You are on page 1of 1

1. Geoloji eraları qədimdən cavana döğru ardıcıllıqla göstərin.

A) Paleozoy, kaynozoy, mezozoy.


B) Mezozoy, kaynozoy, paleozoy.
C) Kaynozoy, mezozoy, paleozoy.
D) Paleozoy, mezozoy, kaynozoy.
E) Kaynozoy, paleozoy, mezozoy

2. Yer qabığının quruluşundan və inkişaf tarixindən bəhs edən elm


hansıdır?
A) Petroqrafiya.
B) Seysmogeoloqiya.
C) Geotektonika.
D) Geologiya.
E) Petrofizika.

3. Qabarıqlığı yuxarı, içəri hissəsi-nüvəsi – daha qədim, qanadları ısə cavan


süxurlardan ibarət qırışıq hansıdır?
A) Sinklinal
B) Monoklinal
C) Antiklinal.
D) Braxisinklinal.
E) Fleksura

4. Geoloji xəritə nədir?


A) Geoloji xəritə keçmiş geoloji epoxalarda Yer kürəsinin ayrı-ayrı
hissələrində üzvi aləmin yayilmasını təsvir edir.
B) Yer qabığının hər hansı bır sahəsinin dərinlik üzrə dəyişilməsini göstərir.
C) Geoloji xəritə müəyyən sahədə yer qabığının üst hissəsinin geoloji
quruluşunu əks etdirir.
D) Yer qabığının hər hansı bır sahəsinin qırışıq və qırılmalarını göstərir
E) Geoloji xəritə Yer qabığının hər hansı bır sahəsinin relyef üzrə dəyişilməsini
göstərir.

5. Neft və qaz yatağı nədır?


A) Çatlı kollektorlarda toplanan təbii neft-qaz yığımıdır.
B) Tələlərdə keçirici, məsaməli və çatlı kollektorlarda toplanan təbii neft-qaz
yığımıdır.
C) Karbonat tərkibli kollektorlarda toplanan təbii neft-qaz yığımıdır.
D) Dərin qatlarda toplanan təbii neft-qaz yığımıdır.
E) Neft-qazın Yer səthinə çıxışları.

You might also like