You are on page 1of 1

“Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Maliyyə və uçot” jurnalı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21.10.1992-ci il


K-178 nömrəli əmri ilə müvafiq orqanlarda qeydiyyatdan keçdikdən sonra 1993-cü ildən
2010-cu ilin sentyabr ayınadək fəaliyyət göstərmiş, “Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 aprel 2010-cu il
tarixli, 55 nömrəli qərarının və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının
strukturunda dəyişikliklərin aparılması haqqında” Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin 12 aprel 2010-cu il tarixli İ-55 nömrəli əmrinin icrasından irəli gələn
məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
2009-cu il 21 aprel tarixli 025 nömrəli sərəncamının 1-ci bəndinə əlavəyə uyğun olaraq
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 02 avqust 2010-cu il 236
№-li sərəncamına, Statistika Komitəsinin 0022370 şəhadətnaməsinə və Vergilər
Nazirliyinin 07.09.2010-cu il tarixli 1001020027039700 saylı dövlət reyestrinə əsasən,
redaksiya “Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyət kimi
qeydiyyata alınaraq fəaliyyətini davam etdirir. 

“Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyət yarandığı dövrdən


ayda 1, ildə 12 nömrə çıxmaqla iqtisadiyyatın aktual problemlərini – maliyyə, kredit, pul
tədavülü, iqtisadiyyatın dövlət tənzimlənməsi məsələlərini, mühasibat uçotu, audit,
iqtisadi təhlil, iqtisadiyyat və sığorta problemlərini, rəsmi materialları, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin maliyyə və uçota dair təsdiq və tövsiyə etdiyi normativ
sənədləri və iqtisadiyyatın tələb etdiyi digər zəruri problemləri öz səhifələrində dərc edir.

You might also like