You are on page 1of 5

“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində

Onlayn Hesab Açılması üzrə

TƏLİMAT

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Təlimat “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində (bundan sonra “Bank”
adlandırılacaq) İstifadəçilər tərəfindən Onlayn hesab açılması xidmətinin göstərilməsi şərtlərini
və qaydalarını müəyyən edir;

1.2. Siz, Bank tərəfindən təmin edilən veb səhifə (“sayt”) – www.unibank.az vasitəsilə təqdim edilən
“Onlayn hesab açılması” xidmətindən istifadəyə cəhd göstərirsiniz. “Mən qaydalar və şərtlər ilə
razıyam” bəndini seçməzdən və ya hər hansı xidmətdən istifadə etməzdən əvvəl, hazırki Təlimatı
diqqətlə oxumağınız xahiş olunur;

1.3. “Mən qaydalar və şərtlər ilə razıyam” bəndini seçməklə və ya xidmətdən istifadə etməklə, Siz
hazırkı Təlimatı diqqətlə oxuduğunuzu, şərtlərini qeyd-şərtsiz və tam həcmdə qəbul etdiyinizi və
onlara riayət olunmasına dair öhdəliklər götürdüyünüzü təsdiq edirsiniz. “Mən qaydalar və şərtlər
ilə razıyam” bəndini seçdiyiniz və müvafiq məlumatları daxil etdiyiniz andan etibarən Sizinlə
Bank arasında Müqavilə bağlanmış hesab olunur. Bu müqavilə, şərtlərini qeyd-şərtsiz və tam
həcmdə qəbul etdiyinizi və onlara riayət olunmasına dair öhdəliklər götürdüyünüzü təsdiq edən
ikitərəfli yazılı müqavilənin bağlanması ilə eyni hüquqi qüvvəyə malikdir. Hazırki müqavilədə
əks oluan şərtləri qeyd-şərtsiz və tam həcmdə qəbul etmək istəmədiyiniz təqdirdə, cari səhifəni
tərk etməyiniz və xidmətin hər hansı gələcək istifadəsindən və ya bu məqsədlə sayta daxil
olmaqdan çəkinməyiniz xahiş olunur;

1.4. Siz Bu xidmətin istifadəsi ilə bağlı tətbiq edilən üçüncü tərəfin Müqavilə şərtlərinə və istənilən
digər əlavə qayda, təlimat və şərtlərinə riayət edəcəyinizə dair razılıq verirsiniz;

1.5. Bank istənilən vaxt, müvəqqəti və ya daimi olaraq, tam və ya qismən saytın və ya saytın tərkib
hissəsi olan digər istənilən məlumatın, xidmətin, məzmunun, məhsulun və ya funksiyanın, saytdan
istifadə haqqının (ödənişin) modifikasiyası, dayandırılması və ləğv edilməsi, saytla bağlı istənilən
haqq (tarif) və ödənişləri dəyişmək və/və ya ləğv etmək və/və ya sayt istifadəçilərinin bir qisminə
və ya hamısına əlavə imkanlar təklif etmək hüququnu özündə saxlayır.

2. ƏSAS ANLAYIŞLAR

 İstifadəçi – Bu Təlimatla tanış olan fərdi sahibkarlar və hüquqi şəxslər;


 Hüquqi şəxs – Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq
hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar;
 Fərdi sahibkar – Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs;
 FATCA sənədləri –FATCA (Foreign Account Tax Compliance Act) - xarici hesablar üzrə vergi
əməletməsi aktıdır;
 Məxfi açar söz – Sayt istifadəçisi tərəfindən təmin olunan məxfi sözdür. Onlayn hesab açılması
ilə əlaqədar Banka zəng etdikdə müştərinin təsdiqlənməsi məqsədilə soruşulacaq açar sözdür.
Açar sözün məxfiliyi müştəri tərəfindən təmin edilməlidir;
 VÖEN –Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli
qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların
filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi
sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır;
 Şəhadətnamə-dublikat – hesab açmaq məqsədilə Banka təqdim olunmaq üçün kommersiya
hüquqi şəxsin ilkin qeydiyyatı zamanı dövlət qeydiyyatını aparan vergi orqanı tərəfindən, digər
hallarda isə vergi ödəyicisinə uçotda olduğu vergi orqanı tərəfindən verilən və özündə hesab
açılacaq bankın (bank filialının) adını, hesabın növünü və valyutasının adını əks etdirən sənəddir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra
“Dövlət Vergi Xidməti” adlandırılacaq) ilə müvafiq kommersiya bankı arasında elektron sənəd
mübadiləsinin aparılması nəzərdə tutulduğu hallarda, şəhadətnamə-dublikat bilavasitə vergi
ödəyicisinə təqdim olunmadan elektron şəkildə müvafiq bank idarəsinə ötürülür. Şəhadətnamə-
dublikat alındığı tarixdən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş
müddətdə (10 gün ərzində) hesab açılmaq üçün istifadə olunmadıqda, qüvvədən düşmüş hesab
edilir. Bu müddət, şəhadətnamə-dublikatın verildiyi növbəti gündən hesablanır;
 Şəxsiyyət Vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respbulikası
vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd;
 FİN kod – Şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi,
şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla
müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur;
 Elektron Bankçılıq – elektron doğruluğun təsdiq edilməsi üsulu və kommunikasiya vasitələri ilə
istifadəçiyə məsafədən girişi təmin etməklə müvafiq hesablar üzrə bank əməliyyatlarının
aparılması və/və ya məlumatların əldə edilməsi imkanını verən müvafiq proqram təminatıdır.
Elektron Bankçılıqdan istifadə zamanı əldə edilən müştəri məlumatları, yalnız Bank tərəfindən
təqdim edilən xidmətin təkmilləşdirilməsi məqsədilə istifadə edilir və bu məlumatlar üzrə
məxfiliyin qorunmasına görə Bank məsuliyyət daşıyır;
 İnternet Bankçılıq – Banka getmədən, onlayn rejimdə hesabları idarə etmək və müxtəlif bank
əməliyyatlarını həyata keçirmək imkanı verən bank xidmətidir;
 Mobil Bankçılıq – Şifrədən və bu Təlimatda müəyyən olunmuş hallarda ASAN imzadan istifadə
etməklə internet vasitəsilə Təlimatda nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin
təsdiq edilməsinə (əməliyyatların aparılması və sənədlərin imzalanması) imkan yaradan proqram
təminatıdır. Proqrama çıxış istənilən mobil operatorların müştərisi olan istifadəçilərə verilir;
 Mobil telefon SİM-kartı (nömrəsi) – İstifadəçi tərəfindən Banka bildirilmiş İnternet və Mobil
Bankçılığa və ya İnternet, Mobil Bankçılıq və ASAN İmzaya bağlı olan hər hansı mobil
operatorun SİM-kartıdır (nömrəsidir);
 ASAN İmza – İstifadəçinin şəxsi imzasının analoqu olan onun mobil telefon SİM-katına
(nömrəsinə) bağlı rəqəmsal imzadır. ASAN İmza ilə istifadəçinin şəxsiyyəti təsdiq olunur və
sənədlərə rəqəmsal imza qoyulur;
 Şifrə – İnternet və Mobil Bankçılıqda qeydiyyatdan keçmək üçün İstifadəçi tərəfindən bu
proqramlara daxil olmaqla yaradılan, Təlimatda nəzərdə tutulmuş əməliyyatları və sənədləri
təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl
toplusudur. Əməliyyatların və sənədlərin təsdiq edilməsi zamanı şifrə İstifadəçinin imzasının
analoqu kimi qəbul olunur. Şifrə ilə təsdiq olunmuş sənədlər kağız daşıyıcıda olan və İstifadəçinin
şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;
 Qeydiyyat yazısı – şifrə daxil edilməsi nəticəsində açılan İnternet və Mobil Bankçılıqda
İstifadəçinin şəxsi səhifəsi;
 Cari hesab – pul vəsaitlərinin saxlanması, nağdsız hesablaşmaların və köçürmə əməliyyatlarının
aparılması üçün İstifadəçinin adına açılan bank hesabıdır;
 Ödəniş kartı – nağdsız ödənişlərin və əməliyyatların aparılması, həmçinin nağd pul vəsaitinin
alınması üçün istifadə edilən kartdır;
 Tariflər – İstifadəçiyə göstərilmiş xidmətlər müqabilində Bank tərəfindən birtərəfli qaydada
müəyyən edilmiş və İstifadəçi tərəfindən ödənilməli olan haqqdır. Tariflər Bankın saytında
(www.unibank.az), İnternet və Mobil Bankçılıq xidmətlərində yerləşdirilir;
 İnternet Bankinqdə “Manager” səlahiyyəti – İstifadəçiyə İnternet Bankinq sistemində ödəniş
tapşırıqlarını redaktə etməyə, imzalamağa və Banka göndərməsinə icazə verən səlahiyyət.

3. ONLAYN HESABIN AÇILMASI PROSESİ

3.1. Onlayn hesab açılması üçün ilk növbədə, fərdi sahibkarların (fərdi sahibkarlıq ilə əlaqədar) və
hüquqi şəxslərin Rəhbərlərinin (VÖEN-ə aid I dərəcəli səlahiyyətli şəxs nəzərdə tutulur) ASAN
imza səlahiyyəti olmalıdır. Onlayn hesabların açılması xidməti Bankın cari və yeni müştərilərinə
aid edilir. Bankın yeni və cari müştəriləri yeni onlayn hesab açmaq istədikdə bu platformadan
istifadə edə bilər;

3.2. Onlayn hesab açılması prosesi 2 mərhələdən ibarət olmaqla: onlayn şəkildə qeydiyyatdan keçmək
və video zəng etməklə həyata keçirilir. İstifadəçi ilk olaraq, onlayn şəkildə qeydiyyatdan keçərək
müvafiq sənədləri imzalamalı, daha sonra hesabın açılması üçün Bank əməkdaşı ilə video zəng
vasitəsilə əlaqə saxlamalı və proses təsdiqlənməlidir;

3.3. Onlayn hesab açılması üçün İstifadəçi, Bankın qeyd edilən veb səhifəsinə, daha sonra “Hesabların
onlayn açılması” xidmətinə daxil olur və ASAN imzası ilə sistemə giriş edir. Giriş etdikdə
müştərinin qeyd edilən ASAN imzasındakı imza səlahiyyətləri seçim olaraq təklif olunur. Müştəri
müvafiq imza səlahiyyəti (Fərdi Sahibkar və ya Şirkət Rəhbəri) və hesab açmaq istədiyi VÖEN
seçimini edərək onlayn hesab açılması platformasına daxil olur. Əgər müştərinin müvafiq VÖEN
üzrə hesab açmaq səlahiyyəti olmasa, ekrana bununla bağlı məlumat çıxacaq;

3.4. Onlayn hesab açılması platformasına daxil olduqdan sonra aşağıda qeyd olunan mərhələlər üzrə
məlumatlar və şərtlər icra olunmalıdır:

3.4.1. “Məlumatlar” mərhələsi: Bu mərhələdə İstifadəçi tərəfindən “Şəxsi məlumatlar”,“Şirkət


məlumatları” və “Təsisçi məlumatları” (yalnız hüquqi şəxslər üçün) bölmələrində müvafiq
məlumatlar daxil edilməli, “Əlavə suallar” bölməsindəki suallar cavablandırılmalıdır.
İstifadəçinin bu mərhələdə daxil edəcəyi məlumatlar əsasında “Banka müraciət ərizəsi” sənədi
formalaşacaq. Qeyd : Məlumatlar mərhələsində qeyd olunan “Məxfi Söz” xanasının İstifadəçi
tərəfindən doldurulması tələb olunur. İstifadəçi Bank əməkdaşı ilə əlaqə saxladığı zaman ilk
olaraq, ondan qeyd etdiyi məxfi sözün təqdim edilməsi tələb olunacaq. Yalnız məxfi söz təqdim
edildikdən sonra, İstifadəçinin onlayn hesab açılması ilə əlaqədar sualları cavablandırılacaq;

3.4.2. “Valyuta seçimi” mərhələsi: Bu mərhələdə İstifadəçi, şəhadətnamə-dublikat seçimini edir və


hesabın hansı valyutada açılmasını təmin edir. Bunu nəzərə alaraq, İstifadəçi, onlayn hesab
açılması platformasına daxil olmazdan əvvəl https://e-taxes.gov.az/ səhifəsinə daxil olmalı və
Banka şəhadətnamə-dublikat göndərməlidir. Şəhadətnamə-dublikat müəyyən olunmuş müddətdə
qüvvədə qalır. Qeyd edilən vaxtı nəzərə alaraq, İstifadəçi, Bankın onlayn hesab açılması
platformasına daxil olaraq “Valyuta seçimi” mərhələsində şəhadətnamə-dublikat seçimini
etməlidir, əks halda şəhadətnamə-dublikat avtomatik olaraq ləğv olunacaq. Əgər İstifadəçi,
şəhadətnamə-dublikatı öncədən göndərməsə onlayn hesab açılması prosesi yarım olaraq saxlanılır
və müştəri şəhadətnamə-dublikat əldə etməsi üçün https://e-taxes.gov.az/ saytına yönləndirilir;

3.4.3. “FATCA sualları” mərhələsi: Dövlət Vergi Xidmətinin “Xarici dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə
məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi
Qaydaları”-na əsasən banklarda hesab açılarkən İstifadəçi müvafiq sənədləri doldurmalıdır. Buna
əsasən, həmin sənədlərdə qeyd edilən suallar onlayn hesab açılması platformasında da əks olunur
və bu mərhələdə İstifadəçi həmin sualları cavablandırmalıdır;

3.4.4. “Sənədlərin imzalanması” mərhələsi: Daha sonra İstifadəçi aşağıda qeyd olunan sənədlərin
hamsını birlikdə ASAN imza ilə imzalamalıdır. Sənədlər imzalandıqdan sonra növbəti mərhələyə
keçid aktivləşəcək:
a) Ərizə Forması - Bank hesablarının açılması üçün ərizə forması;
b) Müqavilə - Bank hesabları və elektron bankçılıq üzrə xidmət müqaviləsi;
c) FATCA sənədi - Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünü
qiymətləndirmə anketi.
d) Hüquqi Şəxs anket forması (yalnız hüquqi şəxslər üçün)

3.4.5. “Daxil edilən məlumatların yoxlanılması” mərhələsi: Bu zaman Banka göndərilən


şəhadətnamə-dublikat əsasında sənədlər yoxlanılır. Şəhadətnamə-dublikat Banka daxil olduqda
Bank əməkdaşı Dövlət Vergi Xidməti tərəfindən təmin olunan portala daxil olur və şirkətin
hüquqi sənədlərini yoxlayır. Sənədlər portalda mövcud olmadıqda müştəriyə bununla bağlı
məlumat verilir və sənədlərin sistemə yüklənməsi üçün Dövlət Vergi Xidmətinə müraciət etməsi
bildirilir;

3.4.6. “Təsisçi məlumatlarının yoxlanılması mərhələsi” (yalnız hüquqi şəxslər üçün): Bu mərhələdə
Təsisçi məlumatlarının düzgünlüyü Bank əməkdaşı tərəfindən yoxlanılır. Şirkət Rəhbəri
təsisçilərin hər birini ayrı-ayrılıqda qeyd etməlidir. “Onlayn hesab açılması” xidmətindən istifadə
təsisçiləri yalnız fiziki şəxslərdən və təsisçi sayı 5 (beş) nəfərdən ibarət olan şirkətlər üçün
mümkündür. Təsisçi məlumatlarının yoxlanılması zamanı aşağıdakı meyarlara diqqət yetirilir:
a) Təsisçi adlarının düzgün qeyd olunması;
b) Təsisçilərin şirkətdə olan pay bölgüsü haqqında məlumatların dəqiq qeyd edilməsi.

3.4.7. “Video Zəng” mərhələsi: Video zəngin aparılması prosesi “Məsafədən bank hesabının açılması
zamanı video görüntünün təşkilinə dair Tövsiyyələr” sənədi əsasında hazırlanmışdır. Yuxarıda
qeyd olunan müvafiq sənədlər imzalandıqdan və məlumatlar yoxlanıldıqdan sonra növbəti
mərhələ olaraq video zəng bölməsi aktivləşəcək. Bank əməkdaşı ilə video zəng vasitəsilə əlaqə
saxlamazdan əvvəl görüş təyin edilməlidir. İstifadəçi, öz istəyinə uyğun (şəhadətnamə-dublikatın
aktiv olduğu dövrə qədər) olaraq saat seçimi edərək Banka sorğu göndərir. Həmin saat uyğun
olduqda Bank sorğunu təsdiq edirvə görüş təyin edilir. Video zəng zamanı təsdiqlənmənin həyata
keçirilə bilməsi üçün İstifadəçidən şəxsiyyət vəsiqəsi və şəhadətnamə-dublikat ( Dövlət Vergi
Xidməti tərəfindən təqdim olunan) tələb olunacaq. Video zəng zamanı İstifadəçi tərəfindən Bank
əməkdaşına sənədlərin ön və arxa tərəfləri (aydın oxunulması şərti ilə) təqdim olunacaq. Video
zəng uğurla yekunlaşdığı zaman Bank əməkdaşı İstifadəçini bu barədə məlumatlandıraraq video
zəngi sona çatdıracaq. Bank əməkdaşı tərəfindən 1 (bir) iş günü ərzində video zəngin, İstifadəçi
tərəfindən təqdim edilən sənəd və məlumatların düzgünlüyünün yoxlanılması uğurla başa
çatdıqda İstifadəçiyə hesab açılacaq. Hesab açıldıqdan sonra onlayn hesab açılması
platformasındakı sonuncu mərhələ olan "Rekvizitlər" mərhələsi aktivləşəcək;

3.4.8. “Rekvizitlər” mərhələsi: Bu mərhələdə İstifadəçiyə yeni açılan hesab nömrəsi təqdim olunacaq;

3.5. İstəyindən asılı olaraq, İstifadəçi, Bu platformaya daxil olaraq yeni onlayn hesabların açılması
üçün yenidən müracitə edə biləcək;

3.6. İstifadəçinin “Məlumatlar” mərhələsində qeyd etdiyi mobil nömrə və elektron məktub ünvanına
avtomatik olaraq yeni açılmış hesab rekvizitləri haqqında məlumatlar göndəriləcək. Həmçinin,
qeyd edilən mobil nömrə və elektron məktub ünvanı əsasında İstifadəçiyə Mobil Bankinq (MB)
və İnternet Bankinq (İB) xidmətlərinə ödənişsiz qoşulmaq imkanı veriləcək. MB və İB
xidmətlərində qeydiyyatdan keçmək üçün tələb olunan məlumatlar İstifadəçinin qeyd olunan
elektron məktub ünvanına göndəriləcək. İB xidmətində qeydiyyatdan keçərkən İstifadəçiyə
avtomatik olaraq “Manager” səlahiyyəti verilir. Bu səlahiyyət ilə İstifadəçi ödəniş tapşırıqlarını
İB sistemində redaktə edə, imzalaya və Banka göndərə bilər. MB və İB xidmətlərində
qeydiyyatdan keçməklə bağlı qaydalarla İstifadəçi, “Rekvizitlər” mərhələsində yerləşdirilən
Təlimatlardan tanış ola bilər;

3.7. İstifadəçi tərəfindən Bankda hesab açıldıqdan sonra 6 (altı) ay ərzində heç bir əməliyyat həyata
keçirilmədiyi təqdirdə, Bank tərəfindən İstifadəçinin müraciəti bir tərəfli olaraq ləğv ediləcəkdir
("Unibankın Bank hesabları və elektron bankçılıq üzrə xidmət müqaviləsi"-nin 8.3.1. maddəsini
əsas alaraq).

4. YEKUN MÜDDƏALAR
4.1. Bağlanmış Müqavilədən kənara çıxmamaq şərtilə, Bank tərəfindən göstərilmiş xidmətdə və
müvafiq olaraq Təlimatda müəyyən dəyişikliklərin edilməsi mümkündür.

You might also like