You are on page 1of 1

Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının suverenliyinin iqtisadi əsasını möhkəmləndirmək, onun


təhlükəsizliyini təmin etmək, iqtisadi və siyasi mənafelərini qorumaq məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Gömrük Komitəsi yaradılsın və Azərbaycan Respublikası
gömrük idarəsinin ixtiyarında olan əsas fondlar və başqa əmlak ona verilsin.
2. Azərbaycan Respublikası Gömrük Komitəsinin öz fəaliyyətində Azərbaycan
Respublikası Prezidentinə tabe olduğu müəyyən edilsin.
3. Maqsud Əlövsət oğlu Məmmədov Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri
təyin edilsin.
4. Azərbaycan Respublikasının Gömrük Komitəsi bir ay ərzində gömrük xidməti haqqında
Əsasnamənin və gömrük Məcəlləsinin layihələrini təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Gömrük
Komitəsinin maliyyə təminatı və təsərrüfat fəaliyyəti məsələlərini həll etsin.
6. Bu Fərman elan edildiyi gündən qüvvəyə minsin.

Azərbaycan Respublikasının Prezidenti


A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 30 yanvar 1992-ci il.


№ 561.

You might also like