You are on page 1of 43

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ


SABAH qrupları

IV kurs S-401-2 qrup tələbəsi Fətullayev


Vaqif Tahir oğlunun 050103 - Xarici dil
(ingilis dili) müəllimliyi ixtisası üzrə
bakalavr dərəcəsi almaq üçün

“Şəxsiyyətin tərbiyəsinə dair müasir yanaşmalar” mövzusunda

BURAXILIŞ İŞİ

Elmi rəhbər: ADU-nun Pedaqogika kafedrasının müəllimi,


fil.f.d. Əliyeva Türkan Miryasin qızı

Bakı – 2022
MÜNDƏRİCAT

Giriş...............................................................................................................................3

I fəsil. Müasir təlim mühitində şəxsiyyətin formalaşdırılmasının cəmiyyət üçün


əhəmiyyəti.....................................................................................................................6

1.1. Şəxsiyyət tərbiyəsinin və təlim prosesinin tarixinin analizi…….…………6

1.2. Tərbiyə prosesinin psixoloji əsasları……………………………………..17

II fəsil. Şagird şəxsiyyətinin inkişaf etdirilməsinə dair yanaşmalar, onların


praktikada tətbiq yolları və müəllimin bu prosesdə rolu….………...…………..25

2.1. Şəxsiyyətin formalaşdırılmasına dair müasir nəzəri baxışlar və onların


klassik yanaşmalardan fərqli istiqamətləri........................................................25

2.2. Müasir dövrdə cəmiyyətdə şəxsiyyətin sağlam mənəvi-psixoloji


keyfiyyətlərinin idrak sferasının inkişafında tərbiyənin rolu..……………..…33

2.3. Şəxsiyyətin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi…....…36

Nəticə...........................................................................................................................40

İstifadə edilmiş ədəbiyyat siyahısı……………………………………....................42


GİRİŞ

Tərbiyə fərdin insan cəmiyyətində məqsədli şəkildə formalaşmasının və


onun şəxsi keyfiyyətlərinin inkişafının onu əhatə edən sosial aləmdə təcəssümüdür.
Şəxsiyyətin tərbiyəsi bilavasitə fərdin insan cəmiyyətinə inteqrasiyasına, onun real
aləm haqqında baxışlarının formalaşmasına, cəmiyyətin sosial-mədəni, təhsil və
bütün sahələrində təmsil olunmasına, daxili-xarici aləminin inkişafına əsaslanan
şüurlu və geniş anlayış olmaqla bərabər, cəmiyyətin ali inkişafı üçün məqsədli
fəaliyyətdir. Belə ki, insan şəxsiyyətinin formalaşmasında təhsil ən mühüm
amillərdən biridir. Fərdin inkişafı çox vaxt təhsillə birbaşa əlaqəli olur və təlim
mühiti şəxsiyyətin tərbiyəsinin bünövrəsinin qoyulduğu, onun gələcəkdə kim
olacağını, cəmiyyət üçün faydalılığını müəyyən edib istiqamətləndirəcək elmi-
tərbiyəvi əhəmiyyətə malikdir.
Mövzunun aktuallığı. Tərəqqi və modernləşmə prinsiplərini əsas tutan
Azərbaycan Respublikası bütün sahələrlə yanaşı, həmçinin təhsil, təlim-tərbiyə
istiqamətində də yeni müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. Burda əsas
məqsəd elmin, mədəniyyətin, ictimai-sosial həyatın bütün istiqamətlərində yeni
uğurların qazanılması və Azərbaycan cəmiyyətinin təhsil səviyyəsinin səmərəli və
innovasiya yönümlü təlim-tədris texnologiyaları ilə ən yuxarı səviyyələrə
çatdırılmasıdır. Bu inkişaf üçün müasir təhsilin təlim-tərbiyə struktur və məzmunu
bizdən müasir yanaşmalar tələb edir. Buna görə də, müasir təhsil mühitində
köhnəlmiş, günümüzdə heç bir elmi-metodik əhəmiyyət kəsb etməyən üsul və
nəzəriyyələrin yenilikçi, qloballaşan və daim yeni metodlar tələb edən müasir
dövrdə tətbiqi məqsədəuyğun deyil. Bütün bunlar nəzərə alınmaqla şəxsiyyətin
tərbiyəsinə dair müasir yanaşmaların müəyyən edilməsi və araşdırılmsı
aspektindən buraxılış işinin mövsuzu hal-hazırda müasir tədris mühitində olduqca
aktualdır.
Buraxılış işinin məqsəd və vəzifələri. Buraxılış işinin əsas məqsədi təlim
prosesində təhsilalanların tərbiyəvi keyfiyyətlərinin inkişaf etdirilməsində müasir
metodların, üsul və vasitələrin araşdırılması, onların müasir dövrün tələblərinə

3
cavab verib-verməməsinin müəyyən olunmasıdır. Bundan başqa araşdırılan metod
və yanaşmaların Azərbaycan təhsil sisteminə uyğunluğu, münasibliyi və tətbiqi
imkanlarının təhlil edilməsi buraxılış işinin əsas prioritet məsələlərindəndir.
Buraxılış işinin obyekti və predmeti. Elmin müxtəlif sahələrində olduğu
kimi təhsildə şəxsiyyətin tərbiyəsilə bağlı da bir çox nəzəriyyələr və fikir ayrılıqları
mövcuddur. Cəmiyyətin sürətli inkişafı, klassik nəzəriyyələrin müasir təlimdə
tətbiq olunmasında üzə çıxan problemlər və s. yeni baxışların, nəzəriyyə və
ideyaların irəli sürülməsinə gətirib çıxarmışdır. Bütün bunların araşdırılması və
təhlili buraxılış işinin əsas obyektini təşkil edir. Müasir yanaşmaların şəxsiyyətin
inkişafı prosesində tətbiq edilməsi isə buraxılış işinin əsas predmentini təşkil edir.
Mövzunun işlənmə dərəcəsi. Buraxılış işinin mövzusunda şəxsiyyətin
tərbiyəsilə bağlı müasir və klassik yanaşmaların araşdırılması ilə yanaşı, həmçinin
şəxsiyyətin psixologiyasının analizi və inkişaf etdirilməsi məsələsinə toxunulmuş,
onun psixoloji əsasları təhlil edilmişdir.
Tədqiqada tətbiq edilən metodlar. Buraxılış işi ilə bağlı tədqiqat metodları
kimi, elmi-pedaqoji ədəbiyyatın təhlili, klassik və müasir yanaşmaların, metodların
qarşılaşdırılması, müqayisə edilməsi, pedaqoji və psixoloji təcrübələr, araşdırmalar
və s. tətbiq edilmişdir.
Tədqiqat işinin mənbələri. Tədqiqat işinin məzmununda müasir və klassik
pedaqoqların, psixoloqların və mütəfəkkirlərin kitablarından, məqalələrindən,
xarici və yerli istinadlardan, ədəbiyyatlardan, həmçinin müasir dövrdə pedaqoji
prosesdə təlim-tədrisin problemlərilə bağlı müasir yanaşmalardan və müasir
dövrdə təhsil sahəsində qabaqcıl ölkələrin şəxsiyyətin tərbiyəsinə dair
təcrübələrindən istifadə edilmişdir.
Buraxılış işinin elmi-nəzəri yeniliyi. XXI əsrin ən əsas xüsusiyyətlərindən
biri də inteqrasiya və cəmiyyət həyatında sürətli inkişafın davamlı şəkildə
artmasıdır. Müasir dövrün tələbləri həm təhsildə, həm də tərbiyə prosesində yeni
yanaşmaların tətbiqini labüd edir. Bununla bağlı, buraxılış işində müasir dövrdə
təlim prosesində təhsilalanların şəxsiyyətinin formalaşdırılmasında və tərbiyəsində
tətbiq edilən üsullar müqayisə edilmiş, müasir yanaşmaların əlverişliliyi öz əksini
4
tapmış və müasir yanaşmaların təlim-tədris prosesində köhnəlmiş metodların
əvəzinə tətbiq edilməsinin vacibliyi vurğulanmışdır.
Tədqiqat işinin elmi-praktik əhəmiyyəti. Buraxılış işində şəxsiyyətin
tərbiyəsi və inkişafı ilə bağlı təhlil edilmiş klassik və müasir yanaşmaların
fərqləndirilməsi, onun psixoloji əsaslarının təhlili, tarixinin analizi müasir təhsil
sistemində ən optimal yanaşmanın seçilib tətbiq olunmasında istiqamətverici vasitə
kimi praktik köməyi olacaq. Şəxsiyyətin formalaşmasında yeni metodlardan
istifadə təlim-tərbiyə prosesində təhsilalanların özünəinam, qarşılıqlı hörmət,
cəmiyyətin inkişafında bir fərd kimi əhəmiyyətli olmaq kimi mühüm xüsusları
aşılamış olacaq.
Buraxlılış işinin stukturu. Buraxılış işi giriş, mündəricat, 2 fəsil və 5
yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

5
I FƏSİL. MÜASİR TƏLİM MÜHİTİNDƏ ŞƏXSİYYƏTİN
FORMALAŞDIRILMASININ CƏMİYYƏT ÜÇÜN ƏHƏMİYYƏTİ

§1.1. Şəxsiyyət tərbiyəsinin və təlim prosesinin tarixinin analizi

Təhsil və tərbiyə prosesi bəşər tarixi ilə başlayır. Buna görə də tarixin ilk
dövrlərindən başlayaraq bütün böyük sivilizasiyalar həmişə lap kiçik yaşlardan
insan şəxsiyyətinin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Təhsil bir sözlə fərdin
ictimai həyatda öz yerini tapmaq, şəxsiyyətini bilavasitə və ya dolayı yolla,
məktəbin daxilində və ya xaricində inkişaf etdirmək üçün zəruri olan bilik, bacarıq
və anlayışları əldə etməyə istiqamətləndirən bir vasitədir. Tərbiyə dedikdə isə,
əsasən, insan şəxsiyyətinin və onun yetkin müasir-mədəni baxışlarının yaranıb
inkişaf etdirilməsinə yönəldilmiş məqsədli və planlı peşəkar fəaliyyət başa düşülür.
Tərbiyə ta ki insan cəmiyyətinin formalaşmağa başladığı ilk dövrlərdən etibarən
meydana gəlmiş, insan şəxsiyyətinin inkişaf prosesi olmuşdur. Tərbiyənin və onun
necə təşəkkül etdiyini ilk dəfə olaraq Karl Marks və Fridrix Engels dəqiqliklə izah
etmişdirlər. Böyük alman filosofu Fridrix Engelsin insan və cəmiyyətin inkişafı ilə
bağlı olan “Təbiətin dialektikası” adlı əsərində şəxsiyyətin formalaşmasında insan
əməyinin ən əsas amil olduğunu hesab edərək əməyin bütün insan həyatının birinci
başlıca şərti adlandırmışdı [28, s. 134]. Beləliklə, F.Engels hesab edirdi ki,
tərbiyənin meydana çıxması birbaşa elə əmək fəaliyyətinin ortaya çıxması ilə
əlaqədardır. B.Britaniyalı ingilis mütəfəkkiri və filosof C.Lokk [11, s. 144]
bildirirdi ki, insanlar arasında fərqliliyi tərbiyə yaradır. Con Lokk bu prosesi insan
cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəxsiyyətin formalaşması,
inkişafı və davranışı prosesinin məntiqi-idraki fəaliyyəti adlandırırdı. Bu
günümüzə qədər insanın təşəkkülü prosesi ilə bağlı bir çox nəzəriyyələr
mövcuddur. Ənənəvi nəzəri baxışlar arasında təkamül-bioloji və psixoloji
konsepsiya əsas yer tutur [28, s. 56]. Təkamül-bioloji nəzəriyyənin nümayəndələri
tərbiyənin idraki səciyyə daşımasını inkar edir və onu kortəbii və məqsədsiz bir
fəaliyyət olaraq hesab edirdilər. Psixoloji konsepsiya tərəfdarları isə tərbiyənin
meydana çıxmasının sadəcə olaraq uşaqların böyükləri şüursuz olaraq imitasiya
6
etməsində görürdü. Bu nəzəriyyənin görkəmli nümayəndəsi olan P.Monro qeyd
edirdi ki, ibtidai insan üçün yalnız yaşadığı zaman mövcuddur [21, s. 527]. Onun
idraki düşüncəsində keçmiş və gələcək anlayışları demək olarki mövcud deyil və
tərbiyə yalnız ətraf aləmlə uyğunlaşmaqdan ibarətdir. İbtidai icma dövründə
tərbiyə xüsusi fəaliyyət növü kimi meydana gəlmişdir. Bu dövrdə uşaqların
tərbiyəsi onların yaxşı qidalanmasından və böyüdülməsindən ibarət idi. Zaman
keçdikcə tərbiyə insanların fiziki, idraki, mənəvi-əxlaqi, emosional nöqteyi-
nəzərdən inkişafı kimi formalaşırdı. İbtidai insanların tərbiyəsi kortəbii və
sistemsiz idi. Bütün uşaqlar qrup və ya kollektiv şəkildə tərbiyə prosesinə cəlb
olunurdular.

Sosialist yazıçı və tənqidçi olmuş ingilis Tomas Morun (1478-1535)


"Utopiya" adlı məşhur əsəri intibah dövrü tarixinin pedaqoji fikir zirvəsini təşkil
edir [21, s. 90]. Onun təsvir etdiyi “Utopiya” adasında ideal cəmiyyət təsvir
olunmuşdur. Burada bütün uşaqlara - oğlanlara da, qızlara da ictimai-mənəvi
tərbiyə və ibtidai təlim verilirdi. Həmçinin, məktəbdə riyaziyyat, həndəsi biliklər,
nücum, musiqi, dialektika, təbiət elmləri öyrədilirdi. T.Mor əmək tərbiyəsini irəli
sürən ilk mütəfəkkirlərdən biri olmuşdur. Feodal cəmiyyətin daxilində yaranan və
inkişaf edən kapitalizm istehsal üsulu yeni pedaqoji ideyaların və təlim-tərbiyə
formalarının yaranmasına gətirib çıxarırdı. Bir çox mədəniyyətlərdə təhsil və
tərbiyə anlayışları eyni məzmunu ifadə edən söz və ya ifadələrlə verilir. Ən qədim
zamanlardan bu günümüzə qədər təhsil və tərbiyə məsələləri xalqların ən başlıca
prioritetlərindən biri olmuşdur.

Qədim Yunanıstan ən qədim sivilizasiyalardan biri kimi öz təlim-tərbiyə


sistemi ilə həmin dövrün mədəniyyətləri arasında fərqlənmişdir. Qədim
Yunanıstanda b.e.ə. III-II minilliklərdə Krit-miken mədəniyyəti formalaşmışdır.
Qədim yunanlar özlərini ellinlər, yaşadıqları yeri isə Ellada adlandırmışlar. Onlar
dünyaya Sokrat, Zenon, Platon, Perikl, Demokrit, Plutarx, Aristotel, Heredot,
Diogen, Arximed, Pifaqor, Evklid və s. kimi dahi mütəfəkkirləri bəxş etmişlər.
Eramızdan əvvəl VIII-VI əsrlərdə Yunanıstan ərazisində müxtəlif şəhər dövlətləri
7
meydana gəlmişdi. Onlar arasında Afina və Sparta xüsusi olaraq fərqlənirdi. Bu
dövlətlərin hər ikisində quldarlıq quruluşunun hökm sürməsinə baxmayaraq,
müxtəlif iqtisadi-sosial, siyasi, idarəetmə baxımından onlar Sparta və Afina tərbiyə
sistemlərini yaratmışdılar. Hər iki tərbiyə sisteminin biri digərindən əsaslı surətdə
fərqlənirdi. Həmin tərbiyə sistemlərinə nəzər yetirək.

Afina tərbiyə sistemi. Qədim Afinada təlim-tərbiyə sistemi Sparta istisna


olmaqla, digər yunan şəhərlərindəki ilə oxşar idi. Antik Afinada ata həm ailədə
əsas tərbiyəçi, həm də ailənin başçısı hesab edilirdi. Lakin uşaqların tərbiyə və
təhsilalması başqalarına tapşırıla bilərdi. 7 yaşına qədər oğlan və qızlar bir yerdə
böyüyüb, birlikdə müxtəlif oyunlar oynayırdılar. 7 yaşından etibarən isə oğlanlar
məktəbə tərbiyəçinin müşayiəti ilə gedirdilər [12, s. 128]. Pedaqoq ailələrin tərbiyə
mövzusunda etibar etdiyi şəxs hesab edilirdi. Afinada oğlanlar 7 yaşdan 14 yaşa
qədər qrammatika və musiqi məktəblərində dərslər alırdılar. Aşağı təbəqənin
(demosun) uşaqları bu məktəblərdə yalnız müstəsna hallarda təhsil ala bilirdilər.
Məktəblərdə qrammatika, oxu, yazı, hesab öyrədilir və əlifba təlimi hərf-heca
üsulu vasitəsilə aparılırdı. Yazı işləri daha çox mum çəkilmiş taxtaların üzərində
aparılırdı. Şagirdlərə musiqi, nəğmə, bədii qiraət öyrədilirdi. Ədəbi və musiqi
təhsilinin verilməsi vacib hesab olunurdu. Oğlanlar Afinada 13-14 yaşlarında
palestra adlanan məktəblərdə təhsillərinə davam edir, fiziki təlimlərlə də məşğul
olurdular. Onlara, əsasən, beş bacarıq: hoppanmaq, qaçmaq, güləşmək, ox atmaq
və üzmək öyrədilirdi. Qızlara gəlincə isə, onlar evdə anaları ilə birgə qalırdılar.
Anaları onlara oxumağı, yazmağı, musiqini, rəqs etməyi və ev işlərini öyrədirdi. O
dövrdə qadınlar heç bir peşə ilə deyil, yalnız məişət və ailə ilə bağlı işlərlə məşğul
olurdu. Onların heç bir siyasi hüquqları yox idi, çünki kölələr kimi, onların da
demokratiyada zəruri olan təhsilləri yox idi. Bu faktor digər qədim təhsil sistemləri
kimi Yunanıstanda da ən başlıca mənfi xüsusiyyətlərdən biri idi. Qədim Afinada
ailəni işləyib təmin edən, intellektual təhsilli olan kişilər siyasi qərarların
qəbulunda iştirak edirdilər. Sparta və Krit istisna olmaqla, qadınların mövqeyi o
dövrün digər ölkələrində olduğu kimi qədim Yunanıstanda da orta səviyyədə idi.

8
Valideynlər uşaqlarına baxmaq üçün müəllimə pul ödəməli olurdular. Dərslər
məktəbdə yox, müəllim evində keçirilirdi. Beləliklə, azyaşlılara dörd müəllim
tərəfindən əsas təhsil verilirdi: filoloq, musiqi müəllimi, gimnast və xoreoqraf.
Uşaqlara filoloq tərəfindən oxumağı və yazmağı öyrədirdilər. Bundan başqa,
uşaqlara Homer və Hesiod kimi poeziya nümunələri, şeirlər əzbərləməyi
öyrədirdilər. Oxuyub-yazmağı öyrəndikdən sonra onlar o dövrün böyük şairlərinin
şeirlərini oxuyub əzbərləyirdilər. Musiqi o dövrün təhsilinin zəruri elementi
sayılırdı. Qədim Yunanıstanda musiqi haqqında bilən adam təhsilli insan kimi
qəbul olunurdu. Musiqi dərslərinə musiqi aləti çalmağı, mahnı oxumağı və rəqs
etməyi öyrənmək daxil idi. Yunan gənclərinin oyun meydançalarında, tamaşalarda,
teatrlarda, kütləvi idman zallarında və bayramlarda fəal iştirak etməsi onların
tərbiyəsinin əsas elementlərindən hesab olunurdu. Afinada gənclər əsas təhsildən
sonra ali təhsil alırdılar. Onlar geometriya, riyaziyyat, fizika, astronomiya, tibb,
ritorika, fəlsəfə və müxtəlif elmlər öyrənirdilər. Qədim Afinada gənclər filosof və
ya sofistlə çiyin-çiyinə öyrənə bilirdilər. Adətən, sofistlər (bir və ya bir neçə elm
sahəsi üzrə ixtisaslaşmış şəxslər) və filosoflar gənclərə dərs deyirdilər. Tarixin ilk
müəllimlərindən biri olan Aristotel fiziki, mənəvi və əqli rifahın intellektual
inkişafına müvafiq olaraq ruhun ̶ bitki, heyvan və insan olmaqla üç əlamətini
müəyyən etmişdir. O bu ideyaya müvafiq qaydada pedaqogikada ilk dəfə uşaqların
yaşının inkişaf mərhələlərini müəyyənləşdirmişdir. Aristotelə görə, insanın hər bir
arzusunda üç istiqamət var: çatışmazlıq, artıqlıq və mötədillik (orta hədd). O, orta
həddi qızıl hədd adlandırır və şəxsiyyət üçün ən faydalı, məqsədəuyğun görürdü [7,
s. 129-130].

Qədim Afinada Platon Akademiyası, Aristotel məktəbi, İsokratların Ritorik


Məktəbi, Epikür məktəbi, Zeno stoası, Kinik məktəbi, Kiren məktəbi, Evklidin
Meqarian məktəbi mövcud idi. Kos adasında Hippokratın rəhbərliyi altında,
Perqamada (Orta Asiyada yunan şəhəri), Kireniyada, Alkmaeonun rəhbərliyi
altında Krotonda (Cənubi İtaliyada yunan koloniyası) və başqa yerlərdə tibb
məktəbləri mövcud olmuşdur [7, s. 12]. Qədim Afina təhsilinin məqsədi əqlin və

9
bədənin inkişafı idi. Beləliklə, dövlət mənəvi inkişaf və fiziki rifaha malik yetkin
vətəndaşların formalaşmasına yönəlmişdi. Afinalı gənclərin təhsilinə müharibə
sənəti də daxil idi, çünki şəhəri düşmənlərdən qoruyacaq gələcək əsgərlər məhz
onlar idilər. Afinada gənclərin təlim-tərbiyələri 18 yaşına çatana qədər davam
edirdi. 18 yaşında onlar artıq Afina vətəndaşı olurdular (əgər onların valideynləri
afinalılar idisə). Həmçinin siyasi hüquqlar əldə etməklə yanaşı, şəhərin silahlı
qüvvələrinə qoşulurdular.

Sparta tərbiyə sistemi. Sparta təlim-tərbiyə sistemi Afina təhsil sistemi ilə
birlikdə Qədim Yunan təhsilinin iki əsas modelindən biri idi. Afinada təhsil daha
çox şəxsiyyət istiqamətli olsa da, Spartada daha çox dövlət yönümlü idi. Spartadan
fərqli olaraq, Afina daha liberal və demokratik cəmiyyət quruluşuna malik olduğu
üçün onun təhsil sistemi də fərqli quruluşa malik idi. İlk olaraq, Spartada
valideynlər uşaqlarının təhsilini gimnastikalarda davam etdirirdilər. Yalnız yüksək
təbəqəli ailələrdən olan uşaqlar ali təhsil ala bilərdilər. Aristotelə görə, dövlətin
mövcudluğunun səbəbi öz vətəndaşlarını maarifləndirmək və onları fəzilətli hala
gətirməkdir [26, s. 28]. O, düşünürdü ki, fəziləti təbiətə və bəxtin ümidinə
buraxmaq olmaz, çünki o, azad iradəyə əsaslanır. Spartada dövlətin əsas məqsədi
bütün vətəndaşlarının siyasi maarif və hər kəsin öz uşaqlarına baxa biləcəyi,
tərbiyə etdiyi və xüsusi təhsil verdiyi ayrı-ayrı şəxslərə deyil, ictimaiyyətə
əsaslanan təhsil sistemi idi. Təlim-tərbiyə çərçivəsində dəyərləri müdafiə etmək
ictimai, azad və məcburi təhsil sistemi ilə vətəndaş və vətən sevgisini aşılamaq bu
təhsil sisteminin əsasını təşkil edirdi. Sparta təhsil sistemində təlim-tərbiyə
prosesində uşaqların yaş xarakteristikaları da nəzərə alınırdı. Bunlar 7-14 yaş arası
paides adlanan uşaqlıq dövrü, 14-20 yaş arası paidiskoi adlanan yeniyetməlik
dövrü və 20-30 yaş arası hebontes adlanan gənclik dövrləri idi [26, s. 34]. Musiqi,
şeir, rəqs, atletika yarışları, tamaşalarda iştirak onların tərbiyəvi inkişafında xüsusi
önəm kəsb edirdi. Spartada təlim prosesinin böyük hissəsi açıq havada həyata
keçirildi. 12 yaşı tamam olan uşaqlar ailələrindən tamamilə ayrılaraq dövlətin
himayəsində yetişdirilirdi. Onlar gələcəkdə Spartanın döyüşçüləri hesab

10
olunduqları üçün fiziki təlimə daha çox diqqət yetirilirdi. Fiziki tərbiyə prosesini
həyata keçirən müəllimlər paidotribai adlanırdı [26, s. 36]. Çünki Spartada təhsilin
zəruri məqsədi gənclərə nizam-intizam qaydalarını öyrətmək idi. Bundan əlavə,
gənclərdə məsuliyyət hissinin formalaşdırılması Sparta təhsil sisteminin əsas
qayəsini təşkil edirdi. Uşaqların təlimlərini izləyən yaşlı insanlar tez-tez onları
rəqabətə və döyüşə təşviq edir, onların cəsarətli olub-olmadığını müəyyən
edirdilər. Uşaqların təhsilinə nəzarət etmək və müəyyən mənada təhsildə iştirak
etmək yaşlı spartalıların vətəndaşlıq borcu hesab edilirdi. Artıq 18 yaşına çatdıqda
melleirenlər (yetkinlik yaşına çatmış gənclər) adlanan spartalı gənclərin təlim-
tərbiyəsinin əsasını hərbi təlim təşkil edirdi. İki illik təlimlərdən sonra onlar Sparta
ordusunun bir hissəsi hesab olunurdular. Yekun olaraq, Spartada həyata keçirilən
təlimlər çox sərt idi və itaət üzərində qurulmuşdu. Bu təhsil sistemində uşaqlar
dövlətin mülkiyyəti hesab olunur, hətta digər yunan şəhər dövlətlərindən fərqli
olaraq, qadınlar təhsil alsalar belə, bu onların, əslində, sağlam vətəndaş dünyaya
gətirə bilməsi üçün nəzərdə tutulmuşdu.

Qədim Romada tərbiyə. Təxminlərə görə e.ə. 753-cü ildə Rem və Romul
qardaşları tərəfindən əsası qoyulan Roma şəhəri ən qədim mədəniyyətlərdən biri
kimi dünya tarixində əhəmiyyətli bir yerə sahibdir. E.ə. III əsrin sonlarına yaxın
Roma şəhər-dövlətinə çevrilmişdir. Romada əhali patrisi və pleybey olmaqla iki
yerə bölünürdü [27, s. 14]. Patrisilər cəmiyyətin aristokratik zümrəsini təşkil
edirdi. Onların hüquq və imtiyazları olduqca geniş idi. Pleybeylər isə aşağı zümrə
hesab edilməklə, əsasən, orduda və xidməti işlərdə fəaliyyət göstərirdilər. Bu iki
zümrə arasında baş verən Pun (e.ə. 264-146) müharibələrindən sonra pleybeylər
Romanın tam hüquqlu vətəndaşlarına çevrilməklə həm təhsil, həm də dövlət
idarəsində önəmli rol oynamağa başladılar. Belə ki, təlim-tərbiyə Qədim Romada
çox əhəmiyyətli hesab olunurdu. Varlı insanlar təhsilə və məktəbə çox önəm
verirdilər. Aşağı təbəqədən olan insanlar oxumağı və yazmağı öyrənsələr də, rəsmi
təhsil almaq imkanına malik deyildilər. Varlı ailələrdən olan uşaqlar yaxşı təhsil
alır, məktəblərə gedir, şəxsi tərbiyəçi və ya pedaqoq tərəfindən öyrədilirdi. Dövlət

11
məktəblərində təhsil almaq üçün ciddi intizam tələb olunur, ən cüzi səhvə görə
cəza tətbiq edilirdi. Romalı müəllimlərdən olan Markus Fabius cəzalandırma
haqqında belə deyirdi: "Müəllim şagirdlə necə davranmalı olacağına özü qərar
verməlidir. Bəzi şagirdlər oxumağa məcbur edilməsə tənbəllik etməyə davam
edəcəklər, digərləri isə idarə olunmaqdan xoşları gəlmir. Kimisi qorxuya müsbət
reaksiya verər, kimisi də onun mənfi təsirinə məruz qalacaq. Mənə tərifdən
ruhlanan, uğurdan sevinc bəxş edən və uğursuzluğa görə ağlamağa hazır olan bir
şagird bəxş et. Belə şagird arzularının həyata keçəcəyinə inanmalı və daha da
ruhlanmalıdır" [27, s. 63]. Qədim Romada məktəblərdə uşaqlar oxumağı, yazmağı
və abakdan istifadə edərək riyaziyyatı öyrənmişdilər. Böyük uşaqlar daha qabaqcıl
məktəblərdə oxuyur, ictimai natiqlik və böyük Roma intibahının yazıları kimi
spesifik mövzuları öyrənirdilər. Həmin dövrdə Romada qızlara yalnız oxumağı və
yazmağı öyrənməyə icazə verilirdi. Oğlanlara isə onları cəmiyyətdə kişinin roluna
hazırlamaq üçün fiziki tərbiyə dərsləri verilirdi. Zəngin ailələrdən olan qızlar yaxşı
həyat yoldaşı olmağı öyrənmək və ailəni idarə edə bilmək üçün ev təhsili alırdılar.
Burda musiqi və tikiş dərsləri xüsusi olaraq diqqətə alınırdı. Bir dərs həftəsi beş
yox, yeddi gün qəbul edilirdi. Qədim Romada təhsil erkən Respublikada qeyri-
formal, ailə tərbiyəsi sistemindən başlayaraq, Respublika və İmperiya dövründəki
təhsil sisteminə qədər davamlı olaraq inkişaf etmişdir. Roma təhsil sistemi, əsasən,
yunan təhsil sisteminə əsaslanırdı, çünki Roma sistemindəki tərbiyəçilərin çoxu
yunan qulları və ya azad edilmiş yunan pedaqoqları idi.

Mesopotomiyada təlim-tərbiyə. B.e.ə. III minillikdə yaranan və bir-birini


əvəz edən Şumer, Elam, Akkad, Babil kimi dövlətlər kifayət qədər sabit və inkişaf
etmiş mədəniyyətə malik idilər. Həmin dövlətlər dövrün ilkin mədəni-siyasi
quruluşları kimi Mesopotomiyada (iki çay arası) əsas elm və inkişaf mərkəzlərinə
sahib idi. Amerikan alimi S.Kramer qədim mənbələrə əsaslanaraq qeyd edir ki,
tarix Şumerden başlanır. İlk yazı növləri piktoqrafiya və heroqlif məhz
mesopotomiyalılara məxsusdur. Qədim mesopotomiyalılar piktoqrafik yazı
sistemini yaratmış və ondan təsərrüfatda hesab işləri aparmaq üçün istifadə

12
etmişlər. Məktəblər təhsil verməklə yanaşı, həm də dəfətərxana funksiyasını yerinə
yetirirdi. Kramerin yazdığını görə, Şumer məktəbləri mixi yazının meydana
gəlməsi dövrünə təsadüf edir. Şumer məktəblərində təlimin əsas məqsədi sənət və
elm öyrətməkdən ibarət idi. Məktəblərdə mixi yazı sistemi və əsas riyazi-elmi
biliklər öyrədilirdi. Şagirdlər şumer-akkad dillərini yaxşı bilməli, eyni zamanda
ilahiyyat, coğrafiya, nəbatat, zoologiya, qrammatika ilə bağlı elmi biliklərə
yiyələnməli idilər. Şərq xalqlarının ictimai pedaqoji və fəlsəfi fikrinin inkişafında
dünya ədəbiyyatının ilk şah əsəri sayılan “Gilqameş” dastanı da Mesopotomiyada
ortaya çıxmışdır [7, s. 9]. Dastan b.e.ə. III minillikdə qədim Şumer dilində şifahi
şəkildə yaranmış, II minillikdə isə akkad dilində gil lövhələrə köçürülmüşdü.
Mesopotomiya məktəbin yaradıldığı ilk mədəniyyətlərdən hesab edilir. Bu
məktəblərdə, əsasən, uşaqlara yazı yazmaq öyrədilirdi. Qədim Mesopotamiya (iki
çay arası) sivilizasiyasında təlim-tərbiyə sahəsində fəal iştirak edən kahinlər bilikli
və maarifpərvər insanlar hesab olunur və uşaqlara oxuma, yazma və dini təhsil
verirdilər. Böyük yaşda isə hüquq, tibb və astrologiya öyrədilirdi. Məktəblərdən
bütün siniflərdən olan ailələrin uşaqları istifadə edə bilmirdi. Yalnız cəmiyyətin
müəyyən sinfinə mənsub olan ailələrin uşaqları məktəbə gedə bilərdi.

Qədim Misir və Hindistanda tərbiyə. Qədim Misirdə məktəb və tərbiyə işi


uşağı həyata hazırlamağa, onu bir şəxsiyyət kimi formalaşdıraraq cəmiyyətin bir
üzvü etməyə yönəlmişdi. Min illər boyu Qədim Misirdə şəxsiyyətin müəyyən bir
psixoloji tipi formalaşıb inkişaf etmişdi. Öz fikrini düzgün və lakonik söyləməyi
bacaran insan onların idealı hesab edilirdi. Onların əsas kriteriyalarından biri də
onların yaxşı təlim alması və tərbiyəli olması hesab edilirdi. Misirdə həmin dövrdə
təhsilə yiyələnmək, elm öyrənmək çoxlu zəhmət tələb edirdi. Misirdə ilk məktəb
təxminən b.e.ə. III minillikdə fironların təbəəliyində yaranmışdır. Sonralar
məbədlərdə isə iri dövlət müəssislərinin nəzdində məktəblər təşkil olundu. Hakim
qrupların nəzdində olan məktəblər iki cür idi [16, s. 6-7]: 1) Saraylarda kahinlər və
yaxud ən yüksək imtiyaz sahibi olan adamlar üçün məktəblər; 2) Xırda məmurlar
hazırlayan xüsusi məktəblər. Bununla yanaşı həmin dövrlərdə Çin və Hindistanda

13
da məktəblər formalaşırdı. Cənubi Asiyada yerləşən Qədim Hindistanda ilkin
mədəniyyətlər b.e.ə. III minillikdə Mohencodaro və Harappo şəhərlərində meydana
çıxmışdır. Qədim Hindistanda, əsasən, kasta sistemi mövcud idi. Burda ilk
məktəblər kimi “icma məktəbləri” və kəndlərdə kəndlilərin öz hesabına
yaratdıqları məktəblər fəaliyyət göstərmişdir [7, s. 9]. Təhsil hər bir kasta üçün
ayrı-ayrılıqda nəzərdə tutulmuşdur. Brahmanlar (kahinlər), kşatrilər (döyüşçülər),
vayşilər (tacirlər), şudralar (işçi təbəqənin üzvləri), pariyalar (qullar) olmaqla beş
kastaya bölünürdülər. Bir kastadan digərinə keçmək qadağan edilirdi. Bu dövrdə
təhsilə təsir edən iki dini baxış mövcud idi. Brahmanizm və buddizm. Brahmanizm
və buddizmdə müəllim müqəddəs hesab olunurdu. Xüsusilə də, buddizmlə təhsildə
yeniliklər baş verirdi. Belə ki, şagirdlər ilk dəfə qum üzərində sözləri yazıb oxuyur,
onları dərindən öyrəndikdən sonra öyrəndiklərini yarpaqlar üzərinə yazardılar.
Ümumiyyətlə, hind təlim-tərbiyə anlayışında buddizim fəlsəfəsi əsas yeri tuturdu.

Qədim Çində təlim-tərbiyə. Şərqdə quldarlıq quruluşu dövründə yaranmış


dövlətlərdən biri olan Qədim Çində tərbiyə və təhsil prinsiplərinin əsasını Konfutsi
(e.ə. 551-e.ə. 479) təlimi təşkil edirdi. O, filosof, astronom və yazıçı olmaqla
birlikdə, həmçinin təhsilin və pedaqoji fikrin inkişafına qatdığı töhfələrə görə
Çinin ilk görkəmli pedaqoqu hesab olunur. O, ətraf aləmdə hər şeyə 5 şeyi tətbiq
etmək bacarığını "kamil fəzilət" adlandırmışdır [16, s. 13]. Bunlar: ləyaqət,
səxavət, səmimiyyət, doğruluq və nəzakətdir. Konfutsi bunları özündə birləşdirən
şəxsi isə “kamil insan” olaraq adlandırmışdır. O, öz sözləri ilə həmişə xarici
gözəlliyin deyil, gözəl əxlaqın vacibliyinə toxunurdu. Çində Konfutsi məktəbi
təxminən b.e.ə. VI əsrin ortalarında yaranmışdır. Konfutsinin öyrənmə və öyrətmə
prinsipləri özündə aşağıdakıları birləşdirirdi; Öyrənmə istəyi aşılamaq,
təhsilalanlar arasındakı fərqlərə uyğun olaraq strukturlaşdırılmış təlim
metodlarından istifadə etmək, üz-üzə sual və cavab üsulundan istifadə, analogiya
və bənzətmələrdən istifadə etmək, örnək insan profili olmaq, inandırıcı və məntiqi
təfəkkürə əsaslanan nümunələrdən istifadə etmək, öyrənməyi öyrətmək,
özünüidarə və yeni şeylər öyrənməyə hazır olmaq, dildən doğru, düzgün və yerində

14
istifadə etmək. Konfutsi qeyd edir ki, əgər insan daim yeni məlumatlar əldə
etməklə köhnə biliklərini təkmilləşdirməyə çalışırsa, həmin şəxs başqalarının
müəllimi ola bilər. Qədim çinlilər cəmiyyət həyatında təhsilə və tərbiyəyə xüsusi
önəm verirdilər. Demək olar ki, Konfutsinin təlimi bugünkü təlim-tərbiyə
anlayışında bəzi prinsip və metodlara uyğundur. Qədim Çində ən önəmli insanlar
alimlər, rəssamlar, fermerlər və tacirlər idi. Fəlsəfə, təhsili olan hər bir insanın
maraqlandığı elm sahəsi idi. Onlara görə təhsil ilk fəlsəfə ilə başlayırdı. Çin
filosoflarının ideal insan modeli fəzilət əsasında təlim keçən məktəblərin vəzifəsi
kimi müəyyən edilirdi. Bu da təhsil ənənəsinin yaranmasına səbəb olurdu. Onlar
düşünürdü ki, qızlar ailədə, oğlanlar isə məktəblərdə təhsil almalıdır. Çində ilkin
məktəblər təqribən b.e.ə. III minillikdə formalaşmışdır. Məktəblər syan və syuy
adlanırdı [16, s. 12]. Syan yaşlı tərbiyəçi və pedaqoqların gəncləri öyrətdikləri yer
idi. Syuyda isə onlara hərb elminin sirləri öyrədilirdi. Bunlara silah işlətmək, ox
atmaq, müdafiə olunmaq və s. daxil idi. Məktəblərdə həmin dövrdə, həmçinin Tao
təlimi də keçilirdi. Tao təhsili dünyəvi, mövsümi dəyişikliklər, musiqi ünsiyyəti və
sosial-mədəni bilikləri özündə birləşdirən fəlsəfi təlim idi. Konfutsi iddia edirdi ki,
onlar vasitəsilə Çin cəmiyyətində problemlər həll oluna və ədalətli idarəetmə
sistemi bərpa oluna bilər [16, s. 14]. Konfutsinin humanist, sosial və liderlik
keyfiyyətləri göz qarşısındadır. Bu keyfiyyətlər individual və ailə müstəvisi
əsasında mükəmməl cəmiyyət qurmağın yollarını müəyyən edir. Həmin dövrdə
Çində ibtidai və dini məktəblər fəaliyyət göstərmişdir. Həmin məktəblərdə
mütəfəkkirlərin əsərləri, əxlaq və fəlsəfə və astronomiya elmi öyrədilirdi. Burada
yazını mürəkkəb heroqliflər olan yazı işarələri vasitəsilə öyrədirdilər. Qədim Çində
müəllimlər ən şərəfli və hörmət sahibi olan şəxslər hesab olunurdu. Uşaq 7 yaşına
qədər ailə təhsili, 10 yaşından sonra müəllimin nəzarəti altında 20 yaşına qədər
təlim alırdı. Qədim Çin təlim-tərbiyəsinin əsas məqsədi dini-əxlaqi cəhətdən
fəzilətli insan yetişdirmək idi. Çin mütəfəkkirləri düşünürdülər ki, müəllimin əsas
fəlsəfəsi yaxşılıq anlayışına əsaslanır və fəzilət çox mühüm güc mənbəyidir ki,
müəllim davranışında olmalıdır.

15
İslam dini və tərbiyə. İslam aləmində təhsilin qarşılığı olaraq ərəb mənşəli
təlim, təhzib, tədris, irşad, tərbiyə, təzkiyə kimi sözlərdən istifadə olunur. Bu sözlər
arasında ən çox işlənmə arealına sahib olanlar isə təlim və tərbiyə sözləridir. Təlim
sözü ərəb dilində öyrətmək, tədris etmək, dərs vermək kimi mənaları ifadə edir [12,
s. 27]. Tərbiyə isə ərəb dilində “əl-tərbiyə” yəni böyütmək, yetişdirmək, boya-başa
çatdırmaq, öyrətmək deməkdir [12, s. 28]. Ümumiyyətlə, islam qaynaqlarında
ümumi anlayışa əsasən, təhsil və təlim bütün həyat boyu davam etdirməli olan bir
proses kimi qəbul edilir və onun məqsədi fərdləri və cəmiyyətləri düzgünlüyə,
haqqa yönəltməkdir. İslam dinində uşaqların təhsili və tərbiyəsi üçün prinsip və
qaydalar müəyyən edilmişdir. Onların bir çoxu bugünkü pedaqoji elmlərdə də
mühüm olaraq qalır. Məsələn, uşağın davranışının təhlili, təhsildə bərabər
imkanların yaradılması, uşağın əqli qabiliyyətinin, yaş xarakteristikasının nəzərə
alınması, uşağın azğınlığına gətirib çıxaracaq, onun şəxsiyyətini eroziyaya
uğradacaq yanaşma tərzlərindən qaçmaq, müvəffəqiyyətin mükafatlandırılması,
həmçinin uğursuzluqların və ədəbsiz davranışların pedaqoji prinsiplərə əsasən
korreksiya edilməsi, cəzalandırmağa tələsməmək və s. islam təlim-tərbiyə
mənbələrində ümumi prinsip və metodlardan bəziləridir. İslam maarifçiləri
tolerantlıq, sevgi və mərhəmətin təhsildə dəyişməz prinsiplər kimi qəbul
edilməsinin zəruriliyini, həmçinin şagirdə mütləq olmadığı təqdirdə sərt davranışın
yolverilməzliyi haqqında fikirlər irəli sürmüşdülər. İbn Səhnun, Kabisi, İbn Sina
kimi həmin dövrün pedaqoq və mütəfəkkirləri son bir çıxış yolu olaraq yüngül
fiziki cəzaların təhsildə faydalı ola biləcəyini düşünürdülər. Digər tərəfdən, dövrün
bəzi İslam maarifçiləri olan İbn Haldun, İbrahim Haki, Əli İbn Müəmməd əl-
Məvərdi şagirdlərin təlim prosesində cəzalandırılmasına qarşı idilər [11, s. 55].
İslamda təlim-tərbiyənin başlıca məqsədi kamil insan yetişdirməkdir. Kamil insan
elə bir insandır ki təkcə öz doğma vətənində deyil, dünyanın harasında olur olsun,
yüksək insani keyfiyyətlərə malik olmalıdır. Məhəmməd Peyğəmbərin və onun
varisləri olan dörd xəlifənin - Əbubəkrin, Ömərin, Osmanın və Əlinin hakimiyyəti
dövründə islamın yayıldığı ərazilərdə əxlaq, hüquq, elm, incəsənət, ilahiyyatın bir-
biri ilə qarşılıqlı əlaqədə olduğu mədəniyyət sistemi yaranmışdı. Məhəmməd
16
peyğəmbər şəxsiyyətin kamilləşməsinin inkişaf dövrlərini üç mərhələyə yeddi-
yeddi yaş dərəcələrinə əsasən ayırmışdır. O, hesab edirdi ki, uşaq öz həyatının
birinci 7 ilində şah, ikinci 7 ilində nökər, üçüncü 7 ilində məsləhətçi fərd hesab
olunur. Hz. Məhəmməd buyurur: “Qoy sənin övladın 7 il boyunca oynasın, sonrakı
7 il ərzində də ədəb-ərkan qaydalarını öyrənsin, tərbiyə alsın və sonra onu öz
müşavirin və yoldaşın hesab et” [12, s. 133].

Məscidlər də öz növbəsində islamın ilk dövrlərində meydana çıxan təlim-


tərbiyə mərkəzləri hesab olunurdu. Məscidlərdə təhsilalanların öyrənməsi üçün
müəllimin ətrafına toplandıqları yer həlqə adlanırdı. Bu tip halqalarda təxminən
iyirmi nəfərin təlim-tərbiyəsi nəzərdə tutulurdu. Bu tədris üsuluna həlqeyi-tədris
deyilirdi [12, s. 135]. Məscid həm ibadət yeri, həm bilik alınan yer idi. Məhəmməd
peyğəmbər (571-634) bütün həyatını cəmiyyətin maarifləndirilməsinə, onlara
oxumağı və yazmağı öyrətməyə, din və əxlaqa yiyələnməyə həsr etmişdir.
Mədinəyə hicrət etdiyi zaman (622) ilk işi məscid tikdirmək və onun bir hissəsini
yalnız təhsilə ayırmaq olmuşdur. Burada elmi araşdırmalardan tutmuş, yazılı
tədqiqatlara qədər bir çox maarifçilik işləri aparılırdı. Müəllim şəxsiyyəti uca
tutulurdu və ona daim hörmət bəslənilirdi. Müəllim yalnız tələbələrə quru məlumat
ötürən şəxs yox, həm də öyrənənlər üçün ideal-tərbiyəvi, nümunəvi şəxs sayılırdı.

Yekun olaraq qeyd etmək lazımdır ki, təlim-tərbiyə işinin tarixi də insan
cəmiyyətinin tarixi kimi qədimdir. İnsan şəxsiyyətinin inkişafı məsələsi tarix boyu
insan cəmiyyətlərinin prioriteti olmuşdur. Öyrətmək, tərbiyə etmək ilk insanların
yaşadığı vaxtlardan ta ki bu günümüzə qədər davam etməkdədir. Təbii ki, hər
xalqın özünəməxsus təhsil və şəxsiyyətin düzgün böyüyüb boya-başa çatdırılması
ilə bağlı fikirləri mövcuddur. Zaman keçdikcə, xalqlar formalaşdıqca bu proses
özlüyündə yeni pedaqoji fikirlərlə zənginlik qazanaraq həmin mədəniyyətlərin
timsalında bu günümüzə qədər gəlib çatmışdır.

17
§1.2. Tərbiyə prosesinin psixoloji əsasları

Təlim-tərbiyə prosesi zamanı nəzərə alınmalı olan ən vacib məsələlərdən biri


də təhsilalanların psixologiyasının təhlil olunması, psixoloji vəziyyətinin təlim
prosesinə uyğunluğunun müəyyənləşdirilməsi və düzgün pedaqoji-psixoloji
istiqamətlərin seçilməsidir. Təlim-tərbiyə prosesində psixodiaqnostik iş uşaq,
yeniyetmə və gənclərin müvafiq yaş dövrlərində pedaqoji-psixoloji cəhətdən daha
effektiv öyrənilməsinə, fərdi xarakteristikalarının, psixi vəziyyətlərinin, şəxsiyyət
pozuntularının, psixoloji gərginlik və frustrasiya hallarının müəyyən edilməsinə və
korreksiya edilməsinə yönəlir [12, s. 41]. Müəllim və şagirdlərin psixi sağlamlığı
effektiv təlim-tədris prosesi üçün çox vacibdir. Müəllim bir pedaqoq kimi, həm də
təhsilalanların psixologiyasına yaxşı bələd olmağı bacarmalıdır. Hər bir peşəkar
müəllim öz fəaliyyətinə başladığı andan etibarən şagirdlərin yaş xarakteristikalarını
və psixoloji durumlarını müşahidə etməli, qeydlər götürməli və bunlara uyğun
müvafiq təlim-tərbiyə metodlarını təyin etməlidir [9, s. 168]. Şagirdin psixoloji
vəziyyətinə uyğun olmayan təlim-tərbiyə strategiyalarının tətbiqi şagird
şəxsiyyətinin formalaşmasında problemlər yarada bilər. Nəticədə şəxsiyyətin
eroziyasına, təlimə qarşı marağının azalmasına, özgüvənsizliyə səbəb olmaqla
yanaşı, onun bu prosesin kənarında qalmasına gətirib çıxara bilər. Buna görə də,
psixologiyanın təhsil sahəsində çox mühüm rolu vardır. Psixoloqlar məktəb və
universitetlərdə çalışaraq şagirdlərə təhsil və peşə problemləri ilə bağlı məsələlərdə
köməklik etməlidir. Müxtəlif situasiyalara uyğun olaraq bacarıq, zəka, şəxsiyyət və
s. testlərin yerinə yetirilməsi onların məsləhət seanslarının sadəcə bir hissəsidir.
Məktəblərdə çalışan psixoloqlar, həmçinin müəllimlərə dərs problemlərini həll
etməkdə kömək etməli, dərs effektivliyini artırmaq üçün müxtəlifyönümlü təlim
metodlarının hazırlanmasına və təkmilləşdirilməsinə dəstək olmalıdırlar. Bəzi
şagirdlər isə təlim mühitində unikaldırlar və fərdi qayğıya ehtiyac duyurlar.
Həmçinin, təlim-tərbiyəsi ilə bağlı problemləri olan şagirdlər də olur ki, onlarla da
işləmək üçün əvvəlcədən müəyyən istiqamətlər, metodlar müəyyənləşdirilməlidir.

18
Psixoloqlar bu cür xüsusi uşaqlar üçün proqramların tərtibində də yaxından iştirak
etməli, onların bu prosesdən kənarda qalmamasına çalışmalıdırlar.

Psixologiyanın şəxsiyyətin inkişafında, tərbiyəsində və təhsilində


əhəmiyyətini nəzərə alaraq pedaqoji psixologiya anlayışını fərqləndirməliyik.
Pedaqoji psixologiya dedikdə, pedaqoji sahədə psixoloji nəticələrin tətbiqi nəzərdə
tutulur. Bu, təlim-tərbiyə mühiti daxilində şəxsiyyətin inkişafının uyğun olaraq
sistemləşdirilməsidir. Pedaqoji psixologiya müəllimin şagird şəxsiyyətinin davamlı
inkişafına kömək edir. Amerikan psixoloqu və pedaqoqu Con B.Karol (1965)
təhsil psixologiyasını “məktəb daxilindəki bütün öyrənmə prosesinin
araşdırılması” kimi izah etmişdir. O qeyd edirdi ki, şagird davranışı və tədris
prosesi onun məzmun və metodologiyasının hüdudlarını müəyyən edir [29, s. 7].
Başqa bir psixoloq Nataniyel Qaqe (1967) iddia edirdi ki, pedaqoji psixologiya
müxtəlif təlim metodlarının psixologiyası, şagirdlərin xüsusiyyətləri və
müəllimlərin davranışı ilə maraqlanmalıdır [29, s. 7]. Amerikalı təhsil psixoloqu
Çarlz Hubbard (1873-1946) təhsil psixologiyasını "fərdin anadan olmasından
yetkinlik yaşına qədərki inkişafında həyat mərhələlərinin elmi araşdırması" kimi
təsvir edirdi [29, s. 7-8]. O, hesab edirdi ki, pedaqoji psixologiya şəxsiyyətin
anadan olmasından onun ölümünədək pedaqoji prosesə tətbiq edilməlidir.
Avstriyalı nevroloq və psixoanalizin banisi hesab olunan Ziqmund Freyd (1856-
1939) instinktiv ehtiyacların ödənilməsini araşdırdıqdan sonra psixi gərginlik
problemini irəli sürərək insan həyatının inkişafını üç mərhələyə bölmüşdür. Birinci
yaşın sonuna qədər olan “oral” mərhələ, növbəti mərhələni “narsizm” və üçüncü
mərhələni yeniyetməlik dövrünün başlanğıcı kimi fərqləndirmişdir [29, s. 230].
Z.Freyd uşaqların şəxsiyyətinin inkişafının bu üç dövrdən necə keçməsi və
valideynlərinin təsiri ilə birbaşa əlaqəli olduğunu qeyd etmişdir. Freyd hesab edirdi
ki, əgər valideynlər öz uşaqları ilə düzgün ünsiyyət yaratmazsa, onların
tərbiyəsində, psixi inkişafında müxtəlif fəsadlar doğura bilər və bunlar onun
gələcək cəmiyyət həyatında özünü mənfi şəkildə büruzə verə bilər. Z.Freyddən
sonra onun davamçıları olan A.Adler, K.Yunq və başqaları psixoanaliz

19
nəzəriyyəsini daha da inkişaf etdirərək yeni nəzəri ideya və baxışlar irəli
sürmüşdülər.

Pedaqoji psixologiya bir elm sahəsi kimi müəllimə, əsasən, təlim və


öyrənmə problemləri ilə bağlı məşğul olmağa kömək edir. Pedaqoji psixologiyada
tədqiqatın miqyası təlim-tədris prosesinin hüdudları daxilində məhdud olmalıdır,
yəni öyrənənlərin təhsil mühitinə münasibətdə davranışlarını öyrənmək, xüsusi
olaraq onların təhsil ehtiyaclarının ödənilməsi və şəxsiyyətin bütün sahələrdə
inkişafı üçün əsas istiqamət sahəsi olmalıdır [8, s. 288]. Konkret olaraq, pedaqoji
psixologiya tədris prosesinə əsaslanmalı, müəllim və öyrənənlərin öz
fəaliyyətlərini mümkün qədər qaneedici şəkildə yerinə yetirə bilməsinə şərait
yaratmalıdır. San-Fransisko Dövlət Universitetinin psixologiya üzrə professoru
Henri Kley Lindqren (1914-2005) qeyd edirdi ki, təhsil psixologiyası öyrənəni,
öyrənmə prosesini və öyrənmə vəziyyətini anlamaqdan ibarətdir. Pedaqoji
psixologiyada qeyd olunur ki, insan beyninin inkişafını izləmək və dörd mərhələni
fərqləndirmək lazımdır. Bu, uşağın ətrafla əlaqəsinin səviyyəsidir. Bu dörd
mərhələdə uşaqda idrak qabiliyyəti və sosial anlayış formalaşır. Bu dörd mərhələyə
yaradıcılıq, zəka, əxlaq və motivasiya daxildir. Pedaqoji psixologiyada həmçinin
uşağın əqli və davranış inkişafının ətraf mühit aspekti də tədqiq olunur. Elə
vəziyyətlər olur ki, eyni sinifdə oxuyan uşaqlar müxtəlif idrak səviyyələrinə malik
olurlar. Bu halda təhsil psixologiyasının məqsədi fərqin səbəbini təhlil etməkdən
ibarətdir. H.K.Lindqren 1976-cı ildə təhsildə təhsil psixoloqlarını və müəllimləri
narahat edən ən başlıca üç məsələnin olduğunu qeyd etmişdir. Bunlar
aşağıdakılardır [29, s. 8-9]:

a) Öyrənən. Öyrənənlər üç kateqoriya arasında ən önəmlisidir. Bu sadəcə ona görə


deyil ki, insanlar proseslərdən və ya situasiyalardan daha vacibdirlər, həm də ilk
növbədə ona görədir ki, öyrənən olmadan öyrənmə prosesi mövcud ola bilməz. Bu
kateqoriya, həmçinin şagirdlərin şəxsiyyətləri, fərdi xüsusiyyətləri, inkişaf
xarakteristikaları, əqli sağlamlıqları, şagirdlərin zəkası və psixoloji problemləri
baxımından da izah edilə bilər.
20
b) Öyrənmə prosesi. Öyrənmə prosesi dedikdə birbaşa təlim prosesi başa düşülür.
Bura öyrənənlərin dərk etmək, düşünmək, anlamaq, yadda saxlamaq və müəyyən
etmək kimi birbaşa müşahidə edilə bilməyən davranışları daxildir. Eləcə də yazı,
hesablama və danışıq kimi birbaşa müşahidə edilə bilən davranışlar da bu prosesin
tərkib hissəsini təşkil edir.

c) Öyrənmə mühiti. Öyrənmə mühiti dedikdə, təhsil alanların özünü ifadə etdiyi,
öyrənmə prosesinin baş verdiyi, təlimin həyata keçirildiyi yer və s. nəzərdə tutulur.
Bura, həmçinin öyrənmə prosesinə təsir edən amillər və ya şərtlər də daxildir.
Bundan başqa, sinif şəraitini də (ventilyasiya, işıq, səs-küy, oturacaqların
yerləşməsi, ağıllı lövhə, sinfin təmizliyi və s.) bu kateqoriyaya daxil etmək olar.

Biz müəllim üçün təhsilalanların psixoloji təhlilinin aparılmasının onun


pedaqoji fəaliyyəti üçün əhəmiyyətini 2 istiqamətdə fərqləndirə bilərik: Nəzəri və
Praktiki [29, s. 11]. Pedaqoji psixologiya müəllimə aşağıdakı yollarla kömək edir:

1. Nəzəri istiqamətlər:

a) Şəxsiyyətin inkişaf xüsusiyyətlərini daha yaxşı anlamaq. Uşaqlar körpəlik,


uşaqlıq və yeniyetməlik dövrü kimi inkişafın müxtəlif mərhələlərindən keçirlər. Bu
inkişaf mərhələlərinin hər birində onların müəyyən xüsusiyyətləri özünü göstərir.
Əgər müəllim inkişafın müxtəlif mərhələlərində meydana çıxan öyrənənlərin yaş
xüsusiyyətlərinə bələddirsə, o, onların davranışını təhsilin müəyyən edilmiş
məqsədlərinə uyğun şəkildə formalaşdırmaq üçün istifadə edə bilər.

b) Öyrənmə yollarının müəyyənləşdirilməsinə dair biliklər. Tədris prosesində


psixoloji biliklər müəllimə ümumi olaraq tədrisin və sinif problemləri ilə bağlı
biliklərin verilməsini təmin edir. Bu, həmçinin siniflərin öyrənilməsinin hərtərəfli
nəzəriyyəsinin inkişafına da kömək edir. Məktəblərdəki gündəlik təcrübəmizdən
onu da bilirik ki, bəzi müəllimlər sinifdə digər müəllimlərdən daha
müvəffəqiyyətlidirlər. Bəziləri dərsdə şagirdlərlə çox səmərəli və düzgün ünsiyyət
qurur, bəziləri isə mövzu ilə bağlı biliklərindən asılı olmayaraq, dərs prosesini və

21
şagirdlərlə ünsiyyəti səmərəli təşkil edə bilmirlər. Bu fərq hansı səbəbdən irəli
gəlir? Dərsdə təlim məqsədinə çatmaq üçün müəllim yalnız mövzu ilə bağlı
biliklərdən deyil, həmçinin düzgün davranış qaydalarını, şəxsiyyətlə effektiv
ünsiyyət yollarını bilməlidir. Müəllim şagirdlərinin inkişaf xüsusiyyətlərini,
qabiliyyətlərini və psixi vəziyyətlərini, şəxsiyyətin inkişafı prosesində mühitin
əhəmiyyətini, onların yaş xarakteristikalarını, ən rahat qavrama yollarını bilməlidir.

c) Şagirdlər arasındakı fərqləri daha yaxşı anlamaq. Müəllim bəzən 10, bəzən 20,
hətta 30-40 şagirddən ibarət siniflərdə tədris aparır. Təbii ki, bu şagirdlər arasında
müəyyən fərqlər təlim-tərbiyə prosesində özünü büruzə verir. Müəllim hər bir
fərdin bir-biri ilə necə fərqlənməsi barədə bilik və bacarıqlarının köməyi ilə təlim
prosesini sinfin tələbat və tələblərinə uyğun qura bilər. Böyük rus alimi M.V.
Lomonosov müəllimin bu fərqləri müəyyən etməsi ilə bağlı qeyd edirdi ki müəllim
hər bir şagirdin qabiliyyətinə xüsusi olaraq nəzər yetirməlidir.

b) Effektiv, səmərəli təlim metodları haqqında biliklər. Gündəlik təcrübə onu


göstərir ki, təlimin düzgün aparılmaması bəzən dərsdə ünsiyyətin baş tutmaması ilə
nəticələnir. Pedaqoji psixologiya bizə təlimin müvafiq metodları haqqında biliklər
verir, təlimin yeni strategiyalarının hazırlanmasına kömək edir. Təhsildə müasir
psixoloji prinsiplər təkcə təlim-tərbiyənin yeni üsullarını deyil, həm də müasir
dövrdə köhnəlmiş və tətbiqi məqsədəuyğun olmayan bir çox ənənəvi yanaşmaları
aradan qaldırmağı təklif edir.

e) Şagirdlərin problemlərini daha yaxşı anlamaq. Pedaqoji psixologiyanı


öyrənməklə müəllim uşaqların problemlərinin yaranma səbəblərini başa düşə bilər.
Bu problemlər müxtəlif yaş səviyyələrində baş verir və müəllim psixoloji bilikləri
ilə onları vaxtında həll edə bilər.

f) Təlim nəticəsinin analizi. Təlim nəticəsi təhsilalanların təlim prosesinin sonunda


əldə etdiyi, mənimsədiyi bilik və bacarıqlardır. Düzgün seçilmiş psixoloji vasitələr
təlimin sonunda müəllimin şagirdlərin öyrənmə prosesinin səmərəli və obyektiv
qiymətləndirməsinə kömək edir. Müəllim tətbiq etdiyi metod və vasitələrin təlimin
22
sonunda nə qədər effektiv olduğunu müəyyənləşdirməli, gələcək təlim
məqsədlərini buna əsasən qurmalıdır.

g) Tədqiqat. Tədqiqat dedikdə bir şeyin və ya onun xüsusiyyətlərinin


müəyyənləşdirilməsi, öyrənilməsi məqsədi ilə bağlı elmi araşdırma prosesidir.
Təhsil psixologiyası şagirdlərin davranışına və öyrənməsinə təsir edən müxtəlif
dəyişənlərin ölçülməsi üçün üsul və vasitələrin hazırlanmasını tədqiq edir.
Müəllimlər sinifdə apardıqları tədqiqatlar əsasında şagirdlərin davranışını idarə
edə, istiqamətləndirə və qabaqcadan təyin edə bilərlər. Həmçinin, müəllimlərin
təlim proqramının məqsədi müəllimlik peşəsinə qarşı müsbət münasibəti inkişaf
etdirmək və gələcək müəllimləri təlim-tərbiyə problemlərinin öhdəsindən gəlmək
üçün lazımi kompetensiyalarla təmin etməkdir.

2. Praktiki istiqamətlər:

a) Tərbiyə problemi. Keçmişdə təlim-tərbiyə zamanı şagirdin cəzalanması məsələsi


mövcud idisə, müasir dövrdə cəza tədbirləri istənilən halda qəbuledilməz hesab
olunur. Müasir təlim-tərbiyə prosesi humanizm ideyalarına əsaslanır. Müəllim-
şagird münasibətləri modern şəraitdə xüsusi məzmun və əhəmiyyətə malikdir. Bu
münasibətlər yalnız müəllimin bilik verməsi, öyrətməsi, şagirdlərin isə bu bilikləri
mənimsəməsi, öyrənməsi prosesindən ibarət olmayıb, həmçinin tərbiyəvi
əhəmiyyət kəsb etməli, şagird şəxsiyyətinin inkişafına, onlarda yüksək əxlaqi
keyfiyyətlərin formalaşmasına xidmət etməlidir. İndi müasir təhsil psixologiyasına
bələd olan müəllimlər anlayırlar ki, ənənəvi cəza tədbirlərindən istifadə modern
dövrdə qeyri-insanidir və öz münasibətlərini avtoritardan demokrata
dəyişməlidirlər.

b) Audiovizual vəsaitlərdən istifadə. Ənənəvi təhsildə sinifdə subyekt-obyekt


prinsipi əsas idi. Burada subyekt müəllim, obyekt isə şagird nəzərdə tutulurdu. Bu
zaman müəllim deyir, şagirdlər isə dinləyirdi, memorizasiya yeganə öyrənmə
metodu idi. Müasir təhsildə isə subyekt-obyekt yanaşmasının subyekt-subyekt
prinsipi ilə əvəzlənməsi ilə bərabər, təlimdə sadəcə əzbərə əsaslanan deyil,
23
həmçinin audio-vizul vasitələrin istifadəsi də geniş vüsət almışdır. Audiovizual
vəsaitlərlə öyrənilən bilik daha uzunmüddətli və şagirdlər üçün qavranılması rahat
olur. Məhz pedaqoji psixologiyanın praktiki töhfələrindən biri də müəllimlərin
sinifdə müxtəlif növ audiovizual vəsaitlərdən istifadə etməsidir.

c) Demokratiklik. Müasir dövrdə demokratik qarşılıqlı əlaqə tərzi ən effektiv və


optimal yol hesab olunur. Demokratik üslub müəllim və şagird arasında mehriban
anlaşma təmin edir, uşaqlarda müsbət emosiyalar, özünə inam oyadır, birgə
fəaliyyətdə əməkdaşlığa əsaslanır. Məktəblərdə müasir dördə artıq tədricən
idarəetmənin keçmiş avtokratik üsulları demokratik həyat tərzi ilə dəyişdirilmişdir.
İdarəçilər də, müəllimlər də demokratik, kooperativ və humanist ideyalarla təlim-
tərbiyəni təşkil etməlidirlər. Şagirdlərə hörmət, sevgi, şəfqət hisləri aşılanmalıdır,
çünki hal-hazırda cəmiyyətin inkişafının təməli məhz onlardan asılıdır.

d) Yeniliklərdən istifadə. Bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də


sürətli inkişaf müşahidə edilir. Hal-hazırda bu istiqamətdə təlim-tədris prosesinin
təkmilləşdirilməsi üçün bir neçə innovativ ideyalar təqdim olunur. Fəaliyyət
istiqamətli təlim, müzakirə metodu, mikro-təlim, proqramlaşdırılmış tədris və s.
mühüm yeniliklərdən bəziləridir [23, s. 88].

e) Dərsliklərin hazırlanması və istifadəsi. Dərsliklərin hazırlanması və onların


planlaşdırılması zamanı təhsilalanların psixologiyasının, yaş xüsusiyyətlərinin
nəzərə alınması mühüm məsələlərdəndir. Uşaqların intellektual inkişafını, onların
tələbat və maraqlarını nəzərə alaraq müxtəlif yaş səviyyəsində dərsliklər
hazırlamalı və təlim prosesində istifadə edilməlidir.

Beləliklə, təlim-tərbiyə prosesi zamanı diqqət yetirilməli olan məsələlərdən


biri də öyrənənlərin psixologiyasını təhlil etmək, psixoloji vəziyyətlərini təyin
etmək, düzgün psixoloji və pedaqoji tendensiyaları seçməkdir. Buna görə də,
təlim-tərbiyə hədəf və məqsədlərini müəyyən etməzdən əvvəl, müəllim bu prosesin
onun pedaqoji fəaliyyəti üçün önəmini dərk etməli və bunun nəzəri və praktiki
istiqamətlərini öz təlim-tərbiyə fəaliyyətinə daxil etməlidir.
24
II FƏSİL. ŞAGİRD ŞƏXSİYYƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİNƏ DAİR
YANAŞMALAR, ONLARIN PRAKTİKADA TƏTBİQ YOLLARI VƏ
MÜƏLLİMİN BU PROSESDƏ ROLU

§2.1. Şəxsiyyətin formalaşdırılmasına dair müasir nəzəri baxışlar və onların


klassik yanaşmalarından fərqli istiqamətləri

Şəxsiyyətin formalaşdırılmasında başlıca məqsəd cəmiyyət üçün savadlı,


dünyagörüşlü, yüksək əxlaqlı və mənəviyyata sahib bir insan yetişdirməkdir.
Müasir dövrdə təlim-tərbiyə strategiyasının istiqamətini bütün sahələr üzrə ixtisaslı
müəllim hazırlığı problemi, təhsilin məzmunu, forma və metodların yenilənməsi,
müəllimin peşə hazırlığı və xarici təcrübənin Azərbaycan reallığında tətbiq
edilməsidir. Bu gün təhsilin təşkili strukturunun yaradılması yeni iqtisadi bağların
və infrastruktur elementlərinin zənginləşdirilməsi və təkmilləşdirilməsidir.
Bununla əlaqədar Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul
edilməsi də onun nəticəsidir ki, bu gün hər birimiz bu yenilənmə prosesinin həyata
keçirilməsində xüsusi məsuliyyət daşıyırıq. "Azərbaycanda təhsilin inkişafı ilə
bağlı Dövlət Strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planı" (19 yanvar
2015-ci il) təhsilin inkişafı və bu istiqamətdə müvafiq tapşırıqlarla bağlı bütün
məsələləri özündə əks etdirir [10, s. 31]. Müasir pedaqoji elmin tələblərinin
öyrənilməsi, təlim-tərbiyə problemlərinə münasibətdə yeni yanaşmaların tətbiqi,
habelə təhsil siyasətinin mahiyyəti, məqsədləri və məzmununun idarə edilməsi də
bu strategiyanın əsas tələb və istiqamətlərindəndir. Həmçinin, "Azərbaycan
Respublikasının təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin
məzmununun formalaşdırılması, təhsilin təmayülləşdirilməsi və müasir
infrastruktur dəyişikliklərinin həyata keçirilməsi nəzərdə tutulur [10, s. 38].

Müasir dövrün nizam-intizam metodları humanizm dəyərləri əsasında


müəllim və şagirdlər arasında qarşılıqlı əlaqəni və əməkdaşlığı təşviq etmək üçün
tətbiq edilir. Buna görə də, yeni tərbiyə üsullarından, metod və vasitələrdən
istifadəyə üstünlük verilməlidir. Tərbiyə üsulları təhsilalanların fəaliyyətini özündə

25
əks etdirir. Tərbiyə metodları isə pedaqoqların öz məqsədlərinə çatmaq üçün
istifadə etdikləri metod və vasitələr sistemidir. Bunlar hamısı bütövlükdə tərbiyə
prosesinin bir hissəsidir. Tərbiyə prosesinin iştirakçıları bir-biri ilə sosial-psixoloji
baxımdan qarşılıqlı əlaqədə olurlar. Tərbiyənin əsasını mütərəqqi, əxlaqlı insanlar
yetişdirmək, xeyirxah işlər, mədəni davranış və xoş ünsiyyətlə onları tərbiyə
etməkdir. Gənc və ya yaşlı hər kəsin daim təlim-tərbiyəyə ehtiyacı var. XVII əsrin
ingilis filosofu Con Lokk onu qeyd edir ki, insanları fərqləndirən yalnız və yalnız
tərbiyədir. Tərbiyənin məqsəd və vəzifələri cəmiyyətinin sosial münasibətlərindən
və məqsədlərindən asılıdır. Onun fikrincə, tərbiyənin məzmununun üç əlaməti
vardır [10, s. 45]:

a) məqsəd;

b) sosial-mədəni dəyərlərə uyğunluq;

c) tərbiyəvi sisteminin mövcudluğu.

Tərbiyə prosesi müəyyən mərhələlərdən ibarətdir. Bu mərhələləri bilmək və


onlara riayət etmək bu prosesi düzgün idarə etməyə və şəxsiyyətin inkişafına
düzgün rəhbərlik etməyə imkan verəcək. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə
inkişaf edir [12, s. 115-118]:

a) davranış normaları ilə tanışlıq;

b) norma və tələblərə düzgün münasibətləri formalaşdırmaq;

c) düzgün davranış motivlərinin aşılanması;

d) əqidənin formalaşdırılması;

e) müvafiq davranış vərdişlərinin qurulması;

f) özünütərbiyə və özünütərbiyəyə ehtiyacının yaradılması.

Təfəkkürün və elmin hər bir fəlsəfi anlayışı ayrı-ayrı pedaqoji düşüncə tərzinə
və fərqli təlim modelinə malikdir. Fəlsəfi və elmi anlayışlar bu modeli
26
formalaşdırdığından müəyyən dövrdə təhsilin dərk edilməsini müəyyən edə bilmək
həmin prosesin fəlsəfə və elm anlayışlarını anlamaqdır. Hər dövrün elm və fəlsəfə
haqqında konkret anlayışları olsa da, təhsili formalaşdıra bilən anlayışları əsaslı
şəkildə bölmək mümkündür. Hər bir müəllimin öz təhsil fəlsəfəsi var və təlim-
tərbiyə prosesini bu fəlsəfə üzərində qurmağa çalışır. Bu proses zamanı müəllim
iki əsas sualı özlüyündə cavablandırmalıdır [7, s. 52]:

❖ Onlar kimdir və bir müəllim kimi məqsədləri nədir?


❖ Nə edirlər və ya nə etməyi məsləhət görürlər?
Kanadalı psixiatr və şəxsiyyətin davranışlarının təhlil edilməsi ilə bağlı
tranzaksiya analizi nəzəriyyəsinin banisi Erik Bern (1910-1970) üç sual ətrafında
düşünməyi vacib hesab etmişdir [25, s. 173]:

❖ Mən kiməm?
❖ Mən nəyə görə buradayam?
❖ Digərləri kimdir və onlar məndən nə istəyirlər?
Müasir və klassik nəzəri baxışlar arasında praqmatizm, fundamentalizm,
ekzistensializm, idealizm və realizm kimi ənənəvi təhsil nəzəriyyələrini və
proqressivizm, essensializm, naturalizm, postmodern təhsil kimi müasir təhsil
fəlsəfələrini saymaq mümkündür [12, s. 32-36]. Bundan başqa, problemə əsaslanan
yanaşma, layihəyə əsaslanan yanaşma, tətbiqetmə, koqnitiv öyrənmə nəzəriyyəsi,
biliklərin işlənməsi nəzəriyyəsi, idrak əsaslı öyrənmə nəzəriyyəsi kimi yanaşmalar
müasir təhsilin əsas istiqamətləri kimi qiymətləndirilir [18, s. 213]. Klassik fəlsəfə
və elm anlayışları ənənəvi təhsil anlayışının əsasını təşkil edir. İdealizm təhsilin
ənənəvi anlayışının əsasını təşkil edən bu fəlsəfi yanaşmalardan birincisidir.
İdealist üçün mütləq və qəti reallıqlar var və bunlar insan şüurundan müstəqil
olaraq baş verir. Müəllim mədəni dəyərlərin daşıyıcılarından biri olduğu üçün
şagirdə nümunə olmalı, şagirdin öyrənməyə olan marağını artırmalıdır. Şagird
passiv qəbuledici və təqlidçidir, buna görə də onun öyrənmə yolu müəllimin yaxşı
təqlidi ilə həyata keçirilir. İdealist müəllim:

27
a) Şagird üçün müəllim dəqiq biliklərə, mədəniyyətə malik olmalı və universal
həqiqətlərə uyğun hərəkət etməlidir.
b) Müəllim səriştəli olmalı və şagirdləri yaxşı tanımalıdır.
c) Yanaşma və davranışlarla öyrənmə prosesində şagirddə maraq oyatmalıdır.
d) Şagirdə dost kimi yanaşmalı, həyatın universal həqiqət və məqsədlərini
onlara çatdırmalıdır [17, s. 73-76].
Bu xüsusiyyətlərə uyğun olaraq müəllimlər, mövzular, dərslər və
ümumiləşdirilmiş həqiqətlər idealist təhsilin mərkəzində yer alıb. İdealizm
müəllim mərkəzli anlayışa əsaslanır. Bu anlayışda şagird müəllimin
məlumatlarından asılı olaraq passiv dinləyən mövqeyindədir. Ənənəvi
yanaşmalardan biri də realizm anlayışıdır. Təhsilin idealist anlayışında olduğu kimi
müəllim də realist təhsil konsepsiyasında mərkəzdədir. Lakin idealistlərin əksinə
olaraq, insan anadan olandan mütləq və universal həqiqətlərə malik deyil və
tədqiqat, təcrübə və müşahidə yolu ilə əldə edilə bilər. Realist təhsilin üç elementi
vardır: Müəllim, öyrədiləcək məlumat və şagird. Realist fəlsəfəyə əsaslanan
təhsilin əsas anlayışında belə bir fərziyyə var ki, insan anadangəlmə biliyə malik
deyil və sonradan əldə edilir. Təhsil ciddi və çətin bir iş olduğu üçün tərbiyə və
ciddilik tələb edir. Təhsilin bu anlayışının əsasını "müəllim və onun avtoritarlığı"
təşkil edir. Təhsilin məqsədləri insanın sosiallaşmasını təmin etmək, əsas mədəni
dəyərləri gətirmək, dəyişikliklərin və münaqişələrin qarşısını almaq, mədəni irsi
qorumaq, cəmiyyətə uyğunlaşmanı təmin etmək, bilikli və bacarıqlı insanları
yetişdirmək kimi görünür. Başa düşülməyən, çətin başa düşüləcək mövzular təlim-
tərbiyə prosesinin məzmununa daxil edilməməli və dərs mühitinə
köçürülməməlidir. Bundan başqa, müəllim dəqiq və ardıcıl məlumatlara sahib
olmalı, şagirdlərə həll yollarını və cavabları öyrətməlidir. Bu anlayışda təlim-
tərbiyə şəraitində müəllim hətta lazım gələrsə, cəzaya da əl ata bilər. Xülasə, bu
fəlsəfə yuxarı və aşağı yanaşmada tərbiyə işi müəllimin üzərində qurulduğundan
əsas amil müəllim amilidir. Şagird isə bu prosesin passiv iştirakçısıdır [17, s. 87].

28
Qlasser öz modelində iddia edir ki, təlim yalnız əldə edilməsi nəzərdə tutulan
hazır məhsul deyil, həm də tədris prosesi şərtlərinin müəyyənləşdirilməsidir [25, s.
116]. Təlim-tərbiyənin tənzimlənməsi strukturlaşdırma və sadələşdirmə yolu ilə
həyata keçirilir. Buna görə də metodlar, vasitələr nə qədər yaxşı olsa da, sinif
içində bəzən tətbiq edilənlərə aid olmaya bilər. Şəkil 2.2.1-də bu modelin sxematik
təsviri verilmişdir.

Təlim-tərbiyə hədəfləri

Davranış Öyrətmə, tərbiyə Qiymətləndirmə,


münasibətləri etmə yolları refleksiya

İnkişaf istiqamətləri

Şəkil 2.2.1. Qlasserin təlim-tərbiyə modeli

Qlasserin modelində, Blum nəzəriyyəsi kimi giriş davranışları vacib hesab


edilir, lakin Blum nəzəriyyəsi sinif təliminə meyl etsə də, Qlasserin modeli bunun
individual aspektini daha çox əhatələndirir. Bu baxımdan təlimin şagirdlərin
beynində mövcud olan semantik informasiya strukturlarına uyğun olaraq sadədən
mürəkkəbə doğru ˗ zəncirvari şəkildə təşkil edilməli, şagirdə ilk növbədə dərk
etməyə kömək etmək üçün konsepsiya və prinsiplər öyrədilməlidir [20, s.184].

Braziliyalı mütəfəkkir və pedaqoq Paulo Freire (1921-1997) təhsilin ənənəvi


anlayışını bankirin təhsil haqqında anlayışı kimi qiymətləndirir və onu radikal
hesab edirdi [20, s. 45]. Onun sözlərinə görə, bu ənənənin istənilən səviyyəsində
şagird-müəllim münasibətlərini diqqətlə təhlil etmək bu münasibətin nəqli
olduğunu göstərir. Bu münasibətlə müəllim nəql edən "subyekt", şagirdləri səbirlə

29
dinləyən "obyekt"dir. Bu anlatma səviyyəsi nə qədər canlı və həyati əhəmiyyət
kəsb etsə də, bir müddət sonra cansızlaşmağa başlayacaq. Müəllimin məqsədi
şagirdləri onların mövcud reallıqları ilə tamamilə tanış olmayan tərzdə öz
fikirlərinin nəqletmə yolu ilə doldurmaqdır. Bu müəyyən mənada şagirdləri
müəllim tərəfindən doldurulmalı olan “su qabı” kimi istifadə olunması deməkdir.
Bu yolla sistem təhsilalanları investisiya obyekti, müəllimləri isə investor kimi
xəyal edərək təhsili "qənaət investisiyasına" çevirir. P.Freire bu təlim-tərbiyə
modelini fəaliyyət sahəsi "bankir təhsil modeli” adlandırmışdır. Bu modeldə
fəaliyyətin yeri deyilən hər şeyi qəbul etmək və əzbərləməkdən ibarətdir [20, s.
51].

Müasir təhsilin əsasında J.J.Russo (1712-1778) və İ.Kant (1724-1804) kimi


maarifçi insanların düşüncə və təhsil haqqında naturalist fəlsəfələri dayanır. Russo
ilə birlikdə müəllim mərkəzli təhsildən başlayaraq təhsil haqqında şagird mərkəzli
anlayışa qədər təkamül prosesi başlamışdır. Russo "Emil və ya tərbiyə haqqında"
əsəri ilə pedaqoji fəaliyyətə yeni anlayış və baxışlar gətirməyə başladı [19, s. 132].
Bu işdə mütəfəkkir uşaq və onun inkişafını mərkəz hesab edərək öz-özünə inkişaf
edən pedaqoji ideya yaradır. Onun fikrincə bir şəxsiyyət kimi uşağın anadangəlmə
bir çox xüsusiyyətləri var. Təlim-tərbiyənin vəzifəsi uşağı sıxışdırmadan təbii
qaydada onun mövcud qabiliyyətlərini inkişaf etdirməkdir [19, s. 67]. Russo
uşaqların yaş dövrləri və inkişaf mərhələlərini fiziki inkişaf mərhələsi (0-2 yaş),
hiss üzvlərinin inkişafı mərhələsi (2-12 yaş), zehin və əmək tərbiyəsi mərhələsi
(12-15 yaş) və mənəvi-əxlaqi tərbiyə, ehtiraslar və təlatümlər (15-18 yaş)
dövrlərinə ayırmışdır [19, s. 68-69]. Fransız filosof Russonun naturalist təhsilə dair
baxışları bir çox sonrakı nəzəriyyələrə və düşüncələrə təsir etdi. Məsələn, Kant və
bir çox başqaları uşağın təhsilində naturalistlərin fikirlərini qəbul etmişlər. Bu
nöqteyi-nəzərdən Kantın təhsillə bağlı fikirləri də məhz "Emil" əsərinin
ideyalarının davamıdır.

Başqa bir fransız filosof və materialisti D.Didro (1713-1784) şəxsiyyətin


formalaşmasında tərbiyənin rolunu yüksək qiymətləndirirdi. O, tərbiyə haqqında
30
qeyd edirdi: “Tərbiyə hər şeyə deyil, çox şeylərə qadirdir” [12, s. 104]. Didro
ənənəvi və köhnəlmiş məktəb sisteminin tamamilə sıradan çıxarılmasını tələb
edirdi. O, ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutaraq məktəbdəki təlim-
tərbiyəyə böyük əhəmiyyət verir və cəmiyyətin gələcək inkişafının təməli hesab
edirdi. Pedaqoji fəaliyyətdə Russo və Kantın naturalist, yaradıcı və mükəmməl
təhsil fəlsəfəsi şəxsiyyəti mərkəzə qoyur, fərdin bacarıq və qabiliyyətlərinə qayğı
göstərir, emosiya, düşüncə və qavrama amillərindən asılı olaraq fərdin inkişaf
addımlarını, bir çox inteqrasiya faktorlarını nəzərə alır. Bu, J.J.Russo və Kantın
fərdi birinci yerə qoyan naturalist, yaradıcı və mükəmməl təhsil fəlsəfəsinə
əsaslanır. Müasir və konstruktiv təhsil anlayışında şagird mərkəzdədir. Şagirdin
bacarıq və qabiliyyətləri, sosial, koqnitiv və sensor bacarıqları və inkişaf addımları
kimi amillər nəzərə alınır. Müasir təhsilin xüsusiyyətləri nəzərə alınmaqla; Təlim,
mövzu, keyfiyyət, əzbərləmə və təqlid etməkdənsə, yaradıcılığa xüsusi diqqət
yetirilməsi ön plana çıxır. Burada əzbər bilikdən çox keyfiyyətə üstünlük verilir,
müəllim bilik yükləyici deyil, bələdçidir. Şagird əzbərçi və passiv qəbuledən deyil,
informasiya istehsal edən prosesdə iştirak edən subyektdir. Burada əsas məsələ
biliyi öyrətmək deyil, öyrənməyi öyrətməkdir.

İtaliya tarixində ilk qadın həkim və eyni zamanda pedaqoq Mariya


Montessori 1907-ci ildə Romada ilk uşaqlar evini qurur. M.Montessori müasir
təhsil islahatçıları arasında təlimin fərdin öz-özünə fəaliyyətinə əsaslanan
özünəməxsus təhsil sistemi yaratmışdır [22, s. 161]. O, mövcud təlim-tərbiyə
materiallarını tənqidi bir formada yenidən işləyib tətbiq və inkişaf etdirmişdir.
M.Montessorinin təlimdə ən böyük yeniliyi, fransız pedaqoq və fizik E.Sequinin
əqli cəhətdən geri qalan uşaqlar üçün inkişaf etdirdiyi təlim-tərbiyə sistemini,
normal uşaq üzərində tətbiqi reallaşdırmış olmasıdır. O, inkişaf etdirdiyi bu yeni
metodu, əvvəlcə məktəbəqədər uşaqlar üzərində tətbiq etmişdir. Bu metod daha
sonralar müxtəlif ölkələrdə normal məktəblərdə tətbiq olunmağa başlandı. Mariya
Montessorinin bu üsulunun təməl prinsipi bundan ibarət idi ki, hər uşaq öz-özünə
fəaliyyət göstərə bilər və təlimdə bu nöqteyi-nəzərdən hərəkət edilməlidir. Burda

31
əsas məqsəd uşağın fəaliyyət sahəsini özünə uyğun seçməsi və öz-özünə
fəaliyyətinə uyğun olan oyun və məşğuliyyətləri təqdim edərək, onun
qabiliyyətlərinin heç bir kənar dəstəyə ehtiyac duymadan inkişafını təmin
etməkdir. Demək olar ki, Montessoriyə görə, hər bir uşaq öz özünü öyrətmə
gücünə malikdir. Həmçinin, öz inkişaf addımına uyğun bir şəkildə, müəyyən bir
fəaliyyət göstərmə ehtiyacına malikdir. Əgər bu şərtlər təmin edilsə uşaq
böyüklərin köməyi olmadan, bu fəaliyyətlərini tam olaraq və davamlı bir şəkildə
yerinə yetirə bilər. Bu qayda ilə, uşaq öz-özünü təmin edə və fərqinə belə
varmadan öz-özünü inkişaf etdirər. Bu görüşə görə müəllim bu proses üçün lazım
olan bu sualları verməlidir: Uşağın ehtiyacları nələrdir və onun ehtiyaclarına nə
şəkildə cavab vermək lazımdır? Bunlar təsbit edildikdən sonra müəllimin ikinci
vəzifəsi, real ətraf mühit və fəaliyyəti təmin edəcək vasitələri yaratmaqdır. Bu
vasitələr, Montessorinin fikrincə, elə sadə olmalıdır ki, uşaq bunları ən asan tərzdə
istifadə edə bilməlidir [22, s. 182].

Yekun olaraq, müasir və mütərəqqi təhsilin səciyyəvi xüsusiyyətlərindən


biri də onun əsasını təşkil edən tənqidi ruha malik olmasıdır. Bundan əlavə,
problem əsaslı, çox inteqrasiyayönümlü, strukturlaşdırılmış pedaqoji anlayışlar
müasir təhsil anlayışının digər formalarıdır. Bütün bunların təməlində fərdin, onun
bacarıq, qabiliyyət və bilikləri, inkişaf addımları, sosial, qavrama və emosional
xüsusiyyətləri, eləcə də təhsilin mahiyyəti, təhsil metodları və strategiyaları durur.
Bütövlükdə müasir təhsilin bir neçə forması vardır. Bu əsnada adı çəkilən müasir
təhsil formalarından birincisi mütərəqqi təhsil konsepsiyasıdır. Tərəqqi təhsilinin
əsasını mütləq reallığın olmaması və həqiqətin daim dəyişməsi təşkil edir.
Mütərəqqi təhsilin əsas məqsədi şəxsiyyəti həyatın özünə hazırlaşdırmaqdır.
Şagirdə situasiyalar problemlər təqdim olunur və ondan çıxış yolu tapması tələb
olunur. Müasir təhsilin digər mühüm forması isə təhsilin yenidən qurulması
formasında başa düşülməsidir. Bu anlayışa görə, təhsil həm dəyişmə vasitəsi, həm
də balanslaşdırma vasitəsidir.

32
§2.2. Müasir dövrdə cəmiyyətdə şəxsiyyətin sağlam mənəvi-psixoloji
keyfiyyətlərinin idrak sferasının inkişafında tərbiyənin rolu

İnsan bir şəxsiyyət kimi inkişaf edərək cəmiyyətin bir parçası olaraq
formalaşır. Cəmiyyəti insan olmadan, insanı da cəmiyyət olmadan təsəvvür etmək
qeyri-mümkündür. Əgər bir cəmiyyətin mənəvi-sosial quruluşunda dürüstlük,
insan sevgisi, sədaqət və ləyaqət kimi dəyərlər üstünlük təşkil edirsə, o zaman bu
xüsusiyyətlərə malik insanlar böyüyür və cəmiyyəti inkişaf etdirir. İnsanın inkişafı
deyəndə üç mühüm əlaməti˗˗insanın bioloji fərd kimi inkişafı, psixoloji və sosial-
mənəvi inkişafı və fərdin cəmiyyətdə şəxsiyyət kimi yetişməsi qəbul edilir.
Psixoloji inkişaf insanın qavrama prosesi, duyğu, təxəyyül, idrak, diqqət, düşüncə,
iradə və necə təşəkkül tapması prosesini özündə əks etdirir. Belə ki, şəxsiyyət onun
maraqlarının və meyllərinin, temperamentlərinin xüsusiyyətləri ilə yaranan fərdi
fərqliliklər nəticəsində həyatda fəal yer tutur. İnsan dünyaya bioloji varlıq kimi
gəlir, amma bir şəxsiyyət kimi özünün fərdi fəaliyyəti prosesində kompleks yol
keçərək formalaşıb insan cəmiyyətinə inteqrasiya edir. Cəmiyyətin qarşısında
duran mühüm vəzifələrin yerinə yetirilməsi hal-hazırda şəxsiyyətin inkişafı
prosesinin səmərəliliyi ilə düz mütənasibdir. İnsanın cəmiyyətlə münasibəti təkcə
həyat təcrübəsinin nəticəsini deyil, həm də onun davranışları və daxili hisslərini
özündə əks etdirir [12, s. 87].

İnsan öz şəxsiyyətinin formalaşması prosesində ayrı-ayrı yaş dövrlərində


fiziki, psixi və mənəvi cəhətdən müxtəlif xüsusiyyətlərə malik olur və onun
xarakterində müəyyən dəyişikliklər baş verir. Buna görə də, insan cəmiyyətinin bir
üzvü olan fərd anlamalıdır ki, hansı şəraitdə və hansı amillərin təsiri altında inkişaf
edir, həmçinin onun inkişafında irsiyyətin, mühit və tərbiyənin rolu nələrdən
ibarətdir. Qədim yunan mütəfəkkiri Platon "Qanunlar" əsərində tərbiyə haqqında
belə bir qeyd verirdi [16, s. 19]: "İnsanı həqiqətən tərbiyə etsək o, dünyanın ən
sakit və ilahi varlığına çevrilər". Bundan başqa, daha sonrakı zamanlarda başqa
fikirlər də irəli sürüldü. Orta dövrlərdə “irsiyyət nəzəriyyəsi”nin tərəfdarları hesab
edirdilər ki, insanın bilik və bacarıqları, idrakı, mənəvi xüsusiyyətləri dünyaya
33
gəldiyi zaman onda hazır şəkildə mövcud olmuş olur. Onlar hesab edirdilər ki, bu
xüsusiyyətlər uşaq dünyaya gələndə valideynlərindən miras qalır [7, s. 25].

Keçmiş dövrün iqtisadi-sosial şərtlərinə görə təhsilli, ləyaqətli və istedadlı


insanlar böyüyəndə valideynlərini təqlid etməli idilər. Məşhur çex filosofu və
pedaqoqu olan Y.Komenski [11, s. 148] "Böyük Didaktika" əsərində qeyd edirdi:
"Təbiət bizə əxlaq bəxş edir, lakin bu bizə bilik və xeyirxahlıq vermir". İngilis
filosofu Con Lokkun fıkrincə, insan dünyaya gəldiyi zaman ona irsən heç bir
xüsusiyyət və bacarıq verilmir [11, s. 147]. Uşaq ağ lövhəyə bənzəyir, bu yeni ağ
lövhə üzərində tərbiyə vasitəsilə hər nə istəsən yazmaq olar və uşaqda istənilən
əxlaqi keyfiyyəti və davranışı tərbiyə etmək olar [12, s. 103].

XIX əsrin böyük rus mütəfəkkirləri Çernişev, Belinski, Pisarev kimi


demokratik fikirli alimlər insan şəxsiyyətinin inkişafında təlim-tərbiyənin çox
mühüm rola malik olduğunu qeyd edirdilər [7, s. 28]. Onların fikrincə, tərbiyə
insan yaratmır, sadəcə olaraq dünyaya göz açan fərdin yaxşı və ya pis olmasını
istiqamətləndirir. Böyük Moğol şahzadəsi Əkbər öz alimləri ilə mübahisəyə
girmişdir ki, insanın insan olması üçün onun insan mühitində yaşaması zəruri
şərtdir. Alimlər buna etiraz etdikdə isə o belə bir eksperiment həyata keçirməyi
qərara almışdır. O, hindli, çinli və benqal uşaqları anadan olan kimi valideynlərinin
himayəsindən almış, onları bağlı məkanda saxlamış, uşaqları ünsiyyət, insani-
sosial münasibətlər dünyasından məhrum etmişdir. Nəticədə, yeddi yaşına gəldikdə
həmin uşaqlar yalnız heyvani səslər çıxarmışlar. Elm dünyasına məlum olan bu
kimi faktların araşdırılması ilə məşğul olan nəzəriyyəçi alim Dubinin belə nəticəyə
gəlmişdir ki, insana mənəvi-əxlaqi keyfiyyətlər irsən verilmir, bunlar hamısı
tərbiyənin və ictimai mühitin təsirinin inikasıdır. İnsanın fərdi inkişafı, onun
şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraitindən və ictimai
münasibətlərdən asılıdır. Bir sözlə, insan ictimai münasibətlərin yekun
məcmusudur. İctimai mühit daim dəyişir və yeni məzmun keyfiyyətləri ilə
zənginləşir. Təlim-tərbiyə məntiqi nəticəsində uşaqda yeni qabiliyyət və
keyfiyyətlər inkişaf edir, müəyyən xarakter xüsusiyyətləri yaranır. Uşaq təlim və
34
tərbiyə vasitəsilə ictimai həyata hazırlanır, geniş dünyagörüşünə və idraka sahib
olur.

Onu da qeyd etmək lazımdır ki, hazırda pedaqoji və psixoloji elmlərin


təcrübə və biliklərindən tərbiyə prosesində geniş istifadə olunur. Müasir dövrdə
ictimai qurumların, təhsil müəssisələrinin, mədəni infrastrukturların və ictimai
təşkilatların istifadəsindən şəxsiyyətin inkişafına təsir edən mənəvi-əxlaqi vasitələr
kimi istifadə olunur. Həmçinin, şəxsiyyətin formalaşmasında ailənin rolu da
danılmazdır və ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat
sahəsinə təsir edir, ilk sosial-mədəni təsəvvürlərin formalaşmasınd və təşəkkülündə
vasitə rolunu oynayır. Azərbaycanın dahi mütəfəkkirlərindən biri olan Nəsrəddin
Tusi “Əxlaqi-nasiri” əsərində valideynlərə məsləhət görürdü ki, uşaq süddən
ayrılandan sonra onu dərhal tərbiyə etməyə, nizam-intizam öyrətməyə başlamaq
lazımdır [11, s. 64].

Şəxsiyyətin inkişafı zamanı orqanizmlə xarici mühit arasındakı ziddiyyətlər


də meydana çıxır. Ancaq bu ziddiyyətlər genişlənib konfliktə çevrildikdə inkişafın
hərəkətverici qüvvəsinə çevrilmirlər. Burada inkişafla tərbiyəni bir-birindən fərqli
bir anlayış kimi ayırmaq olmaz. Daxili ziddiyyətlər şəxsiyyətin formalaşdığı bütün
mərhələlərdə insanda yeni yaranmış ehtiyacları ödəmək yolunun məhdudluğudur.
Məhz bu ziddiyyət uşağı ilk yaşdan fəallığa sövq edir. Uşaqların müstəqilliyə can
atması böyüklər arasında bəzən narahatlıq doğurur. Düzgün tərbiyə belə
ziddiyyətləri asanlıqla aradan qaldırır və uşaqlarda müstəqilliyin inkişafına dəstək
verir. Əks halda, nizam-intizamın pozulması halları baş verir və digər neqativ
hallar üzə çıxır. Tərbiyə prosesini təşkil edən şəxsin vəzifəsi şəxsiyyətin daxili
qüvvələrini stimullaşdırmaqdan və düzgün istiqamət verməkdən ibarətdir.
Fəaliyyət insanın təlim-tərbiyə məqsədini müəyyənləşdirən vasitə kimi çıxış edir
və prosesləri bir-biri ilə sıx əlaqələndirir. Beləliklə, insanın inkişafında və onun bir
şəxsiyyət kimi formalaşmasında ünsiyyət, mühit və tərbiyə amilləri qarşılıqlı
şəraitdə həyati əhəmiyyət kəsb edir.

35
§2.3. Şəxsiyyətin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi

Strategiya müəyyən bir plana əsaslanan təlim prosesinin əvvəlcədən təyin


olunmuş məqsədlərinə çatmaq üçün istifadə edilən vasitə, metod, priyom və s.
istiqamət verən ümumi bir yanaşma və ya anlayışdır. Metod yunanca üsul
deməkdir və təlim nəticəsinin əldə olunması üçün istifadə olunan, məntiqi nəticəyə
əsaslanan yoldur. Müəllim və ya tərbiyəçi metodların köməyi ilə təhsilalanların
davranış və psixoloji-mənəvi dünyasına təsir edərək onlarda əxlaqi-bəşəri
münasibətlərin inkişafına təkan verir. Bu məqsədlərə təlim-tərbiyə müddətində bir
neçə yolla nail olmaq mümkündür. Bəzən seçilmiş metod müəyyən bir sinif
daxilində və ya konkret olaraq müəyyən şagird üzərində effektsiz ola bilər. Bu
zaman müəllim düzgün yollar axtarıb tapmalı və onları təlim-tərbiyə prosesində
tətbiq etməlidir. Təbii ki, müəllimin yeni metod kəşf etməsi həm çətin, həm də
vaxt alan bir prosesdir. Buna görə də, müəllimin araşdırma aparması, müasir təlim-
tərbiyə yolları ilə tanış olması və ya mövcud yollar üzərində təkmilləşdirmə
aparması məqsədəuyğundur. Təlim-tərbiyə strategiyasını həyata keçirmək üçün
müəllimin istifadə etdiyi bu yol isə priyom ( tərz, texnika) adlanır. Priyom bir növ
müəllimin mövcud metod və vasitələri tətbiq etmə tərzidir. Bəzən bu tərzlər
(priyomlar) və metodlar qarışdırılsa da, bu metod yox, sadəcə olaraq metodun
daxili komponentidir [7, s. 244].

Müəllim qarşıya qoyulmuş məqsədə çatmaq üçün seçdiyi metodun tətbiqi


zamanı istifadə etdiyi alətlər vasitələr adlanır [7, s. 246]. Vasitə daha geniş anlayışı
özündə əks etdirir. Müxtəlif növ audiovizual materiallar, şəkillər, prezentasiyalar,
dinləmə materialları, kitablar, nümunələr, təcrübə işləri, qrafiklər, oyunlar və b.
təlim-tərbiyə işinə xidmət göstərən vasitələrin bir hissəsidir. Həmçinin, tərbiyə
prosesinin gedişatında metodların vasitələrə, yaxud vasitələrin metoda çevrilə
bilməsi mümkündür. Bundan başqa hər hansı bir situasiyada metodlara vasitə
deyilməsi böyük qüsur hesab edilmir, çünki bunlar hamısı bir biri ilə qarşılıqlı
əlaqəlidir və birini digəri olmadan təsəvvür etmək olmaz.

36
Strategiya

Metod
Vasitə

Şəkil 2.3.1. Tərz

Tərbiyə şəraitində istifadə olunan texnikalar (priyomlar) metodun


effektivlik dərəcəsini daha da artırır. Tərbiyə şəraitində istifadə olunan bu
texnikaları əməli olaraq iki qrupa ayırmaq olar [7, s. 245]:

a) müsbət etik və sosial davranışların inkişafına yönəlmiş priyomlar,

b) mənfi xüsusiyyət və davranışların olmamasına istiqamələnmiş priyomlar.

Hər iki qrup bir tərbiyəçi kimi müəllimlərdən şagirdləri fərdi şəkildə daha
yaxşı tanımağı, hisslərini, xarakterik xüsusiyyətlərini və düşüncə tərzlərini
bilmələrini tələb edir. Birinci qrupa nəvazişin göstərilməsi, xoş hisslər, sevinc,
qəmginlik, coşğu, təəssüf və s. daxildir. İkinci qrupda xəbərdarlıqlar, töhmətlər,
məzəmmət, tənqidlər və s. öz əksini tapır. Əgər müəllimin pedaqoji bacarığı
zəifdirsə, seçilmiş strategiya kömək etməyəcək. Məsələn nümunə üçün, müəllim
biologiya və ya həyat bilgisi dərsində şagirdləri məktəbin həyətinə ekskursiyaya
aparır ki, burdakı ağaclarla, həm də əmək bacarıqları ilə tanış olsunlar. Ancaq
burda iş üçün uyğun vasitələrin olmadığı məlum olur. Bu cür hazırlıqsız və plansız
iş müəllimi nüfuzdan, şagirdləri isə ruhdan salır. Ona görə də müəllim öz işini
uğurla başa çatdırmaq üçün planlı və məsuliyyətli olmalı, görülən işi tamamlamaq
və məntiqi nəticə ilə sonlandırmaq vərdişini özündə formalaşdırmalıdır. Beləliklə,
bundan sonra pedaqoji iş məqsədyönlü nəticə verəcək, şagirdlər görülən işə

37
məsuliyyət hissi ilə yanaşacaq, onlarda işi bitirmək vərdişi formalaşacaqdır. Əsas
olan, metod, vasitə və texnikalardan səmərəli və sinif şəraitinə uyğunlaşdırılmış
şəkildə istifadə olunmasıdır. Tərbiyə strategiyalarının doğru seçilməsi ən optimal,
sərfəli və ən qısa zaman dilimində təlim-tərbiyə məqsədinə istiqamətlənən yolu
tapmaq deməkdir. Ən optimal və uyğun strategiyaların seçilməsi zamanı müəllim
aşağdakı şərtləri nəzərə almalıdır [7, s. 246-247]:

a) Tərbiyəvi işin məqsədi və vəzifələri tanışlıq.


b) Şagirdlərin yaş dövrləri və xüsusiyyətlərini bilmək.
c) Kollektivin tərbiyəvi-mənəvi durumunun təhlil olunması.
d) Şagirdlərin fərdi, spesifik xüsusiyyətlərinə bələd olmaq.
e) Tərbiyə işinin icrasının nəzərdə tutulduğu məkanın şəraitini bilmək.
f) Metod və vasitələr, tərbiyə işinin müddəti və s. haqqında məlumatlılıq.
g) Təlim-tərbiyə prosesinin sounda gözlənilən nəticə.

Müəllim tərbiyəvi iş nüddətində mənəvi davranışları alışdırma, fəaliyyəti


stimullaşdırma və cəzalandırma, həmçinin idraki təsir kimi metodlardan istifadə
edə bilər. Mənəvi davranışların alışdırılması metodu ilə şagirdlərin tərbiyəvi
fəaliyyətini, ictimai-sosial davranış mədəniyyətini formalaşdırmaq mümkündür.
Bu məqsədlə yaxşı davranış və davranış nümunəsi vərdişə çevrilməzdən əvvəl
dəfələrlə təkrarlanmalıdır. İstedadlı və yüksək mənəvi dəyərlərə sahib müəllimlər
öz işində həmişə intizamlı olurlar. İstər dərslərdə, istərsə də dərsdənkənarda
davranış nümunəsi kimi şagirdlərin təlim-tərbiyəsində müsbət rol oynayırlar. Onlar
yaşlılara, xəstələrə kömək etmək, təbiətə, canlılara şəfqətlə münasibət ehtiva edən
vərdişlər yaratmaq üçün tapşırıqlar verirlər. Bu cür işlərin həyata keçirilməsi üçün
ilk növbədə müəllim, şöbə müdiri və bəzən də bütöv pedaqoji kollektivin iştirakı
ilə xeyriyyə aksiyaları keçirmək də lazımdır. Öyrənənlərin tərbiyəli olmasında
ətraflarındakı insanların da mühüm rolu vardır. Şagirdlərin şüuruna və davranışına
təkcə ətrafdakı insanların nümunəsi deyil, həm də görkəmli tarixi şəxsiyyətlərin
nümunəsi də təsir edir. Bu mənada, görkəmli adamların həyatından bəhs edən

38
filmlər ya da ki, bədii-elmi əsələr, film qəhrəmanları ən yaxşı nümunə vasitəsi kimi
istifadə oluna bilər.

Şagird nümunəvi davranış və uğurlarına görə daim motivasiya edilməli və


rəğbətləndirilməlidir ki, daha da ruhlansın və öz üzərində daha çox çalışsın. Şagird
yaxşı oxuyursa, olimpiyadalarda uğur qzanırsa, məktəblərdə ictimai yerlərdə
nümunəvidirsə, məktəbin ictimai həyatında fəal iştirak edirsə onu ruhlandırmaq
lazımdır. Bu, onun gələcək inkişafı üçün olduqca önəmli hərəkətverici faktordur.
Bəs rəğbətləndirmə məktəb şəraitində necə həyata keçirilməlidir [7, s. 251]?

- nailiyyətləri barəsində tədbirlərdə, iclaslarda bəhs olunması ilə;

- haqqında məktəbin müəyyən guşəsində yazmaqla;

- diplom, tərifnamə və təşəkkürnamələrlə və s.

Bəzən müəllimin tərbiyə üsulları fərqli-fərqli şagirdlərin üzərində istənilən


adekvat nəticə vermir. Məsuliyyətsizlik, rəftarda kobudluqlar, hörmətsizlik, pis
vərdişlər davam edir. Düzdür, müasir təlimdə cəzalandırma metodları məqbul
hesab edilməsə də yalnız yüngül cəzalandırma metodlarından şagird şəxsiyyətinə
zərər vermədən, düzgün şəkildə istifadə oluna bilər. Bəs düzgün formada şagird
hansı formalarda cəzalandırıla və ya tərbiyə oluna bilər?

- məsləhət və ya xəbərdarlıq etməklə;

- valideynini məktəbə çağırıb maarifləndirici, tərbiyəvi söhbətlər aparmaqla;

- məktəb psixoloqu ilə seanslar təşkil edib onun davranışlarının real səbəblərini və
psixoloji durumunu aydınlaşdırmaqla;

- etdiyi mənfi davranışın yanlış olduğunu özünün anlamasını həyata keçirməklə;

- ehtiyac yaranarsa paralel sinfə köçürməklə və s.

Nəticə etibarilə, həm rəğbətləndirmə, həm də cəzalandırma zamanı


ədalətlilik prinsipi və obyektivlik mütləq şəkildə gözlənilməlidir. Əgər,
cəzalandırma tətbiq olunacaqsa yaş dövrü və fərdi xüsusiyyətlərin nəzərə
alınmaması qəti və birmənalı şəkildə yolverilməzdir.

39
NƏTİCƏ

“Şəxsiyyətin tərbiyəsinə dair müasir yanaşmalar” mövzusunda aparılmış işin


yekun məzmunundan irəli gələn nəticələri aşağıdakı kimi müəyyənləşdirə bilərik:

➢ Müasir dövrün mütəffəkkirlərinin fərdin inkişafi və tərbiyəsi ilə bağlı olan


baxışları bu sahədə yeni biliklərin imkişafına və təlim-tərbiyə prosesinin
səmərəli təşkilinə istiqamət verir.
➢ Şagirdlərin və digər təlim iştirakçılarının tərbiyəsi ilə bağlı müxtəlif pedaqoji
nəzəriyyələrin tədqiq olunması şəxsiyyətin inkişafı ilə bağlı müasir fikirlərin
inkişafına stimul yaradır.
➢ Təlim-tərbiyə prosesinin keçmiş və hazırkı təcrübələrinin tədqiq olunması bu
prosesin gələcəkdə daha səmərəli və düzgün formada təşkilinə təkan verir.
➢ Təlim-tərbiyə zamanı nəzərə alınmalı ən mühüm məsələlərdən biri də fərdin
psixologiyasının təhlil olunması, psixoloji vəziyyətinin təlim prosesinə
uyğunluğunun müəyyənləşdirilməsi və düzgün pedaqoji-psixoloji istiqamətlərin
seçilməsidir.
➢ Mövzu ilə bağlı elmi-metodik vəsaitlərin, məqalələrin və digər elmi-kütləvi
işlərin yazılması vacib məsələlərdəndir.
➢ Təlim-tərbiyə hədəflərini və məqsədlərini seçərkən öyrənən, öyrənmə prosesi,
öyrənmə mühiti kimi faktorların nəzərə alınması səmərəliliyin artmasına və
tərbiyə işinin daha keyfiyyətli olmasına şərait yaradır.
➢ Uşaqların tərbiyəvi-əxlaqi inkişafında onların yaş və fərdi xüsusiyyətlərinin
nəzərə alınması önəmlidir.
➢ Tərbiyə prosesinin təşkil olunmasından öncə Z.Freyd, Ç.Hubbard kimi
pedaqoji-psixoloji fikir sahiblərinin insan həyatının inkişaf mərhələləri
haqqındakı fikirləri ilə tanış olmaq məsləhət görülür.
➢ Təlim-tərbiyə işinin “subyekt-obyekt” deyil, “subyekt-subyekt” prinsipi
əsasında təşkil olunması vacib şərtdir.
➢ Mövzu ilə bağlı müasir nəzəriyyə və fikirlərin öyrənilməsi müasir dövrdə
məktəbəqədər təhsil zamanı və ailələrdə uşaqların təlim-tərbiyəsi ilə bağlı
40
effektiv tədbirlərin həyata keçirilməsinə şərait yaradır.
➢ Şəxsiyyətin tərbiyəsində fəaliyyət vasitələrindən istifadə onun idrak, məntiqi-
mühakimə və analiz bacarıqlarının inkişafı üçün hərəkətverici qüvvədir.
➢ Tərbiyənin bütün komponentlərinin tətbiqi zamanı şəxsiyyətin formalaşmasına
təsir edən xüsusların (ailə, tərbiyə, mühit və s.) nəzərə alınması prosesin
məqsədəuyğunluğunu artırır.
➢ Təlim-tərbiyə prosesinin iştirakçılarının psixoloji təhlilinin aparılması müəllim
üçün nəzəri və praktiki əhəmiyyətə malikdir.
➢ Təlim prosesində və ailədə uşaqların əxlaqi-mənəvi keyfiyyətlərinin daha da
inkişaf etməsi üçün məktəb, ailə və məktəbəqədər müəssisələrin bir-birilə sıx
əlaqə saxlaması faydalıdır.
➢ Şəxsiyyətin formalaşdırılmasında yerli və xarici metodların araşdırılması və

təhlili ölkəmizdə tərbiyə işinin keyfiyyətinin yüksəlməsinə imkan verir.


➢ Şəxsiyyətin tərbiyə olunmasında düzgün təlim strategiyalarının seçilməsi və

buna uyğun metod, vasitə, üsul və s. istifadəsi vacib faktorlardan biridir.

41
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

1. Hüseynzadə R.L. Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi.


Bakı, 1997. s. 39-40.
2. A.R. Təhsil İnstitutu T-Network “Müasir Təhsilin İnkişaf Strategiyaları:
Uğurlar və Çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransının materialları,
Naxçıvan, 2021. s. 360.
3. Əlizadə Ə.Ə.,Qasımova L.N., Əliyev B.H. Məktəbdə tərbiyə işinin
metodikası. Bakı, BDU nəşriyyatı, 1990. s. 382-385.
4. Əliyev II. Ümumtəhsil məktəblərində etnopedaqoji materiallardan istifadənin
nəzəri və əməli məsələləri. Bakı, Nurlan, 2004. s. 38.
5. Hüseynzadə R.L.,İsmayılova M.C., Tərbiyə işi və onun metodikası. Bakı,
ADPU, 2012. s. 18-22, 26.
6. Quliyev S.M. Gəncliyin tərbiyəsində aqillərin nəsihət və vəsiyyətləri. Bakı,
ADPU, 2011.
7. Bədəlova Ə.S. Təlim-tərbiyə mühazirə mətnləri. Bakı, 2015.
8. Əliyev R.İ. Psixologiya tarixi. Bakı: Nurlan, 2006.
9. Qədirov Ə.Ə. Yaş Psixologiyası. Bakı: Maarif, 2002.
10. Rüfət Hüseynzadə & Kəmalə Qəhrəmanova. Tərbiyənin Hüquqi-Normativ
Əsasları, Bakı: Milli Kitabxana, 2015.
11. Ağayev M.H. Pedaqoji fikir tarixində tərbiyə və təhsil. Bakı, 2011.
12. İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika dərslik (I cild). Bakı, 2012.
13. Müseyib İlyasov. Müəllim Peşəkarlığı və Pedaqoji Səriştəliliyin Müasir
Problemləri. Bakı, 2018. s. 59-62, 124.
14. Abdulov R. Məktəbdə sosial pedaqoji işin əsasları. Bakı, 2005. s. 68.
15. Təhsil Nazirliyi. Məktəbəqədər və İbtidai Təhsil Elmi-Metodik Jurnalı №4.
2019. s. 85.
16. Anadolu Üniversitesi. Eğitim Tarihi. 2011.
17. Sönmez, V. Eğitim Felsefesi. Ankara, 2014, Anı Yayınları.
18. Fer, S. Öğrenme, Öğretme Kuram ve Yaklaşımları. Ankara, 2014.

42
19. J. J. Russo, "Bir Çocuk Büyüyor". İstanbul, 2014, Selis Kitaplar.
20. Freire, P. Ezilenlerin Pedagojisi. İstanbul, 1991.
21. Calderhead, J. The nature and growth of knowledge in student teaching.
Teaching and Teacher Education, 1991.
22. Michael Bogan, Maya Bialik, Charles Fadel, Michaela Horvathova, Character
Education for the 21st Century. 2015.
23. Brandford H.P. Development of Children’s Understanding of Cognitive
Activities. Northern Illinois University, 2008, Heldref Publications.
24. Long, M., Wood, C., Littleton, K., Passenger, T. and Sheehy, K. The
Psychology of Education. 2011.
25. Rejjak Ali, Mrinal Mondal & Tapash Das, Pedagogy and The Role of
Teachers in The Teaching Learning Process, 2018.
26. Finley M.I. Sparta. Use and Abuse of History. London, 1986.
27. Aubrey Gwynn. Roman Education from Cicero to Quintilian. Oxford at the
Clarendon press, 1926.
28. Kaan Kangal. Friedrich Engels and the Dialectics of Nature. Palgrave
Macmillan, 2020.
29. Tripura University. Psychological Foundation of Education. English Edition,
2015.

43

You might also like