You are on page 1of 8

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

İqtisadiyyat və İdarəetmə fakültəsi


Maliyyə ixtisası
4-cü kurs
Dərs:Risk Menecmenti
Müəllim:Elmin Nemətli
Tələbə:Firuzə Bədəlova Firudin;Valeh Abdullazadə Tofiq
Mövzu:AccesBank və UniBank
AccesBank və UniBank
Bu gün Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklar maliyyə
göstəricilərinə görə bir-birindən fərqlənir.İstər mənfəət,istər xərc,istərsə də
kapital göstəriciləri bu bankları bir-birindən fərqləndirir.Göstəricilərdə olan
fərqliliklər birbaşa olaraq bankın bazardakı siyasətini də mövqeləndirir.Bu fərdi
fəaliyyətimizdə Azərbaycan bazarında yetərincə tanınan 2 bankı(AccesBank və
UniBankı)analiz edəcəyik.
AccesBank
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən
kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya
İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası
kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü
bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan
AccessBank, 2020-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.“AccessBank”
“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və
beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən maliyyə
hesabatı təqdim edib.
Hesabata əsasən, 2020-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 805
milyon manat təşkil edib. Bunun əhəmiyyətli hissəsi – 57%-i kredit portfelində
cəmlənib.
Yüksək likvidli vəsaitlərin payı 15%-dən 20%-ə artıb. Bankın depozit portfeli
isə 6% azalıb.
Kredit portfelinin 2019-cu illə müqayisədə azalmasına baxmayaraq, xalis faiz
gəliri 718.000 milyon manat artıb.
Kredit riskini ödəmək üçün yüksək xərclər səbəbindən Bank 19 milyon manat
məbləğində zərərdədir.
“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya
Qaşikulina Bankın göstəricilərini şərh edib:
“2020-ci il həm bank sistemi, həm müştəriləri, xüsusən də biznes müştəriləri
üçün çətin bir il oldu. Müştərilərimizə dəstək olmaq üçün həllər hazırladıq.
Bunların və sıx ünsiyyətin sayəsində bir çox müştərilərimizin kreditlərini
bağlamalarında yaranmış problemləri həll etdik. Restrukturizasiyanın ümumi
həcmi 163.5 milyon manata çatdı. Bu da öz növbəsində kredit riski zərərlərinin
ödənilməsi xərclərində əksini tapdı. Beynəlxalq standartlara görə,
restrukturizasiya olunmuş kreditlər ehtiyatların əhəmiyyətli dərəcədə artmasını
tələb etsə də, biz kredit portfelimizin keyfiyyətinin kifayət qədər yüksək
olduğuna əminik və gələn il bu ehtiyatların azad edilməsini və müvafiq olaraq
da Bankın mənfəət əldə edəcəyini görəcəyik.
AccessBank, 2021-ci il üzrə maliyyə nəticələrini açıqlayıb və maliyyə hesabatı
nəticələri belə olub.
Bankın ümumi portfeli 2021-ci ilin sonuna 130 milyon artaraq 632.5 milyon
təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% çoxdur.
2021-ci ilin dördüncü rübü üzrə artım 60.3 milyon manat təşkil edib.
Kredit portfelinin 85%-ni biznes kreditləri təşkil edib. 2021-ci ildə AccessBank
tərəfindən 636.6 milyon manat kredit verilib, bu da 2020-ci il ilə müqayisədə
285.5 milyon manat və ya 81.3% çoxdur. Verilən kreditlərin yarıdan çoxu
regional filialların payına düşüb.
Bankın depozit portfeli 2021-ci ilin sonuna 62.3 milyon artaraq, 689.8 milyon
təşkil edib. Bu da ötən il ilə müqayisədə 9.9% çoxdur.
Bankın 2021-ci ilin sonuna xalis faiz gəlirləri 53.7 milyon manat təşkil edib. Bu
da ötən il ilə müqayisədə 4 milyon manat, və ya 8.1% çoxdur.
Bank 2021-ci ilin dördüncü rübündə xalis gəlirini 2 milyon manat artıraraq, ili
1.1 milyon manat mənfəətlə bitirib.
Hazırda Bankın məcmu kapitalı 79.7 milyon manat təşkil edir ki, bu da
minimum məcmu kapital normasından (50 milyon manat) 29.7 milyon manat
artıqdır.
2021-ci ilin sonuna bankın aktivləri 932.2 milyon manat təşkil edib, bu da ötən
ilin sonu ilə müqayisədə 76.3 milyon, yaxud 8.9% çoxdur.
2021-ci ilin sonunda bankın ani likvidlik əmsalı 71.2 % olub ki, bu da normadan
(30%) 2 dəfə çoxdur.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri dördüncü rübdə bankın
maliyyə nəticələrini şərh edib: “Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit
portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq. Eyni zamanda
AccessBank hər ay 5000-ə yaxın sahibkara kredit verir ki, bu da mikro və kiçik
biznesə dəstəyimizin bariz nümunəsidir. Depozit portfeli, likvidlik və ümumi
əməliyyat göstəricilərimiz stabil müsbət tendensiya nümayiş edir. Əminik ki,
pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da
biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini
təkmilləşdirməyə davam edəcək”.
“AccessBank” ASC 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
İkinci rübün sonuna bankın aktivləri 1 milyard manata çatıb. Həmin dövrdə
bankın xalis kredit portfeli 674.2 milyon təşkil edib. Kreditlər üzrə mümkün
zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 712.5
milyon manat təşkil edib. İkinci rüb ərzində Bankın balansındakı xalis kredit
portfelinin payı 64.0%-dən 67%-dək artıb.
Bundan başqa, 2022-ci ilin ikinci rübü ərzində “AccessBank” 205.2 milyon
manat məbləğində kredit verib. Kredit portfelinin artımı ilin ilk rübü ilə
müqayisədə 45.6 milyon təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin
50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin
təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.
Bankın depozit portfeli son yarım ildə 13% artıb və 779.6 milyon manat təşkil
edib. Habelə, ilk yarımillik dövr ərzində bankın xalis faiz gəlirləri 37.2 milyon
manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48% artım
deməkdir.
Bankın 2022-ci ilin iki rübü ərzində əməliyyat mənfəəti 7.0 milyon manat olub.
Halbuki ötən ilin eyni dövründə bu göstərici -1.4 milyon manat təşkil edirdi.
2022-ci ilin ikinci rübündə bankın xalis mənfəəti 1, 037.0 min manat, yarımillik
üzrə 1,839.75 min manat təşkil edib. Ötən ilin birinci yarısında isə bank 2,024
min manat xalis zərər açıqlamışdı.
Hazırda Bankın cəmi məcmu kapitalı 83.7 milyon manat təşkil edir ki, bu da
minimum məcmu kapital normasından (50 milyon manat) 33.7 milyon manat
çoxdur.
İyun ayının sonuna bankın ani likvidlik əmsalı 75.3% təşkil edib. Bu isə
normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
UniBank
“Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən
fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın
birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır.
Unibank KB ASC-dir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi
mövcuddur. 28 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti
və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən
çoxsaylı mükafatlara layiq görülüb
Unibank” KB ASC 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb. 31 dekabr 2020-
ci il tarixə bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat
təşkil edib. Bankın kapitalı (prudensial üzrə) 97 milyona çatıb.İqtisadiyyat üçün
bu qədər ağır keçən bir dövürdə bank komandası uğurlu işlərə nail
olmuşdur.Maliyyə nəticələrinə əsasən, 2020-ci il ərzində bankın aktivlərinın
həcmində 4 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi
aktivləri 816 milyon manat təşkil edib. Ötən ilin nəticələrinə görə,  Bankın
məcmu kapitalının həcmində 3 %artım olub. Hesabat dövrünün sonuna Bankın
məcmu kapitalı 83 milyon manata çatıb.
İlin nəticələrinə görə, “Unibank”ın cəmi əməliyyat gəlirləri 20 milyon manat
olub. 2019-cu illə müqayisədə 2020-ci ildə “Unibank”ın faiz gəlirləri 9%
artaraq, 88 milyon manat təşkil edib.
2020-ci il ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında
aktiv iştirakını davam etdirib. Ümumi kredit portfeli ilin əvvəlindən 60 milyon
manat (və ya 12%) artaraq 567 milyon manata çatıb. Ötən il ərzində xüsusən
biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta
sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən sonunadək 20 % artıb. İlin
əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği
120 milyon manat təşkil edib. “Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə
əməkdaşlığı çərçivəsində 4 milyon manata yaxın kənd təsərrüfatı təyinatlı
güzəştli mikrokreditlər verilib.
Bank ölkədə nağdsız ödənişlərin genişlənməsində aktiv iştirakını davam etdirib.
Dövriyyədə olan aktiv debet kartların sayı ilin əvvəli ilə müqayisədə 26%
artaraq 448 minə çatıb.
Azərbaycanın aparıcı banklardan olan «Unibank» 2021-ci ilin nəticələri üzrə
audit hesabatını açıqlayıb. 
Bank o qədər də sadə keçməyən 2021-ci ili mənfəətlə başa vurmağı bacarıb. 
Hesabata əsasən 2021-ci ildə bank sürətlə böyüyüb – «Unibank»ın aktivləri 200
milyon manatdan çox və ya 26% artaraq 807m milyon manatdan 1 milyard 17
milyon manata yüksəlib. 
Artım bütün aktiv maddələri üzrə baş verib – ilk növbədə kredit portfeli 501
milyondan 659 milyon manata yüksəlib. 
Görünür, təqribən 1 il əvvəl «pul var, kredit vermək üçün müştəri yoxdur»
deyən bank menecmenti bankın vəsaitlərini kredit portfelinə uğurla tranfer edə
bilib. 
Nəticədə kreit portfelində 30%-dən çox artım baş verib. Paralel olaraq qiymətli
kağızlara yatırımlar da 10 milyon manat artaraq 52-dən 62 milyona yüksəlib. 
Bankın öhdəlikləri də aktivlərinə adekvat artıb – 693 milyondan 903 milyon
manata və ya illik 30% artım. 
Bank hesablarındakı vəsaitlərin məbləği 548 milyondan 719 milyon manata
yüksəlib. 
2021-ci ilin yekunlarına görə bankın nizamnamə kapitalı daha 5 milyon manat
artaaq 125,7 milyon manatdan 130,7 milyon manata yüksəlib. Cəmi kapital isə
114,5 milyon manatdır. 
2021-ci ildə «Unibank» faiz gəlirlərini kəskin artıraraq 2020-ci ildəki 94,1
milyon manatdan 118,3 milyon manata yüksəldib. 
Bankın faiz xərcləri isə 14 milyon manat artaraq 43 milyonu keçib. Ötən il
«Unibank» mümkün zərərərdən ehtiyat ayırmaları üçün 17,5 milyon manat
rezerv edib – bu 2020-i ildəkindən 2 qat azdır və kredit portfelinin vəziyyətinin
düzəldiyini göstərir. 
Nəticədə 2021-ci ildə bankın xalis faiz gəliri təqribən 2 dəfə artaraq 57,5 milyon
manat edib (2020-də 30 milyon idi). 
Qeyri-faiz gəlirləri 40% artaraq 29 milyon manatı , qeyri-faiz xərcləri isə 50%-
dən çox artaraq  22 milyon manatı keçib. 
Ötən il «Unibank» inzibati və əmək haqqı xərclərini artıraraq 57,7 milyon
manatdan 76,4 milyon manata yüksəldib. Təkcə əmək haqqı xərcləri 33,9
milyon manatdan 42,3 milyon manata yüksəlib. Yeri gəlmişkən, bu artım da
Dövlət Sosial Müdafiə Fondu da payını götürüb – fonda 2020-ci ildəki 4 milyon
manata qarşı 2021-ci ildə 5,2 milyon manat ödənilib. 
Nəticədə bank ili 94 min manat xalis mənfəətlə başa vurub.  
“Unibank” ASC 2021-ci ili 4 milyon 688 min manat mənfəətlə başa vurub.
2020-ci ilin eyni dövründə isə bank 11 milyon 21 min manat mənfəət etmişdir.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Unibank”ın gəlirləri 161 milyon 72 min manat (illik müqayisədə
36% çox), xərcləri 139 milyon 467 min manat (42% çox). Əvvəlki ilin eyni
dövründə isə bankın gəliləri 118 milyon 522 min manat, xərcləri isə 98 milyon
295 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il yanvarın 1-nə “Unibank”ın aktivləri 1 milyard 39 milyon manat olub ki, bu
da 1 il əvvələ nisbətən 27.3% çoxdur. Bunun 739 milyon 241 min manatı
müştərilərə verilmiş  kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30.3%
böyüyüb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə “Unibank”ın öhdəlikləri 30% artaraq 934 milyon 867 min
manata, o cümlədən depozit portfeli 35% artaraq 703 milyon 536 min manata,
balans kapitalı isə 7.3% artaraq 103 milyon 796 min manata çatıb.
2022-ci ilin ilk yarısında Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə
təminatında aktiv iştirakını davam etdirib. Ötən dövrdə xüsusən biznesin
kreditləşməsinə diqqət artırılıb. Biznes sektoruna ayrılan kreditlərin həcmi ilk
yarımildə 58% artaraq, 148 milyon manat təşkil edib ki, bu da bank tarixində
biznesə ayrılan kredit həcminin rekord göstəricisidir. Hesabat dövründə təkcə
dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci ilin
eyni dövrü ilə müqayisədə 56 % artaraq 6 milyon manat olub.
Bankın əsas maliyyə göstəricilərində artım qeydə alınıb. 30 iyun 2022-ci il
tarixinə Bankın əməliyyat mənfəəti 8.2 milyon manat təşkil edib. Birinci yarım
il ərzində qazanılmış faiz gəlirləri 75.5 milyon manat, qeyri-faiz gəlirləri isə
24.3 milyon manat olub. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun
dövrü ilə müqayisədə 33%, faiz gəlirləri isə 38% artıb. Bank birinci yarımili
mənfəətlə başa vurub. 30 iyun 2022-ci il tarixinə Bankın əldə etdiyi mənfəət 790
min manat olub.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü
göstərib. Maliyyə nəticələrinə əsasən, ikinci rübün yekununda “Unibank”ın
aktivlərinın həcmində ilin əvvəli ilə müqayisədə 10% artım qeydə alınıb.
Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 143 milyon manat
təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 110 milyon manat olub ki,
bu da ilin əvvəli ilə müqayisədə 4 milyon manat çoxdur.
Ötən rüb ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli
depozitlər ilk yarımildə 42 milyon manat artaraq, 30 iyun 2022-ci il tarixinə 501
milyon manat təşkil edib.
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən
Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk yarısı ərzində dövriyyədə
olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə
müqayisədə bu ilin ilk yarısında təkcə Visa və Mastercard debet kartları 76 %
artaraq, 1 milyona çatıb.
Maliyyə hesabatlarındakı göstəricilərdən də göründüyü kimi hər iki bank
bazarda aktiv iştirak edir.
2020-ildə AccesBankın portfeli azalsada,UniBankda bu tam əksinə baş
verib.Mənfəət əldə etmə göstəricilərində də UniBank öndə olub.Hər iki bankın
göstəricilərinə nəzər yetirsək görərik ki,istər göstəricilərdə,istərsə də etdiyi
işlərdə UniBank 2020-ci ili AccesBanka nisbətdə daha üstün tamamlayıb.2021-
ci ildə iqtisadiyyatımız hərəkətli olduğu üçün bu banklara da birbaşa təsir edib.
AccesBankın ümumi portfeli 2021-ci ilin sonuna 130 milyon artaraq 632.5
milyon təşkil edib.UniBankda isə bu göstərici daha yüksəkdir.
2022-ci ildəki maliyyə hesabatlarını UniBank tam təqdim edib və bank bu ili də
ötən illərə nisbətdə artımla davam etdirib.AccesBank 2 rübü təqdim edib və oda
ötən illərə nisbətən yüksəlişdədir.Lakin AccesBankın son rüb göstəricilərində
böyük yüksəliş olmazsa,2022-ci ildə də bu 2 bankın müzakirəsində UniBank
daha öndədir.

You might also like