə işlənən həmin sözləri dildən çıxaracaq.

Leksik sinonimlər.
Yalnız bir sözdən ibarət olan sinonimlərə leksik sinonimlər deyilir. Leksik
sinonimlər isimlərlə, sifətlərlə, qeyri-müəyyən saylarla, fellələ ifadə edilə bilər.
a) Isimlərlə:
Bir çürük qoz Qasıma düşməyəcək Ağdaşdan,
Itirib yol, izi getmiş bütün əhli başdan.
Qaralıb qəlbləri, qanqaradır qart daşdan

10

downloaded from KitabYurdu.org


Ayılıbdır oranın milləti, qurbanın olum. (Vahid)
Göstərmək lazımdır ki, ismi sinonimlər də başqa sinonimlər kimi həmişə
biri-digərini əvəz edə bilmir. Məsələn, ürək, könül, qəlb, dil (farsca) bir-birini
həmişə əvəz edə bilməz. Fizioloji üzvdən söhbət gedəndə ürək, poetik konteksdə
isə könül, qəlb işlənməlidir. Məsələn, könlüm ağrayır demək olmaz.
b) Sifətlərlə:
Böyük, yekə, iri, nəhəng, zırpı, zırhov, zorba, yekəpər sözlərinin hər biri öz
üslubi məqamında işlənir. Bu sözlərin işlədilməsindən asılı olaraq müəllifin
obyektə qarşı modal subyektiv münasibəti aydınlaşır. Məsələn,
Bir zorba qazan, əlli kilo vəzni qazanın,
Çıxsa rəməzan, canı çıxar molla Zamanın. (Vahid)
c) Saylarla: belə sinonimlər, əsasən, qyri – müəyyən saylardan əmələ gəlir.
Məs. Mən meşədə xeyli ağac qırmışam
İstəmişəm, əyməyə, sındırmışam.
ç) Fellərlə:
Feli sinonimlər bir hərəkətin müxtəlif məna çalarlarını göstərir. Məs. qaçmaq
– yüyürmək, uçurmaq – yıxmaq.

Üslubi və ya sintaktik sinonimlər.


Leksik sinonimlərə nisbətən sintaktik – sinonimlik yaranması üçün daha
geniş imkan vardır. Çünki sintaktik ifadəlilik və semantik məna sahəsi imkan verir
ki, hər hansı bir fikir şəraitindən, üslubi münasibətindən, subyektiv mövqedən asılı
olaraq müxtəlif formalarda ifadə edilsin. Burada poetik təşbehlərin, bədii
priyomların da böyük rolu vardır. Məs. hər hansı bir şeyin, məs., alovun göyə
yüksəlməsini dirəyə bənzətməklə bədii ədəbiyyatda üslubi sinonimlik yaranır.
Sintaktik sinonimlərdə bütün cümlə sinonim məqamında işlənir. məs. O,
mənim qardaşımı öldürmüşdü, mən də onun ağzını torpağa qadadım. (S. Rəhimov)

Dubletlər.
Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz.
Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyidir. Məlumdur ki,
bəzi terminlər bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub cüt, qoşa
deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir. Məna və səs təşkili etibarilə
yaxın, mənşə və anlayış etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Dilçilikdə dubletlərin bir neçə növü qeyd olunur.
1. Etimoloji dublet. Mənşəcə bir anlayışı ifadə edən müxtəlif dillərin təsirinə
məruz qalmış sözlər. məs. köşk sözü dilimizə fars dilindən keçmişdir. Bu söz rus
dilinə keçərək kiosk şəklini almışdır. Bu sözlərin hər ikisi Azərbaycan dilində
işlənərək biri digərinin dubleti olur.
2. Variant dubletlər (Dublet forması). Belə dubletlər fonetik, morfoloji və
sintaktik olur.
a) fonetik səviyyədə: məs. döy – döyülü – dögül – degil – dəyil – döyir.
b) leksik səviyyədə: məs. hasar – barı aş – plov.
c) morfoloji səviyyədə: məs. nainsaf – insafsız, ədəbiyyatşünas - ədəbiyyatçı.

11

downloaded from KitabYurdu.org


ç) sintaktik səviyyədə: sözlərin cümlədəki mövqeyindən və ya sintaktik
funksiyasından asılı olaraq yaranmış variantlar. Məs. ki sintaktik vəzifəsinə görə
həm bağlayıcı, həm də ədat ola bilər.
3. Eyni elmi anlayışı ifadə edən terminlərdən biri. Məs. dilçilik –
linqvistika, dilşünas – dilçi, mənzərə - peyzaj, surət – obraz.

Antonimlər.
Antonim əks ad (anti – onuma) deməkdir. Insan təfəkküründə əks anlayışlar
olduğu kimi, dildə də əkslikləri ifadə etmək üçün sözlər olmalıdır. Antonimliklə
inkarlığı eyniləşdirmək olmaz. Məs. yaxşıdır – yaxşı deyil, getmək - getməmək
əks məna bildirsə də onları antonim hesab etmək olmaz. Çünki antonim əks adla
(iki sözlə) ifadə edildiyi halda, inkarlıq bir (eyni) sözün müxtəlif formada
işlədilməsidir.
Antonimlər leksik və kontekstual olaraq iki qrupa bölünür. Leksik antonimlər
daha geniş yayılmışdır. Məs. cənnət – cəhənnəm, keçmiş – gələcək və s.
Kontekstual antonimlər. Kontekstual antonimlər yalnız mətn daxilində
antonim funksiyasında çıxış edir. Yəni belə sözlər müəyyən mətn içərisində qarşı –
qarşıya qoyulmuş vəziyyətdə antonim olur. Məs. Damarımızdakı qandır, su deyil!
(Mayakovski).
Dildə əks anlayışları ifadə edən çoxlu morfemlər vardır. Bu morfem və ön
qoşmalar əks qrammatik məna bildirsələr də antonim deyil.
Antonimlər nitq hissələri ilə ifadəsinə görə ismi və feli olaraq iki qrupa
bölünür. Feli antonimlər yalnız feli sifət və feli bağlamalardan ibarət olur.
a) Isimlərlə ifadə olunan antonimlər: baş – ayaq, qış – bahar.
b) Sifətlərlə ifadə olunan antonimlər: yaxşı – pis.
c) Saylarla ifadə olunan antonimlər: sayla rkonkret miqdar bildirdiyi və
çoxmənalılıq ifadə edə bilmədiyi üçün antonimlik yaratmaq imkanı zəifdir. Belə
ki, konkret rəqəmləri qarşı – qarşıya qoymaq olmaz. Hətta bir sayı ki, çox
məqamlarda işlədilə bilir, onu yalnız min sayına qarşı qoymaq olar. Məs. Min
deyirəm, bir eşitmirsən.
Qeyri – müəyyən saylarda isə məhdud dairədə az – çox sayları antonimlik
yaradır.
ç) zərflərlə ifadə edilən antonimlik. Zaman zərfləri daha çox antonimlik yarada
bilir. Məs. gec – tez. Yer zərfləri: yuxarı – aşağı
d) feli antonimlər dildə geniş yayılmışdır. Məs. ağlamaq – gülmək, yatmaq –
durmaq, atmaq – tutmaq, gedən – gələn.

LÜĞƏT TƏRKIBINDƏKI SÖZLƏRIN ÜSLUBI LAYLARI.

Dilin lüğət tərkibindəki sözlər heç bir məna köçürməsi olmadan üslubi
ifadəliliyinə görə laylara bölünür. Laylaşmanın ən yüksək pilləsini poetik lay təşkil
edir. Poetizmlər adi danışıqda işlənmir. Yalnız şeir, sənət üslubunda həmin
sözlərdən istifadə edilir. Hətta “sevmək” sözü poetik laya aid olduğu üçün
“istəmək” sözü ilə əvəz edilərək danışıqda işlədilir. Eşq, aşiq, canan, dilbər vəs.

12

downloaded from KitabYurdu.org


kimi sözlər poetizmlərdir. Poetik üslubu şərtləndirən cəhətlər içərisində poetizmlər
vəzn və qafiyədən daha vacibdir. Hər cür vəzn və qafiyə poetik szölərsiz poeziya
yarada bilməz.
Terminlər.
Terminlər yalnız dilin lüğət tərkibində olub, fonda çox nadir hallarda keçir.
Terminləri adi ümumişlək sözlərdən fərqləndirmək lazındır. Əvvələn, terminlərin
işlənmə dairəsi çox məhduddur. Onlar yalnız elmin bu və ya digər dar çərçivəsində
işlədilir. Hər bir elmin öz terminləri olmalıdır. Bu terminləri yalnız həmin elm
sahəsi ilə bağlı olan adamlatr başa düşür.
Terminləri adi sözlərdən fərqləndirən xüsusiyyətlərdən biri də onların
funksiyasıdır. Reprezentativ funksiya terminlərin əsas funksiyasıdır. Bu funksia
tələb edir ki, terminlər aid olduğu əşyanı dəqiq, birmənalı və müstəqil şəkildə ifadə
etsin. Buna görə də terminlərdə çoxmənalılığa yol vermək olmaz. Onların
köçürmə, üslubi mənaları da ola bilməz.
Bəzi terminləırdə ortaqlıq ola bilər. Yəni eyni termindən iki və hada çox
elm istifadə edə bilər. məs. akkumulyasiya, tembr, tezlik, amplituda və s. həm
fizikanın, həm də dilçiliyin işlətdiyi terminlərdir. Ortaq terminlər elmlərin bir-biri
ilə əlaqələnməsi nəticəsində meydana gəlir. Buna görə də dilçilikdə
ədəbiyyatşünaslığın, tarixin, məntiqin, fəlsəfənin, riyaziyyatın, tibbin və s. elmlərin
işlətdiyi terminlərə rast gəlirik. Bu elmlərin işlətdiyi terminləri dilçilik əslində
olduğu şəkildə və həmin funksiyaya yuğun işlədir.
Bəzən isə termin öz mənası ilə əlaqədar olaraq, iki elm üçün ortaq şəkildə
işlənir. məs. qoşma həm dilçilikdə, həm də ədəbiyyatşünaslıqda işlədilir.
Hər bir dilin terminlər sisteminin (terminologiyasının) yaradılması böyük
əhəmiyyətə malikdir. Hər bir dildə termin yaratmanın iki bazası vardır. Bu
mənbələrin birinin naqis cəhəti digərinin üstün cəhətidir və əksinə. Əgər bir dilin
terminoloji sistemini yaratmaq üçün yalnız lüğət fondundan istifadə edilirsə,
birinci, lüğət fondunda elmi anlayışları ifadə etmək üçün sözlər azlıq edər və ya
tapılmaz, ikinci, milli elm dünya elmi standartları səviyyəsindən aşağı düşər.
Əgər standart – alınma beynəlxalq terminlərdən istifadə edib, ana dili
materialına məhəl qoymasan, onda elmi dil elə ağırlaşar ki, başa düşmək çətin olar.
Ona görə də hər iki bazadan düşüncəli şəkildə istifadə etmək lazımdır.
Terminlərdə bəzən sinonimliyə yol verilir. Bu da milli ilə beynəlmiləlin
yanaşı işlənməsi nəticəsində baş verir.məs. dilçilikdə: səs düşümü – eliziya və s.

ÜMUMIŞLƏK SÖZLƏR.

Lüğət tərkibində ən geniş sahəni ümumişlək sözlər tutur. Ümumişlək sözlər,


əsasən, lüğət fondundan keçmiş sözlər olub hamı tərəfindən başa düşülür və
işlədilir. Belə sözlərdə ekspressivlik nisbətən az olur. Hətta yalnız belə sözləır
əsasında şeir də yazmaq olmaz, ümumişlək sözlər nominativ mənada işlədilir.
Laikn bu, heç də o demək deyidir ki, ümumişlək leksika poeziyada və ya nəsrdə
iştirak etmir. Əslində bütün fikirlər belə sözlər əsasında formalaşır. Poetizmlər və

13

downloaded from KitabYurdu.org


bzşqa üslubi layın vahidləri fikrin poetik, ədəbi – elmi, vulqar və s. üslubi niyyətini
reallaşdırır.
Tabu.
Tabu – Polineziya sözüdür, “qadağan” deməkdir. Bu və ya digər sözün
tələffüz edilməsi qadağan edildikdə həmin hadisə dilçilikdə tabu adlanır. Tabu
qadağan edilmiş sözlərdir. Bəzən bunu qeyri – senzor sözlərlə də eyniləşdirirlər.
Dildə elə səviyyə vardır ki, orada heç bir tabu yoxdur. Yəni hər cür sözlər işlədilir.
Bu, hətta vulqar sözlərə də aiddir. Tabu cəmiyyətdə geniş yayılmış hadisədir.
Müasir dövrdə hüquqi tabu artıq konkret məna daşıyır. Məs. dövlət əleyhinə,
dövlət başçısı əleyhinə və müəyyən sirləri danışmaq olmaz. hərbi sirlər də hüquqi
tabu hesab edilir. Hərbi hissələrin nömrəsini, yerini bildirmək qadağandır. Bina
görə də “N” hərfi ilə hərbi hissəyə işarə edilir.
Əxlaqi tabu. Əxlaqi tabunun hərəkət və ünsiyyət prosesindəki təzahür
formaları vardır. Əxlaqi tabunun hərəkət forması əsasən hüquqi, etnoqrafik
tabularla əlaqədardır. Ünsiyyət forması isə daha çox dildə təzahür edir. Məs. əxlaq
normalarına görə heç kəs uzaq məsafədən durub qadın adını ucadan
çağırmamalıdır.
Vulqarizmlər.
Vulqar sözlər ədəbi dildə geniş şəkildə işlənmir. ədəbsiz sözlər bəzən söyüş
və qarğışları əhatə edir. Vulqar sözlər tabunun bir növüdür. Vulqar sözlər dilin ən
aşağı üslubi layını təşkil edir. Əgər poetizmlər nitqi gözəlləşdirirsə, vulqar sözlər
nitqi mənasızlığa düşürür, zibilləyir. Qeyd etmək lazımdır ki, vulqar sözlər
poetizmlərdən daha təsirlidir. Çünki insana tərifdən daha çox söyüş və ya ədəbsiz
söz təsir edir. Vulqar sözlər dildə ağızdan –ağıza keçərək yaşayır. Əslində onlar
lüğətlərdə verilmir.
Ədəbi dildə vulqar sözlərin mənaca məqbul görüləni, müəllifin dilində
deyil, bədii surətin daxili aləmini açmaq üçün işlədilir. Yazıda vulqar sözləri
işlətməmək üçün bəzən üç nöqtədən istifadə edirlər.
Evfemizmlər.
Evfemizm yunan sözü olub “eu” yaxşı, “pheme” danışıram deməkdir.
Termin olaraq evfemizm yaxşı danışmaq, hər hansı bir sərt mənanı yumşaltmaq,
onu vulqar calaqdan xilas etmək deməkdir. Əgər ümumiyyətlə, dilin ədəbilik
mövqeyindən yanaşsaq, vulqarizmlər – tabular - evfemizmlər xəttini asanlıqla
müəyyənləşdirmək olar. Müasir mədəniyyətin inkişafı ilə əlaqədar olaraq, dildə
çoxlu evfemizmlər yaranmışdır. Məs. yox əvəzinə xeyr, yalandır əvəzinə düz
deyil, həqiqətə uyğun deyil və s. Dildə sinonim söz və ifadələrin çoxu evfemizmlər
yaratmaq üçün yaşayır.
Disfemizmlər.
Disfemizmlər evfemizmin əksi kimi yaranmışdır. Əslində disfemizmlər tabu
olsa da, mənanı sərt, kobud, mənfi mənada, təsirli ifadə etmək deməkdir.
Disfemizmlərdə üslubi modallıq. Subyektiv münasibət daha güclü olur. Məs.
ölmək – cəhənnəmə vasil olmaq, getmək – rədd olmaq və s.
Disfemizmləri sinonimik cərgədə də axtarmaq olar. Sinonim sözlərlə ifadə
edilən məna cərgəsinin dominantı neytral götürərək evfemizmləri sağda,

14

downloaded from KitabYurdu.org


disfemizmləri solda təsəvvür etmək olar. Məs rəhmətə getmək, ömrünü bağışlamaq
– ölmək – cəhənnəmə vasil olmaq və s. bu söz və ifadələr bədii dildə daha çox
işlədilir. Yola düşmək – evfemizm, getmək – adi neytral söz, bayıra bas – isə
disfemizmdir.
Jarqonlar.
Bir və ya bir neçə dilin materialı əsasında düzəldilən fikri başqalarından
gizlətmək üçün istifadə edilən süni ünsiyyət vasitəsi jarqonlar adlanır. Jarqon
müəyyən qrup tərəfindən düzəldilir və onlar tərəfindən başa düşülür. Jarqonlarla
danışmaq və ya jarqonizmləri işlətmək bir neçə məqsədlə ola bilər:
1) Öz çirkin, qorxulu fikirlərini başqalarından gizlətmək üçün (cəmiyyət
içində);
2) üstüörtülü jarqonlarla bir – birini başa salmaq – nəyi isə anlatmaq üçün
(həbsxanalarda);
3) süni surətdə başqalarından ayrılmaq üçün (aristokratlıq nümayiş etdirmək
üçün).
Jarqonlarla ictimai dialektləri eyniləşdirdikdə onların işlənmə dairəsi
genişlənmiş olur. Məs. hərbi jarqon, dənizçi jarqonu, idmançı jarqonu və s.
Amma jarqonlarla ictimai dialekt arasında tambərabərlik işarəsi qoymaq
düzgün olmazdı. Belə ki, jarqonların başqaları tərəfindən başa düşülməməsi
jarqon yaradanların əsas məqsədi olduğu halda, ictimai dialektlərin başa
düşülməməsi və ya çətin anlaşılması konkret mövzudan, ixtisasın xüsusiyyətindən
asılıdır. Ictimai dialektlərin nümayəndələri öz fikirlərini gizlətməyi qarşılarına
məqsəd qoymurlar. Bunda əlavə jarqonlarda ədəbi dil qanunları pozulur. Ictimai
dialektlər ədəbi dilə daha yaxındır. Jarqonlar vulqar mənada da işlənə bildiyi halda,
arqo vulqar mənalar daşımır. Bundan əlavə, jarqonları işlədənlər tabu kimi onları
müəyyən mənada gizli – məxfi saxlayırlar. Arqo isə dildə qeyri – normal heç nə
yaratmayıb, təkcə konkret bir zümrə tərəfindən başa düşülür. Məs. tələbələrin
işlətdiyi “quyruq” – kəsir –akademik borc. Jarqonlar müxtəlif zümrənin şərti
olaraq işlətdiyi elə sözlərdir ki, onlar xalq dilində müstəqil mənada işləndiyi halda,
jarqon səviyyəsinə keçdikdə süni şəkildə mənalandırılır. Məs. qurd (pul), əriştəsini
kəısmək (tutmaq), işini bitirmək (öldürmək), hərifləmək (aldatmaq, səkkiz qramlıq
(güllə)) və s.
Keçmişdə aristokratiya “qara camaatdan” seçilmək üçün özünə müxtəlif söz
və danışıq tərzi seçdiyi kimi, ruhanilər də özlərini “avam xalq”dan ayırmaq üçün
xüsusi jarqonlardan istifadə edirdilər.
Jarqonlardan danışanda varvarizmləri də unutmaq olmaz. Aristokrat təbəqə
öz dilindəki materialı anlaşılmaz etdiyi kimi, başqa dildən də sözləri alaraq öz
nitqində işlədir. Bu halda varvarizm meydan gəlir.

Loru sözlər.
Loru sözlər elmi ədəbi üslubda işlədilməsi məqbul sayılmayan sözlərdir.
Onlar bədii üslubda və danıçıq dilində işlədilir. Onların elmi üslubda, ədəbi dildə
işlədiməsi müsbət sayıla bilməz. Məs. gop, goplamaq, lələş, kalan, güpəmək və s.

15

downloaded from KitabYurdu.org


4. Azərbaycan dilinin aktiv və passivliyə, mənşəyinə, işlənmə dairəsinə
görə leksikası və sözlərin semantik strukturu.

Tapşırıqlar:

1.”Dibəra” qəzəlini köçürün. Arxaik sözlərin altından xətt çəkin.

Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm?


Tacü- taxtı, mülkü malı xanimanı neylərəm?

İstərəm vəsli-cəmalın ta qılam dərdə dəva,


Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,


Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən xaliqin dərgahına,


Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,


Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?

1. Neologizmləri seçib yazın.

3. Aşağıdakı omonim sözlərin mənalarını izah edin:

dağ, dil, aşıq, üz, yaz, çay, qaz.


16

downloaded from KitabYurdu.org


4. Verilmiş sözlərin sinonimlərini tapıb, qarşısında qeyd edin:

bahar, gözəl, bilikli, igid, kiçik, xeyli, dayanmaq, qaçmaq, demək.

5. Asağıdakı cözlərin antonimlərini tapıb, qarşısnda qeyd edin:

dağ, alt, səhər, yaxşı, az, sürətlə, gəlmək, yatmaq, ac.

6. Aşağıdakı cümlələrdə işlənmiş sözləri üslubi laylara görə qruplaşdırın.

7. Lüğətdən istifadə edərək sözləri mənşəyinə görə qruplaşdırın və rus dilinə


tərcümə edin:

çarpayı, məhkəmə, silah, qəbz, zirzəmi, dərs, qələm, dövlət, sifət, mühəndis,
iqtisad, zəhmət, təriqət, əbədi, maliyyə, qiymət, müqavilə, müsadirə, əmtəə, idxal,
ixrac.

17

downloaded from KitabYurdu.org


5. Sözün morfoloji quruluşu. Sözlərin leksik və qrammatik qrupları

Plan:

1. Sözün morfoloji quruluşu


2.İsim
3Sifət
4.Say
5.Əvəzlik
6.Fel
7.Zərf
8.Nida, modal, təqlidi və vokativ sözlər.

ƏDƏBİYYAT:
1. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1988.
2. Q. Kazımov. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 2010.
3. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2009.
4. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2011.
5. Müasir Azərbaycan dili. II cild. Morfologiya. Bakı, 1980.

Dünya dillərində söz kök,əsas və affikslərdən ibarətdir. Kök əsas mənanın


daşıyıcısı olub heç bir affiks qəbul etmədən mənanı ifadə edir. Əsas sözün
quruluşunda müstəqil morfem deyil. Sözün kök və sözdüzəldici şəkilçilərdən ibarət
hissəsi əsas adlanır. Şəkilçi (affiks) , sözə qrammatik məna verən morfemdir.
İşlənmə yerinə görə affiksləri üç qrupa ayırmaq olar:1.Suffikslər 2.Prefikslər 3.
İnfikslər. Aqqlütinativ dillərdə prefiks və infikslər yoxdur.
Nitq hissələrinin ümumi linqivistik mövqedən düzgün şərh edilməsi XIX əsrdən
sonra mümkün olmuşdur.
İsim
İsimlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur. İsimlər mənaca əşya, şəxs və
mücərrəd anlayışlar bildirir. İsmin hal, kəmiyyət, mənsubiyyət və xəbərlik
kateqoriyaları vardır.
Sifət
Sifətlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur. Sifətlər mənalarına görə
müxtəlif olur:
1. Keyfiyyət bildirənlər: yaxşı, pis, dadlı
2.Əlamət bildirənlər: gözəl, uzun uca
3. Rəng bildirənlər: ağ, sarı, göy

downloaded from KitabYurdu.org


Sifətin əsas qrammatik əlaməti onun dərəcə kateqoriyasıdır. Sifətin üç dərəcəsi
vardır: adi, azaltma, çoxaltma
Say
Əşyanın miqdar və sırasını bildirən sözlərə say deyilir. Sayların mənaca iki növü
vardır:
Miqdar sayları: bir, iki, on, ikidə bir
Sıra sayları: Əşyanın miqdarca sırasını bildirir. –ıncı şəkilçisinin əlavəsi ilə düzəlir.
Əvəzlik
Əvəzliklər dildə isim, sifət və saydan sonra meydana gəlmişdir. Buna görə də
əvəzliyə belə tərif verilir: İsmin, sifətin, sayın yerində işlənərək onları bu və ya
digər şəkildə əvəz edən nitq hissəsinə əvəzlik deyilir. Əvəzliklər morfoloji və
sintaktik funksiya daşıya bilir. Mənaca aşağıdakı növləri vardır:
1. Şəxs əvəzliyi,2. İşarə əvəzliyi,3.Təyini əvəzliyi,4. Qayıdış əvəzliyi,5. Qeyri-
müəyyən əvəzlik, 6. Sual əvəzliyi, 7. İnkar əvəzliyi
Fel
Felin əsas əlaməti iş, hal və hərəkət bildirməkdir. Fel bütün dillərdə eyni
funksiyanı daşıyır. Azərbaycan dilinin felləri qədim dövrdən bugünə qədər demək
olar ki, dəyişmədən kiçik fonetik dəyişikliyə uğrayaraq qalmışdır. Felin qrammatik
kateqoriyaları xüsusidir. Bu, odeməkdir ki, növ, zaman, təsirlilik, şəxs, inkarlıq
kateqoriyaları yalnız felə məxsusdur.
Felin şəkilləri- əmr, xəbər, lazım, arzu, vacib, şərt formaları vardır.
Əmr forması haqqında müxtəlif fikirlər vardır. Əmr formasının formal əlaməti
yoxdur.Quruluşu belədir: fel kökü + şəxs sonluğu+ əmr, xahiş, nəsihət
intonasiyası. Yalnız birinci şəxsin ikinci şəxsə əmri fel kökü ilə ifadə edilir.
Məsələn, Qaçaq: - Vaqif, get, saray həyatını büsbütün tərk et!
Xəbər forması – iş, hərəkət haqqında xəbər verir. Bu formanın quruluşu belədir: fel
kökü= zaman şəkilçisi+ şəxs şəkilçisi ( gəl-miş-əm, oxu-yacağ-am)
Lazım forması- iş , hərəkətin icrasının lazımlığını bildirir. Formal əlaməti –ası, -əsi
–dir. Bu formanın quruluşu belədir: fel kökü+ lazım şəkli şəkilçisi+ şəxs şəkilçisi(
ged-əsi-sən)
Arzu forması- iş , hərəkətin icrasının arzu olunduğunu bildirir. Formal əlaməti –a,
-ə –dir. Bu formanın quruluşu belədir: fel kökü+ arzy şəkli şəkilçisi+ şəxs şəkilçisi
Bu forma çox vaxt gərək, təki, barı , kaş ədatları ilə işlənir(barı ged-ə-siniz)

downloaded from KitabYurdu.org


Vacib forması- iş , hərəkətin icrasının vacibliyini bildirir. Formal əlaməti –malı, -
məli –dir. Bu formanın quruluşu belədir: fel kökü+ vacib şəkli şəkilçisi+ şəxs
şəkilçisi( get-məli-sən)
Şərt forması- iş , hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir.
Formal əlaməti –sa, -sə –dir. Bu formanın quruluşu belədir: fel kökü+ şərt şəkli
şəkilçisi+ şəxs şəkilçisi( get-sə-niz)
Bu formalar təsriflənir. Amma aşağıdakı formalar təsriflənmir.
Məsdər – iş, hal- hərəkətin adını bildirdiyi üçün ismə oxşayır və onun əsas
qrammatik əlamətlərini qəbul edir. Yalnız inkarlıq və təsirlik kateqoriyası ilə
isimdən seçilir.
Feli bağlama - əsas felə bağlanaraq onu zamana, tərzə , səbəbə görə izah edir.
Feli bağlama şəkilçiləri bunlardır. –ıb, -ıban,-araq, -anda, -dıqca, -ınca, -madan, -
arkən və s.
Mən gəlincə heç yerə getmə( zamana görə)
Qatar silkələnərək dayandı (tərzə görə)
Feli sifət- bu formada həm fellik, həm də sifətlik əlaməti olur.Felə aid aşağıdakı
əlamətləri bildirir: inkarlıq, təsirlik, tərz, şəxs, növ, zaman, hərəkət və s. Məsələn,
oxuyan, oxunmuş
Feli sifətlər aşağıdakı şəkilçilərlə yaranır: -an,-ən, -mış, -acaq, dıq+mənsubiyyət

Zərf
Zərfləri də müəyyən mənada adlar qrupuna daxil etmək olar Çünki onlar da əlamət
bildirir. Aşağıdakı məna növləri vardır:
1. Zaman zərfləri,2.Yer zərfləri, 3. Tərzi-hərəkət zərfləri, 4.Kəmiyyət zərfləri
Zərflər antonim şəkildə işlədilərək diqqətəlayiq üslubi-ritorik məna yarada bilir.
Gec-tez, bugün-sabah, əvvəl-axır, uzaq-yaxın
Zərflərin təkrarında natiqlik sənəti düşündürücü rol oynayır. Tez-tez, əvvəl-əvvəl,
yaxın-yaxın, uzaq-uzaq
Nida, modal, təqlidi və vokativ sözlər.
Nidalar cümləyə emosionallıq verir. Belə sözlər cümlədə hiss, həyəcan, şadlıq,
təəccüb, qəzəb, qorxu və sş kimi hissləri ifadə edir. Onlar müstəqil söz kimi də
ifadə edilir. Nidalar anidir, subyektivdir. Ona görə də xüsusi nitq hissəsi adlanır.
Nidaları K. Hacıyev leksik-semantik cəhətdən 3 qrupa bölür
Emosional nidalar: A!, Ə!, Uf!, OF!, Buy!, Pah!,
3

downloaded from KitabYurdu.org


Əmr və müraciət bildirənlər :Ay!, Ey!, Haydı!, Marş!
Adət və qaydalarla bağlı nidalar: Əlvida,
Modal sözlər cümlədə ara sözlər kimi çıxış edir. Modal sözlər nitqdə danışanın
ifadə etdiyi fikrə münasibətini bildirir. Modal sözlər iki qrupa bölünür:
1. ismi modal sözlər 2. Feli modal sözlər
Mənalarına görə modal sözləri aşagıdakı kimi qruplaşdırmaq olar.1. Təsdiq
bildirənlər 2. Nəticə bildirənlər 3. Ehtimal bildirənlər
Nitq prosesində danışıgı daha canlı və təbii etmək üçün təqlidi sözlərdən
yamsılamalardan istifadə edilir. Təqlidi sözlər iki qrupa bölünür:
Görmə ilə bağlı təqlidi: par-par parıldamaq
Eşitmə ilə bağlı yamsılamalar: tap-tap tappıldamaq
Deməli, yamsılamalar təqlidi sözə şəkilçilər artırmaqla düzəlir. Məsələn,
taqqıldatmaq, şaqqıltı, fısıltı. İşlənmə yerinə və funksiyasına görə təqlidi sözlər
nitqin zənginləşməsinə xidmət edir.
Vokativ sözlər xitaba oxşayır. Hər ikisi müraciət bildirir. Məsələn, Ə, ey,
alo, SSS, Çoşa, piş-piş, cip-cip.
Qrammaik kateqoriyalar və köməkçi sözlər.

Plan:
1.Ümumi qrammatik kateqoriyalar
2.Xüsusi qrammatik kateqoriyalar
3.Köməkçi sözlər

ƏDƏBİYYAT:

1.M. Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1988.


2.Q. Kazımov. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 2010.
3. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2009.
4. A. Babayev. Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, 2011.
5. Müasir Azərbaycan dili. II cild. Morfologiya. Bakı, 1980.

Qrammaik kateqoriyalar.Qrammatik kateqoriyalar qrammatik mənaların ən


geniş yayılmış ifadə formalarından biridir. Tədqiqi qədim yunan dilçiliyindən
başlamışdır. Yunan dilçiliyində qrammatika təmayülünün nümayəndələri –
Appolon Diskol və Frakiyalı Dionisi qrammatik kateqoriya anlayışını geniş
mənada götürürdülər.
Prof. N.N.Məmmədov qrammatik kateqoriyalar haqqında birtərəfli tərif verir. “
Qrammatik kateqoriyalar dildə mövcud olan gerçək həqiqətlərlə (?) bağlıdır...

downloaded from KitabYurdu.org


Qrammatik kateqoriya dedikdə, həmcins əşya (?) və hadisələrin müəyyən qruplar
üzrə toplanması haqqında anlayış nəzərdə tutulur”. Prof. N.N.Məmmədov
qrammatik kateqoriyaları növlərə ayırmadan izah edir.
Prof. M.H.Hüseynzadə qrammatik kateqoriyaları ümumi və xüsusi olaraq iki qrupa
bölür. Ümumi dedikdə sözlərin morfoloji, sintaktik, leksik, semantik cəhətlərinə
görə ümumi oxşarlığı deyil, yalnız isim kateqoriyaları nəzərdə tutulur. Çünki, isim
kateqoriyaları adlara və substantivləşən bütün sözlərə aid olur.
Deməli, ümumi qrammatik kateqoriya dedikdə əksər nitq hissələrini əhatə edənlər
nəzərdə tutulduğu kimi, xüsusi qrammatik kateqoriyalar dedikdə də bir nitq
hissəsinin xüsusi qrammatik əlaməti nəzərdə tutulur.
Ümumi qrammatik kateqoriyalar bunlardır: 1.Kəmiyyət kateqoriyası. 2.Xəbərlik
kateqoriyası.
Xüsusi qrammatik kateqoriyalar bunlardır: Hal, mənsubiyyət, dərəcə, inkarlıq,
təsirlik, növ kateqoriyası
Ümumi qrammatik kateqoriyalar
Xəbərlik kateqoriyası.-bilavasitə təfəkkürlə bağlıdır. Dünya xalqlarının
hamısının təffəküründə gerçək həqiqətlər əks olunduğu üçün xəbərlik onların
hamısında vardır.
Azərbaycan və başqa türk dillərində xəbərlik daha çox şəxslərə aid olur.
Xəbərlik kateqoriyası ilə şəxs kateqoriyası forma və məzmun cəhətdən o qədər
yaxındır ki, son vaxtlar onların adı birgə çəkilir.
Cəmdə birinci şəxs –ıq, -ik, -uq, -ük şəkilçiləri qəbul edir. Bu forma
dilimizin tarixində o qədər də qədim deyil. Əvvəllər –ız, -iz, -uz,-üz forması geniş
yayılmışdı.
Milli ədəbi dilimizin normaları sabitləşdikdən sonra –ıq forması
sabitləşmişdir.
II şəxs cəmdə - siz və -siniz forması paralel işlənməkdədir. –siniz şəkilçisi
daha çox yazıda, -siz isə danışıqda işlədilir.
Kəmiyyət kateqoriyası- kəmiyyət anlayışı aqqlütinativ dillərdə daha asan
üsulla – konkret qrammatik forma ilə ifadə edilir. Bütün türk dillərində xüsusi
şəkilçilər vardır ki, onunla kəmiyyət anlayışı ifadə edilir. Məs, adamlar, dəftərlər.
Xüsusi qrammatik kateqoriyalar
Hal kateqoriyası- bu kateqoriya formaca morfoloji, məzmunca sintaktik
mahiyyətdədir. Tabelilik əlaqəsində olan iki üzvdən biri digərini müxtəlif
qrammatik vəziyyətə salır. Bu zaman ikincinin qəbul etdiyi formal əlamətlər
toplusu hal kateqoriyası adlanır. Hal kateqoriyasının ifadə etdiyi qrammatik
5

downloaded from KitabYurdu.org


mənalar bütün dillərə aiddir. Ümumi kateqoriyalar bir sıra nitq hissələrinə aid edilə
bilirdisə xüsusi qrammatik kateqoriyalar yalnız bir nitq hissəsinə aiddir. Məsələn,
dərəcə kateqoriyası yalnız sifətə aiddir. Bütün dillərdə xüsusi qrammatik
formalarla ifadə edilir. Dərəcə anlayışı yalnız müqayisədən doğur.
Azərbaycan dilində sifətin üç dərəcəsi vardır. Əsli sifətlərin adi dərəcədə heç
bir qrammatik əlaməti olmur. Azaltma dərəcəsi iki üsulla yaranır; morfoloji və
sintaktik yolla. Morfoloji yolla azaltma dərəcəsi yaratmaq üçün sifətin sonuna
müəyyən şəkilçilər artırılır.
Sintaktik yolla azaltma dərəcəsi yaratmaq üçün sifətin əvvəlinə açıq, təhər,
vari və s. sözlər artırılır.
Coxaltma dərəcəsi də iki üsulla yaranır. Sintaktik üsulla iki cür çoxaltma
dərəcəsi yaranır:
1.Sifətin təkrarı ilə , məsələn, sərin-sərin, şirin-şirin, yekə-yekə
2.Sifətin əvvəlinə daha, ən, çox və s. sözləri artırmaqla
Mənsubiyyət kateqoriyası-mənsubiyyət kateqoriyası xüsusi kateqoriyadır,
çünki, təkcə isimlər mənsub ola bilər.Dilin qrammatik quruluşundan asılı olaraq
bəzi dillərdə qrammatik forma –kateqoriya ilə ifadə edildiyi halda , bəzi dillərdə bu
məna sintaktik vasitələrlə ifadə edilir. Bu məna iki tərəf arasındakı sahiblik və
mənsubiyyət münasibətindən doğmuşdur. Yəni çox vaxt birinci tərəf sahib, ikinci
tərəf mənsub olur.
İnkarlıq kateqoriyası- xüsusi qrammatik kateqoriyalardan biri də inkarlıq
kateqoriyasıdır. İnkar təsdiqin əksi olduğundan bütün adlara və əlamətlərə aiddir.
Bu kateqoriya bəzi dillərdə xüsusi forma ilə ifadə edildiyi halda, bəzilərində xüsusi
inkarlıq bildirən sözönü ilə ifadə edilir.
Azərbaycan dilində inkarlıq kateqoriyası felin təsdiq formasına –ma –mə
artırmaqla yaranır.
Növ kateqoriyası-Fe l kateqoriyası həm leksik-semantik, həm də qrammatik
cəhətdən ən zəngin, ən mürəkkəb kateqoriyadır. Subyektin obyektə təsiri
nəticəsində fellər iki qrupa bölünür: təsirli və təsirsiz
Təsirli fellər özündən sonra kimi?, nəyi? və haranı? Suallarına cavab olan
təsirlik halı tələb edir. Bu suallar əsasında müəyyənləşdirilən tamamlıqlar vasitəsiz
adlanır.
Təsirsiz fellər özündən sonra təsirlik hal tələb edə bilmir. Onlar obyektə
doğru yönəlməyən iş, hal və hərəkəti bildirir. Yəni onların obyekt üzərində təsiri
olmur. Bu səbəbdən də təsirsiz fellər özündən sonra vasitəsiz tamamlıq tələb edə
bilməz. Subyektin obyektə olan münasibətindən felin növləri meydana çıxır.
Məlum, məchul, qayıdış, qarşılıq, müştərək, icbar

downloaded from KitabYurdu.org


Köməkçi sözlər
Dildə qrammatik mənanın daşıyıcısı olan vasitələrdən biri də köməkçi
sözlərdir. Köməkçi sözlər əsas üzvlərə aid olub, onlara müxtəlif qrammatik məna
verməkdən əlavə, bütövlükdə cümlənin qrammatik strukturuna da təsir göstərirlər.
Dünyadillərində köməkçi sözlərin aşağıdakı növləri vardır: önlüklər, qoşmalar,
bağlayıcpılar, ədat, artikl, köməkçi fellər, boş sözlər.
Bağlayıcılar. Bağlayıcı cümlə üzvü olmasa da cümlədə mühüm rol oynayır.
Onların müsbət mənası olmur, ayrılıqda suala cavab vermir, sözdüzəldici şəkilçi
qəbul etmir. Dilimizdəki bağlayıcılar 3 parametrə görə qruplaşdırılır: a)
quruluşuna , b) mənasına, c)sintaktik funksiyasına
Quruluşuna görə bağlayıcılar sadə (ki, həm, da, də, amma, ancaq, lakin, nə,
yəni, gah)
Düzəltmə bağlayıcılar sözdüzəldici şəkilçilər vasitəsilə düzələ bilməz.
Çünki, sözdüzəldici şəkilçilər müstəqil mənalı ssözlərə qoşula bilir. Düzəltmə
bağlayıcıların tərkibində sadə bağlayıcı ilə ya morfem, ya da söz birləşir. (ya-in-ki,
hər-gah, çün-ki, yox-sa, hər-çənd)
Mürəkkəb bağlayıcılar isə iki və daha artiq sözün birləşməsindən əmələ
gəlir. (həm də, həm də ki, yaxud da, yaxud da ki)
Bu və o işarə əvəzlikləri əsasında da mürəkkəb bağlayıcı yarana bilər. Buna
görə, buna görə ki, ona görə, ona görə ki
Mənasına görə bağlayıcıların növləri daha çoxdur.
1.Birləşdirmə- və, ilə
2.Qarşılaşdırma –amma, ancaq, lakin
3. İnkarlıq – nə, nə də
4.İştirak – həm, həm də, da, də
5.Bölüşdürmə -ya, ya da . ya da ki, gah, gah da gah da ki
6.Aydınlaşdırma –ki, belə ki, yəni, yəni ki
7.Səbəb -çünki, ona görə ki, ona görə də
8.Şərt -əgər
Sintaktik funksiyasına görə bağlayıcıların bağladığı tərəfləri tabe edib edib
etməməsi nəzərdə tutulur.

downloaded from KitabYurdu.org


Bağlayıcılarcümlə və cümlə üzvlərini ya ayırır, ya da tabe edir. Buna
görə də bağlayıcılar iki qrupa bölünür.
Tabe edənlər –ki, sanki, elə ki,
Tabe etməyənlər –ancaq, amma
Artikllərin köməyi ilə müəyyənlik və qeyri müəyyənlik ifadə edilir. Artikl
olmayan Azərbaycan dilində qeyri-müəyyənliyi ifadə edən “ bir” sözüdür.
Qoşma. Qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Qoşmaları aşağıdakı
kimi qruplaşdırmaq olar.
1. Adlıq, yiyəlik, yönlük, haldaidarə edən qoşmalar: kimi, qədər, dək, təkin
2. Yalnız yönlük halı idarə edən qoşmalar: sarı, tərəf, doğru
3. Çıxışlıq halı idarə edənlər: savayı, ötrü, qeyri
4. Zaman bildirənlər: qədər, dək, sonra, -can,
5. İstiqamət-məkan: bəri, doğru, tərəf, sarı
6. Məqsəd: üçün, ötrü
7. Səbəb: görə, üçün
8. İstisna: qeyri, savayı
Ədatların aşağıdakı növləri vardır:
Qüvvətləndirmə-ən, lap, daha
Şübhə -deyəsən, bəlkə,olsun ki
Sual-bəs, -mı, məgər, yəni
Arzu- kaş, barı, tək
Əmr-qoy, gəl, gör
İnkarlıq- əsla, qətiyyən

downloaded from KitabYurdu.org


5. Sözün morfoloji quruluşu. Sözlərin leksik və qrammatik qrupları

Tapşırıqlar:

1. Sözləri kök və şəkilçiyə ayırın, sözdüzəldici şəkilçilərin altından bir,


sözdəyişdirici şəkilçilərin altından iki xətt çəkin:
dilçi, müəllimlik, məktəbli, gənclər, məhsulsuz, vətənə, gəmiçi, ölkəni, canlı,
sənətkar, tələbəyəm, masanın, güllük, xəs-tədən, bərəkətli, duzsuz, təyyarəçi, ovçu,
neftçi, maşinist, bakılı, küləksiz, yağlı, ətli.

2. Verilmiş mətndən əsas və köməkçi nitq hissələrini seçib qruplaşdırın.

səsinə çevirdi. Bəxtiyar Vahabzadə 13 fevral, 2009 –


cu ildə vəfat etmişdir.

1. Aşağıdakı cümlələrdə buraxılmış səhvləri düzəldib dəftərinizə köçürün.

4. Mətndəki mənsubiyyət şəkilçili sözləri köçürün, şəxsini və kəmiyyətini göstərin.


İnsanın bəzəyi
9

downloaded from KitabYurdu.org


Əliaçıq, səxavətli insanı hər kəs sevər. İmkansızlara əl tutan, hər an
fədakarlıq göstərməyə hazır olanlar həmişə sevgi ilə qarşılanar, hörmətlə
xatırlanar. Xəsislik eybəcərlikdir, xəsis adam heç vaxt qəlbən sevinə biiməz,
dünyanm zövqünü, zövqünü ürək dolusu yaşaya bilməz, onlar almağın ləzzətini,
verməyin ağrısını yaşayarlar. Fədakar insanlarsa yaxşılıq etdikcə, əldən tutduqca
mənən daha da rahat olar, onlar gördükləri hər hansı bir işin qarşılığını ancaq
Allahdan diləyirlər. Min bir adda ehtiyacın pəncəsindən qurtardığı adamdan heç bir
quru «sağ ol» da ummazlar. Çünki o yaxşılığı insan üçün deyil, Allahın sevgisini
qazanmaq üçün edərlər. Məhz bu düşüncə ilə yaşayanlar dünyanın ən
xoşbəxtləridirlər.

5. Sözləri xəbərlik kateqoriyası şəkilçiləri ilə işlədin. Onlardan cümlə tərtib


edib dəftərinizə yazın.

6. Çəhrayı, xurmayı, qısa, böyük, gənc, cavan, yumru, şirindilli,


uzunömürlü, mehriban sözlərini cümlələrdə işlədin

7. Aşağıdakı sifətlərə əks mənalı sifətlər (antonimlər) tapıb, qarsısından


yazın:

şirin, böyük, uzun, isti, ağ, dadlı, hündür, yaxşı, geniş, qoca, balaca, qısa,
pis, dar, ağır, alçaq, dadsız, qara, acı, yüngül, soyuq, cavan.
Nümunə: şirin - acı.

8. Aşağıdakı sayların növünü müəyyən edin:


on nəfər, yüzlərcə, bir qədər, doqquzuncu, milyard, trillion, iki, altıncı,
axırıncı, sonuncu, dörd-beş, min-min, yüz min, beşdə bir, dörd tam onda iki,
dörddə bir.

9. Əvəzliyin hər növünə aid on nümunə yazın.

10. Fellərin quruluşca növünü müəyyənləşdirin:


oxumaq, yazmaq, işləmək, gözləmək, irəliləmək, vidalaşmaq, tamaşa etmək,
müşahidə etmək, yetişdirmək, baxmaq, görüşmək, laxlamaq, nurlanmaq, qulaq
asmaq, fikir çəkmək, yol çəkmək.

10

downloaded from KitabYurdu.org


6. Sintaktik əlaqələr və söz birləşmələri

Plan:
1.Sintaktik əlaqələr. Tabesizlik əlaqəsi
2.Tabelilik əlaqəsi (yanaşma, uzlaşma, idarə)
3.Söz birləşmələri və növləri

ƏDƏBİYYAT:
1.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 2007.
2.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 1985.
3.Kazımov Q. Müasir Azərbaycan dili, sintaksis, “Ünsiyyət”, 2000.
4.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1959.
5.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1962.
6.Müasir Azərbaycan dili, sintaksis, III cild, Bakı, 1981.

Sintaksis sözü yunanca syntaxis sözündən olub, tərtib etmə, birləşdirmə


mənasını verir.Qrammatikanın elə bir sahəsidir ki, leksik vahidlər, morfemlər,
frazemlər-bir sözlə bütün dil faktları burada reallaşır və ünsiyyət prosesinə daxil
olur. Dil sisteminin ən ali vahidləri sintaktik vahidlərdir. Dilin ən mənalı vahidləri
sintaktik vahidlərdir.Sintaksisin obyekti haqqındadünya dilçiliyində müxtəlif
fikirlər mövcuddur. XIX əsrdə sintaksisin obyekti haqqında bir-birindən fərqlənən
3 fikir vardır. Bəzi dilçilər sintaksisin əhatə dairəsini kiçildərək onun yalnız söz
birləşmələrini və onlar arasındakı əlaqələri tədqiq etməli olduğunu iddia edirdilər.
Cümləni isə söz birləşmələrindən ibarət olan hökm hesab edərək sintaksisin
obyektindən kənarda qoyurdular.

Sintaktik əlaqələr.
Qrammatik (sintaktik) əlaqələr iki növə ayrılır: 1) tabesizlik əlaqəsi; 2)
tabelilik əlaqəsi.
Tabesizlik əlaqəsi. Sintaktik əlaqənin bir növü olan tabesizlik əlaqəsində tərəflər
bərabərhüquqlu olur, ona görə də tərəflərdən biri digərini izah etmir,
aydınlaşdırmır. Tabesizlik əlaqəsi sadə cümlənin həmcins üzvləri və tabesiz
mürəkkəb cümlənin tərkib hissələri arasında özünü göstərir. Həmcins üzvlər bir-
biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə
əlaqələnir; məs.: Bu gördüyün şəhərlər, keçdiyin küçələr, ayaqladığın torpaq sənə
bir həqiqəti pıçıldayır. (Mir Cəlal) Tabesizlik əlaqəsində tərəflərin sayı
sadalamadan asılı olaraq bə`zən daha çox olur: Mahalda mahir ovçular, usta
atıcılar, yaxşı minicilər, məlahətli oxuyanlar, gözəl ağı deyənlər, yanıqlı holavar
çağıranlar, fəndgir güləşənlər, tədbirli məclis idarə eləyənlər bizim kənddən idi.
(Ə.Vəliyev)
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də eyni vasitələrlə (intonasiya və
tabesizlik bağlayıcıları ilə) əlaqələnir; məs.: Küçədən səs gəlir, qapılar tez-tez
örtülüb-açılır, adamlar nəyə isə tələsik hazırlaşırdılar. (Mir Cəlal)
1

downloaded from KitabYurdu.org


Tabelilik əlaqəsi iki tərəfi, iki komponenti birləşdirir. Tərəflərdən biri ə s a s,
digəri a s ı l ı t ə r ə f adlanır (əsas tərəfə müstəqil, tabe edən tərəf, asılı tərəfə
qeyri-müstəqil. tabe olan tərəf də deyilir); məs.: Gənc döyüşçü tüfəngini yavaşca
ağacdan asdı - cümləsində sözlər aşağıdakı qayda ilə əlaqələnmişdir:
döyüşçü asdı
gənc tüfəngini ağacdan
yavaşca
Tabelilik yolu ilə bu cümlədə beş sintaqm yaranmışdır:
döyüşçü asdı,
gənc döyüşçü
tüfəngini asdı,
ağacdan asdı,
yavaşca asdı,
Xəbər mübtədaya tabe olmuş, onunla uzlaşmışdır; tamamlıqlar (tüfəngini,
ağacdan) idarə yolu ilə xəbərə tabe olmuşdur; gənc sözü mübtədaya, yavaşca sözü
yanaşma yolu ilə xəbərə tabe olmuşdur.

Yanaşma

Yanaşma əlaqəsinin morfoloji əlaməti yoxdur. Tabelilik əlaqəsinin bu növü


söz sırası və intonasiya əsasında qurulur. Asılı tərəf əvvəl, əsas tərəf sonra işlənir.
Asılı tərəf əsas tərəfə yanaşır və tabe olur; məs.: yaşıl yamac, uca çinar
birləşmələrində yaşıl, uca sözləri asılı tərəf, yamac, çinar sözləri əsas tərəfdir; yaşıl
və uca sözləri hal və mənsubiyyət şəkilçilərinə ehtiyac olmadan əsas tərəfə
yanaşaraq ona tabe olmuşdur.
Mərmər abidələr, tökmə heykəllər
Bəzəkdir hər böyük, kiçik şəhərə (S.Vurğun) -
misralarında mərmər abidələr, tökmə heykəllər, böyük şəhər, kiçik şəhər
birləşmələri yanaşma üsulu ilə yaranmışdır.
Asılı tərəfin əsas tərəfə mə`na və intonasiya ilə bağlanmasına y a n a ş m a deyilir.
Yanaşma ilk və ən qədim tabelilik üsuludur. Söz birləşmələrinin və cümlələrin
formalaşmasında bu üsulun rolu böyükdür.
Yanaşma öz xarakterinə görə tam yanaşma və tam olmayan (natamam) yanaşma
kimi iki növə ayrılır.3

Uzlaşma

Yanaşmadan fərqli olaraq, uzlaşma əlaqəsində əvvəlcə əsas tərəf, sonra asılı
tərəf işlənir. Asılı tərəf əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşır; məs.:
Sən də hər şaxtaya, soyuğa qatlan,
Mənim romantikam, sən də qanadlan. -
(S. Vurğun)
misralarında sən sözü ikinci şəxsin təkində olduğu üçün qatlan, qanadlan sözləri də
ikinci şəxs təkin şəxs şəkilçisini qəbul edərək onunla uyğunlaşmış, uzlaşmışdır.

downloaded from KitabYurdu.org


Mənim romantikam birləşməsində əsas tərəf - mən sözü birinci şəxsin təkində
olduğu üçün romantika sözü də birinci şəxs təkin mənsubiyyət şəkilçisini qəbul
edərək onunla uzlaşmışdır.
Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına u z l a ş m a
deyilir.
Uzlaşma əlaqəsi həm predikativ, həm də qeyri-predikativ birləşmələrdə (yə`ni həm
cümlədə, həm də söz birləşmələrinin tərəfləri arasında) özünü göstərir. Cümlədə
morfoloji əlaməti şəxs şəkilçiləri, söz birləşmələrində mənsubiyyət şəkilçiləridir.
Şəxs və mənsubiyyət şəkilçiləri asılı tərəfdə - tabe olan tərəfdə olur. Asılı tərəf bu

İdarə

İdarə əlaqəsi də, tabelilik əlaqəsi kimi, təbii ki, özünü əsas və asılı tərəflər
arasında göstərir. Morfoloji əlaməti ismin hal şəkilçiləridir. Əsas tərəfin tələbi ilə
asılı tərəf ismin bu və ya başqa bir halında işlənməli olur. Deməli, hal şəkilçili tərəf
asılı tərəfdir; məs.: O mənə cavab verməyərək üzünü yana çevirdi - cümləsində
mənə, üzünü, yana sözləri asılı tərəflərdir. Mənə sözü cavab verməyərək sözünün
tələbi ilə yönlük halda, üzünü, yana sözləri çevirdi sözünün tələbi ilə tə`sirlik və
yönlük hallarında işlənməli olmuş, idarə olunmuşdur.
Əsas tərəfin tələbi ilə asılı tərəfin ismin müəyyən bir hal şəkilçisini qəbul edərək
dəyişməsinə i d a r ə deyilir.

Söz birləşmələri

Söz birləşmələri iki və daha artıq sözün qrammatik və obyektiv cəhətdən


birləşməsinə deyilir. Söz birləşmələrinin növləri onların komponentləri ilə
müəyyənləşdirilir. Söz birləşmələrinin aşağıdakı növləri vardır.1. İsmi birləşmələr
2.Feli birləşmələr Zərf birləşmələri
İsmi birləşmələr -hər iki tərəfi adlardan ibarət olan birləşmələrdir. İsmi
birləşmələrin ən geniş yayılmış növü təyini söz birləşmələridir.Belə birləşmələri
tərəfləri arasındakı qrammatik münasibətə görə 3 qrupa bölünür.
I növ təyini söz birləşmələrinin tərəfləri arasında qrammatik əlaqə olmur.
Dəllək Musa, daş bina, gözəl ev
II növ təyini söz birləşmələrinin birinci tərəfi qeyri-müəyyən yiyəlik, II
tərəfi isə mənsubiyyət şəkilçisi qəbul etmiş olur. Tut doşabı, süd aşı, tələbə bileti
III növ təyini söz birləşmələrinin hər iki tərəfi şəkilçi qəbul edir. Tələbənin
bileti, ananın öyüdü
Feli birləşmələr.- əsaS tərəfi təsriflənməyən formalardan ibarət olan
birləşmələrdir. Aşağıdakı növləri vardır: feli sifət, feli bağlama, məsdər
Zərf birləşmələri-aparıcı söz zərflərdən ibarət olur. Dizdən aşağı, sabahdan
gec . Quruluşca aşağıdakı növləri daha çox yayılmışdır.
a) Zərf-zərf xeyli gec, bir qədər aralı, bir qədər içəri
b) Isim-zərf insanlıqdan kənar, dostdan aralı
c) əvəzlik-zərf hamıdan gec

downloaded from KitabYurdu.org


Cümlə üzvləri və qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan
sözlər. Xitab, ara sözlər

Plan:
1. Cümlə üzvləri (baş və ikinci dərəcəli üzvlər)
2. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər
3. Xitablar
4. Ara söz və ara cümlələr

ƏDƏBİYYAT:
1. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Bakı,
2007.
2. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Bakı,
1985.
3.Kazımov Q. Müasir Azərbaycan dili, sintaksis, “Ünsiyyət”, 2000.
4. Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1959.
5. Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1962.
6. Müasir Azərbaycan dili, sintaksis, III cild, Bakı, 1981.

Cümlə mürəkkəb sintaktik – qrammatik və məntiqi semantik əlaqələrin


məcmusu olduğu üçün onun konstruktiv elementləri də bir –birilə əlaqədar
olmalıdır. Cümlənin tərkibinə daxil olan elementlər onun üzvü ola bilməz. Dil
elementlərindən yalnız elələri cümlə üzvü olur ki, onlar bu tərkubin hər hansı üzvü
ilə qrammatik və məntiqi əlaqəyə girmiş olsun.
Cümlədə əsas amil – predikativ minimum olduğu üçün cümlədə uzlaşan-
mübtəda və xəbər baş üzv hesab edilir. Baş üzvləri izah edən və cümlənin mənasını
dolğunlaşdıran üzvlər isə ikinci dərəcəli üzvlər hesab edilir.
Mübtəda-cümlənin baş üzvü olub, heç üzvdən asılı deyil. Cümlənin xəbəri
şəxsə və kəmiyyətə görə mübtəda ilə uzlaşır. Mübtəda həmişə adlıq halda olur. O,
substantivləşə blən dil vahidləri ilə ifadə oluna bilər.
Xəbər – yalnız mübtədadan asılı olur, və onunla uzlaşır. Xəbər də ismi və
feli olaraq bütün dil elementləri ilə ifadə oluna bilər.
Tamamlıq- feli xəbər tərəfindən idarə olunur. Təsirlik halda idarə olunmuş
tamamlıqlar vasitəsiz, yönlük, yerlik, çıxışlıq halda idarə olunmuş tamamlıqlar
vasitəli adlanır.
Təyin- yanaşma əlaqəsi ilə başqa üzvlərə birləşir. O, feli xəbərə aid olduqda
zərflik vəzifəsi daşıyır.
Zərflik- xəbərdə ifadə edilən iş, hal və hərəkətin zamanını, yerini, tərzini,
səbəbini, məqsədini, kəmiyyətini, keyfiyyətini bildirir.

downloaded from KitabYurdu.org


Cümlənin həmcins üzvləri
Cümlədə eyni qrammatik vəzifə daşıyan üzvlər həmcins üzvlər adlanır.
Onlar eyni cür idarə olunur, eyni cür yanaşır, eyni cür uzlaşır. Cümlənin bütün
üzvləri həmcins ola bilər.

Müraciət olunanı bildirən sözlərə və birləşmələrə x i t a b deyilir.


Kimə və ya nəyə müraciətlə işləndiyi nəzərə alınaraq, xitablar üç növə
ayrılır: a) insana müraciətlə işlədilənlər; b) başqa canlı varlıqlara (heyvanlara,
quşlara) müraciətlə işlədilənlər və v) cansız varlıqlara müraciətlə işlədilənlər; məs.:
Qarı, o çiçəklərin hikmətini aç mənə söylə. (İ.Əfəndiyev) Bilirəm, əyilməz
qalasan, qala, Vuruş, igid bala, mehriban bala! (S.Rüstəm)
Xitabın əsas ifadə vasitələri isimlər və substantiv ismi birləşmələrdir;
Xitablar bir sıra xüsusiyyətlərinə görə mübtədanı xatırladır. Mübtəda kimi,
xitablar da isimlə, ismi birləşmələrlə ifadə olunur; mübtəda kimi, xitablar da ismin
adlıq halında olur; mübtəda kimi, xitab vəzifəsində işlənmək üçün də bir sıra başqa
nitq hissələri isimləşməli olur
Bu cür hallara baxmayaraq, mübtəda ilə xitabların mühüm fərqləri vardır:
-mübtəda - haqqında danışılanı, xitab müraciət olunanı bildirir;
-mübtəda cümlənin baş və əsas üzvüdür, xitab cümlə üzvü sayılmır;
-mübtəda aid olduğu cümlənin üzvləri ilə həm mə`naca, həm də qrammatik
cəhətdən bağlı olur, xitablar cümlə üzvləri ilə yalnız mə`na əlaqəsində olur;
-mübtəda hər cür nitq hissələri və söz birləşmələri ilə ifadə oluna bilir, xitabların
ifadə imkanları məhduddur;
-mübtəda adi intonasiya ilə, xitablar xüsusi müraciət intonasiyası ilə tələffüz edilir;
-mübtədadan fərqli olaraq, xitab aid olduğu cümlənin üzvlərindən aydın fasilə ilə
ayrılır;
-mübtəda adətən cümlənin əvvəlində işlənir, xitabın cümlədə yeri sərbəstdir;
Xitab quruluşca m ü x t ə s ə r və g e n i ş olur. Həyat, sevincin qədər əzabın
da şirindir. (B. Vahabzadə) Tərlan təb`im! Nə yatmısan, qanadlanmaq vaxtı gəldi.
(S.Vurğun)
A r a s ö z l ə r və b i r l ə ş m ə l ə r daxil olduğu cümlənin üzvləri ilə
qrammatik cəhətdən bağlı olmur, cümlə üzvü vəzifəsində çıxış edə bilmir, əsas
cümlə ilə mə`naca bağlanaraq danışanın (və ya yazanın) söylədiyi fikrə münasibət
bildirir. Aid olduğu cümlənin üzvləri ilə qrammatik (sintaktik) cəhətdən bağlı
olmadığı üçün ən`ənəvi qrammatikalarda bu cür sözlər və birləşmələr “Qrammatik
cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr” adlandırılır.
Ara sözlər və birləşmələr əksərən cümlənin əvvəlində müşahidə olunsa da,
cümlənin daxilində və sonunda da işlənir, nisbətən sürətlə, lakin aşağı tonda və zəif
vurğu ilə tələffüz edilir; məs.: Düzü, nənə, mən də sənin sinənə sığınanda heç
nədən qorxub hürkməmişəm!
Dilimizdə elə sözlər də vardır ki, onlar inkişafın hazırkı mərhələsində
dilimizdə həm bir üzv, həm də ara söz kimi işlənir. Şübhəsiz, düzdür, doğrudur,
deməli, deyəsən, görünür, görəsən, bilirsənmi və s. belə sözlərdəndir. Əfzəl
5

downloaded from KitabYurdu.org


müdirinə sözsüz itaət etdi (S.Rəhimov) - cümləsində sözsüz sözü tərz zərfliyidir,
necə? sualına cavab verir; biz həmin sözü hər iki tərəfdən vergüllə (şifahi nitqdə
fasilə ilə) ayırmaqla ara söz kimi də işlədə bilərik: Əfzəl müdirinə, sözsüz, itaət
etdi. Buna görə də ara sözlər həm modal sözlərlə, həm də yerinə görə modallıq
ifadə edən bir sıra əsas nitq hissələri ilə ifadə olunur. Nümunələrə baxaq.
Əsas nitq hissəsi kimi: Düz deyirlər, tamam düzdür, doğrudur. (S.Rəhimov)
Ara söz kimi: Düzdür (doğrudur), mən sizinlə dostam, amma bu dediklərinizə əməl
edə bilmərəm. Görünür, günəşə iştahan vardır? (S.Vurğun) Əsas nitq hissələri ilə
əlaqəni kəsməmiş bu cür ara sözlərə morfoloji tərkibinə görə həm adlarda, həm də
fe`llərdə rast gəlirik.
İ s m i ara sözlər: işdir, dünyasında, əslində; düzdür, doğrudur, doğrusu,
yaxşı, şübhəsiz; əvvəla, birincisi, ikincisi, axırda; məncə, səncə, bizcə və s.
F e l i ara sözlər: deyəsən, demək, deməli, deyək (ki), demə, tutaq (ki),
görəsən, görünür və s.
1. Y ə q i n l i k bildirənlər: əlbəttə, sözsüz, şübhəsiz, həqiqətən, doğrudan,
doğrudur, düzdür, əsla, qətiyyən, qeydsiz-şərtsiz və s
2. G ü m a n, ş ü b h ə bildirənlər: güman ki, çox güman ki, ehtimal ki, bəlkə,
bəlkə də, görünür, deyəsən, ola bilsin ki, yəqin ki, gərək ki, ola bilər ki, çox ola
bilər ki və s.
3. Söylənilən fikrin t ə b i i, a d ə t i ü z r ə olduğunu bildirənlər: adətə görə,
adəti üzrə, həmişə olduğu kimi, bir qayda olaraq, təbii ki və s.
4. Söylənilən fikrə h i s s i-e m o s i o n a l münasibət bildirənlər: heyf, heyf
ki, təəssüf, təəsüf ki, şükür, şükür ki, əcəba, xoşbəxtlikdən, bədbəxtlikdən,
qəribədir ki, inanılası deyil ki, tərs kimi, guya, guya ki, elə bil, elə bil ki, sanki, az
qala və
5. Ü m u m i l ə ş d i r m ə, n ə t i c ə, nitqin hissələri arasında ə l a q ə
bildirənlər: beləliklə, ümumiyyətlə, deməli, nəhayət, xülasə, vəssəlam, məsələn,
xüsusən, bununla bərabər, bununla yanaşı, bununla birlikdə, evməzdi. (Ordubadi)
7. Fikrin ifadəsi üsuluna m ü n a s i b ə t bildirənlər: qısası, qısa desək,
kobud desək, başqa sözlə, doğrusu, daha doğrusu, sözün doğrusu, düzü, sözün
düzü, düzünə qalsa, açığı, sözün açığı, öz aramızda, açığını desək, dediyim kimi,
əslində, əslinə baxsan. hər halda və s.
Ara cümlələr ara sözlərin ifadə etdiyi bütün mənaları ifadə edə bilir, əsas
cümlədən vergüllə, mö`tərizə və ya tire ilə ayrılır; məs.: Boy-buxundan rəhmətlik
Mədədə oxşayırsan, necə deyərlər, eşiyin xoşuma gəlir, oğul, amma içərin gözümə
birtəhər dəyir. (İ.Hüseynov) Hər şanlı sənət ustası, yoxdur buna şübhəm, Öz
qəlbini, öz sənətini qəlbinə bağlar. (S. Rüstəm)

downloaded from KitabYurdu.org


6. Sintaktik əlaqələr və söz birləşmələri

Tapşırıqlar:

1. Cümlələri oxuyun. Uzlaşma əlaqəsində olan sözləri dəftərinizə köçürün.

Mən azad diləklərimi bütün dünyanın gözəlliklərinə dəyişmərəm


(C.Cabbarlı). Bayram şoferin yanında oturdu (Ə.Vəliyev). Sən böyük və igid
qəhrəmansan, Toğrul (C.Cabbarlı). Mən hiss edirəm ki, cəmiyyətimizdə belə
adamlar çoxdur (M.İbrahimov). Biz qələm ordusuyuq (S.Rüstəm). Siz işıqlı,
yaraşıqlı binalarda yarandımz (S.Vurğun). Mən əzəldən həqiqəti, ədaləti
sevmişəm. Qardaşlığı, hürriyyəti, səadəti sevmişəm (S.Rüstəm). Günəş öz şüalarını
hər tərəfə yayırdı (M.İbrahimov). Tüfəng səsi eşidərkən qulaqlarını şəkləyan atlar
da qorxu içində öz sahiblərinə baxıb titrək səslə kişnədilər (H.Mehdi). Qayınana-
gəlin uşağın bu sözlərinə ürəkdən güldülər (Y.Əzimzadə). Hazırda Bakıda iyirmi
iki min fəhlə çalışır (M.S.Ordubadi). Hamı sükut içində Cəmildən cavab gözləyirdi
(H.Mehdi). Sən də, mən də, Leyla da bu ağacın barıyıq, torpaqdan atəş alan eşqin
övladlarıyıq (B.Vahabzadə).

2. Aşağıdakı cümlələrdə idarə əlaqəsi ilə bağlanan sözləri seçib dəftərinizə yazın.

Qızxanım balaca güzgünü pəncərəyə qoyub tellərini düzəldirdi


(Y.V.Çəmənzəmənli). Firəngül çevrilib yana baxanda furqon sürəni tanıdı
(M.İbrahimov). Darvaza yanında dayanıb öz qapısına, gündə sərbəst ayaq basdığı
pilləkəninə, ötüb keçən, onu dindirmək istəməyən qonşulara, uşağa, böyüyə dərin
bir həsrətlə baxdı (Mir Cəlal). Ana, gəl öz əllərinlə məni boğ, məni öldür
(M.İbrahimov). Qollarını çırmamış fəhlələrlə trest rəhbərləri bir ailə üzvü kimi
mehriban görüşdülər (M.İbrahimov). Evi yıxmaq asandır, tikmək isə çətin
(M.İbrahimov). Əntərzadə yanıldığını anladı (Mir Cəlal). Mədəni yandıran adamın
kim olduğunu bilmədi (M.Hüseyn). O zaman Tehranda Qacar xanədanı son
günlərini yaşayırdı. (M.İbrahimov). Axırda sel bunları bir böyük daşa çırpdı
(S.S.Axundov).

3. Verilmiş cümlələrdə yanasma əlaqəsi ilə bağlanan sözləri seçib yazın.


Qızıl üzük laxladı, anam onu saxladı, atama qurban olum məni subay
saxladı. Züleyxa qızıl saatı göstərdi (S.Rəhimov). İndi mən səni gözəl anlayıram
(C.Cabbarlı). Birinci qatar hələ getməmişdir (M.S.Ordubadi).
Ağ mərmər pilləkənlər köpüklü bir dağ kimi dordüncü mərtəbədən üzü aşağı axıldı
(Ə.Məmmədxanlı). Yerə üç ağ çiçək sancılmışdı (M.Cəlal). Dörd mərtəbəli qəşəng
binanın qarşısında bir dəstə adam dayanmışdı (Y.Əzimzadə). Əziz bərkdən güldü
(Ə.Vəliyev). Səməd eyni sözləri dönə-dönə təkrar edirdi (M.Mehdi). Birdən kənd
küçəsində at ayaqlarının tappıltisı eşidildi (Ə.Məmmədxanlı). Üç nəfər gənc gülə-
gülə onlara yaxınlaşdı (M.İbrahimov). Şərqiyyə uzun danışdı (M.İbrahimov).

downloaded from KitabYurdu.org


4. Verilmiş cümlələrdən birinci növ təyini söz birləşmmələrini seçib dəftərinizə
yazın.

Hüseynqulu əminin qoca arvadı Səriyyə xala samovarı təzəcə gətirib


masanın üzərinə qoymuşdu ki, qapı açıldı (M.S.Ordubadi). İkitaylı geniş dəmir
qapısı var idi (M.İbrahimov). Onda bu bağlar qırmızı-sarılı yaxşı cins alma-
armudla örtülsə, iki göz gərəkdir ki, o vaxt tamaşaya çıxa (S.Rəhimov). Ağ xalatlı
adam söz demədən şkafı örtdü (Y.Əzirzazadə). Gənc müəllim bir an fikrə getdi
(S.Rəhimov). Daşdəmirin qapısına xeyli adam yığışmışdı (Ə.Vəliyev). Kürd
Əhməd ağlayan uşağa yaxınlaşdı (M.İbrahimov). Həmin söhbətdən iki gün sonra
istehsalat müşavirəsi keçirildi (Y.Əzimzadə).

5. Aşağıdakı bayatılarda II növ təyini söz birləşmələrinin altından xətt çəkin.


Bayatıları öyrənin.

6. Uçüncü növ təyini söz birləşmələri işlənən on cümlə düzəldib dəftərinizə yazın.

7. Mətni oxuyun. Cümlələri sintaktik təhlil edin.

Molla Pənah Vaqif


(1717-1797)
Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri də Molla Pənah
Vaqifdir. O, 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində yoxsul bir
kəndli ailəsində doğulmuşdur. Şairin gəncliyi Qazax mahalında keçmişdir. Vaqif
kiçik yaşlarında yaxşı mədrəsə təhsili görmüş, savadlı alim və müəllim Şəfi
Əfəndinin yanında dərs almışdı.

downloaded from KitabYurdu.org


1759-cu ildə Vaqifin ailəsi Qarabağa, Cavanşir mahalının Tərtərbasar
kəndinə köçür. Vaqif burada müəllimliklə məşğul olur. Həmin illərdə o, maddi
cəhətdən əziyyət çəkirdi. Vaqifın müəllümlik məharəti, şairlik istedadı haqqında
hər yerdə söhbət gedir. Onun yazdığı şeirlər əldən-ələ gəzməyə başlayır. Bunu
eşidən Qarabağ hökmdarı İbrahim xan onu saraya dəvət edir və eşikağası, yəni
xarici işlər vəziri təyin edir.
Ağa Məhəmməd Şah Qacarın 1795-ci ildə Şüşa üzərinə hücumu zamanı
Vaqif qalanın müdafiəsində böyük fəaliyyət göstərir. 1797-ci ildə Qacar Qarabağa
ikinci yürüşü zamanı Şuşanı tutur və Vaqifı zindana saldırır. Lakin Qacar öldürülür
və Vaqif həbsdən azad edilir. Hakimiyyət İbrahim xanın qardaşı oğlu Məhəmməd
bəy Cavanşirin əlinə keçir. Vaqif bu zaman sıxıntı keçirir, təqib edilir. Az sonra
Məhəmməd bəyin əmri ilə Vaqif və oğlu Əlağa Şuşada öldürülür.
Vaqifin faciəli ölümü zamanı şairin əsərləri itib-batmışdır. Onun əldə olan
əsərləri şeir həvəskarlarının yaddaşında və şeir dəftərində qorunııb saxlanmışdır.

2. Cümlənin həmcins üzvlərinə aid bədii əsərlərdən nümunələr tapıb yazın.


3. Xitab və ara sözlərinə aid bədii əsərlərdən nümunələr tapıb yazın.
4. Xoşbəxtlikdən, aydındır ki, doğrusu, məncə, onun dediyinə görə, əlbəttə,
adətən, əvvələn və s. ara sözlərə aid cümlələr tərtib edin.

2. Cümlənin həmcins üzvlərinə aid bədii əsərlərdən nümunələr tapıb yazın.


3. Xitab və ara sözlərinə aid bədii əsərlərdən nümunələr tapıb yazın.
4. Xoşbəxtlikdən, aydındır ki, doğrusu, məncə, onun dediyinə görə, əlbəttə,
adətən, əvvələn və s. ara sözlərə aid cümlələr tərtib edin.

downloaded from KitabYurdu.org


7. Cümlə üzvlərinin iştirakına görə sadə cümlənin növləri

Plan:

1. Baş üzvlərin hər ikisinin əsasında yaranan cüttərkibli cümlələr


2. Baş üzvlərdən birinin əsasında qurulan təktərkibli cümlələr (mübtədasız
təktərkibli cümlələr,xəbərsiz təktərkibli cümlələr).
3. Mübtədasız təktərkibli cümlələrin növləri ( şəxssiz, qeyri-müəyyən
şəxsli və ümumi şəxsli cümlələr )

ƏDƏBİYYAT:
1. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 2007.
2. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 1985.
3. Kazımov Q. Müasir Azərbaycan dili, sintaksis, “Ünsiyyət”, 2000.
4. Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1959.
5. Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1962.
6. Müasir Azərbaycan dili, sintaksis, III cild, Bakı, 1981.
Baş üzvlərin hər ikisinin iştirakı ilə qurulan sadə cümlələrə c ü t t ə r k i b l i
cümlələr deyilir.Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibtə etdi.
Cüttərkibli cümlələrdə əksərən mübtəda məntiqi subyektə, xəbər məntiqi
predikata uyğun gəlirCüttərkibli cümlələrin qurulma şərtləri aydındır: hər iki baş
üzvün iştirakı vacibdir. Lakin bə’zən təkrara yol verməmək, fikri sadə, səlis və
yığcam ifadə etmək üçün cümlələrin mübtədası buraxılır, mübtəda bilavasitə
cümlədə iştirak etmir. Belə cümlələr təktərkibli deyil, cüttərkibli hesab olunur,
çünki bu cür cümlələrin buraxılmış mübtədasını mətnə əsasən asanlıqla bərpa
etmək olur; məsələn: Həmidə xanım Mirzənin hərarətinin artdığını duydu. Kişinin
yanaqlarında, gözlərində qızartı sezdi. (B.Bayramov) - cümlələrindən ikincisində
mübtəda işlənməmişdir, lakin onu birinci cümlə əsasında asanlıqla bərpa etmək
mümkündür. Bu cür cümlələrin cüttərkibli olmasına heç kəsdə şübhə yoxdur.
Lakin bu cür quruluş modelləri içərisində elələri də var ki, dilçilərin onlara
baxışları müxtəlifdir.Cüttərkibli cümlələr sadə cümlənin əsas xüsusiyyətlərini
özündə cəmləşdirən cümlə tipidir. Bu cür cümlələr fe’li və ismi xəbərli, təsdiq və
inkar ola bilir.Cüttərkibli cümlələr ikinci dərəcəli üzvlər hesabına genişlənir;
məs.:Gənc həkim sözə başladı.(İ.Əfəndiyev) Xəstə göz qapaqlarını
qaldırdı.(İ.Əfəndiyev) Biz çardaqda oturmuşduq.(İ.Əfəndiyev) Geniş cüttərkibli
cümlələrdə mübtəda və xəbərlə birlikdə ikinci dərəcəli üzvlər (vasitəsiz və ya
vasitəli tamamlıq, tə’yin və zərfliyin hər bir növü) tək-tək işlənə bilər; eyni
strukturda (mübtəda və xəbərin olması ilə) ikinci dərəcəli üzvlər iki-iki, üç-üç və
daha çox sayda işlənə bilər və, nəhayət, cüttərkibli geniş cümlələr bütün ikinci
dərəcəli üzvlərin iştirakı ilə də qurula bilər; məsələn:Xədicə xəbərsiz-ətərsiz yoxa

downloaded from KitabYurdu.org


çıxandan təxminən iki ay sonra Xan atası Səlimdən belə bir məktub aldı.
(T.Kazımov)
Təktərkibli cümlələr
Cüttərkibli cümlələrdən fərqli olaraq, təktərkibli cümlələr baş üzvlərdən
yalnız biri əsasında formalaşır. Digər baş üzvə ehtiyac olmur. Məsələn: O zaman
bahar idi. Aydınlıq gecəydi. (İ.Əfəndiyev) Bu cəhəti əsas götürsək, cüttərkibli
cümlə başqa sözlə şəxsli cümlə deməkdir. “Cüttərkibli cümlə = şəxsli cümlə”
tezisinə əsasən cüttərkibli və təktərkibli cümlələri aşağıdakı kimi sıralaya bilərik:
ŞəxsLİ (cüttərkibli) cümlə.
Qeyri-müəyyən şəxsLİ cümlə.
Ümumi şəxsLİ cümlə.
ŞəxsSİZ cümlə.
Qeyri-müəyyən şəxsli cümlələr
Bir və ya bir neçə qeyri-müəyyən şəxs tərəfindən icra edilən iş və hərəkəti
bildirmək üçün işlədilən təktərkibli sadə cümlələrə q ey r i-m ü ə y y ə n ş ə x s l i
cümlə deyilir.Qeyri-müəyyən şəxsli cümlələrin ifadə etdiyi iş və hərəkətin əksərən
icraçısı olur - iş bir və ya bir qrup şəxs tərəfindən icra edilir. Lakin həmin şəxslər
bir subyekt, bir mübtəda kimi cümlədə öz ifadəsini tapa bilmir, qeyri-müəyyən
şəkildə qalır və cümlənin qeyri-müəyyən şəxsli cümlə kimi formalaşmasına səbəb
olur. Belə cümlələrin xəbəri həmişə üçüncü şəxsin cəmində olur; məs.: Uzun
çəkişmə, davadan və mübarizədən sonra Əntərzadəni mərkəzdən ayırdılar.
Ayırdılar, nə ayırdılar! Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri əksərən xəbər
formasının III şəxs cəmində, indiki və qeyri-qəti gələcək zamanlarında, bə’zən də
şühudi keçmişdə, qəti gələcək zamanda olur; məsələn:Rayon miqyaslı vəzifə, idarə
tapşırıblar.Qeyri-müəyyən şəxsli cümlələr m ü x t ə s ə r və g e n i ş olur. Müxtəsər
qeyri-müəyyən şəxsli cümlələr yalnız xəbərdən ibarət olur və əksərən tabeli
mürəkkəb cümlələrdə baş cümlə kimi işlənir; məsələn: Deyirlər, Bakıda yaman
neft çıxarırlar. (M.İbrahimov) Danışırdılar ki, bura qazamatdır. (Mir Cəlal)

Ümumi şəxsli cümlələr

İş və hərəkətin hamıya aid olduğunu bildirən təktərkibli sadə cümlələrə ü m


u m i ş ə x s l i c ü m l ə deyilir.:Ümumi şəxsli cümlələr hamıya aid olan, hər yerdə,
həmişə müşahidə edilən, bir qayda şəklini almış iş, hərəkət və hadisəni,
ümumiləşmiş şəxsi bildirir. Ona görə də təktərkibli cümlənin bu növü əksərən
atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən, aforizmlərdən, müxtəlif monolit
cümlələrdən ibarət olur; xəbəri 2-ci şəxsin təkində, 3-cü şəxsin cəmində, bə’zən də
1-ci şəxsin təkində olur; məs.: Hər bir günahkarın cəzasını vermək üçün gərək
günahkarı tapasan. (M.İbrahimov) Sözünün yerini bilməyənin gərək dərsini
verəsən. (M.İbrahimov) Ölü haqqında pis danışmazlar. (M.İbrahimov) Yıxılana
balta çalmazlar. (Məsəl)
İkinci dərəcəli üzvlərin iştirak edib-etməməsinə görə ümumi şəxsli cümlələr
də m ü x t ə s ə r və g e n i ş olur. Müxtəsər ümumi şəxsli cümlələr yalnız xəbərdən
ibarət olur; məsələn: Gərək yaşayasan, vəssəlam. (M.İbrahimov) Geniş ümumi

downloaded from KitabYurdu.org


şəxsli cümlələrdə ikinci dərəcəli üzvlər də iştirak edir: Bilmirsən,kimə inanasan,
nəyə e’tibar edəsən. (M.İbrahimov) Gərək qoyunu gözün kimi saxlayasan.
(S.Rəhimov) Oturub-duranda da belə adamla oturub-durasan. (M.İbrahimov)

Şəxssiz cümlələr

Mübtədası olmayan, fikir predmeti xəbərlə birlikdə təsəvvür edilən


təktərkibli sadə cümlələrə şəxssiz cümlə deyilir.
Təktərkibliliyin daha tipik nümunəsi şəxssiz cümlələr hesab olunur.
Şəxssiz cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Fikir predmeti
(fikir özülü) həmin predmetin əlaməti, hərəkəti, vəziyyəti ilə birgə təzahür edir;
məs.: Aprelin axır gecələrindən biri idi.(İ.Əfəndiyev) Bir dəfə gecə yarısı kəndə
hay düşdü. (M.İbrahimov) Şəxssiz cümlələrin xəbəri bir qayda olaraq həmişə III
şəxsin təkində olur; məs.: Gözəl may axşamı idi.(M.İbrahimov) Kiçik çillənin
ortaları idi. (M. İbrahimov) Günün batabat zamanı idi.(M.İbrahimov) 1987-ci ilin
mart ayı idi. (M.İbrahimov) və s. Xəbərinin ifadə vasitələrinə görə şəxssiz cümlələr
iki növə ayrılır: ismi xəbərli şəxssiz cümlələr; fe’li xəbərli şəxssiz cümlələr,
İ s m i xəbərli şəxssiz cümlələrin xəbəri isimlərlə, bə’zi zərflərlə, ismi
birləşmələr, ismi frazeoloji vahidlər və s.-lə ifadə olunur, -dır şəkilçisi ilə indiki
zaman, idi, imiş köməkçi sözləri ilə keçmiş zaman məzmunu ifadə edir; məsələn:
O zaman bahar idi. (İ.Əfəndiyev) O zaman bütün Qafqazda qarışıqlıq idi.
(M.İbrahimov) Səssizlikdi
Fe’li xəbərli şəxssiz cümlələrin xəbəri müxtəlif formalarda olur:
1.Xəbər fe’li frazeoloji vahidlərlə ifadə olunur. Şəxssiz cümlələrin bu növü dildə
daha çox işlənir. məs.: Direktorun da dodaqları qaçdı. (B.Bayramov) Birdən-birə
canımı üşütmə tutdu..Şəxssiz cümlələr quruluşca m ü x t ə s ə r və g e n i ş olur.
Müxtəsər şəxssiz cümlələrdə ikinci dərəcəli üzvlər iştirak etmir və cümlə
yalnız xəbərdən ibarət olur; məs.: Yatmaq vaxtıdır. (M. İbrahimov) Gecdir! Get yat
daha, get bir az dincəlGeniş şəxssiz cümlələrdə ikinci dərəcəli üzvlər iştirak edir;
məs.: Mənim ah-nalə edən adamdan xoşum gəlməz. (M.İbrahimov

Adlıq cümlələr

Əşyanın, hadisənin mövcud olduğunu, varlığını intonasiyanın köməyi ilə


təsdiq edən sadə təktərkibli cümlələrə adlıq cümlə deyilir.Adlıq cümlələr elə cümlə
növüdür ki, əşya və hadisənin adı çəkilir, lakin onun haqqında əlavə mə’lumat
verilmir, cümlənin xəbəri olmadığı üçün əlamətin daşıyıcısı, hərəkətin icraçısı
barədə bir söz deyilmir, yalnız onların mövcud olduğu bildirilir. Adlıq cümlələrin
əsasında adlıq halda olan sözlər və birləşmələr durur. Cümlənin özəyini təşkil edən
sözlər, birləşmələr mübtədaya uyğun gəlir, ona görə də adlıq cümlələrin mübtəda
əsasında formalaşdığı göstərilir; məs.:Cəbhə xəstəxanası. Yaralılar. Aydın bir gecə.
(M. İbrahimov) Dadaşovun evinin yanı. Axşam. Ay işığı. (S.Rəhman) Kəndin
kənarında səfalı bir yer. Gözəl mənzərələr. Qabaq planda böyük bir söyüd ağacı.
(S.Rəhman) Yenə həmin yer. Səhərin gözəl mənzərəsi. (S.Rəhman)

downloaded from KitabYurdu.org


Adlıq cümlələr də m ü x t ə s ə r və g e n i ş olur. Müxtəsər adlıq cümlələrdə
yalnız baş üzv - mübtəda müəyyənləşdirmək olur: Kənd. Səngərlər. Təlaş. Ölənlər
və yaralananlar... (M.İbrahimov) Geniş adlıq cümlələrdə müxtəlif nitq
hissələrindən - saylardan, sifətlərdən, əvəzliklərdən, feli sifət və feli sifət
tərkiblərindən ibarət tə’yinlər olur: Yeni tikilmiş evin qabağındakı eyvan.
(S.Rəhman) Adlıq cümlələr daha çox bədii və publisistik əsərlərin dilində işlənir.
Dram əsərlərinin remarkaları əksərən adlıq cümlələrdən ibarət olur. Adlıq
cümlələrin köməyi ilə əşya və hadisələrin vəziyyəti, yeri, zamanı, kəmiyyəti barədə
qısa, yığcam, obrazlı mə’lumat verilir.Ayrılıqda götürüldükdə adlıq cümlələr
müxtəlif mə’nalar ifadə edir: şəxs, əşya, məkan, zaman, hadisə və s. bildirir və çox
vaxt bu mə’nalar qarışıq şəkildə, birlikdə verilir; məs.: 1907-ci il. Bakı. Bibiheybət
mə’dənləri. Xanların evi. Ev olduqca yoxsul görünür. (S.Vurğun) Qədim
Azərbaycan. Bərdə padşahlığı. Uca və sənətkarlıqla işlənmiş bir qala. Ozanlar
çalır, qızlar, oğlanlar rəqs edirlər. (S Vurğun) Şuşa qalası. Xan sarayı. Vaqifin evi.
Toy məclisi, oyun. (S.Vurğun) İşçi evi, evdə bir kətil, bir samavar, divarda bir
tabaq, süpürgə, ərsin, bir dəstə yığılmış yorğan-döşək...(C.Cabbarlı) Haman otaq.
Birinci pərdədən üç ay keçmiş. Gültəkin və Dövlət bəy. (C.Cabbarlı)

Tabesiz mürəkkəb cümlələr

Plan:

1. Tabesiz mürəkkəb cümlənin komponentlərini bağlayan vasitələr


2. Tabesiz mürəkkəb cümlənin komponentlərini əlaqələndirən məna
əlaqələri: sadalama, aydınlaşdırma, qarşılaşdırma, səbəb-nəticə,
bölüşdürmə, qoşulma.
ƏDƏBİYYAT:

1.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,


Bakı, 2007.
2.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 1985.
3.Kazımov Q. Müasir Azərbaycan dili, sintaksis, “Ünsiyyət”, 2000.
4.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1959.
5.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1962.
6.Müasir Azərbaycan dili, sintaksis, III cild, Bakı, 1981.
T a b e s i z m ü r ə k k ə b c ü m l ə l ə r iki və daha artıq sadə cümlənin
mə’na və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi
birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir.Tabesiz mürəkkəb cümlələr iki
komponentdən (iki predikativ mərkəzdən) ibarət olduğu kimi, sadalama yolu ilə
qurula bilir və daha çox tərkib hissədən ibarət olur; məs.: Al rəngli səhər şəfəqləri
ətrafı bürüyür, hər tərəfdə quşların nəğməsi eşidilir. (Ə.Vəliyev) Tabesiz mürəkkəb
cümlələrin tərkib hissələri bağlayıcıların iştirakı olmadan əlaqələndikdə

downloaded from KitabYurdu.org


bağlayıcısız tabesiz mürəkkəb cümlələr əmələ gəlir; məs.: Küçədən arabir maşın
ötür, motor, təkər səsi daş-divara çalınmış dəmir qırıqlarını sızladırdı.
(S.Əhmədov) İ n t o n a s i y a - mürəkkəb cümlənin tərkib hissələrini
əlaqələndirən ilk və ən qədim vasitədir. Vaxt gələndə qoyun dibəyə sağılır, ilan
südü içir, yerinə qızıl qoyub gedirdi. (Ə.Vəliyev) Get-gedə ehtiras artdı, tamah güc
gəldi. (Ə.Vəliyev) İntonasiya ilə qurulmuş bu cümlələrin tərkib hissələri arasına və
bağlayıcısını da artırmaq olar.Tərkib hissələri bağlayıcıların iştirakı ilə əlaqələnən
tabesiz mürəkkəb cümlələr b a ğ l a y ı c ı l ı tabesiz mürəkkəb cümlələr
adlandırılır.Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirən bağlayıcı
qrupları aşağıdakılardır:
1. B i r l ə ş d i r m ə 2. Q a r ş ı l a ş d ı r m a 3. A y d ı n l a ş d ı r m a 4. B
ö l ü ş d ü r m ə 5. Q o ş u l m a

Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr

Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə eynicinsli hadisələr


sadalanır, həmin hadisələrin eyni zamanda və ya ardıcıllıqla baş verdiyi ifadə
olunur. Ona görə də bu cür cümlələrdə iki qrammatik mə’na münasibəti müşahidə
olunur: eyni zamanlı birləşdirmə, ardıcıl zamanlı birləşdirmə: İçəridə neçə kişinin
səs-küyü bir-birinə qarışmışdı, nərd şaqqıldayırdı. (S.Əhmədov) Birləşdirmə
əlaqəli tabesiz mürəkkəb cümlələr açıq sıralı cümlələrdir, sadalama yolu ilə
qurulur, ona görə də iki tərkib hissədən ibarət olduğu kimi, üç. dörd və daha çox
tərkib hissədən də ibarət ola bilir; məs.: Biri əllərini ovur, o biri nəbzini
tuturdu.(S.Əhmədov)

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr iki tərkib hissədən ibarət


olur. Birinci tərkib səbəbi, ikincisi həmin səbəbdən doğan nəticəni bildirir; məs.:
Ağacların dövrəsində yarasalar uçuşdu, Əşrəf diksindi. (İ.Şıxlı) Atamın cəbhəyə
getdiyi günü xəyalıma gətirib kövrəldim, gözlərim nəmçidi. (Ə.Vəliyev) Səbəb-
nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr qapalı sıralı olur, ona görə də iki sadə
cümlənin birləşməsi şəklində formalaşır. Tabesiz mürəkkəb cümlənin bu növünün
də tərkib hissələrinin xəbərləri əksərən felin eyni zamanında olur; məs.:Torpağı
duz basmış, kəndlilər köçüb getmişlər. Səbəb-nəticə əlaqəli cümlələrdə də tərkib
hissələr əksərən intonasiya ilə əlaqələnir, lakin bəzən tərkib hissələri
əlaqələndirmək üçün və bağlayıcısından da istifadə edilir; məs. Qoca mənim əlimi
buraxıb Ədiləyə tərəf getdi və mən bir balaca sakit oldum. (Elçin) Atamgildən ayrı
düşməyimi, elə bil, indicə xatırladım və könlümə qubar düşdü. (B.Bayramov)

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr də qapalı sıralı olub, iki


komponentdən - iki tərkib hissədən ibarət olur. Tərkib hissələrdən biri ümumilik

downloaded from KitabYurdu.org


bildirir, digəri onu izah edib aydınlaşdırır. Aydınlaşdıran tərkib hissə əksərən
ümumilik bildirən hissəyə intonasiya ilə bağlanır; məs.: Pətəkdə arı qalmadı -
yananı yandı, yanmayanı çərdək kimi çölə süzdü.(C.Bərgüşad) Həyətin işığından
göz qamaşırdı: hər küncdə süd rəngli bir lampa yanırdı.(İ.Məlikzadə) Abbasqulu
bəy də silahsız gəzərmiş: onun da tüfəngini əlindən alarmışlar. (F.Kərimzadə)
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr iki üsulla - sintez-analiz
və analiz-sintez üsulları ilə qurulur. Sintez-analiz üsulunda əvvəl ümumilik
bildirən, sonra aydınlaşdıran tərkib hissə (və ya tərkib hissələr) işlənir. Yazıda
ümumilik bildirən hissədən sonra iki nöqtə (bə’zən də vergül, nöqtəli vergьl və ya
tire) qoyulur. Şifahi və yazılı nitqdə sintez-analiz üsulundan daha çox istifadə
edilir; məs Bir də ki mən səni qınamıram: gəzməyən gəzə bilməz, gəzəyən dözə
bilməz. (Ə.Vəliyev)
Analiz-sintez üsulunda əvvəl təfərrüat verilir - aydınlaşdıran tərkib hissə(lər)
işlənir, sonra ümumilik bildirən hissə gəlir; bu cür cümlələrdən nisbətən az istifadə
olunur. Ümumilik bildirən hissə aydınlaşdıran hissədən tire ilə ayrılır: Kimi qum
ələyir, kimi su daşıyır, kimi əhəng və sement gətirir - hərə bir iş görürdü.

Qarşılaşdırma əlaqəlitabesiz mürəkkəb cümlələr

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində ifadə


olunan iş və hadisələr ya bir-biri ilə ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq
müqayisə edilir və fərqləndirilir. Tabesiz mürəkkəb cümlənin bu növü də qapalı
sıralı olub, iki tərkib hissənin birləşməsi yolu ilə əmələ gəlir; məs.: Hər tərəf
gecənin zülmətinə qərq olmuşdu, amma o dərin kədərin kölgəsi Yolçunun
gözlərindən çəkilib getmirdi. (Elçin) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb
cümlələrin tərkib hissələri qarşılaşdırma intonasiyası, amma, ancaq, lakin, fəqət
qarşılaşdırma bağlayıcıları və antonim sözlərin köməyi ilə əlaqələnir. Bağlayıcılar
ikinci komponentin əvvəlində işlənir; məs.: Qulluq fikrindən daşınmaq istəyirdi,
ancaq dolanmaq da lazım idi. (Mir Cəlal)

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində ifadə


olunan iş və hadisələr ya növbə ilə bir-birini əvəz edir, yaxud da iki və daha artıq
işdən birinin mümkünlüyü qeyd olunur. Tabesiz mürəkkəb cümlənin bu növü də
quruluşca açıq sıralı olduğundan az hallarda komponentlərinin sayı ikidən çox ola
bilir. Tərkib hissələr arasında bölüşdürmə mə’nası ya, ya da, yaxud da, və yaxud
da, və yaxud da ki; gah, gah da, gah da ki, və gah da, və gah da ki bağlayıcılarının
iştirakı ilə yaranır; məs.: Büronun qərarı ilə kommunist ya partiyada saxlanılır, təzə
bilet verilir, ya da xaric olunurdu. (Ə. Vəliyev)
Bölüşdürmə əlaqəsi əsasən bağlayıcıların iştirakı ilə yaranır. Bağlayıcıları atsaq, bu
cür cümlələr başqa cümlə növlərinə çevrilər: Ya sən dərsə gəlməmisən, ya da mən
səni görməmişəm - Sən dərsə gəlməmisən, mən də səni görməmişəm -

downloaded from KitabYurdu.org


cümlələrindən birincisi bölüşdürmə əlaqəli, ikincisi səbəb-nəticə əlaqəli tabesiz
mürəkkəb cümlədir.

Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlələrin bir qismində birinci tərkib hissədəki fikir


söyləndikdən sonra sanki ikinci tərkib hissədə ifadə olunacaq fikir yada düşür və
birinci tərkib hissəyə qoşulur; birinci tərkib hissənin sonunda səs tonu alçalır və
fasilə ilə ikinci tərkib hissə birinci ilə əlaqələnir. Qoşulma əlaqəsi həm intonasiya
ilə, həm də birləşdirmə bağlayıcılarına yaxın mə’nalı həm də, özü də, da, də və s.
qoşulma bağlayıcılarının köməyi ilə yaranır; məs.: Mirqəzəb Mirqəzəbliyində
qalıb; başkəsənləri də yan-yörəsində, mələk donunda. (İ.Hüseynov)
Yazıda qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasına
nöqtəli vergül, tire, bəzən də vergül qoyulur.
Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələrlə qoşulma konstruksiyalı sadə
cümlələri eyniləşdirmək olmaz. Qoşulma konstruksiyalar predikativ mərkəzə malik
olmur; məs.: O daha heç nə soruşmadı; həm də artıq nə soruşa bilərdi ki? Onun
çoxlu kitabları vardı; həm də belə qiymətli, nadir kitablar toplamışdı - cümlələri
tabesiz; Xəzər bir aynaydı - üzü ləkəsiz. (S.Vurğun) tipli cümlələr qoşulma
konstruksiyalı sadə cümlələrdir.

downloaded from KitabYurdu.org


7. Cümlə üzvlərinin iştirakına görə sadə cümlənin növləri

Tapşırıqlar:

1. Hekayəni oxuyub üzərində sadə cümləyə aid linqvistik təhlil aparın.

2. Aşağıdakı yarımçıq cümlələrin altandan xətt çəkin.


- Ağa, şikayətim var.
- Kimə?
- Ağa, pristava.
- Mən özüm də onun yolunu bir həftədır gözləyirəm. Bəs
hara gedib, ağa?
- Qaçaq qovmağa.
Bəs sən kimsən, ağa?
- Mən - pristavın pomoşniki.
Yaxşı, sən su şikayətinə baxa bilərsənmi?
- Yox !
- Niyə?
- Başım ağrayır... (S.Rəhimov).

3. Tabesiz mürəkkəb cümlələri köçürün, tərəfləri arasındakı əlaqələri göstərin.

Qapını aç, çıxan kimi istədiyini verərəm (M.İbrahimov) Şaxta şiddətlənir,


küçələr şüşəyə dönürdü (B.Bayramov). Yol çox uzaqdır, yəqin gecəni harada isə
yatmalı olublar (M.İbrahimov). Şaxta bizi doğrayırdı, əlimiz, ayağımız elə bil
özümüzünkü deyildi (B.Bayramov). Bu məktubu görəndə Mahrunun varlığı
dəyişdi, o, Tornünçüoğlunu bu məsələ ilə xəbərdar etməyə tələsdi; lakin gec idi,
bu, mümkün deyildi (M.S.Ordubadi). Cənab Linney onu altıncı dərəcədə fərz edir,
cənab Tureprort beşinci dərəcədə fərz edir; amma mən onu dördüncü dərəcədə fərz
edirəm (M.F.Axundov). Bu, doğrudan da, maraqlı bir söhbət idi, ancaq Kərimzadə
bunu nəinki Haşımlıya, heç kəsə danışmamışdı və danışmazdı da (Mir Cəlal).
8

downloaded from KitabYurdu.org


Aslan kişi qaloşun çıxarmaq istədi, İsa kişi qoymadı, onu skamyaya qaldırıb dedi
... (Ə.Əbdülhəsən). Atların ayaqlarının altından çəyirtkələr atılır, cırcıramaların
səsi artır, kəklikotu qoxusu insanı məst edirdi (Y.V.Çəmənzəminli). Ocaq
çatıldıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü (İ.Şıxlı).

4. Tabesiz mürəkkəb cümlələrdə işlənən bağlayıcıları tapın.

5. Bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələrə aid


nümunələr yazın.

downloaded from KitabYurdu.org


1

8. Tabeli mürəkkəb cümlə və növləri


Plan:

1. Tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan


vasitələr.
2. Tabeli mürəkkəb cümlələrin budaq cümlələrinə görə təsnifi.
3. Mübtəda budaq cümləsi.
4. Xəbər budaq cümləsi.
5. Tamamlıq budaq cümləsi
6. Təyin budaq cümləsi

ƏDƏBİYYAT:
1.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 2007.
2.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 1985.
3.Kazımov Q. Müasir Azərbaycan dili, sintaksis, “Ünsiyyət”, 2000.
4.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1959.
5.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1962.
6.Müasir Azərbaycan dili, sintaksis, III cild, Bakı, 1981.
İntonasiya. tabeli mürəkkəb cümlələrin də qurulmasında intonasiyanın
böyük rolu vardır, Mir Kazım bağçada bir büsat yaratmışdı, baxan deyirdi, bir də
baxım. (S.Əhmədov
Budaq cümlələrin baş cümləyə bağlanmasında bağlayıcılar və bağlayıcı
sözlərlə yanaşı,-sa,-sə və -mı,-mi, -mu,-mü şəkilçilərinin, isə köməkçi sözünün
ixtisarının da xüsusi rolu vardır.
Bağlayıcı vasitələrə görə budaq cümlələrin növləri. Tabeli mürəkkəb
cümlələrin komponentlərini əlaqələndirən vasitələr - bağlayıcılar, bağlayıcı sözlər,
şəkilçilər, ədatlar və intonasiya budaq cümlələrin tipindən asılı olaraq, müəyyən
sistem şəklində işlənir. Bu cəhətdən tabeli mürəkkəb cümlələri aşağıdakı növlərə
ayırmaq olar:
1. A s i n d e t i k tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlələrin bu
növündə budaq cümlə baş cümləyə yalnız intonasiya ilə bağlanır; məs.: Gördü, Gər
Xəlil, Mürşüd,Cəmşid dayanıblar daş arxın tirəsində. (S.Əhmədov)
2. A n a l i t i k tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlələrin bu
növündə budaq cümlə baş cümləyə ya bağlayıcı, ya bağlayıcı söz, yaxud da ədatla
bağlanır. Hamı bilirdi ki, Xəlilin evdə xörək verəni yoxdur. (S. Əhmədov)
3. S i n t e t i k tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlələrin bu
növündə budaq cümlə baş cümləyə intonasiyanın ümumi müşayiəti ilə, -sa,-sə və -
mı,-mi,-mu,-mü şəkilçilərinin köməyi ilə bağlanır. Bu xüsusiyytə, başlıca olaraq,
şərt və qarşılaşdırma budaq cümlələrinə aiddir; məs.: Xoş üz göstərməsəm, xoş üz
görməsəm, Heç yana, heç yerə mən tələsmirəm. (S.Vurğun)

downloaded from KitabYurdu.org


2

4. A n a l i t i k-s i n t e t i k tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb


cümlələrin bu növündə budaq cümlə baş cümləyə həm bağlayıcı söz, həm də -sa,-
sə şəkilçisi ilə bağlanır;
Tabeli mürəkkəb cümlənin növləri budaq cümlələrə görə müəyyənləşdirilir.
edilir.
Budaq cümlənin aşağıdakı növləri vardır:
1. Mübtəda budaq cümləsi;
2. Xəbər budaq cümləsi;
3. Tamamlıq budaq cümləsi;
4. Tə’yin budaq cümləsi;
5. Zərflik budaq cümlələri:
§ Tərz budaq cümləsi
§ Dərəcə budaq cümləsi
§ Zaman budaq cümləsi
§ Yer budaq cümləsi
§ Kəmiyyət budaq cümləsi
§ Səbəb budaq cümləsi
§ Məqsəd budaq cümləsi
§ Şərt budaq cümləsi

6. Qoşulma budaq cümləsi.


Mübtəda budaq cümləsi
M ü b t ə d a b u d a q c ü m l ə s i baş cümlənin işarə əvəzliyi ilə ifadə
olunan və ya qəlib söz şəklində təsəvvür edilən mübtədasını izah edib
aydınlaşdırmaq üçün işlədilir.Cümlələrin bir qismində əvvəl baş cümlə, sonra
budaq cümlə işlənir. Baş cümlədə aktuallaşdırılmalı olan mübtədanın özü deyil,
yerliyi, qəlibi verilir (yaxud təsəvvür edilir), sonra gələn hissədə - budaq cümlədə
onun məzmunu açılır; məs
1 tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə
əksərən ki bağlayıcısı, bəzən yalnız intonasiya ilə bağlanır; məs.: Neçə vaxtdır ki,
mən də bir yuxu görürəmBaş cümlədə mübtəda budaq cümləsinin yerliyinin - qəlib
sözün olub-olmamasına görə bu tipin özünü də iki növə ayırmaq olar:1. Baş
cümlədə mübtəda vəzifəsində müxtəlif qəlib sözlər işlənir. O da bizə məlumdur ki,
mərhumun adı bu saat qoburnatın hüzurunda nöqtəbənöqtə yazılıbdır. (Mir Cəlal)
2. Qəlib söz işlədilmir, ona görə də baş cümlə mübtədasız yarımçıq cümlə şəklində
formalaşır. Bu cür cümlələr bədii ədəbiyyatda, canlı danışıq dilində daha çox
müşahidə olunur. Baş cümlə əksərən zaman mənalı olur; məs.:Bu gün beşinci gün
idi ki, onun işlədiyi dəstə gündəlik işi artıqlaması ilə yerinə yetirirdi. (Mir Cəlal)
II tip. Mübtəda budaq cümləsinin bu tipində budaq cümlə baş cümlədən
əvvəl işlənir və ona kim, hər kim, hər kəs, nə, hər nə və s. bağlayıcı sözlərlə
bağlanır. Bağlayıcı sözlərə müvafiq olaraq, baş cümlədə mübtəda vəzifəsində
qarşılıq bildirən o sözü (bəzən də bu sözü) olur və budaq cümlə vasitəsilə izah
edilir; məs.: Mən hər nə deyirəmsə, o da olmalıdır.

downloaded from KitabYurdu.org


3

Xəbər budaq cümləsi

X ə b ə r b u d a q c ü m l ə s i baş cümlənin işarə əvəzliyi-qəlib sözlə ifadə


olunan xəbərini izah edib aydınlaşdırır.Baş və budaq cümlənin yerinə, bağlayıcı
vasitələrə, aktuallaşdırma formasına görə xəbər budaq cümləsinin iki tipi vardır.
1 tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir, budaq cümlə baş cümləyə
ya ki bağlayıcısı, yaxud da yalnız intonasiya ilə bağlanır; məs.:Hünər odur ki, mən
dözən yetimçiliyə dözəydin. (M.İbrahimov)
II tip. Xəbər budaq cümləsinin bu tipində budaq cümlə baş cümlədən əvvəl
işlənir və ona kim, hər kim, hər kəs, nə, hər nə və s. bağlayıcı sözlərlə bağlanır.
Budaq cümlənin xəbərində -sa,-sə şəkilçisi və ya bağlayıcı sözdə ki ədatı işlənə
bilər (bunlar işlənməyə də bilər).
Sənə kim avam deyirsə, avam o özüdür (Avam sənə avam deyənin özüdür).

T a m a m l ı q b u d a q c ü m l ə s i baş cümlənin işarə əvəzliyi ilə ifadə


olunan və ya qəlib söz şəklində təsəvvür edilən tamamlığını izah edib aydınlaşdırır.
Baş və budaq cümlənin yerinə, aktuallaşdırma formasına, bağlayıcı
vasitələrə görə tamamlıq budaq cümləsinin də iki tipi vardır.
1 tip. Budaq cümlə baş cümlədən sonra işlənir və baş cümləyə ya yalnız
intonasiya ilə, yaxud da intonasiya və ki bağlayıcısı ilə bağlanır; məs.: Oğul, mən
bilirəm, sevdaya düşən İnsanlar ömrünü çürüdür bə’zən. (S.Vurğun) Budaq cümlə
baş cümləyə bağlayıcı olmadan, yə’ni yalnız intonasiya ilə bağlandıqda baş və
budaq cümlə inversiyaya uğraya bilir; məs.: Nə təhər getdilər, bilmirik. Neçə
yaşında idi, bilmirdik. Haralı idi, deməmişdi. (Ə.Vəliyev)
II tip. Tamamlıq budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən
əvvəl işlənir və baş cümləyə kim, hər kim, hər kəs, nə, hər nə və s. bağlayıcı
sözlərlə bağlanır. Baş cümlədə tamamlıq vəzifəsində qarşılıq bildirən o sözü (az
hallarda bu sözü) işlənir (işlənmədikdə təsəvvür edilir), budaq cümlə baş
cümlədəki məntiqi vurğu altında aktuallaşan qarşılıq bildirən sözü konkret
informasiya ilə təmin edir; məs.: Kimin ki adına yazılmış Zəfər, Öpüb qucaqlayır
onu səadət. (S.Vurğun

Təyin budaq cümləsi

T ə y i n b u d a q c ü m l ə s i baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan və


ya qəlib söz şəklində təsəvvür edilən tə’yinin mə’nasını izah edib aydınlaşdırır.
Tə’yin kimi, tə’yin budaq cümləsi də baş cümlənin əşya bildirən bir üzvünə
aid olur; məs.:
Amma dünyada elə adamlar da var ki, düşünür, qanır, hər şeyin fikrini
eləyir. (M.İbrahimov) Bacılar var ki, yeddi qardaşının yeddisini də yola salıb. (Mir
Cəlal)
Təyin budaq cümləsinin iki tipi vardır.

downloaded from KitabYurdu.org


4

1 tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir, budaq cümlə baş cümləyə ki
bağlayıcısı və ya yalnız intonasiya ilə bağlanır; məs.: Vallah, elə adamlarım var ki,
üstlərinə şikayətə getsəm, hamınızı zəncirə vurdurar. (F.Kərimzadə)
Təyin budaq cümləsinin bu tipi dilimizdə daha çox işlənir. Baş cümlədə
budaq cümlənin yerliyinin, qəlibinin olub-olmamasına görə bu tipin özünü də iki
növə ayırmaq olar.
a) Baş cümlədə budaq cümlənin göstəricisi (qəlib söz) işlənir və budaq
cümlə bilavasitə həmin sözü izah edib aydınlaşdırır.
1. Elə, elə bir, belə, belə bir, o cür, bu cür sözləri baş cümlədə qəlib söz-
təyin vəzifəsində işlənir və budaq cümlə vasitəsilə izah edilir; məs.: O elə adamdır
ki, üz verəndə astar istəyəcək. (Ə.Vəliyev) 2. O, bu sözləri baş cümlədə qəlib söz-
tə’yin vəzifəsində işlənir və budaq cümlə vasitəsilə izah edilir; məs.: İndi gözəl o
qızdır ki, səngərdə beş külüng, beş bel artıq vurur. (Mir Cəlal)
II tip. Təyin budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən
əvvəl işlənir və ona hansı, kim, nə bağlayıcı sözləri ilə bağlanır. Bağlayıcı sözdə ki
ədatı və ya budaq cümlənin xəbərində -sa,-sə şəkilçisi işlənə bilər (bunlar olmaya
da bilər). Hansı ürəkdə xəbislik, kin-küdurət, ləkə, naqislik var, o insanlar
özlərindən küssünlər. (F.

Zərflik budaq cümlələri

Plan:

1. Zərflik budaq cümlələri və onun növləri

Ədəbiyyat:

1.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,


Bakı, 2007.
2.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə,
Bakı, 1985.
3.Kazımov Q. Müasir Azərbaycan dili, sintaksis, “Ünsiyyət”, 2000.
4.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1959.
5.Müasir Azərbaycan dili, sintaksis, Bakı, 1962.
6.Müasir Azərbaycan dili, sintaksis, III cild, Bakı, 1981.

T ə r z b u d a q c ü m l ə s i baş cümlədəki hərəkətin icra tərzini, necə, nə


şəkildə, nə vəziyyətdə icra olunduğunu bildirir.Elə danış ki, mən də başa
düşüm. Buyur, ərizəni necə istəyirsən, yaz.Tərz budaq cümləsinin də yerinə və
bağlayıcı vasitələrə görə iki tipi vardır.1 tip. Tərz budaq cümləsi baş cümlədən
sonra işlənir və ona əksərən ki bağlayıcısı, az hallarda intonasiya ilə bağlanır;
məs.:Sən uşaqla elə bir rəftar elə ki, onun məhəbbəti günbəgün sənə artsın.
(Ə.Haqverdiyev)

downloaded from KitabYurdu.org


5

II tip. Tərz budaq cümləsinin bu tipində budaq cümlə baş cümlədən əvvəl
işlənir və baş cümləyə necə, nə cür, nə təhər bağlayıcı sözləri ilə bağlanır.
Bağlayıcı sözlər çox zaman ki ədatı ilə birgə işlənir. Ki ədatı olmadıqda budaq
cümlənin xəbərində -sa,-sə şəkilçisi işlənə bilir (bunlar olmaya da bilər). Baş
cümlədə bağlayıcı sözlərə müvafiq olaraq, qarşılıq bildirən elə, eləcə, eləcə də,
o cür, o təhər və s. sözlərdən istifadə edilir. Məntiqi vurğu altında
aktuallaşdırılan qarşılıq bildirən sözlər budaq cümlə vasitəsilə məzmunca
konkretləşdirilir və baş cümlənin yeni informasiya mənbəyinə çevrilməsinə
səbəb olur; məs.: Talıbgil necə gəlmişdilər, elə də çıxıb getdilər

Dərəcə budaq cümləsi

D ə r ə c ə b u d a q c ü m l ə s i baş cümlədə ifadə olunan hərəkət və ya


əlamətin dərəcəsini bildirir; məs.:Gənclik o qədər güclü, o qədər coşqun bir
aləmdir ki, çox zaman nənələrin, dədələrin arzusundan, planından asılı olmur.
(Mir CəlalBaş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə dərəcə budaq
cümləsinin də iki tipi vardır. Lakin bunlardan birinci tip daha işləkdir.
1 tip. Dərəcə budaq cümləsi baş cümlədən sonra işlənir və baş cümləyə
əksərən ki bağlayıcısı, bəzən yalnız intonasiya ilə bağlanır; məs.: Qocanın
sözləri o qədər gözlənilməz səsləndi ki, hətta qızlar da ağızlarındakı quru pendir-
çörəyi çeynəmələrinə ara verdilər. (Elçin).
II tip. Nəzəri və praktik cəhətdən dərəcə budaq cümləsinin ikinci tipindən də
danışmaq mümkündür. Bu tipdə budaq cümlə baş cümlədən əvvəl işlənir və ona
nə dərəcə, nə qədər, nə yerə və s. bağlayıcı sözlərlə bağlanır. Bağlayıcı söz ki
ədatı ilə birgə işlənə bilər, ki ədatı olmadıqda budaq cümlənin sonunda -sa,-sə
şəkilçisi işlənir (şəkilçi və ədat olmaya da bilər). Baş cümlədə qarşılıq bildirən
söz kimi o dərəcəyə, o dərəcədə və bu sözlərlə sinonim məqamda o qədər, o yerə
sözləri olur; məs.: Nə dərəcədə desən, o dərəcədə gözəldir. Axır ki, işi nə yerə
düşünürdük, o yerə gətirib çıxardı. Nə dərəcədə çalışmışdınsa, o dərəcədə də
əməyin qiymətləndirildi.

Zaman budaq cümləsi

Z a m a n b u d a q c ü m l ə s i baş cümlədəki hərəkət və ya əlamətin


zamanını bildirir; məs.:Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
zaman budaq cümləsinin iki tipi vardır.
1 tip. Zaman budaq cümləsinin bu tipində budaq cümlə baş cümlədən sonra
işlənir və ona ki bağlayıcısı, bəzən də intonasiya ilə bağlanır. Baş cümlədə
budaq cümlənin yerliyi, qəlibi kimi o zaman, o vədə, o vaxt, elə bir vaxtda, onda
sözlərindən biri olur və budaq cümlə vasitəsilə izah edilir; məs.: Kişi onda ayıldı
ki, gördü geridən özgə hənir gəlir (S.Əhmədov)
II tip. Zaman budaq cümləsinin “budaq cümlə + baş cümlə” quruluşlu 2-ci
tipi dilimizdə daha çox işlənir. Bu tipdə budaq cümlə baş cümləyə müxtəlif
bağlayıcı vasitələrlə bağlanır.

downloaded from KitabYurdu.org


6

1. Budaq cümlə baş cümlədən əvvəl işlənir və ona ki bağlayıcısı ilə bağlanır.
Bu cür cümlələrdə intonasiyanın rolu daha böyükdür. Ki bağlayıcılı birinci
tərkib tələffüz olunarkən elə bir fasilə edilir ki, birinci tərkibin ikincini zamanca
izah etdiyi dərk olunur. Bə’zən də budaq cümlənin əvvəlində işlənən elə, indicə,
yenicə, təzəcə tipli sözlər intonasiyanın yükünü azaltmaqla budaq cümlənin
zaman mə’nasını gücləndirir; məs.: Mağaraya girmək istəyirdi ki, dəvə bərkdən
səsləndi (Ə.Vəliyev)
2. Zaman budaq cümləsi baş cümlədən əvvəl gələrək ona bağlayıcı söz
olmadan, yalnız ki ədatı ilə bağlanır. Ki ədatı budaq cümlənin daxilində işlənir
və müəyyən dərəcə şərt çalarına malik olur. Baş cümlədə onda, o zaman, o vaxt
tipli qarşılıq bildirən sözlər işlənə bilər; məs.:. Səkinə xala, gün ki batdı, hər yan
bağlanır, bir şey tapmaq olmur. (M.İbrahimov) Yoxlamanı ki qurtarır, bir
qoyunu şaqqalayıram. (Ə.Vəliyev) - Yoxlamanı qurtaran kimi bir qoyunu
şaqqalayıram. O çox uzaq illərdə ki universitetdə bir yerdə oxuyurdular, onda
başını aşağı salıb sürətlə leksiya yazmaqdan qələm tutan barmaqları döyənək
bağlamışdı. (Elçin)

Yer budaq cümləsi

Y e r b u d a q c ü m l ə s i baş cümlədəki hərəkət və ya əlamətin yerini


bildirir.Ya baş cümlədə yer zərfliyi-qəlib söz olur və budaq cümlə vasitəsilə izah
edilir, dəqiqləşdirilir, yaxud da budaq cümlə bilavasitə baş cümlənin fe’li və ya
ismi xəbərinə aid olur, hərəkət və ya əlamətin yerini bildirir; məs.:
O yerdə ki qoyunun, quzunun qədri adamdan artıq tutulur, orada adamlar
ruhdan düşür. (M.İbrahimov) Hara buyursalar, Qulu təpəsi üstə gedər.
(S.Rəhimov)Yer budaq cümləsi də o budaq cümlə növlərindəndir ki, ya baş
cümlədə qarşılıq bildirən söz olur, yaxud da mütləq təsəvvür edilir. Qarşılıq
bildirən söz adətən ora sözündən (bəzən də o yer birləşməsindən) ibarət olur.
Qarşılıq bildirən söz (və birləşmənin əsas tərəfi) yalnız üç halda - yönlük, yerlik
və çıxışlıq hallarında olduqda yer budaq cümləsi əmələ gətirir, qalan hallarda
başqa budaq cümlələrin yaranmasına səbəb olur; məs.:
Harada işləyirsən, ora abadlaşır.
Harada işləyirsən, oranın şəraiti yaxşılaşır.
Harada işləyirsən, ora (oraya) can yandırırsan.
Harada işləyirsən, oranı abadlaşdırırsan.
Harada işləyirsən, orada abadlıq işləri görürsən.
Harada işləyirsən, oradan şərəfli əməyinin səsi eşidilir.
Birinci misalda baş cümlədəki ora sözü adlıq halda mübtəda vəzifəsindədir;
ikinci misalda oranın şəraiti birləşməsi də mübtəda vəzifəsindədir. Dördüncü
misalda baş cümlədəki oranı sözü tamamlıqdır. Yalnız üçüncü, beşinci və altıncı
misallardakı oraya, orada, oradan sözləri yer budaq cümləsinin yerliyidir. Ona
görə də birinci və ikinci cümlələr mübtəda budaq cümləli, dördüncü cümlə
tamamlıq budaq cümləli, üç, beş və altıncı cümlələr yer budaq cümləli tabeli
mürəkkəb cümlələrdir. Əgər ikinci cümləni: Harada işləyirsən, oranın şəraitini

downloaded from KitabYurdu.org


7

yaxşılaşdırırsan - şəklinə salsaq, tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə


yaranmış olar, çünki baş cümlədə qarşılıq bildirən söz tamamlıq vəzifəsində
işlənən birləşmə (oranın şəraitini) yaradır. Eləcə də aşağıdakı iki cümlədən
birincisi tamamlıq, ikincisi yer budaq cümləli tabeli mürəkkəb cümlədir:
O yerdə ki bir zaman palçıq dizə qədərdi,
İnsan oğlu oranı bir gülşənə döndərdi.
O yerdə ki dururdu qozbel, qəmli daxmalar,
İndi orda saraylar, qəşəng kaşanələr var.
(S. Rüstəm)

Kəmiyyət budaq cümləsi

K ə m i y y ə t b u d a q c ü m l ə s i baş cümlədəki hərəkət və ya əlamətin


kəmiyyətini bildirir. Ya baş cümlədə budaq cümlənin qəlibi - kəmiyyət zərfliyi
olur, budaq cümlə vasitəsilə konkretləşdirilir, dəqiqləşdirilir, yaxud da budaq
cümlə bilavasitə baş cümlədəki hərəkət və ya əlamətin kəmiyyətini
müəyyənləşdirir; məs.:
Mən rayona gedəndə nə qədər tələsirdimsə, kəndə qayıdanda da o qədər
könülsüz yeriyirdim. (Ə.Vəliyev)
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə kəmiyyət budaq
cümləsini də iki tipə ayırmaq olar.
1 tip. Budaq cümlə baş cümlədən sonra işlənərək ona ki bağlayıcısı ilə
bağlanır. Baş cümlədə budaq cümlənin qəlibi, yerliyi kimi o qədər, o
kəmiyyətdə, o miqdarda sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir;
məs.: Lalənin məhəbbəti mənə o qədər güc və qüvvət vermişdir ki, lap günü bu
gün dağın başına qalxacağam. (Ə.Vəliyev)
II tip. Kəmiyyət budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən
əvvəl işlənir və ona nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə bağlanır.
Bağlayıcı sözdə ki ədatı, budaq cümlənin sonunda -sa,-sə şəkilçisi növbəli
şəkildə işlənə bilər (işlənməyə də bilərlər); baş cümlədə qarşılıq bildirən o qədər,
o qədər də. bir o qədər, bir o qədər də sözləri işlənir və budaq cümlə vasitəsilə
konkretləşdirilir, izah edilir və aydınlaşdırılır; məs.: Nə qədər sifariş etmişdiniz,
o qədər gətirmişəm. Əmim qızını nə qədər tez ərə versən, azardan-bezardan bir o
qədər tez qurtarar. (Ə.Vəliyev)

Səbəb budaq cümləsi

S ə b ə b b u d a q c ü m l ə s i baş cümlədə ifadə olunan hərəkət və ya


əlamətin səbəbini bildirir.Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə
görə səbəb budaq cümləsinin iki tipi vardır.
1 tip. Budaq cümlə baş cümlədən sonra işlənir və ona müxtəlif vasitələrlə
bağlanır
Qüdrətin böyükdür, çünki insansan. (S.Vurğun) Bir şey yazmamışam
istiqbalına, Çünki az duymuşam, az anlamışam. (S.Vurğun)

downloaded from KitabYurdu.org


8

II tip. Səbəb budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən
əvvəl işlənir, ona görə də bu cür cümlələrdə səbəblə nəticə düz sıralanır; məs.:
Sən ki belə mərd adamsan, bunun hamısını sənə bağışlayıram (F.Kərimzadə)

Məqsəd budaq cümləsi

M ə q s ə d b u d a q c ü m l ə s i baş cümlədə ifadə olunan hərəkətin


məqsədini bildirir.
Məqsəd budaq cümləsinin iki tipi vardır.
1 tip. Məqsəd budaq cümləsinin “baş cümlə + budaq cümlə” quruluşlu bu
tipi daha çox işlənir. Budaq cümlə baş cümləyə əksərən ki bağlayıcısı, bə’zən də
yalnız intonasiya ilə bağlanır; məs.: Abdulla pəncərələri taybatay açmışdı ki,
içərinin havası dəyişsin. (Elçin)
II tip. Dilimizdə məqsəd budaq cümləsinin “budaq cümlə + baş cümlə”
quruluşlu tipi də mövcuddur. Bu tip daha çox canlı danışıq dilində işlənir, budaq
cümlə baş cümləyə nə məqsədlə, nə üçün, nədən ötrü bağlayıcı sözləri ilə
bağlanır. Budaq cümlənin baş cümləyə bağlanmasında bağlayıcı sözlə yanaşı, ki
ədatı və -sa,-sə şəkilçisindən də istifadə olunur. Baş cümlədə o məqsədlə, onun
üçün, ondan ötrü və s. qarşılıq bildirən sözlər olur və budaq cümlə onların
mə’nasını aydınlaşdırır; Nə məqsədlə demişdiniz, o məqsədlə də gəlmişəm. Nə
üçün çağırmışsınızsa, onun üçün də gəlmişəm. Bu şeyləri nədən ötrü aparmalı
idimsə, ondan ötrü də aparmışam.
Səbəb və məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrin bir sıra oxşar və
fərqli cəhətləri vardır Aşağıdakı fərqli xüsusiyyətləri vardır:
1. Adından göründüyü kimi, səbəb budaq cümləsi səbəbi, onun aid olduğu
baş cümlə isə nəticəni bildirir. Məqsəd budaq cümləli tabeli mürəkkəb
cümlələrdə vəziyyət bunun əksinədir.
2. Doğrudur, bunların sualları əsasən eynidir və hər ikisinə niyə?, nə üçün?,
nədən ötrü? suallarını vermək olar, lakin səbəb budaq cümləsi üçün nə səbəbə?,
məqsəd budaq cümləsi üçün nə məqsədlə? sualı daha dəqiq və müvafiqdir.
3. Bunları sadələşdirdikdə səbəb budaq cümləsi səbəb zərfliyinə, məqsəd
budaq cümləsi məqsəd zərfliyinə çevrilir.
4. Səbəb budaq cümləsi feli sifət tərkibi və qoşma ilə, məqsəd budaq cümləsi
məsdər (feli isim) tərkibi və qoşma ilə sadələşir:
5. Səbəb budaq cümləsinin xəbəri əksərən xəbər şəklinin indiki və keçmiş
zamanı ilə (həmçinin indiki və keçmiş zaman mə’nalı ismi xəbərlə), məqsəd
budaq cümləsinin xəbəri əmr və arzu formaları ilə ifadə olunur (misallara bax).
Bu xüsusiyyətlər hər iki budaq cümlə növünün birinci tipinə aiddir (Unutmamalı
ki, hər iki budaq cümlə ismi xəbərli də ola bilir).

Şərt budaq cümləsi

downloaded from KitabYurdu.org


9

Ş ə r t b u d a q c ü m l ə s i baş cümlədə ifadə olunan hərəkət və ya əlamətin


şərtini bildirir; məs.:Övladın sevgili tikəsini anası yeməsə, onun istirahəti canına
yatmaz. (Ə.Vəliyev)
Bağlayıcı vasitələrə, baş və budaq cümlənin yerinə görə şərt budaq
cümləsinin iki tipi vardır.
1 tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir, budaq cümlə baş cümləyə
əksərən ki bağlayıcısı, bəzən də yalnız intonasiya ilə bağlanır. Baş cümlədə bu
şərtlə, o şərtlə, bir şərtlə, həmin şərtlə və s. qəlib sözlər işlənir və budaq cümlə
vasitəsilə dəqiqləşdirilir, konkretləşdirilir; məs.:Maşınları bir şərtlə göndərərik
ki, sabah vaxtında qarajda hazır olsunlar.
II tip. Şərt budaq cümləsinin bu tipi dildə daha çox işlənir və rəngarəng
bağlayıcı vasitələrilə diqqəti cəlb edir. ”Budaq cümlə + baş cümlə” quruluşlu
olur.
Ata qumarbaz oldu, oğul da qumarbaz olar. (Ə.Haqverdiyev)
Ürək zövq almasa yaratdığından, Ümid çırağının şöləsi sönər. (S. Vurğun)

downloaded from KitabYurdu.org


10

8. Tabeli mürəkkəb cümlə və növləri


Tapşırıqlar:

1. Aşağıdakı cümlələrdə budaq cümlələri tapın.

2. Cümlələri sintaktik təhlil edin.


Azərbaycanın ən qədim şəhərlərindən biri də Gəncədir. Gəncə şəhərinin
tarixi barədə çoxlu məlumat və rəvayətlər var.
Quba Azərbaycanın ən səfalı rayonlarından biridir. Quba rayonuna daxil
olan kəndlərin çoxu dağlarda yerləşir. Bunlardan biri də Xınalıqdır.
Təbriz Azərbaycanın qədim şəhərlərindəndir. Təbriz Cənubi Azərbaycanın
ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzidir. Təbrizdə maşınqayırma və
metal emalı, neft emalı, yüngül sənaye (toxuculuq, trikotaj, dəri) sahələri geniş
inkişaf etmişdir. Təbriz xalçaları dünyada şöhrət qazanmışdır.
Təbriz Qətran Təbrizi, Xətib Təbrizi (XI əsr), Şəms Təbrizi (XIII əsr), Əssar
Təbrizi (XIV əsr), Vahid Təbrizı (XV əsr), Sadıq bəy Əfşar (XVI əsr), Qövsi
Təbrizi (XVII əsr) kimi şair və alimlərin vətənidir.

3. Zərflik budaq cümlələrinin növlərinə aid nümunələr tapıb yazın.

downloaded from KitabYurdu.org


11

4. Tabeli mürəkkəb cümlələrə aid on nümunə yazın. Seçdiyiniz tabeli


mürəkkəb cümlələri sadə cümlələrə çevirin və dəftərinizə yazın.

5. Cümlələri sintaktik təhlil edin.


Əvvəlcə onun çatma qaşları, sonra kimisə xatırladan tanış səsi müəllimi
diksindirdi. Qələmi yerə qoyub biletin suallarına cavab verməyə hazırlaşan
tələbənin üzünə diqqətlə baxdı. Deyəsən hiss etmişdi ki, müəllim həyəcanlanmışdı,
nəyisə xatırlamağa çalışır, amma yadına hec nə sala bilmir.
Uşaq özünü toxtatdı. Dilinin ucuna gələn sözləri demədi. Sifətindəki ifadə dəyişdi.
Ciddiləşdi və suallara cavab verməyə başladı. Onun səsindəki oxşarlıq müəllimin
fıkrini dağıtdı, nə qədər çalışsa da diqqətini cəmləşdirib bir yerə mərkəzləşdirə
bilmədi. Xəyalı harayasa, lap uzaqlara getdi. Gözü cavab verənin üzünə zillənsə də
onun dediklərini eşitmirdi. Bircə onu görürdü ki, uşağın dodaqları tərpənir, fıkrini
izah etdikcə əl-qolunu oynadır (İ.Şıxlı).

downloaded from KitabYurdu.org


Seminar 15 saat.

1. Azərbaycan dili haqqında ümumi məlumat . Fonetika

Tapşırıqlar:

1. Azərbaycan dili haqqında ümumi məlumatı öyrənin.


2. “Ana dilim” şerini əzbərləyin.

downloaded from KitabYurdu.org


Tapşırıqlar:
1. Aşağıdakı mətni koçürün, açıq saitlərin altından bir, qapalı saitlərin
altından iki xətt çəkin, mətnin məzmununu danışın.

Azərbaycan xalqının ilk qəhrəman qadını Tomris


Tomris eramızdan təqribən 800 il əvvəl yaşamışdır. Həmin illərdə Kir adlı
işğalçı İran şahı bütün Azərbaycanı özünə tabe etmək istəyir. O, azərbaycanlıların
əcdadları olan massagetləri qul etmək fıkrinə düşür. Həmin vaxt massagetlərin
başçısı ölür və onun yerini cəsur azərbaycanlı qadın Tomris tutur. Kir elçi göndərib
onunla evlənmək istəyir. Ağıllı Tomris başa düşür ki, Kir Azərbaycanın bərəkətli
torpağına göz dikib. Tomris cəsarətli və qoçaq olduğu qədər də namuslu və qeyrətli
bir qadın idi, odur ki, bu təkliflə razı olmur. Azərbaycan torpağında yad kişilərin
hökmranlıq etməsini istəmir. Ona görə də Tomris Kirin təklifini rədd edir. Kir
qoşunu ilə Arazı keçib döyüşə başlayır. Hiylə işlədib Tomrisin oğlu Sparqanisesi
yatan yerdə tutur. Oğlan buna dözməyib özünü öldürür. Kirin azğınlığından
hiddətlənən Tomris kişilərtək döyüş palları geyir, nizə, qalxan götürüb sərkərdə
kimi qoşunun qabağında gedərək Kirin qoşununu məğlub edir.
2. Şeri köçürüb hecalara ayırın.

3. Mətni köçürün, incə saitllərin altından bir, qalın saitlərin altından iki xətt çəkin.

downloaded from KitabYurdu.org


Torpağımızın bəhrələrini qoruyun
Azərbaycan torpağı münbitliyı, rəngarəng təbiəti və iqlimi ilə qədim
zamanlardan məşhurdur. Bitkilər aləminin zənginliyi cəhətdən isə dünyada çoxdan
tanınmışdır. Respublikamız yüzlərlə «möcü-zəli» yabanı otların, şəfa verən dərman
bitkilərinin vətənidir. Burada dünyanın 30-dan artıq ölkəsinə dərman bitkilərinin
toxumu göndərilir. Nəinki ölkəmizin, hətta İngiltərənin, Amerika Birləşmiş
Ştatlarının, Fransanın, İtaliyanın və bir sıra başqa dövlətlərin təbiət müzeylərini
yurdumuzun herbariləri bəzəyir.

4. Verilmiş cədvəl əsasında sözlərin yazılışı ilə tələffüzü arasındakı fərqi


gostərin:

Yazılır Tələffüz olunur


saflalı [şafdalı]

səkkiz, doqquz, əlbəttə, cəmiyyət, rəssam, inşaat, ləzzət, tüfəng, ağac, rəng,
həftə, teatr, müəllim.

5. Aşağıdakı sözlərdə vurğunun yerini dəyişin, hər sözü cümlədə işlədib,


dəftərinizə yazın.

biçin, süzmə, suvarma, gəlmə, alma, qazma, bulama, əkin, səpin, yarma,
qovurma, soyulma, çığırtma, çəkmə, dösəmə.
Nümunə; Sahədə biçin başladı. Taxılı itkisiz biçin.

downloaded from KitabYurdu.org


2. Orfoepiya, orfoqrafiya, yazı

Tapşırıqlar:

1. Orfoepik normalara əməl edərək, mətni ucadan oxuyun.

Qətran Təbrizi
(1012-1088)

XI əsr saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi Qətran Təbrizidir. O,


Təbriz yaxınlığında doğulmuş, gənc yaşlarında Gəncəyə gələrək, bir müddət
burada Şəddadilər sarayında yaşamışdır. Şair sonradan Təbrizə qayıdaraq,
ömrünün çoxunu Rəvvadilər sarayında keçirmişdir.
O, Şərq şeirinin müxtəlif janrlarında əsərlər yazmışdır. Farsca yazsa da, onun
şeirlərində Azərbaycan düşüncə tərzi, azərbaycanlı ruhu hiss olunur. Şair
əsərlərində Azərbaycan dili sözlərindən də istifadə etmişdir.
Qətran Təbrizi öz dövrünün dünya elm və mədəniyyət xəzinəsinə yaxından bələd
olmuşdur. Ona görə də onun əsərləri yüksək bədii keyfiyyətləri ilə də, tarixi elmi
mahiyyəti ilə də qiymətli sənət nümunələri hesab olunur.
Onun farsca lirik şeirlər toplusu - «Divan»ı və «Əttəfasir» («İzahlar») adlı farsca
izahlı lüğəti vardır. Qətran Təbrizinin şeirlərinin çoxu mədhiyyələrdir. Şairin lirik
şeirlərində məhəbbət və təbiət təsvirləri də geniş yer tutur. Lirik şeirləri qəsidə,
qəzəl və rübai janrlarındadQ.Təbrizi 1088-ci ildə Təbrizdə vəfat etmiş, orada da
dəfn olunmuşdur.

2. Aşağıdakı sözlərdə buraxılmış orfoqrafik səhvləri düzəldin və


orfoqrafik prinsiplər üzrə cədvəldə göstərin.

3. “Elm insanı ucaldır” mövzusunda kiçik bir inşa yazın. Yazarkən


orfoqrafiya qaqydalarına, oxuyarkən orfoepiya qaydalarına necə əməl edildiyinə
diqqət edin.

4. Şerdə müasir tələffüzə və orfoqrafiyaya uyğun olmayan sözləri tapıb


dəftərinizə yazın. Şeri əzbərləyin.

downloaded from KitabYurdu.org


5

downloaded from KitabYurdu.org


3. Leksikologiya

Tapşırıqlar:

1. Şair və mütəfəkkirlərin söz-kəlam-dil haqqinda mülahizələrini öyrənin.

2. Verilmiş frazeoloji birləşmələrə aid sinonim sözlər tapıb birlikdə yazın.

Ağız açmaq, özünü çəkmək, başa düşmək, qulaq asmaq, bel bağlamaq, əldən
düşmək, quyruq bulamaq, gözdən pərdə asmaq, ağızdan-ağıza düşmək,
qulaqardına vurmaq.
Nümunə: quyruq bulamaq - yaltaqlanmaq.

3. Bir neçə frazeoloji birləşmə söyləyin.

downloaded from KitabYurdu.org


4. Azərbaycan dilinin aktiv və passivliyə, mənşəyinə, işlənmə dairəsinə
görə leksikası və sözlərin semantik strukturu.

Tapşırıqlar:

1.”Dibəra” qəzəlini köçürün. Arxaik sözlərin altından xətt çəkin.

Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm?


Tacı taxtı mülkü malı xanimanı neylərəm?

İstərəm vəsli-cəmalın ta qılam dərdə dəva,


Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,


Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən xaliqin dərgahına,


Çün muradım hasil olmaz, mən duanı neylərəm?
Dilbər aydır, ey Nesimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?

2. Neologizmləri seçib yazın.

3. Aşağıdakı omonim sözlərin mənalarını izah edin:

dağ, dil, aşıq, üz, yaz, çay, qaz.

downloaded from KitabYurdu.org


4. Verilmiş sözlərin sinonimlərini tapıb, qarşısında qeyd edin:

bahar, gözəl, bilikli, igid, kiçik, xeyli, dayanmaq, qaçmaq, demək.

5. Asağıdakı cözlərin antonimlərini tapıb, qarşısnda qeyd edin:

dağ, alt, səhər, yaxşı, az, sürətlə, gəlmək, yatmaq, ac.

6. Aşağıdakı cümlələrdə işlənmiş sözləri üslubi laylara görə qruplaşdırın.

7. Lüğətdən istifadə edərək sözləri mənşəyinə görə qruplaşdırın və rus dilinə


tərcümə edin:

çarpayı, məhkəmə, silah, qəbz, zirzəmi, dərs, qələm, dövlət, sifət, mühəndis,
iqtisad, zəhmət, təriqət, əbədi, maliyyə, qiymət, müqavilə, müsadirə, əmtəə, idxal,
ixrac.

downloaded from KitabYurdu.org


5. Sözün morfoloji quruluşu. Sözlərin leksik və qrammatik qrupları

Tapşırıqlar:

1. Sözləri kök və şəkilçiyə ayırın, sözdüzəldici şəkilçilərin altından bir,


sözdəyişdirici şəkilçilərin altından iki xətt çəkin:
dilçi, müəllimlik, məktəbli, gənclər, məhsulsuz, vətənə, gəmiçi, ölkəni, canlı,
sənətkar, tələbəyəm, masanın, güllük, xəs-tədən, bərəkətli, duzsuz, təyyarəçi, ovçu,
neftçi, maşinist, bakılı, küləksiz, yağlı, ətli.

2. Verilmiş mətndən əsas və köməkçi nitq hissələrini seçib qruplaşdırın.

səsinə çevirdi. Bəxtiyar Vahabzadə 13 fevral, 2009 –


cu ildə vəfat etmişdir.

3. Aşağıdakı cümlələrdə buraxılmış səhvləri düzəldib dəftərinizə köçürün.

4. Mətndəki mənsubiyyət şəkilçili sözləri köçürün, şəxsini və kəmiyyətini göstərin.


İnsanın bəzəyi
9

downloaded from KitabYurdu.org


Əliaçıq, səxavətli insanı hər kəs sevər. İmkansızlara əl tutan, hər an
fədakarlıq göstərməyə hazır olanlar həmişə sevgi ilə qarşılanar, hörmətlə
xatırlanar. Xəsislik eybəcərlikdir, xəsis adam heç vaxt qəlbən sevinə biiməz,
dünyanm zövqünü, zövqünü ürək dolusu yaşaya bilməz, onlar almağın ləzzətini,
verməyin ağrısını yaşayarlar. Fədakar insanlarsa yaxşılıq etdikcə, əldən tutduqca
mənən daha da rahat olar, onlar gördükləri hər hansı bir işin qarşılığını ancaq
Allahdan diləyirlər. Min bir adda ehtiyacın pəncəsindən qurtardığı adamdan heç bir
quru «sağ ol» da ummazlar. Çünki o yaxşılığı insan üçün deyil, Allahın sevgisini
qazanmaq üçün edərlər. Məhz bu düşüncə ilə yaşayanlar dünyanın ən
xoşbəxtləridirlər.

5. Sözləri xəbərlik kateqoriyası şəkilçiləri ilə işlədin. Onlardan cümlə tərtib


edib dəftərinizə yazın.

6. Çəhrayı, xurmayı, qısa, böyük, gənc, cavan, yumru, şirindilli,


uzunömürlü, mehriban sözlərini cümlələrdə işlədin

7. Aşağıdakı sifətlərə əks mənalı sifətlər (antonimlər) tapıb, qarsısından


yazın:

şirin, böyük, uzun, isti, ağ, dadlı, hündür, yaxşı, geniş, qoca, balaca, qısa,
pis, dar, ağır, alçaq, dadsız, qara, acı, yüngül, soyuq, cavan.
Nümunə: şirin - acı.

8. Aşağıdakı sayların növünü müəyyən edin:


on nəfər, yüzlərcə, bir qədər, doqquzuncu, milyard, trillion, iki, altıncı,
axırıncı, sonuncu, dörd-beş, min-min, yüz min, beşdə bir, dörd tam onda iki,
dörddə bir.

9. Əvəzliyin hər növünə aid on nümunə yazın.

10. Fellərin quruluşca növünü müəyyənləşdirin:


oxumaq, yazmaq, işləmək, gözləmək, irəliləmək, vidalaşmaq, tamaşa etmək,
müşahidə etmək, yetişdirmək, baxmaq, görüşmək, laxlamaq, nurlanmaq, qulaq
asmaq, fikir çəkmək, yol çəkmək.

10

downloaded from KitabYurdu.org


6. Sintaktik əlaqələr və söz birləşmələri

Tapşırıqlar:

1. Cümlələri oxuyun. Uzlaşma əlaqəsində olan sözləri dəftərinizə köçürün.

Mən azad diləklərimi bütün dünyanın gözəlliklərinə dəyişmərəm


(C.Cabbarlı). Bayram şoferin yanında oturdu (Ə.Vəliyev). Sən böyük və igid
qəhrəmansan, Toğrul (C.Cabbarlı). Mən hiss edirəm ki, cəmiyyətimizdə belə
adamlar çoxdur (M.İbrahimov). Biz qələm ordusuyuq (S.Rüstəm). Siz işıqlı,
yaraşıqlı binalarda yarandımz (S.Vurğun). Mən əzəldən həqiqəti, ədaləti
sevmişəm. Qardaşlığı, hürriyyəti, səadəti sevmişəm (S.Rüstəm). Günəş öz şüalarını
hər tərəfə yayırdı (M.İbrahimov). Tüfəng səsi eşidərkən qulaqlarını şəkləyan atlar
da qorxu içində öz sahiblərinə baxıb titrək səslə kişnədilər (H.Mehdi). Qayınana-
gəlin uşağın bu sözlərinə ürəkdən güldülər (Y.Əzimzadə). Hazırda Bakıda iyirmi
iki min fəhlə çalışır (M.S.Ordubadi). Hamı sükut içində Cəmildən cavab gözləyirdi
(H.Mehdi). Sən də, mən də, Leyla da bu ağacın barıyıq, torpaqdan atəş alan eşqin
övladlarıyıq (B.Vahabzadə).

2. Aşağıdakı cümlələrdə idarə əlaqəsi ilə bağlanan sözləri seçib dəftərinizə yazın.

Qızxanım balaca güzgünü pəncərəyə qoyub tellərini düzəldirdi


(Y.V.Çəmənzəmənli). Firəngül çevrilib yana baxanda furqon sürəni tanıdı
(M.İbrahimov). Darvaza yanında dayanıb öz qapısına, gündə sərbəst ayaq basdığı
pilləkəninə, ötüb keçən, onu dindirmək istəməyən qonşulara, uşağa, böyüyə dərin
bir həsrətlə baxdı (Mir Cəlal). Ana, gəl öz əllərinlə məni boğ, məni öldür
(M.İbrahimov). Qollarını çırmamış fəhlələrlə trest rəhbərləri bir ailə üzvü kimi
mehriban görüşdülər (M.İbrahimov). Evi yıxmaq asandır, tikmək isə çətin
(M.İbrahimov). Əntərzadə yanıldığını anladı (Mir Cəlal). Mədəni yandıran adamın
kim olduğunu bilmədi (M.Hüseyn). O zaman Tehranda Qacar xanədanı son
günlərini yaşayırdı. (M.İbrahimov). Axırda sel bunları bir böyük daşa çırpdı
(S.S.Axundov).

3. Verilmiş cümlələrdə yanasma əlaqəsi ilə bağlanan sözləri seçib yazın.


Qızıl üzük laxladı, anam onu saxladı, atama qurban olum məni subay
saxladı. Züleyxa qızıl saatı göstərdi (S.Rəhimov). İndi mən səni gözəl anlayıram
(C.Cabbarlı). Birinci qatar hələ getməmişdir (M.S.Ordubadi). Ağ mərmər
pilləkənlər köpüklü bir dağ kimi dordüncü mərtəbədən üzü aşağı axıldı
(Ə.Məmmədxanlı). Yerə üç ağ çiçək sancılmışdı (M.Cəlal). Dörd mərtəbəli qəşəng
binanın qarşısında bir dəstə adam dayanmışdı (Y.Əzimzadə). Əziz bərkdən güldü
(Ə.Vəliyev). Səməd eyni sözləri dönə-dönə təkrar edirdi (M.Mehdi). Birdən kənd
küçəsində at ayaqlarının tappıltisı eşidildi (Ə.Məmmədxanlı). Üç nəfər gənc gülə-
gülə onlara yaxınlaşdı (M.İbrahimov). Şərqiyyə uzun danışdı (M.İbrahimov).

11

downloaded from KitabYurdu.org


4. Verilmiş cümlələrdən birinci növ təyini söz birləşmmələrini seçib dəftərinizə
yazın.

Hüseynqulu əminin qoca arvadı Səriyyə xala samovarı təzəcə gətirib


masanın üzərinə qoymuşdu ki, qapı açıldı (M.S.Ordubadi). İkitaylı geniş dəmir
qapısı var idi (M.İbrahimov). Onda bu bağlar qırmızı-sarılı yaxşı cins alma-
armudla örtülsə, iki göz gərəkdir ki, o vaxt tamaşaya çıxa (S.Rəhimov). Ağ xalatlı
adam söz demədən şkafı örtdü (Y.Əzirzazadə). Gənc müəllim bir an fikrə getdi
(S.Rəhimov). Daşdəmirin qapısına xeyli adam yığışmışdı (Ə.Vəliyev). Kürd
Əhməd ağlayan uşağa yaxınlaşdı (M.İbrahimov). Həmin söhbətdən iki gün sonra
istehsalat müşavirəsi keçirildi (Y.Əzimzadə).

5. Aşağıdakı bayatılarda II növ təyini söz birləşmələrinin altından xətt çəkin.


Bayatıları öyrənin.

6. Uçüncü növ təyini söz birləşmələri işlənən on cümlə düzəldib dəftərinizə yazın.

7. Mətni oxuyun. Cümlələri sintaktik təhlil edin.


Molla Pənah Vaqif
(1717-1797)
Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri də Molla Pənah
Vaqifdir. O, 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində yoxsul bir
kəndli ailəsində doğulmuşdur. Şairin gəncliyi Qazax mahalında keçmişdir. Vaqif
kiçik yaşlarında yaxşı mədrəsə təhsili görmüş, savadlı alim və müəllim Şəfi
Əfəndinin yanında dərs almışdı.
1759-cu ildə Vaqifin ailəsi Qarabağa, Cavanşir mahalının Tərtərbasar
kəndinə köçür. Vaqif burada müəllimliklə məşğul olur. Həmin illərdə o, maddi
12

downloaded from KitabYurdu.org


cəhətdən əziyyət çəkirdi. Vaqifın müəllümlik məharəti, şairlik istedadı haqqında
hər yerdə söhbət gedir. Onun yazdığı şeirlər əldən-ələ gəzməyə başlayır. Bunu
eşidən Qarabağ hökmdarı İbrahim xan onu saraya dəvət edir və eşikağası, yəni
xarici işlər vəziri təyin edir.
Ağa Məhəmməd Şah Qacarın 1795-ci ildə Şüşa üzərinə hücumu zamanı
Vaqif qalanın müdafiəsində böyük fəaliyyət göstərir. 1797-ci ildə Qacar Qarabağa
ikinci yürüşü zamanı Şuşanı tutur və Vaqifı zindana saldırır. Lakin Qacar öldürülür
və Vaqif həbsdən azad edilir. Hakimiyyət İbrahim xanın qardaşı oğlu Məhəmməd
bəy Cavanşirin əlinə keçir. Vaqif bu zaman sıxıntı keçirir, təqib edilir. Az sonra
Məhəmməd bəyin əmri ilə Vaqif və oğlu Əlağa Şuşada öldürülür.
Vaqifin faciəli ölümü zamanı şairin əsərləri itib-batmışdır. Onun əldə olan
əsərləri şeir həvəskarlarının yaddaşında və şeir dəftərində qorunııb saxlanmışdır.

2. Cümlənin həmcins üzvlərinə aid bədii əsərlərdən nümunələr tapıb yazın.


3. Xitab və ara sözlərinə aid bədii əsərlərdən nümunələr tapıb yazın.
4. Xoşbəxtlikdən, aydındır ki, doğrusu, məncə, onun dediyinə görə, əlbəttə,
adətən, əvvələn və s. ara sözlərə aid cümlələr tərtib edin.

13

downloaded from KitabYurdu.org


7. Cümlə üzvlərinin iştirakına görə sadə cümlənin növləri

Tapşırıqlar:

1. Hekayəni oxuyub üzərində sadə cümləyə aid linqvistik təhlil aparın.

2. Aşağıdakı yarımçıq cümlələrin altandan xətt çəkin.


- Ağa, şikayətim var.
- Kimə?
- Ağa, pristava.
- Mən özüm də onun yolunu bir həftədır gözləyirəm. Bəs
hara gedib, ağa?
- Qaçaq qovmağa.
Bəs sən kimsən, ağa?
- Mən - pristavın pomoşniki.
Yaxşı, sən su şikayətinə baxa bilərsənmi?
- Yox !
- Niyə?
- Başım ağrayır... (S.Rəhimov).

3. Tabesiz mürəkkəb cümlələri köçürün, tərəfləri arasındakı əlaqələri göstərin.

Qapını aç, çıxan kimi istədiyini verərəm (M.İbrahimov) Şaxta şiddətlənir,


küçələr şüşəyə dönürdü (B.Bayramov). Yol çox uzaqdır, yəqin gecəni harada isə
yatmalı olublar (M.İbrahimov). Şaxta bizi doğrayırdı, əlimiz, ayağımız elə bil
özümüzünkü deyildi (B.Bayramov). Bu məktubu görəndə Mahrunun varlığı
dəyişdi, o, Tornünçüoğlunu bu məsələ ilə xəbərdar etməyə tələsdi; lakin gec idi,
bu, mümkün deyildi (M.S.Ordubadi). Cənab Linney onu altıncı dərəcədə fərz edir,
cənab Tureprort beşinci dərəcədə fərz edir; amma mən onu dördüncü dərəcədə fərz
edirəm (M.F.Axundov). Bu, doğrudan da, maraqlı bir söhbət idi, ancaq Kərimzadə
bunu nəinki Haşımlıya, heç kəsə danışmamışdı və danışmazdı da (Mir Cəlal).
14

downloaded from KitabYurdu.org


Aslan kişi qaloşun çıxarmaq istədi, İsa kişi qoymadı, onu skamyaya qaldırıb dedi
... (Ə.Əbdülhəsən). Atların ayaqlarının altından çəyirtkələr atılır, cırcıramaların
səsi artır, kəklikotu qoxusu insanı məst edirdi (Y.V.Çəmənzəminli). Ocaq
çatıldıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü (İ.Şıxlı).

4. Tabesiz mürəkkəb cümlələrdə işlənən bağlayıcıları tapın.

5. Bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələrə aid


nümunələr yazın.

15

downloaded from KitabYurdu.org


8. Tabeli mürəkkəb cümlə və növləri
Tapşırıqlar:

1. Aşağıdakı cümlələrdə budaq cümlələri tapın.

2. Cümlələri sintaktik təhlil edin.

Azərbaycanın ən qədim şəhərlərindən biri də Gəncədir. Gəncə şəhərinin


tarixi barədə çoxlu məlumat və rəvayətlər var.
Quba Azərbaycanın ən səfalı rayonlarından biridir. Quba rayonuna daxil
olan kəndlərin çoxu dağlarda yerləşir. Bunlardan biri də Xınalıqdır.
Təbriz Azərbaycanın qədim şəhərlərindəndir. Təbriz Cənubi Azərbaycanın
ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzidir. Təbrizdə maşınqayırma və
metal emalı, neft emalı, yüngül sənaye (toxuculuq, trikotaj, dəri) sahələri geniş
inkişaf etmişdir. Təbriz xalçaları dünyada şöhrət qazanmışdır.
Təbriz Qətran Təbrizi, Xətib Təbrizi (XI əsr), Şəms Təbrizi (XIII əsr), Əssar
Təbrizi (XIV əsr), Vahid Təbrizı (XV əsr), Sadıq bəy Əfşar (XVI əsr), Qövsi
Təbrizi (XVII əsr) kimi şair və alimlərin vətənidir.

3. Zərflik budaq cümlələrinin növlərinə aid nümunələr tapıb yazın.

16

downloaded from KitabYurdu.org


4. Tabeli mürəkkəb cümlələrə aid on nümunə yazın. Seçdiyiniz tabeli
mürəkkəb cümlələri sadə cümlələrə çevirin və dəftərinizə yazın.

5. . Cümlələri sintaktik təhlil edin.


Əvvəlcə onun çatma qaşları, sonra kimisə xatırladan tanış səsi müəllimi
diksindirdi. Qələmi yerə qoyub biletin suallarına cavab verməyə hazırlaşan
tələbənin üzünə diqqətlə baxdı. Deyəsən hiss etmişdi ki, müəllim həyəcanlanmışdı,
nəyisə xatırlamağa çalışır, amma yadına hec nə sala bilmir.
Uşaq özünü toxtatdı. Dilinin ucuna gələn sözləri demədi. Sifətindəki ifadə dəyişdi.
Ciddiləşdi və suallara cavab verməyə başladı. Onun səsindəki oxşarlıq müəllimin
fıkrini dağıtdı, nə qədər çalışsa da diqqətini cəmləşdirib bir yerə mərkəzləşdirə
bilmədi. Xəyalı harayasa, lap uzaqlara getdi. Gözü cavab verənin üzünə zillənsə də
onun dediklərini eşitmirdi. Bircə onu görürdü ki, uşağın dodaqları tərpənir, fıkrini
izah etdikcə əl-qolunu oynadır (İ.Şıxlı).

17

downloaded from KitabYurdu.org

You might also like