You are on page 1of 40

RƏSMİ-İŞGÜZAR ÜSLUB

Rəsmi-işgüzar üslub nəyə deyilir?

Rəsmi və
işgüzar
sənədlərin dil
təzahürünə
rəsmi-işgüzar
üslub deyilir. Rəsmi-işgüzar üslubda
fikir (informasiya) müəyyən standart
formalarda və olduqca yığcam şəkildə
verilir, artıq sözlər, obrazlı ifadələr
işlədilmir, fərdi nitq ünsürlərindən
qaçılır.

Rəsmi-işgüzar üslubun yaranmasına və


formalaşmasına səbəb olan amillər hansılardır?
Rəsmi-işgüzar üslub XVI yüzillikdə Ş. İ. Xətainin
dövründə yaransa da, milli müstəqil dövlətçilik
ənənələrinin yoxluğu səbəbindən inkişafdan
qalmışdı. XX yüzilliyin əvvəllərində Azərbaycan
müstəqillik əldə edərkən yenidən imkanlar yarandı.
Tədricən rəsmi-işgüzar üslub inkişaf etməyə
başladı. Sonradan Sovet dövründə sənədləşmənin
rusca aparılması yenə də prosesi zəiflətdi. Növbəti
inkişaf 1991-ci ildən sonra başladı və günümüzdə
də davam etməkdədir.
Əvvəllər ərəb və fars dillərinin, sonra
isə rus dilinin Azərbaycanda ya
bütünlüklə, ya da əsasən həmin
funksiyanı daşıması Azərbaycan
dilinin rəsmi-işgüzar üslubunun tam
gücü ilə fəaliyyətinə imkan verməmiş,
eyni zamanda onun milliliyinə
müəyyən qədər xələl gətirmişdir.
❑ Azərbaycan dövlətinin
müstəqilləşməsi, idarə və
müəssisələrdə Azərbaycan dilinin
nüfuzunun güclənməsi və
ümumiyyətlə, ana dilinin, sözün
həqiqi mənasında, dövlət dilinə
çevrilməsi rəsmi-işgüzar üslubun
funksional imkanlarının
genişlənməsinə şərait yaratmışdır.
Bu və ya digər dilin
dövlət dili olması, birinci
növbədə nə ilə
müəyyən edilir?
Bu

ya

digər dilin dövlət dili olması, birinci növbədə, dövlətin


həmin dilin rəsmi-işgüzar üslubuna münasibəti ilə
müəyyən edilir: dövlət təşkilatlarında, siyasi partiyalarda,
idarə və müəssisələrdə, rəsmi, yaxud işgüzar ünsiyyət
bu dildə aparılır, beynəlxalq münasibətlərdə də dövlət bu
dildə təmsil olunur.
Bu üslubun əsas göstərici nədir?
Bu üslubun əsas göstəricisi fikrin
(informasiyanın) standart formada
verilməsi və yığcam olmasıdır.
Rəsmi-işgüzar üslub nəyi əhatə
edir?

Rəsmi işgüzar üslub rəsmi və


işgüzar sənədlərin dilini əhatə
edir.
Rəsmi sənədlər İşgüzar sənədlər
Ərizə
Konstitusiya Qanun Bildiriş
Qərar Elan
Arayış
Sərəncam Fərman İzahat
Əmr Protokol
Reklam
Məcəllə Akt
Tərcümeyi-hal Vəkalətnamə
(etibarnamə)

Protokol və aktlar rəsmi


sənədlərə çevrilə bilərmi?
Akt, protokol daha çox işgüzar sənəd
sayılır. Lakin dövlətlərarası danışıqların
nəticəsi kimi protokol və aktlar tərtib
olunur ki, belə olduqda onlar sırf rəsmi
sənədə çevrilir.

Rəsmi sənədlərin xüsusiyyətləri


hansılardır?
tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin
imzası, möhürü və s. ilə təsdiq olunan sənədlərdir. -
Həmin sənədləri xüsusi mütəxəssislər hazırlayır.
Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə edilir
və önəm daşıyır.

- Dövlətlərarası və dövlətdaxili münasibətlər bu


sənədlərlə tənzimlənir.
- Rəsmi sənədlərdə maksimum mükəmməllik
gözlənilir, fikrin birmənalılığına, aydınlığına,
hüquqi əsaslılığına diqqət yetirilir.
- Həcmcə kiçik və ya böyük olsalar da, dil
yığcamlığı bunlarda əsas şərtdir. Rəsmi
sənədlər quruluşuna görə bölmələrə,
maddələrə, bəndlərə ayrılır.
- Rəsmi sənədlər mühüm hüquqi məzmuna
malik olur, tarixi önəm daşıyır.
Bəs, işgüzar sənədlərdə?
sənədlər xüsusi dövlət əhəmiyyəti
daşımır. Həcmcə adətən, rəsmi sənədlərə
nisbətən kiçik olur.
Rəsmi sənədləri, bir qayda olaraq,
mütəxəssislər tərtib etdiyi halda, işgüzar
sənədlərin müəyyən hissəsini hər bir şəxs
özü hazırlaya bilər. İşgüzar sənədləri
hazırlamaq üçün çox zaman hazır
şablonlar olur.
Hazır şablonların olması nə üçün
vacibdir?
1.
Artıq vaxt aparmasın.
2. Sənəddə artıq sözlər, ifadələr
işlədilməsin.

3. İmla xətaları və qüsurlu cümlələrə yol


verilməsin.
Bir az da rəsmi-işgüzar üslubun
lüğət tərkibi haqqında danışaq...
Rəsmi-işgüzar üslubun lüğət tərkibi nə qədər
yığcam, sintaksisi nə qədər məhduddursa,
normalılığı o qədər möhkəmdir. Müəyyən tarixi
təkamül prosesində standartlaşmış formalar
vardır ki, üslub ondan kənara çıxmır. Məhz
müəyyən tarixi təkamül prosesinin bilavasitə
məhsulu olduğuna görə də rəsmi-işgüzar
üslubda arxaik leksika və əski sintaktik
konstruksiyalar uzun zaman mühafizə olunur.
Rəsmi sənədlərin dili
Rəsmi sənədlər dedikdə dövlət, yaxud
hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi
qaydada (rəsmi şəxsin imzası, möhür və s. ilə)
təsdiq olunan sənədlər nəzərdə tutulur. Hər bir
dövlətin ən mühüm rəsmi sənədləri onun
Konstitusiyası (Əsas Qanunu), qanunları,
qərarları, hökumətin sərəncamları, nazirlərin
əmrləri və s. - dən ibarətdir. Həmin sənədləri
mütəxəssislər hazırlayır, onlar adətən, müxtəlif
səviyyələrdə müzakirə olunur və qəbul edilir.
Rəsmi sənədlərdə dilin maksimum
mükəmməlliyi gözlənilir, fikrin aydınlığına
(müəyyən diplomatik məqsədlərlə tərtib edilmiş
sənədləri çıxmaq şərti ilə) birmənalılığa, hüquqi
əsaslılığa xüsusi diqqət yetirilir. Müxtəlif cür
anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd
nöqsanlı hesab olunur.
Həcminə görə rəsmi sənədlər müxtəlif
olur: eləsi var ki, bir neçə sətirdən, eləsi
var ki, onlarla sətirdən ibarətdir.
Quruluşuna gəldikdə isə, adətən,
müəyyən bölmələrə, maddələrə,
bəndlərə ayrılır ki, rəsmi informasiyanın
düzgün çatdırılması üçün bunun böyük
əhəmiyyəti vardır. Rəsmi sənədlərin
həcmcə kiçik, yaxud böyük olmasına
baxmayaraq, dil yığcamlığı əsas şərtdir.
Millətin rəsmi təfəkkürü, dövlətçilik
mədəniyyəti öz əksini, eyni
zamanda rəsmi sənədlərdə
tapdığına görə həmin sənədlərin
mükəmməl tərtibinə həmişə xüsusi
ehtiyac duyulur.

İşgüzar sənədlərin dili


İşgüzar sənədlər həcmcə, adətən,
rəsmi sənədlərə nisbətən kiçik olur
və bu cür sənədlərin mükəmməlliyi,
yararlılığı və s. bəhs olunan məsələ
barəsində daha konkret, daha aydın
məlumat verilməsi, imla xətalarının
olmaması ilə müəyyən edilir.
Rəsmi sənədlər, bir qayda olaraq,
mütəxəssislər tərəfindən tərtib edilirsə,
işgüzar sənədlərin müəyyən hissəsini
hər bir şəxs özü hazırlamağı
bacarmalıdır. Bunun üçün də müəyyən
formaları, standartları mənimsəmək
tələb olunur. Bir sıra hallarda əlavə iş
görməmək üçün işgüzar sənədlərin
hazır forması olur ki, bu və ya digər
məsələ ilə bağlı göstəricilər həmin
hazır formalara yazılır.

İndi isə gəlin, sənəd dilində rəsmi və


qeyri-rəsmi ifadələrdən danışaq!
Deyildiyi kimi, rəsmi və işgüzar sənədlərin dilində
ifadə qəlibləri – şablonlar əsas yer tutur. Ancaq bəzən
rəsmi sənədlərdə, məsələn, bəyanatlarda obrazlılıq
da olur. Adətən, cümlələri ciddi sintaktik ölçülərlə
müəyyənləşən bu üslubda söz sırasının qrammatik
normadan kənara çıxması halları olur (buna inversiya
deyirlər). Yaxud bu üslub nəqli cümlələrlə
səciyyələnsə də, bəzən nida və sual cümlələrinə də
geniş yer verilir. Yüksək intonasiya və məntiqi vurğu
ilə söylənən belə cümlələr diqqətin daha da
cəmlənməsinə xidmət edir.
Məktublar da rəsmi yazışma dilində yaranır.
Lakin məktublar məzmunca fərqlənir: 1)
siyasi xadimlərin, dövlət nümayəndələrinin
bir-birinə məktublarında sənəd dili ölçüsü
tam gözlənilir; 2) qeyri-rəsmi şəxslərin,
qohumların, ailə üzvlərinin məktublarında
başlanğıc və sonluqda rəsmi üsluba məxsus
qəlib – ifadələr özünü göstərir; bütün
məktublar salamlaşma ilə başlayır,
sağollaşma ilə qurtarırsa, bu şablon
deməkdir. Ancaq bütövlükdə məişət dilinə
məxsus söz, ifadə və sintaksis burada geniş
yer tutur. Bir sözlə məktub forması rəsmi
üslubun ən sərbəst formasıdır.
Eyni məlumatın müxtəlif üslublara məxsus
ifadələrlə verilməsi məlum faktdır. Bu
baxımdan tərcümeyi-halın yazılışındakı
ikililiyi fərqləndirmək lazımdır.
Tərcümeyi-hal sırf rəsmi-işgüzar üslubda
yazıla bilər: «Mən filankəs... Atam
filankəs... Anam filankəs» – bu rəsmi
üslubdur.
Bir də şəxsin – yazıçının, alimin, dövlət
xadiminin tərcümeyi-halı elmi və
publisistik üslublarda yazılır. Buna elmi
tərcümeyi-hal deyilir. Bu halda
obrazlılığa, təsvirçiliyə, tarixi-mədəni
əhatəliliyə yer verilir, geniş nəsil
şəcərəsi əks olunur.
Məsələn, «Yusif Vəzir Çəmənzəminli
1887-ci ildə dağlar qoynunda, yaşıllıqlar
içərisində yerləşən, göylərində qartallar
qanad çalan gözəl Şuşa şəhərində anadan
olmuşdur...»
Bir üslubun qəlib forması içərisinə
düşən başqa üslublara məxsus
ifadələr onun mahiyyətini pozmur.
Ancaq belə hallarda ölçü-əndazə
gözlənilməlidir, ifrata
varılmamalıdır.

You might also like