You are on page 1of 104

Müasir Azərbaycan dili imtahan sualları

1) Alınma sözlər və onların xüsusiyyətləri


Azərbaycan dili türk dilləri ailəsinə mənsub olsa da, qədim zamanlardan bəri bir
sıra başqa dillərlə də əlaqə və münasibətdə olmuşdur. Bunun nəticəsində
Azərbaycan dilinin lüğət tərkibində də müəyyən dəyişikliklər əmələ gəlmişdir. Bu
və ya digər dilin başqa dildən aldığı sözə alınma söz deyilir. Dilimizə başqa
dillərdən sözlərin keçməsinin müxtəlif səbəbləri vardır. Bu səbəblərə başqa
ölkələrlə iqtisadi, mədəni, ticarət, idman əlaqələrinin olması, elm və texnikanın
inkişafı, tarix boyu qonşu ölkələrin Azərbaycana hücumlarını və s. aid etmək olar.
Alınma sözləri milli sözlərimizdən fərqləndirən bir sıra xüsusiyyətləri vardır:
• Sözdə iki saitin yanaşı işlənməsi: səadət, camaat, təbii, saat, zəif
• Sözün “r” samiti ilə başlanması: rabitə, radio, rəng rəssam, rayon
• Sözün tərkibində “j” samitinin olması: janr, müjdə, montaj, jurnal, bioloji
• Fleksiyaya uğrayan sözlər: nəsr − nasir − mənsur, məclis-iclas, tərəf-ətraf
• Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər: tibb, xətt, sirr, hiss,
sədd
• Sonu -at şəkilçisi ilə bitən sözlər: məlumat, hesabat, mühasibat, tələbat
• Sözün əvvəlində iki samitin yanaşı gəlməsi: plan, prospekt, şkaf
• Sözdə uzun tələffüz olunan saitin işlənməsi: aləm, mina , elan, xüsusi
,səliqə

2) Omonimlər və onların tipləri


Müasir Azərbaycan ədəbi dilinin leksik tərkibi, başqa dillərdə olduğu kimi,
müxtəlif məna qrupuna malikdir. Bu məna qruplarına omonimlər, sinonimlər və
antonimlər aiddir. Eyni səslənməyə malik olan müxtəlif mənalı sözlərə omonim
sözlər deyilir. Omonimlər bir-biri ilə əlaqəsi olmayan və ya məna əlaqələrini
çoxdan itirmiş məfhumları ifadə edir: ay, kök, it, inci, zərf, sifət, sol, xal, tut, ud,
uçmaq, oxşamaq, qaz, göy, gül, əqrəb, üzmək və s.
Sözlərin eyni şəkildə səslənməsi hadisəsi hər dilin öz qanunlarına əsasən fonetik,
morfoloji və leksik cəhətlə əlaqədardır. Buna görə də omonimlərin, təxminən,
aşağıdakı tipləri vardır: fonetik omonimlər, yəni omofonlar, morfoloji
omonimlər, yəni omoformlar və leksik omonimlər, yəni xüsusi omonimlər.
Səslənməsinə görə eyni olub, lakin başqa formada yazılan sözlərə omofon, yaxud
fonetik omonim deyilir: taz-tas , sənəd – sənət və s.
Bunlardan başqa, müxtəlif şəkildə tələffüz olunub, eyni formada yazılan sözlər də
vardır ki, bunlara omoqraf deyilir. Məsələn, şaxta sözünün vurğusu ikinci hecada
deyiləndə ayaz sözünün sinonimi olur, birinci heca üzərinə düşəndə isə təxminən
mədən sözünə sinonim olur. Deməli, bu söz vurğuya görə fərqlənir.
Müxtəlif nitq hissələrinə aid olub, lakin özlərinin bir və ya bir neçə qrammatik
formalarında eyni şəkildə səslənən sözlərə omoform, yaxud morfoloji omonim
deyilir: alma (meyvə) – alma (“almaq” feli, inkarda, II şəxsin təkində əmr şəkli),
açar (isim) – açar (“açmaq” feli, qeyri-qəti gələcək zamanda) və s.
Omoformların omonimliyi təsadüfi səciyyə daşıyır. Burada omonimlik qrammatik
şəkilçilər hesabına təmin edildiyindən, həmin leksik vahidlər mətndən ayrıldıqda
omonim olmaq xüsusiyyətini itirir.
Bu və ya digər fonetik və qrammatik tələb əsasında deyil, ancaq semantikaya
görə yaranan omonimlərə leksik omonimlər deyilir. Leksik omonimlər iki cür;
dilin öz daxili imkanları əsasında və başqa dillərdən alınma sözlər əsasında əmələ
gəlir.
Dilimizin öz daxili imkanları əsasında əmələ gələn leksik omonimlərə bunları aid
etmək olar: an, aş, at, saç, yan, yay, yaz, köç və s.
Başqa dillərdən alınma sözlər əsasında əmələ gələn leksik omonimlərə bunlar
aiddir: bal, divan, nişan, bənd və s.

3) Azərbaycan dili haqqında qanun və fərmanlar


Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. Genealoji
təsnifata görə, türk dillərindən biri olub, Ural-Altay dilləri ailəsinin oğuz qrupuna
daxildir. Tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi dillər qrupuna
daxildir.
Dövlətimiz müstəqilik qazandıqdan sonra bir sıra qanunlar və fərmanlar qəbul
edilmişdir:
• Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini
öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi qayğısına qalır. 30 Sentyabr 2002-ci ildə
qəbul edilən qanuna görə Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə
müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan
Respublikası vətəndaşının borcudur. Azərbaycan Respublikasının dövlət
dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni
həyatının bütün sahələrində işlədilir.
• Azərbaycan Respublikası Prezidentinin «Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli 506 nömrəli
fərmanında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının
tərkibinin komissiya sədri, komissiya sədrinin müavinləri və komissiya
sədrinin üzvləri olaraq təsdiq edilməsi qərara alınmışdır.
• Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın
dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər
açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bunu
nəzərə alaraq 2001- ci il avqust ayının 1-i Azərbaycan Respublikasında
Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara
alınmışdır.
• Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi
və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması
üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə
inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi
və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni
səviyyəyə yüksəldilməsini tələb edir. Bunu nəzərə alaraq 9 aprel 2013-cü
ildə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı qəbul
edilmişdir.
• Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət
tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz
imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də
kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet
resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin
normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara
əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və
ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bunun qarşısının
alınması üçün 1 noyabr 2018-ci ildə Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı qanun qəbul edilmişdir.

4) Azərbaycan dili haqqında məlumat


Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri olan bir vasitədir.
Cəmiyyətdə dilin başlıca rolu onun əsas ünsiyyət vasitəsi olmasındadır. Dil xalqın
tarixi ilə üzvi surətdə əlaqədar olur, çünki dil ancaq cəmiyyət daxilində təşəkkül
tapır. Dili yaradan xalqdır. Elə buna görə də dilin taleyi onu yaradan xalqın taleyi
ilə bağlı olur. Hər bir xalq ünsiyyət üçün öz dilini yaratdıqdan sonra onu tarix boyu
qoruyur və inkişaf etdirir. Azərbaycan xalqı da hələ uzaq keçmişdə öz ana dilini
yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə hal-hazırda Azərbaycan dili deyilir.
Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil Azərbaycan
Respublikasının rəsmi dövlət dilidir. Azərbaycan dilindən həm respublikamızda,
həm də xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə
danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azərbaycan dilində 45 milyondan
artıq adam danışır. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana
dili kimi də işlənilir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra azsaylı xalqlar,
o cümlədən lahıc, talış, tat, qrız və başqaları Azərbaycan dilindən ikinci ana dili
kimi istifadə edirlər. Azərbaycan dili, xoş avaz yaradan səslər sisteminə, zəngin
və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.
Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox
müxtəlif bədii boyalarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox
aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini
yaratmaq üçün də çox yararlıdır. Azərbaycan dili tipoloji təsnifə görə iltisaqi
dillərdəndir. Yəni kök sabit qalır, şəkilçilər sözün kökünə artırılır. Bu dil genealoji
bölgüyə əsasən türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir.
Azərbaycan dili türk dilləri qrupundakı müasir dillərdən türkmən, qaqauz və türk
(osmanlı) dillərinə daha çox yaxındır.

5) Azərbaycan dili orfoqrafiyasının tərtibi prinsipləri.


Ədəbi dilin yazılı növündən istifadə olunan orfoqrafik qaydaların məcmusuna
orfoqrafiya deyilir. Orfoqrafiya sözlərin bütün qrammatik formaları üçün vahid
yazı qaydaları müəyyənləşdirir. Buna görə də bütövlükdə orfoqrafiyanı təşkil
edən qaydalar sözün hissələrinə – kök və şəkilçiyə, sözün ayrı, bitişik və defislə
yazılmasına, sözün baş hərfinin böyük yazılmasına, sözün hissəsinin sətirdən-
sətrə keçirilməsinə və s. aid olur. Orfoqrafiya qaydaları müəyyən prinsiplər
əsasında tərtib edilir: fonetik prinsip, morfoloji prinsip, ənənəvi prinsip.
Hər bir sözün müasir ədəbi tələffüz əsasında yazılmasını tələb edən prinsipə
fonetik prinsip deyilir. Bu prinsip üçün sözlərin deyilişi əsas meyar hesab olunur,
yəni söz deyildiyi kimi yazılır. Məsələn:
Deyilir; Yazılır;
Ata. Ata
İki. İki
Mən. Mən
Azərbaycan dilinin orfoqrafiyasında başlıca prinsip fonetik prinsip hesab olunur.
Dilimizdəki sözlərin çox hissəsi bu prinsip əsasında yazılır. Azərbaycan dilinin
yazısı üçün təkcə fonetik prinsipi götürmək olmaz. Çünki ümumxalq Azərbaycan
dilində eyni formada tələffüz olunan sözlərdən başqa, onun dialekt və şivələrində
çox müxtəlif şəkildə tələffüz olunan sözlər də vardır. Məsələn, atandan sözünü
götürək. Bu söz ayrı-ayrı yerlərdə atonnan, atannan formalarında tələffüz
olunur. Əgər belə sözlər hər yerin tələffüzünə uyğun yazılsa, onda yazımızda
dolaşıqlıq əmələ gələr. Elə buna görə də müxtəlif şəkildə tələffüz olunan sözlərin
bir formada yazılmasını müəyyən etmək üçün yazımızda başqa orfoqrafik
prinsiplərdən də istifadə olunur.
Müxtəlif şəkildə tələffüz olunan morfemlərin eyni formada yazılmasını tələb
edən prinsip morfoloji prinsip adlanır. Bu prinsip sözün mənalı hissələrinə
əsaslanır. Morfoloji prinsipə əsasən, dilin xüsusiyyətləri nəzərə alınaraq, müxtəlif
şəkildə tələffüz olunan kök və şəkilçilər deyildiyi kimi yox, vahid qaydada, yəni bir
formada yazılır. Məsələn:
Deyilir;. Yazılır;
Degil
Dəgil. Deyil
Dəgül
Dəyil

Qarlar, qarrar. Qarlar


Gözlər, gözdər. Gözlər
Sirlər, sirrər. Sirlər
Morfoloji prinsipin mahiyyəti ondadır ki, bu prinsin müxtəlif morfemlərdə olan
səs dəyişmələrinin yazıya keçməsinə yol vermir və vahid qayda yaradır.
Sözün müasir tələffüzünə əsasən yazılmasını deyil, onun tarixi yazılış formasının
saxlanılmasını tələb edən prinsip tarixi, yaxud ənənəvi prinsip adlanır. Bu
prinsipə əsasən sözün tarixən necə yazıldığı əsas götürülür. Bunun nəticəsidir ki,
bəzi sözlər ədəbi dildə tələffüz edildiyi şəkildə yazılmır. Buna görə həmin sözlərin
tələffüzü ilə yazılışı bir-birindən az-çox fərqlənir. Məsələn, əlbətdə, hətda deyilir,
əlbəttə, hətta yazılır. Bundan başqa, dilimizdəki sonu [q] və [x] səsləri ilə tələffüz
edilən çoxhecalı sözlərin q hərfi ilə yazılmasında da ənənəvi prinsip əsas tutulur.
Bu prinsip yazını ağırlaşdırdığı üçün Azərbaycan yazısında ənənəvi prinsipdən az
istifadə olunur.

6) Azərbaycan dilinin orfoepiyası.


Ədəbi dilin bəzi normaları həm şifahi, həm də yazılı ədəbi dil üçün ümumi, bəzi
normalar ancaq yazılı dil üçün, bəzi normalar isə ədəbi dilin şifahi forması üçün
səciyyəvi olur. Şifahi ədəbi dil üçün səciyyəvi olan qaydalara orfoepik qaydalar
deyilir. Bu qaydaların məcmusu isə orfoepiya adlanır. Şifahi ədəbi dil üçün
xarakterik olan əlamətlər, qaydalar çoxdur. Bunların hamısı orfoepiyaya daxil
deyildir.
Orfoepiyanın obyekti aşağıdakılardır:
1.Ayrı-ayrı səslərin və səs tərkiblərinin tələffüzü;
2.Söz və ifadələrin tələffüzü;
3.Qrammatik formaların tələffüzü.
Orfoepiyanın böyük ictimai əhəmiyyəti vardır. O, eyni sözün müxtəlif formalarda
tələffüz olunmasına yol vermir. Ümumiyyətlə, düzgün tələffüz olunan dil
vasitələri hər zaman fikrin asan və tez anlaşılmasına imkan yaradır. Bunun
əsasında da insanlar bir-birini düzgün başa düşürlər. Orfoepik qaydalar poeziya
üçün də xüsusi əhəmiyyətə malikdir. Bu qaydalar vasitəsilə bədii nitqin estetik
effekti, yaxud mahiyyəti daha da artır. Bütün bunlara görə də orfoepiyanın
nəzəri-praktik cəhətdən öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Hazırkı
şəraitdə orfoepiya məsələlərinə daha ciddi fikir verilir. Hər bir şəxsin ədəbi dildə,
onun bütün qanunlarına riayət edərək danışması tələb olunur. Buna görə də ilk
növbədə müəllim, alim, diktor və aktyorlar dilimizin tələffüz qaydalarını əsaslı
surətdə bilməlidirlər. Orfoepik qaydaların heç kəs tərəfindən pozulmasına yol
verilmir. Bu qaydalar hamı üçün vahid və məcburidir.
7) Azərbaycan ədəbi dilinin səs sistemi. Sait səslər və onların təsnifi prinsipi.
Müasir Azərbaycan ədəbi dilində, əsasən, 33 fonem vardır. Bu fonemlər
azərbaycanca fikrin ifadəsini tamamilə təmin edir. Dilimizdəki fonemlər kəmiyyət
və keyfiyyətcə bir-birindən fərqlənir. Buna görə də, bir sıra başqa dillərdə olduğu
kimi, Azərbaycan dilinin də fonemləri əmələgəlmə və səslənmə fərqlərinə görə
iki yerə bölünür: saitlər və samitlər. Dilçilikdə saitlər sistemi vokalizm, samitlər
sistemi isə konsonantizm adlanır.
Tələffüz zamanı səs axınının heç bir, yaxud da ciddi maneəyə rast gəlməməsi
əsasında yaranan səslərə sait səslər deyilir. Müasir Azərbaycan ədəbi dilində
doqquz sait səs vardır: a, ı, o, u, e, ə, i, ö, ü. Müasir Azərbaycan ədəbi dilindəki
saitlər onların əmələ gəlməsində iştirak edən üzvlərin – dilin, dodaqların və alt
çənənin vəziyyətinə görə üç yerə bölünür.
I. DİLİN VƏZİYYƏTİNƏ GÖRƏ SAİTLƏRİN BÖLGÜSÜ
Dilin hərəkətinin istiqamətinə görə saitlər iki yerə bölünür: 1) dilönü saitlər, 2)
dilarxası saitlər.
Dilönü saitlər. Dilin orta hissəsinin ön damağa doğru qalxması nəticəsində
yaranan saitlərə dilönü saitlər deyilir. Dilönü saitlərin tələffüzündə ağız dilin
vasitəsilə iki qeyri-bərabər hissəyə bölünür; kiçik hissə öndə, böyük hissə isə
arxada qalır. Səsin xaricə çıxma yolu dar olur. Buna görə də səs incələşir.
Müasir Azərbaycan dilindəki dilönü saitlər bunlardır: e, ə, i, ö, ü. Qeyd etmək
lazımdır ki, e əslində dilortası səsdir. Lakin bu səs dilönü səslərə daha yaxındır,
buna görə də dilönü saitlər cərgəsində verilir. Dilönü saitlərə eyni zamanda incə
saitlər də deyilir.
Dilarxası saitlər. Dilin arxa damağa doğru qalxması nəticəsində yaranan saitlərə
dilarxası saitlər deyilir. Dilarxası saitlərin tələffüzündə də ağız dilin vasitəsilə iki
qeyri-bərabər hissəyə bölünür; lakin bu dəfə böyük hissə öndə, kiçik hissə isə
arxada qalır. Səsin xaricə çıxma yolu gen olur. Buna görə də səs qalınlaşır.
Azərbaycan dilindəki dilarxası saitlər bunlardır: a, ı, o, u. Dilarxası saitlərə eyni
zamanda qalın saitlər də deyilir.
II. DODAQLARIN VƏZİYYƏTİNƏ GÖRƏ SAİTLƏRİN BÖLGÜSÜ
Bəzi saitlər dodaqların irəli uzanıb dairəvi şəkil alması ilə formalaşır. Bəzi saitlərin
tələffüzündə isə dodaqlar, demək olar ki, neytral vəziyyətdə qalır. Buna əsasən
saitlər dodaqların iştirakı və vəziyyətinə görə iki yerə bölünür: dodaqlanan saitlər
və dodaqlanmayan saitlər.
Dodaqlanan saitlər. Dodaqların irəli uzanıb dairəvi şəklə düşməsi nəticəsində
yaranan saitlərə dodaqlanan saitlər deyilir. Dilimizdəki dodaqlanan saitlər
bunlardır:o, ö, u, ü. Dodaqlanan saitlər, eyni zamanda, dodaq saitləri də adlanır.
Dodaqlanmayan saitlər. Dodaqların fəal iştirakı olmadan yaranan saitlərə
dodaqlanmayan saitlər deyilir. Dilimizdəki dodaqlanmayan saitlər bunlardır: a, e
ə, ı, i. Dodaqlanmayan saitlər, eyni zamanda, damaq saitləri də adlanır.
III. ALT ÇƏNƏNİN VƏZİYYƏTİNƏ GÖRƏ SAİTLƏRİN BÖLGÜSÜ
Alt çənənin vəziyyətinə görə saitlər iki yerə bölünür: açıq saitlər və qapalı saitlər.
Açıq saitlər. Alt çənənin çox açılması nəticəsində yaranan saitlərə açıq saitlər
deyilir. Açıq saitlərin əmələ gətirilməsində dilin ön hissəsi yuxarı qalxmır, alt çənə
isə daha çox aşağı düşmüş olur. Dilimizdəki açıq saitlər bunlardır: a, e, ə, o, ö.
Qapalı saitlər. Alt çənənin az açılması əsasında əmələ gələn saitlərə qapalı saitlər
deyilir. Qapalı saitlərin əmələ gətirilməsində dil damağa doğru çox qalxmış olur,
alt çənə isə aşağı az düşmüş olur. Dilimizdəki qapalı saitlər bunlardır: ı, i, u, ü.

8) Azərbaycan ədəbi dilinin səs sistemi. Samit səslər və onların təsnifi


prinsipləri .
Müasir Azərbaycan ədəbi dilində, əsasən, 33 fonem vardır. Bu fonemlər
azərbaycanca fikrin ifadəsini tamamilə təmin edir. Dilimizdəki fonemlər kəmiyyət
və keyfiyyətcə bir-birindən fərqlənir. Buna görə də, bir sıra başqa dillərdə olduğu
kimi, Azərbaycan dilinin də fonemləri əmələgəlmə və səslənmə fərqlərinə görə
iki yerə bölünür: saitlər və samitlər. Dilçilikdə saitlər sistemi vokalizm, samitlər
sistemi isə konsonantizm adlanır.
Tələffüz zamanı hava axınının müəyyən maneələrə rast gəlməsi nəticəsində
yaranan səslərə samit səslər deyilir. Müasir Azərbaycan dilində 24 samit vardır.
Həmin samitlər bunlardır: b, v, q, ğ, d, j, z, y, k, g, l, m, n, p, r, s, t, f, x, h, ç, c, ş, k′.
Müasir Azərbaycan ədəbi dilindəki samitlər dörd prinsipə əsasən aşağıdakı
şəkildə təsnif olunur:
1.Əmələgəlmə yerinə görə.
2.Əmələgəlmə üsuluna görə
3.Səs tellərinin vəziyyətinə görə
4.Tərkibə görə.
I. ƏMƏLƏGƏLMƏ YERİNƏ GÖRƏ SAMİTLƏRİN BÖLGÜSÜ
Müxtəlif samitlərin formalaşmasında danışıq üzvərindən bu və ya digəri daha
mühüm rol oynayır. Bu cəhətdən samitlər üç qrupa bölünür: dil samitləri, dodaq
samitləri, boğaz samitləri.
Dil samitləri. Dilin fəal iştirakı ilə əmələ gələn samitlər dil samitləri adlanır. Bu
samitlərdən bəzilərinin əmələ gəlməsində dilin ön hissəsi, bəzilərində orta,
bəzilərində isə arxa hissəsinin xüsusi rolu vardır. Buna görə də dil samitləri üç cür
olur: dilönü, dilortası və dilarxası samitlər.
Dilönü samitlər. Dilin ön hissəsinin fəal iştirakı ilə yaranan samitlərə dilönü
samitlər deyilir. Dilimizdə on bir dilönü samit vardır. Həmin samitlər bunlardır: t,
d, s, z, ş, j, c, ç, l, n, r.
Dilortası samitlər. Dilin orta hissəsinin yuxarı qalxması nəticəsində yaranan
samitlərə dilortası samitlər deyilir. Dilimizdə üç dilortası samit vardır: k, g, y.
Dilarxası samitlər. Dilin arxa hissəsinin arxa damağa doğru qalxması əsasında
əmələ gələn samitlərə dilarxası samitlər deyilir. Dilimizdə dörd dilarxası samiti
var q, ğ, x, k′.

Dodaq samitləri. Dodaqların fəal iştirakı ilə yaranan samitlər dodaq samitləri
adlanır. Dodaq samitlərinin bəziləri ancaq hər iki dodaqların, bəziləri isə yalnız alt
dodağın və dişlərin vasitəsilə yaranır. Bu cəhətdən dodaq samitləri iki yerə
bölünür: qoşadodaq samitləri və dodaq-diş samitləri.
Qoşadodaq samitləri. Dodaqların kipləşib hava axınının qarşısını kəsməsi və
birdən açılması nəticəsində qoşadodaq samitləri əmələ gəlir. Dilimizdə üç
qoşadodaq samiti var: m, p, b.
Dodaq-diş samitləri. Alt dodağın üst ön dişlərə toxunması nəticəsində dodaq-diş
samitləri əmələ gəlir. Dilimizdə yalnız [v], [f] dodaq-diş samitidir.

Boğaz samiti. Dil dibinin boğaza doğru dartılması nəticəsində əmələ gələn səs
boğaz səsi adlanır. Dilimizdə yalnız bir boğaz samiti vardır: h.
II. ƏMƏLƏGƏLMƏ ÜSULUNA GÖRƏ SAMİTLƏRİN BÖLGÜSÜ
Müasir Azərbaycan ədəbi dilində əmələgəlmə üsuluna görə samitlər iki cürdür:
partlayan samitlər və sürtünən samitlər.
Partlayan samitlər. Tələffüz zamanı hava axınının qarşısını kipləşərək kəsmiş
danışıq üzvlərinin birdən açılması nəticəsində yaranan samitlərə partlayan
samitlər deyilir. Müasir Azərbaycan ədəbi dilində on partlayan samit vardır: k, g,
p, b, t, d, q, m, n, k’. Bu samitlərə, eyni zamanda, kipləşən samitlər də deyilir.
Sürtünən samitlər. Tələffüz zamanı danışıq üzvlərinin yaxınlaşıb növ əmələ
gətirməsi, yaxud da kipləşmiş üzvlərin yavaş-yavaş aralanması nəticəsində
yaranan səslərə sürtünən samitlər deyilir. Sürtünən samitlərdə səs axını ağızdan
sürtünərək çıxır. Müasir Azərbaycan ədəbi dilində on iki sürtünən samit vardır: z,
s, j, ş, v, f, y, l, r, ğ, x, h. Sürtünən samitlərə novlu samitlər də deyilir.
III. SƏS TELLƏRİNİN VƏZİYYƏTİNƏ GÖRƏ SAMİTLƏRİN BÖLGÜSÜ
Bəzi samitlərin tələffüzündə səs telləri gərginləşir, bəzilərində isə gərginləşmir.
Hava axını səs kanalı ilə sərbəst keçdikdə səs tellərinə bir o qədər təsir etmir,
lakin səs axını sərbəst şəkildə çıxa bilmədikdə səs tellərinə güclü toxunur və onun
şiddətli titrəməsinə və gərginləşməsinə səbəb olur. Belə bir cəhətə görə samitlər
iki yerə bölünür: kar samitlər və cingiltili samitlər
Kar samitlər. Səs tellərinin gərginləşməsi nəticəsində yaranan səslərə kar
samitlər deyilir. Dilimizdə 10 kar samit vardır: p, k, s, t, ç, ş, h, f, x, k’.
Cingiltili samitlər. Səs tellərinin gərginləşməsi və səs cığırının daralması
nəticəsində yaranan səslərə cingiltili samitlər deyilir. Dilimizdə 14 cingiltili samit
vardır. Həmin samitlər bunlardır: b, v, q, ğ, d, z, j, y, g, l, m, n, r, c.
Dildə küyü az, tonu isə qüvvətli olan səslərə sonor deyilir. Cingiltili samitlərdən
l, m, n, r, b sonordur. Bunlar tonlu səslər olduğundan saitlərə yaxındır, yəni
bunlarda, saitlərdə olduğu kimi, küy, demək olar ki, olmur. Dilimizdəki sonorlar
rezonatora görə bir-birindən fərqlənir. Bu cəhətinə əsasən onlar iki yerə bölünür:
burun sonorları – m, n, b ağız sonorları – l, r.
IV. TƏRKİBİNƏ GÖRƏ SAMİTLƏRİN BÖLGÜSÜ
Dilimizdəki səslərin hamısı tərkibcə eyni deyildir. Belə ki, bəzi samitlər bir səsdən,
bəzi samitlər isə iki səsin qovuşmasından ibarətdir. Bu cəhətinə görə dilimizdəki
samitlər iki yerə bölünür: saf samitlər və qovuşuq samitlər.
Müasir Azərbaycan dilindəki [ç] və [c] səsləri ikikomponentli olduğu üçün
qovuşuq samitlər hesab edilir. Çünki [ç] səsi [r] və [ş] səslərinin qovuşmasından,
yəni yarım [t] və yarım [ş] səsindən, [c] səsi isə [d] və [j] samitlərinin
qovuşmasından, yəni yarım [d] və [j] səslərindən əmələ gəlmişdir. Dilimizdəki bu
iki samitdən başqa, digər samitlərin hamısı safdır.

9) Cümlə üzvləri. Mübtəda və xəbər.


Cümlənin digər üzvləri ilə məna və qrammatik cəhətdən bağlı olub, bir sintaktik
suala cavab verən sözə və söz birləşməsinə cümlə üzvü deyilir. Lüğəvi mənaya
və qrammatik şəklə malik hər bir söz və ya söz birləşməsi cümlə üzvü ola bilər.
Cümlə üzvlərindən bəziləri cümləni quruluş cəhətdən yaratmaqda və bitmiş bir
fikri ifadə etməkdə ən zəruri və həlledici əhəmiyyətə malikdirsə, digərləri bunları
izah etməyə, aydınlaşdırmağa, mənalarını tamamlamağa xidmət edir. Bunlardan
birincilər baş üzvlər, ikincilər isə ikinci dərəcəli üzvlər adlanır. Baş üzvlər:
mübtəda və xəbər. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik. Cümlənin baş
üzvləri məna və qrammatik cəhətdən cümlənin əsasını təşkil edir və xəbər
mübtədaya predikativ əlaqə vasitəsilə bağlanır.
Mübtəda:
Mübtəda baş üzvdür
Mübtəda cümlənin ən müstəqil üzvüdür və heç bir üzvdən asılı deyil
Mübtədanın əlamət və xüsusiyyəti geniş mənada xəbər vasitəsilə izah edilir
Mübtəda bir qayda olaraq adlıq halda olur
Mübtəda ən çox isim və əvəzliklə ifadə olunur
Mübtəda hallana bilən başqa söz və birləşmələrlə də ifadə oluna bilər
Mübtəda adətən kim? Nə? Hara? suallarına cavab verir.
Mübtəda quruluşca sadə və mürəkkəb olur. Sadə mübtəda bir leksik vahidlə, yəni
sadə, düzəltmə və mürəkkəb sözlərlə ifadə olunur. Məsələn: Təbiət bu qızı qəribə
yaratmışdı.
Mürəkkəb mübtəda söz birləşmələri ilə, feli sifət və məsdər tərkibləri ilə ifadə
olunur. Məsələn: Hər tərəf zil qaranlığa bürünmüşdü.
Mübtədanın ifadə imkanları genişdir. İsim, sifət, say, əvəzlik, feili sifət, məsdər,
bəzən zərflər, feili sifət və məsdər tərkibləri, II, III növ təyini söz birləşməsi ilə
(bəzən də I növ) ifadə oluna bilir. Məsələn: Cavanlar özlərini qocalara göstərib
daha cəld işləyirlər. Mən anamın oxuduğu qalın cildli kitaba maraqla baxırdım.
Xəbər
Yalnız mübtədadan asılı olub, onunla şəxsə və kəmiyyətə görə uyğunlaşan, iş,
hal, hərəkət və hökm bildirən cümlə üzvünə xəbər deyilir. Xəbər cümlənin ən
zəruri üzvüdür. Xəbər vasitəsilə fikir ya təsdiq, ya da inkar olunur.
Xəbərin dildə ifadə üsulunu nəzərə aldıqda, onun iki cür ifadə olunduğunu qeyd
etmək lazımdır.
Xəbərin morfoloji üsulla ifadəsi
Xəbərin sintaktik üsulla ifadəsi
Xəbərin morfoloji üsulla ifadəsi dedikdə, xəbərin xəbərlik və şəxs şəkilçiləri ilə
formalaşması nəzərdə tutulur. Məsələn: Biz həm oxuyacağıq, həm də
işləyəcəyik. Xəbərin morfoloji üsulla ifadəsi dildə daha geniş yayılmışdır.
Xəbərin sintaktik üsulla ifadəsi dedikdə, onun xabarlik va şəxs şəkilçiləri
olmadan formalaşması başa düşülür. Bu cür hala daha çox atalar sözləri və
məsəllərdə, aforizmlərdə, xəbəri əmr şəklinin II şəxsinin təkində ifadə olunan
cümlələrdə, bəzən digər şəkillərin xəbərləri III şəxsin təkində ifadə olunan
cümlələrdə, xəbəri var, yox və s. tipli sözlərlə ifadə olunan cümlələrdə rast gəlirik
Məsələn: Almanı soy ye. İş işləyənin, aş yeyənin.
Xəbər quruluşca sadə və mürəkkəb olur. Sadə xəbər bir leksik vahidlə, bir sözlə,
yəni sadə, düzəltmə, mürəkkəb sözlərlə ifadə olunur. Məsələn:
Ayrılırıq gəmidən səbrimiz daşa-daşa,
Axışırıq sahilə qəlbimizdə həyəcan.
Mürəkkəb xəbər söz birləşmələri ilə, yəni II, III növ təyini söz birləşmələri, feili
sifət və məsdər tərkibləri ilə ifadə olunur. Məsələn: Mənim yəqinimdir ki, bu güllə
millət gülləsi deyildir.
Xəbər nitq hissələri və söz birləşmələri ilə ifadəsinə görə iki yerə ayrılır: İsmi
xəbərlər və feili xəbərlər.
İsmi xəbərlər. İsmi xəbər dedikdə isim, sifət, say, əvəzlik, feili sifət, məsdər,
bəzən zərflər, köməkçi nitq hissələri, III və II növ təyini söz birləşməsi (bəzən də I
növ), feili sifət və məsdər tərkibləri ilə ifadə olunan xəbərlər nəzərdə tutulur.
Məsələn: Səhnədə çıxış edənlər birincilər idi. Onların arzusu bu möhtəşəm sarayı
görmək idi.
Feili xəbərlər. Müasir Azərbaycan ədəbi dilində feilin təsriflənən formaları, yəni
əmr, xəbər, vacib, arzu, lazım, şərt, davam, bacarıq formaları cümlənin yalnız
xəbəri vəzifəsində işlənir və feili xəbər olurlar. Feil formaları cümlənin müstəqil
xəbəri olur, yalnız şərt forması asılı xəbər kimi çıxış edir. Məsələn: Sərxanla
onların arasında heç bir düşmənçilik və ayrılıq görünmürdü.

10) Cümlə üzvləri. Tamamlıq.


Cümlənin digər üzvləri ilə məna və qrammatik cəhətdən bağlı olub, bir sintaktik
suala cavab verən sözə və söz birləşməsinə cümlə üzvü deyilir. Lüğəvi mənaya və
qrammatik şəklə malik hər bir söz və ya söz birləşməsi cümlə üzvü ola bilər.
Cümlə üzvlərindən bəziləri cümləni quruluş cəhətdən yaratmaqda və bitmiş bir
fikri ifadə etməkdə ən zəruri və həlledici əhəmiyyətə malikdirsə, digərləri bunları
izah etməyə, aydınlaşdırmağa, mənalarını tamamlamağa xidmət edir. Bunlardan
birincilər baş üzvlər, ikincilər isə ikinci dərəcəli üzvlər adlanır. Baş üzvlər:
mübtəda və xəbər. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik. Cümlənin baş
üzvləri məna və qrammatik cəhətdən cümlənin əsasını təşkil edir və xəbər
mübtədaya predikativ əlaqə vasitəsilə bağlanır.
Tamamlıq
Tamamlıq cümlənin II dərəcəli üzvlərindən biridir. Tamamlıq ismin adlıq və ya
yiyəlik hallarından başqa, digər hallarda olan sözlər, söz birləşmələri və bir sıra
qoşmalı birləşmələrlə ifadə olunub, üzərində iş, hal, hərəkət icra olunan və ya
hərəkəti dolayı yolla əlaqələndirən əşyanı, obyekti bildirir. Tamamlıq isim, sifət,
say, əvəzlik, feili sifət, məsdər, zərf, təyini söz birləşmələri, feili sifət və məsdər
tərkibləri ilə ifadə olunur. Məsələn: Daha bizi yaddan çıxarmısınız.
Tamamlıq quruluşca sadə və mürəkkəb olur. Sadə tamamlıq bir leksik vahidlə,
yəni sadə, düzəltmə, mürəkkəb sözlərlə, ifadə olunur. Məsələn: Kazaklar stulları
gətirib həyətin ortasına qoydular.
Mürəkkəb tamamlıqlar təyini söz birləşmələrilə, yəni II, III növ təyini söz
birləşmələri, feili sifət və məsdər tərkibləri ilə ifadə olunur. Məsələn: Cahandar
ağa bu sirrin açılmasını istəmirdi.
Hərəkətlə obyekt arasındakı əlaqənin xarakterinə görə tamamlıq iki cür olur:
vasitəsiz və vasitəli tamamlıq.
Vasitəsiz tamamlıq. Hərəkətlə bilavasitə bağlı olan əşyanı, obyekti bildirir.
Vasitəsiz tamamlıq ismin təsirlik halında olub təsirli feillərlə əlaqəyə girir.
Vasitəsiz tamamlıq iki növə ayrılır: müəyyənlik və qeyri-müəyyənlik bildirən
vasitəsiz tamamlıqlar. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar ismin təsirlik hal
şəkilçilərilə formalaşır və müəyyən konkret əşyanı bildirir. Məsələn: Bir rəngi yox,
göylərin min rəngini sevirəm
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq isə bunun əksinə olaraq təsirlik hal
şəkilçisi olmadan formalaşır və qeyri müəyyən, ümumi əşyanı bildirir. Məsələn:
Bir müddət xanımlara odun daşıdı, çörək bişirdi, hana toxudu.
Vasitəli tamamlıq. Vasitəli tamamlıq hərəkətlə bilavasitə deyil, yəni dolayı yolla
bağlı olan əşyanı, obyekti bildirir. Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq
hallarında olan söz və söz birləşmələrilə ifadə olunur. Vasitəli tamamlıq üçün,
ötrü, görə, qarşı, ilə, haqqında, barəsində və s. kimi qoşmaların artırıldığı sözlər
və birləşmələrlə də ifadə olunur. Məsələn: O başa düşdü ki, oğlu anasının fikri
ilə razılaşmayacaq.

11) Cümlə üzvləri. Təyin .


Cümlənin digər üzvləri ilə məna və qrammatik cəhətdən bağlı olub, bir sintaktik
suala cavab verən sözə və söz birləşməsinə cümlə üzvü deyilir. Lüğəvi mənaya və
qrammatik şəklə malik hər bir söz və ya söz birləşməsi cümlə üzvü ola bilər.
Cümlə üzvlərindən bəziləri cümləni quruluş cəhətdən yaratmaqda və bitmiş bir
fikri ifadə etməkdə ən zəruri və həlledici əhəmiyyətə malikdirsə, digərləri bunları
izah etməyə, aydınlaşdırmağa, mənalarını tamamlamağa xidmət edir. Bunlardan
birincilər baş üzvlər, ikincilər isə ikinci dərəcəli üzvlər adlanır. Baş üzvlər:
mübtəda və xəbər. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik. Cümlənin baş
üzvləri məna və qrammatik cəhətdən cümlənin əsasını təşkil edir və xəbər
mübtədaya predikativ əlaqə vasitəsilə bağlanır.
Təyin
Əşya məzmunlu üzvləri müxtəlif cəhətdən izah edən və yaxud onu sadəcə olaraq
işarə edən ikinci dərəcəli üzvə təyin deyilir. Məsələn: Şirzada elə gəldi ki, təbiət
bu qızı qəribə yaratmışdır. Təyin adətən neçə?, nə cür?, hansı?, nə qədər? və s.
kimi suallardan birinə cavab verir. Təyinlər quruluşca sadə və mürəkkəb olur.
Sadə təyinlər bir leksik vahidlə ifadə olunur. Məsələn: Burda nəfəs alır böyük
şəhər. Mürəkkəb təyinlər II, III növ təyini söz birləşməsi, feili sifət tərkibləri və
müxtəlif nitq hissələrindən ibarət olan mürəkkəb tərkiblərlə ifadə olunur.
Məsələn: Maya bu sözlərdən almaz kimi parıldayan cümlələr düzəldirdi. Təyinlər
bir sıra məna növlərinə malikdir. Məsələn, sifətlə ifadə olunan təyinlər əlamət,
keyfiyyət, sayla ifadə olunan təyinlər miqdar, sıra, əvəzliklərlə ifadə olunan
təyinlər işarə təyinləridir. Bundan başqa, feili sifət və feili sifət tərkibləri ilə ifadə
olunan təyin hərəkətin əlamətini bildirən, -dakı, -dəki şəkilçili sözlərlə ifadə
olunanlar zaman və məkan, qoşmalı birləşmələrlə ifadə olunanlar müqayisə,
bənzətmə təyinləri olur. Məsələn: Sonra xumar baxışları ilə canlar alan gözlərinə
yenə baxdı. Təyinlər sifət, isim, say, əvəzlik, f tərkibləri, bir sıra qoşmalı
birləşmələr, təyin söz birləşmələri və müxtəlif nitq hissǝlərindən ibarət olan
tərkiblərlə ifadə oluna bilir. Məsələn: Şüursuz, gücsüz, idraksız adamlar adam
deyil. Qadınsız ev soyuq olar. Bu alovlu – odlu sözlər ürəkləri yaman yandırır.
Cavadın saçları, çatma qaşları və nazik bığları zil qara, gözləri isə ala idi.

12) Cümlə üzvləri. Zərflik.


Cümlənin digər üzvləri ilə məna və qrammatik cəhətdən bağlı olub, bir sintaktik
suala cavab verən sözə və söz birləşməsinə cümlə üzvü deyilir. Lüğəvi mənaya və
qrammatik şəklə malik hər bir söz və ya söz birləşməsi cümlə üzvü ola bilər.
Cümlə üzvlərindən bəziləri cümləni quruluş cəhətdən yaratmaqda və bitmiş bir
fikri ifadə etməkdə ən zəruri və həlledici əhəmiyyətə malikdirsə, digərləri bunları
izah etməyə, aydınlaşdırmağa, mənalarını tamamlamağa xidmət edir. Bunlardan
birincilər baş üzvlər, ikincilər isə ikinci dərəcəli üzvlər adlanır. Baş üzvlər:
mübtəda və xəbər. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik. Cümlənin baş
üzvləri məna və qrammatik cəhətdən cümlənin əsasını təşkil edir və xəbər
mübtədaya predikativ əlaqə vasitəsilə bağlanır.
Zərflik
Zərflik cümlədə əsasən feili xəbərə, həmçinin adlarla, xüsusilə, sifətlərlə ifadə
olunan ismi xəbərə aid olub, hərəkət və əlamətin icra və meydana çıxma tərzini,
zamanını, yerini, kəmiyyətini, səbəbini, məqsədini, şərtini, dərəcəsini və s.
bildirən II dərəcəli üzvdür. Zərflik quruluşca sadə və mürəkkəb olur. Sadə
zərfliklər bir vahidlə, yəni sadə, düzəltmə, mürəkkəb sözlərlə ifadə olunur.
Məsələn: Qıvrıla-qıvrıla dəyir daşlara.
Mürəkkəb zərfliklər feili bağlama, feili sifət və məsdər tərkibləri, III, II növ təyini
söz birləşmələri ilə ifadə olunur. Məsələn: Pakizə xala oğlunun sözlərini
dinlədikcə kövrəlir, başını asta-asta yırğalayırdı.
Zərfliyin məna növləri aşağıdakılardır: Tərzi-hərəkət, zaman, yer, miqdar, səbəb,
məqsəd, şərt, qarşılaşdırma, dərəcə zərflikləri.

Tərzi-hərəkət zərfliyi işin icra tərzini, vəziyyətini bildirir. Bu zərfliklər tərzi-


hərəkət zərfləri, feili bağlama, feili bağlama tərkibləri, qoşmalı isimlər, qoşmalı
frazeoloji vahidlərlə ifadə oluna bilir. Məsələn: Tələbə mühazirəni nöqtəbənöqtə
yazırdı. Tükəzban xala sakitcə gözlərini qıyıb gələn adama baxdı.
Zaman zərfliyi işin, hərəkətin və eyni zaman da əlamətin müəyyən bir zamanla
bağlı olduğunu bildirir: nə vaxt? Haçan? Nə vaxtadək? Haçandan haçana? Və s.
kimi suallarından birinə cavab verir. Məsələn: Sabah uşaqların müəlliməsini
qonaq çağırmaq istəyirəm. Axşam qonaqlar cəm oldular.
Yer zərflikləri işin, hərəkətin icra olunduğu yeri, hərəkətin istiqamətinin
başlanğıc və qurtaracaq nöqtəsini, işin, hərəkətin keçdiyi yolu və əşyanın tutduğu
sahəni bildirir. Haraya?, haradan?, haraya kimi?, haradan haraya?, hara ilə?
suallarından birinə cavab verir. Məsələn: İndi mən səni burda körpə çağlarında
təsəvvür edirəm.
Səbəb zərfliyi işin, hərəkətin, əlamətin icra və meydanaçıxma səbəbini bildirir.
Niyə?, Nə üçün?, Nədən ötrü? suallarına cavab verir. Məsələn: Uşaqlar qorxaraq
arabaların böyrünə qısıldılar.
Məqsəd zərfliyi işin, hərəkətin məqsədini bildirir və niyə?, Nə üçün?, Nə
məqsədlə? Suallarından birinə cavab verir. Məsələn: Sizinlə danışmaq üçün
orada adamlarımız sizi gözləyirlər.
Miqdar zərflikləri işin, hərəkətin icrasının miqdarını bildirir və nə qədər?, neçə-
neçə? Və s. Suallarından birinə cavab verir. Məsələn: On dəfə demişəm,
bayaqdan bəri sözümə baxmırsan.
Dərəcə zərfliyi bəzən ikinci tərəfi dərəcə sözü ilə ifadə olunan söz birləşmələri ilə
ifadə olunur. Məsələn: O, artıq dərəcədə özünü xoşbəxt sayırdı.
Şərt zərfliyi işin, hərəkətin icrasını şərtləndirən səbəbi bildirir. Şərt zərfliyi adətən
müəyyən bir suala cavab vermir, təqribi olaraq nə şərtlə?, Hansı şərtlə? Suallarını
vermək mümkündür. Məsələn: Bəs hansı şərtlə işləməyə razı oldu?
Qarşılaşdırma zərfliyi işin icrasına, əlamətin meydana çıxmasına qarşı duran və
ya bu halda olsa güzəştə gedən səbəbi bildirir. Qarşılaşdırma zərfliyi də konkret
bir suala cavab verə bilmir və bu zərfliyə nə ola-ola?, Nə olduğu halda?, Nə
olduğuna baxmayaraq? Tipli təqribi sualları vermək mümkündür. Məsələn: Çox
çalışdığına baxmayaraq işə düzələ bilmədi.

13) Cümlənin məqsəd və intonasiyaya görə növləri.


Bitmiş bir fikri ifadə edən sözlərin birləşməsinə və ya bir sözə cümlə deyilir.
Cümlənin dildə əhəmiyyəti böyükdür. Dildə kiçikdən böyüyə qədər bütün
vahidlər, yəni səslər, sözlər, söz birləşmələri cümlədə toplanılır. Cümlə dildə olan
bütün fakt və hadisələrin yekunudur.
Danışan öz nitqini dinləyiciyə çatdırmaq üçün ifadə etdiyi cümlələri müəyyən
intonasiya ilə söyləyir. İntonasiyanın cümlələrdə yaratdığı emosional
münasibətləri digər formal qrammatik vasitələr yarada bilmir. Ona görə də
Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarında cümlələrin məqsəd və
intonasiyaya görə bölgüsü əsaslı hesab edilir. Məqsəd və intonasiyaya görə
cümlələr dörd yerə bölünür:
1.Nəqli cümlə
2.Sual cümləsi
3.Əmr cümləsi
4.Nida cümləsi
Nəqli cümlə. Nəqli cümlələrdə müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında
məlumat verilir. Həm də bu məlumat adi təsviri yolla verilməklə yanaşı, həm də
nəql olunur. Nəqli cümlədə fikir ya təsdiq, ya da inkar olunur. Nəqli cümlələr dildə
ən çox yayılmış cümlələrdir. Sual, əmr, nida cümlələri ilə müqayisədə nəqli
cümlələr daha çox işlənir. Danışan və yazan hər bir kəsin ən çox istifadə etdiyi
cümlə nəqli cümlədir. Təktərkibli və cüttərkibli cümlələr, müxtəsər və geniş
cümlələr, tabesiz və tabeli mürəkkəb cümlələr nəqli cümlələrdən ibarət ola bilir.
Məsələn: Baş həkim zəng vurub xəbərdarlıq etdi ki, möhsünzadəni telefona
çağırırlar. İndi bir ay üç həftə iki gündür ki, qızı burada dustaq eləyiblər.
Sual cümləsi. Sual cümləsi sual məqsədi ilə işlədilən cümlələrdir. Sual cümləsinin
mahiyyəti belədir ki, “Danışan sual cümləsi vasitəsi ilə başqasından müəyyən bir
məsələni öyrənmək, müəyyənləşdirmək, bir məsələyə aid onun münasibətini
bilmək və s. İstəyir. Sual cümləsi üç növə ayrılır:
1.Sual intonasiyası ilə əmələ gələn sual cümlələri
2.Sual ədatları ilə əmələ gələn sual cümlələri
3.Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri.
Sual intonasiyası ilə əmələ gələn sual cümlələri. Bu sual cümlələrində sual
intonasiyası iştirak edir. Başqa sözlə, digər qrammatik vasitə olmur. Məsələn:
Ziyad xan yenə başa düşmür ki, oğlunun başını hansı qara buludlar alıb?
Sual ədatı ilə əmələ gələn sual cümlələri. Sual cümlələrinin bu növü -mi sual
ədatının köməyi ilə əmələ gəlir. Məsələn: Yenə soruşuram, sizin kənddən
seminariyada oxuyan varmı?
Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri. Bu, sual cümlələrinin ən çox
işlənən növüdür. Belə cümlələr sual əvəzliklərinin köməyi ilə əmələ gəlir.
Məsələn: Niyə mənə heç nə demirsən?
Əmr cümləsi. Əmr, xahiş, nəsihət, məsləhət, rica və s. bildirən cümlələrə əmr
cümləsi deyilir. Əmr cümlələrinin ifadə etdiyi mənalar içərisində əmr mənası
daha əsasdır. Daha doğrusu, əmr cümlələrində əmr mənası daha qabarıq şəkildə
təzahür edir. Əmr cümlələrinin xəbərləri, əsasən, feilin əmr forması ilə ifadə
olunur. Məsələn: Birbaşa öz dağlarımıza get.
Nida cümləsi. Nida cümlələri hiss, həyəcan bildirən cümlələrdir. Nida cümlələri
nəqli, sual və əmr cümlələrinin əsasında yaranır. Bu cümlə növləri yeni
xüsusiyyətlər kəsb edərək nida cümləsinə çevrilə bilir.
Nəqli cümlələrdən əmələ gələn nida cümlələri. Məsələn: Səhər aşpaz toyuqları
kəsəndə Mahmud görüb!
Əmr cümlələrindən əmələ gələn nida cümlələri. Məsələn: Sakit ol! Gəlin!
Sual cümlələrindən əmələ gələn nida cümlələri. Məsələn: Səfeh qoca! Sən hələ
bilmirsən ki, bu ağac alma ağacıdır?!
Nida cümlələri nidaların köməyi ilə də əmələ gəlir. Məsələn: Of belə də zülm
olar?!

14) Cüttərkibli və təktərkibli cümlələr.


Cümlə üzvlərinin iştirakına görə sadə cümlə iki böyük qrupa ayrılır: cüttərkibli
cümlə, təktərkibli cümlə
Cüttərkibli cümlələrdə fikir subyekti, yəni məntiqi subyekt ayrıca mübtəda və ya
mübtəda qrupu şəklində, məntiqi predikat isə ayrıca xəbər və ya xəbər qrupu
şəklində ifadə olunur. Beləliklə, cümlənin qurulmasında hər iki baş üzv iştirak
edir. Elə buna görə də hər iki baş üzvün iştirakı ilə formalaşan cümlələr cüttərkibli
cümlələr adlanır. Məsələn: Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona
qibtə etdi.
Cüttərkibli cümlələr müxtəsər və geniş olur. Müxtəsərlər yalnız baş üzvlərdən
ibarət olur. Məsələn: Süleyman bəy gedir. Qonaqlar çıxırlar. Camaat dağılır.
Geniş cümlələrdə isə baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər də iştirak edir.
Məsələn: Qız atası ilə Muğanda qaldı.
Təktərkibli cümlələr. Baş üzvlərin yalnız biri əsasında formalaşan sadə cümləyə
təktərkibli cümlələr deyilir. Təktərkibli cümlələrdə subyekt ayrıca mübtəda,
predikat isə ayrıca xəbər şəkilində ifadə oluna bilmir. Subyekt və predikat baş
üzvlərdən biri ətrafında cəmlənmiş olur. Baş üzvlərdən biri mövcud olmadığı
üçün bu cür cümlələr təktərkibli cümlələr adlanır.
Təktərkibli cümlənin dörd növü vardır:
1. Şəxssiz cümlələr;
2. Qeyri-müəyyən şəxsli cümlələr;
3. Ümumi şəxsli cümlələr.
4. Adlıq cümlələr.
Mübtədası olmayan və heç cür da təsəvvür edilməyən təktərkibli cümləyə
şəxssiz cümlə deyilir. Şəxssiz cümlənin xəbəri həmişə 3-cü şəxsin təkində olur.
Məsələn: Payızın ilk günləridir. Axşam idi. Bazar günü imiş.
Bir və ya bir neçə qeyri-müəyyən şəxs tərəfindən icra edilən iş və hərəkəti
bildirmək üçün işlədilən mübtədasız təktərkibli cümlələrə qeyri-müəyyən şəxsli
cümlələr deyilir. Bu cümlələrdə əksərən bir və ya bir neçə şəxs olur. Lakin həmin
şəxslər ortaya çıxa bilmir. Qeyri-müəyyən şəkildə qalır. Qeyri-müəyyən şəxsli
cümlələrin xəbəri bir qayda olaraq həmişə 3-cü şəxsin cəmində olur. Məsələn:
Uşaqları yay tətilinə buraxıblar.
Ümumi şəxsli cümlələrin xəbəri ikinci şəxsin təkində və üçüncü şəxsin cəmində
bəzən də birinci şəxsin təkində olur. Lakin xəbər hansı şəxsdə olursa-olsun. İşin
icrası ümumi xarakter daşıyır, hamıya aid olur. Bütün şəxsləri əhatə edir. Buna
görə də belə cümlələr ümumi şəxsli cümlələr adlanır. Ümumi şəxsli cümlələr
əksərən atalar sözləri, məsəllərdən və aforizmlərdən, məsləhət, nəsihət
xarakterli cümlələrdən ibarət olur. Məsələn: Uman yerdən küsərlər. Günü-günə
satmazlar. Cücəni payızda sayarlar.
Adlıq cümlələrin xəbəri olmur. Xəbəri bərpa etməyə də heç bir ehtiyac
duyulmur. Adlıq cümlələr qrammatik cəhətdən cümlə kimi formalaşmır. Adlıq
cümlələr predikativliyin xüsusi əlamətlərini qəbul edə bilmir. Ancaq adlıq
cümlələr sadə cümlənin əlamətlərindən hesab olunan bitkinliyə, intonasiyaya
malik olur. Adlıq cümlələrdə əşya və hadisələrin, proseslərin adı çəkilir, ancaq
onların haqqında heç bir məlumat verilmir. Adlıq cümlələrdə iki anlayış - əşya,
hadisə və onların mövcudluğu anlayışı öz ifadəsini tapır. Məsələn: Terek
sahilləri... Don sahilləri....

15) Dialektizmlər.
Dildə dialektizm də çox geniş anlayışdır. Dialektizm, əsasən, qeyri-ədəbi dil
ünsürləri hesab edilən söz, ifadə, səs xüsusiyyəti və qrammatik formalardır.
Adətən, dialektizmlər ədəbi zəmin əsasında qurulmuş nitqdə, yaxud bu və ya
digər bədii əsərin dilində nəzərə çarpa bilir. Dialektizmlərdə dialekt və şivələrin
müxtəlif xüsusiyyətləri, yəni həm səslərə, həm sözlərə, həm də qrammatik
quruluşa aid xüsusiyyətlər əks olunduğu üçün bunların aşağıdakı növləri vardır:
● fonetik dialektizmlər,
● lüğəvi dialektizmlər,
● qrammatik dialektizmlər.
Fonetik dialektizmlərdə bu və ya başqa şivənin ədəbi dildən fərqli olan müəyyən
fonetik xüsusiyyəti özünü göstərir. Məsələn:
Dahilər yaradan ey böyük ana,
Şeirimin hər sözü alqışdır sana!
Burada sənə əvəzinə sana işlənmişdir. Belə bir vəziyyət, yəni şəxs əvəzliklərindən
II şəxsin təki yönlük halda işlənərkən qərb qrupu dialekt və şivələrində sana
formasında tələffüz edilir.
Qrammatik dialektizmlərdə ayrı-ayrı dialekt və şivəyə məxsus olan morfoloji və
sintaktik xüsusiyyət ifadə edilir. Belə bir cəhət bədii əsərlərdəki bəzi surətlərin
dilində aydın müşahidə olunur.
Lüğəvi dialektizmlərdə isə müxtəlif şivəyə aid olan lüğəvi dialekt xüsusiyyətləri
əks olunur. Buna görə də bu və ya başqa dialekt və şivəyə məxsus olub, ədəbi
dildə işlənmiş sözlərə, ifadələrə lüğəvi dialektizm deyilir. Ədəbi dildə dialektizm
kimi tanınan vahidlərin çoxu elə dialektizm olaraq qalır, bəziləri isə dialektizm
çərçivəsindən kənara çıxa bilir. Məsələn:
Ulduzlar sayrışır mavi göylərdə,
İnsanlar çalışır, yaradır yerdə.
Misaldakı sayrışmaq sözü öz tarixinə görə lüğəvi dialektizmdir. Şair tərəfindən
işlənmiş bu söz hazırda ədəbi hüquq qazanaraq ədəbi dilin lüğət tərkibinə daxil
olmuşdur.
Lüğəvi dialektizmlər xarakterinə görə, əsasən, dörd cür olur: leksik, leksik-
semantik, semantik və frazeoloji dialektizmlər.
Leksik dialektizmlər. Ədəbi dildə qarşılığı olan dialektizmlər leksik dialektizm
adlanır; məsələn: qəlbi (uca), becid (tez)
Leksik-semantik dialektizmlər. Müəyyən ərazidə, yaxud ərazilərdə yaşayan kütlə
üçün xarakterik məfhumu bildirən sözlər leksik-semantik dialektizmdir. Bu cür
dialektizmlərə müəyyən ərazi ilə bağlı geyim, hadisə, əşya və sair adlarını misal
göstərmək olar. Məsələn, dələmə sözünə fikir verək. Bu dialektizm Tovuz, Qazax,
Borçalı, Zəngilan ərazisində pendir hazırlamaq üçün südün maya tutmuş
formasına deyilir.
Semantik dialektizmlər. Ədəbi dildə olan bu və ya digər bir sözün dialektdə
başqa mənada işlənməsi nəticəsində semantik dialektizm əmələ gəlir. Məsələn,
ədəbi dilimizdə işlənən qara sözü ağ sözünün əksinə olan mənanı bildirir. Lakin
həmin səs kompleksi dialekt və şivələrimizdə mürəkkəb, ey yaz, on iki dərs və s.
mənalarda işlənir. Bu mənaların heç biri ədəbi dil üçün səciyyəvi deyildir. Məhz
buna görə də bunlar semantik dialektizmlərdir.
Ədəbi dilə məxsus olmayan sabit ifadə və ibarələr isə frazeoloji dialektizm
adlanır. Bunlardan da bədii əsərlərdə geniş istifadə olunur.

16) Dilin lüğət tərkibi və lüğət fondu.


Dildə olan sözlərin hamısı birlikdə onun lüğət tərkibi adlanır. Dilin lüğət tərkibi nə
qədər zəngin olarsa, dil də bir o qədər zəngin olar. Bu cəhətdən müasir
Azərbaycan ədəbi dili dünyanın zəngin dillərindən biri sayılır. Lüğət tərkibinə
daxil olan sözlərdən o dildə danışan adamların hamısı eyni dərəcədə istifadə
etmir. Hər adam öz ixtisasından, təhsilindən, sənətindən asılı olaraq, müəyyən
miqdarda müxtəlif söz işlədir. Bununla belə, dilin ümumi lüğət tərkibi içərisində
elə sözlər vardır ki, o dildə danışan adamların hamısı bu sözləri bilir və öz
danışığında onlardan istifadə edir. Məsələn: ata, daş, ağac, su, ev, çörək, xörək,
oturmaq, durmaq, mən, sən və s. Bir dildə danışan adamların hamısına məlum
olan və hamı tərəfindən sistematik şəkildə işlədilən sözlər birlikdə dilin əsas Lüğət
fondu adlanır. Dilin əsas lüğət fondu əslində dilin lüğət tərkibinin bir hissəsini,
daha doğrusu onun özəyini təşkil edir. Bununla belə, bir dilin əsas Lüğət
fondunda onu dilin lüğət tərkibində fərqləndirən və ya birləşdirən bir sıra
cəhətlər vardır.
1. Əsas lüğət fondu lüğət tərkibinin inkişafında və söz yaradıcılığında mühüm rol
oynayır. Məsələn, dilimizin lüğət tərkibində olan alıcı, seçici, əvəzlik, adlıq,
yönlük, qaldırıcı kimi bir çox düzəltmə; uzaqgörən, özünütənqid kimi mürəkkəb
sözlər əsas lüğət fonduna daxil olan almaq, seçmək, avaz, ad, yön, qaldırmaq,
uzaq, görmək, öz, tənqid sözlərinə şəkilçi artırmaqla və ya onların birləşməsi ilə
əmələ gəlmişdir.
2. Dilin lüğət tərkibi arasıkəsilmədən inkişaf edib artdığı kimi, əsas lüğət fondu da
inkişaf edib artır. Zaman keçdikcə, xalqın mədəni səviyyəsi artdıqca, lüğət
tərkibində olan bir çox sözlərdən hamı istifadə etməyə başlayır və onlar artıq dilin
əsas lüğət fonduna keçir.
3. Dilin əsas lüğət fonduna daxil olan sözlərin əksəriyyəti qohum dillərin lüğət
tərkibi ilə bir ümumilik təşkil edir. Dilimizin əsas lüğət fonduna daxil olan ata, ana,
mən, sən, bir, iki, yazmaq, gülmək kimi bir çox sözlər bəzi fonetik dəyişikliyə
uğramış şəkildə bütün türk dillərində işlənir.
Aktiv və passiv sözlər. Dilin lüğət tərkibinə daxil olan sözlərdən eyni dərəcədə
istifadə edilmir. Elə sözlər vardır ki, onlardan tez-tez, elə sözlər də vardır ki, az-az
istifadə edilir. Bu cəhətdən Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözləri
aktiv və passiv olmaq üzrə iki qismə ayırmaq olar. Lüğətin aktiv qisminə hal-
hazırda geniş şəkildə istifadə edilən sözlər daxildir. Deməli, lüğətin aktiv qisminə
əsas lüğət fondunu təşkil edən bütün sözlər və ixtisasla əlaqədar olaraq, dilin ayn-
ayrı sahələrində istifadə edilən sözlər – terminlər daxil olur. Lüğətin passiv
qisminə və işlənmə gücünü itirmiş, köhnə ədəbiyyatda, lüğətlərdə qalmış və çox
az adama tanış olan, eyni zamanda müəyyən münasibətlərlə əlaqədar dilə yenicə
gəlmiş və hələ özünə möhkəm zəmin tapmamış sözlər daxil edilir. Lüğətin passiv
qismində köhnəlmiş sözlər və yeni sözlər aid edilir.

17) Dilin lüğət tərkibinin üslubi layları.


Azərbaycan dili dünyanın inkişaf etmiş zəngin dillərindən olduğu üçün böyük söz
ehtiyatına malikdir. Dialektoloji lüğətlərdə və ayrı-ayrı elm sahələrində işlənmiş
sözləri də hesaba alsaq dilimizdəki sözlərin sayı daha çox olar. Bəlkə elə buna
görə də rus, ingilis, fransız, alman, fars, ərəb və başqa dillərdən dilimizə tərcümə
lüğətləri mümkün olmuşdur. Bu dil idarə, müəssisə və təşkilatlarda, nəşriyyat və
mətbuatda, kino və teatrlarda, radio və televiziya kanalların da, internet
saytlarında, mədəniyyət və təhsil ocaqlarında, dövlət idarələrində, rəsmi-işgüzar
və yazışma üslublarında, hüquq mühafizə və məhkəmə orqanlarında və s. istifadə
olunur. Dilimizdə olan bütün sözlərin hamısı birlikdə dilimizin lüğət tərkibini təşkil
edir. Dildə olan sözlərin cəminə leksika deyilir. Dilçiliyin leksikanı öyrənən sahəsi
leksikologiya adlanır. Leksikanın əsas obyekti sözdür. Söz nitqdə bütöv və sərbəst
şəkildə təkrarlana bilən əsas dil vahididir. Söz – dilin daxili qayda-qanunları
əsasında yaranır, müəyyən səs kompleksinə və mənaya malik olur. Dil sistemində
hər bir sözün öz yeri və vəzifəsi vardır. Cümlədə yerinə düşməyən söz fikrin
ifadəsinə xidmət etmir, onun təhrif edilməsinə səbəb olur. Söz leksik və
qrammatik mənaya malikdir. Sözün ayrılıqda ifadə etdiyi məna onun leksik
mənasıdır. Qrammatik məna sözün hansı nitq hissəsi, hansı cümlə üzvü olması,
hansı qrammatik əlamətlərə malik olmasını bildirir. Hər bir şəxs dilin səs tərkibini
təşkil edən sözlərin leksik mənasını bilməlidir. Sözün leksik mənasını bilmədən
danışmaq, cümlə qurmaq mümkün deyildir.

18) Əlavələr.
Müasir Azərbaycan dilində əlavələr mühüm yer tutur. Əlavələr özündən əvvəlki
üzvün daha aydın, daha dəqiq ifadə olunmasına xidmət edir. Onlar hansı üzvə aid
olursa, həmin üzvün də vəzifəsini daşıyır; yəni mübtədanın yanında əlavə
mübtəda, xəbərin yanında əlavə xəbər, tamamlığın yanında əlavə tamamlıq və s.
kimi işlənir. Əlavələrin hamısı eyni xüsusiyyətə malik deyil. Bunlardan bir qrupu
izah edib aydınlaşdırdığı sözdən fasilə və intonasiyaca ayrıldığı halda digər qrupu
ayrılmır. Bu cəhətdən onları iki qrupa ayırmaq olar: Xüsusiləşən əlavələr və
xüsusiləşməyən əlavələr.
Xüsusiləşən əlavələrdən əvvəl fasilə etmək zəruridir. Eyni zamanda onlardan
qabaq yəni bağlayıcısının işlədilməsi mümkündür. Xüsusiləşən əlavələrin başlıca
xüsusiyyətlərindən biri budur ki, həmin əlavələr izahedici sözlər hesabına
genişlənə bilir. Məsələn: Əsrimizin böyük tikintilərini-dünyanın ən nəhəng
misilsiz tikintilərini ən qısa müddətdə başa çatdıran əmək adamlarının qüdrəti
ilə Xəzər dənizindəki şəhər də böyüyüb inkişaf edəcəkdir.
Xüsusiləşməyən əlavələr əsas üzvdən fasilə ilə ayrılmır. Mübtəda, xəbər,
tamamlıq, təyin, yer zərifliyi, zaman zərifliyi və s. xüsusiləşməyən əlavə ilə işlənir.
Məsələn: Deyəsən, məni bunlar- qalın kitabların mənası ilə silahlanmış
həkimlər, şəfqət və mərhəmətdən yoğrulmuş qızlar həyata qaytarırlar.

19) Əvəzlik. Sual və təyini əvəzlikləri.


Əvəzliklərin əvəz etmə xüsusiyyəti vardır. Bu xüsusiyyət nitq hissələri içərisində
yalnız əvəzliyə aiddir. Əvəzliklərin əvəz etdiyi nitq hissələrinin konkret mənası
olur. Lakin əvəzliklər isə ümumi məna daşıyır. Məsələn, kitab, nar, qum və s.
sözlər konkret varlıqları bildirdiyi halda mən, sən, o əvəzlikləri konkret bir şəxsi
bildirmir. Yəni, mən əvəzliyi konkret bir şəxsi deyil, bütün birinci şəxsləri bildirir.
Həmin şəxslərin hər birinin isə konkret adı vardır. O cümlədən sən, o, biz, siz,
onlar əvəzlikləri də konkret şəxsi deyil, ümumi şəxsi bildirir. Əvəzliklərin konkret
mənası rabitəli nitqdə, mətnlə bağlı olaraq aydınlaşır. Məsələn, bütün üçüncü
şəxsləri bildirən olaraq konkret mənası mətndə və rabitəli nitqdə aydın olur. Bu
xüsusiyyət digər şəxs əvəzliklərinə də aiddir. Əvəzliklər əvəz etdiyi nitq
hissələrinə aid bütün xüsusiyyətləri daşıyırlar. Əvəzliklər söz yaradıcılığında
passiv iştirak edir. Bunun əsas səbəbi onunla bağlıdır ki, əvəzliklərin ümumi
mənası olur. Ümumi mənalı sözlərdən isə yeni mənalı söz yaratmaq mümkün
deyildir.
Sual əvəzlikləri
Sual əvəzliyi cümlə daxilində adı, əlaməti, miqdarı, yeri, hərəkəti əvəz edir. Bu
əvəzlik birinci cümlədəki hər hansı bir sözü əvəz edərək ikinci cümlədə işlənir.
Azərbaycan dilində məhsuldar olan sual əvəzlikləri, əsasən, bunlardır: kim, nə,
hara, hansı, haçan, neçə, necə və s.
NƏ SUAL ƏVƏZLİYİNİN XÜSUSİYYƏTLƏRİ: a) nə sual əvəzliyi bütün canlı və cansız
əşyaların adlarının yerində işlənə bilir. Məsələn: Sən nə aldın? B) nə sözü təsdiq
bildirən feillərlə inkar məzmunu ifadə edir. Məsələn: Mən nə bilim? c) nə sözü
necə və haradan mənasında işlənir. Məsələn: o nə bilsin? Ç) nə sözü hər şey, hər
nə mənasında işlənir. Məsələn: Dünya da nələr olmur?
Təyini əvəzliyə öz, bütün, hər, hər bir, filan, eyni və s. sözlər daxildir.
Öz sözü obyekti subyektə görə konkretləşdirir. Məsələn: O öz ürəyinə inanırdı.
Öz sözü obyektlə birlikdə cümlənin bir üzvü olur. Məsələn: O öz aləmində idi.
Təyini əvəzliklər isimdən əvvəl gəlir və onu təyin edir: bütün söhbət, hər adam,
hər bir iş, filan adam, eyni məsələ və s.

20) Əvəzlik. Şəxs və işarə əvəzlikləri.


Əvəzliklərin əvəz etmə xüsusiyyəti vardır. Bu xüsusiyyət nitq hissələri içərisində
yalnız əvəzliyə aiddir. Əvəzliklərin əvəz etdiyi nitq hissələrinin konkret mənası
olur. Lakin əvəzliklər isə ümumi məna daşıyır. Məsələn, kitab, nar, qum və s.
Sözlər konkret varlıqları bildirdiyi halda mən, sən, o əvəzlikləri konkret bir şəxsi
bildirmir. Yəni, mən əvəzliyi konkret bir şəxsi deyil, bütün birinci şəxsləri bildirir.
Həmin şəxslərin hər birinin isə konkret adı vardır. O cümlədən sən, o, biz, siz,
onlar əvəzlikləri də konkret şəxsi deyil, ümumi şəxsi bildirir. Əvəzliklərin konkret
mənası rabitəli nitqdə, mətnlə bağlı olaraq aydınlaşır. Məsələn, bütün üçüncü
şəxsləri bildirən olaraq konkret mənası mətndə və rabitəli nitqdə aydın olur. Bu
xüsusiyyət digər şəxs əvəzliklərinə də aiddir. Əvəzliklər əvəz etdiyi nitq
hissələrinə aid bütün xüsusiyyətləri daşıyırlar. Əvəzliklər söz yaradıcılığında
passiv iştirak edir. Bunun əsas səbəbi onunla bağlıdır ki, əvəzliklərin ümumi
mənası olur. Ümumi mənalı sözlərdən isə yeni mənalı söz yaratmaq mümkün
deyildir.
Şəxs əvəzlikləri
Şəxs əvəzlikləri ismin yerində işlənir, kim? Nə? Suallarından birinə cavab olur.
Cümlədə mübtəda, tamamlıq, xəbər ola bilir.
Şəxs əvəzlikləri bunlardır:
Şəxslər Tək Cəm Sualı
I şəxs (danışan) mən biz kim?
II şəxs (dinləyən) sən siz kim?
III şəxs (haqqında danışılan) o onlar kim? Nə?
1-ci və 2-ci şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? Sualına cavab
verir. 3-cü şəxsi bildirən əvəzliklər isə həm insana, həm də heyvanlara və
cansızlara aid olur, uyğun olaraq kim? Və nə? Suallarına cavab verir. Şəxs
əvəzliklərinin I və II şəxsinin cəmini bildirən sözlər leksik yolla, III şəxsin cəmi isə
-lar şəkilçisinin vasitəsilə yaranır. Mən, biz əvəzlikləri hallanarkən yiyəlik halda -
in yox, -im şəkilçisini qəbul edir. O şəxs əvəzliyi hal şəkilçisindən əvvəl n
bitişdiricisini qəbul edir.
İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin. O, bu əvəzlikləri bir qayda
olaraq sifətin yerində işlənir. Məsələn: o adam (hansı adam?), bu bina (hansı
bina?), həmin məktub (hansı məktub?) və s. O, bu əvəzlikləri işarə bildirdiyi kimi,
əşyanı göstərmək üçün də işlədilir. Bu halda onlar sifətin deyil, ismin yerində
işlənir, ismin suallarına cavab verir, hallanır, cəm şəkilçisi qəbul edir, cümlənin
mübtədası, tamamlığı və ya xəbəri olur. Məsələn: Mənim bundan (ondan)
(nədən?) xəbərim yoxdur. Sinifdə bundan (ondan) (kimdən?) yaxşı oxuyan
yoxdur.
O əvəzliyi yerinə görə həm şəxs, həm də işarə əvəzliyi olmaqla omonimlik
xarakteri daşıyır. Şəxs əvəzliyi kimi kim? Nə?, işarə əvəzliyi kimi hansı? Sualına
cavab verir. O əvəzliyi əgər hallanıbsa, cəmlənibsə, cümlədə mübtəda və
tamamlıq olubsa, deməli, o, şəxs əvəzliyi kimi işlənib. Məsələn: Onlar birgə
getdilər. O gəldi. Mən onu yaxşı bacarıram.
O əvəzliyi cümlədə təyin kimi işləndikdə hansı? Sualına cavab verir, işarə əvəzliyi
olur. Məsələn: O insan çox mehribandır. O qələm yaxşı yazır.
Cəmlənmək, hallanmaq, cümlənin mübtədası, tamamlığı olmaq o əvəzliyinin
xüsusiyyətidir. Bu əvəzliyi isə işlənmə yerindən asılı olmayaraq, həmişə işarə
əvəzliyidir. Məsələn: Bu qız çox gözəldir. Bu yol çox genişdir.

21) Feil və feilin növ kateqoriyası ( məlum, məchul, qayıdış).


Əsas nitq hissəsi olan feil fonetik, leksik, morfoloji və semantik cəhətdən
zəngindir. Feil ən zəngin nitq hissəsidir. Feil Azərbaycan dilinin morfologiyasının
40℅ -ni təşkil edir. Digər nitq hissələri kimi feilində kateqoriyaları var. Feil çox
kateqoriyalı nitq hissəsidir. Lakin digər nitq hissələri ilə müqayisədə feilin
kateqoriyaları üstünlük təşkil edir. Feilin növ, zaman, tərz, şəkil, təsirlilik -
təsirsizlik və s. Kimi kateqoriyaları vardır.
Feilin növ kateqoriyası. Növ kateqoriyası obyekt və subyekt münasibətdə
ortaya çıxır. Bu münasibət feildə müəyyən qrammatik formalarla üzə çıxır. Bu
formalar isə qrammatik məna növünü yaradır. Müasir Azərbaycan dilinin
qrammatik məna növləri bunlardır. Məlum növ, məchul növ, şəxssiz növ, icbar
növ, qayıdış növ müştərək növ .
Məlum növ. Bu qrammatik məna növündə işi görən yəni subyekt məlumdur.
Məlum növ iş görəni aktiv olan növdə adlanır. Bu növdə subyekt fəal iştirak edir.
Feildə digər növ şəkilçiləri yoxdursa deməli feil məlum növdədir. Çünki məlum
növün qrammatik göstəricisi yoxdur. Bu növdə subyekt olmaya bilər lakin şəxs
sonluğu vasitəsiləsubyekti müəyyən etmək olur. Bu növdə feillər həm təsirli,
həmdə təsirsiz ola bilir. Məsələn: getmişdik, vermədilər, yazırdılar
Məchul növ. Məchul növdə işi görən yəni subyekt yoxdur. Buna görə də bu növ
məchul növ adlanır. Məchulluğu işin icrasında subyektin yoxluğu kimi başa
düşmək olmaz. Subyekt burda özünü məchul şəkildə göstərir. İşi icra edən gizli
qalır. Məchul növün morfoloji göstəricisi -ıl,-l, -ın, -n şəkilçiləridir. Təsirli feildən
təsirsiz feil yaradır. Məchul növdə passiv olan feil deyil subyektdir. Subyekt
naməlum olduğu üçün obyekt onun əvəzinə çıxış edir. Yəni obyekt subyekti əvəz
edir. Məsələn: yazılmaq, deyilmək, paylanılmaq
Qayıdış növ. Feilin qayıdış növündə subyekt obyekti əvəz etmiş olur. Qayıdış növ
məchul növdən bu xüsusiyyətinə görə fərqlənir. Məchul növdə obyekt subyekti
əvəz edir. Qayıdış növdə isə subyekt obyekti əvəz edir. Qayıdış növün morfoloji
göstəricisi -ıl, -l, -ın, -n şəkilçiləridir. Qayıdış növ təsirli feillərdən təsirsiz olur.
Qayıdış növ təkcə qayıdış növ şəkilçiləri deyil həm də düzəlir. Məsələn: sıxılmaq,
açılmaq, çəkilmək

22) Feil və feilin zaman kateqoriyası.


Əsas nitq hissəsi olan feil fonetik, leksik, morfoloji və semantik cəhətdən
zəngindir. Feil ən zəngin nitq hissəsidir. Feil Azərbaycan dilinin morfologiyasının
40℅ -ni təşkil edir. Digər nitq hissələri kimi feilində kateqoriyaları var. Feil çox
kateqoriyalı nitq hissəsidir. Lakin digər nitq hissələri ilə müqayisədə feilin
kateqoriyaları üstünlük təşkil edir. Feilin növ, zaman, tərz, şəkil, təsirlilik -
təsirsizlik və s. Kimi kateqoriyaları vardır.
Feilin zaman kateqoriyası. Zaman anlayışı obyektiv və qrammatik olmaqla 2
hissəyə bölünür:
Obyektiv zaman fəlsəfə elminin tədqiqat obyektinə daxildir. Qrammatik zaman
isə dilçilikdə öyrənilir. Obyektiv zaman hissələrə ayrılmır. Qrammatik zaman isə
keçmiş, indiki və gələcək zaman olmaqla 3 hissəyə ayrılır. Qrammatik zaman
fərdidir. Obyektiv zaman isə ümumbəşərdir. Qrammatik zaman obyektiv
zamanən dildə ifadə vasitəsidir. Müasir Azərbaycan dilində zamanların sayı
haqqında müxtəlif fikirlər mövcuddur. Lakin buna baxmayaraq feilin 3 zamanı
mövcuddur. Keçmiş indiki və gələcək.
Keçmiş zaman.
Keçmiş zaman keçmişdə icra olunmuş işin zamanı ilə həmin işin haqqında
məlumat verilən vaxt arasındakı zamandır. Keçmiş zaman işin yaxın və uzaq
keçmişdə icra olunmasına görə yox şahidlik dərəcəsinə görə iki yerə bölünür.
Şühudi və nəqli keçmiş zaman . Şahid olduqda şühudi keçmiş zaman, şahid
olmadıqda isə nəqli keçmiş zaman olur.
Şühudi keçmiş zaman. Bu zaman iş, hal, hərəkətin şahidlik yolu ilə icra
olunduğunu bildirir. Şühudi keçmiş zamanda 2 iş vardır. Biri keçmişdə icra
olunmuş hərəkət, ikincisiikincis isə həmin iş barəsində şahidlik yolu ilə verilən
işdir. Şühudi keçmiş zaman -dı şəkilçisi vasitəsilə düzəlir. ( yazdı, oxudu) . Şühudi
keçmiş zamanda iş bir dəfə icra olunur. Ona görə də şühudi keçmiş zamandakı
feillərdə birdəfəlik özünü göstərir. Şühudi keçmiş zamanda bir işin bitməsi digər
işin başlamasına səbəb olur. Şühudi keçmiş zamanın üslubla bağlı
xüsusiyyətləridə vardır: şühudi keçniş zaman gələcəkdə icra olunacaq işin
qətiliyini bildirir, şühudi keçmiş zaman şərt şəklinin məzmununda olur. Şühudi
keçmiş zamanın hekayəti və rəvayəti yoxdur. İdi və imiş hissəcikləri ilə işlənə
bilmir. Amma nəqli keçmiş zaman işlənə bilir.
Nəqli keçmiş zaman. Bu zamanda şahid iştirakı olmur. İcra olunan iş nəql olunur.
Nəqli keçmiş zaman -ıb, -mış ilə yaranır . Nəqli keçmiş zamanda əks olunan
cümlələrin məzmununda nəqletmə olur. Nəqli keçmiş zamanın məhsuldar
şəkilçisi -ıb şəkilşisidir. -mış şəkilçisi qeyri-məhsuldar şəkilçidir.
İndiki zaman . İndiki zaman hal hazırkı dövrdə icra olunan işin zamanı ilə iş
barəsində məlumat verilən vaxt arasındakı zamandır. İndiki zaman -ır şəkilçisi
vasitəsilə düzəlir. Bu zaman ümumi məlumatlar daha qabarıq şəkildə əks olunur.
İndi zamanda icra olunan iş təkcə indiki zamanı deyil digər zamanları əhatə edir.
İndiki zamanda üslubi cəhətlər vardır. Keçmiş zamanda icra olunan işi daha
qabarıq şəkildə ifadə etmək üçün indiki zamandan istifadə olunur.
Gələcək zaman. Gələcək zaman işin icrasının qəti və qeyri-qətiliyinə görə iki yerə
bölünür. Qəti gələcək və qeyri-qəti gələcək zaman.
Qəti gələcək zaman. Bu zaman qəti şəkildə icra olunacaq işin vaxtı ilə həmin iş
barəsində məlumat verilən zaman arasındakı zamanı əhatə edir. Bu zaman -acaq
şəkilçisi ilə düzəlir. Qəti şəkildə gələcəkdə icra olunacaq işi bildirir.
Qeyri -qəti gələcək zaman. Qeyri -qəti gələcək zaman icra olunacaq zamanı
bildirir. Bu zaman -ar şəkilçisi vasitəsilə düzəlir. Qeyri-qəti gələcək zaman sadəcə
qeyri-qəti gələcək zamanı deyil keçmiş və gələcək zamanı da əhatə edir.

23) Feil. Təsirli və təsirsiz feillər. İnkarlıq kateqoriyası.


Əsas nitq hissəsi olan feil fonetik, leksik, morfoloji və semantik cəhətdən
zəngindir. Feil ən zəngin nitq hissəsidir. Feil Azərbaycan dilinin morfologiyasının
40℅ -ni təşkil edir. Digər nitq hissələri kimi feilində kateqoriyaları var. Feil çox
kateqoriyalı nitq hissəsidir. Lakin digər nitq hissələri ilə müqayisədə feilin
kateqoriyaları üstünlük təşkil edir. Feilin növ, zaman, tərz, şəkil, təsirlilik -
təsirsizlik və s. Kimi kateqoriyaları vardır.
Təsirli və təsirsiz feillər. Təsirlilik kateqoriyası obyekt və subyekt arasındakı
münasibətdən ortaya çıxmışdır. Təsirli feil özündən əvvəl təsirlik halda olan söz
tələb edir. Obyektə olan təsir və onun dərəcəsi müxtəlif xarakterli və çoxtərəfli
olur. Təsirlilik kateqoriyası həm sözlərin öz leksik -semantik mənasında, həm də
şəkilçilər vasitəsilə ifadə olunur. Dilimizdəki feillər heç bir şəkilçi qəbul etmədən
leksik-semantik məzmununa görə təsirli və təsirsiz ola bilər. Dilimizdəki bəzi
feillər həm təsirli, həm də təsirsiz feil kimi çıxış edə bilir. Məsələn: başla, işlə, gəz,
oxu. Təsirlilik kateqoriyası dilçilikdə bir sıra vacib məsələlərin
aydınlaşdırılmasında da mühüm rol oynayır . Bu məsələlər: ismin təsirlik halının
müəyyənləşdirilməsi, sintaksisdə vasitəli və vasitəsiz tamamlığın
müəyyənləşdirilməsi, sintaksisdə şəxssiz cümlənin müəyyənləşdirilməsi ,
növlərin hansının təsirli hansının təsirsiz olduğunu müəyyənləşdirmən üçün
istifadə olunur. İcbar növ təsirlidir. Məchul, şəxssiz, qarşılıqlı, qayıdış, müştərək
növləri təsirsizdir. Məlum növ isə həm təsirli, həm də təsirsiz ola bilir.
İnkarlıq kateqoriyası. Ümumqrammatik mənasına görə iş, hal və hərəkəti
bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər
müxtəlif forma və zamanlarda işlədilərək “nə etmək?”, “nə etdi?”, “nə etmişdir?”
“nə edir?”, “nə edəcək?”, “nə edər?” və s. Suallarına cavab olur şəxsə və
kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. Hərəkətin icra
edildiyini bildirən feillər təsdiq feillər adlanır. Məsələn: yazmaq, oxumaq, aldım,
gedir və s.
Hərəkətin icra edilmədiyini bildirən feillər inkar feillər adlanır. İnkarlıq təsdiq
feillərə –ma, -mə, -m şəkilçiləri qoşulmaqla düzəlir. Məsələn: oxu-maq (təsdiq);
oxu-ma-maq (inkar)

24) Feilin şəkilləri (əmr, vacib, lazım şəkli).


Feillər zamana, şəxsə kəmiyyətə görə dəyişib dəyişməmək baxımımdan 2 yerə
bölünür :təsriflənən və təsriflənməyən feillər . Feilin təsriflənən formaları şəxsə ,
kəmiyyətə və zamana görə dəyişir. Feilin təsriflənən formalarının özünə məxsus
şəkilçiləri vardır. Feilin şəkilləri 3 qrupa bölünür;
Özünə məxsus şəkilçisi olmayan, zaman şəkilçisi qəbul etməyən, yalnız şəxs
şəkilçisi qəbul edən şəkil, əmr şəkli
Özünəməxsus morfoloji göstəricisi olmayan, zaman və şəxs şəkilçiləri qəbul edən
şəkil. Buraya xəbər şəkli daxildir.
Özünəməxsus morfoloji göstəricisi olan, şəxs şəkilçisi qəbul edən, yalnız zaman
şəkilçisi qəbul etməyən şəkil. Buraya arzu, vacib, lazım, şərt, davam, bacarıq
şəkilləri daxildir.
Əmr şəkli . Əmr forması əmr, məsləhət, xahiş, rica, nəsihət, çağırış, istək və s.
məna çalarlıqlarının formasını bildirir. Feilin bu formasının özünəməxsus
morfoloji göstəricisi yoxdur. Əmr formasının inkarı-ma şəkilçisi vasitəsilə düzəlir.
Əmr şəkli gələcək zaman məzmunludur. Məsələn: gəlin, yaz, gedək
Vacib şəkli. Vacib şəkli işin gələcəkdə icrasının vacibliyinə münasibətini bildirir.
Morfoloji göstəricisi -malı şəkilçisidir. Vacib şəkli inkar şəkilçisi qəbul edə bilmir.
Bu şəklin inkarı deyil sözünün köməyi ilə yaranır. Məsələn: yazmalıyıq, almalı
deyiləm
Feilin lazım şəkli. Feilin lazım şəklinin morfoloji göstəricisi -ası şəkilçisidir. Bu
şəklin inkarı deyil sözü vasitəsilə düzəlir. Mürəkkəb forması idi imiş isə
hissəcikləri vasitəsilə düzəlir. İsə hissəciyi -ası şəkilçisindən sonra artırılır. Lazım
şəkli olmaq feili ilə işlənərkən mürəkkəb olur . Məsələn: yazası deyilik, çatasıdır

25) Feilin təsriflənməyən formaları. Feili bağlama.


Feilin təsriflənməyən formaları zamana, şəxsə və kəmiyyətə görə dəyişməyən
formalardır. Buraya məsdər, feili sifət və feili bağlama daxildir.
Feili bağlama.
Feili bağlama Azərbaycan dilçiliyində geniş tədqiq olunmuş təsriflənməyən
formalardan biridir. Bəzən dilçilikdə feili bağlama tərkiblərini ayrıca cümlə kimi
hesab etmək istəyənlər olmuşdur. Lakin bu düzgün fikir deyildir. Çünki feili
bağlama tərkibləri cümlənin mürəkkəb üzvüdür. Onu ayrıca cümlə hesab etmək
cümlə ilə söz birləşməsi arasındakı sərhəddi məhv etmək deməkdir. Feili
bağlamanın morfoloji göstəricisi -ıb, -ınca, -dıqda, -dıqca, -arkən, -araq, -alı, -
anda -mış, - mışkən, -madan, -caq şəkilçiləridir.
Feili bağlama və feilin oxşar və fərqli cəhətləri.
Feillər kimi dinamik məzmunludur
Feillər kimi feili bağlamalarda təsirli və təsirsiz olur.
Feili bağlamalarda feillər kimi növ kateqoriyasının şəkilçisini qəbul edib
Feillər kimi feili bağlamalarda inkarda və təsdiqdə olur.
Feili bağlama tərkib yarada bilir amma feil yarada bilmir.
Feillər söz yaradıcılığında iştirak edir feili bağlamalarsa yox
Feili bağlamanın zərflə oxşar və fərqli cəhətləri
Feili bağlamada zərf kimi feilin yanında işlənir və feili tərz, zaman, səbəb və
məqsəd baxımından tamamlayır.
Feili bağlama feili miqdar və yer baxımından tamamlaya bilmir.
Zərf kimi feili bağlamada feillə yanaşma əlaqəsində olur.
Zərflər kimi feili bağlamalarda özündən əvvəlki sözlə idarə əlaqəsində olur.

26) Feilin təsriflənməyən formaları. Məsdər.


Feilin təsriflənməyən formaları zamana, şəxsə və kəmiyyətə görə dəyişməyən
formalardır. Buraya məsdər, feili sifət və feili bağlama daxildir.
Məsdər, iş, hal hərəkətin adımı bildirən təsriflənməyən formadır. Bu forma feilin
sonuna -maq şəkilçisinin qoşulması ilə yaranır: yaşamaq, oxumaq, gəlmək.
Məsdərin ikili xüsusiyyəti vardır: ismə və feilə məxsus xüsusiyyətləri. Bu
xüsusiyyətlərdən biri -maq? şəkilçisinə qədərki hissədə, ikinci xüsusiyyət isə -maq
şəkilçisindən sonrakı hissədə özünü göstərir.
Məsdərin feilə məxsus xüsusiyyətləri:
Məsdərlər də feillər kimi təsirli və təsirsiz olur
Məsdərlər feillər kimi təsdiq və inkarda olur
Məsdərlər feillərə məxsus olan növ kateqoriyasının şəkilçilərini qəbul edir
Məsdərin ismə məxsus xüsusiyyətləri:
Məsdərlər isimlər kimi hallanır
Məsdərlər isimlər kimi mənsubiyyət şəkilçisi qəbul edir
Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər kimi, mənsubiyyət şəkilçisi qəbul etmiş
məsdərlər də yenidən hallana bilir
Məsdərlər isimlər kimi qoşmalarla işlənir

27) Feilin təsriflənməyən formaları.Feili sifət.


Feilin təsriflənməyən formaları zamana, şəxsə və kəmiyyətə görə dəyişməyən
formalardır. Buraya məsdər, feili sifət və feili bağlama daxildir.
Feili sifətin morfoloji göstəriciləri -an, -mış, -dığı, -dıq, -acaq, -malı, -ası,
Feili sifətin feilə məxsus xüsusiyyətləri:
Feillər kimi feili sifətlər də zaman bildirir.
Feillər kimi feili sifətlər də təsdiq və inkarda olur.
Feillər kimi feili sifətlər də təsirli və təsirsiz olurlar.
Feillər kimi feili sifətlər də feilin növ şəkilçilərini qəbul edə bilir
Feili sifətin sifətə məxsus xüsusiyyətləri:
Feili sifətlər də sifətlər kimi təyin ola bilir.
Feili sifətlər də sifətlər kimi substantivləşə bilir. Substantivləşmə zamanı feili sifət
hal, mənsubiyyət, şəxs və kəmiyyət şəkilçilərini qəbul edir.
28) Fonetik hadisələr.
Ümumi inkişaf prosesi ilə, dildən istifadə edənlərin anlaşma tələbatı ilə əlaqədar
olaraq hər dilin lüğət tərkibində, qrammatik quruluşunda, fonetik sistemində
müxtəlif hadisələr baş verir; yeni sözlər yaranır, müstəqil sözlərdən köməkçi
sözlər formalaşır, köməkçi sözlərdən şəkilçilər yaranır, şəkilçilərin müxtəlif
variantları törəyir. Belə proseslərdə isə xüsusən sözlərin və şəkilçilərin fonetik
tərkibində müxtəlif tipli dəyişmələr, müxtəlif istiqamətli fonetik hadisələr olur.
Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənlər hadisə adlanır. Müasir
Azərbaycan dilinin fonetik hadisələrinə bunlar aiddir: assimilyasiya,
dissimilyasiya, səsartımı, səsdüşümü, yerdəyişmə.
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına
assimilyasiya deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -dən şəkilçisi
artırıldıqda sözün sonundakı [n] səsinin təsiri ilə şəkilçinin əvvəlindəki [d] səsi [n]
səsinə çevrilir. Buna görə də həmin söz məndən əvəzinə mənnən şəklində
tələffüz olunur. Assimilyasiyanın əmələ gəlməsində dilin səs tellərinin və damaq
pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi
rolu vardır. Belə ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü
vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir. Assimilyasiya
istiqamətinə görə iki cür olur: irəli assimilyasiya və geri assimilyasiya.
İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranan
assimilyasiyaya irəli assimilyasiya deyilir. İrəli assimilyasiyanın istiqaməti kökdən
şəkilçiyə doğru olur. Məsələn: səndən – sənnən
Geri assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn
assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti
şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur. Məsələn: dinməz –
dimməz
Assimilyasiya keyfiyyətinə görə tam və natamam ola bilir.
Tam assimilyasiya. Təsirə düşən səsin təsir edən səslə tamamilə
həmcinsləşməsinə tam assimilyasiya deyilir. Məsələn: onlar – onnar
Natamam assimilyasiya. Təsirə düşən səsin təsir edən səslə tam
həmcinsləşməməsinə, ona yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq
assimilyasiya deyilir. Məsələn: atlar – atdar
Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa səsə
çevirməsinə dissimilyasiya deyilir. Dissimilyasiya sözdəki məsafəsinə görə yaxın
və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiyaya
yaxın dissimilyasiya deyilir. Məsələn, hammal sözündəki birinci m səsi
“qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Buna görə də
həmin söz hammal yox, hambal formasında tələffüz olunur.
Sözdə qonşu olmayan səslərin bir-birinə təsiri əsasında yaranan
dissimilyasiyaya uzaq dissimilyasiya deyilir. Məsələn, zərər sözündəki birinci r
ilə ikinci r arasında başqa səs vardır. Lakin buna baxmayaraq, birinci səs öz
həmcinsi olan ikinci r səsinə təsir edərək, onu l səsinə çevirir ki, bunun da
nəticəsində zərər əvəzinə zərəl tələffüz edilir.
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha
artıq samit yanaşı işlənmir. Buna görə də, əsasən, sonu saitlə bitən sözlərə saitlə
başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da
səsartımı deyilir. Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır:
y, s, n.
Y samitinin artırılması:
a) saitlə bitən isimlərə yönlük hal şəkilçisi bitişdiriləndə: ana+y+a
b) saitlə bitən feillərə saitlə başlayan şəkilçiər artırılanda: işlə+y+ir
c) su, nə sözlərinə saitlə başlayan hal şəkilçiləri bitişdiriləndə: Nə+y+ə
S samitinin artırılması:
Saitlə bitən sözə III şəxs təkin mənsubiyyət şəkilçisi artırılanda iki sait arasında s
əlavə olunur: onun bacı+s+ı
N samitinin artırılması:
a) saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri birləşəndə: dərə+n+i
b) III şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə yiyəlik, yönlük və təsirlik hal
şəkilçiləri bitişdiriləndə: onun əmisi+n+in
c) o, bu əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: o+n+un
Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi halda, danışıq dilində
sözlərə saitlərin də artırılması geniş yayılmışdır.
R səsi ilə başlanan sözlərdə: Rza – İrza
Qoşa kar samitlə başlanan sözlərdə: Şkaf – işkaf
Söz başında biri və ya hər ikisi cingiltili samit gələn alınma sözlərdə: Klub – kulub
Söz sonunda qoşa samitin biri r səsi olan sözlərdə: Cəbr – cəbir
Sözdən bu və ya digər səsin düşməsinə səsdüşümü deyilir. Səsdüşümü həm
saitlərdə, həm də samitlərdə müşahidə olunur. Lakin saitlərə nisbətən samitlərin
söz tərkibindən düşməsi azdır. Ədəbi dil üçün xarakterik olan səsdüşümü
hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsində, 2)
sözlərin yanaşmasında.
Sözlə şəkilçilərin birləşməsi zamanı aşağıdakı hallarda səsdüşümü hadisəsi
yaranır:
Sait artırmaqla ikihecalı olmuş bir sıra alınma sözlərə saitlə başlanan şəkilçi əlavə
edildikdə sözün ikinci hecasındakı sonradan artırılmış sait düşür. Məsələn: Fikir –
fik(i)r+in – fikrin
Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan şəkilçi qoşulduqda şəkilçinin
əvvəlindəki sait səslər düşür. Məsələn: İki – iki(i)nci – ikinci
Feilin inkar şəkilçisi qəbul etmiş sözlərə indiki zaman şəkilçisi artırıldıqda sait
düşür. Məsələn: yazma – yazm(a)+(y)ır – yazmır
Bəzi sifətlərdən -ar şəkilçisi vasitəsilə feil düzəldilərkən şəkilçinin saiti düşür.
Məsələn: qara – qara+(a)armaq – qararmaq
Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa samitlərin biri düşür.
Məsələn: fənn – fən(n)+lər – fənlər
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səsdüşümü meydana
çıxır:
İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gətiriləndə sözlər arasında
yanaşı gələn saitlərin biri düşür. Məsələn: Mirzə Əli – Mirzəli
İdi, imiş, isə sözləri bəzən başqa feilə bitişdirildikdə bunların birinci saiti düşür.
Məsələn: gəlmiş+idi – gəlmişdi
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə deyilir.
Məsələn: layihə – lahiyə – (yh-hy)
Dilimizdə samitlə samitin yerdəyişməsi olduğu kimi, saitlə samitin də
yerdəyişməsi vardır. Məsələn: Təcrübə – təcürbə – (rü-ür)
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmışdır. Bu, əsasən, danışıq dili üçün
xarakterikdir. Yerdəyişmə bu və ya başqa bir dildəki, yaxud da qohum dillərdəki
sözlərin etimologiyasını müəyyənləşdirməkdə xüsusi rola malikdir

29) Fonetik qanunlar.


Dilin başqa sahələrində olduğu kimi, fonetik quruluşunda da bir sıra qanunlar
mövcud ola bilir. Bunlardan ədəbi dildə sabitləşənlər qanun hesab edilir.
Müasir Azərbaycan dilinin qanunları bunlardır: ahəng qanunu və cingiltiləşmə
qanunu.
Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Azərbaycan dili
üçün ahəng qanunu çox xarakterikdir. Bu qanun həm söz köklərinə, həm də
şəkilçilərə aiddir. Azərbaycan dilində ahəng qanununun üç növü olduğu
müəyyənləşdirilmişdir:
Saitlərin ahəngi.
Samitlərin ahəngi.
Saitlərlə samitlərin ahəngi.
Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini izləməsinə
saitlərin ahəngi deyilir. Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə
görə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir:
Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə görə saitlərin ahəngi iki
cür olur: dilönü ahəng və dilarxası ahəng.
Dilönü ahəngə görə, sözdə və sözə bitişən şəkilçilərdəki saitlərin hamısı dilönü
sait olmalıdır. Məsələn: Məktəb+li+lər
Dilarxası ahəngə görə, sözdə və sözə qoşulan şəkilçilərdəki saitlərin hamısı
dilarxası sait olmalıdır. Məsələn: arı+çı+lıq
Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların vəziyyətinə görə
saitlərin ahəngi də iki cür olur: Dodaq və damaq əhəngi.
Dodaq ahəngi. Dodaq ahənginə görə, sözdə və sözə qoşulan şəkilçidəki saitlərin
hamısı dodaqlanan olmalıdır. Məsələn: o+dur
Damaq ahəngi. Damaq ahənginə görə, sözdə və sözə bitişdirilən şəkilçidəki
saitlərin hamısı dodaqlanmayan sait olmalıdır. Məsələn: gəmi+çi
Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili samitləri izləməsinə
samitlərin ahəngi deyilir. Samitlərin ahəngi iki şəkildə olur: 1) kar samitlərin
ahəngi, 2) cingiltili samitlərin ahəngi.
Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar samitlə başlanan şəkilçi
qoşulmalıdır. Məsələn: seç+ki
Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə bitən sözlərə cingiltili
samitlə başlanan şəkilçi qoşulmalıdır. Məsələn: sər+gi
Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə
samitlərin deyil, saitlərlə samitlərin də həmahəngləşməsi qanunu vardır.
Azərbaycan dilində əksərən dilarxası saitlərlə dilarxası samitlər həmahəngləşir.
Eyni zamanda dilönü saitlərlə də dilin ortasında yaranan samitlər uyğunlaşır. Belə
bir qanuna saitlərlə samitlərin ahəngi deyilir.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə
qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan
şəkilçi qoşulduqda baş verir. Məsələn:
K→y – inək – inəy+i
T→d – get – ged+im – ged+ək

30) Fonetika. Fonetikanın növləri.


Dilçiliyin dildəki səslərin yaranması, inkişafı və digər cəhətlərini öyrənən
şöbəsinə fonetika deyilir. Fonetika ancaq danışıq səslərindən bəhs edir.
Fonetikanın həm nəzəri, həm də əməli əhəmiyyəti vardır. Fonetikanı bilmədən
dilin lüğət tərkibini, qrammatik quruluşunu istənilən şəkildə öyrənmək mümkün
deyildir. Fonetika dilin tarixini öyrənməyə, ayrı-ayrı sözlərin etimologiyasını
aydınlaşdırmağa və dillərin qohumluğunu müəyyən etməyə geniş imkan
yaradır. Fonetika başqa dillərdən alınan sözləri mövcud dilə uyğunlaşdırmaqda
xüsusi rol oynayır. Belə ki, başqa dillərdən alınan sözlər dilin fonetik sisteminin
tələblərinə tabe edilir. Dilin səs sistemi müxtəlif cəhətdən və müxtəlif
məqsədlərlə bağlı olaraq öyrənilir. Tədqiqatın məqsədi bəzən dilin hazırkı
vəziyyətini aşkar etməkdən, bəzən isə tarixi faktları müəyyənləşdirməkdən və
sairdən ibarət olur. Buna əsasən fonetikanın 5 növü əmələ gəlmişdir.
Tarixi fonetika. Dilin fonetik tərkibini tarixilik mövqeyindən tədqiq edən
fonetikaya tarixi fonetika deyilir. Bu fonetikanın tədqiqat obyekti yazılı
abidələrdir. Burada bu və ya başqa fonetik hadisə təhlil olunarkən dilin müasir
səs sistemindən istifadə olunur. Buna görə də tarixi fonetikada müasir dilin
səsləri də öyrənilir.
Təsviri fonetika. Bu və ya digər konkret bir dilin müasir səviyyədə malik olduğu
səs tərkibini, səs qanunlarını və müəyyən şəraitdən asılı olaraq yaranan fonetik
dəyişmələrin qanunauyğunluğunu aydınlaşdırmaq, təsbit etmək və bunlardan
əməli nəticələr çıxarmaq təsviri fonetikanın mövzusunu və məqsədini təşkil
edir.
Müqayisəli fonetika. Bir dilin, yaxud müxtəlif dillərin səs sistemini müqayisəli
şəkildə öyrənən fonetikaya müqayisəli fonetika deyilir. Müqayisəli fonetikada
müqayisə üsulundan istifadə olunur. Fonetikanın bu növündə həm qohum, həm
də qohum olmayan dillərdən birinin və ya bir neçəsinin səs sistemi müqayisə
edilə bilir.
Təcrübi, yaxud eksperimental fonetika. Burada müxtəlif alətlər vasitəsi ilə
səsin məxrəci, səsin uzanma, qısalma dərəcəsi müasir fizika, texnika imkanları –
maşınları əsasında laboratoriyada tədqiq olunur.
Fizioloji fonetika fonetikanın əsas tədqiqat obyekti olan səslərin yaranmasında
fəaliyyət göstərən bədən üzvlərin tələffüz prosesindəki vəziyyətinin tədqiqi ilə
bağlı bir sahədir.

31) Frazeoloji vahidlər, onların əsas xüsusiyyətləri və üslubi


imkanları.
Bir çox hallarda müəyyən bir mənanı bildirmək məqsədi ilə dildə tək bir sözdən
yox, vəhdət təşkil etmiş sözlər qrupundan da istifadə olunur. Məsələn, yaşamaq
anlayışını ifadə etmək üçün Azərbaycan dilində yaşamaq sözü ilə yanaşı, həm də
ömür sürmək, ömür eləmək və s. İfadələr də işlənir. Dildə olan bu cür sabit söz
birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusuna frazeologiya deyilir.
Dildə bu və ya başqa məna, yaxud məzmunu ifadə edən hər bir sabit
birləşməyə, bölünməz ifadə və ibarələrə frazeoloji vahid deyilir. Frazeoloji
vahidləri təşkil edən sözlər onun tərəfləri, yaxud komponentləri hesab olunur.
Məsələn, qulaq asmaq frazeoloji vahidində qulaq sözü frazeoloji vahidin birinci
tərəfi, yaxud komponenti, asmaq sözü isə ikinci tərəfi, yaxud komponentidir.
Frazeoloji vahidlərin bir sıra xüsusiyyətləri vardır. Bunlar başlıca olaraq
aşağıdakılardan ibarətdir:
Frazeoloji vahidin bütünlükdə mənası onu təşkil edən ünsürlərin mənası qədər
olmur. Burada bütün birləşmə bir ümumi mənanın ifadəsinə xidmət edir.
Frazeoloji vahidlərin əsas xüsusiyyətlərindən biri onların obrazlı, emosional,
ifadəli olmasındadır. Belə ki, frazeoloji vahidlər dilin ekspressivliyində, onun
emosionallığında xüsusi rol oynayır.
Frazeoloji vahidlər möhkəm milli xüsusiyyətə malik olur. Buna görə də frazeoloji
vahidlərin əksəriyyəti başqa dilə eyni ilə tərcümə edilmir. Belə hallarda izahlı
tərcümədən və yaxud kalka yolu ilə tərcümədən istifadə olunur.
Frazeoloji vahid zahirən də başqalarından fərqlənir və tanınır. Lakin frazeoloji
vahidin forması əsas meyar deyildir, çünki forma aldadıcıdır. Burada əsas cəhət
frazeoloji vahidin mənasında, ondakı sözlərin qovuşma dərəcəsindədir.
Müasir Azərbaycan ədəbi dilinin frazeologiyası çox zəngin və rəngarəng üslubi
imkanlara malikdir. Yüksək milli koloritə malik sabit birləşmələr, dərin mənalı
atalar sözləri, müdrik məsəllər, kəskin aforizmlər, gözəl ibarələr Azərbaycan
dilinin son dərəcə zəngin olan bədii və obrazlı fondunu təşkil edir. Frazeoloji
vahidlərdən həm bədii, həm publisistik, həm də digər üslublarda istifadə
olunur. Frazeoloji vahidlər ədəbi dilin yazılı növündə, əsasən, bədii üslubda
yazılan əsərlərdə xüsusi üslubi rola malikdir. Frazeoloji vahidlərin müəyyən
qismi öz quruluşlarına görə hər zaman nitqdə “donmuş” halda qalmır. Bunlar
üslubi məqsədlərlə əlaqədar çox rəngarəng formalara düşə bilir. Buna görə də
nitqdə frazeoloji vahidlərdən müxtəlif formada istifadə edilir. Frazeoloji
vahidlərdən istifadəni başlıca olaraq iki qrupa bölmək olar: Frazeoloji vahid
əslində olduğu kimi, dəyişiklik edilmədən işlənilir və Frazeoloji vahiddə
müəyyən dəyişiklik edilərək istifadə olunur.
Frazeoloji vahidi müəyyən bədii məqsəd üçün heç bir dəyişiklik etmədən,
əslində olduğu kimi işlətdikdə müəllifin nitqi daha canlı və təsirli olur. Məsələn:
Öz müəlliminizi də sevin. Müəllimlərinizin zəhmətinə qiymət verin, onların
başını ucaldın. Atalar demişlər ki: “Ustasına kəm baxanın gözlərindən qan
damar”.
Frazeoloji vahidlərin quruluşunda az və ya çox dərəcədə dəyişiklik edilərək
işlədilməsi bu və ya digər bədii məqsədlərlə əlaqədardır. Belə ki, frazeoloji
vahidlərin quruluşunda dəyişiklik edildikdə həmin birləşmələr özündəkindən
əlavə olaraq yeni estetik və bədii keyfiyyətlər alır. Bu birləşmələr istər müəllifin,
istərsə də surətlərin nitqini daha da emosionallaşdırır və onun təsir qüvvəsini
qat-qat artırır. Məsələn: Su aydınlıqdır- Dəniz aydınlıqdır

32) İsmin xəbərlik kateqoriyası.


Ad bildirən, kim?, nə?, hara? suallarından birinə cavab olan sözə isim deyilir.
İsim əsas nitq hissələrindən biridir. İsimlər dildə olan sözlərin ən mühüm bir
qismini təşkil edir. İsimlər bütün varlıqların adlarını bildirən sözlərdən ibarətdir.
İsimlər bizi əhatə edən bütün maddi varlıqların şüurumuzdakı müxtəlif
təzahürlərinin adlarını bildirən sözlərdir. İsmin bir sıra qrammatik kateqoriyalar
vardır ki, bunlar sözlərin bir-birinə bağlanmasında, sözlər arasında əlaqə yarat
maqda çox mühüm rol oynayır. Həmin kateqoriyalar bunlardır:
Kəmiyyət kateqoriyası
Hal kateqoriyası
Mənsubiyyət kateqoriyası
Xəbərlik kateqoriyası
Xəbərlik kateqoriyası
İsimlərin xəbər vəzifəsi ancaq xəbər şəkilçisi adlanan şəkilçilərlə yaradılır. Cümlə
bu şəkilçilərlə bitir və hökm də bunlarla zahirə çıxır. Cümlədə mübtədaya aid
hər bir hadisə, hökm və hal-vəziyyətin xəbər vasitəsilə meydana çıxmasında bu
şəkilçilər yeganə amildir; yəni mübtəda ilə xəbər arasındakı əlaqə yalnız bu
şəkilçilər vasitəsilə yarana bilir. Bunlar olmazsa, cümlə bitməz və heç bir hökm
ifadə oluna bilməz. Buna görə də bunlara xəbərlik kateqoriyası şəkilçisi adı
verilmişdir.
Təsdiq:. İnkar:
Mən müəlliməm. Mən müəllim deyiləm
Sən müəllimsən. Sən müəllim deyilsən
O müəllimdir. O müəllim deyil
Biz müəllimik. Biz müəllim deyilik
Siz müəllimsiniz. Siz müəllim deyilsiniz
Onlar müəllimdirlər. Onlar müəllim deyillər
Xəbərlik kateqoriyasının şəkilçiləri mənsubiyyət kateqoriyası şəkilçilərindən
sonra işlənir.

33) İsim və onun quruluşca növləri. İsmin mənaca növləri.


Ad bildirən, kim?, nə?, hara? suallarından birinə cavab olan sözə isim deyilir.
İsim əsas nitq hissələrindən biridir. İsimlər dildə olan sözlərin ən mühüm bir
qismini təşkil edir. İsimlər bütün varlıqların adlarını bildirən sözlərdən ibarətdir.
İsimlər bizi əhatə edən bütün maddi varlıqların şüurumuzdakı müxtəlif
təzahürlərinin adlarını bildirən sözlərdir.
Azərbaycan dilindəki isimlər leksik mənasına görə üç qrupa ayrılır:
Konkret və mücərrəd varlıqların adlarını bildirən isimlər
Xüsusi və ümumi isimlər
Tək və toplu isimlər.
Konkret və mücərrəd varlıqların adlarını bildirən isimlər. Varlığı göz önündə
canlanan, müəyyən zahiri əlamət və formaya malik olan, əşyavilik bildirən
sözlərə konkret isimlər deyilir. Konkret isimləri səciyyələndirən xüsusiyyətlər
bunlardır:
Konkret isimlərin varlığı göz önündə canlandırılır
Konkret isimlərin zahiri əlaməti və forması vardır
Konkret isimlər əşyavilik bildirir.
Məsələn: ağac, maşın, ev, və s.
Mücərrəd isimlərin varlığı göz önündə canlanmır, zahiri əlamət və forması
olmur, əşyavilik bildirmir. Bu xüsusiyyətləri nəzərə alaraq mücərrəd isimlərə
belə bir tərif vermək düzgündür: Göz önündə canlanmayan, zahiri əlaməti və
forması olmayan, əşyavilik bildirməyən isimlərə mücərrəd isimlər deyilir.
Məsələn: arzu, istək, düşüncə və s.
Xüsusi və ümumi isimlər. Xüsusi isimlər varlığı tək olan əşyaların adlarını
bildirir. Bu qrupa daxil olan isimlər bir-birinin eyni olmur. Xüsusi isimlərə belə
bir tərif vermək olar: Varlığı tək olan, bir-birinin eyni olmayan isimlərə xüsusi
isimlər deyilir. Məsələn: Azərbaycan, Lalə və s
Ümumi isimlər eynicinsli varlıqların adını bildirir. Eyni cinsli varlıqlar isə çox olur.
Ümumi isimlərə belə bir tərif vermək olar: Eynicinsli varlıqların adını bildirən
isimlərə ümumi isimlər deyilir. Məsələn: ağac, gül, ot və s.
Tək və toplu isimlər. Azərbaycan dilində -lar (-lər) şəkilçisini qəbul etməmiş
isimlər tək hesab olunur. Məsələn: həyət, oyuncaq, kitab və s.
Toplu isimlərin məzmununda topluluq anlayışı ifadə olunur. Topluluq anlayışı
bütöv, bölünməz, parçalanmayan, hissələrə ayrılmaz kimi başa düşülür.
Məsələn: əhali, camaat, ordu, sürü və s. Topluluq anlayışında cəmlik vardır.
Tək və toplu isimlərlə yanaşı, cəm isimlər də dilimizdə xüsusi yer tutur. Cəmlik
lar (-lər) morfoloji göstəricisi ilə ifadə olunur. Məsələn: kağızlar, adamlar,
quşlar, almalar və s.
İsimlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olmaqla üç yerə ayrılır.
Sadə isimlər.
Bir kökdən ibarət olur.
Söz yaradıcılığında fəal iştirak edir.
Məsələn: at, dərs, məktəb və.
Düzəltmə isimlər.
Adlara və feillərə sözdüzəldici şəkilçilərin artırılması yolu ilə əmələ gəlir. Bu
zaman düzəltmə isimlə onun əmələ gəldiyi söz arasında məna əlaqəsi olmalıdır.
Düzəltmə isimlər bu şəkilçilərin köməyi ilə yaranır: -lıq, -laq, -ça, -ıltı, -çılıq, -ıcı, -
pərəst, -kar, -iyyat, -izm və s. Məsələn: dəmirçilik, otlaq, kitabça, xışıltı və s.
Mürəkkəb isimlər.
İki sadə ismin birləşməsi ilə əmələ gələnlər: qayınata
Sadə və düzəltmə sözlərin birləşməsi ilə əmələ gələnlər: döşəküzü
İşim və sifətin birləşməsi ilə əmələ gələnlər: ağsaqqal
Eyni sözün təkrarı ilə əmələ gələnlər: top-top
Yaxın və ya əks mənalı sözlərin birləşməsi ilə əmələ gələnlər: söz-söhbət, dost-
düşmən
Tərəflərdən biri ayrılıqda işlənə bilməyən sözlərlə əmələ gələnlər: dil-mil
34) İsim. İsmin hal kateqoriyası.
Ad bildirən, kim?, nə?, hara? Suallarından birinə cavab olan sözə isim deyilir.
İsim əsas nitq hissələrindən biridir. İsimlər dildə olan sözlərin ən mühüm bir
qismini təşkil edir. İsimlər bütün varlıqların adlarını bildirən sözlərdən ibarətdir.
İsimlər bizi əhatə edən bütün maddi varlıqların şüurumuzdakı müxtəlif
təzahürlərinin adlarını bildirən sözlərdir. İsmin bir sıra qrammatik kateqoriyalar
vardır ki, bunlar sözlərin bir-birinə bağlanmasında, sözlər arasında əlaqə yarat
maqda çox mühüm rol oynayır. Həmin kateqoriyalar bunlardır:
Kəmiyyət kateqoriyası
Hal kateqoriyası
Mənsubiyyət kateqoriyası
Xəbərlik kateqoriyası
Hal kateqoriyası:
Azərbaycan dilində ismin halları iki qrupa bölünür:
Qrammatik hallar
Məkani-qrammatik hallar.
Adlıq, yiyəlik və təsirlik hallar xalis qrammatik hallardır. Yönlük, yerlik və çıxışlıq
hallar isə həm məkani, həm də qrammatik hal olsa da, əsasən, məkani
hallardan hesab olunur. Müasir Azərbaycan dilində işlənən halların aşağıdakı
xüsusiyyətləri vardır.
Adlıq hal. Bu hala verilən addan məlum olur ki, o, yalnız əşyanın adını
göstərmək vəzifəsini daşıyır; yəni bu hal vasitəsilə təkcə əşyanın adı çəkilir.
Adlıq hal həm fel, həm də başqa nitq hissələri ilə əlaqədar olur. Başqa sözlə
desək, adlıq halda işlənən söz həm feli, həm de ismi cümlələrdə işlənərək, həm
feli, həm də başqa nitq hissələri ilə işlənən ismi xəbərlərlə əlaqədar olur. Adlıq
haldakı söz, əsasən, cümlənin mübtədası olur. Məsələn: Saat işləmirdi. Qapı
kilidli idi.
Yiyəlik hal. Yiyəlik hal tam qrammatik haldır. Bu hal iki əşya arasında sahiblik,
aidlik məzmunu ifadə etdiyindən fellərlə əlaqədar olmur. Yiyəlik hal iki cür olur:
1. Müəyyən yiyəlik hal. 2. Qeyri-müəyyən yiyəlik hal.
Müəyyən yiyəlik hal şəkilçi qəbul edir, şəkli əlaməti -ın (-in, -un, -ün)
şəkilçisindən ibarətdir. Məsələn: Uşaq ağacın budağını qırdı.
Qeyri- müəyyən yiyəlik hal. Bu hal şəkilçi qəbul etmədiyi üçün öz müəyyənlik
məzmununu itirir, qeyri-müəyyənlik anlayışı verir. Məsələn: El gücü- sel gücü.
Təsirlik hal.
Təsirlik halda işlənən isimlər cümlədə tamamlıq olurlar. İsmin təsirlik halı
üzərində təsir icra olunan əşyanı bildirdiyi üçün o, təbii olaraq, cümlənin feli
xəbəri ilə bilavasitə bağlı olur. Təsirlik halda işlənən sözlər bütün fellərlə deyil,
yalnız təsirli fellərlə əlaqədar olur. İsmin təsirlik halının əsas xüsusiyyətlərindən
biri də onun xəbər şəkilçisi qəbul etməməsi və cümlənin xəbəri ola
bilməməsidir. İsmin bütün başqa halları xəbər şəkilçisi qəbul edərək, xəbər
vəzifəsi daşıdığı halda, bu hal nə xəbər şəkilçisi qəbul edir, nə də xəbər
vəzifəsində işlənə bilir. Təsirlik halın şəkli əlaməti – (-i, -u, -ü) şəkilçisidir. Təsirlik
halın iki növü var: 1. Müəyyən təsirlik hal 2. Qeyri-müəyyən təsirlik hal
Əgər obyektdə tam müəyyənlik məzmunu bildirmək nəzərdə tutulursa,
təsirlik hal mütləq şəkilçi ilə işlədilir və müəyyən təsirlik hal adlanır: Rəhim
kitabı oxuyur.
Əksinə, obyektin məzmununda heç bir müəyyənlik nəzərdə tutulmursa və
qeyri-müəyyənlik ifadə olunursa, həmin hal şəkilçisiz işlənir və qeyri-müəyyən
təsirlik hal adlanır. Məsələn: Rəhim kitab oxudu.
Yönlük hal. Bu hal, bir tərəfdən, iş, hərəkət və əşyanın istiqamətini, digər
tərəfdən, iş, hərəkət və əşyanın çatacağı son nöqtəni bildirir. Yönlük halın şəkli
əlaməti -a (-ə) şəkilçisidir. Məsələn: O kitaba böyük maraqla baxırdı.
Yerlik hal. İsimlərin bu halı, başlıca olaraq, yer məzmunu ifadə edir. Bu halda
işlənən sözlər ya iş, hərəkətin, ya da əşyanın yerini bildirir. Yerlik halın şəkli
əlaməti-da (-də) şəkilçisidir. Məsələn: Qəzetdə maraqlı məqalə dərc edilmişdi.
Çıxışlıq hal. İsmin bu halı həm iş və hərəkətin, həm də əşyanın çıxış nöqtəsini
bildirir. Çıxışlıq halın şəkli əlaməti – dan (-dən) şəkilçisidir.
35) İsim. İsmin mənsubiyyət və kəmiyyət kateqoriyası .
Ad bildirən, kim?, nə?, hara? Suallarından birinə cavab olan sözə isim deyilir.
İsim əsas nitq hissələrindən biridir. İsimlər dildə olan sözlərin ən mühüm bir
qismini təşkil edir. İsimlər bütün varlıqların adlarını bildirən sözlərdən ibarətdir.
İsimlər bizi əhatə edən bütün maddi varlıqların şüurumuzdakı müxtəlif
təzahürlərinin adlarını bildirən sözlərdir. İsmin bir sıra qrammatik kateqoriyalar
vardır ki, bunlar sözlərin bir-birinə bağlanmasında, sözlər arasında əlaqə yarat
maqda çox mühüm rol oynayır. Həmin kateqoriyalar bunlardır:
Kəmiyyət kateqoriyası
Hal kateqoriyası
Mənsubiyyət kateqoriyası
Xəbərlik kateqoriyası
Kəmiyyət kateqoriyası
İsimlərin bu kateqoriyasında onların tək və cəmliyi aiddir. Tək isimlər heç bir
şəkilçi qəbul etmir. Məsələn: təyyarə, geyim, pəncərə və s.
Cəm isimlər -lar (-lər) şəkilçisini isimlər artırmaqla düzəlir. Məsələn: təyyarələr,
geyimlər, pəncərələr və s.
-q, -k ünsürləri isimlərə birləşərək kəmiyyətcə çoxluğunu ifadə edir. Məsələn:
Hamımız əlaçıyıq.
Mənsubiyyət kateqoriyası
Mənsubiyyət kateqoriyası müəyyən şəkilçilər vasitəsilə əmələ gəlir və bu
kateqoriya şəkilçiləri əşya ilə şəxs arasında münasibət yaradır, yəni müəyyən
əşyanın hansı şəxsə mənsub olduğunu bildirir.
Mənim kitabım, ütüm.
Sənin kitabın, ütün
Onun kitabı, ütüsü
Bizim kitabımız, ütümüz
Sizin kitabınız, ütünüz
Onların kitabları, ütüləri

36) Köhnəlmiş sözlər.


Fəal şəkildə istifadəm olunmayan sözlərə köhnəlmiş sözlər deyilir. Köhnəlmiş
söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür. Dildə köhnəlmiş
sözlərin köhnəlmə dərəcələri eyni olmur. Buna görə köhnəlmiş sözləri 2 qismə
bölmək olar: ancaq müasir ədəbi dil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı
ilə ədəbi dildə olub , hazırda yalnız dialekt və şivələrdə işlənir. Məsələn: sayru-
xəstə , andırmaq-xatırlamaq.
B) ümumdil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə ədəbi dildə işlənib
indi isə nə ədəbi dildə, nə də danışıq dilində istifadə olunmayan sözlərdir.
Məsələn: əsən -salamat.
Azərbaycan dilindəki köhnəlmiş sözlər 2 yerə bölünür: tarixizmlər və arxaizmlər.
İfadə etdikləri əşya və hadisə ilə birlikdə köhnəlmiş sözləri şərti olaraq tarixizm
adlandırırıq. Məsələn: yüzbaşı , darğa, divanbəyi və s. Tarixizmlər əsasən
dövlət quruluşu ictimai vasitə və münasibətlərlə bağlı meydana çıxan köhnəlmiş
sözlərdir. Köhnəlmiş sözlərdən tarixizmləri müəyyən edən əsas meyar sözün,
həm də ifadə etdiyi mənanın fəal istifadədən qalmasıdır. Arxaizm geniş
anlayışdır. Buna əsasən arxaizmlərin bir neçə növə bölünür: fonetik, lüğəvi və
qrammatik arxaizmlər. Sözün ifadə etdiyi vahid anlayışla bağlı olan əşya və
hadisənin qalması , lakin ya sözün özünün yada onun ancaq mənasının
köhnəlməsinə lüğəvi arxaizm deyilir. Dildə lüğəvi arxaizmlər , əsasən , bu və ya
başqa anlayışı ifadə edən sözlə bərabər ikinci bir sözün əmələ gəlməsi və
bunların bir –birini sıxışdırması əsasında yaranır . Məsələn, hələ lap qədim
zamanlarda çalıb – oxuyan şəxs mənasını bildirmək üçün dilimizdə ozan sözü
işlənmişdir . Lakin müəyyən vaxtdan sonra bu və ya digər səbəblərlə əlaqədar
aşıq sözü meydana çıxmış və bu söz ozan sözünü istifadədən salmışdır. Lüğəvi
arxaizmlər də 2 yerə bölünür: leksik, semantik arxaizmlər. Əşya və hadisəni
ifadə etməkdən ayrılıb arxaik plana keçən sözlərə leksik arxaizmlər deyilir.
Məsələn: ayıtmaq(demək) ,yazı(çöl) , arı(təmiz). Öz əvvəlki formasını saxlıyıb
ancaq mənası köhnəlmiş sözə semantik arxaizmlər deyilir. Məsələn: keçmişdə
kişi sözü adam, insan mənasında işlənirdi. İndi isə cins mənasında işlənir.

37) Köməkçi nitq hissələri. Bağlayıcı.


Nitq hissələri müstəqil mənasına, morfoloji nə və sintaktik vəzifəsinə görə əsas,
köməkçi, xüsusi və qeyri- müəyyən nitq hissələri olmaqla dörd qrupa ayrılır.
Cümlədə müstəqil bir üzv kimi işlənməyən, ayrılıqda müstəqil lüğəvi mənaya
malik olmayan, heç bir suala cavab verməyən, hərəkət, hadisə, əşya, əlamət və
keyfiyyət bildirməyən sözlərə köməkçi nitq hissələri deyilir. Köməkçi nitq
hissələri mənşə etibarı ilə əsas nitq hissələrindən əmələ gəlmişdir, lakin
müəyyən şərtlərlə onlardan fərqlənir:
Köməkçi nitq hissələri müstəqil mənaya malik deyillər, yalnız qrammatik məna
daşıyırlar. Köməkçi nitq hissələri müstəqil cümlə üzvü olmur. Köməkçi nitq
hissələri heç bir suala cavab vermirlər.
Cümlə üzvləri və cümlələri bir birinə bağlayan köməkçi nitq hissəsinə bağlayıcı
deyilir. Bağlayıcılar cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir.
Bağlayıcıların iki növü var: tabesizlik və tabelilik bağlayıcıları
Tabesizlik bağlayıcıları həmcins üzvlər ilə tabesiz mürəkkəb cümlələrin
tərəflərini bağlayır. Tabesizlik bağlayıcılarının da 6 növü var:
1.Birləşdirmə bağlayıcıları: və, ilə -la bağlayıcıları aiddir. Və bağlayıcısı həmcins
üzvləri həm də tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayır. İlə
bağlayıcısı isə yalnız həmcins üzvləri bir birinə bağlayır. Məsələn: Elə bu vaxt
Ariflə Vəli qapıda göründü. Gün batdı və hava qaraldı.
2.Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə, fəqət aiddir. Bu
bağlayıcılar qarşılaşdırılan iki zidd təsəvvürü bir-birinə bağlayır. Məsələn: Bu
sükut ani idi, lakin çox mənalı idi.
3.Bölüşdürmə bağlayıcıları: ya, və ya, ya da, ya da ki, və ya da ki, ya ki, yaxud,
yaxud da, və yaxud, yaxud ki, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də
bağlayıcılarından ibarətdir. Məsələn: Gah bədənini soyuq tər basır, gah da
hərarət bürüyürdü.
4.İştirak bağlayıcıları: həm, həm də, həm də ki, da, də, hətta, habelə, habelə
də, həmçinin, həmçinin də. Məsələn: O fikrindən çıxmır, hətta gecələr yuxusuna
da girirdi.
5.İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Bu bağlayıcılar mənaya görə inkarlıq
bildirir. Məsələn: Nə bir gələn var, nə yoxlayan var.
6.Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. Bu bağlayıcılar özündən
əvvəl işlənən və izahı lazım olan sözü, söz birləşməsini və ya cümləni
aydınlaşdırmağa xidmət edir. Məsələn: Ana, yəni müqəddəs varlıq bizim
dayağımızdır.
Tabelilik bağlayıcıları. Bu bağlayıcılar ancaq tabeli mürəkkəb cümlələri təşkil
edən baş və budaq cümlələri bir-birinə bağlayır. Tabelilik bağlayıcılarının 5 növü
var.
1.Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Bu bağlayıcılar tabeli mürəkkəb
cümlənin budaq cümləsini müxtəlif cəhətlərdən aydınlaşdırma mənaları ilə
bağlayır. Məsələn: Sənə yaraşmaz ki, onun bunun sözünü danışmaq.
2. Səbəb bağlayıcıları. Bu bağlayıcılar biri digərinə səbəb olan və səbəbə görə
də biri digərinə tabe olan iki cümlə arasında işlənir, onları bir-birinə bağlayır.
Səbəb bildirən bağlayıcılar: çünki, ona görə ki, buna görə ki, onun üçün ki,
bunun üçün ki, ondan ötrü ki, bundan ötrü ki, o səbəbə ki, ona görə, buna görə,
ona görə də, ondan ötrü də, o səbəbə, o səbəbə də, odur ki. Məsələn: Yedikləri
qarınlarını doyurmadı, çünki balalarından ayrı düşmüşdülər.
3.Müqayisə və bənzətmə bağlayıcıları: İki hal-vəziyyəti bir-birinə bənzətmək və
bir-biri ilə müqayisə etmək üçün işlədilir. Buraya necə, necə ki, nə cür, nə cür ki
bağlayıcıları daxildir. Məsələn: Sən də döz, nə cür ki mən dözürəm.
4. Şərt bağlayıcıları: əgər, hərgah, indi ki, madam, madam ki. Bu bağlayıcılar
tabeli mürəkkəb cümlənin şərt budaq cümləsini baş cümləyə bağlamağa xidmət
edir. Məsələn: İndi ki, sənin dilin gəlmir, qoy mən deyim.
5. Güzəşt və qarşılaşdırma bağlayıcıları: Tabeli mürəkkəb cümlənin tərkibindəki
budaq cümləni güzəşt yolu ilə baş cümləyə bağlayır. Bunlar hərçənd, hərçənd
ki, gərçi, əgərçi bağlayıcılarından ibarətdir. Məsələn: Hərçənd bir az tezdir,
amma zərəri yoxdur.

38) Köməkçi nitq hissələri. Ədat .


Nitq hissələri müstəqil mənasına, morfoloji nə və sintaktik vəzifəsinə görə əsas,
köməkçi, xüsusi və qeyri- müəyyən nitq hissələri olmaqla dörd qrupa ayrılır.
Cümlədə müstəqil bir üzv kimi işlənməyən, ayrılıqda müstəqil lüğəvi mənaya
malik olmayan, heç bir suala cavab verməyən, hərəkət, hadisə, əşya, əlamət və
keyfiyyət bildirməyən sözlərə köməkçi nitq hissələri deyilir. Köməkçi nitq
hissələri mənşə etibarı ilə əsas nitq hissələrindən əmələ gəlmişdir, lakin
müəyyən şərtlərlə onlardan fərqlənir: Köməkçi nitq hissələri müstəqil mənaya
malik deyillər, yalnız qrammatik məna daşıyırlar. Köməkçi nitq hissələri
müstəqil cümlə üzvü olmur. Köməkçi nitq hissələri heç bir suala cavab
vermirlər.
Dilimizdə ən çox işlənən nitq hissələrindən biri də ədatlardır. Ədatların nitqdə
rolu çox genişdir. Ədatlar cümlə üzvü olmur, lakin cümləyə müxtəlif məna
incəlikləri verir, fikrin məntiqi qurulmasına kömək edir. Ədatlar müstəqil nitq
hissələrindən törəyib köməkçi nitq hissəsinə, oradan da şəkilçiliyə doğru inkişaf
prosesi keçirməkdə olan bir nitq hissəsidir. Bu cəhətdən ədatları dörd yerə
bölmək olar:
Həm müstəqil nitq hissəsi, həm də ədat kimi işlənənlər
Həm bağlayıcı, həm də ədat kimi işlənənlər
Sabitləşmiş xalis ədatlar
Şəkilçiləşməyə doğru gedən ədatlar
Həm müstəqil nitq hissəsi, həm də ədat kimi işlənənlər
Dilimizdə elə ədatlar vardır ki, onlar ayrılıqda lüğəvi mənaya malik olan və
cümlə üzvü vəzifəsi daşıyan əsas sözlərdən tamamilə təcrid olunub köməkçi
nitq hissəsinə çevrilə bilməmişdir. Məsələn: belə, axır, artıq, tək, təkcə, bax, gəl,
gəlin, qoy, qoyun, gör, görün, görək və s.
Həm bağlayıcı, həm də ədat kimi işlənənlər
Dilimizdə bəzi bağlayıcılar ədatlaşır yəni öz şəklini saxlayıb bağlayıcı
vəzifəsindən ədat vəzifəsinə keçid edir. Bunlara ki, hətta, da, də, ancaq, fəqət
sözlərini aid etmək olar.
Sabitləşmiş xalis ədatlar
Bir vaxtlar müstəqil mənaya malik olub indi ədatlara çevrilmiş sözləri bura aid
etmək olar: lap, axı, məhz, kaş, barı, bəs və s.
Şəkilçiləşməyə doğru gedən ədatlar
Dilimizdə işlənən ədatların bir qismi də şəkilçiləşərək sözə bitişik yazılır. Bunlara
-ca, -cə, -sana, -sənə, -mı, -mi, -mu, -mü ədatları aiddir.
Ədatların mənaca aşağıdakı növləri vardır:
Qüvvətləndirici ədatlar
Dəqiqləşdirici ədatlar
Məhdudlaşdırıcı ədatlar
Sual ədatları
Əmr ədatları
Təsdiq ədatları
İnkar ədatları
Arzu ədatları
Qüvvətləndirici ədatlar
Qüvvətləndirici ədatlar ya cümlə daxilindəki sözlərin, ya söz birləşmələrinin ya
da bütünlüklə cümlənin mənasını qüvvətləndirir. Bu o deməkdir ki, həmin
ədatlar bir sözə, söz birləşməsinə, yaxud bütün cümləyə aid olduqda həmin
sözün, söz birləşməsinin, ya da cümlənin təsir qüvvəsini aid olmadığı sözə və
cümləyə nisbətən artırır və onun daha tez nəzərə çarpmasına kömək edir.
Qüvvətləndirici ədatlar bunlardır: axı, ən, ha, düz, bir,ki, necə, lap, hətta, belə,
elə, artıq, daha, da, də.
Dəqiqləşdirici ədatlar
Dilimizdə işlənən ədatların bir qismi də aid olduqları sözün mənasının dəqiq
müəyyənləşməsinə xidmət edir. Bu ədatlarla işlənən sözün üzərində vurğu olur.
Bu ədatlara elə, məhz, əsl aiddir.
Məhdudlaşdırıcı ədatlar
Bu ədatlar özlərindən sonra gələn sözün ya söz birləşmələrinin, bəzən də bütün
cümlənin mənasını məhdudlaşır. Məhdudlaşdırıcı ədatlara yalnız,ancaq, bir,
bircə, tək, təkcə, elə.
Sual ədatları
Sual ədatları başlıca olaraq sual cümlələrində və cümlənin ümumi məzmununa
aid olan sualın daha da qüvvətlənməsinə kömək edir. Sual ədatı işlənən sual
cümləsindən çox zaman cavab tələb olunur. Sual ədatları aşağıdakılardır: ki,
bəs, məgər, bəyəm, yəni, ha, -mı, -mi, -mu, -mü
Əmr ədatları
Əmr ədatları aid olduqları cümlədə və nitqdə məsləhət, təkid, xəbərdarlıq,
sövqetmə və s. Mənaların yaranmasına kömək edir. Əmr ədatları bunlardır:
bax, gəlin, gələsən, gəlin, di, ha, -sana, -sənə, qoy, qoyun, gör, görün, gərək və
s.
Təsdiq ədatları
Dilimizdə işlənən ədatların bir qismi də cümlədə ifadə olunan fikri təsdiq edir.
Bunlara bəli, ha, aha, bəli də, ədatları aiddir.
İnkar ədatları
Bəzi ədatlar cümlədə ifadə olunan fikri inkar edir. Bunlara yox, xeyr, heç, heç
də ədatları aiddir.
Arzu ədatları
Azərbaycan dilində elə ədatlar var ki, onlar yalnız feli cümlələrdə işlənir və
cümləyə müxtəlif növlü arzu mənaları gətirir. Arzu ədatı işlənən cümlənin
xəbəri felin əmr , ya da arzu şəkli ilə ifadə olunur. Bunlara kaş, kaş ki, təki
ədatları aiddir.

39) Köməkçi nitq hissələri. Qoşma.


Nitq hissələri müstəqil mənasına, morfoloji nə və sintaktik vəzifəsinə görə əsas,
köməkçi, xüsusi və qeyri- müəyyən nitq hissələri olmaqla dörd qrupa ayrılır.
Cümlədə müstəqil bir üzv kimi işlənməyən, ayrılıqda müstəqil lüğəvi mənaya
malik olmayan, heç bir suala cavab verməyən, hərəkət, hadisə, əşya, əlamət və
keyfiyyət bildirməyən sözlərə köməkçi nitq hissələri deyilir. Köməkçi nitq
hissələri mənşə etibarı ilə əsas nitq hissələrindən əmələ gəlmişdir, lakin
müəyyən şərtlərlə onlardan fərqlənir: Köməkçi nitq hissələri müstəqil mənaya
malik deyillər, yalnız qrammatik məna daşıyırlar. Köməkçi nitq hissələri
müstəqil cümlə üzvü olmur. Köməkçi nitq hissələri heç bir suala cavab
vermirlər.
Qoşma ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşularaq
müəyyən məna çaları əmələ gətirir. Qoşmalar qoşulduğu sözlə birlikdə
cümlənin bir üzvü olur.
Birgəlik (ilə), bənzətmə (kimi, tək, qədər), istiqamət (sarı, doğru, qarşı, tərəf),
məsafə (qədər, kim, -dək, -can), zaman (əvvəl, sonra, qabaq, bəri), fərqləndirmə
(qeyri, savayı, başqa, ayrı, özgə), səbəb-məqsəd (üçün, görə, ötrü), aidlik (aid,
dair, haqqında, barəsində), istinad (əsasən).
Qoşmalar ismin halları ilə işlədilməsinə görə müəyyən qruplara bölünür:
Adlıq hala qoşulanlar: üçün, kimi, tək, qədər, ilə.
Yiyəlik hala qoşulanlar: qədər, kimi, tək, üçün, ilə (-la, -lə).
Yönlük hala qoşulanlar: -dək, -can, -cən, tərəf, doğru, qarşı, sarı, görə, əsasən,
qədər, dair, aid, kimi.
Çıxışlıq hala qoşulanlar: sonra, əvvəl, qabaq, bəri, başqa, qeyri, savayı, ayrı,
özgə, ötrü, əlavə.
Qoşmaların digər nitq hissələri ilə omonimliyinə də rast gələ bilirik:
İsim və qoşma: tərəf, qarşı
Sifət, zərf, qoşma: tək, doğru, yaxın, sarı
Zərf və qoşma: sonra, qabaq, əvvəl
Qoşmalar iki cür yazılır:
Ayrı yazılanlar: üçün, kimi, qədər, tərəf, sonra, əvvəl və s.
Bitişik yazılanlar: -can, -ca, -tək, -dək.

40) Köməkçi nitq hissələri. Modal sözlər.


Nitq hissələri müstəqil mənasına, morfoloji nə və sintaktik vəzifəsinə görə əsas,
köməkçi, xüsusi və qeyri- müəyyən nitq hissələri olmaqla dörd qrupa ayrılır.
Cümlədə müstəqil bir üzv kimi işlənməyən, ayrılıqda müstəqil lüğəvi mənaya
malik olmayan, heç bir suala cavab verməyən, hərəkət, hadisə, əşya, əlamət və
keyfiyyət bildirməyən sözlərə köməkçi nitq hissələri deyilir. Köməkçi nitq
hissələri mənşə etibarı ilə əsas nitq hissələrindən əmələ gəlmişdir, lakin
müəyyən şərtlərlə onlardan fərqlənir: Köməkçi nitq hissələri müstəqil mənaya
malik deyillər, yalnız qrammatik məna daşıyırlar. Köməkçi nitq hissələri
müstəqil cümlə üzvü olmur. Köməkçi nitq hissələri heç bir suala cavab
vermirlər.
Modallığın yaranmasına, güclənməsinə, modallığın müxtəlif məna çalarlıqlarına
xidmət edən sözlər modal sözlər adlanır.
Modal sözlərin aşağıdakı məna növləri vardır:
Gerçəkliyə münasibətin dərəcəsini bildirənlər: təbiidir, təbii ki, qaydadır,
əlbəttə, həqiqətən, sözsüz, şəksiz, düzü, təbii ki, şübhəsiz, doğrudan, doğrudan
da, doğrudan-doğraya, heç şübhəsiz ki, doğrusu, gərək ki, yəqin ki, bəlkə, bəlkə
də, güman ki, ehtimal ki, olsun ki, demə, deyəsən, görünür ki, məncə, deyilənə
görə, zənnimcə, məncə, səncə, bizcə, mənə görə, bizə görə.
Cümlədə ifadə olunan fikrə qarşı emosional münasibət bildirənlər: təəssüf ki,
əcəbdir ki, təəccüblüdür ki, hayıf ki, heyf ki, qəribədir, demə və s.
Yekun, nəticə və davamiyyət bildirənlər: deməli, əvvəla, axır ki, müxtəsər,
deməli ki, demək, demək ki, bir sözlə, ümumiyyətlə, beləliklə, beləliklə də,
qısası, yaxşı ki, nəhayət və s.
Bənzətmə və müqayisə bildirənlər: sanki, guya, guya ki, elə bil, elə bil ki,
deyərdim və s.
Sıra, ardıcıllıq bildirən modal sözlər: əvvəla, əvvələn, birincisi, ikincisi,
üçüncüsü və s.
Modal sözlərin cümlədə işlənmə yerləri sərbəstdir, onlar cümlənin əvvəlində,
ortasında və sonunda işlənə bilir.

41) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər. Ara
sözlər.
Cümlənin əsasını təşkil edən üzvlər bir-biri ilə həm məna, həm də qrammatik
cəhətdən bağlı olur. Lakin bəzi vahidlər cümlənin üzvləri ilə yalnız mənaca
bağlanır. Sintaktik əlaqəyə girə bilmir. Buna görə də belə dil vahidləri cümlə
üzvü ola bilmir. Bu qrupa ara sözlər də daxildir.
ARA SÖZLƏR
Ara sözlər danışan və yazanın ifadə etdiyi fikrə münasibətini bildirir və heç bir
suala cavab vermir. Ara sözlərin bir hissəsi nitq hissələrindən və özlərinin ilkin
lüğəvi mənalarından ayrılaraq hal-hazırda ancaq ara sözlər kimi çıxış etmək
qabiliyyətinə malik olmuşdur. Belə sözlər ayrı-ayrı cümlə üzvləri kimi çıxış edə
bilmir və onlar əsas nitq hissələrindən tamamilə ayrılmışdır. Bunlara aid
beləliklə, nəhayət, əlbəttə, təəssüf, heyf, yəqin, bəlkə, güman (ki), guya,
həqiqətən, sanki və s. misallar göstərmək olar. Ara sözlərin ikinci hissəsi
müxtəlif nitq hissələri ilə əlaqə saxlayır. Belə ara sözlərə görünür, demək,
deməli, doğrudur, şübhəsiz, deyəsən, deyirlər, mənə görə, sənə görə, məncə,
səncə, bilirsənmi, bilirsinizmi, məlumdur və s. kimi misallar göstərmək olar. Bu
sözlər cümlədə həm ara sözlər kimi, həm də cümlə üzvləri rolunda çıxış edə
bilir.
Ara sözlər bir sözdən ibarət olduğu kimi, bir neçə sözdən – söz birləşmələrindən
də ibarət olur; bununla əlaqədar olaraq, onları iki yerə bölmək olar: 1) sadə ara
sözlər; 2) mürəkkəb ara sözlər.
Sadə ara sözlər bir sözdən ibarət olur; məsələn: Nina dilləndi: – Demək,
mənimlə getmirsən.
Mürəkkəb ara sözlər isə bir neçə sözdən ibarət olur; məsələn: Sözün doğrusu,
olmaq istəmirəm vicdan oğrusu.
Ara sözlərin aşağıdakı məna növləri var.
Fikrin gerçəklik dərəcəsini göstərən ara sözlər. Ara sözlərin bir qismi daxil
olduğu cümlədəki fikrin həqiqətən olub-olmadığını göstərir: əlbəttə, şübhəsiz,
heç şübhəsiz, həqiqətən, doğrudan, doğrudan-doğruya, yəqin, bəlkə, ehtimal,
ola bilər, deyəsən, görünür, doğrudur, aydındır, güman, guya, təbii, gərək,
mübahisəsiz və s.
Danışanın ifadə olunan fikrə hissi münasibətini bildirən ara sözlər. Bu
münasibət müxtəlif olur. Danışan ara sözlər vasitəsilə cümlədəki fikrə öz
razılığını, təəssüfünü, sevincini, kədərini və s. göstərə bilər: xoşbəxtlikdən,
bədbəxtlikdən, təəssüf, qəribədir, qəribə işdir, heyif, təəccüblüdür və s.
Fikrin mənbəyini göstərən ara sözlər. Belə ara sözlər cümlədə ifadə olunan
fikrin kim tərəfindən deyildiyini, onun, danışanın, özünəmi, yaxud başqasınamı
aid olduğunu, bildirir: məncə, səncə, bizcə, sizcə, mənə görə.., fikrə görə... və s.
Fikrin ifadə tərzini göstərən ara sözlər. Belə ara sözlər nitqin bir şəkildən başqa
şəklə keçməsini, üslub dəyişməsini, fikrin ümumi və ya xüsusi şəkildə
deyilməsini və s. göstərə bilir: bir sözlə, başqa sözlə, doğrusu, daha doğrusu,
düzü, açığı, daha açığı və s.
Danışığın ekspressiv xüsusiyyətini göstərən ara sözlər. Bu qrup ara sözlər
danışığın, nitqin tonunu, emosional gözəlliyini göstərir: öz aramızdır, zarafatsız,
vicdanla, ədalətlə, qəlbən, demək olar ki və s.
Nitqin hissələri arasındakı münasibəti (əlaqəni) göstərən ara sözlər. Bu ara
sözlər cümlədəki bir fikrin başqa fikirlə və ya daha geniş kontekstlə əlaqəsini
göstərir: xüsusən, əsasən, ümumiyyətlə, əksinə, bununla bərabər, bununla
yanaşı, bununla birlikdə, xülasə, birinci, ikinci, əvvəla, demək, beləliklə, bir
tərəfdən, misal üçün,
Dinləyicinin diqqətini cəlb etmək məqsədi ilə işlədilən ara sözlər. Bu qrup ara
sözlər qarşıda duranın, dinləyicinin diqqətini deyiləcək fikrə, cümləyə və ya
cümlənin bir hissəsinə cəlb etmək məqsədi ilə işlədilir: görürsünüzmü, bilsən,
bilirsənmi, inanırsanmı, təsəvvür edirsənmi, təsəvvür et, inanın, inan, tutalım,
bağışla, əgər bilmək istəyirsən, tutaq ki, deyək ki və s.
42) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər.
Xitab.
Cümlənin əsasını təşkil edən üzvlər bir-biri ilə həm məna, həm də qrammatik
cəhətdən bağlı olur. Lakin bəzi vahidlər cümlənin üzvləri ilə yalnız mənaca
bağlanır. Sintaktik əlaqəyə girə bilmir. Buna görə də belə dil vahidləri cümlə
üzvü ola bilmir. Bu qrupa xitablar da daxildir.
Cümlənin üzvləri ilə qrammatik cəhətdən bağlı olmayıb, müraciət məqsədilə
işlənən sözlərə və cümlələrə xitab deyilir. Xitabların işlənilməsində məqsəd
müraciət olunan şəxsin diqqətini cəlb etmək, onu çağırmaq, oyatmaq, hərəkətə
gətirmək, bir işə təhrik etməkdir. Məsələn: Çəkil, cəllad, vətənimdən, çəkil,
çəkil.
Xitablar cümlə üzvləri ilə sintaktik əlaqədə olmadığından cümlənin hər yerində
işlənir və yerindən asılı olaraq lazımi durğu işarələri qoyulur. Xitab cümlənin
əvvəlində gəldikdə ondan sonra, ortasında gəldikdə ondan əvvəl və sonra,
sonda gəldikdə isə ondan əvvəl vergül işarəsi qoyulur.
Xitablarla mübtədanın fərqləri. Xitablar adlıq halda olan isimlərlə, isimləşmiş
nitq hissələri ilə və bir sıra ismi birləşmələrlə ifadə olunmasına görə mübtədaya
oxşayır. Lakin mübtəda ilə xitab arasında aşağıdakı fərqlər vardır:
1. Mübtəda cümlə üzvü olduğu halda, xitab cümlə üzvü hesab olunmur.
2.Mübtəda haqqında danışılanı bildirir, xitab isə müraciət olunanı bildirir.
3.Mübtəda adi intonasiya ilə tələffüz olunur. Xitab isə nisbətən yüksək tonla
tələffüz olunur.
4. Mübtəda kim?, nə?, hara? Sintaktik suallarına cavab verir. Xitab isə sintaktik
suallara cavab vermir.
5.Mübtəda cümlə üzvləri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı
olur. Xitablar isə cümlə üzvləri ilə yalnız mənaca əlaqələnir.
6.Xitab yazıda müəyyən durğu işarələri ilə fərqlənir. Mübtədadan sonra isə
belə işarələrə ehtiyac olmur.
7.Mübtəda, adətən, cümlənin əvvəlində işlənir. Xitab isə cümlə üzvləri ilə
sintaktik əlaqədə olmadığı üçün cümlənin hər yerində işlənə bilir.
8.Mübtədanın ifadə imkanları çox genişdir. Xitabın ifadə imkanları məhduddur
9. Mübtədada forma və məzmun uyğunluğu olur. Xitabda isə forma və məzmun
arasında ziddiyyət olur.

43) Qrammatika. Qrammatikanın növləri.


Sözlərin, söz birləşmələrinin və сümlələrin quruluşunu və dəyişmək qaydalarını
öyrənən dilçilik bölməsi qrammatika adlanır. Qrammatika dilçiliyin bir çox
şöbələrini ümumiləşdirir. Ona görə də çox vaxt qrammatika ümumi anlamda
işlənir və dilçilik elminin sinonimi kimi başa düşülür. Qrammatika sözlərin
dəyişməsi və onların сümlədə birləşməsi qaydalarının məсmusudur.
Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə
bilmək, sözləri сümlədə neсə dəyişdirmək və işlətmək, onları bir-biri ilə neсə
əlaqələndirmək, hansı ardıсıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.
Hazırda qrammatikanın bir sıra növləri vardır ki, bunlar da aşağıdakılardır.
Məktəb qrammatikası. Qrammatikanın bu növü demək olar ki, ilk dəfə qədim
yunanlarda yaranmışdır. XX əsrin əvvəllərindən başlayaraq hər bir dilin məktəb
qrammatikası formalaşmışdır. Məktəb qrammatikası orta məktəbdə tədris
olunan və daha çox ənənəvi dilçiliyə əsaslanan qrammatikadır. Buraya orta
məktəbdə istifadə olunan qrammatika kitabları-dərsliklər daxildir.
Akademik qrammatika. Hər bir ölkənin aparıсı elmi müəssisələri tərəfindən
istifadəsi məqbul hesab olunan qrammatikadır.
Assosiativ qrammatika. Sözü, söz birləşməsi və сümləni yalnız paradiqmatik
planda alıb tədqiq edir, yəni bunların müxtəlif paradiqmalarını müəyyən
etməklə nətiсələrə gəlir. Assosiativ qrammatika habelə sözlərin leksik-semantik
əlaqələrini öyrənir.
Formal qrammatika. Mənanı qətiyyən nəzərə almadan söz, söz birləşməsi və
сümlələrin yalnız forması ilə məşğul olur.
Taksonomik qrammatika. Nitqin morfoloji- sintaktik təhlilini vasitəsiz
iştirakçılar üzrə aparmaqla kifayətlənən qrammatikadır.
Deskriptiv qrammatika. Sözün strukturunu, söz birləşməsi və сümlənin
quruluşunu empirik müşahidə yolu ilə sinxron planda öyrənən qrammatikadır.
Məntiqi qrammatika. Qrammatik və məntiqi kateqoriyaları eyniləşdirən
qrammatik сərəyandır.
Müqayisəli qrammatika. Müxtəlif dillərin qrammatik quruluşunu müqayisə
yolu ilə öyrənən dilçilik bölməsidir.
Nəzəri qrammatika. Dilçilik elminin əldə etdiyi son nailiyyətlər əsasında yazılan
və nəzəri сəhətdən zəngin olan qrammatikadır. Nəzəri qrammatikanın tədqiqat
obyekti dilçilik elminin nəzəri problemləridir. Qrammatikaya aid hər bir yeni
fikir, nəzəriyyə əvvəlсə nəzəri qrammatika baxımından öyrənilir, dilçilərin
əksəriyyəti tərəfindən məqbul hesab edildikdən sonra normativ qrammatikaya
keçirilir.
Normativ qrammatika. Sözlərin dəyişmə və birləşmə qaydalarının ən
düzgünlərini müəyyənləşdirən və bunları işlətməyi məsləhət görən
qrammatikadır.
Sintaqmatik qrammatika. Söz birləşmələrini və сümlələri nitq ünsürləri hesab
etməklə, onların quruluşunu öyrənən qrammatikadır.
Sinxronik qrammatika. Dilin müasir vəziyyətini əks etdirən qrammatikadır.
Tarixi qrammatika. Dilin tarixi vəziyyətini öyrənən qrammatikadır.
Ümumi qrammatika. Buna universal qrammatika da deyilir. Bu qrammatika bir
neçə dilin qrammatikasını öyrənir. Ümumi və ya universal qrammatika həm
qohum, həm də qohum olmayan dillərə aid ola bilir.
Fəlsəfi qrammatika. Dildəki qrammatik kateqoriyaların fəlsəfi əsaslarını
öyrənir. Burada dilin təfəkkürlə olan əlaqəsinə də geniş yer verilir. Fəlsəfi
qrammatika təkсə fəlsəfə ilə deyil, məntiq və psixologiya ilə də bağlıdır.

44) Leksikoqrafiya. Lüğətlər və onların növləri.


Lüğətlərin növləri, quruluşu, tərtib prinsiplərinin nəzəri əsasları və digər
xüsusiyyətlərindən bəhs edən şöbə dilçilikdə leksikoqrafiya adlanır.
Leksikoqrafiya öz tədqiq obyektinin həm nəzəri, həm də praktik məsələlərini
əhatə edir. Lüğət küll halında müxtəlif qrup dil vahidlərinin və məfhumların
müəyyən qaydada düzülüb bu və ya digər cəhətdən şərh olunduğu əsərdir.
Tarixən hər bir lüğət xalqın mədəni inkişaf və tələbatı əsasında meydana
çıxmışdır. Lüğət tərtibi çox çətin və mürəkkəb işdir. Buna görə də mövcud
mükəmməl lüğətlər uzun illər boyu gərgin əməyin məhsulu kimi əmələ
gəlmişdir. Lüğətçilik qədim tarixə malikdir. Belə ki, lüğət tərtibi ilə hələ bizim
eradan əvvəl məşğul olmuşlar. İlk lüğətlər heç də bu gün istifadə olunan
lüğətlər deyildir. İnsan fəaliyyətinin bu sahəsində də təcrübələr
ümumiləşdirilmiş və təkmilləşdirilmə aparılmışdır. Sözün düzgün yazılışını,
düzgün tələffüzünü bilmək üçün lüğətlərdən geniş istifadə edilir. Bundan başqa,
hər bir xalqın tarixini, onun əsrlər boyu keçib gəldiyi inkişaf yollarını
öyrənməkdə də lüğətlərin böyük əhəmiyyəti vardır.
Lüğətlər məzmun və xarakterinə görə iki böyük hissəyə bölünür: a) ensiklopedik
lüğətlər, b) linqvistik lüğətlər.
Ensiklopedik lüğətlərdə əşya, hadisə, yaxud anlayış hərtərəfli aydınlaşdırılır.
Həmçinin burada ölkələr, onların sahəsi, əhalisi, elmi, mədəniyyəti, sənayesi,
xalq təsərrüfatı haqqında məlumat verilir. Belə lüğətlərdə şəxsiyyətlərin həyat
və fəaliyyətlərinə dair də qeydlər olur. Ensiklopedik lüğətlərin çoxunda ayrı-ayrı
şəxs, anlayış və əşyaların izahı ilə yanaşı, onlara aid şəkillərdən də istifadə
olunur. Ensiklopediyalar əhatə etdiyi məlumata görə iki növə bölünür:
a)universal ensiklopediyalar, b) sahə ensiklopediyaları.
Universal ensiklopediyalar. Bu növ ensiklopediyalar elmin bütün sahələrinə və
praktik fəaliyyətə dair sistemli məlumat verir.
Sahə ensiklopediyaları. Bu növ ensiklopediyalarda elmin bu və ya başqa bir
sahəsinə dair məlumat əhatə olunur.
Linqvistik lüğətlərdə əsas obyekt sözlərdir. Burada söz və ifadənin mənşəyi,
inkişafı, qrammatik xarakteri, nitqdə işlənməsi aydınlaşdırılır. Həmçinin sözün
leksik mənası və məna çalarları izah edilir. Linqvistik lüğətlərin bir neçə növü
vardır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:
1. Tərcümə lüğəti
2. İzahlı lüğət
3. Omonimlər lüğəti
4. Sinonimlər lüğəti
5. Frazeoloji lüğət
6. Dialektoloji lüğət
7. Terminoloji lüğət
8. Etimoloji lüğət
9. Tarixi lüğət
10. Əcnəbi sözlər lüğəti
11. Onomastik lüğət...
Lüğətlərin bu növlərindən indiyədək Azərbaycanda tərcümə, terminoloji, izahlı,
əcnəbi sözlər, dialektoloji, frazeoloji, omonimlər lüğətləri yaradılmışdır.

45) Leksikoqrafiya. Lüğətlərin tərtibi prinsipləri.


Lüğətlərin növləri, quruluşu, tərtib prinsiplərinin nəzəri əsasları və digər
xüsusiyyətlərindən bəhs edən şöbə dilçilikdə leksikoqrafiya adlanır.
Leksikoqrafiya öz tədqiq obyektinin həm nəzəri, həm də praktik məsələlərini
əhatə edir. Lüğət küll halında müxtəlif qrup dil vahidlərinin və məfhumların
müəyyən qaydada düzülüb bu və ya digər cəhətdən şərh olunduğu əsərdir.
Tarixən hər bir lüğət xalqın mədəni inkişaf və tələbatı əsasında meydana
çıxmışdır. Lüğət tərtibi çox çətin və mürəkkəb işdir. Buna görə də mövcud
mükəmməl lüğətlər uzun illər boyu gərgin əməyin məhsulu kimi əmələ
gəlmişdir. Lüğətçilik qədim tarixə malikdir. Belə ki, lüğət tərtibi ilə hələ bizim
eradan əvvəl məşğul olmuşlar. İlk lüğətlər heç də bu gün istifadə olunan
lüğətlər deyildir. İnsan fəaliyyətinin bu sahəsində də təcrübələr
ümumiləşdirilmiş və təkmilləşdirilmə aparılmışdır. Sözün düzgün yazılışını,
düzgün tələffüzünü bilmək üçün lüğətlərdən geniş istifadə edilir. Bundan başqa,
hər bir xalqın tarixini, onun əsrlər boyu keçib gəldiyi inkişaf yollarını
öyrənməkdə də lüğətlərin böyük əhəmiyyəti vardır.
Lüğətlərin tərtibində iki üsuldan geniş istifadə olunur. Bunlardan biri yuva,
digəri isə əlifba üsuludur.
Yuva üsulu. Lüğətdə eyni kökdən olan sözlərin bir baş söz ətrafında izah
olunmasına yuva üsulu deyilir. Bu üsulla tərtib olunan lüğətlərin həm mənfi,
həm də müsbət cəhətləri vardır. Sözlərin qohumluğunu müəyyən etməkdə
tədqiqatçıya kömək etməsi bu lüğətin müsbət cəhətidir. Lakin oxucunun
lüğətdən istifadə etməsini çətinləşdirməsi isə onun mənfi tərəfidir. Oxucu
müəyyən sözü tapmaq üçün saatlarla belə lüğətin üzərində əməliyyat aparmalı
olur.
Əlifba üsulu. Dildəki söz və ifadələrin lüğətdə əlifba sırası ilə düzülüb şərh
olunması əlifba üsulu adlanır. Hazırda, demək olar ki, lüğətlərin əksəriyyətinin
tərtibində əlifba üsulundan istifadə olunur, orada hər bir söz əlifbaya əsasən
yerləşdirilir.
46) Loru sözlər, tabu, evfemizmlər.
LORU SÖZLƏR
Dildə ifadə etdiyi mənasına görə nisbətən elvarı, saya xarakterli olan söz qrupu
da vardır ki, bunlar loru sözlər adlanır. Məsələn: ləlimək (yalvarmaq), qanmaq
(anlamaq), dartmaq (çəkmək), yollamaq (göndərmək), baldır (qıç), əkilmək
(getmək) və s.
Loru sözlər, çox güman ki, öz yerlilik xüsusiyyətlərini get-gedə itirmiş olan
dialekt ünsürləridir. Loru sözlə dialekt sözü arasındakı əsas fərq ondan ibarətdir
ki, birinci qrup sözləri, yəni loru sözləri hamı başa düşür, leksik dialektizmlər isə
ancaq müəyyən qrup yerli əhali tərəfindən işlədilir. Loru sözlərdən də bədii
əsərlərin dilində hadisəni real və canlı təsvir etmək, surətin nitqini
fərdiləşdirmək və s. məqsədlər üçün istifadə olunur.
TABU SÖZLƏR
Tabu , etnoqrafik anlayışdır. Lakin bu, eyni zamanda dilə də aiddir. Tabu ictimai
həyatın müəyyən inkişaf mərhələsində qadağan bildirilən söz və ifadələrdir.
İctimai inkişafın ilk mərhələlərində tabular daha çox mifoloji inamlarla bağlı
yaranmışdır.
Əşya ilə onun adını eyniləşdirən ibtidai insanın təsəvvürünə görə, müəyyən bir
varlığın adını bilməklə ona hakim olmaq olar. Ona görə də müxtəlif əşya və
şəxslərin adlarının gizlədilməsi, onların başqa bir şərti adla adlandırılması
müxtəlif dillərdə geniş istifadə edilən hadisələrdəndir. Tabu sözlər sırasına
qorxunc dini-mifoloji anlayışların adlarını bildirən cin, şeytan, iblis, xortdan kimi
sözlər daxildir. Dildə bir sıra sözlər də vardır ki, onların ictimai yelərdə
işlədilməsi münasib sayılmır. Deməli, belə sözlər tabu sözlər qrupuna daxildir.
Tabulardan bədii ədəbiyyatda və incəsənətin digər sahələrində zaman və
məkandan asılı olaraq müxtəlif məqsədlərlə istifadə edilir.
EVFEMİZM
Dildə tabu sözləri əvəz etmək üçün işlədilən sözlər evfemizm adlandırılır.
Evfemizmlər tabu sözlərin mənasını yumşaltmaq, onları nəzakətli etmək
mənasında olduğundan və eyni məfhumu əks qütbdən, yumşaldılmış şəkildə
ifadə etdiyindən, bir növ, tabular antonim sayılır. Buna görə də belə hesab edilir
ki, tabular inkişafın ilk pillələri ilə bağlı yaranmışsa, evfemizm bir qədər sonrakı
hadisədir, cəmiyyətin yüksək inkişaf pilləsi ilə bağlıdır. Pəltək əvəzinə dilişirin;
ölmək əvəzinə vəfat etmək; qocalmaq əvəzinə saqqalına dən düşmək, yaşa
dolmaq; ilan əvəzinə lənətə gəlmiş; canavar əvəzinə ağzıqara və s. evfemizmdir.

47) Məcazların növləri. Metafor, metonimiya və sinekdoxa.


Sözlərin məcazi mənada işlənməsi müxtəlif şəkildə ola bilir. Başqa dillərdə
olduğu kimi, Azərbaycan ədəbi dilində də məcazların aşağıdakı əsas növləri
vardır: metafor, metonimiya, sinekdoxa
Metafor
Əşya və hadisələrin oxşarlığı əsasında yaranan məcazlara metafor deyilir.
Məsələn:
Səhərdir... Darayır saçlarını gün,
Tərləyir Qafqazın qarlı dağları.
Bu misalda günün saçlarını daraması, dağların tərləməsi metafordur. Çünki
günün saçları yoxdur, dağ da tərləməyə qabil deyildir. Bunun ikisi də canlılara
məxsus əlamətlərdir. Metaforda bu və ya digər əşyanın rəngi, forması,
xarakteri, hərəkəti və s. oxşar cəhətləri götürülüb başqasına aid edilə bilir.
Məcazların digər növünə nisbətən dildə metaforlara daha çox təsadüf edilir.
Bunlardan xüsusən bədii ədəbiyyatda geniş istifadə olunur. Metaforlar
vasitəsilə bədii ədəbiyyatın dilində yüksək obrazlılıq yaradılır, bu və ya başqa
hadisənin, əşyanın xüsusiyyətləri daha aydın və təsirli ifadə edilir. Metaforlar
ümumi və xüsusi olur. Ümumi dildə işlənən və hamının istifadə etdiyi
metaforlar ümumi adlanır. Şair və yazıçının öz fərdi üslubuna müvafiq yaratdığı
metaforlara isə xüsusi metaforlar deyilir. Böyük sənətkarların yaradıcılığında
xüsusi metaforlara çox təsadüf olunur.
Metonimiya.
İki və daha artıq əşyanın yaxınlığı, əlaqəsi əsasında yaranan məcazlara
metonimiya deyilir. Məsələn: Mən Füzulini oxudum.
Bu misalda “Füzulinin əsərlərini oxudum” fikri ifadə olunmuşdur.
Deməli, metonimiyanın metafordan fərqi ondadır ki, metaforda oxşarlıq,
metonimiyada isə əlaqəlilik əsas götürülür. Metonimiyadan bədii ədəbiyyatda
da geniş istifadə olunur.
Sinekdoxa.
Bir sözün başqa sözlə birlikdə ifadə etdiyi mənanı təklikdə ifadə edə bilməsinə
sinekdoxa deyilir. Məsələn: Zəkalı adamlar tarix boyu yaşayır cümləsini
götürək. Bu cümlədəki zəkalı adam birləşməsi ağıllı adam, istedadlı adam,
məşhur adam və s. mənaları bildirir. Lakin bəzən zəkalı adam mənası təkcə zəka
sözü vasitəsilə də ifadə olunur. Məsələn: Böyük zəkalar tarixdə az-az yaranır.
Bu cümlədəki zəkalar sözü sinekdoxadır. Dilimizdə sinekdoxanın çox müxtəlif
şəkilləri vardır və bundan həm ədəbi dildə, həm də danışıq dilində geniş istifadə
olunur.

48) Mətn sintaksisi. Makro və mikro mətnlər. Sintaktik bütövlər.


Sintaktik bütöv – əlaqəli nitqin (mətnin) cümlədən böyük elə bir bitkin mənalı
parçasıdır ki, onu bir daha bitkin mənalı mətnlərə ayırmaq olmaz. Bu cəhətdən
sintaktik bütövlər morfemləri xatırladır. Morfem dilin bir daha mənalı vahidlərə
parçalana bilməyən ən kiçik mənalı vahidləri olduğu kimi, sintaktik bütövlər də
mətnin bir daha bitkin mənalı mətnlərə bölünə bilməyən ən kiçik mənalı
parçasıdır.
Mürəkkəb sintaktik bütöv-mətn dilçiliyin geniş sahələrindən biridir. Mürəkkəb
sintaktik bütövləri- mətni öyrənən dilçilik şöbəsi mətn dilçiliyi adlanır.
Ədəbi-bədii mətn struktur-məna bütövlüyünə malik olmaqla makro və mikro-
mətnə bölünür. Makro-mətn struktur-məna bütövlüyü baxımından həcmli bir
əsərdir. Daha doğrusu, əsərin həcmidir. Makro-mətndə əsərin məzmunu
həcmindən asılı olma araq özü uzunluğunda olan vahid bir cümlədir.
Mikro-mətn makro-mətnin tərkib hissəsidir. Dilçilikdə mikro mətn anlayışı
“mürəkkəb sintaktik bütöv”, “period”, “diskurs”, “abzas”, “frazafövqü vahid”
terminləri ilə də ifadə olunur. Ancaq bu terminlər anlamlarına görə bir-birindən
fərqləndirilir. Bunlardan tekst termini struktur-semantik cəhətdən cümlədən
yüksəkdə dayanır. Cümlə də, tekst də sintaksisdə öyrənilsə da, tekst cümlədən
daha yüksək yarusdur. Tekstə emik tekst və etik tekst deyə ikk istiqamətdə
yanaşılır. Emik tekst dil, etik tekst nitq səviyyəsinə aiddir.

49) Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr arasında məna


əlaqələri (səbəb-nəticə və bölüşdürmə )
Mürəkkəb cümlə haqqında ümumi məlumat. İki və daha artıq sadə
cümlənin məna və qrammatik cəhətdən bütöv bir tam halda birləşməsindən
əmələ gələn cümləyə mürəkkəb cümlə deyilir. Sadə cümlənin bir predikativ
mərkəzi olduğu halda, mürəkkəb cümlənin iki və daha artıq predikativ
mərkəzi olur. Yəni sadə cümlənin bir qrammatik asası, mürəkkəb cümlənin
iki və daha artıq qrammatik əsası olur. Mürəkkəb cümlə də sadə cümlə kimi
vahid intonasiya ilə tələffüz edilir. Mürəkkəb cümlələr də sadə cümlələr kimi
bitmiş bir fikri ifadə edir. Mürəkkəb cümlə sadə cümlə ilə müqayisədə bizi
əhatə edən obyektiv varlığa məxsus daha mürəkkəb hadisələri əhatə edir və
buna görə də insan nitqinin daha sonralar yaranmış, daha yüksək ifadəçisi
kimi meydana çıxır. Mürəkkəb cümlə tərkib hissələrinin asılılıq dərəcəsinə
görə iki növə ayrılır:
1. Tabesiz mürəkkəb cümlələr. 2. Tabeli mürəkkəb cümlələr.
İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər
hüquq əsasında tabesizlik yolu ilə vahid bir tam kimi birləşməsi nəticəsində
əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələri.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında aşağıdakı məna
əlaqələri var:
Birləşdirmə-sadalama əlaqəsi
Səbəb-nəticə əlaqəsi
Aydınlaşdırma əlaqəsi
Qarşılaşdırma əlaqəsi
Bölüşdürmə əlaqəsi
Qoşulma əlaqəsi
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr. Səbəb nəticə əlaqəli
tabesiz mürəkkəb cümlələr iki tərkib hissədən ibarət olur: birincisi səbəbi,
ikincisi nəticəni bildirir. Məsələn: Nə əkirəmsə bitmir, toxum batır,
zəhmətim hədər gedir. Birdən motor susdu, çarxlar dayandı.
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin komponentlərindən
əvvəlincisi səbəbi, sonrakı komponent isə nəticəni bildirir. Cümlədəki
komponentlərin bu cür sıralanmasını pozmaq mümkün deyildir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr. Bölüşdürmə əlaqəli tabesiz
mürəkkəb cümlələr iki və daha artıq tərkib hissədən ibarət olur. Tərkib
hissələrindəki fikirlər, iş və hadisələr ya növbə ilə bir-birini əvəz edir, yaxud
da iki və daha artıq işdən yalnız birinin mövcud olduğu qeyd edilir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ya, ya da,
yaxud da, və yaxud da, və yaxud da ki, gah, gah da, gah da ki, və gah da, gah
da ki bağlayıcıları vasitəsilə əlaqələnir. Məsələn: Ya zaman hər şeyi öz yerinə
qoyacaq, ya da hər şey təsadüfən özü düzələcək.

50) Mütləq və nisbi sinonimlər. Dubletlər.


Sinonimlər yazılışca fərqli, mənaca yaxın sözlərdir. Məsələn: ürək-qəlb-
könül.
Dilin lüğət tərkibində mənaca bir-birinin tam eynini təşkil edən sözlər də
vardır. Məsələn, aktiv və fəal sözlərini götürək. Azərbaycan dilində bunların
nə məna, nə də üslubi cəhətdən fərqi var. Belə sözlər leksik dubletlər
adlanır. Leksik dublet təşkil edən sözlərin birini hər zaman digərinin yerində
işlətmək olur. Belə halda nə məna, nə də üslubi çatışmazlıq yaranır.
Leksik dubletlər, əsasən, aşağıdakı şəraitdə meydana çıxır:
Başqa dildən lüzumsuz olaraq söz götürəndə; Məsələn: səksən – həştad və s.
Bunlardan birinci sırada duran xalis Azərbaycan sözüdür. İkinci söz isə fars
dilindən alınmışdır, bu da eyni anlayışı ifadə edir.
İki müxtəlif dildən eynimənalı söz alanda; məsələn: abstrakt – mücərrəd,
termin – istilah və s.
Bunlardan abstrakt və termin sözləri latın dilindən, mücərrəd və istilah
sözləri isə ərəb dilindən keçmədir. Leksik dubletlərin əhəmiyyəti ancaq
ondan ibarətdir ki, bunlar nitqdə forma etibarı ilə eyni sözləri təkrar
etməmək üçün imkan yaradır. Lakin məna etibarı ilə leksik dubletlərdən
istifadə dildə faydalı deyildir. Çünki bunlar nitqi ağırlaşdırır.

51) Neologizmlər və onların yaranması.


Dildə təzəcə yaranan, yaxud da dilə yenicə daxil olan sözlərə neologizm
deyilir. Neologizm hadisəsi arxaizmin tam əksini təşkil edir. Dilin lüğət
tərkibinə müxtəlif dövrlərdən başlayaraq daxil olan yeni sözlər həmişə
neologizm olaraq qalmır. Bunlar zaman keçdikcə işlənmə məqamından, nə
vaxt meydana çıxmasından, anlaşılma dərəcəsindən asılı olaraq get-gedə
dəyişilir. Buna görə də yeni söz, təzə söz anlayışları nisbi və şərti götürülərək
dövrlərlə əlaqədar olan hadisə kimi başa düşülür. Dildə yeni sözün
neologizm hesab edilməsinin əsas meyarı onun daxil olduğu dövrdəki işlək
sözlərdən fərqlənməsi, təzəlik əlamətini saxlaması, yenilik çalarlığını əks
etdirən üslubi keyfiyyətini mühafizə etməsidir.
Neologizmlər istehsalatın, elmin, mədəniyyətin inkişafı ilə əlaqədar olaraq
yeni yaranmış anlayışı, hadisə və keyfiyyətləri bildirmək üçün əmələ gəlir.
Neologizmlərin yaranmasında elmin rolu xüsusilə böyükdür. Müxtəlif
sahələrə dair zəngin neologizmlərin əmələ gəlməsi sosializm cəmiyyəti üçün
daha çox xarakterik olan hadisə idi. Çünki sosializm əlamətdar hadisələr,
böyük kəşflər dövrü idi. Orada yaranan hər bir yenilik, bütün ixtiralar isə söz
vasitəsilə öz əksini dildə tapırdı. Elə buna görə də sovet dövründə
Azərbaycan ədəbi dilinin lüğət tərkibinə müxtəlif sahələrə dair yüzlərlə
neologizm daxil olmuşdur. Bu neologizmlər iki mənbədən – birincisi, öz
dilimizin daxili imkanları əsasında (azadlıq, yeddiillik, solçuluq, bərabərlik və
s.), ikinci isə başqa dillərdən söz almaq əsasında (sosializm, marşal, kapitan,
direktor və s.) yaranmışdır.

52) Nitq hissələrinin təsnifi prinsipləri.


Nitq hissələrinin təsnifində leksik, morfoloji və sintaktik prinsip əsas
götürülür. Leksik prinsipdə sözün mənası, morfoloji prinsipdə sözlərin
morfoloji formaları, sintaktik vəzifələri başa düşülür. Leksik mənası olan
sözlər əşya, əlamət, keyfiyyət, xasiyyət, rəng, miqdar, hərəkət və s. məna
qruplarında ümumiləşməklə leksik prinsipin tələblərinə cavab verirlər.
Məsələn; kitab, dəftər əşya məna qrupuna, yaxşı, pis əlamət və keyfiyyət,
ağ, qara rəng, üç, beş miqdar məna qrupuna aid edilir.
Morfoloji prinsip sözün morfologiyadaki kateqoriyalar üzrə dəyişməsi ilə
bağlıdır. Morfologiyada sözlər aid olduqları nitq hissələrinə məxsus
kateqoriyaların morfoloji göstəricisini qəbul edərək dəyişirlər. Məsələn
isimlər hallanır, sifətlər dərəcə şəkilçiləri qəbul edir, feillər zamana, şəxsə və
kəmiyyətə görə dəyişir və s. Morfoloji prinsip leksik prinsipə nisbətən daha
konkretdir.
Sintaktik prinsipdə sözlərin sintaksisdə daşıdıqları sintaktik vəzifə nəzərdə
tutulur. Deməli, nitq hissələrinin müəyyənləşməsində bəzən üç prinsipdən
biri aparıcı mövqedə ola bilir. Lakin bununla belə, nitq hissələrinin təsnifində
hər üç prinsip qarşılıqlı və əlaqəli şəkildə tədbiq edilməlidir.

53) Nitqin fonetik parçaları. Heca.


Nitqin parçaları çox zəngin və rəngarəngdir. Onları bir-birinə bağlayan həm
qrammatik, həm də məna əlaqəsi mövcuddur. Əgər bunlar bir-birini
tamamlamasa, onda səsdən heca, hecadan söz, sözdən söz birləşməsi və söz
birləşməsindən cümlə yarana bilməz. Səslər hecanı, hecalar sözü, sözlər söz
birləşməsini, söz birləşməsi cümləni yaratdığı kimi, cümlənin özü də müəyyən
komponentlərə parçalanır: yəni cümlə söz birləşməsinə, söz birləşməsi sözə, söz
hecaya, heca səsə parçalanır. Nitqin bu komponentləri bir-biri ilə təkcə
qrammatik cəhətdən deyil, həm də müəyyən fasilələrlə, zərbələrlə seçilir.
Fasilələrin bəziləri yazıdakı vergül, nöqtə işarələrinə (durğu işarələrinə) uyğun
gəlsə də, bir qismi isə qeyd olunan işarələrə uyğun gəlmir. Nitq zəncirinin
parçaları müəyyən halqalara, hissələrə bölünür. Bu həlqələr, hissələr yuxarıda
qeyd olunduğu kimi, bəzən durğu işarələri ilə, bəzən isə zərbə və fasilələrlə
ayrılır. Bütün bunları nəzərə alaraq nitqin fonetik parçalarına belə bir tərif
vermək olar: Fonetik əsasda formalaşan nitq zəncirinin müxtəlif dərəcəli zərbə
və fasilələrlə ayrılan həlqələri nitqin fonetik parçaları adlanır.
Danışıq zamanı tələffüz olunan bu və ya başqa bir söz asanlıqla hissələrə
bölünür. Tələffüz edilərkən sözün bu cür parçalanan hissələrinə heca deyilir;
Məsələn: yol-daş, jur-nal, əs-gər və s. Bir sıra başqa dillərdə olduğu kimi,
Azərbaycan dilində də heca sait səslərlə düzəlir. Buna görə də hər bir sözdə
saitin miqdarı qədər heca olur. Nitqin hissəciyi adlanan heca bir və ya bir neçə
səsdən ibarət ola bilir.
Hecaların növləri
Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. Bunlardan
bəzilərinin sonu sait, bəzilərininki isə samitlə bitir. Bundan əlavə, bəzi hecalar
saitlə və bəziləri isə samitlə başlanır. Bu xüsusiyyətlərinə görə hecalar dörd yerə
bölünür:
1) açıq hecalar,
2) qapalı hecalar,
3) örtülü hecalar,
4) örtüsüz hecalar.
Sonu saitlə bitən hecalara açıq heca deyilir. Məsələn: a+na,qa+pı və s.
Sonu samitlə bitən hecalara qapalı heca deyilir. Məsələn: in+san, iclas, ul+duz,
oğ+lan və s.
Samitlə başlanan hecaya örtülü heca deyilir. Məsələn: kü+rək,gü+nəş,ba+lıq və
s.
Saitlə başlanan hecaya örtüsüz heca deyilir. Məsələn: ağ, üz, al, ot, at...

54) Say.
Say əsas nitq hissələri sırasına daxildir. “Neçə?”, “nə qədər?”, “neçənci?”
suallarından birinə cavab verir. Sayları mənasına görə indiyədək daha çox
aşağıdakı kimi təsnif etmişlər: miqdar, sıra, kəsr və qeyri-müəyyən saylar. Say
əşyanın miqdarını və ya sırasını bildirir. Müasir Azərbaycan dilində sayları
mənaca iki böyük qrupa ayırmaq olar: 1) miqdar sayları; 2) sıra sayları.
Miqdar sayları
Miqdar sayları dörd cür olur: a) müəyyən miqdar sayları; b) təqribi miqdar
sayları; c) kəsr sayları; ç) qeyri-müəyyən miqdar sayları. Miqdar sayları neçə? Nə
qədər? Suallarına cavab verir.
Müəyyən miqdar sayları. Müəyyən miqdar sayları bütün say növlərinin (qeyri-
müəyyən miqdar saylarını çıxmaqla) əsasını təşkil edir. Bu saylar quruluşca sadə
və mürəkkəb olur. Bir sözlə ifadə olunan saylar sadə: beş, on, qırx, yüz, min; iki
və daha artıq sözlə ifadə olunanlar isə mürəkkəb say adlanır: on beş, yüz on
beş, dörd yüz on beş.
Təqribi miqdar sayları. Müxtəlif miqdar sayları yanaşı işlədilərək müəyyən
miqdar yox, təqribi miqdar bildirir: üç-dörd, dörd beş, beş-altı və s. Təqribi
miqdar sayları, göründüyü kimi, müəyyən miqdar saylarının kiçik vahiddən
böyük vahidə doğru ardıcıl sıralanması ilə yaranır. Əks sıralanma nadir hallarda
mümkündür. Məsələn: Beş-üç adamın küncdə-bucaqda pıçıldaması hələ
camaatın narazı qalması demək deyildir.
Kəsr sayları. Bu saylar müəyyən miqdarın bir hissəsini bildirir. Bunlar da
müəyyən miqdar saylarından əmələ gəlir. Lakin həm şəkil, həm də mənaca
onlardan fərqli olduqları üçün miqdar sayının ayrıca bir növü kimi nəzərdən
keçirmək məqsədəuyğundur. Kəsr saylarını əmələ gətirmək üçün bütövü
bildirən bir sayla hissəni bildirən başqa bir sayın birgə işlənməsi lazımdır.
Bütövü bildirən say öz şəklini dəyişir, hissə bildirən say isə heç bir dəyişikliyə
uğramır; yəni bütövü bildirən say ya -dan (-dən), ya da -da (-də)şəkilçiləri ilə,
hissə bildirən say isə şəkilçisiz işlənir: üçdən bir, yaxud üçdə bir, beşdən üç,
yaxud beşdə üç və s.
Qeyri-müəyyən miqdar sayları. Azərbaycan dilində qeyri-müəyyən miqdar
sayları, əsasən, az, çox, xeyli sözlərindən ibarətdir. Qeyri-müəyyən kəmiyyət
bildirən sözlərin aşağıdakı vəzifələri vardır:
Bütün qeyri-müəyyən kəmiyyət bildirən sözlər əşyanın qeyri müəyyən miqdarını
bildirir. Məsələn: çox kitab, az kitab, xeyli kitab.
İş və hərəkət bildirən sözlərin (fellərin) qarşısında miqdar zərfi olur: çox danışdı,
az danışdı, xeyli danışdı;
Sifətlərin qarşısında onların təyinlik dərəcəsini artırıb, azalda bildiyi kimi,
zərflərin qarşısında da əlamətin miqdarını və dərəcəsini göstərir: çox yaxşı,
olduqca yaxşı, xeyli yaxşı.
Bir sözü çox, az, xeyli sözləri ilə işlənərək qeyri-müəyyənlik məzmununu daha
da artırır: bir çox, bir az, bir xeyli.
SIRA SAYLARI
Sıra sayları mənşə etibarilə müəyyən miqdar saylarından əmələ gəlmişdir.
Miqdar sayları heç bir şəkilçi qəbul etmədən müəyyən kəmiyyət ifadə edə
bildiyi halda, sıra sayları xüsusi şəkilçi vasitəsilə sıra və ya dərəcə məzmunu
ifadə edir. Sıra saylarının şəkli əlaməti -incı (-inci, -uncu, -üncü, -ncı, -nci)
şəkilçisidir: birinci, ikinci, üçüncü, dördüncü və s.

55) Semasiologiya. Omonimlər və çoxmənalı sözlər.


Nitqdə işlənən hər bir dil vahidi vacib və zəruridir. Bunların hər biri müəyyən
məna daşıyır. Dilin ümumi semantikasında müəyyən qanunauyğunluqlar vardır.
Burada ayrı-ayrı cəhətlərlə bağlı bir neçə sistem olur. Dilin semantika
sahəsindəki həmin sistemlərin cəmi onun ümumi semantik sistemini təşkil edir.
Dilin semantik sistemindən bəhs edən dilçilik şöbəsi isə semasiologiya adlanır.
Semantikanı söz və ifadələrin məcmusu, semasiologiyanı isə məna haqqında
elmi təlim kimi başa düşmək lazımdır. Semasiologiya mənşəcə yunan sözüdür.
Dilimizin semantik sisteminin öyrənilməsi sahəsində Azərbaycan dilçiliyinin
qarşısında böyük vəzifələr durur. Hər şeydən əvvəl, semasioloji tədqiqat
sahəsində başlıca olaraq aşağıdakı məsələlər şərh edilməlidir:
Söz və ifadələrin məna cəhətlərini aydınlaşdırmaq.
Söz və ifadələrin məna növlərini tədqiq etmək.
Söz və ifadələrin məna qruplarını və bunların əmələ gəlmə, inkişafetmə
xüsusiyyətlərini öyrənmək.
Söz və ifadələrin mənalarının dəyişmə səbəblərini müəyyənləşdirmək.
Dildəki bütün semantik hadisələri şərh etmək
Dildəki sözlər ifadə etdikləri mənanın kəmiyyət və dərəcəsinə görə eyni olmur.
Belə ki, bəzi sözlər bir, bəzi sözlər isə bir necə məna ifadə edir. Buna əsasən,
dilin leksik-semantik sistemində təkmənalılıq və çoxmənalılıq hadisəsi yaranır.
Sözlərin çoxmənalılığı. Sözün öz əsas mənasından əlavə, müxtəlif cümlələrdə
işlədilməsi ilə əlaqədar olaraq bir sıra mənalar bildirməsinə sözlərin
çoxmənalılığı deyilir. Adətən, dildə çoxmənalılıq ən çox adi sözlərdə olur. Çünki
adi sözlər öz təbiətlərinə görə mətndə bir neçə mənada işlənə bilməsi ilə
terminlərdən fərqlənir. Qol sözünə fikir verək. Bu söz müasir Azərbaycan ədəbi
dilində aşağıdakı mənaları ifadə edə bilir.
İnsan bədəninin bir üzvü mənasında; məsələn: O, Mehribanın qolundan tutub
özü ilə apardı.
Böyük axar çayın bölünmüş hissələri mənasında; məsələn: Bu çayın bəzi qolları
kiçik arxlarda kəndin içinə yayılır.
Ağacın yoğun budaqları mənasında; məsələn: Şanlı keçmiş tarixini anladır: hər
qol-budaq, sevə-sevə kölgəsində bəsləmişdir bir aylıq
Geyim əşyalarının qola bənzəyən hissəsinin adı mənasında; məsələn: Əynində
qəşəng qolsuz köynək vardır.
Mövcud hər bir söz yaranarkən əvvəl təkmənalı olmuş, çoxmənalılıq sonradan
əmələ gəlmişdir. Sözlərin çoxmənalılığı dilin daxili inkişafı ilə bağlı hadisədir. Hər
bir söz məcazilik əsasında dəfələrlə başqa başqa mənalarda işlənə bildikcə onun
mənaları çoxalır və nəhayət, çoxmənalı söz olur. Söz çoxmənalı olduqda onun
öz əsas mənası sabit qalır. Buna görə də hər bir çoxmənalı sözdə bir məna onun
əsas mənası, digər mənalar isə əlavə ifadə etdiyi mənalar hesab olunur.
Eyni səslənməyə malik olan müxtəlif mənalı sözlərə omonim sözlər deyilir.
Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün sözlərin məna əlaqələri
nəzərə alınır. Bu prinsipə əsasən eyni səs kompleksinin dildə ifadə etdiyi
mənalar arasında müəyyən əlaqə olduqda həmin söz çoxmənalı, semantik əlaqə
tamamilə kəsildikdə isə omonim hesab edilir. Omonimləri təşkil edən sözlərə
aid sinonimlər və yaxud yaxınmənalı sözlər seçilir və bunlar bir-biri ilə
tutuşdurulur. Əgər səslənməsinə görə eyni olan sözlərdən birinə aid seçilmiş
sinonim, yaxud yaxınmənalı söz digərinkindən mənaca əsaslı surətdə
fərqlənərsə, demək, həmin sözlər omonim olmalıdır. Əksinə, bunların arasında
müəyyən yaxınlıq olarsa, çoxmənalı söz hesab edilməlidir. Omonim sözlər: şam,
ay, bal, əqrəb və s.

56) Sifət. Sifətin dərəcələri.


Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə?
Nə cür? Hansı? suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın
əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri
görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın
rəngi də onun əlamətlərindən biridir.
Sifətləri müxtəlif məna qruplarına ayırmaq mümkündür:
Rəng bildirən sifətlər: yaşıl, qırmızı, mavi və s.
Dad bildirən sifətlər: şirin, acı, turş, duzlu və s.
Həcm bildirən sifətlər: geniş, enli, böyük, balaca və s.
Keyfiyyət bildirən sifətlər: geniş, enli, böyük, balaca və s.
Zahiri görkəm bildirən sifətlər: qəşəng, göyçək, qoca və s.
Forma bildirənlər: qalın, yumru, uzunsov və s
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər
vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də
işlənir.
Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun
dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və
ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı
alma birləşmələrindəki əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə
deyil. Bu baxımdan sifətin müqayisə dərəcələri vardır. Əşyanın əlaməti üç
dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə
sifətin üç dərəcəsi var:
Adi dərəcə
Azaltma dərəcəsi
Çoxaltma dərəcə
Adi dərəcə
Əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti —
qrammatik şəkilçisi yoxdur. Məsələn: ağ, qara, şirin, sərin, böyük, kiçik və s.
Adi dərəcədə olan sifətlər dilimizdə çoxluq təşkil edir. Adi dərəcə başqa
dərəcələr üçün ölçü, meyar rolunu oynayır. Adi dərəcə olmasa, azaltma və
çoxaltma dərəcələrini müəyyən edə bilmərik. Deməli, sifətin azaltma və
çoxaltma dərəcələri adi dərəcə əsasında yaranır və müəyyən edilir.
Azaltma dərəcəsi
Əlamətin adi haldan az olduğunu bildirir. Azaltma dərəcəsi iki üsulla düzəlir:
Morfoloji üsulla. Adi dərəcədə olan sifətlərə aşağıdakı şəkilçiləri artırmaqla:
-ımtıl: ağ-ımtıl, boz-umtul, göy-ümtül, san-mtıl və s.
-ımtraq (-mtraq): ağ-ımtraq, san-mtraq
-sov (-ımsov, — ümsov): uzun-sov, ağ-ımsov, göy-ümsov
-şın: sarı-şın, qara-şın və s.
-raq, -rək: yaxşı-raq, gödə-rək və s.
Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə açıq sözünü artırmaqla.
Bu sözdən sonra defis işarəsi qoyulur: açıq-qırmızı, açıq-sarı və s. Bəzi sifətlərin
əvvəlində işlənən az, ala, təhər sözləri də azaltma dərəcəsi məzmununu bildirir:
az şirin, ala yarımçıq, göy təhər və s.
Çoxaltma dərəcəsi
Əlamətin adi haldan çox olduğunu bildirir. Çoxaltma dərəcəsi də azaltma
dərəcəsi kimi iki üsulla düzəlir
Morfoloji üsulla. Çoxaltma dərəcəsində olan sifətlər bu üsulla iki qayda ilə
düzəlir:
Adi dərəcədə olan sifətlərin sonuna -ca şəkilçisini artırmaqla: canlı-ca (şəkil),
zorba-ca (balıq), körpə-cə (xiyar), yekə-cə (oğlan) və s.
Sifətin ilk hecasının son samitinin m, p, r, s samitlərindən biri ilə əvəz olunması
və sifətin təkrar ona qoşulması ilə: Göy-göm+göy = gömgöy, Qırmızı —
qıp+qırmızı = qıpqırmızı,
Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha,
olduqca ədatlarından biri, düm hissəciyi və tünd sözü artırılır. Ədatlar ayrı, düm
hissəciyi ilə bitişik yazılır. Tünd sözündən sonra defis qoyulur: ən gözəl, lap
yaxşı, çox maraqlı, daha ağıllı, olduqca bacarıqlı, dümağ, tünd-göy və s.

57) Sifət. Quruluşca növləri.


Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə?
Nə cür? Hansı? Suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın
əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri
görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın
rəngi də onun əlamətlərindən biridir. Sifətləri müxtəlif məna qruplarına
ayırmaq mümkündür:
Rəng bildirən sifətlər: yaşıl, qırmızı, mavi və s.
Dad bildirən sifətlər: şirin, acı, turş, duzlu və s.
Həcm bildirən sifətlər: geniş, enli, böyük, balaca və s.
Keyfiyyət bildirən sifətlər: geniş, enli, böyük, balaca və s.
Zahiri görkəm bildirən sifətlər: qəşəng, göyçək, qoca və s.
Forma bildirənlər: qalın, yumru, uzunsov və s
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər
vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də
işlənir.
Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara, uzun, qısa, gödək,
hündür, nazik, qalın və s.
Düzəltmə sifətlər isimlərin və feillərin sonuna leksik şəkilçi artırmaqla düzəlir.
–lı: maraq-lı
–sız: qaz-sız
–cıl: zarafat-cıl
-dakı: kitabdakı
–ı: badam-ı (göz)
–i (-vi): tarix-i
–lıq: ay-lıq, il-lik
-çı: əla-çı
-qan, -kən: çalış-qan
-ıq: qır-ıq
Mürəkkəb sifətlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir.
İki sadə sifətin təkrarı ilə mürəkkəb sifət əmələ gəlir. Məsələn: yaşıl-yaşıl
(yarpaqlar).
İsimdən düzəlmiş iki sifətin yanaşı işlənməsi ilə mürəkkəb sifət əmələ gəlir.
Məsələn: dadlı-dadlı (meyvələr), güllü-çiçəkli (yollar).
Bir sadə sifət və bir isimdən düzələn sifətdən mürəkkəb sifət yaranır: ucaboylu
(oğlan), uzunsaçlı (qız), soyuqqanlı (adam), iriyarpaqlı (gül) və s.
Bir əsli sifət və bir isimdən mürəkkəb sifət düzəlir: dikbaş (uşaq), qaraqaş (qız),
göygöz (oğlan).
Bir sadə isimlə feildən düzələn sifətdən mürəkkəb sifət əmələ gəlir: ziyanverici
(həşərat), ümidverici (söz), sözdüzəldici (şəkilçi), şəfaverici (dərman) və s.
Birinci tərəfi feildən düzələn sifət, ikinci tərəfi isimlə ifadə olunan mürəkkəb
sifətlər: açıqgöz (insan), kəsiksaç (qız)
Birinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənən isim, ikinci tərəfi sadə və ya
düzəltmə sifətdən ibarət olan mürəkkəb sifət: dilişirin (qız), qanıqara (uşaq),
sözübütöv (adam)

58) Sinonimlər və onların üslubi imkanları.


Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə
sinonimlər deyilir. Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq –
alışdırmaq – yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların
işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın və sıx sinonimlərini
meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə),
bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.
Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.-bi, -siz, -la, sinonim
şəkilçiləri ilə yaranan sözlər də sinonim deyil. Məsələn: bivəfa – vəfasız;
laməkan – məkansız. Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü,
bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin
zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.
Sinonimlər dildə ən mühüm üslubi vasitələrdir. Belə ki, dildə üslub müxtəlifliyi
və zənginliyi üçün sinonimlərin olduqca böyük əhəmiyyəti vardır. Bunlardan
dildə, başlıca olaraq, aşağıdakı üslubi məqsədlər üçün istifadə olunur:
● eyni sözün təkrarına yol verməmək və üslubi səlislik yaratmaq üçün;
● fikri daha təsirli ifadə etmək üçün;
● fikrin ən incə məna çalarlıqlarını ifadə etmək üçün;
● nitqin müxtəlif növlərində satira, yumor və komik ifadələr yaratmaq üçün;
● maddi varlığı və orada mövcud olan hadisələri daha aydın və gözəl təsvir
etmək üçün;

59) Sintaktik əlaqələr. Tabelilik və tabesizlik əlaqələri.


Söz birləşmələrində və cümlələrdə sözlər arasında həm mənaca, həm də
qrammatik cəhətdən bağlılıq olur. Sözlərin qrammatik cəhətdən bir-biri ilə
əlaqələnməsinə, bağlılığına sintaktik əlaqə deyilir. Sintaktik əlaqənin iki növü
var: tabesizlik və tabelilik əlaqəsi.
Tabesizlik əlaqəsi
Bu əlaqə qrammatik cəhətdən bərabərhüquqlu sözlər və cümlələr arasında
olur. Məsələn: Vətənə dözümlü və iradəli igidlər gərəkdir. O, gülləri, çiçəkləri
sevir.
Bu cümlələrdəki dözümlü sözü ilə iradəli; gülləri sözü ilə çiçəkləri sözü;
cümlələri arasında tabesizlik əlaqəsi var. Həmin sözlər və cümlələr
bərabərhüquqludur və qrammatik cəhətdən eyni formalıdır. Tabesizlik əlaqəsi
ya cümlənin həmcins üzvləri arasında, ya da tabesiz mürəkkəb cümlənin
tərəfləri arasında olur. Bu əlaqə ya intonasiyanın, ya da tabesizlik
bağlayıcılarının köməyi ilə yaranır.
Tabelilik əlaqəsi
Bu əlaqə ilə bağlanan sözlərdən biri o birinə tabe olur. Tabelilik əlaqələsində
tərəflərdən biri əsas, o biri isə asılı adlanır. Tabelilik əlaqəsinin üç növü var:
uzlaşma, idarə, yanaşma.
Uzlaşma əlaqəsi
Asılı sözün əsas sözlə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına, uzlaşmasına –
uzlaşma əlaqəsi deyilir. Məsələn: Biz şagirdik, Onlar şagirddilər, Siz yazırsınız,
onun işi və s.
Uzlaşma əlaqəsi cümlədə, əsasən, mübtəda ilə xəbər arasında olur. Bu zaman
mübtəda əsas söz, xəbər isə asılı söz olur. Uzlaşma əlaqəsinin mübtəda ilə xəbər
arasındakı qrammatik göstəricisi – şəkilçisi şəxs sonluqlarıdır. Mübtəda ilə xəbər
arasında şəxsə görə uzlaşma həmişə gözlənilir. İstisna hal olaraq, xəbər II və III
şəxsə aid əvəzliklərlə ifadə olunduqda mübtəda ilə şəxsə görə uzlaşma da
pozula bilir. Məsələn: Gələn mənəm. Günahkar sizsiniz və s.
Mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma isə üçüncü şəxsin cəmində
bəzən pozulur. Məsələn: Şagirdlər gəlirlər cümləsində həm mübtəda, həm də
xəbər cəmdədir. Deməli, kəmiyyətə görə uzlaşma var. Yarpaqlar töküldü
cümləsində isə mübtəda cəmdə, xəbər isə təkdədir. Deməli, bu cümlədə əvvəlki
cümlədən fərqli olaraq, uzlaşma pozulmuşdur. Uzlaşma əlaqəsi II və III növ
təyini söz birləşmələrinin tərəfləri arasında da olur. Bu birləşmələrdə birinci
tərəflər əsas söz, ikinci tərəflər isə asılı söz olur. İkinci tərəflər birinci tərəflə
şəxsə və kəmiyyətə görə uzlaşır. Məsələn: məktəb həyəti, məktəbin həyəti,
şagirdlərin kitabları, mənim evim və s. Uzlaşma əlaqəsinin II və III növ təyini
söz birləşmələrində qrammatik göstəricisi mənsubiyyət şəkilçiləridir. Uzlaşma
əlaqəsində, adətən, əvvəl əsas söz, sonra isə asılı söz işlənir.
İdarə əlaqəsi
Bu əlaqədə asılı söz əsas sözün tələbi ilə ismin hal şəkilçilərini qəbul edir.
Məsələn: Uşaq məktəbdən evə gəldi cümləsində gəldi tabeedici sözünün tələbi
ilə tabe sözlər – məktəb və ev sözləri ismin adlıq halından çıxıb, çıxışlıq və
yönlük halının şəkilçilərini qəbul etmişdir: Məktəbdən → gəldi evə → gəldi
İdarə əlaqəsində əsas söz çox vaxt feil olur. Feillər ismin adlıq və yiyəlik
hallarından başqa, qalan hallarda olan sözləri idarə edir. İdarə əlaqəsində, bir
qayda olaraq, əvvəl asılı söz, sonra isə əsas söz işlənir. İdarə əlaqəsinin
qrammatik göstəriciləri – şəkilçiləri hal şəkilçiləridir. İdarə əlaqəsi III növ təyini
söz birləşmələrinin tərəfləri arasında da olur. Bu zaman yiyəlik halda olan söz
asılı söz, mənsubiyyət şəkilçili söz isə əsas söz olur. Məsələn: onun → oxumağı,
kitabın → cildi, gülün → ətri, dağın → havası, bizim → sinfimiz, uşağın →
oyuncağı,
Cümlə üzvlərindən hal şəkilçili tamamlıqla xəbər və yer zərfliyi ilə xəbər
arasında idarə əlaqəsi olur.
Yanaşma əlaqəsi
Yanaşma əlaqəsinin heç bir qrammatik göstəricisi – şəkilçisi yoxdur. Bu əlaqədə
asılı söz heç bir qrammatik şəkilçi qəbul etmədən əsas sözə yanaşaraq, ona tabe
olur. Məsələn: əlaçı şagird birləşməsində əlaçı sözü heç bir qrammatik
şəkilçinin köməyi olmadan şagird sözünə tabe olub, onu təyin edir. Yanaşma
əlaqəsinin əsas əlaməti sözlərin sırasıdır. Bu əlaqədə həmişə tabe söz tabeedici
sözdən əvvəl gəlir. Yanaşma əlaqəsi daha çox birinci növ təyini söz
birləşmələrinin tərəfləri arasında və zərfliklə xəbər arasında özünü göstərir.
Zərfliklə xəbər arasındakı əlaqə növündə xəbər əsas söz olur. Məsələn: Evə
axşam gəldim. Uşaq qaça-qaça gəldi. Maşın sürətlə şütüyür.

60) Söz birləşmələri ilə sabit söz birləşmələrinin oxşar və fərqli


cəhətləri.
Dildə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi və sabit söz
birləşməsi. Sərbəst söz birləşmələri ikinci (əsas) tərəfin ifadə vasitəsinə görə iki
növə bölünür: ismi birləşmələr, feili birləşmələr.
İsmi birləşmələr
İkinci tərəfi adlarla ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Məsələn:
demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi,
sagirdlərin oxumağı və s.
İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi
üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz
birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci
növ təyini birləşmələri, ikinci növ təyini birləşmələri və üçüncü növ təyini
birləşmələri.
Birinci növ təyini birləşmələri
Birinci növ təyini birləşmələrinin yaranmasında heç bir morfoloji əlamət – hal
və mənsubiyyət şəkilçisi iştirak etmir. Birləşmələrin ikinci (əsas) tərəfi, əsasən,
isimlə ifadə olunur. Birinci (asılı) tərəf isə daha çox sifətlə, həmçinin say,əvəzlik,
feili sifət və isimlə ifadə olunur. Məsələn: uca dağ, şəfalı yer, döyüşkən əsgər,
beş kitab, birinci sıra, çox uşaq, həmin oğlan, belə dost, açılmış gül, gələcək
gül, taxta qapı.
İkinci növ təyini birləşmələr
İkinci növ təyini birləşmələrinin yaranmasında morfoloji əlamət – qrammatik
şəkilçi iştirak edir. Birləşmələrin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda
(şəkilçisiz) olur, ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir.
İkinci növ təyini birləşmələrinin hər iki tərəfi, əsasən, isimlərdə, bəzən də say və
məsdərlə ifadə olunur. Məsələn: azadlıq mübarizəsi, vətən həsrəti, ata
nəsihəti, ana heykəli, bulaq, suyu, həsrət körpüsü, beş arzusu, yaşamaq
həvəsi.
İkinci növ təyini birləşmələrinin tərəfləri arasına söz artırmaq olmur. Bu
birləşmələrin ikinci bir səciyyəvi xüsusiyyəti də hər iki tərəfin eyni zamanda cəm
şəkilçisi qəbul edə bilməməsidir. Birləşmənin bir tərəfi cəmdə olduqda, o biri
tərəf təkdə olur. Məsələn: dağ çayları, çay daşları, dağlar maralı. Gənclər
təşkilatları, atalar sözləri, elmlər doktorları kimi bir neçə birləşmələr istinadır.
Üçüncü növ təyini birləşmələri
Bu birləşmələr yiyəlik hal və mənsubiyyət şəkilçiləri ilə düzəlir. Birinci tərəf
yiyəlik hal şəkilçisi ilə işlənir, ikinci tərəf isə hər üç şəxsin mənsubiyyət
şəkilçilərini qəbul edir. Bu birləşmələrin tərəfləri də, əsasən, isimlərlə ifadə
olunur. Məsələn: elin sərvəti, çayın kənarı, ananın arzusu, Nizaminin əsərləri,
mənim oxumağım, sizin oğlunuz, yaxşıların yaxşısı, oxumağın faydası
Üçüncü növ təyini söz birləşmələri aşağıdakı xüsusiyyətləri ilə ikinci növ təyini
birləşmələrindən fərqlənir:
İkinci növ təyini söz birləşmələrinin ikinci tərəfi yalnız üçüncü şəxsin
mənsubiyyət şəkilçisi ilə işlənir. Üçüncü növ təyini söz birləşmələrinin eyni tərəfi
isə hər üç şəxsin mənsubiyyət şəkilçilərini qəbul edə bilir. Məsələn: mənim
kitabım, sənin kitabın, onun kitabı, bizim ailəmiz, onların ailəsi və s.
İkinci növ təyini söz birləşmələrindən fərqli olaraq, üçüncü növ təyini söz
birləşmələrinin tərəfləri arasına bir neçə söz artırmaq olur. Məsələn: məktəbin
həyəti – məktəbin güllü-çiçəkli, geniş həyəti
İkinci növ təyini söz birləşmələrindən fərqli olaraq, üçüncü növ təyini söz
birləşmələrinin tərəfləri həm ayrı-ayrılıqda, həm də hər ikisi eyni zamanda
cəmlənə bilir. Məsələn: şairlərin əlyazmaları, dağların çiçəkləri və s.
FELİ BİRLƏŞMƏLƏR
Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili
bağlama) ilə ifadə olunun söz birləşmələrinə feili birləşmələr deyilir. Məsələn:
məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək, məktubu yazan,yaxşı
oxuyan, vətəni sevən, məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə
Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət
bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah
edir və əsasən, aşağıdakı mənaları bildirir:
Hərəkətin subyektini (iş görən): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.
Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə
baxmaq, kitabdan öyrənmək və s.
Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.
Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
Tərzini: gülə-gülə demək, ucadan gülmək və s.
Sabit söz birləşmələrinə frazeoloji birləşmələr deyilir. Bütövlükdə bir leksik
mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir. Frazeoloji
birləşmələr tərkibcə dəyişməyən və məcazi mənada işlənən sabit söz
birləşmələridir. Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq),
ürəyinə xal düşmək ( şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən
düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji söz birləşməlidir. Belə
birləşmələrin tərkib hissələri olan sözlər öz həqiqi mənasından uzaqlaşır və
bütövlükdə cümlənin bir üzvü olur. Frazeoloji birləşmələr dildə hazır şəkildə
olur. Onların çoxunu bir sözlə əvəz etmək olar. Frazeoloji birləşmələr əsas və
asılı tərəf olunur. Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik
xüsusiyyətlərinə malik olur.
Frazeoloji omonimliyə aid nümunələr: can vermək, üz vermək, ürəyi yanmaq,
işə düşmək, başa vurmaq və s.
Frazeoloji sinonimlik dedikdə eyni və ya yaxın mənaları bildirən frazeoloji
birləşmələr nəzərdə tutulur. Məsələn: qulaq asmaq – qulaq vermək, qılığına
girmək – qəlbinə yol tapmaq və s.
Frazeoloji antonimlik dedikdə mənaca bir-birinə əks olan frazeoloji birləşmələr
nəzərdə tutulur. Məsələn: xoşu gəlmək – zəhləsi getmək, ağzına su alib
oturmaq – dilotu yemək və s.
Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik xüsusiyyəti
daşıyarkən hər iki tərəf mütləq Frazeoloji birləşmə olmalıdır. Frazeoloji
birləşmələrdə əsas və asılı tərəf olmadığı üçün onlara bir tərəfdən digər tərəfə
sual vermək olmur.

61) Söz birləşmələri və cümlələrdə sözlər arasında məna əlaqələri


(relyativ, obyekt, atributiv, predikativ)
Söz birləşməsindəki və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli
olur: 1) Məna (semantik) cəhətdən; 2) Qrammatik (morfoloji və sintaktik)
cəhətdən.
Söz birləşməsində və cümlədəki sözlər arasındakı məna əlaqəsi obyektiv
aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə
tutulur. Məsələn: Əsgər döyüşür birləşməsində əşya ilə onun hərəkəti, igid
əsgər birləşməsində əşya ilə onun keyfiyyəti, beş əsgər birləşməsində əşya ilə
onun kəmiyyəti arasında əlaqə var.
Sintaktik vahidlərin yaranması üçün onu əmələ gətirən tərəflər arasında iki cür
əlaqənin olması zəruridir. 1. Məna əlaqəsi, 2. Qrammatik əlaqə.
Bu əlaqələrdən birinin yoxluğu sintaktik vahidin də yoxluğu deməkdir.
Sözlər arasındakı məna əlaqələrinin əsasını təbiətdə olan obyektiv əlaqələr
təşkil edir. Bu əlaqələrin müxtəlifliyi sözlər arasında da rəngarəng məna
əlaqəsinin yaranmasına səbəb olur. Qırmızı parça birləşməsində əşya ilə onun
əlaməti, üç ağac birləşməsində əşya ilə onun kəmiyyəti, pianino çalmaq
birləşməsində hərəkətlə onun obyekti və s. a münasibətlər ifadə edilir.
Ümumiyyətlə, söz birləşmələrində məna əlaqələrinin məzmununu əşya ilə onun
əlamətləri, proseslə onun müxtəlif cəhətdən müəyyənləşdiriciləri təşkil edir.
Sözlər arasında aşağıdakı məna əlaqələri mövcuddur:
1. Predikativ əlaqə əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Məsələn, Yağış
yağır. Uşaq ağlayır. Dərs başlandı və s. Bu əlaqə söz birləşməsində özünü
subyekt əlaqəsi kimi göstərir. Məsələn, Yağış yağanda, uşaq ağlayarkən, dərs
başlandığı zaman və s.
2. Atributiv əlaqə əşya ilə geniş mənada onun əlaməti arasındakı əlaqədir.
Əşyanın geniş mənada əlaməti dedikdə onun keyfiyyəti, miqdarı, sırası və s.
Nəzərdə tutulur. Məsələn: hündür bina, geniş küçə, qızıl saat, meşədəki
hadisə, xeyli adam və s. Atributiv əlaqəyə ismi birləşmələrdə, cümlədə isə
təyinlə təyin olunan arasında, yəni təyinlə mübtəda, təyinlə tamamlıq, təyinlə
zərflik, təyinlə xəbər arasında rast gəlinir.
3. Obyekt əlaqəsi hərəkətlə onun obyekti arasındakı əlaqələri ifadə edir.
Məsələn, kitabı oxumaq, ona baxmaq, dəftərdə qeyd etmək, müəllimdən
öyrənmək, Kitabı oxuduq. Ona baxırıq. Obyekt əlaqəsi həm feli birləşmələrdə,
həm də cümlədə xəbərlə tamamlıq arasında özünü göstərir.
4. Relyativ əlaqə hərəkətlə onun tərzi, dərəcəsi, zamanı, yeri, kəmiyyəti, səbəbi,
məqsədi, şərti və s. arasındakı əlaqələri ifadə edir. Məsələn, çox danışmaq, cəld
işləmək, evədək qaçmaq, axşamacan işləmək, kəndə yollanmaq, çox oturmaq,
Evədək qaçdım. Axşamacan işlədik. Relyativ əlaqəyə feli birləşmələrdə və
cümlədə xəbərlə zərflik arasında rast gəlinir.

62) Söz birləşmələri. Feili birləşmələr


İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən
əmələ gəlib, predikativlik bildirməyən dil vahidinə söz birləşməsi deyilir
Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili
bağlama) ilə ifadə olunun söz birləşmələrinə feili birləşmələr deyilir. Məsələn:
məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək, məktubu yazan,yaxşı
oxuyan, vətəni sevən, məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə
Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət
bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah
edir və əsasən, aşağıdakı mənaları bildirir:
Hərəkətin subyektini (iş görən): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.
Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə
baxmaq, kitabdan öyrənmək və s.
Hərəkətin yerini: şəhərdə yaşamaq, kəndə getmək və s.
Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
Tərzini: gülə-gülə demək, ucadan gülmək və s.

63) Söz birləşmələri. Təyini söz birləşmələr.


İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən
əmələ gəlib, predikativlik bildirməyən dil vahidinə söz birləşməsi deyilir.
İkinci tərəfi adlarla ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Məsələn:
demokratik ölkə, azad seçki, insanların yaxşısı, uşaqların çoxu, gecənin istisi,
sagirdlərin oxumağı və s.
İsmi birləşmələrdə, adətən, birinci tərəflər ikinci tərəfləri təyin (izah) etdiyi
üçün həmin birləşmələrə təyini söz birləşmələri də deyilir. Təyini söz
birləşmələri formasına və məna xüsusiyyətlərinə görə üç növə bölünür. Birinci
növ təyini birləşmələri, ikinci növ təyini birləşmələri və üçüncü növ təyini
birləşmələri.
Birinci növ təyini birləşmələri
Birinci növ təyini birləşmələrinin yaranmasında heç bir morfoloji əlamət – hal
və mənsubiyyət şəkilçisi iştirak etmir. Birləşmələrin ikinci (əsas) tərəfi, əsasən,
isimlə ifadə olunur. Birinci (asılı) tərəf isə daha çox sifətlə, həmçinin say,əvəzlik,
feili sifət və isimlə ifadə olunur. Məsələn: uca dağ, şəfalı yer, döyüşkən əsgər,
beş kitab, birinci sıra, çox uşaq, həmin oğlan, belə dost, açılmış gül, gələcək
gül, taxta qapı.
İkinci növ təyini birləşmələr
İkinci növ təyini birləşmələrinin yaranmasında morfoloji əlamət – qrammatik
şəkilçi iştirak edir. Birləşmələrin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda
(şəkilçisiz) olur, ikinci tərəfi isə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir.
İkinci növ təyini birləşmələrinin hər iki tərəfi, əsasən, isimlərdə, bəzən də say və
məsdərlə ifadə olunur. Məsələn: azadlıq mübarizəsi, vətən həsrəti, ata
nəsihəti, ana heykəli, bulaq, suyu, həsrət körpüsü, beş arzusu, yaşamaq
həvəsi.
İkinci növ təyini birləşmələrinin tərəfləri arasına söz artırmaq olmur. Bu
birləşmələrin ikinci bir səciyyəvi xüsusiyyəti də hər iki tərəfin eyni zamanda cəm
şəkilçisi qəbul edə bilməməsidir. Birləşmənin bir tərəfi cəmdə olduqda, o biri
tərəf təkdə olur. Məsələn: dağ çayları, çay daşları, dağlar maralı. Gənclər
təşkilatları, atalar sözləri, elmlər doktorları kimi bir neçə birləşmələr istinadır.
Üçüncü növ təyini birləşmələri
Bu birləşmələr yiyəlik hal və mənsubiyyət şəkilçiləri ilə düzəlir. Birinci tərəf
yiyəlik hal şəkilçisi ilə işlənir, ikinci tərəf isə hər üç şəxsin mənsubiyyət
şəkilçilərini qəbul edir. Bu birləşmələrin tərəfləri də, əsasən, isimlərlə ifadə
olunur. Məsələn: elin sərvəti, çayın kənarı, ananın arzusu, Nizaminin əsərləri,
mənim oxumağım, sizin oğlunuz, yaxşıların yaxşısı, oxumağın faydası
Üçüncü növ təyini söz birləşmələri aşağıdakı xüsusiyyətləri ilə ikinci növ təyini
birləşmələrindən fərqlənir:
İkinci növ təyini söz birləşmələrinin ikinci tərəfi yalnız üçüncü şəxsin
mənsubiyyət şəkilçisi ilə işlənir. Üçüncü növ təyini söz birləşmələrinin eyni tərəfi
isə hər üç şəxsin mənsubiyyət şəkilçilərini qəbul edə bilir. Məsələn: mənim
kitabım, sənin kitabın, onun kitabı, bizim ailəmiz, onların ailəsi və s.
İkinci növ təyini söz birləşmələrindən fərqli olaraq, üçüncü növ təyini söz
birləşmələrinin tərəfləri arasına bir neçə söz artırmaq olur. Məsələn: məktəbin
həyəti – məktəbin güllü-çiçəkli, geniş həyəti
İkinci növ təyini söz birləşmələrindən fərqli olaraq, üçüncü növ təyini söz
birləşmələrinin tərəfləri həm ayrı-ayrılıqda, həm də hər ikisi eyni zamanda
cəmlənə bilir. Məsələn: şairlərin əlyazmaları, dağların çiçəkləri və s.

64) Söz yaradıcılığı. Leksik yolla söz yaradıcılığı.


Dilin lüğət tərkibini zənginləşdirən əsas vasitələrdən biri söz yaradıcılığıdır. Dildə
yeni sözlər bir neçə yolla yaranır. Bununla dilçiliyin söz yaradıcılığı bölməsi
məşğul olur. Söz yaradıcılığı morfologiya və leksika ilə bağlıdır. Söz yaradıcılığı
yeni leksik vahidlərin yaranma prosesini araşdırır.
Müasir Azərbaycan dilində söz yaradıcılığının 3 üsulu vardır:
Morfoloji yolla söz yaradıcılığı
Sintaktik yolla söz yaradıcılığı
Leksik yolla söz yaradıcılığı
Hər bir müasir canlı dil öz lüğət tərkibinin inkişafını təbii olaraq heç zaman
dayandırmır. Lüğət tərkibinin bir hissəsi dildə leksik yolla yaranan vahidlərin
hesabına artıb zənginləşir. Müasir Azərbaycan ədəbi dilində leksik
sözyaratmanın xüsusi qrupunu ixtisarlar – abreviaturlar vasitəsilə yaranan
sözlər təşkil edir. Abreviatur geniş anlayışdır. Buna görə də bütün abreviaturlar
dildə leksik sözyaratma prosesinə aid edilmir. Məlumdur ki, həm yazılı, həm də
şifahi ədəbi dildə müəyyən qrup sözlər ixtisar formasında işlənilir. Bu ixtisarlar –
abreviaturlar iki formadadır: a) qrafik abreviaturlar, b) leksik abreviaturlar.
Bunlardan qrafik abreviaturlar ixtisarla yazılır, lakin bütöv şəkildə oxunur.
Məsələn: k. – kənd, qəp. – qəpik, prof – professor, dos. – dosent, yol. – yoldaş
və s. Göründüyü kimi, qrafik abreviaturlar yaradılmış söz deyildir. Yazılı və şifahi
dildə eyni ilə işlənə bilən söz və söz birləşməsinin ixtisarı leksik abreviatur
adlanır. Məsələn: ADPU (Azərbaycan Dövlət Pedaqoji Universiteti), TEC
(Tələbə Elmi Cəmiyyəti), ASE (Azərbaycan Sovet Ensiklopediyası), ABŞ
(Amerika Birləşmiş Ştatları) və s.

65) Söz yaradıcılığı. Morfoloji yolla söz yaradıcılığı.


Dilin lüğət tərkibini zənginləşdirən əsas vasitələrdən biri söz yaradıcılığıdır. Dildə
yeni sözlər bir neçə yolla yaranır. Bununla dilçiliyin söz yaradıcılığı bölməsi
məşğul olur. Söz yaradıcılığı morfologiya və leksika ilə bağlıdır. Söz yaradıcılığı
yeni leksik vahidlərin yaranma prosesini araşdırır.
Müasir Azərbaycan dilində söz yaradıcılığının 3 üsulu vardır:
Morfoloji yolla söz yaradıcılığı
Sintaktik yolla söz yaradıcılığı
Leksik yolla söz yaradıcılığı
Müasir Azərbaycan ədəbi dilində morfoloji yolla söz yaradıcılığı son dərəcə
mürəkkəb bir proses olduğu üçün bunun çox müxtəlif formaları vardır.
Morfoloji yolla sözlər, əsasən, sözdüzəldici şəkilçilər (leksik şəkilçilər) vasitəsilə
yaradılır. Bunlardan bir neçəsini nəzərdən keçirək.
-lıq, -lik, -luq, -lük şəkilçisi. Bu şəkilçinin köməyi ilə dilimizdə vəzifə, peşə,
kəmiyyət, keyfiyyət, əşya və s. mənalar bildirən yeni sözlər yaranmışdır;
məsələn:
vəzifə bildirən: rektor-luq, nazir-lik, katib-lik, sədr-lik və s.
peşə bildirən: müəllim-lik, aqronom-luq, mühəndis-lik və s.
kəmiyyət bildirən: az-lıq, çox-luq və s.
keyfiyyət bildirən: yaxşı-lıq, pis-lik və s.
əşya adı bildirən: göz-lük, baş-lıq, əl-lik və s.
-ma, -mə şəkilçisi. Dilimizdə bu şəkilçi vasitəsilə, əsasən, aşağıdakı qrup yeni
sözlər əmələ gəlmişdir; məsələn:
əşya adı bildirən sözlər: düy-mə, dol-ma, süz-mə, çək-mə, qovur-ma, yar-ma və
s.
termin bildirən sözlər: qoş-ma, deyiş-mə, yanaş-ma, uzlaş-ma və s.
qarşılıqlı iş adı və əlamət bildirən sözlər: vuruş-ma, döy-mə (ət), hör-mə (don)
və s.
-ar, -ər şəkilçisi. Bu şəkilçi vasitəsilə müxtəlif mənalı bir sıra yeni sözlər
yaranmışdır; məsələn:
əşya adı bildirən sözlər: aç-ar, kəs-ər və s.
hal-vəziyyət və hərəkət bildirən sözlər: göy-ər(mək), boz-ar(maq), ot-ar(maq) və
s.
Müasir Azərbaycan dilində morfoloji yolla, yəni şəkilçilər vasitəsilə yeni sözlər
yaradılması digər yollara nisbətən daha məhsuldar xarakter daşıyır. Bu,
dilimizdəki sözdüzəldici şəkilçilərin çox zəngin olması ilə əlaqədardır. Müasir
Azərbaycan ədəbi dili morfoloji yolla yeni söz yaratmaq üçün çox geniş
imkanlara malikdir.

66) Söz yaradıcılığı. Sintaktik yolla söz yaradıcılığı.


Dilin lüğət tərkibini zənginləşdirən əsas vasitələrdən biri söz yaradıcılığıdır. Dildə
yeni sözlər bir neçə yolla yaranır. Bununla dilçiliyin söz yaradıcılığı bölməsi
məşğul olur. Söz yaradıcılığı morfologiya və leksika ilə bağlıdır. Söz yaradıcılığı
yeni leksik vahidlərin yaranma prosesini araşdırır.
Müasir Azərbaycan dilində söz yaradıcılığının 3 üsulu vardır:
Morfoloji yolla söz yaradıcılığı
Sintaktik yolla söz yaradıcılığı
Leksik yolla söz yaradıcılığı
Dilin sintaktik imkanları əsasında əmələ gələn yeni sözlər sintaktik yolla yaranan
sözlər adlanır. Bu yolla yeni söz yaradılarkən iki və daha artıq sözün
birləşməsindən istifadə edilir; məsələn: qaranquş (ikisözlü), əlüzyuyan
(üçsözlü). Sintaktik yolla iki sözün birləşməsindən ibarət yeni sözlər yaradılması
dilimiz üçün daha xarakterikdir.
Müasir Azərbaycan ədəbi dilində sintaktik yolla yeni söz yaradılmasının iki üsulu
vardır:
Leksik-sintaktik üsulla söz yaradılması. Bu qayda ilə yaranan sözlərdə heç bir
morfoloji vasitədən istifadə olunmur. Burada ancaq leksemlər – leksik vahidlər
birləşərək sintaktik əlaqə əsasında yeni söz əmələ gətirir; məsələn: istisu,
ağciyər, qayınata, şəkərçörək, şüşəbənd, beşdaş və s.
Leksik-qrammatik üsulla söz yaradılması. Bu üsulla əmələ gələn sözlərdə istər
leksik, istərsə də qrammatik şəkilçilərdən istifadə olunur. Belə ki, sözlər
birləşdirilərkən komponentlərə bu və ya digər şəkilçi qoşularaq sintaktik əlaqə
əsasında yeni söz yaranır; məsələn:
Ahəngə görə -ı,-i,-u,-ü şəkilçisinin artırılması ilə: dəvəquşu, quşotu, suiti,
ayaqqabı, qarğıdalı və s.
Birinci komponentə -dan,-dən sözdəyişdirici, ikinci komponentə isə -ma,-mə
sözdüzəldici şəkilçisinin artırılması ilə: anadangəlmə, göydəndüşmə və s.
İkinci komponentə (feillərə) -an,-ən şəkilçisinin artırılması ilə: uzaqgörən,
ağacdələn, taxıldöyən və s

67) Sözlərin məna qrupları. Antonimlər.


Müasir Azərbaycan ədəbi dilinin leksik tərkibi müxtəlif məna qrupuna malikdir.
Azərbaycan dilində olan sözləri üç qrupa bölmək mümkündür: omonim sözlər,
sinonim sözlər, antonim sözlər. Formaca müxtəlif, mənaca bir-birinin əksini
təşkil edən sözlərə antonimlər deyilir: pislik, yaxşılıq; ağ, qara.
Dilimizin lüğət tərkibinin zənginləşməsi və inkişafında antonimlərin xüsusi rolu
var. Dilimizdəki bir sıra mürəkkəb sözlər antonimlərdən əmələ gəlmişdir: pis-
yaxşı, az-çox, gec-tez, al-ver.
Nitqdə antonimlərin üslubi rolu da böyükdür. Bunların vasitəsilə əşyanın, şəxsin
və ya hadisənin müəyyən xüsusiyyətləri bir-birilə qarşılaşdırılır, bunun
nəticəsində anlayış haqqında daha aydın təsəvvür yaradılır. Dildəki bütün
antonimlərin ifadə etdiyi ziddiyyətin dərəcəsi eyni olmur. Bu səbəbdən
antonimlər tam və nisbi olmaqla iki qrupa bölünür. Mənaca bir-birinin tam və
mütləq ziddini təşkil edən sözlərə tam antonimlər deyilir: ağ-qara, dağ-dərə,
yay-qış.
Mənaca bir-birinin şərti və nisbi əksini təşkil edən sözlərə nisbi antonimlər
deyilir: ağ-qırmızı, payız-qış, dağ-düz.

68) Sözlərin məna qrupları. Omonimlər.


Müasir Azərbaycan ədəbi dilinin leksik tərkibi müxtəlif məna qrupuna
malikdir.Azərbaycan dilində olan sözləri üç qrupa bölmək mümkündür: omonim
sözlər, sinonim sözlər, antonim sözlər.
Eyni səslənməyə malik olan müxtəlif mənalı sözlərə omonimlər deyilir.
Məsələn, kök sözü ağacın kökü, tərəvəz və artıq çəkili mənalarında istifadə
olunur. Omoqraflar tələffüzcə müxtəlif olsa da, yazılışca eyniləşən sözlərdir.
Məsələn: dava-döyüş, dava-dərman. Səs uzanması hesabına omonimləşmişdir.
Omoformlar ancaq şəkilcə oxşar olan və ya eyniləşən sözlərdir. Məsələn, alma-
meyvə, alma-almaq feili inkarda. Belə sözlər mənasına və vurğunun yeri
fərqləndiyinə görə omonim sözlər deyil, sadəcə olaraq cinas sözlərdir.
Omonimlərin çoxmənalı sözlərdən fərqi.
Omonimlərin çoxmənalı sözlərdən fərqi ondadır ki, sözdə omonimlik müstəqil
mənadadır, lakin çoxmənalılıq sözün müxtəlif məna variantlarından ibarətdir.
Məsələn: qol-insanın qolu; futbolda qapıya vurulan qol;imza omonimdir.
Qol-insanın qolu, çayın qolu, köynəyin qolu-çoxmənalıdır.

69) Sözlərin məna qrupları. Sinonimlər.


Müasir Azərbaycan ədəbi dilinin leksik tərkibi müxtəlif məna qrupuna malikdir.
Azərbaycan dilində olan sözləri üç qrupa bölmək mümkündür: omonim sözlər,
sinonim sözlər, antonim sözlər.
Dildə formaca müxtəlif, mənaca bir-birinə yaxın olan sözlərə leksik sinonimlər
və ya sinonim sözlər deyilir: gözəl, qəşəng; tez, cəld; arzu, dilək
Sinonimlər dildə ən mühim üslubi vasitələrdir. Dildə üslub müxtəlifliyi və
zənginliyi üçün sinonimlərin olduqca böyük əhəmiyyəti vardır. Sinonimlər
aşağıdaki üslubi məqsədlər üçün istifadə olunur:
Eyni sözün təkrarına yol verməmək;
Fikri daha səlis ifadə etmək;
Nitqin müxtəlif növlərində satira, yumor və komik ifadələr yaratmaq;
Hadisələri daha aydın və gözəl təsəvvür etmək üçün.
Sinonim sözlər nitqdə üç formada işlənir: tək-adi, qoşa, sadalamaq şəklində.
Müəyyən məfhumla əlaqədar olaraq ifadə və ya cümlədə sözlər adi qaydada,
yəni tək işlənir. Məsələn: Elə bil, dünyaya gəldim yenidən. Dayandı qarşımda
böyük bir cahan.
Bu nümunədə dünya və cahan sözləri sinonimdir və ayrı-ayrı cümlələrdə
işlənmişdir. Müəyyən anlayışla bağlı olaraq ifadə və cümlələrdə sinonim sözlər
qoşa işlənir: Sallananda eylər nazü-qəmzələr.
Bu nümunədə naz-qəmzə sözləri sinonimdir. Hər iki söz qoşa işlənmişdir, bu
da mənanı qüvvətləndirir.
Müəyyən anlayışla əlaqədar olaraq cümlədə bir neçə sinonim söz sadalanır:
Bəhram olur dərdlər, qəmlər, ələmlər.
Bu misalda dərd-qəm-ələm sözləri sinonimdir. Bu sözlər mətndə sadalanaraq
işlənmişdir və mənanı daha da qüvvətləndirmişdir.

70) Sözün tərkibi. Kök morfem və şəkilçi morfem.


Dilin ən kiçik mənalı ünsürü morfem adlandırılmışdır. Kökə kök morfem,
şəkilçiyə şəkilçi morfem deyilir. Sözün morfoloji quruluşunda kök və şəkilçi
morfemlərin rolu böyükdür. Sözün tərkibi müstəqil və qeyri-müstəqil
hissələrdən ibarətdir. Dilçilik elmində sözün müstəqil hissəsinə kök, qeyri-
müstəqil hissəsinə şəkilçi deyilir.
Kök:
Kök sözün müstəqil və mənalı hissəsidir. Sözün kökü şəkilçidən ayrı işlənə bilir.
Hər hansı bir kök müxtəlif şəkilçilər qəbul edə bilər. Kök müəyyən suala cavab
verir və cəmlə üzvü olur. Şəkilçi sözün müstəqil mənaya malik olmayan, qeyri-
əsas hissəsidir. Kökə məxsus xüsusiyyətlərin heç biri şəkilçiyə aid deyil. Amma
köklə şəkilçini bir-birinə yaxınlaşdıran cəhətlər də var.
Dilimizdə elə söz kökləri var ki, şəkilçidən fərqlənmir. -siz, -qan, -dan, -san, və s.
Həm şəkilçinin, həm də kökün qrammatik mənaları var.
Şəkilçilər sözdüzəldici və sözdəyişdirici olur. Sözdüzəldici şəkilçilər sözlərə
qoşularaq onların leksik mənasını dəyişir. Sözdüzəldici şəkilçilər yeni sözlərin
yaranmasında mühüm rol oynayır.-dakı, -çı, -daş,-zadə,-izm,-ı,-ıncı,-kar,-keş,
gər,-laş,-pərəst,-stan,-xor,-şünas,-lan,-xah,-cıl.
Sözdəyişdirici şəkilçilər qoşulduqları sözün qrammatik mənasını dəyişirlər,
sözlər arasında əlaqə yaradırlar. Bunun sayəsində söz birləşməsi və cümlə
yaranır.-a,-ya,-am,-ası,-acaq, -da,-dan,-dı,-dır,-ımız,-ın, -lar,-mış,-malı,-sa,-sınız.

71) Tabeli mürəkkəb cümlə. Mübtəda budaq cümləsi.


İki və daha artıq cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid
bir tam kimi birləşməsi nəticəsində əmələ gələn cümlələrə tabeli mürəkkəb
cümlə deyilir. Tabeli mürəkkəb cümlə baş və budaq cümlələrdən ibarət olur.
Qrammatik cəhətdən müstəqil olan tərəf baş cümlə, baş cümlədən asılı olan,
onu izah edən tərəf isə budaq cümlədir. Baş cümlə yalnız qrammatik cəhətdən
deyil, həm də məna cəhətdən formalaşması üçün təşkiledici mərkəzdir. Lakin
baş və budaq cümlələri fərqləndirərkən onların mənasına yox, qrammatik
müstəqilliyinə baxmaq lazımdır.
MÜBTƏDA BUDAQ CÜMLƏSİ
Mübtəda budaq cümləsi ya baş cümlənin olmayan mübtədasının əvəzində
işlənir, ya da baş cümlənin işarə əvəzliyi ilə ifadə olunmuş mübtədasının
mənasını izah edib aydınlaşdırır.
Bəlkə, anamın könlündən keçir ki, biz də kəndə gedib onunla bir yerdə olaq.
Mübtəda budaq cümləsinin tipləri: Baş və budaq cümlələrin yerinə, bağlayıcı
vasitələrə görə mübtəda budaq cümləsinin başlıca olaraq 3 tipi vardır: Birinci
tipdə baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Budaq cümlə baş cümləyə ya
intonasiya ilə, ya da ki bağlayıcısı ilə bağlanır. Budur, iki ildir, mənimlə dostluq
binası qoyublar.
Birinci tipin özünü də 2 növə ayırmaq mümkündür.
Baş cümlənin mübtədası yarımçıq cümlə şəklində olur. Bu növdə baş cümlə
müxtəlif mənalar ifadə edir. İki il olar ki, onu Sibirə sürgün ediblər.
Baş cümləsi münasibət mənası bildirən bu cür cümlələrdə baş cümlənin bir
qismi öz müstəqilliyini itirərək ara sözə çevrilmək prosesini keçirir. Düzdür,
bunu eləmək çox çətindir, amma çox vacibdir.
Mübtəda budaq cümləsinin bu növündə bir istisna kimi bəzən baş cümlənin
sonunda –mı şəkilçisi də işlənir. Yaxşı olmazmı ki, müasir adam hər sahədə,
hər işdə novator olsun.
Mübtəda budaq cümləsinin bu növündə bəzən baş cümlənin xəbəri elə gəlir,
belə çıxır, ağlına gəldi, fikrindən keçdi və s. frazeoloji vahidlərlə ifadə olunur.
Ona elə gəlir ki, pis-yaxşı işləyənlərin hamısı bu anketlərdir.
Mübtəda budaq cümləsinin bu növündə bəzən baş cümlə budaq cümlənin
arasına girir. Yəni budaq cümlənin bir hissəsi baş cümlənin əvvəlinə keçir.
Həsən 20 ildən artıq idi ki, Bakı neft mədənlərində fəhləlik edirdi.
Baş cümlənin aydın şəkildə mübtədası olur və mübtəda o, bu, orası, burası,
eləsi, beləsi, elələri, belələri, bəziləri, o şey, bu şey və s. kimi sözlərlə ifadə
olunur. Qəlib söz kimi çıxış edən bu sözlərin mənası budaq cümlə vasitəsilə
aydınlaşır. O doğrudur ki, kəndlilər soyulur?
Mübtəda budaq cümləsinin ikinci tipində budaq cümlə əvvəl, baş cümlə sonra
işlənir. Budaq cümlə baş cümləyə kim, kim ki, hər kim, hər kim ki, hər kəs, hər
kəs ki, kimə ki, kimi ki, hər nə, hər nə ki və s. Bağlayıcı sözləri və -sa şəkilçisi ilə
bağlanır. Kim ki, iş üstündə ürək əridir, o, gülşənə döndərir bomboz çölləri.
Üçüncü tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə sual
əvəzlikləri ilə bağlanır. Bu cümlələri birinci tip cümləyə çevirmək mümkündür.
Nə təhər getdilər, bilinmir – üçüncü tip
Bilinmir ki, nə təhər getdilər – birinci tip

72) Tabeli mürəkkəb cümlə. Xəbər budaq cümləsi.


İki və daha artıq cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə
vahid bir tam kimi birləşməsi nəticəsində əmələ gələn cümlələrə tabeli
mürəkkəb cümlə deyilir. Tabeli mürəkkəb cümlə baş və budaq cümlələrdən
ibarət olur. Qrammatik cəhətdən müstəqil olan tərəf baş cümlə, baş
cümlədən asılı olan, onu izah edən tərəf isə budaq cümlədir. Baş cümlə
yalnız qrammatik cəhətdən deyil, həm də məna cəhətdən formalaşması
üçün təşkiledici mərkəzdir. Lakin baş və budaq cümlələri fərqləndirərkən
onların mənasına yox, qrammatik müstəqilliyinə baxmaq lazımdır.
XƏBƏR BUDAQ CÜMLƏSİ
Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzliyi ilə ifadə olunmuş xəbərinin
mənasını izah edir, aydınlaşdırır. Məhkəmədən xahişim budur ki, məni
haqsız təhqirlərdən qorusun.
Xəbər budaq cümlələrdə qəlib söz həmişə işlənməlidir.
Xəbər budaq cümləsinin tipləri: Baş və budaq cümlələrin yerinə və bağlayıcı
vasitələrə görə, xəbər budaq cümləsinin 2 tipi var.
Birinci tipdə baş cümlə budaq cümlədən əvvəl gəlir. Budaq cümlə baş
cümləyə intonasiya və ya ki bağlayıcısı ilə bağlanır. Mənim sizə vəsiyyətim
odur ki, dediyim sözləri atama yetirəsiniz.
Bu tipin özünü müxtəlif növlərə ayırmaq mümkündür:
Baş cümlənin xəbəri odur, budur, o idi, bu idi, o imiş, bu imiş sözləri ilə ifadə
olunur və budaq cümləsi vasitəsilə izah edilir. Yeganə məsləhət odur ki, biz
quyunu 100 metr də dərinləşdirək.
Baş cümlənin xəbəri bura, ora, burası, orası sözləri ilə ifadə olunur.
Xoşbəxtlik burasındadır ki, qız da Yusifi istəyir.
Baş cümlənin xəbəri elədir, belədir, elə idi, belə idi, elə imiş, belə imiş sözləri
ilə ifadə olunur. Sizin kəndin vəziyyəti elədir ki, köndələn çaydan oraya at
çıxarmaq olar.
Baş cümlənin xəbəri onun üçün, bunun üçün, ondan ötrü, bundan ötrü, ona
görə, buna görə sözləri ilə ifadə olunur. Bu işlər tamam ondan ötrüdür ki,
Şahbaz bir gün gözlərindən uzaq olmasın
Baş cümlənin xəbəri ondan ibarətdir sözü ilə ifadə olunur. Məqsədimiz
ondan ibarətdir ki, əməlli-başlı baza yaradaq
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və budaq cümlə baş
cümləyə kim, hər kim, hər kəs, hər nə, necə, nə cür bağlayıcı sözləri və -sa
şəkilçisi ilə bağlanır. Bağlayıcı sözə uyğun olaraq baş cümlədə qarşılıq
bildirən o, elə, həmin, haman sözləri və o özü birləşməsi xəbər vəzifəsində
işlənə bilər. İndi kim birinci yeri tutdu, qalib odur. Əvvəl xasiyyəti necə idisə,
indi də elədir. Sənə kim ağılsız deyirsə, ağılsız onun özüdür.

73) Tabeli mürəkkəb cümlə. Tamamlıq budaq cümləsi.


İki və daha artıq cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid
bir tam kimi birləşməsi nəticəsində əmələ gələn cümlələrə tabeli mürəkkəb
cümlə deyilir. Tabeli mürəkkəb cümlə baş və budaq cümlələrdən ibarət olur.
Qrammatik cəhətdən müstəqil olan tərəf baş cümlə, baş cümlədən asılı olan,
onu izah edən tərəf isə budaq cümlədir. Baş cümlə yalnız qrammatik cəhətdən
deyil, həm də məna cəhətdən formalaşması üçün təşkiledici mərkəzdir. Lakin
baş və budaq cümlələri fərqləndirərkən onların mənasına yox, qrammatik
müstəqilliyinə baxmaq lazımdır.
TAMAMLIQ BUDAQ CÜMLƏSİ
Tamamlıq budaq cümləsi baş cümlənin xəbərini tamamlayır, ya baş cümlədə
olmayan tamamlığın əvəzində işlənir, ya da baş cümlənin işarə əvəzliyi ilə ifadə
olunan tamamlığının mənasını izah edib aydınlaşdırır. Tamamlıq budaq cümləsi
baş cümlənin feili və ismi xəbərinə aid olur. O istəmirdi ki, ora səninlə getsin.
Tamamlıq budaq cümləsinin tipləri: Baş və budaq cümləsinin yerlərinə və
bağlayıcı vasitələrə görə tamamlıq budaq cümləsinin 3 tipi olur.
Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Ya intonasiya, ya da ki bağlayıcısı ilə
bağlanır. Oğul mən bilirəm, bir çoxları öz əqidələri yolunda canlarını
çürüdürlər.
Bu tipin özü baş cümlədə tamamlığın olub-olmamasına görə 2 növə ayrılır:
Baş cümlədə tamamlıq olmur. Tamamlığın baş cümlədən çıxan sualına budaq
cümlə cavab verir. Bəzən belə cümlələrdə baş cümlələrdə elə, belə sözləri olur.
Lakin bu cümlələr yenə də tamamlıq budaq cümləsi olaraq qalır. Deyirlər ki, qış
fəslində cənnətin qapıları Muğana tərəf açılır.
Baş cümlədə tamamlığın qəlibi olur. O, bu, elə, belə, beləsini, eləsini, orası,
burası, o şey, bu şey, o cəhət, bu cəhət, o məsələ, bu məsələ sözləri qəlib
sözlərdir. Tarix bizə bunu göstərir ki, maarif artdıqca ruhanilik hörmətdən
düşür.
Birinci tipdə baş cümlənin xəbəri –mı şəkilçisi ilə işlənə bilir. Bilirsənmi, o
zaman mən ağır bir çətinlik qarşısında qalmışdım.
Baş cümlənin xəbəri nitq feilləri, təfəkkür, görmə, eşitmə prosesləri ilə bağlı
feillərdən ibarət olur. O gördü ki, hamı təəccüb içindədir.
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və kim, kimi, kim ki, hər kəs
ki və s. Bağlayıcı sözləri və -sa şəkilçisi ilə bağlanır. Kimi ki ürəyim istəyir, onu
da alacağam.
Üçüncü tipdə də budaq cümlə baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş
cümləyə sual əvəzlikləri və -mı şəkilçisi ilə bağlanır. Bu cümlələri birinci tip
cümləyə çevirmək mümkündür. Müharibə bir ay davam edəcəkmi, beş ay
sürəcəkmi, bilmirik – üçüncü tip
Bilmirik ki, müharibə bir ay davam edəcəkmi, beş ay sürəcəkmi – birinci tip
Tamamlıq budaq cümlələri də vasitəli və vasitəsiz tamamlığın suallarına cavab
verə bilir.

74) Tabeli mürəkkəb cümlə. Təyin budaq cümləsi.


İki və daha artıq cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid
bir tam kimi birləşməsi nəticəsində əmələ gələn cümlələrə tabeli mürəkkəb
cümlə deyilir. Tabeli mürəkkəb cümlə baş və budaq cümlələrdən ibarət olur.
Qrammatik cəhətdən müstəqil olan tərəf baş cümlə, baş cümlədən asılı olan,
onu izah edən tərəf isə budaq cümlədir. Baş cümlə yalnız qrammatik cəhətdən
deyil, həm də məna cəhətdən formalaşması üçün təşkiledici mərkəzdir. Lakin
baş və budaq cümlələri fərqləndirərkən onların mənasına yox, qrammatik
müstəqilliyinə baxmaq lazımdır.
TƏYİN BUDAQ CÜMLƏLƏRİ
Təyin budaq cümləsi baş cümlənin əşya məzmunlu hər hansı bir üzvünü təyin
edir. Ya baş cümlədə təyinin qəlibi olur, əvəzində budaq cümlə işlənir, yaxud
budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə ifadə olunmuş təyinin mənasını izah
edir və aydınlaşdırır. Təyin budaq cümləsinin mühüm xüsusiyyəti budur ki, baş
cümlədə təyinlənən söz budaq cümlədə bir, yox sözləri və şəkilçi ilə xatırlanır.
Nöqsan var ki, yüzlərlə adama zərər vurur.
Təyin budaq cümləsinin tipləri: Baş və budaq cümlənin yerinə və bağlayıcı
vasitələrə görə təyin budaq cümləsinin 3 tipi var.
Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə ya
intonasiya, ya da ki bağlayıcısı ilə bağlanır. Mən insan o adama deyirəm ki,
ömrü fırtınalar içində keçsin.
Təyin budaq cümləsinin birinci tipi baş cümlədə qəlib sözün olub-olmamasına
görə 2 növə ayrılır.
Baş cümlədə qəlib söz olmur, təyinin baş cümlədən çıxan sualına budaq cümlə
cavab verir. Vitamin yox idi ki, Mirzə Əsgər onun kimyəvi tərkibini bilməsin.
Baş cümlədə təyinin qəlibi olur. Elə, elə bir, belə, belə bir, o cür, bu cür, o, bu,
həmin, haman, həmin o, bir sözləri qəlib sözlərdir. Elə adam da var ki, yarımca
saatlıq ünsiyyətdən sonra həmişəlik həkk olur insan beyninə.
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə necə, hansı,
kimi, hər kimi, hər kəsi və s. Bağlayıcı sözləri ilə bağlanır. Cümlədə -sa şəkilçisi
ola da bilər, olmaya da. Kimə etibar eləyirsən, o adama da tapşıraq.
Üçüncü tipdə baş cümlənin nəzərə çarpan sözü və ki bağlayıcısı, budaq cümlə
və ardı ilə baş cümlənin qalan hissəsi işlənir. O kişi ki, bu sözləri deyirdi, and
içirdi.

75) Tabeli mürəkkəb cümlə. Zərflik budaq cümləsi (tərz, zaman,


məqsəd, səbəb, kəmiyyət budaq cümlələri)
İki və daha artıq cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid
bir tam kimi birləşməsi nəticəsində əmələ gələn cümlələrə tabeli mürəkkəb
cümlə deyilir. Tabeli mürəkkəb cümlə baş və budaq cümlələrdən ibarət olur.
Qrammatik cəhətdən müstəqil olan tərəf baş cümlə, baş cümlədən asılı olan,
onu izah edən tərəf isə budaq cümlədir. Baş cümlə yalnız qrammatik cəhətdən
deyil, həm də məna cəhətdən formalaşması üçün təşkiledici mərkəzdir. Lakin
baş və budaq cümlələri fərqləndirərkən onların mənasına yox, qrammatik
müstəqilliyinə baxmaq lazımdır.
TƏRZİ-HƏRƏKƏT BUDAQ CÜMLƏSİ
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkət və ya əlamətin icra və
meydana çıxma tərzini bildirir və tərzi-hərəkət zərfliyinin suallarına cavab verir.
O traktorun üstündə elə oturur ki, elə bil köhlən atı suvarmağa aparır.
Tərzi-hərəkət budaq cümləsinin tipləri: Tərzi-hərəkət budaq cümləsinin 2 tipi
var.
Birinci tipdə baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə baş
cümləyə, əsasən, ki bağlayıcısı ilə bağlanır. Sofi həmişə belə deyir və belə
fikirləşirdi ki, dünyada onun Mahmuddan başqa heç kimi yoxdur.
Tərzi-hərəkət budaq cümləsinin məna çalarlarına görə özü də 3 növə bölünür:
Nəticə bildirən tərzi-hərəkət budaq cümlələri: Belə cümlələrdə budaq cümlə
işin icra tərzini bildirməklə yanaşı, həm də nəticə mənasına malik olur. Elə oxu
ki, mən də başa düşüm.
Müqayisə bildirən tərzi-hərəkət budaq cümləsi: Belə cümlələrdə budaq cümlə
işin icra tərzini bildirməklə yanaşı, həm də müqayisə mənasına malik olur. Baş
və budaq cümlələrin mənası obrazlı şəkildə müqayisə edilir. Belə cümlələrdə
baş cümlədə elə, belə qəlib sözləri, budaq cümlənin əvvəlində isə elə bil, elə bil
ki, sanki, deyəsən, guya ki, necə ki və s. Sözləri istifadə olunur və müqayisə
məzmunu yaradır. Rəhman özünü elə hiss edirdi ki, elə bil evində idi.
Məqsəd bildirən tərzi-hərəkət budaq cümlələri: Belə cümlələrdə budaq cümlə
işin icra tərzini bildirməklə yanaşı, məqsəd mənasına da malik olur. Ağabacı
özünü elə göstərirdi ki, guya bu işdən xəbəri yoxdur.
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və necə, necə ki, hər necə,
hər necə ki və s. Bağlayıcı sözləri ilə bağlanır. Budaq cümlənin sonunda –sa
şəkilçisi də işlənə bilər. Baş cümlədə qarşılıq bildirən elə sözü tərzi-hərəkət
zərfliyi vəzifəsində işlənə bilər. O necə çalır, sən də elə oynayırsan.
ZAMAN BUDAQ CÜMLƏSİ
Zaman budaq cümləsi baş cümlədəki hərəkət və ya əlamətin zamanını bildirir və
zaman zərfliyinin suallarına cavab verir. Zaman budaq cümləsinin tipləri: Baş və
budaq cümlələrin yerinə və bağlayıcı vasitələrə görə zaman budaq cümləsinin 2
tipi var.
Birinci tipdə baş cümlə budaq cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümləyə
ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə qəlib söz kimi o zaman, o vaxt, o vaxt ki,
o gün ki və s. Sözləri işlənir. Oğlan o zaman evlərinə çatdı ki, camaat onlara
tərəf axışırdı.
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir. Budaq cümlənin baş
cümləyə bağlanma vasitələrinə görə bu tip özü 9 növə ayrılır.
Ki bağlayıcısı
İki addım atmamışdı ki, atası çağırdı.
Ki ədatı
Səkinə xala, gün ki batdı, hər yer bağlanır.
Elə ki bağlayıcı sözü
Elə ki məclis qurtardı, hamı dağıldı.
O gün ki, o vaxt ki, o zaman ki və s. Bağlayıcı sözləri
O gün ki fəsili yaz olur, gecə-gündüz taraz olur.
Haçan, haçan ki, nə vaxt, nə vaxt ki və s. Bağlayıcı sözləri
Nə vaxt desəniz, onda mən hazır.
Nə qədər ki, hər nə qədər ki, necə ki və s. Bağlayıcı sözləri
Nə qədər ki Moskvada idi, məktubların ardı-arası kəsilmirdi.
–mı şəkilçisi
Azarı tuturmu, heç kəsi tanımırdı.
İntonasiya
Bir dəfə soyuqladı, bir il geri düşürdü.
Bağlayıcı söz və -sa şəkilçisi
Bakıda haçan xəzri olsa, onda qışdır.
Zaman budaq cümlələrində baş və budaq cümlələrin zaman məzmunu 3 cür
olur:
Budaq cümlədəki iş baş cümlədən əvvəl olur. Elə yenicə yuxuya getmişdim ki,
sanki koridorda bomba partladı.
Baş cümlədəki iş budaq cümlədən əvvəl olur. O gün ki bizə gəldi, hər şey həllini
tapdı.
Baş və budaq cümlələrin zaman məzmunu uyğun olur. Belə cümlələrdə ki, nə
qədər bağlayıcıları, o gün ki, o zaman, o vaxt, o vaxt ki sözləri budaq cümlənin
baş cümləyə bağlanmasında iştirak edir. Gecə yarı olardı ki, Sərdar evə qayıtdı.
MƏQSƏD BUDAQ CÜMLƏSİ
Məqsəd budaq cümləsi baş cümlədəki işin, hərəkətin məqsədini bildirir və
niyə?, nə üçün?, nədən ötrü, nə məqsədlə? Suallarından birinə cavab verir.
Məqsəd budaq cümləsi, əsasən, baş cümlənin feili xəbərinə aid olsa da, bəzən
var, yox, lazım, gərək və s. Kimi ismi xəbərli baş cümləyə də aid ola bilir.
Məqsəd budaq cümləsinin xəbəri, adətən, əmr və ya arzu şəklində olur. Arzu
mənasını ifadə edir. Biz zəhməti ona görə çəkirik ki, əsl insan kimi yaşayaq.
Məqsəd budaq cümləsinin tipləri: Baş və budaq cümlələrinin yerinə və bağlayıcı
vasitələrə görə məqsəd budaq cümlələrinin 2 tipi olur.
Birinci tipdə baş cümlə budaq cümlədən əvvəl gəlir və baş cümlənin daxilində
ona görə, ondan ötrü, o məqsədlə qəlib sözləri işlənə bilər. Budaq cümlə baş
cümləyə ki bağlayıcısı ilə bağlanır. Ona görə razı deyiləm ki, mən vəzifəmdə
qalmaq istəyirəm.
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə niyə, nə
üçün, nədən ötrü, nə məqsədlə sual əvəzlikləri ilə bağlanır. Bu tipdə budaq
cümlədə bağlayıcı sözlərlə yanaşı, -sa şəkilçisi də işlənə bilər. Bu tipdə baş
cümlədə o məqsədlə, onun üçün, ondan ötrü və s. Qarşılıq sözləri işlənə bilər.
Nə üçün çağırmışdınız, onun üçün də gəlmişəm.
SƏBƏB BUDAQ CÜMLƏSİ
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və hökmün səbəbini bildirir.
Niyə?, nəyə görə?, nə üçün?, nə səbəbə?, nədən ötrü? Suallarından birinə
cavab verir. Səbəb budaq cümləsi baş cümlədəki ismi xəbərə aid olursa,
hökmün səbəbini, feili xəbərə aid olursa, hərəkətin səbəbini bildirir. Səbəb
budaq cümləsi səbəbi, onun aid olduğu iş isə nəticəni bildirir. Bunların hamısını
ona görə xatırlayıram ki, sən olmayanda evimiz suyu soğulmuş dəyirmana
bənzəyir.
Səbəb budaq cümləsinin tipləri: Baş və budaq cümləsinin yerinə və bağlayıcı
vasitələrə görə səbəb budaq cümləsinin 2 tipi var.
Birinci tipdə baş cümlə budaq cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümləyə
çünki, ona görə ki, ondan ötrü ki, onun üçün ki, ki bağlayıcıları ilə bağlanır.
Bəzən isə baş cümlədə o səbəbə, bu səbəbə, o səbəbdən qəlib sözləri işlənir. O
səbəbə gətirmədim ki, hələ hazır deyildi.
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə ki ədatı, nə
bağlayıcı sözü və -sa şəkilçisi ilə bağlanır. Ki ədatı, əsasən, budaq cümlədə
məntiqi vurğulu şəxs əvəzliyindən sonra işlənir. Bilmirəm nə günahı vardısa,
səni görən kimi qaçıb girdi donuzluğa.
KƏMİYYƏT BUDAQ CÜMLƏSİ
Kəmiyyət budaq cümləsi baş cümlədəki hal-hərəkətin və ya əlamətin miqdarını
bildirməyə xidmət edir və baş cümlədə meydana gələn nə qədər? Sualına cavab
verir. Kəmiyyət budaq cümləsi aid olduğu üzvə görə bir neçə qrupa bölünür:
Kəmiyyət budaq cümləsi baş cümlənin feili xəbərinə aid olur. Kəmiyyət budaq
cümləsi baş cümlədəki müəyyən əlamətə (sifət və zərf) aid olur.
Abbas nə qədər yumşaq ürəkli və mehribandırsa, lazım gəldikdə, bir o qədər
sərt və inadkardır.
Kəmiyyət budaq cümləsi az, çox saylarına və az, çox, tez, gec zərflərinə aid olur.
Torpağı nə qədər əzizləsən, bir o qədər çox pambıq götürərsən.
Kəmiyyət budaq cümləsinin məna qrupları: Kəmiyyət budaq cümlələri baş
cümləsi ilə olan məna münasibətlərinə görə 3 qrupa ayrılır:
Müqayisəli kəmiyyət budaq cümləsi. Baş cümlədəki kəmiyyətlə budaq
cümlədəki kəmiyyət bir-biri ilə müqayisəli şəkildə verilir. Dağlar nə qədər sərin
idisə, aran bir o qədər isti idi.
Qarşılaşdırmalı kəmiyyət budaq cümləsi. Budaq cümlə ilə baş cümlənin
məzmunları qarşılaşdırılır. Yaxşı ad çıxarmaq nə qədər çətindirsə, adı itirmək o
qədər asandır.
Şərtli kəmiyyət budaq cümləsi. Budaq cümlə baş cümlədəki hal-hərəkətin
şərtini bildirir. Bu xəbisləri nə qədər tez məhv etsək, dünya bir o qədər
qazanacaqdır.
Kəmiyyət budaq cümləsinin tipləri: Baş və budaq cümlənin yerinə və bağlayıcı
vasitələrə görə kəmiyyət budaq cümləsini 2 tipə ayırmaq olar:
Birinci tipdə baş cümlə budaq cümlədən əvvəl işlənir. Budaq cümlə baş cümləyə
ki bağlayıcısı və intonasiya ilə bağlanır. Baş cümlədə qəlib söz kimi o qədər, o
kəmiyyətlə, o miqdarda sözləri işlədilir. Əllərini o qədər ovuşdurmuşdu ki,
barmaqları qıpqırmızı olmuşdu.
İkinci tipdə budaq cümlə baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümləyə
nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə bağlanır. Baş cümlədə isə o qədər, o
qədər də, bir o qədər, bir o qədər də sözləri işlənir. Buruqlar və zavodları nə
qədər uca idisə, onların kölgəsində çalışan fəhlələrin yaşadığı evlər bir o qədər
alçaqdır.

76) Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri.


İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq
əsasında tabesizlik yolu ilə vahid bir tam kimi birləşməsi nəticəsində əmələ
gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir.
Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr arasında aşağıdakı
məna əlqələri mövcuddur:
Zaman əlaqəsi
Ardıcıllıq əlaqəsi
Səbəb – nəticə əlaqəsi
Aydınlaşdırma əlaqəsi
Qarşılaşdırma əlaqəsi
Bölüşdürmə əlaqəsi
Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrində bəhs olunan
hadisələr eyni zamanda baş verir. Buna görə həmin cümlələrin xəbərləri eyni
zaman formasında olur. Məsələn: Şiddətli külək əsir, güclü yağış ara vermirdi.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ya intonasiya ya da
tabesizlik bağlayıcıları ilə bağlanır. Məsələn: Nə o məni dindirir, nə də mən onu
danışdırırdım:
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrində baş verən
hadisələr müəyyən ardıcıllıqla baş verir. Birinci cümlədə əvvəl baş verən
hadisədən, ikinci cümlədə isə sonra baş verən hadisədən danışılır. Xəbərlər eyni
zaman formasında olur. Məsələn: Qapı açıldı, babam gülə-gülə içəri daxil oldu.
Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir – birinə daha
çox sadalama intonasiyası ilə bağlanır. Məsələn: Qapı açıldı, içəri bir kişi daxil
oldu.
Bu mürrəkkəb cümlələrin tərkib arasında birləşdirmə bağlayıcısı da işlənir.
Məsələn: Qapı döyüldü və Nərgiz qapıya tərəf qaçdı.
Səbəb – nəticə əlaqəli mürəkkəb cümlələrin tərkib hissələrindən birincisində
bəhs olunan hal və hərəkətin səbəbi, ikincisində isə onun nəticəsi bildirilir.
Məsələn: Dərsə yaxşı hazır deyildim və yaxşıca danlandım.
Səbəb -nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir – birinə
intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır. Məsələn, Dərslər qurtarır,
uşaqlar yay tətilinə buraxılır.
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ardıcıllıq əlaqəli tabesiz
mürəkkəb cümlələrə oxşayır. Hər iki cümlədə iş ardıcıl baş verir. Bu cümlələrin
fərqi ondan ibarətdir ki səbəb- nəticə əlaqəli mürəkkəb cümlələrdə bir
kortəbilik var və bu cümlələrin birinci hissəsində işin səbəbi, sonrakı cümlədə
isə onun nəticəsi göstərilir. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə isə
işin ardıcıl icrası öz əksini tapır. Ardıcıllıq əlaqəli cümlələrdə hadisənin biri tam
bitdikdən sonra digəri başlayır. Səbəb – nəticə əlaqəli cümlələrdə isə nəticənin
alınması üçün birinci cümlədəki işin bitməsi, tamamlanması vacib deyil.
Məsələn, Lampalar söndü, kino başlandı – ardıcıllıq əlaqəli tabesiz mürəkkəb
cümlə: Kazım yorğanın ucunu qaldırdı, uşağın üzü görsəndi – səbəb- nəticə
əlaqəli tabesiz mürəkkəb cümlə.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə
cümlələrdən birində bəhs olunan hadisənin digərində müxtəlif cəhətdən izah
edildiyi, aydınlaşdırıldığı bildirilir. Bir qayda olaraq, ikinci yerdə duran cümlə
birincini izah edir. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib
hissələri arasında əsasən iki nöqtə, tərkib hissələrindən birində vergül olduqda
isə nöqtəli vergül qoyulur. Məsələn, Tikintidə qızğın iş gedirdi; bənnalar divar
hörür, fəhlələr daş daşıyır, palçıq qatırdı.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr bir-birinə daha çox intonasiya
vasıtəsilə bağlanır. Məsələn. Qız dərin fikrə getdi: bu işi kim etmiş olar?
Bəzən isə aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bağlayıcısı olan
yəni işlənir. Məsələn, Onun halı pis idi, yəni hərarəti getdikcə artırdı.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində baş
verən hal, hərəkət və ya hadisələr bir-birinə qarşı qoyulur. Belə mürəkkəb
cümlələri əmələ gətirən sadə cümlələr arasında qarşılaşdırma bağlayıcıları və
bununla belə, yenə də və s. Bağlayıcı sözlər işlədilir. Məsələn, Əli kişi atın
yüyənini çəkdi, lakin at ağzını sudan çəkmək istəmirdi.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri antonim
sözlərlə də əlaqələnə bilir. Məsələn, Mən əliaçıq insanam, o isə xəsisdir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrdə
hadisələr ya növbə ilə bir-birini əvəz edir, ya da bir neçə hadisədən birinin
mümkünlüyü ifadə olunur. Belə cümlələr bölüşdürmə bağlayıcılarının köməyi ilə
yaranır. Məsələn, O gah gedir, gah da dayanıb nəfəsini dərirdi. Ya gərək onun
dediyi ilə razılaşasan, ya da özünə ayrı bir iş axtarıb tapasan.

77) Vasitəli və vasitəsiz nitq.


Nitq prosesində və ya yazıda bəzən başqasının sözlərindən və ya özünün
əvvəllər dediyi sözlərdən istifadə edilir. Bunu iki üsulla etmək olur: ya
başqasının nitqi olduğu kimi saxlanılır, ya da müəyyən dəyişikliklər edilməklə
onun məzmunu verilir. Birinci üsul vasitəsiz nitq, ikinci vasitəli nitq adlanır.
Vasitəsiz nitqdə başqasının sözləri heç bir dəyişikliyə uğramadan, olduğu kimi
təkrar olunur. Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur:
müəllif sözləri və vasitəsiz nitq. Müəllif sözləri vasitəsiz nitqin kim tərəfindən,
hansı şəraitdə, nə münasibətlə və s. deyildiyini göstərir və əksər hallarda dedi,
soruşdu, söylədi, əmr etdi, fikirləşdi və s. kimi sözlərlə, nitq felləri ilə bitir.
Məsələn, O, üzünü mənə tutub zəif səslə dedi: «Gərək dünən gələydim».
Burada O, üzünü mənə tutub dedi müəllifin sözləridir. Müəllifin sözü cüttərkibli
və ya təktərkibli cümlə şəklində formalaşır. Vasitəsiz nitq müəllif sözlərindən
sonra, əvvəl, onun ortasında, eləcə də müəllifin sözlərindən əvvəl və sonra
işlənə bilir. Yazıda vasitəsiz nitq dırnaq işarəsi arasına alınır. Vasitəsiz nitq bir,
iki, üç bəzən isə daha çox cümlədən ibarət olur. Müəllif nitqinə intonasiya
vasitəsilə qoşulur. Vasitəsiz nitq müəllif təhkiyəsinə daxil olduqda dırnaq
arasına alınır, dialoqun tərkibində olduqda, adətən, tire vasitəsilə verilir. Vasitəli
nitqdə başqasının sözləri olduğu kimi deyil, dəyişilmiş şəkildə verilir. Tərkibində
vasitəli nitq olan cümlələrin bir hissəsi müəllif sözlərindən, digər hissəsi
başqasının nitqinin məzmunundan ibarət olur. Vasitəli nitq, bir qayda olaraq ,
budaq, cümlə şəklində formalaşır, müəllif sözündən sonra gəlir. Məsələn, Anası
dedi ki, axşama yaxşı hazırlaşın, qonağımız olacaq.

78) Vurğu və intonasiya.


Sözdəki hecalardan və cümlədəki sözlərdən birinin başqalarına nisbətən ucadan
(qüvvətli) deyilməsi vurğu adlanır. Dildə vurğunun xüsusi rolu vardır. Vurğunun
yerini dəyişdirməklə eyni bir səs kompleksində və cümlədə müxtəlif mənalar
ifadə etmək olur. Vurğunun yerini düzgün müəyyən etmək ədəbi tələffüz üçün
son dərəcədə əhəmiyyətlidir.
Azərbaycan dilində vurğunun üç növü var:
1.Heca vurğusu
2.Məntiqi vurğu
3.Həyəcanlı vurğu
Sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz edilməsinə heca
vurğusu deyilir. Üzərinə vurğu düşən heca – vurğulu heca adlanır. Sözdə
vurğunun yeri çox müxtəlifdir. Belə ki, vurğu bütün dillərdə həmişə sözün bir
hecası üzərinə düşmür: Həm sözün əvvəlində, həm ortasında, həm də sonunda
ola bilir. Bu cəhətinə görə heca vurğusu iki yerə bölünür: sərbəst vurğu,sabit
vurğu.
Sərbəst vurğu. Sözün müxtəlif hecaları üzərinə düşən vurğuya sərbəst vurğu
deyilir. Məsələn, alman dilində vurğu həmişə birinci hecaya düşdüyü halda, rus
dilində sözün müxtəlif hecaları üzərinə düşə bilir. Sərbəst vurğu bizim dilimiz
üçün xarakterik deyildir.
Sabit vurğu. Sözün müəyyən hecası üzərinə düşən vurğuya sabit vurğu deyilir.
Dünyada elə dillər vardır ki, onlardan bəzilərində vurğu həmişə birinci,
bəzilərində isə sonuncu heca üzərinə düşür. Azərbaycan dilində vurğu, əsasən,
sözün son hecası üzərində olur.
Cümlədəki sözlərdən birinin daha qüvvətli tələffüz edilməsinə məntiqi vurğu
deyilir. Məntiqi vurğu, eyni zamanda, söz vurğusu da adlanır. Cümlədə üzərinə
vurğu düşən sözə vurğulu söz deyilir. Məntiqi vurğu sərbəst olduğundan
cümlədəki sözlərdən hər birinin üzərinə düşə bilir. Dildə məntiqi vurğu
vasitəsilə bir cümlə bir neçə məna bildirir. Müasir Azərbaycan ədəbi dilində
məntiqi vurğudan iki formada istifadə olunur:
Birinci formada cümlədəki sözlərin heç birinin yeri dəyişdirilmədən biri
digərindən uca tələffüz olunur; Məsələn:
Fuad dərsə getdi.
Fuad dərsə getdi.
Fuad dərsə getdi.
Bu misalların birincisində dərsə başqasının deyil, Fuadın getdiyi, ikincisində
Fuadın başqa yerə yox dərsə, üçüncüsündə isə onun məhz dayanmadığı, getdiyi
anlayışı ifadə olunmuşdur.
İkinci formada cümlədə məntiqi vurğu ilə deyilən söz xəbərin yanına gətirilir;
məsələn:
Mən səni dünən muzeydə gördüm.
Mən səni muzeydə dünən gördüm.
Mən dünən muzeydə səni gördüm.
Səni dünən muzeydə mən gördüm.
Bu misallarda vurğulu söz xəbərin yanına gətirilmiş və həmin sözlərin məntiqi
vurğu ilə tələffüz edilməsi əsasında müxtəlif mənalar ifadə olunmuşdur.
Hiss və həyəcan ifadə etmək üçün cümlədəki, abzasdakı müəyyən sözün,
yaxud ifadənin qeyri-adi şəkildə tələffüz olunması həyəcanlı vurğu, yaxud
emfatik vurğu adlanır. Həyəcanlı vurğuda sözdəki səslərin bəzisi uzadılaraq
tələffüz edilir; məsələn: Ceyran başının hərəkətilə yoğun hörüyünü dala atdı,
geniş açılmış gözlərini Adilə zillədi: – Mən musiqini rəsmdən az sevmirəm.
Ondan səhərə qədər desən də, yorulmaram. Danışş! Səndə maraqlı söhbətlər
olar. Dildəki bütün nida cümlələri də həyəcanlı vurğu ilə deyilir.
İntonasiya
Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz
hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü),
intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu və s.
Kimi hadisələrin məcmusuna intonasiya deyilir.
İntonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və
mürəkkəb cümlələrin, habelə tabesizlik və tabelilik əlaqələrinin
şərtləndirilməsinə xidmət edir. Həmçinin məntiqi vurğunun, ara sözlərin
müəyyənləşdirilməsinə imkan yaradır.İntonasiya danışanın məqsədi, istək və
arzuları ilə əlaqədar olduğundan, modallıq bildirir. Onun vasitəsilə məlumat
vermə, sual və əmr intonasiyalarını fərqləndirirlər. Xitabların, ara söz və ara
cümlələrin intonasiyası da fərqlənir.

79) Zərf və onun mənaca növləri.


Zərf hərəkətə aid əlaməti, keyfiyyəti, hal və ya vəziyyəti, şəraiti, bəzən də
əlamətin əlamətini bildirir. Zərflər iş-hərəkətin icra tərzini, zamanını, yerini,
miqdarını bildirdiyi kimi, hal-vəziyyətin, hadisənin də eyni əlamətlərini göstərə
bilir. Zərflərin mənaca 4 növü var:
Tərzi-hərəkət zərfi iş, hərəkətin keyfiyyətini, əlamətini, bəzən də əlamətin.
əlamətini bildirir. Zərfin bu növü dilimizdə işlədilən sadə və düzəltmə zərflərin
böyük əksəriyyətini əhatə edir. Tərzi-hərəkət zərfinə, əsasən, - la, -ca, -casina -
yana; və s. şəkilçiləri vasitəsilə düzələn (sevinclə, güclə, yavaşca,
qəhrəmancasına, zarafat yana, tərsinə, köynəkcək, çəpəki, sevincək) və eləcə də
adların təkrarlanması və ya birləşməsi yolu ilə əmələ gələn zərf növləri (bərk-
bərk, başlı-başına, altdan-altdan), o cümlədən zərfləşən sözlərin və sadə
zərflərin bir qrupu (ürəkdən, ucadan, gözucu, qaçaraq) daxildir.
Zaman zərfi iş və ya hərəkətin icra olunduğu zamanı bildirir. Lakin zaman
zərfləri məna çalarına görə bir-birinin tam eyni deyildir. Ona görə də zaman
anlayışı ifadə edən zərfləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Adi zaman anlayışı ifadə edən zərflər (indi, dünən, ertə və s).
Konkret zaman anlayışı ifadə edən zərflər (indicə).
Davamlı zaman anlayışı ifadə edən zərflər (çoxdan, illərlə, aylarla, ildən-ilə,
gündən-günə, gecədən-gecəyə və s.).
Kəmiyyət zərfi iş və ya hərəkətin qeyri-müəyyən miqdarını bildirir. Zərfin bu
məna növü az miqdarda düzəltmə və zərfləşən söz qrupunu əhatə edir. (azca,
çoxca, olduqca, qədərincə, lazımınca, dedikcə və s.).
Yer zərfi iş və ya hərəkətin istiqamətini bildirir. Bu məna bölgüsünə yalnız
istiqamət bildirən əsli zərflər daxildir: irəli, geri, içəri, yuxarı, aşağı, ora, bura,
bəri və s.
Səbəb zərfi iş və ya hərəkətin səbəbini bildirir. Zərfin bu məna bölgüsünə yalnız
ismin çıxışlıq hal formasında zərfləşən söz qrupunu daxil etmək olar. Məsələn:
dəhşətdən, qorxudan, sevincdən, aclıqdan, qəhərdən və s.

You might also like