You are on page 1of 8

Nikolya Sarkozi

Nicolas Sarkozy

Nikolya Sarkozi
Nikolya Sarkozi (fr. Nicolas Sarkozy,
tam adı Nicolas Paul Stéphane Sárközy de
Nagy-Bócsa; d. 28 yanvar1955, Paris) —
Fransa dövlət və siyasi xadimi, Fransa
Respublikasının 23-cü, Beşinci Respublikanın
6-cı prezidenti. Fransanın dövlət başçısı kimi
Andorranın knyazı və Fəxri Legion ordeninin
Ali Magistridir. 6 may2007-ci ildə seçilib,
vəzifəyə həmin il 16 mayda başlayıb.
2004-cü ildən vəzifəyə seçilənədək
hakim Xalq Hərakatı Uğrunda İttifaq Fransanın 23-cü prezidenti
(fr. Union pour un mouvement populaire,
UMP) partiyasının lideri olub. 1993-1995, 16 may 2007 — 15 may 2012
2002-2004 və 2005-2007-ci illərdə Fransa
Sələfi:Jak Şirak
hökumətində nazir olub. Həmçinin prezident
vəzifəsinə qədər O-de-Sen departamenti Baş Xələfi:Fransua Olland
Şurasının sədri olub.
Andorranın 65-ci knyazı
Fransada dostları və rəqibləri arasında
"Sarko" ləqəbi ilə tanınır.
Parisdəki yəhudi "Müsyö Sarko". Partiya:Xalq Hərəkatı Naminə İttifaq
Türkiyənin Avropa İttifaqına daxil olmasına
qarşı davranışı, irqi ayrı seçkilik və mediadakı Təvəllüdü:28 yanvar 1955-ci il (58 yaş)
 Fransa, Paris
İslam düşmənçiliyinə verdiyi dəstək və
çıxışları ilə fransız ictimaiyyəti onu tanıdı. Ən Həyat 1) Mari-Dominik Külyoli (1982-
yoldaşı: 1996)
çox da, Paris küçələrində üsyan edən məğribli 2) Sesiliya Siqaner-Albenis
(Şimali Afrikalı) gənclərə qarşı sərt tədbirləri (1996-2007)
ilə gündəmə gələn və Jak Şirakdan sonra 3) Karla Bruni (2008-dən)
Fransa prezidentliyinə seçilmə ehtimalı ən Uşaqları:oğlanları: Pyer və Jan (1-ci
yüksək olan müsyö Nikolya Sarkozini bir az evlilikdən), Lui (2-ci evlilikdən)
qızı: Culiya (3-cü evlilikdən)
da yaxından tanıyaq. Sarkozi, ənənəvi fransız
siyasətçi tipinə zidd davranışları illə yadda
qalır. Tərcümeyi-halını yazan Nikolya
Domenaç Sarkozinin İngilis siyasətindən çox İmzası:
təsirləndiyini bildirərək onun Toni Bleyer
heyranı olduğunu söyləyir. Mediadan çox
yaxşı istifadə edir. Xalqın istədiyi dildə danışa
bilir. Kiminləsə arasında məsafə saxlamır. Xalqdan uzaq, elit bir dövlət adamı
portreti yerinə fransız xalqının alışmadığı bir səviyyədə sadə, hər kəsə açıq bir
görüntü verir."
Atası cəngavərlik ordeni sahibi idi. Macar tarixçisi Sandor Mosoniye görə,
17-ci əsrin başlanğıcında Macarıstan Kralı II Ferdinand dövründə, Osmanlılara
qarşı döyüşən və böyük qəhrəmanlıqlar göstərən Sarkozi ailəsi, zadəgan titulları və
kiçik bir qəsr ilə mükafatlandırıldı. Macar Kralı II Ferdinand tərəfindən zadəgan və
1
cəngavər titulları ilə mükafatlandırılan Sarkozilərin öz kəndləri Allatyanda bir
qəsrə də sahib olduqlarını yazan tarixçi Mosoni, Sarkozilərə aid qəsrin II Dünya
müharibəsindən sonra kommunistlər tərəfindən dövlətləşdirilərək dağıdıldığını
yazır.
Atası Pal Sarkozi, 1928-ci ildə Budapeştdə macar bir aristokrat ailədə
doğulmuşdur. Ailəsi, Budapeştin 92 kilometr şərqində Szosnok yaxınlarında
Allatyan kəndində sarayı və torpaqları olan kiçik bir qəsr və torpaqlara sahib idi.
Babası yəhudi olmasına baxmayaraq katolikliyi qəbul etmişdi. Pal Sarkozinin atası
və babası, seçimlə təyin olunan bir məmur vəzifəsində çalışırdılar.
Göldə boğuldu yalanı. Sovet Ordusu 1944-cü ildə Macarıstana girdiyi
zaman Sarkozilər ölkəni tərk edir. Ailə müharibədən sonra Macarıstana döndü,
ancaq sahib olduqları hər şey talan edilmişdi. Pal Sarkozinin atası az sonra vəfat
etdi. Anası Macar ordusuna məcburi şəkildə çağırılmasından qorxduğu üçün Sibirə
getdi. Anası dövlət məmurlarına Balaton gölündə boğulduğunu bildirdiyi oğlu Pal
Sarkozi, Avstriyadan Almaniyaya qaçdı. Avstriya və Almaniyada çətin günlər
keçirdikdən sonra, Pal Sarkozi Almaniyada fransız ordusunun qərargahının olduğu
sərhəddəki Baden-Badenə gəldi və fransız əcnəbi alayına fəhlə qəbul edən bir
məmur ilə qarşılaşdı. Beş ilə qədər işlədi və fransız əcnəbi alay qərargahının
yerləşdiyi Əlcəzairdəki Sidi Bel Abbəsə təlim üçün göndərildi. Orada xidmətə
yararsız olduğu üçün Hindi-Çinə götürülmədi və 1948-ci ildə Marseldə mülki
həyat tərzinə qayıtdı və adını fransızlaşdıraraq "Pol Sarkozi dö Naqi-Boksa" kimi
dəyişdirdi.
Pol Sarkozi sənətkarlıq istedadından istifadə edərək reklamçılıq sektoruna
girmək üçün 1949-cu ildə tamamən Fransaya köçdü və Nikolya Sarkozinin anası
madam Andree Mallah ilə tanış oldu və onunla evləndi. O zamanlar madam
Mallah Parisdə yaşayan bir doktor qızı idi və hüquq təhsili alırdı.
Anası Səlanik (Saloniki) yəhudilərindən idi. O vaxt bir hüquq tələbəsi olan
Andree Mallahın atası Benedikt Mallah Parisdə şöhrət qazanmış bir uroloq idi.
Benedikt Mallah əslən, orta əsrlərdə Avropadan qaçan və Osmanlı Dövləti
tərəfindən sığınacaq verilmiş Səlanik (bu günkü Yunanıstandakı Saloniki) əsilli bir
seferat yəhudisidir. Yəhudi nəsil şəcərəsinə görə Mallah ailəsi, Səlanikə Fransanın
cənubunda yerləşən Provens əyalətindən təxminən orta əsrlərdə baş verən yəhudi
köçü zamanı gəlmişdir. Bir zərgərin oğlu olan Benedikt Mallah, Osmanlı
dövründən sonra 1904-cü ildə, 14 yaşında ikən, Parisin cənubunda nüfuzlu bir
məktəb olan Lakanala liseyinə daxil olmaq üçün Səlaniki tərk etmişdi. Tibb təhsili
alan Mallah, diplomunu aldıqdan sonra Fransada yaşamağa qərar verdi və fransız
vətəndaşı oldu. Benedikt Mallah Birinci Dünya müharibəsi ərəfəsində fransız
ordusunda həkimlik etmiş və Lionun burjua ailələrinin birindən olan, müharibə
zamanı dul qalmış Adele Bouvier (1891-1956) ilə tanış olmuş və onunla 1917-ci
ildə evlənmişdir. Nikolya Sarkozinin nənəsi olan Adele Bouvier də fransız xalqının
əksəri kimi bir katolik idi. Dindar adam olmayan Benedikt Mallah, Adelenin
ailəsinin istəyi səbəbiylə Bouvierle evlənərkən katolik inancını da qəbul edir.
Benedikt Mallah və ailəsi katolik olmalarına baxmayaraq II Dünya Müharibəsində

2
yəhudi əsilli olmaları səbəbi ilə almanlara təslim edilməməkləri üçün Korrezedəki
kiçik bir kəndə sığınaraq gizlənmək məcburiyyətində qalmışdı.
Nikolya ikinci övlad olaraq dünyaya gəldi. Bu evlilikdən sonra Sarkozi
ailəsi 3 övlad sahibi oldular. Nikolya Sarkozi, 28 yanvar 1955-ci ildə Parisdə
ailəsinin ikinci oğlu kimi dünyaya gəlmişdir. Sadəcə Nikolya Sarkozi kimi tanınan
fransız siyasətçinin iki qardaşı da vardı: Özündən böyük qardaşı 1952-ci il
təvəllüdlü Guillaume, toxuculuq sənayesi ilə məşğul olmaqdadır və 1957-ci il
təvəllüdlü François isə, uşaq həkimi və eyni zamanda da bir bioloqdur.
1959-cu ildə ata Pol Sarkozi, həyat yoldaşını və uşaqlarını tərk etdi. Daha
sonra iki dəfə evləndi və ikinci evliliyindən iki övladı oldu: qızı Karolin və oğlu
Olivye. Pol Sarkozi ailəni tərk etdikdən sonra Andrea uşaqlarını böyütmək üçün
yarımçıq qalmış hüquq təhsilinə yenidən başladı. Nant vəkillər kollegiyasında
vəkillik etdi.
Nikolya yaxşı şagird deyildi. Nikolya Sarkozinin uşaqlığı Parisdə, daha
sonra da Neuilly-sur-Seinedə keçmişdir. Xüsusi Saint-Louis de Monceau
Liseyində oxuyarkən olduqca pis bir şagird idi. 6-cı sinfi Chaptal Dövlət Liseyində
oxudu və sinifdə qaldı. 1973-cü ildə ailəsiylə Neuillydə məskunlaşdılar. Nikolya
Sarkozi 1974-cü ildə UDR-ə (Respublikaçı Demokratlar Birliyi) üzv oldu. Jacques
Chaban-Delmas’ın seçilməsi üçün fəaliyyət göstərdi. 1976-cı ildə yeni qurulan
RPR partiyasına (Respublikaçılar Birliyi - De Qolçular) üzv oldu. 1980-cı ildə Jak
Şirak tərəfdarı olan gənclərin dəstək komitəsinə başçılıq etdi. Müxbirliklə vəkillik
peşələri arasında tərəddüd etdikdən sonra son anda vəkillik vəsiqəsi (CAPA) alaraq
bir mənada anasının iziylə getdi. Sarkozi 1983-cü ildə Neuilly-sur-Seine Bələdiyyə
başçısı seçildi. Nikolya Sarkozinin sonrakı siyasi həyatı uğurlu oldu. 1987-ci ildə
Daxili İşlər nazirliyi nəzdində kimyəvi və radioaktiv məsələlərə aid işlər üzrə bir
vəzifədə çalışdı. Çernobıl atom stansiyası faciəsi ərəfəsində hökumətin müşaviri
işləyirdi. Sarkozi 34 yaşında millət vəkili, 38 yaşında Maliyyə naziri oldu.
Sarkozi nikahın kəsdiyi qadınla evləndi. 1984-cü ildə Neuilly Bələdiyyə
sədri kimi Cécilia Ciganer-Albeniz ilə məşhur TV animatoru Jak Martinin
nikahlarını kəsdi. Ancaq qadın 1989-cu ildə həyat yoldaşını Nikolya Sarkoziyə
görə tərk etdi və 1996-cı ildə evləndilər. 1997-ci ildə Louis adlı bir oğulları oldu.
1993-cü ildə Neuillydə son dərəcə dramatik və mediatik bir hadisə yaşandı. Bir
ailədə uşaq girov götürülmüşdü. Nikolya Sarkozi Daxili işlər naziri olan Şarl
Pasquadan uşağı girov götürənlə görüşmək üçün səlahiyyət aldı. Bütün Fransa TV
ekranından onu qucağında xilas etmiş olduğu uşaqla çıxarkən seyr etdi. O artıq bir
qəhrəman idi. Həmin il keçirilən seçkilərdə sağ partiyalar səslərin çoxunu qazandı.
Nikolya Sarkozi Neuilly millət vəkili seçildi. Seçkilərdən sonra qurulan Eduard
Balladur kabinəsində Maliyyə naziri oldu. Bu sayədə siyasəti içəridən öyrənməyə
başlayan Sarkozi mediatik bir imicə sahib oldu.
Fitə basıldı. 1995-ci ildə Balladurun prezidentliyə namizədliyini dəstəklədi.
Ancaq seçkilər nəticəsində Jak Şirak prezident oldu. Sarkozi partiyada inamını
itirdi. Alan Juppé hökumətində ona nazirlik verilmədi. 15.10.1995 tarixli bir RPR
partiya yığıncağında fitə basıldı. Sarkozinin büdcəni idarə etmək tərzi tənqid
edildi. Dövlətin borclarını azaltmaması və sağlamlıq sığortası barədə islahatlar
3
etməməsi tənqid edildi. 1999-cu ildə qısa bir zaman ərzində RPR-ə sədrlik etdi və
Avropa Parlamentinin seçkilərində ağır məğlubiyyətə uğradılar. Bu vəziyyət
qarşısında partiyadakı bütün öhdəliklərdən imtina edərək siyasətdən uzaqlaşaraq
kitab yazmağa başladı. Kitabının adı belə idi: "Libre" – yəni "Azad". 2002-ci ildə
Jak Şirakın yenidən prezident seçilməsində aktiv iştirak etdi. Yenidən seçilən
prezident Jan-Pier Raffarini Baş Nazir təyin etdi. Nikolya Sarkozi isə daxili işlər
naziri oldu. Yəni hökumətin 2 nömrəli adamı idi. Sarkozi Sərt bir idarə tərzi
göstərməyə başladı. Onun üçün ilk problem təhlükəsizlik idi. Təzyiqə dayanan
siyasətini gücləndirərkən "Söz deyil, hərəkət lazımdır" şəklində bəyanatlar verirdi.
2004-cü ildə, Jean-Pierre Raffarin hökumətində Dövlət naziri ilə İqtisadi, Maliyyə
və Sənaye naziri vəzifələrində çalışdı. Əvvəlcə büdcə kəsirlərini aradan qaldırmaq
istəyini həyata keçirə bilmədi. Bu istəyin qarşısı prezident tərəfindən əngəlləndi.
Çünki açıq-aşkar 2007-ci ildə prezidentliyə namizəd olacağını bildirmişdi. Bundan
əlavə Alan Juppénin istefasından sonra UMP sədrliyinə də göz dikmişdi. Bundan
sonra 14 iyun 2004 tarixli çıxışında Jak Şirak ondan o vəzifəsi ilə nazirlik arasında
seçim etməsini istədi. Prezident "qərarları mən verirəm, o icra edir" deyə bildirdi.
Bir neçə ay sonra keçirilən birinci UMP konqresində Nikolya Sarkozi səslərin
yüzdə 85,1-ini qazanaraq UMP-yə sədr seçildi. Ertəsi gün istefa etməsi haqqında
ərizəni Jak Şirak və Jan-Pier Raffarinə təqdim etdi.
Nazirlik etdiyi dövrdə həyat yoldaşını baş müşavirlərindən biri olaraq təyin
etdi. Həyat yoldaşı daha sonra UMP sədrliyində şəxsi katibəsi oldu. 29 May 2005
tarixində keçirilən tarixi Avropa konstitusiyası referendumu istənilən nəticəni
verməyincə, Jan-Pier Raffarin hökuməti 31 May 2005 tarixində istefa etdi. 2007-ci
ildən etibarən, Sarkozi mərkəz sağ partiyası UMP-nin sədri və Yeni hökumətdə də
Daxili işlər naziri oldu.
Ailədən gələn xüsusiyyət. Sarkozinin anasını tərk edən ata Pol Sarkozinin
hələ də barmağında gəzdirdiyi, üzükdə olan kiçik qılınc götürmüş aslan şəklinin
"Türklərə qarşı göstərilən qəhrəmanlığa görə" 1628-ci ildə verilən cəngavərlik
titulunu təmsil etdiyini bildirən Macar tarixçi, Sarkozinin türk düşmənçiliyi,
fransız keşişləri, xaç yürüşləri və Beşinci Karldan tez-tez bəhs etməsini, tarixdən
gələn ailə xüsusiyyətlərinə bağlayır.
Eyni zamanda II Dünya Müharibəsindən əvvəl Macarıstandan Fransaya
köçmüş ata Pol Sarkozinin kiçik yaşda özünü və yunan yəhudisi olan fransız
vətəndaşı anasını tərk etməsini bağışlamayan Nikolya Sarkozinin yaşayan atası ilə
görüşmədiyi bildirilir.
Milliyyətçi və populist bir fikrə sahib olması, "Sarkozi populist münasibəti
ilə Avropa İttifaqını tamamilə məhv edə bilər" deyə onun tənqidlərə hədəf
olmağına səbəb oldu. "Le Meilleur des Mondes" adlı jurnala müsahibə verən
Sarkozi Türkiyənin üzvlüyünü Avropada yaşayan müsəlmanların inteqrasiyası
problemini də dərinləşdirəcəyini bildirdi. Nikolya Sarkozi Türkiyənin Avropa
Birliyinə qəbul olunmasına etirazını iki təməl səbəbə bağlayır: Birincisi,
Türkiyənin üzvlüyünün reallaşacağı təqdirdə Avropa qitəsindəki müsəlmanların
yaşadıqları toplumla bütünləşdirilməsinin çətinləşəcəyi narahatlığı; İkinci məsələni
isə Sarkozi belə aşıqlayır: "Hazırda bu məsələdə problem yaşayırıq. Bu da
4
Avropada İslam məsələsini ortaya çıxarır. Bunun bir problem olmadığını söyləmək
həqiqətlərdən qaçmaqdır. Əgər 100 milyon müsəlman türkə qapıları açarsanız,
bunun nəticələri nə olacaq?" deyə soruşur. Nikolya Sarkozi güclü etirazlara səbəb
olan Həzrəti Muhammədə qarşı iyrənc karikaturaları yenidən nəşr etdiyi üçün
məhkəməyə verilən satirik jurnalı dəstəklədi. Məhkəməyə məktub göndərən
Sarkozi özünün də bu jurnal tərəfindən satira atəşinə tutulduğunu və bu
karikaturaların söz azadlığı adına nəşr edildiyini açıqladı.
Nikola Sarkozi Fransada keçirilən prezident seçkilərinin ilk turunda
məğlub oldu. (23.04.2012) Fransada keçirilmiş prezident seçkilərinin ilk turunda
Fransa Sosialist Partiyasının namizədi Fransua Holland 28% səslə qalib gəlib.
Seçkilərdə ikinci yeri 26,10% səslə hakim Xalq Hərəkatı uğrunda Birlik (UMP)
partiyasının namizədi, hazırkı prezidenti Nikola Sarkozi tutub. Seçkilərdə
səsvermə hüququ olan vətəndaşların 80 faizdən çoxunun iştirak etdiyi bildirilir.
Mayın 6-da keçiriləcək seçkilərin ikinci turunda Fransa prezidentliyi
uğrunda Fransua Hollandla Nikola Sarkozi mübarizə aparacaq. İkinci turun
nəticələrini ilk turda digər namizədlərin topladığı səslərin necə bölüşəcəyi əsasında
müəyyənləşəcək. İfrat sağ seçiciləri təmsil edən Milli Cəbhə Partiyasının təmsilçisi
xanım Marin Le Pen ilk turda 18,50% səs toplayıb. Onun atası Jan-Mari Le Pen
2002-ci ildə keçirilən seçkilərin ilk turunda o vaxtkı prezident Jak Şirakdan sonra
ikinci yeri tutub, Marin Le Pen isə Milli Cəbhənin göstərdiyi bugünkü nəticələr ilə
Fransada prezident seçkilərində təmsil etdiyi partiya üçün rekord müəyyənləşdirib.
Fransada ifrat solçuları birləşdirən Sol Cəbhənin namizədi Jan-Lük Melanşon
11,70% səs qazanaraq 4-cü yerdə qərarlaşıb. 2007-ci ildə seçkilərin ilk turunda 3-
cü yeri tutmuş mərkəzçi Fransua Bayru 8,80% səs yığıb. Digər 5 namizəd 3
faizdən artıq səs toplaya bilməyiblər.
Seçkilərin ilkin nəticələri məlum olduqdan sonra Sol Cəbhənin namizədləri
Jan-Lük Melanşon və 2,3% səs toplamış ekoloq namizəd xanım Eva Joli ikinci
turda öz seçicilərini Fransua Hollanda səs verməyə çağırıblar. Milli Cəbhə
Partiyasının sədri, ifrat sağçı Marin Le Pen seçicilərini Nikola Sarkoziyə səs
verməyə çağırmağa tələsmir. Xanım Le Pen öz mövqeyini mayın 1-də
açıqlayacağını bildirib. Bundan başqa mərkəzçi Fransua Bayrunun da öz səsini
kimə verəcəyi hələ məlum deyil. Seçkilərdən sonra bir çox ekspertlər 6 mayda
keçiriləcək ikinci turda sosialist Fransua Hollandın 54%, hazırkı prezident Nikola
Sarkozinin isə 46% səs toplayacağı bildirilir.
Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2007-ci ildə keçirilmiş
prezident seçkiləri ərəfəsində aparılan təşviqat kampaniyasının müəyyən hissəsinin
qanunsuz pullar hesabına maliyyələşdirildiyi bildirilir. Keçmiş dövlət başçısının
qələbəsi üçün ayrılmış ianənin mənbəyi kimi isə, Fransanın ən zəngin qadını,
“L`Oreal” kosmetika şirkətinin direktoru Lilian Betankur göstərilir.
Qeyd edək ki, o, 90 yaşındadır və alsgeymer xəstəliyindən əziyyət çəkir.
Bununla əlaqəli Sarkozi Bordo məhkəməsində ilkin dindirilməyə çıxarılıb.
Məhkəmə onun 2007-ci ildə qadının evində neçə dəfə olduğunu aydınlaşdırmağa
çalışıb. Ancaq sabiq prezident ora cəmi bir dəfə getdiyini və heç vaxt pul
istəmədiyni bildirib.
5
Məhkəmədə hakimlər ittihamlarla bağlı əsaslı dəlillər
müəyyənləşdirilənədək onun sərbəst buraxılmasına qərar veriblər. Hazırda məsələ
ilə bağlı istintaq araşdırması davam edir.
Qeyd edək ki, ilkin təhqiqatlar zamanı Betankurun sabiq mühasibi
milyonçunun hesabından Sarkozinin kampaniya xəzinədarına verilmək üçün 192
milyon dollar ayırdığını polisə bildirmişdi. Məsələ ilə bağlı münasibət bildirən
Sarkozinin partiya tərəfdaşları itthamların Sarkozini gözdən salmaq məqsədilə
atılan siyasi motivli addım olduğunu bildiriblər.
Xatırladaq ki, Sarkozinin sələfi Jak Şirak da 2011-ci ildə hakmiyyətdən
getdikdən sonra maliyyə fırıldağında ittiham olunmuşdu. Fransa qanunlarına görə,
prezidentliyə namizədlərin seçki kampaniyası dövründə fiziki şəxslərdən əldə
etdikləri məbləğ 4600 avronu keçə bilməz.
Yuxarıda da qeyd etdiyimiz kimi, Paris məhkəməsi Fransanın sabiq
prezidenti Nikola Sarkoziyə qarşı istintaq başladıb. N. Sarkozi korrupsiya və
nüfuzundan sui-istifadə etməkdə günahlandırılır. Keçmiş prezidentlə yanaşı,
məhkəməyə çıxarılanlar arasında onun vəkili Terri Erzoq və Kassasiya
Məhkəməsinin keçmiş baş prokuroru Jilber Azibert də var. Müstəntiqlər 2014-cü
ildə N. Sarkozinin vəkili T. Erzoq vasitəsi ilə prokuror J.Azibertdən gizli məlumat
almağa çalışdığını iddia edirlər. Onların fikrincə, keçmiş prezident 2007-ci ildə
L'Oreal fransız kosmetika şirkətinin ortağı Lilian Betankur tərəfindən N.
Sarkozinin seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaq
çərçivəsində müsadirə olunmuş sənədləri almaq istəyib. J.Azibertin tibbi
müayinədən keçməsi ilə əlaqədar məhkəmədə dinləmələr təxirə salınıb. Məhkəmə
prosesi dekabrın 10-dək davam edəcək.
Nəhayət, 1 mart 2021-ci il tarixdə uzun çəkən araşdırmalardan sonra Paris
məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya ittihamı üzrə
təqsirli bilib. Sarkozi üç il müddətinə həbs cəzasına məhkum edilib. Bunun bir ili
real həbs cəzası, iki ili isə şərti cəzadır. Prokurorluq Nikola Sarkozi üçün iki real
və iki şərti həbs cəzası istəyirdi. Fransanın sabiq lideri məhkəmə binasını şərh
vermədən tərk edib. İstintaq müəyyənləşdirib ki, Nikola Sarkozi 2007-ci ildə öz
seçki kampaniyasının “L'Oreal” şirkətinin varisi Lilian Bettankur tərəfindən
qanunsuz maliyyələşdirilməsinə dair materiallar barədə məlumat almaq üçün
Kassasiya Məhkəməsinin məmurunu ələ almağa çalışıb. “Tracfin” maliyyə
kəşfiyyatı tərəfindən əldə olunan telefon danışıqları da bu işdə sübut kimi yer alıb.
66 yaşlı Sarkozi həmçinin hakim Jilbert Azibertə öz partiyasına qarşı aparılan bir
cinayət araşdırması barədə məlumat müqabilində Monakoda prestijli iş təklif
edərək rüşvət verməyə cəhddə təqsirli bilinir. Sarkozinin keçmiş vəkili Tierri
Herzoq və Jilbert Azibert də eyni ittihamlarla üzləşiblər. Sarkozi həbs müddətini
evdə çəkə bilər. Hakim onun elektron qolbaq taxmaq şərtilə ev dustaqlığına
buraxıla biləcəyini deyib. Hazırda Sarkoziyə qarşı Liviya lideri Müəmmar
Qəddafidən qanunsuz olaraq pul alınması ilə bağlı daha bir istintaq işi aparılır.
2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi məhkəmənin
gedişində bütün ittihamları rədd edib. Bu, ölkənin müasir tarixində eks-prezidentin
müttəhimlər kürsüsündə əyləşdiyi ilk məhkəmə prosesidir.
6
Azərbaycan və N.Sarkozi. 2011-ci ilin oktyabr ayında Fransa prezidenti
N.Sarkozi Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olub. Bu zaman
Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilmişdir. Əvvəlcə
“Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti
arasında Bakı Fransız Liseyinin yaradılması haqqında” saziş imzalandı. Sənədi
Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə
xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur
imzaladılar. Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq
lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və
Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır.
Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil
müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı
Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaqdır.
Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və
tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları
öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində
davam etdirmək imkanı qazanacaqlar. Fransa prezidentinin diqqətinə çatdırıldı ki,
bu təhsil ocağı Bakının “Ağ şəhər” adlanan ərazisində inşa olunacaqdır. Dünyada
şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan “Bakı Ağ
şəhər” layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin
salınmasıdır. Sonra Azərbaycanın və Fransanın dövlət başçıları ölkəmizdə
fəaliyyət göstərən fransız iş adamları ilə görüşdülər, onlara fəaliyyətlərində uğurlar
arzuladılar.
11 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və bu ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının
Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış
olmuşlar. Liseyin açılışı 12 sentyabr 2014-cü ildə olmuşdur. Açılış
mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva iştirak ediblər.
2019-cu ilin noyabr ayında Fransanın sabiq prezidenti Nikola Sarkozi
Azərbaycanda olub. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros
"Twitter" səhifəsində bildirib: “Nikola Sarkozi bir neçə saatlıq Bakının fəxri
qonağı oldu. Prezident Sarkoziyə Azərbaycana səfəri üçün təşəkkür edirəm”, -
deyə Fransa səfiri qeyd edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
2019-cu il yanvarın 16-da Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkozi
ilə görüşüb. Görüşdə Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-
Azərbaycan əlaqələrinin uğurlu inkişafında xanım Mehriban Əliyevanın rolu
vurğulanıb. Qeyd edilib ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Fransa
parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər
Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi
əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.
Görüşdə, eyni zamanda, bildirilib ki, Nikola Sarkozinin prezidentliyi
dövründə Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli münasibətlərin
7
inkişaf etdirilməsi istiqamətində göstərdikləri fəaliyyət nəticəsində ölkələrimiz
arasında əlaqələr bir çox sahələrdə genişlənib.
Sonda onu qeyd edək ki, N.Sarkozi Azərbaycana rəsmi səfər etmiş ilk
Fransa prezidenti olmuşdur.

You might also like