You are on page 1of 2

Riyaziyyat

Kiçik summativ qiymətləndirmə (№ 2)

Adı________________ Soyadı_________________

1. İndi saat 08:00-dır. 3 saat sonra vaxt neçə olacaq?


a) 10:00 b) 05:00 c) 11:00

2. Hansı saat “3-ün yarısı”nı göstərir?


a) 15:30 b) 14:30 c) 03:30

3. Dərs 09:00-da başladı, 40 dəqiqə davam etdi. Hansı saat bu vaxtı düzgün
göstərir?
a) 09:50 b) 09:40 c) 09:30

4. Onluqlarının sayı ən kiçik, təkliklərinin sayı isə ən böyük ikirəqəmli ədəd


hansıdır?
a) 90 b) 91 c) 19

5. Adil ədəd oxu üzərində 84-dən 3 addım yeddi-yeddi geriyə saydı. O, hansı
ədəddə dayandı?
a) 63 b) 73 c) 83

6. 43+19 misalında təkliklər mərtəbəsinin cəmi hansı ədəddir?


a) 52 b) 12 c) 2

7. Ədəd oxu üzərində 86–9 ifadəsinə uyğun nöqtə hansı onluğa yaxındır?
a) 90 b) 80 c) 70

8. 63 diski qutulara on-on yığsaq, neçə disk artıq qalar?


a) 8 b) 3 c) 5

9. 28+? = 38–? misalında sual işarəsinin yerində hansı ədəd olmalıdır?


a) 10 b) 5 c) 7

10. Elvin atasından ən böyük qəpik pulu xırdalamağı xahiş etdi. Atası ona 3 dənə
qəpik verdi. Atası Elvinə böyük qəpik pulun əvəzinə hansı qəpikləri vermişdir?
a) 10, 10, 20 b) 20, 5, 10 c) 20, 20, 10

11. Dondurma 20 qəpikdir. Aqil 1 manat verib 2 dondurma aldı. Satıcı Aqilə nə
qədər pul qaytardı?
a) 40 qəpik b) 60 qəpik c) 80 qəpik
12. 23+19, 33+19, .........., 53+19 ardıcıllığında nöqtələrin yerində hansı ifadə
olmalıdır?
a) 39+13 b) 43+19 c) 48+14

13. Təkliklərinin sayı onluqlarının sayından 5 vahid çox olan ədəd hansıdır?
a) 15 b) 16 c) 17

14. “9 onluq 3 təklikdən, 3 onluq 9 təkliyi çıx” ifadəsinə uyğun misal hansıdır?
a) 93–93 b) 93–39 c) 93–33

15. Leylanın 10 manat pulu var. Cavidin pulu Leylanın pulunun ikiqatı qədərdir.
Cavidin neçə manat pulu var?
a) 12 manat b) 15 manat c) 20 manat

16. 42 m ipdən 19 m ip kəsdilər. Neçə metr ip qaldı?


a) 21 m b) 22 m c) 23 m

17. Ata ilə oğulun kütlələri cəmi 94 kq-dır. Oğlanın kütləsi 15 kq olarsa, ata neçə
kiloqramdır?
a) 80 b) 79 c) 78

18. İki ədədin cəmi 25-dir. Ədədlərdən biri digərindən 7 vahid böyükdür. Kiçik
ədəd neçədir?
a) 18 b) 10 c) 9

19. 19, 15, 17, 34 ədədlərindən hansı 3-ü bir ədəd ailəsinə məxsusdur?
a) 19, 15, 17 b) 19, 17, 34 c) 19, 15, 34

20. Köynək 43 manat, şalvar isə 29 manatdır. Şalvar köynəkdən neçə manat
ucuzdur?
a) 14 manat b) 15 manat c) 16 manat

Düz cavablar ___________


Səhv cavablar __________

You might also like