You are on page 1of 1

Qoca tarzən

Bahar gəlmişdir. Qoca tarzən Cavad bütün qışı xəstə idi, indi isə təmiz hava almaq istəyir, bütün
gün pəncərədən baxıb gəzmək istəyirdi. Bir gün Cavad şəhər bağına getmək istədi, həyat
yoldaşını çagırıb xahiş elədi ki, paltarını gətirsin.
Cavad uca boylu qoca kişi idi, ancaq yaşına baxmayaraq, cavanlıqdan geyinən paltarları indidı
sevirdi, qızıl kəmər, qiymətli papağını geyinirdi. O gün evə çox gec qayıtdı. Həyat yoldaşı isə
iztiraba düşüb vurnuxurdu, Cavadı gözləyirdi. Evə qayıdandan sonra Cavad dedi ki, gəzəndən
sonra özünü yenə cavan hiss elədi. Kişi tez sağalmaq istəyir ki, hər gün bağa çıxıb çiçəklənmiş
ağaclara baxıb, quşların nəğmələrinə dinləsin. Arvadından xahiş elədi ki, ona tarı torbadan
çıxardıb versin, sonra isə dedi ki, tarı ondan uzaq aparsın, dünyanı və qocalığı lənətləyirdi.
Qapı döyüldü və qoca Cavad dedi ki, o uşaqlar gəliblər. Cavadın şagirdləri özləriylə çalğılarınızı
gətirmişdilər, çünki əlboş gəlmək istəmirdilər, özləriylə kamança və tar gətirmişdilər. Cavad
uşaqlardan xahiş istədi ki, onlar “Rast” çalsınlar, çünki Cavad cavanlıqda bu muğamı sevirdi.
Şagirdlər deyirlər ki, cavad onlar üçün o qədər elıyib ki, indi onlar ona qulluq etmılidilər. Cavad
Rast dəstgahına qulaq asanda Şamaxıda keçirdiyi yayı yadına saldı – bülbürləri, meşəni. O gün
cavanlardan biri yarışı başlamağı təklif elədi – hər kəs tarı götürüb çalmaq başlamalıdı və kimin
tarına bülbül gəlib özünü toxundursa, o 100 manat qazanacaq. Cavadın növbəsi gələndə o “Rast”
muğamını çalmağa başladı, və bülbül əvvəl yaxın olan ağacın üstünə oturdu, sonra da Cavaddan
uzağı uçdu. Cavad dedi ki, quş ölsə də onu öz tərəfinə çəkəcək. Bunu mahmud ağa eşitdi (o,
muğamatşünas idi)və dedi: “Ölmə, yaşa”. Bunu xatırliyanda Cavad dünyasını dəyişdi, arvadı
qışqırdı və şagirdləri ağlamağa başladı.

You might also like