You are on page 1of 3

49.

Ehtimal olunan doğru cavablar:


Mətndən də göründüyü kimi, yağış yağmadığından Dəməşq şəhərinin sakinləri qıtlıqla
üzləşiblər. Bu hal insanların həyat tərzinə, həm də təbiətin özünə ciddi təsir edib. Əgər insanlar
qıtlıqla üzləşib çətin duruma düşüblərsə, təbiətdə də bulaqlar quruyub (susuz qalıb), ağaclar
yarpaqsız (həm də barsız) qalıb. Həm cəmiyyət, həm də təbiət həyat mənbəyi olan sudan məhrum
olub və s.
Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
1 bal A. Verilmiş fikir mətnlə əlaqələndirilir, yanlış fikir yazılmır;
B. Verilmiş fikir mətnlə əlaqələndirilmədən izah olunur;
bal
C. Verilmiş fikir əlaqələndirilsə də, uyğun olmayan 1 fikir də yazılır;
D. Həm verilmiş fikir mətnlə əlaqələndirilmir, həm də uyğun olmayan 1 fikir
yazılır;
0 bal
E. Uyğun fikirlə yanaşı, 2 və daha çox yanlış fikir də yazılır;
F. Digər bütün hallarda.

50. Ehtimal olunan doğru cavablar:


Plan bənd: çarəsizlik; acınacaqlı günlər; bir damla yağışa həsrət qalan şəhər; xalqın əzab
içində olması; şəhəri bürüyən qıtlıq;quraqlıq və s.
Əsaslandırma: mətnin giriş və əsas hissəsində şəhərdəki ağır vəziyyətdən, insanların
çarəsizliyindən danışılır.
Plan bənd: başqasının dərdini öz dərdi bilmək.
Əsaslandırma: mətnin əsas və nəticə hissəsində tacirin şəhər caamatının halına yanması, onlara
kömək etmək istəməsi.
Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
1 bal A. Plan bənd və əsaslandırma doğru yazılır, yanlış fikir yazılmır;
B. Plan bənd və əsaslandırma doğru yazılsa da, 1 yanlış fikir (və ya 1 plan bənd
və əsaslandırma) də yazılır;
bal C. Yalnız plan bənd yazılır, yanlış fikir yazılmır;
D. Plan bənd doğru yazılsa da, əsaslandırma yanlış yazılır;
E. Əsaslandırma doğru yazılsa da, plan bənd yazılmır və ya yanlış yazılır;
F. Plan bənd və əsaslandırma doğru yazılsa da, 2 və daha çox yanlış fikir də
0 bal yazılır;
G. Digər bütün hallarda.
59. Ehtimal olunan doğru cavablar:
Kontekstə uyğun
Həmin qarşılığın (ifadə etdiyi mənanın) mətndənkənar
Söz qarşılığı (ifadə etdiyi
cümlə daxilində işlədilməsi
məna)
1. Tənə Danlaq, məzəmmət, Dərslərini yaxşı oxu, danlaq eşitmə.
qınaq, töhmət, tənqid.
2. Təqib Narahat etmə, əziyyət Bütün bunlar Muradı təngə gətirmişdir.
vermə, təngə gətirmə.
Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
A. Hər iki sözlə bağlı xanaların hər birinə doğru fikir yazılır, yanlış fikir yazılmır;
B. Sözlər (tənə, təqib) yazılmadan hər iki sözlə bağlı xanaların hər birinə doğru
1 bal fikir yazılır, yanlış fikir yazılmır;
C. Sözlərin qarşılıqları yazılmadan qarşılıqlar (danlaq və əziyyət vermə) birbaşa
cümlə daxilində işlədilir, yanlış fikir yazılmır;
D. Hər iki sözlə bağlı xanaların hər birinə doğru fikir yazılsa da, hər hansı bir
xanaya doğru fikirlə yanaşı, 1 yanlış fikir də yazılır;
E. Sözlər (tənə, təqib) yazılmadan hər iki sözlə bağlı xanaların hər birinə doğru
fikir yazılır, 1 yanlış fikir də yazılır;
F. Sözlərin qarşılıqları yazılmadan qarşılıqlar (danlaq və əziyyət vermə) birbaşa
bal cümlə daxilində işlədilir, 1 yanlış fikir də yazılır;
G. Sözlərdən hər hansı birinin qarşılığı doğru yazılmaqla yanaşı, cümlə daxilində
işlədilir, digər sözə aid xanalar yanlış yazılır və ya yazılmır;
H. Sözlər (tənə, təqib) və hər iki sözün kontekstə uyğun qarşılığı (ifadə etdiyi
məna) doğru yazılır, lakin cümlə daxilində mətndəki sözlər (tənə, təqib) yazılır,
yanlış fikir yazılmır;
I. Sözlərdən hər hansı birinin kontekstə uyğun qarşılığı (ifadə etdiyi məna) doğru
yazılır, lakin cümlə daxilində mətndəki sözlər (tənə və ya təqib) yazılır, digər
xanalar yazılmır və ya yanlış yazılır;
bal J. Sözlərin qarşılıqları doğru yazılır, cümlə daxilində işlədilmir və ya cümlə
daxilində yanlış işlədilir;
K. Sözlərdən birində qarşılıq, digərində isə cümlə doğru yazılsa da, digər xanalar
yazılmır və ya yanlış yazılır;
0 bal L. Digər bütün hallarda.
Qeyd 1: Tənə sözünün qarşılığına “kinayə, atmaca, rişxənd, istehza, lağ, təhqir, narazılıq, etiraz,
nöqsanı üzə vurma, böhtan, pis fikir, üsyan, günahkar kimi baxma, günahlandırma, irad tutmaq”
və s. kimi fikirlər yazılarsa, yanlışdır.
Qeyd 2: Təqib sözünün qarşılığına “şikayət, narazılıq, pisləmək, zorakılıq, təcavüz, şiddət, nifrət,
qovalamaq, qovmaq, çıxıb getməyə məcbur etmək, incitmək, mane, qınamaq” və s. kimi fikirlər
yazılarsa, yanlışdır.
60. Ehtimal olunan doğru cavablar:
Qızların teatra cəlb olunmasının əhəmiyyəti
teatr üçün qızlar üçün
Həmin dövrdə teatrda qadın rollarını kişilər Əsrlərlə azadlığı əlindən alınan, hüququ
oynayırdı, qızların teatra cəlb edilməsi teatrın tapdalanan qızlar, qadınlar teatr kimi maarif və
inkişafı demək idi. (Teatrda qadın rollarını mədəniyyət sahəsinə cəlb edilməklə həm öz
qadın aktyorların oynaması, teatrın inkişafı, azadlıqlarını əldə edir, həm də cəmiyyətin
daha canlı, daha maraqlı teatr tamaşalarının maariflənməsində iştirak etmiş olurlar.
təşkil edilməsi imkanlarının yaranması, (Qızların sənətin müxtəlif sahələrində təmsil
teatrdakı çatışmazlığın aradan qaldırılması.) olunması, onların istedadının inkişaf etdirilməsi,
onların müasirləşməsi, azadlıq əldə etməsi.)

Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
1 bal A.Cədvəlin hər iki hissəsi doğru yazılır, yanlış fikir yazılmır;
B.Cədvəlin hər iki hissəsi doğru yazılsa da, hər hansı bir hissəsinə 1 yanlış fikir də
yazılır;
bal
C. Cədvəlin 1 hissəsi doğru yazılır, digər hissəsi yazılmır və ya yanlış yazılır;
D. Cədvəlin hər iki hissəsində ən azı 2 doğru, 1 yanlış fikir yazılır;
E. Cədvəlin hər iki hissəsinə 1 doğru fikirlə yanaşı, 1 yanlış fikir də yazılır;
0 bal F. Cədvəlin hər iki hissəsinə 2 doğru fikirlə yanaşı, 2 yanlış fikir də yazılır;
G. Digər bütün hallarda.
Qeyd: “İlk qadın müəllim, ilk qadın dramaturq, ilk qadın rejisssor yetişdi.”, “Qızlar təhsil
aldılar, “Evində qızlara məktəb açmışdı” və s. kimi fikirlər yanlışdır.

You might also like