You are on page 1of 457

Sapiens beyninizdəki bütün paslanmış torları

təmizləyəcək kitabdır. Harari məntiqli sıçrayışları


ilə sizi heyrətləndirən intellektual kəndirbazdır...
Onun yazısı güc və aydınlıq yayır, bu da
dünyanı daha yeni və maraqlı edir.
SUNDAY TIMES

Təxribatçı, həyəcanlandırıcı və əhatəli...


İlin ən çox danışılan kitablarından biri.
METRO

Harari yazmağı bacarır. Digər müəlliflər kimi


hisslərlə yox... ağılla, zərifliklə, sərrast və
heyranedici məcazlarla.
THE TIMES
YUVAL NOAH HARARI

Sapiens
Bəşəriyyətin qısa tarixi

Tərcümə:
Samir Bulut
YUVAL NOAH HARARI

Sapiens
A Brief History of Humankind
Yüz min il əvvəl Homo sapiens Yer kürəsində yaşayan ən azı altı insan
növündən biri idi və ekosistemdə qorilla, yaxud meduza qədər rol oynayan
əhəmiyyətsiz bir heyvan idi. Lakin təxminən 70 min il əvvəl Homo
sapiens-in təfəkkür qabiliyyətində baş verən müəmmalı dəyişiklik onu yer
kürəsinin ağasına və ekosistemin bəlasına çevirdi. Şüurlu insan dünyam
necə fəth edə bildi? Başqa insan növlərinin başına nə gəldi? Pul, dövlət və
din nə vaxt və nə üçün meydana çıxdı? İmperiyalar necə yarandı və süqut
etdi? Nə üçün, demək olar ki, bütün cəmiyyətlərdə kişi qadından üstün
tutuldu? Elm və kapitalizm müasir dövrün hakim etiqadlarına necə
çevrildi? Zaman keçdikcə insanlar daha xoşbəxt oldularmı? Gələcəkdə bizi
nə gözləyir?
Yuval Harari tarixin gedişatının insan cəmiyyətini necə forma-
laşdırdığım izah edir. Onun əsəri keçmişdəki hadisələrlə müasir problemlər
arasındak əlaqəyə işıq salır və oxucunu ətraf dünya haqqındakı bütün təsə.
vürləri yenidən gözdən keçirməyə məcbur edir.
Yuval Noah Haran SAPIENS
Yuval Noah Harari SAPIENS

Bakı, QANUN nəşriyyatı, 2017,456 səh., 1000 tiraj


Çapa imzalanmışdır: 15.05.2017

Tərcümə: Samir Bulut


Korrektor: Əyyar Tahirov

QANUN nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 2124237
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/QanunpubIishing
www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-36-367-8

©QANUN nəşriyyatı, 2017

First published in Israel as Kitzur Toldot Ha'enoshut


Copyright © 2011 by Yuval Noah Harari

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqlan Qanun Nəşriyyatına məxsusdur.


Kitabın təkrar və hissə-hissə nəşri "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikasının Qanununa ziddir.
Atam Şlomo Hararinin
əziz xatiəsinə
İçindəkilər

Birinci hissə. Təfəkkür inqilabı ................................................... 13

1. Əhəmiyyətsiz bir heyvan .................................................... 15


2. Bilik ağacı .......................................................................... 33
3. Adəm və Həvvanın həyatmdan bir gün ............................... 55
4. Sel ... ..... ............................................................................ 79

İkinci hissə. Aqrar inqilab ........................................................... 93

5. Tarixin ən böyük yalanı...................................................... 95


6. Piramidaların inşası ............................................................ 118
7. Yaddaşın həddən artıq yüklənməsi ..................................... 141
8. Tarixdə ədalət yoxdur ......................................................... 155

Üçüncü hissə. Bəşəriyyətin birləşməsi ........................................ 185

9. Tarixin oxu......................................................................... 187


10. Pulun qoxusu ............................................................. •...... 198
11. İmperiya arzuları .............................................................. 214
12. Dinin qanunu .................................................................... 235
13. Uğurun sirri ...................................................................... 264
Dördüncü hissa. Elmi inqilab...................................................... 273

14. Cəhalətin kəşfi ...... . .......................................................... 275


15. Elmlə imperiyanın nikahı ................................................ 306
16. Kapitalist əqidəsi ............................................................... 338
17. Sənayenin çarxları ............................................................. 369
18. Permanent inqilab..... ......................................................... 386
19. Və axıra qədər xoşbəxt yaşadılar ....................................... 413
20. Homo sapiens-in sonu ....................................... ■ ............ 435

Son söz. Tanrıya çevrilmiş heyvan .............................................. 454

Təşəkkürlər ................................................................................. 455


Tarixin xronologiyası

Müasir
dövrdan
avvalki illar
Maddə və enerjinin meydana gəlməsi. Fizikanın
13,5 milyard başlanğıcı. Atom və molekulların meydana
gəlməsi.
Kimyanın başlanğıc.
4,5 milyard
Yer planetinin formalaşması.
3,5 milyard Orqanizmlərin ortaya çıxması. Biologiyanın
başlanğıc.
6 milyon
İnsan və şimpanzelərin sonuncu ortaq nənəsi.
2,5 milyon Homo növünün Afrikada təkamülü. İlk daş alətlər.
2 milyon İnsanların Afrikadan Avrasiyaya yayılması.
İnsanların
500,000 müxtəlif növlərinin təkamülü.
Neandertallar Avropada və Yaxın Şərqdə inkişaf
300,000
edirlər.
200,000 Odun gündəlik istifadəsi.
70,000 Homo sapiens-in Şərqi Afrikada təkamül etməsi.
Təfəkkür İnqilabı. Fiktiv dilin ortaya çıxması.
Tarixin başlanğıc. Sapiens Afrikadan çıxıb
45,000
yayılmağa
başlayır.
30,000
Sapiens Avstraliyaya yerləşir. Avstraliya meqa-
16,000
faunasının yox olması.
Neandertallann yox olması.
13,000
Sapiens Amerikaya yerləşir. Amerika meqa-
faunasmın yox olması.
12,000 Homo Jloresiensis-in yox olması. Homo sapiens
həyatda
5,000 qalmağı bacarmış yeganə insan növüdür.
Aqrar İnqilab. Bitki və heyvanların əhliləşdirilməsi.
Daimi məskinlaşma.
İlk krallıqlar, yazı və pul. Çoxallahh dinlər.
4,250 İlk imperiya - Sarqonun Akkad İmperiyası.
2,500 Sikkənin icad edilməsi - universal pul.
Pers İmperiyası - "bütün insanların rifahı üçün"
universal siyasi quruluş.
Hindistanda buddizm - "bütün məxluqları əzablardan
azad etmək" universal həqiqəti.
2,000 Çində Han İmperiyası. Aralıq dənizi sahillərində
Roma imperiyası. Xristianlıq.
1,400 İslam.
500 Elmi İnqilab. Bəşəriyyət öz cahilliyini etiraf edir
və misilsiz güc əldə etməyə başlayır. Avropalılar
Amerikanı və okeanları fəth etməyə başlayırlar.
Bütün yer üzü vahid tarixi meydana çevrilir.
Kapitalizmin inkişafı.
200 Sənaye İnqilabı. Ailə və cəmiyyətin dövlət və bazar
tutur. Bitki və heyvanların kütləvi şəkildə qırılması.
Hal-hazırda İnsanlar Yer planetinin sərhədlərini aşırlar. Nüvə silahı
bəşəriyyətin varlığını təhdid edir. Orqanizmlər təbii
seçmə yolu ilə deyil, intellektual dizayn vasitəsilə
formalaşır.
Gələcəkdə İntellektual dizayn həyatın əsas prinsipinə çevrilir? Homo
sapiens-in yerini super-insan tutur?
Sapiens
Bəşəriyyətin
qısa tarixi
Birinci hissə

TƏFƏKKÜR
İNQİLABI

Şəkil 1. Fransanın cənubundakı Chauvet-Pont-d'Arc


Cave mağarasının divarında tapılmış təxminən
30 min il əvvələ aid bir insan əl izi.
Kimsə "Mən burada idim!" deməyə çalışıb.
I

Əhəmiyyətsiz bir heyvan

ƏXMİNƏN 13,5 MİLYARD İL ƏVVƏL, bizim Big Bang1


T adlandırdığımız bir səbəbin nəticəsində maddə, enerji, za-
man və məkan ortaya çıxdı. Kainatımızın bu fundamental xü-
susiyyətlərinin hekayəsinə fizika deyirik.
Bunların ortaya çıxmasından təxminən 300 min il sonra maddə və enerji
birləşərək, atomlar adlandırdığımız daha mürəkkəb strukturlar əmələ
gətirdi, sonra bunlar da birləşərək molekulları meydana çıxartdı. Atomların,
molekulların və onların qarşılıqlı təsirinin hekayəsinə kimya deyirik.
Təxminən 3,8 milyard il əvvəl, Yer kürəsi adlanan planetdə bəzi
molekullar orqanizm adı verilən daha böyük və mürəkkəb strukturlar əmələ
gətirdi.. Orqanizmlərin hekayəsinə biologiya deyirik.
Təxminən 70 min il əvvəl Homo sapiens2-^ aid orqanizmlər -
mədəniyyətlər adı verdiyimiz daha da mürəkkəb strukturlar ortaya çıxartdı.
Bu insan mədəniyyətlərinin sonrakı inkişafına tarix deyirik.
Tarixin gedişatını üç mühüm inqilab formalaşdırdı: təxminən 70 min il
əvvəl başlayan Təfəkkür İnqilabı, on iki min il əvvəl bunu sürətləndirən
Aqrar İnqilab və cəmi 500 il əvvəl başlayan və tarixə son verib, tamamilə
başqa bir şeyin başlanmasına təkan verə biləcək Elmi İnqilab. Bu kitab, bu
üç inqilabın insanlara və digər orqanizmlərə necə təsir göstərdiyindən bəhs
edir.
insanlar tarixdən çox-çox əvvəl vardı. Müasir insanlara bənzəyən
heyvanlar ilk dəfə təxminən 2,5 milyon il əvvəl ortaya çıxdı. Amma saysız-
hesabsız nəsillər boyunca eyni yaşayış yerlərini paylaşdıqları çox sayda
digər orqanizmlərdən fərqlənmədilər.

1
Böyük Partlayış
2
Homo (insan) sapiens (şüurlu, ağıllı, zəki) - şüurlu insan və ya insan cinsinin şüurlu növü (biol.)

15
2 milyon il əvvəl Şərqi Afrikaya səyahət etsəydiniz, hamının tanıdığı
insan xarakterlərinə şahid ola bilərdiniz: körpələrini qucaqlayan həyəcanlı
analar, palçıqda oynayan uşaqlar, sadəcə dinclik tapmaq istəyən yorğun
qocalar, cəmiyyətin sərt qanunlarına qarşı baş qaldıran coşğun gənclər,
kəndin gözəlinə və həyatda çox şey görmüş, yaşlı matriarxlara1 2 özlərini
göstərmək istəyən maçolar. Bu arxaik insanlar sevir, oynayır, sıx dostluq
əlaqələri qurur, hakimiyyət və mövqe uğrunda mübarizə aparırdılar. Amma
bunu şimpanzelər, babuinlər və fillər də edirdi. İnsanları fərqləndirən xüsusi
bir cəhət yox idi. Heç kim, əlbəttə, insanlar da düşünə bilməzdilər ki, bir gün
onların nəslindən törəyənlər Ayda gəzəcək, atomu parçalayacaq, genetik
kodu tapacaq və tarix kitabları yazacaqlar. Tarixə qədərki insanlar haqqında
bilməli olduğumuz ən mühüm şey - onların ətraf mühitə qorillalar,
işıldaquşlar, yaxud meduzalardan daha çox təsiri olmayan əhəmiyyətsiz
heyvanlar olmalarıdır.
Bioloqlar orqanizmləri növlərə görə təsnifata ayırırlar. Heyvanlar əgər
cütləşməyə meyllidirsə və artıb-törəyə bilən bala verə bilirsə, eyni növə aid
edilir. Atların və eşşəklərin yaxın keçmişdə ortaq əcdadları olub və bu iki
heyvan bir çox fiziki xüsusiyyətləri paylaşır. Amma bir-birinə çox az cinsi
istək duyurlar. Əgər təşviq edilərsə, cütləşə də bilirlər, lakin onların qatır
adlanan balaları qısır olur. Başqa sözlə desək, eşşək DbTF-sindəki
mutasiyalar atlara (və ya əksinə) qətiyyən keçə bilməz. Ona görə də, bu iki
tip heyvan ayrı-ayrı təkamül yoluyla irəliləyən iki fərqli növ olaraq qəbul
edilir. Bunun əksinə, bir-birindən çox fərqli görünən buldoq və spaniel eyni
növün nümayəndələridir və eyni DNT qrupunu paylaşırlar. Məmnuniyyətlə
cütləşə bilir və balaları da başqa itlərlə cütləşərək küçükləyə bilir.
Eyni əcdaddan törəyən növlər "cins" adı verilən bir başlıq altında
toplanır. Şirlər, pələnglər, leopardlar və yaquarlar Panthera cinsinə daxil
olan fərqli növlərdir. Bioloqlar orqanizmləri latınca və iki hissədən ibarət
olan bir adla adlandırırlar: əvvəlcə cins, sonra növ. Məsələn, şirlər Panthera
leo kimi adlandırılır, Panthera cinsinin

1
Sözü keçən, hökmran qadınlar.
2
DNT - Dezoksiribonuklein turşusu. Canlı orqanizmin formalaşması və həyati proseslərini davam
etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən bio- polimerdir.
Bütün orqanizmlər DNT-yə sahibdir.

16
leo növü. Bu kitabı oxuyan hər kəsin Homo sapiens olduğunu ehtimal
edə bilərik: Homo (insan) cinsinin sapiens (zəki, ağıllı) növü.
Cinslər də öz növbəsində fasilələrdə birləşirlər, məsələn, pişiklər
(şirlər, hepardlar, ev pişikləri), itlər (canavarlar, tülkülər, çaqqal-
lar) və fillər (fillər, mamontlar, mastodontlar). Bir fəsilənin bütün
üzvlərinin kökləri eyni əcdada, - ya anaya (matriarx), ya da ataya
(patriarx) gedib çıxır. Məsələn, ən kiçik ev pişiyindən ən vəhşi şirə
qədər bütün pişiklər təxminən 25 milyon il əvvəl yaşamış ümumi
bir pişik atanı paylaşır.
Homo sapiens də bir fasiləyə mənsubdur. Bu adi fakt tarixdə ən
möhkəm qorunan sirlərdən biriydi. Homo sapiens uzun müddət özü-
nü digər heyvanlardan ayrı, bacı-qardaşdan, ən əsası isə ata-anadan
məhrum, ailəsiz bir yetim olaraq gördü. Amma əslində belə deyildi.
Xoşumuza gəlsə də, gəlməsə də, böyük meymunlar (primatlar) adı
verilən çığırqan və böyük bir qrupun üzvləriyik. Yaşayan ən yaxın qo-
humlarımız arasında şimpanzelər, qorillalar və oranqutanqlar var və
şimpanzelər bunlann ən yaxınıdır. Cəmi 6 milyon il əvvəl bir dişi mey-
munun iki qızı oldu. Bunlardan biri bütün şimpanzelərin əcdadı
(matriarxı), digəri isə bizim ulu nənəmiz oldu.

Şkafdakı skeletlər
Homo sapiens daha çox təşviş doğuran başqa bir sirr saxlayırdı. Mədəni
olmayan bir çox kuzenlərimizdən1 başqa, bir vaxtlar bir neçə qardaş və
bacımız da vardı. Yeganə insan növü olduğumuzu düşünürdük, çünki son
10 min ildə növümüz doğrudan da dünyada tək insan növüydü. Bununla
belə, insan kəlməsi əslində "Homo cinsinə mənsub bir heyvan" mənasını
verir və əvvəllər bu cinsin Homo sapiens-dən başqa bir çox digər növləri də
olub. Bundan əlavə, kitabın son fəslində də görəcəyimiz kimi, yaxın
gələcəkdə Sapiens olmayan insanlarla da qarşılaşa bilərik. Bu fikrə aydınlıq
gətirməkdən ötrü Homo sapiens növünün üzvlərindən bəhs edərkən
"Sapiens" terminindən tez-tez istifadə edəcəyəm, "insan" terminini isə
Homo cinsinin bütün üzvlərini göstərmək üçün saxlayacağam.

1
Кчгап - ambışagı, daymşağı

17
Şəkil 2. Mübahisəli
rekonstruksiyalara görə
qardaşlarımız (soldan sağa):
Homo rudolfensis (Şərqi Afrika); Homo
erectus (Şərqi Asiya);
Homo neanderthalensis
(Avropa və Qərbi Asiya).
Hamısı insandır.

İnsanlar ilk dəfə 2,5 milyon il əvvəl Şərqi Afrikada, "Cənub mey-
munu" mənasına gələn Australopithecus adı verilmiş insanabənzər
meymundan təkamül etdi. Təxminən 2 milyon il əvvəl, bu arxaik kişi və
qadınların bəziləri öz vətənini tərk edərək Şimali Afrika, Avropa və
Asiyanın müxtəlif yerlərinə köçdülər. Şimali Avropanın qarlı meşələrində
həyatda qalmaq, İndoneziyanın rütubətli cəngəlliklərində yaşaya
bilməkdən daha fərqli xüsusiyyətlər tələb etdiyindən insan qrupları ayn-
ayrı istiqamətlərdə təkamül etdi. Nəticədə bir çox fərqli növlər ortaya
çıxdı, alimlər isə bunların hər birinə latın dilində dəbdəbəli ad verdilər.

Avropa və Qərbi Asiyadakı insanlar çox vaxt "Neandertallar"


adlandırılan Homo neanderthalensis-д ("Neandertal Vadisinin insanı")
çevrildilər. Neandertallar Sapienslərdən daha güclü, daha əzələli idi və
Buz dövrünün Qərbi Avrasiyasının soyuq iqliminə yaxşı
uyğunlaşmışdılar. Asiyanın şərqə yaxın ərazilərində isə "Dik adam"
mənasını verən Homo erectus məskən salmışdı. Bu növ bu ərazilərdə
təxminən 2 milyon il həyatda qalmağı bacararaq, indiyə qədər ən dözümlü
insan növü olub. Bu rekordun bizim növümüz tərəfindən keçilməsi
olduqca çətin görünür. Homo sapiens-in hətta min il sonra belə mövcud
olacağı şübhəlidir, ona görə də 2 milyon il həyatda qalmaq qətiyyən bizim
bacaracağımız iş deyil.

18
İndoneziyanın Yava adasında Homo soloensis, - "Solo Vadisinin
insanı" yaşayırdı. Bu növ tropik iqlimə uyğunlaşmışdı. İndoneziyanın başqa
bir adası olan Floresdə arxaik insanlar bir cırlaşma prosesi keçirdi. İnsanlar
ilk dəfə Floresə dəniz səviyyəsi fövqəladə dərəcədə aşağı olarkən
gəlmişdilər; bu zaman materikdən adaya çıxmaq çox asan idi. Dəniz
səviyyəsi yenidən yüksəldikdə, bəzi insanlar təbii ehtiyatları çox qıt olan
adalarda çarəsiz qaldılar. Əvvəlcə daha çox miqdarda qidaya ehtiyacı olan
böyük insanlar öldü, qısa- boylular isə həyatda qalmağı daha yaxşı bacardı
və Flores insanları nəsillər boyunca cırtdana çevrildi. Alimlər tərəfindən
Homo floresi- ensis adlandırılan bu unikal insan növünün boyu sadəcə 1
metrə çatır və çəkisi 25 kiloqramdan çox olmurdu. Bununla belə, onlar daş
alətlər düzəltməyi bacarır və hətta bəzən adadaki filləri də ovlaya bilirdilər,
- hərçənd, əslinə qalsa, bu fillər də cır növdən idi.
2010-cu ildə alimlər Sibirdəki Denisova mağarasında qazıntılar
apararkən daşlaşmış bir barmaq sümüyü tapdıqları zaman daha bir itkin
qardaş da heçlikdən xilas edildi. Genetik analiz, barmağın əvvəllər məlum
olmayan insan növünə aid olduğunu göstərdi və bu növə də Homo denisova
adı verildi. Kim bilir, daha neçə itkin qohumumuz başqa mağaralarda,
başqa adalar və ərazilərdə kəşf edilməyi gözləyir.

19
Bu insanlar Avropada və Asiyada təkamül edərkən Şərqi Afrikadakı
təkamül prosesi də dayanmadı. Bəşəriyyətin beşiyi "Rudolf gölünün insanı"
mənasını verən Homo rudolfensis, "Çalışqan insan" Homo ergaster və heç
də təvazökarlıq etməyib "Zəki insan" adını verdiyimiz öz növümüz Homo
sapiens kimi bir çox insan növünə məskən oldu.

Bu növlərin bəzi üzvləri div kimi nəhəng, bəziləri də cırtdan idi. Bəziləri
qorxunc ovçular, bəziləri isə mülayim bitkiyığanlar idi. Bəziləri yalnız bir
adada yaşarkən, əksəriyyəti qitələri gəzib dolaşdı. Amma hamısı Homo
cinsinə mənsub idi. Hamısı insandı.
Bütün bu növlərin, - ergaster-in erectus-а, erectus-un Neander- tallara
və Nendertalların bizə, - düz xətt üzrə təkamül etdiyini düşünmək geniş
yayılmış bir xətadır. Bu düzxətli model yer üzündə müəyyən bir anda sadəcə
bir insan növünün mövcud olduğu və bütün əvvəlki növlərin bizim köhnə
modellərimiz olduğuna dair yanlış təsəvvür yaradır. Əslində isə, təxminən 2
milyon il əvvəldən 10 min il əvvələ qədər dünya eyni vaxtda bir çox insan
növünə məskən olmuşdur. Axı, niyə də olmasın? Bu gün yer üzündə çoxlu
tülkü, ayı və donuz növü var. 100 min il əvvəlki dünyada ən azı altı müxtəlif
insan növü yaşayırdı. Keçmişdəki çoxnövlü halımızdan indiki tənhalığımız
daha çox müstəsna və bəlkə də, qorxuludur. Bir az sonra görəcəyimiz kimi,
növümüz Sapiens-in öz qardaşlarının xatirəsini silmək üçün əsaslı səbəbləri
var.

Düşünmənin maliyyəti
Çoxsaylı müxtəlifliyə baxmayaraq, bütün insan növləri bir neçə ümumi
və əsas xüsusiyyətə malikdir. Ən əvvəl, insanların digər heyvanlarla
müqayisədə fövqəladə dərəcədə böyük beyinləri var. 60 kiloqram
ağırlığındaki məməlilərin beyninin orta həcmi 200 kubsan- timetrdir. Ən
ibtidai kişi və qadının 2,5 milyon il əvvəl beyinlərinin ölçüsü təxminən 600
kubsantimetr idi. Müasir Sapiens-in beyninin orta ölçüsü isə 1,200-1,400
kubsantimetrdir. Neandertalların beyni isə daha böyük idi. Təkamülün daha
böyük beyinləri seçməsi bizə

20
olduqca bəsit görünə bilər. Yüksək zəkamızdan o qədər əminik ki, beynin
güclü olmasının daha yaxşı olacağını zənn edirik. Amma belə olsaydı,
pişiklər fəsiləsindən də hesablamağı bacaran pişik törəyərdi. Heyvanlar
krallığında nə üçün Homo cinsi bu qədər böyük düşünmə makinaları yarada
bilmiş yeganə cinsdir?
Əslində, böyük beyin bədən üçün ağır bir yükdür. Onu gəzdirmək,
xüsusən də böyük bir kəllə sümüyünün içindəykən, çox çətindir. Onu enerji
ilə təmin etmək daha da çətindir. Homo sapiens- də beyin ümumi bədən
kütləsinin cəmi 2-3 faizini təşkil edir, amma hərəkətsiz haldaykən ümumi
bədənə lazım olan enerjinin 25 faizini sərf edir. Digər meymunların beyni,
- bədən hərəkətsiz halda ol- duqa, - bu ümumi enerjinin sadəcə 8 faizindən
istifadə edir. Arxaik insanlar böyük beyinlərinin əvəzini iki yolla ödədilər.
Birincisi, qida axtarmağa daha çox vaxt sərf etdilər. İkincisi, əzələləri
süstləşdi. Müdafiə işləri üçün nəzərdə tutulmuş puldan kəsib təhsilə ayıran
bir hökumət kimi insanlar da bisepslərin enerjisindən kəsib ney- ronlara
ötürdülər. Bunun savannada’ həyatda qalmaq üçün yaxşı bir strategiya
olduğunu demək çətindir. Şimpanze Homo sapiens-lə mübahisədə qalib
gələ bilməz, amma meymun insanı bir oyuncaq kukla kimi parça-parça
edər.
Bu gün böyük beyinlərimiz çox işlər görür, çünki həm şimpan- zelərdən
daha sürətlə hərəkət etməyimizə imkan verən avtomobillər, həm də onlara
təhlükəsiz məsafədən atəş aça biləcək silahlar istehsal edə bilirik. Amma
avtomobillər və tüfənglər nisbətən yeni şeylərdir. 2 milyon ildən uzun bir
müddət ərzində insanın sinir şəbəkəsi getdikcə böyüdü, amma çaxmaq
daşından bir neçə bıçaq və sivri uclu dəyənək istisna olmaqla çox az şey
əldə edə bildilər. Yaxşı, bəs onda bu 2 milyon il boyunca insan beyninin
təkamülünə təkan verən səbəb nə idi? Doğrusu, bunun cavabını bilmirik.
İnsana məxsus başqa bir xüsusiyyət də iki ayaq üstündə dik yeriməkdir.
Ayaq üstdə dayanarkən ov heyvanlarına, yaxud düşmənlərə qarşı savannanı
nəzarətdə saxlamaq daha asandır və hərəkət etmək üçün lazım olmayan
əllər daş atmaq və ya işarə vermək kimi məqsədlər üçün yararlı ola bilər.
Bu əllər daha çox
1
Savanna - subckvatorial zolaqdaycrləşən ərazilər. Zəngin ot örtüyünə malik olsa da, ağaclara və
kollara nadir hallarda rast gəlinir.

21
şey edə bildikcə, onların sahibləri də daha bacarıqlı oldular, yəni təkamül
prosesinin təzyiqi ovuclar və barmaqlardakı sinirlərin getdikcə
sıxlaşmasına, əzələlərin inkişaf etməsinə səbəb oldu. Bunun nəticəsində
insanlar öz əlləriylə çox incə işlər görə bilirlər; xüsusən də, mürəkkəb
alətlər istehsal edib, onlardan istifadə edə bilirlər. Alətlərin hazırlanmasına
dair ilk sübutlar 2,5 milyon il əvvələ aiddir və alətlərin istehsalı və
istifadəsi arxeoloqlar üçün qədim insanları müəyyən etməkdə əsas
meyardır.
Bununla belə, iki ayaq üstündə yerimənin mənfi tərəfləri də var. İbtidai
əcdadlarımızın skeletləri milyon illər ərzində dörd ayağı üstündə yeriyən
və nisbətən kiçik başı olan bir canlıdan təkamül edib. Şaquli vəziyyətə
uyğunlaşmaq çox çətin məsələ idi, xüsusən də skelet çox böyük bir kəllə
sümüyünü daşımalı olduqda. Bəşəriyyət geniş görmə bucağına və bacarıqlı
əllərə sahib olmağın əvəzini bel və boyun ağrıları ilə ödədi.
Qadınlar bunun əvəzini daha ağır ödədilər. Dik vəziyyətdə yerimək
.çanaq sümüyünün daralmasına səbəb oldu və bu da doğuş yolunu daraldır,
üstəlik bu zaman körpələrin də başı getdikcə böyüyürdü. Doğuş zamanı
ölüm dişi insanlar üçün əsas təhlükəyə çevrildi. Vaxtından əvvəl doğan
qadınlar, körpələrinin başı və beyni daha kiçik olduğundan, daha çox
yaşaya bildilər və daha çox uşaq sahibi oldular. Beləliklə, təbii seçmə erkən
doğuşlara yaşıl işıq yandırdı. Doğrudur, digər heyvanlarla müqayisədə
insanlar həyati əhəmiyyətə malik bir çox üzvi sistemləri hələ tam inkişaf
etmədən erkən doğulmağa başladılar. Dayça doğulduqdan qısa müddət
sonra yeriyə bilir, bir neçə həftəlik pişik balası anasını tərk edib özü üçün
yem axtarmağa çıxır. İnsan körpələri isə illər boyunca kömək, qulluq,
müdafiə və təhsil üçün böyüklərə möhtacdır.
Bu fakt bəşəriyyətin fövqəladə sosial qabiliyyətlərinə və özünəməxsus
sosial problemlərinə yol açıb. Tənha analar yardıma möhtac olan
körpələrini bellərinə alıb özləri və balaları üçün qida axtararkən çox
çətinliklər çəkmişdir. Uşaq böyütmək - ailənin digər üzvlərindən və
qonşulardan daim kömək almağı tələb edir, buna görə də bir insanı
böyütmək üçün bütün qəbiləyə ehtiyac var. Beləliklə, təkamül güclü sosial
əlaqələr qura bilənləri dəstəkləmişdir. Bundan əlavə, insanlar az inkişaf
etmiş olaraq doğuldu

22
ğundan bütün başqa heyvanlara nisbətən daha çox Öyrədilə bilir və daha
sıx sosial əlaqələr qura bilir. Məməlilərin əksəriyyəti ana bətnindən,
sobadan çıxan saxsı qab kimi çıxar, onlara yenidən forma verməyə
çalışmaq - onlan zay etməklə, yaxud sındırmaqla nəticələnir. İnsanlar isə
ana bətnindən, sobadan çıxan ərimiş şüşə kimi çıxarlar, onlara təəccüblü
dərəcədə istənilən formanı vermək mümkündür. Buna görə də bu gün
uşaqlarımızı xristian və ya buddist, kapitalist və ya sosialist, müharibə
tərəfdarı və ya sülhsevər kimi böyüdə bilirik.
Biz düşünürük ki, böyük beyin, alətlərdən istifadə edə bilmək, yüksək
təlim qabiliyyəti və mürəkkəb sosial quruluşlar mühüm üstünlüklərdir.
Aydındır ki, bütün bunlar insanı dünyada ən güclü heyvana çevirib. Digər
yandan, insanlar bu üstünlükdən zəif və marginal məxluqlar olaraq
qaldıqları 2 milyon il boyunca istifadə ediblər. Yəni, bir milyon il əvvəl
yaşamış insanlar böyük beyinlərə və sivri daş alətlərə sahib olmalarına
rəğmən, vəhşi heyvanlar qarşısında daim qorxuya düşərək, nadir hallarda
böyük heyvanlar ovlayaraq yaşayıblar və əsasən bitki toplayaraq, həşərat
yeyərək, kiçik heyvanları ovlayaraq və daha güclü heyvanlardan artıq
qalmış leşləri yeyərək həyatda qala biliblər.
İlk daş alətlərin istifadə olunduğu ən mühüm sahələrdən biri -
sümükləri sındıraraq iliyini çıxarmaq idi. Bəzi tədqiqatçılara görə, bu -
insanların ilk orijinal tapıntısı idi. Ağacdələn ağac gövdəsindəki böcəkləri
tapıb yeməkdə ixtisaslaşdığı kimi, ibtidai insanlar da sümük iliyini
çıxarmaqda ustalaşmışdı. Yaxşı, bəs nə üçün sümük iliyi? Şirlərin bir
zürafəyə hücum edib onu yediyini təsəvvürünüzə gətirin. Onlar öz işini
bitirənə qədər səbirlə gözləyərsiniz. Amma hələ də sizin növbəniz
çatmayıb, çünki əvvəlcə kaftarlar və çaqqallar, - bunlara mane olmağa
cürət edə bilməzsiniz, - şirlərdən qalmış artıq-urtuğu eşərlər. Yalnız
bundan sonra siz sağa-sola diqqətlə göz gəzdirərək leşə yaxınlaşıb, geriyə
qalan yeməli parçaları ələ keçirə bilərsiniz.
Bu hal bizim tariximizi və psixologiyamızı anlamaq üçün çox
mühümdür. Homo cinsinin qida zəncirindəki yeri yaxın vaxtlara qədər
ortalarda idi. Milyonlarla il boyunca insanlar kiçik heyvanları ovladılar,
nə tapdılarsa, onu yedilər və eyni zamanda böyük

23
yırtıcılar tərəfindən ovlandılar. Yalnız 400 min il əvvəl müxtəlif insan
növləri böyük heyvanları ovlamağa başladı və sadəcə 100 min il əvvəl
Homo sapiens-in meydana çıxması ilə, insan qida zəncirində yuxarıya
keçdi.
Orta sıralardan yuxarıya doğru atılan bu böyük addımın çox mühüm
nəticələri oldu. Piramidanın zirvəsindəki şir və köpək balığı kimi digər
heyvanlar bu mövqeyə tədricən, milyonlarla il ərzində yüksəlmişdi.
Nəticədə ekosistem müxtəlif nəzarət və tarazlıq mexanizmləri yaradaraq,
şirlərin və köpək balıqlarının hər yerə yayılıb yırtıcılıq etməsinə mane oldu.
Şirlər daha yırtıcı və amansız olduqca, ceyranlar da daha sürətlə qaçmağa,
kaftarlar daha yaxşı əlbir olmağa, kərgədanlar daha aqressiv olmağa
başladı. Bunun əksinə olaraq, insan piramidanın zirvəsinə o qədər sürətlə
çıxdı ki, ekosistemin tənzimləyici mexanizmlər hazırlamağa vaxtı olmadı
və üstəlik, insan özü də bu dəyişikliyə uyğunlaşa bilmədi. Planetdəki böyük
yırtıcıların əksəriyyəti əzəmətli canlılardır; milyonlarla il hökmranlıq
etmələri sayəsində özlərinə fövqəladə dərəcədə güvənirlər. Sapiens isə bir
banan respublikasının diktatoruna bənzəyir. Yaxın vaxtlara qədər
savannada orta mövqelərdə yer tutan canlılar olduğumuz üçün hələ də
qorxu və təşvişlərlə doluyuq, bu da bizi ikiqat qəddar və təhlükəli edir.
Dəhşətli müharibələrdən təbii fəlakətlərə qədər bir çox tarixi kataklizmlər,
bu son dərəcə sürətlə baş verən sıçrayışdan qaynaqlanır.

Aşpazlar irqi
Zirvəyə gedən yolda ən mühüm addımlardan biri də odun ram edilməsi
idi. Hələ 800 min il əvvəl bəzi insan növləri oddan arabir istifadə edirdi.
Təxminən 300 min il əvvəl Homo erectus, Nean- dertallar və Homo
sapiens-ir\ əcdadları da oddan gündəlik istifadə edirdilər. Nəhayət ki,
insanlar etibarlı işıq və istilik mənbəyi və eyni zamanda ətraflarında dolaşan
şirlərə qarşı ölümcül silah əldə etmişdilər. Bundan qısa müddət sonra, çox
güman ki, insanlar öz qonşularına qarşı da bu silahdan qəsdən istifadə
ediblər. Diqqətlə idarə olunan alov keçilməz cəngəllikləri ov heyvanlanyla
dolu

24
gözəl otlaqlara çevirə bilər. Üstəlik, alov söndükdən sonra Daş dövrünün
təşəbbüskarları hələ tüstüləyən qalıqlar arasında dolaşaraq kömürləşmiş
heyvanları, qoz-fındığı və kökləri toplaya bilirdilər.
Amma alovun ən mühüm cəhəti bişirmək idi. însanlann təbii formada
həzm edə bilmədikləri, - buğda, düyü və kartof kimi, - ərzaq məhsulları
bişirmək bacarığı sayəsində qidamızın əsasını təşkil etdi. Alov qida
məhsullarının yalnız kimyasını deyil, eyni zamanda biologiyasını da
dəyişdirdi. Bişirmək qidalarda olan parazit və mikrobları məhv edirdi.
Bundan əlavə, insanların çoxdan bəri xoşladıqları meyvələr, qoz-fındıq,
həşəratlar və leşlər bişirildikdə daha rahat çeynənib həzm edilə bilirdi.
Şimpanzelər gündə beş saatlarını çiy qidaları çeynəməyə sərf edərkən,
insanların bişmiş qidaları yemələri üçün bir saat kifayət edirdi.
Yemək bişirmənin icadı insanların daha müxtəlif qidalar yeyə
bilməsinə, yemək prosesinə daha az vaxt ayırmasına, həmçinin daha qısa
bağırsaq və daha kiçik dişlərlə kifayətlənməsinə imkan verdi. Bəzi alimlər
yemək bişirmənin icadıyla insanların həzm sisteminin qısalması və
beyinlərinin böyüməsi arasında birbaşa əlaqə olduğunu hesab edirlər.
Uzun bağırsaqlar və böyük beyinlər çox ciddi enerji sərf etdiklərindən,
eyni vaxtda ikisinə də sahib olmaq çox çətindir. Qidaları bişirmək -
bağırsaqların qısalmasına və onların sərf etdiyi enerjinin azalmasına səbəb
oldu, bu isə Neandertalla- rın və Sapiensin nəhəng beyinlərinə yol açdı1.
Od həmçinin insanlarla digər heyvanlar arasında ilk böyük fərqin əmələ
gəlməsinə səbəb oldu. Demək olar ki, bütün heyvanların gücü onların
bədənlərindən asılıdır: əzələlərinin gücü, dişlərinin ölçüsü, qanadlarının
genişliyi. Küləklərdən və axınlardan istifadə edə bilsələr də, bu təbiət
qüvvələrini kontrol edə bilmirlər və heç vaxt fiziki quruluşlarının yol
verdiyi həddən kənara çıxmırlar. Məsələn, qartallar yerdən qalxan isti hava
axınlarını müəyyən edərək nəhəng qanadlarını açır ki, isti hava onları
yuxarı qaldırsın. Amma bu isti hava axınlarının yerini dəyişdirə bilməzlər,
buna görə də qartalların maksimal yükdaşıma qabiliyyəti qanadlarının
genişliyi ilə düz mütənasibdir.

1
Gibbons, “Food for Thought: Did the First Cooked Meals Help Fuel the Dramatic Evolutionary
Expansion of the Human Brain?", Science, cild: 316, sayı: 5831 (2007), sah: 1558-1560.

25
İnsanlar oddan istifadə etməyi öyrəndikdə, həm itaətkar, həm də
potensial olaraq sərhədsiz bir qüvvəni nəzarət altına aldılar. Qartallardan
fərqli olaraq, insanlar odu nə vaxt və harada yandıracaqlarına qərar verə
bilir, və alovdan bir çox məqsədlər üçün istifadə edə bilirdilər. Ən əsası
isə, alovun gücü insanların bədən quruluşuna, formasına və gücünə bağlı
deyildi. Bir qadın çaxmaq daşıyla yaxud yanan çubuqla bir neçə saat
içərisində bütün meşəni yandıra bilirdi. Odun ram edilməsi - daha sonralar
baş verənlərin xəbərçisiydi.

Qardaşlarımızın mühafizəçiləri
150 min il əvvəl, insanlar əldə etdikləri odun faydalarına baxmayaraq,
hələ də marginal və əhəmiyyətsiz məxluqlar idilər. Artıq onlar şirləri
qorxuda bilir, soyuq gecələrdə qızma bilir və qarşılarına çıxan meşələri
yandıra bilirdilər. Bununla belə, mövcud olan bütün növləri nəzərə alsaq,
İndoneziya arxipelaqı’ ilə İberiya yarımadası arasında 1 milyona yaxm
insan yaşasa da, onlar ekoloji radarda kiçik bir nöqtə idilər.
Öz növümüz Homo sapiens o dövrdə Yer üzündə mövcud olsa da,
Afrikanın bir küncündə öz işiylə məşğul idi. Homo sapiens kimi müəyyən
edilə biləcək heyvanların daha əvvəlki insan növlərindən nə vaxt və harada
ayrılıb təkamül etdiyini dəqiq bilmirik, amma əksər alimlər təxminən 150
min il əvvəl Şərqi Afrikanın bizə bənzər Sapienslərlə məskunlaşdığını
düşünürlər. Hətta bu gün onlardan biri müasir morqa düşsəydi, onu
müayinə edən patoloqoanatom heç bir fərq tapa bilməzdi. Alov sayəsində
əcdadlarma nisbətən daha kiçik çənələri və dişləri vardı, bunun əvəzində
isə beyinləri bizimki kimi çox böyük idi.
Alimlər 70 min il əvvəl Şərqi Afrikadan çıxmış Sapienslərin Ərəbistan
yarımadasma və oradan da bütün Avrasiyaya yayıldıqlarına inanırlar.
Homo sapiens Ərəbistana gəlib çatdıqda Avrasiyanın çox hissəsi digər
insanlar tərəfindən məskunlaşmışdı. O insanların başına nə

. 1 Adalar qrupu

26
gəldi? Buna cavab kimi, bir-birinə zidd olan iki nəzəriyyə var. "Çarpaz
cütləşmə nəzəriyyəsi" cazibə, seks və yerdəyişməyə əsaslanan bir
hekayədir. Bu nəzəriyyəyə görə, afrikalı köçkünlər dünyaya yayıldıqda
digər insan icmalarıyla birləşdilər və bugünkü insanlar da bu qan
qarışmasının nəticəsində ortaya çıxdılar.
Məsələn, Sapiens Yaxın Şərq və Avropaya gəlib çatdıqda Nean-
dertallarla qarşılaşdı. Bu insanlar Sapiens-dən daha əzələliydi, beyinləri
daha böyük idi və soyuq iqlimlərə daha yaxşı uyğunlaşmışdılar. Müxtəlif
alətləri vardı və oddan istifadə edə bilirdilər. Bundan əlavə, yaxşı ovçu
idilər və görünür, öz aralarındaki xəstələrin və zəiflərin qayğısına
qalırdılar (Arxeoloqlar uzun illər boyunca ciddi fiziki qüsurlarla yaşamış
Neandertal sümükləri tapdılar, bu da qohumlarının onlara baxdığım
göstərirdi). Neandertallar adətən kobud və axmaq "mağara insanları" kimi
karikaturalarda təsvir edilirlər, amma son tapıntılar onlann bu imicini
dəyişdirib.
Çarpaz Cütləşmə Nəzəriyyəsinə görə, Sapiens Neandertalla- rın
torpaqlarına yayıldıqdan sonra bu iki insan əhalisi tamamilə birləşənə
qədər bir-biriylə cütləşdilər. Əgər bu doğrudursa, bugünkü avrasiyahlar
saf Sapiens deyil, Sapiens və Neandertalların qarışığıdır. Şərqi Asiyaya
gedib çıxan Sapiens də eyni şəkildə oradakı yerli Erectus-\a qarışmışdır,
yəni çinlilər və koreyalılar Sapiens-lə Erectus-un qarışığıdır.
Bu nəzəriyyəyə zidd olan "Əvəzetmə Nəzəriyyəsi" tamamilə fərqli bir
tarixçə irəli sürür: uyuşmazhq, nifrət və hətta bəlkə də soyqırım. Bu
nəzəriyyəyə görə, Sapiens və digər insanların fərqli anatomiyaları vardı
və çox güman ki, cütləşmə vərdişləri və hətta bədən qoxuları da fərqli idi.
Başqa sözlə, onlann bir-birinə qarşı cinsi maraq duyma ehtimalı çox zəif
idi. Və əgər, Neandertal Romeo ilə Sapiens Cülyetta aşiq olsalar belə,
nəsil artıran uşaqlar dünyaya gətirə bilməzdilər, çünki iki növ arasındakı
genetik uçurum çox böyük idi. Buna görə də, bu iki insan növü bir-
birindən tamamilə ayrı olaraq yaşadı və Neandertallar bütünlüklə öldükdə,
yaxud öldürüldükdə, genləri də onlarla birlikdə yox oldu. Bu ehtimala
görə, Sapiens digər insan növləri ilə qarışmadan onları əvəz etdi. Əgər bu
doğrudursa, bütün müasir insanların soykökü 70 min

27
il əvvəlki Şərqi Afrikaya gedib çıxır. Bu halda biz hamımız "saf
Sapienslər"ik.
Əsasən, bu mövzu müzakirələrə səbəb olur. Təkamül nöqteyi-
nəzərindən baxsaq, 70 min il nisbətən qısa zaman kəsiyidir. Əgər
Əvəzetmə Nəzəriyyəsi doğrudursa, yaşayan bütün insanlar təxminən eyni
genetik məlumata sahibdirlər və onların arasındakı irqi fərqlilik
əhəmiyyətsiz sayıla bilər. Amma əgər Çarpaz Cütləşmə Nəzəriyyəsi
doğrudursa, afrikalılar, avropalılar və asiyalılar arasında yüz minlərlə il
əvvələ gedib çıxan genetik fərqlilik var. Bu nəticə siyasi cəhətdən çox
təhlükəlidir, çünki saatlı bomba kimi partlamağa hazır olan irq
nəzəriyyələrini materialla təchiz edir.

Son bir neçə on ildə Əvəzetmə Nəzəriyyəsi bu sahədə qəbul edilən əsas
nəzəriyyə idi, çünki həm daha güclü arxeoloji sübutları vardı, həm də siyasi
cəhətdən daha doğru idi (alimlər müasir insan cəmiyyətləri arasındakı ciddi
genetik fərqlərdən bəhs edərək Pandoranın Qutusunu açmaq istəmirdilər).
Lakin bu vəziyyət dörd il sürən təcrübələr nəticəsində Neandertal genom
xəritəsinin1 hazırlandığı 2010-cu ildə sona çatdı. Genetika alimləri
arxeoloji tapıntılardan kifayət miqdarda zədələnməmiş Neandertal DNT-si

1
Struktur genlərin qarşılıqlı yerləşmə sxemini göstərən ümumi xəritə

28
toplayaraq, bunu müasir insanın DNT-si ilə müqayisə etmişdilər. Nəticələr
elm dünyasını heyrətə saldı.
Müasir Yaxın Şərq və Avropa insanı DNT-sinin 1-4 faizinin
Neandertal DNT-si olduğu ortaya çıxdı. Bu böyük rəqəm olmasa da,
əhəmiyyətlidir. Bir neçə aydan sonra Denisova mağarasmdakı daşlaşmış
barmaqdan alman DNT-nin xəritəsi açıqlandıqda ikinci şok yaşandı.
Nəticələr müasir melaneziyalılann’ və avstraliyah aborigenlərin1 2 DNT-
sinin 6 faizinin Denisova insanı DNT-si ilə eyni olduğunu ortaya qoydu.
Əgər bu nəticələr doğrudursa, - nəzərə almaq lazımdır ki, tədqiqatlar
hələ davam edir və gələcəkdə bu nəticələr təsdiqlənə, yaxud dəyişilə bilər,
- Çarpaz Cütləşmə Nəzəriyyəsi tərəfdarlan ən azından bəzi məsələlərdə
haqlı sayıla bilər. Amma bu o demək deyil ki, Əvəzetmə Nəzəriyyəsi
tamamilə yanlışdır. Müasir insanın genomunda sadəcə kiçik miqdarda
Neandertal və Denisova DNT- si tapıldığına görə, Sapiens və digər növlər
arasında "cütləşmə" olduğunu iddia edə bilmərik. Onların arasındakı
fərqlər döl verən cinsi əlaqə qurmalarına mane olacaq qədər böyük olmasa
da, bu cür əlaqələrin nadir hallarda baş verməsi üçün kifayət idi.
Bəs, bu halda Sapiens, Neandertal və Denisovalıların bioloji
qohumluğunu necə izah edə bilərik? Aydındır ki, bunlar atlar və eşşəklər
kimi tamamilə fərqli növlər deyildi. Digər yandan, buldoqlar və spaniellər
kimi eyni növün fərqli populyasiyaları3 da deyildi. Bioloji həqiqətlər qara
və ağ deyil, çox mühüm "boz zonalar" da var. Ümumi bir əcdaddan əmələ
gələn hər iki növ, məsələn atlar və eşşəklər, bir vaxtlar eyni növün iki ayn
populyasiyaları idi, eyni ilə buldoqlar və spaniellər kimi. Hər iki
populyasiya bir-birindən tamamilə fərqli idi, amma yəqin ki, onların nadir
halda olsa da, cinsi əlaqəyə girib nəsilartirma qabiliyyətinə malik balalar
verdiyi müəyyən bir zaman kəsiyi də vardı. Sonra başqa bir genetik muta-
siya onların arasındakı bu son bağı da qırdı və onlar ayrı-ayrı yolla
təkamül etdi.

1
Melaneziya - Sakit Okeanda, Avstraliyanın yaxınlığında yerləşən adalar qrupu
2
Aborigen - yerli əhali
’Pcpulyariya’ar- eyni növə aid ayn-ayrı qruplar

29
Görünür, 50 min il bundan əvvəl Sapiens, Neandertallar və De-
nisovahlar bu son mərhələdə idilər. Tam fərqli olmasalar da, amma
hər halda ayrı-ayrı növlər idilər. Sonrakı fəsildə görəcəyimiz kimi,
Sapiens hələ bu nöqtədə belə Neandertallardan və Denisovalılardan
sadəcə genetik kod və fiziki xüsusiyyətlərinə görə deyil, eyni za-
manda təfəkkür və sosial qabiliyyətlərinə görə də çox fərqliydi. Bu-
nunla belə, nadir halda olsa da, bir Sapiens və Neandertal cütləşib
nəsilartırma qabiliyyətinə malik bala verə bilirdilər. Beləliklə, bu
iki əhali bir-birinə qarışmadı, amma bəxti gətirmiş bəzi Neander-
tal genləri Sapiens qatarına son anda minə bildilər. Sapienslərin bir
vaxtlar bəlkə başqa növdən bir heyvanla cinsi əlaqəyə girib uşaq
sahibi olduğunu düşünmək xoşagəlməz və həyəcanlı hisslərə səbəb
olur.

Şəkil 3. Bir Neandertal uşağın mübahisəli


rekonstruksiyası. Genetik sübutlar,
ən azından bəzi Neandertallann bəlkə də
açıq rəngli saç və dəriyə sahib
olduğunu göstərir.

Amma əgər Neandertallar, Denisovahlar və digər insan növləri


Sapienslə qarışmayıblarsa, bəs nə üçün yoxa çıxıblar? Ehtimallardan biri
Homo sapiens-in onları məhvə sürükləməsidir. Bir qrup Sapiensin
Neandertallann yüz min illər boyunca yaşadığı bir Balkan vadisinə
gəldiyini təsəvvür edin. Yeni gələnlər Neandertalla- rın ənənəvi qidası olan
meyvələri və qoz-fındığı yığıb, marallan ovlamağa başlayırlar. Sapienslər
daha üstün sosial qabiliyyətləri və daha inkişaf etmiş texnologiyalan
sayəsində təcrübəli ovçu və yığıcı idilər, buna görə də sayca çoxalıb
yayıldılar. Amma daha zəif vasitələrə sahib olan Neandertallar isə getdikcə
daha çətinliklə

30
özlərinə qida tapa bildilər. Saylan azaldı və yavaş-yavaş yox oldular,
bəlkə də onların sadəcə bəzi üzvləri Sapiens qonşularına qoşula bildilər.
Başqa bir ehtimal da ərzaq ehtiyatı uğrunda gedən mübarizənin
şiddətlənərək soyqınm səviyyəsinə çatmasıdır. Tolerantlıq Sapiensin əsas
xüsusiyyəti deyil. Hətta müasir dövrlərdə belə dəri rəngində, ləhcədə,
yaxud dində olan fərqlilik bir qrup Sapiensin başqa bir qrupu məhv
etməyə çalışmasına səbəb olub. Qədim Sapienslər tamamilə fərqli bir
insan növünə qarşı tolerantlıq göstərə bilərdimi? Sapiens Neandertallarla
ilk dəfə qarşılaşdıqda, tarixdə ilk və ən böyük etnik təmizləmə
əməliyyatının baş verməsi tamamilə mümkündür.
Hansı şəkildə olursa-olsun, Neandertallar (və digər insan növləri)
tarixdə böyük marağa səbəb olan mövzulardan biridir. Neandertallar və
ya Denisovahlar Homo sapiens ilə birlikdə həyatda qalsaydılar, hər şeyin
necə ola biləcəyini təsəvvür edin. Bir çox fərqli insan növünün birlikdə
yaşadığı bir dünyada necə mədəniyyətlər, cəmiyyətlər və siyasi quruluşlar
meydana gələrdi? Məsələn, dini etiqadlar necə inkişaf edərdi? Dini
kitablar Adəm ilə Həvvanın Neandertallann atası olduğunu, ya da İsanın
Denisovahların günahları üçün öldüyünü deyərdi? Yaxud Quran
cənnətdə, hansı növdən olursa-olsun, bütün mömin insanlar üçün yer
ayırardı? Neandertallar Roma legi- onlarında, ya da Çin İmperiyasının
geniş bürokratiyasında xidmət edə bilərdilərmi? Amerika İstiqlaliyyət
Bəyannaməsi bütün Homo növlərinin bərabər hüquqlu olduğunu elan
edərdi? Karl Marks bütün növlərin fəhlə sinfini birləşməyə çağırardı?
Son 10 min il ərzində Homo sapiens dünyada yeganə insan növü
olmağa o qədər alışdı ki, bizim üçün digər ehtimalları təsəvvür etmək çox
çətindir. Qardaş və bacılarımızın yoxluğu özümüzü yaradılış prosesinin
zirvəsi kimi görməyimizi asanlaşdırır və heyvanlar aləminin qalan
hissəsiylə aramızda uçurum olduğunu zənn etməyimizə səbəb olur. Çarlz
Darvin Homo sapiens-in sadəcə başqa bir heyvan növü olduğunu dedikdə,
çox adam buna qəzəblənmişdi, hətta bu gün də bir çoxları bunu rədd edir.
Əgər Neandertallar həyatda qalsaydı, özümüzü hələ də ayrı bir məxluq
hesab edəcəkdik? Bəlkə də buna görə əcdadlarımız Neandertalları məhv

31
etdilər, çünki Neandertallar yox sayılmayacaq qədər yaxın, amma
dözümlülük göstərilməyəcək qədər də fərqli idilər.

Sapiensin günahıdır, ya da deyil, amma onlann getdiyi hər yerdə yerli


əhali qırılıb yox oldu. Homo soloensis-in son qalıqları 50 min il əvvələ
aiddir. Homo denisova da bundan qısa müddət sonra yox oldu.
Neandertallar isə təxminən 30 min il əvvəl yoxa çıxdılar. Flores adasındakı
son cırtdan insanlar da 12 min il əvvəl yox oldular. Geridə yalnız sümüklər,
daş alətlər, DNT-mizdəki bəzi genlər və çoxlu cavabsız suallar və bir də son
insan növü olan Homo sapiens qaldı.
Sapiensin uğurunun sirri nə idi? Bir-birindən çox uzaq və ekoloji
cəhətdən çox fərqli olan yerlərdə bu qədər sürətlə məskən salmağı necə
bacardıq? Digər insan növlərini məhvə necə sürüklədik? Beyinləri inkişaf
etmiş, güclü və soyuğa davamlı Neandertallar belə nə üçün bizim
təzyiqimizə tab gətirməyib həyatda qala bilmədilər? Bu barədə müzakirələr
davam edir. Ən ağlabatan cavab elə bu müzakirələrin hələ də davam
etməsinə səbəb olan şeydir: Homo sapiens dünyanı, hər şeydən əvvəl
özünəməxsus dili sayəsində fəth etdi.

32
2

Bilik ağacı

Ə
VVƏLKİ FƏSİLDƏ GÖRDÜK Kİ, Homo sapiens hələ 150
min il əvvəl Şərqi Afrikada məskən salsa da, yalnız 70 min
il əvvəl dünyanın qalan hissəsinə yayılaraq, digər insan növlərini
yox etməyə başlayıb. Min illər boyunca bu arxaik Sapienslər eyni
ilə bizim kimi xarici görünüşə və böyük bir beyinə sahib olsalar da,
digər insan növləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri yox
idi. Həm də mürəkkəb alətlər düzəltmək kimi xüsusi məharətlər də
göstərməmişdilər.
Əslində, Sapienslərlə Neandertallar arasındakı məlum olan ilk
qarşılaşmada Neandertallar qalib gəldi. Təxminən 100 min il əvvəl bəzi
Sapiens qrupları şimala, Aralıq dənizinə doğru köç etdi. Bura
Neandertalların ərazisiydi və Sapienslər burada tam məskunlaşa bilmədilər.
Bunun səbəbi yerlilərin düşməncəsinə münasibəti, sərt iqlim, yaxud o
bölgəyə xas naməlum parazit və xəstəliklər ola bilər. Səbəb nə olursa-olsun,
nəticədə Sapienslər o bölgədən geri çəkildilər və Neandertallar Yaxın Şərqin
sahibləri olaraq qaldılar.
Bu uğursuzluğu əsas gətirən bəzi alimlər bu Sapienslərin beyinlərinin
daxili quruluşunun bizimkilərdən fərqli olduğunu irəli sürürlər. Bizə
bənzəyirdilər, amma təfəkkür qabiliyyəti, - öyrənmək, yadda saxlamaq,
rabitə qurmaq, - çox məhdud idi. Bu qədim Sapienslərə, məsələn, ingilis
dilini öyrətmək, xristianlığın əsas müddəalarını başa salmaq, yaxud təkamül
nəzəriyyəsini izah etmək nəticəsiz qalardı. Eyni şəkildə, biz də onların dilini
öyrənməkdə və təfəkkür tərzini anlamaqda çətinlik çəkərdik.
Bununla belə, Homo sapiens təxminən 70 min il əvvəldən etibarən son
dərəcə xüsusi işlər görməyə başladı. Bu tarixdə Sapiens qrupları Afrikam
ikinci dəfə tərk etdilər və bu dəfə Neandertalları və digər növləri sadəcə
Yaxın Şərqdən deyil, bütün yer üzündən sildilər.

33
Təəccüblü dərəcədə qısa müddət ərzində Sapiens Avropa və Şərqi Asiyaya
gedib çıxdı. Təxminən 45 min il əvvəl, onlar nə yollasa açıq dənizi keçib,
o vaxta qədər insanların ayaq basmadığı Avstraliyaya çatdılar. 70 min il
əvvəldən 30 min il əvvələ qədər keçən müddət ərzində qayıqlar, yağ
lampaları, ox və yaylar, iynə (isti paltarların tikilməsi üçün çox mühümdür)
kimi alətlər icad edildi. Sənət olaraq qəbul edilə biləcək ilk bəzək əşyaları
və dinlərin yaranmasım göstərən ilk təkzibolunmaz dəlillər, həmçinin
ticarət və sosial təbəqələşmə də yenə bu dövrdə meydana çıxdı.
Tədqiqatçıların əksəriyyəti bu misilsiz nailiyyətlərin Sapienslərin
təfəkkür qabiliyyətində baş verən inkişafdan qaynaqlandığım hesab edir.
Neandertalları məhvə sürükləyən, Avstraliyaya qədər məskən salan və
Stadel şir-adam heykəlini yonan insanların ən azı bizim qədər ağıllı,
yaradıcı və həssas olduğu zənn edilir. Əgər Stadel mağarasının sənətkarları
ilə qarşılaşsaydıq, biz onların və onlar da bizim dilimizi öyrənə bilərdi.
Onlara bildiyimiz hər şeyi, - "Ali- sa nıöcüzəlar ölkəsində" dən tutmuş
kvant fizikasının müəmmalarına qədər, - öyrədə bilərdik və onlar da bizə
öz insanlarının dünyam necə gördüyünü izah edə bilərdi.
70 min il və 30 min il əvvəlki dövrlər arasında meydana çıxan yeni
düşüncə və ünsiyyət tərzi - Təfəkkür İnqilabı sayılır. Buna nə səbəb olub,
dəqiq bilmirik. Amma ən çox qəbul edilən nəzəriyyəyə görə, təsadüfi
genetik mutasiyalar Sapiensin beyninin daxili quruluşunu dəyişdirərək,
əvvəllər görünməmiş şəkillərdə düşünmələrinə və tamamilə yeni dillərlə
ünsiyyət qurmalarına imkan verdi. Bilik Ağacı mutasiyası adlandıra
biləcəyimiz bu mutasiya nə üçün Nean- dertallarda yox, Sapiensin DNT-
sində baş verdi? Yalnız bunu deyə bilərik ki, bu sırf təsadüf üzündən olub.
Amma Bilik Ağacı mutasi- yasının səbəblərindən çox nəticələrini anlamaq
daha mühümdür. Yeni Sapiens dilində hansı xüsusi cəhət ona bütün
dünyanı fəth etməyə imkan vermişdi?1
Üstəlik, bu ilk dil də deyildi. Hər heyvan növünün öz dili var. Hətta
qarışqa və arılar kimi həşəratların da mürəkkəb formada

1
Burada və ktabın sonrakı fəsillərində Sapiens dilindən bəhs edərkən, növümüzün əsas linqvistik
qabiliyyətini nəzərdə tuturam, hər hansı bir dialekti deyil, ingiliscə, hindcə və çincə kimi dillərin
hamısı Sapiens dilinin müxtəlif növləridir. Görünür, hətta Təfəkkür inqilabının baş verdiyi
dövrdə belə, müxtəlif Sapiens qruplarının fərqli dialektləri vardı.

34
ünsiyyət qurduğu məlumdur və bundan əsasən qidanın yerini bir- birinə
xəbər vermək üçün istifadə edirlər. Sapiens dili ilk səsli dil də deyildi.
Bütün meymun növləri daxil olmaqla, bir çox heyvan səsli dilə sahibdir.
Məsələn, yaşıl meymunlar ünsiyyət saxlamaq üçün müxtəlif səslər
çıxarırlar. Zooloqlar bu səslərdən birinin "Ehtiyatlı ol! Qartal!" mənasını
verdiyini müəyyənləşdirə biliblər. Bir az fərqli olan başqa bir səs isə
"Ehtiyatlı ol! Şir!" mənasını verir. Tədqiqatçılar birinci səsin lent yazısmı
bir qrup meymuna dinlətdikdə, meymunlar məşğuliyyətlərinə ara verib
qorxu içində yuxarı baxmışdılar. İkinci səsin lent yazısını eşitdikdə isə
dərhal ağaca dırmanmışdılar. Sapiens-lər yaşıl meymunlara nisbətən daha
çox müxtəlif səslər çıxara bilirdilər, amma balinalar və fillərin də eyni
dərəcədə diqqətəlayiq qabiliyyətləri var. Bir tutuquşu Albert Eynşteynin
dediyi hər şeyi söyləyə biləcəyi kimi, eyni zamanda telefon zəngini,

Şakil 4. Almaniyadakı Stadel Mağarasında


tapılmış, təxminən 32 min il əvvələ aid, fil
sümüyündən yonulmuş, bədəni insan, başı şir
şəklində olan "şir adam" (yaxud şir-qadın) heykəli.
Bu, şübhəsiz, ilk sənət (ehtimal ki, dini mövzuda
olan) nümunələrindən biri olduğu kimi, insanlann
həqiqətdə mövcud olmayan şeylər uydurmaq
bacarığını da sübut edir.

35
qapı taqqıltısını və həyəcan siqnalını da təqlid edə bilir. Əlbəttə, Ey-
nşteynin tutuquşuya nisbətən daha çox üstün cəhətləri vardı, amma səs
məsələsində deyil. Yaxşı, bəs onda dilimizi bu qədər fövqəladə edən nədir?
Bu suala ən geniş yayılmış cavab, dilimizin son dərəcə elastik
olmasıdır. Məhdud sayda səsi və işarəni birləşdirib, hər biri ayn məna
daşıyan saysız-hesabsız cümlə qura bilirik. Bunun sayəsində də ətraf dünya
haqqında nəhəng miqdarda informasiyanı qəbul edə, saxlaya və ötürə
bilirik. Bir yaşıl meymun öz yoldaşlarına "Ehtiyatlı ol! Şir!" deyə
xəbərdarlıq edə bilir, amma müasir insan öz dostlarına səhər çağı sahildə,
çayın burulduğu yerdə öküz sürüsünü təqib edən bir şir gördüyünü deyə
bilər. Bundan əlavə, hadisənin baş verdiyi yeri dəqiq təsvir etməklə yanaşı,
oraya aparan müxtəlif yolları da söyləyə bilər. Bu xəbəri alan insanlar baş-
başa verib, çaya yaxınlaşaraq şiri qovub öküzləri ovlamaq barədə plan qura
bilərlər.
Başqa bir nəzəriyyəyə görə, bizim unikal dilimiz dünya haqqında
informasiya mübadiləsi vasitəsi olaraq inkişaf edib. Amma ən mühüm
məlumat şirlər və öküzlər haqqında deyil, insanlarla bağlı olanlardır. Bu
nəzəriyyəyə görə, dilimiz dedi-qodu vasitəsi kimi təkamül edib və Homo
sapiens hər şeydən əvvəl sosial heyvandır. Sosial əməkdaşlıq - həyatda
qalıb çoxalmağımız üçün böyük əhəmiyyət daşıyır. Kişi və qadın fərdlər
üçün şirlərin və öküzlərin yerini bilmək kifayət deyil, qəbilədə kimin kimə
nifrət etdiyini, kimin kimlə yatdığını, kimin vicdanlı, kimin əliəyri
olduğunu bilmək daha mühümdür.
Bir neçə on nəfərlik bir qrupda daim dəyişən münasibətləri izləmək
üçün əldə edilməsi və saxlanılması zəruri olan informasiya miqdarı heyrət
doğurur (əlli nəfərlik qrupda 1225 təkbətək ünsiyyət və saysız-hesabsız
mürəkkəb sosial kombinasiyalar var). Bütün meymunlar sosial
münasibətlərə böyük maraq göstərir, amma effektiv şəkildə dedi-qodu ilə
məşğul olmağı bacarmırlar. Güman ki, Neandertallar və arxaik Homo
sapienslər də bir-birinin arxasınca rahat şəkildə danışa bilməzdilər. Dedi-
qodu çox vaxt pislənilən, amma əslində çoxsaylı qruplar halında
əməkdaşlıq etmək üçün mühüm olan bir qabiliyyətdir. Müasir Sapiensin
təxminən 70 min il əvvəl qazandığı yeni dil bacarığı ona saatlarla dedi-
qodu etmək

36
imkanı verdi. Kimin kimə güvənə biləcəyinə dair dəqiq məlumat kiçik
qrupların daha böyük qruplara çevrilməsinə, başqa sözlə, Sa- piensin daha
sıx və daha mürəkkəb əməkdaşlıq yollan tapmasına yol açdı. 1
Dedi-qodu nəzəriyyəsi ilk baxışdan zarafat kimi görünə bilər, amma bir
çox tədqiqatlar bunu dəstəkləyir. Hətta bu gün də insanlar arasındakı
ünsiyyətin böyük bir hissəsi, - istər elektron məktub, istər telefon söhbəti
və ya qəzet sütunları olsun, - dedi-qodüdan ibarətdir. Bu bizə o qədər təbii
görünür ki, dilimiz, elə bil, bu məqsəd üçün təkamül edib. Yoxsa siz, tarix
professorlarının günorta yeməyində Birinci Dünya Müharibəsinin
səbəblərini müzakirə etdiyini, yaxud atom fizikası alimlərinin elmi
konfranslarda çay fasiləsi zamanı nüvə zərrəciklərindən bəhs etdiyini
düşünürsünüz? Bəlkə də, bəzən belədir. Amma əsasən, əri tərəfindən
aldadıldığını bilən professor haqqında, şöbə müdiri ilə dekan arasındakı
mübahisə və ya həmkarlarından birinin tədqiqatlara ayrılmış fonddan
özünə "Lexus" alması kimi mövzularda dedi-qodu edirlər. Dedi-qodular
adətən səhv hərəkətlərin üzərinə yönəlir. Mətbuatın ilk nümayəndələri
sayıla biləcək sözgəzdirənlər, ' cəmiyyəti məlumatlandıraraq insanları
yalançılardan və müftəxorlardan qoruyan jurnalistlər kimiydi.
Ehtimal ki, "dedi-qodu" və "çayın kənarında şir var" nəzəriyyələrinin
ikisi də doğrudur. Bununla belə, dilimizin əsl unikal xüsusiyyəti insanlar
və şirlər haqqmda informasiya mübadiləsi aparmağa imkan verməkdən
çox, mövcud olmayan şeylər haqqında fikir yürütmək qabiliyyətidir.
Bildiyimizə görə, yalnız Sapiens heç vaxt görmədiyi, toxunmadığı və ya
qoxlamadığı varlıqlar haqqında danışa bilir.
Əfsanələr, miflər, tanrılar və dinlər ilk dəfə Təfəkkür İnqilabı
nəticəsində meydana çıxdı. Əvvəllər bir çox heyvan və insan növü
"Ehtiyatlı ol! Şir!" deyə xəbərdarlıq edə bilirdisə, Təfəkkür İnqilabı
sayəsində Homo sapiens "Şir qəbiləmizin qoruyucu ruhudur" demək
qabiliyyəti qazandı. Uydurmalar haqqında danışa bilmək bacarığı Sapiens
dilinin ən unikal cəhətidir.
Robin Dunbar, Grooming, Gossip, and the Evolution of Language, Cambridge, Mass.: Harvard
University Press, 1998.

37
Sadəcə Ното sapiens-in mövcud olmayan şeylər haqqında danışa
bildiyi iddiası ilə asanlıqla razılaşmaq olar. Bir meymuna ölümdən sonra
gedəcəyi meymun cənnətində sonsuz sayda banan vəd edərək, əlindəki
bananı verməsi üçün əsla dilə tuta bilməzsiniz. Amma bu nə üçün
mühümdür? Axı, uydurmalar təhlükəli istiqamətlərə sürükləyən, yaxud
diqqət dağıdan bir şey ola bilər. Meşəyə mələk və təkbuynuzlu görmək üçün
gedən insanların həyatda qalmaq şansı meşəyə göbələk və maral axtarmağa
gedənlərdən daha az olacaq. Əgər siz vaxtınızı mövcud olmayan qoruyucu
ruhlara dua etməklə keçirsəniz, qida toplamaq, mübarizə etmək və
çoxalmaq kimi məsələlər üçün istifadə oluna biləcək dəyərli vaxtı boş yerə
sərf etməzsinizmi?
Digər yandan, uydurma sadəcə bəzi şeyləri xəyalımıza gətirməyə deyil,
bunu həm də kollektiv şəkildə etməyimizə imkan verdi. Bunun sayəsində
İncildəki yaradılış hekayəsi, Avstraliya aborigenlərinin Dreamtime mifləri
və müasir dövlətlərin millətçi mifləri kimi miflər yarada bilirik. Bu miflər
Sapiensə böyük qruplar halında çevik əməkdaşlıq etmək imkanı verib.
Qarışqalar və arılar da böyük qruplar halında çalışa bilirlər, amma bunu
yalnız çox sərt şəkildə və sadəcə qohumlarıyla edirlər. Canavarlar və
şimpanzelər qarışqalardan daha çevik şəkildə əməkdaşlıq edirlər, amma
onlar da bunu sadəcə yaxından tanıdıqları az sayda digər üzvlərlə edə
bilirlər. Sapiens isə saysız-hesabsız yad adamla çox çevik əməkdaşlıq qura
bilir. Bax, bu səbəbdən Sapiens dünyanı idarə edərkən, qarışqalar bizim
artığımızla qidalanır, şimpanzelər isə tədqiqat laboratoriyalarında və
zooparklarda qəfəsə salınır.

"Peugeot" əfsanəsi
Şimpanze kuzenlərimiz adətən kiçik qruplar (20-50 meymun) halında
yaşayırlar. Yaxın dostluq əlaqələri qurur, birlikdə ov edir, babuinlərə,
hepardlara və düşmən şimpanzelərə qarşı çiyin-çiyin mübarizə aparırlar.
Sosial quruluşları iyerarxiyaya meyllidir. Qrupun hökmran üzvü (demək
olar ki, həmişə erkəkdir) "alfa-erkək" kimi adlandırılır. Digər erkək və dişi
fərdlər alfa-erkəyin qarşısm-

38
da əyilərək və səslər çıxararaq ona itaətini göstərir, eyni ilə şahın önündə
əyilən insanlar kimi. Alfa-erkək qrupun içində sosial harmoniyanı
qorumağa çalışır; iki fərd dava etdikdə araya girib zorakılığı dayandırır.
Bəzən birbaşa müdaxilə edərək çox yeyilən qidalara əl qoyur və daha aşağı
sıralarda qərar tutan erkəklərin dişilərlə cütləşməsinə mane olur.
İki erkək "alfa" mövqeyi üçün mübarizə apardıqda, bunu adətən qrupun
daxilində erkək və dişilərdən ibarət geniş bir tərəfdarlar koalisiyası quraraq
edirlər. Koalisiyanın üzvləri arasındakı bağlılıq - qucaqlaşma, toxunma,
öpüşmə, tumarlama və qarşılıqlı lütfkarlıqlar kimi yaxın gündəlik əlaqələrə
əsaslanır. Eynilə siyasətçilərin seçki kampaniyalarında ətrafı gəzib-
dolaşaraq böyüklərlə əl görüşüb uşaqları öpdükləri kimi, bir şimpanze
qrupunda da yuxarı mövqe üçün mübarizə aparanlar digərlərini
qucaqlamaqla, dostya- nalıqla çiyinlərinə vurmaqla və körpə şimpanzeləri
öpməklə vaxt keçirirlər. Alfa-erkək adətən bu mövqeni sadəcə fiziki
cəhətdən güclü olduğu üçün deyil, daha geniş və sabit tərəfdarlar
koalisiyası formalaşdıra bildiyi üçün qazanır. Bu koalisiyalar alfa mövqeyi
uğrunda gedən açıq mübarizələrlə yanaşı gündəlik fəaliyyətlərdə də kritik
rol oynayır. Bir koalisiyanın üzvləri bir-biriylə daha çox vaxt keçirir,
qidalarını bölüşür və çətinliyə düşdükdə bir-birinə kömək edirlər.
Bu şəkildə qurulan və davam edən qrupların məhdud sayda üzvləri olur.
Qrupun fəaliyyət göstərə bilməsi üçün bütün üzvlər bir-birlərini yaxından
tanımalıdırlar. Bir-birini heç tanımayan, birlikdə heç vaxt vuruşmayan, bir-
birini dişinə vurmayan iki şimpanze bir-birinə nə vaxt güvənəcəyini, kömək
etməyə dəyib- dəymədiyini və kimin yuxarı sırada olduğunu bilə bilməz.
Təbii şərtlərdə tipik bir şimpanze qrupu 20 ilə 50 arasında fərddən əmələ
gəlir. Bir qrupdakı şimpanzelərin sayı artdıqca sosial tarazlıq pozulur və
axırda bölünmə baş verir və yeni bir qrup yaranır. Zooloqlar yalnız bir neçə
dəfə 100-dən çox üzvü olan qruplara rast gəliblər. Ayn-ayrı qruplar nadir
hallarda əməkdaşlıq edir və adətən torpaq və qida uğrunda bir-birilə
mübarizə aparırlar. Tədqiqatçılar qruplar arasında uzun sürən müharibələri
və hətta bir dəfə qonşu qrup

39
dakı meymunların əksəriyyətinin "soyqırım" səviyyəsində sistemli olaraq
öldürülməsini müşahidə ediblər.* 1
Oxşar quruluşlar, ehtimal ki, arxaik Homo sapiens də daxil olmaqla, ilk
insanların sosial həyatında da üstünlük təşkil edirdi. İnsanların da, eyni ilə
şimpanzelər kimi, əcdadlarının dostluq qurmalarına, iyerarxiya əmələ
gətirmələrinə, birlikdə ova çıxmalarına, dava etmələrinə səbəb olan sosial
instinktləri var. Bununla belə, insanların sosial instinktləri də,
şimpanzelərdə olduğu kimi, yalnız kiçik və yaxın qruplar halında
yaşamalarına uyğun idi. Qrup çox böyüdükdə sosial tarazlıq pozulur və
qrup dağılırdı. Hətta münbit bir vadi 500 arxaik Sapierısi bəsləyə bilsə belə,
bu qədər çox yad insanın birlikdə yaşaması mümkün deyildi. Bu
qələbəlikdə kimin lider olacağını, kimin harada ov edəcəyini və kimin
kiminlə cütləşəcəyini necə razılaşdırmaq olardı?
Təfəkkür İnqilabı nəticəsində, dedi-qodu Homo sapiens-in daha böyük
və daha sabit qruplar qura bilməsinə imkan verdi. Amma dedi-qodunun da
bir həddi var. Sosioloji tədqiqatlar dedi-qodu sayəsində birləşə bilən "təbii"
bir qrupun maksimal həddinin 150 nəfər olduğunu göstərib. Qrup bundan
daha böyük olduqda adamların çoxu digərlərini nə kifayət qədər yaxmdan
tanıya bilər, nə də effektiv şəkildə dedi-qodu edə bilər.
İnsanların yaratdığı təşkilatların əksəriyyətində, hətta bu gün də bu
sehrli rəqəm kritik pillədir. Bu pillənin aşağısındaki cəmiyyətlər, iş yerləri,
sosial şəbəkələr və hərbi birləşmələr əsasən yaxın tanışlıq və dedi-qodu
sayəsində öz varlıqlarını saxlaya bilirlər. Belə qruplarda nizam-intizamı
qorumaq üçün rəsmi rütbələrə, vəzifələrə və

1
Frans de Waal, Chimpanzee Politics: Power and Sex among Apes, Baltimore: Johns Hopkins
University Press, 2000; Frans de Waal, Our Inner Ape: A Leading Primatologist Explains Why
We Are Who We Are, New York: Riverhead Books, 2005; Michael L. Wilson və Richard W.
Wrangham, “Intergroup Relations in Chimpanzees”, Annual Review of Anthropology, sayı:
32(2003), səh. 363-392; M. McFarland Symington, “Fission-Fusion Social Organization in Atelcs
and Pan”, International Journal of Primatology, cild: 11, sayı:
1 (1990), səh. 49; Colin A. Chapman, “Determinants of Groups Size in Primates: The Importance
of Travel Costs", On the Move: How and Why Animals Travel in Groups, Sue Boinsky və A.
Garber, Chicago: University of Chicago Press, 2000.

40
qaydalara gərək yoxdur.1 30 əsgərdən ibarət bir bölük, hətta 100 əsgərlik
bir tağım da yaxın münasibətlər sayəsində yaxşı fəaliyyət göstərə bilər və
minimum səviyyədə rəsmi nizam-intizama ehtiyac olar. Ehtiram göstərilən
bir çavuş "bölüyün kralıdır" və hətta təyinatla göndərilmiş zabitlərə
nisbətən daha çox nüfuz sahibi ola bilər. Kiçik ailə şirkəti direktorlar
şurası, baş direktor və mühasibat- lıq olmadan da yaşaya bilər və inkişaf
edər.
Lakin fərdlərin sayı 150-ni keçdikdə işlər başqa cür olur. Minlərlə
əsgərdən ibarət hərbi briqadanı bir bölüyü idarə etdiyiniz kimi idarə edə
bilməzsiniz. Uğurlu ailə şirkətləri böyüyüb daha çox işçini işə götürdükdə
adətən böhranla üzləşər və əgər öz işlərini yenidən qurmasalar, iflasa
uğrayarlar.
Homo sapiens bu kritik pilləni aşıb, on minlərlə insanın yaşadığı
şəhərlər salmağı və milyonlarla insanı idarə edən imperiyalar qurmağı necə
bacardı? Bunun sirri, ehtimal ki, uydurmaların meydana çıxması idi.
Ümumi miflərə inanan və bir-birini tanımayan çox sayda insan uğurlu
şəkildə əməkdaşlıq edə bilər.
Bütün irimiqyaslı əməkdaşlıqlar-müasir bir dövlət, orta əsrlərdə kilsə,
qədim bir şəhər və ya arxaik bir qəbilə, insanların kollektiv təxəyyülündə
yaşayan ümumi miflərdən qaynaqlanır. Bir-birini tanımayan iki katolik
birlikdə səlib yürüşünə gedə bilər, ya da bir xəstəxananın inşasına vəsait
bağışlaya bilər, çünki ikisi də tanrının insan vücudunda təcəssüm etdiyinə
və günahlarımızı bağışlamaq üçün özünün çarmıxa çəkilməsinə icazə
verdiyinə inanırlar. Dövlətlər ümumimilli miflər ətrafında təşkilatlanır.
Bir- birini qətiyyən tanımayan iki serb bir-birini xilas etmək üçün öz
həyatlarını təhlükəyə ata bilər, çünki ikisi də serb millətinin varlığına, ana
vətəninə və serb bayrağına inanır. Hüquq sistemləri ortaq hüquqi miflərə
əsaslanır. Bir-birini tanımayan iki vəkil, ikisinə də tamamilə yad olan bir
adamı müdafiə etmək üçün öz səylərini birləşdirə bilər, çünki ikisi də
qanunların, ədalətin, insan haqlarının və əlbəttə, vəkillik maaşının
varlığına inanır.

1
Dunbar, Grooming, Gossip, and the Evolution of Language, səh. 69-79; Leslie C. Aiello və R.
1. M. Dunbar, “Neocortex Size, Group Size, and the Evolution of Language”, Current
Anthropology, cild: 34, sayı: 2 (1993), səh. 189. Bu görüşün tənqidi ilə tanış olmaq üçün baxın:
Christopher McCarthy "Comparing Two Methods for Estimating Network Size”, Human
Organization, cild: 60, sayı: I (2001), səh. 32; R. A. Hill və R. t. M. Dunbar, "Social Network
Size in Humans", Human Nature, cild: 14, sayı: 1 (2003), səh. 65.

41
Bununla belə, bütün bunların heç biri insanların özlərinin uydurub bir-
birinə danışdığı hekayələrdən kənarda mövcud deyil. Kainatda heç bir tanrı,
millət, pul, insan haqları, qanunlar və ədalət insanların ortaq təxəyyülündən
kənarda var ola bilməz.
İnsanlar "primitivlərin" sosial intizammı kabuslara və ruhlara inanaraq
formalaşdırdıqlarını və ayın bədrləndiyi gecələrdə bir yerə toplaşıb tonqalın
ətrafında rəqs etdiklərini düşünürlər. Bizim anlaya bilmədiymiz məsələ-
müasir təsisatların da tamamilə eyni əsaslar üzərində fəaliyyət
göstərməsidir. Məsələn, özəl şirkətlərin dünyasına baxaq: Müasir
sahibkarlar və vəkillər, əslində güclü sehrbazlardır. Qəbilə şamanları ilə
onların arasındakı prinsipial fərq, müasir vəkillərin daha qəribə nağıllar
danışmasıdır. Peugeot (Pejo) əfsanəsi buna yaxşı bir nümunədir.

Stadel şirinə bənzəyən bir simvolu bu gün Parisdən Sidneyə qədər bütün
dünyada avtomobillərin, yük maşınlarının və motosikletlərin üzərində
görmək olar. Bu, Avropanın ən qədim və ən böyük avtomobil
istehsalçılarından biri olan "Peugeof'un avtomibillərini bəzəyən emblemdir.
"Peugeot" Stadel mağarasından 300 kilometr məsafədə yerləşən
Valentigney kəndində kiçik bir ailə şirkəti kimi fəaliyyətə başladı. Bu gün
şirkətdə dünya üzrə 200 min nəfər işçi çalışır və bunların əksəriyyəti bir-
birini qətiyyən tanımır. Bu yad insanlar o qədər effektiv şəkildə əməkdaşlıq
edirlər ki, 2008-ci ildə "Peugeot" 1,5 milyondan çox avtomobil istehsal
etmiş və təxminən 55 milyard avro gəlir qazanmışdı.

Şəkil 5. "Peugeot" (Pejo) şiri

42
Peugeot SA-run (şirkətin rəsmi adı) mövcud olduğunu hansı mənada
deyə bilərik? Çox sayda "Peugeot" markalı avtomobil var, amma bunlar
aydındır ki, şirkətin özü deyil. Dünyadakı bütün "Peugeot" avtomobilləri
eyni vaxtda köhnə dəmir qırıntılarına ayrılıb, metal tullantısı kimi satılsaydı
belə, Peugeot S.A yox olmazdı, yeni avtomobillər istehsal edib illik
məruzələr hazırlamağa davam edərdi. Şirkət zavodlara, avtomobil
parklarma, sərgi salonlarına sahibdir və orada mexaniklər, mühasiblər,
katiblər işləyir, amma bütün bunlar da Peugeot-u əmələ gətirmir. Bir fəlakət
Peugeot-un bütün əməkdaşlarını öldürə və zavodun istehsal vasitələrini,
idarə ofislərini məhv edə bilər. Hətta bu halda da şirkət borc ala bilər, yeni
əməkdaşlar işə götürər, yeni zavodlar inşa edər və yeni texnikalar alar.
Peugeot-un menecerləri və səhmdarları da var, amma bunlar da şirkəti əmələ
gətirmirlər. Bütün menecerlər işdən çıxarıla bilər və bütün səhmlər satıla
bilər, amma şirkət bu halda da öz mövcudluğunu saxlayacaq.
Əlbəttə, bütün bunlar Peugeot S.A-nın məğlub edilməz və ya ölümsüz
olduğu demək deyil. Əgər hakimlər şirkətin bağlanmasına dair hökm
çıxararlarsa, şirkətin zavodları, işçiləri, mühasibləri, menecerləri və
səhmdarları yerlərində qalar, amma Peugeot SA dərhal ortadan qalxar.
Qısası, Peugeot SA-nın fiziki dünya ilə heç bir mühüm əlaqəsi yoxdur. Bəs,
şirkət doğrudanmı mövcuddur?
Peugeot bizim kollektiv təxəyyülümüzün məhsuludur. Vəkillər bunu
"hüquqi uydurma" adlandırırlar. Bu, əllə göstərilə bilməz və fiziki bir obyekt
deyil. Amma hüquqi şəxs kimi mövcuddur. Eynilə sizin və ya mənim kimi,
fəaliyyət göstərdiyi ölkənin qanunlarına bağlıdır. Bankda hesab aça bilər və
mal-mülk əldə edə bilər. Vergi ödəyər,işçilər yaxud sahibləri tərəfindən
məhkəməyə verilə və hətta məsuliyyətə cəlb edilə bilər.
Peugeot bir növ hüquqi uydurma olan "məhdud məsuliyyətli
cəmiyyətlər" kateqoriyasına daxildir. Bu cür şirkətlərin arxasında dayanan
ideya bəşəriyyətin ən dahiyanə tapıntılarından biridir. Homo sapiens min
illər boyunca bü şirkətlər olmadan yaşayıb. Tarixin böyük bir hissəsində
mal-mülkə yalnız ətdən-sümükdən olan, iki ayağı üstündə dayanan böyük
beyinli insanlar sahib ola bilərdi. Əgər on üçüncü əsrdə Fransada Jan adlı
bir nəfər yük arabaları

43
düzəldən emalatxana açsaydı, onun özü iş yeri olardı. Düzəltdiyi yük arabası
satıldıqdan bir həftə sonra xarab olsaydı, alan adam Janin şəxsən özünü
məhkəməyə verərdi. Jan emalatxana açmaq üçün 1000 qızıl borc alıb, işin
öhdəsindən gələ bilməsəydi, aldığı borcu ödəmək üçün öz şəxsi mallarını
satmalı olardı: evini, inəyini, torpağını satar, hətta uşaqlarını da kölə kimi
satmaq məcburiyyətində qalardı. Borcunu bağlaya bilmədikdə isə, dövlət
tərəfindən həbs edilə bilər və ya borc aldığı adamlar tərəfindən kölə edilə
bilərdi. Jan açdığı emalatxananın səbəb olduğu bütün hallar üçün tamamilə
və qeyri-məhdud şəkildə məsuliyyət daşıyırdı.
Əgər o dövrdə yaşasaydınız, iş yeri açmazdan əvvəl, yəqin ki, bunu
dəfələrlə götür-qoy edərdiniz. Əlbəttə, bu hüquqi situasiya təşəbbüskarlığı
boğurdu. İnsanlar iqtisadi risklərə gedib yeni iş yerləri açmağa çəkinirdi.
İnsanlar iş yerləri açaraq, nəticədə öz ailələrini yoxsulluq təhlükəsi ilə üz-
üzə qoymaq istəmirdilər, buna dəyməzdi.
Buna görə də insanlar kollektiv şəkildə məhdud məsuliyyətli
cəmiyyətlərin varlığını düşünməyə başladılar. Bu cür şirkətlər onları quran,
idarə edən yaxud onlara kapital qoyan insanlardan hüquqi cəhətdən asılı
deyil. Son bir neçə yüz il ərzində belə şirkətlər iqtisadi mühitin əsas
oyunçularına çevrildi və biz onlara o qədər alışdıq ki, onların yalnız
təxəyyülümüzdə mövcud olduğunu unutduq. ABŞ- da məhdud məsuliyyətli
cəmiyyətləri "korporasiya" adlandırırlar; bu texniki terminin kökü latmcada
"korpus" (bədən) sözünə gedib çıxır, amma ironiyaya bax ki, korporasiyada
çatışmayan yeganə şey elə bədəndir. Sadəcə təxəyyüldə mövcud olmalarına
baxmayaraq, Amerika hüquq sistemi korporasiyalara sanki əti-qanı olan
hüquqi şəxslər kimi baxır.
1896-cı ildə mişar, velosiped və yay istehsal edən bir metal ema-
latxanasını valideynlərindən miras almış Armand Peugeot avtomobil işinə
girişmək istədikdə fransız hüquqi sistemi də belə idi. Armand Peugeot da bu
məqsədlə məhdud məsuliyyətli cəmiyyət qurdu. Öz adını verdiyi şirkət
ondan asılı deyildi. Avtomobillərdən biri xarab olduqda, onu almış şəxs
Peugeot-u məhkəməyə verə bilər, amma Armand Peugeot-u deyil. Şirkət
milyonlarla frank borc alıb, sonra iflasa uğrayarsa, Armand Peugeot-un öz
sərmayədarlarına

44
bir frank da borcu olmaz. Çünki borc Homo sapiens Armand Peu- geot-a
deyil, şirkət Peugeot-a verilib. Armand Peugeot 1915-ci ildə öldü, amma
şirkət Peugeot hələ yaşayır və çox yaxşı vəziyyətdədir.
Insan Armand Peugeot, şirkət Peugeot-u necə qurdu? Cadugərlərin və
sehrbazların tarix boyunca tanrıları və şeytanları yaratdığı kimi, minlərlə
fransız katolik keşişinin hər bazar günü kilsədə İşarım vücudunu yenidən
yaratdığı kimi. Hər şey hekayələr danışmaqla və insanları bu hekayələrə
inandırmaqla mümkün oldu. Fransız keşişlər üçün mühüm olan hekayə
katolik kilsəsinin dediyi şəkildə İsanın həyatı və ölümüydü. Bu hekayəyə
görə, müqəddəs libaslarını geymiş bir katolik keşiş lazımi sözləri lazımi anda
təntənə ilə söylədikdə adi çörək və şərab tanrının bədəni və qanma çevrilir.
Keşiş həyəcanla "Hoc est corpus meum!" (latmca "Bu mənim bədənimdir!")
deyir və fokus-mokus, çörək İsanın bədəninə çevrilir. Keşişin diqqətlə və
səylə bütün prosedura riayət etdiyini görən milyonlarla mömin fransız
katolik də Tanrınm həqiqətən müqəddəs çörək və şərabda yaşadığına inanır.
Peugeot SA ilə bağlı əsl hekayə isə Fransa Parlamenti tərəfindən yazılmış
fransız qanunlarıydı. Fransız qanunvericilərə görə, sertifikatı olan bir vəkil
bütün zəruri prosedurları və ritualları yerinə yetirdikdə, bütün zəruri vədləri
və andları bəzəkli bir kağıza yazdıqda və sənədin aşağısma öz möhtəşəm
imzasını atdıqda, fokus- mokus, yeni bir şirkət qurulmuş olur. Armand
Peugeot 1896-cı ildə öz şirkətini qurmaq istədikdə bir vəkilə pul verərək
bütün bu müqəddəs prosedurları keçməsini təmin etdi. Vəkil bütün zəruri
prosedurları və ritualları yerinə yetirib, bütün andları və sözləri yazdıqda,
milyonlarla fransız "Peugeot" şirkəti həqiqətən varmış kimi davranmağa
başladı.
Təsirli hekayələr danışmaq asan deyil; amma çətinlik bu hekayəni
danışmaqda yox, hamını buna inandırmaqdadır. Tarix bu sual ətrafında
fırlanır: milyonlarla insanı tanrılara, miflərə və ya məhdud məsuliyyətli
cəmiyyətlərə necə inandırmaq olar? Amma buna nail olunduqda, Sapiens
fövqəladə güc qazanır, çünki bu, bir-birini tanımayan milyonlarla insanın
ümumi məqsəd uğrunda əməkdaşlıq etməsinə və birlikdə çalışmasına imkan
verir. Əgər biz yalnız real şəkildə mövcud olan şeylər, məsələn, çaylar,
ağaclar, şirlər haqqın

45
da söhbət edə bilsəydik, təsəvvür edin ki, dövlətlərin, kilsələrin, ya da
hüquqi sistemlərin qurulması nə qədər çətin olardı.
İllər boyunca insanlar çox mürəkkəb hekayələr şəbəkəsi qurub. Bu
şəbəkə daxilində "Peugeot" kimi uydurmalar nəinki yaşamağa davam edir,
hətta nəhəng gücə sahib olur. İnsanların bu cür şəbəkələr vasitəsiylə
yaratdıqları nəsnələrə akademik dairələrdə "fiksiya", "sosial konstruksiya"
və ya "xəyali reallıq" deyirlər. Xəyali reallıq yalan deyil. Mən çayın
kənarında bir şir var dedikdə, orada şirin olmadığını çox yaxşı bilirəmsə,
yalan demiş oluram. Yalanlar çox bəsitdir. Yaşıl meymunlar və şimpanzelər
yalan deyə bilir. Məsələn, bir yaşıl meymunun ətrafda şir yox ikən,
"Ehtiyatlı ol! Şir!" dediyi müşahidə edilmişdir. Təbii ki, bu cür xəbərdarlıq
banan tapmış digər meymunun qorxub qaçmasına səbəb olur, yalançı
meymuna isə bananı təkbaşına yeməyə imkan verir.
Yalandan fərqli olaraq, xəyali reallıq hər kəsin inandığı bir şeydir və bu
ümumi inam davam etdiyi müddət ərzində xəyali reallıq nəhəng bir gücə
sahibdir. Stadel mağarasındaki heykəltəraş şir-insan şəklində olan qoruyucu
ruha həqiqətən inanmış ola bilər. Bəzi cadugərlər şarlatandır, amma bir çoxu
tanrıların və şeytanların varlığına həqiqətən inanır. Milyonçuların
əksəriyyəti pulun və məhdud məsuliyyətli cəmiyyətlərin varlığına həqiqətən
inanırlar. İnsan haqları uğrunda mübarizə aparan aktivistlərin çoxu insan
haqlarının mövcudluğuna səmimi surətdə inanırlar. 2011-ci ildə BMT
Liviya hökumətindən öz vətəndaşlarının insan haqlarına hörmət etməsini
tələb etdikdə heç kəs yalan söyləmirdi, bununla belə BMT, Liviya və insan
haqları öz məhsuldar təxəyyülümüzün uydurmalarıdır.
Təfəkkür İnqilabından bəri Sapiens belə bir ikili reallıqla yaşamaqdadır.
Bir tərəfdə çaylarm, şirlərin və ağacların obyektiv reallığı, digər tərəfdə isə,
tanrıların, millətlərin və şirkətlərin xəyali reallığı. Vaxt ötdükcə, xəyali
reallıq daha da gücləndi; belə ki, bu gün çayların, şirlərin və ağacların
yaşaması xəyali varlıqlar olan tanrılar, millətlər və şirkətlərin insafından
asılıdır.

46
Genomun1 yanından keçmək
Sözlərdən xəyali həqiqətlər yaratmaq qabiliyyəti bir-birini tanımayan
çox sayda insanın effektiv şəkildə əməkdaşlıq etməsinə imkan verməklə
məhdudlaşmadı. İri miqyaslı cəmiyyətlərin əməkdaşlığı miflərə
əsaslandığından, müxtəlif hekayələr uydurmaqla, yəni mifləri
dəyişdirməklə insanların davranış formalarını da dəyişmək mümkün oldu.
Miflər əlverişli şəraitdə çox sürətlə dəyişə bilər. 1789-cu ildə Fransa əhalisi
demək olar ki, bir gecədə kralların ilahi gücü mifinə inanmaqdan əl çəkib,
xalqın hakimiyyəti mifinə inanmağa başladı. Nəticə etibarilə, Təfəkkür
İnqilabından bəri Homo sapiens dəyişən tələblərə görə öz davranışında
dəyişiklik etmək qabiliyyətinə sahib olub. Bu da genetik təkamüldəki tıxac-
lardan keçərək sürətlə irəliləyən mədəni təkamülə yol açıb. Bu yolla sürətlə
irəli gedən Homo sapiens əməkdaşlıq etmək məsələsində digər insan və
heyvan növlərini ciddi şəkildə qabaqlayıb.
Digər sosial heyvanların davranışları əsasən genləri tərəfindən
müəyyənləşir. DNT avtokrat2 deyil; heyvanların davranışı eyni zamanda
ətraf mühitin təsiri və fərdi qəribəliklər tərəfindən də formalaşır. Bununla
belə, eyni növdən olan heyvanlar müəyyən bir mühitdə adətən eyni şəkildə
davranırlar. Genetik mutasiya olmadan sosial davranışlarda əhəmiyyətli
dəyişiklik-baş verə bilməz. Məsələn, şimpanzelər alfa-erkəyin hökmran
olduğu iyerarxik qruplarda yaşamağa yönəlmiş genetik meylə sahibdir.
Şimpanzelərlə yaxın qohumu olan bonobolar isə dişilərin ittifaqı tərəfindən
idarə olunan və daha bərabərhüquqlu üzvlərdən əmələ gələn qruplar halında
yaşayırlar. Dişi şimpanzelər bonobo qohumlarından nümunə götürüb
feminist inqilab edə bilməz. Erkək şimpanzelər də konstitusion bir məclisdə
toplaşıb, alfa-erkək vəzifəsini ləğv edərək bundan sonra bütün
şimpanzelərin bərabər hüquqa malik olduğunu bəyan

1
Genom - orqanizmin hüceyrəsində olan irsi materiallar toplusudur. Genom - orqanizmin quruluşu
və yaşaması üçün zəruri olan bioloji informasiya daşıyır. Genomların əksəriyyəti, o cümlədən
insan genomu və bütün hüceyrəli həyat formalarının genomlan DNT-dən ibarətdir.

2
Avtokratiya - bur nəfərin qeyri-məhdud hakimiyyəti

47
edə bilməz. Bu cür kəskin davranış dəyişiklikləri şimpanzelərin DNT-si
dəyişdikdə baş verə bilər.
Arxaik insanlar da oxşar səbəblər üzündən hər hansı inqilaba cəhd
etmədilər. Sadəcə bunu deyə bilərik ki, sosial modellərdəki dəyişikliklər,
yeni texnologiyaların kəşfi və yad yerlərdə məskən- salma, mədəni
təşəbbüslərdən daha çox genetik mutasiyalar və ətraf mühitin təsiri ilə
meydana gəldi. Buna görə də insanlara bu addımları atmaq üçün yüz
minlərlə il lazım oldu. 2 milyon il əvvəl, genetik mutasiyalar Homo erectus
adı verilən yeni insan növünün ortaya çıxmasına səbəb oldu. Bu növün
ortaya çıxması yeni daş alətlər texnologiyasının inkişafı ilə müşayiət olundu
ki, bu da hal-hazırda bu növün təyinedici əlaməti kimi qəbul edilir. Homo
erectus-da daha sonra genetik dəyişikliklər baş vermədiyi üçün, onun
hazırladığı daş alətlər düz 2 milyon il boyunca eyni şəkildə qaldı.
Bunun əksinə, Təfəkkür İnqilabından bəri Sapiensin davranışlarında
sürətli dəyişikliklər oldu və o hər hansı bir genetik yaxud ətraf mühitdə
dəyişikliyə ehtiyac duymadan yeni davranışları gələcək nəsillərə ötürə bildi.
Nümunə olaraq, katolik keşişlər, buddist rahiblər və çinli xədim bürokratlar
kimi övladsız elitanın meydana çıxmasını gözdən keçirə bilərik. Belə elita-
ların mövcudluğu təbii seçmənin ən fundamental prinsiplərinə ziddir, çünki
cəmiyyətdə ağırlığı olan bu fərdlər nəsil artırmağı könüllü şəkildə rədd edib.
Şimpanzelərin alfa-erkəyi mümkün qədər çox dişiylə sekslə məşğul olmaq
üçün öz hökmranlığından istifadə edib, sürüdəki gənclərin böyük hissəsinin
atası olduğu halda, katolik alfa-kişisi cinsi əlaqədən və uşaq qayğısından
tamamilə çəkinir. Bu çəkinmə ciddi qida qıtlığı və ya potensial partnyorlann
çatışmazlığı kimi unikal ekoloji şərtlər nəticəsində əmələ gəlməyib; bunun
səbəbi qəribə genetik mutasiyalar da deyil. Katolik kilsəsi yüz illər boyunca
bir papadan digərinə keçən "subaylıq geni" sayəsində deyil, Əhdi-Cədid və
katolik hüququ hekayələrinin ötürülməsi nəticəsində həyatda qala bildi.

48
Şəkil 6. Katolik alfa-kişisi heç
bir genetik və ya ekoloji
səbəb olmadan seksual
əlaqələrdən və uşaq sahibi
olmaqdan imtina edir.

Başqa sözlə, arxaik insanların davranış tərzləri on min illər boyunca


dəyişilməz qaldığı halda, Sapiens sosial quruluşlarını, şəxsi
münasibətlərinin xarakterini, iqtisadi fəaliyyətlərini və bir çox başqa
davranışını on-iyirmi il ərzində dəyişdirə bilirdi. 1900-cu ildə doğulan və
yüz yaşına qədər yaşayan bir berlinlini təsəvvürümüzə gətirək. Uşaqlığını II
Vilhelmin Hohenzollemlər1 İmperiyasında, gəncliyini Veymar
Respublikasında və nasistlərin III Reyxi dövründə keçirərkən, öldükdə
demokratik və birləşmiş Almaniyanın vətəndaşıydı. DNT-si tamamilə eyni
qalsa da, bu berlinli öz həyatı boyunca bir-birindən çox fərqli olan sosial-
siyasi sistemlərdə yaşayıb.
Sapiensin uğur qazanmasının səbəbi məhz bu idi. Bir Neander- tal
təkbətək mübarizədə, yəqin ki, Sapiensi məğlub edərdi. Amma yüzlərlə
fərdin iştirak etdiyi bir döyüşdə Neandertalların heç bir

1
Uzun illər hakimiyyətdə olmuş alman sülaləsi

49
şansı yox idi. Neandertallar şirlərin olduğu yerlər haqqında informasiyanı
paylaşa bilirdi, amma qəbilə ruhları barədə hekayələr danışıb, onlarda düzəliş
edə bilmirdi. Hekayələr uydurmaq qabiliyyəti olmadan, Neandertallar böyük
qruplar şəklində effektiv əməkdaşlıq edə bilmir və sosial davranışlarını
sürətlə dəyişən çətinliklərə uyğunlaşdıra bilmirdi.
Neandertalların beyninin içinə girib fikirlərini oxuya bilməsək də,
rəqibləri olan Sapienslərlə müqayisədə çox məhdud təfəkkürə sahib
olduqlarına dair əlimizdə bəzi sübutlar var. Avropada yerləşən 30 min illik
Sapiens məskənlərində tədqiqat aparan arxeoloqlar müəyyən vaxtlarda
Aralıq dənizi və Atlantik okeanı sahillərinə aid xeyli balıqqulağı tapdılar.
Çox güman ki, bu balıqqulağı müxtəlif Sapiens qrupları arasmdakı uzun
məsafəli ticarət nəticəsində qitənin içərilərinə gətirilmişdi. Neandertal
məskənlərində isə bu cür ticarətin sübutu yoxdur. Hər qrup öz alətlərini yerli
materiallardan düzəldirdi.1
Başqa bir nümunə də Sakit okeanın cənub hissəsindən gətirək. Yeni
Qvineyanın şimalmdakı Yeni İrlandiya adasında yaşamış Sapiens qrupları
çox möhkəm və iti alətlər düzəltmək üçün obsidian adlanan vulkanik şüşədən
istifadə edərdi. Lakin Yeni İrlandiyada təbii obsidian yataqları yoxdur.
Laboratoriya testləri burada istifadə olunmuş obsidianm 400 kilometr
uzaqlıqdakı Yeni Britaniya adlanan bir adadan gətirildiyini sübut etdi. Bu
adalarda yaşayanların bir hissəsi adalar arasındakı uzun məsafələrə
baxmayaraq, ticarətlə məşğul olmağı bacaran təcrübəli dənizçilər olmalıydı.2
Ticarət hər hansı bir uydurma zəmin tələb etməyən çox praqmatik bir
fəaliyyət kimi görünə bilər. Bununla belə, Sapiensdən başqa heç bir heyvan
ticarətlə məşğul olmayıb və Sapeinsin yuxarıda izah edilən bütün ticarət
şəbəkələri uydurmalara əsaslanıb. Ticarət

1
Yvette Taborin, “Shells of the French Aurignacian and Perigordian’', Before Lascaux: The
Complete Record of the Early Upper Paleolithic, Heidi Knecht, Anne Pike-Tay və Randall White,
Boca Raton: CRC Press, 1993, səh. 211-228.
2
G.R. Summcrhayes, "Application of PİXE-PİGME to Archaeological Analysis of Changing
Patterns of Obsidian Use in West New Britain, Papua New Guniea”, Archaeological Obsidian
Studies: Method and Theory, Steven M.Shacklcy, New York, Plenum Press, 1998, səh. 129-158.

50
inam, etimad olmadan baş tutmaz, yad adamlara güvənmək isə çox çətindir.
Bu gün qlobal ticarət şəbəkəsi dollar, Federal Ehtiyat Bankı və şirkətlərin
totemvari ticarət markaları kimi uydurmalara olan etimadımız sayəsində
mümkündür. Qəbilədə iki yad adam ticarətlə məşğul olmaq istədikdə, ümumi
bir tannya, mifik bir əcdada və ya bir totem heyvanma əsaslanaraq bir-birinə
qarşılıqlı etimad göstərməliydi.
Əgər bu cür uydurmalara inanan arxaik Sapienslər obsidian və
balıqqulağı ticarəti ilə məşğul olublarsa, təbii ki, öz aralarında informasiya
mübadiləsi də apara bilər və bununla da Neandertallar və digər insan
növlərindən daha sıx, daha geniş bir informasiya şəbəkəsi qura bilərdi.
Ov üsulları da bu fərqləri göstərən bir başqa cəhətdir. Neandertallar
adətən təkbaşına ya da kiçik qruplar şəklində ov edərdi. Sapiens isə onlarla
fərd və hətta fərqli qruplar arasında əməkdaşlığa dayanan üsullar icad
etmişdi. Ən effektiv üsullardan biri də, məsələn, vəhşi atlardan ibarət heyvan
sürüsünü kütləvi şəkildə və asanlıqla qıra bilmək üçün onu hər tərəfdən
əhatəyə alıb dar bir keçidə qovmaq idi. Hər şey plan üzrə gedərdisə, qruplar
kollektiv səy nəticəsində bir dəfəyə tonlarla ət, yağ və heyvan dərisi ələ
keçirir, bunları ya nəhəng bir ziyafət təşkil edərək yeyib qurtarır, ya da
qurudub hisə verərək və ya donduraraq (Arktik ərazilərdə) sonra istifadə
etmək üçün saxlayardı. Arxeoloqlar böyük heyvan sürülərinin hər il bənzər
bir şəkildə kəsildiyi düşərgələr kəşf etdi. Hətta süni tələlər və torların
qurulduğu yerlər də vardı.
Neandertallann öz ənənəvi ov ərazilərinin Sapienslərin nəzarətində olan
sallaqxanalara çevrilməsindən narazı qaldıqlarını fərz edə bilərik. Lakin iki
növ arasında iğtişaşlar və zorakılıq halları meydana gələrdisə, Neandertallar
vəhşi atlar qədər aciz idi. Ənənəvi və sabit üsullarla əməkdaşlıq edən əlli
Neandertahn universal və yeniliklərə meylli beş yüz Sapiensə məğlub
olacağı dəqiqdir. Və əgər Sapienslər ilk raundu uduzsalar belə, növbəti dəfə
onlara qələbəni təmin edən yeni strategiyaları tez bir zamanda icad edə
bilirdilər.

51
Təfəkkür İnqilabında nə baş verdi?

Yeni bacarıqlar İri miqyaslı nəticələr

Homo Sapiens-i əhatə edən ətraf dünya Mürəkkəb fəaliyyətləri planlaşdırmaq və yerinə
haqqında daha çox məlumat vermək yetirmək bacarığı. Məsələn, şirlərdən uzaq gəzmək
qabiliyyəti və öküz ovlamaq.

Sapiensin sosial münasibətlərlə bağlı 150 nəfərə çatan daha böyük və daha sıx qruplar
daha çox məlumat vermək qabiliyyəti
a) Bir-birini tanımayan çox sayda insan arasında
Qəbilə ruhları, millətlər, məhdud
əməkdaşlıq.
məsuliyyətli cəmiyyətlər və insan
b) Sosial davranışın sürətlə yenilənməsi
hüquqları kimi əslində mövcud olmayan
şeylərlə bağlı məlumatları vermək
qabiliyyəti

Tarix və biologiya

Sapiensin icad etdiyi xəyali həqiqətlərin böyük müxtəlifliyi və bunun


nəticəsində inkişaf edən davranış modellərinin çoxluğu "mədəniyyət"
adlandırılan anlayışın əsas komponentidir. Mədəniyyətlər ortaya çıxdıqdan
sonra dayanmadan dəyişilmiş və inkişaf etmişdir, bu ara verməyən
dəyişikliyi "tarix" adlandırırıq.
Buna müvafiq olaraq, Təfəkkür İnqilabı - tarixin biologiyadan asılı
olmadığını və öz müstəqilliyini elan etdiyi andır. Bütün insan növlərinin
Təfəkkür İnqilabma qədər fəaliyyəti biologiyanın və ya başqa sözlə,
tarixdən əvvəlki dövrün sferasına aiddir ("tarixdən əvvəlki dövr"
terminindən qaçmağa çalışıram, çünki bu termin Təfəkkür İnqilabından
əvvəl də insanların müstəqil şəkildə bir kateqoriya olduğuna dair yanlış
təsəvvür yaradır). Təfəkkür İnqilabından bəri tarixi hekayətlər bioloji
nəzəriyyələrin yerini tutaraq Homo sapiens-in inkişafını izah eləmək üçün
istifadə etdiyimiz əsas vasitəyə çevrildi. Xristianlığın, yaxud Fransa
İnqilabının meydana gəlməsini anlamaq üçün genlərin, hormonların və
orqanizmlərin qarşılıqlı təsirini anlamaq kifayət etməz. Fikirlərin,
obrazların və xəyalların da qarşılıqlı təsirini nəzərə almaq lazımdır.

52
Bu, Homo sapiens-in və insan mədəniyyətinin bioloji qanunlardan asılı
olmadığı demək deyil. Biz hələ də heyvanıq; fiziki, emosional və təfəkkür
qabiliyyətimiz hələ də DNT-miz tərəfindən formalaşdırılır. Cəmiyyətimiz
Neandertal və ya şimpanze cəmiyyətləri ilə eyni kərpicdən inşa edilib və
bunları (hislər, emosiyalar, ailə bağları) daha yaxından araşdırdıqda
özümüzlə digər meymunlar arasmda daha az fərq olduğunu görürük.
Lakin, bir fərd və ya ailə səviyyəsindəki fərqlərə baxmaq səhv olardı.
Təkbətək, hətta ona-on müqayisələrdə belə təəccüblü dərəcədə
şimpanzelərə bənzəyirik. Ciddi fərq yalnız yüz əlli nəfəri keçən qruplarda
ortaya çıxır, 1000-2000 nəfərlik qruplarda meydana gələn fərq isə
fövqəladə dərəcədə böyükdür. Minlərlə şimpan- zeni Tiananmen
Meydanına, Uoll-stritə, Vatikana, yaxud Birləşmiş Millətlər Təşkilatının
ştab-qərargahma sığışdırmağa çalışsanız, nəticədə böyük bir qarışıqlıq
yaranar. Bunun əksinə, Sapiens belə yerlərdə müntəzəm olaraq minlərlə
fərd halında toplana bilir. Ayrı-ayrılıqda heç zaman qura bilməyəcəkləri
nizamlı strukturlar yaradırlar: ticarət şəbəkələri, kütləvi bayramlar və siyasi
qurumlar. Şimpanzelərlə bizim aramızdakı əsas fərq insanları, ailələri və
qrupları bir-birinə bağlayan mifik yapışqandır. Bu yapışqan bizi yaradılışın
ustalarına çevirib.
Əlbəttə, alətlər düzəldib istifadə etmək kimi digər bacarıqlara da
ehtiyacımız var. Amma alət düzəltmək - çox sayda digər insanlarla
əməkdaşlıq etmək kimi bacanqlarla əlaqədar olmazsa, az əhəmiyyət
daşıyar. Necə olur ki, 30 min il əvvəl ucu çaxmaq daşından düzəldilmiş
nizələrimiz varkən, indi nüvə başlıqlı qitələrarası raketlərə sahibik? Son 30
min il ərzində alət düzəltmək bacarığımızda fizioloji cəhətdən ciddi bir
dəyişiklik olmayıb. Albert Eynşteyn qədim bir ovçu-yığıcı ilə müqayisədə
əllərindən istifadə etməkdə daha çox bacarıqsız idi. Amma tanımadığımız
çox sayda insanla əməkdaşlıq edə bilmək qabiliyyətimiz əhəmiyyətli
dərəcədə inkişaf etmişdi. Ucu çaxmaq daşmdan olan nizə bir nəfər
tərəfindən bir neçə dəqiqədə düzəldilmişdi və bu insan sadəcə bir neçə
yaxın dostunun məsləhətinə və köməyinə ehtiyac duyurdu. Müasir nüvə
başlığının istehsalı - dünyanm hər tərəfində olan, yerin dərinliyindən uran
çıxaran şaxtaçıdan tutmuş, elementar zərrəciklərin qarşılıqlı təsirini

53
ifadə etmək üçün uzun riyazi formullar yazan fizika nəzəriyyəçisinə qədər
milyonlarla insanın əməkdaşlığını tələb edir.

Təfəkkür İnqilabından sonra biologiya və tarixin qarşılıqlı əlaqəsinə


yekun vurmaq lazımdırsa:

a. Biologiya Homo sapiens-in bacarıq və davranışları üçün əsas


parametrləri müəyyənləşdirir, bütün tarix isə bu bioloji arenanın
hüdudları daxilində baş verir.
b.Amma bu arena fövqəladə dərəcədə genişdir, bu da Sapiensə çox
müxtəlif oyunlar oynamaq imkanı verir. Fantaziyalar uydurmaq
bacarığı sayəsində Sapiens daha mürəkkəb oyunlar qurur və hər nəsil
bu oyunları daha da təkmilləşdirir.
c. Beləliklə, Sapiensin davranışlarını anlamaq üçün fəaliyyətlərimizin
tarixi təkamülünü təsvir etməliyik. Bunun üçün sadəcə bioloji
hüdudlarımıza əsaslanmaq, Dünya Çempionatının oyununu şərh edən
bir şərhçinin dinləyicilərə meydançanı ətraflı şəkildə təsvir edib,
futbolçuların oyunundan bəhs etməməsinə bənzəyərdi.

Daş Dövründəki əcdadlarımız tarix arenasında hansı oyunlan oynadılar?


Bildiyimiz kimi, 30 min il əvvəl Stadel şiri heykəlini yonan insanlar bizimlə
eyni fiziki, emosional və intellektual qabiliyyətə sahib idi. Səhər yuxudan
oyandıqda nə edirdilər? Səhər və günorta yeməyində nə yeyirdilər?
Cəmiyyətləri necə idi? Təknikahlı (mo- noqam) münasibətləri və möhkəm
ailələri var idimi? Mərasimləri, əxlaq qaydaları, idman yarışları və dini
ayinləri var idimi? Dava edirdilərmi? Növbəti fəsil əsrlərin üstünü örtən
pərdənin arxasına baxaraq, Təfəkkür İnqilabını Aqrar İnqilabdan ayıran min
illər boyunca həyatın necə olduğunu öyrənməyə çalışacaq.

54
3

Adəm və Həvvanın
həyatından bir gün

T ƏBİƏTİMİZİ, TARİXİMİZİ və psixologiyamızı anlamaq


üçün ov etmək və toplamaqla məşğul olan əcdadlarımızın
zehinlərinə girə bilməliyik. Növümüz, demək olar ki, bütün tarix
boyunca ovçu-anbardar Sapiens olaraq yaşayıb. Getdikcə daha çox
Sapiensin öz ruzisini şəhərlərdə işləyərək qazandığı keçən 200 il
və əksər Sapiensin fermer olaraq yaşadığı ondan əvvəlki 10 min il,
əcdadlarımızın ov etməklə və toplamaqla keçindiyi on minlərlə ilin
yanında bir göz qırpımı kimidir.
Getdikcə inkişaf edən təkamül psixologiyası sahəsi, bugünkü bir çox
sosial-psixoloji xüsusiyyətlərimizin aqrar mərhələdən əvvəlki çox uzun bir
dövr ərzində formalaşdığını iddia edir. Bu sahədə çalışan alimlər hətta bu
gün də beynimizin və zehnimizin ovçuluq və toplayıcılıq həyatına
uyğunlaşdığını irəli sürürlər. Yemək vərdişləri, konfliktlər və seksuallıq, -
bütün bunlar ovçu-toplayıcı zehnimizin ətrafımızdakı post-industrial
mühitin meqa şəhərləri, təyyarələri, telefonları və kompüterləri ilə qarşılıqlı
təsirinin nəticəsidir. Bu mühit bizə əvvəlki nəsillərin sahib olduğundan daha
çox maddi ehtiyatlar və uzun ömür bəxş etsə də, digər tərəfdən, çox vaxt
özümüzü təklənmiş kimi, depressiya və təzyiq altında hiss etməyə məcbur
edir. Təkamül psixoloqları bunu səbəbini anlamaq üçün təhtəlşüurumuzda
hələ də yaşamaqda olan və bizi formalaşdıran ovçu-toplayıcının dünyasına
dalmağı irəli sürürlər.
Məsələn, nə üçün insanlar çox az fayda verən yüksək kalorili yeməkləri
daha çox sevirlər? Bu gün rifah içində yaşayan cəmiyyətlər, inkişaf etməkdə
olan ölkələrə də yayılan piylənmə

55
xəstəliyindən əziyyət çəkir. Ovçu-toplayıcı əcdadlarımızın yemək
vərdişlərini araşdırmadıqca bizim niyə şirin və yağlı yeməklərə üstünlük
verməyimiz bir müəmma olaraq qalacaq. Əcdadlarımızın yaşadığı
savannalarda və meşələrdə yüksək kalorili şirin qidalar nadir hallarda
olurdu, və ümumiyyətlə, yemək bol deyildi. 30 min il əvvəl yaşamış tipik
bir ovçu-toplayıcının yalnız bir şirin qida əldə edə bilərdi: yetişmiş
meyvələr. Əncir ağacına rast gələn bir Daş dövrü qadınının edəcəyi ən ağıllı
hərəkət, o ətrafdakı babuin qrupu ağacı ələ keçirənə kimi, bu əncirlərdən
mümkün qədər çox yemək idi. Yüksək kalorili yeməkləri tıxmaq bu
səbəbdən genlərimizə hopub. Bu gün çoxmərtəbəli binalarda ağzına qədər
dolu soyuducularla yaşaya bilərik, amma DNT-miz hələ də savannada
yaşadığımızı zənn edir. Bu gün bizim bir qab dolusu "Ben and Jerry" don-
durmasını qaşıqlamağımız və bunun yanında da "Jumbo" kolası içməyimiz
bu səbəbdəndir.
Bu "tıxma geni" nəzəriyyəsi əksəriyyət tərəfindən qəbul edilib. Digər
nəzəriyyələrsə daha çox mübahisəlidir. Məsələn, bəzi təkamül psixoloqları
qədim ovçu-toplayıcı qrupların monoqam cütlərin qurduğu özək ailələrdən
ibarət olmadığını iddia edirlər. Onların fikrincə, bu insanlar özək ailələr
şəklində deyil, xüsusi mülkiyyətin, monoqam münasibətlərin və hətta
atalığın belə olmadığı icmalar halında yaşayıblar. Belə bir qrupda bir qadın
eyni zamanda çox sayda kişi ilə (və qadınla da) cinsi əlaqəyə girib yaxın
münasibətlər qura bilirdi, qrupdakı bütün böyüklər isə uşaqların tərbiyə
olunmasında əməkdaşlıq edirdi. Heç bir kişi hansı uşağın ona aid olduğunu
dəqiq bilmədiyindən, kişilər bütün gənclərə bərabər qayğı göstərirdi.
Belə bir sosial struktur utopiya deyil. Bu, müxtəlif heyvanlarda, xüsusilə
də ən yaxın qohumlarımız olan şimpanzelər və bonobolar- da müşahidə
edilib. Hətta bu gün belə bəzi insan mədəniyyətlərində, məsələn, Bari
hindularında kollektiv atalıq tətbiq olunur. Belə cəmiyyətlərin etiqadına
görə, bir uşaq təkcə bir kişinin spermasından deyil, bir çox spermanın qadın
bətnində toplanmasından əmələ gəlir. Yaxşı ana, xüsusilə də hamilə olduğu
zaman, bir çox kişiylə cinsi əlaqəyə girməlidir; beləcə, onun uşağı sadəcə ən
yaxşı ovçunun deyil, eyni zamanda ən yaxşı nağılçının, ən güclü
döyüşçünün

56
və ən diqqətli aşiqin də xüsusiyyətlərini (və atalıq qayğısını) qazanacaq.
Əgər bu sizə qəribə gəlirsə, unutmayın ki, müasir embriolo- ji
tədqiqatlardan əvvəl insanların əlində körpələrin bir çox atadan deyil, yalnız
bir atadan əmələ gəldiyinə dair əsaslı dəlillər yox idi.
Belə bir "qədim icma" nəzəriyyəsinin tərəfdarları, müasir nikahlarda tez-
tez rast gəlinən xəyanətlərin, yüksək boşanma faizlərinin, uşaqların da,
böyüklərin də tez-tez məruz qaldıqları bir çox psixoloji komplekslərin
insanlan monoqam münasibətlər qurmağa və özək ailələrdə yaşamağa
məcbur edilməsindən qaynaqlandığını və bu cür həyat tərzinin bioloji
təminatımıza uyğun gəlmədiyini hesab edirlər.1
Bu nəzəriyyəni qətiyyətlə rədd edən bir çox alim isə monoqam
münasibətlər və özək ailələr qurmağın əsas insan davramşlanna aid
olduğunu israr edir. Bu alimlərə görə, qədim ovçu-toplayıcı icmalar müasir
cəmiyyətlərdən daha çox bərabərhüquqlu və kommunal bir həyat sürsələr
də, bununla belə ayn-ayn hücrələr halında yaşayıblar və bu hücrələrin hər
biri qısqanc cütlükdən və uşaqlarından ibarət olub. Buna görə də, monoqam
münasibətlər və özək ailələr mədəniyyətlərin böyük əksəriyyətində
normaldır, kişilərlə qadınların öz partnyorları və uşaqlarına dair sahiblik
hissləri çox güclüdür. Bu səbəbdən, hətta Şimali Koreya və Suriya kimi
müasir dövlətlərdə siyasi hakimiyyət hələ də atadan oğula keçməkdədir.
Bu ziddiyyəti həll etmək və seksuallığımızı, cəmiyyətimizi və
siyasətimizi anlamaq üçün əcdadlarımızın həyat şərtləriylə bağlı bəzi
şeyləri öyrənməyimiz, Sapiensin 70 min il əvvəl baş vermiş Təfəkkür
İnqilabı ilə 12 min il əvvəl baş vermiş Aqrar İnqilab arasındakı dövrdə necə
yaşadığını araşdırmağımız lazımdır.

Təəssüf ki, ovçu-toplayıa əcdadlarımızın həyatı ilə bağlı çox az şeyi


dəqiq bilirik. "Qədim icma" ilə "əbədi monoqamlıq" kult- lan arasındakı
mübahisələr ümumən zəif dəlillərə əsaslanır. Aydındır ki, əlimizdə ovçu-
toplayıcı insanlann dövrünə aid heç bir

1
Christopher ryan cə Cacilda Jetha, Sex at Dawn: The Prehistoric Origins of Modern Sexuality,
New York: Harper, 2010; S.Beckerman ve P. Valentine, Cultures of Multiple Fathers. The Theory
and Practice of Partible Paternity in Lowland South America, Gainesville: University Press of
Florida, 2002.

57
yazılı sənəd yoxdur, üstəlik arxeoloji dəlillər də əsasən daşlaşmış
sümüklərdən və daş alətlərdən ibarətdir. Daha tez çürüyən materiallardan
(məsələn, taxta, bambuk və ya dəri) düzəldilmiş əşyalar isə yalnız müəyyən
şərtlər altında korlanmadan qala bilər. Əkinçilikdən əvvəlki insanların Daş
dövründə yaşadığına dair geniş yayılmış yanlış fikir də bu arxeoloji
təmayüldən qaynaqlanır. Daş dövrü əslində Taxta dövrü adlanmalıdır, çünki
bu dövrdə ovçu-toplayıcılar tərəfindən istifadə edilən alətlərin əksəriyyəti
taxtadan düzəldilmişdi.
Qədim ovçu-toplayıçıların həyatını bu günə qədər gəlib çıxmış alətlərlə
canlandırmağa çalışmaq çox çətindir. Qədim ovçu-topla- yıcılarla onların
əkinçilik və sənaye dövrünün nəvələri arasmdakı ən bariz fərqlərdən biri
ovçu-toplayıcılann əllərində çox məhdud sayda əşya olmasıydı; bu əşyalar
isə onların həyatında çox kiçik rol oynamışdı. Müasir və zəngin bir
cəmiyyətdə yaşayan adi bir insanın avtomibillərdən evə, birdəfəlik bezlərdən
qutu südlərə qədər milyonlarla əşyası olur. Özümüz hazırladığımız
nəsnələrlə bağlı olmayan heç bir fəaliyyət, əqidə və hətta hissimiz yoxdur.
Yemək vərdişlərimiz qaşıqdan stəkana, genetik mühəndislik la-
boratoriyalarından nəhəng gəmilərə qədər çox sayda əşyalardan ibarət
nəhəng kolleksiya vasitəsilə formalaşır. Oyun oynamaq üçün plastik
kartlardan tutmuş 100 min nəfərlik stadionlara qədər saysız-hesabsız
oyuncaqlardan istifadə edirik. Romantik və seksual münasibətlərimizdə isə
üzüklərdən, çarpayılardan, gözəl geyimlərdən, şəhvət oyadan alt
paltarlarından, prezervativlərdən, dəbdəbəli restoranlardan, ucuz
motellərdən, aeroportlardakı istirahət salonlarından, toy zallarından və
yemək firmalarından istifadə edirik. Dinlər isə müqəddəsliyi müsəlman
məscidləri, qotik kilsələri, induist aşramlan1, Tibetin dua çarxları, Tövrat
yazıları, keşiş cübbələri, şamlar, buxurdanlar, Yeni il yolkaları, qəbir daşları
və ikonalar vasitəsilə həyatımıza gətirir.
Həyatımızda nə qədər çox əşyanın olduğunu yalnız yeni evə köçərkən
hiss edirik. Ovçu-toplayıcılar isə hər ay, hər həftə və bəzən hətta hər gün yeni
məskənə köçürdülər və bu zaman nələri vardısa, bellərindəki torbaya
atırdılar. Əziyyətlərini az da olsa

1
Qədim Hindistanda müdriklərin və zahidləri yaşadığı məskənlər

58
yüngülləşdirmək üçün yanlarında hərəkət edən yük arabaları, hətta yük
daşımaq üçün hey vanları belə yox idi. Buna görə də ən mühüm əşyalarla
keçinməyə məcbur idilər. Odur ki, bu insanların psixi, dini və emosional
həyatlarının böyük hissəsinin əşyaların köməyi olmadan keçdiyini irəli
sürmək məntiqlidir. Bundan 100 min il sonra qazıntı aparan bir arxeoloq hər
hansı bir məscidin qalıqları arasından çıxardığı çox sayda əşya ilə müsəlman
etiqadı və ibadətinin real təsvirini verə bilər. Qədim ovçu-toplayıcılann
etiqad və rituallarını anlamağa çalışdıqda isə əsasən itki ilə başlayırıq. Bu
ziddiyyət, eyni ilə gələcəkdə bir tarixçinin 21-ci əsrdə yaşamış amerikalı
gənclərin sosial həyatını sadəcə məktublara baxaraq araşdırması kimidir. Bu
halda telefon danışıqları, elektron poçtlar, bloqlar və mesajlardan heç biri
qalmayacaq.
Beləliklə, qədim əşyalara əsaslanaraq nəticə çıxarmaq, ovçu-
toplayıcılann həyatı ilə bağlı yanlış fikirlərə səbəb olur. Bunu düzəltməyin
bir yolu müasir ovçu-toplayıcı cəmiyyətlərə baxmaqdır. Bunlar bilavasitə
antropoloji müşahidələr vasitəsilə araşdırıla bilər. Amma müasir
cəmiyyətlərə əsaslanaraq qədim ovçu-toplayıcıların həyatına dair nəticələr
çıxararkən diqqətli olmağımızı zəruri edən səbəblər var.
Birincisi, müasir dövrümüzdə həyatda qalmağı bacarmış bütün ovçu-
toplayıcı cəmiyyətlər ətrafda olan əkinçilik və sənaye cəmiyyətlərinin təsiri
altında olub. Onlar üçün məqbul olan şeylərin minlərlə il əvvəl də məqbul
olduğunu iddia etmək risklidir.
İkincisi, müasir ovçu-toplayıcı cəmiyyətlər əsasən əkinçilik və maldarlıq
üçün yararsız olan torpaqlarda və çətin iqlim şəraitində həyatda qalıb.
Cənubi Afrikada Kalahari səhrası kimi çox ekstremal şərtlərə uyğunlaşa
bilənlər, keçmişdə Yan-Tszı çayı vadisi kimi münbit yerlərdə yaşamış
icmaları anlamaq üçün aldadıcı model ola bilər. Xüsusilə də, Kalahari
səhrası kimi bir ərazidə əhali sıxlığı qədimdə Yan-Tszının ətrafındakı
bölgədə olduğundan çox azdır, bunun isə insan qruplarının strukturu,
böyüklüyü və onlann arasındakı münasibətlər üzərində böyük təsiri var.
Üçüncüsü, ovçu-toplayıcı cəmiyyətlərin ən mühüm xüsusiyyəti bir-
birindən necə fərqlənmələridir. Bu cəmiyyətlər nəinki dünyanın müxtəlif
yerlərində bir-birindən fərqlənir, həmçinin eyni bölgədə

59
belə bir-birindən fərqli olur. Buna ən yaxşı nümunə, ilk avropalı
mühacirlərin Avstraliyadakı aborigenlər arasında gördükləri çox böyük
müxtəlifliklərdir. İngilis fəthindən əvvəl, qitədəki 200-600 qəbilədə
300000-700000 ovçu-toplayıcı yaşayırdı, bu qəbilələr də öz aralarında bir
neçə qrupa ayrılmışdı.1 Hər qəbilənin özünəməxsus dili, dini, normaları və
adətləri vardı. Cənubi Avstraliyada, indi Adelaide adlanan ərazidə atadan
gələn soyu əsas götürən patriarxal klanlar yaşayırdı. Bu klanlar territorial
əlamətlərə görə birləşib qəbilələr yaradırdı. Bunun əksinə olaraq, Şimali
Avstraliyada yaşayan bəzi qəbilələrdə ananın soyu mühüm sayılırdı,
qəbiləyə məxsusluq isə ərazi ilə deyil, o insanın totemi ilə müəyyən
olunurdu.
Təbii ki, qədim ovçu-toplayıcılar arasındakı etnik və mədəni
müxtəlifliklər də gözəçarpan dərəcədəydi. Aqrar inqilab ərəfəsində dünyaya
yayılmış 5 milyondan 8 milyona qədər ovçu-toplayıcı minlərlə müxtəlif dil
və mədəniyyətə sahib olan minlərlə fərqli qəbiləyə bölünmüşdü. 2 Bu
Təfəkkür İnqilabının ən başlıca miraslarından biriydi. Fantaziyanın
meydana çıxması sayəsində, eyni genetik quruluşa sahib olan və oxşar
ekoloji şərtlərdə yaşayan insanlar fərqli norma və dəyərlərdə təzahür edən
çox müxtəlif xəyali həqiqətlər yarada bilirdi.
Məsələn, 30 min il əvvəl yaşamış və indiki Oksford Universitetinin
olduğu yerdə məskən salmış bir ovçu-toplayıcı qrupun, indiki Kembricdə
yerləşən başqa bir qrupdan fərqli dildə danışdığım güman etmək üçün çox
səbəb var. Bu qruplardan biri sülhsevər, digəri davakar ola bilər. Bəlkə də,
Kembric qrupu icma şəklində yaşadığı halda, Oksford qrupu özək ailələrdən
ibarət idi. Kembric əhalisi qoruyucu ruhların taxta heykəllərini düzəltməyə
saatlarla vaxt sərf edərkən, Oksforddakılar rəqs vasitəsilə ibadət edirdilər.
Bəlkə də,

1
Noel G.Butlin, Economics and the Dreamtime: A Hypothetical History, Cambridge: Cambridge
University Press, 1193, səh. 98-101; Richard Broome, Aboriginal Australians, Sydney: Allen &
Unwin, 2002, səh. 15; William Howell Edwards, An Introduction to Aboriginal Societies,
Wentworth Falls, N.S.W.: Social Science Press, 1988, səh. 52
2
Fekri A.Hassan, Demographic Archaeology, New York: Academic Press, 1981, səh. 196- 199;
Lewis Robert Binford, Constructing Frames of Reference: An Analytical Method for
Archaeological Theory Building Using Hunter Gatherer and Environmental Data Sets, Berkeley:
University of California Press, 2001, səh. 143.

60
birinci qrup reinkamasiyaya1 inandığı halda, ikinci qrup bunun axmaqlıq
olduğunu düşünürdü. Bir cəmiyyətdə eyni cinslərin seksual münasibətləri
normal sayılarkən, digərində tabu idi.
Başqa sözlə, müasir ovçu-toplayıcılann antropoloji müşahidəsi qədim
ovçu-toplayıcılann bəzi xüsusiyyətlərini anlamağımıza kömək etsə də, o dövrə
aid ehtimallar həddən artıq çox idi və bunların əksəriyyəti gözlərimizin önündə
baş verməmişdi.2 Homo sapi- ens-in "təbii həyat tərzi" haqqında qızğın
müzakirələr əsl məsələni gözdən qaçırırdı. Təfəkkür İnqilabından bəri Sapiens
üçün heç bir təbii həyat tərzi olmamışdı. Sadəcə, təəccüblü dərəcədə çox geniş
ehtimallar üfüqündən seçilmiş mədəni zövqlər var idi.

İlk zəngin cəmiyyət


Bununla belə, əkinçilikdən əvvəlki həyat haqqında hansı
ümumiləşdirmələri apara bilərik? Hər halda, insanların böyük əksəriyyətinin
bir neçə on ya da ən çoxu bir neçə yüz fərddən ibarət kiçik qruplar halmda
yaşadığını və bu fərdlərin hamısının insan olduğunu demək mümkündür. Bu
son cümləyə diqqət etmək lazımdır, çünki bu vəziyyəti anlamaq o qədər də
asan deyil. Aqrar və sənaye cəmiyyətlərinin əksər üzvləri əhliləşdirilmiş
heyvanlardır. Sahibləriylə bərabər olmasalar da, yenə də onlar kimi cəmiyyətin
üzvləridirlər. Bu gün Yeni Zelandiya cəmiyyəti 4,5 milyon Sapiens və 50
milyon qoyundan ibarətdir.
Bu ümumi qaydanm yalnız bir istisnası vardı: it. ît Homo sapiens tərəfindən
əhliləşdirilmiş ilk heyvan idi və bu, Aqrar İnqilabdan əvvəl baş vermişdi.
Ekspertlər dəqiq tarix haqqında ümumi fikrə gələ bilmirlər, amma təxminən
15 min il əvvəl əhliləşdirilmiş itlər barədə təkzibolunmaz sübutlarımız var.
Bəlkə də, itlər insan qruplarına minlərlə il əvvəl qoşulublar.

1
Yenidən doğuluş, ruhun bədən dəyişdirməsi
:
“Ehtimallar üfüqü” - bir cəmiyyətin ekoloji, texnoloji və mədəni məhdudiyyətlərini nəzərə
almaqla, o cəmiyyətin qarşısında açılmış bütün dinlər, praktikalar və təcrübələr spektri mənasına
gəlir. Hər toplum və hər bir fərd bu ehtimalların yalnız kiçik bir hissəsini tədqiq edər.

61
İtlər ov və döyüşlərdə, həmçinin vəhşi heyvanlara və bədxah insanlara
qarşı bir siqnalizasiya sistemi kimi istifadə edilirdi. Nəsillər boyunca bu iki
növ bir-biriylə daha yaxşı ünisyyət quraraq birlikdə inkişaf etdi. İnsanların
ehtiyac və hisslərinə daha diqqətli heyvan olan itlər digər heyvanlara nisbətən
daha çox qayğı görüb bəsləndilər, buna görə də onların həyatda qalma şansları
daha yüksək idi. Eyni zamanda itlər də öz ehtiyacları üçün insanları ma-
nipulyasiya etməyi öyrəndi. 15 min illik ünsiyyət, insanlarla itlər arasında,
başqa heyvanlarla müqayisədə daha dərin yaxınlıq və qarşılıqlı anlaşılma
yaratdı.’ Hətta bəzi hallarda itlər də insanlar kimi mərasimlə torpağa verildi.
Qrup üzvləri bir-birini çox yaxından tanıyırdı və bütün ömürləri boyunca
dostlarının və qohumlarının əhatəsində olurdu. Tənha və gizli həyat tərzinə
nadir hallarda rast gəlinirdi. Qonşu qruplar yəqin ki, maddi ehtiyatlar uğrunda
bir-biriylə rəqabət aparır və hətta dava edirdilər, amma dostluq əlaqələri də
qururdular. Fərdləri dəyişdirir, birlikdə ova çıxır, nadir əşyaların ticarəti ilə
məşğul olur, siyasi ittifaqlar qurur və dini bayramlar təşkil edirdilər. Bu cür
əməkdaşlıq Homo sapiens-in başlıca xüsusiyyətlərindən biriydi və ona digər
insan növləri üzərində böyük bir üstünlük qazandırdı. Bəzən qonşu qruplar
arasındakı münasibətlər o qədər sıx olurdu ki, birləşib qəbilə yaradırdılar və
ümumi bir dili, ümumi mifləri, normaları və dəyərləri paylaşırdılar.
Bununla belə, bu cür zahiri əlaqələrin əhəmiyyətini böyütməməliyik.
Böhranlı günlərdə qonşu qruplar yaxınlaşsalar da, hətta bəzən birlikdə ova
çıxmaq və bayram etmək üçün bir yerə toplaşsalar da, vaxtlarının çoxunu bir-
birindən ayrı və müstəqil olaraq keçirirdilər. Ticarət əsasən qabıqlar, ənbər və
boya kimi prestijli materiallar üzərində qurulmuşdu. İnsanların meyvə və ət
kimi məhsulların ticarəti ilə məşğul olduğuna və ya bir qrupun varlığının digər
qrupdan idxal etdiyi məhsullardan asılı olduğuna dair əlimizdə heç bir sübut
yoxdur. Sosial-siyasi münasibətlər də nizamsız idi. Qəbilə daimi bir siyasi
quruluş olaraq yaşaya bilmirdi, mövsümi toplanış yerləri olsa da, daimi
şəhərlər və ya təşkilatlar yox idi.

1
Brian Hare, The Genius of Dogs: How Dogs Are Smarter Than You Think. Dutton: Penguin Group,
2013.

62
Şəkil 7. İlk ev heyvanı? İsrailin şimal hissəsində tapılmış 12 min illik qəbir
(Kibbutz Maayan Barux Muzeyi). Əlli yaşlı bir qadının skeleti bir itin skeleti
ilə yan-yanadır (sağ yuxan künc). İt qadının başının yanında basdınlıb.
Qadının sol əli emosional bir əlaqəni göstərirmiş kimi itin üstündədir. Əlbəttə,
başqa mümkün izahlar da var. Məsələn, bəlkə də, it qadına o biri dünyanın
keşikçisi tərəfindən hədiyyə edilib.

Orta hesabla, insan öz qrupunun xaricində heç kəsi görmədən və ya


eşitmədən aylarla yaşaya bilirdi və bütün ömrü boyunca cəmi bir neçə yüz
nəfərlə qarşılaşırdı, çünki Sapiens əhalisi geniş ərazilərə çox seyrək şəkildə
yayılmışdı. Aqrar İnqilabdan əvvəl bütün planetin insan əhalisi bu günkü
Qahirənin əhalisindən daha az idi.
Sapienslərin əksəriyyəti qida axtararkən bir yerdən başqa yerə köçər və
yollarda yaşayardı. Onların hərəkətlərinə fəsillərin dəyişməsi, heyvan köçləri
və bitkilərin böyümə dövrləri təsir edirdi. Adətən öz evləri kimi qəbul etdikləri
və sahəsi bir neçə yüz kvadrat kilometrə çatan ərazilərdə irəli gedir və geri
qayıdırdılar.
Bəzən təbii fəlakətlər, şiddətli döyüşlər, əhali sıxlığı və ya xa- rizmatik bir
liderin təşəbbüsü nəticəsində qruplar öz ərazilərindən kənara çıxıb yeni yerlər
də kəşf edərdi. Bu səyahətlər insanın bütün dünyaya yayılmasının
hərəkətverici qüvvəsi idi. Bir ovçu-toplayıcı qrupu hər qırx ildən bir iki yerə
bölünsə və bölünən qrup şərqə

63
tərəf yüz kilometr uzaqlıqda yerləşən yeni ərazilərə köçsə, Şərqi Afrika ilə
Çin arasındakı məsafə 10 min il ərzində qət edilə bilərdi.
Bəzi müstəsna hallarda, məsələn, müəyyən bir ərazidə qida qaynaqları
zəngin olduqda, qruplar mövsümi və bəzən hətta daimi düşərgələr salardı.
Qidaları qurutmaq, hisə vermək və (arktik ərazilərdə) dondurmaq üsulları
müəyyən bir ərazidə uzun müddət qalmağa imkan verirdi. Ən başlıcası,
balıqlarla və digər dəniz məhsulları ilə zəngin olan dəniz və çaylann
sahillərində salınan daimi balıqçı kəndləri idi. Bunlar Aqrar İnqilabdan çox-
çox əvvəl bəşər tarixindəki ilk daimi məskənlər idi. İndoneziya sahillərində
balıqçı kəndləri hətta 45 min il əvvəl də meydana gələ bilərdi. Bunlar eyni
zamanda Homo sa- piens-in okeanı aşıb keçmək yolunda ilk təşəbbüsü olan
Avstraliyanın işğalı zamanı başlanğıc nöqtə də ola bilərdi.
Yaşayış yerlərinin əksəriyyətində Sapiens fürsətçi və çevik şəkildə
davranırdı. Termit axtarar, giləmeyvə yığar, kök çıxarmaq üçün torpağı
qazar, dovşanları qovar, bizon və mamont ovlayardı. "Ovçu-insan" obrazı
populyar olsa da, toplayıcılıq Sapiensin əsas fəaliyyət növüydü və
toplayıcılıq Sapiens üçün zəruri olan kalorinin böyük bir hissəsini, həmçinin
çaxmaqdaşı, taxta və bambuq kimi xam materialları da təmin edirdi.
Sapiens sadəcə xam material və qida üçün toplayıcıhqla məşğul olmur,
eyni zamanda məlumat da toplayırdı. Həyatda qala bilmək üçün onlar
ərazilərinin ətraflı xəritəsini yadda saxlamalı idilər. Gündəlik qida
axtarışında maksimal effektivliyə nail olmaq üçün bütün hey vanların
vərdişlərini və bütün bitkilərin böyümə formalarını bilməyə ehtiyac vardı.
Hansı bitkilərin yeməli, hansı bitkilərin zərərli olduğunu və hansı bitkilərdən
də dərman kimi istifadə edə biləcəklərini öyrənməli idilər. Fəsillərin
dəyişməsini, quraqlığın və ya fırtınanın əlamətlərini tanımalıydılar. Buna
görə də yaxın ətrafdakı bütün çayları, qoz ağaclarını, ayı mağaralarım və
çaxmaqdaşı qaynaqlarım gözdən keçirirdilər. Hər bir fərd daşdan bıçaq
düzəltməyi, yırtıq bürüncək yamamağı, dovşana tələ qurmağı, qar
sürüşməsindən, ilan sancmasından və ya ac şirlərdən necə qorunmağı
bilməliydi. Bütün bu bacarıqların hər birində ustalaşmaq üçün illərlə sürən
şagirdliyə və təcrübəyə ehtiyac vardı. Babat bir ovçu-toplayıa bir neçə
dəqiqədə çaxmaqdaşından nizə düzəldə bilərdi. Biz bu məharəti

64
təkrar etmək istədikdə, gülünc vəziyyətə düşürük. Əksəriyyətimiz
çaxmaqdaşının və bazaltın xassələrini bilmirik, və bunları incə şəkildə
işləmək üçün zəruri bacarığımız da yoxdur.
Başqa sözlə, babat bir ovçu-toplayıcının ətraf təbiət haqqında öz
nəvələrinə - müasir insanlara nisbətən daha geniş, daha dərin və müxtəlif
biliyi vardı. Bu gün sənaye cəmiyyətlərindəki insanların əksəriyyəti
həyatda qala bilmək üçün təbiət aləmi haqqında bu qədər çox şey bilməyə
məcbur deyil. Kompüter mühəndisi, sığorta agenti, tarix müəllimi və ya
fabrik işçisi olmaq üçün nələri bilməyiniz lazımdır? Öz məhdud ixtisas
sahəniz haqqında çox şey bilməlisiniz, amma həyat üçün ən zəruri olan
şeylər barədə bilmək istəsəniz, başqa mütəxəssislərə kor-koranə şəkildə
inanmalı olacaqsınız və bu insanların da bilikləri öz dar ixtisas sahələri
çərçivəsindədir. Bu gün kollektiv şəkildə yaşayan insan qədim qrupların
bildiyindən daha çox şey bilir. Amma fərdi səviyyədə qədim ovçu-
toplayıcılar tarixdə ən bacarıqlı və bilikli insanlar idi.
Ovçu-toplayıcılıq dövründən bəri insan beyninin kiçildiyinə dair bəzi
sübutlar var.10 dövrdə həyatda qala bilmək üçün hər kəsin üstün əqli
qabiliyyətlərə sahib olması zəruri idi. Əkinçilik və sənaye ortaya çıxdıqda
insanlar həyatda qala bilmək üçün digər insanların bacarıqlarına daha çox
güvəndilər və "kəmağıllar üçün yeni fürsətlər" meydana gəldi. Suçu ya da
fəhlə kimi işləyərək, qeyri-adi olmayan genlərinizlə həyatda qala bilər və
onları gələcək nəsillərə ötürə bilərsiniz.
Ovçu-toplayıcılar sadəcə etraflarındaki heyvanları, bitkiləri və əşyaları
deyil, eyni zamanda öz orqanizmlərini və hisslərini, yəni öz daxili
dünyalarını da yaxşı öyrənmişdi. Məsələn, çəmənlikdəki ən kiçik tərpənişi
belə, orada ilan olub-olmadığını öyrənmək üçün diqqətlə izləyər; meyvələr,
arı pətəkləri və quş yuvaları tapmaq

1
Christopher B.Ruff, Erik Trinkaus və Trenton W.Holliday, “Body Mass and Encephali- zation
in Pleistocene Homo”, Nature, sayı: 387 (1997), səh. 173-176; M.Hcnncbcrg və M.Steyn, “Trends
in Cranial Capacity and Cranial Index in Subsaharan Africa During the Holocene”, American
Journal of Human Biology, cild: 5, sayı: 4 (1993), səh. 473-479; Drew H.Bailey və David C.Gcary,
“Hominid Brain Evolution: Testing Climatic, Ecological, and Social Competition Models",
Human Nature, sayı: 20 (2009), səh. 67-79; Daniel J.Wescott və Richard L.Jantz, “Assessing
Craniofacial Secular Change in American Blacks and Whites Using Geometric Morphometry”,
Modem Morphometries in Physical Anthropology: Developments in Primatology: Proqress and
Prospects, Dennis E.Slice, New York: Plenum Publishers, 2005, səh. 231-245.

65
üçün ağaçlan diqqətlə araşdırardılar. Çox az qüvvə sərf edərək səssizcə
hərəkət edə bilir, ən effektiv və cəld şəkildə oturmağı, yeriməyi və qaçmağı
bilirdilər. Bədənlərini daim və müxtəlif şəkillərdə hərəkət etdirdikləri üçün
marafon yanşçılan kimi qıvraq idilər. Fiziki çeviklikləri bu gün insanların
illərlə sürən yoqa və tai-tzi məşqlərindən sonra belə çata bilmədikləri bir
səviyyədə idi.
Ovçu-toplayıcıların həyat tərzi bölgədən bölgəyə və mövsümdən
mövsümə ciddi şəkildə dəyişirdi, amma ümumilikdə baxsaq, onlardan sonra
gələn əksər kəndlinin, çobamn, fəhlənin və ofis işçisinin həyat tərzindən
daha rahat və faydalı idi.
Bugünkü zəngin cəmiyyətlərdəki insanlar həftədə 40-45 saat, inkişaf
etməkdə olan ölkələrdə 60 saat, hətta bəzən 80 saat işləyərkən, bu gün
dünyanın ən sərt iqlimə malik yerlərində, - məsələn, Kalahari səhrasında, -
yaşayan ovçu-toplayıçılar orta hesabla həftədə sadəcə 35-45 saat işləyirdi.
Üç gündən bir ova çıxır, yığım işinə isə gündə sadəcə 3-6 saat vaxt
ayırırdılar. Bu, normal şərtlərdə insan qrupunu qida ilə təmin etmək üçün
kifayət edirdi. Kalahari səhrasından daha münbit yerlərdə yaşayan ovçu-
toplayıcılar isə qida və xam material toplamaq üçün, yəqin ki, bundan daha
az vaxt sərf edirdi. Üstəlik, ovçu-toplayıcılann ev işləri də az idi. Yuyulmalı
qabları, süpürülməli xalçaları, silinməli döşəmələri, dəyişdirilməli bezləri
və ödənilməli hesabları yox idi.
Ovçu-toplayıcı iqtisadiyyatı insanların əksəriyyətini əkinçilik və
sənayedə olduğundan daha maraqlı həyat tərzi ilə təmin edirdi. Bu gün çinli
bir fəhlə səhər saat yeddidə evdən çıxır, çirkli küçələrdən keçib iş yerinə
gedir, eyni dəzgahı eyni şəkildə gündə on saat işlədir, axşam saat yeddidə
də qabları, mələfələri yumaq üçün evə qayıdır. 30 min il əvvəl çinli bir
ovçu-toplayıcı, deyək ki, səhər saat səkkizdə yoldaşları ilə birlikdə
düşərgəni tərk edərdi. Yaxınlıqdakı meşə və çəmənliklərdə gəzib göbələk
toplayar, yeməli köklər axtarar, qurbağa tutar və bəzən şirlərdən qorxub
qaçardı. Günorta düşərgəyə qayıdıb yemək yeyərdi. Bu onlara dedi-qodu
etmək, hekayələr danışmaq, uşaqlarla oynamaq və dincəlmək üçün çoxlu
vaxt qazandırardı. Əlbəttə, bəzən onları pələnglər parçalayar ya da ilanlar
sancardı, amma digər tərəfdən sənaye çirkliliyi və ya avtomobil qəzaları
kimi problemləri yox idi.

66
Əksər yerlərdə və çox vaxt ovçu-toplayıcihqla keçən həyat tərzi ideal
qidanı təmin edirdi. Bu isə təəccüblü deyil; insan yüz min illər idi ki, belə
qidalanırdı və bədəni buna çox yaxşı uyğunlaşmışdı. Daşlaşmış
skeletlərdən əldən edilən məlumatlar göstərir ki, qədim ovçu-toplayıcılar
özlərindən sonrakı kəndli nəsillərlə müqayisədə aclıqdan və ya qida
çatışmazlığından daha az əziyyət çəkiblər, bundan əlavə, daha sağlam və
daha uzun boylu olublar. Orta ömür müddəti, görünür, 30-40 il idi, amma
bu əsasən uşaq ölümlərinin yüksək səviyyədə olması ilə bağlıydı. İlk
təhlükəli illəri geridə qoyan uşaqların 60 il yaşamaq şansı yüksək idi,
bəziləri hətta 80 il yaşaya bilirdi. Müasir ovçu-toplayıcı cəmiyyətlərdə 45
yaşındakı qadınlar daha 20 il yaşamağa ümid edə bilərlər və əhalinin 5-8
faizinin 60-dan çox yaşı var.1
Ovçu-toplayıcıları aclıq və ya qıtlıqdan qoruyan uğurun sirri qidalarının
müxtəlif olmasıydı. Əkinçilər isə adətən məhdud və qey- ri-balanslı şəkildə
qidalanır. Xüsusən də müasir dövrdən əvvəlki vaxtlarda kənd təsərrüfatı ilə
məşğul olan əhalinin aldığı kalorinin böyük hissəsi bir növ məhsuldan
gəlirdi (buğda, kartof və ya düyü kimi), bunlarda isə insanlara lazım olan
vitaminlər, minerallar və digər qidalandırıcı maddələr çox azdır. Ənənəvi
Çində adi bir kəndli həm səhər, həm günorta, həm də axşam yeməyində
düyü yeyərdi. Əgər bəxti gətirsəydi, ertəsi gün eyni azuqəni yeməməyə
ümid edə bilərdi. Bunun əksinə, qədim ovçu-toplayıcılar müntəzəm olaraq
onlarla müxtəlif qida məhsulu ilə bəslənirdi. Bəlkə də, kəndlinin
nənənəsinin nənəsi səhər yeməyində giləmeyvə və göbələk, günorta
yeməyində meyvə, ilbiz və tısbağa, axşam yeməyində isə dovşan əti və
yabanı soğan yeyirdi. Üstəlik, sonrakı günün menyusu da fərqliydi. Bu
müxtəliflik qədim ovçu-toplayıcıların bütün zəruri qida maddələri ilə
bəslənməsini təmin edirdi.
Bundan əlavə, yalnız bir qida növündən asılı olmadıqları üçün qida
mənbələrindən hər hansı biri tükəndikdə az əziyyət çəkirdilər. Amma
quraqlıq, yanğın və zəlzələlər illik düyü və ya kartof məhsulunu məhv
etdikdə kənd təsərrüfatı cəmiyyətləri aclıqdan həlak olurdu. Ovçu-
toplayıcılar da təbii fəlakətlərə qar

1
Nicholas G.Blurton Jones və b., “Antiquity of Postrcproductive Life: Arc There Modem Impact
on Hunter-Gatherer Postreproductive Life Spans?", American Journal of Human Biology, cild:
14 (2002), səh. 184-205.

67
şı dözümlü deyildi və bəzən aclıq da çəkirdi, amma ümumən bu cür
çətinliklərin öhdəsindən daha asanlıqla gələ bilirdi. Qida mənbələrinin bir
hissəsini itirdikləri zaman başqa qida növlərini ovlayır və ya toplayır, ya da
təbii fəlakətlərdən daha az zərər görmüş ərazilərə köçürdülər.
Qədim ovçu-toplayıcılar həmçinin infeksion xəstəliklərdən də o qədər
əziyyət çəkmirdi. Aqrar və sənaye cəmiyyətlərini əldən salan infeksion
xəstəliklərin çoxu (çiçək, qızılca və vərəm kimi) ev heyvanlarında ortaya
çıxıb və insanlara Aqrar İnqilabdan sonra yoluxub. Sadəcə iti əhliləşdirmiş
qədim ovçu-toplayıcılar bu cür bəlalardan uzaq idi. Bundan əlavə, aqrar və
sənaye cəmiyyətlərində insanların əksəriyyəti bu tip xəstəliklərin yayılması
üçün ideal şərait olan antisanitar və darısqal məkanlarda yaşayırdı. Ovçu-
toplayıcılar isə təbiətdə kiçik qruplar halında gəzib dolaşırdı, bu da
epidemiyaların qarşısını alırdı.
Sağlam və çeşidli qida, nisbətən qısa iş saatları və yoluxucu xəstə-
liklərə nadir hallarda rast gəlinməsi bir çox ekspertin əkinçilikdən əvvəlki
ovçu-toplayıcı cəmiyyətlərini "ilk zəngin cəmiyyətlər" olaraq
adlandırmasına səbəb olub. Lakin bu qədim insanların həyat tərzini
ideallaşdırmaq səhv olardı. Onlar aqrar və sənaye cə- miyyətlərdəki
insanların çoxundan yaxşı yaşasalar da, həyatları çox sərt və amansız idi.
Bəzən ehtiyac və çətinlik içərisində yaşayırdılar, uşaq ölümləri yüksək idi
və bu gün kiçik sayılan bir qəza ölümə səbəb ola bilirdi. İnsanların
əksəriyyəti qrupda yaxın və səmimi münasibətlər içindəydi, amma qrupdakı
yoldaşlarının düşməncəsinə və istehzalı davranışlarına məruz qalan
bədbəxtlər yəqin ki, çox əzab çəkirdi. Müasir ovçu-toplayıcılar qrupla
ayaqlaşa bilməyən yaşlı və ya şikəst insanları bəzən tərk edir və hətta öldü-
rürdü. Arzu olunmayan körpələri və uşaqlan öldürmək mümkün idi, hətta
bəzən dini coşğunluğa qapılıb insanları qurbangahlara apararaq qətlə
yetirirdilər.
Paraqvay cəngəlliklərində 1960-cı illərə qədər yaşamış olan Ache
icması ovçu-toplayıcı cəmiyyətlərin qaranlıq tərəfinə dair müəyyən fikir
oyadır. Qrupun dəyərli bir üzvü öldükdə, Achelər adətən kiçik bir qızı da
öldürür və onunla birlikdə torpağa basdırırdı. Achelərlə görüşən
antropoloqlar bir dəfə xəstələnib qrupla ayaqlaşa bilməyən orta yaşlı bir
kişinin tərk edildiyini qeyd etmişdi. Onu ağacın al-

68
tında qoyub gedibmişlər. Ləzzətli bir yemək gözləyən quzğunlar onun başı
üzərində uçuşurmuş. Amma o var-gücünü toplayıb cəld addımlarla
yeriyərək qrupa qoşulmağı bacarır. Bütün bədəni quzğunların nəcisi ilə
örtüldüyündən, ona "Quzğun zıh" ləqəbini vermişdilər.
Bir qoca Ache qadını qrupun qalan hissəsi üçün yükə çevrildikdə
gənclərdən biri ona arxadan səssizcə yaxınlaşır və başına baltayla vuraraq onu
öldürürdü. Bir Ache kişisi antropoloqlara cəngəllikdə keçirdiyi illər haqqında
bunları deyir: "Mən adətlərə görə yaşlı qadınları öldürürdüm. Bibilərimi
öldürürdüm... Qadınlar məndən qorxurdu... İndi burada ağ adamlarla birlikdə
zəif biri oldum". Saçsız doğulan körpələr az inkişaf etmiş sayılır və dərhal
öldürülürdü. Qadınlardan biri qəbilədəki kişilər başqa bir qız uşağı
istəmədikləri üçün ilk qızının öldürüldüyünü xatırlayır. Bir kişi öz körpə
oğlunu "qanıqara olduğuna və ağladığına görə" öldürmüşdü. Başqa bir uşaq
da "gülünc göründüyü və digər uşaqlar ona güldüyü üçün" diri-diri
basdırılmışdı.1
Lakin Ache icmasım ittiham etməkdə tələsməməliyik. Uzun illər onlarla
birlikdə yaşayan antropoloqların müşahidələrinə görə, böyüklər arasında
zorakılıqlara çox nadir hallarda rast gəlinir. Qadınlar da, kişilər də istədikləri
vaxt öz partnyorlarmı dəyişdirə bilirlər. Daim gülümsəyir və gülürlər, liderlik
iyerarxiyası yoxdur və hökmranlıq etməyə çalışan insanlardan qaçırlar. Çox
az əşyaya sahib olmalarına baxmayaraq, son dərəcə səxavətlidirlər və uğur
yaxud sərvət qazanmağa can atmırlar. Həyatda ən çox qiymətləndirdikləri şey
yaxşı dostluqlar və yaxşı sosial münasibətlərdir.2 Uşaqların, xəstələrin və
qocaların öldürülməsinə bu gün bir çox insanın abort və evtanaziyaya baxdığı
kimi baxırdılar. Bundan əlavə, Achelərin paraqvayh fermerlər tərəfindən
təqib edilib öldürüldüyünü də qeyd etmək lazımdır. Achelərin qrupa yük
olanlara qarşı son dərəcə amansız davranışlarına, yəqin ki, düşmənlərindən
tez-tez qaçmaq zərurəti səbəb olub.
Əslində Ache icması da bütün insan cəmiyyətləri kimi çox mürəkkəb
olub. Səthi məlumatlara və təxminlərə əsaslanıb müəyyən bir

1
Kim Hili və A.Magdalena Hurtado, Ache Life History: The Ecology and Demography of a
Foraging People, New York: Aldine de Gruyter, 1996, səh. 164,236.
2
Hill və Hurtado, Ache Life History, səh. 78.

69
qrupu şeytanlaşdırmaqdan yaxud ideallaşdırmaqdan çəkinməliyik. Achelər
nə mələk idi, nə də şeytan. Qədim ovçu-toplayıcılar kimi onlar da sadəcə
insan idi.

Danışan ruhlar
Qədim ovçu-toplayıcıların zehni və mənəvi dünyaları haqqında nə deyə
bilərik? Ovçu-toplayıcı dövrünün iqtisadi təməllərini bəzi obyektiv faktorlara
və qiymətləndirmələrə əsaslanmaqla müəyyən səviyyədə bərpa etmək olar.
Məsələn, bir insanın həyatda qala bilmək üçün gündə neçə kaloriyə ehtiyacı
olduğunu, bir kiloqram qozdan neçə kalori əldə edilə biləcəyini və bir kvadrat
kilometr meşədən nə qədər qoz yığmağın mümkün olduğunu hesablaya
bilərik. Bu kəmiyyətlərlə qozun onların qidalanmasında tutduğu yeri təxmini
də olsa müəyyənləşdirə bilərik.
Amma onlar qoza adi bir qida kimi yoxsa ləzzətli bir yemək kimi
baxırdılar? Bəlkə, qoz ağaclarında ruhların yaşadığına inanırdılar? Bəlkə, qoz
ağacının yarpaqlarının gözəl hesab edirdilər? Əgər bir ovçu-toplayıcı oğlanı
bir ovçu-toplayıcı qızını romantik bir yerə aparmaq istəyirdisə, qoz ağacının
kölgəsi bunun üçün uyğun idimi? Düşüncələr, etiqadlar və hisslər dünyasını
anlamaq daha çətindir.
Tədqiqatçıların əksəriyyəti animist etiqadların qədim ovçu- toplayıcılar
arasında yayıldığı məsələsində həmfikirdir. Animizm (latınca "ruh" mənasını
verən "anima"dan) hər yerin, hər heyvanın, hər bitkinin və hər təbiət
hadisəsinin şüur və hissləri olduğuna və insanlarla bilavasitə ünsiyyət qura
bildiyi fikrinə əsaslanır. Buna görə də animistlər təpənin üstündəki böyük bir
qayanın da arzulan və ehtiyacları olduğuna inana bilir. Qaya insanların etdiyi
hansısa hərəkətə görə qəzəblənə bilər və ya başqa bir hərəkətə görə sevinə
bilər. İnsanları tənbeh edə bilər və ya onlardan nəsə istəyə bilər. Amma
insanlar da qayaya müraciət edə bilər, onu dilə tuta yaxud təhdid edə bilər.
Sadəcə qaya deyil, eyni zamanda təpənin ətəyindəki palıd ağacı, təpənin
aşağısından axan çay, meşənin ortasındakı bulaq, onun ətrafındakı kolluqlar,
bulağa gedən cığır, oradan su içən siçanlar, canavarlar və qarğalar da ruhu
olan varlıqdır.

70
Animist dünyada ruhu olan varlıqlar sadəcə cansız əşyalar və canlı varlıqlar
deyil. Qeyri-fiziki varlıqlar da mövcuddur: bu gün bizim şeytanlar, mələklər
və pərilər adlandırdığımız - ölülərin ruhları, xeyirxah və ya bədxah varlıqlar.
Animistlər insanlarla digər varlıqlar arasında heç bir sədd olmadığına
inanır. Onlann fikrincə, bu varlıqların hamısı nitq, nəğmə, rəqs və ayinlərin
köməyi ilə ünsiyyət qura bilir. Bir ovçu maral sürüsünə səslənərək onlardan
birinin özünü qurban verməsini, ov uğurlu olduqda isə ölü heyvandan onu
bağışlamasını istəyə bilər. Kimsə xəstələndikdə, şaman xəstəliyə səbəb olan
ruhla əlaqə yaradıb onu qorxutmağa və ya dilə tutmağa çalışa bilər. Zərurət
yarandıqda, şaman digər ruhlardan kömək istəyə bilər. Bütün bu ünsiyyət
aktlarının əsas xüsusiyyəti - müraciət edilən predmetlərin yerli varlıqların
olmasıdır. Bunlar universal tanrılar deyil, orada mövcud olan müəyyən bir
ağac, maral, çay və ya kabuslardır.
insanlarla digər varlıqlar arasında heç bir sədd olmadığı kimi ciddi
iyerarxiya da yoxdur. Qeyri-bəşəri varlıqlar sadəcə insanın ehtiyaclarını
təmin etmək üçün mövcud deyil. Onlar dünyanı istədikləri kimi idarə edə
bilən qüdrətli tanrılar da deyil. Dünya insanların və ya başqa varlıqların
ətrafında fırlanmır.
Animizm spesifik din deyil. Bir-birindən çox fərqli olan minlərlə din,
etiqad və kultun ümumi adıdır. Bunların hamısını "animist" edən xüsusiyyət
- dünyaya və insanın dünyadakı yerinə qarşı ümumi yanaşmalarıdır. Qədim
ovçu-toplayıcıların güman ki, animist olduğunu demək, müasir dövrdən
qabaq aqrar cəmiyyətlərin te- ist olduğunu demək kimidir. Teizm (yunanca
tanrı mənasını verən "theos"dan) dünya quruluşunun insanlar və qeyri-bəşəri
varlıqlar olan tanrılar arasındakı iyerarxik münasibətlərə əsaslandığını irəli
sürür. Müasir dövrdən əvvəlki aqrar cəmiyyətlərin teist olmağa meylli
olduqları doğrudur, amma bu bütün detalları öyrənməyimizə kifayət etməz.
Ümumi "teist" anlayışı - XVIII əsrdə Polşanın yəhudi ravvinlərini, XVII
əsrdə Massaçusetsin cadugərləri tonqalda yandıran puritanlarını, XV əsrdə
Meksikanın astek kahinlərini, XII əsrdə İranın sufi mistiklerini, X əsrdə
döyüşçü vikinqləri, II əsrdə Roma legionerlərini və I əsrdə Çin məmurlarını
əhatə edir. Bunların hər biri digərinin etiqad və ibadətlərinin qəribə və bidət
olduğunu hesab edir.

71
Şakil 8. Lasko Mağarasındaki rəsm, təxminən 15-20 min il əvvəl. Nə
görürük və rəsmin mənası nədir? Bəziləri burada quş başlı və penisi ereksiya
halında olan bir adamın bir bizon tərəfindən öldürüldüyünü irəli sürür.
Adamın yanında ölüm anında bədəndən ayrılan ruhun rəmzi sayıla biləcək
başqa bir quş var. Əgər belədirsə, rəsm ov zamanı baş vermiş bədbəxt
hadisəni deyil, bu dünyadan o biri dünyaya keçidi təsvir edir. Lakin bizim bu
fərziyyələrdən hansının doğru olduğunu bilmək imkanımız yoxdur. Bu daha
çox, müasir alimlərin zehniyyətini ortaya çıxaran bir Rorşax testidir, və
qədim ovçu-toplayıcılann etiqadları haqqında heç bir şey demir.

"Animist" qruplann etiqad və ibadətlərinin arasındakı fərqlər də yəqin ki, bu


dərəcədə böyük idi. Onlann da dini təcrübələri ziddiyyətlər, islahatlar və
inqilablarla dolu, enişli-yoxuşlu idi.
Bu ehtiyatlı ümumiləşdirmələrdən daha uzağa gedə bilmərik. Arxaik
ruhaniliyin xüsusiyyətlərini təsvir etmək üçün edilən hər bir cəhd spekulyativ
olacaq, çünki əlimizdə demək olar ki, heç bir sübut yoxdur və olanlar da (bir
neçə artefakt və mağara rəsmləri) çox müxtəlif şəkillərdə şərh edilə bilər.
Ovçu-toplayıcıların nə hiss etdiklərini bildiyini iddia edən alimlərin
nəzəriyyələri Daş dövrü dinlərindən daha çox bu alimlərin öz zehniyyətlərinə
işıq salır.
Kiçik bir təpə sayıla biləcək qədim qəbirlərin, mağara rəsmlərinin və
sümük heykəlciklərin üzərində dağ kimi nəzəriyyələr ucaltmaq əvəzinə
səmimi olub qədim ovçu-toplayıcıların etiqadları
72
Şəkil 9. Ovçu-toplayıcılar bu əl izlərini təxminən 9 min il əvvəl Argen-
tinada "Əllər Mağarası"nda qoyublar. Sanki çoxdan ölmüş əllər qayalara
dırmaşaraq bizə doğru can atır. Bu qədim ovçu-toplayıcı dünyanın ən təsirli
yadigarlarından biridir, amma heç kəs bunun nə məna verdiyini bilmir.

haqqında son dərəcə tutqun təsəvvürlərə malik olduğumuzu etiraf etmək


lazımdır. Onların animist olduqlarını fərz edirik, amma bu kifayət qədər
informativ deyil. Hansı ruhlara dua etdiklərini, nə cür mərasimlər təşkil
etdiklərini, nələri tabu saydıqlarını bilmirik. Ən başlıcası isə, hansı
hekayələri danışdıqlarını bilmirik. Bu, bəşəriyyətin tarixi ilə bağlı
anlayışımızdaki ən böyük çatışmazlıqlardan biridir.
Ovçu-toplayıcıların ictimai-siyasi dünyası da demək olar ki, haqqında
heç bir şey bilmədiyimiz bir sahədir. Yuxarıda izah edildiyi kimi, alimlər
xüsusi mülkiyyətin varlığı, özək ailələr və mo- noqam münasibətlər kimi ən
əsas məsələlərdə belə ümumi fikrə gələ bilmir. Müxtəlif qrupların müxtəlif
quruluşlara malik olması tamamilə mümkündür. Bəziləri iyerarxik, sərt,
amansız və davakar şimpanze qrupu kimi zorakılığa meyilli, digərləri isə
bonobo qrupu kimi laqeyd, sülhsevər və şəhvətpərəst ola bilərdi.
Arxeoloqlar 1955-ci ildə Rusiyada, Sungir deyilən ərazidə ma- mont
ovçusu mədəniyyətinə aid 33 min illik qəbristanlıq kəşf etdi. Qəbirlərdən
birində mamont dişindən düzəldilmiş, təxminən 3 min muncuqla örtülü olan
əlli yaşlı bir kişi skeleti tapdılar. Başın

73
da tülkü dişləri ilə bəzədilmiş bir papaq, biləklərində iyirmi beş fil dişindən
düzəldilmiş bilərzik vardı. Lakin eyni yerdəki digər qəbirlərdə daha az əşya
tapılmışdı. Bunu nəzərə alan tədqiqatçılar Sungir mamont ovçularının
iyerarxik bir cəmiyyətdə yaşadıqları və ölmüş adamın bəlkə də qrupun
yaxud bir çox qrupdan ibarət olan qəbilənin rəhbəri olduğu nəticəsinə gəldi.
Çünki bir neçə on nəfərlik bir qrup bu qədər əşyanı düzəldə bilməzdi.
Arxeoloqlar daha maraqlı bir qəbir də kəşf etdi. Qəbirin içində baş-başa
basdırılmış iki skelet vardı. Biri 12-13 yaşlarında bir oğlan uşağına, digəri
isə 9-10 yaşlarında bir qız uşağına aid idi. Oğlan fil dişindən düzəldilmiş 5
min muncuqla örtülmüşdü. Tülkü dişləri ilə bəzədilmiş papağı və 250 tülkü
dişindən düzəldilmiş kəməri vardı (bu qədər tülkü dişi əldə etmək üçün ən
azı 60 tülkünün dişlərinin çıxarılması lazım idi). Qız uşağı 5250 muncuqla
örtülmüşdü. Uşaqların ikisi də kiçik heykəlciklərin və müxtəlif fildişi
fiqurlarının əhatəsində idi. Təcrübəli usta fildişinden 1 muncuq düzəltmək
üçün təxminən 45 dəqiqə sərf edərdi. Başqa sözlə, iki uşağın üstünü örtən
10 min muncuq düzəltmək üçün təcrübəli bir sənətkarın 7500 saat, yəni üç
min ildən çox işləməsi lazım idi!
Sungir uşaqlarının belə gənc yaşda özlərini lider və ya mamont ovçusu
kimi tanıtmaları çox zəif bir ehtimaldır. Onların nə üçün belə təmtəraqlı
şəkildə basdırılmasını yalnız mədəni etiqadlar izah edə bilər.
Nəzəriyyələrdən birinə görə, onlar öz mövqelərini valideynlərindən miras
alıb. Bəlkə də, bu uşaqlar qəbilə başçısının uşaqları idi və mədəniyyətləri
ailə xarizmasına yaxud ciddi xələflik qaydalarına əsaslanırdı. İkinci
nəzəriyyəyə görə, bu uşaqlara hələ dünyaya gəldikləri zaman çoxdan ölmüş
bəzi ruhların mücəssəməsi kimi baxırdılar. Üçüncü nəzəriyyəyə görə isə,
uşaqların basdırılması onların həyatdakı statuslarını deyil, necə öldüklərini
əks etdirir. Bu iki uşaq qurban ayinində öldürülmüş (bəlkə də, qəbilə başçı-
sının dəfn mərasiminin bir parçası olaraq) və təntənəli mərasimlə torpağa
basdırılmışdı.1

1
Vincenzo Formicola və Alexandra P.Buzhilova, “Double Child Burial from Sunghir (Russia):
Pathology and Inferences for Upper Paleolithic Funerary Practices”, American Journal of Physical
Anthropology, cild: 124, sayı 3 (2004). Səh. 189-198; Giacomo Giacobini, “Richness and
Diversity of Burial Rituals in the Upper Paleolithic”, Diogenes cild: 54, sayı: 2 (2007), səh. 19-
39.

74
Doğru cavab necə olursa-olsun, Sungir uşaqları 30 min il əvvəl yaşayan
Sapienslərin DNT-mizin diktə etdiyi sərhədləri aşan və digər insan və
heyvan növlərinin davranış modelləri çərçivəsindən kənara çıxan ictimai-
siyasi indekslər icad edə bildiklərini isbat edir.

Sülh, yoxsa müharibə?


Nəhayət, ovçu-toplayıcı cəmiyyətlərdə müharibənin rolunun nə
olduğuna dair bir məsələ də var. Bəzi tədqiqatçılar qədim ovçu- toplayıcı
cəmiyyətlərin dinc və sülhsevər olduğunu təsəvvür edir, müharibə və
zorakılığın yalnız Aqrar İnqilabdan, insanlar xüsusi mülkiyyətə sahib
olmağa başladıqdan sonra meydana çıxdığını iddia edir. Digər
tədqiqatçılar qədim ovçu-toplayıcılar dünyasının son dərəcə amansız və
zorakı olduğunu irəli sürür. Hər iki düşüncə də həqiqətə, cüzi arxeoloji
tapıntılara və müasir ovçu-toplayıcılara dair antropoloji müşahidələrə
əsaslanır.
Antropoloji tapıntılar maraq doğurur, amma problemlidir. Müasir ovçu-
toplayıcılar əsasən Akrtika və Kalahari səhrası kimi sivilizasiyadan uzaq
və sərt iqlimə malik yerlərdə yaşayır. Buralarda əhali sıxlığı çox aşağı
olduğundan digər insanlarla mübarizə aparmaq ehtimalı da çox azdır.
Bundan əlavə, ovçu-toplayıcılar son zamanlar müasir dövlətlərin
idarəçiliyini qəbul etdiklərindən irimiqyaslı konfliktlərin də qarşısı
alınmışdır. Avropalı tədqiqatçılar böyük və nisbətən sıx əhalisi olan və
müstəqil yaşayan ovçu-top- layıcıları müşahidə etmək üçün sadəcə iki dəfə
fürsət tapdılar. Bunlardan birincisi, XIX əsrdə Şimali Amerikanın şimal-
şərqində, ikincisi isə XIX əsrin sonu və XX əsrin başlanğıcında
Avstraliyanın şimal bölgələrindəydi. Həm amerikan hindularında, həm də
avs- traliyah aborigenlərdə tez-tez silahlı konfliktlər müşahidə edildi.
Amma bunun "zamandan asılı olmayan" bir hadisə, yoxsa Avropa
imperializminin bir nəticəsi olduğu mübahisəli məsələdir.
Arxeoloji tapıntılar həm azdır, həm də dəqiq deyil. On minlərlə il əvvəl
baş vermiş bir müharibədən bu günə qədər hansı aşkarlayıcı dəlillər qala
bilər? Üstəlik, o dövrdə istehkamlar və qalalar yox idi, toplar, mərmilər,
hətta qılınc və qalxan da yox idi. Qədim bir nizə ucluğu müharibədə də
istifadə oluna bilərdi, ov zamanı da. Daşlaş

75
mış insan sümükləri də o dövrün hadisələrini izah etməyə imkan vermir.
Sümüklərdəki bir sınıq - müharibənin izi ola biləcəyi kimi, bədbəxt bir
hadisəni də göstərə bilər. Bundan əlavə, sümüklərdə sınıq və kəsiklərin
olmaması ölümün zorakılıqla baş vermədiyini sübut etmir. Ölüm sümükdə
iz buraxmayan yumşaq toxumaların zədələnməsiylə də baş verə bilər. Ən
başlıcası isə, sənaye dövründən əvvəlki müharibələrdə ölənlərin 90
faizindən çoxu silahlardan deyil, aclıq, soyuq və xəstəlikdən ölürdü. 30
min il əvvəl bir qəbilənin qonşu qəbiləni məğlub edərək onu ov ərazisindən
qovduğunu təsəvvür edin. Tutaq ki, həlledici müharibədə məğlub olan
qəbilənin 10 üzvü öldürülüb, növbəti ildə isə eyni qəbilənin 100 üzvü aclıq,
soyuq və xəstəlikdən ölüb. Bu 110 skeleti ortaya çıxaran arxeoloqlar
asanlıqla belə bir nəticəyə gələ bilərlər ki, bunların hamısı təbii fəlakətin
qurbanı olub. Bəs, bu adamların hamısının amansız bir müharibədə həlak
olduğunu necə deyə bilərik?
Yeri gəlmişkən, arxeoloji tapıntılara diqqətli şəkildə baxmaq olar.
Portuqaliyada Aqrar inqilabdan dərhal sonrakı dövrə aid olan 400 skelet
üzərində aparılmış araşdırma zamaru sadəcə iki skeletdə aşkar zorakılıq
izləri təsbit edildi. İsraildə eyni dövrdən qalma 400 skelet üzərində aparılan
araşdırmada isə yalnız birinin kəllə sümüyündə insan zorakılığının izi kimi
sayıla biləcək bir çatlaq aşkar edildi. Üçünçü araşdırma Dunay vadisində
əkinçilik dövründən əvvələ aid insan məskənlərində tapılmış yenə 400
skelet üzərində aparıldı və 18 skeletdə zorakılıq izləri aşkar edildi. 400
skelet arasında 18 skelet - az görünə bilər, amma əslində bu çox yüksək
faizdir. Əgər bunlardan 18-i həqiqətən zorakılıq səbəbi ilə ölübsə, deməli,
qədim Dunay vadisindəki ölümlərin təxminən 4,5 faizi insan zorakılığı
nəticəsində baş verib. Bu gün müharibələri və cinayətləri birlikdə götürsək,
bütün dünya üzrə zorakı ölümlər 1,5 faiz təşkil edir. XX əsr boyunca
ölümlərin sadəcə 5 faizi insan zorakılığı nəticəsində baş verib. Üstəlik bu,
tarixdə ən qanlı müharibələrin və ən kütləvi soyqırımların baş verdiyi bir
əsrdir. Əgər bu kəşf doğrudursa, onda qədim Dunay vadisi XX əsr qədər
vəhşi və amansız olub.1

1
Amma skeletlərində zorakılıq izləri tapılan on səkkiz qədim dunaylının hamısının zorakı ölümlə
həlak olmadığını da demək mümkündür. Bəziləri sadəcə yaralanmış ola bilər. Bu isə, yumşaq
toxumaların zədələnməsi nəticəsində baş verən ölümləri müharibənin qeyri- müəyyən
məhrumiyyətlərindən qaynaqlanan ölüm hallan ilə tarazlaşdınr.

76
Dunay vadisindəki bu məyusluq doğuran tapıntılar digər ərazilərdəki
acı kəşflərlə dəstəklənir. Sudanda yerləşən Jabl Sahabada 59 skeletin
olduğu 12 min illik bir qəbiristan kəşf edildi. Bu skeletlərin 40 faizini təşkil
edən 24 skeletin yanında oxlar və nizə ucluqları tapıldı. Bir qadının
skeletində on iki yara izi vardı. Bavariyadakı Ofnet mağarasında
arxeoloqlar iki çalaya atılmış, əksəriyyəti qadın və uşaq olan 38 ovçu-
toplayıcının qalıqlarını tapdılar. Uşaqlar və körpələr də daxil olmaqla,
skeletlərin yarısında insana məxsus olan dəyənək və bıçaq kimi silahların
izi vardı. Yetkin yaşda olan kişilərə aid bir neçə skelet isə daha ağır
zorakılıq izləri daşıyırdı. Güman ki, Ofnetdə bir ovçu-toplayıcı qrup
bütünlüklə qətlə yetirilib.
Bunlardan hansı qədim ovçu-toplayıcı dünyasını daha yaxşı təmsil edir:
İsrail və Portuqaliyadakı zorakılıq izləri daşımayan skeletlər, yoxsa Jabl
Şahaba və Ofnetdəki qırğınlar? Cavab: heç biri. Ovçu-toplayıalar müxtəlif
dinlər və sosial quruluşlar yaratdıqları kimi, yəqin ki, həm də çox müxtəlif
səviyyədə zorakılıq tətbiq edirdilər. Bəzi ərazilər müəyyən dövrlərdə sülh
və əmin-amanlıq içində yaşasa da, son dərəcə amansız döyüşlərin baş
verdiyi yerlər də olub.1

Sükut pərdəsi
Qədim ovçu-toplayıcı həyatının ümumi mənzərəsini bərpa etmək
çətindir, konkret hadisələri canlandırmaqsa tamamilə mümkün deyil.
Sapiens qrupu Neandertalların məskən saldığı bir vadiyə ilk dəfə
gəldikdən sonra keçən illər, bəlkə də, çox maraqlı bir tarixi drama şahidlik
edib. Təəssüf ki, bu cür qarşılaşmadan bu günə bir neçə daşlaşmış sümük
və ən dərin elmi araşdırmada belə çox da əhəmiyyətli olmayan daş
alətlərdən başqa heç bir şey qalmayıb. Bu tapıntılardan insanın
anatomiyası, texnologiyası, qidalanması və hətta sosial quruluşuna dair
informasiya əldə edə

' I J.N.Thorpe, “Anthropology, Archaeology, and the Origin of Warfare", World Archaeology,
cild: 35, sayı: 1(2003), səh. 145-165; Raymond C.Kelly, Warless Societies and the Origin of
War, Ann Arbor: University of Michigan Press, 2000; Azar Gat, War in Human Civilization,
Oxford: Oxford University Press, 2006; Lawrence H.Keeley, War before Civilization: The Myth
of the Peaceful Savage. Oxford: Oxford University Press, 1996; Slavomil Vend, "Stone Age
Warfare”, Ancient Warfare: Archaeological Perspectives, John Carman və Anthony Harding,
Stroud: Sutton Publishing, 1999, səh. 57-73.

77
bilərik. Lakin bu qalıqlar qonşu Sapiens qrupları arasındakı siyasi ittifaqlar,
bu ittifaqlara xeyir-dua verən ölü ruhlar və ya bu ruhların xeyir-dua
verməsini təmin etmək üçün cadugər-təbibə verilmiş fil sümüyündən olan
muncuqlarla bağlı heç bir məlumat daşımır.
Bu sükut pərdəsi arxasında on minlərlə illik tarix gizlənir. Bu uzun
minilliklər, əlbəttə, müharibə və inqilablara, coşqun dini hərəkatlara, dərin
fəlsəfi nəzəriyyələrə, misilsiz sənət əsərlərinə şahidlik edib. Ovçu-
toplayıcıların Lüksemburqun yansı böyüklüyündə imperiyaları idarə etmiş
öz Napoleonları, simfonik orkestrləri olmasa da, bambuq fleytalarla
insanların gözlərini yaşarda bilən istedadlı Bethovenləri və universal,
yaradıcı tanrı əvəzinə yerli bir palıd ağacının ruhunun sözlərini insanlara
çatdıran peyğəmbərləri olub. Ancaq bunlar sadəcə ehtimaldır. Bu sükut
pərdəsi elə qalındır ki, belə məsələlərin ətraflı təsviri bir yana qalsın,
bunların mütləq baş verdiyinə də əmin ola bilmərik.
Tədqiqatçılar yalnız əsaslandırılmış cavablar ala biləcəkləri sualları
verməyə meyllidirlər. Hələlik bizim üçün əlçatmaz olan yeni tədqiqat
üsulları kəşf edilmədən, qədim ovçu-toplayıcıların nəyə inandığını və ya
necə siyasi hadisələrdən keçdiklərini, yəqin ki, heç vaxt bilməyəcəyik.
Bununla belə, hər hansı bir cavabı olmayan suallar vermək - həyati
əhəmiyyət daşıyır, əks halda 60-70 minillik bəşəriyyət tarixini "o dövrdə
yaşayan insanlar mühüm bir iş görməyib" bəhanəsi ilə yox saya bilərik.
Əslində bu insanlar çox mühüm işlər görüblər. Xüsusən də, ətraf
dünyanı bizdən daha yüksək dərəcədə formalaşdırıblar. Sibir tundrasını,
Mərkəzi Avstraliyanın səhralarını, Amazon cəngəlliklərini gəzən səyyahlar
insan ayağı dəyməmiş yerlərə gəldiklərini düşünürlər. Amma bu
illüziyadır. Ovçu-toplayıcılar bizdən əvvəl buralara gediblər və ən sıx
cəngəlliklərdən tutmuş kimsəsiz səhralara qədər getdikləri hər yerdə
mühüm dəyişikliyə səbəb olublar. Sonrakı fəsildə ovçu-toplayıcıların ilk
əkinçi məskənləri salınmazdan çox-çox əvvəl planetimizin ekologiyasını
necə tamamilə dəyişdirdiyindən bəhs edəcəyik. Nağılbaz Sapiensin gəzərgi
qrupları heyvanlar aləminin yaratdığı ən mühüm və ən dağıdıcı qüvvə idi.

78
4

Sel

ƏFƏKKÜR İNQİLABINDAN əvvəl bütün insan növləri


T Afrika-Asiya bölgəsində yaşayırdı. İnsanlar əldəqayırma
sallarla qısa məsafələri üzüb keçərək bir neçə adaya yerləşmişdilər.
Məsələn, Flores hələ 850 min il əvvəl yaşayış məskəninə çevrilmiş-
di. Bununla belə, onlar açıq dənizə çıxa bilməmiş və Amerika, Avs-
traliya yaxud Madaqaskar, Yeni Zelandiya və ya Havay kimi uzaq
adalara gedib çatmamışdılar.
Dəniz səddi sadəcə insanların deyil, bir çox afro-asiya heyvanı
və bitkisinin də bu "xarici dünya"ya çatıb yerləşməsinə mane ol-
muşdu. Bunun nəticəsində, Avstraliya və Madaqaskar kimi uzaq
bölgələrin orqanizmləri milyonlarla il boyunca təcrid olunmuş hal-
da təkamül etdi və Afrika-Asiyalı uzaq qohumlarından çox fərqli
forma və quruluşa malik oldular. Yer kürəsi bir neçə müxtəlif
ekosistemə bölünmüşdü və bunların hər birinin özünəməxsus hey-
van və bitki növləri vardı. Homo sapiens bu bioloji zənginliyə son
qoymağa hazırlaşırdı.
Təfəkkür İnqilabından dərhal sonra, Sapiens Afrika-Asiya bölgə-
sindən çıxaraq Xarici Dünyaya yerləşmək üçün zəruri olan texno-
logiyanı, təşkilatlanma bacarığını və hətta bəlkə də uzaqgörənliyi
əldə etdi. Onun ilk böyük nailiyyəti təxminən 45 min il əvvəl Avs-
traliyanın məskunlaşdırılması idi. Ekspertlər bu nailiyyəti izah
etmək üçün çox çalışıblar. Avstraliyaya gedib çıxmaq üçün insan-
ların 100 kilometr enində bir neçə dəniz kanalını keçməsi və Avs-
traliyaya çatan kimi demək olar ki, tamamilə fərqli bir ekosistemə
uyğunlaşması lazım idi.
Ən məqbul nəzəriyyə, 45 min əvvəl İndoneziya arxipelaqında
(Asiyadan və bir-birindən dar boğazlarla ayrılan adalar qrupu) ilk
dənizçi icmaların yarandığını irəli sürür. Burada yaşayan insanlar

79
okean gəmiləri düzəldib, onları idarə etməyi öyrəndilər və uzaq yerlərə
yollanan balıqçılar, tacirlər və səyyahlar oldu. Bu, əlbəttə, insanın həyat
tərzinə və bacanğına misilsiz dəyişiklik gətirəcəkdi. Dənizdə yaşayan bütün
digər məməlilər (suitilər, dəniz inəkləri, delfinlər), xüsusi orqanlara və
hidrodinamik gövdəyə sahib olmaq üçün əsrlər boyunca təkamül etməli
olmuşdu. Afrika sa vannalarında yaşayan meymunların nəvəsi olan
İndoneziyadakı Sapiens isə üzgəclər əmələ gətirmədən və balinalar kimi
burunlarının alınlarına çıxmasını gözləməyə məcbur qalmadan dənizçi
olmuşdu. Çünki insanlar qayıq düzəldib, onu necə idarə edəcəklərini
öyrəndilər. Bu biliklər isə onlara Avstraliyaya üzüb orada məskən salmağa
imkan verdi.
Doğrudur, indiyə qədər arxeoloqlar 45 min əvvələ aid qayıqlar, kürəklər
və ya balıqçı məskəni tapmayıblar (dəniz səviyyəsinin yüksəlməsi
nəticəsində qədim İndoneziya sahilləri təxminən 100 metrə qədər okean
sularının altında qaldığı üçün bunlan tapmaq çox çətindir). Bununla belə, bu
nəzəriyyəni dəstəkləyən ciddi dolayı sübutlar var. Xüsusən də, Sapiensin
Avstraliyaya yerləşdikdən sonra şimaldakı çox sayda kiçik və kimsəsiz
adalarda məskən salması mühüm faktdır. Bunlardan bəziləri, məsələn, Buka
və Manus ən yaxın torpaqdan 200 kilometrlik açıq dənizlə ayrılmışdı. İnkişaf
etmiş gəmiçilik və yelkənçilik bacarığına sahib olmayan bir insanın Manusa
qədər üzüb orada məskən sala bilməsinə inanmaq çox çətindir. Daha əvvəl
də deyildiyi kimi, bu adaların bəziləri arasında, məsələn Yeni İrlandiya ilə
Yeni Britaniya arasında olduğu kimi, sıx dəniz ticarəti aparıldığına dair ciddi
dəlillər var.’
1
James F.O’Connel və Jim Allen, “Pre-LGM Sahul (Pleistocene Australia - New Guinea) and the
Archeology of Early Modem Humans”, Rethinking the Human Revolution: New Behavioural and
Biological Perspectives on the Origin and Dispersal od Modem Humans, Paul Mcllars, Ofer Bar-
Yosef, Katie Boyle, Cambridge: McDonald Institute for Archaeological Research, 2007, səh. 395-
410; James F.O’Connel və Jim Allen, “When Did Humans First Arrived in Grater Australia and
Why Is It Important to Know?", Evolutionary Anthropology, cild: 6, sayı: 4 (1998), səh. 132-146;
James F.O’Connel və Jim Allen, “Dating the Colonization of Sahul (Pleistocene Australia - New
Guinea): A Rewiew of Recent Research”, Journal of Radiological Science, cild: 31, sayı: 6 (2004),
səh. 835-853; Jon M.Erlandson, “Anatomically Modem Humans, Maritime Voyaging, and the
Pleistocene Colonization of the Americas”, The first Americans: the Pleistocene Colonization of
the New World, Nina G. Jablonski, San Francisco: University of California Press, 2002, səh. 59-60,
63-64; Jon M.Erlandson və Torben C.Rick, “Archeology Meets Marine Ecology: The Antiquity of
Maritime Cultures and Human Impacts on Marine Fisheries and Ecosys-

80
İnsanların Avstraliyaya ilk səyahəti tarixdəki ən əhəmiyyətli
hadisələrdən biridir və ən azı Kolumbun Amerikaya səyahəti və ya "Apollo
ll"-in Aya ekspedisiyası qədər mühümdür. İlk dəfə idi ki, bir insan Afrika-
Asiya ekoloji sistemini tərk edir və böyük bir quru məməlisi Afrika-Asiya
bölgəsindən çıxıb Avstraliyaya gedirdi. Bu iz açan insanların yeni dünyada
etdikləri daha böyük əhəmiyyət daşıyırdı. İlk ovçu-toplayıcının Avstraliya
sahillərinə ayaq basdığı an, Homo sapiens-in ilk dəfə müəyyən bir torpaq
parçasmda qida zəncirinin ən yüksək pilləsinə çıxdığı və Yer kürəsinin ən
təhlükəli heyvanlarından birinə çevrildiyi andır.
O vaxta qədər insanlar bəzi mütərəqqi üsullar və davranışlar qa-
zanmışdılar, amma onların ətraf mühitə təsiri çox cüzi idi. Müxtəlif təbiətli
yerlərə köçüb uyğunlaşmaqda böyük nailiyyətlər əldə etmişdilər, amma
yerləşdikləri ərazilərdə radikal dəyişiklik aparmadan bunu bacarmışdılar.
Avstraliya mühacirləri, daha doğrusu, fatehləri buraya nəinki uyğunlaşdılar,
hətta Avstraliya ekosistemini tanınmaz dərəcədə dəyişdirdilər.
Avstraliya sahillərindəki ilk insanın ayaq izlərini dalğalar dərhal yuyub
apardı. Amma işğalçılar ölkənin içinə doğru irəlilədikdə, heç vaxt
silinməyəcək olan fərqli bir iz buraxdılar. Daha irəli getdikcə, 200 kiloqram
ağırlığında və 2 metr uzunluğunda kenqurular, qitənin ən iri yırtıcı heyvanı
olan müasir pələng böyüklüyündə kisəli şirlər kimi naməlum canlılarla dolu
qəribə bir aləmlə qarşılaşdılar. Ağaclarda xoşagəlməz dərəcədə böyük olan
koalalar vardı, dəvəquşulardan iki dəfə böyük olan və uça bilməyən quşlar
düzənlikdə ora-bura qaçırdı. Əjdaha kimi kərtənkələlər və 5 metr
uzunluğunda ilanlar kolluqların arası ilə sürünürdü. Müasir vombatlarla* 1
qohum olan, iki ton yarımlıq diprotodon2 meşələrdə gəzib-dolaşırdı. Quşlar
və sürünənlər istisna olmaqla, bu heyvanların hamısı kisəliydi. Eyni ilə
kenqurular kimi, köməyə möhtac və çox kiçik balalar doğur,

terns”, Annual Review of Marine Science, sayı: 2(2010), səh. 231-251; Atholl Andersen, “Slow
Boats from China: Issues in the Prehistory of Indo-China Seafaring”, Modem Quaternary Research
in Southeast Asia, sayı: 16 (2000), səh. 13-50; Robert G.Bednarik, “Maritime Navigation in the
Lower and Middle Paleolithic”, Earth and Planetary Sciences, sayı: 328 (1999), səh. 559-560; Robert
G.Bednarik, “Seafaring in the Pleistocene”, Cambridge Archaelogical Journal, cild: 13, sayı:
1(2003), səh. 41-66.
1
Kisəli ayı
2
1,6 milyon il əvvəldən 40 min il əvvələ qədər Avstraliyada yaşamış ən iri, kisəli heyvan

81
bunları qarnındakı kisədə saxlayaraq südlə bəsləyirdilər. Afrika və Asiyada
demək olar ki, rast gəlməyən kisəli məməlilər Avstraliyanın hər yerinə
yayılmışdı.
Bir neçə min il ərzində bu nəhəng növlərin demək olar ki, hamısı yox
oldu. 50 kiloqramdan ağır olan 24 Avstraliya növünün 23-ü bu gün yoxdur.1
Daha kiçik növlərin də böyük bir hissəsi yoxa çıxdı. Avstraliya
ekosistemindəki qida zənciri pozuldu və yenidən quruldu. Bu, milyonlarla
il ərzində Avstraliya ekosistemindəki ən mühüm dəyişiklik idi. Görəsən, bu
tamamilə Homo sapiens-m günahı idimi?

Tam müqəssirdir
Bəzi tədqiqatçılar növümüzə bəraət qazandırmağa çalışır və günahı
iqlimin (belə hallarda tipik bir günah keçisi olaraq) üzərinə atırlar. Bununla
belə, Homo sapiens-in tamamilə günahsız olduğuna inanmaq çox çətindir.
İqlim bəhanəsini zəiflədən və əcdadlarımızı Avstraliyanın meqafaunasını
yox etməkdə günahlandıran üç növ dəlil mövcuddur.
Birincisi, Avstraliyanın iqlimi 45 min il əvvəl nə qədər dəyişmiş olsa
belə, bu o qədər də böyük dəyişiklik deyildi. Yeni iqlim şərtlərinin bu
dərəcədə böyük miqyaslı tükənməyə səbəb olması çox çətindir. Bu gün hər
şeyi iqlim dəyişikliyi ilə izah etmək tez-tez rast gəlinən bir haldır, amma
əslində dünyanın iqlimi heç vaxt sabit qalmayıb, o daim hərəkət edir və
dəyişir. Başqa sözlə, tarixdə hər bir hadisə iqlim dəyişikliyinin müşayiəti
ilə baş verib.
Planetimiz çox sayda istiləşmə və soyuma dövrləri keçirib. Son milyon
il ərzində orta hesabla hər 100 min ildə bir buz dövrü müşahidə olunub.
Bunların axırıncısı 75 min il əvvəllə 15 min il

1
Timothy F.Flanncry, The Future Eaters: An Ecological History of the Australasian Lands and
Peoples, Port Melbourne, Vic.: Reed Books Australia, 1994; Anthony D.Bamosky, “Assessing the
Causes of Late Pleistocene Extinctions on the Continents”, Science, cild: 306, sayı: 5693 (2004),
səh. 70-75; Вагу W.Brook və David M.J.S.Bowman, “The Uncertain Blitzkrieg of Pleistocene
Mcgafauna”, Journal of Biogeography, cild: 31, sayı: 4 (2004), səh. 517-523; Gifford H.Miller,
“Ecosystem Collapse in Pleistocene Australia and a Human Role in Megafaunal Extinction",
Science, cild: 309, sayı: 5732 (2005), səh. 287-290; Richard G.Roberts, “New Ages for the Last
Australian Megafauna: Continent Wide Extinction about 46.000 Years Ago”, Science, cild: 292,
sayı: 5523 (2001), səh. 1888-1992.

82
əvvəl arasındakı dövrdə baş verib və buz dövrlərində adətən olduğu kimi
iki nöqtədə öz zirvəsinə çatıb. Birincisi təxminən 70 min il əvvəl, ikincisi
isə 20 min il əvvəl olub. Nəhəng diprotodon Avstraliyada 1,5 milyon il
əvvəl meydana çıxdı və axırıncı buz dövrünə qədər ən azı 10 buz dövrünü
uğurla arxada qoydu. Bundan əlavə, 70 min il əvvəl son buz dövrünün ilk
zirvəsini də keçdi. Bəs, nə üçün 45 min il əvvəl yoxa çıxdı? Əgər
diprotodonlar o dövrdə yox olmuş yeganə böyük heyvan olsaydı, əlbəttə,
bunu təsadüf saymaq olardı. Amma diprotodonla birlikdə Avstraliyanın
meqafaunasının 90 faizindən çoxu qırılıb tükəndi. Əlimizdəki sübutlar
dolayı ola bilər, amma Sapiensin bu heyvanların yox olduğu vaxtda
Avstraliyaya gəldiyini təsadüf kimi qəbul etmək çox çətindir.1
ikincisi, iqlim dəyişikliyi kütləvi ölümlərə yol açdıqda, dəniz heyvanları
da quru heyvanları qədər buna məruz qalır. Bununla belə, 45 min əvvəl
okean faunasmda ciddi bir dəyişikliyin olduğuna dair heç bir sübut yoxdur.
Avstraliyanın quru meqafaunasının yox olduğu halda, yaxınlıqdakı
okeanlarda ciddi dəyişikliyin baş verməməsini insan faktoru asanlıqla izah
edə bilər. İnkişaf etməkdə olan dənizçilik qabiliyyətinə rəğmən, Homo
sapiens hələ də əsasən yerüstü təhdid olaraq qalırdı.
Üçüncüsü, Avstraliyadakı böyük qırğına bənzəyən kütləvi ölümlər
sonrakı min illərdə də, yəni hər dəfə insanlar xarici dünyanın başqa bir
bölgəsinə yerləşdiyi zaman da təkrarlandı. Bu hadisələrdə Sapiensin günahı
təkzibedilməzdir. Məsələn, Yeni Zelandiyanın zəngin faunası (hansı ki, 45
min il əvvəl baş vermiş "iqlim dəyişikliyini" heç bir zərər görmədən
yaşamışdı) ilk insanlar adalara ayaq basdıqdan dərhal sonra böyük bir zərbə
aldı. Yeni Zelandiyanın ilk Sapiens sakinləri olan maorilər adalara
təxminən səkkiz yüz il əvvəl gedib çıxıb. Bir neçə yüz il ərzində yerli meqa-

1
Stephen Wroe və Judith Field, “A Review of Evidence for a Human Role in the Extinction of
Australian Megafauna and an Alternative Explanation”, Quaternary Science Reviews, cild: 25,
sayı: 21-22 (2006), səh. 2692-2703; Barry W.Brooks, “Would the Australian Megafauna Have
Become Extinct If Humans Had Never Colonised the Continent? Comments on ‘A Review of the
evidence for a Human Role in the Extinction of Australian Megafauna and an Alternative
Explanation’ by S.Wroe and J.Field”, Quaternary Science Reviews, cild: 26, sayı: 3-4 (2007), səh.
560-564; Chris S.M.Tumey, “Late-Surviving Megafauna in Tasmania, Australia, Implicate
Human Involvement in their Extinction", Proceedings of the National Academy of Sciences, cild:
105, sayı: 34 (2008), səh. 12150-12153.

83
faunanın böyük bir hissəsi və bütün quş növlərinin 60 faizi məhv olmuşdu.
Şimal Buzlu okeanda yerləşən Vrangel adasındakı (Sibir sahillərindən 200
km şimala doğru) mamontlar da buna bənzər bir aqibət yaşadı. Mamontlar
Şimal yarımkürəsində milyonlarla il ərzində çoxalıb yayılmışdı, amma
Homo sapiens əvvəlcə Avrasiyaya, sonra da Şimali Amerikaya yayıldıqca
mamontlar geri çəkildi. 10 min il əvvəl dünyada, Vrangel adası başda
olmaqla, bir neçə uzaq adanı istisna etsək, bircə mamont da qalmamışdı.
Vrangel mamont- ları bir neçə min il də yaşadı, 4 min il əvvəl, yəni
insanların adaya ilk dəfə ayaq basdıqları zaman birdən-birə yoxa çıxdı.
Əgər Avstraliyadakı kütləvi ölümlər müstəsna bir hal olsaydı, insanların
lehinə şübhə edərdik. Lakin tarixi qeydlər Homo sapiens- in ekologiyanı
məhv edən seriyalı qatil olduğunu göstərir.
Avstraliyadakı köçkünlərin əlində sadəcə Daş dövrü texnologiyası
olduğu halda belə bir ekoloji fəlakətə necə yol aça bildilər? Bunun bir-birinə
çox yaxşı uyğun gələn üç ayrı izahı var.
Avstraliyadakı qırğının əsas qurbanı olan iri heyvanlar yavaş çoxalırlar.
Hamiləlik dövrləri uzundur, az sayda bala doğur və uzun fasilələrdən sonra
yenidən hamiləlik dövrü yaşayırlar. Deməli, insanlar bir neçə ayda sadəcə
bir diprotodon öldürsə belə, diproto- donlar arasındakı ölümlərin
doğumlardan çox olmasına kifayət edərdi. Bir neçə min il ərzində tək qalmış
sonuncu diprotodon da ölər və növ bütünlüklə tükənərdi. 1
İri ölçülərə malik olmasına baxmayaraq, diprotodon və Avstraliyanın
digər nəhəng heyvanlarını ovlamaq, ehtimal ki, çox da çətin olmamışdır,
çünki bu heyvanlar onlara hücum edən ikiayaqlı canlılara qarşı tamamilə
hazırlıqsız idi. İki milyon il idi ki, Afrika- Asiyada müxtəlif insan növləri
əmələ gəlir və təkamül edirdi. Bu insanlar tədricən ovçuluq bacarığı əldə
etdilər və təxminən 400 min il əvvəl artıq iri heyvanları da ovlamağa
başladılar. Afrika və Asiyanın iri heyvanları insanlardan qaçmağı
öyrənmişdi, buna görə də yeni meqa-yırtıcı homo sapiens Afrika və Asiya
səhnəsinə çıxdıqda iri heyvanlar insana bənzər canlılardan uzaq durmağın
lazım ol

1
John Alroy, «A Multispecies Overkill Simulation of the End-Pleistocene Megafaunal Mass
Extinction”, Science, cild: 292, sayı: 5523 (2001), səh. 1893-1896; O’Connel və Allen, “Prc-LGM
Sahul”, səh. 400-401.

84
duğunu bilirdi. Bundan fərqli olaraq, Avstraliya nəhənglərinin qaçmağı
öyrənmək üçün vaxtı yox idi. İnsanlar ilk baxışdan təhlükəli görünən
canlılar deyil. Qıvraq və əzələli bədənləri, yaxud uzun iti dişləri yoxdur.
Buna görə də, dünyada yaşamış ən böyük kisəli heyvan olan diprotodon bu
cılız görkəmli meymunu ilk dəfə gördükdə ona gözucu baxıb yarpaq
gövşəməyə qayıdar. Bu heyvanlar özlərində insana qarşı qorxu hissi inkişaf
etdirməliydi, amma bunu edə bilmədən qırılıb yox oldular.
İkinci izaha görə isə, Sapiens Avstraliyaya gəlib çıxmamışdan əvvəl
əkinçilikdə oddan istifadə etməyi mənimsəmişdi. Yad və təhlükəli bir ətraf
mühitlə qarşılaşdıqda, keçilməz cəngəlliklərin və sıx meşələrin olduğu
böyük əraziləri qəsdən yandırıb, həm öz ehtiyaclarına daha uyğun, həm də
ov məqsədilə heyvanları daha asanlıqla cəlb etmək üçün əlverişli olan geniş
otlaqlar yaratdılar. Beləliklə, onlar bir neçə min il ərzində Avstraliyanın
böyük hissəsində ekologiyanı tamamilə dəyişdirdilər.
Bu nöqteyi-nəzəri təsdiq edən ən tutarlı dəlillərdən biri daşlaşmış bitki
qalıqlarıdır. 45 min il əvvəl Avstraliyada evkalipt ağacına nadir hallarda rast
gəlinirdi. Lakin homo sapiens-in gəlişi bu növ üçün qızıl dövrün
başlanmasına səbəb oldu. Evkalipt ağacı oda davamlı bitki olduğundan,
digər ağac və kolluqlar yox olsa da, evkaliptlər geniş ərazilərə yayıldı.
Bitki örtüyündəki bu dəyişiklik bitki yeyən heyvanlarda və bunları
yeyən, ətə həris heyvanlarda dəyişikliyə yol açdı. Demək olar ki, sadəcə
evkalipt yarpağı yeyən koalalar yeni ərazilərə həvəslə yayılmağa başladı.
Digər heyvanların əksəriyyəti böyük çətinliklə üz-üzə qaldı. Avstraliyadakı
qida zəncirlərinin əksəriyyəti dağıldı və zəncirlərdəki ən zəif halqalar məhvə
sürükləndi.1
Üçüncü izah isə, ovçuluq və əkinçiliyin heyvanların tükənməsində
mühüm rol oynadığını, lakin iqlimin rolunu da tamamilə rədd edə
bilməyəcəyimizi irəli sürür. 45 min il əvvəl Avstraliyada hökm sürmüş iqlim
dəyişikliyi ekosistemin sabitliyini pozaraq

1
L.J.Keeley, “Proto-Agricultural Practices Among Hunter-Gatherers: A Cross-Cultural Survey”,
Last Hunters, First Farmers: New Perspectives on the Prehistoric Transition to Agriculture,
T.Douglas Price və Anne Birgitte Gebauer, Santa Fe, N.M.: School of American Research Press,
1995, səh. 243-272; R Jones, “Fircstick Farming", Australian Natural History, cild: 16 (1969), səh.
224-228.

85
onu çox zəiflətdi. Normal şərtlər altında, əvvəllər dəfələrlə olduğu kimi,
sistem yenidən sağlam vəziyyətə qayıdacaqdı. Lakin bu kritik anda insanların
səhnəyə çıxması kövrək ekosistemi uçuruma doğru sürüklədi. İqlim
dəyişikliyi ilə ovçuluğun birləşməsi müxtəlif tərəflərdən hücuma məruz qalan
iri heyvanlar üçün xüsusilə fəlakətli oldu. Çoxsaylı təhdidlərə qarşı eyni anda
müqavimət göstərə biləcək "həyatda qalma" strategiyası tapmaq çox çətindir.
Əlimizdə başqa sübutlar olmadan bu üç ssenarinin hansının doğru
olduğuna qərar vermək mümkün deyil. Amma əlimizdəki dəlillər belə
düşünməyə əsas verir ki, əgər Homo sapiens oraya gedib çıxmasaydı, o
ərazilər hələ də kisəli şirlərə, diprotodonlara və nəhəng kenqurulara ev
sahibliyi edəcəkdi.

Tənbəlliyin sonu
Avstraliya meqafaunasının yox olması, yəqin ki, Homo sapiensin
planetimizdə buraxdığı ilk iz idi. Bunun ardınca isə Amerikada daha böyük
bir ekoloji fəlakət baş verəcəkdi. Homo sapiens Qərb yarımkürəsinin quru
ərazilərinə gedib çıxan ilk və yeganə insan növü idi. Bu, təxminən 16 min il
əvvəl, b.e.ə. 14.000-ci illərdə baş verdi. İlk amerikalılar yeriyərək buraya
gəlmişdilər, bunu ona görə bacardılar ki, dəniz səviyyəsi çox alçaq
olduğundan, şimal-şərqi Sibirlə şimal-qərbi Alyaska arasında körpü rolunu
oynayan quru zolaq vardı. Bu, asan yolçuluq deyildi, Avstraliyaya dəniz yolu
ilə getməkdən daha çətin və uzun idi. Bu səfəri keçidin baş tutması üçün
Sapiens əvvəlcə şimali Sibirin son dərəcə sərt arktik iqlimində, qış fəslində
günəşin heç vaxt doğmadığı, temperaturun mənfi əlli dərəcəyə qədər düşdüyü
şərtlərdə həyatda qalmağı öyrənməliydi.
Daha əvvəlki insan növlərindən heç biri şimali Sibir kimi ərazilərə
girməyi bacarmamışdı. Hətta soyuğa uyğunlaşmış Neandertallar da öz
məskənlərini cənuba doğru, daha mülayim ərazilərdə salmışdılar. Amma qar
və buzlu torpaqlardan daha çox Afrika savan- nalarında yaşamağa uyğun olan
Homo sapiens dahiyanə həll yolları tapdı. Köçəri Sapiens ovçu-toplayıcıları
soyuq iqlimlərə doğru köç etdikdə, iynələrdən istifadə edərək dəri və kürkdən
qar ayaqqabı-

86
lari və isti geyimlər tikməyi öyrəndilər. Onlar şimalın mamontla- rını və digər
iri heyvanlarını ovlaya bilmək üçün yeni silahlar və mürəkkəb ov üsulları icad
etdilər. İsti geyimləri və ov üsulları inkişaf etdikcə Sapiens şaxtalı ərazilərdə
daha da irəli getməyə cəsarət etdi. Şimala doğru irəlilədikcə geyimləri, ov
strategiyaları və digər həyatda qalma üsulları yaxşılaşmağa davam etdi.
Amma onlar özlərini nə üçün əziyyətə salıb buralara qədər gəldilər? İnsan
öz istəyilə nə üçün Sibirə gedər? Bəlkə də, bəzi qruplar müharibələr, əhali
sıxlığı və ya təbii fəlakətlər üzündən şimala doğru sıxışdırılmışdı. Digərləri
isə, bəlkə də, daha müsbət səbəblərdən, məsələn, heyvanlardakı zülal
mənbəyinə görə şimala doğru yönəlmişdi. Arktika torpaqları maral və
mamont kimi iri və ətli heyvanlarla doluydu. Hər mamont böyük miqdarda ət
(şaxtalı havalan nəzərə aldıqda, dondurulub daha sonralar istifadə etmək üçün
saxlamaq mümkün idi), ləzzətli yağ, isti kürk və çox qiymətli fil dişi mənbəyi
idi. Sungir tapıntılarının göstərdiyi kimi, mamont ovçulan dondurucu şimalda
sadəcə həyatda qalmağı bacarmaqla qalmamış, həm də zənginləşərək yaxşı
həyat sürmüşdülər. Vaxt keçdikcə, ovçu qrupları mamontları, mastodontları,
kərgədanları və marallan təqib edərək daha uzaq və geniş ərazilərə yayıldılar.
14 min il əvvəl bu ovçuluqlar bəzi insanları şimal-şərqi Sibirdən Alyaskaya
apardı. Əlbəttə, onlar yeni bir dünya kəşf etdiklərini bilmirdilər. Həm
mamontlar, həm də insanlar üçün Alyaska Sibirin sadəcə davamı idi.
İlk vaxtda buzlaqlar Alyaskadan Amerikanın qalan hissəsinə gedən yolun
qarşısını kəsirdi və cənubdakı torpaqlara yalnız bir neçə pionerin gedib
çıxması mümkün idi. Bununla belə, təxminən e.ə. 12000-ci ildə qlobal
istiləşmə buzları əritdi və daha asan bir keçid yolu açdı. İnsanlar yeni
dəhlizdən istifadə edərək kütləvi şəkildə cənuba doğru hərəkət edib bütün
qitəyə yayıldılar. Hərçənd onlar Arktika bölgəsində iri heyvanları ovlamağa
vərdiş etmiş olsalar da, qeyri-adi müxtəlifliyə malik iqlim və ekosistemlərə
qısa müddətdə uyğunlaşmağı bacardılar. Sibirlilərin nəvələri Birləşmiş
Ştatların şərq hissəsindəki sıx meşələrdə, Missisipi deltasının bataqlıqlarında,
Meksika səhralarında və Mərkəzi Amerikanın rütubətli

87
cəngəlliklərində yurd saldılar. Bəziləri Amazon hövzəsinin çaylardan ibarət
dünyasını, bəziləri And dağlarının ətəyində yerləşən vadiləri, bəziləri də açıq
səma altında Argentina düzlərini məskən seçdilər. Və bütün bunlar sadəcə
bir ya da iki min il ərzində baş verdi! E.ə.lOOOO-ci illərdə insanlar Amerika
qitəsinin ən cənub nöqtəsindəki Tierra del Fuego-ya (Odlu Torpaq) artıq
çoxdan yerləşmişdilər. Bütün Amerikaya yayılmış insan seli Homo sapiens-
in misilsiz dərəcədə ixtiraçılıq və uyğunlaşma qabiliyyətinə sahib olduğunu
göstərir. İndiyə qədər heç bir heyvan tamamilə eyni genlərlə bu qədər fərqli
məskənlərə belə böyük sürətlə yayılmayıb.1
Sapiensin Amerikaya yerləşməsi yəqin ki, qansız olmamışdı. Onun
keçdiyi yol qurbanların izi ilə doludur. 14 min il əvvəl Amerikanın faunası
bugünkündən daha çox zəngin idi. İlk amerikalılar Alyaskadan cənuba doğru
Kanadanın düzlərinə və Birləşmiş Ştatların qərb tərəfinə irəlilədikdə
mamontlar, mastodontlar, ayı böyüklüyündə gəmiricilər, at və dəvə sürüləri,
çox böyük şirlər və bu gün qətiyyən məlum olmayan onlarla iri heyvan
növləri ilə qarşılaşmışdılar. Bunların arasında qılınc dişli qorxunc pişiklər
və səkkiz ton ağırlığında, altı metr hündürlüyündə nəhəng tənbəl heyvanlar
da vardı. Cənubi Amerikada daha ekzotik məməlilərə, sürünənlər və quşlara
rast gəlmək olardı. Amerika qitəsi Afrika və Asiyada məlum olmayan bitki
və heyvanlann sürətlə inkişaf etdiyi böyük bir təkamül eksperimenti
laboratoriyası idi.
Amma artıq deyil. Sapiensin gəlişindən sonrakı 2 min il ərzində bu nadir
növlərin çoxu ortadan qalxdı. Təxminlərə görə, bu qısa zaman kəsiyi ərzində
Şimali Amerika böyük məməli cinslərinin 47-dən 34-nü, Cənubi Amerika
isə 60-mdan 50-ni itirdi. Qılınc dişli pişiklər 30 milyon il boyunca
yaşadıqdan sonra yox oldular; eyni ilə nəhəng tənbəl heyvanlar, çox böyük
şirlər, Amerikanın yerli atları, yerli dəvələri, nəhəng gəmiriciləri və
mamontlar kimi. Daha kiçik məməlilər, sürünənlər, quşlar, hətta həşərat və
parazitlər də qırılıb yox oldu (mamontlar öldükdə, onlardan bəslənən bütün
gənələr də yox oldu).

1
David J.Meltzcr, First Peoples in a New World: Colonizing lee Age America, Berkeley:
University of California Press, 2009.

88
On illər boyunca paleontoloq və zooarxeoloqlar (heyvan qalıqlarını
tədqiq edən) Şimali və Cənubi Amerikadakı düzləri və dağları axtararaq
qədim dəvələrin sümüyünü və nəhəng tənbəl heyvanların daşlaşmış
nəcisini tapmağa çalışdılar. Axtardığını tapdıqda, bu kiçik xəzinələr
diqqətlə qablaşdırılıb laboratoriyalara göndərilir və orada hər sümük, hər
koprolit (daşlaşmış təzəyin texniki adı) diqqətli şəkildə araşdırılıb, tarix
qoyulur. Bu analizlər hər dəfə eyni nəticələri verir. Ən yeni təzək parçası
və ən təzə dəvə sümükləri insanların Amerikaya yayıldığı dövrə, yəni
təxminən e.ə. 12000 və 9000-ci illər araşma aiddir. Tədqiqatçılar sadəcə bir
bölgədə bundan daha yeni tarixə aid təzək tapdılar: Karib hövzəsindəki bir
neçə adada, xüsusən də Kuba və Hispaniola adalarında e.ə. 5000-ci illərə
aid tənbəl heyvanın daşlaşmış nəcisi tapıldı. Bu da insanların Karib
dənizini keçib bu iki böyük adaya yerləşməyə başladıqları dövrdür.
Bəzi alimlər yenə də Homo sapiens-i təmizə çıxarıb, iqlim dəyişikliyini
günahlandırırlar (bu vəziyyət bütün Qərb Yarımkürəsinin iqlimi
dəyişərkən, Karib adaları iqliminin 7 min il ərzində nə üçün müəmmalı bir
şəkildə dəyişməz qaldığını izah etmələrini tələb edir). Amma Amerikada
gübrə xətaya yol verə bilməz; günahkar bizik. Bu həqiqətin başqa bir izahı
yoxdur. İqlim dəyişikliyi bu işdə bizə yardım etmişsə belə, əsas rolu
insanların fəaliyyəti oynayıb.1

Nuhun gəmisi
Avstraliya və Amerikadakı kütləvi yox olmaları birləşdirib, bunlara
Homo Sapiens-in Afrika-Asiya bölgəsinə yayıldığı dövrdəki daha kiçik
miqyaslı qırılmaları (məsələn, digər bütün insan növlərinin yoxa çıxması)
və qədim ovçuların ələ keçirdiyi Kuba kimi uzaq adalardakı yox olmaları
da əlavə etsək, Sapiens məskunlaşmasının heyvan şahlığına üz vermiş ən
böyük və ən sürətli ekoloji fəlakətlərdən biri olduğuna dair qaçılmaz bir
nəticə ortaya çıxar. Bundan ən böyük zərər görənlər böyük və tüklü canlılar
oldu. Təfəkkür İnqilabı

1
Paul L.Koch və Anthony D.Bamosky, “Late Quaternary Extinctions: State of the Debate", The
Annual Review of Ecology, Evolution, and Systematics, cild:37 (2006), səh. 215-250; Anthony
D.Bamosky “Assessing the Causes of Late Pleistocene Extinctions on the Continents", səh.70-75.

89
Şəkil 10. Nəhəng tənbəl heyvanın (meqaterium) və nəhəng qarışqa-
yeyənin (qliptodon) rekonstruksiyası. Nəsli kəsilmiş nəhəng qarışqayeyənin
uzunluğu 3 metr, çəkisi 2 tona çatırdı. Nəhəng tənbəl heyvan isə 6 metr
hündürlüyündə, 8 ton ağırlığında idi.

zamanı dünyada çəkisi 50 kiloqramdan ağır 200-ə qədər quruda yaşayan


böyük məməli heyvan vardı. Aqrar inqilab dövründə bunlardan sadəcə 100-
ü qalmışdı. İnsanlar təkəri, yazmı və ya dəmir alətləri icad etməzdən çox-çox
əvvəl Homo Sapiens planetdəki böyük heyvanların yarısını yox etmişdi.
Aqrar İnqilabdan sonra bu ekoloji faciə daha kiçik miqyasda dəfələrlə
təkrarlandı. Adalardakı arxeoloji tapıntılar eyni kədərli hadisənin
təkrarlandığını göstərir. Faciənin ilk səhnəsində insan hələ yox ikən, müxtəlif
növ və böyüklükdə çoxlu canlı var. İkinci səhnədə Sapiens ortaya çıxır, bunu
sümük parçası, nizə ucluğu və ya kəllə sümüyü də sübut edir. Bundan dərhal
sonra gələn üçüncü səhnədə isə əsas rolu insanlar oynayır və böyük
heyvanların əksəriyyəti, həmçinin bir çox kiçik heyvan növü də yoxa çıxır.
Afrika materikinin 400 kilometr şərqindəki Madaqaskar adası buna ən
yaxşı misaldır. Milyon illərlə sürən izolyasiya nəticəsində adada unikal
heyvanlar təkamül etmişdi. Bunların arasında üç metr

90
hündürlüyündə və təxminən yanm ton ağırlığında fil quşu (dünyanın ən
böyük quşu idi) və yer üzündən ən böyük primat olan nəhəng lemurlar vardı.
Bu fil quşlan və nəhəng lemurlar, Madaqaskarın digər iri heyvanlarının
əksəriyyəti ilə birlikdə təxminən 1500 il əvvəl, - insanlar adaya ilk dəfə ayaq
basdığı zaman, - qəflətən yoxa çıxdılar.
Sakit okeanda ilk yoxolma dalğası təxminən e.ə. 1500-cü ildə,
Polineziyalı fermerlər Solomon adaları, Fiji və Yeni Kaledoniyaya
yerləşdikləri vaxt başladı. Yüzlərlə quş, həşərat, ilbiz və digər yerli heyvan
növünün ölümünə birbaşa, yaxud dolayı yolla səbəb oldular. Növlərin
qırılması buradan şərqə, cənuba və şimala, Sakit okeanın mərkəzinə doğru
yönəldi. Yolu üzərindəki Samoa və Tonqarun faunasını e.ə. 1200-cü ildə,
Markiz adasınkını eramızın 1-ci ilində, Pasxa adası, Havay və Kuk
adalannkını 500-cü ildə və nəhayət, Yeni Zelandiyanınkını 1200-cü ildə yox
etdi.
Bənzər ekoloji fəlakətlər Atlantik, Hind, Şimal Buzlu okeanla- rıyla
Aralıq dənizindəki minlərlə adanın demək olar ki, hamısında meydana gəldi.
Arxeoloqlar hətta ən kiçik adalarda da nəsillər boyunca yaşamış quş, həşərat
və ilbizlərin ilk fermer insanlar gəldikdə yoxa çıxdığını aşkar etdilər. Müasir
dövrə qədər yalnız fövqəladə dərəcədə təcrid halında olan bəzi adalar
insanların diqqətindən yayınaraq faunalarını olduğu kimi qoruyub saxlaya
bildi. Məlum örnəklərdən biri olan və on doqquzuncu əsrə qədər insan ayağı
dəyməmiş Qalapaqos adaları eyni ilə qədim diprotodonlar kimi insanlardan
qorxmayan nəhəng tısbağaların olduğu unikal faunasını qoruya bildi.
Yoxolmanın ilk dalğası ovçu-toplayıcıların, ikinci dalğa fermerlərin
yayılmasıyla meydana gəldi, bu günsə istehsal fəaliyyətinin səbəb olduğu
üçüncü dalğa baş verdi. Əcdadlarımızın təbiətlə harmoniya içində yaşadığını
iddia edən təbiətsevərlərə inanmayın. Sənaye İnqilabından çox-çox əvvəllər
Homo sapiens ən çox bitki və heyvan növünü yox etməkdə rekord vurmuşdu.
Biologiya tarixində ən ölümsaçan növ kimi pis ad qazanmışıq.
Bəlkə də, əgər daha çox insan birinci və ikinci dalğadan xəbərdar olsaydı,
hal-hazırda baş verməkdə olan və özlərinin də bir parçası olduğu üçüncü
dalğaya qarşı bu qədər soyuqqanlı olmazdılar.

91
Nə qədər çox növü yox etdiyimizi bilsəydik, hələ həyatda olanlan qorumaq
üçün daha istəkli olardıq. Bu, okeanlardakı iri heyvanlar üçün xüsusilə
aktualdır. Quruda yaşayan qohumlarından fərqli olaraq dəniz heyvanları
Təfəkkür İnqilabı və Aqrar İnqilabın təsirinə az məruz qaldı, amma indi
onların çoxu sənaye çirklənməsi və insanların okean qaynaqlarından sui-
istifadə etmələri nəticəsində tükənmə nöqtəsinə çatıb. Əgər hər şey indiki
sürətlə davam edərsə, balinaların, akulalann, tuneslərin və delfinlərin
diprotodonlar, tənbəl heyvanlar və mamontlar kimi yoxolma ehtimalı
yüksəkdir. Dünyanın bütün böyük canlıları arasında insan daşqını zamanı
həyatda qala bilənlər, yenə də Nuhun gəmisində kölə olaraq yerləşdirilən
ferma heyvanları və insanın özü olacaq.

92
İkinci hissə

AQRAR İNQİLAB

Şakil 11.3500 yaşı olan bir Misir məzarında yer almış


gündəlik kənd təsərrüfatı işlərini təsvir edən divar rəsmi
5
Tarixin ən böyük
yalanı

2,5 MİLYON İL BOYUNCA İNSANLAR, onların müdaxiləsi olmadan


yaşayan və çoxalan bitkiləri toplamaqla, heyvanları ovlamaqla özlərinə qida
əldə etdilər. Homo erectus, Homo ergaster Ne- andertallar yabanı əncirləri
yığıb, vəhşi qoyunları ovladıqda, əncir ağaclarının harada kök salacağını və
ya qoyun sürüsünün hansı çəmənlikdə otlayacağını, yaxud hansı erkək
keçinin hansı dişini dölləyəcəyini düşünmürdülər. Homo sapiens Şərqi
Avropadan Yaxın Şərqə, Avropa və Asiyaya, nəhayət, Avstraliya və
Amerikaya doğru yayıldı və getdiyi hər yerdə də yabanı bitkiləri toplayıb,
heyvan ovlayaraq həyatına davam etdi. Həyat tərziniz sizi yaxşı bəsləyir və
zəngin bir sosial quruluş, dini etiqad və siyasi dinamika ilə təmin edirsə,
başqa bir şeyə nə ehtiyac var?
Bütün bunlar 10 min əvvəl, Sapiens demək olar ki, bütün vaxtını və
enerjisini bir neçə heyvan və bitki növünün həyatını dəyişdirməyə sərf
etməyə başladıqda dəyişdi. Sübh tezdən axşama qədər insanlar toxum əkdi,
bitki suladı, torpağı alaq otlarından təmizlədi və qoyunları zəngin otlaqlara
apardı. Düşündülər ki, bu iş onları daha çox meyvə, taxıl və ətlə təmin
edəcək. İnsanların həyatında bu bir inqilab idi - Aqrar İnqilab.
Kənd təsərrüfatına keçid e.ə. 9500-8500-cü illərdə cənub-şərqi Türkiyə,
qərbi İran və Levant bölgəsinin təpəlik ərazilərində tədricən və məhdud bir
coğrafiyada başladı. Buğda və keçilər təxminən e.ə. 9000-ci ildə, noxud və
mərcimək e.ə. 8000-ci ildə, zeytun ağacları e.ə. 5000-ci ildə, atlar e.ə. 4000-
ci ildə və üzüm e.ə. 3500-cü ildə becərildi və əhliləşdirildi. Keş fıstığı və
dəvə kimi bəzi bitki və heyvanlar daha gec əhliləşdirildi və təxminən e.ə.
3500-ci ildə əhliləşdirmənin əsas mərhələsi başa çatdı. Qabaqcıl
texnologiya

95
mıza rəğmən, hətta bu gün də kalorimizin doxsan faizdən çoxunu
əcdadlarımızın e.ə. 9500-3500-cü illər arasında becərdiyi bir neçə bitkidən
əldə edirik. Bunlar buğda, düyü, qarğıdalı, kartof, dan və arpadır. Son iki
min ildə diqqətəlayiq hər hansı bir bitki ya da heyvan əhliləşdirilməyib. Əgər
şüurumuz qədim ovçu-toplayıcıların şüurudursa, mətbəximiz də qədim
fermerlərin mətbəxidir.
Bir vaxt alimlər kənd təsərrüfatının Yaxın Şərqdəki bir nöqtədən
başlayaraq dünyanın dörd tərəfinə yayıldığını düşünürdülər. Bu gün isə kənd
təsərrüfatının Yaxın Şərqli əkinçilərin öz icadlarını dünyanın müxtəlif
yerlərinə ixrac etmələri yolu ilə deyil, tamamilə müstəqil olaraq meydana
gəldiyi fikri ilə razılaşırlar. Mərkəzi Amerikadakı insanlar qarğıdalı və
lobyanı Yaxın Şərqdəki noxud və buğda əkinindən xəbərsiz olaraq
becərmişdilər. Eyni şəkildə Cənubi Amerikalılar lama və kartof yetişdirməyi
Meksika və ya Levantda nə baş verdiyini bilmədən öyrəndilər. Çinin ilk
inqilabçıları düyü və darı becərib, donuzları əhliləşdirərkən, Şimali
Amerikanın ilk bağbanları yabanı qabaq tapmaq üçün kolluqları
eşələməkdən yorulub, balqabaq becərməyə başladılar. Yeni Qvineyalılar
şəkər qamışı və banan becərdilər, Qərbi Afrika fermerləri isə öz ehtiyacları
üçün afrika darısı, afrika düyüsü, süpürgə və buğda yetişdirdilər. Bu baş-
lanğıc nöqtələrindən başlayaraq kənd təsərrüfatı sürətlə uzaqlara yayıldı.
Eramızın birinci əsrində dünyanın böyük hissəsində insanların əksəriyyəti
əkinçilərdən ibarət idi.
Bəs, nə üçün aqrar inqilablar Yaxın Şərq, Çin və Mərkəzi Amerikada
meydana gəldiyi halda, Avstraliya, Alyaska və ya Cənubi Afrikada baş
vermədi? Səbəb çox sadədir: çünki əksər bitki və heyvan növü yetişdirmək
və əhliləşdirmək mümkün deyil. Sapiens dadlı göbələkləri toplayıb,
mamontlan ovlaya bilərdi, amma bunları əhliləşdirməkdən söhbət də gedə
bilməzdi. Göbələk yetişdirmək baş tutan iş deyil, nəhəng heyvanlar isə çox
vəhşidir. Əcdadlarımızın ovladığı və topladığı minlərlə növ içində sadəcə bir
neçəsi maldarlıq və əkinçilik üçün uyğun namizəd idi. Bu bir neçə növ də
müəyyən ərazilərdə yaşayırdı və aqrar inqilablar da bu ərazilərdə ortaya
çıxdı.
Bir vaxtlar alimlər Aqrar İnqilabın bəşəriyyət üçün irəliyə doğru atılmış
böyük bir addım olduğunu iddia edirdilər. İnsan zəkası

96
ilə həyata keçmiş bir tərəqqi hekayəsi uydurdular. Guya təkamül tədricən
daha ağıllı insanların yaranmasına səbəb oldu. Nəticədə insanlar o qədər
ağıllı oldular ki, təbiətin sirlərini aça bildilər və bunun sayəsində qoyunları
əhliləşdirib, buğda yetişdirdilər. Qısa müddət sonra isə, yorucu, təhlükəli və
mübarizə ilə keçən ovçu- toplayıcı həyatından məmnuniyyətlə əl çəkib, xoş
və dinc fermer həyatını seçdilər.

Xəritə 2. Aqrar inqilabların yerləri və tarixləri.


Məlumatlar mübahisəlidir və xəritə ən son arxeoloji
tapıntıları da əlavə etmək üçün daim yenidən çəkilir.1

Bu, tamamilə fantastik hekayədir. İnsanların zaman keçdikcə daha ağıllı


olduqlarına dair heç bir sübut yoxdur. Ovçu-toplayıcılar təbiətin sirlərini
Aqrar İnqilabdan çox-çox əvvəl də bilirdilər, çünki həyatda qalmaları
topladıqları bitkilər və ovladıqları heyvanlar haqqında daha ətraflı biliyə
sahib olmalarından asılı idi. Aqrar İnqilab yeni və asan bir həyat tərzi
gətirmək əvəzinə, fermerlərə ovçu-toplayıcıların həyatından daha çətin və
daha az qaneedici bir həyat yaratdı. Ovçu-toplayıcılar vaxtlarının çox
hissəsini müxtəlif və stimullaşdırıcı fəaliyyətlərdə keçirirdilər, üstəlik aclıq
və xəstəlik təhlükəsi ilə daha az üzləşirdilər. Əlbəttə, Aqrar İnqilab
bəşəriyyətin
1
Xəritə bu əsərə əsaslanır: Peter Bellwood, First Farmers: The Origins of Agricultural Societies,
Malden: Blackwell Pub., 2005.

97
əlindəki ümumi qida miqdarını artırdı, amma daha yaxşı qidalanma və ya
daha çox istirahət vaxtı yaratmadı. Daha çox əhali artımına yol açaraq,
ərköyün elita yaratdı. Adi bir fermer adi bir ovçu-toplayıcıdan daha çox
çalışaraq, əvəzində daha pis qidalara sahib oldu. Aqrar İnqilab tarixin ən
böyük yalanıdır.
Bunun məsuliyyəti kimdədir? Nə krallarda, nə keşişlərdə, nə də
tacirlərdə. Günahkarlar bir neçə bitki növü, o cümlədən buğda, düyü və
kartof idi. Homo sapiens bu bitkiləri yetişdirəcəyi halda, bunun tam əksi
baş verdi.
Aqrarİnqilabıbirdəbuğdanmnöqteyi-nəzərindəndəyərləndirək. 10 min il
əvvəl buğda sadəcə Yaxın Şərqin bəzi bölgələrindən bitən yabanı bir ot idi.
Birdən-birə bir neçə min il ərzində bütün dünyada yetişməyə başladı.
Həyatda qalmaq və çoxalmaq kimi təkamülün ən əsas meyarlarına görə
dünya tarixində ən uğurlu bitkilərdən biri oldu. 10 min il əvvəl bircə buğda
sünbülünün də yetişmədiyi Şimali Amerikanın böyük ovaları kimi
bölgələrdə bu gün yüzlərlə kilometrlik buğda tarlalarında gəzə bilər və
başqa heç bir bitki ilə qarşılaşmazsınız. Bütün dünya üzrə buğdanın tutduğu
ərazilər 2,25 milyon kvadrat kilometrə yaxındır, bu isə Britaniyanın
ərazisindən demək olar ki, on dəfə böyükdür. Bu qədər əhəmiyyətsiz bir ot
hər yerdə rast gəlinən bir bitkiyə necə çevrildi?
Buğda buna Homo sapiens-dsn öz xeyrinə istifadə etmək yolu ilə nail
oldu. Bu meymun növü 10 min il əvvələ qədər normal bir ov- çu-toplayıcı
həyatı sürürdü, amma sonra buğda yetişdirmək üçün getdikcə daha çox
əmək sərf etməyə başladı. Bir neçə min il ərzində dünyanın hər tərəfində
insanlar sübh tezdən axşama qədər buğda ilə məşğul olmaqdan başqa
demək olar ki, heç bir iş görmürdülər. Bu asan deyildi. Buğda çox zəhmət
tələb edən bir bitkidir, qayalıq və daşlıq əraziləri sevməz, buna görə də
Sapiens sahələri təmizləmək üçün beli sınana qədər işlədi. Buğda öz
ərazisini, suyunu və qida maddələrini də digər bitkilərlə bölüşməyi sevməz,
bu səbəbdən kişilər və qadınlar yandırıcı günəş altında bütün günü çalışaraq
ot yolurdular. Buğdaya xəstəlik də düşə bilərdi, buna görə də Sapiens kif və
qurdlara qarşı da mübarizə aparmalı idi. Bunlardan əlavə, buğda onu yemək
istəyən digər orqanizmlərə qarşı müdafiəsiz olduğundan, fermerlər onu
çəyirtkə sürüsü və dovşanlardan qoru

98
maq üçün tədbirlər gördülər. Buğda çox su istədiyi üçün çaylardan və
dərələrdən su daşıdılar. Hətta təzək toplayaraq, buğda yetişən torpaqları
bəsləmək məcburiyyətində qaldılar.
Homo sapiens-in vücudu bu cür işlər üçün təkamül etməmişdi.
Ceyranların dahnca qaçmağa, alma ağaclarına dırmanmağa uyğun idi,
torpağı daşlardan təmizləməyə və ya su daşımağa deyil. İnsanlar bunun
əvəzini onurğa, diz, boyun və bel ağrılarıyla ödədilər. Qədim skeletlər
araşdırıldıqda, kənd təsərrüfatına keçidin insanlarda onurğa yırtığı, oynaq
kirəclənməsi və digər xəstəliklərə səbəb olduğu görünür. Üstəlik, yeni
əkinçilik işləri o qədər çox vaxt tələb edirdi ki, insanlar buğda sahələrinin
yaxınlığında daimi məskən salmağa məcbur oldular. Bu, onların həyat
tərzini tamamilə dəyişdirdi. Biz buğdanı əhliləşdirmədik, buğda bizi
əhliləşdirdi. Əhliləşdirmək (domestikasyon) latıncadakı "domus" (ev)
sözündən əmələ gəlmişdir. Evdə yaşayan isə buğda deyil, Sapiensdir.
Necə oldu ki, buğda Homo sapiens-i kifayət qədər yaxşı olan bir həyat
tərzini miskin bir həyatla dəyişdirməyə inandıra bildi? Bunun əvəzində nə
təklif etdi? Daha yaxşı qidalanma təklif etmədiyi bəllidir. Unutmayın ki,
insanlar müxtəlif növ qidaları yeyərək inkişaf edən, hər şeyi yeyən canlıdır.
Aqrar İnqilabdan əvvəl taxıl insan qidasının sadəcə kiçik bir hissəsini təşkil
edirdi. Taxıl bitkilərinə əsaslanan qidalanma tərzi mineral və vitamin
sarıdan zəifdir, çətin həzm ediləndir, bundan əlavə diş və diş ətləri üçün də
zərərlidir.
Buğdainsanlaniqtisaditəhlükəsizliklədətəminetmədi.Kəndlinin həyatı
ovçu-toplayıcının həyatından daha az təhlükəsizdir. Ovçu- toplayıcılar
həyatda qalmaq üçün onlarla qida növü tükədirdi və bunun sayəsində hətta
çətin illər üçün ərzaq ehtiyatı toplamasa da, həyatda qala bilirdi. Növlərdən
biri azaldıqda, digərlərini toplayıb, ovlaya bilirdilər. Fermer icmaları çox
yaxın vaxtlara qədər kalori tələbatının böyük bir hissəsini yetişdirə
bildikləri sadəcə bir neçə növ bitkidən alırdılar, hətta əksər bölgələrdə
yalnız bir bitki növü ilə, buğda, kartof və ya düyü ilə qidalanırdılar. Əgər
quraqlıq olurdusa, yaxud çəyirtkə sürüsü və göbələklər taxıl sahələrinə
böyük zərər vururdusa, minlərlə hətta milyonlarla kəndli həlak olurdu.

99
Buğda insan zorakılığına qarşı da təhlükəsizlik saxlamırdı. İlk
fermerlər ən azı ovçu-toplayıcı əcdadları qədər, bəlkə də onlardan da çox
qəddar idilər. Fermerlərin daha çox əşyası vardı, üstəlik taxıl əkmək üçün
torpağa ehtiyac duyurdular. Qonşu qəbilələrin taxıl sahələrinə hücumları
toxluq və aclıq arasındakı fərqi göstərirdi, odur ki, kompromisə yer yox idi.
Ovçu-toplayıcı bir qrup başqa bir qrup tərəfindən təzyiqə məruz qaldıqda,
qaçıb xilas ola bilirdi. Bu çətin və təhlükəliydi, amma mümkün idi. Güclü
bir düşmən əkinçiliklə məşğul olan bir kəndi təhdid etdikdə isə, geri
çəkilmək - tarlaları, evləri və qida anbarlarını itirməyə bərabər idi. Qaçanlar
çox vaxt aclıqdan ölürdü. Buna görə də, fermerlər yaşadığı yerdə qalıb, son
nəfəsinə qədər döyüşməyi seçirdilər.

Şakil 12. Yeni Qvineyada iki fermer icması arasında qəbilə


müharibəsi (1960). Bu cür səhnələr Aqrar İnqilabdan sonra
yəqin ki, çox yayılmış və min illərlə davam etmişdi.

Bir çox antropoloji və arxeoloji tədqiqatlar göstərir ki, kənd və qəbilədən


başqa bir siyasi quruluşa malik olmayan bəsit əkinçi icmalarında insan
zorakılığı nəticəsində baş verən ölümlər bütün ölümlərin 15 faizini, kişi
ölümlərinin isə 25 faizini təşkil edirdi. Müasir Yeni Qvineyada əkinçiliklə
məşğul olan Dani qəbiləsində kişilər arasında zorakı ölümlər 30 faizə, Enga
qəbiləsində isə 35 faizə çatır.

100
Ekvadorda Vaorani qəbiləsində, bəlkə də, kişilərin 50 faizi zorakılığın
qurbanı olur.1 Tədricən böyük şəhərlər, krallıqlar və dövlətlər kimi daha
geniş sosial quruluşların meydana gəlməsiylə zorakılıq nəzarət altına
alındı. Lakin bu cür nəhəng və effektiv siyasi quruluşların təşkili min illərlə
vaxt apardı.
Əlbəttə, kənd həyatı ilk fermerlərə bəzi üstünlüklər də gətirmişdi.
Məsələn, vəhşi heyvanlara, yağışa və soyuğa qarşı daha yaxşı
qorunurdular. Bununla belə, adi insan üçün çətinliklər yəqin ki,
üstünlüklərdən daha çox idi. Bu vəziyyəti bugünkü müasir cəmiyyətdə
yaşayan insanlar asanlıqla anlaya bilməzlər. Təhlükəsizlik və rifah içində
yaşadığımızdan və bu təhlükəsizlik və rifah Aqrar İnqilabın təməli
üzərində qurulduğundan, Aqrar İnqilabın gözəl bir hadisə olduğunu zənn
edirik. Lakin minlərlə illik tarixə bu günün nöqteyi-nəzərindən qiymət
vermək düzgün olmazdı. Eramızın birinci əsrində Çində atasının əkin
sahəsi məhsul vermədiyi üçün aclıqdan ölən üç yaşındakı qız həqiqətə daha
çox uyğun bir mənzərə yaradar. Bu qız: "Aclıqdan ölürəm, amma 2000-ci
illərdə insanların bol ərzağı olacaq, böyük və kondisionerli evlərdə yaşaya-
caqlar, buna görə də mənim əzablarım - məntiqi bir fədakarlıqdır", -
deyərdimi?
Bəs, onda buğda əkinçilərə, həmçinin aclıqdan əziyyət çəkən çinli qıza
nə verdi? İnsanlara bir fərd kimi heç bir şey vermədi. Bununla belə, bir növ
kimi Homo sapiens-ə əlverişli şərait yaratdı. Buğda yetişdirmək insanlara
ərazi vahidinə nisbətdə daha çox qida əldə etmək imkanı verdi və bu da
Homo sapiens-in həndəsi silsilə ilə çoxalmasını təmin etdi. E.ə. 13000-ci
illərdə insanlar yabanı bitkiləri toplayaraq və vəhşi heyvanları ovlayaraq
yaşayarkən, Fələstində Yerixo vahəsinin ətrafındakı bölgə yaxşı qidalanan
və daha sağlam olan ən çoxu 100 insanı bəsləyə bilirdi. E.ə. 8500-cü illərdə
isə yabanı bitkilər yerini buğda sahələrinə vermiş və eyni bölgə sıx şəkildə
yaşayan, xəstəlik və qida azlığından əziyyət çəkən 1000 insanın yerləşdiyi
bir kəndə çevrilmişdi.

'Azar Gat, War in Human Civilization, Oxford: Oxford University Press, 2006, səh. BO- Bİ;
Robert S.Walker və Drew H.Bailey, “Body Counts in Lowland South American Violence",
Evolution and Human Behavior, cild: 34 (2013), səh. 29-34.

101
Təkamülün işlək valyutası nə aclıq, nə də əzab çəkməkdir, sadəcə DNT
spirallarının nüsxələnməsidir. Necə ki, bir şirkətin iqtisadi uğuru işçilərinin
xoşbəxtliyi ilə deyil, bank hesabındaki dolların miqdarı ilə ölçülürsə, bir
növün təkamül sarıdan uğuru da DNT nüsxələrinin sayı ilə ölçülür. DNT
nüsxəsi qalmazsa, növ yox olar, eyni ilə pulu qalmayan bir şirkətin iflas
etməsi kimi. Əgər növ çox sayda DNT nüsxəsinə sahibdirsə, bu uğurdur və
bu növ inkişaf edir. Bu baxımdan 1000 nüsxə həmişə 100 nüsxədən daha
yaxşıdır. Aqrar İnqilabın mahiyyəti də budur: daha çox sayda insanı ən pis
şərtlər altında olsa da, həyatda saxlamaq.
Lakin fərdlər bu təkamül hesablamasına nə üçün əhəmiyyət verməlidir?
Hansı ağıllı insan Homo sapiens-in DNT nüsxəsinin sayı artsın deyə öz həyat
səviyyəsini aşağı salar? Bununla heç kəs razılaşmamışdı: Aqrar İnqilab bir
tələ idi.

Dəbdəbə tələsi
Kənd təsərrüfatının inkişafı yüz illər və min illərlə davam edən çox ləng
bir proses idi. Göbələk və fındıq toplayan, dovşan və maral ovlayan bir Homo
sapiens qrupu daimi məskən salaraq yer şumlamaq, buğda əkmək və çaydan
su daşımaq kimi işlərə birdən- birə keçmədi. Bu dəyişiklik mərhələli şəkildə
oldu və hər mərhələ gündəlik həyatda kiçik bir dəyişiklik demək idi.
Homo sapiens Yaxın Şərqə təxminən 70 min il əvvəl gəldi. Bundan
sonrakı 50 min il ərzində əcdadlarımız kənd təsərrüfatı ilə məşğul olmadan
yaşadılar. Bölgənin təbii ehtiyatları oranın əhalisini bəsləmək üçün kifayət
edirdi. Bolluq vaxtında insanların daha çox uşağı, qıtlıq dövründə isə daha
az uşağı oldu. İnsanlar bir çox məməlilər kimi nəsil artımını nəzarət altında
saxlamağa kömək edən hormonal və genetik mexanizmlərə sahibdir. Bolluq
dövrlərində qadınlar cinsi yetişkənliyə daha erkən çatır və hamilə qalma
ehtimalları daha yüksək olur. Qıtlıqda isə cinsi yetişkənlik gec baş verir və
doğum səviyyəsi aşağı düşür.
Bu təbii əhali artımı kontroluna kultural mexanizmlər də əlavə olunur.
Köçəri ovçu-toplayıcılar üçün ləng hərəkət edən və çox

102
qayğı istəyən körpələr və kiçik uşaqlar ağır yükdür. Buna görə də insanlar
üç-dörd ildən bir uşaq dünyaya gətirməyə çalışırdılar. Qadınlar uşaqlarını
gec yaşa qədər və tam müddətli əmizdirirdi (tam müddətli əmizdirmə
hamilə qalma ehtimalını ciddi şəkildə aşağı salır). Digər üsullar arasında
cinsi yaxınlıqdan qismən, yaxud tamam uzaq durmaq (bu, bəlkə də, kultural
tabularla da təmin edilirdi) və bəzən uşaq qətlləri də yer alırdı.1 * 3
Bu min illər boyunca insanlar bəzən buğda da yedi, amma bu onlarm
qidalanmasının əhəmiyyətsiz bir parçasıydı. Təxminən 18 min il əvvəl
sonuncu buz dövrü öz yerini qlobal istiləşmə dövrünə verdi və temperatur
artdıqca yağıntıların miqdarı da azaldı. Yeni iqlim Yaxın Şərq buğdası və
digər taxıllar üçün ideal idi, odur ki, bunlar çoxalaraq yayıldı; nəticədə
insanlar daha çox buğda yeməyə başladılar və özləri də bilmədən bu
bitkinin yayılmasına səbəb oldular. Yabanı toxumları ələmədən,
arıtlamadan və bişirmədən yemək mümkün olmadığı üçün bu toxumları
toplayan insanlar onları istifadəyə hazırlamaq məqsədi ilə müvəqqəti
düşərgələrə daşıyırdılar. Buğda toxumları kiçik və çox sayda olduğundan,
düşərgələrə daşındıqda toxumlardan bəzisi yolda yerə tökülürdü. Tədricən
insanların gediş-gəliş yollarının və düşərgələrin ətrafında daha çox buğda
cücərməyə başladı.
İnsanların sıx cəngəllikləri və meşələri yandırması da buğdanın
inkişafına kömək etdi. Od ağac və kolluqları təmizləyərək, buğda və digər
otların gün işığını, suyu və qida maddələrini təkbaşına istismar etməsi üçün
şərait yaratdı. Buğdanın bol olduğu yerlərdə ov heyvanları və digər qida
mənbələri də çox olduğundan, insanlar köçəri həyat tərzindən tədricən əl
çəkib, mövsümi və hətta daimi düşərgələrə yerləşdilər.
İlk vaxtlar, ehtimal ki, yalnız məhsul yığımı zamanı bir neçə həftəliyə
düşərgə salırdılar. Nəsillər dəyişdikcə, buğda da çoxalıb yayılırdı və məhsul
yığımı beş-altı həftə davam edirdi, nəticədə müvəqqəti düşərgələr daimi
yaşayış yerlərinə - kəndlərə çevrilir-

1
Katherine A.Spielmann, “A Review: Dietary Restriction on Hunter-Gatherer Women
and the Implications for Fertility and Infant Mortality”, Human Ecology, cild: 17, sayı:
3 (1989), sah. 321-345. Bruce Winterhalder and Eric Alder Smith, "Analyzing Adaptive
Strategics: Human Behavioral Ecology at Twenty Five”, Evolutionary Anthropology, cild: 9, sayı:
2 (2000), səh. 51-72.

103
di. Bu cür məskənlərin varlığına dair sübutlar bütün Yaxın Şərqdə, xüsusilə
də Natuf mədəniyyətinin e.ə. 12500-9500-cü illər arasında inkişaf etdiyi
Levant bölgəsində aşkar edildi. Natuflar bir çox qida növündən bəslənən
ovçu-toplayıcılar idi, amma daimi kəndlərdə yaşayırdılar və vaxtlarının
çoxunu əkinçiliklə məşğul olmaqla və yabanı taxılları istifadəyə
hazırlamaqla keçirirdilər. Daşdan evlər və anbarlar tikər, qıtlıq dövrləri
üçün toxum saxlayardılar. Yabanı buğdanı toplamaq üçün daş oraq və
döymək üçün daş həvəng kimi alətlər icad etdilər.
E.ə. 9500-cü ildən sonrakı dövrdə Natuflann övladları taxıl yığımına və
tədarükünə davam etdilər, amma taxılı daha inkişaf etmiş üsullarla
yetişdirməyə başladılar. Yabanı toxumları yığarkən, məhsulun bir qismini
növbəti mövsümdə əkmək üçün ayırıb saxladılar. Toxumları torpağın
üzərinə necə gəldi səpmək yerinə, torpağın içinə basdırdıqda daha yaxşı
nəticə aldıqlarını gördülər, buna görə də toxa və kotanı icad etdilər. Sonra
tədricən tarlaları otlardan təmizləmək, parazitlərdən qorumaq, sulamaq və
münbitləşdirmək kimi üsulları tətbiq etməyə başladılar. Taxıl yetişdirməyə
daha çox diqqət yetirdikcə, digər yabanı növləri toplamağa və heyvanları
ovlamağa daha az vaxt və enerji sərf etməyə başladılar. Beləcə, ovçu-
toplayıcılar fermerlərə çevrildilər.
Yabanı buğda toplayan qadını mədəni buğda becərən qadından ayıran
cəhət bir addımda ortaya çıxmadığı üçün kənd təsərrüfatına qəti keçidin nə
vaxt baş verdiyini dəqiq bilmirik. Bununla belə, e.ə. 8500-cü illərdə Yaxın
Şərqin Yerixo kimi daimi məskənlərlə dolu olduğunu və buralarda
yaşayanların öz vaxtlarının çox hissəsini bir neçə bitki növünü əkib-
becərməklə keçirdiklərini bilirik.
Daimi yaşayış məskənlərinə keçid və qida məhsullarının çoxalması ilə
əhali də artmağa başladı. Köçəri həyat tərzindən imtina etmək qadınlara hər
il bir uşaq sahibi olmaq imkanı vermişdi. Körpələr daha erkən yaşda süddən
kəsilir və yulaf horrası ilə bəslənirdi. Tarlalarda işləmək üçün daha çox
insana ehtiyac vardı. Lakin artmaqda olan əhali qısa müddətdə daha çox
qida işlətdiyi üçün daha çox torpaq sahəsinin əkilməsi lazım idi. insanlar
xəstəliklə dolu məskənlərdə yaşamağa, uşaqlar ana südündən daha çox
taxılla bəslənməyə başladıqca, üstəlik uşaqlar yulaf horrasını

104
getdikcə çoxalan qardaş və bacılarıyla bölüşməyə məcbur qaldıqları üçün,
uşaq ölümünün sayı ciddi şəkildə artdı. Əkinçi icmalarının əksəriyyətində
uşaqların ən azı üçdə biri iyirmi yaşma çatmadan ölürdü.’ Bununla belə,
doğum hallarının sayı ölüm hallarının sayından çox idi və insanlar çox
sayda uşağa sahib olmağa davam etdilər.
Tədricən "buğda məsələsi" daha çətin və əziyyətli işə çevrildi. Uşaqlar
kütləvi şəkildə ölür, böyüklər qan-tər içində çalışaraq əldə etdikləri çörəyi
yeyirdilər. E.ə. 8500-cü ildə yaşayan bir Ye- rixolu eyni yerdə e.ə. 9500,
yaxud 13000-ci ildə yaşayan birindən daha ağır həyat sürürdü. Amma heç
kəs nə baş verdiyini anlamırdı. Hər nəsil özündən əvvəlki nəsil kimi
yaşamağa davam edir, sadəcə bəzi yerlərdə hərdən kiçik irəliləyiş əldə
edilirdi. Nə qədər ziddiyyətli olsa da, həyatı yüngülləşdirmək məqsədi ilə
aparılan bu "təkmilləşmələr" əkinçilərin boynundakı ilgəyi daha da
sıxırdı.
İnsanlar bu qədər mühüm bir məsələdə nə üçün xətalara yol verirdilər?
Tarix boyunca nə üçün xətalara yol verdilərsə, o səbəbdən. İnsanlar
qərarlarının bütün nəticələrini əvvəlcədən təxmin edə bilməzlər. Nə vaxt
daha çox işləməyə qərar verdilərsə, - məsələn, toxumu torpağın üzərinə
səpmək əvəzinə torpağı şumlayıb əkmək kimi, - insanlar: "Bəli, daha çox
işləməli olacağıq. Amma məhsulumuz da bol olacaq! Qıtlıq illərinə görə
təşviş keçirməyəcəyik. Uşaqlarımız ac yatmayacaq", - deyə düşünürdülər.
Əslində məntiqli idi. Nə qədər çox işləsəniz, bir o qədər yaxşı həyat
sürərsiniz. Onların planı da bu idi.
Planın ilk hissəsi baş tutdu. İnsanlar həqiqətən çox işləyirdi, amma
uşaqların artacağım təxmin etməmişdilər. Tədarük etdikləri daha çox
buğda daha çox uşaq arasında bölüşdürülürdü. İlk əkinçilər uşaqların daha
az ana südü və daha çox yulaf horrası ilə bəslənməsi nəticəsində onların
immun sisteminin zəifləyəcəyini, daimi məskənlərin isə infeksion
xəstəliklər üçün münbit şərait yaradacağını anlaya bilmədilər. Özlərini
sadəcə bir qida növündən

1
Alain Bidcau, Bertrand Desjardins, Hector Perez-Brignoli, Infant and Child Mortality in the
Past, Oxford: Clarendon Press, 1997; Edward Anthony Wrigley, English Population History
from Family Reconstitution, 1580-1837, Cambridge: Cambridge University Press, 1997, səh.
295-296, 303.

105
asılı vəziyyətə salmaqla, əslində quraqlığın təhlükələrinə daha çox məruz
qalacaqlarını təxmin etmədilər. Həmçinin, ilk fermerlər bolluq illərində
qurduqları taxıl anbarlarının oğruları və düşmənləri şirnikləndirəcəyini,
onlardan qorunmaq üçün divarlar ucaltmağa və keşik çəkməyə məcbur
olacaqlarını da düşünməmişdilər.
Bu plan xoşagəlməz nəticələr verdikdə, bəs, nə üçün insanlar kənd
təsərrüfatından imtina etmədilər? Bunun səbəbi qismən, bu kiçik
dəyişikliyin nəsillər boyunca bir yerə toplanaraq cəmiyyəti tamamilə
dəyişdirməsi və nəticədə, heç kəsin daha əvvəllər insanların fərqli şəkildə
yaşadığını xatırlamaması idi. Qismən də əhali artımının insanların geriyə
dönüş yolunu bağlaması idi. Əgər yer şumlamaq bir kəndin əhalisini 100
nəfərdən 110 nəfərə çıxarmışdısa, hansı 10 nəfər digərlərinin keçmiş
gözəl həyata qayıda bilməsi üçün özünü fəda edəcəkdi? Artıq geriyə yol
yox idi. İnsanlar tələyə düşmüşdü.
Daha asan həyat axtarışı böyük çətinliklərə səbəb olmuşdu və bu
çətinliklər artmaqda davam edirdi. Bu gün biz də eyni vəziyyətə
düşmüşük. Kim bilir, neçə universitet məzunu çox işləyib yaxşı pul
qazanacağını düşünərək böyük firmalara işə düzəlir və ancaq otuz beş
yaşından sonra bu işlərdən ayrılaraq, həqiqi istəyini həyata keçirməyə
çalışır? Lakin bu yaşa çatana qədər böyük məbləğdə ipoteka krediti
götürürlər, uşaqları məktəbə gedir, bağ evinə və ailədə iki maşına tələbat
yaranır, yaxud xarici ölkələrdə bahalı tətillər və yaxşı şərablar olmadan
yaşamağın mənasız olduğunu düşünürlər. Nə etsinlər? Geri qayıdıb,
bitkilərin kökünü çıxarmaqla məşğul olsunlar? Əlbəttə, belə etmirlər,
əksinə, daha çox işləyib, daha çox tər tökürlər.
Tarixin ən dəmir qanunlarından biri də budur: zaman keçdikcə,
dəbdəbəli həyat, lüks əşyalar zərurətə çevrilir və bu yeni çətinliklər ortaya
çıxarır. İnsan dəbdəbəli həyata alışdıqda bir müddət sonra onu təbii hal
hesab edir. Lüks əşyalara daim ehtiyac duyur və sonra da elə vəziyyətə
gəlib çatır ki, onlarsız yaşaya bilmir. Öz dövrümüzə aid başqa bir
nümunəyə baxaq. Son bir neçə on ildə həyatımızı asanlaşdıracağını və
bunun sayəsində vaxta qənaət edəcəyimizi düşündüyümüz saysız-
hesabsız əşya icad etdik: paltaryuyan maşın, tozsoran, qabyuyan maşın,
telefon, mobil telefon, kompüter, e-

106
poçt və s. Əvvəllər bir məktub yazıb zərfə qoymaq, üstünə marka
yapışdırıb poçt qutusuna atmaq vaxt aparan bir iş idi, günlər və ya
həftələr, hətta aylar keçdikdən sonra məktuba cavab gəlirdi. Amma bu
gün bir dəqiqə içində elektron poçtla məktub yazıb dünyanın o biri
ucuna göndərə bilir və məktubu göndərdiyim adam onlayn xidmətdən
istifadə edirsə dərhal cavab ala bilirəm. Beləcə, məktub yazmaq üçün,
əvvəllər olduğu kimi, çox vaxt itirmir və zəhmət çəkmirəm. Lakin bu
gün daha rahat bir həyat yaşaya bilirəmmi?
Təəssüf ki, yox. Klassik poçt dövründə insanlar yalnız vacib bir
məsələdən ötrü məktub yazardılar. Ağıllarına gələn ilk sözü yazmaq
əvəzinə, nə söyləmək istədiklərini və bunu necə ifadə edəcəklərini
əvvəlcədən diqqətlə düşünürdülər. Və eyni şəkildə düşünülmüş bir
cavab alacaqlarını gözləyirdilər, insanların əksəriyyəti ayda sadəcə bir
neçə məktub yazırdı və gələn məktublara da dərhal cavab verməyə
məcbur deyildi. Mənsə bir gündə onlarla elektron məktub alıram, həm
də bunların hamısına tez cavab verməliyəm. Bu vasitələrlə vaxta qənaət
edəcəyimizi düşünürdük, lakin əslində həyatın sürətini əvvəlkinə
nisbətən on qat artırmış olduq, bu da günlərimizi daha təşvişli və narahat
keçirməyə səbəb oldu.
Nadir hallarda olsa da, bəzi köhnə fikirli insanlar elektron poçt hesabı
açmağı rədd edir, eyni ilə min illərlə əvvəl bəzi insan qruplarının kənd
təsərrüfatı işlərinə başlamağı rədd edərək dəbdəbə tələsindən qaçması
kimi. Lakin Aqrar İnqilabın baş verməsi üçün bütün insan qruplarının
iştirakına ehtiyac yox idi, buna hətta bir nəfər də kifayət edərdi. Yaxın
Şərqdə və ya Mərkəzi Amerikada bir qrup oturaq həyat tərzinə keçib
torpağı şumlamağa başladıqdan sonra kənd təsərrüfatı qaçılmaz oldu.
Əkinçilik və maldarlıq əhalinin sürətlə artımma şərait yaratdığından,
fermerlər adətən sayca üstün olduqlan üçün ovçu-toplayıcıların
öhdəsindən gələ bilirdilər. Ovçu-toplayıcılar ya ov sahələrini tərk edərək
qaçmaq ya da özləri də kənd təsərrüfatı ilə məşğul olmaq
məcburiyyətində qalırdılar. istənilən halda köhnə həyat tərzinin sonu
gəlmişdi.
Dəbdəbə tələsi bizim üçün mühüm bir dərsdir. Bəşəriyyətin daha
asan bir həyat axtarışı nəhəng dəyişiklik enerjisi ortaya çıxartdı, lakin bu
dəyişiklik dünyanı heç kəsin təxmin edə bilməyəcəyi şəkillərə saldı. Heç
kəs Aqrar İnqilabı və ya insanların əkinçilikdən

107
asılı vəziyyətə düşməsini əvvəlcədən planlaşdırmamışdı. Tox və
təhlükəsiz bir həyat məqsədi ilə alınmış əhəmiyyətsiz qərarlar keçmiş
ovçu-toplayıcıların gündəlik həyatma yandırıcı günəş altında su daşımaq
kimi işləri gətirmişdi.

İlahi müdaxilə
Yuxarıdakı ssenari Aqrar İnqilabın bir xəta olduğunu irəli sürür, bu da
həqiqətə çox uyğundur. Tarix bundan daha da axmaqcasına xətalarla
doludur. Lakin bir ehtimal da var. Bəlkə də, bu dəyişikliyə daha asan bir
həyat axtarışı səbəb olmamışdı? Bəlkə də, Sapiens-in başqa istəkləri vardı
və bunlara çata bilmək üçün bilərəkdən öz həyatını daha da çətinləşdirirdi?
Alimlər tarixi hadisələri adətən iqtisadi və demoqrafik faktorlarla izah
etməyə çalışırlar. Bu, onların məntiqi və riyazi üsullarına daha uyğundur.
Müasir tarixdə isə tədqiqatçılar ideologiya və mədəniyyət kimi qeyri-fiziki
amillərə diqqət yetirməlidir, çünki yazılı sübutlar onları buna məcbur edir.
Məsələn, İkinci Dünya müharibəsinin qida qıtlığı və ya demoqrafik
təzyiqlər ucbatından baş vermədiyini sübut etmək üçün əlimizdə kifayət
qədər sənəd var. Lakin Natuf mədəniyyəti ilə bağlı əlimizdə heç bir sənəd
yoxdur, buna görə də antik dövrlərlə bağlı məsələlərdə materialist kult ha-
kim olur. Oxu-yazı bilməyən qədim insanların iqtisadi zərurətdən daha çox
etiqadların təsiri ilə hərəkət etdiyini isbat etmək çətindir.
Bununla belə, nadir hallarda olsa da, bəxtimiz gətirir və məsələni izah
edən bəzi dəlillər tapa bilirik. 1995-ci ildə arxeoloqlar Türkiyənin cənub-
şərqində Göbəkli Təpə adı verilən yerdə qazıntılar aparmağa başladılar.
Ən köhnə qatlarda hər hansı bir məskunlaşma, ev və ya gündəlik işlərin
əlamətinə rast gəlmədilər. Lakin çox maraqlı və keyfiyyətli oyma
naxışlarla bəzədilmiş abidəyə bənzər sütunlar tapdılar. Hər bir sütun yeddi
ton ağırlığında idi və hündürlüyü beş metrə çatırdı. Yaxınlıqdakı daş
karxanasında isə əlli ton ağırlığında yarı yonulmuş bir sütun tapdılar.
Ümumilikdə ondan çox monumental struktur aşkar etdilər, bunların ən
böyüyünün eni otuz metrə çatırdı.

108
Tədqiqatçılar dünyanın hər tərəfində arxeoloji qazıntılar zamanı
tapılan monumental strukturlarla tanışdır; belə qədim abidələrə ən məşhur
nümunə - Britaniyadakı Stounhencdir. Bununla belə, Göbəkli Təpəni
araşdırdıqda təəccüblü bir faktla qarşılaşdılar. Stounhenc e. ə. 2500-cü
ildə inkişaf etmiş maldar və əkinçi icması tərəfindən inşa edilmişdi.
Göbəkli Təpədəki abidələrsə e.ə. 9500-cü illərə aiddir və bütün dəlillər
bunların ovçu-toplayıcılar tərəfindən inşa edildiyini göstərir. Arxeoloji
cəmiyyətlər ilk vaxtlar bu tapıntıları məqbul saymaqda tərəddüd etdi,
lakin aparılan hər bir test həm bu abidələrin çox erkən dövrə aid olduğunu,
həm də onları inşa edənlərin Aqrar İnqilabdan əvvəlki icmalar olduğunu
sübut etdi. Qədim ovçu-toplayıcıların bacarıq və mədəniyyətinin daha
əvvəllər düşünülüb daha mürəkkəb olduğu beləcə ortaya çıxdı.
Ovçu-toplayıcı bir icma nə üçün belə abidələr inşa etmişdi? Onların
aydın və mənfəət güdən məqsədləri yox idi. Bu monumental strukturlar
nə mamontların kəsim yeri idi, nə də yağışdan qorunmaq və ya şirlərdən
qaçıb gizlənmək kimi bir məqsədə xidmət edirdi. Bu da bizi bu abidələrin
hələlik arxeoloqların aça bilmədiyi sirli bir kul- tural məqsədlə inşa
edildiyi fikrinə gətirib çıxarır. Məqsədləri hər nə olsa da, ovçu-toplayıcılar
buna vaxt və əmək sərf etməyə dəyib- dəyməyəcəyi barədə yəqin ki,
düşünüblər. Göbəkli Təpəni inşa etmək üçün yeganə yol - müxtəlif
qruplara və qəbilələrə mənsub minlərlə ovçu-toplayıcının uzun müddət
əməkdaşlıq etməsidir. Sadəcə inkişaf etmiş bir dini, yaxud ideoloji sistem
sayəsində bu cür işləri yerinə yetirmək mümkündür.
Göbəkli Təpənin daha bir sensasion sirri vardı. Genetika alimləri
mədəniləşdirilmiş buğdanın mənşəyini uzun illər idi ki, axtarırdılar. Son
tapıntılar göstərir ki, ən azından bir mədəni növ (kiçik sarı buğda) Göbəkli
Təpədən otuz kilometr aralıda yerləşən Qaracadağ yüksəkliyində ortaya
çıxıb.1
Bunun bir təsadüf olması mümkün deyil. Ehtimal ki, Göbəkli Təpədəki
məbəd hansısa şəkildə insanın buğdanı və buğdanın da insanı
mədəniləşdirməsinin, əhliləşdirməsinin ilk addımlarıyla bağlı idi.
Monumental tikililəri inşa edən və istifadə edən insanları

1
Manfred Heun, “Site of Einkom Wheat Domestication Identified by DNA Fingerprints”,
Science, cild: 278, sayı: 5341 (1997), səh, 1312-1314.

109
Şəkil 13. Solda: Göbəkli Təpədəki
monumental strukturlardan
birinin qalıqları. Sağda: dekorasiya
edilmiş daş sütunlardan biri
(təxminən 5 metr hündürlüyündə).

yedirib doyurmaq üçün çox böyük miqdarda qidaya ehtiyac vardı. Hətta ola
bilər ki, inşaata davam etmək və məbədi idarə etmək üçün ovçu-toplayıcılar
yabanı buğda toplamaqdan intensiv buğda əkininə keçiblər. Adətən
təşəbbüskarlar əvvəlcə kənd salar və kənd böyüyüb inkişaf etdikdən sonra
da onun ortasında bir məbəd tikərdilər. Lakin Göbəkli Təpədəki tapıntılar
əvvəlcə məbədin tikildiyini, sonra isə kəndin bu məbəd ətrafında
salındığını göstərir.

İnqilabın qurbanları
İnsanlarla buğda arasındakı Faustsayağı razılaşma növümüzün apardığı
yeganə sövdələşmə deyildi. Başqa bir sövdələşmə də qoyun, keçi, donuz
və toyuq kimi heyvanların taleyi ilə bağlıydı. Yabanı qoyunları ovlayan
köçəri qruplar ovlamaq istədikləri sürülərin statusunu tədricən
dəyişdirdilər. Bu proses, ehtimal ki, selektiv (seçmə üsuluna əsaslanan)
ovla başladı. İnsanlar yetkin qoyunları, ya da qoca və xəstə qoçları
ovlamağın daha yaxşı olduğunu öyrəndilər. Sürünün uzun müddət mövcud
olması üçün bala verən

110
dişilərə və cavan quzulara toxunmadılar. İkinci addımda, sürünü digər
ovçuların hücumundan aktiv şəkildə müdafiə edərək şirləri, canavarları və
rəqib insan qruplarını qovub uzaqlaşdırmaq oldu. Ehtimal ki, sonrakı
addımda, insanlar sürünü nəzarətdə saxlamaq və daha yaxşı qoruya bilmək
üçün onu dar keçidlərə sıxışdırdılar. Nəhayət, insanlar qoyunları öz
ehtiyaclarına uyğun bir şəkildə daha diqqətlə seçməyə başladılar. Ən aqressiv
qoçlar, yəni insan kontroluna daha çox müqavimət göstərənlər ilk növbədə
kəsilirdi; həmçinin çox arıq və diribaş dişilər də ilk kəsilənlər arasındaydı.
(Çoban adətən sürüdən uzaqlaşan diribaş qoyunları xoşlamaz). Nəsillər
dəyişdikcə qoyunlar daha kök, daha itaətkar və daha tənbəl oldu. Bax belə!
Vəhşi qoyunlar ferma qoyunlarına çevrildi.
Başqa bir yol da vardı: ovçular bir quzunu tutub saxlayır, onu bolluq
dövründə kökəldərək qıtlıq illərində kəsib yeyirdilər. Müəyyən mərhələdə bu
cür quzulardan daha çox sayda saxlamağa başladılar. Bunlardan bəzisi
yetkinləşib bala verdi. Çox aqressiv və dikbaş qoyunlar yenə birinci kəsildi.
Ən itaətkar, yəni yaxşı qoyunlar isə daha uzun müddət yaşayıb bala verdi.
Bütün bu prosesin nəticəsi - əhliləşdirilmiş və itaətkar qoyun sürüşüydü.

Ill
Belə əhliləşdirilmiş heyvanlar (qoyun, toyuq, eşşək və s.) insanları qida
(ət, süd, yumurta), xam material (dəri və yun) və əzələ gücü ilə təmin etdi. O
vaxta qədər yükdaşıma, şumlama, üyütmə kimi insan zəhməti ilə başa gələn
işlər tədricən bu heyvanlarla görülürdü. Əksər kənd təsərrüfatı icmalarında
insanlar əsasən əkinçiliyə diqqət yetirirdi, maldarlıq ikinci dərəcəli fəaliyyət
idi. Bununla belə, bəzi bölgələrdə əsasən heyvan istismarı ilə məşğul olan
yeni bir icma növü meydana gəlmişdi: köçəri çobanlar.
İnsanlar dünyaya yayıldıqca, əhliləşdirilmiş heyvanlar da onlarla birlikdə
yayıldı. 10 min əvvəl sadəcə bir neçə milyon qoyun, inək, keçi, donuz və
toyuq Afrika-Asiyanın müəyyən bölgələrində sıx halda yaşayırdı. Bu gün
dünyada bir milyard qoyun, bir milyard donuz, bir milyarddan çox inək və 25
milyarddan çox toyuq var, üstəlik bu heyvanlar bütün yer kürəsinə yayılıb.
Əhliləşdirilmiş toyuq indiyə qədər ən çox yayılmış ev quşudur.
Əhliləşdirilmiş inək, donuz və qoyun isə Homo sapiens-dən sonra dünyada
ən çox yayılmış ikinci, üçüncü və dördüncü məməli növüdür. Uğuru DNT
nüsxələrinin sayı ilə ölçən məhdud bir təkamül nöqteyi-nəzərindən baxsaq,
Aqrar İnqilab toyuqlar, inəklər, donuzlar və qoyunlar üçün gözəl bir hədiyyə
idi.
Təəssüf ki, təkamül nöqteyi-nəzəri uğuru qiymətləndirmək üçün kifayət
deyil, çünki bu baxış hər şeyi həyatda qalma və çoxalma me- yarlan ilə ölçür,
fərdi iztirab və xoşbəxtlik kimi cəhətləri nəzərə almır. Əhliləşdirilmiş toyuq
və inək təkamül tarixində uğur kimi sayıla bilər, amma bunlar eyni zamanda
dünyada yaşamış ən bədbəxt canlılardır. Hey vanların əhliləşdirilməsi yüz
illər boyunca daha da amansızlaşan bir sıra vəhşi üsullar sayəsində olmuşdur.
Vəhşi toyuqların orta ömrü 7-12 il, inəyin orta ömrü isə 20-25 ildir. Vəhşi
təbiət həyatında toyuq və inəklərin çoxu bundan daha erkən ölürdü, bununla
belə indikindən daha uzun müddət yaşamaq şansları olurdu. Əhliləşdirilmiş
toyuq və inəklərin böyük əksəriyyəti bir neçə həftə ilə bir neçə ay arasındakı
müddət ərzində kəsilir, çünki bu iqtisadi cəhətdən ən uyğun kəsim müddətidir
(üç ay ərzində maksimum ağırlığa çatmış bir xoruzu daha üç il yemləməyə nə
ehtiyac var?).

112
Yumurtlayan toyuq, süd verən inək və yük daşıyan heyvanlar - bəzən
uzun illər yaşamasına icazə verilir. Amma bunun əvəzində heyvanlar instinkt
və istəyinə tamamilə zidd bir həyat tərzinə boyun əyməli olur. Öküzlərin əli
qırmandı bir meymunun boyunduruğu altında yer şumlamaq, yaxud araba
dartmaq yerinə, vaxtını geniş otlaqlarda digər öküz və inəklərlə birlikdə
gəzərək keçirmək istədiyini asanlıqla düşünə bilərik.
Öküzləri, atları, eşşəkləri və dəvələri itaətkar ev heyvanlarına çevirmək
üçün təbii instinkt və sosial bağlarının qırılması, aqressiv- lik və
cinsəlliklərinin nəzarət altına alınması, hərəkət sərbəstliyinin
məhdudlaşdırılması lazım idi. Fermerlər bunun üçün heyvanları tövlə və
qəfəslərə salmaq, kəndir və iplərlə buxovlamaq, qamçı zərbələri ilə
əhliləşdirmək və bəzi orqanlarını kəsmək kimi üsullar işlədilər. Əhliləşdirmə
prosesi demək olar ki, həmişə erkəyin xədim edilməsini tələb edir. Bu həm
erkək aqressivliyini azaldır, həm də insanlara sürünün çoxalmasına nəzarət
etmək imkanı verir.
Yeni Qvineyadakı icmalarm çoxunda bir insanın zənginliyi sahib olduğu
donuzların sayı ilə ölçülür. Yeni Qvineyanın şimalındakı fermerlər
donuzlann qaçmamasını təmin etmək üçün burunlarının bir hissəsini kəsirlər.
Donuz iyləməyə çalışdıqda, bu dəhşətli ağrı verir. Donuzlar iyləmədən öz
yemini və hətta gedəcəyi istiqaməti tapa bilmədiyi üçün sahibindən tamamilə
asılı vəziyyətə düşür. Yeni Qvineyanın başqa bir bölgəsində donuzların
gözünü çıxarmaq adət halını alıb, bunun nəticəsində heyvan getdiyi yeri
hətta görə də bilmir.1
Heyvanları lazım olan işi görməyə məcbur etmək üçün süd sənayesinin
də öz üsulları var. İnəklər, keçilər və qoyunlar ancaq balaladıqdan sonra və
ancaq bu balalar əmdiyi müddət ərzində süd verə bilir. Heyvanın süd
verməyə davam etməsi üçün fermerin əlində bu heyvanın balalarmdan
olmalı, lakin balalar südü tamam əmib qurtarmadan fermer bunun qarşısını
almalıdır. Tarix boyunca ən çox istifadə edilən üsullardan biri - doğuşdan
qısa müddət sonra balaları kəsmək, ananın bütün südünü sağmaq və sonra
yenidən

1
Charles Patterson, Eternal Treblinka: Our Treatment of Animals and the Holocaust, New York:
Lantern Books, 2002, səh. 9-10; Peter J.Ucko, G.W.Dimbleby, The Domestication and Exploitation
of Plants and Animals, LondraA Duckworth, 1969, səh.259.

113
Şəkil 14. Misirdə bir qəbirdə tapılmış, təxminən e.ə. 1200-cü ilə aid
rəsmdə iki öküz yer şumlayır. Vəhşi təbiətdə öküzlər mürəkkəb sosial
quruluşa malik sürü halında istədikləri yerə gedə bilir. Xədim edilmiş və
əhliləşdirilmiş öküz isə bütün həyatını pəyələrdə, qırmanc altında tək,
yaxud cüt olaraq, nə vücuduna, nə də sosial və emosional istəklərinə uyğun
bir işdə çalışaraq keçirir. Kotanı dartmağa gücü yetmədikdə isə kəsilir.
(Belini bükmüş misirli əkinçinin də bütün həyatını vücuduna, zehninə və
sosial münasibətlərinə tamamilə zidd olan ağır bir işlə keçirdiyini gözdən
qaçırmayın).
hamilə qalmasını təmin etməkdir. Bu hələ də çox geniş yayılmış bir
üsuldur. Bir çox müasir süd fermalarında süd verən inəklər beş il
yaşadıqdan sonra kəsilir. Bu beş il ərzində inək demək olar ki, daim hamilə
qalır və doğuşdan sonrakı 60-120 gün boyunca maksimum süd istehsalını
saxlamaq üçün xüsusi şəkildə bəslənilir. Doğuşdan qısa müddət sonra
buzovlar anadan ayrılır. Dişilər sonrakı nəsil üçün süd inəkləri olaraq
yetişdirilir, erkəklərsə ət tədarükünə verilir.1

1
Avi Pinkas, Farmyard Animals in Israel - Research, Humanism and Activity, Rishon Le- Ziyyon:
The Association for Farmyard Animals, 2009 (ibranicə), sah. 169-199; “Milk Production - the
Cow” (ibranica), The Dairy Council: http://www.milk.org.il/cgi-wcbaxy/sal/'
sal.pl?lang=he&ID=645657_milk&act=show&act=show&dbid=katavot&dataid=cow.htm (22
mart 2012-ci ildə sayta baxılmışdır).

114
Başqa bir üsul isə - balaları analarının yanında saxlamaq, lakin çox süd
əmmələrinə müxtəlif yollarla mane olmaqdır. Bunun ən sadə yolu -
balanın süd əmməyə başlamasına icazə verib, süd gələn kimi onu kənara
çəkməkdir. Bu üsula adətən həm ana, həm də bala müqavimət göstərir.
Bəzi çoban qəbilələri balanı kəsib ətini yeyər, dərisini isə doldurardı.
Balanın müqəvvası anaya göstərilərək süd istehsalının artımına nail
olunurdu. Sudandaki Nuer qəbiləsi balaların dərisindən hazırlanmış
müqəvvalara ananın sidiyindən sürtərək bu saxta balalara tanış bir qoxu
verəcək qədər bu işi təkmilləşdiriblər. Nuerlərin istifadə etdikləri başqa bir
üsul isə - balarım ağzının kənarına dəmir tikanlı halqa bağlayıb, ananı
incitmək və əmizdirməyə müqavimət göstərməsini təmin etmək idi.1
Saxara- da dəvə saxlayan tuareqlər bala dəvələrin üst dodağını və burnu-
nun bir hissəsini kəsib, yaxud deşib süd əmməyi ağrılı hala gətirərək
onların çox süd içməsinə mane olurdular.2
Əlbəttə, kənd təsərrüfatı icmalarının hamısı ferma heyvanlarına qarşı
bu dərəcədə amansız deyildi. Bəzi ev heyvanlarının həyatı kifayət qədər
rahat keçirdi. Yun üçün yetişdirilən qoyunlar, pişik və itlər, döyüş və yarış
atları adətən yaxşı şəraitdə yaşayırdı. İddialara görə, Roma imperatoru
Kaliqula çox sevdiyi atı İncitatusu hətta konsul təyin etməyi düşünürdü.
Tarix boyunca çobanlar və maldarlar öz heyvanlarına böyük sevgi
göstəriblər və onlara yaxşı baxmağa çalışıblar, eyni ilə quldarların öz
qullarını sevib onlara yaxşı baxmağa çalışdıqları kimi. Şahların və
peyğəmbərlərin özlərini çoban kimi aparması və bir çobanın öz sürüsünə
qayğı göstərdiyi kimi xalqına qayğı göstərəcəyini iddia etməsi təsadüfi
deyildi.
Bununla belə, çobanın deyil, sürünün nöqteyi-nəzərindən baxdıqda,
Aqrar İnqilab əhliləşdirilmiş heyvanların böyük əksəriyyəti üçün əsl
fəlakət idi. Heyvanların təkamül "uğuru"nun da heç

1
Edward Evan Evans-Pritchard, The Nuer: A Description of the Modes of Livelihood and
Political Institutions of a Nilotic People, Oxford: Oxford University Press, 1969; E.C.Amoroso,
P.AJewell, “The Exploitation of the Milk-Ejection Reflex by Primitive People”, Man and Cattle:
Proceedings of the Symposium on Domestication at the Royal Anthropological Institute, 24-26
May 1960, A.E.Mourant, F.E.Zeuner, London: The Royal Anthropological Institute, 1963, sah.
129-134.
2
Johannes Nicolaiscn, Ecology and Culture of the Pastoral Tuareg, Kopenhagen: National
Museum, 1963, sah. 63.

115
Şəkil 15. Ət istehsalı üçün bəslənən müasir buzov. Buzovu doğumdan
sonra dərhal anasından ayıraraq bədənindən çox da böyük olmayan kiçik
bir qəfəsə yerləşdirirlər. O bütün həyatını burada keçirir (orta hesabla,
təxminən dörd ay). Buzov öz qəfəsindən heç vaxt çıxmır. Əzələlərinin
inkişaf etməsi üçün digər buzovlarla oynamasına və ya gəzməsinə icazə
verilmir, çünki yumşaq əzələ yumşaq və sulu bifşteks deməkdir. Buzovun
ilk dəfə yerimək, əzələlərini açmaq və digər buzovlarla ünsiyyət qurmaq
fürsəti sallaqxanaya gedərkən olur. Təkamül nöqteyi-nəzərindən buzov
tarix boyunca yaşamış ən uğurlu növlərdən biridir. Amma eyni zamanda
planetdəki ən zavallı heyvanlardan da biridir.

bir mənası yox idi. Nəsli tükənməkdə olan bir vəhşi kərgədanın həyatı,
qısa ömrünü kiçik bir qəfəsdə, ləzzətli bifşteks olmaq üçün kökəlməklə
keçirən buzovun həyatından daha gözəldir. Kərgədan öz növünün son
nümunələrindən biri olduğu üçün bədbəxt deyil. Lakin öz növünün sayca
üstün olması ayn-aynlıqda əzab çəkən buzovlar üçün təsəlli ola bilmir.
Təkamül nöqteyi-nəzərindən qazanılmış uğurla fərdi iztirablar
arasındakı bu uyğunsuzluq, bəlkə də, Aqrar İnqilabdan almalı ol

116
duğumuz ən mühüm dərsdir. Buğda və qarğıdalı kimi bitkilərin tarixçəsini
öyrəndikdə təkamül nöqteyi-nəzərinin hansısa mənası ola bilər. Lakin hər
biri mürəkkəb hisslər və duyğular dünyasına sahib olan inək, qoyun və
Sapiens kimi heyvanlarda təkamül uğurunun ayrı-ayrılıqda hansı
təcrübələrə yol açdığına diqqət yetirməliyik. Sonrakı fəsillərdə kollektiv
güc artımının və zahiri, saxta uğurun fərdi mənada necə əzablara səbəb
olduğunu daha yaxından görəcəyik.

117
6

Piramidaların inşası

QRAR INQILAB TARİXDƏ ən ziddiyyətli hadisələrdən


A biridir. Bəziləri bu inqilabın bəşəriyyəti tərəqqi və rifah
yoluna yönəltdiyini irəli sürür, digərləri isə məhvə yol açdığını id-
dia edir. Onların fikrincə, Aqrar İnqilab - Sapiensin təbiətlə yaxın
əlaqəsini kəsib, tamahkarlıq və tənhalığa doğru can atdığı dönüş
nöqtəsidir. Bu yol hara aparsa da, artıq geri qayıtmaq mümkün de-
yil. Kənd təsərrüfatı əhalinin o qədər kəskin və sürətli şəkildə art-
masına səbəb oldu ki, mürəkkəb quruluşa malik kənd təsərrüfatı
icmaları ovçu-toplayıcıhğa geri qayıdaraq öz varlığını saxlaya
bilməzlər. Kənd təsərrüfatına keçiddən əvvəl, təxminən e.ə. 10000-
ci illərdə dünyada 5-8 milyon köçəri ovçu-toplayıcı vardı. Eramı-
zın birinci əsrində cəmi 1-2 milyon ovçu-toplayıcı qalmışdı (əsasən
Avstraliya, Amerika və Afrikada) və onların sayı dünyadakı 250
milyon fermerlə müqayisədə heç bir şey idi.1
Fermerlərin böyük hissəsi daimi məskənlərdə yaşayırdı, sadəcə
az bir hissəsi köçəri çobanlar idi. Daimi məskunlaşmaya keçid,
əksər insanların ərazisinin ciddi şəkildə azalmasına səbəb oldu.
Qədim ovçu-toplayıcılar onlarla, hətta yüzlərlə kvadrat kilometrlik
torpaqlarda yaşayırdı. Təpələri, çayları, meşələri və açıq səması ilə
birlikdə bütün ərazi onların "evləri" idi. Digər yandan, kəndlilər
günlərinin çox hissəsini kiçik bir tarlada və ya meyvə bağında
işləyərək keçirirdilər; sığınacaqları isə daş, palçıq və taxtadan inşa
edilmiş darısqal tikililər idi. Tipik kəndli öz komasına çox güclü
bağlılıq hiss edirdi. Bu həm memarlıq, həm də psixoloji cəhətləri

1
Angus Maddison, The World Economy, cild: 2, Paris: Development Centre of the Organization of
Economic Cooperation and Development, 2006, sah. 636; “Historical Estimates of World
Population”, U.S. Census Bureau, http://www.census.gov/ipc/www/worldhis. html - (2010-cu il 10
dekabrda sayta baxılmışdır).

118
olan, təsir dairəsi çox geniş bir inqilab idi. Bu andan etibarən, "öz evinə"
bağlılıq və qonşulara bölünmək - eqosentrik bir canlının psixoloji
xüsusiyyəti oldu.
Yeni əkin sahələri əvvəlkilərə nisbətən həm kiçik, həm də süni idi.
Ovçu-toplayıcılar yanğın törətmək istisna olmaqla, köçəri həyat sürdükləri
torpaqlarda şüurlu şəkildə az dəyişiklik etmişdilər. Fermerlər isə zəhmət
hesabına ətraf mühitdən ayırdıqları süni insan adalarmda yaşayırdılar.
Meşələri qırır, kanallar çəkir, torpaq sahələrini təmizləyir, evlər tikir, arxlar
qazır və sıra ilə meyvə ağacları əkirdilər. Nəticədə meydana gələn süni
mühit sadəcə insanlar və onların yetişdirdiyi bitki və heyvanlar üçün uyğun
idi; pəyələr çəpər və ya xəndəklərlə əhatə olunmuşdu. Fermer ailələri yaba-
nı otlan və vəhşi heyvanları yaxına buraxmamaq üçün əllərindən gələni
edirdi. İçəri girməyi bacaran çağırılmamış qonaq da dərhal qovulurdu. Əgər
içəridə qalmağa israr edərdilərsə, insanlar onları məhv etməyin yollarını
axtarardılar. Xüsusən, evlərin ətrafında daha möhkəm istehkamlar
qurardılar. Kənd təsərrüfatının ilk mərhələsindən bu günə qədər
milyardlarla insan ağac budaqları, şallaqlar, ayaqqabı və zəhərli mayelərlə
inadkar qarışqalara, tarakanlara, macəraçı hörümçəklərə, yolunu azıb
insanların yaşayış yerlərinə girməyə çalışan arılara qarşı amansız mübarizə
apardı.
Bu süni bölgələr tarixdə uzun müddət kiçik ölçülərdə və vəhşi təbiətin
əhatəsində qaldı. Yer kürəsinin səthi 510 milyon kvadrat kilometrə yaxındır
və bunun təxminən 115 milyon kvadrat kilometri qurudur. Yaxın tarixlərə,
yəni eramızın 1400-cü illərinə qədər fermerlərin əksəriyyəti öz heyvanları
və bitkiləriylə birlikdə sadəcə 11 milyon kvadrat kilometrlik bir ərazidə,
yəni planet səthinin cəmi 2 faizinə sıxışmış bir vəziyyətdə yaşayırdı. 1 Bu
kiçik ərazidən başqa hər yer çox soyuq, çox isti, çox quraqlıq, çox rütubətli
və ya başqa bir şəkildə əkinçilik üçün əlverişsiz idi. Bütün tarix yer üzünün
bu 2 faizlik kiçik ərazisində formalaşdı.
insanlar üçün bu süni adaları tərk etmək çətin idi. Hər şeylərini itirmək
təhlükəsi ilə üz-üzə gəlmək istəmədiklərindən, evlərini, tarlalarını və taxıl
anbarlarını atıb getmək istəmirdilər. Üstəlik, vaxt

1
Robert B.Mark, The Origins of the Modem World: A Global and Ecological Narrative,
Lanham, MD: Rowman & Littlefield Publishers, 2002, səh. 24.

119
ötdükcə insanların çətinliklə daşınan daha çox əşyası olmuşdu və bunlar da
insanları yaşadıqları yerə bağlayırdı. Qədim fermerlər bizə çox yoxsul
görünə bilər, amma adi bir fermer ailəsi bütünlükdə ovçu-toplayıcı
qəbiləsindən daha çox əşyaya sahib idi.

Gələcəyin yaxınlaşması
Əkin sahələri kiçildiyi halda, kənd təsərrüfatına ayrılan vaxt artmışdı.
Ovçu-toplayıcılar adətən növbəti həftə, yaxud növbəti ay haqqında çox
düşünməzdilər. Fermerlərsə xəyalında növbəti illəri, hətta on illəri
hesablayırdı.
Ovçu-toplayıcılar gələcəyə əhəmiyyət verməzdi, müxtəlif əşyaları
qoruyub saxlamaq onlar üçün çox çətin idi, yalnız ərzaq ehtiyatı toplayar və
nə tapdılarsa, yeyərdilər. Əlbəttə, bəzi işləri əvvəlcədən planlaşdırırdılar.
Chauvet, Lascaux və Altamira mağaralarında sənətkarlar öz əsərlərinin
sonrakı nəsillərə qalmasını yəqin ki, istəmişdilər. Sosial ittifaqlar və siyasi
rəqabətlər də uzun müddətli məsələlər idi. Adətən bir yaxşılığın əvəzini
çıxmaq, yaxud bir haqsızlığın intiqamını almaq üçün illər lazım olurdu.
Bununla belə, ov- çu-toplayıcılığm natural təsərrüfatında bu cür uzun
müddətli planlaşdırmaların müəyyən həddi vardı. Nə qədər paradoksal olsa
da, bu vəziyyət ovçu-toplayıcıları bir çox çətinlikdən xilas edirdi. Təsir edə
bilməyəcəkləri məsələlərlə bağlı narahatlıq keçirmələrinin heç bir mənası
yox idi.
Aqrar İnqilab gələcəyi əvvəlkinə nisbətən daha mühüm bir məsələyə
çevirdi. Fermerlər həmişə gələcək məsələləri nəzərdə saxlamaq və öz
işlərində bunlara diqqət yetirməyə məcbur idilər. Kənd təsərrüfatı
iqtisadiyyatı mövsümi istehsal siklinə əsaslanırdı, bu isə uzun əkib-becərmə
aylarından sonra gələn qısa məhsul yığımı dövründən ibarət idi. Bol məhsul
yığımından sonra kəndlilər bəlkə də, bayram edər, amma təxminən bir-iki
həftə keçər-keçməz yenə sübh vaxtı əkin sahələrinə yollanardı. O gün üçün,
hətta növbəti həftə və növbəti ay üçün kifayət qədər ərzaq ehtiyatına sahib
olmalarına baxmayaraq, onlar növbəti ili və ondan sonrakı illəri düşünməyə
məcbur idilər.

120
Gələcəyin qayğısını çəkinək sadəcə mövsümi istehsal dövrlərindən
deyil, kənd təsərrüfatındakı qeyri-müəyyənlikdən də qaynaqlanırdı. Daimi
məskənlərin əksəriyyətində insanlar çox məhdud sayda əhliləşdirilmiş
heyvan və bitki növündən istifadə edərək yaşadıqlan üçün, quraqlıq, sel və
xəstəliklərə asanlıqla boyun əyirdilər. Kəndli ərzaq ehtiyatı toplamaq üçün
işlətdiyindən daha çox istehsal etməyə məcbur idi. Anbarlarda taxıl,
zirzəmilərdə qablara yığılmış zeytun yağı, pendir və qarmaqlardan
sallanan qaxac ət olmasaydı, çətin illərdə aclıq çəkə bilərdilər. Gec-tez
çətin illər də gələcəkdi. Çətin illərin heç vaxt olmayacağını düşünən kəndli
uzun müddət həyatda qala bilməzdi.
Beləliklə, kənd təsərrüfatının meydana gəldiyi andan etibarən gələcəklə
bağlı qayğılar insan şüurunu daha çox məşğul edən məsələlərdən biri oldu.
Əkinçinin öz sahəsini sulamaq üçün yağıntılardan asılı olması, yağış
mövsümünün əvvəlində hər səhər üfüqə baxaraq, havanı qoxulayıb
küləyin səmtini anlamağa çalışması mənasına gəlirdi. Görəsən, bu
buluddurmu? Yağış vaxtında yağacaq? Kifayət qədər yağacaq? Güclü
fırtına olsa, sel toxumu yuyub apararmı, ya da şitilləri qopararmı? Bu
əsnada Fərat, Hind və Xuanxe çayı vadilərində kəndlilər eyni təşviş və
diqqətlə su səviyyəsinin yüksəlməsinə nəzarət edirdilər. Dağlardan gələn
suyun münbit torpaqlara yayılması üçün çayların yüksəlməsi və böyük
suvarma sistemlərinin su ilə dolmasına ehtiyac vardı. Lakin həddən artıq
yüksələn sular və ya əlverişsiz bir vaxtda meydana gələn sel əkin
sahələrinə quraqlıq qədər zərər verə bilirdi.
Kəndlilərin gələcək üçün keçirdiyi təşviş - həm narahatlıq üçün çoxlu
səbəblər olduğuna, həm də bunlara qarşı heç bir şey edə bilmə- yəcəklərinə
görə idi. Onlar başqa bir əkin sahəsi sala bilər, başqa bir suvarma kanalı
qaza və ya daha çox toxum əkə bilərdilər. Təlaşlı kəndlilər yayın istisində
çalışan qarışqalar qədər zəhmətkeş və təşviş içində idi; qan-tər içində
işləyərək uşaqları və nəvələri üçün zeytun ağacları əkir, bu gün ürəkləri
istəsə də, toxuna bilmədiyi ərzağı qış üçün, yaxud növbəti il üçün
saxlayırdılar.
Kənd təsərrüfatı iri miqyaslı siyasi və sosial sistemlərin qurulması kimi
böyük nəticələrə yol açdı. Əzmkar və çalışqan kəndlilər, təəssüf ki, o
günkü ağır zəhmətinin əvəzində çatmaq istədikləri iqti

121
sadi təhlükəsizliyə demək olar ki, heç bir zaman nail ola bilmədilər. Hər
yerdə ortaya çıxan hökmdarlar və elita kəndlilərin ağır zəhməti hesabına
başa gələn ərzaqla bəslənib, onlan daim qıtlıq içində keçən bir həyata
məhkum etdilər.
Kəndlilərin əlindən alman bu ərzaqlar siyasəti, müharibələri, sənəti və
fəlsəfəni canlandırdı. İnsanlar saraylar, qalalar, abidələr və məbədlər inşa
etdilər. Müasir dövrə qədər insanların 90 faizindən çoxu hər səhər tezdən
qalxıb, tər tökərək işləyən kəndlilərdən ibarət idi. İstehsal etdikləri artıq
məhsul, tarix kitablarının səhifələrini dolduran kiçik bir elit azlığı, -
kralları, məmurları, əsgərləri, keşişləri, sənətkar və filosofları, - bəsləyirdi.
Tarix - çox az insanın "yaratdığı", qalanlarının isə yer şumladığı və su
daşıdığı bir şeydir.

Xəyali quruluş
İstehsal edilən artıq məhsulun yeni daşıma texnologiyaları ilə
birləşməsi tədricən daha çox insanın əvvəlcə kəndlərə, sonra qəsəbələrə və
nəhayət, şəhərlərə doluşmasına imkan yaratdı. Bunların hamısı yeni
şahlıqlar və ticarət şəbəkələri ilə bir-birinə bağlıydı.
Lakin bu yeni imkanlardan istifadə etmək üçün ərzaq məhsullarının
artıqlığı və inkişaf etmiş nəqliyyat üsullan kifayət deyildi. Min nəfəri bir
qəsəbədə və ya bir milyon insanı bir şahlıqda saxlamaq və doydurmaq üçün
insanların torpağı və suyu bölüşdürmək məsələsində razılığa gələ
bilmələrinə, mübahisə və konfliktləri həll edə bilmələrinə ehtiyac vardı;
üstəlik, quraqlıq və müharibə dövründə necə davranacağını da
bilməliydilər. Razılıq əldə edil- mədikdə, ərzaq anbarları hətta dolu da olsa,
iğtişaşların qarşısını almaq mümkün deyildi. Tarixdəki müharibə və
inqilabların çoxu ərzaq qıtlığına görə baş verməyib. Fransa İnqilabının
təşəbbüskarı ac kəndlilər deyil, zəngin vəkillər idi. Roma respublikası öz
qüdrətinin zirvəsinə e.ə. I əsrdə, yəni Aralıq dənizi ilə gətirilən xəzinələr
romalıları əcdadlarının hətta təsəvvür edə bilməyəcəyi qədər
zənginləşdirdiyi bir vaxtda çatdı. Bununla belə, Roma siyasi sistemini, ən
qüdrətli vaxtında, vətəndaş müharibələri çökdürdü.

122
Yuqoslaviyanın 1991-ci ildə ərzaq ehtiyatı bütün vətəndaşlarını
doydurmaq üçün kifayət edirdi, hətta artıq idi, bununla belə ölkə
parçalandı və qan su yerinə axdı.
Bu cür bəlaların səbəbi, insanların milyonlarla il ərzində bir neçə on
nəfərlik kiçik qruplar halında təkamül etməsidir. Aqrar İnqilabdan sonra
yaşanan və şəhərlərin, şahlıqların, imperiyaların meydana çıxmasına
şahidlik edən bir neçə min illik qısa müddət kütləvi əməkdaşlığa yol açan
instinktin inkişafı üçün kifayət deyildi.
Ovçu-toplayıcıhq dövründə bir-birini tanımayan yüzlərlə insan bu cür
bioloji instinktlərin yoxluğuna baxmayaraq, inandıqları ümumi miflər
sayəsində əməkdaşlıq edə bilirdi. Lakin bu sərbəst və məhdud bir
əməkdaşlıq idi. Hər Sapiens qrupu öz həyatını müstəqil şəkildə yaşamağa
davam edir və əsasən öz ehtiyacları üçün çalışırdı. Aqrar İnqilabdan
sonrakı hadisələr haqqında heç bir məlumatı olmayan, 20 min il əvvəl
yaşamış arxaik bir sosioloq mifologiyanın çox məhdud təsir dairəsinə
malik olduğunu asanlıqla söyləyə bilərdi. Əcdadların ruhuna və ya qəbilə
totemlərinə dair əfsanələr təxminən 500 nəfərin balıqqulağı ticarəti ilə
məşğul olmasını, bayram etmək üçün bir yerə toplaşmasını və bir
Neandertal qrupunu məhv etmək üçün öz qüvvələrini birləşdirməsini
təmin etsə də, bundan çoxuna kifayət etmirdi. Bu qədim sosioloq
mifologiyanın milyonlarla insanın daimi əməkdaşlığını təmin edən bir şey
olduğunu əsla düşünmürdü.
Amma məlum oldu ki, bu belə deyil. Miflərin hər kəsin düşünə
biləcəyindən daha güclü olduğu aydın oldu. Aqrar İnqilab yeni izdihamlı
şəhərlər və qüdrətli imperiyaların meydana çıxmasına imkan verdikdə,
insanlar zəruri olan sosial əlaqələri təmin etmək üçün böyük tanrılar, ana
vətənlər və anonim cəmiyyətlər haqqında hekayələr uydurdular.
Bəşəriyyətin təkamülü həmişəki kimi tısbağa sürəti ilə irəliləyərkən,
insanın təxəyyül gücü dünyada misli görünməmiş dərəcədə nəhəng bir
kütləvi əməkdaşlıq şəbəkəsi yaratdı.
Təxminən e.ə. 8500-cü illərdə dünyada ən böyük yaşayış məskənləri
Yerixo kimi kəndlər idi və belə yerlərdə sadəcə bir neçə yüz nəfər
yaşayırdı. E.ə. 7000-ci illərdə, ehtimal ki, dünyada ən böyük məskən olan
Anadoludakı Çatal Köyükdə 5-10 min insan yaşa-

123
yırdı. E.ə. 5000-ci il və 4000-ci il arasındakı dövrdə Bərəkətli Hilal
bölgəsində hər biri ətrafdakı yaxın kəndlər üzərində də hakimiyyət qurmuş
10 min nəfərlik şəhərlər meydana çıxmağa başladı. E.ə. 3100-cü ildə Nil
vadisinin bütün aşağı hissəsi birinci Misir Şahlığında birləşdi. Fironlar
minlərlə kvadrat kilometrlik ərazini və yüz minlərlə insanı idarə etdilər. E.ə.
2250-ci ildə Böyük Sarqon ilk böyük imperiya olan Akkad İmperiyasını
qurdu. 5400 əsgərdən ibarət daimi ordusu olan imperiyanın bir milyondan
artıq əhalisi vardı. E.ə. 1000-ci il və 500-cü il arasında Yaxın Şərqdə ilk
meqa-imperi- yalar ortaya çıxdı: Assuriya, Babil və Fars imperiyaları. Bu
imperiyalar on minlərlə əsgərdən ibarət ordulara və milyonlarla nəfərlik
əhaliyə sahib idi.
E.ə. 221-ci ildə Qin sülaləsi Çini birləşdirdi və bundan qısa müddət
sonra isə Roma Aralıq dənizi hövzəsinə hakim oldu. 40 milyon çinlidən
yığılan vergi yüz minlik ordunu və yüz mindən çox məmuru olan mürəkkəb
bürokratiyanı saxlamaq üçün istifadə edildi. Roma İmperiyası qüdrətinin
zirvəsində təxminən 100 milyon insandan vergi toplayırdı. Bu gəlir 250-500
minlik daimi orduya, 1500 il sonra belə istifadə edilən yollara və bu gün
hələ də tamaşaların göstərildiyi teatr və amfiteatrlara xərclənirdi.
Bütün bunlar, şübhəsiz ki, diqqətəlayiqdir, amma biz Fironlar
dövründəki Misirdə və ya Roma İmperiyasında mövcud "kütləvi
əməkdaşlıq şəbəkələri" haqqında rəngarəng illüziyalara qapılmamalıyıq.
"Əməkdaşlıq" kəlməsi çox fədakarca səslənir, amma bu əməkdaşlıq çox
vaxt könüllü olmurdu və nadir hallarda bərabər hüquqlara əsaslanırdı.
İnsanlar arasındakı əməkdaşlıq şəbəkələri əsasən zülm və istismar üzərində
qurulurdu. Kəndlilər bu əməkdaşlıq şəbəkəsinin "cəriməsini" çox dəyərli
ərzaq bolluğu ilə ödəyirdilər və vergi məmuru bütün bir ilin ağır zəhmətini
bircə qələmlə sildikdə ümidsizliyə düşürdülər. Məşhur Roma amfiteatrları
zəngin və tənbəl romalılar vəhşi qladiator döyüşlərinə tamaşa edə bilsin
deyə, əsasən Roma qulları tərəfindən tikilirdi. Hətta məhbəslər və həbs
düşərgələri də əməkdaşlıq şəbəkələri sayıla bilər və bunlar da bir-birini
tanımayan minlərlə insanın öz hərəkətini koordinasiya etməsi sayəsində
fəaliyyət göstərir.

124
Şəkil 16. E.ə. 1776-cı ildə
Hammurapinin qanunlan
yazılmış daş sütun.

Mesopotamiyanın qədim şəhərlərindən Qin və Roma imperiyalarına


qədər bütün bu əməkdaşlıq şəbəkələri - "xəyali quruluşlar" idi. Bu
sistemləri möhkəmləndirən sosial normalar instinktlərə və ya şəxsi tanışlığa
deyil, ümumi miflərə olan inama əsaslanırdı.
Miflərin nəhəng imperiyaları necə saxlaya bildiyini yuxarıda
göstərdiyimiz bir misalla araşdırmışdıq: Peugeot. İndi tarixdə ən məşhur
miflərdən ikisinə baxaq: bunlardan birincisi, yüz minlərlə qədim babilli
arasmda əməkdaşlıq sənədi kimi xidmət etmiş, e.ə. 1776-cı ildə yazılmış
Hammurapi qanunlan; digər isə, eramızın 1776-cı ilində elan edilmiş, bu
gün yüz milyonlarla amerikalı arasmda əməkdaşlıq sənədi kimi tanınan
Amerika istiqlaliyyət Bəyannaməsidir.
E.ə. 1776-cı ildə Babil dünyanın ən böyük şəhəri idi. Babil İmperiyası
isə bir milyondan çox əhalisi ilə, ehtimal ki, dünyanın ən böyük imperiyası
idi. Müasir İraqın böyük hissəsi və Suriya ilə İranın bəzi bölgələri də daxil
olmaqla Mesopotamiyanın böyük bir hissəsinə hökmranlıq edirdi. Bu gün
bizə məlum olan ən məşhur Babil şahı Hammurapidir. Bu şöhrət ilk
növbədə Hammurapinin Qanunları kimi tanınan mətndən qaynaqlanır. Bu
mətn Hammurapini adil bir şah kimi göstərmək, Babil İmperiyasının hər
yerində vahid bir

125
IN CO N G R ES S. JVLY 177^ ^fic mtcıntmons^ccfarafton хл*-.
—Strife* of^^Xnwrtco.,

$afa717. 4 iyul 1776-cı ildə imzalanmış


Amerika İstiqlaliyyət Bəyannaməsi.

hüquq sistemi qurmaq və gələcək nəsillərə ədalətin nə olduğunu, adil bir


hökmdarın necə davranmalı olduğunu izah etmək məqsədi daşıyan qanun
və qərarlar toplusudur.
Sonrakı nəsillər buna diqqət yetirdilər. Qədim Mesopotamiyanın
intellektual və bürokratik elitası mətni bəyəndi və Hammurapinin
ölümündən, imperiyanın xarabaya çevrilməsindən çox-çox sonralar da
mətnin surətini çıxarıb yaymağa davam etdi. Buna görə də, Hammurapi
Qanunları qədim Mesopotamiyanın ideal sosial quruluş anlayışını
öyrənmək üçün ən yaxşı mənbədir.’
1
Raymond Westbrook, “Old Babylonian Period”, A History of Ancient Near Eastern Law, cild:
1, Raymond Westbrook, Leiden: Brill, 2003, səh. 361-430; Martha T.Roth, Law Collections from
Mesopotamia and Asia Minor, 2-ci nəşr, Atlanta: Scholars Press, 1997, səh. 71-142;
M.EJ.Richardson, Hammurabi’s Laws: Text, Translation and Glossary, London: T & T Clark
International, 2000.

126
Mətn Anu, Enlil və Mardukun ("Mesopotamiya panteonu"nun ən
məşhur tannlan) Hammurapini seçərək, "yer üzündə ədalətin zəfər
çalmasını, şər və haqsızlığın ortadan qalxmasmı, güclülərin zəifləri
əzməsinə yol verməmək istədiklərini" izah edən sözlərlə başlayır.’
Bundan ardınca, "əgər bu və bu hadisələr baş verərsə, hökm bu şəkildə
olur" formulu ilə verilmiş təxminən 300-ə yaxm hökm sadalanır. Məsələn,
196-199 və 209-214-cü hökmlər belədir:

196. Əgər bir üstün insan başqa bir üstün insanın gözünü kor edərsə,
onun da gözü kor edilməlidir.
197. Əgər bir üstün insan başqa bir üstün insanın sümüyünü sındırarsa,
onun da sümüyü sındırılmalıdır.
198. Əgər adi bir insanın gözünü kor edər və ya sümüyünü sındırarsa,
60 şekel gümüş pul ödəməlidir.
199. Əgər bir üstün insan öz köləsinin gözünü kor edər və ya sümüyünü
sındırarsa, kölənin ağırlığının yarısı qədər gümüş pul ödəməlidir.1
2

209. Əgər bir üstün insan üstün bir qadını vurarsa və bununla o qadının
hamiləliyinin pozulmasına səbəb olarsa, əvəzində 10 şekel gümüş
pul ödəməlidir.
210. Əgər qadın ölərsə, o adamın qızı öldürülməlidir.
211. Əgər bu üstün insan adi bir qadını vurarsa və onun hamiləliyinin
pozulmasına səbəb olarsa, əvəzində 5 şekel gümüş pul ödəməlidir.
212. Əgər bu qadın ölərsə, 30 şekel gümüş pul ödəməlidir.
213. Əgər bir üstün insan başqa bir üstün insanın kölə qadınını vurarsa
və onun hamiləliyinin pozulmasına səbəb olarsa, 2 şekel gümüş
pul ödəməlidir.
214. Əgər kölə qadın ölərsə, 20 şekel gümüş pul ödəməlidir. 3

Bu hökmlər sadalandıqdan sonra, bunların Hammurapi tərəfindən


yazılan ədalətli qərarlar olduğu, adil bir şahın bu qanunları
yayaraq torpaqları həqiqətə və düzgün həyat tərzinə əsaslanaraq
idarə edəcəyi irəli sürülür:
1
Roth, Law Collections from Mesopotamia, səh. 76.
2
Roth, Law Collections from Mesopotamia, səh. 121.
1
Roth, Law Collections from Mesopotamia, səh. 122-123.

127
Man asilzada hökmdar Hammurapi. Tanrı Enlil tarafindan manim
himayama verilmiş, tanrı Mardukun hökmü На rahbari olduğum başa-
riyyata qarşı laqeyd va ya saymazyana davranmadım.1

Hammurapi Qanunları Babilin sosial quruluşunun tanrılar tərəfindən


müəyyənləşmiş universal və əbədi ədalət prinsipləri əsasında olacağını irəli
sürür. İyerarxiya prinsipinə böyük əhəmiyyət verilir. Qanunlara görə
insanlar iki cinsə və üç sinfə bölünür: üstün insanlar, adi insanlar və kölələr.
Hər bir cins və sinif fərqli dəyərlərə sahibdir. Adi vətəndaş olan bir qadının
həyatının dəyəri 30 gümüş şekel, kölə qadının 20 gümüş şekeldir, lakin adi
vətəndaş olan bir kişinin gözünün dəyəri 60 gümüş şekeldir.
Qanunlar həmçinin ailə içində də ciddi bir iyerarxiya nəzərdə tutur. Bu
iyerarxiyaya görə uşaqlar müstəqil fərdlər deyil, ailənin mülkiyyətidir.
Beləcə, əgər bir üstün insan başqa bir üstün insanın qızını öldürərsə, cəza
olaraq qatilin qızı da öldürülür. Qatilin özünə cəza verilməyib, qızının
öldürülməsi bizə qəribə gələ bilər, amma Hammurapi və babillilər bunu
tamamilə ədalətli hesab edirdi. Hammurapi Qanunları hökmdarın təbəəsinin
iyerarxiyadakı yerlərini qəbul etmələri və buna görə davranmaları halında
im- periyadakı bir milyon insanın effektiv bir şəkildə əməkdaşlıq edə
biləcəyi prinsipinə əsaslanır. Bu əməkdaşlıq baş tutarsa, cəmiyyət üçün
kifayət qədər ərzaq istehsal edilə biləcək, bu ərzaq effektli şəkildə paylana
biləcək, düşmənlərdən müdafiə olunmaq asanlaşacaq və daha çox bolluq və
təhlükəsizlik əldə edilə biləcəkdi.
Hammurapinin ölümündən təxminən 3500 il sonra Şimali Amerikadakı
ingilis müstəmləkələrində yaşayanlar İngiltərə Kralının onlara qarşı
ədalətsiz davrandığını düşünürdülər. Xalq nümayəndələri 4 iyul 1776-cı ildə
Filadelfiyada bir yerə toplaşaraq, artıq bu xalqın İngiltərə Kralının təbəəsi
olmadığını elan etdilər. Eyni ilə Hammurapi Qanunları kimi İstiqlaliyyət
Bəyannaməsi də universal və əbədi ədalət prinsiplərinin ilahi qüvvədən
qaynaqlandığını irəli sürürdü. Bununla belə, Amerikan tanrısının ortaya
qoyduğu ən mühüm prinsip Babil tanrılarının prinsipindən fərqli idi.
Amerika İstiqlaliyyət Bəyannaməsində deyilir:

1
Roth, Law Collections from Mesopotamia, səh. 133-134.

128
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar
bərabər yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz
hüquqlar bəxş edibdir, bunlara yaşamaq istəyi, azadlıq, xoşbəxtliyə ca-
natma hüququ da daxildir.

Hammurapi Qanunları kimi Amerikanın quruluş sənədi də, əgər insanlar


bu müqəddəs prinsiplərə görə hərəkət edərsə, onların ədalətli və zəngin bir
cəmiyyətdə effektli şəkildə əməkdaşlıq edə biləcəyini və birlikdə
təhlükəsizlik içində yaşaya biləcəyini vəd edir. Hammurapi Qanunları kimi
Amerika İstiqlaliyyət Bəyannaməsi də öz dövründə etibarlı olduğu kimi,
gələcək nəsillər üçün də qəbul edilmiş bir sənəddir. Amerikalı məktəblilər
200 ildən çoxdur ki, bu bəyannaməni əzbər öyrənirlər.
Bu iki mətn bizi açıq-aşkar dilemma qarşısında qoyur. Həm Hammurapi
Qanunları, həm də Amerika İstiqlaliyyət Bəyannaməsi universal və əbədi
ədalət prinsiplərinə əsaslandığını irəli sürür, lakin amerikalılara görə
insanlar bərabər hüquqlara malikdir, babillilərin fikrincə isə əsla
bərabərhüquqlu deyillər. Əlbəttə, amerikalılar özlərinin haqlı,
Hammurapinin isə haqsız olduğunu deyəcək. Təbii ki, Hammurapi də
özünün haqlı, amerikalıların isə haqsız olduğunu irəli sürəcək. Əslində iki
tərəf də haqsızdır. Həm Hammurapi, həm də ABŞ-ın baniləri bərabərlik və
ya iyerarxiya kimi universal və dəyişməz ədalət prinsipləri ilə idarə edilən
bir reallıq istəmişdilər. Bu prinsiplər sadəcə Sapiensin zəngin təxəyyülündə
və uyduraraq bir-birinə danışdıqları miflərdə mövcud ola bilər. Bu
prinsiplərin heç biri obyektiv reallığa malik deyil.
İnsanların "üstün" və "adi" olaraq bölünməsinin bir xəyal əsəri olduğunu
bu gün qəbul etmək bizim üçün çox asandır. Lakin insanların bərabər olması
fikri də bir mifdir. İnsanlar hansı mənada bir-birinə bərabərdir?
Təxəyyülümüzün xaricində həqiqətən bir- birimizə bərabər olduğumuz
obyektiv bir reallıq mövcuddurmu? İnsanlar bioloji cəhətdən bərabərdirmi?
Amerika İstiqlaliyyət Bəyannaməsinin ən məşhur hissəsini biologiya dilinə
tərcümə etməyə çalışaq:

129
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün
insanlar bərabər yaradılıb və Yaradan öz bəndələrinə müəyyən
toxunulmaz hüquqlar bəxş edib, bunlara yaşamaq istəyi, azadlıq,
xoşbəxtliyə canatma hüququ da daxildir.

Biologiya elminə görə, insanlar "yaradılmayıb", təkamül edib. Və


əlbəttə ki, təkamül nəticəsində "bərabərlik" ortaya çıxmaz. Bərabərlik
ideyası yaradılış ideyası ilə bağlıdır. Amerikalılar bərabərlik ideyasını
xristianlıqdan götürüblər; xristianlığa görə, hər insanın ilahi şəkildə
yaradılmış bir ruhu vardır və bütün ruhlar Tanrı qarşısında bərabərdir.
Amma xristianların tann, yaradılış və ruhlar haqqındakı miflərinə
inanmırıqsa, bütün insanların "bərabər" olması nə məna verir? Təkamül
bərabərliyə deyil, fərqliliyə əsaslanır. Hər insan digərlərindən bir az fərqli
genetik kod daşıyır və doğulduğu andan başlayaraq fərqli ətraf mühitin
təsirlərinə məruz qalır. Bu vəziyyət, insanların həyatda qalmasına müxtəlif
şəkildə təsir edən fərqli xüsusiyyətlərin meydana çıxmasına səbəb olur.
Buna görə də "bərabər yaradılıb" ifadəsi, əslində "fərqli şəkildə təkamül
etmişdir" kimi tərcümə olunmalıdır.
İnsanlar yaradılmamış olduğu kimi, biologiya elminə görə, insanlara
bəzi şeylər "bəxş edən" bir "Yaradan" da yoxdur. Sadəcə heç bir məqsədi
olmayan və kor-koranə şəkildə baş verən bir təkamül prosesi var və bu da
insanların doğulmasına səbəb olub. "Yaradan bəxş edibdir" ifadəsi, əslində
"doğulubdur" kimi tərcümə edilməlidir.
Eyni şəkildə, biologiyada hüquq deyilən bir şey də yoxdur. Sadəcə
orqanlar, bacarıqlar və xüsusiyyətlər var. Quşlar uçmağa haqqı olduğu
üçün deyil, qanadları olduğu üçün uçar. Üstəlik, bu orqanlar, bacarıqlar və
xüsusiyyətlərin "toxunulmaz" olduğunu iddia etmək də doğru deyil.
Bunlarm əksəriyyəti daim mutasiyaya məruz qalır və müəyyən müddətdən
sonra tamamilə yox olması da mümkündür. Məsələn, dəvəquşu uçma
qabiliyyətini itirmiş bir quşdur. Buna görə də, "toxunulmaz hüquq",
"mutasiyaya məruz qalan xüsusiyyət" kimi tərcümə edilməlidir.
İnsanların təkamül etmiş xüsusiyyətləri hansılardır? Şübhəsiz ki, ilk
növbədə bu "yaşamaq istəyibdir. Bəs, azadlıq? Biologiyada azad

130
lıq anlayışı yoxdur. Bərabərlik, hüquqlar və məhdud məsuliyyətli şirkətlər
kimi azadlıq da insanların icad etdiyi və sadəcə təxəyyül dünyalarında
mövcud olan bir anlayışdır. Bioloji nöqteyi-nəzərdən, insanların
demokratik cəmiyyətdə azad, diktaturada azadlıqdan məhrum halda
yaşadığını demək mənasızdır.
Bəs, xoşbəxtlik? İndiyə qədər bioloji tədqiqatlar xoşbəxtliyin dəqiq
tərifini verməyi və ya onu obyektiv şəkildə ölçməyi bacarmayıb. Bioloji
tədqiqatların əksəriyyəti sadəcə asanlıqla tərif edilə bilən və ölçülə bilən
zövqün varlığını qəbul edir. Buna görə də "yaşamaq istəyi, azadlıq və
xoşbəxtliyə can atmaq", "yaşamaq və zövq axtarmaq" kimi tərcümə
edilməlidir.
Nəticədə, Amerika İstiqlaliyyət Bəyannaməsinin bu hissəsi bioloji
terminlərlə tərcümə edildikdə ortaya belə bir mətn çıxır:

Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar
fərqli təkamül edib və mutasiyaya məruz qala bilən bəzi xüsusiyyətlərlə
doğulub, bu xüsusiyyətlərə yaşamaq istəyi və zövq axtarmaq da
daxildir.

Bərabərlik və insan hüquqları müdafiəçiləri bu məntiqi fikirlərə etiraz


edə bilərlər. Yəqin ki, onların cavabı: "İnsanların bioloji cəhətdən bərabər
olmadığını bilirik! Lakin hamımızın mahiyyətcə bərabər olduğuna
inansaq, sabit və mütərəqqi bir cəmiyyət yarada bilərik" olacaq. Mənim
buna etirazım yoxdur. Mənim "xəyali quruluş" adlandırdığım da elə budur.
Müəyyən bir quruluşa obyektiv şəkildə doğru olduğu üçün deyil, buna
inanmaq - effektiv şəkildə əməkdaşlıq etməyimizə və daha yaxşı bir
cəmiyyət qurmağımıza imkan verəcəyi üçün inanırıq. Xəyali quruluşlar
bədxah sui-qəsd, yaxud faydasız xülya deyil, əksinə çox sayda insanın ef-
fektiv əməkdaşlıq edə bilməsinə imkan verən yeganə yoldur. Lakin bunu
da unutmamalı ki, Hammurapi də iyerarxiya prinsipini eyni məntiqlə
müdafiə edə bilərdi: "Bilirəm ki, üstün insanlar, adi insanlar və kölələr
mahiyyətcə fərqli insanlar deyil. Amma onların fərqli olduğuna inansaq,
sabit və mütərəqqi bir cəmiyyət qura bilərik".

131
Əsl inananlar
Bəlkə də, bundan əvvəlki paraqrafları oxuyan bəzi oxucular
kreslolarında narahat halda qurcuxdular. Bu gün əksəriyyətimiz belə
reaksiya verəcək şəkildə təlim və təhsil alırıq. Hammurapi Qanunlarının
bir mif olduğunu qəbul etmək çox asandır, amma insan haqlarının da eyni
şəkildə bir mif olduğunu eşitmək belə istəmirik. Əgər insanlar insan
haqlarının sadəcə təxəyyüldə mövcud olduğunu anlayarsa, cəmiyyət
dağılma təhlükəsi ilə üz-üzə gəlməzmi? Volter Tanrı haqqında "Tanrı
yoxdur, amma bunu xidmətçimə söyləməyin, yoxsa gecə vaxtı məni
öldürər" demişdir. Eyni sözləri Hammurapi iyerarxiya prinsipi haqqında,
Tomas Cef- ferson da insan haqları barədə deyərdi. Hörümçəklərin,
kaftarlarm və şimpanzelərin təbii hüquqları olmadığı kimi, Homo sapiens-
in də təbii hüquqları yoxdur; amma bunu xidmətçilərə söyləməmək, yoxsa
gecə vaxtı bizi öldürərlər.
Bu cür təşvişlərə tamamilə haqq qazandırmaq olar. Təbii quruluş - sabit
quruluşdur. Cazibə qüvvəsinin ortadan qalxma ehtimalı yoxdur, insanlar
hətta sabahdan etibarən onun varlığma inanmasalar da. Bunun əksinə,
xəyali quruluş həmişə süqut təhlükəsi altındadır, çünki miflərdən asılıdır
və miflər insanlar onlara inanmamağa başladığı andan etibarən yox olar.
Xəyali quruluşu qorumaq üçün fasiləsiz və gərgin səy göstərmək lazımdır.
Bunların bəzisi zorakı və məcburi formalarda olur. Ordular, polis
qüvvələri, məhkəmələr və həbsxanalar insanları xəyali quruluşa uyğun
şəkildə davranmağa məcbur etmək üçün fasiləsiz olaraq çalışır. Əgər bir
babilli öz qonşusunun gözünü çıxarıbsa, "qisasa qisas" qanununu tətbiq
etmək üçün bəzi zorakılıqlara əl atmaq tələb olunurdu. 1860-cı ildə
amerikan vətəndaşlarının əksəriyyəti Afrika qullarının da insan olduğunu
və deməli, azadlıq hüququndan faydalanmalı olduqlarını düşündükdə,
cənub ştatlarını buna razı salmaq qanlı vətəndaş müharibəsinə səbəb
olmuşdu.
Lakin xəyali bir quruluş sadəcə zorakılıqla idarə oluna bilməz. Sistemə
həqiqətən inananların olması da lazım idi. Buqələmun kimi dəyişkən
karyerasma XVI Lüdovikin yanında başlayan, inqilabdan sonra respublika
və Napoleon dövründə xidmət edən, yenidən bərpa

132
edilmiş monarxiyada işləyə bilmək üçün bəzən loyallıq göstərən prins
Taleyran on illər ərzində əldə etdiyi dövlət təcrübəsini qısaca bu sözlərlə
ifadə etmişdir: "Süngülərlə çox şey edə bilərsiniz, amma onlann üstündə
oturmaq rahat deyil". Bəzən yüzlərlə əsgərin edə bilmədiyini bir keşiş,
həm də daha ucuz və effektli şəkildə edə bilir. Üstəlik, süngülər nə qədər
effektiv olursa-olsun, onları da kimsə əlində tutmalıdır. Əsgərlər,
həbsxana nəzarətçiləri, hakimlər və polislər inanmadıqları bir xəyali
quruluşu niyə qorumalıdır? İnsanların bütün kollektiv fəaliyyəti arasında
ən çətin təşkil olunanı - zorakılıqdır. Bir sosial quruluşun ordu gücünə
saxlandığını demək dərhal sual doğurur: bəs, ordu quruluşunu nə saxlayır?
Bir ordunu sadəcə zorakı üsullarla təşkil etmək mümkün deyil; ən azından
bəzi komandirlərin və əsgərlərin tann, şərəf, vətən, mərdlik və ya pul kimi
şeylərə inanmaları lazımdır.
Daha maraqlı bir sual da sosial piramidanın zirvəsində dayananlarla
bağlıdır. Əgər inanmırsa, nə üçün xəyali bir quruluşu möhkəmlətmək
istəməlidir? Seçmə insanların bunu arsızca bir tamahkarlıqla etdiyinə dair
geniş yayılmış bir fikir var. Lakin heç bir şeyə inanmayan bir arsızın acgöz
olması ehtimalı çox azdır. Homo sapiens-in bioloji ehtiyaclarını təmin
etmək o qədər də çətin deyil. Bu ehtiyaclar təmin edildikdən sonra, daha
çox pulla piramidalar inşa etmək, dünyanın müxtəlif yerlərinə istirahətə
getmək, seçki kampaniyalarını maliyyələşdirmək, ən çox xoşunuza gələn
terrorçu təşkilata maddi yardım göstərmək və ya bu pulları fond birjasına
qoymaqla daha çox pul qazanmaq mümkündür. Əsl sinik belə şeyləri
tamam mənasız hesab edərdi. Sinizm məktəbinin banisi, yunan filosofu
Diogen çəlləkdə yaşayardı. Bir gün Böyük İsgəndər günəş altında istirahət
edən Diogenə baş çəkməyə gedib, onun üçün nə edə biləcəyini
soruşduqda, Diogen qüdrətli fatehə belə cavab vermişdi: "Səndən yalnız
bir şey istəyirəm. Xahiş edirəm, bir az kənara çəkil. Günəşin qarşısını
kəsmə".
Məhz buna görə siniklər imperiyalar qurmazlar və bu səbəbdən xəyali
bir quruluş ancaq əhalinin böyük bir hissəsi, - xüsusən də, elitanın və
təhlükəsizlik qüvvələrinin, - buna həqiqətən inanarsa, yaradıla bilər. Əgər
keşişlər və yepiskoplar İsaya inanmasaydı, xristianlıq 2 min il boyunca
davam edə bilməzdi. Əgər prezidentlər

133
və konqresmenlər insan haqlarına inanmasaydı, Amerika demokratiyası
250 il sürməzdi. Əgər sərmayəçilərin və bankirlərin çoxu kapitalizmə
inanmasaydı, müasir iqtisadi sistem bircə gün də yaşaya bilməzdi.

Həbsxana divarları
İnsanları xristianlıq, demokratiya və ya kapitalizm kimi xəyali
quruluşlara necə inandıra bilərsiniz? İlk növbədə, bunların xəyali olduğunu
əsla etiraf etməməli! Cəmiyyətin sabitliyini saxlayan quruluşun tanrılar və
ya təbiət qanunları tərəfindən yaradılmış obyektiv bir reallıq olduğunu
daim israr etməlisiniz. İnsanların bərabər olmamasının səbəbi Hammurapi
belə dediyi üçün deyil, Enlil və Marduk belə buyurduğu üçündür. Ya da
insanların bərabər olmasının səbəbi Tomas Cefferson belə söylədiyi üçün
deyil, Tanrı onları belə yaratdığına görədir. Azad ticarətin ən yaxşı iqtisadi
sistem olmasının səbəbi də Adam Smit belə dediyi üçün deyil, bunun -
təbiətin dəyişməz qanunu olmasıdır.
Həmçinin insanları ciddi-cəhdlə maarifləndirməlisiniz. Doğulduğu
andan etibarən insana xəyali quruluşun prinsipləri daim xatırladılmalı və
bu prinsiplər hər şeyi əhatə etməlidir. Bu prinsiplər nağıllara, dram və rəsm
əsərlərinə, mahnılara, etiketlərə, siyasi təbliğata, memarlığa, qida
reseptlərinə və modaya daxil edilməlidir. Məsələn, bu gün insanlar
bərabərliyə inanırlar, buna görə də əvvəllər fəhlə sinfinin geyimi olan cins
paltarların indi varlı balalarının da geyməsi dəbdədir. Orta əsrlərdə insanlar
sinfi təbəqələşməyə inanırdı, buna görə də gənc bir zadəgan heç vaxt kəndli
paltarı geyməzdi. O vaxtlar "cənab" yaxud "xanım" deyə xitab edilmək
sadəcə əsilzadələrə verilmiş bir imtiyaz idi və adətən bu imtiyaz qan
tökmək hesabına əldə edilirdi. Bu gün bütün rəsmi yazışmalar ünvanlaşmış
şəxslərin kimliyindən asılı olmayaraq "Hörmətli xanımlar və cənablar"
ifadəsi ilə başlayır.
Humanitar və ictimai elmlər öz enerjilərinin böyük hissəsini xəyali
quruluşun gündəlik həyata necə daxil olduğunu izah etməyə yönəldib.
Sahib olduğumuz məhdud zaman çərçivəsində sadəcə

134
səthi bir az qaza bilirik. İnsanların həyatını formalaşdıran quruluşun,
əslində yalnız onların təxəyyülündə mövcud olduğunu anlamalarına mane
olan üç əsas faktor var:

a. Xəyali quruluş maddi dünyaya yerləşdirilmişdir.


Xəyali quruluş sadəcə təxəyyülümüzdə mövcud olsa da, ətrafımızdakı
maddi reallıqla birləşə bilir və hətta onun ayrılmaz hissəsinə çevrilə bilir.
Bu gün qərbli insanların əksəriyyəti fərdiliyə inanır. Hər insanın bir fərd
olduğunu və fərdin dəyərinin başqalarının nə düşündüyündən asılı
olmadığını hesab edirlər. Hər birimizin içində həyatımıza məna və dəyər
verən bir işıq seli var. Müasir qərb məktəblərində müəllimlər və
valideynlər uşaqlara sinif yoldaşları onları ələ salarsa, buna əhəmiyyət
verməməyi öyrədirlər, çünki öz əsl dəyərlərini sadəcə onlar özləri bilə
bilərlər.
Müasir memarlıqda bu mif təxəyyüldən çıxaraq daş və inşaat
materiallarında şəkil alır. İdeal müasir ev çox sayda kiçik otaqlara
bölünüb, beləcə hər bir uşaq maksimal muxtariyyət əldə edərək, gözlərdən
uzaq öz şəxsi məkanına sahib ola bilər. Bu otaqların demək olar ki, həmişə
bir qapısı olur və evlərin əksəriyyətində bu qapıların bağlı olması, hətta
kilidlənməsi məqbul sayılır. Hətta valideynlərin də qapını döymədən və
icazə almadan içəri girməsi qadağandır. Otaq uşağın istədiyi şəkildə
dizayn edilir, divarlarda rok ulduzlarının portreti, yerdə isə kirli corablar
var. Belə bir şəraitdə böyüyən biri özünü "fərd" kimi görür, onun əsl
dəyəri də başqalarıyla deyil, özü ilə əlaqəlidir.
Orta əsr zadəganları isə fərdiliyə inanmırdı. Birinin dəyəri sosial
iyerarxiyadakı yeri və başqalarının onun haqqında dedikləri ilə müəyyən
olunurdu. Ələ salmaq - dəhşətli həqarət sayılırdı. Zadəganlar öz uşaqlarına
ailələrinin şan və şərəfini nəyin bahasına olursa-olsun qorumağı
öyrədirdilər. Müasir individualizm kimi orta əsr dəyərlər sistemi də
təxəyyüldən çıxıb, öz ifadəsini qəsrlərdə tapdı. Qəsrlərdə uşaqlar və ya
başqaları üçün nadir hallarda xüsusi otaqlar olardı. Bir orta əsrlər
baronunun yeniyetmə oğlunun qəsrin ikinci mərtəbəsində, divarlarında
Şir Ürəkli Riçard və ya Kral Arturun portretləri olan, kilidli qapısını
valideynlərinin açmasına icazə verilməyən xüsusi bir otağı yox idi; böyük
bir otaqda digər gənclərlə

135
birlikdə yatardı. O daim göz qabağmdaydı və həmişə başqalarının nə
gördüyünə və nə söylədiyinə diqqət yetirməyə məcbur idi. Bu şərtlərdə
böyüyən biri, təbii ki, insanın əsl dəyərinin sosial iyerarxi- yadakı yerindən
və digər insanların onun haqqında nə dediyindən asılı olduğunu düşünər. 1

b. Xəyali quruluş istəklərimizi formalaşdırır.


Əksər insan onun həyatmı idarə edən quruluşun xəyali olduğunu qəbul
etmək istəmir, amma əslində hər bir insan mövcud xəyali quruluşun içində
doğulur və doğulduğu andan etibarən onun istəkləri dominant miflərə görə
formalaşır. Beləliklə, şəxsi istəklərimiz xəyali quruluşun ən güclü müdafiə
mexanizmlərinə çevrilir.
Məsələn, müasir qərblilərin ən qiymətli arzuları yüz illər boyunca
mövcud olan romantik, millətçi, kapitalist və humanist miflərin təsiri ilə
formalaşıb. Bir-birilərinə məsləhət verən dostlar çox vaxt "Ürəyinin səsini
dinlə" deyərlər. Amma ürək adətən dövrün hakim miflərindən təlimat alan
ikitərəfli casusdur və "Ürəyinin səsini dinlə" tövsiyəsi şüurumuza 19-cu
əsrin romantik mifləriylə 20- ci əsrin istehlakçı miflərinin qarışığı kimi
yeridilmişdir. Məsələn, "Coca-Cola Company" dietik kolanı "Dietik Kola.
Sənin üçün nə yaxşıdırsa, onu elə" devizi ilə bazara çıxartdı.
İnsanların hətta ən şəxsi istəkləri də bir qayda olaraq xəyali quruluş
tərəfindən proqramlaşdırılıb. Məsələn, ən populyar bir istək olan xaricdə
istirahəti götürək. Bu istək əslində heç də aydın və ya təbii deyil. Bir
şimpanze alfa-erkəyi əsla öz gücünü qonşu şim- panze qrupunun ərazisinə
istirahətə getmək üçün istifadə etməz. Qədim Misirin say-seçmə insanları
piramidalar inşa etdirmək və cəsədlərini mumiyalatmaq üçün sərvətini
xərclədilər, lakin heç biri Babilə alış-verişə və ya Finikiyaya xizək tətilinə
getməyi düşünmədi. Bu gün insanlar xaricdə istirahət etmək üçün böyük
məbləğdə pul xərcləyir, çünki romantik istehlak miflərinə həqiqətən
inanırlar.

1
Constance Brittainc Bouchard, Strong of Body, Brave and Noble: Chivalry and Society in
Medieval France, New York: Cornell University Press, 1998, səh. 99; Mary Martin McLaughlin,
“Survivors and Surrogates: Children and Parents from the Ninth to Thirteenth Centuries”,
Medieval Families: Perspectives on Marriage, Household and Children, Carol Neel, Toronto:
University of Toronto Press, 2004, səh.81; Lise E.Hull, Britain’s Medieval Castles, Westport:
Praeger, 2006, səh. 144.

136
Romantizmə görə, biz öz potensialımızı ən yüksək səviyyədə
reallaşdıra bilmək üçün mümkün qədər çox təcrübəyə sahib olmalıyıq.
Buna görə də özümüzü duyğuların geniş spektrinə açmalı, müxtəlif növ
münasibətlər qurmalı, fərqli mətbəxlərin dadına baxmalı, müxtəlif
musiqi tərzlərini qiymətləndirməyi öyrənməliyik. Buna nail olmağın ən
yaxşı üsullarından biri gündəlik həyatımızdan qurtulmaq, öyrəşdiyimiz
mühitdən ayrılıb uzaq ölkələrə səyahətə çıxmaqdır. Beləcə, o ölkələrdə
başqa insanların mədəniyyətlərinə, qoxularına, dadlarına və normalarına
dair "təcrübə qazana bilərik". "Yeni təcrübənin gözlərimizi açdığına və
həyatımızı dəyişdirdiyinə" dair romantik mifləri dönə-dönə dinləyirik.
İstehlakçıhq isə bizə deyir ki, xoşbəxt olmaq üçün mümkün qədər çox
mal istehlak etməli və xidmətdən istifadə etməliyik. Nəyinsə
çatışmadığını və ya düz olmadığını hiss etdikdə, görünür yeni bir məhsul
almağımız (avtomobil, yeni paltar, orqanik qidalar) və ya yeni
xidmətlərdən (ev təmizliyi, münasibətlər terapiyası, yoqa dərsləri)
istifadə etməyimiz lazımdır. Hər bir televiziya reklamı yeni bir məhsul
istehlakmın yaxud yeni xidmətdən istifadənin həyatımızı daha da
yaxşılaşdıracağı haqqında kiçik bir əfsanədir.
Müxtəlifliyi təşviq edən romantizm, bu mənada istehlakçılıqla
fövqəladə uyğunluq təşkil edir. Bu anlayışların nikahından sonsuz bir
"təcrübələr bazarı" meydana gəlib və müasir turizm sənayesi də bunun
üzərində qurulub. Turizm sənayesi təyyarə bileti və otel otağı satmır,
təcrübə satır. Paris şəhər və ya Hindistan ölkə deyil, bunlar - istehlak
edildikcə üfüqlərimizi genişləndirən, insani potensialımızı
reallaşdırmağa şərait yaradan və bizi daha da xoşbəxt edən təcrübələrdir.
Beləliklə, bir milyonçu ilə arvadı arasındakı münasibətlər kələ-kötür
yolla getdikdə, o arvadını bahalı Paris səyahətinə aparır. Əslində bu
səyahət müstəqil bir arzunu deyil, romantik istehlakçıhq haqqındakı
miflərə olan alovlu inamı əks etdirir. Qədim Misirdə varlı bir adam
münasibətlər problemini arvadını Babilə istirahətə aparmaqla həll etməyi
düşünməzdi. Bunun yerinə, arvadının çox arzuladığı dəbdəbəli bir məzar
tikdirərdi.

137
Şəkil 18. Gizada ən böyük piramida.
Qədim Misirdə belə tikililəri varlılar öz pulu ilə inşa etdirərdi.

Qədim Misirin seçmə insanları kimi mədəniyyətlərin əksəriyyətində


bir çox insan da həyatını piramidalar ucaltmağa həsr edir. Sadəcə bu
piramidaların adı, forma və ölçüləri mədəniyyətdən mədəniyyətə dəyişir.
Məsələn, şəhər ətrafında hovuzu və həmişəyaşıl çəmənliyi olan bir
malikanə, yaxud gözəl mənzərəli bir penthaus formasını alır. Çox az insan
bu piramidaları istəməyimizə səbəb olan miflərə şübhə edər.

c. Xəyali quruluş inter-subyektiv xarakter daşıyır.


Fövqəlbəşəri səylərlə şəxsi istəklərimi xəyali quruluşun məngə-
nəsindən azad edə bilsəm də, mən sadəcə bir nəfərəm. Xəyali quruluşu
dəyişdirmək üçün tanımadığım milyonlarla insanı mənimlə əməkdaşlıq
etməyə inandırmalıyam. Xəyali quruluş - sadəcə öz təxəyyülümdə var
olan subyektiv bir quruluş deyil, inter-subyektiv xarakterli, yəni fərdlər
arasında mövcud olan, minlərlə və ya milyonlarla insanın ortaq
təxəyyülündə yaşayan bir quruluşdur.
Bunu anlamaq üçün "obyektiv", "subyektiv" və "inter-subyektiv"
arasındakı fərqi bilməliyik.
Obyektiv hadisə insan şüurundan və ya etiqadlarından asılı olmayaraq
mövcuddur. Məsələn, radioaktivlik mif deyil. Radioaktiv

138
tullantılar, insanlar bunu kəşf etməmişdən çox-çox əvvəl də var idi və
insanlar inanmasalar belə, onlar təhlükəlidir. Radioaktivli- yi kəşf
edənlərdən biri Mariya Küri radioaktiv maddələr üzərində apardığı uzun
illər sürən araşdırmalar zamanı bu maddələrin onun sağlamlığına zərər
verəcəyini bilmirdi. Radioaktivliyin onu öldürə biləcəyinə inanmasa da,
"aplastik anemiya" deyilən, radioaktiv maddələrə uzun müddət məruz
qalmaqdan qaynaqlanan bir xəstəlikdən öldü.
Subyektiv isə fərdin şüurundan və ya etiqadından asılı olaraq
mövcuddur. Fərd öz inancını dəyişdirdikdə, subyektiv olan da dəyişir və
ya ortadan qalxır. Uşaqların əksəriyyəti dünyanın qalan hissəsinin görə
və duya bilmədiyi xəyali bir dostun varlığına inanır. Bu xəyali dost
sadəcə uşağın subyektiv şüurunda mövcuddur və uşaq böyüyüb, onun
varlığına daha inanmadıqda, xəyali dost da yox olur.
İnter-subyektiv isə çox sayda insanın subyektiv şüurunu birləşdirən
münasibətlər şəbəkəsində mövcud olandır. Əgər bir fərd öz etiqadını
dəyişdirər və ya ölərsə, bunun böyük bir əhəmiyyəti olmur. Lakin eyni
şəbəkədəki insanların çoxu ölər və ya inancını dəyişərsə, inter-subyektiv
məsələlər də dəyişəcək və ya yox olacaq. İnter-subyektiv hadisə nə pis
niyyətli fırıldaqçılıq, nə də əhəmiyyətsiz bir tapmacadır. Bu hadisələr
radioaktivlik kimi fiziki hadisələrdən fərqli bir şəkildə meydana çıxır,
bununla belə onların dünyaya təsiri çox böyük ola bilər. Tarixdəki ən
mühüm hadisələrin çoxu inter-subyektivdir: hüquq, pul, tanrılar,
millətlər.
Məsələn, "Peugeot" ("Pejo") Baş direktorun xəyali dostu deyil. Şirkət
milyonlarla insanın ortaq təxəyyülündə mövcuddur. Baş direktor şirkətin
varlığına inanır, çünki direktorlar şurası da, eyni ilə şirkətin vəkilləri,
katibləri, bankdakı xəzinədarlar, birja- dakı brokerlər və Fransadan
Avstraliyaya qədər bütün avtomobil dilerləri kimi buna inanırlar. Əgər
Baş direktorun təkcə özü "Peugeof'un varlığına inanmaqdan əl çəksəydi,
ən yaxındakı ruhi xəstəliklər xəstəxanasına göndərilər, yerinə isə başqa
biri seçilərdi.
Dollar, insan hüquqları və Amerika Birləşmiş Ştatları da milyardlarla
insanın ortaq təxəyyülündə mövcuddur və heç bir fərd onların varlığına
təhlükə yarada bilməz. Əgər mən dollara, insan

139
hüquqlarına və ya ABŞ-a inanmasam, bunun heç bir təsiri olmaz. Bu
xəyali quruluş inter-subyektivdir, buna görə də onlan dəyişdirmək üçün
eyni anda milyardlarla insanın şüurunu dəyişdirməyimiz lazımdır ki, bu
da asan iş deyil. Belə miqyasda bir dəyişiklik sadəcə siyasi partiya,
ideoloji hərəkat və ya dini bir təriqət kimi mürəkkəb bir təşkilatın köməyi
ilə mümkün ola bilər. Digər yandan, bu cür mürəkkəb təşkilatları qurmaq
üçün bir-birini tanımayan çox sayda insanı əməkdaşlıq etməyə
inandırmaq lazımdır. Bu isə yalnız bu yad insanlar ortaq bir mifə inanarsa,
baş verə bilər. Beləliklə, mövcud bir xəyali quruluşu dəyişdirmək üçün
alternativ bir xəyali quruluşa inanmağımız lazımdır.
"Peugeof'u yox etmək üçün ondan daha güclü bir şeyi, məsələn, fransız
hüquq sistemini xəyal edə bilməliyik. Fransız hüquq sistemini ortadan
qaldırmaq üçün ondan daha güclü bir şeyi, məsələn, Fransa dövlətini
təsəvvür edə bilməliyik. Əgər bunu da ləğv etmək istəsək, bundan da
güclü bir şeyi təsəvvürə gətirmə lazımdır.
Xəyali quruluşdan çıxış yolu yoxdur. Ətrafımızdakı həbsxana
divarlarını yıxıb azadlığa doğru qaçdıqda, əslində daha böyük bir
həbsxananın geniş həyətinə san qaçırıq.

140
7

Yaddaşın həddən artıq


yüklənməsi

ƏKAMÜL İNSANLARA FUTBOL OYNAMAQ baca-


T nğı qazandırmadı. Topa vurmaq üçün ayaqlar, rəqibə dirsək
atmaq üçün qollar və söyüş söymək üçün ağız yaratdı, amma bunlar
əslində futbol oynamağa deyil, cərimə zərbəsi vurmağı öyrənməyə
kifayət edərdi. Günortadan sonra məktəbin həyətində yad insan-
larla futbol oynaya bilmək üçün həm əvvəllər bir-birimizi tanıma-
saq da, bütöv bir komanda kimi onların qarşısına çıxmalı, həm də
qarşı tərəfdəki 11 nəfərin də eyni qaydalarla oynadığından əmin
olmalıyıq. Yad heyvanlarla müəyyən ritual üçün bir yerə toplaşan
digər heyvanlar bunu instinkti hesabına edir. Məsələn, dünyanın
hər yerində bala heyvanlar bir-biriylə oynaşır və bu davranışlar
onların genlərinə hopmuşdur. Amma insanlarda futbol oynamaq
geni yoxdur. Bununla belə, yad insanlar bir yerə toplaşıb futbol
oynaya bilirlər, çünki hamısı futbolla bağlı qaydaları və ideyanı
mənimsəmişdir. Bu ideya və qaydaların hamısı xəyalidir, amma
bunlan hamı paylaşdıqda, futbol oynamaq mümkün olur.
Eyni məntiq krallıqlara, kilsələrə və ticarət şəbəkələrinə də aid edilə
bilər, lakin mühüm bir fərq var. Futbol qaydaları nisbətən sadə və azdır,
eyni ilə bir ovçu-toplayıcı qrupun, yaxud kiçik bir kəndin əməkdaşlıq
etməsi üçün lazım olan qaydalar kimi. Buna görə də hər bir oyunçu bunlan
beynində asanlıqla saxlaya bilir və yaddaşında mahnılar, təsvirlər və alış-
veriş siyahısına da yer qalır. Bundan daha çox, yəni 22 nəfərin deyil,
minlərlə, hətta milyonlarla insanın iştirakı ilə baş tutan böyük əməkdaşlıq
sistemi isə nəhəng həcmdə informasiyanın toplanmasını və emal
olunmasını tələb edir, bu da ayrıca bir fərdin beyninin edə biləcəyindən
dəfələrlə çoxdur.

141
Anlar və qarışqalar kimi digər növlərdə rast gəlinən böyük cəmiyyətlər
sabit və davamlıdır, çünki sistemin fəaliyyəti üçün zəruri olan
informasiyanın böyük hissəsi onların genomuna kodlanmış haldadır. Bir
dişi bal arısı, sürfəsinin hansı qida ilə bəsləndiyindən asılı olaraq,
böyüdükdə kraliça ya da işçi an olur. DNT-si hər iki rol üçün də uyğun
davranışlara proqramlanıb: situasiyaya görə krallıq üslubu və ya fəhlə
zəhmətkeşliyi. Pətəklər çox mürəkkəb sosial strukturlardır və bir çox fərqli
işçi növünün, məsələn, məhsul toplayanların, tibb bacılarının və
xadimələrin sığınacağıdır. Lakin tədqiqatçılar indiyə qədər "vəkil anlar"a
rast gəlməyiblər. Arıların vəkilə ehtiyacı yoxdur, çünki pətəyin kons-
titusiyasını pozmaq, məsələn, xadimə arıları yaşamaq, azadlıq və
xoşbəxtliyə can atmaq hüququndan məhrum etmək ehtimalı mövcud deyil.
İnsanlar arasında isə belə hallar tez-tez baş verir. Sapiensin sosial
quruluşu xəyali olduğundan, insanlar bu cür kritik informasiyaları sadəcə
DNT-lərini nüsxələmək və onları gələcək nəsillərə ötürmək yolu ilə
qoruyub saxlaya bilməzlər. Qanunları, adətləri, ənənələri qorumaq üçün
şüuri fəaliyyət lazımdır, əks halda sosial quruluş sürətlə dağıla bilər.
Məsələn, hökmdar Hammurapi insanların üstün insanlar, adi insanlar və
kölələrə ayrıldığını elan etmişdi. Bu təbii bölünmə deyil, insan genomunda
yeri yoxdur. Əgər babillilər bu "həqiqəti" ağıllarında saxlaya bilməsəydi,
qurduqları cəmiyyət məhv olardı. Eyni şəkildə, Hammurapi öz DNT-sini
uşaqlarına ötürdükdə, bu DNT üstün bir insanın adi bir insanı öldürdüyü
zaman 30 gümüş şekel ödəməli olduğuna dair məlumat daşımırdı. Buna
görə də Hammurapi imperiyanın qanunlarını öz oğullarına diqqətli şəkildə
öyrətməli, oğullar da eyni diqqətlə bu bilikləri nəvələrə ötürməli idi.
İmperiyalar nəhəng həcmdə informasiyalar istehsal edir. İmperiyalar,
qanunlardan əlavə, sövdələşmə və vergilərin, hərbi inventarların, ticarət
gəmilərinin qeydiyyatını aparmalı, qələbə və bayramların təqvimini tərtib
etməlidir. Milyon illər boyunca insanlar informasiyanı yalnız bir yerdə, öz
beyinlərində saxladılar. Təəssüf ki, insan beyni imperiya böyüklüyündə
informasiyalar üçün kifayət edən yaddaş qurğusu deyil. Bunun üç səbəbi
var.

142
Birincisi, insan yaddaşının tutumunun məhdud olmasıdır. Doğrudur,
bəzi insanlar möhtəşəm hafizəyə sahibdirlər; qədim dövrlərdə bir əyalətin
bütün topoqrafiyasını və ya dövlətlərin qanunlarını beynində saxlayan
yaddaş ustadları - hafizlər vardı. Bununla belə, bu ustadların da keçə
bilmədiyi bir hədd mövcuddur. Bir vəkil Massaçusets ştatının qanunlarını
hafizəsində saxlaya bilər, lakin quruluşundan etibarən Massaçusetsdə
verilmiş bütün məhkəmə hökmlərini yaddaşında tuta bilməz.
ikincisi, insanlar öldükdə beyinləri də onlarla birlikdə ölür. Bir beyində
saxlanılan bütün informasiya yüz ildən də az müddət ərzində yox olacaq.
Əlbəttə, bir beyindən digərinə informasiyaları, xatirələri ötürmək
mümkündür, lakin bir neçə belə ötürmədən sonra bu məlumatlar çox vaxt
təhrif olunur və ya tamamilə itir.
Üçüncüsü və ən mühümü, insan beyni müəyyən tip informasiyanı
saxlamağa və emal etməyə uyğunlaşmışdır. Həyatda qala bilmək üçün
ovçu-toplayıcılar minlərlə bitki və heyvanın formasını, xüsusiyyətini və
davranış tərzini xatırlamağa məcbur idilər. Məsələn, payız vaxtı bir
qarağacın altında bitmiş üstü qırışlı sarı bir göbələyin ehtimal ki, zəhərli
olduğunu, amma qışda palıd ağacının altında böyüyən bənzər formada bir
göbələyin isə qann ağrısına yaxşı təsir göstərdiyini yaddaşlarda saxlamağa
məcbur idilər. Ovçu-toplayıcılar həmçinin saylan bir neçə on nəfər çatan
digər qrup üzvlərinin düşüncələrini və aralarındakı münasibətləri də yadda
saxlamalı idilər. Məsələn, Lyusinin onu narahat edən Cona qarşı bir qrup
üzvünün yardımına ehtiyacı vardısa, Conun keçən həftə Mariya ilə dava
etdiyini və buna görə də Mariyanın yaxşı bir müttəfiq olacağını xatırlaması
lazım idi. Beləliklə, təkamül təzyiqləri nəticəsində insan beyni çox ciddi
miqdarda botanik, zooloji, topoq- rafiq və sosial informasiyanı saxlaya
biləcək şəkildə inkişaf etdi.
Aqrar İnqilabdan az əvvəl çox mürəkkəb cəmiyyətlər ortaya çıxmağa
başladıqda çox mühüm və yeni bir informasiya növü meydana gəldi:
saylar. Ovçu-toplayıcılar böyük həcmdə riyazi məlumatları saxlamağa
ehtiyac duymamışdılar. Heç bir ovçu-toplayıcının, məsələn, meşədəki hər
ağacda nə qədər meyvə olduğunu bilməsi zəruri deyildi. Buna görə də,
insan beyni saylan yaddaşda saxlayıb emal etməyə uyğun deyildi. Lakin
böyük bir krallığı idarə

143
etmək üçün riyazi məlumatlar həyati əhəmiyyət daşıyırdı; qanunlar
çıxarmaq və qoruyucu tanrılar haqqında hekayələr danışmaq kifayət
deyildi. Vergilərin də yığılması lazım idi. Yüz minlərlə insanı vergi
ödəməyə məcbur etmək üçün insanların gəlirləri və əmlakları məlumat
toplamaq; ödənişləri, qalıqları, borc və cərimələri, endirim və güzəştləri
müəyyən etmək lazım idi. Bütün bunlar saxlanılması və emal edilməsi
lazım olan milyonlarla bitlik1 informasiyalar ortaya çıxartdı. Bu qədər
informasiyanı saxlamaq və emal etmək qabiliyyəti olmadan, dövlət hansı
ehtiyatlara sahib olduğunu və hansı əlavə ehtiyatlardan istifadə edəcəyini
qətiyyən bilməzdi. Bu miqdarda bir informasiyanı hafizəsində saxlamağa
çalışan insan beyni ya həddən artıq yüklənər, ya da yuxuya gedər.
Bu zehni məhdudiyyət insan cəmiyyətlərinin böyüklüyünü və
mürəkkəbliyini ciddi şəkildə məhdudlaşdırmışdır. Müəyyən bir
cəmiyyətdə insan və əmlak miqdarı kritik həddi keçdikdə, böyük həcmdə
riyazi informasiyanı saxlamaq və emal etmək ehtiyacı yarandı; insan
beyni bunu edə bilmədiyi üçün sistem çökdü. Aqrar İnqilabdan minlərlə
il sonra belə, insanların sosial şəbəkələri nisbətən kiçik və bəsit qalmağa
davam etdi.
Bu problem ilk dəfə həll edə bilənlər - Mesopotamiyanm cənubunda
yaşayan Şumerlər idi. Qızmar günəşin altında münbit ovalıqlarda bol
məhsul toplayan və inkişaf etmiş şəhərlərə sahib bir cəmiyyət olan Şumer
əhalisinin sayı artdıqca, işləri koordinasiya etmək üçün zəruri olan
informasiya miqdan da artdı. E.ə. 3500 və 3000-ci illər arasında adlarını
bilmədiyimiz bəzi şumerli dahilər informasiyaları beyinlərindən kənar bir
yerdə saxlamaq və emal etmək üçün, xüsusilə də böyük həcmdə riyazi
məlumatlar üçün uyğun bir sistem icad etdilər. Şumerlər bu yolla sosial
quruluşlarını insan beyninin sərhədlərindən azad edib, böyük şəhərlərin,
krallıqların və imperiyaların meydana çıxmasına yol açmış oldular.
Şumerlər tərəfindən icad edilmiş bu məlumat emalı sisteminə "yazı"
deyirik.

1
Bit - informasiya vahidi

144
îmza: Kushim

Yazı konkret işarələr vasitəsi ilə informasiya saxlama üsuludur. Şumer


yazı sistemi bunu iki növ işarəni birləşdirmək hesabına etdi; bunlar gil
lövhələr üzərində yazılırdı. İşarələrin bir növü saylan təmsil edirdi; 1, 10,
60, 600, 3.600 və 36.000 üçün ayrıca işarə vardı (Şumerlər 6-lıq və 10-
luq say sistemlərinin kombinasiyasından istifadə edirdi. Onların icad
etdiyi 6-lıq say sistemi bizə günün 24 saata bölünməsi və ya dairənin 360
dərəcəyə bölünməsi kimi bir çox mühüm miras buraxdı). İkinci növ
işarələr isə insanları, heyvanları, malları, torpaqları, tarixləri və s. təmsil
edirdi. Şumerlər bu iki növ işarəni birləşdirməklə, heç bir insan beyninin
və ya DNT zəncirinin saxlaya bilməyəcəyi həcmdə böyük informasiyaları
saxlamağı bacardılar.

Şəkil 19. Təxminən e.ə. 3400-3000-ci illərdə mövcud olmuş Uruk şə-
hərinə aid gil lövhə. "Kushim" konkret bir şəxsin adı ola biləcəyi kimi,
bir idarənin də adı ola bilər. Əgər bu müəyyən bir şəxsin adıdır- sa, tarixdə
bizə adı məlum olan ilk insan Kushim ola bilər! Tarixdəki qədim insanlara
verilmiş bütün adlar (Neandertaliar, Natuflar, Chauvet Mağarası, Göbəkli
Təpə) müasir icadlardır. Məsələn, Göbəkli Təpəni inşa edənlərin oraya nə
dediyini bilmirik. Yazının meydana gəlməsi ilə birlikdə, tarixi o dövrdə
yaşayanların gözü ilə oxuya bilməyə başladıq. Kushimin qonşuları onu
çağırdıqda, həqiqətən də "Kushim!" deyə qışqıra bilərdilər. Beləcə,
tarixdə adı yazılmış ilk insan peyğəmbər, şair və ya böyük bir sərkərdə
deyil, adi bir mühasib olub.

145
Danışıq dili Natamam yazı

Natamam yazı danışıq dilini tamamilə əhatə edə bilməz, lakin danışıq
dili çərçivəsindən kənara çıxan şeyləri ifadə edə bilər. Şumer yazısı və
riyazi simvollar kimi natamam yazılar şeir yazmaq üçün istifadə edilə
bilməz, lakin vergi məsələlərini çox effektli şəkildə hesablaya bilər.

Bu erkən dövrdə yazı faktlar və rəsmlərdən ibarət idi. Böyük Şumer


hekayəsi deyilən bir şey vardısa da, bu əsla gil lövhələrə yazılmayıb.
Yazmaq vaxt aparan bir iş idi və oxucuların sayı da çox az idi, buna görə
də yazını qeydiyyat işlərindən başqa nədəsə istifadə etmək üçün heç bir
səbəb yox idi. 5000 il əvvəl yaşamış əcdadlarımızdan müdrik sözlər
qaldığına ümid etsək, böyük məyusluq yaşayarıq. Əcdadlarımızın bizim
üçün saxladığı ən qədim məlumatlar "29.086 ölçü arpa 37 ay Kushim"
kimi ifadələr idi. Bu da təxminən belə tərcümə edilər bilər: "37 ay ərzində
ümumilikdə 29.086 ölçü arpa təhvil alındı. İmza, Kushim". Təəssüf ki,
tarixdə ilk mətnlər fəlsəfi bir düşüncə, şeir, əfsanə, qanun, hətta
qələbələrdən belə deyil, vergi ödənişlərindən, borclardan və mülkiyyət
sahibliyindən bəhs edən maraqsız iqtisadi sənədlər idi.
O qədim günlərdən bu günə sadəcə bir başqa mətn qalıb, üstəlik bu
daha da maraqsız bir mətndir: katibliyə başlayanların yazmağı öyrənərkən
dəfələrlə üzünü köçürtdükləri sözlərin siyahısı. Əgər bu işdən canı sıxılan
şagird satınalma qaydaları əvəzinə şeir yazmaq istəsəydi belə, bunu
bacarmazdı. Çünki ən qədim Şumer yazısı tam deyil, natamam bir sistem
idi. Tam yazı sistemi danışıq dilini demək olar ki, tamamilə əhatə edən bir
sistemdir, yəni şeir

146
Şəkil 20. İnk İmperiyasının
süqutundan sonrakı dövrə aid
ispan əlyazması: əlində Quipu
tutan bir inkli.

də daxil olmaqla insanların söyləyə biləcəyi hər şeyi ifadə edə bilir.
Natamam yazı sistemi isə məhdud bir fəaliyyət sahəsi ilə bağlı
informasiyaları ifadə edə bilən bir sistemdir. Latın əlifbası, qədim Misir
heroqlifləri və Braille hərfləri tam yazı sistemidir. Bunlardan istifadə
edərək vergi qeydləri, sevgi şeirləri, tarix kitabları, yemək reseptləri və
ticarət qanunu yaza bilərsiniz. Bunun əksinə, qədim Şumer yazısı, müasir
riyazi simvollar və musiqi notları kimi natamam yazıdır; riyazi
simvollarla hesabatlar apara bilərsiniz, amma sevgi şeiri yaza
bilməzsiniz.
Yazılarının şeirə uyğun olmaması Şumerlər üçün çətinlik yaratmırdı.
Yazmı danışıq dilini köçürmək üçün deyil, danışıq dilinin kifayət
etmədiyi hallar üçün icad etmişdilər. Kolumbdan əvvəl And dağları
mədəniyyəti kimi bəzi mədəniyyətlər tarixləri boyunca natamam yazı
sistemlərindən istifadə ediblər və tam yazıya ehtiyac hiss etməyiblər. And
yazısı Şumer yazısından çox fərqli idi. Hətta bu fərq o qədər böyük idi ki,
əksər insan bunun ümumiyyətlə bir yazı olub-olmadığı barədə mübahisə
edirdi. Kağızlara yaxud gil lövhələrə yazılmazdı, quipu adı verilən
rəngbərəng iplərə düyünlər atmaqla yazılırdı. Hər bir quipu yun və ya
pambıqdan hazırlanmış müxtəlif rənglərdə iplərdən ibarət idi və hər ipin
üzərində
147
müxtəlif yerlərə düyünlər vurulurdu. Bir quipu yüzlərlə müxtəlif ip və
minlərlə fərqli düyündən ibarət ola bilərdi; fərqli iplərdəki fərqli
düyünləri və fərqli rəngləri birləşdirərək, məsələn, vergi və mülkiyyətlə
bağlı çox böyük həcmdə riyazi məlumatı qeyd etmək mümkün idi.1
Yüz illər, bəlkə də min illər boyunca quipular şəhərlərin, krallıqların
və imperiyaların işləri üçün həyati əhəmiyyət2 daşımışdı, amma öz
potensialının zirvəsinə Ink imperiyasında çatdı. 10-12 milyonluq əhalini
idarə edən bu imperiya müasir Peru, Ekvador, Boliviya torpaqlarını, Çili,
Argentina və Kolumbiyanın bir hissəsini əhatə edirdi. Quipular sayəsində
Inklər böyük həcmdə informasiyanı toplayıb emal edə bilirdi; bunu
bacarmasaydılar, o böyüklükdə bir imperiyanın tələb etdiyi inzibati
məsələləri həll edə bilməzdilər.
Əslində quipu o qədər effektiv və dəqiq nəticələr verirdi ki, Cənubi
Amerikanın fəth edilməsinin ilk illərində ispanlar bu sistemdən yeni
imperiyanı idarə etmək üçün istifadə etdilər. Yeganə çətinlik ispanların
quipu düzəltməyi və oxumağı bacarmadığı üçün yerli mütəxəssislərdən
asılı olması idi. Qitənin yeni sahibləri bu çatışmazlığın onları çətin
vəziyyətə saldığını anladılar, çünki yerli quipu mütəxəssisləri öz ağalarını
asanlıqla aldada bilirdi. Buna görə də, ispan hakimiyyəti
möhkəmləndikdən sonra quipudan istifadə etməyi dayandırdı;
imperiyanın qeydləri tamamilə Latın əlifbası və sayı ilə aparılmağa
başlandı. Çox az quipu ispan işğalından sonraya qala bildi və bunların
əksəriyyətinin şifrəsi hələ də açılmır; təəssüf ki, quipu oxuma sənəti
ortadan qalxıb.

Bürokratiyanın möcüzələri
Nəhayət, mesopotamiyalılar maraqsız riyazi məlumatlardan sıxılıb,
başqa şeylər də yazmaq istədilər. E.ə. 3000 və 2500-cü illər arasında
Şumer yazı sisteminə getdikcə daha çox işarə əlavə edildi

1
Marcia və Robert Ascher, Mathematics of the Incas-Codc of the Quipu, New York: Dover
Publications, 1981.
2
Gary Urton, Signs of the Inka Khipu (Austin; University of Texas Press, 2003); Galen Brokaw,
A History of the Khipu, Cambridge: Cambridge University Press, 2010.

148
və tədricən yazı bu gün mixi yazısı adlandırdığımız tam sistemə çevrildi.
E.ə. 2500-cü ildə mixi yazısını şahlar əmrlər vermək, kahinlər
kəhanətləri qeydə almaq, adi insanlar isə şəxsi məktublar yazmaq üçün
istifadə edirdilər. Təxminən eyni tarixdə misirlilər heroqliflər kimi
məlum olan daha bir tam yazı sistemini hazırladılar. Digər tam yazı
sistemləri də e.ə. 1200-cü illərdə Çində və e.ə. 1000-500-cü illər arasında
Mərkəzi Amerikada meydana çıxdı.
Tam yazılar bu ilk mərkəzlərdən yayılaraq yeni formalar və yeni
vəzifələr qazandı. İnsanlar şeir, tarix kitabları, sevgi hekayələri, dramlar,
kəhanətlər və yemək kitabları yazmağa başladılar. Bununla belə, yazının
ən mühüm vəzifəsi hələ də riyazi məlumatları qeyd etmək idi və bu da
xüsusilə natamam yazı sisteminin üstünlüyü olaraq qaldı. Əhdi-Ətiq,
yunanlarda İliada, hindlilərdə Mahabharata və buddistlərdə Tipitika
şifahi əsərlər kimi meydana gəldi, nəsillər boyunca dildən-dilə keçərək
mövcud oldu və yazı heç icad edilməsəydi də, yaşayacaqdılar. Vergi
qeydləri və mürəkkəb bürokratiya natamam yazı ilə birlikdə meydana
çıxdı və bu günədək Siam əkizləri kimi ayrılmaz şəkildədirlər, eyni ilə
bu gün kompüter məlumat bazalarında və elektron cədvəllərdəki
müəmmalı yazılar kimi.
Yazılar çoxaldıqca, xüsusilə də idarə arxivləri nəhəng ölçülərə
çatdıqca, yeni çətinliklər ortaya çıxdı. Bir insanın beynindəki infor-
masiyanı əldə etmək asandır; beynim milyardlarla bit həcmində in-
formasiya saxlaya bilir, amma bununla belə İtaliyanın paytaxtını, 11
sentyabr 2001-ci ildə nə etdiyimi və evimdən Yerusəlimdəki Yəhudi
Universitetinə gedən yolu dərhal xatırlaya bilirəm. Beyinin bunu dəqiq
olaraq necə etdiyi müəmma olaraq qalır, lakin avtomobilin açarını haraya
qoyduğumu xatırlamağa çalışdığım kimi hallar istisna olmaqla, beyinin
axtarış sistemi fövqəladə dərəcədə effektlidir.
Bir quipu ipində, yaxud gil lövhədə saxlanılan informasiyanı necə
tapa bilirsiniz? Sadəcə on Və ya yüz tabletiniz varsa, bu problem deyil.
Bəs, Hammurapinin müasirlərindən biri, Mari krah Zim- rilim kimi
əlinizdə bunlardan minlərcəsi olsa?
Bir anlığa e.ə. 1776-cı ildə olduğunuzu təsəvvür edin. İki marili buğda
tarlasının kimə aid olduğu haqqında mübahisə edir. Yakov tarlanı otuz il
əvvəl Esaudan aldığım iddia edir, Esau da tarlanı Ya-

149
kova otuz illiyə icarəyə verdiyini və bu müddət başa çatdığı üçün tarlanı
geri almağa gəldiyini söyləyir. Qarşılıqlı qışqır-bağırdan sonra əlbəyaxa
olurlar və nəhayət, davalarını krallıq arxivində həll edə biləcəklərini
xatırlayırlar. Bu arxivdə mülkiyyət sənədləri, alğı- satqı müqavilələri kimi
krallığın əmlak məsələlərinə dair qeydlər saxlanılır. Arxivə gəldikdən
sonra bir məmurdan digərinə yollanırlar, bitki çayı fasiləsində xeyli
gözləyirlər; məmurlar onlara ertəsi gün gəlmələrini söyləyirlər və nəhayət,
məmurlardan biri deyinə- deyinə lazımi lövhəni axtarmağa gedir. Məmur
qapını açır və onlan yerdən tavana qədər minlərlə lövhənin düzüldüyü bir
otağa apanr. Məmurun narazı və qaşqabaqlı olması təəccüblü deyil.
Mübahisəli buğda tarlasına aid 30 il əvvəl yazılmış bir lövhəni bu
basırıqda necə tapa bilər? Hətta tapsa belə, bu lövhənin sözü gedən tarlaya
aid ən son sənəd olduğunu necə yoxlaya bilər? Əgər tapa bilməsə, onda
bu, Esaunun tarlanı heç vaxt satmadığını, ya da icarəyə vermədiyini
göstərmiş olacaq? Yoxsa lövhənin sadəcə itdiyini, ya da arxivə sızan
yağışlardan pozulduğunu bildirəcək?
Məhz buna görə, gil lövhəyə sənəd yazmaqla informasiyanı effektiv,
rahat və dəqiq şəkildə saxlamaq mümkün deyil. Bu işlər üçün kataloqlar
düzəltmək, surətçıxarma makinası kimi çoxaltma üsulları, kompüter
alqoritmləri kimi dəqiq və sürətli axtarış metodları və bunlardan istifadə
etməyi bilən çevik (amma gülərüz olsa, yaxşıdır) kitabxanaçılar lazımdır.
Bu cür metodlar icad etmənin yazını icad etməkdən daha çətin olduğu
üzə çıxdı. Bir çox yazı sistemi, zaman və məkan baxımından bir-birindən
çox fərqli olan mədəniyyətlərdə müstəqil şəkildə meydana gəlmişdi. Buna
görə də, arxeoloqlar unudulmuş yazı sistemlərini müəyyən fasilələrlə
ortaya çıxartdılar. Bunlardan bəziləri Şumer yazılarından da qədim ola
bilər, amma əksəriyyəti müəmmalı və nadir bir tapıntı olaraq qaldı, çünki
yazını icad edənlər effektli bir kataloqlaşdırma və məlumat axtarışı üsulu
hazırlaya bilməmişdi. Şumeri, fironlar dövrünün Misirini, qədim Çini və
Ink İmperiyasını digərlərindən fərqləndirən şey bu mədəniyyətlərin
arxivləşdirmə, kataloqlaşdırma və yazılı qeydləri araşdırma üsullarını da
icad etmələriydi. Bu ölkələrdə həmçinin katiblər, yazarlar, kitabxanaçılar
və mühasiblər üçün məktəblər də qurulmuşdu.

150
Müasir arxeoloqlar tərəfindən aşkar edilən qədim Mesopo-
tamiyadakı bir yazı məktəbi təxminən 4000 il əvvəl yaşamış bu
şagirdlərin həyatı ilə bağlı bizə bəzi məlumatlar verir:

Getdim, oturdum və müəllimim lövhami oxudu. "Bir şey çatışmır",


dedi və mani çubuqla vurdu.
Məktəb işçilarindan biri, "Na üçün manim icazəm olmadan
danışdın?", dedi va mani çubuqla vurdu.
Qaydalara nəzarət edan adam, "Na üçün manim icazam olmadan
ayağa qalxdın?", dedi va mani çubuqla vurdu.
Növbatçi, "Na üçün manim icazam olmadan məktabdən çıxıb
gedirsən?", dedi va mani çubuqla vurdu.
Pivə çalləyina nazarat edən adam, "Nə üçün mənim icazə olmadan
götürdün?", dedi və məni çubuqla vurdu.
Şumerli müəllim, "Nə üçün Akkadca danışdın?"1, dedi və mani
çubuqla vurdu.
Müəllimim, "Sənin xəttin yaxşı deyil", dedi və məni çubuqla vurdu. 2

Qədim katiblər sadəcə oxu və yazını deyil, kataloqlar, lüğətlər,


təqvimlər, blank və cədvəllərdən istifadə etməyi də öyrənirdi. Beyinin
istifadə etdiyi üsullardan çox fərqli olan kataloqlaşdırma, məlumat
axtarışı və emalı metodlarını öyrənib mənimsəyirdilər. İnsan beynində
bütün informasiyalar sərbəst şəkildə mövcuddur. Xanımımla yeni evimiz
üçün ipoteka müqaviləsi imzalamağa getdikdə, birlikdə yaşadığımız ilk
yeri xatırladım, bu da mənə Yeni Orleandakı bal ayımızı, o da timsahları,
yəni dolayı yolla əjdahaları və bu da Nibelungen Üzüyünü xatırlatdı və
birdən özümü çaşqın halda mənə baxan bank işçisinə Ziqfridin
melodiyasını zümzümə edərkən gördüm. Bürokratiyada isə məlumatlar
ayn-ayrı saxlanılmalıdır. İpoteka kreditləri üçün bir yeşik, nikah
şəhadətnamələri üçün başqa bir yeşik, vergi sənədləri üçün üçüncü bir
yeşik və məhkəmə işləri üçün başqa bir yeşik lazımdır. Yoxsa,
axtardığınız şeyi necə tapacaqsınız? Bir neçə yeşiyə aid olan sənədlər çox
baş ağrıdır. Məsələn, Vaqnerin dramlannı "musiqi", yoxsa "teatr" qov

1
Akkad dili danışıq dili olduqdan sonra belə, Şumer dili rəsmi dil, yəni başqa sözlə, yazı dili
olaraq qalmışdı. Buna görə də katib olmaq istəyənlər Şumercə danışmalı idilər.
2
Stephen D.Houston, The First Writing: Script Invention as History and Process (Cambridge:
Cambridge University Press, 2004), 222/

151
luğuna qoymalıyam, yoxsa bunun üçün tamamilə yeni bir kateqoriya
düşünməliyəm? Başqa sözlə, yeşiklərə daim yeni sənədlər əlavə edilir,
götürülür və yeşiklər yenidən səliqəyə salınır.
Sistemin işləyə bilməsi üçün insanlar, normal insan kimi düşünməyib,
katib və mühasib kimi düşünmək üzrə proqramlan- mahdır. Hamıya yaxşı
məlumdur ki, katiblər və mühasiblər qədim dövrlərdən bu günə qədər
normal insan kimi deyil, kartotekalar kimi çalışır. Bu onların xətası deyil.
Əgər bu düşüncə ilə çalışmasalar, bütün işlərimiz bir-birinə qarışar və
onlar da bağlı olduqları hökumətə, şirkətə və ya təşkilata xidmət göstərə
bilməzlər. Yazının bəşər tarixinə ən mühüm təsiri budur: o tədricən
insanların düşüncə və dünya görüşünü dəyişdirmişdir. Azad düşüncə və
bütöv fikir öz yerini bürokratiyaya və təsnifatlandırmaya vermişdir.

Rəqəmlərin dili
Yüz illər keçdikcə, informasiya emalının bürokratik metodları daha
mürəkkəbləşdi və insanların təbii düşüncə tərzindən çox fərqli oldu.
Eramızın doqquzuncu yüz ilində atılmış mühüm bir addımla, riyazi
məlumatların misilsiz dərəcədə effektli şəkildə saxlanmasını və emal
olunmasını təmin edən natamam bir yazı növü icad edildi. Bu natamam
yazı O-dan 9-a qədər olan rəqəmləri təmsil edən 10 işarədən ibarət idi. Bu
işarələr ərəb rəqəmləri kimi tanınsa da, əslində hindlilər tərəfindən icad
edilmişdi (üstəlik daha mürəkkəb şəkildə; müasir ərəblər qərblilərkindən
çox fərqli görünən rəqəmlərdən istifadə edirlər). Hər halda ərəbləri bu
məsələdə təqdir etmək lazımdır, çünki Hindistanı işğal edib bu sistemlə
qarşılaşdıqda, onun çox faydalı və dəqiq olduğunu anlamış, daha da
təkmilləşdirib Yaxın Şərqə, sonra da Avropaya yaymışlar. Ərəb
rəqəmlərinə bir çox başqa işarələr əlavə edildikdə (toplama, çıxma və
vurma işarələri), müasir riyazi dilin təməli ortaya çıxır.
Bu yazı sistemi natamam bir sistem olsa da, dünyanın ən hökmran
dilidir. Demək olar ki, bütün ölkələr, şirkətlər, təşkilatlar və müəssisələr
hansı dildə danışırlarsa danışsınlar (istər ərəb, istər hindi, istər norveç və
ya ingilis dili olsun), informasiyanı saxlamaq

152
və emal etmək üçün riyazi yazıdan istifadə edirlər. Riyazi mətnə köçürülə
bilən hər bir informasiya parçası başgicəlləndirici sürətlə və effektliklə
saxlanıla, yayıla və emal oluna bilir.
Hökumətlərin, təşkilatların və şirkətlərin qərarlarına təsir etmək
istəyən şəxs mütləq rəqəmlərin dilində danışmağı öyrənməlidir. Bu dilin
mütəxəssisləri hətta "yoxsulluq", "xoşbəxtlik" və "düzgünlük" kimi
anlayışları da rəqəmlərə çevirmək üçün əllərindən gələni edirlər
("yoxsulluq həddi", "fərdi xoşbəxtlik səviyyəsi", "kredit reytinqi").
Fizika və mühəndislik kimi elm sahələri isə, demək olar ki, normal insan
dili bütün əlaqələrini kəsərək, tamamilə riyazi yazıya keçiblər..

Nisbilik nəzəriyyəsinə görə, ağırlıq qüvvəsinin təsiri altında olan kütlənin


təcilini hesablamaq üçün tənlik. Əksər insan belə bir tənliklə qarşılaşdıqda,
gözlərinə avtomobil işığı salınmış maral kimi donub qalır və təşvişə düşür. Bu
cür reaksiya tamamilə təbiidir və maraqsızhq yaxud zəka çatışmazlığı kimi izah
edilməməlidir. Nadir istisnalardan başqa, insan beyni nisbilik nəzəriyyəsi və ya
kvant mexanikası kimi mövzulan düşünməyə qabil deyil. Amma fiziklər bunu
bacarırlar, çünki ənənəvi düşüncə tərzini kənara qoyub, müxtəlif informasiya
emalı sistemlərinin köməyi ilə başqa cür düşünməyi öyrənirlər. Düşüncə
proseslərinin ən mühüm hissələri beyinlərində deyil, kompüterlərdə yaxud sinif
lövhələrində reallaşır.

153
Yaxın zamanlarda riyazi mətn inqilab sayılacaq daha bir yazı
sistemini ortaya çıxartdı: iki işarədən ibarət, kompüterləşdirilmiş ikili
yazı sistemi: 0 və 1. Bu an klaviaturamda yazdığım sözlər kompüterimə
0 və 1-in müxtəlif kombinasiyaları kimi qeyd edilir.
İnsan şüurunun xidmətçisi kimi meydana gəlmiş yazı tədricən
insanm sahibinə çevrildi. Kompüterlərimiz Homo sapiens-in necə da-
nışdığını, hiss etdiyini və xəyal qurduğunu anlaya bilmədiyindən, biz də
kompüterlər üçün anlaşılan olsun deyə, Homo sapiens-ə rəqəmlərin
dilində danışmağı, hiss etməyi və xəyal qurmağı öyrədirik.
Üstəlik bununla da kifayətlənmirik. Kompüterlərin ikili say sistemi
əsasında yeni bir süni zəka yaratmağa çalışırıq. Matrix və Terminator
kimi elmi-fantastik filmlər ikili yazı sisteminin bəşəriyyətin
boyunduruğundan xilas olub, azadlıq əldə etdiyi bir gələcəkdən bəhs
edir. İnsanlar üsyankar yazı növünə nəzarəti təkrar ələ keçirməyə
çalışdıqda, o da insan növünü məhv etməyə çalışır.

154
8
Tarixdə ədalət yoxdur

QRAR İNQİLABDAN SONRAKI 1000 illik bəşər ta-


A rixini anlamaq sadəcə bir suala cavab verməklə mümkün
ola bilər: əgər əməkdaşlıq üçün zəruri instinktlərə sahib deyillərsə,
insanlar kütləvi əməkdaşlıq şəbəkəsini necə qura biliblər? Bunun
qısa cavabı belədir: insanlar xəyali quruluşlar yaradıb, yazını icad
etdilər və bunlar bioloji mirasımızın boş buraxdığı yerləri doldurdu.
Bu şəbəkələrin meydana gəlməsi əksər insan üçün şübhəli bir
xoşbəxtlikdir. Bu şəbəkələrin yaşamasını təmin edən xəyali quruluşlar
nə neytral, nə də ədalətli idi və insanları süni olaraq yaradılmış qruplara
bölərək iyerarxiyalar formalaşdırdı. Bu iyerarxiyanın yuxarısında yer
alan qruplar hakimiyyət və imtiyazlardan istifadə edərkən, aşağıdakı
qruplar isə ayn-seçkiliyə və zülmə məruz qaldı. Hammurapi Qanunları
insanları üstün, adi və kölə olaraq çox aydm şəkildə bir-birindən
ayırmışdı. Üstün insanlar həyatın bütün gözəlliklərindən istifadə edir,
adi insanlar onlardan qalan artıqlarla kifayətlənir, kölələr isə şikayət
edərdilərsə, zorakılığa məruz qalırdılar.
İnsanların bərabər olduğunu bəyan etməsinə baxmayaraq, ame-
rikalıların 1776-cı ildə elan etdiyi xəyali quruluşda da iyerarxiya vardı.
Bu quruluşdan faydalanan kişilərlə hüquqsuz qalan qadınlar arasında və
azadlıqdan faydalanan ağlarla daha aşağı səviyyəli insanlar hesab
edilən, insan haqlarından bərabər şəkildə faydalanmayan qara və qırmızı
dərililər arasında bir iyerarxiya yaranmışdı. İstiqlaliyyət Bəyannaməsini
imzalayanların çoxu quldarlar idi və onlar Bəyannaməni imzaladıqdan
sonra öz qullarını azad etmədikləri kimi, özlərini ikiüzlü də saymadılar.
Onlann fikrincə, insan haqlarının qaralarla heç bir əlaqəsi yox idi.
Amerikan quruluşu zənginlərlə yoxsullar arasındakı iyerarxiyanı da
təqdir etdi. O dövrdə amerikalıların əksəriyyəti zəngin

155
valideynlərin öz uşaqlarına pul və iş miras qoyaraq bərabərsizlik
yaratmasına etiraz etmirdi. Onların fikrincə, bərabərlik sadəcə eyni
qanunların zəngin və yoxsullara eyni şəkildə tətbiq edilmesiydi;
işsizliyə görə müavinət, təhsil haqları, tibbi sığorta kimi məsələlərlə heç
bir əlaqəsi yox idi. Azadlıq isə bugünkündən çox fərqli bir məna
daşıyırdı. 1776-cı ildə azadlıq, hüquqsuzların (əlbəttə ki, qaraların
yaxud hinduların, ya da Allah eləməsin, qadınların) hakimiyyətə gələ
bilməsi demək deyildi. Azadlıq sadəcə, dövlətin xüsusi hallar istisna
olmaqla, vətəndaşların şəxsi mülkiyyətini müsadirə etməyəcəyini və bu
mülkiyyətdən necə istifadə edəcəklərinə qanş- mayacağını bildirən bir
anlayış idi. Beləliklə, amerikan quruluşu zənginlik iyerarxiyasını
qüvvədə saxladı. Bəziləri bunun Tannnın buyuruğu, bəziləri də təbiətin
dəyişməz qanunları olduğunu düşünürdü. Bu məntiqə görə, təbiət
çalışqanlığı zənginliklə mükafatlandırır, tənbəlliyi isə cəzalandırırdı.
Yuxarıda göstərilən bütün bu fərqlər (azad insanlarla kölələr, ağlarla
qaralar, zənginlərlə yoxsullar arasında) uydurmalara əsaslanır
(qadınlarla kişilər arasındakı iyerarxiyadan daha sonra bəhs edəcəyəm).
Bununla belə, bütün xəyali quruluşların özlərinin təbii və qaçılmaz
olduğunu irəli sürüb, uydurma köklərini nəzərə almaması tarixin dəmir
qanunlarından biridir. Məsələn, insanların əksəriyyəti azad insanlarla
kölələr arasındakı iyerarxiyanı təbii və doğru olaraq qəbul edib,
köləliyin insan icadı olmadığmı düşünürdü. Hammurapi bunun
tanrıların buyurduğu bir quruluş olduğunu söylədi. Aristotel qullann
"qul təbiətli", azad insanların isə "azad təbiətli" insanlar olduğunu irəli
sürmüşdü. Bu insanların cəmiyyətdəki statusu - onlann sadəcə
anadangəlmə xüsusiyyətini əks etdirirdi.
Ağların üstünlüyünə inanan irqçilərdən soruşsaq, irqlər arasındakı
bioloji fərqliliklərə dair psevdo-elmi izahlardan gözəl nümunələr
gətirəcəklər. Ehtimal ki, ağ irqin qanında və ya genində onlan daha
ağıllı, əxlaqlı və çalışqan edən nələrinsə olduğunu söyləyəcəklər. Qatı
bir kapitalistdən zənginlik iyerarxiyası haqqındakı fikirlərini soruşsaq,
bunun insanların qabiliyyəti arasındakı obyektiv fərqlərin qaçılmaz
nəticəsi olduğunu deyəcək. Onun fikrincə, zənginlərin daha çox pulu
var, çünki daha bacarıqlı və çalışqandırlar. Buna görə

156
də, heç kəs zənginlərin daha yaxşı səhiyyə və təhsil xidmətindən, daha
keyfiyyətli qidalardan istifadə etmələrinə etiraz etməməlidir. Zənginlər
əldə etdikləri hər şeyə layiqdirlər.

Şəkil 21. Aparteid dövründə Cənubi Afrikadakı bir çimərlikdə vu-


rulmuş və buranın yalnız "ağlar" üçün nəzərə tutulduğunu bildirən bir
lövhə. Məlumdur ki, ağ dərili insanlar qara dərili insanlarla müqayisədə
günəş şüalanna daha təhlükəli şəkildə məruz qalırlar. Buna görə də,
Cənubi Afrikadakı çimərliklərin ağ və qara dərili insanlara görə bölün-
məsi bioloji cəhətdən də məntiqli deyildi. Ağ dərili insanlar üçün
nəzərdə tutulmuş çimərliklər heç də ultrabənövşəyi şüalanmanın aşağı
səviyyəli olmasıyla fərqlənmirdi.

Kasta sisteminə bağlı olan hindlilər də kosmik qüvvələrin bir kastanı


digərindən daha üstün yaratdığma inanır. Hindlilərə aid məşhur bir
yaradılış mifinə görə, tanrılar dünyanı Puruşa adlı qədim bir varlıqdan
yaradıb. Günəş Puruşanm gözündən, ay beynindən, Brəhmənlər
(rahiblər) ağzından, Kşatrilər (döyüşçülər) qollarından, Vaişyalar
(kəndlilər və tacirlər) qıçlarından, Şudralar (xidmətçilər) isə
ayaqlarından yaradılıb. Bu izahı məqbul sayan biri, əlbəttə,
Brəhmənlərlə Şudralar arasmdakı fərqin günəşlə ay arasındakı fərq

157
qədər təbii və əbədi olduğunu düşünür.’ Qədim çinlilər də ilahə Nü-
Vanın zadəganları keyfiyyətli san torpaqdan, adi insanlan isə qəhvəyi
rəngli torpaqdan yaratdığına inanırdı.1 2
Bütün iyerarxiyaların insan təxəyyülünün məhsulu olduğu açıq-
aşkardır. Brəhmənlər və Şudralar qədim bir varlığın bədəninin müxtəlif
yerlərindən yaradılmayıb. Kastalar arasındakı fərqlər, təxminən 3000 il
əvvəl Şimali Hindistanda insanlar tərəfindən icad edilən norma və
qanunların nəticəsidir. Aristotelin dediyinin əksinə, qullar və azad
insanlar arasında heç bir bioloji fərq yoxdur. İnsan tərəfindən yazılmış
qanun və normalar bəzi insanlan ağa, bəzilərini də qul edib. Qaralarla
ağlar arasında dəri rəngi və saç tipi kimi bəzi bioloji fərqlər mövcuddur,
lakin bu fərqlərin zəka və əxlaqla bağh olduğuna dair heç bir sübut
yoxdur.
Əksər insanlar özlərinin sosial iyerarxiyalarının ədalətli və təbii
olduğunu, lakin digər cəmiyyətlərin saxta və gülünc meyarlar əsasında
qurulduğunu iddia edirlər. Müasir qərblilərə irq iyerarxiyası ideyasını
ələ salmağı öyrədirlər. Qaraların ağların məhəlləsində yaşamasını,
ağların məktəbində oxumasını və ya ağların xəstəxanasında müalicə
olunmasını qadağan edən qanunlar onları şoka salır. Lakin, zənginlərin
başqalarmdan ayn və daha rahat məhəllələrdə yaşamasını, xüsusi və
daha prestijli məktəblərdə oxumasını, həmçinin daha yaxşı təchiz
olunmuş ayrıca xəstəxanada müalicə almasını nəzərdə tutan zənginlər
və yoxsullar arasındakı iyerarxiyanı isə bir çox amerikalı və avropalı
tamamilə məntiqli və normal hesab edir. Halbuki, əksər zəngin insanın
sadəcə varlı bir ailədə doğulduğu üçün zəngin olduğu və əksər yoxsul
insanın da sadəcə yoxsul bir ailədə doğulduğu üçün bütün ömrü
boyunca yoxsul qalması isbat edilmiş bir faktdır.
Təəssüf ki, mürəkkəb insan cəmiyyətlərinin xəyali iyerarxiyalara və
ədalətsiz ayrı-seçkiliyə ehtiyacı var. Əlbəttə, bütün iyerarxiyalar əxlaq
sarıdan eyni deyil və bəzi cəmiyyətlər ifrat dərəcəyə çatan ayrı-seçkiliyə
digər cəmiyyətlərlə müqayisədə daha çox məruz qalıb. Lakin
tədqiqatçılar ayrı-seçkiliyi ortadan qaldırmış heç bir

1
Sheldon Pollock, “Axialism and Empire”, Axial Civilizations and World History, Johann
P.Amason, S.N.Eisenstadt, Bjom Wittrock, Leiden: Brill, 2005, səh. 397-451.
’Harold M.Tanner, China: A History, Indianapolis: Hackett, Pub.Co., 2009, səh. 34.

158
böyük cəmiyyət nümunəsi göstərə bilmirlər. İnsanlar ictimai quruluşu hər
dəfə əhalini ağalar və qullar, ağlar və qaralar, əsilzadələr və avamlar,
Brəhmənlər və Şudralar, zənginlər və yoxsullar kimi müxtəlif xəyali
kateqoriyalara ayırmaqla saxlaya bildilər. Bu kateqoriyalar milyonlarla
insan arasındakı münasibətləri, bəzi insanlan digərlərindən hüquqi, siyasi
və sosial cəhətdən üstün vəziyyətə gətirərək nizama saldı.
Bu mənada, iyerarxiyalar mühüm bir funksiyanı yerinə yetirir: bir-
birini əsla tanımayan insanların tanışlıq üçün zəruri olan vaxt və enerjini
sərf etmədən bir-birinə qarşı necə davranacağını bilməyə imkan verir.
Corc Bernard Şounun "Piqmalion"undaki Henri Hig- ginsin Eliza Dulitllə
necə davranacağını bilməsi üçün onunla yaxından tanış olmasına ehtiyacı
yoxdur. Higginsə bu qızın sadəcə danışığını eşitmək kifayətdir ki, onun
aşağı təbəqəyə mənsub olduğunu və buna görə də onunla istədiyi cür rəftar
edəcəyini, yoxsa sadəcə gül bağışlaya biləcəyi bir hersoginya olduğunu
anlaya bilsin. Gülsatan işləyən müasir Eliza isə hər gün dükana girən
onlarla insana qızılgül və qladiolus satmaq üçün nə qədər səy göstərməli
olduğunu bilməlidir. O, hər bir insanın zövqünü və alıcılıq qabiliyyətini
ətraflı şəkildə öyrənə bilməz. Buna görə də, sosial əlamətlərdən istifadə
edir: insanların geyim tərzinə, yaşma, hətta dərisinin və saçının rənginə
fikir verir. Beləliklə, anasının ad günü üçün uzunömürlü və bahalı
qızılgüllər sifariş etmək istəyən zəngin bir mühasibi də, sadəcə bir neçə
çobanyastığı almaq istəyən adi bir ofis işçisini də ayırd edə bilir.
Əlbəttə, fərdi qabiliyyətlər də sosial fərqlərin formalaşmasında
müəyyən rol oynayır, amma tərz və xarakter fərqləri adətən xəyali
iyerarxiyalar vasitəsi ilə meydana çıxır. Bu iki şəkildə baş verir: birincisi,
bacarıqların çoxu öyrədilməli və inkişaf etdirilməlidir. Anadangəlmə
xüsusi istedadı olan biri əgər dəstəklənməz, inkişaf etdirilməz və
çalışdırılmazsa, onun istedadı tədricən kütləşir. Hər insan öz istedadını
yaxşılaşdırmaq və inkişaf etdirməkdə eyni imkana sahib deyil; bu imkana
sahib olub-olmaması da cəmiyyətin xəyali iyerarxiyasında tutduğu yerdən
asılıdır. Harri Potter buna yaxşı misaldır. O, nəcib bir ailədən çıxdıqdan
sonra cahil maqllann yanında böyüyür və magiyaya dair heç bir biliyi
olmadan Hoqvart-

159
sa gəlir. Öz qüvvəsinə əmr etmək və onun unikal xüsusiyyətlərini öyrənmək
üçün yeddi kitab alır.
İkincisi, fərqli sinfə mənsub insanlar tamamilə eyni bacarığa sahib
olsalar belə, eyni oyunu fərqli qaydalara görə oynamalı olduqlarından, eyni
uğuru qazana bilməyəcəklər. Britaniyanın idarə etdiyi Hindistanda
toxunulmaz brəhmən, katolik irland və protestant ingilis eyni işgüzarlığa
sahib olsalar da, zənginliyə çatmaq üçün eyni imkanlara sahib deyildilər.
İqtisadiyyat oyunu qeyri-rəsmi "şüşə tavanlar" və müxtəlif hüquqi
məhdudiyyətlə doludur.

Çıxılmaz dairə

Bütün cəmiyyətlər xəyali iyerarxiyalar üzərində qurulub, lakin bu


iyerarxiyalar müxtəlifdir. Bu müxtəlifliyi necə izah etmək olar? Nə üçün
ənənəvi hind cəmiyyəti insanları kastaya görə, Osmanlı cəmiyyəti dinə
görə, amerikan cəmiyyəti isə irqə görə siniflərə bölmüşdür? Əksər hallarda
iyerarxiya təsadüfi tarixi situasiyalar nəticəsində meydana çıxıb və bundan
öz maraqları üçün istifadə edən müxtəlif qrupların əmələ gəlməsi ilə nəsillər
boyunca inkişaf edərək möhkəmlənib.
Məsələn, bir çox tədqiqatçı Hind kasta sisteminin hind-ari xalqları 3000
min il əvvəl Hind torpaqlarını işğal edib, yerli xalqı əsarət altına aldıqda
ortaya çıxdığını iddia edir. İşğalçılar təbəqəli cəmiyyət quraraq, üstün
mövqeləri ələ keçirdikləri üçün (rahiblər və döyüşçülər), yerlilər nökər və
kölə kimi yaşamağa məcbur idi. İşğalçılar sayca az olduqlarmdan, imtiyazlı
mövqelərini və unikal kimliklərini itirməkdən qorxurdu. Bu təhlükəni
ortadan qaldırmaq üçün əhalini kastalara bölərək, hər birinin müxtəlif peşə
ilə məşğul olmasına və cəmiyyətdə fərqli rol oynamasına nail oldular.
Bütün kastaların fərqli hüquqi statusları, imtiyazları və vəzifələri vardı.
Kastaların bir-biri ilə qarışması: sosial münasibətlər, nikah, hətta birlikdə
yemək yemək də qadağan olunmuşdu. Bu fərqliliklər nəinki
qanuniləşdirilmişdi, hətta zaman keçdikcə dini mifologiyanın və ibadətlərin
ayrılmaz hissəsinə çevrildi.

160
Hökmdarlar, əlbəttə, kasta sisteminin təsadüfi bir tarixi inkişafı deyil,
əbədi bir kosmik həqiqəti əks etdirdiyini irəli sürdü. Saflıq və qarmaşıqlıq
kimi anlayışlar induizm dininin mühüm elementlərindən sayılırdı və sosial
piramidanı möhkəmlətmək üçün istifadə olunurdu. Dindar hindlilər başqa
bir kastanın nümayəndəsi ilə qurulan münasibətin onları sadəcə şəxsi
olaraq deyil, həmçinin sosial cəhətdən də qarmaşıq hala gətirəcəyini, buna
görə də bu cür davranışlardan uzaq durmalı olduqlarını öyrənirdilər. Bu
cür fikirlər sadəcə hindlilərə məxsus deyil; tarix boyunca demək olar ki,
bütün cəmiyyətlərdə saflıq və qarmaşıqlıq məfhumları sosial və siyasi
fərqlilikləri saxlamaqda mühüm rol oynayıb və öz üstünlüklərini qorumaq
istəyən imtiyazlı siniflər tərəfindən istismar edilib. Bununla belə,
qarmaşıqhqdan qaçmaq tam olaraq kralların və rahiblərin də uydurması
deyil. Bunun kökləri, ehtimal ki, həyatda qalmanın bioloji
mexanizmlərindədir, bu isə insanların mümkün xəstəlik mənbələrindən
(xəstələr və ölülər kimi) instinktiv olaraq uzaq durmasına səbəb olur. Hər
hansı bir insan qrupunu, - qadınlar, yəhudilər, qaraçılar, homoseksuallar,
qaralar, - təcrid etmənin ən yaxşı yolu hər kəsi bu insanların "qarmaşıqlıq,
çirklilik" mənbəyi olduğuna inandırmaqdır.
Hind kasta sistemi və buna uyğun saflıq qanunları hind mədəniyyətinə
dərindən nüfuz edib. Hind-ari işğalı çoxdan unudulmuş olsa da, hindlilər
kasta sisteminə və kastaların bir-birinə qarışmasının "çirklilik"
yaradacağına inanmağa davam edib. Dəyişiklikdən qaça bilməyən böyük
kastalar, zaman keçdikcə müxtəlif alt qruplara ayrıldı. Nəticədə, ilkin dörd
kastadan jati adı verilən (hərfi mənası - "doğuluş") üç min fərqli qrup
ortaya çıxdı. Kastalardakı çoxalma sistemin təməl prinsiplərini
dəyişdirmədi; hələ də hər bir insan müəyyən bir rütbə ilə doğulur və
qaydaları pozduqda həm özünü, həm də bütün cəmiyyəti "çirkləndirirdi".
Bir insanın jati-si onun peşəsini, yeyə biləcəyi qidaları, yaşadığı evi və
kiminlə evlənə biləcəyini müəyyənləşdirirdi. Adətən hər bir insan sadəcə
öz kastasından olan biri ilə evlənə bilir və doğulan uşaqlar da bu statusu
miras kimi alırdı.
Yeni bir peşə və ya bir insan qrupu ortaya çıxdıqda, o kasta kimi
tanınmalı və hind cəmiyyətində öz qanuni yerini tutmalıydı.

161
Kasta kimi tanınmağı bacarmayan qruplar, sözün əsl mənasında,
cəmiyyətdən xaric edilir və bu çoxtəbəqəli cəmiyyətin ən aşağı pilləsində
də yer ala bilmirdi. "Toxunulmayanlar" adını almış bu qruplar hər kəsdən
ayrı və zibillikləri eşələmək kimi alçaldıcı şərtlərdə yaşamağa məcbur idi.
Ən aşağı kastanm üzvləri belə onlarla qaynayıb-qarışmaz, birlikdə yemək
yeməz, onlara toxunmaz və əlbəttə ki, onlarla evlənə bilməzdi. Müasir
Hindistanda demokratik hökumətin bu cür fərqlilikləri aradan götürmək
və hindliləri kastaların qarışmasının "çirklilik" yaratmayacağına
inandırmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, evlənmək və iş
tapmaq kimi məsələlər hələ də kasta sistemindən əhəmiyyətli dərəcədə
asılıdır.1

Amerikada irqi təmizlik


Müasir Amerikada irq iyerarxiyasını buna bənzər başqa bir çıxılmaz
dairə möhkəmləndirir. Avropalı fatehlər 16-cı əsrdən 18- ci əsrədək
milyonlarla afrikalı köləni mədənlərdə və plantasiyalarda işlətmək üçün
Amerikaya gətirdi. Bu qulları Avropa və ya Şərqi Asiya əvəzinə
Afrikadan gətirmək qərarı üç əsas faktorla bağlı idi. Birincisi, Afrika daha
yaxındı və bu səbəbdən qulları Vyetnamdan deyil, Seneqaldan gətirtmək
daha ucuz idi.
İkincisi, Afrikada artıq çox inkişaf etmiş bir qul ticarəti sistemi
mövcud idi (qullar əsasən Yaxın Şərqə ixrac edilirdi), bunun əksinə
Avropada köləlik demək olar ki, yox idi. Sıfırdan yeni bir bazar for-
malaşdırmaq əvəzinə, artıq mövcud olan bir bazardan qul almaq daha asan
idi.
Üçüncüsü və ən başlıcası, Virciniya, Haiti və Braziliya kimi yerlərdəki
amerikan plantasiyalarında malyariya və sarılıq xəstəlikləri geniş
yayılmışdı və bu xəstəliklərin mənbəyi Afrika idi. Afrikalılar nəsildən-
nəslə bu xəstəliklərə qarşı müəyyən ölçüdə genetik

1
Ramesh Chandra, Identity and Genesis of Caste System in India, Delhi: Kalpaz Publications,
2005; Michael Bamshad “Genetic Evidence on the Origins of Indian Caste Population", Genome
Research, cild: 11(2001), səh. 904-1004; Susan Bayly, Caste, Society and Politics in India from
the Eighteenth Century to the Modem Age, Cambridge: Cambridge University Press, 1999.

162
immunitet qazanmışdı, bunun əksinə avropalılar tamamilə çarəsiz idi və
kütləvi şəkildə ölürdü. Buna görə də, plantasiya sahibinin öz pullarını
avropalı bir kölə və ya nökər yerinə, afrikalı bir qula qoyması daha
məntiqli idi. Paradoksal olsa da, genetik üstünlüklər (immunitet
baxımından) sosial natamamhğa səbəb oldu: afrikalılar tropik iqlimlərə
avropalılardan daha uyğun olduqlarından, avropalı ağaların kölələrinə
çevrildi! Bu dolayı faktorlar üzündən, Amerikanın inkişaf etməkdə olan
yeni cəmiyyəti hakimiyyəti əlində saxlayan ağdərili avropalılar və itaət
etdirilmiş qaradərili afrikalılar* dan ibarət iki kastaya bölündü.
Lakin insanlar qulları iqtisadi cəhətdən daha məqsədəuyğun olduqları
üçün müəyyən bir irqdən seçdiklərini söyləmək istəməz. Hindistanı fəth
edən arilər kimi, Amerikadakı ağdərili avropalılar da sadəcə iqtisadi
cəhətdən uğur qazananlar kimi yox, eyni zamanda mömin və ədalətli
olaraq da tanınmaq istədilər. Dini və elmi miflər bu bölünmələrə haqq
qazandırmaq üçün irəli sürüldü. Ila- hiyyatçılar afrikalıların Hamın
nəslindən gəldiyini və atası Huhun Hamı övladlarının kölə olacağı ilə
lənətlədiyini dedi. Bioloqlar qaraların ağlardan daha çox axmaq olduğunu
və əxlaqi cəhətdən daha az inkişaf etdiyini irəli sürdü. Həkimlər qaraların
zibillik içində yaşadığını və xəstəlik yaydığını, başqa sözlə, çirklilik
mənbəyi olduğunu iddia etdi.
Həm amerikan, həm də ümumilikdə Qərb mədəniyyətinə təsir edən bu
miflər köləliyi meydana çıxaran şərtlər ortadan qalxdıqdan sonra da uzun
müddət öz təsirini göstərdi. 19-cu əsrin əvvəlində Britaniya imperiyası
quldarlığı qanundan kənar elan edərək transatlantik qul ticarətini
dayandırdı. Növbəti on illərdə quldarlıq bütün Amerika qitəsində tədricən
aradan qaldırıldı. Burada qeyd etməyə dəyər ki, tarixdə ilk dəfə olaraq bir
quldar cəmiyyət köləliyi könüllü şəkildə ləğv edirdi. Digər tərəfdən,
qulların azadlıq əldə etməsinə baxmayaraq, quldarlığa haqq qazandıran
irqçi miflər hələ də qal- maqdaydı. İrqi ayrı-seçkilik irqçi qanunlarda və
sosial ənənələrdə yaşamağa davam edirdi.
Bu da öz-özünə güclənən bir səbəb-nəticə əlaqəsini, yəni bir çıxılmaz
dairəni meydana çıxartmışdı. Vətəndaş müharibəsindən dərhal sonra
Birləşmiş Ştatların cənubunda baş verənlər buna

163
ən yaxşı misaldır. 1865-ci ildə ABŞ Konstitusiyasına on üçüncü düzəliş
quldarlığı qanundan kənar elan etdi, on dördüncü düzəliş vətəndaşlıq və
qanunlardan istifadə hüququnun bərabər olduğunu və irqi əsaslarla inkar
edilə bilməyəcəyini irəli sürdü. Lakin iki yüz il davam edən quldarlıq əksər
qaradərili ailənin ağlardan daha çox yoxsul və daha az təhsilli olmasma
səbəb olmuşdu. 1865-ci ildə Alabamada doğulan bir qaradərilinin ağlara
nisbətən daha yaxşı təhsil almaq və daha çox qazanc gətirən bir işdə
çalışmaq şansı demək olar ki, yox idi. Bu adamın 1880-ci və 1890-cı
illərdə dünyaya gələn uşaqları da eyni sıxıntılarla üzləşirdi, çünki onlar da
savadsız və yoxsul bir ailədə doğulmuşdu.
Lakin iqtisadi zəiflik yeganə səbəb deyildi. Alabama eyni zamanda
zəngin ağların imkanlarından məhrum olan yoxsul ağların da məskəni idi.
Bundan əlavə, Sənaye İnqilabı və köçkünlər dalğası yoxsulluğun bir anda
zənginliklə əvəzləndiyi ABŞ cəmiyyətini qeyri-sabit bir cəmiyyətə
çevirmişdi. Əgər yeganə səbəb pul olsaydı, irqlər arasındakı kəskin
fərqlilik qısa müddət ərzində, ilk növbədə nikahlar vasitəsi ilə, aradan
qalxardı.
Lakin bu baş vermədi. 1865-ci ildən etibarən ağlar, həmçinin qaraların
çoxu, doğrudan da qaraların ağlarla müqayisədə daha az ağıllı, zorakılığa
və seksual əxlaqsızlığa daha çox meylli, daha tənbəl və təmizliyə daha az
əhəmiyyət verən insanlar olduqlarını düşünürdü. Qaralar bu
xüsusiyyətlərinə görə, zorakılıq, oğurluq, zorlama və xəstəliyin, başqa
sözlə, "çirkliliyin" mənbəyi idi. Əgər 1895-ci ildə bir qaradərili möcüzəvi
şəkildə yaxşı təhsil alaraq, bank xəzinədarı kimi mötəbər bir işə düzəlmək
istəsəydi, qəbul olunmaq ehtimalı eyni ixtisaslı bir ağdərili ilə müqayisədə
daha az idi. Qaraları təbiətlərinə görə etibarsız, tənbəl və ağılsız kimi
göstərən damğa uzun müddət öz təsirini göstərdi.
İnsanların tədricən bu sosial damğaların faktlara deyil, miflərə
əsaslandığını anlayacağını, yəni qaraların tədricən özlərinin bacarıqlı,
qanunlara əməl edən və təmizkar insanlar olduğunu isbat edəcəyini
düşünmək olardı. Lakin həqiqətdə bunun tam əksi oldu. Bu qərəzli fikirlər
zaman keçdikcə daha da möhkəmləndi. Bütün yaxşı iş yerləri ağlar
tərəfindən tutulduğu üçün, qaraların aşağı səviyyəli olduğuna inanmaq
daha da asanlaşdı. Adi bir ağdərili

164
vətəndaşın məsələyə münasibəti belə idi: "Baxın, qaralar nəsillər
boyunca azad yaşayırlar, amma bununla belə, qaradərili professor, vəkil,
həkim, hətta bank katibi də, demək olar ki, yoxdur. Məgər, bu onların
daha tənbəl və daha ağılsız olduğunu sübut etmirmi?". Bu çıxılmaz
dairəyə düşən qaralar ağ yaxahqh işlərə qəbul edilmədi, çünki əqli
cəhətdən az inkişaf etmişdilər, bunun sübutu isə ağ yaxa- hqlı işlərdə çox
az sayda olmalarıydı.
Çıxılmaz dairə burada tamamlanmadı. Qaralar əleyhinə təbliğat
gücləndikcə, bu çıxılmaz dairə - qaralarla ağlan rəsmən ayıran və irqi
iyerarxiyanı qorumaq məqsədi daşıyan qanunlara çevrildi. Qaraların
seçkilərdə səs vermələri, ağların məktəblərində oxumaları,, ağlann
mağazalanndan alış-veriş etmələri, ağlann restoranlarında yemək
yemələri və ağların otellərində qalmaları qadağan idi. Bütün bunlara
səbəb - qaraların zəhlətökən, tənbəl və pozğun olmaları idi. Buna görə
də, ağları onlardan qorumaq lazım idi. Ağlar xəstəlik qorxusu üzündən
qaralarla eyni oteldə qalmaq və ya eyni restoranlarda yemək yemək
istəmirdi. Uşaqlarının qaradərili uşaqlann zorakılığına məruz qala
biləcəyini və ya onlardan pis nümunə götürəcəyini düşünərək, onlarla
eyni məktəbdə oxumalarını istəmirdilər. Cahil və əxlaqsız olan qaraların
seçkilərdə səs vermələrini də istəmirdilər. Bu qorxular qaraların
doğrudan da daha az təhsilli olduğunu, onların arasında bir çox xəstəliyin
daha geniş yayıldığını və cinayətkarlığın daha yüksək səviyyədə oldu-
ğunu "sübut edən" elmi tədqiqatlarla əsaslandırılırdı. Tədqiqatlar bu
"faktların" qaralara qarşı ayrı-seçkilikdən qaynaqlandığını göstərmirdi.
Keçmiş Cənub ştatlarındakı ayrı-seçkilik 20-ci əsrin ortalarında,
görünür, 19-cu əsrin sonlarına nisbətən daha pis idi. 1958-ci ildə
Missisipi Universitetinə qəbul olunmaq üçün imtahan ərizəsi verən
Klennon Kinq adında qaradərili bir gənc zorla dəlixanaya salınmışdı.
Məhkəməyə sədrlik edən hakim, bir qaradərilinin Missisipi
Universitetinə qəbul olunmaq istəməsinin dəlilik olduğuna hökm
vermişdi.

165
Təsadüfi tarixi hadisə

Ağdərililərin qaradərililəri idarə etməsi

Hüquqları məhdudlaşdıran qanunlar

Qaradərililər arasında
yoxsulluq və savadsızlıq

Kultural zehniyyət

Çıxılmaz dairə: təsadüfən ortaya çıxan tarixi situasiya


sərt bir sosial sistemə çevrilir.

Amerikalı cənublular (və çox sayda şimallı) üçün heç bir şey qaradərili
kişilərlə ağ qadınlar arasındakı cinsi əlaqə və nikah qədər ikrah doğurucu
deyildi. İrqlər arasmda cinsi əlaqə ən böyük tabu idi və bu tabunun
pozulması, ya da pozulduğu şübhəsi dərhal linçlə cəzalandırılmalı olan bir
hal kimi qəbul edilirdi. Ağların üstün olduğunu iddia edən Ku Kluks Klan
adlı gizli cəmiyyət bir çox belə cinayət törətdi. Onlar "təmiz qanlılıq"
məsələsində Hind Brəhmənlərindən də irəli getmişdi.
İrqçilik tədricən daha geniş mədəni sahələrə yayıldıqca, amerikan
estetik mədəniyyəti də ağların gözəllik standartları ətrafında inkişaf etdi.
Ağ irqin fiziki əlamətləri (məsələn, açıq rəngli dəri, düz və incə saçlar,
kiçik və dik burun) gözəl olaraq adlandırılmağa başlandı. Qaraların tipik
əlamətləri (tünd rəngli dəri, yastı burun) isə çirkin sayıldı. Bu qərəzkarlıq
xəyali iyerarxiyanın insan şüuruna daha dərin kök salmasına səbəb oldu.
Yüz illər, hətta min illər boyunca davam edə bilən bu cür çıxılmaz
dairələr tarixi təsadüflər nəticəsində meydana çıxmış xəyali iyerarxiyaları
möhkəmləndirir. Ədalətsiz ayrı-seçkilik tədricən daha yaxşı deyil, daha pis
hala düşür. Pul pulu gətirər, yoxsulluq

166
da yoxsulluğu. Təhsil daha çox təhsili, cəhalət də daha çox cəhaləti
meydana çıxarır. Bir dəfə tarixin qurbanı olanların, bir daha qurban
olması böyük ehtimaldır. Eyni şəkildə, tarixdə nə vaxtsa imtiyaz qa-
zananların, təkrar imtiyazlı olmaq ehtimalı yüksəkdir.
Əksər ictimai-siyasi iyerarxiyanın məntiqli və ya bioloji bir təməli
yoxdur; hamısı təsadüfi hadisələrin miflərlə gücləndirdərək daimilik
qazanmasından ibarətdir. Bu, tarixi öyrənmək üçün yaxşı səbəblərdən
biridir. Əgər qaralarla ağlar və ya Brəhmənlərlə Şud- ralar arasındakı
ayn-seçkilik bioloji həqiqətlərə əsaslansaydı (yəni, məsələn,
Brəhmənlərin həqiqətən də Şudraların beynindən daha çox inkişaf etmiş
beyinləri olsaydı), biologiya insan cəmiyyətini anlamaq üçün kifayət
edərdi. Halbuki, müxtəlif Homo sapiens qrupları arasındakı bioloji fərqlər
əhəmiyyətsiz dərəcədə olduğundan, biologiya Hindistan cəmiyyətinin
incəliklərini və ya Amerikadakı irqi dinamikanı izah edə bilməz. Bunları
ancaq xəyali uydurmaları amansız və son dərəcə real sosial strukturlara
çevirən hadisələri, situasiyaları və hakim münasibətləri araşdırmaqla
anlaya bilərik.

Kişi və qadm
Müxtəlif cəmiyyətlər fərqli xəyali iyerarxiyalar qurdu. Müasir
amerikalılar üçün çox mühüm olan irq məsələsi orta əsrlərdəki
müsəlmanlar üçün əhəmiyyətsiz idi. Kastalar orta əsrlər Hindistanında
ölüm-dirim məsələsi olduğu halda, müasir Avropada əsla mövcud deyil.
İndiyədək məlum olan bütün insan cəmiyyətlərinin demək olar ki,
hamısında böyük əhəmiyyət daşıyan iyerarxiya - cinsiyyət iyerarxiyasıdır.
İnsanlar hər yerdə kişilər və qadınlara bölündü. Kişilər demək olar ki, hər
yerdə, ən azından Aqrar İnqilabdan etibarən daha əlverişli mövqeyə sahib
oldu.
E.ə.l200-cü illərə aid ən qədim Çin mətnlərindən bəziləri kəhanətlər
üçün istifadə edilən sümüklərdir. Bunlardan birinin üstünə bu sual yazılıb:
"Hao xanımın uşaq doğması uğurlu olacaq- mı?". Cavab belədir: "Əgər
uşaq ding bir gündə doğularsa uğurlu, geng bir gündə doğularsa çox uğurlu
olacaq". Lakin Hao xanım jia- yin bir gündə doğacaq. Mətn kədərli
qeydlərlə bitir: "Üç həftə və bir

167
gün sonra, jiayin günündə uşaq dünyaya gəldi. Bədbəxtlikdən, qız idi".’
Kommunist Çin Xalq Respublikasının "tək uşaq" siyasətini tətbiq etdiyi
3000 il sonra belə, bir çox çinli ailə qız uşağının doğul- masına hələ də
bədbəxtlik kimi baxırdı. Valideynlər zaman-zaman yeni doğulan qız
uşaqlarını tərk edir və ya öldürürdü, beləliklə oğlan uşağına sahib olmaq
ehtimalını qoruyub saxlayırdılar.
Bir çox cəmiyyətdə qadınlar kişilərin, xüsusilə də atalarının, ərlərinin
və qardaşlarının malıydı. Hüquqi sistemlərin çoxunda zorlama - mülkiyyət
hüququnun pozulması kimi qiymətləndirilirdi. Başqa sözlə, qurban
zorlanmış qadın deyil, ona sahib olan kişiydi. Bu halda, hüquqi həll yolu -
mülkiyyət hüququndan imtina edilməsi və başqasına verilməsi olurdu.
Zorlayan kişi qadının atasına və ya qardaşına pulunu ödəyərək, onun
üzərində mülkiyyət hüququ qazanırdı. Əhdi-Ətiq belə buyurur: "Bir adam
nişanlı olmayan bir bakirə ilə qarşılaşdıqda, onu yaxalayıb onunla yatarsa
və bu iki nəfər aşkar edilərsə, qadınla yatan adam onun atasına 50 şekel
dəyərində gümüş verməli, qadın isə kişinin arvadı olmalıdır" (İkinci qanun,
22:28-29). Qədim ibranilər bunun məntiqli bir qayda olduğunu düşünürdü.
Heç bir kişiyə məxsus olmayan bir qadını zorlamaqsa, əsla cinayət
sayılmırdı, necə ki, izdihamlı bir küçədə yerə düşən pulu götürmək oğurluq
sayılmır. Əgər bir kişi öz arvadını zorlaşa, bu da cinayət hesab edilmirdi.
Hətta bir kişinin öz arvadını zor- laya bilməsi fikri - bir oksimoron1 2 idi,
çünki ər olmaq - qadının cinsəlliyinə tamamilə nəzarət etmək mənasına
gəlirdi. Bir kişinin öz arvadını "zorladığını" demək, eyni ilə, bir adamın öz
pulqabısını oğurladığını söyləmək qədər məntiqsiz idi. Bu düşüncə tərzi
qədim Yaxın Şərqlə məhdudlaşmır; 2006-cı ildə dünyanın hələ 53
ölkəsində ər arvadını zorlamaq üstündə ittiham edilmirdi. Almaniyada
zorlamaya dair qanunlar 1997-ci ildə dəyişdirilərək, ərlə arvad arasında
zorlama halları üçün hüquqi kateqoriya yaradıldı.3

1
Houston, First Writing, səh. 196
2
Üslub səhvi və ya psixoloji nöqteyi-nəzərdən izahedilməz bir situasiyanın həll yolu
’Birləşmiş Millətlər Təşkilatının Katibliyi, Report of the Secretary-General on the In-depth Study
on All Forms of Violence Against Women, Birləşmiş Millətlər Təşkilatına təqdim edilən sənəd
A/l 6/122/(6 iyun 2006), səh. 89.

168
Kişilərlə qadınlar arasındakı ayrı-seçkilik Hindistandakı kasta sistemi
və Amerikadakı irq sistemi kimi uydurma idi, yoxsa dərin bioloji köklərə
malik təbii bir bölünmə idi? Əgər bu doğrudan da təbii bir bölünmə idisə,
kişilərin qadınlardan daha imtiyazlı olmasının bioloji bir izahı vardımı?
Kişilərlə qadınlar arasındakı bəzi mədəni, hüquqi və siyasi
fərqliliklərin cinslər arasındakı bioloji fərqlərdən qaynaqlandığı aşkardır.
Uşaq doğmaq həmişə qadınların vəzifəsi olub, çünki kişilərin bətni
yoxdur. Bu universal həqiqətə əsaslanaraq, hər cəmiyyət biologiya ilə
əlaqəsi olmayan mədəni fikir və normaları üst-üstə toplayıb saxladı.
Cəmiyyətlər qadınlıq və kişiliyə, əksər hallarda, ciddi bioloji əsası
olmayan müxtəlif xüsusiyyətlər qatdı.
Məsələn, e.ə. V əsrdə demokratik Afinada bətni olan birinin müstəqil
hüquqi statusu yox idi və xalq məclislərində iştirak etməsi yaxud hakim
olması qadağan idi. Bəzi istisnalardan başqa, bu adam yaxşı təhsildən
faydalana bilməz, iş qura bilməz və ya fəlsəfi müzakirələrdə iştirak edə
bilməzdi. Afinanın siyasi liderləri, böyük filosofları, natiqləri, rəssamları
və ya tacirlərindən heç birinin bətni yox idi. Bətnə sahib olmaq - insanı
bu peşələr üçün bioloji cəhətdən yararsız edərmi? Qədim afinahlar belə
düşünürdü. Müasir afinalı- lar isə bununla razılaşmır. Müasir Afinada
qadınlar səs verir, dövlət qulluğuna seçilir, çıxışlar edir, bəzək
əşyalarından binalara və kompüter proqramlarına qədər hər şeyi dizayn
edir və universitetlərə qəbul olunur. Bətnləri onların kişilər kimi bacanqh
olmalarına və uğur qazanmalarına mane olmur. Siyasətdə və biznesdə
hələ də kifayət qədər təmsil edilmədikləri doğrudur, - Yunanıstan Parla-
menti üzvlərinin sadəcə 12 faizi qadındır, - bununla belə, onların siyasətdə
iştirakına heç bir hüquqi maneə yoxdur və müasir yunanların əksəriyyəti
qadınların dövlət müəssisələrində çalışmasını normal hesab edir.
Eyni zamanda bir çox müasir yunan, kişilərin həyatının böyük bir
hissəsinin sadəcə qadınlara qarşı cinsi istək duymaq və sadəcə əks cinslə
cinsi əlaqəyə girmək olduğunu düşünür. Bunun bir kultural meyl
olduğunu qəbul etməyib, bioloji reallıq olduğunu düşünürlər. Bu anlayışa
görə, əks cinsdən olan iki nəfər arasındakı əlaqələr təbii, eyn cinsdən olan
iki nəfər arasındakı əlaqələr isə qeyri-

169
təbiidir. Əslində, Ana Təbiət insanların bir-birinə qarşı cinsi istək duyub-
duymadıqlanyla maraqlanmır. Oğulları qonşunun oğlu ilə mazaqlaşdıqda
qiyamət qoparan analar müəyyən mədəniyyətlərdə yaşayan analardır və
onlann qəzəbi bioloji deyildir. Çox sayda bəşəri mədəniyyətlər
homoseksual münasibətlərin nəinki qanuni olduğunu, hətta ictimai
baxımdan konstruktiv olduğunu irəli sürür. Bunun ən parlaq
nümunələrindən biri Qədim Yunanıstandır. lliadada Tetisin, oğlu Axillin
Patroklla olan münasibətlərinə etiraz etdiyindən bəhs edilmir. Makedoniya
kraliçası Olimpiya qədim dünyanın ən qəzəbli və ən güclü qadınlarından
biriydi, hətta əri Kral Filippi öldürtmüşdü, buna baxmayaraq, oğlu Böyük
İsgəndər şam yeməyi üçün evə məşuqu Hefestionla birlikdə gəldikdə
qətiyyən hirslənməmişdi.
Nələri biologiyanın müəyyənləşdirdiyini, nələrəsə insanlar tərəfindən
bioloji miflər vasitəsi ilə haqq qazandırılmağa çalışıldığını necə ayırd edə
bilərik? Bunu anlamaq üçün mühüm qaydalardan biri, "Biologiya icazə
verir, mədəniyyət isə qadağan edir", qaydasıdır. Biologiya çox geniş bir
spektrdə ehtimallara açıqdır. İnsanları bəzi imkanları reallaşdırmağa
məcbur edib, digər imkanları qadağan edən mədəniyyətdir. Biologiya
qadınların uşaq doğmasına imkan verir, bəzi mədəniyyətlərsə qadınları bu
imkanı reallaşdırmağa məcbur edir. Biologiya insanların bir-biriylə cinsi
əlaqəyə girməkdən zövq almasına imkan verir, bəzi mədəniyyətlərsə onlara
bu imkanı reallaşdırmağı qadağan edir.
Mədəniyyət, bir qayda olaraq, sadəcə qeyri-təbii şeyləri qadağan
etdiyini irəli sürür; amma bioloji nöqteyi-nəzərdən hər şey təbiidir. Nə
mümkündürsə, o təbiidir. Həqiqətən qeyri-təbii olan və təbiət qanunlarına
zidd olan bir davranış mövcud ola bilməz, buna görə də qadağan edilməsinə
ehtiyac yoxdur. Heç bir mədəniyyət insanlara fotosintez prosesini,
qadınların işıq sürətindən daha sürətlə qaçmağı və ya mənfi yüklü
elektronların bir-birini cəzb etməsini qadağan etməmişdir.
Əslində "təbii" və "qeyri-təbii" məfhumlar biologiyadan deyil, xristian
ilahiyyatından götürülüb. "Təbii"nin ilahiyyatdakı mənası "Təbiəti yaradan
Tanrının niyyətinə uyğun olan"dır. Xristian ilahiy- yatçılar Tanrının insan
vücudunu, hər hissənin və orqanın müəyyən

170
bir məqsədə xidmət etməsini düşünərək yaratdığını irəli sürür. Əgər
vücudumuzun hissə və orqanlarını Tanrının nəzərdə tutduğu şəkildə
istifadə ediriksə, bu təbii fəaliyyətdir; lakin Tanrının istədiyindən fərqli
şəkildə istifadə ediriksə, bu qeyri-təbiidir. Amma təkamülün məqsədi
yoxdur. Orqanlar müəyyən bir məqsədlə inkişaf etmədiyi kimi, istifadə
şəkilləri də daim dəyişməkdədir. İnsan vücudunda sadəcə milyon illər
əvvəl meydana çıxdığı vaxtdakı gördüyü işi yerinə yetirən bircə orqan da
yoxdur. Orqanlar müəyyən bir funksiyanı yerinə yetirmək üçün əmələ
gəlib inkişaf edir, lakin əmələ gəldikdən sonra başqa məqsədlər üçün də
uyğunlaşa bilər. Məsələn, ağız ən ibtidai çoxhüceyrəli orqanizmlərin
qidaları öz vücudlarına daxil edə bilmə ehtiyacından əmələ gəlib. Bu gün
ağzımızı hələ də bu məqsəd üçün istifadə edirik, lakin bundan əlavə
öpüşmək, danışmaq və əgər Remboyuqsa, əl qumbarasının ipini çəkmək
üçün də istifadə edirik. 600 milyon il əvvəl soxulcanabənzər əcdadlarımız
bunları etmək üçün ağızlarından istifadə etmirdilər deyə, bunlar qeyri-təbii
fəaliyyətlər olur?
Qanadlar da birdən-birə bütün aerodinamik xüsusiyyətləri ilə deyil,
başqa bir məqsədə xidmət edən orqanların inkişaf etməsiylə ortaya çıxdı.
Bir nəzəriyyəyə görə, böcək qanadları milyonlarla il əvvəl uça bilməyən
böcəklərin vücudundaki çıxıntılardan əmələ gəlmişdir. Çıxıntılı
həşəratların çıxıntısı olmayan həşəratlarla müqayisədə vücud səthlərinin
sahəsi daha böyük idi (çıxıntıların hesabına), bu da daha çox günəş işığını
udaraq daha isti qalmalarına imkan verirdi. Ləng inkişaf edən bir təkamül
prosesinin nəticəsində bu günəş qızdırıcdan (çıxıntılar) böyüdü. Günəş işı-
ğını maksimal dərəcədə udan bu strukturlar (geniş sahəli səth və az çəki)
həmçinin onları qaldırıb-endirdikdə, həşəratlara uçabilmə imkanı da
verirdi. Daha böyük çıxıntısı olanlar daha uzağa tullanıb, daha hündürə
qalxa bilirdi. Tədricən bəzi həşəratlar bunlardan havada süzə bilmək üçün
istifadə etdi. Həşəratların havada məsafə qət etməsinə imkan verən
qanadlara keçməsinə isə sadəcə bir addım qalmışdı. Qulağınızda
ağcaqanad vızıldadıqda, onu qeyri-təbii davranışına görə danlayın. Əgər
ədəbli olub özünü yaxşı aparsaydı, Tanrının ona verdiyi ilə kifayətlənər və
qanadlarını sadəcə günəş qızdırıcdan kimi istifadə edərdi.

171
Bu cür çoxməqsədlilik cinsi orqanlarımıza və cinsi davranışlan- mıza
da təsir göstərib. Cinsi əlaqə ilk öncə nəsil artırmaq və potensial
partnyorun nikah zamanı yararlı olub-olmadığını bilmək üçün bir ritual
olaraq meydana çıxmışdı. İndi heyvanların çoxu bunu öz kiçik nüsxələrini
yaratmaqla heç bir əlaqəsi olmayan bir çox sosial məqsədlə istifadə
etməkdədir. Məsələn, şimpanzelər seksdən siyasi ittifaqları
möhkəmləndirmək, yaxınlıq qurmaq və gərginlikləri azaltmaq üçün
istifadə edir. Bu, məgər, qeyri-təbiidir?

Cinsiyyət və Gender1
Qadının təbii funksiyasının uşaq doğmaq olduğunu, yaxud ho-
moseksuallığın qeyri-təbii olduğunu iddia etmək mənasızdır. Qadınlıq və
kişiliyi müəyyən edən qanunların, normaların, hüquqların və vəzifələrin
əksəriyyəti bioloji həqiqətlərdən daha çox insanın təxəyyülünü əks etdirir.
Bioloji nöqteyi-nəzərdən insanlar kişilərə və qadınlara ayrılmışdır.
Homo sapiens-in bir X, bir Y xromosomuna malik olanı kişi, iki X
xromosomu olanı isə qadındır. Lakin "kişi" və "qadın" bioloji deyil, sosial
kateqoriyalardır. İnsan cəmiyyətlərinin çoxunda əksər hallarda kişilər
erkək, qadınlar isə dişidirsə, sosial şərtlər də biologiya ilə zəif əlaqəsi olan
çox sayda məfhumlar ortaya çıxarmışdır. Kişi sadəcə XY xromosomları,
xayalar və bol testosteron kimi konkret bioloji xüsusiyyətlərə malik
olduğuna görə Sapiens deyil. O daha çox öz cəmiyyətinin xəyali insan
quruluşunun bir parçasını təşkil etməkdədir. Aid olduğu mədəniyyətin
mifləri ona bəzi kişi rolları (siyasətdə iştirak etmək kimi), hüquqları (səs
vermək kimi) və vəzifələri (hərbi xidmətə getmək kimi) yükləyib. Eyni
şəkildə, qadın da sadəcə iki X xromosomuna, bətnə və estrogenə malik
olduğu üçün Sapiens sayılmaz. Aid olduğu cəmiyyətin mifləri ona bəzi
unikal qadın rolları (uşaq böyütmək kimi), hüquqları (zorakılıqdan
müdafiə kimi) və vəzifələr (ərinə itaət etmək kimi) bağışlayıb. Kişilərin
və qadınların rollarını, hüquqlarmı və vəzifələrini biologiya deyil, miflər
müəyyənləşdirdiyi üçün "kişilik" və "qadınlıq" məfhumları müxtəlif
cəmiyyətlərdə dəyişik şəkillər alır.

1
Sosial cinsiyyət

172
Bütün bu qarışıqlığı az da olsa asanlaşdırmaq üçün alimlər bioloji bir
kateqoriya olan "cinsiyyət"lə kultural bir kateqoriya olan "gender"i ayırır.
Cinsiyyət erkəklər və dişilər arasında bölünür; bu bölünmənin
xüsusiyyətləri obyektivdir və tarix boyunca dəyişilməz qalmışdır. Gender
isə kişilər və qadınlar arasında ayrılmışdır (bəzi mədəniyyətlərdə başqa
kateqoriyalar da mövcuddur). "Kişilik" və "qadınlıq" xüsusiyyətləri
subyektivdir və daim dəyişikliyə məruz qalır. Məsələn, klassik Afina
qadınları ilə müasir Afina qadınlarından gözlənilən davranışlar, arzular,
geyimlər və hətta qamətlər arasında ciddi fərqlər mövcuddur.1

Qadın - kultural kateqoriya L


Dişi = bioloji kateqoriya

Qədim Afina Müasir Afina Qədim Afina Müasir Afina

Səs verə bilər Səs verə bilməz


XX xromosomlan XX xromosomlan

Bətn Bətn Hakim ola bilər


Hakim ola bilməz

Yumurtalıqlar Yumurtalıqlar Hökumətdə Hökumətdə vəzifə


vəzifə tuta tuta bilər
bilməz

Az testosteron Az testosteron
Kiminlə Kiminlə
evlənəcəyinə özü evlənəcəyinə özü
qərar verə bilməz qərar verə bilər

Əksər hallarda Əksər hallarda


Çox estrogen Çox estrogen
savadsızdır savadlıdır

Süd verə bilir . Süd verə bilir Qanuna görə


Qanuna görə müstəqildir
atasına və ya
ərinə mnxsıısdıır

Tamamilə eynidir Tamamilə fərqlidir

1
Sue Blundell, Women in Ancient Greece, Cambridge, Mass.: Harvard University Press,
1995, səh. 113-129,132-133.

173
Şəkil 22. XVIII əsrdə kişilik xüsusiyyətləri: Fransa Kralı XIV Lüdovi-
kin rəsmi portreti. Uzun parik, dikdaban ayaqqabılar, rəqqas duruşu və
nəhəng qılınca fikir verin. Müasir Amerikada bütün bunlar (qılınc istisna
olmaqla) qadınlıq əlamətləri kimi dəyərləndirilər. Halbuki öz dövründə
Lüdovik Avropada kişiliyin və kişi qüvvəsinin etalonu sayılırdı.

174
Şəkil 23. XXI əsrdə kişilik xüsusiyyətləri: Barak Obamamn rəsmi por-
treti. Parikə, corablara, hündür dabanlara və qılınca nə oldu? Dominant
kişilər heç zaman bu gün olduğu qədər darıxdırıcı və sönük görkəmdə
olmayıb. Tarixin böyük hissəsində dominant kişilər rəngarəng və coşqun
olub. Amerika hindularının lələkli taçlan və Hindistanlı maha- caralann
daş-qaşla bəzədilmiş ipək paltarları buna misaldır. Heyvanlar şahlığında da
erkəklər daha rəngarəng və daha çox aksessuarlıdır: buna ən yaxşı misal
tovuz quşunun quyruğu və şirlərin yalıdır.

175
Cinsiyyət uşaq oyuncağı, gender isə ciddi məsələdir. Erkək cinsinin
üzvü olmaq dünyada ən bəsit bir məsələdir, bunun üçün sadəcə bir X və
bir Y xromosomu ilə doğulmaq lazımdır. Dişi olmaq da eyni dərəcədə
bəsitdir, çünki bir cüt X xromosomu bunun üçün kifayətdir. Lakin bir kişi
və ya qadın olmaq çox ciddi və mürəkkəb bir məsələdir. Kişi və qadın
xüsusiyyətlərinin əksəriyyəti bioloji yox, kulturaldır, heç bir cəmiyyət
avtomatik şəkildə hər erkəyi kişi, hər dişini də qadın hesab etməz. Üstəlik,
bu sifətlər bir dəfə qazanıldıqdan sonra əbədi olaraq da davam etməz.
Kişilər beşikdən qəbirə qədər bütün həyatları boyunca kişiliklərini saysız-
hesabsız ritual və mərasimlər vasitəsi ilə sübut etməlidir. Qadının da işi
heç vaxt tükənməz; o, qadına xas xüsusiyyətlərə kifayət qədər malik oldu-
ğuna həm özünü, həm də başqalarını inandırmalıdır.
Bu cəhdlərin uğurlu olacağına da zəmanət yoxdur. Xüsusilə, kişilər
kişiliklə bağlı iddialarının boşa çıxması qorxusuyla yaşayır. Tarix boyunca
kişilər həyatlarını təhlükəyə ataraq, hətta fəda edərək kişiliklərini sübut
etməyə çalışıblar ki, insanlar onun haqqında "O əsl kişidir!" deyə bilsin.

Kişi olmaq niyə yaxşıdır?


Ən azından, Aqrar İnqilabdan bu yana insan cəmiyyətlərinin
əksəriyyəti kişilərə qadınlardan daha çox dəyər verən patriarxal
cəmiyyətlərdir. Bir cəmiyyətin "kişi" və "qadın"a necə tərif verməsindən
asılı olmayaraq, kişi olmaq həmişə üstünlük qazandırmışdır. Patriarxal
cəmiyyətlər kişilərə kişisayağı düşünmək və hərəkət etməyi, qadınlara isə
qadınsayağı düşünmək və hərəkət etməyi öyrədirdi və bu sərhədlərdən
kənara çıxanlar cəzalandırılırdı. Digər tərəfdən, bu qaydalara riayət
edənlər bərabər səviyyədə mükafatlandırılmırdı. Kişilik xüsusiyyətləri
qadınlıq xüsusiyyətlərindən daha yüksək qiymətləndirilirdi və cəmiyyətin
kişilik ideallarım həyata keçirənlər qadınlıq ideallarım həyata keçirənlərlə
müqayisədə daha çox imkanlar qazanırdılar. Qadınların sağlamlığı və
təhsili üçün daha az resurslar ayrılırdı, qadınlar daha az maddi

176
imkana, daha az siyasi qüvvəyə və daha az hərəkət sərbəstliyinə sahib
olurdu. Gender - bəzilərinin sadəcə bürünc medal uğrunda mübarizə apara
biləcəyi bir yarışdı.
Doğrudur, tarixdə bəzi qadınlar alfa-mövqelər qazana bilib: Misirdə
Kleopatra, Çində imperatriça Vu Zetian (700-cü il) və İngiltərədə I Elizabet.
Bununla belə, bu cür istisnalar əsas istiqamətin nə olduğunu göstərir.
Elizabetin 45 illik hakimiyyəti dövründə Parlamentin bütün üzvləri, Kral
ordusu və hərbi donanmasının bütün zabitləri, bütün hakim və vəkillər,
bütün yepiskop və arxiyepiskoplar, bütün keşiş və ilahiyyatçılar, bütün
həkim və cərrahlar, universitet və kolleclərdəki bütün tələbə və müəllimlər,
bütün mer və şeriflər, və demək olar ki, bütün yazıçılar, memarlar, şairlər,
filosoflar, rəssamlar, musiqiçilər və alimlər kişilər idi.
Demək olar ki, bütün aqrar və sənaye cəmiyyətlərində norma olan
patriarxhq bir çox siyasi sarsıntılara, sosial inqilablara və iqtisadi
çevrilişlərə tab gətirdi. Məsələn, Misir əsrlər boyunca dəfələrlə fəth edildi:
assuriyalılar, iranlılar, makedoniyalılar, romahlar, ərəblər, məmlüklər,
türklər və ingilislər tərəfindən fəth olunsa da, Misir cəmiyyəti həmişə
patriarxal olaraq qaldı. Firon, Yunan, Roma, Osmanlı və İngilis qanunları
ilə idarə edilən Misirdəki qanunların hamısı "əsl kişi" olmayan şəxslərə
qarşı ayrı-seçkiliklə yanaşırdı.
Patriarxhq o qədər universaldır ki, təsadüflərdən doğan çıxılmaz
dairələrin nəticəsi ola bilməz. Amerika və Afrika-Asiyada əksər
cəmiyyətlərin, bölgələr arasında min illər boyunca əlaqənin olmamasına
baxmayaraq, 1492-ci ildən əvvəllər də patriarxal olmasını xüsusilə qeyd
etmək lazımdır. Əgər patriarxhq Afrika-Asiyada tarixi təsadüflər
nəticəsində meydana çıxmışdısa, bəs asteklər və inklər nə üçün patriarxal
idi? "Kişi" və "qadın" məfhumları mədəniyyətlərə görə müxtəlif olsa da,
demək olar ki, bütün mədəniyyətlərin kişiliyi qadınlıqdan üstün tutmasının
universal bir bioloji səbəbdən qay- naqlanması yüksək ehtimaldır. Bu
səbəbin nə olduğunu bilmirik. Nəzəriyyələr çoxdur, lakin heç birisi
inandırıcı deyil.

177
Əzələ gücü

Ən geniş yayılmış nəzəriyyə kişinin qadından daha güclü olduğunu və


bu gücünü qadınları itaət altına almaq üçün istifadə etdiyini irəli sürür. Bu
nəzəriyyənin daha ətraflı variantı isə, kişilərin daha ağır əl əməyi tələb edən
yer şumlama və məhsul yığımı kimi işlərdə dominantlıq etdiyini irəli sürür.
Bu vəziyyət onlara ərzaq məhsullarına nəzarət etmək imkanı verir ki, bu da
öz növbəsində siyasi nüfuz mənasına gəlir.
Əzələ gücünü vurğulamaq ortaya iki problem çıxarır. Birincisi, "kişilər
qadınlardan güclüdür" iddiası - güc dedikdə nəyi nəzərdə tutduğunuzdan
asılıdır və sadəcə orta hesabla doğrudur. Adətən qadınlar aclığa, xəstəliyə
və yorğunluğa kişilərdən daha dözümlüdür. Həmçinin kişilərdən daha
sürətlə qaça bilən və daha çox ağırlıq qaldıran qadınlar da çoxdur. Bu
nəzəriyyənin ən problemli tərəfi isə budur: qadınlar tarix boyunca fiziki güc
tələb etməyən (keşişlik, hüquq və siyasət kimi) işlərdən təcrid edilmiş,
əksinə ağır əl əməyi tələb edən işlərə məcbur edilmişlər. Əgər sosial iqtidar
fiziki gücə və ya dözümlülüyə görə paylaşılsaydı, qadınların daha böyük
sosial iqtidara sahib olmalıydı.
Ən başlıcası isə, insanlarda fiziki güclə sosial iqtidar arasmda birbaşa
əlaqə yoxdur. Gənclər daha güclü olsalar da, əksər hallarda yaşlılar gənclər
üzərində hökmranlıq edir. On doqquzuncu əsrin ortalarında Alabama
ştatmdakı adi bir plantasiya sahibi pambıq sahələrində çalışan qulların hər
hansı biri tərəfindən saniyələr ərzində yerə sərilə bilərdi. Misir fironlarını
ya da papaları seçmək üçün boks oyunları təşkil edilmirdi. Ovçu-toplayıcı
cəmiyyətlərdə siyasi hökmranlıq, əsasən inkişaf etmiş əzələlərə deyil, sosial
bacarıqlara sahib olanların əlində idi. Mütəşəkkil cinayətlərdə də ən güclü
adamın başçı olması mütləq deyil. Əksinə, çox vaxt başçı öz yumruqlarını
nadir hallarda işlədən yaşlı bir adam olur və pis işləri daha gənc, daha çevik
adamlara gördürür. Başçını döyməklə cinayət dəstəsini ələ keçirəcəyini
düşünən biri də çətin ki, öz səhvindən dərs çıxaracaq qədər uzun müddət
yaşaya bilsin. Hətta şimpanzelər arasında da alfa-erkəklər bu mövqeni
mənasız zorakılıq yolu ilə deyil, digər erkək və dişilərlə sabit ittifaqlar
quraraq əldə edir.

178
Əslində, bəşər tarixi də fiziki güclə sosial iqtidar arasında adətən əks
əlaqə olduğunu göstərir. Əksər cəmiyyətlərdə aşağı siniflər ağır işləri
görür. Bu, Homo sapiens-in qida zəncirindəki mövqeyini əks etdirmiş ola
bilər. Əgər yeganə meyar fiziki bacarıqlar olsaydı, Sapiens pilləkənin
ortalarında yer tutardı. Amma əqli və sosial bacarıqlar onu lap zirvəyə
qaldırdı. Buna görə də, növün öz sərhədləri daxilindəki güc zəncirinin də
kobud qüvvədən daha çox, əqli və sosial bacarıqlarla müəyyən edilməsi
tamamilə təbiidir. Odur ki, tarixdə ən təsirli və ən sabit sosial iyerarxiyanın
kişilərin qadınları fiziki təzyiq altında saxlaya bilmək bacarığına
əsaslandığını iddia etmək o qədər də inandırıcı deyil.

Cəmiyyətin yaramazları
Başqa bir nəzəriyyəyə görə, kişi hökmranlığı güclə deyil, təca-
vüzkarlıqla qazanır. Milyonlarla illik təkamül kişiləri qadınlara nisbətən
daha amansız etmişdir. Qadınlar kişilərlə nifrət, tamahkarlıq və istismar
məsələlərində yarışa bilər, lakin bıçaq sümüyə dayandıqda, kişilər sırf
fiziki zorakılığa qadınlardan daha çox əl atır. Bu da tarix boyunca
müharibələrin nə üçün kişi işi olduğunu izah edir.
Müharibələrdə silahlı qüvvələrə nəzarət edən kişilər zaman keçdikcə,
vətəndaş cəmiyyətlərinə də hakim olublar. Kişilər cəmiyyət üzərindəki
nəzarətlərini daha çox müharibə etmək üçün istifadə etmiş, müharibələr
artdıqca isə cəmiyyət üzərindəki nəzarətləri də güclənmişdir. Bu çıxılmaz
dairə həm müharibənin, həm də patri- arxlığın hər an hər yerdə ola
bilməsini açıqlayır.
Yaxın vaxtlarda qadınlar və kişilərin hormonal və təfəkkür sistemləri
ilə bağlı aparılmış tədqiqatlar, kişilərin təcavüzkarlıq və zorakılığa daha
çox meylli olduğunu və deməli, hərbi xidmətə daha yararlı olduqları
ehtimalını təsdiqləmişdir. Bununla belə, əsgərlərin kişi olması, həm
müharibəni idarə edənlərin, həm də onun bəhrələrindən faydalananların
kişilər olmasının səbəbi kimi göstərilə bilərmi? Bu fikir cəfəngiyatdır. Bu,
pambıq plantasiyalarında işləyənlərin hamısının qara qullar olduğundan,
plantasi

179
ya sahiblərinin də qaradərililər olacağını iddia etməyə bənzəyir. Bütünlüklə
qaralardan təşkil edilmiş fəhlə qüvvəsi, tamamilə ağlardan ibarət olan
rəhbərlik tərəfindən idarə edilə bildiyi halda, kişilərdən təşkil olunmuş bir
ordu tamamən, ya da ən azından qismən qadınlardan ibarət bir rəhbərlik
tərəfindən nə üçün idarə oluna bilməsin? Əslində, tarix boyunca bir çox
cəmiyyətdə yüksək vəzifəli şəxslər öz mövqelərinə ən aşağı rütbələrdən
yola çıxaraq yüksəlməyib. Zadəganlar, zənginlər və təhsillilər zabit
rütbəsinə birbaşa təyin olunub və əsgər kimi bircə gün də xidmət
etməyiblər.
Napoleonun qatı düşməni olan hersoq Vellinqton on səkkiz yaşında
Britaniya ordusuna yazıldıqda, dərhal zabit rütbəsinə yüksəldildi. O
rəhbərlik etdiyi ordunun böyük hissəsini təşkil edən avam kütləyə
əhəmiyyət verməzdi. Fransaya qarşı aparılan müharibədə başqa bir
zadəgana "Dünyanın hər cür yaramazı, murdarı əlimizin altında əsgərdir",
deyə yazmışdı. Bu sıravi əsgərlər adətən ən yoxsullar arasmdan, ya da etnik
azlıqlardan (məsələn, irlandiyalı katoliklər) seçilirdi. Onların rütbəcə
yüksəlmək ehtimalı yox sayılacaq qədər az idi. Böyük rütbələr hersoqlar,
knyazlar və krallar üçün ayrılmışdı. Yaxşı, bəs nə üçün sadəcə hersoqlar
üçün, hersoginyalar üçün deyil?
Afrikadakı Fransız İmperiyası seneqallı, əlcəzairli və fəhlə fransızların
qanı hesabına qurulub müdafiə olundu. Əsgərlər arasında zəngin fransızlar
demək olar ki, yox dərəcəsində idi; lakin elitar azlığının orduda, yəni
imperiyanı idarə edən və onun bəhrəsini görənlərin içində saylan çox
yüksək idi. Yaxşı, bəs nə üçün bunlar sadəcə fransız kişiləri idi, qadınlar
niyə yox idi?
Çində isə qədim ənənəyə görə ordu mülki bürokratiyanın əmrində idi;
heç vaxt qılınc tutmamış çinli vətəndaşlar müharibələri idarə edirdi. Qədim
bir Çin atalar sözündə "Yaxşı dəmirdən mıx düzəldilməz" deyilir, yəni
istedadlı insanlara orduda deyil, bürokratiyada yer vermək lazımdır. Yaxşı,
bəs nə üçün bu çinlilərin hamısı kişi idi?
Heç kəs fiziki zəifliyin ya da aşağı səviyyəli testosteronun çinli
qadınların bacarıqlı general və ya siyasətçi olmalarına imkan vermədiyini
isbat edə bilməz. Müharibəni idarə etmək üçün, əlbəttə, dözümlülük
lazımdır, amma fiziki güc və ya təcavüzkarlığa

180
ehtiyac yoxdur. Müharibələr bar davası deyil; fövqəladə dərəcədə
təşkilatlanma, əməkdaşlıq və asayiş tələb edən çox mürəkkəb
layihələrdir. Daxildə sülhü qorumaq, xaricdə müttəfiqlər tapmaq,
digərlərinin (xüsusən də düşmənin) ağlından nələr keçdiyini anlamaq -
qələbənin açarıdır. Deməli, təcavüzkar kobud güc müharibə aparmaq
üçün ən pis vasitədir. Harada və necə güzəşt edəcəyini bilən,
manipulyasiya etmək bacarığına sahib, hadisələrə müxtəlif nöqteyi-
nəzərdən baxmağı və əməkdaşlıq etməyi bacaranlar müharibəni idarə
etsələr, daha yaxşı olar. İmperatorlar belələrinin arasından çıxır. Hərbi
işlərdə bacarıqsız olduğu halda, sabit bir imperiya qura bilən Avqust
ondan daha yaxşı generallar olan Yuli Sezar və Makedoniyalı İsgəndərin
edə bilmədiyini bacarmışdı. Həm dövrünün tarixçiləri, həm də müasir
tarixçilər onun uğurunu nəzakəti və müİayimliyi ilə bağlayıb.
Qadınlar adətən kişilərdən daha yaxşı manipulyasiya etməyi və
sakitləşdirməyi bacarır, üstəlik hadisələrə başqalarının gözü ilə baxmağı
daha yaxşı bilirlər. Əgər bu stereotip fikirlərdə həqiqət payı varsa,
qadınlar daha mükəmməl siyasətçi və dövlət xadimi ola bilər, döyüş
meydanındakı ağır işləri isə bol testosteronlu sadəlövh kişilərə saxlaya
bilər. Populyar miflər bir yana qalsın, dünya tarixində bu cür hadisələr
nadir hallarda baş verib, üstəlik bunun səbəbi də aydm deyil.

Patriarxal genlər
Üçüncü bioloji izah isə, kobud gücə və zorakılığa daha az yer verdiyi
halda, milyonlarla illik təkamül nəticəsində qadınlar və kişilərin fərqli
çoxalma və həyatda qalma strategiyaları ortaya çıxartdıqlarını irəli sürür.
Bu fərziyyəyə görə, kişilər yetkin qadınları dölləndirmək üçün bir-biriylə
rəqabət apardıqlarından, çoxalma şansına sahib olmaları hər şeydən əvvəl
rəqibləri üzərində üstünlük qazanmalarından asılı idi. Zaman keçdikcə
gələcək nəsillərə ən iddialı, ən təcavüzkar və rəqabətçi kişilərin genləri
ötürüldü.
Bir qadının onu dölləndirəcək bir kişi tapması isə çətin olmamışdı.
Lakin nəvələrinin də olmasını istəyirdisə, doqquz ay qar

181
nında daşıdığı uşaqlarına doğuşdan sonra da illərlə baxmahydı. Bu müddət
ərzində ərzaq əldə etmək imkanı az olduğundan köməyə ehtiyacı vardı;
qısası, ona kişi lazım idi. Həm özünün, həm uşaqlarının həyatda qalmasını
təmin etmək üçün kişinin irəli sürdüyü şərtləri qəbul etməkdən başqa
çarəsi yox idi. Zaman keçdikcə sonrakı nəsillərə ötürülən qadın genləri
itaətkar xidmətçi qadınların genləri oldu. Uzun müddət hakimiyyət
uğrunda mübarizə aparan qadınlarsa öz güclü genlərini gələcək nəsillərə
ötürə bilmədi.
Həyat uğrunda mübarizənin bu müxtəlif strategiyaları nəticəsində
kişilər iddialı və rəqabətçi, başqa sözlə, ticarət və siyasətdə bacarıqlı
olmaq, qadınlar isə kənara çəkilib həyatlarını uşaq böyütməyə həsr etmək
üçün proqlamlandılar.
Lakinbu fikirdə təcrübəvisübutlartərəfindəninkaredilməkdədir. Bu
fərziyyənin xüsusilə problemli tərəfləri, qadınların köməyə ehtiyac
duymasının nə üçün onları digər qadınlara deyil, kişilərə möhtac etdiyi və
kişilər arasındakı rəqabətin kişiləri sosial olaraq dominant hala gətirdiyi
ehtimallarıdır. Asılı dişilərlə rəqabətçi erkəklər arasındakı dinamikalar,
fillər və bonobo şimpanzeləri kimi bir çox heyvan növündə ntatriarxal
sosial quruluşa səbəb olur. Qadınların yardıma ehtiyacı olduğundan sosial
bacarıqlarını inkişaf etdirmələri və əməkdaşlıq etməyi, güzəştə getməyi
öyrənmələri lazımdır; beləliklə, tamamilə qadınlardan ibarət sosial
şəbəkələr quraraq, hər üzvün uşaq yetişdirməsinə kömək edirlər. Bu
əsnada kişilər öz vaxtlarını döyüşərək və rəqabət apararaq keçirir; beləcə,
onların sosial bacarıqlarıyla sosial şəbəkələri inkişaf etməmiş olur. Buna
görə də, bonobo və fil cəmiyyətləri əməkdaşlıq etməyi daha yaxşı bacaran
dişilərdən ibarət güclü şəbəkələr tərəfindən idarə edilir, eqosentrik və
qeyri-konstruktiv erkəklər isə uzaqlaşdırılır. Dişi bonobolar erkəklərdən
daha zəif olmalarına baxmayaraq, adətən birləşir və hədlərini aşan
erkəkləri döyə bilirlər.
Əgər bu, bonobolar və fillər arasında mümkündürsə, Homo sapiens-\ər
arasında niyə olmasın? Sapienslər nisbətən zəif və yeganə üstünlüyü
çoxsaylı qruplar halında əməkdaşlıq edə bilmək olan heyvanlardır. Bu
halda, kişilərdən asılı olsalar belə, köməyə ehtiyac duyan qadınların daha
üstün sosial bacarıqlarını əməkdaşlıq etmək

182
üçün istifadə edərək təcavüzkar, müstəqil və eqoist kişilərə qalib
gəlmələrini gözləməliyik.
Necə olur ki, bütün uğurlarını əməkdaşlıq sayəsində qazanan bir
növdə əməkdaşlığa daha az meylli olduqları ehtimal edilən fərdlər
(kişilər), əməkdaşlığa daha çox meylli olduqlan ehtimal edilən fərdlər
(qadınlar) üzərində üstünlük əldə edə bilir? Hal-hazırda buna tutarlı bir
cavabınüz yoxdur. Bəlkə də, ümumi ehtimallarımız doğru deyil. Bəlkə
də, Homo sapiens erkəklərinin əsas xüsusiyyətləri fiziki güc,
təcavüzkarlıq və rəqabət qabiliyyəti deyil, daha üstün sosial bacarıqlar
və əməkdaşlığa meyllilikdir. Bilmirik.
Bildiyimiz odur ki, keçən əsrdə gender məsələsində inqilabi
dəyişikliklər baş verib. Bu gün getdikcə daha çox cəmiyyət kişi və
qadınlara bərabər hüquqi status, siyasi hüquqlar və iqtisadi imkanlar
verir. Cinsiyyətlər arasındakı uçurum hələ də əhəmiyyətli səviyyədə olsa
da, hadisələr çox sürətli şəkildə inkişaf etməkdədir. 1913-cü ildə ABŞ-
da qadınların səsvermə hüququ ümumən qəbuledilməz sayılırdı; 2013-
cü ildə isə qadınların səsvermə hüququ təbii qəbul edilir. Hətta ABŞ
Konstitusiya Məhkəməsinin beş hakimi (üçü qadın) eyni cinslər
arasındakı nikahın qanuni sayılmasına dair səs verib (dörd kişi hakimin
etirazını rədd edərək).
Bu dramatik dəyişikliklər gender tarixini daha çox maraqlı edir. Əgər
patriarxal sistem bioloji faktlardan daha çox əsassız miflər üzərində
qurulubsa (bu gün isbat edildiyi kimi), bu sistemin universallığını və
sabitliyini nə ilə izah etmək olar?

183
Üçüncü hissə

BƏŞƏRİYYƏTİN
BİRLƏŞMƏSİ

Şəkil 24. Məkkədə Kəbə ətrafına dolanan (təvaf) hacılar.


9
Tarixin oxu

QRAR İNQILABDAN SONRA insan cəmiyyətləri get-


A dikcə daha böyük və mürəkkəb, eyni zamanda sosial quru-
luşu möhkəmləndirən xəyali konstruksiyalar isə daha qarışıq hala
gəldi. Miflər və uydurmalar insanları doğulduqları andan etibarən
müəyyən bir şəkildə düşünməyə, bəzi standartlara və qaydalara
uyğun olaraq davranmağa və müəyyən şeyləri istəməyə alışdırır.
Beləliklə, bir-birini tanımayan milyonlarla insanın effektli şəkildə
əməkdaşlıq etməsinə imkan verən süni instinktlər yaratmış olur. Bu
süni instinktlər şəbəkəsi "mədəniyyət" adlanır.
İyirminci əsrin ilk yarısında alimlər bütün mədəniyyətlərin tam
və harmonik olduğunu, onlan müəyyən edən mahiyyətlərinin
dəyişməz və əbədi olduğunu irəli sürdü. Hər insan qrupunun öz
dünyagörüşü və planetlərin günəşin ətrafına dolanması qədər
asanlıqla işləyən sosial, hüquqi və siyasi mexanizmləri vardı. Bu
fikrə görə, müstəqil mədəniyyətlər dəyişmir və eyni sürətlə, eyni
istiqamətdə getməyə davam edir, sadəcə kənardan təsir göstərən
bir güc mədəniyyətləri dəyişdirə bilir. Buna görə də, antropoloq-
lar, tarixçilər və siyasətçilər "Samoa mədəniyyəti" və ya "Tasma-
niya mədəniyyəti" dedikdə, samoahlan və ya tasmarjiyalıları for-
malaşdıran etiqadlar, normalar və dəyərlərin lap qədimdən bəri
dəyişilmədiyini düşünür.
Hal-hazırda mədəniyyət sahəsində tədqiqatlar aparan alimlə-
rin çoxu bunun əksinin doğru olduğunu gördü. Əlbəttə, hər mədə-
niyyətin öz etiqadları, normaları və dəyərləri var, lakin bunlar daim
hərəkət və dəyişiklik hahndadır. Mədəniyyətlər ətraf mühitdə
baş verən dəyişikliklərin və ya qonşu mədəniyyətlərin təsiri ilə
dəyişə biləcəyi kimi, özlərinin daxili dinamikaları ilə dəyişə bilər.
Digərlərindən tamamilə təcrid olunmuş və sabit bir ətraf mühit
şərtlərində yaşayan mədəniyyətlər də dəyişikliklərdən qaça bilməz.

187
Ziddiyyətlərin olmadığı fiziki qanunların əksinə, insan icadı olan bütün
quruluşlar daxili ziddiyyətlərlə doludur. Mədəniyyətlər daim bu
ziddiyyətləri aradan qaldırmağa çalışır, bu proses isə dəyişikliklərə səbəb
olur.
Məsələn, orta əsrlər Avropasında zadəganlar həm xristianlığa, həm də
cəngavərliyə inanırdı. Tipik bir zadəgan kilsəyə gedib, keşişin övliyaların
ruhu haqqındakı moizələrinə qulaq asardı. Keşiş, "Hər şey fanidən də
fanidir... Zənginlik, şəhvət və təkəbbür təhlükəli həvəslərdir, bunları dəf
edərək Məsihin yolu ilə getməlisiniz. Onun kimi həlim olun, zorakılıqdan
və israfdan çəkinin, və əgər biri sizi vurarsa, digər yanağınızı çevirin",
deyərdi. Evə mülayim və düşüncəli bir əhvali-ruhiyyə içində qayıdan
zadəgan daha sonra ən bahalı ipək paltarlarını geyərək, lordun qəsrindəki
ziyafətə gedərdi. Şərabın su yerinə axdığı, şairin Lanselot və Quinever’
haqqmda şeirlər söylədiyi və qonaqların bir-birinə döyüşlərdən söhbət
açıb, ədəbsiz zarafatlar etdiyi bir ziyafətdə baronlar: "Rüsvayçılıqla ya-
şamaqdansa, ölmək daha yaxşıdır. Əgər biri şərəfinizi şübhə altına alarsa,
bu ləkə ancaq qanla təmizlənər. Həmçinin, düşmənlərin sizdən qaçdığını
görməkdən, gözəl qızlarının sizin ayaqlarınıza düşməsindən daha yaxşı nə
ola bilər?", kimi nitqlər söyləyərdilər.
Bu ziddiyyət tam həll edilmədi. Lakin Avropa zadəganlığı, ruhani sinif
və sadə xalq bu məsələ ilə məşğul olduqca, mədəniyyət də tədricən
dəyişikliyə uğradı. Bu ziddiyyəti aradan qaldırmaq üçün göstərilən
səylərin digər nəticəsi isə - səlib yürüşləridir. Cəngavərlər həm döyüş
məharətlərini, həm də dini sədaqətlərini eyni anda nümayiş etdirə bilirdi.
Xristianlıq və cəngavərlik idealarını daha da möhkəmləndirməyə çalışan
Tampliyerlər və Hospitalyerlər kimi döyüşçü rahib ordenləri eyni
ziddiyyətə yol açdı. Bu cəhdlər eyni zamanda orta əsrlər sənət və
ədəbiyyatının böyük bir hissəsinin qaynağı oldu. Kral Artur və Müqəddəs
Qraal haqqında hekayələri buna misal göstərmək olar. Kamelot1 2 - yaxşı
bir cəngavərin yaxşı bir xristian ola biləcəyini və yaxşı xristianların ən
yaxşı cəngavərlər olduğunu isbat etməyə çahşmırdımı?

1
Lanselot - kral Arturun ən yaxşı döyüşçüsü, Quinever - kral Arturun arvadı; deyilənə görə,
Lanselot və kraliça Quinever gizlicə sevişirmişlər.
2
Kral Arturun əfsanəvi qəsri; ən yaxşı cəngavərlərin toplaşdığı yer.

188
Başqa bir misal isə, müasir siyasi sistemdir. Fransa İnqilabından sonra,
dünyanın hər tərəfində insanlar bərabərlik və şəxsi azadlığı fundamental
dəyərlər kimi qəbul etməyə başladılar. Əslində, bu iki dəyər bir-birilə
ziddiyyət təşkil edir. Bərabərlik - sadəcə daha yaxşıların azadlıqlarını
məhdudlaşdıraraq təmin edilə bilər. Hər bir fərdin istədiyi kimi hərəkət edə
biləcəyinə zəmanət vermək bərabərliyə mütləq zərər vuracaq. Buna görə
də, 1789-cu ildən bu yana bütün dünyanın siyasi tarixinə bu ziddiyyəti
aradan qaldırmaq cəhdləri kimi baxıla bilər.
Çarlz Dikkensin romanlarını oxuyan hər kəs bilir ki, 19-cu əsr
Avropasının liberal rejimləri yoxsulları həbsxanalara doldurmaq və
yetimlərə cibgirlərin oxuduğu məktəblərə getməkdən başqa fürsət
tanımamaq bahasına olsa da, fərdi azadlığa üstünlük vermişdi. Eyni
şəkildə, Aleksandr Soljenitsının romanını oxuyan hər kəs, kommunizmin
bərabərlik idealının şəxsi həyata hər cəhətdən nəzarət etməyə çalışan
tiranlıqlar doğurduğunu bilir.
Müasir Amerika siyasəti də bu ziddiyyət ətrafında formalaşmaqdadır.
Demokratlar yoxsullara, qocalara və xəstələrə yardım etmək üçün vergiləri
artırmaq hesabına olsa da, daha ədalətli cəmiyyət istəyir, bu isə insanların
öz pullarını istədikləri kimi xərcləyə bilmək azadlığına mane olur. Pulumla
öz uşaqlarımı universitetlərdə oxuda biləcəyim halda, nə üçün dövlət məni
tibbi sığorta haqqı ödəməyə məcbur etməlidir? Digər yandan, respubli-
kaçılar isə zənginlərlə yoxsullar arasında uçurumun dərinləşməsi və bir
çox amerikalının özünü tibbi sığorta etdirə bilməməsi hesabına olsa da,
fərdi azadlığı ən yüksək səviyyəyə çıxarmaq istəyirlər.
Orta əsrlər mədəniyyətinin xristianlıqla cəngavərlik arasındakı
ziddiyyəti aradan qaldıra bilməməsi kimi, müasir dünya da azadlıq və
bərabərliyi birləşdirməkdə çətinlik çəkir. Bu nöqsan deyil. Bu cür
ziddiyyətlər hər bir bəşər mədəniyyətinin ayrılmaz parçasıdır. Əslində
bunlar mədəniyyətin mühərrikidir, növümüzün yaradıcılığının və
dinamizminin ən mühüm səbəbidir. Eyni anda çalınan iki notun musiqini
inkişaf etdirməsi kimi, düşüncələrimizdə, ideyalarımızda və
dəyərlərimizdəki uyğunsuzluqlar bizi araşdırmağa, tənqid etməyə və
yenidən dəyərləndirməyə məcbur edir. Ardıcıllıq - küt zehinlərin
meydançasıdır.

189
Əgər gərginliklər, konfliktlər və həlledilməz dilemmalar mədə-
niyyətlərin ədviyyatıdırsa, bu mədəniyyətlərə mənsub insanların da
ziddiyyətli etiqadları və bir-birinə uyğun gəlməyən dəyərləri mütləq
olmalıdır. Bu hər bir mədəniyyətin ən mühüm xüsusiyyətidir və buna
koqnitiv dissonans, yəni təfəkkür uygunsuzluğu deyilir. Çox vaxt insan
psixikasının xətası kimi qiymətləndirilən təfəkkür uygunsuzluğu, əslində
insan üçün həyati əhəmiyyət daşıyır. İnsanlar bir-birinə zidd olan dəyər və
etiqadlara sahib olmasaydılar, yəqin ki, hər hansı bir bəşər mədəniyyətini
formalaşdırmaq və saxlamaq mümkün olmazdı.
Əgər siz hər gün məscidə ibadət etməyə gedən müsəlmanları
həqiqətən anlamaq istəyirsinizsə, onların toxunulmaz dəyərlərini
axtarmağa çalışmayın. Bunu anlamaq üçün, islam mədəniyyətinin bir-
birinə zidd olan qayda və standartlarına, bir-birilə mübarizə aparan ikili
tələblərinə baxmağınız lazımdır.

Casus peyk
İnsan mədəniyyətləri daim hərəkət halındadır. Bu dəyişilmələr
təsadüfdürmü, yoxsa ümumi bir mənzərəyə malikdirlərmi? Başqa sözlə,
tarixin müəyyən bir hərəkət istiqaməti varmı?
Cavab "bəli"dir. Min illər boyunca kiçik və bəsit mədəniyyətlər
tədricən birləşərək daha böyük və daha mürəkkəb sivilizasiyalar ortaya
çıxartdı və dünya getdikcə daha az, lakin daha böyük və mürəkkəb meqa-
mədəniyyətlərə bölündü. Əlbəttə, bu sadəcə makro səviyyədə doğru olan
kobud bir ümumiləşdirmədin Mikro səviyyədə dəyərləndirdikdə isə,
birləşib daha böyük meqa- mədəniyyət formalaşdıran hər mədəniyyət
qrupunda parçalanıb dağılan bir meqa-mədəniyyətin əlamətlərinə rast
gəlmək olar. Monqol imperiyası inkişaf edərək Asiyanın ucsuz-bucaqsız
torpaqlarını və hətta Avropanın bir hissəsini ələ keçirdi, amma sonra
bölünərək parçalara ayrıldı. Xristianlıq yüz milyonlarla insanı öz təsiri
altma aldıqdan sonra saysız-hesabsız məzhəblərə bölündü. Latın dili Qərbi
və Mərkəzi Avropaya yayıldıqdan sonra yerli ləhcələrə bölündü, bunlar da
öz növbəsində milli dillərin yaran-

190
masına səbəb oldu. Bunlar birləşməyə doğru aparan istiqamətin
müvəqqəti qırılma nöqtələridir.
Tarixin istiqamətini müəyyənləşdirmək, əslində bir mövqe mə-
sələsidir. Tarixə quş uçuşu məsafəsindən baxdıqda, - bu da tarixi
hadisələri on illər və ya yüz illər intervallarında qiymətləndirmək
deməkdir, - onun birlik, yoxsa müxtəliflik istiqamətində irəlilədiyini
demək çox çətindir. Digər yandan, bu uzun müddətli prosesləri quş uçuşu
məsafəsindən anlamağa çalışmaq - bəsirətsizlik, uzaq- görməməzlik
yaradır. Bunun əvəzində, hadisələri bir quş uçuşu məsafəsindən yox, bir
kosmik peykin yüksəldiyi hündürlükdən araşdırsaq və yüz illərə deyil,
min illərə baxsaq daha yaxşı olar. Belə bir nöqteyi-nəzərdən, tarixin
dayanmadan birlik istiqamətində irəlilədiyi çox aydın görünür.
Xristianlığın məzhəblərə ayrılması və Monqol imperiyasının
parçalanması sadəcə tarix şosesindəki təpəciklərdir. Tarixin ümumi
istiqamətini anlaya bilmək üçün ən yaxşı üsullardan biri, Yer kürəsində
hər hansı bir anda birlikdə yaşamış olan fərqli insan dünyalarını
müəyyənləşdirməkdir. Bu gün dünyanı bütöv şəkildə nəzərdən keçirməyə
alışmışıq, lakin tarixin böyük bir hissəsində Yer kürəsi bir-birindən ayn
olan insan dünyalarından ibarət bir qalaktika idi.
Məsələn, Avstraliyanın cənubunda orta böyüklükdə bir ada olan
Tasmaniyanı götürək. Bu ada Buz dövrünün sona çatdığı təxminən
e.ə.lOOOO-ci ildə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində Avstraliya
materikindən ayrılmışdı. Adada qalan bir neçə min ovçu-top- layıcmm,
avroplalılar 19-cu əsrdə adaya gələnə qədər, digər insan qruplanyla heç
bir əlaqəsi olmamışdı. 12 min il boyunca heç kəs tasmaniyalıların orada
yaşadığını bilmirdi, tasmaniyalılar isə dünyada başqalarının da
olduğundan xəbərsiz idi. Bu müddət ərzində adada müharibələr, siyasi
çəkişmələr, sosial iğtişaşlar və mədəni tərəqqilər meydana gəldi. Çin
imperatorları və ya Mesopotamiya hökmdarları üçünsə Tasmaniyanın Yer
üzündə, yoxsa Yupiterin peyklərindən birində yerləşməsinin heç bir fərqi
yox idi; tasmani- yalılar öz dünyalarında yaşayırdı.
Amerika və Avropa da tarixlərinin böyük bir hissəsində ayrı-ayn
dünyalar idi. Roma imperatoru Valense eramızın 378-ci ilində Qot

191
lar tərəfindən Adrianopol’ döyüşündə məğlub edilib, öldürüldüyü il, Tikal
kralı Çak Tok İçak Teotihuakanın ordusu tərəfindən məğlub edilib
öldürülmüşdü. (Tikal -mühüm bir Maya şəhər-dövləti idi, Teotihuakan isə
250 minlik əhalisi ilə Amerikanın ən iri şəhəri idi və müasiri Roma ilə eyni
böyüklükdə idi). Romanın məğlubiyyəti ilə Teotihuakanın yüksəlişi
arasında heç bir əlaqə yox idi. O qədər ayn idilər ki, sanki Roma Marsda,
Teotihuakan isə Venerada yerləşirdi.
Belədirsə, yer üzündə eyni anda neçə fərqli insan dünyası mövcud
olub? E.ə. 10000-ci illərdə yer üzündə minlərlə belə dünya vardı, e.ə.2000-
ci ildə isə onların sayı yüzlər ifadə edilə bilərdi, bəlkə də, ən çoxu min
olardı. Eramızın 1450-ci ilində isə onların sayı kəskin şəkildə azalmışdı. Bu
vaxtlar, yəni Avropanın coğrafi kəşflərindən bir az əvvəl Yer üzündə hələ
də Tasmaniya kimi ciddi sayda cırtdan-dünyalar var idi. Lakin insanların
təxminən 90 faizi sadəcə bir meqa-dünyada yaşayırdı: Afrika-Asiya
dünyası. Asiyanın, Avropanın və Afrikanın böyük hissəsi (Saharanın cənub
hissəsində yerləşən Afrika torpaqları da daxil olmaqla) ciddi mədəni, siyasi
və iqtisadi bağlarla bir-birinə bağlanmışdı.
Dünya əhalisinin qalan 10 faizinin böyük bir hissəsi müəyyən ölçülərə
və mürəkkəbliyə malik olan dörd dünyaya bölünmüşdü:

1.Mərkəzi Amerikanın böyük hissəsini və Şimali Amerikanın bir


hissəsini əhatə edən Mesoamerika.
2.Cənubi Amerikanın qərbində böyük əraziləri əhatə edən And dünyası.
3. Avstraliya qitəsini əhatə edən Avstraliya dünyası.
4.Sakit okeanın cənub-qərb hissəsində Havaydan Yeni Zelandiyaya
qədər çox sayda adanı əhatə edən Okeaniya dünyası.

Növbəti 300 il ərzində Afrika-Asiya nəhəngi bütün başqa dünyaları


uddu. 1521-ci ildə ispanlar Astek İmperiyasını fəth etdikdə, Mesoamerikanı
yox etdi. Fernando Magellanın dünyanın ətrafına dolanmasıyla eyni dövrdə
Afrika-Asiya Okeaniya dünyası ilk dəfə tanış oldu və bundan qısa müddət
sonra dünyanın fəthi tamamlandı. 1532-ci ildə isə yenə ispanlar İnk
imperiyasını yox etdikdə,
1
Müasir Ədimə şəhəri

192
And dünyası da süqut etdi. Avstraliya qitəsinə ilk avropalı 1606- cı ildə
çıxdı və bu bakirə dünya 1788-ci ildə ingilis koloniyası qurulduqda ortadan
qalxdı. On beş il sonra ingilislər Tasmaniyada ilk məskənlərini saldı və
beləliklə, yer üzündəki son muxtar insan dünyası da Afrika-Asiyanın təsir
dairəsinə daxil oldu.

Xarita 3. Dünya 1450-ci ildə. Adları göstərilmiş yerlər müsəlman


səyyah İbn Battutanın 14-cü əsrdə Afrika-Asiya dünyasında gəzdiyi
yerlərdir. Mərakeşdə, Tanjir şəhərində doğulmuş İbn Battuta Timbuktu,
Zənzibar, Cənubi Rusiya, Orta Asiya, Hindistan, Çin və İndoneziyaya
səyahət etdi. Onun səyahətləri Afrika-Aslyanın müasir dövr ərəfəsindəki
birliyini göstərir.

Afrika-Asiya nəhənginin bu udduqlarını həzm etməsi üçün yüz illər


lazım oldu, lakin bu dönməz proses idi. Bu gün demək olar ki, bütün
insanlar eyni geosiyasi sistemi (bütün yer üzü digər millətlər tərəfindən
tanınan dövlətlərə bölünüb), eyni iqtisadi sistemi (kapitalist bazar
iqtisadiyyatı planetin ən ucqar guşələrini də formalaşdırır), eyni hüquqi
sistemi (insan hüquqları və beynəlxalq qanunlar hər yerdə, ən azından,
nəzəri cəhətdən qüvvədədir) və eyni elmi sistemi (İran, İsrail, Avstraliya
və Argentinadakı mütəxəssislərin atomlann quruluşu və ya vərəmin
müalicəsi haqqındakı fikirləri tamamilə eynidir) paylaşırlar.

193
Bu vahid qlobal mədəniyyət yekcins deyil. Bir orqanik vücud müxtəlif
orqanlar və hüceyrələrdən ibarət olduğu kimi, bu vahid qlobal mədəniyyət
də Nyu-York birjaçılarından əfqan çobanlarına qədər fərqli həyat tərzləri
və insanlardan ibarətdir. Bu fərqli insanlar bir-birilə sıx səkildə bağlıdır və
bir-birinə son dərəcə təsir göstərir. Onlar indiyə qədər mübahisə və
mübarizə apanr, və bu zaman eyni məfhumlardan, eyni silahlardan istifadə
edirlər. Həqiqi bir "mədəniyyətlər toqquşması" karların danışması kimidir,
heç kəs bir başqasının nə dediyini anlaya bilməz. Bu gün İranla ABŞ bir-
birinə qılınc çəkdiyi zaman ikisi də milli dövlətlərin, kapitalist
iqtisadiyyatların, beynəlxalq hüquqların və nüvə fizikasının diliylə
danışırlar.
Hələ də "autentik"1 mədəniyyətlərdən danışırıq, amma "autentik"
dedikdə müstəqil olaraq inkişaf etmiş və xarici təsirlərə məruz qalmamış
yerli ənənələrdən ibarət bir şeyi nəzərdə tuturuqsa, bu mənada dünyada
autentik bir mədəniyyət qalmayıb. Son əsrlərdə demək olar ki, bütün
mədəniyyətlər qlobal bir daşqın nəticəsində tanınmayacaq qədər
dəyişmişdir.
Bu qloballaşmaya ən maraqlı nümunələrdən biri "etnik" mətbəxlərdir.
Bir italyan restoranında tomat souslu spagetti, polyak və irland
restoranlarında bol kartof, Argentina restoranında müxtəlif növ bifştekslər,
hind restoranında demək olar ki, hər şeyə qatılmış acı bibər, İsveçrə
kafelərində isə südlə qarışdırılmış isti şokolad tapmağı gözləyirik. Halbuki,
bu yeməklərin heç biri bu ölkələrin yerli məhsulu deyil. Pomidor, acı bibər
və kakao Meksika mənşəlidir və ispanlar Meksikanı fəth etdikdən sonra
Asiya və Avropaya gətirilmişdir. Yuli Sezar və Dante Aliqyeri ömürləri
boyunca heç vaxt tomath spagettini çəngəlinə dolamayıb (o dövrdə çəngəl
də icad edilməmişdi), Uilyam Teli heç vaxt şokolad yeməyib, Budda öz
yeməyinə heç vaxt acı bibər qatmayıb. Kartofların Polşa və İrlandiyaya
gəlib çıxmasının üstündə heç dörd yüz il də keçməyib. 1492- ci ildə
Argentinada yeyə biləcəyiniz yeganə bifşteks növü - lama bifşteksi idi.
Hollivud filmləri, igid süvarilər olan hinduların öz əcdadlarının
ənənələrini qorumaq üçün avropalı müstəmləkəçilərin vaqonlarına

1
əsl, həqiqi, real

194
basqın etdikləri görüntüsünü beynimizə yeritmişdir. Əslində, atlı hindular
qədim, autentik bir mədəniyyətin müdafiəçiləri deyildi. Atlı hindular -
avropalıların qitəyə atları gətirməsi ilə başlayan və XVII-XVIII əsrlərdə
Şimali Amerikanın qərbindəki düzənlikləri əhatə edən bir hərbi və siyasi
çevrilişin nəticəsində ortaya çıxmışdı. 1492-ci ildə Amerikada at yox idi.
XIX əsr Sio və Apaçi mədəniyyətinin bir çox maraqlı xüsusiyyətləri var
idi, amma bu "autentik" deyil, müasir (qlobal güclərin nəticəsində) bir
mədəniyyət idi.

Qlobal təsəvvür
Praktik nöqteyi-nəzərdən, qlobal birləşmə prosesindəki ən mühüm
mərhələ son bir neçə yüz ildə imperiyalar böyüyüb, ticarət inkişaf etdikdə
baş verdi. Afrika-Asiya, Amerika, Avstraliya və Okeaniya xalqları
arasında getdikcə sıxlaşan əlaqələr quruldu. Bunun sayəsində, Meksika
acı bibərləri Hind mətbəxinə girdi, ispan inəkləri isə Argentinada
otlamağa başladı. İdeoloji nöqteyi-nəzərdən baxdıqda, daha mühüm bir
hadisə eramızdan əvvəl birinci minillikdə universal quruluş ideyası kök
saldıqda baş verdi. Bundan əvvəlki minillər ərzində tarix qlobal birləşmə
istiqamətində yavaş da olsa irəliləyirdi, amma bütün dünyanı idarə edən
universal bir quruluş ideyası əksər insanlar üçün yad idi.
Homo sapiens insanların "biz" və "onlar" olaraq ayrıldığını düşünəcək
şəkildə təkamül etdi. "Biz" lap yaxınımızdakı insan qrupu, "onlar" isə
qalan hər kəs idi. Əslində heç bir heyvan aid olduğu növün bütün
üzvlərinin maraqlarını nəzərə alaraq hərəkət etmir. Heç bir şimpanze,
bütünlüklə şimpanze növünün mənfəəti ilə maraqlanmır, heç bir ilbiz
qlobal ilbiz cəmiyyəti üçün bircə buynuzunu belə qaldırmır və heç bir şir
alfa-erkəyi bütün şirlərin şahı olmaq üçün təşəbbüs göstərmir; həmçinin,
heç bir arı pətəyinin girişində belə bir şüar görə biməzsiniz: "Dünyanın
bütün işçi arıları, birləşin!".
Bununla belə, Təfəkkür İnqilabından etibarən Homo sapiens bu
məsələdə getdikcə daha müstəsna olmağa başladı. İnsanlar qətiyyən
tanımadıqları digər insanlarla müntəzəm olaraq əməkdaşlıq

195
Şəkil 25. Sio qəbilə başçılan (1905). 1492-ci ilə qədər nə siolann,
nə də Böyük Düzənliyin digər qəbilələrinin atlan vardı.

etməyə və onları "qardaş" yaxud "dost" kimi təsəvvür etməyə başladılar.


Lakin bu qardaşlıq universal deyildi. Yaxınlıqdakı vadidə və ya dağların
arxasındakı kəndlərdə hələ də "onlar"ı tapmaq mümkün idi. Təxminən
e.ə.3000-ci ildə firon Menes Misiri birləşdirdikdə, misirlilər üçün bu çox
aydm idi: Misirin sərhədləri var və bu sərhədlərin o üzündə "barbarlar"
gəzib-dolaşır. Barbarlar yad və təhlükəli idi, və sadəcə misirliləri
maraqlandıran torpaq və ya təbii ehtiyatları ələ keçirdikləri zaman diqqət
çəkirdi. İnsanların qurduğu bütün xəyali quruluşlar bəşəriyyətin böyük bir
hissəsinə əhəmiyyət verməməyə meylli idi.
E.ə. birinci minillik üç ayrı universal quruluşun meydana çıxmasına
şahid oldu. Bu quruluşların tərəfdarları tarixdə ilk dəfə bütün dünyanın və
bütün bəşəriyyətin vahid qanunlar sistemi ilə idarə edilən vahid bir bütöv
olduğunu təsəvvür edə bilirdi. Hamı, ən azından potensial olaraq "biz" idi,
artıq "onlar" yox idi. İlk universal quruluş iqtisadi idi: pula əsaslanan
quruluş, ikinci universal

196
quruluş siyasi idi: imperiya quruluşu. Üçüncü universal quruluş isə dini
idi: buddizm, xristianlıq və islam kimi dinlərin universal quruluşu.
Tacirlər, fatehlər və peyğəmbərlər "biz və onlar" ikili təkamül
bölünməsini dəf edə bilən və bəşəriyyətin potensial birliyini əvvəlcədən
görə bilən ilk insanlar idi. Tacirlər üçün bütün dünya vahid bir bazar,
bütün insanlar potensial müştəri idil. Buna görə də, hər yerdə hər kəs üçün
tətbiq edilə bilən iqtisadi quruluş yaratmağa çalışdılar. Fatehlər üçün
bütün dünya vahid bir imperiya, bütün insanlar potensial təbəələr idi.
Peyğəmbərlər üçün isə bütün dünya vahid bir həqiqətə bağlıydı, bütün
insanlar da potensial möminlər idi. Onlar da hər yerdə hər kəs üçün tətbiq
edilə bilən bir quruluş yaratmağa çalışdılar.
Son üç min il ərzində insanlar bu qlobal təsəvvürü həyata keçirmək
üçün daha ciddi səylər göstərməyə başladı. Növbəti üç fəsil pulun,
imperiyaların və universal dinlərin necə yayıldığından və bugünkü vahid
dünyanın təməllərini necə atdığından bəhs edəcək. Hekayət tarixdəki ən
böyük fatehlə başlayır; bu fateh son dərəcə xoş niyyətli və hər şəraitə
uyğunlaşa biləndir, başqa sözlə, insanları hərarətli tərəfdarlara çevirə bilir.
Bu fatehin adı - puldur. Eyni tanrıya inanmayan və ya eyni şaha itaət
etməyən insanlar eyni pullan həvəslə istifadə edir. Amerikan
mədəniyyətinə, amerikan dininə və amerikan siyasətinə nifrət edən
Üsamə bin Laden amerikan dollarını çox sevirdi. Bəs, tannlann və
şahlarm bacara bilmədiyini pul necə bacardı?

197
10

Pulun qoxusu

1Г-| Q-CU İLDƏ HERNAN KORTES və yanında-


1 C? JL у kı əsgərlər o vaxta qədər təcrid olunmuş bir dünya olan
Meksikanı işğal etdilər. Özlərini asteklər adlandıran bu cəmiyyət gəlmələrin
müəyyən bir sarı metala son dərəcə maraq göstərdiklərini qısa müddətdə
hiss etdi. Gəlmələr daim bundan bəhs edirdi. Yerlilər həm gözəl görünən,
həm də asanlıqla işlənilə bilən qızıldan xəbərsiz deyildi; qızılı bəzək əşyalan
və heykəllər düzəltmək üçün, qızıl tozunu isə mübadilə vasitəsi kimi istifadə
edirdilər. Lakin asteklər nə isə almaq istədikdə, ödənişi kakao dənələri və
ya ipək parçalarla edirdi. İspanların qızıl hərisliyi məntiqsiz görünürdü;
yeyilməyən, içilməyən, tikilməyən, alət və silah düzəltmək üçün çox
yumşaq olan bir metal nə üçün bu qədər əhəmiyyətli idi? Yerlilər Kortesdən
nə üçün ispanların qızıla bu qədər həris olduqlarını soruşduqda, məşhur
fateh belə cavab verdi: "Çünki mən və yoldaşlarım yalnız qızılla müalicə
oluna biləcək bir ürək xəstəliyinə mübtəla olmuşuq".’
İspanların gəldiyi Afrika-Asiya dünyasında qızıl hərisliyi doğrudan da
epidemiya halını almışdı. Ən qatı düşmənlər belə eyni faydasız sarı metalın
dalınca düşmüşdülər. Meksikanın işğalından üç yüz il əvvəl Kortesin və
döyüşçülərinin əcdadları İberiyada və Şimali Afrikada islam xəlifəliklərinə
qarşı qanlı din müharibələri aparmışdılar. İsanın və Allahın tərəfdarları bir-
birilərini öldürdü, tarlaları və meyvə bağlarını məhv etdi, gözəl şəhərləri
külə çevirdi, - və bütün bunları İsa və ya Allahın adını ucaltmaq üçün etdilər.
Xristianlar tədricən üstünlüyü ələ keçirdikdə, öz qələbələrini sadəcə
məscidləri yıxıb, kilsələr inşa edərək deyil, eyni zamanda
1
Francisco Lopez de Gomara, Historia de la Conquista de Mexico, cild: 1, D.Joaquin Ramirez
Cabanes, Mexico City: Editorial Pedro Robrcdo, 1943, səh. 106.

198
üzərində xaç işarəsi olan yeni qızıl və gümüş pullar kəsərək, və tanrıya
kafirlərlə döyüşdə onlara kömək göstərdiyi üçün şükr edərək bayram
etdilər. Bu yeni pullardan əlavə, qaliblər millares adı verilən və bir az fərqli
məna daşıyan başqa bir pul da buraxdı. Bu kvadrat formal pullar xristian
fatehlər tərəfindən kəsilmişdi və onların üstündə ərəbcə: "Allahdan başqa
tann yoxdur, Məhəmməd Allahın elçisidir" yazılmışdı. Cənubi Fransadakı
Melgueil və Aqdenin katolik yepiskoplan belə bu müsəlman pullarından
kəsdi və mömin xristianlar da bunları həvəslə istifadə etdilər. 1
Dağın o üzündə də tolerantlıq hökm sürürdü. Şimali Afrikanın
müsəlman tacirləri Florensiya florini, Venesiya dukatı və Neapol
gigliatosu kimi xristian pullarından istifadə edərək ticarətlə məşğul olurdu.
Kafir xristianlara qarşı cihada çağıran müsəlman hökmdarlar belə üzərində
İsa və Məryəm Anarım təsvirləri olduğu pullarla vergi toplamaqdan
məmnun idi.2

Bunun qiyməti nədir?


Ovçu-toplayıcıların pulu yox idi. Bütün qrup birlikdə ov edər, birlikdə
toplayıcıhqla məşğul olar, ətdən dərmana, ayaqqabıdan cadugərliyə qədər
ehtiyac duyduğu hər şeyi özü hazırlayardı. Fərqli qrup üzvləri bəzi
məsələlərdə ustalaşmış ola bilərdi, amma yardım və mükəlləfiyyətlərə
əsaslanan bir iqtisadi sistem vasitəsi ilə öz mal və xidmətlərini
paylaşırdılar. Havayı verdikləri ətin müqabilində nə isə alacaqlarını
düşünürdülər, pulsuz tibbi xidmət kimi. Qrup iqtisadi cəhətdən müstəqil
idi, sadəcə öz torpaqlarında olmayan və nadir tapılan şeyləri (balıqqulağı,
boya, obsidian və s.) başqalarından almağa məcbur idi. Bu da çox vaxt
barter (dəyiş-düyüş) yolu ilə həll edilirdi: "Sizə gözəl balıqqulağılar
verəcəyik, bunun əvəzində siz də bizə keyfiyyətli çaxmaq daşı verin".

1
Andrew M.Watson, “Back to Gold - and Silver”, Economic History Review, cild: 20, sayı: 1
(1967), səh. 11-12; Jasim Alubudi, Repertorio Bibliografico del Islam, Madrid: Vision Libros,
2003, səh. 194.
2
Watson, “Back to Gold - and Silver", səh. 17-18.

199
Aqrar inqilabın başlaması bu vəziyyəti çox da dəyişdirmədi. İnsanların
əksəriyyəti kiçik və səmimi icmalarda yaşamağa davam etdi. Eyni ilə bir
ovçu-toplayıcı qrupu kimi hər kənd də özü- özünü, dolandıran iqtisadi birlik
idi; qarşılıqlı yardım və mükəlləfiyyətlərlə və özgələrlə edilən barter
mübadiləsi ilə idarə olunurdu. Kəndlilərdən biri mahir bir ayaqqabı ustası
olduğu halda, digəri tibbi yardım göstərməyi bilirdi; kəndlilər də ayaqyalın
və ya xəstə olduqda kimin yanına gedəcəklərini bilirdi. Bununla belə,
kəndlər kiçik, iqtisadiyyatları isə məhdud idi, buna görə də bütün günü
işləyən ayaqqabıçılar yaxud həkimlər yox idi.
Şəhərlərin və krallıqların inkişafı, eləcə də nəqliyyat infrastruk-
turlarının yaxşılaşması ixtisaslaşma üçün yeni imkanlar açdı. Sıx əhalisi
olan şəhərlər sadəcə ayaqqabıçılar və həkimlərə deyil, eyni zamanda
dülgərlər, keşişlər, əsgərlər və vəkillərə də tam məşğulluq üçün zəruri olan
şərtlər meydana çıxartmışdı. Tədricən müəyyən bir kəndin əhalisi yaxşı
şərab, zeytun yağı və ya keramika istehsalı ilə şöhrət qazandı və sadəcə bu
məhsulların istehsalı sahəsində ixtisaslaşaraq, digər tələbatlarını başqa
kəndlərdən əldə edə biləcəyini anladı. Bu çox məntiqli idi. İqlimlər və
torpaqlar bir-birindən fərqlənirdi, odur ki, nə üçün iqlimi və torpağı şərablıq
üzümə daha çox uyğun olan bir yerin keyfiyyətli şərabını ala biləcəyiniz
halda, öz bağınızın üzümündən hazırlanmış adi bir şərab içməlisiniz? Əgər
öz torpaqlarmızdakı gildən daha möhkəm və daha gözəl dibçəklər hazırlaya
bilirsinizsə, bunları başqa məhsullarla dəyişdüyüş edə bilərsiniz. Üstəlik,
tam iş günü çalışan şərabçılar və ya dulusçular (həkimlər və vəkillər də
həmçinin) öz bacarıqlarını hamının faydası üçün inkişaf etdirə bilərlər.
Lakin, ixtisaslaşma yeni bir problem yaratmışdır. Mütəxəssislər arasındakı
mal mübadiləsi necə idarə ediləcək?
Yardım və mükəlləfiyyətlərə əsaslanan iqtisadiyyat bir-birini tanımayan
çox sayda insanın əməkdaşlıq etməyə çalışdığı bir şəraitdə fəaliyyət göstərə
bilməz. Qardaşa yaxud qonşuya kömək etmək ayrı, yaxşılığınızın əvəzini
verə bilməyəcək yadlara qayğı göstərmək tamam ayrı işdir. Barter yaxşı
üsuldur, amma sadəcə məhdud çeşiddə məhsullardan söhbət getdikdə
effektivdir və mürəkkəb bir iqtisadiyyatın təməli kimi çıxış edə bilməz.’

1
David Gracber, Debt: The First 5.000 Years, Brooklyn, N.Y.: Melville House, 2011.

200
Barterin məhdudluğunu anlamaq üçün bütün əyalətdə ən dadlı, ən gözəl
almaların yetişdiyi bir alma bağına sahib olduğunuzu təsəvvür edin. O
qədər çox işləyirsiniz ki, ayaqqabılarınız köhnəlir. Malınızı eşşək
arabasına yükləyib çayın kənarı ilə bazara aparırsınız. Qonşunuz sizə
bazann ən axırında bir pinəçinin ona beş ildir ki, geydiyi çox möhkəm
ayaqqabılar tikdiyini deyib. Gedib pinəçinin dükanını tapırsınız və sizə
lazım olan ayaqqabıların əvəzində almalardan bir hissəsini ona təklif
edirsiniz.
Pinəçi tərəddüd edir. Ayaqqabıların əvəzində neçə dənə alma
istəməlidir? Hər gün onlarla müştəri ilə qarşılaşır və bunlardan bəziləri bir
kisə alma, bəziləri müxtəlif keyfiyyətlərdə buğda, keçi və ya ipək parça
gətirir; digərləri isə krala ərizə yazmaq və ya bel ağrılarını müalicə etmək
kimi bacarıqlarını təklif edir. Pinəçi axı- nncı dəfə ayaqqabılarını almalara
üç ay əvvəl dəyişmişdi və o vaxt üç kisə alma istəmişdi. Yoxsa dörd kisə
idi? Amma dərindən düşündükdə, bu almalar təpələrdə yetişən dadlı
almalar deyil, vadidə yetişmiş turş almalar idi. Digər tərəfdən, keçən dəfə
almalar daha kiçik olan qadın ayaqqabılarının əvəzində verilmişdi. Bu
adam isə kişi ayaqqabdan istəyirdi. Üstəlik, son həftələrdə xəstəlik
kənddəki mal-qaranı tələf etdiyindən, dəri tapmaq çətin idi. Dabbaqlar
eyni miqdarda dəri üçün əvvəlkindən iki dəfə çox ayaqqabı istəyird.
Bunlan nəzərə almaq lazım deyildimi?
Barter iqtisadiyyatında hər gün pinəçi və əkinçi onlarla fərqli məhsulun
bir-biri ilə müqayisəli qiymətini yenidən öyrənməyə məcburdur. Əgər
bazarda yüz fərqli məhsul satılırsa, alıcılar və sahalar ümumilikdə 4.950
müxtəlif mübadilə kursunu bilməlidir. Əgər 1000 müxtəlif növ məhsul
satılırsa, onda 499.500 müxtəlif mübadilə kursunu öyrənməyə
məcburdurlar!1 Bu qarışıqlığın içindən necə çıxmaq olar?
Üstəlik, daha pisi də var. Bir cüt ayaqqabıya neçə almanm bərabər
olduğunu hesablaya bilsəniz belə, barter həmişə mümkün olmur. Ticarətin
mümkün olması üçün iki tərəfin də əlində digərinin istədiyi məhsuldan
olması lazımdır. Pinəçi alma xoşlamırsa, onda nə olacaq? Və yaxud o anda
alma yox, boşanmaq haqqında düşünürsə?

1
Glyn Davies, A History of Money: from Ancient Times to the Present Day, Cardiff: Uni-
versity of Wales Press, 1994, səh. 15.

201
Doğrudur, bu halda əkinçi alma xoşlayan bir vəkil tapıb, üçtərəfli
sövdələşmə apara bilər, amma vəkilin kifayət qədər alması varsa və bunun
əvəzinə saçını kəsdirmək istəyirsə, onda necə olacaq?
Bəzi cəmiyyətlər bu problemi mərkəzi barter sistemi yaratmaq yolu ilə
həll etməyə çalışdı. Bu sistemdə əkinçilərin və sənətkarların məhsulları
yığılaraq, ehtiyacı olanlara paylanırdı. Belə eksperimentin ən böyük və ən
məşhur olanı Sovet İttifaqında apanldı və iflasa uğradı. "Hər kəs bacarığına
görə işləyəcək və ehtiyacına görə məhsul alacaq" fikri praktikada "hər kəs
mümkün qədər az işləyəcək və əlinə keçirə bildiyi qədər çox məhsul
alacaq" fikrinə çevrildi. Daha kiçik və daha uğurlu eksperimentlər də
aparılmışdı, bunun bir nümunəsi də Ink imperiyasında idi. Bununla belə,
əksər cəmiyyətlər çox sayda mütəxəssisi bir-birinə bağlamağm daha asan
yolunu tapdı: pulu icad etdi.

Balıqqulağı və siqaret
Pul bir çox yerdə və müxtəlif vaxtlarda icad edildi. Pulun icadı
texnoloji çevriliş deyil, sırf zehni bir inqilab idi. Bu inqilab sadəcə
insanların ümumi təxəyyülündə yaşayan yeni bir inter-subyektiv reallığın
yaradılmasına bağlıydı.
Pul - metal sikkələr və ya kağız banknotlar demək deyil; mal və
xidmətlər mübadiləsini həyata keçirmək məqsədi ilə digər məhsulların
dəyərini sistemli şəkildə müəyyənləşdirə bilmək üçün insanların istifadə
etməyə hazır olduqları bir şeydir. Pul insanların müxtəlif məhsulların
(məsələn, alma, ayaqqabı və boşanma prosesi üçün lazım olan işlər)
dəyərini asanlıqla və tez müqayisə etmələrinə, bir məhsulu digəri ilə
asanlıqla dəyişmələrinə və sərvətlərini saxlaya bilmələrinə imkan verir.
Tarixdə çox sayda pul növü icad edilib. Bunlardan ən geniş yayılanı -
standart şəkildə kəsilən metal pullardır. Metal pul kəsimi icad
edilməmişdən çox-çox əvvəllər də mövcud olan pul fərqli mədəniyyətlərdə
müxtəlif əşyalardan istifadə olunmaqla inkişaf etdi: balıqqulağı, heyvan
dərisi, duz, toxum, muncuq, ipək və veksel. Balıqqulağılar dörd min il
ərzində bütün Afrika, Cənubi Asiya, Şərqi Asiya və Okeaniyada pul kimi
istifadə

202
M
e

mOkıfal

Şskil 26. Qədim Çin yazısında balıqqulağı işarəsi "satmaq" yaxud


"hədiyyə etmək" kimi sözlərlə pulu təmsil edirdi.

edildi. 20-ci əsrin əvvəllərində Britaniya uqandasında vergiləri hələ də bu


balıqqulağılarla ödəmək mümkün idi.
Müasir həbsxanalarda və əsir düşərgələrində adətən siqaret pulu əvəz
edir. Siqaret çəkilməyən həbsxanalarda belə, məhbuslar siqareti pul kimi
qəbul etməyə hazırdırlar və digər bütün mal və xidmətlərin qiymətini
siqaretlə hesablayırlar. Osvensimdə sağ qalmış bir nəfər düşərgədə pul
kimi istifadə edilən siqaretdən belə bəhs edir: "Dəyərinə heç kəsin şübhə
etmədiyi öz valyutamız vardı: siqaret. Hər bir şeyin qiyməti siqaretlə
ölçülürdü. "Normal" vaxtlarda, yəni qaz kameralanna göndərilməyə
namizəd olanların müntəzəm şəkildə gətirildiyi zamanlarda bir kömbə
çörəyin qiyməti on iki siqaret idi, 300 qramlıq marqarin 30, qol saatı 80-
lə 200, bir litr spirtli içki isə 400 siqaret idi!"1
Əslində, bu gün də dəmir pullar və kağız banknotlar nadir pul
növləridir. 2006-cı ildə dünyada ümumi pulun məbləği 473 trilyon

1
Szymon Laks, Music of Another World, Chester A.Kisiel, Evanston, 111.: Northwestern
University Press, 1989, səh.88-89. Osvensimdəki “bazar” bəzi məhbusların üzünə bağlı idi və
müəyyən vaxtlarda şərtlər ciddi şəkildə dəyişə bilirdi.

203
dollar olduğu halda, dəmir pul və banknotların ümumi dəyəri 47 trilyon
dollardan az idi.1 Bütün pullann 90 faizindən çoxu (yəni, 400 trilyon
dollardan çox) sadəcə kompüterlərdə mövcuddur. Beləliklə, maliyyə
əməliyyatlarının böyük hissəsi elektron məlumatın bir kompüterdən
digərinə köçürülməsi yolu ilə, yəni hər hansı bir fiziki pul transferi
olmadan aparılır. Yalnız hansısa cinayətkar ev aldıqda pulla dolu çamadan
verir. İnsanlar elektron məlumatlardan istifadə edərək mal və xidmət
mübadiləsi aparmağa çox meyllidir, bu üsul parıltılı metallardan və
xışıldayan kağızlardan daha yaxşıdır; həm yer tutmur, həm də hesabatını
aparmaq daha asandır.
Mürəkkəb ticarət sistemlərinin fəaliyyət göstərə bilməsi üçün pulun
olması qaçılmazdır. Pul iqtisadiyyatında bir ayaqqabıçı sadəcə müxtəlif
ayaqqabı növlərinin qiymətlərini bilməlidir, ayaqqabılarla almalar və ya
keçilər arasında mübadilə kursunu bilməsinə gərək yoxdur. Pul həmçinin
alma becərənləri də alma istəyən ayaqqabı- çılar tapmaq
məcburiyyətindən qurtarır, çünki hər kəsin həmişə pula ehtiyacı var. Bu,
görünür, pulun ən mühüm xüsusiyyətidir. Pul hər an hər kəsə lazımdır,
çünki hamının həmişə pula ehtiyacı var, başqa sözlə, siz istədiyiniz yaxud
ehtiyacınız olan hər şeyi pulla əldə edə bilərsiniz. Ayaqqabıçı pulunuzu
almaqdan həmişə məmnun qalacaq, çünki bu zaman istədiyi şeyi (alma,
keçi və ya boşanma prosesinə başlamaq) pulla ala bilər.
Pul insanların, demək olar ki, hər şeyi hər şeylə dəyişdirə bilməsinə
imkan verən universal mübadilə vasitəsidir. Ordudan tərxis edilmiş bir
əsgər universitetdə təhsil haqqını əsgərlikdə yığdığı pullarla ödədikdə,
əzələ gücü beyin gücünə çevrilir. Bir baron öz tərəfdarlarına yardım etmək
üçün mülkünü satdıqda, torpaq sədaqətə çevrilir. Bir həkim öz qazancını
vəkil tutmaq və ya bir hakimə rüşvət vermək üçün xərclədikdə, sağlamlıq
hüquqa çevrilir. Hətta seksi qurtuluşa çevirmək mümkündür, necə ki, bunu
15-ci əsrdə fahişələr kişilərlə pul üçün yatıb, qazandıqları pulla Katolik
kilsəsindən indulgensiya2 almaqla edirdilər.
İdeal pul növləri insanların bir şeyi başqa bir şeyə çevirə bilməsinə
imkan verdiyi kimi, topladıqları sərvəti saxlamalarını da

1
Niall Ferguson, The Ascent of Money, New York: The Penguin Press, 2008, səh.4.
1
Katolik Kilsəsinin yüz illər boyunca pulla satdığı “günah əfvi"

204
təmin edir. Zaman və ya gözəllik kimi bir çox dəyərləri saxlamaq mümkün
olmadığı halda, bəzi şeyləri də çox qısa müddət saxlamaq olar (çiyələk
kimi). Bəzi şeylər isə daha davamlıdır, amma çox yer tutur və baha başa
gələn xüsusi anbarlar və qulluq tələb edir. Məsələn, buğdanı illər boyunca
saxlamaq mümkündür, lakin bunun üçün nəhəng anbarlar inşa etmək və
buğdanı siçan, kif, su, od və oğrulardan qorumaq lazımdır. İstər kağız, istər
kompüter bitləri və ya balıqqulağılar olsun, pul bu problemləri həll edir.
Balıqqulağılar çürümür, siçanlara yem olmur, oda davamlıdır və kifayət
qədər kiçik olduğu üçün seyfdə saxlanılmağa əlverişlidir.
Sərvətdən istifadə etmək üçün onu saxlaya bilmək kifayət etməz, çox
vaxt onu bir yerdən başqa yerə daşımaq lazım olur. Əmlak kimi bəzi
sərvətləri daşımaq ümumiyyətlə mümkün deyil. Buğda və düyü kimi
məhsulları isə çətinliklə daşımaq olur. Pulsuz bir ölkədə yaşayan və uzaq
əyalətə köçmək istəyən varlı bir fermer təsəvvür edin. Onun sərvəti çəltik
sahələrindən və evindən ibarətdir, amma köçərkən nə evini, nə də çəltik
sahələrini özü ilə apara bilər. Bunları tonlarla düyüyə dəyişə bilər, lakin
bu qədər düyünü daşımaq da çox çətin və bahalı olar. Pul bu problemləri
həll edir; fermer bütün əmlakını bir neçə kisə balıqqulağıya satıb, bunu
özü ilə asanlıqla daşıya bilər.
Pul - sərvəti asan və ucuz şəkildə çevirə, saxlaya və daşıya bildiyi üçün
dinamik bazarların və mürəkkəb ticarət şəbəkələrinin meydana
gəlməsində mühüm rol oynayıb. Pul olmasaydı, ticarət şəbəkələri və
bazarlar böyüklük, mürəkkəblik və dinamiklik baxımından çox məhdud
qalardı.

Pul necə işləyir?


Balıqqulağı və dollarların sadəcə təxəyyülümüzdə müəyyən bir dəyəri
var. Pulun dəyəri balıqqulağının və ya kağızın kimyəvi strukturunda,
rəngində və ya formasında deyil. Başqa sözlə, pul - maddi əşya deyil,
psixoloji bir konstruksiyadır və maddi olanı şüurda olana çevirərək işləyir.
Bəs, pul bunu necə bacarır? Nə üçün kimsə özünün məhsuldar çəltik
sahəsini bir ovuc faydasız balıqqulağına

205
dəyişməyə hazırdır? Nə üçün əziyyətinizin əvəzində bir neçə rəngli kağız
alacağmızı bilə-bilə hamburger hazırlamaq, tibbi sığorta satmaq və ya üç
dənə yaramaz uşağa dayəlik etməyə razı olursunuz?
İnsanlar belə şeyləri ancaq kollektiv təxəyyüllərinin uydurmalarına
inandıqları zaman edər. İnam - bütün pul növlərinin xam materialıdır. Varh
fermer bütün sərvətini bir kisə balıqqulağına satıb uzaq yerlərə köçdükdə,
oradakı insanların bu balıqqulağıların müqabilində ona düyü, ev və əkin
sahələri satacağına inanırdı. Beləliklə, pul - qarşılıqlı inam sistemidir, lakin
bəsit bir sistem deyil: Pul - indiyə qədər yaradılmış ən universal və ən
effektiv qarşılıqlı inam sistemidir.
Bu inamı yaradan isə, çox mürəkkəb və uzun müddətli bir siyasi, sosial
və iqtisadi münasibətlər şəbəkəsidir. Balıqqulağına, qızıl pula və ya dollar
banknotuna nə üçün inanıram? Çünki qonşularım da buna inanır.
Qonşularım isə mən inandığım üçün bunlara inanır. Biz hamımız bunlara
inanırıq, çünki kralımız da bunlara inanır və vergi qismində bunlardan
istəyir. Həmçinin keşişlərimiz də bunlara inanır və onlar da kilsə vergisi
kimi bunlardan istəyir. Dollar banknotu götürüb ona diqqətlə baxm. Rəngli
bir kağız parçasmın üzərində bir tərəfdə ABŞ Xəzinədarlıq Katibinin
imzası, o biri tərəfdə "Tanrıya inanınq" şüarını görəcəksiniz. Dolları bir
ödəniş vasitəsi kimi qəbul edirik, çünki həm Tanrıya, həm də ABŞ
Xəzinədarlıq Katibinə inanınq. Bu inamın həlledici rolu - nə üçün maliyyə
sistemlərimizin siyasi, sosial və ideoloji sistemlərimizə bu qədər bağlı
olduğunu, maliyyə böhranlarının adətən siyasi hadisələrdən
qaynaqlandığını və nə üçün fond birjasının treyderlərin’ əhvali-
ruhiyyəsindən asılı olaraq bir gündə düşüb-qalxdığını izah edir.
Pulun ilk versiyaları icad edildikdə, insanların pula bu cür inamı
olmadığından, həqiqətən dəyərli olan şeyləri "pul" olaraq müəy-
yənləşdirməyə ehtiyac vardı. Tarixdə ilk pul kimi məlum olan Şumer arpası
buna yaxşı misaldır. Arpa pul Şumer torpaqlarında təxminən e.ə. 3000-ci
illərdə yazı ilə eyni şərtlərdə, eyni yerdə və eyni zamanda meydana çıxdı.
Yazının getdikcə güclənən inzibati fəaliyyətlərin ehtiyacına cavab olması
kimi, arpa pul da artan iqtisadi fəaliyyətlərin tələbatını təmin etdi.
1
Fond biıjalannda qiymətli kağızlarla alver edənlər

206
Arpa pul - sadəcə arpa idi, yəni bütün digər mal və xidmətlərin dəyərini
bilmək və bir-biriylə dəyişdirə bilmək üçün universal Ölçü vahidi kimi
istifadə olunan sabit miqdarda arpa dənələrindən ibarət idi. Ən çox
yayılmış ölçü vahidi təxminən bir litrə ekvivalent olan sila idi. Bir şey
almaq və ya satmaq lazım olduqda zəruri arpa miqdarını asanlıqla ölçə
bilmək üçün hər biri bir sila tuta bilən standart qabların kütləvi şəkildə
istehsalına başlanıldı. Maaşlar da arpa silalan ilə təyin olunur və ödənilirdi.
Bir kişi işçi ayda 60, qadın işçi 30 sila alırdı. Baş usta isə ayda 1200-5000
arasında sila qazana bilirdi. Ən qarınqulu usta da ayda 5000 litr arpanı
yeyə bilməzdi, amma yeyə bilmədiyi silalan yağ, keçi, qul və ya arpadan
əlavə, digər yeməli şeylər almaq üçün istifadə edə bilirdi.’
Arpanın öz dəyəri olsa da, insanları arpanı adi bir məhsul olaraq yox,
pul kimi istifadə etməyə inandırmaq asan deyildi. Bunun səbəbini
yaxınlıqdakı ticarət mərkəzinə bir kisə arpa apanb, bir köynək yaxud pizza
almağa çalışdığınız zaman anlaya bilərsiniz. Satıcılar yəqin ki,
mühafizəçiləri çağıracaq. Bununla belə, ilk pul növü kimi arpaya inam
yaratmaq nisbətən daha asan idi, çünki arpanın özünəməxsus bioloji dəyəri
vardı. İnsanlar onu yeyə bilərdi. Digər tərəfdən, arpanı saxlamaq və
daşımaq çətin idi. Pul tarixində əsl inqilab, insanlar dəyəri olmayan, amma
saxlanılması və daşınması asan olan pula inam duyduqda baş verdi. Bu
mənada, ilk pul-

1
Arpa pul haqqında məlumat əldə etmək üçün nəşr edilməmiş bir doktorluq dissertasiyasından
istifadə etdim: Rcfael Benvcnisti, Economic Institutions of Ancient Assyrian Trade in the
Twentieth to Eighteenth Centuries BC, Hebrew University of Jerusalem, nəşr olunmamış
dissertasiya, 2011. Bundan əlavə baxa bilərsiniz: Norman Yoffee, “The Economy of Ancient
Western Asia", Civilizations of the Ancient Near East, cild: 1, J.M.Sasson, New York:
C.Scribncr’s Sons, 1995, səh. 1387-1399; R.K.Englund, “Proto-Cuneiform Account- Books and
Journals", Creating Economic Order: Record-keeping, Standardization, and the Development of
Accounting in the Ancient Near East, Michael Hudson və Cornelia Wunsch, Bethesda, MD:
CDL Press, 2004, səh. 21-46; Marvin A.Powell, “A Contribution to the History of Money in
Mesopotamia", Journal of the Economic and Social History of the Orient, cild: 39, sayı: 3 (1996),
səh. 224-242; John F.Robertson, “The Social and Economic Organization of Ancient
Mesopotamian Temples", Civilizations of the Ancient Near East, cild: 1, Sasson, səh. 443-500;
M.Silver, “Modem Ancients", Commerce and Monetary Systems in the Ancient World: Means
of Transmission and Cultural Interaction, R.Rollinger, U.Christoph, Stuttgart: Steiner, 2004, səh.
65-87; Daniel C.Snell, “Methods of Exchange and Coinage in Ancient Western Asia”,
Civilizations of the Ancient Near East, cild: 1, Sasson, səh. 1487-1497.

207
lar eramızdan əvvəl üçüncü minilliyin ortalarında qədim Mesopotamiyada
ortaya çıxdı. Bu pul - gümüş şekel idi.
Gümüş şekel gümüş sikkə deyildi, 8.33 qram gümüş idi. Ham- murapi
Qanunları bir qul qadını öldürən üstün insanın qulun sahibinə 20 gümüş
şekel ödəməli olduğunu elan etdikdə, bu o demək idi ki, 20 gümüş sikkə
deyil, 166 qram gümüş ödənilməlidir. Əhdi-Ətiqdəki bir çox pul
anlayışları sikkə ilə deyil, gümüşlə ifadə olunmuşdur. Məsələn, Yusifin
qardaşları onu ismaililərə 20 gümüş şekel, yəni 166 qram gümüş
müqabilində satmışdılar (qul qadının qiymətinə, necə olsa da, Yusif uşaq
sayılırdı).
Bir sila arpadan fərqli olaraq, gümüş şekelin özünəməxsus dəyəri yox
idi. Gümüşü yeyib-içə bilməzsiniz və ya əyninizə geyə bilməzsiniz,
həmçinin gümüş faydalı alətlər düzəltmək üçün çox yumşaqdır (gümüşdən
düzəldilmiş xəncər və ya qılınclar, alüminium əşyalar kimi çox tez əyilir).
Gümüş və qızıl yalnız bəzək əşyaları, tac və digər status simvollarının
hazırlanmasında istifadə edilirdi (müəyyən bir mədəniyyətə məxsus
insanların yüksək sosial statusla eyniləşdirdiyi dəbdəbəli əşyalar), başqa
sözlə, bunların dəyəri tamamilə kultural idi.
Metallardan düzəldilmiş çəkilər tədricən pul sikkələrinin ortaya
çıxmasına səbəb oldu. Tarixdə ilk pul sikkəsi e.ə. 640-cı ildə Lidiya kralı
Aliatt tərəfindən Anadolunun qərbində kəsildi. Qızıl və gümüşdən
kəsilmiş bu pul sikkələrinin standart çəkisi və müəyyənləşdirici işarələri
vardı. Bu işarə iki şeyi göstərirdi: sikkənin tərkibində nə qədər qiymətli
metal olduğunu və sikkəni kəsib, onun tərkibinə zəmanət verən
hakimiyyəti. Bu gün istifadə olunan, demək olar ki, bütün dəmir pullar
Lidiya pullarının törəmələridir.
Sikkələrin işarəsiz külçələrlə müqayisədə iki mühüm üstünlüyü vardı.
Birincisi, külçələr kimi hər sövdələşmədə tərəzi ilə çəkilmirdi. İkincisi,
külçənin çəkisini bilmək kifayət deyildi. Ayaqqabı satıcısı külçənin incə
bir gümüş təbəqəsi ilə örtülmüş qurğuşundan, yoxsa saf gümüşdən
düzəldildiyini necə bilərdi? Sikkələr bu problemləri həll etməyə kömək
etdi. Üzərinə həkk edilmiş işarələr həqiqi qiymətlərini göstərir və beləcə,
ayaqqabıçı da kassasının yanında tərəzi qoymaq məcburiyyətində
qalmırdı. Ən başlıcası isə, pulun üzərindəki işarə onun dəyərinə zəmanət
verən siyasi hakimiyyətin imzası idi.

208
Şəkil 27. Tarixdə ən qədim (eramızdan əvvəl yeddinci əsrə aid)
pul sikkələrindən biri.

İşarənin ölçüsü və forması tarix boyunca çox dəyişildi, amma məzmun


eyni idi: "Mən, buranın və yaxud oranın Böyük Kralı sizə şəxsən söz
verirəm ki, bu metal diskin tərkibində düz beş qram qızıl var. Əgər kimsə
bu pulun saxtasını kəsməyə cəsarət edərsə, deməli, o mənim imzamı
saxtalaşdırmağa çalışır, bu isə mənə ləkə gətirər. Bu cür cinayəti son
dərəcə ciddi şəkildə cəzalandıraram". Buna görə də, saxta pul kəsmək,
digər fırıldaqçıhqlarla müqayisədə həmişə daha ağır bir cinayət hesab
edilmişdir. Saxta pul kəsmək sadəcə fırıldaqçılıq deyil, suvereniteti
pozmaq, hakimiyyəti, imtiyazları və kralın şəxsiyyətini zədələməyə
cəsarət etmək deməkdir. Bununla bağlı hüquqi termin "leşe majeste"
(zati-alilərini təhqir etmək) idi və çox vaxt işgəncə və ölümlə
cəzalandırılırdı. İnsanlar kralın hakimiyyətinə və sarsılmazlığına
inandıqları müddətdə onun puluna da inanırdılar. Əcnəbilər Roma pulu
denariusun (dinar) dəyərinə asanlıqla inanırdı, çünki pulun üzərinə adını
və rəsmini həkk edən Roma imperatorunun qüdrətinə və sarsılmazlığına
tam etibar edirdilər.
Öz növbəsində, imperatorun hakimiyyəti də denariusa söykənirdi.
İmperator vergiləri toplamaq və maaşları ödəmək üçün arpa və buğdadan
istifadə etməli olsaydı, Roma imperiyasının nə qədər çətin idarə
ediləcəyini təsəvvür edin. Suriyadan arpa vergiləri toplayıb, Romadakı
mərkəzi xəzinəyə və oradan da legionların maaşlarını ödəmək üçün
Britaniyaya daşımaq qeyri-mümkün idi. Eyni şəkildə, əgər Roma
vətəndaşları qızıl pullara inandıqları halda, qal-

209
lar, yunanlar, misirlilər və suriyalılar bunun əvəzinə balıqqulağılar, fil
sümüyündən muncuqlar və ya ipək parçalara etibar etsəydi, imperiyanı
saxlamaq eyni dərəcədə çətin olardı.

Qızılın müjdəsi
Roma pullarına etibar o qədər yüksək idi ki, imperiyanın sərhəd-
lərindən kənarda da insanlar denariusla ödəniş almaqdan məmnun
qalırdı. Eramızın 1-ci əsrində Roma pulları, ən yaxın Roma legio- nunun
minlərlə kilometr uzaq olduğu Hindistan bazarlarında belə mübadilə
vasitəsi kimi qəbul edilirdi. Hindlilərin denariusa və üzərindəki
imperator rəsminə o qədər böyük etibarı vardı ki, yerli hökmdarlar öz
pullarını kəsdikdə, onları üzərindəki Roma imperatorunun rəsminə qədər
denariusa oxşatdılar! "Denarius" bütün sikkə pullar üçün ümumi ada
çevrildi. İslam xəlifələri də bunu ərəbcə adlandıraraq "dinar" kəsdilər.
Dinar hələ də İordaniya, İraq, Serbiya, Makedoniya, Tunis və bir çox
başqa ölkələrin pul vahidinin rəsmi adıdır.
Lidiya üslubunda pulkəsmə Aralıq dənizindən Hind okeanına doğru
yayılarkən, çinlilər bürünc pullara və heç bir işarə olmayan qızıl və
gümüş külçələrə əsaslanan bir az fərqli bir pul sistemi yaratdı. Bununla
belə, iki pul sisteminin bir çox ortaq nöqtəsi vardı, xüsusilə də qızıl və
gümüşə olan inam Çin və Lidiya bölgəsi arasında ticarət əlaqələri
qurmaq üçün kifayət idi. Müsəlman və avropalı tacirlərlə fatehlər
tədricən Lidiya sistemini və qızılın müjdəsini dünyanın uzaq guşələrinə
qədər yaydılar. Müasir dövrün sonlanna yaxın bütün dünya artıq vahid
pul zonası idi və ilk növbədə qızıl və gümüşə, sonra isə Britaniya funtu
və Amerikan dolları kimi çox etibarlı olan bir neçə pul vahidinə
söykənirdi.
Vahid transmilli və trans-kultural pul zonasının meydana gəlməsi
Afrika ilə Asiyanın və tədricən bütün yer kürəsinin vahid iqtisadi və
siyasi zona olaraq birləşməsini təmin etdi. İnsanlar bir-birinin anlamadığı
dillərdə danışmağa, fərqli hökmdarlara itaət etməyə və müxtəlif tanrılara
sitayiş etməyə davam etdilər; lakin hamı qızıl və

210
gümüşə, qızıl-gümüş pullara inanırdı. Bu ümumi inam olmadan, qlobal
ticarət şəbəkələrinin meydana çıxması qeyri-mümkün idi. 16-a əsr
istilaçılarının Amerikada tapdığı qızıl və gümüş, avropalı tacirlərin Şərqi
Asiyadan ipək, saxsı və ədviyyatlar satın almasına, beləliklə iqtisadi artımın
həm Avropaya, həm də Şərqi Asiyaya yayılmasına imkan verdi. Meksika və
Andlardan çıxarılan qızıl və gümüşün böyük hissəsi avropalıların əllərindən
keçərək çinli ipək və saxsı istehsalçılarının ciblərinə girdi. Çinlilər Korteslə
yoldaşlarını əsir alan "ürək xəstəliyindən" əziyyət çəkməsəydi və gümüş ya
da qızıl vasitəsi ilə ödənişi qəbul etməsəydi, dünya iqtisadiyyatı necə yarana
bilərdi?
Lakin çox fərqli mədəniyyətlərə mənsub və çox məsələlərdə razılığa gələ
bilməyən çinlilər, hindlilər, müsəlmanlar və ispanlar nə üçün qızıla ümumi
inam bəsləyirdilər? Məsələn, nə üçün ispanlar qızıla, müsəlmanlar
balıqqulağına, hindlilər arpaya və çinlilər ipəyə inanmadı? İqtisadçıların
buna hazır bir cavablan var: ticarət iki nöqtəni birləşdirdikdə, tədarük və
tələb daşma bilən malların qiymətini eyniləşdirir. Bunun səbəbini anlamaq
üçün hipotetik1 bir məsələyə baxaq. Tutaq ki, Hindistanla Aralıq dənizi
arasında ticarət başladıqda, hindlilər qızılla maraqlanmırdı və buna görə də,
qızılın demək olar ki, dəyəri yox idi. Aralıq dənizində isə qızıl status
simvolu idi və buna görə də, dəyəri yüksək idi. Bundan sonra nə olacaqdı?
Hindistanla Aralıq dənizi arasında səfər edən tacirlər qızılın dəyərindəki
fərqi görəcək və qazanc əldə etmək üçün Hindistanda qızılı ucuz qiymətə
alıb, Aralıq dənizində baha satacaqdılar. Beləliklə, Hindistanda qızıla olan
tələbat artacaq, başqa sözlə, qızılın qiyməti bahalaşacaqdı. Eyni zamanda,
qızıl axını sayəsində Aralıq dənizində qızılın qiyməti aşağı düşəcəkdi. Qısa
müddət ərzində Hindistanda və Aralıq dənizində qızılın qiymətləri bir-birinə
çox yaxın olacaqdı. Aralıq dənizi insanlarının qızıla inanması, hindlilərin də
inanmağa başlamasına səbəb olacaqdı. Hindlilər üçün qızılın real istifadə
dəyəri olmasa belə, Aralıq dənizi xalqlarının qızıl tələbatı hindlilərin də
qızıla dəyər verməsi üçün kifayət edəcəkdi.
Eyni şəkildə, başqa bir insanın balıqqulağılara, dollarlara və ya elektron
məlumatlara inanması, - hətta bu insan bizə nifrət etsə,

1
Fərz edilən

211
həqarətlə baxsa və gülsə də, - bizim də bunlara olan inamımızı
möhkəmləndirəcək. Dini etiqadlar məsələsində dil tapa bilməyən xristianlar
və müsəlmanlar pula inam məsələsində razılığa gələ bilirdi, çünki din
nəyəsə inanmağımızı istərkən, pul başqalarının da nəyasd inandığına
inanmağımızı istəyir.
Min illər ərzində filosoflar, mütəfəkkirlər və peyğəmbərlər pulu
lənətləyərək, onu bütün şər əməllərin kökü adlandırdı. Hər necə olsa da, pul
eyni zamanda insan tolerantlığının zirvə nöqtəsidir. Pul - dildən, dövlət
qanunlarından, kultural ənənələrdən, dini etiqadlardan və sosial
vərdişlərdən daha açıq fikirlidir. Pul insanlar tərəfindən yaradılmış və
demək olar ki, bütün kultural fərqləri aşa bilən yeganə inam sistemidir;
bundan əlavə, din, cinsiyyət, irq, yaş və seksual oriyentasiya sarıdan ayrı-
seçkilik də etməz. Hətta bir- birini tanımayan, etibar etməyən insanlar da
pul sayəsində effektiv əməkdaşlıqlar qura bilər.

Pulun dəyəri
Pul iki universal prinsip üzərində qurulub:
a) Universal dəyişilmə qabiliyyəti: pul bir kimyagər kimi torpağı
sədaqətə, ədaləti sağlamlığa, zorakılığı elmə çevirə bilir.
b) Universal inam: hər hansı iki insan pulun vasitəçiliyi ilə istənilən
məsələdə əməkdaşlıq edə bilər.
Bu prinsiplər tarix boyunca bir-birini tanımayan milyonlarla insanın
ticarət və sənaye sahəsində effektiv şəkildə əməkdaşlıq etməsinə imkan
verdi. Lakin zərərsiz görünən bu prinsiplərin qaranlıq tərəfi də var. Hər şey
dəyişilə bilir, və inam standart pullardan və balıqqulağılardan asılı olduqda,
yerli ənənələr, səmimi münasibətlər və bəşəri dəyərlər eroziyaya uğrayaraq,
bunların yerinə tələb və təklifin soyuq qanunları keçməyə başlayır.
İnsan cəmiyyətləri və ailələr həmişə şərəf, sədaqət, əxlaq və sevgi kimi
"misilsiz" etiqadlar üzərində qurulub. Bunlar bazar ərazisindən kənarda
yerləşir və pulla alınıb-satılmamalıdır. Bazar bunlara yaxşı bir dəyər versə
belə, bəzi şeylər mümkün deyil. Valideynlər uşaqlarını qul kimi satmamalı,
mömin bir xristian ölümcül bir günaha batmamalı, sadiq bir cəngavər heç
vaxt öz lorduna

212
xəyanət etməməli, qəbilənin doğma yurdu əsla yadlara satılmamalıdır.
Bir bəndin divarındakı çatlaqdan sızan su kimi, pul həmişə bu maneələri
aşmağa çalışıb. Valideynlər uşaqlarının yemək ehtiyacını ödəmək üçün
bəzi uşaqlarını qul kimi satmağa məcbur olub. Mömin xristianlar
öldürülmüş, malları oğurlanmış, aldadılmış və onlardan qəsb edilən
pullarla kilsənin əfvi satın alınmışdır. İddialı cəngavərlər öz sədaqətlərini
ən çox pul verənə satıblar, öz ardıcıllarının sədaqətini də yenə pulla almağa
çalışıblar. Dünya iqtisadiyyatına daxil ola bilmək üçün doğma yurdlar
dünyanın o biri ucundan gələn yadlara satılıb.
Üstəlik, pulun bundan daha qaranlıq bir tərəfi də var. Pul bir- birini
tanımayan insanlar arasında inam yaratsa da, bu inam - insanlara,
cəmiyyətlərə və müqəddəs sayılan dəyərlərə deyil, pulun özünə və onu
dəstəkləyən sistemə olan inamdır. Əslində qonşuya və yada deyil, onların
əllərində tutduqları pula etibar edirik; pulları qurtararsa, onlara olan
etibarımız da yox olar. Pul cəmiyyətlərin, dinlərin və dövlətlərin divarlarını
yıxdıqca, dünyanın nəhəng və insafsız bir bazara çevrilmək təhlükəsi də
artır.
Buna görə də bəşəriyyətin iqtisadi tarixi incə bir rəqsdir. İnsanlar
yadlarla əməkdaşlıq etmək üçün pula güvənir, lakin digər tərəfdən, bunun
bəşəri dəyərləri və səmimi münasibətləri zədələyəcəyindən qorxurlar. Bir
tərəfdən, pulun və ticarətin yayılmasına uzun müddət mane olmuş
cəmiyyət divarlarını yıxmağa çalışır, digər tərəfdən cəmiyyəti, dini və ətraf
mühiti bazar şərtlərinin kölələşdirici təsirindən qorumaq üçün yeni divarlar
inşa edirlər.
Bu gün bazann həmişə qalib gələcəyini və krallar, keşişlər, cəmiyyətlər
tərəfindən inşa edilən divarların pul axınına uzun müddət tab gətirə
bilməyəcəyini hesab edirlər. Bu sadəlövhlükdür. Amansız döyüşçülər,
dindar fanatiklər və təlaşlı vətəndaşlar pul dalınca qaçan tacirləri dəfələrlə
cəzalandırıb, hətta iqtisadiyyatın formasını dəyişiblər. Buna görə də,
bəşəriyyətin birləşməsinə sırf iqtisadi proses kimi baxmaq qeyri-
mümkündür. Uzun illər ərzində minlərlə fərqli mədəniyyətin birləşərək,
bugünkü qlobal kəndi necə meydana gətirdiyini anlamaq üçün qızılın və
gümüşün roluna diqqət yetirməliyik, amma poladın da ən azı o qədər
mühüm olan roluna laqeyd qala bilmərik.

213
11

İmperiya arzuları

ƏDİM ROMALILAR MƏĞLUBİYYƏTƏ ALIŞMIŞDILAR.


Tarixdəki bir çox böyük imperiyanın hökmdarları kimi
Q bir neçə döyüşdə dalbadal məğlubiyyətə uğrayıb, bununla belə
müharibəni uda bilirdilər. Aldığı zərbəyə tab gətirməyib, yıxılan
imperiya əslində imperiya sayılmamalıdır. Lakin, hətta romalılar
da eramızdan əvvəl ikinci əsrin ortalarında şimali İberiyadan gələn
xəbərləri asanlıqla həzm edə bilmirdi. Yarımadanın yerli sakinləri
olan keltlərin yaşadığı Numansia adında kiçik və əhəmiyyətsiz bir
dağ qəsəbəsi Roma əsarətindən qurtulmağa cürət etmişdi. O vaxtlar
Roma bütün Aralıq dənizi hövzəsinin inkaredilməz ağası idi. Ma-
kedoniya və Selevkidlər imperiyasım məğlub etmiş, Yunanıstanın
kiçik amma məğrur şəhər-dövlətlərinə boyun əydirmiş və Karfa-
geni tüstülənən bir xarabalığa çevirmişdi. Numansiyalıların sadəcə
keçilməz torpaqları və azadlıq yanğısı vardı, başqa heç bir şeyləri
yox idi. Bununla belə, ardı-arası kəsilməyən legionları təslim olma-
ğa və ya rüsvayçılıq içində geri çəkilməyə məcbur etdilər.
Nəhayət, e.ə.l34-cü ildə Romanın səbri daşdı. Senat Romanın ən
təcrübəli sərkərdələrindən biri olan, Karfageni yerlə yeksan etmiş
Stsipion Emiliani numansiyalıların öhdəsindən gəlmək üçün oraya
göndərməyə qərar verdi. Senatın qəranyla ona 30 minlik nəhəng
bir qoşun verildi. Numansiyalıların döyüş ruhuna və döyüş bacarı-
ğına hörmətlə yanaşan Stsipion öz əsgərlərini lazımsız döyüşlərdə
itirmək istəmədi. Numansiyanı mühasirəyə alıb istehkamlar tikə-
rək, onun xarici dünya ilə əlaqəsini kəsdi. Stsipionun işini aclıq gör-
dü. Təxminən bir ildən sonra ərzaq ehtiyatlan tükənən numansi-
yalılar bütün ümidlərini itirdikdə şəhəri yandırdı və Roma köləsi
olmamaq üçün özlərini öldürdü.

214
Numansiya sonralar ispan müstəqilliyinin və igidliyinin simvolu oldu.
Don Kixotun müəllifi Migel de Servantes Numansiya Mühasirəsi adlı bir
faciə yazdı. Qəsəbənin məhv olması ilə bitən bu faciədə, eyni zamanda
İspaniyanın möhtəşəm gələcəyinə dair fikirlər də yer alırdı. Şairlər son
nəfəslərinə qədər döyüşən qəhrəmanlar haqqında şeirlər yazdı, rəssamlar
isə kətan parçalarda mühasirə səhnələrini təsvir etdilər. 1882-ci ildə
qəsəbənin qalıqları "milli abidə" elan edildi və ispan vətənpərvərlər üçün
müqəddəs ziyarət yerinə çevrildi. 1950-ci və 1960-cı illərdə İspaniyanın
ən populyar komiks-ro- manları Supermen və ya Hörümçək Adamdan
deyil, Romalı zalımlara qarşı döyüşən, xəyali bir iberiyalı qəhrəman olan
El-Jabatonun macəralarından bəhs edirdi. Qədim numansiyalılar müasir
ispanlar üçün vətənpərvərlik və qəhrəmanlıq nümunəsidir, və ölkənin
gənclərinə bir ömək kimi təqdim olunurlar.
Bununla belə, vətənpərvər ispanlar numansiyalıları Stsipionun
danışdığı latmcadan əmələ gəlmiş ispan dilində mədh edir. Numan-
siyalılar isə hal-hazırda unudulub ortadan qalxmış kelt dilində danışırlar.
Servantes Numansiya Mühasirəsini latın hərfləriylə yazdı və pyes yunan-
roma bədii modelinə uyğun olaraq qələmə alınmışdı. Numansiyada teatr
yox idi. Numansiyalıların qəhrəmanlığına heyranlıq duyan ispan
vətənpərvərlər eyni zamanda Roma Katolik Kilsəsinin də (buradakı ilk
sözə diqqət edin) sadiq tərəfdarlarıdır; bu kilsənin mərkəzi hələ də
Romada və duaları da latıncadır. Bundan əlavə, müasir ispan qanunlan da
Roma qanunlarının təsiri altında ortaya çıxmış, ispan siyasi sistemi də
Roma təməli üzərində qurulmuşdur; nəhayət, ispan mətbəxi və memarlığı
da İberiya keltlərinin deyil, Romanın mirasına daha çox borcludur.
Numansiyadan bu günə xarabalıqlardan başqa heç nə gəlib çıxmamışdır.
Hətta onun məşhur tarixçəsi də romalı salnaməçilərin əsərləri sayəsində
bizə gəlib çatmışdır. Əlbəttə, bu tarixçə azadlıqsevər barbarların
hekayətlərinə heyran olan romah oxucuların zövqü nəzərə alınmaqla
yazılmışdır. Romanın Numansiya üzərindəki qələbəsi o qədər qəti idi ki,
qaliblər məğlub etdiklərinin xatirəsini belə özləri əbədiləşdirdi.
Bu bizim istədiyimiz tarixçə deyil. İnsanlar məzlumların qalib gəldiyi
hekayətləri oxumaq istərlər. Amma tarixdə ədalət yoxdur. Keçmiş
mədəniyyətlərin əksəriyyəti gec-tez amansız imperiya qo

215
şunlarının ayaqları altında məhv olub unudulacaq. İmperiyalar da gec-tez
süqut edir, lakin onlardan bu günə zəngin və əbədi miras qalır. İyirminci
əsrin, demək olar, bütün insanları hər hansı bir imperiyanın törəmələridir.

İmperiya nədir?
İmperiya - iki mühüm xüsusiyyətə malik olan siyasi bir sistemdir.
Birincisi, bu adı qazanmaq üçün, fərqli mədəniyyətlərdə və ayrı-ayrı
torpaqlarda yaşayan çox sayda xalqı idarə etməyiniz lazımdır. Yaxşı, bəs,
tam olaraq nə qədər? İki və ya üç kifayət etməz, iyirmi və ya otuz isə
həddən artıq çoxdur. İmperiya olmaq üçün gərəkli say - bunların
ortasındadır.
İkincisi, imperiyalar dəyişkən sərhədlərə və potensial olaraq qeyri-
məhdud iştahaya sahibdir. Təməl strukturunu və ya xarakterini
dəyişdirmədən daha çox xalqı və torpağı udub həzm edə bilər. Müasir
İngilis dövləti, dövlətin təməl strukturu və xarakteri dəyişmədən böyüməsi
mümkün olmayan çox aydın sərhədlərə malikdir. Halbuki, bundan yüz il
əvvəl dünyanın hər hansı bir yeri Britaniya İmperiyasının parçası ola
bilərdi.
Kultural müxtəliflik və sərhədlərdəki dəyişkənlik imperiyalara sadəcə
unikal xarakter verməklə kifayətlənmir, eyni zamanda ona tarixdə mühüm
rol qazandırır. İmperiyalar bu iki xüsusiyyət sayəsində fərqli etnik qrupları
və müxtəlif ekoloji bölgələri bir siyasi çətir altında toplaya bilmiş, bununla
da həm Yer üzünün, həm də insan növünün getdikcə daha çox hissəsini öz
içində birləşdirib əritmişdir.
Qeyd etmək lazımdır ki, hər hansı bir imperiya öz mənşəyi, idarəetmə
forması, ərazisinin böyüklüyü yaxud əhalisinin çoxluğu ilə deyil, kultural
müxtəlifliyi və dəyişkən sərhədləri ilə müəyyən edilir. Bir imperiyanın
ortaya çıxması üçün hərbi fəthlər zəruri şərt deyil. Afina imperiyası öz
həyatına könüllü birlik kimi başlamışdı; Habsburq imperiyası isə qanuni
izdivac sayəsində ortaya çıxmış və qarışıq nikah bağlan ilə
möhkəmlənmişdi. Bir imperiyanın avtokrat bir hökmdar tərəfində idarə
edilməsi də zəruri şərt deyil. Tarixdə ən böyük imperiya olan Britaniya
imperiyası demokratiya ilə idarə

216
olunurdu. Digər demokratik (və ya ən azından, respublikaçı) imperiyalar
arasında müasir Hollandiya, Fransa, Belçika və ABŞ-la yanaşı müasir
dövrdən əvvəl mövcud olmuş Novqorod, Roma, Karfa- gen və Afina
imperiyalarını da saymaq olar.
Böyüklük də o qədər əhəmiyyətli deyil. İmperiyalar kiçik də ola bilər.
Afina imperiyasının özünün ən parlaq dövründə müasir Yunanıstandan həm
ərazisinə, həm əhalisinə görə çox kiçik idi. Asteklər imperiyası da müasir
Meksikadan daha kiçik idi. Bununla belə, onlar imperiya sayıldığı halda,
müasir Yunanıstan və Meksika imperiya deyil, çünki bu qədim ölkələr
onlarla, hətta yüzlərlə fərqli siyasi birliyi nəzarət altına almışdı, müasir
dövlətlərdə isə vəziyyət belə deyil. Afina imperiyası yüzdən çox şəhər-
dövləti özündə birləşdirmişdi, Asteklər imperiyası isə, əgər vergi qeydlərinə
inansaq, 371 müxtəlif qəbilə və icmanı idarə edirdi.1
Belə müxtəlif cəmiyyətləri orta böyüklükdə bir müasir dövlətin ərazisinə
necə sığışdırmaq olar? Bu keçmişdə mümkün idi, çünki o vaxt dünyada
müxtəlif cəmiyyətlərin sayı çox olsa da, əhalisi az idi və bugünkü
insanlardan daha az ərazi tuturdu. Aralıq dənizi ilə lordan çayı arasındakı
ərazilər bu gün sadəcə iki qrup insanın iddialarını təmin edirsə, Əhdi-Ətiqin
yazıldığı zamanlarda onlarla millət, qəbilə, kiçik şahlıq və şəhər-dövlətinin
yerləşməsi üçün kifayət edirdi.
İmperiyalar insan müxtəlifliyinin ani və kəskin azalmasının əsas
səbəblərindən biriydi. İmperiyalar asfalt presləyən maşın kimi tədricən
numansiyahların və çox sayda kiçik xalqların unikal xüsusiyyətlərini əzib
yox edərək, onları yeni və daha böyük qrupların tərkibinə qatdı.

İmperiyalar - bəladır?
Bu gün siyasi təhqirlər lüğətimizdə "imperialist" sözü "faşist"dən sonra
ikinci yeri tutur. İmperiyaların müasir tənqidi çox vaxt iki formada olur:
1.İmperiyalar yaxşı işləmir. Əsarət altına alınmış çox sayda xalqı uzun
müddət effektli şəkildə idarə etmək mümkün deyil.

1
Nahum Mcgged, The Aztecs, Tel Aviv: Dvir, 1999 (ibranicə), səh. 103.

217
2. Hətta bu mümkün olsa belə, son nəticədə imperiyalar istismar edən
və məhvə sürükləyən şər mexanizmləridir. Hər xalq öz müqəddəratını
təyin etmək hüququna sahibdir və heç vaxt digər xalqm əsarəti altında
əzilməməlidir.

Tarixi nöqteyi-nəzərdən birinci fikir tamamilə cəfəngiyatdır, ikincisi isə


çox suallar doğurur.
Əslində imperiyalar son 2500 il ərzində dünyada ən geniş yayılmış
siyasi müəssisə forması olub. Bu 2500 il ərzində insanların əksəriyyəti
imperiyalarda yaşayıb. Bundan əlavə, çox stabil bir idarəetmə forması olan
imperiyalar üsyanlan asanlıqla yatırmış və adətən ya xarici təcavüz, ya da
hakim elitanın daxilindəki parçalanma nəticəsində dağılmışdır. Bununla
belə, əsarət altına alınmış xalqların imperiya hökmdarlarından qurtulmaq
şansı çox da yüksək deyil. Onların əksəriyyəti yüz illərlə boyunduruq altında
yaşayıb və çox vaxt işğalçı imperiyanın tərkibinə qarışaraq öz
mədəniyyətlərini itirib.
Məsələn, Qərbi Roma imperiyası 476-cı ildə german qəbilələrinin
hücumları ilə yıxıldıqda, romalılar tərəfindən yüz illərlə əvvəl fəth
edildiklərini unudan numansiyalılar, arvemilər, helvetlər, samnilər,
lusitaniyahlar, umbriyahlar, etrusklar və yüzlərlə başqa xalq, nəhəng balığın
qanundan çıxmağı bacarmış yunus kimi, yenidən ortaya çıxa bilməmiş və
yox olub unudulmuşdu. Özlərini bu xalqlann üzvü kimi bilən və öz
dillərində danışan, öz tannlanna sitayiş edən, öz mif və əfsanələrinə inanan
insanların övladları indi romalılar kimi düşünür, danışır və ibadət edirdilər.
Əksər hallarda bir imperiyanın süqutu əsarət alınmış xalqların
müstəqilliyi ilə nəticələnmədi. Yeni bir imperiya əvvəlkinin süqutundan
yaranmış boşluğu dərhal doldurdu. Bunun ən bariz nümunəsi Yaxın Şərqdə
idi. Hal-hazırda bu bölgədəki siyasi qruplaşmalar (müstəqil və az-çox sabit
sərhədlərə sahib çoxsaylı ölkələr arasındakı güc balansı) son bir neçə min il
ərzində demək olar ki, rast gəlinməmiş bir hal idi. Yaxın Şərqdə son dəfə
belə bir situasiya eramızdan əvvəl səkkizinci əsrdə, yəni 3000 min il əvvəl
meydana gəlmişdi. E.ə. səkkizinci əsrdə Yeni Assuriya imperiyasının
yüksəlişindən 20-ci əsrin ortalarında İngilis və Fransız imperiyalarının
süqutuna qədər keçən müddət ərzində Yaxın Şərq

218
estafet yarışı kimi bir imperiyanın əlindən digərinin əlinə keçdi. Nəhayət
ingilislər və fransızlar estafet çubuğunu yerə saldıqda isə, assuriyalılar
tərəfindən fəth edilmiş aramilər, ammonilər, finikiyalılar, filistinlilər,
moabilər, edomilər və digər xalqlar çoxdan yox olmuşdu.
Bugünkü yəhudilər, ermənilər və gürcülər müəyyən əsaslar gətirib,
Qədim Yaxın Şərq xalqlarının törəmələri olduqlarını iddia edir. Lakin
bunlar da əslində ümumi vəziyyəti təsdiq edən istisnalardır, üstəlik bu
iddialar bir qədər şişirdilmişdir. Şübhəsiz, müasir yəhudilər siyasi, iqtisadi
və sosial təcrübələrini qədim İudeya şahlığından daha çox, son iki min il
ərzində tabe olduqlan imperiyalara borcludur. Əgər Kral Davud bu gün
Yerusəlimdə ultra-ortodoksal bir sinaqoqa getsəydi, insanlann Şərqi
Avropa paltarları geyməsinə, bir alman ləhcəsində (Yiddiş) danışmasına və
Babil mətni (Zəbur) haqqında sonsuz mübahisələr aparmasına çaşqınlıq
içində baxardı. Qədim İudeyada nə sinaqoq, nə Zəbur, nə də Tövrat vardı.
Bir imperiyanı qurmaq və saxlamaq üçün, adətən, əhalinin böyük bir
hissəsinin qətlə yetirilməsi, qalan hissəsinə isə qəddarcasına zülm edilməsi
lazımdır. İmperiyaların standart vasitələri arasında müharibələr,
kölələşdirmə, sürgün və soyqırım vardı. Romalılar eramızın 83-cü ilində
Şotlandiyaya soxulduqda, Kaledoniya qəbilələrinin çox ciddi müqaviməti
ilə qarşılaşdılar və buna bütün ölkəni viran qoyaraq cavab verdilər.
Romalıların sülh təşəbbüslərinə qarşı sərkərdə Kalqak romalıları "dünyanın
başkəsənləri" adlandıraraq və "yağmalamaq, öldürmək və talan etməyə
imperiya deyirlər, sonra hər yeri səhraya çevirib, buna da sülh deyirlər",
deyərək cavab vermişdi.’
Bütün bunlar, imperiyaların hər şeyi məhv etdiyini və gələcək üçün heç
bir şey saxlamadığını göstərmir. Bütün imperiyaları qaralamaq və onlardan
qalmış mirası əhəmiyyətsiz saymaq, bəşər mədəniyyətinin böyük bir
hissəsini inkar etmək deməkdir. İmperiya elitası işğal zamanı əldə etdikləri
qənimətləri sadəcə ordu və qalaları maliyyələşdirməyə deyil, fəlsəfəyə,
sənətə, hüquqa və sosial yardımlara da xərcləyirdi. Bəşəriyyətin mədəni
nailiyyətlərinin böyük bir hissəsi fəth edilmiş cəmiyyətlərin istismarı
sayəsində ortaya çıxıb. Roma imperializminin gətirdiyi rifah və tərəqqi
Siseron,
'Tacitus, Agricola, Cambridge, Mass.: Harvard University Press, 1958, səh. 220-221.

219
Seneka və Saint Avqustini düşünmək və yazmaq üçün lazım olan rahatlıq
və boş zamanla təmin etmişdi. Muqhal imperiyasının’ öz hindli təbəəsini
istismar etməsi nəticəsində əldə etdiyi zənginlik olmasaydı, Tac-Mahal
inşa edilməzdi; və ya Habsburq imperiyasının slavyan, macar və rumınlara
hökmranlıq etməsi sayəsində Haydn və Mosart maaş alırdı. Lakin heç bir
Kaledoniyalı yazar Kalqa- kın nitqini qələmə almamışdı. Biz bu nitqi
Roma tarixçisi Tasitin sayəsində bilirik. Əslində bunu Tasit özü uydurub.
Bu gün bir çox alim Tasitin həm bu nitqi, həm də Kalqak xarakterini
uydurduğu, bunu isə özü və digər yuxan təbəqəli romahlarm öz ölkələri
haqqında nə düşündüklərini ifadə etmək üçün etdiyi məsələsində
həmfikirdirlər.
Elitar mədəniyyət və yüksək sənət nöqteyi-nəzərindən baxsaq da, sadə
insanlann dünyasına ensək də, müasir mədəniyyətlərin əksəriyyətində
imperiya mirasının izlərini görürük. Bu gün çoxumuz əcdadlanmıza qılınc
gücünə qəbul etdirilən imperiya dillərində danışır, düşünür və yuxu
görürük. Şərqi asiyahların böyük bir hissəsi Han imperiyasının dilində
danışır və xəyal qurur. Köklərindən asılı olmayaraq, Alyaskanın Barrou
yarımadasından Magellan boğazına qədər iki Amerika qitəsində bu gün
yaşayan bütün insanlar bu dörd imperiya dilindən biri ilə ünsiyyət qurur:
ispanca, portuqalca, fransızca və ingiliscə. Müasir misirlilər ərəbcə
danışır, özlərini ərəb hesab edir və 7-ci əsrdə Misiri işğal edib, baş verən
üsyanları dəmir yumruqla əzən Ərəb İmperiyasına ürəkdən bağlıdırlar.
Cənubi Afrikada 10 milyona yaxın zulu 19-cu əsrdə Zu- lunun qızıl
dövrünü qürurla xatırlayırlar, halbuki bunların çoxu Zulu İmperiyasına
qarşı döyüşən və yalnız qanlı hərbi əməliyyatlar nəticəsində imperiyaya
tabe etdirilən qəbilələrdən törəyib.

Bu sizin rifahınız üçün


Haqqında qəti məlumatlara sahib olduğumuz ilk imperiya Böyük
Sarqonun Akkad imperiyasıdır (e.ə.2250-ci il). Sarqon siyasi karyerasma
Mesopotamiyada kiçik bir şəhər-dövlət olan Kişin şahı
1
Baburlar imperiyası kimi da tanınır.

220
olaraq başlamışdı. Bir müddətdən sonra sadəcə Mesopotamiyada- kı
şəhər-dövlətləri deyil, Mesopotamiyanın sərhədləri xaricindəki geniş
əraziləri də fəth etməyi bacaran Sarqon bütün dünyanı ələ keçirdiyini
iddia etdi. Əslində isə, onun hökmranlığı Fars körfəzindən Aralıq
dənizinə qədər uzanır və müasir Irak və Suriyanın böyük bir hissəsi ilə,
İran və Türkiyənin bir qismini əhatə edirdi.
Akkad imperiyası öz banisinin ölümündən sonra qısa müddət yaşadı.
Amma Sarqondan sonra hər zaman kiminsə iddia etdiyi bir imperator
taxt-tacı qaldı. Növbəti 1700 ildə Assuriya, Babil və Hett şahlan Sarqonu
bir nümunə kimi qəbul etdi və bütün dünyanı fəth etdiklərini irəli
sürdülər. Daha sonra, e.ə.550-ci illərdə İranlı Böyük Kir daha böyük bir
iddia ilə ortaya çıxdı.
Assuriya şahlan həmişə Assuriya şahları olaraq qalıblar. Hətta bütün
dünyaya hökmranlıq etdiklərini dedikləri zaman da bunu Assuriya
şahlığının şöhrəti üçün etdikləri aşkar idi və buna görə heç bir sıxıntı hiss
etmirdilər. Kir isə sadəcə bütün dünyaya hökmran olduğunu iddia etmir,
eyni zamanda bunu bütün insanların rifahı üçün etdiyini söyləyirdi.
Farslar, "Torpaqlarınızı sizin yaxşılığınız üçün fəth edirik", deyirdi. Kir
hökmranlıq etdiyi xalqların onu sevmələrini və farsların təbəəsi olduqları
üçün özlərini xoşbəxt saymalarını istəyirdi. Kirin hökm etdiyi xalqların
etibannı qazanmaq üçün apardığı islahatlara ən parlaq nümunə, Babil
əsirliyində olan yəhudilərin vətənə, îudeyaya qayıdıb öz məbədlərini
bərpa etmələrinə icazə verməsiydi. Bunun üçün onlara hətta maddi yar-
dım da göstərmişdi. Kir özünü yəhudilərə hökmranlıq edən bir iranlı şah
kimi görmürdü, o yəhudilərin də şahıydı, buna görə də onların rifahı üçün
məsuliyyət daşıyırdı.
Bütün dünyanı yer kürəsindəki bütün insanların rifahı naminə idarə
etmək fikri heyrət doğururdu. Təkamül digər sosial məməlilər kimi Homo
sapiens-i də ksenofobik’ məxluqlara çevirmişdi. Sapiens instinktiv olaraq
bəşəriyyəti iki yerə, "biz" və "onlar"a bölmüşdü. Biz - eyni dilə, dinə və
ənənələrə sahib insanlar bir-birimiz üçün məsuliyyət daşıyırıq, onlar üçün
deyil. Biz həmişə onlardan ayrı olmuşuq və buna görə də onlara heç bir
şey borclu deyilik. Biz onlan öz torpaqlarımızda görmək istəmirik və
onların torpaqlarında baş
1
Ksenofobiya - yad birindən qorxmaq və ya ona nifrət etmək

221
verənlər bizi qətiyyən maraqlandırmır. Onlan insan adlandırmağımız belə
böyük iltifatdır. Sudandaki dinka xalqının dilində "dinka" hərfən "insan"
deməkdir, yəni kim dinka deyilsə, insan da deyil. Dinkaların ən amansız
düşməni nuerlər idi. Nuer dilində "nuer" sözünün mənası nədir? "İlk
insanlar"dır. Sudan səhralarından minlərlə kilometr uzaqda, Alyaskanın
donmuş, buzlu torpaqlarında və şimal-şərqi Sibirdə yupiklər yaşayırlar.
Yupik dilində "yu- pik" kəlməsinin mənası "əsl insan"dır.’
Kirdən etibarən, etnik bölünmənin əksinə olaraq, imperiya ideyası
birləşdiricilik və əhatəlilik istiqamətində inkişaf etməyə başladı. İdarə
edənlərlə idarə olunanlar arasında irqi və kultural fərqlər tez-tez vurğulansa
da, bu ideologiya dünyanın ümumi birliyini, hər yerdə və həmişə fəaliyyət
göstərən idarəetmə prinsiplərinin mövcudluğunu və bütün insanların
qarşılıqlı məsuliyyətini qəbul edirdi. Bəşəriyyətə böyük bir ailə kimi
baxılırdı: valideynlər həm imtiyazlara sahib olmalı, həm də uşaqların
qayğısına qalmalı idi.
Bu yeni imperiya təsəvvürü Kir və farslardan Böyük İsgəndərə, ondan
yunan hökmdarlarına, Roma imperatorlarma, xəlifələrə, hind
xanədanhğına və nəhayət, Sovet liderlərinə və Amerika prezidentlərinə
keçdi. Bu xeyirxah imperiya təsəvvürü, imperiyaların mövcud olmasına
haqq qazandıraraq, həm tabe edilmiş xalqların üsyana qalxmasını, həm də
müstəqil xalqların imperiya ekspansiyasına qarşı müqavimət göstərməsini
əhəmiyyətsiz saydı.
Bənzər imperiya təsəvvürləri fars modelindən asılı olmadan dünyanın
başqa yerlərində, xüsusən Mərkəzi Amerika, And ərazisi və Çində də
meydana çıxdı. Ənənəvi Çin siyasi nəzəriyyısinə görə, Yer üzündəki bütün
qanuni hakimiyyətlərin mənbəyi Göy üzüdür (Tian). Göy üzü ən layiqli
insanı və ya ən yaxşı ailəni seçərək, ona "Göy üzünün səlahiyyətlərini"
verir. Bu adam və ya ailə Göy üzünün altındakı hər şeyi (Tianxia) hamının
mənfəəti üçün idarə edir. Buna görə də, qanuni hakimiyyət, təyinatına görə,
universaldır. Əgər bir hökmdarda Göy üzünün səlahiyyətləri yoxdursa,
hətta bir şəhəri idarə etmək üçün belə legitimliyə sahib deyil. Əgər hökm-
darın səlahiyyətləri varsa, ədaləti və harmoniyanı bütün dünyaya
1
A.Fienup-Riordan, The Nelson Island Eskimo: Social Structure and Ritual Distribution,
Anchorage: Alaska Pacific University Press, 1983, soh. 10

222
yaymağa borcludur. Göy üzünün səlahiyyətləri eyni zamanda bir neçə
adama verilə bilməz və deməli, eyni anda birdən çox müstəqil dövlətin
varlığı da qanuni sayıla bilməz.
Birləşmiş Çin imperiyasının ilk hökmdarı Qin Şi Huanq, "kainatın altı
istiqaməti boyunca hər şey imperatora məxsusdur... insan izi olan hər
yerdə imperatorun təbəəsi olmayan heç kəs yoxdur... onun
xeyirxahlığından hətta öküz və atlara da pay düşür. Bundan
faydalanmayan bircə nəfər də yoxdur. Heç bir insana öz damı altında
təhlükə yoxdur", deyib.1 Beləliklə, Çin siyasi düşüncəsində və Çin tarix
yaddaşında imperiya dövrləri nizam-intizam və ədalətin qızıl çağları kimi
qəbul olunmağa başlanmışdır. Ədalətli dünyanın ayn-ayn milli
dövlətlərdən ibarət olduğunu irəli sürən Müasir Qərb düşüncəsinin
əksinə, Çində siyasi parçalanmalar xaos və ədalətsizliyin hökm sürdüyü
qaranlıq dövrlər sayılır. Bu düşüncənin Çin tarixində çox böyük
nəticələri olub. Hər dəfə bir imperiya süqut etdikdə, hakim siyasi
nəzəriyyə yeni hökmdarlan kiçik, müstəqil knyazlıqlarla razı-
laşmamalan və yenidən birləşməyə cəhd göstərmələrini təşviq edib. Bu
cəhdlər gec-tez həmişə uğurlu olub.

"Onlar" "Biz" olduqda


İmperiyalar çox sayda kiçik mədəniyyətləri daha az sayda böyük
mədəniyyətlərə çevirməkdə həlledici rol oynadı. İdeyalar, insanlar, mallar
və texnologiyalar böyük bir imperiyanın sərhədləri daxilində, siyasi
cəhətdən parçalanmış ərazilərdə olduğundan daha sürətlə yayılırdı. Çox
vaxt imperiyalar özləri bu ideyaları, müəssisələri, ənənələri və normaları
yayırdı. Bunun bir səbəbi də bu elementlərin imperiyaların işini
asanlaşdırmasıydı. Hər kiçik regionunda ayrı bir qanunlar, ayrı yazı
sistemləri, ayrı dil və ayrı pullar olan bir imperiyanı idarə etmək çətin işdir.
Standartlaşma imperatorlar üçün əlverişli idi.
İmperiyaların ümumi bir mədəniyyəti yaymağa çalışmasının ikinci
mühüm səbəbi də legitimlik qazanmaq idi. Ən azından, Kirin

1
Yuri Pines, “Nation States, Globalization and a United Empire - the Chinese Experience (third
to fifth centuries BC)”, Historia, sayı: 15, (1995), səh. 54

223
Xərita 4. Akkad imperiyası va Pers imperiyası

və Qin Şi Huangın dövründən bəri imperiyalar fəaliyyətlərinə, - bu, istər yol


çəkmək, istər qan tökmək olsun, - ilk növbədə fatehlər üçün yox, fəth
edilənlər üçün faydalı olan yüksək bir mədəniyyətin yayılmasının
zəruriliyini əsas gətirərək haqq qazandırmağa çalışıblar.
İmperiyanın bəzi faydaları açıq-aşkar idi (vahid qanunlar, şəhərsalma
planları, çəki və ölçülərin standartlaşdırılması), bəziləri isə mübahisə
doğururdu (vergilər, məcburi hərbi xidmət, imperatora sitayiş). Lakin əksər
imperiya elitası imperiyanın bütün təbəələrinin ümumi rifahı üçün
çalışdığına ürəkdən inanırdı. Çindəki hakim sinif ölkənin qonşularını və
onların əcnəbi təbəələrini zavallı barbarlar hesab edir, onların arasında
imperiya mədəniyyətinin yayılmasını zəruri sayırdı. Göy üzünün
səlahiyyətləri imperatora bütün dünyanı istismar etmək üçün deyil,
bəşəriyyəti maarifləndirmək üçün verilmişdi. Romalılar da öz
hökmranlıqlarına barbarlara sülh, ədalət və rifah apardıqlarını iddia edərək
haqq qazandırırdılar. Romalılar bədənlərini boyayan qalları və vəhşi
germanlan qanunlarla əhliləşdirib, böyük hamamlarda yuyundurub, fəlsəfə
ilə öyrədənə qədər onlar yoxsulluq və cəhalət içində yaşayırdı. E.ə. 3-cü
əsrdə

224
hökm sürmüş Mauriya imperiyası cahil dünyaya Buddanın təlimini
yaymağı öz missiyası hesab edirdi. Xəlifələr də peyğəmbərin vəhylərini
mümkünsə sülh yolu ilə, lazımsa qılınc gücünə yaymaq üçün ilahi
səlahiyyətə sahib idi. İspaniya və Portuqaliya imperiyaları isə, Hindistan
və Amerikada zənginlik axtarmadıqlarını, insanları doğru dinə yönəltmək
istədiklərini iddia edirdi. Britaniya imperiyası liberalizm və azad ticarət
haqqında moizələr oxuyurdu. Sovet İttifaqı kapitalizmdən utopik proletar
diktaturasına tarixi keçidi sürətləndirməyi özünə borc sayırdı. Bu gün
amerikalıların çoxu belə hesab edir ki, Üçüncü dünya ölkələrinə qanadlı
raketlər və F-16 qıncı təyyarələrinin hesabına olsa belə, demokratiya və
insan hüquqları prinsiplərini yaymaq onların mənəvi borcudur.
İmperiyalar tərəfindən yayılan mədəni ideyalar nadir hallarda sırf
hakim elitaya məxsus olub. İmperiya ideyasının özü mahiyyətcə universal
və geniş əhatəli olduğundan, imperiya elitaları yalnız bir ənənəyə
fanatikcəsinə bağlanmırdılar. Yeni və özlərinə əlverişli olan fikirləri,
normaları və ənənələri asanlıqla qəbul edirdilər. Bəzi imperatorlar öz
mədəniyyətlərini saflaşdırmağa və onların köklərinə qayıtmağa çalışdı,
lakin əksər hallarda imperiyalar fəth etdikləri xalqlardan çox şey
mənimsəyərək hibrid mədəniyyətlərə çevrildi. Romanın imperiya
mədəniyyəti eyni dərəcədə həm Roma, həm də Yunan mədəniyyəti idi.
Abbasi imperiyasının mədəniyyəti fars, yunan və ərəb mədəniyyətlərindən
ibarət idi. Monqol imperiyasının mədəniyyəti Çin mədəniyyəti ilə eyni idi.
Müasir imperiya olan ABŞ-da isə Keniya mənşəli bir prezident italyan
pizzası yeyərək, öz sevimli filminə - "Ərəbistanh Lourens"ə (türklərə qarşı
ərəb üsyanından bəhs edən bir ingilis dastanı) baxa bilər.
Lakin bu mədəniyyətlər qarışıqlığında belə, məğlubların assimil-
yasiyası asan olmadı. İmperiya sivilizasiyaları fəth edilmiş müxtəlif
xalqların hər birindən çox sayda element mənimsəyə bilərdi, lakin ortaya
çıxan hibrid nəticə böyük əksəriyyət üçün yad idi. Assimilyasiya çox vaxt
ağrılı və travmatik bir prosesdir. Tanış və sevilən yerli ənənələrdən imtina
etmək, yeni bir mədəniyyəti anlamaq və qəbul etmək qədər çətin və
ağırdır. Bundan da pisi, təbəə xalqlar yeni mədəniyyətə uyğunlaşdıqda
belə, imperiya elitasının onları "biz"in

225
bir parçası kimi görməsi üçün on illər, hətta yüz illər lazım olurdu. Fəthdən
tam assimilyasiyaya qədər bir-birini əvəzləyən nəsillər tam ortada qalmışdı;
çünki bunlar həm öz yerli mədəniyyətlərini itirmiş, həm də imperiya
dünyasında bərabər əsaslarla yer tutmalarına icazə verilməyən insanlar idi.
Onlann uyğunlaşmaq istədikləri yeni mədəniyyət isə hələ də onlara
barbarlar kimi baxırdı.
Numansiyanın işğalından yüz il sonra yaşayan bir iberiyalı təsəvvür
edin. Valideynləri ilə doğma kelt dilində danışdığı halda, çox xəfif bir ləhcə
ilə latınca mükəmməl danışa bilirdi, çünki bu ona həm öz işini apara bilməsi
üçün, həm də hakimiyyət orqanları ilə ünsiyyət qurması üçün lazım idi.
Arvadının bahalı bəzək əşyalarına meyl göstərdiyini bildiyindən, ona bu
cür əşyalar hədiyyə edir, amma onun digər yerli qadınlar kimi Kelt
zövqünün qalıqlarını xoşlamasından bir az utanırdı; əslində o istəyərdi ki,
arvadı Romalı valinin arvadı kimi sadə və incə daş-qaşlar taxsın. O özü
Roma tu- niki geyirdi və mal-qara ticarətində qazandığı uğur sayəsində, -
bu da əsasən Roma ticarət qanunlarının incəliklərini bilməsi sayəsində
olmuşdu, - Roma üslubunda bir malikanə inşa etdirməyi bacarmışdı.
Vergilinin "Georgik"-inin Üçüncü Kitabını əzbər bilsə də, roma- hlar onu
hələ də yarı barbar hesab edirdilər. O heç vaxt hökumət üzvlərindən biri ilə
görüşə bilməyəcəyini ya da amfiteatrda yaxşı bir yerdə əyləşə
bilməyəcəyini hirslə anlayırdı.
19-cu əsrin axırlarında təhsilli hindlilərin əksəriyyəti ingilis ağalan
tərəfindən eyni rəftan görürdü. İngilis dilində mükəmməl danışan, qərb
rəqslərini öyrənmək üçün kurslara gedən və çəngəl- bıçaqla yemək yeməyi
öyrənən iddialı hindli haqqında bir əhvalat var. Yeni davranış tərzlərini
mənimsəyib İngiltərəyə gedən bu adam London universitetində hüquq
təhsili alır və vəkil ixtisasına yiyələnir. Bununla belə, kostyumlu və
qalstuklu gənc hüquqşünas ingilis müstəmləkəsi olan Cənubi Afrikada
"rəngli" insanlar üçün nəzərdə tutulmuş üçüncü sinif vaqonda deyil, birinci
sinif vaqonda səyahət etməyə təkid etdiyi üçün qatardan atılır. Bu gəncin
adı Mohandas Karamçand Qandi idi.
Bəzi hallarda mədəniyyətlərin yaxınlaşması və assimilyasiyası köhnə
elita və yeni təbəələr arasındakı maneələri doğrudan da

226
yıxa bildi; məğlublar imperiyanı artıq yad bir işğalçı sistem kimi görmür,
qaliblər isə məğlubları özlərinə bərabər tuturdular. Hər iki tərəf üçün
"onlar" "biz"ə çevrilmişdi. Nəhayət, Romanın bütün sakinləri yüz illərlə
sürən imperiya hakimiyyətindən sonra Roma vətəndaşlığı qazandı. Romalı
olmayanlar Roma legionlarında zabit rütbəsinə qədər yüksəldi, bəziləri isə
Senatda yer aldı. Eramızın 48-ci ilində imperator Klavdi bir neçə qalliyalı
zadəganı Senata qəbul edərək, öz nitqində "mədəniyyət, ənənə və nikah
bağları bizi bir-birimizə birləşdirib", dedi. Lovğa senatorlar buna etiraz
etdi: bu köhnə düşmənləri Roma siyasi sisteminin mərkəzinə, axı necə
buraxmaq olar? Klavdi isə onlara acı bir həqiqəti xatırlatdı: senatorların
əksəriyyətinin ailəsi bir vaxtlar Romaya qarşı döyüşmüş və sonradan
Roma vətəndaşlığı qazanmış italyan qəbilələrinin soyundan gəlirdi,
imperator öz ailəsinin də Sabinlərdən gəldiyini dedi. 1
Eramızın ikinci əsrində Romanı İberiyada doğulmuş, ən azından
damarlarında bir neçə damla da olsa iberiyah qanı axan imperta- rorlar
idarə etdi. Trayan, Adrian, Antonin Piy və Mark Avrelinin dövrlərini
adətən imperiyanın qızıl çağlan adlandırırlar. Bu imperatorlardan sonra
bütün etnik divarlar yıxılmışdır. İmperator Sep- timiy Sever (193-211)
Liviyalı bir pun ailəsinin oğluydu. Algebal (218-222) suriyalı idi,
imperator Filip (224-249) xalq arasında "Ərəb Filip" kimi tanınırdı.
İmperiyanın yeni vətəndaşları Roma imperiya mədəniyyətini elə
coşğunluqla mənimsədilər ki, imperiya süqut etdikdən yüz illər, hətta min
illər sonra da imperiyanın dilində danışmağa, imperiyanın Levantdakı
əyalətlərindən birindən mənimsənilən xristian dininə inanmağa və
imperiyanın qanunları ilə yaşamağa davam etdilər.
Buna bənzər bir proses 7-ci əsrin ortalarında Ərəb imperiyasında da baş
verdi. Hakim ərəb-müsəlman elitası ilə, nə etnik ərəb, nə də müsəlman olan
misirli, suriyalı, iranlı və bərbərilər arasında kəskin sədlər vardı.
İmperiyanın sakinləri tədricən islam dinini, ərəb dilini və bir çox yerli
mədəniyyətin sintezi olan imperiya mədəniyyətini

1
Alexander Yakobson, “Us and Them: Empire, Memory and Identity in Claudius’ Speech on
Bringind Gauls into the Roman Senate”, On Memory: An Interdisciplinary Approach, Doron
Mendels, Oxford: Peter Land, 2007, sah.23-24.

227
mənimsədi. Köhnə ərəb elitası bu xalqlara düşmənliklə baxırdı, çünki öz
mövqeyini və nüfuzunu itirməkdən qorxurdu, imperiya daxilində və islam
dünyasında özləri üçün bərabər hüquqlar tələb edən bu yeni təbəələr tədricən
öz istəklərinə nail oldu. Misirlilər, suriyalılar və mesopotamiyahlar tədricən
"ərəb" sayılmağa başladılar. Ərəblər, - istər Ərəbistan mənşəli "autentik"
ərəblər, istərsə də Misir və Suriyadakı yeni ərəblər olsun, - bir müddət sonra
ərəb olmayan müsəlmanların (xüsusilə də iranlılar, türklər və bərbərilər)
hakimiyyəti altına düşdülər. Ərəb imperiyasının ən böyük uğuru, yaratdığı
mədəniyyətin ərəb olmayan çox sayda xalq tərəfindən böyük bir istəklə qəbul
edilməsi idi; bu xalqlar imperiya mədəniyyətini qoruyub saxlayaraq, inkişaf
etdirərək, imperiya çökdükdən və ərəblər etnik qrup kimi öz hakimiyyətlərini
itirdikdən sonra da yaymağa davam etdilər.
Çində imperiya layihəsi daha da uğurlu olmuşdu. İki min il ərzində,
əvvəllər barbar adlandırılan etnik və kultural qruplar Çin imperiya
mədəniyyətinə uğurlu şəkildə inteqrasiya olunmuş və han-çinlilərə
çevrilmişlər (Çini e.ə. 206-cı və b.e. 220-ci illəri arasında idarə etmiş Han
sülaləsinin adından götürülüb). Çin imperiyasının ən böyük nailiyyəti hələ
də yaşaması və ayaqda olmasıdır, bununla belə Çini Tibet və Sincan
əyalətləri istisna olmaqla, bir imperiya kimi qəbul etmək çox çətindir. Çin
əhalisinin 90 faizindən çoxu həm özləri, həm də başqaları tərəfindən Han
hesab edilir.
Son bir neçə onillikdə baş verən dekolonizasiya' prosesini də eyni şəkildə
anlamaq olar. Müasir dövrdə avropalılar yüksək Qərb mədəniyyətini yaymaq
bəhanəsi ilə dünyanın böyük bir hissəsini fəth etdi. Əldə etdikləri nailiyyət o
qədər böyük idi ki, milyardlarla insan tədricən bu mədəniyyətin böyük bir
hissəsini qəbul etdi; hindlilər, afrikalılar, ərəblər, çinlilər və maorilər fransız,
ingilis və ispan dillərini öyrəndi; insan hüquqlarına, öz müqəddəratını təyin
etmək prinsipinə inanmağa başladılar və liberalizm, kapitalizm,
kommunizm, feminizm və millətçilik kimi Qərb ideologiyalarını
mənimsədilər.

‘ Müstəmləkələrin ortadan qalxması

228
imperial siki

Mərhələ Roma İslam


Avropa imperializmi
Kiçik bir qrup Romalılar Roma Ərəblər Ərəb Avropalılar öz
böyük bir imperiyasını qurur Xəlifəliyini qurur imperiyalarını qururlar
imperiya qurur

imperiya Yunan-Roma Ərəb-müsəlman Qərb mədəniyyəti


mədəniyyəti mədəniyyəti mədəniyyəti
formalaşır
Təbəələr I əbəələr latın dilini, 1 əbəələr ərəb 1 əbəələr ingilis və
imperiya Roma qanunlarını, dilini, islamı və s. fransız dilini, sosializmi,
mədəniyyətini Roma siyasi mənimsəyirlər. millətçiliyi, insan
qəbul edir konsepsiyasını və hüquqlarını və s.
s. mənimsəyirlər. mənimsəyirlər.

Bu xalqlar Illiriyahlar, qallar və Misirlilər, iranlılar, Hindlilər, çinlilər və


ümumi imperiya punlar ümumi bər- bərilər ümumi afrikalılar millətçilik,
dəyərlərinə Roma dəyərləri islam dəyərlərinə sosializm və insan
istinad edərək, əsasında əsaslanaraq hüquqları kimi ümumi
bərabərlik tələb romalılarla bərabər ərəblərlə bərabər Qərb dəyərlərinə əsas-
edirlər status tələb edirlər. status tələb lanaraq avropalılarla
edirlər. bərabər status tələb
edirlər.
imperiyanın Romalılar qapalı Ərəblər müsəlman Avropalılar qlobal j
baniləri etnik qrup kimi öz dünyası üzə-rində dünya üzərində i
hakimiyyətlərini statuslarını itirirlər hakimiyyətlərini nəzarəti itirirlər, Qərb
itirirlər. və imperiya itirirlər və yeni, dəyərlərini və düşüncə
hakimiyyəti yeni, çoxmillətli tərzlərini əsasən qəbul
çoxmillətli elitanın müsəlman elitası edən çoxmillətli elita
əlinə keçir. formalaşır. formalaşır.

İmperiya Illiriyahlar, qallar və Misirlilər, iranlılar Hindlilər, çinlilər və


mədəniyyəti punlar qəbul və bərbərilər afrikalılar qəbul etdikləri
yayılmağa və etdikləri Roma qəbul etdikləri Qərb mədəniyyətini
inkişaf etməyə mədəniyyətini müsəlman inkişaf etdirirlər.
davam edir inkişaf etdirirlər. mədəniyyətini
inkişaf etdirirlər.

229
İyirminci əsr boyunca Qərb dəyərlərini mənimsəyən yerli qruplar bu
dəyərlərə istinad edərək avropalı işğalçılarla bərabərlik tələb etdilər.
Müstəmləkəçiliyə qarşı aparılan mübarizələrin əksəriyyəti Qərbin mirası
olan öz müqəddəratını təyin etmək hüququ, sosializm və insan hüquqlan
bayrağı altında meydana çıxdı. Eyni ilə, misirlilər, iranlılar və türklərin ərəb
fatehlərindən miras aldıqları və mənimsədikləri imperiya mədəniyyəti kimi,
müasir hindlilər, afrikalılar və çinlilər də keçmiş qərbli ağalarının imperiya
mədəniyyətinin mühüm bir hissəsini mənimsədilər və onu öz ehtiyaclarına,
öz ənənələrinə uyğunlaşdırmağa çalışdılar.

Tarixdə yaxşı və pis oğlanlar


Tarixi şəxsiyyətləri qəti şəkildə "yaxşı" və "pis" oğlanlara ayırmaq və
bütün imperiyaları "pis oğlanlari'm adına yazmaq çox cəlbedici fikirdir.
Axı, bütün imperiyalar qan tökməklə qurulmuş və öz hakimiyyətlərini
müharibələr, zorakılıqlar hesabına saxlaya bilmişdi. Bununla belə, müasir
mədəniyyətlərin əksəriyyəti bu imperiyaların mirası üzərində qurulub. Əgər
imperiyalar, mahiyyətcə, şər və pisdirsə, bu halda özümüz haqqında nə deyə
bilərik?
Mədəniyyətləri imperializmdən xilas edərək, bu günahla ləkələnməmiş,
saf, autentik sivilizasiyaları bərpa etməyə çalışan müxtəlif düşüncə
məktəbləri və siyasi hərəkatlar var. Bu ideologiyalar, ən yaxşı halda, bəsit
adlandırıla bilər; ən pis halda isə, onlardan kobud millətçiliyi və fanatizmi
pərdələmək üçün istifadə edildiyini demək mümkündür. Tutaq ki, yazdı
tarixin başladığı dövrlərdə ortaya çıxan çoxsaylı mədəniyyətlərin bəziləri
saf və günahsız olub, və digər cəmiyyətlər tərəfindən korlanmayıb. Amma
bu dövrdən etibarən mövcud olan və hal-hazırda yaşamağa davam edən heç
bir mədəniyyət bu iddiada ola bilməz. Bütün bəşər mədəniyyətləri, ən
azından qismən, imperiyaların və imperiya mədəniyyətlərinin varisidir və
heç bir akademik düşüncə yaxud siyasi əməliyyat bu mədəniyyətləri yox
etmədən, onların içindəki imperial mirası çıxarıb ala bilməz.

230
Şakil28. Mumbaydakı Çatrapati Şivaci dəmiryolu stansiyası.
İngilislər
buranı 19-cu əsrdə Britaniyada dəbdə olan neo-qotik üslubda inşa
etmişdilər, stansiyanın adı Bombey Viktoriya Stansiyası idi. Millətçi
hind hökuməti həm şəhərin, həm də stansiyanın adını dəyişdirdi, amma
yadelli işğalçılar tərəfindən inşa edilmiş olsa da, belə bir möhtəşəm bi-
nanı yıxmaq istəmədi.
Məsələn, müasir müstəqil Hindistan Respublikası ilə İngilis ağalığı
dövrü arasındakı sevgi-nifrət münasibətlərinə baxaq. İngilislərin
Hindistanı işğal etməsi milyonlarla insanın həyatı bahasına başa gəldi və
yüz milyonlarla insanın həqarət və istismar altında yaşamasına səbəb
oldu. Lakin hindlilərin çoxu öz müqəddəratını müəyyənləşdirmək hüququ
və insan hüquqlan kimi qərb ideyalarını həvəslə mənimsəmiş, ingilislər
öz dəyərlərindən əl çəkib, onlara bərabərhüquqlu Britaniya vətəndaşı
statusu yaxud müstəqillik verməkdən imtina etdikdə isə etiraza
qalxmışdılar.
Bununla belə, müasir Hindistan dövləti İngilis İmperiyasının balasıdır.
İngilislər bu torpaqların insanlarını öldürdülər, yaraladılar və sürgün
etdilər, amma bununla birlikdə bir-birilə müharibə edən krallıqlar,
şahlıqlar və qəbilələr mozaikasını birləşdirərək, ümumi milli şüur
ətrafında az-çox vahid bir siyasi sistem kimi fəaliyyət göstərən bir ölkə
yaratdılar. Hind məhkəmə sisteminin əsasını qoy-

231
Şəkil 29. Tac-Mahal. "Autentik" hind mədəniyyəti abidəsi, yoxsa
müsəlman imperializminin yad mirası?
dular, inzibati strukturlar yaratdılar və iqtisadi inteqrasiya üçün böyük
əhəmiyyət daşıyan dəmiryolu şəbəkəsi inşa etdilər. Müstəqil Hindistan
idarəetmə forması kimi ingilis tipli Qərb demokratiyasını qəbul etdi. İngilis
dili ölkədə hələ də xalqlar arasında ümumi ünsiyyət dili, hindi, tamil və
malayalam dillərində danışanların bir- birini anlaya bilməsi üçün ortaq
dildir. Hindlilərin çox sevdikləri kriket oyunu və çox içdikləri çay da ingilis
mirasıdır. Hindistanda 19-cu əsrin ortalarına qədər sənaye məqsədilə
salınmış çay plantasiyaları yox idi, bununla ilk dəfə İngilis Şərqi-Hindistan
şirkəti məşğul oldu; bundan əlavə, ölkədə çay içmək adəti də lovğa ingilis
sahiblər tərəfindən yayılmışdı.
İmperiya mirası olduğunu əsas gətirərək, demokratiyadan, ingilis
dilindən, dəmiryolu şəbəkəsindən, hüquqi sistemdən, kriket və çaydan
imtina etməyə bu gün neçə səs verər? Buna səs versələr belə, səsvermə
aktının özü keçmiş ağalarına borclu olduqlarını göstərməyəcəkmi?

232
Zalım bir imperiyanın mirasını, əvvəlki "autentik" mədəniyyətləri
yenidən qurmaq və qorumaq naminə rədd etsək də, ehtimal ki, daha qədim
və ən azı eyni dərəcədə zalım olan başqa bir imperiyanın mirasını
qoruyacaqdıq. İngilis hakimiyyətinin hind mədəniyyətini məhv etməsinə
etiraz edənlər özləri də bilmədən Mughal (Babur) imperiyasının və Dehli
sultanlığının mirasına pərəstiş etmiş olurlar. "Autentik hind
mədəniyyətini" bu müsəlman imperiyalarının yad təsirlərindən xilas
etməyə çalışanlar isə, Qupta, Kuşan və Mauri imperiyalarının mirasına
pərəstiş etdiklərini göstərirlər. Əgər radikal-millətçi bir hind ingilis fatehlər
tərəfindən tikilmiş bütün binaları (məsələn, Mumbaydakı dəmiryolu
stansiyası kimi) yerlə bir etsəydi, Hindistanın müsəlman fatehlər tərəfindən
inşa edilmiş Tac-Mahal kimi tikililəri necə olacaqdı?
Mədəni miras haqqında bu incə məsələnin həll yolunu heç kəs bilmir.
Hansı yolla getsək də, hər şeydən əvvəl məsələnin mürəkkəbliyi və
keçmişini "yaxşılar" və "pislər" olaraq bəsit bir bölgü ilə iki yerə
ayırmağımızın bizi heç bir yerə aparmayacağını qəbul etməliyik. Əlbəttə,
bütün həyatımız boyunca "pis oğlanların" yolu ilə getdiyimizi etiraf etmək
istəmiriksə.

Yeni qlobal imperiya


Təxminən e.ə. 200-cü illərdən bu yana insanların əksəriyyəti im-
periyalarda yaşayıb. Ehtimal ki, gələcəkdə də belə olacaq, lakin bu dəfə
imperiya sözün həqiqi mənasmda qlobal xarakter daşıya bilər və bütün
dünyaya ağalıq etmək arzusu hər an həyata keçə bilər.
21-d əsrdə millətçilik sürətlə aşınmağa davam edir; getdikcə daha çox
sayda insan, qanuni siyasi hakimiyyətin yeganə mənbəyinin ayn-ayn
xalqlar deyil, bütün bəşəriyyət olduğuna və siyasətin əsas məqsədinin
bütün insan nəslinin maraqlarını və hüquqlarını müdafiə etmək olduğuna
inanır. Bu halda, təxminən 200 müstəqil dövlətin varlığı dəstəkdən daha
çox əngəldir. İsveçlilər, indoneziyalılar və nigeriyalılar eyni insan
hüquqlarına sahib olmalıdırsa, vahid dünya dövlətinin ordan müdafiə
etməsi daha asan olmazdımı?

233
Üstəlik, qütb buzlaqlarının əriməsi kimi, qlobal problemlərin meydana
çıxması müstəqil milli dövlətlərin legitimliyini şübhə altına alır. Heç bir
müstəqil dövlət təkbaşına qlobal istiləşmənin öhdəsindən gələ bilməz.
Çinlilərin Göy üzü səlahiyyətləri bütün bəşəriyyətin problemlərini həll
etmək üçün verilmişdi; amma indi bəşəriyyət Göy üzünün problemlərini, -
ozon təbəqəsindəki dəliyin və istixana effektinin aradan qaldırılması, - həll
etmək üçün səlahiyyətlər verəcək. Buna görə də, qlobal imperiyanın rəngi
yaşıl ola bilər.
2013-cü ildəki vəziyyətə görə, dünya hələ də siyasi cəhətdən
parçalanmış haldadır, lakin milli dövlətlər öz həqiqi müstəqilliyini sürətlə
itirməkdədir. Bu dövlətlərdən heç biri müstəqil iqtisadi siyasət yürütməyə,
istədiyi zaman müharibə elan etməyə, hətta daxili siyasətlərini müstəqil
şəkildə həyata keçirməyə qadir deyil. Dövlətlər tədricən qlobal bazarların,
beynəlxalq şirkətlərin və ictimai təşkilatların, dünya ictimai rəyinin və
beynəlxalq məhkəmə sisteminin təsirlərinə daha çox məruz qalır; və bu
gün maliyyə əməliyyatları, ekoloji siyasət və məhkəmə siyasəti dünya
standartları ilə hesablaşmağa məcburdur. Qeyri-adi dərəcədə güclü
sərmayə, işçi qüvvəsi və informasiya axını da öz növbəsində dünyanı
formalaşdırır, ayrı-ayn dövlətlərin mövqeyi və sərhədləri isə tədricən öz
əhəmiyyətini itirir.
Gözlərimizin qarşısında yaranmaqda olan qlobal imperiya hər hansı bir
dövlət ya da etnik qrup tərəfindən idarə olunmur. Roma imperiyasının son
dövrlərində olduğu kimi, ortaq mədəniyyət və ümumi mənfəət ətrafında
birləşmiş çoxmillətli elita tərəfindən idarə edilir. Dünya üzrə getdikcə daha
çox sahibkar, mühəndis, mütəxəssis, alim, vəkil və menecer bu imperiyaya
daxil olmağa dəvət edilir; onlar öz dövlətinə və xalqına sadiq qalmaq,
yoxsa imperiyanın çağırışına cavab vermək məsələsində tərəddüd
keçirirlər. Bununla belə, getdikcə daha çox insan imperiyanı seçir.

234
12

Dinin qanunu

RTAASİYADABİRVAHƏDƏSALINMIŞSƏMƏRQƏND
Q şəhərindəki orta əsrlər bazarında suriyah tacirlər incə Çin
ipəyini gözdən keçirir, çöllərin döyüşçü qəbilələri uzaq qərbdən
gətirdikləri sarışın qulları satışa çıxarır, dükan sahibləri üzərində
ekzotik yazılar və tanımadıqları kralların təsvirləri olan parlaq qızıl
pullan ciblərinə doldururdular. Burada, o dövrün şərqlə qərb, şi-
malla cənub arasındakı mühüm qovşaqlarının birində bəşəriyyətin
bir yerə toplanması adi bir vəziyyət idi. Eyni prosesi Kubilay xanın
ordusu 1281-ci ildə Yaponiyanı işğal etməyə çalışdıqda da müşahidə
etmək olardı. Kürk və dəri paltarlar geymiş monqol süvariləri bam-
buq papaqlı çinli əsgərlərlə çiyin-çiyinə idi, koreyalı sərxoş muzd-
lu əsgərlər Cənub Çin dənizindən gəlmiş döyməli dənizçilərlə dö-
yüşürdü, Orta Asiyalı mühəndislər avropalı macəraçıların heka-
yələrinə ağızları açıq halda qulaq asır və hamı bir imperatorun
əmrlərinə itaət edirdi.
Bu əsnada Məkkədə, Kəbə ətrafında bəşəriyyətin birləşməsi
başqa yollarla həyata keçirdi. Əgər 1300-cü ildə Məkkəyə, müsəl-
manların müqəddəs mərkəzinə getmiş olsaydınız, özünüzü pal-
tarlan küləkdə uçuşan, gözləri həyəcanla parlayan və dodaqlan
Allahın 99 adını bir-birinin ardınca təkrarlayan mesopotamiyah
dindarlar qrupunun arasında görərdiniz. Onlardan bir az irəlidə
Asiya çöllərindən gəlmiş və istidən əziyyət çəkən bir türk çomağına
söykənərək, fikirli-fikirli saqqalını tumarlayırdı. Kömür kimi qara
dərilərinin üzərində parlaq bəzək əşyaları olanlar da, yəqin, Afrika-
dakı Mali krallığından gəlmiş müsəlmanlar idi. Qərənfil, zərdəçal,
hil və dəniz duzu qoxusu da Hindistandan və ya daha da şərqdə
yerləşən sirli adalardan gələn qardaşların olduğunu göstərirdi.

235
Bu gün ayn-seçkilik, anlaşmazlıq və nifaq mənbəyi hesab edilən din,
əvvəllər pul və imperiya kimi bəşəriyyətin birləşməsinə xidmət edən
üçüncü mühüm vasitə idi. Bütün sosial quruluşlar və iyerarxiyalar xəyali
olduqları üçün kövrəkdir və cəmiyyət böyüdükcə, bu kövrəklik də artır.
Dinin ən mühüm tarixi rolu bu kövrək quruluşlara fövqəlbəşəri legitimlik
qazandırmasıdır. Dinlər qanunlarımızın insan şıltaqlıqları nəticəsində
deyil, mütləq və ali hakimiyyət tərəfindən buyurulmuş əmrlər olduğunu
irəli sürür. Bu da, ən azından bəzi fundamental qanunları tənqidlərdən
qoruyaraq, ictimai sabitliyi təmin edir.
Beləliklə, dinə - ali, fövqəlbəşəri bir quruluşa olan inama əsaslanmış
bəşəri dəyərlər və normalar sistemi kimi tərif vermək olar. Bunu iki fərqli
kriteriya ilə əsaslandırmaq mümkündür:
1) Dinlər insanların istək və ya ümumi razılıqlarından asılı olmayan
fövqəlbəşəri bir quruluşun mövcud olduğunu irəli sürür. Futbol - din deyil,
çünki bir çox qaydalarma, ənənəsinə və bəzən hətta qəribə rituallarına
baxmayaraq, hamıya məlumdur ki, futbolu insanlar özləri icad edib, FİFA
isə istədiyi vaxt qapını genişləndirə və ya ofsayd qaydalannı dəyişdirə bilər.
2) Din bu fövqəlbəşəri quruluşa əsaslanaraq məcburi dəyərlər və
normalar təsis edir. Bu gün qərblilərin çoxu ruhlara, pərilərə və
reinkamasiyaya inanır, lakin bu etiqadlar heç bir əxlaqi və davranış
standartlarının mənbəyi deyil, buna görə də din sayılmırlar.
Çox böyük sosial və siyasi legitimlik qazandırmaq qabiliyyətlərinin
olmasma baxmayaraq, dinlərin hamısı bu potensialdan istifadə edə bilmir.
Çox böyük bir ərazidə yaşayan müxtəlif insan qruplarını birləşdirə bilmək
üçün din daha iki xüsusiyyətə malik olmalıdır. Birincisi, həmişə və hamı
üçün həqiqi olan universal bir fövqəlbəşəri quruluş irəli sürməlidir.
İkincisi, bu etiqadı hər kəsə yaymaqda israr etməlidir. Başqa sözlə,
universal və missioner olmalıdır.
Tarixdə ən məşhur dinlər, xristianlıq, islam və buddizm universallıq və
missionerlik xüsusiyyətlərinə sahibdir. Nəticədə insanlar bütün dinlərin bu
cür olduğunu düşünməyə meylli olur. Əslində qədim dinlərin çoxu lokal və
eksklüziv idi. İnsanlar yerli tanrılara və ruhlara inanırdı və bütün
bəşəriyyətə öz dinlərini qəbul etdirmək

236
kimi bir məqsədləri yox idi. Bildiyimizə görə, universal və missioner dinlər
eramızdan əvvəlki ilk minillikdə ortaya çıxmağa başladı. Belə dinlərin
meydana gəlməsi tarixdəki ən mühüm inqilablardan biri idi və bəşəriyyətin
birləşməsində imperiyalar və pul kimi böyük rol oynadı.

Quzuların susması
Animizmin hakim etiqad sistemi olduğu vaxtlarda bəşəri norma və
dəyərlər heyvanlar, bitkilər, pərilər və ruhlar kimi müxtəlif məxluqların
varlığını nəzərə almalı və onların da maraqlarına yer verməli idi. Məsələn,
Qanq çayı vadisində yaşayan bir ovçu-top- layıa qrup böyük bir əncir
ağacını kəsməyi qadağan edə bilərdi, yoxsa ağacın ruhu qəzəblənib intiqam
almaq istəyərdi. Hind çayı vadisində yaşayan başqa bir ovçu-toplayıcı
qrup, bir dəfə ağquyruq tülkü yaşlı bir qadına qiymətli obsidianın yerini
göstərdiyi üçün ağquyruq tülküləri ovlamağı qadağan edə bilərdi.
Bu cür dinlər adətən müəyyən bölgələrin, iqlimlərin və hadisələrin
unikal xüsusiyyətlərini meydana çıxanrdı. Ovçu-toplayıcı- larm əksəriyyəti
bütün həyatını bir neçə min kvadrat kilometrlik bir ərazidə keçirirdi.
Müəyyən bir vadidə yaşayanlar həyatda qala bilmək üçün həmin vadidə
hakim olan fövqəlbəşəri quruluşu anlamalı və öz davranışlarını buna
uyğunlaşdırmahydılar. Uzaqda yerləşən başqa bir vadinin sakinlərini eyni
qaydalara əməl etməyə inandırmağa çalışmaq mənasız bir iş idi. Hind çayı
vadisində yaşayan insanlar Qanq çayı vadisinə missionerlər göndərməz və
orada yaşayardan ağquyruq tülkünü ovlamamağa inandırmaq istəməzdi.
Aqrar inqilab, görünür, dini inqilabla müşayiət olunurdu. Ovçu-
toplayıcılar yabanı bitkiləri toplayıb, heyvanlan ovlayırdı, amma bunlann
Homo sapiens-iə bərabər olduğunu düşünürdülər. İnsanların qoyun
ovlaması insanı qoyundan üstün etmirdi, eyni ilə pələnglərin də insanı
parçalaması, pələngi insandan üstün hala gətirmirdi. Bütün canlı məxluqlar
bir-biriylə bilavasitə ünsiyyət qurar və onlar üçün ümumi olan ekosistemin
qaydalarına riayət etməkdə bir növ razılığa gələrdilər. Bunun əksinə,
fermerlər bitkiləri və heyvanla-

237
n özlərinə tabe edir və onlarla bərabər səviyyədə ünsiyyət qura
bilmirdilər. Aqrar İnqilabın ilk dini nəticəsi ekosistemdə insanların dini
qardaşları olan bitkilər və heyvanların lal alətlərə çevrilməsi idi.
Lakin bu vəziyyət ciddi bir problemə səbəb olmuşdu. Kəndlilər öz
qoyunları üzərində tam nəzarətə sahib olmaq istəyir, amma bunun
məhdud olduğunu da anlayırdılar. Qoyunları pəyədə bağlayır, qoçları
qısırlaşdırır, dişi cins qoyunlar yetişdirir, lakin qoyunların sağlam quzular
doğacağına və ölümcül epidemiyalar nəticəsində qoyunların
qırılmayacağına zəmanət verə bilmirdilər. Bəs, onda sürülərin
çoxalmasına necə nail olmaq mümkün idi?
Tanrıların bu problemi həll etdiyi üçün əhəmiyyət qazandığını irəli
sürən nəzəriyyələr var. Bərəkət ilahəsi, səma tanrısı və müalicə tanrısı
kimi tanrılar bitkilər və heyvanlar danışmaq qabiliyyətini itirdikdə ortaya
çıxdı. Bu tanrıların əsas vəzifəsi insanlarla dilsiz bitki və heyvanlar
arasında vasitəçilik etmək idi. Qədim mifologiyaların böyük bir hissəsi,
əslində insanların bitkilər və heyvanlar üzərində hökmranlıq etməsi
müqabilində tanrıya əbədi sədaqət vədi vermələri haqqında bir
müqavilədir. Varlıq kitabının ilk fəsilləri buna parlaq nümunədir. Aqrar
inqilabdan sonra min illər ərzində dini ayinlər əsasən insanların ilahi
qüvvələrə müxtəlif qurbanlar (quzu, şərab və çörək) verməsi müqabilində
tannlann da insanlara bol məhsul və böyük sürülər vəd etməsi üzərində
qurulmuşdu.
Aqrar İnqilabın ilk vaxtlar animist sistemin digər elementləri olan
qayalar, bulaqlar, ruhlar və iblislərin statusu üzərində daha az təsiri
olmuşdu. Amma bunlar da tədricən öz statuslarını yeni tan- nlara verdi.
Nə qədər ki, insanlar bütün ömürləri boyunca bir neçə yüz kilometrlik
məhdud ərazilərdə yaşayırdı və ehtiyaclarının böyük hissəsi yerli ruhlar
tərəfindən təmin edilirdi. Lakin krallıqlar və ticarət şəbəkələri böyüməyə
başladıqda, insanlar bütün krallığa və ya ticarət regiona hökm etməyə
qadir olan varlıqların himayəsinə ehtiyac duydular.
Bu ehtiyacları təmin etmək cəhdləri ilk politeist, yəni çoxallahlı (poli
- çox, Teos - allah) dinlərin meydana çıxmasına səbəb oldu. Bu dinlər
dünyanın bərəkət ilahəsi, yağış tanrısı və müharibə tan-

238
nsı kimi bir qrup qüdrətli tanrılar tərəfindən idarə edildiyini irəli sürürdü.
İnsanlar bu tanrıları köməyə çağırır, tanrılar isə ibadətlər və qurbanlardan
razı qalırdılarsa, yağış, qələbə və sağlamlıq göndərirdi.
Çoxallahlı dinlərin meydana çıxması animizmi tamamilə ortadan
qaldırmadı. İblislər, pərilər, ruhlar, müqəddəs qayalar, müqəddəs bulaqlar və
müqəddəs ağaclar demək olar ki, bütün çoxal- lahlı dinlərin aynlmaz hissəsi
kimi qaldı. Böyük tanrılardan daha az əhəmiyyətli olan bu ruhlar adi
insanların gündəlik həyatı üçün kifayət edirdi. Böyük müharibə tanrısına
onlarla qoç qurban edən kral, barbarlar üzərində qələbə üçün dua edərkən, öz
daxmasında oturmuş kəndli də şam yandıraraq əncir ağacı pərisinə xəstə
oğlunun sağalması üçün dua edirdi.
Bununla belə, böyük tanrıların meydana çıxması quzular və ya iblislərdən
çox Homo sapiens-in statusuna təsir göstərmişdi. Animistlər insanın dünyada
yaşayan çox sayda məxluqdan biri olduğunu düşünürdü. Politeistlər isə
tədricən dünyaya insanlarla tanrılar arasındakı münasibətlərin bir növ
təcəssümü kimi baxmağa başladı. Bu anlayışa görə, dualarımız,
qurbanlarımız, günahlarımız və savablarımız bütün ekosistemin taleyini
müəyyənləşdirir. Bir neçə axmaq Sapiensin tanrıları qəzəbləndirməsi
səbəbindən qorxunc bir sel milyardlarla qarışqa, çəyirtkə, tısbağa, antilop,
zürafə və fili tələf edə bilər. Beləliklə, çoxallahlılıq sadəcə tanrıların deyil,
insanların da statusunu yüksəltdi. Köhnə animist sistemin daha uğursuz
üzvləri isə öz statuslarını itirərək, insanla tanrılar arasında oynanılan böyük
dramın adi fiqurlarına və lal dekorasiyasına çevrildi.

Bütpərəstliyin üstünlükləri
İki min il əvvəl təkallahhlığm təbliğatı Qərb əhalisinin böyük hissəsinin
çoxallahlılığa cahil və bəsit bir bütpərəstlik kimi baxmasına səbəb oldu. Bu
çox haqsız bir stereotipdir, çünki çoxallahlılığın daxili məntiqini başa
düşmək üçün çox sayda tanrıya olan etiqadı dəstəkləyən əsas ideyanı
anlamaq lazımdır.

239
Çoxallahlılıq bütün kainatı idarə edən vahid bir qüvvənin yaxud
qanunun varlığını inkar etmir; əksinə, çoxallahlı və hətta animist dinlərin
əksəriyyəti bütün fərqli tanrıların, iblislərin və müqəddəs qayalann arxasında
ali bir qüvvənin dayandığını qəbul edir. Klassik yunan politeizmində Zevs,
Hera, Apollo və digər tanrılar hər şeyi əhatə edən qüdrətli bir qüvvəyə
tabedir: Tale (Moira, Ananke). Şimal tanrıları da Taleyin əsiri idilər və bu
onları Raqnarok (Tanrıların qürubu) fəlakətində həlak olmağa məhkum
etmişdi. Qərbi Afrikanın çoxallahlı dini olan Yorubada bütün tanrılar ali tanrı
Olodumaredən əmələ gəlib və ona tabedir. İnduizm çoxallahlılığında bütün
tanalara, ruhlara, bəşəriyyətə, fiziki və bioloji dünyaya nəzarət edən Atman
bütün kainatın, hər bir fərdin və hər bir hadisənin ruhu və mahiyyətidir.
Çoxallahlılığın təkallahlılıqdan prinsipial fərqi ondan ibarətdir ki,
çoxallahlılıqda dünyanı idarə edən ali qüvvə öz istək və maraqlarından
məhrumdur, o insanlann dünyəvi istəklərinə, qayğılarına və həyəcanlarına
laqeyddir. Bu qüvvədən müharibədə qələbə, sağlamlıq və ya yağış istəmək
mənasızdır, çünki hər şeyi əhatə etdiyinə görə, onun üçün hansı şahlığın
qələbə qazanacağı yaxud məğlub olacağının, hansı şəhərin inkişaf etməsinin
və ya məhv olmasının, hər hansı xəstənin sağalmasının yaxud ölməsinin heç
bir fərqi yoxdur. Yunan Tale ilahəsinə bir şey qurban etməzdilər, hindlilər
isə Atmana məbəd tikməmişdilər.
Kainatın bu ali qüvvəsindən nə isə istəmək üçün yeganə səbəb, bütün
arzulardan imtina edib, yaxşı ilə birlikdə pisi də qəbul etməkdir
(məğlubiyyəti, yoxsulluğu, xəstəliyi və hətta ölümü də). Buna görə də, bəzi
hindlilər, - Sadhular yaxud Sanyasilər, - bütün həyatlarını Atmanla bir
olmağa və bu yolla aydmlanmağa həsr edirlər. Onlar dünyaya bu
fundamental prinsipin işığında baxmağa çalışaraq, əbədilik nöqteyi
nəzərindən bütün dünyəvi arzularm və qorxuların mənasız və fani olduğuna
inanırlar.
Lakin hindlilərin əksəriyyəti sadhu deyil. Onlar dünyəvi qayğıların
bataqlığına batmış vəziyyətdədirlər, dünyəvi işlərə biganə qalan Atman isə
onlara yardım edə bilməz. Buna görə də, hindlilər məhdud səlahiyyətləri olan
tanrılardan mədəd umurlar. Məhz məhdud səlahiyyətlərə sahib olduqları
üçün Qaneşa, Lakşmi və

240
Sarasvati kimi tanrıların öz maraqlan və iddiaları var. İnsanlar bu məhdud
səlahiyyətli tanrılarla saziş bağlayaraq müharibələrdə qələbə qazanmaq və
ya xəstəliklərdən qurtulmaq üçün onların yardımına güvənir. Kainatın ali
qüvvəsinin öz istək və maraqları yoxdur, buna görə də, dünyəvi
problemlərin həlli üçün öz istəkləri və maraqları olan məhdud səlahiyyətlərə
sahib tanrılara müraciət etmək lazımdır. Belə tanrılar isə çoxdur: hər şeyə
qadir bir qüvvəni konkret məsələlərə uyğun şəkildə kiçik hissələrə
böldükdə, çox sayda tanrı ortaya çıxar. Çoxallahlılıq da elə budur.
Çoxallahlılığın mahiyyəti geniş dini tolerantlığa yol açır. Politeistler
(çoxallahçılar) bir tərəfdən, ali və təmənnasız bir qüvvəyə, digər tərəfdən isə
çox sayda tərəfkeş və məhdud səlahiyyətli qüvvələrə inandıqlarından, bir
tanrıya inananlar digər tanrıların da varlığını asanlıqla qəbul edirlər.
Çoxallahlılıq öz təbiətinə görə açıq fikirlidir və nadir hallarda "kafir" və
"mürtəd"lərə hücum edir.
Politeistler nəhəng imperiyaları fəth etdikdə belə, əhaliyə öz dinlərini
qəbul etdirməyə çalışmadılar. Misirlilər, romalılar və asteklər yad torpaqlara
missionerlər göndərərək insanları Osirisə, Yupiter və ya Huitzilopoçtliyə
(Astek tanrısı) inanmağa məcbur etməmişdilər. İşğalçılar əsarət altına aldığı
xalqlardan öz tanrılarına və ayinlərinə mütləq ehtiram tələb edirdi, çünki bu
tanrılar və ayinlər imperiyanı müdafiə edir və ona legitimlik qazandırırdı.
Bununla belə, fəth edilmiş xalqları öz tanrılarından və ayinlərindən imtina
eləməyə məcbur etmirdilər. Astek imperiyasında təbəə xalqlar
Huitzilopoçtli üçün məbədlər inşa etməyə məcbur idi, lakin bu məbədlər
yerli tanrılar üçün tikilmiş məbədlərin yerində deyil, onların yanında inşa
edilirdi. Çox vaxt imperiya elitası özü yadelli tanrıları ayinləri ilə birlikdə
qəbul edirdi. Romalılar öz panteonlarına Asiya ilahəsi Kibelanı və Misir
ilahəsi İsidanı həvəslə qəbul etmişdi.
Romalıların uzun müddət qəbul etmək istəmədikləri yeganə tanrı
xristianların, - monoteistlərin (təkallahçıların) və missionerlərin, - tanrısı idi.
Roma imperiyası xristianlardan öz dinlərini və rituallarını tərk etmələrini
istəmədi, amma onlardan imperiyanın himayədar-tanrılarına və imperatorun
ilahiliyinə ehtiram göstərmələrini gözlədi. Bu, siyasi loyalhq kimi qəbul
edilirdi. Xristianlar bunu qətiyyətlə rədd edərək bütün kompromis
cəhdlərindən

241
üz çevirdikdə, romalılar siyasi baxımdan pozucu qüvvə saydıqları bu qrupu
sıxışdırmağa başladı. Lakin bunu da var qüvvələri ilə və ciddi-cəhdlə
etmədilər. İsanın çarmıxa çəkilməsindən imperator Konstantinin
xristianlığı qəbul etməsinə qədər keçən üç yüz il ərzində Roma
imperatorları xristianları sadəcə dörd dəfə genişmiqyaslı təqiblərə məruz
qoydu. Bəzən yerli canişinlər və valilər özləri buna təşəbbüs göstərirdi.
Lakin üç yüz il boyunca bütün bu təqiblərdə qurban gedənlərin sayını
hesablasaq, məlum olar ki, bütpərəst-romalılar bu müddətdə cəmi bir neçə
min xristian öldürmüşdü.1 Müqayisə üçün qeyd edək ki, növbəti 1500 ildə
xristianlar bu sevgi və mərhəmət dininin fərqli şərhləri üzündən
milyonlarla digər xristianı öldürmüşdü.
Katoliklər və protestantlar arasındakı dini müharibələr Avropanı XVI
və XVII əsrlərdə xarabalığa çevirmişdi. Bu müharibələrdə iştirak edənlərin
hamısı İsanın ilahi xüsusiyyətlərini, sevgi və mərhəmət müjdəsini qəbul
edirdi. Lakin bu sevgi və mərhəmətin xarakteri məsələsində razılığa gələ
bilmirdilər. Protestantlara görə, ilahi sevgi o qədər böyük idi ki, tanrı insan
bədənində təcəssüm etdi və özünün işgəncə görməsinə, çarmıxa
çəkilməsinə izin verdi, bununla da insanları ilkin günahın yükündən xilas
edərək, ona inanan hər kəsə cənnətin qapılarını açdı. Katoliklər bu etiqadı
dəstəkləsələr də, kafi saymırlar; cənnətə girmək üçün kilsəyə getməli və
savab işlər görməli olduqlarmı düşünürlər. Protestantlar bu fikri rədd edir
və katoliklərin ortaya atdığı iddianın Tanrının böyüklüyünü və sevgisini
alçaltdığını irəli sürürlər. Protestantlara görə, əgər bir insan öz savab
əməllərinə görə cənnətə gedəcəyini düşünürsə, özünü çox qiymətli sayır,
Məsihin çarmıxdakı əzablarını və Tanrının bəşəriyyətə olan sevgisini isə
alçaldır.
Bu ilahiyyat mübahisələri 16-cı və 17-ci əsrlərdə o qədər şiddətləndi
ki, katoliklər və protestantlar bir-birinə qarşı kütləvi qırğınlar törətdi. 23
avqust 1572-ci ildə savab işlərə dəyər verən fransız katolikləri Tanrının
bəşər sevgisini mədh edən fransız protestantlarına hücum etdi. Müqəddəs
Varfolemey Günü Qətliamı kimi məlum olan bu hücumda iyirmi dörd saat
ərzində təxminən 10 * &

1
W.H.C.Frend, Martyrdom and Persecution in the Early Church, Cambridge: James Clarke
& Co., 2008, səh. 536-537

242
min protestant qətlə yetirildi. Papa Fransada baş verənlərdən xəbər
tutduqda o qədər sevinmişdi ki, bu hadisəni bayram etmək üçün xüsusi
ayinlər təşkil etdi. Hətta Corco Vazariyə Vatikanın otaqlarından birinin
qətliamı təsvir edən rəsmlərlə bəzədilməsini tapşırdı (bu otaq hal-hazırda
ziyarətçilər üçün bağlıdır).1 Bu iyirmi dörd saatın içində bütün Roma
imperiyası tarixində öldürülənlərdən qat- qat çox xristian başqa
xrisitianlar tərəfindən qətlə yetirilmişdi.

Allah təkdir
Çoxallahlılığa inananlar tədricən politeizmin fundamental prinsipindən
uzaqlaşaraq, sadəcə öz tanrılarının həqiqi tanrı və kainatda yeganə ali
qüvvə olduğuna inanmağa başladılar. Eyni zamanda ona müəyyən
maraqları və meylləri olan bir tanrı kimi baxmağa davam etdilər və buna
görə də, onunla müəyyən məsələlərdə saziş bağlaya biləcəklərini
düşündülər. Təkallahlı dinlər belə meydana gəldi. Bu dinlərin tərəfdarları
kainatın ali qüvvəsinə xəstəlikdən sağalmaq, lotereyada udmaq və ya
müharibədə qələbə qazanmaq üçün yalvardı.
Bizə məlum olan ilk təkallahlı din e.ə. 1350-ci ildə Firon Exna- ton
Misir panteonundaki kiçik tanrılardan biri olan Atonun kainatın həqiqi ali
qüvvəsi olduğunu elan etdikdə ortaya çıxdı. Exnaton Atona sitayişi dövlət
dininə çevirdi və digər tanrılara sitayiş etməyi məhdudlaşdırmağa çalışdı.
Bu dini islahat iflasa uğradı. Exnatonun ölümündən sonra Atona sitayişi
köhnə panteon əvəzlədi.
Çoxallahlılıq başqa yerlərdə də təkallahlı dinlərə çevrilməyə başladı,
amma bunlar marginal dinlər idi. Bunun ən böyük səbəbi isə, öz universal
mesajlarını hələ formalaşdırmamaları idi. Məsələn, iudaizm kainatın ali
qüvvəsinin öz istək və maraqları olduğunu, onun sadəcə kiçik yəhudi xalqı
və əhəmiyyətsiz İsrail torpağı ilə maraqlandığını iddia edirdi. İudaizm
başqa xalqlara az şey təklif edirdi, buna görə də missioner bir din ola
bilmədi. Bu mərhələni "lokal təkallahlıhq" adlandırmaq olar.

' Robert Jean Knecht, The Rise and Fall of Renaissance France, 1483-1610, London: Fontana
Press, 1996, səh. 424

243
Böyük sıçrayış xristianlıqla başladı. Bu din - Nazaretli İsanın uzun
müddət gözlənilən Məsih olduğunu irəli sürən ezoterik yəhudi məzhəbi
kimi ortaya çıxdı. Lakin məzhəbin ilk rəhbərlərindən biri Tarsuslu Pavel,
əgər kainatın ali qüvvəsinin öz mənfəət və istəkləri varsa, əgər özünü insan
bədənində təcəssüm etdirmiş və bəşəriyyətin xilası üçün çarmıxa
çəkilmişsə, bunu sadəcə yəhudilərin deyil, hər kəsin bilməli olduğunu irəli
sürdü. Buna görə də, İsa haqqında müjdəni, - İncili, - dünyanın hər tərəfinə
yaymaq lazım idi.
Pavelin fikirləri münbit bir torpağa səpilmişdi. Xristianlar bütün
bəşəriyyəti hədəf alan geniş missionerlik fəaliyyətinə başladı və beləcə,
ezoterik bir yəhudi məzhəbi qüdrətli Roma imperiyasını ələ keçirdi. Bu,
tarixin ən böyük qəribəliklərindən biri idi.
Xristianlığın uğuru 7-ci əsrdə Ərəbistan yarımadasında meydana
çıxmış digər bir təkallahlı dinə də örnək oldu: İslam. Xristianlıq kimi İslam
da dünyanın uzaq bir guşəsində kiçik bir məzhəb kimi ortaya çıxdı, lakin
daha sürətli və təəccüblü şəkildə Ərəbistanın sərhədlərini aşaraq, Atlantik
okeanından Hindistana qədər uzanan nəhəng bir imperiyaya çevrildi. Bu
andan etibarən təkallahlı din ideyası dünya tarixində mərkəzi rol oynadı.
Təkallahlı dinlər çoxallahlı dinlərə nisbətən fanatizm və missionerliyə
daha çox meylli idi. Digər etiqadların qanuniliyini qəbul edən bir din ya öz
tanrısının kainatın yeganə ali qüvvəsi olmadığını, ya da Tanrıdan universal
həqiqətin yalnız bir hissəsini aldığını etiraf edir. Təkallahlı dinə inananlar
adətən vahid və yeganə tanrı haqqında tam biliyə sahib olduqlarını hesab
etdikləri üçün digər dinləri rədd edirlər. Son iki min il ərzində monoteistlər
öz mövqelərini gücləndirmək üçün öz rəqiblərini zorakı yollarla yox
etməyə çalışıblar.
Bu, onların işinə yaradı. Eramızın 1-ci əsrinin başlanğıcında dünyada
təkallahlığa inananlar demək olar ki, yox dərəcəsində idi. Eramızın 500-cü
ilində dünyanın ən böyük imperiyalarından biri, - Roma imperiyası, - artıq
xristian dövlətə çevrilmişdi və missionerlər Avropa, Asiya və Afrikanın
digər bölgələrinə xristianlığı yaymağa çalışırdı. Birinci minilliyin
sonlarında Avropa, Qərbi Asiya və Şimali Afrikada əhalinin böyük hissəsi
təkallahlı dinə ina

244
nırdı və Atlantik okeanından Himalaylara qədər bütün imperiyalar vahid
bir tanrının əmrlərinə riayət etdiklərini irəli sürürdü. 16-cı əsrin
əvvəllərində təkallahhlıq Uzaq Şərq və Afrikanın cənubu istisna olmaqla,
Afrika və Asiyanın böyük bir hissəsində hökmran idi, üstəlik Cənubi
Afrika, Amerika və Okeaniyaya doğru yayıl- maqdaydı. Bu gün Uzaq
Şərq istisna olmaqla, insanların əksəriyyəti təkallahlı dinlərdən birinə
inanır və qlobal siyasi quruluş da monoteist prinsiplərə əsaslanır.
Digər tərəfdən, animizmin çoxallahlılıq çərçivəsində yaşaması kimi,
çoxallahlılıq da təkallahhlıq çərçivəsində yaşamağa davam etdi. Nəzəri
olaraq, kainatın ali qüvvəsinin öz istək və maraqları olduğu qəbul edilirsə,
məhdud səlahiyyətlərə inanmağın nə mənası var? Prezidentin qəbul otağı
açıqdırsa, xırda bir məmura kim müraciət edər? Əlbəttə, monoteist
teologiya Ali tanrıdan başqa bütün tanrıların varlığını inkar edər və bu
tanrılara sitayiş etməyə cürət edənləri cəhənnəm alovu ilə cəzalandırar.

ХэгНэ 5. Xristianlıq və İslamın yayılması.

245
Bununla belə, teoloji nəzəriyyələrlə tarixi həqiqətlər arasında həmişə
uçurum olub. İnsanların əksəriyyəti təkallahlılıq ideyasını tam qəbul
etməkdə çətinlik çəkdi; bu insanlar dünyanı "biz" və "onlar"a bölməyə və
kainatın tək ali qüvvəsini öz dünyəvi ehtiyacları üçün həddən artıq uzaq və
yad görməyə davam etdilər. Təkallahlı dinlər digər tanrıları böyük bir
atəşfəşanlıqla qapıdan qovub çıxartdı, lakin onlar yan pəncərədən geri
qayıtdı. Məsələn, xristianlıq öz övliyalar panteonunu yaratdı və bunlar
çoxallahlı dinlərin panteonundan az fərqlənirdi.
Yupiter Romanı və ya Huitzilopoçtli Astek imperiyasını qoruduğu
kimi, hər xristian krallığının da çətinlikləri dəf etmək və müharibələrdə
qalib gəlmək üçün öz himayədar-övliyaları var idi. İngiltərəni Müqəddəs
Corc (Georgi), Şotlandiyanı Müqəddəs Endryu (Andrey), Macarıstanı
Müqəddəs Stefan və Fransanı Müqəddəs Martin qoruyurdu. Şəhərlərin,
qəsəbələrin, peşələrin, hətta xəstəliklərin də öz övliyaları vardı. Milan
şəhərinin hamisi Müqəddəs Ambrosi, Venesiyanın isə Müqəddəs Marko
idi. Müqəddəs Almo baca təmizləyənləri, Müqəddəs Metyu isə vergi
məmurlarını qoruyurdu. Başınız ağrıdıqda Müqəddəs Aqafiyə, dişiniz
ağrıdıqda Müqəddəs Apolloniyə dua etməyiniz lazım idi.
Xristian övliyaları qədim çoxallahlı dinlərin tanrılarını sadəcə
xatırlatmaqla qalmırdı, onlar əslində həmin tannlann maskalanmış
hallarıydı. Məsələn, xristianlıqdan əvvəl irland keltlərinin baş tanrıçası
Brigid idi. İrlandiya xristianlaşdırıldıqdan sonra Brigid də xaç suyuna
salındı və bu gün də katolik İrlandiyasının ən möhtərəm övliyasına -
Müqəddəs Brigidə çevrildi.

Xeyirlə şərin döyüşü


Çoxallahlılıq sadəcə təkallahhğın yaranmasına səbəb olmadı, eyni
zamanda dualist dinlərə də yol açdı. Dualist dinlər bir-birinə qarşı mübarizə
aparan iki qüvvənin varlığına inanır: xeyir və şər. Təkallahlılığın əksinə,
dualizm şərin xeyir tanrısı tərəfindən yaradılmadığını və ona tabe olmayan
müstəqil bir qüvvə olduğunu hesab edir. Dualizm bütün kainatın bu iki
qüvvə arasında döyüş mey

246
danı olduğunu və dünyada baş verən hər şeyin bu mübarizənin bir parçası
olduğunu irəli sürür.
Dualizm çox cəlbedici bir dünyagörüşüdür, çünki bəşəriyyətin ən
başlıca məsələlərindən biri olan məşhur şər problemini çox qısa və sadə
şəkildə izah edir. "Dünyada niyə şər var? Nə üçün əzablar var? Niyə yaxşı
insanlara bədbəxtlik üz verir?". Təkallahlı dinlər hər şeyi bilən, hər şeyə
qadir və tamamilə xeyirxah bir tanrının dünyada bu qədər zülm və
iztirablara izin verdiyini izah etmək üçün ciddi zehni fəaliyyət
göstərməlidir. Ən yaxşı izahlardan biri - Tanrının insanların iradəsini azad
buraxdığını irəli sürür. Şər olmasaydı, insanlar xeyirlə şər arasında seçim
edə bilməz və dünyada azad iradə olmazdı. Lakin bu anlaşılmaz bir
cavabdır və bir çox yeni suallar doğurur. Azad iradə insanların şəri
seçməsinə imkan verir və doğrudan da, insanların çoxu şəri seçməkdədir.
Bu isə təkallahlı sistemdə ilahi cəzaya yol açan bir seçim olacaq. Əgər
Tanrı bir insanın öz iradəsi ilə şəri seçəcəyini və buna görə də cəhənnəmdə
əbədi əzabla cəzalandırılacağını əvvəlcədən bilirsə, onu nə üçün yaradır?
İlahiyyatçılar bu cür suallara cavab vermək üçün saysız-hesabsız kitab
yazdılar. Bəziləri daha inandırıcı cavablar tapdı. Bəziləri isə bunu
bacarmadı. Lakin bir şey tamamilə aydındır ki, təkallahlı dinlər şər
probleminin öhdəsindən gəlməkdə çətinlik çəkir.
Dualistlərə görə, hətta yaxşı insanların da başına bəla gəlir, çünki dünya
hər şeyi bilən, hər şeyə qadir və tamamilə xeyirxah bir tanrı tərəfindən
idarə olunmur. Dünyada şər işlər görən özbaşına şər bir qüvvə var.
Dualizmin də öz çatışmazlıqları var. Şər problemini çox bəsit yolla həll
etsə də, nizam probleminin öhdəsindən gələ bilmir. Əgər dünyada bir-
birilə mübarizə aparan iki qüvvə, - şər və xeyir, - varsa, bunların arasındakı
mübarizəni nizamlayan qanunları kim müəyyənləşdirib? İki rəqib dövlət
bir-birilə mübarizə apara bilər, çünki ikisi də eyni zamana və eyni məkana
görə mövcuddur, və eyni təbiət qanunlarına tabedir. Pakistan torpağından
atılmış bir raket Hindistan ərazisində yerləşən bir hədəfi vura bilər, çünki
iki ölkədə də eyni fizika qanunları qüvvədədir. Xeyir və Şər mübarizə
apardıqda hansı ümumi qanunlara riayət edir və bu qanunları kim
müəyyənləşdirib?

247
Bunun əksinə, monoteist dinlər nizam problemini həll etsələr də, şər
problemini izah etməkdə çətinlik çəkir. Bu tapmacanın bir məntiqi həll yolu
var: Tək və hər şeyə qadir bir Tanrının olduğunu və eyni zamanda bu
Tanrının şər qüvvə olduğunu iddia etmək. Lakin tarixdə heç kim belə bir
fərziyyə irəli sürməyə cəsarət etməyib.
Dualist dinlər min ildən çox müddət ərzində inkişaf edib. E.ə.1500 və
1000-ci illər arasında Orta Asiyada Zərdüşt adlı bir peyğəmbərin fkirləri
nəsillərdən nəsillərə ötürülərək, tədricən ən məşhur dualist dinə -
zərdüştlüyə çevrildi. Zərdüştçülər dünyanı xeyir tannsı Hörmüzdlə şər
tanrısı Əhrimən arasında gedən kosmik müharibə kimi görür. İnsanlar bu
döyüşdə xeyir tanrısına kömək etməlidir. Zərdüştlük ilk fars dövləti olan
Əhəmənilər imperiyasında (e.ə.550- 350-ci illər) mühüm rol oynadı, daha
sonra da Sasanilər imperiyasında (b.e.224-651-ci illər) rəsmi din oldu.
Zərdüştlük özündən sonra gələn bütün Yaxın Şərq və Orta Asiya dinlərinə
təsir etdi, Qnosti- sizm və Manixeizm kimi digər dualist dinlərin meydana
çıxmasına yol açdı.
Eramızın 3-cü və 4-cü əsrlərində Çindən Şimali Afrikaya qədər yayılan
manixeizm hətta bir müddət Roma imperiyasında hökmran dinə çevrilib
xristianlığı sıxışdırmaq üzrəydi. Lakin manixeistlər Romanı xristianlara
uduzdu, Zərdüştçü Sasanilər imperiyası isə təkallahlı müsəlmanlar
tərəfindən istila edildi və dualizm dalğası sakitləşdi. Bu gün sadəcə
Hindistan və Yaxın Şərqdə kiçik dualist icmalar həyatda qala bildi.
Bununla belə, təkallahlılığın yüksəlişi dualizmi tamamilə ortadan
qaldırmadı. Yəhudi, xristian və müsəlman monoteistlər bir çox dualist
etiqad və təcrübəni mənimsədi, həmçinin bu gün "təkallahhlıq" olaraq
adlandırdığımız sistemin bəzi əsas ideyaları əslində mənşəyinə görə
dualistdir. Saysız-hesabsız xristian, müsəlman və yəhudilər qüdrətli bir şər
qüvvəyə inanır (xristianlar bunu Şeytan və ya İblis adlandırır), bu şər qüvvə
müstəqil hərəkət edir, xeyirxah Tanrıya qarşı mübarizə aparır və Tannnın
icazəsi olmadan xaos yaradaraq hər şeyi alt-üst edir.
Təkallahhlıq belə bir dualist etiqada necə bağlı qala bilir (yeri gəlmişkən,
Əhdi-Ətiqdə bu cür etiqaddan əsla söhbət getmir)? Məntiqi cəhətdən, bu
mümkün deyil. Ya tək və hər şeyə qadir bir

248
Tanrıya, ya da ikisi də qüdrətli olmayan iki əks qüvvəyə inanarsınız.
Halbuki, insanların ziddiyyətli şeylərə eyni zamanda inanmaq qabiliyyəti
çox yüksəkdir. Buna görə də, milyonlarla xristian, müsəlman və yəhudinin
eyni zamanda həm hər şeyə qadir tək Tanrıya, həm də ondan asılı olmayan
şeytana inanması təəccüblü deyil. Saysız-hesabsız xristian, müsəlman və
yəhudilər xeyirxah Tanrının şeytanla mübarizəsində bizim yardımımıza
ehtiyacı olduğunu düşünərək çox irəli getdilər. Bu isə, başqa şeylərlə yanaşı,
səlib yürüşünə və cihada çağırışların da ilham mənbəyi oldu.
Xüsusilə, Qnostizim və Manixeizmdə hakim olan digər bir dualist anlayış
isə, ruhla bədən və cisimlə can arasındakı kəskin fərqdir. Qnostiklər və
manixeistlər xeyir tanrısının ruhu və canı, şər tanrısının isə bədən və cismi
yaratdığını irəli sürürlər. Bu nöqteyi-nəzərdən, insan xeyirxah ruhla şər
bədənin döyüş meydanıdır. Monoteist nöqteyi-nəzərdən isə, bu tamamilə
cəfəngiyatdır. Axı, nəyə görə bədənlə ruh və ya cisimlə can bu dərəcədə
kəskin fərqlənməlidir, və nə üçün bədən və cisim şər olmalıdır? Axı, hər şey
vahid və xeyirxah Tanrı tərəfindən yaradılmışdır. Bununla belə, monoteistlər
dualist ziddiyyətlərdən qaça bilməmişlər, çünki bu ziddiyyətlər onlara ilk
növbədə şər problemini həll etmək üçün lazımdır. Beləliklə, bu cür
ziddiyyətlər xristianlıq və islam düşüncəsinin təməlinə çevrildi. Cənnətə
(xeyir tanrısının diyarı) və cəhənnəmə (şər tanrısının diyarı) inanmaq da
mənşəcə dualistdir. Əhdi-Ətiqdə bu etiqadın izləri yoxdur, həmçinin insanın
bədəni öldükdən sonra ruhunun yaşamağa davam edəcəyi də iddia edilmir.
Əslində təkallahhlıq - çoxallahlılıq, dualizm və animizm miraslarının
kaleydoskopudur və bunların hamısını ilahi çətirin altına toplayır. Sadə bir
xristian həm vahid tanrıya, həm də dualist şeytana, politeist övliyalara və
animist ruhlara inanır. İlahiyyatçı- lar bu ziddiyyətli və hətta bir-birini istisna
edən fikirlərə, müxtəlif mədəniyyətlərdən mənimsənilmiş ibadət və ayinlərə
eyni zamanda inanılmasını sinkretizm' adlandırırlar. Əslində sinkretizm özü
təklikdə dünyanın ən böyük dini sayıla bilər.

'Ziddiyyətli anlayışlann birləşdirilməsi

249
Təbiətin qanunu
İndiyə qədər bəhs etdiyimiz bütün dinlərin ümumi bir cəhəti var: bu
dinlərin hamısı tanrılara və ya digər fövqəltəbii varlıqlara inanır. Bu,
təkallahlı və çoxallahlı dinlərlə yaxından tanış olan qərblilər üçün daha
aydındır. Lakin əslində din tarixi tanrıların tarixi demək deyil. Eramızdan
əvvəl birinci minillikdə Afrika və Asiyada tamamilə yeni dinlər yayılmağa
başlamışdı. Hindistanda Caynizm və Buddizm, Çində Daosizm və
Konfutsilik, Aralıq dənizi hövzəsində Stoisizm, Kinizm və Epikürçülük -
tanrılara inanmağı rədd edən dinlər idi.
Bu etiqadlar dünyanı idarə edən fövqəltəbii nizamın ilahi iradə
şıltaqlıqların deyil, təbiət qanunlarının nəticəsində meydana çıxdığını irəli
sürür. Təbiət qanunlarını mühüm sayan bu dinlərin bəzisi tanrıların varlığını
qəbul etdi, lakin bu dinlərə görə, tanrılar da eyni ilə insanlar, heyvanlar və
bitkilər kimi təbiət qanunlarına tabe idi. Tanrıların ekosistem içində fillər və
kirpilər qədər yeri vardı, və təbiət qanunlarına fillərdən çox təsir edə bilmirdi.
Bu dinlərə ən parlaq nümunə, bu gün də dünyanın əsas dinlərindən biri
sayılan - buddizmdir.
Buddizmdə baş fiqur tanrı deyil, Siddhartha Qautama adlı bir insandır.
Buddist etiqadına görə, e.ə. 500-cü illərdə doğulmuş Qautama kiçik bir
Himalay krallığının şahzadəsi idi. Gənc şahzadə ətrafında gördüyü insan
əzablarından bərk sarsılmışdı. O hər yerdə kişilərin, qadınların, uşaqların və
qocaların sadəcə müharibə və xəstəliklər kimi fəlakətlərdən deyil, eyni
zamanda təşviş, məyusluq və narazılıqlar üzündən də əzab çəkdiklərini
görürdü; və bütün bunlar sanki insan taleyinin ayrılmaz parçası idi. İnsanlar
zənginlik və hakimiyyətə can atır, bilik və sərvət qazanır, oğul və qız sahibi
olur, evlər və saraylar tikir, amma nəyə nail olurlarsa olsunlar, heç vaxt razı
qalmırdılar. Yoxsulluq içində yaşayanlar zənginliyi, bir milyonu olanlar iki
milyona sahib olmağı arzulayır, iki milyonu olanlar da on milyon istəyirdi.
Hətta zəngin və məşhur insanlar da nadir hallarda məmnun olurdu, çünki
onlar da xəstəlik, qocalıq və ölüm üzündən acı aqibətlə üzləşənə qədər sonsuz
təşviş və qayğılar içində yaşayırdı. İnsanın bütün ömrü boyunca yığdığı hər
şey tüstü

250
kimi uçub gedirdi. Həyat mənasız bir yarış idi. Bəs, bundan necə qurtulmaq
olardı?
Qautama gecə vaxtı xəlvətcə öz sarayından qaçaraq ailəsini və bütün
sərvətini tərk etdi. Şimali Hindistanı sərgərdan kimi qarış- qarış gəzərək, bu
iztirablardan qurtulmağın yolunu axtardı. Aş- ramları1 dolaşdı, quruların
yanında oturdu, amma heç bir şey onu tam azadlığa qovuşdurmadı və razı
salmadı. Amma ümidsizliyə düşmədi. Tam xilas yolu tapana qədər çəkdiyi
iztirabların təbiətini öyrənməyə çalışdı. İnsanların əzab və iztirablarının
mahiyyətini, səbəblərini və müalicəsini anlamaq üçün altı il meditasiya etdi,
oturub düşündü. Axırda belə bir nəticəyə gəldi ki, iztirabları - acı tale, sosial
ədalətsizlik və ya ilahi şıltaqlıqlar doğurmur. İztirablann səbəbi - insanların
beynindəki davranış modelləridir.

Xəritə 6. Buddizmin yayılması.

Qautama dərk etdi ki, insan şüuru təcrübədən keçirdiyi hər şeyə istək
duyur, istək isə məyusluq doğurur. Şüur xoşuna gəlməyən bir şey hiss
etdikdə, bu narahatlıqdan qurtulmağa can atır, xoşuna gələn bir şey hiss
etdiksə isə, bu zövqün davam etməsini və daha
1
Aşram - Qədim Hindistanda zahidlərin və müdriklərin yaşadığı məskən

251
güclənməsini istəyir. Buna görə də şüur həmişə narazı və narahatdır. Bu,
ağrı kimi xoşagəlməz bir şey hiss etdikdə daha da aydın görünür. Ağrı
keçənə qədər narahat oluruq və ondan qurtulmaq üçün əlimizdən gələn hər
şeyi edirik. Lakin xoşagələn şeylər hiss etdikdə də tam razı qalmırıq. Ya bu
zövqün tükənəcəyindən qorxuruq, ya da daha böyük bir zövq arzulayırıq,
insanlar illər uzunu eşqi tapmağa çalışır, amma tapdıqdan sonra nadir
hallarda məmnun olurlar. Bəzi insanlar sevdikləri tərəfindən tərk
ediləcəklərindən qorxur, bəziləri də daha yaxşısına layiq olduqlarını və onu
tapa biləcəklərini düşünürlər; çünki hamımız bunu bacaran insanlar
tanıyırıq.
Böyük tanrılar bizə yağış göndərə bilər, sosial təsisatlar bizi ədalət və
sağlamlıqla təmin edə bilər, uğurlu təsadüflər bizi milyonçuya çevirə bilər,
amma bunlardan heç biri şüurumuzda formalaşmış stereotipləri dəyişdirə
bilməz. Buna görə də, hətta ən böyük krallar da təşviş içində, daim kədər və
iztirablardan qurtulmağa çalışaraq, daim böyük zövqlərin dalınca qaçaraq
yaşayır.
Qautama bu qapalı dairədən çıxmağın yolunu tapmışdı. Əgər şüur
xoşagələn və ya cansıxıcı bir şey hiss etdikdə, bunlan olduqları kimi qəbul
edərsə, iztirab çəkməz. Əgər kədər hiss etdiyiniz zaman, ondan qurtulmaq
istəməsəniz, yenə kədər hiss edəcəksiniz, lakin bundan iztirab
çəkməyəcəksiniz, hətta kədərdə də zənginlik tapa bilərsiniz. Əgər sevinc
hiss etdiyiniz zaman, onu daha da gücləndirməyə yaxud uzatmağa can
atmasanız, sakitliyinizi pozmadan bu sevinci hiss edə bilərsiniz.
Lakin şüurun heç bir istək duymadan bütün bunları olduğu kimi qəbul
etməsinə necə nail olmaq olar? Kədəri kədər, sevinci sevinc, ağrını ağrı kimi
qəbul etməsi hansı yolla mümkündür? Qautama şüurun həqiqətləri olduğu
kimi, yəni həyəcansız qəbul etməsinə imkan verən meditasiya texnikası
yaratdı. Bu üsullar şüurun "indi nə hiss etmək istəyərdim?" sualı əvəzinə
"indi nə hiss edirəm?" sualına yönəlməsinə kömək edir. Şüurun bu halına
nail olmaq çətindir, amma qeyri-mümkün deyil.
İnsanların real təcrübələrə diqqətini cəmləməsini asanlaşdırmaq,
müxtəlif istək və fantaziyalara qapılmamasını təmin etmək üçün, Qautama
bu meditasiya üsullarını bir sıra etik qaydalarla əsaslandırdı. Öz
davamçılarına öldürməyi, nizamsız seksi və oğur

252
luğu qadağan etdi; çünki belə hərəkətlər ehtiraslar alovunu daha da
gücləndirir (hakimiyyət, seksual həzz və zənginlik hərisliyi). Ehtiraslar
alovu tamamilə söndürüldükdə, Nirvana adlanan tam məmnuniyyət və
dinclik halı əldə edilir (Nirvana sözünün hərfi mənası - "alovu
söndürmək"dir). Nirvanaya çatanlar bütün iztirablardan tamamilə qurtulur.
Həqiqəti son dərəcə aydın, istək və fantaziyalardan təmizlənmiş şəkildə
hiss edirlər. Yenə çətinlik və əziyyətlərlə üzləşsələr də, bunlar iztirablara
səbəb olmur. Heç nə arzulamayan, iztirab da çəkməz.
Buddist ənənəsinə görə Qautama özü də nirvanaya çatmış və
iztirablardan tamamilə qurtulmuşdur. Bu andan etibarən "Budda", yəni
"aydınlığa çatmış şəxs" kimi tanınmışdır. Budda ömrünün qalan hissəsini
öz kəşflərini digər insanlara izah edib, onları da iztirablardan xilas etməyə
çalışaraq keçirmişdir. Ö öz təliminin mahiyyətini vahid bir qanunla ifadə
edib: iztirablar arzulardan doğur. İztirablardan xilas olmağın yeganə yolu -
arzulardan, istəklərdən tamamilə qurtulmaqdır. Buna nail olmağın yeganə
yolu isə - öz şüurunu həqiqəti olduğu kimi qəbul etməyə öyrətməkdir.
Dharma və ya Dhamma kimi məlum olan bu qanunu buddistlər təbiətin
universal qanunu kimi qəbul edir. Müasir fizikada E=mc2 qanunu doğru
olduğu kimi, "iztirab arzudan doğar" qanunu da həmişə və hər yerdə
doğrudur. Buddistlər bu qanuna inanan və bütün fəaliyyətlərində ona
istinad edən insanlardır. Tanrılara inanmaq, onlar üçün böyük əhəmiyyət
kəsb etmir. Təkallahh dinlərin ilk prinsipi budur: "Tanrı var. O məndən nə
tələb edir?". Buddizmin ilk prinsipi isə, "İztirab var. Ondan necə qurtula
bilərəm?"-dir.
Buddizm yağış yağdıran yaxud qələbə bəxş edən qüdrətli varlıqlar kimi
təsəvvür etdikləri tanrıların varlığını inkar etmirlər, lakin bu tanrıların arzu
və iztirablardan qaynaqlanan qanunlara heç bir təsiri yoxdur. Əgər bir insan
bütün istəklərdən xilas olmuşsa, heç bir tanrı ona iztirab çəkdirə bilməz. Və
əksinə, bir insan öz istəklərindən qurtula bilməyibsə, kainatın bütün
tanrıları onu iztirab çəkməkdən xilas edə bilməz.
Təkallahh dinlər kimi, Buddizm və "təbiət qanunları"na əsaslanan digər
qədim dinlər də tanrıya sitayiş etməkdən tamamilə qurtula bilmədi.
Buddizm insanlara iqtisadi inkişaf və siyasi haki

253
miyyət kimi məsələlərə vaxt sərf etmədən, iztirablardan qurtulmağa can
atmalarını məsləhət görür. Bununla belə, buddistlərin 99 faizi Nirvanaya
çatmayıblar və buna gələcək həyatlarında nail olmağa ümid etsələr də,
ömürlərinin çox hissəsini dünyəvi uğurlar dalınca qaçmaqla keçiriblər.
Buna görə də, müxtəlif tannlara sitayiş etməyə davam etdilər. Bunların
arasında, Hindistandakı induist tanrıları, Tibetdəki Bon və Yaponiyadakı
Şinto tanrıları da vardı.
Bundan əlavə, tədricən buddist məzhəblər öz buddaları və
bodhisatvalarından ibarət panteonunu yaratdı. Bunlar iztirablardan tam
qurtulmaq potensialma sahib məxluqlar, amma bununla belə, iztirablar
tələsində çırpman saysız-hesabsız digər insanlara yardım etmək üçün bu
imtiyazdan imtina etmiş varlıqlar sayılırdılar. Buddistlərin əksəriyyəti
tanrıların əvəzinə, bu aydınlanmış varlıqlara sitayiş etməyə başladı və
onlardan sadəcə Nirvanaya çata bilmək üçün deyil, eyni zamanda gündəlik
problemlərin həlli üçün də kömək istədi. Buna görə də, Şərqi Asiyanın
müxtəlif yerlərində yağış göndərən, yoluxucu xəstəlikləri aradan qaldıran,
müharibələrdə qələbə qazanmağa kömək edən və bunlann əvəzində dualar,
rəngbərəng çiçəklər, gözəl ətirli qoxular, şəkər və düyüdən ibarət
hədiyyələr qəbul edən budda və bodhisatvalara rast gəlmək mümkündür.

İnsana sitayiş
Son 300 il çox vaxt dinlərin tədricən öz əhəmiyyətini itirdiyi və
sekulyarhğın yüksəldiyi dövr kimi təsvir olunur. Teist dinlərə münasibətdə
bu fikir əsasən doğrudur, lakin "təbiət dinləri"ni nəzərə alsaq, məhz müasir
dövr şiddətli dini ehtirasların, misilsiz missionerlik fəaliyyətlərinin və
bəşər tarixində ən qanlı dini müharibələrin meydana çıxdığı dövr olmuşdur.
Müasir dövr liberalizm, kommunizm, kapitalizm, nasionalizm və nasizm
kimi yeni təbiət dinlərinin yüksəlişinə şahid olub. Bu etiqadlar özlərini din
deyil, ideya adlandırmağı xoşlayır. Lakin bu sadəcə semantik bir məsələdir.
Əgər din fövqəlbəşər bir nizama olan inanca əsaslanmış

254
Din

Din fövqəlbəşər bir quruluşa olan inanca əsaslanmış bəşəri normalar


və dəyərlər sistemidir. Nisbilik nəzəriyyəsi - din deyil, çünki (ən azından
indiyə qədər) bu nəzəriyyə üzərində qurulmuş bəşəri norma və dəyərlər
yoxdur. Futbol da din deyil, çünki heç kim futbol qaydalarının fövqəlbəşər
qüvvə tərəfindən endirildiyini iddia etməz. İslam, Buddizm və
Kommunizm isə dindir, çünki bunlar fövqəlbəşər bir quruluşa olan inanca
əaslanmış bəşəri normalar və dəyərlər sistemidir. ("Fövqəlbəşər" və
"fövqəltəbii" arasındakı fərqə diqqət yetirin. Buddistlərin təbiət qanunu
və marksistlərin tarix qanunları fövqəlbəşəridir, çünki insanlar tərəfindən
yazılmayıb. Lakin ikisi də "fövqəltəbii" deyil).

bəşəri normalar və dəyərlər sistemidirsə, onda Sovet kommunizmini də


islam qədər din hesab etmək olar.
İslam, əlbəttə, kommunizmdən fərqlənir; dünyanı idarə edən
fövqəlbəşər nizamı qadir tanrının yaratdığına inanır. Lakin Sovet
kommunizmi tannlara inanmırdı. Digər tərəfdən, tanrılara çox da
əhəmiyyət verməyən Buddizmi din kateqoriyasına daxil edirik. Buddistlər
kimi kommunistlər də insanın fəaliyyətini idarə edən təbii və dəyişməz
qanunlara əsaslanmış fövqəlbəşər quruluşa inanırdılar. Buddistlər bu
qanunların Siddhartha Qautama tərəfindən kəşf edildiyinə inanırlarsa,
kommunistlər Karl Marks, Fridrix Engels və Vladimir İliç Lenin
tərəfindən aşkar edildiyinə inanırdı. Oxşarlıqlar təkcə bundan ibarət deyil.
Digər dinlər kimi kommunizmin də öz müqəddəs mətnləri və kitablan
vardı: məsələn, Marksın

255
yazdığı və tarixin yaxın zamanda proletariatın qaçılmaz qələbəsi ilə
nəticələnəciyini irəli sürən "Kapital" əsəri. Kommunizmin 1 May və
Oktyabr inqilabının ildönümü kimi xüsusi bayramları vardı. Kommunizmin
öz ilahiyyatçıları - marksist filosofları, sovet ordusunda isə komissar
adlandırılan və əsgərlərin, zabitlərin döyüş ruhuna nəzarət edən kapellanlar’
vardı. Kommunizmin də şəhidləri, müqəddəs müharibələri və trotskizm
kimi bidətçi cərəyanları vardı. Sovet kommunizmi fanatik və missioner bir
din idi, əqidəli kommunist xristian yaxud buddist ola bilməzdi və hətta öz
həyatı bahasına olsa da, Marks və Leninin təlimini yaymağa çalışmalıydı.
Bəzi oxucular bu fikirlərdən narahat ola bilərlər. Əgər özünüzü yaxşı
hiss edəcəksinizsə, kommunizmi din deyil, ideologiya adlandıra bilərsiniz.
Bunun əhəmiyyəti yoxdur. Bu etiqadları tann mərkəzli dinlərə və təbiət
qanunlarına əsaslanan allahsız ideologiyalara bölə bilərik. Lakin onda, ən
azından məntiqlilik naminə, buddizm, daosizm və stoisizmə aid olan bəzi
məzhəbləri də din deyil, ideologiya adlandırmağa məcburuq. Digər
tərəfdən, bir çox müasir ideologiyada tanrı etiqadının davam etdiyini və
onlardan bəzilərinin, xüsusilə də liberalizmin bu etiqad olmadan çox da bö-
yük məna daşımayacağını qeyd etməliyik.
Müasir etiqadlar arasında dəqiq sərhədlər olmadığı üçün burada onların
tarixini araşdırmaq qeyri-mümkündür. Bu etiqadlar, ən azından təkallahlılıq
və buddizm qədər sinkretik və qarmaşıqdır. Bir buddistin induist tanrılara
sitayiş etməsi və ya təkallahh dinə inanan birinin şeytanın varlığına
inanması kimi, bu gün sadə bir amerikalı eyni zamanda həm millətçi (o,
Amerika xalqının varlığına və tarixdə xüsusi rol oynayacağına inanır), həm
azad bazarı dəstəkləyən bir kapitalist (azad rəqabətin və fərdi mənfəətlərin
zəngin cəmiyyətlər yaradacağına inanır), həm də liberal bir humanist ola
bilər (insanlara Yaradan tərəfindən bəzi inkaredilməz hüquqlar verildiyinə
inanır). Millətçilik 18-ci fəsildə daha ətraflı araşdırılacaq. Kapitalizmin
(müasir dinlərin ən uğurlusu) əsas prinsip və rituallarından 16-a fəsildə bəhs
edəcəyik. Bu fəslin qalan hissəsində humanist dinlərdən danışmağa davam
edəcəyəm.
1
Kapellan - ordu keşişi və yaxud başqa bir dünyəvi vəzifəni icra edən kilsə nümayəndəsi

256
Teist dinlər tanrılara sitayiş üzərində qurulub (yunanca, "theos" - tann
deməkdir). Humanist dinlər isə, bəşəriyyətə, daha doğrusu Homo sapiens-
ə sitayiş edir. Humanizm - Homo sapiens-in unikal və müqəddəs bir
xüsusiyyətə malik olduğuna və buna görə də digər heyvanlar və
varlıqlardan prinsipcə fərqli olduğuna yönəlmiş bir etiqaddır. Humanistlər
Homo sapiens-in unikal xüsusiyyətinin dünyada ən dəyərli şey olduğuna
və kainatda baş verən hər şeyin mənasını müəyyən etdiyinə inanırlar. Ən
ali səadət - Homo sapiens- in xoşbəxtliyidir. Dünyanın qalan hissəsi və
bütün digər canlılar bu növün maraqlarına xidmət edir.
Bütün humanistlər bəşəriyyətə sitayiş edir, lakin bəşəriyyəti fərqli
şəkildə anlayırlar. Xristian məzhəbləri "Tanrının" dəqiq tərifi üzərində
razılığa gələ bilmədikləri kimi, humanizm də "bəşəriyyətin" dəqiq tərifi
üzərində mübahisə aparan üç rəqib məzhəbə bölünmüşdür. Bu gün ən
mühüm humanist məzhəb - "bəşəriyyət"in ən mühüm xüsusiyyətinin
fərdilik olduğunu hesab edən və fərdi azadlıqların müqəddəs olduğuna
inanan liberal humanizmdir. Liberallara görə, bəşəriyyətin müqəddəs
xüsusiyyəti hər bir Homo sapiens fərdin daxilində yer alır; ayrı-ayrı
insanların daxili mahiyyəti bütün dünyaya məna verir və bütün əxlaqi və
siyasi hakimiyyətin mənbəyidir. Buna görə də, əxlaqi və ya siyasi dilemma
ilə qarşılaşdıqda, biz öz qəlbimizə baxmalı, daxili səsimizi - bəşəriyyətin
səsini dinləməliyik. Liberal humanizmin əsas prinsipləri bu daxili səsimizi
xarici müdaxilələrdən və ya zərərlərdən qorumaqdır. Bu prinsiplərin
ümumi adına "insan hüquqları" deyilir.
Liberalların, məsələn işgəncəyə və edam cəzasına qarşı olmalarının
səbəbi də bu prinsiplərdir. Müasir dövrün ilk illərində Avropada qatillərin
kosmik nizamı pozduğunu düşünürdülər; kosmik tarazlığı bərpa etmək
üçün qatilləri işgəncə ilə öldürmək lazım idi ki, hər kəs bu nizamın yenidən
qurulduğunu görə bilsin. Şekspir və Molyerin dövründə iyrənc edamlara
tamaşa etmək londonlular və parislilərin sevimli məşğuliyyətlərindən biri
idi. Müasir Avropada isə, qətl etmək - bəşəriyətin müqəddəs xüsusiyyətini
pozmaq kimi qəbul edilir və nizamı yenidən bərpa etmək üçün qatillər
işgəncə

257
ilə edam olunmurlar. Bunun əvəzinə, qatili mümkün qədər "humanist"
şəkildə cəzalandırırlar və beləcə, həm bəşəri müqəddəsliyi qoruyurlar, həm
də kainatm nizamını bərpa edirlər. Qatilin bəşəri xüsusiyyətinə ehtiram
göstərərək, hər kəsə bəşəriyyətin müqəddəs olduğu xatırladılır və beləliklə,
nizam yenidən qurulur. Yəni, qatili müdafiə edərək, qatilin etdiyi səhvi
düzəldirik.
Liberal humanizm insanları müqəddəsləşdirsə də, Tanrının varlığını
inkar etmir və mahiyyətcə, təkallahlı etiqadlara əsaslanır. Hər fərdin azad
və müqəddəs bir təbiəti olduğunu irəli sürən liberal əqidə, əbədi və azad
fərdi ruhlara inanan xristianlıqdan miras qalmışdır. Yaradanı və ruhun
əbədiliyini inkar etdikdə, liberallar üçün ayrı-ayrı Sapiens fərdlərinin
müqəddəs olduğunu isbat etmək çox çətin olur.
Başqa bir mühüm məzhəb - sosialist humanizmdir. Sosialistlər
"bəşəriyyətin" fərdi deyil, kollektiv olduğunu hesab edir. Hər bir fərdin
daxili səsinin deyil, bütünlüklə Homo sapiens növünün müqəddəsliyinə
inanırlar. Liberal humanizm fərdi azadlığa can atdığı halda, sosialist
humanizm bütün insanlar arasında bərabərliyə nail olmaq istəyir.
Sosialistlərə görə, bərabərsizlik - bəşəriyyətin müqəddəsliyinə qarşı ən
böyük həqarətdir; çünki, insanların əhəmiyyətsiz xüsusiyyətlərini onların
universal mahiyyətindən üstün tutur. Məsələn, zənginlərin yoxsullardan
daha imtiyazlı olması, yoxsullar və zənginlər üçün eyni olan universal
mahiyyətdən daha çox pula dəyər verdiyimizi göstərir.
Liberal humanizm kimi sosialist humanizm də monoteist əsaslar
üzərində qurulmuşdur. Bütün insanların bərabər olduğu fikri, bütün ruhların
Tanrı qarşısında bərabər olduğunu irəli sürən monoteist baxışın müasir
versiyasıdır. Ənənəvi təkallahlılıqla bağlı olmayan yeganə humanist
məzhəb - evolyusion (təkamül) humanizmdir, bunun da ən məşhur
nümayəndələri nasistlərdir. Nasistləri digər humanist məzhəblərdən
fərqləndirən cəhət - təkamül nəzəriyyəsinin təsiri ilə formalaşmış fərqli bir
"bəşəriyyət" anlayışına sahib olmalarıdır. Nasistlər bəşəriyyəti universal və
əbədi hesab etmir, əksinə, dəyişikliklərə məruz qalan, yəni təkamül edən
yaxud tənəzzül edən bir növ kimi görürdü.

258
Humanist dinlər - Bəşəriyyətə
sitayiş edən dinlər

Evolyusion (təkamül)
Liberal humanizin Sosialist humanizm
humanizm

Homo sapiens digər canlılardan və hadisələrdən fərqlənən unikal və müqəddəs


bir təbiətə malikdir. Homo sapiens-in xoşbəxtliyi hər şeydən üstündür.

“Bəşəri təbiət” fərdidir və “Bəşəri təbiət” “Bəşəri təbiət”


Homo sapiens növünün hər kollektivdir və bütün dəyişkəndir, insanlar
bir nümayəndəsinə Homo sapiens növünə tənəzzül edərək “alt
xasdır. xasdır. insana” yaxud təkamül
edərək “üst insana”
çevrilə bilir.

Ali vəzifə - hər bir Homo Ali vəzifə - Homo sapiens Ali vəzifə - bəşəriyyəti
sapiens fərdinin daxili növünün bütün üzvləri tənəzzül etməkdən
mahiyyətini və azadlığını arasında bərabərliyi qorumaq və üst insana
qorumaqdır. qorumaqdır. doğru təkamül etməsini
dəstəkləməkdir.

Nasistlərin əsas məqsədi - bəşəriyyəti tənəzzül etməkdən qorumaq və


təkamülü dəstəkləmək idi. Buna görə də, bəşəriyyətin ən inkişaf etmiş
forması olan Ari irqinin qorunması və gücləndirilməsinin, tənəzzül etmiş
Homo sapiens-lər olan yəhudi, qaraçı, homoseksual və ruhi xəstələrin isə
təcrid olunması və hətta məhv edilməsinin lazım olduğunu irəli sürdülər.
Homo sapiens-in qədim insanlar arasındakı "üstün" bir qrupun təkamül
etməsi və Neandertallar kimi "aşağı" növlərin yox olmasıyla meydana
çıxdığını iddia etdilər. Başlanğıcda bu fərqli cəmiyyətlər fərqli növlər
deyil, fərqli irqlər idi və bir- birindən asılı olmayaraq, müxtəlif təkamül
yollarıyla inkişaf etdilər. Bu, təkrar baş verə bilər. Nasistlərə görə, Homo
sapiens hər biri unikal xüsusiyyətlərə sahib olan müxtəlif irqlərə
bölünmüşdü. Bu irqlərdən biri, Ari irqi ən yaxşı keyfiyyətlərə sahibdir:
ağıl, gözəllik, zəhmətsevərlik və bütünlük. Buna görə də, Ari irqi insanı
üst insa-

259
Şakil 30. Nasist təbliğat plakatı. Sağda "saf ari irqinin nümayəndəsi,
solda "qarışıq irqin nümayəndəsi" göstərilib. Nasistlərin insan vücuduna
heyranlıq duymaları, eyni zamanda aşağı irqlərin bəşəriyyəti korlaması
və tənəzzülə aparmasından qorxmaları aşkar görünür.

na çevirmək potensialına sahib idi. Yəhudilər və qaradərililər kimi digər


irqlər aşağı keyfiyyətlərə malik olan müasir Neandertallar idi. Əgər
bunların çoxalmasına və xüsusilə də Arilərlə nikah bağlamalarına icazə
verilərsə, yer kürəsinin bütün əhalisi korlana bilər və Homo sapiens yox
olmaq təhlükəsi ilə üzləşər.
Bioloqlar nasistlərin irq nəzəriyyəsini təkzib etdi. Xüsusilə də, 1945-ci
ildən sonra aparılan genetik tədqiqatlar müxtəlif insan nəsli arasındakı
fərqlərin nasistlərin iddia etdiyindən daha az olduğunu ortaya çıxartdı.
Lakin bu nəticələr nisbətən yenidir. 1933-cü ildəki elmi biliklərin
səviyyəsini nəzərə alsaq, nasistlərin nəzəriyyəsi çox da qeyri-adi
görünməz. Müxtəlif insan irqlərinin varlığı, ağ irqin üstünlüyü, həmçinin
bu irqin üstünlüyünü qorumaq və inkişaf etdirmək bir çox qərb elitası
arasında geniş yayılmış bir etiqad idi.

260
Ən prestijli qərb universitetlərinin alimləri o dövrdə məqbul sayılan elmi
metodlardan istifadə edərək, ağ irqin afrikalılardan və ya hindulardan guya
daha ağıllı, daha əxlaqlı və daha bacarıqlı olduğunu sübut edən məqalələr
nəşr etdirdilər. Vaşinqton, London və Kanberradakı siyasətçilər ağ irqin
korlanmasının və cırlaşmasının qarşısını almağı əsas vəzifə olaraq qəbul
etdi və buna ABŞ, Avstraliya kimi "ari" ölkələrə Çindən və hətta İtaliyadan
köç edənlərin sayını məhdudlaşdıraraq nail olmağa çalışdılar.
Bu cür təsəvvürlər sadəcə yeni elmi tədqiqatların nəşr edilməsi ilə
dəyişmədi. Mühüm sosial və siyasi hadisələr də dəyişikliyə əsas
səbəblərdən idi. Bu mənada, Hitler nəinki özünə, eyni zamanda irqçiliyə
də qəbir qazmış oldu. O İkinci Dünya müharibəsinə başladıqda,
düşmənlərini "biz" və "onlar" arasında kəskin fərqlər aparmağa məcbur
etdi. Nasist ideologiyası bu qədər irqçi olduğu üçün sonralar irqçilik
Qərbdə tədricən gözdən düşdü. Lakin bu dəyişiklik müəyyən vaxt apardı.
Ağların üstünlüyü Amerikan siyasətində ən azından 1960-cı illərə qədər
əsas ideologiya kimi qalmağa davam etdi. Ağdərili olmayanların
Avstraliyaya mühacirət etməsinə mane olan Ağ Avstraliya siyasəti isə
1973-cü ilə qədər qüvvədə qaldı. Avstraliyalı aborigenlər 1960-cı illərə
qədər bərabər siyasi hüquqlara sahib olmadı və onların əksəriyyəti
vətəndaşlığa yararsız sayıldığı üçün seçkilərdə səs verə bilmədi.
Nasistlər bəşəriyyətə nifrət etmirdi. Onlar bəşəriyyətə heyranlıq
duyduqları və insan növünün çox böyük potensialı olduğuna inandıqları
üçün liberal humanizmlə, insan hüquqlarıyla və kommunizmlə mübarizə
aparırdı. Lakin Darvinin təkamül məntiqini əsas götürərək, təbii seçmə
yolu ilə yararsızların ələnib ortadan qalxmasına, güclülərin isə həyatda
qalıb artmasına icazə verilməli olduğunu düşünürdülər. Zəiflərə yardım
edən liberalizm və kommunizm yararsızların həm həyatda qalmasını
dəstəkləməklə, həm də artıb çoxalmasına imkan verməklə təbii seçməni
pozmuşdu. Belə bir dünyada güclülər istər-istəməz yararsızların dənizində
boğulacaqlar və bəşəriyyət hər nəsildə daha da zəifləyərək, nəhayət,
tamamilə yox olacaq.

261
Şəkil 31.1933-cü ilə aid nasist
karikaturası. Hitler üst insanı
yaradan bir heykəltəraş kimi
təsvir edilib. Ona baxan eynəkli
liberal isə üst insanı yaratmaq
üçün lazım olan zorakılıqdan
sarsılmış haldadır. (Həmçinin,
insan bədəninə erotik baxım-
dan dəyər qazandınlmasına da
diqqət yetirin).

1942-ci ilə aid bir alman biologiya kitabının "Təbiətin və bəşəriyyətin


qanunları" fəslində bütün canlıların amansız bir mübarizə içində olmasının
təbiətin ali qanunu olduğu izah edilir. Bitkilərin torpaq uğrunda, böcəklərin
dişilər uğrunda və s. necə mübarizə apardığı təsvir edildikdən sonra kitab
belə bir nəticəyə gəlir:

Yaşamaq uğrunda mübarizə amansızdır, lakin həyatda qalmağın yeganə


yoludur. Bu mübarizə həyat üçün yararsız olan hər şeyi aradan qaldırır,
həyatda qalmağı bacaranları isə seçir. (...) Bu təbiət qanunlarını
dəyişdirmək mümkün deyil, həyatda qalmağı bacarmış canlılar bunu
bilavasitə sübut edir. Bu qanunlar amansızdır, müqavimət göstərənləri
məhv edər. Biologiya bizə sadəcə bitkilər və heyvanlar haqqında da-
nışmır, həyatımızda riayət etməli olduğumuz qanunları da öyrədir və bu
qanunlara uyğun şəkildə mübarizə aparmaq və yaşamaq əzmimizi
qüvvətləndirir. Həyatın mənası mübarizədir. Bu qanunlara qarşı
çıxanların vay halına.

262
Sonra Hitlerin "Mənim mübarizəm" kitabından sitat gətirilir: "Təbiətin
dəmir qanunlarına qarşı mübarizə aparmağa çalışan hər kəs, onu bir insan
kimi həyata gətirən prinsiplərə minnətdar olmaq əvəzinə, onlarla mübarizə
aparmaq istəyir. Təbiətlə mübarizə aparmaq - özünü məhvə
sürükləməkdir".1
Üçüncü minilliyin şəfəqində evolyusion humanizmin gələcəyi tutqun
görünür. Hitlerə qarşı müharibədən sonrakı 60 il ərzində humanizmi
təkamüllə əlaqələndirmək və Homo sapiens-i inkişaf etdirmək üçün bioloji
metodlardan istifadə etmək tabu idi, lakin hal-hazırda bu cür layihələr
yenidən dəbə minib. Artıq heç kim aşağı irqləri və ya insanlan məhv
etməkdən söz açmır, amma bir çoxları insan biologiyasına dair sahib
olduğumuz bilikdən istifadə edərək super-insanlar yaratmaq məsələsi
üzərində baş sındırır.
Eyni zamanda liberal humanizmlə biologiyanın ən son nailiyyətləri
arasındakı uçurum getdikcə dərinləşir. Bu uçuruma fikir verməmək artıq
mümkün deyil. Liberal siyasi və hüquqi sistemlərimiz hər fərdin müqəddəs,
bölünməz və dəyişilməz bir daxili dünyası olduğuna əsaslanır; həyatımızı
mənalandıran bu daxili dünya bütün əxlaqi və siyasi hakimiyyətin də
mənbəyidir. Bu, hər bir fərdin azad və əbədi bir ruha sahib olduğuna inanan
ənənəvi xristian dininin yeni formasıdır. Bununla belə, son iki yüz il ərzində
təbiət elmləri bu etiqadı sarsıtmışdır. İnsan orqanizminin fəaliyyətini
araşdıran alimlər ruh deyilən bir şeyə rast gəlməmiş və insan davranışının
azad iradədən daha çox hormonlar, genlər və si- napslar tərəfindən idarə
edildiyini irəli sürmüşlər. Şimpanzelər, canavarlar və qarışqaların da
davranışını bu faktorlar müəyyən edir. Hüquqi və siyasi sistemlərimiz bu
xoşagəlməz həqiqətlərə adətən əhəmiyyət vermək istəmir. Səmimi olaraq
soruşuram: biologiya elmi ilə hüquq və siyasəti ayıran divarları daha nə
qədər qoruya biləcəyik? * 5

1
Marie Harm və Hermann Wiehle, Lebenskunde fucr Mittelschulen - FuenftcrTcil. Klassc
5 fucr Jungen, Halle: Hermann Schroedel Verlag, 1942, səh. 152-157.

263
13

Uğurun sirri

İCARƏT, İMPERİYALAR VƏ UNİVERSAL dinlər, ən


T nəhayət, dünyanın bütün Sapienslərini bu gün yaşadığı-
mız qlobal dünyada birləşdirdi. Bu genişləmə və birləşmə prosesi
fasiləsiz və birbaşa deyildi. Daha geniş nöqteyi-nəzərdən baxsaq,
çox sayda kiçik mədəniyyətlərdən bir neçə böyük mədəniyyətə və
nəhayət, vahid qlobal cəmiyyətə keçid, ehtimal ki, bəşər tarixinin
dinamikasının qaçılmaz nəticəsi idi.
Qlobal cəmiyyətin qaçılmaz olduğunu irəli sürmək, o demək
deyil ki, nail olacağımız qlobal cəmiyyət mütləq bugünkü kimi ol-
malıdır. Əlbəttə, başqa cür cəmiyyətlərin də ortaya çıxa biləcəyini
düşünmək mümkündür. Məsələn, bu gün niyə danimark dili deyil,
ingilis dili geniş yayılıb? Nə üçün bu gün təxminən 2 milyard xris-
tian və 1 milyard 250 milyon müsəlman olduğu halda, sadəcə 150
min zərdüştçü var və nə üçün manixeist heç yoxdur? Əgər 10 min
il geriyə qayıdaraq, bütün prosesi lap əvvəldən başlada bilsək, hər
dəfə təkallahlılığın yüksəlişinə, dualizmin isə tənəzzülünə şahid
olacaqdıq?
Belə bir eksperiment apara bilmərik, buna görə də cavabı bilmi-
rik. Amma tarixin iki mühüm xüsusiyyətini araşdırmaq bizdə buna
dair bəzi fikirlər yarada biləcək.

1. "Keçmişə baxış" xətası

Tarixdə hər nöqtə yolayrıcıdır. Keçmişdən bu günə yalnız bir


yol gəlir, lakin bu gündən gələcəyə saysız-hesabsız yollarla getmək
mümkündür. Bu yolların bəziləri daha geniş, daha rahat və ya daha
aydındır, yəni onları seçmək ehtimalı daha yüksəkdir, lakin bəzən

264
tarix, - ya da tarixə istiqamət verənlər, - gözlənilməz yollara ayaq basa bilir.
4-cü əsrin başlanğıcında Roma imperiyası çox sayda dini seçimlə üz-
üzə gəldi. Roma ənənəvi və rəngarəng çoxallahlılığa bağlı qala bilərdi,
amma imperator Konstantin vətəndaş müharibələri ilə dolu keçmiş əsrə
baxaraq, ehtimal ki, aydm doktrinaya malik vahid bir dinin çoxmillətli
ölkəni birləşdirməyə kömək edəcəyini düşünmüşdü. O dövrdə mövcud
olan çox sayda etiqadlardan birini milli din kimi seçə bilərdi; manixeizm,
mitraizm, İsida və ya Kibela kukları, zərdüştlük, iudaizm və hətta buddizmi
də seçmək imkanı var idi. Bəs, nə üçün İsanı seçdi? Xristian ilahiyyatında
onu şəxsən cəlb edən nə isə vardı, yoxsa xristianlıqda öz məqsədlərini daha
asanlıqla həyata keçirməyə imkan verəcək bəzi cəhətlərin olduğunu
düşünürdü? Onun dini təcrübəsi var idimi, yoxsa müşavirlərindən biri
xristianların sürətlə tərəfdar qazandığını və onların da bu axına
qoşulmağının daha yaxşı olacağını demişdi? Tarixçilər buna dair
fərziyyələr irəli sürə bilər, amma qəti cavab verə bilməzlər. Xristianlığın
Roma imperiyasını necə ələ keçirdiyini təsvir edə bilər, amma nə üçün
məhz bu ehtimalın həyata keçdiyini izah edə bilməzlər.
"Necə"ni təsvir etməklə "nə üçün"ü izah etmək arasındakı fərq nədir?
"Necə"ni təsvir etmək bir nöqtədən digərinə aparan müəyyən hadisələr
ardıcıllığını yenidən qurmaqdır. "Nə üçün"ü izah etmək isə, digər bütün
hadisələri istisna edərək, bu konkret hadisələr ardıcıllığının meydana
gəlməsindəki səbəb-nəticə əlaqəsini tapmaqdır.
Bəzi alimlər xristianlığın yüksəlişi kimi hadisələri determinist izahlarla
(səbəb-nəticə əlaqələrinə əsaslanan) açıqlayırlar; bu, bəşər tarixini bioloji,
ekoloji və iqtisadi qüvvələrin fəaliyyəti ilə eyni tutmaq və bəsitləşdirmək
deməkdir. Bu alimlər Roma dövründəki Aralıq dənizi iqtisadiyyatı,
coğrafiyası və genetikasının təkallahlı bir dinin yüksəlişini qaçılmaz edən
faktorlar olduğunu irəli sürürlər. Digər tərəfdən, tarixçilərin əksəriyyəti bu
cür determinist nəzəriyyələrə şübhə ilə yanaşır. Akademik tarixi
fərqləndirən xüsusiyyətlərdən biri də budur. Müəyyən bir tarixi dövrü daha
yaxşı bildikcə, baş verənlərin nə üçün başqa cür yox, məhz bu şəkildə
meydana gəldiyini izah etmək daha da çətin olur. Müəyyən bir dövr

265
haqqında sadəcə səthi biliyə sahib olanlar, adətən həyata keçmiş
ehtimaldan başqa digər ehtimallara əhəmiyyət vermir və keçmişə yönəlmiş
bir baxışla nə üçün bu nəticənin qaçılmaz olduğunu izah etməyə çalışırlar.
Mövzu haqqında daha dərin biliyə sahib olanlar isə tarixin seçmədiyi
yollan daha yaxşı görə bilirlər.
Əslində o dövrü daha yaxşı bilməli olanlar (yəni o dövrdə yaşayanlar)
daha çox məlumatsız idi. Konstantinin dövründə sadə bir romalı üçün
gələcək duman içindəydi. Tarixin dəmir qanununa görə, geriyə dönüb
baxdıqda qaçılmaz olduğu görünən hadisə, əslində öz dövründə bu qədər
aydın deyil. Bu qanun bu gün üçün də eynidir. Qlobal iqtisadi böhrandan
çıxdıqmı, yoxsa irəlidə bizi daha betəri gözləyir? Çin super-dövlətə
çevrilənə qədər inkişaf etməyə davam edəcəkmi? ABŞ öz hegemoniyasını
itirəcəkmi? Monoteist fundamentalizmin yüksəlişi gələcəyi də təsiri altına
alan güclü bir dalğadırmı, yoxsa uzunmüddətli perspektivdə əhəmiyyətsiz
görünən zəif bir ləpədir? Bizi təbii fəlakət gözləyir, yoxsa texnoloji cənnət?
Bütün bu hallar üçün əsaslı dəlillər gətirilə bilər, amma nəticəni heç kəs
dəqiqliklə deyə bilməz. Lakin on illər keçdikdən sonra insanlar geriyə
baxıb, bütün bu sualların cavabının aydın və dəqiq olduğunu düşünəcəklər.
Xüsusilə qeyd etmək lazımdır ki, müəyyən bir dövrdə yaşayanlar üçün
zəif ehtimal kimi görünən hadisələr, bəzən sonralar tamamilə həyata keçib.
306-cı ildə Konstantin taxta çıxdıqda, xristianlıq kiçik bir qrupa aid Şərq
məzhəbi idi. Əgər o dövrdə xristianlığın Roma imperiyasının rəsmi dini
olacağını söyləsəydiniz, hamı sizə gülərdi; necə ki, bu gün 2050-ci ildə
Hare Krişnanın ABŞ-nın rəsmi dini olacağını dedyiniz zaman hər kəsin
güləcəyi kimi. 1913-cü ilin oktyabrında bolşeviklər Rusiyada radikal və
kiçik bir fraksiya idi, cəmi dörd il ərzində onların bütün ölkəni ələ
keçirəcəklərini heç bir ağıllı adam düşünməzdi. 600-cü ildə bir qrup çöl
ərəbinin qısa müddət ərzində Atlantik okeanından Hindistana qədər bütün
torpaqları işğal edəcəyini irəli sürmək isə daha da qəribə görünərdi.
Doğrudan da, əgər Bizans ordusu ilk hücumu dəf edə bilsəydi, İslam
ehtimal ki, bir ovuc müdrik istisna olmaqla, heç kimin bilmədiyi lokal bir
məzhəb kimi qalacaqdı. Bu halda alimlərin işi çox asan olacaqdı;

266
orta yaşlı Məkkəli bir tacirin bəyanları əsasında qurulmuş bir dinin nə üçün
geniş yayılmadığını asanlıqla izah edə biləcəkdilər.
Əlbəttə, hər şey mümkün deyil. Coğrafiya, biologiya və iqtisadiyyat
müəyyən məhdudiyyətlər yaradır. Amma bu məhdudiyyətlər determinist
qanunlarla izah edilməsi mümkün olmayan gözlənilməz hadisələr üçün
kifayət qədər çox yer saxlayır.
Bu nəticə tarixin determinist olmasını istəyənləri məyus edir.
Determinizm cəlbedicidir, çünki həm dünyamızın, həm də etiqadlarımızın
tarixin təbii və qaçılmaz bir nəticəsi olduğunu irəli sürür. Bu məntiqə görə,
bu gün milli dövlətlərdə yaşamağımız, iqtisadiyyatı kapitalist prinsipi
əsasında qurmağımız və insan hüquqlarına möhkəm inanmağımız çox təbii
və qaçılmazdır. Lakin tarixin determinist olmadığını qəbul etmək, bu gün
çox insanın millətçiliyə, kapitalizmə və insan hüquqlarına inanmasının bir
təsadüf olduğunu qəbul etmək deməkdir.
Tarixi determinist mövqedən izah etmək mümkün olmadığı kimi,
əvvəlcədən təxmin etmək də mümkün deyil, çünki o xaotikdir. Tarixdə o
qədər çox qüvvə eyni zamanda mürəkkəb və qarşılıqlı təsir içindədir ki, bu
qüvvələrin güc və xarakterində ən kiçik dəyişikliklər belə nəticədə çox
böyük fərqlərə səbəb olur. Bundan əlavə, tarix - "ikinci səviyyəli" xaotik
sistemdir. Xaotik sistemlər iki növdür; birinci səviyyəli xaotik sistem
əvvəlcədən irəli sürülmüş təxminlərə görə dəyişmir. Məsələn, hava - birinci
səviyyəli xaotik sistemdir. Ona saysız-hesabsız faktorlar təsir edir, lakin biz
tədricən daha çox sayda faktoru nəzərə alan kompüter modelləri quraraq
daha dəqiq hava proqnozları irəli sürə bilərik.
İkinci səviyyəli xaotik sistem isə, əvvəlcədən irəli sürülmüş təxminlərə
görə dəyişən sistemdir, buna görə də heç vaxt dəqiq təxmin edilə bilməz.
Məsələn, birjalar ikinci səviyyəli xaotik sistemlərdir. Sabah neftin hansı
qiymətə olacağını yüz faiz dəqiq təxmin edə bilən kompüter proqramı
yazsaq, nə baş verər? Neftin qiyməti dərhal bu proqnoza reaksiya verəcək
və buna görə də təxminiz baş tutmayacaq. Əgər hal-hazırda neftin qiyməti
bir barrelə görə 90 dollardırsa və bu səhvsiz kompüter proqramı sabah
qiymətin 100 dollar olacağını proqnozlaşdırırsa, tacirlər təxmin edilən
qiymət artımından

267
qazanc əldə etmək üçün elə bu gündən neft almağa tələsəcəklər. Nəticədə,
neftin qiyməti sabahdan yox, bu gündən bir barrelə görə 100 dollara
yüksələcək. Yaxşı, bəs sabah nə olacaq? Bunu heç kim bilmir.
Siyasət də ikinci səviyyəli xaotik sistemdir. Əksər insanlar sove-
toloqları 1989-cu ilin çevrilişlərini, Yaxın Şərq ekspertlərini isə 2011- ci
ildə meydana çıxan Ərəb Baharını əvvəlcədən proqnozlaşdıra bilmədikləri
üçün tənqid edirlər, amma bu haqsızlıqdır. İnqilablar təbiətlərinə görə
gözlənilməzdir. Təxmin edilən bir inqilab əsla baş verməz.
Bunun səbəbi nədir? 2010-cu ildə olduğunuzu və dahi bir po-
litoloqun kompüter mütəxəssisi ilə birlikdə inqilabları əvvəlcədən dəqiq
proqnozlaşdıran bir proqram yazdığını təsəvvür edin. Onlar bu proqramı
Misir prezidenti Hüsnü Mübarəkə təklif edir və böyük məbləğdə qonorar
alıb, proqnozlara görə yaxın illərdə Misirdə inqilab olacağını söyləyir. Bu
halda Mübarək nə edərdi? Yəqin ki, dərhal vergiləri azaldar, milyardlarla
dolları vətəndaşlara paylayar və hər ehtimala qarşı gizli polisi gücləndirib,
hazır vəziyyətə gətirərdi. Nəticədə, qabaqlayıcı tədbirlər öz səmərəsini
verər və növbəti illərdə heç bir inqilab baş verməzdi. Mübarək alimlərə
verd- yi pullan geri istəyər və onlara "Proqramınız düz işləmir! Boş yerə
xərclədiyim o qədər pula özümə yeni bir saray tikdirə bilərdim!" - deyə
bağırardı. Alimlər isə özlərini müdafiə edərək, "İnqilab ona görə baş
vermədi ki, sizi əvvəlcədən xəbərdar etdik", - deyərdilər. Mübarək istehza
ilə "Demək, siz təxminləri baş tutmayan yalançı peyğəmbərlərsiz? Mən
Qahirə bazannda sizin kimiləri havayı ala bilərdim" deyib,
mühafizəçilərinə onları yaxalamağı əmr edərdi.
Onda nə üçün tarixi öyrənirik? Fizika və ya iqtisadiyyatdan fərqli
olaraq, tarix dəqiq proqnozlar vermək üçün yaramır. Biz tarixi gələcəyi
bilmək üçün deyil, öz təsəvvürümüzü genişlətmək, mövcud vəziyyətin nə
təbii, nə də qaçılmaz olduğunu anlamaq və beləliklə, qarşımızda
düşündüyümüzdən daha çox ehtimallar olduğunu bilmək üçün oxuyuruq.
Məsələn, avropalıların afri- kalılan, necə olub ki, əsarət altına aldıqlarını
öyrənməklə belə bir

268
nəticəyə gəlirik ki, irq iyerarxiyası əsla təbii və qaçılmaz deyil, və əgər
hadisələr fərqli şəkildə cərəyan etsəydi, dünya da indi başqa cür olardı.

2. Kor Klio1
Tarixin etdiyi seçimlərin səbəblərini izah edə bilmərik, lakin bunlar
haqqında mühüm bir fikir yürüdə bilərik: Tarix öz seçimlərini insanların
mənafeyi üçün etməyib. Tarix irəlilədikcə insanların əvvəlkindən daha
yaxşı və xoşbəxt yaşadıqlarına dair heç bir sübut yoxdur. İnsanlar üçün
faydalı olan mədəniyyətlərin inkişaf edib yayıldığına və əksinə, insanlara
daha az fayda gətirən mədəniyyətlərin ortadan qalxdığına dair də sübut
yoxdur. Xristianlığın manixeizmdən və ya Ərəb imperiyasının Sasani
imperiyasından daha yaxşı olduğuna dair heç bir sübut yoxdur.
Tarixin bəşəriyyətin xeyrinə işlədiyinə dair sübut yoxdur, çünki bu cür
faydanı obyektiv şəkildə ölçməyə imkan verən şkalamız da yoxdur. Fərqli
mədəniyyətlər xoşbəxtliyi müxtəlif şəkildə təsəvvür edir, onlan müqayisə
etmək üçün isə obyektiv meyarlar yoxdur. Qaliblər, əlbəttə, öz xoşbəxtlik
təsəvvürlərinin doğru olduğuna əmindirlər, bəs, biz nə üçün onlara
inanaq? Xristianlar xristianlığın manixeylik üzərində qələbəsinin
bəşəriyyətə fayda gətirdiyini düşünür, amma xristian dünyagörüşünü
paylaşmayanlar bu fikirlə razılaşmağa məcbur deyillər. Müsəlmanlar
Sasani imperiyasının süqutunun bəşəriyyət üçün faydalı olduğuna inanır,
lakin bu fikir islam dünyagörüşünü mənimsəyənlər üçün məqbuldur.
Xristianlıq və islam məğlubiyyətə uğrayıb unudulmuş olsaydı, bu gün də
bəlkə də hamımız daha yaxşı bir dünyada yaşayacaqdıq.
Getdikcə daha çox sayda alim mədəniyyəti insan orqanizmlərinə
yerləşmiş bir növ mental infeksiya və ya parazit kimi dəyərləndirir. Virus
kimi orqanik parazitlər öz daşıyıcılarının bədənində yaşayır və çoxalaraq
bir bədəndən digərinə yayılır, onunla qidalanır, onu zəiflədir və hətta
ölümünə səbəb olur. Parazit başqa bir bədənə keçənə qədər yaşadığı
müddət ərzində öz daşıyıcısının sağlamlığı

' Qodim yunan mifologiyasında tarix ilahəsi

269
ilə maraqlanmır. Kul tural ideyalar da insanların zehnində bu şəkildə yer alır,
birindən o birinə yayılır və öz sahibini tədricən zəiflədir, bəzən də ölümünə
səbəb olur. Hər hansı bir ideya (məsələn, xristianların buludlar üstündəki
cənnətə və ya kommunistlərin yer üzündəki cənnətə etiqadları) bəzən ölüm
bahasına da olsa, insanları müəyyən bir fikri yaymağa məcbur edər. Beləcə
insan ölür, lakin fikirlər yaşamağa və yayılmağa davam edir. Bu nöqteyi-
nəzərdən, mədəniyyətlər (marksistlərin düşündüyünün əksinə) bəzi
bədxahlar tərəfindən insanları istismar etmək üçün hazırlanmış planlar deyil,
əksinə, mədəniyyətlər təsadüfən ortaya çıxan və bundan sonra onlara
yoluxmuş hər kəsdən faydalanan mental parazitlərdir.
Bu nöqteyi-nəzəri bəzən "memetika" adlandırırlar. Bu fərziyyəyə görə,
mədəniyyətlərin təkamülü növlərin təkamülünə bənzəyir. Əgər bioloji
təkamül "gen" adı verilən orqanik məlumat vahidlərinin təkrarlanmasına
əsaslanırsa, kultural təkamül də "mem" adı verilən kultural məlumat
vahidlərinin yenidən ortaya çıxmasına əsaslanır.’ Beləliklə, öz memlərini
yenidən meydana gətirə bilən, - insanlar üçün bunun faydası və ya zərəri nə
olursa-olsun, - mədəniyyətlər möhkəmlənib inkişaf edir.
Humanitar elmlər sahəsində çalışan alimlər memetikaya əhəmiyyət
vermir və buna kultural prosesləri kobud bioloji bənzətmələrlə izah etmək
üçün göstərilmiş diletant cəhd kimi baxır. Lakin bu alimlərdən çoxu
memetikanın əkiz qardaşı olan postmodernizmi ehtiramla qəbul edir.
Postmodernist mütəfəkkirlər mədəniyyətin təməl daşlarını "memlər" deyil,
"diskurslar"1 2 adlandırırlar. Amma onlar da mədəniyyətlərin bəşəriyyətin
mənafeyini düşünmədən yayıldığını qəbul edir. Məsələn, millətçiliyi 19-cu
və 20-ci əsrlərdə bütün dünyaya yayılmış ölümcül taun epidemiyası kimi
təsvir edir və müharibələrin, zülmlərin, nifrətin və soyqırımın səbəbi olaraq
görürlər. Bir ölkənin əhalisi bu xəstəliyə yoluxduğu anda qonşu ölkələr də
buna yoluxurdu. Millətçilik virusu bəşəriyyət üçün faydalı olduğunu
göstərməyə çalışsa da, əslində insanlardan çox özünə faydası vardı.

1
Susan Blackmore, The Meme Machine, Oxford: Oxford University Press, 1999.
2
Nitq, ifadə, jest, simvolik akt

270
Bənzər arqumentlər sosial elmlərdə oyun nəzəriyyəsinin himayəsi
altında geniş yayılıb. Oyun nəzəriyyəsi çox oyunçulu sistemlərdə bütün
oyunçular üçün zərərli olan baxışların və davranış növlərinin necə kök salıb
yayıla bildiyini izah edir. Silahlanma yarışı buna ən yaxşı nümunədir.
Silahlanma yarışı çox vaxt tərəflərin iflasına səbəb olsa da, hərbi qüvvələr
balansım dəyişmir. Pakistan yeni hərbi təyyarələr aldıqda, Hindistan da
eyni şəkildə ona cavab verir. Hindistan nüvə silahı yaradır, Pakistan ondan
geri qalmır. Pakistan hərbi donanmasını böyüdür, Hindistan da bunu edir.
Nəticədə qüvvələr balansı əsasən dəyişmir, amma təhsil və ya səhiyyənin
inkişafına sərf edilə biləcək milyardlarla dollarlar silah alınması üçün
xərclənir. Bununla belə, silahlanma yarışının dinamikasına qarşı dayanmaq
çox çətindir. "Silahlanma yarışı" - bir ölkədən digərinə virus kimi yayılan
bir davranış növüdür; təkamülün "həyatda qalmaq və çoxalmaq" prinsipinə
uyğun olaraq, özündən başqa hər şeyə zərər verir. (Silahlanma yarışının da
eyni ilə genlər kimi şüurlu olmadığını və şüurlu şəkildə həyatda qalmağa
və çoxalmağa çalışmadığım unutmamaq lazımdır. Başqa sözlə desək, onun
yayılması - güclü bir dinamikanın məqsədsiz nəticəsidir).
Adına nə deyirsizsə deyin (oyun nəzəriyyəsi, postmodernizm və ya
memetika) tarixin dinamikası bəşəriyyətin xoşbəxtliyinə və inkişafına
yönəlməmişdir. Tarixdə ən uğurlu mədəniyyətlərin Homo sapiens üçün ən
yaxşı olduğunu düşünməyimizə imkan verən heç bir əsas yoxdur. Təkamül
kimi, tarix də ayrı-ayrı fərdlərin xoşbəxtliyi ilə maraqlanmır. Digər
tərəfdən, fərdlər də tarixin gedişatım öz xeyirlərinə dəyişdirə bilmək üçün
çox cahil və zəifdir.
Tarix bir yolayrıcından digərinə doğru irəliləyərkən müəmmalı səbəblər
üzündən əvvəlcə bir yolu, sonra digərini seçir. 1500-ci illərdə tarix özünün
ən mühüm seçimini edərək, sadəcə bəşəriyyətin deyil, bəlkə də yer
üzündəki bütün həyatın taleyini dəyişdirdi. Biz bu dəyişikliyi Elmi İnqilab
adlandırırıq. Bu inqilab, tarixdə o vaxta qədər mühüm bir rol oynamayan
və Afrika-Asiyanın ən ucqar qərbində böyük bir yarımada olan Qərbi
Avropada başladı. Elmi İnqilab Hindistan və ya Çində deyil, niyə məhz
burada başladı? Və nə üçün eramızın ikinci minilliyinin ortasında başladı,
niyə iki yüz

271
il əvvəl və ya üç əsr sonra başlamadı? Bunların cavabını bilmirik. Alimlər
onlarla nəzəriyyə irəli sürdül, amma bunların heç biri qəti şəkildə
inandırıcı deyil.
Tarixdə saysız-hesabsız ehtimallar var və bu ehtimalların əksəriyyəti
heç vaxt həyata keçmir. Tarixin nəsillər boyunca Elmi İnqilabdan yan
keçərək irəlilədiyini düşünə biləcəyimiz kimi, xristianlığın, Roma
imperiyasının və qızıl pulların olmadığı bir tarixi də təsəvvür edə bilərik.

272
Dördüncü hissə

ELMİ İNQİLAB

Şəkil 32. Alamoqordo. 16 iyul, 1945-ci il, saat 05:29:53.


İlk atom bombası partladıldıqdan səkkiz saniyə sonra.
Fizik Robert Oppenheymer partlayışı gördükdə
Bhaqavad-Gitadan sitat gətirir:
"İndi mən dünyaları yıxan ölüməm".
14

Cəhalətin kəşfi

İR İSPAN KƏNDLİSİ, DEYƏK Kİ, 1000-ci ildə yuxuya


B gedib, beş yüz il sonra Kolumb dənizçilərinin “Nina", "Pin-
ta" və "Santa-Mariya" gəmilərinə minərkən qopardıqları gurultu
nəticəsində oyanmış olsaydı, dünya onun gözlərinə yenə də çox ta-
nış gələrdi. Texnologiyada, həyat tərzində, coğrafi sərhədlərdə bir
çox dəyişikliklər olsa da, bu orta əsrlər Rip Van Vinkl’-i yenə də özü-
nü evindəymiş kimi hiss edərdi. Lakin Kolumbun dənizçilərindən
biri yuxuya dalıb 21-ci əsrdə iPhone-nin (Ayfon) səsi ilə oyansa,
fövqəladə dərəcədə yad bir dünyaya düşərdi. Bəlkə də, öz-özündən
soruşardı: "Bura cənnətdir, yoxsa cəhənnəm?".
Son 500 il insan qüdrətinin qeyri-adi və misilsiz yüksəlişinə şahid
oldu. 1500-ci ildə dünyada təxminən 500 milyon Homo sapiens vardı.
Bu günsə dünya əhalisinin sayı 7 milyarda çatır.1 2 1500-ci ildə bü-
tün dünyada insanlar tərəfindən istehsal edilən mal və xidmətlərin
bugünkü qiymətlərlə dəyəri təxminən 250 milyard dollar idi3, bu
gün isə illik istehsal təxminən 60 trilyon dollardır.4 1500-ci ildə in-
sanlar gündə 13 trilyon kalori enerji sərf edirdi, bu gün isə gündə
1
Amerikan yazıçısı Vaşinqton Irvinqin 1819-cu ildə yazdığı eyni adlı novellanın qəhrəmanı. Rip
Van Vinkl Nyu-Yorkun yaxınlığına yerləşən bir kənddə 20 illik yuxudan oyandıqdan sonra
şəhərə gəlir. Bu personaj zəmanədən geri qalmış və öz ömrünü boş yerə yaşamış bir insanın
simvoluna çevrilib.
2
David Christian, Maps of Time: An Introduction to Big History, Berkeley: University of
California Press, 2004, səh. 344-345; Angus Maddison, The World Economy, cild: 2, Paris:
Development Centre of the Organization of Economic Cooperation and Development, 2001, səh.
636; “Historical Estimates of World Population”, ABŞ Statistika İdarəsi, http://
www.ccnsus.gov/ipc/www/worldhis.html (sayta 10 dekabr 2010-cu ildə baxılıb).
’Maddison, The World Economy, cild: 1, səh.261.
4
“Gross Domestic Product 2009”, Dünya Bankı, Məlumat və Statistikalar, http://sitcre-
sources.worldbank.org/DATASTATlSTICS/Resources/GDP.pdf (sayta 10 dekabr 2010-cu ildə
baxılıb).

275
1500 trilyon kalori enerji sərf edirik.1 (Bu rəqəmlərə diqqət yetirin, dünya
əhalisinin sayı 14 dəfə, istehsal 240, enerji sərfi isə 115 dəfə artmışdır).
Təsəvvür edin ki, bir müasir hərbi gəmi Kolumbun dövrünə aparılıb. O
"Nina", "Pinta" və "Santa-Mariya"nı saniyələr içində taxta parçasına
çevirdikdən sonra, o dövrün ən qüdrətli dövlətlərinin hərbi donanmalarını
kiçik zədə belə almadan yox edə bilərdi. Beş müasir yük gəmisi o dövrdə
dünyadakı ticarət gəmilərinin bütün yükünü götürə bilərdi2, müasir
kompüter orta əsrlərin bütün kitabxanalarında saxlanılan bütün sənədləri,
əlyazmaları və kitablan öz yaddaşında asanlıqla saxlaya bilər, üstəlik boş yer
də qalardı. Eyni şəkildə, müasir bir bankda o dövrdə bütün krallıqların
ümumilikdə sahib olduqlarından daha çox pul saxlanılır.3
1500-ci ildə cəmi bir neçə şəhərin 100 mindən çox əhalisi vardı;
binaların əksəriyyəti çiy kərpicdən, taxtadan və qamışdan tikilirdi;
üçmərtəbəli bir bina göydələn sayılardı. Yayda çox tozlu, qışda isə palçıq
içində olan küçələr piyadalar, atlılar, keçilər, toyuqlar və az sayda arabalarla
dolu olardı. Şəhərlərdə hay-küy əsasən insan və heyvan səslərindən, və
arabir bunlara qarışan çəkic və mişar səslərindən ibarət idi. Gün batdıqda
şəhərlər zülmətə qərq olurdu, yalnız nadir hallarda şam və ya məşəlin titrək
işığı gəlirdi. Belə bir şəhərin sakini müasir Tokionu, Nyu-Yorku və ya
Mumbaini görsə, nə düşünərdi?
16-cı əsrə qədər heç kim dünya ətrafında dəniz səyahətinə çıxmamışdı.
Bu vəziyyət 1522-ci ildə Magellanın gəmiləri 72 min kilometrlik məsafəni
qət edib İspaniyaya qayıtdıqdan sonra dəyişdi. Bu səyahət üç il sürmüş və
Magellanın özü də daxil olmaqla, demək olar

1
Christian, Maps of Time. səh. 141.
2
Bu gün ən böyük yük gəmiləri təxminən 100 min ton yük daşıya bilir. 1470-ci ildə dünyanın bütün
gəmiləri ümumilikdə 320 min ton yük daşıya bilirdi. 1570-ci ildə isə ümumi tonaj 730 minə
qalxmışdı (Maddison, The World Economy, cild: 1, səh. 97).
3
Dünyanın ən böyük bankı (The Royal Bank of Scotland) 2007-ci ildə əlində 1,3 trilyon dollarlıq
maliyyə vəsaiti olduğunu açıqladı, bu da 1500-cü ildəki dünyanın illik istehsalından beş dəfə çox
deməkdir. Baxın: “Annual Report and Accounts 2008”, The Royal Bank of Scotland,
http://files.shareholder.com/downloads/RBS/626570033x0 x278481/ cb7a003a-5c9b-4lef-bad3-
81fb98a6c823/RBS_GRA_2008_09_03_09.pdf (sayta 10 dekabr 2010-cu ildə baxılıb).

276
ki, bütün ekspedisiya iştirakçılarının həyatına son qoymuşdu. 1873- cü ildə
Jül Vem öz qəhrəmanı, zəngin ingilis macərapərəsti olan Fileas Foqqun 80
gün ərzində dünyanın ətrafına fırlana biləcəyini təsəvvür edə bilirdi. Bu gün
orta təbəqəyə mənsub istənilən şəxs dünyanın ətrafına 48 saat içində asan
və təhlükəsiz şəkildə dolana bilir.
1500-ci ildə insanlar hələ yer səthindən ayrıla bilmirdi, qüllələr tikir,
dağlara çıxa bilirdilər, amma göy üzü quşlara, mələklərə və tanrılara
ayrılmışdı. 20 iyul 1969-cu ildə insan Aya ayaq basdı, bu sadəcə tarixi
deyil, evolyusion və hətta kosmik bir uğur idi. Təkamülün bundan əvvəlki
4 milyard illik tarixi boyunca heç bir orqanizm yer kürəsinin atmosferindən
çıxmağı bacarmamış və heç kəs Ayın səthinə enməmişdi.
Tarixin böyük bir hissəsində insanlar planetdəki orqanizmlərin 99,99%-
i (yəni mikroorqanizmlər) haqqında heç bir şey bilmirdi və ona görə yox ki,
bu canlıların bizə heç bir aidiyyəti yox idi. Hər birimizin vücudunda
mühüm funksiyalar yerinə yetirən milyardlarla təkhüceyrəli canlı var.
Onlardan bəziləri bizim ən yaxşı dostlarımız, bəziləri də ən amansız
düşmənlərimizdir. Bəziləri qidaları həzm etməyə və bağırsaqları
təmizləməyə kömək edir, digərləri isə xəstəliklərə və hətta epidemiyalara
səbəb olur. Lakin ilk dəfə bir mikroorqanizmi insan gözü ilə görmək ancaq
1674-cü ildə mümkün oldu: Anton van Levenhuk əldəqayırma mikroskopu
ilə bir damcı suya baxıb, onun içində kiçik canlılardan ibarət bir dünya
olduğunu gördükdə çox təəccüblənmişdi. Növbəti 300 il ərzində insanlar
nəhəng çoxlu sayda mikroskopik canlılarla tanış oldu. Nəticədə, bu kiçik
canlıların səbəb olduğu ölümcül xətəliklərlə mübarizə aparmağı öyrənə
bildik və mikroorqanizmləri tibb və sənayenin xidmətinə verdik. Bu gün
bakteriyalardan istifadə edərək dərmanlar və bioya- nacaq istehsal edir,
parazitləri məhv edə bilirik.
Lakin son 500 il ilin ən mühüm və taleyüklü hadisəsi 16 iyul 1945-ci
ildə, sübh çağı saat 5:29:45-də baş verdi. Məhz bu an amerikan alimləri ilk
atom bombasını Nyu-Mexiko ştatının AJamoqordo şəhərində sınaqdan
keçirdi. Bu andan etibarən bəşəriyyət sadəcə tarixin gedişatını dəyişdirmək
imkanına deyil, ona son qoymaq imkanına da sahib oldu.

277
İnsanı Alamoqordoya və Aya gətirib çıxaran tarixi proses Elmi
İnqilab adlanır. Bu inqilab nəticəsində bəşəriyyət elmi tədqiqatlara
sərmayə qoyaraq, fövqəladə dərəcədə yeni imkanlar qazandı. Biz bunu
inqilab adlandırırıq, çünki 1500-cü ilə qədər insanlar yeni tibbi, hərbi və
iqtisadi imkanlar əldə etməyə şübhə ilə yanaşmışdılar. Dövlətlər və zəngin
xeyriyyəçilər elm və təhsilə yeni bacarıqlar qazanmaqdan daha çox əldə
olan imkanları qorumaq məqsədi ilə vəsait ayırırdı. Müasir dövrdən
əvvəlki hökmdarlar ilahiy- yatçılara, filosoflara və şairlərə pul verərək, öz
hakimiyyətlərini qanuniləşdirməyə və ictimai sabitliyi qorumağa ümid
edirdi; onların yeni dərmanlar, yeni silahlar icad etmək və ya iqtisadi
yüksəlişə nail olmaq kimi niyyətləri yox idi.

Elmi İnqilabın əks əlaqə sikli. Elmi tərəqqiyə nail olmaq üçün sadəcə
tədqiqatlar kifayət etmir. Bunun üçün elm, siyasət və iqtisadiyyatın qar-
şılıqlı şəkildə bir-birini dəstəkləməsi lazımdır. Siyasi və iqtisadi qurumlar
elmi tədqiqatlar üçün zəruri olan maddi resurslar yaradır. Elmi tədqiqatlar
isə bunun müqabilində hər şeydən əlavə, yeni qaynaqlar əldə etmək üçün
zəruri olan yeni imkanlar açır.

Son beş yüz il ərzində insanlar elmi tədqiqatlara sərmayə qoymaqla


tədricən öz bacarıqlarını inkişaf etdirə biləcəklərinə inandı. Bu kor bir
inam deyildi, təcrübə yoluyla da dəfələrlə isbatlanmışdı. Və sübutlar
çoxaldıqca, dövlətlər və varlı xeyriyyəçilər elmə sərmayə qoymağa daha
da həvəs göstərdilər. Bu cür sərmayələr olmadan nə

278
Ayda gəzə bilər, nə mikroorqanizmlərin təbiətini dəyişməyi öyrənə bilər,
nə də atomu parçalaya bilərdik. Məsələn, ABŞ hökuməti ötən on ildə nüvə
fizikasının öyrənilməsinə milyardlarla dollar vəsait qoymuşdu. Bu
tədqiqatlar nəticəsində əldə edilmiş bilik atom elektrik stansiyalarını inşa
etməyə və beləliklə, Amerika sənayesini ucuz elektrik enerjisi ilə təmin
etməyə imkan verdi. Üstəlik, bu elektrik stansiyaları ABŞ hökumətinə
vergi ödəyir, bu vergilərin bir hissəsi isə yenidən nüvə fizikası
tədqiqatlarına yönəldilir.
Müasir insanların tədqiqatlar vasitəsi ilə yeni imkanlar əldə edə
bilmək bacarıqlarına olan inamları nə üçün getdikcə gücləndi? Elm,
siyasət və iqtisadiyyat arasındakı əlaqəni nə yaratdı? Bu fəsildə müasir
elmin unikal xüsusiyyətlərinə diqqət yetirib, cavabın ən azından bir
hissəsini tapmağa çalışacağıq. Növbəti iki fəsildə isə, elm, Avropa
imperiyaları və kapitalist iqtisadiyyatı arasındakı ittifaqın necə
formalaşdığım öyrənəcəyik.

Ignoramus1
İnsanlar ən azından Təfəkkür İnqilabından bəri kainatı anlamağa
çalışdılar. Əcdadlarımız təbiət qanunlarını dərk etmək üçün çox çalışdı,
çox vaxt sərf etdilər. Lakin müasir elm ənənəvi biliklərdən üç əsas
cəhətinə görə fərqlənir:

a. Cahilliyi etiraf etmək. Müasir elm latınca "bilmirik" mənasını verən


ignoramus nəsihətinə əsaslanır, yəni hər şeyi bilmədiyimizi irəli
sürür. Ən başlıcası isə, bu ana qədər həqiqət kimi qəbul etdiyimiz
biliyin bir müddətdən sonra topladığımız məlumatlar sayəsində səhv
çıxa biləcəyini də qəbul edir; heç bir məfhum, fikir və ya nəzəriyyə
müqəddəs və tənqiddən azad deyil.
b. Müşahidə və hesablamaların əhəmiyyətli olması. Müasir elm
cəhaləti etiraf edərək yeni biliklər əldə etməyə can atır. Bunu isə
müşahidələr yolu ilə məlumatlar toplayaraq və son-

1
Latınca “Bilmirik” deməkdir

279
ra riyazi hesablamalar vasitəsi ilə bu məlumatları kompleks
nəzəriyyələrə çevirərək həyata keçirir.
c. Yeni imkanların əldə edilməsi. Müasir elm nəzəriyyələr irəli
sürməklə kifayətlənmir. Bu nəzəriyyələri yeni imkanlar əldə etmək
və xüsusilə də yeni texnologiyalar yaratmaq üçün istifadə edir.

Elmi İnqilab - bilik inqilabı deyildi, ilk növbədə cəhalət inqilabı idi.
Elmi İnqilaba səbəb olan böyük kəşf - insanların ən mühüm sualların
cavabını bilmədiklərini dərk etməsi idi.
İslam, Xristianlıq, Buddizm və Konfutsilik kimi müasir dövrə qədərki
bilik ənənələri dünyaya dair bütün mühüm biliklərin məlum olduğunu
iddia edirdi. Böyük tanrılar, qadir və vahid Allah yaxud keçmişin müdrik
insanlan hər şeyi əhatə edən müdrikliyə sahib idi və bunları bizə yazılı, ya
da şifahi şəkildə açıqlamışdı. Adi insanlar bu qədim mətnləri və ənənələri
araşdıraraq, və onlan düzgün anlamağa çalışaraq bilik qazanırdı. İncilin,
Quranın və ya Ve- daların kainatla bağlı mühüm sirlərə sahib olmadığını,
üstəlik bu sirlərin ət və sümükdən ibarət məxluqlar tərəfindən kəşf
ediləcəyini düşünmək belə mümkün deyildi.
Qədim bilik ənənələri sadəcə iki növ cəhalət olduğunu qəbul edirdi.
Birincisi, ayrıca bir fard hansısa mühüm bir məlumatdan xəbərsiz ola
bilərdi. Lazımi bilikləri əldə etmək üçün, onun sadəcə daha müdrik bir
insana müraciət etməsi kifayət idi. Hələlik heç kəsin bilmədiyi bir şeyi
kəşf etməyə ehtiyac yox idi. Məsələn, 13-cü əsrdə bir York-Şirii kəndli
bəşəriyyətin necə yarandığını öyrənmək istəyərdisə, xristian ənənəsinin
buna düzgün cavab verəcəyini düşünər və bu sualla bağlı kəndin keşişinə
müraciət edərdi.
İkincisi, bir эпэпэ bütövlükdə ahanıiyyatsiz şeylərdən xəbərsiz ola
bilərdi. Qədim tanrıların və ya müdriklərin bizə demədikləri əhəmiyyətsiz
şeylər idi. Məsələn, orta əsrlərdə bir York-Şirli kəndlinin hörümçəklərin
necə tor qurduğunu keşişdən soruşması mənasız idi, çünki bununla bağlı
xristian mətnlərində cavab yox idi. Lakin bu, xristianlığın nöqsanlı
olduğunu göstərmirdi. Əksinə, hörümçəklərin necə tor qurduğunu
bilməyin əhəmiyyətsiz olduğunu göstərirdi. Tanrı, əlbəttə, hörümçəyin
bunu necə etdiyini yaxşı

280
bilirdi və əgər bu bilik insanın rifahı və ya xilası üçün mühüm olsaydı,
Tanrı bu barədə İncildə ətraflı məlumat yerləşdirərdi.
Xristianlıq insanların hörümçəkləri öyrənməsini qadağan etmədi.
Lakin bu hörümçək tədqiqatçıları, - əgər orta əsrlər Avropasında belə
insanlar var idisə, - cəmiyyətdə əhəmiyyətsiz rol oynadıqlarını və
etdikləri kəşflərin xristianlığın əbədi həqiqətləri ilə müqayisədə nə qədər
mənasız olduğunu qəbul etməyə məcbur idi. Bu tədqiqatçı hörümçəklər,
kəpənəklər və ya Qalapaqos alacəhrəsi haqqında nə öyrənirsə öyrənsin,
bu sadəcə əhəmiyyətsiz bir bilik idi və cəmiyyət, siyasət və iqtisadiyyatın
fundamental həqiqətlərinə heç bir təsiri yox idi.
Əslində məsələ bu qədər sadə deyildi. Hər dövrdə, hətta ən dindar və
mühafizəkar zamanlarda belə, bütün bir anananin diqqətindən kənarda
qalmış mühüm məsələlərin də var olduğunu iddia edənlər tapıldı. Amma
bu insanlar çox vaxt sıxışdırıldı ya da sürgün edildi, yaxud yeni bir ənənə
yaradaraq zəruri olan hər şeyi bildiklərini iddia etdilər. Məsələn,
Məhəmməd peyğəmbər də dini həyatına ilahi həqiqətlərdən bixəbər olan
ərəbləri günahlandırmaqla başlamışdı. Lakin Məhəmməd qısa müddət
içində özünün bu həqiqətlərdən xəbərdar olduğunu iddia etdi və
tərəfdarları onu "Peyğəmbərlərin möhürü" olaraq adlandırmağa başladı.
Bu andan etibarən Məhəmmədin vəhylərindən başqa yeni kəşflərə
ehtiyac yox idi.
Müasir elmsə unikal bilik ənənəsidir, çünki an mühüm masalalarla
bağlı kollektiv cəhalətin hökm sürdüyünü açıq şəkildə etiraf edir. Darvin
heç vaxt "Bioloqların möhürü" olduğunu və həyatın sirrini tam və
birdəfəlik həll etdiyini heç vaxt iddia etməyib. Yüz illərlə sürən geniş və
müxtəlif elmi tədqiqatlardan sonra bioloqlar beyinin hansı yolla şüuru
əmələ gətirdiyinə dair hələ də tutarlı bir izaha sahib olmadıqlarını etiraf
edir. Fiziklər Big Bang-а nəyin səbəb olduğunu və ya ümumi nisbilik
nəzəriyyəsi ilə kvant mexanikasını necə barışdıracaqlarını bilmirlər.
Bir-biri ilə rəqabət aparan elmi nəzəriyyələr, hər dəfə yeni sübutlar
tapıldıqda, qızğın müzakirələrə səbəb olur. Buna ən parlaq
nümunələrdən biri, iqtisadiyyatın daha yaxşı necə idarə olunacağına dair
müzakirələrdir. Ayrı-ayn iqtisadçılar öz metodlarının daha

281
yaxşı olduğunu iddia edə bilər, lakin bu məsələyə dair hakim fikir hər
maliyyə böhranı və fond birjasının böyüməsi ilə dəyişir, və iqtisadiyyatda
son sözün hələ deyilməmiş olduğu hər kəs tərəfindən qəbul edilir.
Bəzi hallarda müəyyən nəzəriyyələr mövcud sübutlarla o qədər
inandırıcı bir şəkildə dəstəklənir ki, bütün alternativ nəzəriyyələr çoxdan
kənara atılmış vəziyyətdədir. Bu nəzəriyyələr həqiqət kimi qəbul edilir,
lakin onlara zidd olan yeni dəlillər ortaya çıxarsa, hər kəs onların yenidən
araşdırılacağı və ya kənara atılacağı ilə razılaşır. Bunlara misal olaraq,
tektonik laylar nəzəriyyəsini və təkamül nəzəriyyəsini göstərmək olar.
Cəhaləti etiraf etmək müasir elmi əvvəlki bütün ənənələrdən daha
dinamik, daha çevik və məsuliyyətli etdi. Dünyanı dərk etmək və yeni
texnologiyalar icad etmək qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırdı.
Digər yandan, bu vəziyyət bizi əcdadlarımızın həll etmək
məcburiyyətində qalmadıqları ciddi bir problemlə qarşı-qarşıya gətirdi:
biz çox şeyi bilmədiyimizi və hətta topladığımız biliklərin etibarsız
olduğunu etiraf edirik və bu da bir-birini tanımayan milyonlarla insanın
effektli şəkildə əməkdaşlıq qurmasını təmin edən ümumi miflərə də təsir
göstərir. Elmi sübutlar bu miflərin əksəriyyətinin şübhəli olduğunu ortaya
çıxartdıqda cəmiyyətin birliyini necə qoruya bilərik? İttifaqlar, ölkələr və
bütün beynəlxalq sistem necə işləyər?
Müasir dövrdə ictimai-siyasi quruluşu sabitləşdirmək məqsədi ilə
edilən bütün cəhdlər iki qeyri-elmi metoddan birinə əsaslanmalı idi.
a. Bir elmi nəzəriyyəni hər kəs tərəfindən qəbul edilən elmi təcrübəyə
zidd olaraq, qəti va mütlaq həqiqət elan etmək. Bu metod nasistlər
(irqçi siyasətin bioloji faktarm nəticəsi olduğunu iddia etmişdilər)
və kommunistlər (Marks və Leninin irəli sürdüyü iqtisadi
nəzəriyyələrin mütləq və təkzibedilməz olduğunu iddia etmişdilər)
tərəfindən istifadə edilmişdi.
b. Elmi kənara qoyub, qeyri-elmi olan mütləq həqiqətə uyğun
yaşamaq. Liberal humanizmin də strategiyası belə idi; insanların
unikal dəyərlərinə və hüquqlarına dair doqmatik bir inam üzərində
qurulmuşdu və bu inamın Homo sapiens haqqında elmi tədqiqatlar
sayəsində əldə edilən faktlarla heç bir əlaqəsi yox idi.

282
Lakin bu bizi təəccübləndirməməlidir. Elm özü də tədqiqatlara haqq
qazandırmaq və onları maliyyələşdirə bilmək üçün dini və ideoloji
etiqadlara etibar etməyə məcbur olmuşdur.
Müasir mədəniyyət cəhaləti etiraf etməyə əvvəlkilərə nisbətən daha
çox hazırdır. Müasir sosial quruluşların birlikdə yaşamasını təmin edən
mühüm faktorlardan biri də texnologiyaya və elmi tədqiqatlar metoduna
olan inamdır. Bu inam demək olar ki, dini sayıla biləcək qədər
möhkəmdir və mütləq həqiqətlərə olan etiqadları qismən əvəz edə bilir.

Elmi doqma
Müasir elmdə doqma yoxdur. Amma tədqiqat metodları ilə bağlı
ümumi özəyə malikdir və bu empirik müşahidələrə əsaslanır
(hisslərimizin ən azı biriylə müşahidə edə biləcəyimiz şeyləri riyazi
metodların köməyi ilə əlaqələndirmək və analiz etmək).
Tarix boyunca insanlar empirik müşahidələr apardılar, amma onların
əhəmiyyəti çox da böyük deyildi. Əlinizdə bütün zəruri cavablar varkən,
nə üçün müşahidələr aparmağa vəsait ayırmalısınız? Müasir insanlar bəzi
çox mühüm məsələlərin cavabını bilmədiklərini etiraf etdikdə tamamila
yeni biliklər qazanmağa məcbur oldu. Hal-hazırda hakim olan müasir
tədqiqat üsulu köhnə biliklərin natamam olduğunu qəbul edir. Köhnə
ənənələri öyrənmək əvəzinə, indi yeni müşahidələr və təcrübələr aparma-
ğa üstünlük verilir. Yeni müşahidələr keçmiş ənənələrlə ziddiyyət təşkil
edirsə, müşahidələrə üstünlük veririk. Əlbəttə, uzaq qalaktikaların
spektral analizi ilə məşğul olan fiziklər, Bürünc dövründən qalma bir
şəhərdən çıxarılan tapıntıları araşdıran arxeoloqlar və ya kapitalizmin
meydana çıxmasını öyrənən siyasətçilər ənənələri əhəmiyyətsiz hesab
etmir və tədqiqatlara qədim müdriklərin söylədiklərini və yazdıqlarını
araşdıraraq başlayırlar. Lakin universitetin elə ilk kursunda gələcəyin
fiziklərinə, arxeoloqlarına və polito- loqlanna öyrədirlər ki, onların elm
sahəsində vəzifəsi - Eynşteyn, Henrix Şliman və Maks Veberdən daha
uzağa getməkdir.

283
Bəsit müşahidələr öz-özlüyündə bilik deyil. Kainatı anlamaq üçün
müşahidələrimizi əhatəli nəzəriyyələrə bağlamağımız lazımdır. İlk ənənələr
öz nəzəriyyələrini adətən hekayələrlə ifadə edirdisə, müasir elm
riyaziyyatdan istifadə edir.
İncildə, Quranda, Vedalarda və ya Konfutsinin əsərlərində biz riyazi
tənliklərə, qrafiklərə və düsturlara rast gəlmirik. Ənənəvi mifologiya və
mətnlər yaradılışın ümumi qanunlarını riyazi şəkildə deyil, hekayə
formasında irəli sürmüşdür. Məsələn, manixeizm dünyanın xeyir və şər
arasmda döyüş meydanı olduğunu iddia edir. Şər cismi, xeyir isə ruhu
yaratmışdır. İnsanlar bu iki qüvvənin arasında qalıb və bunlardan birini, ya
xeyiri ya da şəri seçməlidir. Lakin peyğəmbər Mani bu iki qüvvənin gücünü
riyaziyyatın köməyi ilə hesablayaraq, insanların seçimini qabaqcadan
müəyyənləşdirə biləcək bir düstur tapmağa çalışmadı. Məsələn, heç vaxt
"insana təsir edən qüvvə, onun ruhunun təcilinin bədəninin ağırlığına
bölünməsinə bərabərdir" kimi bir düstur ortaya qoymadı.
Alimlər məhz belə hesablamalarla məşğuldur. 1687-ci ildə İsa- ak
Nyuton bəlkə də müasir dövrün ən mühüm kitabı olan "Natural fəlsəfənin
riyazi prinsipləri "ni nəşr etdirdi. Nyuton hərəkət və dəyişikliyə aid ümumi
bir nəzəriyyə irəli sürdü. Nyuton nəzəriyyəsinin möhtəşəmliyi ağacdan
düşən almalardan göydə süzən ulduzlara qədər bütün maddələrin hərəkətini
üç sadə riyazi qanunun köməyi ilə izah edə bilməsi və əvvəlcədən təxmin
edə bilməsidir:
L^p=o

■^р=тл

Bundan sonra top mərmisinin və ya planetin hərəkətini anlamağa çalışan


istənilən şəxsin sadəcə obyektin kütləsini, istiqamətini, təcilini və ona təsir
edən qüvvələri bilməsi kifayətdir. Bu rəqəmləri Nyutonun tənliyində yerinə
qoyub, obyektin gələcəkdəki mövqeyini hesablamaq mümkündür. Bu əsl
möcüzə idi; alimlər yalnız 19-

284
cu əsrin axırlarında Nyutonun qanunlarına tabe olmayan bir neçə
müşahidəyə rast gəldi, bunlar isə fizikada növbəti inqilaba səbəb oldu:
nisbilik nəzəriyyəsi və kvant mexanikası.
Nyuton təbiətin kitabının riyazi dildə yazıldığını sübut etdi. Bu kitabın
bəzi fəsilləri kifayət qədər sadədir və dəqiq tənliklərdən ibarətdir; lakin
biologiya, iqtisadiyyat və psixologiyanı da Nyuton formullarıyla
açıqlamağa çalışan alimlər bu elmlərin düsturlara tabe olmayacaq qədər
mürəkkəb olduğunu aşkar etdilər. Əlbəttə, bu riyaziyyatdan imtina etmək
mənasına gəlmirdi. Son iki yüz ildə həqiqətin daha mürəkkəb cəhətləri ilə
məşğul olan yeni bir riyaziyyat sahəsi meydana çıxdı: statistika.
1744-cü ildə iki şotland presviterian-keşişi Aleksandr Vebster və Robert
Uolles ölən ilahiyyatçıların dul və yetimlərini müavinətlə təmin edə bilmək
üçün həyat sığortası fondu yaratmağı qərara aldı. Bunun üçün kilsə
üzvlərinin hər birinin gəlirlərinin kiçik bir hissəsini fonda köçürməsini,
fondun isə bu pullarla qiymətli kağızlar almasını təklif etdilər. Bir keşiş
öldükdə, onun dul arvadı fonddan dividend alır və ömrünün sonuna qədər
rahat yaşaya bilirdi. Fondun öz üzərinə götürdüyü vəzifələri yerinə yetirə
bilməsi məqsədi ilə hər keşişin nə qədər ödəniş etməli olduğunu hesablaya
bilmək üçün Vebster və Uolles hər il təxminən nə qədər keşişin öləcəyini,
necə nəfər dul və yetim qalacağını və dullarm ərləri öldükdən sonra
təxminən neçə il yaşayacaqlarmı hesablamağa məcbur idi.
Burada iki din adamınm etmədiyi şeyə diqqət yetirin. Onlar cavab üçün
Tanrıya dua etmədi, cavabı müqəddəs mətnlərdə və ya qədim
ilahiyyatçıların əsərlərində axtarmadı və ya mücərrəd fəlsəfi müzakirələr
aparmadılar. Realist şotlandlar kimi hərəkət etdilər: Edinburq
universitetinin riyaziyyat üzrə professor Kolin Maklorinə müraciət etdilər.
Üçü birlikdə insanların ölüm yaşlan ilə bağlı məlumat topladı və hər il neçə
keşişin ölə biləcəyini hesabladılar.
Öz tədqiqatlarında yaxın zamanlarda statistika və ehtimallar nəzəriyyəsi
sahəsində atılmış bəzi mühüm addımlardan faydalandılar. Bunlardan biri
də Yakob Bemullinin Böyük Ədədlər Qanunu idi. Bemullinin irəli sürdüyü
prinsipə görə, müəyyən bir hadisənin ; konkret bir şəxsin ölümünü) baş
vermə ehtimalını əvvəlcədən bilmək çətin olsa da, çox sayda bənzər
hadisənin nəticəsini böyük bir

285
dəqiqliklə təxmin etmək mümkün idi. Başqa sözlə desək, Maklorin riyazi
hesablamalardan istifadə edərək, Vebster və ya Uollesin gələn il
öləcəyini təxmin edə bilməzdi, lakin əlində kifayət qədər məlumat
olardısa, Vebster və Uollesə gələn il Şotlandiyada neçə presviterian-
keşişin öləcəyini demək olar ki, dəqiq deyə bilərdi. Xoşbəxtlikdən,
əllərində istifadə edə biləcəkləri hazır məlumatlar vardı. Edmond
Halleyin 50 il əvvəl nəşr etdirdiyi sığorta cədvəlləri xüsusilə faydalı oldu.
Halley Almaniyanın Breslau şəhərinin arxivindən əldə etdiyi 1238
doğum və 1174 ölüm hadisəsinin qeydlərini araşdıraraq cədvəl tərtib
etmişdi. Bu cədvələ görə, 20 yaşlı bir insanın müəyyən bir ildə ölüm
ehtimalı 1:100,50 yaşlı birinin isə l:39-dur.
Vebster və Uolles bu məlumatlar üzərində işləyərək, Şotlandiyada hər
il orta hesabla 930 keşiş yaşadığını, bunlardan 27-sinin öləcəyini və 18-
nin dul arvadının qalacağını hesabladı. Bundan əlavə, özündən sonra dul
qadını qalmayanların beşinin uşaqlarının yetim qalacağını, həmçinin ər
və arvaddan biri ölərsə, ölənin əvvəlki nikahdan 16 yaşına çatmamış
uşaqlarının qalacağım da hesabladı. Sonra daha da irəli gedib, bu dulların
ölənə qədər yaxud yenidən evlənənə qədər keçəcək müddəti hesabladılar
(hər iki halda da müavinətləri kəsiləcəkdi). Bu rəqəmlər Vebster və
Uollesə fondun üzvü olan keşişlərin öz yaxınlarının maddi təminatını
yaxşılaşdıra bilmələri üçün nə qədər pul köçürməli olduqlarını hesab-
lamağa kömək etdi. Bir keşiş ildə 2 funt 12 şillinq 2 pens ödəyərək, dul
qalmış arvadına ildə ən azı 10 funt (o dövrdə kifayət qədər yaxşı məbləğ
idi) verilməsini təmin etmiş olacaqdı. Əgər bu məbləğin az olduğunu
hesab etsəydi, ildə 6 funt 11 şillinq 3 pens ödəyərək, dul qalmış arvadına
ildə 25 funt verilməsini təmin edə bilərdi.
Onların təxmininə görə, 1765-ci ildə Şotlandiya Kilsəsi Keşişləri Dul
və Yetimlərinin Təminat Fondunun xəzinəsində 58.348 funt- luq bir
sərmayə olacaqdı. Bu hesablamaların son dərəcə dəqiq olduğu ortaya
çıxdı. 1765-ci il gəlib çatdıqda Fondun sərmayəsi 58.347 funt idi, yəni
onların təxminindən sadəcə 1 funt az! Bu, Avvakum, Yeremiya və
Müqəddəs İohannın gələcəkdən xəbər verən sözlərindən daha dəqiq idi.
Bu gün Vebster və Uollesin qısaca "Şotland Dulları" kimi tanınan Fondu
dünyada ən böyük təqaüd və sığorta şirkətlərindən biridir. 100 milyard
funt-sterlinq dəyərində

286
sərmayəyə sahib olan Fond təkcə şotland dullarını deyil, ona üzvlük
haqqı ödəyən hər kəsi sigortalayın*
İki şotland keşişi tərəfindən istifadə edilən ehtimallılıq təxminləri
sadəcə sığortaçılıq işi üçün mühüm olan aktuar2 hesabatların deyil,
həmçinin anqlikan keşişi Robert Maltus tərəfindən yaradılmış
demoqrafiya elminin də ayrılmaz hissəsi idi. demoqrafiya öz növbəsində
Çarlz Darvinin (o özü də az qala anqlikan keşişi olacaqdı) irəli sürdüyü
təkamül nəzəriyyəsinin təməl daşı oldu. Müəyyən şərtlər daxilində hansı
orqanizmin təkamül edəcəyinə dair bir formul mövcud olmasa da,
genetika alimləri ehtimallar nəzəriyyəsinə əsaslanan tənliklərdən istifadə
edərək bəlli bir mühitdə müəyyən bir mutasiyanın yayılması ehtimalım
hesablaya bilirlər. Bənzər ehtimal modelləri sonralar iqtisadiyyat,
sosiologiya, psixologiya, poli- tologiya və digər ictimai və təbiət
elmlərinin də mühüm parçasına çevrildi. Hətta fizika da son nəticədə
Nyutonun klassik formullarını kvant mexanikasının ehtimallar buludu ilə
dolğunlaşdırdı.
Bu prosesin bizi nə qədər uzağa apardığını anlamaq üçün təhsilin
tarixinə nəzər salmaq kifayətdir. Tarixin böyük bir hissəsində riyaziyyat
hətta savadlı insanların nadir hallarda maraqlandığı ezote- rik bir sahə idi.
Orta əsrlər Avropasında məntiq, qrammatika və ritorika dərsləri təhsilin
özəyini təşkil edir, riyaziyyat isə hesab və ilkin həndəsə çərçivəsindən
kənara çıxmırdı. Statistika ilə heç kəs məşğul olmurdu. Elmlərin şahı isə
ilahiyyat idi.
Bu gün çox az adam ritorikanı öyrənir, məntiq - fəlsəfə fakültələri ilə,
ilahiyyat - seminariyalarla məhduddur. Digər tərəfdən, getdikcə daha çox
tələbə könüllü yaxud məcburi olaraq riyaziyyat öyrənir. Riyazi
üsullardan istifadə etdikləri üçün "dəqiq" elmlər kimi adlandırılan
elmlərə həvəs daim artmaqdadır. Ənənəvi olaraq humanitar elmlər
sahəsinə aid edilən insan dilini (linqvistika) və insan ruhunu öyrənən
(psixologiya) elmlər də tədricən riyaziyyatdan daha çox istifadə edilir və
dəqiq elmlər kimi tanınmaq istəyir. Bu gün statistika dərsləri sadəcə
fizika və biologiyada deyil, psixologiya, sosiologiya, iqtisadiyyat və
siyasət elmində də zəruri olan əsas bölmələrdəndir * 1

1
Ferguson, Ascent of Money, sah. 185-198.
1
Statistik məlumatlara əsaslanan hesablama forması

287
İşlədiyim universitetdə psixologiya fakültəsinin məcburi dərslər
siyahısında ilk olaraq "Psixoloji tədqiqatlarda statistika və metodologiyaya
giriş" yer alır. Gələcəyin psixoloqları ikinci kursda "Psixoloji tədqiqatlarda
statistik metodlar" fənnini öyrənməyə məcburdur. Əgər insan şüurunu
anlamaq və ruhi xəstəlikləri müalicə etmək üçün əvvəlcə statistikanı
öyrənmək lazım olduğunu söyləsəydiniz, Konfutsi, Budda, İsa və
Məhəmməd heyrətə düşərdi.

Bilik - gücdür
İnsanların əksəriyyəti müasir elmi çətinliklə dərk edir, çünki elmin
riyazi dili şüurumuz üçün çətin anlaşılandır, üstəlik elmi kəşflər çox vaxt
sağlam məntiqə uyğun gəlmir. Dünyada 7 milyard insanın içində neçə
nəfər kvant mexanikasını, hüceyrə biologiyasını və ya makroiqtisadiyyatı
həqiqətən anlayır? Buna baxmayaraq, elm bizə verdiyi yeni imkanlar
sayəsində böyük prestijə sahibdir. Prezidentlər və generallar nüvə
fizikasını anlamaya bilər, amma nüvə silahları haqqında kifayət qədər
aydm təsəvvürə malikdirlər.
1620-ci ildə Frensis Bekon New Instrument of Science (Elmin Yeni
Vasitəsi) adlı elmi manifest nəşr etdirərək, "Bilik - gücdür" fikrini irəli
sürdü. Biliyin əsas meyarı onun doğru olub-olmaması deyil, bizə yeni
imkanlar qazandırıb-qazandırmamasıdır. Alimlər adətən heç bir
nəzəriyyənin yüz faiz doğru olmadığını düşünür; beləliklə, həqiqilik bilik
üçün meyar ola bilməz. Əsas şərt - səmərəlilikdir. Bizə yeni imkanlar açan
və yeni bir şey öyrədən nəzəriyyə - bilikdir.
Yüz illər boyunca bilik bizi çox sayda yeni vasitələrlə təmin etdi.
Bunlardan bəziləri ölüm faizini və iqtisadi artımı təxmin etmək üçün
istifadə etdiyimiz intellektual vasitələrdir. Lakin texnoloji vasitələr daha
əhəmiyyətlidir. Elm və texnologiya arasında elə möhkəm əlaqə qurulub ki,
bu gün insanlar bu iki məfhumu çox vaxt bir- birilə qarışdırırlar. Elmi
tədqiqatlar olmadan yeni texnologiyalara; meydana çıxmayacağını və əgər
yeni texnologiyaların meydan?! çıx masına kömək etməyəcəksə, elmi
tədqiqatların mənasız oldağunu düşünürük.
Əslində elmlə texnologiya arasında əlaqə çox yaxın vaxtlarda meydana
gəlib. 1500-cü ilə qədər elm və texnologiya tamamilə ayrı- ayrı sahələr idi.
17-ci əsrin başlanğıcında Bekon onları birləşdirməyi təklif etdi. Bu inqilabi
ideya idi. 17-ci və 18-ci əsrlərdə bu əlaqə getdikcə möhkəmləndi, lakin
açılmaz düyün yalnız 19-cu əsrdə vuruldu. Hətta 1800-cü illərdə də güclü
bir orduya sahib olmaq istəyən hökmdarlar və ya ticarət işlərini
genişləndirməyi düşünən maqnatların əksəriyyəti fizika, biologiya yaxud
iqtisadiyyat sahəsindəki tədqiqatları maliyyələşdirməyə həvəs göstərmirdi.
Əlbəttə, istisnaların olmadığını iddia etmirəm, yaxşı bir tarixçi bütün
məsələlərə dair nümunə tapa bilər. Lakin daha yaxşı bir tarixçi isə bu
nümunələrin sadəcə ümumi mənzərəni mürəkkəbləşdirən kiçik hadisələr
olduğunu bilir. Ümumilikdə, müasir dövrə qədər hökmdarların və
sahibkarların böyük əksəriyyəti yeni texnologiyalar hazırlamaq məqsədi
ilə kainatın xüsusiyyətlərini öyrənən tədqiqatları maliyyələşdirmədi və
mütəfəkkirlərin çoxu öz kəşflərini texnoloji oyunlara çevirməyə çalışmadı.
Hökmdarlar mövcud quruluşu möhkəmləndirmək məqsədi ilə ənənəvi
bilikləri yaymalı olan təhsil müəssisələrini maliyyələşdirdi.
Zaman-zaman insanlar yeni texnologiyalar da icad etdi, lakin bunlar
əsasən savadsız sənətkarlar tərəfindən yoxlamaq-yanılmaq metodu ilə
təsadüfən ortaya çıxarılmışdı, alimlərin sistematik elmi axtarışlarının
nəticəsi deyildi. Araba ustaları illər boyunca eyni materialdan eyni arabalar
düzəltdi; illik gəlirlərinin bir hissəsini yeni araba modelləri yaratmaq üçün
lazım olan işlərə ayırmadılar. Araba dizaynı tədricən inkişaf etsə də, bu
əsasən üniversitenin qapısını heç vaxt aşmamış, yazı-oxu bilməyən bir
dülgərin fərasəti sayəsində baş verirdi.
Eyni vəziyyət həm ictimai, həm də özəl sektorda müşahidə olunurdu.
Müasir hökumətlər energetika və səhiyyədən tutmuş tullantıların
təmizlənməsinə qədər, demək olar ki, hər sahədə dövlət siyasətini
müəyyənləşdirmək üçün elm adamlarına müraciət edir, qədim şahlıqlar isə
buna nadir hallarda əl atardı. Keçmişlə müasir dövr arasındakı ziddiyyət
silah sahəsində daha çox üzə çıxır. ABŞ prezidenti Duayt Eyzenhauer
1961-ci ildə vəzifədən getdikdə, hərbi-sənaye kompleksinin getdikcə
böyüməsi ilə meydana çıxan

289
təhdiddən danışarkən, sözlərdən birini unutmuşdu: o öz ölkəsini hərbi-
sənaye-elini kompleksin təhlükəsindən xəbərdar etməliydi; çünki müasir
müharibələr elmi istehsal məhsullanyla aparılır. Dünyada elm və
texnologiya sahəsindəki axtarışların əhəmiyyətli bir hissəsini hərbi
qüvvələr təşviq edir, istiqamətləndirir və maliyyələşdirir.
Birinci Dünya müharibəsi sonu görünməyən səngər döyüşləri
mərhələsinə keçdikdə, iki tərəf də alimləri köməyə çağıraraq bu düyünü
açmalarını və öz xalqlarını xilas etmələrini istədi. Ağ xalatlılar da bu
çağırışa cavab verərək, işə başladı və laboratoriyalarda daim yeni
möcüzəvi silahlar hazırladılar: döyüş təyyarələri, zəhərli qazlar, tanklar,
sualtı qayıqlar, daha effektiv avtomat silahlar, toplar, tüfənglər və
bombalar.
Elm İkinci Dünya müharibəsində daha böyük rol oynadı. 1944- cü
ilin sonlarına yaxın Almaniya müharibəni açıq-aşkar uduzurdu və tam
məğlubiyyət qaçılmaz görünürdü. Bundan bir il əvvəl Almaniyanın
müttəfiqi olan italyanlar Mussolini rejimini devirmiş və təslim olmuşdu.
Lakin Almaniya ingilis, amerikan və sovet ordularının irəliləməsinə
baxmayaraq, müharibəyə davam edirdi. Alman vətəndaşları və əsgərləri
digər səbəblərlə yanaşı, həm də alman alimlərinə inandıqları üçün
ümidlərini itirmirdi; düşünürdülər ki, onlar V-2 raketi yaxud reaktiv
təyyarələr kimi möcüzəvi silahlar yaratmaqla müharibədə dönüş
edəcəklər.
Almanlar raketlər və reaktiv təyyarələr üzərində çalışarkən,
Amerikan Manhetten Layihəsi atom bombasının hazırlanması ilə uğurla
tamamlandı. 1945-ci ilin avqustunda atom bombası hazır olduqda,
Almaniya artıq təslim olmuşdu, lakin Yaponiya müqavimət göstərməyə
davam edirdi. Amerikan qoşunları Yapon adalarını işğal etməyə
hazırlaşırdı. Yaponlar son damla qanlarına qədər döyüşəcəklərinə and
içdilər. Və bunun boş bir təhdid olmadığmı düşünmək üçün hər cür əsas
vardı. Amerikan generalları prezident Harri Trumenə Yaponiya işğalının
bir milyon amerikan əsgərinin ölümünə səbəb ola biləcəyini və
müharibənin 1946-cı ilə qədər uza- nacığını bildirdi. Trumen yeni
bombanı istifadə etməyə qərar verdi. İki bombanın atılmasından ikicə
həftə sonra Yaponiya qeyd-şərtsiz təslim oldu və müharibə qurtardı.

290
Şəkil 33. Alman raketi V-2 buraxılışa hazırdır.
Bu, müttəfiq qoşunları məğlub etməyə kömək etmədi,
lakin almanlar müharibənin son günlərinə qədər özlərinin
"möcüzəvi-silah"ına ümid edirdi.

Elm sadəcə hücum silahlarının yaradılmasında deyil, müdafiədə də


mühüm rol oynayır. Bu gün amerikalıların əksəriyyəti terrorizm
probleminin siyasi yox, texnoloji həllinə inanır. Məsələn,
nanotexnologiyaya milyonlar xərclənərsə, ABŞ-ın hər bir əfqan
mağarasına, Yəmən üsyançılarının sığınacağına və Şimali Afrikadakı
hərbi düşərgələrə bionik casus-milçəklər göndərə biləcəyini düşünürlər.
Əgər bunu bacarsalar, Usamə Bin Ladenin sələfləri Mərkəzi Kəşfiyyat
İdarəsinin casus-milçəkləri Lenqlidəki mərkəzi qərargaha məlumat
vermədən bir fincan qəhvə belə içə bilməzlər. Əgər beyin
araşdırmalarına milyonlarla dollar xərclənərsə, hər bir aeroport ultra-
skaner cihazlarıyla təchiz edilə bilər və beləliklə, insanların
beyinlərindən keçən hiddət və nifrət dolu fikirləri bu cihazların köməyi
ilə dərhal oxumaq mümkün olar. Bunlar faydalı ola bilərmi? Kim bilir.
Bionik milçəklər və fikir oxuyan skanerlər yaratmaq ağıllı işdirmi? O
qədər də yox. Hər necə olsa da, siz bu

291
sətirləri oxuyarkən, ABŞ Müdafiə Nazirliyi bu və buna bənzər ideyaları
həyata keçirmək məqsədilə nanotexnologiyaya və beyin tədqiqatlarına
milyonlarla dollar xərcləyir.
Hərbi texnologiyaya bu qədər aludəçilik (tanklardan atom
bombalarına və casus-milçəklərə qədər), nə qədər qəribə olsa da, çox
yaxın zamanlarda meydana çıxmış bir məsələdir. 129-cu əsrə qədər hərbi
sahədə baş verən inqilabların əksəriyyəti texnoloji deyil, təşkilatı
yeniliyin nəticəsiydi. Müxtəlif sivilizasiyalar ilk dəfə qarşılaşdıqda,
texnoloji fərqlər bəzən mühüm rol oynadı. Amma hətta belə hallarda da,
heç kəs bu fərqləri bilərəkdən yaratmağı və ya dərinləşdirməyi qarşısına
məqsəd qoymamışdı. İmperiyaların əksəriyyəti texnoloji biliklər
sayəsində yüksəlməmiş, onları idarə edənlər isə texnoloji inkişafa çox da
əhəmiyyət verməmişdi. Ərəblər Sasanilər imperiyasını daha yaxşı ox və
qılınclar sayəsində məğlub etməmişdi, yaxud səlcuqlar bizanslılar
qarşısında texnoloji üstünlüyə malik deyildi. Monqollar da Çini yeni və
dahiyanə bir silah sayəsində işğal etməmişdi. Əksinə, bütün bu hallarda,
məğlub tərəflərin hərbi və mülki texnologiyası daha da üstün idi.
Buna ən aşkar nümunələrdən biri Roma ordusudur. Roma ordusu öz
dövrünün ən yaxşı ordusu olsa da, texnoloji cəhətdən Karfagen,
Makedoniya və ya Selevklər imperyasından üstün deyildi. Onun
üstünlüyü effektiv təşkilatlanmaya, dəmir intizama və nəhəng insan
ehtiyatına əsaslanırdı. Roma ordusu heç vaxt tədqiqat və təkmilləşmə
işləri ilə məşğul olan bir bölük qurmamış, yüz illər boyunca təxminən
eyni silahlarla döyüşmüşdü. Eramızdan əvvəl ikinci əsrdə Karfageni
yerlə bir etmiş, sonra numansiyalıları məğlub edən Stsipion Emilianın
legionları 500 ildən sonra, yəni Böyük Kons- tantinin dövründə qəflətən
ortaya çıxsaydı belə, Stsipion yəqin ki, Konstantini məğlub edə bilərdi.
İndi də müasir dövrün əvvəllərində baş vermiş Otuz illik müharibə
zamanı Müqəddəs Roma imperiyasının qoşunlarına sərkərdəlik edən
general Vallenşteynin "dayan-doldurum" tüfənglərlə silahlanmış piyada
əsgərlərdən və süvarilərdən ibarət ordusu müasir amerikan reyncerləri ilə
qarşılaşsaydı, nələr olacağını təsəvvür edin. Vallenşteyn taktikanı yaxşı
bilən bir sərkərdə idi, ordusu peşəkar əsgərlərdən ibarət idi, lakin onların
məharəti müasir silahlar qarşısında əlacsız qalardı.

292
Romada olduğu kimi, Qədim Çində də general və filosofların
əksəriyyəti yeni silahlar hazırlamağı lazım bilmirdi. Çin tarixində ən
mühüm hərbi ixtira barıt idi. Amma bildiyimizə görə, barıt - həyat
iksirini axtaran daoçu kimyagərlər tərəfindən təsadüfən icad edilib. İlk
zamanlar bantdan istifadə çox maraqlı idi. Düşünmək olardı ki, daoçu
kimyagərlər Çini dünyanın ağasına çevirəcəklər, lakin çinlilər bu yeni
maddəni əsasən fişənglərin hazırlanmasında istifadə etdi. Sonq
imperiyası monqol istilaçılarının təzyiqi altında çökdükdə belə, heç bir
imperator orta əsrlər tipində bir Manhet- ten Layihəsi hazırlayıb, qeyri-
adi silah ixtira edərək imperiyanı xilas etməyi ağlına gətirmədi. Yalnız
15-ci əsrdə (bantın icadından təxminən 600 il sonra) toplar Afrika-Asiya
döyüş meydanlarında həlledici rol oynamağa başladı. Bu qədər
ölümsaçan bir potensiala malik maddənin hərbi məqsədlər üçün istifadə
olunması nə üçün uzun müddətdən sonra baş tutdu? Çünki barıt elə bir
dövrdə icad olunmuşdu ki, bu zaman krallar, alimlər və ya tacirlər yeni
hərbi texnologiyaların onları xilas edə və ya zənginləşdirə biləcəyini dü-
şünmürdü.
Bu vəziyyət 15-ci və 16-cı əsrlərdə dəyişməyə başladı, amma
hökmdarların çoxu yalnız 200 ildən sonra yeni silahların ixtira
edilməsini və təkmilləşdirilməsini maliyyələşdirməyə maraq göstərdi.
Bu müddət ərzində logistika və strategiya müharibələrin nəticəsinə
texnologiyadan daha çox təsir göstərməyə davam etdi. Austerlitsdə
(1805) Avropanın bütün ordularını darmadağın edən Napoleonun döyüş
maşını XVI Lüdovikin ordusuyla təxminən eyni şəkildə silahlanmışdı.
Napoleon özü də topçu idi, bununla belə, yeni silahlara maraq
göstərmədi, hərçənd alim və ixtiraçılar onu uçan cihazlar, sualtı qayıqlar
və raketlərin hazırlanmasına maliyyə vəsaiti ayırması üçün dilə tuturdu.
Elm, sənaye və hərbi texnologiya yalnız kapitalist sistemin ortaya
çıxması və Sənaye İnqilabının həyata keçməsi nəticəsində birləşdi. Bu
əlaqə qurulan kimi dünyanı çox sürətli şəkildə dəyişdirməyə başladı.

293
Tərəqqi idealı
Elmi İnqilaba qədər mədəniyyətlərin əksəriyyəti tərəqqiyə inan-
mırdı. Qızıl dövrünün keçmişdə qaldığını və dünyanın durğunluq içində
olduğunu ya da getdikcə korlandığını düşünürdülər. Keçmiş ənənələrə
sadiq qalmaq - şanlı dövrlərə qayıtmağın yeganə yolu kimi dərk olunurdu;
insan zəkası gündəlik həyatın bu və ya başqa sahəsini təkmilləşdirə
bilərdi, amma bəşəriyyətin bilik ehtiyatının dünyanın ən fundamental
problemlərini həll etməsi qeyri-mümkün görünürdü. Məhəmməd, İsa,
Budda və Konfutsi (bilmək mümkün olan hər şeyi bilənlər) belə, aclıq,
yoxsulluq, xəstəlik və müharibələri yer üzündən yox edə bilməyiblərsə,
biz bunu necə edəcəkdik?
Bir çox etiqadlar Məsihin bir gün ortaya çıxıb bütün müharibələrə,
aclığa və hətta ölümə son qoyacağına inanırdı. Lakin bəşəriyyətin yeni
vasitələr ixtira edərək və yeni biliklər kəşf edərək bunu edə biləcəyi fikri
nəinki gülünc görünürdü, hətta təkəbbürlülük sayılırdı. Babil qülləsinin,
İkann, Qolemin tarixçələri və saysız-hesabsız digər miflər insanlara öz
imkanlan çərçivəsindən kənara çıxmaq üçün etdikləri hər bir cəhdin
məyusluq və fəlakətlə nəticələnədyini öyrədirdi.
Müasir mədəniyyət hələ çox şeyin məlum olmadığını etiraf edib
cəhaləti qəbul etdikdə və elmi kəşflərin bizə yeni imkanlar açacağına
ümid yarandıqda, insanlar tədricən tərəqqinin mümkün ola biləcəyinə
inanmağa başladı. Elm mürəkkəb məsələləri bir-birinin ardınca həll
etməyə başladıqda, bir çoxları bəşəriyyətin yeni biliklər qazanaraq və
bunları tətbiq edərək istənilən çətinliyin öhdəsindən gələ biləcəyinə
inandılar. Yoxsulluq, xəstəliklər, müharibələr, aclıq, qocalıq və hətta
ölüm bəşəriyyətin taleyi deyildi, sadəcə cəhalətin bəhrəsi idi.
İldırım - buna ən yaxşı nümunədir. Bir çox xalqlar ildırımın gü-
nahkarları cəzalandıran qəzəbli bir tanrının çəkici olduğuna inanırdı. 18-
ci əsrin ortalarında, elm tarixindəki ən məşhur eksperimentlərdən birində
amerikan alimi Bencamin Franklin fırtına zamanı çərpələng uçuraraq,
ildırımın sadəcə elektrik cərəyanı olduğu fərziyyəsinin doğruluğunu
yoxlamaq istədi. Empirik müşahidələrin elektrik enerjisinə dair biliklərlə
birləşməsi Franklinə ildınmötürücünü ixtira etməyə kömək etmiş və
tannların silahını əllərindən almışdı.

294
Şakıt 34. Bencamin Franklin tanrıları tərk-silah edir.

Yoxsulluq buna dair başqa bir misaldır. Bir çox mədəniyyətlərdə


yoxsulluğa günahlarla dolu dünyanın ayrılmaz hissəsi kimi baxılırdı.
Əhdi-Cədidə görə, çarmıxa çəkilməzdən bir az əvvəl İsanın üzərinə bir
qadın 300 dinar dəyərində bahalı yağ çəkir. İsanın həvariləri bu qədər
böyük pulu israf edib, yoxsullara vermədiyi üçün qadını danlayırlar. İsa
isə qadını müdafiə edərək deyir: "Yoxsullar həmişə olacaq və istədiyiniz
vaxt onlara yardım edə bilərsiniz. Amma məni həmişə tapmayacaqsınız"
(Mark, 14:7). Bu gün getdikcə daha az insan və daha az xristian İsa ilə
eyni fikri paylaşır. Yoxsulluq - öhdəsindən gəlmək mümkün olan texniki
problem kimi qəbul edilir. Ümumi fikrə görə, aqronomiya, iqtisadiyyat,
tibb və sosiologiyadakı son nailiyyətlərə əsaslanaraq yoxsulluğu ləğv
etmək mümkündür.
Doğrudan da, dünyanın bir çox ölkələri məhrumiyyətin ən pis
formalarından qurtulub. Tarix boyunca cəmiyyətlər iki cür məhru-
miyyətdən əziyyət çəkib: bəzi insanların digərlərinin sahib olduğu
imkanlardan faydalanmasına mane olan sosial məhrumiyyət və

295
ərzaq, sığınacaq yoxluğu üzündən insanların həyatının təhlükəyə məruz
qaldığı bioloji məhrumiyyət. Bəlkə də, sosial məhrumiyyətlərin heç vaxt
kökü kəsilməyəcək, amma dünyanın əksər ölkəsində bioloji
məhrumiyyətlər artıq keçmişdə qalıb.
Yaxın zamanlara qədər insanların əksəriyyəti bioloji yoxsulluq
həddində yaşayırdı və bu həddin aşağısında olan insanlar həyatlarını uzun
müddət davam etdirə bilməyəcək qədər az qidalanırdı. Hətta ən kiçik
uğursuzluqlar yaxud səhvlər də insanları aclıqla üz-üzə gətirə bilirdi. Təbii
fəlakətlər və insanların özlərinin yol açdığı texnogen bəlalar da bəzən
bütöv bir cəmiyyəti uçuruma itələyib, milyonlarla insanın ölümünə səbəb
olurdu. Bu gün dünyadakı insanların çoxu təhlükəsizlik toru ilə əhatə
olunub; insanlar sığorta, dövlətlərin sosial müdafiə tədbirləri və çox sayda
yerli və beynəlxalq QHT-lər vasitəsi ilə fəlakətlərə qarşı müdafiə olunur.
Təbii fəlakət bütün bir bölgəni iflic etdikdə, adətən bütün dünya kömək
etmək üçün oraya tələsir və fəlakətin ən pis nəticələrini aradan qaldırmaq
mümkün olur. İnsanlar hələ də yoxsulluqla bağlı xəstəliklərdən əziyyət
çəkir, həqarətlərə məruz qalır, amma dünyanın əksər ölkəsində heç kim
aclıqdan ölmür. Əksinə, çox yerdə insanlar aclıqdan deyil, piylənmə
üzündən ölüm təhlükəsi altındadır.

"Gilqameş" layihəsi

Bəşəriyyətin həlledilməz sayılan bütün problemləri arasında xüsusilə


biri ən xoşagəlməz, ən həyəcanlandırıcı və ən mühümdür: ölüm. Yaxın
zamanlara qədər din və ideologiyaların əksəriyyəti ölümün insanın
qaçılmaz taleyi olduğunu qəbul edirdi. Üstəlik, etiqadların çoxu ölümü -
həyatın mənasmm əsas mənbəyi kimi sayırdı. İslamı, xristianlığı və ya
qədim Misir dinini ölümün olmadığı bir dünyada təsəvvür etməyə çalışın.
Bu etiqadlar insanlara ölümü dəf etməyə və yer üzündə əbədi yaşamağa
çahşmaqdansa, ölümlə barışmağı və ölümdən sonrakı həyata ümid etməyi
məsləhət görürdü. Ən parlaq zəkalar ölümdən qaçmaq üçün deyil, ölümə
məna vermək üçün çalışırdı.

296
Bu qədim Şumerdən bizə gəlib çatmış olan Gilqameş dastanının da
mövzusudur. Hekayənin qəhrəmanı dünyanın ən güclü və ən zirək insam
olan, döyüşlərdə hər kəsə qalib gələ bilən Uruk şahı Gilqameşdir. Bir gün
Gilqameşin ən yaxın dostu Enkidu xəstələnib ölür. Gilqameş dostunun
cəsədi yanından günlərlə ayrılmır, və nəhayət, cəsədin burun dəliklərindən
qurdların çıxdığını görür. Bundan dəhşətə düşən Gilqameş heç vaxt
ölməmək üçün əlindən gələni edəcəyinə qərar verir. Ölümə qalib gəlmək
üçün mütləq bir yol tapmalıdır. Gilqameş dünyanın sonuna çatmaq üçün
səyahətə çıxır. Rast gəldiyi şirləri öldürür, əqrəb-adamlarla döyüşür, yeral-
tı dünyaya gedən yolu tapır, Urşanabinin daş nəhənglərini məhv edir,
ölüləri çayın digər sahilinə daşıyan bədheybətə qalib gəlir və nəhayət,
tufandan qurtula bilmiş Utnapiştimi tapır. Amma yenə də məqsədinə çata
bilmir. Evə əliboş və həmişəki kimi ölümlü olaraq qayıdır. Lakin Gilqameş
dərin bir biliyə sahib olur: tanrılar insanı yaratdıqda, ölümü ona qaçılmaz
bir tale kimi yazıb və insan bununla barışaraq yaşamağı öyrənməlidir.
Tərəqqi tərəfdarları bu məğlubiyyətçilik əhvali-ruhiyyəsini qəbul etmir.
Alimlər üçün ölüm qaçılmaz tale deyil, sadəcə texniki bir problemdir,
insanlar tanrı belə buyurduğu üçün deyil, ürək tutması, xərçəng, infeksiya
kimi müxtəlif texniki səbəblər üzündən ölür. Hər texniki problemin texniki
bir həlli var. Əgər ürək pis işləyirsə, kardiostimulyatorla gücləndirilə bilər
və ya başqa bir ürəklə dəyişdirilə bilər; orqanizmə yerləşmiş xərçəng
kimyəvi dərmanlarla yaxud radiasiya ilə yox edilə bilər. Bakteriyalar
çoxalıb yayılırsa, antibiotiklər bunun qarşısım ala bilər. Doğrudur, hal-
hazırda bütün texniki problemləri həll edə bilmirik, lakin bunların üzərində
çalışırıq. Alimlərimiz ölümün mənasım axtarmaqla məşğul olmur, bunun
əvəzinə xəstəlik və qocalığa yol açan fizioloji, hormonal və genetik
sistemləri araşdırır. Yeni dərmanlar, müalicə sahəsində inqilab sayıla
biləcək yeni üsullar və süni orqanlar yaradaraq ömrümüzü uzatmağa çalışır
və günlərin birində axirətə gedən yolu bəlkə də, aradan qaldıra
biləcəklərinə ümid edirlər.
Yaxın vaxtlara qədər alimlərin yaxud hər hansı bir nəfərin belə açıq
şəkildə danışdığını eşidə bilməzdiniz. "Ölümə qalib gəlmək?

297
Cəfəngiyatdır! Biz sadəcə xərçəngi, vərəmi və alzheymer xəstəliyini
müalicə etməyə çalışırıq", - deyərdilər. İnsanlar ölüm problemini həll
etməkdən söz açmırdı, çünki bu hədəf əlçatmaz görünürdü. Əsassız
ümidlər yaratmaq nəyə lazımdır? Amma indi bu barədə açıq şəkildə danışa
bilirik. Elmi inqilabın ən mühüm layihəsi bəşəriyyətə əbədi həyat imkanı
verməkdir. Ölümü aradan qaldırmaq hələlik çox uzaq görünsə də, bir neçə
əsr əvvəl ağlasığmaz sayılan çox şeyə nail ola bilmişik. 1199-cu ildə
İngiltərə kralı Şir Ürəkli Riçard sol çiynindən oxla vurulmuşdu, bu gün
buna yüngülcə yaralandı, deyərdik. Amma 1199-cu ildə, yəni
antibiotiklərin, effektiv sterili- zasiya metodlarının olmadığı bir dövrdə bu
kiçik yaraya infeksiya düşdü və qanqrenaya səbəb oldu. 12-ci əsr
Avropasında qanqrenanı dayandırmağın yeganə yolu bədənin zədələnmiş
hissəsini kəsmək idi. Amma infeksiya çiyində olduğu üçün bu mümkün
deyildi. Qanqrena Riçardın bədəninə yayıldı və heç kim krala kömək edə
bilmədi. İki həftədən sonra o dəhşətli əzablar içində öldü.
19-cu əsr kimi yaxm bir dövrdə hətta ən yaxşı həkimlər də in-
feksiyanm qarşısını necə almağı və toxumalardakı çürüməni necə
dayandırmağı bilmirdi. Səhra hospitallarında həkimlər hətta yüngül
yaraları olan əsgərlərin də əl və ayaqlarını qanqrena qorxusu ilə kəsirdilər.
Bu da digər tibbi əməliyyatlar kimi (məsələn, dişlərin çəkilməsi)
anesteziya (ağrını kəsmək) olmadan edilirdi. İlk ağrıkəsicilər, - efir,
xloroform və morfin, - Qərb təbabətində sadəcə 19-cu əsrin ortalarından
etibarən müntəzəm şəkildə istifadə olunmağa başlandı. Xloroformun
ixtirasından əvvəl həkim bir əsgərin zədələnmiş orqanını amputasiya
etdikdə, dörd əsgər də yaralı yol- daşlannımn əl və ayaqlanndan tuturdu.
Vaterloo döyüşünün (1815) ertəsi günü səhra hospitallarının yanında yaralı
əsgərlərin kəsilmiş əl və ayaqlan bir-birinin üstünə qalaqlanmışdı. O
günlərdə orduya yazılmış qəssab və dülgərləri adətən tibbi bölüklərə
göndərirdilər; çünki cərrahlıq üçün sadəcə bıçaq və mişardan istifadə
etməyi bilmək lazım idi.
Vaterloodan sonrakı iki yüz il içində bu vəziyyət kəskin dərəcədə
dəyişdi. Həblər, iynələr və mürəkkəb tibbi əməliyyatlar bizi bir zamanlar
qaçılmaz ölüm cəzası kimi qəbul edilən bir çox xəstəlik və

298
yaralardan xilas edə bilir, həmçinin adi naxoşluq və ağrılardan qoruyur,
halbuki bunlar bizim atalarımızın həyatının ayrılmaz hissəsi idi. Orta
ömür müddəti bütün dünyada 25-40 yaşdan 67-yə, inkişaf etmiş
ölkələrdə hətta 80-a yüksəldi.1
Ən çox uşaq ölümlərinin sayı azaldı. 20-ci əsrə qədər kənd təsərrüfatı
ilə məşğul olan cəmiyyətlərdə orta hesabla uşaqlann üçdə biri yetkinlik
yaşına çata bilmirdi. Onlann əksəriyyəti difteriya, çiçək və qızılca kimi
uşaq xəstəliklərindən ölürdü. 17-ci əsr İngiltərəsində yeni doğulmuş hər
1000 uşaqdan 150-si birinci il ölür, uşaqlann üçdə biri isə 15 yaşına
çatmadan həyatla vidalaşırdı.2 Bu gün isə İngiltərədə yeni doğulmuş 1000
körpədən birinci il sadəcə 5-i, 15 yaşına çatmadan isə cəmi 7-si ölür.3
Bu rəqəmlərin mənasını daha yaxşı anlamaq üçün statistikanı bir
kənara qoyub, bəzi hekayələrə diqqət yetirməliyik. İngiltərə kralı I Eduard
(1237-1307) və arvadı kraliça Eleanoranın (1241- 1290) hekayəti buna
yaxşı misaldır. Onlann uşaqlan orta əsrlərdə mümkün olan ən yaxşı
şəraitdə böyüyürdü. Saraylarda yaşayır, istədikləri qədər yemək yeyir, isti
paltarlar geyinirdi. Buxan üçün odun kifayət qədər idi, təmiz su problemi
yox idi. Onlara ən yaxşı xidmətçilər qulluq edir və ən yaxşı həkimlər
baxırdı. Mənbələr kraliça Eleanoranın 1255-1284-cü illər arasında 16 uşaq
doğduğunu qeyd edir:

1. Adı bilinməyən bir qız uşağı, 1255-ci ildə doğuldu və dərhal öldü.
2. Katerina adında bir qız uşağı, 1 ya da 3 yaşında öldü.
3. Coan, başqa bir qızı, 6 aylıq uşaqkən öldü.
4. Con adında oğlan uşağı, 5 yaşında öldü.
5. Henri adlı oğlu, 6 yaşında öldü.
6. Eleanora adlı bir qızı, 29 yaşında öldü.

1
Maddison, The World Economy, cildli, sayı: 31; Wrigley, English Population History, səh. 295;
Christian, Maps of Time, səh. 450,452; “World Health Statistic Report 2009”, səh. 35- 45, World
Health Organization, http:// www.who.int/whosis/whostat/EN_WHS09_Full.pdf (sayta 10
dekabr 2010-cu ildə baxılmışdır).
2
Wrigley, English Population History, səh. 296.
’ “England, Interim Life Tables, 1980-82 to 2007-09", Office for National Statistics, http://
www.ons.gov.uk /ons/publications/re-reference-tables.html?edition=tcm%3A77-61850 (Sayta
22 mart 2012c- ildə baxılmışdır).

299
7. Adı məlum olmayan başqa bir qızı beş aylığında öldü.
8. Qizi Coan 35 yaşında öldü.
9. Oğlu Alfonso 10 yaşında öldü.
10. Qızı Marqaret 58 yaşında öldü.
11. Berenqeria adlı bir qız uşağı 2 yaşında öldü.
12. Adı bilinməyən başqa bir qızı doğuşdan az sonra öldü.
13. Mariya adlı qızı 53 yaşında öldü.
14. Adı məlum olmayan bir oğlan uşağı doğulduqdan bir az sonra
öldü.
15. Qızı Elizabet 34 yaşında öldü.
16. Oğlu Eduard 43 yaşında öldü.

Kiçik oğul Eduard ən təhlükəli uşaq illərini adlamış ilk oğlan uşağı idi
və atasının ölümündən sonra Kral II Eduard kimi İngilis taxtına çıxdı. Başqa
sözlə, Eleanora 16 dəfə doğduqdan sonra ingilis kraliçası üçün ən əsas
vəzifənin öhdəsindən gələ bilmiş - öz ərinə vəliəhd verə bilmişdi. Görünür,
II Eduardın anası fövqəladə dərəcədə səbirli və dözümlü bir qadınmış.
Eduardın özünə arvad kimi seçdiyi fransız İzabella isə belə deyildi. Izabella
muzdlu qatillər tutmuş və əri Eduardı 43 yaşındaykən öldürtmüşdü. 1
Bildiyimizə görə, Eleanora və I Eduard sağlam ər-arvad idi və uşaqlarına
hər hansı bir ağır irsi xəstəlik keçirməmişdi. Bununla belə, 16 uşaqdan 10-u
(62%) uşaqkən ölmüşdü, sadəcə 6-sı 11 yaşma çatmış və cəmi 3-ü (18%) 40
yaşını keçə bilmişdi. Bu doğuşlardan əlavə, Eleanoranm yəqin ki, vaxtından
əvvəl uşaq saldığı hamiləlikləri də olmuşdu. Eduard və Eleanora orta hesabla
hər üç ildə bir uşaq, yəni bir-birinin ardınca 10 uşaq itirmişdi. Bu gün hər
hansı bir valideyn belə itkini ağlına da gətirməz.
Gilqameş proyekti, yəni əbədi həyat axtarışı, nə qədər davam edəcək?
Yüz il? Beş yüz il? Bəlkə, min il? 1900-cü ildə insan orqanizmi ilə nə qədər
az şey bildiyimizi və bir əsrdə nə qədər çox şey öyrəndiyimizi xatırlasaq,
nikbinlik üçün çox səbəbimiz var. Yaxın zamanlarda genetika mühəndisləri
Caenorhabditis elegans adlı bir

1
Michael Prestwich, Edward 1, Berkley: University of California Press, 1988, səh. 125-126.

300
qurdun orta ömür müddətini altı dəfə uzatmağı bacarıb? Bunu Homo
sapiens üçün də edə bilərlərmi? Nanotexnologiya mütəxəssisləri mil-
yonlarla nanorobotdan ibarət bionik immun sistemi hazırlayır; bu sistem
bədənimizə yeridildikdə tıxanmış qan damarlarını açacaq, virus və
bakteriyalarla mübarizə aparacaq, xərçəng hüceyrələrini məhv edəcək və
hətta qocalma prosesinin də qarşısını alacaq.1 2
Bir neçə alim 2050-ci ildən etibarən bəzi insanların "qocalmaz"
(ölümsüz yox, çünki bir qəza nəticəsində ölə bilərlər; "qocalmaz" sözü, bir
qəza olmazsa, həyatın sonsuza qədər uzadıla biləcəyi mənasında işlədilir)
olacağını iddia edir.
Gilqameş layihəsinin uğurla nəticələnib-nəticələnməməsindən asılı
olmayaraq, tarixi nöqteyi-nəzərdən baxdıqda, müasir din və ideologiyaların
əksəriyyətinin ölümü və ölümdən sonrakı həyatı öz hekayələrindən
çıxarması çox maraqlıdır. 18-ci əsrə qədər dinlər ölümü və axirəti həyatın
əsl mənası kimi qəbul edirdi. 18-ci əsrdən etibarən isə dinlər və liberalizm,
sosializm, feminizm kimi ideologiyalar ölümdən sonrakı həyatla
maraqlanmadılar. Öldükdən sonra kommunistin başına nə gəlir? Bəs,
kapitalistin? Ya da feministin? Bu sualın cavabını Marksın, Adam Smitin
və ya Simone de Bovu- arın əsərlərində axtarmaq mənasızdır. Ölümə hələ
də mərkəzi rol verən yeganə müasir ideologiya millətçilikdir. Xüsusən,
özünün poetik və romantik anlarında millətçilik və vətən uğrunda ölənlərin
xalqın yaddaşında əbədi yaşayacağını vəd edir. Lakin bu vəd o qədər
tutqundur ki, millətçilərin əksəriyyəti ona necə yanaşacağını özləri də
bilmir.

1
Jennie B.Dorman, “The age-1 and daf-2 Genes Function in a Common Pathway to Control the
Lifespan of Caenorhabditis elegans", Genetics, cild: 141, sayı: 4(1995), səh. 1399- 1406; Koen
Houthoofd “Life Extension via Dietary Restriction is Independent of the Ins/ 1GF-1 Signaling
Partway in Caenorhabditis elegans”. Experimental Gerontology, cild: 38, sayı: 9 (2003), səh. 947-
954.
2
Shawn M.Douglas, Ido Bachelet və George M.Church, “A Logic-Gated Nanorobot for Targeted
Transport of Molecular Payloads”, Science, cild: 335, sayı: 6070 (2012), səh. 831- 834; Dan Peer
“Nanocarriers As An Emerging Platform for Cancer Therapy", Nature Nanotechnology, cild: 2
(2007), səh. 751-760; Dan Peer “Systemic Leukocyte-Directed siRNA Delivery Revealing Cyclin
DI as an Anti-Inflammatory Target”, Science, cild: 319, sayı: 5863 (2008), səh. 627-630.

301
Elmin hamisi

Texnologiya əsrində yaşayırıq və əksəriyyətimiz elm və texnikanın


bütün problemlərimizi həll edə biləcəyinə inanırıq. Bunun üçün sadəcə alim
və texniklərə öz işlərini görmək üçün imkan verməliyik, belə olarsa, onlar
cənnəti burada, yer üzündə yaradacaq. Lakin elm insan fəaliyyətinin digər
sahələrindən daha üstün əxlaqi və ya mənəvi səviyyədə həyata keçən bir
hadisə deyil. Elm də mədəniyyətimizin digər parçalan kimi iqtisadi, siyasi
və dini maraqların təsiri altında formalaşır.
Elm - çox bahalı bir işdir. İnsanın immun sistemi üzərində tədqiqatlar
aparan bir bioloq üçün laboratoriyalar, sınaq şüşələri, kimyəvi maddələr və
elektron mikroskoplar lazımdır, hələ laborantları, elektrikləri, santexnikləri
və xadimələri demirəm. Kredit bazarları ilə bağlı bir model hazırlamaq
istəyən iqtisadçının kompüterlər alması, nəhəng məlumat bankı yaratması,
bu məlumatlann emalı üçün mürəkkəb proqramlar hazırlaması lazımdır.
Qədim ovçu- toplayıcıların davranışlarını anlamağa çalışan bir arxeoloqun
isə uzaq ölkələrə səyahət etməsi, qazıntılar aparması və daşlaşmış
sümüklərin, əşyaların tarixini müəyyənləşdirə bilməsi lazımdır. Bütün
bunlar pulla başa gəlir.
Son 500 il ərzində elm çox möcüzələr yaradıb və bu əsasən
hökumətlərin, şirkətlərin, fondların və fərdi xeyriyyəçilərin elmi
tədqiqatlara milyardlarla dollar ayırması sayəsində mümkün olub. Bu
milyardlar kainatın və dünyanın xəritəsini hazırlamaq və heyvanat aləmini
kataloqlaşdırmaq məsələsində Qalileo Qaliley, Xristo- for Kolumb və Çarlz
Darvindən daha çox iş görüb. Bu dahilər dünyaya gəlməsəydi, yəqin ki,
onların kəşflərini başqaları edəcəkdi. Lakin zəruri maliyyə mənbələri
olmasaydı, heç bir parlaq zəka bunu kompensasiya edə bilməzdi. Məsələn,
Darvin doğulmasaydı, biz bu gün təkamül nəzəriyyəsini Alfred Rassel
Uollesin, yəni təbii seçmə yolu ilə təkamül ideyasını Darvindən müstəqil
olaraq və ondan cəmi bi neçə il sonra irəli sürmüş şəxsin adına yazacaqdıq.
Lakin Avropa dövlətləri dünyanın hər tərəfində coğrafi, zooloji və botanik
tədqiqatları maliyyələşdirməsəydi, nə Darvinin, nə də Uollesin əlində
təkamül nəzəriyyəsini inişaf etdirmək üçün zəruri olan

302
empirik məlumatlar olardı. Hətta, yəqin ki, bu işə girişməzdilər.
Bəs, nə üçün dövlətlər və şirkətlərin milyardlarla dolları laboratoriyalara
və universitetlərə axmağa başladı? Akademik dairələrdə bir çoxları saf elmə
sadəlövh şəkildə inanır. Elə düşünürlər ki, istədikləri sahədə ağıllarına gələn
elmi tədqiqatları aparmaq üçün dövlət və şirkətlər onlara təmənnasız şəkildə
pul verir. Lakin elmin maliyyələşdirilməsində əsl həqiqət bu deyil.
Elmi tədqiatların əksəriyyəti ona görə maliyyələşdirilir ki, kimsə bu
tədqiqatların müəyyən siyasi, iqtisadi və ya dini məqsədlərə nail olmağa
kömək edəcəyinə inanır. Məsələn, 16-cı əsrdə krallar və bankirlər uzaq
ekspedisiyalara nəhəng məbləğdə maliyyə vəsaiti qoyduqları halda, uşaq
psixologiyası ilə bağlı araşdırmalar üçün bircə qəpik də ayırmadılar. Çünki
krallar və bankirlər çoğrafi kəşflərdən mənfəət əldə etməyi - yeni torpaqlar
fəth etməyi və yeni ticarət imperiyaları qurmağı düşünürdü. Eyni zamanda
bilirdilər ki, uşaq psixologiyasını anlamağa çalışmaq onlara heç bir qazanc
gətirməyəcək.
1940-cı illərdə Amerika və Sovet İttifaqı hökumətləri sualtı arxeologiya
əvəzinə nüvə fizikasına nəhəng miqdarda vəsait ayırmışdı; bu hökumətlər
nüvə fizikası tədqiqatlarının nüvə silahlan yaratmağa imkan verəcəyini,
sualtı arxeologiyanın isə müharibələrdə qalib gəlməyə heç bir kömək
etməyəcəyini düşünürdü. Alimlər hansı siyasi, iqtisadi və dini maraqların
pul axınını idarə etdiyini çox vaxt bilmir; hətta onların çoxu sırf elmi maraq
üzündən hərəkət edir və apardıqları tədqiqatların hədəfini çox nadir hallarda
özləri müəyyənləşdirir.
Siyasi, iqtisadi və dini maraqlardan asılı olmayan saf bir elmi
maliyyələşdirmək istəsək də, bu yəqin ki, mümkün olmazdı. Çünki ehtiyat
mənbələrimiz məhduddur. Bir konqresmenə Elmi Tədqiqatlar Milli
Fonduna əlavə olaraq bir milyon dollar lazım olduğunu desəniz, o da haqh
olaraq sizdən soruşar ki, bu pullar müəllimlərin hazırlıq səviyyəsinin
yüksəldilməsinə və ya seçildiyi ərazidə maliyyə çətinlikləri olan bir fabrikin
vergi yükündən azad edilməsinə ayrılsa, daha yaxşı olmazmı? Məhdud
resurslardan düzgün şəkildə istifadə etmək üçün, hər dəfə "Hansı daha
vacibdir?" və "Hansı yaxşıdır?" kimi suallara cavab verməyimiz lazımdır.

303
Bunlar isə elmi suallar deyil. Elm dünyada mövcud olan hadisələri, nəyin
necə işlədiyini, nəyin necə baş verə bilacayini izah edir; amma gələcəkdə
nəyin mütlaq olacağını iddia etməz, belə məsələlərlə yalnız dinlər və
ideologiyalar məşğul olur.
Belə bir situasiyanı təsəvvür edək: eyni şöbədə işləyən və eyni peşə
biliklərinə sahib olan iki bioloq özlərinin tədqiqat layihələrini həyata
keçirməkdən ötrü bir milyon dollar qrant almaq üçün müraciət edirlər.
Professor Slaqhom inəklərin əmcəklərini zədələyən və sağılan südün
miqdarını 10 faiz azaldan bir xəstəliyi araşdırmaq, professor Sprout isə
inəklərin balalarmdan ayrıldıqdan sonra depressiyaya düşüb-düşmədiyini
öyrənmək istəyir. Pul vəsaitinin məhdud olduğunu və iki layihəni eyni
zamanda maliyyələşdirmək mümkün olmadığını fərz etsək, hansı layihəyə
vəsait ayrılmalıdır?
Bu sualm elmi cavabı yoxdur; yalnız siyasi, iqtisadi və ya dini cavablar
vardır. Müasir dünyada Slaqhomun qrant almaq ehtimalının daha yüksək
olduğu aydındır. Bunun səbəbi, elmi nöqteyi-nəzərdən əmcək
xəstəliklərinin inəklərin şüurundan daha çox maraq doğurması deyil, belə
tədqiqatlardan fayda götürən süd sənayesinin heyvan hüquqları
müdafiəçilərinə nisbətən daha ciddi siyasi və iqtisadi nüfuza sahib
olmasıdır.
İnəklərin müqəddəs sayıldığı induist cəmiyyətində və ya heyvan
hüquqlarını müdafiə edən bir cəmiyyətdə, bəlkə də, bu yarışı professor
Sprout udardı. Amma nə qədər ki, südün kommersiya potensialını və ya
insanların sağlamlığını heyvan hüquqlarından üstün tutan bir cəmiyyətdə
yaşayırsa, bu tələbləri nəzərə alaraq qrant üçün layihə hazırlaması daha
yaxşı olardı. Məsələn, "Depressiya süd istehsalının azalmasına səbəb olur.
Əgər sağmal inəklərin psixoloji dünyasını anlaya bilsək, onların əhvali-
ruhiyyəsini yaxşılaşdırmaq üçün psixiatrik dərmanlar hazırlaya bilər və
beləcə, süd istehsalını 10% artıra bilərik. Təxminlərimə görə, inəklər üçün
psixiatrik preparatlara dünya bazarlarında illik tələbat 250 milyon dollar
ola bilər", - deyə yaza bilər.
Elm özü üçün prioritetlər müəyyənləşdirə bilməz. Həmçinin, öz
kəşflərindən necə istifadə edilməsinə də qərar verə bilməz. Məsələn, sırf
elmi nöqteyi nəzərdən, genetika ilə bağlı getdikcə artmaqda olan
biliklərimizlə nə edəcəyimizi dəqiq bilmirik. Bu bilikləri xərçəngi

304
müalicə etmək üçünmü istifadə etməliyik, genetik olaraq modifi- kasiya
edilmiş super-insan irqi, yoxsa böyük əmcəkləri olan sağmal inəklər
yaratmalıyıq? Aydındır ki, liberal, kommunist və ya nasist hökumətlər,
ya da kapitalist bir şirkət eyni elmi kəşfi tamamilə fərqli məqsədlər üçün
istifadə edəcək və bu məqsədlərdən hər hansı birinə üstünlük vermək elmi
səbəblərlə bağlı olmayacaq.
Qısaca desək, elmi tədqiqatlar yalnız din və ya ideologiya ilə ittifaq
qurduqda inkişaf edə bilər. İdeologiya tədqiqatlara ayrılan vəsaitə haqq
qazandırır, amma əvəzində elmi işlərin gedişatına təsir göstərir və
kəşflərdən necə istifadə edilməsinə qərar verir. Beləliklə, bəşəriyyətin
başqa hədəflərə deyil, Alamoqordo və ya Aya necə gedib çatdığını
anlamaq üçün fiziklərin, bioloqların və sosioloqların nailiyyətlərini
araşdırmaq kifayət deyil. Eyni zamanda fizika, biologiya və
sosiologiyanın formalaşmasına təsir göstərərək, bəzi araşdırmalara mane
olan, bəzilərini isə təşviq edən ideoloji, siyasi və iqtisadi qüvvələri də
nəzərə almaq lazımdır.
Bunlardan ikisi xüsusilə diqqətəlayiqdir: imperializm və kapitalizm.
Elm, imperiyalar və sərmayə arasındakı əks əlaqə sikli son 500 il ərzində
tarixin mühərriki oldu. Növbəti fəsildə bunun necə baş verdiyi təhlil
olunur. Əvvəlcə, bu mühərrikdə elm və imperiya adlı iki turbinin bir-
birilə necə bağlandığını, sonra da onların kapitalizmin pul püskürən
nasosu ilə necə əlaqəli olduğunu araşdıracağıq.

305
15

Elmlə imperiyamn nikahı

ÜNƏŞ YERDƏN NƏ QƏDƏR UZAQDADIR? BU sual


G müasir dövrün başlanğıcında, xüsusən də Kopemik Yerin
deyil, Günəşin kainatın mərkəzində olduğunu iddia etdikdən son-
ra bir çox astronomu maraqlandırmışdır. Astronom və riyaziyyatçı-
lar bu məsafəni hesablamağa çalışdı, amma onların tətbiq etdikləri
üsullar çox fərqli nəticələr ortaya çıxartdı. Nəhayət, 18-ci əsrin orta-
larında bu məsafəni hesablamaq üçün etibarlı bir üsul təklif edildi.
Hər bir neçə ildən bir Venera planeti günəşlə yer kürəsinin arasından
keçir; dünyanın müxtəlif nöqtələrindən baxdıqda, müşahidəçinin
baxış bucağındaki çox kiçik fərqlər üzündən bu keçidin müddəti də
fərqli görünür. Əgər Veneranın Günəşlə Yer arasmdakı keçidi eyni
anda müxtəlif qitələrdən müşahidə edilərsə, sadə triqonometriya
ilə Yerdən Günəşə qədər olan məsafəni ölçmək mümkün olacaq.
Astronomlar Veneranın növbəti keçidinin 1761 və 1769-cu illər
arasında olacağını hesabladı. Bir-birindən maksimal dərəcədə uzaq
olan nöqtələrdən müşahidələr aparmaq üçün Avropadan dünyanın
dörd tərəfinə ekspedisiya qrupları göndərildi. 1761-ci ildə alimlər
bu keçidi Sibir, Şimali Amerika, Madaqaskar və Cənubi Afrikadan
müşahidə etdi. 1769-cu ildə isə Avropa Elm Cəmiyyəti daha bö-
yük səy göstərdi və Kanadanın şimalına, hətta Kaliforniyaya da (o
dövrdə kimsəsiz torpaqlar idi) alimlər göndərdi. Londonda yerləşən
Təbiət Elmlərinin İnkişafı Üçün Kral Cəmiyyəti bunu kifayət hesab
etmədi, ən dəqiq nəticələri əldə etmək üçün astronomlardan birini
Sakit okeanın cənub-qərb tərəfinə göndərmək lazım idi.
Cəmiyyəti bu problem həll etmək üçün məşhur astronom Çarlz
Qrini Taitiyə göndərmək istədi, bunun üçün bütün səylərini ortaya
qoydu və maddi dəstəyini əsirgəmədi. Lakin bu qədər bahalı bir
ekspedisiyaya qərar verilmişdisə, sadəcə astronomik müşahidələrlə

306
kifayətlənmək ağılsızlıq olardı. Buna görə də, ekspedisiyaya Qrin- dən
əlavə, botaniklər Cozef Benks və Daniel Solanderin başçılığı ilə müxtəlif
ixtisaslı səkkiz alim də daxil edildi. Heyətdə alimlərin qarşılaşacağı yeni
torpaqların, bitkilərin, heyvanların və insanların rəsmlərini çəkməli olan
rəssamlar da vardı. Bankların və Kral cəmiyyətinin əldə edə bildiyi ən
yaxşı alətlərlə təchiz edilmiş bu ekspedisiyaya təcrübəli dənizçi, məşhur
coğrafiyaçı və etnoqraf olan Kapitan Ceyms Kuk başçılıq edirdi.
İngiltərədən 1768-ci ildə yola düşən ekspedisiya 1769-cu ildə Taitidə
Veneranın keçidini müşahidə etdi, Sakit okeanın bir neçə adasında
tədqiqatlar apardı, Avstraliya və Yeni Zelandiyada olduqdan sonra 1771-
ci ildə İngiltərəyə qayıtdı. Ekspedisiyadan qayıdan alimlərin əlində külli
miqdarda astronomik, coğrafi, meteoroloji, botanik, zooloji və antropoloji
məlumatlar vardı. Bunlar bir çox elm sahəsinə böyük töhfələr verdi, cənub
dənizləri haqqında maraqh hekayələr avropalıların təxəyyülünü
alovlandırdı və gənc astronom və təbiətşünaslara ilham verdi.
Kukun ekspedisiyasından faydalanan elm sahələrindən biri də təbabət
idi. O dövrdə uzaq ölkələrə yollanan dənizçilər heyətin yarısından
çoxunun səyahət zamanı ölə biləcəyini anlayırdı. Və buna səbəb qəzəbli
yerlilər, düşmən gəmiləri və ya vətən həsrəti deyildi, sinqa (skorbut) adı
verilən müəmmalı bir xəstəlik idi. Bu xəstəliyə yoluxanlar süst və acıqlı
olur, diş ətləri və digər yumşaq toxumalar qanamağa başlayırdı. Xəstəlik
irəlilədikcə dişlər tökülür, açıq yaralar əmələ gəlir, titrətmə halları olur,
dəri saralır, əl və ayaq hərəkətlərinin koordinasiyası pozulurdu. 16-cı və
18-ci əsrlər arasında sinqa təxminən iki milyon dənizçinin həyatına son
qoymuşdu. Heç kəs bu xəstəliyə nəyin səbəb olduğunu bilmirdi və hansı
üsuldan istifadə edilirsə-edilsin, dənizçilər kütləvi şəkildə ölürdü. Dönüş
nöqtəsi 1747-ci ildə ingilis həkimi Ceyms Lindin xəstə dənizçilər üzərində
kontrollü eksperiment aparmasıyla meydana çıxdı. Lind dənizçiləri bir
neçə qrupa ayıraraq hər qrupa fərqli müalicə üsulu tətbiq etdi. Qruplardan
birinə ən çox sitrus meyvələri ilə qidalanmağı tapşırmışdı; bu, xalq
arasında sinqa əleyhinə geniş istifadə olunan vasitədir. Qrupdakı xəstələr
qısa müddətdə yaxşılaşdı. Bu meyvələrdə dənizçilərin orqanizmində
çatışmayan nəsə

307
vardı, amma Lind bunu bilmirdi; bizsə bunun C vitamini olduğunu bilirik.
O dövrdə gəmilərdə qida rasionuna bu vitaminlə zəngin olan məhsullar
daxil edilmirdi. Uzun səyahətlər zamanı dənizçilər adətən çörək və qaxac
ətlə qidalanırdı, C vitamini ilə zəngin olan meyvə və tərəvəzdən demək
olar ki, istifadə etmirdilər.
Doktor Lindin təcrübələri Kral donanmasına inandırıcı görünmədi.
Amma Ceyms Kuk ona inandı və həkimin haqlı ola biləcəyini sübut etmək
istədi. Səyahətə çıxarkən gəmiyə bol miqdarda kələm turşusu yığdırdı və
dənizçilərinə tapşırdı ki, yol boyunca sahilə yaxınlaşıb dayandıqları vaxt
təzə meyvə-tərəvəz alıb yesinlər. Bunun sayəsində, Kukun bir dənizçisi də
sinqadan ölmədi. Sonrakı illərdə "Kukun qidalanma üsulu" dünyanın bütün
donanmalarında tətbiq edildi və saysız-hesabsız dənizçi və sərnişinin
həyatını xilas etdi.1
Lakin Kukun ekspedisiyasının pis nəticələri də oldu. Kuk sadəcə
təcrübəli dənizçi və coğrafiyaçı deyildi, eyni zamanda zabit idi. Kral
cəmiyyəti ekspedisiya xərclərinin böyük bir hissəsini öz boynuna
götürmüşdü, lakin gəmi Kral donanmasına məxsus idi. Kral donanması
ekspedisiyanı müşayiət etmək üçün gəmiyə 85 nəfər yaxşı silahlanmış
dənizçi və əsgər göndərmiş, eyni zamanda gəmini toplar, tüfənglər, barıt
və digər silahlarla təchiz etmişdi. Əldə edilən məlumatın böyük bir hissəsi,
- xüsusilə də, astronomik, coğrafi, meteoroloji və antropoloji məlumatlar,
- siyasi və hərbi cəhətdən açıq-aşkar əhəmiyyət kəsb edirdi. Sinqaya qarşı
müalicə üsulunun tapılması ingilislərin dünya okeanına nəzarəti ələ
keçirməsinə və dünyanın o biri başına ordular göndərə bilməsinə imkan
verdi. Kuk Avstraliya da daxil olmaqla, "kəşf etdiyi" çox sayda ada və
torpaq üzərində Britaniya imperiyasının sahiblik hüququnu elan etdi. Ku-
kun səyahəti ingilislərin Sakit okeanın cənub-qərb hissəsini işğal etməsinə,
Avstraliya, Tasmaniya və Yeni Zelandiyanı fəth etməsinə, milyonlarla
avropalının yeni müstəmləkələrdə yerləşməsinə və yer

1
Stephen R.Bown, Scurvy: How a Surgeon, a Mariner, anda Gentleman Solved the Greatest
Medical Mystery of the Age of Sail, New York: Thomas Dunne Books, St. Matin’s Press, 2004;
Kenneth John Carpenter, The History of Scurvy and Vitamin C, Cambridge: Cambridge
University Press, 1986.

308
li mədəniyyətlərin və əhalinin böyük hissəsinin məhv edilməsinə yol açdı.1
Kukun səyahətindən sonrakı yüz il ərzində Avstraliya və Yeni
Zelandiyanın ən münbit torpaqları avropalı məskunlar tərəfindən ələ
keçirildi. Yerli əhali 90 faiz azaldı, sağ qalanlar isə amansız irqi ayrı-
seçkilik altında əzilərək yaşamağa məcbur oldu. Kukun səyahəti
Avstraliyanın aborigenləri və Yeni Zelandiyanın maoriləri üçün qurtula
bilməyəcəkləri bir fəlakətin başlanğıcı oldu.
Tasmaniyanın yerli əhalisini isə daha pis tale gözləyirdi. 10 min il
ərzində tam təcrid şəraitində yaşayan bu insanlar Kukun adaya
çıxmasından sonrakı yüz il içində, - qadın və uşaqlar da daxil olmaqla, -
son nəfərinə qədər yox edildi. Avropalı məskunlar yerli əhalini əvvəlcə
adanın zəngin bölgələrindən uzaqlaşdırdı, sonra isə adanın kimsəsiz
ərazilərini də ələ keçirib, yerliləri sistematik şəkildə təqib edib öldürdü.
Sağ qalmış çox az sayda yerli tasma- niyalını yevangelistlərin həbs
düşərgəsinə doldurdular, burada xeyirxah, lakin dar düşüncəli missionerlər
onlara müasir dünyanın yolunu öyrətməyə çalışdı. Tasmaniyahlar
oxumağa və yazmağa, xristianlığı öyrənməyə, paltar tikmək və əkin əkmək
kimi "faydalı bacarıqlar" əldə etməyə məcbur edildilər. Lakin bütün
bunları öyrənməkdən boyun qaçırdılar. Həyatdan küsərək və melanxolik
bir əhvali-ruhiyyə içində yaşayaraq, uşaq sahibi olmaq istəmədilər,
nəhayət, elm və tərəqqiyə əsaslanan müasir dünyadan yeganə qurtuluş
yolunu seçdilər: ölüm.
Təəssüf ki, elm və tərəqqi onların ölümdən sonra da rahat buraxmadı.
Son tasmaniyahların cəsədləri antropoloqlar və muzey rəhbərləri
tərəfindən elm naminə ələ keçirildi. Cəsədləri yardılar, ölçdülər, çəkdilər
və elmi məqalələrdə təsvir etdilər. Kəllə sümükləri və skeletlər muzeylərdə
və antropoloji kolleksiyalarda sərgiyə qoyuldu. Tasmaniya muzeyi son
tasmaniyalı olan Truqani- ninin skeletinin torpağa basdırılmasına yalnız
1976-cı ildə, yəni o

1
James Cook, The Explorations of Captain James Cook in the Pacific, as Told by Selections of
his Own Journals 1768-1779, Archibald Grenfell Price, New York: Dover Publications, 1971,
səh. 16-17; Gananath Obeyesekere, The Apotheosis of Captain Cook: European Mythmaking in
the Pacific, Princeton: Princeton University Press, 1992, səh. 5; J.C.Beaglehole, The Journals of
Captain James Cook on His Voyages of Discovery, cild: 1, Cambridge: Cambridge University
Press, 1968, səh. 588.

309
öldükdən yüz il sonra razılıq verdi. îngilis kral Cərrahi Kolleci isə saç və
dəri nümunələrini 2002-ci ilə qədər saxlamağa davam etdi.
Kukun səyahəti - hərbçilər tərəfindən mühafizə edilən elmi eks-
pedisiya idi, yoxsa bir neçə alimin də iştirak etdiyi hərbi yürüş? Bu,
stəkanın yarısının dolu, yoxsa boş olduğunu soruşmağa bənzəyir. Hər ikisi
doğrudur. Elmi İnqilab və müasir imperializm bir-birindən ayrılmaz
yolçulardır. Kapitan Ceyms Kuk və botanik Cozef Benks kimi insanlar
elmi imperiyadan ayıra bilməzdi. Zavallı Truqanini də onların arasında heç
bir fərq görmürdü.

Niyə Avropa?
Atlantik okeanının şimal hissəsində yerləşən böyük bir adada yaşayan
insanların Avstraliyanın cənubundakı böyük bir adanı fəth etməsi tarixin
ən qəribə hadisələrindən biridir. Kukun səyahətindən bir az əvvəl Britaniya
adaları və bütün Qərbi Avropa Aralıq dənizi dünyasının arxa həyəti idi və
bu yerlərdə çox da mühüm hadisələr baş vermirdi. Hətta müasir dövrə
qədər yeganə Avropa imperiyası olan Roma imperiyası da öz qüdrətini və
zənginliyini əsasən Şimali Afrika, Balkan ölkələri və Yaxın Şərqin
hesabına qoruyub saxlayırdı. Roma imperiyasının Qərbi Avropadakı
əyalətləri yoxsul bir Vəhşi Qərb idi və buradan mədən filizləri və qullardan
başqa, imperiyaya demək olar ki, heç nə gətirilmirdi. Şimali Avropanın
əhalisi isə o qədər az və barbar idi ki, buranı fəth etməyə dəyməzdi.
Yalnız 15-ci əsrin axırlarından etibarən Avropa mühüm hərbi, siyasi,
iqtisadi və mədəni inkişafın beşiyinə çevrildi. 1500-cü və 1750-ci illər
arasında Qərbi Avropa sürətlə inkişaf edərək "Xarici Dünya"nın, yəni iki
Amerika qitəsində və okeanlarda ağalıq etməyə başladı. Lakin hətta o vaxt
da Avropa Asiyanın böyük dövlətlərinə tay deyildi. Avropalılar ona görə
Amerikanı fəth edə və dənizlərdə üstünlük qazana bildilər ki, Asiya
dövlətləri bunlarla maraqlanmamışdı. Müasir dövrün başlanğıcı Aralıq
dənizində Osmanlı imperiyası, iranda Səfəvilər imperiyası, Hindistanda
Böyük Moqol imperiyası və Çində Minq və Qinq sülalələri üçün qızıl əsr
idi. Bu dövlətlər həm öz ərazilərini genişlətdi, həm də misilsiz dərəcədə

310
Şəkil 35. Truqanini,
son tasmaniyalı.
demoqrafik və iqtisadi inkişafa nail oldu. 1775-ci ildə dünya iqtisa-
diyyatında Asiyanın payı 80% idi. Hindistan və Çinin iqtisadiyyatı bütün
dünyadakı istehsalın üçdə ikisini təşkil edirdi. Avropa onlarla müqayisədə
iqtisadi cırtdan idi.* 1
Qlobal güc mərkəzi yalnız 1750-ci və 1850-ci illər arasında, avropalılar
Asiya dövlətlərini bir sıra müharibələrdə məğlub edib, Asiyanın böyük bir
hissəsini fəth etdikdən sonra Avropaya keçdi. 1900-cü ildə avropalılar
dünya iqtisadiyyatına və yer kürəsinin böyük bir hissəsinə nəzarət edirdi.
1950-ci ildə Qərbi Avropa və ABŞ məhsulları birlikdə dünya üzrə ümumi
istehsalın yansını təşkil edirdi, Çinin payı isə 5%-ə enmişdi.2 Avropanın
qanadı altında yeni dünya quruluşu və qlobal mədəniyyət formalaşdı. Bu
gün bütün insanlar, - bunu etiraf etmək istəməsələr belə, - geyim tərzində,
düşüncə və zövqdə daha çox avropalıdır. Sözdə Avropanın qatı
əleyhdarları ola bilərlər, amma yer üzündə demək olar ki, hər kəs siyasət,
tibb, müharibə və iqtisadiyyatı Avropanın gözləri ilə görür,

1
Mark, Origins of the Modem World, səh. 81.
1
Christian, Maps of Time, səh. 436.

311
Avropa musiqisinə yazılmış, Avropa dillərində oxunan nəğmələrə qulaq
asır. Yaxın zamanlarda qlobal üstünlüyünü geri qaytarmağa ümid
bəsləyən və sürətlə inkişaf edən Çin iqtisadiyyatı da Avropanın istehsal
və maliyyə modeli üzərində qurulmuşdur.
Avropanın bu soyuq və uzaq guşəsindəki insanlar, necə oldu ki,
bütün dünyanı fəth edə bildi? Bu uğurun böyük bir bissəsini çox vaxt
avropalı alimlərin adma yazırlar. Şübhəsiz ki, 1850-ci illərdən etibarən
Avropanın hökmranlığı texnoloji möcüzələrə və hərbi-sənaye-elmi
kompleksə əsaslandı. Müasir dövrün daha gec mərhələsində müəyyən
nailiyyətlər qazanmış bütün imperiyalar texnoloji yeniliklər əldə etmək
məqsədi ilə elmi tədqiqatlan dəstəklədi və bir çox alim vaxtlarının böyük
hissəsini imperatorlar üçün yeni silahlar, dərmanlar və maşınlar
hazırlamaqla keçirdi. Afrikalı düşmənlərlə qarşılaşan avropalı əsgərlər
arasında geniş yayılmış belə bir ifadə vardı: "Hər necə olsa da, bizim
avtomat silahlarımız var, onların isə yox". Əsgərlər konservləşdirilmiş
qidalar yeyir, qatarlar və paroxodlar əsgərləri və silah-sursatı daşıyır, yeni
dərmanlar əsgərləri, dənizçiləri və lokomotiv mühəndislərini müalicə
edirdi. Bu maddi-texniki nailiyyətlər Avropanın Afrikanı fəth etməsində
avtomat silahlardan daha böyük rol oynadı.
Lakin 1850-ci ilə qədər vəziyyət belə deyildi. Hərbi-elmi-sənaye
kompleksi hələ rüşeym mərhələsindəydi; Elmi İnqilabın meyvələri hələ
yetişməmişdi, Avropa, Asiya və Afrika dövlətləri arasındakı texnoloji
fərq əhəmiyyətsiz dərəcədə idi. 1770-ci ildə Ceyms Kuk Avstraliyalı
aborigenlərlə müqayisədə, şübhəsiz ki, daha üstün texnologiyalara sahib
idi, amma çinlilər və osmanlılar da belə idi. Bəs onda, Avstraliya nə üçün
kapitan Van Çjense ya da kapitan Hüseyn paşa tərəfindən deyil, kapitan
Ceyms Kuk tərəfindən tədqiq edilib məskunlaşdırıldı? Ən başlıcası isə,
əgər 1770-ci ildə avropalılar müsəlmanlar, hindlilər və çinlilər qarşısında
böyük texnoloji üstünlüklərə sahib deyildilərsə, onda necə oldu ki, cəmi
bir əsr ərzində özləriylə dünyanın qalan hissəsi arasındakı fərqi bu qədər
böyüdə bildilər?
Nə üçün hərbi-elmi-sənaye kompleksi, məsələn, Hindistanda deyil,
Avropada meydana çıxdı? Nə üçün irəlidə gedən İngiltərənin arxasınca
Çin deyil, Fransa, Almaniya və ABŞ inkişaf etdi? Sənaye

312
ləşmiş və sənayeləşməmiş cəmiyyətlər arasındakı fərq mühüm bir
iqtisadi və siyasi faktora çevrildikdə, necə oldu ki, Rusiya, İtaliya və
Avstriya bu fərqi aradan qaldıra bildi, amma İran, Misir və Osmanlı
imperiyası bunu bacarmadı? Axı, ilk sənaye dalğasının texnologiyası
nisbətən bəsit idi. Çinlilərin və ya osmanlıların buxar maşınları və
avtomat silahlar istehsal etməsi və ya dəmir yolları salması bu qədər çətin
idimi?
Dünyanın ilk ticarət dəmir yolu 1830-cu ildə İngiltərədə açıldı. 1850-
ci ildə qərb ölkələrini demək olar ki, 40 min kilometrlik dəmiryolu
şəbəkəsi birləşdirirdi, amma Asiya, Afrika və Latın Amerikasında
ümumilikdə cəmi 4 min kilometrlik dəmir yolu vardı. 1880- ci ildə Qərb
350 min kilometrdən çox dəmiryoluna sahib olduğu halda, dünyanın
qalan hissəsi üçün bu rəqəm 35 min kilometr idi (bunun böyük hissəsi isə
ingilislərin Hindistanda inşa etdikləri dəmiryolunun payma düşürdü). 1
Çində ilk dəmiryolu 1876-cı ildə açıldı. Uzunluğu cəmi 25 kilometr idi
və avropalılar tərəfindən inşa edilmişdi. Növbəti ildə Çin hökuməti bu
dəmiryolunu sökmək əmri verdi. 1880-ci ildə Çin imperiyasında bircə
dəmiryolu da yox idi. İranda isə ilk dəmiryolu 1888-ci ildə açıldı; Tehranı
on kilometr cənubda yerləşən müqəddəs ziyarətgahlarla birləşdirən bu
xətti Belçika şirkəti inşa etmişdi və belçikalılar idarə edirdi. İngiltərənin
ərazisindən yeddi dəfə böyük olan İran torpaqlarında 1950-ci ildə bütün
dəmiryolu şəbəkəsinin uzunluğu cəmi 2500 kilometr idi!2
Çinlilər və iranlılar üçün buxar maşınları kimi texniki ixtiraları əldə
etmək çətin deyildi, onların satın alınması yaxud oxşarının düzəldilməsi
asan məsələ idi. Lakin bu ölkələrdə Qərbdə əsrlər boyunca inkişaf edib
formalaşmış dəyərlər, miflər, məhkəmə sistemi və ictimai-siyasi
quruluşlar yox idi. Bunlan yaratmaq və ya mənimsəmək isə asan deyil.
Fransa və ABŞ İngiltərənin ardınca sürətlə irəliləyə bildi, çünki fransızlar
və amerikalılar ingilislərin

1
John Darwin, After Tamerlane: The Global History of Empire since 1405, London: Allen
Lane, 2007, səh. 239.
•’ Soli Shahvar, "Railroads i. The First Railroad Built and Operated in Persia", Encyclopaedia
Iranica. http: //www.iranicaonline.org/articles/railroads-i (son yenilənmə 7 aprel 2008);
Charles Issawi, “The Iranian Economy 1925-1975: Fifty Years of Economic Development",
Iran under the Pahlavis, George Lenczowski, Stanford: Hoover Institution Press, 1978, səh.
156.

313
mif və sosial quruluşlarının ən mühüm cəhətlərini bölüşürdü. Çinlilər və
iranlılar isə həm fərqli düşüncə tərzinə sahib olduqlan üçün, həm də
cəmiyyətlərini fərqli şəkillərdə təşkilatlandırdıqlan üçün sürətlə irəliləyə
bilmədilər.
Bu izah 1500 və 1800-cü illər arasındakı dövrə yeni işıq tutur. Bu
dövrdə Avropanın Asiya dövlətləri qarşısında heç bir texnoloji, siyasi,
hərbi və ya iqtisadi üstünlüyü yox idi, amma özünəməxsus bir potensial
toplamışdı və bu potensial 1850-ci illərdən sonra birdən- birə çox aşkar
şəkildə üzə çıxdı. Hələ 1750-ci illərdə Avropa, Çin və müsəlman dünyası
arasındakı bərabərlik görüntüsü sadəcə bir ilğım idi. Ayn-ayrılıqda iki
hündür qüllə inşa edən iki usta təsəvvür edin. Ustalardan biri taxta və çiy
kərpicdən istifadə edir, digəri isə qülləni polad və betondan ucaldır.
Başlanğıcda iki üsul arasında fərq hiss olunmur, çünki iki qüllə də
təxminən eyni sürətlə ucalır və hündürlükləri də bir-birinə yaxındır. Lakin
kritik səviyyə keçildikdən sonra taxta və çiy kərpicdən tikilən qüllə
ağırlığa tab gətirmədiyi üçün uçulur, polad və betondan inşa edilən qüllə
isə mərtəbə-mərtəbə böyüyərək səmaya doğru ucalmağa davam edir.
Yeni dövrün başlanğıcında Avropa, sonralar dünyaya hakim olmasına
imkan verən necə bir potensial toplaya bilmişdi? Bu sualın bir-birini
tamamlayan iki cavabı var: müasir elm və kapitalizm. Avropalılar
müəyyən texnoloji üstünlüklər əldə edənə qədər elmin və kapitalizmin
qaydalarına uyğun şəkildə düşünməyə və davranmağa alışmışdı.
Texnoloji kəşflər dövrü başladıqda, avropalılar bunun bəhrəsindən
başqalarına nisbətən daha yaxşı istifadə etməyi bacardı. Odur ki, Avropa
imperializminin 21-ci əsr postavropa dünyasına ötürdüyü ən mühüm
mirasın elm və kapitalizm olması təsadüfi deyil. Dünyanı artıq Avropa və
avropalılar idarə etmir, amma elm və sərmayə tədricən daha da güclənir.
Kapitalizmin qələbələri haqqmda sonrakı fəsildə daha ətraflı danışacağıq.
Bu fəsil isə Avropa imperializmi ilə müasir elm arasındakı məhəbbətə
həsr edilib.

314
Fatehlik düşüncəsi

Avropa imperiyalarının sayəsində inkişaf edən müasir elm, əlbəttə,


klassik Yunan, Çin, Hind və İslam dünyasının qədim elmi ənənələrinə çox
şey borcludur. Müasir Qərb elminin unikal xarakteri ilk dəfə müasir
dövrün başlanğıcında ortaya çıxdı və İspaniya, Portuqaliya, İngiltərə,
Fransa, Rusiya və Hollandiyanın imperiya siyasəti nəticəsində yayıldı.
Müasir dövrün başlanğıcında çinlilər, hindlilər, müsəlmanlar, hindular və
polineziyalılar Elmi İnqilaba öz töhfələrini verməyə davam etdi.
Müsəlman iqtisadçıların fikirləri Adam Smit və Karl Marks tərəfindən
öyrənildi, hinduların müalicə üsulları ingilislərin təbabət kitablarına daxil
edildi, poline- ziyalılardan alınmış məlumatlar Qərb antropologiyasında
inqilabi dəyişikliklərə səbəb oldu. Lakin 20-ci əsrin ortalarına qədər bu
saysız-hesabsız elmi kəşfləri ümumiləşdirərək elmi fənnlər yaradanlar isə
qlobal Avropa imperiyalarının hakim və intellektual elitasının üzvləri idi.
Uzaq Şərq və islam dünyası da Avropadakılar qədər zəkalı və daim
axtarışda olan insanlar yetişdirdi, amma 1500 və 1950-ci illər arasında
Nyutonun fizikasına, yaxud Darvinin biologiyasına tay olan heç bir şey
yarada bilmədi. '
Bu o demək deyil ki, avropalılar genetik olaraq elmə daha çox meylli
idi, yaxud fizika və biologiya sahəsində əbədi hökmranlıq edəcəklər. Necə
ki, islam ərəb dini kimi meydana çıxıb;’ sonradan türklər və iranlılar
tərəfindən mənimsənildi, müasir elmin də əsaslarını avropalılar qoydu,
lakin indi bu, çoxmillətli təşəbbüsə çevrilib.
Bəs, müasir elmlə Avropa imperializmi arasındakı əlaqəni quran nə
idi? Texnologiya 19-cu və 20-ci əsrlərdə mühüm faktor idi, amma müasir
dövrün başlanğıcında bu qədər təsirli və əhəmiyyətli deyildi. Əsas faktor
- yeni bitkilər axtaran botanikaçı ilə yeni torpaqlar axtaran dənizçi zabitin
oxşar düşüncə tərzlərinə sahib olmalan idi. Həm alim, həm də fateh
cəhalət içində olduğunu etiraf edərək öz işinə başladı, ikisi də "uzaqlarda
nə olduğunu bilmirəm", dedi və ikisi də yeni kəşflər etməyə məcbur
olduğunu hiss etdi. Və hər ikisi, həm botanikaçı, həm də dənizçi yeni
biliklər sayəsində dünyanın ağası olacağına ümid edirdi.

315
Avropa imperializmi tarixdəki digər imperiya layihələrindən
tamamilə fərqlənirdi. Əvvəlki imperiyaların qurucuları dünyanı
anladıqlarını düşünürdü və sadəcə öz dünyagörüşlərini yaymaq üçün
fatehlik edirdilər. Məsələn, ərəblər Misiri, İspaniyanı və Hindistanı
bilmədikləri bir şeyi tapmaq üçün fəth etməmişdi. Romalılar, monqollar
və asteklər yeni torpaqlan hakimiyyət və zənginlik üçün ələ keçirirdi,
amma bilik onları maraqlandırmırdı. Bunun əksinə, avropalı
imperialistlər yalnız yeni ərazilər deyil, həm də yeni biliklər qazanmaq
ümidi ilə uzaq sahillərə yelkən açdılar.
Ceyms Kuk bu şəkildə düşünən ilk tədqiqatçı deyildi. 15-d və 16-cı
əsrin ispaniyalı və portuqaliyalı səyyahları da bənzər düşüncə tərzinə
sahib idi. Prins dənizçi Henri və Vasko da Qama Afrika sahillərini tədqiq
etməklə birlikdə müxtəlif ada və körfəzləri də ələ keçirdi. Xristofor
Kolumb Amerikanı "kəşf etdi" və dərhal yeni torpaqlar üzərində
İspaniyanın hakimiyyətini elan etdi. Ferdinand Magellan dünya ətrafına
dəniz səyahətinə çıxdı və bu yolda rast gəldiyi Filippini ispanların fəth
etməsi üçün zəmin yaratdı.
Zaman irəlilədikcə, bilik əldə etmək və torpaq ələ keçirmək
məsələləri bir-birinə daha sıx bağlandı. 18-ci və 19-cu əsrlərdə Av-
ropadan uzaq ölkələrə yola düşən, demək olar ki, hər mühüm hərbi
ekspedisiyada alimlər də iştirak edirdi. Onlar döyüşmək üçün deyil, elmi
kəşflər etmək üçün səfərə çıxırdı. Napoleon 1798-d ildə Misiri işğal
etdikdə, özü ilə birlikdə 165 nəfər alim də gətirmişdi. Onlar hər şeydən
əlavə, tamamilə yeni bir elmi fənn, - misirşünas- lıq, - yaratdı və din,
linqvistika və botanikanın öyrənilməsinə böyük təkan verdi.
1831-ci ildə Kral Donanması "HMS Beagle" adlı gəmini Cənubi
Amerikanın, həmçinin Folklend adaları və Qalapaqos adalarının
xəritəsini hazırlamaq üçün səfərə yolladı. Donanmanın müharibə zamanı
daha da hazırlıqlı olması üçün bu məlumatlara ehtiyacı vardı. Gəminin
kapitanı elmlə yaxından maraqlanırdı; yolda rast gələ biləcəkləri
mədənləri tədqiq etmək üçün özü ilə bir geoloq aparmağı qərara aldı.
Peşəkar geoloqlar bu təklifdən imtina etdikdə, kapitan Kembric
Universitetindən təzəcə məzun olmuş 22 yaşlı Çarlz Darvini dəvət etdi.
Darvin anqlikan kilsəsində keşiş olmaq üçün təhsil almışdı, amma
İncildən daha çox geologiya və təbiətşünaslığa

316
maraq göstərirdi. Bu təklifdən iki əlli yapışdı, sonrası isə hamıya
məlumdur. Kapitan səyahət boyunca hərbi xəritələr hazırlayır, Darvin isə
sonradan təkamül nəzəriyyəsini ortaya çıxaran empirik məlumatlar
toplayır və bunların əsasında təxminlər yürüdürdü.
20 iyul 1969-cu ildə Nil Armstronq və Bazz Oldrin Ayın səthinə
endilər. Uçuşdan bir neçə ay "Apollon-ll"-in astronavtları ABŞ-ın
qərbində Ayın landşaftına bənzəyən bir səhrada təlim görmüşdülər. Bu
ərazidə bir neçə hindu qəbiləsi yaşayırdı; bir yerli sakinlə astronavtlar
arasmda görüşə dair belə bir hekayə (bəlkə də, əfsanə) var:

Bir gün talim zamanı astronavtlar yaşlı bir hindu ilə qarşılaşırlar.
Hindu onlara yaxınlaşıb, nə iş gördüklərini soruşur. Astronavtlar
tezliklə Aya uçacaqlarını və buna görə də hazırlaşdıqlarını deyirlər.
Bunu eşidən qoca bir anlığa susur, sonra astronavtlardan ona bir
yaxşılıq etməyi xahiş edir.
- Nə istəyirsiniz? - deyə astronavtlar soruşur.
- Mənim qəbiləmin insanları Ayda müqəddəs ruhların yaşadığına ina-
nırlar, - qoca deyir. - Onlara mənim xalqımın adından mühüm bir
xəbəri çatdıra bilərsiniznıi?
- Hansı xəbəri? - astronavtlar soruşur.
Qoca hindu öz dilində bir neçə söz deyir, sonra da astronavtlara bunu
əzbərləyənə qədər dönə-dönə təkrar etdirir.
- Bu nə deməkdir? - astronavtlar soruşur.
- Bunu sizə deyə bilmərəm. Bu sirdir və bunu sadəcə bizim qəbiləmiz
və aydaki ruhlar bilir, - qoca deyir.
Bazaya qayıtdıqdan sonra, astronavtlar uzun axtarışlardan sonra
yerli dili bilən birini tapır və ondan bu mesajı tərcümə etməsini
istəyirlər. Əzbərlədikləri sözləri dedikdə, tərcüməçi qəhqəhə ilə
gülməyə başlayır. Nəhayət, sakitləşdikdən sonra astronavtlara
diqqətlə əzbərlədikləri sözlərin mənasını deyir: "Bu adamların bircə
kəlməsinə də inanmayın. Onlar torpaqlarınızı oğurlamağa gəliblər".

317
Boş xəritələr
Müasir "kəşf etmək və fəth etmək" düşüncəsi dünya xəritələrinin
inkişafında yaxşı ifadə olunub. Bir çox xalqlar müasir dövrdən xeyli
əvvəllər də xəritələr çəkib. Əlbəttə, o vaxt heç kəs dünyanın dəqiq
xəritəsini bilmirdi. Afrika və Avrasiyada heç bir xalq Amerikanın
varlığından, Amerikada da heç bir xalq Afrika və Avrasiyanın varlığından
xəbərdar deyildi. Məlum olmayan yerlər boş saxlanılırdı və ya xəyali
əjdahalar və qəribə məxluqlarla doldurulurdu. Bu xəritələrdə boş yer yox
idi. Buna görə də belə bir təəssürat yaranırdı ki, guya insanlar bütün dünya
ilə tanışdırlar.
15-ci və 16-cı əsrlərdə avropalılar çox sayda boş yerləri olan xəritələr
çəkməyə başladılar. Bu da Avropa imperializminin yayılacağını və elmi
təfəkkürün inkişaf edəcəyini göstərən əlamət idi. Boş xəritələr həm
psixoloji, həm də ideoloji cəhətdən irəliləyiş idi və eyni zamanda
avropalıların dünyanın böyük bir hissəsindən xəbərsiz olduğunun açıq
etirafı idi.
Ən mühüm dönüş anı 1492-ci ildə Xristofor Kolumb İspaniyadan
qərbə doğru yola düşüb, Şərqi Asiyaya gedən yeni bir yol axtararkən baş
verdi. Kolumb hələ də köhnə "tam" dünya xəritələrinə inanırdı və
bunlardan istifadə edərək, Yaponiyanın İspaniyadan təxminən 7 min
kilometr qərbdə yerləşməli olduğunu hesablamışdı. Əslində Şərqi Asiyanı
İspaniyadan 20 min kilometr məsafə və naməlum bir qitə ayırırdı. 12
oktyabr 1492-ci ildə, təxminən gündüz saat 2-də Kolumbun ekspedisiyası
bu naməlum qitə ilə rastlaşdı. Xuan Rod- riqes Bermexo "Pinta" gəmisinin
dor ağacından hal-hazırda Bahama arxipelaqı kimi adlandırdığımız adaları
gördü və "Torpaq! Torpaq!" deyə qışqırdı.
Kolumb Şərqi Asiya sahillərinə yaxın bir adaya rast gəldiyini
düşünürdü. Orada qarşılaşdığı insanları "hindli" adlandırdı, çünki Şərqi
Hindistan adalarına (bu gün Şərqi Hind adaları və ya İndoneziya arxipelaqı
adlandırdığımız ərazi) vardığını zənn edirdi. Kolumb bu səhvdən ömrünün
sonuna qədər əl çəkmədi. Naməlum bir qitə kəşf etmiş olması, bir çox
müasirləri kimi, onun da ağlına gəlməzdi. Min illər ərzində nəinki böyük
mütəfəkkirlər və alimlər, həmçinin

318
Şəkil 36.1459-cu ildə Avropada hazırlanmış bir dünya xəritəsi.
Xəritə detallarla doludur, hətta Cənubi Afrika kimi avropalıların
xəbərsiz olduğu ərazilər də təsvir olunub.

doğruluğuna heç bir şübhə olmayan müqəddəs mətnlər də sadəcə, Avropa,


Afrika və Asiyadan bəhs etmişdi. Bunların hamısı səhv edə bilərdimi?
Doğrudanmı İncil dünyanın yarısını nəzərdən qaçırmışdı? Təsəvvür edin
ki, 1969-cu ildə Aya yollanan "Apollon-H"-in heyəti o vaxta qədər məlum
olmayan, əvvəlki müşahidələrlə aşkar edilməyən və Yerin ətrafına
fırlanmaqda olan başqa bir ayla qarşılaşır. Kolumb öz biliksizliyini inkar
etməklə orta əsrlər insanı olduğunu sübut edirdi. O bütün dünyanı
bildiyinə əmin idi və hətta öz mühüm kəşfi də onu fikrindən daşındırmadı.
Müasir dövrün ilk insanı 1499-1504-cü illərdə Amerikaya bir neçə dəfə
səyahət edən italyan dənizçi Ameriqo Vespuççi idi. Bu səyahətlərdən bəhs
edən iki yazı 1502 və 1504-cü illərdə Avropada nəşr edildi. Vespuççiyə
ithaf edilən bu mətnlərdə deyilirdi ki, Kolumbun kəşf etdiyi torpaqlar -
Şərqi Asiya sahillərindəki adalar

319
deyil, müqəddəs yazılara, qədim coğrafiyaçılara və müasir avropalılara
məlum olmayan yeni bir qitə idi. 1507-ci ildə bu iddialarla razılaşan
Martin Valdzemüller adlı nüfuzlu bir kartoqraf dünyanın yenilənmiş
xəritəsini nəşr etdirdi və bu xəritədə ilk dəfə idi ki, Avropadan yola düşən
gəmilərin yan aldığı uzaq sahillər yeni bir qitə kimi göstərilirdi.
Valdzemüller bu qitəni çəkdikdən sonra ona ad verməli idi. Səhvən bu
torpaqların Ameriqo Vespuççi tərəfindən kəşf edildiyini düşünüb, qitəni
onun şərəfinə Amerika adlandırdı. Valdzemüllerin xəritəsi çox populyar
oldu və bir çox kartoqraflar tərəfindən üzü köçürüldü; beləcə, yeni qitəyə
verdiyi ad hər tərəfə yayıldı. Dünyanın dörddə birinin və yeddi qitəsindən
ikisinin, sadəcə öz biliksizliyini etiraf etməkdən başqa böyük bir şücaəti
olmayan bir italyanın adını daşıması isə ilahi ədalətin təcəllisidir.
Amerikanın kəşfi Elmi İnqilabın təməlidir; bu hadisə avropalılara
gündəlik müşahidələri keçmiş ənənələrdən üstün tutmağı öyrətdi,
Amerikanı fəth etmək arzusu isə onları yeni bilikləri daha sürətlə
mənimsəməyə məcbur etdi. Bu yeni və nəhəng ərazilərə nəzarət etmək
üçün bu torpaqların coğrafiyası, iqlimi, florası, faunası, dilləri,
mədəniyyətləri və tarixi haqqında qeyri-adi dərəcədə geniş məlumatlar
toplamaq lazım idi. Dini mətnlər, köhnə coğrafiya kitabları və qədim
şifahi ənənələr bu işə az kömək edərdi.
O andan etibarən həm avropalı coğrafiyaçılar, həm də demək olar ki,
bütün sahələrdə çalışan alimlər öz xəritələrində sonradan doldurulmalı
olan boş yerlər buraxdılar və beləcə, öz nəzəriyyələrinin mükəmməl
olmadığını və bir çox mühüm məsələlərdən xəbərsiz olduqlarını etiraf
etdilər.
Xəritədəki boşluqlar avropalıları sanki maqnit kimi özünə cəlb etdi və
cəsur səyyahlar bu boşluqları tez bir zamanda doldurmağa başladı. 15-ci
və 16-cı əsrlərdə Afrikanın ətrafına dolandılar, Amerikanı tədqiq etdilər,
Sakit və Hind okeanlarını aşıb keçdilər və dünyanın hər tərəfində
müstəmləkələr yaratdılar. Beləcə, həqiqi mənada ilk qlobal imperiyalar
və ilk qlobal ticarət şəbəkəsi qurdular. Avropanın imperiya
ekspedisiyaları dünyanın tarixini dəyişdirdi: ayn- ayrı xalqların və
mədəniyyətlərin tarixi vahid və bütünləşmiş insan cəmiyyətinin tarixinə
çevrildi.

320
Şakil 37. Salviatinin Dünya xəritəsi, 1525-ci il. 1459-cu ilin xəritəsi
qitələrlə, adalarla və ətraflı izahlarla dolu olduğu halda, Salviatinin
xəritəsi demək olar ki, boşdur. Amerika qitəsinin sahillərindən qərbə
doğru nəzər saldıqda, gözlərimiz boşluqla qarşılaşır. Xəritəyə baxan və
az da olsa maraqlanan hər kəs istər-istəməz "Bu nöqtədən sonra nə var?"
deyə soruşur. Lakin xəritə bu suala cavab vermir. Xəritə sanki ona baxan
hər kəsi yelkən açmağa və bu yerləri tədqiq edib araşdırmağa dəvət edir.

Bu "kəşf etmək və fəth etmək" səfərləri haqqında o qədər çox şey


eşitmişik ki, bəzən onların nə qədər fövqəladə olduğunu dərk etməkdə
çətinlik çəkirik. Əvvəllər belə bir şey olmamışdı. Uzaq səfərlər və
naməlum torpaqların fəthi adi bir məsələ deyildi. Tarix boyunca insan
cəmiyyətlərinin əksəriyyəti yerli konfliktlər və müharibələrlə o qədər
məşğul idi ki, uzaq diyarları kəşf etmək və fəth etməyi heç vaxt
düşünməmişdilər. Hətta böyük imperiyalar da öz hakimiyyətlərini sadəcə
qonşu ərazilərə yaya bildilər. Bu imperiyalar bir-birinə qonşu torpaqları
ələ keçirmək hesabına nəhəng imperiyalara çevrilmişdi. Beləcə, romalılar
öz şəhərlərini qorumaq üçün Etruriyanı fəth etdilər (e.ə.350-300). Daha
sonra Etruriyanı qorumaq üçün Po vadisini (e.ə.200), sonra Po vadisini
qorumaq üçün Provans bölgəsini (e.ə.120), Prövansın təhlükəsizliyi üçün
Qalliyanı (e.ə.50) və Qalliyanı müdafiə etmək üçün Britaniyanı işğal
etdilər

321
(b.e. 50); beləliklə, Romadan Londona gedib çıxmaq üçün onlara təxminən
400 il vaxt lazım oldu. E.ə.350-d ildə heç bir romalı İngiltərəni birbaşa
dəniz yolu ilə fəth etməyi ağlına da gətirməzdi.
Bəzən şöhrətpərəst bir hökmdar, yaxud macərapərəst uzaq ölkələrə
hərbi səfərə çıxardı, amma belə yürüşlər adətən mövcud imperiyaların
torpaqlarından yaxud ticarət yollarından keçməklə baş tutardı. Məsələn,
Makedoniyalı İskəndərin yürüşləri yeni bir imperiyanın qurulması ilə
deyil, mövcud bir imperiyanın - Pers imperiyasının ələ keçirilməsi ilə
nəticələnmişdi. Müasir Avropa imperiyalarına ən çox bənzəyənlər - qədim
Afina və Karfagenin dəniz imperiyaları və 14-cü əsrdə İndoneziyada
hökmranlıq edən Majapahit dəniz imperiyası idi. Lakin bu imperiyalar da
naməlum dənizlərə nadir hallarda yelkən açdılar; müasir avropalıların
qlobal təşəbbüsləri ilə müqayisədə onların qəhrəmanlıqları lokal xarakter
daşıyırdı.
Alimlərin əksəriyyəti Çində Minq sülaləsinin hökmranlığı dövründə
admiral Zheng Henin səfərlərinin avropalıların kəşflərinə kölgə saldığını
iddia edirlər. 1405-ci və 1433-cü illər arasında Zheng yeddi nəhəng
armada1 ilə Çindən Hind okeanının uzaq sahillərinə səfərlər etdi. Bu
səfərlərin ən böyüyündə 300 gəmi və 30 min dənizçi iştirak edirdi. 2
İndoneziyaya, Şri-Lanka, Hindistan, Fars körfəzi, Qırmızı dəniz və Şərqi
Afrikaya getdilər; Çin gəmiləri Hicaz bölgəsinin baş limanı Ciddədə və
Keniya sahilindəki Malindidə lövbər saldı. Kolumbun 1492-ci ildəki flotu
(üç kiçik gəmi və 120 dənizçidən ibarət idi) Zheng Henin əjdahalarının
yanında üç ağcaqanada bənzəyərdi.3
Lakin onların arasında mühüm bir fərq vardı. Zheng He okeanları
tədqiq edərək Çinin tərəfində olan hökmdarlara dəstək verdi, lakin səfər
etdiyi ölkələri ələ keçirməyə və ya müstəmləkəyə çevirməyə çalışmadı.
Üstəlik, Zheng Henin səfərləri Çin siyasətinə və ya mədəniyyətinə bağlı
deyildi. 1430-cu ildə Pekində hakimiyyət dəyişikliyi olduqda, yeni
hökumət bu səfərləri birdən-birə dayan-

* Hərbi-dəniz donanması
2
Mark, The Origins of the Modern World, səh.46.
3
Kirkpatrik Sale, Christopher Columbus and the Conquest of Paradise, London: Tauris Parke
Paperbacks, 2006, səh. 7-13.

322
Şəkil 38. Kolumbun gəmisi (sağda ağ yelkənli kiçik gəmi)
və müqayisə üçün o dövrdə Çin donanmasının nəhəng gəmisi.
dirdi. Nəhəng donanma dağıdıldı, çox mühüm texniki və coğrafi
məlumatlar yox edildi, və daha heç vaxt belə iri miqyaslı ekspedisiyalar
Çin limanlarından yola düşmədi. Sonrakı əsrlərdə Çinli hökmdarlar keçmiş
dövrlərdəki hökmdarlar kimi öz maraq və iddialarını Çin krallığına yaxın
ərazilərlə məhdudlaşdırdı.
Zheng Henin səfərləri o dövrdə Avropanın digər bölgələrlə müqayisədə
texnoloji üstünlüyə sahib olmadığını sübut edir. Avropalıların mühüm
fərqli cəhəti - yeni torpaqlar kəşf etmək və fəth etməyə misilsiz dərəcədə
həris olmaları idi. Eyni bacarıqlara. sahib olsalar da, Romalılar heç vaxt
Hindistam və ya Skandinaviyam, farslar Madaqaskarı və ya İspaniyanı,
çinlilər də İndoneziyam və ya Afrikanı fəth etməyə çalışmadılar. Çin
hökmdarlarının əksəriyyəti hətta yaxınlıqda yerləşən Yaponiyaya da
toxunmadılar. Burada qəribə heç bir şey yox idi. Qəribə olan - müasir
dövrün başlanğıcında avropalıların sanki hərislik xəstəliyinə yoluxaraq yad
mədəniyyətlərin hökm sürdüyü uzaq və naməlum torpaqlara yola
düşmələri və sahilə çıxdıqda: "Bu torpaqları kralımın mülkiyyəti elan
edirəm!" demələri idi.

323
Kosmosdan gələn işğal
Təxminən 1517-ci ildə Karib adalarındakı ispan müstəmləkəçilər
qitənin mərkəzində yerləşən Meksika torpaqlarında qüdrətli bir im-
periyanın hökm sürdüyü haqqında bəzi iddialar eşitməyə başladılar. Cəmi
dörd ildən sonra Asteklərin paytaxtı tüstülənən xarabalığa çevrildi, Astek
imperiyası isə tarixə qovuşdu. Heman Kortes Meksikada yeni və çox geniş
bir ispan imperiyasını idarə etməyə başladı. İspanlar bu uğuru bayram
etməyə vaxt itirmədi, hətta nəfəslərini dərmək üçün də dayanmadılar.
Dərhal bütün istiqamətlərdə hərəkət edib yeni torpaqlar ələ keçirməyə
davam etdilər. Mərkəzi Amerikanın keçmiş sahibləri, - asteklər, tolteklər,
mayalar, - Cənubi Amerikanın varlığından demək olar ki, xəbərsiz idi və
2000 il ərzində bu qitəni işğal etməyi ağıllarına belə gətirməmişdilər.
İspanların Meksikanı istila etməsindən cəmi 10 il sonra Fransisko Pisarro
Cənubi Amerikadakı İnk imperiyasının varlığından xəbərdar oldu və
1532- ci ildə oranı işğal etdi.
Asteklər və inklər ətraf dünya ilə bir az maraqlansaydı, - və onların
qonşularına ispanlar tərəfindən necə zülm edildiyini bilsəydi, - ispan
işğalına qarşı daha kəskin müqavimət göstərərdilər. Kolumbun
Amerikaya ilk səyahəti ilə (1492) Kortesin Meksikaya gəlişi (1519)
arasında keçən illər ərzində ispanlar Karib adalarının çoxunu fəth etdi və
yeni müstəmləkələr qurdular. Əsarət altına alınmış yerli əhali üçün bu
müstəmləkələr əsl cəhənnəm idi. Dəmir yumruq altında rəhmsizcə əzilir,
acgöz və vicdansız istilaçılar tərəfindən mədənlərdə və plantasiyalarda
kölə kimi işləməyə məcbur edilir, cüzi müqavimət göstərənlər isə dərhal
öldürülürdülər. Yerli əhalinin böyük bir hissəsi qısa müddətdə ya çox ağır
iş üzündən, ya da işğalçılarla birlikdə Amerikaya gəlmiş xəstəliklərdən
qırılıb yox oldu. İyirmi il içində Karib bölgəsinin demək olar ki, bütün
yerli əhalisi məhv olmuşdu. İspan müstəmləkəçilər bu boşluğu doldurmaq
üçün Afrikadan qullar gətirməyə başladı.
Bu soyqırım Astek imperiyasının bumunun dibində baş vermişdi,
amma Kortes imperiyanın şərq sahillərinə ayaq basdıqda asteklərin
bundan xəbəri də yox idi. İspanların gəlişi onlar üçün yadplanetlilərin
işğalı kimi idi. Asteklər bütün dünya haqqında

324
məlumatlı olduqlarından və dünyanın böyük bir hissəsinə hökmranlıq
etdiklərindən əmin idi. Onlar öz dünyalarından kənarda digər insanların
yaşadığını ağıllarına belə gətirmirdi. Kortes və onun adamian bu günkü
Vera Kruzun günəşli sahillərinə ayaq basdıqda, tamamilə yad insanlarla
ilk dəfə qarşılaşan asteklər nə edəcəklərini bilmədilər.
Asteklər bu insanlara qarşı necə davranacaqlarını bilmirdi. Onlar bu
gəlmələrin kim olduğunu anlamırdı. Asteklərin tanıdıqları insanlardan
fərqli olaraq, gəlmələrin ağ dərisi və gur saqqalı vardı. Üfunət iyi
verirdilər, bəzilərinin saçı isə günəş sarısı rəngindəydi. (Asteklər
gigiyenada ispanlardan çox üstün idilər. İspanlar Meksikaya ilk dəfə
gəldikləri zaman yerli sakinlər onları hər yerdə müşayiət etməli olan
buxurdançılar, - ətirli tüstü yayanlar, - təyin etmişdilər. İspanlar bunu
ilahi ehtiram əlaməti kimi qəbul etdi. Halbuki yerli mənbələrdən
bildiyimizə görə, asteklər ispanlardan gələn qoxunu dözülməz hesab
edirdilər).

Xərita 7. İspan işğalı dövründə Astek və İnk imperiyaları.

325
Gəlmələrin maddi mədəniyyəti yerliləri daha da heyrətə salmışdı.
Onlar asteklərin nəinki heç vaxt görmədiyi, hətta təsəvvür edə bilmədiyi
nəhəng gəmilərdə gəlmişdilər. Onlar böyük, qorxunc və külək kimi sürətli
heyvanlar minirdilər. Əllərində göy gurultusu və şimşək püskürən dəmir
çubuqlar vardı. Parlaq uzun qılınclara və dəlinməz zirehlərə sahib idilər.
Yerlilərin taxta qılıncları və çaxmaq daşından düzəldilmiş nizələri bunlara
qarşı gücsüz idi.
Asteklərin bəziləri bunların tanrılar olduğunu düşündü, digərləri isə
ya şeytan, ya ölü ruhlar, ya da qüdrətli cadugərlər olduğunu iddia etdi.
Asteklər bütün qüvvələrini birləşdirib ispanları məhv etmək əvəzinə
onları anlamağa çalışdı və müzakirələr apararaq boş yerə vaxt itirdilər.
Onlar tələsmək üçün heç bir səbəb görmürdü, çünki Kortesin yanında
cəmi 550 nəfər ispan vardı. Bu 550 nəfər milyonlarla insana axı nə edə
bilərdi?
Kortes də asteklər haqqında heç bir şey bilmirdi, amma onun və
adamlarının rəqiblərinə görə mühüm üstünlükləri vardı. Asteklər bu
qəribə görkəmli və pis qoxulu yadellilərin gəlişinə hazırlıqlı olmaq üçün
heç bir təcrübəyə sahib deyildi, amma ispanlar dünyanın naməlum
ölkələrlə dolu olduğunu bilirdilər. Üstəlik, yad ölkələri işğal etmək və
tamamilə gözlənilməz vəziyyətlərdən çıxış yolu tapmaq məsələsində heç
kəs onlar qədər təcrübəli deyildi. Avropalı alimlər yeni kəşfləri həyəcanla
qarşıladıqları kimi, avropalı işğalçılar da naməlum torpaqlara ayaq
basdıqda böyük sevinc hissi duyurdular.
Buna görə də Kortes 1519-cu ilin iyul ayında günəşli sahillərə gəlib
çatdıqda tərəddüd etmədən fəaliyyətə başladı. Heyrət içində qalmış
yerlilərə kosmik gəmidən enmiş bir yadplanetli kimi səsləndi: "Sülh üçün
gəlmişik. Bizi rəhbərinizin yanma aparın". Kortes böyük İspaniya Kralı
tərəfindən göndərilmiş sülhsevər bir elçi olduğunu deyərək, Astek
hökmdan II Montesuma ilə görüşmək istədiyini bildirdi. (Kortes
həyasızca yalan danışırdı. O acgöz macarəpərəstlərdən ibarət müstəqil
ekspedisiyaya başçılıq edirdi. İspaniya Kralının nə Kortesdən, nə də
asteklərdən xəbəri vardı). Asteklərin yerli düşmənləri Kortesi bələdçilər,
ərzaq ehtiyatı və hətta hərbi köməklə təmin etdi. Daha sonra ispanlar
Astek imperiyasının paytaxtı - möhtəşəm Tenoçtitlan şəhərinə doğru
hərəkət etdi.

326
Asteklər bu "yadplanetlilərin" ölkənin paytaxtına qədər gəlmələrinə
icazə verdi və onlann başçısını ehtiramla qəbul edib, imperator
Montesumanın yanma apardılar. Görüşün ortasında Kortesin işarəsi ilə
polad qılınclarla silahlanmış ispanlar Montesumanın mühafizəçilərini
öldürdü (mühafizəçilərin silahı taxta dəyənəklər və daş bıçaqlardan ibarət
idi). Hörmətli qonaq ev sahibini əsir almışdı.
Kortes özünü çox mürəkkəb bir vəziyyətə salmışdı. İmperatoru əsir
alsa da, on minlərlə qəzəbli astek döyüşçüsünün, milyonlarla acıqlı dinc
sakinin əhatəsində idi, üstəlik bu qitə haqqında heç bir şey bilmirdi. Onun
əmrində sadəcə bir neçə yüz nəfər ispan vardı və kömək göstərə biləcək
ən yaxın yer - 1500 kilometr uzaqda yerləşən ispan müstəmləkəsi Kuba
idi.
Kortes astek hökmdan Montesumanı saraymda əsir tutaraq, işi elə
qurdu ki, əhali hökmdarın azad olduğunu və öz vəzifələrini yerinə
yetirdiyini, "ispan elçinin" də sadəcə bir qonaq olduğunu düşündü. Astek
imperiyası son dərəcə mərkəzləşmiş bir dövlət olduğuna görə bu
gözlənilməz hadisə bütün ölkəni iflic etmişdi. Montesuma imperiyanı
idarə edirmiş kimi davranır, astek elitası isə ona itaət etməyə davam
edirdi; amma əslində Kortesin əmrlərini yerinə yetirirdi. Bu vəziyyət
aylarla davam etdi. Bu müddət ərzində Kortes Montesumanı və onun
müşavirlərini sorğu-suala çəkdi; ispan tərcüməçilər yerli dillərdə
danışmağı öyrəndilər. Kortes hər tərəfə kiçik kəşfiyyat dəstələri
göndərərək Astek imperiyası və onun hökmranlığı altında olan çox sayda
qəbilə, xalq və şəhərlər haqqında məlumat topladı.
Nəhayət, astek elitası Kortesə və Montesumaya qarşı üsyan edərək yeni
bir imperator seçdi və ispanları Tenoçtitlandan qovdu. Lakin imperiyada
artıq böyük çatlar əmələ gəlmişdi, Kortes topladığı məlumatlan bu çatlan
daha da dərinləşdirmək və imperiyanı daxildən parçalamaq üçün istifadə
etdi. O, böyük qəbilələrdən birini ispanlarla birləşib astek elitasına qarşı
mübarizə aparmağa inandırdı. Bu insanlar böyük bir xətaya düşüb
yanılmışdılar. Asteklərə nifrət edirdilər, amma ispanların kim olduğundan
və Karib soyqırımından xəbərsiz idilər. Buna görə də ispanların köməyi
ilə astek əsarətindən qurtulacaqlarını zənn etdilər. İspanların asteklərin ye

327
rini tuta biləcəyi fikri isə onlann ağlına da gəlməmişdi. Üsyankarlar əmin
idi ki, əgər Kortes və onun bir neçə yüz adamı çox o yan-bu yan eləsələr,
onların öhdəsindən asanlıqla gələ bilərlər. Üsyankar qəbilələr Kortes
üçün on minlərlə yerli döyüşçüdən ibarət bir ordu qurdu. Kortes bu
ordunun köməyi ilə Tenoçtitlanı mühasirəyə alıb şəhəri ələ keçirdi.
Bu əsnada bəziləri Kubadan, bəziləri də İspaniyanın özündən yola
düşən və getdikcə daha da çoxalan ispan əsgərlər və mühacirlər
Meksikaya gəlməyə başladı. Yerli sakinlər nə baş verdiyini dərk etdikdə
artıq çox gec idi. İspanlar Vera Kruz sahillərinə çıxdıqdan cəmi 100 il
sonra Amerikanm yerli əhalisi əsasən yadelli işğalçıların qitəyə
gətirdikləri naməlum xəstəliklər üzündən 90% azalmışdı. Həyatda
qalmağı bacaranlar isə asteklərin zülmündən daha amansız, daha acgöz
və irqçi bir rejimin əsarəti altında qaldılar.
Kortesin Meksikaya gəlişindən 10 il sonra Pizarro İnk imperiyasının
sahillərinə çıxdı. Onun Kortesdən daha az əsgəri vardı, cəmi 168 nəfər
idilər! Pizarro əvvəlki yürüşlərdən qazandığı bilik və təcrübədən istifadə
etdi; inklər isə asteklərin başına gələnlərdən xəbərsiz idi. Pizarro da
Kortesin yolu ilə getdi. Özünü İspaniya Kralı tərəfindən göndərilmiş bir
sülh elçisi kimi təqdim etdi və İnk hökmdarı Atahualpanı diplomatik
görüşə dəvət edərək onu əsir aldı. Daha sonra yerli müttəfiqlərin dəstəyi
ilə iflic olmuş imperiyanı ələ keçirməyə başladı. Əgər İnk imperiyası
xalqlarının Meksika sakinlərinin başına gələnlərdən xəbəri olsaydı,
ispanlara əsla kömək etməzdilər. Amma onlar heç bir şey bilmirdi.
Məhdud dünyagörüşünə sahib olduqları üçün ağır bir tale ilə
üzləşənlər sadəcə Amerikadakı yerli xalqlar deyildi. Asiyanın böyük
imperiyaları (Osmanlı, Səfəvi, Moqol və Çin) avropalıların böyük bir
kəşf etdiyini dərhal duydu, lakin buna heç bir maraq göstərmədilər.
Dünyanın Asiya ətrafında fırlandığına inanmağa davam etdilər və
avropalılarla Amerikaya yaxud Atlantik okeanı ilə Sakit okean arasındakı
dəniz yollarına nəzarət etmək üstündə rəqabət aparmağa girişmədilər.
Hətta Şotlandiya və Danimarka kimi kiçik Avropa krallıqları da
Amerikaya bir neçə ekspedisiya göndərdikləri halda, İslam dünyasında,
Hindistanda yaxud Çində Amerikaya heç bir kəşf və fəth səfərləri təşkil
olunmadı. Amerika

328
ya hərbi ekspedisiya göndərməyə çalışan ilk qeyri-Avropa dövləti
Yaponiya idi. Bu da 1942-ci ilin iyun aymda baş verdi və bir yapon
ekspedisiyası Alyaska sahillərindəki iki kiçik ada olan Kiska və At- tunu
işğal edərək, 10 ABŞ əsgərini və bir iti əsir aldı. Bundan sonra yaponlar
qitəyə yaxınlaşa bilmədilər.
Osmanlıların, ya da çinlilərin çox uzaqda yerləşdiklərini və ya texniki,
iqtisadi yaxud hərbi vasitələrə sahib olmadıqlarını iddia etmək doğru
olmazdı. Zheng Heni 1420-ci ildə Çindən Şərqi Afrikaya göndərən
resurslar Amerika səfəri üçün də kifayət edərdi. Amma çinlilər bununla
sadəcə maraqlanmırdılar. Amerikanın da təsvir edildiyi ilk Çin dünya
xəritəsi yalnız 1602-ci ildə buraxıldı, üstəlik bu xəritəni də hazırlayan
avropalı missioner idi!
300 il ərzində avropalılar Amerikanın, Okeaniyanın, Atlantik və Sakit
okeanlarının mütləq hakimi oldu. Bu bölgələrdəki ciddi toqquşmalar
sadəcə müxtəlif Avropa dövlətləri arasında baş verirdi. Avropalılar
tərəfindən yeni torpaqlarda ələ keçirilmiş sərvət və qaynaqlar, nəticədə,
avropalıların Asiyam işğal edib, burada hökm sürən imperiyaları yox
edərək öz aralarında bölüşmələrinə yol açdı. Osmanlılar, iranlılar,
hindlilər və çinlilər bu vəziyyəti görüb, hadisələrə diqqət yetirməyə
başladıqda artıq çox gec idi.
Qeyri-Avropa mədəniyyətləri yalnız 20-ci əsrdə həqiqi qlobal
təsəvvürə sahib ola bildi, bu isə Avropanın hegemonluğuna son qoyan
əsas faktorlardan biri oldu. Əlcəzairin müstəqilliyi uğrunda gedən
müharibədə (1954-1962) yerli partizanlar həm texnoloji və iqtisadi
cəhətdən, həm də sayca üstün olan fransız ordusunu məğlub edə bildi,
çünki ümumdünya antimüstəmləkəçilik hərəkatı onlara dəstək verirdi;
üstəlik əlcəzairlilər dünya mətbuatından və Fransadakı ictimai rəydən
faydalanmağın yollarını tapmışdı. Eyni strategiya kiçik Vyetnamın ABŞ
kimi bir nəhəngin öhdəsindən gəlməyə kömək etdi. Bu partizan
qüvvələri sübut etdi ki, yerli toqquşmalar qlobal müharibələrə
çevrildikdə, hətta super dövlətlər də məğlub ola bilər. Maraqlıdır, əgər
Montesuma İspaniya ictimai rəyini ma- nipulyasiya edə bilsəydi və
İspaniyanın rəqiblərindən (Portuqaliya, Fransa və ya Osmanlı
imperiyası) kömək ala bilsəydi, hadisələr necə inkişaf edərdi?

329
Nadir hörümçəklər və
unudulmuş mətnlər
Müasir elm və müasir imperiyalar, bəlkə də, üfüqün arxasında onları
çox mühüm bir kəşfin gözlədiyini düşünərək və oranı fəth etməyi şiddətli
dərəcədə arzulayaraq hərəkət etmişdi. Lakin elm və imperiya arasındakı
əlaqə daha dərinlərdə idi. İmperiya qurucularının həm motivasiyası, həm
də praktikası alimlərin maraqlarına uyğun gəlirdi. Müasir avropalılar üçün
imperiya qurmaq elmi layihə, yeni elmi fənnlər yaratmaq isə - imperial
layihə idi.
Müsəlmanlar Hindistanı fəth etdikdə, öz yanlarında Hind tarixini
sistemli şəkildə araşdırmaq üçün arxeoloqlar, hind mədəniyyətini
öyrənmək üçün antropoloqlar, hind torpaqlarını tədqiq etmək üçün
geoloqlar və ya hind faunasını öyrənmək üçün zooloqlar gətirməmişdi.
İngilislər isə Hindistanı ələ keçirdikdə bütün bunlan nəzərə aldılar. 10
aprel 1802-ci ildə Böyük Hindistan Tədqiqatı başlandı və bu 60 il davam
etdi. On minlərlə yerli fəhlənin, alimin və bələdçinin yardımı ilə ingilislər
bütün Hindistanın ətraflı xəritəsini çəkdilər, sərhədləri
müəyyənləşdirdilər, məsafələri ölçdülər, hətta Everestin və digər Himalay
zirvələrinin dəqiq hündürlüyünü ilk dəfə hesabladılar. İngilislər hind
əyalətlərinin hərbi ehtiyatlarını, qızıl mədənlərini araşdırdılar, amma eyni
zamanda nadir hind hörümçəkləri haqqında məlumatlar da topladılar,
rəngbərəng kəpənəklərin kataloqunu hazırladılar, yox olmuş qədim hind
dillərini köklərini öyrəndilər və unudulmuş xarabalıqlarda qazıntı işləri
apardılar.
Mohenco-Daro e.ə. 3000-ci illərdə inkişaf etmiş və təxminən e.ə.l900-
cu ildə ortadan qalxmış Hind Vadisi mədəniyyətinin əsas şəhərlərindən
biriydi. Hindistanın ingilislərdən əvvəlki hakimlərindən heç biri (nə
maurilər, nə quptalar, nə Dehli sultanları, nə də Böyük Moqollar) bu
xarabalıqlara gözucu da baxmamışdı, amma ingilis arxeoloqlar 1922-ci
ildə Mohenco-Darodan qalma dağıntıların olduğu yeri təsbit etdi. Sonra
dərhal qazıntılara başlayaraq, hindlilərin xəbərsiz olduğu bu ilk böyük
Hind mədəniyyətini aşkar etdilər.

330
İngilislərin elmi axtarışlara meylli olduqlarını göstərən misallardan biri
də mixi yazısının şifrəsinin açılmasıdır. Üç min il ərzində Yaxın Şərqdə
əsas yazı növü olan mixi yazısını oxumağı bilən son insan, yəqin ki,
eramızın birinci minilliyinin başlanğıcında ölmüşdü. O vaxtdan bəri yerli
sakinlər abidələrin, daş sütunların, qədim dağıntıların və qırıq küplərin
üzərində bu yazılara tez-tez rast gəlirdi. Amma bu qəribə, çəp xətləri
oxumağı bilmirdilər və bizə məlum olduğuna görə, bu yazıları oxumağa
heç vaxt çalışmamışdılar. Mixi yazısı ilk dəfə 1618-ci ildə avropalıların
diqqətini cəlb etmişdi: İrandakı ispan səfiri qədim Persepolisdən qalma
dağıntılar arasında gəzərkən heç kimin ona izah edə bilmədiyi yazılara
rast gəlmişdi. Bu naməlum yazı haqqında xəbər sürətlə avropalı alimlər
arasmda yayıldı və onların marağına səbəb oldu. 1657-ci ildə avropalı
alimlər Persepolisdəki mixi yazısının ilk tərcüməsini nəşr etdirdi, bunun
ardınca başqa tərcümələr də ortaya çıxdı və təxminən iki yüz il ərzində
Qərb alimləri mixi yazısının şifrəsini açmaq üçün çox çalışdı, amma buna
nail ola bilmədilər.
1830-cu illərdə şahın ordusuna Avropa üslubunda təlim vermək üçün
İrana Henri Roulinson adlı bir ingilis zabiti göndərildi. Boş vaxtlarını
İranı gəzib-dolaşmaqla keçirən Roulinsonu bir gün Zaqros dağlarındakı
qayalığa aparan bələdçilər ona nəhəng Behis- tun kitabəsini göstərdi. 15
metr hündürlüyündə və 25 metr enində olan bu daş kitabə eramızdan
əvvəl təxminən 500-cü illərdə Şah I Daranm əmri ilə nəhəng bir qayanın
üzərində oyularaq həkk olunmuşdu. Bu yazılar mixi əlifbası ilə üç dildə
yazılmışdı: qədim fars, elami və babil dilində. Yerli sakinlərin bu daş
kitabədən xəbərləri vardı, lakin yazıları heç kim oxuya bilmirdi.
Roulinson, əgər bu yazıların şifrəsini aça bilsə, o dövrdə Yaxm Şərqin
başqa yerlərində də tapılmış bir çox mətni həm özünün, həm də digər
tədqiqatçıların oxuya biləcəyinə və beləcə, qədim və unudulmuş
dünyalara qapı açacağına inandı.
Hər şeydən əvvəl bu yazıların dəqiq surətini çıxarmaq və onun
nüsxələrini Avropaya göndərmək lazım idi. Roulinson bunu edə bilmək
üçün həyatını təhlükəyə ataraq, uçurumun üzərindəki dik qayaya
dırmaşıb, işarələrin üzünü köçürməyə başladı. O kömək üçün bir neçə
yerli sakini də çağırmışdı; onların arasmda qayanın

331
ən əlçatmaz yerinə qalxıb, mətnin yuxan hissəsim köçürməyi bacaran bir
kürd uşağı da vardı. 1847-ci ildə hazırlıq işləri sona çatdı: mətnin tam və
dəqiq surəti Avropaya göndərildi.
Roulinson bununla kifayətlənmədi. Bir zabit kimi hərbi və siyasi
tapşırıqları yerinə yetirməklə məşğul olsa da, hər boş dəqiqəsini yazının
şifrəsini açmağa ayırdı. Müxtəlif üsullardan istifadə etdi və nəhayət,
yazının farsca olan hissəsinin şifrəsini aça bildi. Bu daha asan idi, çünki
qədim farsca müasir fars dilindən çox da fərqlənmirdi. Roulinson isə fars
dilini yaxşı bilirdi. Qədim fars dilində olan yazıları oxuya bilmək - elami
və babil dilindəki yazıların şifrəsini açmaq üçün açar verdi. Sirli qapı
açıldı və mətndən çıxan qədim, amma canlı səslər ortalığa yayıldı: Şumer
bazarlarının hay-küyü, Assur şahlarının əmrləri, Babilli bürokratların
mübahisələri... Roulinson kimi avropalı imperialistlərin səyləri
olmasaydı, indi qədim Orta Şərq imperiyaları haqqında bu qədər
məlumata sahib ola bilməzdik.
Elmlə imperiyanın qarşılıqlı əlaqəsinə başqa bir ömək - ser Uil- yam
Consun həyatıdır. 1783-cü ilin sentyabr ayında Hindistana Benqaliyanin
Ali Məhkəməsinə hakim təyin olduğu üçün gələn Cons bu ölkənin
xariqələrinə o qədər heyran oldu ki, gəlişindən altı ay sonra Asiya
Cəmiyyətini qurdu. Bu akademik təşkilat Asiya ölkələrinin və xüsusilə
də Hindistanın mədəniyyətini, cəmiyyətini və tarixini öyrənməklə
məşğul idi. Bundan iki il sonra Cons müqayisəli dilçilik sahəsində əsas
əsərlərdən biri olan "Sanskrit dili" kitabını nəşr etdirdi.
Jons bu kitabda indus ayinlərinin müqəddəs dilinə çevrilmiş qədim
Sanskrit dili ilə yunan və latın dilləri, həmçinin qot, kelt, qədim fars,
alman, fransız və ingilis dilləri arasında heyrət doğuracaq bənzərliklər
olduğunu göstərdi. Məsələn, "ana" sanskritcə "matar", latınca "mater",
qədim keltcə "mathir" idi. Corçs bütün bu dillərin hal-hazırda unudulmuş
olan qədim və ümumi bir dildən törədiyini irəli sürdü. Beləcə, sonradan
"Hind-Avropa dil ailəsi" adlandırılacaq dillər qrupunu təsvir edən ilk
şəxs oldu.
"Sanskrit dili" əsəri Consun nəinki cəsur və dəqiq fərziyyələri, eyni
zamanda müxtəlif dilləri müqayisə etmək üçün irəli sürdüyü sistematik
metodologiya sayəsində də linqvistikanm inkişafında mühüm rol oynadı.
Bu metod sonralar digər alimlər tərəfindən də

332
qəbul edildi və beləcə, dünyadakı bütün dillərin inkişafını sistemli şəkildə
öyrənmək mümkün oldu.
İmperiyalar linqvistika elminə böyük dəstək verdi. Avropalı
hökmdarlar effektiv idarəetmə üçün öz təbəələrinin dillərini və
mədəniyyətlərini bilmək lazım olduğunu düşünürdü. Hindistana gələn
britaniyalı zabitlər ingilis qanunları ilə yanaşı hind və islam hüquqlarını,
yunanca və latıncadan əlavə Sanskrit, urdu və fars dillərini, həmçinin
riyaziyyat, iqtisadiyyat və coğrafiya ilə yanaşı ta- mil, benqal və hind
mədəniyyətlərini öyrənmək üçün üç il Kəlküttə kollecində təhsil almağa
göndərilirdilər. Linqvistika dərsləri yerli dillərin strukturunu və
qrammatikasını anlamaq üçün misilsiz köməklik göstərdi.
Uilyam Cons və Henri Roulinson kimi insanların tədqiqatları
sayəsində avropalı fatehlər öz imperiyalarını əvvəlki fatehlərdən və hətta
yerli əhalidən də daha yaxşı tanıyırdı. Bu biliklər onlara açıq-aşkar
praktik üstünlüklər verirdi, belə məlumatlar olmadan bir ovuc
britaniyalının yüz milyonlarla hindlini iki yüz il ərzində amansızca
istismar edib, idarə edə bilməsi mümkün deyildi. 19-cu əsrin
başlanğıcından 20-ci əsrin əvvəllərinə qədər, sayı 5 mindən də az olan
ingilis məmur, 40-70 min arasında əsgər və təxminən 100 min ingilis
biznesmen, onların nökərləri, arvad və uşaqları 300 milyon hindlini
əsarətdə saxlayıb idarə edə bilirdi.1
Lakin bu praktik üstünlüklər imperiyaların linqvistika, botanika,
coğrafiya və tarixin öyrənilməsinə maddi dəstək verməsinin yeganə
səbəbi deyildi, başqa bir mühüm səbəb də elmin bu imperiyalan ideoloji
cəhətdən haqlı çıxarması idi. Müasir avropalılar yeni biliklər qazanmağın
daim faydalı olacağma əmin idi. İmperiyalar daim yeni biliklərə yol
açdığı üçün mütərəqqi və pozitiv görünürdülər. Hətta bu gün də
coğrafiya, arxeologiya və botanika kimi elmlər, dolayı yolla olsa da,
Avropa imperiyalarına borclu olduqlarını etiraf edirlər. Botanika
tarixçiləri Avstraliyalı aborigenlərin çəkdiyi iztirablar haqqında demək
olar ki, heç bir şey söyləmədikləri halda,

' Edward M.Spiers, The Army and Society: 1815-1914, London: Longman, 1980, səh. 121;
Robin Moore, “İmperial India, 1858-1914", in The Oxford History of the British Empire: The
Nineteenth Century, cild: 3, Andrew Porter, New York: Oxford University Press, 1999, səh.
442.

333
Ceyms Kuk və Cozef Benksin ünvanına xoş sözlər deməyi unutmurlar.
Bundan əlavə, imperiyaların qazandığı yeni biliklər, ən azından nəzəri
cəhətdən olsa da, fəth edilmiş xalqlar üçün də faydalı idi və onlara "tərəqqi"
yolu ilə getməyə, tibb və təhsil sahəsində uğurlar qazanmağa, dəmir yollan
və kanallar çəkməyə, ədaləti və inkişafı təmin etməyə imkan verirdi.
İmperialistlər qurduqları imperiyaların nəhəng istismarçı müstəmləkələr
deyil, qeyri-Avropa xalqlarının da rifahı üçün həyata keçirilmiş xoş niyyətli
layihələr, Redyard Kiplinqin sözləri ilə desək, "ağ adamın yükü" olduğunu
iddia etdilər:

Ağ adamın yükünü daşıyın,


Ən yaxşı oğullarınızı
Sürgünə göndərin;
Öz əsirlərinizə,
Acıqlı kölələrinizə,
Vəhşi qəbilələrə,
Yarı-şeytan, yarı-uşaq xalqlara Xidmət etmək üçün
göndərin.

Əlbəttə, faktlar bu mifi təkzib edir. Hindistanın ən zəngin əyaləti olan


Benqaliyanı 1764-cü ildə fəth edən və sərvət toplamaqdan başqa heç bir
şeylə maraqlanmayan ingilislər bir neçə il içində Böyük Benqal Adığının
meydana çıxmasına səbəb olan dəhşətli iqtisadi siyasət yürütdülər. 1769-cu
ildə başlayan və 1770-ci ildə fəlakət səviyyəsinə gəlib çatan qıtlıq 1773-cü
ilə qədər davam etdi. Bu fəlakətdə əhalinin təxminən üçdə biri, yəni 10
milyon benqal həyatını itirdi.’
Əslində nə zülm və istismar haqqında hekayələr, nə də "Ağ adamın
yükü" mifi faktlara tam uyğundur. Avropa imperiyaları o qədər müxtəlif və
geniş miqyaslı işlər gördülər ki, onlarla bağlı ortaya atılmış istənilən iddianı
dəstəkləmək üçün bir çox örnək tapmaq
1
Vinita Damodaran, “Famine in Bengal: A Comparison of the 1770 Famine in Bengal and the
1897 Famine in Chotanagpur”, The Medieval History Journal, cild: 10, sayı 1-2 (2007), səh. 151.

334
olar. Əgər bu imperiyaların dünyanın hər tərəfinə ölüm, zülm və ədalətsizlik
yayan rəhmsiz bir əjdaha olduğunu düşünürsünüzsə, siz asanlıqla onların
cinayətləri haqqında ensiklopediya hazırlaya bilərsiniz. Əgər imperiyaların
öz təbəələrinin həyatını yeni dərmanlarla, yeni iqtisadi siyasət və
təhlükəsizlik şərtləri ilə yaxşılaşdırdığını düşünürsünüzsə, bu barədə də
ensiklopediya hazırlaya bilərsiniz. Bu imperiyalar elmlə sıx əməkdaşlığın
sayəsində o qədər böyük güc qazandı və dünyanı o qədər dəyişdirdilər ki,
onlan nə pis, nə də yaxşı adlandırmaq mümkündür. Bu gün yaşadığımız
dünyanı və onlara qiymət vermək üçün istifadə etdiyimiz ideologiyaları bu
imperiyalar yaradıb.
Digər tərəfdən, imperialistlər elmdən pis məqsədlər üçün də istifadə edib.
Bioloqlar, antropoloqlar və hətta linqvistlər də avropalıların digər irqlərdən
üstün olduqlarma və deməli, onları idarə etmək haqqına sahib olduqlarma
dair elmi sübutlar uydurdular. Uilyam Cons bütün Hind-Avropa dillərinin
ümumi və qədim bir dildən törədiyini iddia etdikdən sonra, bir çox tədqiqatçı
bu dildə danışanların kim olduğunu aydınlaşdırmağa çalışdı. Məlum oldu ki,
sanskritcə danışan ilk cəmiyyət - 3 min il əvvəl Orta Asiyadan gələrək
Hindistanı işğal edən və özünü Arya adlandıran bir xalq olub. Qədim fars
dilində danışanlar isə özlərinə Airiia deyirmiş. Avropalı tədqiqatçılar belə
bir nəticəyə gəldilər ki, Sanskrit və fars dillərinin (həmçinin, yunan, latm,
qot və kelt dillərinin də) mənşəyi olan qədim dili danışanlar özlərini arilər
adlandırıb. Bütün bu möhtəşəm Hind, Fars, Yunan və Roma
mədəniyyətlərini quranların arilər olması təsadüf idimi?
Daha sonra ingilis, fransız və alman tədqiqatçılar bu zəhmətkeş arilərlə
bağlı linqvistik nəzəriyyələrini Darvinin təbii seçmə nəzəriyyəsi ilə
birləşdirdi və arilərin sadəcə bir linqvist qrup deyil, ümumi bioloji cəhətlərə
sahib olan bir cəmiyyət, yəni irq olduğunu iddia etdilər. Üstəlik, adi bir irq
deyil, ucaboy, sarışın, mavi gözlü, çalışqan və ağıllı insanlardan ibarət,
şimalın dumanlı torpaqlarından ortaya çıxıb bütün dünyaya mədəniyyət
yayan ali irq olduğunu irəli sürdülər. Təəssüf ki, Hindistan və İranı işğal
edən arilər yerli sakinlərlə nikah bağlayaraq ağ dərilərini, sarı saçlarını və
bunlarla yanaşı rasionallıq və çalışqanlıqlarını da itirmişdi. Buna görə

335
də Hind və Fars sivilizasiyaları süqut etdi. Avropada isə arilər irqi
saflıqlarını qorudu və bunun sayəsində avropalılar bütün dünyanı fəth
etməyi bacardı. Aşağı irqlərlə qarışmamaq üçün tədbir görmək şərti ilə arilər
onları idarə etməyə layiq idi.
On illər ərzində mühüm və ciddi qəbul edilən bu cür irqçi
nəzəriyyələr indi siyasətçilər və alimlər üçün tabu sayılır. İnsanlar
irqçiliyə qarşı qəhrəmancasına mübarizə aparmağa davam edərkən,
cəbhənin dəyişdiyini və imperial ideologiya kimi irqçiliyin yerinə
"kulturalizm"in gəldiyini gözdən qaçırırlar. Belə bir məfhum yoxdursa,
onu yaratmağın vaxtı çoxdan çatıb. Bu günün elitası arasında müxtəlif
insan qrupları arasındakı fərqləri bioloji deyil, mədəniyyətlər fərqi ilə
izah etmək geniş yayılıb. Artıq "bu onların qanında var" deyil, "onların
mədəniyyəti belədir" deyirik.
Müsəlmanların mühacirətinə etiraz edən Avropanın mühafizəkar
partiyaları irqi terminologiyadan istifadə etmək istəmir. Məsələn, Marin
le Penin çıxışını hazırlayanlar Milli Cəbhə liderinin televiziyaya çıxıb:
"bu aşağı səviyyəli semitlərin bizim ari qanımıza öz qanlarını qarışdıraraq
mədəniyyətimizi korlamalarını istəmirik" deməsini təklif etsəydilər,
dərhal işdən qovulardılar. Bunun əvəzində, Fransız Milli Cəbhəsi,
Hollandiya Azadlıq Partiyası, Avstriyanın Gələcəyi üçün Alyans və
bunlara bənzər qurumlar Avropada inkişaf etmiş qərb mədəniyyətinin
demokratik dəyərlər, tolerantlıq və gender bərabərliyinə əsaslandığını,
Yaxın Şərqdə meydana çıxmış islam mədəniyyətinin isə qadına nifrət,
iyerarxik siyasət və fanatizm üzərində qurulduğunu iddia edir. Bu iki
mədəniyyət bu qədər fərqli olduğu və müsəlman mühacirlərin çoxu qərb
dəyərlərini mənimsəmək istəmədikləri üçün (bəlkə də, bacarmadıqları
üçün) onlarm ölkəyə girişinə icazə verilməməlidir, əks təqdirdə onlar
daxili toqquşmalara yol aça bilər və Avropa liberalizminə və
demokratiyasına xələl gətirərlər.
Bu cür kultural arqumentlər, mədəniyyətlər toqquşmasını və müxtəlif
mədəniyyətlər arasmdakı fundamental fərqləri xüsusilə vurğulayan
humanitar və sosial elmlər sahəsindəki tədqiqatlardan bəhrələnir. Əlbəttə,
tarixçilərin və antropoqların hamısı bu nəzəriyyələri və onlarm
siyasətdəki tətbiqini qəbul etmir. Lakin bu gün bioloqların irqçiliyi ifşa
etməsi və müxtəlif insan cəmiyyətləri ara

336
sındakı bioloji fərqlərin əhəmiyyətsiz olduğunu irəli sürməsi nə qədər
asandırsa, tarixçilər və antropoloqların kulturalizmi pisləməsi bir o qədər
çətindir. Ən nəhayət, əgər insan mədəniyyətləri arasındakı fərqlər
əhəmiyyətsiz olsaydı, tarixçilərə və antropoloqlara bu fərqləri
araşdırmaq üçün pul verilərdimi?
Alimlər imperiya layihələrini praktiki biliklərlə, ideoloji əsaslarla və
texnoloji yeniliklərlə təmin etdi. Bunlar olmadan, avropalılar dünyanı
fəth etməyi, yəqin ki, bacarmazdı. Fatehlər bunun əvəzində alimləri
informasiya ilə təmin etdi, qorudu, onlarm bütün qəribə və fantastik
layihələrini dəstəklədi və elmi düşüncə tərzini dünyanın hər tərəfində
yaydılar. İmperiyanın dəstəyi olmadan müasir elmin bu qədər inkişaf edə
bilməsi şübhəlidir. Öz həyatına imperiyanın böyüməsinə xidmət etməklə
başlamayan və kəşflərinin, kolleksiyalarının, binalarının və xərclərinin
böyük hissəsini zabitlərə, donanma kapitanlarına və qubernatorlara
borclu olmayan çox az elm sahəsi var.
Əlbəttə, bütün hekayə bundan ibarət deyil. Elm sadəcə imperiyalar
tərəfindən yox, başqa təsisatlar tərəfindən də dəstəklənib. Avropa
imperiyaları da elmlə yanaşı digər faktorlar sayəsində inkişaf edib və
güclənib. Həm elmin, həm də imperiyanın fövqəladə yüksəlişinin
arxasında xüsusilə mühüm olan bir güc var: kapitalizm. Daha çox pul
qazanmağa çalışan işgüzar adamlar olmasaydı, nə Kolumb Amerikaya,
nə Ceyms Kuk Avstraliyaya yollanar, nə də Nil Armstronq Ayın
səthində o kiçik addımı ata bilərdi.

337
16

Kapitalist əqidəsi

UL HƏM İMPERİYALAR QURMAQ, həm də elmi in-


P kişaf etdirmək üçün lazım idi. Pul bu təşəbbüslərin son
məqsədi, yoxsa sadəcə təhlükəli bir zərurət idimi?
Müasir tarixdə iqtisadiyyatın həqiqi rolunu anlamaq asan deyil. Pulun
dövlətlərin meydana gəlməsinə və süqutuna necə səbəb olduğuna, necə yeni
üfüqlər açdığına və milyonlarla insanı köləyə çevirdiyinə, sənayenin
çarxlarını fırladıb yüzlərlə heyvan növünü yox etdiyinə dair cild-cild
kitablar yazılıb. Bununla belə, müasir iqtisadiyyatın tarixini anlamaq üçün
yalnız bir sözü dərk etmək lazımdır: artım. Müasir iqtisadiyyat yaxşı və ya
pis gündə, necə deyərlər, xəstə və ya sağlam vaxtlarında, hormon verilmiş
bir yeniyetmə kimi əlinə düşən hər şeyi yeyərək və sürətlə boy ataraq
böyüməkdədir.
Min illər boyunca iqtisadiyyat təqribən eyni böyüklükdə qalmağa
davam etdi. Dünyada istehsalın həcmi böyüsə də, bu əsasən yeni torpaqların
məskunlaşdırılması və əhali artımının nəticəsi idi, bir nəfərə düşən istehsal
isə sabit qaldı. Lakin müasir dövrdə hər şey dəyişdi. 1500-cü ildə dünya
üzrə mal və xidmət istehsalı 250 milyard dollara bərabər idi, bu gün isə
təxminən 60 trilyon dollardır. Ən başlıcası isə, 1500-cü ildə bir nəfərə düşən
illik istehsalın həcmi orta hesabla 550 dollar olduğu halda, bu gün körpələr
də daxil olmaqla, hər adamın payına ildə təxminən 8.800 dollarlıq istehsal
düşür.1 Bu nəhəng artımı nə ilə izah etmək olar?
İqtisadiyyat-çox mürəkkəb məsələdir. Bunu bir az sadələşdirmək üçün
bəsit bir misal düşünək.

1
Maddison, World Economy, cild: 1, səh. 261, 264; “Gross National Income Per Capita 2009,
Atlas Method and PPP”, The World Bank, http://siteresources.worldbank.org/DATA-
STATISTICS/Rcsources/GNlPC.pdf (sayta 10 dekabr 2010-cu ildə baxılıb).

338
Zirək maliyyəçi, Samuel Greedi Kaliforniyada, Eldorado qəsəbəsində
bank qurur. Eldoradodan olan bacarıqlı inşaatçı A. A.Slay ter ilk böyük işini
tamamladıqdan sonra bir milyon dollar nağd pul alır və pulu cənab
Greedinin bankına qoyur. Beləliklə, bankın əlində bir milyon dollarlıq
kapital yaranır.’
Bu əsnada, təcrübəli lakin pulsuz olan Ceyn Mak-Daunut qəsəbədə
biznes üçün imkanlar olduğunu görür, belə ki, burada yaxşı çörəkbişirmə
sexi yoxdur. Lakin onun gərəkli avadanlıqlar, sənaye tipli sobalar, qablar,
bıçaqlar, qəliblər almağa pulu yoxdur. Buna görə də, banka gedib öz biznes-
planını Greediyə təqdim edir və onu bunun yaxşı bir investisiya olacağına
inandırır. Greedi ona bir milyon dollarlıq kredit verir.
Mak-Daunut isə çörəkbişirmə sexini inşa etmək və onu lazımi
avadanlıqlarla təchiz etmək üçün Slayterlə müqavilə bağlayır. İnşaatçı bu
işdən də bir milyon dollar qazanır.
Ceyn ödənişi bank qəbzi ilə edir, Slayter isə bu qəbzi Greedinin bankında
açdığı hesaba köçürür.
İndi Slayterin bank hesabında nə qədər pul var? Bəli, iki milyon dollar.
Bəs, bankın kassasında nağd şəkildə nə qədər pul var? Bir milyon dollar.
Məsələ bununla da bitmir. Adətən bütün inşaatçıların etdiyi kimi, Slayter
işə başladıqdan iki ay sonra gözlənilməz problemlər və xərclər üzündən
inşaat işlərinin iki milyona yüksəldiyini Mak- Daunuta söyləyir. Mak-
Daunut buna sevinməsə də, işi yanda saxlamamaqdan ötrü yenidən banka
gedir, cənab Greedini ona əlavə borc verməyə razı salır. Greedi onun
hesabına bir milyon dollar da köçürür. Mak-Daunut isə bu pulları inşaatçı
Slayterin hesabına köçürür.
İndi Slayterin hesabında nə qədər pul var? Düz üç milyon dollar. Bəs,
həqiqətdə bankdakı pul nə qədərdir? Bir milyon dollar, yəni lap əvvəldən
bəri bankda olan pul.
Hal-hazırda ABŞ-da bank fəaliyyəti haqqında qanunlar bu əməliyyatı
yeddi dəfə təkrarlamağa imkan verir. Beləliklə, bankın

1
Müəllif bu misalda soyadlarla bağlı bənzətmə aparmışdır. Belə ki, ingiliscə “Greedy” -
tamahkar, “Slyter” - hiyləgər”, “Daunut" isə - çörəkçi mənasına gəlir.

339
kassasında cəmi bir milyon dollar da olsa, inşaatçının hesabına 10 milyon
dollar pul toplana bilər. Banklar əllərində olan hər dollar üçün on dollar
qədər kredit verə bilir; bu o deməkdir ki, bank he- sablanmızdakı pulun
90%-nin real əskinazlar və qəpiklərlə qarşılığı yoxdur.’ Əgər Barklays
Bankdakı bütün hesab sahibləri eyni anda pullarını geri almaq istəsələr,
bank iflas edər (əlbəttə, hökumət banka kömək etməyə çalışmasa). Bu
vəziyyət Lloyds, Deutsche Bank, Citibank və dünyanın bütün bankları
üçün eynidir.
Bütün bunlar nəhəng bir maliyyə saxtakarlığı piramidasma bənzəyir,
elə deyilmi? Amma əgər bu saxtakarhqdırsa, onda bütün müasir
iqtisadiyyat saxtakarlıqdan ibarətdir. Əslində bu yalan və ya fırıldaqçılıq
deyil, insan təxəyyülünün möcüzəvi qabiliyyətinin bir təzahürüdür.
Banklar və ümumiyyətlə iqtisadiyyat bizim gələcəyə olan inamımız
sayəsində yaşayır və inkişaf edir. Bu inam - dünyada olan pulların böyük
hissəsinin yeganə dayağıdır.
Çörəkxana misalında inşaatçının hesabındaki pulla bankda həqiqətən
mövcud olan pul arasındakı fərq - Mak-Daunutun çörəkxanasıdır. Cənab
Greedi bu sərmayənin gəlir gətirəcəyinə ümid edərək Mak-Daunuta kredit
vermişdir. Hələ bir kömbə çörək də bişirilməyib, lakin Mak-Daunut və
Greedi bir il sonra minlərlə çörək, piroqlar, tortlar və müxtəlif şirniyyatlar
satılacağına və böyük gəlir əldə olunacağına ümid edir. Bu halda, xanım
Mak-Daunut krediti faizi ilə birlikdə geri qaytara biləcək. Əgər bu əsnada
cənab Slayter bankdan pulunu götürmək istəyərsə, cənab Greedi nağd pul
tapmağa çalışacaq. Beləliklə, bütün sistem xəyali bir gələcəyə olan inam
üzərində qurulub. Sahibkarın və bankirin - çörəkxananm gələcəyinə,
inşaatçının isə - bankın gələcəkdə ödəmə qabiliyyətinin olacağına duyduğu
inam.
Biz artıq pulun ecazkar bir şey olduğunu görmüşük: pul saysız-hesabsız
əşyanı əvəz edə bilir və demək olar ki, hər şeyi hər şeyə çevirə bilir. Lakin
pulun bu qabiliyyəti müasir dövrdən əvvəl məhdud idi. Əksər hallarda, pul
sadəcə o anda mövcud olan əşyalan

1
Çörəkbişirmə sexinin inşası ilə bağlı göstərdiyim misalda rəqəmlər lazımi qədər dəqiq deyil.
Banklar əllərində mövcud olan hər dollar üçün 10 dollarlıq kredit verə bildiklərindən, banka
qoyulan hər bir milyon dollar üçün 9.090.000 dollar kredit verib, 91.000 dollarını kassalarında
saxlayırlar. Amma oxucular üçün məsələni daha da asanlaşdırmaq məqsədi ilə rəqəmləri
yuvarlaqlaşdırdım. Bundan əlavə, banklar qanunlara həmişə riayət etmirlər.

340
əvəz edə bilir və onlara çevrilə bilirdi; bu isə artıma ciddi şəkildə
maneçilik törədirdi, çünki yeni müəssisələri maliyyələşdirmək
çətinləşirdi.
Yenə çörəkxana misalına qayıdaq. Bu halda, Mak-Daunut sadəcə
maddi əşyaları təmsil edə bilən pulu ala bilərdimi? Yox, çünki o anda onun
böyük arzuları olsa da, maddi resursları yox idi. Çörəkxana inşa etdirmək
üçün onun yeganə yolu - ödənişi bir neçə ildən sonra, yəni çörəkxana gəlir
gətirməyə başladıqdan sonra almağı qəbul edən bir inşaatçı tapmaq idi.
Halbuki belə inşaatçı tapmaq nadir hallarda mümkün olur. Beləliklə, bizim
sahibkar çətin vəziyyətə düşüb: çörəkxana olmadan piroq bişirə bilməz,
piroq olmadan pul qazana bilməz, pul olmadan inşaatçı tuta bilməz,
inşaatçılar olmadan çörəkxana da tikilməz.

Sahibkarın dilemması

Bəşəriyyət min illərlə bu cür çətinliklə üzləşib və bunu nəticəsində isə,


iqtisadiyyat sabit qalıb, inkişaf etməyib. Bu tələdən çıxış yolu - yalnız
müasir dövrdə, gələcəyə olan inam üzərində qurulmuş bir sistem ortaya
çıxdıqdan sonra tapılmışdır. Bu sistemdə insanlar xəyali malları, - yəni,
hal-hazırda mövcud olmayan malları, - "kredit" adlandırılan xüsusi pul
növü ilə ifadə etməyə razılaşıblar. Kredit gələcəyin hesabına bu günü inşa
etməyə imkan verir və gələcəkdəki resurslarımızın bugünkü resurslardan
daha çox olacağı ehtimalına əsaslanır. Gələcəkdəki gəlirimizi bu gün bir
iş görmək üçün istifadə etdikdə, yeni və gözəl imkanlar ortaya çıxa bilər.

341
Müasir İqtisadiyyatın Sehrli Dairəsi

Əgər kredit bu qədər gözəl bir şeydirsə, niyə daha əvvəllər bunu heç
kim düşünməyib? Əlbəttə, düşünüblər. Bu və ya başqa formada kredit
razılaşmaları ən azından Qədim Şumerdən başlayaraq bütün
mədəniyyətlərdə mövcud olub. Əvvəlki dövrlərdə problem - heç kimin bu
fikrə sahib olmaması və ya bundan necə istifada etməyi bilməməsi deyildi.
Problem onda idi ki, insanlar gələcəyin bu gündən daha yaxşı olacağına
inanmırdı və buna görə də, kredit verməyə istəkli deyildilər. Adətən
keçmişin indiki zamandan daha yaxşı olduğuna və bu səbəbdən gələcəyin
daha pis və ya ən uzağı indiki dövrlə eyni olacağına inanırdılar. İqtisadi
dillə desək, ümumi zənginlik səviyyəsinin sabit qalacağı və ya azalacağı
düşünülürdü; buna görə də, insanlar şəxsən özlərinin və ya krallıqların, ya
da bütün dünyanın on ildən sonra daha da zəngin olacağını təsəvvür
etmirdilər. Sahibkarlıq fəaliyyəti - nəticəsi sıfır olan bir oyun kimi qəbul
edilirdi. Əlbəttə, hər hansı bir çörəkxananm gəlirləri arta bilərdi, lakin bu
digər çörəkxananm gəlirlərinin azalması hesabına mümkün olurdu.
Venesiya zənginləşirdisə, Genuya yoxsullaşırdı. İngiltərə kralı zənginləşə
bilərdi, lakin buna fransız kralını qarət etməklə nail ola bilərdi. Piroqu
müxtəlif şəkillərdə kəsmək olardı, amma son nəticədə piroq eyni piroq idi.
Buna görə mədəniyyətlərin əksəriyyətində çox pul qazanmağa
çalışmaq günah sayıldı. İsanın dediyi kimi "Bir dəvənin iynə dəliyindən
keçməsi, bir zənginin cənnətə girməsindən daha asan-

342
dır" (Mattanm İncili, 19:24). Əgər piroq dəyişmirsə və onun böyük bir
hissəsi mənimdirsə, deməli, kiminsə payını əlindən almışam. Zənginlər öz
bəd əməlləri üçün tövbə edir və sərvətlərinin bir hissəsini yoxsullara
paylayırdı.
Əgər qlobal piroq həmişə eyni ölçüdə qalırsa, onda kreditə yer yoxdur,
çünki kredit bu günün piroqu ilə sabahın piroqu arasındakı fərqdir. Piroq
eyni qalacaqsa, axı nə üçün kredit verilsin? Bu, əgər sizdən pul istəyən bir
çörəkçinin yaxud kralın başqasının payından oğurlamayacağma
inanmırsınızsa, qəbuledilməz bir risk deməkdir. Buna görə də müasir
dövrdən əvvəlki dünyada kredit almaq çox çətin idi və əgər bu mümkün
olurdusa da, kiçik, qısa müddətli və çox yüksək faizli olurdu. Beləliklə,
təzəcə fəaliyyətə başlamış sahibkar üçün yeni çörəkxanalar açmaq çox
çətin idi, yeni saraylar inşa etdirmək və müharibələr aparmaq istəyən
krallar isə gömrük tariflərini və vergiləri artırmalı olurdu. Bu, krallar üçün
çətin deyildi (təbəələr itaətkar olduqları halda), amma çörəkxana açmaq
istəyən bir xidmətçinin əlindən kral sarayının mətbəxini təmizləyərkən,
zənginlik haqqında sadəcə xəyallar qurmaqdan başqa bir şey gəlmirdi.
Bu qarşılıqlı məğlubiyyət demək idi. Kreditlər məhdud olduğundan,
insanlar yeni işləri maliyyələşdirməkdə çətinlik çəkirdi. Yeni iş yerləri çox
az olduğu üçün iqtisadiyyat artmırdı, iqtisadiyyat artmadığı üçün də
insanlar onun heç vaxt artmayacağını düşünürdü. Əlində sərmayəsi olanlar
kredit vermək istəmirdi. Beləliklə, təxmin edilən durğunluq həqiqətə
çevrilirdi.

Böyüyən piroq
Sonra Elmi inqilab və tərəqqi ideyası ortaya çıxdı. Tərəqqi ideyasının
mahiyyəti belə idi: əgər biliksizliyimizi etiraf etsək və tədqiqatları
maliyyələşdirsək, işlər yaxşı gedər. Bu ideya qısa müddət ərzində
iqtisadiyyatda öz ifadəsini tapdı. Tərəqqiyə inananlar-coğrafi kəşflərin,
texnoloji ixtiraların və təşkilati dəyişikliklərin ümumi istehsal həcmini,
ticarəti və zənginliyi artıracağına inanırlar. Atlantik okeanındakı yeni
ticarət yolları Hind okeanındakı

343
köhnə ticarət yollan yox edilmədən də inkişaf edə bilər. Məsələn, çörək
istehsal edən müəssisələrə zərər vurmadan, şokoladlı tort və qoğal üzrə
ixtisaslaşmış yeni sexlər açmaq olar. Beləliklə, hamı yeni zövqlər qazanar
və daha çox yeyər. Mən səni yoxsullaşdırmadan zənginləşə bilərəm, sən
aclıqdan ölmədən mən kökələ bilərəm. Qlobal piroq böyüyə bilər.
Son 500 il ərzində tərəqqi ideyası insanların gələcəyə olan inamını
artırdı. Bu inam krediti ortaya çıxartdı, kredit real iqtisadi artıma səbəb oldu,
iqtisadi artım isə gələcəyə olan inamı gücləndirdi və daha çox kredit
verilməsinin yolunu açdı. Bu bir-iki günün içində olmadı; iqtisadiyyat hava
şan kimi deyil, lunapark tramvayı kimi enişli-yoxuşlu hərəkət etdi, amma
uzun müddətli perspektivdən baxıldıqda, ümumi istiqamət yüksəlişə doğru
idi. Bu gün dünyada o qədər çox kredit var ki, hökumətlər, şirkətlər və fiziki
şəxslər cari gəlirlərindən dəfələrlə çox olan böyük miqdarda, uzun müddətli
və aşağı faizlə kredit ala bilir.

Müasir dövrdən əvvəlki Müasir İqtisadiyyat


iqtisadiyyat

Dünyanın iqtisadi tarixinin qısa xülasəsi

Böyüyən qlobal piroqa olan inam tədricən inqilabi bir dəyişikliyə yol
açdı. 1776-cı ildə şotlandiyah iqtisadçı Adam Smit bəlkə də, tarixdə ən
mühüm iqtisadi manifest olan "Xalqların zənginliyi" kitabını nəşr etdirdi.
İlk cildin səkkizinci fəslində Smit bu yeni ideyanı irəli sürdü: "Torpaq
sahibi, toxucu və ya pinəçi ailəsini saxlamaq üçün lazım olandan daha çox
gəlir əldə edirsə, artıq pulu işçi

344
tutmaq və beləliklə, gəlirini daha da artırmaq üçün istifadə edir. Onun gəliri
artdıqca, daha çox işçi tutur. Buradan belə bir nəticə çıxır ki, fərdi
sahibkarların gəlirindəki artım ümumi inkişafın və zənginliyin artımının
təməlidir".
Bu bizə çox yeni və orijinal bir fikir kimi görünməyə bilər, çünki
hamımız Smitin ideyasının aksiom kimi qəbul edildiyi kapitalist
dünyasında yaşayırıq. Hər gün xəbərlərdə bu mövzuya dair müxtəlif
versiyalar eşidirik. Smitin insanların eqoistcəsinə öz gəlirlərini artırmağa
can atmasının kollektiv zənginliyin təməli olduğu iddiası - bəşər tarixində
ən inqilabi fikirlərdən biridir. Sadəcə iqtisadi deyil, əxlaqi və siyasi
nöqteyi-nəzərdən də inqilabi bir fikir. Smitin dediklərinin məğzi budur:
Tamahkarlıq yaxşı cəhətdir və mən zənginləşərək bütün cəmiyyətə fayda
gətirirəm. Eqoizm - al- truizmdir.
Smit insanlara iqtisadiyyatın "qarşılıqlı mənfəət situasiyası" olduğunu,
yəni birinin mənfəətinin sizin də mənfəətiniz olduğunu düşünməyi öyrətdi.
Biz nəinki eyni zamanda daha böyük piroq dilimi əldə edə bilərik, həm də
mənə düşən piroq dilimi böyüdükcə sənin də payın böyüyür. Əgər mən
yoxsulamsa, sən də yoxsulla- şacaqsah, çünki sənin məhsullarını və
xidmətlərini ala bilmərəm. Əgər mən varlıyamsa, sən də varlanacaqsan,
çünki mənə nə isə sata bilərsən. Smit zənginliklə əxlaq arasındakı ənənəvi
ziddiyyəti inkar edərək, zənginlər üçün cənnətin qapılarını açmış oldu.
Zəngin olmaq artıq qeyri-əxlaqilik sayılmırdı. Smitin hekayəsində insanlar
öz qonşularını istismar edərək deyil, ümumi piroqu böyüdərək zəngin
olurdu, piroqun böyüməsi isə hamı üçün faydalı idi. Deməli, zənginlər
cəmiyyət üçün həm ən faydalı, həm də ən xeyriyyəçi insanlar idi, çünki
artımın istiqamətini ümumi inkişafa yönəldirdilər.
Bütün bunlar isə, zənginlərin öz gəlirlərindən istifadə edərək yeni
fabriklər açmasından, yeni işçilər tutmasından və gəlirlərini faydasız işlərə
sərf etməməsindən asılı idi. Buna görə də Smit "Gəlir artdıqca xəsislər
pullarını sandıqlara dolduracaq və bu sandığı isə sadəcə pullan saymaq
üçün açacaqlar" demədi, əksinə "gəlir artdıqca, torpaq sahibi və ya toxucu
yeni işçilər götürəcək" fikrini mantra kimi təkrarladı. Müasir kapitalist
iqtisadiyyatı özü ilə yeni bir etika gətirdi: gəlirlər istehsalın inkişafına
qoyulmalıdır.

345
Bu daha çox gəlir gətirir, əldə olunmuş gəlir yenə istehsalın inkişafına
xərclənir, bu da daha çox gəlir qazandırır və bu sonsuza qədər belə davam
edir. İnvestisiyalar müxtəlif şəkildə ola bilər: fabriki böyütmək, elmi
tədqiqatlar aparmaq, yeni məhsullar hazırlamaq. Lakin bütün bu
investisiyalar istehsalın artmasına kömək etməli və daha böyük gəlir
gətirməlidir. Yeni kapitalist əqidəsində ilk və ən müqəddəs əmr budur:
"İstehsaldan əldə olunan gəlir istehsalın artırılmasına yönəldilməlidir".
Buna görə də kapitalizmin adı "kapitalizm"dir. Kapitalizm "kapital"ı,
yəni sərmayəni "zənginlik" dən fərqləndirir. Sərmayə - istehsala
qoyulmuş pul, mal və qaynaqlar deməkdir. Zənginlik isə ya torpağa
basdırılır, ya da məhsuldar və faydalı olmayan işlərə xərclənir. Maddi
ehtiyatlan səmərəsiz piramidaların inşasına yönəldən firon kapitalist
deyildi. Xəzinə aparan ispan gəmisini qarət edən və ələ keçirdiyi qızıl dolu
sandıqlan Karib dənizindəki adaların birində torpağa basdıran dəniz
qulduru da kapitalist deyildi. Amma gəlirinin bir hissəsi ilə fond
birjasında qiymətli kağızlar alan zəhmətkeş fəhlə isə kapitalistdir.
"İstehsaldan əldə olunan gəlir istehsalın inkişafına yönəldilməlidir"
fikri adi görünə bilər, amma bu fikir tarix boyunca insanların
əksəriyyətinə yad idi. Müasir dövrdən əvvəlki zamanlarda insanlar
istehsalın az-çox sabit olduğuna inanırdı. Nə etsəniz də, istehsal
artmayacaqsa, gəlirinizi nə üçün istehsala xərcləyəsiniz? Buna görə də,
orta əsr zadəganları səxavətlilik və nümayişkaranə istehlak etikası
formalaşdırdıl. Öz gəlirlərini cəngavər yarışlarına, ziyafətlərə, saraylara,
müharibələrə, xeyriyyə işlərinə və nəhəng kilsələrin inşasına xərclədilər.
Çox az sayda zadəgan öz gəlirini torpaq sahələrinin daha da məhsuldar
olmasına, daha yaxşı buğda becərməyə, ya da yeni bazarlar tapmağa
xərclədi.
Müasir dövrdə zadəganları kapitalist əqidəsinə ürəkdən inanan yeni
elita əvəz etdi. Bu yeni kapitalist elita hersoq və markizlərdən deyil, idarə
heyəti sədrlərindən, birja maklerlərindən və sənayeçilərdən ibarət idi. Bu
maqnatlar orta əsr zadəganlarından daha çox zəngindir, lakin dəbdəbəli
həyata daha az meyllidir və gəlirlərinin çox kiçik bir hissəsini səmərəsiz
işlərə xərcləyirlər.

346
Müasir dövrdon əvvəlki Müasir İqtisadiyyat
iqtisadiyyat

Qazanc

1 istehsal

Orta əsr zadəganları qızıl saplarla tikilmiş parlaq ipəkdən libaslar


geyər, vaxtlarının çox hissəsini ziyafətlərdə, karnavallarda və təmtəraqlı
yarışlarda keçirərdilər. Müasir baş direktorlar isə kostyum deyilən tünd
rəngli cansıxıcı paltar geyinir və qrup halında qarğa qatanna bənzəyirlər,
əyləncələrə isə çox vaxt ayırmırlar. Tipik sahibkar kapitalist bir işgüzar
görüşdən digərinə qaçaraq, hansı sahəyə sərmayə qoymaqla səmərə əldə
edəcəyini düşünərkən, bir yandan da öz səhmlərinin bahalaşıb-
bahalaşmadığına diqqət yetirir. Doğrudur, onun kostyumu Versaçe ola
bilər və bəlkə də, işgüzar səfərlərə şəxsi təyyarəsi ilə gedir, amma bu
xərclər istehsala qoyduğu sərmayənin yanında heç nədir.
İstehsalın artımı üçün sərmayə qoyanlar sadəcə Versaçe geyən
maqnatlar deyil, sadə insanlar və dövlət qurumlan da bənzər şəkildə
düşünür. Sadə məhəllələrdə insanlar süfrə arxasında çox vaxt öz pullarını
hansı sahəyə qoymaq barədə qızğm söhbətlər apanr və bu pullarla
səhmlər, dövlət istiqrazları, yoxsa daşınmaz əmlak almağın faydalı
olacağı barədə müzakirələr açırlar. Hökumətlər topladıqları vergiləri gəlir
əldə etmək məqsədi ilə istehsal sahələrinə yönəldirlər. Məsələn, liman
inşa etməklə fabriklərin məhsul ixracatım asanlaşdıraraq daha çox
həcmdə istehsal mallarım vergiyə cəlb edə bilər və beləcə, dövlətin
gəlirləri də artar. Başqa bir hökumət isə təhsilə sərmayə qoymağı üstün
tutar, çünki savadlı insanların çox gəlirli sahə olan yüksək texnologiyalar
sektorunu inkişaf etdirəcəyini və

347
liman kimi böyük sərmayə tələb edən layihələrə ehtiyac olmadan, bu
sektordan yüksək vergi gəliri əldə edəcəyini düşünür.
Kapitalizm - iqtisadiyyatın necə işlədiyinə dair bir nəzəriyyə kimi
ortaya çıxdı. Bu nəzəriyyə həm pulun necə işlədiyini izah edir, həm də
gəlirin istehsala yönəldilməsi sayəsində sürətli iqtisadi artım əldə
ediləcəyini iddia edirdi. Kapitalizm sadəcə iqtisadi doktrina olmaqla
qalmadı və tədricən etik bir təlimə, yəni insanlann davranış və düşüncə
tərzlərini müəyyənləşdirən, hətta uşaqların necə təhsil almalı olduqlarını
irəli sürən qaydalar toplusuna çevrildi. Kapitalizmin əsas prinsipi - iqtisadi
artımın yüksək rifah, ya da ən azından yüksək rifaha aparan yol olmasıdır,
çünki ədalət, azadlıq və hətta xoşbəxtlik də iqtisadi artımdan asıbdır. Bir
kapitalistdən Zimbabve və ya Əfqanıstan kimi ölkələrdə ədalət və siyasi
azadlıqların necə təmin ediləcəyini soruşsanız, yəqin ki, sabit demokratik
təsisatların yaranması üçün iqtisadi rifahın və güclü bir orta sinfin nə qədər
mühüm olduğuna və əfqan qəbilələrinə azad sahibkarlıq, çalışqanlıq və
şəxsi təşəbbüs kimi dəyərləri aşılamağın zəruri olduğuna dair cavablar
alacaqsınız.
Bu yeni din müasir elmin inkişafına böyük təsir göstərdi. Elmi
tədqiqatlar adətən ya dövlətlər, ya da özəl şirkətlər tərəfindən
maliyyələşdirilir. Kapitalist hökumət və ya şirkətlər hər hansı elmi
layihəyə sərmayə qoymaq istəyərkən ilk növbədən bunu soruşur: "Bu
layihə istehsalın və gəlirlərin artmasına, iqtisadi inkişafa kömək
edəcəkmi?". Bu maneələrdən keçə bilməyən bir layihənin sponsor tapa
bilməsi çox çətindir. Müasir elm tarixində kapitalizmin rolunu nəzərə
almamaq mümkün deyil.
Eyni şəkildə, kapitalizm tarixini də elmi nəzərə almadan anlamaq
olmaz. Kapitalizmin daimi iqtisadi artıma olan inamı Jcainatla bağlı
bildiyimiz hər şeyə ziddir. Məsələn, canavar sürüsü qoyunların daim
artacağını düşünməz. İqtisadiyyatın müasir dövr boyunca həndəsi silsilə
ilə böyüməsi - insanlann zaman-zaman yeni kəşf və ya ixtiralar etməsi, -
məsələn, Amerika qitəsinin kəşfi, daxili yanma mühərrikinin və ya
qoyunun genetik oxşarının ixtirası, - sayəsində mümkün olub. Banklar və
hökumətlər pul verə bilər, amma hesabı ödəyənlər alimlərdir.

348
Son bir neçə il ərzində banklar və hökumətlər dayanmadan pul buraxır,
hər kəs hal-hazırda davam edən iqtisadi böhranın iqtisadi artıma mane
olacağından qorxur. Buna görə də, trilyonlarla dollar, avro və yuan çap
edilərək sistem ucuz kreditlərlə doldurulur və alimlərin, texnoloq və
mühəndislərin bu köpük partlayana qədər yeni və ciddi bir şey ixtira
edəcəklərinə ümid edilir. Hər şey labora- toriyalardakı insanlardan asılıdır.
Biotexnologiya və nanotexnolo- giya kimi sahələrdəki yeni kəşflər yeni
sektorlar ortaya çıxara bilər və bu sektorların gəlirləri bankların və
dövlətlərin 2008-ci ildən bəri çap etdikləri, arxasında heç bir güc
dayanmayan trilyonlarla "süni" pullan dəstəkləyə bilər. Əgər
laboratoriyalar onlara bəslənilən ümidi köpük partlayana qədər
doğrultmasalar, bizi çox çətin dövrlər gözləyir.

Kolumb investor axtarır


Kapitalizm sadəcə müasir elmin yaranmasında deyil, Avropa
imperializminin meydana çıxmasında da həlledici rol oynadı. Avropa
imperializmi isə kapitalist kredit sisteminin yaranmasına səbəb oldu.
Əlbəttə, kredit müasir Avropada icad edilməmişdi, demək olar ki, bütün
aqrar cəmiyyətlərdə bu və ya başqa şəkildə kredit var idi; müasir dövrün
başlanğıcında Avropa kapitalizminin meydana çıxması Asiyanın iqtisadi
inkişafı ilə sıx bağlı idi. Həmçinin, 18-ci əsrin sonlarına qədər Asiyanın
dünyanın iqtisadi mərkəzi olduğunu, yəni avropalıların əlində çinlilər,
müsəlmanlar və ya hindlilərə nisbətən daha az sərmayə olduğunu
unutmamaq lazımdır.
Bununla belə, Çin, Hindistan və müsəlman dünyasının ictimai- siyasi
sistemlərində kredit sadəcə ikinci dərəcəli rol oynayırdı. İstanbulun,
İsfahanın, Dehlinin və Pekinin hazarlarındaki tacir və bankirlər kapitalist
məntiqi ilə düşünə bilərdi, lakin saraylardaki və qalalardakı şahlar və
generallar bu tacir təfəkkürünə nifrət edirdilər. Müasir dövrün
başlanğıcında qeyri-Avropa imperiyalarının əksəriyyəti Nurhaci və Nadir
şah kimi böyük fatehlər, yaxud Qing və Osmanlı imperiyalan kimi
bürokratik və hərbi elita tərəfindən qurulmuşdu. Bu imperiyalar
müharibələri vergilər

349
və qarətlər hesabına maliyyələşdirərək (üstəlik, bunların arasında böyük fərq
qoymadan), kredit sistemlərinə ehtiyac duymadı və bankirlərlə investorların
maraqlarına tamamilə laqeyd qaldılar.
Avropada isə krallar və generallar tədricən merkantil1 düşüncə tərzini
mənimsədi, bankirlər və tacirlər də hakim elitaya çevrildilər. Avropanın
dünyanı fəth etməsi tədricən vergilərin yox, kreditlərin hesabına
maliyyələşdirilir və bu proses qoyduqları sərmayədən maksimum gəlir əldə
etmək istəyən kapitalistlər tərəfindən idarə edilirdi. Maraqlıdır ki, fraklı və
şlyapalı bankir və tacirlərin qurduğu imperiyalar, qızılı libas və parlaq əsləhə
geyən kralların və zadəganların qurduğu imperiyalardan güclü çıxdı.
Merkantil imperiyalar öz istilalarını maliyyələşdirməyi daha yaxşı bacarırdı;
heç kim vergi ödəmək istəməz, amma sərmayə qoymağa hamı
məmnuniyyətlə razı olar.
1484-cü ildə Xristofor Kolumb Portuqaliya kralının hüzuruna maraqlı
bir təkliflə gəldi: kraldan Şərqi Asiyaya gedən ticarət yolunu tapmaq üçün
qərbə doğru səyahət etmək istəyən donanmanı maliyyələşdirməyi xahiş etdi.
Bu cür tədqiqatlar çox riskli idi və baha başa gəlirdi. Gəmiləri inşa etmək,
avadanlıqlar almaq, dənizçilərə və əsgərlərə maaş vermək üçün çox pul lazım
idi və bu sərmayənin gəlir gətirəcəyinə isə heç bir zəmanət yox idi. Portuqa-
liya kralı təklifi rədd etdi.
Kolumb təzəcə fəaliyyətə başlayan müasir sahibkarlar kimi təslim
olmadı. Öz fikrini İtaliya, Fransa, İngiltərə və hətta yenidən Portuqaliyadakı
potensial investorlara bildirdi. Və hər dəfə də rədd edildi. Nəhayət, təzəcə
birləşmiş İspaniyanın hökmdarları olan Ferdinand və İzabellaya müraciət
etdi. Bu dəfə özü ilə təcrübəli lobbiçilər də aparmışdı və onların köməyilə
kraliça İzabellanı bu ekspedisiyanı maliyyələşdirməyə inandıra bildi. Hər bir
məktəbli bilir ki, İzabellanın qismətinə сек-pot düşdü. Kolumbun kəşfləri
sayəsində ispanlar Amerikanı fəth etdi; və orada kralı, bankirləri və tacirləri
misilsiz dərəcədə zənginləşdirən qızıl və gümüş mədənləri, şəkər və tütün
plantasiyaları qurdular.
Yüz il sonra krallar və bankirlər Kolumbun xələflərinə kredit verməyə
daha çox hazır idi və Amerikada ələ keçirilən sərvət

1
Mənfəətpərəst

350
sayəsində əllərində daha çox sərmayə var idi. Onlann yeni kəşflərin fayda
gətirəcəyinə inamlarının artması və həvəslə maddi dəstək verməsi də eyni
dərəcədə əhəmiyyətli idi. İmperial kapitalizmin sehrli sikli belədir: kredit
yeni kəşfləri maliyyələşdirir, kəşflər yeni müstəmləkələrin qurulmasına
imkan verir, müstəmləkələr gəlir gətirir, gəlir inamı möhkəmləndirirdi, inam
isə daha çox kredit demək idi. Nurhad və Nadir şah bir neçə min kilometr
yol getdikdən sonra azuqəsiz qaldı, kapitalist sahibkarlar isə hər fəthdə daha
da varlandıqları üçün sürətlə irəlilədilər.
Lakin bu ekspedisiyalar riskli iş olaraq qalırdı, buna görə də kredit
bazarları yenə də ehtiyatla hərəkət edirdi. Ekspedisiyaların çoxu Avropaya
əliboş qayıtmışdı. Məsələn, ingilislər Arktikadan Asiyaya şimal-qərbdən yol
tapmaq üçün külli miqdarda pulu boş yerə xərclədi. Hətta bəzi
ekspedisiyalar geri qayıtmadı; gəmilər aysberqlərlə toqquşdu, tropik
fırtınalarda batdı və ya dəniz quldurlarının əlinə keçdi. Potensial
investorların sayını artırmaq və riskləri azaltmaq üçün avroplalılar məhdud
məsuliyyətli səhmdar cəmiyyətlər qurdu. Bir investorun bütün pullarını bir
kövrək gəmiyə qoymaqdansa, səhmdar cəmiyyətin çox sayda investordan
pul toplayaraq, onların sərmayələrinin kiçik bir hissəsini riskə atması daha
yaxşı idi. Beləliklə, risk azaldı, gəlir qazanmaq imkanı isə artdı; ekspedisiya
uğurlu almsaydı, buna qoyduğunuz cüzi sərmayə də sizi milyonçu edə
bilərdi.
Tədricən Qərbi Avropada qısa müddətdə böyük kreditlər toplaya bilən və
bunu sahibkarların və dövlətlərin istifadəsinə verə bilən mürəkkəb maliyyə
sistemi yarandı. Bu sistem kəşfləri və fəthləri hər hansı bir krallıq və ya
imperiyadan daha effektli şəkildə maliyyələşdirə bilirdi. Kredit kapitalının
gücü İspaniya və Hollandiya arasındakı amansız mübarizədə daha aydın
şəkildə üzə çıxır. 16-cı əsrdə İspaniya Avropada ən qüdrətli dövlət idi və
nəhəng bir qlobal imperiyaya hökmranlıq edirdi. Avropanın böyük hissəsini,
Şimali və Cənubi Amerikada nəhəng əraziləri, Filippin adalarını və Afrika
ilə Asiyanın sahilləri boyunca bir sıra müstəmləkələri idarə edirdi. Hər il
Amerika və Asiyanın xəzinələri ilə dolu böyük flotlar Sevilya və Kadis
limanlarına qayıdırdı. Təbii ehtiyatlara sahib ol-

351
mayan Hollandiya isə İspaniya kralına məxsus torpaqların ucqarında
yerləşən kiçik və küləkli bir bataqlıq idi.
Əksəriyyəti protestant olan hollandlar 1568-ci ildə katolik ispan
ağalarına qarşı üsyana qalxdı. Lap başlanğıcda üsyançılar yenilməz külək
dəyirmanları ilə mübarizə aparan Don Kixota bənzəyirdi. Amma səksən il
ərzində hollandlar həm ispan əsarətindən qurtulub müstəqillik qazandı,
həm də ispanları və portuqalları sıxışdıraraq okean yollarına hakim
oldular. Beləliklə, qlobal Hollandiya imperiyası yarandı və Avropanın ən
zəngin dövlətinə çevrildi.
Hollandların uğur qazanmasının sirri kredit idi. Quruda döyüşməyi
yaxşı bacarmayan hollandlar ispanlarla döyüşmək üçün muzdlu əsgərlər
tutdu, özləri isə bu əsnada böyük donanmalar quraraq dənizlərə çıxdı.
Muzdlu ordu və toplarla təchiz edilmiş gəmilər böyük pullar hesabına başa
gəldi. Lakin hollandlar bu hərbi ekspedisiyaları qüdrətli İspaniya
imperiyasından daha asanlıqla maliyyələşdirə bildi, çünki böyüməkdə olan
Avropa maliyyə sisteminin İspaniya kralına etibarı azalmışdı, hollandlar
isə bu etibarı qazana bilmişdi. Maliyyəçilər hollandlara ordu və donanma
qurmaq üçün kifayət qədər kredit verdi, bu isə onlara dünya dəniz ticarəti
yollarına nəzarət etməyə imkan verdi. Bu da öz növbəsində böyük gəlirlər
gətirdi. Hollandlar əldə etdikləri gəlirlə krediti ödədi və maliyyəçilərin
onlara olan etibarı daha da möhkəmləndi. Amsterdam sürətlə nəinki
Avropanın ən mühüm liman şəhərinə, həmçinin qitənin maliyyə mərkəzinə
çevrilirdi.
Hollandlar maliyyə sisteminin etibarını necə qazandılar? Birincisi,
aldıqları kreditləri tam və vaxtında ödəyirdilər, bu da kreditorların riskini
azaldırdı. İkincisi, ölkənin məhkəmə sistemi müstəqil idi və şəxsi
hüquqları, xüsusilə də şəxsi mülkiyyət hüquqlarını qoruyurdu. Sərmayə
şəxsi hüquqları və mülkiyyət hüquqlarını qorumayan diktator dövlətlərdən
uzaqlaşıb, hüququn aliliyinə və şəxsi mülkiyyətə hörmət edən ölkələrə
axırdı.
Təsəvvür edin ki, zəngin alman maliyyəçisi ailəsinin oğlusunuz. Atanız
işini böyütmək üçün Avropanın iri şəhərlərində filiallar açmağı düşünür.
Sizi Amsterdama, kiçik qardaşınızı da Madridə yollayaraq sərmayə
qoymaq üçün ikinizə də 10 min qızıl pul verir. Qardaşınız pulu Fransa ilə
müharibə etmək üçün ordu qurma

352
ğa hazırlaşan İspaniya kralına, sizsə pulunuzu Hudzon çayı böyük ticarət
yoluna çevrildiyi zaman daşınmaz əmlakın kəskin bahalaşacağına əmin
olan və Manhetten adlanan kimsəsiz bir adanın cənub tərəfindəki otlaqlara
sərmayə qoymaq istəyən holland bir tacirə verirsiniz. Hər iki kredit bir il
ərzində geri qaytarılmalıdır.
Bir il keçir. Holland tacir aldığı ərazini yaxşı qiymətə satır, həm özü
qazanır, həm də sizin pulunuzu faizi ilə birlikdə qaytarır. Atanız məmnundur.
Lakin Madriddəki qardaşınız hirsindən özünə yer tapa bilmir. İspaniya kralı
fransızlara üstün gəlsə də, indi də türklərlə konflikt içindədir. Yeni
müharibəni maliyyələşdirmək üçün onun hər bir qəpiyə ehtiyacı var və bunu
köhnə borclarını ödəməkdən üstün tutur. Qardaşınız saraya məktublar yazır,
yüksək vəzifəli dostlarından kömək istəyir, amma bunların heç biri nəticə
vermir. O nəinki gözlədiyi faizi əldə etmiş, hətta sərmayəni də itirmişdi.
Atanız çox narazıdır.
Bu azmış kimi, kral öz xəzinədarını qardaşınızın yanına göndərir və açıq-
aşkar söyləməsə də, dərhal eyni məbləğdə yenə borc istəyir. Qardaşınızın
pulu yoxdur. Atasına məktub yazaraq, onu kralın bu dəfə bütün pulları geri
qaytaracağına inandırmağa çalışır. Ailə başçısı kiçik oğlunu çox istəyir və
buna görə, könülsüz şəkildə olsa da razılaşaraq, yenə 10 min qızıl pul
göndərir. Amma bu qızıllar da ispan xəzinəsindən yoxa çıxaraq bir daha geri
qayıtmır. Amsterdamda isə işlər yağ kimi gedir. Siz işgüzar holland
tacirlərinə daha çox kredit verir, onlar da öz borcunu faizi ilə birlikdə vaxtın-
da və tam şəkildə geri qaytarırlar. Əlbəttə, sizin də bəxtiniz həmişə gətirmir.
Daimi müştərinizdən biri taxta başmaqların Parisdə yeni dəb coşqunluğu
olacağını düşünür və orada ayaqqabı mağazası açmaq üçün sizdən kredit
istəyir. Ona kredit verirsiniz, amma təəssüf ki, fransız xanımlar bu
başmaqlara maraq göstərmir və narazı tacir krediti qaytarmaqdan imtina edir.
Atanız bərk qəzəblənib və hər ikinizə məhkəməyə müraciət etməyi
tapşırır. Qardaşınız Madriddə İspaniya kralına qarşı, sizsə Amsterdamda
başmaqçıya qarşı məhkəmə iddiası açırsınız. İspaniyada məhkəmələr krala
tabedir, hakimlər onun əmri ilə hərəkət edir və onun istəyinə qarşı çıxsa,
cəzalanmaqdan qorxur. Hollandiyada isə məhkəmələr ayrı bir hakimiyyət
orqanıdır və ölkədəki zadəgan

353
və şahzadələrdən heç bir asılılığı yoxdur. Madriddəki məhkəmə qardaşınızın
iddiasını rədd edir, Amsterdamdakı məhkəmə isə sizi haqlı sayaraq başmaq
tacirinin əmlaklarına həbs qoyur və sizə olan kredit borcunu ödəməyə
məcbur edir. Atanız bu hadisələrdən öz dərsini alıb: krallarla deyil, tacirlərlə,
həm də Madriddə yox, Hollandiyada iş qurmaq daha yaxşıdır.
Qardaşınız düşdüyü bəladan hələ qurtarmayıb. Ordunu saxlamaq üçün
İspaniya kralının daha çox pula ehtiyacı var. O, atanızda nağd pul olacağına
əmindir. Qardaşınıza qarşı saxta ittiham irəli sürülür və o, dövlətə xəyanət
etməkdə günahlandırılaraq həbsxanaya atılır. Kral atanızı təhdid edərək, əgər
dərhal 20 min qızıl pul göndərməsə, oğlunun ölənə qədər həbsxanada
çürüyəcəyini bildirir.
Atanızın səbri daşır. Əlbəttə, sevimli oğluna görə bu pulu ödəsə də, daha
heç vaxt İspaniyada iş görməyəcəyinə and içir. Madriddəki filialı bağlayaraq,
qardaşınızı Rotterdama göndərir. Hollandiyada iki filial - əla ideyadır! Hətta
İspaniyalı zənginlər də öz kapitallarını ölkədən çıxarmağa çalışırlar, çünki
onlar da anlayırlar ki, öz pullarını qorumaq və daha çox qazana bilmək üçün
qanunların hökm sürdüyü və şəxsi mülkiyyətə hörmət edilən Hollandiya
kimi ölkələrdə investisiya qoymaq lazımdır.
Beləliklə, İspaniya kralı bütün investorların etibarını itirdiyi halda,
holland tacirlər etibar qazandı. Hollandiya imperiyasını quranlar, hökumət
yox, holland tacirlər oldu. İspaniya kralı narazı əhaliyə daha da ağır vergilər
yükləyərək, fəth etdiyi torpaqları əlində saxlamağa və hərbi yürüşləri davam
etdirməyə çalışdı. Holland tacirlər kredit alaraq fəth səfərlərini
maliyyələşdirdi, sonra isə öz şirkətlərinin səhmlərinin bir hissəsini sataraq,
bu səhmləri almış sahibkarları şirkətin gəlirlərinin müəyyən hissəsinə ortaq
etdilər. İspaniya kralına pul verməyi heç ağlına da gətirməyən, hətta Hol-
landiya hökuməti ilə də iş qurmazdan əvvəl yüz ölçüb, bir biçən ehtiyatlı
investorlar yeni imperiyanın təməli olan bu səhmdar cəmiyyətlərə
məmnuniyyətlə sərmayə qoydu.
Əgər bir şirkətin böyük gəlir gətirəcəyini düşünürsünüzsə, lakin onun
bütün səlimləri satıhbsa, bu səhmləri ilkin qiymətindən daha yüksək qiymətə
yeni sahiblərindən ala bilərsiniz. Əgər siz səhmləri

354
aldıqdan sonra şirkətin işləri yaxşı getməzsə, bu səhmləri daha ucuz qiymətə
sata bilərsiniz. Səhmlərin alqı-satqısından ibarət bu ticarət növü Avropanın
iri şəhərlərinin əksəriyyətində fond birjalarının yaranmasına yol açdı.
Hollandiyanın ən məşhur səhmdar cəmiyyəti olan Verenigde Oo-
sindische Cotnpagnie (VOC) 1602-ci ildə, hollandlar ispan əsarətindən
qurtulmaq üçün mübarizə apardıqları zaman, - hətta ispan topla- nrun
gurultusu Amsterdamın yaxınlığında eşidilirdi, - quruldu. VOC səhmlərin
satışından əldə etdiyi gəlirləri gəmilər inşa etmək, onlan Asiyaya yollayıb,
Çin, Hind və İndoneziya mallarını Avropaya gətirmək üçün istifadə etdi.
Həmçinin şirkətin gəmilərinin düşmənlərə və dəniz quldurlarına qarşı
apardığı hərbi fəaliyyətləri də maliyyələşdirdi. Nəticədə, VOC-un sərmayəsi
ilə Hollandiya İndoneziyanı fəth etdi.
Dünyada ən böyük adalar qrupu olan İndoneziyanın minlərlə adası 17-ci
əsrin əvvəllərində yüzlərlə kral, knyaz, sultan və qəbilə başçıları tərəfindən
idarə edilirdi. VOC-un nümayəndələri İndoneziyaya ilk dəfə 1603-cü ildə
sadəcə ticarət məqsədi ilə gəlmişdi, lakin ticarət maraqlarını qorumaq və
səhmdarlarının gəlirlərini artırmaq üçün yüksək məbləğdə gömrük vergiləri
tətbiq etmiş yerli hakimlərlə və avropalı rəqibləri ilə mübarizə aparmağa
başladılar. Buna görə də VOC ticarət gəmilərini toplarla təchiz edib,
avropalı, yapon, hind və indoneziyalı muzdlu əsgərlərdən ibarət hərbi
dəstələr yaratdı, qalalar inşa edib, iri miqyaslı hərbi əməliyyatlar və
mühasirə döyüşləri apardı. Bu təşəbbüslər bizə bir az qəribə gələ bilər, lakin
müasir dövrün başlanğıcında özəl şirkətlərin muzdla əsgər, hətta admiral və
general tutması, toplar və gəmilər alması, nizami ordular saxlaması
tamamilə təbii idi. Beynəlxalq ictimaiyyət bu vəziyyəti qəbul etmişdi, özəl
şirkətin imperiya qurması heç kimi təəccübləndirmirdi.
Muzdlu əsgərlər adaları bir-bir ələ keçirdi və İndoneziyanın böyük bir
hissəsi VOC-un müstəmləkəsinə çevrildi. VOC, demək olar ki, 200 il
boyunca İndoneziyanı idarə etdi. Yalnız 1800-cü ildə İndoneziya Hollandiya
dövlətinin nəzarəti altına keçdi və daha 150 il boyunca Hollandiyanın
müstəmləkəsi olaraq qaldı. Bu gün bəzi insanlar 21-ci əsrdə şirkətlərin
həddən artıq güc qazandığını irəli

355
Şəkil 39.1660-cı il Yeni Amsterdam şəhəri. Müdafiə
divarlarının
qalıqları üstündən bu gün Uoil-strit keçir.
sürür. Müasir dövrün əvvəlləri bizə göstərir ki, əgər nəzarət mexanizmi
olmasa, şirkətlər öz mənfəətləri naminə nə qədər uzağa gedə bilərlər.
VOC Hind okeanında fəaliyyət göstərərkən, Dutch West Indies
Company (WIC) Atlantik okeanını qarət edirdi. Strateji əhəmiyyətə malik
Hudzon çayındaki ticarətə nəzarət edə bilmək üçün WIC çayın
cənubundakı bir adada Yeni Amsterdam adlı bir qəsəbə saldı. Bu
müstəmləkə hindular tərəfindən təhdid edilir və tez-tez ingilislərin
hücumuna məruz qalırdı. Nəhayət, 1664-cü ildə ingilislər buranı ələ
keçirdi və qəsəbənin adını dəyişdirərək Nyu-York qoydu. Hindulara və
ingilislərə qarşı WIC tərəfindən inşa edilən müdafiə divarlarının qalıqları
bu gün dünyanın ən məşhur küçəsinin altında qalıb: Uoll-strit (Divar
küçəsi).
17-ci əsrin sonlarına yaxın həm baha başa gələn kontinental
müharibələr, həm də ehtiyatsızlıq üzündən hollandlar nəinki Nyu- Yorku,
həmçinin Avropanın imperiya və maliyyə mühərriki rolunu da itirdi.
Onların yerini tutmaq üçün ingilislər və fransızlar qızğın

356
rəqabət aparırdı. Başlanğıcda Fransa daha güclü mövqeyə malik idi,
İngiltərədən daha böyük və daha zəngin idi, əhalisinin sayına görə də
İngiltərəni üstələyirdi; bundan əlavə, çoxsaylı və təcrübəli orduya sahib
idi. Lakin maliyyə sisteminin etibarını İngiltərə qazandı, Fransa isə bunu
bacarmadı. Xüsusilə də, Missisipi Köpüyü adı verilən 18-ci əsr
Avropasının ən böyük maliyyə böhranı zamanı Fransa kralının
davranışları son dərəcə mənfi qarşılandı. Bu böhran imperiya qurmaq
istəyən bir səhmdar cəmiyyətlə başlamışdı.
1717-ci ildə Fransada qurulan Missisipi şirkəti Missisipi vadisini
məskunlaşdırdı və Nyu-Orlean şəhərini saldı. Kral XV Lüdovikin sarayı
ilə yaxşı əlaqələri olan şirkət böyük planlarını maliyyələşdirmək üçün
Paris birjasında səhmlərini satdı. Şirkətin direktoru Con Lou eyni
zamanda Fransa Mərkəzi Bankının sədri idi. Üstəlik, kral onu bugünkü
maliyyə naziri vəzifəsinə bərabər olan Baş Maliyyə Müfəttişi vəzifəsinə
təyin etmişdi. 1717-ci ildə aşağı Missisipi vadisi timsahlarla dolu
bataqlıqlardan ibarət idi, amma Missisipi şirkəti bu bölgənin sonsuz
imkanları və misilsiz zənginlikləri haqqında əfsanələr yaydı. Fransız
zadəganları, biznesmenləri və şəhər burjuaziyasının hörmətli
nümayəndələri bu nağıllara inandıqda, şirkətin səhmlərinin qiyməti
kəskin şəkildə artdı. Bir səhmin ilkin qiyməti 500 livr idi. 1 avqust 1719-
cu ildə qiymət 2750 livrə yüksəlmişdi. 30 avqustda 4100 livr, 4
sentyabrda isə 5000 livr olmuşdu. Dekabrın 2-də Missisipi şirkətinin
səhmləri 10000 livrdən baha satılırdı. Paris küçələri coşqunluq içindəydi,
insanlar bütün əmlaklarını satıb, kreditlər götürərək Missisipinin
səhmlərini almağa çalışırdı. Hamı zəngin olmağın asan yolunu tapdığını
düşünürdü.
Bir neçə gündən sonra çaxnaşma başlandı. Bəzi möhtəkirlər
səhmlərin qiymətinin real olmadığını və bu səviyyədə qala bilməyə-
cəyini vaxtında anlayaraq, qiymətlər zirvədə ikən səhmləri satmağı
qərara aldı. Satışa çıxarılan səhmlərin sayı çoxaldıqca, qiymətlər düşdü.
Digər sərmayəçilər də qiymətin düşdüyünü görüb, əllərində olan
səhmləri dərhal sataraq rahat nəfəs almaq istədilər. Səhmlər lap
ucuzlaşdı. Qiymətləri stabilləşdirmək üçün Fransa Mərkəzi Bankı, -
bildiyiniz kimi, bankın sədri Con Lou həm də Missisipi şirkətinin
direktoru idi, - Missisipinin səhmlərini almağa başladı. Lakin bank
səhmlərin hamısını ala bilməzdi, bir müddətdən sonra bankın pulu

357
qurtardı. Belə olduqda, Con Lou bu dəfə Baş Maliyyə Müfəttişi kimi,
daha çox səhm ala bilmək üçün pul çap edilməsinə göstəriş verdi. Bu da
bütün Fransanın maliyyə sistemini köpüyün içinə saldı, artıq heç bir
maliyyə sehrkarlığı kömək edə bilməzdi. Missisipinin səhmlərinin
qiyməti 10000 livrdən 1000 livrə düşdü, sonra isə tamamilə
dəyərsizləşdi. Mərkəzi Bankda və kral xəzinəsində bir yığın dəyərsiz
səhm vardı, pul isə yox idi. İri möhtəkirlər səhmləri vaxtında satdıqları
üçün zərərə düşmədi, kiçik sərmayəçilər isə hər şeylərini itirdi, çoxu da
intihar etdi.
Missisipi Köpüyü tarixdə ən məşhur maliyyə böhranlarından biridir.
Fransa Krallığının maliyyə sistemi bu zərbədən sonra heç vaxt tam mənada
özünə gələ bilmədi. Missisipi şirkətinin siyasi əlaqələrdən səhmlərin
qiymətini manipulyasiya etmək üçün istifadə etməsi xalqın fransız bank
sisteminə və Fransa kralının maliyyə bacarıqlarına olan inamım itirdi. Məhz
bu səbəbdən XV Lüdovikin kredit tapması getdikcə çətinləşdi. Bu isə
Fransanın okeanın o tayındakı torpaqlarının ingilislərin əlinə keçməsinin
başlıca səbəblərindən biri idi. İngilislər asanlıqla və aşağı faizlə kredit tapa
bildikləri halda, fransızlar çətinliklə kredit alır və yüksək faiz ödəyirdilər.
Artan borclarını ödəyə bilmək üçün Fransa kralı getdikcə daha çox və daha
yüksək faizlə kreditlər almağa başladı. Nəhayət, 1780-ci illərdə babasının
ölümündən sonra taxta çıxan XVI Lüdovik illik büdcənin yarısının kredit
faizlərinin ödənişinə sərf olunduğunu və ölkənin iflasa sürükləndiyini
gördü. Könülsüz olsa da, 1789-cu ildə 150 ildən bəri toplanmayan Fransa
parlamentini, - Genaral Ştatları, - böhrandan çıxmaq məqsədi ilə
müzakirələr aparmaq üçün topladı. Fransa İnqilabı da belə başladı.
Fransanın xarici torpaqlardakı imperiya hakimiyyəti çökdü, Britaniya
imperiyası isə genişlənib inkişaf etdi. Hollandiya imperiyası kimi, Britaniya
imperiyası da əsasən London fond birjasına bağlı olan səhmdar cəmiyyətlər
vasitəsi ilə idarə edilirdi. Şimali Amerikada ilk ingilis məskənləri 17-ci əsrin
əvvəllərində London Company, Plymouth Company, Dorchester Company
və Massachusetts Company kimi səhmdar şirkətlər tərəfindən salınmışdı.
Hindistan da İngilis dövləti tərəfindən deyil, British East India
Company-nin (Britaniya Şərqi Hindistan Şirkəti) muzdlu əsgərlərdən

358
ibarət ordusu tərəfindən fəth edilmişdi. Bu şirkət hətta VOC-u da arxada
qoydu. Londonda Lidenholl-stritdə yerləşən mənzil- qərargahından qüdrətli
Hindistan imperiyasını 100 il boyunca idarə edərək, 350 min nəfərlik, -
ingilis kralının ordusundan daha böyük, - nəhəng bir ordunu əlində saxladı.
Britaniya hakimiyyəti yalnız 1858-ci ildə şirkətin xüsusi ordusunu və
Hindistanı dövlətə bağlaya bildi. Napoleon ingilisləri baqqal millət
adlandırıraq ələ salırdı. Lakin bu baqqallar həm Napoleonu məğlub etdi,
həm də tarixdə ən böyük imperiyanı qurdular.

Sərmayə naminə
İndoneziyanın Hollandiya (1800) və Hindistanın Britaniya krallığı
tərəfindən dövlətə bağlanması kapitalizmlə imperiya arasındakı ittifaqa son
qoymadı. Əksinə, bu ittifaq 19-cu əsrdə daha da möhkəmləndi. Səhmdar
şirkətlərin yaşayış məskənləri yaratmasına ehtiyac qalmamışdı, onların
rəhbərləri və iri səhmdarları London, Amsterdam və Parisdə işi həll edə
bilirdi. İndi onların maraqlarını dövlət qoruyurdu. Marks və kapitalizmin
digər tənqidçiləri istehza ilə deyirdilər ki, qərb dövlətləri kapitalist
həmkarlar ittifaqına çevrilir.
Hakimiyyətin böyük sərmayənin mənfəəti üçün necə çalışdığına dair ən
məşhur örnək İngiltərə ilə Çin arasındakı Birinci Tiryək Müharibəsidir
(1840-1842). 19-cu əsrin ilk yarısında British East India Company və bəzi
ingilis biznesmenlər Çinə narkotik maddələr, xüsusən də tiryək ixrac edərək
böyük sərvət qazandılar. Milyonlarla çinli narkoman olmuş, ölkənin
iqtisadiyyatına və sosial quruluşuna ağır zərbə vurulmuşdu. 1830-cu illərin
sonunda Çin hökuməti narkotika ticarətini qadağan etdi, lakin ingilis
tacirlər bu qadağaya əhəmiyyət vermədi. Çin dövləti isə narkotik maddələri
müsadirə etməyə və məhv etməyə başladı. Belə olduqda, Uestminster və
Dauninq-stritdə yaxın əlaqələri olan, - parlament və hökumət üzvlərinin
əksəriyyətinin narkotika satışı ilə məşğul olan şirkətlərdə səhmləri vardı, -
narkokartellər dövlətin məsələyə müdaxilə etməsinə nail oldu.

359
1840-cı ildə İngiltərə "azad ticarət" bəhanəsi ilə Çinə mühariba elan
etdi. İngilislər asanlıqla qələbə çaldı. Çinlilər ingilislərin gəmiləri, ağır
topları və sürətli atəş açan tüfəngləri kimi yeni möcüzəvi silahlarına qarşı
müqavimət göstərə bilmədi, ingilislərin qələbəsindən sonra bağlanmış sülh
müqaviləsində Çin ingilis narkotik alverçilərinin fəaliyyətinə mane
olmamağı və onlara vurulmuş zərəri ödəməyi qəbul etdi. Üstəlik, ingilislər
Honkonq üzərində hakimiyyəti ələ keçirdi və buradan narkotika ticarəti
üçün təhlükəsiz baza kimi istifadə etdi (1997-ci ilə qədər Honkonq Böyük
Britaniyanm nəzarəti altında idi). 19-cu əsrin sonlarında təxminən 40
milyon çinli, yəni ölkə əhalisinin 10 faizi tiryək aludəçisi idi.1
Misir də ingilis kapitalizminin hər yerə uzana bilən əlinə hörmət etməyi
öyrəndi. 19-cu əsrdə fransız və ingilis investorlar Misir hökmdarlarına çox
böyük məbləğdə kreditlər verdi; bu kreditlər əvvəlcə Süveyş kanalının
inşasını, sonra isə nisbətən uğursuz layihələri maliyyələşdirmək üçün
istifadə edildi. Borcu getdikcə çoxalan Misirə kredit verən avropalılar tez-
tez ölkənin daxili işlərinə qarışmağa başladı. 1881-ci ildə misirli millətçilər
bu vəziyyətdən yorulub üsyana qalxdılar və təktərəfli olaraq bütün xarici
bordan ləğv etdiklərini elan etdilər. Kraliça Viktoriya bu vəziyyətdən
məmnun olmadı və bir il sonra ordusunu Misirə göndərdi. Misir îkind Dün-
ya müharibəsinin sonuna qədər İngiltərənin müstəmləkəsi olaraq qaldı.
Sərmayəçilərin mənfəəti naminə aparılan müharibələr təkcə bunlardan
ibarət deyil. Müharibənin özü bir növ tiryək kimi mala çevrilmişdi. 1821-ci
ildə yunanlar Osmanlı imperiyasına qarşı üsyan etdi. Bu üsyan Britaniyanın
romantik və liberal dairələrində böyük rəğbət qazandı, hətta şair Lord
Bayron üsyançılarla birlikdə döyüşmək üçün Yunanıstana getdi. Digər
yandan, London- lu maliyyəçilər də burada bir fürsət gördülər. Onlar
üsyanın rəhbərlərinə Yunan üsyanının istiqraz vərəqələrini London birjasın-
da satışa çıxarmağı təklif etdilər. Əgər müstəqillik qazansaydılar, yunanlar
bu istiqraz vərəqələrini faizi ilə birlikdə ödəməyi qəbul edəcəkdi. Fiziki
şəxslər gəlir əldə etmək və ya yunanların üsyanı

1
Carl Trocki, Opium. Empire and the Global Political Economy. New York: Routledge, 1999,
səh. 91.

360
na rəğbət bəslədikləri üçün (ya da ikisi birdən) istiqraz vərəqələrini almağa
başladılar. Yunan üsyanı istiqraz vərəqələrinin London birjasındakı dəyəri
Elladanın döyüş meydanlarındakı qələbə və məğlubiyyətlərdən asılı olaraq
düşüb-qalxırdı. Nəhayət, türklər üstünlük qazandı. Üsyançıların
məğlubiyyəti qaçılmaz görünürdü, səhmdarlar isə iflas olmaq təhlükəsi ilə
qarşılaşmışdı. Səhmdarların mənfəəti milli mənfəət sayıldığından,
ingilislər beynəlxalq donanma hazırlayaraq, 1827-ci ildə Osmanlı
imperiyasının hərbi-dəniz qüvvələrini Navarin döyüşündə batırdı.
Nəticədə, yüz illərlə sürən əsarətdən sonra Yunanıstan azadlıq qazandı.
Amma bu azadlıq ölkənin əsla ödəyə bilməyəcəyi ağır bir borc yükü
müqabilində əldə edilmişdi. Müstəqillikdən sonra yunan iqtisadiyyatı on
illər boyunca britaniyalı kreditorlardan asılı vəziyyətdə qaldı.
Sərmayə ilə siyasətin bir-birini qucaqlaması kredit bazanna böyük
təsir göstərdi. İqtisadiyyatda kreditin həcmi sadəcə yeni neft yataqlarınm
kəşfi və ya yeni mexanizmlərin icadı kimi sırf iqtisadi faktorlarla deyil,
eyni zamanda rejim dəyişikliyi və ya daha iddialı xarici siyasət kimi siyasi
faktorlar tərəfindən müəyyənləşir. İngilis kapitalistlər Navarin
döyüşündən sonra öz pullarını riskli xarici sövdələşmələrə daha həvəslə
qoymağa başladı; xarici borclu öz borcunu ödəməkdən imtina etdikdə
Zati-Alilərinin ordusunun məsələyə müdaxilə edib pullan geri qaytara
biləcəyini görmüşdülər.

Şakil 40. Navarin döyüşü, 1827-ci il.

361
Buna görə də bu gün bir ölkənin kredit reytinqi onun iqtisadi rifahı üçün
təbii ehtiyatlarından daha mühümdür. Kredit reytinqi - bir ölkənin öz
borclarını ödəmə ehtimalını göstərir və sırf iqtisadi göstəricilərdən əlavə,
siyasi, ictimai və hətta mədəni faktorları da nəzərə alır. Despotik bir iqtidar,
daxili toqquşmalar və korrupsiya- laşmış məhkəmə sisteminin hökm
sürdüyü neftlə zəngin bir ölkə daha aşağı kredit reytinqi alır. Bunun
nəticəsində isə, ehtimal ki, yoxsul bir ölkə olaraq qalmağa davam edəcək,
çünki sahib olduğu neft mədənlərindən tam faydalanması üçün lazım olan
kapitalı toplaya bilməyəcək. Təbii ehtiyatlardan məhrum, amma sabitliyin,
müstəqil məhkəmə sisteminin və şəffaf hökumətin mövcud olduğu bir ölkə
daha yüksək kredit reytinqi alacaq. Beləliklə, təhsil sisteminin effektivliyini
və yüksək texnologiyalar sənayesinin inkişafını təmin etmək üçün asanlıqla
aşağı faizli kredit tapa biləcək.

Azad bazar kultu


Sərmayə və siyasət bir-birinə o qədər təsir göstərir ki, onlann arasındakı
münasibət iqtisadçılann, siyasətçilərin və ictimaiyyət nümayəndələrinin
qızğın müzakirələrinə səbəb olur. Qab kapitalistlər düşünürlər ki, sərmayə
siyasətə sərbəst şəkildə təsir etməlidir, amma siyasətin sərmayəyə təsir
etməsinə yol vermək olmaz. Onlann fikrincə, hökumətlər bazarın
fəaliyyətinə müdaxilə etdikdə, siyasi maraqlar mənasız sərmayələr
qoyulmasına və nəticədə, iqtisadi artımın ləngiməsinə yol açır. Məsələn, bir
hökumət sənayeçilərin üzərinə ağır vergilər qoyaraq, bundan əldə etdiyi
pullarla işsizlərə yüksək müavinət verə bilər; belə tədbirlər seçicilər
tərəfindən rəğbətlə qarşılanır. Lakin əksər iş adamlanrun fikrincə, hökumət
pulu sənayeçilərdə saxlasa daha yaxşı olar, bu yolla yeni fabriklər açılar və
işsizlər işlə təmin olunar.
Bu nöqteyi-nəzərdən, ən müdrik iqtisadi siyasət - iqtisadiyyata siyasəti
qarışdırmamaq, vergiləri azaltmaq və dövlətin müdaxiləsini minimuma
endirərək, bazann sərbəst şəkildə öz istiqamətini müəyyənləşdirməsinə
imkan verməkdir. Siyasi maraqların təsiri altında olmayan fərdi
sərmayəçilər öz pullarını maksimum gəlir

362
gözlədikləri sahələrə qoyacaqlar, buna görə də iqtisadi artıma nail olmaq
üçün dövlət mümkün qədər az müdaxilə etməlidir. Bu hamıya, həm
sənayeçilərə, həm də işçilərə xeyir gətirər. Azad bazar doktrinası - bu gün
kapitalist əqidənin ən geniş yayılmış və ən təsirli variantıdır. Azad bazarın
ən qatı tərəfdarlan həm xaricdə aparılan hərbi əməliyyatları, həm də ölkə
daxilində sosial təminat proqramlarını kəskin şəkildə tənqid edir və
hökumətlərə dzen ustadlarının öz tələbələrinə verdikləri tövsiyəni məsləhət
görürlər: heç bir şey etməyin.
Azad bazara inanmaq, Şaxta babaya inanmaq qədər sadəlövhlükdür,
çünki siyasi maraqların təsirindən uzaq bir azad bazar mövcud deyil. Ən
mühüm iqtisadi qaynaq - gələcəyə olan inamdır, bu isə daim oğrular və
şarlatanların təhdidi altındadır. Bazarlar öz gücünə fırıldaqçılıq, oğurluq və
zorakılıqdan müdafiə oluna bilməz. Fınldaqçılığa qarşı qanuni sanksiyalar
tətbiq etmək, polis qüvvələri, məhkəmələr və həbsxanalar vasitəsi ilə
qanunlara riayət olunmasını təmin etmək - siyasi sistemin vəzifəsidir.
Krallar öz vəzifələrini yerinə yetirməyib, bazarı lazımi şəkildə
tənzimləməzlərsə, bu inamın itirilməsinə, kreditlərin azalmasına və iqtisadi
durğunluğa səbəb olar. 1719-cu ildə Missisipi Köpüyü bütün dünyaya bu
dərsi verdi, bunu unudanlar isə, 2007-ci ildə ABŞ-da baş verən əmlak ba-
zarı böhranı, onun ardınca gələn kredit böhranı və iqtisadi azalma
nəticəsində yenidən xatırlamalı oldu.

Kapitalist cəhənnəm
Bazara tam sərbəstlik vermək - daha mühüm bir səbəbə görə təhlükəlidir.
Adam Smit pinəçinin əldə etdiyi gəlirlə özünə əlavə köməkçilər götürə
biləcəyini demişdi. Buradan belə bir nəticə çıxır ki, xudbin tamahkarlıq
hamının xeyrinədir, çünki əlavə gəlirlər istehsalın artırılmasına sərf
olunacaq və deməli, daha çox insan işlə təmin ediləcək.
Bəs, acgöz pinəçi öz gəlirini artırmaq üçün köməkçilərinə daha az maaş
verib, daha çox işləməyi tələb edərsə, nə olacaq? Buna

363
verilən standart cavab belədir: işçiləri azad bazar müdafiə edəcək. Əgər
pinəçi az pul verib, çox işləməyi tələb edərsə, ən yaxşı işçilər onu tərk edib,
rəqiblərinin yanında işə düzələcək. Despot pinəçinin yanında isə ya pis
işçilər qalacaq, ya da ümumiyyətlə heç kəs qalmayacaq. Beləliklə, pinəçi ya
öz rəftarını dəyişməli olacaq, ya da emalatxanasını bağlayacaq.
Tamahkarlıq onu öz işçiləri ilə yaxşı davranmağa məcbur edəcək.
Bu nəzəri cəhətdən mükəmməl görünür, lakin nəzəriyyənin zirehi
reallığın güllələrinə tab gətirmir. Krallar və ruhanilər tərəfindən nəzarət
edilməyən azad bazarda acgöz kapitalistlər monopoliya qura bilər, ya da öz
işçilərinə qarşı əlbir hərəkət edə bilər. Əgər ölkədəki bütün ayaqqabı
fabriklərinə bir şirkət nəzarət edər, ya da bütün fabrik sahibləri eyni vaxtda
maaşları azaltmaq üçün razılığa gələrlərsə, işçilər iş yerlərini dəyişməklə bu
problemi həll edə bilməz.
Ən pisi isə, acgöz patronlar borc əsarəti yaxud köləlik vasitəsi ilə
işçilərin hərəkət sərbəstliyini məhdudlaşdıra bilər. Orta əsrlərin sonlarında
Avropanın xristian ölkələrində quldarlıq demək olar ki, yox idi. Müasir
dövrün başlanğıcında isə Avropa kapitalizminin yüksəlişi transatlantik qul
ticarəti ilə müşayiət olundu. Bu fəlakətin günahkarı - irqçi ideologiyalar və
ya tiran krallar yox, tənzimlənməmiş bazar idi.
Avropalılar Amerikanı fəth etdikdə, qızıl və gümüş mədənləri açdılar,
şəkər, tütün və pambıq plantasiyaları saldılar. Bu mədənlər və plantasiyalar
Amerikanın əsas istehsal və ixracat mənbələri oldu. Şəkər qamışı
plantasiyaları xüsusilə mühüm rol oynadı. Orta əsrlərdə şəkər Avropada
nadir tapılan bir məhsul idi. Yaxın Şərqdən yüksək qiymətə idxal edilir və
əsasən acı dərmanlara və delikates yeməklərə (sirli maddə kimi!) qatılırdı.
Amerikada şəkər plantasiyaları salındıqdan sonra Avropaya tədricən daha
ÇOK şəkər gətirildi, qiymətlər düşdü və avropalılar doymaq bilməyən şirniy-
yat həvəskarına çevrildi. Sahibkarlar bu tələbata daha çox şirniyyat istehsal
etməklə cavab verdi: piroqlar, kekslər, konfetlər, şokoladlar və kakao,
qəhvə və çay kimi şirinləşdirilmiş içkilər. İngiltərədə bir nəfərin illik şəkər
istehlakı 17-d əsrin əvvəlində sıfır olduğu halda, 19-cu əsrin başlanğıcında
səkkiz kiloqrama çatmışdı.

364
Lakin şəkər qamışı becərmək və ondan şəkər əldə etmək əziyyətli iş idi.
Çox az insan malyariya ağcaqanadları ilə dolu olan şəkər plantasiyalarında
tropik günəşinin altında uzun müddət işləməyə razı idi. Əgər
plantasiyalarda muzdlu işçilər çalışsaydı, məhsul bahalaşar və kütləvi
şəkildə istehlak edilməzdi. Avropalı sahibkarlar acgöz və bazar
dinamikasına çox həssas idilər, maksimum gəlir əldə etmək və iqtisadi
artıma nail olmaq üçün qullardan istifadə etməyə başladılar.
16-cı əsrdən 19-cu əsrə qədər təxminən 10 milyon afrikalı qul
Amerikaya gətirildi və bunların 70%-i şəkər plantasiyalarında işlədildi. İş
şəraiti dözülməz idi. Qulların əksəriyyəti qısa və miskin bir həyat yaşayırdı.
Qul ələ keçirmək üstündə aparılan müharibələrdə milyonlarla afrikalı
həyatını itirir, ya da Afrikanın dərinliklərindən Amerikanın sahillərinə
qədər uzun yolda müxtəlif səbəblərdən ölürdü. Və bütün bunlar
avropalıların şirin çay içib, şirniyyat yeyə bilməsi üçün və əlbəttə ki, şəkər
baronlarının öz ciblərini doldura bilməsi üçün baş verirdi.
Qul ticarətinə heç bir dövlət tərəfindən nəzarət edilmirdi; bu sırf iqtisadi
təşəbbüs idi və tələb-təklif qanunları çərçivəsində azad bazar tərəfindən
təşkil olunur və maliyyələşdirilirdi. Qul ticarəti ilə məşğul olan şirkətlər
Amsterdam, London və Paris fond birjalarında öz səhmlərini satırdılar.
Sərfəli sərmayə qoymaq üçün yaxşı imkan axtaran orta təbəqəli avropalılar
bu səhmləri almağa başladılar. Əldə olunan gəlirlə şirkətlər gəmilər inşa
etdirir, muzdla dənizçi və əsgərlər tutur, Afrikadan qul alıb Amerikaya
daşıyırdılar. Amerikada qulları plantasiya sahiblərinə sataraq, əldə etdikləri
gəlirlə şəkər, kakao, qəhvə, tütün, pambıq və rom kimi məhsullar alırdılar.
Sonra Avropaya qayıdaraq şəkər və pambığı yaxşı qiymətə satıb, qul
gətirmək üçün yenidən Afrikaya yollanırdılar. Səhmdarlar bu vəziyyətdən
məmnun idi. 18-ci əsrdə qul ticarətinə qoyulmuş sərmayənin illik gəliri 6%-
ə yaxm idi, istənilən maliyyə müşaviri bu rəqəmin yaxşı olduğunu və bu
sərmayələrin fövqəladə dərəcədə gəlirli olduğunu etiraf edər.
Azad bazar kapitalizminin nöqsanı budur. Bu sistem gəlirin namuslu
yollarla əldə ediləcəyinə və ədalətli şəkildə bölüşdürüləcəyinə

365
zəmanət verə bilməz. Əksinə, gəliri və istehsalı artırmaq istəyi insanların
qarşısına çıxan hər şeyə laqeyd qalmalarına səbəb olur. İqtisadi artım hər cür
əxlaqi dəyərdən üstün bir nemət kimi qəbul olunarsa, bu bəşəriyyəti fəlakətə
sürükləyər. Xristianlıq və nasizm kimi bəzi dinlər milyonlarla insanı sadəcə
nifrət üzündən, kapitalizm isə acgözlük və laqeydlik üzündən öldürdü.
Transatlantik qul ticarəti afrikalılara qarşı irqçi nifrət üzündən ortaya
çıxmamışdı. Səhmləri alan şəxslər, onları satan brokerlər və qul ticarəti ilə
məşğul olan şirkətlərin əməkdaşları afrikalılar haqqmda ümumiyyətlə düşün-
mürdü. Şəkər plantasiyalarının sahibləri də həmçinin; onların çoxu
plantasiyalardan uzaqda yaşayır və sadəcə gəlir və zərər haqqında
hesabatlarla maraqlanırdı.
Bunu da unutmamaq lazımdır ki, transatlantik qul ticarəti - kapitalizmin
ağ köynəyində yeganə ləkə deyildi. Əvvəlki fəsildə bəhs etdiyimiz Böyük
Benqal Aclığı da oxşar səbəblərdən meydana çıxmışdı: British East India
Company on milyonlarla benqallının həyatından çox, öz gəliri ilə
maraqlanırdı. VOC-un İndoneziyadakı hərbi əməliyyatları da öz uşaqlarını
sevən, yoxsullara yardım edən, gözəl musiqi və rəsm əsərlərinə dəyər verən,
amma Yava, Sumatra və Malakka xalqlarının çəkdiyi iztirablara laqeyd qalan
holland sahibkarlar tərəfindən maliyyələşdirilirdi. Dünyanın başqa
yerlərində də saysız-hesabsız cinayətlər və pis əməllər müasir iqtisadiyyatın
inkişafını müşayiət etdi.
19-cu əsrdə kapitalizm etikasında heç bir əxlaqi yenilik baş vermədi.
Avropada tüğyan edən sənaye inqilabı kapitalistləri və bankirləri
zənginləşdirdi, amma milyonlarla fəhləni yoxsulluq içində keçən miskin
həyata məhkum etdi. Avropa müstəmləkələrində vəziyyət daha da pis idi.
1876-cı ildə Belçika kralı II Leopold qeyri- hökumət humanitar təşkilatı
quraraq, məqsədinin Mərkəzi Afrikanı tədqiq etmək və Konqo çayı
sahillərində qul ticarətinə son qoymaq olduğunu elan etdi. Təşkilatın
vəzifəsinə həmçinin yerlilərin həyat şəraitini yaxşılaşdırmaq, yollar çəkmək,
məktəb və xəstəxanalar inşa etmək də daxil idi. 1885-ci ildə Avropa
dövlətləri Konqo çayı hövzəsindəki 2.3 milyon kvadrat kilometrlik ərazini
bu təşkilata vermək məsələsində razılaşdı. Belçikadan 75 dəfə böyük olan bu

366
əraziyə o vaxtlar Azad Konqo Dövləti deyilirdi. Bölgədə yaşayan 20-30
milyon yerli sakinin fikrini isə heç kim soruşmamışdı.
Bu humanitar təşkilat qısa müddət ərzində əsl məqsədi gəlir əldə etmək
olan ticarət müəssisəsinə çevrildi. Məktəblər və xəstəxanalar unuduldu,
bunların əvəzində Konqo hövzəsi yerli əhalini amansız şəkildə istismar edən
belçikalılar tərəfindən idarə olunan mədənlər və plantasiyalarla doldu.
Kauçuk sənayesi xüsusilə pis şöhrət qazanmışdı. Kauçuk sürətlə mühüm bir
sənaye məhsuluna çevrilmişdi və kauçuk ixracatı Konqonun ən başlıca gəlir
mənbəyi idi. Kauçuk toplayan afrikalı kəndlilərin üzərinə getdikcə daha
böyük öhdəliklər qoyulmağa başlandı. Bu öhdəlikləri yerinə yetirə
bilməyənləri "tənbəlliyə" görə cəzalandırıb, qollarını kəsirdilər. Bəzən də bü-
tün kənd əhalisini öldürürdülər. Orta hesablamalara görə, 1885-ci və 1908-d
illər arasında qazanc dalınca qaçmaq təxminən 6 milyon insanın həyatına son
qoydu (Konqo əhalisinin ən azı 20%-i). Hətta bəzi təxminlərə görə bu rəqəm
10 milyona yaxındır.1
1908-ci ildən və xüsusilə də 1945-ci ildən sonra kapitalist tamahkarlıq
qismən zəiflədi, bunda kommunizm qorxusunun da payı vardı. Lakin
ədalətsizlik hələ də tüğyan edir. 2013-cü ildəki iqtisadi piroq 1500-cü
ildəkindən dəfələrlə böyükdür, amma o qədər ədalətsizliklə bölüşdürülür ki,
Afrika kəndlilərinin və İndoneziya fəhlələrinin çoxu ağır iş günündən sonra
evə əcdadlarının 500 il əvvəl gətirdiyi ərzaqdan daha az ərzaqla qayıdır. Eyni
ilə Aqrar İnqilab kimi müasir iqtisadiyyatın inkişafı da böyük bir yalan ola
bilər. Əhalinin sayı və qlobal iqtisadiyyat artmağa davam edəcək, amma
getdikcə daha çox insan aclıq və yoxsulluq içində yaşayacaq.
Kapitalizmin bu tənqidə iki cavabı var. Birincisi, kapitalizm elə bir dünya
yaratmışdır ki, onu kapitalistlərdən başqa heç kim idarə edə bilməz. Dünyanı
başqa cür idarə etməyə yönəlmiş yeganə ciddi təşəbbüs, - kommunizm, -
demək olar ki, hər cəhətdən kapitalizmdən o qədər pis idi ki, buna yenidən
cəhd etməyə heç kəs cürət etmir. E.ə. 8500-cü ildə insanlar Aqrar İnqilab
üzündən göz yaşı tökə bilərdi, amma əkinçilikdən və maldarlıqdan əl çəkmək

1
Georges Nzongola-Ntalaja, The Congo from Leopold to Kabila: A Peoples, London: Zed Books,
2002, səh. 22.

367
üçün artıq çox gec idi. Buna bənzər şəkildə, kapitalizmi sevməyə bilərik,
amma artıq onsuz yaşaya bilmərik.
İkinci cavab isə, bir az səbirli olmağımızı məsləhət görür. Kapi-
talistlərin vəd etdiyi cənnətə çatmağımıza lap az qalıb. Tarixdə tran-
satlantik qul ticarəti və Avropa fəhlə sinfinin istismarı kimi səhvlərə yol
verilib, amma bunlardan dərs almışıq və bir az da gözləyib, piroqun bir
az da böyüməsinə imkan versək, onda hamıya daha böyük pay düşəcək.
Doğrudur, ədalətli bölgü heç vaxt olmayacaq, amma hər kəsə, - kişiyə,
qadına və uşağa, - kifayət qədər pay düşəcək. Hətta Konqoda da.
Buna dair, doğrudan da, bəzi müsbət əlamətlər gözə çarpır. Ən
azından, sırf maddi meyarları nəzərə alsaq (məsələn, orta ömür müddəti,
uşaq ölümləri və kalori sərfi) görərik ki, 2013-cü ildə orta statistik
insanın yaşayış səviyyəsi, əhalinin sayının sürətlə artmasına
baxmayaraq, 1913-cü illə müqayisədə daha yüksəkdir.
Bəs, iqtisadi piroq sonsuzluğa qədər böyüyə bilərmi? Hər piroqun
xammala və enerjiyə ehtiyacı var. Fəlakətlərdən danışmağı xoşlayan
bədbin proqnozçular Hotno sapiens-in yer üzündəki xammal və enerjini
gec-tez tükədəcəyini söyləyirlər. Bəs, bundan sonra nə olacaq?

368
17

Sənayenin çarxları

ÜASİR İQTİSADİYYAT GƏLƏCƏYƏ OLAN İNAMIMIZ


M və kapitalistlərin öz gəlirlərini yenidən istehsala qoymaq
istəməsi sayəsində böyüyür. Amma bu kifayət deyil. İqtisadi artım
üçün xammal və enerjiyə də ehtiyac var. Bunlar isə məhdud miqdar-
dadır. Xammal və enerji ehtiyatı tükəndikdə (əgər tükənərsə), bü-
tün sistem çökəcək.
Lakin keçmişə baxdıqda görürük ki, təbii ehtiyatların məhdud-
luğu yalnız nəzəri cəhətdən doğrudur. Təxminlərin əksinə olaraq,
son bir neçə yüz ildə bəşəriyyətin xammal və enerji istehlakı art-
sa da, istifadəyə yararlı olan təbii ehtiyatların miqdarı da artmışdır.
Hər dəfə təbii ehtiyatlar qıtlığı üzündən iqtisadi artımın yavaşıma-
sı ehtimalı ortaya çıxdıqda elmi-texnoloji tədqiqatlara əlavə vəsait
ayrılır və nəticədə həm mövcud təbii ehtiyatlardan daha səmərəli
istifadə üsulları, həm də tamamilə yeni enerji və xammal ehtiyatları
tapılırdı.
Nəqliyyat vasitələrini gözdən keçirək. Son 300 il ərzində əl ara-
bası və at arabasından qatarlara, avtomobillərə, səsdən sürətli
təyyarələrə və kosmik məkiklərə qədər milyardlarla nəqliyyat
vasitəsi icad etdi. Gözləmək olardı ki, bu nəhəng işlər nəqliyyat
vasitələrinin istehsalı üçün lazım olan enerji və xammal ehtiyatının
tükənməsinə gətirib çıxaracaq, lakin hər şey əksinə oldu. 1700-cü
ildə dünyada nəqliyyat sənayesi əsasən taxta və dəmirə bel bağla-
yırdı, bu gün isə əcdadlarımızın xəbəri belə olmadığı plastik, re-
zin, alüminium və titan kimi çox sayda yeni materiallardan istifadə
edir. 1700-cü ildə faytonlar əsasən dülgər və dəmirçilərin qol gücü
ilə istehsal edilirdi, bu gün isə Toyota və Boeing zavodlarındakı ava-
danlıqları istilik və atom elektrik stansiyaları enerji ilə təmin edir.

369
Bu cür inqilab sənayenin demək olar ki, bütün sahələrində baş verdi. Biz
bunu Sənaye İnqilabı adlandırırıq.
Sənaye İnqilabına qədər min illər boyunca insanlar artıq müxtəlif enerji
mənbələrindən istifadə etməyi bacarırdı. Dəmiri əritmək, evləri qızdırmaq
və çörək bişirmək üçün odun yandırırdılar. Yelkənli gəmilər hərəkət etmək
üçün küləyin gücündən, su dəyirmanları buğda üyütmək üçün çayın
axırımdan istifadə edirdi. Lakin bu qaynaqlar məhdud idi və bəzi çətinliklər
yaradırdı. Ağac hər yerdə tapılmır, külək hər dəfə lazım olduqda əsmirdi,
çay axınının gücü isə sahildə yaşayanlara fayda gətirirdi.
Daha böyük çətinlik isə, insanların bir enerji növünü digərinə
çevirməyi bilməməsi idi. Küləyin və suyun gücü ilə gəmiləri hərəkət
etdirib, dəyirman daşlarını fırladır, amma bu enerjinin köməyi ilə su
qızdırmağı və ya dəmir əritməyi bacarmırdılar. Və əksinə, odun yandıraraq
əldə etdikləri istilik enerjisi ilə də dəyirman daşlarını fırlada bilmirdilər.
Enerji çevrilməsini əldə etmək üçün insanların yalnız bir maşını vardı: öz
bədənləri. Maddələr mübadiləsi prosesində insanların və digər heyvanların
orqanizmləri qida adlandırılan üzvi yanacağı yandıraraq, ortaya çıxan
enerjini əzələ gücünə çevirir. Kişilər, qadınlar və heyvanlar buğda və ət
yeyərək, onların tərkibindəki karbohidrat və yağları yandırıb, bu enerjini
araba sürmək və ya yer şumlamaq üçün istifadə edə bilirdi.
İnsan və heyvan vücudları enerjini çevirə bilən yeganə vasitələr
olduğundan, insanın demək olar ki, bütün fəaliyyətləri əzələ gücündən asılı
idi. İnsan əzələləri evlər tikdi, arabalar düzəltdi, öküz əzələləri yer şumladı,
at əzələləri yük daşıdı. Bütün bu üzvi əzələ maşınlarını qidalandıran
enerjinin yalnız bir mənbəyi vardı: bitkilər. Bitkilər isə enerjini günəşdən
alır. Fotosintez yolu ilə günəş enerjisini üzvi birləşmələrə ötürür. Tarix
boyunca insanların etdikləri hər şey bitkilərin günəşdən aldığı və sonradan
əzələ gücünə çevrilən günəş enerjisinin hesabına oldu.
Beləliklə, bəşəriyyət tarixində iki əsas sikl hökm sürmüşdü: bitkilərin
böyümə sikli və günəş enerjisinin dəyişkən sikli (gecə- gündüz və qış-yay).
Günəş işığı az olduqda və buğda hələ təzəcə cücərdikdə insanların enerjisi
az olurdu. Taxıl anbarları boş olar, vergi məmurlarının işi olmaz, əsgərlərin
hərəkət etməsi və döyüşməsi

370
çətinləşər, krallar sülhü saxlamağa çalışardı. Günəş isti yaymağa və
sünbüllər dolmağa başladıqda isə, kəndlilər məhsulu yığar və anbarları
doldurardı, vergi məmurları öz paylarını almağa tələsər, əsgərlər
əzələlərini açar, qılınclarını itiləyərdi. Krallar müşavirlərini toplayıb,
növbəti yürüşləri planlaşdırardılar. Hamı buğda, düyü və kartofdan alınan
günəş enerjisi ilə qidalanırdı.

Mətbəxdəki sirr
Min illər boyunca insanlar enerji istehsalı tarixindəki ən mühüm ixtira
ilə hər gün qarşılaşdılar, amma bunu fərq etmədilər. Hər dəfə ev sahibəsi
və ya xidmətçi çay dəmləmək üçün su qaynatmaq istədikdə, ya da qazana
kartof atıb ocağm üstünə qoyduqda, bunu görürdü. Su qaynadıqda
çaydanın yaxud qazanın qapağı qalxıb- düşür, yəni istilik hərəkətə
çevrilirdi. Tullanan qapaqlar insanları möhkəm əsəbiləşdirirdi, xüsusən də
qazanı ocağm üstündə unutduqda, çünki su daşıb yerə tökülürdü. Heç kim
bu real potensialı görə bilmədi.
İstiliyi hərəkətə çevirmək məsələsində nisbi inkişaf 9-cu əsrdə Çində
barıtın inkişafından sonra baş verdi. İlk başda, barıtdan mərmi atmaq üçün
istifadə etmək fikri o qədər ağlasığmaz idi ki, barıt yüz illər boyunca sadəcə
partlayıcı kimi işlədildi. Nəhayət, - bəlkə də partlayıcılar hazırlayan bir
usta barıtı həvəngdə döyüb toza çevirdiyi zaman partlayış nəticəsində
həvəngin dəstəyi onun üzünə çırpıldıqdan sonra, - odlu silahlar meydana
çıxdı. Barıtın icadından effektiv artilleriyanın inkişafına qədər təxminən
600 il keçdi.
Hətta o vaxt da istiliyi hərəkətə çevirmək ideyası o qədər qəribə idi ki,
istiliyi hərəkətə çevirən maşınlar icad etmək üçün insanlara 300 il vaxt
lazım oldu. Bu yeni texnologiya İngiltərənin kömür mədənlərində ortaya
çıxdı. Britaniyanın əhalisi çoxaldıqca, iqtisadi artımı dəstəkləmək, evlərə
və əkin sahələrinə yer açmaq üçün meşələr kəsilirdi. Bunun nəticəsində,
İngiltərədə odun qıtlığı başladı. Nəhayət, alternativ yanacaq kimi
kömürdən istifadə etməyi öyrəndilər. Kömür laylarının əksəriyyəti bataqlıq
ərazilərdə yerləşirdi, su basqınları mədənlərin alt qatlarından istifadə
etməyə

371
mane olurdu. Problemi həll etmək lazım idi və bu təxminən 1700-cü illərdə
mümkün oldu. İngilis kömür mədənlərinin ətrafında qəribə bir uğultu
eşidildi. Sənaye inqilabının müjdəçisi olan və başlanğıcda zəif eşidilən bu
uğultu, on illər keçdikcə daha da güclənərək, nəhayət bütün dünyanı bürüdü.
Bu uğultunun mənbəyi buxar mühərrikləri idi.
Buxar mühərriklərinin müxtəlif növləri var, lakin onların hamısı bir
prinsiplə işləyir: kömür kimi bir yanacağın yandırılması ilə ortaya çıxan
istilik suyu qaynadır və buxar əmələ gəlir. Buxar genişlənərək porşeni
itələyir, porşen hərəkət etməyə başlayır və ona birləşən hər şey hərəkət edir.
Beləliklə, istiliyi bu yolla hərəkətə çevirirsiniz! 18-ci əsrdə ingilis
mühəndisləri porşeni kömür mədənlərinin dibindən suyu çəkən nasosa
birləşdirmişdi. İlk buxar mühərrikləri çox səmərəsiz idi, kiçik bir su
yığıntısını mədənin dibindən çəkib çıxarmaq üçün nəhəng miqdarda kömür
yandırmaq lazım idi. Lakin mədənlərdə kömür əl altında və bol olduğundan,
heç kəs bunu problemə çevirmirdi.
Sonrakı illərdə ingilis sahibkarlar buxar mühərrikini təkmilləşdirməyə
nail oldu və onu kömür mədənlərindən çıxarıb, toxucu dəzgahlarına
qoşdular. Bu, tekstil sahəsində inqilaba səbəb oldu və nəhəng miqdarda ucuz
parçalar istehsal etməyə imkan verdi. Bir göz qırpımında İngiltərə dünyanın
tekstil emalatxanasına çevrilmişdi. Lakin bundan da əhəmiyyətli olan başqa
bir cəhət vardı: buxar mühərrikinin kömür mədənlərindən çıxarılması
mühüm bir psixoloji maneənin aşılmasına yol açdı. Əgər kömür yandırmaqla
toxucu dəzgahlarını işlədə bilirsinizsə, nə üçün bu üsuldan digər şeyləri,
məsələn, nəqliyyat vasitələrini hərəkət etdirmək üçün istifadə etməyəsiniz?
1825-ci ildə bir ingilis mühəndis buxar mühərrikini kömür dolu
vaqonlara birləşdirdi. Buxar maşını vaqonları relslərin üstü ilə mədəndən 20
kilometr uzaqlıqda yerləşən limana daşıdı. Bu tarixdə ilk buxar lokomotivi
idi. Əgər buxardan kömür daşımaq üçün istifadə etmək mümkün idisə, bu
yolla başqa malları da daşımaq olardı. Bəs, niyə insanları daşımaq üçün
istifadə olunmasın? 15 sentyabr 1830-cu ildə Liverpul və Mançester
arasında ilk kommersiya dəmiryolu açıldı. Qatarlar daha əvvəl su çəkmək və
toxucu

372
dəzgahlarını işlətmək üçün istifadə olunan buxar gücüylə hərəkət edirdi.
Heç iyirmi il də keçmədi ki, Britaniya minlərlə kilometrlik dəmiryolu
xəttinə sahib oldu.1
Bu andan etibarən insanlar maşın və mühərriklərin bir enerjini digərinə
çevirə biləcəyi fikrinə mübtəla oldu. Əgər hər hansı enerji növünü başqa bir
enerji növünə çevirə bilən düzgün mexanizmlər ixtira etsək, onda dünyanın
istənilən yerindəki enerji növünü öz ehtiyaclarımız üçün istifadə edə bilərik.
Məsələn, fizika alimləri atomların daxilində qeyri-adi miqdarda enerji
olduğunu anladıqda, dərhal bu enerjinin necə çıxarılıb elektrik cərəyanı
istehsal etmək, sualtı qayıqları hərəkətə gətirmək və şəhərləri məhv etmək
üçün istifadə olunacağını düşünməyə başladılar. Çinli kimyagərlərin bantı
kəşf etməsindən türk toplarının Konstantinopolun divarlarını dağıtmasına
qədər altı yüz il keçmişdi. Amma Eynşteynin hər hansı bir kütlənin enerjiyə
çevrilə biləcəyini müəyyən etməsi ilə (E=mc? düsturunun mənası budur)
iki atom bombasının Hiroşima və Naqasakini yerlə bir etməsi və atom-
elektrik stansiyalarının dünyanın hər yerinə yayılması arasında cəmi qırx il
keçmişdi.
Daha bir mühüm ixtira isə - cəmi bir nəsil ərzində bütün nəqliyyat və
daşıma üsullarını tamamilə dəyişdirərək nefti siyasi hakimiyyətin maye
formasına çevirən daxili yanma mühərriki idi. Neft lap çoxdan insanlara
məlum idi və damlardan su sızıntısının qarşısını almaq, arabaların oxlarını
yağlamaq üçün istifadə olunurdu. Amma cəmi yüz il əvvəl heç kəs neftin
başqa sahələrdə də faydalı olacağını düşünmürdü. Neft uğrunda qan tökmək
heç kimin ağlına da gəlməzdi. Torpaq, qızıl, ədviyyat və qullar uğrunda
müharibələr aparılırdı, amma neft üçün yox.
Elektrikin keçdiyi yol daha heyrətamiz idi. İki yüz il əvvəl elektrik
iqtisadiyyatda heç bir rol oynamırdı və sadəcə bəzi elmi təcrübələrdə və
sehrbazlıq fokuslarında istifadə edilirdi. Bir sıra ixtiralar elektriki lampanın
içindəki sehrli cinə çevirdi. Barmağımızı şaqqıldadan kimi cin istəklərimizi
yerinə yetirməyə gəlir. Bu gün elektrik kitablar çap edir, paltarlar tikir,
tərəvəzlərimizi təzə saxlayır, dondurmamızın əriməsinə mane olur,
yeməyimizi bişirir, cinayətkarları edam edir, fikirlərimizi qeydə alır,
təbəssümümüzün

1
Mark, Origins of the Modern World, səh. 109

373
şəklini çəkir, gecələrimizi işıqlandırır və bizi saysız-hesabsız televiziya
proqramları ilə əyləndirir. Çox az insan elektrikin bütün bu işləri necə
yerinə yetirdiyini anlayır, amma heç birimiz elektriksiz bir həyat təsəvvür
edə bilmirik.

Enerji okeanı
Sənaye İnqilabı mahiyyətcə enerji çevrilməsində baş vermiş bir
inqilabdır. Sənaye İnqilabı bizə əlimizin altında qeyri-məhdud
miqdarda enerjinin olduğunu və ya daha doğrusu, bu məsələdə yeganə
maneənin biliksizlik olduğunu göstərmişdir. Hər bir neçə on ildən bir
yeni enerji mənbələri tapırıq və əlimizdəki enerji ehtiyatları getdikcə
böyüyür.
İnsanların çoxu nə üçün enerjinin tükənəcəyindən qorxur? Nə üçün
bütün mədən yanacaqlarının tükənməsinin fəlakətə səbəb olacağını
deyirlər? Axı, dünyada enerji çatışmazlığı yoxdur. Çatışmayan yeganə
şey - bu enerjini necə əldə etmək və ondan necə faydalanmaq
məsələsində zəruri olan biliklərdir. Günəşin hər gün havayı yaydığı
enerji ilə müqayisədə yer üzündə olan bütün mədən yanacaqlarının
enerjisi heç bir şeydir. Günəş enerjisinin çox kiçik bir hissəsi Yer üzünə
gəlib çatır, amma bu kiçik hissə belə ildə 3.766.800 eksacoulluq bir
enerji deməkdir (1 Coul - metrik sistemdə enerji vahididir, təxminən bir
almanı 1 metr hündürlüyə qaldırmaq üçün lazım olan enerjiyə
bərabərdir; 1 eksacoul isə milyardlarla coul və çox sayda almanı
daşımaq deməkdir).1 Dünyadakı bütün bitkilər fotosintez yoluyla
sadəcə 3000 eksacoulluq günəş enerjisi ala bilir.2 Dünyada bütün insan
fəaliyyətləri və sənaye sahələri ildə təxminən 500 eksacoul enerji
istifadə edir; bu da dünyanın günəşdən cəmi

1
Nathan S.Lewis və Daniel G.Nocera, “Powering the Pmanet: Chemical Challenges in
Solar Energy Utilization", Proceedings of the National Academy of Sciences, cild: 103,
sayı: 43 (2006), səh. 15731.
’Kazuhisa Miyamoto, “Renewable Biological Systems for Alternative Sustainable
Energy Production", FAO Agricultural Services Bulletin, sayı: 128, Osaka: Osaka
University, 1997, http://www.fao.org/docrep/W7241E/ w724 le06.htm#2.1.1
pcrcent20solarpercent20energy (sayta 10 dekabr 2010-cu ildə baxılıb); James Barber,
“Biological Solar Energy", Philosophical Transactions of the Royal Society A, cild: 365,
sayı: 1853 (2007), səh. 1007.
374
90 dəqiqə ərzində aldığı enerji miqdarına bərabərdir? Üstəlik, bu
sadəcə günəş enerjisidir. Amma ətrafımızda digər nəhəng enerji
mənbələri də var: məsələn, atom enerjisi və qravitasiya enerjisi (bu,
Ayın cazibə qüvvəsinin dənizlərdə yaratdığı qabarmalarda daha bariz
şəkildə üzə çıxır).
Sənaye İnqilabına qədər bəşəriyyət demək olar ki, bütün enerjini
bitkilərdən alırdı. İnsanlar ildə 3000 eksacoul enerji toplayan yaşıl
rezervuarla yan-yana yaşayır və buradan maksimum enerji əldə etməyə
çalışırdılar. Amma bunun bir həddi olduğu aşkar idi. Sənaye İnqilabı
sayəsində, əslində milyardlarla eksacoulluq potensialı olan nəhəng bir
enerji okeanının ortasında yaşadığımızı öyrəndik. Bu enerjini çəkib
çıxarmaq üçün sadəcə daha yaxşı nasoslar ixtira etmək lazımdır.
Enerjini başqa növ enerjilərə çevirməyi və ondan effektiv şəkildə
istifadə etməyi öyrənmək iqtisadi artımı yavaşıdan digər bir problemi -
xammal azlığını da ortadan qaldırdı. İnsanlar böyük miqdarda ucuz
enerji əldə etməyə çalışdıqda, əvvəllər əlçatmaz olan xammal
mənbələrini istismar etməyə (məsələn, Sibirdəki mədənlərdən dəmir
çıxarılması) və ya daha uzaq yerlərdən xammal daşımağa (məsələn,
İngiltərədəki tekstil fabriki üçün Avstraliyadan yun gətirilməsi)
başladılar. Eyni zamanda elmi kəşflər də bəşəriyyətə plastik kimi
tamamilə yeni xammallar qazandırdı yaxud silisium və alüminium kimi
əvvəllər məlum olmayan təbii mədənlərin aşkar edilməsinə kömək etdi.
Kimyaçılar alüminiumu çox gec, yəni 1820-ci ildə kəşf etdi, amma
onu filizdən ayırmaq çox çətin və baha başa gələn bir işdir. Uzun illər
boyunca alüminium qızıldan daha qiymətli xammal olaraq qaldı. 1860-
cı illərdə Fransa imperatoru III Napoleon ən möhtərəm qonaqları üçün
süfrəyə alüminium çəngəl-bıçaqlar qoyulmasını əmr etmişdi, digər
qonaqlar isə qızıl çəngəl-bıçaqlardan istifadə edirdi.1 2 19-cu əsrin
axırlarında kimyaçılar daha çox miqdarda ucuz alümi

1
“International Energy Outlook 2010", ABŞ Eneıji informasiyası İdarəsi, 9, http://www.
eia.doe.gov/oiaf7ieo/ pdf70484(2010).pdf (sayta 10 dekabr 2010-cu ildə baxılıb).
2
S.Venetsky, “Silver* from Clay”, Metallurgist, cild: 13, sayı: 7 (1969), səh.451;
Aftalion, Fred, History of the international Chemical Industry, Philadelphia: University
of Pennsylvania Press, 1991, səh.64; A.J.Downs, Chemistry of Aluminum, Gallium,
Indium and Thallium, Glasgow: Blackie Academic & Professional, 1993, səh. 15.

375
nium əldə etmək üsulu tapdı. İndi dünyada ildə 30 milyon ton alü-
minium çıxarılır. III Napoleon öz xalqının nəvə-nəticələrinin alü-
miniumu buterbrodlan qablaşdırmaq və yemək artıqlarını atmaq üçün
istifadə etdiklərini görsəydi, gözlərinə inanmazdı.
İki min il əvvəl Aralıq dənizi hövzəsindəki insanlar dəri qumlu-
ğundan əziyyət çəkdikdə, əllərinə zeytun yağı sürtərdilər. Bu gün
kremdən istifadə edirlər. Aşağıda mağazadan aldığım adi bir əl kre-
minin tərkibindəki maddələrin siyahısı verilib:

Distillə edilmiş su, stearin turşusu, qliserin, kaprilik/kapritriqliserid,


propilenqlikol, izopropilmiristat, jenşen köklərinin ekstraktı, parfüm,
cetil spirti, trietanolamin, dimetikon, ayıqulağı yarpağının ekstraktı,
maqnezium askorbilfosfat, imidazolidinil-sidik cövhəri,
metilparaben, kamfora, propilparaben, hidroksiizoheksil-3-
sikloheksenkarboksaldehid, hidroksisitronellal, linalool, butilfenil
metilproplonal, citronnellol, li- monen, geraniol.

Bu maddələrin demək olar ki, hamısı son 200 ildə aşkar edilib yaxud
hazırlanıb.
Birinci Dünya müharibəsi zamanı Almaniya blokada şəraitində idi
və xüsusilə şora (selitra) kimi barıt və digər partlayıcıların hazır-
lanmasında zəruri olan bəzi xammallar kəskin şəkildə çatışmırdı.
Dünyada əsas şora yataqları Çili və Hindistanda idi, Almaniyada isə şora
yataqları heç yox idi. Şora əvəzinə ammonyak da istifadə etmək olardı,
amma onun istehsalı çox baha başa gəlirdi. Almanların bəxti gətirdi və
onların həmyerlisi, milliyyətcə yəhudi olan kimyaçı Fritz Haber 1908-ci
ildə havadan ammonyak almağın üsulunu tapdı. Birinci Dünya
müharibəsi başladıqda, almanlar Haberin kəşfi sayəsində havadan
xammal kimi istifadə edib, partlayıcı maddələr istehsal edə bildi. Bəzi
tədqiqatçılara görə, Haberin kəşfi olmasaydı, Almaniya 1918-ci ilin
noyabrından çox-çox əvvəl təslim olacaqdı.' Bu kəşf Haberə (yeri
gəlmişkən, müharibədə zəhərli qazlardan istifadə edilməsini ilk dəfə o
məsləhət görmüşdü) 1918-ci ildə Nobel mükafatını qazandırdı. Yaxşı ki,
bu sülh sahəsində deyil, kimya sahəsi üzrə Nobel mükafatı idi.

1
Jan Willem Erisman, “How a Century of Ammonia Synthesis Changed the World” in
Nature Geoscience, cild: 1 (2008), sah.637.

376
Konveyerdəki həyat
Sənaye İnqilabı nəticəsində əvvəllər görünməmiş dərəcədə ucuz enerji
və xammal əldə edilməsi istehsalda misilsiz sıçrayışa səbəb oldu. Hər
şeydən əvvəl kənd təsərrüfatında sürətli artım baş verdi. Sənaye İnqilabı
dedikdə adətən ağlımıza tüstülənən borularla dolu olan şəhər mənzərəsi və
ya torpağın dərinliklərində tər tökən mədən işçiləri gəlir. Amma əslində
Sənaye İnqilabı hər şeydən əvvəl ikinci Aqrar İnqilabdır.
Son iki yüz il ərzində kənd təsərrüfatı sürətlə sənayeləşdi. Əvvəllər heç
görülməyən yaxud əzələ gücünə görülən işləri traktor kimi maşınlar yerinə
yetirməyə başladı. Tarlalar və heyvanlar süni gübrələr, zərərverici
həşəratlara qarşı vasitələr, saysız-hesabsız hormon və dərmanlar sayəsində
daha da məhsuldar oldu. Soyuducular, gəmilər və təyyarələr ərzağı aylarla
saxlamağa, sürətli və ucuz bir şəkildə dünyanın o biri ucuna daşımağa
imkan verdi. Avropalılar təzə Argentina bifşteksi və yapon suşisi yeməyə
başladı.
Hətta bitkilər və heyvanlar da mexanikləşdirildi. Homo sapiens
humanist dinlər tərəfindən ilahi mərtəbəyə yüksəldilsə də, kənd təsərrüfatı
heyvanlarına ağrı və kədər hiss edə bilən canlılar kimi deyil, faydalı
maşınlar kimi baxıldı. Hətta bu gün bu heyvanlar fabrik şəraitində istehsal
edilir, bədənləri isə sənayenin tələblərinə görə formalaşdırılır. Heyvanlar
bütün həyatlarını konveyerin adi bir çarxı kimi keçirir və ömürlərinin
uzunluğu şirkətlərin gəlir və zərərləri tərəfindən müəyyənləşdirilir. Onlar
sənayeyə canlı, sağlam və yaxşı yemlənmiş halda lazım olduqda belə, əgər
istehsal miqdarına birbaşa təsir etmirsə, bu heyvanların sosial və psixoloji
tələbatlarına diqqət göstərilmir.
Məsələn, toyuqların çox mürəkkəb instinktlərdən və davranış
ehtiyaclarından ibarət bir dünyası var. Ətraf mühiti tədqiq etmək, qida
axtarmaq, oranı-buranı dimdikləmək, sosial iyerarxiyalarını
müəyyənləşdirmək, yuva qurmaq və lələklərini təmizləmək kimi güclü
istəkləri var. Lakin yumurta sənayesi bu heyvanları darısqal qəfəslərə salır;
çox vaxt dörd toyuğu bir qəfəsə salırlar və bu zaman hər toyuğa təxminən
22x25 santimetrlik bir sahə düşür. Toyuqlar kifayət qədər yaxşı bəslənilir,
amma onların öz ərazilərinə sahib olması, yuva qura bilməsi və ya digər
təbii fəaliyyətlərlə məşğul ol-

377
ması mümkün deyil. Qəfəslər o qədər kiçikdir ki, toyuqlar çox vaxt
qanadlarını aça bilmir, ya da ayaq üstdə dayana bilmir.
Donuzlar - ən ağıllı və hər şeylə maraqlanan məməlilərdəndir, bu
məsələdə bəlkə də yalnız primatlardan geri qalırlar. Lakin
sənayeləşdirilmiş donuz fermalarında dişi donuzlar o qədər kiçik
qəfəslərə salmır ki, gəzmək və ya qida axtarmaq bir yana qalsın, donuzlar
orada sağa-sola dönə bilmir. Dişi donuzlar doğduqdan sonra dörd həftə
boyunca gecə-gündüz bu qəfəslərdə saxlanılır, sonra balalan onlardan
ayınb başqa qəfəslərə salır, dişi donuzları isə yenidən dölləndirirlər.
Sağmal inəklərin çoxu demək olar ki, bütün ömürlərini kiçik
pəyələrdə, öz sidik və nəcislərinin içində duraraq, oturaraq və yataraq
keçirir. Bir maşın onlara lazım olan qida, hormon və dərmanlan verir,
digər cihaz isə bir neçə saatdan bir südlərini sağır. İnəyə xammalı qəbul
edən bir ağız və süd sağılan əmcəklər kimi yanaşırlar. Mürəkkəb
emosional dünyalan olan canlı məxluqlara maşın kimi baxılır, bu da
onlara sadəcə fiziki narahatlıq deyil, ciddi sosial stress və psixoloji
problemlər yaradır.1
Necə ki, transatlantik qul ticarəti afrikalılara qarşı nifrət hissindən
meydana gəlməmişdi, eləcə də müasir heyvandarlıq sənayesi heyvanlara
qarşı düşmənçilik hissindən doğmayıb. Qul ticarətində olduğu kimi,
laqeydlikdən əmələ gəlib. Ət, süd və yumurta istehsal və istehlak edən
insanların əksəriyyəti ətlərini ya da digər "məhsullarını" yediklərini bu
toyuqların, inəklərin və donuzların aqibətini düşünmür. Bunu düşünənlər
isə adətən bu heyvanların hiss və duyğularının olmadığını, əzab
çəkməyən maşınlar olduğunu iddia edir. Taleyin ironiyasına bax ki, süd
və yumurta istehsalı üzrə maşınlar yaradan eyni alimlər bu yaxınlarda
qəti şəkildə isbat ediblər ki, məməlilər və quşlar son dərəcə mürəkkəb
emosiyalar kompleksinə sahibdir. Bu heyvanlar fiziki ağrı hiss etdikləri
kimi, eyni zamanda emosional sıxıntılardan da əzab çəkirlər.

1
G.J.Benson və B.E.Rollin, The Well-Being of Farm Animals: Challenges and Solutions,
Amcs, 1A: Blackwell, 2004; M.C.Appleby, J.A.Mench və B.O.Hughes, Poultry Behaviour and
Welfare. Wallingford: CAB1 Publishing, 2004; J.Webster, Animal Welfare: Limping Towards
Eden. Oxford: Blackwell Publishing, 2005; C.Druce və P.Lymbery, Outlawed in Europe: How
America Is Falling Behind Europe in Farm Animal Welfare, New York: Archimedean Press,
2002.

378
Şəkil 41. Kommersiya inkubatorunda konveyer lentinin üstündəki
cücələr. Beçələr və yararsız fərələr konveyer lentindən götürülür və qaz
kameralarında boğulduqdan sonra ya avtomatik doğrama qurğularına, ya
da sadəcə zibilliyə atılır. Belə inkubatorlarda hər il yüz milyonlarla cücə
həlak olur.

Təkamül psixologiyası kənd təsərrüfatı heyvanlarının emosional və


sosial tələbatlarının vəhşi təbiət içində formalaşdığını və həm həyatda
qalmaq, həm də çoxalmaq üçün zəruri olduğunu göstərir. Məsələn, vəhşi
inək digər inək və öküzlərlə necə münasibət quracağını bilməlidir, yoxsa
həyatda qalıb çoxala bilməz. Bu bacarıqları mənimsəmək üçün təkamül
digər məməli heyvanların balalarına olduğu kimi, buzovlara da
oynaqlaşmaq istəyi (oynaqlaşmaq - məməlilərdə sosial davranışları
öyrənmək üsuludur) və anaları ilə daha yaxın olmaq instinkti vermişdir;
çünki ana südü - həyatda qalmaq üçün əsas şərt idi.
Fermerlər bir buzovu anasından ayınb, kiçik bir qəfəsdə bəslədikdən
sonra kifayət qədər böyümüş buzovu öküz toxumları ilə dölləndirdikdə
nə baş verir? Obyektiv nöqteyi-nəzərdən, buzovun bundan sonra həyatda
qalmaq və bala vermək üçün anasıyla yaxm olmağa və digər buzovlarla
oynamasına ehtiyacı yoxdur. Lakin

379
subyektiv nöqteyi-nəzərdən, buzov hələ də anasıyla yaxın olmaq və digər
buzovlarla oynamaq üçün güclü istək duyur; bu istəklər yerinə
yetmədikdə buzov əzab çəkir. Bu, təkamül psixologiyasının əsas
mesajıdır: vəhşi təbiətdə formalaşmış ehtiyaclar kənd təsərrüfatı
fermalarında həyatda qalmaq və çoxalmaq üçün artıq lazım olmasa da,
hiss edilməyə davam edir. Sənayeləşmiş kənd təsərrüfatının faciəvi
cəhəti bundan ibarətdir ki, heyvanların obyektiv tələbatlan ödənilsə də,
subyektiv ehtiyaclarına əhəmiyyət verilmir.
Bu nəzəriyyənin doğruluğu, ən azından 1950-ci illərdə amerikalı
psixoloq Harri Harlou meymunların inkişafını tədqiq etdikdən bəri
məlumdur. Harlou yeni doğulmuş meymunları bir neçə saatdan sonra
analarından ayırdı və balalar qəfəslərdə "süni analar" tərəfindən
böyüdüldü. Harlou hər qəfəsə iki süni ana qoymuşdu. Onlardan biri, bala
meymunun süd əmə bilməsi üçün süd şüşəsi bərkidilmiş məftillərdən
düzəldilmişdi; digəri isə, taxtadan idi və əsl meymuna bənzədilərək
parçalarla örtülmüşdü, amma bala meymuna heç bir şey vermirdi.
Güman edilirdi ki, bala meymunlar "taxta ana"nın əvəzinə, məftildən
düzəldilən və onları südlə bəsləyə bilən anaya yaxınlaşacaq.
Lakin bala meymunlar Harlounu heyrətə saldı və "taxta meymuna"
daha çox yaxınlıq göstərərək, vaxtlarının çoxunu onun yanında
keçirdilər. İki ana yan-yana qoyulduqda, balalar "məftil" anadan hətta
süd əmdikləri zaman da "taxta" anaya yaxın dururdu. Harlou balaların
bəlkə də üşüdükləri üçün belə etdiyini düşündü, buna görə də "məftil"
ananın içərisinə istilik yayan bir elektrik lampası yerləşdirdi. Ən kiçik
balalardan başqa, meymunların əksəriyyəti yenə də "taxta" ananın
yanında durmağa üstünlük verdi.
Sonrakı araşdırmalar göstərdi ki, Harlounun yetim meymunları zəruri
qidalarla bəslənsələr də, böyüdükdə emosional problemlərlə üzləşdilər.
Onlar meymun qruplarına uyğunlaşa bilmədi, digər meymunlarla
ünsiyyət qurmaqda çətinlik çəkərək, son dəräcə təlaş və aqressivlik
göstərdilər. Nəticə aydın idi: meymunların maddi tələbatlarından başqa,
psixoloji ehtiyacları da vardı və bu ehtiyaclar təmin edilmədikdə əzab
çəkirdilər. Növbəti onilliklərdə aparılan tədqiqatlar göstərdi ki, bu nəticə
sadəcə meymunlara deyil, bütün məməlilərə və hətta quşlara da aiddir.
Bu gün milyonlarla

380
Şəkil 42. Harlounun yetim meymunlarından biri "məftil" anadan süd
əmərkən, ayaqlarıyla "taxta" anadan yapışmağa davam edir.

kənd təsərrüfatı heyvanı Harlounun meymunlanyla eyni şərtlərdə


yaşayır. Fermerlər buzovları, quzuları və digər balaları analarından
ayırıb, təcrid olunmuş halda böyüdürlər.1

1
Hany Harlow və Robert Zimmermann, “Affectional Responses in the Infant Monkey",
Science, cild: 130, sayı: 3373 (1959), sah.421-432; Harry Harlow, "The Nature of Love”,
American Psychologist, cild: 13(1958), sah.673-685; Laurens D.Young, “Early stress and later
response to seprate in rhesus monkeys”, American Journal of Psychiatry, cild: 130, sayı:
4(1973), soh.400-405; K.D.Broad, J.P.Curley va E.B.Kcvcme, “Mother-infant bonding and the
evolution of mammalian social relationships”, Philosophical Transactions of the Royal Soceity
B. cild: 361, sayı: 1476(2006), sah.2199-2214; Florent Pittet, “Effects of maternal experience
on fearfulness and maternal behaviour in a precocial bird”, Animal Behavior, Mart 2013:
http://www.sciencedirect.com/sciencc/article/pii/ S0003347213000547.

381
Bütövlükdə on milyardlarla kənd təsərrüfatı heyvanı bu gün
mexanikləşdirilmiş istehsal lentinin (konveyer) bir hissəsi kimi yaşayır
və hər il bunların təxminən 10 milyardı kəsilir. Bu sənayeləşmiş
heyvandarlıq üsulları kənd təsərrüfatı istehsalında və qida ehtiyatlarında
böyük artıma səbəb oldu. Bitkiçiliyin mexanikləşdirilməsi ilə birlikdə
sənayeləşmiş kənd təsərrüfatı bütün müasir sosial və iqtisadi quruluşun
təməlinə çevrilib. Kənd təsərrüfatının sənayeləşməsinə qədər əkin
sahələrində və fermalarda istehsal edilən ərzaq məhsullarının böyük
hissəsi kəndlilərin özlərinin və mal-qaranın bəslənməsinə sərf olunurdu.
Məhsulun yalnız çox kiçik bir hissəsi sənətkarların, müəllimlərin,
ruhanilərin və məmurların payına düşürdü. Buna görə də, demək olar ki,
bütün cəmiyyətlərdə kəndlilər əhalinin 90%-ni təşkil edirdi. Kənd
təsərrüfatının sənayeləşməsi daha az sayda kəndliyə getdikcə artmaqda
olan fəhlə və məmur ordusunu bəsləməyə imkan verdi. Bu gün ABŞ-da
əhalinin yalnız 2%-i kənd təsərrüfatı ilə məşğul olur1 və bu 2% ABŞ-ın
bütün əhalisini bəsləməklə yanaşı digər ölkələrə də məhsul ixrac etməyə
kifayət edir. Əgər kənd təsərrüfatı sənayeləşməsəydi, fabrikləri və ofisləri
qurmaq üçün işçi çatışmayacağından Sənaye İnqilabı da baş
verməyəcəkdi.
Bu fabriklər və ofislər əkin işlərindən azad olan milyardlarla insanı
öz ağuşuna aldıqda, istehsal olunan məhsulun həcmi də görünməmiş
dərəcədə artdı. İndi insanlar daha çox metal istehsal edir, daha çox geyim
tikir, əvvəlkindən daha çox binalar inşa edirlər. Üstəlik, elektrik
lampaları, mobil telefonlar, fotoaparatlar və qabyuyan maşınlar kimi
əvvəllər heç kəsin ağlına da gəlməyən çox sayda yeni məhsullar istehsal
edirlər. Bəşəriyyət tarixində ilk dəfə təklif tələbi üstələməyə başladı və
yeni bir problem ortaya çıxdı: bütün bunları kim alacaq?

1
“National Institute of Food and Agriculture", ABŞ Kənd Təsərrüfatı Nazirliyi, http://
www.csrees.usda.gov/ qlinks/extcnsion.html (sayta 10 dekabr 2010-cu ildə baxılıb)

382
Alış-veriş əsri
Müasir kapitalist iqtisadiyyatı yaşamaq üçün, eyni ilə üzmək ya da
boğulmaq arasmda seçim etməyə məcbur qalan bir akula kimi, daim
istehsalı artırmağa məcburdur. Amma yalnız istehsal etmək kifayət deyil,
kimsə bu məhsulları almalıdır, yoxsa bütün sənayeçilər və investorlar
iflas edər. Bu fəlakətin qarşısını almaq və insanların daim yeni sənaye
məhsullarını almasını təmin etmək üçün yeni bir etika növü meydana
gəldi: istehlakçıhq.
Tarix boyunca insanların əksəriyyəti qıtlıq içərisində yaşayıb və
onların əsas şüan qənaətcillik olub. Puritanların və ya spartahla- nn
sadəliyə əsaslanan etikası - məlum örnəklərdən yalnız ikisidir. Ləyaqətli
insan dəbdəbədən qaçar, ərzağı israf etməz və yeni geyim almaq əvəzinə,
köhnə paltarlannı yamayıb geyər. Yalnız krallar və saray əyanları belə
dəyərləri rədd edərək, öz zənginliklərini nümayişkaranə şəkildə göstərə
bilirdi.
İstehlakçıhq - daha çox miqdarda məhsulun istehlak edilməsini və
daha çox sayda xidmətdən istifadə olunmasını müsbət hal kimi qəbul edir.
İstehlakçıhq - insanlara ərköyün olmağı, pozğunlaşmağı və hətta ifrat
istehlakdan tədricən özünü öldürməyi təşviq edir. Qənaətcillik - müalicə
edilməsi lazım olan bir xəstəlikdir. İstehlakçı etikasına dair misalı çox da
uzaqlarda axtarmağa ehtiyac yoxdur, yulaf lopaları qutusunun arxa
tərəfini oxumaq kifayətdir. Məsələn, İsrail firması "Telrna" tərəfindən
istehsal edilən və mənim səhər yeməyi zamanı xoşladığım yulaf lopaları
qutusunda bunlar yazıhb:

Bəzən daha çox ləzzət almağa çalışmalısınız. Bazan daha çox enerjiyə
ehtiyacınız olur. Öz çakiniza diqqət etməli olduğunuz və dərhal, ela bu
saat qəlyanaltı etmak istadiyiniz vaxtlar olur. Telma sizin üçün
nıüxtalif çeşiddə dadlı taxıl mahsulları təklif edir - nuş olsun!

Eyni qutuda Health Treats adlı başqa növ taxıl məhsulunun da reklamı
var:

"Health Treats" - bir çox taxıl, meyvə və fındıq növünü bir yerə topla-
yıb, ləzzət, həzz və sağlamlığı eyni anda təklif edir. Günün qızğın vaxtı,

383
sağlam hayat tarzina uyğun bir ziyafat. Daha çox lazzat, daha çox hazz.
(vurğu orijinal qutunun üstündə də var).

Keçmiş əsrlərdə insanlar belə bir mətni cəlbedici deyil, əksinə ikrah
doğurucu, xudbinlik və etik nöqteyi-nəzərdən yolverilməz hesab edərdilər.
İstehlakçılıq kütləvi psixologiya ilə əl-ələ verərək ("Just do it!"1) insanları
həzz və ləzzətin faydalı, qənaətcilliyin isə əzab olduğuna inandırmaq üçün
çox çalışdı.
Nəhayət, istehlakçılıq qalib gəldi və bu gün biz hamımız çox yaxşı
istehlakçılarıq. Dünənə qədər xəbərimiz və ehtiyacımız olmayan çox sayda
əşyanı satın alırıq. İstehsalçılar qəsdən qısa müddətli, yeni və lazımsız
məhsullar hazırlayırlar. Lakin "geridə qalmamaq" üçün bunları almağa
məcburuq. Alış-veriş etmək vaxt keçirmək üçün sevimli məşğuliyyət
növünə çevrilib, istehlak malları ailə üzvləri, ər- arvadlar və dostlar
arasındakı münasibətlərdə əsas vasitəçi rolunu oynayır. Hətta Milad
bayramı kimi dini bayramlar da alış-veriş festivalına çevrilib. ABŞ-da
həlak olan əsgərlərin xatirəsinə həsr olunmuş Xatirə günü (Memorial Day)
bu gün alış-veriş üçün bir fürsət olub. İnsanların əksəriyyəti bu günü
mağazalarda alış-veriş edərək, bəlkə də, azadlıq mübarizlərinin əbəs yerə
həlak olmadığını sübut edərək qeyd edir.
İstehlakçı etikasının inkişafı ərzaq bazarında daha çox hiss olunur.
Ənənəvi aqrar cəmiyyətlər aclıq həddində yaşayardılar, indiki bolluq
dövründə isə sağlamlıq üçün ən böyük təhdidlərdən biri - piylənmədir.
Üstəlik, bu xəstəlik mədələrini hamburger və pizzalarla dolduran kasıblara,
üzvi salat və meyvə yeyən varlılardan daha çox təsir edir. Hər il ABŞ
əhalisinin dieta üçün xərclədiyi pul, dünyadakı bütün ac insanlan
doyuzdurmağa kifayət edər. Piylənmə - istehlakçılıq üçün ikiqat qələbədir.
İnsanlar az yemək yemir, - bu iqtisadi azalmaya səbəb olardı, - əksinə çox
yeyir, sonra isə dietik məhsullar alır və beləliklə, iqtisadi artıma ikiqat töhfə
verirlər.
İstehlak etikasını gəlirin boş yerə xərclənməməsini və yenidən istehsala
qoyulmasını irəli sürən kapitalist etikası ilə necə uyğunlaşdırmaq olar? Çox
sadə: keçmiş dövrlərdə olduğu kimi bu gün

1
“Nike” firmasının məşhur şüan - “Sadəcə bunu elə!”

384
də elita ilə kütlə arasında əmək bölgüsü var. Orta əsrlər Avropasında
zadəganlar öz pullarını laqeydcə ifrat dəbdəbəyə xərcləyir, kəndlilər isə hər
qəpiyi sayaraq qənaətlə yaşayırdılar. Bu gün isə vəziyyət tam əksinədir:
zənginlər öz sərmayə və sərvətlərinə böyük diqqət göstərir, az təminatlı
insanlar isə kredit götürərək çox da ehtiyac duymadıqları avtomobillər və
televizorlar alırlar.
Kapitalist və istehlak etikası bir medalın iki üzü, iki əmrin birləşməsi
kimidir. Zənginlərin riayət etdiyi əmr "Sərmayə qoy!", qalan insanların
tabe olduğu əmr isə "Satın al!"-dır.
Kapitalist-istehlakçı etikası başqa cəhətdən də inqilabi əhəmiyyət
daşıyır. Daha əvvəlki etik sistemlərin əksəriyyəti insanları çox çətin bir
seçimlə üz-üzə qoyurdu. Doğrudur, insanlara cənnət vəd edilmişdi, amma
bunun üçün səbrli və mərhəmətli olmaq, qəzəb və istəklərdən qurtulmaq,
şəxsi mənfəətləri kənara qoymaq lazım idi. Bu da əksər insanlar üçün çətin
məsələ idi. Etika tarixi - heç kəsin çata bilmədiyi gözəl ideallar haqqında
kədərli bir hekayədir. Xristianların çoxu İsaya oxşaya bilmədi, buddistlərin
əksəriyyəti Buddanın yolu ilə gedə bilmədi; Konfutsi öz tərəfdarlarının
həyat tərzini görsəydi, bərk qəzəblənərdi.
Əksinə, bu gün insanların çoxu kapitalist-istehlakçı etikanın ideallarma
uyğun yaşayır. Yeni etika bir şərtlə cənnət vəd edir: zənginlər tamahkar
olaraq qalacaq və daha çox pul qazanmağa çalışacaqlar, kütlələr isə öz
istəklərini yerinə yetirmək üçün daha çox alış-veriş edəcək. Bu, tarixdə ilk
dindir ki, onun tərəfdarları bütün buyruğu yerinə yetirir. Bəs, bunun
əvəzində cənnətə düşəcəyimizi haradan bilirik? Hə, bunu televizorda
görmüşük.

385
18

Permanent inqilab1

ƏNAYE İNQİLABI ENERJİ ÇEVRİLMƏLƏRİ və məh-


S sul istehsalı üçün yeni imkanlar açdı və beləliklə, bəşəriy-
yətin ətraf ekosistemdən asılılığını əhəmiyyətli dərəcədə zəiflətdi.
İnsanlar meşələri qırdı, bataqlıqları qurutdu, bəndlər inşa etdi,
düzənlikləri suladı, on min kilometrlərlə dəmir yolu çəkdi və
göydələnlərlə dolu şəhərlər saldı. Dünya Homo sapiens-in istəklərinə
uyğun şəkildə formalaşdıqca, bir çox heyvan və bitki növləri, onla-
rın məskənləri yox oldu. Bir vaxtlar yaşıl və mavi olan planetimiz
plastik və betondan ibarət ticarət mərkəzinə çevrildi.
Bu gün dünyada təxminən 7 milyard Sapiens yaşayır. Bütün bu
insanları toplayıb, nəhəng bir tərəzinin üstünə çıxarsanız, onların
ümumi çəkisi təxminən 300 milyon ton olar. Yer üzündəki bütün
kənd təsərrüfatı hey vanlannı (inəklər, donuzlar, qoyunlar və toyuq-
lar) həmin tərəziyə çıxarsaq, ümumi çəkiləri 700 milyon ton edər.
Bunun əksinə, bütün vəhşi və iri heyvanların çəkisi isə (kirpilərdən
pinqvinlərə, fillərdən balinalara qədər) 100 milyon tondan azdır.
Uşaq kitabları, rəsmlər, televiziya ekranları zürafələr, canavarlar
və şimpanzelərlə doludur, lakin real dünyada bunlar çox azdır.
Hal-hazırda dünyada təxminən 80 min zürafəyə qarşı 1.5 milyon
inək, 200 min canavara qarşı 400 milyon əhliləşdirilmiş it, 250 min
şimpanzeyə qarşı isə milyardlarla insan var. Bəşəriyyət, doğrudan
da, dünyanı ələ keçirib.2
1
Həmişəlik, daimi
2
Vaclav Smil, The Earth’s Biosphere: Evolution, Dynamics, and Change Cambridge, Mass: MIT
Press, 2002; Michael Gleich, Life Counts: Cataloging Life on Earth New York: Atlantic Monthly
Press, 2002; Sarah Catherine Walpole, “he Weight of Nations: An Estimation of Adult Human
Biomass”, BMC Public Health cild: 12, sayı 439 (2012), http:// www.biomedcentral.com/1471-
2458/12/439.

386
Ekoloji deqradasiya ilə təbii ehtiyatların çatışmazlığı bir-birindən
tamamilə fərqli olan şeylərdir. Əvvəlki fəsildə gördüyümüz kimi,
bəşəriyyətin istifadə edə biləcəyi təbii ehtiyatlar daim artmaqdadır və yəqin
ki, gələcəkdə də belə olacaq. Təbii ehtiyatların tükənəcəyi haqqmda bədbin
proqnozlar, güman ki, doğru çıxmayacaq. Ekoloji deqradasiya qorxusu isə
əsaslıdır. Gələcəkdə Sapiensin yeni maddələrə və enerji mənbələrinə sahib
olduğuna, amma eyni zamanda təbii mühitin və çox sayda heyvan və bitki
növünün məhvinə şahid ola bilərik.
Ekoloji problemlər Homo Sapiens-in özünün həyatda qalmasına təhlükə
yarada bilər. Qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və ətraf
mühitin çirklənməsi dünyanı növümüzün yaşaması üçün əlverişsiz
vəziyyətə sala bilər və gələcəkdə insan qüdrəti ilə insanların özlərinin səbəb
olduğu təbii fəlakətlər arasındakı yarışa şahidlik edə bilərik. İnsanlar bütün
gücləri ilə təbiətə qarşı mübarizə aparmağa və ekosistemi öz istək və
ehtiyaclarına uyğun şəkildə formalaşdırmağa davam etdikcə, daha çox
gözlənilməz və təhlükəli nəticələrlə qarşılaşa bilərlər. Bunlara, yəqin ki,
ekosistem üzərində daha radikal manipulyasiyalar aparmaqla nəzarət etmək
mümkün olacaq, amma bu, xaosu daha da dərinləşdirəcək.
Bir çoxları bu prosesi "təbiətin məhv edilməsi" adlandırır. Əslində, bu
məhv etmək deyil, dəyişdirməkdir. Təbiət məhv edilə bilməz. Təxminən 65
milyon il əvvəl bir asteroid dinozavrlan məhv etsə də, məməlilərin yolunu
açdı. Bu gün bəşəriyyət bir çox növü yox edir və hətta özünü də yox edə
bilər, amma digər orqanizmlərin vəziyyəti çox yaxşıdır. Məsələn, siçanlar
və tarakanlar ən yaxşı vaxtlarını yaşayır. Bu dözümlü canlılar, yəqin ki,
nüvə qiyamətinin tüstülənən xarabalıqları arasından öz DNT-lərini
yaymağa hazır vəziyyətdə çıxacaqlar. Bəlkə də, daha 65 milyon il keçəcək
və ağıllı siçanlar bəşəriyyətin səbəb olduğu xaosa, dinozavrlan yox edən
asteroidə eyni ilə bizim baxdığımız kimi minnətdarlıqla baxacaqlar.
Bununla belə, bəşəriyyətin yox olacağına dair xəbərdarlıqlar üçün hələ
çox tezdir. Sənaye İnqilabından etibarən dünya əhalisi sürətlə artdı. 1700-
cü ildə dünyada 700 milyon insan yaşayırdı, 1800-cü ildə bu rəqəm 950
milyon, 1900-cü ildə isə demək olar ki, ikiqat artaraq 1.6 milyarda çatdı.
2000-ci ildə dörd dəfə artaraq 6 milyard oldu, bu gün isə təxminən 7
milyard Sapiens var.

387
Müasir dövr

Sapiens təbiətin şıltaqlıqlarından tədricən daha az asılı vəziyyətə


gəlsə də, müasir sənaye və idarə sistemlərinin hökmünə daha çox tabe
olmaqdadır. Sənaye İnqilabı sosial mühəndislik sahəsində bir sıra
eksperimentlərin yolunu açdı, həmçinin gündəlik həyatda və insan
şüurunda bir çox misilsiz dəyişikliklərə səbəb oldu. Buna dair çox sayda
örnəklərdən biri də ənənəvi əkinçilik mərhələlərinin sənayenin vahid və
dəqiq iş qrafiki ilə əvəzlənməsidir.
Ənənəvi kənd təsərrüfatı təbii zaman və üzvi böyümə sikllərindən
asılı idi. Əksər cəmiyyətlər vaxtı dəqiq təyin edə bilmir və buna çox da
can atmırdı. İşlər saat və vaxt qrafiki olmadan aparılır, hər şeyin günəşin
hərəkətinə və bitkilərin böyümə sikllərinə görə müəyyənləşdirilirdi. İş
günü kimi ümumi bir məfhum yox idi və insanların gündəlik məşğuliyyəti
fəsildən fəsilə dəyişirdi, insanlar günəşin harada olduğunu bilir, yağış
mövsümünü və məhsul vaxtını həyəcanla gözləyirdilər, amma saatın neçə
olduğunu bilmir və hansı ildə yaşadıqları ilə maraqlanmırdılar. Vaxtı
itirən bir səyyah orta əsrlərdə qəflətən bir kənddə ortaya çıxıb, yoldan
keçəndən "Hansı ildir?" deyə soruşsaydı, kəndli bu yad adamın qəribə
geyimini görüb təəccübləndiyi kimi, yəqin, bu sualdan da çaşıb qalardı.
Orta əsrlər kəndliləri və pinəçilərindən fərqli olaraq, müasir sənaye
günəşin vəziyyəti və ya fəsillərlə maraqlanmır. Onun üçün dəqiqlik və
həmahənglik daha mühümdür. Məsələn, orta əsrlərdə emalatxanada
işləyən hər bir ayaqqabı ustası ayaqqabını dabanından iplərinə qədər özü
hazırlayardı, bir ayaqqabı ustasının işə gecikməsi digərlərinin işini
axsatmazdı. Müasir ayaqqabı fabrikində isə, hər işçi ayaqqabının kiçik bir
hissəsini hazırlayan dəzgahın yanında dayanır və onu hazırlayaraq yığım
lenti vasitəsi ilə digər dəzgahın yanında dayanmış işçiyə ötürür. 5 nömrəli
dəzgahda çalışan işçi yatıb qalsa, digər dəzgahlarda da iş dayanar. Belə
problemlərin qarşısını almaq üçün hər bir işçi dəqiq iş qrafikinə əməl
etməlidir. Bütün işçilər işə eyni vaxtda gəlir, ac olsun ya da olmasın, hər
kəs günorta fasiləsinə eyni vaxtda çıxır, hər kəs əlindəki işi bitirdikdən
sonra deyil, iş vaxtının qurtardığını bildirən siqnal çalındıqdan sonra evə
gedir.

388
Şakil 43. Sadə fəhlə Çarli Çaplin sənaye konveyerinin çarxlan
arasına düşüb; "Müasir dövr" (1936) filmindən.

Sənaye İnqilabı iş cədvəlini və konveyeri insan fəaliyyətinin demək


olar ki, bütün növləri üçün şablona çevirdi. Fabriklər insan davranışlarını
öz iş qrafiklərinin təsiri altına aldıqdan qısa müddət sonra məktəblər,
xəstəxanalar, dövlət müəssisələri və ərzaq mağazaları da bu qrafiki qəbul
etdi. Hətta konveyer və dəzgahların olmadığı yerlərdə də iş qrafiki
hökmranlıq etməyə başladı. Əgər fabrikdəki iş vaxtı axşam saat 5-də
bitirdisə, məhəllədəki çayxananın 5:02-də açılması daha məntiqli idi.
İş vaxtı cədvəllərinin yayılmasına ictimai nəqliyyat da mühüm rol
oynadı. Əgər iş vaxtı səhər saat 8-də başlayırsa, avtobus və ya tramvayın
fabrikə 7:55-də çatması lazımdır. Hətta bir neçə dəqiqəlik gecikmə də
istehsalda azalmaya və bəlkə də, işə gecikmiş uğursuz işçilərin
qovulmasına səbəb olur. 1784-cü ildə İngiltərədə müəyyən bir qrafiklə
işləyən nəqliyyat xidməti fəaliyyətə başladı, bu qrafikdə sadəcə yola
düşmə vaxtları göstərilmişdi, gəliş saatları yazılmamışdı. O dövrdə hər
ingilis şəhər və qəsəbəsinin öz yerli vaxtı vardı

389
və London vaxtı ilə onların arasındakı fərq yanm saata qədər ola bilirdi.
Londonda saat 12:00 olduqda, Liverpulda tutaq ki, 12:20, Kenterberidə
11:50 olurdu. Telefon, radio, televizor və ya sürət qatarları
olmadığından, bu fərqi heç kəs bilmirdi, həm də axı bu kimə maraqlı
idi?’
İlk kommersiya dəmiryolu 1830-cu ildə Liverpulla Mançesteri
birləşdirdi. Bundan on il sonra qatarların hərəkət vaxtını göstərən ilk
qrafiklər hazırlandı. Qatarlar köhnə nəqliyyat vasitələrindən daha sürətli
idi, buna görə də yerli vaxtlar arasındakı qəribə fərqlər ciddi çətinliklər
yaradırdı. 1847-ci ildə ingilis dəmiryolu şirkətləri birlikdə müzakirələr
aparıb, bu andan etibarən qatarların hərəkət cədvəllərinin Liverpul,
Mançester və ya Qlazqonun yerli vaxtlarma görə deyil, Qrinviç
rəsədxanasının saatına uyğun olaraq tənzimlənməsinə qərar verdi.
Tədricən daha çox müəssisə dəmiryolu şirkətlərinin qərarını tətbiq
etməyə başladı. Nəhayət, 1880-ci ildə ingilis hökuməti qanunvericilik
sahəsində görünməmiş bir addım ataraq, İngiltərədəki bütün vaxt
cədvəllərinin Qrinviç saatına görə tənzimlənməli olduğunu elan etdi.
Tarixdə ilk dəfə bir ölkə özünün milli vaxtını müəyyənləşdirərək,
əhalinin günəşin doğuş və qürub vaxtlarma əsaslanan yerli vaxtlara görə
deyil, süni saata görə yaşamasının məcburi olduğuna hökm etdi.
Bu kiçik təşəbbüs saniyənin mində bir hissəsinə qədər sinxron-
laşdırılmış ümumdünya zaman qrafikinin yaranmasına səbəb oldu.
Müasir kütləvi informasiya vasitələri (əvvəlcə radio, sonra televiziya) də
cədvəllər aləminə girərək, buranın əsas icraçılan və təbliğçiləri oldu.
Radiostansiyalar öz yayımlarına ilk növbədə vaxtı müəyyənləşdirməyə
kömək edən dəqiq saat siqnallarının səsləndirilməsi ilə başladı. Daha
sonra hər saatın sonunda xəbərlər yayımlamaq ənənəsini mənimsədilər.
Bu gün hər xəbər bülleteninin ən mühüm elementi verilişin
başlanğıcında dəqiq vaxtı göstərən saat siqnallarıdır (bu, müharibənin
başlanmasını bildirən xəbərdən belə əvvəl verilir və daha mühüm hesab
edilir). İkinci Dünya

1
William T.Jackman, The Development of Transportation in Modern England, London: Frank
Cass & co., 1966, səh.324-327; H.J.Dyos və D.H.Aldcroft, British Transport-An economic
survey from the seventeenth century to the tiientieth, Leicester: Leicester University Press,
1969, səh. 124-131; Wolfgang Schivelbusch, The Industrialization of Time and Space in the
/91* Century, Berkeley: University of California Press, 1986/

390
müharibəsi zamanı BBC nasistlər tərəfindən işğal edilmiş Avropaya
xəbər yayımlayırdı. Hər xəbər proqramının başlanğıcında Biq- Benin
vaxtı bildirən zəngləri, yəni azadlığın sehrli səsləri eşidilirdi. Dahi alman
fizikləri xəbərlərin başladığım bildirən bu dinq-donq səslərindəki kiçik
ton fərqlərinə görə Londonda hava şəraitinin necə olacağım
müəyyənləşdirməyin yolunu tapdı, bu məlumat Luftwaffe' üçün son
dərəcə əhəmiyyətli oldu. İngilis kəşfiyyatı bunu aşkar etdikdə, məşhur
saat qülləsinin canlı səslərini əvvəlcədən yazılmış zəng səsləri ilə
əvəzlədi.
Vahid zaman şəbəkəsinin fəaliyyət göstərməsi üçün ucuz, lakin dəqiq
və portativ saatlara ehtiyac vardı. Assuriya, Sasani və ya Ink şəhərlərində
cəmi bir neçə günəş saatı vardı; orta əsrlərdə Avropa şəhərlərində isə
adətən şəhər meydanındakı ən hündür qüllənin üstünə yalnız bir saat
yerləşdirərdilər. Bu qüllə saatları çox vaxt dəqiq işləmirdi, amma
şəhərdə onların səhv işlədiyini göstərən başqa saatlar olmadığından,
bunun elə bir əhəmiyyəti yox idi. Bu gün orta sinfə məxsus bir ailənin
orta əsrlədə hər hansı bir ölkədə mövcud olan saatlardan daha çox sayda
saatı var. Zamanı qol saatınıza, Android-\i mobil telefonunuza,
çarpayınızın yamndakı zəngli saata, mətbəxinizin divarındakı dekorativ
saata, mikrodal- ğalı sobamn, televizorun və ya DVD-nin elektron
saatına, yaxud kompüterinizin idarəetmə çubuğunun kənarına gözucu
baxaraq öyrənə bilərsiniz. Saatın necə olduğunu bilməmək üçün böyük
səy göstərmək lazımdır.
Adi bir insan gün ərzində dəfələrlə saatına baxır, çünki hər şeyi
vaxtında etməlidir. Zəngli saat bizi səhər 7:00-da oyandırır, donmuş
buterbrodu mikrodalğah sobada 50 saniyədə qızdırırıq, elektrik diş
fırçası siqnal verənə qədər dişlərimizi 3 dəqiqə ərzində fırçalayır, işə
getmək üçün 7:40 qatarına çatır, idman zalmdakı qaçış lentinin üstündə
vaxtölçən yarım saatın tamam olduğunu göstərənə qədər qaçır, axşam
saat 7-də televizorun qarşısına keçib xoşladığımız proqrama baxır,
proqram əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda saniyəsi 1000 dollar
olan reklamlarla kəsilir və nəhayət, bütün sıxıntılarımızı müasir
standartlara görə 20 dəqiqə davam edən müalicə seansı boyunca
psixoterapevtə danışırıq.

1
Alman hərbi hava qüvvələri

391
Sənaye İnqilabı insan cəmiyyətlərində bir sıra mühüm dəyişikliyə
yol açdı. Sənaye ritminə uyğunlaşmaq zərurəti bunlardan sadəcə biridir.
Başqa mühüm örnəklər də var: urbanizasiya, kəndliliyin ortadan
qalxması, proletariatın yüksəlişi, insanın hüquq və imkanlarının
genişlənməsi, demokratikləşmə, gənclik mədəniyyəti və patriarxal
sistemin zəifləməsi.
Bütün bu dəyişikliklər bəşəriyyətin başına gəlmiş ən mühüm sosial
inqilabın yanında kölgədə qalır: ailənin və yerli icmalann süqutu,
bunların dövlət və bazarla əvəzlənməsi. Məlum olduğu kimi, ən qədim
dövrlərdən bəri insanlar əksəriyyəti bir-birilə qohum olan kiçik və yaxın
icmalar halında yaşayırdı. Təfəkkür İnqilabı və Aqrar İnqilab bu
vəziyyəti dəyişdirmədi. Bu inqilablar ailələri və icmalan birləşdirərək
qəbilələr, şəhərlər, krallıqlar və imperiyaların yaranmasına səbəb oldu,
lakin ailə və icmalar bütün insan cəmiyyətlərinin əsas təməl daşı olmağa
davam etdi. Sənaye İnqilabı isə cəmi iki yüz il ərzində bu daşları
atomlarına qədər parçalaya bildi. Ailələrin və icmaların demək olar ki,
bütün ənənəvi funksiyaları dövlətlərə və bazarlara təslim edildi.

Ailə və icmaların süqutu


Sənaye İnqilabına qədər insanların əksəriyyətinin gündəlik həyatı üç
qədim qrup çərçivəsində sürərdi: özək ailə, geniş ailə və yerli icma.’
İnsanların əksəriyyəti ailə təsərrüfatlarında (məsələn, ailəyə məxsus olan
torpaq sahələri və ya emalatxanalarda) yaxud öz qonşularının yanında
işləyirdi. Ailə eyni zamanda sosial təminat, səhiyyə sistemi, təhsil
sistemi, inşaat sahəsi, həmkarlar ittifaqı, pensiya fondu, sığorta şirkəti,
radio, televiziya, qəzet, bank və hətta polis demək idi.
Bir nəfər xəstələndikdə ailəsi onun qayğısını çəkərdi, qocaldıqda
ailəsi ona kömək edər, uşaqları onun üçün pensiya fondunu əvəz edərdi.
Yetimlərə ailə baxardı. Bir nəfər daxma tikmək istədikdə bütün ailə ona
kömək əlini uzadar, iş qurmaq istədikdə bütün qohum-

1
Yerli icma - bir-birini yaxşı tanıyan və həyatda qalmaq üçün bir-birilərinə möhtac olan
insan qrupları.

392
əqrəba pul toplayıb yardım edərdi. Hətta evlənmək istədikdə də gəlini
yaxud bəyi ailə tapar, ya da ən azından bəyənərdi. Qonşularla dava-dalaş
olduqda bütün qohumlar yığışıb köməyə gələrdi. Əgər xəstəlik çox ağır
idisə, yaxud yeni iş yeri çox böyük sərmayə tələb edirdisə və ya qonşularla
kiçik mübahisə böyüyərək zorakılığa çevrilirdisə, bu zaman yerli icma
köməyə gələrdi.
icmalar belə hallarda yerli ənənələrə və qarşılıqlı yaxşılıqlara
əsaslanaraq kömək edərdi, bu isə azad bazar qanunlarına qətiyyən uyğun
deyildi. Qədim orta əsrlər icmasında qonşum dara düşərdisə, qazanc əldə
etməyi düşünmədən ona ev tikməyə, qoyunlarını otarmağa kömək edərdim,
mən dara düşdükdə isə qonşum bu yaxşılıqların əvəzini çıxardı. Yerli
hökmdar bir qəpik belə vermədən, hamımızı yeni qəsrinin tikintisində
işlədərdi. Bunun əvəzində isə bizi barbarların və quldurların hücumundan
qoruyacağına əmin idik. Kənd həyatında alış-veriş pul ödənmədən
aparılırdı. Əlbəttə, bəzi bazarlar vardı, lakin onların rolu məhdud idi. Nadir
tapılan ədviyyatlar, parçalar və alətlər ala bilər, həkimlərin yaxud vəkillərin
məsləhətindən faydalana bilərdik. Lakin bütün mal və xidmətlərin sadəcə
10%-i bazarlardan alınırdı. İnsanların tələbatının böyük hissəsi ailə və
icmalar tərəfindən ödənilirdi.
Bundan əlavə, müharibə aparmaq, yol çəkmək və saraylar inşa etmək
kimi mühüm işlər görən krallıqlar və imperiyalar da vardı. Bu işləri yerinə
yetirə bilmək üçün hökmdarlar vergiləri artırar, bəzi hallarda isə əsgər və
işçiləri səfərbər edərdi. Bununla belə nadir istisnalar olmaqla, ailələrin və
yerli icmaların gündəlik həyatına müdaxilə edilməzdi. Çünki onlann
həyatına qarışmaq hökmdarlar üçün böyük çətinliklər yaradardı. Ənənəvi
kənd təsərrüfatı iqtisadiyyatında dövlət məmurlarını, polisləri, müşavirləri,
müəllimləri və həkimləri saxlamaq üçün artıq məhsul o qədər də çox
deyildi. Buna görə də geniş sosial yardım, təhsil və səhiyyə sistemləri in-
kişaf etdirilməzdi, bu məsələlər ailə və yerli icmalann öhdəsinə buraxılardı.
Hətta nadir hallarda hökmdarlar kəndlilərin gündəlik həyatına müdaxilə
etmək istədikdə (məsələn, Çində Qin sülalə imperiyasının dövründə olduğu
kimi), buna ailə başçılannı və icma böyüklərini dövlət vəzifələrinə təyin
etməklə nail oldular.

393
Nəqliyyat və rabitə ilə bağlı problemlər uzaqda yerləşən icmaların
işinə müdaxilə etməyi o qədər çətinləşdirirdi ki, hökmdarların əksəriyyəti
öz vəzifələrini, məsələn, vergi toplamaq və cəza vermək kimi işləri yerli
icmaların ixtiyarına buraxmışdı. Məsələn, Osmanlı imperiyası çoxsaylı
polis qüvvələri yaratmaq əvəzinə, ədalətin qan davası yoluyla bərpa
edilməsinə icazə vermişdi. Əgər əmim oğlu kimisə öldürmüşdüsə, onun
qardaşı intiqam almaq məqsədi ilə məni öldürə bilərdi. İstanbuldakı sultan
və ya əyalətin paşası belə zorakılıqlar məqbul çərçivələr daxilində qaldıqda
onlara müdaxilə etməzdi.
Çindəki Min imperiyasında (1368-1644) əhali baojia sistemi üzrə
təşkilatlanmışdı. On ailə birləşərək bir jia, on jia isə bir bao əmələ gətirirdi.
Bir Ьло-nun üzvü cinayət törətdikdə, digər bao üzvləri, xüsusən də bao-
пип ağsaqqalları günahkarı cəzalandıra bilirdi. Vergilər də Ьдо-lardan
toplanırdı; hər bir ailənin maddini vəziyyətini müəyyənləşdirmək və buna
uyğun ödəməli olduğu verginin miqdarını təyin etmək dövlət məmurlarının
deyil, bao ağsaqqallarının vəzifəsi idi. İmperiya nöqteyi-nəzərindən bu
sistemin böyük üstünlükləri vardı. Minlərlə vergi məmuru və gəlir
nəzarətçisi saxlamaq yerinə, bu məsələlər ailə başçılarına və icma
rəhbərlərinə tapşırılırdı. Ağsaqqallar hər bir kəndlinin nə qədər gəlir əldə
etdiyini bilir və adətən ordunu işə qarışdırmadan, vergiləri toplayırdı.
Əslində krallıqların və imperiyaların əksəriyyəti mafiyaya bənzəyirdi.
Kral bir növ capo di tutti capi1 idi; o himayədarlıq etdiyinə görə pul yığır
və digər cinayət şəbəkələrinin və yerli oğruların onun himayəsi altında
olanlara zərər verməməsinə nəzarət edirdi. Bundan başqa, demək olar ki,
heç bir şey etmirdi.
Ailə və icmalar çərçivəsində keçən həyat ideal deyildi. Ailələr və
icmalar öz üzvlərini müasir dövlət və bazarlarla müqayisədə daha çox
əsarətdə saxlaya bilirdi; üstəlik onların daxili quruluşu gərginlik və
zorakılıqlarla dolu idi, amma insanlann başqa çarəsi yox idi. 1750-ci illərdə
öz ailəsinin və icmasının dəstəyindən məhrum olmuş bir qadın ölümə
məhkum idi. Onun nə təhsili, nə işi, nə də yoxsul və xəstə vaxtlarında
kimdənsə kömək almağa ümidi vardı. Bəlaya düşdükdə onu heç kim
müdafiə etməz, heç kəs borc
•' Siciliya mafiyasında “başçıların başçısı", yəni Böyük Patron mənasını verən söz.

394
pul verməzdi. O dövrdə polis, sosial təminat və icbari təhsil yox idi. O
yaşaya bilmək üçün dərhal özünə başqa bir ailə və ya icma tapmağa məcbur
idi. Evdən qaçan uşaqlar, ən yaxşı halda, başqa bir ailədə nökər ola bilər,
ən pis halda isə, orduya yazılır və ya fahişəxanalarda işləyirdi.
Son iki yüz il ərzində bütün bunlar radikal şəkildə dəyişdi. Sənaye
İnqilabı bazarlara yeni və böyük imkanlar qazandırdı, dövlətləri yeni
nəqliyyat və rabitə vasitələri ilə təmin etdi, hökumətlərin sərəncamına
məmurlar, müəllimlər, polislər və sosial işçilərdən ibarət nəhəng bir ordu
verdi. Dövlətlər və bazarlar əvvəlcə xarici müdaxiləni xoşlamayan ənənəvi
ailələr və icmalar tərəfindən yollarının kəsildiyini gördü. Ailələr və
ağsaqqallar gənclərin millətçi təhsil sistemləri tərəfindən tərbiyə
olunmasına, məcburi hərbi xidmətə çağırılmasına və ya öz köklərindən
aynlaraq şəhərlərdə fəhlə kimi işləməsinə razı deyildi.
Tədricən dövlətlər və bazarlar öz güclərindən istifadə edərək ənənəvi
ailə və icma bağlarını zəiflətdi. Dövlət öz polisini göndərib qan davalarına
son qoydu və onları məhkəmə prosesləri ilə əvəzlədi. Ənənəvi bazarlar
ortadan qaldırıldı, onların yerini dəbə uyğun daim dəyişən bazarlar tutdu.
Lakin bu kifayət deyildi. Ailənin və icmanın hökmranlığına tamamilə son
qoymaq üçün beşinci kolonun köməyinə ehtiyac vardı.
Dövlətlər və bazarlar insanlara, imtina edilməsi mümkün olmayan bir
təklif etdi: "Müstəqil şəxsiyyət olun! Ailənizdən icazə almadan, kiminlə
istəsəniz, onunla evlənin. Ağsaqqallar narazı qalsalar da, siz xoşladığınız
işi görün. Ailənizlə birlikdə yemək yeyə bilməsəniz də, istədiyiniz yerdə
yaşayın. Artıq ailənizdən və ya icmanızdan asılı deyilsiniz. Biz, dövlət və
bazar, sizin qayğınızı birlikdə çəkəcəyik. Sizi qida və evlə, təhsil, səhiyyə,
sosial hüquqlar və işlə təmin edəcəyik. Sizə təqaüd, sığorta pulu və sosial
müavinət verəcəyik".
Romantik ədəbiyyat çox vaxt insanı dövlət və bazar əleyhinə mübarizə
aparan bir fərd kimi təqdim edir. Lakin bu həqiqətdən çox uzaqdır. Dövlət
və bazar - fərdin ana və atasıdır, fərd yalnız onların sayəsində həyatda qala
bilər. Bazar bizi iş, sığorta və təqaüdlə təmin edir. Əgər peşə öyrənmək
istəyiriksə, dövlətin məktəbləri bi

395
zim xidmətimizdədir. İş qurmaq istəyiriksə, banklar kredit verir. Ev
tikmək istədikdə, inşaat şirkəti tapa bilərik. Bank bu dəfə bizə ipoteka
krediti verəcək və bəzən bu ödənişlər dövlət tərəfindən zəmanət altına
almır və ya tikinti işləri üçün subsidiyalar verilir. Zorakılıq olarsa, polis
bizi qoruyur. Xəstələndiyimiz zaman tibbi sığorta karımıza gəlir. Aylar
boyunca işsiz qalsaq, sosial müdafiə sistemi yardıma tələsir. Uzun
müddət qayğıya ehtiyacımız olsa, tibb baası tuta bilərik (bəlkə də, uzaq
bir ölkədən gələrək, bizə öz uşaqlarımızdan gözləmədiyimiz bir qayğı
ilə yanaşır). Pulumuz varsa, "qızıl çağ"ımızı rahat qocalar evində keçirə
bilərik. Vergi orqanları hər birimizə fiziki şəxs kimi baxır və
qonşularımızın vergisini ödəməyi bizdən tələb etmir. Məhkəmələr də hər
birimizi ayrıca fərd kimi görür və qohumlarımızın törətdiyi cinayətlərə
görə bizi cəzalandırmır.
Sadəcə kişilərə deyil, qadınlar və uşaqlara da ayrıca bir fərd kimi
yanaşılır. Tarixin böyük bir hissəsi boyunca qadınlara bir ailənin və ya
bir icmanm mah kimi baxılırdı. Müasir dövlətlərdə isə qadınlar
ailələrindən və icmalarından asılı olmayan, iqtisadi müstəqilliyə və
vətəndaş hüquqlarına sahib fərdlərdir. Qadınlar banklarda şəxsi hesab
aça bilər, kiminlə evlənəcəyinə özləri qərar verə bilər, hətta boşana və
ya ümumiyyətlə, nikahsız yaşaya bilərlər.
Lakin şəxsi azadlıqlar üçün bəzi şeyləri qurban vermişik. Çoxumuz
güclü ailə və icma bağlarını itirdiyimiz üçün təəssüflənir, dövlət və
bazarın boz qüvvələrinin təhdidi altında özümüzü tənha hiss edirik.
Dövlət və bazar tənha fərdlərdən ibarət bir cəmiyyətə, möhkəm ailələr
və güclü icmalara nisbətən daha asanlıqla müdaxilə edə bilir.
Çoxmərtəbəli binada yaşayan qonşular qapıçıya verilməli olan pul
məsələsində razılığa gələ bilmirlərsə, dövlətə necə müqavimət
göstərəcəklər?
Dövlət, bazar və fərd arasındakı münasibətlər çox mürəkkəbdir.
Dövlət və bazar qarşılıqlı hüquq və vəzifələr məsələsində razılığa gələ
bilmir, fərdlər isə bunların hər ikisinin çox şey tələb edib, az şey
verdiyindən şikayətlənir. Əksər hallarda fərdlər bazarlar tərəfindən
istismar edilir, dövlət isə fərdləri müdafiə etmək əvəzinə, ordudan,
polisdən və bürokratiyadan istifadə edərək bazarları qoruyur. Lakin bu
münasibətlərin mükəmməl şəkildə olmasa da, davam edə bilməsi çox
təəccüblüdür. Çünki bu münasibətlər insanların nəsillər

396
boyunca fəaliyyət göstərmiş sosial strukturlarını pozur. Milyon illərlə
sürən təkamül prosesi bizə cəmiyyətin üzvü kimi düşünməyi və yaşamağı
öyrətmişdi. Amma cəmi iki yüz il ərzində bir-birimizə yad olan fərdlərə
çevrildik. Bu, mədəniyyətin nə qədər qüdrətli olduğunu göstərir.
Özək ailə müasir həyatdan tamamilə silinməyib. Ailənin əsas iqtisadi və
siyasi rollarını əlindən alan dövlət və bazar bəzi mühüm emosional
funksiyaları ona saxladı. Müasir ailə yenə əvvəlki kimi ən incə tələbatları
təmin edir, dövlət və bazar isə hələlik bunu bacarmır. Bununla belə, ailə
getdikcə daha çox müdaxiləyə məruz qalır. Bazar insanın romantik və
seksual həyatına tədricən daha çox təsir göstərir. Ailə ənənəvi elçiliklə
məşğul olurdu, amma bu gün romantik və seksual istəklərimizi
formalaşdıran, sonra isə bu istəklərimizi yerinə yetirmək üçün bizə kömək
edən (əlbəttə, böyük məbləğ müqabilində) bazardır. Əvvəllər gəlin və bəy
ailə mühitində bir-birilə tanış olar və bəyin atası gəlinin atasına pul verərdi.
Bu gün isə eşqbazlıq kafe və barlarda baş verir, pul isə sevgililərdən ofisi-
antlara keçir. Kafeyə gedərkən daha gözəl (gözəllik meyarını da bazar
müəyyən edir) görünməyə kömək edənlərin - modelyer, idman zalı
direktoru, dietoloq, kosmetoloq və plastik əməliyyat aparan cərrahların
bank hesabına daha çox pul köçürürük.

Müasir dövrdən əvvəlki sikl Müasir sikl

Ailə və cəmiyyət ilə dövlət və bazar arasında qarşılıqlı münasibət

397
Həmçinin dövlət də ailə münasibətlərini, xüsusilə valideynlər və
uşaqlar arasındakı münasibətləri diqqətlə izləyir. Valideynlər öz uşaqlarını
dövlət təhsil müəssisələrində təhsil almağa göndərməyə məcburdur.
Uşaqlarına qarşı pis rəftar və ya zorakılıq edən valideynlərin valideynlik
hüquqları əllərindən alınır. Dövlət ordan hətta həbs edib, uşaqlan
himayədar ailələrə verə bilər. Yaxın vaxtlara qədər heç kəs ağlından belə
keçirməzdi ki, dövlət valideynlərin öz uşaqlarını döyməsinə və ya
alçaltmasına mane olmalıdır; bu fikir hamıya gülünc görünərdi. Əksər
cəmiyyətlərdə valideyn nüfuzu toxunulmaz və müqəddəs sayılırdı.
Valideynlərə hörmət və itaət etmək ən müqəddəs dəyərlərdən biri idi.
Valideynlər isə, təzə doğulmuş körpələrini öldürmək, uşaqlarını qul kimi
satmaq və qızlarını yaşlı kişilərə vermək də daxil olmaqla, istədiklərini edə
bilirdi. Bu gün isə valideyn hakimiyyəti demək olar ki, heçə endirilib.
Gənclər valideynlərinə getgedə daha az itaət edir. Amma valideynlər
uşaqlarının həyatında baş verən hər xətaya görə məsuliyyət daşıyır.
Freydçi məhkəmədə uşaqlarının səhvinə görə günahlandırılan ata və
ananın bəraət almaq şansı Stalin məhkəmələrindəki müttəhimlərin şansı
qədər azdır.

Xəyali cəmiyyətlər
Özək ailə kimi icmalar dünyamızdan tamamilə silinmədi. İnsanlar
qəbilə bağlarına ehtiyac duyan sosial məxluqlar kimi inkişaf etdiyi üçün,
bu münasibətləri əvəzləyən emosional bağlılıqlar olmadan icmalar
tamamilə yox ola bilməzdi. Bir vaxtlar icmalar tərəfindən ödənilən maddi
ehtiyacların böyük hissəsini indi dövlət və bazarlar təmin edir, lakin qəbilə
daxili münasibətləri və bağlan da təmin etmək lazımdır.
Dövlətlər və bazarlar bunu bir-birilərini tanımayan milyonlarla insanı
birləşdirən, dövlət və kommersiya maraqlanna görə formalaşdırılan
"xəyali cəmiyyətlər" yaratmaq yolu ilə edir. Xəyali cəmiyyət - bir-birini
tanımayan, lakin tanıdığını düşünən insanlardan ibarətdir. Belə
cəmiyyətlər yeni kəşf deyil. Krallıqlar, imperiyalar və kilsələr min illər
boyunca xəyali cəmiyyətlər kimi fəaliyyət göstərib. Qədim Çində on
milyonlarla insan ataları imperator olan

398
bir ailənin üzvü olduqlarını düşünürdü. Orta əsrlərdə milyonlarla mömin
müsəlman böyük islam ümmətinə daxil olan hər kəsin qardaş və bacı
olduğunu təsəvvür edirdi. Bununla belə tarix boyunca bu cür xəyali
cəmiyyətlər bir-birini yaxından tanıyan insanlardan ibarət icmaların
yanında ikinci dərəcəli rol oynadı. Bu kiçik icmalar öz üzvlərinin
emosional ehtiyaclarını təmin edirdi, üstəlik insanların rifah içində
yaşaması üçün də zəruri idi. Son iki yüz ildə bu icmalar tədricən ortadan
qalxdı və onların yerini xəyali cəmiyyətlər tutdu.
Millətlər və istehlakçı cəmiyyətlər bunlara dair ən mühüm iki
nümunədir. Millət - dövlətin, istehlakçılar isə - bazarın xəyali cə-
miyyətləridir. Bunların ikisi də xayali cəmiyyətlərdir, çünki bir bazardakı
bütün istehlakçıların və ya bir millətin bütün üzvlərinin bir-birilərini
keçmişdə eyni kənddə yaşayan insanlar kimi tanıması mümkün deyil. Heç
bir alman 80 milyona yaxm həmvətənini və ya ümumi Avropa bazarına
daxil olan ölkələrdəki (daha sonra bu ölkələr Avropa cəmiyyəti, və
nəhayət Avropa İttifaqı adlandırıldı) digər 500 milyon insanı yaxından
tanıya bilməz.
İstehlakçılıq və millətçilik bizi milyonlarla yad insanla eyni cəmiyyətə
aid olduğumuza, ümumi keçmişə, ümumi maraqlara və ümumi gələcəyə
sahib olduğumuza inandırmaq üçün yorulmadan çalışır. Bu yalan deyil,
fantaziyadır. Pul, məhdud məsuliyyətli cəmiyyətlər və insan hüquqları
kimi millətlər və istehlakçı cəmiyyətlər də subyektiv reallıqlardır. Onlar
bizim sadəcə kollektiv təxəyyülümüzdə mövcuddur, lakin böyük gücə
malikdir. Nə qədər ki, milyonlarla alman vahid alman millətinin varlığına
inanır, milli simvolları gördükdə həyəcanlanır, milli mifləri həvəslə
danışır və alman milləti üçün pulundan, vaxtından və hətta həyatından
keçməyə hazırdır, Almaniya dünyanın ən qüdrətli dövlətlərindən biri
olaraq qalacaq.
Millətlər xəyali xarakterə malik olduqlarını qəbul etmək istəmirlər;
əksər millətlər təbii və əbədi olduğunu, əcdadlarının qanının vətən torpağı
ilə qarışdığı lap qədim vaxtlardan bəri var olduğunu iddia edir. Lakin
bunlar mübaliğəli iddialardır. Qədimdə də millətlər vardı, amma
bugünkünə nisbətən daha az əhəmiyyət daşıyırdı, çünki dövlətlər də bu
gün olduğundan daha az əhəmiyyətə malik idi. Orta əsrlərdə Nümberqdə
yaşayan biri, bəlkə də, alman millətinə qarşı müəyyən dərəcədə məhəbbət
hissi bəsləyə bilərdi,

399
amma öz ailəsinə və yerli icmaya olan sədaqəti bundan daha çox idi;
çünki onun qayğısına ailəsi və yerli icma qalırdı. Bundan əlavə, qədim
millətlər nə qədər əhəmiyyətli olsalar da, onların əksəriyyəti bu günə
qədər yaşaya bilmədi. Hal-hazırda mövcud olan millətlərin çoxu Sənaye
İnqilabından sonra formalaşdı.
Yaxın Şərq buna dair nümunələrlə doludur. Suriya, Livan, İordaniya
və İraq xalqları - yerli tarixə, coğrafiyaya və iqtisadiyyata əhəmiyyət
verməyən fransız və ingilis diplomatlarının qumun üzərində gözəyarı
cızdıqları sərhədlərin məhsuludur. Bu diplomatlar 1918-ci ildə
Kürdüstan, Bağdad və Bəsrə əhalisinin o andan etibarən "iraqlı"
olacağına qərar verdi. Kimin suriyalı, kimin livanlı olduğunu ilk dəfə
məhz fransızlar müəyyənləşdirdi. Sonra Səddam Hüseyn və Hafiz Əsəd
fransızlar və ingilislər tərəfindən uydurulmuş milli mənsubiyyətlərini
möhkəmləndirmək üçün dəridən- qabıqdan çıxdı, lakin onların əbədi İraq
və Suriya xalqları haqqında pafoslu nitqləri çox az adamı inandırdı.
Əlbəttə, milləti sıfırdan yaratmaq olmaz. İraq və Suriyanı inşa etməyə
çalışanlar, bir hissəsi doğrudan da yüzillik və minillik keçmişə malik real
tarixi, mədəni və coğrafi miraslardan istifadə etdilər. Səddam Hüseyn
Abbasilər xilafətinin və Babil imperiyasının mirasını mənimsədi, hətta ən
elit hərbi hissələrindən birinin adını "Hammurapi diviziyası" qoydu.
Amma bu İraq millətini qədim cəmiyyətə çevirməyə kifayət etmirdi.
Əgər mən iki il bundan əvvəl aldığım un, yağ və şəkərdən istifadə edib
piroq bişirsəm, o demək deyil ki, piroq özü də iki illikdir.
Son on illərdə milli cəmiyyətlər bir-birini yaxından tanımayan, lakin
eyni istehlakçı vərdiş və maraqlarına sahib olan, buna görə də özlərini
eyni cəmiyyətin üzvü kimi hiss edən istehlakçılar tərəfindən formalaşmış
qruplar tərəfindən sıxışdırılır. Bu ilk baxışdan qəribə olsa da, ətrafımız
belə nümunələrlə doludur. Məsələn, Madonnanın pərəstişkarları
istehlakçı icmasıdır. Onlar özlərini əsasən alış-veriş vasitəsi ilə təyin edir,
Madonnanın konsertlərinə bilet alır, disklərini, plakatlarını əldə edir,
üzərində şəkli olan idman köynəkləri alır və mobil telefon zəngləri üçün
onun musiqilərini yükləyir və bununla hansı icmaya mənsub olduqlarını
göstərirlər. "Mançester Yunayted"in azarkeşləri, vegetarianlar və təbiətin
müdafiəçiləri də belə icmalardandır. Onlar da ilk növbədə istehlakçıhq
yolu ilə təyin olunur; onların şəxsiyyətini müəyyənləşdirən əsas
meyarlardan

400
biri istehlak etdiyi mallardır. Vegetarian alman ət yeyən bir alman- dansa,
vegetarian fransızla evlənməyi daha üstün tutur.

Perpetuum Mobile1
Son iki yüz ildə baş vermiş inqilablar o qədər sürətli və radikal oldu
ki, ictimai quruluşun fundamental xüsusiyyətini tamamilə dəyişdi.
Ənənəvi ictimai quruluş möhkəm və sabit idi; "quruluş" - sabitlik və
ardıcıllıq demək idi. Sürətli ictimai dəyişikliklər istisna hal idi, belə
dəyişikliklər adətən çox ləng və hiss olunmadan baş verirdi, insanlar
ictimai quruluşun əbədi və dəyişməz olduğunu düşünürdü. Ailələr və
icmalar bəzən quruluş daxilindəki yerlərini dəyişdirməyə çalışırdı, amma
quruluşun fundamental xüsusiyyətlərini dəyişdirmək fikri heç kimin
ağlına da gəlməzdi, insanlar status-kvo ilə razılaşır və "Həmişə belə olub,
belə də olacaq" deyə düşünürdülər.
Son iki yüz ildə dəyişikliklər o qədər sürətləndi ki, ictimai quruluş
dinamik və dəyişkən xarakter aldı. İndi biz daimi dəyişikliklər dövründə
yaşayırıq. Müasir inqilablar haqqında danışdıqda adətən 1789-cu il
(Fransa İnqilabı), 1848-ci il (liberal inqilablar) və ya 1917-ci ili
(Rusiyada Oktyabr İnqilabı) xatırlayırıq. Amma indi hər il - inqilab ilidir.
Bu gün hətta otuz yaşh bir insan onu təəccüblə dinləyən yeniyetmələrə
"Mənim yeniyetmə vaxtlarımda dünya tamamilə başqa cür idi" deyə
bilər. Məsələn, İnternet cəmi 20 il əvvəl, yəni 1990-cı illərin
başlanğıcında geniş şəkildə istifadə olunmağa başladı. Amma bu gün
dünyanı intemetsiz təsəvvür edə bilmirik.
Buna görə də, müasir cəmiyyətin xarakteristik xüsusiyyətlərini təsvir
etmək üçün göstərilən hər bir cəhd buqələmunun rəngini
müəyyənləşdirməyə çalışmaq kimidir. Yalnız bir şeyə əmin ola bilərik:
dünya daim dəyişməkdədir. İnsanlar artıq buna alışıblar və ictimai
quruluşun dəyişkən olduğunu, onu öz istəklərinə uyğun

1
Daimi mühərrik - Faydalı iş əmsalı 100%-dən az olmayan xəyali, qeyri-real qurgu. Daimi
mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu
Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında
rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır.

401
dəyişdirə biləcəklərini düşünürlər. Müasir dövrdən əvvəlki hökmdarların
əsas vədi ənənəvi quruluşu qoruyub saxlamaq, hətta itirilmiş Qızıl Dövrə
geri qayıtmaq idi. Son iki yüz ildə siyasətin başlıca iddiası - köhnə dünyanı
yıxmaq və onun yerində daha yaxşı bir dünya qurmaqdır. Hətta ən
mühafizəkar siyasi partiyalar da hər şeyi olduğu kimi saxlayacaqlarını vəd
etmir; hamı sosial islahatlar, təhsil islahatı və ya iqtisadi islahat vəd edir və
bu vədlər çox vaxt yerinə yetirilir.
Necə ki, geoloqlar tektonik sürüşmələrin zəlzələ və vulka- nik
püskürmələrə səbəb olacağını irəli sürür, biz də radikal ictimai
dəyişikliklərin qanlı iğtişaşlara yol açacağını düşünürük. 19- cu və 20-ci
əsrin siyasi tarixi amansız müharibələr, soyqırımlar və inqilablar dövrü
kimi təsvir edilir. Tarix, təzə ayaqqabılarıy- la bir gölməçədən digərinə
tullanan bir uşaq kimi, bir qırğmdan digərinə adlamışdır: Birinci Dünya
müharibəsindən İkinci Dünya müharibəsinə və Soyuq müharibəyə; yəhudi
soyqırımından Ruanda soyqırımına; Robespyerdən Leninə və Hitlerə.
Burada həqiqət payı vardır, amma əzbər bildiyimiz bu fəlakətlər
siyahısı bizi bir az yanıldır. Diqqətimizi yalnız gölməçələrə cəmləyirik,
onların arasındakı quru torpağı isə gözdən qaçırırıq. Müasir dövr həm
misilsiz dərəcədə zorakılıq və qırğınlara, həm də sülh və sakitliyə şahidlik
etdi. Çarlz Dikkens Fransa İnqilabı haqqında "ən gözəl vaxtlar idi, həm də
ən pis" yazmışdı. Bunu sadəcə Fransa İnqilabına deyil, bütünlüklə o dövrə
aid etmək olardı.
Bu, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı yetmiş ilə aiddir.
Bu dövrdə bəşəriyyət ilk dəfə tamamilə məhv olmaq ehtimalı ilə qarşılaşdı,
bir çox müharibə və soyqırımlara şahid oldu. Eyni zamanda bu yetmiş ili
bəşər tarixində ən uzun sülh dövrü saymaq olar. Bu təəccüblüdür, çünki bu
dövrdə keçmişlə müqayisədə daha çox iqtisadi, ictimai və siyasi
dəyişikliklər baş verdi. Tarixin tektonik layları başgicəlləndirici sürətlə
hərəkət edir, amma vulkanlar hələlik susur. Yeni dəyişkən quruluş,
görünür, dağıdıcı konfliktlərə sürüklənmədən də radikal struktur
dəyişikliklərini həm cilovlaya bilər, həm də onlara təkan verə bilər.’

1
Son dövrlərdə hökm sürən sülh haqqında daha ətraflı məlumat üçün baxın: Steven Pinker, The
Beller Angels of Our Nature: Why Violence Has Declined, New York: Viking, 2011; Joshua
S.Goldstcin, Winning the War on War: The Decline of Armed Conflict Worldwide, New York,
N.Y: Dutton, 2011; Gat, War in Human Civilization.

402
Müasir dövrdə sülh
İnsanların əksəriyyəti sülh dövründə yaşadığımızı sadəcə dərk etmir.
Min il əvvəl heç birimiz həyatda deyildik, buna görə də dünyanın
keçmişdə nə qədər təhlükəli olduğunu tez unuduruq. Üstəlik, müharibələr
azaldığı üçün daha çox diqqət cəlb etməyə başlayıb. İnsanların əksəriyyəti
bu gün Əfqanıstan və İraqdakı müharibələr haqqında düşündüyü üçün
hindlilərin və ya braziliyalılann sülh içində yaşadıqlarını unudur.
Ən başlıcası isə, əhalinin dərd-sərinə nisbətən insanların əzabları ilə
daha çox maraqlanırıq. Bununla belə, makrotarixi prosesləri anlamaq üçün
ayrı-ayrı halları yox, ümumi statistikanı öyrənmək lazımdır. 2000-ci ildə
müharibələrdə 310 min, qanlı cinayətlərdə isə 520 min insan həlak olub.
Hər bir ölüm - məhv olmuş dünya, dağılmış ailə və qohumların, dostların
əbədi yarasıdır. Lakin makro nöqteyi-nəzərdən baxdıqda, bu 830 min
qurban 2000-ci ildə dünyada ölən 56 milyon insanın sadəcə 1,5 faizidir.
Eyni ildə 1 milyon 260 min insan yol qəzalarında (ümumi ölüm sayının
2,25%-i) və 815 min insan intihar edərək ölüb (1,45%).'
2002-ci ilin rəqəmləri daha da təəccüblüdür. Həlak olmuş 57 milyon
insanın sadəcə 172 mini müharibələrdə və 569 mini də cinayətlər
nəticəsində ölüb (zorakılığa cəmi 741 min insan qurban gedib). Amma 873
min insan intihar edərək ölüb.1 2 Göründüyü kimi, 11 sentyabr terror
aktından sonrakı il terrorizm və müharibələr haqqında gedən bütün
müzakirələrə rəğmən, statistik olaraq bir insanın özünə qəsd etmək
ehtimalı terrorçular, düşmən əsgərləri və ya narkotik satıcıları tərəfindən
öldürülmək ehtimalından daha yüksəkdir.
Dünyanın bir çox bölgəsində insanlar gecənin ortasında kəndin düşmən
qəbilə tərəfindən mühasirəyə alınacağı və hamının öldürüləcəyi qorxusu
ilə yatağa uzanmır. İmkanlı ingilislər hər gün Şervud

1
“World Report on Violence and Health: Summary, Geneva 2002”, Ümumdünya Səhiyyə
Təşkilatı, http://www.who.int/whr/2001/cn/whr0 l_annex_cn.pdf (sayta 10 dekabr 2010-cu ildə
baxıldı). Əvvəlki dövrlərdə ölüm faizi üçün baxın: Lawrence H.Keeley, War before Civilization:
The Myth of the Peaceful Savage, New York: Oxford University Press, 1996/
2
“World Health Report, 2004”, Ümumdünya Səhiyyə Təşkilatı, http://www.who.int/
whr/2004/en/rcporl04_en.pdf (sayta 10 dekabr 2010-cu ildə baxılıb).

403
meşəsindən keçərək Nottingemdən Londona gedir və yaşıl geyimli şən
quldurlar tərəfindən qarət ediləcəklərindən, pullarının yoxsullara
paylanacağından (ya da çox güman ki, quldurlar onları öldürüb, pullarını
götürərdi) təlaşa düşmürlər. Şagirdlər müəllimləri tərəfindən döyülmür,
valideynlər borclarını ödəyə bilmədikdə uşaqlarının qul kimi satılacağından
qorxmur, qadınlar isə qanunun ərlərə arvadlarını döyməyi və ya məcburən
dörd divar arasında saxlamağı qadağan etdiyini bilir. Və bu əminlik ilbəil
möhkəmlənir.
Zorakılığın azalması əsasən dövlətin inkişafı ilə əlaqəlidir. Tarix
boyunca zorakılıq hallarının çoxu ailələr və ya icmalar arasındakı
davalardan qaynaqlanıb (yuxarıdakı rəqəmlərin də göstərdiyi kimi, hətta bu
gün də lokal cinayətkarlıq beynəlxalq müharibələrdən daha təhlükəlidir). İlk
əkinçilər və maldarlar yerli icmalardan daha böyük siyasi birliklər qura
bilmirdi, buna görə də daim zorakılığa məruz qalırdılar.1 Krallıqlar və
imperiyalar gücləndikcə icmalara daha yaxşı nəzarət edə bildilər və
zorakılıq hallan da azaldı. Orta əsrlər Avropasının mərkəzləşməmiş
krallıqlarında hər il 100 min insandan 20-40-1 öldürülürdü. Son illərdə
dövlətlər və bazarlar o qədər gücləndi ki, yerli icmalar ortadan qalxdı və
zorakılıq səviyyəsi daha da azaldı. Bu gün dünyada orta hesabla hər 100 min
insandan 9-u öldürülür və bunların əksəriyyəti Somali və Kolumbiya kimi
zəif dövlətlərdə baş verir. Mərkəzi Avropada isə hər 100 min insandan
yalnız 1-i cinayət nəticəsində tələf olur.2
Əlbəttə, bəzən dövlətlər də öz hakimiyyətlərindən sui-istifadə edib öz
vətəndaşlarmı öldürür; belə hallar uzun müddət hafizələrimizdən silinmir.
20-ci əsrdə on milyonlarla, bəlkə də yüz milyonlarla insan öz dövlətlərinin
silahlı qüvvələri tərəfindən öldü

1 Raymond C.Kelly, Warles Societies and the Origin of War, Ann Arbor: University of Wales
Press, 2000, səh.21. Bundan əlavə baxa bilərsiniz: Gat, War in Human Civilization, səh. 129-131;
Keely, War before Civilization.
2
Manuel Eisner, “Modernization, Self-Control and Lethal Violence”, British Journal of
Criminology, cild:41, sayı: 4(2001), səh.618-638; Manuel Eisner, “Long-Term Historical Trends
in Violent Crime”, Crime and Justice: A Review of Research, cild: 30 (2003), səh.83-142; “World
Report on Violence and Health: Summary, Geneva 2002", Ümumdünya Səhiyyə Təşkilatı,
http://www.who.int/whr/2001/en/whr01_annex_cn.pdf (sayta 10 dekabr 2010-cu ildə baxılıb);
“World Health Report, 2004”, Ümumdünya Səhiyyə Təşkilatı, http:// www.who.int/2004/en/
report04_en.pdf (sayta 10 dekabr 2010-cu ildə baxılıb).

404
rülüb. Bununla belə, makro nöqteyi-nəzərdən baxdıqda, dövlət
məhkəmələri və polis qüvvələri dünya miqyasında təhlükəsizliyin
səviyyəsini yüksəltmişdir. Hətta sərt diktaturalarda belə, bir insanın başqa
biri tərəfindən öldürülmək ehtimalı müasir dövrdən əvvəlki cəmiyyətlərlə
müqayisədə daha azdır. 1964-cü ildə Braziliyada hərbi çevriliş baş verdi.
Hərbi diktatura ölkəni 1985-ci ilə qədər idarə etdi. 20 il ərzində minlərlə
braziliyalı rejim tərəfindən öldürüldü, minlərləsi həbsxanalara atılıb
işgəncə gördü. Bununla belə, hətta ən pis illərdə də Rio-de-Janeyronun adi
bir sakininin başqası tərəfindən öldürülmək ehtimalı Vaorani, Aravete və
ya Yanomamo qəbiləsinin hər hansı bir üzvü ilə müqayisədə daha az idi.
Vaorani, Aravete və Yanomamo Amazon meşələrinin dərinliklərində ordu-
suz, polissiz və həbsxanasız yaşayan yerli qəbilələrdir. Antropoloji
tədqiqatlara görə, bu qəbilələrin hər üç üzvündən biri mülk, qadın və mövqe
uğrunda baş verən toqquşmalar zamanı həlak olur.1

İmperiyalar təqaüdə çıxır


1945-ci ildən sonra dövlətlərin daxilində baş verən zorakılıqların
artması yaxud azalması mübahisəli məsələ olaraq qalır. Amma heç kəs
beynəlxalq miqyasda zorakılıq hallarının bütün dövrlərlə müqayisədə ən
aşağı səviyyəyə düşdüyünü inkar edə bilməz. Avropa imperiyalarının
süqutu buna ən bariz nümunədir. Tarix boyunca imperiyalar üsyanları
dəmir yumruqla yatırıb; süqut etməkdə olan imperiyalar bütün güclərini
toplayıb özlərini xilas etməyə çalışdıqda isə adətən qırğınlar törədərək,
özləri də qan içində boğulub. Bir imperiyanın süqutu çox vaxt anarxiyaya
və taxt-tac uğrunda müharibələrə səbəb olurdu. 1945-ci ildən etibarən
imperiyaların əksəriyyəti dinc şəkildə təqaüdə çıxmağı seçdi. Onların
süqutu nisbətən sürətli, dinc və nizamlı.şəkildə baş verdi.
1945-ci ildə Britaniya yer kürəsinin dörddə bir hissəsini idarə edirdi. 30
ildən sonra isə onun hakimiyyəti altında cəmi bir neçə kiçik ada qalmışdı.
Bu illər ərzində ingilislər öz müstəmləkələrindən geri çəkildi və bu zaman
silahlardan az istifadə edildi, ən çoxu bir

1
Walker və Bailey, “Body Counts in Lowland South American Violence", səh.30.

405
neçə min əsgər həlak oldu, kütləvi qırğınlara yol verilmədi. Mahatma
Qandinin adətən rəğbətlə xatırlanan dinc müqavimətində ingilislərin də
payı var. İmperiyanın yerini müstəqil dövlətlər tutdu və bunların
əksəriyyəti o vaxtdan bəri sabit sərhədlər daxilində öz qonşuları ilə əsasən
sülh şəraitində yaşadı. Doğrudur, on minlərlə insan Britaniya imperiyası
tərəfindən öldürüldü və ingilislər geri çəkildikdən sonra bəzi qaynar
nöqtələrdə (xüsusən Hindistanda) yüz minlərlə insanın ölümünə səbəb
olan etnik konfliktlər meydana çıxdı. Lakin tarix boyunca baş verənlərlə
müqayisədə ingilislərin geri çəkilməsi sülh və intizam nümunəsi idi.
Fransa İmperiyası isə daha inadkar çıxdı. Onun süqutu Vyetnam və
Əlcəzairdə yüz minlərlə insanın həyatına son qoyan qanlı döyüşlərlə
müşayiət olundu. Lakin fransızlar da digər müstəmləkələrdən sürətlə və
dinc şəkildə geri çəkilərək, özlərindən sonra geridə xaos və iğtişaşlar deyil,
nizamlı dövlətlər qoydu.
1989-cu ildə Sovet İttifaqının süqutu isə, Balkanlar, Qafqaz və Orta
Asiyada ortaya çıxan etnik toqquşmalara baxmayaraq daha dinc şəkildə
baş verdi. Hələ bu vaxta qədər heç bir qüdrətli imperiya bu qədər sürətli
və sakit şəkildə yoxa çıxmamışdı. 1989-cu ilə qədər Sovet İmperiyası
Əfqanıstandan başqa heç bir yerdə hərbi məğlubiyyətə uğramamış, xarici
təcavüzə məruz qalmamış, daxildə üsyanlarla üzləşməmiş, Martin Lüter
Kinq tərzində vətəndaş itaətsizliyi hərəkatı ilə qarşılaşmamışdı. Sovet
hakimiyyətinin milyonlarla əsgəri, on minlərlə tankı və təyyarəsi, bütün
Yer kürəsini bir neçə dəfə məhv etməyə qadir nüvə silahları vardı. Üstəlik,
Qızıl Ordu və Varşava müqaviləsinin digər qoşunları öz dövlətlərinə sadiq
idi. Sovet dövlətinin son başçısı Mixail Qorbaçov əmr versəydi, Qızıl Ordu
ölkə daxilində narazı kütlələrə atəş aça bilərdi.
Amma Sovet hakim elitası və Şərqi Avropadakı kommunist rejimlərin
əksəriyyəti (Rumıniya və Serbiya istisna olmaqla) bu hərbi qüvvənin hətta
cüzi hissəsindən istifadə etmək istəmədi. Kommunistlər kommunizm
ideyasının iflas etdiyini görüb, güc tətbiqindən imtina etdi və əşyalarını
toplayıb evlərinə dağılışdı. Qorbaçov və həmkarları sadəcə Sovet
İttifaqının İkinci Dünya müharibəsində ələ keçirdikləri əraziləri deyil,
həmçinin Çar Rusiyasının keçmişdə Pribaltika, LJkraina, Qafqaz və
Mərkəzi Asiyada

406
fəth etdiyi torpaqları da mübarizəsiz təslim etdilər. Əgər Qorbaçov serb
rəhbərliyi və ya Əlcəzairdə fransızlar kimi hərəkət etsəydi, nələr baş verə
biləcəyini hətta düşünmək də dəhşətlidir.

Pax Atomica1
Bu imperiyalardan sonra meydana çıxan müstəqil dövlətlər
müharibəyə maraq göstərmədi. Bir neçə istisna olmaqla, 1945-ci ildən
sonra dövlətlər artıq digər dövlətləri ələ keçirmək və udmaq məqsədi ilə
işğal etmir. Belə fəthlər qədim tarixdən bəri siyasətin ayrılmaz parçasıydı.
Bütün böyük imperiyalar belə qurulmuşdu və həm hökmdarlar, həm də
xalqın əksəriyyəti belə davam edəcəyini düşünürdü. Lakin romahların,
monqolların və osmanlıların fəth səfərləri bu gün dünyanın heç bir yerində
baş verə bilməz. 1945-ci ildən bu yana Birləşmiş Millətlər Təşkilatı
tərəfindən tanınmış heç bir müstəqil dövlət fəth edilib xəritədən silinmədi.
Məhdud miqyaslı beynəlxalq müharibələr ara-sıra baş verir və hələ də
milyonlarla insan müharibələrdə həlak olur, bununla belə müharibələr ar-
tıq adi hal deyil.
İnsanların əksəriyyəti düşünür ki, beynəlxalq müharibələrin ortadan
qalxması zəngin Qərbi Avropa demokratyasının unikal xüsusiyyətidir.
Amma əslində sülh Avropaya dünyanın digər bölgələrindən daha sonra
gəldi. Cənubi Amerikada ölkələr arası son ciddi müharibələr - 1941-ci ildə
Peru-Ekvador və 1932-1935-ci illərdə Boliviya-Paraqvay müharibələri
idi. Bu müharibələrə qədər Cənubi Amerikada sadəcə 1879-1884-cü
illərdə Boliviya və Peru ittifaqı ilə Çili arasında müharibə meydana
gəlmişdi.
Ərəb dünyasının sülh içində yaşamadığını düşünürük. Lakin ərəb
ölkələri müstəqillik əldə etdikdən sonra sadəcə bir dəfə bir ərəb ölkəsi
digərini işğal etməyə çalışdı (1990-cu ildə İraqın Küveytə təcavüzü). Bir
sıra sərhədyanı toqquşmalar (məsələn, 1970-ci ildə Suriya ilə İordaniya
arasında), bir ölkənin daxili işlərinə silahlı

1
Pax - latınca sülh deməkdir; Pax Romana - yəni, Roma imperiyasının qüdrəti ilə təsis edilmiş
sülh; Pax Atomica - burada, atom fizikasının gücü ilə qurulmuş sülh mənasında işlədilib.

407
müdaxilələr (məsələn, Livandakı suriyahlar), çox sayda vətəndaş
müharibəsi (Əlcəzair, Yəmən, Liviya) və bir çox hərbi çevrilişlər,
üsyanlar olmuşdu. Amma Körfəz müharibəsindən başqa ərəb dövlətləri
arasında irimiqyaslı beynəlxalq müharibə baş vermədi. Əhatə dairəsini bir
az da genişlədərək, bütün islam dünyasına nəzər salsaq, sadəcə bir misal
əlavə edə bilərik: İran-İraq müharibəsi. Türkiyə ilə İran, Pakistanla
Əfqanıstan, yaxud İndoneziya ilə Malayziya arasında müharibə baş
verməyib.
Afrikada isə vəziyyət bir az ağırdır. Lakin burada da toqquşmaların
əksəriyyəti vətəndaş müharibələri və hərbi çevrilişlərdir. Afrika dövlətləri
1960-1970-ci illərdə müstəqillik qazandıqdan bəri çox nadir hallarda işğal
məqsədi ilə bir-birinə hücum etdilər.
Əvvəllər də nisbi sakitlik dövrləri olmuşdu, - məsələn, Avropada
1871-ci və 1914-cü illər arasında olduğu kimi, - lakin bunların hamısı pis
sonluqla qurtarmışdı. Lakin indi hər şey fərqlidir, çünki əsl sülh - sadəcə
müharibələrin olmaması deyil, müharibə ehtimalının aradan qalxmasıdır.
Bu mənada dünyada heç vaxt əsl sülh olmamışdı. 1871-ci və 1914-cü illər
arasında Avropa müharibəsi məntiqə uyğun və gözlənilən bir hal olaraq
qaldı, müharibə ehtimalı hərbçilərin, siyasətçilərin və sıravi vətəndaşların
fikirlərində daim yaşadı. Tarixin bütün dinc dövrlərində insanlar bu hisslə
yaşadı. Beynəlxalq siyasətin dəmir qanunlarından biri belədir: "İstənilən
qonşu ölkələrin bir il içində bir-birinə müharibə elan etmələri üçün
məntiqli ssenari mütləq var". Bu cəngəllik qanunu 19-cu əsrin axırlarında
Avropada, orta əsrlər Avropasında, qədim Çində və antik Yunanıstanda
da hökm sürürdü. Sparta və Afina e.ə.450-ci ildə sülh içində
yaşayırdılarsa, e.ə.449-cu ildə bir-birilə müharibə vəziyyətində
olacaqlarını mümkün edən hər hansı bir hadisə, əlbəttə, mövcud idi.
İndi bəşəriyyət bu cəngəllik qanunu pozub. Nəhayət ki, müharibənin
müvəqqəti yoxluğu deyil, əsl sülh də var. Əksər dövlətlər üçün yaxın
illərdə iri miqyaslı müharibəyə başlamağa səbəb olacaq ssenari mövcud
deyil. Növbəti ildə Almaniya ilə Fransa arasında müharibənin
başlamasına nə səbəb ola bilər? Yaxud Çinlə Yaponiya arasında? Və ya
Braziliya ilə Argentina arasında? Bəlkə

408
də, sərhədlərdə kiçik toqquşmalar mümkündür, lakin 2014-cü ilə bu
ölkələr arasında irimiqyaslı müharibənin başlamasına yalnız qiyamət
ssenarisi səbəb ola bilər: məsələn, Argentinanın tank diviziyaları Rio-de-
Janeyroya yaxınlaşır, Braziliyanın bombardmançı təyyarələri Buenos-
Ayresin ətraf qəsəbələrini yerlə bir edir. Bu cür müharibələr gələcəkdə
israil və Suriya, Efiopiya və Eritreya, yaxud ABŞ və İran arasında baş
verə bilər, amma bunlar əsl qaydanı təsdiq edən istisnalardır.
Bu vəziyyət gələcəkdə dəyişə bilər və o gündən bu günə baxıldıqda,
indiki dünya çox sadəlövh görünə bilər. Lakin tarixi perspektivdən
baxdıqda, sadəlövhlüyümüz özü heyranlıq doğurur. Əvvəllər heç vaxt
sülh insanların müharibəni ağıllarına gətirməyəcək qədər möhkəm
olmamışdı.
Alimlər bu inkişafa dair çox sayda məqalə və kitablar yazaraq
(bunların hamısını oxuya bilməzsiniz), buna səbəb olan bir neçə mühüm
faktor aşkar etdilər. Əslində yekun Nobel sülh mükafatı atom bombasmı
yaradan Robert Oppenheymerə və onun əməkdaşlanna verilməlidir,
çünki nüvə silahı iki superdövlət arasında mümkün müharibəni kollektiv
intihara çevirdi. İndi silah gücüylə dünyaya hökmranlıq etmək mümkün
deyil.
İkincisi, indi müharibənin maliyyəti artsa da, faydaları azalıb. Demək
olar ki, bütün dövrlərdə dövlətlər düşmən ərazilərini talayaraq yaxud
ilhaq edərək zənginləşə bilirdi. Ələ keçirdikləri sərvətin böyük hissəsi
əkin sahələri, mal-qara, qullar və qızıl idi; buna görə də talan etmək və
ələ keçirmək asan idi. Bu gün isə zənginlik əsasən insan kapitalı, texniki
biliklər və banklar kimi mürəkkəb sosial-iqtisadi strukturlardır. Bunları
isə özünlə aparmaq və ya öz torpaqlarına daxil etmək çox çətindir.
Məsələn, Kaliforniyanı götürək. Bir vaxtlar bu ştat qızıl mədənlərinin
hesabına zənginləşmişdi. İndi isə onun sərvəti silisium və sellüloiddən
ibarətdir, yəni Silisium Vadisi və Hollivudun sellüloid təpələridir.
Çinlilər Kalofomiyaya hücum edərək, San-Fransisko sahillərində bir
milyon əsgər çıxarsalar və bölgənin dərinliklərinə doğru irəliləsələr, nə
baş verər? Çox az şey əldə edərlər. Silisium Vadisində silisium mədənləri
yoxdur. Zənginlik - Google mühəndislərinin və Hollivud ssenaristlərinin,
rejissorlarının və xüsusi

409
Şəkil 44.1849-cu ildə Kaliforniyanın zənginləşməsinə
səbəb olan qızıl mədənləri.

effekt ustalarının beynindədir, bunlar isə Çin tankları Sanset mey-


danında görünənə qədər Banqalor ya da Mumbaiyə uçan ilk təyyarə
reysinə çoxdan minəcək. İraq-Küveyt müharibəsi kimi irimiqyaslı
beynəlxalq müharibələrin, qədimdə olduğu kimi, zənginliyin maddi
sərvət kimi qəbul edildiyi yerlərdə baş verməsi təsadüf deyil. Küveyt
şeyxləri də xaricə qaça bilərlər, amma neft quyuları yerində qalacaq və
ələ keçiriləcək.
Müharibə az gəlir gətirməyə başladı, sülh isə daha sərfəli oldu.
Ənənəvi kənd təsərrüfatı iqtisadiyyatında beynəlxalq ticarət və xarici
sərmayələr yox dərəcəsində idi, buna görə də sülh az fayda gətirirdi
(müharibə xərclərindən qaçmaq istisna olmaqla). Məsələn, 1400-cü ildə
Fransa ilə İngiltərə sülh içində yaşayırdısa, fransızlar ağır müharibə
vergiləri ödəməyə məcbur qalmır və ingilislərin dağıdıcı hücumlarından
əziyyət çəkmirdi, amma bundan başqa heç bir fayda görmürdü. Müasir
kapitalist iqtisadiyyatında beynəlxalq ticarət və sərmayələr mühüm rol
oynamağa başladı, buna görə də sülh böyük gəlirlər gətirir. Nə qədər ki,
Çinlə Amerika bir-birilə dava etmir, çinlilər öz məhsullarını ABŞ-da
sataraq, Uoll-stritdə ticarətlə məşğul olur və amerikan sərmayələrini cəlb
edə bilirlər.

410
Şakil 45. San-Fransiskonun ətrafında Google-nin mənzil qərargahı. 1849-
cu ildə Kaliforniyanı qızıl mədənləri zənginləşdirirdisə, bu gün bunu silisium
edir. Lakin qızıl Kaliforniya torpaqlarında fiziki olaraq mövcud idi, Silisium
Vadisinin sərvəti isə yüksək texnologiyalar sahəsi üzrə mütəxəssislərin
sadəcə beynində yerləşir.

Və nəhayət (bu da çox mühümdür), qlobal siyasi mədəniyyətdə də


tektonik sürüşmələr oldu. Tarixdə imtiyazlı təbəqələrin əksəriyyəti
(məsələn, Hun öndərləri, Vikinq zadəganları və ya Astek rahibləri)
müharibəyə müsbət və faydalı bir hadisə kimi baxırdı. Digərləri isə
müharibənin pis, lakin qaçılmaz olduğunu düşünür və ondan öz xeyirləri
üçün istifadə etməyə çalışırdı. Bizim dövrümüzdə tarixdə ilk dəfə dünya
sülhsevər elita tərəfindən idarə olunur, siyasətçilər, biznesmenlər,
intellektuallar və incəsənət ustaları müharibəni şər hesab edir və ondan
qaçmağın mümkün olduğunu düşünür. (Keçmişdə də sülhsevərlər vardı,
məsələn, ilk xristianlar pasifist idi, lakin onlar da nadir hallarda
hakimiyyəti ələ keçirdikdə, "o biri yanağını çevir"1 kimi nəsihətləri tez
unudurdular).
Bu dörd faktor arasında daim qarşılıqlı əlaqə mövcuddur. Nüvə
qiyaməti təhlükəsi sülhsevərliyi gücləndirir, sülhsevərlik yayıldıqca
müharibələr azalır və ticarət inkişaf edir, ticarət isə həm sülhdən
1
"Kimsə sənin sağ üzünə sillə vursa, sol üzünü də ona tərəf çevir, qoy vursun" - tsa pey-
ğəmbərin kəlamlarından.

411
əldə olunan gəliri, həm də müharibə xərclərini artırır. Tədricən bu sikl
müharibəyə qarşı, bəlkə də, digərlərindən daha mühüm olan bir maneə
yaradır: getdikcə sıxlaşan beynəlxalq əlaqələr şəbəkəsi əksər ölkələrin
müstəqilliyini zədələyib sərbəst fəaliyyət göstərməkdən məhrum edərək,
onların təkbaşına müharibəyə başlamaq ehtimalını minimuma endirir.
Ölkələrin çoxu artıq irimiqyaslı müharibələrə başlaya bilmir, çünki tam
müstəqil deyillər. İsrail, İtaliya, Meksika və ya Tailand vətəndaşları
ölkələrinin müstəqil olduğuna dair illüziyaya qapıla bilər, lakin onların
hökumətləri tamamilə azad iqtisadi yaxud xarici siyasət yürüdə bilməz
və beləcə, müstəqil şəkildə irimiqyaslı müharibəyə başlaya bilməz. 11-
ci fəsildə deyildiyi kimi, qlobal bir imperiyanın formalaşmasına şahid
oluruq. Əvvəlki imperiyalar kimi, bu imperiya da öz sərhədləri daxilində
sülhü təmin edir. Onun sərhədləri bütün dünyanı əhatə etdiyi üçün,
Dünya imperiyası bütün dünyada sülh istəyir.
Beləliklə, müasir dövr - Birinci Dünya müharibəsinin səngərlərinin,
Hiroşima üzərindəki nüvə göbələyinin və Hitlerlə Stalinin qanlı
azğınlıqlarının da göstərdiyi kimi mənasız qırğınlar, müharibələr və
zülmlər dövrüdür? Yoxsa, Cənubi Amerikada heç vaxt qazılmamış
səngərlərin, Moskva və Nyu-York üzərində heç vaxt yüksəlməmiş nüvə
göbələyinin və Martin Lüter Kinqlə Mahatma Qandinin aydın üzlərinin
təmsil etdiyi sülh dövrüdürmü?
Bu sualın cavabı zamana görə dəyişir. Son bir neçə ildə baş verən
hadisələrin keçmişə dair fikirlərimizə nə qədər təsir etdiyini dərk
etməkdə fayda var. Əgər bu fəsil 1945 və ya 1962-ci ildə yazılsaydı,
yəqin ki, bədbin fikirlərlə dolu olardı. Amma 2012-ci ilcjp yazıldığı üçün
müasir dövrə kifayət qədər nikbin baxışla yanaşılır.
Həm nikbinləri, həm də bədbinləri razı salmaq üçün cənnət və
cəhənnəm arasında təşviş içində var-gəl etdiyimizi söyləyə bilərik. Tarix
hələlik haraya doğru gedəcəyimizə qərar verməyib və bir sıra təsadüflər
bizi bu iki istiqamətdən birinə doğru sürükləyə bilər.

412
19

Və axıra qədər xoşbəxt


yaşadılar

ON 500 İL ÇOX MARAQLI İNQİLABLARA ŞAHİD OLDU.


S Dünya vahid tarixi və ekoloji mühitə çevrildi. İqtisadiyyat
həndəsi silsilə ilə böyüdü. Bu gün bəşəriyyət əvvəllər nağıllarda da-
nışılan bir zənginlik içində yaşayır. Elm və sənaye inqilabı bəşəriyyətə
fövqəladə qüdrət və tükənməz enerji bəxş etdi. İctimai quruluş, siyasət,
gündəlik həyat və psixologiya birlikdə tamamilə dəyişdi.
Amma xoşbəxt olduqmu? Bəşəriyyətin son beş yüz ildə topla-
dığı zənginlik məmnuniyyətə səbəb oldumu? Tükənməz enerji eh-
tiyatlarının kəşfi tükənməz xoşbəxtliyin yolunu açdımı? Bir az da
geriyə qayıtsaq, Təfəkkür İnqilabından bəri həyəncanla dolu 70 min
il dünyanı daha yaxşı yaşamaq üçün bir yerə çevirdimi? Küləksiz
Ayda ayaq izi hələ də pozulmamış qalan Nil Armstronq, 30 min il
əvvəl Chauvet mağarasının divarma əl izini buraxmış naməlum ov-
çu-toplayıcıdan daha xoşbəxt idimi? Əgər xoşbəxt deyildisə, kənd
təsərrüfatını, şəhərləri, yazını, pulu, imperiyaları, elm və sənayeni
inkişaf etdirməyin nə mənası vardı?
Tarixçilər nadir hallarda belə suallar verir. Uruk və Babil vətən-
daşlarının öz köçəri əcdadlarından daha xoşbəxt olub-olmadığı, is-
lamın yüksəlişinin misirlilərə daha yaxşı həyat bəxş edib-etmədiyi
və ya Afrikadakı Avropa imperiyalarının süqutunun milyonlar-
la insanın həyatma təsir göstərib-göstərmədiyi onları maraqlan-
dırmır. Amma bunlar, əslində tarix tərəfindən verilməli olan ən
mühüm suallardır. Müasir ideologiyaların və siyasi proqramla-
rın əksəriyyəti insan xoşbəxtliyinin mənbələri haqqında bəzi zəif
fikirlərə əsaslanır. Millətçilər hesab edirlər ki, siyasi müstəqillik
bizim xoşbəxtliyimiz üçün əsas şərtdir. Kommunistlər proletari-

413
at diktaturasının hakimiyyəti altında hamının xoşbəxt olacağını,
kapitalistlər isə azad bazarın daha çox insana xoşbəxtlik gətirəcəyini
düşünür; çünki, kapitalistlər azad rəqabətin iqtisadi artıma və maddi
bolluğa səbəb olduğunu, insanlara isə müstəqil hərəkət etməyi və
təşəbbüskarlığı öyrətdiyini hesab edir.
Ciddi bir tədqiqat bu fərziyyələri təkzib etsə, nə baş verər? İqtisadi
artım və özünə güvənmək insanları xoşbəxt etmirsə, kapitalizmin faydası
nədir? Böyük imperiyaların təbəələrinin müstəqil dövlətlərin
vətəndaşlarından daha xoşbəxt olduğu, məsələn, Əlcəzairlilərin öz
həmvətənlərinə nisbətən fransızların hakimiyyəti altında daha xoşbəxt
yaşadığı üzə çıxsa, nə olacaq? Bu halda, müstəmləkələrin süqutunu və
millətlərin öz müqəddəratını təyinetmə pr- sinsipini necə
qiymətləndirəcəyik?
Əlbəttə, bütün bunlar hipotetik ehtimallardır; tarixçilər indiyə qədər
bu cür suallara cavab vermək bir yana qalsın, onları qaldırmaqdan belə
çəkiniblər. Demək olar ki, hər şeyin: siyasətin, cəmiyyətin, iqtisadiyyatın,
gender münasibətlərinin, xəstəliklərin, seksu- allığın, qidanın və hətta
geyimlərin də tarixi araşdırma mövzusu olub, lakin heç kəs bütün bunların
insan xoşbəxtliyinə necə təsir göstərdiyi ilə maraqlanmayıb.
Xoşbəxtliyin tarixini çox az tədqiqatçı araşdırsa da, demək olar ki,
onlarm hamısı bu barədə tutqun təsəvvürə malikdir. Geniş yayılmış fikrə
görə, tarix boyunca insanların imkan və bacarıqları getdikcə artıb. İnsanlar
öz imkanlarından adətən əzab-əziyyətləri yüngülləşdirmək, çətinlikləri dəf
etmək və öz istəklərini yerinə yetirmək üçün istifadə ediblər, buna görə də
biz orta əsrlərdəki əcdadlarımızdan, onlar da özlərinin Daş dövründəki
ovçu-toplayıcı əcdadlarından daha xoşbəxt yaşamalı olmalıdır.
Bu proqressiv baxış inandırıcı deyil. Əvvəlki fəsillərdən də gör-
düyümüz kimi, yeni imkanlar, yeni davranış tərzləri və bacarıqlar daha
yaxşı bir həyat demək deyil. Aqrar İnqilabla birlikdə insanların kollektiv
gücü ətraf mühiti dəyişdirə biləcək qədər artsa da, ayn- ayrılıqda bir çox
fərdin vəziyyəti daha da pisləşdi. Kəndlilər ovçu- toplayıcılardan daha çox
işləsələr də, daha az kalori və çeşiddə qida əldə bildi, istismar və
xəstəliklərə isə daha çox məruz qaldı. Eyni şəkildə, Avropa
imperiyalarının genişlənməsi də ideyaların, texno-

414
logiyaların, kənd təsərrüfatı vasitələrinin sürətlə yayılması və yeni ticarət
yollarının açılmasına səbəb olaraq, bəşəriyyətin kollektiv gücünü artırdı.
Digər tərəfdən, bu vəziyyət milyonlarla afrikalı, hindu və Avstraliya
aborigeni üçün heç də yaxşı olmadı. İnsanın gücdən pis məqsədlər üçün
istifadə etməyə meylli olduğunu nəzərə alsaq, insanın gücləndikcə
xoşbəxt olacağını düşünmək sadəlövhlükdür.
Bu fikrə zidd olan başqa bir nöqteyi-nəzərin tərəfdarları insanın
imkanları ilə xoşbəxtliyi arasında əks əlaqənin olduğunu iddia edir.
Onlara görə, güc və hakimiyyət insanı pozğunlaşdırır. Bəşəriyyət daha
çox güc qazandıqca, bizim real ehtiyaclarımıza çox da uyğun olmayan
laqeyd və mexaniki bir dünya formalaşdı. Təkamül - bizim şüurumuzu və
bədənimizi ovçu-toplayıcılarm həyatına uyğunlaşdırmışdı. Əvvəlcə kənd
təsərrüfatına, sonra isə sənayeyə keçid bizi meyllərimizə və
instinktlərimizə uyğun olmayan qeyri- təbii bir həyata məhkum etdi.
Buna görə də, ən dərin istəklərimizi yerinə yetirə bilmirik. Şəhərlərdə
yaşayan orta təbəqənin komfort həyatmda heç bir şey ovçu-toplayıcıların
uğurlu mamont ovunda yaşadıqları coşğunluq və sevinc hissini verə
bilməz. Hər yeni icad bizi cənnət bağlarından daha da uzaqlaşdırır.
Bununla belə, hər ixtiranın arxasında qaranlıq bir kölgə görən bu
romantik meyl, tərəqqinin qaçılmaz olduğuna dair korkoranə inam qədər
doqmatikdir. Bəlkə də, biz ovçu-toplayıcı "mən"imizdən uzaqlaşmışıq,
lakin hər şey o qədər də pis deyil. Məsələn, son iki yüz il ərzində müasir
təbabət uşaq ölümlərinin səviyyəsini 33%- dən 5%-ə endirdi. Bunun
yalnız sağ qalmış uşaqların deyil, eyni zamanda onlarm ailələrinin və
dostlarının da xoşbəxtliyinə böyük töhfə verdiyinə kim şübhə edə bilər?
Lakin daha incə və orta bir mövqe də var. Elmi İnqilaba qədər güclə
xoşbəxtlik arasında aydm bir əlaqə yoxdur. Orta əsr kəndliləri doğrudan
da ovçu-toplayıcı əcdadlarından daha pis yaşaya bilərdi. Lakin son bir
neçə yüz ildə insanlar öz imkanlarından daha ağıllı şəkildə istifadə etməyi
öyrəndi. Müasir təbabətin qələbələri bunun örnəklərindən sadəcə biridir.
Bəşəriyyətin misilsiz nailiyyətləri arasında zorakılığın əhəmiyyətli
dərəcədə azalması, beynəlxalq müharibələrin və kütləvi adıq təhlükəsinin
demək olar ki, ortadan qalxması da var.

415
Lakin bu da bəsit bir münasibətdir. Birincisi, bu optimist fikir çox
qısa bir dövrə əsaslanır. İnsanların əksəriyyəti müasir təbabətin
bəhrələrindən 1850-d ilə qədər faydalana bilmədi, uşaq ölümlərinin kəskin
azalması isə yalnız 20-ci əsrdə baş verdi. Həmçinin kütləvi aclıq təhlükəsi
20-ci əsrin ortalatma qədər bəşəriyyətin böyük hissəsini təhdid etdi. Çində
kommunist partiyası tərəfindən 1958- 1961-ci illər arasında həyata
keçirilən Böyük Sıçrayış dövründə müxtəlif hesablamalara görə 10
milyondan 50 milyona qədər insan aclıqdan öldü. Beynəlxalq müharibələr
isə yalnız 1945-ci idən sonra, əsasən nüvə qırğını təhlükəsinin meydana
çıxması ilə azaldı. Odur ki, son bir neçə on il bəşəriyyət üçün misli
görünməmiş qızıl əsr oldusa da, bunun tarixin gedişatında köklü bir
dəyişiklik, yoxsa müvəqqəti nailiyyətlər dövrü olduğunu demək üçün hələ
çox tezdir. Müasir dövrə qiymət verərkən, 21-ci əsrə yalnız orta təbəqəyə
mənsub bir qərblinin gözü ilə baxmaq yanlışdır. 19-cu əsrdə yaşamış uelsli
şaxtaçının, çinli tiryək aludəçisinin və ya tasmaniyalı aborigenin də fikrini
nəzərə almaq lazımdır. Truqanini də Homer Simpson qədər
əhəmiyyətlidir.
İkincisi, hətta son əlli ildəki qısa Qızıl dövr də gələcəkdəki fəlakətlərin
toxumlarını səpmiş ola bilər. Bu on illər ərzində planetimizin ekoloji
tarazlığını müxtəlif yollarla o qədər pozmuşuq ki, fəlakətli nəticələrlə
üzləşəcəyimizi ehtimal edə bilərik. Maddi ehtiyatlardan məsuliyyətsiz
şəkildə istifadə edərək, bəşəriyyətin inkişafının əsaslarını məhv etdiyimizi
göstərən çoxlu sübutlar var.
Nəhayət, müasir Sapiensin bu misilsiz nailiyyətlərinə, yalnız bütün
digər canlıların taleyinə göz yummaqla sevinə bilərik. Bizi xəstəliklərdən
və aclıqdan qoruyan maddi nemətlərin böyük hissəsi laboratoriya
meymunları, sağmal inəklər və inkubator toyuqlan sayəsində əldə edildi.
Son iki yüz il ərzində on milyardlarla belə heyvan dünya tarixində
görünməmiş bir qəddarlıqla sənaye istismarına məruz qaldı. Heyvan
hüquqları müdafiəçilərinin dediklərinin onda birini belə doğru saysaq,
müasir industrial kənd təsərrüfatı dünya tarixində ən böyük cinayət ola
bilər. Qlobal xoşbəxtliyi dəyərləndirərkən, sadəcə yuxan təbəqənin,
avropalıların və ya kişilərin xoşbəxtliyini nəzərə almaq doğru deyil. Hətta
sadəcə insanların xoşbəxtliyinə diqqət yetirmək də ədalətli deyil.

416
Xoşbəxtliyi ölçmək
İndiyə qədər xoşbəxtliyə əsasən sağlamlıq, qida və zənginlik kimi
maddi faktorların məhsulu kimi baxaraq, bu barədə fikir yürütdük. Əgər
insan daha zəngin və sağlamdırsa, deməli, daha da xoşbəxt olmalıdır.
Lakin həqiqət bu qədər bəsitdirmi? Filosoflar, ilahiyyatçılar və şairlər min
illər boyunca xoşbəxtliyin mahiyyəti haqqında düşünüb və onların
əksəryyəti belə bir nəticəyə gəlib ki, ən azı maddi şərtlər qədər sosial, etik
və dini faktorlar da xoşbəxtliyə təsir göstərir. Bəlkə də, müasir zəngin
cəmiyyətlərdə insanlar rifah içində yaşamalarına baxmayaraq,
tənhalaşmaqdan və həyatın mənasızlığından əzab çəkir. Bəlkə də,
qədimdə daha çətin şəraitdə yaşayan əcdadlarımız cəmiyyət, din və təbiət
arasında qurduqları əlaqədən daha çox məmnun idi.
Son illərdə psixoloqlar və bioloqlar insanları nələrin xoşbəxt etdiyini
öyrənmək üçün elmi tədqiqatlar aparmağa başladı. İnsanları nə xoşbəxt
edir: pul, ailə, genlər, yoxsa ləyaqətli olmaq? Bu zaman ilk növbədə nəyi
ölçdüyümüzü müəyyənləşdirmək lazımdır. Xoşbəxtliyin geniş yayılmış
tərifi - "subyektiv firavanhq"dır. Bu fikrə görə, xoşbəxtlik - insanın öz
daxilində hiss etdiyi bir şeydir: ya müəyyən bir anda hiss etdiyi həzz, ya
da şəxsi həyatının ge- dişah ilə bağlı olan uzunmüddətli məmnuniyyət.
Əgər bu daxili bir hisdirsə, onu kənardan necə ölçmək olar? Bunu
insanlardan nə hiss etdiklərini soruşaraq edə bilərik. Psixoloqlar və
bioloqlar xoşbəxtliyin səviyyəsini ölçmək istədikdə, insanlara sorğu
anketləri verir və cavabları yekunlaşdırıb nəticə çıxarırlar.
Subyektiv xoşbəxtliyi qiymətləndirən tipik bir anketdə insanlardan
"vəziyyətimdən məmnunam", "həyatımın uğurlu olduğunu düşünürəm",
"gələcəyə nikbinliklə baxıram" və "həyat gözəldir" kimi fikirlərlə nə
dərəcədə razı olduqlarını 0-10 şkalası arasında qiymətləndirmək istənilir.
Sonra tədqiqatçı bu cavabları toplayaraq, sorğu iştirakçısının subyektiv
firavanlıq səviyyəsini qiymətləndirir.
Bu cür anketlər xoşbəxtliyi müxtəlif obyektiv faktorlarla əlaqə-
ləndirmək üçün istifadə edilir. Məsələn, araşdırma zamanı ildə 100 min
dollar qazanan insanlarla 50 min dollar qazananları müqayisə etmək olar.
Əgər araşdırmada birinci qrupda subyektiv

417
firavanlıq səviyyəsinin 8,7 bal, ikinci qrupda isə 7,3 bal olduğu ortaya
çıxarsa, tədqiqatçı zənginliklə subyektiv firavanlıq arasında müsbət
istiqamətdə bir əlaqə olduğunu, yəni sadə dillə desək, pulun xoşbəxtlik
gətirdiyini iddia edə bilər. Eyni üsul, demokratik ölkələrdə yaşayan
insanların diktatura rejimlərində yaşayanlara görə, evlilərin subaylara,
boşanmışlara və dullara görə daha xoşbəxt olub-olmadığını öyrənmək
üçün də tətbiq edilə bilər.
Bu isə keçmişdəki zənginlik, siyasi azadlıq və boşanma səviyyəsini
ölçmək üçün tarixçilərə müəyyən əsas verir. Əgər demokratik ölkələrdə
yaşayan evli insanlar daha xoşbəxtdirsə, tarixçi son on illərdə
demokratikləşmə prosesinin bəşəriyyətin xoşbəxtliyinə səbəb olduğunu,
artan boşanma səviyyəsinə isə əksinə mənfi təsir göstərdiyini irəli sürə
bilər.
Bu cür yanaşma tərzi nöqsansız deyil, amma bunun mənfi cəhətlərini
araşdırmazdan əvvəl, gəlin, müsbət cəhətlərinə diqqət yetirək.
Gəldiyimiz maraqlı nəticələrdən biri belədir: pul doğrudan da
xoşbəxtlik gətirir. Amma bu nəticə müəyyən nöqtəyə qədər doğrudur,
sonra isə öz əhəmiyyətini itirir. İqtisadi pilləkənin aşağısında yerləşən
insanlar üçün daha çox pul daha çox xoşbəxtlik deməkdir. Məsələn,
evlərdə təmizlik işi görməklə ildə 12 min dollar qazanan amerikalı tək ana
lotereyada 500 min dollar udarsa, onun subyektiv firavanlığında ciddi və
uzun müddətli bir müsbət dəyişiklik baş verəcək. O borca girmədən öz
uşaqlarına geyim və yemək ala biləcək. Amma ildə 250 min dollar
qazanan bir menecer lotereyada 1 milyon dollar udarsa və ya işlədiyi şirkət
onun maaşını ikiqat artırarsa, menecerin xoşbəxtliyi yəqin ki, bir neçə
həftə sürəcək. Empirik göstəricilərə görə, onun əhvali-ruhiyyəsində uzun
müddətli dəyişiklik baş verməyəcək. Daha bahalı bir avtomobil ala bilər,
malikanəyə köçə bilər, Kaliforniya şərabı əvəzinə "Chateau Petrus" şərabı
içər, amma qısa müddətdən sonra bunları adi bir hal hesab etməyə
başlayacaq.
Daha bir maraqlı nəticə: xəstəlik qısa müddətə xoşbəxtliyin səviyyəsini
aşağı salır, amma yalnız kəskin ağrılara səbəb olduqda və getdikcə
pişləşdikdə uzun müddətli məyusluq mənbəyi olur. Diabet kimi xronik
xəstəlikləri olan insanlar adətən bir müddət

418
sıxıntı çəkir, lakin xəstəlik dərinləşmirsə, bu vəziyyətə tez alışır və.
xoşbəxtlik səviyyələri də sağlam insanlarda olduğu qədər artmağa
başlayır. Tutaq ki, Lyusi və Lyuk orta təbəqəyə mənsub əkiz bacı-
qardaşdır və onlar subyektiv firavanlıq araşdırmasında iştirak etməyə
razılaşır. Psixologiya laboratoriyasından qayıdarkən Lyu- sinin
avtomobili avtobusla toqquşur, ayağı möhkəm zədələnir və o ömür boyu
axsaq qalmağa məhkum olur. Xilasedicilər Lyusini avtomobilin
içərisindən çıxarmağa çalışarkən, onun telefonu zəng çalır: Lyuk cek-
potda 10 milyon dollar udduğunu xəbər vermək istəyir. İki ildən sonra
bacı hələ də axsayır, qardaş isə əvvəkindən daha zəngin yaşayır, lakin
psixoloqlar növbəti araşdırma üçün onlara sual verdikdə, onların cavabı o
məlum gündəki cavablarından çox az fərqlənə bilər.
Görünür, ailə və cəmiyyət bizim xoşbəxtliyimizə pul və sağlamlıqdan
daha çox təsir göstərir. Möhkəm bağlara sahib ailələrdə və yardımsevər
cəmiyyətlərdə yaşayan insanlar dağınıq ailələrdə yaşayan və özlərinə
ünsiyyət dairəsi tapmayan (yaxud axtarmayan) insanlardan daha çox
xoşbəxtdir. Nikah xüsusilə əhəmiyyətlidir. Dəfələrlə aparılan
araşdırmalar uğurlu nikahla yüksək subyektiv xoşbəxtlik arasında və
uğursuz nikahla bədbəxtlik arasında sıx əlaqə olduğunu göstərmişdir. Bu,
insanın iqtisadi və hətta fiziki vəziyyətindən asılı olmayan bir həqiqətdir.
Onu çox sevən arvadının, sədaqətli ailəsinin və mehriban dostlarının
əhatəsində olan kasıb bir əlil, əgər çox yoxsul deyilsə və xəstəliyi
şiddətlənmirsə, tənha bir milyarderdən özünü daha xoşbəxt hiss edə bilər.
Buradan belə bir fərziyyə ortaya çıxır: son iki yüz ildə maddi şərtlərin
yaxşılaşması ailə və cəmiyyətin süqutu ilə bərabər baş verir. Əgər
belədirsə, onda bu gün orta sinfə mənsub bir insan özünü 1800-cü
ildəkindən daha xoşbəxt hiss etmir. Hətta bu qədər dəyər verdiyimiz
azadlıq bəzən bizim əleyhimizə çevrilir. Özümüzə həyat yoldaşı, dost və
qonşular seçə bilirik, amma onlar da bizi tərk etmək hüququna sahibdir.
İnsanların öz həyat yollarını müstəqil şəkildə seçmək imkanı olsa da,
müəyyən vəzifələri yerinə yetirməkdə çətinlik çəkir. Beləliklə, ailələrin
dağıldığı və insanların tənhalaşdığı bir dünyada yaşayırıq.
Lakin ən mühüm nəticə ondan ibarətdir ki, xoşbəxtlik obyektiv
şərtlərdən, zənginlikdən, sağlamlıqdan və hətta ictimai

419
münasibətlərdən asılı deyil. Xoşbəxtlik - obyektiv şərtlərlə subyektiv
istəklər arasındakı əlaqədən asılıdır. Əgər siz öküz arabası istəyirsinizsə
və onu əldə edə bilirsinizsə, məmnun qalırsınız. Amma təptəzə "Ferrari"
arzulayıb, köhnə "Fiat" ala bilirsinizsə, məyus olursuz. Buna görə də,
lotereyada uduş qazanmaqla ağır avtomobil qəzasına düşmək son nəticədə
insanların xoşbəxtliyinə eyni təsir göstərir. Vəziyyətimiz yaxşılaşdıqca,
istəklərimiz də artır və nəticədə obyektiv şərtlər nə qədər yaxşılaşsa da,
yenə narazı qalırıq. İşlərimiz pis getdikdə ümidlərimiz də azalır və hətta
ağır bir xəstəlik də özümüzü əvvəlki kimi xoşbəxt hiss etməyə mane
olmur.
Bunu aydınlaşdırmaq üçün, psixoloqlara və onların anketlərinə
ehtiyac olmadığını deyə bilərsiniz. Hələ minlərlə il bundan əvvəl yaşamış
peyğəmbərlər, şair və filosoflar deyiblər ki, əlimizdə olanlarla
kifayətlənmək daha çoxunu əldə etməyə çalışmaqdan mühümdür.
Bununla belə, müxtəlif rəqəmlər və diaqramlar irəli sürən müasir
araşdırmaların qədim tədqiqatlarla eyni nəticəyə gəlməsi çox gözəldir.
Fərdi istəklər kimi mühüm faktoru nəzərə almadan xoşbəxtliyin
tarixini öyrənmək mümkün deyil. Əgər xoşbəxtlik sadəcə zənginlik,
sağlamlıq və ictimai münasibətlər kimi obyektiv şərtlərdən asılı olsaydı,
xoşbəxtliyin tarixini araşdırmaq daha asan olardı. Xoşbəxtliyin subyektiv
istəklərdən asılı olması tarixçilərin işini daha da çətinləşdirir. Müasir
insanların əlində bir yığın sakitləşdirici və ağrıkəsici vasitə var, amma
həm məmnunluq və rahatlığa olan ehtiyacımız, həm də narahatlıq və
ağrılara olan dözümsüzlüyümüz o qədər artıb ki, bəlkə də biz ağrını
əcdadlarımıza nisbətən daha kəskin hiss edirik.
Bu fikirlə razılaşmaq çətindir. Problem - şüurumuza işləmiş
mühakimələrdədir. İndi və ya keçmişdə insanların nə qədər xoşbəxt
olduğunu təsəvvür etməyə çalışdıqda, istər-istəməz özümüzü onların
yerinə qoyuruq. Lakin bu cür yanaşma doğru deyil, çünki bizim
istəklərimiz başqalarının maddi şəraitinə uyğun gələ bilməz. Müasir
zəngin cəmiyyətlərdə hər gün duş qəbul etmək və paltar dəyişdirmək adi
haldır. Orta əsrlərdəki kəndlilər isə aylarla yuyunmaz və paltarlarını
demək olar ki, dəyişməzdilər. Kir və üfunət içində bu cür yaşamağı hətta
düşünmək belə bizdə ikrah doğurur.

420
Orta əsr kəndliləri isə buna əhəmiyyət vermirdi, uzun müddət
yuyulmayan bir köynəyin qoxusu onlar üçün adi bir şey idi. Bu o demək
deyil ki, onlar paltarlarını dəyişmək istəyirdi, amma başqa paltarları yox
idi; onlar istədikləri kimi yaşayırdı və ən azından, paltar sarıdan məmnun
idi.
Dərindən düşündükdə, bu o qədər də təəccüblü deyil. Bizim
qohumlarımız olan şimpanzelər də nadir hallarda yuyunurlar, paltar
dəyişməyə isə məcbur deyillər. Bizimlə bir evdə yaşayan it və pişiklərin
duş qəbul etməməsindən, paltar dəyişdirməməsindən iyrənmirik. Hətta
onları tez-tez qucaqlayır və öpürük. Zəngin ölkələrdəki kiçik uşaqlar da
duş qəbul etməyi xoşlamır; böyüklərin fikrincə, bu yaxşı vərdişi onlara
aşılamaq üçün valideynlər bəzən illərlə çalışıb, səbr etməli olur. Hər şey
istəklərlə bağlıdır.
Əgər xoşbəxtlik istəklərlə bağlıdırsa, cəmiyyətimizin iki əsas dirəyi,-
KİV və reklamçıhq, -bilaixtiyar olaraq, dünyanın xoşbəxtlik ehtiyatlarını
tükətməkdədir. Beş min il əvvəl kiçik bir kənddə yaşayan on səkkiz yaşlı
bir oğlan olsaydınız, yəqin ki, çox yaraşıqlı olduğunuzu düşünərdiniz;
çünki kənddə sizdən başqa sadəcə əlli nəfər kişi vardı, bunların çoxu isə
yaşlı, üzü çapıqlı ya da qırış-qırış olan kişilər, yaxud kiçik uşaqlar idi.
Amma bu günkü yeniyetmə bu məsələyə görə daha çox narahatlıq keçirir.
Məktəbdəki digər gənclər yaraşıqlı olmasalar da, özünüzü onlarla deyil,
bütün günü televizorda, facebookda və nəhəng reklam lövhələrində
gördüyünüz kino ulduzları, idmançılar və super modellərlə müqayisə
edərdiniz.
Buna görə də, Üçüncü Dünya ölkələrindəki narazılıq sadəcə yox-
sulluq, xəstəlik, korrupsiya və siyasi təzyiq üzündən deyil, çox vaxt
Birinci Dünyanın həyat standartları ilə tanışlıqdan meydana çıxır. Sadə
bir misirlinin aclıq, xəstəlik və zorakılıqdan ölmək ehtimalı II Ramzes və
ya Kleopatranın dövründə, Hüsnü Mübarəkin dövründə olduğundan daha
yüksək idi. Misirlilərin maddi vəziyyəti heç vaxt indiki qədər yaxşı
olmamışdı. Düşünmək olardı ki, onlar 2011- ci ildə küçələrə çıxdıqda
rəqs edə-edə Allaha şükr edəcək. Amma yox, misirlilər Mübarəki
devirmək üçün küçələrə çıxmışdı. Onlar özlərini fironların dövründə
yaşamış əcdadlarıyla deyil, Obamanın idarə etdiyi müasir amerikalılarla
müqayisə edirdi.

421
Şəkil 46. Misir İnqilabı, 2011-ci il. Misir xalqı Mübarək rejiminə qarşı üsyan
etdi, hərçənd tarix boyunca Nil vadisində heç bir hakimiyyət misirliləri Mübarək
rejimində olduğu qədər təhlükəsiz və sabit bir həyatla təmin etməmişdi.

Belə olan halda, hətta ölməzlik də məyusluğa səbəb ola bilər. Elmin
bütün xəstəliklərə qarşı dərmanlar hazırladığını, qocalmanın qarşısını
almaq və uzun müddət gənc qalmaq üçün müalicə üsulları tapdığını
təsəvvür edin. Çox güman ki, bunun nəticəsi misilsiz dərəcədə qəzəb və
həyəcan epidemiyası olacaq.
Bu yeni və möcüzəvi müalicə üsullarına maddi vəziyyəti yol
verməyənlər, - yəni, bəşəriyyətin böyük bir hissəsi, - qəzəbdən başlarını
itirəcək. Tarix boyunca yoxsullar və məzlumlar ən azından ölümə görə
bərabər hüquqlara malik olduqlarını, varlılar və zalımların da öləcəyini
düşünərək təsəlli tapıblar. Yoxsullar özlərinin öləcəyi, varlıların isə daim
gənc və gözəl qalacağı fikri ilə heç vaxt razılaşmaz.
Digər tərəfdən, bu yeni müalicə üsullarından faydalana bilən kiçik
azlıq da çox sevinməyəcək, çünki onlar başqa məsələlərə görə narahat
olacaq. Yeni müalicə üsulları ömrü və gəncliyi uzatsa da,
422
ölüləri diriltməyəcək. Mən və yaxınlarımın əslində əbədi yaşaya
biləcəyini, amma bir avtomobil qəzasının yaxud terror aktının buna son
qoya biləcəyini düşünmək çox dəhşətlidir. Potensial ölməz insanlar heç
vaxt risk etmək istəməyəcək; həyat yoldaşı, uşaq və ya yaxın dost
itirməkdən duyulan kədər dözülməz olacaq.

Kimyəvi xoşbəxtlik
Sosioloqlar "subyektiv rifah" haqqında sorğular keçirir və verilən
cavablan zənginlik və siyasi azadlıq kimi sosial-iqtisadi faktorlarla
əlaqələndirir. Eyni sorğunu bioloqlar da apanr, lakin onlar cavabları
biokimyəvi və genetik faktorlarla izah edir. Bu araşdırmaların nəticələri
heyrət doğurur.
Bioloqlar düşüncə və hisslərimizin milyonlarla illik təkamül prosesi
nəticəsində meydana çıxan biokimyəvi mexanizmlər tərəfindən idarə
edildiyini düşünür. Bütün digər psixi hallanmız kimi, xoşbəxtlik də
xarici faktorlar, yəni maaş, sosial münasibətlər və ya siyasi hüquqlar
tərəfindən deyil, mürəkkəb sinir sistemi, ney- ronlar, sinapslar və
serotonin, dopamin, oksitosin kimi müxtəlif biokimyəvi maddələr
tərəfindən müəyyən olunur.
Heç kəs lotereyada uduş qazanmaqla, ev almaqla, vəzifəyə
yüksəlməklə və ya əsl məhəbbətini tapmaqla xoşbəxt olmaz. İnsanlar
sadəcə vücudlarmdakı xoş hisslər sayəsində xoşbəxt olur. Lotereyada
udmuş və ya sevgisini tapmış insan əslində pul və ya sevgilisinə görə
sevinərək atılıb-düşmür; o əslində qanında dövr edən müxtəlif
hormonlara və beyninin müxtəlif hissələrində yanıb- sönən elektrik
siqnallarına reaksiya verir.
Təəssüf ki, bu vəziyyət Yer üzündə cənnət yaratmaq ümidlərimizi
puça çıxarsa da, bizim daxili biokimyəvi sistemimiz, görünür, xoşbəxtlik
səviyyəsini nisbətən sabit saxlamağa proqramlaşdırılıb. Xoşbəxtliyi
nəzərə alan təbii seçmə üsulu yoxdur, yəni xoşbəxt bir subayın genetik
xətti kəsilsə də, təlaş içində yaşayan valideynlərin genləri növbəti nəsilə
keçir. Xoşbəxtlik və bədbəxtlik təkamül prosesində sadəcə həyatda
qalmağa və çoxalmağa təsir göstərdiyi ölçüdə rol oynayır. Bəlkə də,
buna görə təkamülün bizi nə həddən

423
artıq xoşbəxt, nə də həddən artıq bədbəxt olacaq şəkildə formalaşdırması
təəccüblü deyil. Bu bizə xoş hisslərdən qısa müddət həzz almağa imkan
verir, lakin bu heç vaxt uzun sürmür. Gec-tez xoşbəxtlik azalacaq və öz
yerini bəzi xoşagəlməz hisslərə verəcək.
Məsələn, təkamül hamilə qala bilən qadınlarla cinsi əlaqəyə girərək
genlərini növbəti nəslə ötürən kişiləri xoş hisslərlə mükafatlandırır. Əgər
seks xoş hiss və həzlərlə müşayiət olunmasaydı, kişilərin çoxu bununla
məşğul olmazdı. Eyni zamanda təkamül bu xoş hisslərin tez sönməsini də
təmin etmişdir. Orqazm əbədi davam etsəydi, çox xoşbəxt olan erkəklər
yeməklə maraqlanmadıqları üçün aclıqdan ölər və ya başqa dişilər
axtarmaq istəməzdi.
Bəzi alimlər insan biokimyasını həm istidə, həm də soyuqda
temperaturu saxlayan havalandırma sisteminə bənzədir. Müxtəlif
hadisələr temperaturu bir anlıq dəyişə bilər, amma havalandırma sistemi
temperaturu yenə eyni nöqtəyə qaytaracaq. Bəzi kondisionerlər 25
dərəcəyə, digərləri 20 dərəcəyə nizamlanmışdır. İnsanların da "xoşbəxtlik
sistemləri" ayrı-ayrı fərdlərə görə dəyişir. 1-dən 10-a qədər olan şkala
üzrə, bəzi insanlar "şən" biokimyəvi sistemlə doğulur və buna görə də
onların əhvali-ruhiyyəsi 6 və 10 bal arasında dəyişərək, tədricən 8 balda
stabilləşir. Belə bir şəxs insanların bir-birinə getdikcə yadlaşdığı böyük
şəhərdə yaşasa, birjada bütün pullarını itirsə və ya şəkər xəstəliyinə
tutulsa, yenə gümrah və şən olacaq. Bəzi insanlar isə 3-lə 7 arasında
dəyişən və 5-də stabilləşən daha tutqun bir biokimyaya sahibdir. Belə bir
adam sıx və isti münasibətlərə malik bir cəmiyyətdə yaşasa da, lotereyada
milyonlar udsa da və ya olimpiya idmançısı qədər sağlam olsa da, yenə
məyus halda gəzəcək. Bu qaraqabaq tip səhər-səhər 50 milyon dollar
qazansa, günortaya qədər həm xərçəngin, həm də QİÇS-in müalicəsini
tapsa, günortadan sonra israillilərlə fələstinlilər arasında daimi sülhə nail
olsa və axşam çoxdan itirdiyi uşağı ilə yenidən görüşsə də, o heç vaxt 7
baldan yuxarı xoşbəxtlik hiss etməyəcək. Bu insanın beyni, nə baş verirsə-
versin, coşğun şəkildə sevinmək və şənlik etmək üçün yaradılmayıb.
Öz ailənizi və dostlarınızı bir anlığa düşünün. Yəqin ki, onların
arasında həm istənilən pis vəziyyətdə ruh yüksəkliyini itirməyən və
sevinməyi bacaran insanlar, həm də dünyanın bütün naz-

424
nemətinə sahib olsalar da, daim narazı qalan insanlar var. İş yerimizi
dəyişdirsək, evlənsək, yazmaqda olduğumuz kitabı tamamlasaq, təzə
avtomobil alsaq və ya ipoteka kreditini ödəyib qurtarsaq, özümüzü
dünyanın qalibi kimi hiss edəcəyimizi düşünürük; halbuki istədiyimiz
şeyi əldə etdikdə, özümüzü əvvəlkindən daha xoşbəxt hiss etmirik.
Avtomobillər almaq və ya romanlar yazmaq biokimyamızı dəyişmir.
Bu nəticələr yuxanda bəhs etdiyimiz, məsələn, evlilərin subaylardan
daha xoşbəxt olduğunu göstərən psixoloji və sosioloji tədqiqatların
nəticələri ilə necə əlaqələndirilə bilər? Birincisi, bu nəticələr doğrudan
da əlaqəlidir, yəni səbəb-nəticə əlaqəsinin istiqaməti, bəzi tədqiqatçılar
tərəfindən irəli sürülən ehtimalların tam əksi də ola bilər. Evli insanların
subaylardan və ya boşananlardan daha xoşbəxt olduğu doğrudur, lakin
bu nikahın xoşbəxtliyə səbəb olduğunu göstərmir. Bəlkə əksinə, xoşbəxt
insanlar nikah bağlaya bilir. Ya da daha doğrusu, serotonin, dopamin və
oksito- sin nikahın bağlanması və davam etməsinə səbəb olur. Şən
biokimya ilə doğulan insanlar əsasən xoşbəxt və məmnundur, yəni daha
cəlbedicidirvə onların evlənmək ehtimalları da daha yüksək olur. Bu
insanlar nadir hallarda boşanır, çünki daim məyus və qaraqabaq bir həyat
yoldaşındansa, şən və məmnun bir həyat yoldaşı ilə yaşamaq daha
asandır. Deməli, orta hesabla evli insanların subaylardan daha xoşbəxt
olduğu doğrudur. Amma subay və biokimyası ucbatından daim
qaşqabaqlı olan gənc bir qadının evləndikdən sonra xoşbəxt olması
mütləq deyil.
Üstəlik, bioloqların əksəriyyəti fanatik deyil. Yəni, xoşbəxtliyin
əsasən biokimya tərəfindən müəyyən edildiyini irəli sürsələr də, psixoloji
və sosioloji faktorları da yox saymırlar. Əqli "kondisioner sistemimizin"
əvvəlcədən məlum olan sərhədlər daxilində müəyyən bir hərəkət
sərbəstliyi var. Ən aşağı və ən yuxarı sərhədləri aşmaq demək olar ki,
mümkün deyil. Amma evlilik və boşanma bu sərhədlər daxilində təsirli
ola bilər. Orta hesabla, 5 bal xoşbəxtliklə doğulmuş bir insan heç vaxt
küçələrdə rəqs edib mahnı oxumaz, amma yaxşı bir nikah onun
xoşbəxtliyinin zaman-zaman 7 bala yüksəlməsinə və 3 balın
məyusluğundan qaçmasına kömək edə bilər.

425
Əgər xoşbəxtlik məsələsinə bioloji yanaşmanı qəbul etsək, onda
tarixin bu mənada əhəmiyyəti yoxdur, çünki tarixi hadisələrin böyük
hissəsi bizim biokimyamıza heç bir təsir göstərməyib. Tarix se-
rotoninin ifrazına səbəb olan xarici stimulları dəyişdirə bilər, amma
serotoninin yekun səviyyəsini dəyişdirə bilməz, başqa sözlə, insanları
xoşbəxt edə bilməz.
Orta əsrlər fransız kəndlisi ilə müasir parisli bankiri müqayisə edək.
Kəndli istiliyi olmayan və pəyəyə oxşayan palçıq daxmada yaşayırdı;
bankir isə hər axşam Yelisey çöllərinə baxan və ən yeni texnologiyalarla
təchiz edilmiş mənzilinə geri qayıdır. İntuitiv olaraq, bankirin kəndlidən
daha xoşbəxt yaşadığını düşünürük; halbuki bizim xoşbəxtliyimizi
palçıq daxmalar, lüks mənzillər və ya Yelisey çölləri deyil, serotonin
müəyyənləşdirir. Orta əsrlər kəndlisi öz daxmasını tikib qurtardıqda,
onun beyninin neyronlan serotonin ifraz edərək, serotoninin səviyyəsini
X-a çatdırır. 2013-cü ildə gözəl mənzilinin son ödənişini ödəyən
bankirin də beyni serotonin ifraz edərək, onu eyni X səviyyəsinə gətirir.
Beyin üçün lüks mənzilin palçıq daxmadan daha rahat olmasının heç bir
əhəmiyyəti yoxdur; o an beyin üçün mühüm olan serotoninin X
səviyyəsidir. Deməli, bankir ulu babasının ulu babasının ulu babası olan
yoxsul orta əsrlər kəndlisindən daha xoşbəxt olmayacaq.
Bu sadəcə şəxsi həyata deyil, böyük kollektiv hadisələrə də aiddir.
Məsələn, Fransa İnqilabı zamanı inqilabçılar çox iş gördü: kralı edam
etdi, kəndlilərə torpaq verdi, insan hüquqlarını elan etdi və bütün
Avropaya qarşı müharibəyə başladı. Lakin bunların heç biri fransız
biokimyasını dəyişdirmədi. Deməli, inqilabın səbəb olduğu siyasi,
sosial, ideoloji və iqtisadi sarsıntıların fransız xoşbəxtliyinə təsiri çox
kiçikdir. Genetik lotereyada şən biokimya sistemi udanlar inqilabdan
əvvəl də inqilabdan sonra olduğu qədər xoşbəxt idi; bəxtlərinə qəmgin
biokimya sistemi düşənlər isə, inqilabdan əvvəl XVI Lüdovik və
Mariya-Antuanettadan şikayət etdikləri kimi, inqilabdan sonra da
Robespyer və Napoleondan şikayət edirdi.
Əgər vəziyyət belə idisə, onda Fransa İnqilabının nə faydası ol-
muşdu? İnsanlar xoşbəxt olmadılarsa, bütün bu xaosun, qorxunun,
tökülən qanların və müharibənin nə mənası vardı? Bioloqlar heç vaxt
Bastiliyaya hücum etməzdi. İnsanlar siyasi inqilabın və ya so-

426
sial İslahatların onlan xoşbəxt edəcəyini düşünür, amma əslində
biokimya onları hər dəfə aldadır.
Yalnız bir tarixi istiqamətin mənası var. Bu gün, nəhayət, xoş-
bəxtliyin sirrinin biokimya sistemimizdə olduğunu dərk etdiyimiz üçün
vaxtımızı siyasi və sosial islahatlara, qiyam və ideologiyalara sərf
etməkdən əl çəkib, bizi həqiqətən xoşbəxt edən yeganə şeyə diqqətimizi
cəmləmək, yəni biokimyamızı düzəltməklə məşğul ola bilərik. Əgər
beyin kimyamızı anlamaq və müvafiq müalicə üsulları tapmaq üçün
milyardlar xərcləsək, inqilablara ehtiyac qalmadan, insanların
həmişəkindən daha xoşbəxt olmasını təmin edə bilərik. Məsələn,
prozak’ rejimləri dəyişdirmir, amma serotoninin səviyyəsini
yüksəldərək, insanları depressiyadan çıxara bilir.
Bioloji arqumenti məşhur New Age2 şüan daha ideal şəkildə ifadə
edir: "Xoşbəxtlik içimizdə başlayır". Pul, ictimai mövqe, plastik
əməliyyatlar, gözəl evlər, hakimiyyət - bunların heç biri sizə xoşbəxtlik
gətirməz, daimi xoşbəxtlik yalnız serotonin, dopamin və oksitosinin
sayəsində olur.3
Oldos Hakslinin Böyük böhran dövrünün qızğm çağında, 1932-ci ilə
nəşr olunan antiutopiya romanı "Gözəl Yeni Dünya"da xoşbəxtlik ali
dəyər kimi irəli sürülür və siyasi rejimlər polis və seçkilərə deyil,
psixiatrik preparatlara güvənir. Hər kəs hər gün insanı iş qabiliyyətinə
və aktivliyə zərər vurmadan xoşbəxt edən sintetik dərman - "soma"dan
müəyyən dozada qəbul edir. Bütün Yer kürəsini idarə edən Dünya
dövləti müharibələr, inqi- * 1

1
Depressiya əleyhinə dərman
’Yeni Era
1
Xoşbəxtliyin psixologiyası və biokimyası haqqında daha çox məlumat əldə etmək üçün
baxın: Jonathan Haidt, The Happiness Hypothesis: Finding Modern Truth in Ancient Wis-
dom, New York: Basic Books, 2006; R. Wright, The Moral Animal: Evolutionary Psychology
and Everyday Life. New York: Vintage Books, 1994; M.Csikzentinihalyi, “If We Are So
Rich, Why Aren't We Happy?”, American Psychologist, cild: 54, sayı: 10 (1999): səh. 821-
827; F.A.Huppert, N.Baylis və B.Keveme, The Science of Well-Being, Oxford: Oxford
University Press, 2005; Michael Argyle, The Psychology of Happiness. 2-ci nəşr, New York:
Routledge, 2001; Ed Diener, Assessing Well-Being: The Collected Works of Ed Diener, New
York: Springer, 2009; Michael Eid və Randy J.Larsen, The Science of Subjective Well-Being,
New York: Guilford Press, 2008; Richard A.Easterlin, Happiness in Economics,
Cheltenham: Edward Elgar Pub., 2002; Richard Layard, Happiness: Lessons from a New
Science, New York: Penguim, 2005.

427
lablar, nümayişlər və tətillərlə heç vaxt üzləşmir, çünki insanlar öz
vəziyyətlərindən son dərəcə razıdır. Hakslinin gələcəyə dair mənzərəsi
Corc Oruellin "1984"-ündən daha qorxuncdur. Hakslinin təsvir etdiyi
dünya əksər oxucuları təşvişə salır, amma bunun səbəbini izah edə
bilmirlər. Hamı daim xoşbəxt yaşayacaqsa, bunun nəyi pisdir ki?

Həyatın mənası
Hakslinin təşviş doğuran dünyası xoşbəxtliyi zövqlə bərabər tutan
bioloji fərziyyəyə əsaslanır. Xoşbəxt olmaq - həzz verən cismani hisslər
yaşamaqla eyni şeydir. Biokimyamız bu hisslərin təsiri və müddətini
məhdudlaşdırır, buna görə də insanların yüksək səviyyədə xoşbəxtliyi
uzun müddət yaşamasını təmin etmək üçün yeganə yol - onların
biokimya sistemlərini manipulyasiya etməkdir.
Bəzi alimlər xoşbəxtliyin bu cür tərifini qəbul etmir. İqtisadiyyat üzrə
Nobel mükafatı almış Daniel Kahneman özünün məşhur araşdırmasında
insanlardan gündəlik işləri haqqında danışmalarını və hər bir anda nə
qədər zövq aldıqlarını və ya narahat olduqlarını bir-bir təsvir etməyi
xahiş etmişdi. Araşdırma zamanı insanların əksəriyyətinin öz
həyatlarıyla bağlı ziddiyyətli fikirləri olduğu üzə çıxdı. Məsələn, uşağın
tərbiyəsi ilə bağlı çəkilən zəhmətə diqqət yetirək. Kahneman xoş və ağır
dəqiqələri tək-tək sıraladıqda, uşaq tərbiyəsinin xoşagəlməz bir iş olduğu
ortaya çıxdı. Uşaq böyütmək - pampers dəyişdirmək, qab yumaq, uşağın
şıltaqlıqları ilə oynamaq kimi heç kəsin sevmədiyi işlərdən ibarətdir.
Bununla belə, demək olar ki, bütün valideynlər uşaqları xoşbəxtliyin əsas
mənbəyi hesab edir. Doğrudanmı, insanlar nə istədiklərini bilmir? ♦
Bu da bir ehtimaldır. Amma başqa bir ehtimala görə, xoşbəxtlik - xoş
anların sayca çox olması demək deyil. Xoşbəxtlik - əslində bir insanın
öz həyatını mənalı və dəyərli sayıb-saymaması ilə bağlıdır. Xobəxtliyin
mühüm bir koqnitiv1 və etik cəhəti var. Sahib olduğumuz dəyərlər
özümüzü "körpə diktatorun zavallı qulları", yoxsa "yeni bir həyatı
məhəbbətlə böyüdənlər" kimi görmək üçün bö

1
Təfəkkür, dərrakə

428
yük əhəmiyyət daşıyır.1 Nitsşenin də dediyi kimi, yaşamaq üçün
səbəbiniz varsa, hər şeyin öhdəsindən gələ bilərsiniz. Mənalı həyat
çətinliklər içində keçsə də, zövq verə bilər, amma mənasız həyat nə
qədər rahat olsa da, dəhşətlidir.
Bütün mədəniyyətlərdə və dövrlərdə insanlar eyni həzləri və əzabları
hiss etsələr də, bu təcrübələrə verdikləri mənalar tamamilə fərqli olub.
Əgər belədirsə, xoşbəxtliyin tarixi bioloqların zənn etdiyindən daha
mürəkkəbdir. Bu nəticə müasirliyin lehinə deyil. Həyata hər keçən günə
görə qiymət versək, orta əsr insanlarının daha ağır zamanlar keçirdiyini
deyə bilərik; amma onlar o biri dünyadakı əbədi xoşbəxtliyə inanıblarsa,
son aqibətinin tam və mənasız bir unudulma olacağını düşünən müasir
ateist insanla müqayisədə, yəqin ki, öz həyatlarını daha mənalı və dəyərli
sayıblar. Orta əsrlər insanları arasında subyektiv xoşbəxtlik haqqında
sorğu apanlsay- dı və onlara "Həyatınızdan razısınızmı?" sualı
verilsəydi, daha yüksək ballar əldə etmək olardı.
Deməli, orta əsrlərdəki əcdadlarımız ölümdən sonrakı həyatla bağlı
kollektiv illüziyaya qapılaraq təsəlli tapdıqları üçünmü daha xoşbəxt idi?
Bəli. Onların fantaziyasını korlayan yox idisə, niyə də olmasınlar?
Yalnız bunu deyə bilərik ki, sırf elmi nöqteyi-nəzərdən insan həyatının
heç bir mənası yoxdur. İnsanlar müəyyən bir məqsədi olmayan
korkoranə təkamül prosesi nəticəsində ortaya çıxıb. Bizim fəaliyyətimiz
əsla ilahi kosmik planın parçası deyil. Əgər sabah Yer kürəsi partlayaraq
yox olsa, kainat yenə öz varlığına davam edəcək. Subyektiv müşahidəçi
olan insanın kainat üçün bu qədər zəruri olduğunu da iddia edə bilmərik.
Buna görə də, insanların öz həyatlarma verdiyi hər hansı bir məna sadəcə
illüziyadan ibarətdir. Orta əsrlər insanının həyatını mənalandıran o biri
dünyaya dair arzular, müasir humanist, millətçi və kapitalistlərin həyatda
tapdıqları mənalardan daha uydurma deyil. Bəşəriyyətin bilik ehtiyatını
artırdığı üçün həyatmın mənalı olduğunu söyləyən alim, ana vətəni
qorumaq naminə döyüşdüyü üçün həyatının mənalı olduğunu deyən
əsgər və həyatının mənasını yeni bir şirkət qurmaqda görən sahibkar orta
əsrlərdə yaşayan və dini mətnləri oxu

1
Daniel Kahneman, Thinking, Fast and Slow, New York: Farrar, Straus and Giroux, 2011;
Inglehart, “Development, Freedom, and Rising Happiness", səh. 278-281.

429
yub səlib yürüşünə çıxan yaxud yeni kilsə inşa edən əcdadlarından daha
məntiqli deyil. Buna görə də, xoşbəxtlik, bəlkə də, həyatın mənası ilə
bağlı şəxsi illüziyaların kollektiv illüziyalarla üst-üstə düşməsidir. Nə
qədər ki, şəxsi hekayətlərimiz ətrafımızdakı insanların tarixçələrinə
uyğun gəlir, həyatımızın mənalı olduğuna inana bilər və bu inamda
xoşbəxtlik tapa bilərik.
Bu əslində məyusluq doğuran bir nəticədir. Xoşbəxtlik, doğrudanmı,
özümüzü aldatmağa bağlıdır?

Özünü dərk et
Xoşbəxtlik xoş hisslər duymaqdırsa, xoşbəxt olmaq üçün biokimya
sistemimizi yenidən qurmalıyıq. Xoşbəxtlik həyatın mənalı olduğu
hissinə bağlıdırsa, xoşbəxt olmaq üçün özümüzü daha çox aldatmalıyıq.
Bəs, üçüncü yol varmı?
Yuxarıdakı fikirlərin ikisi də eyni fərziyyəyə əsaslanır: xoşbəxtlik
bəzi subyektiv hisslərdən ibarətdir (zövq və ya məna) və onun
səviyyəsini ölçmək üçün insanlardan nə qədər xoşbəxt olduğunu
soruşmaq lazımdır. Bu bizə məntiqli görünür, çünki əsrimizin hakim
ideologiyası fərdin subyektiv hisslərini müqəddəs sayan liberalizmdir.
Liberalizm bu hissləri ən ali hakimiyyət mənbəyi kimi görür. Nəyin
yaxşı, nəyin pis, nəyin gözəl, nəyin çirkin olduğu, nəyi etmək, nəyi
etməmək lazım olduğu bizim hisslərimiz tərəfindən müəyyənləşir.
Liberal siyasət, ən yaxşısını seçicilərin bildiyi və bizə nəyin yaxşı
olduğunu söyləyən "Böyük Qardaş"a ehtiyac olmadığı ideyasma
əsaslanır. Liberal iqtisadiyyat isə müştərinin həmişə haqlı olduğunu irəli
sürür. Liberal sənət deyir: gözəllik - seyrçinin gözləri ilə ölçülür. Liberal
məktəb və universitetlər tələbələrinə müstəqil şəkildə düşünməyi
öyrədir. Reklamlar bizə "Bunu et!" deyir. Döyüş filmləri, səhnə
tamaşaları, pafoslu operalar, romanlar və pop-mah- nılar daim bizi
ürəkləndirir: "Özün ol!", "Özünə yazığın gəlsin!", "Qəlbinin səsini
dinlə!". Bu fikri daha klassik şəkildə Jan-Jak Russo deyib: "Nəyin yaxşı
olduğunu düşünürəmsə, o yaxşıdır, nəyin pis olduğunu düşünürəmsə, o
pisdir".

430
Uşaqlıqdan bəri belə şüarlarla böyüyən insanlar xoşbəxtliyin subyektiv
hiss olduğundan və xoşbəxt olub-olmadığını hər kəsin özünün daha yaxşı
biləcəyindən əmindirlər. Lakin bu yanaşma yalnız liberalizmə xasdır. Tarix
boyunca din və ideologiyaların əksəriyyəti yaxşılıq və gözəllik üçün aydın
və obyektiv meyarlar formalaşdıraraq, sıravi insanın hiss və istəklərinə
şübhə ilə yanaşdılar. Delfdəki Apollon məbədinin girişində zəvvarları bu
yazı qarşılayırdı: "Özünü dərk et!". Bununla nəzərdə tutulurdu ki, adi insan
öz əsl "Mən"ini bilmədiyi üçün əsl xoşbəxtlik də tapmayacaq. Freyd, yəqin
ki, bununla razılaşardı.1
Həmçinin xristian ilahiyyatçılar da; Müqəddəs Pavel və Müqəddəs
Avqustin insanların əksəriyyətinin Tanrıya dua etməkdənsə, sekslə məşğul
olmağa üstünlük verdiyini yaxşı bilirdilər. Amma bundan belə bir nəticə
çıxarmaq olarmı ki, seks xoşbəxtliyin açarıdır?, Pavel və Avqustinin
fikrincə, əsla belə deyil. Bu sadəcə insanların təbiətcə günaha meylli
olduğunu və şeytan tərəfindən asanlıqla yoldan çıxarıldığını göstərir.
Xristianlıq nöqteyi-nəzərdən insanların çoxu narkomanlara bənzəyir.
Təsəvvür edin ki, bir psixoloq narkomanlar arasında xoşbəxtliyin
səviyyəsini araşdırmaq istəyir. Psixoloq anket hazırlayır və bu adamların
hər birinin heroin iynəsi vurduqda xoşbəxt olduqlarını öyrənir. Psixoloq
heroinin xoşbəxtlik mənbəyi olduğuna dair məqalə yazardımı?
Hisslərə etibar etmək lazım deyil fikri yalnız xristianlığa xas deyil.
Hətta Darvin və Dokinz də hisslərin dəyəri məsələsində Müqəddəs Pavel
və Müqəddəs Avqustinlə ümumi dil tapa bilər. Eqoist Gen nəzəriyyəsinə
görə, təbii seçmənin təzyiqi ilə digər canlılar kimi, insanlar da konkret
fərdin zərərinə olsa belə, genlərinin artması üçün yaxşı olanı seçir. Kişilərin
əksəriyyəti sülhdən, xoşbəxtlikdən zövq almaq əvəzinə bütün ömürlərini
ağır, həyəcanlı işlər görərək, rəqabət apararaq, döyüşərək keçirir, çünki
DNT-lər onlardan öz eqoist məqsədləri üçün istifadə edir. Şeytan kimi DNT
də insanları ötəri həzlərin vasitəsi ilə yoldan çıxarır və bunun sayəsində öz
gücünü artınr.

1
Paradoksaldır ki, subyektiv xoşbəxtliyə dair aparılan psixoloji tədqiqatlar insanların öz
xoşbəxtliklərini düzgün müəyyənləşdirə bildiyinə əsaslansa da, psixoterapiyanın əsas
mahiyyəti ondan ibarətdir ki, insanlar doğrudan da özlərini yaxşı tanımırlar və onlan məhv
edən davranışlardan qurtula bilmək üçün bəzən professional yardıma ehtiyac duyurlar.

431
Dinlərin və fəlsəfi cərəyanların çoxu xoşbəxtlik məsələsinə libe-
ralizmdən tamamilə fərqli yanaşır.’ Buddistlərin mövqeyi xüsusilə
maraqlıdır. Buddizm xoşbəxtlik məsələsi ilə başqa dinlərə nisbətən daha
çox maraqlanıb. Buddistlər 2500 ildir xoşbəxtliyin mahiyyətini və
mənbələrini sistematik şəkildə araşdırır; elmi ictimaiyyət arasında buddist
fəlsəfəsinə və meditasiya praktikasına marağın artması bu səbəbdəndir.
Buddizm xoşbəxtliyə dair bioloji yanaşma ilə eyni fikirləri bölüşür:
xoşbəxtlik xarici dünyada baş verən hadisələrlə deyil, bədənin daxilində
gedən proseslərlə bağlıdır. Lakin eyni təsəvvürdən yola başlayan buddizm
tamamilə fərqli nəticələrə gəlib çıxır.
Buddizmə görə, insanların əksəriyyəti xoşbəxtliyi xoş hisslərlə,
əzabları isə xoşagəlməz hisslərlə eyniləşdirir. Nəticədə insanlar nə hiss
etdiklərinə böyük əhəmiyyət verərək, əzablardan qaçıb, daha çox zövq
duymağa çalışır. Ayağımızı qaşımaqdan tutmuş kresloda yellənməyə və ya
dünya müharibələrinə başlamağa qədər həyatımız boyunca etdiyimiz hər
şeyin məqsədi xoş hisslər yaşamaqdır.
Buddizmə görə, burada problem hisslərimizin okean dalğalan kimi
daim dəyişkən ötəri vibrasiyalar olmasıdır. Beş dəqiqə əvvəl özümüzü şən
və əzmkar hiss etdiyimiz halda, birdən-birə pərişan və məqsədsiz hiss edə
bilirik. Buna görə də, əgər xoş hisslər duymaq istəyiriksə, daim onların
dalınca qaçmalıyıq, xoşagəlməz hissləri isə uzaqlaşdırmalıyıq. Hətta buna
nail ola bilsək də, daha əvvəlki səylərimiz üçün heç bir uzunömürlü
mükafat almadan hər şeyi yenidən başlamağa məcbur olacağıq.
Belə müvəqqəti mükafatlar qazanmaq niyə bıi qədər mühümdür?
Əmələ gələn kimi dərhal da yox olan bir şey üçün niyə bu qədər
çalışmalıyıq? Buddizmə görə, iztirabların səbəbi nə ağrı, nə kədər, nə də
mənasızlıq hissidir. İztirabların kökü - bizi daim gərginlik, narahatlıq və
narazılıq içində qalmağa məcbur edən müvəqqəti duyğulara can
atmağımızdır. Bu səbəbdən, şüur hətta həzz duyarkən də məmnun qalmır;
çünki həzzin qısa müddət sonra yox olacağından qorxur və bu hissin daim
qalması və güclənməsi üçün çalışır.

1
D.M.McMahon, The Pursuit of Happiness: A History from the Greeks to the Present (London:
Allen Lane, 2006).

432
İnsanlar bu və ya digər hissi duyarkən deyil, bütün bunların müvəqqəti
olduğunu anladıqda və onların dalınca qaçmaqdan əl çəkdikdə
iztirablardan qurtulur. Buddist meditasiyasmm da məqsədi budur.
Meditasiya zamanı öz bədəninizi və şüurunuzu diqqətlə izləyərək
duyğularınızın fasiləsiz şəkildə gücləndiyini və zəiflədiyini görməli və
bunların dalınca qaçmağın nə qədər mənasız olduğunu dərk etməlisiniz.
Bu duyğuların dalınca qaçmaqdan əl çəkdikdə şüurunuz rahatlıq qazanır,
aydın və məmnun olur. Bütün hisslər (sevinc,-qəzəb, sıxıntı, şəhvət)
əvvəlcə yaranıb güclənir, sonra zəifləyib sönür, amma bəzi hissləri
duymaq istəməkdən əl çəkdikdə onları olduğu kimi qəbul edə bilər və
fantaziyalar qurmaq əvəzinə, həqiqi anları yaşaya bilərik.
Bunun nəticəsində əldə edilən dinclik və rahatlıq o qədər dərindir ki,
hətta həyatları boyunca xoş hisslər dalınça qaçmış insanlar da bunu
təsəvvür edə bilməz. Bu, illərlə dəniz kənarında dayanıb, "yaxşı" dalğalara
qucaq açaraq onların zəifləməsinə mane olmağa çalışan, eyni zamanda
"pis" dalğaların yaxınlaşmaması üçün onları qovmaq istəyən bir adamın
vəziyyətinə bənzəyir. Bu insan günlərlə sahildə dayanıb, özünü bu mənasız
məşğuliyyətlə əldən salır. Nəhayət, qumların üstünə əyləşir və dalğaların
istədikləri kimi gəlib-getməsinə icazə verir. Əsl dinclik budur!
Bu ideya müasir liberal mədəniyyətə o qədər yaddır ki, Qərbin New
Age hərəkatı buddist dünyagörüşləri ilə tanış olduqda, bunları liberal
anlayışlara uyğunlaşdıraraq baş-ayaq çevirdi. New Age kultu tez-tez
bunları irəli sürür: "Xoşbəxtlik xarici şərtlərdən asılı deyil, daxili
hisslərimizlə bağlıdır. İnsanlar zənginlik və status kimi zahiri uğurların
dalınca qaçmaqdan əl çəkməli və öz daxili dünyaları üə rabitə
qurmalıdırlar". Ya da qısa desək: "Xoşbəxtlik içimizdədir". Bu bioloqlann
iddiası ilə eynidir; Buddanın dediklərinə isə tam ziddir.
Budda xoşbəxtliyin xarici şərtlərdən asılı olmadığı məsələsində müasir
biologiya və New Age cərəyanları ilə razılaşardı. Amma onun daha mühüm
və dərin fikri budur: əsl xoşbəxtlik daxili hisslərimizdən də asılı deyil. Öz
hisslərimizə nə qədər çox əhəmiyyət versək, onların dalmca bir o qədər
çox qaçar və əzab çəkərik. Budda sadəcə zahiri uğurların deyil, daxili
hisslərimizin də dalınca qaçmaqdan əl çəkməyi məsləhət görür.

433
Yekun vurmalı olsaq, xoşbəxtlik anketləri bizim xoşbəxtliyimizi
subyektiv hisslərimizlə, xoşbəxtlik dalınca qaçmağı isə müəyyən bir
emosional vəziyyətə can atmaqla eyniləşdirir. Əksinə, buddizm kimi bir
çox fəlsəfi və dini cərəyanlara görə isə, xoşbəxtliyin sirri özün haqqında
həqiqəti bilməkdir, kim və necə olduğunu anlamaqdır. İnsanların
əksəriyyəti səhvən özlərini hissləri, düşüncələri, istədikləri və
istəmədikləri ilə tərif edir. Qəzəb hiss etdikdə: "Mən qəzəbliyəm. Bu
mənim qəzəbimdir", deyə düşünürlər. Bütün ömürləri boyunca, bəzi
hisslərdən uzaqlaşır, digər hisslərin dalınca qaçırlar. Onlar insanla
duyğuların eyni şey olmadığını, bəzi hisslərin dalınca dayanmadan
qaçmağın insanı necə səfil vəziyyətə saldığını dərk etmir.
Əgər bu doğrudan da belədirsə, xoşbəxtliyin tarixi haqqında
təsəvvürümüz tamamilə yanlış ola bilər. Bəlkə də, insanların istəklərinin
həyata keçməsi və xoş hisslər duyması o qədər də mühüm deyil; əsas
məsələ - insanların özləri ilə bağlı həqiqəti bilib- bilməmələridir. Bu gün
insanların bunu qədim ovçu-toplayıcılardan və ya orta əsr kəndlilərindən
daha yaxşı anladığına dair əlimizdə hər hansı bir sübut varmı?
Alimlər xoşbəxtliyin tarixini öyrənməyə sadəcə bir neçə il bundan
əvvəl başlayıb; hələlik ilkin hipotezləri dəqiqləşdirməklə və müvafiq
tədqiqat metodları axtarmaqla məşğuluq. Yenicə başlamış bir
müzakirəni yarıda kəsib qəti nəticələr çıxarmaq üçün hələlik çox tezdir,
bu mərhələdə müxtəlif yanaşmalar haqqında məlumatlı olmaq və
düzgün suallar irəli sürmək lazımdır.
Tarix kitablarının əksəriyyəti əsasən böyük mütəfəkkirlərin
ideyalarına, döyüşçülərin igidliyinə, övliyaların mərhəmətinə və
sənətçilərin yaradıcılığına diqqət yetirir. Sosial quruluşların yaranması
və dağılması, imperiyaların yüksəlişi və süqutu, texnologiyaların kəşfi
və yayılması ətraflı şəkildə təsvir olunur, amma bütün bunların
insanların xoşbəxtliyinə və iztirablarına necə təsir göstərdiyindən bircə
kəlmə də bəhs edilmir. Bu isə tarix anlayışımızda ən böyük boşluqdur.
Onu doldurmağa başlasaq, yaxşı olar.

434
20

Homo Sapiens-in sonu

U KİTABIN BAŞLANĞICINDA TARİX "fizika-kimya-


B biologiya" zəncirinin növbəti mərhələsi kimi təqdim edil-
mişdi. Sapiens bütün canlı varlıqlarla eyni fiziki qüvvələrə, kimyəvi
reaksiyalara və təbii seçmə prosesinə tabedir. Təbii seçmə digər
orqanizmlərə nisbətən Homo sapiens-ə daha böyük meydan vermiş
ola bilər, amma bu meydanın da sərhədləri var. Yəni, nə qədər səy
göstərsə də, nə qədər uğur qazansa da, Sapiens müəyyən edilmiş
bioloji sərhədlərdən kənara çıxa bilmirdi.
21-ci əsrin başlanğıcında artıq belə deyil: Homo sapiens bu sər-
hədləri aşır və təbii seçmə qanunlarını ləğv edərək, onlan ağıllı ide-
yalarla əvəzləyir.
4 milyard il ərzində planetdəki hər bir orqanizm təbii seçmə yolu ilə
təkamül etdi, onların heç biri əvvəlcədən düşünülmüş plan üzrə
yaradılmadı. Məsələn, zürafə uzun boynunu yüksək ağıla sahib bir
varlığa deyil, qədim zürafələr arasındakı rəqabətə borcludur. Daha uzun
boyunlu ilk zürafələr daha çox qida əldə edə bildi və buna görə də, qısa
boyunlu zürafələrə nisbətən daha çox nəsil artırdı. Heç kəs, " Uzun
boyun zürafələrə ağacların başındakı yarpaqlan yeməyə imkan verəcək.
Gəlin onu uzadaq", demədi. Darvin nəzəriyyəsinin gözəlliyi ondan
ibarətdir ki, zürafələrin boynunun nəyə görə uzun olduğunu izah etmək
üçün dahi bir dizaynerin varlığına ehtiyac duyulmur.
Milyardlarla il boyunca ağıllı dizayn ideyası mümkün deyildi, çünki
canlıları dizayn edə biləcək ağıl ortada yox idi. Yaxın zamanlara qədər
planetdə yeganə canlılar olan mikroorqanizmlər möcüzəvi
xüsusiyyətlərə sahibdir. Bir növə mənsub mikroorqa- nizm tamamilə
fərqli növlərin genetik kodlarını öz hüceyrəsinə daxil edə bilir və
bununla da, yeni imkanlar, məsələn, antibiotiklərə qarşı dözümlülük
qazanır. Amma yenə də bildiyimizə görə, mik-

435
roorqanizmlərin şüuru, həyatda məqsədləri və ya gələcəyə dair plan
qurmaq qabiliyyətləri yoxdur.
Müəyyən bir mərhələdə zürafələr, delfinlər, şimpanzelər və Ne-
andertallar kimi orqanizmlər şüura və gələcəyə dair plan qurmaq
qabiliyyətinə sahib oldu. Amma bir Neandertal adıq hiss etdiyi zaman
asanlıqla yaxalaya biləcəyi kök və ləng quşlar arzulasa da, bu arzunu
həyata keçirmək imkanına sahib deyildi. Təbii seçmə yolu ilə təkamül
etmiş bu quşları ovlamağa məcbur idi.
Köhnə quruluşdakı ilk çatlaq təxminən 10 min il əvvəl Aqrar İnqilab
zamanı əmələ gəldi. Kök və ləng hərəkət edən toyuqların arzusunda olan
Sapiens ən kök toyuğu ən ləng xoruzla cütləşdirdikdə, bunların
balalarının bəzilərinin həm kök, həm də ləng olduğunu gördü. Bu balaları
da sonradan bir-birilə cütləşdirdikdə kök və ləng quş nəsli meydana
gəlirdi. Bu, təbiətə məlum olmayan toyuq növü idi və tanrının deyil,
insanın ağıllı planı ilə yaradılmışdı.
Bununla belə, hər şeyə qadir tanrı ilə müqayisədə Homo sapiens- in
dizayn bacarıqları məhdud idi. Sapiens seleksiya yolu ilə toyuqların təbii
seçmə prosesini sürətləndirir və ya yanından keçə bilirdi, amma yabanı
toyuqların genofondunda olmayan tamamilə yeni xüsusiyyətlər ortaya
çıxara bilmirdi. Yeri gəlmişkən, Homo sapiens- lə toyuqlar arasındakı
münasibətlər əsasən təbii yolla meydana gələn simbioz münasibətlərlə
bənzərdir. Sapienslərin toyuqlar üzərindəki spesifik təsiri kök və ləng
toyuqların artmasına səbəb oldu; buna bənzər şəkildə, arılar da çiçəkləri
tozlandıraraq, daha parlaq rəngli və daha xoş ətirli çiçəklərin çoxalmasını
təmin edir.
Bu gün isə, 4 milyard il hökm sürdükdən sonra təbii seçmə prosesinə
tamamilə fərqli şəkildə meydan oxunur. Alimlər dünyanın hər tərəfində
yerləşən laboratoriyalarda təbii seçmə qanunlarını kobudcasına pozaraq
və orqanizmin orijinal xüsusiyyətlərinə əhəmiyyət verməyərək canlı
məxluqlar yaradır. Braziliyalı bio- rəssam Eduardo Кас 2000-ci ildə yeni
bir sənət əsəri: fosforlu yaşıl dovşan yaratmağa qərar verdi. Bu məqsəd
üçün bir fransız laboratoriyası ilə əlaqə saxlayıb, onun sifarişi ilə
yaradılacaq fosforlu dovşana görə qonorar təklif etdi. Fransız alimlər adi
bir ağ dovşan rüşeyminin DNT-sinə fosforlu yaşıl meduzanm genlərini
implan- tasiya etdilər, iş bitdi! Müsyö Kaçın fosforlu yaşıl dovşanı hazır
idi. Kac dovşanı Alba adlandırdı.

436
Albanın varlığını təbii seçmə qanunları ilə izah etmək mümkün deyil.
O ağıllı dizaynın məhsuludur və gələcəkdə baş verə bilənlərin
xəbərçisidir. Əgər Albanın sübut etdiyi potensial tam həcmdə həyata
keçirlərsə və bu müddət ərzində bəşəriyyət özü- özünü yox etməzsə, Elmi
İnqilab adi bir tarixi inqilabdan daha çox əhəmyyətli ola bilər. Bəlkə də
bu, Yer kürəsində həyatın meydana gəldiyi andan bəri ən mühüm bioloji
inqilab olacaq. Dörd milyard illik təbii seçmədən sonra Alba - həyatın
ağıllı plana görə dizayn ediləcəyi yeni bir kosmik eranın xəbərçisidir.
Əgər bu baş verərsə, o ana qədər bütün bəşər tarixi, keçmişə nəzərən,
"həyat" adlı oyunda inqilab yaradan bir təcrübə və təlim prosesi kimi
görünə bilər. Bu prosesə minlərlə illik bəşəriyyət nöqteyi-nəzərindən
deyil, milyardlarla illik kosmik perspektivdən baxılmalıdır.
Dünyanın hər tərəfində bioloqlar məktəblərdə Darvinin təkamül
nəzəriyyəsinin öyrədilməsinə qarşı çıxan və bioloji mürəkkəbliyin bütün
bioloji detalları əvvəlcədən düşünmüş bir "yaradan"ın varlığını sübut
etdiyini irəli sürən ağıllı dizayn hərəkatının tərəfdarlarıyla mübarizə
aparır. Bioloqlar keçmişlə bağlı haqlıdır. Amma ağıllı dizayn tərəfdarları
da gələcəkdə haqlı çıxa bilər.
İndi, bu sətirləri yazdığım zaman, təbii seçmənin ağıllı dizaynla
əvəzlənməsi üç yolla ola bilər: bioloji mühəndislik, kiborq mühəndisliyi
(kiborqlar - üzvi və qeyri-üzvi komponentlərdən ibarət canlı varlıqlardır)
və ya qeyri-üzvi həyatın yaradılması.

Siçanlar və insanlar
Bioloji mühəndislik - əvvəlcədən hazırlanmış bir layihəni həyata
keçirmək üçün (məsələn, Eduardo Kaçın estetik arzusu kimi) hər hansı
bir orqanizmin xarici görkəmini, bacarıqlarını, ehtiyac və istəklərini
dəyişdirmək məqsədi ilə bioloji səviyyədə (məsələn, genlərin
implantasiyası) düşünülmüş müdaxilədir.
Bioloji mühəndislikdə yeni bir şey yoxdur; insanlar min illərdir
özlərini və digər orqanizmləri dəyişdirmək üçün bundan istifadə edir. Ən
bəsit nümunələrdən biri axtalamaqdır. Axtalanmış öküzlər daha itaətkar
olduğu və kotan sürməyi daha asanlıqla öyrəndiyi üçün insanlar, bəlkə də
10 min ildir, buğaları axtalayır. Bundan

437
Şəkil 47. Alimlərin inək qığırdağından istifadə edərək, belində "qulaq"
yetişdirdikləri bir siçan. Stadel mağarasındaki şir-adam heykəlinin qorxunc əks-
sədası. 30 min il əvvəl insanlar müxtəlif canlıları birləşdirmək haqqında xəyallar
qururdularsa, artıq bu gün belə əjdahalar yarada bilirlər.

əlavə, insanlar öz gənc kişilərini də ecazkar səsə sahib soprano və ya


sultanın hərəmxanasına nəzarət edən etibarlı hərəmağası ola bilsinlər
deyə, xədim etdilər.
Lakin orqanizmin necə işlədiyinə dair son kəşflər, hüceyrə və hətta
nüvə səviyyəsinə qədər irəli gedərək, əvvəllər xəyala gəlməyən
imkanların qarşısını açdı. Məsələn, bu gün bir kişini sadəcə xədim
etməklə kifayətlənmirik, eyni zamanda cərrahi əməliyyatlar və hormonal
preparatlar vasitəsi ilə onun cinsiyyətini də dəyişdirə bilirik. Lakin bu da
bacarıqlarımızın hamısı deyil. 1996-cı ildə qəzetlərdə və televiziyalarda
göstərilən aşağıdakı fotoşəklin insanlarda yaratdığı təəccüb, ikrah və
dəhşət hissini təsəvvür edin.
Yox, bu fotoşop deyil. Bu, alimlərin inək qığırdağı hüceyrələri ilə
belində qulaq yetişdirdikləri bir siçanın həqiqi fotoşəklidir. Alimlər yeni
toxumanın böyüməsinə nəzarət edə bildi və qığırdağa insan qulağına
bənzər bir forma verdi. Bu proses, bəlkə də, alimlərə qısa müddətdən
sonra insanlara da süni qulaqlar nəql etməyə imkan verəcək.1
Gen mühəndisliyi daha böyük möcüzələr yarada bilər; buna görə də,
bu sahə bir sıra etik, siyasi və ideoloji mübahisələrə səbəb olur. Həm
insanın Tannnın rolunu qəsb etdiyini deyən dindar monoteistler, həm
1
Keith T.Paigc, “De Novo Cartilage Generation Usion Calcium Alginatc-Chondrocyte
Constructs”, Plastic and Reconstructive Surgery, cild: 97, sayı: 1 (1996), səh. 168-178.

438
də alimlərin təbiətin işinə qarışdığını söyləyən ateistlər buna etiraz edir.
Heyvan hüquqlarını müdafiə edənlər laboratoriya heyvanlarının gen
mühəndisliyi təcrübələrində işgəncə gördüyünə və kənd təsərrüfatı
heyvanlarının tələbatlarına əhəmiyyət verilmədən yetişdirildiyinə qarşı
hiddətlənir, insan hüquqları müdafiəçiləri gen mühəndisliyindən insanlan
köləyə çevirə bilən super-insanlar yaradılması üçün istifadə
olunacağından qorxur. Bəzi din xadimləri qorxmaz əsgərlər və itaətkar
işçilər klonlayaraq’ bəşəriyyəti əsarətdə saxlamaq istəyən biodiktatu-
ralarla bağlı qiyamət səhnələri təsvir edir. Ümumi qənaətə görə, qar-
şımızda sürətlə çox sayda imkanlar açılır, amma genləri dəyişdirə bilmək
bacanğımız bu vəziyyətdən ağılla və uzaqgörənliklə istifadə etmək
qabiliyyətimizi üstələyir.
Nəticədə, gen mühəndisliyi potensialının hələlik kiçik bir hissəsindən
istifadə edirik. Təcrübələr əsasən siyasi lobbiləri olmayan canlılar
üzərində aparılır: bitkilər, göbələklər, bakteriyalar və həşəratlar. Məsələn,
insanın bağırsaqlarında simbioz halında yaşayan (və oradan çıxıb
ölümcül infeksiyalara səbəb olduqda xəbər başlıqlarının mövzusu olan)
E.Coli bakteriyaları bioyanacaq istehsalı üçün genetik dəyişikliyə məruz
qaldı.1 2 E.Coli və bir neçə göbələk növünün genləri dəyişdirilərək insulin
istehsalında istifadə olundu və bu da şəkər xəstəliyinin müalicəsini
ucuzlaşdırdı.3 Arktika balığından alınmış genlər kartofa köçürüldü və
bunun nəticəsində kartof şaxtaya davamlılıq qazandı.4
Bəzi məməlilər də gen mühəndisliyinə məruz qaldı. Hər il süd
sənayesi mastit deyilən və sağmal inəklərin əmcəklərini zədələyən bir
xəstəlik üzündən milyardlarla dollar itirir. Alimlər hal-hazırda genləri
dəyişdirilmiş inəklər üzərində təcrübələr aparır, belə ki, bu inəklərin
südündə mastit xəstəliyinə səbəb olan bakteriyaları məhv

1
Bir orqanizmin surətinin yaradılması
2
David Biello, “Bacteria Transformed into Biofuels Refineries”, Scientific American. 27 yanvar
2010, http://www.scientificamcrican.com/articlc.cfm?id=bactcria-transformcd-in- to-biofuel-
rcfincrics (sayta 10 dekabr 2010-cu ildə baxılıb).
* Gary Walsh, “Therapeutic Insulins and Their Large-Scale Manufacture”, Applied Micro-
biology and Biotechnology, cild: 67, sayı: 2 (2005), səh. 151-159.
4
James G. Wallis, “Expression of a Synthetic Antifreeze Protein in Potato Reduces
Electrolyte Release at Freezing Temperatures", Plant Molecular Biology, cild: 35, sayı:
3(1997), soh.323-330.
439
edən biokimyəvi maddə - lizostafin var? Vetçina1 2 və bekonun3 tərkibində
olan zərərli yağlar üzündən azalan satışa görə narahatlıq keçirən
donuzçuluq təsərrüfatı öz ümidlərini soxulcandan əldə edilmiş gen
materialı yeridilən və hələ təcrübə mərhələsində olan donuzlara bağlayır.
Bu yeni genlər donuzlardakı zərərli omeqa-6 yağ turşularını faydalı
omeqa-3 turşusuna çevirir.4
Növbəti nəsilə gen mühəndisliyi üçün faydalı yağlarla zəngin donuz
əti istehsal etmək uşaq oyuncağı olacaq. Genetika alimləri nəinki
soxulcanların ömrünü altı dəfə uzada bildi, həmçinin yaxşı yaddaşa sahib
və asanlıqla öyrədilən ağıllı siçanlar da yetişdirdi.5 Tarla siçanları -
siçovullara bənzəyən kiçik və zirək gəmiricilərdir və bunların əksər
növləri təsadüfi cinsi əlaqə qurur. Lakin bunların arasında elə bir növ var
ki, həm erkəyi, həm də dişisi uzun müddətli monoqam əlaqələr qurur.
Genetika alimləri monoqamhğa səbəb olan genləri ayırd etdiklərini
bildirir. Bir gen tarla siçanını don-juanlıqdan əl çəkib, sadiq və aşiq bir ər
olmağa məcbur edə bilirsə, gəmiriçilərin, - və insanlann, - sadəcə fərdi
xüsusiyyətlərini deyil, sosial quruluşlarını da dəyişdirməyə yaxın
olduğumuzu deyə bilmərikmi?6

Neandertallann qayıdışı
Genetika alimləri sadəcə yaşayan növləri dəyişdirməyə çalışmır, eyni
zamanda çoxdan nəsli kəsilmiş növləri də yenidən həyata qaytarmaq
istəyir və bu "Yur dövrü parkı" filmindəki kimi yalnız di- nozavrlara aid
deyil. Rus, yapon və koreyah tədqiqatçılardan ibarət

1
Robert J.Wall, “Genetically Enhanced Cows Resist Intramammary Staphylococcus Aureus
Infection’’, Nature Biotechnology, cild: 23, sayı: 4(2005), sah.445-451.
2
Duzlanmış və hisə verilmiş donuz əti
’ Duzlanmış donuz əti
4
Liangxue Lai, “Generation of Cloned Transgenic Pigs Rich in Omega-3 Fatty Acids”, Nature
Biotechnology, cild: 24, sayı: 4 (2006), səh: 435:436.
5
Ya-Ping Tang, “Genetic Enhancement of Learning and Memory in Mice”, Nature, sayı: 401
(1999), səh. 63-69.
4
Zoe R.Donaldson və Larry J. Young, “Oxytocin, Vasopressin, and the Neurogenetics of So-
ciality”, Science, cild: 322, sayı: 5903 (2008), səh. 900-904; Zoe R.Donaldson, “Production of
Germline Transgenic Prairie Voles (Microtus Ochrogaster) Using Lentiviral Vectors”, Biology
of Reproduction, cild: 81, sayı: 6 (2009), səh. 1189-1195.

440
bir heyət bu yaxınlarda Sibir buzlaqlarında donmuş halda tapılan qədim
mamontlann genom xəritəsini hazırladı. İndi isə müasir filin yumurta
hüceyrəsini alıb, onun DNT-sini bərpa edilmiş mamont DNT-si ilə
dəyişdirərək, yumurtanı yenidən bir filin bətninə qoymağı planlaşdırırlar.
Təxminən 22 aydan sonra 5 min il ərzində ilk mamont doğulacaq. 1
Nə üçünmamontlarla kifayətlənək? Harvard Universitetinin professoru
Corc Çerç bu yaxınlarda "Neandertal genomu" layihəsini həyata
keçirməklə birlikdə, bərpa edilmiş Neandertal DNT-sini Sapiensin
yumurta hüceyrələrinə yerləşdirərək, 30 min ildən sonra ilk dəfə bir
Neandertah dünyaya gətirə biləcəyimizi irəli sürdü. Çerç bu məsələni 30
milyon dollar müqabilində həll edə biləcəyini söylədi. Bir neçə qadın artıq
indidən könüllü şəkildə surroqat-ana (daşıyıcı ana) olmağa hazır olduğunu
bildirib.2
Neandertallar bizə nə üçün lazımdır? Bəziləri canlı Neander- talları
tədqiq edə bilsək, Homo sapiens-in unikal xüsusiyyətləri və mənşəyi ilə
bağlı bəzi çətin suallara cavab verə biləcəyimizi iddia edir. Neandertalın
beyni ilə Homo sapiens-in beynini müqayisə edə və fərqləri üzə çıxara
bilsək, şüurumuzun meydana gəlməsinə səbəb olan bioloji dəyişikliklərin
nə olduğunu aşkar edə bilərik. Bu məsələnin etik səbəbləri də var: əgər
Homo sapiens Neandertalların yox olmasına məsuliyyət daşıyırsa, onları
geri qaytarmağın mənəvi borc olduğunu düşünənlər də var. Bundan əlavə,
Neandertallar bizə fayda gətirə bilər. Bir çox sahibkar iki Sapiensin işini
görə bilən bir Neandertala maaş verməyi üstün tutardı.
Amma Neandertallarla nə üçün kifayətlənək? Nə üçün Tanrının çertyoj
lövhəsinin qarşısına keçib, daha mükəmməl bir Sapiensin layihəsini
çəkməyək? Homo sapiens-in bacarıqlarının, ehtiyaclarının və istəklərinin
genetik təməli var, üstəlik Sapiensin genomu siça-

1
Terri Pous, “Siberian Discovery Could Bring Scientists Closer to Cloning Woolly Mammoth",
Time, 17 sentyabr 2012 (19 fevral 2013-cü ildə baxıldı); Pasqualino Loi, "Biological time
machines: a realistic approach for cloning an extinct mammal”, Endangered Species Research,
cild: 14 (2001), səh. 227-233; Leon Huynen, Craig D.Millar və David M.Lambert, “Resurrecting
ancient animal genomes: The extinct moa and more", Biases- says, cild: 34 (2012), səh. 661-
669.
2
Nicholas Wade, “Scientists in Germany Draft Neandertal Genome”, New York Times, 12 fevral
2009, http://www.nytimes.com/2009/02/13/science/13neanderthal.html7_ r=2&ref=science
(saytaJO dekabr 2010-cu ildə baxıldı); Zack Zorich, "Should We Clone Neanderthals?”,
Archaeology, cild: 63, sayı: 2 (2009), http://www.archaeology.org/1003/ etc/neanderthals.html
(sayta 10 dekabr 2010-cu ildə baxıldı).

441
nm genomundan daha mürəkkəb deyil (siçan genomu təxminən 2,5
milyard nukleotid, Sapiensin genomu isə 2,9 milyard nukleotiddən
ibarətdir, yəni sadəcə 14% çoxdur).1 Yaxın perspektivdə, - bəlkə də on
illər içində, - gen mühəndisliyi və bioloji mühəndisliyin digər formaları
sadəcə fiziologiyamız, immun sistemimiz və orta ömür müddətimizdə
deyil, intellektual və emosional potensialımızda da ciddi dəyişikliklər
etməyimizə imkan verəcək. Əgər gen mühəndisliyi dahi siçanlar yarada
bilirsə, nə üçün dahi insanlar yaratmasın? Monoqam siçanlar yarada
bilirsə, niyə partnyorlanna sadiq olan insanlar yaratmasın?
Homo sapiens-i əhəmiyyətsiz bir meymundan dünyanın ağasına
çevirən Təfəkkür İnqilabı, görünür, beynin daxili quruluşunda cüzi
dəyişikliklər istisna olmaqla, Sapiensin fiziologiyası və ya beyninin
ölçüsü və formasında əhəmiyyətli dəyişiklik yaratmadı. Bəlkə, daha bir
neçə cüzi dəyişiklik də İkinci Təfəkkür İnqilabına səbəb olacaq və
bununla, yeni növ şüur yaradaraq, Homo sapiens-i tamamilə fərqli bir
şeyə çevirəcək.
Doğrudur, hələlik buna nail ola bilmirik, amma super-insan- lar
yaratmağımıza mane olan keçilməz texnoloji səddlər yoxdur. Əsas
maneələr insanlar üzərindəki təcrübələri ləngidən etik və siyasi
etirazlardır. Bu etik arqumentlər nə qədər inandırıcı olsa da, tədqiqatların
növbəti mərhələsini nə qədər ləngidə biləcəyini demək çətindir; xüsusilə
də, ortada insan ömrünü qeyri-müəyyən müddətə uzatmaq, sağalmaz
xəstəlikləri müalicə etmək, təfəkkür və emosional qabiliyyətinizi inkişaf
etdirmək məsələsi varsa.
Məsələn, alzheimer xəstəliyinin müalicəsi üçün dərman yaradılsa və
bu dərmanın əks təsiri sağlam insanların yaddaşının əhəmiyyətli
dərəcədə yaxşılaşmasına səbəb olsa, nə baş verər? Belə bir tədqiqatı kim
dayandıra bilər? Və bu dərman hazırlandıqdan sonra hansı güc strukturu
onun sadəcə xəstələrə verilməsinə nəzarət edəcək və sağlam insanların
super yaddaşa sahib olmaq üçün ondan istifadə etməsinin qarşısını ala
biləcək?
Bioloji mühəndisliyin Neandertalları həyata qaytara bilib-
bilməyəcəyini demək çətindir, amma Homo Sapiens-i yox edəcəyini
qətiyyətlə söyləmək olar. Genlərimizlə oynamaq, bəlkə də, bizi
öldürməz, amma Homo sapiens-i o dərəcədə dəyişdirə bilərik ki,
nəticədə daha Homo sapiens olmarıq.

1
Robert H.Waterson, “Initial Sequencing and Comparative Analysis of the Mouse Genome”,
Nature, cild: 420, sayı: 6915 (2002), səh.520

442
Bionik həyat
Həyatın qanunlarını dəyişdirə bilən başqa bir yeni texnologiya da var:
kiborq mühəndisliyi. Kiborqlar üzvi və qeyri-üzvi hissələrdən (məsələn,
bionik əlləri olan insanlar) ibarətdir. Müəyyən mənada bu gün hamımız
bionik canlılarıq, çünki təbii duyğularımız və funksiyalarımız eynəklər,
kardiostimulyatorlar, ortopedik vasitələr və hətta kompüterlər və mobil
telefonlar (bunlar beynimizi bəzi məlumatları saxlamaq və onları emal
etmək yükündən xilas edir) tərəfindən təkmilləşdirilir. Tezliklə əsl
kiborqlara çevriləcəyik-qeyri-üzvi elementlər vücudumuzun ayrılmaz
hissəsinə çevriləcək, bacarıqlarımız, arzularımız, şəxsiyyətimiz və
fərdiliyimiz dəyişiləcək.
ABŞ-da hərbi tədqiqat agentliyi olan The Defense Advanced Research
Projects Agency (DARPA) - Mütərəqqi Müdafiə Tədqiqat- Layihələri
Agentliyi həşəratları kiborqlara çevirir. Burada məqsəd bir milçəyin
yaxud tarakanın bədəninə elektron çiplər, detektor- lar və prosessorlar
yerləşdirərək, insanın yaxud avtomat operatorun həşəratın hərəkətinə
uzaqdan nəzarət edə bilməsinə və ondan informasiya ala bilməsinə nail
olmaqdır. Belə, bir milçək düşmən qərargahının divarına qonub ən məxfi
söhbətləri dinləyə bilər və əgər bir hörümçək tərəfindən yaxalanmazsa,
bizə düşmənin dəqiq nə planlaşdırdığını xəbər verə bilər. 1 2006-cı ildə
ABŞ-m Hərbi Dəniz Qüvvələri Sualtı Müharibələr Mərkəzi (NUWS)
kiborq-aku- lalar yaratmaq niyyətində olduğunu elan etdi: "NUWS
neyroimp- lantlann köməyi ilə heyvanların davranışlarına nəzarət etmək
üçün balıq üzgəci hazırlayır". Mütəxəssislər sualtı qayıqlar və minaların
yaratdığı elektromaqnit sahələrini akulalardan istifadə etməklə

1
“Hybrid Insect Micro Electromechanical Systems (HI-MEMS)”, Microsystems Technology
Office, DARPA, http://www.darpa.mil/Our_Work/MTO/Programs/Hybrid_lnscct_Mi-
cro_Electromechanical_Systems_percent28HI-MEMSpercent29.aspx (sayta 22 mart 2012-ci
ildə baxıldı). Bundan əlavə baxın, Sally Adee, “Nuclear-Powered Transponder for Cyborg In-
sect”, IEEE Spectrum. Dekabr 2009, http://spectrum.ieee.org/semiconductors/devices/ nuclc-
arpowered-transponder-for-cyborg-
insect?utm_source=feedbumer&utm_medium=feed&utm_
campaign=Feedpercent3A+lcceSpectrum+percent28IEEE+Spcctrumpcrccnt29&utm_
content=Google+Reader (sayta 10 dekabr 2010-cu ildə baxıldı); Jessica Marshall, “The Fly
Who Bugged Me”, New Scientist, cild: 197, sayı: 2646 (2008), səh.40-43; Emily Singer, “Send
In the Rescue Rats”, New Scientist, cild: 183, sayı: 2466 (2004), səh.21-22; Susan Brown,
“Stealth Sharks to Patrol the High Seas”, New Scientist, cild: 189, sayı: 2541 (2006), səh. 30-
31. 443
daha dəqiq müəyyənləşdirə biləcəklərini düşünür, çünki akulalann maqnit
dalğalarım hiss etmək qabiliyyəti insanların icad etdiyi bütün
detektorlardan daha həssasdır.1
Sapiens də kiborqlara çevrilir. Yeni nəsil eşitmə cihazlarım bəzən
"bionik qulaqlar" adlandırır. Bu cihaz qulağın xarici hissəsində yerləşən
mikrofon vasitəsilə səsləri qəbul edən implantdan ibarətdir. Implant
səsləri filtrdən keçirərək insan səslərini ayırır və bunları elektrik
siqnallarına çevirərək, mərkəzi eşitmə sinirinə və oradan da beyinə
göndərir.2
Dövlət tərəfindən maliyyələşdirilən alman şirkəti Retina Implant
korlara qismən görmə qabiliyyəti verə biləcək süni (protez) tor qişası
üzərində işləyir. Xəstənin gözünə kiçik mikroçip yerləşdirmək nəzərdə
tutulur. Çipdəki fotoelementlər gözə düşən işığı udaraq onu elektrik
siqnallarına çevirir. Bu siqnallar isə tor qişasındakı sağlam sinir
hüceyrələrini stimullaşdırır. Hüceyrələrin sinir impulslan beyinə ötürülür
və burada "təsvirə" çevrilir. Hal-hazırda bu texnologiya xəstələrə hərəkət
zamanı ətraf şəraiti müəyyənləşdirməyə, hərfləri ayırd etməyə və hətta
insanların üzlərini tanımağa imkan verir.3
Amerikalı elektrik Cess Sallivan 2001-ci ildə qəza nəticəsində
çiyinlərindən aşağı hər iki qolunu itirdi. Bu gün Çikaqo Reabilitasiya
İnstitutunun hazırladığı iki bionik qoldan istifadə edir. Cessin yeni əlləri
sadəcə düşüncənin gücü ilə hərəkət edir. Cessin beynindən gələn
neyrosiqnallar mikrokompüterlər vasitəsi ilə elektrik əmrlərə çevrilir və
qollar hərəkət edir. Cess qolunu qaldırmaq istədikdə, istənilən normal
insanın bilaixtiyar etdiyi hərəkəti edir və qol havaya qalxır. Bu qollar üzvi
qollara nisbətən daha məhdud hərəkət imkanına sahibdir, amma Cessin
adi gündəlik işləri yerinə yetirməsinə imkan verir. Buna bənzər bir bionik
qol motosikl qəzasında qolunu itirən amerikalı əsgər Klaudiya Mitçell
üçün də hazırlandı. Alimlər qısa müddət ərzində sadəcə istədiyimiz zaman
hərəkət edə bilən deyil, həmçinin beyinə əks siqnallar yollayaraq,

1
Bill Christensen, “Military Plans Cyborg Sharks”, Live Science, 7 mart 2006, http://www.li-
vcscicncc.com/technology/060307_shark_implant.html (sayta 10 dekabr 2010-cu ildə baxıldı).
2
“Cochlear Implants”, National Institute on Deafness and Other Communication Disorders,
http://www.nidcd.nih. gov/health/hcaring/pages/coch.aspx (sayta 22 mart 2012c- ildə baxıldı).
1
Retina Implant, http://www.rctina-implant.de/en/doctors/technology/default.aspx.

444
Şəkil 48. Cess Sallivan və Klaudiya Mitçell əl-ələ tutublar.
Bionik qolların ən mühüm xüsusiyyəti düşüncə ilə hərəkət etmələridir.

qolunu itirən insanlara toxunma hissini də verə bilən bionik qollarımız


olacağını söyləyir!’
Hal-hazırda bu bionik qollar üzvi qollarımızı çox da yaxşı əvəz etmir,
amma onların qeyri-məhdud inkişaf potensialı var. Məsələn, bionik
qolları üzvi qollardan daha güclü etmək olar. Üstəlik, bionik qolları bir
neçə ildən bir dəyişdirmək və ya bədəndən ayıraraq müəyyən məsafədən
idarə etmək mümkündür.
Şimali Karolinadakı Dyuk Universitetinin alimləri bunu beyinlərinə
elektrodlar yerləşdirilmiş makaka meymunlarında nümayiş etdirdi.
Elektrodlar beyindəki siqnalları toplayaraq, onlan cihazlara ötürür.
Meymunlara bədənlərinə əlavə edilmiş bionik qolları və ayaqları düşüncə
gücü ilə hərəkət etdirməyi öyrətdilər. Avrora adlı bir meymun eyni
zamanda həm öz üzvi qollarını, həm də bədəninə əlavə edilmiş bionik
qolu düşüncə gücü ilə hərəkət etdirməyi bacardı. Bəzi hind tanrıçaları
kimi Avroranın da üç qolu vardı və üstəlik bu üçüncü qolu uzaqdan idarə
etmək mümkün olduğu üçün onu ayrı otaqda (və hətta şəhərdə) saxlamaq
olardı. Avrora Şimali Ka-

1
David Brown, “For 1“ Woman With Bionic Arm, a New Life Is Within Reach", The
Washington Post. 14 sentyabr, 2006, http://www.washingtonpost.com/wp-dyn/contcnt/ar-
ticle/2006/09/13/AR200609130227 l.html?nav= E8 (sayta 10 dekabr 2010-cu ildə baxıldı).

445
rolinadakı laboratoriyada oturub, bir əli ilə başını, o biri əli ilə belini
qaşıya bilər, eyni anda üçüncü əli Nyu-Yorkda banan oğurlaya bilərdi
(amma əldə edilmiş meyvəni uzaq məsafədən yeyə bilmək xəyal olaraq
qalır). Başqa bir makaka meymunu İdoya 2008-d ilə dünya şöhrəti
qazandı; o, Şimali Karolinada oturduğu stuldan durmadan Yaponiyanın
Kioto şəhərindəki bir cüt bionik ayağını idarə etməyi bacardı. Bu ayaqlar
Idoyanın özündən 20 dəfə ağır idi.1
Qapanma sindromu (psevdokoma) - insanın öz bədəninin hər hansı
bir hissəsini hərəkət etdirmək qabiliyyətini əhəmiyyətli dərəcədə yaxud
tamamilə itirməsi, amma bu zaman təfəkkür qabiliyyətinin olduğu kimi
qalmasıdır. Bu sindromdan əziyyət çəkən xəstələr yalnız göz hərəkətləri
ilə ünsiyyət qura bilirdi. Amma indi bəzi xəstələrin beyninə siqnal
toplayan kiçik elektrodlar yerləşdirərək, bu siqnalları sadəcə hərəkətə
deyil, həm də sözlərə çevirə bilmək istəyir. Əgər təcrübə uğurlu alınsa,
bu sindromdan əziyyət çəkən xəstələr, nəhayət, ətraf dünya ilə danışa
biləcək və biz də başqa insanların fikrini oxumaq üçün bu texnologiyadan
istifadə edə biləcəyik.2
Lakin hazırlanmaqda olan bütün layihələrin içində ən əhəmiyyətlisi
bir kompüterin həm insan beyninin elektrik siqnallarını oxumasına imkan
verən, həm də eyni anda beyinə oxuya biləcəyi siqnalları ötürən ikitərəfli
"beyin-kompüter" interfeysi yaratmaq cəhdidir. Belə interfeyslərin
köməyi ilə beyni birbaşa internetə qoşmaq və ya bir neçə beyin arasında
rabitə qurub bir növ "beyin interneti" yaratmaq mümkün olarsa, nə baş
verər? Beynin kollektiv bir yaddaş bankına birbaşa girişi mümkün olarsa,
insan hafizəsi, şüuru və şəxsiyyəti necə olar? Belə bir vəziyyətdə,
məsələn, bir kiborq digərinin xatirələrinə yol tapa bilər; bu xatirələri
təsəvvür etmək və ya tərcümeyi-halda oxumaqdan deyil, onlan sanki öz
xatirələri kimi xatırlamaqdan söhbət gedir. Şüurlar kollektiv halda
olduqda, "Mən" və "cinsiyyət" kimi anlayışlar necə olacaq? Arzular sizin
beyninizdə deyil, kollektiv arzular anbarında saxlanılırsa, özünüzü necə
dərk edə bilər və ya öz arzularınıza necə can ata bilərsiniz?
Belə bir kiborq artıq insan deyil, hətta orqanik də deyil, tamamilə
fərqli bir şeydir. Bu varlıq o qədər fərqli olacaq ki, bunun fəlsəfi,
psixoloji və ya siyasi nəticələrini indi anlaya bilmərik.

1
Miguel Nicolelis, Beyond Boundaries: the new Neuroscience of Connecting Brains and
Machines - and How It Will Change Our Lives. New York: Times Books, 2001.
2
Chris Bcrdik, “Turning Thought into Words”, BU Today, 15 oktyabr 2008, http://www.
bu.cdu/today/2008/ tuming-thoughts-into-words/ (sayta 22 mart 2012-ci ildə baxıldı).

446
Başqa bir həyat
Həyatın qanunlarını dəyişdirməyin üçüncü yolu isə tamamilə qeyri-
üzvi varlıqlar yaratmaqdır. Buna ən parlaq misal - müstəqil təkmilləşən
kompüter proqramları və viruslarıdır.
Genetik proqramlaşdırma - bu gün kompüter dünyasında ən maraqlı
sahələrdən biridir və genetik təkamülün metodlarını təqlid etməyə
çalışır. Proqramçıların çoxu öz yaradıcısından asılı olmayaraq öyrənə və
təkmilləşə bilən bir proqram yazmaq arzusundadır. Bu halda, proqramçı
primum mobile, yəni ilk hərəkətverici qüvvə kimi çıxış edəcək, onun
yaratdığı məhsul isə nə müəllifin özünün, nə də başqa bir insanın
əvvəlcədən təxmin edə biləcəyi istiqamətlərdə təkmilləşə biləcək.
Belə bir proqramın prototipi əslində mövcuddur, buna kompüter
virusu deyilir. Virus internetdə yayıldıqca milyon dəfələrlə çoxalır və bu
zaman antivirus proqramları tərəfindən təqib edilərək, kiberməkanda
özünə yer tutmaq üçün digər viruslarla rəqabət aparır. Bir gün virusun
çoxaldığı zaman səhv baş verir, virtual, yəni kompüterləşdirilmiş
mutasiya meydana çıxır. Bəlkə də, bu muta- siya mühəndis-
proqramçının virusu yaratdıqda çoxalma zamanı təsadüfi xətaların
ortaya çıxmasını proqramlaşdırdığı üçün və yaxud ümumiyyətlə,
təsadüfi bir səhv nəticəsində baş verir. Əgər modifikasiya edilmiş
virusun təsadüfən bəxti gətirərsə, yəni antivirus proqramlarından qaça
bilərsə və başqa kompüterlərə sızmaq qabiliyyətini itirməzsə, bu virus
kiberməkanda yayılmağa başlayacaq. Belə olduqda, mutantlar
yaşayacaq və çoxalacaq. Tədricən kiberməkan keç kimin yaratmadığı və
qeyri-üzvi təkamülə məruz qalan yeni viruslarla dolu olacaq.
Bunlara canlı varlıqlar demək olarmı? Bu, "canlı varlıq" dedikdə nəyi
nəzərdə tutduğumuzdan asılıdır. Lakin aydındır ki, bu viruslar bioloji
təkamülün qanunlarından və çərçivələrindən asılı olmayaraq, yeni bir
təkamül prosesinin məhsuludur.
Başqa bir ehtimalı təsəvvür edin. Tutaq ki, beyninizi diskə köçürə
bilirsiniz və bu diski noutbukunuza yükləyirsiniz. Kompüteriniz bir
Sapiens kimi düşünüb hiss edə biləcəkmi? Bu baş verərsə, onda bu kim
olacaq - siz, yoxsa başqa biri? Proqramçılar kompüter kodlarından ibarət
olan və öz "mənlik" hissi, şüuru və yaddaşı olan tamamilə yeni bir
rəqəmsal şüur yaradarsa, nə baş verər? Bu proq

447
ramı kompüterinizə yükləsəniz, insanmı olacaq? Əgər bu proqramı
kompüterinizdən silsəniz, sizə qatilmi deyəcəklər?
Bəlkə də, qısa müddət ərzində bu suallara cavab verə biləcəyik. 2005-
ci ildə yaradılan The Human Brain Project (İnsan Beyni Layihəsi)
beyindəki neyronlar şəbəkəsini imitasiya edən elektron sxemlərlə dolu bir
insan beynini kompüterin içində yaratmaq məqsədi daşıyır. Layihənin
rəhbəri iddia edir ki, əgər kifayət qədər maddi dəstək verilərsə, on ya da
iyirmi il ərzində bir kompüterin içində yerləşən və insan kimi danışıb
davrana bilən süni insan beyni yarada biləcəklər. Bu layihə uğurlu alınsa,
deməli, həyat 4 milyard il boyunca üzvi birləşmələrin məhdud dünyasında
gəzib-dolaşdıqdan sonra birdən-birə ən ağlasığmaz arzularımızın
sərhədlərini aşan bir forma almağa hazır halda qeyri-üzvi dünyanın
ənginliyinə dalacaq. Əlbəttə, alimlərin hamısı beynimizin müasir
rəqəmsal kompüterlərə bənzər bir şəkildə işlədiyi fikri ilə razılaşmır. Əgər
belədirsə, müasir kompüterlər beyni imitasiya edə bilməz. Lakin bunu
sınaqdan keçirməmiş bu ehtimalı rədd etmək axmaqlıq olardı. Qeyd etmək
lazımdır ki, bu layihə 2013-cü ildə Avropa İttifaqından 1 milyon avro
dəyərində qrant alıb.1

Sinqulyarhq2
Hələlik bu yeni imkanlann çox cüzi bir hissəsi həyata keçirilib.
Bununla belə, 2013-cü ilin dünyası mədəniyyəti biologiyanın
zəncirlərindən xilas edə bilib. Sadəcə ətraf dünyanı deyil, öz şüur və
bədənimizin daxilindəki dünyanı da dəyişdirmək bacarığına sürətlə
yiyələnirik. Tədricən daha çox fəaliyyət sahəsi öz adi axarından kənara
çıxır. Hüquqşünaslar şəxsiyyət və konfidensialhq anlayışlarını,
hökumətlər səhiyyə və bərabərlik məsələlərini, idman təşkilatları və təhsil
müəssisələri "fair play" və qiymətləndirmə prinsiplərini yenidən gözdən
keçirməli, pensiya fondları və əmək birjaları isə özlərini 60 yaşlı insanın
30 yaşlı insan qədər aktiv olacağı yeni bir dünyaya hazırlamalıdır. Bütün
bu qurumlar biomühəndislik, kiborqlar və qeyri-üzvi həyat kimi çətin
məsələlərlə qarşılaşmağa məcburdur.

1
Jonathan Fildes, “Artificial Brain “10 years away"”, BBC News, 22 iyun 2009, http://
news.bbc.co.uk/2/hi/ 8164060.stm ((sayta 19 sentyabr 2012-ci ildə baxıldı).
2
Vahidlik, bircinslilik.

448
İnsanın ilk genom xəritəsini hazırlamaq 15 ilə və 3 milyard dollara
başa gəldi. Bu gün isə bir insanın DNT xəritəsini bir neçə həftəyə və bir
neçə yüz dollara çıxarmaq mümkündür.1 Personallaşmış tibb dövrü (hər
bir insanın DNT-sinə uyğun müalicə üsulları) artıq başlayıbdır. Ailə
həkiminiz sizdə ürəktutması ehtimalının olmadığını, amma qaraciyər
xərçənginə yaxalanmaq ehtimalının böyük olduğunu deyə bilər. Bundan
əlavə, insanların 92%-nə kömək edən bir dərmanın sizin üçün faydalı
olmayacağını və insanların əksəriyyəti üçün zərərli, amma sizin üçün
uyğun olan başqa bir dərmandan istifadə etməli olacağınızı söyləyə bilər.
İdeal təbabətə aparan yolun əvvəlindəyik.
Lakin tibb sahəsindəki inkişaf yeni etik mübahisələrə səbəb olacaq.
Etika və hüquq sahəsi ilə məşğul olan mütəxəssislər artıq indidən
konfidensialhq kimi çətin bir məsələnin DNT ilə bağlı tərəflərini
müzakirə edir. Sığorta şirkətləri DNT məlumatlarımızı əldə etməklə və
əgər ağılsız hərəkətlərə genetik cəhətdən meylli olduğumuzu aşkar
edərlərsə, üzvlük haqqını yüksəltmək hüququna sahib olacaqlarını? Və
yaxud potensial işəgötürənlərə öz tərcümeyi-halımızı deyil, DNT
məlumatlarımızı göndərməli olacağıq? İşəgötürənlər DNT-si daha yaxşı
olan namizədə üstünlük verəcəklər? Və ya bu halda, "genetik ayrı-
seçkilik" dən məhkəməyə şikayət edə biləcəyikmi? Bir şirkət yeni canlı
və ya orqan yaradıb, onun DNT quruluşunun patentini ala biləcəkmi?
Kimsə bir toyuğa sahib ola bilər, lakin o bir növə bütünlüklə sahib ola
biləcəkmi?
Lakin bu cür dilemmalar Gilqameş layihəsinin və super-insan
yaratmaq üçün digər potensial imkanlarımızın etik, sosial və siyasi
nəticələri yanında kölgədə qalacaq. Ümumdünya İnsan Hüquqlan
Bəyannaməsi, dünyanın hər tərəfində dövlətlərin həyata keçirdikləri
səhiyyə proqramları, tibbi sığorta proqramları və milli konstitusiya

1
Radoje Drmanac, “Human Genome Sequencing Using Unchained Base Reads on Self-
Assembling DNA Nanoarrays”, Science, cild: 327, sayi:5961 (2010), səh. 78-81; “Complete
Genomics": http://completegenomics.com/; Rob Waters, “Complete Genomics Gets Gene
Sequencing under 5000$ (Update 1)”, Bloomberg, 5 noyabr 2009, http://bloom-
berg.com/apps/news?pid=newsarchive&sid=aWutnyE4SoWw (sayta 10 dekabr 2010-cu ildə
baxıldı); Fergus Walsh, “Era of Personalized Medicine Awaits”, BBC News, ən son yenilenme
8 aprel 2009, http://news.bbc.co.Uk/2/hi/health/7954968.stm (sayta 22 mart 2012-ci ildə
baxıldı); Leena Rao, "PayPal Co-Founder And Founders Fund Partner Joins DNA Sequencing
Firm Halcyon Molecular”, TechCrunch, 24 sentyabr 2009, http://tech-
crunch.com/2009/09/24/paypal-co-founder-and-founders-fund-partner-joins-dna-sequenc- ing-
firm-halcyon-molecular/ (sayta 10 dekabr 2010-cu ildə baxıldı).

449
lar, - bu sənədlər bir cəmiyyətin bütün üzvlərini bərabərhüquqlu tibbi
xidmətlə təmin etməli və onların sağlamlığının qayğısına qalmalı
olduğunu qəbul edir. Dərmanlar xəstəliklərin qarşısını almaq və xəstələri
müalicə etmək üçün istifadə olunduğu zaman heç bir problem yoxdur.
Amma təbabət insanın müxtəlif bacarıqlarını inkişaf etdirməklə məşğul
olarsa, nə baş verəcək? Bütün insanların belə geniş imkanlar əldə etmək
hüququ olacaqmı, yoxsa yeni bir super- insan elitası ortaya çıxacaq?
Müasir dünyamız tarixdə ilk dəfə bütün insanların prinsipcə
bərabərhüquqlu olduğunu qəbul etməklə fəxr etsə də, tarixdə ən böyük
bərabərsizliyin hökm sürdüyü bir cəmiyyət qurmağa çox yaxındır. Tarix
boyunca yuxan siniflər həmişə aşağı siniflərdən daha ağıllı, daha güclü və
daha yaxşı olduqlarını iddia ediblər, amma bununla özlərini aldadaraq
təsəlli tapıblar. Yoxsul bir kəndli ailəsində dünyaya gəlmiş bir körpə
kralın oğlu qədər ağıllı ola bilərdi. Amma yeni tibbi imkanların sayəsində
yuxarın siniflərin bu iddiası tezliklə obyektiv həqiqətə çevrilə bilər.
Bu elmi fantastika deyil. Elmi-fantastik hekayələrin çoxunda bizimlə
eyni xüsusiyyətlərə sahib olan sapienslərin lazer tapançalan və işıq sürəti
ilə hərəkət edə bilən kosmik gəmilər kimi yüksək texnologiyalara sahib
olduğundan bəhs edilir. Bu hekayələrdəki etik və siyasi dilemmalar bizim
dünyamızdan götürülür və gələcəkdə ortaya çıxa biləcək emosional və
sosial gərginlikləri əks etdirir. Halbuki gələcək texnologiyaların əsl
potensialı Homo sapiens-in sadəcə silahlar və nəqliyyat vasitələrini deyil,
hisslər və arzular da daxil olmaqla, özünü dəyişdirə bilməsidir. Həmişə
gənc qalan, cinsi əlaqəyə girməyən və nəsil artırmayan, düşüncələrini
digər varlıqlarla bilavasitə bölüşə bilən, fikrini toplamaq və xatırlamaq
qabiliyyəti bizimkindən min qat üstün olan, heç vaxt hirslənməyən və
kədərlənməyən, amma bizim xəyalımıza da gəlməyən hiss və arzulara
sahib olan bir kiborqla müqayisədə kosmik gəmi nədir ki?
Elmi-fantastika nadir hallarda belə bir gələcək mənzərəsi təsvir edir,
çünki onun dəqiq təsvirini dərk edə bilməzdik. Belə bir su- per-kiborqun
həyatı haqqında film çəkmək, Neandertallar üçün "Hamlef'i
səhnələşdirməyə bərabərdir. Ehtimal ki, dünyanın gələcək ağaları ilə
aramızdakı fərq, bizimlə Neandertallann arasındakı fərqdən daha çox
olacaq; biz də, Neandertallar da ən azından insanıq, amma bizim
varislərimiz tanrı kimi olacaq.

450
Fizika alimləri Big Bang-i sinqulyarlıq kimi tərif edir; bu - bizə məlum
olan təbiət qanunlarının heç birinin mövcud olmadığı bir andır. Hətta
zaman da mövcud deyil. Buna görə də, Big Bang-dən "əvvəl" nə olduğu
haqqında danışmaq mənasızdır. Bəlkə də, yeni bir sinqulyarhğa sürətlə
yaxınlaşırıq və bu elə bir an olacaq ki, o vaxt qədər dünyamıza məna verən
bütün məfhumlar (mən, siz, kişilər, qadınlar, sevgi və nifrət) öz
aktuallığını itirəcək; və o andan sonra baş verənlər də bizim üçün mənasız
olacaq.

Frankenşteynin peyğəmbərliyi
1818-ci ildə Meri Şelli "Frankenşteyn" romanını nəşr etdirdi. Əsərin
qəhrəmanı, gənc alim süni bir varlıq yaradır, o isə nəzarətdən çıxıb hər
yeri məhv edir. Son iki yüz ildə bu hekayə saysız-hesabsız versiyalarda
təkrar-təkrar danışıldı və yeni elmi mifologiyamızın əsas mövzusuna
çevrildi. İlk baxışda, Frankenşteynin hekayəsi bizə xəbərdarlıq edir ki,
əgər tanrı rolunda çıxış etməyə və yeni həyat forması yaratmağa çalışsaq,
ciddi şəkildə cəzalandırılacağıq. Lakin əslində bu hekayənin daha dərin
mənası var.
Frankenşteyn mifi Homo sapiens-ə son günlərinin sürətlə yaxın-
laşdığına dair xəbərdarlıq edir. Hekayəyə görə, əgər nüvə və ya ekoloji
fəlakət baş verməsə, texnologiyalann sürətli inkişafı qısa müddət ərzində
Homo sopıens-digər varlıqlarla əvəz olunacağını və bunların sadəcə fiziki
cəhətdən deyil, həmçinin təfəkkür və emosional xüsusiyyətlərinə görə
tamamilə fərqli bir dünyaya aid olacağını göstərir. Sapienslərin
əksəriyyətini təşvişə salan məhz budur, çünki gələcəkdə insanların bizim
kimi olacağına və sürətli kosmik gəmilərlə bir planetdən digərinə səyahət
edəcəyinə inanırıq. Gələcəkdə bizim kimi hissləri və düşüncələri olan
varlıqların olmayacağını, bizim yerimizi daha bacarıqlı və yad həyat
formalarının ala biləcəyini düşünmək xoşumuza gəlmir.
Hekayədə bizə təsəlli verən bir cəhət var: doktor Frankşteyn qorxunc
bir məxluq yaratsa da, bəşəriyyəti xilas etmək üçün onu məhv etməli
oluruq. Əsərdəki bu gedişat bizi razı salır, çünki bu bizim ən yaxşı məxluq
olduğumuzu və bizdən yaxşısının heç vaxt olmadığını və heç vaxt
olmayacağını göstərir. İnsanı təkmilləşdirmək üçün edilən bütün cəhdlər
uğursuzluqla nəticələnəcək, bədənimizi inkişaf etdirmək mümkün olsa da,
insan ruhu toxunulmaz qalacaq.

451
Alimlərin nəinki bədən, eyni zamanda ruh da yarada biləcəyi fikri ilə
razılaşmaq çətindir. Gələcəyin Frankenşteynlərinin bizdən daha üstün,
bizə yuxandan aşağı baxan, - bizim Neandertallara baxdığımız kimi, - bir
varlıq yarada biləcəklərini düşünmək istəmirik.
Müasir Frankenşteynlərin bunu bacanb-bacarmayacağını bilmirik.
Gələcək naməlumdur və bu son bir neçə səhifədəki proqnozların tam
mənada həyata keçməsi təəccüblü olardı. Tarix bizə, çox yaxın görünən
şeylərin gözlənilməz maneələr üzündən baş tuta bilməyəcəyini və bunların
əvəzinə tamamilə fərqli və ağlasığmaz ssenarilərin həyata keçə biləcəyini
öyrədib. 1940-cı illərdə qəflətən nüvə əsri başladıqda, 2000-ci ildəki nüvə
dünyası haqqmda çox təxminlər irəli sürülmüşdü. Sputnik və Apollon-11
bəşəriyyətin təxəyyül gücünü canlandırdıqda, hamı əsrin sonlarına yaxın
insanların Mars və Plutonda yaşayacağını düşünmüşdü. Bu proqnozların
az bir hissəsi həyata keçdi, amma digər tərəfdən İnternetin meydana
çıxmasını heç kəs təxmin etməmişdi.
Odur ki, gələcəkdə rəqəmsal varlıqların məhkəmə iddialarına qarşı
vətəndaş məsuliyyəti sığortası əldə etməyə tələsməyin. Bütün bu
fantaziyalar yaxud kabuslar sadəcə təxəyyülünüzü stimullaşdırmaq
məqsədi daşıyır. Ciddi qəbul etməli olduğumuz məsələ isə bundan
ibarətdir: tarixin yeni mərhələsi sadəcə texnoloji və təşkilati dəyişiklikləri
deyil, eyni zamanda insan şüuru və şəxsiyyəti üzərində fundamental
dəyişiklikləri də nəzərdə tutur. Üstəlik bu dəyişikliklər o qədər dərin
olacaq ki, "insan" məfhumunun özünü sual altında qoya bilər. Bu baş
verənədək nə qədər vaxtımız qalıb? Heç kəs bilmir. Yuxanda deyildiyi
kimi, bəziləri düşünür ki, 2050-ci ildə bir neçə insan ölməz (a-mortal)
olacaq. Nisbətən mülayim proqnozlar bunun növbəti əsrdə və ya növbəti
minillikdə həyata keçəcəyini irəli sürür. Şapiensin 70 min illik tarixi ilə
müqayisədə bu bir neçə min il nədir ki?
Əgər Sapiens tarixi sona çatacaqsa, Sapiensin son nəsillərindən birinə
mənsub olan bizlər vaxtımızı bu son suala cavab verməyə ayırmalıyıq: kim
(və yaxud nə) olmaq istəyirik? İnsanın təkmilləşdirilməsi haqqmda olan
bu sual hal-hazırda siyasətçilər, filosoflar, alimlər və sadə insanların
apardığı bütün digər müzakirələri əhəmiyyətsiz edir. Ən sonunda, dinlər,
ideologiyalar, millətlər və siniflər arasındakı ziddiyyətlər Homo Sapiens-
lə birlikdə yox olacaq. Bizdən sonra gələnlər həqiqətən başqa bir şüur
səviyyəsində olacaqlarsa (yaxud

452
şüurun sərhədləri xaricində olan və bizim hal-hazırda təsəvvür edə
bilmədiyimiz xüsusiyyətlərə sahib olacaqlarsa), xristianlığın və ya islamın
onlar üçün maraqlı olması, sosial sistemlərinin kommunist yaxud kapitalist
olması, yaxud cinsiyyətlərinin kişi və qadın olması ehtimalı çox zəifdir.
Bununla belə, bu yeni tanrıların ən azından ilk nəsli onlan dizayn edən
insanların kultural ideyaları tərəfindən formalaşacağı üçün bu böyük tarixi
müzakirələr çox əhəmiyyətlidir. Bu varlıqlar kapitalizm, islam, yoxsa
feminizm nöqteyi-nəzərindən formalaşdırılmış olacaq? Bu suallara verilən
cavablar hadisələrin inkişafını tamamilə fərqli istiqamətlərə yönəldə bilər.
İnsanların əksəriyyəti bu barədə düşünməməyi üstün tutur. Hətta
bioetika da əksər hallarda başqa suallara cavab axtarır: "Nəyi etmək
olmaz? İnsanlar üzərində genetik təcrübələr aparmaq olarmı? Ya da abortla
alınmış rüşeymlər üzərində? Və ya gövdə hüceyrələri? Qoyunları
klonlamaq etikdirmi? Bəs, şimpanzeləri? Bəs, insanları? Bunlar mühüm
suallardır, lakin vaxtında əyləci basaraq Homo sapiens-i tamamilə başqa
bir məxluqa çevirə biləcək elmi layihələri dayandıra biləcəyimizi
düşünmək sadəlövhlük olardı, çünki bu layihələrin hamısı ölməzlik axtarışı
ilə, yəni Gilqameş layihəsi ilə bu və ya başqa şəkildə əlaqəlidir. Alimlərdən
nə üçün genomu araşdırdıqlarını, və ya beyini kompüterə qoşmağa
çalışdıqlarını, yaxud kompüterin daxilinə şüur yerləşdirmək istədiklərini
soruşsanız, demək olar ki, eyni cavabı alacaqsınız: xəstəlikləri müalicə
etmək və insanlan xilas etmək üçün. Bir kompüterin daxilinə şüur
yerləşdirmək, psixi xəstəliklərin müalicəsindən daha dramatik nəticələrə
gətirib çıxarsa da, bu standart cavab olacaq, çünki buna heç kim etiraz edə
bilməz. Məhz buna görə Gilqameş layihəsi elmin flaqmanıdır və bütün
elmi axtarışlara bəraət qazandırır. Doktor Frankenşteyn də Gilqame- şin
çiyinlərindən tutub. Gilqameşi dayandırmaq mümkün olmadığından,
Frankenşteyni dayandırmaq da mümkün deyil.
Əlimizdən yalnız bir şey gəlir: onların yönəldiyi istiqaməti də-
yişdirməyə çalışmaq. Qısa müddət ərzində öz istəklərimizi də formalaşdıra
biləcəyimiz üçün, bəlkə də qarşımızda duran ən mühüm sual: "Nəyə
çevrilmək istəyirik?" deyil, "Nəyi istəmək istə- yirik?"dir. Bu sual
qarşısında təşvişə düşməyənlər, yəqin ki, onun üzərində kifayət qədər
düşünməyib.

453
IMAGE CREDITS WH-İW5
1. © ImageBank/Getty Images Israel
2. © Visual/Corbis.
3. © Anthropologisches institut und Museum, Universitat Zurich.
4. Photo: Thomas Stephan © Ulmer Museum.
5. © magiccarpics.co.uk.
6. ©Andreas Solaro/AFP/Getty Images.
7. Photo: The Upper Galilee Museum of Prehistory.
8. © Visual/Corbis.
9. © Visual/Corbis.
10. Poster Waterhouse Hawkins, c.1862 © The Trustees of the Natural History Museum.
11. © Visual/Corbis.
12. Photo: Karl G. Heider © President and Fellows of Harvard College, Peabody
Museum of Archaeology and Ethnology, PM# 2006.17.1.89.2 (digital file# 98770053).
13. Photos and © Deutsches Archaologisches institut.
14. © Visual/Corbis.
15. Photo and © Anonymous for Animal Rights (Israel).
16. © De Agostini Picture Library/G. Dagli Orti/The Bridgeman Art Library.
17. Engraving: William J. Stone, 1823 © The Art Archive/National Archives
Washington DC (ref: AA399024).
18. © Adam Jones/Corbis.
19. © The Schoyen Collection, Oslo and London, MS 1717.
http://www.schoyencollection.com/.
20. Manuscript: History of the Inca Kingdom, Nueva Coronica у buen Gobiemo, r.1587,
illustrations by Guaman Poma de Ayala, Peru © The Art Archive/ Archaeological Museum
Lima/Gianni Dagli Orti (ref: AA365957).
21. Photo: Guy Tillim/Africa Media Online, 1989 © africanpictures/akg.
22. © Reunion des musees nationaux/Gerard Blot.
23. © Visual/Corbis.
24. © Visual/Corbis.
25. © Universal History Archive/UIG/The Bridgeman Art Library.
26. Illustration based on: Joe Cribb (ed.), Money: From Cowrie Shells to Credit Cards
(London: Published for the Trustees of the British Museum by British Museum Publications,
1986), 27.
27. © akg/Bible Land Pictures.
28. © Stuart Black/Robert Harding World Imagery/Getty Images.
29. © The Art Archive/Gianni Dagli Orti (ref: AA423796).
30. Library of Congress, Bildarchiv Preussischer Kulturbesitz, United States Holocaust
Memorial Museum © courtesy of Roland Klemig.
31. Photo: Boaz Neumann. From Kladderadatsch 49 (1933), 7.
32. ©Visual/Corbis.
33. © Ria Novosti/Science Photo Library.
34. Painting: Franklin's Experiment, June 1752, published by Currier & Ives © Museum
of the City of New York/Corbis.
35. Portrait: C. A. Woolley, 1866, National Library of Australia (ref: 3 A3378504)-
36. © British Library Board (shelfmark add. 11267).
37. ©Firenze, Biblioteca Medicea Laurenziana, Ms. Laur. Med. Palat. 249 (mappa
Salviati).
38. Illustration © Neil Gower.
39. Redraft of the Castello Plan, John Wolcott Adams, 1916 © Collection of the New-
York Historical Society/The Bridgeman Art Library.
40. © National Maritime Museum, Greenwich, London.
41. Photo and ©Anonymous for Animal Rights (Israel).
42. © Photo Researchers/Visualphotos.com.
43. © Chaplin/United Artists/The Kobal Collection/Мах Munn Autrey.
44. Lithograph from a photo by Fishboume & Gow, San Francisco, 1850s © Corbis.
45. © Proehl Studios/Corbis.
46. © Khaled El Fiqi/epa/Corbis.
47. Photo and © Charles Vacanti.
48. © ImageBank/Getty Images Israel.
Bəşəriyyətin iddialı tarixçəsi,
dəqiq, cəlbedici və öyrədici bir kitab.
FINANCIAL TIMES

Bu kitabı oxumaq insan beyni üçün soyuq duşdur.


MAIL ON SUNDAY, BOOKS OF THE YEAR

70.000 illik insan tarixi haqqında sürətlə oxunan,


məzhəkəli və səs-küylü bir kitab.
LITERATE REVIEW

Sadə bir səbəb Sapiensin beynəlxalq bestsellerlər


arasında yüksəlişinə təkan verdi;
tarixin və müasir dövrün böyük
suallarına toxunduğu və inanılmaz dərəcədə sadə
dildə yazıldığı üçün. Onu çox sevəcəksiniz!

You might also like