You are on page 1of 2

SANİTARİYA-EPİDEMİOLOJİ TƏDBİRLƏR

Tədbir zamanı iştirakçıların və ziyarətçilərin sanitariya-epidemioloji salamatlığı və onun


təmin edilməsi nəzərdə tutulmuşdur.
“İçərişəhər” DTMQİ ərazisində kütləvi tədbirlərin keçirilməsi zamanı ərazidə sanitariya-
epidemioloji salamatlığı üçün bir sıra xüsusiyyətlər nəzərə alınır. Onlara aiddir:

1. məhdud ərazidə çoxlu sayda insanların toplanması;


2. tədbirlərin keçirildiyi obyektlərin konstruktiv xüsusiyyətləri;
3. tədbirin məzmunu, keçirilmə vaxtı, iştirakçıların sayı və tərkibi;
4. ilin fəsli və hava şəraiti

Kütləvi tədbirlərin keçirilməsi zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu


İdarəsinin vəzifələri :
1. kütləvi tədbirlərin keçirilməsi üçün normal şəraitin və müvəffəqiyyətlə
keçirilməsinin təmin edilməsi;
2. kütləvi tədbir iştirakçılarının müəyyən edilmiş sanitariya-epidemioloji
qaydalarına riayət etmələrinin təmin edilməsi;
3. sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə
hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin
sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və
epidemiya əleyhinə tədbirlərin görülməsi

Kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyət üç


dövrə bölünür: hazırlıq, icra və yekun dövrləri.
Hazırlıq dövrü tapşırıqların alındığı vaxtdan başlanır. Bu dövrdə aşağıdakı işlər
yerinə yetirilir:
 kütləvi tədbirin keçiriləcəyi yer, vaxt və qaydası, iştirakçıların, ziyarətçilərin
və ya tamaşaçıların sayı və tərkibi dəqiqləşdirilir;
 əvvəlcədən ərazinin diqqətlə müayinəsi keçirilir, sanitariya-epidemioloji
salamatlığın təmin olunmasına dair plan işlənib hazırlanır, tədbirə cəlb
olunan bütün qüvvə və vasitələrin qarşılıqlı fəaliyyəti təşkil edilir və əlavə
tədbirlər həyata keçirilir;
 tibbi məntəqənin hazırlanması təşkil olunur;
 tibbi məntəqənin dərman və ilkin tibbi yardım ləvazimatları ilə təchiz
edilməsi üzrə tədbirlər görülür;
 ilk tibbi yardım imkanları və dəstin mövcud olduğu 24 saat açıq və əlçatan
yer təşkil olunur
 müvafiq məsul şəxslər kütləvi tədbir keçirilərkən vəzifələri haqqında
təlimatlandırılır.
Tədbirin keçirilməsi ilə əlaqədar təşkilati komitə üzvlərinin aşağıdakı hüquqları
vardır:
1. Kütləvi tədbirinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirin
keçirilməsinə bir gün qalmış tədbir yerini, aktivlik və konsert ərazilərini
habelə quraşdırılan çadır, evcik və digər qurğuların olduğu yerləri
yoxlamaq;
2. Zəruri hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmış qaydada
müəyyən müddətə tədbir iştirakçılarını iştirakını tam və ya qismən
məhdudlaşdırmaq;
3. Tədbir zonasında müvəqqəti olaraq ticarət obyektlərinin, digər idarə və
müəssisələrin işini dayandırmaq.

You might also like