You are on page 1of 58

MÜNDƏRİCAT

1. Laboratoriya işi №1
İstehsalat binalarinda meteoroloji şəraitin
tədqiqi...................................................................... 5
2. Laboratoriya işi № 2
İstehsalat binalarında işıqlığın təyini................... 12
3. Laboratoriya işi № 3
İstehsalat səs – küyünün tədqiqi............................ 18
4. Laboratoriya işi № 4
Əleyhqazın yoxlanılması......................................... 23
5. Laboratoriya işi № 5
İstehsalat binalarının havasında olan zərərli qatışıqların
təyini..................................................... 26
6. Laboratoriya işi № 6
Qaz-buxar–hava qarışığının partlayış
həddlərinin təyini................................................... 32
7. Laboratoriya işi № 7
Yanar bərk maddələrin öz-özünə alovlanma temperaturunun
təyini............................................. 38
8. Laboratoriya işi №8
Yanğın təhlükəli mayelərin alışma temperaturunun
təyini............................................. 42
9. Laboratoriya işi № 9
Köpükyaradanların və köpük generator
tozunun keyfiyyətinin yoxlanması.......................... 48
10. Laboratoriya işi № 10
Köpükyaradan maddələrin dayanaqlılığının və alınma
nisbətlərinin yoxlanılması.......................... 50
11. Laboratoriya işi № 11
İnsan-operatorun formalaşdırılmış siqnallara olan
reaksiyasının tədqiqi .............................................. 52

LABORATORİYA İŞİ №1

İSTEHSALAT BİNALARINDA METEOROLOJİ


ŞƏRAİTİN TƏDQİQİ
İşin məqsədi.
İstehsalat binalarında meteoroloji şəraitin təyin edilməsi
və ventilyasiya qurğularının effektivliyinin qiymətləndirməsi.
Nəzəri hissə.
İstehsalat binalarında meteoroloji şərait havanın nisbi
nəmliyi, temperaturu və hərəkət sürətilə xarakterizə olunur. Bu
faktorların dəyişməsi insan orqanizminə təsir edir. Belə ki,
yüksək temperatur və nəmlik şəraitində havanın hərəkət sürəti
az olduqda orqanizmdə nistiliyin verilməsi çətinləşir. Bu
şəraitdə ağır fiziki iş görülərkən işçinin ürək fəaliyyəti pozulur,
tənəffüsü çətinləşir, orqanizmdə suyun və duzların balansı,
bədənin temperaturu dəyişir və istilik balansı pozulur. İş
zamanı insan orqanizminin həddən artıq qızması və
istilikvurma ilə nəticələnə bilər.
İnsan bədənini əhatə edən temperatur az və hərəkət
sürəti çox olarsa bədən səthindən istiliyin hava ilə aparılması
daha çox olur. Bu da insan orqanizminin soyumasına səbəb
olur.
İlin fəsillərindən və istehsalatda görülən işin ağırlıq
dərəcəsindən asılı olaraq meteoroloji faktorlar sanitar normaları
ilə normallaşdırılır.
İstehsalat binalarında normal sanitar-gigiyena və
meteoroloji şərait yaranması üçün xüsusi ventilyasiya
qurğularından istifadə olunur. İş zonasında havanın
parametrləri və miqdarı aparılan işlərin şəraitindən, izafi istilik
və nəmliyindən asılı olaraq təyin edilir.

İstifadə olunan cihazlar


İstehsalat binalarında havanın temperaturunu təyin
etmək üçün civəli termometrdən və termoqraflardan istifadə
edilir.
Havanın nəmliyi psixrometr və qiqroqraflarla ölçülür.
Psixrometr vasitəsilə havanın nisbi nəmliyi, başqa sözlə
havanın tərkibində olan həqiqi su buxarlarının miqdarının onun
doydurulması üçün lazım olan maksimal su miqdarına olan
nisbəti ilə təyin edilir.
Nisbi nəmlik:
Bmüt
B nisbi= ⋅100 %
B мак (1.1)
B müt – 1m3 havada olan su buxarının miqdarıdır və
aşağıdakı düsturla hesablanır.
B müt =E−α⋅( t quru −t yaş )⋅H
(1.2)

burada:
E – isladılmış termometrin göstərişinə uyğun olaraq
su buxarının elastikliyidir və cədvəl (1.1.)-dən götürülür.

α -
havanın hərəkət sürətindən asılı olaraq
psixrometrik əmsaldır (ventilyatorlu psixrometrlər üçün α =
0,00074, otaq psixrometri üçün α = 0,00110).

t quru və t yaş – uyğun olaraq quru və yaş termometrlərin


göstərişləridir.

H – barometrik təzyiqdir, mm. civə sütunu.

B мак – quru termometrin göstərdiyi temperaturara


uyğun olaraq 1m3 havanı doydurmaq üçün lazım olan su
buxarının miqdarı, (cədvəl 1.1.-dən götürülür).

Müxtəlif temperaturlarda su buxarının mm.civ.süt. ilə


doymuş buxarlarının elastikliyi
Cədvəl 1.1
Temperat Elastikl Temperat Elastikl Temperat Elastikl
ur, 0C ik ur, 0C ik ur, 0C ik
1 4,926 11 9,84 21 18,65
2 5,294 12 10,52 22 19,83
3 5,685 13 11,23 23 21,07
4 6,101 14 11,99 24 22,38
5 6,543 15 12,79 25 23,75
6 7,013 16 13,63 26 25,21
7 7,513 17 14,53 27 26,74
8 8,045 18 15,48 28 28,35
9 8,609 19 16,48 29 30,04
10 9,209 20 17,54 30 31,02

Assman psixrometri (şəkil 1.1) bir-birinin eyni olan


paralel olaraq lövhəyə birləşdirilmiş iki termometrdən (1,2)
ibarətdir. Termometrlərdən biri nazik batist parça ilə sarınaraq
destillə olunmuş su ilə isladılır. Əgər hava su buxarı ilə
doymamışdırsa, onda isladılmış parçanın səthindən su
buxarlanacaq, buxarlanma nəticəsində isladılmış termometr
t t
aşağı temperaturu göstərəcəkdir, yəni yaş < quru olacaqdır. Bu
temperaturlar arasındakı fərq çox olduqca havanın nəmliyi də
az olur.
Hər iki termometr metal çərçivə (3) içərisində
yerləşdirilmişdir. Termometrlər ikiqat nikelləşdirilmiş gilizlərlə
əhatə edilmişdir (4,5). İkiqat borular yuxarı hissədə
psixrometrin başlığı yerləşdirilmiş mərkəzi boru (6) vasitəsilə
birləşdirilir. Psixrometrin başlığında saat mexanizmi və ya
kiçik elektrik mühərriki ilə hərəkətə gətirilən aspirator
(ventilyator) (7) yerləşir. Psixrometrin başlığının alt hissəsində
aspiratorun sorduğu havanın çıxması üçün dairəvi ensiz kəsik
yerləşir. Assman psixrometrində hava araqatlı ikiqat gilizlərin
olması termometrləri istiliyin şüalanma təsirindən qorumaqla
bərabər, termometrlərin rezervüarlardan kənarda havanın
hərəkət şüətinin nisbətən çox olması temperatur tarazlığını
qərarlaşdırmaq üçün lazım olan vaxtı 3 – 4 dəqiqə azaldır.

41 5

2 3
1

Şəkil 1.1. Nisbi nəmliyi ölçmək üçün Assman psixrometri


Havanın hərəkət sürəti anemometr vasitəsilə ölçülür.
Anemometrlər 3 cür olur və aşağıdakı sürətlərlə ölçü aparmağa
imkan verir.
1) Diferensial anemometrlər və ya katotermometrlər
0,02 – 0,5 m/san;
2) Qanadlı anemometrlər – 0,5 – 10 m/san;
3) Fincanlı anemometrlər – 1 – 20 m/san.
Fincanlı anemometrlər (şəkil 1.2) xaç şəklində
bərkidilmiş və şaquli ox ətrafında hərəkət edən 4 yarımkürədən
ibarətdir (1). Hava axını fincanların çökək tərəflərində daha
çox təzyiq yaradaraq oxu fırlanmağa məcbur edir. Bu fırlanma
dişli çarxlar vasitəsilə anemometrin əqrəblərinə (2) ötürülür.
Cihazın işə salınması və dayandırılması dəstək (3) vasitəsilə
yerinə yetirilir.
Hava axınının hərəkət sürətini təyin etmək üçün
anemometr açıq qapı və ya pəncərə müştəvisi üzərində, hava
yollarının açıq dəliklərində isə hava çıxan və ya daxil olan
müstəvilər üzərində yerləşdirilir.

İşin aparılma qaydası

1. Nəmliyin ölçülməsi.
Assman psixrometrinin termometrlərindən birinin
ucluğuna batist parça sarınır və destillə edilmiş su ilə isladılır.
Psixrometrin başlığında yerləşən ventilyator dəstək vasitəsilə
işə salınır və 4 dəqiqədən sonra hər 2 termometrin göstərişi
cədvəl 1.2-də qeyd edilir. Bu göstərişlərin fərqinə əsasən
cədvəl 1.1 və ya nomoqrammalardan nəmlik seçilərək qeyd
olunur. Sonra əvvəldə göstərilən 1.1 və 1.2 düsturları əsasında
hesabat apararaq nisbi nəmliyin qiyməti təyin edilir.
Hesabatdan alınmış nəticə cədvəl 1.2-də qeyd edilərək
nomoqramdan (və ya cədvəl 1.1.-dən) götürülən qiymətlə
müqayisə edilir. Onlar arasında fərq 5%-dən çox olmamalıdır.

Cədvəl 1.2
Psixro- Termomet Baromet- Havanın Normalar
metrin rlərin rik nəmliyi
tipi göstərişi, təzyiq nisb temperatu nisbi

mütləq
0
C mm.civə. i r nəmlik
yaş quru süt 0
C %

2. Havanın hərəkət sürətinin ölçülməsi.


Hərəkət sürətinin fincanlı
anemometr vasitəsilə şəkil 1.2
ölçülməsi zamanı ilk növbədə cihazın
1 əqrəblərinin ilk göstərişi qeyd olunur.
Belə ki, minlik və yüzlük şkalasında
əqrəb hansı ədədi keçərsə o ədədi, onluq
şkalasında isə ox hansı ədəd üzərində
dayanarsa o ədəd qeyd olunur. Bundan
sonra hava daxil olan dəliyin sahəsi
2 təyin edilir.
Ventilyator vasitəsi ilə süni hava
axını yaradıldıqdan sonra anemometr
axın istiqamətində, aralarında məsafə
eyni olmaqla 3 nöqtədə ölçü aparılır.
Anemometri elə tutmaq lazımdır ki,
3 yarımkürələr hava axınının mərkəzində
yerləşsin və saat əqrəbinin hərəkəti
istiqamətində hərəkət etsin.
Anemometrlə bərabər saniyə-
Şəkil 1.2. ölçən də eyni vaxtda işə qoşulmalıdır.
Fincanlı anemometr Müəyyən zaman ərzində 3 nöqtədə
göstərişləri qeyd etdikdən sonra hava
axınının orta sürəti aşağıdakı düsturla hesablanır:
Δn 1
V or = ,
t san
(1.3)
burada: Δn – sonuncu və əvvəlki ölçülərin fərqi,
t – saniyələrlə ölçü müddəti.
Əgər anemometrin pasportunda düzəliş əmsalı varsa
alınan nəticə bu əmsala vurulmalıdır.
Ventilyasiya qurğusunun məhsuldarlığı belə hesablanır:
πd 2
Q=V orta⋅S=V оrta⋅ , m3 /saat
4 (1.4)
burada: d – hava borusunun diametri,
V orta – hava axınının orta sürətidir, m/saat.
Hava dəyişmə dəfəliyi aşağıdakı düsturla hesablanır.
Q
К= , saat−1
V orta (1.5)
V
burada: orta – otağın həçmi, m3.
Hesablanmış və ölçülmüş nəticələr cədvəl 1.3-də qeyd
edilməlidir.

Cədvəl 1.3
Anemometrin Hava Vurulan Hava
göstərişi axınının havanın dəyişmə
ölçü müddəti
ölçülərin

sürəti, miqdarı, dəfəliliyi,


fərqi

m/san m3/saat saat


ölçüyə ölçüdən həqiq ort
qədər sonra i a
LABORATORİYA İŞİ № 2
İSTEHSALAT BİNALARINDA İŞIQLIĞIN TƏYİNİ
İşin məqsədi – İş yerlərində işıqlığı təyin etməyi
öyrənmək və lazımi normalarla tanış olmaqdır.
Nəzəri hissə: İstehsal obyektlərinin və iş yerlərinin
normal ışıqlandırılması həm təhlükəsizlik texnikası, həm də
əmək gigiyenası baxımından böyük əhəmiyyət kəsb edir.
İşıqlanma tənəffüsü və bədəndə oksigen – karbon mübadiləsini
artırır.
İş yerinin ışıqlandırılmasının kifayət qədər və
müntəzəm olmaması orqanizmin yorğunluğuna, insanın
diqqətsizliyinə, görmə qabiliyyətinin gərginləşməsinə, əsəb
sisteminin həddindən artıq qıcıqlanmasına və s. səbəb olur.
İşlərin təhlükəsizliyi üçün ışıqlandırma kifayət qədər
bərabər paylanmalı, parıltısız və partlayış cəhətcə təhlükəsiz
olmalıdır.
İstehsalat binaları həm təbii, həm də süni işıq vasitəsi
ilə işıqlandırılmalıdırlar.
Təbii ışıqlandırma sistemi aşağıdakı kimi olur:
a) yandan – pəncərələr vasitəsilə;
b) yuxarıdan – bacalar, çardaqların pəncərələri vasitəsilə;
v) kombinə olunmuş – həm yandan, həm də yuxarıdan düşən
ışıq vasitəsilə yerinə yetirilir.
Təbii işıqlılıq, təbii işıqlandırma əmsalı (t.i.ə) ilə
normallaşdırılır və aşağıdakı düsturla hesablanır.
Edax
e= ⋅100 %, ℓk
E xar 2.1
burada:
Edax – binanın daxilində işçi səthin verilmiş
nöqtəsindəki işıqlılıq; ℓk
Exar – eyni vaxtda ölçülmüş, otağın xaricində və
səmanın yayılmış diffuziya işıqlılığı. Açıqlıqda yerləşən
horizontal müstəvi üzərində işıqlanma dərəcəsi; ℓk
Təbii işıqlılıq əmsalının qiyməti binanın xarakterik
kəsiyi üzrə hesablanmış, bir-birindən bərabər məsafələrdə və
axırıncısı 1 m divardan aralı olmaq şərtilə beş nöqtədə təyin
edilir.
Yan işıqlandırmada t.i.ə.-nin minimal qiyməti (emin),
yuxarı və kombinə edilmiş ışıqlandırmada isə t.i.ə.-nin orta
qiyməti (eorta) normalaşdırılır.
e1 e
+e 2 + e3 + .. .+ n
2 2
e orta=
n−1
(2.2)
burada:
n – t.i.ə. təyin edilmiş nöqtədərin sayıdır.
e1,e2,e3....en – xarakterik kəsiyin nöqtələrində t.i.ə.-nın
qiymətləridir.
İstehsalat binaları görülən işlərin növündən,
işıqlandırmaya olan tələbat və işıqlığın səviyyəsindən asılı
olaraq (CH və P - II - 33 - 75) 10 dərəcəyə bölünürlər.
Süni işıq mənbələri iki tipə bölünürlər: közərmə və
lüminisent lampalarına.
İstehsalat binalarında işçi səthin işıqlılığı (işçinin gözü
ilə müqayisə edilicək obyekt arasındakı məsafə 0,5 metrdən az
olmamaq şərti ilə) CH və P görə işlərin dəqiqlik
dərəcələrindən və obyektin ölçülərindən asılı olaraq
normallaşdırılır. (cədvəl 2.1)

İstifadə olunan cihazlar


İşıqlıq «lyuksmetr» vasitəsilə ölçülür. Ölçmənin
prinsipial sxemi şəkil 2.1 də verilmişdir. Cihazın iş prinsipi
fotoelektrik effektinə əsaslanır.
Şəkil 2.1 Lyuksmetr cihazı

Lyuksmetr əsasən selen qatlı fotoelementdən (1),


işıquducudan (4,5), fotoelementi birləşdirən naqildən (3) və
elektromaqnit cihazından (2) ibarətdir.
Ölçü cihazının tərkibinə 4 ədəd işıquducu daxildir
(K,M,P,T). «K» işıquducu ölçü diapazonunu artırmaq üçün
sərbəst istifadə olunmayıb, M.P.T. işarələri olan başqa üç
işıquducularla birgə işlədilir. P işıquducusu – 100lk, T
işıquducusu isə 1000 lk işıq udmaq qabiliyyətinə malikdir.
İşin aparılması zamanı qalvanometrdə qeyd edilən
göstərişi istifadə olunan işıquducunun kiçiltmə dərəcəsinə
vurmaqla dəqiq qiymət almaq olar. İşıqlılığın ölçülməsi cihazın
üzərində olan düymələr vasitəsilə həyata keçirilir. Sağ tərəfdəki
düymə 0 – 100, sol düymə isə 0 – 30 şkalası ölçülərini göstərir.

İşin aparılma qaydası


Lyuksmetrlə işləyərkən fotoelementin dövrədən açıq
halında cihazın əqrəbinin sıfır bölgüsü üzərində olmasını
yoxlamalı. Sonra cihazı işıqlılığının ölçülməsi tələb olunan
yerdə qurmalı. Şaquli işıqlılığı ölçərkən fotoelement səthə
şaquli, üf1qi işıqlılığı ölçərkən isə üfiqi olmalıdır. Təbii
işıqlılığı ölçmək üçün işıq uducularından (süzgəclərdən)
istifadə etmək lazımdır. Ölçməyə lyuksmetrin dəyişdiricisinin
100lk vəziyyətində başlamaq lazımdır. Əqrəb 10 və daha çox
bölgüyə meyl edərsə, onda dəyişdiricini 100lk ölçü həddi
üzərində qoyurlar, əgər əqrəb 10 bölgüdən az meyl edərsə
dəyişdiricini 30lk ölçü həddi üzərinə qoyurlar, çünki
lyuksmetrin xətası şkalanın əvvəlində maksimum olur.
Ölçülmənin nəticələrini (cədvəl 2.1)-ə yazmalı.

Təbii işıqlığın tədqiqi nəticələri

Cədvəl 2.1

Ölçülmüş işıqlılıq

əmsalının təyin olunmuş


Ölçü obyektl ərinin adları

əmsalının norma üzrə


Təbii işıqlandırma

Təbii işıqlandırma
qiyməti, %-ilə
Bölgülərin qiyməti
Bölgülərin sayları
Variantlar

Nəticələr
İşıqlılıq, lk ilə

qiyməti
Udma əmsalı
Ölçü hədləri

Süni işıqlılığı ölçmək üçün:


1) işıqlılığın tədqiq edilən sistemlərini seçməli və
görülən işlərin dərəcəsini təyin etməli
2) müxtəlif işıqlılıq sistemlərində işıqlandırmanın
ölçülməsini aparmalı və nəticələri (cədvəl 2.2)-yə yazmalı
3) sanitar işıqlılıq normalarını rəhbər tutaraq (cədvəl 2.2)
konkret obyekt üçün optimal görmənin təmin olunub
olunmadığı müəyyənləşdirilməlidir.
Cədvəl 2.2

Süni işıqlandırmanın tədqiqinin nəticələri


İşıqlılığın

Görülən işlərin dərəcəsi


qiyməti,

Obyektin ölçüsü,
İşıqlandırmanın

İşıqlandırmanın lk
sistemi

Qeyd
növü

m
norma
həqiqi
Səpələnmiş əks IV 300 500 təmin
olunan etmir
lokallaşdırılmış
kombinə edilmiş
yerli

Eyni güclü əyrilərin qurulması


1. Lyüksmetrin fotoelementini yerli işıqlandırma
qurğusunun stolunun «O» noqtəsində yerləşdirməli və axırdan
birinci lampanı dövrəyə qoşmalı.
2. «O» nöqtəsində üfüqi işıqlılığı ölçməli, lampanın
asılma hündürlüyünü dəyişdirmədən 10 sm üfüqü vəziyyət üzrə
kənara çəkilərək ölçməni təkrar etməli. Bu qayda ilə ölçməni
işıqlılıq 5-8lk –ə çatana qədər davam etdirməli.
3. Çırağı 10 sm qaldırmalı və əvvəlki nöqtələrdə üfiqi
işıqlılığı ölçməli.
4. Çırağın asılma hündürlüyünü 5 dəfə dəyişdirməli və
bir sıra ölçülmələr aparmalı.
5. Ölçülmənin nəticələrini (lyükslarla) millimetr
kağızında qeyd etməli və eyni işıqlılı əyriləri qurmalı.
Qurulmuş əyrilər eyni işıqlılıq əyriləri adlanır.
LABORATORİYA İŞİ № 3

İSTEHSALAT SƏS – KÜYÜNÜN TƏDQİQİ

İşin məqsədi.
İstehsalat binalarında və iş yurlərində səs-küyü ölçməyi
öyrənmək, səs-küyü gigiyenik qiymətləndirmək, istehsalat səs-
küyünə olan normativ tələbatla tanış olmaqdır.
Nəzəri hissə.
İstehsalat proseslərinin mexanikləşdirilməsi, nəqliyyat
və avadanlıqların sürət və güclərinin artırılması, yeni
texnoloqiyanın həyata keçirilməsi çox vaxt səs-küyün
artmasına səbəb olur.
Səs-küy müxtəlif tezlikli və intensivlikli (güclü) bərk,
maye və qaz halında olan mühitdə sadə səs tonlarının
məcmuundan yaranır.
Səs-küy fiziki cəhətcə tezliyi və intensivliyi, fizioloji
cəhətcə isə intensivliyinin səviyyəsi və gurluğu ilə xarakterizə
olunur.
Adam 16 – 20000 Hs tezlikli səsləri qavrayır, 16 Hs-
dən aşağı və 20000 Hs-dən yuxarı tezlikli səslər insanın eşitmə
üzvünə bioloji zərərli təsir göstərir. Müəyyən tezlikli eşidilən
səslər tonal (avazlı) səslər adlanır. Xüsusi impulslu zərbəli
səslər impulslu səslər adlanır. Səsin intensivliyi J vahid
zamanda 1m2 səthə düşən enerjinin miqdarıdır.
Səsin intensivliyini onun təzyiqi ilə aşağıdakı düsturla
ifadə etmək olar:
P2
J=
ρ⋅C (3.1)
ρ
burada: P – səs təzyiqi; – mühitin sıxlığı; c – səsin yayılma
sürətidir (t=200C, havada c =340m/san).
Güclə eşidilən səsin intensivliyi onun eşitmə astanası adlan-
dırılır. İntensivliyə görə eşitmə astanasının qiyməti J0=10-12wt/m2,
Р
buna uyğun səs təzyiqi 0 = 2x10-5Pa-a bərabərdir. Hər hansı
bir səs intensivliyinin eşitmə astanasındakı (1000 hs tezlikdə)
səs intensivliyinə olan laqorafmik nisbətinə səs intensivliyinin
səviyyəsi deyilir və onun vahidi, desibel (dB) adlandırılır.
J p
J j=10 lg ; J p =20 lg ,
J0 p 0 dB (3.2)
Eşidilən səs diapazonları 0 – 140dB hədlərində olur.

İstifadə edilən cihazlar

Səs-küyün səviyyəsini ölçən Ş – 71 tipli cihazın


prinsipal sxemi şəkil 3.1-də verilmişdir. Cihaz vasitəsilə 31,5 –
8000Hs tezlikli səsləri 30 – 140dB hədlərində ölçmək olur.

Şəkil 3.1 Ş-71 tipli səs ölçən cihaz

Səs-küy ölçənin əsas elementi olan mikrofon səs


təzyiqinə mütənasib olan səs rəqslərini dəyişən elektrik
gərginliyinə çevirir. Bu gərginlik səs küy ölçən vasitəsilə
gücləndirilir, duzləndirilir və şkalası desibellərlə dərəcələnmiş
əqrəbli indikator vasitəsilə ölçülür.
Şəkil 3.1-də səs-küy ölçənin üz panelində əqrəbli
indikator (4), iki düyməli dəyişdirici açar (5), səs mənbəyi (1),
mikrafon (2) qidalanmanın qoşulmasını bildirən neon lampa
indikatoru (3) və birləşdirici naqillər (6) göstərilmişdir.
Ölçü cihazının sol hissəsində 8 düymədən ibarət
dəyişdirici açar yerləşdirilmişdir, «Vkl» - düyməsi cihazın
qidalanmasını, «KALİBR» kalibrlənməni, «BAT» batare-
yaların qidalanmasına nəzarəti, «PP» gərginlik çeviricisinə
nəzarəti, «A», «C» süzgəclərin və müvəqqəti xarak-
teristikalarını, F/S» qoşulmanı təmin edir. 10 düyməsindən
ibarət sağ dəyişdirici açar cihazın ölçü hədlərini 30-dan 120
dB-ə qədər dəyişdirməsini təmin edir. Cihazın sol yan
divarında gücləndiricinin çıxış yuvası olan «Çıxış» və əsas ölçü
həddini tənzimləyən – «Tənzimləyici» yerləşir. Səs küy ölçənin
üz panel hissəsi şəkil 3.2-də verilmişdir.

Шу
мом
ер
Ш–
71

Şəkil 3.2 Səs-küy ölçən cihazın üz paneli

İşin aparılma qaydası


Ölçülmə aparılmazdan əvvəl cihazın «Vkl» düyməsini
basmaqla onu işə salmalı, «Bat» düyməsini basdıqda cihazın
əqrəbi nəzarət sektoru hədlərində olmalıdır. «Pr» düyməsini
basıb cihazın şkalasında əqrəbin vəziyyətini yoxlamalı. Öz-
özünə qızdırılma vaxtı (1 dəqiqə) keçdikdən sonra əqrəb
nəzarət işarəsində «A»da olmalıdır. Əgər o göstərilən yerdə
olmazsa, onda çeviricinin rejimini nizamlayıcı vintaçan
vasitəsilə kökləməli və ya düzəltməli. Çevricini tənzimləmək
üçün əvvəlcə «çevirici» nizamlayıcını axıra qədər sola, sonra
isə sağ tərəfə yüngülcə fırladaraq cihazın əqrəbini verilmiş
vəziyyətə gətirməli.
Cihazın işə salınmış vəziyyətinin göstəricisi üz paneldə
olan neon lampasının alışması vasitəsilə əldə edilir.
Səsi ölçmək üçün mikrofonu döşəmədən və ya yer
səthindən ən azı 1,5m hündürlükdə tutmalı və ya iri qabaritli
əşyalardan və divarlardan, yaxud səs-küylü obyektdə olan
xidmətçi heyətin (operatorun) qulağından 1m-dən az
olmayaraq məsafədə tutmalı.
Mikrofonu cihazın maksimal göstərişinə müvafiq tərəf
istiqamətinə yönəltmək lazımdır. Səs-küy ölçənin
kalibrlənməsi üçün mikrofonu kalibratorun yuvasına axıra kimi
taxmalı. Mikrofonun həm yerləşdirilməsi və həm də
çıxarılması yüngülcə aparılmalıdır.
Kalibratorun yan divarında olan deşiyi artıq statik
təzyiqdən membranının zədələnməməsi üçün bağlamamalı.
Kalibratorun ştekkerini cihazın «ÇIXIŞ» yuvasına
qoşmalı və «kalibr» düyməsini basmalı. Səviyyəni göstərən
əqrəbin qiyməti kalibrlənmiş xəbəredicinin səviyyəsinə uyğun
olmalıdır. Kalibrlənmiş səviyyənin qiyməti cihazın texniki
xarakteristika pasportunda yazılır. Əgər cihazın göstərişi
kalibrlənmiş səviyyəyə uyğun deyilsə, onda, nizamlayıcı
vintaçan vasitəsilə cihazın sol yan divarında «kalibrovka»
deşiyində olan nizamlayıcı potensiometri elə fırlatmaq lazımdır
ki, səviyyə göstəricinin əqrəbi verilmiş səviyyədə dayansın.
Kalibrovkanı apardıqdan sonra mikrofonu kalibratordan
çıxarıb yeşikdə öz yerinə qoymalı.
Səsin ölçülmə qaydasından asılı olaraq düymələrdən
«A» və «C»-ni basmalı, bundan sonra cihaz işi aparmaq üçün
hazır vəziyyətdədir. Ölçü aparılarkən mikrofon ya cihazın
özündə, ya ştativdə və ya amortizatorda qoyula bilər.
Mikrofonu səs mənbəinə görə 900 bucaq altında
istiqamətləndirmək lazımdır.
Ölçü aparılmazdan əvvəl diapazon dəyişdirən açarı
120dB vəziyyətində qoymalı, bunun üçün isə «60» + 60
düymələrini basmalı.
Aparılan işlərin növündən asılı olaraq «A» və «C»
düymələrini basmaq şərtilə qiymətləndirici filtri şəkil 3.1 işə
qoşmalı F/S düyməsi «yavaş» rejimdə basılmalı və «sürətli»
rejimdən kənara çəkilməlidir.
Ardıcıl olaraq ölçmə diapazonlarını azaldaraq +50, +40,
+30, +20 və i.a. düymələri basmaqla cihazın əqrəbinin
indikator şkalasının ortasında dayanmasını əldə etməli.
Əqrəbin göstərilmiş vəziyyətini əldə etdikdən sonra
cihazın dəyişdiricisinin və səs-küy ölçənin əqrəbli
indikatorunun göstərişlərinin cəbri cəminə bərabər olan
göstərişini qeyd etməli.

Məsələn:
Çeviricinin göstərişi – 60 + 20 = 80dB
Əqrəbli indikatorun göstərişi – 7dB
Ölçülən səsin səviyyəsi – 80 + 7 = 87dB
Ölçülərin nəticələrini cədvəl 3.1-də qeyd etməli.

Cədvəl 3.1
Səs mənbəyi Mənbədən Səs təzyiqinin Qeyd
olan ümumi
məsafə səviyyəsi, dB
LABORATORİYA İŞİ № 4

ƏLEYHQAZIN YOXLANILMASI

İşin məqsədi: Süzücü sənaye əleyhqazlarının yararlı


olmasının yoxlanılmasını öyrətməkdir.
Nəzəri hissə: İş yerinin havasında olan zərərli buxar və
qazlardan insanın tənəffüs orqanlarını mühafizə etmək üçün
süzücü və izoləedici (borulu və oksigenli) əleyhqazlardan
istifadə edilir. Süzücü əleyhqazlar uducu maddələrlə
doldurulmuş qutudan, rezin üzlükdən, qoflu borudan,
birləşdirici hissələrdən və çantadan ibarətdir. Müxtəlif zərərli
qazlar və buxarlardan mühafizə üçün əleyhqazın aşağıdakı
markalarından istifadə olunur:
1) A – üzvü maddə buxarlarından mühafizə (benzin, ağ neft,
aseton, benzol toluol, efir və s.)
2) B – turş qazlardan mühafizə (hidrogen sulfid, azot oksidi,
xlor oksidi və s.)
3) Q – civə buxarlarından mühafizə
4) K – ammonyak buxarlarından mühafizə
5) CO – dəm qazından mühafizə
6) BKF – turş qazlar, dumanlar, tüstülər və hidrogen
mışyakdan mühafizə
7) KD – ammonyak və hidrogen sulfidin qarışığından
mühafizə
8) M – dəm qazı da daxil olmaqla bütün qazlardan mühafizə.
Əleyhqazın yoxlanması, onun kipliyini, nəfəs almağa
qarşı müqavimətini və gücünü, yəni mühafizəetmə müddətini
təyin etməkdən ibarətdir.
Əleyhqazın kipliyini yoxlamaq üçün üzlüyü geyib,
qutunu çantadan çıxarıb hava gələn aşağı yolu rezin tıxac,
yaxud barmaqla bağlamalı və dərindən nəfəs almalı. Bu zaman
üzlüyə hava daxil olmazsa, bu əleyhqazın kip olmasını göstərir.
Əleyhqaz kip olmadıqda onun ayrı-ayrı hissələrinin kipliyini
yoxlamaq lazımdır. Üzlüyü yoxlamaq üçün onu geyib klapanın
altındakı birləşdirici borunu bərk sıxaraq dərindən nəfəs almaq
lazımdır. Əgər üzlüyə hava keçərsə, onda üzlük yararsızdır və
ya düzgün seçilməyib. Birləşdirici qofru borunun yoxlanması
üçün onu qutu ilə birləşdiyi yerdə bərk sıxaraq, əvvəlcə nəfəs
verilir, sonra nəfəs geri çəkilir. Əgər hava keçməzsə,
birləşdirici boru yararlı hesab edilir.
İstifadə olunan cihazlar: Nəfəs almaya göstərilən
müqaviməti təyin edən qurğu manometrdən (1), əleyhqazın
qutusunu (2) bərkitmək üçün dayaqdan (3) və reometrdən (4)
ibarətdir. Reometr ağ neft, manometr isə su ilə doldurulur
(şəkil 4.1).

4 6

5
2

7
3 3

Şəkil 4.1. Əleyhqazın kipliyinin yoxlanılması üçün qurğu

İşin aparılma qaydası: Əleyhqazın müqavimətini


yoxlamazdan əvvəl, qurğunun
3 sxemini əleyhqazsız yoxlamaq
lazımdır. Bunun üçün kranı (6) açıb reometrə kompressordan
hava buraxılır. Kranın açılması və sıxacın (5) nizamlanması ilə
reometrdə səviyyələr fərqi 30mm ağ neft sütununa bərabər
olmalıdır. Bu zaman maili manometrdə (1) olan təzyiq bu
qurğunun əleyhqazsız müqavimətinə uyğundur. Bu
nəfəsalmada yaranan 30 l/dəq hava sürətinə bərabərdir.
Yoxlanılan əleyhqaz (2) dayağa (3) bərkidilir. Reometrin
göstəricisini əvvəlki qiymətə (30mm) gətirib maili manometrin
göstərişi yenə qeydə alınır. Alınmış sonuncu göstərişdən
əvvəlki göstərişi çıxıb, onu 0,5-ə vurub (manometrin mailliyi
300 olduğuna görə) əleyhqazın hava axınına göstərdiyi
müqaviməti alırıq. Bu, nəfəs aldıqda yaranan havanın sürətinə
müvafiqdir. Əleyhqaz qutularının müqavimətləri aşağıda
göstərilən normadan çox olduqda onlar yararsız hesab edilirlər.
Nəfəs almaya qarşı əleyhqazın müqaviməti müəyyən normalara
uyğun olmalıdır. Belə ki, A, B, K, Q və KD markaları üçün 18,
CO üçün 21, БKF üçün 25mm su sütunundançox olmamalıdır.
Qeyd: Reometrə kompressordan hava vurulması və
səviyyənin nizamlanması prossesi asta və kiçik həcmli hava
sərfi ilə aparılmalıdır. Əks halda güclü hava axını remetrdə
olan mayenin kənara atılmasına səbəb ola bilər.
Tam əminlik üçün təcrübəni başlamazdan əvvəl 4,5,6
kranlarının vəziyyətini yoxlamaq, təcrübə zamanı isə onlarla
ehtiyatla işiəmək lazımdır. Yoxlamanın nəticələri aşağıdakı
cədvələ köçürülür (cədvəl 4.1)

Cədvəl 4.1

Əleyhqazın Maili manometrin Əleyhqazın


tipi və ya göstərişi, mm, su müqaviməti, mm, Qeyd
markası sütunu su sütunu
əleyhqazsız əleyhqazla həqiqətdə norma
LABORATORİYA İŞİ № 5

İSTEHSALAT BİNALARININ HAVASINDA OLAN


ZƏRƏRLİ QATIŞIQLARIN TƏYİNİ

İşin məqsədi – UQ-2 cihazı vasitəsilə istehsalat


binalarının havasında olan zərərli qatışıqları təyin etmək və
onları sanitar normaları ilə müqayisə etməkdir.
Nəzəri hissə
İstehsalat müəssisələrində aparatların, boru kəmər-
lərinin və qurğuların kipliyinin pozulması nətıcəsındə zərərli
qaz və buxarların binaların daxilinə sızması baş verə bilər.
Əgər bu qaz və buxarlar az miqdardadırsa, onda insan
orqanizmi özü onlarla mübarizə apara bilər.
Sanitar normalara əsasən CH 245-71 – işçi otaqların
havasında texniki cəhətdən azaldılması mümkün olmayan
zərərli maddələrin aşağıdakı buraxılabilən konsentrasiyalarını
nəzərdə tutur:
Benzin buxarları - 300 mq/m3
Civə buxarları - 0,01 mq/m3
Dəm qazı - 20 mq/m3
Hidrogen sulfid - 10 mq/m3

İstifadə edilən cihaz


UQ-2 cihazı: (şəkil 5.1) Çuğun gövdədən (12), rezin
silfon borudan (10), dayandırıcı mexanizmdən (2), oxdan (6),
ştuserdən (4) və şkalanı bərkitmək üçün dayaqdan (14)
ibarətdir.
Bu cihaz vasitəsilə hava qarışığında olan aşağıdakı
qazların qatılıqlarını təyin etmək olar: amonyak, aseton,
asetilen, benzin, benzol, toluol, hidrogen sulfid, neft
karbohidrogenləri və s.
Cihazın işləmə prinsipi: tərkibində zərərli qatışıq olan
havanın indikator borucuğu vasitəsilə sorulması prosesində
içərisində indikator tozu olan şüşə borucuğun rənglənmə
uzunluğunun ölçülməsinə əsaslanır.

Şəkil 5.1 UQ-2 cihazı


İçərisində indikator tozu olan şüşə borunun rənglənmə
uzunluğu havanın tərkibində analiz olunan qazın qatılığı ilə
mütənasibdir. Şkalanın ölçülməsı mq/l- lərlə dərəcələnmişdir
ki, bunu da mövcud standarta görə q/m3-ə çevirmək lazımdır.
Havada olan qazın miqdarının analizi üçün uzunluğu 90
- 91 mm və daxili diametri 2,5 - 2,6 mm olan indikator tozu ilə
doldurulmuş şüşə borulardan istifadə edilir. Şüşə borular
diametri 0,27 - 0,28mm olan 2 (iki) mis məftildən hazırlanmış
tıxaclar vasitəsilə bağlanır. Şüşə boruda tozla tıxac arasına 0,5
mm qalınlığında pambıq qatı qoyulur. Doldurulmuş borularda
tozu başqa kənar təsirlərdən qorumaq üşün şüşə borunun hər
iki tərəfdən başlıqları surğucla bərkidilir. Analizə başlamazdan
əvvəl surğuc qaşınaraq kənar edilir.
Süzücü patron – uzunluğu 10 mm olan şüşə borudan
ibarətdir. Şüşə borunun içərisi zərərli maddələri tutmaq üçün
uducu tozlarla doldurulur. Təcrübədən qabaq patrondan
yoxlanılan hava üfürülür. Bunun üçün patronun diametri 5 mm
olan nazik tərəfindən qapaq çıxarılır və cihazın rezin borusuna
kip bərkidilir. Sonra patronun enli tərəfindən “zaqluşka”
çıxarılır və yoxlanılacaq hava mühitinə taxılır, hava
üfürüldükdən sonra patron çıxarılır. Süzücü patrondan bəzi
maddələrin analizi vaxtı istifadə edilir.
Cədvəl 5.1-də yoxlanılan havada təyin edilən qazlardan
asılı olaraq indikator tozlarının rənglənməsi, qazı süzən xüsusi
uducu patronla tutulan və analizin təyin edilməsinə mane olan
qatışıqlar göstərilmişdir.
Cədvəl 5.1

Analiz ediləcək Analizdən Filtrləyici Analizin təyin


qaz (buxar) sonra patronla edilməsinə mane
indikator tutulmuş olan qatşıqlar
tozunun qatışıqlar
rəngi
turşu,qələvi
amonyak göy - buxarları,amin
buxarları
hidrogen sulfid qara - -
aromatik və
açıq
benzin doymamış -
qıhvəyi
karbohidrogenlər
yağlı və aromatik
tünd
toluol su buxarları sıralı
qəhvəyi
karbohidrogenlər
neft
açıq
karbohidrogen- __”___ __”___
qəhvəyi
ləri
sirkə və duz
turşusu
aseton sarı -
buxarları,kükürd
anhidridi
yağlı və aromatik
benzol boz yaşıl su buxarları sıralı
karbohidrogenlər
Analizin aparılma qaydası

Təcrübə aparılan yerdə cihazın qapağı açılır,


dayandırıcını (2) çəkərək vtulkaya (7) oxu elə geydirirlər ki,
dayandırıcı (2) oxun “arxında” sürüşsün. Oxun yuxarısında
sorulan havanın həcmi göstərilir. Əl ilə təzyiq etməklə oxu o
qədər sıxırlar ki, dayandırıcının uçluğu oxun arxındakı yuxarı
dərinliklə düz gəlsin. Silfon bağlı vəziyyətdə saxlanılır.
İndikator borusundakı qoruyucu başlıqları qaşıyıcı tiyə
vasitəsilə təmizləyirlər. Borunu təmizləyərkən ona surğuc
parçalarının tökülməməsi üçün ağzı aşağı vəziyyətdə tutmaq
lazımdır. Tozun sıxlığını yoxlamaq üçün onun divarını
çubuqcuq ilə döyəcləyirlər, Bu vaxt əgər tıxacla toz arasında
boşluq əmələ gələrsə, onda tıxacı toza tərəf hərəkət
etdirirlər.Rezin boru vasitəsilə hazırlanmış indikator borusunu
cihazin dayağında elə yerləşdirirlər ki, borudakı tozun sərhəddi
şkalanın sıfır bölgüsü ilə düz gəlsin. Əlin biri ilə oxun başlığını
basıb, o biri ilə dayandırıcını çəkirlər. Ox hərəkətə gələn kimi
dayandırıcını buraxırlar. Bu vaxt yoxlanılan hava indikator
borusundan sorulmağa başlayır.
Dayandırıcının ucluğu oxun arxında olan aşağı
dərinliyə düşdükdə, o zaman cəftənin vurulması səsi eşidilir.
Səs gəlmənin baxılan həddə uyğun gəlməməsi təcrübədə
indikator borusunun doldurulmasını və analizin düzgün
aparılmamasını göstərir. Oxun cəftəsinin vurulması vaxtı
cədvəl 5.2-də göstərilmişdir. Cəftə vurulandan sonra oxun
hərəkəti dayanır, lakin havanın sorulması silfonda vakuum
qalığı hesabına davam edir.
Təyin ediləcək qazın qatılığı buraxılan havanın həcmi
göstərilən şkaladan tapılır.
Ölçü hədləri

Cədvəl 5.2

Təyin ediləcək Sorulan Ölçü Cəftənin Sorulma


qaz (buxar) həcm, həddi, vurulması, müddəti
ml mq/l san.
dən dək
amonyak 250 0- 2′ 24 4
30 0,03 00 ″

0 - 0,3 ani
hidrogen sulfid 300 01 - 2′ 3′ 5
30 0,03 20 ″
20″ 2
0 - 0,3 ani
benzin 300 0 – 0,1 320 350 7
60 0 – 5,0 ani 4
benzol 350 0 – 2,0 415 450 7
100 0 – 1,0 20 23 4
aseton 300 0 - 20 300 400 7
neft 300 0 -10 320 350 7
karbohidrogenləri
LABORATORİYA İŞİ № 6

QAZ-BUXAR–HAVA QARIŞIĞININ PARTLAYIŞ


HƏDDLƏRİNİN TƏYİNİ

İşin məqsədi: İstehsalın yanğın- partlayış təhlükəliliyi


dərəcəsini xarakterizə edən qaz-buxar-hava qarışığının
partlayış hədlərini təyin etməyi öyrətməkdir.
Nəzəri hissə:
Yana bilən maddələrin partlayış hadisəsini xarakterizə
edən əsas faktorlardan biri də onların aşağı və yuxarı partlayış
həddləridir.
Kənardan od və ya qığılcım verdikdə partlayış baş verə
bıləcək qazın havada olan minimal konsentrasiyasına onların
aşağı partlayış həddi deyilir.
Partlayış baş verə biləcək qazın havada olan maksimal
konsentrasiyasına onun yuxarı partlayış həddi deyilir.Bu
həddən yuxarı tərkibdə partlayış baş vermir. Qazlar üçün
partlayışın konsentrasiya həddi, mayelər üçün isə temperatur
həddi təyin edilir.
Bircinsli qazın hava ilə qarışığının partlayış hədləri
təxmini olaraq aşağıdakı düsturларla təyin edilir.

100
A h= %
1+ ( N −1 )⋅4 , 76 (6.1)

4⋅100
J h= %
4+4 , 76 N (6.2)

burada:
N - bir mol qazın yanması üçün lazım olan oksigen
atоmlarının sayıdır.
Bu,qarışığın stexiometrik tərkibi havanın oksigeni ilə
yanma tənliyindən tapılır.
İstehsalatda istifadə edilən əksər qazlar sadə газ
qarışıqlarından ibarət olduğu üçün qarışığın partlayış hədləri
təxmini olaraq Le-Şatelye düsturu ilə təyin edilir:

100
H=
m1 m2 m
+ +. .. .+ n
N 1 N2 Nn (6.3)
H - yanan qaz qarışığının partlayış həddi;
m1, m2, ....., mn - qaz qarışığında olan ayrı-ayrı
komponentlərin faizlə miqdarı;
H1, H2, ......,Hn - həmin komponentlərin uyğun partlayış
hədləridir.
Partlayış hədləri sabit olmur. Onlar alışma impulsunun
xarakterindən və gücündən, alovun yayılma istiqamətindən,
qarışığın təzyiqi və temperaturundan, qarışıqda kənar
maddələrin olmasından, təcrübə aparılan qabın həcmindən,
formasından və materialından, qarışığın və onu əhatə edən
mühitin istilikkeçirmə qabiliyyətindən asılıdır.
Təcrübi üsullarla tapılmış partlayış hədləri hesablama
yolu ilə alınmış nəticələrdən daha dəqiq olur.
Partlayış təhlükəli qarışığın inert haldan aktiv hala
keçməsi akademik N.N.Semyonovun inkişaf etdirdiyi öz-
özünə alovlanmanın zəncirvari nəzəriyyəsi ilə izah edilir.
Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki,
oksidləşmə reaksiyasının gedişində sərbəst radikal əmələ gəlir.
Bunlar başlanğıc maddənin molekulları ilə qarşılıqlı təsirdə,
yeni radikallar isə öz növbəsində neytral molekullarla qarşılıqlı
təsirdə olurlar. Bu reaksiya zəncirin davamı reaksiyası adlanır.
Bəzi vaxt bir aktiv mərkəzin (radikal və ya atomun ) qarşılıqlı
təsiri nəticəsində bir neçə aktiv mərkəz əmələ gəlir ki, bu da
prosesin zəncirinin budaqlanmasına səbəb olur. Zəncirin
davamı reaksiyasının törəməsi daimi olmaya da bilər. Bir sıra
hallarda zənciri qıran reaksiyalar da alınır. Zəncirin qırılması
həm reaksiyaya girən qarışığın daxilində, həm də, reaksiya
gedən qabın divarinda baş verə bilər.
Qarışığın daxilində zəncirin qırılması sərbəst
radikalların qarışıqda olan aşqarlarla əlavə reaksiyası
nəticəsində, həmçinin aktiv hissəciklərin qeyri–aktiv və ya
inert molekullarla toqquşması zamanı artıq kimyəvi enerjinin
səpələnməsi nəticəsində baş verə bilər.

Təcrübi hissə:
Qazların partlayış hədlərini təyin etmək üçün xüsusi
qurğudan istifadə olunur (şəkil 6.1).
Qurğu “bomba” adlanan həcmi 3750 sm3 olan metal
qabdan (4), bağlayıcı kran (2), induksiya makarаsından (7) və
transformatordan (9) ibarətdir.
“Bomba” uzadılmış kontaktları olan avtomobil şamı (5)
ilə təchiz olunaraq elektrik naqilləri vasitəsi ilə induksiya
makarası ilə birləşdirilir. Naqillərdən biri “bombanın”
gövdəsinə, o biri isə makaranın dəyişdirici açarı (8) vasitəsi ilə
avtomobil şamına bərkidilir. Makaranı elektrik şəbəkəsinə
qoşulduqda avtomobil şamı qığılcım verir. Bu alışma impulsu
rolunu oynayır.
su

1 3

4
5 7 9
2 8
6

Şəkil 6.1 Qazların partlayış hədlərini təyin etmək üçün xüsusi


qurğu
“Bombanın” səthində kiplik üçün araqatı, təhlükəsizlik
üçün metal tor və şüşə lövhədən ibarət müşahidə pəncərəsi
yerləşdirilmişdir. “Bomba”da qaz sayğacı vasitəsilə 0-dan
100%-ə qədər istənilən konsentrasiyalı qarışığı almaq
mümkündür.Hansı qazla yoxlanılma aparılırsa, həmin qaz üçün
yanma reaksiyası yazılır.

İşin aparılma qaydası


Qaz şəkilli maddələrin partlayış hədlərini təyin etmək
üçün, qəbul edilmiş X (%) konsentrasiyalı müəyyən U (sm 3)
miqdar qazı “bomba” ya vermək lazımdır.
Müəyyən konsentrasiyalara (X), müvafiq qazın
hesablanmış miqdarını (U) yazmaq üçün isə cədvəl düzəldilir.
Əgər bombanın həcmi V qazın verilmiş konsentrasiyası
X və müvafiq miqdarı U olarsa, onda
V⋅X
Y= , sm 3
100 olur.
Yoxlanılacaq qazın konsentrasiyası X=4 - 10%
götürülür.
Hesablamanın nəticəsi cədvələ yazılır.
Cədvəl 6.1

Qazın Qazın sm3- Partlayış


Bombanın
faizlərlə larla həcmi haqqında qeyd
həcmi (V),sm3
miqdarı (X) (U)

Təcrübəni aparmazdan əvvəl təhlükə nöqteyi-nəzərincə


qurğuda olan qaz ventillərinin kipliyini köpüklü sabun suyu
vasitəsilə yoxlamaq lazımdır. Əgər sabunlu su ventillərdə
qabarcıqlar əmələ gətirərsə o zaman təcrübəni aparmaq
qadağandır.
Şəbəkədə gərginliyin olmasını dəyişdirici açarı (6)
bağlamaqla bombanın divarında alışma impulsu olan
qığılcımın alınması ilə yoxlayırlar.
Yuxarıdakı yoxlamalardan sonra bombanın ağzına
kalka və ya perqament kağızı, üstündən araqatı qoyulur və
metal həlqə vasitəsilə kip sixilir. Bombanın ən zəif yeri kağız
olduğundan partlayış zamanı yalnız o dağıla bilər. Bundan
sonra qaz çıxan və daxil olan kranlar bağlanılır. Yoxlamanı
qazın sm3-lə həcminin ən kiçik qiymətində aparmaq lazımdır.
Fərz edək ki, 150 sm3 qaz qarışığını yoxlamaq lazımdır.
Bütün qaz ventillərinin bağlı olmasını yoxlamalı. Qazı
bombaya vermək üçün bombaya daxil olma ventilini (9) açaraq
qazı bombaya sıxışdırılır və ventili (9) bağlamaq lazımdır.
İnduksiya makarasını şəbəkəyə qoşmalı, dəyişdirici
açar (6) vasitəsilə bombaya gərginlik verməli.Əgər verilmiş
qazın (və ya buxarın) konsentrasiyası kifayət qədərdirsə, onda
birinci partlayış alınacaq və bu həmin qaz üçün partlayışın
aşağı həddi olacaqdır. Müəyyən konsentrasiyadan sonra ilk
dəfə partlayış alınmazsa bu qaz – hava qarışığının yuxarı
partlayış həddi olacaqdır.

Xüsusi göstərişlər

Tədqiqat aparılan qazın çox miqdarda olması zamanı


insana zərərlı təsir etməməsi üçün təcrübə vaxtı ventilyasiya
sistemini işə salmaq lazımdır.Qurğudakı ventillərin açılıb-
bağlanılması ardıcıllığına riayət edilməlidir.
Təhlükəsizlik nöqteyi-nəzərincə bombaya impuls
verdikdə bombadan kənar tərəfdə durmaq lazımdır ki, partlayış
zamanı zədələnmə olmasın.
Qazların partlayış hədlərini təyin etdikdən sonra, həmin
qazlardan istifadə edilən istehsalatın yanğın kateqoriyasını
təyin etməli (əlavəyə bax).
Bundan sonra müəllimin göstərişinə əsasən istehsalat
binası üçün aşağıdakı əməliyyatları yerınə yetirməli:
a) binanın tələb olunan odadavamlılıq dərəcəsini və
mərtəbəsini təyin etməli;
b) tikinti quruluşlarının odadavamlılıq həddini və
alovlanma qrupunu müəyyən etməli.
Təcrübəni apardıqdan sonra nəticələri cədvəl 6.2.
yazmalı.
Cədvəl 6.2.

Quruluş- Alov- Normaya Odadava Tikinti Qurulu-


ların lanm görə mlı mate- şun
adları a braund- dərəcəsi rialları qalınlığ
qrupu mauerlər ı və ya
arasında kəsiyi
olan ən
böyük
buraxıla
bilinən sahə
LABORATORİYA İŞİ № 7
YANAR BƏRK MADDƏLƏRİN ÖZ-ÖZÜNƏ
ALOVLANMA TEMPERATURUNUN TƏYİNİ
İşin məqsədi – yanar bərk maddələrin öz-özünə
alovlanma temperaturunun təyininin öyrənilməsi
Nəzəri hissə. Xarici istilik impulsu olmadan, yanar bərk
maddələrin əriməsi və buxarlanmasından əmələ gələn
buxarların hava ilə qarışığının müntəzəm qızdırılması
nəticəsində həmin qarışığın alovlandığı temperatur öz-özünə
alovlanma temperaturu adlanır.
Öz-özünə alovlanma temperaturu bir neçə metodla
təyin edilir: a) yanar bərk maddələrin buxarlarının qızdırılmış
borudan buraxılması ilə; b) yanar bərk maddələrin buxarlarının
qızdırılması və onlara hava və ya oksigenin üfürülməsilə; c)
yanar bərk maddələrin buxarlarının sıxılması ilə. Öz-özünə
alovlanma temperaturu normal təzyiqdə təyin olunmalıdır. Bu
hal yanğınын baş vermə səbəbini düzgün araşdırır. Müəyyən
edilmişdir ki, yanar bərk maddələri qızdırılmış boruya daxil
etdikdə, o müəyyən müddət keçdikdən sonra öz-özünə
alovlanır. Yanar maddənin qızdırılmağa başlanan andan
alovlanma müddətinə qədər olan vaxt induksiya periodu
adlanır.
Maddələrin odadavamlılıq dərəcəsinin təyinində
induksiya periodu çox böyük əhəmiyyət kəsb edir. Öz-özünə
alovlanma temperaturu bir çox faktorlardan asılıdır. Ondan
istifadə zamanı şərti olaraq, onun ən kiçik qiyməti qəbul edilir
və hansı şəraitdə təyin edildiyi göstərilir.

Təcrübi hissə
İstifadə olunan qurğu
Yanar bərk maddələrin öz-özünə alovlanma
temperaturu “Yenç” cihazı istifadə olunan qurğuda təyin edilir
(şək.7.1). Qurğu silindrik metal tigeldən (1) ibarətdir. Tigelin
daxilində dörd silindrik kamera mövcuddur. Onlardan biri tigel
dibi kameranın temperaturunu təyin etməyə xidmət edir. Bu
kameraya narın qum səpilir və onun içərisinə termometr (3)
yerləşdirilir. Qalan üç kameralarda tədqiq olınan maddə
yerləşdirilir. Yanar bərk maddələrlə iş aparma prosesində hisin
çökməsinin qarşısını almaq üçün hər bir dibə bir bürünc boşqab
qoyulur. Hər dəfə aparılan işdən sonra boşqablar yandırılmaqla
təmizlənir. Tədqiq olunan maddə yerləşən kameranın aşağı
hissəsi mərkəzi kanalla birləşdirilir. Bu kanala (2) borusu ilə
hava verilir. Hava kolbasında (4) yerləşən qatı sulfat
turşusunda qurudulduqdan sonra sistemə vurulur. Bu kolba
eyni zamanda hava qabarcıqlarının sayğacı olmaqla, hava
axının dəqiqədəki sürətini təyin edir. Metal tigel termometrlə
ştativə bərkidilir və qaz qızdırıcısının (5) alovu ilə qızdırılır.

Şək.7.1 Öz-özünə alovlanma temperaturunun təyin


edilmə qurğusunun sxemi

1- silindrik metal tigel; 2- mis boru; 3- termometr; 4-


qatı H2SO4 kolbası; 5-qaz qızdırıcısı.
Sınağa hazırlıq
Qaz qızdırıcısında metal silindrik tigel qızdırılır. 250oC
temperatura qədər qızdırılmış tigel (əgər parafin götürülərsə,
nəzərə alınmalıdır ki, onun öz-özünə alovlanma temperaturu
250oC-dən yuxarıdır) sıçrayışın qarşısının alınması məqsədilə
5dəqiqə bu temperaturda saxlanılır. Tigelin sonrakı
qızdırılması elə tənzimlənir ki, temperaturun qalxma sürəti
dəqiqədə 2oC-dən artıq olmasın. Sonra xəttən hava çıxışı kranı
açılır və tigelə hava verilmə sürəti dəqiqədə 60 qabarcıq
olmaqla tənzimlənir. Hava qabarcıqlarının sayı yarım dəqiqə
ərzində aparılır.

İşin aparılma qaydası

Havanın verilməsi (5sm3/dəq.) tənzimlənməklə


temperaturun müntəzəm qalxmasına (20C dəqiqədə) nail
olduğu anda tigelin temperaturu qeyd edilir: Sonra təxminən 3
qr: tədqiq olunan maddə qaşıqla tigelin kemerasına daxil edilir.
Əgər 310 0C temperaturda yanar maddə öz-özünə
alovlanmırsa, onda tigelin kameralarının birinə əvvəlki
miqdarda yenidən həmin yanar maddədən daxil edilir və bu
proses tigelin temperaturunun hər 50C artımında təkrar edilir.
Tədqiq olunan maddə daxil edilən kamerada alovun
görünməsi öz-özünə alovlanma anı kimi qeyd edilir.Sonra daha
iki nəzarət təcrübəsi aparılır.Hər dəfə, elə ki, öz-özünə
alovlanma temperaturu qeyd edildi, havanın verilməsi
dayandırılır və qaz qızdırıcısı kənarlaşdırılır. Tigel təyin olunan
öz-özünə alovlanma temperaturundan 100C aşağı
soyudulduqdan sonra, təcrübə təkrar aparılır və tigel dəqiqədə
20C sürətdə qızdırılır. Hər dəfə temperaturun 20C qalxmasında
tigelin kamerasına tədqiq olunan maddənin yeni payları öz-
özünə alovlanma baş verənə qədər daxil edilır. Əgər tədqiq
olunan maddə kameraya daxil olduqdan sonra öz-özünə
alovlanma baş vermirsə (320oC temperaturda), onda kamera
hava ilə üfürülür. Növbəti sınaq tigelin 250 0C temperatura
qədər qızmasından sonra aparılır. 5 sm3/dəq. sürətlə hava
verilməsilə aparılan təcrübələrdən alınan nəticələrdən üst-üstə
düşən iki minimum qiymət tədqiq olunan maddənin öz-özünə
alovlanma temperaturu hesab edilir.
Tədqiq olunan maddəyə verilən hava axınının miqdarını
dəyişməklə, öz-özünə alovlanma temperaturunu da dəyişmiş
oluruq. Müxtəlif şəraitlərdə maddənin havada öz-özunə
alovlanma temperaturunun ən aşağı qiymətini dəqiqləşdirmək
üçün təcrübə, havanın verilmə sürətini dəqiqədə 90-120
qabarcıq (yəni 7,5ˑ10 sm3/dəq.) olmaqla, bir neçə dəfə
dəyişməklə aparılır.
Yanar bərk maddələrin öz-özünə alovlanma
temperaturunun təyinindən alınan nəticələr cədvəl 7.1-ə
köçürülür.

Cədvəl 7.1
Vaxt Alovlanma anı
Maddə (t=2500C vaxt Temperatura Qeyd
olan vaxt) saat,dəq. 0
C
saat, dəq.
LABORATORİYA İŞİ №8

YANĞIN TƏHLÜKƏLİ MAYELƏRİN


ALIŞMA TEMPERATURUNUN TƏYİNİ

İşin məqsədi.
Neft məhsullarının alışma temperaturunu təyin etmək
və alınmış nəticələrdən istifadə edərək istehsalatın SN və P-II-
90-81-ə uyğun olaraq kateqoriyasını müəyyənləşdirməyi
öyrətməkdir.
Nəzəri hissə.
Yana bilən mayelərin yanma təhlükəsinin dərəcəsini
müəyyən etmək üçün alışma temperaturunun böyük əhəmiyyəti
vardır. Yanğın təhlükəli mayelər alışma temperaturuna görə iki
qrupa bölünürlər:
a) tezalışan mayelər – alışma temperaturu 61C-ə qədər
olan;
b) yanar mayelər – alışma temperaturu 61C-dən
yuxarı olan mayelər.
Alışma temperaturu (xüsusi yoxlama şəraitində) yana
bilən mayelərin ən aşağı temperaturu olub bu temperaturda
mayelərdən ayrılan buxar və qazın hava ilə qarışığına alışma
impulsu yaxınlaşdırdıqda qısa müddətdə ani olaraq yanırlar,
lakin onların əmələ gəlmə sürəti yanmanın sonrakı davamı
üçün kifayət etmir. Məhsul buxarlarının hava ilə qarışığına od
yaxınlaşdırdıqda buxar ilə bərabər məhsulun özünü də yandıran
temperatura alovlanma temperaturu deyilir. Asan alovlanan
mayelər üçün alışma temperaturu ilə alovlanma temperaturu
arasında fərq azdır, yəni alışma temperaturu alovlanmadan 1–
5C qədər az olur, ancaq yanar mayelər üçün bu fərq 10C
qədər olur. Bəzi tezalışan mayelər üçün talışma 0 °C olur və
hətta mənfi 50–60C-ə çatır. Mayenin alışma temperaturu aşağı
olduqca, o böyük yanğın təhlükəliliyinə malik olur.
İstehsal prosesləri yanğın təhlükəsi dərəcəsinə görə (SN
və P-II-90-81, Sənaye müəssisələrinin istehsalat binaları, layihə
normaları) A, B, V, Q, D və E kateqoriyalarına bölünürlər.
Neftin emalı, neft məhsullarının istifadəsi və
saxlanılması ilə əlaqədar olan istehsalat prosesləri alışma
temperaturuna görə aşağıdakı kateqoriyalara aid edilirlər:
t
A kateqoriyası al – 28C-ə qədər olan;
t
B kateqoriyası al – 28 – 61C olan;
t
V kateqoriyası al – 61C-dən yuxarı olan.
Qaynama temperaturu məlum olduqda nəzəri olaraq
alışma temperaturu Ormandi və Greven düsturu ilə tə”yin
edilir:
T аl=K⋅T qayn (8.1)
burada
T al – alışma temperaturu, K-ilə;
T qayn – qaynama temperaturu, K-ilə;
K °=0 .736 – (neft məhsulları üçün) əmsaldır.

İstifadə olunan cihazlar

Buxarlarının alışma temperaturu +20 +275C


həddlərində olan mayelər üçün qapalı tipli elektrik qızdırıcı
cihazdan istifadə edilir (bax şəkil 8.1).
Şəkil 8.1 Alışma temperaturunun təyini üçün istifadə
olunan cihaz

Cihazın əsas hissələri: içərisi yoxlanılan neft məhsulu ilə


doldurulmuş tiqel (3), üzərində hissələr bərkidilmiş dayaq
(5), elektrik qızdırıcısı olan qızdırıcı vannadan (2) ibarətdir.
Tiqelin qapağında qarışdırıcı mexanizm olan qapayıcı (8) qaz
və ya yağlı alışdırıcı (6) üçün maili boru və elastik vallı (10)
qarışdırıcı (4) yerləşdirilir.
İşin aparılma qaydası

İşə başlamazdan əvvəl cihazı torpaqlamaq lazımdır.


Əgər yoxlanılan neft məhsulunda suyun miqdarı 0,05%-dən
çox olarsa, onu təzə közərdilmiş və soyudulmuş CaSO 4, NaCl
və ya CaCl ilə gözlənilən alışma temperaturundan 20C-dən az
olmamaq şərtilə əvvəlcədən qurutmalı. Qurutduqdan sonra
yoxlamaq üçün neft məhsulunun üst təbəqəsindən nümunə
götürülür. Təyyarə benzini ilə tiqel yuyulur və qurudulur.
Doldurulmaqdan qabaq tiqel və neft məhsulunun temperaturu
yoxlanılan alışma temperaturundan 20C aşağı olmalıdır.
Tigeli dəyirmi cizgiyə qədər neft məhsulu ilə doldurub, onun
qapağını örtməli. Termometri yerinə qoymalı və tigeli qızdırıcı
vannada yerləşdirməli. Sonra alışdırıcını hərəkətə gətirməli.
Əgər cihazda fitilli alışdırıcı yerləşdirilibsə, onda onu
əvvəlcədən bitki (günəbaxan) yağı qatılmış maşın yağı ilə
isladılmış pambıqla hopdururlar. Hopdurulmuş yağın alışma
temperaturu yoxlanılan neft məhsulunun alışma
temperaturundan yuxarı olmalıdır. Alışdırıcının alovunu elə
tənzimləməli ki, onun quruluşu diametri 3-4mm olan kürəyə
yaxın olsun.
Sonra avtotransformator vasitəsilə qızdırıcı cihaz
şəbəkəyə qoşulur. Labaoratoriyanın temperaturuna uyğun
barometrik təzyiq qeyd edilir.
Neft məhsulunu aşağıdakı qayda ilə qızdırırlar. Əgər
yoxlanılan neft məhsulunun alışma temperaturu 50C-ə
qədərdisə, onda temperaturu dəqiqədə 1C sürətlə artırırlar.
t
Əgər neft məhsulunun al =50150C qədərdirsə, əvvəlki
qızdırmanı dəqiqədə 5–8C sürətlə aparırlar. Əgər
t > 150° C
al olarsa, onda dəqiqədə 10–12C sürətlə astaca
qarışdırmaqla onları qızdırırlar.
Qızdırılmanın sürətinin tənzimlənməsi
avtotransformatordan verilən gərginliyin dəyişdirilməsi ilə
aparılır (gərginliyin azalması qızdırılma sürətini azaldır). Əgər
neft məhsulu gözlənilən alışma temperaturundan 30C aşağıya
qədər qızdırılmışsa, onda qızdırılmanı dəqiqədə 2C sürətlə
davam etdirməli.
Əgər məhsulun temperaturu gözlənilən alışma
temperaturundan 10oC aşağıya qədər qızdırılmışsa bu vaxt
yoxlamanı hər 1oC-dən bir aparırlar. Məhsulun talış<50o və
talış>50o olan neft məhsulları üçün isə yoxlamanı hər 2oC-dən
bir aparırlar. Alışmanın yoxlanması vaxtı qarışdırmanı
saxlamalı və (11) dəstəyi vasitəsilə qapağın deşiyini saat əqrəbi
istiqamətində bir dəqiqəliyə açmalı, alışma alınmazsa onda
məhsul yüngülcə qarışdırılır. Bu əməliyyatı hər 1oC-də
yuxarıda göstərilən kimi yoxlamalı. Alışma vaxtı neft
məhsulunun səthində tez keçən mavi alovun alışma vaxtı hesab
olunur. Bəzən alışma yüngül səslə də müşahidə edilir, hər
alışmanı yoxlarkən qığılcımın alovu sönür. Ona görə də fitil
alışdırıcısından istifadə edərkən onu tez yandırmaq üçün
yandırılmış spirtli lampadan istifadə edirlər. 1-ci alışmanı
alarkən (yoxlamanı o vaxta qədər davam etdirirlər) talışma<50oC
olan neft məhsulları üçün 10C-dən bir və talışma>500C neft
məhsulları üçün 2oC-dən bir alışdırmanı davam etdirirlər. Əgər
bu vaxt alışma alınmazsa, bütün yoxlama yenidən təkrar
olunmalıdır. Təzədən yoxlama zamanı talış təkrar olunarsa (talış
<50oC olan neft məhsulları üçün yoxlama fərqi +1oC və
talış>50oC olan neft məhsulları üçün +2oC yuxarı olarsa) və
alışma 2oC– dən bir alınmazsa yoxlamanı qurtarmış hesab
etmək olar və alışma temperaturunu tigeldə birinci dəfə
termometrin göstərdiyi temperaturu qəbul etmək olar, bu şərtlə
ki, barometrik təzyiq və temperatur nəzərə alınsın.
Barometrik təzyiqə düzəliş aşağıdakı düsturla aparılır:
tbar =0,0345(760-Ph)oC (8.2)
burada
Ph – həqiqi barometrik təzyiq, mm c.s.
0,0345 oC/mm c.s - sabit əmsal
Hesablamanı 1oC dəqiqliklə aparmalı. Termometrin
göstərişinə düzəliş termometrin pasportundan götürülür.
Beləliklə neft məhsullarının həqiqi alışma temperaturu

hər
T al =t al + Δt bar +Δt H
, °C (8.3)
Yoxlamanın nəticələrini cədvəl 8.1- də qeyd etməli.

Cədvəl 8.1

№ Mayeni Gözələnil Təcrübi Həqiqi Mayeni


n ən alışma, alışma, oC alışma, oC n
adı o
C qrupu
LABORATORİYA İŞİ № 9

KÖPÜKYARADANLARIN VƏ KÖPÜK GENERATOR


TOZUNUN KEYFİYYƏTİNİN YOXLANMASI

İşin məqsədi: Kimyəvi köpük almaq üçün köpük


generator tozunun yararlılığını təyin etməyi öyrətməkdir.
Nəzəri hissə: Odsöndürücü kimyəvi köpükdən bütün
yanğın təhlükəli maddələrin yanğınlarının söndürülməsi üçün
istifadə edilir.
Köpük yaradan tozlar alüminium sulfat, natrium
bikarbonat və biyan kökü cövhərindən (köpüyü yaradan və ona
dayanaqlıq verən maddədən) ibarətdir.
Köpüyün əmələ gəlmə reaksiyası aşağıdakı formulalar
üzrə gedir.
2 NaHCO3 + H2SO4 = Na2SO3 + 2H2O + 2CO2
6NaHCO3 + Al2(SO4)3 = 3Na2SO4 + Al(OH)3 + 6CO2
Kimyəvi köpüyün yararlığı aşağıdakı keyfiyyətlərlə:
köpüyün alınma nisbəti və köpüyün dayanaqlılığı ilə
xarakterizə olunur.
Köpüyün alınma nisbəti – təcrübə vaxtı alınmış
köpüyün həcminin yoxlanılan maddənin götürülmüş miqdarına
olan nisbətinə deyilir (alınma nisbəti 6-dan az olmamalıdır).
Köpüyün dayanaqlığı – təcrübə vaxtı alınmış köpüyün
həcminin 20%-nin dəqiqələrlə azalma müddətinə deyilir
(dayanaqlığı ən azı 25 dəqiqə olmalıdır).

İşlədilən cihazlar:
Təcrübəni aparmaq üçün diametri 60 mm olan 1000 və
50 ml həcmi olan iki silindr, həmçinin 100 ml ölçülü silindr
lazımdır.
İşin aparılma qaydası:

Kimyəvi köpüyün keyfiyyətini təyin etmək üçün həcmi


500 sm3 olan içərisi quruşüşə silindrə 5 q köpük generator tozu
töküb, sonra onun üzərinə 50 sm3 su əlavə edilir.
Suyu silindrə tökdükdə çalışmaq lazımdır ki, onun
daxili divarlarına təsadüfən yapışıb qalmış köpükyaradan tozlar
yuyulsun, çalxalamaq lazım deyil.
Reaksiya zamanı köpük alınır. Köpüyün həcminin
artması sabit qaldıqda həmin həcm qeyd edilir.
Reaksiya nəticəsində əmələ gələn köpüyün alınma
nisbəti və onun dayanaqlılığı təyin edilir.
Təcrübənin nəticələri cədvəl 9.1 köçürülür.
Cədvəl 9.1
Yoxlanılan
Yoxlanı- Alınan Köpüyün Köpüyün
maddənin
lan köpüyün alınma dayanaqlığı
miqdarı, q
maddənin həcmi, nisbəti
və ya sm3
adı sm3
norma həqi- norma həqiqət
üzrə qətdə üzrə də

Nəticədə yanğınsöndürücü vasitələrin istifadəyə yararlı


və yararsız olmasını əsaslandırmalı.
LABORATORİYA İŞİ № 10

KÖPÜKYARADAN MADDƏLƏRİN
DAYANAQLILIĞININ VƏ
ALINMA NİSBƏTLƏRİNİN YOXLANILMASI

İşin məqsədi: Hava mexaniki köpüyünün alınması


üçün köpükyaradanın yararlı olmasını müəyyən etməyi
öyrətməkdir.
Nəzəri hissə: Neft və neft məhsullarının yanğınlarının
söndürülməsində işlədilən hava mexaniki köpüyünün
alınmasında «PO-1» köpükyaradanından istifadə olunur.
«PO-1» köpükyaradanı aşağıdakı tərkibdən ibarətdir:
«KP-1» kontaktı (tərkibində sulfat turşusu 44%-dən az
olmayan ağ neft):. . . . . . . . . . . . . . . . . . . . . . . .84  1%,
Sümük yapışqanı . . . . . . . . . . . . . . . . 4,5  1%,
Etil spirti və ya 95%- li etilenqlikol . . . 11  1%.
Texniki natrium qələvisi (kaustik soda – kontaktı
neytrallaşdırana qədər).
Köpükyaradanlar aşağıdakı tələbatı ödəməlidirlər:

Göstəricilər Normalar Yoxlama üsulu


Xarici görünüşü Tünd qəhvəyi Rəngini 30 mm diametrli
maye şüşə boruda gözlə təyin
edirlər.
Özlülük 200 C-də 5,50C-dən artıq
Enqler dərəcəsilə olmamalı
2%-li sulu məhluldan 10 dəfədən az
alınma nisbəti olmamalı
Köpüyün 30 dəqiqədən az
dayanıqlılığı olmamalıdır.
Reaksiya Neytral və ya zəif
qələvi
Hava mexaniki köpüyünün tərkibində 0,2 – 0,4% köpük
yaradan, 9,6 – 9,8% su və 90% hava olur. Bunların mexaniki
qarışdırılması zamanı hava köpük lüləsində köpük əmələ gəlir.

İşin aparılma qaydası:

Köpüyün alınma nisbətini təyin etmək üçün diametri


60mm, tutumu 1000 ml olan şüşə silindrə 100 ml 2%-li
köpükyaradan məhlulu töküb ağzını şüşə tıxacla tıxadıqdan
sonra silindrin oxu istiqamətində 30 saniyə müddətində öz oxu
istiqamətində şiddətlə çalxalamaq lazımdır. Silindrin tıxacını
açmadan alınan köpüyün həcmi qeyd edilir.
1) Alınan köpüyün həcminin əvvəlki mayenin həcminə
olan nisbəti köpüyün alınma nisbəti adlanır.
2) Alınan köpüyün həcminin 20%-ə qədər azalması
müddəti (dəqiqələrlə) həmin köpüyün dayanıqlılığı olur.
Qeyd: təcrübəni apararkən silindrik şüşənin həcmi 500
ml olarsa ona 50
ml 2%-li köpük yaradan məhlulu tökmək
lazımdır.
Təcrübənin nəticələri cədvəl 10.1- də qeyd olunur
Cədvəl 10.1
Yoxlan Yoxlanıla Alınan Köpüyün alınma Köpüyün
ılan n köpüyün nisbəti dayanıqlılığı
maddə- maddənin həcmi,
nin miqdarı sm3 norm həqiqətd norm həqiqətd
adı qr. və ya a ə a ə
sm3 üzrə üzrə

Nəticədə yanğınsöndürücü vasitələrin istifadəyə yararlı


və ya yararsız olmasını əsaslandırmalı.
Təkliflər:
Tarix Tələbə
Rəhbər

LABORATORİYA İŞİ № 11
“İNSAN-OPERATORUN FORMALAŞDIRILMIŞ
SIQNALLARA OLAN REAKSIYASININ TƏDQİQİ”

İşin məqsədi
İnsan-operatorun müxtəlif reaksiyasının araşdırılması;
daxil olan informasiyanın miqdarı ilə reaksiya vaxtının
asılılığının tədqiqi.
Ümumi məlumat
Neft, qaz və s. sənayelərində olan texnoloji proseslərini
səmərəli idarə etmək üçün operatorlardan yüksək peşəkarlıq
tələb olunur. Statistika göstərir ki, bədbəxt hadisələrin 33,5%
operatorların idarə etmə proseslərində səhv hərəkətləri
nəticəsində baş verir /1/. Hadisələrin 13,7% informasiyanın
düzgün qəbul edilməməsi, 46%- sensomator hərəkətlərin səhv
koordinasiyası, 17%-dən çoxu isə ardıcıl siqnalların qəbulunda
cavab hərəkətlərinin gecikdirilməsi nəticələrində yaranıb.
Texnoloji çatışmamazlıqlar, gözlənilmədən təhlükələr
və avariyalar baş verdikdə insanların həyatı və maddi dəyərlərə
qarşı təhlükələr yarandıqda operatorların fəaliyyətinə xüsusi
artan tələbat olmalıdır. Yaranmış kritik hallarını aradan
götürülməsi, yaranmış vəziyyəti düzgün
qiymətləndirilməsindən, rasional həllin qəbul edilməsindən və
reallaşdırılmasından asılıdır. Bütün bunlar operatorların
peşəkar hazırlığına yüksək tələbatı, yəni vaxtın az olması
şəraitində həllin qəbul edilməsinin tezliyini və operatorun
hazırlığında trenajorların istifadəsinin vacibliyini şərtləndirir.
Operator işinin əsas göstəricilərindən biri
informasiyanın indikasıya orqanlarından idarəetmə orqanlarına
ötürülməsi sürətindən asılıdır.
“İnsan-maşın” sistemi tezlik göstəricilərin tənzimləmə
tsiklin zamanından, yəni informasiyanın “insan-maşın” qapalı
tsikli boyu keçməsi zamanından ibarətdir.
Tsikil zamanı Tt aşağıdakı kimi təyin olunur

п
T t =τ op + ∑ τ m
i
i=1

(11.1)

τ
op - operator tərəfindən informasiyanın
Burada
araşdırılması vaxtı
τ op
- maşının i bəndində informasiyanın gecikdirilməsi
vaxtı
п- maşının bəndlərinin sayı
“İnsan-maşın” sistemlərinin çoxu üçün asılı olaraq,
tənzimləmə tsiklinə buraxılan zaman məlum və ya verilmiş
T bur
olur.
Tm
Onda i verilmiş qiymətlərində (bir çox texniki
elementlər üçün onlar məlumdur) operatordan tələb olunan
tezlik aşağıdakı şərtlə təyin olunur
п
τ ор ≤T bur−∑ τ m
i=1 (11.2)
(2) şərti yerinə yetirildikdə, operator “İnsan-maşın”
sisteminin tələb olunan tezliyini təmin edir. Ancaq, (2) şərtini
τ оp
yerinə yetirilməsini yoxlamaq üçün zamanını bilmək
τ
lazımdır. Real “İnsan - maşın” sistemləri üçün оp zamanı
təcrübi yolla, layihələndirilmiş sistem üçün isə hesablama yolu
ilə, yəni analitik yolla təyin edilir.
Bu işin məqsədi operatorun reaksiya vaxtının daxil olan
informasiya miqdarından asılılığını təcrübi və analitik üsulla
alınmasından ibarətdir.
İşdə istifadə olunan üsulun əsasını operator tərəfindən
məsələnin həll vaxtı və bu zaman istifadə olunan informasiya
miqdarı arasında olan xətti asılılığının olması təşkil edir.
İnsanın formalaşmış siqnala olan reaksiyası sadə və
mürəkkəb ola bilər. Sadə reaksiya ondan ibarətdir ki, operator
əvvəldən məlum olan siqnalın verilməsinə cavab olaraq
müəyyən hərəkət edir (tumblerin qoşulması ilə). Mürəkkəb
reaksiya (seçmə reaksiyası) ondan ibarətdir ki, operator
mümkün siqnallardan hər birinə cavab olaraq bu və ya digər
hərəkəti edir.
τ op
vaxtını hesablamaq üçün aşağıdakı düsturdan
istifadə edilir

H
τ op =a+ βH + a+
V op
(3)
burada a - sadə reaksiya zamanı, san.
β
- mürəkkəb reaksiya zamanı, san.
Vop- informasiyanın araşdırma sürəti vah/san.
H- araşdırılan informasiya miqdarı vah.
Qrafiki asılılıq (3) şəkil 11.1- də göstərilmişdir.

Şəkil 11.1. Operator tərəfindən məsələnin həll vaxtının


araşdırılan informasiya miqdarından asılılığı.

a-nın qiyməti Η=Ο hal üçün ordinat oxu üzərində


nöqtəni göstərir.Vop qiyməti qrafik üsulla ( aşağıda göstərilmiş
misalda 1 düz xətti üçün) aşağıdakı düsturla təyin edilir.
ΔH 4−2
V op= = =2,5
Δτ 1,2−1,0 vah/san (11.3)

Vop qiyməti informasiya sahəsinin strukturundan


(stimul və reaksiyanın üst-üstə düşməsi dərəcəsindən),
operatorun təlimindən, onun funksional vəziyyətindən və s.
asılıdır. İnformasiyanın araşdırılması sürəti artdıqca düz xəttin
absis oxuna nəzərən meyl bucağı azalır. (2- ci düz xətt)
Ümumi halda, insan tərəfindən araşdırılan informasiya
miqdarı aşağıdakı düsturla təyin edilir:

п
∑ Pi log 2 Pi
H= i=1 (4.1)

burada Pi - i siqnalının verilməsi ehtimalı


n – müxtəlif siqnalların ümumi sayı.
1
Siqnalların bərabər ehtimalla verilməsi zamanı (Pi= п )
insan tərəfindən araşdırılan informasiya miqdarı verilmiş
şərtlər üçün maksimal qiymət alır və (4.1) ifadəsindən
1
göründüyü kimi Pi= п olduqda

H=log2n (4.2)

Təcrübə qurğusu.
İnsan operatorunun reaksiyasını tətbiq edən təcrübə
qurğusu qəbuledici və ötürücü lövhələrdən vahid sistem təşkil
edir.
Qəbuledici və ötürücü lövhələr eyni idarəetmə
sisteminə malikdir. Qurğunun sxemi şək. 11.2-də
göstərilmişdir.
Şəkil 11.2. Təcrübə qurğusunun qəbuledici lövhəsi
(üz panel)

Qurğunun qəbuledici lövhəsində siqnalları əks etdirən


informasiya tablosu yerləşir. Bu tablo aşağıdakı elementlər
vasitəsilə təcrübəçinin reaksiya vaxtı təyin edilir.
-sayğac 1 vasitəsilə təcrübəçinin reaksiya vaxtı təyin
olunur;
-simvol şəklində informasiyanı əks etdirmək üçün
indikator 2;
- rəqəmsal informasiyanı əks etdirən indikator 3;
- altı sayda olan siqnal lampaları 4;
İnformasiya tablosunun altında idarəedici tumblerlər 5
yerləşir. Təcrübə aparan ötürücü tabloda göstərilən siqnala
reaksiya edərək bu tumblerləri qoşur.
Siqnal lampaları 4 altında yerləşən tumblerlər
lampalarla eyni rəqəmlərlə işarə edilir və uyğun olaraq öz
lampalarına qulluq edir. 3 rəqəmli indikatorların altında 0-dan
9-a kimi olan tumblerlər hər biri öz rəqəminə qulluq edir. 2
simvol indikatorları altında yerləşən tumblerlər, uyğun olaraq,
yaranmış simvollara (1, 2.....5) qulluq edir.
İşin gedişatı aşağıdakından ibarətdir. Ötürücü lövhənin
vasitəsilə, qəbuledici lövhəsinin informasiya tablosunda bu və
ya digər siqnal formalaşır. Eyni zamanda sayğac 1 qoşulur.
Siqnalı görərək, təcrübəçi uyğun tumbleri qoşur. Bu zaman
sayğac dayanır. Sayğac ötürülən informasiyaya sərf olunan
reaksiya vaxtını göstərir. Növbəti təcrübə aparılan zaman
sayğac 0-a gətirilir.
Laboratoriya qurğusunun işə salınması “0-1”
tumblerinin köməyilə baş verir.
Çıxış siqnallarının alternativ sayı 1-dən 21-ə kimi
dəyişir.

İşin tapşırığı.
1. Laboratoriya qurğusunun təsvirini öyrənmək.
2. Giriş siqnalının hər bir alternativ n = 1, 6, 10, 16,21
sayı üçün reaksiya vaxtı ölçülür.
3. Reaksiya vaxtının orta qiymətinin daxil olan
informasiyanın miqdarından asılılıq qrafikini qurmaq.
4. İnformasiyanın araşdırma sürətini Vоp hesablamaq
və analitik asılılığı τ op =f ( H ) tapmaq.

İşin yerinə yetirilməsi ardıcıllığı.


Laborator işi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
I. Sadə reaksiya zamanın təyini (n = 1)
1. Ötürücü lövhədə 1 nömrəli tumbler qoşulur, bu vaxt
zaman sayğacı işə düşür və qəbuledici lövhədə H1 lampası
yanır.
2. H1 lampası yandığı zaman təcrübə aparan 4 siqnal
lampaları altında yerləşən 1 nömrəli tumbleri işə salır, bu vaxt
zaman sayğacı dayanır.
3. Sayğacın göstərişi protokola yazılır (cədvəl 11.1)
bundan sonra sayğac sıfır vəziyyətinə gətirilir.
4. 1-3 punktlarındakı əməliyyatlar 20 dəfə təkrar olunur.
II Altı alternativdəki seçim reaksiya vaxtının təyini
(n=6).
Təcrübə I punkta analoji olaraq aparılır, o fərqlə ki,
təsadüfü olaraq qəbuledici lövhədə H1-H6 lampalarından biri
yanır. Hər bir lampanın yanmasına təcrübəçi uyğun tumbleri
qoşaraq reaksiyasını bildirməlidir.
III On alternativdən reaksiya zamanının seçilməsinin
təyini (n=10)
İş I punktuna analoji olaraq aparılır. Siqnal olaraq,
təsadüfi qaydada, rəqəmsay indikatorda 3 (şəkil 1) 0-dan 9-a
kimi rəqəmlərdən biri əks olunur.
IV 16 alternativdən reaksiya zamanın seçilməsinin
təyini (n=16).
Siqnal olaraq, təsadüfi qaydada H1-H6 lampalardan və
rəqəmsay indikatorun göstəricisindən istifadə olunur.
V 21 alternativdən reaksiya zamanının seçilməsi
(n=21).
Siqnalların əks edilməsi üçün H1-H6, lampaları, 3
rəqəmsay indikatoru və 2 simvol indikatoru istifadə edilir.
Təcrübənin nəticələri aşağıdakı ardıcıllıqla təhlil edilir.
Hər bir n üçün zaman sayğacın göstərilmiş orta qiyməti
saniyələrlə və ya millisaniyələrlə hesablanır. İnformasiyanın
miqdarı (5) düsturu ilə təyin edilir və reaksiya zamanının orta
qiyməti ilə informasiya miqdarı arasında olan qrafiki asılılıq
qurulur. Alınmış qrafikdən a, b və Vop əmsallarının qiymətləri

təyin edilir və
τ op =f ( H ) asılılığının analitik ifadəsi tapılır.
cədvəl 11.1

№ Müxtəlif n - lərdə reaksiya zamanı, san


ölçülər 1 6 10 16 21

1
20

τ op
H

Qeyd: Hər bir təcrübəni başlamazdan əvvəl təcrübə aparanın


əlləri eyni vəziyyətdə olmalıdır.
ƏDƏBİYYAT

1. S.R. Rəsulov, A.S. Sadıxov, L.A. Mahmudova


“Həyat fəaliyyətinin təhlükəsizliyi”, Bakı, “ADNSU”, 2016,
476 səh.
2. S.R. Rəsulov, A.S. Sadıxov, N.E. Zeynalov “Neft-
qaz quyularının qazılmasında texniki təhlükəsizlik”, Bakı,
“Elm” nəşriyyatı, 2013, 284 s.
3. Ş.Ə. Nağıyev, F.Y. Ağayev və başqaları “Əmək
fəaliyyətinin təhlükəsizliyi” kursundan laboratoriya işləri
toplusu. Bakı: 1992, 64 səh.
4. Г.Е. Панов Эргономика в нефтяной
промышленности М.1979
5. Справочник по инженерной психологии: Под
рец. Б.Ф. Лоmова М. 1982.

You might also like