You are on page 1of 3

Nəcəfov Vedat

vedetnecefov6@gmail.com
Bütün gözəl, bənzərsiz, müqəddəs işlər insandan hünər istəyir. Ona görə də zaman səviyyəsində
yaşayıb fərdi, xəlqi və dövləti müstəqilliyə tam çatmaq mümkün deyil.
Müstəqillik əzəli istəkdir: öncə fərdin içinə gələn, sonra xalqın. Müstəqil fərd varsa, müstəqil
xalq da var. Müstəqillik başlıca olaraq mənəvi duyğudur. Fərdlər xalq kimi müstəqil olmağı
düşünəndə onun uğrunda çarpışır və ölür. Müstəqilliyi quranlara, onu gerçəkləşdirənlərə yalnız
müstəqillik duyğusunun verdiyi güc, mənəvi həzz, fərəh yetir. İnsan bu duyğunu gözləri
yaşarıncaya qədər yaşaya bilir.
İstənilən zaman, gerçəklik hər anlamda müstəqiliyə qarşıdır. Zaman ağalıq-nökərlik, siyasət,
təbəqəçilik dairəsini qoruyur, həm də insana, xalqa, dövlətə yarayan görünür. Gerçəklik isə onu
yenən, ondan üstün olan şəxsi, ulusu, dövləti özünə qarşı sayır...
Dövlət ciddi, son dərəcə gərəkli hadisədir. "Azərbaycan dövləti" anlayışı hər birimiz üçün ülvi,
müqəddəs düşüncə mövzusu və işidir.
Fərdin müəyyən bir düşüncəyə çatması həmin ülvi düşüncədə olan başqa fərdlə mənəvi birliyini
yaradır. Xalq beləcə təsdiq olunur. Çünki "Xalq yetkin fərdlərin birliyidir" (İnam Ata), o, daim
mahiyyət üstə mənəvi yenilənməyi, zənginləşməyi tələb edir. 
Yüzillər boyu xalqın mədəniyyət sistemi yaranır, ancaq hansısa dönəmdə yaratdıqlarını yel
aparır. Bu sərvəti bir yerə toplayan, xalqın yaratdıqlarını və xalqın özünü qorumaq üçün
bənzərsiz bir quruma gərək olur. Bu qurum – Dövlətdir! Dövlət qurmaq isə hər millətin bəxtinə
düşmür. 
“Müstəqillik” adlı uca istəyin nisbi gerçəkliyini yaratmaqla da iş bitmir. Nisbi müstəqillik
ömürlərin, istəklərin nisbiliyindən, yəni yarımçıqlığından yaranır. İstəyə bərabər iş olmayanda
müstəqillik də bütöv gerçəkləşmir, ömürləşmir...
31 il müstəqil ölkə kimi özünütəsdiq baxımından qısa zaman olsa da, az vaxt da deyil. 
Şəxsin mənəvi müstəqilliyi yoxdursa, o, ən ideal müstəqil ölkədə yaşasa belə – müstəqil
olmayacaq. Dövlətin və fərdin müstəqilliyi bir-birində təzahür olunur, bir-birində təsdiqlənir. Bu
baxımdan, yurdumuzda 21 ildə müstəqil fərdlərin, aydınların yaranması prosesi yavaşıdı,
görünmədi...
Müstəqillik fərdin içində, ağlında, ruhunda yarananda, yaşadılanda var olur. Belə olmayanda
dövlətin təəssübünü çəkməkdən çox dövlətdən ummaq ənənəsi yaranır: şəxs dövləti hər anlamda
özünə xidmətçi görmək istəyir. Halbuki fərd özünü dövlətin qoruyucusu, onun fədakarı saymasa,
dövlət onu qoruya bilməz.
"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi
olması bundan da çətindir" fikrini söyləyən dahi rəhbər, əslində, hələ ötən əsrin 70-80-ci
illərində, Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu bir zamanda xalqımızın böyük
gələcəyinə hesablanmış islahatlara imza atmışdı. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin
adını daşıyan indiki Hərbi liseyin məhz həmin dövrdə yaradılması Heydər Əliyevin
müdrikliyindən və uzaqgörənliyindən xəbər verdi. Belə bir təhsil müəssisəsinin Azərbaycanda
yaradılmasına nail olmaq hər rəhbərə nəsib olan iş deyildi. Yalnız qətiyyətli, riskli addım atmağı
bacaran, ən başlıcası xalqı üçün ömrünü şam kimi əridən bir rəhbər belə vacib vəzifənin
öhdəsindən gəlməyi bacarardı. Müasir Azərbaycan Ordusunun formalaşmasında, milli zabit
kadrların hazırlanmasında həmin təhsil müəssisəsinin müstəsna rolu vardır. Ümümmilli liderin
zamanında atdığı addımlar indiki hərb tariximizə qızıl hərflərlə yazılacaq 44 günlük müharibədə
öz əksini tapdı.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan
informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Azərbaycan informasiya müharibəsi
sahəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olunur,
dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Erməni kiber hücümlarının da qarşısı
layiqincə alınırdı.
Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst
medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı.
Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək
Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Münaqişədə Türkiyənin
iştirakı, F-35-lərdən istifadə, Suriya və Liviyadan muzdluların cəlb olunması, atəşkəsin
pozulması və bir çox digər qıcıqlandırıcı suallar dönə-dönə təkrarlanırdı. Dövlətimizin başçısı
hər dəfə bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxarır, Qarabağın tarixindən,
münaqişənin səbəblərindən danışır, fürsətdən istifadə edərək, dünyaya əsl həqiqətləri çatdırırdı.
Almaniyanın ARD telekanalının müsahibəsindəki bir suala və Prezidentin cavabına diqqət edək.
Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan
üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? Cavab: Elzas və
Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud ReynVestfaliya? Bu,
bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas
resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq
hüquq məsələsidir. Cavab qısa və lakonikdir. Amma elə dərin məna kəsb edir, elə təsirlidir ki,
inanmıram, bir də hansısa qərbli müxbir bizim Prezidentə buna bənzər sual ünvanlasın.
Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin
beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi", həmçinin "Əgər
erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından" fikirləri yerləşdirilib. Erməni
saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib. 27
sentyabr günorta saatlarında başlayan hücumlarla ümumilikdə 90 erməni saytı sındırılıb. Bu
saytlar arasında Ermənistanın ən məşhur xəbər və video portalları da yer alıb. 27 sentyabr axşam
saatlarında başlayan hücumlarla birlikdə isə Ermənistanın dövlət strukturlarına məxsus çox sayda
məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Bu sənədlər arasında Ermənistanın
Dövlət Təhlükəsizlik Xidmətinə, Ermənistan Prezidentinə, Ermənistanın Xarici İşlər Nazirliyinə
aid xeyli məlumatlar var.
Həmçinin, mümkün erməni təxribatının qarşısını almaq məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, vətəndaşlara sosial mediada,
telefon mesaj bölməsində və ya e-poçt adreslərinə daxil olan heç bir linkə daxil olmamağı, heç
bir faylı yükləməməyə çağırmışdır. 29 sentyabr tarixində Anti-armenia Team haker qrupu
tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ
keçirilmişdir. Karabakh Hacking Team qrupundan olan bir neçə haker Ermənistan hökumətinin
elektron sənəd dövriyyəsi sistemini sındırıb. Nəticədə 50 TB həcmində sənədlər əldə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi
dəyərləndirirdi. O deyirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri
şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan
xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa
Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz
yarımçıq olar.»
Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8
noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla
azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə
adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan
hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17
oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda Şuşa şəhəri,
noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları işğaldan azad
edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan
etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam
dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan
nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə
Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin
edilməsi elan edilmişdir.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də
verilmişdi. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin
dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə
alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin
dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin
tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli
şəkildə qeyd edilməsi qərara alınmışdır.

REFERENCES :
• https://m.modern.az/az/news/29997
• https://genprosecutor.gov.az/az/post/2422
• https://azerbaijan.az/related-information/77

You might also like