You are on page 1of 4

Azərbaycan dili KSQ-2 VII sinif B variantı

1.Tələffüz formasında verilmiş sözləri orfoqrafik normalara uyğun yazın. 3 bal

Biri vardı, biri yoxdu, bir kəndli vardı. Bu kəndlinin bir parça bostan yeri

vardı. Kəndli burada qovun əkmişdi. Bostan çox yaxşı məhsul gətirmiş di. Qovunlar şəkər kimi
şiriniydi. İndi kəndli qovunlara daha yaxşı qulluq et məliydi.

Yoxsa məhsul bata bilərdi.

2. Feilləri tapın, şühudi keçmiş zaman şəkilçisi qəbul etmiş feillərin altından

bir xətt, “idi” hissəciyi qəbul etmiş feillərin altından iki xətt çəkin.

Orfoqrafik normanın pozulduğu sözü göstərin. 3 bal

1. Dəvə palçığa batdı, milçək onu çıxartdı.

2. Tez-tez laləli dağları, buz bulaqları xatırlayırdı.

3. Bağrı çatlayardı, daşardı Araz,

Ürəyi dənizə boşalmasaydı. (B.Vahabzadə)

4. Dəvə durdu, dam uçurdu.

3. Feilləri qruplaşdırın.(“idi, “imiş”,”isə”hissəciklərinə görə) 3 bal

1) işlənərdi, 2) deyirmiş, 3) çağırdı, 4) soruşacaqmış, 5) yandırdı,

6) danışırsa, 7) gətirsə, 8) yığmadı, 9) boyanmışdır, 10) qoparırsa,

11) keçirirdi, 12) gəlirsə, 13) fikirləşməzdi

4.Cümlələrdə müvafiq sözlərdən sonra durğu işarələri yazın. Şərt məzmunu

ifadə edən feillərin şərt şəklində olduğunu, yoxsa isə hissəciyi ilə işləndiyini

əsaslandırın. 8 bal

1. Әgər sən məni bir dəfə aldadırsansa deməli, axmaqlıq edirsən, yox, əgər

bacarıb bir də aldadırsansa deməli, mən axmaqlıq edirəm. (A. Məmmədov)

_________________________________________________________

2. Sənin haqqında nə fikirləşsələr də sən ədalətli saydığını elə. (Pifaqor)

_________________________________________________________

3. Әgər biz öz zəif cəhətlərimizi biliriksə bunların bizə ziyanı dəyməz.

(K.Lixtenberq)

_________________________________________________________

4. Rəqibinə qalib gələ bilmirsənsə onunla birləş.


_________________________________________________________

5. Әgər iş varsa icraçısı tapılacaq

5.Verilmiş nümunələrin birində” idi”,”imiş” ,”isə” hissəciyi işlənməyib. 5 bal


A)Eşqim yollarında yandırardı şam. B)Torpaq,səni anam kimi qucaqlayardım
C)Sevinc bizdən uzaq qaçacaqmış D)Dostdan ayrılanda qəmli söz deməmişəm
E)Şam əgər yanmırsa ,yaşamır demək

6.Şəkilçiləri bərpa edib feilin növünü müəyyənləşdirin. 15bal

1. Yenə də üzü payız buludu kimi tut_muşdu. (________________)

2. Cinayətkar tez bir zamanda tut_du. (________________)

3. Babam bağda yeni meyvə ağacları ək_di. (_______________)

4. Nərmin kənddəki rəfiqəsi ilə tez-tez yaz_ır. (_______________)

5. Gözlərimə birdən-birə onun xəyalı gör_dü. (_______________)

6. Bütün işlər bir anda gör_dü. (______________)

7. Körpə uşaq məzəli hərəkətləri ilə hamını gül_dü. (______________)

8. Uşaqlar klounun məzəli hərəkətlərinə gül_dülər. (_______________)

7.” Ayrılması idi” sözündə idi hissəciyinin ayrı yazılışının səbəbini

izah edin: 7 bal___________________________________________________________

8.Subyektin hərəkəti öz üzərində icra etdiyi cümlələri seçin. 6 bal

1.Həkimin müalicəsindən sonra xəstə sağaldı.

2.Aramsız yağışdan sonra, nəhayət, hava açıldı.

3.Qonaqlar gələnə kimi həyət-baca büsbutun təmizləndi.


4.Baharın gəılişi ilə yal-yamac gül-çiçəyə büründü.

5.İclasda yeni dərs ilinə hazılığa xüsusi toxunuldu.

6.Gələn qonaqları tanımadığı üçün xeyli sıxılırdı.

A)2,4,6 B)1,3,5 c)4,5,6 D)2,3,4 E)1,4,6

9.Hansı cümlələrdə feillər birgə hərəkət ifadə edir? 10 bal

1.Uşaqlar sevindikləri üçün bərkdən gülüşdülər.

2.Dostlar xeyli vaxt idi ki, sosial şəbəkədə yazışırdılar.

3.Ana ilə bala uzun illərin həsrətlisi kimi qucaqlaşmışdılar.

4.Paltar ütülənmədiyindən qırışmışdı.

5.Quşlar yem gətirən analarını görüb civildəşdilər.


A)1,3,5 B)1,5 C)2,3,4 D)1,2,4 E)2,4

10. Şəxssiz növ felli cümləni göstərin: 5 bal

A) Onlar Hüseyn Cavid haqqında maraqlı tədqiqat aparırdılar.

B) Orkestrdə bu alətdən istifadə olunur. C)Ana məktubu yazdırtdı.

D) Yazda toxum səpildi. E) Dostlar tez-tez yazışırdılar

11.”idi” hissəciyi işlənmiş sözlərdən birinə artırıldıqda sözə

bitişik yazılmalıdır: 5 bal

A) qoca B) boylanar C) danışası D) başlamalı E) qaranlıq

12. Aşağıdakı sözlərdən biri fel deyil: 2 bal

A) bilsə B) işlədirsə C) zəngindirsə D) bilirsə E)oxutdursa

13.Tələffüz formasında verilmiş felləri düzgün formada yazın: 2 bal

{gəlməliymiş} - {gəlsəydi} - {başdıyasıydı} –

14.Hansı sözdə-ış4 (-ş) şəkilçisi var? 2 bal

A) dırmaşmaq B) sayrışmaq C) gərnəşmək D) bulaşmaq E) vuruşdurmaq

15.Nöqtələrin yerinə hansı şəkilçi yazılmalıdır? 2 bal

Bu haqda gərək iclasda danış.....san.

A) –acaq2 B) malı2 C) –a2 D)- ar2 E)-ası2

16.Cümlələrin birində icbar növdə işlənmiş feil verilmişdir? 7 bal

A) Bu ən çox gözlədiyim görüşdür.

B) Araz çayı Azərbaycanı ikiyə bölünmüşdür.

C) Külək yarpaqları göydə oynadırdı.

D) O, öz lətifələri ilə bizi xeyli güldürdü.

E) Müəllim şagirdlərə maraqlı bir hekayə oxutdurdu.

17.”idi”,”imiş”,”isə” hissəciklərinin altından xətt çəkin. Onların hansı nitq hissəsinə

qoşulduğunu cümlənin qarşısında yazın. 10 bal

1.Baş verənlər qorxulu yuxuya bənzəyirdi._________________

2.Bu kitablar əsl xəzinə imiş.______________________________

3.Şərtlər hər iki komanda çüün eynidir._____________________

4.Bu balaca uşaq nə yaman güclü imiş.________________________

5.Üzləri güləcəksə ,bizə bu da yetər.__________________________


6.Görüləsi işlər çox idi.___________________________________

7.Aydın oldu ki, hadisəni törədən özü imiş.______________________

8.Əsas işlər hələ qabaqda idi.________________________________

18.Nümunədə verilmiş boşluğa uyğun gələn feilin qrammatik məna növünün

şəkilçisini seçin. 3 bal

Məgər şəriətdə oğurluq günah say...mır?

A)- ıl4 B)-ış4 C)-dır4 D)-ın4 E)-t

19.Şərt şəklində olan feili göstərin. 3 bal

A) eşidəsən B) eşidəsisən C) eşitsin D) eşitsəniz E) eşidəsiniz

20.”idi”,” imiş”,”isə” hissəciklərindən birinin yazılışında səhvə yol verilmişdir: 5 bal

A) Həmin gün Araz çayı üzərindəki sərhəd körpüüsü bağlı imiş.

B)Gedirdibsə, mənə də deyərdin.

C) Mən Nino ilə divanda oturub nərd oynayırdım.

D) Burda qalsaymiş daha təhlükəli olar.

E) Hirsli başda ağıl olmazmış.

You might also like