You are on page 1of 7

1

MÜHAZİRƏ 26

Karbamidlə deparafinləşmə. Maye parafinlərin istehsalı

Karbamidlə deparafinləşmə müəyyən şəraitdə karbamidin normal parafinlərlə


karbohidrogenlərdə həllolmayan, yüksək temperaturda parçalanan bərk
komplekslər(adduktlar, klatratlar) əmələ gətirmə qabiliyyətinə əsaslanır. Belə
komplekslər ilk dəfə Benqen tərəfindən 1940-cı ildə alınmışdır. Sonralar müəyyən
olunmuşdur ki, heksoqonal quruluşlu kompleks kristalların tərkibində oksigen
atomları ilə qarışıq molekulların azotu arasında yaranan hidrogen rabitəsinin
hesabına karbamid molekulları bir-birləri ilə birləşərək spiral əmələ gətirir. Вu
spiralda karbamidin qonşu molekulları bir-birlərinə nəzərən 120° bucaq altında
olurlar. Spiralın oxu boyunca köndələn kəsiyində müəyyən diametrə(0,5—0,6 nm)
malik, içərisində effektiv diametri 0,5 nm –dən az olan normal parafinlər
yerləşdirilmiş dairəvi kanal əmələ gəlir. Xeyli böyük effektiv diametrə malik olan
şaxələnmiş parafinlər, aromatik və alitsiklik karbohidrogenlər molekulları bu
kanallarda yerləşə bilmir və buna görə də karbamidlə kompleks birləşmələr əmələ
gətirə bilmirlər. Karbamidin normal parafinlərlə əmələ gətirdiyi komplekslər üçün
müəyyən mol nisbəti(stexiometrik) və əmələgəlmə istiliyi xarakterikdir(cədvəl 3).
Karbamid normal parafinlərdən başqa digər normal quruluşlu birləşmələr -
olefinlər, efirlər, turşularla da kompleks birləşmələr əmələ gətirə bilir. Normal
quruluşlu karbohidrogenlərlə kompleks əmələgətirmə qabiliyyəti digər birləşmələr
– karbamidin bir sıra törəmələri, həmçinin də hidroxinon üçün də xarakterikdir.
Lakin praktikada normal parafinlərin neft fraksiyalarından ayrılması üçün ancaq
karbamiddən istifadə olunur. Karbamidin normal parafinlərlə komplek
əmələgətirməsi prosesini özünəməxsus kimyəvi reaksiyalar tipinə aid etmək olar.
Bu halda kompleksəmələgəlmə prosesinin tam getməsi və reaksiya sürətini
artırmaq üçün aktivləşdirici əlavələrdən(alifatik spirtlər, ketonlar və bir çox polyar
maddələr) istifadə edilir.
2

Cədvəl 1. 

Xətti və şaxəli - olefinlərin istehsalında istifadə olunan etilen və propilenin


təmizliyinə olan tələbat

Yol verilən  (həcmi) tərkibi, %


Qatışıqlar
Etilendə Propilendə
etan 0,1  —
Etilen — 0,01
Asetilen karbohidrogenləri 0,001 0,001
Propilen 0,005 —
С4 - karbohidrogenləri — 0,002
Diolefinlər 0,0005 0,001
Oksigen 0,0005 0,001
Karbon oksidi 0,001 0,0005
Karbon dioksid 0,001 0,001
Kükürdlü birləşmələr 2 (mq/m3) 5 (mq/m3)
(kükürdə görə hesablandıqda)    

Cədvəl 3. 

Normal parafinlərin karbamidlə əmələ gətirdiyi komplekslərin xarakteristikaları

Karbamid:parafin Əmələgəlmə istiliyi,


Parafinlər
mol nisbəti кCoul\mol
Heptan 6,0 30,6
Окtan 7,0 33,1
Nonan 7,4 49,4
Деkan 8,3 54,9
Undekan 9,1 61,1
Dodekan 9,5 67,5
Heksadekan 11,8 87,8
Окtradekan 14,0 —
Оktakozan 21,6 _
Dotriakontan 23,3 —
Karbamidlə deparafinləşmə prosesi çox müxtəlif üsullarla həyata keçirilir. Prosesin məqsədi
xammalın 10—50°С temperaturda karbamidlə kontaktlaşmasına, kompleks qalığının ayrılması
3

və onun 70—100°С temperaturda parçalanmasına əsaslanır. Sənaye miqyasında karbamidlə


deparafinləşmə prosesinin 3 modifikasiyasından istifadə olunur. Bu halda kompleksəmələgətirici
kimi aşağıdakılardan istifadə olunur: 1) karbamidin sulu-spirtli məhlulu; 2) karbamidin sulu
məhlulu; 3) kristallik karbamid. Karbamidlə deparafinləşmə prosesinin ilk qurğusu Azərbaycan
EA-nın Neft kimya prosesləri institutu əməkdaşlarının işləyib hazırladıqları texnologiya əsasında
1964-cü ildə RF-da işə buraxılmışdı(şəkil 2).

Şəkil 2. Karbamidin sulu –spirtli məhlulunda dizel yanacağının


deparafinləşməsi prosesinin texnoloji sxemi:

I — xammal;   II — karbamidin doymuş məhlulu: III —deparafinləşmiş


məhsullar; IV— doymyş həlledici; V— təzə həlledici; VI — parafin; I — reaktor; 2
—kompleks suspenziyasının çökdürücüsü; 3, 4, 5 — yuyucu seksiyalar; 6 —
qızdırıcı; 7 — çökdürücü.

Karbamidin izopropil spirti ilə su qarışığındakı doymuş məhlulu ilkin


xammal ilə 1:1 –dən 4:1 nisbətində qarışdırılaraq 1 borulu reaktoruna daxil edilir.
Burada 40—60 dəqiqə müddətində kontaktlaşmaya məruz qalır və tədricən 25—
35°С (karbamid məhlulunun doydurulma temperaturundan 10—15°С aşağı)
temperaturuna qədər soyudulur. Nəticədə əmələ gələn suspenziya 2 çökdürücüsünə
göndərilir. 2 çökdürücüsünün yuxarısından deparafinləşmiş məhsul xaric edilir. 2
çökdürücüsünün aşağı layı – kompleksin zəif karbamid məhlulunda suspenziyası -
4

əks axın istiqamətində verilən liqroin fraksiyası ilə 3—5 şökdürücülərində üçpilləli
çökdürmə yolu ilə yuyulur. Yuyulmuş suspenziya 5 çökdürücüsünün aşağı
hissəsindən 6 qızdırıcısına verilir. Burada kompleks 75°С temperaturda parçalanır
və sonra 7 çökdürücüsünə göndərilir. 7 çökdürücüsünün yuxarısından parafinlər,
aşağısından isə karbamidin doymuş məhlulu ayrılır və xammalla qarışdırılmaya
göndərilir. Kompleksin yuyulmasına sərf olunan liqroin fraksiyası
deparafinsizləşmiş yanacağın tərkibindən qovma üsulu ilə ayrılır. Parafinlərin
tərkibində gedən liqroin fraksiyası da qovma üsulu ilə ayrılır. Qurğuda
deparafinləşmiş məhsulların və parafinlərin tərkibində olan izopropilspirtinin
regenerasiyası sistemi də mövcuddur.
Hal-hazırda karbamidin su-spirtli məhlulunun iştirakı ilə karbamidlə
deparafinləşmə üsulu deparafinləşmə prosesinə həm yüksəkparafinli(məsələn,
manqışlaq neftlərindən), həm də parfinli xammalın düçar edildiyi bir çox
zavodlarda istifadə olunur.
Arktika dizel yanacağının alınmasında xammal kimi 160—175 0С -dən 305
—3220С –yə qədər temperatur hədlərində qovulan fraksiyalardan istifadə olunur.
Deparafinləşmə prosesindən sonra onların donma temperaturu — 60 0С – yə qədər
azalır. Qış yanacaqlarının alınmasında yanacaq kimi 185—2200С -dən 3600С –yə
qədər temperatur hədlərində qovulan fraksiyalardan istifadə olunur.
Deparafinləşmə prosesindən sonra onların donma temperaturu — (3 – 12) – dən
—(35—45)0С – yə qədər azalır. Parafinlərin çıxımı xammala(parafinli neftlər
üçün) görə 11—17% olur. Parafinlərin tərkibində aromatik karbohidrogenlərin
kütlə payı 0,5% - dən artıq olmur.

Cədvəl 3

Sənaye qurğularında alınan parafinlərin xarakteristikası

Xammal: I II III
     
5

Fraksiya tərkibi, °С 204 185 193


q.b., q. s. 336 325 324
Donma temperaturu,  'С —13 — 13 — 12
Parafinlər:
Fraksiya tərkibi, °С  q. b. 253 245 247
Distillə 50 % 273 271 278
q. s. 317 336 343
Kütlə payı , %
Normal parafinlər 97 97,2 97,2
Aromatik karbohidrogenlər 0,42 0,47 0,47

Şəkil 3. Karbamidin sulu məhlulunun iştirakı ilə dizel yanacağının


deparafinləşməsi prosesinin texnoloji sxemi: / — xammal; II — karbamidin sulu
məhlulu; III— yuyucu həlledici; IV— deparafinləşdirilmiş yanacaq; V —
dixlormetan; VI — parafinlər; VII — su buxarı; VIII — ikinci pillə filtratı; 1 —
kompleksəmələgətirici reaktor; 2 — dezinteqrator; 3 —filtr; 4 —qarışdırıcı; 5 —
kompleksin parçalanması üçün reaktor; 6 — çökdürücü; 7 — buxarlandırıcı.

1973-cü ildə dizel yanacğının karbamidin sulu məhlulu ilə aktivator –


dixlormetan mühitində (Edelean prosesi) deparafinləşməsi qurğusu işə
buraxılmışdır (şəkil 3). Silikoqel üzərində təmizlənmiş ilkin xammal,
aktivləşdirilmiş kömürlə təmizlənmiş 76 % - li karbamid məhlulu və dixlormetan 1
6

: 1,7:6 nisbətində üç ardıcıl birləşdirilmiş əlavə olaraq 2 dezinteqratorları ilə təchiz


olunmuş 1 reaktorlarında kontaktlaşdırılır. Reaksiya məhsulları 3 ikipilləli filtrinə
verilir. Burada reaksiya məhsulları əks axınla dixormetanla yuyularaq filtrlənir.
Birinci pillənin filtratı deparafinləşmiş yanacaqdan ibarət olur. İkinci filtrdən
çıxarılan bərk faza 850С temperaturda işləyən 5 kompleksin parçalanması
reaktoruna verilir. Reaktora qaynar su vurulur və yuxarı hissədən dixlormetan
buxarlandırılır. Parafin qarışığı və karbamid məhlulu 5 reaktorundan 6
çökdürücüsüsünə göndərilir. Burada parafin və karbamidin sulu məhlulu ayrılır. 6
çökdürücüsüsündən çıxan karbamid məhlulu vakuum altında 7 buxarlandırıcısında
buxarlandırılır və yenidən retsiklə qaytarılır. 180—320°С temperatur həddində
qaynayan, tərkibində 33,5% normal parfinlər olan dizel yanacağı fraksiyasının
emalı zamanı alınan parafin fraksiyası aşağıdakı göstəricilərlə xarakterizə olunur.
Cədvəl 4
Dizel yanacağı fraksiyasının emalı zamanı alınan parafin fraksiyasının əsas göstəriciləri

Fraksiya tərkibi, °С  
q. b. 217
q. s. 334
Kütlə payı,  %  
Normal parafinlər 95 (> 97)
Aromatik 0,5 (< 0,3)
karbohidrogenlər

Parafinlərdə aromatik karbohidrogenlərin payı oleumla təmizləndikdən


sonra 0,5% - dən aşağı olur. Kompleksəmələgətirmə aktivatoru kimi metil
spirtindən, durulaşdırıcı(yuyucu agent) kimi isə yüngül benzindən BR-1(Qaloş)
istifadə olunur. Kompleksin əmələgəlməsi və parçalanması qarışdırıcısı olan
reaktorlarda, suspenziyaların ayrılması fasiləsiz işləyən, çöküntüləri şneklə
boşaldılan sentrifuqalarda həyata keçirilir(şəkil 4). 1 kompleksəmələgətirən
reaktora 25—35°С teperaturda 1:1,3:0,02 kütlə nisbətində xammal, benzin və metil
spirti, həmçinin də kristallik karbamid(xammala görə 0,5—0,8 kütlə nisbətində)
7

verilir. Reaktordan suspenziya kompleksəmələgəlmə istiliyinin çıxarılması üçün 2


istidəyişdiricisini keçərək 3 sentrifuqasına daxil olur. Sentrifuqadan çıxan
sentrifuqat (parafinsizləşmiş yanacaq) metil spirti və benzinin regenerasiyası
prosesinə göndərilir. Kompleksin benzindəki suspenziyası qarışdırıcısı olan 4
reaktoruna verilir və sonra yenidən sentrifuqaya verilir. Sentrifuqada alınan
suspenziya 5 qarışdırıcısina boşaldılır, oradan da qızdırıcını keçməklə nasos
vasitəsilə 6 kompleksinin parçalanması reaktoruna vurulur. Kompleksin
parçalanması 80—900С temperaturda baş verir. Karbamidin parruafin-benzin
qarışığı ilə əmələ gətirdiyi suspenziyası yenidən sentrifuqadan keçirilməklə ayrılır.
Karbamid kompleksəmələgətirmə reaktoruna qaytarılır, parafin isə benzinin
regenerasiyası və təmizlənmə prosesinə göndərilir. Kompleksin durulaşdırıcılarlas
durulaşdırılması bütün mərhələlərdə aparılır. Durulaşdırılma elə aparılmalıdır ki,
suspenziyada bərk fazanın qatılığı onun transportabelliyinin təmin edilməsi
məqsədilə 15—25% həddində olsun. Metil spirtinin regenerasiyası onun sulu
ekstraksiyası ilə elektroçökdürücülərdə fazaların ayrılması ilə həyata keçirilir.
Sonra da buxarlandırma yolu ilə metil spirti sudan ayrılır. Benzinin
regenerasiyasını iki-üç pilləli buxarlandırma üsulu ilə aparılır. 200 — 340 0С
intervalda qovulan, tərkibində 10—12% normal parafinlər olan xammalın
göstərilən sxem üzrə emalı zamanı 245—350°С intervalında qovulan və tərkibində
sulfat turşusu iştirakı ilə təmizləndikdən sonra tərkibində aromatik
karbohidrogenlərin miqdarı 0,5%-dən çox olmayan parafinlər alınır.

You might also like