You are on page 1of 1

10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın üstündən artiq iki il

keçir. Bəs bu bəyanat hansı cəhətləri ilə qiymətlidir? Birincisi, 10


noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası
deməkdir. Ikincisi, həmin Bəyanat uzun illər davam edən işğala son
qoydu. Üçüncüsü, Bəyanatın imzalanması ilə münaqişənin hərbi
mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən
qaytarıldı. Dördüncüsü, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi
ilə nəticələndi.
Bu Bəyanatın imzalanması ümumxalq birliyinin bariz nümunəsidir.
təntənəsidir. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi
nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi
işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün
çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status
verilmir.
9 maddələrdən ibarət olan tarixi sənəd üçtərəfli bəyanat status-kvonu
dəyişdi, bu sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına
uyğundur, Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərin qəbul
edilməsidir.
Maddələrin məzmununa görə, Ermənistan son vaxtlara qədər əlində
saxladığı Azərbaycan ərazilərinin bir hissəsini geri qaytarib. Onların
arasında Ağdam rayonu, Kəlbəcər rayonu, Laçın rayonu və Qazax
rayonunun bir hissəsi var idi. Ermənistan qoşunlarını Dağlıq Qarabağdan
çıxarmışdır. Ermənistan hərbçiləri Rusiya sülhməramlılarının mühafizəsi
altında Laçın dəhlizi ilə vətənə qayıtmışdılar. Laçın dəhlizi Ermənistanı
Xankəndi ilə birləşdirir. Rusiyadan gələn sülhməramlılar növbəti 5 il
ərzində Qarabağda qalacaqlar. Əgər münaqişə tərəflərindən heç biri
buna qarşı olmasa, bu müddət avtomatik olaraq daha beş il uzadılacaq.
Bəyanat dərc edildikdən sonra Azərbaycanda kütləvi şənliklər
başlanmişdır. Azərbaycanlılar bunu qələbə kimi qəbul etdilər və kütləvi
şəkildə küçələrə axışaraq bayram etdilər.

You might also like