You are on page 1of 106

GİRİŞ

Vətənimizin xammal bazasını daha da genişləndirmək və əmək


məhsuldarlığını artırmaq kimi böyük xalq təsərrüfatı məsələlərinin nailiyyətlə başa
çatdırılması geoloji işlərin hər bir mərhələsində - faydalı qazıntıların regional
tədqiqindən, axtarış, kəşfiyyat və istismarda geofiziki metodların geniş tətbiqinə
qədər işlərdən çox asılıdır.
Müasir geofiziki kəşfiyyatın nəzəri və texniki səviyyəsini yüksəltmək, onu
fiziki və texniki elmlərin nailiyyətləri əsasında daha da təkmilləşdirmək
geofiziklərin qarşısında yeni və daha mürəkkəb məsələlər qoyur. Belə bir aktual
məsələlərdən biri də geofiziki tədqiqatların petrofiziki aspekt üzrə (istiqamətdə)
inkişaf etdirilməsidir. Petrofizika tətbiqi geologiya olub, süxurların və filizlərin
fiziki xassələrini hərtərəfli tədqiq etməklə yer qabığının geoloji inkişaf tarixini, ay-
rı-ayrı regionların geoloji quruluşunu öyrənməyə, faydalı qazıntıların axtarışı və
kəşfiyyatını aparmağa xidmət edir.
Son zamanlarda yer qabığının dərinlik quruluşunun, regional tektonikanın,
lokal strukturların axtarışı, maqmanın differensiasiyası, süxurların metamorfizmi,
neft-qaz, müxtəlif filiz və daş kömür yataqlarının quruluşunun və ehtiyatının təyin
edilməsində əldə olunan nailiyyətlər, qismən və bəlkə də daha çox süxurların,
mineralların fiziki xassələri haqqında tam və dəqiq məlumat əldə edilməsi ilə
əlaqədardır.
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatında geofiziki metodların
müvəffəqiyyətlə tətbiqi süxurların sıxlığı, xüsusi elektrik müqaviməti, elastiki
dalğaların yayılma sürəti, radioaktivliyi və süxurların fiziki xassələri haqqında əldə
edilən daha ətraflı məlumatlara əsaslanır. Mənşəyindən, litologiyasından və yatım
şəraitindən asılı olaraq süxurlar müəyyən fiziki xassələrə malik olur və həmin
xassələrin məcmusu ilə səciyyələnir.
Süxurların öyrənilməsində geofiziki metodların müvəffəqiyyətlə tətbiqi
haqqında çoxlu misallar göstərmək olar. Bu metodlar çox hallarda süxurları
bilavasitə öyrənmədən onları dəqiq sürətdə təyin etməyə imkan verir:
- quyuların kəsilişini elektrik, radioaktiv, akustik və s. üsullarla tədqiq etməklə
gilləri, qumları, qumdaşlarını və s. süxurları bir-birindən ayırmaq, əsas neft- qaz
kollektorları sayılan qumlu-gilli çöküntülərin məsaməliyini və məhsuldarlığını
təyin etmək mümkün olur;
- maqnit kəşfiyyatının köməyi ilə mürəkkəb intruziv massivlərin formasını, ölçüsünü
və yatma dərinliyini müəyyənləşdirmək mümkündür;
- maqnitometriyadan maqnit xassəli mineral və filiz yataqlarının axtarışında,
kristallik bünövrənin relyefinin və tərkibinin öyrənilməsində, gəlmə torpaqla örtülü
süxurların geoloji xəritələnməsində, kontaktların və tektonik pozğunluq xətlərinin
keçirilməsində geniş istifadə olunur
- dərin-seysmik zondlama metodu (süxurlarda elastiki dalğa ların yayılma sürətinin
təyini) yer qabığının dərinliklərində layların və eləcə də yer səthinə yaxın
təbəqələrin strukturunu, yatma dərinliyini, qalınlığını, başqa yatma elementlərini
və s. aydınlaşdırmağa imkan verir.
Çöldə geoloji iş təcrübəsi göstərir ki, süxurların fiziki xassələrini bilmədən
tədqiqatların nəticələrini düzgün interpretasiya etmək mümkün deyil. Bütün bunlar
süxurların fiziki xassələrinin öyrənilməsində xüsusi diqqət yetimək zəruriyyətini
doğurmuşdur ki, həmin tədqiqatlardan alınan nəticələrin əsasında da yeni bir elm
sayılan petrofizika yaranmışdır.
Petrofızika elmi süxurların fiziki xassələrini, bu xassələrin dəyişilmə
qanunauyğunluqlarını, onların öz aralarında olan əlaqəni və həmin xassələrin
süxurların başqa parametrləri ilə olan əlaqəsini öyrənir.
Süxurların fiziki xassələrinin qanunauyğun surətdə dəyişilməsinə təsir
göstərən amillər süxurların mineraloji və kimyəvi tərkibi, strukturu və teksturası,
diagenezi və metamorfizm dərəcəsi və s.-dir.
Bildiyimiz kimi, geoloji tədqiqat nəticəsində ayrılan petroqrafik qruplar çox
vaxt böyük intervalda dəyişən fiziki parametrlərlə səciyyələnir. Bu da onların
əsasında ayrılan fiziki sahələrdə, geoloji xəritənin sanki uyğun gəlmədiyini
göstərir. Belə uyğunsuzluğun nəticəsində süxurların təbiəti, onların genetik tipi və
mineraloji tərkibi, fiziki parametrlərin qiyməti və dispersiyasma görə petrofiziki
təsnifatların aparılması böyük əməli əhəmiyyət daşıyır.
Süxurların təsnifatında fiziki xassələrdən istifadə etmək, xəritələrdə
petrofiziki qrupları əks etdirmək, hər bir süxurun fiziki səciyyəsindən geologiyada
səmərəli surətdə istifadə etməyə imkan verir. İntruziv süxurları komplekslərə və
fasiyalara, metamorfik və çökmə süxurları seriyalara və dəstələrə ayırmağa,
eyniyaşlı süxurların korrelyasiyasını aparmağa, faydalı qazıntı yataqlarının axtarışı
üçün perspektivli sahələr müəyyənləşdirməyə, yüksək kollektorluq xassəli layları
ayırd etməyə əsas verir.
Süxurların fiziki xassələri onların əmələgəlmə şəraitinin və süxurların bütün
daha sonrakı dəyişiklik və yenidən əmələgəlmə proseslərinin funksiyası
olduğundan, süxurların müxtəlif termodinamik mühitdə, an başlıcası yüksək təzyiq
və temperatur şəraitində öyrənilməsinin xüsusi əhəmiyyəti vardır.
Bütün yuxarıda qeyd olunanları yekunlaşdırıb, petrofizikanın aşağıdakı
məsələləri öyrəndiyini göstərmək olar:
1. Süxurların fiziki və fiziki-kimyəvi xassələri (məsaməliyi, sıxlığı, nəmliyi, neft-qaz
doyumluğu, istilik keçiriciliyi, elektirk keçiriciliyi, maqnit həssaslığı, elastikliyi və
s.) təzahür etdiyi vaxtda (təyin etdiyimiz andakı qiyməti) süxurlarda baş verən
fiziki və fiziki-kimyəvi proseslər;
2. Ayrı-ayrı fiziki-kimyəvi proseslərdə, müxtəlif süxurların eyni səciyyədə iştirak
etmədiyini əks etdirən petrofiziki kəmiyyətlər, onların vahidləri;
3. Ayrı-ayrı süxurların tipləri və qrupları üçün onların tərkiblərinin, strukturunun və
termobarik şəraitin dəyişməsinə görə petrofıziki kəmiyyətlərin variasiya sıralarını
(onların kənar, orta, median və modal qiymətləri);
4. Süxurların petrofıziki kəmiyyətləri və səciyyələrinə görə təsnifatı;
5. Petrofıziki kəmiyyətlərin bir-birilə və başqa kəmiyyətlərlə (petroqrafık,
petrokimyəvi) əlaqəsi;
6. Petrofıziki kəmiyyətlərin lokal və regional sahədə dəyişilməsi;
7. Quyu kəsilişlərində petrofıziki kəmiyyətlərin dəyişilməsi;
8. Petrofıziki və petrokimyəvi kəmiyyətlərin variasiya sıralarına görə petrofıziki
rayonlaşdırmanın - rayonlarınsərhədlərinin müəyyənləşdirilməsinin aparılması;
9. Petrofıziki kəmiyyətlərin laboratoriyada təyini.
Müxtəlif geoloji-kəşfiyyat məsələlərini həll etmək üçün müxtəlif fiziki xassə
və petrofiziki kəmiyyət qruplarını müəyyənləşdirmək lazım gəlir. Neft-qaz
geofizikasında öyrənilməsi lazım gələn fiziki xassələr aşağıdakı qruplarda birləşir:
1. Tutumluq (məsaməlik, nəmlik, neft-qaz tutumluğu vəs.);
2. Kapilyarlıq (kapilyar təzyiq, islanmaqlıq);
3. Qaz və hidrodinamiklik (qaz-, su-, neft-keçiriciliyi);
4. Sıxlıq (xüsusi çəki, həcm çəkisi, bərk, maye, qaz fazaların və ümumilikdə süxurun
sıxlığı);
5. Elektrik xassələri (elektrik keçiriciliyi və xüsusi elektrik müqaviməti, dielektrik
keçiriciliyi, təbii və yaradılan elektrokimyəvi və oksidləşmə - reduksiyaolma
aktivliyi);
6. İstilik xassələri (istilik tutumu, istilik keçiriciliyi, temperatura keçiriciliyi);
7. Maqnit xassələri (maqnitlənmə, maqnit həssaslığı, Küri nöqtəsi);
8. Nüvə xassələri (təbii radioaktivlik, neytron aktivliyi);
9. Elastiklik xassələri (forma dəyişmə xassələri, elastiki dalğaların udulması və
yayılması xassələri);
10.Möhkəmlik (sıxılma, qopma, burulma möhkəmliyi);
11.Plastiklik.
Süxurların bu qruplarda qeyd olunan fiziki xassələri xüsusi texnikanın
köməyi ilə yerin səthindən, quyularda və süxur nümunələrini laboratoriyalarda
tədqiq etməklə öyrənilir.
Petrofizika elminin mineralogiya, petroqrafıya, geokimya, geofizika, faydalı
qazıntı yataqları, fizika elmləri ilə sıx əlaqəsi vardır.
Əməli geofizikanın və onunla əlaqədar olan petrofizikanın inkişafında Rus
alimlərindən V.N.Daxnov, N.B.Dortman, E.İ.Parxomenko, V.V.Rjevskiy,
Q.Y.Novik, V.N.Kobranova, V.V.Larioııov, M.P.Volaroviç, B.M.Yanovskiy,
A.A.Xanin, L.A.Buryakovskiy və b., xarici ölkə alimlərindən T.Vixert, O.Djefris,
F.Berç, V.Melson, R.Villi və s. rolunu qeyd etmək olar.

Süxurlar, onlarda qeyribircinslilik, disperslik, fazalararası səthlər


Bildiyimiz kimi süxurlar üç əsas qrupa: maqmatik, çökmə və metamorfik
süxurlara bölünür. Bu süxur qruplarının hər biri, bir kompleks hüdudunda tərkib,
struktur və faza xüsusiyyətlərinə görə xeyli dəyişə bilər. Bu da geoloji kütlələrin
qeyricinsliliyinə səbəb olur ki, nəticədə müxtəlif praktik məsələlərin həllində
müəyyən çətinliklər yaradır. Bununla əlaqədar olaraq, geoloji kütlələr eynicinslilik
xüsusiyyətinə görə elementar sahələrə bölünür. Bu sahələr xarakteristikalarının
orta qiymətləri ilə bir-birindən fərqlənirlər.
Xarakteristikalar elementar sahələr hüdudunda hesablanan petrofiziki,
petrokimyəvi və s. kəmiyyətlərdir. Geoloji kütlələrin elementar sahələrə bölünməsi
qeyricinslilik xarakteristikasının ayrılmış sahə üzrə sabitlik dərəcəsindən asılı olur.
Geoloji kütlələrin dəqiq öyrənilməsi elementar sahələrin ölçüsünün daha da
kiçilməsi hesabına olur. Geoloji kütlə böyük olduqca onda qeyricinslilik də çox
olur və ayrılan elementar sahələr də sayca çox olur.
Süxurlarda qeyricinslilik struktur, tərkib və faza qeyricinslilikləri şəkilində
özünü göstərir. Struktur qeyricinslilik struktur nüvələrin doldurduğu həcmlərdə
eyniliyin olmaması ilə əlaqədar olur. Süxurda iştirak edən mineralların struktur
nüvələri müxtəlif kimyəvi tərkibdə olur, onların tutduğu eyni həcmlərdə ölçü və
forma uyğunsuzluğu (müxtəlifliyi) özünü göstərir. Süxurlarda qeyricinsli laylılıq
və müxtəlif ölçüdə dənəliliklə də əlaqədar olur.
Maddi tərkibdə qeyricinslilik götürülən elementar həcmdə müxtəlif
mineralların konsentrasiyasının müxtəlifliyindən irəli gəlir. Misal üçün: iri dənəli
qranitlərin müxtəlif həcmi hissələrində müxtəlif minerallar konsentrasiya tapır;
effuziv süxurların müəyyən bir həcmi hissəsində fenokristallar çox olub, başqa
hissəsində əsas kütlə mühüm rol oynayır; qırıntı süxurlarda ayrı-ayrı elementar
həcmlərdə müxtəlif mineral, süxur qırıntıları və sement olur.
Süxurlarda adətən üç faza ayrılır: bərk, maye və qaz. Bərk faza süxurların
mineral skeletini təşkil edib, maye (neft, su) və qaz (qaz, hava) fazalar bərk fazanın
aralarındakı boşluqları doldurur. Bütün bunlar faza qeyricinsliliyini təşkil edir.
Sənaye əhəmiyyətli neft toplantıları əsas etibarilə qırıntı çökmə süxurlarda -
qumlu - alevritli süxurlar və bir qədər az karbonatlı süxurlar - əhəngdaşları və
dolomitlər sayılır.
Qumlu-alevritli süxurlarda gilin iştirakı onların kollek- torluğuna böyük təsir
göstərir.
Gillilik - çökmə süxurların tərkibində dənələrin ölçüsü 0,0lmm, hətta 0,00lmm
olan pelit hissəciklərinin iştirakına deyilir.
Gil hissəcikləri (pelit dənələr) gil minerallarından (kaolinit, montmorillonit,
hidromikalar), kvars, çöl şpatları, ağır minerallar, limonit, hematit, karbonatlar,
gips, sulfıdlər (pirit) və s. təşkil olur. Gilli süxurlar tərkiblərində hansı gil mi-
nerallarının iştirakının əsas yer tutması ilə fərqlənirlər və bu onların adında da öz
əksini tapır. Gil mineralları bir-birindən ölçüləri, adsorbsiya xassəsi, köpmə
qabiliyyəti və s. seçilirlər. Misal üçün montmorillonit yüksək dispersliyə, ad-
sorbsiya və köpmə qabiliyyətinə malikdir.
Süxurların gilliliyi gilliyin xüsusi kütləsi və ya gilliliyin xüsusi həcmi ilə ifadə
olunur.

Burada m<0,01- süxurda gilin kütləsi; mc - süxurun kütləsidir;


Gil fraksiyasının qumlu-alevritli, ümumiyyətlə başqa kollektor süxurlarda
iştirakı onların xüsusi səth adlanan fiziki xassəsinin qiymətinə böyük təsir göstərir.
Süxurların xüsusi səthi vahid həcmdə süxurlarda onu təşkil edən dənələrin və
ya məsamələrin səthinin məcmuuna deyilir. Süxurların xüsusi səth vahidi sm. və ya
lsm-dir.
Süxurların xüsusi səthi onların mineraloji-litoloji tərkibindən, dənələrin
forması və ölçüsündən, sementin miqdarı və sementlənmənin tipindən və ən çox
süxurda gil fraksiyasının iştirakından asılı olaraq böyük intervalda dəyişir. Dənə-
lərin disperslik dərəcəsi artdıqca, süxurlarda incə məsamələr çoxalır və xüsusi
səthin qiyməti böyüyür. Süxurlarda tam (adsorbsiya), qranulometrik və süzmə
fıltrasiya kimi xüsusi səthlər ayrılır.
Tam xüsusi səth süxurlarda olan hər formada və hər bir ölçüdə məsamə
səthlərinin məcmuuna deyilir.
Qranulometrik xüsusi səth, süxuru təşkil edən dənələr eyni ölçüdə və ideal şar
formada qəbul olunaraq (fiktiv süxurlarda) hesablanır:

Burada Rm - məsaməlik əmsalı; d - şar formalı dənələrin diametridir. mm-lə


Müxtəlif cinsli və ölçüdə dənələrdən təşkil olan süxurlar üçün isə:

Si - ayrı-ayrı fraksiyanın çəki faizi; d - hər bir fraksiyanı təşkil edən dənələrin orta
diametridir.
Qranulometrik xüsusi səth, qranulometrik analizlə təyin olunan, formulada
göstərilən diametri fraksiyaların çəki miqdarına görə hesablanır.

Burada A - təyin olunan cihaz sabitidir; D - nümunənin diametri; L -


nümunənin uzunluğu; Pm - nümunədə ölçülən təzyiq qradientidir; Pp - reometrin
göstəricisidir; Rm - məsaməlik əmsalıdır.
Burada y-differensial manometrdəki mayenin sıxlığı; T- mütləq temperatura; B0-
reometrin sabiti; P- civə sütununda mm-lə atmosfer təzyiqidir.
Süxurların xüsusi səthi aşağıdakı üsullarla təyin olunur:
1) Qranulometrik tərkibə görə nəzəri olaraq;
2) Fraksiya altında vizual olaraq;
3) Maye adsorbsiya etmə hadisəsinə görə;
4) İslanma temperaturuna əsasən;
5) Məsamələrdən filtrasiya olunmaya görə;
6) Süxurun adsorbsiya qabiliyyətinə əsasən
Aşağıdakı cədvəldə bəzi süxurların xüsusi səthinin qiyməti verilir

Məsaməlik
Süxurlarda bərk hissələr onun həcminin müəyyən hissəsini doldurur. Bərk
hissələrlə tutulmamış (maye və ya qaz faza yerləşən) sahələr məsamələri təşkil
edir. Mütləq quru süxurun bərk hissələr arasında qalan boşluqların məcmuuna'
məsaməlik deyilir. Məsaməlik mənşəyinə, formasına, ölçüsünə və daxili
əlaqələrinə görə müxtəlif növlərə bölünür. Əmələ gəlməsinə görə məsamələr ilkin
və törəmə məsamələrə bölünür. İlkin məsamələr süxurlar əmələ gəldikdə onlarla
singenetik əlaqədə olaraq əmələ gəlir. İlkin məsamələrə aşağıdakılar daxildir:
1) Struktur məsamələr. Klastik (qırıntı) süxurlarda qırıntı dənələr (qayma, qəmbər,
çınqıl, şeben, qum, alevrit, pelit) arasında qalan boşluqlar;
2) Çökmə süxurların laylaşma müstəvilərarası boşluqlar;
3) Kristallararası, qranullararası məsamələr (kristallik əhəngdaşları, silisli
əhəngdaşları);
4) Məhv olmuş orqanizmlərin (toplantıları arasında) qalan məsamələr;
5) Tuf məsaməliyi;
6) Maqmatik süxurlarda rast gələn kristalların daxilində qalan qaz qabarcığlarından
ibarət məsamələr.
Süxurlar dəyişikliyə uğradıqca (sıxlaşdıqda, sementləşdikdə, metamorfıkləşdikdə)
onlardakı məsamələrdə həcm və formaca dəyişikliklər baş verir - yəni, törəmə
məsaməlik əmələ gəlir. Törəmə məsamələr həcmcə ilkin məsaməliyə görə az və ya
çox ola bilər. Törəmə məsamələrin əmələ gəlməsi qələviləşmə, təzyiq nəticəsində
deformasiyaya uğrama (tektonik proseslərdə), kristallaşma, yenidən kristallaşma,
dehidratlaşma, dolomitləşmə, aşınma və biokimyəvi proseslərlə əlaqədar olur.
Qələviləşmə nəticəsində həllolma və ya karst məsamələri əmələ gəlir.
Onlara on çox əhəngdaşlarında, dolomitlərdə, gipslərdə rast gəlmək olar. Həllolma
və karst məsamələr belə süxurlarda karbonat turşusu və ya sulfat turşusu ilə
mineral- laşmış suların ilkin məsamələrdə dövranı nəticəsində yaranır. Həllolma və
karst məsamələri ölçücə və formaca çox müxtəlif olmaları ilə fərqlənirlər -
mikroməsamələrdən tutmuş çox iri mağaralara qədər boşluqlar əmələ gəlir.
Təzyiq nəticəsində deformasiya (tektonik proseslər) süxurlarda bir və ya bir
neçə sıra çatlar əmələ gətirir. Süxurlar mexaniki möhkəmliklərindən asılı olaraq
müxtəlif dərəcədə deformasiyaya uğrayır. Heterogen (qeyricinsli) süxurlar, misal
üçün konqlomeratlar, brekçiyalar deformasiya olduqda qırıntı və sement hissələr
təzyiqə qarşı müxtəlif xarakterdə müqavimət göstərib, müxtəlif dərəcədə
deformasiya olunur, mürəkkəb, qarışıq çatlardan ibarət məsamələr əmələ gəlir.
Əksinə eynicinsli, hemogen süxurlarda, misal üçün əhəngdaşlarında, müəyyən
istiqamət və ölçüdə, ayrılmaya bənzər məsamələr əmələ gəlir.
Maqmatik ərintinin soyumasında baş verən kristallaşma, kontakt
metamorfizmdə əmələ gələn yenidən kristallaşma, diagenez prosesində çöküntüdə
özünü göstərən dehidratlaşma və ya əhəngdaşlarında müşahidə olunan
dolomitləşmə ümumiyyətlə süxurda həcmi kiçilməyə səbəb olur və bu da çatların
əmələ gəlməsi ilə müşaiyət olunur. Aşınma prosesləri atmosfer amilləri və günəş
radiasiyasının təsiri nəticəsində baş verir, süxurların adətən yer səthinə ən yaxın,
üst hissəsini əhatə edir. Aşınma prosesləri süxurun torpaqlaşması ilə nəticələnir.
Heyvan və bitki aləminin həyat fəaliyyəti nəticəsində qurdların və başqa
heyvanların yolundan, bitgilərin kök sistemlərinin yerlərindən ibarət məsamələr
əmələ gəlir.
Məsamələrin forması
Formasına görə məsamələr romboidalabənzər, tetraedrikəbənzər,
yarığabənzər, ovuğabənzər, deşiyəbənzər, çatabənzər, qovuğabənzər, boruyabənzər
və s. olur. Elə məsamələrə rast gəlinir ki, çox mürəkkəb formada olub, yuxarıdakı
həndəsi analogiyaların heç birinə oxşarlığı olmur.
Romboidalaoxşar və tertaedrikəoxşar məsamələr yaxşı çeşidlənmiş və
girdələşmiş dənələrdən təşkil olan klastik (qırıntı) süxurlarda müşahidə olunur.
Romboidalaoxşar məsamələr dənələri nisbətən seyrək yerləşən, tetraedrikəoxşar
isə sıx yerləşən süxurlarda qeyd olunur.
Yarığabənzər məsamələr struktur elementləri lövhəli və pullu olan (mikalar,
hidromikalar və s.) zəif sementlənmiş süxurlarda; ovuğabənzər (mağarayabənzər)
məsamələr adətən qələviləşmə nəticəsində yaranan əhəngdaşları və dolomitlərdə
nəzərə çarpır. Deşiyəbənzər məsamələr əhəngli və silisli tuflarda müşahidə olunub
nisbətən böyük və düzgün şırımlar formasında olurlar.
Çatabənzər məsamələr möhkəm süxurlarda - maqmatik, metamorfık və sıx
kütləli çökmə süxurlar üçün səciyyəvidir. Qovuğabənzər məsamələr əsas etibarilə
effuziv süxurlarda qeyd olunur. Boruyabənzər məsamələr əhəngdaşlarında,
lösslərdə və lössəbənzər süxurlarda rast gəlir.
Məsamələrin forması vizual olaraq nümunələrdə və ya şlifdə mikroskop altında
təyin olunur.
Məsamələrin ölçüsü:
Məsamələrin ölçüsü effektiv diametrə və ya en kəsiyinə görə təyin olunur.
Effektiv diametrə görə aşağıdakı məsamələr ayrılır:
1. Kapilyardan böyük;
2. Kapilyar;
3. Subkapilyar;
4. Çox incə mikroməsamələr.
Kapilyardan böyük məsamələrin ölçüsü 0,lmm-dən böyük olur. Kapilyardan
böyük məsamələrdə mayelərin (su, neft) hərəkəti ümumiyyətlə hidrostatikanın
qanunlarına tabe olub, ağırlıq qüvvəsinin təsiri altında baş verir, mahiyyətinə görə
adi su borularında mayelərin hərəkəti kimi olur . Kapilyardan böyük məsamələr
çınqıllarda, iri və orta dənəli qumlarda, ovuğlu əhəngdaşlarında və dolomitlərdə,
eləcə də lösslərdə və lössəbənzər süxurlarda müşahidə olunur.
Kapilyar məsamələrin ölçüsü 0,0001 - 0,1 mm olur.
Kapilyar məsamə borularında mayelərin hərəkəti xüsusi qüvvə nəticəsində baş
verir və bu hərəkətdə mayenin səthi gərilməsi başlıca rol oynayır. Kapilyar
borularda mayelərin hərəkəti mayenin ağırlıq qüvvəsi və ya basqı qüvvəsi səthi
gərilmədən əhəmiyyətli dərəcədə böyük olduqda mümkün olur. Qazlarda səthi
gərilmə olmadığından kapilyar borularda asan hərəkət edir.
Kapilyar məsamələr orta-, xırda- incədənəli qumlarda və əhəngdaşlarmda rast
gəlir. Subkapilyar məsamələrdə α= 0,0001-0,000002 mm (1015- 2 ∙ 10-7) olur.
Subkapilyar məsamə borularında mayelər səthi gərilmə qüvvəsinin təsiri altında
ona elə möhkəm yapışmış olur ki, böyük bir qüvvə təsiri olmadan onu hərəkətə
gətirmək mümkün olmur və belə məsamələr praktik olaraq maye keçirməyən
sayılır. Subkapilyar məsaməli süxurlar kimi gilləri, gilli süxurları, kristallik
əhəngdaşlarını və s. göstərmək olar. Çox incə mikroməsamələr 0,000002mm olur.
Onlar bəzi təbii seolitlərdə qeydə alınıb. Birinci iki qrup mikroməsamələrə daxil
edilir.
Məsamələrin əlaqəsi və məsaməliyin tipləri
Məsamələr qarşılıqlı, bir-birilə əlaqədə və əlaqəsiz (bağlı) ola bilər. Biri-
birilə əlaqəsi olan məsamələrin məcmuuna açıq məsaməlik; əlaqəsi olmayan
məsamələrin məcmuuna qapalı məsaməlik deyilir. Süxurların ümumi (tam)
məsaməliyi açıq və bağlı məsamə boşluqlarmın məcmuuna deyilir.
Açıq məsaməlik sementlənməmiş, yaxşı seçilmiş qumlu-alevritli-gilli
süxurlarda, qranulyar və çatlı məsaməli karbonatlı süxurlarda müşahidə olunur.
Möhkəm sementlənmiş qırıntı süxurlarda ayrı-ayrı məsamələr arasındakı əlaqə po-
zulur və qapalı məsaməlik özünü göstərir. Qovuğabənzər məsaməliyi olan effuziv
süxurlardakı məsaməlik də qapalı sayıla bilər.
Süxurlarda effektiv məsaməlik də ayrılır. Effektiv məsaməlik maksimal
miqdarda su, neft və qaz saxlayan sulu, neftli, qazlı kollektor süxurların
məsaməliyinə deyilir. Effektiv məsaməliyə faydalı məsaməlik də deyilir. Dinamik
məsaməlik kollektorda müəyyən təzyiq qradientində eynicinsli və ya qarışıq maye
və qaz keçirən məsamə boşluqlarnının məcmuuna deyilir. Məsaməlik —
məsaməlik əmsalı ilə ifadə olunur. Məsaməlik əmsalı K ədədin hissələri və ya
faizlə göstərilir.
Açıq məsaməlik əmsalının qiyməti süxurlarda bir-birilə əlaqədə olan məsamə
boşluqlarmın həcminin (Vü.m) mütləq quru süxurun həcminə olan nisbətinə deyilir.
𝑉ü/𝑚
𝑉ü.𝑚 = 𝐾ü.𝑚 ∙ 𝑉𝑐 ; 𝐾𝑚.ü =
𝑉𝑐
Qapalı məsaməlik əmsalı 𝑉𝑚.𝑠 = 𝑘𝑚.𝑔 ∙ 𝑉𝑐 , 𝐾𝑚.𝑔 = Vm.δ/Vc

Ümumi məsaməlik əmsalı Vm= km.Vc Km=Vm/Vc


Effektiv məsaməlik əmsalı Vme= kme Vc Kmc=Vm.e/Vc
Dinamik məsaməlik əmsalı Vmd= km.dVc, Km.d= Vm.d/Vc

Adətən eyni bir süxur üçün km> km.g > km > km.e > km.d və bu təcrübədə təyin
olunur (eksperimental olaraq). Süxurların məsaməliyi çox böyük hüdudda, faizin
onda birindən 60%-ə qədər dəyişir. Süxurlar məsaməliyinə görə aşağıdakı qruplara
bölünür:
Aşağı məsaməli süxurlar - K = 5 %
Bir qədər aşağı məsaməli - K = 5 - 10 %
Orta məsaməli - K = 10 - 15 %
Yüksək məsaməli - K = 20 %
Ən yüksək məsaməlik bir qayda olaraq sementləşməmiş, zəif sementləşmiş
qırıntı çökmə süxurlarda, aşağı məsaməlik isə sıx kütləli, möhkəm sementlənmiş
çökmə süxurlarda, maqmatik və metamorfık süxurlarda müşahidə olunur.
Məsaməliyin başqa petroflziki xassələrlə əlaqəsi və məsaməliyə
təsir edən amillər
Qırıntı çökmə süxurların məsaməliyi süxurları təşkil edən dənələrin forması
və ölçüsündən, onların çeşidlənmə dərəcəsindən və dənələrin yerləşmə
xüsusiyyətindən asılı olur.
Eyni ölçüdə dənələrdən təşkil olan süxurlarda yaxşı girdələnmiş dənələrdən
təşkil olan süxurun məsaməliyi, itibucaqlı dənələrdən təşkil olana görə kiçik olur,
dənələrin girdələşmə dərəcəsi yaxşılaşdıqca K-qiyməti kiçilir. Dənələrin itibucaqlı
olması onların kip qablaşmasına mane olur, dənələr arası daha çox boşluqların
qalmasına səbəb olur.
Dənələrin ölçücə müxtəlifləşməsi məsaməlik əmsalının qiymətinin
kiçilməsinə səbəb olur - xırda və incə dənələr iri dənələrin arasındakı boşluqları
doldurub boşluqları azaldır.
Məsaməlik əmsalı dənələrin yerləşmə xüsusiyyətindən asılılığını izah etmək
üçün, süxuru təşkil edən qırıntı dənələrin eyni ölçüdə ideal külçə formada olmasını
təsəvvür edək:
α= 90° α= 60° α < 60
km= 47,64 % km = 36,7 % km = 25,9 %
Göründüyü kimi, Km maksimum qiyməti dənələr kubik. qaydada yerləşdikdə
( Km= 47,64 % ), minimum qiyməti isə romboidal qaydada yerləşməsi ilə əlaqədar
olaraq θ bucağının kiçilməsi ilə kiçilir (Km= 25,9 %), orta məsaməlik 36,7 % olur.
Eksperimental olaraq təyin olunmuşdur ki, qırıntı süxurlarda sementin miqdarı
50%-ə qədər çatır. Sement müxtəlif miqdarda , ən çox gil, əhəng (kalsit), bəzən
dolomit, gips, dəmir hidrooksidi, silis və s. şəklində rast gəlinir. Tədqiqatlara görə
alevrolitlərdə sement qumdaşlarına nisbətən daha çox olur. Bu da alevrit çökərkən
gil qatışığının da çökməsi ilə əlaqədar olur.
Sement ümumiyyətlə tərkibindən asılı olmayaraq (hansı maddə iştirak edirsə
etsin) məsaməliyə pis təsir göstərir - sementin miqdarı artdıqca məsaməlik zəifləyir
(azalır). Misal üçün sement maddəsi 40 %-dən az olmayan bazal tipli sementə
malik qırıntı süxurlarda məsaməlik xeyli azalmış olur və elə süxurlar bir kollektor
kimi təqribən elə böyük əhəmiyyətə malik olmur.
Boşluqları doldurma tipli sementləşmədə sementləyici maddə 25-30 %-ə qədər,
kontakt tipli sementləşmədə isə daha az olur. Kontakt tipli sementləşmədə məsamə
boşluqları nəzəri cəlb edəcək dərəcədə həcm təşkil edir və belə süxurlar neft-qaz
kollektoru kimi nəzəri cəlb edir. Sement maddəsi kimi gilin iştirakı məsaməliyə pis
təsir göstərir. Bildiyimiz kimi, gil mineralları özünə məxsus xüsusiyyətlərlə, o
cümlədən su hopduqda həcmi genişlənmələri, köpmə xassəsinə malik olmaları ilə
seçilirlər.
Gil minerallarının genişlənməsi onların arasında qalan boşluqların, məsamə
borularının daralması ilə müşaiyət olunur və bu da nəticədə məsaməliyin
kiçilməsinə səbəb olur. Bu xassə montmorillonitdə daha yüksək olur. Karbonatlı
süxurların məsaməliyi çox böyük hüdudda dəyişir. Təmiz karbonatlı süxurlar
metastabil araqonitdən təşkil olan lildən əmələ gəlir. Əhəngli lillərin Florida-
körfəzi sahillərində 120 sm dərinlikdə məsaməlik əmsalı- 0,87, 280 sm dərinlikdə
- 0,75, 340 sm dərinlikdə - 0,75-ə (Engelqarta görə) bərabərdir. Sakit okean
atollarında qazılan quyularda 150-300 m dərinlikdə belə yumşaq əhəngdaşlarının
mövcud olduğu qeydə alınmışdır.
Əhəng daşlarının məsaməliyinin stabilləşməsi əhəngli lillərin diagenezi
prosesində baş verir. Karbonatların məsamə strukturası onların daha sonrakı
hadisələrdə iştirakı, həllolma, dolomitləşmə və s. proseslərdən zəif asılı olur. Daha
kobud dənəli karbonatlı süxurlar üzvi qırıntılardan və ya qeyri-üzvi oolitlərdən
təşkil olur. Onların ilkin məsaməliyi qırıntı-terrigen süxurların məsaməliyini
xatırladır. Belə karbonatlı süxurlar kimi rif əhəngdaşlarını və balıqqulaqlı
əhəngdaşlarını göstərmək olar.
Karbonatlar üçün xas olan yüksək həllolma onların yenidən kristallaşması və
dəyişilməsinə səbəb olur. Karbonatların həllində təzyiq mühüm rol oynayır. Məhz
təzyiqlə əlaqədar olaraq əmələ gələn stilolitlər və müxtəlif tikiş xətlərinə karbonatlı
süxurlarda tez-tez rast gəlmək olur.
İlkin mərhələdə kalsitdən və araqonitdən təşkil olan karbonatlı süxurlar,
sonradan onlarda Ca ionlarının Mg ionları ilə əvəz olması nəticəsində dolomitləşir.
Bomontun təyinatına görə bu reaksiyada, təqribən 12,3 % həcmi kiçilmə-həcm
itkisi əmələ gəlir ki, bu da məsamələrin törəməsi ilə nəticələnir. Bir çox neft və qaz
yataqları məlumdur ki, onların kollektorları məhz dolomitləşmiş əhəngdaşlarıdır.
Karbonatlı süxurlarda yuxarıda qeyd etdiyimiz hadisələrlə əlaqədar əmələ gələn
qranulyar və çatlı məsamələrdən başqa, aşınma və qələviləşmə ilə əlaqədar olan
formaca çox mürəkkəb, ölçücə çox böyük (mağara, karst) boşluqları da əmələ gəlir
- meqaməsamələr yaranır. Bu sonuncu karbonatlarında yüksək kollektorlar olması
aşkar edilmişdir. Misal üçün ABŞ-da Dollarhard yataqlarındakı əhəngdaşlarında
neftlə dolu nəhəng boşluqların olması qeydə alınmışdır. Onlarda elə boşluq var ki,
en kəsiyinin sahəsi 2,5 m2, hündürlüyü orta hesabla 5 metrdir (Levorsena görə).
Volqa-Ural neftli vilayətdəki yataqlarda turney süxurları və başkir çöküntülərinin
kontinental çöküntülərlə basdırılmış karstlı əhəngdaşları olması da belə karbonatlı
süxurlara misal göstərilə bilər.
Maqmatik və metamorfik süxurların məsaməliyi adətən elə yüksək olmur,
faizin onda bir, yüzdə bir hissələri ilə göstərilir.
Bəzi effuziv süxurlarda məsaməlik əmsalının qiyməti böyük olub, 50 %-ə
qədər çata bilər. Maqmatik və metamorfık süxurlar aşındıqda onların məsaməliyi
əmələ gələn törəmə məsamələrin hesabına böyüyə bilər.
Aşağıdakı çədvəldə Abşeron neft-qaz yataqlarının bəzisinin məhsuldar qatında
olan süxurların məsaməliyi verilir

Çökmə süxurların məsaməliyinin yüksək təzyiq və temperaturun təsiri


nətiçəsində dəyişməsi termobarik sıxılma prosesləri ilə əlaqədardır.
Məsaməlik əmsalımıı təyini
Sementli süxurların ümumi məsaməlik əmsalı Melçer və həcm üsulu ilə təyin
olunur. Həmin süxurların açıq məsaməliyinin təyinində isə Preobrajenski
üsulundan istifadə olunur. Effektiv məsaməliyi P.P.Avdusin və M.A.Svetkova
üsulu ilə (mikroskopik üsulla) təyin edirlər.
Süxurların məsaməliyi bir çox petrofiziki kəmiyyətlərin müəyyənləşməsində
və dəyişilməsində mühüm rol oynayır. Qaz və neft, su keçiriciliyində, süxurların
xüsusi elektrik müqaviməti (elektrik keçiriciliyi), elektrokimyəvi aktivliyi və s.
bilavasitə təsir göstərir.

Süxurların nəmliyi
Süxurlarda suyun olmasına nəmlik deyilir. Süxurların tərkibi, quruluşu və
mövcud olduqları termobarik şəraitdən asılı olaraq bu və ya başqa bir miqdarda su
saxlama qabiliyyətinə süxurların nəm tutumu deyilir.
Süxurlarda hiqroskopik, eləcə də maksimal hiqroskopik, maksimal adsorbsiya
olmuş (maksimal molekulyar), asılı, kapilyar və tam nəmlik ayrılır. Qeyd olunan
bu nəmliklər nəinki təkcə suyun miqdarına görə, həm də nəmliyi doğuran suyun
xarakteri, eləcə də suyun mütəhərrikliyi ilə fərqlənirlər.
Tam nəmlik, fazalararası qarşılıqlı təsir və ikiqat elektrik təbəqəsi (İET)
Tam və ya ümumi nəmlik müəyyən həcmdə quru süxurun maksimal həcmdə
su saxlamaq qabiliyyətinə deyilir:
𝑉
W = 𝑠 və ya Vs - suyun həcmi miqdarı; V- mütləq quru süxurun həcmidir.
𝑉
Tam nəmlikdə və eləcə də aşağıda qeyd edəcəyimiz, nəmliyin başqa növlərində
süxurdakı fazalar arası sərhəddə elektrokimyəvi reaksiya baş verir; sərhəddin hər
iki tərəfində elektrik yüklərinin məxsusi bir qaydada laylanması prosesi gedir,
ikiqat elektrik təbəqəsi (İET) əmələ gəlir. İET şəraitində hər bir fazada (bərk və
maye) müəyyən həcmi yüklənmə özünü göstərir və onların arasında elektrik
potensialları fərqi olur . İET ion, adsorbsiya və orientləşmiş növlərə bölünür.
İon növlü təbəqə eyni ionların süxurdakı müxtəlif fazalarda müxtəlif kimyəvi
potensialda olmasına görə, süxurların bərk komponentlərinin (mineral dənələrin)
səthində qalıq elektrik qüvvəsinin hesabına əmələ gəlir. O, bərk fazada de-
hidratlaşmış potensial təyinedici ionlardan təşkil olan təbəqədən və maye fazada
hidratlaşmış əks ionlardan təşkil olan təbəqədən ibarət olur. Potensial təşkiledici və
əks ionlar müxtəlif işarəli olduqlarından hər bir fazanın özünə məxsus yükü (mənfi
və ya müsbət), süxur isə ümumilikdə neytral olur. Potensial təyinedici ionlar
birbaşa fazalar ayrıcı sərhəddən, bərk fazanın dərinliyinə doğru getdikcə sıxlığı
azala-azala, şahələnmiş halda (diffuz vəsiyyətdə) yerləşir. Onlar bərk fazaya
müəyyən (müsbət və ya mənfi) potensial verir və ona görə də potensial təyinedici
ionlar adlanırlar. Bərk fazanın yükünün işarəsi və həcmi ölçüsü təmasda olan
fazaların kimyəvi tərkibindən, fazaları ayıran səthlərin vəziyyəti və inkişafından
(xüsusi səthin qiymətindən) asılı olur, hidratlaşmış əks-ionlar təbəqəsi süxurun
bərk fazasına bitişir, potensial təyinedici ionlarla qabaqlaşır. Elə bu zaman maye
fazadakı molekulyar istilik hərəkəti həmin təbəqəni həll edib qarışdırdıqda, onda
qeyri mütəhərrik (passiv) və diffuzedici (aktiv) hissələr ayrılır. Əks-ion təbəqənin
qeyri mütəhərrik və başqa bir sözlə sıx hissəsi məsamə boşluqlarının divarlarında,
bərk fazaya bitişik, diffuziya hissəsi isə bərk fazadan maye fazanın dərinliyinə
doğru sıxlığı azalma şərtilə yerləşir.
Adsorbsiya növlü ikiqat elektrik təbəqəsi bərk fazanın yüklənmiş səthinə
indiferent (reaksiyada passiv olan) elektrolitlərin adsorbsiyası nəticəsində yaranır.
İndiferent elektrolitlərin bərk faza ionları ilə ümümiliyi olmur. Onun daha böyük
valentli və daha kiçik hidrat radiuslu ionları adsorbsiya olunur, onlar adsorberıtə
yaxınlaşıb, vandervaals qüvvəsi ilə möhkəm tutulur. Vandervaals qüvvəsi bərk
fazanın səthində adsorbsiyaedici ionların təsiri nəticəsində özü nü göstərir.
Adsorbentə yaxınlaşdıqca, o adsorbentin səthi atomlarını polyarizə edir və bu
zaman onun elektron örtüyü deformasiya olunur, atomlar adsorbsiyaedici ionları
tuta bilən ani dipollara çevrilir.
İndifferent elektrolit ionları elektrik sahəsi güclü olduqca bərk faza atomlarını
daha böyük qüvvə ilə (şiddətli) polyarizə edir. Xüsusi kationlar, onların yükləri
böyük, hidrat radiuslarının daha kiçik olmasına görə adsorbentin səthi atomlarını
daha kəskin deformasiya edir.
Deformasiya olma atomların və'ionların ölçüsü böyüdükçə daha qabarıq
surətdə özünü göstərir (daha böyük olur). Anionlar ölçüsünə görə kationlardan
böyük olduqları üçün polyarizasiyaları da böyük olur. Adsorbsiya İET (ikiqat
elektrik təbəqəsinin) strukturası ion İET-dən o qədər fərqlənmir. Nəzərə çarpacaq
fərq ancaq bu təbəqənin adsorbsiya və əks-ionlarm elektrolitdə yerləşməsində olur.
Orientləşmiş növlü ikiqat elektrik təbəqəsi (İET) suyun dipol molekullarmdan
əmələ gəlir. Onların bir hissəsi orientləşib məsamə boşluqlarında kompensasiya
olmamış müsbət və mənfi yüklərin və ya vandervaals yüklərinin ətrafında cəmləşib
bərk əlaqədə su təbəqəsini təşkil edir. Bu təbəqənin törətdiyi sahənin (hidrat
qüvvəsinin) və qalıq elektrostatik qüvvənin təsirindən bir
daha əlavə miqdarda su molekulları və boş əlaqədə su
təbəqəsi əmələ gəlir.
Bərk və boş əlaqəli, orientləşmiş növlü ikiqat təbəqəni - əlaqəli suyu əmələ
gətirir.
Bərk əlaqəli su yüksək sıxlığa (1,2-dən 2,0 q.sm qədər), aşağı istilik tutumuna
və dielektrik keçiriciliyinə malik olması ilə səciyyələnir. Bərk əlaqəli su müxtəlif
süxurlarda müxtəlif temperaturada donur: kaolinitdə t=-20°C, montmorillonitdə
t=-193°C olur. Bərk əlaqəli suyun donma temperaturu xüsusi səthdən və
məsamələrin ölçüsündən asılı olur. Ultramikroskopik məsamələrdə o daha çətin
donur. Bərk əlaqəli suyun əmələ gəlməsində əhəmiyyətli miqdarda istilik ayrılır.
Bərk əlaqəli suda duzlar, şəkər və s. həll olmur.
Zəif əlaqəli suyun sıxlığı, özlülüyü bərk əlaqəli suya nisbətən kiçik olur. Zəif
əlaqəli su -1,5°C temperaturada donur, az da olsa həll olan maddələri özündə həll
etmə qabiliyyətinə malikdir.
Tam nəmlik süxurlarda yerləşən hər formada - sərbəst, kapilyar, bərk və zəif
əlaqəli suların məcmuundan ibarət sudan təşkil olur. Süxurların tam nəmliyi qrunt
suları səviyyəsindən aşağıda olur. Bu səviyyədən yuxanda kapilyar, molekulyar,
maksimal hiqroskopik və hiqroskopik nəmlik zonaları yerləşir.
Bəzi süxurlarda tam nəmliliyin qiyməti aşağıdakı cədvəldə verilir:

Kapilyar nəmlik
Müəyyən həcmdə süxurda kapilyar məsamələri doldurulmuş, əlaqəli və
kapilyar-dayaq suların həcmi miqdarı ilə təyin olunur:
burada: V- mütləq quru süxurun həcmi; Vs.k - kapilyar suyun həcmidir.
Kapilyar-dayaq su qrunt suları səviyyəsi ilə əlaqədə olan kapilyar məsamələrdəki
suya deyilir.
Kapilyar nəmlik bilavasitə qrunt sularının səthi üzərində yerləşir (qrunt
sularının aynası üzərində). Qrunt suları səthin bilavasitə yaxın olan kapilyardakı
böyük məsamələdən başqa bütün məsamələr əlaqəli və sərbəst kapilyar dayaq su
ilə dolmuş olur. Qrunt suları səviyyəsindən yuxarıya doğru getdikcə sərbəst suya
malik olan kapilyar məsamələrin sayı azalacaq, ancaq suyu kapilyar qaldırma
hündürlüyü böyük olan nisbətən incə dar məsamələr su ilə dolmuş olacaq və bu
qayda asılı nəmlik zonasına qədər davam edəcəkdir. Ona görə də kapilyar nəmliyin
miqdarı şaquli (vertikal) istiqamətdə dəyişən olacaqdır - aşağıdan yuxarıya
azalacaqdır. Kapilyar nəmlik zonasının qumdaşlarmda və qumlu süxurlarda
maksimal qalınlığı 0,3 - 0,6 m; alevritlərdə 1 m; gilli süxurlarda 2 - 3 m olur. Bəzi
süxurlarda kapliyar nəmliliyin qiyməti aşağıdakı cədvəldə verilir:

Asılı nəmlik
Asılı nəmlik dedikdə, iridənəli süxurların məsamə boşluqlarında əlaqəli su ilə
yanaşı, boşluqlarda hava ilə tutulmuş hissələrində iştirakı nəzərdə tutulur. Asılı
nəmlik qırıntı dənəli süxurlarda kapilyar nəmliyə görə çox da dərin olmayan
sahələrdə əmələ gəlir. Asılı su kapilyar, dayaqlı su ilə, eləcə də qrunt suları
səviyyəsi ilə bitişik və ya bitişməmiş, əlaqəsiz ola bilər.
Asılı su kapilyar zonanın üst səviyyəsindən xeyli yuxarıya qədər məsafədəki
məsamələrdə əmələ gələ bilər. Oralarda suyun kapilyar qalxmasına görə nəmliyin
buxarlanması daha intensiv olub, üstün yer tutur, sudan çox hava iştirak edir. Asılı
nəmlik əsas etibarilə xırda-incədənəli qırıntı süxurlarda rast gəlir. : Maksimal
adsorbsiya (maksimal molekulyar) nəmlik- süxurda olan bərk və zəif əlaqəli
sulardan ibarət nəmliyə deyilir.
Aşağıdakı cədvəldə bəzi süxurlarda Wa - parametrlərinin qiyməti verilir:

Zəif
əlaqəli suyun əmələ gəlməsində maksimal hiqroskopik nəmliyi əmələ gətirən
qüvvədən izafi qalmış molekulyar qüvvə və bərk əlaqədə suyun və adsorbsiyaedici
hidrat qüvvəsi iştirak edir. Boş əlaqəli su da bərk əlaqəli su kimi möhkəm rabitədə
olub, sentrifuq zamanı onun səthindən qopub ayrılmır. İri dənəli süxurlarda boş
əlaqəli su təbəqəsinin qalınlığı bir neçə on hətta yüz molekula qalınlığında olur.
Zəif əlaqəli su nisbətən yüksək özlülüyə malik olduğundan bərk fazanın bir
hissəsindən başqa bir hissəsinə zəif surətdə hərəkət edir. Donma temperaturası -
l,5°C-yə bərabərdir və həll olan maddələr, misal üçün duzlan zəif həll etmə
qabilliyətinə malikdir. Wmm - parametri həcm hissələri və ya faizlə ölçülür.
Maksimal hiqroskopik nəmlik
Süxurun nisbi nəmliyi 94 % -dən yuxarı olan havadan cəzb edə bildiyi buxara
bənzər suyun ən böyük miqdarına deyilir. Maksimal hiqroskopik nəmlik əsas
etibarilə bərk əlaqəli sudan təşkil olur. Maksimal hiqroskopik nəmliyin qiyməti
süxurların mineraloji tərkibindən, eləcə də süxurda duzların iştirakından və bərk
fazanın xüsusi səthindən asılı olur.
Sementlənməmiş süxurların xüsusi səthinin qiyməti onu təşkil edən dənələrin
forması və ölçüsündən asılı olduğundan, maksimal hiqroskopikliyin də həmin
amillərdən asılılığı aydın görünür. Gillərin hiqroskopikliyi, qumlu-alevritli
süxurlara nisbətən böyük olur. Bu da gillərdə pelit hissəciklərinin xüsusi səth
məcmuunun çox böyük olması ilə əlaqədardır.
Bəzi süxurların maksimal hiqroskopik nəmliyinin qiyməti aşağıdakı cədvəldə
verilir:

Hiqroskopik nəmlik
Hiqroskopik nəmlik gündüz çağı səhra və ya yarımsəhra rayonlarda, aerasiya
zonasında, günəş şüasının təsirindən qurumuş süxurlarda müşahidə olunur, məhz
belə bir şəraitdə süxurlardakı su maksimal miqdarda bərk əlaqəli su əmələ
gətirəcək miqdarda olmur. Bəzən də həmin şəraitdə süxurda bərk əlaqəli, boş
əlaqəli və kapilyar-kondensə olmuş suya rast gəlinir. Kapilyar-kondensasiya olmuş
su subkapilyar məsamələrdə (ölçüsü < 0,0002 mm) yerləşir. Süxurun nəmliyi
müvafiq halda maksimal hiqroskopiklikdən yüksək olur.
Kimyəvi əlaqəli sular
Süxurlarda onlara nəmlik verən sərbəst və adsorbsiya olunmuş sulardan başqa
kristallaşma və konstitusiya suları iştirak edir. Kristallaşma və konstitusiya suyuna
kimyəvi əlaqəli su deyilir.
Kristallaşma suyu bir çox minerlların kristal qəfəsində iştirak edir; konstitusiya
suyu bir sıra mineralları, ən çox OH ionuna malik mineralları qızdırdıqda əmələ
gəlir. Qızdırdıqda, 110°C-dən aşağı temperaturada mineralın strukturuna heç bir
dəyişiklik vermədən mineraldan ayrılan sərbəst, adsorbsiya sularından fərqli
olaraq, kimyəvi əlaqəli suyun ayrılması çox yüksək temperaturada baş verir, bu
zaman onların kristal qəfəsi dağılmış olur.

Kristallaşma suyu
H2O molekulu şəkilində kristallik qəfəsdə iştirak edən kristal orta suyu 300°C
temperaturada, bəzən bir qədər də yuxarı temperaturada süxurdan ayrılır. Nəticədə
susuz və ya nisbətən az sulu birləşmə əmələ gəlir.
Kristallaşma suyuna malik minerallar zəif əsaslarla güclü turşulardan (kation
tipli kristallohidratlar) və güclü əsaslarla zəif turşulardan (anion tipli
kristallohidratlar) əmələ gələn birləşmələrdir. Kristallaşma suyuna malik
minerallardan aşağıdakıları göstərmək olar: soda (Na2CO3 →H2O), gips (CaSO4
2H2O), mirabilit (Na2SO4 10H2O) və s.
Konstitusiya suyu
Konstitusiya suyu kristal qəfəsədə OH- H+ və oksionium H3O ionları iştirak
edən minerallarda əmələ gəlir. Bu mineralların içərisində ən başlıca yeri zəif
əsasların duzları tutur ki, onları qızdırdıqda su adətən OH ionundan əmələ gəlir.
Belə minellara misal: hidrarhillit (Al (OH)3), talk (Mg3(OH)2 (Sİ4O10),
serpentin (Mg (OH)4 (Sİ2O5), brusit Mg (OH)2 VƏ S .
Konstitusiya suyunun ayrılma temperaturu müvafiq olaraq talk, serpentin və
brusit üçün 930°, 670° və 410°C - dir.
Mineralların bəzisinin konstitusiya suyunun əmələ gəlmə temperaturu 1300°C-
dən böyük olur.
Tam nəmlik
Süxurların tam və ya maksimal nəmliyi süxurda olan bərk və boş əlaqəli
kapilyar və qravitasiya sularının cəminə bərabər olur. Məsamələrdə olan suyun
ümumi miqdarı su doyumlugu əmsalı (k) ilə təyin olunur.Bu isə məsamələrdəki
suyun həcminin məsamələrin həcminə olan nisbətinə deyilir. Tam nəmlikdə
süxurun həcmi ya çəki hissələri və ya % ilə ölçülür və uyğun olaraq Wt; Wt %; W°t
və Wt° % ilə işarə edilir.
Bəzi süxurların tam nəmliyinin qiyməti aşağıdakı cədvəldə verilmişdir.

Fəsil4. Süxurların neftlə və qazla doyumluğu


Neftli-qazlı süxurların məsamə boşluqlarında neft, su və qaz müxtəlif
miqdarda olduğu kimi, onların məsamələrdə paylanması da müxtəlif olur. Sonuncu
xüsusiyyət süxuru təşkil edən bərk hissələrin su ilə islana bilmək (hidrofilliyi) və
islana bilməmək (hidrofobluluğu) qabiliyyətindən asılı olur.
Eyni bir məsamədə, eləcə də bütövlükdə süxurlarda su və neftin (yaxud su və
qazın) yerləşməsini onların hidrofıl və hidrofobluğuna görə aşağıdakı sxemdəki
kimi təsəvvür etmək olar (şəkil 4.1).
4.1-ci şəkil hidrofıl (A) və hidrofob (B) kollektorların vahid məsaməsində suyun
və ya neftin ( yaxud su və qazın)yerləşmə sxemi. Kollektorların su ilə doyması: a
tam; b kritik dərəcədən yiiksək v kritik; q kritik dərəcədən aşağı; 1 - su; 2 - neft.
Vahid məsamədə onun səthi hidrofıl olduqda, su məsaməni tamamilə doldura
bilər və ya onun mərkəzini doldura bilər yaxud onun mərkəzi hissəsi bu və ya
başqa miqdarda neft və ya qazla tutulmuş olar (şək.A). Hidrofob kollektorlarda isə
bərk faza ilə məsamənin mərkəzində yerləşən su arasında neft və ya bitum yerləşir.
Həmin sahənin su doyumluğu artdıqca islana bilməyən faza (neft və qaz) get-gedə
artıb, su tutumluğunun minimum həddində kritik miqdara çatır (şək.A,v). Belə
hallarda su bərk fazanın səthim tamamilə örtən pərdədən ibarət olur. Hidrofob
kollektorda su məsamənin mərkəzi hisssəsində cəmləşib, su ilə doyumluq
azaldıqca hər şeydən qabaq su bir-biri ilə əlaqədar olan nazik borularda azalır,
nisbətən enli borularda qismən mühafizə olunur (şək.B,b). Daha sonra isladan su
məsamə səthinin ayrı-ayrı hissələrində yerləşib (şək.A,q ), islanmayan bərk faza iri
məsamələrin mərkəzində damarcıqlar əmələ gətirir (şək.B,q).
Hidrofobluğu onlarda islanmayan qırıntı dənələrin (məsələn kömür) iştirakı ilə
və bəzən də su, neft və qazın tərkibi və xassələri ilə əlaqədar olur. Misal üçün
neftlərdə üzvi turşuların iştirakı böyük rol oynayıb, neftə səthi aktivlik qabiliyyəti
verir, onda bərk fazanı islatmaq qabiliyyəti yaradır.
Kollektor süxurlarda su, neft və qazın miqdarı və yayılmasının xarakteri bir
çox petrofiziki kəmiyyətlərin qiymətinə, misal üçün xüsusi elektrik müqavimətinə,
neft-qaz və su keçiriciliyinə və s. əhəmiyyətli dərəcədə təsir göstərir.
Süxurların neft-qaz-su doyumluğu süxurun ümümi məsamə həcmində olan
neftin (Vn), qazın (Vq) və suyun (Vsu) həcmi məcmuuna deyilir. Eləcə də, ədədi
qiymət və ya faizlə ifadə olunub, müvafiq surətdə neftlə doyumluq (Kn), qazla
doyumluq (Kq) və su ilə doyumluq (Ksu) əmsalı adlanır.
Neftlə doyumlu süxurlar üçün: Kn + Ksu=l; Kn=1- Ksu
eləcə də qazla doyumlu süxurlar üçün: Kq + Ksu=l; Kq =1- Ksu
Neftlə qaz və ya su doyumlu süxurlar üçün: Kn=l-( Kq+ Ksu); Kq=l-( Kn+ Ksu)
Gil məhlulu ilə qazma zamanı neftin bir hissəsi məhlulun süzüntüsü ilə
sıxışdırılır və götürülən kern nümunələrində neftlə doyumluq aşağı olub, adətən
20 - 40 % -dən yuxarı qalxmır. Buna qalıq neft doyumluğu deyilir. Qazma
məhlulunun süzüntüsü ilə yuyulma keçirici layın (süxurun) onun divarına yaxın
hissəsində baş verir. Təbiətdə neftlə doyumluğu 95 % və hətta daha böyük qiymətə
malik olan süxurlara rast gəlinir. Lakin, neftlə doyumluğu 50-60 % olan və təmiz
neft verən kollektorlar daha çox rast gəlir. Onlar xırda dənəli, kvarslı və çölşpatlı
qumlu- alevritli-gilli süxurlardan təşkil olunub, çox vaxt neftlə yanaşı suya malik
olurlar Onların qiyməti mineraloji tərkibdən, kollektorların hidrofılliyindən
(hidrofobluğundan) asılı olur.
Laboratoriyada süxurların neftlə doyumluğu S.P.Zaks cihazı ilə təyin olunur

Süxurların sıxlığı
Sıxlıq süxurların vahid həcminin (Vs) müəyyən kütləyə (ms) malik olması
𝑚
xassəsinə deyilir. 𝛿𝑠 = 𝑠 . Süxurların kütləsi bərk, maye və qaz fazanın
𝑉𝑠
kütlələrindən (𝛿𝑠ü𝑥 =mb+mm+mq) təşkil olur və 𝛿𝑏 𝛿𝑚 𝛿𝑞 - müvafiq surətdə süxurun
bərk, maye və qaz fazalarının sıxlığı, Vb-Vm-Vq - bərk, maye və qaz fazaların
süxurda həcmi miqdarıdır. Sıxlığın ölçü vahidi kq/m3, q/sm3- dir.
𝑚𝑞 + 𝑚𝑚 + 𝑚𝑐 𝛿𝑞 𝑉𝑞 + 𝛿𝑚 𝑉𝑚 + 𝛿𝑠 𝑉𝑠
𝑆𝑠 = =
𝑉𝑠 𝑉𝑠
𝛿𝑠 (1 − ℎ𝑠 )𝛿𝑔 + 𝑤𝛿𝑚 + (ℎ𝑐 − 𝑤)𝛿𝑞 ≈ 𝛿𝑐 − 𝑤𝛿𝑚
burada Vs - mütləq quru süxurun həcmi; Ss - ümumi məsaməlik əmsalı;
w - nəmlikdir.
Qaz fazanın sıxlığı 20°C temperatura, 0,1 MPa təzyiqdə havanın sıxlığı 0,0012
q/sm3, karbohidrogen qazlarının sıxlığı 0,000715 (metan) - 0,00317 (pentan)
hüdudunda olub, orta qiymət təqribən havanın sıxlığına bərabər olur.
Maye fazanın sıxlığı 20°C temperaturada suyun sıxlığı, onun minerallaşma
dərəcəsindən asılı olaraq 1,01 q/sm3 (şirin su) -1,24 q/sm3 (ifrat duzlu) arasında
dəyişir. Neft-su qarışığının sıxlığı neftin və suyun ayrı-ayrılıqda sıxlığı və qa-
rışıqda həcm miqdarından asılı olur. Neftin sıxlığı kimyəvi tərkibindən asılı olaraq
0,72 - l,0q/sm3 arasında bəzi halda bir qədər də böyük olur. Təbiətdə neft və suyun
qarışığı isə çox müxtəlif olur. Təbii su və neftin sıxlığı areometr ilə və bəzən başqa
cihazlarla ölçülür.
Mineralların sıxlığı
Süxurların sıxlığı əsas etibarilə onların mineraloji tərkibindən asılı olur.
Mineralların məsaməliyi o qədər kiçik, təqribən sıfıra yaxın olduğundan, süxurların
bərk hissəsinin sıxlığı elə onun tərkibindəki mineralların sıxlığının məcmuu olur.
Belə sıxlığa mineraloji sıxlıq və ya süxurların xüsusi çəkisi deyilir.
Süxurların xüsusi çəkisi onların vahid həcmdə bərk hissəsinin (mineralların)
çəkisinə deyilir. Başqa sözlə, quru süxurun çəkisinin onun məsamələrini nəzərə
almadan həcminə olan nisbəti xüsusi çəki adlanır:
𝑃
𝛿=
𝑉 − 𝑉𝑚
𝛿 - süxurun xüsusi çəkisi; P - quru süxurun çəkisi; V - süxurun ümumi həcmi;
Vm - süxurun məsamələrinin həcmidir.
Süxurların xüsusi çəkisinin CGS sistemində vahidi di- na. sm. MKS sistemində
-n/m3, MTS sistemində sn/m3 . Xüsusi çəkinin ən çox işlənən (praktik) vahidi
q/sm3 -dir.
q/sm3 ilə ifadə olunmuş xüsusi çəki ədədi qiymətcə q/sm3 ilə ifadə olunan
mineraloji sıxlığa uyğun gəlir. Mineraloji sıxlıq isə süxurun bərk hissəsinin
kütləsinin həcminə olan nisbətidir.
Polimineral süxurlarda bərk hissə müxtəlif xüsusi çəkili minerallardan təşkil
olduğundan, süxurların xüsusi çəkisi onları təşkil edən mineralların xüsusi
çəkilərinin orta qiyməti ilə səciyyələnir:
𝑖=𝑛

𝛿 = ∑ 𝛿𝑖 𝑉𝑖 = 𝛿1 𝑉1 + 𝛿2 𝑉2 +. . . +𝛿𝑛 𝑉𝑛
𝑖=1
Burada n - mineralların sayı 𝛿1 , 𝛿2 , … 𝛿𝑛 və Vı, V2, V3.... vahid həcm
süxurda ayrı-ayrı mineralların xüsusi çəkisi və tutduğu həcmlərdir.
Mineralların xüsusi çəkisi böyük hüdudda dəyişir: vahiddən bir qədər böyük
qiymətdən 23 q/sm3 qədər dəyişir. Əsas süxur törədən mineralların - çöl şpatları,
kvars, pirok- senlər, amfibollar, mikalar, xloritlər və s. xüsusi çəkiləri orta
qiymətdə 2,5 -dən 4,0 q/sm3 qədər dəyişir. 2,5 q/sm3-dan yüngül minerallara
yüngül minerallar deyilir. Onlar əsas etibarilə çökmə süxurlarda ən çox rast gələn
mineralları əhatə edirlər. Xüsusi çəkisi 4 q/sm3-dən böyük olanlar isə ağır mi-
nerallar qrupuna daxil edilir.
Sonuncu qrupa səciyyəvi ağır metallara malik olan minerallar: kassiterit - SnO2
(7,0), maqnetit – Fe3O4 (5,17), sirkon – ZrSiO4 (4,68 - 4,7) və s. daxildir. Ən
yüksək xüsusi çəkili minerallar isə sərbəst ağır metallardan ibarət sərbəst mis (8,9),
bismut (9,7), gümüş (10-11), qızıl (15-19), platina ailəsi metallarının (19 - 23)
mineralları daxildir.
Təbii şəraitdə hər bir mineralın izomorfızm, polimorfizm nəticəsində,
strukturunda qüsurun olması ilə əlaqədar, kimyəvi və mexaniki qarışıqların iştirakı
və s. nəticəsində xüsusi çəkisinin bu və ya başqa bir hüdudda dəyişilməsi də nəzəri
cəlb edir. Misal üçün sfalerit (ZnS) mineralının tərkibində daim Fe iştirak etdiyinə
görə xüsusi çəkisi 3,5-4,2 q/sm3 dəyişir, və ya turmalin mineralının xüsusi çəkisi
2,9 - 3,3 q/sm3 dəyişir və ya almaz və qrafıtin tərkibi hər ikisində də baxmayaraq
ki, karbondan (C) təşkil olur, strukturaları fərqli olduğundan-almaz kubik
sinqoniyada, qrafıt isə heksaqonal sinqoniyada, kristallaşmış olduğundan almazın
xüsusi çəkisi 3,5 q/sm3, qrafıtin xüsusi çəkisi 2,2 q/sm3-dir.
Yeri gəlmişkən, struktura ilə əlaqədar söhbət apardıqda göstərmək lazımdır ki,
mineralların xüsusi çəkisi onların tərkibindəki ionların, atomların radiusu və
valentliyi, eləcə də başqa kristallokimyəvi parametrlərdən də asılı olur.
Mineralların xüsusi çəkisinə onları əmələ gətirən mühitin-termodinamik
şəraitin də təsiri olur. Eksperimental surətdə öyrənilib, müəyyənləşdirilmişdir ki,
təzyiqin artması xüsusi çəkisi daha böyük olan silikatların əmələ gəlməsinə səbəb
olur. Təbiətdə də metamorfık süxurlarda təzyiqin artması ilə eyni kimyəvi tərkib-
Al2 SİO4 olub, strukturuna eləcə də xüsusi çəkisinə görə fərqlənən mineralların
metamorfızm dərəcəsinin artması ilə əlaqədar paylandığı müşahidə olunmuşdur,
təzyiq artdıqca həmin istiqamətdə andaluzit (3,1-3,2 q/sm3), sillimanit (3,23-3,25
q/sm3), disten (3,5- 3,7q/sm3) polimorf modifıkasiyalara rast gəlinir.
Temperatura isə artdıqca (təzyiqin əksinə olaraq) mineralların xüsusi çəkisinin
azalması müşahidə olunur. Mineralların sıxlığının öyrənilməsinin böyük
praktiki əhəmiyyəti var, onların sıxlığı haqqında dəqiq məlumat bir çox
məsələlərin həllinə imkan verir:
1) Başqa xüsusiyyətlərinə görə oxşar mineralların diaqnostikasında;
2) İzomorf sıralar təşkil edən mineralların kimyəvi tərkibinin təyinində;
3) Monomineral fraksiyaları (qızıl və s.) ayırmaqda;
4) Filizin zənginləşdirilməsində;
5) Monomineral sınaqların öyrənilməsində;
6) Bimineral qatışıqda mineralların qiymətləndirilməsində;
7) Mineral dənələrdə, kristallarda struktur defektlərin təyinində;
8) Mineralların struktura xüsusiyyətlərinin araşdırılmasında və s.
Aşağıdakı cədvəldə bəzi mineralların xüsusi çəkisi verilir:
Cədvəl 5.1

Maqmatik süxurların sıxlığı


Maqmatik süxurların sıxlığı əsas etibarilə kimyəvi və mineraloji tərkibdən
asılı olur. Maqmatik süxurlarda məsaməlik əmsalının qiyməti nəzərə alınmayacaq
dərəcədə kiçik olduğundan süxurların xüsusi çəkisinə elə təsiri olmur.
Ən çox yayılmış intruziv və effuziv süxurların sıxlığı aşağıdakı cədvəldə verilir:

Qranitdən qabbroya doğru normal intruziv süxurlar sırasında sıxlığın ən aşağı


qiyməti qranitdə qeyd olunur, qabbrodan piroksenitə və peridotit kimi ultraəsas
süxurlara keçdikcə xüsusi çəkinin qiyməti böyüyür. Bu həmin istiqamətdə FeO,
Fe2O, MgO, MnO kimi femik komponentlərin artması SİO2, K2O, Na2O və s.
kimyəvi komponentlərin azalması ilə əlaqədar olur. Belə bir qanunauyğunluq
onların effuziv analoqlarında da özünü göstərir. Liparit, kvars porfir kimi turş
effuzivlərdən, bazalt, diabaz kimi əsaslı effuzivlərə doğru xüsusi çəkinin böyüməsi
müşahidə olunur.
Maqmatik süxurlarda kimyəvi tərkibin dəyişməsi, mineraloji tərkibin dəyişməsinə
səbəb olur: qranit kimi nisbətən kiçik sıxlığa malik süxurlarda əsas yeri leykokrat
(sialik) minerallar - kvars, ortoklaz, mikroklin, turş plaqioklazlar təşkil edirsə
qabbro, peridotit kimi böyük xüsusi çəkili, femik minerallar - hornblend,
piroksenlər, olivin və əsaslı plaqioklazlar (labrador, bitovnit, anortit) təşkil edir.
Qeyd etmək lazımdır ki, maqmatik süxurların sıxlığına onlarda daim iştirak
edən aksessor mineralların da (apatit, sfen, sirkon, mədən mineralları, qranatlar və
s.) müəyyən dərəcədə təsiri olur.
Maqmatik süxurlar mexaniki aşınmaya məruz qaldıqda onların monolitliyi
pozulur, çoxlu çatlar əmələ gəlir ki, bu da sıxlığın kiçilməsinə səbəb olur.
Maqmatik süxurların kimyəvi aşınmasında da bu və ya başqa bir törəmə mineralın
əmələ gəlməsinə görə süxurlarda sıxlığın dəyişilməsi (azalması və ya artması)
müşahidə olunur
Metamorfik süxurların sıxlığı
Metamorfık süxurların da sıxlığı, onlarda məsaməliyin elə bir əhəmiyyətli
qiymətdə olmamasına görə əsas mineraloji tərkibdən asılı olur. Metamorfik
süxurlar metamorfizm dərəcəsinə görə aşağı dərəcədə metamorfikləşmiş - kvarslı
şistlər, serisitli şistlər, xloritli şistlər və s.; orta dərəcədə metamorfikləşmiş -
kristallik şistlər və yüksək dərəcədə metamorfikləşmiş - qneyslər, amfibolitlər və s.
süxurlara bölünür. Metamorfik süxurların metamorfizm dərəcəsi ilə sıxlığı arasında
da müəyyən əlaqənin olduğu nəzərə çarpır - metamorfizm dərəcəsi böyüdükcə
sıxlığı da artır.
Çökmə suxurlann sıxlığı
Çökmə süxurların sıxlığı mineraloji-litoloji tərkibdən, diagenez dərəcəsindən
və strukturadan, onunla əlaqədar olan məsaməlikdən və məsamələri dolduran maye
və qaz fazanın miqdarından asılı olur. Çökmə süxurlarda rast gələn mineralların
əksəriyyətinin sıxlığı 2,5 q/sm3-dan kiçik olur. Çökmə süxurların sıxlığının
dəyişilməsində diagenez dərəcəsi daha əsas rol oynayır. Çökmə süxurların
diagenezi və katagenezi geostatik təzyiqin artması ilə müşayiət olunur və bu
tədricən süxurların sıxlığının artmasına səbəb olur. Ona görə də eyni tərkibli, eyni
yaşlı çökmə süxurların, müxtəlif dərinlikdə yerləşib, müxtəlif dərəcədə təzyiqə
məruz qalması onların sıxlıqlarının bir-birindən xeyli fərqli olmasına səbəb ola
bilər. Ən çox sıxılmaya məruz qalan çökmə süxurlar, elementar hissələri plastik
əlaqədə olan gillərdir.
Qumdaşlarmda ən intensiv sıxlaşmaya məruz qalanlar gil sementli
qumdaşlarıdır. Sementi silisli maddə və əhəng olan qumdaşları təzyiqə xeyli
müqavimət göstərib, gil sementli süxurlara nisbətən əhəmiyyətli dərəcədə zəif
sıxlaşmış olurlar.
Karbonatlı süxurlarda da gillilik mühüm rol oynayır, təmiz əhəngdaşlarına
nisbətən 30-50 %-ə qədər gilə malik olan mergellər daha kəskin sıxlaşır.
Diagenezin xarakteri tektonik rejimdən çox asılı olur. Ən yüksək sıxlıqlı çökmə
süxurlar rayonun tektogenezində onun bütün fazalarını keçmiş hətta metagenezə
uğramış süxurlar hesab olunur. Ən kiçik sıxlıqlı süxurlar isə zəif dislokasiya
olunmuş süxurlarda, misal üçün molasslarda müşahidə olunur.
Diagenez və katagenez proseslərində çökmə süxurlara iki cürə amillər: fiziki-
mexaniki (süxuru ancaq sıxlaşdıran) və geokimyəvi amillər (süxuru sementləşdirən
və yenidən kristallaşdıran) təsir edir. Hər bir faktorun litifikasiyada oynadığı rol
fərqli olub, prosesin müəyyən mərhələsində daha qabarıq surətdə özünü göstərir.
Belə ki, fiziki-mexaniki faktorlar litogenezin birinci mərhələsində süxurlarda
çatlar, mineral dənələrin bir-birindən qopması və ya sıxlaşma formasında təsir
göstərib həllolma, sementləşmə, yenidən kristallaşma kimi ikinci mərhələdəki
proseslərlə əlverişli zəmin yaradır. Ümumiyyətlə götürdükdə, terrigen süxurlarda
ovuntu süxurlara nisbətən müvafiq sementləşmiş (diagenez) süxurların sıxlığı
böyük olur, qumdaşı, qumdan; alevrolit alevritdən; argillit gildən daha sıx,
sıxlığının böyük olması ilə fərqlənirlər.
Karbonatlı süxurlardan dolomitlərin sıxlığı əhəngdaşlarından və mergellərdən
böyük olur. Hidrokimyəvi çöküntülərin (gips, anhidrit və s.) eynicinsliliyinə görə
sıxlığı təqribən sabit və ya dəyişməz qalır (diagenez prosesində).
Çökmə süxurların sıxlığının struktura və teksturadan asılılığından danışdıqda
göstərmək olar ki, dənələrin incələşməsi ümumiyyətlə sıxlığın böyüməsinə səbəb
olur, misal üçün xırda dənəli qumdaşlarınm sıxlığı iridənəli qumdaşlarınkından
böyük olur. Eləcə də yüksək sıxlıq incədənəli, sıx kütləli kristallik əhəngdaşları və
dolomitlər kimi karbonatlı süxurlarda müşahidə olunur (2,8 - 3,0 q/sm3).
Aşağıdakı cədvəldə bəzi çökmə süxurların sıxlığı verilir:
Süxurlar sıxlığına görə (quru süxurların qiymətinə görə) 5 qrupa bölünür:
I-qrupa (p= 0,5 - 1,5 q/sm3) - ən aşağı sıxlıqlı süxurlar - buraya gilli, alevritli
süxurlar, torf, diatomit, vulkanik kül, bəzi daş kömürlər daxildir.
II-qrupa (p = 1,5 - 2,5 q/sm3) - aşağı sıxlıqlı süxurlar - bura kəskin
metamorfikləşmiş daş gömürlər, gillər, alevrolit- lər, qumdaşları, duzlar, gips
daxildir.
III- qrupa (p = 2,5 - 3,5 q/sm3) - orta sıxlıqlı süxurlar - sıx kütləli süxurlar
(əhəngdaşları, dolomitlər, argillitlər, qum daşlar və alevrolitlər), bir çox maqmatik
və metamorfık süxurlar daxildir.
IV-qrupa (p = 3,5 - 4,5 q/sm3 ) - yüksək sıxlıqlı süxurlar - bura sıx kütləli,
aşınmamış, qalaylı, sülfıd-nikelli, dəmir və polimetallik filiz əhəmiyyətli süxurlar
daxildir.
V-qrupa (p < 4,5 q/sm3) - ən yüksək sıxlıqlı süxurlar - filiz mineralları ilə çox
zəngin olan süxurlar aiddir.
Süxurların yüksək təzyiq və temperatura şəraitində sıxlığı
Süxurların və mineralların yüksək təzyiq şəraitində sıxlığının öyrənilməsi
təzyiqin təsiri ilə həcmin nisbi dəyişməsinin təcrübi yol ilə təyininə əsaslanır.
Həcmin nisbi dəyişməsi süxurun həcminin P təzyiqi nəticəsində azalmasının təzyi-
qdən əvvəlki həcmə nisbəti kimi hesablanır:
ΔV/V0=(V0 -Vp)/V0
Bu halda hər bir təzyiq şəraitində sıxlığı aşağıdakı düstur ilə hesablamaq olar:

burada P0 atmosfer təzyiqi şəraitində olan sıxlıqdır.


İzotermik həcm sıxlığı aşağıdakı düstur ilə hesablanır:

Təzyiqə məruz qalmış mineralların, maqmatik və metamorfık süxurların


sıxlığının və sıxılmasınm dəyişməsi mineralların tərkib və ilkin çat sistemindən
asılıdır. Lakin struktur qeyri-bircinsliyin süxurların sıxlığına təsiri elastiki dalğalar
sürətinə olan təsirindən qat-qat az olur. Belə ki, qranitlərin bəzi nümunələrində
təzyiq atmosfer şəraitindən 4∙103 kqs. sm2-ə qədər artdıqda, sürət 50 %-dən çox
artdığı zamanda, sıxlıq yalnız. 4 %-ə qədər artır.
Maqmatik süxurlar içərisində qranitlər təzyiq artdıqda daha yüksək sıxılmaya
malikdirlər. Belə ki, təzyiq 20-103 kqs. sm2 olduqda, sıxlıq 2-5 % təşkil edir,
qabbrolarda isə yalnız 2-3 % və nəhayət ultraəsas süxurlarda sıxılma 2 % dən az
olur.
Tərkibinə görə yaxın olan süxurlarda sıxlığın təzyiq artdıqca dəyişməsi adətən
məsaməlikdən və əvvəlki sıxlıqdan asılıdır. Metamorfık süxurların sıxılma
qabiliyyəti, sıxlıq eyni olduqda, maqmatik süxurların sıxılmasından bir qədər çox
olur. Bu metamorfık süxurların tərkibinin daha rəngarəngliyindən və daha
məsaməliyindən irəli gəlir.
Demək olar ki, süxurlar sıxılmaya nə qədər çox malikdirlərsə, təzyiqin onlara
təsiri bir o qədər çox olar.
Çökmə süxurların sıxlığının diagenez və katagenez zamanı dəyişməsi iki amil
nəticəsində baş verir: sıxlığın artmasına gətirən fiziki-mexaniki amil və
sementləşmə və yenidən kristallaşma törədən geokimyəvi amil. Bu amillərin hər
birisinin əhəmiyyəti çöküntülərin müxtəlif litifıkasiya mərhələsində fərqli olur.
Belə ki, təzyiqin təsiri birinci, yəni toplanma mərhələsində, başqa sözlə desək,
ayrı-ayrı hissəciklər arasında bağlılığın yaranmasına qədər daha çox olur. Bundan
fərqli olaraq, yenidən kristallaşma daha sonrakı diagenez mərhələlərində özünü
biruzə verir.
Tam formalaşmamış çökmə mühitlərdə mexaniki qüvvənin təsiri bir tərəfdən
mineral dənəciklərin qırılmasına, digər tərəfdən isə çöküntülərin sıxılmasına
gətirir. Bu zaman süxurlarda geokimyəvi məhlullaşma, sementləşmə və yenidən
kristallaşma prosesləri üçün daha əlverişli şərait yaranır.
Mineraloji tərkibinə görə fərqlənən çöküntülərdə sıxılma dərəcəsi müxtəlif
olur. Daha çox sıxılma qabiliyətinə narın gillər və kaolinitlər malikdirlər. Hərtərəfli
təzyiq nəticəsində qumlu çöküntülərin sıxılması ilk növbədə kvars dənəciklərinin
bərkliyindən asılıdır və qırılmayan dənəciklərin qarşılıqlı sürüşməsi, parçalanması
və sonradan parçalanmış və qırılmayan dənəciklərin qarşılıqlı sürüşməsi ilə
əlaqədardır. Yaxşı seçilmiş, girdə formalı dənəciklərdən təşkil olunmuş
qumdaşlarmda daha az sıxılma müşahidə olunur. Gil ilə sementləşmiş
qumdaşlarmm sıxılması, məsaməlik həcmi hesabına, təxminən üç dəfə artır.
Süxurların maye və qaz keçiriciliyi
Süxurların maye və qaz keçiriciliyi hər hansı bir təzyiq qradienti şəraitində
özlərindən maye, qaz və ya onların qarışığını keçirmə qabiliyyətinə deyilir.
Keçiricilik fiziki (mütləq), fazalı (effektiv) və nisbi olur.
Fiziki (mütləq) keçiricilik süxurların eynicinsli maye və ya qazı keçirmə
qabiliyyətinə deyilir. Darsi qanununa görə mütləq keçiricilik ( K ) mayenin
∆𝑃
süzülmə sürəti (Vf) ilə təzyiq qradientinin ( ) süzülən mayenin özülülüyünə (µ)
∆𝐿
olan nisbətini göstərən mütənasiblik əmsalıdır:

buradan süzülmə sürəti olduğundan

almır.

F - kubmetr və ya kubsantimetrlə, kvadratmetr və ya kvadratsantimetr en kəsiyi


sahəsindən (Q) keçən (süzülən) mayenin miqdarıdır.
Keçiricilik əmsalının (K) beynəlxalq vahidlər sistemində ölçü vahidi m2- və
sm2-dir.
Lakin keçiriciliyin təyinində ən çox sistemdən kənar vahid - darsidən (D)
istifadə olunur. 1 D vahidində keçiricilik sahəsi 1 sm2, uzunluğu 1 sm olan elə bir
süxur nümunəsinin keçiriciliyinə deyilir ki, ondan 1 atm. təzyiq qradientində 1
santipuaz özlülükdə mayenin (və ya qazın) keçmə miqdarı lsm3/san. olsun.
Süxürlann keçiriciliyi adətən daha kiçik vahidlərlə desi-, santi- və millidarsilərlə,
darsinin 0,1; 0,01 və 0,001 hissələrindən ibarət vahidlərlə ölçülür. 1m2 keçiricilik
vahidi elə süxurun keçiriciliyinə deyilir ki, en kəsiyinin sahəsi 1m2, uzunluğu 1m
götürülən nümunədən lPa (paskal) təzyiq qradienti şəraitində 1 santipuaz özlülükdə
mayenin keçmə miqdarı 1 m3/san olsun.
Kozeni-Karman nəzəriyyəsinə görə real süxurlara yaxın olan modeldə
keçiricilik, dinamik (açıq) məsaməlik əmsalının - Kng kubu ilə düz, filtrasiya xüsusi
səthinin – Sf, hidravliki hamarsızlığın (əyri-üyrülüyün) – Tr,- kvadratları və eləcə
də məsamə kanallarının formasını özündə əks etdirən əmsalla əks mütənasib
əlaqədə olur.
Funksional asılılıq:

Keçiriciliyin dənələrin diametrindən asılılığı sıxlaşmamış qumlarda eksperimental


olaraq təyin olunub, bunu tərtib edilən aşağıdakı çədvəldə görmək olar:

Eksperimental olaraq təyin edilmişdir ki, süxurların keçiriciliyi məsaməlik artdıqca


artır. Yuxarıdakı çədvəldən də aydın olur ki, eyni məsaməliyə malik olan müxtəlif
tip süxurların keçiricilik əmsalı müxtəlif ola bilər. Eyni məsaməlikdə süxurda (K
əmsalı qiymətinin bərabərliyi nəzərdə tutulur) keçiriciliyin minimal qiyməti
incədənəli süxurlarda, misal üçün incədənəli qumdaşlarında, alevrolitlərdə,
əhəngdaşlarında, maksimal qiyməti isə, nisbətən iridənəli, iriməsaməli süxurlarda
müşahidə olunur. Buradan belə nəticə əldə etmək olar ki, keçiriciliklə əlaqə əsas
etibarı ilə effektiv məsaməlik arasında daha möhkəm və qanunauyğundur.
Süxurların keçiriciliyi dənələrin çeşidlənmə dərəcəsi pisləşdikdə, süxurun
sementləşmə dərəcəsi artdıqda azalır. Bu, əsasən çökmə süxurlarda gil
fraksiyasının iştirakı ilə əlaqədar olur, gil artdıqca keçiricilik zəifləyir. Keçiriciliyə
sementləşmənin tipi ilə yanaşı (bazal, boşluqları doldurulma, kontakt tipli)
sementin maddəsi də təsir göstərir. Misal üçün sementi montmorillonitdən olan
qumdaşlarının keçiriciliyi təqribən sıfra bərabər olur.
Qumlu süxurlarda məsamə boşluqlarının və məsamə borularının daxili
konfiqurasiyasının da keçiriciliyə böyük təsiri olur. Bu əsasən mineraloji tərkib və
dənələrin girdələnmə dərəcəsindən asılı olur. Tədqiqatlar göstərir ki, yaxşı
filtrasiya qabiliyyəti səthi hamar və adsorbsiya xassəsi çox zəif olan kvars
dənələrindən təşkil olan süxurlarda misal üçün qumlarda, pis keçiricilik isə
dənələri effuziv süxur, gil şistləri, fıllit və s. süxur qırıntılarından təşkil olan
qumlarda olur.
Keçiricilik əmsalının qiymətinə görə süxurlar keçirici süxurlara ayrılırlar:
Keçirici süxurların K > 10 Md (10-2 mkm2) və daha çox olur. Bura iridənəli
terrigenlər (çınqıl, dresva və s.), yaxşı seçilmiş, zəif sementlənmiş qumlu-alevritli
süxurlar (qumlar, alevritlər, lösslər və s.), çatlı, ovuqlu, məsamələrə malik
karbonatlı süxurlar (əhəngdaşları, dolomitlər) və s. süxurlar daxildir.
Yarımkeçirici süxurların K= 0,1 - 10 Md (10-4 – 10-2 mkm2). Buraya zəif gilli,
pis seçilmiş qumlu-alevritli-gilli süxurlar (alevrolitlər, qumdaşları), bəzi karbonatlı
süxurlar daxildir.
Qeyri keçirici süxurlar - K < 0,1 Md (10-4 mkm2-dən) az olan süxurlardır.
Buraya gillər, argillitlər, gil şistləri, mergellər, bərk sementlənmiş qumdaşları, sıx
kütləli əhəngdaşları, maqmatik və metamorfik süxurlar daxildir.
Effektiv və nisbi keçiricilik
Effektiv (fazalı) keçiricilik məsamələrində çoxfazalı sistem olan süxurlarda
maye və ya qazın keçirilməsinə (fıltrasiyasına) deyilir.. Effektiv keçiriciliyin
qiyməti süxurların fiziki xassəsindən başqa, məsamələrin maye və ya qazla tutulma
dərəcəsindən və onların fıziki-kimyəvi xassələrindən asılı olur. Nisbi keçiricilik
hər bir süxurda fazalı keçiriciliyin, onun həmin faza üçün mütləq keçiriciliyinə
olan nisbətinə deyilir. Fazaların süxurda effektiv keçiriciliyinin məcmuu adətən
süxurun mütləq keçiriciliyindən kiçik olub, nisbi keçiriciliyin qiyməti sıfır ilə

vahid arasında dəyişir. Fazalı (effektiv) keçiricilik əmsalları aşağıdakı


bərabərliklərin əmsallarıdır: Süxurda qeyri cinsli qarışığın ayrı-ayrı (qaz, neft və
su) fazalarının süzülmə sürəti; Qq, Qsu, Qn - müvafiq fazaların keçiricilik
koeffisientləridir; ΔP/1 - təzyiq qradienti; Mq, Msu, Mn - müvafiq fazaların
özlülüyüdür.
Süxurların keçiriciliyi laylı və şistli süxurlarda anizotropiya göstərir -
istiqamətdən asılı olur, adətən laylanma və şistlənmi istiqamətində qiyməti ona
perpendikulyar istiqamətdəki qiymətdən böyük olur. Kollektorların 5 cürə təsnifatı
vardır:
I- Avdusin P.P. və Svetkova M.A. görə kollektorlar onlardan hazırlanmış
bakelitli şliflərin mikroskop altında məsaməliyinin qiymətinə əsasən beş sinifə
ayrılır.
A çox yüksək (böyük) tutumlu kollektorlar K < 20 %
V böyük tutumlu kollektorlar K = 20 -15 %
S - orta tutumlu kollektorlar K = 15 -10 %
D - kiçik tutumlu kollektorlar K = 10 -5 %
E - çox kiçik tutumlu kollektorlar K >5 %
Hər bir sinifdə hidravlik xarakteristikaların - F qiymətinə görə süxurlar üç
qrupa bölünür. Hidravlik xarakteristika adı altında silindrik məsamə borularının
kəsilişlərinin perimetrlərinin süxurda bütün boruların perimetrləri məcmuuna olan
nisbəti nəzərdə tutulur. F - qiymətinin kiçilməsi keçiriciliyin pisləşməsini göstərir.
II- F.A.Trebin təsnifatına görə qumlu-gilli kollektorlar üç sinifə bölünür -
yüksək, orta, zəif keçirici.
A yüksək keçirici kollektorlar K= 15-25 % K = 300-400 Md;
V - orta keçirici kollektorlar K= 10 - 15 %; K = 40 -350 Md;
S - zəif keçirici kollektorlar K>10%; K<40Md.
III- T.İ.Teodoroviç təsnifatına görə müəyyən həcmdə və çat kollektorlarda
eyniölçülü və müxtəlif ölçülü kollektorlar ayrılır və onların da hər biri 5 sinifə
bölünür:
1 - çox yaxşı keçirici K< 1000 Md;
2 - yaxşı keçirici K = 100 - 1000 Md;
3 - orta keçirici K = 1 0 - 1 0 0 Md;
4 - zəif keçirici K =1-10 Md;
5- qeyri keçirici K > 1 Md
IV-P.P.Cons təsnifatı - təqribən, Teodoroviç təsnifatının təkrarıdır. A.A.Xanin
- təsnifatının əsasını müxtəlif qumlu-alevrolitli-gilli kollektor süxurlarının effektiv
(fazalı) qazkeçiriciliyinin effektiv məsaməlikdən asılılığı təşkil edir, 5 sinifə ayrılır
və hər sinif 4 qrupa bölünür:
I- çox yüksək keçirici K< 1000 Md;
a) iri və orta dənəli-qumlu
b) xırda dənəli qumlu
c) iri dənəli alevritli
d) xırda dənəli alevritl
II- yüksək keçirici K= 500 - 1000 Md;
a, b, c, d - qruplar eyni yuxarıdakı kimi
III- orta keçirici K= 100 - 500 Md; yuxarıdakı kimi
IV- nisbətən az keçirici K=10 100 Md; yuxarıdakı kımi
V- az (zəif) keçirici K>10 Md yuxarıdakı kimi.
Faza keçiriciliyi
Süxurların qeyri-cinsli mayeləri-qazlı su, neft-su və neft-su-qaz qarışığından
ibarət fazalar qarışığını keçirmək qabiliyyətinə faza keçiriciliyivə ya effektiv keçirici!ik
deyilir.
Süxurların faza keçiriciliyi qiymətcə fiziki keçiriciliklə mütənasib və süzülən
qevri-cinsli mayenin tərkibindəki fazaların (qaz, neft və su) həcm nisbətindən asılı
olan faza keçiriciliyi əmsalı ilə səciyyələnir.
Təcrübədə faza keçiriciliyi adətən faza keçiriciliyi əmsalının fiziki keçiricilik
əmsalına olan nisbəti kimi götürülür. Bu nisbət nisbi keçiricilik əmsalı adlanır.
Faza keçiriciliyi su- neft və su-qaz qarışıqları üçün yaxşı öyrənilmişdir. Bu
qarışıqlar üçün nisbi keçiriciliyinsüxurların məsamələrinin su doyumluq
əmsalından Ks asılılıq xarakteri müəyyən olunmuşdur;

burada Ksf. Kqf və Knf- uyğun olaraq faza keçiricilikləri; Ksn Kqn və Knn onların
nisbi qiymətidir.
Tədqiqatlar göstərir ki:
l.Su doyumluq əmsalı Ks<20-50% olduqda

𝐾𝑠𝑓
Su doyumluluğun artması ilə artır və Ks = 90% olduqda 70%-ə (bəzən 85%)
𝐾
çatır.
2. Suyun nəzərə çarpacaq dərəcədə fıltrasiyasını təmin edən su ilə doyumluq
əmsalının minimal qiyməti süxurların litoloji tərkibi ilə əlaqədar olan məsamə
boşluqlarının strukturundan və qeyri-cinsli mayenin xarakterindən asılı olur.
𝐾𝑛𝑓 𝐾𝑞𝑓
Su doyumluq əmsalı ks 75-95 %-dən böyük olduqda 𝐾𝑛.𝑛 = 𝑣ə 𝐾𝑞.𝐻 =
𝐾 𝐾
qiymətləri artır; K<20% olduqda neft üçün 70%, qaz üçün 98%-ə çatır.
Susuz fazalar üçün də süxurların nisbi keçiriciliyi süxurların məsamələrinin
strukturundan və susuz fazasının tipindən asılıdır.
Süxurların su ilə doyumluq dərəcəsindən asılı olaraq iki və bir fazalı axma ola
bilər.
Süxurun nisbi keçiricilik əmsalının cəmi ilə təyin olunan iki fazalı maye
keçiriciliyi həmişə eyni cinsli mayenin keçiriciliyindən az olur.
Süxurdan qazlı suyun filtrasiyasında süzülən qazm miqdarı ks= 17-37% qiymətində
eynicinsli mayenin süzülmə miqdarına yaxın həddə qədər çatır.
Ks-nin daha böyük qiymətlərində isə, qazm süzülmə miqdarı eyni cinsli mayenin
süzülmə miqdarından xeyli kiçik olur.
Neftlə doymuş süxurlardan neft süzülmənin miqdarı ks<10 % olduğu halda
eynicinsli mayenin keçmə miqdarına yaxınlaşır; su ilə doyumluğun daha yüksək
dərəcəsində isə nəzərə çarpacaq dərəcədə az olur.
Süxurların qaz-neft-su doyumluğundan asılı olaraq, üçfazalı qarışıqların
süzülməsində bir, iki və üçfazalı axma müşahidə etmək olar. Üçfazalı axma sahəsi
olduqca məhdud olur. Beləliklə:
1) Su üçün faza keçiriciliyinin qiyməti əsas etibarilə süxurların su doyumluq
əmsalının qiyməti ilə təyin edilir və praktiki olaraq süxurdakı neft və qazın
nisbətindən asılı deyil;

2) Neft və qaz üçün faza keçiriciliyi bu fazalardan birinin məsamə boşluqlarını


doydurmalarından asılı olaraq dəyişir;
3)Üçfazalı mayelərin süzülməsində qazlar üçün faza keçiriciliyi, süxurların eyni
qazdoyumluğunda iki fazalı qazlı mayelərin faza keçiriciliyindən (Kqf) çox-çox az
olur;
4)Eyni dərəcəli neft doyumluğuna malik olan süxurların faza keçiriciliyi neftin
üçfazalı axımında neftin ikifazalı axımındakı faza keçiriciliyindən az və çox ola
bilər; Əlaqəli suyun 20-25 % iştirakı, həmin miqdarda sərbəst suya görə neft ücün
fazalı keçiriciliyi daha az dərəcədə aşağı salır.
Müəyyən qrup süxurların nisbi keçiriciliyinin su ilə doyumluqdan asılılıq
əyrilərindən həmin süxurların neft və qaz üçün effektiv keçiriciliyinin tapılmasında
da istifadə olunur.
Qranulyar kollektorlarda məsaməlik və keçiricilik arasında asılılıq

Sıxlıq və keçiricilik arasındakı asılılıq hər zaman diqqət doğurmuşdur. Bu iki


parametr məsaməli mühitlərdə digərləri (qranulometrik tərkib, karbonatlılıq) ilə sıx
əlaqəli olduğuna görə sadə asılılığın olması yalnız eyni strukturalar yaxud laylar
üçün mümkündür. Məlum olduğu kimi eyni məsaməliyi olan mühitlərdə keçiricilik
fərqlənə bilər. Bu səbəbdən məsaməlik və keçiricilik arasındakı asılılıq universal
ola bilməz. Adətən həmin asılılıqlar əlavə nəzəri və ərazi şərtlərə uyğun olan
parametrlər tələb edir. Struktura parametrləri və keçiricilik vahidlərinin təhlilindən
mə’lumdur ki, asılılıq düsturunda məsaməlikdən əlavə məsamə həcminin xətti
xarakteristikası da olmalıdır. Yəni məsaməlik və keçiricilik asılılıq düsturunda
məsamələrin və dənələrin diametri, məsaməlik həcminin xüsusi səthi və məsamə
kanallarının dolaşıqlığı nəzərə alınmalıdır.
Nəzəri asılılıqların təyini mayenin məsaməli mühitlərdən makroskopik axm
xassələrinə əsaslanır. Burada məsaməli mühitlərinin xətti geometrik formalı
şəkildə riyazi modelləşməsi daha sadə üsul sayılır.
Məsaməli mühitin ən sadə kapilyar modeli sabit diametri olan paralel kapilyar
yığımı kimi təsvir olunur. Qeyd etmək lazımdır ki, belə model bütün kanallar
paralel olduğuna görə yalnız bir istiqamətdə keçiriciliyə malikdir. Kapilyarların 1/3
hissəsi koordinat oxlar istiqaməti ilə istiqamətləşməsi halda hər bir ox
istiqamətində keçiricilik üç dəfə azalmış olur. Belə model üçün Puazeyl və Darsi
düsturlarının birgə həlli Kozeni tənliyi ilə nəticələnir:

C ∙ K 3m
Kk =
S2
burada: C - nəzəri cəhətdən cüzi dəyişən Kozeni sabitidir. Belə ki, en kəsiyi dairəvi
olduğu halda C=0,5; kvadrat olduğu halda isə C=0,5974; S2 - kanalın en kəsiyidir;
Kp - məsaməlik əmsalıdır.
Kanalların dolaşıqlığını (T) nəzərə alsaq
σK3
Kk = m
TS2
Alınan düstur xüsusi səth üçün həll edilə bilər. Nəticədə səth faizlə, keçiricilik isə
(sm2)ilə ifadələndirsək, tənlik
şəklinə çevrilər.
3
𝐾𝑚
Hər yataq üçün = 𝑎𝑆𝑥.𝑠 düsturu əsasında a və b əmsalları hesablanır. Orta
𝐾𝑘
hesabla onlar bərabərdir:
b=l/3, a=400.
Məlum olduğu kimi, süxurların xüsusi səthi gillilikdən asılıdır və bu asılılıq
olduqca sıx və funksional asılılığa bənzərdir. Bununla əlaqədar bir tərəfdən
məsaməlilc və keçirici- lik arasında, digər tərəfdən isə gillilik arasında bilavasitə
əlaqə olmalıdır.Bəzi yataqlar xassələri ilə aparılmış korrelyasiya belə əlaqəni

tənlik şəklində təsdiqləmişdir.


Çilov adası və Neft daşları ərazisi üçün göstərilən əmsallar hesablanmış və
müvafiq olaraq a=2,15 və 2,80; b=0,445 və 0,411 qiymətləri alınmışdır.
Sementləşmə və xüsusən karbonat sementi süxurların məsaməliyi və
keçiriciliyinin dəyişməsinə böyük təsir göstərir. Yüksək semeııtləmə qumlu
suxurun ilkin keçiriciliyini xeyli azaldır, yaxud tam ləğv edir. Digər tərəfdən zəif
se- mentlənmənin xeyri də vardır, çünki mayenin axımı zamanı narın dənələri
yerində saxlayıb məsamə kanallarının qapanmasının qarşısını alır. Başqa sözlə,
əvvəlcə sementləyici maddə sərbəst dənələrin toxunan nöqtələri ətrafında cəmləşir,
lakin sonradan sementin miqdarı artdıqca məsamə həcmini doldurur. Təbiidir ki,
sementləşmə prosesində ilk növbədə xırda məsamələr dolur. Bu zaman xüsusi səth
kiçilir, lakin keçiricilik artır. Çünki məsamələrin səthi hamarlaşır və mayenin
hərəkətinə maniyələr azalır. Beləliklə, keçiriciliyin xeyli azalması üçün yüksək
sementləşmə dərəcəsi tələb olunur, məsaməlik isə bilavasitə sementləşmədən asılı-
dır, yəni sementləşmənin artması müxtəlif dərəcədə məsaməliyə və keçiriciliyə
təsir edir. Bu isə o deməkdir ki, eyni məsaməliyi olan sementləşmiş suxurlar
müxtəlif keçiriciliyə malikdirlər.
Deyilənləri Abşeron arxipelağının (Çilov adası və Neft daşları) məhsuldar
qatında aparılmış tədqiqatlar da təsdiq edir. Karbonatlığın 25 %-dək artdığı halda
məsaməlik və keçiricilik arasında asılılıq dəqiq müşahidə olunur, yəni bir
parametrin dəyişməsi digərinin dəyişməsi ilə nəticələnir. Karbonatlılıq 30%-dən
çox olduqda isə keçiricilik kəskin sürətdə azalır.
Ehtimal nəzəriyyəsi və riyazi statistikaya uyğun olaraq məsaməlik və
keçiricilik araındakı asılılıq eksponensial qanuna tabedir. Bu ondan irəli gəlir ki,
məsaməliyin paylanma qanunu normal, keçirijiliyin paylanma qanunu isə
loqarifmik-normal qanuna uyğundur.
Yarım loqarifmik miqyasda məsaməlik və keçiricilik arasındakı asılılıq
KK = a ∙ 𝑒 𝑏𝐾𝑚
tənliyi formasında təsvir edilir.
Məsaməliyin keçiricilik ilə əlaqəsinin riyazi təsvirini əldə etmək üçün
reqressiya əmsalları (a və b) aşağıdakı qaydada (karbonatlığı nəzərə almaq şərtilə
Ck=const) hesablanmışdır.. Eyni zamanda a və b əmsallarının karbonatlıqdan asılı
olmaq şərtilə, əmsalların qiymətləri hesablanmışdır. Nəticədə təyin edilmişdir ki, b
əmsalı müxtəlif karbonatlıq dərəcəsində təxminən 0,283 bərabərdir; a əmsalı
bilavasitə karbonatlıqdan asılıdır və C=0 olduqda, a=0 və a/Ck=0,0128.
Beləliklə, məsaməlik, keçiricilik və karbonatlıq arasındakı asılılıq

düsturu ilə təsvir edilir.

Tənlikdən

Kollektorların əsas parametrlərini - məsaməlik, keçiricilik, karbontlıq və s.


çoxsaylı korrelyasiya nəticəsində bir asılılıq düsturu ilə birləşdirmək olar. Bu cür
kollektor parametrlərinin müxtəlif dəyişmə diapazonuna uyğun riyazi modeli
kollektorun ümumiləşdirilmiş xarakteristikasının təyin üsulu kimi istifadə olunur.
Çoxsaylı korrelyasiya zamanı keçiricilik loqarifmi və məsaməlik ilə bir tərəfdən və
karbonatlılıq ilə, digər tərəfdən xətti asılılığın zəruriliyi qəbul olunmalıdır.
Reqressiya tənliyi Kk=a+bKm+cSk formada olmalıdır. Kk=Z; Km=X; SK=U
olarsa, tənlik Zxy=a+bx+cy kimi yazılacaq.
Alınan tənlik kiçik kvadratlar üsulu ilə həll edilir:

b və c əmsalları aşağıdakı

düsturlar ilə təyin edilir:


σz,σy,σx- dispersiyalar; Z və X, Z və Y arasında 𝜏𝑧𝑥 , 𝜏𝑧𝑦 , 𝜏𝑥𝑦 cüt korrelyasiya
əmsallarıdır.
Üç parametrlər üçün korrelyasiya əmsalı aşağıdakı tənlik ilə təyin edilir:

burada: 𝜏𝑧𝑥 , 𝜏𝑧𝑦 , 𝜏𝑥𝑦 cüt korrelyasiya əmsalıdırlar. Eyni qaydada daha çox
parametrlər üçün korrelyasiya əmsalları hesablanır.

.
Süxurların elektrik xassələri
Süxurların elektrik xassələri kimi elektrik keçiriciliyi (xüsusi elektrik
müqaviməti), diffuziya-adsorbsiya aktivliyi, filtrasiya aktivliyi, dielektrik
keçiriciliyi, yaradılan potensial və elektrokimyəvi aktivlik xassələrini göstərmək
olar. Süxurlarda elektrik xassələri (elektrik cərəyanını keçirmə, elektromaqnit
sahəsində polyarizə olunma, sahə enerjisinin bir hissəsini itirmək, süxurdan hər
hansı bir məhlul keçirdikdə və ya başqa nəm süxurla təmasda olduqda polyarizə
olunma) süxurların mineraloji tərkibi, faza tərkibi (bərk, maye, qaz) və süxurların
strukturasmdan asılı olaraq çox mürəkkəb bir mexanizmlə əlaqədar baş verir. Bu
proseslərə elektrikləşdirən xarici sahənin, temperatura və təzyiqin də təsiri olur.
Süxurlarda qeyd olunan elektrik xassələri bu və ya başqa bir səciyyədə
polyarizasiyanın təzahürü nəticəsində özünü göstərir. Həmin polyarizasiyalar
aşağıdakılardan ibarətdir. Yerdəyişmə polyarizasiyasi (elastik polyarizasiya) - bu
polyarizasiya, sahə təsirindən bir-birinə görə yerlərini dəyişmə qabiliyyəti daşıyan,
yüklü və qarşılıqlı əlaqəli hissəciklərin mövcudiyyəti nəticəsində baş verir.
Xalis elektron polyarizasiyasi süxurlardakı qütbləşməmiş atomlar və
molekulalarda (arqon, helium, ksenon atomları, azot, oksigen, hidrogen və başqa
qaz molekulaları) eyni tipli atomlardan təşkil olan, valentli kristallarda (kükürd,
almaz, qrafıt, selen) əmələ gələ bilər.
Polyarizasiya, E elektrik sahəsində nüvəyə görə qütblənmiş atomlar və onların
elektron orbitinin yerini dəyişib, ΔV həcm də dipol momenti törətməklə
polyarizasiya vektoru şəkilində özünü göstərir.

E-elektrik sahəsi; Pə -həcmində əmələ gələn dipol momentləri; Pə=g


polyarizasiya vektoru; Pə-mənfi yükdən müsbət yükə doğru istiqamətlənmiş vektor
-atomun dipol momentidir (q-elektronun yükü; qütblər arası orta məsafədir). Atom
polyarizasiyasi müxtəlif növlü atomlardan təşkil olan valentli kristallarda müşahidə
olunur. Elektron polyarizasiyasına oxşayıb, qiymətcə ondan xeyli kiçik olur.
İon elastiki yerdəyişmə polyarizasiyasi kvars, korund, kalsitdə olur. O,
ümumiyyətlə kristal qəfəsi sıx qabqarılmış, müxtəlif növdə ionlardan təşkil olan,
ionlu kristallarda (halit, silvin və s.) baş verə bilər. Pi.or -polyarizasiyasi elektrik
sahəsində kristal qəfəsindəki müxtəlif işarəli ionların tarazlıq vəziyyətindən
çıxması ilə əlaqədar olur və 10-10 – 10-7 saniyə ərzində özünü göstərir.
Temperatura artdıqca ionlararası elastiki əlaqə zəifləndiyindən onun qiyməti
𝛼𝑖
böyüyür. 3 daha böyük minerallarda daha böyük qiymət alır (𝛼𝑖 -ionlu kristalların
𝑟𝑖
molekulalarının polyarizasiyasi, n - ionun radiusudur).
Elastiki yerdəyişmə polyarizasiyasi sahə təsirindən çox kiçik bucaq altında
fırlanma qabiliyyəti olan qütblü molekullarla əlaqədar dipol dielektriklərdə
müşahidə olunur.
Relaksasiya (istilik) polyarizasiyasi istilik hərəkətində tarazlıq vəziyyətini
dəyişə bilən, zəif əlaqəli hissəciklərdən təşkil olunan süxurlarda baş verir.
Orientasiya dipol, ion istilik və elektron relaksasiya polyarizasiyalarına ayrılır.
Orientasiya dipol polyarizasiyasi tərkibində nisbətən zəif və elastiki əlaqəli
molekullar olan maddələrə (su, qaz) malik süxurlar üçün səciyyəvidir.
Sahənin təsirinə qədər dipol momentlərinin oxları pərakəndə (xaotik)
vəziyyətdə yerləşir (a), dipol momentlərinin məcmuu sıfra bərabər olur.
Polyarizasiya sahə daxilində dipol momentlərinin ümumiyyətlə istiqamətlənməsi
(b) şəkilində özünü göstərir. Polyar məhlulların (neft, su) dipol molekullarımn r
müddətində relaksasiya polyarizasiyası r=Aexp (V/RT).
Polyarizasiyanın növünü göstərən sxem: polyarizasiya mövcud olanda (a),
olmayanda (b). Polyarizasiya: I - elektron; II-istiqamətlənmiş; III -miqrasiya
olunmuş.
1 - qeyri keçirici komponentlər; 2 - keçirici komponentlər; 3 - hava boşluğu.
V- iki tarazılıq vəziyyətini ayıran potensial sərhəddin yüksəkliyi;- mütləq
temperaturadan (T) asılı olan sabit kəmiyyət; R- Bolsman sabitidir.
Orientasiya polyarizasiyasına malik olan süxurlar elektron, bəzən atom və ion
polyarizasiyasında müşahidə olunub, onların bərk fazaları ilə əlaqədar olur.
Temperatura (T) artdıqca orientasiya polyarizasiyası sahəsinin tezliyi azalır.
Minerallardan kordierit, berill, spodumen, muskovit, biotit, gips, talk və s.
göstərmək olar, ion - relaksasiya istilik polyarizasiyası zəif ionlarla əlaqədə olan
ionlu kristallarda baş verə bilər. Zəif əlaqəli ionların relaksasiya müddəti və
trayektoriyası süxurun strukturası və tem peraturadan asılı olur.
Elektron - relaksasiya polyarizasiyası həddindən artıq qüsurlu elektronların
iştirakı ilə əlaqədar olur və istilik enerjisi artdıqça aktivləşir.
Miqrasiya (makrostruktura, həcmi) polyarizasiya keçirici və ionları bir-
birindən ayıran qeyri keçirici və ya hava komponentlərə malik süxurlarda olur
(sxem).
Bu prosesdə nəticə olaraq süxurun ancaq keçirici komponentləri polyarizə
olunub (b), irimolekullar kimi dipol momenti əldə edirlər.
Konsentrasiyalı - diffuziyalı polyarizasiya elektrik sahəsində en kəsiklərinin
sahəsi çox kəskin fərqlənən müxtəlif ölçüdə məsamə borularını dolduran
məhlullarla (elektrolitlə) bərk faza arasında baş verir, qiyməti boruların diametrin-
dən, məhlulun konsentrasiyasından (kationun və anionun miqdarından) elementar
hissələrin (kationun və anionun) yükündən və sahəni yaradan cərəyan şiddətindən
asılı olur.
Elektrolitik polyarizasiya elektron-ion keçirici süxurlardan elektrik cərəyanı
keçdikdə (qrafıt, kömür, sülfıdli filizlər, oksidli filizlər) baş verir. Prosesdə
oksidləşmə, reduksiyaolma hadisələri özünü göstərir, ion mübadiləsi başlıca yer
tutur.
Elektroosmotik polyarizasiya elektroosmos nəticəsində yaranır. Elektroosmos
elektrik sahəsi qradienti nəticəsində süxurdan elekrolitin keçməsi hadisəsinə
deyilir.
Cəm polyarizasiya (polyarizasiyaların məcmuu) - müəyyən təzyiq,
temperatura və təsir göstərən elektrik sahəsi şəraitində hər hansı bir mineral və ya
süxurda baş verən polyarizasiyaların məcmuuna deyilir.
Hər bir elektrik hadisəsi süxurda polyarizasiyaların bir və ya bir neçəsinin
təzahürü ilə əlaqədar olur.
Süxurların xüsusi elektrik müqaviməti
Elektrik keçiriciliyi - süxurların elektrik cərəyanını keçirməsi, xüsusi elektrik
müqaviməti - cərəyanın keçirməsinə müqavimət göstərmək qabiliyyətinə deyilir.
1 𝑅𝑆
𝜌= =
𝛿 𝐿
p -xüsusi elektrik müqaviməti; 𝛿 - elektrik keçiriciliyidir.
Süxurların xüsusi elektrik müqaviməti Omm ilə ölçülür. lOmm xüsusi elektrik
müqaviməti oturacağı 1m2 , uzunluğu 1m olan bir kubmetr süxurun kubun səthinə
perpendikulyar istiqamətdə elektrik cərəyanına göstərdiyi tam müqavimətə deyilir.
Süxurların xüsusi elektrik müqaviməti, onların skeletini təşkil edən
mineralların xüsusi elektrik müqavimətindən, bərk mineral hissəciklərin arasında
qalan məsamələrin miqdarından, ölçüründən, formasından, məsamələrin mayelərlə
(qazla) tutulması dərəcəsindən və həmin mayelərin xüsusi elektrik
müqavimətindən asılı olur.
Süxurların xüsusi elektrik müqavimətinin mineralojı tərkibdən asılılığı
mineralların çox müxtəlif qiymətdə elektrik keçiriciliyinə malik olmaları ilə
əlaqədardır. Aşağıdakı cədvəldə bunu görmək olar:
Cədvəl 7.1
Mineralları elektrik müqavimətinin müqayisəsinə görə üç qrupa bölmək olar:
1. Pis keçirici minerallar - bura təqribən bütün silikatlar, kvars, bəzi karbonatlar
(kalsit), halit və s. daxildir;
2. Orta keçirici minerallar - bura siderit, hematit, sfalerit, daş kömür və s. daxildir;
3. Yaxşı keçirici minerallar - bura əksər sulfidlər (pirit, xalkopirit, molibdenit,
pirrotin və s.), qrafıt və s. daxildir.
Göründüyü kimi çox məhdud miqdarda, ən başlıcası mədən mineralları yaxşı
keçirici minerallardır, əksər minerallar pis keçirici, yüksək xüsusi elektrik
müqavimətinə malik minerallardır.
Yaxşı keçirici minerallar süxurlarda aksessor dənələr bəzən sement maddəsi və
s. şəkilində çox az miqdarda iştirak edir. Onların süxurların elektrik keçiriciliyinə
təsiri əsas etibarilə süxurların strukturundan, keçirici mineralların yerləşmə
vəziyyətindən asılı olur.
Aşağıdakı misallarda bunu aşkar görmək olar.
Qabbro-pirok- Əhəngdaşı Serpentinit Qranit
senit (sidero- (düyünvari- (nodulyar
(hipidiomorf
nit struktura) çatlı struktura) tekstura) struktura)
Sideronit və düyünvari strukturalı süxurlarda yaxşı keçirici minerallar bir-birilə
əlaqədə olub, naqil rolu oynadığından süxur elektriki yaxşı keçirəcək, nodulyar və
hipi- diamorf strukturalı süxurlarda isə filiz mineralların (yaxşı elektrik keçirən
minerallar) miqdarının çox və ya azlığından asılı olmayaraq onların qeyri əlaqədə
olmasına görə süxurun keçiriciliyində elə böyük rolu olmayacaqdır.
Təbiətdə filizləri, filiz mineralı ilə zəngin olan süxurları, qrafitli şistləri, daş
kömürləri və s. bəzi yaxşı keçirici süxurları nəzərə almasaq göstərmək olar ki,
süxurların əksəriyyəti çox zəif elektron keçiriciliyinə malik, yüksək xüsusi elektrik
müqaviməti göstərən süxurlar olub, onların elektrik keçiriciliyi əsas etibarilə
elektrolitlərlə tutulmuş məsamə kanallarının olması ilə əlaqədar sayılır.
Bildiyimiz kimi süxurların əksəriyyətində bu və ya başqa miqdarda su iştirak
edib onların nəmliyini təşkil edir. Suyun iştirakı süxurların xüsusi elektrik
müqavimətinin qiymətinə çox böyük ölçüdə təsir göstərir. Təmiz (distilə olunmuş)
suyun xüsusi elektrik müqaviməti 2-102 Omm olub çədvəldə göstərdiyimiz bir çox
mineralların misal üçün halitin (P= 10-2-108Omm) xüsusi elektrik müqavimətindən
dəfələrlə kiçikdir.
Süxurların xüsusi elektrik müqavimətinin nəmlikdən asılılığı süxurların tipi,
məsaməliyi, məsamələrdəki məhlulun miqdarı və minerallaşma dərəcəsi və
süxurların maye keçiriciliyi ilə əlaqədar olur. Maqmatik, metamorfık və sıx kütləli
çökmə süxurlarda nəmlik adətən 3 %-dən yuxarı olmur və hətta çox vaxt 1 %- dan
belə az olur. Lakin süxurlarda belə bir nəmliyin olması belə onların xüsusi elektrik
müqavimətinə də böyük təsir göstərir. Aşağıdakı cədvəldə bunu görmək olar:

Cədvəl 7.2

Süxurların xüsusi elektrik müqavimətinin nəmlikdən asılılığının qiyməti 0-dan 2-4


% arasında olur. Daha yüksək nəmlikdə xüsusi elektrik müqavimətinin dəyişilməsi
elə kəskin surətdə özünü göstərmir, zəif olur.
Məsamələr su ilə təmamilə tutulmuş olduqda nəmlik (Ws) məsaməliyin
funksiyasına çevrilir.
Məsamələr maksimal nəmliyə malik olduqda onun qiyməti məhlulda həll
olmuş duzların miqdarı və xarakterindən asılı olur.
Nəzəri surətdə və eksperimental olaraq müəyyən edilmişdir ki, süxurların
xüsusi elektrik müqaviməti ilə məhlulların xüsusi elektrik müqaviməti düz
mütənasib olur. Süxurlardakı minerallaşmış sular tərkibinə görə çox müxtəlif olur-
lar. Lakin onların arasında ən çox rast gələni NaCl məhluludur. Başqa duz və
turşuların (KC1, CaSO4 ,CaCl2 ,MgSO4 və s.) məhlullarına da rast gəlinir. Suda
duzların miqdarı böyük hüdudda dəyişilir - 0,1 mq/1 qədər dəyişir. Lay suları daha
güclü minerallaşmaya malik olur. Məhlulların xüsusi elektrik müqaviməti
aşağıdakı düsturla təyin olunur:

Ca, Ck- məhlulda q.ekv. anionların və


kationlarm miqdarıdır; la -lk anionların və kationlarm mütəhhərikliyidir;.
Aşağıdakı cədvəldə 20°C temperaturada NaCl-in konsentrasiyasından asılı
olaraq p-nin qiymətinin necə dəyişilməsi göstərilir:

Təbii suların minerallaşması və eləcə də onların xüsusi elektrik müqaviməti


məhlulun tərkibi və genezisindən, iqlim şəraitindən və yerin relyefindən asılı olur.
Süxurların xüsusi elektrik müqavimətinə temperaturun təsiri aşağıdakı ifadə ilə
göstərilir:
𝜌t -temperaturda süxurun və ya məsamə sularının xüsusi elektrik müqaviməti, P18-
temperaturada süxurun və ya məsamə sularının xüsusi elektrik müqaviməti, αt-
elektrik keçiriciliyinin temperatura əmsalıdır. Onun ədədi qiyməti 0,01 - 0,02
arasında dəyişir.
Ümumilikdə götürüldükdə temperatura artdıqça, nəmlik azalır və ona müvafiq
surətdə elektrik keçiriciliyi azalır. Xüsusi elektrik müqaviməti ilə təzyiq arasında
da müəyyən dərəcədə əlaqənin olması müəyyən edilmişdir. Eksperimental
tədqiqatlar göstərir ki, kafi miqdarda yüksək nəmliyə malik olan çökmə süxurlarda
təzyiq artdıqca xüsusi elektrik müqavimətinin qiyməti böyüyür. Belə süxurlarda
təzyiq, məsamə- lərin həcminin ixtisara düşməsinə, məsamə kanallarının ki-
çilməsinə və onların konfiqurasiyasının dəyişilməsinə səbəb olur ki, bu da
qiymətin böyüməsinə təsir göstərir. Əksinə, nəmliyi çox az olan çökmə süxurlarda
və eləcə də maqmatik süxurlarda təzyiq, məsamələrin qapanmasına, monokristal-
larm kontakt səthlərinin (təmasda olaraq sahələrinin) genişlənməsinə səbəb olur ki,
bu da qiymətin kiçilməsinə şərait yaradır.
Sementli terrigen süxurlarda təzyiq vahid həcmə düşən sementin miqdarını
artırır, sementin artması qiymətini artırır. Sementlənmənin tipi ilə sement maddəsi
arasında da əlaqə müşahidə olunur.
Süxurların metamorfıkləşmə dərəcəsini yüksəlməsi nəmlik qiymətinin
kiçilməsinə səbəb olur. Bu torf, boz kömür, daş kömür-antrasit sırası
kaustobiolitlərində daha qabarıq surətdə özünü göstərir. Onlardan maksimum
qiyməti 87% kömürlərdə müşahidə olunur.
Neft və qazla doyumluq xüsusi elektrik müqavimətini artırır. Süxurlarda çox
zaman laylaşma, şistləşmə və çatlamalar olur. Laylaşma və şistləşməyə paralel
istiqamətdə W kəmiyyətinin qiyməti (Wp) perpendikulyar istiqamətdəki (Wh)
qiymətindən fərqlənir və adətən kiçik olur.Süxurların xüsusi elektrik
müqavimətinin məsaməlik, çatlılıq, nəmlik kimi 𝜌 qiymətinə bilavasitə və ya
dolayı olaraq təsir göstərməsini daha qabarıq və daha ifadəli göstərmək üçün
məsaməlik parametri P adlanan kəmiyyət göstəricisindən istifadə olunur.
Məsaməlik parametri məaməli, su ilə doymuş (nəm) süxurun xüsusi elektrik müqa-
vimətinin ( 𝜌𝐻 ), süxuru nəmləşdirən məhlulun xüsusi elektrik müqavimətinə olan
𝜌𝑐 nisbətinə deyilir:

Məsaməlik parametrinin hesablanmasında məhz məhlulun minerallaşma


dərəcəsinin təsiri aradan çıxır, xüsusi elektrik müqavimətinin qiymətinə görə
(başqa sözlə müqavimət metoduna əsasən) süxurların məsaməliyini təyin etmək
olur.
Eksperimental olaraq hesablanmışdır ki, məsaməlik əmsalının qiyməti 3-5 %-
dən 20-40%-ə qədər olan süxurlarda formulası ilə əlaqələndirilir.
Aşağıdakı cədvəldə bəzi süxurların xüsusi elektrik müqavimətinin qiyməti verilir:
Mineralların və süxurların elektrik xassələrinin yüksək təzyiq və
temperatura şəraitində dəyişməsi.
Dielektrik və yarımkeçirici olan mineralların və suxuların elektrik
müqavimətinin, 𝜌 t temparatur artdıqca dəyişməsi, eksponensial qanununa görə baş
𝐸0
verir və dielektriklər üçün 𝜌𝑡 = ∑𝑛𝑖=1 𝜌0 𝑙 yarım keçiricilər üçün isə
𝑅𝑇
𝐸0
𝜌𝑡 = ∑𝑛𝑖=1 𝜌0 𝑙
2𝑅𝑇
Burada 𝜌𝑡 -elektrik müqavimətidir, Omm; E0- aktivasiya enerjisi,LV; T-
temperatura, °K; R - Bolsman sabiti.
Yüksək təzyiqin süxurların elektrik müqavimətinə olan təsiri, temperaturun
təsirindən qat-qat aşağıdır. Belə ki, təcrübə nəticələrinə görə, 100-1000°C
temperatura intervalında süxurların müqaviməti, təzyiqin 0,5 -10 kqs.sm - dən 20-
10 kqs.sm qədər olan təsirindən daha çox dəyişir.
Mineralların elektrik xassələri yüksək temperatura şəraitində onların kimyəvi
tərkibindən və kristallik struktura növündən asılıdır. Məsələn, oksid mənşəli
minerallar (MgO, Al2O3, SİO2 və CaO) geniş temperatura intervalında ən yüksək
müqavimətə malikdirlər (cədvəl ).

Əksər mineralların 100 - 650° C temperatura intervalında təzyiq 110 kqs.sm2 -dən
2010 kqs.sm2 qədər dəyişdikdə müqavimət 20-60% azalır, amma tərkibində eyni
zamanda dəmir və natrium kationları olan minerallarda daha yüksək və
kristalloqrafik istiqamətindən asılı olur. Süxurlarının elektrik müqavimətinin
yüksək termobarik şəraitində dəyişməsi onların kimyəvi və mineraloji tərkibindən,
struktur və tekstura xüsusiyyətlərindən asılıdır. Temperatur 20-dən 1000°C qədər
artdıqda, süxurların struktura və tekstura xüsusiyyətlərin müqavimətinə olan təsiri
azalır, temperatur 600 700°C - dən çox olduqda isə, demək olar ki, bu
xüsusiyyətlər öz təsirini itirir.
Süxurların kimyəvi və mineraloji tərkibinin t()-a olan təsiri ərimə
temperaturuna qədər müşahidə olunur. Lakin, temperatura artdıqca mineraloji
tərkibinə görə müxtəlif olan süxurların fərqi azalır.
Kataklaz, pelitləşmə, sossüritləşmə və s. proseslər bütün süxur növlərinə
yüksək dərəcədə təsir göstərir. Belə süxurlarda 𝜌 -nun anomal dəyişməsi ilə
fərqlənən temperatura diapazonu müşahidə edilir. Bu anomal dəyişmələr müqavi-
mətin kəskin sürətdə artması yaxud qeyri sabit tərzdə dəyişmələri ilə əlaqədardır və
süxurlarda yüksək temperatura şəraitində baş verən fiziki-kimyəvi proseslərdən
asılıdır.
Qranit, diorit və qabbronun effuziv analoqları olan obsidian, andezit və bazalt
xırda kristallik strukturu və tərkibində olan amorf fazasına görə yüksək
temperatura şəraitində müqavimətin kiçik qiymətləri və aktivasiya enerjisi ilə
xarakterizə olunurlar.
Dəyişilməmiş, tərkibində çöl şpatları olmayan və serpentinləşmə proseslərinə
məruz qalmayan, ultraəsas süxurlar maqneziumun tərkibinə görə 100-dən 1100°C
temperaturada yüksək müqavimət və Mg arasında xətti asılılıqla fərqlənirlər.
İntruziv süxurlardan daha az müqavimətlə qələvi süxurlar xarakterizə
olunurlar, bu da tərkiblərində yüksək dərəcədə (8-12 %) NaıO, K2O və dəmir
oksidlərinin olması ilə əlaqədardır.
Regional cəmləşməsi olan metamorfik süxurlar (qneyslər, şistlər, amfıbolitlər)
geniş temperatura intervalında (100- dən 1200°C-dək) müqavimətin artıq dərəcədə
geniş diapazonda dəyişməsi ilə fərqlənirlər. Ən müqavimətli, tərkibində qrafit, fıllit
və filiz olan, şistlərdir. Digər tərəfdən, kaolinitli və kvars-mikali qneyslər yüksək
müqavimətə malikdirlər.
Çökmə süxurlarında məsaməlikdən, tərkibindən və mə- saməlik kanalların
formasından asılı olaraq təzyiq 1500 kqs.sm2-ə qədər artdıqda müqavimətin 5 dəfə
və daha çox artması müşahidə edilir. Eyni litoloji tərkibli süxurlarda 𝜌 - nun daha
çox dəyişmələri az məsaməli süxurlara məxsusdur. Məsaməlik artdıqca,
müqavimətin təzyiqdən asılılığı azalır. Lay sularının duzlaşması azaldıqca,
süxurların elektrik müqavimətinin təzyiqdən asılılığı güclənir və bu effekt məhz
süxurların gilliliyindən və məsaməliyindən asılıdır.
Temperatura artdıqca sudoyumlu çökmə süxurların elektrik müqaviməti azalır.
Müqavimətin ən çox dəyişməsi 100 % təşkil edir və 20-60°C temperatura
diapazonunda müşahidə edilir. Temperaturun 250°C qədər artması zamanı 𝜌 -nun
dəyişməsi cüzi miqdarda baş verir.
Elektrik müqavimətinin temperatura artdıqca dəyişməsi lay sularının
müqavimətindən başqa, süxurların tərkibindən, məsaməliyin strukturundan,
gillilikdən, diffuziya-adsorbsiya aktivliyindən, süxuru təşkil edən mineralların
istilik, həcm genişlənməsindən və s. amillərdən asılıdır.
Süxurların diffuziya-adsorbsiya aktivliyi
Quyularda müşahidə olunan elektrik sahəsi hər şeydən qabaq süxurların
diffuziya-adsorbsiya aktivliyi adlanan xassəsi ilə əlaqədardır. Bu kəmiyyət
süxurlarda ion sorbsiyası və su adsorbsiyası nəticəsində yaranan diffuziya-
adsorbsiya potensialını təmsil edir.
İonsorbsiya qabiliyyəti
Süxurların ionsorbsiya qabiliyyəti, nəm süxurun mole- kulları ilə yanaşı,
süxuru nəmləşdirən elektrolit ionlarını ad- sorbsiya edib, fazalar sərhəddində ikiqat
elektrik təbəqələri əmələ gətirmə qabiliyyətinə deyilir. Maksimal nəm süxurların
ionsorbsiya qabiliyyəti bərk və maye fazanın mineral tərkibi, məsamə
boşluqlarımn strukturu və temperaturundan asılı olur.
Fazalar sərhəddində süxurların kimyəvi-mineraloji tərkibindən asılı olaraq 1)
spesifik (məxsusi) adsorbsiya və 2) indeferent elektrolitlərin adsorbsiyası müşahidə
oluna bilər. Məxsusi adsorbsiyada ikiqat elektrik təbəqəsi (pərdəsi) kristal qəfəsə
və məhlul üçün ümumi sayılan ionların məhluldan adsorbsiyası nəticəsində əmələ
gəlir. Fazalar sərhəddi səthdə dissosiasiya olunmuş ionların udulması baş verir.
Məxsusi (spesifik) adsorbsiyaya misal kalsitin (CaCO3), NaaCO3 məhlulundan
hər ikisi üçiin ümumi sayılan CO2 ionlarının adsorbsiya olunub, kalsitin səthinin
mənfi yüklənməsi və ya CaCl məhlulundan kalsitlə (CaCO3) ümumi sayılan Ca
adsorbsiya edib adsorbentın (kalsitin) səthində müsbət yük əmələ gətirməsini
göstərmək olar: potensial təyinedici təbəqə məhlul əks-ion təbəqəsi.
Dissosiasiya adsorbsiyasına misal, kvarsın həll olması prosesində metasilikat
turşularının dissosiasiyası zamanı kvarsın SİO2 ionlarını sorbsiya etməsini
göstərmək olar. Elə bu cürə Al və Fe üç valentli oksidləri Al2O3, Fe2O3 dissosia-
siya oluna bilər. Elə ola da bilər ki, maye faza suda həll ola bilməyən mineralla
kristallik qəfəsi əmələ kətirmə xüsusiyyəti daşıyan ionlara malik olması və
elektrolitin bərk fazasına indiferent olsun. Bu vaxt fazalar sərhəddində yüksək
valentli və hidrat radiusundan kiçik radiuslu ionlar adsorbsiya olunur.
Süxurların elektrikliyini və onu diffuziya-adsorbsiya aktivliyini təyin edən
ikiqat elektrik təbəqəsi bərk fazaya yapışan bərk əlaqəli su ilə bilavasitə əlaqədə
olan potensial təyinedici ionlar təbəqəsindən və əks ionlar təbəqəsindən təşkil olur.
Əks ionlar təbəqəsi bərk fazadan maye fazaya, onun daxilinə getdikcə sıxlığın
tədricən azalması ilə səciyyələnir. Potensial təyinedici ionlara bitişik yerləşib,
onunla möhkəm əlaqədə olan əks ionlar təbəqəsi qeyri mütəhərrik təbəqə adlanır.
Ondan sonra boş, daha zəif əlaqədə olan və daha çox mütəhərrik olan diffuziyalı
təbəqə yerləşir. Bu təbəqədə əks ionlar təbəqəsinin malik olduğu boş əlaqəli su
özünü göstərir. Diffuziyalı təbəqə məhlulların səth və molekulyar istilik qüvvəsinin
nəticəsində əmələ gəlir, potensial təyinedici təbəqədəki ionlar əks işarəli ionlardan
təşkil olur.
Müəyyənləşdirilmişdir ki, diffuziyaedici təbəqənin əks ionlar təbəqəsindəki
ionlardan adətən dissosiasiyaya daha zəif girən ionların əvəzetmə qabiliyyəti olur:
Fe>Al>Ca>Mg>K>Na

Hidrogenin mübadilə enerjisi isə, nəinki başqa bir valentli ionların hətta iki
valentli ionlarınkından da yüksək olur. Eyni valentli əks ionlardan ən böyük
mübadilə qabiliyyəti olanlar böyük çəkisi və böyük ion radiusuna malik olanlardır.
Süxurda dövran edən məhlulun konsentrasiyası yüksək olduqca mübadilə daha
enerjili gedir. Təbiətdə mübadilə vəziyyətində olan ionlar N, K, Na, Mg, Ca və
azca Al kationlarıdır.
Mübadilə qabiliyyəti, mübadilənin tutumunun miqdarı və yaxud udulmanın
tutumu ilə ölçülür: Qıoo- çəki, Q - həcmi və q - çevrilmiş mübadilə tutumları
ayrılır. Q100-çəki mübadilə tutumu 100 qram süxurda mübadilə olunmuş kationla-
rın ekvivalent N milliqramlarla miqdarına deyilir. Q - həcmi mübadilə tutumu1sm3
süxurda mübadilə olunmuş kationların ekvivalent milliqramlarla miqdarına deyilir.
düsturu ilə təyin olunur.

q -çevrilmiş udulma tutumu 1 sm məsamə boşluğundan və yaxud 1 sm3 süxur


rütübətində (elektrolitdə) mübadilə olunmuş kationların ekvivalent milliqramlarla
miqdarı ilə ölçülür.
Rn - məsaməlik əmsalı; Δt - temperatura artımıdır. Temperatura artdıqça süxurların
ionsorbsiya qabiliyyəti zəifləyir.
Diffuziya potensialı
Konsentrasiyası və kimyəvi tərkibi müxtəlif olan elektrolitlərin bilavasitə
kontaktında müşahidə olunur və ionların mütəhərrikliyi iə əlaqədardır. a1,a2-
elektrolitlərin konsentrasiyası; 𝜌 xüsusi elektrik müqaviməti; Kg elektrik hərəkət
qüvvəsinin diffuziya əmsalıdır; Kg- kationların və anionlarm mütəhərrikliyinin
valentliklərinin və mütləq temperaturun funksiyasıdır.
Diffuziya-adsorbsiya potensialı
Diffuziya-adsorbsiya potensialı süxurla elektrolitlərin kontaktında qeyd
olunur. Bu, süxurun ionsorbsiya xüsusiyyətinə görə və bərk hissələr üzərində bərk
və boş əlaqəli suların iştirakı ilə diffuziya potensialından fərqlənir. Təcrübədə
diffuziya-adsorbsiya potensialını elektrolit (0,1 N, NaCl məhlulu) - süxur -
elektrolit (0,01 N, NaCl məhlulu) sistemində təyin etmək olar.

Kda - elektrik hərəkət qüvvəsinin diffuziya-adsorbsiya


əmsalıdır. Bu əmsal Kd -dən fərqli olaraq ionların mütəhərrikliyinin, valentliyinin
təsirindən başqa süxurların ionsorbsiya xüsusiyyəti əlaqəli olan sulardan, ionların
kimyəvi-mineraloji tərkibindən və strukturundan asılı olur.
Kda - diffuziya-adsorbsiya aktivliyi adlanır. Süxurların diffuziya-adsorbsiya
aktivliyinin – Ada qiyməti -25+70mv arasında dəyişir. Ada təyini süxurların nəm-
liyinin, məsaməliyinin keçiriciliyinin, gilliliyinin, səthi keçiriciliyinin (xüsusi
səthin) təyinində böyük praktik əhəmiyyəti vardır. Aşağıdakı cədvəldə bəzi
süxurların Ada qiyməti verilir (süxurlar maksimal nəm vəziyyətdə hesab olunur.
Laboratoriyada süxurların diffuziya-adsorbsiya aktivliyi xüsusi sxem üzrə
yığılmış qurğu vasitəsilə təyin olunur.
Süzülmə potensialı və süxurların süzülmə aktivliyi
Məsaməli süxurlardan maye süzüldükdə (fılitrasiya etdikdə) - axma potensialı
- fıltrasiya potensialı əmələ gəlir. Onun əmələ gəlməsi ikiqat təbəqənin hərəkətsiz
və mütəhərrik hissələrinin və sərbəst məhlulun sərhədlərində elektrokinetik
potensialın olması ilə əlaqədardır.
Filtrasiya potensialının əmələgəlmə mexanizmini sxematik olaraq belə təsəvvür
etmək olar.
ΔP- təzyiq qradientinin təsiri ilə sərbəst suyun hərəkəti baş verir. Onunla
birlikdə axım istiqamətində ikiqat elektrik təbəqəsinin xarici diffuziya örtüyünün
mütəhərrik hissəsində hərəkətə gəlir. Bu axım istiqamətində elektrokinetik
potensialın yerdəyişməsinə, kapilyar məsamə borularının qurtaracağında
potensiallar fərqinin yaranmasına səbəb olur.
İkiqat elektrik təbəqəsinin qalınlığı kapilyar məsamə borularının radiusuna
nisbətən kiçik olsa, süzülmə potensialının qiyməti Helmhols düsturu ilə hesablanır:

𝜀 m- mayelərin dielektrik sabiti; 𝜌𝑚 -fıltrasiya olan mayenin xüsusi elektrik


müqaviməti; p - özlülük; ΔP - mayenin hərəkətinə səbəb olan elementar (qalıq)
təzyiq (təzyiq qradienti); Ef - elektrokinetik potensial düstura görə filtrasiya
potensialının qiyməti təzyiq qradienti və mayenin xüsusi elektrik müqaviməti ilə
düz mütənasib əlaqədədir. 𝜀 m 𝜌𝑚 ΔP parametrləri hər bir şəraitdə müsbət
olduğundan Ef işarəsi dəyişilmir (müsbət qalır). Ef işarəsinin dəyişməsi ζ
elektrokinetik potensialın işarəsindən və məhlulun hərəkət istiqamətindən, başqa
sözlə qalıq təzyiqin istiqamətindən asılı olur.
Ümumi şəkildə süxurların filtrasiya potensialının qiyməti:
Ef.s.=Af.s. 𝜌m ΔP düsturu ilə ifadə olunur.
Af.s - süxurların məsamələriııin strukturası və filtrasiya olunan məhlulun
xüsusiyyətlərindən asılı olan filtrasiya elektrokimyəvi aktivlikdir.
Filtrasiya müxtəlif litologiyalı süxurlarda, o cümlədən gillərdə baş verən
elektrik hadisələrindən biridir. Bu xassə kollektor süxurlarda böyük əməli
əhəmiyyət daşıyıb, öyrənilməsi maraq doğurur.
Süxurların dielektrik keçiriciliyi
Süxurların əksəriyyəti elektrik sahəsində polyarizasiya olunur. Bu zaman,
yüklü molekullar, atomlar və ya ionlar hərəkətə gəlir. Onların hərəkətindən əmələ
gələn elektrik sahələrinin məcmuu qiymətcə süxura təsir göstərən sahədən kiçik,
istiqamətinə görə onun əksinə olur.
Polyarizasiya kəmiyyətcə polyarizasiya vektorunun R qiyməti ilə təyin olunub,
vahid həcmdə dielektrikdə (süxurda) dipol momentlərinin məcmuuna bərabər olur:

D - süxura təsir göstərən sahənin gərginliyi; E - süxurda yaranan sahənin


gərginliyi; P-dielektrikin polyarizasiya olması; 𝜀 -dielektrikin keçiriciliyi; χ-
qiyməti vahid götürülən, dielektrikin vakuumda keçiriciliyidir.
Göründüyü kimi dielektrik keçiriciliyi mühitin xassəsini özündə əks etdirib,
vakuumdakı gərginliyə görə dielektrikdə elektrik sahəsi gərginliyinin nə qədər
kiçildiyini göstərir.
𝜀;
- nisbi dielektrik keçiriciliyi adlanıb, qiyməti dielektrikin, dielektrik keçiriciliyinə
𝜀0
bərabər olur.
Dielektrik keçiriciliyində elektron (ae), ion (ai), atom (aa) orientasiyalı dipol
(aa) istilik (an) və həcmi polyarizasiyalar özünü göstərir (ah).
Süxurların dielektrik keçiriciliyi, süxurun bərk maye qaz hissələrinin kimyəvi-
mineraloji tərkibindən, vahid həcmdə süxurda fazaların nisbi miqdarından,
polyarizəedici sahənin tezliyindən və dielektrikin temperaturundan asılı olaraq
böyük hüdudda dəyişir. Mineralların dielektrik keçiriciliyi 2-80 arasında dəyişir.
50-310 hers tezlikdə polyarizəedici sahə təsiri altında bəzi mineralların dielektrik
keçiriciliyinin qiyməti cədvəldə verilir:
Mütləq quru, sıx kütləli süxurların dielektrik keçiriciliyi, onları təşkil edən
mineralların dielektrik keçiriciliyindən asılı olur:
Çökmə süxurların dielektrik keçiriciliyi 2,5- 40,0 hüdudunda dəyişir. Qum-
qumdaşı, alevrolit, gil, əhəngdaşı, dolomit və s. çökmə süxurların dielektrik
keçiriciliyi ən çox onların məsaməliyindən və nəmliyindən, az dərəcədə mineralo-
ji-litoloji tərkibindən (bərk fazadan) asılı olur.
Nəmlik artdıqca dielektrik keçiriciliyi böyüyür - minimal dielektrik keçiriciliyi
mütləq quru, yüksək məsaməli süxurlarda (məsamə boşluqları hava ilə tutulmuş
olur), maksimal qiymət isə məsamələr 100 % su ilə tutulmuş süxurlarda olur.
Suyun dielektrik keçiriciliyi 81 -ə bərabərdir. Təbii halda sular bu və ya başqa
dərəcədə minerallaşmış olduğundan dielektrik keçiriciliyi də xeyli fərqli - böyük
olur. Binar dielektriklər üçün onlarda duzların miqdarından asılı olaraq qiymətinin
dəyişməsi Falkenqaqen düsturu ilə təyin olunur:
𝜀 = 𝜀0 + 3,79√𝑥
𝜀 - məhlulun dielektrik keçiriciliyi; 𝜀0 - təmiz suyun dielektrik keçiriciliyi;
x-1 litr mol miqdarla məhlulun konsentra- siyasıdır.
Eksperimental, yüksək məsaməli, nəmliyə malik süxurlarda:
𝜀 = 𝜀0 𝑊 𝑛
𝜀- süxurun dielektrik keçiriciliyi; 𝜀 0- mütləq quru süxurun dielektrik keçiriciliyi;
W - süxurun nəmliyi; n - süxurların növündən asılı olan qüvvə sabiti olub, qiyməti
0,3-dən 0,33-ə qədər dəyişir.
Maqmatik süxurların dielektrik keçiriciliyində salik və femik mineralların
iştirakı müəyyən rol oynayır ən çox salik minerallara malik qranitoid
süxurlarından, femik minerallarla səciyyələnən qabbroid süxurlarına doğru
getdikcə 𝜀 qiyməti böyüyür (qranitdə 𝜀 =5-13, peridotitdə 𝜀 =7 - 17).
Metamorfık süxurlarda da beləcə mineraloji tərkibin müəyyən dərəcədə təsiri
nəzərə çarpır. Misal üçün kvarsdan ( 𝜀 - 4,3 - 4,7) təşkil olan kvarsitin qiyməti
(6,0 - 7,0), kalsitdən (7,5-8,7) təşkil olan mərmərin e qiymətindən (8,3) kiçikdir.
10.Yaradılmış potensiallar və süxurların elektrokimyəvi aktivliyi.
Süxurlar onlardan elektrik cərəyanı keçdikdə polyarzə olunma xüsusiyyətinə malik
olurlar. Süxurlarda polyarizə olunmaya səbəb əsas fıziki-kimyəvi amillər:
1) elektron keçiriciliyi olan minerallarla (sulfıdlər, qrafit və s.) ion keçiriciliyi daşıyan
məhlulların toxunma səthlərində baş verən oksidləşmə-reduksiya prosesləri;
2) süxurdakı fazalar arası səthlərdə adsorbsiya nəticəsində əmələ gəlmiş əlavə elektrik
təbəqələrinin polyarizasiyasıdır.
Süxurların elektrik cərəyanı sahəsində polyarizə olma xüsusiyyəti
polyarizasiya əmsalı ilə ifadə olunur. Bu parametr süxurlarda yaradılmış
potensiallar fərqinin xarici polyarizasiya sahəsinin potensiallar fərqinə olan
nisbətinə bərabərdir.
Polyarizasiya əmsalının və eləcə də elektrokimyəvi aktivliyin ən böyük
qiyməti filizlərdə, filizli çökmə süxurlarda, daş kömürdə və alevrolitlərdə
müşahidə olunur. Ən minimal qiyməti mineral sularla doymuş, yaxşı seçilmiş və
zəif sementləşmiş qumdaşlarmda, gillərdə olur.Sıx kütləli maqmatik süxurlardan
(qabbro, qranit, bazalt, andezit və s.) praktiki olaraq mədən mineralları əlavə dənə-
lərinə malik olmayan növlərində qiyməti 0,006 % - 0,02 % arasında dəyişir.
Dənəvari filiz minerallarına malik olan (20 % -ə qədər) süxurlarda çatır. Bu
hadisə oyadılmış polyarizasiya metodunun əsasını təşkil edir, geofiziki kəşfiyyatda
filizli kütlələrin konturunu cızmağa, onların yayılma sahəsini müəyyənləşdirməyə
imkan verir.
Mineralların və süxurlarının dielektrik keçiriciliyinin temperatura görə
dəyişməsi onların fıziki-kimyəvi xassələrindən və cərəyanın tezliyindən asılıdır.
Tərkibində kimyəvi əlaqəli su olmayan minerallarda və süxurlarda iki temperatur
intervalı müşahidə olunur ki, bunlar da müxtəlif dərəcədə artmaya məruz qalır.
Birinci temperatur intervalmda sabit olaraq qalır, ikincisində isə keçiricilik
cərəyanı ilə əlaqədar əmələ gəlmiş kəskin artması müşahidə edilir (şək.22).
Yüksək təzyiqin (1000 - 20 000 kqs.sm) və temperaturun (100-600°C) təsiri
nəticəsində əksər mineralların və süxurların dielektrik keçiriciliyi 1,2-2 dəfə artır.
Məsələn, serpentinləşmiş dunit üçün təzyiqin 1 kbar-dan 20 kbar-a qədər
diapazonunda dielektrik keçiriciliyi 6-dan 52 vahid SQS qədər artır.

İstilik keçiriciliyi, istilik tutumu və temperatur keçiriciliyi


Süxurlarda istilik yayılma prosesləri və qanunları
Temperaturun Yerin səthində və onun dərinliklərində paylanması, başqa sözlə
Yerin təbii istilik sahəsi aşağıdakılarla müəyyən olunur:
- istilik mənbəyinin gücü və paylanması (günəş, atmosfer çöküntüləri, radioaktiv
elementlər, kimyəvi reaksiyalar, kristallaşma, polimorf dəyişmələr, sıxlaşma və
digər proseslər);
- süxurların istilik mübadiləsi qabiliyyətinə malik olması ilə;
- istilik enerjisinin ötürülməsi ilə;
- müxtəlif istilik keçiriciliyinə malik olan süxurların paylanması ilə.

İstilik ötürmənin istilik keçirmə, konvektiv və şualı (radiasiyalı)


istilik mübadiləsi
İstilik keçirmə - daxili istilik enerjisinin istiqamətlənmiş köçürülməsi olub,
(istiliyin çoxdan az qızmış mühitə yayılması prosesi) temperaturun həmin mühitdə
bərabərləşməsinə kömək edir.
Dielektriklərdə daxili istilik enerjisi onların kristal şəbəkələrində istilik
rəqsləri nəticəsində, keçiricilərdə və yarımkeçiricilərdə isə bununla yanaşı
elektronların istilik hərəkəti nəticəsində baş verir. Dielektriklərin şəbəkə
düyünlərində istilik hərəkətində olan və qarşılıqlı təsirdə olan atom, molekul və
ionlar yerləşir, ki kristal quruluşun hissəciklərinin rəqsi izolə olunmadığından
maddədə istilik rəqslərinin dalğaları yayılır.
Keçiricilərdə və yarımkeçiricilərdə istilik enerjisinin köçürülməsi əsas etibarilə
sərbəst elektronların diffuziyası ilə gedir, başqa sözlə istilik enerjisinin elektron
keçiriciliyi ilə baş verir. Keçiricilərin şəbəkə elektrik keçiriciliyi bir qayda olaraq
elektron keçiriciliyindən qat-qat azdır. Stasionar sahədə X qalmhqlı laydan keçən
Q istilik miqdarı temperatura qradienti (t1 – t2) X, lay səthinin sahəsi F və zaman 𝜏
ilə mütənasibdir:

burada 𝜆 - lay maddəsinin istilik


xassələrindən asılı olan istilik keçiricilik əmsalıdır (coul/smk) və ya Bt.(mk);q -
istilik axımının sıxlığıdır (coul.m2); r- vahid zaman ərzində X oxuna
perpendikulyar F səthi sahəsindən keçən istilik miqdarıdır.
Konduktiv istilik mübadiləsində həmçinin izotrop və anizotrop maddələrin
istilik xassələri istilik (X) və temperatura (a) keçiricilik əmsalları və xüsusi kütlə
istilik tutumu əmsalı ilə səciyyələnirlər. X - əmsalı eyni fazalı maddələrdə istiliyin
istilik keçiricilik vasitəsilə verilməsi qabiliyyətini müəyyən edir. Hər hansı bir
maddənin istilik tutumu (C), verilmiş termodinamik prosesdə ondan alman istiliyin
miqdarına deyilir:
C= (lim Δ Q/Δt)Δt=𝛿Q/𝛿𝑡
burada 𝛿 Q - nümunəyə sonsuz az miqdarda verilən istilik, 𝛿 t - nümunənin
temperaturunun sonsuz az dəyişməsidir.
Nümunənin temperaturunun t1-dən t2 -yə qədər dəyişdiyi halda onun istilik
tutumu belə təyin olunur:
Cor=Q1/2/(t2-t1),
burada Q1.2 - temperaturun t1 -dən t2 -yə qədər dəyişməsinə sərf olunan istiliyin
miqdarıdır. Belə ki, nümunələr müxtəlif tərkibli olduqlarından onlar həcm və
kütlələrinə görə fərqlənirlər və onların istilik mübadiləsi zamanı istiliyi müxtəlif
miqdarda udmaq xassəsinin nisbi qiymətini təyin etmək üçün xüsusi istilik
tutumunun - kütləvi, həcmi və molyar növlərini ayırırlar.
Müəyyən termodinamik şəraitdə vahid nümünə kütləsinin (m) temperaturunun
bir dərəcə dəyişməsinə sərf olunan istilik miqdarına xüsusi kütlə istilik tutumu
deyilir (Cm), [coul/kq K]:
Cm=𝛿q/𝛿t=C/m
burada 𝛿 q - istiliyin vahid nümunə həcmi ilə verilən sonsuz kiçik miqdarı; 𝛿 t -
temperaturun sonsuz kiçik dəyişməsidir.
Müəyyən termodinamik şəraitdə maddənin vahid həcmindəki miqdarına
verilən temperaturun 1 dərəcə dəyişməsi üçün lazım olan istiliyin miqdarına xüsusi
həcmi istilik tutumu deyilir (Cv) [coul/(m3 K)]
Cv=δQ/VnΔt=δn Cm
burada 𝛿Q - istiliyin elementar miqdarı (coul); 𝛿t - temperaturun elementar artımı;
Vn - həcmi (m3); 𝛿 n - sıxlığıdır (kq/m3).
Müəyyən termodinamik şəraitdə temperaturun 1 dərəcə dəyişməsi üçün tələb
olunan vahid molyar istilik miqdarına xüsusi molyar istilik tutumu deyilir:
Cv=𝛿Q/v𝛿t=Mcm,
burada: 𝛿Q və 𝛿t uyğun olaraq sonsuz kiçik istilik miqdarı və temperatura
dəyişməsidir; v- maddənin molyar miqdarıdır (K Mol); M - maddənin nisbi
molekulyar kütləsidir (K Mol/kq).
Bütün maddələrin molyar istilik tutumu sabit kəmiyyət olub, 25∙10-3 coul (K
Mol/kq) - yə bərabərdir.
Mineralların istilik keçiriciliyi və istilik müqaviməti
Minerallar üçün konduktiv istilik mübadiləsi səciyyəvidir. Mineralların istilik
keçiriciliyi nisbətən az öyrənilmişdir. Bu parametr (𝝀m) sulfıdlər üçün az, oksid,
sulfat və karbonatlar üçün isə natamam öyrənilmişdir. Çox cüzi məlumat isə
volframat, molibdat, fosfat və boratlar haqqında vardır. Silikatların istilik
keçiriciliyi daha yaxşı, təbii metalların istilik keçiriciliyi isə kifayət dərəcədə
öyrənilmişdir.
Mineralların istilik keçiriciliyi - 0,3-dən (kükürd üçün) 420Vt/(m∙K) qədər
(gümüş üçün) dəyişir. Yüksək istilik keçiriciliyi [300Vt/ (m∙K)] qızılda, misdə,
qrafıt və almaz kimi təbii qeyri-metallarda və həmçinin Al, K, Na, Mg, Ca və s.
kimi mineral birləşmələrə daxil olan metallarda qeyd olunur.
Onların istilik keçiriciliyi 100-dən 200Vt (m∙K) qədər dəyişir. Ancaq sərbəst
halda rast gələn və ya rast gəlməyən təbii metalların bəziləri adları çəkilən
mineralların tərkibinə daxil olub, istilik keçiricilik əmsalının aşağıdakı qiymətləri
ilə səciyyələnirlər: orta [10-dan 50 Vt (m∙K) qədər] - Pb, Sb, Mn, Th, U, Zr və s.
üçün; qismən alçaq [1,5-dən 10 % Vt (m∙K) qədər-Hg,Bi,Cd və s. üçün alçaq [0,5-
dən 1,5 Vt (m∙k)] qədər, B üçün alçaq? çox alçaq <0,5Vt/(m∙K) - H, N, F, Cl2, O2,
S, Se və s. üçün.
Metalların istilik keçiricilik əmsallarının qanunauyğun dəyişməsi onların
atomlarının elektron quruluşlarındakı müxtəliflik, onlarda elektronların
keçiriciliyinin qeyri-bərabər konsentrasiyada olması ilə əlaqədardır. Mineralların
tərkibində yüksək istilik keçiricilikli [𝝀m=50-300Vt/ (m∙K)] elementlərin iştirak
etməsi, həmin mineralların istilik keçiricilik əmsalının qiymətini artırır. Məs.
Dəmirin piritdə, sinkin sfaleritdə, alüminimin korundda və s. Əksinə, minerallarda
orta və alçaq istilik keçiricilik əmsalına malik olan elementlərin iştirak etməsi
onların istilik keçiriciliyini azaldır. 𝝀 m nəinki tərkibdən asılı olaraq dəyişir, o,
müxtəlif tərkibli minerallarda müəyyən atom və ionların qeyri-bərabər sıxlıqda
yerləşməsindən də asılıdır. Ümumiyyətlə, atomlararası məsafə böyüdükcə
mineralların istilik keçiriciliyi kiçilir.
Nisbətən kiçik istilik keçiriciliyi gipsdə, kaolinitdə, floqopitdə və biotitdə qeyd
olunur. Ümumiyyətlə, 𝝀 m mineralların sıxlığı azaldıqca kiçilir və istilik
keçiriciliyinin orta (𝝀m.or) qiymətinə görə aşağıdakı ardıcıllıqda yerləşirlər: təbii
metallar və qrafıt, almaz kimi elementlər (𝝀or = 120Vt/m∙ K) - sulfidlər (~ 19 Vt/m
∙K) - oksidlər (𝝀or = 11,8 Vt/m∙K) - ftoridlər və xloridlər (𝝀or =~ 6 Vt/m∙K) -
karbonatlar (𝝀m = 4 Vt/m∙K) - silikatlar ( 𝝀 m =3,8 Vt.m∙K) - sulfatlar (𝝀m = 3,3
Vt.m∙K) - nitratlar ( 𝝀 o r = 2,1 Vt/m∙K) - təbii qeyri-metal elementlər (kükürd 𝝀or
= 0,85 Vt/m∙K).Bəzi mineralların (turmalin və çöl şpatları) istiliyi temperaturdan
asılı olaraq artır.
Mineralların istilik tutumu
Mineralların istilik tutumu nisbətən zəif öyrənilmişdir. Mineral nümunələrdə
öyrənilmiş məlumatlara görə onların xüsusi izobar istilik tutumu (Spk) 0,125-dən
> 2 - 4 kcoul/(kq ∙ K) qədər dəyişir və əsasən onların kimyəvi tərkibi və
strukturalarından asılıdır.
Xüsusi kütləvi istilik tutumlarına görə əsas mineral sinifləri aşağıdakı
ardıcıllıqla yerləşdirmək olar: sərbəst metallar - sulfid və onun analoqları - oksidlər
- sulfatlar - karbonatlar - silikatlar. Həmin parametrin qiyməti sərbəst metallar
üçün (Pt, Au, Bi, Pb) - 0,13-0,2-dən (Cu, Zn, Fl) 0,35- 0,45-ə qədər; sulfıdlər və
onların analoqları üçün (PbS, HgS) -0,21 - 0,22-dən (kovellin və s.), oksidlər üçün
- 0,22-0,24-dən (torianit və uraninit) - 0,9-1-ə qədər;(limonit və pirolüzit) sulfatlar
üçün ~ 0,35-dən (anqlezit). 1,0 - 1,5-ə qədər (gips); silikatlar üçün 0,5 - 0,6-dan
(turmalin) - 0,9-0,98-ə qədər (zirkon). Cpm -in oksidlər üçün çox kiçik qiymətə
malik olması, onlarda yüksək sıxlığın və kiçik istilik tutumuna [0,1 kcoul/ (kq-K)],
malik olan elementlərin böyük konsen- trasiyada olması ilə, çox yüksək qiymətə
malik olması isə onlarda az sıxlıqlı elementlərin (B, qrafıt, Mg, Na, Si və s.) böyük
konsentrasiyada olması ilə izah olunur.

Süxurların istilik keçiriciliyi


Çox fazalı süxurlarda istilik ötürmə prosesi mürəkkəb prosesdir, belə ki,
istilik enerjisi süxurun çox qızmış hissələrindən az qızmış hissələrinə nəinki
induksiya yolu ilə, eləcə də konveksiya və həmçinin yüksək temperaturalarda
radiasiya yolu ilə ötürülür.
Süxurlarda konvektiv istilik dəyişməsi elə istilik enerjisinin ötürülməsidir ki,
qaz və mayenin süxurlarda süzülməsi hissəciklərin kiçik istilik hərəkət enerjisi
hesabına baş versin.
Konvektiv istilik dəyişməsinin xarakteri nəinki istilik xassələrindən və
həmçinin süxurun məsamələrində hərəkət edən maye və qazm xüsusiyyətlərindən
asılıdır. Çox fazalı yüksək məsaməli qeyri-bərabər qızdırılmış süxurlarda tempe-
ratura bərabərləşməsi istilik keçiriciliyi, konveksiya və radiasiya prosesləri
nəticəsində baş verir.
Dərin dəniz çöküntülərinin, xüsusilə lillərin istilik keçiricilik əmsalı onlarda
istilik keçirən bərk fazanın konsentrasiyası az olduğundan kiçik hüdudda dəyişir
(0,66÷1.78Vt/m∙K).
Çökmə, maqmatik və metamorfık süxurlar üçün 𝝀 -nın qiyməti uyğun olaraq
0,14-dən 7,4-ə; 0,25-dən 5.0-ə və 0,25- dən 0,76-ya (Vt/m ∙ K) qədər dəyişir.
Göründüyü kimi, həmin dəyişmə intervalı çökmə süxurlar üçün böyük qiymətə
malikdir; əksinə, maqmatik süxurlar üçün isə kiçik intervalda dəyişir. Bu dəyişmə
qırıntı süxurların sement maddəsinin və qırıntı materialın tərkibindən, kristallik
süxurların kristaHaşma dərəcəsindən asılıdır. Çökmə süxurların istilik keçirmə
əmsalının dəyişmə hüdudu aşağıdakı ardıcıllıqda artır: gillər - argillitlər - qumlar -
alevrolitlər - əhəngdaşları - dolomitlər - daş duz.
Ən kiçik istilik keçiriciliyi [0,38 Vt/(m∙K)] quru və yüksək məsaməli qum
daşlarında, ən yüksək isə - az məsaməli, kvarslaşmış və ya filizləşmiş növlərində
qeyd olunur.
Gil və argillitlərdə 𝝀 -nın qiyməti çox kiçik hüdudlarda dəyişir. Alevrolit və
qumlarda isə məsaməliklə və gilliliklə əlaqədar olaraq dəyişmə hüdudu nisbətən
böyükdür. Əhəng daşı və daş duzda 𝝀 -nın qiyməti daha geniş hüdudda dəyişir.
Maqmatik süxurlar üçün 𝝀-nın ən yüksək və ən alçaq qiymətləri aşağıdakı
ardıcıllıqla: ultraəsas - əsas - orta tərkibli süxurlara doğru azalması, siyenit və
qranitlər üçün artması müşahidə olunur. Siyenitlər üçün belə artım onlarda yüksək
istilik keçirmə qabiliyyətinə malik olan mineralların (kalium çöl şpatları və
hornblend) olması ilə izah olunur.
Zəif pozulmaya məruz qalmış effuziv süxurlar üçün istilik keçiricilik əmsalının
qiyməti çox məhdud hüdudda dəyişir. Vulkan şüşəsi (obsidian) və pemzalarda bu
qiymət daha kiçik intervalda dəyişir. Bu, həmin süxurlarda SiO2 -nin çox olması və
amorf strukturada olmaları ilə izah olunur. 𝝀 -nın çox kiçik qiymətləri yüksək
məsaməli bazalt süxurlarında qeyd olunur. 𝝀 -nın ən yüksək qiymətləri intensiv
pozulmuş diabazlardan kvarslı porfirlərə doğru azalır. Diabazlarda 𝝀 - nın alçaq
qiymətləri onların kristalloamorf quruluşda olmaları ilə izah olunur. Metamorfık
süxurların bir çox tipləri 𝝀 - nın çox böyük intervalda dəyişməsi ilə səciyyələnirlər,
belə ki, 𝝀 -nın yüksək qiyməti roqovik və kvarsitlərdə müşahidə olunur. Bəzi
kristallik şistlər, serpentinitlər və eklogitlər xüsusilik təşkil edirlər. 𝝀 -nın ən kiçik
qiyməti gilli şistlərın kiçik istilik keçiricikli gil minerallarından, kvarsitlərin isə
yüksək böyük istilik keçiricikli minerallardan təşkil olunmasından irəli gəlir.
Filizlər üçün 𝝀 -nın qiyməti 1,6-dan 4,9 Vt/(m∙K) arasında dəyişir.

Süxurların istilik tutumu.


Süxurların istilik tutumunun qiyməti 0,42-dən (əhəng daşları) 4,65 (daş duz)
[kcoul/kq∙K] qədər dəyişir. İstilik tutumunun qiyməti ayrı-ayrı süxur qrupları üçün
aşağıdakı intervallarda dəyişir; çökmə süxurlar üçün 0,42-dən 4,65-ə qədər;
maqmatik süxurlar üçün 0,45-dən 2,13-ə qədər; meta-morfık süxurlar üçün 0,3-dən
1,72-ə qədər dəyişir. İstilik tutumunun ən böyük dəyişmə hüdudu daş duz, qum
daşlan, təbaşir, əhəng daşları və gillərdə, ən kiçik dəyişmə hüdudu isə anhidrit,
gips və argillitlərdə qeyd olunur. Ümumiyyətlə, çökmə süxurlarda istilik
tutumunun böyük intervalda dəyişməsi onların məsaməlik əmsalının qiymətinin
dəyişməsindən və nəmlikdən asılıdır.
Süxurların istilik tutumunun qiyməti onların dənəvari quruluşlarından və
laylığından asılı deyildir.
Süxurların temperatur keçiriciliyi
Bu parametrin qiyməti ayrı-ayrı süxur qrupları və tipləri üçün (2÷20) ∙107
m2/s intervalında dəyişir. Filizlərin temperatur keçiriciliyi daha kiçik qiymətlərdə
dəyişir (0,5÷2,5) ∙107 m2/s.

Süxurların və mineralların istilik xassələrinin yüksək temperatur və təzyiq


şəraitində dəyişməsi
Mineralların və süxurlarım istilik keçiriciliyi temperatur artdıqça azalır. İstilik
keçiriciliyinin daha çox azalması temperatura 473-700° K olduqda müşahidə
olunur. Maqmatik süxurlarda temperatur artdıqça, istilik keçiriciliyinin ümumi
azalması 2-4 dəfə təşkil edir.
Süxurların temperatur keçiriciliyi temperatur artdıqca azalır. Bu azalma
kristallik strukturası olan süxurlarda daha kəskin şəkildə olur. Süxurlarda şüşə
maddəsinin artması bu asılılığın azalmasına səbəb olur və amorf strukturlu süxur-
larda temperatur keçiriciliyinin azalması çox zəif hiss olunur.
Süxurların həcmi istilik tutumu 1123°K qədər qızdırıldıqda çoxalır. Amorf
strukturlu süxurlarda istilik tutumunun artması bütün temperatur intervalında
müntəzəm olaraq baş verir. Kristallik strukturlu süxurlarda isə həcmi istilik
tutumunun artma dərəcəsi ayrı-ayrı temperatur intervallarında müxtəlif olur. Belə
ki, sıfırdan 673° K dərəcəyə qədər artma, sonrakı qızdırılmaya görə daha yüksək
olur. Təzyiq artdıqca, süxurların istilik keçiriciliyi çoxalır və maksimum halda 0,44
Vt/(m∙K) qədər olur. İstilik keçiriciliyinin dəyişilməsi daha çox təzyiqin 0 dan 100
kqs.sm artması zamanı müşahidə edilir. Təzyiq göstərilən qiymətindən çox
olduqda, istilik keçiriciliyi dəyişmir, yaxud cüzi miqdarda dəyişir.
Müşahidələrdən məlum olur ki, təzyiqin təsiri götürüldükdən sonra süxurların
istilik keçiriciliyi əvvəlki qiymətlərinə görə çoxalır. Bu onu göstərir ki, istilik
keçiriciliyinin xarici təzyiq zamanı artması süxuru təşkil edən dənəciklərin
sıxılması nəticəsində baş verir. Təzyiqin təsiri altında süxurların temperatura
keçiriciliyi də artır.
Süxurların maqnit xassələri
Süxurların maqnit xassələri, onların xarici maqnit sahəsi təsirindən
maqnitlənməsi və sahənin təsiri kəsildikdə maqnitli vəziyyəti saxlama
qabiliyyətinə deyilir. Süxurlarn maqnit xassəsi həcmi χ xüsusi maqnit həssaslığı və
qalıq maqne- tizmi intensivliyinin Jr qiymətləri ilə ifadə olunur. Həcmi maqnit
həssaslığı, ölçüsüz kəmiyyət olub, süxurlarda yaranan maqnit həssaslığı Jr ilə xarici
maqnitləndirici sahənin gərginliyi H arasındakı mütənasibliyi göstərir: I=χ • H
𝑥
Xüsusi maqnit həssaslığı χ= : 𝛿h - həcm çəkisidir, q/sm3.
𝛿ℎ
Qalıq maqnetizm intensivliyi (Jr) sahənin təsirindən sonra süxurda maqnitləşmə
dərəcəsini səciyyələndirir. Süxurların maqnitlənməsi, J ilə, süxurların geoloji
tarixlə əlaqədar olan, onların qalıq maqnetizmi Jr və hal-hazırda maqnit sahəsi
təsirindən onlarda yaranan maqnetizm Ji arasında müəyyən əlaqə vardır.J=Ji+Jr
Süxurların maqnit xassəsi ilk növbədə öz tərkib hissələri olan mineralların maqnit
xassəsindən asılıdır.
Süxur törədən minerallar maqnit xassələrinə görə ferromaqnit, paramaqnit və
diamaqnit ola bilərlər. Ferromaqnit minerallar yüksək maqnit həssaslığına malik
olub, maqnitləndirici sahənin gərginliyindən çox asılıdır. Ferromaqnit minerallar
dəmir, kobalt, nikel və s. elementlərlə zəngin olur.
Paramaqnit minerallar qrupuna ( χ > 0) süxurtörədən mineralların bir çoxu
daxildir.
Diamaqnit minerallar qrupuna ( χ < 0) halit, karnallit və s. minerallar daxildir.
Bu göstərilən mineralların süxurlarda miqdarından asılı olaraq onların maqnit
xassəsi dəyişir. Birelementli dia- və paramaqnit mineralların maqnit həssaslığı
onların kimyəvi xassələrindən asılıdır. Temperatur artdıqca paramaqnit həssaslığı
azalır, əksinə diamaqnit minerallarda maqnit həssaslığı temperaturdan asılı
deyildir.
Çoxelementli minerallar bir neçə təmiz dia- və paramaqnit minerallardan təşkil
oluna bilərlər, amma əksər hallarda onların qarışığından ibarət olur; bu zaman
onların maqnit həssaslığı nəinki ayrı-ayrı atomların maqnit həssaslığından,
həmçinin onların nisbətindən v kristallik quruluşundan asılıdır.
Diamaqnit mineralların xüsusi həcmi maqnit həssaslığı böyük olmayıb mənfi
qiymətə malikdir. χ -nın qiyməti (- 5,024) 10-4 vah. BS (qrosulyar), (-1,63) 10 vah.
BS (bismut) ilə sıfır arasında dəyişir (BS-beynəlxalq sistem).
Silikat süxurtörədən minerallar diamaqnit xassəlidirlər, əgər onların tərkibində
Fe , Fe3+, Mn2+ və digər ionlar yoxdursa, əks halda isə paramaqnit xassəlidirlər.
2+

Diamaqnit minerallara çökmə süxurların bir sıra əsas mineralları aiddir (kvars,
kaliumlu çöl şpatlaıı, plagioklazlar, kalsit, anhidrit, gips, halit, silvin, qrafit).
Kükürd, bismut, mis, qızıl, qurğuşun, civə və s. həmçinin diamaqnit xassəlidirlər.
Maqnit xassələrin anizotropiyası təbii diamaqnitlərin monokristallarında qeyd
olunur. Muskovit, şpinel, rutil, dolomit və maqnezit paramaqnit xassəlidirlər.
Bunların maqnit həssaslığının qiyməti çox böyük deyildir və aşağıdakı hüdudda
dəyişir:
12,56∙10-6 vah. BS (dolomit), 37,68∙10 6 vah. BS (maqnezit) ilə 21,35∙10-5 vah. BS
(muskovit) arasında dəyişir. Olivinlər, piroksenlər, qranatlar, biotitlər, amfibollar,
kordierit, vo- lframit, kassiterit və xromitlərin maqnit həssaslığı BS vahidin bir
neçə min milyonda birini təşkil edir. Ona görə də son tədqiqatlara əsasən onları
təmiz paramaqnit mineral saymaq olmaz. Bu mineralların bəzi növlərində
mikroqarışıq kimi (10-5-10-10-10 %) iri, tərkibində dəmir olan minerallarda fer-
romaqnetiklər olur.
Sahənin gərginliyində ferromaqnetiklərin maqnit həssaslığı sıfra yaxın olub,
sabitdir, sonra bu qiymət artaraq maksimuma çatır və daha sonra isə azalır. Bir çox
təbii güclü maqnit minerallar maqnit strukturalarına görə ferromaqnitlərdən
fərqlənirlər və bunun üçün də həmin nişanələrə görə xüsusi bir qrupa -
ferromaqnetiklərə aid edilirlər. Ferromaqnetik kristallarda maqnitlənmə vektorları
iki qrup əmələ gətirirlər: bir qrupda maqnitlənmə vektorları paralel, digərlərində
isə antiparaleldirlər.
Adları çəkilən minerallardan başqa ferromaqnit xassələrə ferromaqnitli titanlı
maqnetitlər, zəif ferromaqnitli hematit dəmir hidrooksidləri, siderit, maqqemit,
yakobsit və s. malikdir. Maqnetit yüksək həssaslığa malikdir 1,25-dən > 25 vah.
BS qədər. Maqnetit Küri nöqtəsinin qiymətinə görə səciyyələnir (575° - 578°C).
Küri nöqtəsinin yüksək qiyməti maqqemit və hematitdə (675° C) qeyd olunur. Bu
qiymət titanlı maqnetitlərdə 222° - 524°C, pirrotinlərdə isə 300° - 325°C arasında
dəyişir.
Maqmatik süxurların maqnit həssaslığı.
Maqmatik süxurların maqnit xassələri onların bərk fazasının maqnetizm ilə
təyin olunur. Həmin süxurlarda yüksək maqnit həssaslığım onların tərkibində
maqnetit, he- matit, titanlı maqnetit və hemoilmenitin olması ilə aydınlaşdırmaq
olar, χ - n ı n belə qiymətləri bəzən bərk fazanın tərkibində rast gələn maqqemit,
yakobsit və pirrotinin olması ilə izah olunur. Bu minerallar çox zaman süxur
əmələgəlmə proseslərində və ya sonrakı proseslərdə əmələ gəlir. Bunların ən
əhəmiyyətlisi maqnetit, titanlı maqnetit və hemoilmenilərdir və onlar praktiki
olaraq bütün maqmatik proseslərin müxtəlif mərhələlərində əmələ gəlir.
İntruziv süxurlarda rast gələn titanlı maqnetit, hemoilmenitlər termobarik və
oksidləşmə reduksiya şəraitini təyin edir. Bu isə maqmanm kristallaşma dərinliyini
müəyyən edir. Onların tərkibinə isə maqmanın kristallaşma sürəti təsir göstərir.
Belə ki, tədrici kristallaşma zamanı titanlı maqnetit və hemoilmenitlərin
parçalanması hesabına maqnetit və hematit əmələ gəlir. Maqmanın tez soyuması
nəticəsində süxurlarda titanlı maqnetitlərin qalmasına səbəb olur.
Maqmanm soyuması aşağıdakı proseslərə səbəb olur:
1. titanlı maqnetitlərin sülb məhlullarının parçalanması;
2. onların yüksək və aşağı temperaturlu oksidləşməsi;
3. kation-defısit titanlı maqnetitlərin çevrilməsi.
Hemoilmenitlərin oksidləşməsi nətiçəsində hematit və başqa tərkibli
hemoilmenit əmələ gəlir. Silikat minerallarının yüksək temperaturalı oksidləşməsi
nətiçəsində maqnetit və hematit törənir.
Normal sıralı ultraəsas süxurlarda zəif maqnitlənmiş mineralların meydana
gəlməsi törəmə proseslərdə, xüsusilə serpentinləşmə ilə əlaqədardır. Turş, orta və
əsas tərkibli süxurlarda ferromaqnit mineralların xassələrinin müqayisəsi göstərir
ki:
1) onların xüsusi maqnit həssaslığı dənələrin ölçüsü artdıqca artır;
2)titan oksidinin miqdarı azaldıqca başlanğıc xüsusi maqnit həssaslığı artır.
İntruziv komplekslərin bütün süxurlarının maqnit xassələri ferromaqnit və
paramaqnit minerallarla əlaqədardır. Turş, orta, əsas və ultraəsas süxurların
praktiki maqnitsiz növlərindən çox güclü maqnitli növlərinə qədər fərqləri vardır.
Maqmatik süxurların maqnit həssaslığının qiyməti ondan vahidin bir neçə yüz min
hissəsinə qədər dəyişir.[n ÷n∙105BS ).
Maqnit həssaslığının qiymətinin çox böyük hüdudda dəyişməsi maqmanın
ilkin tərkibindən, termobarik və oksıdləşmə-reduksiya şəraitindən və qalıq
maqnitlənmədən asılıdır. Maqnit həssaslığının orta qiyməti (%) turş süxurlardan
əsas və ultraəsaslara doğru artır.
Turş maqmatik süxurların, turşlardan orta tərkibli keçid süxurlarının baş
süxurtörədən mineralları əsasən diamaqnit xassəlidirlər. Biotit, muskovit,
hornblend, bəzən kordierit, turmalin və piroksenlər (avgit) paraferrimaqnit
xassəlidirlər.
Ferromaqnit mineralların turş və keçid süxurlardakı miqdarı mində birdən 2-3,5
%-ə qədər dəyişir. Bu isə qranitoid süxurlarının maqnit həssaslığının geniş
hüdudda dəyişməsinə səbəb olur (6∙10-5-dən -7500∙10-5 vah. BS). Orta tərkibli
süxurlarda çox zəif və zəif maqnitli mineralların (avgit, biotit, hipersten, hornblend
və s.) miqdarı 35-45 % təşkil edir.
Ümumiyyətlə orta tərkibli intruziv süxurlar praktiki maqnitsizlikdən çox güclü
maqnitliyə qədər olurlar. İlkin diorit formasiyaları yüksək aqnit həssaslığına
malikdirlər. Əsasi süxurların və onların keçid fərdlərinin mineralları çox zəif (bəzi
piroksenlər, olivin, epidot, xlorit) və zəif (hornblend, avgit, hipersten və s.)
maqnitlidirlər. İlkin və orta mərhələlərin əsas süxurlarının maqnetizmi onların
tərkibində iştirak edən ( 2 - 6 %) maqnetit və titanlı maqnetitlə əlaqədardır. Həmin
süxurların maqnit həssaslığının qiyməti geniş hüdudda dəyişir (1-25.000∙10-5 vah.
BS). Ultraəsas süxurların baş süxurtörədən mineralları (olivin, avgit, bəzən
hornblend) çox zəif maqnitlidirlər. Həmin süxurların ferrimaqnit mineralları
maqnetit və pirrotindir. Hiperstenlərin maqnetizmi isə pirrotinlə əlaqədardır.
Effuziv süxurların böyük sürətlə soyuması onlarda nəinki maqnetitin, hətta titanlı
maqnetitin əmələ gəlməsinə səbəb olur (xüsusilə əsasi effuzivlərdə).
Ferrimaqnetiklər də çox incə dənəli olurlar: toz hissəciklərdən 0,01-0,5 mm-ə
qədər. Ona görə də effuzivlərin maqnit həssaslığı uyğun intruziv süxurların maqnit
həssaslığından kiçik olur. Dənələrin müxtəlif ölçüdə olması və effuziv süxurlarda
qeyri-bərabər paylanması onların maqnit xassələrinin ayrı-ayrı süxurlarda müxtəlif
qiymətlərdə olmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, maqnit həssaslığının qiyməti müxtəlif şəraitlərdə
əmələ gələn örtük, piroklastik və ekstruziv süxur fasiyaları üçün müxtəlif qiymətə
malikdir. Örtük fasiyasmın süxurları sabit maqnit həssaslığına, piroklastik fasiya
süxurları böyük qeyri-həmcins maqnit həssaslığına malikdirlər. Ekstruziv fasiyanın
süxurları isə örtük və piroklastik fasiya süxurlarının maqnit həssaslıqları arasında
yerləşir. Effuziv spilit-diabaz formasiyasında ferrimaqnit minerallar geniş
yayılmışdır və maqnit həssaslığının qiyməti böyük hüdudda dəyişir [ (100 - 2000)
10-5 vah.BS] Andezit formasiyası para- və ferrimaqnetiklərin, riolit formasiyası
para- maqnetiklərin olması ilə səciyyələnirlər. Platformaların əsas tərkibli
effuzivləri adətən yüksək maqnit həssaslığına malikdirlər.

Koersitiv qüvvə, təbii qalıq maqnitlənmə və Küri nöqtəsi


Maqmatik süxurlarda koersitiv qüvvə 400 ilə 37000 A/M arasında dəyişir.
Əksər süxurlarda bu qiymət 8000 A/M-dən çox olmur. Qalıq maqnitlənmə
maqnetit, pirrotində, boksit, peridotit kimi süxurlarda müşahidə olunur. Qalıq
maqnitlənmə ferromaqnetiklərin təbiəti, konsentrasiyası və ölçüləri ilə müəyyən
olur. Maqmatik süxurların təbii xüsusi həcmi qalıq maqnitlənməsi 10-3 ilə> 102
A/M arasında dəyişir. Qalıq maqnitlənmənin ən yüksək qiyməti pirrotinli filizlərdə
qeyd olunur (1 ÷2) ∙103 A/M.
Təbii qalıq maqnitlənmənin aşağıdakı fərqləndirici xassələri vardır:1)
maqmatik süxur massivlərində qiymət və istiqamətə görə qeyri-həmcinslilik; 2)
bəzi süxurlar üçün nisbətən yüksək qiymətə malik olması; 3) maqnitsizləşməyə
qarşı davamlı olması,
Temperatur artdıqca termoqalıq maqnitlənmənin qiyməti azalır və Küri
nöqtələrində sıfır qiymətlərinə malik olur. Maqmatik süxurların Küri nöqtəsi
dənələrin ölçüsündən və ferromaqnit miheralların miqdarından asılı olmayıb,
onların tərkibini müəyyən edir. Təbiətdə yüksək temperaturda reduksiya şəraitində
süxurların qızması intruziv massivlərin kontakt zonalarında müşahidə olunur.
Temperaturun 250- dən 750 C°-yə qədər dəyişməsinə uyğun gələn dərinliklərdə
maqnetit, titanlı maqnetit və digər maqnit mineralarınm əmələ gəlməsi üçün xüsusi
əlverişli şərait vardır.
Maqmatik süxurların adi Küri nöqtəsi 585°C-yə yaxın, qeyri-adi Küri nöqtəsi
isə 300°C-dir. Küri nöqtəsi maqmatik ocağın yatma dərinliyindən asılıdır. Çex
massivinin bazaltları üçün Küri nöqtəsinin qiyməti adətən olivinin miqdarının
artması ilə və ω = MgO/(CaO + Na2O + K2O) nisbətinin azalması ilə azalır. Küri
nöqtəsi olivinin süxurdakı miqdarından asılıdır, ona görə ki, olivinin
konsentrasiyası artdıqca titanlı maqnetitlərdə titanın miqdarı artır. Bununla yanaşı,
olivinin konsentrasiyası və titanlı maqnetitlərin tərkibi maqmatik ocağın əmələ
gəlməsi ilə əlaqədardır. Çex massivinin bazaltları üçün dərinlik (H), xətti olaraq
əlaqədardır:
1. Küri nöqtəsi ilə, H = 82 - 0,14;
2. olivinin modal miqdarı ilə, (% ilə) H = 36,61 - 0,96
3. ω kəmiyyəti ilə H = 24,17 - 22,28;
4. Fe2O3/FeO = (0,066 H - 0,8)-1 nisbəti ilə.
Fe2O3/FeO nisbəti oksigenin uçuculuğunu səciyyələndirdiyindən H-ın
qiymətini Küri nöqtəsinə və nisbətinə nəzərən təyin edib, sonuncu bərabərlikdən
(Fe2O3/FeO) həmin nisbəti tapırıq və bu dərinlikdən asılı olaraq oksidləşmə-
reduksiya şəraitinin dəyişməsini göstərir. ω=f(H) nisbəti dünyanın bir çox
rayonları üçün xarakterikdir. ts=f (H) asılılığı daha universaldır. Bu maqmada
termobarik və oksidləşmə-reduksiya şəraitini müəyyən edir.
Çökmə süxurların baş süxur törədən mineralları (kvars, çöl şpatları, kalsit,
dolomit, gips, anhidrit, halit, silvin və s.) dia- və ya paramaqnit; ikinci dərəcəli
mineralları (biotit, pirit, ilmenit, siderit, xlorit, gil mineralları) - para- və ya para-
ferrimaqnit; aksessor mineralları (maqnetit, maqqemit, hematit, getit, hidrogetit,
hidrohematit və s.) ferro- və ferrimaqnit xassəlidirlər.
Beləliklə, çökmə süxurların maqnetizmi onların aksessor mineralları ilə
əlaqədardır. Bu süxurlarda ferro- və ferri- maqnit minerallar effektiv diametrləri
0,01-dən 2 mm-ə qədər olan maqnetit, martit və hematit dənələrindən ibarətdir.
Bundan əlavə maqqemit, hematit və bəzən maqnetit kimi ferromaqnetiklər çox incə
dispers gil fraksiyası şəklində rast gəlir,. Nəhayət, çökmə süxurlardakı ferri- və
ferromaqnit minerallar diagenetik və epigenetik məhsul kimi limonitin ok-
sidləşmə məhsulu və həmçinin siderit, pirit və maqnetitin əvəz olunma məhsulu
şəklində rast gəlir. Keçmiş SSRİ-nin çökmə süxurlar örtüyünün maqnit həssaslığı
(-3) ∙10-5 ÷-50∙10-2 vah. BS arasında dəyişir. Ayrı-ayrı çökmə süxurların maqnit
həssaslığı çox böyük hüdudda dəyişir. Belə ki, gillərdə, argillitlərdə,
qumdaşlarında və alevrolitlərdə maqnit həssaslığı nisbətən kiçik hüdudlarda dəyişir
(12,5÷125)-10 5 vah. BS əhəngdaşı,; dolomit və mergellərin bəzi fərdlərində isə-
(1,25÷30)-10-5 vah. BS arasında dəyişir. Maqnit həssaslığının maksimum qiyməti
gətirilmə mənbəyinin yaxınlığındakı qumdaşları və alevrolitlərdə qeyd olunur.
Yüksək maqnit həssaslığı (125÷625) 10-5 vah. BS sideritli qırıntı süxurlar üçün
səciyyəvidir. Ən az maqnit həssaslığına (adətən < 30∙10-5 vah, BS) əhəngdaşları,
dolomit, anhidrit, gips, daş duz və kömürlər malikdirlər.
Metamorfık süxurların maqnit həssaslığının qiyməti çox geniş hüdudda,
maqmatik süxurlarda olduğu kimidir. Bu süxurlar praktiki maqnitsizlikdən, güclü
maqnitliyə qədər ola bilərlər. Cüzi maqnit həssaslığı praktiki maqnitsizliyə malik
olan çökmə süxurlar hesabına əmələ gəlmiş metamorfık süxurlarda qeyd olunur
(gilli şistlər, fillitlər, kristallik şistlər, paraamfibolitlər, kvarsitlər, paraqneyslər,
mərmərlər və s.).
Maqnit həssaslığının çox yüksək qiyməti (adətən 7500∙105vah. BS-dən çox)
dəmirli kvarsitlər (cespilit), roqoviklər, serpentinitlər, ortoamfıbolitlər, skarnlar,
maqnetitli şistlər üçün səciyyəvidir. Digər metamorfık süxurların maqnit
həssaslığı, məs.: xloritli və talklı şistlər, diorıt tərkibli qneyslər üçün bu qiymət (<
12,5 - 7500)- 10-5 vah. BS) - bərabərdir. Qeyd etmək lazımdır ki, müxtəlif tipli
metamorfik süxurlarda maqnit xassələri müxtəlif dərəcədə dəyişir. Regional
metamorfızm yaşıl şist və epidot-amfıbolit fasiyasının süxurlarından
mikrokristallik şistlərin əmələ gəlməsinə səbəb olur və bunların maqnit həssaslığı
(0÷15000) ∙ 10 vah.BS-dir. Regional metamorfızmdə amfıbolit və qranulit
fassiyasmm süxurları hesabına qneys, amfıbolit və s. süxurlar əmələ gəlir. Bu
süxurlar adətən şistlərə nisbətən daha maqnitlidirlər.
Ultrametamorfızmdə maqnit həssaslığının qiyməti arta bilər (xüsusilə
qranitləşmənin orta mərhələsində).
Dinamometamorfizm və kontakt metamorfızm qeyri sabit maqnit həssaslıqlı
süxurların əmələ gəlməsinə səbəb olur. Bu isə ilkin süxurların tərkibi və
termobarık şəraitlə təyin olunur. Avtometamorfızm və hidrotermal - metasomatik.
proseslər maqnit həssaslığının çox kəskin dəyişməsinə səbəb olur (məsələn,
serpentinləşmə, amfıbollaşma və s.). Qreyzenləşmə, serisitləşmə və xloritləşmə
maqnit həssaslığının azalmasına səbəb olur.
Hipergen proseslər maqnit xassələrini müxtəlif dərəcədə dəyişir. Metallik
filizlərin maqnit həssaslığı süxurların həssaslığına nisbətən çox geniş hüdudda
dəyişir. Ən yüksək maqnit həssaslığı (38∙10-2 -dən 10 vah. BS-yə qədər) maqnetit -
skarnlarında, titanlı maqnetitlərdə və dəmirli kvarsit formasiyalarında qeyd olur.
Qalaylı skarn, qabbro-peridotit və peridotit-piroksenit formasiyalarında
maqnetit və pirrotinin miqdarından asılı olaraq maqnit həssaslığının qiyməti ~
25∙105-dən 750000-10-5 vah. BS -yə qədər dəyişir. Boksit, xromit, nadir metal-
kvarslı, kolçedan-polimetal, skarn-polimetal filiz formasiyalarında maqnit
həssaslığının qiyməti 0-dan 7000 10 vah. BS qədər dəyişir.
Qeyri-filiz faydalı qazıntılar içərisində yalnız azbest filizləri çox zəif
maqnitlilikdən yaxşı maqnitliliyə qədər ola bilərlər (maqnetitin miqdarından asılı
olaraq). Mikaların maqnit həssaslığı 25 ∙ 10 5 vah. BS-dən çox olmur, pulvarı
qrafıtdə isə (0+60)-10-5 vah. BS olur.
Yerdə qalan qeyri-metallik faydalı qazıntıların (kükürd, kristallik qrafıt) maqnit
həssaslığı sıfıra yaxın və ya (1,25-12,5)10-5 vah. BS qədər (flüoritdə) olur, xörək
duzunun və silvinin maqnit həssaslığı hətta mənfi qiymətə malik olub [(- 4) ÷(- 8)]-
10-5 vah. BS-dir.
Platforma və çökəkliklərin çökmə süxur örtüyünün maqnit səciyyələrinə
çökmə süxurların kimyəvi və termobarik əmələgəlmə şəraitləri çox böyük təsir
göstərir. Müxtəlif yaşlı qırışıqlıq zonaların maqnit həssaslığının qiymətinin uyğun
paylanması ayrı-ayrı formasiyalar üçün eyni olması müəyyən olunmuşdur.
Geosinklinal mərhələ üçün aşağıdakı petrofiziki formasiya qrupları ayırırlar:
1. hiperbazit, qabbro-peridotit və dunit-piroksenit- qabbro formasiyası (bunlar iri
geosinklinal zona və çökəklikləri üçün səciyyəvi olub, dərin mantiya qatlarının
məhsullarıdır);
2. anortozit formasiyası;
3. qabbro-diabaz formasiyası;
4. diorit-plagioqranit və maqmatit plagioqranit formasiyası;
5. diorit-andezit formasiyası;
6. qranodiorit ferromaqnit formasiyası;
7. qranit-liparit-paramaqnit formasiyası;
8. qranit-liparit-ferromaqnit və qranosienit formasiyası;
9. bazaltoid və bazalt formasiyası.
1, 2, 4 və 8-ci formasiyaların süxurları zəif maqnitlidir. 1 qrup süxurların
maqnit həssaslığı (25÷400) 10-5 vah. BS. Maqnit həssaslığının geniş hüdudda
dəyişməsi 3-cü qrup süxurlarında (xüsusilə qabbroda) qeyd olunur və həmin
süxurlarda ferro- və ferrimaqnit mineralların qeyri-bərabər paylanması ilə
əlaqədardır.
3, 5, 6,7, 8 və 9 su qrup formasiya süxurları adətən yüksək maqnitlidirlər.
Bəzən qabbroda maqnit həssaslığının qiyməti 125∙10-5 vah. BS-dən artıq olur.
Daxili geosinklinal inkişaf mərhələsi üçün aşağıdakı formasiyaları ayırırlar:
1. qranodiorit-dasit-andezit ferromaqnit;
2. qranit-liparit paramaqnit;
3. leykoqranit-liparit ferromaqnit;
4. qranosiyenit-traxisiyenit;
5. qələvi;
6. bazaltoid;
7. bazalt qrupu formasiyaları.
Platformalar üçün isə: 1) trap formasiyası və 2) qələvi- ultraəsas formasiya
qrupları ayırırlar. Bütün bu qrup formasiyalar üçün yüksək maqnitlilik səciyyəvidir
(2-ci qrupdan başqa).
Maqnitliliyin periodik dəyişməsi termobarik əmələgəlmə şəraitlərinin
dəyişməsi ilə əlaqədardır.

Mineralların və süxurların maqnit xassələrinin yüksək temperatur və təzyiq


şəraitində dəyişməsi
Kristallik maddələrdə temperaturun dəyişməsi onlarda baş verən dönən
(atomların qəfəs bucaqlarında periodik rəqsləri) və dönməz (atomların diffuziyası
və qəfəsin daxili qüsurları) proseslərinə xarakterik təsir göstərir, bu isə maddələrin
fiziki və həmçinin maqnit xassələrinin dəyişməsinə gətirir.
Belə ki, paramaqnit maddələrinin maqnit həssaslığının χ temperaturadan
asılılığı Küri qanunu ilə təyin edilir χ =C/T burada C - Küri əmsalı, T - mütləq
temperaturadır.
Ayrı-ayrı atomların qəfəsdə qarşılıqlı əlaqəsi olarsa, Küri qanunu qeyd olunmuş
qarşılıqlı əlaqəni nəzərə alan əlavə A əmsalı olan Küri-Veys qanununa çevrilir:
χ =C (T+Δ)
Ferromaqnit maddələrin maqnit həssaslığı temperaturadan və maqnit sahəsinin
gərginliyindən mürəkkəb formada asılıdır (şək.23). Bu dəyişmə xüsusiyyətləri
mövcud olan domen strukturu ilə izah olunur. Domen strukturu isə maqnit
sahəsindən, sərbəst maqnitləşmədən və koersitiv qüvvədən asılıdır. Temperatura
kritik nöqtəyə (Küri temperaturuna) çatanda və sıfıra yaxınlaşır, ferromaqnit
maddə paramaqnit vəziyyətinə düşür.
Mexaniki təzyiq nəticəsində ferro- və ferrimaqnit maddələrdə maqnitləşmə,
maqnitstriksiya hadisələrinə görə, xüsusi formalı olur. Süxurlarının maqnit
xassələri, əsas etibarı ilə, ferromaqnit mineralların olması ilə əlaqədər olduğuna
görə, yüksək təzyiqin süxurların maqnit xassələrinə təsiri mövcuddur. Belə ki,
maqnetitin zəif maqnit sahəsində biroxlu 400 kqs.sm sıxılması zamanı maqnit
həssaslığı 20 - 30 % azalır. Titanmaqnetitlərdə biroxlu 10,210 kqs.sm təzyiq
nəticəsində maqnit həssaslığı 6 dəfə (maqnit sahəsi 21 k olanda), maqnetitin
maqnit həssaslığı isə eyni şəraitdə 4,5 və 6 dəfə azalır.
Təzyiq daha çox olduqda maqnetitin həssaslığı sabit olur və sahənin gücündən
asılı olur. Bununla yanaşı, təzyiq nəticəsində maqnit həssaslığı çoxala da bilər.
Məsələn, anizotrop maqnitostriksiyası olan ferromaqnetitlərdə biroxlu təzyiq
zamanı belə maddələrdə sürüşmə və dönmə teksturaları əmələ gəlir.
Maqnitostriksiya əmsalı müsbət olanda (0) təzyiq nəticəsində sürüşmə teksturası
yaranır, və maqnit həssaslığı azalır. Əksinə, 0 olanda dönmə teksturası yaranır, və
həssaslıq artır (şək.23).
Süxuların maqnit həssaslığı, maqnetitdə və titanmaqnetitdə olduğu kimi, təzyiq
artdıqca azalır. Belə ki, təzyiq 1600 kqs.sm qədər artdıqda, həssaslığın azalması 50
% təşkil edir. Ümumiyyətlə, süxurlarda biroxlu təzyiq nəticəsində maqnit
həssaslığının dəyişməsi dornen vektorlarının istiqamətlənməsinin dəyişməsi ilə
əlaqədardır.
Təzyiqin süxurların maqnit həssaslığına təsiri aşağıdaki düstur ilə təsvir olunur:
Χ p = χ 0/(l+βP) burada, β=∋𝝀s/ χ 0 Js2
Deməli, süxurların maqnitləşmə qabiliyyəti təzyiq artdıqça azalır.
Temperaturun artması isə təzyiqin təsirinə əks olur, lakin yüksək temperatura
mineralların və süxurların tam maqiıitlənməsini və maqnit sərtliyini (koersitiv
qüvvəni) azaldır.
Süxurların radioaktivliyi
Süxurlarda radioaktivlik, onların tərkibində uran, torium, protaktinium,
onların parçalanmasının aktiv məhsullarının və kalium izotopunun K40 iştirak
etməsi naticəsində törənir. Süxurlarda radioaktiv elementlər kimyəvi təmiz halda,
çəkiyə gələcək miqdarda iştirak edirsə, onların miqdarı qram süxurda qram
hissələrlə ölçülür. Qalan hallarda isə, radioaktiv elementlərin miqdarım ölçmək
üçün, radioaktiv şüalanmanın intensivliyini ölçməyə əsaslanan vahidlərdən istifadə
olunur. Onlar Küri (Cu), Rezerford (µµqRavekv/q), qram süxurda U, Ra və başqa
elementlərin faiz miqdarı kimi vahidlərdir. Küri vahidində radioaktivlik, saniyədə
orta hesabla 3,7∙1010 atomu parçalanan cisimlərdə olur ki, bu da saniyədə bir qram
radiumun parçalanması sayma (0,6% dəqiqliklə) uyğun gəlir. Süxurların
radioaktivliyini qiymətləndirdikdə adətən Kürinin törəmə vahidlərindən - milliküri
m Cu (0,001 Cu), mikroküri µ Cu (10 6Cu) və millimikroküri m µ Cu (109Cu)
istifadə olunur.
Rezerford (rd) vahidi saniyədə 106 atom parçalanması verən radioaktiv
elementin miqdarına deyilir.
Beləliklə, m Cu = 37 rd və ya rd = 1/37
mCu= 0 027 mCu = 27µ Cu.
Qram Ra ekvivalent qram süxur, radioaktiv elementlərin konsentrasiya vahidi
süxurlarda saniyədə baş verən qamma şüalanmanın intensivliyi bir qram Rα -un
parçalanmasındakı kimi olan radioaktiv elementlərin konsentrasiyasına deyilir.
Təcrübədə bu konsentrasiya vahidinin törəmələrindən mikromikroqram Ra
ekvivalent qram süxur vahidindən istifadə olunur.

Nəhayət, müəyyən bir radioaktiv elementə (məs. uran mineralları ilə) zəngin
olan süxurların radioaktivliyi qram süxurda U, Th və ya Ra % miqdarı ilə ölçülür.
Bu vaxt bir qram süxurun radioaktivliyi məlum faiz miqdarında radioaktiv
elementə (məs. 0,02 % U) malik olan bir qram etalonun radioaktivliyi ilə müqaisə
olunur və qram süxurda uranın faizi ilə ifadə olunur.

Elementlərin və mineralların radioaktivliyi


Təbiətdə rast gələn əksər elementlərin radioaktiv izotopları uran, aktinium və
torium ailəsinə mənsub olub uyğun olaraq 20,15 və 13 genetik radioaktiv
izotoplara malikdir. Radioaktiv izotopların yarımparçalanma dövrü saniyənin
milyonda bir hissələrindən bir neçə milliarda bərabərdir. Məsələn, Ul (4,49-109 il),
U2 (2,522-105 il), ACU (7,13-108 il), Ra (3,43-104 il), Th (1,39 10>° il) və s.
Bir,radioaktiv elementdən və izotopdan digərinə keçid parçalanma yolu ilə baş
verir. Uran-radium sırasında 12α, 11β və 11γ şualandırıcı, aktinium sırasında isə 10α
7β və 6γ şualandırıcı vardır. Torium sırasında α -şualandırıcıların sayı 8-ə,(β və γ-
şualandırıcıların sayı isə 6-ya qədər azalır. Uran, aktinium və torium ailəsi
elementlərindən başqa təbiətdə kalium, kalsium, rubidium, sirkon, indium, qalay,
tellur, lantan, renium və s. izotopları radioaktivdirlər. Bu izotoplar çox yaşar olub,
onların yarımparçalanma dövrü 109 ildən çox deyil. Bunlar genetik olaraq digər
radioaktiv elementlərlə əlaqədar deyildir.
Radioaktiv izotoplar Yer qabığının çox cüzi bir hişsər sini təşkil edir.
A.P.Vinoqradovun təqribi hesablamalarına görə litosferdə (16 km dərinliyə qədər,
%-lə), uran235-2,l -10-6), uran238 -3-10-4, radium226 1∙10-10-10, torium232 8∙10-4, pr
231 -10
otaktinium 1 ∙ 10-10 , aktinium -6 227 10-14
qədər vardır. İzotoplardan ən geniş
yayılan rubidium və kalsium izotoplarıdır.
Radioaktiv izotopların litosferdə yayılmasım və onların parçalanma
intensivliyini nəzərə alaraq, qeyd etmək olar ki, geoloji proseslərə ən çox təsir edən
uran, torium, onların parçalanma məhsulları, kalium 40 və qismən rubidium 87-
dir. Qalan radioaktiv elementlər az yayıldıqlarından və böyük yarımparçalanma
dövrünə malik olduqlarından litosferin radioaktivliyində onların rolu çüzidir.
Litosferin ayrı- ayrı təbəqələrində və müxtəlif süxurlarda radioaktiv elementlər
qeyri-bərabər yayılmışlar.
Litosferdə radioaktiv elementlər mineralların tərkibində iştirak edirlər. İndiyə
qədər təbiətdə tərkibində radioaktiv uran, torium, .radium və kalium olan 200-dən
çox mineral məlumdur, Uranlı və toriumlu minerallar daha geniş yayılmışlar və
litosferdə çox səpildiklərindən sənaye əhəmiyyətli miqdarda çox az rast gəlirlər.
Tərkibində uran və torium olan bir çox mineralların rast gəlməsi litosferdə
uranın 4 və 6 valentli formada və izomorf olaraq uranı, toriumu, nadir torpaq
elementlərini, zirkonu və kalsiumu yüksək temperaturada əvəz etməsi qabi-
liyyətindən irəli gəlir. Toriumlu mineralların miqdarı litosferdə urana nisbətən iki
dəfə azdır, belə ki, torium litosferdə 4 valentli formada olur.
Uran və torium olan minerallar xüsusi uian və toriumlu və tərkibində uran və
torium olan minerallara bölünürlər. Tərkibində 30-45 % uran və torium olan
minerallar xüsusi uran və torium mineralları adlanırlar. Uranlı və toriumlu
minerallarda uran və torium çox az və qeyri sabit miqdarda olur. Xüsusi uran və
torium mineralları litofıl və oksifıldir. Xüsusi torium və torium-uran mineralları
oksid və silikatlar sinfinə mənsubdurlar, bəzən bu minerallar eyni zamanda uranlı
ola bilərlər. Məsələn, aldanit, uranotorit və torianit susuz oksidlərə aiddirlər.
Titanın nadir torpaq elementlərinin və toriumun mürəkkəb oksidlərinə misal
smirnoviti və toriti göstərmək olar. Xüsusi uran-torium və torium-silikat
minerallarına torit, makintoşit, uranotorit və s. aiddir.
Tərkibində torium olan xüsusi uran minerallarına 4 və 6 valentli uranın sadə
oksidləri (uraninit, breqqerit, kleveit) və 4 valentli uranın mürəkkəb susuz oksidləri
(lodoçnikit, brannerit və s.) daxildir. Tərkibində torium olmayan (və ya çüzi
miqdarda torium olan) xüsusi uranın sadə oksidləri (nasturan, uran qarası), 4
valentli hidrooksidləri və uranatlar, uranın sulfatları, uranın sulfat-karbonatları
(şrekengerit), uranın karbonatları, uranın mürəkkəb karbonatları, uranın arsenatları
(treqerit), uranın fosfatları (otenit, torbernit), uranın vanadatları (karnotit,
tuyyamunit və s.), uranın molibdatları, uranın silikatları (uranofan və s.).
Xüsusi uran minerallarında uranın miqdarının aşağı hüdudu 25-30% təşkil
edir. Uranın ən yüksək faizi (70-77%-ə qədər) uranın oksid və hidrooksidlərində
qeyd olunur.
Xüsusi torium və torium-uran minerallarında toriumun miqdarı 45-90%-ə çatır
və 25-30%-ə qədər enir, o zaman ki, uranlı minerallarda uranın konsentrasiyası
22%-dən artıq olmur, toriumlu minerallarda isə ThO2-nin miqdarı 19 %- dən artıq
olmur.
Baş süxur törədən minerallarda radioaktiv elementlərin (U və Th)
konsentrasiyası n10 %-dən (olivin, qranat) 10n qədər dəyişir (monasit,
uranlıtoriumlu minerallar).
İlkin xüsusi uran və torium mineralları oksidlər və silikatlar sinfinə
mənsubdurlar. Törəmə xüsusi uran mineralları hidrooksid, uranat, fosfat, sulfat-
karbonat, karbonat, arsenat, vanadat, molibdat və s. silikatlara mənsubdurlar. Baş-
lıca kaliumlu minerallara silvin, karnallit, çöl şpatları (mikroklin, ortoklaz),
mikalar (biotit, muskovit), nefelin, qlaukonit aiddir.
Maqmatik və çökmə süxurların radioaktiv mineralları şüalanma intensivliyinə
görə radioaktiv və zəif radioaktiv ola bilərlər. Radioaktiv minerallara allanit,
monasit, ksenotim, torit, uraninit, zəif radioaktiv minerallara isə zirkon, sfen, apatit
kimi aksessor minerallar aiddir. Radioaktivliyə görə süxurlarda ən geniş yayılmış
mineralları dörd qrupa bölürlər:
1. Qrup zəif radioaktiv süxurtörədən minerallar: kvars, kalium çöl şpatları,
plaqioklaz, kalsit, dolomit, anhidrit, daş duz, nefelin;
2. Qrup normal radioaktiv minerallar: biotit, amfibol, piroksenlər;
3. Qrup yüksək radioaktivlikli minerallar: apatit, flüorit, ilmenit, maqnetit vəs.;
4. Qrup çox yüksək radioaktivlikli minerallar: sfen, ortit, monasit, zirkon, loparit və
s..
Maqmatik süxurların radioaktivliyi
Radioaktiv mineralların ayrı-ayrı maqmatik süxurlarda paylanlası və uran və
toriumlu mineralların radioaktivliyi onların əmələgəlmə şəraitindən və
tərkiblərindən asılıdır.
Ultraəsas və əsasi süxurlarda xüsusi uran və torium mineralları bir qayda
olaraq iştirak etmirlər. Bu süxurlara radioaktivliyi zirkon, ortit və bəzi kaliumlu
minerallar verir. Bəzən uranın əsas miqdarı baş süxur törədən minerallarda
toplanır. Burada uran səpinti halında və ya submikroskopik əlavələr şəklində
xüsusi uran minerallarının tərkibinə daxil olur, aksessor minerallarda isə uranın
əsas miqdarı izomorf olaraq kristal şəbəkəyə daxil olur. Qabbroidlərin mineralları
radioaktivliyə görə aşağıdakı artan sırada yerləşir: piroksen - hornblend -
plaqioklaz - olivin - maqnetit-biotit-sfen-apatit- ortit-zirkon.
Xüsusi uran və torium minerallarından orta tərkibli süxurlarda - torianit, toıit,
uranotorit, brannerit və uranlı toriumlu minerallardan isə delorensit, piroxlor,
loparit, zirkon, ortit iştirak edir. Uran və uranlı mineralların orta tərkibli
süxurlardakı konsentrasiyası əsasi süxurlardan çoxdur. Uranın ən yüksək miqdarı
qələvi sienit və fonolitlərdə qeyd olunmuşdur.
Xüsusi uran minerallarından uraninit, brannerit, smirnovit, torit və torianit turş
süxurlarda çox nadir hallarda iştirak edirlər. Turş süxurların tipik radioaktiv
mineralları zirkon, sfen, ortit, monasit, ksenotim və apatit hesab olunur.
Radioaktiv aksessor mineralların turş süxurlardakı konsentrasiyası
maksimumdur. Qranitlərdə uranın miqdarı ≥ (4 - 10) ∙10-6 kq/kq, toriumun miqdarı
isə >> (20-50) ∙ 10-6 kq/kq çatır. Kaliumun yüksək miqdarı kvarslı porfirlərdə,
mikroklinli qranitlərdə (6%-ə qədər), leysitli nefritlərdə (7%-ə qədər) qeyd olunur.
Vulkan şüşələrində uranın miqdarı (0,8-15) ∙10-6 kq/kq hüdudunda dəyişir və orta
hesabla 5,6∙10-6 kq/kq təşkil edir. Peqmatitlərdə digər maqmatik süxurlara nisbətən
radioaktiv minerallar daha çox rast gəlir. Xüsusilə bu süxurlarda xüsusi uran və
torium minerallarının rolu artır. Bunu, maqmatik differensiasiyamn nəticəsi kimi
qəbul etmək olar. Peqmatitlərdə uran və toriumun bölünməsi qeyd olunur. Uran
uçucu birləşmə əmələ gətirərək, hidrotermal məhlullara keçir, toriumun çox hissəsi
isə silislərlə zənginləşən fraksiya ilə çökür. Pozulmamış peqmatitlərdə xüsusi uran
və torium minerallarından susuz oksidlər qrupu mineralları iştirak edir.
Oksidləşmə zonasında peqmatitlərdə həmçinin uran və torium silikatları,
uranatlar, sadə karbonatlar, arsenatlar, fosfatlar və s. rast gəlir.
Metamorfik süxurların radioaktivliyi
Metamorfik süxurlar arasında zəif radioaktivlikli (amfıbolitlər, amfibollu
şistlər, apodiabazlar, kvarsitlər, mərmərlər) və normal radioaktivlikli süxurlar
(kristallik şistlər, porfiroidlər, metamorfikləşmiş qumdaşları) ayırırlar.
Metamorfik süxurlar arasında pnevmatolit və hidrotermal damarların
radioaktivliyini xüsusilə göstərmək lazımdır. Uranın əsas miqdarı və toriumun bir
hissəsi peqmatitlər əmələ gəlməzdən əvvəl qalıq maqmadan miqrasiya edir və
pnevmatolit və hidrotermal damarlarda çökür. Bu tipli damarlarda xüsusi uran
minerallarından alçaq temperaturalı hidrotermal damarlar üçün xarakterik olan
nasturanı göstərmək olar. Uran və toriumla zənginləşmiş kvars damarlarında
monasit və brannerit rast gəlir.
Nasturan həmçinin flüorit damarlarında nazik damarcıqlar və səpintili əlavələr
şəklində qeyd olunur. Uranın və toriumun radioaktiv filizlərdə konsentrasiyası, adi
süxurlardan fərqli olaraq, daha yüksəkdir. Uranın miqdarı 4000∙10-4 %, toriumun
miqdarı isə 10000∙10-4 %-ə qədər çatır. Th/U nisbəti 0,l-dən20-yə qədər dəyişir.

Çökmə süxurların radioaktivliyi


Çökmə süxurların radioaktvliyi onların tərkibində olan kalium, xüsusi uran
və torium və həmçinin uranlı və toriumlu mineralların olması, adsorbsiya olunmuş
radioaktiv elementlərin iştirak etməsindən asılıdır. Xüsusi uran və torium
minerallarından səpinti çöküntülərində torianit, brannerit və s. uranlı və toriumlu
minerallardan evksenit, zirkon, ksenotim, ortit, monasit və s. qeyd olunmuşdur. Bu
minerallar ilkin olub, ayrı-ayrı kristallar şəklində və qırıntılarda rast gəlirlər.
Radioaktiv minerallarla zəngin olan süxurlar aşındıqda uran asanlıqla
oksidləşir, turşu anionları ilə həll olunan birləşmələr əmələ gətirərək, sonra sulu
məhlullarla miqrasiya edir, səpintilərdə əsasən torium mineralları qalır və digər qı-
rıntılarla sənaye əhəmiyyətli allüvial və sahil - dəniz səpintiləri əmələ gətirirlər.
Əldə olan məlumatlara görə bu tipli yataqların süxurlarında toriumun miqdarı
49∙10-6 kq/kq-dan 3500∙10-6 kq/kq, uranın miqdarı isə 12,7∙10-6 kq/kq-dan 119∙10-6
kq/kq-a qədər olur.
Çökmə süxurlar içərisində gillər uran, torium və kaliumun yüksək miqdarı və
radioaktivliyi ilə səciyyələnirlər. Gillərin və gilli şistlərin nisbətən yüksək
radioaktivliyi uranm, toriumun, radiumun və kaliumun gil hissəcikləri tərəfindən,
yüksək adsorbsiya olunması ilə izah oluna bilər.
Gil və gilli şistlərin yüksək radioaktivliyi həmçinin onlarda kaliumun (6,5 %)
nisbətən çox olması ilə əlaqədardır. Qumdaşlannda nasturan, torit, makintoşit və
digər silikatlar iştirak edir. Qumdaşı və alevrolitlərin oksidləşmə zonalarında bəzən
uran qarası, şrekengeıit, şarpit, foqlit, otenit, karnotit, tüyyamunit və digər silikatlar
rast gəlir.
Bəzən sənaye əhəmiyyətli miqdarda nasturan qarası, karnotit və tüyyamunit
toplantıları müşahidə olunur. Bir çox hallarda radioaktiv elementlər izomorf
qarışıq kimi qumdaşı və alevrolitlərdə ağır fraksiyanın minerallarında qeyd
olunurlar.
Təmiz dəniz əhəng daşları və dolomitlər bir qayda olaraq zəif radioaktivdirlər.
Bu süxurlarda uranm miqdarı 4 ∙ 10-6 kq/kq-dan artıq olmur. Orqanogen əhəng
daşlarının radioaktivliyi əmələ gəldikləri mühitin oksidləşmə şəraiti ilə izah olunur,
belə ki, oksidləşmə mühitində uran çökmür. Uran həmçinin maqnezit, siderit, tuflar
və digər karbonatlarla birlikdə çökmür. Gillilik kaıbonatlı süxurların radio-
aktivliyini artırır.
Bəzi neft yataqlarının kəsilişlərində yüksək radioaktivlikli dolomitləşmiş
əhəng daşları qeyd olunmuşdur. Yüksək, hətta sənaye əhəmiyyətli radioaktivlik
vanadiumla zəngin olan dəniz əhəng daşlarında rast gəlir. Mergellərin radioak-
tivliyi təmiz əhəng daşlarının radioaktivliyindən yüksəkdir, bəzən gillərin
radioaktivliyinə çatır. Kaliumlu minerallarda (silvin, karnallit, polihalit və s.)
kaliumun miqdarı 12,9-dan 52,5 %-ə qədər çatır və yüksək radioaktivliklə
səciyyələnirlər.
Halit, anhidrit, gips və həmçinin karbonatlı süxurlar oksidləşmə mühitində
uranm çökməsi və adsorbsiyası üçün qeyri münasib şəraitdə əmələ gəlirlər. Burada
uran qalıq şoranlıqlarında toplanır. Həmin süxurlarda uranın miqdarı 1∙10-6 kq/kq
çatır. Fosfatlar bəzən uranla zəngin olurlar. Bu onunla izah olunur ki, fosfatlar
reduksiya şəraitində külli miqdarda üzvü materialın iştirakı olan hövzələrdə əmələ
gəlirlər. Fosfatlarda uranın miqdarı (10 - 15000) ∙10-6 kq/kq arasında dəyişir.
Kömürlərin radioaktivliyi bir qayda olaraq cüzidir. Bəzən yüksək
radioaktivli fərdlər rast gəlir. Oksidləşmə zonasında nasturan və uran qarası
şrekengerit, karnotit, tüyyamunit, zirkon və kalsitin sulu karbonatlarına keçir.
Radioaktivlik dərəcəsinə görə çökmə süxurların təsnifatı
I-zəif radioaktivlikli süxurlar-yaxşı çeşidlənmiş və zəif sementləşmiş monomineral
kvarslı qumlar, alevrolitlər, təmiz əhəng daşları, dolomitlər, daş duz, anhidrit, gips,
əksər kömürlər və neftlə doymuş süxurlar. II-yüksək radioaktivlikli süxurlar çökmə
süxurların gilli növləri, gilli qumlar, qum ; daşları, alevrolitlər, bəzi mçrgellər, gilli
əhəngdaşları və dolomitlər., III - çox yüksək radioaktivlikli süxurlar - kalium
duzlan, monasit və ortitli qumlar, dərinlik gilləri, qlobigerinli lillər və qırmızı
gillər.
Uran, torium və kaliumun Yer qabığında paylanması və miqrasiyası
Uran, torium və kaliumun Yer qabığında paylanması və miqrasiyasının,
həmçinin ümumi radioaktivliyin ayrı-ayrı sahələrdə regional dəyişməsinin
öyrənilməsi bir sıra məsələləri həll etməyə imkan verir: geokimyəvi və petrofiziki
rayonlaşdırma, radioaktiv filizlərin yayılma zonalarını aşkar etmək, çökmə süxur
qatlarının korrelyasiyası, radioaktivliyin Yer qabığının ümumi istilik balansında
rolu və s. Planalma və kəsilişlərin qurulması nəticəsində ayrı-ayrı sahələr üçün
uran, torium, kalium və ümumi radioaktivliyin qanunauyğun paylanması müəyyən
olunmuşdur. Bu sahələr əsasən paleozoy qırışıqlıq sistemləri olub, kontinental
sahələri əhatə edir.
Kaliumun çöküntü əmələ gəlmə hövzəsində sahə boyu paylanması gətirilmə
mənbələrinin sayından, hövzə süxurlarının tərkibindən, gil mineralının paylanma
xüsusiyyətlərindən və hövzənin hidrodinamik rejimindən asılıdır. Kaliumun
konsentrasiyasmın hövzənin gillərində paylanması onların mineraloji tərkibə görə
paylanmasını da göstərə bilər. Gillər gətirilmə mənbəyindən nə qədər uzaqda
yerləşirsə, onlarda montmorillonitin miqdarı çox olur, hidromika isə azalır və
beləliklə onlarda kaliumun miqdarı da az olacaqdır.
Qədim çöküntü əmələ gəlmə hövzələrində uranın sahə boyu paylanmasının iki
tipi vardır:
1. Üzvi maddənin normal paylanması və klark miqdarı olan hövzələrdə uranın
maksimum konsentrasiyası az dərinlikli sahil fasiyalarında, minimum
konsentrasiyalı keçid fa- siyası çöküntülərində qeyd olunur. Dərinlik fasiyalarında
uranın miqdarı yenidən artır.
Bu tip paylanmada uranın ən böyük konsentrasiyası qismən fasiyalarda - üzvi
qalıqlarla zəngin olan reduksiya şəraitində əmələ gələn çöküntülərdə qeyd olunur.
Hövzənin kənar hissələrində uranın konsentrasiyası azalır və az dərin- likli sahil
fasiyalarında yenidən artır. Uranın hövzəyə sulu məhlullarla gətirildiyi fərz olunur.
Belə ki, uranın ən yaxşı adsorbentləri üzvi maddə, fosfor, gil mineralları, dəmir və
alüminium hidroksidləridir.
Uranın ən yüksək konsentrasiyası (30∙10-6 %) az dərinlikli sahildə əmələ gələn
qumlu-alevrolitli fasiyalarda qeyd olunur. Üzvi qalıqların normal miqdarı olan
şəraitdə uranın miqdarı konqlomerat-qumdaşı-alevrolit-argillit sırasmdakı
ardıcıllıqda artır. Bu, gilliliyin artması ilə izah olunur. Neftli-qazlı hövzələrin
terrigen süxurları uzvi maddənin miqdarı yüksək (2,5 - 3,5 %-ə qədər) olur və
uyğun olaraq radioaktivlik də artır. Toriumlu minerallar əsasən sahil zonasının
süxurlarında toplanır. Toriumu sorbsiya edən süxurlardakı gil maddəsidir.
Neytron aktivliyi
Neytronlar, kütlələri 1,008654-10-24 q olan (yarım parçalanma dövrü Tl/2=
1,01∙103s) enerji ayırmaqla (0,78 MeV), proton, elektron, antineytrona bölünən
hissəciklərdir. Neytronları sürətli (E=2∙105-2∙107 eV ilə), orta (0,5-2:103), rezo-
nanslı (100), yavaş (0,5), istilikli (0,025) və soyuq (0,001) növlərə ayırırlar.
Enerjisi 0,3-0,5-dən 102ne ∙ eV olan neytronları bəzən istiliküstü neytonlar
adlandırırlar.
Quyuları neytron və qamma-neytron üsulu ilə tədqiq etdikdə mənbədən quyu
kəsilişi boyunca, sudan, qoruyucu kəmərdən və sementdən süxurlara doğru poli- və
monoenergetik neytronlar hərəkət edirlər. Məsələn, polonium-berillium
mənbələrdən 0,1-dən 13 MeV enerjili spektrlə və ya 14,1 Mev enerjili neytronlar
yaradan neytron generatorlarından.
Neytronlar quyunu dolduran mühitdə, qoruyucu kəmərdə, sementdə və
süxurlarda səpələnir və udulurlar. Səpələnərək, neytronlar enerjilərini itirir,
tədricən enerjisi 0,025 eV olan istilik vəziyyətinə keçirlər, sonra millisaniyənin his-
sələri ilə hesablanan vaxt ərzində kimyəvi elementlərin nüvələrinin biri tərəfindən
tutulurlar. Səpələnmə prosesində mühitin elementlərinin nüvələri ilə toqquşduqda,
neytronların hərəkət istiqaməti dəyişir və neytronların kinetik enerjisi azalır.
Elastiki və qeyri-elastiki səpələnmə ayırırlar. Elastiki səpələnmə neytron-nüvə
sisteminin kinetik enerjisi səpələnmədən qabaq və sonra dəyişməz olur. Neytronun
E2 enerjisini və v sürətini onun nüvə ilə qarşılıqlı zərbəsindən sonra aşağıdakı
düsturlarla hesablayırlar:

burada

Eı və v1 - zərbədən qabaq neytronun sürət və enerjisi; Am - nüvənin kütləvi ədədi;


θ- neytronun əvvəlki və sonrakı istiqamətləri arasındakı bucaqdır.
(Am -1) (Am +1 )= α ilə işarə edib,
𝐸2
=[(1+ α)+(l- α) Cosθ] /2 alırıq.
𝐸1
Düsturdan görünür ki, E2/ Eı = 1 maksimum qiyməti θ=0 olur. Bu zaman
neytronun zərbədən əvvəl və sonra enerjisi bərabər olur. E2/ Eı -nin maksimum və
ya minimum enerjisi verməsi 𝜏 = 𝜋 qiymətində mümkündür. E2=αEı halı üçün və
birdəfəlik səpələnmədə maksimum nisbi enerjisi aşağıdakı düstur ilə hesablanır:

Bunun nəticəsi olaraq hidrogen neytronları səpələndikdə (α=0), neytron


praktiki olaraq özünün bütün enerjisini bir aktlı zərbə nəticəsində itirə bilər. Qeyri
elastiki səpələnmədə neytronu tutmuş və sonra buraxmış nüvə oyanma halında
qalır. Əvvəlki vəziyyətə qayıdaraq, γ - kvant hissəcikləri aşaqıdakı sxemlə buraxır:
Am
ZX +0n1 →ZXAm+0n1
Am
ZX → ZX
Am

0n
1
və 0n - uyğun olaraq kiçik kinetik enerjili nüvədən atılan və udulan
1

neytronlardır; γ- qamma kvantdır.


Həm elastiki həm də qeyri elastiki səpələnmə nəticəsində neytronlar
enerjilərini itirir və onların sürəti azalır. Neytronların udulması və bəzən çoxalması
aşağıdakı nüvə reaksiyalarında baş verir: (n,α), (n, p), (n,γ), (n,2n), (n,np) və s.
Nüvə reaksiyalarının birinci mərhələsində ilkin nüvədən və tutulmuş neytrondan
nüvənin əsas tərkib hissələri əmələ gəlir.
Əsas nüvə 10-12-10-14 s müddətində yaşayır. Parçalanma yolu neytronun
enerjisi və nüvənin tipi ilə müəyyən olur. Parçalanma məhsulları bir və ya bir neçə
yeni sement və ya yüngül hissəciklərdən (neytron, proton, α -hissəciklər) iba-
rətdir(n,α), (n,p) və s. reaksiyalar, hansılar ki, iki və daha artıq nuklonların
ayrılması ilə və həmçinin bölünmə reaksiyalarının ehtimalı süxurlar yüksək və çox
yüksək enerjilərdə (1-100 MeV) şüalanmasında mümkündür. Belə reaksiyalara
misal olaraq, göstərmək olar. Yavaş neytronların süxurlarla qarşılıqlı təsiri
nəticəsində baş verən əsas reaksiya zamanı nüvə γ -kvantlar buraxmaqla əsas
vəziyyətə keçir.

Neytronların səpələyici və uducu xassələri


Süxurların neytronları səpələmək və udmaq xassəsi - onların səpələyici və uducu
aktivliyi - səpələnmənin makroskopik effektif kəsiyi və udmanın makroskopik
effektiv kəsiyi ∑𝑘 ilə qiymətlənir və M-1- l ilə ölçülür. ∑𝑠 və ∑𝑢
makroskopik kəsiyi uyğun olaraq mikroskopik effektiv və səpələnmə kəsiyi σs və
mikroskopik effektiv udma kəsiyi σu təşkil olunmuşdur.
Effektiv mikroskopik səpələnmə və udma kəsiyini təyin etmək üçün öyrənilən
elementin bir atom qalmlıqlı təbəqəsini nəzərdən keçirək.
Tutaq ki, göstərilən təbəqədə S=1 m2 sahəni onun səthinə perpendikulyar
istiqamətdə sıxlığı bir neytron/ (m2 S) həmcins neytronlar axımı kəsir və bir saniyə
ərzində S səthində nüvədən Ck neytronları səpələnir və Cu neytronları udulur. Əgər
S sahəsində Ns nüvələri olarsa, onda Cs və Cu proseslərinin miqdarı axımın
intensivliyinə J və nüvələrin sayına Ns mütənasib olmalıdır.
Süxurlar müxtəlif mikroskopik effektiv kəsiyə malik olan elementlərdən təşkil
olunmuşdur. Əgər kimyəvi tərkib elementlərə görə verilirsə, onda Zs və Zu
aşağıdakı düsturlarla hesablanır:

burada 𝛿𝑠𝑖 𝛿𝑢𝑖 , mei, Ai - səpələnmə və tutulmanın mikroskopik effektiv


kəsiyi %-lə və i elementinin nisbi atom kütləsi, 𝜎𝑠 süxurların sıxlığı, Σs və Σu
hesablamaq üçün süxurların kimyəvi tərkibi, təbii nəmlikdə və sıxlıqda olan maye
və bərk fazaların sıxlığı süxuru təşkil edən molekula və elementlərin mikroskopik
səpələnmə və udulma kəsikləri məlum olmalıdır. Səpələnmə və udulma kəsikləri
neytronların enerjisindən asılıdır.
Süxurların neytronlarla qarşılıqlı təsir intensivliyini müəyyən edən digər sadə
və mürəkkəb kəmiyyətlər sırasında diffuziya əmsalı (D0), diffuziya uzunluğu (Ld),
yavaşıma və neytronların xronoloji yaşı (𝜏y) və istilik neytronların yaşama vaxtı
(𝜏𝑑 ) daxildir.
Yavaşıma xassəsi, yavaşıma əmsalı, yavaşıma uzunluğu və yavaşıma vaxtı
tam dolğunluğu ilə enerji dəyişdikdə süxurların neytronları səpələnmə və udma
qabiliyyətini səciyyələndirir və orta enerji itkisindən asılıdırlar.
İstilik neytronlarının diffuziya uzunluğu və yaşama vaxtı onların süxur
nüvələri ilə qarşılıqlı təsir intensivliyini müəyyən edir və udma və səpələnmənin
mikroskopik kəsiklərindən asılıdır. İstilik neytronlarının diffuziya əmsalı çox kiçik
həcmli maddədə əgər r istiqamətində neytronların n sıxlığı müəyyən anda
maksimum dəyişirsə, onda haqlı olaraq dr intervalında r istiqamətinə
perpendikulyar olan dS səthindən keçən neytronların axını onların sıxlığı ilə
mütənasibdir.
𝑑𝑛
Jds=-D . Burada D - diffuziya əmsalı, dn/dr - maddədə neytronların
𝑑𝑟
sıxlığının maksimum dəyişməsini səciyyələndirən kəmiyyətdir.
Tutaq ki, maddədə neytronların paylanması onların enerjisindən və fəzadakı
vəziyyətindən asılıdır, onda neytronların axını skalyar, kəmiyyət olub, diffuziya
tənliyinə cavab verir və monoenergetik neytronlar üçün aşağıdakı şəkildə yazıla
bilər:
J=D grad n (Fika qanunu)
Burada J -vektor kəmiyyəti olub, verilmiş istiqamətdə vahid zamanda vahid
səthə normal istiqamətdə kəsən neytronların sayını təyin edir; n -öyrənilən J
nöqtəsində neytronların sıxlığıdır.
Belə ki, maddədə neytronların sürət axımı onların ümumi axımım
səciyyələndirir. F=nv, onda Fika qanununu aşağıdakı şəkildə ifadə etmək olar:
J = -D0 grad F
burada D0=D/v- xətti vahidlərdə neytron axımı üçün dffu- ziya əmsalıdır (belə
ki, J və F -nin ölçü vahidləri eynidir); v -neytronların sürət sabitidir. Diffuziya
əmsalı D0 udma və səpələnmə makroskopik kəsikləri ilə tərs mütənasibdir. Bu
kəmiyyət səpələnmə anizotropluğu dərəcəsi ilə müəyyən olunur.

burada v (T) ,∑𝑢(𝑇) və ∑𝑇𝑆(𝑇) - neytronların sürəti, udmanın makroskopik


kəsiyi və mütləq temperaturada nəqli səpələnmədir.

Ləngimə və diffuziya uzunluqları


Süxurun nüvəsi ilə kifayət miqdarda qarşılıqlı zərbə nəticəsində hər bir
neytron onlar tərəfindən udulur. Ayrı-ayrı neytronların trayektoriyası bir sıra
parçalardan təşkil olunur. Bu parça iki neytron arasındakı məsafə olub, mühitin
nüvə elementlərinin ardıcıl toqquşması nəticəsində baş verir. Bu parçalar müxtəlif
uzunluğa və istiqamətə malik olduqlarından, neytronlar tutulana qədər mənbədən
düz xətt boyunca müəyyən məsafədə r öz yerlərini dəyişdirirlər və onların təqribi
qiyməti aşağıdakı düsturla təyin olunur: r2=r2scp+r2dcP=6 (L2s+L2d)=6(tT+L2d)
burada r2scp - neytronun yarandığı nöqtədən istilik neytronlarına keçən nöqtəyə
qədər olan düz xəttin orta kvadratı, m2; r2dcp - son nöqtədən udulma nöqtəsinə qədər
olan düz xəttin orta kvadratı, m2 ; 𝜏 𝑇 istilik neytronlarının simvolik yaşı, m2

Beləliklə, yavaşıma və diffuziya uzunluqlarım təyin etmək üçün rscr və rdsp


qiymətlərini bilmək lazımdır. Yavaşıma sıxlığı - vahid zaman və həcmə aid edilən
yavaşıma zamanı verilmiş enerjisini kəsən neytronların sayıdır.
Neytronların yavaşıma vaxtı. 𝜏𝑠 Neytronların yavaşıma vaxtı və ya xronoloji
yaşı (𝜏𝑠 ) neytronun süxurda yavaşımasına lazım olan vaxtdır. İstilik neytronlarının
orta yaşama vaxtı ( 𝜏𝑑 ) neytronun süxurda istilik enerjisi alandan onun nüvə
tərəfindən udulmasma qədər sərf olunan orta vaxta deyilir. Sonsuz mühitdə orta
yaşama vaxtı ədədi qiymətcə neytronun süxurda orta yerdəyişmə məsafəsinə
bərabərdir.

burada v - istilik neytronlarının sürəti olub, 25°C temperaturada 2,2-103m/s


bərabərdir; 𝝀u -udulana qədər neytronun sərbəst qaçışının orta uzunluğudur.

Mineralların neytron aktivliyi


Mineralların neytron aktivliyi, səpələnmə, sürətli və sonra yavaş neytronları
ləngitmə və udma xassələri onların tərkibi və bir sıra kəmiyyətlərlə, o cümlədən
udma Σu və səpələnmənin Σs makroskopik kəsiyi, yavaşıma uzunluğu Ls və vaxtı
𝜏u. D0 əmsalı, diffuziya uzunluğu Ld və vaxtı 𝜏u kimi kəmiyyətlərlə qiymətlənir.
Hesablamalar göstərir ki, 1,46 eV enerjiyə qədər minerallarda neytronların
yavaşıma uzunluğu və vaxtı geniş hüdudda dəyişir: [Ls= (5,74-106,5)∙10-2 m; 𝜏s =
0,6÷297 mks. Neytronların başlıca yavaşıdıcıları tərkibində hidrogen olan
minerallardır. Mineralların tərkibinə daxil olan hidrogen böyük səpələnmə kəsiyinə
malik olub, neytronların enerjisi azaldıqca böyüyür.
Maksimum yavaşıma xassəsinə malik olan minerallara tərkiblərində böyük
miqdarda kristallaşma və konstitusiya suyu olan minerallar aiddir. Məsələn,
hidroborasit (𝜏u = 0,6 mks, Ls = 6,5 ∙10-2 m), diaspor (𝜏s =1,9 mks, Ls = 6∙10-2 m),
hidrargillit (𝜏s = 1,1 mks, Ls =5,7 ∙10-2 m), karnallit (𝜏s = 1,4 mks, Ls= 8,5∙10-2 m),
gips (𝜏s = l,89 mks, Ls = 7,7 ∙10-2 m), mirabilit (𝜏s = 1,26 mks, Ls = 6,7-10-2 m),
kaolinit (𝜏s = 2,5 mks, Ls = 7,9∙ 10-2 m), opal (𝜏s = 7,0 mks, Ls=5,6∙10-2 m) və s. Ən
pis yavaşıdıcılar sulfidlərdir (təbii metallardan başqa). Onların Ls və 𝜏s qiymətləri
uyğun olaraq (32 - 85) ∙10-2 m və 56, 5-297 mks hüdudunda dəyişir və orta hesabla
Ls = 62,4∙10-2 m və 𝜏s= 140,8mks təşkil edir. Neytronları nisbətən pis yavaşıdan
susuz xloridlərdir: silvin (Ls=106,8∙10-2 m, 𝜏s = 60 mks), halit (Ls= 47∙10-2 m, 𝜏s -
32,3mks) və s.
Makroskopik tutulma kəsiyi, yavaşıma vaxtı, istilik neytronlarının
diffuziya uzunluğu və əmsalı
Mineralların tərkibi, onların neytronlarının enerjisi və neytronlarda bir sıra
nüvə reaksiyalarının ehtimalı minerallarda başlıca olaraq radiasiya tutulmasını
təmin edir. Reaksiyaların ehtimalı əsasən tərkibində Ti, Mn, Cl, V, Co, Nd, La, Ni,
Sm, Sc, Cs, As olan minerallarda daha böyükdür. Tərkibində Li və B olan
minerallarda neytronların udulması (n,α) və (n,γ) reaksiyaları nəticəsində baş verir.
Azot, kükürd və xlorlu minerallarda nəinki (n,γ) reaksiyaları, və həmçinin (n,p)
reaksiyası ehtimal olunur.
Radioaktiv izotoplar parçalandıqda həmçinin sərt γ - şüalanma baş verir.
Minerallarda neytronların tutulma Σu kəsiyinin qiyməti geniş hüdudda dəyişir:
0,037-dən (qrafit) 2423 m-1 (borasit) MKC qədər. Mineralların neytronlarının D0
əmsalının və Ld diffuziya uzunluğunun qiyməti geniş hüdudda dəyişir. Uyğun
olaraq 0,045∙105-dən (borasitdə) 19,96∙105 sm2/s-yə qədər (kükürddə), 29∙10-2 m-ə
qədər (maqnezitdə) dəyişir. Σu, Ld və 𝜏𝑑 qiymətlərinə görə, həmçinin tərkib və
mineral əmələgətirən elementlərin qiymətinə görə bütün mineralları aşağıdakı 6
qrupa bölmək olar:
I qrup - istilik neytronlarının çox zəif aktiv uduculara malik olan minerallar (Σu <
0,1 m-1 və 𝜏𝑑 > 5000 mks) - qrafit, almaz və bismut. Bu təbii elementlər onlarda
olan çox yaşayan istilik neytronlarını praktiki olaraq udmurlar.
II qrup - istilik neytronlarının zəif aktiv uducuları. Bu qrupa, Σu və Ld, 𝜏𝑑
qiymətlərinin uyğun olaraq 0,1-1,0m-1, (12,54-30)10-2m, 500-5000mks
hüdudlarında dəyişən minerallar daxildir. Bu qrupda 21 mineral vardır, məsələn:
maqnezit, kvars, albit, anortit, nefelin, serpentin, montmorillonit, qurğuşun və s.
III qrup - istilik neytronlarının orta aktiv uducuları. Bunlarda, Σu Ld və 𝜏𝑑 -nin
qiymətləri uyğun olaraq aşağıdakı hüdudlarda dəyişir: 1,0-10-1 m, (3,754-5)10-2 m
və 50 - 500 mks. Bu qrupa 58 mineral daxildir.Bunlardan qaleniti, piriti, korundu,
anhidriti, forsteriti, fayaliti, kaoliniti və s. göstərmək olar.
IV qrup - istilik neytronlarının yüksək aktiv uducuları. Bu qrupu 42 mineral təmsil
edir, məsələn: təbii qızıl, gümüş, platina, mis, dəmir, halit, silvin, manqanit,
kobaltin, xalkopirit, kovellin və s.
V qrup - istilik neytronlarının aktiv uducuları. Bu qrupa, Σu Ld, 𝜏𝑑 -nin, qiymətləri
uyğun olaraq 100-:-1000-1 m, (0,0754-0,75)10-2 m və 0,54-5 mks hüdudlarda
dəyişən minerallar daxildir. Qrupa cəmi 6 mineral aiddir - bura, turmalin, kinovar,
argentit, kerargerit və təbii tantal.
VI qrup - istilik neytronlarının həddən artıq aktiv uducuları. Həmin minerallarda Σu
Ld və 𝜏𝑑 , uyğun olaraq 0,1-100-1m, (0,0754-30)10-2 m və 5-5000 mks
hüdudlarında dəyişir. Bu qrupu borasit, aşarit, hidroborasit təmsil edir.
Makroskopik kəsiyin orta qiymətlərinə görə minerallar belə ardıcıllıqla
yerləşirlər: boratlar (Σu = 1193-1m) - təbii metallar (168 m) -xloridlər (99 m) -
sulfıdlər (77 m) - oksid və duzlar (17,4 m) -fosfatlar (10,2 m) - qeyri metal təbii
elementlər (9,8 m) - nitratlar (4,2 m) - karbonatlar (3,5 m) - sulfatlar (3,4 m) -
silikatlar (l,92m).
Hər bir sinifin mineralları üçün ən yüksək və ən alçaq qiymətlər qeyd olunur.
Məsələn: təbii metallar içərisində yüksək qiymətə civə, alçaq qiymətə isə
qurquşun, qalay, sink və s. malikdirlər. Xloritlər içərisində ən yüksək qiymətə
kerargerit, alçaq qiymətə isə halit, silvin və karnallit malikdir.
Sulfıdlər içərisində çox yüksək qiymətə kinovar və argentit, çox alçaq qiymətə
isə qalenit, vismutin, sfalerit və s. malikdirlər. Oksidlər içərisində yüksək qiymətə
pirolüzit və braunit, alçaq qiymətə isə kassiterit, periklaz malikdirlər.
Karbonatlardan yüksək qiymətə rodoxrozit, alçaq qiymətə isə serussit və maqnezit
malikdirlər. Əksər laylı silikatlar yüksək qiymətlidirlər (biotit, lepidolit, xloritoid
və illit).
Süxurların bərk fazalarının Σu və 𝜏𝑑 və qiymətləri onların tərkib və
strukturaları ilə müəyyən olunur. Kvars, çöl şpatları, gil mineralları, ankerit,
sideritdən təşkil olunmuş qumlu-gilli süxurlarda bərk fazanın neytron udma
aktivliyi onlarda gil minerallarının, çöl şpatlarımn və kalsitin çoxalması ilə artır.
Gillilik əmsalı artdıqca qumlu-gilli və karbonatlı-gilli süxurlarda istilik
neytronlarının yaşama vaxtı azalır. Bərk fazada borun olması istilik neytronlarının
yaşama vaxtını kəskin surətdə azaldır. İstilik neytronlarının diffuziya əmsalının
(D0.v) qiymətinə bərk fazadakı kristallaşma suyunun olması böyük təsir göstərir.
Süxurların maye fazasının tərkibində su ilə yanaşı müəyyən konsentrasiyada NaCl,
KC1, CaCl2, MgCl2, CO2, SO2 kimi birləşmələr qeyd olunur. Bu birləşmələr
süxurların maye fazasının neytron udma qabiliyyətini dəyişdirir. Hesablamalar
göstərir ki, suda NaCl -un qatılığı azaldıqca onun neytron udma aktivliyi xeyli
azalır.
Neft və qaz yataqlarının sularının tərkibi və minerallaşması müxtəlifdir.
Yuxarıda deyilənə əsasən Σu su və 𝜏𝑑 su qiymətləri müxtəlif olmalıdır.

Elastiklik

Süxurların xarici qüvvə təsirindən ölçü, həcm və formaların dəyişməsinə


göstərilən müqavimətə və xarici qüvvənin təsiri kəsildikdə qismən və ya tam
şəkildə əvvəlki vəziyyətə gəlmə xassəsinə elastiklik deyilir (əgər, xarici təsir
tamamilə kəsilmiş və elastiklik hüdudunu keçməmişdir). Süxurların ölçü və
formalarının dəyişməsi, onların atomlarının, molekullarının və ya maye və qaz
fazalarının ionlarının nisbi yerdəyişməsinin nəticəsidir.
Süxurların deformasiyasına daxili qüvvələr - onların ayrı-ayrı hissəcikləri
arasındakı qarşılıqlı qüvvələr mane olur. Buna görə də süxurlar gərginlik şəraitində
olur. Əgər müəyyən kiçik bir sahədə ölçü və istiqamətə görə qüvvə təsir göstərirsə,
onda yaxınlıqda olan süxurlarda hissəciklərin ölçü və istiqamətə görə yerdəyişməsi
və həmçinin süxurlarda gərginlik yaranır.
Beləliklə, həmin sahənin hissəcikləri rəqsə gəlirlər və süxurlardan eninə və
uzununa dalğalar keçir. Bu zaman süxurlarda gərginlik enerjisinin udulması və
səpələnməsi ilə əlaqədar olaraq yayılan dalğaların amplitudası azalır və rəqsi
proses sönür.
Süxurların deformasiya olunması - elastiki rəqslərin müəyyən sürətlə müəyyən
məsafəyə verilməsi xassəsidir. Elastiki enerjinin səpələnməsi və udulması bir sıra
petrofiziki kəmiyyətlərlə xüsusilə temperatura və təzyiq ilə səciyyələnir. Süxurların
və mineralların elastikliyini səciyyələndirən parametrlər elastiklik modulu və
koeffisienti, xətti uzanma modulu (Yunq modulu), eninə sıxılma koeffisienti və ya
Puasson ədədi, Lame koeffisienti, eninə və uzununa dalğaların yayılma sürəti və s-
dir.
Elastiklik modulu və əmsalı

Ayrı-ayrı mineralların faza və tərkib həmcinsliyi bəzən onların polikristallik


fərdlərini bir kvazihəmcins və izotrop mühit kimi və onların monokristallarını isə
anizotrop mühit kimi qəbul etməyə imkan verir.
Polikristallik mineralların kvazihəmcinslıyı elastiki xassələrin onların ayrı-ayrı
həcmlərində baş verir. İzotropluq isə həmin xassələrin ayrı-ayrı həcmlərin
istiqamətlərində eyniliklə ifadə olunur. Anizotrop monokristallarda elastiki
xassələr müxtəlif istiqamətlərdə qeyri-bərabər qiymətdə ifadə olunur.
Süxurların deformasiyaya uğramaq, elastiki dalğaları müəyyən sürətlə
müəyyən məsafəyə ötürmək və həmçinin elastiki enerjini səpələmək və udmaq
kimi xassələri bir sıra petrofiziki kəmiyyətlərlə xarakterizə olunur.
E, G və K modullarına görə minerallar çox yüksək, yüksək, orta və alçaq
qiymətli qruplara bölünürlər:
I qrupa - təbii metallardan - dəmir; qeyri metallardan - almaz; sulfidlərdən -
pirit və markazit; oksidlərdən - ıutil, kassiterit, korund, hematit; uran və toriumlu
oksidlərdən - uraninit, torianit; mürəkkəb oksidlərdən - maqnetit, ilmenit, əksər
adalı silikatlar - forsterit, qranat, zirkon; nadir qələvi
silikatlar - beril, turmalin daxildir.
II qrupa - təbii metallardan - platina, palladium, tantal; arsenidlərdən -
kobaltin; oksidlərdən - sinkit, fosfatlardan apatit; silikatlardan - piroksenlər
(diopsid, avgit, diallaq və s.); laylı silikatlardan - serpentin daxildir.
III qrupa-metallardan-gümüş və sürmə; qeyri metallardan-qrafit və selen; bir
çox sulfid və sulfoduzlardan-qalenit, sfalerit, pirrotin, xalkopirit və s.; susuz
sulfatlardan-anhidrit və barit; susuz karbonatlardan-kalsit, dolomit, siderit və s.,
silikatlardan-hornblend, tremolit, muskovit, biotit, xloritləı, kvars, xalsedon; çöl
şpatları-albit, anortit, ortoklaz, mikroklin; feldşpatitlər-nefelin, leysit, analsim
təmsil edir.
IV qrupa-metallardan-qızıl, qurğuşun; bəzi sulfıdlər- arsenopirit, kinovar,
argentit, xalkozin; sulu sulfatlar-gips, epsomit; karbonatlardan-maqnezit; laylı
silikatlardan-talk, xloritlər aiddir.
Çökmə, maqmatik və metamorfik süxurların baş süxur törədən minerallarının,
elastiklik modullarının qiymətlərinin belə qanunauyğun dəyişməsini bir sıra
tədqiqatçılar belə izah edirlər:
Baş süxurtörədən mineralların orta çəki atom kütlələri nisbətən çox az dəyişir.
Onlar üçün kovalent ätomlaraıası əlaqənin olması minerallardakı atom sıxlıqlarının
qanunauyğun dəyişməsi onların elastiklik xassələrini müəyyən edir. Məsələn,
silikatlarda atomların yığım sıxlığı karkaslı - zəncirli-adalı ardıcıllıqda artır. Bu isə
mineralların gərginlik modullarının artmasına səbəb olur.
Korund və şpinel kimi minerallarda atomların yerləşmə sıxlığı daha böyükdür.
Ona görə də onların gərginlik modulu adalı silikatlara nisbətən böyükdür.
Sulfıdlərin, dəmir oksidlərinin və təbii metalların gərginlik modullarının
dəyişməsini onların orta çəki atom kütlələrinin dəyişməsi ilə əlaqədar edirlər. Bu
minerallar üçün kovalent - metallik və metallik atom əlaqəsi səciyyəvidir.
Beləliklə, bu qrupun minerallarının gərginlik modulu sıxlıq artdıqca kiçilir.
Eninə sıxılma koeffisientinin qiyməti nisbətən az olub, 0,08 (kvars üçün) ilə 0,34 -
0,35 (zirkon, gips, sfalerit üçün) arasında dəyişir. Mineralların E,G və K modulları
və v, β koeffısientləri temperatura və təzyiqdən asılıdır.
Elastiki gərginlik dalğalanmn yayılma sürəti

Kvazihəmcins və izotrop minerallarda eninə və uzununa dalğalar aşağıdakı


sürətlə yayılırlar:

Mineralların elastiki parametrləri temperatura və təzyiqdən asılı olduğundan


elastiki dalğaların yayılma sürəti də həmin amillərdən asılıdır. Minerallarda
uzununa dalğaların yayılma sürəti 2-dən (qızıl) 18 km/s (almaz) qədər, eninə
dalğaların sürəti isə 1,2-dən - 7,1 km/s qədər dəyişir.
vp və vs qiymətlərinin dəyişməsinə görə minerallar iki tipə bölünürlər: baş
süxurtörədən minerallar (I tip), filiz və təbii metallar (II tip).
I tip mineralların yayılma sürəti və sıxlığı həmçinin onların E və G modulları
kristallarda atomların yerləşmə sıxlığı artdıqca böyüyür. Buna görə də v p və vs
arasında yaxşı və düz korrelyasiya əlaqəsi müşahidə olunur.
II tip minerallar üçün isə vp və vs arasında tərs asılılıq qeyd olunur. Polimineral
süxurların bərk izotrop komponentlərinin Ev, Gv, Kv modulları vv koefisienti, vpv və
vsv dalğalarının yayılma v sürəti, onların mineraloji tərkibi, Gvi, Kvi gərginlik
modulları və süxurları təşkil edən mineralların Gvi sıxlıqları ilə qiymətlənir.
Maqmatik süxurların bərk komponentlərin gərginlik modulları və elastiki
dalğaların yayılma sürətlərinin qiymətlərini təhlil edərək, qeyd etmək olar ki, bu
qiymət ultramafitlərdə yüksək (vpv = 7,5-8,5 km/s, vsv -4-5 km/s, Esv= 1,2-2 MPa,
Gv = 0,5 - 0,8 M Pa, Kv = 1,0 - l,3MPa) qranitoidlərdə isə alçaqdır və aşağıdakı
qiymətlərlə səciyyələnir: vpv- 5 - 6,2 km/s, vsv — 3,5-3,6 km/s, Ev = 0,8 - 0,9 MPa,
G v = 0,32 - 0,37 MPa, Kv = 0,475-0,58 MPa
Orta və əsas tərkibli süxurların elastiki xarakteristikalarının qiymətləri
ultramafıtlərlə qranitoidlər arasında dəyişir. Ultramafıtlərdə yüksək elastiki
modullu minerallar üstünlük təşkil edir: olivin, diopsid, avgit və s. qranitoidlərdə
isə alçaq elastiki modullu minerallar - kvars, çöl şpatları iştirak edir.
Çökmə süxurların bərk komponentinin elastiki xassələri nisbətən zəif
öyrənilmişdir. Kalsitin və kvarsın elastiki xarakteristikalarına görə əhəng daşlarının
bərk fazasının elastikliyi qranitoidlərə nisbətən daha çox, qumdaşlarınınkı isə
qranitoidlərə yaxındır.
Metamorfik süxurların bərk komponentinin elastiki xarakteristikaları
maqmatik süxurlarda olduğu kimidir. Elastiki xarakteristikaların ən yüksək qiyməti
tərkiblərində qranatlar olan eklogitlərdə qeyd olunur. Bu qiymət kvarsitlərdə ən
kiçikdir.
Süxurların aqreqatları ümumi halda bir-birindən fərqli elastiki xassələrə malik
olan fazalardan təşkil olunmuşlar. Süxurların skeleti də spesifik elastikliyə
malikdir. Skelet əsasən müxtəlif tərkibli, formalı və əlaqəli iri dənələrdən təşkil
olur. Bunlara karbonatlı, kvarslı, gilli sementlər də aiddir.
Dənələrarası, bir-biri ilə əlaqədar olan boşluqlarda maye, qaz və hər ikisi
birlikdə iştirak edir. Bəzən məsamələrdəki qaz və ya maye doldurucu süxurlardan
gərginlik dalğaları keçdikdə, əmələ gələn kiçik və dəyişən gərginlik artımı
nəticəsində praktiki olaraq dövr edə bilmir. Belə süxurların boşluqlarına kənardan
maye doldurucu daxil olmur. Kiçik və dəyişkən gərginlik dəyişmələri süxurlardan
səs dalğaları keçdikdə qayıtmayan deformasiyalar yaratmır. Bu süxurların
məsamələri qapalı hesab olunur. Bunlara misal kiçik məsaməli, pozulmamış
çöküntü, maqmatik və metamorfik süxurları, gilləri və istismarda olmayan qapalı-
gərgin rejimdə yüksək məsaməli süxurları göstərmək olar. Belə süxurları
gələcəkdə F.Qassmana görə differensial-elastiki süxurlar adlandıracağıq.
Elə süxurlar vardır ki, onlarda qaz və ya maye fazaları elə həcmdə olur ki, bu
onların gərginliyinə nəzərə çarpacaq dərəcədə təsir göstərir. Belə süxurları nisbətən
kiçik və praktiki fazalararası əlaqəsi olmayan süxurlara bölürlər. Birincilərə (çaqil,
axıcı qumlar, istismar olunan neft və qazlı qumlar, qumdaşları, alevrolitlər, kövrək
əhəng daşı və dolomitlər) fazalararası natamam əlaqəli differensial elastiki süxurlar
adlanırlar. Bunların maye və bərk komponentləri biri digərinə nisbətən yerlərini
dəyişdirirlər. Bu yerdəyişmələr qarşılıqlı əlaqədardırlar.
Daha yaxşı öyrənilmiş süxurların elastiklik xarakteristikaları uyğun olaraq
aşağıdakı hüdudlarda dəyişir:
vp = 0,2÷8,8 km/s; E = (0,01÷2,35) 1011 Pa; ν = 0,04÷0,6
Ayrı-ayrı süxurların elastiki dalğalarının yayılma sürətinə və Yunq modulunun
qiymətinə görə aşağıdakı ardıcıllıqla yerləşirlər:
maqmatik (vp = 2,52÷8,77 km/s); E= (0,1÷2,3)1011 Pa;
metamorfik - (vp = 1,45÷7,6 km/s); E = (0,05÷l,91)1011 Pa;
çökmə - (0,3÷7,6 km/s); E = (0,01÷1,75)1011 Pa.
Çökmə süxurlar daha az elastikidirlər. vp və E parametrlərinin daha kiçik
qiymətləri yüksək məsaməli, az sıxlıqlı süxurlarda, böyük qiymətləri isə az
məsaməli qum daşlarında, əhəng daşlarında, dolomitlərdə və digər çökmə
süxurlarda qeyd olunur.
vp -nin yüksək qiyməti daş duzda, vp və E -nin yüksək qiyməti isə anhidritin
bəzi növlərində müşahidə olunur.
Maqmatik süxurlar içərisində ən elastiki, tərkibində çoxlu mafık minerallar
(olivin, piroksenlər, amfibollar) olan ultraəsas süxurlardır. Məsələn, dunit və
peridotitlər üçün vp və E-nin qiymətləri uyğun olaraq 7,4÷8,8 km/s və
(0,18÷2,35)1011 Pa hüdudlarda dəyişir. Bu parametrlərin qismən yüksək qiymətləri
əsası, daha kiçik qiymətləri isə orta tərkibli süxurlarda müşahidə olunur. v p və E-
nin daha kiçik qiymətləri qranitlərdə, qranodioritlərdə, kvarslı dioritlərdə qeyd
olunur.
Effuziv süxurların elastikliyi intruziv süxurlara nisbətən kiçikdir. Məsələn,
bazaltlarda elastiki dalğaların yayılma sürəti 2,5 km/s qədər azala bilər.
Metamorfık süxurlar üçün vp və E-nin ən kiçik qiymətləri turş tərkibli orto- və
paraşistlərdə (vp=l,5÷6,6 km/s, E= (0,05÷1,09)1011 Pa), daha yüksək qiymətləri isə
amfıbolitlərdə (vp=6,54÷7,2 km/s, E=(0,124÷1,35)1011 Pa), roqoviklərdə
(vp=5,39÷6,21 km/s, E=0,61011 Pa), ekloqitlərdə (vp=6,6÷8,0 km/s,
E=(l,23÷l,91)1011 Pa) qeyd olunur. vp və E-nin orta qiymətləri serpentinitlərdə,
mərmərlərdə, kvarsit və qneyslərdə müşahidə olunur. G modulunun qiyməti
nisbətən kiçik olub, onlar bəzən Yunq modulunun uyğun qiymətlərindən iki dəfə
kiçik olur.
vpII və EnII qiymətləri laylı süxurlarda laylar boyunca alınan qiymətlə layın
uzanmasına perpendikulyar istiqamətdə (vp1 və Ev) alınan qiymətdən böyükdür.
Süxurların Puasson ədədinin qiyməti 0,04-dən 0,6-ya qədər dəyişir, əksər
hallarda isə 0,18÷0,35 arasında olur. Kvarslı süxurlarda, xüsusilə alevrolit,
qumdaşı kimi növlərdə, qranitlərdə, kvarslı porfırlərdə, kvarslı dioritlərdə, kvarslı
fillitlərdə Puasson ədədinin qiyməti 0,05÷0,15 arasında dəyişir. Məsaməli
bazaltlarda bu qiymət daha kiçikdir (0,04).
Gil, alevrolit, qumdaşları, daş-duz və kömürdə, bəzi metamorfık süxurlarda,
gilli şist və amfibolitlərdə Puasson ədədinin qiyməti 0,4÷0,6 arasında dəyişir. Belə
yüksək qiymət onların az məsaməli olması ilə izah olunur.

Mineralların və süxurların yüksək təzyiq və temperatura


şəraitində elastiki xassələrinin dəyişməsi

Minerallarda yaranan elastiki dalğaların sürəti yüksək təzyiq təsiri nəticəsində


artır, lakin artım qanunu təzyiqin müxtəlif mərhələlərində fərqli olur. Belə ki,
təzyiqin başlanğıc mərhələlərində sürətin kəskin artması, kristallarda mövcud olan
mikroçatvari qüsurların bağlanması ilə əlaqə dardır. Təzyiq 2-10 kqs/sm2 dan çox
olduqda, sürətin artımı azalır və 3 - 8 %-dan artıq olmur.
Polikristallik minerallar aqreqatlarında və süxurlarında elastiki dalğaların
sürətinin yüksək təzyiqin təsiri nəticəsində artması tərkib və struktura
xüsusiyyətləri ilə bağlıdır. Burada da təzyiq artdıqca mikroçatlı məsaməliyin
(tekstura məsaməliyinin) ləğv olunması (1-2)10 kqs/sm2 təzyiqə qədər davam edir
və bu prosess süxurların hissəciklərinin aku- stik əlaqəsinin yaxşılaşmasına görə,
sürətin kəskin dərəcədə artmasına səbəb olur.
Təzyiq 2∙10 kqs/sm2-dan çox olduqda, elastiki dalğaların sürəti süxurların
mineraloji tərkibindən, mineral dənəciklərin ölçüsü və istiqamətləndirilməsindən
asılıdır. Məsələn, ultraəsas süxurlarda yüksək təzyiq şəraitində uzununa dalğaların
sürəti 8 km/s və daha çox olur.
Süxurların məsamə boşluqlarınm maye ilə dolu olması onların akustik
xassələrinin yaxşılaşdırılmasına səbəb olur, lakin bu zaman sürətin təzyiq
nəticəsində artması, mayenin sıxılmaya qarşı müqavimətinə görə, bir qədər az olur.
Bəzən süxurlarda mineralların istiqamətlənməsi müşahidə olunur. Bu zaman
sürətin ölçmə istiqamətindən asılı olaraq 17 %-ə qədər sürət anizotropiyası qeyd
olunur. Əsas və turş maqmatik süxurlar adətən mineralların qeyri istiqa-
mətləndirilməsi ilə əlaqədar, izotrop sayılırlar (anizotropiya nadir hallarda 3 %-dən
çox olur). Ümumi halda əsas tərkibli süxurlarda uzununa dalğaların sürəti yüksək
təzyiq şəraitində ultraəsas süxurların sürətindən az, turş süxurların sürətindən isə
çox olur. Deyilənləri şəkildə təsvir olunmuş sürətlərin yüksək təzyiq şəraitində
ehtimal paylanma variasiyası əyrilərindən görmək olar.
Eninə dalğaların sürətinin yüksək təzyiq şəraitində dəyişməsi əsasən uzununa
dalğaların sürətinin dəyişmə qanununa oxşayır. Maqmatik süxurların effuziv
növləri, bir qayda olaraq, elastiki dalğaların daha kiçik sürətləri və qeyri kəskin
dəyişmə qanunu ilə xarakterizə olunurlar. Bu isə belə süxur larda mövcud olan və
(15-20) 10 kqs/sm2 təzyiqə qədər qapanmayan həcm məsamələri və tərkibində şüşə
maddəsinin olması ilə əlaqədardır. Metamorfık süxurlar tərkibində çoxlu müxtəlif
vəbiri-birindən fərqlənən minerallar, laylanma (kristallik şistlər və qneyslər),
yaxud mineralların istiqamətlənməsi kimi xüsusiyyətlərə malikdirlər. Bu tərkib və
quruluş xüsusiyyətləri elastiki dalğaların sürətinə təsir edir və yüksək təzyiq
şəraitində geniş intervalda dəyişməsinə səbəb olur.
Süxurlarda elastiki dalğaların sürətinə yüksək temperaturun təsiri, təzyiq
şəraitindən asılı olaraq, müxtəlifdir. Belə ki, normal (atmosfer) təzyiqdə süxurların
100°C-yə qədər qızdırılması elastiki dalğaların sürətinin dönməz dərəcədə
azalmasına gətirir. Bu, süxuru təşkil edən mineralların müxtəlif dərəcədə istilik
genişlənməsi ilə əlaqədar daxili parçalanma nəticəsində baş verir. Digər tərəfdən,
daxili parçalanmanın səbəbi, məsaməlikdə olan mayenin qaynaması ilə
əlaqədardır.
Yüksək təzyiqin təsiri belə hadisələrin qarşısını alır, məhz buna görə (3 - 4)103
kqs/sm2 təzyiqdə və temperatura 300 - 400° C-yə qədər temperaturada, sürətin
təzyiqə görə dönən asılılıqlarını müşahidə etmək mümkündür. Çökmə süxurlarda
uzununa dalğaların sürətinin təzyiqdən asılılığı, əsas etibarilə, süxur skeletinin
başlanğıc elastikliliyindən, məsaməliyindən və fluidin növündən asılıdır. Skeletin
elastikliyi isə məsaməlikdən və bərk fazanın sıxılmasından asılıdır:

Bu zaman skeletin elastikliyi də məsaməlikdən asılı olur. Məsaməlik çox


olduqça, skeletin elastikliyinin artmasına daha çox ehtimal yaranır. Lakin biri
birindən tərkib və strukturasma görə fərqlənən süxurların sürətinə təzyiqin təsiri
müxtəlif olur.
Sementləşdirici maddənin mineraloji tərkibi və strukturu da mühüm əhəmiyyət
kəsb edir, çünki, çöküntü süxurlann deformasiyası artıq dərəcədə sementləşdirici
maddələrdən asılıdır. Təzyiqin artması ilə sürətin minimum dəyişməsi qırıntılı,
kvars və silisium sementi olan, maksimum dəyişməsi isə gilli sementi olan
süxurlarda müşahidə olunur.
Əhəng daşlarının əsas mineralı - kalsitin elatiki xassələri kvarsın elastiki
xassələrindən yüksək olduğuna görə, eyni məsaməliyi olan əhəng daşlarında
sürətin qiyməti qumdaşlarındakından çox olur. Karbonat süxurlarında təzyiq nə-
ticəsində sürətin dəyişməsi bir qədər az olur və 15- 20 % təşkil edir.
Sementləşmiş çökmə süxurlardan gillər ən kiçik sürətə malikdirlər. Səbəbi
gillərin tərkibində əsasən kiçik dənəciklərin olmasına görə, məsaməliyin yüksək
olmasıdır. Sürətin təzyiq nəticəsində artması gillərdə gilli qumdaşlarından xeyli
kiçik olur və 10-30 % təşkil edir.
Çöküntü süxurlarda təzyiq artdıqca sürətlərin dəyişməsi məsaməlik ilə düz
mütənasibdir. Belə ki, sürətlərin təzyiq nəticəsində artmasında məsaməliyin
əhəmiyyəti bütün süxurlarda məsaməliyin hər 1 %-nə 2,0-2,5 % təşkil edir. Lay su-
l a r ı n ı n sürətə təsiri yüksək təzyiq şəraitində azalır. Məsələn, atmosfer təzyiqində
qazdoyumlu və sudoyumlu süxurların elastiki xassələrinin fərqi 20-30 % olduğu
halda, təzyiq (0,5-1)10 kqs/sm2 olduqda bu fərq yalnız 2 - 10 % təşkil edir. Daxili
lay (məsaməlik) təzyiqinin təsiri xarici təzyiq təsirinə əks olur. Lay təzyiqinin
artması süxurlara effektiv təzyiqin təsirini azaldır və elastiki dalğaların sürətlərinin
azalmasına səbəb olur.
Elastiki xassələrinə yüksək temperaturun təsiri süxurların sementləşmə
dərəcəsindən asılıdır. Zəif sementləşmiş çöküntülərdə sürətin temperaturdan
asılılığı mayenin sıxılmasından asılıdır. Temperatur 60°C olanda çökmə
süxurlarda sürət bir qədər artır, lakin temperatur daha çoxaldıqca, sürət azalır.
Yüksək ınəsaməli sementləşmiş və lay suları olan qıımdaşlarında uzununa
dalğaların sürəti differensial təzyiq 25-100 kqs/sm2 olduqda və temperatura 50-
60°C-yə qədər artdıqda, çoxalır. Az məsaməli qumdaşlarmda, alevrolitlərdə, əhəng
daşlarında və gillərdə isə temperaturun 90°C-dən 150°C-dək diapazon əyrilərində
sürətlərin daha kəskin azalması müşahidə olunur. Gillərdə və əhəng daşlarında
sürətin azalması kvarslı qumdaşlarına nisbətən daha çox olur.

Süxurların petrofiziki təsnifatı

Süxurların təsnifatı onların fiziki xassələrinin tipik (nümunəvi) səciyyələrinə


əsaslanır və bunların içərisində aşağıdakıları ayırmaq olar:
1. Müxtəlif fiziki xassələrin müxtəlif atom təbiəti, həmçinin müxtəlif
əmələgəlmə şəraitində süxurların bir xassəsi;
2. Mineraloji tərkib, struktur və tekstura ilə əlaqədar olan süxurların fiziki
parametrlərinin qiymətlərinin geniş hüdudda olması;
3. Bir çox petroqrafik süxur qruplarının ayrı-ayrı parametrlərə, həmçinin
parametrlər kompleksinə görə fiziki xassələrin ekvivalentliyi.
Göstərilən xüsusiyyətlər uyğun olaraq süxurların fiziki təsnifatını, başqa sözlə
onları ancaq fiziki xassələrə görə siniflərə və qruplara və süxurların petroqrafik
xüsusiyyətlərinə və fiziki səciyyələrinə əsasən petrofiziki təsnifatını tərtib etmək
lazımdır.
Süxurların fiziki təsnifatında siniflərin ayrılması üçün başlıca nişanə onların
atom təbiətidir.
Sıxlıq və elastikliyə görə bərk maddələrin kimyəvi elementlərinin elektron
təbəqələrinin quruluşu və uyğun olaraq mineralların kristallokimyəvi strukturları
ilə fərqlənən iki tipə ayırırlar:
I tip bərk maddələr üçün (bunlara bütün suxurlar aiddir) sıxlığın və
elastikliyin dəyişməsi bütünlüklə həcmin dəyişməsinin hesabına baş verir.
II tip bərk maddələrə əsasən filiz mineralları və təbii metallar aiddir; onların
sıxlığının və elastikliyinin dəyişməsi kütlələrinin müxtəlifliyi ilə əlaqədardır.
Maqnit xassələrinə görə diamaqnit, paramaqnit, ferro-paramaqnit və
ferromaqnit süxur sinifləri ayırırlar. Xüsusi elektrik müqavimətinin qiymətinə görə
ion keçiricili, elektron keçiricili süxurlar və xüsusi elektrik müqaviməti duzla- im
sulu məhlullarının ion keçiriciliyi ilə və süxurların mineral skeletinin yarım
keçiriciliyi ilə səciyyələnən siniflərə ayırırlar
Sonuncu süxurlar sinfinin xüsusi elektrik müqavimətinin yüksək qiymətdə
olması onları şərti olaraq yarımkeçiricilər sinfi adlandırmağa imkan verir.
Süxurlar radioaktivliklərinə görə onlarda güclü (uran, toriumu və s.) və zəif
(kalium və s.) radioaktiv elementlərin olmasına görə uran-toriumlu və kaliumlu
siniflərə ayrılırlar.
Fiziki təsnifa Yer qabığının geoloji kütlələrinin səciyyəvi fiziki xassələrini
ayırmağa imkan verir. Ancaq ayrı-ayrı petroqrafik süxur qruplarının bəzi fiziki
parametrlərinin bir sıra parametrlərə yaxın qiymətləri müşahidə olunur. Məsələn:
müxtəlif tərkibli intruziv süxurlar sıxlıqlarına görə kəskin fərqlənirlər, ancaq bir
çox qruplar sıxlıqlarına görə metamorfik və sıxılmış çökmə süxurlara yaxındırlar.
Maqnit xassələrinə görə bir genetik tipin süxurları oxşar ola bilərlər, lakin onların
əmələgəlmə şəraitləri müxtəlifdir.
Süxurların fiziki siniflərinin onların atom təbiətinə görə ayrılması əsaslı olaraq
onların fiziki xassələri arasındakı qarşılıqlı əlaqəyə əsaslanır. Fiziki qarşılıqlı əlaqə
bir xassənin digər xassənin dəyişməsindən asılıdır. Beləliklə, nümunələrdə
asanlıqla təyin olunan parametri öyrənməklə təbii yatımda digər parametrləri
öyrənmək mümkündür.
Petrofizikada əsas qarşılıqlı əlaqələr korrelyasiyalardır. Xassələr arasındakı
korrelyasiya həmişə bir xassənin digərindən asılı olmasını göstərmir, belə ki, bəzən
parametrlər tədqiqatlarda qeyd olunmayan parametrlərdən asılı olmaya bilər.
Məsələn: minerallarda belə amillər maddənin daxili quruluşu və xarici
termodinamik şəraiti ola bilər. Süxurlarda fiziki xassələr arasındakı qarşılıqlı
əlaqənin mineralların daxili quruluşuna əsasən müəyyən edilməsi düzgün deyildir.
Belə ki, süxurların struktur-tekstura əlamətləri, məsamələri doldurma tipini nəzərə
almaq lazımdır və s. Ona görə də süxurları məsaməli və sıx teksturalı
yarımsiniflərə ayırırlar.
Sıx teksturalı süxurlar yarımsiııfındə, başqa sözlə intruziv, paleotip effuziv
süxurlarda və metadiagenezə məruz qalmış çökmə süxurlarda bir çox fiziki
xassələri təyin edən amil mineraloji tərkibdir. Məsaməlilik fiziki xassələrə, mine-
raloji tərkibə nisbətən az tə’sir göstərmir. Məsaməli teksturalı süxurlar
yarımsinfində, xüsusilə kaynotip effuzivlərdə və çökmə süxurlarda fiziki xassələrə
tə’sir edən başlıca amil məsaməlikdir.
Yüksək məsaməli süxurlar üçün sıxlıq, elastiki dalğaların yayılma sürəti, istilik
keçirmə kimi asılılıq səciyyəvidir. Bir sıra fiziki xassələr (maqnitlənmə,
radioaktivlik) ümumi atom təbiətindən və ya ümumi geoloji amillərdən asılı deyil-
dir. Buna görə də onlar arasında düz asılılq yoxdur.
Bir fiziki xassənin müxtəlif parametrləri arasındakı qanunauyğun əlaqələrin,
geofiziki məlumatların interpretasiyasında böyük əhəmiyyətə malikdir. Bir çox
süxurlar üçün maqnit həssaslığı və ümumi maqnitlənmə əsasında aydın
korrelyasiya asılılığının böyük əhəmiyyəti vardır.
Maqnit həssaslığının öyrənilməsi süxurların maqnit səciyyələri arasındakı və
onların kimyəvi və mineraloji tərkibləri arasındakı əlaqəni açmağa imkan verir.
Seysmik materialların interpretasiyasının dəqiqliyinin artması müxtəlif tərkibli
və quruluşlu süxurlarda eninə və uzununa dalğaların yayılma sürəti arasındakı
əlaqəni öyrənməyə imkan yaradır.
Süxurların fiziki xassələrinin müxtəlif fiziki-geoloji amillərdən bütün
asılılıqları normal termodinamik paramerlərdə öyrənilmiş və bu asılılıqlar bir çox
hallarda saxlanılır. Bu isə onların geofiziki üsulların məlumatlarına görə Yerin
dərin qatlarının xassə və tərkibini öyrənməyə imkan verir.
Bir çox petroqrafik süxur qruplarının eyni (ekvivalent) fiziki xassələri
mineraloji və kimyəvi tərkibdən, onların faiz nisbəti kimi amillərdən asılıdır.
Petroqrafik təsnifata əsaslanan qanunauyğunluqlar süxurların fiziki xassələrinin
dəyişmə qanunauyğunluqlarından fərqlənir. Buna görə də bir çox petroqrafik
qruplarda fiziki parametrlərin geniş diapazonda dəyişməsi müşahidə olunur.
Süxurların petroqrafik qruplara bölünməsi onlara daha tam səciyyə verilməsinə
imkan yaradır. Belə ki, müxtəlif fiziki parametrlər maddənin atom quruluşunun
xassələri ilə əlaqədardır, başqa sözlə, atomların xarici və daxili elektron
orbitlərinin quruluşundan asılıdır.
Süxurların petrofiziki qruplarını ayırmaq üçün onların ən əsas petroqrafik və
fiziki səciyyələrindən istifadə edirlər:
1. Süxurların genetik tipi.
2. Süxur törədən minerallara görə süxurların minerallarının miqdari tərkibi.
3. Süxurların struktura-tekstur əlamətləri.
4. Süxurların fiziki xassələri:
a) fiziki xassənin təbiəti;
b) fiziki parametrlərin paylanmasının statistik qanunu;
c) fiziki parametrlərin orta qiyməti, dispersiya kəmiyyəti.

5. Metamorfizm, metasomatoz və diagenezin tipi.


6. Maqmatik süxurların formasiya mənsubiyyəti.
7. Ferromaqnit və elektron keçiricili mineralların tərkibi.
Süxurların petrofıziki təsnifatında onları dörd genetik tiplərə bölürlər:
intruziv, effuziv, metamorfık, çökmə. Genetik xüsusiyyətlərlə yanaşı fiziki
parametrlər də nəzərə alınır. Tədqiqatlar maqmatik və metamorfık süxurların
petrofıziki qruplarının tam və dolğun olaraq dörd parametrə görə ayrılmasına
imkan verir: sıxlıq, maqnit həssaslığı, elastiki dalğaların sür’əti və xüsusi elektrik
müqaviməti. Çökmə süxur qrupları formasiya analizi əsasında ayrılırlar.

İntruziv süxurlar

Sıxlığın dəyişməsi fasiləsiz sıra üzrə eyni zamanda kimyəvi və mineraloji


tərkibin ultra-turşdan ultra-əsaslara qədər tədrici dəyişməsi ilə baş verir.
Süxurlarda sıxlığın statistik paylanması normal qanuna uyğun gəlir. İntruziv süxur-
lar sıx teksturalı süxurlar yarımsinfmə mənsubdurlar. Onların arasında turş və orta
tərkibli - sıxlıq intervalı 0,02- 0,05q/sm3 olan və əsas tərkibli - 0,03-0,08q/sm3 olan
petro- sıxlıqlı qruplar ayrılır. İntruziv süxurlarda uzununa dalğaların yayılma sürəti
5,0-dən 8,4km/s-a qədər dəyişir. Parametrin paylanma qanunu normaldır.
Petrosürət qruplarını ayırmaq üçün başlıca kateqoriyalar - mineraloji tərkib və
Vp-nın orta qiymətinə görə süxurların qruplaşdırma intervalı turşlardan əsaslara
qədər 0,1- 0,3km/s-a bərabərdir. Bir petrosürət qrupunda 2-3 petrosıxlıq qrupları
birləşir.
Süxurların elastiki xarakteristikasına onların mikrotekstur quruluşu tə’sir edir.
Maqnit həssaslığına görə intruziv süxurların təsnifatında mineralların tərkibi,
maqnit həssaslığının təbiəti və qiyməti, formasiya mənsubiyyəti nəzərə alınmalıdır.
Əksər petroqrafık qruplarda maqnit həssaslığının dəyişmə diapazonu genişdir,
ancaq bir maqmatik faza üçün dispersiya parametri böyük deyildir. Buna görə də
qruplaşdırmanı maqnit həssaslığının müəyyən intervallarma görə aparırlar və 10
qrup ayırırlar (A-K).
Xüsusi elektrik müqavimətinə görə 3 sinif ayrılır: yarımkeçiricilər, tam
keçiricilər və elektron keçiriciləri. Bütün siniflər üçün dispersiya yüksəkdir.
Yarımkeçiricilər sinfinin intruziv süxurları yüksək müqavimətə malikdir, bu isə
mineraloji tərkib, məsamə boşluqlarının strukturu, açıq məsaməlik və məsamə
sularının minerallaşması ilə təyin olunur.
Müqaviməti çat sularının minerallaşması ilə əlaqədar olan ion keçiriciləri
kəsilişlərin yuxarı hissəsi və çat zonaları üçün səciyyəvidir. Bu sinfin qrupları
xüsusi elektrik müqavimətinin eyni intervallarında dəyişməsinə uyğun olaraq ayrı-
lır.
Filiz yataqlarında elektron keçiricili süxurlar sinfinin müqaviməti filiz
minerallarının möhtəviləriniıı elektrik keçiriciliyindən və süxurların qrafıtləşmə
dərəcəsindən asılıdır.
Effuziv süxurlar

Paleotip və kaynotip effuziv süxurların fiziki xassələri müxtəlif olur. Paleotip


effuziv süxurların fiziki səciyyələri təbiətinə, kəmiyyətinə və dispersiya
parametrlərinə görə uyğun intruziv süxurların qiymətlərinə yaxındır. Buna görə də
petrosürət, petrosıxlıq və petroelektrik qrupların ayrılması uyğun kriteriyalara
əsaslanır.
Kaynotip süxurlar məsamə teksturali süxurlar yarımsinfinə aiddir. Petroqrafik
qrupları ayırdıqda mineraloji tərkib və tekstura nəzərə alınır. Pemza, badamvari və
massiv teksturali süxurlar müxtəlif petrosıxlıqlı, pctrosürətli və petroelektrikli
qruplara ayrılır.
Maqnit səciyyələrinə görə Kəm paleotip, həm də kaynotip effuziv süxurlar
intruzivlərə yaxındır.

Metamorfik süxurlar

Metamorfik süxurların fiziki xassələrinin dəyişmə qanunauyğunluqları


intruziv süxurlara yaxındır. Onlar sıx teksturalı süxurlara aid olduqlarından onların
sıxlığı mineraloji tərkibdən asılıdır. Elastiki dalğaların yayılma sür’əti mikro-
teksturadan asılıdır. Əksər metamorfik süxurlar ferromaqnit, ferro-paramaqnit və
az miqdarda (məsələn, mərmərlər) diamaqnit siniflərə mənsubdur.

Çökmə süxurlar

Çökmə süxurları tiplərə ayırdıqda bir çox parametrlər – 𝛿, 𝑣𝑝 və 𝜌 −nun


dəyişmə qanunauyğunluqlarını əks etdirən diagenezin dərəcəsi ilə əlaqəsindən
istifadə olunur. Platformaların çöküntü örtüyü, süxurların formasiya mənsubiyyəti-
ni nəzərə almaqla, daha xırda qruplar ayırmaq labüddür.

Geoloji mühitlərin petrofiziki modelləri

Neftli-qazlı yataqların geoloji-fiziki parametrlərində əsas məsələlərdən biri


mövcud parametrlər arasında korrelyasiya asılılıqlarının təyinidir. Belə ki, əksər
hallarda təsadüfi bir verilənin digərindən yaxud digərlərindən asılılığının müəyyən
edilməsi tələb olunur. İki təsadüfi verilən funksional, yaxud digər statistik asılılıq
növü ilə əlaqədar və müstəqil ola bilər.
Statistik tipli asılılıq olduqda, hansısa bir verilənin dəyişdiyi halda digər
verilənin dəyişməsi müşahidə edilir. Bu zaman statistika asılılığı korrelyasiya
asılılığı adlanır və hansısa bir verilənin dəyişdiyi halda digər verilənin orta
qiymətinin dəyişməsi ilə nəticələnir.
Adətən hər biri dəyişən parametrin vahid sayılan parametrdən asılı şəkildə
olan iki reqressiya tənliyi tərtib olunur. Hər reqressiya xətti asılı dəyişənin müstəqil
dəyişəndən asılılıq nöqtələrinin qeometrik izlərini təsvir edir. Beləliklə, iki
reqressiya xətti təsadüfi verilənlərin təhlili nəticəsində təyin edilir.Verilənlər
diskret, yaxud interval sıralarına qruplaşmış vəziyyətdə təsadüfi paylanma
korrelyasiya vasitəsilə işlənir və asılı verilənlər, ardıcıl olaraq, digər müstəqil
sayılan, verilənin intervalı üzrə hesablanırlar.
Xətti normal korrelyasiya zamanı əlaqəli düsturlar aşağıdakı şəkildə təsvir
edilir:
Y- verilənlər X -verilənlər üzrə hesablananda
𝝈𝒚
Y=y+𝒓 (𝒙 − 𝒙 ̅)
𝝈𝒙
X - verilənlər Y-verilənlər üzrə hesablananda isə
𝝈
X=𝒙̅ + 𝒓 𝒙 (𝒚 − 𝒚̅)
𝝈𝒚
burada 𝑥̅ və 𝑦̅ əlaqəli parametrlərin orta qiymətləridir; σx və σy asılı dəyişənin
müstəqil dəyişən üzrə şərti paylanmasının orta kvadratik fərqidir; r - isə asılılıq
dərəcəsini əks edən korrelyasiya əmsalıdır. Korrelyasiya əmsalı 0 olduqda, asılılıq
heç dərəcəsində, 1 olduqda isə funksional asılılıq mövcuddur.
Korrelyasiya əmsalı kovariasiya adlanan ikinci qarışıq mərkəzi moment
şəklində

kimi təyin edilir.


Hesablamalar təcrübəsində daha geniş istifadə edilən düsturlar da
göstərmək olar.

Petrofiziki tədqiqatlar zamanı çox vaxt hansısa bir parametr (Z) iki və daha
çox (X,Y) parametrlərdən asılı olur. Bu halda çoxölçülü korrelyasiya tədqiqatından
istifadə olunur. Bu cür asılılıqların adətən məsaməlik, keçiricilik, sıxlıq, xüsusi
elektrik müqaviməti, gillilik və s. aralarında təyin edilir.

Petrofıziki xəritə və kəsilişlər

Müəyyən rayon üzrə fiziki xassələrin tam dəyişməsini tam dərəcədə təsəvvür
etmək üçün petrofıziki xəritə və kəsilişlər tərtib edilir.
1. Petrofıziki xəritələr.
2. Fiziki parametrlər xəritəsi.
3. Xüsusi təyinatlı xəritələr.
Petrofıziki xəritələr. Petrofıziki xəritələr hər bir rayonunun tədqiqində əsas
xəritələrdən sayılıb, süxurların petrofıziki qruplarının planda paylanmasını əks
etdirir. Süxurların petrofıziki xəritələrinin işarələnməsi (leqendası) süxurların
genetik, tərkib və fiziki xassəsinin qiymətinə görə fərqlənməsini təsvir etməlidir.
Struktur-tekstur xüsusiyyətləri isə fiziki xassələrin qiymətində nəzərə alınır.
Süxurların genetik tipi, yəni intruziv, effuziv, metamorfik və çökmə süxur
xəritələrində xalis və xalis-işarəli (ştrixlər və s.) rəngləmə ilə təsvir olunur.
Süxurların tərkibi rənglənmə xarakteri ilə fərqlənir. İntruziv və effuziv
süxurların turş, orta, əsas, ultra-əsas və qələvili növlərinə bölünməsi ilə əlaqədar,
xəritələrdə onlar qırmızı, qəhvəyi, yaşıl, bənövşəyi və göy rəng ilə işarələnir.
Tərkibində turş, orta, əsas plaqioklaz və karbonat olan metamorfik süxurlar
müvafiq olaraq qırmızı, yaşıl, göy və bənövşəyi rəngli-işarəli qaydada təsvir
olunur. Müxtəlif tipli metamorfızm formasiyaları ştrixlənmə ilə fərqlənir. Çökmə
süxurların gilli, qumlu-qırmtılı, karbonatlı və hidrokimyəvi tipləri müvafiq olaraq
boz, sarımtıl-boz, yaşılımtıl-boz, mavi, yaşılımtıi-mavi rəngləmə və işarələmə ilə
təsvir olunur.
İşarələmə və rəngləmə sxeminin istifadəsi xəritələrin əsas məqsədini, yəni
süxurların tərkibi və fiziki xarakteristikasını əks etdirir.
Petrofiziki xəritələrdə qeyd olunan suxur qrupları indekslənir.Suxurlar
qrupunun indeksi rus və yunan hərfləri ilə işarələnir. Rus hərfləri ilə fiziki
parametrin qiyməti, yunan (petroqrafik xəritələrdə olduğu kimi) hərfləri ilə
suxurların tərkibi. Fiziki parametrlər (sıxlıq, maqnitlik, radioaktivlik) cədvəl 5-də
göstərildiyi kimi indekslənir.

Cədvəldə göstərilən qrup bölgülərindən başqa daha ümumi yaxud daha xırda
qruplar da ayırmaq olar. Məsələn, qrup I σ = 2,45 - 2,5 ; II σ = 2,45 - 2,475 və
σ=2,475 - 2,50 bölünəcək, Q və D qrupları isə QD χ= 700-300 QD qrupunda
birləşirlər. Fiziki parametri əks edən indeks yanında petroqrafik indeks yazılır.
Məsələn, Bα Hγ vəs.
Petrofiziki xəritələr əsas xəritələr sayılırlar, fiziki xassələr və xüsusi təyinatlı
xəritələr isə petrofiziki xəritələrin tərtibi üçün məlumat kifayət olmadıqda tərtib
edilirlər.
Fiziki parametrlər (xassələr) xəritələri suxurlarm növləri və tərkibi barəsində
məlumat olmadan, fiziki xassələr haqqında məlumatı əks etdirirlər.
Bu xəritələr müvafiq nöqtələrdə xassələrin cari yaxud orta qiymətlərinə uyğun
olaraq izoxətlər vasitəsi ilə tərtib edilirlər. Fiziki parametrlər xəritələri eyni tonda
rənglənirlər, parametrin qiyməti artdıqda isə rəngin intensivliyi artır.
Xüsusi təyinatlı xəritələr. Bu növ xəritələr müvafiq məsələlərin həlli
məqsədilə tərtib edilir. Məsələn, maqmatik formasiyaların petrofiziki qruplarının
aşkar edilməsi və s.

Süxurların petrofiziki xəritələrinin tərtib üsulları.

Petrofiziki xəritələrdə aşkar edilmiş petrofiziki qrupların sərhədləri qeyd


olunur. Petrofiziki qrupların aşkarı zamanı suxurlarm genetik tipləri, tərkibi, fiziki
xassələrinin qiyməti və statistika göstəriciləri nəzərə alınır. Fiziki xassələr eyni
geoloji obyekt yaxud qat üçün təyin edilmişdirsə, statistik göstəriciləri fiziki
xassələrinin qruplanma intervalları daxilində dəyişməsi halları üçün hesablanır.
Sıxlıq petrofiziki xəritələr tərtib edildikdə genetik növlər üzrə ayrılmış
suxurlarm petroqrafik xəritələrdən istifadə olunur. Sonradan xəritədə suxurlarm
sıxlığı planı əlavə edilir və sıxlıq qrupların sərhədləri müəyyənləşdirilir. Nəticədə
xəritədə sıxlıqdan başqa süxurların tərkibi, teksturu və genetik növü əks etdirilir.
Sıxlıq və petrofiziki qrupların sərhədləri üst-üstə düşməlidir. Sərhədlərdə
uyğunsuzluq olduqda təkrar petroqrafik tədqiqatlar və statistik hesablamalar aparı-
lır. Axırda xəritə sarımtıl-qəhvəyi rənglərlə boyanır (sıxlıq artdıqca, qəhvəyi rəngin
intensivliyi də artır).
Petromaqnit xəritələri maqnit xəritəalma və suxurlarm maqnit xassələri
əsasında tərtib edilir. Bu cür təsvir rayon haqqında petromaqnit təsəvvürün
yaradılması və faydalı qazıntılar axtarışı üçün daha əlverişlidir. Oxşar qaydada
təbii radioaktivlik, xüsusi elektirik müqaviməti, elastiki dalğalar sürəti və s.
xəritələri də tərtib edilir.
Petrofiziki kəsilişlər quyularda aparılan kaıotaj işləri və kern nümunələrin
fiziki xassələrinin tədqiqatı əsasında qurulur.
Kernlərdə təyin olunmuş məsaməlik, keçiricilik və s. quyu kəsilişi üzərinə
köçürülür və yataq boyu kollektorluq xassələrinin dəyişməsini müəyyən etməyə
imkan verir.
Neftli-qazlı struktur və rayonların çökmə süxurlarının petrofizikası

Çökmə süxurlardan təşkil olunmuş neft və qaz yataqlarının fiziki xassələri


kollektor süxurlarının fiziki-geoloji xassələrindən, dənələrin qranulometrik və
mineraloji tərkibindən, skeletin struktur-tekstura xüsusiyyətlərindən, məsaməlik və
keçiriciliyin xarakterindən, sement maddəsinin növündən, məsamələrdəki lay
sularının miqdarından və onun minerallaşma dərəcəsindən və s. asılıdır. Hərtərəfli
təzyiq və temperaturun da böyük tə’siri vardır.
Kollektorlar iki böyük qrupa bölünür:
1. qumlu-alevritli (terrigen) kollektorlar-qumlar, qum daşları, alevrit və alevrolitlər.
2. Karbonatlı (çat tipli) kollektorlar - əhəng daşları və dolomitlər.
Qumlu-alevritli kollektorlar keçmiş ittifaq ərazisində geniş yayılmışdır.
Məsələn, Volqa-Ural vilayəti, Orta Asiya, Sibir, Azərbaycan, Ukrayna və s. Bu
yataqlar üçün yüksək məsaməlilik səciyyəvidir (40 %-ə qədər) və orta hesabla 20-
30 % arasında dəyişir, keçiricilik isə 10000 m D-yə çatır. Karbonatlı kollektorlar
isə nisbətən az (10-15 %-ə qədər) məsaməlik və keçiriciliyə malikdir.
Kollektorların fiziki xassələrinə neftin, qazın, suyun olması və süxurun
struktura üzrə litoloji-fasial dəyişgənliyi təsir göstərə bilər.
Hal-hazırda neft və qaz yataqlarının fiziki xassələri terrigen kollektorlar üçün
öyrənilmişdir.
Neft və qaz yataqlarında sıxlıq kollektor süxurlarının sıxlığı ilə təyin olunur və
onların məsaməliyindən, qismən də mineraloji tərkiblərindən asılıdır. Bu isə
məsaməliyin geniş miqyasda dəyişməsi, bərk, maye və qaz fazalarının sıxlıqlarının
fərqli olması və süxur törədən mineralların sıxlıqlarının nisbətən az dəyişməsilə
əlaqədardır.
Süxurların məsaməlik əmsalı (Km) mineraloji tərkib və qırıntıların
formasından, onların çeşidlənmə dərəcəsindən, sementləşməsindən,
sıxlaşmasından və s. asılı olduğundan kollektorların sıxlığı bu və digər amillərlə
təyin olunur.
Qumlu-alevritli süxurlar üçün sıxlığın məsaməlik əmsalı ilə əlaqəsi xətti-
əksdir: sıxlıq 2,8q/sm3 olduqda Km=0; sıxlıq l,6q/sm3 olduqda Km=40 % olur.
Məsələn, Volqa-Ural vilayətinin neft-qaz yataqlarının qum daşlarının sıxlığının
l,75-2,30q/sm3 qiymətində məsaməlik əmsalı Km=20-30 %- dir. Neft və qaz
sıxlığın azalmasına səbəb olur. Hərtərəfli təzyiqin dərinliyə görə artması kollektor
süxurlarının sıxlığının artmasına, məsaməliyin azalmasına səbəb olur.
Laboratoriya tədqiqatlarına görə məsaməlik 0-10 km dərinlik diapazonunda
20-30% təşkil edir. Kollektor süxurlarının məsaməlik və sıxlıqları dərinliyə görə
kifayət qədər qeyri-bərabər dəyişir. Ən böyük dəyişmə 0-3 km üçün səciyyəvidir,
daha dərinliyə getdikcə məsaməliyin qiyməti təxminən dəyişməz qalır. Ayrı-ayrı
strukturalarda litoloji fasiyaların dəyişməsi sıxlığın dəyişməsinə səbəb olur. Bir
çox hallarda sıxlığın qanadlardan taca doğru azalması baş verir. Azərbaycanın,
Şimali Qafqazın və Qərbi Sibirin bir sıra strukturalarmda sıxlıq qanadlardan taca
doğru azalır. Qərbi Türkmənistan, Volqa-Ural və Saxalinin strukturlarında, əksinə
sıxlıq qanadlardan taca doğru artır.
Kollektor süxurlarında məsaməliyin dəyişməsi dərinlikdən asılıdır. Dərinliklə
əlaqədar olaraq məsaməlik termo- barik şəraitdə azalır. Ancaq real şəraitdə sıxlıq
və məsaməliyin dəyişməsi dərinlikdən asılı olaraq tədricən baş verir. ABŞ-da 2000
dərinlik quyusunun qazılması (5-7km) göstərir ki, dərinlikdən asılı olaraq
süxurların kollektor xassələri pisləşmir. Məsələn, 5-7km dərinlikdə qumdaşlarının
məsaməliyi 30% və daha çox ola bilər.
Abşeron yarımadasının ayrı-ayrı sahələrində məhsuldar qat kəsilişində
məsaməliyin dəyişməsi müxtəlifdir. Belə ziddiyyət götürülmüş kernlərin
miqdarından və keyfiyyətindən, onların paylanmasından və digər səbəblərlə
əlaqədardır.
Tədqiqatlar göstərmişdir ki, məsaməliyin dərinliklə əlaqədar dəyişməsi ancaq
3-3,5km dərinliyə qədər qeyd olunur. Bu hüduddan aşağı belə asılılıq zəifdir və ya
tamamilə yoxdur. Bu hal böyük praktiki əhəmiyyətə malikdir. Bundan əlavə bu
halı 5km dərinlikdən götürülmüş nümunələrin tədqiqatı təsdiq edir. Məsaməliyin
dəyişməsi nəinki dərinlikdə, həmçinin bütün ərazi boyunca müşahidə olunur.
Layların litoloji-fasial xarakterindən asılı olaraq məsaməlik geniş hüdudda
dəyişə bilər, bu isə çöküntü toplanma şəraiti ilə əlaqədardır.
Neft və qaz yataqlarının xüsusi elektrik müqaviməti bir sıra amillərdən asılıdır:
neft-qaz doyumluluğu, məsamə boşluğunun strukturu, lay sularının
minerallaşması, sement maddəsinin növü, yatımın termodinamik şəraiti və s.
Neft-qaz doyumluğunun elektrik müqavimətinə olan təsiri 𝜌 - əmsalı ilə
qiymətləndirilir.

Burada Ksu, Knq - su və neft doyumluluğu əmsallarıdır.


Bəzi neft-qaz yataqlarının xüsusi elektrik müqavimətinin qiymətlərini
nəzərdən keçirsək, görərik ki, neftli-qazlı layların müqavimətləri sulu layların
müqavimətindən 100 və daha çox ola bilər. Müqavimətin artmasını
səciyyələndirən daha doğru qiymətlər neftli-qazlı laylar üçün 10-a bərabərdir.
Cənub-qərbi Türkmənistanın bir sıra yataqları üçün suların minerallaşması yataq
sahəsində 80-120q/l-dən 10-90q/l- ə qədər yataq konturundan kənarda azalır, bu isə
müqavimətin 3-5 dəfə artmasına səbəb olur. Bu sahənin digər yataqları üçün isə
yataq konturunda minerallaşmanın 250-300q/l-ə qədər artması müşahidə olunur.
Müqavimətin dəyişməsi böyük miqyasda süxur kollektorlarının məsamə
boşluqlarınm formasından və ya incə keçirici kanalların formasından asılıdır.
Effektiv qalınlığı 50m-dən çox olan layların neftli-qazlı və sulu sahələrinin
müqavimətlərindəki fərq kəskin olaraq, orta hesabla 2-3 dəfə, bəzən isə 5 dəfə
azalır. Az qalınlıqda (20-50m) müqavimətlərin fərqi 30-50 %-dən çox olmur.
Neft və qaz müqavimətə az və ya çox dərəcədə eyni təsir göstərməsinə
baxmayaraq, qaz yataqlarının müqaviməti neft yataqlarının müqavimətindən bir
qədər çoxdur.
Neft və qaz uzununa dalğaların yayılma sürəti və seysmik dalğalar yataqdan
və üstdə yatan təbəqələrdən keçdikdə seysmik dalğaların udulma əmsalına təsir
göstərir. Neft-qaz yataqlarında sürətin mütləq azalması konturkənarı sulu hissələrlə
müqayisədə orta hesabla 500 m/san və ya 17 % təşkil edir.
Neft-qaz yataqlarında konturkənarı sulu hissələrə nisbətən dalğaların
udulmasmm azalması orta hesabla 40 % təşkil edir. Dərinliklə əlaqədar olaraq
sürət bütün hallarda artır və 2-3 km dərinlikdə məsamələrin nə ilə (neft, qaz və su)
dolmasından asılı olmayaraq eyni qalır.
Dərinlikdə neftlə doymuş süxurlarda uzununa dalğaların yayılma sürəti azalır,
su ilə doymuş süxurlarda isə təqribən dəyişməz qalır və hətta bir qədər aşağı düşür,
qazla doymuş süxurlarda isə artmaqda davam edir. Litoloji-fasial amillər dalğaların
yayılma sürətini azaldır və udulmanm strukturun qanadlarından taca doğru
artmasına səbəb olur. Məsələn, Azərbaycanın strukturalarında qumluluğun artması
ilə taca doğru udulmanm artması müşahidə edilir. Süxurlarda qumluluq 25-30 %-
dən 70-90 %-ə qədər dəyişdikdə udulma stukturun tacında 3,5 dəfədən çox,
qanadlarda isə eyni qumluluqda 2 dəfə artır. Bu halda tağlarda udulmanın daha
güclü artması, həmçinin neft-qazlılıqla əlaqədardır.
Neft-qaz yataqlarının elastiki və uducu xassələri sesmik dalğa sahəsinin
anomaliyasmın meydana çıxmasına səbəb olur. Dalğalar yataqdan keçdikdə onların
amplitudalarmm 2-5 dəfə və daha çox azalması mümkündür. Dalğalar yatağın
tavanından əks olunduqda onların intensivliyi arta bilər. Bəzən yatağın tavanı
sərbəst əksetdirici sərhəd ola bilər.

Filiz və qeyri-filiz yataqlarının petrofizikası

Dəmir filizləri. Ən iri istismar olunan dəmir yataqları aşağıdakı dəmir-filizi


formasiyalarına aiddirlər: 1) titanlı- maqnetitli; 2) maqnetit skarnları; 3) dəmirli
kvarsitlər; 4) maqneziferritli skarnlar; 5) martit və qonur dəmir filizləri; 6)
leptoxloritlər (oolitli).
Birinci dörd formasiyanın başlıca filiz mineralları (maqnetit, titanlı maqnetıt,
maqqemit və maqnezioferrit) yüksək sıxlığa malik olub (4,51-5,26q/sm3), süxur
törədən mineralların sıxlığından 1,5 dəfə böyükdür. Bu formasiyanın filizləri üçün
çox kiçik məsaməlik səciyyəvidir.
Dəmirli kvarsitlərin aşınma qabığının zəngin oksidləş- miş filizləri (martitli)
yüksək sıxlığa malikdir. Bunlar üçün məsamələrin artması hesabına sıxlığın
azalması səciyyəvidir.
Oolit formasiyasının dəmir filizləri ən kiçik sıxlığa (1,6- 2,2 q/sm3) malik olur.
Maqnit xassələrinə görə filizlər 2 əsas qrupa ayrılır: zəif- və güclü-maqnetitli.
Zəif maqnetitli dəmir filizləri əsasən ekzogen mənşəli filizləri təşkil edirlər.
Bunlara leptoxloritli (oolitli) formasiya və aşınma qabıqlarının qonur dəmir filizləri
aiddir. Bu filizlərin maqnit həssaslığı və təbii qalıq başlanğıc maqnitliyi 100
vahiddən çox olmur.
Güclü maqnit qrupuna maqnetit və maqnezioferrit skarn, titanlı maqnetit və
dəmirli kvarsit formasiyalarının dəmir filizləri daxildir. Bu filizlər başlıca olaraq
güclü maq- nitli minerallardan - maqnetitdən, titanlı maqnetitdən,
maqnezioferritdən və maqqemitdən ibarətdir.
Xromit filizləri. Xroınit filizinin 2 əsas tipi vardır: massiv və möhtəvi. Bu
filizlərin başlıca mineralları xromşpinelidlər və silikatlarıdır (serpentin, olivin).
Xromit filizlərinin orta sıxlığı onlarda olan xromitin miqdarından və struktur-
tekstur xüsusiyyətlərindən asılıdır. Xromitin filizdə olan miqdarı ilə sıxlıq arasında
düz mütənasiblik qeyd olunur. Sıxlığın struktur-tekstur xüsusiyyətləri ilə olan
əlaqəsi ancaq aşınmış filizlərdə təzahür edir. Massiv filizlərin sıxlığı dərinlikdə
nəzərə çarpacaq dərəcədə dəyişmir. Dərinlik artdıqca yumşaq filizlər sıxlaşır və
bunun nəticəsində onların sıxlığı artır.
Xromit filizlərinin maqnitlənməsi dunitlərin serpentinləşməsi nəticəsində
ayrılan maqnetitin hesabına baş verir. Maqnit həssaslığı filizlərin tipindən asılıdır.
Ən az maqnit həssaslığına zəngin filizlər malikdir.
Filizlərdə xromitin miqdarı azaldıqca maqnit həssaslığı artır. Maqnit həssaslığı
və qalıq maqnitlənmənin orta qiyməti ayrı-ayrı yataqlar üçün sabit qalmır. Maqnit
həssaslığının və qalıq maqnitlənmənin orta qiymətinin dəyişməsi dunitlərin
müxtəlif dərəcədə serpentinləşməsi və yataqlarda bu və ya digər filiz növlərinin
olması ilə əlaqədardır.
Rəngli, nadir və nəcib metallar. Bu filizlərin fiziki xassələri əhəmiyyətli dərəcədə
filiz əmələ gətirən mineralların fiziki xassələri ilə təyin olunur. Rəngli və nadir
metalların filizlərinin böyük bir hissəsi zəif maqnitlidir. Bu filizlərin xüsusi
elektrik müqaviməti 1/1000-lə bir neçə min Om arasında dəyişir. Eyni strukturalı
filizlərdə elektrik keçiriciliyi və elektrik keçirici komponentlər arasında düz asılılıq
qeyd olunur.
Uzununa dalğaların yayılma sürəti filiz minerallarının möhtəvilərinin
sıxlığından, tərkibindən və struktur-tekstura xüsusiyyətlərindən asılı olaraq 2km/s-
dən 6-7km/s-ə qədər dəyişir. Bu qiymətlərdən maksimumu massiv pirit filizləri
üçün, minimumu isə qalenit filizləri üçün xarakterikdir.
Sulfıdli mis-nikel filizləri. Maqmatik mənşəli sulfidli mis-nikel yataqları nikel
yataqlarının aparıcı sənaye tipidir. Filiz minerallaşması əsasən pirrotindən,
xalkopiritdən, petlanditdən və maqnetitdən ibarətdir.
Bir sıra yataqların tədqiqatı göstərir ki, fiziki xassələri filizlərin geoloji
mövqeyindən və morfologiyasından asılıdır. Məsələn, maqnit xassələrinə görə
nadir sulfid möhtəvili peridotitlər 17000 ∙ 10-6 SQS orta maqnit həssaslığı ilə
səciyyələnir. Serpentinləşmiş peridotitlər isə daha böyük maqnit həssaslığına
malikdir (24000 ∙ 10-6 SQS). Daha böyük maqnit həssaslığı sideronit quruluşlu
ultraəsas süxurlarda qeyd olunur.
Ən kiçik sıxlığa zəif pozulmuş, nadir möhtəvili peridoditlər malikdir. Sulfıd
minerallarının artması sıxlığın artmasına səbəb olur.
Sulfıdli mis-nikel filizləri elektron keçiricikli sinfə mənsubdur. Yüksək
elektrik keçiriciliyi massiv və brekçiyalı filizlərə xasdır.
Uzununa dalğaların yayılma sürəti mis-nikel filizlərinin sıxlığından asılıdır.
Tərkibində 10-12 % filiz mineralları olan qabbro-dioritlər ən yüksək qiymətə
malikdir. Filiz minerallarının miqdarının, sıxlığının artması ilə uyğun olaraq
uzununa dalğaların yayılma sürəti azalır. Məsələn, 70-80 % filiz komponentləri
olduqda sürət 4,5-4,6 km/s, massiv filizlərdə isə 3,5-4,2 km/s olur.
Qalay filizləri. Qalay filizləşməs i olan qranitlərin petro- kimyəvi xüsusiyyətləri
müxtəlif olduğuna baxmayaraq, petrofiziki səciyyələri kifayət qədər eynidir. Filizli
intruziv kütlələrin çox hissəsi ancaq maqnit həssaslığı, qalıq maqnitliyi (30∙10-6
CQC) və alçaq sıxlıqla (2,57-2,59 q/sm3) səciyyələnir.
Volfram və molibden filizləri. Volfram və molibden yataqları formasiyası turş
qələvilərlə əlaqədardır. Volfram yataqları normal sıxlıqlı, zəif maqnitli qranitlərlə
əlaqədardır (χ =30∙10-6, σ=2,57-2,61 q/sm3).
Polimetal filizlər. Bu filizlərin sənaye əhəmiyyətli yataqları postmaqmatik
mənşəlidir. Başlıca formasiyaları: skarn, kvars-sulfid, kolçedan-polimetal,
qurğuşun-sink.
1. Skarn formasiyası əhəng daşı horizontıı ilə əlaqədar olub, sıxlığı 3,25 q/sm3
dir.Oksidləşmə nəticəsində sıxlıq 2,72-2,78 q/sm3 qədər azalır. Pirrotinin
miqdarından asılı olaraq maqnit həssaslığı geniş miqyasda - vahiddən bir neçə
minə qədər dəyişir.
2. Kvars-sulfid formasiyası az yayılmışdır. Filizlər kvarsdan, sulfidlərdən,
qurğuşun və sinkdən, arsenopirit və kassiterit qarışığından təşkil olunur. Bu filizlər
az sıxlığa malikdir (2,90-3,07q/sm3), maqnit həssaslığı 1,5∙10-6 SQS-dır. Xüsusi
elektrik müqaviməti 15000 Om-dur.
3. Kolçedan-polimetal formasiyası vulkanogen-çökmə layları ilə əlaqədardır.
Filizlər qalenitdən, sfaleritdəıı və pi- ritdən təşkil olunur. Damar minerallarından
kvars, barit və karbonatlara rast gəlinir. Möhtəvili filizlərdə sıxlıq geniş intervalda
(2,70-3,95 q/sm3) dəyişir. Əksər filizlərdə ferromaq- nit mineralları olmur, ona
görə də onların maqnit həssaslığı böyük olmur - 20-10 6 SQS, pirrotinli filizlərdə
isə 5000∙10-6 SQS-ə çatır.
4. Qurğuşun-sink formasiyası. Başlıca mineralları - qalenit, sfalerit və piritdir.
Qalenitin artması ilə əlaqədar sıxlıq artır, sfaleritli filizlər isə az sıxlıqlıdır.
Ferromaqnit minerallarının olmasına görə maqnit həssaslığı yüksək deyildir (5∙10-6
SQS). Xüsusi elektrik müqaviməti nisbətən yüksəkdir (100-300 Om).
Qrafıt. Adətən dənəli, tam kristallik, radial şüalı və pulcuqlu aqreqatlarda rast
gəlir. İki genetik tipi var - maqmatik və metamorfik.
Maqmatik tip maqmatik süxurlarda, metamorfik tip isə metamorfikləşmiş
çöküntülərlə əlaqədardır. Pulcuqlu qrafitlərin sıxlığı onlarda olan qrafitin faiz
miqdarından asılıdır. 15-20 % qrafit olduqda sıxlıq 2,6-2,63 q/sm3 olur. Qrafitin
miqdarı 30-35 %-ə qədər artdıqda sıxlıq 2,5q/sm3-ə qədər azalır. Qrafitin miqdarı
3-5 %-ə qədər azaldıqda sıxlıq 2,7- 2,8 q/sm3 qədər artır.
Sıxlığa görə maqmatik qrafitlərin 2 növü ayrılr: massiv kristallik, ağacvari və
iynəvarı qrafitlər. Pulcuqlu qrafitlərdə təmiz qrafitin sıxlığı (2,22 q/sm3) onların
təbəqələşməsindən asılıdır. Laylanmanın eninə dalğalarının sürəti 1200-1500 m/s,
laylanma bucağı isə 3-5 km/s-dir.
Xüsusi elektrik müqaviməti strukturadan asılıdır: iynəvari-pulcuqlu növlərdə
alçaq, massivlərdə isə yüksəkdir. Pulcuqlu qrafitlərin maqnit həsşaslığı 0-dan
45∙10-6 SQS arasında dəyişir. Kristallik qrafitdə isə 0-a yaxındır.
Kükürd. Kükürd təbiətdə sərbəst və birləşmələr halında rast gəlir. Sıxlığı 2,06-
2,07q/sm3-dur. Kükürd yataqları vulkanogen və çökmə mənşəli olur. İstilik
keçiricıliyi zəifdir. Xüsusi elektrik müqaviməti 17°C-də 10-6 Om-dur. Hidroter-
mal dəyişmiş süxurların və kükürdlü filizlərin sıxlığı 1,8-dən 2,8 q/sm3-ə qədər
dəyişir. Kükürdlü və kükürd-sulfıd filizlərinin maqnit həssaslığı sıfra bərabərdir.
Almaz. Almaz karbonun təbii modifıkasiyasıdır. Bəzən az miqdarda müxtəlif
kimyəvi elementlərin qarışığı qeyd olunur. Sıxlığı 3,6 q/sm3-dur. Xüsusi elektrik
müqaviməti 10-6 Om, uzununa elastiki dalğaların yaylma sürəti 18,3km/s- dır.
Kimberlitlərin sıxlığı 1,95-2,95 q/sm3, maqnit həssaslığı 50-80∙10-6 SQS-dən
5600∙10-6 SQS-ə qədər dəyişir. Bu onunla izah olunur ki, maqnit həssaslığı törəmə
maqnetitlə əlaqədardır. Kimberlit borularının xüsusi elektrik müqaviməti 500-2000
Om-dur.

You might also like