You are on page 1of 46

1

MÜNDƏRİCAT

Giriş. Kursun məqsəd və vəzifələri.................................................................. 3


Neft-qaz geologiyasının əsas və fundamental problemləri............................... 4
Azərbaycan Respublikasının neft-qaz sənayesinin
geoloji-kəşfiyyat və hasilat sahəsinin müasir vəziyyəti.......................................... 6
Azərbaycanda son illər aparılan geoloji
və geofiziki işlər. Geoloji tədqiqatların əsas istiqamətləri...................................... 9
Yer təkinin neft-qazlılıq baxımından
proqnozlaşdırılmasının nəzəri əsasları........................... 11
Karbohidrogen ehtiyatlarının yaranması və bərpa olması....................................... 14
Neftin ilkin və törəmə tipləri .............................................................................
Təbii bitumlar.....................................................................................................
Neft-qazəmələgəlmənin və neft-qaztoplanmanın
tədqiq olunma proseslərinin inkişafı.......................................................................
Neftli-qazlı hövzələr və komplekslər. Rezervuarlar, tələlər, fərdi yığınlar.......
Neft-qaz-kondensat yataqlarının sistemləşdirilməsi..........................................

Giriş.
2

Kursun məqsəd və vəzifələri

“Neft və qaz geologiyasının əsas problemləri” kursunun məqsəd və vəzifələri müasir


tədris prosesində tələbələrə neft-qaz geologiyasının əsas və fundamental problemlərini
müasir baxımdan izah etmək, Azərbaycan Respublikasının neft-qaz sənayesinin
geoloji-kəşfiyyat və hasilat sahəsinin müasir vəziyyətini, Azərbaycanda son illər aparılan
geoloji və geofiziki işlərin və geoloji tədqiqatların əsas istiqamətləri, Yer təkinin neft-
qazlılıq baxımından proqnozlaşdırılmasının nəzəri əsaslarını, karbohidrogen
ehtiyatlarının yaranması və bərpa olması haqqında olan yeni baxışları, neftin ilkin və
törəmə tipləri, təbii bitumlar, neft-qazəmələgəlmənin və neft-qaztoplanmanın tədqiq
olunma proseslərinin inkişafını, neftli-qazlı hövzələr və komplekslər haqqında olan bilik
və məlumatları, rezervuarlar, tələlər, fərdi yığınlar, neft-qaz-kondensat yataqlarının
sistemləşdirilməsi və b. məsələləri araşdıraraq tələbələrin nəzərinə çatdırmaqdır.
Bu kursun vəzifələrinə həm ixtisaslı mütəxəssis hazırlamaq, həm də gələcəyin
alimlərinin yetişdirilməsi baxımından tələbələrdə maraq oyatmaqla yanaşı, mükəmməl
baza yaratmaqdır.

Neft-qaz geologiyasının əsas və fundamental problemləri


3

Neft insanlar tərəfindən çox qədim zamanlardan istismar olunduğundan onun


yaranması, mənbəyi bəşər övladını həmişə düşündürmüşdür. İnsan nefti daha dəqiq
tədqiq edərək, onun istifadə diapazonunu daha da genişləndirmişdir. Neft-qaz
geologiyasının əsas problemləri fənnində biz neftin yaranması, axtarışı, kəşfiyyatı, tərkibi
haqqında olan məsələlərə ən müasir tədqiqatları tərəfindən baxmağa çalışacağıq.
Neft insanlara bizim eradan əvvəl 3000-3250 il öncə məlum olmuşdur. Neft insana,
əsasən, təbii yerüstü çıxışlardan məlum olmuşdur. Onun əsas təbii çıxışları Azərbaycanın
Abşeron yarımadasında, İranda, Yunanıstanda, İraqda, Hindistanda və digər lkələrdə
məlum olmuşdur. Bu barədə bir sıra tarixi məlumatlar məlumdur. Neftin olması
coğrafiyası XIV əsrlərdə xeyli genişlənərək, Almaniya, Fransa, İtaliya, İsveçrə, Cənub-
Şərqi Asiya,Peru, Boliviya dövlətlərini əhatələndirmişdir. XIX əsrin əvvəlləri üçün neft
artıq bütün qitələrdə və hətta, Somatra, Yava, Yeni Zelandiya kimi iri adalarda hasil
edilirdi. XX əsrin əvvəlləri üçün neft hasilatının mütləq liderliyi Amerika Birləşmiş
Ştatları (ABŞ) ilə Rusiyanın əlində olmuşdur. Neft hasilatında ən mükəmməl dönüş nöqtə
dünyada 1930-cu ildən Səudiyyə Ərəbistanında, Qərbi və Şərqi Sibirdə, Küveytdə ən iri
neft yataqlarının kəşf olunması ilə baş verib. Hazırda dünyada neft ehtiyatı və hasilatına
görə seçilən dövlətlər Yaxın və Orta Şərq dövlətləridir. Neftə olan tələbat mükəmməl
şəkildə, xüsusən II Dünya müharibəsindən sonra artmışdır. Belə ki, 1950-ci ildə dünya
üzrə neft hasilatı 520 mln ton idisə, 1900-cü ildə 26 dəfə az olmaqla 20 mln ton təşkil
edirdi. Neft hasilatının artımı dünyanın digər dövlətləri və bu dövlətlərin sayının çox
olması ilə əlaqədardır. 1960-cı ildə dünyada neft hasilatı bir ildə 1 mlrd. ton, 1970-ci ildə
isə 2,3 mlrd. ton, 1980-ci ildə 3 mlrd. ton olmuşdur.
Dünyada neftlə bərabər qaz hasilatının da artımı 1960-cı il ilə 1980-ci il arasında
3,5 dəfə artması müşahidə olunur. Elm və texnikanın, sənayenin inkişafı ilə əlaqədar
karbohidrogenlərə olan tələbatın dayanmadan artması bu təbii sərvətin ehtiyatlarının
dəqiqləşdirilməsinə səbəb olur. Insanlar bu təbii sərvətin necə və hardan yaranması ilə
bərabər onun təbiətdə miqdarı, yayılma arealı və həcmi ilə maraqlanırlar. Bu baxımdan
neft və qaz geologiyası, neft və qazın axtarışı və kəşfiyyatı, istismarı, işlənməsi kimi elm
sahələri həmişə inkişaf etdirilir.
Məlumdur ki, neft-qaz geologiyasının fundamental problemlərinin elmi nöqteyi-
nəzərdən yollarla həll etmək üçün, bir sıra digər elmləri də öyrənmək lazımdır. Bu elmlər
əsasən fizika, kimya, riyaziyyat və başqaları ola bilər.
Materiyanın sistemli inkişafı nəzəriyyəsi daxilində təbii sistemlərin mütəhərrikliyi,
dinamik inkişafı bütün məsələlərə yenidən baxmağı tələb edir. Geoloji şəraitin
öyrənilməsində bu məsələyə qeyri-xətti baxış keçən əsrin 80-ci illərindən formalaşıb. Bu
istiqamətdə ən gözəl tədqiqatlar Kurnetsov, Zayçenka, Şerlov, Nikolayev və başqaları
tərəfindən aparılır. Akademik Letnikovun tədqiqatlarını inkişaf etdirən akademik
Puşarovskinin geoloji sistemlərin qeyri-xətti geodinamik əsas baxımından öyrənilməsi
xüsusi maraqlıdır.
Hazırda geodinamik proseslərin soliton və avtodalğalı xarakterdə olması
dəqiqləşdirilmiş və geoloji strukturların təbiəti sinenergetik xarakterli olması
dəqiqləşdirilib.
4

Geodinamikanın qeyri-xətti xarakteristikasının öyrənilməsi ümumiyyətlə yer


qabığında baş verən geosinklinalların ayrı-ayrılıqda və necə şəraitdə inkişaf etdiyini
tədqiq etməyə sövq edir. Bəzən qeyri-xətti proseslərin modelləşdirilməsi hər hansı
prosesi birbaşa deyil, bilavasitə olmayaraq öyrənməyə gətirib çıxarır. Məsələn, qeyri-xətti
proseslər nəticəsində dissipativ strukturların yaranması qeyd olunur. Bu strukturlar
uzununa və eninə avtodalğaların rezonansı nəticəsində yarana bilər.
Məlum olmuşdur ki, müəyyən elementlərin formalaşmasında büruzə olunan dalğa
və avtodalğa sistemləri elə boşluqlar yaradır ki, bu boşluqlarda müəyyən enerji saxlanılır,
ləngidilir. Bu isə boşluqlarda toplanan enerjinin qonşu boşluqlardakı enerji ilə rezonans
yaratmasına yaradıcı və dağıdıcı dalğaların amplitudunun artmasına səbəb ola bilər.
Enerji dalğasının hər hansı şəraitdə hərəkəti, inkişafı, paylanması, səpələnməsi müəyyən
geoloji strukturların formalaşmasına bu və ya başqa dərəcədə təsir etmiş olur. Dalğaların
mövcud olması və yayılma enerjisinin təminatı müvafiq şəraitin aktivlik dərəcəsindən
asılıdır. Hər hansı şəraitdə yaranan dalğa müəyyən şəraitin sərhəddinə çatdıqda həm özü,
həm də keçəcəyi şəraiti dəyişir və onun energetik xarakteristikası keçəcəyi şəraitə
uyğunlaşır. Beləliklə, geoloji şəraitlə bu şəraitə təsir edən mövcud dalğaların
xarakteristikasını, təsir qüvvəsinin mövcud olma müddətini öyrənməklə bir sıra geoloji
məsələlərə aydınlıq gətirmək olar.
Kvant geodinamikası adlı yeni elmi istiqaməti daha dəqiq öyrənmək üçün fizika,
fiziki kimya elmlərini mükəmməl bilmək lazımdır. Adi mexanika modellərinə klassik
yanaşmadan fərqli olaraq kvant geodinamikası yerin enerji strukturunun dəqiq və
mükəmməl analizini verməyə imkan verir.
Kvant geodinamikası müxtəlif şərait və vaxtlarda baş verən proseslərin qarşılıqlı
münasibətini öyrənməyə, qlobal və lokal enerji mübadiləsini tədqiq etməyə, geoloji tez
və gec prosesləri əlaqələndirməyə və onların bəzi nəticələrini araşdırmağa imkan verir.
Məlumdur ki, sənaye geoogiyasında neft-qaz yataqları digər faydalı qazıntı
yataqlarından özünəməxsus fiziki-kimyəvi xüsusiyyətlərinə görə xeyli fərqlənir. Bu,
yataqların sənaye işlənməsində də fərqli xüsusiyyətlərin yaranma səbəbidir. Hətta qaz
yataqları belə bir-birindən fərqlənə bilərlər. Belə ki, qazlar yataqlarda sərbəst, bu və ya
başqa dərəcədə neftlərdə və ya sularda həll olmuş şəkildə təsadüf oluna bilər. Qaz
yataqları metan, etan, propan və butan qazlarının qarışığından, bəzən isə neftlərin yüngül
fraksiyalarından ibarət olur. Bu qazların tərkibində CO2 dəm qazı, azot, sulfid və təsirsiz
qazlar qarışığıda ola bilər. 1,5 km və daha çox dərinliklərdə formalaşmış yanar qaz
yataqları adətən demək olar ki, təmiz metandan ibarət olur. Onların tərkibində yuxarıda
adları çəkilən qazların miqdarı çox az olur və dərinliyə doğru artması müşahidə olunur.
Qaz-kondensat yataqlarında metanın homoloqlarının miqdarı daha çox müşahidə olunur.
Təbii yanar qazlar Proterozoyun sonuna qədər bütün geoloji sistemlərdə adətən 3km
dərinliyə qədər olmaqla müşahidə olunur. Belə hesab edirlər ki, bu qazlar dağ
süxurlarında çöküntülərdəki üzvi maddələrin parçalanması nəticəsində yaranır və
miqrasiya edərək tələlərdə toplanır. Miqrasiya süxurların təsiri altında stratiqrafik və ya
dinamik təzyiq (P) nəticəsində baş verir. Miqrasiya yüksək təzyiqli sahədən aşağı təzyiqli
sahəyə doğru istiqamətlənir. Miqrasiyanın rezervuar xarici region növündən qazlar,
kapilyarlar, məsamələr, qırılmalar, çatlar vasitəsilə bir laydan digər laya hərəkəti və
eyniyaşlı süxurlar daxilində daxili lokal miqrasiya növləri fərqləndirilir. Qaz yataqları
əsasən 2 qrupa bölünür:
5

1) laylı;
2) massiv.
Laylı yataqlarda qaz yığımları müəyyən kollektor laylara aid olur. Massiv yataqlarda
qazlar müəyyən laylarda lokalizə olunur və daha çox geniş yayılmış olur. Xüsusən tağ
hissələrdə toplanır və gilli örtük süxurlar tərəfindən qorunur. Yerin təkində formalaşmış
təbii rezervuarların 85 %-i qum və qumdaşılarının, qumlu alevrolitlərdən ibarət olan, gilli
aralaylarından ibarətdir. Digər 15 % qazlar üçün kollektor rolunu karbonat süxurlar
oynayır. Qırışıqlı zonalarda 2 qrup strukturlarda antiklinal və monoklinallarda; platforma
sahələrində isə 4 qrup strukturlarda – gümbəzvari və ya braxiantiklinal və sinklinallarda
müşahidə olunur. Bütün qaz və qaz-neft yataqları neftli-qazlı çökmə hövzəyə aid olur və
iri uzun müddət enməyə məruz qalan yer qabığının avtonom vilayəti ilə əlaqədar müşayət
olunur.
İri hövzələr əsasən 4 qrupda cəmlənir.
●Platforma daxili əyimlərlə əlaqədar olan (Miçiqan, İllinop, Volqa-Ural və s.);
●Platformaların qırışıqlı kənar hissələri ilə əlaqədar olan (Qərbi Sibir) ;
●Orogen dağ sistemlərinin dağarası çökəkliklərlə əlaqədar olan (Taun, Fərqanə) ;
●Cavan qırışıqların daxili çökəklikləri (Kaliforniya, Saxalin).
Təbii qaz iqtisadi nöqteyi nəzərdən çox səmərəli yanan maddədir. Ondan
elektrostansiyalarda əlvan və qara metallurgiyada, sement və şüşə sənayesində istifadə
olunur.
Təbii qazların yerin təkindən istismarı, adətən neftlə birlikdə aparılır. Onun 1
məntəqədən digər məntəqəyə nəqli digər faydalı qazıntılardan fərqli olaraq daha asan və
ucuz başa gəlir.

Azərbaycan Respublikasının neft-qaz sənayesinin


geoloji-kəşfiyyat və hasilat sahəsinin müasir vəziyyəti
6

Respublikamızın neft-qaz sənayesinin müvəffəqiyyətlə inkişafının əsas göstəricisi neft-qaz


hasilatının daima yüksəlməsidir. Neft-qaz hasilatı rekordlarla xarakterizə olunur. Belə ki, 2010-cu ildə
Azərbaycanda 50,7 milyon ton neft, 26 mlrd m3 qaz hasil edilmişdir. Hazırda Çıraq-Azəri-Günəşli
yataqlarında quraşdırılmış özüllərdən 60 hasilat quyusundan orta hesabla gündə 110 min tondan çox
neft, 38 mln m3-ə qədər qaz hasil edilir. İşlənmənin əvvəlindən indiyə qədər bu yataqlardan 238 mln ton
neft, 60 mlrd m3 qaz hasil edilir. Əldə olunan neftin 111 mln tonu Azərbaycanın payına düşür.
Azəri-Çıraq-Günəşli yatağının çıxarıla bilən ehtiyatı 1 mlrd ton neft, 350 mlrd m3 qaz hesab edilir.
Yataq üzrə çıxarıla bilən ehtiyatların mənimsənilməsi üçün yeni texnika və texnologiyalardan istifadə
olunur. Çıraq sahəsindəki yeni özüldən Fasilə lay dəstəsi və Balaxanı lay dəstəsinin X horizontuna
quyuların qazılması nəzərdə tutulur. Ilk neft hasilatının alınması 2013-cü ildə gözlənilir.
Digər bir layihə isə ARDNŞ və BP şirkəti arasındakı sazişə əsasən Azəri-Çıraq-Günəşli sahəsində
dərində yatan sərbəst qaz laylarının işlənilməsidir. Bura, əsasən Məhsuldar Qatın alt horizontları –
Qırməkiüstü qumlu (QÜQ), Qırməkialtı (QA) və Qala lay dəstələri aiddir. Layihənin həyata keçirilməsi
əvvəl Çıraq-Günəşli, sonra Azəri yatağında nəzərdə tutlur. Layihə üzrə qaz hasilatına 2017-ci ildə
başlanılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, Məhsuldar Qatın alt çöküntülərinin qaz ehtiyatı 200-
250 mlrd m3 həcmində qiymətləndirilir. Perspektivdə daha üst qatlarda yatan qaz laylarının işlənilməyə
daxil edilməsidə mümkün olacaqdır.
ARDNŞ və BP şirkəti daha böyük – Şahdəniz layihəsi üzərində əməkdaşlıq edirlər. Şahdəniz
layihəsi üzrə hazırda yataqda 6 istismar quyusu qazılıb və bu quyuların potensial hasilatı 25-30 mln m 3
qaz və 7-8 min ton kondensatdır. Şahdəniz yatağından işlənmənin əvvəlindən indiyə kimi 7 mln ton
kondensat və 26 mlrd m3 qaz hasil olunmuşdur. Bu yatağın ehtiyatları 1,2 trln m 3 qaz və 240 mln ton
kondensat təşkil edir. Şahdəniz layihəsi çərçivəsində Əməliyyat Şirkəti tərəfindən bu yatağın
işlənməsinin daha da intensivləşdirilməsi məqsədilə nəzərdə tutulan Faza-2 layihəsi üzərində işlər
aparılır. Faza-2 mərhələsi Şahdəniz strukturunun qərb qanadını, şimal və cənub periklinallarında Fasilə
lay dəstəsinin və Balaxanı lay dəstəsinin VIII və X horizontlarının işlənilməsini əhatə edəcəkdir. Layihə
çərçivəsində yatağın şimal periklinalında SDX-6 (NFI) quyusu qazılmışdır (dərinliyi 6408 m). Hazırda
SDX7 (WF2) quyusu qazılmaqdadır (01.06.2011-ci il tarixinə dərinliyi 1003, layihə dərinliyi 6167m-
dir).
Hazırda Şahdəniz yatağından ildə 9 mlrd. m3 qaz hasil edilirsə, Faza-2 layihəsinin həyata
keçirilməsi qaz hasilatının ildə 25 mlrd. m3 artmasına imkan yaradacaqdır. Qeyd etmək lazımdır ki,
hazırda ARDNŞ-in mütəxəssisləri tərəfindən Şahdəniz layihəsi üzrə tərəfdaşları, o cümlədən BP şirkəti
qarşısında Məhsuldar Qatın aşağıda yatan laylarının (QÜQ və QA) işlənilməyə daxil edilməsi məsələsi
qldırılır. Bunun üçün ilk növbədə bu çöküntülərin karbohidrogen ehtiyatları hesablanmalıdır. Ona görə
yeni axtarış-kəşfiyyat quyusunun qazılması vacibdir və bunu da ARDNŞ Faza-2 layihəsinin həyata
keçirilməsi çərçivəsində tələb edir.
ARDNŞ xarici şirkətlərlə işləməklə yanaşı, öz gücü ilə hal-hazırda 33 neft-qaz yatağından
karbohidrogen hasil edir ki, onlardan da iyirmisi Azərbaycanın quru, on üçü isə dəniz ərazisindədir.
Son illər aparılmış geoloji-texniki tədbirlər və istismar qazması nəticəsində yataqlar üzrə, xüsusən
dayazsulu Günəşli yatağı üzrə hasilatın sabitləşməsi və artırılması sahəsində nəaliyyətlər əldə edilmişdir.
Istisma qazması hesabına işlənmədə olan obyektlərdə quyu şəbəkəsi qismən bərpa edilmiş, texniki
səbəbdən sıradan çıxmış köhnə quyular yeniləri ilə əvəz olunmuş və yataqların lazımi texnoloji rejimdə
istismarı üçün şərait yaradılmışdır.
Uzun müddət işlənmədə olan Neft Daşları, Darvin küpəsi, Abşeron küpəsi yataqlarının qalıq neft
ehtiyatları baxımından perspektivli olan sahələri əlavə tədqiqatlar vasitəsi ilə təkrar qiymətləndirilmiş,
həmin sahələrdə yeni özüllər inşa edilmiş, quyular qazılıb istismara verilmişdir. Neft Daşlarında qazın
nəqli sisteminin genişləndirilməsi və təkmilləşdirilməsi üçün mövcud kompressor stansiyaları yenidən
qurulmuş, əlavə stansiyalar tikilib istismara verilmişdir. 2010-cu il ərzində ARDNŞ tərəfindən
qazmadan istismara 85 quyu daxil edilmişdir.
ARDNŞ tərəfindən yataqlarda lay təzyiqinin saxlanması məqsədilə laylara su vurma prosesi,
neftvermə əmsalının yüksəldilməsi üçün müasir metodlar tətbiq edilir və onların lazımi səviyyəyə
çatdırılması üçün vacib olan tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, açıq dənizdə laya
suvurma prosesi dünyada ilk dəfə Azərbaycanda 1953-cü ildə Neft Daşları yatağında həyata
7

keçirilmişdir. Ötən müddət ərzində ARDNŞ-in bütün yataqlarında laylara 1,4 mlrd. m 3 su vurularaq,
əlavə 170 mln. ton neft hasil olunmuşdur.
Respublikada hasil edilən qazın istehlakçılara çatdırılması neftlə müqayisədə xeyli mürəkkəb
proses oldugundan təqdim edilən hasilat dinamikası yataqlar üzrə real geoloji-texniki potensialı deyil,
bazar tələbatını nəzərə alaraq qismən azaldılmış həcmləri göstərir. Xüsusən yay mövsümündə bazar
tələbatının azalmasının yataqlar üzrə qaz hasilatına kəskin təsirini mümkün qədər kompensasiya etmək
üçün yeraltı qaz anbarları (YQA) əsaslı şəkildə yenidən qurulmalı və modelləşdirilməlidir.
YQA-nın yenidən qurulmasının birinci mərhələsi başa çatdırılmış, həyata keçirilən kompleks
problem hesabına, o cümlədən Qaradağ YQA-da yeni kompressor stansiyasının tikilib istismara
verilməsi, Qalmazda mövcud kompressor stansiyasında yenidənqurma və təmir-bərpa işlərinin
aparılması, quyu fondunun bərpa edilməsi, əlavə quyuların qazılması, hər iki qaz anbarı üzrə aktiv qaz
həcmlərinin ilk dəfə artırılması təmin edilmiş və 2010-cu ilin qazvurma mövsümündə 3,1 mlrd m 3
çatdırılmışdır. Hazırda YQA-da yenidənqurma layihəsinin növbəti mərhələsi seysmik və geofiziki
tədqiqatlar hesabına sahələrin geoloji imkanlarının dəqiqləşdirilməsi, arta biləcək tələbata müvafiq
potensialın müəyyənləşdirilməsi istiqamətlərində tədbirlər həyata keçirilir.
ARDNŞ həmişə olduğu kimi, 2010-2011-ci illərdə də yeni texnika və texnologiya sahəsində elmi-
təcrübi işlərə xüsusi diqqət yetirmiş və yetirməkdədir. Burada nanotexnologiyanın neft sənayesində
tətbiqini göstərməklə qeyd etmək lazımdır ki, bu sahədə əldə edilmiş nailiyyətlərə görə ARDNŞ-in bir
qrup mütəxəssisi 2010-cu ildə YUNESKO-nun ali mükafatına layiq görülmüşdür.
Hazırda ARDNŞ-in işlənmədə olan yataqlarında 6,5 mindən çox quyu vardır. Bu quyu fondunun
65%-i azhasilatlı, sulaşmış quyulardır ki, bunların da vasitəsilə işlənmənin son mərhələsində olan
yataqlar istismar edilir. Məhz belə yataqlarda bu gün və gələcəkdə nanotexnologiyanın tətbiq
olunmasının perspektivləri çox böyükdür. 2005-2007-ci illərdə aparılmış təcrübi-sənaye sınaq işləri
əvvəl laboratoriya tədqiqatlarında əldə edilmiş nəticələri təsdiq etdi. Metal nanohissəciklərin daşıyıcısı
olan nanomaye dərinlik nasosu və qazlift üsulu ilə işləyən 100-dən çox quyuya vurulmuşdur.
Bu gün yüksək texnologiyalar silsiləsindən olan nanotexnologiyanın köhnə, xüsusilə də işlənmənin
son mərhələsində olan yataqlarda, orta və azhasilatlı, sulaşmış quyularda tətbiqi nəticəsində neft
hasilatının artırılması, neftin çıxarılması üçün tələb olunan elektrik enerjisi sərfinin və çıxarılan mayedə
suyun miqdarının azaldılması əldə edilmişdir. Yüksək özlülüklü neftlərin hazırlanması və mədəndaxili
nəqlinin texniki göstəricilərinin yaxşılaşdırılması, quyularda parafin çökmələrinin qarşısının alınması,
çənlərdə və atqı xətlərində metal çöküntülərin daha səmərəli təmizlənməsi və laylara suvurma
göstəricilərinin yaxşılaşdırılması mümkün olmuşdur.
Qazma sahəsində dünya praktikasında ilk dəfə olaraq, “nanoneft”, “nanobitum”, “nanoqudron” və
“nano-May” nanosistemlərin tətbiqinin elmi əsasları işlənmiş, anomal yüksək və anomal aşağı təzyiqlər
şəraitində bu sistemlər vasitəsilə quyuların mürəkkəbləşmələrə yol verilmədən qazılmasına, qazma
texnologiyasında həm elmi, həm də praktiki baxımdan unikal nəticələrin (istifadə olunan kimyəvi
reagentlərin həcminin xeyli azalması, məhsuldar qatların çirklənməsinin qarşısının alınması, qazmadan
sonra quyuların mənimsəmə dövrünün qısalması) alınmasına imkan yaratmışdır.
Şirkətdə dörd istiqamətdə - hasilat, qazma, neft-kimya və ekologiya üzrə 2010-2015-ci illər üçün
“Nanoneft” proqramının həyata keçirilməsinə başlanmışdır. Bu proqramın tətbiqi işlənmə və qazma
göstəricilərinin daha da yüksəldilməsinə imkan verəcəkdir.
Qeyd edilən problemlərin aktuallığı və müasirliyini nəzərə alaraq, 2011-ci ilin aprel ayında
ARDNŞ nəzdində “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi yaradılmışdır. Bu mərkəzin
laboratoriya və istehsal sahələrində “çox kiçik konsentrasiyalar” effekti əsasında nanotexnologiyaların
ixtira səviyyəsində işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi istiqamətlərində tədbirlər həyata
keçiriləcəkdir.
ARDNŞ-in karbohidrogen hasilatı sahəsində qazandığı nailiyyətlərlə yanaşı, geoloji-kəşfiyyat
sahəsində də əldə etdiklərini qeyd etmək lazımdır.
Uzun sürən fasilədən sonra, 2009-cu ildə ARDNŞ Xəzərin Azərbaycan sektorunda, Ümid
strukturunda dərin axtarış-kəşfiyyat qazmasına başlamış və nəticədə 2010-cu ilin noyabrında nəhəng
Ümid qaz-kondensat yatağı kəşf edilmişdir. Bu, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən
sonra ARDNŞ-in öz gücü ilə kəşf olunan ilk yataqdır.
8

Ümid strukturunda, dənizin dərinliyi 58 m olan sahədə stasionar dəniz özülünün quraşdırılmasında
dərinliyi 6006 m olan quyunun qazılmasına kimi bütün işlər ARDNŞ-in öz gücü ilə həyata keçirilmişdir.
Quyuda karotaj gostəricilərinə əsasən Məhsuldar Qatın VII və V horizontlarında karbohidrogen
ehtiyatları müəyyən edilmişdir. Sonra VII horizontdan qaz axını alınmışdır. Ilkin hesablamalara görə,
Ümid strukturunun karbohidrogen ehtiyatları 200 mlrd m 3 qaz və 40 mln ton kondensat həcmində
qiymətləndirilir. hazırda Ümid-1 özülündən ikinci (Ümid-10) quyunun qazılması üçün hazırlıq işlərinə
başlanmışdır. Bu quyunun layların yatma istiqamətində 500 m inhirafla qazılması nəzərdə tutulur.
Quyunun layihə dərinliyi 6500 m, layihə horizontu Məhsuldar Qatın VII horizontudur (Fasilənin
analoqu).
Ümid yatağını kəşfi respublikada təsdiq olunmuş qaz ehtiyatının artırılmasına imkan yaratmaqla
yanaşı, rayonun neft-qazlılıq perspektivliyini yüksəltmiş, yeni neft-qaz yataq və laylarının açılması
ehtimalını artırmış oldu. əldə edilmiş yeni məlumatlar Babək strukturunda qaz ehtiyatının 400 mlrd m 3
və kondensatın 80 mln ton həcmində proqnozlaşdırılmasına imkan verir. Həmçinin Babək strukturunda
3D seysmik tədqiqat işlərinin aparılması və strukturun axtarış qazmasına daxil edilməsi nəzərdə tutlur.
ARDNŞ geoloji kəşfiyyat sahəsində xarici şirkətlərlə fəaliyyətini davam etdirir.
Total şirkətinin operator olduğu saziş əsasında hazırda Abşeron strukturunda ABX-2 №-li axtarış
quyusu qazılır. Quyunun layihə dərinliyi 7200 m, layihə horizontu Qala lay dəstəsidir. Quyunun
qazılmasına 2011-ci ilin yanvar ayında başlanmış və iyun ayının birinə quyunun dərinliyi 4677 m
olmuşdur. Abşeron strukturunun karbohidrogen ehtiyatları 300 mlrd m 3 qaz və 45 mln ton kondensat
həcmində qiymətləndirilir.
ARDNŞ və BP şirkəti arasında 2010-cu il oktyabrın 7-də “Xəzərin Azərbaycan sektorunda Şəfəq
və Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” sazişi imzalanmış və
06.05.2011-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Bu
sazişə uyğun olaraq, podratçı tərəfindən kəşfiyyat dövründə (4 il). 1059 km 2 sahədə üçölçülü seysmik
ölçmə işlərinin aparılması və iki kəşfiyyat quyusunun qazılması (dərinliyi 7000 m) nəzərdə tutlur.
Sazişdə nəzərdə tutulan 3D seysmik ölçmə işlərinin yerinə yetirilməsi məqsədilə BP şirkəti Kaspian
Geofizikal müştərək müəssisəsi ilə kontrakt imzalamış və 15.09.2011-ci il tarixindən işlərin başlanması
nəzərdə tutulmuşdur. Kaspian Geofizikal müştərək müəssisəsi kontraktda nəzərdə tutulan işləri yerinə
yetirmək məqsədilə hazırda respublikamızdan kənarda işləyən “Gilavar” gəmisini Xəzər dənizinə
gətirməyi planlaşdırır. Şəfəq-Asiman blokunun karbohidrogen ehtiyatları 500 mlrd m3 qaz və 65 mln ton
kondensat həcmində qiymətləndirilir. Naxçıvan strukturu üzrə yaxın zamanlarda Almaniyanın RWE
şirkəti ilə sazişin imzalanması gözlənilir. Bu sazişə əsasən Naxçıvan strukturunda bir axtarış quyusunun
qazılması nəzərdə tutlmuşdur. Quyunun dərinliyi təqribən 6500—7000 m ola bilər. Naxçıvan
strukturunun karbohidrogen ehtiyatları 300 mlrd m3 qaz və 40 mln ton kondensat həcmində
qiymətləndirilir.
Perspektiv planda ARDNŞ 1998-ci ildə xarici şirkətlərlə yerinə yetirilmiş layihələr əsasında kəşf
edilmiş Qarabağ və Əşrəfi yataqlarında kəşfiyyatın davam etdirilməsi və işlənilməyə daxil olunmasını
nəzərdə tutur. Bundan başqa Zəfər, Məşəl, Araz, Alov, Şərq strukturları, həmçinin Abşeron
yarımadasının ətrafı (dayazsulu zona) da xarici şirkətlərin diqqət mərkəzindədir.
Azəri-Çıraq-Günəşli, Şahdəniz və digər saziş sahələrində və eləcə də neft və qaz hasilatının
artırılması üçün ARDNŞ-in öz gücü ilə gördüyü işlər, o cümlədən Ümid yatağının işlənilməyə daxil
edilməsi və Xəzərin Azərbaycan sektorunda yeni karbohidrogen yataqlarının açılma ehtimalı 2015-ci
ildə respublika üzrə qaz hasilatının 30 mlrd. m3-ə çatdırılmasını planlaşdırmağa imkan verir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın təsdiq olunmuş neft-kondensat ehtiyatları 2 mlrd. ton, qaz
ehtiyatı isə 2,2 trln. m3, proqnoz neft+kondensat ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları 3,8 trln. m 3,
ümumilikdə isə respublikanın çıxarıla bilən və proqnoz ehtiyatları şərti yanacaqla 10 mlrd. ton həcmində
qiymətləndirilir. Bu günədək Azərbaycanın neft-qaz sahəsinə $36 mlrd.-dan artıq xarici sərmayə
qoyulmuşdur və bunun həcmi ilbəil artır. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30
ölkəsinə - ABŞ, Çin, Tailand, Braziliya və s., qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana
nəql edilir. Azərbaycan hazırda şərq-qərb nəqliyyat dəhlizinin əsas ölkələrindən biri kimi, davamlı
olaraq Qazaxıstan və Türkmənistandan neft və neft məhsullarının nəqlini həyata keçirir.
9

Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı “Yeni neft strategiyası”-nı həyata keçirməklə
Azərbayacan özünü dünyada neft və qaz ixrac edən bir ölkə kimi artıq təsdiq etmişdir.
Azərbaycanda son illər aparılan geoloji və geofiziki işlər.
Geoloji tədqiqatların əsas istiqamətləri

2005-ci ildə geofiziki tədqiqatlar “Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyi” (indiki
Geologiya və Geofizika idarəsi) və Caspian geophysical şirkəti tərəfindən yerinə yetirilmişdir. GGİB
tərəfindən 2005-ci ildə cəmi 8 mln. AZN, o cümlədən kəşfiyyat geofizikası üzrə 1,55 mln. AZN, mədən
geofizikası üzrə 5,68 mln. AZN və elmi tədqiqat işləri üzrə 7,5 mln. AZN həcmində işlər yerinə
yetirilmişdir.
Kəşfiyyat geofizikası üzrə il ərzində GGİB tərəfindən çöl geofizikası üzrə 425,45 xətti km, 2D
seysmik kəşfiyyat
Abşeron neftli-qazlı rayonunun Qala, Türkan, Hövsan və Küryanı neftli-qazlı rayonunun
Bəndovan sahəsi üzrə geoloji dəyərləndirmə işləri bitirilmişdir. Nəticədə Qala, Türkan, Hövsan
sahəsində seysmik və quyu məlumatlarının araşdırılması birlikdə aparılmış, Türkan sahəsinin QaD üzrə
güman olunan neft konturu müəyyənləşdirilmiş antiklinalın mərkəzi hissəsində Miosen çöküntüləri üzrə
qalxım ayrılmışdır.
Cənubi Xəzər hövzəsinin Azərbaycan sektorunda kompleks geofiziki tədqiqatlar aparılmış,palçıq
vulkanlarının morfogenetik təsnifatı dəqiqləşdirilmiş, qranit və bazalt qatının geoloji quruluşunun
öyrənilməsilə interpretasiya işləri yerinə yetirilmişdir.
Mədən geofizikası üzrə 2005-ci ildə GGİB-nin quru və dəniz üzrə fəaliyyət göstərən neft-qaz
çıxarma və qazma idarələrinin,həmçinin quruda fəaliyyət göstərən xarici əməliyyat şirkətinin sifarişinə
əsasən Azərbaycanın quru və dəniz ərazilərində qazılmış istismarda olan neft-qaz quyularında mədən
geofiziki tədqiqat işləri aparılmış,yataqların işlənilməsinə nəzarət gücləndirilmişdir.Mədən geofiziki
tədqiqat işləri Günəşli, Neft Daşları, Palçıq Pilpiləsi, Xərə-Zirə dəniz, 8 Mart, Darvin küpəsi, Abşeron
küpəsi, Çilov adası, Səngəçal-dəniz, Hövsan-dəniz, Qum dəniz və quruda Bibiheybət, Suraxanı,
Balaxanı, Buzovna, Qaradağ, Lökbatan, Buta, Qalmas, Şabandağ, Xıllı, Neftçala, Muradxanlı, Şurabad,
Səadan, Zeyvə, Kürsəngə, Qarabağlı sahələrində istismar quyularında yerinə yetirilmişdir.
Axtarış-kəşfiyyat işləri 2005-ci ildə respublikanın neft-qaz yataqlarında və perespektivli
strukturlarda, dənzi ərazisi sahəsində həm Azneft İB, həm də xarici şirkətlər tərəfindən aparılmışdır.
Azneft İB Quba-Xəzəryanı, Yevlax-Ağcabədi, Kür-Qabırrı çayları arası neftli-qazlı rayonlarında və
Xəzərin Azərbaycana aid olan Bakı və Abşeron arxipelağında tədqiqatlar aparılmışdır. Quruda
Muradxanlı, Şurabad sahələrində müvafiq olaraq 38 və 242 №-li quyularda qazmanın davam etdirilməsi
və bərpası Şimali Naftalanda 2 saylı quyunun tikintiylə qurtarması, Cahandarda 1, Zeyvədə 1395, Qərbi
10

Abşeronda 54, 58 №-li axtarış-kəşfiyyat quyularının qazılmasına başlamış Şimali Naftalanda 3, Zeyvədə
40, Babəkdə 1 axtarış quyusunun qazılması üçün hazırlıq işləri aparılmışdır.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, hələ keçən əsrin ortalarından geologiyanın əsas
problemlərindən biri onun tədqiqat istiqamətlərinin müəyyən olunması idi. Hər bir elmdə olduğu kimi
geologiyada da tədqiqatlar ilk dövrlərdə xaotik olaraq aparılmış və əldə olunmuş nəticələrə
əsaslanmışdır. İlk olaraq bu problem Şatski tərəfindən irəli sürülmüşdür. Məlumdur ki, bütün faydalı
qazıntıların yer qabığında formalaşması özünəməxsus qanunlara müvafiq gəlir və bu yer qabığının
geologiyasının inkişaf tarixi ilə, mineral əmələgəlmə şəraiti ilə bilavasitə bağlıdır. Faydalı qazıntıları bu
və ya başqa yerdə toplam halında formalaşması çox mürəkkəb geoloji proses olaraq daim tədqiq olunma
obyektidir və onun tədqiqatı həmişə ən müasir nailiyyətlərin tətbiqini tələb edir. Bunun üçün faydalı
qazıntı yataqlarının formalaşmasının təbii qanunauyğunluğunu, genetik tipini hansı dövr və epoxalarda
yaranmağa başladığını öyrənmək, onların istismar prosesini sadələşdirmək mümkündür. Bu məqsədlə bu
gün bəşəriyyət öz yaşayışını təmin etmək üçün istifadə etdiyi bütün təbii törəmələri süni və sintetik
şəkildə əldə olunması üçün tədqiqatlar aparır və pul vəsaiti sərf edir. Lakin bütün bu əməliyyatlar ilk
növbədə qeyri-iqtisadi baxımdan səmərə verə biləcək rayonlarda tətbiq olunur. Qeyd etmək lazımdır ki,
hələ Obruçev, Fersman, Qubkin, Smirnov və b. alimlər öz dövrlərində yataqların yerləşmə və
formalaşma qanunauyğunluqlarını aydın izah etmişlər. Hər hansı faydalı qazıntı tipinin müəyyən geoloji
şəraitdə formalaşma və yerləşmə qanunauyğunluğunun aşkar olunması geologiyanın istismar
nəzəriyyəsinin əsasını qoyur. Bu qanunauyğunluğu öyrənməklə yer qabığının bu və ya başqa nöqteyi-
nəzərdən həm geoloji inkişaf tarixinə, həm də quruluşuna müəyyən aydınlıq gətirmək olar. Yataqların
formalaşaraq yerləşmə ardıcıllığı tədqiq olunarkən geologiyanın bütün sahələrinə müraciət olunmalıdır.
Təbii qanunauyğunluğu öyrənərkən hətta nəzəri əsasla belə hər hansı faydalı qazıntıların yerləşmə
xəritələri tərtib olunur və bu xəritələrdə mütəxəssislərin həm kəşf olunmuş, həm də perespektivli sahələr
daha çox maraqlandırır. Bu xəritələrdə göstərilən ərazilərin elmi baxımdan əhəmiyyətlik dərəcəsinin
əsaslandırılması vacib şərtlərdən biridir. Geoloji baxımdan ərazinin əhəmiyyəti aparılan tədqiqat
işlərinin miqyas və keyfiyyətindən asılıdır. Bu baxımdan litoloji fasial xəritələr çox böyük maraq
doğurur.
Faydalı qazıntıların yayılma xəritələri kompleks və sadə tərtib oluna bilərlər. Kompleks
xəritələrdən bir və ya bir qrup faydalı qazıntıların yerləşmə xüsusiyyətlərini öyrənmək olar. Bu xəritələr
o zaman daha qiymətli olur ki, burada yalnız məlum yataqlar deyil, həm də perespektivli ərazilər
göstərilmiş olsun. Miqyasına və funksiyasına görə bu xəritələr müxtəlif olur (miqyasına görə iri, orta və
kiçik).
Son olaraq geologiyanın müasir problemlərindən biri olan geoloji tədqiqat istiqamətinin
müəyyənləşdirilməsində əsas məsələlərdən biri həm elmi tədqiqatların,həm də istehsalat sahələrindən
11

əldə olunmuş məlumatları birləşdirərək əsaslı nəticələrin müəyyən olunmasıdır. Hazırda dünya alimləri
bu istiqamətdə xeyli iş görmüşlər.

Yer təkinin neft-qazlılıq baxımından proqnozlaşdırılmasının


nəzəri əsasları
XIX əsrin birinci yarısınadək Yerin müəyyən ərazilərində neftli olmasını əsasəmn
yerüstü çıxışlara görə müəyyən edirdilər. Elmin, texnikanın, sənayenin inkişafı iləə
əlaqədar olaraq neftə tələbat artmış, XX əsrin əvvəllərindən başlayaraq neft-qaz
yataqllarının axtarışı istiqamətində tədqiqatlar güclənmişdir. Bununla əlaqədar yerüstü
çıxışların olmadığı ərazilərdə belə neft-qaz yataqlarının axtarışı işi aparılmışdır. 1878-ci
ildə Bulişambarovun irəli sürdüyü ideyaya görə neft ehtiyatları mağara tipli iri yeraltı
boşluqlarda, 1847-ci ildə Abix, 1896-cı ildə Sokolov, 1905-ci ildə İvanov və digəərlərinin
irəli sürdüyü fikirlərə görə bu yataqlar çat və qırılmaların yaxınlığında formalaşmışlar.
Bu fikirlə Link, Brazek və digər xarici alimlər də razılaşırdılar. Geologiyanın sonrakı
inkişafı ilə əlaqədar olaraq əldə olunmuş faktik məlumatlar neft-qaz yataqlarının
antiklinal və günbəzvari strukturlarla əlaqədar olduğunu söyləməyə imkan vermişdir. Bu
fikir təqribən bir əsrə yaxın müddətdə lider olmuşdur. Sonralar artıq kəşf olunmuş
antiklinal və günbəzvari strukturlarla əlaqədar yataqların istismarının son mərhələyə
çatması ilə əlaqədar neft və qaz yataqlarının axtarışı qeyri-antiklinal formalı tələlərin
aşkar olmasına yönəldilmişdir. Bu istiqamətdə görülən elmi araşdırmalarda xüsusən
İ.M.Qubkinin xidmətləri qeyd olunmalıdır.
Neft-qazlılığın proqnozlaşdırılmasında İ.M.Qubkinin əsas müddəalar.
İ.M.Qubkinin “neft haqqında biliklər” əsərində xüsusən, Şimali Qafqaz, Azərbaycan,
Volqa-Ural vilayəti və digər regionların neft-qaz geologiyası tətbiq olunur. İ.M.Qubkin
“Dünya neft geologiyası” elmində ilk dəfə olaraq neft-qaz yaranma və neft-qaz
toplanmanın Yer qabığında vahid proses olduğuna, lakin onun çoxpilləli təbii proses
olduğunu söyləyib. O, bu prosesin həm litogenez, həm də Yer qabığının tektogenezi ilə
sıx əlaqədar olduğunu göstərib. İ.M.Qubkinin bu prosesdə əsasən aşağıdakı mərhələləri
xüsusilə ayrılır:
1. Neft törədici üzvi maddələrin toplanması, onların çökmə süxurlarda basdırılması və
çevrilmələrə məruz qalaraq neft sıralı karbohidrogenlərin yaranması;
2. Neft sıralı karbohidrogenlərin neft-qaz törədici ana süxurlardan kollektorlara ilkin miqrasiyası
və onların kollektor lay boyu üfüqi (yan) və ya çat və qırılmalar boyu (vertikal) miqrasiyası;
3. Neft və qazın əlverişli struktur və ya litoloji şəraitdə akkumulyasiyası və onların Yer
qabığında yataq yaratması;
4. Yataqların müəyyən geoloji şəraitdə dağılması və yaxud da dağılaraq yenidən qurulması.
İ.M.Qubkin Androsov və Mixaylovskinin bitki-heyvan mənşəli neftin biogen
nəzəriyyəsini inkişaf etdirərək belə hesab edirdi ki, neft törədən üzvi maddələr ana
süxurlarda diffuzion səpələnmiş vəziyyətdədirlər. O belə hesab edirdi ki, üzvi maddənin
neftə çevrilməsi əsasən 2 mərhələlidir. İlk mərhələdə üzvi maddələr susuz olan şəraitdə
suyun altında çevrilmələrə məruz qalır və bu prosesdən mikroorqanizmlərin rolu çox
böyükdür. Bu mərhələdən sonra daha böyük zaman diapazonunda baş verən geoloji
12

period başlanır ki, bu zaman həm də ətrafdakı süxurlara təsir edən regional metamorfizm
baş verir. Bu metamorfizmin əsas faktorları aşağıdakılardır:
1. Daha üstdə yatan kütlə və qazların təzyiqi;
2. Temperatur;
3. Zaman.
Neft-qazlılığın proqnozlaşdırılmasının geodinamik əsasları. Neft-qaz yataqlarının
axtarışı və kəşfiyyatı ilə məşğul olan bütün ölkələrin geoloqları uzun illər praktikada
“vertikal tektonik hərəkətlər” konsepsiyasını rəhbər tutublar. “Vertikal tektonik
hərəkətlər” konsepsiyasına istinad etməklə dünyada bir çox iri neft-qaz yataqları aşkar
edilmişdir. Dünya okeanının quruluşu və Yer planetinin litosfer təbəqəsinin inkişaf
tarixixnin keçən əsrin 70-ci illərində daha dəqiq öyrənilməsi nəticəsində “Yeni qlobal
tektonika” və ya “Litosfer plitələrinin nəzəriyyəsi” işlənib hazırlanmışdır. Məhz bu
nəzəriyyənin işlənib hazırlanması nəticəsində Yer qabığında həm bir sıra faydalı qazıntı
yataqlarının yaranaraq formalaşması, həm də onların formalaşdığı məkanın
dəqiqləşdirilməsi, xüsusən neft-qaz ehtiyatlarının həcmini müəyyən etmək mümkün olub.
Neft-qaz yataqlarının Yer qabığında bçox geniş sahə üzrə yayılması onların qlobal
tektonik proseslərlə islah olduğunu söyləməyə imkan verir. Litosfer plitələrinin
konsepsiyasına aid edilən qanunauyğunluqların tədqiq olunması və onların neft-qaz
yaranma və toplanma ilə əlaqəsi Yer təkində karbohidrogen ehtiyatlarının həm toplanma
səbəbini, həm zamanını, həm məkanını ayırd etməyə imkan verir.
V.Y.Xainə görə plitələrin tektonikası nəzəriyyəsinin əsas müddəalarına görə
aşağıdakılar aydınlaşdırıla bilər:
Yerin litosferi nisbətən az özlülüyə malik astonosfer qatının üzərində yatır və
məhdud sayda böyük (7) və bir sıra kiçik plitələrə bölünür. Onların sərhədləri zəlzələ
ocaqlarının sıxlığı ilə müəyyən edilir. İri plitələrə Sakit okean, Avrasiya, Şimali Amerika,
Cənubi Amerika, Afrika, Hind Avstraliya və Antraktida aiddir. Bu plitələr arasında üfüqi
istiqamətdə qarşılıqlı 3 tip yerdəyişmə müəyyən edilir: divergent, konvergent və
transform qırılmalar (subduksiya, obduksiya, spredinqi təkrarlamalı) hərəkəti təyin edən
endogen enerji mənbəyi bu nəzəriyyəyə görə qravitasion sıxılma və qravitasion
differensasiya ilə əlaqədardır.
Yerin geodinamikasının yeni konsepsiyasının nəzəri əsasları. 1991-ci ildə neft-qaz
geologiyasının fundamental əsası məqaləsində ilk dəfə olaraq Yerin sferik qabıqlarının
dinamik proseslərinin mexanizmi son seysmik tomoqrafiya nəticələrinə əsaslanaraq
verilmişdir. Bu yapon geofiziklərinin seysmotomoqrafiya istiqamətində apardığı
tədqiqatlara nəticələnən ən müasir elmi nailiyyətlər əsasında söylənən fikirlər olsa da
Yerin dinamikasının energetik və mexaniki inkişafını kifayət qədər dəqiq göstərə
bilməmişdir. Bu zaman litosfer plitələrinin hərəkətini izah edən mantiya maddəsinin
tərkibini, hərəkət növlərinin izah olunmasına cəhd edilmiş və üst mantiyanın istilik
mexanizminə və onun alt mantiyanın enerjisi ilə əlaqəsinə qarşılıqlı surətdə baxılsa da
onların quruluşu dəqiqləşdirilə bilməmişdir. Mantiyanın istiliyinin bütünlüklə paylanma
qanunauyğunluğu həm ümumi geoloji, həm də geoloji, geokimyəvi nöqteyi nəzərindən
izah edilə bilməmişdir. Bu istiqamətdə yapon geofizikləri Maroyama, Kumazava,
Kavakami ilə yanaşı Rusiyanın Soroxtin, Artuşkov, Masmekov, Fadeyev və başqa
alimləri də tədqiqatlar aparmışlar. Yapon alimləri seysmik-tomoqrafiya məlumatlarına
görə Yerin quruluşunda bir-birindən fərqlənən müxtəlif səviyyəli 14 səviyyə müəyyən
13

etmişlər. Bu tədqiqata qədər Kuşarovski Yer mantiyasında ən çoxu 6 seysmo-tomoqrafik


geosfer müəyyən etmişdir. Kumazava və Maroyama Yerin yaranmasının ilkin, akresin
mərhələsində mövcud olan maqmatik okean dəmir tərkibli daxili nüvənin (ərinti halında
olan) sonralar maqmatik okeanın nisbi soyuması nəticəsində iddia edirdi. Beləliklə, Yerin
formalaşmasında tərkibin laylanaraq fərqlənməsi ən ilkin mərhələlərdə baş vermişdir. Bu
sferik qabıqlarda həm dalğalı proseslər baş vermiş və onların nəticəsində enerjinin
çevrilməsi, ötürülməsi hadisələri olmuşdur. Bu dalğalar elektromaqnit, qravitasion,
istilik, seysmik və s. dalğalar olmuşdur. Müasir tədqiqatlar göstərir göstərir ki, müxtəlif
təbiətli dalğalar arasında müəyyən əlaqələr var ki, bunun nəticəsində onların cəmi
müəyyən ümumi xassələrə malik sahə yaradır və bu sahə daxili və xarici şəraitdən asılı
olaraq, özünəməxsus dalğalar sahəsinə malik olur ki, bu sahədə dalğalar bir-birilə əvəz
olunur və ya biri digərinə keçir. Məhz bu dalğaların cəmindən yaranan sahə, enerjinin
müxtəlif növləri hesabına özü inkişaf edən, özünü saxlayan avto dalğalar sahəsini yaradır.
Qeyd etmək lazımdır ki, hər bir sferik qabıqlar arasında energetik sədd yaradan
sərhəd mövcuddur ki, bu sərhəd özü avtodalğa sahəsindən təşkil olunmuşdur. Geosfer
özü bu qabıqlar arasında enerji çevrilməsinin qarşısını müəyyən qədər alır. Avtodalğa
sahəsi sferik qabıqların daxilində nüvə ocaqları yaradır ki, bu ocaqlar da Yerin
dinamikasında böyük rol oynayır və güclü enerji mənbələri təşkil edir. Özü yaranan
enerji mənbələri olan bu ocaqlarda daimi enerji çevrilmələri baş verir və bu, həm
mütəhərrikliyə, həm də böhran vəziyyətinin yaranmasına səbəb olur. Maddənin və
enerjinin yerdəyişmə miqyası qarşılıqlı əlaqədə olan avtodalğa sahəsinin enerjisindən
asılıdır və bu sahələrin rezonansı bəzən bir neçə qabığı dəlib keçən tunel effekti yaradan
energetik burulğanın yaranması ilə nəticələnir.
Bu hadisə müxtəlif sferlərdə bu və ya başqa enerji hadisələrini izah etməyə imkan
verir. Avtodalğa sahələri şəraitdən asılı olaraq spiralvari və ziqzaqvari konfiqurasiyalara
çevrilə bilir. Bu hadisə reverberator adlanır. Məhz reverberator hadisələri Yerdə bir sıra
geodinamik prosesləri izah edir. İko spiralvari və ya ziqzaqvari struktur sərhəddində
Yerdə kütlənin dəyişmə hadisəsi baş verə bilər. Bu iki strukturun sərhəddində baş verən
hadisələr həm Yerin mərkəzinə, həm də onun xaricinə doğru yönələ bilər. Bu maddənin
batması və qalxması, yəni soyuq litosfer plitələrinin batması, isti mantiyanın isə qalxması
kimi izah edilə bilər. Bu proseslər nəticəsində avtodalğalar həm yerin daxilindən, həm də
onun xaricindən istiqamətlənmiş ola bilərlər. Geosfer təbəqələrin sərhəddində maddənin
struktur dəyişkənliyi, faza dəyişkənliyi baş verir. Bu zaman materiya qeyri-xətti xassəyə
malik olmaqla bərabər böhran vəziyyətdə olur. Məhz bu çevrilmələr geosferlər arasında
sərhəddi müəyyən edir.
Litosferin geodinamik inkişaf mərhələlərində formalaşmış çöküntütoplanma
hövzələrinin müxtəlifliyini öyrənmək və onları təsnif etmək üçün hövzə və vilayət
terminlərini aydınlaşdıraq. Qeyd etmək lazımdır ki, ədəbiyyatda “vilayət” termini hər
hansı əlamətin ümumiliyini göstərir və geniş diapazonda istifadə olunur. Neftli-qazlı
vilayətlərin hüdudlarında neftli-qazlı çküntütoplanma hvzələrini ayırmaq akademik
Dmitriyevskinin təşəbbüsü olmuşdur. Çöküntütoplanma hövzələrinin yaranması
mantiyanın tektogenezi ilə əlaqədardır. Bu mantiya diaprizmi kimi fərqləndirilən
pulsasiya xarakterli kütləvi istilik axınının çoxalıb-azalması nəticəsində baş verir.
Beləliklə, mantiya diapirizmi qitə litosferinin destruksiyasına səbəb olur ki, bunun
nəticəsində Yer qabığının üst hissələrində litogenezin baş verməsi müşahidə olunur.
14

Lakin bu prosesdən əvvəl və ya prosesin baş verdiyi zaman intervalında Yer səthinin
əyilməsi, dartılması və çöküntü toplanma hövzələrinin yaranması izlənə bilər. Prosesin
konstruktiv mərhələsi litosferin dartılmasının (destruktiv mərhələ) və sıxılma nəticəsində
Yer səthində pulcuqvari strukturların yaranması izlənə bilər.

Karbohidrogen ehtiyatlarının yaranması və bərpa olması


Karbohidrogenlərin Yerin daxilində - insanın əldə edə biləcəyi dərinlikdə generasiya, miqrasiya
və akkumulyasiyası həm təbiətşünaslığın, həm də neft-qaz geologiyasının ən əsas problemidir.
R.X.Müslimov, N.P.Zapivalov, İ.Y.Balanyuk, V.P.Qavrilov, A.N.Dmitriyevski və bir sıra müasir
alimlərin fikrincə karbohidrogenlərin həcmi Yerin dərin qatlarında onun bütün çökmə örtüyündə
fomalaşmış bütün potensial ehtiyatlardan dəfələrlə çoxdur.
Bu ehtiyatların həcmi və istifadə olunma qaydası haqqında hər hansı əsaslandırılmış fikri
söyləmək üçün bir sıra məsələlərlə yanaşı, həm də karbohidrogenlərin yaranma mexanizmi də dəqiq
öyrənilməlidir. Bu məsələnin öyrənilməsi istər-istəməz neftin mənşəyinin araşdırılmasına gətirib çıxarır.
Neftin yaranması haqqında son zamanlar bir-birinə zidd olan iki – biogen və abiogen nəzəriyyələrin,
15

ümumiyyətlə neftin üzvi və ya qeyri-üzvi maddələrdən, canlı və ya cansız aləmdən yaranması


məsələsinə baxarkən təbiətin yaranma və inkişaf etmə məsələlərinə də baxmaq lazımdır.
Bu məsələni dəqiq öyrənərək izah etmək üçün bir qədər uzaqdan başlayaq. Məlumdur ki, hər
hansı təbii obyekt hansı dərəcədə mürəkkəb olur olsun əslində o, təklikdə götürüldükdə ən sadə quruluşa
malik olandan yaranmışdır. Belə ki, atom özündən sadə olan elektron, proton və neytronlardan, molekul
isə özenə nəzərən sadə olan atomlardan yaranmışdır. Bunu qəbul edərək neftin yaranmasının inkişaf
xəttinə nəzər yetirsək, görərik ki, o üzvi tərkibli olmasına baxmayaraq qeyri-üzvi elementlərdən
ibarətdir.
Məsələni aydınlaşdırmaq üçün bir qədər də əvvələ qayıdaq: təbiət nədir və o necə yaranmışdır?
Artıq çoxdan qəbul olunmuşdur ki, ilkin təbiət cansız olmuş, sonra isə tarixi-geoloji təkamül nəticəsində
tədricən canlı aləm yaranmağa başlamışdır. Belə güman olunur ki, hər hansı sıçrayış nəticəsində
yaranmış Günəş sistemi və onun tərkibinə daxil olan Yer planeti kürə şəklində formalaşaraq cazibə
qüvvəsinə malik olduqdan sonra orada güclü vulkanizm prosesləri baş vermişdir. Bunun nəticəsində yer
səthini sıx tüstü və su buxarı ortmüş, tərkibi müasir atmosferdən xeyli fərqlənən ilkin atmosfer
yaranmışdır. Bu atmosferin yuxarı qatlarınadək inkişaf edən tüstü və su buxarı soyuyaraq getdikcə
sıxlaşmış və əsrlərlə davam edən ilkin yağışlar yağmağa başlamışdır. Bu yağışlar geoidin çökək
hissələrini doldurmuş, ilkin dəniz və okeanlar formalaşmağa başlamışdır. Bu su hövzələrinin həm də
planetin dərin qatlarında baş verən reaksiyalardan ayrılan kütləvi daxili enerjinin hesabına əsrlər boyu
qaynadığı güman olunur. Günəş ətrafında fırlanan və öz istilik enerjisinin müəyyən hissəsini kosmosa
verən planet getdikcə soyumuş və su hövzələrində temperatur 1000C-dən aşağı düşdükdən, qaynama
prosesi dayandıqdan sonra planetin su – maye və qaz balansı formalaşmağa başlanmışdır. Yalnız
müəyyən temperatur həddində bu hövzələrə xaricdən daxil olan müxtəlif kimyəvi və biomaddələr
onların tərkibinin daim dəyişməsinə səbəb olmuşdur. Maye hövzələrinin tərkibində Yerin daxili
qatlarından və kosmosdan gələn bütün kimyəvi elementlər qarşılıqlı təsirdə olmuş minlərlə kimyəvi
reaksiyaların baş verməsi nəticəsində ən sadə biotərkiblərin yaranmasına şərait yaranmışdır.
Bəs, biotərkib nədir? Ümumiyyətlə, üzvi, canlı aləm cansızdan nə ilə fərqlənir? Məlumdur ki,
hər hansı təbii obyekt qidalanır, böyüyür, tənəffüs edir (yəni qazlar mübadiləsində bilavasitə iştirak
edir), özünə oxşarları yarada bilirsə, yəni daim inkişaf edərək dəyişirsə, o canlı hesab olunur və bu
xüsusiyyətlərin demək olar ki heç birinə malik olmayan cansız aləmdən fərqlənir.
Beləliklə, güman oluna bilər ki, temperaturu 1000 C-dən aşağı düşən, kimyəvi elementlərlə
zəngin olan ilkin dəniz və okeanlarda o qədər müxtəlif və mürəkkəb reaksiyalar getmişdir ki, bu
hövzələrdə çox böyük molekul tərkibinə malik olan mürəkkəb birləşmələr yaranmışdır. Daim hərəkətdə
olan bu birləşmələr əvvəlcə sadə quruluşlu olmuş, sonralar müvafiq şəraitdə qonşuluqdaki sadə
birləşmələrlə təmasda olma nəticəsində bir-birinin tərkibinə daxil olaraq daha da böyümüş, dəyişmiş,
inkişaf etmişdir. Zəncirvari davam edən bu reaksiya nəticəsində bu birləşmələr o qədər böyümüşlər ki,
16

onlar bir-birinin hərəkətinə mane olmağa başlamış və bu məhdudiyyət onların qirilmasına,


parçalanmasına səbəb olmuşdur. İlk baxışda çox sadə görünən bu prosesdə cansız bir obyektin canliya
xas olan qidalanma, böyümə və törəmə xassələrinin ilkin əlamətləri müşahidə olunur. Daha sonralar
təbiətin “yaşamaq uğrunda mübarizə” qanununa əsasən bu obyekt tədricən ətrafını sərhədləndirən qılafa
malik olmuşdur ki, bu isə artıq təkhüceyrəlilərin yaranması deməkdir.
Hadisələrin bu cür analizi neftin cansız təbiətlə canlı təbiət arasında hər hansı keçid rolu
oynadığını da söyləməyə imkan verir. Bütün bunlarla bərabər neftin dəmirlə əlaqəsini – karbid
nəzəriyyəsini də tədqiq etsək, görərik ki, bu fikirdə də həqiqət rüşeymləri vardır.
Belə ki, təbiətdə enerjinin itməməsi qanununa əsasən enerji bir şəkildən digər şəklə düşərək
dəyişir. Beləliklə, daş kömürün yanaraq özündən enerji ayırmasının əsas səbəbi onun yaranmış olduğu
yarpaqların uzaq keçmişdə Günəşdən aldıqları enerjinin şəklinin dəyişməsi ilə yenidən təbiətə
qayıtmasıdır. Bu məlumatı əldə rəhbər tutaraq 1400 ildən çox qədim tarixə malik Quran fenomeninə
müraciət etsək, görərik ki, tədqiqatçılar bu mənbəni öyrənərək söyləyirlər ki, dəmir Yer planetində
yaranmamışdır (Quran, 57:25). Quranda göstərilir ki, Yer bir planet və səma cismi olaraq dəmir kimi
elementin yaranması üçün çox zəif mənbədir. Orta ölçüyə və orta temperatura malik Gunəş adlandırılan
ulduz belə dəmir elementini yaratmağa qadir deyildir. Dəmir daha nəhəng mənbədə yaranmış və
sıçrayışlı partlayış nəticəsində Yerdə bərqərarlığını tapmış təbii törəmədir. Deməli, yaranmasına külli
miqdarda enerji sərf olunan bu element həm kimyəvi, həm də fiziki nöqteyi-nəzərdən özündən heç də
geri qalmayan təbii törəmənin yaranmasına ən gözəl vasitə ola bilər ki, bu təbii törəmənin neft və qaz
olmasını tamamilə güman etmək olar. Bu unikal element, Quranda qeyd olunduğu kimi, “agır və acı olsa
da, insanların xidmətinə verilən və insan ondan çox böyük fayda görən” unikal bir törəmə olaraq
özündən törənənin də unikal olması labüdlüyünü yaradır ki, bu isə oz əksini nəqli böyük problemlər
törəməyən maye və qaz halinda olan neft və qaz şəklində büruzə verir. Beləliklə, neftin abiogen mənşəli
olması nəzəriyyəsi bu baxımdan bu gün yeni bir vüsətlə daha böyük maraq törədir.
Son zamanlar bir-birinə zidd olan iki – biogen və abiogen nəzəriyyənin yaxınlaşdırılması ənənəsi
nəzərəçarpacaq dərəcədə inkişaf etdirilir. Bu nəzəriyyələrin birləşdirilməsinə doğru atılan ilk addım
V.İ.Vernadskinin ilk dəfə irəli sürdüyü Yer kürəsində maddələrin qlobal geokimyəvi burulğanı ideyası
olmuşdur. Məhz bu ideya artıq mövcud olan hər iki nəzəriyyənin ən yaxşı tərəflərinin birləşdirməyə
imkan vermişdir. Belə ki, biogen nəzəriyyəyə görə üzvi maddələrdən neft və qazın yaranma mexanizmi
baş vermiş qlobal burulğanin getdikcə zəifləyən, abiogen nəzəriyyəyə görə isə bu yaranış prosesin
qüvvətlənən məqamına təsadüf etmişdir. Daha dəqiq söyləsək, qlobal burulğanın hər hansı səbəbdən
başlanmasından sonra proses getdikcə qüvvətlənmiş, bu zaman təbiətdə hakim olan qeyri-üzvi
maddələrdə yuxarıda söylədiyimiz kimi kütləvi çevrilmələr olmuş və sadə üzvi birləşmələrin yaranma
prosesi getdikcə sürətlənmiş və nəticədə daha mürəkkəb tərkibli üzvi birləşmələrin həcmi sadələrin
hesabına qlobal olaraq artmışdır. Güman etmək olar ki, milyon illər davam edə biləcək bu proses pik
17

nöqtəsindən enişə doğru uzaqlaşdıqca neft və qaz kimi unlkal tərkibli təbii törəmələrin yaranmasına
şərait olmuşdur. Belə ola bilərdi ki, ilkin tərkib daha sadə, “yetişməmiş” olsun, lakin zaman və münbit
şərait bu təbii sərvətin əmələ gəlməsinə münbit şərait və imkan yaratmışdır. Beləliklə, iki məlum
konsepsiyanın birliyinə qlobal geokimyəvi burulğan prosesində karbohidrogenlərin formalaşmasında iki
əsas mexanizm rolunu oynayaraq bir-birini tamamlayan fərziyyələr sistemi kimi baxmaq olar.
XX əsrin əvvələrində N.D.Zelinski neftin yaranma probleminin həllində əsaslı fikir söyləmiş və
göstərmişdir ki, bitki və heyvan mənşəli bir sıra karbonatlar yüksək temperatur və müvafiq şəraitlərdə
kimyəvi tərkibinə və fiziki xüsusiyyətlərinə görə neftə yaxın məhsullara çevrilə bilərlər. Bir qədər sonra
İ.M.Qbkin neftin tərkibini öyrənərək aldığı nəticələri ümumiləşdirmiş və aşağıdakı qənaətə gəlmişdir:
neftin əmələ gəlmə prosesi fasiləsizdir; Yer qabığının keçmişdə mütəhərrik olan, enmə və ya qalxma
ərazilərinin sərhədləri neftin yaranması üçün ən mevafiq sahələrdir.
Biogen nəzəriyyə neftin və qazın bitki və heyvan qalıqlarının (orqanizmlərinin) milyon illər
davam edən çoxpilləli proses kimi xarakterizə olunan çox müxtəlif və mürəkkəb dəyişmələr nəticəsində
yarandığını israr edir. Banilərindən biri M.V.Lomonosov olan bu nəzəriyyəyə görə bəşəriyyət
miqyasında neft ehtiyatları bərpa olunmur və buna görə də neft Yer kürəsində tükənməyə məhkumdur.
Biogen nəzəriyyənin bir qolu kimi qəbul olunan və İ.M.Qubkin, N.B.Vassoyeviç, V.A.Sokolov
və b. tədqiqatçı geoloqlar tərəfindən irəli sürülən, faktik materiallara əsasən işlənib hazırlanaraq təsdiq
olunan çökmə-miqrasion konsepsiya da bu sahədə az maraq kəsb etmir. Bu tədqiqatçıların fikrincə neft
və yanar qaz çökmə süxurəmələgəlmə prosesi zamanı yaranırlar. Belə ki, sedimentogenez prosesi
mineral maddələrlə yanaşı üzvi birləşmələrin birlikdə toplandığı su hövzələrində baş verir.
Sedimentogenezdən sonra üzvi maddələrin karbohidrogenlərə çevrilməs, onların miqrasiya və
akkumulyasiyası baş verir. Aşkar olunmuş yataqların əksəriyyətinin çökmə qatla əlaqədar olması bu
nəzəriyyəni təsdiq edir.
Y.A.Petyuxanın fikrincə, karbohidrogenlərin əmələ gəlmə mexanizmi tektonik deformasiyalar
zamanı yaranan kimyəvi-mexaniki proseslərlə əlaqədardır.
O.Q.Soroxtin, S.A.Uşakov və b. tədqiqatçılar isə neftin yaranmasına mobilizm mövqeyindən
yanaşırlar. Onların fikrincə, çox böyük çöküntütoplanma və intensiv qızma Yer qabığının yüksək
parçalanması və mantiya maddəsinin konvektiv yerdəyişməsi ilə əlaqədardır. Bu tədqiqatçılar belə hesab
edirlər ki, karbohidrogenlərin generasiyası üzvi maddələrin termolizinə səbəb olan plitaların subduksiya
zonalarında mümkündür.
B.A.Sokolov və E.A.Ablya neft-qazəmələgəlmənin flüidodinamik modelini təklif etmişlər. Bu
model çökmə süxurların litogenez prosesində sıxlaşma və ona əks olan boşalma zonalarına parçalanması
xüsusiyyətinə əsaslanır. Beləliklə, verilmiş bu konsepsiyaya əsasən çöküntütoplanma hövzəsinin inkişafı
qanunauyğun olaraq karbohidrogenlərlə doymuş və yüksək təzyiq altında mövcud olan boşalma
zonalarının yaranması ilə nəticələnir. Bu tədqiqatçıların fikrinə görə neft və qaz karbohidrogenlərin
18

generasiya ocağında olan nefttörədici ana süxurların aşağı temperaturlu deflüidizasiyasının


müxtəlifliyinin nəticəsidir. Yəni ana süxurlardakı karbohidrogenlərdən müxtəlif temperaturlarda
müvafiq olaraq neftin və ya qazın ayrılması prosesi – deflüidizasiyası baş verir. Bu karbohidrogenlər
çatlarla yuxarıya doğru qalxaraq generasiya ocaqları ilə müqayisədə daha aşağı temperatur və təzyiqə
malik horizontlarla kəsişir və onların neft və qazla doymasına səbəb olurlar. Çökmə süxurların dolması
intensıv qızmaya, karbohidrogenlərin generasiya ocaqlarının yaranmasına və onların yuxarıya
konsentrasiya zonalarınadək miqrasiyasına səbəb olur.
Qeyri-üzvi nəzəriyyənin tərəfdarları (məsələn, A.N.Kudryavtsev) belə hesab edirlər ki,
yataqların formalaşmasında əsas rolu dərinlik qırılmaları oynayır. Neft və qazın yaranma mexanizmi
neft-qazəmələgəlmənin (neft-qaztörəmənin) yüksək temperaturlu ocaqları ilə əlaqədardır.
P.İ.Koropotkinin fikrincə, karbohidrogenlər litosferin çökmə qatında mantiyanın qazsızlaşması
nəticəsində yaranır və toplanırlar. Qeyri-üzvi nəzəriyyənin əsas sübutları karbohidrogenlərin və
karbonatların kosmik maddələrdə, mantiyada olması, mantiya maddəsinin qazsızlaşmasından
karbohidrogenlərin yaranma mümkünlüyü, əsas karbohidrogen resurslarının çökmə hövzələrinin böyük
dərinliklərində toplanması və s.-dir.
В.И.Руссский, Р.M.Bemdel həmmüəlliflərlə birlikdə belə hesab edirlər ki, geosoliton təbiətə
malik lokal seysmotektonik təsir elektro-mexaniki katalizator rolu oynayır, destruksiya zonalarından
vertikal keçir və bu zaman kəsilişin hər bir intervalında neft-qazəmələgəlməyə səbəb olaraq yayıla bilir.
Abiogen nəzəriyyənin tərəfdarları belə hesab edirlər ki, neft və qaz ehtiyatları hələ bəşəriyyətə
uzun yüzilliklər boyu kifayət edəcəkdir. D.İ.Mendeleyev hələ Bakıda olarkən geoloq Q.Abixdən
öyrənmişdir ki, neft yataqları ərazi etibarı ilə adətən, Yer qabığının xüsusi tip çatları və qırılmalarla
əlaqədar olur. Bu hadisədən sonra alim karbohidrogenlərin (neft və qazın) yerin dərin qatlarında qeyri-
üzvi maddələrin birləşməsi nəticəsində yarandığına əmin olmuşdur. D.İ.Mendeleyev belə hesab edirdi
ki, dağ əmələgəlmə prosesi zamanı yer qabığını kəsən çatlardan səth suları yerin dərin qatlarındakı metal
kütlələrin üzərinə axmış və orada dəmir karbitləri ilə reaksiyaya girərək karbohidrogenlərin yaranmasına
səbəb olmuşdur. Abiogen nəzəriyyəyə görə neftin yaranması milyon illər davam etmir və o, tam bərpa
oluna bilən resursdur. Abiogen nəzəriyyənin tərəfdarları karbohidrogen ehtiyatlarının yerin dərin
qatlarında indiyədək kəşf olunmuş yataqlarla müqayisədə daha çox olduğuna əmindirlər.
A.N.Dmitriyevskinin fikrincə, qeyri-üzvi mənşəli neftin mənbəyi yerin dərin qatlarında olan
karbon tərkibli maddədən ayrılan karbohidrogen qazıdır.
Neftin qeyri-üzvi mənşəli olmasının tərəfdarları karbohidrogenlərin üzvi maddələrdən yarana
biləcəyini təkzib etməsələr də, üzvi maddələrin alternativ – qeyri-üzvi yolla alına biləcəyini iddia
edirlər. Qeyd etmək lazımdır ki, spetroskopik tədqiqatlar Yupiterin və digər nəhəng planetlərin
atmosferində sadə tərkibli karbohidrogenlərin olduğunu göstərmişdir.
19

Beləliklə, yuxarıda deyilənləri və təbiətdə hər hansı bir prosesin tam dayanmayaraq bu və ya
başqa şəkildə daim davam etməsini nəzərə alsaq, söyləmək olar ki, qeyri-üzvi maddədən üzvi maddənin
alınma prosesi təkamül nəticəsində şəklini dəyişsə də, mahiyyətini dəyişmədiyindən təbiətdə üzvi
maddələrin qeyri-üzvi maddələrdən sintez olunma prosesinin indi də davam etməsimümkündür və
deməli karbohidrogenlərin Yer karbidlərindən yaranmasına da heç nə mane ola biлмяз.
İndi isə karbohidrogen ehtiyatlarinin bərpa olunmasinin bir neçə fakti ilə tanış olaq. Tarixi-
satatistik göstəriciləri tədqiq etməklə dünyada kəşf olunmuş neft-qaz ehtiyatlarının çoxalmasını
(böyüməsini) müşahidə etmək olar. Bununla bərabər neft və qazın istismarının da artması faktı qeyd
olunur. N.P.Zapivalovun fikrincə, XXI əsrdə qərbi Sibirdə sənaye ehtiyatlarının on dəfə artırılmasına
nail olmaq olar. Belə ki, ehtiyatın tükənmə faktı qeydə alındığı bir vaxtda güclü sulaşmaya məruz qalmış
və istismardan çıxarılmış quyulardan neft axınının olunması faktları məlumdur.
V.P.Qavrilov Çeçenistan respublikasında yerləşən yataqda bir neçə il ərzində fərdi yatağın
formalaşdığını misal göstərir: istismar olunmuş neftin miqdarı, mühəndis L.İ.Başkakovun
hesablamalarına görə, Qroznı hüdudlarında olan rayonun və ona bitişik çökəkliklərin bütün məlum
strukturlarına yerləşə bilməzdi. Müharibənin əvvəllərində sulaşmış və gücləndirilmiş istismarla işləyən
quyuların hamısında neft hasilatının artımı müşahidə olunmuşdur. Belə ki, 4 il dayanma nəticəsində
yataqlar yenidən formalaşmış, yeni neft-su kontaktı yaranaraq bərpa olunmuşdur. Müharibə gedən illər
ərzində quyular işləmədiyinə və yataq istismar olmadığına görə yatağın üst Təbaşir yaşlı əhəngdaşı
layının təzyiqi bərpa olunmuş, quyuda suyun faizi azalmış, nefr-su kontaktı səlisləşərək düzəlmişdir.
Son illər köhnə Qroznı və Oktyabr yataqlarında unikal hadisə - Neogen yaşlı qumdaşılara
qazılmış cəmi 1000 m-dək dərinliyi olan ilk kiçik quyuların boruətrafı fəzasından yer səthinə neftin
sızması müşahidə olunmuşdur. Bundan başqa V.P.Qavrilov 50 ildən çox istismar olunan Romaşinski
yatağında son illər köhnə quyularda “ikinci həyat”-ın müşahidə olunduğunu qeyd edir [1]. Romaşincki
yatağında neft ağır fraksiyalı olduğundan yüksək özlülüklə xarakterizə olunur. Lakin fiziki-kimyəvi
xüsusiyyətlərinin öyrənilməsi göstərmişdir ki, sıxlığın ümumi fonda artmasına baxmayaraq bir sıra
quyularda yüngül qazlı neftlərin axını qeydə alınmışdır. Ümumiyyətlə, yatağın işlənməsinin ilk
dövrlərində quyulardan yüngül fraksiyalar, daha sonralar isə nisbətən ağır fraksiyalı neftlərin istismar
olunması maraqlı faktlardandır [9, 12].
Bütün bunlarla bərabər qeyd etmək lazımdır ki, hal-hazırda bütün balans ehtiyatları tükənmiş
hesab olunan bir sıra mənbələrdə istismarı bu günədək davam edən neft yataqlarının varlığı faktları heç
də az deyildir. Bununla bərabər, neft verməsi pulsasiya rejimi ilə xarakterizə olunan bəzi quyularda
debitin düşməsi onun uzun müddətli artımı ilə əvəz olunduğu müşahidə olunur. Qərbi Sibirin bir sıra
yataqlarında da bu hadisənin müşahidə olunması məlumdur [1].
Belə ki, Şimali Qafqazın bir sıra yataqlarında neft ehtiyatlarının hesablanmış ilkin həcminin
çoxillik istismarı zamanı əldə olunmuş nəticələrə əsasən ehtiyatın əslində dəfələrlə çox olduğunu
20

söyləmək olar. Bundan başqa, neft ehtiyatlarının uzun müddətli rekord istismar olması faktları da
məlumdur. Gürcüstan və Abxaziyanın sərhədlərində olan iki yataq XIX əsrin sonlarından etibarən
istismar olunur və indiyədək burada neft axınları baş verir.
Meksika körfəzindəki yataqların tədqiq olunma prosesində seysmik məlumatlara əsasən neft-
qazdoyma parametrlərinin və flüidlərin hərəkətinin dəyişmə mənbəyi müəyyən olunmuşdur [4].
Məlumdur ki, neftin hərəkət istiqamətinin müəyyən olunma bacarığına nail olmaqla onun
toplanma zonalarının istiqamətini aydınlaşdırmaq və istismarının rentabelliyinin artırılmasına nail olmaq
mümkündür. Neftin dünya okeanı dibinə təbii çıxışları çox geniş yayılmış faktlardandır. Bu faktlar
Avstraliyada, Meksikada, Alyaskada, ABŞ-da, İran körfəzində və b. yerlərdə qeydə alınmışdır.
Məsələnin belə bir şəkil alması müəyyən mənada onun izah olunmasını tələb edir. Doğrudan da, əgər
illər boyu istismar olunan neftin həcmi ilkin hesablanmış balans ehtiyatı həddən çox aşırsa və sadəcə,
yatağın həndəsi formasının fəza həcmi artıq çıxarılmış neftin həcmindən kiçikdirsə, deməli, bu həndəsi
formaya – tələyə, neft axını davam edir.
Professor A.Barenbaunun rəhbərliyi ilə neft və qazın yaranma konsepsiyası işlənib
hazırlanmışdır. Bu hipotezə əsasən karbohidrogenlərin böyük ehtiyatlı iri yataqları əvvəllər hesab
olunduğu kimi milyon illər ərzində deyil, onilliklər ərzində yarana bilər. Alimlər belə bir fakta diqqət
etmişlər ki, karbohidrogenlərə daha çox tələbat olan regionların çoxdan istismar olunan neft-qaz
yataqlarında ehtiyatların gözlənilməz və izah olunmayan artımı müşahidə olunur. Konsepsiyanın
müəllifləri bunu müasir neft-qazəmələgəlmə prosesinin birbaşa nəticəsi hesab edirlər. Belə regionlara
Rusiyada Tatarıstan və Çeçenistan, Ukrayna, Azərbaycan, ABŞ-da Texas və Oklaxoma ştatları və
Meksika aid edilir. Professor A.Barenbaunun fikrincə, yatağın tükənməsi yalnız karbohidrogenlərin
istismarının intensiv tələbata ehtiyacı olmayan ayrı-ayrı rayonlarda baş verə bilər. Beləliklə, bir sıra
müasir kəşflər neft-qazlılığın çökmə-miqrasion hipotezinin klassik sxeminə uyğun gəlmişdir. Onu da
qeyd etmək lazımdır ki, neftin üzvi mənşəli olması nəzəriyyəsinin müasir dövrdə opponentləri çoxdur.
Hal hazırda karbohidrogen ehtiyatlarının tükənməsi haqqında fikirlər tez-tez səslənməkdədir.
Bununla əlaqədar olaraq bu gün ehtiyatların bərpa olunma mexanizminin tədqiq olunması aktual
məsələlərdən biridir. Köhnə yataqlarda bir sıra quyuların öyrənılməsi nəticəsində vaxtı keçmiş, sulaşmış
və istismardan çıxarılmış köhnə quyularda neft axını müşahidə olunmuşdur.
A.Barenbaunun konsepsiyasına görə neft-qazəmələgəlmə yalnız geoloji proses olmayıb, ən əvvəl
planetdə su və karbonun dövranı ilə əlaqədar olan iqlimlə bağlıdır. Neft və qaz yataqlarının yaranması
haqqında irəli sürülən bu mexanizmdə karbonun yer səthindən meteogen sularla (yerə hopan yağış və
digər atmosfer çöküntüləri ilə) yerin daxili qatlarına keçərək bütün dövranın daim davam etməsində
böyük rol oynadığı qeyd olunur. Əsasən hidrokarbonat şəklində yer qabığına sularla daxil olan karbon,
düşdüyü şəraitdə karbohidrogenlərin bərpasına və geoloji struktur tələlərdə neft və qazların toplanaraq
formalaşmasına səbəb olur. Bu gün yer qabığının, xüsusən üst hissəsinin tektonik laylandığı və müxtəlif
21

xüsusiyyətli təbəqələrdən formalaşdığı faktı əsaslı şəkildə sübut olunmuşdur (R.Q.Berzin,


M.A.Kəmaləddinov, A.N.Dmitriyevski və b.) [3].
Neft və qaz yataqlarının bir sıra tədqiqatçıları (L.M.Sitdikova, A.N.Dmitriyevski, A.V.Balanyuk,
A.B.Karain və b.) karbohidrogen ehtiyatlarının tükənməkdə olan yataqlarda yenidən bərpasını yer
qabığının müasir vertikal hərəkətləri ilə əlaqələndirirlər. Karbohidrogenlərin intensiv istismar olunduğu
rayonlarda cihazlı metodların köməyi ilə müşahidə olunan dalğalı və titrəyişli hərəkətlər yer qabığının
üst hissəsinin flüidli rejimi və onu təşkil edən süxurların xüsusi xarakterli olması ilə izah oluna bilər.
Aktiv və aqressiv hərəkətli komponent olan flüidlər proseslərin yüksək sürətini təmin edə bilirlər. Flüid
hərəkətlərinin bir sıra mexanizmləri onlarla eyni zamanda yanaşı olaraq baş verən bir sıra digər müxtəlif
hərəkərlərlə tamamlanırlar.
R.X.Müslimov, İ.F.Qlumov və b. çökmə örtüyü və kristallik bünövrədəki yataqların qarşılıqlı sıx
əlaqəsinə əsaslanaraq belə hesab edirlər ki, neft və qazın axtarışı bünövrənin öyrənilməsi ilə sıx bağlıdır
[6]. Həqiqətən, neft yataqlarının çökmə örtüyünün həm kəsiliş, həm də sahə üzrə yerləşmə
qanunauyğunluğu tədqiq olunduqda (məsələn, Cənubi Tatar qalxımında) neftliliyin bloklu quruluşla
əlaqəsi dəqiq izlənir: tağın hüdudları boyu formalaşmış bütün neft yataqları kristallik bünövrə və onun
çökmə örtüyünü kəsib keçən qırılmalarla nəzarət olunur. Neftin əsas akkumulyasiyası kristallik
bünövrənin dizyunktiv parçalanma sahələrində, xüsusən qırılmaların kəsişmə düyünlərində daha çox
izlənir [6, 7, 8].
Q.P.Kayukova, İ.P.Zinatullina və b. Cənubi Tatar qalxımı hüdudlarnda karbohidrogenlərin
vertikal paylanmasının qanunauyğunluqlarını tədqiq edərkən yataqların tektonik qırılmalarla əlaqəsini
müəyyən etmiş və Paleozoy kompleksində sənaye əhəmiyyətli neft yığımlarının formalaşmasında get-
gedə güclənməkdə olan vertikal miqrasiyanın əsas rol oynadığını israr etmişlər [5].
V.Q.İzotov, M.T.Abasov, R.Y.Əliyarov, R.X.Müslimov və b. tədqiqatçılar Volqa-Ural neftli-
qazlı vilayəti hüdudlarında apardıqları geokimyəvi, paleontoloji, geofiziki və geoloji modellərin
öyrənilməsi əsasında belə nəticəyə gəlmişlər ki, üst horizontlarda neft və qaz axınlarının yataqların
formalaşmasında çökmə örtükdə baş verən geniş miqyaslı vertikal hərəkətlər xüsusi rol oynayır və məhz
bu hərəkətlər flüidlərin üst təbəqələrə axınlarına şərait yaradır. Paleozoy yaşlı örtükdə neftin vertikal
miqrasiya ediyini təsdiq edən ən əsaslı arqument neft yığımlarının tektonik qırılmalarla əlaqəsi və
örtüyün bütün kəsilişi boyu bitum və neftlə doymanın intensiv müşahidə olunmasıdır [7].
R.X.Müslimov, D.K.Nurqəliyev, İ.F.Qlumov və b. tədqiqatçılar isə bünövrəni öyrənərək belə bir
nəticəyə gəlmişlər ki, bünövrə - tərkibində çox da sıx olmayan və bu səbəbdən yaxşı kollektor
xüsusiyyətlərlə diqqəti cəlb edən, flüidlə doymuş zonalarla xarakterizə olunan aktiv geodinamik
sistemdir. Tədqiqatçılar Volqa-Ural neftli-qazlı vilayətinin bünövrəsi hüdudlarında kristallik bünövrə
üçün xarakterik olmayan anomal həddə qaz, bitum və helium kimi karbohidrogenlərin toplandığını
göstərmişdir. Həmin tədqiqatçılar Cənubi Tatar qalxımının ərazisini öyrənərək burada kollektorların
22

qazla doyması və temperatur rejiminin, dərin quyularda isə deqazasiya prosesinin dəyişmədiyinin
müşahidə olunduğunu qeyd edirlər. Bu tədqiqatçılar tərəfindən geofiziki metodlarla kollektor zonaların
geodinamik aktivliyi tədqiq olunarkən məlum olmuşdur ki, burada geodinamik proseslər - qazın və
suyun hərəkəti nəinki dayanmır, əksinə, əvvəllər aktiv olmayan zonalarda bu proseslərin yeni vüsət
alması izlənməyə başlayır [6]. Belə hesab etmək olar ki, əvvəllər passiv olan zonalarda aktivləşmənin
müşahidə olunmasının əsas səbəblərdən biri daxili maye hərəkətinin aktivləşdirici ilə nəticələnən neft və
qaz yataqlarının istismar olunmasıdır.
Yuxarıda söylənilənlərdən belə nəticə çıxarmaq olar ki, dərinlik flüidizasiyası və müasir
geodinamika qarşılıqlı əlaqəli proseslərdir. Beləliklə, R.X.Müslimov, V.Q.İzotov, L.M.Sitdikova və b.
belə hesab edirlər ki, deqazasiya prosesinin dinamikası vaxtaşırı büruzə olunan vulkanik və seysmik
prosesləri müəyyən edir: müasir seysmikliyin təzahürü. Tədqiqatçıların fikrincə bu prosesin təzahürü
texnogen səbəblərlə şərtlənə bilər (mayenin laydan çıxarılması və suyun laya vurulması). Bu
tədqiqatçılar həm də belə hesab edirlər ki, seysmoaktivliyin müşahidə olunması – dərinlik flüidizasiyası
nəticəsində yaranan, periodik olaraq baş verən neodinamik proseslərin dolayı əlamətlərindəndir, amma
bu flüidizasiyanın məhsulunun nə olması hələ də sual altındadır [9].
R.X.Müslimov, İ.N.Plotnikov və b. bir qrup tədqiqatçı çökmə örtüyündəki neft yataqlarının
kristallik bünövrədəki dərinlik çat və qırılmaları vasitəsilə karbohidrogenlərin axını hesabına daim
“qidalanması” və yeni neft ehtiyatları ilə bərpa olunması haqqında hipotez işləyib hazırlamışlar [8].
R.X.Müslimov, V.Q.İzotov, L.M.Sitdikova və b. Cənubi Tatar qalxımında neftli-qazlı flüidlərin
kristallik bünıvrə və çökmə örtüyün alt horizontlarını kəsib keçən qırılmalarla yuxarı istiqamətlənmiş
miqrasiyanı neft və bitum tərkibli yataqların yaranmasının yeganə mənbəyi kimi qeyd edirlər [7].
L.M.Sitdikova seysmik tədqiqat və dərin quyu qazması zamanı əldə olunan məlumatları tədqiq
edərək qədim platformalarin kristallik bünövrəsinin qalxımı zonalarının müxtəlifcinsli təbiətə malik
olduğunu müəyyən etmişlər. Qeyd etmək lazımdır ki, bu tədqiqatlar destruksiya zonalarında kristallik
bünövrənin müxtəlif cinsli süxurlarının Arxey və Proterozoy süxurlar kompleksinə aid olduğunu və
regional xarakter daşıdığını söyləməyə imkan verir. Tədqiqatçı tərəfindən kristallik bünövrənin
kəsilişində kompression və dekompression zonalar ayrılmışdır. L.M.Sitdikova petrostruktur analiz
əsasında destruksiya zonalarında müxtəlif tipli çatlılığın - sürüşmə və qirilma, postdinamik relaksasiya
çatlılıqlarının paylanma qanunauyğunluğunu göstərmişdir [10].
R.X.Müslimov və b. tədqiqatçıların Romaşinski yatağında apardıqları tədqiqatlar göstərmişdir
ki, müəyyən olunmuş destruksiya zonalarının reliktləri, bünövrənin müxtəlifcinsli termoqradiyent
sahələrində temperatur sahəsinin və kompress–dekompress proseslərinin təsiri altında yuxarı istiqamətdə
ardıcıl hərəkət edərək toplanmış karbohidrogenlərin olmasıni sübut edir. Bunu bünövrə və örtükdəki
karbohidrogenlərin, suların tərkibinin oxşarlığı, destruksiya zonalarının və örtüyün eyni olması da təsdiq
edir [6, 9].
23

A.N.Dmitriyevski neft yataqlarının çökmə örtüyündə həm sahə, həm də kəsiliş üzrə paylanma
qanunauyğunluğunu müəyyən etmək üçün Tatar qalxımında tədqiqat aparmışdır. Bu tədqiqatçı da
çökmə örtüyün neft-qazlılığı ilə kristallik bünövrənin qırılma və bloklu quruluşu arasında asılılığın
olduğunu aşkar etmişdir. R.X.Müslimov, L.M.Sitdikova, İ.N.Plotnikova və b. tədqiqatçılar da
qırılmaların bütün flüidlər üçün keçirici kanal rolu oynadığını hesab edirlər. A.N.Dmitriyevski
tərəfindən aşkar olunmuşdur ki, kristallik qabığın qırılma tektonikasında listrik formalı pozulmalar çox
böyük rol oynayırlar: bu qırılmalar səthə yaxın yerlərdə demək olar ki, vertikaldırlar, ancaq dərinliyə
doğru onların bucağı azalır və yastı sərhədlər əmələ gətirirlər. Qirilmaların üfiqi istiqamətlənmiş
sahələrində subhorizontal laylanma zonaları yaranirlar. Tədqiqatçıların fikrincə, karbohidrogenləri ilkin
yarandıqları vəziyyəıtdən hərəkətə gətirən və onların böyük olmayan sahələrdə toplanaraq yataq əmələ
gəlməsinə səbəb olan mexanizm dilatasion genişlənmədir. Bu genişlənmələr çatlı qırılma zonalarında
tektonik qüvvələrin təsiri altında yerdəyişmə deformasiyası nəticəsində yaranır. Flüidlərin hərəkətinin
bu mexanizmi bütün mümkün mexanizmlər arasında ən intensiv və hərtərəfli olanıdır. Qeyd etmək
lazımdır ki, bu mexanizm həm qırılmalar, həm də nazik çatlı laycıqlarda öz təsir qüvvəsini saxlayır [3].
N.P.Zapivalov, V.P.Qavrilov və b. müasir tədqiqatçılar belə hesab edirlər ki, miqrasiya prosesi
və yataqların yeni yaranması və dağılaraq yenidən yaranması kifayət qadər qısa zaman içərisində, bir
neçə il ərzində yaranır. V.P.Qavrilov bir sıra yataqların (Qroznı, Qərbi Sibir) öyrənilməsi və metanın
mineral yolla (dəmir tərkibli süxurların dəniz suları ilə hidratlaşması hesabına) yaranması əsasında
təsdiq edir ki, müasir yer qabığımda karbohidrogenlərin miqrasiyası və yeni yataqların yaranma prosesi
aktiv olaraq daim baş verir. Onun fikrincə, yer qabığında karbohidrogenlərin hərəkəti əvvəllər qəbul
olunaraq hesab edildiyindən daha yüksək sürətlə baş verir və bu proses həm daimidir, həm də hal-
hazırda baş verəndir. Neft və qazın formalaşaraq toplanması daim qüvvədə olan prosesdir:
karbohidrogen yataqları keçmiş geoloji dövrlərdə də, indi də formalaşır və dağılaraq yenidən formalaşır
[1].
Yuxarıda adları göstərilən tədqiqatçıların fikrincə karbohidrogenlərin müasir aktiv, sürətli
yaranması və miqrasiyasına əsas səbəb Yerin mantiya təbəqəsinin qazsızlaşmasıdır. Qeyd etmək
lazımdır ki, neftin qeyri-üzvi yolla yaranması nəzəriyyəsinin tərəfdarları da bu fikirlə razılaşırlar. Lakin
dünya okeanının rift dərələrinin öyrənilməsi heç bir neft mənbəyinin aşkar olunması ilə
nəticələnməmişdir. Məlumdur ki, 400 0C temperaturda neftin əsası dağılır və o, metana qədər
parçalanmaya məruz qalır. Neft 3000 0C şəraitdə (Yerin mantiya təbəqəsində) yaranıb qoruna bilmədiyi
üçün, onun geoloji miqyasda müasir sürətli yaranma prosesi, karbohidrogenlərin spesifik və hazırda
fəaliyyətdə olan ocaqlarda yaranmasının nəticəsi kimi izah oluna bilər [1,4].
Neft-qazəmələgəlmənin hidrodinamik konsepsiyasına uyğun olaraq neftin və qazın yaranması
müxtəlif yollarla baş verə bilər: klassik sxemə uyğun olaraq yer qabığının iri qırılma zonalarında, rift
əyimlərində, subduksiya zonalarında [2]. V.P.Qavrilov tərəfindən neft-qazəmələgəlmə mexanizmlərinə
24

nəzarət olunan bir sıra rayonlar fərqləndirilmişdir: məsələn, Şimali Qafqazda fəaliyyət göstərən
subduksiya mexanizmi nəticəsində burada litosferin bir hissəsi və onun çöküntüləri yerin üst
mantiyasına dartılır və orada yüksək təzyiq və temperatur şəraitində üzvi maddələrin sürətli
destruksiyası və yeni karbohidrogen molekullarının sintezi baş verir. Daha sonralar isə bu
karbohidrogenlər sulu flüidlərlə birlikdə çöküntülərdə dehidrotasiya zamanı yaranmış çatlar, məsamələr,
kapilyarlar, kanallar və qırılmalar vasitəsilə yuxarıya doğru hərəkəti ilkin yataqların akkumulyasiya
olunmasına qədər davam etməsi güman oluna bilər.
Bununla bərabər Abşeron yarımadasında da bu baxımdan akkressiya prizmaları mexanizminin
fəaliyyət göstərməsini qeyd etmək olar. Burada baş verən əyilmə nəticəsində çöküntülər subduksiya
zonasına düşməyərək güclü əyilməyə məruz qalmışlar. Bu zaman sərbəst karbohidrogenlərdən
yataqların formalaşması üçün əlverişli şəraitin yaranması güman olunur.
Volqa-Ural vilayətinin Romaşinski yatağında fərdi yataqların formalaşmasına səbəb kristallik
süxur qatında tərkibində külli miqdarda biogen mənşəli qrafitlər olan yüksək gilli qneyslərin varlığıdır.
Dərinlik mənşəli yüksək temperatur və sulu flüidlərin dəyişməsi nəticəsində karbonlardan
karbohidrogen birləşmələri yaranır ki, onlar da öz növbəsində qırılma və çatlar vasitəsi ilə çökmə
örtüyünə miqrasiya edirlər. Qərbi Sibirdə neft və qazın yaranma prosesinin həm riftəmələgəlmə
mexanizmi ilə, həm də üzvi və mineral mənşəli karbohidrogenlərlə sıx əlaqədar olduğunu güman etmək
olar [1, 2].
Beləliklə, ixtiyari karbohidrogen yatağı – geoloji nöqteyi-nəzərdən nisbətən qısa zaman ərzində
özünü bərpa etməyə qadir olan açıq sistemdir. Yatağın işlənməsi və istismarı layın dinamik tarazlığını
pozur və öz növbəsində istismarın həcmini kompensə edən karbohidrogenlərin təbii axınını yaradır.
Lakin neft ehtiyatlarinin dəqiq olaraq neçə il kifayat edəcəyi və dəqiq olaraq onun hansı yolla yaranması
indiyədək məlum deyildir. Neft və qazın miqrasiya, akkumulyasiya və generasiyası məsələsini
aydınlaşdırarkən və karbohidrogen sisteminə özünübərpa edən sistem kimi baxarkən belə nəticəyə
gəlmək olar ki, flüidlərin miqrasiyası faktik olaraq bünövrənin destruksiya zonalarından çoxsaylı
qırılmalar zonası vasitəsi ilə yuxarıda yatan horizontlara doğru baş verir. Bununla bərabər həm də qeyd
etmək olar ki, iri neft yataqlarının alt horizontları bünövrənin karbohidrogen “nəfəsi” nəticəsində neftlə
hopur.
Neftin miqrasiyasının qırılmalar zonası ilə əlaqədar olması, bəzi neft yataqlarının yaşının çox az
olması, yataqların müasir dövrdə də formalaşma prosesinin davam etməsi neftin hal-hazırda da
miqrasiya etməsi və neft ehtiyatlarının bərpa olmasının mümkün olması qərarına gəlməyə əsas verir.
Yuxarıda deyilənlərdən göründüyü kimi bu problemin həllinə neftin mənşəyinin qeyri-üzvi olması
nəzəriyyəsinə əsaslanmaqla nail olmaq daha real və nəzəri əsaslandırılmış hesab olunur. Belə ki,
karbohidrogenlərin dərinlik generasiyası prosesi və onların yer qabığının üst horizontlarına və çökmə
örtüyünə periodik daxil olması müəyyən qanunauyğunluğa və geotektonik şəraitə tabedir. Lakin bununla
25

belə biogen nəzəriyyəni tamamilə radd etmək olmaz. Çünki karbohidrogenlərin yaranmasının izahında
bu nəzəriyyənin rolu heç də az deyildir.
Karbohidrogenlərin neftkeçirici kanallar vasitəsilə yerin dərin qatlarında hərəkəti və hopmasının
öyrənilməsi və bu prosesinin baş vermə mexanizminin dəqiqləşdirilməsi yaxın gələcəkdə geoloji-axtarış
işlərində və yataqların işlənmə prosesində köklü dəyişikliklərin baş verməsinə səbəb ola bilər.
Tərəfimizdən tədqiq olunmuş və ümumiyyətlə, bütün mümkün yeni neft və qaz yataqlarınım hər
bir konkret yaranma mexanizmində özünəməxsus karbohidrogen mənbələri fəaliyyət göstərir. Bu,
akademink İ.M.Qubkinin neft-qazəmələgəlmənin qlobal və daimi xarakterli olması haqqındaki
fundamental təsəvvürləri ilə tam üst-üstə düşür.
Bu gün geoloqun ən ümdə vəzifəsi axtarış və kəşfiyyat işlərinin yeni perspektiv konsepsiya və
ideyaya əsaslanan tərkib hissəsini müəyyən etməkdir. Bu gün ən perspektivli olanlardan biri bünövrənin
neft-qazlılıq baxımından tərkibinin, struktur və həcminin hansı dəyişikliklərə uğramasını tədqiq edərək
öyrənməkdir. Qeyd etmək lazımdır ki, yalnız Qərbi Sibirdə ondan çox neft-qaz yatağı bünövrənin qədim
süxurlarında müəyyən olunmuşdur. Paleozoy formasiyasının qalinliğının Mezozoy çöküntülərinin
qalınlığından bir neçə dəfə çox olması faktı isə bu çöküntülərə olan marağın daha da artması və uyğun
olaraq burada aparılan tədqiqat işlərinin həcminin artırılması ilə nəticələnəcəkdir.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, neft və qaz resurslarının Yer qabığında qəfil
aktivləşən təbii və təbii-texnogen proseslərin hesabına bərpa olunan ehtiyatlar olduğunu güman etmək
olar.

Neftin ilkin və törəmə tipləri

Səpələnmiş üzvi maddələrin (SÜM) hələ keçən əsrin 70-80-ci illərində kompleks geokimyəvi
tədqiqatlarla hərtərəfli öyrənilməsi neft-qaz əmələgəlmənin müvafiq qanunauyğunluqlarının neftin
genezisi haqqında irəli sürülən nəzəriyyənin əsas müddəalarının dəqiqləşdirilməsinə imkan vermişdir.
Nəzəri məsələlərin həlli nəticəsində bir sıra axtarış-kəşfiyyat işlərinə də aydınlıq gətirilmiş,bu zaman
mümkün tarixi,genetik,geoloji,geokimyəvi metodlardan maksimum istifadə olunmuş neftli-qazlı
ərazilərin perespektivliyinin qiymətləndirilməsində də adları çəkilən metodların nəticələrinin analizi
əsas yer tutmuşdur. Bu metod da yer təkinin tarixi nöqteyi nəzərdən öyrənilməsinə əsaslanır. Belə ki
hövzədə petonsial neft-qaz törədici ana süxurların fərqləndirilməsi, bu süxurların zaman və fəza
26

baxımından evolusiyasının karbohidrogenlərin generasiya ocağının müəyyənləşdirilməsində onun rolu,


onların miqdarının hesablanması, təbii rezervuarlara miqrasiyası və nəhayət neft-qaz axtarışı məqsədi ilə
hövzənin bütünlükdə diferensiasiyasının qiymətləndirilməsinin müəyyən olunması əsas şərtlərdir. Bu
metodun səmərəliliyi aparılan tədqiqatların həm neft-qaz törədici ana süxurların, həm də neftli-qazlı ana
süxurlar hesab olunan qalınlıqların müəyyən dəqiqliyindən asılıdır.
Neftin yaranma tarixində alimlər bir neçə əsas postulat müəyyən edirlər:
1.Neft-qaz əmələgəlmə mərhələli prosesdir və o müəyyən qədər litogenezin mərhələləri ilə üst-üstə
düşür;
2.Neft biogen mənşəli SÜM-lərin subakval çöküntülərdən Mezokatagenezdə 60-1800 C
intervalında əsasən fasiləli olaraq neft-qaz törədici ana süxurların fasiləsiz enməsi şəraitində yaranır.
Bu postulatlar ən mühüm baxışlara görə bir qədər dəyişdirilmişdir. SÜM-lərin süxurlardakı
vəziyyəti və onlara litogenezin hər bir mərhələsində müəyyən geokimyəvi termobarik şəraitlə əhatə
olunur. Bu isə öz növbəsində yaranan məhsulların həm tərkibinin, həm də konsentrasiyasının müəyyən
olunmasında böyük və mühüm rol oynayır. Bu məhsulların miqdarı ilə zonanın kəsilişində qazvari və
maye karbohidrogenlərin əsas generasiya zonalarını ayırmaq mümkündür. Çöküntütoplanma
mərhələsində müəyyən genetik tipə malik üzvi mənşəli törəmələr formalaşır. Onlar neft və qazın
yaranmasında böyük rol oynayan SÜM-lərin hesabına potensialı müəyyən olunacaq neft-qaz törədici
ana süxurların və ümumiyyətlə bütün süxurların yaranması mərhələsində baş verir. SÜM-lərin tipini
müəyyən edən faktorlar aşağıdakılardır:
● Hövzədə avtoxton biokütlənin tərkibi;
● Avtoxton qarışığın miqdarı;
● Çay axınları ilə gətirilən çöküntülər.
Çöküntülərin potensialı SÜM-lərin tərkibi və konsentrasiyası ilə şərtlənir. Onun çevrilmə dərəcəsi
mikrobial aktivliklə müəyyən olunur. Qeyd etmək lazımdır ki,sedimentogenezdə və ilkin diagenezdə
baş verən əsas proseslər biokimyəvi olmaları ilə diqqəti cəlb edirlər. Qeyd etmək lazımdır ki,
çöküntülərdə mikrobial çevrilmələr nəticəsində SÜM-lərin itkisi 15-50 % arası dəyişə bilər və bu
çöküntülərə daxil olan SÜM-lərin son miqdarından asılıdır. Dəniz çöküntülərində SÜM-lərin tərkibində
maye karbohidrogenlər adətən 1%-dən az hissəni təşkil edir. Burada sedimentogenez və ilkin
diagenezdə qazların toplanması demək olar ki, mümkün olmur, lakin yalnız aşağı temperatur və yüksək
təzyiq şərtləri daxilində, su şəraitində biokimyəvi generasiya qazlardan yaranan qaz-hidratları istisna
təşkil edə bilir. Çöküntülərdəki SÜM-lərin əsas hissəsi mikrobial fəaliyyət nəticədə onlardan ayrılaraq
atmosferə də daxil ola bilir.
Belə ki, dərinlik artdıqca SÜM-lərin biogen faktorları söndükləri halda abiogen faktorların onlara
təsirinin kifayət qədər olmadığı aşkar olunur. Bu mərhələdə SÜM-lərdən əsasən qazvari məhsullar,yəni
karbon və metan qazı ayrılır və onların çox böyük hissəsi sərbəst su fazasına daxil olmaqla bir hissəsi isə
27

çöküntülərin gömülməsindən asılı olaraq sularla birlikdə basdırılır. Beləliklə neftlərin yarandığı əsas
zonalarda sular laylara artıq qazla zəngin olmuş daxil olurlar və bu onların karbohidrogen flüidləri ilə
tam doymasını xeyli asanlaşdırır. Diagenez prosesində baş verən reaksiyalar nəticəsində bir sıra
funksional qrupların intensiv kənarlaşması hesabına qalıq SÜM-lərin tərkibində hidrogenin miqdarının
artması müşahidə olunur. Lakin bu halda dəqiq hesabatlar aparmaq heç də asan deyildir və uçucu
məhlulların miqdar və həcmi haqqında dəqiq məlumat vermək mümkün deyildir.
Katagenez mərhələsi SÜM-lərin süxurlara çevrilməsinin əsas mərhələsidir.Bu mərhələdə müxtəlif
tərkib və fazaya malik karbohidrogenlər yaranır. SÜM-lərin süxurlara çevrilməsi prosesində
karbohidrogen törəmədə fəal iştirakı həmin prosesi təşkil edən amillərin aktivlik dərəcəsindən xeyli
asılıdır. Katagenez 1 neçə etapdan ibarətdir: Proto, Mezo, Apokatagenez. Hər bir mərhələnin
sərhədlərində müvafiq qradasiyalar ayrılır. Katagenezdə SÜM-lərin yeniləşərək dəyişikliyə uğraması,
yəni maddələrin gömülməsi karbohidrogenlərə çevrilməsi əsasən uçucu xüsusən də karbon
birləşmələrindən (CO2, CH4, CNHN, H2C, NH3) azad olması istiqamətində baş verən proseslərlə
əlaqədardır. Qeyd etmək lazımdır ki, bu sərhəd heç bir çöküntütoplanma hövzəsində nə temperatur,nə
dərinliyinə görə dəqiqliklə göstərilə bilmir. Bu neft əmələgəlmənin əsas zona (NƏS) sərhəddinin yuxarı
və ya aşağı vəziyyəti hövzənin bir sıra xüsusiyyətlərindən,o cümlədən neft-qaz törədici süxurlarda üzvi
maddələrin tərkibindən, kəsilişin litofasial tərkibindən,geotermik rejimdən və digər faktorlardan asılıdır.
SÜM-lərin çökmə süxurlarda tərkibinin bütün dünyada çoxsaylı və hərtərəfli tədqiq olunması bu
istiqamətdə bir neçə əsas faktorun fərqləndirilməsinə imkan verir ki,bu faktorlarda xüsusən planetin
çökmə hövzələrindəki terrigen qatlarında, neft-qaz törədici süxurlarda neft-qaz əmələgəlmə prosesini
müəyyən edən əsas amillər haqqında daha dəqiq,inandırıcı fikir və mülahizələr yürütməyə imkan verir.
Belə ki, neft-qaz törədici ana süxurların gömülmə sürətilə hövzələrdə həm katagenetik,həm də onunla
sıx əlaqədar olan qazvari və maye karbohidrogenlərin yerləşməsini göstərən vertikal zonallığı müəyyən
etmək mümkündür.Qeyd etmək lazımdır ki,böyük gömülmə sürətlərində (100 m/mln ildən
çox).Katagenezin şkalası böyüyür və neft-qaz törəmə zonası daha böyük dərinliklərə (6-7 km daha çox)
enmiş olur.Daha dərin zonalarda isə əsasən qaz yaranmış olur.Enmənin böyük sürəti cavan yaşlı neft
törədici təbəqələr üçün pozitiv, qədim yaşlı süxurlardan təşkil olunmuş laylar üçün isə (Kembriyəqədər,
Kembritörədici) neqativ faktor hesab olunur.Bu proseslərin baş verməsinin son müsbət nəticəsi həm də
tələlərin yaranma və formalaşması ilə müəyyən olunur. Tələ və rezervuarların yaranması neft-qaz
əmələgəlmədən öncə yaranarsa bu müsbət, çox sonralar yaranarsa mənfi hal kimi qiymətləndirilir.
Ümumiyyətlə, neftə mürəkkəb təbii karbohidrogenlərin həlledicisi (məhlulu) kimi baxdıqda şərti olaraq
onu və onda həll olmuş müxtəlif karbohidrogen birləşmələrindən ibarət törəmələrə ayırmaq olar, lakin
həll olmuş karbohidrogen törəmələri bu həlledicidə olduqları şəraitdən asılı olaraq bu və ya başqa
vəziyyətlərdə mövcud ola bilər və onların şəraiti təbii ki,içərisində həll olduqları həlledicinin vəziyyəti
ilə müəyyən olunur desək yanılmarıq. Məsələn, bərk parafinlər ərimə temperaturundan yuxarı şəraitdə
28

və hətta aşağı temperaturda həlledicinin tərkibinə daxil olaraq oradakı digər maye karbohidrogenlərdən
heç nə ilə fərqlənməyərək həll olunmuş törəmələr hesab oluna bilər. Bu baxımdan neft termini dedikdə
normal şəraitdə maye halında olan,özündə metan, etan, propan, butan karbohidrogen, karbon, dəm,
kükürd hidratı, azot, helium və digər qazları, alkan və izoalkanlar şəklində bərk karbohidrogenləri
sərbəst heteroatomlu karbohidrogen sıralı birləşmələri (kükürd, azot, oksigen), irimolekullu qətranlı-
asfaltenli və daha mürəkkəb üzvi birləşmələri əridərək həll edən çox geniş və böyük maye həlledicilər
çoxluğunu adlandırmaq olar. Genetik nöqteyi nəzərdən neftləri təşkil edən karbohidrogenlərin arasında
əsasən 2 qrup birləşmələri fərqləndirmək olar:
1.Karbon strukturunun sskeleti canlı orqanizmlərdən sintez olunan,tərkibində relikt karbohidrogen
adlanan biomolekul hissəcikləri olan biobirləşmələr kimi xarakterizə olunan biobirləşmələr;
2.Struktur xüsusiyyətlərinə görə biobirləşmələrə oxşamayan karbohidrogenlər;Məsələn,canlı
təbiətdə rast gəlməyən körpülü struktur quruluşa malik pentalan,adamantan və onların analoqları olan
karbohidrogenlər.
Toplam halında olan neftli kollektor süxurun maye hidrofob faza halında hərəkətli və
termodinamik baxımdan sabit olmayan canlı sistem kimi qəbul etmək olar.Bu qeyri-sabitlik mikro
səviyyədə neft, qaz, süxur, su səviyyəsində, qapalı sistem, yataq şəraitində müşahidə olunur.
Karbohidrogen həlledicisi baxımından onun bir vəziyyətdən digər vəziyyətə keçməsi,yəni neftin qrup və
fiziki tərkibinin dəyişməsi onun karbohidrogen kimi dəyişkən olduğunu göstərir. Yataqda neftə və onun
dəyişməsinə təsir edən əsas faktorlar aşağıdakılardır: maye neftlə kontaktda olan və onun tərkibində həll
olan qazın miqdar və tərkibi, minerallaşma, suyun qaz və mineral tərkibi, qaz və maye hissələrin hərəkət
elementləri, mikrofloranın iştirakı və s.
Hal-hazırda yanar faydalı qazıntıların,həmçinin neftlərin mənşəyinin biobirləşmələrdən bəziləri
birbaşa canlı orqanizmlərdən yarandığı halda bəzi biomolekullar fossilizasiya yəni çöküntünün süxura
çevrilməsi (diagenez) prosesində, ən əsas hissəsi isə gömülmüş üzvi maddələrin geopolimer hissəsindən
daha dərinliklərdə və yuxarı temperaturlarda (katagenez), bəzən əsas olan növbəti hissəsi çevrilmənin
ikinci adlanan hissəsi zamanı,bəzən isə miqrasiya yollarında yaranırlar.
Əgər neftin konsentrasiyası su məhlulları ilə yanaşı və ya paralel baş verərsə o zaman “ilkin” neft
heteroatom,tsiklik və xüsusən aromatik birləşmələrlə daha zəngin olmalı və bunun nəticəsində onun
sıxlığı çox, tərkibində kiçik molekullu sadə birləşmələr az, qətran və ağır birləşmələr isə çox olmalıdır.
Hazırda neft sisteminin yaranması və neftin əmələgəlməsini dəqiqləşdirmək üçün onun ilkin
miqrasiyasını məhz sonda olduğunu təyin etmək vacib məsələlərdəndir. Stadnikov və Dobryanski
tərkibində tərkibində kiçik molekullu sadə birləşmələrin az, ağır molekulların çox olduğu neftləri ilki,
digərlərini isə törəmə neft adlandırırlar. Onların fikirlərinə görə törəmə neft yüksək temperatur və
katalitik şəraitdə mineral hissəciklər və xüsusən gillərlə əlaqədar olaraq formalaşma şəraitində yaranan
neftlərdir. Lakin əgər ilkin mikroneftlərin qaz birləşmələri ilə uçucu halda miqrasiya etdiyini qəbul
29

etsək,o zaman ilkin neftlər çox yüngül, az qətranlı, sadə tərkibli kiçik molekullar birləşmələr (benzin
fraksiyası) şəklində olduğunu söyləməliyik. İlkin neftlərin bu tipini xüsusən Katçenko təsvir etmişdir. O
və onun tərəfdarları neftin sonrakı dəyişməsinin hipergenez, yəni oksidləşdirici kimyəvi agentlərin və
mikrofloranın təsiri ilə izah etmişdir.
N.B.Vassoyeviç hələ keçən əsrin ortalarında neftin dərinliklərdə dəyişkənliyə uğraması məsələsi
ilə xeyli maraqlanmış və göstərmişdir ki,neftin dəyişkənliyə uğraması həm yatağın daha yüksək
temperatur zonası müşahidə olan hissəsi enməyə və əksinə onun qalxmaya məruz qalaraq yer səthinə
yaxınlaşması proseslərində baş verə bilər. Qeyd etmək lazımdır ki, “ilkin” neft haqqında bütün biliklər,
məlumatlar həmişə alimlərin diqqət mərkəzində olmuşdur. Əgər ontogenez prosesi neftin yaranmasında,
neft əmələgəlmənin əsas fazası (NƏF) kimi qəbul olunarsa, onda “ilkin” neft o neft hesab olunur ki,
onun yatağı neft-qaz əmələgəlmə zonasının (NƏZ) əsas hissəsi ilə birbaşa əlaqədardır, lakin geoloji
inkişaf prosesində nefttörədici süxurelar bu zona şəraitinə aid olmamışlar. Müxtəlif neft-qaz
hövzələrinin analiz olunaraq dəqiq tədqiqatı göstərmişdir ki, ilkin neftlər həm ağır kükürdlü, yüksək
qətranlı, həm də yüngül tərkibli ola bilərlər. Ağır neftlər gil laylarının tərkibində,qum linzalarında çox
nadir hallarda rast gəldiyi, yüngül neftlər bu linzalarda daha geniş yayılmışlar. Bu nümunələr o
rayonlarla əlaqədardır ki, orada yataqların formalaşması nisbətən ekran geoloji zamanla əlaqədardır və
onlarla ikinci proseslərin güclü təsiri ola bilməz. Neftlərin xüsusiyyət və tərkibinin
formalaşmasında,onun yaranmasında böyük rol oynayan üzvi birləşmələrin son tərkibinin təsiri alimlər
tərəfindən araşdırılmışdır. Nəticədə bəzi tədqiqatçılar bu faktorlara böyük əhəmiyyət vermiş, digərləri
isə onun təsirini heçə endirmişlər.
Üzvi törəmələrin (birləşmələrin) son tərkibi dedikdə geopolimerlərin humus və yasapropel tipləri
başqa nöqteyi nəzərdən isə əsasən ali və ibtidai, eyni zamanda həm də mikroorqanizmlərin qalıqlarından
təşkil olunmuş nekronlar tipi nəzərdə tutulur. Son illər əldə olunmuş biliklər belə nəticəyə gəlməyə
imkan verir ki, üzvi birləşmələrin son tərkibinin neftə və neft əmələtgəlməyə təsiri yalnız molekulyar
səviyyədə baş verə bilər və bu prosesə neftin tərkibində çox böyük konsentrasiyada olan bəzi
karbohidrogenlərin həm bir-biriylə əlaqəsi, həm də paylanması öz təsirini göstərir. Tədqiqatçılar
göstərmişdir ki, əsas mənbəyi xlorofil olan pristanın üstünlüyü ilə diqqəti cəlb edən izopreman
birləşmələrin yüksək n-alkanlar və onların təksaylı interpretasiyalarının neftlərin tərkibində olması
onların yerüstü bitki qalıqları ilə əlaqədar olduğunu göstərir. Bu neftlərin tərkibindəki izoprinenlər
arasındakı pristan fitan nisbəti vahiddən böyük olması ilə göstərir (pristan/fitan).
Diagenez prosesinin uzun müddət davam etməsi və nisbi oksidləşmə şəraitində
mikroorqanizmlərin biokütləsi ya tamamilə heç toplanmır, ya da çox az miqdarda toplanır. Çöküntülərin
sürətli litifikasiyası halında (məs: karbonatlarda) və ya kükürd hidratları ilə zəhərlənmə mühitinin
genişlənmə şəraitində mikrofloranın kütləvi məhv olması baş verir. Kükürd hidratları atmosferində
yaşamayan konsument orqanizmlərin burada olmaması biokütlənin məhv olaraq dağılmadan qoruyur və
30

neft belə şəraitdə toplanan üzvi birləşmələrin hesabına triterpanlarla zəngin olur. Qeyd etmək lazımdır
ki,hal-hazırda dünya okeanının dərinliklərinin öyrənilməsi nəticəsində elə canlı orqanizmlər kəşf
olunmuşdur ki, onların tənəffüsündə oksigen,həm də öz analoqu,yəni kükürdlə birləşmələri ilə birlikdə
iştirak edir.

Təbii bitumlar

Bitum bərk və ya qətranvari təbii məhsul olaraq KH qarışığıdır və onun tərkibində azotlu,
oksigenli, kükürdlü, metal tutmlu müxtəlif birləşmələr vardır. Təbii bitumlar üzvi mənşəli olub ilkin KH
əsaslıdır. Qiymətli faydalı qazıntıdır. Təbii bitumlara beft yataqlarının təbii sisteminin pozulması onarın
yataq kimi konservasiyasının təbii şəraitinin dəyişməsi KH-lərin kimyəvi və ya biokimyəvi oksidləşməsi
nəticəsində təbii bitumlar tərkibinə yaranmasına görə bir neçə sinifə bölünür
1) Malta;
2) Asfalt;
3) Asfaltit;
31

4) Kerit;
5) Antroksolit.
Süni (texniki bitumlar) neftlərin emalı nəticəsində yaranır bəzən daş kömür və şistlərində emalı
nəticəsində bitumlar süni şəklində ayrıla bilir. Fiziki-kimyəvi xüsusiyyətlərinə görə təbii-bitumlar bir
neçə yerə ayrılır: qatılığına görə: özülü və kövrək. Yüksək özülülərə maltalar, kövrək bitumlara
huminokeritlər deyilir. Onların sıxlığı 965 və 1500 kq/m 3 arasında dəyişir. Yumşalma dərəcəsi 350C
yüksəkdir. Keritlər antrokositlər huminokeritlər isə əriməyən (yumşalmayan) təbii bitumlardır.
Xloroformda həll olma qabiliyyətinə görə bitumlar müxtəlif olur və malta asfaltenlər 100% xloroformda
həll olurlar. Təbii bitumlar tərkibində yağlarının miqdarına görə də olunurlar: Malta-65-40 %, asfaltlar
40-25 %, asfaltitlər 25-5%. Həll olmayan bitumlar element tərkibinə və optik keyfiyyətinə görə
fərqləndirilir. Bitumlar tərkibində kükürdün miqdarına görə də,metalla zənginliyinə görə də bir birindən
fərqləndirilirlər. Məs. Peruda tərkibində Vanadium çox zəngin olan bitumlar sənaye əhəmiyyətlidirlər.
ABŞın Kolorado ştatında da Uranlı bitum yataqları aşkar olunub.
Qeyd etmək lazımdır ki, təbii bitumlar aşağıdakı proseslər nəticəsində formalaşırlar:
1. Neftlərin hipergenez zonasında biokimyəvi və kimyəvi oksidləşməsi nəticəsində. Bu zaman
asfalt sıralı bitumlar yaranır;
2. Neftlərin kolloid sisteminin tarazlığının pozulması və asfalt, qətran maddələrinin
konsentrasiyası nəticəsində asfalt, asfaltit və bəzən maltanın yaranması;
3. Neftlərin qaz və ya yüngül fraksiyalı KH yataqlarında müəyyyən şərait daxilində təbii
deasfaltlaşması. Bu zaman təbii asfatenitlər yəni asfaltdan keritə qədər bütün sıralı bitumların
yaranmasına şərait olur;
4. Kontaktlı və ya hidrotermal metamorfizm nəticəsində neftlərdən və asfalt sıralı bitumlardan
kerit, antroksolit, neft koksunun alınması;
5. Yüksək parafinli neftlərin miqrasiyası zamanı diferensiasiyaya uğraması və ozokeritlərin
yaranması;
6. Kontakt və dinamometamorfizm şəraitində üzvi maddələrin destruksiyası və asfalt və parafin
sıralı naftoid bitumların yaranması.
Təbii bitumlar əsasən pazlaşma zonalarında,neft-qaz yataqlarının regional olaraq uyğunsuzluqla
kəsişmə zonalarında əsasən monoklinallarla əlaqədar olaraq yaranır. Adətən, bitum yataqları
çökəkliklərin kənar hissələri ilə əlaqədar olur və onlar platforma sahələrində qədim platformaların
qalxanlarına, müsbət strukturlarına söykənmiş vəziyyətdə rast gəlinir. Bu zonalarda aktiv infiltrasiya
müşahidə olunur. Bitumlara aid edilən ehtiyatların yaşı geniş diapazonda dəyişməklə Mezo-kaynozoy
yaşlıdır və onların həcmi bəzən milyon, bəzən isə formalaşdığı zonadan asılı olaraq milyard ton təşkil
edə bilir.
Neft bitumları əsasən 4 yarımsinfə bölünür:
32

1.Naften neftlərinin dəyişməsi nəticəsində yaranan bitumlar-bunlara malta,asfalt,asfaltit,keritlər


aid edilir.
Malta dedikdə çox özlü qara neftlər nəzərdə tutulur və onlar təbii oksigen və kükürdlə zəngin
olur.Sıxlıq təqribən 1 q/sm3dur.
Asfaltlar qara,qonuru qara rəngli olub sərt amorf madddələrdir,onların sıxlığı 1,07-1,09 q/sm 3
arasında dəyişir.90-100 Sº temperatur arasında əriyir,benzində tamamilə həll olunur.
Asfaltitlər bərk,kövrək bitumlardır,çox sıxdırlar.
Keritlər neft kömürüdürlər.Neftlərin yüksək metamorfikləşməsi nəticəsində yaranırlar.Xaricən daş
kömürə oxşardırlar.Ərimək qabiliyyətinə malik deyildirlər.Heç bir üzvi həll edicidə həll olmurlar.
2.Malta və asfaltların hipergen dəyişkənliyə uğraması nəticəsində yaranan bitumlar. Bunlara
oksikeritlər və huminokeritlər aid edilir.Bu törəmələr demək olar ki, heç bir üzvi həll edicidə həll
olmurlar.
3.Metan sıralı neftlərin dəyişkənliyə uğraması nəticəsində yaranan bitumlar. Onlar parafin
sıralıdırlar. Bərk və maye yarımhalındadırlar. Kimyəvi tərkibinə görə yağ, asfalt komponentlərinin
qarışığında ibarət yüksək alkan karbohidrogenlərindən (parafinlərdən) ibarətdir. “Dağ mumu”
adlandırılan bu birləşmələr aromatik və neft iylidirlər, yüksək molekulyar tərkibə malikdirlər və
ozokeritlərə aid edilirlər.
4.Ozokeritlərin quruması nəticəsində (yüngül fraksiyaların uçması) yaranan bitumlar.
5.Dispers bitumlar. Onların yaranması və yataqlarının formalaşmasını öyrənməkdən başqa neft-
qaz geologiyası səpələnmiş yəni dispers bitumları da çökmə süxurlarda öyrənir. Bu bitumlar səpələnmiş
üzvi maddələrin çöküntütoplanma zamanı lillərdə basdırılması nəticəsində yaranırlar. Bu bitumları dağ
süxurlarını xırdalayıb həlledici və turşularda yumaqla hasil edirlər. Bu təbii törəmə bitumoid adlandırılır.
Bitumoidin tərkibi onu hasil etmək üçün istifadə olunan həlledicinin tərkibindən asılıdır. Sənayedə
əsasən həlledici olaraq xloroformdan istifadə olunur. Proses nəticəsində alınan ekstrat xlorofermenli
bitumoid adlandırılır.

Təbii bitumların istismarı və kompleks istehlakı növbəti ardıcıllıqla həyata keçirirlir:


1.Bitum tutumlu süxurların hasil edilməsi;
2.Bitum tutumlu süxurların üzvi və mineral hissələrə ayrılması;
3.Bitumun daşınması;
4.Bitumun istehlakı.
Bitum tutumlu süxurların yatım şəraiti və fiziki xassələrindən asılı olaraq onların yatağının
işlənməsi müxtəlif üsullarla aparılır:
1.Şaxta və ya karxana üsulu-bu üsulda süxuru yer səthinə çıxarır və onları həlledici və ya isti su ilə
emulsiya vəziyyətinə gətirirlər;
33

2.Şaxta drenaj üsulu-bu üsulda bitumlar drenaj quyular vasitəsilə sərbəst hərəkətlə hasil edilir;
3.Laydaxili quyu üsulu-bu üsulda bitumlara termik və ya başqa vasitəylə təsir edilir və süxurdan
alınır.
Qeyd etmək lazımdır ki,təbii bitumlar əmtəə malı deyil,yəni onlar neft və qaz kimi sərbəst satışda
iştirak etmir.Onlardan əmtəə məhsulu almaq üçün müxtəlif texnoloji proseslərdən istifadə olunur.Təbii
bitumlardan alınan “sintetik neft” əmtəə malı kimi hesab oluna bilər. Bundan başqa təbii bitumlar
onlarda zəngin olan neft turşuları, sulfoturşular, sadə və mürəkkəb efirlər, kükürd,bəzi əlvan metallarla
zəngin olmaq etibarilə əmtəə olaraq maraq kəsb edə bilərlər.

Neft-qazəmələgəlmənin və neft-qaztoplanmanın
tədqiq olunma proseslərinin inkişafı

Bu istiqamətdə aparılan tədqiqat işləri aşağıdakı kimi inkişaf etdirilirdi:


1. Neft-qaz törədici ana süxurların yaranmasının geoloji və geokimyəvi şəraiti;
2. Üzvi maddələrin neft sıralı karbohidrogenlərə çevrilməsində geoloji və geokimyəvi
faktorların lay və süxurdaxili vəziyyəti;
3. Karbohidrogenlərin kollektor süxurlara ilkin miqrasiya şəraiti;
4. Neft və qazı özündə saxlayan kollektorların xarakteristikası;
34

5. Toplanmış neft-qaz yataqlarının həm yaranmasında, həm də dağılmasında hidrogeoloji


faktorların rolu;
6. Neft və karbohidrogen qazlarının geokimyası;
7. Neft-qaz yığımlarının genetik kateqoriya və qruplarının müxtəlifliyi, onların
formalaşmasında və yerləşməsində qanunauyğunluqlar.
Karbohidrogenlərin yaranma prosesində hidrogeoloji və paleohidrogeoloji faktorların yataqların
formalaşması və dağılması prosesində hidro proseslərin tədqiqinə xüsusi yer verilmiş, hidrogeokimyəvi
kriteriyalar Yer təkinin neft-qazlılığının perspektivliyinin qiymətləndirilməsində xüsusi rol oynayıb.
Aparılan bu tədqiqatlar əsasında aşağıdakı məsələlərə baxılmış və müvafiq nəticələr əldə edilmişdir:
1. Tədqiqatlar nəticəsində paleohidrogeoloji şəraitin neft-qaz yaranma və formalaşmada
rolu aydınlaşdırılmış, dəqiqləşdirilmiş və diapazonu öyrənilmişdir. Müəyyən olub ki, layların neft-
qazlılığını proqnozlaşdırarkən ayrı-ayrı stratiqrafik şöbələr üzrə bu və ya başqa ərazidə
paleohidrogeoloji rekonstruksiya dəqiq öyrənilməlidir;
2. Sedimentasion və infiltrasion mərhələlər ayrı-ayrı paleohidrogeoloji inkişaf tarixinə
əsasən tədqiq olunmalı və müvafiq prinsiplər işlənib hazırlanmalıdır. Yer təkinin bu və ya başqa ərazi
üçün neft-qaz perspektivliyini qiymətləndirmək üçün bu göstəricidən istifadə olunur;
3. Müəyyən olunmuşdur ki, irimiqyaslı neftli-qazlı vilayətlərdə yeraltı suların tərkibi üzvi
mənşəli CO2 qazı ilə zəngindir və bunların mənbəyi neft-qaz törədici ana süxurlar ola bilər;
4. Yeraltı sularda aşkar olunmuş üzvi maddələrin genetikası öyrənilmiş və onların neft-
qazlılıq perspektivliyi ilə əlaqəsi araşdırılmış və bu əsasda hidrogeokimyəvi kriterilərin neft-qazlılıq ilə
əlaqə asılılığı müəyyənləşdirilmişdir;
5. Yer təkinin neft-qazlılığını qiymətləndirmək üçün buradakı yeraltı sularda müxtəlif
tərkibli qazların və bu qazların doyma təzyiqi dəqiqləşdirilmiş, bu göstəricilər proqnozlaşdırmada
istifadə olunmuşdur.

Karbohidrogen ehtiyatlarlarının yaranması və bərpa olunması. Karbohidrogenlərin


yerin daxilində insanın əldə edə biləcəyi dərinlikdə generasiya, miqrasiya, akkumulyasiyası, həm
təbiətşünaslığın, həm də neft qaz geologiyasının ən əsas problemidır. R.X.Müslümov, N.P.Zapivalov,
Balanyuk, V.P.Qavrilov, A.N.Dmitriyevski ve bir sıra alimlərin fikrincə karbohidrogenlərin həcmi yerin
dərin qatlarında onun bütün çökmə ortuyundə formalasmış məlum potensial ehtiyatlardan dəfelərlə
çoxdur.
Bu ehtiyatların həcmi ve istifadə olunma qaydaları haqqında hər hansı əsaslandırılmış fikri
söyləmək üçün bir sıra məsələlərlə yanaşı, həm də karbohidrogenlərin yaranma mexanizmi də dəqiq
öyrenilməlidır. Bu məsələnin öyrənilməsi istər istəməz neftin mənşəyinin araşdırılmasına gətirib çıxarır.
Neftin yaranması haqqında son zamanlar bir-birinə zidd olan 2 biogen ve abiogen nəzəriyyələrin,
35

ümumiyyətlə neftin üzvi ve qeyri üzvi maddələrdən,canlı ve ya cansız aləmdən yaranması məsələsinə
baxaraq təbiətin yaranma ve inkişaf etmə məsələlərinə də baxmaq lazımdır.
Bu məsələni dəqiq öyrənmək izah etmək üçün bir qədər uzaqdan başlayırıq. Məlumdur ki, hər
hansı təbii obyekt hansı dərəcədə mürəkkəb olur-olsun,əslində o təhlükə götürüldükdə ən sadə quruluşa
malik olandan yaradilmişdır. Belə ki, atom özündən sadə olan eləktron,proton ve neytronlardan moləkul
isə özünə nəzərən,sadə olan atomlardan yaranmışdır. Bunu qəbul edərək neftin yaranmasının inkişaf
xəttinə nəzər yetirsək görərik ki, o üzvi tərkib olmasına baxmayaraq qeyri-üzvi elementlərdən ibarətdır.
Məsələni aydınlaşdırmaq üçün bir qədər də əvvələ qayıdaq. Təbiət nədir ve o necə yaranmışdır? Artıq
çoxdan qəbul olunmuşdur ki, ilkin təbiət cansız olmuş, sonra isə tarixi geoloji təkamül nəticəsində
tədricən canlı alem yaranmağa başlamışdır.Belə güman olunur ki, hər hansı sıçrayış nəticəsində
yaranmış günəş sistemi ve onun tərkibinə daxil olan yer planeti kürə şəklində formalaşaraq cazibə
qüvvəsinə malik olduqdan sonra orada güclü vulkanizm prosesi bas vermişdir. Bunun nəticəsində yer
səthinin sıx tüstü və su buxarı örtmüş tərkibi müasir atmosferdən xeyli fərqlənən ilkin atmosfer
yaranmışdır. Bu atmosferin yuxarı qatlarınadək inkişaf edən tüstü ve su buxarı soyuyaraq getdikcə
sıxlaşmış və əsrlərlə davam edən ilkin yagışlar yağmağa başlamışdır. Bu yagışlar geoidin çökək
hissələrini doldurmuş, ilkin dəniz ve okeanlar formalaşmağa başlamışdır. Bu su hövzələrinin həm də
planetin dərin qatlarında baş verən reaksiyalarda ayrılan kütləvi daxili enerjinin hesabına əsrlər boyu
qaynadığı güman olunur. Günəş ətrafında fırlanan ve öz istilik enerjisinin müəyyən hissəsini kosmosa
verən planet getdikcə soyumuş ve su hövzələrində temperatur 100 0 C-dən aşağı düşdükdə qaynama
prosesi dayandıqdan sonra planetin su, maye ve qaz balansı formalaşmağa başlamışdır. Yalnız müəyyən
temperatur həddində bu hövzələrə xaricdən daxil olan müxtəlif kimyəvi ve biomaddələr onların
tərkibinin daim dəyişməsinə səbəb olmuşdur. Maye hövzələrinin tərkibində yerin daxili qatlarından ve
kosmosdan gələn bütün kimyəvi elementlər qarşılıqlı təsirdə olmuş, minlərlə kimyəvi reaksiyaların baş
verməsi nəticəsində ən sadə biotərkiblərin yaranmasına şərait yaranmışdır.
Bəs geotərkib nədir? Üzvi,canlı aləm cansızdan nə ilə fərqlənir? Məlumdur ki, hər hansı təbii
obyekt qidalanır, böyüyür, tənəffüs edir, yəni qazlar mübadiləsində bilavasitə iştirak edir. Özünə
oxşarları yarada bilirsə, yəni daim inkişaf edərək dəyişirsə o canlı hesab olunur ve bu xüsusiyyətlərin
dəmək olar ki, heç birinə malik olmayan cansız aləmdən fərqlənir. Daim hərəkətdə olan bu birləşmələr
əvvəlcə sadə quruluşlu olmuş, sonralar müvafiq şəraitdə qonşuluqdakı sadə birləşmələrlə təmasda olaraq
bir-birinin tərkibinə daxil olmuş, böyümüş, dəyişmiş, inkişaf etmiş zəncirvari davam edən bu reaksiya
nəticəsində bu birləşmələr o qədər böyümüşlər ki, onlar bir-birinin hərəkətinə mane olmağa başlamış və
bu məhdudiyyət onların qırılmasına, parçalanmasına səbəb olmuşdur. İlk baxışdan çox sadə görünən bu
prosesə cansız bir obyektin canlıya xas olan qidalanma, böyümə və törəmə xassələrinin ilkin elamətləri
müşahidə olunur. Daha sonralar təbiətin “yaşamaq uğrunda mübarizə” qanununa əsasən bu obyekt
tədricən ətrafına sərhədləndirən qılafa malik olmuşdur ki, bu isə tək hüceyrəlilərin yaranması deməkdir.
36

Son zamanlar bir-birinə zidd olan 2 biogen və abiogen nəzəriyyələrin yaxınlaşdırılması ənənəsi
nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Bu nəzəriyyələrin birləşdirilməsində atılan ilk addım
Vernadskinin irəli sürdüyü qlobal geokimyəvi burulğanı olmuşdur. Güman etmək olar ki, milyon illər
davam edəcək bu proses pik nöqtəsindən enişə doğru uzaqlaşdıqca neft və qaz kimi unikal tərkibli təbii
törəmələrin yaranmasına şərait olmuşdur. Belə ola bilərdi ki, ilkin tərkib daha sadə “yetişməmiş” olsun,
lakin zaman ve münbit şərait bu təbii sərvətin əmələ gəlməsinə münbit şərait imkan yaratmışdır.
Beləliklə 2 məlum konsepsiyanın birliyinə qlobal geokimyəvi burulğan prosesində karbohidrogenlərin
formalaşmasında 2 əsas mexanizm rolunu oynayaraq bir-birini tamamlayan fərziyyələr sxemi kimi
baxmaq olar. Neftin cansız təbiətlə elaqədar yarandığını söyləyən alimlərin fikrinə qayıtsaq xüsusən
karbid nəzəriyyəsini araşdırsaq aşagıdakıları söyləmək olar. Təbiətdə enerjinin itməməsi qanununa
əsasən enerji bir şəkildən digər şəkilə düşərək dəyişir. Daş kömürün yanaraq özündən enerji ayırmasının
əsas səbəbi onun yarandığı yarpaqların uzaq kecmişdə günəşdən aldığı enerjinin şəklinin dəyişməsi ilə
yenidən təbiətə qayitmasıdır. Bu məlumati əldə rəhbər tutaraq artıq bir sıra məlumatları elmi baxımdan
təsdiqini tapmış Quran fenomeninə müraciət edək. Bu mənbəyə görə dəmir planetimiz ölçüsündə olan
səma cismində yarana bilməz. Yer bir planet kimi dəmir elementinin yaranması üçün çox zəif mənbədir.
Orta ölçü ve temperatura malik olan günəş kimi bir ulduz dəmiri yaratmağa qadir deyildir. Dəmir daha
nəhəng mənbədə yaranmış və sıçrayışlı partlayış nəticəsində Yerdə bərqərar tapmış təbii törəmədir.
Yaranmasına kulli miqdarda enerji sərf olunan bu element həm kimyəvi həm də fiziki nöqteyi nəzərdən
heç də geri qalmayan təbii törəmənin yaranmasına gözəl vasitə ola bilər. Bu təbii törəmə isə neft ve qaz
ola bilər. XX əsrin əvvəllərində Zelinski neftin yaranma prosesinin əvvəlində əsaslı fikir söyləmiş ve
göstərmişdir ki, bitki və heyvan mənşəli bir sıra karbonatlar yüksək temperatur ve müvafiq şəraitlərdə
kimyəvi tərkibinə və fiziki xüsusiyyətlərinə görə neftə yaxin məhsullara çevrilə bilərlər. Bir qədər sonra
Qubkin neftin tərkibini öyrənərək aldığı nəticələri ümumiləşdirmiş ve aşağıdakı qənaətə gəlmişdir:
Neftin əmələ gəlmə prosesi fasiləsizdir və Yer qabığının kecmişdə mütəhərrik olan enmə və ya
qalxma hərəkətlərinin sərhədləri neftin yaranması üçün ən müvafiq sahələrdir.
Biogen nəzəriyyə neft ve qazın bitki ve heyvan qalıqlarının milyon illər davam edən çoxpilləli
proses kimi xarakterizə olunan çox müxtəlif və mürəkkəb dəyişmələr nəticəsində yarandığını israr edir.
Banilərindən biri M.V.Lomonosov olan bu nəzəriyyəyə görə bəşəriyyət miqyasında neft ehtiyatları
bərpa olunmuş ve ona görə də tükənməyə məhkumdur. Biogen nəzəriyyənin bir qolu kimi qəbul olunan
Qubkin, Sokolov, Vassoyeviç ve başqa tədqiqatçı geoloqlar tərəfindən irəli sürülən faktik məlumatlara
əsasən işlənib hazırlanaraq təsdiq olunan çökmə miqrasyon konsepsiya da bu sahədə az maraq kəsb
etmir. Bu tədqiqatçıların fikrincə neft və yanar qaz çökmə süxur əmələgəlmə prosesi zamanı yaranırlar.
Belə ki, sedimentogenez prosesi mineral maddələrlə yanaşı üzvi birləşmələrin birlikdə toplandığı su
hövzələrində baş verir. Aşkar olunmuş yataqların əksəriyyətinin çökmə qatla əlaqədar olması bu
nəzəriyyəni təsdiq edir. Y.A.Petyuxanın fikrincə karbohidrogenlərin əmələ gəlmə mexanizmini tektonik
37

deformasiyalar zamanı yaranan kimyəvi mexaniki proseslərlə əlaqədardır. Soroxtin, Uşakov və başqa
tədqiqatçılar neftin yaranmasına mobilizm nöqteyindən yanaşırlar. Onların fikrincə çox böyük
çöküntütoplanma ve intensiv qızma yer qabığının yüksək parçalanması və mantiya maddəsinin
konvektiv yerdəyişməsi ilə əlaqədardır. Karbohidrogenlərin generasiyası üzvi maddələrin termolizinə
səbəb olan plitələrin subduksiya zonalarında mövcuddur. Sokolov, Abila neft-qaz əmələgəlmənin
flüidodinamik modelini təklif etmişlər. Bu model çökmə süxurların litogenez prosesində sıxlaşma və
ona əks olan parçalanması xüsusiyyətlərinə əsaslanır. Verilmiş bu konsepsiyaya əsasən
çöküntütoplanma hövzəsinin inkişafı qanunauyğun olaraq karbohidrogenlərlə doymuş ve yüksək təzyiq
altında mövcud olan boşalma zonalarının yaranması ilə nəticələnir. Bu tədqiqatçıların fikrinə görə neft
ve qaz karbohidrogenləri generasiya ocağında olan neft törədici ana süxurların aşağı temperaturlu
deflüidizasiyasının müxtəlifliyinin nəticəsidir. Yəni ana süxurlardakı karbohidrogenlərdən müxtəlif
temperaturlarda müvafiq olaraq neft və qazın ayrılması deflüidizasiyası baş verir. Bu karbohidrogenlər
çatlarla yuxarı qalxaraq generasiya ocaqları ilə müqayisədə daha aşağı temperatur ve təzyiqə malik
horizontlarla kəsişir və onların neft və qazla doymasına səbəb olur. Çökmə süxurların dolması intensiv
qızmaya karbohidrogenlərin generasiya ocaqlarının yaranmasına ve onların yuxarıya konsentrasiya
zonalarınadək miqrasiyasına səbəb olur.
Qeyri-üzvi nəzəriyyənin tərəfdarları (məs.: A.N.Kudryavtsev) belə hesab edirlər ki, yataqların
formalaşmasında əsas rolu dərinlik qırılmaları oynayır. Neft və qazın yaranma mexanizmi neft-qaz
əmələgəlmənin (neft-qaz törəmənin) yüksək temperaturlu ocaqları ilə əlaqədardır. P.İ.Koropotkinin
fikrincə, karbohidrogenlər litosferin çökmə qatında mantiyanın qazsızlaşması nəticəsində yaranır və
toplanırlar. Qeyri-üzvi nəzəriyyənin əsas sübutları karbohidrogenlərin və karbonatların kosmik
maddələrdə, mantiyada olması, mantiya maddəsinin qazsızlaşmasından karbohidrogenlərin yaranma
mümkünlüyü, əsas karbohidrogen resursların çökmə hövzələrinin böyük dərinliklərində toplanması və
s.-dir.
V.İ.Russki, R.M.Bemdel həmmüəlliflərlə birlikdə belə hesab edirlər ki, geosoliton təbiətə malik
lokal seysmotektonik təsir elektro-mexaniki katalizator rolu oynayır, destruksiya zonalarından vertikal
keçir və bu zaman kəsilişin hər bir intervalında neft-qaz əmələgəlməyə səbəb olaraq yayıla bilir.
Abiogen nəzəriyyənin tərəfdarları belə hesab edirlər ki, neft və qaz ehtiyatları hələ bəşəriyyətə
uzun yüzilliklər boyu kifayət edəcəkdir. D.İ.Mendeleyev hələ Bakıda olarkən geoloq Q.Abixdən
öyrənmişdir ki, neft yataqları ərazi etibarı ilə adətən, Yer qabığının xüsusi tip çatları və qırılmalarla
əlaqədar olur. Bu hadisədən sonra alim karbohidrogenlərin (neft və qazın) yerin dərin qatlarında qeyri-
üzvi maddələrin birləşməsi nəticəsində yarandığına əmin olmuşdur. D.İ.Mendeleyev belə hesab edirdi
ki, dağ əmələgəlmə prosesi zamanı Yer qabığını kəsən çatlardan səth suları yerin dərin qatlarındakı
metal kütlələrin üzərinə axmış və orada dəmir karbidləri ilə reaksiyaya girərək karbohidrogenlərin
yaranmasına səbəb olmuşdur. Abiogen nəzəriyyəyə görə neftin yaranması milyon illər davam etmir və
38

o, tam bərpa oluna bilən resursdur. Abiogen nəzəriyyənin tərəfdarları karbohidrogen ehtiyatlarının yerin
dərin qatlarında indiyədək kəşf olunmuş yataqlarla müqayisədə daha çox olduğuna əmindirlər.
A.N.Dmitriyevskinin fikrincə, qeyri-üzvi mənşəli neftin mənbəyi yerin dərin qatlarında olan
karbon tərkibli maddədən ayrılan karbohidrogen qazıdır.
Neftin qeyri-üzvi mənşəli olmasının tərəfdarları karbohidrogenlərin üzvi maddələrdən yarana
biləcəyini təkzib etməsələr də, üzvi maddələrin alternativ – qeyri-üzvi yolla alına biləcəyini iddia
edirlər. Qeyd etmək lazımdır ki, spetroskopik tədqiqatlar Yupiterin və digər nəhəng planetlərin
atmosferində sadə tərkibli karbohidrogenlərin olduğunu göstərmişdir.
Beləliklə, yuxarıda deyilənləri və təbiətdə hər hansı prosesin tam dayanmayaraq bu və ya başqa
şəkildə daim davam etməsini nəzərə alsaq, söyləmək olar ki, qeyri-üzvi maddədən üzvi maddənin
alınma prosesi təkamül nəticəsində şəklini dəyişsə də, mahiyyətini dəyişmədiyindən təbiətdə üzvi
maddələrin qeyri-üzvi maddələrdən sintez olunma prosesinin indi də davam etməsi mümkündür və
deməli, karbohidrogenlərin Yer karbidlərindən yaranmasına da heç nə mane ola bilməz.
Aparılmış çoxillik və hərtərəfli tədqiqatlar göstərmişdir ki, karbohidrogenlərin yaranmasını sırf
olaraq üzvi aləmlə bağlamaq heç də tam doğru fikir deyildir və bu təbii nemətin yaranmasında həm üzvi,
həm də qeyri-üzvi aləmin eyni dərəcədə böyük əhəmiyyətə malik olduğunu söyləsək yanılmarıq.

999

Neft-qazlı hövzələr və komplekslər.


Rezervuarlar, tələlər, fərdi yığınlar

Yer qabığında neft-qaz yataqları və yığınları əsasən stratosferin iri geostruktur elementlərə aid
olur. XIX əsrin sonlarında belə geostruktur elementlərin fərqləndirilməsinə aid ilk praktiki və nəzəri
cəhdlər alınmışdır. Bu cəhdlər zamanı tədqiqatçılar neft və qaz yataqlarını palçıq vulkanları müşahidə
olunan yerlərdə, asfaltlaşmış təbii Yer səthi çıxışlarla belə əlaqələndirilmə nəticəsində alimlər bu iri
elementləri neftli-qazlı rayonların sərhədlənməsinə bərabər tuturdular. Sonralar neft-qaz yataqlarının
həm antiklinal, həm də qırılma zonaları ilə əlaqəsi Abix, Mendeleyev, Romanovski və başqaları
tərəfindən müəyyən olunaraq dəqiqləşdirilmişdir. XX əsrin əvvəllərində Doloni və Boqdonoviç iri neft-
qaz yığınları ilə iri struktur elementlər arasında əlaqənin mahiyyətini dəqiqləşdirdilər. Onlar bu əlaqəni
39

Kembriyəqədər platformalar və cavan qırışıq zonaları ilə, stratiqrafik bölgülənmənin xarakteri ilə izah
etməyə cəhd göstərdilər. Bu izah çərçivəsində neftin PZ, MZ və ya KZ eralarına aid olduğunu və bir-
birindən çox fərqlənən bu eralarda neftin yaranma səbəbi və xüsusiyyətlərini izah etməyə cəhd etdilər.
Daha sonralar E.Vudrov (1919), Ç.Şuxert (1919), E.Miller (1923) ABŞ-ın ərazisində neft-qazlı
vilayətləri ayırdılar. Ç. Liller anlayırdı ki, ayırdığı ərazidə həm neft-qazlı ərazilər, həm də bu əraziləri
bir-birindən fərqləndirən zonalar həm ayrılır, həm də birləşir. Beləliklə bütün xüsusiyyətləri nəzərə
alınmaqla Qayalı dağlar, Koliforniya, Qolf-Kost və başqaları neft-qazlı əyalətlər fərqləndirilmişdir. Bu
alim əyalətin daxilində neft-qazlı vilayəti fərqləndirir. Dağlarası çökəkliklər, platforma daxili
çökəkliklər və onları fərqləndirən qalxımlar və s.
Neft-qazlı əyalətlər termini öz əsərlərində Leorsen, Qubkin, Brid, Xelkast Krems hələ keçən əsrin
əvvəllərində işləmiş Bakirov, Mansimov və başqaları bu termini inkişaf etdirmişlər. Lakin bu terminin
qəbul olunması hələ də mübahisə doğurur. Belə ki, Leverson neft-qazlı əyalət dedikdə elə bir region
qəbul edir ki, buradakı neft və qaz yataqları təqribən eyni və oxşar geoloji şəraitlərdə mövcuddurlar.
Lakin Leverson bu sərhədlərin də dəqiq olmadığını etiraf edir. Uspenskaya və Tobaşarenski neft-qazlı
əyalətlərə iri ərazini əhatə edən enmə xarakterli olan müəyyən regionda struktur elementlə xarakterizə
olunan ümumi geoloji quruluşa malik sahələr qəbul edir. Bu zaman bütün neft-qazlı komplekslərin
yaratdıqları yataqlar müəyyən ümumi xarakterə malik olması əsas şərtlərdəndir.Məs: Platformaların
əyilmə xarakterli neft-qazlı vilayətləri və ya qırışıqlı sistemlərin xarici qalxım zonaları bu alimin
anlayışına görə neft-qazlı əyalətlər sırf tektonik əlamətlərlə səciyyələnir. Bakirov neft-qazlı əyalətlər
dedikdə bir neçə bitişik neft-qazlı vilayətlərin cəmini qəbul edir ki, bu vilayətlərdə müəyyən ümumi
xarakterə malik olmalıdırlar. Bu zaman bu vilayətlərdə formalaşmış neft-qaz yataqları neft-qaz
əmələgəlmə baxımından müəyyən iri geoloji periodaaid olmalıdır.
Bakirov neft-qazlı əyalətin ayrılmasında əsas olaraq platformalarda konsolidə olunmuş
fundamentin yaşını əsas götürməyi təklif edir. Belə ki, o, platforma örtüyündə formalaşmış neftli-qazlı
yataq və layların stratiqrafik diapazonunun müəyyən olunmasında bunun heç də az rol oynamadığını
qeyd edirdi. Qırışıqlı zonalarda isə qırışıqəmələgəlmə W ilə müəyyən olunmasını təklif edir. Bakirov
əyalətin daxilində ayırdığı vilayətlərə elə neft-qazlı zonaların cəmini aid etməyi təklif edir ki, onlar ən iri
struktur elementlərinə görə vahid geoloji quruluşa malik olmaqla yanaşı həm də geoloji inkişaf tarixinə
görə həm litogenezin şəraitinin regiona uyğun olmasına görə oxşar olması ilə xarakterizələnsin. Bu
zaman neft-qaz əmələgəlmə və toplanma çox böyük zaman ərzində əhatələndirilməlidir. 1947-ci ildə
Brod neft-qaz toplanmanın qanununu formalaşdırır: neft və qazın yaranması, toplanması və mühafizəsi
əsasən bir çox həm kiçik, həm də iri miqyasda ərazilərin qanunauyğun olaraq qısa və ya uzunmüddətli
enmə və qalxma hərəkətlərilə və buna müvafiq layların formalaşması ilə şərtlənir. Müəyyən olunmuş bu
qanunun əsasında o ilk dəfə neft-qazlı əyalət dedikdə çox uzun müddət mövcud olan bitum əmələgəlmə
və neft-qaz toplanma şəraiti ilə xarakterizə olan çox iri miqyaslı sedimentasiya hövzəsi neft-qazlı əyalət
40

kimi ayrıla bilər. Beləliklə, Brod bu təklifi ilə ilk dəfə olaraq neft-qazlı əyalətləri struktur aidiyyatına
görə deyil, neft-qaz yaranma və toplanma xüsusiyyətlərinə görə fərqləndirmişdir. Brod neft-qazlı əyalət
dedikdə qismən və ya tam qapanmış əmələgəlmə quruluşuna və s. geoloji inkişaf tarixinə görə bir-
birindən fərqlənən lay və lay dəstələri ilə kəsilişi müxtəlif olan çox iri miqyaslı çökəklikləri qəbul
etməyi təklif edir. O, neft-qazlı hövzə dedikdə daxilində hərəkətli yeraltı suların təsiri ilə oksidləşmə
prosesi ilə intensiv dəyişməyə məruz qalan, həm neft əmələgəlmə, həm də onun dağılmasında böyük rol
oynayan hidrogeoloji hövzənin bir hissəsi kimi qəbul etməyi təklif edir. Qeyd etmək lazımdır ki, neft-
qazlı hövzənin öyrənilməsi XIX əsrin sonlarından indiyəqədər əsasən 3 ənənə ilə davam etmişdir.
Birinci ənənə hövzələrin ayrılmasında bünövrənin yaşına əsaslanmışdır. Hövzəyə bu cür yanaşma onun
tipinin fərqləndirilməsinə imkan versə də, onun neftlilik, qazlılıq baxımından genetik nöqteyi nəzərdən
qiymətlərini çətinləşdirir. Çünki, neftin generasiyası və neftlə bağlı əsas proseslər hövzənin çökmə
örtüyündə baş verir. İkinci ənənə hövzənin təmizlənməsi ilə xarakterizə olunur. Çünki, bu zaman neft-
qaz perspektivliyinə xüsusi diqqət yetirmək mümkündür. Bu baxımdan Brod neft-qazlı hövzələrin
təsnifatını genişləndirərək onları platforma, dağqarşısı və dağarası kimi göstərmiş və bu zaman
fundamentin yaşını hökmən olaraq nəzərə almışdır. Bu hövzənin quruluşunun mürəkkəbliyini
xarakterizə etməyə imkan verir. Belə qruplaşdırma neft-qaz əmələgəlmə, neft-qaz toplanma, neft-qaz
dağılma şəraitlərini və ümumiyyətlə hövzənin neft-qazla genetik əlaqəsini dəyərləndirərək
fərqləndirməyə imkan vermişdir. Hövzələr daha kiçik bölgülənməklə çökəkliyin tektonik təbiətinə görə,
fundamentin yaşına görə və qırışıqlığın xüsusiyyətinə görə xarakterizə oluna bilərlər. Üçüncü ənənəyə
görə neft-qazlı hövzələrin fərqləndirilməsi həm müasir, həm də uzun müddət mövcud olan neft-qaz
əmələgəlmə, toplanma, formalaşma xüsusiyyətlərinə əsaslanır. Belə ənənənin formalaşması yalnız son
vaxtlar neft-qazın yaranması haqqında əldə olunan əsaslı biliklərin hesabına və bu buliklərin neft-qaz
əmələgəlmədə universallığına söykənməsi olmuşdur. Belə ənənə neft-qaz əmələgəlmənin və neft-qaz
hövzəsinin litogenez və tektonogenez ilə əlaqədar qanunauyğunluqlarına əsaslanır. Bu baxımdan
Vısotski, Olenin neft-qaz hövzəsi dedikdə elə bir geoloji məvhum anlanması təklif edir ki, burada çökmə
süxurları nın yaranması və formalaşması zamanı həm də karbohidrogenin alınmasına şərait olsun. Təklif
olunan bu anlayışa görə neft-qaz hövzəsi hər hansı avtorom sistemi başa düşməlidir. Bu sistemdə
karbohidrogenin generazasiyası, akumulyasiyası və sirkulyasiyası vahid şəraitdə baş vermiş olsun.
Neftli-qazlı komplekslər. Yer təkinin neft-qazlılığının proqnozlaşdırılmasında əsas
məsələlərdən biri neftli-qazlı komplekslərin regional və lokal xarakterli olması və onlarda kollektor
süxurlarla qeyri-keçirici süxurların qarşılıqlı münasibəti və keyfiyyəti maraqlı faktordur. Yuxarıda
göstərilən süxur komplekslərinin fəzada yayılması paleotektonik və paleocoğrafi şəraitləri müxtəlif olan
sedimentasiya hövzələrinin bütünlükdə və qismən inkişafından çox asılıdır. Ona görə də yeni neft
yataqlarının proqnozlaşdırılması və axtarışında neftli-qazlı komplekslərinin hərtərəfli tədqiq olunması
vacib şərtdir. Neftli-qazlı formasiyalar kəsiliş üzrə adətən heç də həmişə regional xarakterli olmayıb,
41

lokal yayılması ilə də diqqəti cəlb edir. Adətən tədqiq olunan kəsilişdə ayrı-ayrı litoloji komplekslər
fərqləndirilir ki,bu komplekslər bütün ərazinin böyük əksəriyyətində müşahidə olunsun. Əgər həmin
komplekslər bir neçə geostruktur elementi əhatə edərsə bu neftlilik-qazlılıq baxımından daha böyük
maraq kəsb edəcəkdir.
Qeyd etmək lazımdır ki, əgər neftli-qazlı geoloji meqasistemdə ümumilikdə hər hansı region üçün
neft-qazlılığın proqnozlaşdırılması istiqamətində tədqiqat aparılırsa, bu zaman burada neftli-qazlı vilayət
və zonaların, həmçinin onlara daxil olan neft yığın və yataqlarının öyrənilməsi əsas şərtlərdəndir və bu
regional neftli-qazlı komplekslərin öyrənilməsi deməkdir.
A.A.Bakirov karbohidrogenlərin litosferdə paylanmasını tədqiq edərkən regional neftli-qazlı
komplekslərin fərqləndirilməsini vacib şərtlərdən hesab edirdi. Bu komplekslər çox böyük ərazidə
yayılmış və tərkibində bir neçə iri geostruktur elementi birləşdirən obyektlərdir.Regional neftli-qazlı
komplekslər müxtəlif süxurlardan təşkil oluna bilərlər. Bu süxurlar əsasən terrigen,karbonat və
qarışıqdırlar. Fasial nöqteyi-nəzərdən onlar dəniz,sahilyanı,laqun və kontinental mənşəli ola bilərlər.Bu
komplekslərin ümumi cəhəti əsasən onların əmələ gəldiyi, formalaşdığı subakval şəraitin geokimyəvi
vəziyyəti və hövzənin bütünlüklə və ya hər hansı hissəsinin enmə sürəti ilə təyin olunur. Regional neftli-
qazlı komplekslər əsasən vilayət və ya onun əksər hissəsində inkişaf etmiş olur.
Subregional komplekslər əsasən yalnız bir neftli-qazlı vilayət və yaxud əyaləti əhatə edir.Zonal
komplekslər rayon və ya zona miqyasında inkişaf etmiş neft-qaz yığınlarıdır. Lokal komplekslər dedikdə
əsasən bir yatağı əhatə edən neftli-qazlı süxurlar nəzərdə tutulur. Regional neftli-qazlı komplekslərin
tərkibində neft-qaz törədici ana süxurlar, neftli-qazlı süxurlar və örtük süxurlar kompleksləri
fərqləndirilir. Bu süxurlar kompleksinin regional kompleksdən bir-birinə qarşı münasibəti müxtəlif ola
bilrər. Belə ki bəzən bir regional kompleks daxilində adı çəkilən hər 3 kompleks fərqləndiyi halda bəzən
bir kompleks iki vəzifəni yerinə yetirir.Məsələn: Bajenovsk lay dəstəsi həm neft-qaz törədici ana
süxurdur, həm də neftli-qazlı laydır. Deməli, onun formalaşdığı regionda yalnız iki süxur qatı
fərqləndirilir.Qeyd etmək lazımdır ki,bəzən regional kompleksin kəsilişində kollektor süxurlarla qeyri-
keçirici süxurların növbələşmə tezliyi böyük olur. Bu zaman kollektor və qeyri-kollektor layların
qalınlığı müxtəlif olur. Bu növbələşmənin tez baş verdiyi ərazilərdən biri Pliosen yaşlı Məhsuldar qatdır
ki,o Abşeron yarımadasında inkişaf etmişdir. Bu növbələşmə gil və qumdaşıların növbələşməsindən
ibarətdir. Bu kəsilişdə hal-hazırda örtük süxur rolu oynayan gil təbəqələrinin bəzilərinin neft-qaz
törədici ana süxurlar olduğu da ehtimal olunur. Buna misal Maykop yaşlı qalın gil layları ola bilər.
42

Neft-qaz-kondensat yataqlarının sistemləşdirilməsi

Neft-kondensat sistemləri. Aparılan ümumi tədqiqatlar Yerin litosfer təbəqisindən neft-qaz


yataqlarının formalaşaraq yerləşmə qanunauyğunluğuna yeni nöqteyi-nəzərdən baxmağı tələb edir. Belə
ki, avtodalğalar planetar miqyasda öz təsirini göstərir və Yer qabığında aktiv və passiv zonaların
fərqləndirilməsinə, sıxılma və genişlənmə proseslərinin baş verməsinə təsir edir və bu
karbohidrogenlərin Yer qabığında müəyyən qanunauyğunluqla toplanmasına şərait yaradır. Belə ehtimal
olunur ki, karbohidrogen yataqları Yer qabığının geosfer təbəqələrində dəyişkənliklər törədən
avtodalğaların hesabına formalaşır və onlar flüidlərin energetik sisteminə təsir edirlər. Çox böyük
dərinliklərdə neft-qazlılığın öyrənilməsi və onların qanunauyğunluğunun müqyisəsi (2-ci dərəcəli flüid
ocaqları ilə) həm üstdə yatan, həm aralıq təşkil edən yataqlara maqmatik (vulkanik) və seysmik
43

ocaqların təsiri öyrənilmişdir. 2-ci dərəcəli flüid ocaqlarında karbohidrogenlərin toplanması


karbohidrogenlərin dərinlikdən asılı olaraq qazsızlaşdırılması ilə dəyişir. Flüidlərin hər hansı şəraitə
uyğun olaraq aktiv hərəkəti, qeyri-xətti geodinamik proseslərlə sıx əlaqədardır.
Qeyd etmək lazımdır ki, neft-qaz əmələgəlmə və neft-qaz toplanmasında baş verən proseslər
analoji olaraq bu və ya başqa dərəcədə filiz əmələgəlmədə də izlənilir. Belə ki, filiz əmələgəlmədə
endogen proseslərin, dəqiq baş verməsi neft əmələgəlmədə izlənir. Həm neft əmələgəlmə, həm də filiz
əmələgəlməni daha geniş tədqiq etmək və müəyyən ümumi fikir söyləmək üçün geodinamik proseslərin
energetik baxımından öyrənilməsi vacib şərtlərdəndir. Lakin bununla bərabər qeyd etməliyik ki, neft
əmləgəlməni dərinlik prosesləri ilə əlaqələndirsək də, bu təbii birləşməni yaradan karbon atomlarının
yalnız üzvi mənşəli olması dəfələrlə sübut olunmuşdur. Neft-qaz yataqları mütəhərrik şəraitdə mövcud
olmaqla bərabər çox mürəkkəb sistem yaradırlar. Məlumdur ki, hər hansı yatağa qazılmış 1-ci quyu uzun
zaman mövcud olan bərqərar sistemi pozur və dəyişir. Bu dəyişmə strukturun bütün elementlərini əhatə
edir. Lakin bu sistemdə bu və ya başqa miqyasda hər hansı dəyişkənlik baş verdiyi andan həmin sistem
yenidən öz əvvəlki vəziyyətinə qayıtmağa çalışır. Bu proseslər nəticəsində yerin dərin qatlarından
qaldırılan karbohidrogenlər sistemin daxili enerjisi hesabına baş verir. Sistemin daxili enerjisindən
maksimal istifadə etmək istismarın vacib şərtlərindəndir. Yatağın sisteminin pozulması 1 neçə mərhələli
ola bilər.
● Belə ki, yatağın mineral skeletinin pozulması istismarın həcm və miqyasından asılıdır. Bu
göstəriciyə süxur əmələgətirən mineralların səthi aktivliyi, tərkibi, süxurda mövcud olan məsamə və
boşluqların, çatların olub-olmaması və s. təsir edir. Karbohidrogen istismarını daha da yaxşılaşdırmaq
üçün təbii rezervuarın kollektorluq xüsusiyyətini tədqiq etmək vacib şərtlərdəndir.
● 2-ci mərhələdə karbohidrogen sistemini pozan komponentlər 2-ci dərəcəlidirlər və onlar 1-cilərlə
daim müştərək mövcuddurlar. Karbohidrogen sisteminin məxsus olduğu enerjini mümkün qədər uzun
saxlamaq vacib şərtlərdəndir. Karbohidrogen sitemlərində lay təzyiqini düzgün istifadə etmək burada
müvafiq faza vəziyyətini yaratmağa imkan verir.Belə ki, neft yatağı – qaz-kondensat, qaz-kondensat –
qaz və qalıq neftin həll olunması və s. həyata keçirilə bilər. Yalnız yatağın enerji potensialını istifadə
etdikdən sonra, yəni mütəhərrikliyi maksimal qoruyub saxladıqdan sonra ənənəvi istismar
texnologiyalarına keçmək lazımdır. Bu halda hər yataqda qalmış lay enerjisindən istifadə olunmalıdır:
dalğa metodlarından istifadə edərək layı yuxarıdan vibrasiya hücumlarına məruz qoymaqdansa, layın
daxili enerjisindən istifadə edərək rezonans yaratmaqla karbohidrogenləri dərin qatlardan istismar etmək
məqsədəuyğundur.
Tədqiqatlar göstərmişdir ki, struktur element və parametrlərini qoruyub saxlamağa çalışan
karbohidrogen sisteminin bütün elementləri mütəhərrikdir və daim dəyişir. Lay şəraitində enerji daim
çevrilir, dəyişir və bu dəyişkənlik karbohidrogen sisteminin yeni komponentlərini yaradır.
Ümumiyyətlə, yerin təkində, lay və törəmələrdə daxili enerjinin dəyişməsi hesabına bir sıra minerallar,
44

filizlər, nadir elementlər yarana bilir. Bu proseslər böhrana yaxın vəziyyətdə daha çox aktiv müşahidə
olunur. Yuxarıda təsvir olunan aktiv şərait Xəzəryanı çökəkliyin dərinliklərində özünəməxsusluğu ilə
seçilir. Belə aktivlik nəticəsində burada formalaşmış neft, qaz, kondensatın tərkibində çoxlu qiymətli
komponentlər vardır.
Qaz-hidrat yataqları. Qaz-hidratları həmçinin təbii qazların hidratları (klatratlari) müəyyən
termobarik şəraitdə su və qazlardan yaranan kristallik birləşmələrdir. Təbii qaz-hidratları metastabil
mineraldırlar və onların yaranması və dağılması temperatur, təzyiq, suyun və qazın kimyəvi tərkibindən
asılı olduğu qədər məsaməlılık şəraitindən və digər göstəricidən asılıdır. Qaz-hidrat yatağı Yer
qabığında yaranan vahid toplantı şəklində olur və karbohidrogen qazlarının rolu bu vahid sistemdə
böyük rol oynayır. Bu yataqda hərəkət ən aktiv lay suları şəraitində belə minimal olur. Bu yatağın alt
sərhəddi qanad və yaxud da daban suları ilə kontakda olur. Yuxarıdan isə yataq təbii qaz ilə sərhədlənir.
Əgər təbii qaz papağı yoxdursa, bu zaman kontakt örtük süxurlarla və yaxud sərbəst sularla (okean
suları) baş verir. Qaz-hidrat yatağının yaranması və yaxud da dağılması təbii süxurların termodinamik
şəraitindən və ya lay sularının qazla doyma həcminin miqyasından asılı olur. Bu yatağın
formalaşmasında onların miqrasiya sürətinin faza çevrilmələrinin rolu az deyildir. Dünya okeanı
akvatoriyasinda qaz-hidrat yataqları təbii olaraq çöküntü örtüyünün qazlarla təması xəttində formalaşır
və hidratəmələgəlmə zonası ilə bilavasitə əlaqədar olur. Bu yataqlar 100-400 m olmaqla çox da böyük
olmayan qalınlığa malik olması və buna nisbətən çox iri yayılma sahələri ilə (təqribən 320 mln kv.km)
xarakterizə olunur. Qaz-hidratları ekvatorial zonada 400-600 m dərinliklərdə, aktiv dəniz sahələrində isə
100-250 m dərinliklərdə müşahidə olunur. Qaz-hidrat yataqları materiklərdə əsasən Yer qabığının soyuq
hissələrində yaranır və bu zaman sərbəst qaz termodinamik parametrlərdən asılı olaraq lokallaşmış
şəkildə qeyri-keçiricili möhkəm olan qalın süxur qatının altında 700-1500 m.Qaz-hidrat yataqlarından
daha aşagıda neft və qaz yataqları formalaşır. Quru sahəsinin təqribən 40 mln kv. km-i qaz hidrtat
yataqlarının formalaşması üçün perspektivli sahə hesab oluna bilər. Quruda qaz hidrat yataqlarında qaz
resurslarının təqribən 105 trln. kub metr, dünya okeanında isə 2-107 trln kub metr olması ehtimal olunur.
Qaz-hidrat yataqlarının quruda axtarışı və kəşfiyyatı standart mədən geofiziki metodları ilə dənizdə isə
seysmoakustik (tezliyi 0,1-10 kHs olmaqla) və geokimyəvi metodlarla aparıla bilər.
Qaz-kondensat sistemləri. Qaz-kondensat yataqları o yataqlara deyilir ki, onların istismarı
zamanı qaz və maye karbohidrogenler – yəni kondensat alınır. Kondensat əsasən benzin və daha ağır
fraksiyaların qazvari vəziyyətdə olan qarışığıdır. Kondensatlıq dedikdə, maye karbohidrogenlərin lay
şəraitində qazın tərkibində həll olmuş vəziyyəti nəzərdə tutulur (q/sm3). Qaz-kondensat faktoru əks
kondensatlılıqdır, həcmdir. Kondensatlar stabil və maye şəkilli olaraq 2 yere bolunur:
1)mayeli kondensat standart şəraitdə karbohidrogenlərin onlarda həll olan qazvari komponentlərlə
zəngin karbohidrogenlərdir. Qazvari komponentlər dedikdə metan, etan,propan,butan nəzərdə tutulur.
45

2) yalnız maye karbohidrogenlərdən (pentan və daha yuxarı) ibarət olan kondensatlar standart
şəraitdə stabil adlandırılır.
Qaz-kondensat yataqları lay şəritində eyni fazalı qazvari vəziyyətdə olmaqla xarakterizə olunurlar.
Bu yataqlar neft və qaz yataqlarına tərkibində əks buxarlanma vəziyyətində maye karbohidrogenlərin və
qeyri-karbohidrogen birləşmələrinin (parafinin,qətranın olması ilə seçilir və təzyiqin izotermik enməsi
zamanı kondensat adlandırılan mayeyə çevrilir. Qaz-kondensat sistemləri 1350-1500 m-dən 5500-6000
m olmaqla müxtəlif dərinlik intervallarında formalaşırlar. Çox böyük dərinliklərdə formalaşmış
kondensat yataqları öz xususiyyətlərinə görə neftə yaxındırlar. Belə yataqlara Urinqoy, Həştərxan aiddir.
Belə qəbul olunmuşdur ki, qaz faktoru 1000 m3/m3-dən aşağı olanlar neft yataqlarına, yuxarı olanlar isə
qaz-kondensat sistemlərinə aid edilir. Aşağıda neftlərin sıxlığına və tərkibində kükürdün miqdarına görə
təsnifatı verilmişdir.
Neftlər
sıxlığına görə, q/sm3 tərkibində kükürdün miqdarına görə, %
çox yüngül neftlər <0,80 az kukurlu <0,5
orta 0,84-0,88 kukurdlu 0,5-2
ağır 0,88-0,92 yüksək kükürdlü >2
çox ağır >0,92

Qaz-hidrat sistemləri. Təbii karbohidrogen sistemləri məhlul, suspenziya,kolloid sistemləri,


emusiya, qaz-maye və maye-qaz qarişiğindan ibarətdirlər. Karbohidrogen qazlari təbii karbohidrogen
sisteminin bir hissesi olub onların qaz fazasını təşkil edir. Təbii qazlar normal təbii şəraitdə (atmosfer)
qaz şəklində olan və daha mürəkkəb təbii sistemden ayrılan karbohidrogen məhlullarıdır (qarışığıdır).
Təbii qazlar Yerdə muxtelif vəziyyətdədirlər:
● Atmosferdə və qaz yataqlarında sərbəst qaz şəklində
● Sularda həll olmuş şəkildə
● Sularda mürəkkəb qarışıq şəklində
● Qaz hidrat şəklində
● Mürəkkəb məhlullarda
Neftlərdə həll olmuş qazlar istismar zamanı sərbəst ayrıldıqda neftdə həll olmuş qaz adlandırılır.
Bu qazların yüksək enerji tutumuna malik olması kimyəvi çevrilmələrə məruz qalma qabiliyyəti biosferi
az çirkləndirməsi onlarda yanacaq və qiymətli kimyəvi xammal kimi istifadə etməyə imkan vərir.
Qeyd etmək lazımdır ki, təbii karbohidrogen sistemlərinin təzyiqdən asılılığı onun əsas
xüsusiyyətlərindəndir. Lay təzyiqinin maksimal kondensə təzyiqindən aşağı düşməsi nəticəsində yataqda
qaz ilə mayenin ayrılması müşahidə olunur. Bu kondensat qaz faktorunun böyüməsi və ya azalması ilə
tənzimlənir.
46

Qeyd etmək lazımdır ki, karbohidrogen qazları təbii karbohidrogen sisteminin bir hissəsidir və bu
hissə təbii qazların qaz fazasına aid edilir. Təbii qazlar normal atmosfer şəraitində qaz halındadırlar və
onlar özlərindən daha mürəkkəb olan təbii kh sisteminin bir hissədirlər.
Təbii qazlar atmosferdə sərbəst qaz yataqlarında sərbəst sularda həll olmuş, vəziyyətdə olmaqla
yanaşı qazhidrat məhlullarında sülb halında təsadüf olunurlar.

You might also like