You are on page 1of 2

Təsdiq edirəm: Üzvlər:

Astara rayon Şüvi kənd A.İbrahimov adına 1. Fənn müəllimi:_______________________


tam orta məktəbin 2. Fənn birləşmə sədri:____________________
direktoru:______________ A.Rzayev 3. Direktor müavini:_____________________

Azərbaycan dili 5 Sinif Böyük summativ qiymətləndirmə 2


Şagirdin adı və soyadı ___________________________________Tarix_____________________________

1.Hansı cərgədəki sözlərdə k-y əvəzlənməsi baş verib? I səviyyə, 3 bal


A) köpək, kəpək B) püşk, türk C) peyk, idrak D) bərk, dərk

2. Hansı sırada frazeoloji birləşmə yoxdur? I səviyyə, 3 bal


A) başa düşmək, qulaq asmaq C) hirsi soyumaq, göz vurmaq
B) cin atına minmək, yola düşmək D) yola baxmaq, filmə baxmaq

3. Mücərrəd mənalı isimlər hansı sıradadır? I səviyyə, 3 bal


A) çalğı, daraq B) dost, saz C) yaxşılıq, sevgi D) gözlük, quzu

4.Omonimlər hansı sıradadır? I səviyyə, 3 bal


A) ay, həftə B) ləpə, biz C) qəm, şeir D) dəniz, sənəd

5. Sözlərdən neçəsi termindir? I səviyyə, 4 bal


Karikatura, mişar, tənlik, akvarel, not, saat, dəniz, portret, adam, antonim
A) 4 B) 5 C) 6 D) 2

6. Xüsusi isimlərdən ibarət məntiqi ardıcıllığı tamamla: I səviyyə, 4 bal


Bənövşə, Yasəmən, Qərənfil, .......
A)Təranə B)Əsmər C)Şəlalə D)Lalə

7. Hansı sözün son samiti öz qarşılığı ilə əvəz edərkən yeni yaranan sözün izahı dəyişir? II
səviyyə, 6 bal
A) sahib B) sənəd C) divar D) kitab

8.Hansı sözlər məcazi mənada işlənə bilər? II səviyyə, 6 bal


A) acı, qızıl, şirin B) söz, həyət C) dadlı, ağac D) boz, yaxşı, çirkli

9.Cümlənin sonuna hansı frazeoloji birləşmə uyğun gəlir? II səviyyə, 6 bal


Öğey ana təzə gəldiyi evdəki oğlana ..................
A) hirsi təpəsinə vurmaq B) göz verib işıq verməmək
C) daşı ətəyindən tökmək D) ağzına su almaq

10.Cümlələrin hansında çoxmənalı söz var? II səviyyə, 6 bal


A) Adilin köynəyinin qolları çox uzun idi. B) Sevil kor-peşman evə qayıtdı.
C) Bu gün imtahanın son günü idi. D) Ana məhəbbəti sonsuzdur.
11. Bunlardan hansı ön şəkilçili deyil: II səviyyə, 6 bal
A) nadinc B) nadanlıq C) baməzə D) bisavad

12.Verilmiş şeir parçasında feilin sayını və hansı zamanda işləndiyini göstər:


III səviyyə, 10 bal
Əyir budaqları bağlardakı bar,
Odlu şəfəq kimi almalar yanır.
Heyva ətir saçır, şirələnib nar,
Vüqarla göylərə çinar boylanır.
A) 3, indiki zaman B) 2, gələcək zaman
C) 4, indiki zaman D) 5, indiki zaman

13. Sıranı davam elətdir: III səviyyə, 10 bal


soyuqqanlı, bəstəboy, hazırcavab, ....
A) ağlı-qaralı B) ağzıbütöv C) açıq-bənövşəyi D) iri-iri

14. “Darvazanın ağzı” və “qazanın ağzı” birləşmələrindəki “ağız” sözü aşağıdakılardan


hansıdır? III səviyyə, 10 bal
A) omonim B) sinonim C) antonim D) çoxmənalı söz

15. Tərkibində mürəkkəb isim olan cümləni seç: IV səviyyə, 20 bal


A) O, al-əlvan çiçəkləri anası üçün yığmışdı.
B) Bu kol-kosun arasında hər şeyə rast gəlmək olardı.
C) Sevincin ən çox sevdiyi rəng açıq-bənövşəyi rəng idi.
D) Gözütox olduğundan süfrədəki nemətlərin heç birinə baxmırdı.

Düzgün cavabların sayı___


Səhv cavabların sayı___
Qiymət______

You might also like