You are on page 1of 7

MÖVZU: 2 Normal inkişafın əsas qanunauyğunluqları

Plan
1. Uşağın psixi inkişafının ilkin əsasları. İxtiyari psixi fəallıq, hərəki inkişaf qanunları,
məkan, zaman anlayışları, ilkin effektiv redulyasiya.
2. Uşağın psixi inkişafına dair nəzəriyyələr.
3. Təlim və inkişaf arasında qarşılıqlı əlaqə. L.S.Vıqotskinin inkişafın yaxın zonası
haqqında təlimi.
4. Normal uşaq inkişafının dövrlərə bölünməsi: çağalıq 2-4 ay, körpəlik – 1 yaş) erkən uşaq
dövrü 1-3, məktəbəqədər dövr 3-6, kiçik məktəb dövrü 7-10, yeniyetmə dövrü 11-15,
ilk gənclik dövrü 15-18.
Ədəbiyyat
1. S.Qasımov. Əqli və fiziki inkişafı ləngiyən uşaqların diaq-si və korr-sı. Bakı, 2004.

Plan 1. Psixi inkişafın baza əsasları uşaq doğulandan, bəzi tətqiqatçıların fikrincə isə
uşaq ana bətnində olarkən formalaşır. Bu əsasların formalaşmasında bir çox amillərin təsiri
vardır, ananın həm psixi, həm fiziki sağlamlığı, hamiləlik zamanı xəstəlik, stres, travma və s.
keçirilməsi, yaşadığı psixoloji şərait və s. Uşağın psixi inkişafının baza əsasları sistemi 3 bir-biri
ilə bağlı və tamamlanmayan elementdən asılıdır.
1. İxtiyarı psixi fəallıq
2. Məkanı və məkani – zamanı anlayışlar
3. İlkin əsas affektiv redulasiya
Əlbəttə bu bilüm şərtidir, lakin hər elementin inkişaf dərəcəsi bütün psixi inkişafdan və
ya onun anomalıyasından xəbər verir.
1) İxtiyari – psixi fəallıq. Uşağın psixi inkişafının baza əsaslarından biridir. Q.Q.Kravtos
(1994) yazır ki, psixika və davranışın şüurlu idarəetmə qabiliyyəti, yəni ixtiyariliyin əmələ
gəlməsi, uşağın şəxsiyyət kimi formalaşmağa başlaması ilə bir vaxta təsadüf edir. Uşağın
davranışı sərbəst, onun öz qaydaları əsasında qurulur, lakin ixtiyari psixi fəallığın ən vacib
əlaməti dərketmədir.
İxtiyari – psixi fəallıq (N.J.Semaqo və M.M.Semaqo) üç səviyyədən ibarətdir.
I səviyyə - ixtiyari sensomotor fəallıq; bu səviyyə erkən yaşda (1- yaşadək) əmələ gəlir
və sonra ixtiyari hərəkətə keçir.
2- ci səviyyə - ali psixi funksiyaların, yəni yaddaşın, diqqətin, təfəkkürün bəzi növlərinin
inkişafı. Bu ixtiyarilik nitq inkişafının müəyyən mərhələsində əmələ gəlir. Məs: balaca uşaq isti
ocağa (ütüyə) yaxınlaşanda öz-özünə deyir: “olmaz”.
3-cü səviyyə - ixtiyari emosional hərəkətlər (redulyasiya). Bu səviyyə daha gec əmələ
gəlir və əvvəldən böyüklərin vasitəsi ilə, yəni onların uşağın davranış və hərəkətlərinə verdiyi
qiymət ilə ifadə olunur.
Bütün bu səviyyələr ciddi ardıcıllıqla yox, qarşılıqlı inkişaf edirlər. Məs: uşağın inkişafı
üçün ananin həm müsbət, həm də mənfi emosional qiymətləndirməsi çox vacibdir. Hərəkət
inkişafı üçün bəzi ali psixi funksiyaların inkişafı lazımdır.
II Məkani, məkani – zamani anlayışlar: - formalaşması hərəkət fəallığı ilə sıx bağlıdır,
eyni zamanda uşağın emosional həyatının əsasını təşkil edir. Məkani –zamani anlayışların
kifayyət qədər formalaşmaması uşağın intelaktual inkişafına təsir edir ki, bu da öz növbəsində
yazının, oxunun, hesabın, abstrakt məntiqi təfəkkürün pozulmasına gətirib çıxarır. Uşağın
məkani – zamani anlayışları mənimsəməsində 4 səviyyə ayırd edilir (M.M.Semaqo və b).
I-ci səviyyə: öz bədən məkanını mənimsəməsi. Buraya daxili üzvlərdən gələn qeyri-şüuri,
qeyri-ixtiyarı (aclığı, toxluq və s.) və taktil hissiyatlar daxildir.
2- səviyyə: bu ətrafdakı obyektlərin və bədənin qarşılıqlı əlaqəsinə - aid anlayışlardır.
Buraya -məkani anlayışlar – yəni bu və ya digər əşyanın harada olmasına,
- koordinat anlayışlar - yəni əşyanın aşağı – yuxarı, sağda və ya solda
yerləşməsinə,

1
metrik anlayışlara - isə əşyaların nə qədər yaxın və ya uzaqda yerləşməsi aid
edilir.
Bu səviyyədə uşaqda artıq formalaşmış dünyagörüşü əmələ gəlir.
3-cü səviyyə məkani anlayışların nitq vasitəsi ilə ifadə edilməsidir. Bu səviyyə nitq
inkişafının müəyyən mərhələsində mümkündür.
4-cü səviyyə – linqvistik anlayışlar, yəni dil məkanı: anlayışdır.
- bu uşağın psixi və intellektual inkişafında ən gec əmələ gələn, amma dilin və təfəkkürün
inkişafında əsas rol oynayan anlayışlardır.

III. İlkin (baza) effektiv redulyasiya. (emosional hərəkətlər)


Bu səviyyənin uşağın psixi inkişafında, xüsusən də davranışın və uyğunluşmanın
tənzimlənməsində rolu böyükdür. Affetkiv redulyasiyanı 4 səviyyəyə bölürlər
(K.S.Lebedinskaya, O.S.Mikolskaya).
I. Bu səviyyə ətraf mühitin qıcıqlandırıcılarına cavab vermək, başqa sözlə mühiti
reaktivlik, yəni ətraf mühitin təsirindən qorunma məsələsini həll edir. Eyni zamanda ümumi
psixi tarazlıq və ya narahatlıq, təhlükəsizliyin və ruhi tarazlığı təmin edir.
2.Affektiv stereotiplər səviyyəsi uşaq orqanizminin uyğunluşmasında mühüm rol oynayır.
Səviyyənin əsas məqsədi somatik ehtiyatların ödənilməsi, orqanizmin funksiyalarına nəzarət,
ətrafdan gələn qıcıqlandırıcıların emosional əlaqələndirilməsidir.
3.Hisslərin coşğunluğu səviyyəsi. Bu səviyyənin inkişafı sayəsində orqanizm ətraf
mühitin dəyişməsinə uyğunlaşır.
4.Emosional nəzarət. Bu səviyyə uşağın ətraf mühitlə münasibətlərinin dərinləşməsində
və fəallaşmasında, onu əhatə edən insanlarla ünsiyyət normaları və davranış qaydaları
yaratmasında bir pillədir. Uşaq o biri (ətrafdakı) insanların münasibətlərini ətrafa
uyğunlaşdırmaq üçün (razılıq və ya etiraz) məlumat və ya siqnal kimi qəbul edir. Erkən yaşlarda
ananın səsi, baxışı, üzünün ifadəsi, əllərinin toxunması belə bir siqnaldır.
Uşağın həyatına «yaxşı-pis», «olar-olmaz», «lazımdır – dazım deyil» anlayışları, təqsirli
olmaq, tərifdən həzz almaq və s. hisslər daxildir.
3-cü və 4-cü səviyyələr bir-birilə sıx bağlıdır və bir-birini tamalayır.

Plan.2 Psixi inkişaf haqqında nəzəriyyələr.


Anomal inkişafın xüsusiyyətləri normal uşaqlarla müqayisədə aşkar olunur. İnkiqafı
pozulmuş uşaqların təlimində əmələ gələn çtinlikləri araşdırmaq üçün normal inkişafın əsas
qanunauyğynlyqlarını bilmək lazımdır. Əlbəttə ki, hər uşağın öz indiviudal inkişaf yolu var, hər
uşaq nəinki özünəməxsus templə inkişaf edir, hətta öz inkişaf pilləsini özünəməxsus yolla keçir.
Hər inkişaf pilləsi də tək, xüsusi və ümümi, bir-birinə təsir edən və asılı olan və bilavasitə vəhdət
təşkil edən xassələrdən ibarətdir. Amma həm normal, həm də anomal uşağın psixi inkişafının
xüsusiy yətlərini bilmək üçün, ümumi qanunauyğunluğu və yaş xüsusiyyətlərini bilmək
lazımdır.
Yaş və indiviudal xüsusiyyətlər bir-birilə bağlıdır, lakin yaş psixi inkişafda hədd və ya
standart rol oynamır. İndiviudal xüsusiyyətlərin rolu uşağın yaşı artdıqca mürəkkəbləşir və daha
da əhəmiyyətli olur.
S.L.Rubinşteyn yazır: «Böyüyən uşağın hər inkişaf dövrü biə pillədir, həm də o biri
pilləyə keçiddir. Buna görə də hər yaşın tərifi sabit ola bilməz, o hər dövrə əsas olan mühüm və
əsas dəyişiklərdən ibarətdir.»
A.N.Leontyev üşağın psixi inkişafına dair yazır ki, «uşağın psixi inkişafını onun öz
həyatı, bu həyatda gedən real proseslər, başqa sözlə desək, uşağın həm daxili, həm də xarici
fəaliyyətinin inkişafı təyin edir.»
A.N. Leontyev «Aparıcı fəaliyyət» anlayışına xüsusi əhəmiyyət verərək yazır ki, o psixi
inkişafın hər mərhələsində uşağın ətraf aləmə olan münasibəti , və bu mərhələyə xas olan
aparıcı fəaliyyəti ilə təyin olunur. Bu inkişaf mərhələsindən o birisinə keçidin əlaməti isə elə
uşağın ətrafa olan aparıcı münasibətin və bütövlükdə, aparıcı fəaliyyətin dəyişməsidlir.

2
Bəs boyatma və inkişafetmə nə ilə fərqlənirlər?
Bu və ya digər psixi funksiyanın təkmilləşmə prosesi nəticəsində kəmiyyətcə dəyişməsinə
b oyatma deyirlər. İnkişafetmə isə birinci növbədə psixi funksiyanın keyfiyyətcə dəyişməsi,
müəyyən yenitörəmələrin əmələ gəlməsi və vaxt etibarı ilə psixi struktların gec və ya tez
formalaşması ilə səciyyələnir.

V.Sterin uşağın psixi inkişafında irsiyyəti və mühiti, bioloji və sosial amilləri nəzərdə
tutur. O, uşağın psixi inkişafında sosial faktorların rolunu araşdıraraq, yazırdı ki, psixi inkişaf
daxili və xarici əlamət və keyfiyyətlərin birləşməsinin nəticəsidir.
L.S.Vıqotskiyə görə psixi inkişaf prosesi bioloji və sosial amillərin vəhdətidir. Amma bu
irsi və mühiti amillərin sadə mexaniki və ya sabit birləşməsi yox, mürəkkəb təbəqələşdirilmiş,
dinamik vəhdətdir. Bundan başqa hər psixi prosesin inkişafının ayrı-ayrı mərhələlərində ətraf
mühitin təsiri də ayrı olur. Məs: qidalanma (əmmə) anadangəlmə hərəki aktdır və ətraf mühitdən
asılı olmayan, irsi bioloji faktordur. Amma belə mürəkkəb psixomotor funksiyalari, iradi diqqət,
fəal yaddasaxlama və s. irsi faktorlardan yox, əsasən ətraf mühitin sosial fatkorlarından asılıdır.
Əlbət ki, buradan beyinin ağır orqanik zədələnmələri və bunun nəticəsi olan koqnitiv fəaliyyətin
pozulması istisna edilməklə.
Uşağın psixi inkişafı davranışının, xasiyyətinin və bütövlükdə şəxsiyyətin formalaşması,
tərbiyə, təlim, mədəni-məişət şəraitindən, ünsiyyətin və fəaliyyətin forması və üsullarından asılı
uzun müddətli prosesdir. Uşağın psixi inkişafının həm şərti, həm də mənbəyi mühitdir.
Plan: 3 .Təlim və inkişaf arasında qarşılıqlı əlaqə. L.S.Vıqotskinin «inkişafın yarım
zonası» haqqında təlimi
Təlim və psixi inkişafın qarşılışlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər
tərəfindən müxtəlif istiqamətdə şərh olunmuşdur.
Vaxtılə burjua psixoloqu V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın
arxasınca gedir və ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli psixoloq L.S.Vıqotski təlim
və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə, təlim
inkişafdan irəli gedir və onu öz arxasınca aparır.
Məşhur İsveçrə psixoloqu J.Piaje də bu məsələdə V.Şterinə uyğun mövqe tutmuşdur. O,
belə hesab edir ki, uşağın psixi inkişafı özünün daxili qanunlarına malikdir və bir sıra
özünəməxsus məhələlər keçir. Onun fikrincə təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz.
Ona görə də təlim inkişafa uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi
əsas götürülmülidir. Bununla da J.Piaje təlimin inkişafetdirici təsirini kölgədə buraxır.
Məşhur amerika psixoloqu C.Bruner isə bu məsələdə tamamilə başqa mövqe tutmuş,
təlimin inkişafdakı rolunu həddindən artıq şişirtmişdir. Onun fikrincə, hər bir uşaq inkişafın
istənilən məhələsində, əgər həmin yaş üçün optimal olan təlim metodları tapılıbsa, əgər o yaxşı
təlim edilirsə, istənilən materialı məimsəyə bilər. Göründüyü kimi C.Bruner şagirdlərin əqli
inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə də, uşağın yaş hüdudlarını silib
atır.
Bütün bu fikirlər bir daha göstərir ki, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsinin düzgün
müəyyənləşdirilməsi birinci növbədə təlimin struktur komponentlərinin dəqiq
müəyyyənləşdirilməsindən asılıdır. Bu cəhəti nəzərə alaraq L.S Vıqotski təlimin struktru
konsepsiyasını işləməyə xüsusi fikir vermiş və bu sahədə əsaslı işlər görmüşdür. Vıqotskininı
həmin sahədəki ideyaları, gəldiyi nəticələr onun ardıcıllarının xüsusi təlim konsepsiyası
yaratmalarına imkan vermişdir.
L.S.Vıqotskiyə görə təlim inkişafın əsas amilidir.
Təlim inkişafdan qabaqda getməsi və onu da öz arxasınca aparması fikrini əsas götürən
L.S.Vıqotski və onun əməkdaşları təlimlə əlaqədər baş verən əqli inkişafın iki səviyyəsini və ya
zonasını müəyyən etmişlər. Birinci səviyyəni inkişafın fəal, aktual zonası adlandırmışdır. Bu
zonaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə
yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq misallardan istifadə edir. Müəllimin şərh
etdiyi bəzi cəhətləri izah etməyə təşəbbüs göstərir və nəhayət onda əqli inkişaf elə bir səviyyəyə

3
çata bilir ki, sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan həll edə bilir. Bütün
bunların nəticəsində şagird bilikləri müstəqil mənimsəyir, elmlərin əsaslarına özü yiyələnməyi
bacarır.
Əqli inkişafın ikinci səviyyəsində uşaq bir növ yaşlıların, müəlimin köməyilə daha yüksək
nailiyyət əldə edə bilir. L.S.Vıqotski bu inkişaf səviyyəsini « inkişafın yaxın zonası »
adlandırmışdır. L.S.Vıqotski bu münasibətlə yazır: « Uşaq nəyi ki, yaşlının köməyilə etmək
iqtidarındadır, bu onun yaxın inkişaf zonasını göstərir».
Beləliklə, yaxın inkişaf zonası uşağın sabahkı gününü, onun inkişafının dinamik
vəziyyətini müəyyənləşdirməkdə bizə kömək göstərir.
Plan: 4. Normal uşaq inkişafının dövrlərə bölünməsi
Uşaqların dövrlərə bölünməsini şərti olaran 2 yerə bölmək olar:
1. Monosimptomatik, yəni cəmi bir əlamətə (simptoma) görə dövrləşdirmə. Bura
P.P.Blonskinin və V.Şternin dövrləşdirmələri aiddir. P.P.Blonski əlamət kimi sümükləşmənin
dərəcəsi və bu sümükləşmənin göstəricisi kimi dişlərin çıxması vaxtını götürərək, dişsiz, süd
dişli və sabit dişli uşaqlıq dövrlərini ayırd edir. V.Şterin isə dövrləşdirmənin əsasına bir əlaməti –
nitqin inkişaf dərəcəsini qoyub.
2. Polisimptomatik, yəni neçə əlamətə görə dövrləşdirmələr.
Yuxarıda göstərilən uşaq yaşlarının dövrləşdirilməsi D.B.Elkonin tərəfindən təşkil edilib.
1. çağalıq dövrü
2. körpəlik dövrü 0-1 yaş
3. erkən uşaqlıq dövrü 1-3 yaş
4. məktəbəqədər uşaqlıq dövrü 3-7
5. kiçik məktəbli yaşı dövrü – 7- 11
6. yeniyetmə yaşı dövrü 11-15
7. ilk gənclik dövrü 15-17
Hazırda tədqiqatçılar və psixoloqlar anadangəlmə prosesin böhran və güclü stres kimi
qiymətləndirirlər. Çünki, dölün ana ilə qan əlaqəsi kəsilir və o rahat şəraitdən, ona yad olan
soyuq və işıqlı mühitə düşür. Anadan olandan sonrakı ilk günlərdə uşağın çəkisinin aşağı
düşməsi orqanizmin ətraf aləmə uyğunlaşmasının əlamətidir. Fizioloji nöqteyi-nəzərdən
anadangəlmə dövrü uşaq orqanizmi ilə ətraf mühit arasında tarazlıq yaranan zaman sona bitir. Bu
tarazlığın əlaməti isə – uşağın anadangəlmə çəkisinin bərpa olunmasıdır. M.İ.Lisina bu yaşda
uşağın böyüklərlə ünsiyyətinin və reaksiya verməsinin ən ilk ifadələrini «canlanma kompleksi»
adlandırıb.
Körpəlik dövrünün (0-1 yaş) aparıcı fəaliyyət növü emosional ünsiyyətdir. Bu
ünsiyyətin daxilində və zəminində görmə, eşitmə və əzələ-hərəkəti hissiyatlarla nizamlanan
sensomotor və səmti hərəkətlər yaranır. Bu yaşın yenitörəməsi isə uşağın onu əhatə edənlərlə
ünsiyyətə və emosional əlaqələrə ehtiyac duymasıdır. Əgər belə ünsiyyət vaxtında təmin
edilmirsə, onda uşağın gələcək psixi inkişafı ləngiyir………
Erkən yaş dövrünün (1-3 yaş) aparıcı fəaliyyət növü əşyalarla səmti və
manipulyativ hərəkəti fəaliyyətdir. Bu yaşda dərketmə və hərəkəti fəallıq sürətlə inkişaf edərək,
yeni ünsiyyət vasitəsini - nitqi tələb edir. Uşaq situativ sözlərdən, əşyalarla əlaqələndirilmiş
sözlərə və cümlələrə keçir. Artıq o əşyaların vəziyyətini nəzərə alaraq, öz istədiyinə nail olur və
beləliklə, «Mən özüm» situasiyasını yaradıb, bir növ intellektual məsələni həll etmiş olur. Nitq,
aktiv-əyani təfəkkür və «Mən özüm» stiuasiyası bu yaşın yenitörəməsidir. (aktiv lüğət 1000
sözdən çox). 3 yaşın böhran əlamətləri bunlardır:
1.neqativizm, yəni böyüklərin hər təklifindən, mənasız müqavimət göstərərək, imtina etmə;
2.tərslik, inadkarlıq;
Məktəbəqədər yaş dövründə (3-7 yaş) psixi funksiyaların, ümumi motorikanın,
nitqin (aktiv lüğət 3500 söz) və bütövlükdə, şəxsiyyətin intensiv inkişafı gedir.Oyunlar zamanı
iradi yaddaşın ilk elementlərinin inkişafı sürətlənir. Təfəkkürün ümimiləşdirilmiş formaları

4
yaranır; uşaqlar daima əşyaların və təzahürlərin səbəbiyyət əlaqələri ilə maraqlanırlar. Bu yaşın
aparıcı fəaliyyəti- rollu, oyundur və məhz oyunda abstrakt təfəkkürün başlanğıcının əsası
qoyulur. Məsələn, uzun çubuğu at və ya 2-3 birləşdirilmiş stulu qatar adlandıraraq, uşaq konkret
əşyalara şərti ad verir və artıq abstrakt mühakimə yeridir. Məktəbəqədər dövr özünüdərketmə,
özünüqiymətləndirmə, ilkin etik normaların yaranması və bütövlükdə şəxsiyyətin formalaşması
dövrüdür. Yaşın yenitörəməsi - uşağın ictimai əhəmiyyətli və ictimai qiymətəndirilən fəaiyyətə
ehtiyaclı olmasıdır.
Kiçik məktəbli yaşı dövrünün (7-11 yaş) aparıcı fəaliyyəti oyun və təlimdir. Bu
yaşın yenitörəmələri isə - psixi proseslərin ixtiyariləşməsi, özünü idarəetmə, hərəkətlərin və
fəaliyyətin əvvəlcədən daxildə (beyində) qurulmasıdır. Təlim zamanı, insanların qarşılıqlı
münasibətləri və gerçəklik haqqında bıliklər genişlənir, oyuna və əməyə olan yanaşma
səciyyələnir, əşyaların və təzahürlərin səbəbiyyət əlaqələri dərk edilərək, artıq nitqdə dürüst
ifadə olunur; iradi yaddaş və abstrakt təfəkkür formalaşır.
Yeniyetmə dövrü (11-15 yaş) çox mürəkkəb olduğundan, «keçid» dövrü də
adlandırırlar. Bu yaşlarda uşağın orqanizmində bir çox dəyişiliklər baş verir. Bunlar onunla
əlaqədardır ki, bu yaşda cinsi yetişmə başlayır və fiziki inkihaf intensivləşir. Orqanizmin
hormonal yenidənqurulması ali sinir sistemin bütün fəaliyyət növlərinə vasitəli təsir göstərir;
uşağın hərəkətlərinin motivasiyası bu yaşda onun özü üçün də anlaşılmaz olur.
Oxuma və təlim aparıcı fəaliyyət olaraq qalır. Psixika və hafizə əhəmiyyətli dərəcədə
inkişaf edir. Yaşın yenitörəməsi isə bunlardı: özünüqiymətləndirmənin formalaşması, onu əhatə
edən insanlara tənqidi yanaşma, sərbəstliyə meylin artması, ictimai həyat normalarına tabe ola
bilməsi.
Böyükyaşlı məktəbli dövrü (15-17 yaş) Gənclərin formalaşması sadəcə olaraq
bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz.Gənclərin formalaşması
həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial amillərin təsiri altında baş verir.
Bioloji baxımdan gəncin orqanizmi fiziki cəhətdən əsaslı surətdə dəyişir və onun
inkişafı əsasən tamamlanır.
Psixoloji baxımdan gənclər artıq öz «mən»lərini imkanlarını dərk edir, idrak
fəaliyyətləri və dünyagörüşləri deniş, əhatəli olur.
Psixoseksual baxımdan cinsi yetişmə əsasən tamamlanmış olur, psixoseksual
davranış sosial normalara uyğunlaşır.
Sosial baxımdan gənclər ictimai münasibətlər qovuşuğunda həmin münasibətləri
mənimsəməklə sosiallaşır.
Aparıcı fəaliyyət növünə oxuma və təlimlə bərabər, peşəyə istiqamətləndirmə və
yiyələnmə daxi1 olur.
D.B.Elkonin yaş dövrlərinin, aparıcı fəaliyyət növlərini araşdıraraq göstərir ki, hər
stabil yaş dövrünün özlüyündə böhran dövrü durur, və məhz bu vaxt bir aparıcı fəaliyyət
növünün daxilində əmələ gələn yenitörəmələr o birisi ilə əvəz olunur.

5
MÖVZU: 3 ANOMAL İNKİŞAFIN ƏSAS QANUNAUYĞUNLUQLARI
PLAN
1. Anomal inkişaf haqqında.
2. Bioloji və sosioloji amillərin birliyi haqqında L.S.Vıqotskinin təlimi.
Ədəbiyyat:
Plan 1. Psixi və fiziki inkişafında qüsur olan uşaqlara anomal uşaqlar deyilir.
Anomal inkişafın xüsusiyyətləri normal uşaqlarla müqayisədə aşkar olunur. Hər
anomiyanın əsasında normal psixi inkişafın pozulması durur. Normal uşağın psixi inkişafının
dövrlərini bilmək, inkişafdan qalmanın erkən aşkara çıxariılmasında mühüm əhəmiyyətə
malikdir.
Normal və anomal uşaqların psixofoiziki inkişafının qanunları eynidir və buna
əsaslanaraq, demək olar ki, hər pozulma inkişafın gedişini anomal edərək kökündən dəyişir. Bu
dəyişiklər uşağın yaşından və psixi funksiyanın inkişaf etməsi səviyyəsindən asılı olaraq
müxtəlif olur. Anomal inkişafın strukturuna həm də sosial amillər, yəni tərbiyə, təlim və
korreksiya işi də təsir göstərir. (İ.P.Pavlovun «Heç bir şey hərəkətsiz qalmır, hər şey yaxşıya
dəyişə bilər, təkcə lazımi şərtlər yaradılarsa », sözlərinə əsaslanaraq, belə nəticəyə gəlmək olar.
Əgər müalicə, tərbiyə və korreksiya işi düzgün qurularsa, hər uşaqda anomiyanın azalması və
stabilləşməsi üçün potensial imkanlar var.
Psixi inkişafın əsas və mühüm əlaməti psixi funksiyaların tək kəmiyyətcə yox, həm
də keyfiyyətcə dəyişməsidir. Zəif inkişaf etmiş və ya tam inkişafdan qalmış funksiya o biri
funksiyaların da geridə qalmasına səbəb olur. Məsələn: məlumdur ki, eşitmə sistemi pozulmuş
uşaqın ünsiyyət imkanları məhdud olduğundan onda şifahi nitq pozulur. Nitq inkişafının
pozulması uşağın psixikasının inkişafının gedişinə təsir edir. Təbii ki, belə uşaqların kütləvi
məktəblərdə oxuması qeyri-mümkün olur.
Bidiyimiz kimi uşağın yaş məhələləri müxtəlif dövrlərə bölünür.
Hər bir yaş mərhələsi özünün əsas həyat şəraiti, fəaliyyət və tələbatları, psixikası,
xüsusiyyətləri və s. ilə fərqlənir. Bir yaşa qədər olan uşaqda ömrünün 1-ci ayında görmə və
eşitmə funksiyaları formalaşmağa başlayır. Canlanma kompleksi intensiv şəkildə inkişaf edir.
Uşaq bədənini düz saxlayır. Ətrafdakıların dedikləri hecaları təkrar edir, ona qarşı yönələn nitqi
başa düşür, yamsılama aktiv inkişaf edir və s.
Bütün bu deyilənlər əlbəttə bütün uşaqlarda ola bilməz. Normal inkişaf etmiş uşaq bu
deyilənlərin ətrafında və buna yaxın olmalıdır. Əks təqdirdə məlum olmalıdır ki, uşağın psixi
inkişafında anomallıq vardır. Məsələn: 1 yaşa qədər uşağın boynu düz durmursa və yaxud da
boynunu saxlaya bilmirsə, deməli, uşağın inkişafında anomallıq vardır. Bu aınomallıq uşağın
gələcək psixi inkişafına da ləngimə törədəcəkdir. Anomal uşaqların təlimində əmələ gələn
çətinlikləri araşdırmaq üçün normal inkişafın qanunauyunluyqlarını bilmək lazımdır.
Uşaqlarda psixi inkişafın pozulmalarının səbəbi endogen və ekzogen xarakterli ola bilər.
Lakin psixi inkişafın pozulmasının növləri dedikdə, psixi inkişafın pozulma dərəcəsi nəzərdə

6
tutulur. Bu əlamət əsasən uşağın emosional iradi aləmində, idrak fəaliyyətində əqli cəhətdən
geri qalmasıdır ki, bu da ağırlıq dərcəsinə görə bir-birindən fərqlənir.

You might also like