You are on page 1of 22

29.

VERBAL
ÜNSİYYƏTIN
NÖVLƏRİ
Müəllimin verbal
ünsiyyətinin müxtəlif
formaları vardır.Izahat,
modelləşdirmə,
nümayiş, sual-cavab və
müzakirə pedaqoqun
əsas pedaqoji
vasitələridir. Onların
hər biri haqqında
modulun davamında
məlumat verilmişdir.
İzah, modelləşdirmə
və nümayiş
Müəllimlər izahata çox
vaxt sərf edirlər. Bəzi
situasiyalarda isə izah
dərsin əsas hissəsinə
çevrilir. Buna görə də
yaxşı izahat vermək
müəllim üçün vacib
bacarıq hesab
olunur.Yaxşı izahat
şagirdləri fəal saxlayır,
onların diqqətini hər
zaman müəllimə
yönəldir, aktiv
öyrənməni təmin edir.
Məktəbliləri dərsə
yönəltmək məqsədilə
dərsin
planlaşdırılmasında
mühazirələr, qeydlər
yazdırmaq, izahat
aparmaq, çalışma və
sualları izahla
birləşdirmək və s.
Öncədən nəzarə
alınmalıdır.?
İzahat müəyyən
istənilən anlayışın
mənasını aydın və
dəqiqliklə
mənimsətmək,
məzmununu
aydınlaşdırmaq
üsuludur.
Prosesin düzgün təşkili
şagirdlərin əvvəlki
biliyini nəzərə almağı,
məlumatları
əlaqələndirməyi tələb
edir. Analoq və
metaforalar da izahat
zamanı köməkçi vasitə
sayılır.Müəllimlər çox
zaman verbal izahla
vizual
misalları,modelləşdirm
ə və nümayişi
birləşdirərək yeni dərsi
şərh
edirlər.Modelləşdirmə
çox güclü öyrənmə
strategiyasıdır və
şagirdlərə sual
vermək,hər mərhələ
haqqında cavabları
dinləmək üçün geniş
imkanlar yaradır.
Modelləşdirmə:
"Səsli düşünmə zamanı
qeyri-məlumları üzə
çıxarır,məlumatların
üzə çıxarılma
səviyyəsini
müəyyənləşdirir
• Şagirdlərə yarana
biləcak çətinlikləri və
onlardan yayınmaq
yollarını göstərir
• Şagirdlərdə tapşırığıın
bir hissəsi kimi
dəyişiklik və düzəlişlər
aparmağın
mümkünlüyünə inam
yaradır
• Praktik məşğələlər
zamanı şagirdlərə
mümkün təhlükələr
haqqinda xəbərdarlıq
edir və bunlardan
yayınmağın və ya
nəticələri
yüngülləşdirməyin
yollarını başa salır.
Yeni mövzunu tapşırıq
vasitəsilə izah etmək,
yeni bilikləri köhnələrlə
(sual, köməkçi
vasitələr, fəaliyyətlə)
əlaqələndirmək təlimə
dəstək adlanır. Yəni:
Müəllim tapşırığın
yerinə yetirilməsində
dildən istifadə edərək
şagirdlərin fəaliyyətini
istiqamətləndirir.
Dəstəyin növbəti
mərhələsi tapşırığın
müzakirəsidir.Beləliklə,
izahat şagirdin hərəkət
və fikirlərinin
bələdçisinə çevrilir.
İzahat zamanı verbal və
vizual vasitələrin
birlikdə istifadəsi daha
çox fayda verir,
məsələn, xarici dilin
tədrisində Xüsusi təlim
ehtiyacları, qüsurları və
vizual yolla öyərənən
Şagirdlər üçün daha
səmərəli hesab olunur.
Sual-cavab
Şagirdlərin təlim
prosesində fəal
iştirakını dəstəkləməyin
bir yolu da sual-
cavabın təşkilidir.
Müəllimlər gün ərzində
onlarla, il ərzində
yüzlərlə, minlərlə,
pedaqoji fəaliyyətləri
müddətində milyonlarla
sual verirlər?
Sual-cavabın səmərəli
təşkili
Sual-cavabın düzgün
təşkili fəal təlimin
önəmli hissəsidir.
Şagirdlərdə çaşqınlıq
yaratmamaq üçün
suallar əvvəlcədən və
Xüsusi diqqətlə
hazırlanmalıdır. Dərsdə
sual-cavabı səmərəli
keçirmək məqsədilə
planlaşdırmada
aşağıdakılar nəzərə
alınmalıdır:
• Hansı sual növündan
istifadə etmək
faydalıdır?
• Sualları hansı
formada verəcəksiniz?
• Suallar dərsin hansı
mərhələsində təqdim
olunmalıdır?
• Sualları verməkdə
məqsədiniz nədir?
• Sual kimlərə
ünvanlanacaq və hansı
cavab gözlənilir?
• Şagird sualı başa
düşməsə və ya düzgün
cavab verməsə nə
edəcəksiniz?
• Şagirdin cavabını nə
qədər gözləyəcəksiniz?
Sual-cavab prosesini
dəqiq planlaşdırmaq va
ya planlaşdırdığınızı
eynilə tətbiq etmək
mümkün deyil. Çünki
sagirdlərin verəcəyi
cavabları təxmini
müəyyənləşdirmək
olar, bu barədə qəti
fikir bildirmək qeyri-
realdır. Dərsin
gedişatını nəzarətdə
saxlamaq üçün dinamik
plan hazırlanmalıdır.
Sual vermək sadə
proses deyil.
Məqsəddən asılı olaraq
suallar fərqlənir.
Məsələn, şagirdlərin
diqqətini çəkmək, izahı
anlayıb-
anlamamaqlarını
yoxlamaq, mövzunu
təkrarlamaq,,möhkəmlə
nirmək bilikləri
gücləndirmək,
düşünməyə, problemk
həll etməyə,
müzakirəyə sövq etmək
və s. Vrag və Braun
Sualları növlərə
bölmüşlər.
Empirik sual-faktlar
təcrübəyə asaslanır,
konseptual suallar-
öyrənilən fənnə dair
ideya, məna və səbəb-
nəticəni üzə çıxarmaq
məqsədilə verilir,
“dəyər” sualları-Dəyər,
yaxşılıq, mənəviyyat və
ətraf mühit məsələlərini
araşdırır. Bu geniş
əhatəyə malik sual
növləri tez-tez üst-üstə
düşə Bilir və bəzən
müəyyən suallar hər üç
kateqoriyanın
xüsusiyyətlərini əhatə
edir. Eləcə də müəllim
sualı cavablandırmaq
üçün verdiyi vaxtı
nəzərə almalıdır.
Prosesin gedişatında
düşünmək vaxtı da
gözlənilmədir.
Sualları
planlaşdırmaqda
Blumun idraki
məqsədlər təsnifatı da
köməyə gəlir.’ Bu
təsnifatda suallar
mürəkkəblik və
Mücərrədliyinə görə
altı səviyyəyə bölünür.
Aşağı səviyyə
qrupundakı suallar,
adətən, faktiki və
təsviri cavab, yuxarı
səviyyə Sualları isə
daha mürəkkəb, tənqidi
və yaradıcı düşünmə
nəticəsində üzə çıxan
cavabları tələb edir.

You might also like

  • SƏNƏD
    SƏNƏD
    Document5 pages
    SƏNƏD
    Fərid Tarverdiyev
    No ratings yet
  • SƏNƏD
    SƏNƏD
    Document1 page
    SƏNƏD
    Fərid Tarverdiyev
    No ratings yet
  • SƏNƏD
    SƏNƏD
    Document2 pages
    SƏNƏD
    Fərid Tarverdiyev
    No ratings yet
  • Ingilis Dili
    Ingilis Dili
    Document23 pages
    Ingilis Dili
    Fərid Tarverdiyev
    0% (1)
  • Açıq Yaralar
    Açıq Yaralar
    Document13 pages
    Açıq Yaralar
    Fərid Tarverdiyev
    100% (3)
  • Antivirus Lar
    Antivirus Lar
    Document1 page
    Antivirus Lar
    Fərid Tarverdiyev
    No ratings yet
  • The Noun
    The Noun
    Document2 pages
    The Noun
    Fərid Tarverdiyev
    No ratings yet
  • Sözlər
    Sözlər
    Document4 pages
    Sözlər
    Fərid Tarverdiyev
    No ratings yet