You are on page 1of 2

Qaraqoyunlu dövləti

XIV əsrdə Azərbaycan uğrunda Cəlairi dövləti,Qaraqoyunlu və Ağqoyunlu


tayfa birlikləri arasında mübarizə gedirdi.Qaraqoyunmu tayfa ittifaqının
əsasını Bayram Xoca qoymuşdur(Van gölü hövzəsində).
1387-ci il Çapaqçur döyüşü-Qara Məhəmməd torpaqlarına soxulmaq
istəyən Teymuri qüvvələrini məğlubiyyətə uğradır.Və bu döyüş
Teymurun məğlub olduğu yeganə döyüşür.
1394-cü il Bağdad döyüşü-Qara Yusif və Cəlairi qüvvələri Teymuri
qoşunlarına məğlub olurlar.Bu hadisədən sonra Qara Yusif və Sultan
Əhməd Osmanlı dövlətinə sığınır.
Qaraqoyunlu dövlətinin qüdrətli hökmdarı Qara Yusif olmuşdur.Onun
əsas məqsədi Azərbaycanı vahid halda birləşdirmək idi.Bunun üçün
Teymurilər və Cəlairilərlə mübarizə aparmalı olur:
1406-cı il:Araz çayı sahilində döyüş-Qaraqoyunlu qüvvələri
ilə Teymurilər arasında baş verib.Qara Yusif qələbə qazandı
və Teymurilər Azərbaycan tamamilə qovuldu.
Xatırlatma:Qara Yusif və Sultan Əhməd əvvəl Teymura qarşı
müttəfiq olmuşdular.Lakin sonra Sultan Əhməd Qara Yusifin
getdikcə gücləndiyini görərək onunla mübarizə aparır.
1408-ci il:Sərdrud döyüşü-Qara Yusif və Cəlairi Sultan
Əhməd arasında baş verib.Qara Yusif qələbə qazandı.
1410-cu il:Əsəd döyüşü(Təbrizin Əsəd qəsəbəsi yaxınlığında
döyüş)-Qara Yusif Sultan Əhmədi məğlub etdi.Bununla
Cəlairilər tamamilə Azərbaycandan qovuldu.
1410-cu ildə paytaxtı Təbriz olan Qaraqoyunlu dövlətinin
əsası qoyuldu.
1412-ci ildə Kür çayı sahilində baş vermiş döyüşdə I İbrahimi
məğlub edərək Şirvanşahları məğlub edir.
Qara Yusif öldükdən sonra hakimiyyətə oğlu İsgəndər
gəlir.Ölkədə qarışıq vəziyyət yaranır.Şaheux bu vəziyyətdən
istifadə edərək 1421-ci ildə Alaşkerd döyüşündə İsgəndər və
İsfəndiyar qardaşlarını məğlubiyyətə uğradır.
1435-ci ildə Təbriz döyüşündə İsgəndər Şahruxun
qüvvələrinə məğlub olur və hakimiyyətdən gedir.
1436-cı ildə Hakimiyyətə Şahruxun köməkliyi ilə Cahanşah
gəlir.Bir müddət Teymurilərədn asılı olur.Cahanşah hakimiyyəti
dövründə hərbi islahat keçirir.
1459-cu ildə Teymuri Əbu Səidlə Cahanşah arasında Herat
sülhü imzalanır.Xorasan Teymurilərə qaytarılır(1447-ci ildə
Cahanşah ələ keçirmişdi).
Qaraqoyunlu dövləti 1467-ci ildə Muş döyüşündə Ağqoyunlu
Uzun Həsənin Həsənəlini məğlub etməsi nəticəsində süquta
uğramışdır.
Qeyd:Qaraqoyunlu dövləti Azərbaycanı vahid halda
birləşdirə bilməmişdir.

You might also like