You are on page 1of 1

Yaponiya Dövlət Təqaüd proqramları (MEXT) 2022-2023-cü tədris ili üzrə təqaüdlü

təhsil proqramları elan edir

Ümumi məumat: Yaponiyanın Azərbaycandakı Səfirliyi Yaponiya Dövlət Təqaüd Proqramı


(MEXT) üzrə sənəd qəbuluna başlamışdır. Sözügedən proqram Yaponiyanın Təhsil,
Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) Azərbaycan Respublikasının
vətəndaşları üçün sözügedən ölkənin ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyəri üzrə
təqaüdlü təhsil almasına imkan yaradır.
Təhsil səviyyəsi: kollec, bakalavr, magistratura, tədqiqat, doktorantura
İxtisaslar: müxtəlif
Tədris dili: yapon və ingilis dili
Maliyyələşmə: təhsil haqqından azad olunma, aylıq təqaüd, gediş-dönüş aviabilet
Yaponiya Dövlət Proqramları çərçivəsində 3 təhsil təqaüd proqramı təklif olunur:
1. Elmi-tədqiqat (elmi-tədqiqatçı tələb, magistratura, doktorantura) üzrə Yaponiya
Dövlət Təqaüd proqramı (yaş həddi 35-dək)

Proqram barədə ətraflı məlumat: (keçid)

Son müraciət tarixi: 10.06.2022

2. Bakalavr üzrə Yaponiya Dövlət Təqaüd proqramı (yaş həddi 25-dək)

Proqram barədə ətraflı məlumat: (keçid)

Son müraciət tarixi: 03.06.2022

3. Texnologiya Kolleci üzrə Yaponiya Dövlət Təqaüd proqramı (yaş həddi 25-dək)

Proqram barədə ətraflı məlumat: (keçid)

Son müraciət tarixi: 03.06.2022

Qeyd: Təklif olunan hər bir təhsil proqramı barədə ətraflı məlumat, müraciət forması, tələb
olunan sənədlər və seçim meyarları barədə yuxarıda qeyd olunan keçidlərə daxil olaraq
məlumat almağınız mümkündür.

You might also like