You are on page 1of 2

Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları əsasında

fəaliyyət göstərən formasıdır, yəni xalq dilinin cilalanmış təzahürüdür.


Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. Həmin
normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür normalılıq (normativlik) ədəbi dilin
nisbi sabitliyindən, əhatəliliyindən və dilin daxili quruluşunu əks etdirməsindən irəli gəlir.

Müasir Azərbaycan ədəbi dilinin normaları aşağıdakılardır.

• fonetik norma (orfoqrafik və orfoepik).


• leksik norma.
• Qrammatik norma

Fonetik norma
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma, tələffüz qaydası
isə orfoepik norma adlanır.
Bu normalar dövlət tərəfindən (Nazirlər Kabineti) tərəfindən təsbit olunur və orfoqrafiya və
orfoepiya lüğətlərində təsbit olunur.
Cümlədə durğu işarələrindən yanlış istifadə zamanı fonetik norma pozulur.
Məsələn, Şagirdlər ismi şakirdlər kimi yazılarsa, Bakı şəhərinin adı xüsusi isim olduğu halda
bakı formasında yazılarsa, Tələffüz formasında verilən söz yanlış tələffüz olunarsa:
[tə:ccübləmməxı] əvəzinə [təəccübləmməxı] kimi verilirsə, cümlə daxilində hər hansı durğu
işarəsi yanlış qoyulub və ya buraxılıbsa, fonetik norma pozulur. Məsələn: O, yatıb. (Bu
cümlədə vergül olmamalıdır)
Leksik norma
Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində
işlətməyi tələb edir.
Nənəm çorəyi təndirə düzdü. (Nənəm çörəyi təndirə yapdı – olmalı idi)
Qardaşım tələbədir, 11-ci sinifdə oxuyur. (Qardaşım şagirddir/ abituriyentdir, 11-ci
sinifdə oxuyur – olmalı idi).

Qrammatik norma
Qrammatik norma sözlərin düzgün əlaqələndirilməsidir:

• Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: üç adam, beş şagird (üç
adamlar, beş şagirdlər demək yanlışdır). Belə halda qrammatik forma pozulur.
• Adlara (isim, sifət, say və s.) kəmiyyət, mənsubiyyət, hal, xəbər kateqoriyasının əlaməti
(şəkilçisi) ardıcıl artırılır: şagird-lər-iniz-in-dir; dost-lar-mız-dan-am;
• Fel kökünə təsirlilik, növ, şəkil, şəxs-xəbər əlaməti (şəkilçisi) ardıcıl artırılır: gül-dür-ül-
məli-dir; (gərək) yaz-ış-a-q;
Onlar tez-tez bizə gələrlərdi — cümləsində qrammatik norma pozulub. Çünki idi
hissəciyinin şəkilçiləşmiş variantı olan -di sırasını pozub. Bu şəkilçi -lar2 şəkilçisindən
əvvəl gəlməli idi.
• Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır; Sən
müəllim-sən; Onlar şagird-dirlər;
• Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; təyin təyin olunan
cümlə üzvünün önündə işlənir; zərflik, əsasən, xəbərdən əvvələ düşür.

You might also like