You are on page 1of 7

Buraxılış sınağı

1. Doğru fikirdir:

A) 2, 3, 4 B) 1, 2 C) 3, 5 D) 2, 5 E) 1, 4, 5

2. Nümunələrin birində  işarəsinin yerinə vergül (,) və ya tire ( ̶ ) işarəsindən istifadə etmək fərq
yaratmaz:
A) Ülvi Dadaşov  gənc aqronom yorulmadan çalışırdı.
B) İnsanın düzəltmədiyi üç şeyə  dağa, ulduza, axan bir çayın sularına diqqətlə baxın.
C) “Əgər bir hədəfiniz yoxdursa, o hədəfi necə nişan ala bilərsiniz?”  deyib Edvard de Bono
D) Şübhə hisslərin deyil  zəkanın qüsurudur.
E) Qəzəb, kin, nifrət  bunlar hər kəs üçün ağır yükdür.

3. Çərçivə daxilində verilmiş hissələrdən birində iki leksik şəkilçi işlənmişdir:

A) 2 B) 1 C) 5 D) 4 E) 3

4. Nöqtələrin yerinə elə ifadələr müəyyən edin ki, tamamlanan cümlə yalnız əsas nitq hissələrindən
ibarət olsun.
Vətənin adi qışı qürbətin yüz baharından çox ............ .
1. yaxşıdır 2. mənalıdır 3. dəyərləndirilir 4. sevilir 5. vəsf olunur 6. tərifəlayiqdir
A) 1, 4, 5 B) 1, 2, 3 C) 3, 4, 5 D) 2, 3, 4 E) 1, 2, 5

5. Klasteri tamamlaya bilən fikirlərdir:

1.hər ikisi ismin eyni halındadır. 3.ikisi də eyni üzvdür. 5.ikisi də xəbərlə eyni sintaktik əlaqəyə girib
2.biri baş, digəri ikinci dərəcəli üzvdür. 4.ismin fərqli hallarındadır.

A) 2, 5 B) 2, 4 C) 1, 5 D) 1, 3 E) 3, 4

6. Hansı cümlədə altından xətt çəkilmiş ifadə əsasında ədəbi dilin fonetik, leksik və qrammatik
normalarının pozulduğunu müəyyən etmək olar?

A) Səndən xahiş etməyincə heç kəsə öyüt öyrətməyin. (Atalar sözü)


B) İnsanların sirrini saxlamaq böyüklük cəhətidi. (Sokrat)
C) İnsanlar ancaq ləyaqətli olduğu şöhrətə sahib ola bilərlər. (İ.Höte)
D) Dəyərli məsləhət qızıl qiymətinədi. (A.Mandzoni)
E) Şöhrəti zor əvəzinə qazammax olmaz. (M.Monteqyu)
7. Göy cisimləri ilə bağlı elmi əsər yazan alimin istifadə etdiyi sözlər üçün vacib şərtdir:
Həmin sözlərin →
A) hiss və həyəcan ifadə etməsi C) poetik funksiya daşıması E) beynəlmiləl səciyyə daşıması
B) həqiqi mənada işlənməsi D) arxaizm olması

8. Hansı cümlənin xəbərinin zamanı başqa zamanla əvəzlənsə, cümlənin şəxsə görə növü dəyişər?
1. İmtahana ciddi və müntəzəm hazırlaşarlar.
2. Çətinlikdən qorxmazlar.
3. Ədəbi tənqidçilər əsərin aktuallığına xüsusi diqqət yetirirlər.
4. Tələbələr layihələrə vaxtında hazırlaşmağa başlayarlar.
5. Böyüyə hörmət edərlər.
A) 1, 4 B) 3, 5 C) 2, 3, 5 D) 3, 4 E) 1, 2, 5

9.Tünd-qara hərflərlə yazılmış sözlə bağlı doğru fikirlərdir:


Hər bir insan öz yaddaşının məhsuludur. (U. Folkner)
1. Leksik mənası yoxdur.
2. Leksik mənalı sözlə omonim ola bilir.
3. Fikrin təsirli ifadə olunmasına xidmət edir.
4. Neçə? sualına cavab verir.
5. Mürəkkəb söz birləşməsinin tərkib hissəsidir.
A) 1, 2, 5 B) 2, 3, 4 C) 1, 2, 3 D) 3, 4, 5 E) 1, 4, 5

10. Uyğunluğu müəyyən edin.


1. Səbir zəifliyin dayağı, səbirsizlik isə gücün məhvidir.
2. Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər.
a. Xəbərlik şəkilçisini bərpa etmək olar.
b. Əsas və asılı cümlələrdən ibarətdir.
c. sxeminə uyğun cümlədir.
d. İsmi xəbərlidir.
e. Bağlayıcı söz işlənmiş cümlədir.
A) 1-d, e; 2- b B) 1-d; 2-a, c C) 1-a, b; 2- c, e D) 1-a, d; 2-b, c E) 1-b, c; 2- d, e
Mətni diqqətlə oxuyun və 11-20-ci tapşırıqları mətn əsasında cavablandırın.

Bağdadda bir gün


Qara geyimli, üz-gözünü tük basmış cavan oğlan soraqlaşa-soraqlaşa Bağdad şəhərinin azərbaycanlılar
yaşayan məhəlləsini tapdı. 1. Xəstə olduğundan ayaq üstə güclə duran oğlan, nəhayət, alçaq bir evin
qapısını döydü. Qapını açan kişi oğlanı süzüb soruşdu:
− Kimi istəyirsən?
− Bağışlayın, əmi, qəribəm, uzaqdan gəlmişəm. Ayaq üstə durmağa taqətim qalmayıb. Xahiş edirəm,
mənə yatmağa yer verin.
2. Ev sahibi qapıdan çəkilib dedi:
− Buyur, bu ev-eşik qərib oğlana qurbandır.
Oğlan bu yad evdə qayğı ilə əhatə olundu. İki piyalə zəncəfilli çay içib yatağa uzandı. Qoca onu yaxşı-
yaxşı bürüdü.
Səhər tezdən qoca səliqə ilə becərilmiş bağın seyrinə çıxmışdı. Bu vaxt *qonaq ona yaxınlaşdı. Qoca
ona baxıb:
− Oğul, niyə belə halsızsan? Əziyyət çəkmiş adama oxşayırsan, – dedi.
− Düzdür, əmican, çox əziyyət çəkmişəm. Heç bilmirəm, evə necə qayıdacağam.
− Haradansan, oğul, adın nədir?
− Azərbaycanın Şirvan mahalından. Adım Kərimdir.
− Həmyerliyik ki. Mənim ata-babam da Azərbaycandan gəlib. Bəs sən Bağdadda nə edirsən?
Oğlan qocaya atası ilə birlikdə Kərbəla ziyarətinə gəldiyini, əslində isə əsas ...... ziyarət deyil,
Bağdadda yaşayan bir əziz insanı görmək və ona hədiyyəsini çatdırmaq olduğunu danışdı. Atası
Kərbəla yolunda quldurlar tərəfindən tutulmuş, özü isə döyülərək huşunu itirmiş, bir müddət sonra özünə
gəlib atasının öldüyündən xəbər tutmuşdu.
3. Qoca qonağın ürək parçalayan qəmli hekayəsini ürəkağrısı ilə dinlədi. Onun gözlərindəki kədər
buludları daha da sıxlaşmış, hüznü dərinləşmişdi.
■ Kərim yola getmək üçün hazırlaşmağa günortaya yaxın başladı. Qonağı fikrindən döndərə bilməyən ev
sahibi ona bir kisə uzatdı.
− Götür bu pulları. Yol xərci edərsən. Azərbaycana qayıdanda yoxsullara yardım edərsən, ürəyin sakit
olar.
Kərim tərəddüdlə pulu alıb cibinə qoydu.
4. Gün günorta yerinə qalxmışdı. Kərim vidalaşanda dedi:
− Əmican, bu, son xahişimdir. Səhər sizə dedim ki, Bağdada dahi sənətkarı görməyə gəlmişəm. Qəza
elə gətirdi ki, onu axtarıb tapa bilmədim. Mahalımızda Füzulinin dillərdə dolaşan qəzəllərini toplayıb öz
xəttimlə bu kitaba yazmışam. Ancaq Füzulini görüb kitabı ona vermək mənə qismət olmadı. Şairi
görsəniz, bu kitabı şirvanlıların kiçik hədiyyəsi kimi ona verməyinizi xahiş edirəm.
Nurani qoca öz qəzəlləri toplanmış kitabı alıb bağrına basanda gözləri yaşardı…

(Hüseyn Abbaszadədən)
11. Uyğunluğu müəyyən edin.
1. Mətndəki əsas fikir
2. Mətnin ayrı-ayrı hissələrindən çıxan fikir
a. Mənəvi bağlar sərhəd tanımır.
b. Təsadüflər həmişə qanqaraldıcı olmur.
c. Elm arxasınca Bağdada belə get.
d. Əsl sənətkar xalqın məhəbbəti ilə yaşayar.
e. İnsanlar bir-birinə dar gündə lazım olur.
A) 1-a,b; 2-e B. 1-b; 2-d,c C. 1-a,d; 2-b,e D. 1-e,d; 2-a,c E. 1-b,c; 2-d

12. Tünd-qara hərflərlə verilmiş cümlədə nöqtələrin yerinə uyğun gələn sözləri müəyyən edin.
1. əqidəsinin 2. niyyətinin 3. düşüncəsinin 4. etirafının 5. marağının 6. məqsədinin
A) 3, 5, 6 B) 1, 6 C) 2, 6 D) 2, 4, 5 E) 1, 3, 4
13. Nömrələnmiş hansı cümlələrdə mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətləri əksini
tapmışdır?
A) 1, 3 B) 1, 2 C) 2, 4 D) 1, 4 E) 3, 4

14. Hansı nümunədəki düzəliş mətndə qarşısında ◼ işarəsi qoyulmuş cümlədəki qüsuru aradan
qaldırmağa xidmət edir:
A) Kərim günortaya yaxın yola çıxmaq üçün hazırlaşmağa başladı.
B) Kərim yola düzəlmək üçün günortaya qədər hazırlaşmağa başladı.
C) Kərim yola getmək üçün günortaya kimi hazırlaşmağa başladı.
D) Kərim yola düşmək üçün günortaya qədər hazırlaşmağa başladı.
E) Kərim hazırlaşmağa yola çıxmaq üçün günortaya yaxın başladı.

15. Mətndəki fikirləri əsaslandıra bilən faktları müəyyən edin.


1. Bəzi mənbələrə görə, Məhəmməd Füzulinin ata-babası İraqa Azərbaycanın bir mahalından köçmüşdür.
2. İngilis alimi Gibb Füzuli haqqında demişdir: “Füzuli qəlb şairidir”.
3. Füzuli şəxsi mütaliəsi sayəsində orta əsr elmləri ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind
ədəbiyyatını öyrənmişdir.
4. Füzuli bir çox mənbələrdə Bağdadi təxəllüsü ilə anılır, mənbələrdə digər adı Molla Məhəmməd
Bağdadi kimi verilir.
5. Füzuli üç dildə müxtəlif üslubda klassik əsərlər yazmışdır.
A) 1, 3, 5 B) 1, 2, 4 C) 3, 4, 5 D) 2, 3, 5 E) 2, 3, 4

16. Mətndə qarşısında * işarəsi qoyulmuş söz əsasında sxemi tamamlayın.

Məcazi mənadadır Həqiqi mənadadır


Həmin sözü mətndəkindən fərqli mənada (məcazilik və ya həqiqilik baxımından) cümlədə işlədin.
_____________________________________________________________________________________

17. Çərçivədə verilmiş hissədə hansı cümlədəki fikir özünə qədərki fikirlərlə müqayisədə fərqli ifadə
olunmuşdur?
_____________________________________________________________________________________

18. Hansı hissə ilə mətnin sonluğunu tamamlamaq olar?

I Kərim bu təsadüfə çox sevindi. Böyük sənətkarın yanında daha çox qalmaq istəsə də, ona əziyyət
verməyin düzgün olmadığını, həmçinin atasının onu gözlədiyini düşündü.Görüşdən məmnun qaldığını
deyərək sağollaşdıqdan sonra yola düzəldi.Çoxdan bəri ayrıldığı vətəni üçün darıxmışdı.
II Kərim evində qaldığı bu adamın dahi Füzuli olduğunu biləndə heyrət və sevincindən nə edəcəyini
bilmədi. Onlar uzun ayrılıqdan sonra görüşən iki doğma insan kimi bir-birinə sarıldılar. Kərim yol üstündə
olduğunu da unutdu. Saatlar keçir, onların şirin və səmimi söhbəti bitmirdi.

19. Mətndəki səbəb-nəticə əlaqəsinə uyğun fikirlər yazmaqla cədvəli tamamlayın.


Səbəb Nəticə
 1.         
 Kərim Bağdada gəlir.
 2.       

20 . Sxemi mətnə əsasən tamamlayın.

Altından xətt çəkilmiş cümlənin:


1. Kərimə aid edilməsi ehtimalını əsaslandıran fikir yazın._______________________________________
2. Füzuliyə aid edilməsi ehtimalını əsaslandıran fikir yazın. _____________________________________
Mətni diqqətlə oxuyun və 21-30-cu tapşırıqları mətn əsasında cavablandırın.

Buludlarla yarışan türk qızı


Böyük Atatürkün mənəvi qızı Səbihə Gökçən adını tarixə yazmağı bacaran qadınlardan olmuşdur.
Böyük türk qızı adını türk tarixinin şanlı səhifələrinə dünyanın ilk qadın döyüş pilotu kimi yazdırmışdı.
Səbihə 22 mart 1913-cü ildə Bursa şəhərində “Gənc türklər” hərəkatının iştirakçısı İzzət bəyin
ailəsində dünyaya göz açmışdır. Valideynlərini kiçik yaşlarında itirən Səbihə Atatürkün Bursa ziyarəti
zamanı onunla görüşməyə nail olmuşdu. Qızcığaz Atatürkə təhsil almaq istədiyini söyləmiş, ötkəm1
danışığı ilə onun diqqətini cəlb etmişdi. Bu görüş qızcığazın taleyində yeni bir səhifə açmış, Səbihə
Atatürkün mənəvi2 qızı olmuşdu.
Səbihə 1935-ci ildə mühərriksiz təyyarə nümayişindən təsirlənərək, hava nəqliyyatına maraq
göstərməyə başladı. Mənəvi atasının dəstəyi ilə Mülki Aviasiya Məktəbinə qəbul oldu. 25 fevral 1936-cı
ildə ilk dəfə mühərrikli təyyarədə havaya qalxdı.
Səbihənin uğurlarını görən Atatürk: “Məni çox xoşbəxt etdin. Qızım, bəlkə də, dünyada ilk
hərbçi qadın pilot sən olacaqsan. O zaman bir türk qızının bu uğurunun bizim üçün necə iftixarverici3
hadisə olduğunu anlayarsan”.
1937-ci ildə dünyanın ilk hərbi pilotu olan Səbihə həmin il “hərbi uçuşlar üzrə usta” dərəcəsi aldı.
1938-ci ildə Balkan səfərini gerçəkləşdirən bursalı qızın şöhrəti bütün dünyaya yayıldı. “Bəyaz Qartal”
nişanı ilə təltif edildikdən sonra Səbihənin adı “Göylər qızı” kimi tanındı.
O zaman Türkiyədə qadınların orduda xidmət etməsinə dair qanun qəbul edilmədiyindən Səbihə
ordudan ayrıldı və Türkquşu Uçuş Məktəbinə baş müəllim təyin edildi. Həyatı boyunca 22 fərqli yüngül
bombardmançı və akrobatik təyyarə ilə uçmuş göylər qızı həmişə peşəsinin 4 vurğunu olmuşdur.
Son uçuşunu 1996-cı ildə fransız pilot Daniel Akton ilə bərabər “Falcon-2000” təyyarəsi ilə
həyata keçirən xanım həmin il karyerasının5 ən böyük mükafatını aldı: “Dünya tarixinə adını yazdıran 20
aviatordan biri”. O bu mükafata layiq görülən ilk və tək qadın təyyarəçidir.
(Qənirə Paşayeva “Tarixə adını yazan qadınlar”silsiləsi)

21. Hökmlərdən biri mətnə uyğun deyil:


A) Türkiyədə qadınların hüquqlarının Avropa qadınlarından xeyli məhdud olduğu zaman da olmuşdur.
B) Səbihə uşaqlıqdan özünə inamlı olması ilə diqqəti cəlb etmişdir.
C) Türkiyə qanunlarının qadınların orduda iştirakını məhdudlaşdırdığı dövrlər də olmuşdur.
D) Səbihə Gökçən təkcə Türkiyədə deyil, bütün dünyada ilkə imza atmışdır.
E) Atatürk qadınların ən çətin, məsuliyyətli və şərəfli işlərdə təmsil olunması tərəfdarı idi.

22. Mətni hansı cümlə ilə tamamlamaq olar?


A) Mənəvi atasının vəfatından sonra atasızlıq və ağır hüzn yaşadı.
B) Səbihə Gökçənin xatirələri əsasında “Buludlarla yarışan qadın” kitabı çap edilmişdir.
C) Böyük Atatürk bu balaca qızcığazın gələcəyini görürdü.
D) Son uçuşunu 83 yaşında gerçəkləşdirdi.
E) Səbihə həmçinin Yaxın Şərqdə və Avropada səmanı fəth edən ilk qadın olmuşdur.

23. Kontekstə əsaslanaraq verilmiş şərhlərin mətndə nömrələnmiş hansı sözlərə aid olduğunu
müəyyən edin.
I vəzifədə və ya müxtəlif fəaliyyət sahələrində irəliləmə
II dilli-dilavər, cəsarətli, hünərli, məharətli
A) I-3; II-2 B) I-5; II-2 C) I-4; II-1 D) I-5; II-1 E) I-4; II- 2

24. Mətnin üslubu ilə bağlı doğru fikirləri müəyyən edin.


1. Fikir standart formada, yığcam verilmişdir.
2. Bütün sözlər informativ funksiya daşıyır.
3. Kütləvi anlaşıqlı dildədir.
4. Fikirlər olduqca təbii və sərbəst ifadə olunmuşdur.
5. Bir çox ifadələr informativ funksiya daşıyır.
A) 2, 5 B) 1, 4, 5 C) 1, 2, 4 D) 3, 4 E) 3, 5

25. Mətnin planının məzmuna uyğun ardıcıllığını müəyyən edin.


1. Atatürkün mənəvi qızı 2. Səbihənin xoşbəxt etdiyi insan 3. Türk qızının son uçuşu
4. Hərbçilikdən müəllimliyə 5. Səbihəni dünyaya tanıdan səfər
A) 4, 2, 3, 1, 5 B) 2, 3, 1, 5, 4 C) 1, 2, 5, 4, 3 D) 4, 1, 5, 2, 3 E) 1, 3, 4, 2, 5

26. Mətnin beşinci abzasında məntiqi nöqsana yol verilmiş cümlə əsasında cədvəli tamamlayın.

Mətndəki cümlə Cümlənin düzəliş edilmiş variantı

27. Sxemi tamamlayın.


Züleyxa Həbib qızı Seyidməmmədova ilk azərbaycanlı təyyarəçi qadınlardan biri, II Dünya
müharibəsində hərbi təyyarəçi, kapitan olmuşdur. O, 1938-ci ildə imtahan verərək Moskvada Jukovksi
adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qızdır.

Çərçivədə verilmiş fakt mətndə tünd-qara hərflərlə verilmiş fikirlərin özünü doğrultduğunu

təkzib edir təkzib etmir

Fikrinizi əsaslandırın. ___________________________________________________________________

28. Eyler-Venn diaqramı əsasında mətnləri üslubi xüsusiyyətləri baxımından müqayisə edin.

Qızıl şahinlər
Tərlan kimi qıy vuraraq buludlardan-buludlara,
Uçub gedir şahinlərim dumanları yara-yara.
Göyün qəlbi titrədikcə propellerin nərəsindən,
Ana torpaq qüvvət alır igidlərin mərd səsindən.
Qızıl pilot yaxşı bilir, indi zaman nə zamandır,
İndi tarix göstərəcək, hansı oğul qəhrəmandır?
Əsas mətn (S.Vurğun)

29. Altıncı abzasdakı fikri ümumiləşdirən cümlə yazın.


_____________________________________________________________________________________
30. Çərçivədə verilmiş tarixi faktla Səbihə Gökçənin qazandığı uğurlar arasında hansı əlaqə var?
Fikrinizi əsaslandırıb yazın.

Türkiyə Cümhuriyyəti dövründə Ankarada Maarif Konqresi təşkil olunur. Toplantının qadın və kişilərin
birlikdə iştirakı ilə təşkil olunmasını bəziləri “qadınlığı təhqir” kimi qələmə verirlər və konqresi təşkil
edən birlikdən Atatürkə şikayət edirlər. Atatürk birliyin başçısını çağırır və “Xanımların qatıldığı
toplantıda siz nə etmişsiniz?” – deyə hiddətlənir. “Siz toplantıya gələn müəllimlərlə müəllimə xanımları
ayrı-ayrı sıralarda oturtmuşsunuz. Halbuki qarışıq oturtmalı idiniz, bu hal təkrar olunmasın”, – deyir. Bu
hadisə Türkiyədə qız və oğlanların birlikdə təhsilinin müjdəçisi olur.

_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
_____________________________________________________________________________________

You might also like