You are on page 1of 5

MÖVZU: 10-11 N İ T Q İ Q Ü S U R L U U Ş A Q L A R

P l a n:
1.Nitqi qüsurlu uşaqlar haqqında məlumat,
2.Nitq qüsurunun təsnifatı:
1.Səs tələffüzü qusuru olan uşaqlar (dislaliya, rinolaliya, afaziya,
aloliya)
2. Səs pozulmaları: afoniya-disfoniya
3. Nitqin sürət və ritmi qüsurları ( kəkələmə, taxilaliya)
3 .Yazılı nitq pozulmaları: aqrafiya, disqrafiya.
4.Nitq qüsurunun korreksiyası
Plan 1. Nitq insanda irsən keçən anatomik və fizioloji xüsusiyyətlər əsasında, başqa
adamlarla ünsüyyət prosesində yaranıb inkişaf edir. İnsanlar nitqin köməyilə bir-birini başa
düşür, öz arzu və istəklərini ifadə edirlər. Nitq vasitəsilə bəşəriyyət tarixinin yatarmış olduğu
mədəni irsi təlim və təbiyə əsasında nəsildən-nəsilə verə bilirik.
Müasir dövrdə cəmiyyətdə düzgün, aydın və gözəl danışığın xüsusi əhəmiyyəti
vardır. Lakin hər adam aydın, gözəl, düzgün danışıq qabiliyyətinə malik olmur. Belə səbəblərdən
biri də nitqdəki anatomik fizioloji və psixoloji nöqsanlardır.
Uşağın anatomik fizioloji xüsusiyyətlərinin öyrənilməsi, səs və nitqin düzgün
tərbiyəsinin gedişini başa düşməkdə nitq aparatı- (artikulyasiya), nitq orqanları haqqında
məlumata yiyələnmək mühüm əhəmiyyət kəsb edir. Nitq orqanları bunlardır: ciyərlər, nəfəs
borusu, səs telləri, ağız boşluğu, burun boşluğu, dil, dilçək, dodaqlar, damaqlar, dişlər, yuvaqlar
və alt çənə.
Səs telləri elastik toxumalardan ibarət olub, əzələ toxumalarının altında yerləşir. Nitq
səsləri artikulyasiya orqanlarının zəruri şəraitdə müəyyən vəziyyətə düşməsi nəticəsində əmələ
gəlir. Səslərin aydın tələffüzü, nitq orqanlarının hərəkətinin artikulyasiyasının düzgünlüyündən
asılıdır. Məktəbəqədər yaşlı uşaqlar sözdə ayrı-ayrı səs və hecaları buraxır, yerlərini dəyişir,
dumanlı tələffüz edirlər. Belə nöqsanlar uşağın şəxsiyyətində öz əksini tapır. Onlar qaradinməz,
sərt, hövsələsiz olur, heç bir şeylə maraqlanmır, əqli cəhətdən geriləyirlər. Nəticədə, belə uşaqlar
məktəb illərində çətinlik səkirlər. Nitqinin nöqsanlı olmasının uşağın üzünə vurulması onun
inciməsilə yanaşı, qaradinməzliyi, əsəbiliyi və tərbiyəçidən qaçması ilə nəticələnir. Nitq
nöqsanlarına qarşı bütün məşğələlərdə iş aparılması, tıntınlıq, pəltəklik, kəkələmə özünü
göstərdikdə loqopedə müraciət edilməlidir.
Loqopediya əsasən məktəbəqədər yaşlı uşaqlarda nitq qüsürlarını öyrənir və onun
üzərində islah işi aparır. Belə nöqsanlar uşaqların savada yiyələnmələrinə mane olur, şifahi
danışıqda da öz əksini tapır. Ona görə də loqoped uşaqların düzgün tələffüz danışığına nəzarət
etməli, düzgün tələffüz nümunəsi verməklə həmin nöqsanların aradan qaldırılmasına nail
olmalıdır. L o q o p e d i y a bir elm kimi nitqində qüsur olan uşaqları və onlarla aparılan
pedaqoji-psixoloji işi tədqiq edir. Loqopediya uşaqlarda düzgün səlist nitqin formalaşmasının
metod, üsul və vasitələri yollarını müəyyənləşdərir.
L o q o p e d i y a yunan sözüdür. Loqo – nitq qüsüru olan, pediya isə – təlim-tərbiyə
deməkdir. Loqopediya defektologiyanın 4 əsas sahələrindən biridir. Loqopediya XYII əsrin
ortalarında surdopsixologiyanın (pedaqogikanın) daxilinə tətbiq edilmişdir. X1X əsrin ikinci
yarısında loqopediya müstəqil elm kimi öyrənilmişdir.
Plan: 2. N i t q n ö q s a n l a r ı n ı n t ə s n i f i
Hal-hazırda nitq nöqsanlarının iki əsas təsnifi vardır:
1.Klinik pedaqoji. 2.Psixoloji-pedaqoji
Bu iki təsnifat arasında heç bir elmi ziddiyyət yoxdur. Onlardan biri digərini
tamamlayır və nitq korreksiyasını müəyyənləşdirən vasitələrin seçilməsinə olan münasibəti əks
etdirir. Başqa sözlə desək hər iki təsnifat nitq nöqsanlarını və onlarla əlaqədar olan problemləri
öyrənir və bu zəmində normal eşitməyə, normal intellektə əsaslanır. Psixoloji-pedaqoji təsnifatın

1
əsasını təşkil edən prinsiplər anomiyaların müxtəlif formalarında, nitq defektinin təzahürlərinin
ümumi xarakterinə malik olması şəraitində loqopedik işin təşkilinə kömək edə bilər.
Psixoloji-pedaqoji təsnifatda nitq pozğunluqları 2 tipə ayrılır:
1.Şifahi nitq – (- səs tələffüzü pozulmaları, səs pozulması, nitqin sürət və ritmi.)
2.Yazılı nitq – ( aqrafiya, dizqrafiya)
Şifahi nitq 3 yerə bölünür:
1.SƏS TƏLƏFFÜZÜ POZULMALARI:
1.Dislaliya uşaqlarda baş verən nitq qüsürudur. Yunan sözü olub, diz- pozğunluq, laliya
isə ozuyuram deməkdir. Dislaliya baş-beyin qabığının bəzi sahələrinin zədələnməsi, yaxud
inkişaf etməməsilə oxuma qabiliyyətinin pozulmasıdır. Dislaliya əksər hallarda fonetik təhriflər
və ən sadə mətnin anlanılmaması ilə müşahidə olunur.Vaxtında aparılan loqopedik iş qüsurları
aradan qaldırır. Bündan başqa dislaliyanı ambulator şəraitində də müalicə etmək olur,
Dislaliyanın ilkin əlaməti 1-yaşdan 3 yaşa və 7 yaşa qədər olan dövrü əhatə edir. Dislaliya 2
hissəyə ayrılır.
1.Fünksional dislaliya - f.d-ya düzgün olmayan səs tələffüzüdür. Funksional dislaliya
zamanı bir qrup səslərin tələffüzündə müvəqqəti çətinliklər yaranır.
2.Mexaniki dislaliya zamanı artikulyasiya aparatında müxtəlif dəyişiliklər olur: dişlər,
dodaqlar, dil, damaq , çənə və s. Mexaniki və funksional dislaliyanın əlamətləri eynidir, fərq
artikulyasiya aparatının qruluşundadır.
2.Rinolaliya (tıntınlıq) səsin tekmpinin pataloji dəyişməsi, səslərin təhrif olunmuş
tələffüzü, səs axınının burun hissəsində pozulması r i n o l a l i y a adlanır. Rinolaliya 2 formada
olur: açıq rinolaliya, qapalı rinolaliya
Açıq rinolaliya zamanı tələffüz olunan səslər təkcə ağızdan deyil, burundan da
keçir.Açıq rinolaliyaya qapalı rinolaliyaya nisbətən daha tez-tez rast gəlmək olur. Bu zaman
nitqin düzgünlüyü müəyyən edilir.
Qapalı rinolaliya formasında əsasən hava ancaq ağız bohluğundan xaric olur. Bu
zaman burun m –n səsləri üzərində müəyyən edilir. Bəzən bəzi səslərin düzgün təoəffüzündə
burun öz fəaliyyətini göstərə bilmir. Bu zaman burundan keçən sözlər rezonans olunur. Məsələn:
xüsusi kökləri ahəngləri bir olan cisimlərdən birini səsləndirdikdə, o birinin əvvəlinə cavab
olaraq eyni ahənglə səslənməsi;
Bir cismin titrəməsindən, o biri cismin titrəməyə başlaması; xüsüsi binanın içərisində
səsin eşidilmə dərəcəsi, divarların səsi əks etdirmək, gücləndirmək qabiliyyəti əks-səda, əks
təsir, təəssürat yaradır.
Qapalı rinolaliya zamanı burun səslərinin tələffüzü çətinləşir. M-n əvəzinə b-d, m –
səsi – mb, n səsi nd kimi tələffüz olunur.M-n səsləri üzərində iş yumşaq damağın iflici
xəstəliyinə tutulması zamanı rinofoniya əmələ gəlir. Rinofoniyada əsasən yumşaq damağın
dartılması və psixi travma nəticəsində rinofoniya xəstəliyi səsin tonunu dəyişir.
3.A F A Z İ Y A- uşaq afaziyası travma, ensefalit, beyin səslərinin olması
nəticəsində əmələ gəlir, bu zaman uşaq nitqini ya tez itirir, ya da tədricən itirir. Afaziyalı uşaqlar
hər hansı bir şerri oxuyanda sözləri təhrif edir, danışanda da öz səhvini hiss etmir və düzəldə
bilmir.
Afaziya böyük adamlarda da olur. Bunun səbəbi beyin qabığında müxtəlif xəstəliklər,
travma və qan dövranının sol yarımkürədə rozuldmasıdır. Bu əsasən 4 hissəyə ayrılır; total
afazifa, motor afaziya, sensor afaziya, amnestik afaziya.
Total afoziya ən çox qəza nəticəsində olur.xəstə danışmır və ətrafında olanların
danışığını da hiss etmir.Bu halı bir neçə gündən bir neçə həftəyə qədər davam edir.
Motor afaziya - xəstənin nitqinin pozulmasıv və dağılması nəticəsində olur. Buda nitq
hərəkətedici analizatorunun məğlubiyyəti nəticəsində olur. Xəstə nitqdə səsləri tələffüz edə
bilmir. Motor afaziyası zamanı daxili nitq pozulur və bu özünə oxuda və yazıda göstərir.
Sensor afaziya – nitq eşitmə analizatorunun pozulması ilə əlaqədardır. Xəstə
ətrafdakıların nitqini başa düşmür və özü də çox mənasız sözlər danışır.

2
Amnestik afaziya - bu zaman xəstə hər hansı bir əşyanı adlandırmağa çətinlik çəkir,
halbuki o həmin əşyanı yaxşı tanıyır və bu söz onun nitqində çox işlənmişdir. Məsələn: stol sözü
belə izah edilir: onun üstündə nahar edirlər, 4 ayağı var. Uşaq bu zaman stolun nə üçün lazım
olduğunu dərk etməli, müqayisədə istinad obyektinin müəyyənləşməsini, ardıcıllığın
gözlənilməsiniı bacarmalıdır.
4.Alaliya yunan sözüdür. «a» inkar, laliya nitq deməkdir. Alaliya nitq
pozğunluğunun ən ağır formasıdır. Alaliya zamanı baş-beyin yarımkürəsinin bir hissəsi pozulur.
Bu təxminən 2-3 yaşda olur. Bu zaman nitq ya tamam yox olur, ya da müəyyən qüsurla tələffüz
olunur. Alaliyanın anadangəlmə səbəbi müxtəlifdir. Bu beyin yarımkürəsinin travması və iltihabı
nəticəsində olur. Qeyd etmək lazımdır ki, alaliya sadəcə olaraq nitq inkişafının ləngiməsi
deyildir. Alaliyanın müxtəlif dərəcələri mühahidə edilir. (Təhrif olunmuş forması (uşaq nitqdən
istifadə edə bilmir) Alaliya 2 formada olur.
Motor alaliyası
Sensor alaliyası
1.Motor alaliyası - beyin qabığında nitqin hərəkətedici analizatoru pozulduğu zaman
əmələ gəlir. Uşağa normal şəraitin yaradılması (ona rahat yer ayırmaq, radio və televiziyanı
söndürmək, körpə uşaq məktəbliyə manne olmasın deyə, onları başqa otağa keçirmək və ya
başqa işlə məşğul olmaq)kənar söhbətlərlə məktəblini işdən ayırmaq valideynlərdən asılıdır.
Nəzərə almaq lazımdır ki, ev tapşırıqlarının yerinə yetirilməsi uşaqdan böyük diqqət və qüvvə
tələb edən ciddi əməkdir. Məsələn: bütün şifahi tapşırıqları bir-birinin ardınca yerinə yetirmək,
sonra isə yazı işlərini yerinə yetirmək. Yəni, əvvəlcə bütün asan işləri, sonra isə bütün sətin işləri
görmək lazım deyil. İş görərkən kiçik fasilələrə yol verilməlidir. Məktəbdən gələn kimi dərhal
dərsləri hazırlamaq məsləhət görülmür. Əvvəlcə uşaq əylənməli, açıq havada gəzməli, istirahət
etməlidir. Beləliklə motor alaliyası tədricən təlim-tərbiyəyə uyğunlaşır.
2.Sensor alaliyası: nitq eşitmə analizatoru rozğunluğu zamanı əmələ gəlir. Yüngül
formalı alaliyalı uşaqlar kütləvi məktəbə daxil olurlar. Lakin öz sakitliyi ilə diqqəti cəlb edirlər.
Çox vaxt onlar sinifdə tək qalırlar və anna dili dərslərində « 3 « dən artıq qiymət ala bilmirlər.
11. Səs pozulmaları olan uşaqlar.
1.Disfoniya, afoniya səs aparatının pataloji dəyişməsində baş verən hadisələr ilə bağlı
nitq nöqsanıdır. Disfoniya səsin pozulmasından ibarət olan nitq qüsurudur. Disfoniya əsasən
boğazın kəskin xroniki xəstəlikləri zamanı baş verir. Afoniyadan fərqli olaraq disfoniya zamanı
insan səsini itirir, yəni səs zəif, xırıltılı və əsici olur.
2.Afoniya – uşaqlarda rast gəlinən nitq güsurlarından biri də afoniyadır. A- yunan
şəkilçisi olub, inkar, lone isə səs deməkdir. Afoniya boğazın kəskin yoluxucu xəstəlikləri
zamanı, boğaz əzələlərinin iflicində, həmçinin əsəb xəstəlikləri zamanı müşahidə olunur.
Afoniyanın yaranmasnın əsl səbəbi səs tellərinin bir-birinə qovuşmasıdır. Bunun əsasında
afoniya baş verir. Funksional afoniya əsəbi xəstələrdə, laringitdən, bir sıra əsəbi hallardan sonra
baş verir. Funksional afoniya zamanı loqopedik qüsurlarla yanaşı, psixoterapiyadan da istifadə
olunur.
III. Nitqin sürət və ritmi qüsurları
1. K ə k ə l ə m ə. Kəkələmə halı uşaq məktəbə gedəndən sonra daha da ağırlaşır.
Kəkələmə əksər hallarda 5,6,7 yaşlı uşaqlarda müşahidə olunur. Kəkələmənin əmələ gəlməsi
sinir sisteminin həddən artıq yüklənməsi və ya zədələnməsi (uşaq yoluxucu xəstəlikləri, qorxu,
dəhşət və s.) ilə nitqin tənzimetmə mexanizmlərinin pozulması sayəsində baş verir. Lakin
göstərilən səbəblər heç də bütün uşaqlarda kəkələmə yaratmır. Kəkələmə əsəbiliklə, psixi
zədələnmələrlə və mərkəzi sinir sisteminin zədələnməsi ilə əlaqədardır. Kəkələmə uşaqlarda hər
şeydən əvvəl geniş müstəqil nitqə keçid zamanı baş verir. Bu keçid dövrünün mürəkkəbliyi
ondadır ki, uşaq ifadəli nitqə yiyələndikdə, o nitq ünsüyyətinin yeni tərzlərindən istifadə edir.
Bir çox hallarda kəkələmə nitq axınının təşkilinin ətrafdakılarla geniş ünsüyyət vaxtı
pozulması ilə əlaqadar baş verir. Kəkələyən uşağın ilk çətinliyi özünü onda büruzə verir ki, uşaq
nitqdə işlədiləcək lazımi ifadəni tapmaq üçün müəyyən hesa və ya sözləri təkrar edir. Adətən
belə hallar uzun müddət davam etmir. Uşaq geniş, rabitəli nitqdən istifadə etməyə başlayır.

3
Lakin bəzi əlverişsiz şəraitlərdən nitqdə olan belə arakəsmələr qüvvətlənməyə başlayır. Bu cür
nitq pozğunluqlarınin sonrakı taleyi uşağın tərbiyə şəraitindən və danışıq mühitinin təşkilindən
asılıdır. Bu proses yaşlılar tərəfindən lazımi şəkildə tənzim edilmir. Müəyyən edilmiqdir ki,
əksər uşaqlar nitqə yiyələnən zaman onları tərbiyə edənlərin nitqi sürətli, yaxud müəyyən
qüsurlara malik olarsa, bu uşaqlarda kəkələmənin əmələ gəlmə imkanlarını artırır.
Ətrafdakılarda olan həddən artıq mürəkkəb, ümumiləşmiş nitq uşağın iştirakı ilə
aparılan düzgün mübahisələr, çoxdillilik kimi amillər də pəltəkliyin yaranmasına şərait yaradır.
Kəkələmə bir sıra xüsusiyyətləri ilə xarakterizə olunur. Defektoloqların əksəriyyəti kəkələməni
nevroza, sinir fəaliyyətinin funksional pozğunluqlarına aid edirlər. Kəkələmənin 3 növü
məlumdur:
1) Klonik kəkələmə
2) Topik kəkələmə
3) Qarışıq kəkələmə
Kəkələmənin ən yüngül forması klonik kəkələmədir. Klonik kəkələmə anadangəlmə
olur və ya sonradan müəyyən xəstəliklər nətisəsində əmələ gəlir. Kəkələmə zamanı uşaq sözün ,
birinci hecasındakı səsi bir neçə dəfə təkrar edir. Məsələn: a-a-a-na, b-b-b-bacı və s.
Kəkələmənin əmələ gəlməsində çox vaxt valideyinlərin özləri müqəssirdirlər. Onlar
həddindən artıq uşağı əzizləyirlər, onların düzgün söyləmədikləri sözləri təkrar edirlər. Bu zaman
uşağın nitqində düzgün qruluşa malik olmayan söz və hesalar nəticəsində uşaqda kəkələmə
başlayır.
Bəzən validenlər özləri də kəkələyən uşağa səhv yanaşır, onu məzəmmət edərək
nitqini düzəltməyə çalışırlar. Lakin bu onun nitqinə əks təsir göstərərək kəkələməni daha da
qüvvətləndirir.
Topik kəkələmə nitq nöqsanının ən ağır forması hesab olunur (uşaq hər bir sözün
birinci səsini düzgün ifadə edə bilmir, çətinlik çəkir və s.) Kəkələmənin bu formasında uşaq sait
və samit səsləri tələffüz edərkən dayanır və özünü sıxaraq onu çətinliklə tələffüz edir. Uşaq hər
bir sözün tək və cəm şəklində düzgün tələffüzünü öyrənməlidir, kəkələmə zamanı hansı səsin
üzərində dayanma çox olürsa, uşağın bu zaman nəfəs alma orqanları yoxlanılmalıdır.
Qarışıq kəkələmə zamanı uşağın nitqində topik və klonik qıcıqlanma halları baş verir.
Klonik kəkələmənin tonik kəkələməyə keçməsi xəstəliyin ağırlaşmasını göstərir. Kəkələmənin
ağır növü zamanı uşağın üzü qızarır, onu soyuq tər basır və özünü pis hiss edir. Belə uşaqda çox
vaxt təngnəfəslik olur və tədricən ağırlaşır. Belə hallarda uşaqda qorxulu vəziyyətlər yaranır.
Məsələn: balaca uşaqlar çox zaman qaranlıqdan, göy gurultusundan qorxurlar. Bu qorxu uşağın
həyat təcrübəsinin məhdudluğu üzündən baş verir.
2.Taxilaliya - uşaqların nitqində təsadüf olunan düsurlardan biri də t a x i l a l i y a d
ı r. Mənası tez nitq deməkdir. Taxilaliya özünü onda göstərir ki, burada bütün fonetika
tərkibinin ünsürlərinə, həmçinin nitqin mimikası və qrammatik qruluşuna bütövlükdə riayət
olunur, yalnız sürət yüksək olur. Taxilaliya loqopedik məşğələlər yolu ilə aradan qaldırılır. Bu
vaxt aydın və intonosiya ilə oxuma üslubundan istifadə olunur.
Plan 3. Yazılı nitq pozulmaları:
1.Aqrafiya – yunan sozü olub, a - inkar şəkilçisi, qrafiya isə latınca yazıram
deməkdir. Yazının pozulmasında özünü büruzə verir. Yazmaq qabiliyyətini itirdikdə, səslərin
təhrif olunmasında, səslərdəki hərflərin birləşdərə-birləşdirə yazılmasında təzahür edir. Aqrafiya
nitqin fonetik tərkibinin pozulması, səsin ilk tərkibinin mənimsənilməsində ləngimələr və səs
təhlilinin pozulması ilə əlaqədar baş verir. Loqopedik məşğələlər sayəsində aqrafiya aradan
qismən qaldırılır.
2.Dİsqrafiya – uşaqlarda yaranan nitq qüsurlarından biridir.
Belə qüsurlu uşaqlar eşitdikləri səsləri, gördüklərini deyə bilirlər, hətta məktub
yazmağı beyinlərində düzgun düşünürlər, lakin onu dəftərlərində yaza bilmirlər. Onlar
həmçinin özləri üçün şəkil çəkə bilirlər.
Plan: 4 .N i t q n ö q s a n l a r ı n ı n k o r r e k s i y a s ı

4
Kəkələməni aradan qaldırmaq üçün uşağın nitq inkişafını hərtərəfli öyrənmək və
loqopedik müayinədən keçirmək lazımdır. Müayinə əsasən bu istiqamətdə aparılır.
1.Ümumi nitq inkişafının müayinəsi;
2.Kəkələmə ilə əlaqədar olaraq uşaqda əmələ gələn dəyişikliklər.
3.Kəkələmənin əmələ gəlmə səbəbini öyrənmək, onun inkişafını yaradan şərait və
aradan qaldırılması yollarını müəyyənləşdirmək.
Uşağın nitq inkişafını öyrənməkdən əvvəl loqoped ( müəllim) uşağın valideyni ilə
söhbət etməlidir. Bu müayinə edənə uşağı daha dərindən öyrənməyə, kəkələmənin əmələgəlmə
səbəbini, onun nitq inkişafını, nöqsanını və nitqin xarakterini aşkar etməyə kömək edir. Uşağın
nitq inkişafının yoxlanışı zamanı onun kəkələməsi haqqında təsəvvür loqopedi qane etmirsə o,
əlavə yoxlanış aparır və nitqin kəkələmə ilə əlaqəsini aydınlaşdırır. Birinci növbədə kəkələmənin
növünü aydınlaşdırmaq lazımdır ki, bu 3 növdən hansına aiddir.
K l o n i k kəkələmə: bu zaman səslər və ya sözlər təkrar olunur. Məsələn: pi-pi-pi-
pişik , t-t-t-top və s.
T o p i k kəkələmə: nitqin əvvəlində və ya ortasında uzun müddətli fasilə yaranır.
məsələn: t -----op, avt-----obus
Qarışıq ( klonik - topik) kəkələmə: bu zaman tonus üstünlük təşkil edir. Loqoped
diqqət etməlidir ki, uşaq hansı sözləri tələffüz edərkən çətinlik çəkir, hansı çətin sözləri tələffüz
edərkən öz yaşıdlarından gizlədir. Eyni zamada uşağın nitqinin tempini də aydınlaşdırmaq
lazımdır: ağırdır, sürətlidir, normaldır. Loqoped müəyyənləşdirməlidir ki, kəkələmə hansı
vaxtda ( nitq sürətli, arta, sakit) olanda əmələ gəlir.
Kəkələmənin əmələ gəlmə səbəbini ancaq psixonevroloq təyin edə bilər. Buna görə
də loqopedik müayinədən əvvəl uşağı həkimə göstərmək lazımdır ki, həkim son nəticəni
müəyyən etsin ki, kəkələmə nədən əmələ gəlmişdir. Məsələn: baş-beyin travmasında,
neyroyoloxucu xəstəliklərdən, qorxudan və s. Həkim verdiyi son nəticə qüsurun əmələ gəlmə
səbəbini loqopedlə aydınlaşdırır ki, uşağın nitqi həddən artıq yüklənib, uşaq inkişafdan geri
qalıb, həmişə kəkələyən adamla ( ailədə, qonşuda və s. ) ünsüyyətdi olub, və yaxud ailə
şəraitində düzgün tərbiyə olunubmu? və s.
Qüsürü tam dəf etmək üçün kəkələmənin əmələgəlmə səbəbi ilə bərabər, həm də onu
sürətləndirən səbəbləri bilmək lazımdır. Məsələn: ailədə olan artıq söz-söhbət, ailədə kəkələyən
yaşlının uşaqla ünsüyyətdə olması, valideynlərin uşağa kobud münasibəti, solaxay olduğu halda,
onu məcburən sağ əl ilə işləməyə məcbur etdikdə, həddən artıq dərslə yüklədikdə (məs: xarici dil
öyrətmək, musiqi ilə məşğul olmaq və s.) Bütün bu məlumatları loqoped valideyinlərlə söhbət
zamanı və uşaqlarla işlədiyi vaxt müşahidə edir. Çox vaxt kəkələyən uşağın diqqəti pozulur, bu
onların təhsilinə, təliminə təsir edir. Uşağın diqqətini yoxlamaq üçün xüsusi yoxlama aparmaq
lazımdır. Bunun üçün sujetli şəkillərdən istifadə etmək lazımdır. Şəkillər sona qədər çəkilməmiş,
az hiss olunan yeri qalmış ev əşyaları, sanlılar, quşlar, heyvanlar təsvir edilir. Məsələn: şirin
quyruğu, stulun bir ayağı, çaynikin qulpu, quşun dimdiyi və s. Loqoped hər şəklə diqqətlə
baxmağı təklif edir və sonra soruşur: « rəssas nəyi unutmuşdur? ». Başqa bir misal: uşağın
qarşısına müxtəlif əşyalar qoyulur ( rəngli qələm qutusu, dovşan fiquru, top və s.) və təklif edilir
ki, şəklə diqqətlə baxsın və bunların hansı sıra ilə düzüldüyünü yadında saxlasın. Sonra uşaq
arxası stola tərəf dönür və bu zaman əşyaların yeri dəyişdirilir, uşaq geri baxanda ondan
soruşulur ki, nəyin yeri dəyişilmişdir, onları əvəlki kimi düzəlt. Getdikcə əşyaların sayını
artırmaq olar.

You might also like