You are on page 1of 7

Tədris xidmətinin göstərilməsi haqqında

MÜQAVİLƏ №

Bakı şəhəri “___”___________ 2023-ci il”

Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən fiziki şəxs _________
________ ünvanında yaşayan, bundan sonra “Sifarişçi” adlandırılacaq, digər tərəfdən Nizamnamə
(Əsasnamə) əsasında fəaliyyət göstərən “Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə
Elm-Tədris Mərkəzi”nin, Direktoru Fuad Ramiz oğlu Nəsirov şəxsində, bundan sonra “İcraçı”
adlandırılacaq, “Tərəflər” (birlikdə “İcraçı” və “Sifarişçi” “Tərəflər” adlandırılacaq) arasında aşağıdakı
şərtlərlə müqavilə bağladılar.

1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. “Sifarişçi” tədris xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət
haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”yə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” (ikinci mərhələ, qanunvericilik üzrə) imtahanına
hazırlıq təlimlərinin keçirilməsi xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə
götürür.
1.2. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin
göstərilməsinə dair hesab-fakturada qeyd edilir.
1.3. Xidmətin göstərilməsi “Tərəf”lərin hazırki Müqavilənin 5.2. bəndində göstərilən müddət
ərzində həyata keçirilir.
1.4. Təlimlər __.__.____ tarixindən başlayır və tədris müddəti 70 (yetmiş) akademik saat təşkil edir.
1.5. “Sifarişçi” ”İcraçı” ilə razılaşdırılmış vaxtda təlimlərə başlayır.

2. XİDMƏTLƏRİN GÖSTƏRİLMƏ QAYDASI


(İŞLƏRİN İCRASI)
2.1. “İcraçı” “Sifarişçi” ilə razılaşdırılmış tədris xidmətlərini həyata keçirir (işi icra edir).
2.2. “İcraçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.

3. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
3.1. “Sifarişçi”nin vəzifələri:
3.1.1. “İcraçı”nın müəyyən etdiyi daxili intizam qaydalarına riayət etmək;
3.1.2. Göstərilmiş xidmətin dəyərini vaxtında ödəmək;
3.1.3. Tədris zamanı əldə olunan təlim vəsaitləri, dərslik, dərs ləvazimatları, əyani vəsaitləri və
s. üçüncü tərəflə bölüşməmək və ya istifadəsinə verməmək;
3.1.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr.
3.2. “İcraçı”nın vəzifələri:
3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada “Sifarişçi”yə təyin olunmuş tarixdən başlayaraq
yüksək elmi-metodik səviyyədə, dünya təcrübəsinə əsaslanan təlim və tədris xidmətlərini
həyata keçirmək;
3.2.2. Göstərdiyi xidmət müddətində “Sifarişçi”ni lazımi təlim vəsaitləri ilə təmin etmək;
3.2.3. Xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək;
3.2.4. Akademik tələbləri yerinə yetirdiyi təqdirdə (imtahanlardan yüksək nəticə alınması)
“Sifarişçi”nin Sertifikat əldə etməsini təmin etmək.

4. HESABLAŞMA QAYDASI
4.1. Göstərilən “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Peşəkar
Mühasib Sertifikatı” (ikinci mərhələ, qanunvericilik üzrə) imtahanına hazırlıq təlimlərinin 1
nəfər üçün qiyməti bütün xərclər daxil olmaqla 700 (yeddi yüz) manat təşkil edir və xidmətlərin
göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
4.2. Hazırki Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə 5 (beş) iş günü ərzində
həyata keçirilir.
4.3. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.

5. MÜQAVİLƏNİN MÜDDƏTİ
5.1. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və “Tərəf”lərin öz öhdəliklərini tam yerinə
yetirdikdən sonra qüvvəsini itirir.
5.2. Bu Müqavilədə nəzərdə tutulan “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” (ikinci mərhələ, qanunvericilik üzrə) imtahanına
hazırlıq təlimlərinin keçirilməsi xidməti __ ay müddətində həyata keçirilməlidir.

6. TƏRƏFLƏRİN MƏSULİYYƏTLƏRİ
6.1. “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün
məsuliyyət daşıyır.
6.2. “Sifarişçi” “İcraçı”nın əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya
zədələnməsi üçün məsuliyyət daşıyır.
6.3. Tədris vəsaitlərinin, Əyani vəsaitlərin, dərslik, dərs ləvazimatlarının və s. üçüncü tərəflə
bölüşməsi və ya istifadəsinə verilməsi halında “Sifarişçi” məsuliyyət daşıyır.

7. FORS-MAJOR
7.1. “Tərəf”lərin fors-major hallarında yəni təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi,
torpaq sürüşməsi, sunami və s.), qarşısı alınmaz fövqaladə hallar və ya icra hakimiyyəti
orqanlarının moratoriumları hallarında bu Müqavilə üzrə öhdəliklərini qismən və ya tam yerinə
yetirilməsi müddəti yuxarıda göstərilən şəraitin mövcud olduğu dövr qədər uzadılır.
7.2. Fors-major hallarının təsiri altına düşən tərəf bu barədə digər tərəfi belə halların başlandığı
andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi
vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.
7.3. Mövcud şərait 1 (bir) ay və ya daha uzun müddət olarsa, “Tərəf”lər Müqaviləni tam və ya
qismən ləğv etmək hüququna malikdir, bu vaxt “Tərəf”lərdən heç biri dəymiş zərəri digərinin
hesabına ödəyə bilməz.

8. MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN


EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ
8.1. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər maraqlı tərəfinin rəsmi müraciəti və “Tərəf”lərin
qarşılıqlı razılığı ilə edilə bilər.
8.2. Bu Müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə
rəsmiləşdirilir.
8.3. Bu Müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və
hallarda xitam verilə bilər.

9. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ


9.1. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.
9.2. Hazırki Müqavilə üzrə mübahisələr “Tərəf”lərin öz aralarında, pretenziya irəli sürülməsi
qaydası ilə həll edilir.
9.3. “Tərəf”lər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə,
mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə
tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində
baxılacaq.

10. YEKUN MÜDDƏALAR


10.1.Hazırki Müqavilə ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nizamlanır.
10.2.Hazırki müqaviləyə edilmiş dəyişikliklər və əlavələr, “Tərəf”lərin vahid yazılı sənəd şəklində
tərtib edilən dəyişikliklər və əlavələr haqqında sazişi imzalaması yolu ilə edilir.
10.3.Hazırki Müqavilə imzalandıqdan sonra bu Müqaviləyə aid məsələlər üzrə əvvəllər aparılmış
bütün danışıq və yazışmalar öz qüvvəsini itirir.
10.4.“Tərəf”lərdən heç biri bu müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı
olmadan üçüncü şəxsə verə bilməz.
10.5.Fors-major halları istisna olmaqla üzürlü səbəbdən təlimlərdə iştirak edə bilməzsə, sonradan
yalnız 1 (bir) dəfə təlimlərdə iştirak etmək hüququna malikdir.
10.6.“Tərəf”lərin qarşılıqlı razılığı ilə təlimlər başqa vaxta keçirilə bilər.
10.7.Hazırki Müqavilə Azərbaycan dilində hər biri __ (__) səhifədən ibarət olmaqla eyni hüquqi
qüvvəyə malik və hər “Tərəf” üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilmişdir.

11. TƏRƏFLƏRİN ÜNVANI VƏ REKVİZİTLƏRİ:

“İcraçı”: “Sifarişçi”:

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi “_______________________”


yanında Maliyyə Elm-Tədris Mərkəzi”

Ünvan: Heydər Əliyev prospekti 10 Ünvan: _____________________

VÖEN: 1500330851 VÖEN: _____________________

Telefon: (012) 404 81 59 Telefon:_____________________

Faks: (012) 566 84 77 Faks:_______________________

E-mail: office@tedris-maliyye.gov.az E-mail:_____________________

Bank: Dövlət Xəzinədarlığı Agentliyi Bank: ______________________

VÖEN: 1401555071(bankın VÖENİ) VÖEN: _______(bankın VÖENİ)

Kod: 210005 Kod: ______________________

M/h: AZ41NABZ01360100000000003944 M/h: ______________________

SWIFT: CTREAZ22 SWIFT _____________________

İBAN: AZ72CTRE00000000000002107702 İBAN:______________________

Direktor: Fuad Nəsirov Direktor _____________________

(M/Y) (M/Y)
RAZILAŞDIRILMIŞ QİYMƏT HAQQINDA PROTOKOL

Biz, aşağıda imza edənlər, “Sifarişçi” tərəfdən fiziki şəxs _________ ________ ünvanında
yaşayan _____________________________________ və “İcraçı” tərəfdən “Azərbaycan Respublikası
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi”nin, Direktoru Fuad Ramiz oğlu Nəsirov təsdiq
edirik ki, Mərkəzdə keçiriləcək tədris xidməti üzrə cədvəldə göstərilmiş qiymət razılaşdırılmışdır.

№ XİDMƏTİN ADI QİYMƏT DİNLƏYİCİ YEKUN MƏBLƏĞ


(manat) (nəfər) (manat)
“İctimai Sektor üçün Mühasibat
Uçotunun Beynəlxalq Standartları
üzrə Peşəkar Mühasib Sertifikatı”
1. 700 ___ 700
(ikinci mərhələ, qanunvericilik üzrə)
imtahanına hazırlıq təlimlərinin
keçirilməsi xidmətləri

YEKUN MƏBLƏĞ 700

Cəmi: 700 (yeddi yüz) manat təşkil edir.

“İcraçı” “Sifarişçi”

Fuad Nəsirov _________________ _________________

Mövcud protokol “İcraçı” və “Sifarişçi” arasında hesablaşmalar və ödənişlər aparılması üçün əsasdır.
“Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında
"İcraçı" Maliyyə Elm-Tədris Mərkəzi”  

 HESAB
VÖEN: 1500330851 FAKTURA
İBAN: № AZ72CTRE00000000000002107702
İqtisadi təsnifat: 142546 (xidmət haqqı)
Büdcə səviyyəsinin kodu: 3 № __
Dövlət Xəzinədarlığı Agentliyi  
VÖEN: 1401555071  
Kod: 210005  
M/h №: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.: CTREAZ22  
Ünvan: Heydər Əliyev prospekti 10  
 
 
"Sifarişçi" ___________________________________________________  
Ünvan:  
VÖEN:  
Telefon:
Faks:
E-poçt:
Bank:
VÖEN:
Kod:
M/h:
S.W.İ.F.T.:
İBAN:
 
Dinləyici Qiymət Yekun məbləğ
№ İş və xidmətlərin adı
(nəfərlə) (manatla) (manatla)
Sair xidmətlər üzrə daxilolmalar
“İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartları üzrə Peşəkar
1. __ 700 700
Mühasib Sertifikatı” (ikinci mərhələ,
qanunvericilik üzrə) imtahanına hazırlıq
təlimləri
Cəmi: 700

Cəmi ödəniləcək məbləğ: yeddi yüz manat 00 qəpik

Direktor:  _______________ Fuad Nəsirov

M.Y.
Baş mühasib:  _______________ Zaur Allahverdiyev

Tədris xidməti göstərilməsi barədə

AKT

Bakı şəhəri “___”___________ 2023-ci il”

Biz aşağıda imza edənlər, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
qeydə alınmış və Nizamnamə (Əsasnamə) əsasında fəaliyyət göstərən “İcraçı” adlanan “Azərbaycan
Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi”nin, Direktoru Fuad Ramiz oğlu
Nəsirov , digər tərəfdən “Sifarişçi adlanan fiziki şəxs _________ ________ ünvanında yaşayan
________________________________ bu aktı imzalamaqla təsdiq edirik ki, __.__.2023-ci il tarixli
_№-li Tədris Xidməti Göstərilməsi haqqında Müqaviləyə uyğun olaraq “Sifarişçi” __.__.2023-ci il
tarixindən __.__.2023-ci il tarixinədək Mərkəzdə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” (ikinci mərhələ, qanunvericilik üzrə) imtahanına hazırlıq
təlimlərində iştirak etmişdir.
“Sifarişçi”nin “İcraçı” tərəfindən göstərilmiş xidmətlər barəsində heç bir iradı yoxdur.

“İcraçı”: “Sifarişçi”:

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi “_______________________”


yanında Maliyyə Elm-Tədris Mərkəzi”

Ünvan: Heydər Əliyev prospekti 10 Ünvan: _____________________

VÖEN: 1500330851 VÖEN: _____________________

Telefon: (012) 404 81 59 Telefon:_____________________

Faks: (012) 566 84 77 Faks:_______________________

E-mail: office@tedris-maliyye.gov.az E-mail:_____________________

Bank: Dövlət Xəzinədarlığı Agentliyi Bank: ______________________

VÖEN: 1401555071(bankın VÖENİ) VÖEN: _______(bankın VÖENİ)

Kod: 210005 Kod: ______________________

M/h: AZ41NABZ01360100000000003944 M/h: ______________________

S.W.I.F.T.: CTREAZ22 S.W.I.F.T. _____________________

İBAN: AZ72CTRE00000000000002107702 İBAN:______________________

Direktor: Fuad Nəsirov Direktor _____________________


(M/Y) (M/Y)

You might also like