You are on page 1of 3

Dövlət müəssisələrinin “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə

edilməsi vəziyyəti haqqında İllik xüsusi hesabat forması”nın və “Daşınmaz dövlət


əmlakının Qeydiyyat vərəqəsi”nin təqdim olunmasının elektron xidmətilə bağlı

MÜQAVİLƏ № _______
   
  Bakı şəhəri                                                                             “___” ________ 20__- il

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət


Xidmətinin rəis müavini cənab R.Şahbazov, bir tərəfdən və
_________________________________________________________________-nin
(müəssisənin tabe olduğu baş idarənin adı)
______________________________________________________________________
(müəssisənin adı)
(bundan sonra müəssisə) digər tərəfdən bu müqaviləni bağladılar.

1. Müqavilənin predmeti
1.1. Müqavilənin predmetini “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə
vəziyyəti haqqında illik xüsusi hesabat forması”na və “Daşınmaz dövlət əmlakının
Qeydiyyat vərəqəsi”nə dair (bundan sonra Hesabatlar) məlumatların müəssisə
tərəfindən elektron şəkildə internet üzərindən müvafiq informasiya sisteminə (bundan
sonra Sistem) daxil edilməsi, Sistem tərəfindən onların qəbulu və bu barədə
müəssisəyə elektron şəkildə bildirişin verilməsidir:
1.2. Tərəflər Sistemə daxil edilmiş məlumatları (bundan sonra elektron məlumat) kağız
və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunu və
onunla eyni hüquqa malik olduğunu qəbul edir;
1.3. Müəssisənin registr kodu və şifrədən istifadə edilməklə Sistemə daxil edilmiş
məlumatlar rəsmi hesab edilir.
2. Tərəflərin hüquqları
2.1. Müəssisənin hüquqları:
2.1.1. Müəssisənin özünə məxsus olan elektron məlumatlara baxmaq;
2.1.2. Elektron məlumat mübadiləsi ilə əlaqədar mübahisəli məsələlər meydana
çıxdıqda qanunvericiliyin tələblərinə əməl etməklə Xidmətə və ya məhkəməyə müraciət
etmək;
2.1.3. Müqavilədən müvafiq Ərizə verməklə imtina etmək;
2.1.4. Müqavilənin qüvvədə olduğu müddətdə Hesabatları kağız formatda təqdim
etmək.
2.2. Xidmətin hüquqları:
2.2.1. Müqavilənin qüvvədə olduğu müddətdə müəssisə tərəfindən göndərilmiş eyni
hesabat ili üzrə Hesabatın yalnız bir formatda (elektron və yaxud kağız formatda) qəbul
etmək. Bu şərt pozulduqda hesabat ilində daha gec təqdim edilmiş Hesabatların qəbul
edilməsindən imtina etmək;
2.2.2. Müəyyən olunmuş elektron formata uyğun gəlməyən məlumatlardan imtina
etmək;
2.2.3. Müəssisə elektron məlumat mübadiləsi üçün nəzərdə tutulmuş texniki qaydalara
və normalara əməl etmədikdə hesabat ilinin başa çatmasına azı 1 ay qalmış xəbərdarlıq
edilməklə Müqavilədən birtərəfli qaydada imtina etmək.

3. Tərəflərin vəzifələri
3.1. Müəssisənin  vəzifələri:
3.1.1. Hesabatları qanunvericilikdə müəyyən olunmuş müddətdə Sistemə daxil etmək;
3.1.2. Elektron məlumat mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil
təmin etmək;
3.1.3. Sistem tərəfindən qəbul edilməmiş və səhv aşkar edilmiş Hesabata dair
məlumatları yenidən hazırlayıb Sistemə daxil etmək;
3.1.4. Elektron sənəd mübadiləsi üçün istifadə olunan kodu və şifrəni məxfi saxlamaq,
başqa şəxslərə istifadə üçün verməmək, kod və şifrə unudulduqda və ya kod və
şifrədən başqaları tərəfindən istifadə olunduğunun bilindiyi andan 3 gün müddətində
Xidmətə yazılı məlumat vermək;
3.1.5. Elektron məlumat mübadiləsindən imtina edildikdə Xidmətə Ərizə vermək.
3.2. Xidmətin vəzifələri:
3.2.1. Müəssisə tərəfindən ərizəsinin qəbulundan sonra 2 gün müddətinə elektron
məlumat mübadiləsi üçün ona zəruri kod və şifrəni təqdim etmək;
3.2.2. Müəssisənin müəyyən edilmiş formatda təqdim etdiyi elektron məlumatı qəbul
etmək və bu barədə müəssisəni məlumatlandırmaq;
3.2.3. Elektron şəkildə qəbul edilmiş Hesabatın ilkin yoxlanılmasını təmin etmək;
3.2.4. Müəssisənin özünə aid olan məlumatlara baxış imkanını yaratmaq.

4. Tərəflərin məsuliyyəti
4.1. Tərəflər müqavilədə nəzərdə tutulmuş vəzifələri qismən və ya tam yerinə
yetirmədikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq məsuliyyət
daşıyır.

5. Mübahisələr
5.1. Müqavilənin şərtlərinin yerinə yetirilməsi prosesində mübahisələrin və
münaqişələrin yarandığı halda tərəflər onların tənzimlənməsi üçün qarşılıqlı şəkildə
bütün zəruri tədbirlərə təşəbbüs göstərməyi öhdələrinə götürürlər;
5.2. Elektron məlumatların həqiqiliyi ilə əlaqədar mübahisə yarandığı halda, Müqavilənin
maraqlı tərəfi digər tərəfə səbəblərini əsaslandırmaqla yazılı müraciət edir;
5.3. Müraciət qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təqdim olunur və
baxılaraq yazılı şəkildə cavablandırılır;
5.4. Müqavilənin tərəfləri 5.7-ci bəndə uyğun olaraq mübahisənin növünü
müəyyənləşdirmək yolu ilə onun həllini həyata keçirirlər;
5.5. Müqavilə tərəfləri arasında mübahisənin həllinin nəticələrinə görə akt tərtib olunur,
burada mübahisənin mahiyyəti və tipi göstərilir və Müqavilənin tərəflərinin
nümayəndələri tərəfindən imzalanır;
5.6. Mübahisənin həlli üçün Müqavilənin tərəfləri aşağıdakı materiallardan istifadə
etməlidir:
      a) müəssisə tərəfindən Sistemə daxil edilmiş məlumat;
      b) təsdiq edici elektron bildiriş;
Mübahisəyə baxılması zamanı Müqavilənin tərəfləri Sistemə daxil edilmiş məlumatların
həqiqiliyini yoxlayırlar.
5.7. Mübahisənin həlli növləri və onlara baxılma qaydaları:
Mübahisə 1. Məlumatların Sistemə daxil edilməsinin inkarı
 Məlumatları təqdim edən məlumatların Sistemə daxil edilmədiyini, qəbul edən isə
həmin məlumatların Sistem tərəfindən qəbul olunduğunu iddia edirsə, mübahisə
aşağıdakı şəkildə həll edilir:
- qəbul edən Sistemə daxil edilmiş məlumatları təqdim edir:
- təqdim edən Sistemə daxil edilmiş məlumatların doğruluğu yoxlanılır;
- əgər təqdim olunan elektron məlumatlar doğrudursa, mübahisə qəbul edənin xeyrinə
həll olunur. Əks halda mübahisə göndərənin xeyrinə həll olunur.
Mübahisə 2.  Məlumatların Sistem tərəfindən qəbul edilməsinin inkarı
Qəbul edən elektron məlumatın Sistem tərəfindən  qəbul olunmadığını, göndərən isə,
həmin elektron məlumatın Sistemə daxil edildiyini iddia edirsə, mübahisə aşağıdakı
şəkildə həll edilir:
- göndərən elektron məlumatın Sistem tərəfindən qəbul edildiyini təsdiq edən elektron
sənədi təqdim  edir;
- məlumatın Sistem tərəfindən qəbul edildiyini təsdiq edən elektron sənədin doğruluğu
yoxlanılır;
- məlumatın Sistem tərəfindən qəbul edildiyini təsdiq edən elektron sənəd doğrudursa,
mübahisə göndərənin xeyrinə həll olunur. Əks halda mübahisə qəbul edənin xeyrinə
həll olunur.
5.8. Tərəflər bu müqavilədə nəzərdə tutulan qaydada qarşılıqlı anlaşma əldə etmədikdə
mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

6. Müqavilənin müddəti
6.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və _______ müddətinə qüvvədədir;
6.2. Müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri
Müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə Müqavilə nəzərdə
tutulmuş müddətdə uzadılmış hesab edilir.

7. Yekun müddəalar
7.1. Bu müqavilə Azərbaycan dilində 2 nüsxədə tərtib olunmuşdur və hər 2 nüsxənin
eyni hüquqi qüvvəsi vardır.

8. Tərəflərin rekvizitləri

Azərbaycan Respublikası Müəssisə
İstisadiyyat Nazirliyi __________________________________
yanında Əmlak Məsələləri (müəssisənin adı)

Dövlət Xidmətinin rəis __________________________________


(vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)
müavini  
________________      _______________  M.Y.        
          (imza)                   M.Y.  (imza)
                                       
Ünvan: Xətai rayonu, Y.Səfərov küçəsi    Ünvanı:
50.    Telefonu:
          
İcraçı:

You might also like