You are on page 1of 2

KÜTLƏVI TƏDBİRLƏRDƏ FÖVQƏLADƏ HALLAR ZAMANI TƏHLÜKƏSİZLİYİN

TƏMİN EDİLMƏSİ

Tədbir zamanı iştirakçıların və ziyarətçilərin təbii fəlakətlər və digər fövqəladə


hallar zamanı təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulmuşdur.
Fövqəladə hal - ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi
itkilərə səbəb ola bilən təhlükəli hadisə sayılır və təbii və texnogen mənşəli olmaqla iki
qrupa bölünür.
Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar –
zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına
və s. bu kimi təbii fəlakətlərdir.
Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən
hadisələrdir. Bunlardan - yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar,
radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar
və sair.
“İçərişəhər” DTMQİ ərazisində kütləvi tədbirlərin keçirilməsi zamanı ərazidə
fövqəladə hallarla bağlı bir sıra xüsusiyyətlər nəzərə alınır. Onlara aiddir:
1. məhdud ərazidə çoxlu sayda insanların toplanması;
2. tədbirlərin keçirildiyi obyektlərin konstruktiv xüsusiyyətləri;
3. tədbirin məzmunu, keçirilmə vaxtı, iştirakçıların sayı və tərkibi;
4. ilin fəsli və hava şəraiti

Kütləvi tədbirlərin keçirilməsi zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu


İdarəsinin vəzifələri :
1. kütləvi tədbirlərin keçirilməsi üçün normal şəraitin və müvəffəqiyyətlə
keçirilməsinin təmin edilməsi;
2. kütləvi tədbir iştirakçılarının müəyyən edilmiş təhlükəsizlik qaydalarına
riayət etmələrinin təmin edilməsi;
3. yanğın, partlayış, təbbi fəlakət və terror hallarının qarşısının alınmasına və
vurulan ziyanın azaldılmasına yönəldilən tədbirlərin görülməsi;
4. digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən
mühafizə olunması məqsədi ilə fəlakət zonasından çıxarılaraq təhlükəsiz
ərazilərə yerləşdirilməsi (təcili təxliyyə)

Kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyət üç


dövrə bölünür: hazırlıq, icra və yekun dövrləri.
Hazırlıq dövrü tapşırıqların alındığı vaxtdan başlanır. Bu dövrdə aşağıdakı işlər
yerinə yetirilir:
 kütləvi tədbirin keçiriləcəyi yer, vaxt və qaydası, iştirakçıların, ziyarətçilərin
və ya tamaşaçıların sayı və tərkibi dəqiqləşdirilir;
 əvvəlcədən ərazinin diqqətlə müayinəsi keçirilir, salamatlığın təmin
olunmasına dair plan işlənib hazırlanır, tədbirə cəlb olunan bütün qüvvə və
vasitələrin qarşılıqlı fəaliyyəti təşkil edilir və əlavə tədbirlər həyata keçirilir;
 ərazi yanğın söndürmə balonları ilə təchiz edilməsi üzrə tədbirlər görülür;
 ilk tibbi yardım imkanları və dəstin mövcud olduğu 24 saat açıq və əlçatan
yer təşkil olunur
 müvafiq məsul şəxslər kütləvi tədbir keçirilərkən vəzifələri haqqında
təlimatlandırılır.
Tədbirin keçirilməsi ilə əlaqədar təşkilati komitə üzvlərinin aşağıdakı hüquqları
vardır:
1. Kütləvi tədbirinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirin
keçirilməsinə bir gün qalmış tədbir yerini, aktivlik və konsert ərrazilərini
habelə quraşdırılan çadır, evcik və digər qurğuların olduğu yerləri
yoxlamaq;
2. Zəruri hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmış qaydada
müəyyən müddətə tədbir iştirakçılarını iştirakını tam və ya qismən
məhdudlaşdırmaq;
3. Tədbir zonasında müvəqqəti olaraq ticarət obyektlərinin, digər idarə və
müəssisələrin işini dayandırmaq.

You might also like