You are on page 1of 112

T. D.

Cəfərov

ENERGETIKA

VARLIQLA

YOXLUĞUN

ASTANASINDA

Bakı – 2015
Elmi redaktoru: Akim Bədəl oğlu Bədəlov
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin sədri, Fizika və Riyaziyyat (Geofizika) üzrə fəlsəfə
doktoru

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə


Dövlət Agentliyinin Elmi-Texniki Şurasının
24 aprel 2015-ci il tarixli qərarı ilə nəşr edilir.

T.D.Cəfərov.
Energetika: varlıqla, yoxluğun astanasında. Bakı, 2015. səh.
Bu kitabda, müəllifin energetika sahəsində uzunmüddətli fəaliyyəti
dövründə rast gəldiyi maraqlı hadisələr və bu hadisələri araşdırarkən qaranlıq
məqamların yaratdığı texniki, elmi-fəlsəfi fikirlərilə yanaşı, bəzi subyektiv dini
təxəyülləri də yer almışdır.
Son illərdə elektroenergetika sahəsinidə yaradılan elm tutumlu yeni
texnologiyaların gələcək inkişafımızdakı rolu haqqında da qısa məlumatlar
kitaba daxil edilmişdir.

2
ÖN SÖZ
Hörmətli oxucu, ilk təmasda energetika – varlıqla yoxluğun astanasında
qeyri - adi başlığın Sizdə yaradacağı sualı səthi də olsa cavablandırmalıyam.
Elektrik enerjisinin mənbəyi sayılan elektromaqnit dalğalarının mahiyyəti
(dalğadır yoxsa fotondur, yəni maddidir, yoxsa maddənin xüsusiyyəti olaraq-
qeyri maddidir) elmi cəhətdən birmənalı cavablandırılmamışdır. Son illərdə
Avropada Adron Kollayderində aparılmış elmi təcrübələr elektromaqnit
dalğalarının yayılmasının nəzəri izahında qeyri - müəyyənliyin olduğunu ortaya
çıxarmışdı. Bu təcrübə vakuumda “Hiqss” bozonlarını aşkarlamış və fəlsəfənin
məkan - zaman, klassik fizikanın isə vakuum kimi fundamental anlayışlarına
yenidən baxmağın vacibliyini ortaya qoymuşdur.
Digər tərəfdən, yeni texnologiya olaraq, günəş enerjisinin ifratkeçirici
induktiv enerji toplayıcısı kimi təkmilləşdirilməsi və gələcəkdə geniş tətbiqi
elektrik enerjisinin mərkəzləşdirilmiş qaydada mürəkkəb bir Energetika Sistemi
ilə istehsalı və paylanmasına son qoyacaqdır. Gələcəkdə istər elektrik, istərsə də
istilik enerjisi yerlərdə - lokal qaydada günəş enerjisindən alınaraq
akkumulyasiya olunacaq və lazımi şəkildə problemsiz istifadə ediləcəkdir.
Beləliklə, bəşəriyyətin ekoloji narahatlığına səbəb olan ənənəvi yanacaq
sərf edən elektrik stansiyaları, “hörümçək toru” kimi ətrafımızı bürüyən yüksək
gərginlikli elektrik veriliş xətlərinə ehtiyac qalmayacaqdır.
Göründüyü kimi, elmin müasir inkişaf səviyyəsi elektrik enerjisinin
mənbəyi sayılan elektromaqnit dalğasının mahiyyətini (maddi və ya qeyri maddi
olmasını) və fəzada yayılmasını tam aydınlaşdırmamış, digər tərəfdən
energetikada yeni texnologiyaların tətbiqi nəticəsində Energetika Sisteminin
tədricən yox olacağı və kitaba daxil edilmiş digər yeni fikirlər kitabın adının
qeyri-adiliyinə səbəb olmuşdur.
Lakin müasir dövrdə Energetika Sisteminin etibarlı və dayanıqlı fəaliyyəti
ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu cəhətdən, elektroenergetika
sistemdə baş verən mürəkkəb elektromexaniki proseslərin araşdırılması və
ehtimal olunan qəzaların qarşısının vaxtında alınması, bu sahədə fundamental
nəzəri və praktiki biliklərə malik olan, yüksək ixtisaslı mütəxəssislərin
yetişdirilməsini tələb edir. Respublikanın energetika siyasətinin
formalaşdırılması və perspektiv inkişaf istiqamətlərinin düzgün
müəyyənləşdirilməsi də yalnız bu sahə üzrə peşəkar kadrların yaxından iştirakı
ilə mümkündür.
Bu kitabda energetika sahəsində uzunmüddətli fəaliyyətim dövründə rast
gəldiyim maraqlı hadisələr, bu hadisələrin araşdırılmasında qaranlıq məqamların
yaratdığı texniki, elmi-fəlsəfi fikirlərlə yanaşı, bəzi subyektiv dini təxəyüllərim
də yer almışdır.
Elm tutumlu sahə olmaqla, son illərdə elektroenergetikada yaradılan və
onun gələcək inkişafında tanınmaz əsaslı dəyişikliklər yaradacaq yeni
texnologiyalar haqqında qısa və maraqlı məlumatlar da kitaba daxil edilmişdir.

3
Kitabın hazırlanmasında verdikləri məsləhətlərə görə Azərbaycan
Respublikası Statistika Komitəsinin sədr müavini Yusif Yusifova, Enegetika
Nazirliyinin hüquq şöbəsinin müdiri İbrahim Ağayevə, fizika-riyaziyyat elmləri
doktoru professor Bəkir Quliyevə və tərtibində “Azalternativenerji” MMC-nin
mütəxəssisi Şəfa Hacıyevaya öz minnətdarlığımı bildirirəm.
Kitabın energetika sahəsində çalışan mütəxəssislər, tələbə və bu sahəyə
maraq göstərən oxucu kütləsi üçün faydalı olacağına ümid edirəm.
Rəy və təkliflərini bildirən hər kəsə minnətdaram.
Əlaqə üçün email: tahir_cafarov50@mail.ru

Müəllif

4
Kitab, Analara həsr edilir...

ANAM

Yaxın qohumların yad nəzərləri,


Rahatlıq verməzdi əzərdi Səni.
Təskinlik verərdin, bizsƏ sığınıb,
Rahatca yatardıq qoynunda ANA.
***
Ay bənizinin Nur baxışLarı,
Günahı bağışlar, unuTdurardı.
Əzəldən savadın olmasa belƏ,
Vəhlə gələnləri öyrətdin ANA.

***
Bağışla bizƏri, bağışla ANA!
Günahkar bil bizi Sən çox hamıdan.
Anlaya bilməzdik məhəbbəTini,
Nurdan yoğurubmuş səni Yaradan.

“Allah dilədiyini öz nuruna qovuşdurur.”

Qurani Kərim
Nur surəsi - 35-ci ayə.

5
GİRİŞ
Bəşəriyyətin illik istifadə etdiyi 8,7 trilyon ton şərti yanacağa bərabər
enerjinin 1/3 hissəsi (XXI əsrin sonunda isə yarısı) elektrik enerjisi şəklində
istehlak edilir. Bu faydalı enerji növünün özünəməxsus universallığı, yəni bütün
enerji növlərinə (mexaniki, istilik, işıq, kimyəvi və s.) asanlıqla çevrilməsi, kiçik
itkilərlə böyük məsafəyə ötürülməsi, istifadə zamanı ekoloji təmizliyi kimi
üstünlükləri keyfiyyətcə onu başqa enerji növlərindən (neft, qaz, kömür və s.)
kəskin surətdə fərqləndirir.
Müasir dövrdə elektrik enerjisi cəmiyyətin həyatına, bəşəriyyətin
mövcudluğuna, əhalinin əksər fəaliyyət sahələrinə o qədər dərindən nüfuz
etmişdir ki, energetika sistemində baş verən qəzaların iqtisadiyyata və
cəmiyyətin normal yaşayışına vurduğu ziyanın miqyası, dağıdıcı təbii fəlakətlərlə
eyniləşdirilə bilər. Ona görə də energetika sisteminin etibarlı və dayanıqlı
fəaliyyətinin təmin edilməsi ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi kimi
həmişə dövlətin diqqət mərkəzində saxlanılır.
Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və başqa enerji
növlərinə çevrilməsinin fiziki mahiyyəti çətin dərk edilən nəzəri məsələlərdəndir.
XIX əsrdə N. Teslanın – “elektrik hadisəsinin nə olduğunu
aydınlaşdıracağımız gün heç bir tarixi hadisə ilə müqayisə olunmayacaqdır”,
fikirləri bu gün də aktualdır.
Energetikanın üç əsri əhatə edən tarixi inkişafı dövründə ilkin “elektrik”
sonralar elektroenergetika kimi, adlanan elmi - texniki sahədə aparılan praktiki
təcrübələrin nəzəri izahında yaranan çətinliklər, elm aləmini çıxılmaz vəziyyətə
salmış və klassik fizikada köklü dəyişikliklərin aparılmasını qaçılmaz etmişdir.
Bu təcrübələr:
−Erstedin elektrik və maqnit hadisələrinin əlaqəli olması (vəhdəti)
təcrübəsindən (1820-ci il, fevral – XIX əsr) sonra “elektrik cərəyanı
maqnit sahəsinin fırtınasıdır” kimi deyimi;
−Lorensin elektronun kütləsi ilə sürəti arasında əlaqənin və işıq sürətinə
yaxın sürətdə bu əlaqənin Lorens çevirməsi (1904-cü il) vasitəsilə
hesablanması. Bu çevirməyə əsaslanan Eynşteynin kütlə ilə enerji (1905-ci
il - XX əsr) arasında asıllığı (E=mc2) və Xüsusi Nisbilik Nəzəriyyəsinin
yaranması;
−Avropada Adron Kollayderində (2012-ci il - XXI əsr) aparılmış
eksperimentlərin ən son nəticəsi olaraq “Hiqss” bozonlarının kəşfidir.
Beləliklə məkan, zaman və vakuum anlayışlarında yaranmış qeyri-
müəyyənliklər indi də davamlı mübahisələrin mövzusuna çevrilmişdir.
Elektroenergetikanın fiziki mahiyyətini izah etməli olan elektrodinamikanın
müasir nəzəri əsasları elektrik enerjisinin yaranması və yayılması haqqında elmi
təsəvvürləri sona qədər aydınlaşdırmağa imkan vermir. Hətta bu sahənin nəzəri
əsaslarının banisi sayılan Maksvel və sonradan H.Lorens, İ.E.Tam, L.D. Landau
tərəfindən inkişaf etdirilən və A.Eynşteynin nisbilik nəzəriyyəsinə söykənən elmi
əsaslar müasir dövrdə yaranan mübahisəli məqamları həll etmək iqtidarında deyil.
6
Belə ki, Avropada Adron Kollayderində aparılmış təcrübədən sonra “Hiqqs”
bozonlarının kəşfi elektrik enerjisinin mənbəyi sayılan elektromaqnit dalğalarının
yayılmasının fiziki mahiyyəti ilə yanaşı, zaman və məkan kimi, minilliklərlə
formalaşmış fundamental fəlsəfi anlayışları şübhə altına alınmışdır.
Elektrik enerjisinin mahiyyəti, onun mənbəyi olan elektromaqnit sahəsi və
mühitdə yayılması elektroenergetikanın predmeti olduğundan kitabda bu barədə
bəzi subyektiv fikirlər bildirilir.
Kitabın başlanğıcında, “elektrik”in yaranma tarixi, bu sahədə aparılan
təcrübələr və alınan nəticələrin elmi izahında dövrü üçün çətin anlaşılan yeni
nəzəriyyələrin yaranması barədə məlumatlar energetikanın sonrakı inkişaf
mərhələsini işıqlandırmaq məqsədilə elmdə yeni sahələrin – atom və informasiya
texnologiyalarının yaranması barədə də səthi məlumatlar verilmişdir.
Elektrik enerjisinin mahiyyəti, onun yaranması, ötürülməsi barədə
mübahisə yaradan məsələlər haqqında alternativ fikir söylənilməklə yanaşı, başqa
enerji daşıyıcıları ilə müqayisə edilir və fərqləndirici cəhətlər göstərilir.
Elektroenergetika sahəsində bazar münasibətləri, elektrik enerjisinin bazar
predmeti kimi düzgün təsbit olunaraq hansı tip əmtəəyə aid edilməsi və hüquqi
cəhətdən mahiyyəti də araşdırılır.
Maraqlı məqam kimi, müqəddəs Qurani Kərimin “Nur” surəsinin 35-ci
ayəsindəki açıqlama energetikanın müasir inkişaf səviyyəsi ilə müqayisə edilmiş
və müvafiq uyğunluqlar barədə fikir söylənilmişdir.
Rusiya Federasiyasında çoxsaylı insan təlafatı ilə nəticələnmiş Sayana-
Şusenski SES-də baş vermiş qəzanın yaranma ehtimalı və SES-lərdə bu tip
texnogen fəlakətlərin qarşısının alınması barədə müəllif bu sahədə təcrübəyə malik
mütəxəssis kimi, təkliflərini bildirir.
Azərbaycan Energetika Sistemində tətbiqi genişlənməkdə olan mühafizəli
özünüdaşıyan izolyasiyalı naqillər sisteminin konkret tətbiqinin müsbət nəticələri
və mühafizəli yüksək gərginlik xətləri barədə məlumatlarla yanaşı, gələcəkdə
energetikada köklü dəyişikliyə səbəb olacaq ifratkeçiricilik barədə də materiallar
da kitaba daxil edilmişdir.

7
1. Elektrik enerjisinin tarixindən
Elektroenergetika 200 ilə yaxin bir tarixə malikdir. Lakin elektrik hadisələri
haqqında ilkin ibtidai təsəvvürlər qədim Yunanıstanda yun parçaya sürtülmüş
kəhrabanının kiçik cisimləri cəzb etməsi kimi məlum imiş. Kəhraba sözünün
yunanca – “elektrik” deymi (“elektron” da eyni kökdəndir) bu günlər də dilimizdə
işlədilməkdədir.
İlk dəfə elektrik hadisəsi elmi surətdə XVI əsrdə ingilis saray həkimi Vilyam
Gilbert tərəfindən öyrənilmiş və o, bütün cisimləri elektriklənən və
elektriklənməyən olmaqla, iki qrupa bölmüşdü.
Məşhur ingilis alimi İsaak Nyutonun 1660-70-ci illərdə ilk elmi təcrübəsi
işığın (elektromaqnit dalğalarının) öyrənilməsinə həsr olunmuş və uzun
araşdırmalardan sonra o, ağ işığın müxtəlif rənglərin qarışığı olduğu qənaətinə
gəlmişdir. Belə ki, onun işığın nazik təbəqələrdən keçərkən sınması nəticəsində
həlqələrə ayrılması kəşfi, XIX əsrdən başlayaraq spektal analiz yolu ilə uzaq
ulduzların hansı maddələrdən yaranmasını öyrənməyə imkan vermişdi.
Həmin illərdə elmdə işığın korpuskulyar nəzəriyyəsinin qəbul edilməsinə
baxmayaraq, hollandiyalı alim Xristian Hüqens cəsarətli addım ataraq, işığın dalğa
nəzəriyyəsini müdafiə etmiş və onun rənglərə ayrılmasının nəzəri əsasını
yaratmışdı.
1729-cu ildə professor Piter Van Muşenberq statik elektrik yükünü toplamaq
üçün leyden bankasını kəşf edir.
Həmin əsrdə isə Benjamin Franklin (ABŞ-ın dövlət xadimi) elektrik
sahəsindəki özündən əvvəlki tədqiqatları yekunlaşdıraraq şüşə elektriki
“müsbət”, qətran elektriki isə “mənfi” elektrikə bölməklə yanaşı, ildırım
hadisələrini izah etməyə çalışmışdı.
M.Lomonosov 1750-ci illərdə qütb parıltısının elektrik xarakterli olması və
elektrik hadisələrinin efir nəzəriyyəsini işləməyə cəhd etmiş, Q.Rixmanla birgə
hava cərəyanlarının bir-birinə sürtünməsi nəticəsində ildırımın yaranmasını təcrübə
yolu ilə sübut etmişdi.
Fransız fiziki Şarl Kulon 1770-ci ildə elektrostatikanın əsas qanununu-
tərpənməz nöqtəvi yüklərin qarşılıqlı təsirini kəşf etdi. Təbiətdə eyni adlı
elektriklə yüklənmiş iki kiçik kürəciyin bir-birini itələmə qüvvəsinin onların
mərkəzləri arasında məsafənin kvadratı ilə tərs mütənasibliyini, elektrik yüklərinin
zaman keçdikcə tədricən sızaraq eksponensial qanunla azalmasını və elektrik
yükünün cisimlərdə onların formasına uyğun paylanmasını aydınlaşdırmışdı.
Kulon maqnitizmin öyrənilməsinə uzun müddət vaxt sərf etməklə,
elektromaqnitizmin ilk fundamental, nəzəri və tətbiqi əsasını yaratmışdı.
Qəribədə olsa XVIII əsrin sonlarına kimi, Avropada fiziki hadisələr
mifologiya ilə əlaqələndirilirdi və bu hadisələrin poeziya vasitəsilə tədqiqinin
mümkünlüyü barədə dövrünün tanınmış filosofları Heygel, Şellinq və başqaları
universitetlərdə geniş mühazirələr oxuyurdular.
Məhz bu illərdə dahi alman şairi və mütəfəkkiri İohan Volfqanq Hote xalq
poeziyası, fəlsəfə ilə yanaşı təbiət elmləri ilə də məşğul olurdu.
8
Tarixən bəşəriyyəti düşündürən – dünyanın yaranışı və bu prosesdə enerji
ilə kütlənin əlaqəsinin fiziki mahiyyətini V. Höte ”Faust” faciəsində poeziyanın
dili ilə belə açıqlayır (tərcümə-Əhməd Cəmilindir):

Faust

Budur, yazılmışdır: “İlkin olub - Söz”


Yox, bunu yazmağa etmərəm ürək.
Sözə belə qiymət? Di gəl, buna döz.
Bunu tərcümədə dəyişəm gərək.
Düz yol göstərirsə mənə əql əgər,
Demək zəka olmuş əsas ən əvvəl.
Yox, dayan, qələmi saxla bir qədər.
Zəkamı yaranıb hər şeydən əzəl?
Qoy yazım: “Qüvvədir ilkin yaranan”.
Yox, yazmaq istərkən mən bu sözləri
Şübhə baş qaldırdı içimdə о an.
Budur, işıqlanır sanki gözlərim,
Tapdım ilk başlanğıc: Əməldir-işdir (enerjidir –müəllif).

Mefistоfеl

Bir cüziyəm işığı doğan ana zülmətin.


Lakin о məğrur işıq can atır alsın indi
Anasının əlindən bütün hakimiyyəti.
Yox, nail olmayacaq. Qoy, can atmasın əbəs.
Çünki bağlı olduğu cisimdən qopa bilməz!
Cisimdən axıb gəlir, cismə gözəllik verir,
Yolunu isə onun daim kəsir cisimlər.
Lakin ümidvaram ki, adi cisimlərlə bir,
Çox çəkməz,- bu dünyada о da puç olub gedər.

Mefistofelin fikirlərinin
elmi cəhəhətdən məğzi tərcümədə belə də səslənə bilər:

Doğuşun anası möhtəşəm zülmət,


Əzəldən gecədən yaratmış nuru.
Nurun anasıyla mübarizəsi,
Əlçatmaz arzudur yaşadır onu.
Nurdan yaradılmış maaddi aləm,
9
Cismani dünyadır, bağlı qalacaq.
Haqqın qələbəsi çox uzun sürməz,
Cisim parçalanar közərti, külə. (müəllif)

Göründüyü kimi, İ. Höte dünyanın yaranışında ilkin işin, yəni enerjinin


olduğunu və bu enerjinin maddi varlıq olaraq qaranlıq zülmətdən işığı yaratması
kimi, zülmət və nurun mürəkkəb qarşılıqlı əlaqəsinə fəlsəfi yanaşmalıdır. Həm
dünyanın ilkin yaranışı, həm də enerji-kütlə münasibətlərinə özünəməxsus aydınlıq
gətirməklə bəşəriyyəti düşündürən bu mürəkkəb məsələnin izahını verir.
Sonralar Almaniyada təcrübə keçən danimarkalı fizik Hans Ersted
hadisələrin ümumi əlaqəsini təbliğ edən romantik Şellinq fəlsəfəsinin təsiri altına
düşərək, öyrəndikləri dağınıq elmi bilikləri yığcamlaşdırmış və 1813-cü ildə istilik,
işıq, elektrik və maqnit hadisələrinin əlaqəli olması barədə uzun müddət
apardığı araşdırmaların nəticəsi kimi, Fransada “Kimyəvi və Elektrik
qüvvələrinin eyniliyi” haqqında elmi əsərini çap etdirir.
Ersted yazırdı ki, elektrikin maqnitə təsir etməsini təcrübədə yoxlamaq
lazımdır, çünki elektrik - qığılcım, işıq, səs, (elektrik boşalması) və istilik
(naqilinin qızması) yaradırsa, ehtimal var ki, maqnit sahəsini də yarada bilər.
Əslində o dövrdə elektrik və maqnit əlaqəsini sübut etmək o qədər də asan deyildi.
Ersted 15 fevral 1820-ci ildə tələbələri qarşısında elektrik cərəyanı ilə təcrübə
apararkən, maqnit kompasının əqrəbinin hərəkət etdiyini müşahidə etmiş və
elektrodinamikanın ilk qanununu belə ifadə etmişdi: “Elektrik cərəyanı
maqnit sahəsinin fırtınasıdır”. Bu qanun o dövrdə elmə məlum olan qanunlar
çərçivəsinə sığmayan və elektriklə maqnitin bir-biri ilə əlaqəli olduğunu təcrübə
yolu ilə sübut edən çox əhəmiyyətli bir kəşf idi.
Həqiqətən, uzun müddət elektrik və maqnit sahələrinin əlaqəli olması barədə
alimlərin çoxsaylı axtarışları, yalnız 15 fevral 1820-ci ildə H.Ersted tərəfindən
təcrübi yolla sübuta yetirilir. Onun “elektrik cərəyanı maqnit sahəsinin
fırtınasıdır” deyimi elektrodinamikanın ilk əsas qanunu olmaqla, məlum
qanunlardan köklü surətdə fərqlənirdi. Ersted ilk dəfə olaraq, dünyada baş verən
prosesslərin elektromaqnit hadisələrindən ibarət olması barədə çox cürətli
fikir söyləmişdi.
İlk elektrik enerji mənbəyi 1799-cu ildə dahi italiyalı fizik Aleksandr Volta
tərəfindən sabit cərəyan qalvanik elementi kimi yaradıldı. Yalnız bu kəşfdən
sonra elektrik cərəyanı və elektrik dövrələrinin əsas qanunlarının öyrənilməsi üçün
imkan yarandı.
Fransız alimi Anri Amper 1820-ci ildə, Erstedin cərəyanlı naqilin
yaxınlığında maqnit əqrəbinin tərpənməsini müşahidə etməsindən sonra, bu
hadisəni dərindən araşdırmış və cərəyanın naqilin ətrafında maqnit sahəsi
yaratmasını kəşf etmişdi. Təcrübələrində Amper cərəyanlı naqillərin bir-birinə
təsirini aşkarlamışdı. Belə ki, iki paralel naqildən eyni istiqamətdə axan
cərəyanların təsiri ilə naqillərin bir-birini cəzb etməsi və əks istiqamətli
cərəyanlarda isə bir-birini itələməsi aşkar edilmişdi. Təcrübənin yekunu kimi o,
bütün maqnit hadisələrinin elektrik effektinə bağlı olduğunu müəyyənləşdirmişdi.
10
Lakin Amperin cərəyanlı naqillərin maqnit kimi, bir-birini cəzb etməsinə verdiyi
izahat müasirlərini qane etməmiş və onlar,-“burada nə var ki, əgər cərəyanlı naqil
maqnit əqrəbinə təsir edirsə iki cərəyanlı naqil də bir-birinə təsir etməlidir”- kimi,
iradlarını bildirmişlər. Amper cavab verməyə macal tapmamış, onun köməyinə
gələn Araqo cibindən iki açar çıxarmış və demişdi,-“bu iki açar maqnitə ayrı-
ayrılıqda təsir etsələr də, lakin onlar bir-birilərinə təsir etmirlər.” Beləliklə o,
Amperin bu kəşfinin Erstedin kəşfindən daha əhəmiyyətli olduğunu bildirmişdi.
Amper 1835-ci ildə işıq və istilik şüalanmalarının eyniliyini sübut etməklə yanaşı
o, şüalanmaların son nəticədə udularaq istiliyə çevrilməsini sübut etmişdir.
1827-ci ildə alman fiziki Georg Om “Elektrik dövrələrinin nəzəri tədqiqi”
əsərində elektrik dövrələrini araşdıraraq, dövrə müqaviməti haqqında ilk dəfə
açıqlama verir.
1833-ci ildə isə Qaus və Veber elektromaqnit və yerin maqnit sahəsini birgə
nəzəri öyrənməklə yanaşı, ilk elektromaqnit prinsipli teleqrafı yaratdılar.
İngilis alimi Maykl Faradeyin elektromaqnit və elektrik induksiyası üzrə
apardığı uzunmüddətli təcrübələrinin nəticəsi öz müsbət bəhrəsini verdi. O ağac
üzərinə bir-birindən izolə edilmiş iki dolaq sarıyaraq, birini 10 elementdən ibarət
qalvanik batareyaya, digərini isə qalvanometrə birləşdirir. Birinci dolağı mənbəyə
birləşdirib-ayırmaqla ikinci dolaqda qalvanometrin əqrəbinin gah bir, gah da digər
tərəfə meyl etdiyini müşahidə edir. Beləliklə, birinci dolaqdan keşən cərəyan ikinci
dolaqda da cərəyan induksiyalayır ki, bu cərəyanı Faradey induksiya cərəyanı
adlandırır. Bu prossesi davamlı etmək üçün Faradey kommutatordan istifadə
edərək, dövrəni ardıcıl açıb-qoşmaqla ikinci dolaqda davamlı cərəyan yaradır.
Beləliklə, əvvəlki elektrik mənbələrindən fərqli olaraq, davamlı elektrik enerji
mənbəyi yaradılmış oldu.
İnduksiya yolu ilə 1832-ci ildə Maykl Faradey elektrik enerjisini almaqla, o
dövrdə statik və qalvanik elektrik mənbələrinin çatışmazlıqlarını aradan qaldırdı
və bu kəşfdən sonra elektrik enerjisi insanların istifadəsi üçün praktiki yararlı
forma aldı.
Elektrik enerjisinin praktiki tətbiqi ilə əlaqədar, ilk sənaye tipli
kollektorlu sabit cərəyan generatoru 1870-ci ildə fransız ixtiraçı Qramm
tərəfindən hazırlandı.
Enerjinin ötürülməsində yaranmış problem elektrotexnikanın inkişafını xeyli
ləngidirdi və Marsel Deprenin bütün səylərinə baxmayaraq, sabit cərəyanla ötürmə
60 km-i keçmirdi. Lakin Nikola Teslanın təkidi ilə dəyişən cərəyanın tətbiqinin
üstünlükləri özünü göstərməyə başladı. Belə ki, dəyişən cərəyanda gərginliyin
yüksəldilməsinin mümkünlüyü, elektrik enerjisinin az itkilərlə daha uzaq
məsafələrə ötürməsi və bu cərəyanın fırlanan maqnit sahəsi yaratma
qabiliyyəti sənayedə asinxron mühərriklərin və generatorların geniş tətbiqinə
imkan verdi. Beləliklə, 1888-cı ildə elektrik enerjisini mexaniki enerjiyə çevirən
ilk dəyişən cərəyan asinxron mühərriki Q.Ferraris və N.Teslanın işləri əsasında
yaradıldı (bax cərəyanların döyüşü).
Tomas Edison tərəfindən 1879-cu ildə Nyu-Yorkda közərmə lampalarının
geniş tətbiqinə başlanıldı. 1890-cı ildə isə Dolivo-Dobrovolski tərəfindən üçfazlı
11
elektrik mühərriki və generatorların istehsalı ilə yanaşı, üçfazli transformatorun da
layihəsi hazırlandı.
Beləliklə, ABŞ-da elektroenergetikanın ilk inkişaf dövründə “Edison”,
“Vestinqauz” və “AEG” kimi şirkətlərdə T.Edison, N.Tesla, Dolivo-Dobrovolski
və Ç.Şteynmes kimi məşhur elektrotexniklər çalışırdılar.
Elektrik maşınlarının təkmilləşdirilərək həyatın müxtəlif sahələrində tətbiqi,
elektrik enerjisinin geniş istifadəsinə güclü təkan verdi. XIX əsrin ortalarından
başlayaraq elektrotexnika o dövrün mövcud sənaye sahələrinə nüfuz etməyə
başlamış və XX əsrin ortalarından isə daha güclü inkişaf yoluna qədəm qoymuşdu.
Tarixi baxımdan o qədər də uzun olmayan bu illər ərzində elektroenergetika
sahəsində görülən işlər sayəsində dünyanın texniki – iqtisadi və ictimayi siması
köklü surətdə dəyişdi.
Ceyms Maksvell öz dövrünün elektrik və maqnit sahəsi üzrə bütün bilgiləri
ümumiləşdirərək, 1873-cü ildə M.Faradeyin konsepsiyasına uyğun elektromaqnit
hadisəsinin (müasirləri tərəfindən çətin başa düşülən) əsas nəzəriyyəni yaradır.
Beləliklə o, elektrik cərəyanının təsiri ilə naqilin ətrafında yaranan elektromaqnit
sahəsinin mühitdə yayılmasının diferensial formada riyazi ifadəsini təklif etdi.
Bu qanunları izah edərkən o, bildirir ki, elektromaqnit hadisəsini daha yaxşı
təsəvvür etmək üçün orada baş verən dinamiki hadisələri mümkün olan qədər
ümumi dinamikanın riyazi formulaları ilə ifadə etməyə çalışıb. Maksvell
mexanikanın qanunlarını təbiətin əsas qanunları hesab etməklə yanaşı,
elektromaqnit hadisələrinə keyfiyyətcə yeni nəzəriyyə çərçivəsində baxmış və
onu mexanika ilə eyniləşdirməsə də, mexanikadan bu yeni hadisəni başa düşmək
üçün istifadə etmişdir.
Maksvell əsas nəticə olaraq, elektrik cərəyanının təsiri ilə maqnit sahəsinin
yaranmasını, maqnit sahəsinin ətrafda isə elektrik sahəsini, o da öz növbəsində
maqnit sahəsini, yəni dəyişən maqnit və elektrik sahələrinin bir-birini yaratması
nəticəsində vahid elektromaqnit sahəsinin və elektromaqnit dalğasının yaranması
qənaətinə gəlmişdi. O, bu dalğaların vakuumda sürətinin 300 min km/san -yə
yaxın olması və onun bütün fəza boyu daha böyük həcmi tutaraq irəliləməsini
söyləmişdir.
Henrix Hers 1889-cu ildə təcrübə yolu ilə elektromaqnit dalğalarını
almaqla, Maksvelin nəzəriyyəsini və bu dalğaların işıq dalğaları ilə eyniliyini
təsdiq etdi. Beləliklə, işıq dalğaları görünən daha kiçik uzunluqlu elektromaqnit
dalğalarına aid edildi. Onu da qeyd edək ki, iki il əvvəl, yəni 9 iyun 1887-ci ildə
H.Hers fotoelektrik effektini kəşf etmişdi.
Ömrünün böyük hissəsini, dövrü üçün çətin anlaşılan Maksvell
tənliklərinin öyrənilməsinə həsr edən Hendrik Lorens 1892-ci ildə maddələrin
müsbət və mənfi yüklərdən ibarət olduğunu əsas gətirərək, “Elektromaqnit
sahəsinin hərəkət edən cisimlərə təsiri” mövzusunda nəzəriyyəsini yaradır. 1904-
cü ildə isə M.Lorens “İşıq sürətindən aşağı sürətdə hərəkət edən sistemdə
elektromaqnit hadisəsi” mövzusunda çıxış edir və elektronun kütləsi ilə onun
sürəti arasında əlaqənin formulunu (Lorens çevirməsi) çıxarır. Özünün
etirafına görə, bu yeni nəzəriyyə A. Eynşteynin “Nisbilik nəzəriyyəsi”nə çox yaxın
12
olmuş, lakin mühakiməsinin zəif olması ona yaratdığı bu nəzəriyyədə son nəticəni
görməyə imkan verməmişdir.
Bundan bir il sonra 1905-ci ildə Albert Eynşteyn “Nisbilik Nəzəriyyəsi”ni
yaratdı və belə bir nəticəyə gəlmişdi ki, heç bir maddi obyekt işıq sürətindən
yüksək sürətlə hərəkət edə bilməz və o, kütlənin hərəkət sürətindən asıllığı
qənaətinə gələrək, kütləni “donmuş enerji” adlandırmışdı (E=mc2).
Beləliklə, “Nisbilik nəzəriyyəsi” klassik fizikada enerjinin materiyanın
xüsusiyyəti olması fikrini şübhə altına alaraq, enerjini materiya ilə eyniləşdirmiş
oldu. Beləliklə Eynşteyin enerjini qeyri-maddi kateqoriyadan maddi kateqoriyaya
keçirdi.
Müasir dövrdə Avropada Adron Kollayderində aparılmış son elmi
araşdırmalardan sonra vakuumda, yəni boşluqda adi halda özünü biruzə verməyən
“Hiqqs” bozonları adlanan hissəciklərin mövcudluğu aşkarlanmış və bu
hissəciklərin planetlərin qravitasiya sahəsinin təsiri ilə yerləşdiyi fəzada təzahür
edərək məkanı formalaşdırması və zamanı yaratması fikirləri öz əksini tapmışdır.
Deməli, hal-hazırda dielektik fəlsəfənin bizə məlum olan ənənəvi məkan
və zaman kimi fundamental anlayışları ilə yanaşı, klassik fizikanın vakuum
haqqında bilgiləri də əsaslı dəyişikliyə məruz qalmış olur.
Nəticə olaraq deyə bilərik ki, keçən 200 il ərzində elektrik cərəyanı və onun
yaratdığı elektromaqnit sahəsinin öyrənilməsi, həm atomun quruluşu və “Xüsusi
Nisbilik Nəzəriyyəsi” haqqında bilgilərin yaranmasına, həm də informasiya-
kommunikasiya sistemlərinin (teleqraf) inkişafına səbəb olmuşdur.

13
“Elektrikin” nə olduğunu dəqiq öyrənəcəyimiz gün bəşər tarixinə müqayisə
olunmayacaq əlamətdar bir hadisə kimi daxil olacaqdır. Elə bir gün gələcək ki,
insanın rahatlığı və gələcək müqəddəratı bu ecazkar hadisədən asılı olacaqdır.
N. Tesla,1893-cü il

2. Elektrik enerjisi nədir?

Dünyada elektrik enerjisinin geniş tətbiqi və insanlarda tarixən bu sahədə


yaranmış düşüncə tərzi onun təsəvvürlərdə maddi varlıq kimi formalaşmasına
səbəb olmuşdur. Belə ki, biz elektrik enerjisi haqqında danışarkən onun istehsalı,
axını, sərf edilməsi və itkisi deyimini işlətməklə, onun yanlış olaraq maddi varlıq
kimi “maye” olduğu təsəvvürünü yaratmış oluruq. Dilimizdə işlətdiyimiz “elektrik
enerjisinin axını”, ”elektrik enerjisinin istifadəsi”, “elektrik enerjisinə tələbatı”,
“elektrik enerjisinin şəbəkəyə buraxılışı”və s. kimi ifadələr bu deyilənlərin
doğruluğunu təsdiq edir.
Başlığa çıxarılmış sualı cavablandırmazdan əvvəl, ilk baxışda sadə görünə
biləcək enerjinin özünün nə olduğunu aydınlaşdıraq.
Enerji yunanca – “hərəkət”mənasını verir və materiyanın hərəkət forması
olmaqla, insan təfəkkürünün məhsuludur. Belə ki, hələ orta məktəbdən potensial
enerjinin cismin iş görmək imkanı və ya qabiliyyəti kimi qiymətləndirildiyini
bilirik. Deməli, materiya ilə enerji vəhdət təşkil edir və enerji materiyadan ayrıca
abstrakt təsəvvür edilə bilməz, o materiyanın hərəkət formasıdır və nəticə olaraq
deyə bilərik ki, yalnız materiya enerji (hərəkət) daşıyıcısı ola bilər.
Keyfiyyətcə, müxtəlif enerji növləri - mexaniki, istilik, daxili-molekulyar,
qravitasiya, elektromaqnit, nüvə və s. hərəkət formaları bir-birindən fərqləndirilir.
Beləliklə, enerji - enerji daşıyıcılarının tərkib hissəsidir, məsələn təbii qaz,
neft, neft məhsulları, uran və s. Bu maddələr özündən enerjini verərək kimyəvi və
ya fiziki çevrilmələrə məruz qalmaqla, başqa maddə və ya elementə çevrilirlər.
Yəni yanacaq yanma prosesində oksidləşir (kimyəvi reaksiya) və ya nüvə
parçalanması (fiziki) prosesində digər kimyəvi elementə çevrilir.
Bu xüsusiyətlərinə görə göstərilən enerji daşıyıcılarını maddi əmtəə
(materiya) olaraq, bazar predmeti kimi satışa çıxarırlar. Bildiyimiz kimi, materiya
klassik təyinatda – obyektiv reallıq olmaqla, hiss üzvlərimizə təsirlə və ya başqa
formada təzahür edir. Materiya zaman və məkan daxilində ya əşya, ya da hər hansı
bir sahə (elektrik, maqnit, qravitasiya və s.) şəklində mövcud ola bilər. Lakin qeyd
etdiyimiz kimi, enerji maddi deyil, o materiyanın xüsusiyyətidir. Məsələn,
potensial və ya kinetik enerji də sükunətdə və ya hərəkətdə olan cismin xüsusiyyəti
olmaqla qeyri-maddi əmtəədir. Lakin, buna baxmayaraq, beynəlxalq
14
səviyyədə istifadə olunan Sənaye Məhsullarının Statistik Təsnifatında [List of
PRODUCTS of the European COM munity, PRODCOM] elektrik enerjisi də
maddi əmtəə kimi kodlaşdırılır və əmtəə balanslarının tərtib olunmasında
məhsul kimi ifadə olunur.
Nikola Tesla elektrik enerjisinin mahiyyətinin çətin anlaşılması səbəbindən
onu “ecazkar” adlandırmış və həqiqətən də elektroenergetikanın tarixinə nəzər
salsaq bu sahədə çoxsaylı mübahisəli məqamların olduğunu aydın görərik .
Qeyd etdiyimiz kimi, elektrik enerjisinin insanların istifadəsi üçün yararlılığı
1832-ci ildə ingilis alimi Maykl Faradeyin induksiya yolu ilə elektrik enerjisini
almasından sonra mümkün olmuşdur. Çünki, bu kəşfə qədər statik və qalvanik
yolla alınan elektrik istifadə üçün yararlı hesab edilmirdi.
Ceyms Maksvell 1873-cü ildə M.Faradeyin konsepsiyasına uyğun,
elektromaqnit hadisəsinin anlaşılması üçün fundamental nəzəriyyə yaratdı. O,
elektrik cərəyanının təsiri ilə naqilin ətrafında yaranan elektromaqnit sahəsinin
mühitdə yayılmasının riyazi ifadəsi və izahını verdi.
Bu dövrdə elektrik cərəyanı ilə maqnit sahəsinin vəhdəti nəzəri cəhətdən
aydınlaşdırılsa da elektrik və maqnit sahələrinin mühitdə yayılmasının izahı
məsələyə tam aydınlıq gətirmədiyindən mübahisəli məqamlar qalmaqda idi.
Sonradan Henri Lorensin “Elektromaqnit sahəsinin hərəkət edən cisimlərə
təsiri” nəzəriyyəsi və kütlə-enerji münasibətləri, yaranmış mübahisələri bir qədər
də şiddətləndirir.
XX əsrin başlancığına təsadüf edən Eynşteynin nisbilik nəzəriyyəsi əvvəlki
nəzəriyyələr kimi çətin başa düşülsə də, böyük əksəriyyət tərəfindən qəbul edildi
və klassik fizikanın qaranlıq məqamlarına müəyyən aydınlıq gətirdi.
Hərçənd, kütlənin hərəkət sürətindən asılılığı və kütlənin “donmuş enerji”
adlandırılması (E=mc2) klassik fizikada enerjinin materiyanın xüsusiyyəti olması
fikrini şübhə altına almış oldu.
Avropada Adron Kollayderində aparılmış elmi araşdırmalar vakuum, yəni
boşluq haqqında təsəvvürləri dəyişdi.
Yeni nəzəriyyəyə görə qravitasiya yoxdursa fəzada nə məkan, nə də zaman
mövcuddur, qravitasiyanın təsiri ilə həmişə mövcud olan “Hiqqs” bozonları
mövcudlaşır və ilkin olaraq məkanı formalaşdırır, yalnız bundan sonra hər-hansı
bir davamlı hadisənin baş verməsi nəticəsində zaman faktoru yaranmış olur.
Beləliklə, hal-hazırda dialektik fəlsəfənin bizə məlum olan ənənəvi məkan və
zaman kimi fundamental anlayışları ilə yanaşı, klassik fizikanın vakuum haqqında
bilgiləri də əsaslı dəyişikliyə məruz qalmış olur.
Belə çıxır ki, Maksvellin elektromaqnit dalğalarının fəzada (vakuumda)
yayılmasına əsaslanan elektrik enerjisinin ötürülməsinin nəzəri əsasları da
yenilənməlidir.
Qravitasiyasız sonsuz fəzada elektromaqnit dalğasının (emd) yayılması
dalğanın korpuskulyar nəzəriyyəsi əsasında mümkündür. Çünki, yeni təcrübi
baxışlar boşluqda məkanın formalaşdırılması üçün “Hiqqs” bozonlarına (ilahi
hissəcik) xarici təsirin vacibliyi şərtdir, bu isə emd-nın dalğa deyil, korpuskulyar
15
nəzəriyyəsinə əsasən mümkündür. Bu təsir vakuumu məkana çevirir ki, yalnız
bundan sonra emd fəzada yayıla bilər. Lakin yayılma mühitinin (məkanın)
formalaşması emd tərəfindən müəyyən enerji sərfi (Umov-Pointinq emd-in enerji
sıxlığı, [S=EH]) hesabına baş verdiyindən, qravitasiyasız sonsuz fəzada bu
yayılma da sonsuz ola bilməz. Elektromaqnit dalğası eninə və ya həcm boyu
yayılma istiqamətində enerji daşıyıcısı olduğundan, emd-in məkanın yaradılmasına
sərf edəcəyi enerjisi və yayılma sürəti tədricən tükənəcək və bu səbəbdən
fotonların yayılması istiqamətlənmiş irəliləmə hərəkətindən xaotik səpələnməyə
çevriləcəkdir. Nəticədə yayılma mühitinin formalaşması üçün emd-nın enerjisi
tükəndiyindən mühit tədricən vakuumla əvəzlənəcəkdir. Bu mühitdə yaranan
səddin bir tərəfində “zəif fəza”, digər tərəfində isə “zəif vakuum” olacaq ki, bu
yeni şəraitdə emd-nin yayılmasının yeni baxışlar çərmivəsindən fiziki izahına
ehtiyac yaranır. Bu sədd varlıqla-yoxluğun sərhəddini müəyyənləşdirir ki, bu
şəraitdə bizə məlum olan “Xüsusi Nisbilik Nəzəriyyəsi” baş verəcək prosesləri
izah etməkdə çətinlik çəkəcəkdir. Belə ki, XNN-də müxtəlif ətalət sistemləri üçün
istifadə edilən koordinat sistemi və zaman faktoru emd-nın yeni mühitdə
yayılmasını izah etmək üçün kifayət etməyəcəkdir. İlk növbədə vakuum anlayışı
indiyə qədər elmə məlum olmayan yeni baxışlara söykənməli və Maksvell
postulatlarında istifadə edilən nisbi elektrik və maqnit nüfuz əmsallarına (ε ; μ)
yenidən baxılmalıdır. Ola bilsin ki, hesabatda göstərilən əmsallara yeni bir -
idrakın imkan indeksi (İİİ) də daxil edilməlidir. İİİ- cəmiyyətin mədəni inkişaf
tarixi ərzində onların dünyanı dərk etməsi üçün İlahinin insanlara açdığı bəsirət
həddi kimi başa düşülməlidir. İİİ-nin həddi bəşəriyyətin mədəni inkişaf səviyyəsi
ilə adekvat olaraq müəyyənləşməlidir. Mədəniyyətin hərəkətverici qüvvəsi isə
elmdir o, təbiət qanunlarını öyrənərək onu cəmiyyətdə tətbiq etməklə, bəşəriyyətin
ümumi şəklini dəyişir və onun mədəni inkişaf səviyyəsini müəyyənləşdirir.
İndi isə elektrodinamikanın məlum bilgiləri çərçivəsində elektrik
enerjisinin mahiyyətinə aydınlıq gətirməyə çalışaq.
Qeyd etməliyik ki, elektrik enerjisi ənənəvi yanacaq növlərindən fərqli
olaraq, digər enerji növlərinə qalıqsız, az itkilərlə, yəni yüksək faydalı iş əmsalı
ilə çevrilmək qabiliyyətinə malikdir. Bu çevrilmə prosesində, itki şəklində cüzi
istilik və maqnit sahəsinin səpələnməsi də baş verir.
Başqa enerji növlərindən fərqli olaraq, təbiətdə istifadəyə yararlı elektrik
enerjisinə rast gəlinmir və o, yalnız insan zəkasının yaratdığı texnologiya əsasında
yaradılır. Beləliklə, elektrik stansiyalarında mövcud bu və ya digər enerji növləri
elektrik enerjisinə çevrilərək, elektrik xətlərinin köməyi ilə kiçik itkilərlə uzaq
məsafələrdə yerləşən elektrik işlədicilərinə ötürülür ki, bu da öz növbəsində
yerlərdə yenidən əks çevrilmə nəticəsində tələb olunan lazımı enerji növlərinə
çevrilir.
Elektrik cərəyanı nəzəriyyədə elektromaqnit sahəsinin təsiri ilə elektron
selinin naqillərdə istiqamətlənmiş hərəkəti kimi izah edilir və enerjinin maddi
daşıyıcısı olan elektronlar (materiya), onu yaradan mənbə isə elektromaqnit sahəsi
olduğu bildirilir. Lakin bu nəzəriyyə nə dərəcə doğrudur ?
16
Elektrik enerjisinin ənənəvi istehsal texnologiyası, mexaniki turbinin köməyi
ilə fırladılan elektrik generatorunun rotorunda yaradılan maqnit sahəsinin (ilkin
sahə) statorda yerləşdirilmiş tərpənməz naqilləri kəsməsi nəticəsində onun sərbəst
elektronlarının Lorens qüvvəsinin təsiri ilə istiqamətlənmiş hərəkətə
gətirilməsindən (burada induksiya qanunu ilə mübahisəli məqamlar var ) ibarətdir.
Generatorun elektrik veriliş xətləri və sistem elementləri vasitəsi ilə istehlakçılara
yönəltdiyi bu elektron seli və ya elektrik cərəyanı da öz ətrafında əks
elektromaqnit sahəsi yaradır ki, bu sahə də öz növbəsində rotorun əsas maqnit
sahəsini zəiflədərək turbinin fırlanmasını tormozlayan müqavimət qüvvəsi yaradır.
Bu əks müqavimət qüvvəsinin qiyməti tələbatçıların gücü, yəni axan cərəyanın
qiyməti (mexaniki, istilik, işıq və s. kimi yekun enerji növlərinə çevrilmələrin
cəmi) ilə düz mütənasibdir. Bu mexanikada İ.Nyutonun III qanununu, yəni “təsirin
əks təsirə bərabərliyi” ni yada salır.
Beləliklə, turbinin mexaniki enerjisi, generatorun fırladılan maqnit sahəsinin
maqnitodinamiki təsiri ilə dolaqlarında elektronların istiqamətlənmiş hərəkət
enerjisinə (cərəyana) çevrilir. Burada səbəb maqnit sahəsinin fırladan enerji, nəticə
isə onun dolaqlarda yaratdığı elektrik cərəyanıdır (enerjisidir). Lakin nəzəriyyədə,
generatordan sonrakı ötürmə prosesində elektrik verliş xətlərində naqilin ətrafında
mövcud olan elektromaqnit sahəsinin enerji mənbəyi olması və bu enerjinin
elektronları işlədicilərə çatdırması kimi izah edilir. Çünki, ötürmə prosesində
hərəkətdə olan elektron seli özü naqilin ətrafında elektromaqnit sahəsi yaradır və
bu sahə onu yaradan elektronu hərəkətə gətirə bilməz. Həm də nəzəriyyədə enerji
verilişinin naqilin içərisi ilə (elektronlarla) deyil, onun ətrafindakı fəzada yaranan
elektromaqnit sahəsinin təsiri ilə baş verdiyi bildirilir. Onda nə üçün təlabatçılarda
enerji çevrilməsi birbaşa bu elektromaqnit sahəsi ilə deyil, elektronların
(cərəyanın) yaratdığı elektromaqnit sahəsinin təsiri ilə baş verir?
Maksvell qanunlarında mexanikadan istifadə etdiyi kimi, paralellər apararaq
hadisəni izah etsək, yəni tutaq ki, su nasosu (generator) suyu (elektronları) işçi
çarxın köməyi ilə təzyiqlə (maqnit sahəsinin yaratdığı Lorens qüvvəsi ilə) ötürücü
xəttə - boruya vurur. Sonra təzyiq altındakı su axını (elektron seli -cərəyan) xətdəki
durğun suyu (sərbəst elektronları) basaraq (Kulon qüvvəsinin təsiri ilə) boruda
istiqamətlənmiş hərəkətə gətirir.
Beləliklə, enerji daşıyıcısı rolunu generatorun daxilində elektromaqnit
sahəsinin hərəkət etdirdiyi elektron seli, yəni elektrik cərəyanı oynayır ki, bu
cərəyanın təsiri ilə elektrik enerjisi naqil boyu ötürülərək, işlədicilərdə cərəyanın
yaratdığı elektromaqnit sahəsinin əks fiziki çevrilməsi nəticəsində lazımı enerji
növləri (mexaniki, istilik, işıq və s.) yaranır. Ötürmə prosesində isə məhz naqillə
axan cərəyan naqilin ətrafındakı fəzada elektromaqnit sahəsi yaradır və bu prosesin
nəzəriyyədə göstərildiyi kimi, əksinə baş verməsi, yəni naqilin ətrafındakı
elektromaqnit sahəsinin enerji mənbəyi olması şübhə yaradır.
Belə çıxır ki, hərəkət edən cismin enerji mənbəyi onun kütləsinə verilən
kinetik enerji (mv2 /2 ) deyil, hərəkət zamanı onun ətrafında yaratdığı hava
cərəyanıdır.

17
Nəzəriyyədə emd-nın enerji mənbəyi kimi göstərilməsi, zərbə vurulmuş
topun zərbənin təsiri ilə deyil, topun ətrafında onun yaratdığı hava axınının
enerjisinin təsiri ilə hərəkət etməsinə bənzəyir.
Nəticə olaraq, deyə bilərik ki, elektrik enerjisi elektronların hərəkət
xüsusiyətidir və maddi varlıq olmadığından materiya sayıla bilməz.
Qəribə də olsa, enerji çevrilməsi prosesinin nə ilkin (turbinin mexaniki
enerjisi), nə də yekun təlabat (mexaniki, istilik, işıq, kimyəvi və s.) fazalarında
elektrik enerjisi iştirak etmir, qeyd etdiyimiz kimi, o yalnız aralıq enerji rolunu
oynamış olur.
Ona görə də hələ 1922-ci ildə elektroenergetikanın yaradıcılarından biri olan
Çarlz Şteynmes elektrik enerjisini ən faydalı enerji növü saymaqla yanaşı həm
də onu birbaşa deyil, aralıq enerji kimi, istifadə edildiyinə görə son nəticədə ən
faydasız enerji hesab etmişdir.
Enerjinin çevrilməsi və ötürülməsində elektrik enerjisi aralıq bir vasitə olsa da,
ötürülən enerjinin (yükün-kulonla) ölçülməsi üçün fiziki cəhətdən əlverişli
əlamətlərə malikdir.
Elektrik enerjisi materiya deyilsə, onda onu əmtəə kimi satmaq olarmı?
Sualın birinci hissəsinə yuxarıda aydınlıq gətirdik və müəyyən etdik ki,
elektrik enerjisi elektronların xüsusiyyətidir və maddi varlıq olmadığından
materiya sayıla bilməz.
Sualın ikinci hissəsini cavablandırmazdan öncə, iqtisadi klassiklər tərəfindən
əmtəəyə verilən tərifləri yada salaq.
Adam Smitə görə əmtəə tədavül prosesində iki müxtəlif kateqoriyanı-
istehlak və tədavül dəyərini özündə əks etdirir.
Marksizimdə isə əmtəə istehlak və tədavül dəyərinin vəhdəti olmaqla
bərabər, istehlak dəyəri - əmtəənin faydalı xüsusiyyətlərinin istehlak prosesində
tələbat ehtiyaclarını ödəmək qabiliyyəti, tədavül dəyəri isə əmtəənin istehsalı üçün
lazımı ictimai-zəruri iş vaxtının sərfi kimi qiymətləndirilir.
Lakin insanlarda tarixən əmtəənin əşyaya aid olması yəqinliyi müasir dövrdə
özünü doğrultmur. Belə ki, əmtəənin bir hissəsini əşyaya aid etmək mümkün deyil,
məsələn - məlumat, atmosferə atılan parnik (CO2) və ya azot (NxOx) qazlarının
kvotası və s. Qeyd etdiyimiz kimi, elektrik enerjisi də bu qəbildəndir.
Müasir dövrdə hər hansı bir şəxsə verilən müəyyən hüquq daxilində əlavə hər
hansı bir əşya da verilə bilər. Əgər bu şəxsə verilən hüquq daxilində əşya da
verilirsə, onda bu konkret hüququn özü əmtəə sayıla bilər. Əmtəə, mülki hüquqa
əsasən satış, tədavül və ya digər dövriyyə üçün istifadə olunan obyektdir (iş,
xidmət).
Bu deyilənlərə əsasən, maddi varlıq olmayan elektrik enerjisi də əmtəə
olaraq, xidmət (iş) kimi bazarda alqı-satqı predmeti ola bilər.
Elektrik enerjisi aktiv və reaktiv hissədən ibarətdir. Ona görə də tam enerji
kompleks, onun reaktiv hissəsi isə xəyali ədədlərlə ifadə edilir. Əmtəə olaraq
bazarda alqı-satqı predmeti əsasən aktiv enerji (bazar münasibətlərində həm də
güc) sayılır. İstehlakçıya reaktiv enerji tələbatına görə, yəni enerjinin xəyali
hissəsinə görə əsas ödənişdən (aktiv hissəyə) başqa, əlavə ödəniş və ya ödənişə
18
əlavə və güzəşt də tətbiq edilə bilər. Bu tədbir izafi reaktiv enerjinin elektrik
enerjisinin keyfiyyət parametrlərinə (sistemdə gərginlik və itkiyə) mənfi təsirini
məhdudlaşdırmaq (tgφ = 0,26) xarakteri daşıyır.
Elektrik enerjisinin alqı-satqısının həyata keçirildiyi elektroenergetika sistemi
elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakını özündə
birləşdirir. Onu da qeyd etməliyik ki, elektroenergetika sistemi elektrik
enerjisinin istehsal-istehlakının ani baş verdiyi, enerjinin saxlanılmasının
mümkünsüzlüyü şəraitində fəaliyyət göstərən sərt əks əlaqəli böyük və
mürəkkəb kibernetik sistemdir.
Bazar fəaliyyətinin əsas prinsipi rəqabət şəraitində istənilən əmtəənin
sərbəst dövriyyəsi və müqavilə əsasında alqı-satqısının, yəni
özgəninkiləşdirilməsinin təmin edilməsini nəzərdə tutur. Lakin ənənəvi
məhsullara xas olan bu şərtlər (sərbəst dövriyyə və özgəninkiləşdirilmə) elektrik
enerjisi üçün istehsal – istehlakın eyni zamanda və ani baş verməsi, əmtəənin
sərbəst hərəkəti, yəni məhsulun istehsalçıdan istehlakçıya ünvanlı yönəldilməməsi,
istehsalçı tərəfindən nişanlanma və başqa məhsullarla keyfiyyətcə müqayisə
edilməsinin mümkünsüzlüyü rəqabət şəraitinin yaradılmasına imkan vermir.
Deməli, elektroenergetikada istehsalçı ilə istehlakçı arasında müqavilədə qeyd
edilən konkret məhsulun mübadiləsi aparılmır və məhsulun keyfiyyəti
istehsalçıdan daha çox ötürücü və paylayıcı şəbəkələrin texniki vəziyyətindən və
sistemdə fəaliyyət göstərən bütün elektrik stansiyalarının paralel iş rejimindən
asılıdır.
Beləliklə, göstərilən bütün bu kimi fərqləndirici cəhətlərinə baxmayaraq,
elektrik enerjisi birbaşa əmtəə kimi, satış üçün münasibdir və onun təbii qaz,
kömür, neft kimi enerji daşıyıcılarından fərqli olaraq, istilik törətmə
qabiliyyətinə, yəni keyfiyyət göstəricisinə görə əlavə qiymətləndirilməsinə
ehtiyac yoxdur. Çünki energetika sisteminə ötürülən elektrik enerjisi elektrik
stansiyaları tərəfindən vahid standartla müəyyənləşdirilmiş keyfiyyət göstəriciləri
daxilində istehsal olunur.
Elektrik enerji bazarı əmtəə bazarlarından kəskin surətdə fərqlənir və burada
alqı-satqı yalnız bu enerji ilə tamamlanmır. Alınmış enerjinin elektrik
stansiyalarından təlabatçılara çatdırılması üçün Sistem Operatoru (SO) tərəfindən
elektroenergetika sisteminin dayanaqlı fəaliyyəti təmin edilməlidir. Bu məqsədlə
SO-nun dayanıqlıqla əlaqədar lazımi sistem xidmətlərini həyata keçirməsi üçün,
elektrik enerjisi ilə yanaşı ehtiyat və balanslayıcı aktiv və reaktiv gücün də
bazarda satış predmeti olması vacibdir. Beləliklə, elektroenergetika bazarında
həm aktiv, həm də reaktiv gücün SO tərəfindən alınması məcburiyyəti yaranır.
Göründüyü kimi, elektroenergetika bazarında alqı-satqı yalnız elektrik
enerjisinin (aktiv hissəsinin) özü ilə bitmir, sistemin dayanıqlı fəaliyyətini təmin
etmək üçün əlavə tənzimləyici şərtlərin gözlənilməsini ortaya qoymuş olur.
Yekun olaraq deyə bilərik ki, elektrik enerjisi maddi əmtəə deyil və onun
xüsusi xidmət kimi bazara daxil edilməsi üçün bu xidmətin keyfiyyət
parametrləri energetika sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz və qənaətli

19
fəaliyyətindən asılıdır. Bu isə SO tərəfindən sistemin tənzimləməni həyata
keçirməsini əsas tələb kimi ortaya qoyur.
Bildiyimiz kimi, enerjinin maddi daşıyıcıları olan təbii qaz, daş kömür, neft
və neft məhsullarının bazarda alqı-satqısı birbaşa bu fiziki yanacaq növləri ilə
aparılır, yəni bu maddi məhsullar çəkisi, həcmi ölçülməklə bazarda maddi əmtəə
kimi çıxış edirlər. Bu növ maddi yanacaqların keyfiyyət göstəricisi kimi, onların
istiliktörətmə qabiliyyəti (kkal/kq.), daşınması və istifadəsinin əlverişliyi nəzərə
alınmaqla hər birinin bazar qiyməti müəyyənləşir.
Elektrik enerjisinin ötürülməsi və paylanmasının kiçik itkilərlə həyata
keçirilməsi, böyük həcmdə toplanma və ən kiçik hissələrə qədər bölünmə
xüsusiyyəti, istifadə zamanı universallığı, yəni istənilən enerji növlərinə asanlıqla
çevrilməsi, ekoloji cəhətdən təmizliyi onu başqa enerji növləri ilə müqayisədə daha
yüksək qiymətləndirməyə əsas verir.
Elektrik və elektron sözləri eyni kökdən olduğundan, elektrik enerjisi
dedikdə elektronların enerjisi nəzərdə tutulmalı və qaz, neft, kömür və s. Enerji
daşıyıcıları kimi, elektron seli də enerji daşıyıcısı rolunu oynamış olur.
Aralıq enerji olmaqla elektrik enerjisinin kəmiyyət göstəricisinin ölçü vahidi
kVt.saatdır və onun hər vahidinin istilik ekvivalenti 860 kkal-yə bərabərdir.
Məhz elektrik enerjisinin miqdarının hesablanmasında istifadə edilən dəyişən
cərəyanın effektiv qiyməti dedikdə, ekvivalent istilik effekti yaradan sabit
cərəyanın qiyməti (ISABİT = Imax /√2) nəzərdə tutulur.
Energetikada aparılmış çoxşaxəli texnoloji və iqtisadi araşdırmalar göstərir
ki, bu sahədə islahatların aparılması və bazar münasibətlərinə keçid, yalnız bu
sahəyə xas olan xüsusi məsələlərin yüksək peşəkarlıqla həllini tələb edir. İslahatlar
zamanı ilk növbədə energetikaya xas olan vahid texnoloji prosesdə fəaliyyət
göstərən təbii inhisarın (ötürmə və paylamanın) rəqabət (istehsal və satış)
sektorundan ayrılması (restrukturizasiyası) vacibdir. Növbəti mərhələdə alqı-satqı
predmeti olan elektrik enerjisi, güc və sahə üzrə xidmətlərin Sistem Operatoru
tərəfindən göstərilməsi (topdansatış, “spot” və balanslayıcı) bazar şəraitinə
uyğunlaşdırılmalı, yəni bu prosesdə yaranacaq iqtisadi və texnoloji problemlər həll
edilməlidir.
Yekun olaraq deyə bilərik ki, elektrik enerjisinə olan hüquqi və iqtisadi
münasibətlər onun real xüsusiyyətlərini düzgün müəyyənləşdirməlidir.
Elektrik enerjisinin istehsal, ötürülmə, paylama və satış (tədavül) prosesləri
“sənaye məhsulu” kimi deyil, öz xüsusiyyətinə uyğun təsbit olunmalı və bu
enerji üzərindəki hüquqlar qanunvericilikdə öz əksini düzgün tapmalıdır.

20
“Dinə əsaslanmayan Elmə
etibar etmək olmaz”.
A.Eynşteyn

3. Varlığı yoxluğunda duyulan ...


Nur, (işıq) görünən elektromaqnit dalğasıdır və elektromaqnit dalğasının
elektrotexnikanın nəzəri əsaslarında elektrik enerjisinin mənbəyi kimi
göstərilmişdir. Qurani Kərimin “Nur” surəsinin 35-ci ayəsində nurla əlaqədar
açıqlamanın energetika üçün də maraqlı olacağını nəzərə alaraq, ayənin elmi-
texniki cəhətdən araşdırılmasına ehtiyac yaranır.
Bu fikir vaxtilə hörmətli akademik, Vasim Məmmədəliyev tərəfindən də
səsləndirilmişdi. Mövzu energetik kimi, məni də maraqlandırdığından bir
müddət məsələ ətrafında araşdırma apardıqdan sonra, özümdə cəsarət tapıb
müqəddəs ayənin izahına cəhd etdim. Əlbətdə ayənin izahında mübahisəli
cəhətlər də çoxdur, lakin hər şeyin doğrusunu bilən yalnız ODUR...

Müqəddəs Qurani-Kərimin “Nur” (24-cü) surəsinin,


35-ci ayəsi:
Allah göylərin və yerin nurudur.
Onun nuru, içində çıraq olan bir taxçaya bənzər.
Taxçadakı o çıraq bir qəndilin içindədir,
o qəndil isə, sanki parlaq bir ulduzdur.
21
O çıraq nə şərqdə, nə də qərbdə olan
mübarək bir zeytun ağacından yandırılır.
Onun yağı özünə od toxunmasa da,
sanki işıq saçır.
O, nur üstündə nurdur.
Allah dilədiyini öz nuruna qovuşdurur.
Allah insanlar üçün misallar çəkir.
Allah hər şeyi biləndir!
Nur nədir..?
“Allah göylərin və yerin nurudur”. Haqq nur yolunu göstərəndir.
Qnostisizmdə Allah nurla eyniləşdirilr. Elmdə nurun əsl mahiyyətinin izahı
böyük çətinliklərlə üzləşdiyindən, işığın (nurun) xüsusiyyətlərinin ikili – həm
dalğa, həm də kvant xassəsinə malik olması kimi, qeyri-müəyyən şəkildə
aydınlaşdırılır. Ayədə nur Yaradanla eyniləşdirildiyindən (görünür Allah kimi
nurun da dərki qeyri-mümkündür) onun elmi izahından danışmaq yəqin ki, əbəsdir
və “Nur” surəsinin bu hissəsi insanlar üçün əbədi olaraq “qaranlıq” qalacaqdır.
Hətta fiziklərin təcrübələrində materiyanı yaradan atomun nədən ibarət
olmasını müəyyənləşdirmək üçün onun sonsuz parçalanması nəticəsində alınan
çoxsaylı “zərrəciklər”in (pozitron, neytrino, mezon, bozon, kvark, antihissəcik,
qlyun və s.) təbiəti insan təfəkkürünü varlıqla yoxluğun sərhəddinə qədər
yaxınlaşdırır. Deməli, dünyanın Allah tərəfindən yoxdan yaradılmasının elmi izahı
çox da uzaqda deyil (məsələn, kütlənin enerjiyə və əksinə çevrilməsinin hələlik
aydın olmayan elmi izahı da bu qəbildəndir).

Nurun yeri, istiqaməti və məqsədi...


“Onun nuru, içində çıraq olan bir taxçaya bənzər”.
Taxça, adətən otağın divarında, döşəmədən müəyyən yüksəklikdə ev
əşyalarını düzmək üçün açılmış və ya tikinti zamanı nəzərdə tutulmuş düzbucaqlı,
ya da başqa bir formada oyuqdur. Quranda nurun bizim adət etdiyimiz kimi,
otağın tavanından asılmış qəndil istiqamətindən (başımızın üstündən) deyil,
günün işıqlı vaxtında olduğu kimi, təbii nurun pəncərə və ya taxça səviyyəsindən
düşdüyü bildirilir. Bu ayədə nurun (tavandan və ya taxçadan) düşmə meylindəki
fərqin hikmətini araşdırmaq gərəkdir. Lakin təbiətdə yer kürəsinin ekvatora yaxın
ölkələrində günəşin günorta zenit nöqtəsində durarkən, onun şüalarının canlı aləmə
mənfi təsiri (bioradiasiya) elmə çoxdan məlumdur.
Taxçanın yalnız qapalı mühitdə (otaqda) olmasını nəzərə alsaq, ayə ehtiyac
duyulan qapalı və qaranlıqların (cəhalət və savadsızlığın) işıqlandırılması
üçün nur mənbəyindən istifadə etməyin yolunu insanlara göstərir.

22
Nur mənbəyinin quruluşu...
“Taxçadakı o çıraq bir qəndilin (camın-şüşənin) içindədir”.
Çıraq nur mənbəyi olmaqla, bizim bildiyimiz elektrik lampasının özü, qəndil
isə çırağın yerləşdiyi qurğudur (светильник) və bütün bunların taxçada olduğu
bildirilir.
Quran ayəsində bizim hələ də bəzən fərqinə varmadığımız çiraq (lampa) və
qəndil (светильник) necə də aydın tərzdə bir-birindən fərqləndirilir.
Çırağın konstruktiv cəhətdən ayədə təsviri, Amerika alimi Edison tərəfindən
150 il bundan əvvəl kəşf edilmiş elektrik lampasının quruluşu ilə eynidir, yəni
közərən volfram telin (spiralın) havada oksidləşərək sıradan çıxmasının qarşısını
almaq məqsədilə onun camın (şüşə kolbanın) içərisində yerləşdirilməsi hələ VII
əsrdə söylənilmişdir. Görünür əsrlər keçdikcə insanların zehni qavrayışının inkişafı
“Qurani Kərim”in çoxsaylı elmi açıqlamalarını tədricən dərk etməyə imkan
verəcəkdir.
Maraqlı cəhət ondan ibarətdir ki, cəmiyyətdə gedən sürətli elmi-texniki
inkişaf yeni yaradılan hər bir texniki konstruksiyanı az bir zaman ərzində müxtəlif
formaya və çoxsaylı dəyişikliyə məruz qoyduğu halda, ayədəki lampanın “Cam
içi” əsas prinsipi bütün işıq mənbələri üçün dəyişilməz qalmaqdadır. Hətta son
elmi nailiyyətlərə, qazlarda elektrik boşalması prinsipinə əsaslanan müasir və ən
effektiv elektrik işıq mənbələri də “Nur” surəsinin 35-ci ayəsində göstərilən
konstruktiv “Cam içi” çərçivəsindən kənara çıxmamışdır. LED (diod) tipli
lampalar isə hələlik son konstruktiv formasını almamışdır.

Nur mənbəyinin təsviri...


“O qəndil isə sanki parlaq bir ulduzdur”.
Doğrudan da qəndildə şüşə kolba içərisində yerləşdirilən volfram tel (lampa)
közərərkən sanki gözqamaşdırıcı parlaq ulduza (günəşə) bənzəyir, xüsusən kənd
yerlərində (təmiz hava şəraitində) uzaqdan bu lampaların sayrışan ulduzları
xatırlatdığını hamımız dəfələrlə müşahidə etmişik. Ayədəki bu gözəl bənzətmə
sanki insanların şüurunu yeniliyə istiqamətləndirir və onlarda nur mənbəyi
haqqında təsəvvür yaradır.

Nurun yeri və mənbəyi...


“O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından
yandırılır”.
Ayədə bu nurun şərqdən çıxaraq qərbdə batan günəşdən asılı olmadığını,
müstəqil mənbədən – zeytun ağacından qidalandığına işarə edilir və eyni zamanda
burada zeytun ağacı nur mənbəyi kimi müqəddəsləşdirilir (mübarək).
Zeytun ağacının nurun yaranmasındakı rolunu aydınlaşdırmaq üçün aşağıda
“elektrikin” tarixi inkişafını qədim zamanlardan izləyək.

23
“Elektrik” haqqında tarixi faktlar...
- “Onun yağı özünə od toxunmasa da sanki işıq saçır”
Ayədən göründüyü kimi, od yağa toxunmur, lakin yağ nuru yaradan mənbə
kimi göstərilir deməli, ayədə nurun zeytun yağının birbaşa yandırılması ilə deyil,
işığın (nurun) yaranmasında enerji mənbəyi kimi istifadəsinin tam başqa bir yolla
mümkünlüyü açıqlanır. Bu hikmətin mənasını ayənin nazil olma tarixinə qədər
işıqla əlaqədar insanlara məlum olan praktiki təcrübəyə istinad etməklə izah edək.
Qədimdə insanlar elektrik (ebonit – elektron və elektrik sözlərinin
etimologiyası kimi) haqqında müəyyən ilkin praktiki anlayışlara malik idilər. Belə
ki, ebonit çubuğun yuna sürtülməsi mənfi, şüşə çubuğun isə ipəyə sürtülməsi
nəticəsində müsbət yüklənməsi məlum idi. Bu üsulla alınmış elektrik yüklü şüşə və
ebonit çubuqları bir-birinə yaxınlaşdırdıqda qığılcımlı elektrik boşalması yaranır
ki, bu qığılcım nəticəsində qaranlıqda işıq-nur almaq mümkün idi.
Qədim Misirdə aparılan arxeoloji qazıntılar zamanı zeytun yağı ilə
doldurulmuş və latun çubuqlarla (elektrodlarla) təchiz edilmiş kip bağlı keramik
küplər aşkar edilmiş, lakin bu küplərin insanlar tərəfindən hansı məqsədlərlə
istifadə edilməsi aydınlaşdırılmamış qalırdı. Lakin son dövrdə bu küplərin elektrik
yüklərini toplamaq üçün kondensator-akkumulyator rolunu oynaya biləcəyi barədə
fikirlər söylənilmişdi.
İlk dəfə işıq-nur mənbəyi oxşar yolla rus alimi Yabloçkov tərəfindən
yaradılmışdır. Belə ki, elektrik enerjisinin gərginliyini xüsusi yüksəldici
transformatorların köməyi ilə yüksəldərək, kömür elektrodların ara məsafəsində
dayanıqlı elektrik boşalması almışdır. Lakin bu üsul o qədər də effektli deyildi,
çünki kömür elektrodlar açıq havada tez bir zamanda yanaraq (oksidləşərək)
sıradan çıxırdı.
Yuxarıda qeyd etdiyimiz kimi, XIX əsrin ikinci yarısında Amerika alimi
Edison bu üsulu daha da təkmilləşdirərək, kömür elektrodları volfram közərmə teli
ilə əvəz etməklə, onu şüşə kolbanın içərisində yerləşdirdi və bununla müasir
közərmə lampasını yaratmış oldu.
Göründüyü kimi, işıq-nur mənbəyi olan çıraq-lampa Edison tərəfindən “Nur”
surəsinin 35-ci ayəsində göstərilən “Cam içi” konstruktiv prinsipinə oxşar
mükəmməlləşdirilmişdi.
Yekun olaraq deyə bilərik ki, “Nur” surəsinin 35-ci ayəsində işığın (nurun)
alınması üçün üç əsas məsələ aydinlaşır:
1. İşığı-nuru yaradacaq çırağın (lampanın) konstruksiyası və müəyyən
dərəcədə iş prinsipi - şüşə kolba içərisində yerləşdirilmiş (“cam içi”)
elektrodların köməyi ilə elektrik boşalması nəticəsində (parlaq ulduz) işığın
alınması;
2. Günəşdən asılı olmayan müstəqil enerji mənbəyi-zeytun ağacı (yağı) –
müstəqil elektrik mənbəyi kimi, yəni elektrik yükünü ebonit və şüşə çubuqlar
vasitəsi ilə toplayacaq zeytun yağı ilə doldurulmuş latun elektrodlu keramik
küplərdən (elektrik akkumlyatorundan) istifadə;

24
3. Çırağın yağa toxunmadan işıq saçması – yəni elektrik enerjisinin məsafədən
ötürülməsini o dövrün tarixi təcrübəsinə əsaslanaraq aşağıdakı kimi izah
etmək olar. Elektrik enerji mənbəyi kimi zeytun yağı ilə dolu keramik
küplərdən (elektrik akkumlyatoru) istifadə edərək, onları sxematik ardıcıl və
ya paralel birləşdirməklə, lazımi gərginlik həddinin və cərəyan şiddətini
alaraq çırağın (lampanın) yanması üçün onun elektrodlarında elektrik
boşalması yaradılır.

Nəticə:
1. “Qurani-Kərim”in 24-cü surəsinin 35-ci ayəsində insanlara nurun müstəqil
surətdə alınmasına – elektrik enerji mənbəyi (zeytun yağı) və çırağın camın, yəni
şüşənin içərisində qəndildə yerləşdirilməsinə istiqamət verilir.
2. İfrata varmadan deyə bilərik ki, ayədə müasir elektroenergetika (elektrik
enerjisinin mənbəyi, ötürməsi və elektrik tələbatçısı) haqqında təsəvvürün
formalaşması üçün ilkin məlumatlar mövcuddur:

-Elektrik enerjisinin müstəqil mənbəyi – nə şərqdə , nə də qərbdə olan


mübarək bir zeytun ağacı...”.
-Elektrik enerjisinin məsafədən ötürülməsi – özünə od toxunmasa da
sanki işıq saçır.
-Elektrik enerji tələbatçısı- o çıraq bir qəndilin içindədir.

Allah dilədiyini öz nuruna qovuşdurur.


Allah insanlar üçün misallar çəkir.
Allah hər şeyi biləndir !

25
4. Sayana-Şusenski SES-də baş vermiş qəzanın
yaranma ehtimalı və bu tip SES-lərdə gözlənilən
potensial texnogen fəlakətlərin qarşısını necə almalı?
İri və böyük güclü SES və HAES-lərdə geniş miqyaslı qəzalar əsasən iki
səbəbdən baş verə bilər:
1. Layihə - tikinti işlərinin qeyri-mükəmməlliyi;
2. Texniki istismar qaydalarının pozulması;
2009-cu ildə Sayana-Şusenski SES-də baş vermiş iri miqyası texnogen fəlakət
göstərdi ki, dünyada hal-hazırda istismar edilən SES və HAES-lərdə SK
rejimində işləyən Fransis (radial-ox) tipli turbinlər qəza mənbəyi ola bilər.
Belə ki, Rusiya Federasiyasının (RF) Energetika Sisteminin ən güclü Sayana
– Şuşenski Su Elektrik Stansiyasında 17 avqust 2009-cu il tarixində baş vermiş
qəza nəticəsində 2 saylı Hidroaqreqat (turbin Fransis çətir tiplidir) tamamilə
dağılmış, 1 və 3 saylı HA-lar isə ciddi zədələnmiş, maşın zalını su basmış və
binanın damının bir hissəsi dağılmışdı. Nəticədə 76 nəfər ölmüş və qurğuya 10
milyard rubldan çox maddi ziyan dəymişdi.

Sayana – Şuşenski SES qəzadan əvvəl

26
4.1. Qəza ilə əlaqədar Rusiya Federasiyasının
Dövlət Komissiyasının rəsmi versiyası
Sayana – Şuşenski SES-də baş vermiş qəzanın yaranma səbəblərini araşdıran
Rusiya Federasiyasının Dövlət Komissiyasının rəsmi versiyası qəzadan bir neçə
ay sonra açıqlanmışdır.
Baş vermiş qəzanın yaranma səbəbi 2 N-li hidroaqreqatın turbininin
yastığında normadan artıq mexaniki döyüntünün (вибрация) yaranması
nəticəsində (elektrik stansiyalarının istismar qaydalarının 3.3.12 bəndinə əsasən
turbinin 150 dövr/dəq fırlanma sürətində döyüntünün buraxıla bilən həddi k=0,16
mm-lə məhdudlaşdırılmalıdır) turbinin üst qapağı qopmuş və nəticədə spiral
kamerasındakı təzyiq altındakı su maşın zalına keçərək, orada yerləşən
avadanlıqların elektrik dövrələrində qısa-qapanma yaratmışdır.

Sayana – Şuşenski SES qəzadan sonra


4.2. Sayana – Şuşenski SES haqqında qısa məlumat.
“Sayana- Şuşenski SES” ASC , RF-nin “Rusiya VES”-in (vahid energetika
sistemi) 14.01.1993-cu il tarixli 4P nömrəli sərəncamı ilə yaradılmışdır.

Qoyuluş gücü: 6400 MVt - Sayana – Şuşenski SES


312 MVt - Maynskiy SES
Ümumi gücü: 6712 MVt-dır.

27
Xakasiya Respublikasının cənubi-şərqində Yenisey çayı üzərində tikilmiş
Sayana – Şuşenski SES-dən çıxan suyun tənzimatı üçün çayın aşağı axarında
Maynski hidroqovşağı tikilmişdir.
Sayana – Şuşenski SES dünyanın ən böyük hidroelektrik stansiyalarından biri
olmaqla, qoyuluş gücü 6,4 mln. kVt, orta illik elektrik enerji istehsalı 22,8 mlrd.
kVt saata (Azərbaycanın bütün istehsalına) bərabərdir.
2 № li HA qəzadan sonra

Maşın zalı qəzadan sonra

28
Sayana – Şuşenski SES-in su bəndinin təzyiq cəbhəsinin hündürlüyü 245 m,
uzunluğu 1074,4 m, eni özüldə 105,7 metr olan, tağvari beton-qravitasiya tiplidir.
Hər birinin gücü 640 MVt-lıq 10 hidroaqreqatdan ibarətdir və 11 sutullayıcı
aralığa malikdir. Su anbarının sahəsi 621 km2 (Mingəçevir su anbarına bərabər),
tam həcmi 31,3 km3 (Mingəçevir su anbarından iki dəfə böyük), faydalı həcmi isə
15,3 km3 təşkil edir.
Əsas güc avadanlığı olan generatorlar Leninqrad “Электросила” zavodunda
hazırlanmış, nominal gücü 640 min. kVt, gərginliyi 15,75 kV, dövrlər sayı
142,8 d/dəq-dir. HA çətir tipli olmaqla, fırlanan hissələrin bütün ağırlığını üzərinə
götürən dabanlıq turbin qapağında, istiqamətləndirici yastıq isə yuxarı
krestavinanın mərkəzində yerləşdirilmişdir.
Generatorla eyni val üzərində təsirləndirici generator və turbinin surətini
tənzimləyən, elektrohidravlik sistemi qidalandıran taxogenerator yerləşdirilmişdir.
Hidroturbinin tipi Francis, yəni radial-oxlu PO – 230/833-0- 677 olmaqla,
175-220 metr su təzyiqində işləmək üçün nəzərdə tutulmuşdur. Faydalı iş əmsalı
η = 95,8 % , maksimal 720 MVt gücə malikdir. Turbin“Ленинградский
Металлический завод”da hazırlanmış və işçi həlqəsinin diametri 6,77 m, çəkisi
– 156 ton-dur.
4.3. Qəzanın ehtimal olunan fərqli versiyası
Hesab edirik ki, qəzadan əvvəl Sayana – Şuşenski SES-də gücü 640 MVt
olan 2 №-li HA SK rejimində işləyirmiş, yəni generator yüksüz fırlanır və yalnız
mexaniki sürtünmə müqavimətini dəf etmək üçün energetika sistemindən kiçik
aktiv güc götürürmüş. Sistemin gərginliyini normal səviyyədə saxlamaq məqsədilə
generator təsirlənmə cərəyanının müəyyən qiymətində sistemə reaktiv güc verirmiş
( bax-vektor diaqramında SK-B1 nöqtəsi).

Generatorun vektor diaqramı

29
Bu rejimdə təzyiq borusunun disk tıxacı bağlanır, turbinin suda fırlanmsına
olan müqaviməti azaltmaq məqsədilə turbinin kürəklərinin altında, yəni sorucu
borudan 20 atm-lik hava təzyiqinin köməyi ilə su sıxışdırılaraq səviyyəsi
kürəklərdən aşağı salınır. Beləliklə, turbin suya toxunmadan müqavimətsiz hava
mühitində generator rejimində olduğu istiqamətdə fırlanır.
Qəzaya səbəb – SES-də hidroaqreqat göstərilən sinxron kompensator rejimdə
işləyərkən, turbindən aşağıda, sorucu boruda kompressor sisteminin köməyi ilə
avtomatik saxlanılan hava təzyiqinin itməsi ola bilər.
Nəticədə suyun səviyyəsi qəflətən yuxarı qalxaraq, sürətlə fırlanan (142,8
d/dəq.) turbinin kürəklərinə aşağıdan təsir edir və şaquli-yuxarı istiqamətlənmiş
çox böyük basqı qüvvəsi yaradar.
Sorucu boruda suyun qalxmasına turbinin fırlanma istiqaməti imkan
verməyərək suyun yolunu bağlayacaqdır və nəticədə kürəklərin arasına daxil ola
bilməyən suyu kürəklər geri basacaqdır.
Bildiyimiz kimi, normal halda Francis tipli turbinlər generator rejimində
işləyərkən, fırlanmanın istiqaməti suyun spiral kamerasından radial istiqamətdə
kürəklərin arasına daxil olaraq, kinetik və potensial basqı enerjisini turbinə
verdikdən sonra, hərəkətini aşağı valın oxu istiqamətində dəyişərək turbini tərk
edir. Qəzanın yaranması, suyun əks istiqamətdə, yəni turbinə aşağıdan – sorucu
borudan valın oxu istiqamətində yuxarı daxil olması və fırlanan turbinin
kürəklərinin (aşağı hissənin əks əyriliyi səbəbindən) suya güclü əks-təsiri
nəticəsində baş verə bilər. Turbinin nominal fırlanma sürətində (142,8 dövr/dəq)
demək olar ki, suyun pərlərin arasına daxil olması mümkün olmadığından, suyun
yolu tam bağlanacaqdır (sxemə bax).
Hidroaqreqat eninə kəsikdə

30
Beləliklə, turbinin kürəkləri mövcud fırlanma istiqamətində (SK və generator
rejimində eyni istiqamətdədir) aşağıdan daxil olan suyu əks istiqamətdə aşağı
basmaqla, hidroaqreqatın valında əks tormozlayıcı müqavimət qüvvəsini
artıracaqdır. Bu şəraitdə hidroaqreqatın fırladıcı momenti də sürətlə (kvadratik)
artacaqdır. Nəticədə generator kompensator rejimindən elektrik mühərriki rejiminə
keçəcəkdir (vektor diaqramında 2-ci nöqtə). Yaranmış yeni rejimdə HA
energetika sistemindən sürətlə artan əlavə aktiv güc almaqla, suya olan müqavimət
momentini və uyğun olaraq basqı qüvvəsini dəfələrlə artıracaqdır.
Nəzərə alsaq ki, suya təzyiq çox böyük gücə (Pmax = 720 MVt) malik olan
elektrik mühərriki rejiminə keçmiş aqreqat tərəfindən həyata keçirilmişdir, onda
2,7 min ton ağırlığında HA-nın fırlanan rotorunun yerindən qaldırması və yuxarı
atılaraq, SES-ın əsas binasının damını deşməsini təsəvvür etmək o qədər də çətin
olmaz. Bu zaman sorucu borudan təzyiq altında çıxan suyun maşın zalına daxil
olaraq, iki kənar (№1, 3) hidroaqreqatın elektrik dövrələrini qısa-qapaması və
nəticədə onların da sıradan çıxması baş verən bu hadisənin fiziki davamıdır.
Nəzərə alınmalıdır ki, turbinin nominal (n = 142,8 d/dəq) fırlanma sürətində
onun kənar perimetrində yaranan xətti sürət 100 km/saatdır. Francis tipli turbin
üçün xarakterik olmayan suyun əks istiqamətdə təsiri, yəni aşağıdan sorucu
borudan daxil olan suyun fırlanan turbinin aşağı səthinə təzyiq göstərməsi, turbini
suyu sorucu borudan basıb aşağı biefə çıxarması istiqamətində böyük qüvvə ilə
işləməyə məcbur edir. Bu təsir qüvvəsini hesablasaq diametri D=6,7m olan
turbinin kürəklərinin aşağıdan su ilə təmas səthinin 35,0 m2 (350 000 sm2)
olduğunu və kürəklərin n = 142,8 dövr/dəq sürətində turbinə aşağıdan yalnız
suyun basqı qüvvəsinin 7,65 min tondan çox olduğu məlum olar. Əgər bu qüvvəyə
hərəkətdə olan suyun hidrozərbəsi də əlavə edilərsə, onda HA-nın fırlanan
hissəsinə aşağıdan yuxarı istiqamətlənmiş daha böyük qüvvənin (115 min ton)
təsir etdiyi məlum olar. (Hesabat əlavə edilir)

Nəticə:
Qəzanı yaradan səbəb qeyd etdiyimiz kimi, SK rejimində turbinin aşağısında,
sorucu boruda yaradılmış 20atm hava təzyiqinin itməsi nəticəsində yarana bilər.
Bu isə əsasən təzyiqi yaradan kompressor, boru və avtomatika sistemində yaranan
texniki nasazlıq və ya operativ heyyətin səhvi nəticəsində ola bilər.
Bütün SES və HAES-lərdə HA-ın SK rejiminə keçirilməsi turbinin əks
istiqamətdə fırladılması ilə həyata keçirilərsə, onda hava təzyiqinin itməsi
nəticəsində sorucu borudan şaquli ox istiqamətində qalxan su turbinin kürəklərinin
arasından heç bir basqı qüvvəsi yaratmadan asanlıqla yuxarı qalxaraq turbinə
tormozlayıcı təsir göstərər və bunun nəticəsində mühərrik rejiminə keçən
generator artıq yüklənmədən mühafizə sisteminin köməyi ilə şəbəkədən
zədələnmədən açılar. Bununla, qəza nəticəsində gözlənilən fəlakəti yaradacaq
qəzanın baş verməsinin qarşısı alınmış olar.

31
Texniki-normativ sənədlərdə bəzi dəyişikliklər
edilməsi barədə təkliflər:
SES-lərdə hidroaqreqatların əməliyyatçı heyyət tərəfindən göstərilən SK
rejiminə keçirilməsi “Elektrik stansiya və şəbəkələrinin texniki istismar
qaydaları”nın (2003-cü il, rus dilində) 3.3.5 bəndinə uyğun icra olunur.
Qaydalara əsasən hidroaqreqat SK rejimində işləyərkən turbinin işçi çarxı
sudan azad olunmalıdır, yəni sıxılmış hava ilə sorucu borudan su sıxışdırılaraq
turbinin kürəklərindən aşağı səviyyəyə salınmalıdır.
“Fransiz” tipli turbinlər quraşdırılmış SES-lərdə HA-ların normal SK
rejiminə keçidini təmin etmək üçün generatorun birinci elektrik dövrələrində faz
çeviricisinin quraşdırılması, yəni cərəyanın faza ardıcıllığının dəyişdirilməsi
vacibdir. Bu halda SK rejimində turbin əks istiqamətdə fırlanar və ekstremal
şəraitdə turbinin suya əks təsiri vertikal ox üzrə dağıdıcı qüvvə yaratmır. Bu
zaman turbin kürəklərinin su ilə təması turbində böyük tormozlayıcı qüvvə
yaradacaq ki, bu da generatoru (SK) elektrik mühərrik rejiminə keçirəcək və onu
ifrat elektrik yüklənməsindən mühafızə sisteminin işləməsi nəticəsində elektrik
şəbəkəsindən təhlükəsiz açacaqdır.

1. “Elektrik qurğularının quruluş qaydaları”na:


5.2.8 bəndinə - “generatorun sinxron kompensator rejimə keçirilməsi ilə
əlaqədar əlavə qurğuların quraşdırılması texniki-iqtisadi hesablamalarla
əsaslandırılmalıdır” əvəzinə “generatorun sinxron kompensator rejimə
keçirilməsi ilə əlaqədar, əlavə qurğuların quraşdırılması təhlükəsizlik və
texniki-iqtisadi hesabatlarla əsaslandırılmalıdır ” kimi dəyişdirilsin.

2. “Elektrik stansiya və şəbəkələrinin texniki istismar qaydaları”na:


“Hidroturbin qurğuları” bölməsinə:
- SK rejimində işləməsi nəzərdə tutulan bütün hidrogeneratorların
elektrik dövrələrində faz çeviricisinin quraşdırılması bəndi əlavə edilsin;

3. Yeni layihələndirilən SES-Iərin hesabatlarına:


- HA-ların SK rejimində sorucu boruda hava təzyiqinin itməsi
nəticəsində yarana biləcək tormozlayıcı qüvvənin turbin və bütöv HA üzrə
mexaniki hesabatı (turbin, val və sorucu boruda) aparılsın və bu hesabatın
nəticəsinə uyğun mühafizə sistemləri seçilsin;

4.4. Sayana-Şuşenski SES-də baş vermiş qəza nəticəsində


yaranan hidrodinamiki zərbənin hesabatı
Qəzanın yaranınasına səbəb, turbinin suya toxunmadan müqavimətsiz
fırlanmasını təmin edən hava təzyiq boru sisteminin, kompressor qurğusunun, və ya
avtomatik sistemin işdən çıxması ehtimal olunur.

32
Şəkil-1. Francis tipli Hidroturbin

Bu zaman su kütləsi sorucu boruda aşağıdan yuxarı hərəkət etməklə kiçik


zaman ərzində təzyiqin qiymətcə kəskin artması nəticəsində hidravlik zərbə
yaradır. Bu zaman artan təzyiq və ya zərbə təzyiqi aşağıdakı düsturla tapılır [1].

∆𝒑𝒑 = 𝝆𝝆𝝆𝝆𝑪𝑪𝒛𝒛 (1)

Burada p-suyun sıxlığı, p=1000 kq/m3; ϑ -suyun sürəti, m/san; Cz-zərbə


dalğasının yayılma sürətidir, m/san.

33
Şəkil-2. Hidroturbin, sorucu boru və aşağı biefin sxemi:
1-hidroturbin,
2- istiqamətləndirici aparat,
3-sorucu boru,
4-aşağı bief.

Suyun hidroturbinə doğru hərəkət sürətini Bernulli tənliyinə görə təyin edirik [2].

(2)

Burada z1, z2-su səviyyələrinin şərti üfüqi müstəvidən hansı məsafədə


yerləşdiyini göstərir. Buna həndəsi hündürlük və ya həndəsi (statik) basqı deyilir.
Üfüqi müstəvi müqayisə müstəvisi adlanır, m; p1 , p2 –su səviyyələrindəki
təzyiqlər, (Pa); g-sərbəstdüşmə təcili, m/san2; a1, a2 –kinetik enerjinin və ya sürətin
paylanmasının Koriolis əmsalı adlanır. Canlı kəsiyin bütün nöqtələrində sürət eyni
olduqda aı=a2=l; hi-axının xüsusi itki enerjisidir (hi=0).
Zərbə dalğasnın yayılma sürəti [1]

(3)

Burada e-suyu nəql edən borunun elastikliyini xarakterizə edən əmsaldır;


d- suyu nəql edən borunun diametri, (mm); δ- suyu nəql edən borunun
divarının qalınlığıdır (mm).
Hidravliki zərbədən sonrakı ən böyük təzyiq

(4)

Hidroturbinin alt səthinin sahəsini aşağıdakı düstur ilə hesablayırıq:

(5)

Burada Dt – hidroturbinin alt səthinin diametridir (Dt=6,7m).

(3) düsturunda ifadəsinin qiymətinin az olduğuna görə onun qiymətini


“0” götürərək, zərbə dalğasının yayılma sürəti:

34
Bernulli tənliyindən (2) istifadə edərək, suyun hidroturbinə doğru qalxma
sürətini hesablayaq:

Buradan

Məlumdur ki, hidroturbinin fırlanması zamanı hidroturbin kürəklərinin (suyun


sıxma effekti) səthi üzrə su hissəciklərinin aldığı xətti sürət aşağıdakı düsturla
təyin oluna bilər

Şəkil-3.

Hidroturbin kürəklərinin səthi üzrə su hissəciyinin hərəkət sürətinin təyini


sxemi:

Burada n-hidroturbinin dövrlər sayıdır, (142 dövr/dəq).


İndi isə hidroturbinin şaquli oxu istiqamətində sürətini hesablayaq (basqı).
Hidroturbinin kürəklərinin sayı Np=17, kürəklərin ucları üzrə hidroturbinin işçi
çarxının çevrəsinin uzunluğu D=6,7m:
lt=π·D=3,14·6,7=21,038 m

Su hissəciyinin hər bir kürəyin səthi üzərində sürüşmə yolunun uzunluğu

lt 21,038
Lp= = =1,24 m
Np 17

35
Şəkil 3-ə əsasən

ℎ𝑝𝑝 0,2
tgα= = = 0,16
𝑙𝑙𝑝𝑝 1,24

𝜕𝜕𝜕𝜕
= tgα olduğundan ux= νy x tgα=50 x 0,16=8 m/san
𝜕𝜕𝜕𝜕
Suyun hidroturbinə doğru qalxma sürətilə νx sürətinin istiqamətləri əks
olduğundan, suyun hidroturbinə görə nisbi sürəti u„=l»x+l>2=8+15=23 m/san
Onda (1) düsturundan

∆p=ρϑC2=1000∙23∙1424=32752 kN/m2=333,8 atm

Səviyyə fərqi
Δh=222-210=12m olduğundan p0 =l,2 atm qəbul edirik. Onda max təzyiq

pmax=p0+∆p=1,2+333,8=335atm=32863,5 kN/m2

Hidroturbinin alt səthinin sahəsi

Onda hidroturbinin alt sahəsinə təsir edən qüvvə


F= s·pmax=35,2·32863,5=1156795,2 kN= 15 679,52 t
Göründüyü kimi hidroturbinin alt hissəsindən ona 115,7 min ton qüvvə təsir
edir. Bu qüvvə hidroaqreqatın 2,7 min ton ağırlığında fırlanan hissəsinin yerindən
bərkidici hissələrini qopararaq şaquli istiqamətdə yuxarı atılması üçün kifayət
edər.

PS: Sayana - Şuşenski SES Mingeçevir Su Elektrik


Stansiyasının tikinti təcrübəsindən istifadə edilərək inşa edilmiş, ona görə də
həm bəndin quruluşunda həm də avadanlıqların seçilməsində oxşar cəhətlər
çoxdur. Hər iki SES-də istifadə edilən turbinlər “Fransis” tipli olmaqla işçi çarxın
diametri təxminən 1,5 dəfə fərqlənir. Sayana-Şuşenski SES-də baş vermiş uyğun
qəzanın Mingəçevir SES-də baş verməsi HA-ların mövcud istismar rejimlərində
mümkün deyil. Elektrik stansiyalarının qüvvədə olan istismar qaydalarında HA-
ların SK rejiminə keçirilməsi üçün işçi çarxdan su hava təzyiqi ilə sıxışdırılaraq
çıxarılmalı və yalnız bundan sonra müqavimətsiz şəraitdə baş verməlidir. Lakin bu
qaydalar “Azərenerji” ASC tərəfindən gözlənilmir və HA SK rejimində su ilə
36
fırladılır. Bu isə öz növbəsində su ehtiyatlarından qeyri – səmərəli istifadəyə
səbəb olur. Nəzərə alsaq ki, 60MVt gücündə HA-ın yüksüz işləməsinə 20m3/ san
su sərf olunur (Şəmkir SES-də bu rəqəm dəfələrlə çoxdur), onda SK rejimində
işləyən HA-lardan il ərzində boş yerə faydasız axıdılan suyun həcmi bir milyard
m3 -dən çoxdur. Bu isə Şəmkir SES-in su anbarının həcminə yaxındır.
İstismarla əlaqədar vaxtilə Mingeçevir SES-də başqa tipli qəza hadisələri
baş vermişdi. Son qəza hadisəsi 22 sentyabr 1992-ci il tarixində səhər saatlarında
stansiyanın əsas binasının özül hissəsində yerləşən, sızan suları kənarlaşdıran nasos
qurğularında baş vermişdir. Belə ki, sızan suları kənarlaşdıran nasos qurğularından
işdə olan nasosun avtomatika sistemində yaranmış nasazlıq səbəbindən nasos işə
düşməmiş, suyun səviyyəsi normadan yuxarı qalxmış, lakin ehtiyat nasos da işə
düşməmişdir. İki hadisənin üst-üstə düşməsi şübhə yaratsa da hadisə texniki
cəhətdən tam araşdırılmadı. Digər tərəfdən bütün bu nasazliqlar növbətçi operativ
heyətin səhlənkarlığı - avadanlığa vaxtaşırı baxışın keçirilməməsi nəticəsində baş
vermişdir. Əsas binada suyun səviyyəsinin sürətlə qalxmasının qarşısını almaq
məqsədilə, yuxarı biefdə su qəbuledicinin derevasiya təzyiq borularında (D =
5,4m; P = 6atm) bütün 6 qapı qəza vəziyyətində salınmış, sızan suların həcmi
qismən azaldılmışdı. Bütün HA-lar dayandırıldığından və normal elektrik təchizat
sxeminin əməliyyat heyyəti tərəfindən bərpası gecikdirildiyindən, stansiyanın
xüsusi sərfiyyatı müvəqqəti itmişdi. Əsas binada suyun səviyyəsinin durmadan
qalxması stansiyanın ən təhlükəli - kabel təsərrüfatında qısa qapanmalara və sonra
isə idarə mərkəzinin su ilə dolmasına və stansiyanın uzun müddət işdən çıxmasına
səbəb ola bilərdi. Kürün səviyyəsindən 15 metr aşağıda yerləşdiyindən göstərilən
qurğuların təhlükəsizliyini təmin etmək üçün təcili sızan suların əsas binadan
kənarlaşdırılmasını təmin etmək lazım idi. Elektrik enerjisi olmadığından o zaman
şəhər kommunal təsərrüfatında istifadə edilən, daxili yanma mühərrikli “Əndican”
tipli su nasoslarından istifadə etmək məcburiyyəti yarandı. Beləliklə, xarici mühitlə
əlaqəsi olmayan zirzəmidə artan dəm qazı şəraitində qəzanın aradan qaldırılması
getdikcə çətinləşirdi. Ona görə də təcili elektrik enerjisi bərpa edilməli idi. Digər
tərəfdən su səviyyəsinin artım sürəti müəyyən qədər azalsa da, təhlükə qalırdı və
onun aradan qaldırılması üçün vaxt da gözləmirdi. Böyük çətinliklərdən sonra
stansiyanın xüsusi sərfiyyatı bərpa edildi, daxili yanma mühərrikli su nasosları
elektrik su nasosları ilə əvəz edildi. Bir neçə gün aparılan gərgin mübarizədən
sonra suyun artım səviyyəsini stabilləşdirərək, tədricən aşağı salmaq mümkün
oldu.
Gələcəkdə belə subasma hallarının qarşısını almaq məqsədilə Mingəçevir
SES-də isçi və ehtiyat su nasoslardan əlavə, əsas binanın su basmayan yuxarı
səviyyəsində əlavə su nasosu və ehtiyat elektrik enerji mənbəyi kimi, elektrik
generatoru quraşdırıldı.

37
5. Yeni texnologiyalar

5.1. Hidroakkumulyasiya Elektrik Stansiyasının (HAES)


İstilik Elektrik stansiyalarında (İES) yanacaq qənaətinə
təsiri

HAES-in inşası üçün bir-birindən hündürlükləri ilə fərqlənən iki su


anbarının yaradılmasına imkan verən relyef seçilməlidir. SES-lərdən fərqli olaraq
HAES-lərdə su anbarı üçün böyük torpaq sahəsi və su bəndi üçün iri həcmli
investisiyalar tələb olunmur.
Əsaslı vəsait qoyuluşuna qənaət etmək üçün təbii relyefə uyğun su
anbarlarının yeri və həcmi elə seçilməlidir ki, onların yaradılması üçün əlavə
bəndin tikintisinə az əmək və vəsait sərf edilsin.
SES-in tikintisində yaranan ekoloji mənfi hallar – şoranlaşma, qrunt suları və
bataqlıq yaranması kimi problemlər HAES-də yaranmır.

HAES-in layihələndirilməsi prosesində onun əsas parametrləri – normal


basqı səviyyəsi (NBS), ölü həcminin səviyyəsi (ÖHS), aşağı və yuxarı su
hövzələrinin faydalı həcmi və qoyuluş gücü müəyyənləşdirilməlidir. Qalan
parametrlər – təzyiq, elektrik enerjisinin istehsalı, istehlakı və s. seçilmiş əsas

38
parametrlərdən asılıdır. HAES-in bu əsas parametrləri layihədən əvvəl qoyulacaq
investisiyalar üzrə aparılacaq TİƏ-də müəyyənləşdirilir.
İlkin olaraq NBS-in bir neçə səviyyə variantlarında yuxarı su hövzəsinin
faydalı akkumulyasiya həcmi müəyyənləşdirilir. Faydalı həcmin həddi
HAES-in tikiləcəyi sahənin topoqrafik və geoloji şəraitindən asılı olmaqla,
energetika sisteminin yük qrafikinə uyğun suyun akkumulyasiya siklinin
sutkalıq, həftəlik və ya mövsümü olmasından asılıdır.
Beləliklə, seçilmiş faydalı akkumulyasiya həcminə uyğun HAES-in faydalı iş
əmsalı, təzyiqinə uyğun seçiləcək aqreqatların generator və nasos rejimlərində
elektrik enerjisinin istehlak – istehsal həcmi müəyyənləşdirilir.
HAES-də elektrik enerjisinin istehsal – istehlak həddindən asılı olaraq iş
rejimi energetika sisteminin perspektiv yük qrafikinin müvafiq zonasında
yerləşdirilməklə müəyyənləşdirilir.
Energetika sisteminin güc balansında iştirak edəcək işçi güc (PHAES)
müəyyənləşdirildikdən sonra, təzyiqin dəyişmə həddi daxilində turbin-nasos
rejiminə uyğun əsas avadanlığın tipi, sayı və qoyuluş gücü müəyyənləşdirilir.
Qış yük qrafikinin pik gücünə uyğun olaraq (Ppik= 3500 MVt) energetika
sisteminə lazım olacaq HAES-in ilkin gücünün (10 ÷ 12%) 360 MVt həddində
olduğunu qəbul etməklə bəzi ümumi parametrləri müəyyənləşdirək. HAES-in iş
prinsipi SES-ə yaxın olduğundan, “Mingəçevir” SES-in güc həddini və
hidroaqreqatlarının (6 x 60 MVt) istismar təcrübəsinə istinad edərək, araşdırmanı
bir qədər sadələşdirək.
Beləliklə, 360 MVt gücündə HAES-in tikintisinə əsaslı vəsait qoyuluşunun
SES-lərdən iki dəfə az (2,11) olduğunu nəzərə alsaq:
Ə = Ə𝑣𝑣.𝑞𝑞
𝑥𝑥𝑥𝑥𝑥𝑥
x P = 1000man x 360.000 kVt = 360 mln.man edər.
Nəzərə alsaq ki, nasos rejimində suyun təzyiqi yüksək olmalı və nasos-turbin
çevrilməsində FİƏ ɳ = 80%-dir, (respublika relyefi üçün xarakterik hündürlük
fərqində 60 ÷ 80 metr olduğu və H = 60 m götürək), onda generatorun gücü
aşağıdakı kimi hesablanır:

Pgen = 9,8 ⋅ VH ⋅η aq ⋅10−3 kVt

Ŋaq =0,93 aqreqatın faydalı iş əmsalı, generatorun su sərfi:

𝑃𝑃 60.000
Vgen = = = 110 m3/san
9,8 𝐻𝐻ŋ𝑎𝑎𝑎𝑎 9.8×60×0,93

Mühərrik –nasos rejimində su həcmi:

=
Vmuh V=
gen x 0, 8 88m3 / san

39
Energetika sisteminin gecə çökməsi saatlarında (2400 - 0600) yuxarı su
anbarlarına vurulacaq suyun sutkalıq həcmi:
Vum = 6aq × Vmuh × 6 saat = 6aq × 88 m3 /san × 3600 san × 6 = 11,4 mln.m3
Il ərzində (bir ay HA-ın təmir müddətidir):
Villik = 11,4 x 330 gün = 3 762 mln. m3
İstifadə edilən elektrik enerjisinin illik miqdarı:
Wnasos = 6aq x 60 000 kVt x 6 saat x 330 gün = 712,8 mln. kVts.
Dəyəri gecə tarifində (0,2qəp/kVts):
Dnasos = Wümumi 0,02 = 712,8 mln.kVts x 0,02 AZN/kVts = 14,26 mln. AZN
Generasiya ediləcək elektrik enerjisinin həcmi:
3762𝑚𝑚𝑚𝑚𝑚𝑚.𝑚𝑚3
Wgener= ∙60 MVt=570,0 mln.kVts
110𝑚𝑚3 /𝑠𝑠𝑠𝑠𝑠𝑠∙3600

Dəyəri topdansatış tarifində (0,041qəp/kVts):


Dgener = 570,0 x 106 x 0,041 qəp/kVts= 23,37 mln AZN
İl ərzində gəlir:
G = Dnasos – D gener = 23,37 – 14,26 = 9,11 mln AZN
Əgər nəzərə alsaq ki, pik saatlarında gücə görə də ödəniş aparılır, məsələn
Rusiyada 1 MVt üçün bu tarif ayda 403.448 rubl, ildə 160 min ABŞ dolları kimi
götürülür və buna uyğun ödəniş həddi:
Dgücə görə = 360 MVt x 160,0 min $ = 57,0 mln $ və ya 45,0 mln. man.
Ümumilikdə illik gəlir 54,11 mln. man. edər ki, tam avtomatlaşdırılmış bu tip
stansiyalarda istismar xərclərini 5% həddində qəbul etsək, təmiz gəlir:
Gtəmiz= 54,11 – 2,25 = 51,86 mln.man. edər.
HAES-in fəaliyyətinin “Azərbaycan” IES-ində yanacaq qənaətinə təsirini
nəzərdən keçirək.
Energetika sisteminin yük qrafikinin gecə çökməsində “Azərbaycan” İES-in
bloklarının gücü texniki minimum həddinə qədər (150 MVt) azaldılır ki, HAES-in
hesabına altı aqreqatın hər biri əlavə 60 MVt yüklənəcək və bu zaman xüsusi
yanacaq sərfiyyatının (x.y.s.) yükdən asıllıq xarakteristikasına əsasən x.y.s.-ın
15q/kVts azalacaq.

40
Gücü 2400 MVt olan Azərbaycan İstilik Elektrik Stansiyası (8x300MVt)

“Azərbaycan” İES-nin 300 MVt-lıq enerji bloklarında yükdən asılı olaraq


xüsusi yanacaq sərfinin aşağıda verilmiş qrafikinə bax.

Ümumi yanacağa qənaət:


Qgün = 15 q/kVt x 6 x 150 MVt x 6 saat = 81,0 ton ş.y.
Qillik = 330gün x Qgün = 330gün x 81,0 ton ş.y. = 27,0 min. ton ş.y.
Bu da ildə 23,5 mln. m3 təbii qaz və ya respublikanın bütün İES-lərinin iki, üç
sutkalıq qaz sərfiyyatı deməkdir.
Respublikanın təbii qaz ixrac potensialının artması hesabına qənaət:
D =23 500min.m3 x 240 AZN = 5,6 mln.AZN
İES-də gecə iş rejiminin yaxşılaşdırılması ilə əlaqədar əlavə gəlir kimi
yanacağa qənaət (5,6 mln.AZN) nəzərə alınarsa, əsaslı vəsait qoyuluşunun geri
qaytarılma müddəti:

41
T = 360 / 57,46 = 6,26 il edər.
Nəzərə alınmalıdır ki, əsaslı vəsait qoyuluşunun geri qaytarılma müddəti
HAES-in qoyuluş gücü artdıqca azalır.

5.1.1.HAES-in Energetika Sisteminin effektiv fəaliyyətinə təsiri

Göründüyü kimi, energetikada islahatların aparılması və bazar şəraitinin


yaradılması (gücə görə ödənişin aparılması) HAES-in inşasını iqtisadi cəhətdən
çox sərfəli edir.
Belə ki, hal-hazırda qonşu dövlətlərdə yaradılmış energetika bazarlarına daxil
olmaqla, xüsusən quraşdırılmaqda olan Avropa elektroenergetika dəhlizi vasitəsi
ilə Avropa bazarı bu stansiyaların fəaliyyətini iqtisadi cəhətdən daha cəlbedici
edəcəkdir.
Qeyd edildiyi kimi, Azərbaycanda HAES-in lazımi gücdə inşası tərəfimizdən
Avropa elektroenergetika dəhlizinin qonşu dövlətlərdən fərqli olaraq daha prioritet
şərtlərlə istifadəsinə imkan yaradacaqdır, çünki bu stansiyalar Avropa
energetika sisteminin dayanıqlı fəaliyyəti üçün lazımi cəldqoşulan qəza ehtiyat
gücü rolunu oynaya bilər.
HAES-lərin BOEM-lə birgə quraşdırılması və meqapolisin (Abşeron
yarımadası) ətrafında elektrik enerjisinin ehtiyat qəza mənbəyi kimi fəaliyyət
göstərməsi daha effektlidir. Respublikanın böyük enerji tutumlu mərkəzində
42
perimetr boyu ekoloji təmiz, etibarlı enerji mənbəyinin yaradılması paytaxtda
yerləşən məsul tələbatçıların – Metropoliten, Prezident Aparatı, Milli Məclis,
Nazirlər Kabineti və digər mühüm əhəmiyyətli obyektlərin elektrik enerjisi
təchizatında yarana biləcək fasilələri aradan qaldırar.
Bu məqsədlə Bakı ətrafında, xüsusən cənubda Qaradağ rayonunun mövcud
relyefinin imkan verdiyi ərazidən istifadə etmək olar.

HAES-in energetika sisteminin yük qrafikinə təsiri

Göründüyü kimi, yük qrafikində gecə çökməsinin dolması hesabına


energetika sisteminin effektivliyi artırılmış olur (dolma əmsalı - k = 0,6-dan k =
0,76-ya qədər artir).

43
5.2. Azərbaycan Respublikasının Energetika Sisteminin 0,4 kV-
luq Paylayıcı Elektrik Şəbəkələrində Özünüdaşıyan İzolyasiyalı
Naqillər (ÖİN) sisteminin tətbiqinin Texniki-Iqtisadi
Əsaslandırılması (TİƏ)
Əgər Respublikanın 2005-2015-ci illər üzrə Dövlət Proqramında
investisiyaların ağırlıq mərkəzini elektrik enerjisi istehsalının artırılması üçün yeni
elektrik stansiyalarının tikintisinə deyil, paylayıcı elektrik şəbəkələrinin
yeniləşdirilməsinə, xüsusən böyük itki və aşağı yığım səviyyəsinə şərait
yaradan 0.4 kV-luq çılpaq naqilli HEVX-nin ÖİN sistemi ilə əvəzlənməsinə
yönəldilsəydi, bu gün aşağı istifadə əmsalına malik yeni generasiya qurğularına
xərclənmiş vəsaitdən dəfələrlə az vəsait xərclənilməklə yüksək energetik effektə
nail olmaq mümkün idi.

5.2.1. Azərbycan Respublikasının Energetika Sisteminin


0,4 kV-luq Paylayıcı elekterik şəbəkələrinin
2007-ci ildə vəziyyəti
Respublikanın paylayıcı elektrik şəbəkələrində 60 min km-ə yaxın 0,4 kV-
luq Hava Elektrik Veriliş Xətləri (HEVX) istismar olunur. HEVX-nin normal
istismar müddəti dayaqların tipindən asılı olaraq 20-25 il olmasına baxmayaraq,
mövcud xətlər 40-50 ildir ki, istismar edilir və əksəriyyəti texniki cəhətdən yararsız
hala düşmüşdür (ağac dayaqlar çürümüş, naqillərdə çoxlu sayda calaqlar
mövcuddur). Bu isə öz növbəsində işçi heyətin istismar xidmətini çətinləşdirməklə
yanaşı, əhalini nəinki keyfiyyətli və etibarlı elektrik enerjisi ilə təmin etmir, hətta
onlar üçün təhlükə mənbəyinə çevirilir.
Respublikanın bütün rayon və Bakı ətrafı kəndlərində 800 minə yaxın
abonent 0,4KV-luq HEVX-lərilə qidalanır. Bu xətlərdə istifadə edilən çılpaq
naqillər həyat üçün təhlükə və yanğın mənbəyi olmaqla (xüsusən küləkli
havalarda), elektrik enerjisinin uçotdan kənar istifadəsinə şərait yaradır. Bu
səbəbdən də respublikanın paylayıcı elektrik şəbəkələrində texniki itki həddi 15%-
dən yüksək olmaqla, elektrik enerji haqqının yığım faizi 50% həddindədir ki, bu da
elektrik enerji itkisi nəzərə alınmaqla illik 300 mln. AZN vəsait itkisinə bərabərdir.
«Azərbayсan Respublikası yanaсaq-energetika kompleksinin inkişafı (2005-
2015-сi illər) üzrə Dövlət Proqramı»nda (61, 62, 63, 64, 65-ci bəndlər) Bakı və
regionların elektrik təсhizatının yaxşılaşdırılması üzrə 0,4 kV-luq hava elektrik
veriliş xətlərinin yenidən qurulması planlaşdırılmışdır.
Respublikada 800 min abonenti qidalandıran 60 min km-ə yaxın 0,4 kV-luq
HEVX-nin yenidənqurma işlərinin təkrarən köhnə sistemlə, yəni çılpaq naqillərlə
aparılması nəzərdə tutulur ki, bu da respublikada elektrik enerji haqqının
yığımı və enerji itkisi problemlərini nəinki həll etməyəсək, hətta tikinti-
quraşdırma işlərinə xərсlənəсək vəsaitin itirilməsinə səbəb ola bilərdi.
Lakin ÖİN sisteminin tətbiqinin 2015-ci ilə vəziyyəti göstərdi ki,
“Bakıelektrikşəbəkə” ASC üzrə 0,4KV-luq HEVX-i 100% yeni sistemlə əvəz
44
edildiyi halda, “Azərenerji” ASC-yə məxsus 0,4KV-luq şəbəkələrdə bu
göstərici cəmi 13% yerinə yetirilmişdi. Ona görə də hər iki ASC-nin əsas
şəbəkə göstəricilərini müqayisə edərkən, “Bakıelektrikşəbəkə” ASC-də
elektrik enerjisinin yığım faizi yüksək, şəbəkə itkiləri isə aşağıdır. Beləliklə,
ÖİN sisteminin tətbiqinin üstünlükləri praktiki olaraq, hər iki energetika
müəssisəsinin əsas göstəricilərinin müqayisəli təhlilində özünü aydın
göstərmiş oldu.
Avropa ölkələrində yarım əsr bundan əvvəl qadağan edilmiş çılpaq
naqillər Mühafizəli Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (MÖİN) əvəz edilmiş
və 2000-сi ildən Rusiya Federasiyası və Ukraynada göstərilən MÖİN sistemə-
Avropa standartlarına keçmişlər ( Распоряжение “EES Rossii” ot 26.06.2000
q. za № 05-5145).

ÖİN sistemi - Faza və sıfır naqilləri eninə tikişli polietilenlə izolyasiya


olunmuş və bir-birinə sarınmış 3-faza və 1-sıfır naqilli
jqutdan ibarətdir

45
5.2.2. ÖİN sisteminin ənənəvi çılpaq naqillərlə çəkilmiş
0,4KV-luq HEVX-dən üstünlükləri.
A. Quraşdırma üzrə:
- ÖİN sistemində HEVX-dən fərqli olaraq, farfor izolyatorların və dayaqda
traversin yoxluğu səbəbindən konstruksiyasının sadəliyi;
- Xəttin bina və mühəndis qurğularına yaxınlığının təhlükəsizliyi;
- Dayaq hündürlüyünün (9,5 metrə qarşı 8,5metr) aşağı və ara məsafəsinin (30
metrə qarşı 60 metr) böyüklüyü;
- Xəttin dayaqsız, bina və qurğuların divarları boyu xüsusi bərkidici
aksesuarların köməyi ilə quraşdırılmasının mümkünlüyü;
- Yaşıl zonada (meşə və parklarda) elektrik xətləri üçün yaşıllığın dəhliz üçün
qırılmadan quraşdırılmasının mümkünlüyü;
- Bir dayaqda bir neçə dövrəli xətlərin (əlavə dayaq və torpaq zolağına ehtiyac
qalmır) quraşdırılmasının mümkünlüyü.

Yaşıl zonada ÖİN sistemi

46
B. İstismar və təhlükəsizlik üzrə:
- Praktiki olaraq xəttin atmosfer təsirinə yüksək davamlığı və bu səbəbdən
elektrik təchizatının yüksək etibarlığı;
- Xətdə çoxsaylı izolyator və naqillərin olmaması səbəbindən qəzadan sonra
bərpa işlərinin həcminin və sərf olunan vaxtın dəfələrlə az olması;
- İstismar xərclərinin kəskin surətdə (80%) aşağı düşməsi;
- Naqillərin bir-birinə dəyərək qısa qapanma nəticəsində əhalinin həyatına
təhlükə, yanğın və digər bədbəxt hadisələrin yaranmaması;
- Xətlərdə elektrik gərginliyini açmadan təmir-bərpa işlərinin aparılmasının
mümkünlüyü və bu səbəbdən enerji təсhizatının fasiləsizliyi və yüksək etibarlığı.
- Xətlərin reaktiv müqavimətinin aşağı olması səbəbindən elektrik enerjisinin
texniki itkilərinin aşağı və keyfiyyətinin yüksək olması.

C. Keyfiyyət üzrə:

- Şəbəkəyə icazəsiz kənar müdaxilənin məhdudluğu və özbaşına qoşulmanın


çətinliyi səbəbindən elektrik enerjisinin kommersiya itkilərinin kəskin
azalması;
- Elektrik enerjisi haqqının tam yığılmasının təmin edilməsi;
- Elektrik naqillərinin oğurlanmasının qarşısının alınması (izolyasiya və
alüminiumun ərimə temperaturlarının eyniliyi səbəbindən təkrar emala
yararsızlığı).

ÖİN sisteminin quraşdırılması üçün istifadə edilən aksesuarlar


47
5.2.3. ÖİN sisteminin pilot (sınaq) layihəsi çərçivəsində
bir illik istismarının texniki-iqtisadi nəticələri.

0.4 kV-luq HEVX ilə ÖİN sisteminin müqayisəsini aparmaq məqsədi ilə 2004-cü
ilin oktyabr ayında Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava yaşayış
sahəsində – 1282 №li 10/0.4 kV-luq yarımstansiyadan qidalanan 92 abonentin
ənənəvi 0,4 kV-luq HEVX-ləri ÖİN sistemi ilə əvəz edilmış, 52 abonent isə olduğu
kimi, çılpaq naqillərlə saxlanılmışdır.

Bakı, Yasamal rayonu, Ala-Tava qəsəbəsi Oktyabr, 2004-cü il.

48
Sahənin Elektrik
sxemi:

1282 №-li
Transformator
yarımstansiyası

F1 F2 F3 F4 F5

Yeni Köhnə
ÖİN sistemi Çilpaq naqillər sistemi

Texniki vəziyyəti:
Quraşdırmadan bir neçə ay sonra yeni ÖİN sisteminə keçirilmiş sahəyə baxış
nəticəsində xəttin heç bir dəyişikliyə məruz qalmadığı və gərginlik səviyyəsinin
standart səviyyədə olduğu müəyyən edildi ( U=Unom ±5 %).
Yeni sistemdə üç sutka ərzində fazalar üzrə cərəyan və gərginlik səviyyəsi
ölçüldü (cədvəl – 1, 2) - keyfiyyət parametrlərinin DÜST – 13109 – 67-yə uyğun
olduğu müəyyən edildi.

49
1282 nömrəli elektrik yarımstansiyalarında (KTM) yeni ÖİN sistemli
elektrik xətlərində cərəyanın (Amperlə) qiyməti
Cədvəl № 1
Tarix Saat F-1 F-2 F-3
A B C orta A B C orta A B C orta Ümumi
8.10 5,6 11,6 11,2 9,4 5,6 14,6 15,3 11,8 17,1 18,5 76,8 37,4 58,6
02.12.04 10.10 6,8 23,5 27,3 19,2 9,8 26,7 15,8 17,4 26.8 13,2 55,2 31,7 68,3
12.10 13,7 20,8 18,5 17,6 15,7 20,5 19,6 18,6 35,7 21,7 66,1 41,1 77,3
14.10 16,3 14,7 14,9 15,3 12,4 18,7 16,7 15,9 25,2 18,7 60,1 34,6 65,8
16.10 35,2 15,7 35,6 28,8 17,7 11.2 16,3 15,1 60,8 25,7 78,8 58,1 102,0
18.10 18,8 24,7 36,7 26,7 11,8 32,1 34,2 26,0 78,6 53,7 70,1 67,4 120,1
20.10 21,7 22,7 24,1 22,8 16,3 33,7 34,8 28,2 72,1 48,1 77,4 65,8 116,8
22.10 23,5 22,4 23,2 23,0 16,2 29,7 35,0 26,9 68,7 73,7 51,8 64,7 114,6
Orta cərəyan: 90,0

8.10 3,7 12,1 12,5 9,4 4,6 15,2 15,4 11,7 16,9 17,8 77,6 37,4 58,5
03.12.04 10.10 7,1 24,1 27,8 19,6 9,7 27,1 14,7 17,2 27,1 12,9 55,3 31,8 68,6
12.10 14,2 21,7 19,1 18,3 15,8 21,8 19,8 19,1 36,3 23,8 69,1 43,1 80,5
14.10 17,1 15,6 13,7 15,5 11,5 17,9 17,5 15,6 25,8 19,6 60,7 35,2 66,3
16.10 33,2 15,9 36,1 28,4 16,9 13,1 17,7 15,9 62,1 26,8 78,9 55,9 100,2
18.10 20,1 23,6 37,2 27,0 12,7 33,2 35,1 27,0 79,8 55,8 71,3 68,9 122,9
20.10 22,1 21,9 24,6 22,9 15,4 34,7 35,8 28,6 73,1 50,1 78,5 67,2 118,7
22.10 24,4 22,5 23,3 23,4 15,8 29,9 34,5 26,7 67,6 74,8 51,9 64,8 114,9
Orta cərəyan: 91,0

8.10 4,5 12,5 11,9 9,6 1,7 14,1 16,4 16,7 17,8 19,6 77,9 38,4 58,4
05.12.04 10.10 7,1 22,4 27,6 19,0 9,9 26.0 16,7 17,5 27,0 12,1 56,8 31,9 68,4

50
12.10 6,5 21,2 17,4 15,0 15,6 21,0 18,8 18,5 35,3 20,3 65,2 40,3 73,8
14.10 12,5 13,5 14,8 13,6 11,3 19,0 15,8 15,4 27,8 19,1 60,7 35,9 64.9
16.10 15,4 14,3 35,0 21,6 17,6 10,5 15,1 14,4 60,2 26,3 78,2 54,9 90,9
18.10 33,5 24,0 37,4 31,6 12,5 31,3 33,7 25,8 79,6 52,8 70,9 67,8 125,2
20.10 20,9 22,9 23,0 22,3 16,9 34,9 34,2 28,7 71,4 47,0 76,4 64,9 115,9
22.10 22,4 21,3 24,0 22,6 16,8 28,5 34,5 26,6 69,5 74,3 51,1 64,9 114,1
Orta cərəyan 89,0

51
1282 nömrəli elektrik yarımstansiyalarında (KTM) 0,4 kV-luq
mövcud çilpaq naqilli elektrik xətlərində cərəyanın (Amperlə) qiyməti
Cədvəl № 2
Tarix Vaxt F–4 F–5
A B C Orta A B C orta Ümumi
8.10 56,0 100,2 45,3 67,2 99,7 108,6 112,5 106,8 174,1
02.12.04 10.10 65,5 122.6 38.8 75,6 103.8 118,7 136,3 119,6 195,2
12.10 71,6 133,1 40,9 81,9 115,8 115,3 148,9 126,7 208,6
14.10 68,8 130.6 48,7 82,7 56,8 96,8 128,7 94,1 176,8
16.10 64,2 132,2 66,6 87,7 93,6 92,7 145,2 110,5 198,2
18.10 77,6 93,6 73,6 81,6 101,8 150,9 182,1 144,9 226,5
20.10 70,8 123,5 72,6 88.9 103,7 155,3 153,8 137,6 226,5
22.10 70,6 132,6 74,8 92,6 93,5 124,7 154,0 124,0 216,6
Orta cərəyan 203,0

8.10 53,3 102,3 47,5 68,4 99,6 106,8 136,4 114,2 182,6
10.10 66,7 123,6 41,2 77,2 104,7 120,8 147,1 124,2 201,4
03.12.04 12.10 70,8 134,8 39,8 81,8 116,8 118,1 128,1 121,0 202,8
14.10 65,6 130,7 47,9 81,4 60,3 93,7 153,7 102,6 184,0
16.10 62,7 131,8 67,8 72,8 94,7 94,3 178,6 122,5 195,3
18.10 75,8 92,7 74,8 81,1 101,2 151,2 153,7 135,4 216,5
20.10 71,6 125,7 71,3 89,5 104,7 158,7 152,1 138,5 228,0
22.10 72,8 133,6 75,2 93,7 95,6 123,6 149,0 122,7 216,4
Aylıq orta cərəyani 203,0

8.10 57,6 101,5 47,2 68,8 101,6 110,9 112,4 108,3 177,1

52
10.10 66,5 126,8 40,5 77,9 107,4 121,2 133,8 120,8 198,7
05.12.04 12.10 71,1 138,1 41,9 83,7 117,8 117,3 153,0 129,4 213,1
14.10 68,2 132,4 49,9 83,5 59,9 99,2 130,4 96,5 180,0
16.10 65,8 135,2 69,6 90,2 94,3 94,5 146,0 111,6 201,8
18.10 78,4 94,2 74,1 82.2 103,1 153,7 180,2 145,6 227,8
20.10 71,5 126,0 75,8 91.1 105,9 155,7 155,8 139,1 230,2
22.10 72,4 137,5 76,6 95,5 98,8 128,2 155,0 127,3 222,8
Aylıq orta cərəyani 206,0

53
Yeni ÖİN və mövcud köhnə HEVX-də elektrik cərayanlarının
ümumiləşdirilmiş orta qiymətləri:

tarix: 03.12.04-cü il; T= +120 C; Amperlə


Fiderlər 8.00 10.00 12.00 14.00 16.00 18.00 20.00 22.00 Orta
Qiymət
F-1 9,4 19,2 17,6 15,3 28,8 26,7 22,8 23,0 20,3
F-2 11,8 17,4 18,6 15,9 15,1 26,0 28,2 26,9 20,0
F-3 37,4 31,7 41,1 34,6 58,1 67,4 65,8 64,7 50,1
A/ev 0,6 0,7 0,8 0,7 1,1 1,3 1,3 1,2 0,9
möin
F-4 67,2 75,6 81,9 82,7 87,7 81,6 88,9 92,6 82,3
F-5 106,9 119,6 126,7 94,1 110,5 144,9 137,6 124,0 120,5
A/ev çilp 3,2 3,7 4,0 3,4 3,8 4,3 4,3 4,1 3,8

Yeni ÖİN sisteminin tətbiqi ilə bir abonentin istifadə etdiyi elektrik
yükü 4 dəfə (3,8 A-dən 0,9 A-ə qədər) aşağı düşmüşdür.
Hər abonentin aylıq sərfi:
Wmöin = İ x U x cosf x 24 s x 30 g = 0,9A x 220V x 0,95 x 24 x 30 = 135 kVtsaat
Wçilp = 3,8A x 220V x 0,95 x 24 x 30 = 570 kVtsaat
Fərq W = 435 kVtsaat-dır
İllik vəsait itkisi: 570kVts x 0,06qəp/kVts x 12 ay – 135 kVts x
0,06qəp/kVts x 12 ay = 313,2 AZN
Hər il bir abonent üzrə qənaət 313,2AZN təşkil edir.

Nəticə:
1. Pilot layihəsinin istismar təcrübəsi göstərir ki, çılpaq naqillərin ÖİN
sistem ilə əvəz edilməsi, elektrik şəbəkələrində itkilərin və hər abonentin enerji
sərfiyyatının 4 (dörd) dəfə aşağı düşməsi ilə yanaşı, elektrik enerjisinin dəyərinin
100% yığımını təmin etməyə imkan verir.

54
2. ÖİN sisteminə əsaslı vəsait qoyuluşu yaşayış məntəqəsinin
konfiqurasiyasından asılı olaraq, hər abonent üçün orta hesabla 200 - 310 AZN
təşkil edir.
Qoyulan əsaslı vəsait xərci enerji sərfindən (abonentin 1 fazlı və ya 3 fazlı)
asılı olaraq 1,6 – 2 il ərzində özünü tam ödəyir.

5.2.4. Respublikada Dövlət proqramına əsasən 10 (on) il ərzində ÖİN


sisteminin tətbiqinin iqtisadi səmərəliyi
Respublikada mövcud 0,4 kV-luq 60 min km-ə yaxın köhnə sistemlə
çəkilmiş (çılpaq naqillərlə quraşdırılmış) HEVX-ləri və bu xətlərdən qidalanan 800
min abonent 10 illik Dövlət Proqramı əsasında yeni ÖİN sistemi ilə əvəz edilərsə,
onda planlı surətdə hər il 6 min km. HEVX və 80 min abonent MÖİN sisteminə
keçirilmiş olur.
1. ÖİN sistemini quraşdırmaq üçün illik əsaslı vəsait qoyuluşu:
- hər il 80 min abonent yeni ÖİN sisteminə keçirilsə və hər abonentin ÖİN
sisteminə keçirilməsi üçün orta hesabla 250 AZN vəsait xərclənəcək ki, bu da:
80 min ab. x 250 AZN = 20 mln. manat edər.
2. ÖİN sisteminin tətbiqi ilə hər il respublikada tələbata uyğun olaraq
elektrik stansiyalarının istehsal gücü hər abonentin istifadə gücü 3,8 A-dən 0.9 A
düşməklə 0,75 kVt azalmış olur ki, bu da:
80 min ab. x 0,75kV = 60 000kVt = 60 MVt təlabat gücünün
azalması deməkdir.
3. ÖİN sisteminin tətbiqi ilə qənaət olunacaq illik yanacaq sərfiyyatının
həcmi və dəyəri:
- Hesabat güсündən illik max istifadə saatı 2.600 saat ;
- Xüsusi yanacaq sərfi: 0,37 kq ş.y./ kVts;
- 1000 m3 təbii qazın dəyəri 191 AZN olmaqla
60 min kVt x 2600 saat x 0,37 kq x 191 AZN / 1000 m3 x 7 / 8 = 9,65 mln. AZN
4. Elektrik stansiyalarının illik güc artımının azaldılması hesabına əsaslı vəsait
qoyuluşunda qənaət:
- elektrik stansiyaların tikintisinə xüsusi əsaslı vəsait qoyuluşu 800 AZN/kVt
60 min kVt x 800 AZN/kVt = 48 mln. AZN
5. Atmosferə tullanaсaq СO2 –nin illik azalma həcmi:
55
60 min kVt x 2600 saat x 0,37 kq x 7 / 8 = 50,5 mln m3 - təbii qaz sərfi
- hər 1000m3 qazın yanmasından alınan СO2 qazının çəkisi – 2,256 ton
50,5 mln m3 x 2,256 t / 1000 = 113,9 min ton (СO2)
- KİOTO protokoluna əsasən tullantıların azalmasına görə emissiya 12 manat/ton

113,9 min ton x 12 AZN/t = 1,37 mln. manat


6. ÖİN-in quraşdırılması nəticəsində illik qənaət:
- birinсi il
9,65 mln. manat + 48 mln. manat + 1,37 mln. manat –
- 20 mln. manat = 39 mln. manat
- 10-cu il isə 278,3 mln. manat edər.
Göründüyü kimi ÖİN sisteminin respublikada tətbiqi nəticəsində elektrik
stansiyalarının illik güc artımına xərclərin hər il eyni (48 mln. AZN) olduğu halda,
illik yanacaq sərfi və onun dəyəri (9,65 mln.AZN-dən 96,5 mln. AZN-ə),
atmosferə atılan CO2 miqdarı (113,9 min tondan 4 mln. tona) və emissiya (1,37
mln. AZN-dən 13,7 mln. AZN-ə) həndəsi silsilə ilə artır.
NƏTİCƏ: On il ərzində ÖİN sisteminə çəkilən xərclər çıxılmaqla,
tətbiqindən respublikada ümumi gəlir 1 664,0 mln.manat təşkil edəcəkdir
(cədvələ bax).

56
Azərbaycan Respublikasının Energetika Sisteminin 0.4 kv-luq Paylayıcı Elektrik Şəbəkələrində
Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) sisteminin tətbiqinin
Texniki-İqtisadi Əsaslandırılması

ÖİN-in ÖİN-in
ÖİN-in ÖİN-in Tələb
Enerjinin tətbiqi ilə tətbiqindən ÖİN-in tətbiqi
Tələb olunan Tələb tətbiqi ÖİN-in tətbiqindən sonra olunan
ÖİN-in istehsalına qənaət sonra tələb nəticəsində
max. güc olunan ilə tətbiqindən sonra ətraf mühitə illik güc
quraşdırma xüsusi olunacaq olunan güc yaranacaq illik
İllər (4,5% illik güc qənaət tələb olunan illik tullanan CO2-nin artımına
xərci, yanacaq yanacağın artımına qənaət,
artımla) artımı, olunan güc artımı, MVt illik azaldılması kapital
Mln.AZN sərfi, dəyəri, kapital Mln.AZN
MVt MVt güc, (3-4) min ton/ qoyuluşu,
q/kVts Mln. qoyuluşu, (8+9+10-11-6)
MVt mln.AZN Mln.AZN
AZN Mln.AZN

1 2 3 4 2 6 7 8 9 10 11 12

2007 4389 189 60 129 20 370 9,65 113,9/1,37 151 103 39


2008 4586 197 60 137 20 360 19,3 800/2,74 158 110 78,25
2009 4793 207 60 146 20 350 28,95 1200/4,11 166 117 106,39
2010 5009 216 60 156 20 340 38,6 1600/5,48 173 125 128,52
2011 5234 225 60 165 20 330 48,25 2000/6,85 180 132 153,65
2012 5469 235 60 176 20 320 57,9 2400/8,22 188 141 177,789
2013 5716 247 60 186 20 310 67,55 2800/9,59 198 149 204,91
2014 5973 257 60 197 20 300 77,2 3200/10,96 206 158 229,04
2015 6242 269 60 209 20 290 86,85 3600/12,33 215 167 254,17
2017 6522 280 60 221 20 280 96,5 4000/13,7 224 177 278,3

Cəmi: 17 2 322 600 1 722 200 270 1 212 22 000/172,15 1 859 1 379 1 664,15

57
5.2.5. ÖİN sisteminin Azərbayсanda tətbiqinin gözlənilən
texniki-iqtisadi nətiсələri:
1. Respublikada ÖİN-nin on illik tətbiqi üzrə Dövlət Proqramı çərçivəsində
Energetika sistemində 1 664 mln AZN vəsaitə qənaət edilir;
2. Elektrik enerjisi haqqının yığımı ÖİN-nin tətbiqi nəticəsində kommersiya
və texniki itkilərin aradan qaldırılması ilə 50%-dən 100%-ə qədər artırılır;
3. Azərbayсanın Paylayıсı Elektrik Şəbəkələrinin 0,4 kV-luq elektrik veriliş
xətləri (kommunikasiya sistemi) Avropa standartlarına uyğunlaşdırılmış olur;
4. Kioto protokoluna əsasən atmosferə tullanan СO2 miqdarlı 10 il ərzində
22 mln ton azalır və СO2 kvotasına görə Azərbayсan əlavə 172,15 mln. AZN
vəsait alır;
5. Perspektivdə respublikanın elektrik enerjisindən səmərəli istifadə ilə
əlaqədar onun sərfiyyat dinamikasında azalma meyilləri yaranır;
6. Paylayıcı Elektrik Şəbəkələrində ötürmədə də uyğun olaraq texniki
itkilər xeyli azalır;
7. ÖİN-nin tətbiqi nəticəsində 10 il ərzində tikinti-quraşdırma işlərinə сəlb
ediləcək işçilərin hesabına əlavə 5 000 nəfərdən çox yeni iş yerləri yaradılır;
8. ÖİN-in 0,4 kV-luq şəbəkələrdə tətbiqindən sonra şəbəkələr tərəfindən
aparılan istismar, təmir işləri və bu sahəyə çəkiləcək xərсlər dəfələrlə azalır.

58
5.3. Mühafizəli HEVX

Azərbaycanın paylayıcı şəbəkələrində istifadə edilən 10/0,4 kV və


6/0,4 kV-luq gərginlik səviyyəsi hal-hazırda şəbəkədə yüksək itkilər
(16%) və gərginlik düşgüsü yaratdığından elektrik enerjisinin keyfiyyəti
aşağıdır.
Elektrik təchizatında yeni texnologiyaların tətbiqi orta gərginlikli elektrik
veriliş xətlərinə (EVX) də şamil edilir. Hal-hazırda orta gərginlikli Hava Elektrik
Veriliş Xətlərində (HEVX) istifadə edilən çılpaq naqillər bu xətlərin yerləşdiyi
torpaq zolaqlarının kənd təsərrüfatı və digər məqsədlər üçün istifadədən
çıxarılmasına səbəb olur. Lakin mühafizəli naqillər HEVX-də mühafizə
zolağının azaldılması hesabına böyük ərazilərin yenidən istifadəyə
qaytarılmasını təmin edir.
Avropa Energetika sisteminin paylayıcı elektrik şəbəkələrində tarixən
20/0,4 kV-luq, Yaponiyada isə 35/0,4kV gərginlik pillələri tətbiq edilir.
Azərbaycan üçün bu gərginlik səviyyələrinin hansının sərfəli olması,
texniki - iqtisadi müqayisə əsasında müəyyənləşdirilə bilər.

5.3.1. Tətbiqi nəzərdə tutulan 35 və ya 20 kV-luq gərginlik


pilləsinin
Texniki-iqtisadi müqayisəsi :

- Elektrik enerjisinin optimal nəql məsafəsi 35 kV-da 35 km


olduğu halda, 20kV-da isə daha az 20 km məsafəyə qədərdir;
59
- 35 kV-da daha az itkilərlə (eyni gücün nəqlində cərəyan
təxminən 2 dəfə, itki isə kvadratik - 4 dəfə az olacaqdır) həyata
keçirir;
- 20 kV-dan fərqli olaraq, 35 kV gərginliyin tətbiqi mövcud
gərginlik səviyyəsində energetika sisteminə qoşula bilir ki,
beləliklə sistemin ümumi transformasiya pillələrinin sayı
artırılmır;
- 35kV-luq şəbəkə vasitəsi ilə 0,4KV-luq tələbatçılarda elektrik
enerjisinin keyfiyyətini 20kV-la müqayisədə daha dayanıqlı
saxlamaq mümkündür;
- 20 kV-la müqayisədə 35kV-luq gərginlik səviyyəsində daha az
xüsusi əsaslı vəsait qoyuluşu hesabına, daha böyük həddə
gücün ötürülməsi və paylanması mümkündür;
- Elektrik enerjisinin paylanmasının eyni gərginlikdə həyata
keçirilməsi istismar və təmiri xeyli yüngülləşdirir;
Beləliklə 35 kV gərginlik pilləsi, 20 kV-dan yuxarıda göstərilən
üstünlüklərə və birbaşa (əlavə transformatorsuz) Energetika Sisteminə
inteqrasiyaya imkan verdiyindən 35/0,4 kV-luq gərginlik pilləsinin
seçilməsi məqsədəuyğundur.
Əgər respublikanın paylayıcı elektrik şəbəkələrində istifadə edilən 38,5 min
km uzunluğunda mövcud 10/0,4kV və 6/0,4 kV-luq EVX-ləri 35kV-luq yeni
mühafizəli EVX-ləri ilə və 51 min komplekt 10(6)/0,4kV-luq yarımstansiya
35/0,4kV-luq yarımstansiya ilə əvəz edilərsə,onda iki gərginlik pilləsi ləğv
edilərək aradan çıxar. Respublikada da İnkişaf etmiş ölkələrdə olduğu kimi,
paylama 35/0,4 kV səviyyədə həyata keçirilər ki, bu da enerji effektivliyini
dəfələrlə artırar.
Eyni zamanda ənənəvi 35 kV-luq HEVX-də yeni mühafizəli naqillər tətbiq
edilərsə, xətlərin altında mühafizə zolağı 35m-dən 5-m-ə qədər azalır ki, bu da
hər km-də 3,0 ha torpağın yenidən istifadəyə qaytarılması deməkdir.
Mühafizəli HEVX-i çılpaq naqillərlə müqayisədə böyük üstünlüklərə
malikdir:
- Yüksək istismar etibarlılığı;
- Zədələnmədən, yəni külək təsirindən və ya kənar əşya ilə qısa qapanma
ehtimalının aşağı olması;
- Əhali və istismar heyyət üçün az təhlükəli olması;
- Buzlaşmaya dayanıqlığı;
- Meşə zolağının HEVX-nin quraşdırılması üçün az endə mühfizə zolağı və
dəhliz tələb etməsi;
- Yüksək çirklənmə rayonlarında dayanıqlı enerji təchizatı.
Ümumilikdə, respublikada bu texnologiyanın tətbiqi - 100 min hektarlarla
torpaq sahəsinin xalq təssərrüfatının istifadəsinə qaytarılmasına, təchizat
etibarlığının yüksəldilməsinə, şəbəkə itkilərinin və istismar xərclərinin xeyli
azalmasına səbəb olar.
60
5.4. “Elektrik cərəyanlarının döyüşü”
İnduksiya yolu ilə 1832-ci ildə Maykl Faradey elektrik enerjisi almaqla, o
dövrdə statik və qalvanik elektrik mənbələrinin çatışmazlıqlarını aradan qaldırdı
və bu kəşfdən sonra elektrik enerjisi insanların istifadəsi üçün praktiki yararlı və
dayanıqlı hal aldı.
Elektrik enerjisinin tətbiqi ilə əlaqədar, sənaye tipli kollektorlu ilk sabit
cərəyan generatoru 1870-ci ildə fransız ixtiraçısı Qramm tərəfindən hazırlandı.
Tomas Edison tərəfindən 1879-cu ildə Nyu-Yorkda sabit cərəyanlı
közərmə lampalarının geniş tətbiqinə başlanıldı. Bu dövrdə istifadə edilən sabit
cərəyan enerjinin ötürülməsində problemlər yaradır və elektrotexnikanın
inkişafını xeyli ləngidirdi, hətda Marsel Deprenin bütün səylərinə baxmayaraq,
sabit cərəyanla ötürmə 60 km-dən artıq məsafəni keçmirdi.
Nikola Teslanın təkidi ilə dəyişən cərəyanın tətbiqinin üstünlükləri
özünü göstərməyə başladı. Belə ki, dəyişən cərəyanla gərginliyin
yüksəldilməsinin mümkünlüyü ilə əlaqədar, elektrik enerjisinin az itkilərlə
daha uzaq məsafələrə ötürülməsi və bu cərəyanın fırlanan maqnit sahəsi
yaratmaq qabiliyyəti sənayedə asinxron mühərriklərin və generatorların geniş
tətbiqinə imkan verirdi. Beləliklə, 1888-cı ildə elektrik enerjisini mexaniki
enerjiyə çevirən ilk dəyişən cərəyan asinxron mühərriki Q.Ferraris və
N.Teslanın işləri əsasında yaradıldı.
XIX əsrin sonuncu onilliyində elektroenergetikanın geniş praktiki tətbiqi
ilə əlaqədar, ilk növbədə istehsalı gözlənilən elektrotexniki avadanlıqlarda
cərəyanın tipi müəyyənləşdirilməli idi.
Beləliklə, sabit və ya dəyişən cərəyana üstünlüyün verilməsi barədə
yaranmış kəskin mübahisə N.Teslanın 1888-ci ildə “Edison” şirkətindən
“Vestinqauz” şirkətinə keçməsinə səbəb oldu. Bu iki dahi elektrotexnik
arasında başlanan mübarizə o dövrün mətbuatında “elektrik cərəyanlarının
döyüşü” adlandırılırdı.
A.Edison tərəfindən mətbuatda dəyişən cərəyanın məişətdə istifadəsinin
insan həyatı üçün təhlükəli olacağı barədə genişmiqyaslı təşviqat işləri
aparılırdı.Dəyişən cərəyanı gözdən salmaq üçün Edison hətda penitensiar
xidmətdə ölüm cəzasını elektrik masasında dəyişən cərəyanla daha tez icra
ediləcəyini sübut etmək üçün sifariş də qəbul edir.
“Vestinqaus” şirkəti də özünü müdafiyə edərək, sabit cərəyanın təsiri ilə
insan ölümünə dair faktları ortaya qoyurdu. Bu mübarizənin detallarına
varmadan deyə bilərik ki, sonda Teslanın işlədiyi “Vestinqaus” şirkəti qalib
çıxdı.
1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Elektrotexnika sərgisində
dünyanın ən güclü (9mVt) elektrik stansiyasının tikintisi və sərginin
işıqlandırılması üçün 200 min elektrik lampasının quraşdırılması “Vestinqaus”

61
şirkətinə tapşırılır. Bu sərgidə dəyişən cərəyanın üstünlükləri öz təsdiqini
tapdı.
Edisonun “General Motors” şirkəti də sərgidə dəyişən cərəyan sahəsindəki
müvəffəqiyyətləri ilə yanaşı, sabit cərəyanla işləyən tramvayı və Miçiqan
gölündə gəzinti gəmisini də nümayiş etdirir.
Amerikanın Kolumb tərəfindən kəşf edilməsinin 400 illiyinə həsr edilmiş
bu sərgi elektrik enerjisinin dünyada geniş tətbiqi tarixində mühüm hadisə oldu.
Elektrik maşınlarının təkmilləşdirilərək həyatın müxtəlif sahələrində
tətbiqi, elektrik enerjisinin istifadəsinə güclü təkan verdi. XIX əsrin ortalarından
elektrotexnika o dövrün mövcud sənaye sahələrinə nüfuz etməyə başlamış və
XX əsrin ortalarında isə daha güclü inkişaf yoluna qədəm qoydu. Tarixi
baxımdan o qədər də böyük olmayan bu illər ərzində elektroenergetika
sahəsində görülən işlər sayəsində dünyanın texniki – iqtisadi və ictimayi siması
köklü surətdə dəyişdi.
“Elektrik cərəyanlarının döyüşü”ndə sabit və ya dəyişən cərəyana
üstünlüyün verilməsi kimi, mübahisəli məsələyə energetikanın müasir inkişaf
səviyyəsindən birmənalı cavab vermək çətin olardı. Əgər həmin dövrdə
cərəyanın növü ilə birlikdə tezlik həddi də mübahisə mövzusu olsaydı, bu gün
müasir energetikanın inkşafında bəzi tormozlayıcı faktorlar öz həllini tapmış
olardı.

5.5. Yenilik - yaxşı unudulmuş köhnəlikdir,


və ya sabit cərəyana qayıdış?

Bildiyimiz kimi, elektrik enerjisinin istehsalı, müəyyən məsafəyə


ötürülməsi, paylanması və istehlakı dəyişən cərəyanla həyata keçirilir. Bunun
əsas səbəbi dəyişən cərəyan gərginliyinin sadə aparat vasitəsilə
dəyişdirilməsinin mümkünlü və dəyişən cərəyan elektrik mühərrikinin
konstruksiyasının sabit cərəyan mühərrikindən sadə və etibarlı olmasıdır.
Dəyişən cərəyanın qiyməti bir period ərzində iki dəfə sıfırdan keçdiyindən
elektrik dövrələrində böyük həddə işçi və ya qısa qapanma cərəyanlarını açmaq
üçün kommutasiya aparatlarının yaradılmasının mümkünlüyüdür. Bu
xüsusiyyətlərinə görə, yalnız bəzi sənaye istehsalı (elektroliz) və elektrik
nəqliyyatı istisna olmaqla, qalan bütün sahələrdə dəyişən cərəyandan istifadə
edilir. Lakin son devrlərdə güc yarımkeçirici qurğularının istifadə sahəsi
genişlənməkdədir, belə ki, elektronika qurğuları kommutasiya, mühafizə,
tənzimləyici, aktiv süzgəc və s. avadanlıqların istehsalında əsas rol
oynamaqdadır.
Hal-hazırda elektronika güc qurğularının yaradılmasında elektonika və
mikroprosessorların birgə istifadəsi intelektual sxemlərlə idarə olunan güc
elektron qurğularının yaradılmasına və geniş tətbiqinə imkan verməkdədir.

62
Proqnozlara görə XXI əsrdə iki texnologiya mühüm əhəmiyyət kəsb
edəcəkdir - komputer və güc elektronikası. Birinci texnologiya “şüur”,
ikinci isə “əzələ” funksiyasını oynayacaqdır.
Güc elektronikasında əsas rolu güc açarları oynayacaqdır. Əslində güc
elektronikası çevirici güc texnikası adlanır, çünki bu sahədə əsas məqsəd bir növ
elektrik enerjisini digər növə çevirməkdir.
Göründüyü kimi güc elektronikasının perspektiv inkişaf ıstiqaməti elektrik
enerjisinin istehsalı, ötürülməsi və istifadəsində cərəyanın növünü dəyişməklə,
onun hansı formada olmasının fərqini aradan qaldıracaqdır.
Son onillikdə qabaqcıl ölkələr elektroenergetikanın inkişafında yaranan
bəzi problemləri, xüsusən elektrik enerjisinin uzaq məsafəyə ötürülməsini sabit
cərəyana keçməklə həll edirlər.
Bu məsələni aydın təsəvvür etmək üçün sabit və dəyişən cərəyan elektrik
veriliş xətlərinin xarakteristikalarını müqayisə edək:
Hər iki xətt eyni tipli parametrlərə - naqillərin aktiv, induktiv və tutum
müqavimətlərinə malikdirlər. Naqillərin aktiv müqaviməti güc və enerji
itkisini, yəni xəttin FİƏ-nı, induktiv və tutum müqaviməti isə elektrik
enerjisinin ötürülməsində elektromaqnit prosesini müəyyən edir.
Dəyişən cərəyan elektrik verliş xətlərinində bu prosseslərin dalğa təbiətli
olması, xəttin əsas xarakteristikalarını müəyyən edir.
Sabit cərəyan elektrik veriliş xətlərində dalğa təbiətli proseslər baş
vermədiyindən, elektrik enerjisinin nəqlində problem yaranmır.
Bu məsələyə bir qədər geniş nəzər salaq.
Xəttin induktivliyi və tutumu onun konstruksiyasından – fazlar arası
məsafədən, naqilin diametri və uzunluğundan aslıdır. Fazlar arası məsafə
artdıqca xəttin induktivliyi artar tutum müqaviməti isə azalar. Bu məsafənin
azalması isə xəttin göstərilən parametrlərinə əks təsir edir. Xəttin uzunluğunun
artırılması isə onun hər iki - induktiv və tutum müqavimətlərinin artmasına
səbəb olacaqdır.
Sabit və dəyişən cərəyan hava elektrik verliş xətlərində (HEVX) fazlar
arası məsafə metrlərlə (500kV-luq dəyişən cərəyan hava xətlərində -12 m, sabit
cərəyan hava xətlərində - 10 m,), kabel xətlərində isə onun tipindən və
quraşdırılmasından aslı olaraq, santimetr və ya on santimetrlərlə ölçülür.
Deməli hava xətləri kabel xətləri ilə müqayisədə çox böyük induktivliyə və az
tutuma malikdir. Hava və kabel xətlərinin xarakteristikalarında yaranan fərq,
eyni zamanda onların sabit və ya dəyişən cərəyanla işləmələrindən də aslıdır.
Qeyd etməliyik ki, sabit və dəyişən cərəyana induktiv və tutum
müqavimətlərinin reaksiyası müxtəlifdir. Dəyişən cərəyan induktivlikdən
axarkən onda əks induksiya ehq-si yaranır ki, bu da cərəyanın axmasına əks təsir
göstərir. Başqa sözlə desək, induktivlik dəyişən cərəyanın axmasına müqavimət
göstərir. Bu müqavimət tezliklə düz mütənasib olmaqla, aktiv müqavimətdən
çox böyükdür ( 500-750 kV-luq HEVX-da 10-15 dəfə). Tezliyin sıfır
qiymətində (sabit cərəyanda) induktiv müqavimət də sıfır olur.

63
Tutum da dəyişən cərəyanın axmasına müqavimət göstərir və induktiv
müqavimətdən fərqli olaraq tezliklə tərs mütənasibdir. Tezliyin artması ilə tutum
müqaviməti azalır, tezlik azalarkən isə artır. Tezliyin sıfır qiymətində (sabit
cərəyanda) tutum müqaviməti sonsuzluğa bərabərdir. Deməli tutumdan sabit
cərəyan keçmir.
İndi isə hava xəttini nəzərdən keçirək.
HEVX dəyişən cərəyanla işləyərkən onun induktivliyi cərəyanın axmasına
müqavimət göstərdiyindən, xətlə ötürülən gücün maksimal həddi məhtudlaşır.
Qeyd etdiyimiz kimi, xəttin uzunluğu artdıqca onun induktivliyi də artır ki,
bu da ötürüləcək gücün buraxılış həddini azaldır.
HEVX-nin tutumu ötürülən gücün həddinə az təsir etsə də, naqillərdən
axan tutum cərəyanı əlavə güc tələb edir. Bu güc xətdə naqillərin əlavə qızması
nəticəsində enerji itkisinə və xəttin FİƏ-nin azalmasına səbəb olur. Tutum
cərəyanı xətt boyu aralıq nöqtələrdə gərginliyin yüksəlməsinə və digər
xoşagəlməz hallara da səbəb olur. Belə mənfi halların qarşısını almaq üçün
tutum cərəyanı xüsusi qurğular – reaktorlar vasitəsilə kompensasiya olunmalıdır
ki, bu da xəttin dəyərini artırır. Tutum cərəyanının kompensasiyası, yalnız 330
kV-dan yüksək gərginlikli HEVX-də lazım gəlir.
HEVX sabit gərginliyə qoşularkən, qərarlaşmış rejimdə onda yaranan sabit
cərəyana xəttin induktivlik və tutumu heç bir təsir göstərməyəcəkdir. Ötürülən
enerjinin maksimal həddi xəttin uzunluğunun artırılması şəraitində belə
dəyişməz qalacaqdır. Sabit cərəyan xətlərində tutum cərəyanı olmadığından
kompensasiya qurğularına da ehtiyac qalmır.
Bu deyilənlərə əsasən aşağıdakı nəticəyə gəlmək olar:
- Dəyişən cərəyan HEVX-də ötürülən enerjinin gücü xəttin
uzunluğundan aslıdır (əlbətdə gərginlik nəzərə alınmaqla). Xəttin
uzunluğunun artırılması ilə əlaqədar, ötürmə gücünün azalması xüsusiyyəti
bu xətlərin buraxıla bilən uzunluğunu məhdudlaşdırır.
- Sabit cərəyan HEVX-də isə belə məhdudiyyətlər olmadığından,
praktiki olaraq tələb olunan ötürmə gücündə və uzunluğunda quraşdırıla
bilər. Məhdudiyyət, yalnız naqilin qızması nəticəsində enerji itkiləri və
xətdə istifadə olunacaq kommutasiya avadanlıqlarının açma gücü ilə
əlaqədar ola bilər.
Kabel xətlərini nəzərdən keçirək.
Dəyişən cərəyan kabel xətlərinin istifadəsi yalnız məhdud 15-20 km-dən
çox olmayan uzunluqda mümkündür. Bunun əsas iki səbəbi vardır:
-Kabelin nisbətən yüksək tutuma və buna uyğun böyük yüklənmə gücünə
malik olması;
-Kabelin qiymətcə baha olmasıdır.

64
Kabelin böyük yüklənmə gücünə malik olması, onun naqillərinin əlavə
qızmasına və nəticədə ötürüləcək faydalı gücün və kabelin uzunluğunun
azaldılmasına səbəb olur. Bu cəhətlər xüsusən yüksək gərginlikli (110-500kV)
kabel xətlərinə aiddir. Ona görə də dəyişən cərəyan kabel xətləri böyük
məsafəyə enerjinin ötürülməsi üçün istifadə edilmir.

Yüksək gərginlikli cərəyan çevricisi


Sabit cərəyan kabel xətlərində yüklənmə gücü olmadığından naqillərdə
əlavə qızma da yaranmır. Ona görə də sabit cərəyan kabellərini daha uzun (200
km-dən çox) məsafələrə, məsələn böyük su səddini (dəniz boğazlarını) və ya
böyük güclərin şəhər-meqapolislərinin mərkəzinə ötürülməsi üçün istifadə
etmək mümkündür.
Müasir elektroenergetikada sabit cərəyandan istifadə etməklə aşağıda
göstərilən bir sıra vacib problemləri də həll etmək mümkündür. Hal-hazırda
dünyada elektrik enerjisi təchizatında 50 hs və 60 hs tezlikdən istifadə edilir.
Avropa, Asya və Afrika qitələrində 50 hs, ABŞ, Kanada, Cənubi Amerikanın bir
sıra ölkələrində və Yaponiyanın cənubunda enerji təchizatı 60 hs tezliklə həyata
keçirilir. Müxtəlif nominal tezlikli energetika sistemlərini dəyişən cərəyan
xətləri ilə birləşdirərək, onların paralel işləməsini təmin etmək mümkün deyil.
Bu sahədə dünya təcrübəsi göstərir ki, energetika sistemlərinin
birləşdirilməsində sabit cərəyan xətlərindən müvəffəqiyyətlə istifadə edilə bilər.
Belə sistemlərarası sabit cərəyan əlaqələri Avropa İttifaqı Yaponiya və
Amerikada tətbiq edilir.
Eyni tezlikli müxtəlif energetika sistemlərinin birgə paralel iş rejimini
dəyişən cərəyan xətləri ilə birləşdirməklə təmin etmək mümkündür. Bunun üçün
65
hər iki sistemdə tezliyin səviyyəsi ümumi standartlarla və eyni tənzimləyici
qanunlarla həyata keçirilməlidir. Əgər birləşdirməyə qədər energetika
sistemlərində tezlik müxtəlf qanunlarla tənzimlənirdisə, onda belə
birləşdirmələr bütün elektrik stansiyalarında böyük həcmli yenidənqurma
işlərinin – enerji bloklarında statik tənzimləmələrin yenidən qurulmasını
tələb edir, yəni iri kapital qoyuluşu lazım gəlir. Bundan əlavə birləşdirmə
zamanı qısa qapanma cərəyanlarının artması ilə əlaqədar, bu cərəyanların
məhdudlaşdırılması üçün iri vəsait qoyuluşu, yəni kommutasiya aparatlarının
yeniləşdirilməsi tələb olunacaqdır.
Dəyişən HEVX ilə birləşdirilən energetika sistemlərinin etibarlığının
artırılması tələbatı yaranır, belə ki əgər sistemin birində qəza baş verərsə,
məsələn iri generasiya bloku və ya bütöv bir elektrik stansiyası sistemdən
açılarsa, onda hər iki sistemin dayanıqlığı pozular və bütöv bir regionun elektrik
təchizatında fasilələr yarana bilər. Belə hadisələr artıq inkişaf etmiş ölkələrin
təcrübəsində iri həcmli iqtisadi ziyanlarla müşaiət olunmuşdur.
Yuxarıda göstərilən bütün mənfi halların qarşısı energetika sistemlərinin
birləşdirilməsində sabit cərəyan EVX-dən istifadə etməklə alınır. Belə birləşmə
hər iki sistemin dayanıqlığını artırmaqla yanaşı, qısa qapanma cərəyanlarının
artmasının qarşısını alır və sistemlərin eyni və ya bir qədər fərqli tezlikdə
asinxron rejimdə işləməsinə imkan verir. Dünya təcrübəsi sabit cərəyan
EVX-lərilə birləşdirilmiş energetika sistemlərində müəyyən “Sistem Effekti”nin
yaranmasını , yəni normal, qəza və qəzadan sonrakı rejimlərdə qəzanın silsilə
şəklində yayılmasının əngəllənməsi, sistemin dayanıqlı və qənaətli fəaliyyətini
sübut etmişdir. Əgər bir neçə energetika sistemi sabit cərəyan EVX-ləri ilə
birləşdirilərsə, onda bu sistemlər bir-birindən aslı olmadan fəaliyyət göstərməklə
yanaşı, öz aralarında enerji mübadiləsi aparmaq imkanına malikdirlər. Bu halda
sabit cərəyan xətləri sistem üçün toplayıcı şin rolunu oynayır və dəyişən
cərəyan xətlərindən fərqli olaraq, sistemlərin birində baş verəcək
həyacanlanmanın digər qonşu sistemlərə ötürülməsinə imkan verməyəcəklər.
Məlumdur ki, sabit fırlanma sürətində hidroturbinlərin maksimal FİƏ
layihədə göstərilən nominal su basqısına uyğundur, lakin SES-lərin su
anbarlarında suyun səviyyəsi il ərzində xeyli dəyişdiyindən su basqısı da
müxtəlif qiymətlər alır. Ona görə də hidroaqreqatlarda FİƏ-nı həmişə maksimal
səviyyədə saxlamaq üçün turbinin dövürlər sayı və buna uyğun olaraq
generatorun tezliyi də daim dəyişməlidir. Bu halda sistemdə və generatorda
tezliyin fərqli olması səbəbindən stansiyanın dəyişən cərəyanla birbaşa sistemə
işləməsi mümkün deyil. Lakin SES-in sabit cərəyanla sistemə birləşməsi su
anbarının çoxillik dolma prosesində SES-in maksimum FİƏ-da effektli işini
təmin edə bilər.
Son illərdə SES və HAES-lərdə HA-ın fırlanma sürətindən aslı olmayaraq,
FİƏ-nı maksimal həddə saxlayan yeni tipli, uzununa və eninə təsirlənən
asinxronlaşdırılmış sinxron maşınlar (ASM) tətbiq edilir. ASM-lər fırlanma
sürətinin dəyişməsinə baxmayaraq, çıxış tezliyini energetika sisteminin tezliyinə
bərabər saxlamaq xüsusiyyətinə malikdirlər.
66
5.6. Trans-Xəzər sabit cərəyan elektrik veriliş xətti
Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı
istiqamətində Trans-Xəzər sabit cərəyan kabel xətti gücləndirilmiş
variantda enerjinin ötürülməsində NABUCO qaz boru kəmərinin
alternativ variantı kimi təqdim edilə bilər. Avropaya ötürülməsi nəzərdə
tutulan təbii qaz Türkmənistanda quraşdırılacaq müasir Buxar-Qaz elektrik
stansiyalarında elektrik enerjisinə çevrilərək, Türkmənistan-Azərbaycan-
Gürcüstan-Türkiyə-Avropa İttifaqına Trans-Xəzər sabit cərəyan kabel xətti ilə
ötürülə bilər.
Bu variantda Türkmənistandan NABUCO xətti ilə nəzərdə tutulan qaz
həcminə ekvivalent elektrik enerjisinin bir neçə etapda Avropaya
ötürülməsi aşağıdakı imkanlar yaradır:
- Xəzəryanı dövlətlərin (xüsusən Rusiya və İran) NABUCO qaz xəttinin
yaradacağı ekoloji problemlərlə əlaqədar narazılıqları aradan qaldırır;
- Avropada elektrik stansiyalarında yandırılacaq qazın yalnız 50%-ə
ekvivalent elektrik enerjisinə çevrilmə (elektrik stansiyalarında faydalı iş
əmsalı 50%) nəzərə alınarsa, onda təbii qazdan texnoloji cəhətdən daha
yüksək olan elektrik enerjisi müvafiq enerji ekvivalentində iki dəfə az
ötürməli olacaqdır.
- Bu layihə təbii qazın ekoloji təzyiq yaradan CO2-nin Avropada deyil,
əhali sıxlığı daha az olan Orta Asiyada yandırılmasını təmin edəcək;
- Tikintisi 2015-ci ildə başa çatdırılacaq Azərbaycan-Gürcüstan-Türkiyə
Elektroenergetika Körpüsünün istifadə əmsalının və əhəmiyyətinin
artırılması təmin ediləcək;
- Elektrik veriliş xətlərinin qaz boru xətlərindən fərqli olaraq enerjini daha
az itkilərlə təhlükəsiz və etibarlı ötürməsi həyata keçiriləcək;
- Gələcəkdə Avropada AES-lərin bağlanılması nəticəsində elektrik enerji
ehtiyaclarının ödənməsi imkanları yaranır;
- Ötürüləcək güc səviyyəsindən asılı olaraq, respublikada böyük həcmdə
kabel və çevirici avadanlıqların istehsalı (STP) elektrotexnika sənayesinin
inkişafına və tikinti sahəsinin genişlənməsinə və nəticəsində bu layihənin
ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər gətirməsinə səbəb olacaq.

67
Xəzər vasitəsilə Trans-Xəzər elektrik veriliş xəttinin (EVX) coğrafi vəziyyəti
Географическое положение участка энергомоста через Каспий

Xəzər vasitəsilə EVX-nin uzunluğu 250 km əsasən sualtı kabel xətləri ilə həyata keçirilir.
68
Схема
Gücü 2000 MVt olan SCÖ-nin baş sxemi: gərginliyi 450 kV, hər birinin gücü 670 mVT
olan 3 birqütblü blok (ümumi güc 2010 MVt, koaksial kabel xəttinin qayıtma kabelinin
gərginliyi – 52 kV)

~500 kV Keçirici vasitəsilə ~500 kV


birləşdirilmə

Türkmənis- Azərbay-
tan EES Keçirici vasitəsilə can EES
birləşdirilmə

~500 kV Keçirici vasitəsilə ~500 kV


birləşdirilmə

69
70
5.7. Ifratkeçiricilik
İfratkeçiricilik – bəzi kimyəvi element, birləşmə və metal xəlitələrin müəyyən
temperaturdan aşağı həddə soyudulması nəticəsində onların normal vəziyyətdən
ifratkeçiricilik səviyyəsinə keçməsiylə əlaqədar onlarda sabit cərəyana qarşı
müqavimətin yox olmasıdır. Keçid zamanı ifratkeçiricilərin struktur xüsusiyyətləri
praktiki olaraq dəyişməz qalır, lakin elektrik və maqnit xüsusiyyətləri normal
vəziyyətdə olduğundan kəskin surətdə fərqlənir.
İfratkeçiricilik ilk dəfə 1911-ci ildə Q.Kamerlinq-Onnes tərəfindən civə
üzərində tədqiqat apararkən kəşf edilmişdir.
Aşağıtemperaturlu ifratkeçiricilik (ATİK) müəyyən materialların maye
helliumla 4o K-yə qədər soyudulması nəticəsində alınır.
Yüksəktemperaturlu ifratkeçiricilik (YTİK) isə müəyyən materialların maye
azotla 77o K –yə qədər soyudulması nəticəsində alınır.
ATIK materialların energetikada tətbiqi üzrə tədqiqat işləri 80-cı illərdən
başlayaraq iki istiqamətdə aparılır:
1. Nobiy-titan (Nb-T) xəlitəsi əsasında 4,2oK işçi temperaturda və maqnit sahə
induksiyasının B= 5Tl qiymətində, kritik cərəyan sıxlığı 3x108 A/m2-da;
2. Nobiy-sink (Nb-Sn) xəlitəsi əsasında 4,2oK işçi temperaturda və maqnit sahə
induksiyasının B= 10Tl qiymətində, kritik cərəyan sıxlığı 109 A/m2 –də alınır.
Bu materiallar əsasında hazırlanmış turbogenerator, transformator, kabel və
elektrik enerji toplayıcısının təcrübi nümunələri üzərində aparılmış sınaqlar
nəticəsində onlarin layihədə gözlənilən xüsusiyyətləri öz təsdiqini tapmışdı. Lakin
avadanlıqların işini təmin edən krioqen soyuducu sistem çox baha başa gəldiyindən,
ATİK materiallar əsasında hazırlanmış bu qurğuların elektroenergetikada praktiki
tətbiqi iqtisadi cəhətdən sərfəli olmamışdır.
Başqa sahələrdə, məsələn tibbidə (tomoqraf) ATİK-texnologiyalar geniş
praktiki tətbiqini tapmışdır.
1986-cı ildə yüksəktemperaturlu ifratkeçiriciliyin (YTİK) kəşf edilməsi
elektroenergetikada ifratkeçiriciliyin praktiki tətbiqinə ümid verdi.
YTİK materialların soyudulması üçün istifadə edilən maye azot helliumdan
fərqli olaraq həm ucuz, həm də onun istehsalı artıq sənaye miqyasında
mənimsənilmişdi.
YTİK materiallar birinci və ikinci nəsil materiallara bölünür:
Birinci nəsil materiallar vismut kuporatları (Bi-2223) əsasında Tk= 110K,
Bk = 100Tl və 108 A/m2 kritik parametrlərdə, işçi cərəyanın 4x 0,2mm en kəsikli
keçiricidə 40-150 A-ə bərabərdir. Bu naqillərlə artıq generator, transformator,
elektrik mühərriki, qısa qapanma cərəyan məhdudlaşdırıcısı və kabel kimi müxtəlif
qurğuların təcrübi nümunələri hazırlanmışdır.
YTİK materialların elektroenergetikada geniş tətbiqi üçün bu naqillərin
dəyərinin misin qiymət həddini keçməməsi vacibdir. Lakin hal hazırda birinci nəsil
YTİK materialların dəyəri misin dəyərindən 6-8 dəfə yüksəkdir və istehsalçı
şirkətlərin proqnozlarına görə bu qiymət 3-4 dəfədən aşağı düşməyəcəkdir.
İkinci nəsil YTİK materialların əsasını itriy keramikası təşkil edir. Belə ki,
elastik nikkel ərintisi üzərinə kristal strukturlu xüsusi bufer təbəqəsi formalaşdırılır
və bu təbəqənin üzərinə ifratkeçirici hopturulur, üzəri stabilləşdirici metalla örtülür.

71
Nəticədə, böyük cərəyan sıxlığına və yüksək keçiricilik qabiliyyətinə malik olan
nazik və elastik monokristal ifratkeçirici alınmış olur.
Hal hazırda ikinci nəsil YTİK materialların dəyəri misin dəyərindən 7-8
dəfə yüksəkdir və istehsalçı şirkətlərin proqnozlarına görə bu qiymət 2015-ci ildə
misin qiymətinə bərabər olacaqdır.
İkinci nəsil YTİK materiallar əsasında hazırlanacaq ifratkeçirici texnologiya və
qurğular, istifadə edilən ənənəvi elektrik avadanlıqlarından aşağıdakı üstünlüklərə
malikdirlər:
- Yüksək FİƏ-na, yəni kiçik itkilərə;
- Az çəkiyə və ölçülərə;
- Yanğın və partlayış təhlükəsizliyinə;
- Ekoloji təmizliyə .
İfratkeçirici (İK) materiallardan istifadə etməklə yüksək istismar
parametrlərinə malik olan iri güclü generator, transformator, sinxron kompensator
və xalq təsərrüfatının bütün sahələrində geniş istifadə olunacaq elektrik
mühərrikləri istehsal ediləcəkdir.
İfratkeçiriciliyin spesifik xüsusiyyətləri nəzərə alinmaqla müxtəlif
texnologiyalar əsasında hal-hazırda hazırlanması mümkün olmayan unikal
avadanlıqların istehsalına imkan yaranır.
Belə ki:
- Energetika sistemində qısa qapanma (QQ) zamanı yaranan zərbə cərəyanının
qiymətini verilmiş həddə məhtudlaşdırmağa imkan verən İK QQ cərəyan
məhtudlaşdırıcıları;
- Energetikada əsaslı dəyişiklik yaradacaq elektrik enerjisinin
akkumuliyasiyasına imkan verən enerji toplayıcılarını bura aid etmək olar.
ABŞ, Yaponiya, Avropa İttifaqı, Cənubi Koreya, Çin və digər ölkələrdə ikinci
nəsil YTİK materiallar əsasında hazırlanacaq ifratkeçirici texnologiya və
avadanlıqların sənaye istehsalı, elektroenergetikanın gələcək inkişafına böyük
ümidlər verir.

5.8. İK induktiv enerji toplayıcıları


Bildiyimiz kimi, energetika sisteminin yük qrafiki sutka ərzində dəyişir.
Elektrik stansiyalarında (ES) elektrik enerjisinin istehsalı sistem itkiləri çıxılmaqla
tələb olunan enerjiyə bərabər olmalıdır. Deməli ES-lər də yük qrafikinə uyğun
dəyişən güclə işləməlidir, lakin əksər ES-lər dəyişən güc rejimdə işləmək üçün
nəzərdə tutulmadığından, xüsusən pik saatlarında sistem operatoru üçün yükün
tənzimlənməsi problemi yaranır. Atom və istilik ES-lərinin dəyişən gücdə işləməsi
onun FİƏ-nı və avadanlığın ömrünü azaldır. Hal hazırda yük qrafikini düzləndirmək
üçün hidroakkumulyasiya ES-lərindən (HAES) istifadə edilir. Bu stansiyalar yük
qrafikinin gecə (yükün çökməsi) saatlarında enerjini sistemdən alaraq nasos
rejimində işləyir və suyu yuxarı su anbarına vurur. Axşam pik saatlarında isə əksinə
generator rejiminə keçərək elektrik enerjisi istehsal edərək tələbat üzrə yük
qrafikini tənzimləyir. Bütün bu üstünlüklərinə baxmayaraq, HAES-lərin inşası
böyük əsaslı vəsait tələb edir və onların FİƏ 85%-dən yüksək deyil.

72
IK induktiv sarğılarda enerji itkisinin olmaması səbəbindən, onlarda yaranan
maqnit selini uzun müddət saxlamaq mümkündür, yəni elektrik enerjisinin
akkumlyasiyasına imkan verir. Elektrik şəbəkəsindən istənilən zaman elektrik
enerjisini şəbəkəyə birləşdirilmiş xüsusi qurğuların köməyi ilə alaraq, lazım gələndə
yüksək FİƏ ilə yenidən şəbəkəyə geri qaytarır. Bu qurğular energetika sisteminin
yük qrafikinin düzləndirilməsi ilə bərabər, mərkəzi enerji təchizatında yaranan
fasilələr zamanı enerji mənbəyi kimi də istifadə edilə bilər.
İfratkeçirici induktiv toplayıcılar (İKİT) sabit cərəyanla işləyir və yaranan
maqnit sahəsini dolaqların kritik aşağı temperaturunda istənilən müddətdə saxlamaq
qabiliyyətindədir. İKİT sabit cərəyanla işlədiyindən elektrik şəbəkəsinin dəyişən
cərəyanı düzləndiricilər vasitəsilə İKİT-ya yüklənir və bu toplanmış enerji geri
şəbəkəyə qaytarılarkən isə inventorun köməyi ilə yenidən dəyişən cərəyana
çevrilməlidir.
Bu çevrilmələr yüksək FİƏ-yə malik olan (97-98%) müasir güc elektronikası
bazasında hazırlanmış qurğuların köməyi ilə həyata keçirilir.

5.9. Günəş Elektrik Stansiyasının İKİT-lə birgə fəaliyyəti


energetika sisteminin ləğvinə aparan yoldur
Yeni təklif:
Günəş elektrik stansiyasının (GES) sabit cərəyan dövrəsinə ardıcıl qoşulmuş
ifratkeçirici induktiv toplayıcı (İKİT) sistem əhəmiyyətli sinergetik effekt yaradar
və gələcək energetikanın əsasını təşkil edə bilər. Belə ki,GES-İKİT –nın
birləşdirilməsi hər iki qurğuda istifadə ediləcək ortaq invertor-düzləndiricinin
hesabına (gücünü artırmadan) əsaslı vəsait qoyuluşunu xeyli azaldacaqdır. GES-
İKİT nəinki əsas elektrik enerji mənbəyi, həm də tezliyin energetika sistemində
tənzimləyicisi kimi, rolu artıracaqdır.

73
Günəş ES

PV Şəbəkə

İKİT

İnventor-düzləndirici

İnventor sabit cərəyanı dəyişən cərəyana çevirən (inversio-latınca çevirmə),


yəni düzləndiricinin əksinə işləyir. İnvertor elektrik enerjisinin istiqamətini sabit
cərəyan mənbəyindən (PV panellərdən) dəyişən cərəyan şəbəkəsinə
istiqamətləndirir.
İnventor şəbəkənin parametrlərinə uyğun avtomatik idarə olunur, yəni
inventorun ventillərinin kommutasiyası mikroprossesorlar tərəfindən şəbəkənin
dəyişən cərəyan parametrlərinə (gərginliyin amplituda, fazası və tezliyinə) uyğun
idarə olunur. Çeviricinin elektrik parametrləri xarici şəbəkənin dəyişən cərəyanının
parametrləri ilə müəyyənləşir ona görə də onu asılı inventor adlandırırlar.
Beləliklə, GES-nın İKİT ilə birgə tətbiqi, PV panellərdə istehsal edilən sabit
elektrik enerjisinin İKİT vasitəsilə toplanaraq, tələbatın çox olduğu istənilən
saatlarda şəbəkəyə ötürməyə imkan verəcəkdir. Göstərilən şəkildə (GES-İKİT)
kombinə edilmiş konstruktiv birləşmə bu qurğuların ayrı-ayrıldıqda istifadəsindən
ucuz və etibarlı başa gələr. Çünki İKİT üçün əlavə bahalı düzləndirici – inventor
avadanlıqlarına ehtiyac qalmır.
Bu sistemin tətbiqi mərkəzləşdirilmiş elektroenergetika sisteminin
tədricən lokal elektrik enerji təchizatı (istehsal,paylama və istehlak) sistemi ilə
əvəzlənə bilər. Mövcud generasiya (elektrik stansiyaları), ötürmə (yüksək
gərginlik xətləri və yarımstansiyaları), paylama (orta və alçaq gərginlik
xətlərini və yarımstansiyaları) və Mərkəzi Dispetçer Xidmətini özündə
birləşdirən energetika sistemi gələcəkdə GES-İKİT sisteminin tətbiqi ilə
əlaqədar ləğv edilərək, lokal istehsal-paylama-tələbatla əvəz olunacaqdır. Yeni
təklif olunan bu lokal təchizat sistemi dayanıqlıq, ehtibarlıq, qənaətçilik və
ekoloji kriteriyalar üzrə mərkəzləşmiş energetika sistemindən daha üstün
xüsusiyyətlərə malikdir. Beləliklə, ekoloji problemlər yaradan karbohidrogen
yanacağına, elektrik staniyaları və hörümçək toru kimi təbiətə sarınmış
elektrik veriliş xətlərinə də ehtiyac qalmayacaqdır.
Günəşin yer səthinin hər kvadrat metrinə düşən enerjisindən alınacaq
elektrik enerjisi istədikləri vaxtı insanların istifadəsində olacaqdır.

74
5.10. Hermetik Kompleks Paylayıcı Qurğular
Texnologiyanın müasir inkişaf səviyyəsi nəinki ayrıca götürülmüş elektrik
açarlarının, həm də bütövlükdə Eleqaz əsaslı Hermetik Kompleks Paylayıcı
Qurğuların (EHKPQ) hazırlanmasına imkan verdi. Eleqaz (F6H) yüksək izolyasiya
və qövs söndürmə xassəsinə malik olmaqla yanaşı, həm də qövsün təsiri ilə
parçalanmır.
EHKPQ-lərın vəzifəsi, 110 kV və daha yüksək gərginlikli üçfazlı şəbəkələrin
normal və qəza rejimlərində elektrik enerjisinin qəbulu, paylaması və ötürməsini,
elektrik dövrələrinin parametrlərinin ölçülməsini və kommutasiya əməliyyatlarını
həyata keçirməkdən ibarətdir.
EHKPQ-ların tətbiq sahələri:
- İri şəhərlərin mərkəzi rayonlarına enerji girişi üçün;
- Atmosfer çirklənməsi yüksək olan elektrik stansiyalarında;
- Metalurgiya və kimya sənayesində;
- Ərazisi məhdud olan obyektlərdə.
Eleqazın tətbiqi nəticəsində yarımstansiyaların ölçüləri dəfələrlə kiçilir, işçi
heyyətin elektrik, maqnit sahə təsirindən və yüksək gərginlikdən təhlükəsizliy təmin
edir. Eyni zamanda izolyasiyanı və avadanlıqları atmosfer təsirindən qoruyaraq
onların ömrünü uzadır, işləyən qurğuların titrəyişini azaldır, seysmik dayanıqlı edir
və daxili qısa- qapanmalarda qövsün xaricə çıxmasının qarşısını alır.
EHKPQ-nin konstruksiyası eleqazla doldurulmuş qapalı metal təbəqənin
içərisində yerləşdirilmiş standart elementlərdən: kommutasiya, ölçü və digər
qurğulardan ibarətdir. Burada istifadə edilən qurğular EHKPQ-nin ayrı-ayrı
elementlərini təşkil edir. Bu elementlər təbəqəyə izolyatorlarla, bir-birinə isə flyəns,
boru bağlantı, kontakt və araqatla birləşdirilir.

75
b)
500 kV-luq EHKPQ qabaqdan (a), soldan (b) görünüşü
1.Toplayıcı şin; 2.Şin ayrıcısı;
3.Torpaqlayıcı; 4. Açarın qütbü;
5.Cərəyan tranformatoru; 6. Xətt ayrıcısı;
7.Cəldişləyən torpaqlayıcı; 8. Gərginlik transformatoru

76
6. Azərbaycanda elektrik enerji istehsalının artım
dinamikasında Kiçik Su Elektrik Stansiyaları (KSES)
6.1. Dünyada, o cümlədən Azərbaycanda elektrik enerjisinə
olan tələbat
Əvvəllər qeyd etdiyimiz kimi dünyanın ümumi enerji istehlakı
strukturunda elektroenergetikanın payı 1/3-dən çoxdur və XXI əsrin sonuna qədər
bu göstəricinin 1/2-ə qədər artacağı gözlənilir.
Proqnoza görə 2020-ci ilə kimi elektrik enerjisinin istehsalına ilkin
yanacağın sərfi 5 779 mln. tondan 8 478 mln. ton şərti yanacağa qədər
artacaqdır. Elektrik enerjisi istehsalında ilkin yanacaq kimi 40% - ə yaxın
kömür, 20% - ə yaxın qaz və 20% alternativ, 16%-dən yuxarı nüvə yanacağı və
7,5% mazutdan istifadə edilir.

Dünya üzrə elektrik enerjisinin istehsalında istifadə olunan ilkin enerji


resurslarının 2020-ci ilə proqnoz göstəriciləri
2001-ci il 2020-ci il Artma
-
İlkin enerji resursları mln. ton
ilkin mln. ton ilkin azalma
resursda şərti resursda ,
şərti yanacaq
%-i yanacaq %-i %-lə

Mazut 436 7,5 605 7,1 38,8

Qaz 1 066 18,4 1 948 23,0 82,7

Kömür 2 200 38,1 3 129 36,9 42,2

Uran 943 16,3 1 148 13,5 21,7

Bərpa olunan enerji mənbələri 1 134 19,6 1 648 19,4 45,3

Dünya üzrə CƏMİ: 5 779 100 8 478 100 46,7

77
Elektroenergetikanın inkişafına və istehsal həcminə görə regionları Şimali
Amerika, Qərbi Avropa, Asiya, MDB, Latın Amerikası, Afrika və Avstraliya
kimi sıralamaq olar. İnkişaf etmiş ölkələr dünyada elektrik enerjisinin 70%-ni,
inkişaf etməkdə olan ölkələr isə 30 %-ni istehsal edir.
Dünyanın 20 inkişaf etmiş ölkəsi elektrik enerjisinin təxminən 75%-ə
qədərini istehlak edir.
Ölkədə hər adama düşən elektrik enerjisinin miqdarı onun iqlim
şəraitindən və inkişaf səviyyəsindən, xüsusən enerjitutumlu ağır sənayenin
ÜDM-dəki həcmindən asılıdır.

Dünya ölkələri üzrə 2010-cu ildə əhalinin


bir nəfərinə düşən elektrik enerjisinin miqdarı
Bir nəfərə düşən
Elektrik enerjisinin Əhalinin elektrik
istehlakı sayı enerjisinin
№ Ölkələr və qitələr miqdarı

dünyada
mlrd kVt.s mln nəfər kVt.s/nəfər
%-i

1 ABŞ 3 873 19,8 307,2 12 607,4

2 Çin 2 835 14,5 1 339,0 2 117,3

3 Rusiya 1 061 5,4 140,0 7 578,6

4 Yaponiya 1 007 5,2 127,1 7 922,9

5 Hindistan 568 2,9 1 166,0 487,1

6 Kanada 536 2,7 33,5 16 000,0

7 Almaniya 547 2,8 82,3 6 646,4

8 Fransa 473 2,4 64,1 7 379,1

9 İngiltərə 468 2,4 61,1 7 659,6

10 Cənubi Koreya 385 2,0 48,5 7 938,1

11 Braziliya 404 2,1 198,7 2 033,2

12 İtaliya 325 1,7 58,1 5 593,8

13 Türkiyə 260 1,3 76,8 3 385,4

14 Ukrayna 219 1,1 45,7 4 792,1

15 İspaniya 276 1,4 40,5 6 814,8

78
16 Meksika 200 1,0 111,2 1 798,6

17 CAR 215 1,1 49,1 4 378,8

18 Avstraliya 222 1,1 21,3 10 422,5

19 İran 154 0,8 66,4 2 319,3

20 Səudiyyə Ərəbistanı 165 0,8 28,7 5 749,1

20 ölkə üzrə CƏMİ: 14 193 72,7 4 065,3 3 491,3

Cədvəldə bu prinsipə istinadən ölkələri inkişaf səviyyəsinə görə sıralamaq


mümkündür.

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üzrə 2010-cu ildə əhalinin bir nəfərinə
düşən elektrik enerjisinin miqdarı

Bir nəfərə
Elektrik enerjisinin Əhalinin düşən elektrik
istehlakı sayı enerjisinin
№ MDB ölkələri miqdarı

MDB-də
mlrd kVt.s mln nəfər kVt.s/nəfər
%-i

1 Rusiya 1 006,0 70,4 141,9 7 089,5

2 Qazaxıstan 83,8 5,9 16,4 5 109,8

3 Ukrayna 184,4 12,9 45,8 4 026,2

4 Belarus 37,4 2,6 9,5 3 936,8

5 Tacikistan 15,6 1,1 7,6 2 052,6

6 Azərbaycan 18,1 1,3 9,0 2 011,1

7 Qırğızıstan 10,4 0,7 5,4 1 925,9

8 Türkmənistan 14,5 1,0 8,0 1 812,5

9 Özbəkistan 50,6 3,5 28,0 1 807,1

10 Ermənistan 5,7 0,4 3,2 1 781,3

79
11 Moldova 3,3 0,2 3,6 916,7

MDB üzrə CƏMİ: 1 429,8 100 278,4 5 135,8

Azərbaycan MDB məkanında bu göstəriciyə görə 6-cı yerdədir. Əlbəttə,


qeyd edilməlidir ki, müasir texnologiyaların tətbiqi və az enerji tutumlu
sahələrin (xidmət sahəsi) inkişafı ÜDM-də elektrik enerjisi miqdarının
azalmasına və iqtisadi-ekoloji problemlərin həllinə xidmət edir.

2005 - 2014-ci illər üzrə adam başına düşən elektrik enerjisi

Hər adama düşən elektrik enerjisinin dinamikasından göründüyü kimi,


2006-cı ilə qədər respublikada elektrik enerjisindən qeyri-səmərəli istifadə
edildiyindən hər adama düşən elektrik enerjisinin səviyyəsinin yüksək olması
yanlış təəssürat yaradırdı. Lakin sonrakı illərdə elektrik enerjisinin istifadəsi üzrə
ölkədə aparılmış müvafiq effektli tədbirlər bu göstəricinin iqtisadi həqiqətləri əks
etdirməsinə imkan yaratdı.
Bununla belə Azərbaycanda metallurgiyanın inkişafı, yəni Gəncədə
alüminium zavodunun, Kəlbəcər filiz yataqlarının işlənilməsi 2012-ci ildən
elektrik enerjisi istehlakını xeyli artırmışdır. Belə ki, alüminium istehsalının 100

80
min tona çatdırılması və hər tona 13000 kVts elektrik enerjisinin istehlakı
respublikada hər adama düşən elektrik enerjisini 10-12%-ə qədər artırır.
Vaxtilə statistik hesabatlarda müəssisələr tərəfindən vahid məhsul
buraxılışına sərf edilən elektrik enerjisinin xüsusi sərfiyyatını əks etdirən
hesabat forması (11CH) tətbiq edilirdi və bu statistik forma enerjidən səmərəli
istifadəni stimullaşdırmaqla yanaşı, onun ÜDM-də payını müəyyənləşdirirdi. Bu
hesabat formasının respublikanın istehsal sahələrində yenidən bərpa
edilməsi məqsədəuyğundur.

6.2. Azərbaycanın su potensialı və ondan istifadə

Ölkənin ərazisində hidroqrafik şəbəkə olduqca qeyri-bərabər paylanmışdır.


Çaylar şəbəkəsinin hər km2-ə orta sıxlığı 0,33 km təşkil edir.
Respublikada 1100-1200-ə qədər müxtəlif uzunluqda (5-100 km-dən çox)
çay qeydiyyata alınmışdır. Göründüyü kimi ölkə ərazisindən çoxlu sayda çay axır,
lakin bu çayların su ehtiyatları o qədər də zəngin deyil. Bu su ehtiyatlarının 71%-
i kənarda, 29%-i isə ölkədə formalaşır. Azərbaycanın su ehtiyatları 30,6 mlrd.m3,
tranzit çay axını 21,7 mlrd.m3 təşkil edir. Respublikanın ən böyük çayları – Kür,
Araz, Qanıx, Samur, Qabırrı, Həkəri və d. çaylardır.
Ölkə çaylarında ekoloji cəhətdən təmiz, bərpa olunan və tükənməz enerji
mənbəyinin illik miqdarı 40 mlrd. kVt.s.-dır, lakin iqtisadi cəhətdən istifadə üçün
yararlı həcm 16 mlrd. kVt.s.-dır ki, bunun da 4 mlrd. kVt.s.-ı kiçik çaylarda
quraşdırıla bilən KSES-lərin payına düşür.
Azərbaycan Respublikasının enerji sistemində su elektrik stansiyalarının
ümumi qoyuluş gücü təxminən 1000 MVt 14,0 %, istehsal olunan elektrik
enerjisinin orta hesabla miqdarı isə 12%-ə (2,4 mlrd. kVts) yaxındır.
Respublikada su potensialından effektli istifadə etmək üçün mövcud
çayların i l l i k su balansı və potensial enerjisi əsasında su energetika kadastrı və
hidroenergetika resurslarının su axımının kadastr qrafikləri tərtib edilməlidir.
Bu işlərin icrası hal-hazırda ABEMDA-nın sifarişi ilə həyata keçirilir. Yalnız
çayların (kanalların) axını istiqamətində mailliyin hesabı en kəsiyində su
axımının enerjisi və gücü müəyyən edildikdən sonra, çayın iqtisadi effektli
hissəsi seçilərək SES-in tikintisi üçün təklif edilə bilər.
Kiçik su elektrik stansiyalarının inkişafı ilə əlaqədar son təklif 1988-ci ildə
keçmiş SSRİ Energetika Nazirliyinin tapşırığı ilə “Bakıhidrolayihə” İnstitutu
tərəfindən o dövrün mövcud layihə materiallarına və əlavə işləmələrə istinadən
hazırlanmışdı.
Hal-hazırda bu təkliflər bizim üçün çox əhəmiyyətli olsa da, keçən onilliklər
ərzində bu təkliflərin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Bu layihə üzrə
vaxtilə kiçik hidroenergetikanın ilkin variantda iqtisadi cəhətdən effektiv potensialı
2,5 mlrd. kVts, qoyuluş gücü 476 MVt, illik 5200 istifadə saatı
müəyyənləşdirilmişdi. Sonrakı dəqiqləşdirmələr əsasında çaylar və əlavə su
kanalları, irriqasiya su anbarları üzərində tikilməsi mümkün olan 61 KSES-də
nəzərə alınmaqla ildə 3,2 mlrd. kVt.s. elektrik enerjisi istehsal etməyin
mümkünlüyü müəyyənləşdirilmişdir.

81
Respublikada tikintisi planlaşdırılan kiçik su elektrik stansiyaları suvarma
kanalları və su anbarları üzərində də nəzərdə tutulur. Hazırda suvarma üçün 40-dan
çox su anbarı mövcuddur, lakin onlardan bir çoxu lillənmiş və su tutumu
azaldığından yalnız suvarma üçün kifayətdir, kiçik su elektrik stansiyalarının
qurulması üçün effektli deyil.
“Bakıhidrolayihə” İnstitutunun ilkin təkliflərində Mil kanalı (25 MVt),
Yuxarı-Şirvan kanalı (20 MVt), Yuxarı- Qarabağ kanalı (20 MVt) üzərində orta güclü
SES-in tikintisinin effektivliyi göstərilir və gücü 135,3 MVt olan 11 orta və kiçik
güclü SES-lərin elektrik enerjisi istehsalının 600 mln. kVts olacağı bildirilir.
Əlavə tikilən KSES-lər: Biləv SES-Naxçıvan MR (22MVt), Arpaçay SES-
Naxçıvan MR (20,5 MVt), Füzuli SES (25 MVt), Taxtakörpü SES (25 MVt),
Şəmkir SES (25 MVt), Şəki KSES (580 kVt), Vayxır KSES-Naxçıvan MR (4,5
MVt), Qusar KSES (1 MVt), Göyçay KSES-1 (3,3 MVt), İsmayıllı KSES (1,6
MVt), Balakən SES (1,4 MVt), “Arpaçay-2” SES Naxçıvan MR (1,4 MVt).
Bu KSES-lərin əksəriyyəti inşa edilmiş və hal-hazırda fəaliyyət göstərirlər.
Əlavə olaraq, irriqasiya su qovşaqlarında “Qudyalçay” (4,8 MVt),
“Tovuzçay” (l,8 MVt), “Viləşçay” (3,2 MVt), “Şamxorçay” (17,4 MVt),
“Türyançay” (10,0 MVt), "Həkəriçay” (6,25+10,0MVt) və s. ümumi gücü
75 MVt, illik elektrik enerji istehsalı 350 mln KVts olan daha 11 SES-in də
tikintisi mümkündür (illik istifadəsi 4600 saat).
Beləliklə, ilkin variant kimi KSES-lərdə 1,0 mlrd. kVts-a yaxın elektrik
enerjisi istehsalının 2020-ci ilə qədər icrası mümkündür və elektrik enerjisi istehsalı
strukturunda bu bərpa olunan enerji potensialı müvəffəqiyyətlə həyata keçirilə
bilər.

2009-2020-ci illərdə elektrik enerjisinin istehsal strukturu üzrə proqnoz


göstəricilər

30 000
İstehsal olunan elektrik enerjisi, mln. kVt.s

25 000

20 000

15 000

10 000

5 000

0
2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020

İES-lərdə el.enerjisinin İstehsalı, mln. kVts illər mln. kVts


Kiçik SES-lərdə el.enerjisinin İstehsalı, SES-lərdə el.enerjisinin İstehsalı, mln. kVts

82
6.3. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə olunması üzrə Dövlət
Proqramı”nda SES-lərin yeri

I Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli


sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” aşağıdakı
tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
1. Mövcud kiçik su elektrik stansiyalarının (“Quba”, “Qusar”, “Çiçəkli”,
“Zeyxur”, “Nügədi”, “Çinarlı” və “Balakən”) özəlləşdirilməsinin sürətləndirilməsi;
2. “Varvara” Su Elektrik Stansiyasının yenidən qurulması istiqamətində
tədbirlərin həyata keçirilməsi. Bu məqsədlə Asiya İnkişaf Bankı tərəfindən
ayrılmış 27 mln ABŞ dollar vəsait hesabına yenidənqurma işləri icra edilir;
3. Vayxır çayı üzərində su elektrik stansiyasının layihələndirilməsi və inşası.
Gücü 4,5 MVt olan SES inşa edilərək istifadəyə verilmişdir;
4. Dağ çayları və suvarma kanallarının enerji potensialından istifadə məqsədi
ilə onların üzərində kiçik su elektrik stansiyalarının inşası. “Füzuli” SES - 25
MVt, “Göyçay” SES – 3 MVt və d. istifadəyə verilmişdir;
5. Dəniz-dalğa enerji potensialının elektrik enerjisinə çevrilməsi
istiqamətində elmi-tədqiqat işlərinin aparılması.Ukraynanın “Krok-1” Elmi-
Tədqiqat İnstitutunun materialları ABEMDA-da araşdırılır;
II “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin (2005-2015-
ci illər) inkişafı üzrə” Dövlət Proqramı çərçivəsində:
1. “Tovuz” SES-in (380 MVt) iqtisadi səmərəliyinin öyrənilməsi. TİƏ
hazırlanmış, lakin ekoloji səbəblərdən tikinti işləri hələlik dayandırılmışdır;
2. Naxçıvanda 36 MVt-lıq “Ordubad” SES-in və 20 MVt-lıq “Biləv” SES-
in inşası. “Biləv” SES tikilərək istismara verilmişdir, “Ordubad” SES isə
tikilməkdədir;
3. “Mingəçevir” SES-də yenidənqurma işlərinin başa çatdırılması nəzərdə
tutulur. Yenidənqurma işləri bir neçə hidroaqreqatda başa çatdırılmış, qalan
bloklarda işlər davam etdirilir. Gücün yenidənqurmadan sonra 420 MVt-a
çatdırılması nəzərdə tutulur.
Iqtisadi cəhətdən fəaliyyətdə olan suvarma kanallarında kiçik su elektrik
stansiyalarının tikintisi daha məqsədəuyğundur. Artıq Samur-Abşeron su
kanalında Dəvəçi rayonu yaxınlığında bənd tipli “Taxta-körpu” SES-in (25 MVt)
tikintisi tamamlanmışdır.
Hal-hazırda respublikada iki müstəqil KSES - gücü 3,0 MVt olan “Muğan”
və gücü 1,9 MVt olan “Şəki” KSES-ləri fəaliyyət göstərir.
Respublikanın müxtəlif regionlarında “Azərenerji” ASC tərəfindən birinci
növbədə istismara veriləcək kiçik su elektrik stansiyalarının texniki göstəriciləri
aşağıdakı cədvəldə verilmişdir:

83
KSES - lərin texniki göstəriciləri
KSES-in
illik
KSES-in elektrik
Sıra İnzibati rayon Çay və
KSES-lər goyuluş enerjisi
№ və məntəqə kanallar
gücü, MVt istehsalı,
mln.kVt.s
aat
İsmayıllı İstifadəyə
1 rayonu, Göyçay İsmayıllı -1 3x0,527=1,5 7,905 verilmişdir
Buynuz kəndi
İsmayıllı
rayonu,
2 Göyçay İsmayıllı -2 3x0,527=1,5 7,905
Sumağalli
kəndi
Oğuz rayonu
3 Daşağilçay Oğuz -1 3x0,447=1,3 6,700
Daşağil kəndi
Oğuz rayonu
4 Daşağilçay Oğuz -2 3x0,447=1,3 6,700
Daşağil kəndi
Goranboy
Goranboy -
5 rayonu Gorançay 2x0,447=0,8 4,470
1
Qaraçinar kəndi
İstifadəyə
6 Göygöl rayonu Gəncəçay Göygöl -1 3x0,447=1,3 6,700
verilmişdir
Qusar rayonu Qusar qolu
7 Qusar -1 3x0,335=1,0 5,380
Urva kəndi kanalı
Göyçay Yuxarı İstifadəyə
8 rayonu Şirvan Göyçay -1 3x1,1=3,3 14,300 verilmişdir
Bığır kəndi kanalı
Balakən
9 Balakənçay Balakən -1 3x0,480=1,4 8,300
rayonu
Zaqatala rayonu
10 Qaraçay Zaqatala -1 3x0,447=1,3 6,700
Sabunçu kəndi
11 Astara rayonu İstisuçay İstisuçay-1 2x0,215=0,4 2,320
Cəmi: 15,595 77,38

Hal-hazırda “İsmayıllı-2” və “Balakən-1” KSES-lərində tikinti işləri


aparılır, siyahıda göstərilən digər kiçik su elektrik stansiyalarının texniki-iqtisadi
əsaslandırması (TİƏ) “Azərenerji” ASC tərəfindən hazırlanmışdır.

6.4. Mövcud qanunvericilik bazası


Azərbaycan Respublikasının Qanunvericiliyində KSES dedikdə gücü 50
kVt-dan 10 000 kVt-a qədər olan, sabit su axımında yerləşdirilən və suyun
dərhal yenidən öz məcrasına qaytarılmasını təmin edən SES-lər nəzərdə tutulur.
Lakin qanunvericilikdə KSES-in güc həddinin 50 MVt-a qədər artırılması

84
məqsədəuyğundur belə ki, gücü daha böyük olan SES-lərin bu sahəyə aid
edilməsi ölkəyə böyük həcmli güzəştli investisiyaların cəlb olunmasına şərait
yaradar.
Azərbaycan Energetika Sistemində Avropa Direktivlərinə uyğun islahatların
gecikdirilməsi, energetika bazarının yaradılmasını və azad rəqabət şəraitində
KSES-in cəlbediciliyini, bu sahəyə investisiya axınını tormozlayır. “Elektrik və
istilik stansiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü
maddəsində bərpa olunan enerji mənbələrində istehsal olunan enerjinin alınmasına
və ötürülməsinə heç bir məhdudiyyət qoyulmadan təminat verilir, lakin yeni inşa
edilən KSES-lərin şəbəkəyə qoşulması üzrə qaydaların hazırlanması (texniki
şərtin verilməsi) vacib məsələlərdəndir. Müstəqil KSES-lərin sərbəst fəaliyyəti
üçün ilkin normativ-hüquqi baza yaradılmışdır və bu stansiyalar istehsal
etdikləri elektrik enerjisini respublikanın istənilən regionundakı tələbatçılara
müqavilə əsasında çatdıra və sata bilərlər.

6.5. Təkliflər:
Azərbaycanda KSES-lərin inkişafını təmin etmək üçün:
1. Azərbaycan Respublikası Qanunvericiliyində gücündən asılı
olmayaraq düzaxımlı SES-lərin alternativ enerji mənbəyinə aid
edilməsi və bu tip SES-lərə müvafiq güzəştlərin şamil olunması;
2. Respublikada su potensialından effektli istifadə etmək üçün
ABEMDA tərəfindən mövcud çayların i l l i k su balansı və
potensial enerjisi əsasında su energetika kadastrı və
hidroenergetika resurslarının su axımının kadastr qrafiklərinin
tərtib edilməsi;
3. Respublikada inşası planlaşdırılan SES-lərdən ilk növbədə texniki
və iqtisadi cəhətdən daha effektli olan suvarma kanalları üzərində
KSES-lərin tikintisinin prioritetliyinin təmin edilməsi;
4. Generasiya güclərinin (KSES, külək, günəş və s.) şəbəkəyə
qoşulması qaydalarının hazırlanması və dövlət tərəfindən alternativ
enerji mənbələri üzrə müvafiq iqtisadi, o cümlədən tarif
güzəştlərinin nəzərdə tutulması;
5. Alternativ və bərpa olunan enerji mənbələrindən alınmış elektrik
enerjisi tariflərinin hesablanması üzrə beynəlxalq təcrübə əsasında
metodikaların hazırlanması və qoyulan əsaslı vəsaitin vaxtında geri
qaytarılmasının təmin edilməsi.
Respublikanın enerji təhlükəsizliyində energetikanın əsas prioritet
istiqaməti olan enerji səmərəliyi və onun əsas tərkib hissəsi alternativ enerji
mənbələrindən istifadənin inkişafı göstərilən bu və digər əlavə təşkilati
tədbirlərin yerinə yetirilməsini tələb edir.

85
“Respublika” qəzeti -
22 may 2008-ci il tarixli
1101(3245) sayı

7. Enerji effektivliyi energetikanın strateji prioriteti kimi

Azərbaycan neft-qaz ölkəsidir. Vaxtilə, 70-80-ci illərdə müstəqil olaraq özü elektrik
enerjisi istehsal edib elektrik enerjisindən asılısızlığını təmin edibdir. О illər bizim
yaratdığımız böyük enerji blokları indi Azərbaycanı təmin edir. Əgər onlardan səmərəli
istifadə olunsa, burada deyilən əyintilərə, nöqsanlara, səhlənkarlıqlara,
məsuliyyətsizliklərə yol verilməsə Azərbaycanı elektrik enerjisi ilə tamamilə təmin
etmək olar.

Heydər Əliyev
Azərbaycan
Respublikasının
Prezidenti
26 noyabr 2000-ci il

Enerji faktorunun, xüsusən elektrik enerjisinin həyatımıza dərindən nüfuz


etməsi və adət etdiyimiz mövcud mühitdə uzun müddət problemsiz yaşadığımız
həyat tərzi çox qəribə də olsa, insanlarda itirdikləri mənəvi dəyərlər kimi, enerjinin
də varlığını (hava kimi) yalnız yoxluğunda hiss etmək psixologiyasını aşılamışdır.
Görünür, bunun əsas səbəbi ölkənin zəngin karbohidrogen ehtiyatlarına malik
olması, uzun illər enerji resurslarının dəyərinin çox aşağı olması və nəticədə bizim
enerjiyə qənaət olunmasının vacibliyinə biganə münasibətimizdir.
Dünyanın aparıcı ölkələri energetikanın müstəsna əhəmiyyətini nəzərə alaraq,
bu sahənin inkişafını milli strategiya statusuna qaldırması, həyatın varlığını
şərtləndirən enerjisiz hərəkət, hərəkətsiz isə həyatın mümkünsüzlüyü həqiqətlərinin
dərkindən irəli gəlir.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması üzrə strateji əsaslar
ulu öndərimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə formalaşmağa
və sürətlə inkişaf etməyə başlamışdı.
Energetika strategiyasının əsas məqsədi mövcud yanacaq-enerji
ehtiyatlarından və energetika potensialından maksimum effektli istifadə sayəsində
iqtisadiyyatın inkişafını tam təmin etməklə, xalqın rifah səviyyəsinin daha da
yüksəldilməsidir.
Ölkənin inkişafının özülünü təşkil edən “Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın
həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
həmişə xüsusi diqqət mərkəzindədir.

86
Energetika sektoru xalq təsərrüfatının bütün sahələrinin fəaliyyətini təmin
etməklə, ölkənin əsas iqtisadi-maliyyə göstəricilərini formalaşdırır.
Dövlət Proqramında inkişafına geniş yer verilmiş Elektroenergetika sektoru
respublikada çox maraqlı bir tarixi yol keçmişdir.
Azərbaycanda bu sahənin ilkin inkişafı XX əsrin başlanğıcında Bakının neft
sənayesi ilə bağlıdırsa, müharibədən sonrakı inkişaf dövrü isə ölkənin bütövlükdə
elektrikləşməsi proqramının praktiki həyata keçirilməsi məqsədi daşımış və
ümumittifaq tikintisi elan edilmiş, 359 MVt gücündə Mingəçevir Su Elektrik
Stansiyasının inşası ilə əlaqədardır.
Elektroenergetikanın əsas yüksəlişi ümummilli lider Heydər Əliyevin təklifi ilə
gücü 2400 MVt olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) inşası və ilk
aqreqatın 1981-ci ildə istifadəyə verilməsi ilə əlaqədar energetika sisteminin
gücünün qısa müddətdə 50-60% həcmində artırılması dövrünə təsadüf edir.
Beləliklə, keçən əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın elektrik
enerjisinin 70%-nin ölkənin coğrafı mərkəzi olan Mingəçevirdə istehsal edilməsi bu
bölgəni о dövrdə fəaliyyət göstərən Qafqaz Birləşmiş Energetika Sisteminin
generasiya mərkəzinə çevirdi.
Sonrakı dövrlərdə böyük manevr qabiliyyətinə malik olan gücü 380 MVt
“Şəmkir” və 150 MVt “Yenikənd” Su Elektrik Stansiyalarının (SES) tikilməsi
günün pik saatlarında energetika sisteminin iş rejiminin yaxşılaşmasına və elektrik
enerjisinin keyfiyyət göstəricilərinin xeyli yüksəlməsinə səbəb oldu.
Sovet məkanının dağılması və 1991-ci ildən müstəqil dövlətlərin yaranması ilə
əlaqədar “Vahid Energetika Sistemi” də parçalanmış və hər bir ölkənin yanacaq-
enerji ehtiyatlarından asılı olaraq, energetikada durum və bu sahəyə baxışlar
tamamilə dəyişmişdi. Respublikanın başqa sahələri kimi, Elektroenergetika Sistemi
də 1991 -1997-ci illərdə özünün tənəzzül dövrünü keçmiş və yalnız ulu öndər
Heydər Əliyevin böyük səyi nəticəsində energetika obyektləri qorunub saxlanılmış
və 1998-ci ildən etibarən elektrik enerjisi istehsalının artımı müşahidə olunmuşdur.
Məhz bu yüksəliş ilində Energetikanın qanunvericilik bazası yaradılaraq təsdiq
edilmişdi.
Respublikanın Energetika Sisteminin müstəqil fəaliyyət göstərməsi
respublikada regional baxımdan istehsal-istehlak balansında müəyyən
disproporsiyalar yaratmışdı, belə ki, elektrik enerjisi istehlakının böyük hissəsi
sənaye mərkəzi olan Bakının və bütövlükdə Abşeron yarımadasınm payına düşsə
də, region lazımı generasiya güclərinə malik deyildi. Generasiya güclərindən ayrı
düşmüş sənaye mərkəzinin tələbatını ödəmək üçün elektrik enerjisi əsas elektrik
stansiyalarının yerləşdiyi qərb və cənub bölgələrindən yüksək gərginlikli 220, 330,
500 кV-luq elektrik veriliş xətləri ilə ötürürdü ki, bu da təchizatın etibarlığının aşağı
və itkilərin yüksək olması cəhətindən о qədər də əlverişli deyildi.
XXI əsrin başlanğıcında Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin
inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan
Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər” haqqında Sərəncamları elektroenergetikanın müasir inkişaf mərhələsində
yeni eranın başlanğıcını qoydu.

87
MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz turbini
əsasında “Şimal” İES-in istifadəyə verilməsi və respublikanın periferiyalarında
ümumi gücü 452,4 MVt olan beş (5) Modul tipli Elektrik Stansiyasının tikilməsi,
sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması
energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymaqla, sənaye mərkəzinin
enerji təchizatında hökm sürən disproporsiyanı müəyyən qədər aradan qaldırdı.
Məhz istehsal güclərinin görünməmiş belə sürətli artım dinamikası 2006-cı
ildə respublikada son on beş il ərzində elektrik enerjisi istehsalının ən yüksək
səviyyəsini – 23,8 mlrd kVt.saatı təmin etdi.
Bundan əlavə, 2008-ci ildə gücü 517 MVt olan “Sumqayıt” buxar-qaz tipli,
300 MVt-lıq “Sənqəçal” Modul tipli ES-lərın işə qoşulması və gələcəkdə 818 MVt
gücündə “Ələt”, 800 MVt gücündə “Cənub” ES-lənn inşası nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı
nəticəsində özünün elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq
2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən ölkəyə
çevrilmişdir. Beləliklə, dünya energetika bazarında Azərbaycanın getdikcə artan
rolu onun geosiyasi təsirini də artırmaqdadır.
Ümumiyyətlə, yaxın beş (5) il ərzində energetika sisteminin mövcud 5600
MVt qoyuluş gücünə daha 3000 MVt əlavə generasiya güclərinin qoşulması
gözlənilir.
Energetika sistemində yaradılacaq bu izafı güc hesabına qərb-şərq və şimal-
cənub energetika dəhlizləri vasitəsi ilə ilkin təbii enerji (qaz) ixracından daha sərfəli
olan, yüksək texnoloji enerji növünün -elektrik enerjisinin Avropa, Rusiya və Iran
istiqamətlərində ötürülməsi respublika üçün iqtisadi cəhətdən daha sərfəlidir. Bu
məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi,
"Azərenerji” ASC tərəfindən şimal-cənub istiqamətlərində yeni, 230 kV-luq II
“Parsabad” və 330 kV-luq II ccDərbənd” hava elektrik veriliş xətlərinin (HEVX),
220, 330 kV-luq yarımstansiyaların və qərb istiqamətində 500 kV-luq “Muxranis-
Vəli” HEVX-nin və müvafıq yarımstansiyaların quraşdırılması həyata
keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ilin
noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memerandumu”nu imzalamaqla, bu sahənin beynəlxalq
standartlara uyğunlaşdırılmasına start vermişdir. Memarandumdan irəli gələn və
energetika sahəsində aparılacaq islahatlarla əlaqədar, qanunvericilik bazasının
Avropa Parlamentinin Direktivinə və Əsasnaməsinə uyğunlaşdırılması üzrə
tədbirlərin həyata keçirilməsi Sənaye və Energetika Nazirliyinin diqqət
mərkəzindədir. İslahatlar energetika sahəsində yeni bazar münasibətlərinin və
müvafiq tənzimləyici orqanın yaradılmasını nəzərdə tutur. Avropa ölkələrində
1990-cı ildən həyata keçirilən Direktiv, elektrik enerjisinin istehsalı və təchizatının
inhisarsızlaşdırılması və enerji bazarında rəqabət şəraitinin yaradılmasını təmin
etmiş və nəticədə enerji istehsalında effektivlik qiymətlərin azaldılmasına və xidmət
səviyyəsinin yüksəldilməsinə təminat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hal-hazırda
elektroenergetika sahəsində sahibkarlar üçün yaratdığı əlverişli şərait dövlət və özəl
elektrik stansiyalarının birgə və sərbəst fəaliyyətinə imkan verir. Müstəqil fəaliyyət

88
göstərən “Muğan”, “Şəki” SES-ləri və “Azərsun” İES ilə yanaşı, gələcəkdə xarici
investisiya hesabına Ələt qəsəbəsində gücu 818 MVt olan, buxar- qaz tipli müstəqil
elektrik stansiyasının inşası da nəzərdə tutulur. Artıq respublikada yaradılan şərait
energetika sahəsində rəqabət mühitinin formalaşmasına və son nəticədə elektrik
enerjisinin istehsalında xərclərin azaldılmasına və xidmətin yüksəldilməsinə səbəb
olacaqdır.
Eyni şəraitin elektrik enerji təchizatında da yaradılması və bu sahənin də
inhisarsızlaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Belə ki, Bakı,
Sumqayıt və Şəki elektrik şəbəkələrinin idarəçiliyə verilməsini energetika
sistemində aparılan islahatların davamı saymaq olar.
Yeni tikilən elektrik stansiyalarda və sistem əhəmiyyətli elektrik
yarımstansiyalarında dünyanın aparıcı şirkətlərinin texnoloji nailiyyətlərinə
əsaslanan avadanlıqların quraşdırılması energetika sisteminin üstün inkişaf tempini
və yüksəlişini təmin etməkdədir.
Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Milli Elmlər
Akademiyasının birgə yaratdıqları komissiyanın tərtib etdiyi iş planına əsasən,
Azərbaycanın yüksək perspektiv inkişaf tempi nəzərə alınmaqla, gələcəkdə elektrik
enerjisi tələbatının tam və effektli ödənilməsini təmin etmək məqsədilə, energetika
sisteminin elektrik yükünün uzunmüddətli proqnozlaşdırılması və buna uyğun
olaraq tələbatın idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Artan elektrik enerji tələbatının (ildə 4-5%) ödənilməsinin ən effektli yolu bu
resurslardan səmərəli istifadə hesabına yaradılan ehtiyatlardır, çünki enerji
qənaətinə yönəldilən vəsait onun istehsalına sərf olunan əsaslı vəsait qoyuluşundan
4-5 dəfə ucuzdur. Buna görə də enerjidən səmərəli və effektli istifadə
energetikanın inkişafında dövlət siyasətinin əsas prinsipi hesab olunur. Sənaye
və Energetika Nazirliyi «Enerji resurslarından istifadə» haqqında Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, «Enerji resurslarından səmərəli istifadə»
üzrə Dövlət Proqramının qəbul edilməsi və bu proqramın maliyyələşdirilməsi üzrə
büdcədənkənar «Enerjidən Səmərəli İstifadə Fondu»nun yaradılması məqsədilə
müvafıq işlər aparır.
Energetika Sisteminin qarşısında duran əsas tələblər enerjinin istehsalı,
ötürülməsi və təchizatını minimal xərclərlə effektiv həyata keçirməklə, tələbatçıları
fasiləsiz və keyfiyyətli elektrik (istilik) enerjisi ilə təmin etməkdir. Lakin enerjinin
istehsalı, ötürülməsi və təchizatını özündə birləşdirən vertikal inteqrasiya
olunmuş inhisarçı Energetika Sistemləri (o cümlədən “Azərenerji” ASC)
xərclərin, uyğun olaraq məhsulun maya dəyərinin azaldılmasında və xidmətin
keyfiyyətinin yüksəldilməsində adətən maraqlı olmurlar. Buna görə də Avropa
Direktivi enerjinin istehsalı, ötürülməsi və təchizatının hüquqi, idarəçilik və
maliyyə cəhətdən bir-birindən ayrılmasını və bir əldə cəmləşməməsini tövsiyə
edir.
Respublikada son dövrdə fəaliyyətdə olan elektrik stansiyaları ilə müqayisədə
daha qənaətcil (30%) və yüksək effektli, yeni texnologiyaların tətbiqi ilə ümumi
gücü 800 MVt olan yeni Modul tipli Elektrik Stansiyaları və Şimal ES-in buxar-qaz
tipli enerji bloku istifadəyə verilmişdir. Beləliklə, yeni elektrik stansiyalarında
qənaətcil generasiya gücü energetika sisteminin ümumi gücünün 20%-ni təşkil etsə
də, elektrik enerjisinin ümumi illik istehsalında yanacağa qənaət qoşulan yeni

89
güclərə adekvat deyildir. Hərçənd energetika sistemi yanacağa daha çox qənaət
etməklə istehsal xərclərinin azaldılmasında, effektli texnologiyalara əsaslanan yeni
elektrik stansiyalarının köhnə elektrik stansiyaları ilə müqayisədə istifadə əmsalının
yüksəldilməsində və bununla inşasına qoyulmuş əsaslı vəsaitin geri qaytarılmasında
maraqlı olmalıdır.
Şəmkir SES-də gücü 190 MVt olan l№-li hidroaqreqatın uzun müddət -
2003-cü ilin mart ayından təmirdə olması, hər il böyük miqdarda su
ehtiyatlarının boş yerə axıdılmasına və ildə 400 mln kVts elektrik enerjisinin
itirilməsinə səbəb olmuşdur. Bu aqreqatın təmirinə cəmi 4-5 mln manat (yenisi
12 mln manata başa gəlir) vəsait tələb olunduğu halda, itirilmiş elektrik
enerjisinin dəyəri 40 mln manatdan çoxdur
Respublikada elektrik enerji istehsalının 2007-ci ildə 10% aşağı düşməsinə
baxmayaraq, energetika sistemində ümumi itki 2006-cı ildə 16,6%-dən 2007-ci ildə
17%-ə qalxmışdır, halbuki elektrik enerji istehsalının 10% aşağı düşməsi itkilərin
20% azalmasına (kvadratik asıllıq) səbəb olmalı idi. Eyni vəziyyət "Azərenerji"
ASC-nin “Enerjitəchizat” İdarəsində də müşahidə olunur, belə ki, sərfıyyat il
ərzində 30% aşağı düşdüyü halda, şəbəkədə itkilər 11,4%-dən 12,7%-ə
qalxmışdır.
Elektrik enerjisi təchizatında xidmətin səviyyəsinin, xüsusən elektrik
enerjisinin keyfiyyət göstəricilərinin - gərginlik səviyyəsinin normadan aşağı və
elektrik enerjisi təchizatında fasilələrin olması narahatçılıqlar yaradır. Xüsusən
rayon və kəndlərin elektrik enerjisi təchizatındakı mütəmadi uzunmüddətli
fasilələrin olması, regionların iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrasına
mənfi təsir göstərməyə bilməz.
Bu məsələlər həmişə Azərbaycan Respublikası Nazirlər Kabinetinin diqqət
mərkəzindədir və mütəmadi keçirilən müşavirələrdə müvafiq strukturlara daxil olan
qurumların rəhbərlərinə bu barədə lazımı göstərişlər verilir. Göstərişlərin icrasını
nəzarətdə saxlamaq məqsədi ilə, Sənaye və Energetika Nazirliyi tabeliyində olan
“Dövlət Enerjinəzarət” İdarəsinə rayonlarda yol verilən qanunsuz və özbaşına
açılmalarla əlaqədar mütəmadi araşdırmaların aparılmasını tapşırmışdır. İdarə
tərəfindən 2007-ci ilin avqust ayından başlayaraq aparılan nəzarət bu sahədə
yaranan narazılıqların əsassız olmadığını, elektrik enerji təchizatında fasilələrin
respublikanın regionlarında aparılan inkişaf konsepsiyasının həyata keçirilməsində
tormozlayıcı rolu aşkarlanmışdır.
Belə ki, əvvəldə qeyd etdiyimiz kimi 2006-cı illə müqayisədə 2007-ci ildə
ümumi elektrik enerjisi istehsalının 10% azalmasını yalnız elektrik təlabatçılarının
sayğaclaşdırılması ilə əlaqələndirmək düzgün olmazdı, çünki belə olsa, Bakı və
Sumqayıt regionlarında da elektrik enerji tələbatı azalardı, halbuki regionda tələbat
4-6% artmışdır.
Həmin dövr ərzində "Azərenerji" ASC-nin xidmət sahələrinə daxil olan kənd
rayonlarında elektrik enerjisi tələbatının 30% azalmasının əsas səbəbi Rayon
Elektrik Şəbəkələri tərəfindən elektrik tələbatçılarında aparılan qeyri-qanuni
açılmalardır. Son aylar Sənaye və Energetika Nazirliyinin apardığı ilkin hesabatlar
göstərir ki, elektrik şəbəkələri tərəfindən rayon və kəndlərdə aparılan qeyri-qanuni
açılmaların ümumi gücü 150-200 MVt-dan çoxdur və tələbatçılara buraxılmamış
elektrik enerjisinin illik miqdarı 1,0-1,5 mlrd kVt.saata bərabərdir. Göstərilən

90
hesabatlara şəbəkələrdə baş verən qəza açılmaları da daxil edilərsə, bu rəqəm bir
qədər də artar. Belə qeyri-qanuni açılmaların aparılması energetika sistemində
yükün gecə minimum (çökmə) saatlarında buraxıla bilən texniki səviyyədən də
aşağı düşməsinə, İES-lərdə blokların qeyri-effektiv rejimdə işləməsinə və izafi
yanacaq sərfinə səbəb olur.
“Azərenerji” ASC-nin Paylayıcı Elektrik Şəbəkələri üçün xarakterik olan bu
açılmaların səbəbi hökumətin 2007-ci ildə enerji haqqları ödənişinin tam həyata
keçirilməsi tapşırığının şəbəkələr tərəfındən qeyri-müəyyən yollarla icrasına nail
olmaq istəyindən yaranır. Belə ki, ödəniş faizini artırmaq məqsədi ilə Rayon
Paylayıcı Elektrik Şəbəkələri öz fəaliyyətlərində tələbatçıları özbaşına şəbəkədən
açmaqla verilən elektrik enerjisinin həcmini azaldır ki, bu da ödəniş faizinin süni
surətdə artırılmasına səbəb olur. Məhz bu yolla qarşıya qoyulan dövlət tapşırığının
icrası elektrik tələbatçılarında haqlı şikayətlərin yaranmasına səbəb olur.
Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
elektroenergetikaya xüsusi diqqəti nəticəsində yeni generasiya güclərində istehsal
edilən elektrik enerjisinin regionlara fasiləsiz və keyfıyyətli çatdırılması üçün
yaradılmış mövcud şərait qoyulacaq investisiyaların ağırlıq mərkəzinin daha
effektli istiqamətə - Rayon Paylayıcı Elektrik Şəbəkələrinə yönəldilməsini tələb
edir.
Bununla bağlı Sənaye və Energetika Nazirliyinin Şəki, Sabirabad, Lerik,
Ağdaş, Xanlar, Lənkəran rayonları və Sumqayıt şəhərinin paylayıcı elektrik
şəbəkələrində apardığı yoxlamalar nəticəsində aşkar edilmiş mövcud xarakterik
çatışmazlıqlar ümumiləşdirilərək, respublika miqyasında şəbəkələrdə bu
çatışmazlıqların aradan qaldırılması və sağlamlaşdırılması məqsədi ilə ilkin prioritet
istiqamətlər müəyyənləşdirilmiş, yeni Avropa texnologiyalarının tətbiqinin Texniki-
İqtisadi Əsaslandırması və ümumi Fəaliyyət Proqramı tərtib edilmişdir.
Energetika sistemində hal-hazırda prioritet hədəflər - elektrik enerjisi haqqının
tam ödənilməsinin təmin edilməsi və yüksək səviyyəli kommersiya və texniki
itkilərin aradan qaldırılmasıdır. Hazırlanmış Fəaliyyət Proqramının həyata
keçirilməsi göstərilən çatışmazlıqların və ARDNŞ, “Azərenerji” ASC, “Azəriqaz”
QSC və Paylayıcı Şəbəkələr arasında mövcud maliyyə çətinliklərinin aradan
qaldırılmasını təmin edəcəkdir.
Problemin əsas texniki mahiyyəti elektroenergetika sisteminin son pilləsi olan
Paylayıcı Elektrik Şəbəkələri ilə məişət abonentləri arasında 0,4 kV-luq təmas
xəttində elektrik enerjisinin mühafızəsinin təmin edilməsidir. Bu məqsədlə
çoxmərtəbəli binalarda məişət abonentlərinin elektrik sayğaclarının birinci
mərtəbədə kompakt quraşdırılması elektrik enerji haqqının ödənişini tam təmin
etmişdir. Lakin regionlarda həyət evlərində yaşayan 850 min məişət abonentinin
(respublika üzrə ümumi məişət abonentlərinin 50% təşkil edir və əsas itkilər də
məhz bu sahədədir) çılpaq naqillərlə quraşdırılmış 0,4 kV-luq elektrik hava veriliş
xətlərinə birbaşa qoşulması, bu sahələrdə aparılan sayğaclaşdırma tədbirlərinin də
ödəniş səviyyəsinin gözlənilən artımını təmin etmir.
Respublikanın rayon və kənd yerlərində elektrik təchizatında 0,4 kV-luq hava
veriliş xətlərinin çılpaq naqillərlə quraşdırılması böyük itkilərin yaranmasının əsas
səbəbidir. Çılpaq naqillərlə quraşdırılmış mövcud hava elektrik veriliş xətləri
itkilərin qarşısının alınmasına və elektrik enerjisi haqqının tam ödənilməsinə heç bir

91
təminat vermir, əksinə abonentin sayğacdankənar icazəsiz elektrik şəbəkəsinə
istənilən yerdə qoşulmasına və digər tərəfdən yağmurlu və küləkli hava şəraitində
bu naqillərin qısa-qapanma nəticəsində yanğın və insan həyatı üçün təhlükə
törətməsinə şərait yaradır.
Sənaye və Energetika Nazirliyi tərəfindən respublikada Dövlət Proqramı
səviyyəsində tətbiqi təklif olunan yeni - Mühafizəli Özünüdaşıyan Izolyasiyalı
Naqillər (MÖIN) sistemi yuxarıda göstərilən bütün arzuolunmaz halların
qarşısını alır.
Belə ki, yeni texnoloji sistem nəinki elektik enerji haqqının tam ödənilməsinə,
eyni zamanda texniki itkilərin azaldılmasına, tələbatçıların keyfiyyətli və etibarlı
elektrik enerjisi ilə təchizatına zəmanət verir.
Pilot layihəsi çərçivəsində aparılmış texniki-iqtisadi hesabatlar göstərilən
tədbirin həyata keçirilməsinin iqtisadi cəhətdən çox səmərəli olmasını və
qoyulacaq vəsaitin qısa müddətdə (1,5-2 il) geri qaytarılmasını təmin etməklə
yanaşı, hər il yüz milyonlarla manat vəsaitin qənaət edilməsinə imkan verir.
Sənaye və Energetika Nazirliyinin hazırladığı Fəaliyyət Proqramına uyğun
olaraq, elektrik tələbatçılarının keyfiyyətli və etibarlı elektrik enerjisi ilə təchizatını
həyata keçirmək məqsədi ilə “Azərbaycan Respublikasının yanacaq-enerji
kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na müvafıq əlavə
və dəyişikliklərin edilməsi təklifləri Nazirlər Kabinetinə təqdim ediləcəkdir.
Məhz texniki cəhətdən çoxsaylı qüsurlara malik olan mövcud Paylayıcı
Elektrik Şəbəkələrinin Avropa standartlarına uyğunlaşdırılması üzrə nəzərdə
tutulan tədbirlərin Dövlət Proqramı səviyyəsində həyata keçirilməsi elektrik
enerji haqqının tam ödənilməsi hesabına energetika sahəsində uzun müddət
mövcud olan maliyyə gərginliyini (ARDNŞ, "Azərenerji” ASC və “Azəriqaz”
QSC arasında) aradan qaldıracaq və yaranacaq yeni daxili maliyyə imkanları
energetikanın gələcək dinamik inkişafını tam təmin edəcəkdir.

Sənaye və Energetika Nazirliyinin,


Energetika şöbəsinin müdiri
T.Cəfərov

92
8. Sənaye və Energetika Nazirliyinin Energetika şöbəsinin müdiri
Tahir Cəfərovun “Enerji effektivliyi energetikanın strateji
prioriteti kimi” adlı məqaləsi ilə bağlı
"Azərenerji" ASC-nin bir qrup alim-mütəxəssisinin
RƏYi

Respublika qəzetinin 22 may 2008-ci il tarixli 110 (3245) sayında Sənaye və


Energetika Nazirliyinin Energetika şöbəsinin müdiri Tahir Cəfərovun “Enerji
effektivliyi energetikanın strateji prioriteti kimi” adlı məqaləsi dərc edilmişdir.
Müəllif məqalədə ölkə enerji sisteminin texniki-iqtisadi göstəriciləri, “Azərenerji”
ASC-nin Enerji Təchizat İdarəsinin statistik hesabatları barədə həqiqətə uyğun
olmayan məlumatları verməklə yanaşı, hətta tarixi faktları da təhrif etməkdən
çəkinməmişdir. Bütün bunlar isə milli energetika sisteminin çoxsaylı kollektivinin
haqlı narazılığına səbəb olmuşdur.
Məqalənin 6-cı abzasında “Azərbaycan” istilik elektrik stansiyasının inşası və
ilk aqreqatın 1981-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən istifadəyə
verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab
İlham Əliyevin adı ilə verilmişdir.
Məqalənin 9-cu abzasında “1991-1997-ci illərdə elektroenergetika sektorunun
tənəzzül dövrünü yaşaması” fikri 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əlirza
oğlu Əliyevin Respublikamıza ikinci dəfə hakimiyyətə qayıdışının ilk dövrlərində
elektroenergetika sahəsində həyata keçirdiyi təxirəsalınmaz tədbirləri şübhə altına
alır.
Məqalənin 14-cü abzasında “Ələt” elektrik stansiyasının layihəsi ilə bağlı
“Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanmış rəy və təkliflərin
dəfələrlə Sənaye və Energetika Nazirliyinə təqdim edilməsinə baxmayaraq, həmin
məsələ qəzet səhifələrinə çıxarılmış və ölkə rəhbərinə istinadən “Ələt” stansiyasının
tikinti layihəsi qəbul olunmuş layihə kimi qələmə verilmişdir. Bu isə rəsmi dövlət
strukturlarının idarəçilik prinsiplərinə ziddir və təəccüb doğurur.
Yazı müəllifi son dövrlərdə istifadəyə verilmiş yeni generasiya güclərinin
ümumi gücünün 20 faizini təşkil etməsinə baxmayaraq, yanacaq sərfinin
azalmasının lazımı səviyyədə olmamasını iddia edir. Lakin dövlət başçısının
çıxışlarında, rəsmi dövlət statistik hesabatlarında da qeyd edildiyi kimi, son illər
istifadəyə verilmiş yeni generasiya güclərinin hesabına enerjisistemin faydalı iş
əmsalının artması nəticəsində 1 kVts elektrik enerjisinin istehsalına sərf edilən şərti
yanacağın miqdarı nəzərəçarpacaq dərəcədə azalmışdır. Belə ki, 1 kVts elektrik
enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı 2001-ci ildə 413,2 qram
olduğu halda, 2002-ci ildə 409,4 qram, 2003-cü ildə 386,2 qram, 2004-cü ildə 385,9
qram, 2005-ci ildə 378,8 qram, 2006-cı ildə 367,8 qram, 2007-ci ildə 352,9 qram
olmuşdur. Nəticədə, 2001-ci ilə nisbətən 2002-2007-ci illərdə 3,7 milyon ton şərti
yanacağa qənaət edilmişdir ki, bu da 2,7 milyon ton soba mazutuna ekvivalentdir.
Görəsən, bu rəqəmlərdən T.Cəfərov xəbərsizdirmi?
Müəllif Şəmkir SES-də gücü 190 MVt olan 1 saylı hidroaqreqatın 2003-cu ilin
mart ayından təmirdə olmasını, su ehtiyatının boş yerə axıdılması sayəsində 400

93
milyon kVt.saat elektrik enerjisinin itirilməsini və enerjinin dəyərinin 40 milyon
manatdan artıq olmasını iddia etmişdir.
Halbuki, Şəmkir SES-in 1 saylı hidroaqreqatının istismarı 2003-cü ilin mart
ayından deyil, 2004-cü ilin noyabr ayından dayandırılmışdır. Bunun səbəbi isə
stansiyanın tikintisi zamanı turbin kamerasının betonlanması prosesində yol
verilmiş nöqsan nəticəsində beton hissənin dağılması olmuşdur. Bu da öz
növbəsində kameranın metal üzlüyünün dağılmasına gətirib çıxarmış və nəticədə
turbinin pərlərində təmiri mümkün olmayan çatlar əmələ gəlmişdir. Kamera üçün
yeni metal üzlüyün və pərlərin hazırlanması məqsədilə əsas istehsalçı olan
“Turboatom” (Xarkov) zavoduna dəfələrlə müraciət edilmişdir, lakin 2006-cı ilə
qədər sifariş qəbul edilməmişdir. Səbəb isə “Yenikənd” SES-in tikintisi zamanı 4
saylı hidroaqreqatın hazırlanmasına görə tikintini həyata keçirən
“Azərenerjitikintiquraşdırma” ASC-nin onlara olan borcunun ödənilməməsi
olmuşdur. Hökumət rəhbərlərinin işə qarışması və onların göstərişinə əsasən bu
borc “Azərenerji” ASC tərəfindən ödənildikdən sonra yeni müqavilə bağlanmış və
avadanlıqlar 2007-ci ilin sonlarından respublikamıza gətirilməyə başlanmışdır. Hal-
hazırda bu istiqamətdə işlər davam edir. Həmin dövrdə qeyd edilən hissələrin
“LMZ”, “Sizran” və digər istehsalçılar tərəfindən hazırlanması barədə aparılan
danışıqlar müsbət nəticə verməmişdir. 2004-cü ildən bu günə kimi “Şəmkir”
hidroqovşağında 5,4 milyard kub metr həcmində boş su tullantısı (hidroaqreqatdan
keçmədən birbaşa axıdılan su) olmuşdur. Bundan da 2,1. milyard kub metri gursulu
illərdə (2005 və 2007-ci illərdə daşqınlarla əlaqədər) təbii su tullantılarının payına
düşür. Nəticədə 2 saylı turbin işdə olsaydı, 330 milyon kilovattsaata yaxın elektrik
enerjisi istehsal edilə bilərdi. Bunun da müvafiq illərin topdansatış tarifləri ilə
dəyəri (enerji istehsalının xüsusi sərfi nəzərə alınmadan) 6,9 milyon manata yaxın
olardı. Məqalə müəllifinin bu rəqəmi 6 dəfəyə yaxın şişirdərək və təmirin
uzadılması səbəblərini bilərəkdən təhrif edərək hansı məqsəd güddüyü bizə məlum
deyildir.
Yazıda istehsalın 10 faiz aşağı düşməsinə baxmayaraq, ümumi itkinin iki dəfə
aşağı düşməsi iddia edilir.
Təəssüflə qeyd etmək olar ki, şöbə müdiri bilmir ki, Elektroenergetika
qanunlarına görə texniki itkinin səviyyəsi enerji istehlakı ilə onun qeyd etdiyi
şəkildə əlaqədar deyildir. Bu səbəbdən də istehlakın azalması ilə itkinin azalmasını
(kvadratik asılılıq) eyniləşdirmək yanlış fıkirdir. Hal-hazırda “Azərenerji” ASC-nin
Enerji Təchizat İdarəsi üzrə texnoloji itkilər 11,4 faizdir. 2003-cü ildə bu göstərici
17,7%, 2004-cü ildə 16,2%, 2005-ci ildə 14,6% olduğu halda, 2006-cı ildə
(“Azərenerji” ASC-nin idarəçiliyinə keçəndən sonra) 14,3%, 2007-ci ildə 13,1% və
2008-ci ilin ilk dörd ayı ərzində isə 11,8% olmuşdur. Texnoloji itkilər barədə hər ay
Sənaye və Energetika Nazirliyinə rəsmi hesabat təqdim edildiyi halda, bu cür yanlış
rəqəmlərin oxuculara çatdırılmasının hansı məqsəd daşıdığı məlum deyildir.
Əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması və onların
dəyərinin ödənilməsi ilə bağlı tapşırığa uyğun olaraq, istehlakçıların elektrik
enerjisi ilə təminatının yaxşılaşdırılması və sayğaclaşdırılması, elektrik enerjisi
haqlarının tam həcmdə yığılmasının təmin edilməsi ilə bağlı həyata keçirilən
tədbirlərin tərkib hissəsi olaraq, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində köhnə
elektrik paylayıcı xətlər xüsusi kabellərlə, köhnə transformatorlar isə yeniləri və

94
daha güclüləri ilə əvəz edilmişdir. İtkilərin azaldılması istiqamətində paylayıcı
elektrik şəbəkələrində yenidənqurma işləri davam etdirilir. Həyata keçirilmiş
tədbirlər sayəsində daimi əhali istehlakçı qrupu üzrə istehlak 2007-ci ildə 2006-cı
illə müqayisədə 55,8%, 2008-ci ilin ilk dördaymda isə 2007-ci ilin müvafıq dövrü
ilə müqayisədə 26,0% azalmışdır. Qeyri-əhali (abonent) istehlakçı qrupu üzrə
isə istehlak 2007-ci ildə 2006-cı illə müqayisədə 9,6%, 2008-ci ilin ilk dörd ayında
isə 2006-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,0% artmışdır.
Müəllif Bakı və Sumqayıt şəhərlərində və həmçinin respublikanın digər
bölgələrində həyata keçirilən infrastruktur layihələrinin həcmi barədə, о cümlədən
qaz təchizatının bərpası barədə məlumatları bilərəkdən təhrif edərək, bölgələrdə
elektrik enerjisi istehlakının azalmasını şübhə altına alır.
“Azərenerji” ASC-nin xidmət göstərdiyi bölgələrdə elektrik enerjisinin
istehlakının azalması sayğaclaşma ilə yanaşı, onların qaz təchizatlarının bərpa
edilməsi ilə əlaqədardır. Bakı və Sumqayıt şəhərlərində istehlakın artması burada
rayonlarla müqayisədə iqtisadiyyatın bir neçə dəfə artıq sürətlə inkişafı, о cümlədən
əhalinin sıxlığı və yaşayış tərzi ilə bağlıdır.
Onu da qeyd etmək lazımdır ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 9-
cu maddəsinin müvafıq bəndlərinə uyğun olaraq, zəruri hallarda enerjitəchizatı
müəssisələri istehlakçıların elektrik enerjisi təchizatını dayandırır.
Bunu istehlakın azalması ilə əlaqələndirmək ən azı qərəzçilikdir. “Dövlət
Enerjinəzarət” İdarəsi tərəfindən rayonların elektrik enerjisi təchizatında
uzunmüddətli fasilələrin olması hallarının müəyyən edilməsi barədə araşdırma
aparmamışdır. Qəza, təmir-bərpа, yenidənqurma və digər hallarla bağlı elektrik
enerjisi verilişində yaranan fasilələr yazı müəllifi tərəfindən qərəzli şəkildə
istehlakın azaldılması məqsədilə qrup şəklində açılma kimi qiymətləndirilmişdir.
Məqalədə respublikanın rayon və kənd yerlərində elektrik təchizatında 0,4 kV-
luq hava verilişi xətlərinin çılpaq naqillərlə quraşdırılması və onun da itkilərin
yaranmasında əsas səbəb olması göstərilsə də, məqalə müəllifi bu xətlərin sovet
dövründən çəkildiyini və hal-hazırda həyata keçirilən yenidənqurma işlərini
nədənsə unudur.
Kommersiya itkilərinin qarşısının alınması, ödənişin 100 faizə çatdırılması
istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Belə tədbirlərdən biri də ilkin
ödənişli kartla işləyən sayğacların quraşdırılmasıdır. Artıq bu layihə Gəncə
şəhərində yekunlaşmaq üzrədir. Digər bölgələrdə də bu istiqamətdə hazırlıq işləri
görülür.
Yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, yazı müəllifi həqiqətə uyğun
olmayan dəlillərlə ictimaiyyəti çaşdırmaqla yanaşı, bu gün Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin rəhbərliyi .altında respublika enerjisistemində həyata
keçirilən genişmiqyaslı quruculuq işlərinin üzərinə kölgə salmağa və eyni zamanda,
cəmiyyətin işgüzar nüfuzuna xələl gətirməyə çalışır. Digər tərəfdən isə dövlət
başçısının çıxışlarında elektrik energetika sistemi barədə deyilən fikirlərə, о
cümlədən müvafıq dövlət qurumlarının hesabatlarına şübhə ilə yanaşır. Bütün
bunlar isə qarşıdan gələn prezident seçkilərində xalqda iqtidara qarşı şübhə
yaratmağa və müxalifətin dəyirmanına su tökməyə xidmət edir.

95
Səhmdar Cəmiyyətin kollektivi hesab edir ki, Sənaye və Energetika
Nazirliyində məsul vəzifədə belə şəxslərin çalışması yolverilməz hal olmaqla
yanaşı, nazirliyin işgüzar nüfuzuna xələl gətirməkdən başqa bir şey deyildir.

"Azərenerji" ASC-nin
bir qrup alim-mütəxəssisi

96
9. "Azərenerji" ASC-nin bir qrup alim-mütəxəssisinin
“Respublika” qəzetində dərc edilmiş “Enerji effektivliyi
energetikanın strateji prioriteti kimi”
məqaləyə dair Rəyinə münasibət

“Respublika” qəzetinin 22 may 2008-ci il tarixli 110 (3245) sayında müəllifı


olduğum “Enerji effektivliyi energetikanın strateji prioriteti kimi” adlı məqalədə
göstərilən məsələlərlə əlaqədar "Azərenerji" ASC-nin bir qrup alim-mütəxəssisi 27
may 2008-ci il tarixli 06-EP/346 saylı məktubla Sənaye və Energetika Nazirliyinə
Rəy göndərmiş və məqalə ilə bağlı təkzib verilməsini xahiş etmişlər.
Bildirirəm ki, “Enerji effektivliyi energetikanın strateji prioriteti kimi”
məqaləsində məqsəd, Ulu öndər Heydər Əliyevin 26 noyabr 2000-ci il tarixli
çıxışındakı “O illər bizim yaratdığımız böyük enerji blokları indi Azərbaycanı
təmin edir. Əgər onlardan səmərəli istifadə olunsa, burada deyilən əyintilərə,
nöqsanlara, səhlənkarlıqlara, məsuliyyətsizliklərə yol verilməzsə Azərbaycanı
elektrik enerjisi ilə tamamilə təmin etmək olar” fikirlərinə söykənən, möhtərəm
Prezidentimiz İlham Əliyevin enerji kompleksinin inkişafına xüsusi diqqəti
sayəsində yaradılmış güclü energetika sisteminin iqtisadi potensialından effektli
istifadə edilməsinə məsuliyyət hissini önə çəkməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli Fərmanı ilə
təsdiq edilmiş Sənaye və Energetika Nazirliyi haqqında Əsasnaməyə görə, müvafıq
sahədə fəaliyyət göstərən dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi
dövlətə məxsus olan müəssisələrdə (o cümlədən "Azərenerji" ASC-də) dövlət
maraqlarını təmsil etmək və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
onların fəaliyyətinə nəzarət etmək (9.14.) funksiyası Sənaye və Energetika
Nazirliyinə tapşırılmışdır.
Səhmləri dövlətə məxsus olan müəssisə kimi, "Azərenerji" ASC-nin qarşısında
duran ilkin tələblər əsas vəsaitələrdən effektli istifadə etməklə elektrik enerjisinin
istehsalı, ötürülməsi və təchizatını minimal xərclərlə həyata keçirməklə,
tələbatçıları fasiləsiz və keyfıyyətli elektrik və istilik enerjisi ilə təmin etməkdir.
Məqalədə bu sahədə "Azərenerji" ASC-nin fəaliyyətində müsbət işlərlə yanaşı,
yol verilən çatışmazlıqların bir qismi və onları yaradan səbəblər araşdırılaraq
aradan qaldırılması üzrə prioritet istiqamətlər göstərilmişdir.

Peşəkarlıqlarına hörmət bəslədiyim mütəxəssis-alimlər:


- Sizin, məqaləyə dair iradlarınızı Sizdən fərqli olaraq, etik normalar
çərçivəsində, rəyinizdə göstərilən ardıcıllıqla cavablandırıram.

İrad - “Məqalənin 6-cı abzasında “Azərbaycan” istilik elektrik stansiyasının


inşası və ilk aqreqatın 1981-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən
istifadəyə verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Möhtərəm
Prezidenti cənab İlham Əliyevin adı ilə verilmişdir”. -
Cavab - Məqalənin redaksiyaya göndərilən nüsxəsindən çıxarışı nəzərinizə
çatdırıram: “Elektroenergetikanın əsas yüksəlişi ümummilli lider Heydər Əliyevin

97
təklifi ilə gücü 2400 MVt olan” “Azərbaycan İstilik Elektrik Stansiyasının (İES)
inşası və ilk aqreqatının 1981-ci ildə istifadəyə verilməsi..” və s.
Yəqinlik üçün maraqlı tərəf kimi Siz bu və ya digər redaksiya xarakterli
səhvlərlə əlaqədar “Respublika” qəzetinə müraciət edə bilərsiniz. Nəzərə
almalısınıız ki, uzun müddət energetika sahəsində işləmiş mütəxəssis kimi mən,
1981-ci ilin hal-hazırda da energetiklərin peşə bayramı kimi qeyd edilən günündə
iştirakçısı olduğum “Azərbaycan” İES-in ilk aqreqatının istifadəyə verilməsi
hadisəsini unuda bilməzdim.

İrad - “Məqalənin 9-cu abzasında “1991-1997-ci illərdə elektroenergetika


sektorunun tənəzzül dövrünü yaşaması” fıkri 1993-cü ildə Ümummilli Liderimiz
Heydər Əlirza oğlu Əliyevin Respublikamıza ikinci dəfə hakimiyyətə qayıdışının
ilk dövrlərində elektroenergetika sahəsində həyata keçirdiyi təxirəsalınmaz
tədbirləri şübhə altına alır”.
Cavab - Məqalədə “Sovet məkanının dağılması və 1991-ci ildə müstəqil
dövlətlərin yaranması ilə əlaqədar “Vahid Energetika Sistemi” də parçalandı.
Respublikanın başqa sahələri kimi Elektroenergetika sistemi də 1991-1997-ci
illərdə özünün tənəzzül dövrünü yaşamış və yalnız ulu öndər Heydər Əliyevin
böyük səyi nəticəsində energetika obyektləri qorunub saxlanılmış və 1998-ci
ildən etibarən elektrik enerji istehsalının artımı müşahidə olunmuşdur” kimi
yazılmış və ümummilli liderimizin gördüyü işlərə şübhə yaradacaq heç bir fıkir
qeyd edilməmişdir. Mövzunun şərhi zamanı energetika sisteminin keçdiyi inkişaf
dövründən kənara çıxılmamışdır.
Aydınlıq üçün respublikada keçid dövrünə xass olan ümumi iqtisadi tənəzzüllə
əlaqədar 1990-2007-ci illər üzrə elektrik enerjisinin istehsalı ilə bərabər neft
hasilatının qrafikini də (əlavəyə bax) diqqətinizə çatdırıram. Göründüyü kimi tarixi
bir fakt kimi, qəbul edilmiş həqiqətə siyasi çalarlar verməyə ehtiyac yoxdur.

Irad - “Məqalənin 14-cü abzasında uƏlət” elektrik stansiyasının layihəsi ilə


bağlı "Azərenerji" ASC-nin mütəxəssisləri tərəfindən hazırlanmış rəy və təkliflərin
dəfələrlə Sənaye və Energetika Nazirliyinə təqdim edilməsinə baxmayaraq, həmin
məsələ qəzet səhifələrinə çıxarılmış və ölkə rəhbərinə istinadən “Ələt” stansiyasının
tikinti layihəsi qəbul olunmuş layihə kimi qələmə verilmişdir. Bu isə rəsmi dövlət
strukturlarının idarəçilik prinsiplərinə ziddir və təəccüb doğurur”.
Cavab - Siz Müstəqil Elektrik Stansiyaları (MES) ilə əlaqədar qeyd etdiyiniz
rəy və təklifləri Sənaye və Energetika Nazirliyinə deyil, Nazirlər Kabinetinə
göndərmisiniz. Məgər MES-in inşası ilə əlaqədar Koreya tərəfi ilə əməkdaşlığa dair
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007-ci il tarixli 2113 nömrəli və
21 iyun 2007-ci il tarixli 2250 nömrəli Sərəncamları ilə Nazirlər Kabinetinə
tapşırığı MES-in qəzet səhifələrinə çıxarılmasına əsas vermirmi?
Əlavə olaraq, bu barədə Baş nazirin “Zerkalo” qəzetində 06 iyun 2008-ci il
tarixli müsahibəsini də oxuya bilərsiniz.

İrad - “Yazı müəllifi son dövrlərdə istifadəyə verilmiş yeni generasiya


güclərinin ümumi gücün 20 faizini təşkil etməsinə baxmayaraq, yanacaq sərfınin
azalmasının lazımı səviyyədə olmamasını iddia edir”.

98
Cavab - Məqalədə yazılıb: “Beləliklə yeni elektrik stansiyalarında generasiya
gücü energetika sisteminin ümumi gücünün 20 faizini təşkil etsə də, elektrik
enerjisinin ümumi illik istehsalında yanacağa qənaət qoşulan yeni güclərə adekvat
deyildir”.
Göründüyü kimi, məqalədə qənaətlə əlaqədar rəqəm göstərilməmişdir və
mütəxəssis kimi siz adekvat deyəndə nəyin nəzərdə tutulduğunu (yeni tikilən
elektrik stansiyalarının layihə və faktiki istifadə əmsallarının fərqli olması, məs:
gücün çatışmadığı Abşeron regionunda “Şimal” İES-də 400 MVt aqreqatın
istifadəyə verildiyi gündən indiyə kimi tam gücdə işləməməsi və s.) bilməlisiniz.

İrad - “Müəllif Şəmkir SES-də gücü 190 MVt olan 1 saylı hidroaqreqatın
2003-cü ilin mart ayından təmirdə olmasını, su ehtiyatının boş yerə axıdılması
sayəsində 400 milyon kilovatsaat elektrik enerjisinin itirilməsini və enerjinin
dəyərinin 40 milyon manatdan artıq olmasını iddia etmişdir”.
Cavab - Hal-hazırda “Şəmkir” SES-də bir aqreqatla ildə orta hesabla
900 mln.kvt.saat elektrik enerjisi istehsal edilirsə, qoyuluş gücündən istifadə
əmsalını K= 0,5 (sorğu kitabına bax) götürməklə, illik istehsalın 1 660 mln. kVts
olduğu (əlbəttə su ehtiyatı nəzərə alınmaqla) müəyyənləşər və 5 il ərzində 3,5 mlrd.
kVts elektrik enerjisinin itirildiyi (məqalədə isə cəmi 2 mlrd. kVts göstərilmişdir)
aydınlaşar. Məsələyə bir az da geniş aspekdən baxsaq görərik ki, respublikanın
energetika sisteminin maksimum saatlarında gücün çatışmamazlığına səbəb məhz
pik saatlarda işləməsi nəzərdə tutulan bu aqreqatın uzun müddət təmirdə olması və
bu səbəbdən də Rusiya Federasiyasına (RE) əlavə yalnız 2008-ci ilin I rübündə 5,1
mln AZN vəsaitin ödənilməsidir. Təmir illərində RF-yə ödənilmiş və bizim üçün
itirilmiş vəsaitləri isə hesablamaq Sizin üçün çətin deyildir. Beləliklə, 1983-cü ildən
istismarda olan hidroaqreqatın təmirinin gecikdirilməsinə qeyd etdiyiniz bəhanələr -
tikinti qüsuru və təşkilati çətinliklər Mingəçevir SES-in təmir sahəsində də
təcrübəsi olan mütəxəssis üçün başa düşülən deyil.

İrad - “Yazıda istehsalın 10 faiz aşağı düşməsinə baxmayaraq, ümumi itkinin iki
dəfə aşağı düşməsi iddia edilir.
Təəssüflə qeyd etmək olar ki, şöbə müdiri bilmir ki, Elektroenergetika
qanunlarına görə texniki itkinin səviyyəsi enerji istehlakı ilə onun qeyd etdiyi
şəkildə əlaqədar deyildir. Bu səbəbdən də istehlakın azalması ilə itkinin azalmasını
(kvadratik asılılıq) eyniləşdirmək yanlış fikirdir”.
Cavab - Nəzərinizə çatdırıram ki, bir il öncə, energetika sistemində itkilərin
hesablama metodikası ilə əlaqədar Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutunun direktoru və bu sahədə çalışan alimlərlə birgə nazirliyin
nümayəndəsi kimi mənim müzakirələrim olmuşdur.
Hal-hazırda qüvvədə olan SSRİ Energetika Nazirliyinin Ümumittifaq Elmi-
Tədqiqat Elektroenergetika İnstitutu tərəfındən hazırlanmış, 1987-ci ildə Energetika
və Elektrikləşmə üzrə Baş Elmi-Texniki İdarə tərəfindən təsdiq edilmiş və SSRİ
məkanında bütün energetika müəssisələri üçün nəzərdə tutulmuş “Elektroenergetika
birliklərinin və Elektroenergetika sistemlərinin elektrik şəbəkələrində elektrik
enerjisinin ötürülməsinə texnoloji sərfin hesablanması və təhlili təlimatına əsasən,
energetika sisteminin yük altında xətlərin, güc transformatorlarının və

99
avtotransformatorların itkiləri Coul-Lens qanununa müvafiq gələn:

∆WH = 3 ∆ t ∑ Ri ∑ I 2 i,j

formulası ilə hesablanır. Məqalədə məhz itkinin yükdən kvadratik asdılığı fıkri
təlimata əsaslanır və bu texniki formula Sizin institut tərəfindən təsirə məruz
qalmadığını zənn edirəm.
Əlavə məlumat üçün “Elektrotexnika yenilikləri” jurnalının 2003-cü il, 5№-li
buraxılışında Y.S.Jeleskonun “Şəbəkələrdə texnoloji itkilərin normalaşdırılmasının
yeni hesabat metodikası” məqaləsinə müraciət etməyinizi tövsiyyə edirəm.

İrad - “Müəllif Bakı və Sumqayıt şəhərlərində və həmçinin respublikanın


digər bölgələrində həyata keçirilən infrastruktur layihələrinin həcmi barədə, о
cümlədən qaz təchizatının bərpası barədə məlumatları bilərəkdən təhrif edərək,
bölgələrdə elektrik enerjisi istehlakının azalmasını şübhə altına alır”.
Cavab - Elektrik enerji sərfiyyatının azalmasının rayonlarda qaz təchizatının
birbaşa istinad etməyiniz düzgün deyil, çünki 2006-cı ilin noyabr ayında Naxçıvan
MR, 2007-ci ilin yanvarında Lerik (630 abon.), Yardımlı (1150 abon.), 2008-ci ilin
yanvar ayında Ağcəbədi (500 abon.), may ayında isə Biləsuvar qaz təchizatı ilə
təmin olunmuşdur. Göründüyü kimi "Azəreneıji" ASC-nin sərfıyyatına Naxçivan
MR daxil deyil, 2006-2007-ci illərdə isə qaz təchizatı ilə yalnız 1680 abon. təmin
edilmişdir. Bu isə "Azərenerji" ASC-nin 870 min tələbatçısının 0,2%-ni təşkil edir
və bu tədbirlər elektrik enerji sərfiyyatını azalda bilməzdi.

Irad - “Onu da qeyd etmək lazımdır ki, “Elektrik enerjisindən istifadə


qaydaları”nın 9-cu maddəsinin müvafiq bəndlərinə uyğun olaraq, zəruri hallarda
enerjitəchizatı müəssisələri istehlakçılarının elektrik enerjisi təchizatını dayandırır.
Bunu istehlakın azalması ilə əlaqələndirmək ən azı qərəzçilikdir. “Dövlət
Enerjinəzarət” Idarəsi tərəfindən rayonların elektrik enerji təchizatında
uzunmüddətli fasilələrin olması hallarının müəyyən edilməsi barədə araşdırma
aparılmamışdır. Qəza, təmir-bərpa, yenidənqurma və digər hallarla bağlı elektrik
enerji verilişində yaranan fasilələr yazı müəllifi tərəfindən qərəzli şəkildə istehlakın
azaldılması məqsədi ilə qrup şəklində açılma kimi qiymətləndirilmişdir”.
Cavab - Nəzərinizə çatdırıram ki, Nazirlər Kabinetinin 21 avqust 2007-ci il
tarixli 17/3639-21 saylı məktubunda elektrik enerji verilişində əsassız açılmaların
və məhdudiyyətlərin qarşısının tezliklə tam alınması üzrə "Azərenerji” ASC-yə
ciddi tapşırıqlar verilmiş, bu işə nəzarət və müvafıq tədbirlərin görülməsi isə
Sənaye və Energetika Nazirliyinə tapşırılmışdır. Nazirliyin “Dövlət Enerjinəzarət”
İdarəsinin 2007-ci ilin avqust ayından başlayaraq apardığı araşdırmaların nəticələri
ilə əlaqədar rayonlarda RET-lər tərəfindən yol verilmiş əsassız açılmaların 2007-ci
ilin IV rübü və 2008-ci ilin I rübü üzrə yekun cədvəlini vəziyyətlə tanış olmaq
üçün Sizə təqdim edirik.
İrad - “Məqalədə respublikanın rayon və kənd yerlərində elektrik təchizatında
0,4 kV-luq hava verilişi xətlərinin çılpaq naqillərlə quraşdırılması və onun da
itkilərin yaranmasında əsas səbəb olması göstərilsə də, məqalə müəllifi bu xətlərin

100
sovet dövründən çəkildiyini və hal-hazırda həyata keçirilən yenidənqurma işlərini
nədənsə unudur”.
Cavab - Nəzərinizə çatdırıram ki, 0,4 kV-luq Paylayıcı Elektrik Şəbəkələrində
Sizin tətbiq etdiyiniz yeni Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) sisteminin
təqdimatı (Energetika İnstitutunda) və ilk pilot layihəsi 2004-cü ilin iyun
ayında Yasamal rayonunda mənim tərəfımdən həyata keçirilmiş və Sənaye və
Energetika Nazirliyi 2006-cı ildən etibarən PEŞ-lərdə (Yevlax, Şəki, Ağdaş, Xanlar,
Lənkəran, Sabirabad rayonları və Sumqayıt şəhəri) apardığı yoxlamalar nəticəsində
Sizin bu sahədə gördüyünüz işlərdən tam xəbərdardır.

İrad - “Yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, yazı müəllifi həqiqətə
uyğun olmayan dəlillərlə ictimaiyyəti çaşdırmaqla yanaşı, bu gün Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublika enerjisistemində
həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin üzərinə kölgə salmağa və eyni
zamanda, cəmiyyətin işgüzar nüfuzuna xələl gətirməyə çalışır” və sair.
Cavab - Dövlət başçısı tərəfındən elektroenergetika sahəsində görülmüş işlər
barədə fıkirlər 6 sütundan ibarət bir səhifəlik qəzet məqaləsində 3 sütunda öz əksini
tapmışdır. Sizin iradlarınızda dəfələrlə təkrarlanan yersiz siyasi
qaraguruhçuluğunuz energetika sisteminin məqalədə açıqlanan mövcud
çatışmazlıqlarının aradan qaldırılması əvəzinə, bu çatışmazlıqları dərinlərdə
ört-basdır etmək cəhdi kimi qiymətləndirilməlidir.

Nəzərinizə çatdırıram ki, məhz Sizin işə belə münasibətiniz, mövcud


çatışmazlıqların vaxtında və köklü surətdə aradan qaldırılması istəyinin olmaması,
qeyd etdiyiniz xoşagəlməz narazılıqların kökündə dura bilər.
Hörmətli həmkarlar! Mövcud vəziyyətdə məqalədə göstərilən çatışmazlıqlar
üzrə geniş Texniki-Təşkilati Tədbirlər Planının hazırlanmasını və nöqsanların
aradan qaldırılması istiqamətində səylərimizin birləşdirilməsini daha faydalı hesab
edirəm.
P.S. Hörmətli alim-mütəxəssislər, nəzərinə çatdırıram ki, hər hansı bir məsələ
ilə bağlı yazıda aşağıda qeyd edilmiş yersiz siyasi ittiham və alimlikdən uzaq dil-
üslubundan, məntiqsiz ifadələrdən deyil, professional alim-mühəndis leksikonuna
daxil olan terminlərindən istifadə olunması daha məqsədəuyğundur:
• Milli energetika sisteminin çoxsaylı kollektivinin haqlı narazılığına səbəb
olmuş;
• Məntiqsiz və qeyri-professional mülahizələr;
• Rəsmi dövlət strukturlarının idarəçilik prinsiplərinə zidd hərəkət;
• Şöbə müdirinin elektroenergetika qanunlarını bilməməsi;
• Elektrik verilişindəki istehlakın azaldılması məqsədi ilə qrup şəklində açılma
kimi qiymətləndirmək;
• Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirmək;
• Tarixi faktları təhrif etmə;
• Müxalifətin dəyirmanına su tökmək və sair.

Bir daha nəzərinizə çatdırıram ki, hər hansı bir şirkətin və ya müəssisənin

101
fəaliyyətində nəzərə çarpan nöqsanların göstərilməsi dövlətin siyasi kursuna zidd
hərəkətlər hesab olunmur, əksinə nöqsanlara göz yummaq dövlətin rəsmi siyasətinə
zidd hərəkət etməkdir.

Vətəni və dövləti sevmək, cəmiyyətdə sabitliyi qoruyub saxlamaq,


ümummilli liderimiz Heydər Əliyevin qoyduğu siyasətə sadiq qalmaq heç də
bir qrup adamın monopoliyasında deyildir.

Energetika şöbəsinin müdiri:

T.D.Cəfərov

102
103
Azərbaycan Respublikasının neft hasilatı

104
Qlossariy (Terminologiya)

Energetika – bütün növ enerji resurslarının istehsalı, çevrilməsi, ötürülməsi,


paylanması və istifadəsini əhatə edən təsərrüfat sahələrinin birliyi;
Energetika sistemi – elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi,
paylanması və istehlakı proseslərini vahid texnoloji rejimdə fasiləsiz və operativ
idarəçiliyini təmin edən elektrik stansiya, elektrik və istilik şəbəkələrinin birliyi;
Elektroenergetika sistemi – Energetika sisteminin tərkib hissəsi olmaqla
generatorları, ötürücü, paylayıcı şəbəkələri və elektrik təlabatçılarını özündə
birləşdirir;
Energetika sistemində qəza – qurğunun zədələnməsi nəticəsində energetika
sisteminin böyük hissəsində və ya bütövlükdə normal rejimdən kənarlaşma
nəticəsində elektrik enerjisi keyfiyyətinin yol verilməz həddə pozulması və ya
müvəqqəti olaraq enerji təchizatında fasilənin yaranması;
Energetika təhlükəsizliyi – təhlükənin xarakterindən asılı olmayaraq şəxsiyyətin,
cəmiyyətin və dövlətin həyat əhəmiyyətli “energetika maraqlarının” müdafiə
vəziyyəti;
Etibarlıq –müəyyən bir funksiyanı yerinə yetirmək üçün yaradılmış obyektin
müvafiq istismar şəraitində nəzərdə tutulmuş fəaliyyəti yerinə yetirmək qabiliyyəti;
Elektrik şəbəkəsinin etibarlığı – elektrik enerjisinin generasiya mənbəyi ilə
tələbat düyünü arasında müqavilə öhdəliklərinə uyğun olaraq, tələbatçıların
elektrik enerjisi ilə təchizatı üzrə lazımi texnoloji əlaqəni yaratmaq qabiliyyəti;
Energetika sisteminin dayanıqlığı – energetika sistemində daxili və ya xarici
təsirlərin yaradacağı həyəcanlandirmalar nəticəsində sistemdə baş verə biləcək
qəzaların silsilə inkişafının tələbatçıların elektrik enerjisi təchizatında kütləvi
pozuntuların qarşısının alınması və sistemin ilkin və ya ona yaxın rejiminin qısa
müddətdə bərpa edilməsi;
Qənaətçilik – fəaliyyət prosesində texniki sistemin iqtisadi effekt yaratmaq
qabiliyyəti;
Tezlikdən avtomatik yüksüzləşdirmə - energetika sisteminin fəaliyyəti
prosesində tezliyin azalmasının qarşısının alınması məqsədilə elektrik enerjisi
tələbatçılarının elektrik yükünün avtomatik qurğuların köməyi ilə şəbəkədən
açılması;
İstilik elektrik stansiyası – yanacağın kimyəvi enerjisini elektrik enerjisinə
çevirən stansiya;
Atom elektrik stansiyası – atomun nüvə parçalanması nəticəsində yaranan istilik
enerjisini elektrik enerjisinə çevirən stansiya;
Bərpa olunan enerji mənbələri – Təbiətdə daim mövcud olan və yeniləşən enerji
növü;
105
Hidroelektrik stansiyası – suyun mexaniki (potensial) enerjisini elektrik
enerjisinə çevirən stansiya;
Hidroakkumulyasiya elektrik stansiyası - müəyyən yüksəklik fərqinə malik iki
su hövzəsini birləşdirən, həm nasos (pump), həm də turbin (generator) rejimində
fəaliyyət göstərən SES;
Külək elektrik stansiyası – külək enerjisini elektrik enerjisinə çevirən stansiya;
Geotermal elektrik stansiyası – yerin dərinliyindəki istilik enerjisini elektrik
enerjisinə çevirən stansiya;
Sutkalıq yük qrafiki – aktiv gücün (yarım saatdan çox) sutkanın saatları üzrə
dəyişmə əyrisi;
Pik gücü - sutkalıq yük qrafikinin yarım saatdan çox davam edən maksimum
gücü;
Orta güc – sutkalıq elektrik enerjisinin sutkadakı saatlara (24 saat) nisbəti;
Qeyri-bərabərlik (dolma) əmsalı - sutkalıq yük qrafikində gecə saatlarında
minimum gücün pik saatlarında maksimum gücə nisbəti;
Yük sıxlığı əmsali – sutkalıq yük qrafikində orta gücün maksimum gücə olan
nisbəti;
Qoyuluş gücündən istifadə əmsalı – ES-in illik faktiki elektrik enerjisi
istehsalının bütün aqreqatların qoyuluş güclərinin cəminin illik saatlara (8760
saat) hasilinə nisbəti;
Hava elektrik veriliş xətti – açıq havada dayaqlara elektrik izolyatorları vasitəsi
ilə birləşdirilmiş naqillərin köməyilə elektrik enerjisini ötürən qurğu;
Elektrik qurğusu – elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və digər
enerji növünə çevrilməsi üçün nəzərdə tutulmuş maşın, aparat, xətt və köməkçi
avadanlıqlar

106
İstifadə edilmiş qısaldılmalar (Abreviaturalar)

BOEM – Bərpa Olunan Enerji Mənbələri


HAES – Hidroakkumulyasiya Elektrik Stansiyası
ES – Elektrik Stansiyası
SES – Su Elektrik Stansiyası
İES – İstilik Elektrik Stansiyası
KSES – Kiçik Su Elektrik Stansiyası
GES – Günəş Elektrik Stansiyası
SK – sinxron kompensator
HA – hidroaqreqat
MÖİN – Mühafizəli Özünüdaşıyan İzolyasiyalı Naqillər
EVX – Elektrik Veriliş Xətti
HEVX – Hava Elektrik Veriliş Xətti
İK – İfratkeçiricilik
ATİK – Aşağı Temperaturlu İfratkeçiricilik
YTİK – Yüksək Temperaturlu İfratkeçiricilik
İKİT – İfratkeçirici İnduktiv Toplyaıcıları
EHKPQ – Eleqaz əsaslı Hermetik Kompleks Paylayıcı Qurğular
FİƏ – faydalı iş əmsalı
NBS – normal basqı səviyyəsi
ÖHS – ölü həcmin səviyyəsi
DP – Dövlət Proqramı
TİƏ – Texniki İqtisadi Əsaslandırma
QQ – Qisa qapanma
Emd – elektromaqnit dalğaları
İİİ – idrakın imkan indeksi
“Rusiya VES” – Rusiya Vahid Energetika Sistemi

107
İstifadə edilmiş mənbələr:

1. Qur’ani Kərim, Ərəb dilindən tərcümə edənlər - Z.M. Bünyadov,


V.M. Məmmədov, “Çıraq” nəşriyyatı-2005
2. Л.Д. Ландау и Е.М. Лифщиц, Краткий курс теоретической физики, книга 1,
Механика, Электродинамика. Издательство «Наука» М-1969 г.
3. Д.И.Пеннер, В.А.Угаров, Электродинамика и специальная теория
относительности, Москва «Просвещение» 1980 г.
4. Е.Г.Векштейн, Сборник задач по электродинамике, Издательство «Высшая
школа», Москва 1966 г.
5. Z.İ.Kazımzadə, Elektrotexnikanın nəzəri əsasları Uni Print Bakı-2010-cu il.
6. «Теоретические основы электротехники», А.Е. Каплянский, А.П. Лысенко,
Л.С. Полотовский, издательство «Высшая школа», Москва – 1972
7. Enerji sistemlerinin kararlılığı, Prof.Dr.A Nariman Şerifoğlu, Yük.Müh.Didem
Erdoğan, Nobel yayım dağıtım, Ankara, Ekim 2009
8. И.А.Будзко, М.С. Левин, Электроснабжение сельско-хозяйственных
предприятий и населенных пунктов, Москва, Агропромиздат 1985 г.
9. А.А. Пинский, Г.Ю. Граковский, Физика с основами электротехники.
Москва «Высшая школа» 1985 г.
10. И.В.Гете, Фауст - Трагедия, АО «Московские учебники», Москва 2002 г.
11. 100 Великих ученых «издательство вече 2000», Москва 2000 г.
12. Петр Образцов, Никола Тесла, Лож и правда о великом изобретателе,
Москва «Яуза», «Эксмо» 2009 г.
13. Гидро-аккумулирующие электростанции в современной
электроэнергетике, Москва, изд. НЦ ЭНАС, В.Ю.Синюгин,Г.Маргук,2008;
14. Гидро-аккумулирующие электростанции, Л.Б.Шейнман, Москва,
Энергия, 1978;
15. Гидравлическое аккумулирование энергии, Москва, Энергия, 1975;
16. Возобновляемые источники энергии. Физико-технические основы.
учебное пособие, Москва, МЭИ, А.В.Роза, 2010;
17. Нетрадиционные и возобновляемые источники энергии. уч.пособие,
Москва-Кнорус, Ю.Д.Сибикин, М.Ю.Сибикин, 2010;
18. Методы расчета ресурсов возобновляемых источников энергии.
уч.пособие, Москва-МЭИ, А.А.Бурмистров, В.И.Виссарионов, 2009;
19. T.D.Cəfərov, Bərpa Olunan Enerji Mənbələrinin Energetika Sisteminə
inteqrasiyasında Hidroakkumulyasiya Elektrik Stansiyalarının rolu, “Kövsər”
nəşriyyatı, Bakı-2013;

108
20. Проектирование распределительных электрических сетей. Г.А.Фадеева,
В.Т. Федин, Минск «Вышэйшая школа», 2009
21. Энергетика Узбекистана и Мира. Ташкент, К.Р.Аллаев, 2009;
22. Джафаров Т.Д., Калбиев Р.К., Бархалов Р.Р. «Возможные причины
аварии на ГЭС, обусловленные гидроударом», «Энергетик», №9,
сентябрь, 2011 г., Москва.
23. Основы современной энергетики – Несерийное издание п.р.-
А.Д.Трухния, 2010;
24. Электрические системы и сети, Москва, издание группа «Логос»,
А.Б.Лыкин, 2008;
25. Качество электроэнергетических систем: надежность, безопасность,
экономичность, Москва, Энергоатомиздат, В.А.Скопинцев, 2009;
26. Переходные процессы в электроэнергетических системах. Москва,
МЭИ П.Крючков, В.А.Старшинов, 2009;
27. Автоматика энергосистем. Москва, МЭИ, Н.И. Овчаренко, 2009;
28. Правило технической эксплуатации электрических станций и сетей РФ,
Минэнерго РФ, Москва, Издательство НЦ ЭНАС, 2003;
29. “Azərenerji” ASC-nin texniki-iqtisadi göstəriciləri ( Azərbaycan
Respublikasının Dövlət Statistika Kömitəsinin məlumatları);
30. “Bakıda su elektrik stansiyası”. T.Cəfərov, Respublika qəzeti, 8 Mart 2000-ci
il;
31.“Elektrik enerjisinin ötürülməsində yeni texnologiyayanın tədbiqi”. T.Cəfərov,
Respublika qəzeti, 14 noyabr 2004-cü il.
32. T.D.Cəfərov, “Sayana-Şuşenski Su Elektrik Stansiyasında (SES) baş vermiş
qəzanın səbəbləri və onun aradan qaldırılması yolları”. Azərbaycan Milli
Elmlər Akademiyası”, “Energetikanın Problemləri” jurnalı, 2009-cu il, 3-cü və
4-cü saylarında.
33. «Основы проектирования систем электроснабжения». В.Д.Маньков,
Санкт-Петербург, 2010.
34. «Общий курс электропривода». М.Г.Чиликин, А.С.Сандлер, Москва,
Энергоиздат, 1981.
35. «Электричекие машины». М.П.Костенко, Л.М.Пиотровский, «Энергия»
Ленинградское отделение, 1973.
36. «Правило устройства электроустановок». «Издательство НЦ ЭНАС»,
Москва, 2003.
37. Azərbaycan Respublikasının statistik məcmuələri
38. MDB-nin elektroenergetika üzrə hesabatları

109
39. “Bakıhidrolayihə” İnstitutu tərəfindən hazırlanmış KSES-lər haqqında
materiallar
40. Salman Rzayev “Quran və müasir elm” Bakı “Nurlan”-2006.

110
MÜNDƏRİCAT
Qlossariy (Terminologiya)..................................................................................10

İstifadə edilmiş qısaldılmalar (Abreviaturalar)............................................................


G İ R İ Ş ....................................................................................................................10
1.Elektrik enerjisinin tarixindən................................................................................11
2.Elektrik enerjisi nədir?...........................................................................................18
3.Varlığı yoxluğunda duyulan ..................................................................................25
4.Sayana-Şusenski SES-də baş vermiş qəzanın yaranma ehtimalı və bu tip SES-lərdə
gözlənilən potensial texnogen fəlakətlərin qarşısını necə almalı?.............................30
5.Yeni texnologiyalar................................................................................................43
5.1. Hidroakkumulyasiya Elektrik Stansiyasının (HAES) İstilik Elektrik stansiyalarında
(İES) yanacaq qənaətinə təsiri...................................................................................43
5.2.Azərbaycan Respublikasının Energetika Sisteminin 0,4 kV-luq Paylayıcı Elektrik
Şəbəkələrində Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) sisteminin tətbiqinin Texniki-
Iqtisadi Əsaslandırılması.............................................................49
5.3. Mühafizəli HEVX................................................................................64
5.4. “Elektrik cərəyanlarının döyüşü”.....................................................................66
5.5. Yenilik - yaxşı unudulmuş köhnəlikdir,və ya sabit cərəyana qayıdış?................67
5.6. Trans-Xəzər sabit cərəyan elektrik veriliş xətti.............................................
5.7. Ifratkeçiricilik.....................................................................................................71
5.8. İK induktiv enerji toplayıcıları........................................................................73
5.9.Günəş Elektrik Stansiyasında İKİT-in tətbiqi-mərkəzləşmiş elektroenergetika
sisteminin ləğvinə aparan yoldur...............................................................................74
5.10. Hermetik Kompleks Paylayıcı Qurğular.............................................................75
6. Azərbaycanda elektrik enerji istehsalının artım dinamikasında Kiçik Su Elektrik
Stansiyaları (KSES)...........................................................................................77
7. Enerji effektivliyi energetikanın strateji prioriteti kimi (Respublika qəzeti)..........87
8. Sənaye və Energetika Nazirliyinin Energetika şöbəsinin müdiri Tahir Cəfərovun
“Enerji effektivliyi energetikanın strateji prioriteti kimi” adlı məqaləsi ilə bağlı
"Azərenerji" ASC-nin bir qrup alim-mütəxəssisinin rəyi...........................................94

9. "Azərenerji" ASC-nin bir qrup alim-mütəxəssisinin “Respublika” qəzetində dərc


edilmiş “Enerji effektivliyi energetikanın strateji prioriteti kimi” məqaləyə dair Rəyinə
münasibət..............................................................................................................

10. İstifadə edilmiş mənbələr.....................................................................................107

111
Tahir Dəmir oğlu Cəfərov 10 may 1950-ci ildə
Samux rayonunda anadan olmuş, rayon
Mingəçevir SES-in subasar ərazisinə düşdüyündən
1952-ci ildə ailəsi Mingəçevir şəhərinə
köçürülmüşdür.
Azərbaycan Neft və Kimya İnstitutunu
1972-ci ildə mühəndis-elektromexanik ixtisası
üzrə bitirmişir. 1974-cü ildə hərbi xidmətdən
tərxis olunaraq, Mingəçevir SES-də növbətçi
mühəndis, elektromaşın sexinin rəis müavini,
1980-ci ildən isə Dövlət Enerji Nəzarət şöbəsinin
rəisi və Elektrik Şəbəkəsinin direktoru
vəzifələrində işləmişdir.
1993-cü ildən Bakıda özəl şirkətdə müxtəlif
təyinatlı iri obyektlərin layihələndirilməsi və
tikintisinə rəhbərlik etmişdir.
2004-cü ildə Respublika paylayıcı elektrik şəbəkələrində 0,4 kV-luq
özünüdaşıyan izolyasiyalı naqillərin (ÖİN) pilot layihəsini həyata keçirmiş və bu
sistem elektrik enerjisi itkilərinin azalması və ödənişinin artmasına böyük təsir
göstərmişdir.
2006-cı ildən Sənaye və Energetika Nazirliyində Energetika şöbəsinin
müdiri 2013-cü ildən isə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyinin “Azalternativenerji” MMC-nin baş energetiki vəzifəsində
çalışır.
Energetikada Avropa Direktivliyinə uyğun islahatların aparılması üzrə yeni
qanun layihələrinin Aİ-nin ekspertləri ilə birgə hazırlanmasında texniki direktor
kimi iştirak etmişdir.
Energetika Sisteminin effektivliyinin artırılması, yeni texnologiyaların tətbiqi,
SES-lərin təhlükəsizliyi Hidroakkumuliyasiya Elektrik Stansiyaları, bərpa
olunan enerjidən istifadə üzrə bir sıra məqalələrin və təkliflərin müəllifidir.

112

You might also like