You are on page 1of 3

İşə qəbul üçün xarici müraciət elanı 62010655

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Böyük geofizik (Modelləşmə və hasilatın proqnozu)
Elanın bitmə tarixi 27.03.2023
Keçid kodu 11334/2023 EXT
Müəssisə, Təşkilat Azneft İB
Struktur vahidi Modelləşmə və hasilatın proqnozu şöbəsi
Ştat vəzifəsinin adı böyük geofizik
Struktur vahidinin ünvanı Bakı şəhəri, Neftçilər prospekti 73
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 15
Əmək haqqı 2183.00 azn/aylıq
Əlavə məlumat Faktiki işlənmiş hər iş günü üçün yemək xərci əvəzinə 3 AZN əmək haqqına
əlavə ödəniş olunur.
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur
Şəhərin müxtəlif istiqamətlərindən xidməti avtobuslarla iş yerinə çatdırılma
təmin olunur.
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) Seysmik tədqiqatların aparılması üzrə işləri həyata keçirmək:
• Struktur modelin (2D və 3D) qurulması, litoloji - petrofiziki
parametrlərin proqnozlaşdırılması və neft - qazlılığının qiymətləndirilməsi
işlərini həyata keçirmək:
� Məlumatları toplamaq, keyfiyyət analizini aparmaq və mövcud quyu
məlumatları ilə üzləşdirilməsini həyata keçirmək.
� Məlumatların interpretasiyasını həyata keçirmək:
- Əldə olunmuş nəticələr əsasında yataqların strukturunun
dəqiqləşdirilməsini həyata keçirmək;
- Yataqlar üzrə struktur - tektonik xüsusiyyətləri müəyyənləşdirmək,
2D və 3D struktur modelin qurulmasını həyata keçirmək (Geoloji modelin
qurulmasında istifadə edilir);
- Seysmik məlumatların fiziki parametrlərinə əsasən detallı
interpretasiyanı həyata keçirmək;
- Yatağın (kəsiliş üzrə) litoloji - petrofiziki və neft - qazlılığının
qiymətləndirilməsini həyata keçirmək.
Geomexaniki modelləşdirmə üzrə işləri həyata keçirmək:
• Seysmik və quyu məlumatlarını toplamaq;
• Seysmik və quyu məlumatlarına əsasən məsamə təzyiqini
hesablamaq;
• Seysmik və quyu məlumatlarının üzləşdirilməsini həyata keçirmək;
• Nəticələrin qazma zamanı alınmış faktiki geoloji göstəricilərlə
müqayisəli təhlilini aparmaq;
• Layihələndirilən quyularda yarana biləcək risklərin qarşısının
alınması məqsədilə kəsiliş üzrə təzyiq paylanmasının proqnozlaşdırılmasını
həyata keçirmək və tətbiq edilməsini təşkil etmək. Axtarış - kəşfiyyat
prospektlərini modellər vasitəsilə təhlil etmək:
• Təklif edilən quyu yerlərinin seysmik kəsilişlərə və modellərə
yerləşdirməklə perspektiv nöqtələrin təyin edilməsini, müqayisəsini və
potensial quyunun seçilməsini həyata keçirmək;
• Axtarış - kəşfiyyat quyularında alınacaq uzunmüddətli hasilat
göstəricilərinin proqnozlaşdırılmasını və iqtisadi cəhətdən ilkin
qiymətləndirilməsini həyata keçirmək;
• Axtarış - kəşfiyyat quyularından alınmış nəticələrin müzakirə
olunmasında iştirak etmək;
• Ümumi inteqrə olunmuş məlumatlar əsasında yatağın növbəti
işlənmə istiqamətinə dair təkliflər hazırlamaq
• Birlik üzrə geofiziki işlərin ilkin texniki sənədləşməsini və yerinə
yetirilmiş işlərin uçotunu aparmaq;
• Struktur bölmə üzrə əməyin mühafizəsi, istehsalat sanitariyası və
texniki təhlükəsizliyin tələblərini, həmçinin ətraf mühitin mühafizəsi üzrə
tədbirlərin yerinə yetirilməsini təşkil etmək, birlik daxili intizam qaydalarına
riayət etmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Yaş 18 - 65
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 4 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə, müvafiq sahə
üzrə mütəxəssis vəzifələrdə iş stajı
nəzərdə tutulur.
Ali bakalavr / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə, müvafiq sahə
üzrə SOCAR-da bir alt dərəcəli
mütəxəssis kateqoriyalı vəzifələrdə
iş stajı nəzərdə tutulur.
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Rus dili
İngilis dili
Bilməlidir
• Petrofiziki parametrlərin təyini üsullarını;
• Seysmik tədqiqat metodlarını;
• Yataqlar və quyular üzrə petrofiziki parametrlərin modelləşdirilmə üsullarını;
• Mədən geofiziki işlərin həyata keçirilmə texnologiyasını onların yerinə yetirilmə keyfiyyətinə qoyulan
tələbləri;
• Sənədlərin və digər geoloji-geofiziki materialların uçotu və saxlanılması qaydalarını;
• Geofiziki işlərin layihələndirilməsi, planlaşdırılması qaydalarını;
• Geofiziki materialların hesabat sənədlərinin tərtib edilmə qaydalarını;
• Geofizika və geologiya sahəsində müasir təcrübəni;
• Neft-qaz yataqların geologiyası, neft-qaz yataqlarının geofiziki üsullarla işlənilməsinə nəzarətin
əsaslarını;
• Geologiya, geofizika, işlənmə sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
• Geologiya və geofizika sahəsində elmin son nailiyyətlərindən istifadə etməklə neft və qazın ehtiyat
artımı planının yerinə yetirilməsi üçün daha səmərəli metod və istiqamətlərin seçilməsini;
• Petrofiziki və seysmik təfsir işlərinin aparılması üçün təmin edilmiş proqram təminatının effektiv
alətlərinin istifadə qaydasını;
• İstehsalat Birliyinin strukturunu, iqtisadi fəaliyyətini və perspektiv inkişaf planını;
• Kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrindən istifadə qaydalarını;
• Kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və
yanğından mühafizənin qayda və normalarını.

You might also like