You are on page 1of 4

1) Hər kəsə salam.

Bugünki təqdimat mövzum 1-ci Pyotr və onun haqqında


Xəzəryanı vilayətlərə yürüşü barədə olacaqdır.
2) İlk öncə isə sizə Pyotrun özü haqqında məlumat vermək istərdim. 1-ci Pyotr
7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxmış, 1696-cı ildə
qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olmuşdur. Döyüş
meydanında qazandığı ard-arda qələbələrlə, Rus çarlığını Avropanın güclü
dövlətləri sırasına daxil etmiş, Azov və Baltik dənizi sahillərindəki liman
şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoymuşdur. Həmçinin
ölkədə mədəni, elmi və sosial islahatlar apararaq müasirləşmə hərəkatına
da rəhbərlik etmişdir. Pyotrun islahatları ölkədə uzun müddət tədbiq edildi
və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradıldı.
Pyotr eyni zamanda 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq
şəhərinin də təməlini atmışdır.
3) İndi isə gəlin Pyotrun Azərbaycanla bağlı planlarından danışaq. Cənubi
Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal
ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət
mərkəzində idi. Iqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində
mühüm mövqe tutan Azərbaycan Avropa və Asiyanı birləşdirən körpü
rolunu oynamaqla mühüm strateji maraq kəsb edirdi. Azərbaycan
ərazisindən son dərəcə mühüm hərbi-strateji və ticarət yolları keçirdi.
Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da
var idi. Azərbaycanın xüsusilə də onun Xəzərsahili vilayətlərinin Osmanlı
imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını
bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə
birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi.

4) XVIII əsrin əvvəllərində, Xəzər Rusiyanın azad çıxışa malik olduğu yeganə
cənub dənizi idi. I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində vasitəçi dövlətə
çevirməyə çalışırdı. Rusiya tarixçisi A.Komarov yazırdı: “Xəzər” dənizi
vasitəsilə Şərqlə ticarətin inkişafı Rusiyanın varlanmasına, sənaye
sahələrinin inkişaf etdirilməsinə xidmət edəcəkdi. Məhz buna görə Böyük
Pyotr, bütün bu əlverişli imkanlardan istifadə edərək, Xəzəri “ərazi
baxımdan rus dənizinə çevirməyə çalışırdı”.
5) 1721-ci ilin avqustunda Şirvan üsyanı zamanı Şamaxını ələ keçirən Hacı
Davud və Surxay xanın adamlarının rus tacirlərini öldürmələri Rusiyanın
Xəzəryanı bölgələri tutmaq planını qətiləşdirdi. I Pyotr onları həm Rusiyanın,
həm də Səfəvilərin ümumi düşməni elan etdi. Bu zaman Hacı Davud kömək
üçün Osmanlı sultanı II Əhmədə (1703-1730) müraciət etdi, sonra isə
İstanbula gedib özünün Şirvan hakimi təsdiq olunması üçün razılıq aldı.
Buna baxmayaraq, Rusiya işğalçılıq niyyətlərindən əl çəkməmişdi. Əvvəla,
Rusiya iqtisadiyyatının Azərbaycan xammalına böyük ehtiyacı vardı. İkincisi
də Rusiya osmanlıların Cənubi Qafqazda, Xəzəryanı bölgələrdə
möhkəmlənmək cəhdlərinin qarşısını almağa çalışırdı.
6) 1722-ci il iyunun 18-də I Pyotr Həştərxandan yürüşə başladı. Rus qoşunları
iki istiqamətdə-quru və dəniz yolu ilə hərəkət edirdi. Dərbənd yolu üzərində
Sultan Mahmudun hücumuna məruz qalmış ruslar bu hücumu dəf edib, 6
kəndi yandırdılar. İşğalçılar belə dağıdıcı basqınlarla yerli əhalini
qorxutmağa çalışırdılar. Azərbaycan ərazisinə daxil olan I Pyotr zəifləmiş
Səfəvi qoşunu tərəfindən ciddi müqavimətə rast gəlmədi. O, dini amildən
də məharətlə istifadə edərək, Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki,
bu yürüşdə məqsəd onları müsəlmanların zülmündən xilas etməkdir.
7) Bu hazırlıq tədbirləri ilə birgə işğalçı yürüşə hüquqi don geyindirilməsinə də
xüsusi fikir yetirilirdi. Bu məqsədlə rəsmi təbliğata xüsusi önəm verilirdi.
1722-ci il iyunun 15-də I Pyotr Azərbaycan dilində bəyannamə nəşr
etdirərək Şirvana və Xəzəryanı bölgələrə göndərmişdi. Bəyannamədə yenə
də rus ordusunun yürüşünün əsas səbəbi ört-basdır edilirdi. I Pyotr
Xəzəryani bölgələrdə yaşayan şiə əhalisini inandırmağa çalışırdı ki, o, səfəvi
şahının dostudur, yürüşdən onun məqsədi bu yerlərdə əmin-amanlıq
yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan
ibarətdir. Onun bu əraziləri işğal etmək niyyəti yoxdur. O, riyakarcasına
bildirirdi ki, Səfəvilərə qarşı usyan edən feodalların, Osmanlı turklərinin bu
torpaqları zəbt etməsinin qarşısını alacaq, burada səfəvilərin hakimiyyətini
bərpa edəcəkdir. I Pyotrun belə hiyləgərliyi ilk vaxtlar Xəzəryanı bölgələrdə
əhalinin bir qisminin Rusiyaya meyil etməsinə səbəb oldu.
8) 1722-ci il avqustun 15-də rus eskadrası Dərbəndə çatdı. Avqustun 23-də
piyada qoşun da şəhərə daxil oldu. Şəhərin naibi İmamqulu bəy qalanın
açarlarını rus çarına təqdim etdi. I Pyotr buradan senata göndərdiyi
məktubda şəhərdə səmimi qarşılandığını bildirirdi. Lakin, Azərbaycanın
nüfuzlu feodalları rus ordusuna müqavimət göstərməyin tərəfdarı idilər.
Bakı hakimi Məhəmməd Hüseyn bəy və onun tərəfdarları öz güclərinə,
həmçinin Hacı Davudun köməyinə arxalanaraq, şəhəri qorumaq və rus
qoşununu Bakı qalasına buraxmamaq əzmində idilər. Buna görə də
Məhəmməd Hüseyn bəy I Poytrun məktubunu gətirən şəxsi qəbul etmir.

9) Belə bir vaxtda Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə
təhlükəsi yaranır. Digər tərəfdən rus ordusunun Xəzəryanı bölgələrə
təcavüzü Osmanlı dövlətində kəskin etiraza səbəb olur. Hacı Davud dağlarda
qoşun toplayaraq rusların hücumunun qarşısını almağa hazırlaşır. Bu
cəhətləri nəzərə alan və geri qayıtmağa tələsən I Potr bu işi general-mayor
M.Matyuşkinə tapşıraraq Sankt-Peterburqa qayıdır.

10) Osmanlı ordusunun qarşısına qoyulan əsas vəzifə isə rusların Səfəvi
dövlətinin qərbini və Cənubi Qafqazın şərqini ələ keçirməsinə mane olmaq,
ilk növbədə isə onların Bakını tutmasının qarşısını almaq olur. Sankt-
Peterburqa qayıdan I Pyotr burada Osmanlı ordusunun irəliləməsi xəbərini
eşidir. Onun göstərişi ilə 1722-ci ilin dekabrında Rəşt şəhəri zəbt edilir. Rus
eskadrası 1723-cüu il iyulun 6-da Bakı körfəzinə daxil olur. Məhəmməd
Hüseyn bəy rus komandanlığının təslim olmaq təklifini rədd edərək
müqavimət göstərir. Rus qoşunu rədd cavabı alan kimi şəhəri top atəşinə
tutur və 1723-cü il iyulun 23-də Bakı zəbt edilir. M.Matyuşkin Bakı hakimi
Məhəmməd Hüseyn bəyin guya Hacı Davudla əlaqədə olduğunu bəhanə
gətirərək onun həbs olunması haqqında əmr verir. Məhəmməd Hüseyn bəy
həbs olunaraq əvvəlcə Həştərxana, sonra isə Roqaçevskə sürgün edilir və
orada da vəfat edir. Knyaz İ.Baryatinski Bakının komendantı təyin edilir. I
Pyotr Bakının alınmasına hədsiz dərəcədə sevinir və onun göstərişi ilə bu
hadisə Sankt-Peterburqda yaylım atəşi ilə qeyd olunur. Bakı tutulduqdan
sonra rus qoşunu Salyanı da asanlıqla işğal edir.

11) 1723-cü il sentyabrın 12-də II Təhmasibin Peterburqa göndərdiyi


elçisi İsmayıl bəy şahdan xəbərsiz olaraq Xəzəryanı bölgələrin-Dərbənddən
Gilana qədər olan torpaqların Rusiyaya birləşdirilməsi haqqındakı
müqaviləni özbaşına imzaladı. Rusiya bunun əvəzində Səfəvi şahına
əfqanlarla müharibədə yardım göstərəcəyini öhdəsinə götürürdü. Lakin, II
Təhmasib müqaviləni təsdiq etmədi. Beləliklə, 1722–1723-cü illərdə
Xəzəryanı bölgələrin Rusiya tərəfindən, bilavasitə Pyotr tərəfindən işğalının
birinci mərhələsi başa çatdı.

12) Və sonda Diqqətiniz üçün təşəkkürlər. Təqdimatım bu qədər.

You might also like