You are on page 1of 2

İşə qəbul üçün xarici müraciət elanı 62011257

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Tornaçı
Elanın bitmə tarixi 27.03.2023
Keçid kodu 11341/2023 EXT
Müəssisə, Təşkilat Azneft İB
Struktur vahidi Mexaniki-yığma sahəsi
Ştat vəzifəsinin adı tornaçı
Struktur vahidinin ünvanı Suraxanı rayonu, A.Rzayev 27 (Əfsun şadlıq sarayının yanı)
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 06
Əmək haqqı 4.84 azn/saatliq
Əlavə məlumat Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% əlavə ödəniş olunur.
Həmçinin, faktiki işlənmiş hər iş günü üçün 3 AZN yemək xərci əvəzinə əlavə
ödəniş olunur.
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur
Şəhərin müxtəlif istiqamətlərindən xidməti avtobuslarla iş yerinə çatdırılma
təmin olunur.
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) • Ayaqaltı dayağı təmizləmək;
• Sıradan çıxan dəzgahı söndürmək;
• İşçi mühafizəsi vasitələrinin yararlığını yoxlamaq;
• İşçi mühafizə vasitələri geyinmək;
• İşdən öncə təlimatlandırma vərəqəsində imza atmaq;
• Dəzgahın sıradan çıxması (dişli çarxları, statinanın sıradan çıxması,)
halında məlumat vermək;
• Torna dəzgahını və ətrafını təmizləmək;
• Dəzgahın işçi hissələrini təmizləmək və yağlamaq;
• Pəstahı ölçmək;
• Pəstahın əyriliyini yoxlamaq;
• Pəstahı torna dəzgahının patronunda sıxmaq;
• Materialların işçi masasına yığmaq;
• Yük qaldırıcı kranla yükləri yükləmək və boşaltmaq;
• Qoruyucu örtüyü açmaq;
• Polad borunun ölçüyə uyğun kəsmək və cizgiyə uyğun yonmaq;
• Cizgiyə uyğun yivin açılması, yonqardan təmizlənməsi və kalibrlə
yoxlamaq;
• Yaylı halqa uçün yuvanın cizgiyə uyğun yonmaq və yuvanı
yonqardan təmizləmək;
• Yerinə yetirilən işlərin cizgiyə uyğunluğunun yoxlamaq;
• Hazırlanmış gövdənin kran vasıtəsi ilə götürülərək stellaja qoymaq;
• Ehtiyyat hissələrın cizgiyə uyğunluğunu yoxlamaq;
• Yeyilmiş hissələrin oymaqlamaq;
• Oymaqlanan hissələrin cizgiyə uyğun emal etmək;
• Emal olunmuş hissələrin yonqardan təmizləmək;
• Təmir olunmuş ehtiyyat hissələrini texniki nəzarət üçün təhvil
vermək.
Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Peşə təhsili Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Tələb edilən iş stajı yoxdur.
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Bilməlidir
• Müxtəlif konstruksiyalı torna dəzgahlarının, universal və xüsusi tərtibatların konstruktiv
xüsusiyyətlərini və dəqiqliyə yoxlama qaydalarını;
• Plazmalı qızdırma qurğularının texniki xarakteristikalarını və istismar xüsusiyyətlərini;
• Detalların qurulma və yoxlama üsullarını;
• Termiki emal, itiləmə və tamamlama qaydalarını;
• Gördüyü işin həcmində metalkəsmə nəzəriyyəsinin əsaslarını;
• Mürəkkəb profilləri kalibrləmə üsullarını;
• Mürəkkəb nəzarət-ölçü alət və cihazları kökləmə və tənzimləmə qaydalarını.

You might also like